date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-25
835,634
Ukrayna üçün hərbi potensialımızı artırırıq - Leyen
Rusiya ölkənizə qarşı hücumlarını gücləndirdikcə, biz də hərbi dəstəyimizi ikiqat artırırıq. Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib. O vurğulayıb ki, Avropa Birliyi artıq hərbi dəstək üçün 28 milyard avro ayırıb: "Biz Ukraynaya Yardım Fondunun yaradılması üzərində işləyirik". Eyni zamanda, o bildirib ki, Avropa müdafiə sənayesi potensialını və mərmi istehsalını 40% artırır: “Biz artıq yarım milyondan çox mərmi təhvil vermişik və ilin sonuna qədər bu rəqəm 1 milyondan çox olacaq".
2024-02-25
835,635
Erməni ordusunda atışma: əsgər öldü
Fevralın 24-də saat 17:55 radələrində Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Avaq Danieloviç Zakaryan güllə yarasından ölüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, hadisənin başvermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.
2024-02-25
835,636
Koreyanın Moskvadakı səfirliyində yanğın
Cənubi Koreyanın Moskvanın mrkəzində yerləşən səfirliyində yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi məlumat verib. “Plyuşçixa küçəsi, bina 56 ünvanında yanğın baş verib. Xilasedicilər gələnə kimi yanğın söndürülüb", - məlumatda qeyd olunub.
2024-02-25
835,637
Bayden III Dünya savaşını uduzacaq - Tramp
Prezident seçkilərində hazırkı ABŞ lideri Co Baydenin qələbəsi ölkənin hipotetik III Dünya müharibəsini uduzmasına gətirib çıxaracaq. Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp deyib. "Təsəvvür edin, Baydenin daha dörd ili... Co Bayden tezliklə bizi Üçüncü Dünya müharibəsində məğlubiyyətə aparacaq. Mən bu əsir ölkəni Co Bayden və onun ABŞ azadlığını məhv etməyə çalışan tiran dəstəsindən azad etmək üçün buradayam”, - Tramp bildirib.
2024-02-25
835,638
Ukraynaya ayrılan vəsait ABŞ iqtisadiyyatına faydalıdır
ABŞ-ın Ukraynaya ayırdığı vəsaitin əsas hissəsi ABŞ iqtisadiyyatında qalır. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland CNN telekanalına müsahibəsində deyib. “Biz yadda saxlamalıyıq ki, bu pulun əsas hissəsi birbaşa Amerika iqtisadiyyatına silah istehsalına, o cümlədən yaxşı maaşlı işlərə sərf olunur”, - Nuland bildirib.
2024-02-25
835,639
İrəvanın elit küçəsində atışma: 1 nəfər yaralandı
İrəvanda elit binalardan birinin həyətində atışma və bıçaqlanma hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə erməni kriminal saytları məlumat yayıb. Qeyd olunub ki, 24 fevral saat 17:25 radələrində Kanaker Zeytun inzibati dairəsinin Paruyr Sevak 8/1 ünvanında mübahisə yarandığı, atəş açıldığı barədə polisə məlumat daxil olub. 43 yaşlı kişi təcili yardım maşını ilə göstərilən yerdən xəstəxanaya yerləşdirilib. O, bıçaqlanıb. Hadisə yerindən 2 ədəd boş patron və qan izləri aşkar edilib.
2024-02-25
835,640
Sumqayıtda kişi dəm qazından boğuldu
Sumqayıtda kişi dəm qazından boğularaq ölüb. Axar.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib. Meyit aidiyyəti üzrə təhvil verilib, fakt araşdırılır.
2024-02-25
835,642
HƏMAS ilə nələr müzakirə olunacaq? - Netanyahu
İsrailin nümayəndə heyəti Parisdən qayıtdıqdan sonra Nazirlər Kabineti Qəzza zolağında HƏMAS hərəkatının saxladığı girovların azad edilməsi ilə bağlı növbəti addımları müzakirə edəcək. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. "Biz girovları azad etmək üçün başqa bir razılaşma üzərində işləyirik. Buna görə də mən Parisə nümayəndə heyəti göndərdim və bu gecə biz növbəti addımları müzakirə edəcəyik", - Netanyahu bildirib.
2024-02-25
835,644
Ukrayna cəbhəsində son vəziyyət belədir
Fevralın 24-də cəbhədə düşmənlə 69 hərbi toqquşma olub. Ölkənin şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilib. Qeyd edilib ki, Kupyansk istiqamətində Rusiya hücum əməliyyatları keçirməyib. Liman istiqamətində Ukrayna hərbçiləri Donetsk vilayətinin Ternı kəndi ərazisində rusların 1 hücumunu dəf edib. Burada ruslar Ukrayna qoşunlarının müdafiəsini yarmağa çalışıb. Ukraynanın digər bölgələrində də rus hərbçiləri taktiki mövqelərini yaxşılaşdırmağa cəhd göstəriblər. Lakin hücumları uğursuz olub.
2024-02-25
835,646
Biz belə bir Rusiya görmək istəyirdik - ABŞ
Bugünkü Rusiya ABŞ-ın biznes qurmaq istədiyi ölkə deyil. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland CNN telekanalına müsahibəsində deyib. "Açıq desək, bu, bizim istədiyimiz Rusiya deyil. Biz qərbyönümlü, avropalı tərəfdaş istəyirdik", - V.Nuland qeyd edib.
2024-02-25
835,647
Laçından daha bir gözəl görüntü - Video
Laçına mövsümün növbəti qarı yağır, dağlar qoynunda yerləşən diyar yenidən ağ örpəyə bürünərək gözəlləşir. Kult.az xəbər verir ki, ötən gündən dumanlı hava şəraiti müşahidə olunan Laçında gecə saat 21 radələrindən etibarən qar yağmağa başlayıb. Qısa müddətdə qarın hündürlüyü 2-3 santimetrə çatıb və hazırda yağıntı davam edir. Laçından kadrları təqdim edirik:
2024-02-25
835,649
Türkiyədən Bakıda qurulan universitetlə bağlı açıqlama
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Bakıda ortaq universitetin yaradılması işləri yekunlaşıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) açıqlamasında bildirilib. Məlumata görə, Türkiyə-Azərbaycan Universiteti xüsusilə səhiyyə, mühəndislik və informatika sahələrində Türkiyə ali təhsil təcrübəsini Azərbaycana gətirəcək. Bu il fəaliyyətə başlayacaq birgə universitetin məqsədi təhsil sahələrində ixtisaslı kadrlar hazırlamaq və hər iki ölkənin elmi tədqiqat imkanlarını bir araya gətirməkdir. Türkiyənin köklü universitetlərinin YÖK tərəfindən təyin olunacaq bakalavr və magistr proqramlarının həyata keçiriləcəyi universitet yeni ali təhsil modeli kimi beynəlxalq tələblərə cavab verəcək.
2024-02-25
835,651
35 yaşı ötən qadınların diqqətinə: Bu qida əlavələri...
Müasir dövrdə yaxşı qidalanmaq belə sağlam olmağa zəmanət vermir. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, artıq bir çox qida kifayət qədər vitamin və mineral ehtiva etmədiyi üçün qida əlavələrinə müraciət edənlərin sayı durmadan artmaqdadır. Nəzərə alsaq ki, bir çox insan meyvə, tərəvəz, balıq və ət məhsullarını tövsiyə olunan miqdarda istehlak etmir, qida əlavələrinin əhəmiyyəti daha da artır. Üstəlik, bədənimiz yaşlandıqca və hormon səviyyələrimiz dəyişdikcə, qidalanma ehtiyaclarımız da dəyişir. Ekspertlər bildirirlər ki, xüsusilə 35 yaşdan sonra, əsasən də qadınlar qida əlavələrindən istifadə etməlidirlər. Qadınların menstrual dövrdən menopoza gedən dövrdə unikal qidalanmağa ehtiyacları var. Lakin hansı əlavələrə ehtiyac duyduğunuzu tapmaq heç də asan məsələ deyil. Çünki qida əlavəsi sənayesi 30 milyard dollar dəyərindədir və 30 mindən çox məhsulu əhatə edir. Ekspertlər 35 yaşdan sonra aşağıdakı qida əlavələrini istifadə etməyi məsləhət görürlər. Ancaq mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur. 1. Balıq yağı; 2. Vitamin D3; 3. Vitamin K2; 4. Fol turşusu; 5. Kolin; 6. Lutein və Zeaksantin.
2024-02-25
835,652
NATO artıq İrəvandadır: Gözləyək, ya indi başlayaq?
Ermənistan nəhayət ki, KTMT və Rusiya ilə münasibətləri kəsir - bu məsələ ilə bağlı praktiki razılaşmalar Nikol Paşinyanın Parisə səfəri və onun həm NATO, həm də Vaşinqtonun maraqlarını təmsil edən Fransa prezidenti Emmanuel Makronla apardığı danışıqlar zamanı əldə olunub. Axar.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib. O bildirib ki, Yelisey Sarayı İrəvanın Fransa və NATO-dan siyasi və hərbi dəstəyi ilə bağlı Paşinyanın tələb etdiyi zəmanəti verdi: “Paşinyan Ermənistanın KTMT/Rusiyadan praktiki “boşanması” və Qərbin təhlükəsizlik “çətiri” altına keçid prosesinə başlamaq üçün bu zəmanəti yetərli hesab etdi. Bunu Nikol Paşinyanın bir sıra siyasi bəyanatları sübut edir. 1. Faktların və sağlam məntiqin əksinə olaraq, Paşinyan açıq şəkildə Moskvanı onu devirməyə cəhddə - yəni çevriliş hazırlamaqda ittiham etdi. Bununla o, Ermənistan cəmiyyətinə Rusiyanın düşmən olması ilə bağlı açıq və birmənalı siqnal verdi. Eyni zamanda, Ermənistanın təhlükəsizlik və xüsusi xidmət orqanlarına rusiyayönlü erməni siyasətçi və ictimai xadimlərini məngənəyə salmaq, onların barəsində ittihamedici sübutlar toplamaq, gözdən salmaq, sonra isə onları təmizləmək tapşırılıb. 2. Paşinyan İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində iştirakının dondurulduğunu elan etdi. KTMT-dən birbaşa və təcili çıxmaq açıq şəkildə düşmənçilik olar və Moskva tərəfindən Ermənistana qarşı iqtisadi sanksiyaların tətbiqi ilə nəticələnər, ona görə də siyasi uzaqlaşma taktikası seçildi və qərara alındı ​​ki, “bütün bağları kəsmək” daha sonra, əlverişli anda olacaq. Eyni zamanda, Ermənistan KTMT-də “Troya atı” rolunu oynayacaq – Təşkilatın siyasi və hərbi sirlərinə çıxış əldə edərək, onları Qərbə sızdıracaq, eyni zamanda, KTMT və onun qanuni orqanlarının fəaliyyətinə mənfi təsir göstərəcək (xərçəng hüceyrələrinin taktikası: əvvəlcə təqlid, şiş sonra yayılır, metastaz verir və nəticədə bədəni öldürür). 3. Paşinyanın anti-Rusiya ritorikası indi İrəvanın rəsmi media siyasətinə çevrilir. Ermənistan Baş nazirinin Ofisinin nəzarətində olan hökumətyönlü Teleqram kanalları artıq Rusiya rəsmilərini və Rusiya Federasiyasını bir dövlət olaraq birbaşa təhqir etməyə keçib. Qarşıda Ermənistanda Rusiya televiziyası və radiosunun tam təmizlənməsi ilə bağlı siyasi qərarın qəbulu var - bu, “lazımi vaxtda və münasib əsasla” ediləcək. 4. Ermənistanla aparıcı Qərb dövlətləri arasında xüsusi xidmət orqanları vasitəsilə əməkdaşlıq fəal şəkildə inkişaf edir. Bu yaxınlarda Qərbin demək olar ki, bütün ən böyük kəşfiyyat xidmətlərinin rəhbərləri İrəvana səfər ediblər və onlara Paşinyanla təkbətək formatda şəxsi görüş imkanı verilib. Onların nə danışdıqlarını təxmin etmək çətin deyil. NATO üzvü olan ölkələrin bir sıra səfirliklərinin damı altında İrəvanda yerləşdirilən Qərb kəşfiyyat xidmətlərinin diplomatik rezidenturalarının sayı və fəaliyyəti xeyli artıb. Ermənistan Avropa xüsusi xidmət orqanlarının peşəkar əməkdaşlarından ibarət olan “AB-nin müşahidə missiyası” üçün “yaşıl işıq” yandırıb. AB-nin bu missiyasının kəşfiyyat və təxribat fəaliyyətinin miqyası həm onların sayını artırmaqla, həm də Ermənistan ərazisində daha çox daimi nümayəndəliklər açmaqla genişləndirilir. 5. Rusiya ilə müttəfiqlik əlaqələrini kəsən İrəvan NATO standartlarına tədricən keçid və gələcəkdə tam qarşılıqlı fəaliyyətə nail olmaqla Şimali Atlantika Alyansı ölkələri ilə hərbi və hərbi-texniki əməkdaşlığın fəal inkişafına başlayıb. Artıq Ermənistan ərazisində amerikalıların iştirak etdiyi bir sıra hərbi təlimlər keçirilib. Fransa müdafiə naziri Sebastyan Lekornunun İrəvana rəsmi səfəri də çox əlamətdardır. Fransa Cənubi Qafqaz regionundan zorla çıxarılan Rusiyanı de-fakto əvəz etməyə başlayıb. 2024-cü ilin sonuna kimi İrəvan Gümrüdəki Rusiya hərbi bazasının bağlanması və orada Fransa hərbi bazasının yerləşdirilməsi ilə bağlı siyasi qərar qəbul edə bilər, eyni aqibət Ermənistandakı Rusiya sərhədçilərini də gözləyir. Fransa hərbi bazasının ardınca çox yaxında Erebunidə Amerika hərbi hava bazası peyda ola və ABŞ elektron kəşfiyyat mərkəzi də yerləşdirilə bilər. O ki qaldı Paşinyanın “Rusiya hərbi bazası məsələsi gündəmdə deyil” sözlərinə, bu, sadəcə olaraq, Rusiyanı “qarmaqda saxlamaq” istəyidir, İrəvanın Vaşinqton, Paris və Brüssellə razılaşdırdığı strateji dezinformasiya elementidir - Moskvanı sərt cavaba indidən təhrik etməmək üçün. Ermənistan Rusiyada zabit hazırlığını məhdudlaşdırır, özünü tamamilə Qərbə yönləndirir. Bildirilib ki, Fransa öz hərbi məktəblərində erməni zabit və çavuşları, eləcə də hərbi texnikanın istismarı və texniki xidməti üzrə erməni texniki mütəxəssisləri hazırlamağa başlayan NATO üzvü olan ilk ölkə olacaq. 6. Ermənistana Qərb istehsalı olan silahların tədarükü başlayıb. Qatarın lokomotivi Fransadır. Paris Ermənistan üçün NATO standartlarına tam uyğun gələn kompleks hava hücumundan müdafiə sistemi yaratmağı tam şəkildə öhdəsinə götürüb. Proqrama bir neçə mərhələ daxildir. İlk mərhələdə İrəvan “Mistral” yaxın mənzilli hava hücumundan müdafiə sistemi alacaq. Ermənistan ordusunun bu hava hücumundan müdafiə sistemləri ilə müvafiq hazırlığından sonra Fransa “Krotale” və “Roland” hava hücumundan müdafiə sistemlərini verəcək. Son mərhələ SAMP/T uzaqmənzilli hava hücumundan müdafiə sisteminin Ermənistan silahlı qüvvələrinə çatdırılmasını nəzərdə tutur. Paris yuxarıda qeyd olunan zenit-raket komplekslərindən əlavə, ilk mərhələdə Ermənistana üç, gələcəkdə isə daha altı GM-200 hava məkanını mobil idarə edən radar verəcək. Hava hücumundan müdafiə sistemləri və radarların inteqrasiyası müvafiq avtomatlaşdırma sistemlərindən istifadə etməklə hava hücumundan müdafiə döyüş idarəetmə mərkəzinin yerləşdirilməsi əsasında fransız hərbi mütəxəssisləri tərəfindən həyata keçiriləcək. Bu, NATO-ya bütün Cənubi Qafqaz üzərində hava məkanına nəzarət etməyə imkan verəcək – və bu, Rusiya Federasiyasının milli təhlükəsizliyinə birbaşa və aşkar təhdid yaradır. Qarşıda Birgə Regional Hava Hücumundan Müdafiə Sisteminin yaradılması haqqında Rusiya-Ermənistan sazişinin denonsasiyası, yəni Rusiya və KTMT ilə yekun və tam qırılmadır. Fransanın zirehli texnikasının ilk partiyası - "Bastion" zirehli texnikası, eləcə də gecəgörmə cihazları artıq Ermənistana gətirilib. Digər silah növlərinin də çatdırılması planlaşdırılır… Ümumiləşdirmək olar ki, Nikol Paşinyan Rubikonu keçib, Ermənistanda de-fakto NATO artıq mövcuddur. İrəvan “əsrlik erməni-rus dostluğu” ilə bağlı əvvəlki şüarları lazımsız yerə ataraq, sözün əsl mənasında, gözümüzün önündə çox yaxın gələcəkdə Rusiya Federasiyası üçün real hərbi risklər və təhdidlər daşıyan NATO körpüsünə çevrilir. Və əsas sual budur: bunun nəhayət baş verməsini gözləmək, yoxsa indi fəal hərəkət etmək?”
2024-02-25
835,653
Qərb iflas etdi, Putin uğur qazanır - Slovakiya
Ukraynanın Rusiya ilə müharibədə qələbəsinə "yatırım etmək" uğursuzluğa düçar oldu, müharibənin özü isə “ukraynalı neonasistlərin şıltaqlığı” səbəbindən başladı. Axar.az xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fiko Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının ikinci ildönümü ilə bağlı çıxışında deyib. “Bizi inandırdılar ki, Ukraynadakı münaqişənin yalnız hərbi yolla həlli var. Məncə, Ukraynadakı müharibənin ikinci ildönümü münasibətilə bir qədər fərqli bir şey söyləmək uyğundur: Qərb etiraf edə bilməz ki, münaqişənin davam etdirilməsi strategiyası Ukraynada işləmədi”. Fikoya görə, Ukraynaya pul və silahla kütləvi dəstək, Rusiyaya qarşı sanksiyalar və Vladimir Putinin “saxta demonizasiyası” ilə birləşən Qərb strategiyası nəticə vermədi. O qeyd edib ki, hər şeyə baxmayaraq, Rusiya “nə siyasi, nə də iqtisadi cəhətdən diz çökür”, müharibədə Ukraynadan daha böyük ərazi uğurlarına malikdir və hərbi istehsalını yeni şəraitə uyğunlaşdırır.
2024-02-25
835,654
Zelenski İrəvana yardıma gəlir - Erməni ekspertlər şokda
Erməni ekspertlər Baş nazir Nikol Paşinyanın “Frans 24” kanalına verdiyi müsahibədə ölkənin KTMT-də fəaliyyətini doldurması bəyanatıdan, o cümlədən Fransa müdafiə naziri Sebastyan Lekornunun İrəvana səfərindən narahatlığını ifadə ediblər. Axar.az xəbər verir ki, ekspertlər Paşinyanın “Azərbaycanın hücum etmək ehtimalı var” sözləri fonunda KTMT-də fəaliyyətin dondurulmasının məntiqinin anlaşılmaz olduğunu bildiriblər. Onların fikrincə, Paşinyan Rusiya qüvvələrini ölkədən çıxarıb, İranın silah və hərbçilərlə yardım etmək, hərbi müttəfiqlik sazişi imzalamaq təklifini geri çevirməklə faktiki olaraq ölkəni müdafiəsiz qoyur. Bəzi erməni politoloqlar isə Rusiyanın fəaliyyətsizliyini sübut etmək üçün rus qüvvələrinə qarşı təxribat törədiləcəyini belə istisna etməyiblər. Belə görünür ki, erməni ekspertlər özləri də “Rusiya qüvvələrinin fəaliyyətsizliyini sübut etmək üçün təxribat” deyərkən, Azərbaycana qarşı provokasiyanı nəzərdə tuturlar. Bu arada Ukraynanın Ermənistandakı səfirinin “Zelenskinin İrəvana kömək üçün gəlməsi” ifadəsi də təəccüblə qarşılanıb. Erməni ekspertlər bunu “tragikomediya“ adlandırıblar: “Tragikomediya ondan ibarətdir ki, artıq Qərb üçün “ölü” olan Zelenski Ermənistana kömək üçün gələcək, Ukraynanın Ermənistandakı nümayəndəsi bunu medianın sorğularına cavab olaraq açıqlayıb və əlavə edib ki, regionda böyük dəyişikliklər olacaq”.
2024-02-25
835,655
Məşhur kanal "Bayer"in matçında mahnımızı səsləndirdi - Video
Böyük Britaniyanın məşhur idman telekanalı “Sky Sports” rəsmi İnstaqram hesabındakı paylaşımlarından birində Azərbaycan mahnısından istifadə edib. Kult.az xəbər verir ki, söhbət “Cücələrim” mahnısından gedir. Belə ki, telekanal Almaniyanın “Bayer 04” komandasının futbolçusu Qranit Cakanın “Maynz”ın qapısına vurduğu qoldan sonra yaşadığı sevincini sözügedən mahnının sədaları altında paylaşıb. Qeyd edək ki, Bundesliqanın XXIII turu çərçivəsində keçirilən “Bayer 04” - “Maynz” oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
2024-02-25
835,669
Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu
Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasında yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib. "Fevralın 24-ü saat 21:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub", - nazirlikdən bildirilib.
2024-02-25
835,670
İlham Əliyev Ərdoğanı təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə təbrik edib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım. Əlamətdar yubileyiniz – anadan olmağınızın 70 illiyi münasibətilə öz adımdan və Azərbaycan xalqı adından Sizə ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən xüsusi məmnunluq duyuram. Sizin ömür yolunuz Vətənə və xalqa sədaqət və ləyaqətlə xidmət nümunəsidir. Siz qardaş Türkiyənin rifahı, bugünkü inkişafı, beynəlxalq aləmdə layiqli yer tutması naminə fədakarcasına çalışan böyük şəxsiyyət, zəmanəmizin görkəmli dövlət xadimisiniz. Siz üzərinizə düşən məsul tarixi missiyanı inam və qətiyyətlə yerinə yetirərək, uzaqgörən və məqsədyönlü siyasətinizlə ölkənizi dünyanın ən aparıcı və qüdrətli dövlətləri sırasına çıxarmısınız. Türkiyənin son iyirmi ildə əldə etdiyi mühüm nailiyyətləri və uğurları məhz Sizin adınızla bağlıdır. Bu gün Sizin müdrik rəhbərliyiniz altında Türkiyə Respublikası inkişafının ikinci yüzilliyinə qədəm qoyur. Bu yolda qardaş ölkəyə qarşısına qoyduğu bütün hədəflərə və məqsədlərə çatmağı, yeni müvəffəqiyyətlərə və zəfərlərə imza atmağı arzulayırıq. Əziz Qardaşım, Siz Azərbaycan xalqının da əsl dostusunuz. Azərbaycana qəlbən bağlılığınız ölkəmizin ərazi bütövlüyünə daimi dəstəyinizdə, Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsində, müttəfiqliyimizin sarsılmazlığı naminə misilsiz xidmətlərinizdə öz ifadəsini tapmışdır. Azərbaycanın haqq işi ilə bağlı hər zaman ortaya qoyduğunuz qəti və birmənalı mövqe, verdiyiniz tərəddüdsüz dəstək xalqımız tərəfindən xüsusi minnətdarlıq hissi ilə xatırlanır. Seçkilərdən sonra ənənəyə sadiq qalaraq ilk rəsmi səfərimi dəvətiniz əsasında məhz qardaş Türkiyəyə həyata keçirməyim birliyimizin və müttəfiqliyimizin bariz göstəricisidir. Bu dəvətə və səfərim zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək diqqət və qonaqpərvərliyə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizinlə səmimiyyət, qarşılıqlı anlaşma şəraitində keçən görüşümüzü, ikitərəfli münasibətlərin geniş spektri və əməkdaşlığımızın perspektivləri ətrafında apardığımız ətraflı fikir mübadiləsini yüksək qiymətləndirirəm. Əminəm ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığından və birliyindən güc alan dünyada bənzəri olmayan münasibətlərimiz bundan sonra da birgə səylərimizlə “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq inkişaf edəcək və möhkəmlənəcəkdir. Həyatınızın bu sevincli günü münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, qardaş Türkiyə xalqının əmin-amanlığı və firavanlığı naminə məsul və şərəfli fəaliyyətinizdə daim yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram".
2024-02-25
835,673
732-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 732-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 409 820 hərbçi, 6 542 ədəd tank, 12 441 ədəd zirehli döyüş maşını, 9 981 ədəd artilleriya sistemi, 999 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 684 hava hücumundan müdafiə sistemi, 340 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 13 011 ədəd avtomobil texnikası, 7 681 ədəd PUA, 1 907 qanadlı raket, 25 gəmi/kater, 1 sualtı qayıq, 1 578 xüsusi avadanlıq itirib.
2024-02-25
835,675
Sabirabadda 42 yaşlı kişi atasını öldürdü
Fevralın 24-də Sabirabad rayon sakini 1953-cü il təvəllüdlü Mirtahir Səmədovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabirabad rayon prokurorluğundan Axar.az-a bildirilib ki, ilkin araşdırma zamanı 1982-ci il təvəllüdlü Xəyyam Səmədovun fevralın 23-də Sabirabad şəhəri H.Həmidov küçəsi ərazisində yerləşən fərdi yaşayış evində aralarında yaranmış mübahisə zamanı atası Mirtahir Səmədovun baş və bədəninin müxtəlif nahiyələrinə müxtəlif predmetlərlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Xəyyam Səmədov iş üzrə şübhəli şəxs qismində tutulub.
2024-02-25
835,677
ABŞ siyasəti həddən artıq sərtləşib - Bayden
ABŞ siyasəti həddən artıq sərtləşib. ​Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. “Siyasət çox şəxsiləşib. Demokratlar və Respublikaçılar. Hər şey əvvəllər olduğu kimi deyil”, - Bayden bildirib.
2024-02-25
835,678
Ukrayna 18 “Şahid”in 16-sını məhv etdi
Fevralın 25-i gecə saatlarında Ukrayna ordusu Rusiyanın buraxdığı 18 “Şahid” PUA-sının 16-sını məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri məlumat yayıb. “Fevralın 25-i gecə düşmən Promorski-Axtarsk və Krımdan 18 “Şahid” PUA-sı ilə hücum edib. Müdafiə qüvvələrinin mobil qrupları və aviasiya Poltava, Kiyev, Xmelnitski, Nikolayev, Kirovoqrad, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərində bu PUA-ların 16-sını məhv edib”, - məlumatda qeyd olunub.
2024-02-25
835,681
Belarus tarixində ilk: Vahid səsvermə başladı
Belarusda parlamentin aşağı palatasının və yerli şuraların deputatlarını seçəcək ölkə tarixində ilk vahid səsvermə günü saat 08:00-da (Bakı vaxtı ilə 09:00) start götürüb. Axar.az xəbər verir ki, vahid səsvermə günü 2022-ci ilin fevralında qəbul edilmiş yenilənmiş konstitusiyaya uyğun olaraq keçirilir. Əvvəllər dörd illik seçki dövrü ərzində bir neçə seçki kampaniyası keçirilib. İndi parlament və yerli şuraların deputatları eyni vaxtda beş il müddətinə seçiləcək. Belarus Milli Məclisinin Nümayəndələr Palatasının 110 yeri uğrunda 263 namizəd, yerli şuraların 12 514 yeri uğrunda 18 802 namizəd mübarizə aparacaq. Belarusda 6,9 milyondan çox insanın səsvermə hüququ var.
2024-02-25
835,683
Sabah bu yollar bağlanacaq – Xəbərdarlıq
Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Axar.az xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsinin müraciətində bildirilib. "Hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", - müraciətdə qeyd olunub.
2024-02-25
835,692
Rusiya yoxdur, Avropanı araqla bu ölkələr təmin edir
Monteneqro, Ukrayna və ABŞ Avropa Birliyinin (AB) Rusiyaya qarşı araq embarqosundan əsas faydalanan ölkələrə çevrilib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, 2023-cü ildə Monteneqro, Ukrayna və ABŞ Avropaya araq tədarükünü fəal şəkildə artırıb. İlin nəticələrinə əsasən, ABŞ tədarükünü iki dəfədən çox və ya 20,8 milyon avro artıraraq, 37,7 milyon avroya çatdırıb və birinci yerə çıxıb. İkinci yerdə il ərzində həcmi 6,6 milyon avrodan 13,4 milyon avroya qədər artıran Monteneqro dayanır. Ukrayna isə 24.5 faiz və ya 3.8 milyon avro artımla üçüncü olub.
2024-02-25
835,695
İlham Əliyev şəhidlərimizin ruhunu şad etdi – Qafarov
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1992-ci ildə ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı barədə demişdir: “Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi”. Həqiqətən də XX əsrin sonunda törədilmiş bu qətliam sadəcə Azərbaycan xalqına deyil, əslində bütün bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”. Axar.az xəbər verir ki, bu sözləri Xocalı Soyqırımı Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, öz amansızlığına, vəhşiliyinə görə Xocalı soyqırımı ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada durur. “Xüsusilə son otuz ildə Ermənistan Azərbaycanın tarixi ərazisi olan Qarabağı özünə birləşdirmək məqsədilə xalqımıza qarşı olmazın vəhşiliklərə əl atmışdır. Bəşəriyyətin ən qanlı faciələrindən olan Xocalı soyqırımı da aqressiv və cinayətkar erməni siyasətinin təzahürlərindən biri kimi baş vermişdir. Lakin ermənilərin vəhşilikləri xalqımızın iradəsini qıra bilmədi. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə sayəsində torpaqlarımızın 30 illik işğalına birdəfəlik son qoydu. Bu parlaq Zəfərdən cəmi üç il sonra- 2023-cü il sentyabrın 19-da keçirilmiş lokal xarakterli antiterror tədbiri nəticəsində isə, Xocalı, Xankəndi, Ağdərə, Xocavənd şəhərləri və digər qalan ərazilərimiz separatçılardan birdəfəlik təmizləndi. Həmin ərazilərdə şanlı Azərbaycan bayrağını şəxsən qaldıran Ölkə Prezidenti cənab İlham Əliyev Xocalı qətliamı qurbanlarının və bütün şəhidlərimizin ruhunu şad etdi”, - deputat bildirib. K.Qafarov qəti şəkildə əmin olduğunu bildirib ki, keçən il qolları qandallanaraq Bakıya gətirilən və hazırda öz əməllərinə görə Azərbaycan qanunları qarşısında cavab verən digər separatçılar kimi, əlləri Xocalı qurbanlarının qanına bulaşmış bütün cinayətkarlar da bir gün öz cəzalarını alacaqlar: “Erməni separatistlərinin bütün dünyada olan havadarları tərəfindən yaradılmış və uzun illər boyunca saxlanan cəzasızlıq mühiti bu qəsbkarları yeni təxribatlara sövq edirdi. Otuz ilə yaxın müddət ərzində bir çox beynəlxalq təsisatlar Qarabağ münaqişəsini guya ki, sülh yolu ilə həll etməyə çalışsalar da, əslində onların məqsədi bu münaqişəni dondurmaq, Azərbaycana hərbi yolla öz ərazilərini geri almağa imkan verməmək və illər sonra xalqımızı işğal faktı ilə həmişəlik barışdırmaq idi. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz siyasi iradəsi və qətiyyəti bu planları alt-üst etdi. Son üç il ərzində Azərbaycan əvvəlcə 44 günlük Vətən müharibəsi nəticəsində işğala son qoydu və daha sonra, keçən il cəmi 1 günə həyata keçirdiyi antiterror əməliyyatı ilə bütün Qarabağda separatizmin və terrorçuluğun kökünü kəsdi, özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etdi. Bu ardıcıl qələbələrlə şanlı ordumuz həm də Xocalı qətliamının günahsız qurbanlarının qisasını aldı. Xocalıda, eləcə də Qarabağ uğrunda həlak olan bütün şəhidlərimizin ruhu əbədi rahatlığa qovuşdu. Bu gün artıq Xocalı soyqırımını törədən qatillərin bir qismi, xalqımıza qarşı kütləvi qətliamlar, soyqırımlar törədən cinayətkar erməni separatçıları indi bir-bir Azərbaycan qanunları qarşısında cavab verirlər. Əlbəttə, bu gün onlardan hələ də azadlıqda gəzənlər, öz himayədarlarının kölgəsində saxlananlar da var. Lakin onlar da bilməlidirlər ki, bu cəzasızlıq mühiti daimi olmayacaq. Gec-tez onlar da öz qanlı əməllərinə görə ədalət məhkəməsi qarşısında mütləq cavab verməli olacaqlar”.
2024-02-25
835,698
Berbok Odessada 4 saat sığınacaqda qalıb
Almaniyanın xarici işlər naziri Annalena Berbok Odessaya səfəri zamanı sığınacaqda gizlənib. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Zeit” nəşri məlumat verib. “Annalena Berbok Odessada həyəcan siqnalından sonra qısa müddətdə sığınacaqda gizlənmək məcburiyyətində qalıb. Nazir sığınacaqda 4 saata yaxın vaxt keçirib”, - nəşr bildirib. Qeyd edək ki, fevralın 24-də Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın Odessa şəhərinə səfər etmişdi.
2024-02-25
835,699
Hərbi vəzifəlilərin təlim toplanışı başa çatdı
2024-cü ilin hazırlıq planına əsasən, N hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışı başa çatıb. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, təlim toplanışının başa çatması münasibətilə bağlanış mərasimi keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edənlər vurğulayıblar ki, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin iştirakı ilə keçirilən təlim toplanışının əsas məqsədi onların döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah və hərbi texnika ilə yaxından tanış etməkdir. Qeyd olunub ki, toplanış müddətində hərbi vəzifəlilərlə döyüş hazırlığı üzrə məşğələlər keçirilib, onlara silah və texnikanın taktiki-texniki xüsusiyyətləri, onlardan düzgün istifadə qaydaları öyrədilib, həmçinin sıra, taktiki, hərbi tibbi və ixtisas hazırlıqlarından nəzəri və praktiki məşğələlər təşkil olunub. Bildirilib ki, təlim toplanışında qarşıya qoyulmuş fəaliyyətlər uğurla yerinə yetirilib. Sonda təlim toplanışında fərqlənənlərə fəxri fərmanlar təqdim olunub, hərbi vəzifəlilər aidiyyəti dövlət onlara ayrılmış xüsusi nəqliyyat vasitələri ilə yaşayış yerlərinə yola salınıblar.
2024-02-25
835,702
Bayden Şərqi Avropaya gözlənilməz siqnal göndərdi
NATO-nun baş katibi postuna Niderland Baş naziri Mark Rutteni dəstəkləyən ABŞ Prezidenti Co Bayden Şərqi Avropaya gözlənilməz siqnal göndərib. Axar.az xəbər verir ki, bunu "Amerikan Konservativ" (The American Conservative) jurnalının baş redaktoru Sumantra Maytra deyib. “Bayden maraqlı hesablama apardı. Avropanın lideri qismində o, köhnə Avropanı dəstəklədi, keçmiş kommunist blokunu deyil. Bu, güc nümayişi və şərqə tonunu azaltması üçün bir siqnaldır”, - Maytra bildirib. Onun sözlərinə görə, NATO baş katibi postuna Estoniya Baş naziri Kaya Kallasın və ya Kanada baş nazirinin müavini Xristi Frilandın təyin olunması Moskva ilə daha böyük münaqişəyə gətirib çıxara bilərdi.
2024-02-25
835,704
Azərbaycanlı şair vəfat etdi
Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Kult.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Qeyd edək ki, Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. 50 ildən çox yaradıcılıq fəaliyyəti ilə məşğul olub. Buraya publisistik əsərlər, şeirlər, ssenarilər daxildir. Yaradıcılıq fəaliyyəti dövründə 15-dən çox kitaba müəlliflik edib. Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004) və “Seçilmiş əsərləri” (2010) kitablarının müəllifidir. Tədqiqatçı-alim Gülhüseyn Kazımlı həm də görkəmli xanəndələr, ifaçılar haqqında oçerk, məqalə və kitabların müəllifidir. G.Kazımlı görkəmli muğam ifaçıları haqqında radiooçerklərin müəllifi kimi də tanınır. O, son illər Beynəlxalq Muğam Mərkəzində muğam sənətinin təbliği ilə əlaqədar çeşidli tədbirlər və müxtəlif layihələr həyata keçirirdi. Burada “Unudulmayanlar” və “Dəyirmi masa” kimi layihələrin koordinatoru idi.
2024-02-25
835,708
Sabahın hava poroqnozu açıqlandı
Fevralın 26-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 11-16° şaxta, gündüz 1-6° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.
2024-02-25
835,709
Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğuldu
Sumqayıtda 63 yaşlı qadın dəm qazından boğulub. Axar.az Report-a istinadla xəbər verir ki, şəhər sakini, 1961-ci il təvəllüdlü Bədəlova Növrəstə Məstan qızı Ceyranbatan bağları ərazisində yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
2024-02-25
835,712
Kəmaləddin Heydərova yeni müavin təyin olundu
Fövqəladə Hallar Nazirliyində (FHN) yeni təyinat olub. Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri, general-mayor Adil Ələsgər oğlu Abdullayev nazir müavini vəzifəsinə təyin olunub. Qeyd edək ki, nazirin sabiq müavini, general-leytenant Nazim Məmmədov dünyasını dəyişəndən sonra bu vəzifə boş idi.
2024-02-25
835,713
Makronun yekəxanalığı: G7-dən buna görə imtina etdi
Fransa Prezidenti Emmanuel Makron yalnız Azərbaycanla münasibətləri korlamayıb, qonşusu və tərəfdaşı İtaliyaya qarşı da yekəxana siyasət aparır. Makron İtaliyanın sağ mühafizəkar hökumət başçısı Corciya Melonini bəyənmir, onunla müxtəlif mövzularda ixtilaf yaradıb. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, Makron beynəlxalq tədbirlərdə Meloni ilə üz-üzə gəlməməyə çalışır: “Bu dəfə də belə olub. Makron “Böyük yeddilər”in Ukrayna ilə bağlı Kiyevdən idarə olunan videokonfransında iştirakdan imtina edib. Səbəb konfransa Corcia Meloninin sədrlik etməsidir. Makron toplantıya qatılmamasını daxili işlərin çoxluğu ilə izah etsə də, buna inanan azdır. Ekspertlər Makronun son hərəkətini “Böyük yeddilər”dəki tərəfdaşlarına hörmətsizlik kimi qiymətləndiriblər. Tərəfdaşlarına hörmət etməyən lider Fransaya uzaq Cənubi Qafqazla bağlı normal siyasət yürüdərmi? Makronun balansı tam pozaraq Cənubi Qafqaz siyasətini tam Ermənistan üzərində formalaşdırmasının ən böyük zərəri İrəvana dəyəcək”.
2024-02-25
835,714
Ağsuda 10 nəfər silahını polisə təhvil verdi
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi məqsədilə profilaktiki tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilmiş profilaktiki tədbirlər nəticəsində rayon sakinləri müvafiq icra hakimiyyəti orqanından icazələri olmadan qanunsuz olaraq saxladıqları müxtəlif markalı 10 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.
2024-02-25
835,715
Türkiyə ordusu 4 terrorçunu məhv etdi
İraqın şimalındakı Qara bölgəsində Türkiyə Silahlı Qüvvələrinin hava əməliyyatı nəticəsində 4 PKK terrorçusu zərərsizləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Terrorla mübarizəmiz effektiv və qətiyyətlə davam edir. İraqın şimalındakı Qara bölgəsində PKK-nın dörd terrorçusu təsbit edilərək hava əməliyyatı ilə zərərsizləşdirilib. Əməliyyatlarımız ləngimədən davam edəcək”, - məlumatda qeyd olunub.
2024-02-25
835,717
Ermənistan olmasa, KTMT dağılacaq? - Lukaşenko
Belarus Ermənistan tərəfinin KTMT-yə üzvlüklə bağlı verdiyi bəyanatlara tamamilə sakit reaksiya verir. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Biz buna tamamilə sakit reaksiya veririk. KTMT-də olmaq istəməsələr, o dağılmayacaq, məhv olmayacaq”, - Lukaşenko bildirib. Onun sözlərinə görə, bununla bağlı İrəvandan hələlik rəsmi məlumat verilməyib.
2024-02-25
835,721
Ukrayna münaqişəsi yaxında həll oluna bilər - Borrell
Ukrayna münaqişəsinin nəticəsi yaxın aylarda həll oluna bilər. Axar.az xəbər verir ki, bunu AB-nin baş diplomatı Jozep Borrell deyib. Onun sözlərinə görə, Brüssel Kiyevə kömək etməyə daha çox və tez başlamalıdır: “Region Ukraynanın Rusiyaya müqavimətini davam etdirməsini istəyirsə, bu addım çox vacibdir. Silahlı münaqişənin nəticələri yaxın aylarda həll oluna bilər. Müqavimət göstərmək qalib gəlməkdir”.
2024-02-25
835,722
Kamil Moskvada həbsinə səbəb olan videodan nələr dedi?
Fevralın 21-də Moskvadan qayıdarkən Ermənistanın tələbi ilə saxlanılan və həmin gün günorta saatlarında Azərbaycan dövlətinin müdaxiləsi ilə polis bölməsindən azadlığa buraxılan idmançı Kamil Zeynallı “BBC Nyus”a müsahibə verib. Axar.az sözügedən müsahibəni təqdim edir: - Kamil bəy, müharibədən sonra siz Moskvaya gedib-gələndə hər hansı yoxlama-araşdırma olurdumu? - Son iki ay ərzində üç dəfə getmişdim. Hamısında məni yoxlayıblar, pasportumu alıblar, 15 dəqiqə sonra buraxıblar. Qayıdanda da saxlayıb yoxlayırdılar. Mənə də maraqlıydı ki, onlar məni niyə saxlayırlar. Sən demə, Ermənistan məni İnterpol yox, MDB dövlətlərarası axtarışa verib. Axtarışa verəndə soyadımda hərf səhvi yazıblar. Sərhəddə də baxanda hərf səhvi var deyə, buraxıblar (ad-soyad üst-üstə düşməyib). Bu dəfə isə saxlayanda yoxlanış bir az dərin getdi: 40-45 dəqiqə, sonra polislər məni apardılar polis bölməsinə. Orda dedilər ki, Ermənistan tərəfindən axtarışa verilmisiz və sizi onlara təhvil verəcəyik. Prokuror dedi ki, sənədləriniz bir-iki saata hazırlanır, ora məruzə eləmişik, sizi göndərəcəyik ora, yəni sürətli proses gedir. Mən də bir kənara çəkildim, telefonla video çəkib paylaşdım. Sağ olsun, dövlətimiz, ordakı səfirliyimiz, lazımi qurumlar tez reaksiya verdilər və qabağa düşdülər. - Ermənistanda barənizdə cinayət işi qaldırıldığından xəbəriniz var idimi? - Bilirdim ki, onlar məndən yanıqlıdılar, nəsə edə bilərlər. Amma xəbərim yox idi axtarış barəsində, xəbərim olsa, axtarış olan yerdə aparıb özümü odun içinə atacaq qədər ağılsız deyiləm. - Bəs Azərbaycan tərəfində, hüquq-mühafizə orqanlarında belə bir məlumat yox idimi ki, sizi MDB dövlətlərarası axtarışa veriblər? - Daxili İşlər Nazirliyinin idarələrindən biri mənimlə bağlı axtarışa baxıblar, adımın axtarışda olduğunu görməyiblər. Onda soruşublar ki, onu nəyə əsasən tutsunlar? Yenidən Rusiyaya veriblər ad-soyadımı, araşdırıblar. Mənim adımda “k”-dan sonra (rus əlifbası ilə) “ya” yazıblar: “Kyamil” olub, məndə isə pasportda “Kamil” yazılıb. Buna görə hər dəfə məni buraxırlarmış. Bu dəfə isə saxladılar. - İndi sizə “stop” qoyulub? - Bəli, MDB dövlətlərinə giriş edə bilmərəm. - Bununla bağlı siz hüquqi müstəvidə hər hansı hərəkət aparacaqsızmı? - Yox, Ermənistanla nə hüquqi mübarizə? Bilirsiniz də, burda prinsip söhbətləri var. Həm siyasi problemlər, siyasi söhbətlərdi iki dövlət arasında. Düşmənimizdi də. Adı üstündə. Ona görə onlar bundan vaz keçməzlər. - Kamil bəy, bir video yayılıb. Məlumatlara görə, Ermənistan da sizi o videoya görə ittiham edir. Bir qoca kişinin başının kəsilməsi videosu... Bu videonu görmüsünüzmü? Burda baş verənlər barədə nə xəbəriniz var? - Mənim o videodan xəbərim yoxdur. - Yəni, tanımırsınız ordakıları? - Mənim heç nədən xəbərim yoxdur. Heç nədən. Mən onu təsdiq etsəm ki, o mənəm, sonra bunu, məsəl üçün, düşmənlərimiz götürəcək ki, o özü təsdiq edir. Cinayət işini daha da asanlaşdırmaq yoludur, onlar üçün. Ona görə, mənim heç nədən xəbərim yoxdur. - Sizin bir videonuz yayılıb. Orda “erməni başı kəsən oğullardan” bəhs edirsiniz. Ünvanınıza belə ittihamlar vardı ki, adamları müharibə cinayətləri törətməyə çağırırsız. - Onda müharibə gedirdi. Müharibədə hər bir hadisə ola bilər. Danışıq da, ölüm də, yaralanma da. Müharibə - adı üstündə. Burda hər şey ola bilər. Bunlar onu indi “kozır” kimi istifadə edirlər. - Sizin müharibə vaxtı çoxlu videolarınız yayılırdı. Bir videoda topa mərmi qoyursuz. Belə döyüşmək istəyirdinizsə, niyə hərbi yolla getmədiniz? - Gedib qeydiyyatdan keçdim, çağırmadılar. Çağırmadılar deyə, qanunsuz getdim. - Cəbhəyə qeyri-qanuni getdiyinizi həmin videoya şərhinizdə də yazmısız. Buna görə hüquq-mühafizə orqanları sizi çağırdımı? - Əlbəttə, çağırdılar, niyə çağırmadılarʔ Çağırdılar, mənimlə oturub söhbət etdilər: lazım deyil, getmə, birdən sənin başına nəsə iş gələr. Onsuz da, dedilər, səni paylaşıblar, başına mükafat qoyublar. Dedilər getmə, dedim, yaxşı. Amma dedilər, yardımlarını göndərə bilərsən. Dedim, yaxşı. Amma çıxdım, yenə öz bildiyimi elədim. Çünki ürəyim orda, müharibədə, qardaşlarımın yanında idi. Onlar orda, mən burda, özümə sığışdıra bilmədim, ona görə təzədən getdim, sonra da həbs etdilər. - Bir videonuz da var: əsgərlər qarşınızda sıraya düzülüb. Buna görə sizə hər hansı cəza verdilərmi? - Xeyr. Əsgərləri mən ora zorla düzməmişdim ki! Bu, əsgərlərin mənə hörmətiydi. Onları kim ora zorla düzdürə bilər? Hamısı Azərbaycan kişiləri, əsgərləridir. Sadəcə, mənim xətrimi çox istəyirdilər, mən gələndə, -idmanda, hərbidə salamlaşma qayda-qanunu var, onlar özləri düzüldülər, mənlə görüşdülər. - İkinci Qarabağ müharibəsinə görə medallarınız varmı? - Xeyr, mən medala görə getməmişəm… - Sadəcə, soruşuram, medal verilibmi? - Mən qanunsuz getmişəm axı, ona görə də mənə medal düşmür. - Belə başa düşdüm ki, qətl videosunu siz də görmüsünüz. Bu videonu necə qiymətləndirirsiniz? - Lap əla qiymətləndirirəm. Düzdür, biz təcavüzkar millət deyilik. Biz hər şeyi qayda-qanunla, sülhlə etmək istəyirdik. Bunlar da başa düşmədilər. Bizim torpağımıza girənləri torpağımızdan çıxarmışıq. Müharibədə yaşlısından cavanına kimi bunu gözə almalı idilər ki, onlar Azərbaycan torpağındadır, sabah onları öldürə bilərlər və yaxud da digər nələrsə, ona görə onlar burda olmalı deyildi. Onlar bunu gözə alıb bura gəliblərsə, artıq bu bizim günahımız deyil. Müharibədə hər şey ola bilər. - Kimsəsiz, əliyalın, dinc insana qarşı bunu doğru sayırsınız? - Xocalı faciəsində bizim qadınların qarnını yarıb uşağını çıxaran onlar idi, o qocalar idi. O ölən qoca idi. ...Bildinizmi?! Bizim qadınlara qarşı zorakılıq edənlərdin biri də o idi. - Videoda olan kişinimi nəzərdə tutursunuz? - Bəli, videoda olan kişi, həmin o Xocalıda bizim qadınlarımıza, uşaqlarımıza işgəncə verib öldürənlərdən biri də o olub. - Bunu siz nədən bilirsiniz? - Bilməsəm, danışmaram. Eşitmişəm, özü də orda boynuna alıb, deyirlər.
2024-02-25
835,728
Krım Rusiyanın ayrılmaz hissəsidir - Putin
İndi Krım və Sevastopol Rusiyanın ayrılmaz hissəsidir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Sevastopol və Krım əhalisi üçün həqiqətən taleyüklü mərhələ 2014-cü il martın 16-da qəti, birmənalı seçim etdikləri gün oldu. Onlar əbədi olaraq Rusiya ilə birlikdə olmaq istədilər. Bu bölgələr Rusiyanın birliyinin və təhlükəsizliyinin möhkəmlənməsinə böyük töhfə verir”, - Putin bildirib.
2024-02-25
835,730
Belarusda seçici aktivliyi rekord qırır
Belarusda keçirilən parlament seçkilərində yerli vaxtla saat 09:00-da (Bakı vaxtı ilə 10:00) seçici fəallığı 43,64% təşkil edib. Axar.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri İqor Karpenko mətbuat konfransında bildirib. "Saat 9 üçün ilk məlumat var: seçkilərdə iştirak 43,64% təşkil edib", - Karpenko bildirib. Onun sözlərinə görə, ən yüksək aktivlik Mogilyov vilayətində (54%), ən aşağı aktivlik isə Minsk şəhərində (31%) qeydə alınıb. Qeyd edək ki, Belarusda parlamentin aşağı palatası və yerli deputatlar şuralarına seçkilər keçirilir. Beş il müddətinə yerli şuraların 12514, parlamentin aşağı palatasının isə 110 deputatının seçilməsi planlaşdırılır.
2024-02-25
835,731
Husilər ABŞ neft tankerini vurdu
Husi dəniz qüvvələri Ədən körfəzində ABŞ-ın “Torm Thor” neft tankerini bir neçə gəmi əleyhinə raketlə vurub. Axar.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya məlumat yayıb. Onun sözlərinə görə, husilər həmçinin Qırmızı dənizdə bir neçə ABŞ hərbi gəmisinə çoxsaylı PUA-larla hücum ediblər.
2024-02-25
835,734
Erməni əsgəri kim güllələyib?
Ötən gün naməlum şəraitdə ölən Ermənistan ordusunun N saylı hərbi hissəsinin əsgəri Avaq Zakaryanı əsgər yoldaşı güllələyib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası öz mənbələrinə istinadla yazıb. İddia edilib ki, əsgərlər arasında münaqişə olmayan, sadəcə, Zakaryan “ehtiyatsızlıq səbəbindən” güllələnib. Hazırda hüquq-mühafizə orqanları hadisənin təfərrüatını araşdırır.
2024-02-25
835,736
İran hökuməti qlobal alçaldılmağa layiqdir - Məhəmmədi
Avtoritar dini rejimin seçkilərinə sanksiya tətbiq etmək təkcə siyasi baxımdan deyil, həm də mənəvi baxımdan İranın azadlıq və ədalət axtaranlarının borcudur. Axar.az xəbər verir ki, bu sözləri həbsdə olan Nobel mükafatı laureatı, güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədi deyib. Məhəmmədinin İnstaqram hesabında xalqı bu seçkiləri boykot etməyə çağıran paylaşım edilib.
2024-02-25
835,741
Siyasətdən getməyim satqınlıq olar - Lukaşenko
İndi siyasətdən getməyim ölkəyə qarşı satqınlıq olar. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Çoxları, o cümlədən məmurlar bunu bəyənmir, çünki onlar prezidentin verdiyi razılaşmaların və qərarların icrasını ciddi tələb edirlər. Əgər bunlar yerinə yetirilməsə, o zaman bütün hakimiyyət strukturu dağılacaq və cəmiyyət batacaq”, - Lukaşenko bildirib.
2024-02-25
835,742
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib. Axar.az nazirliyə istinadən icmalı təqdim edir:
2024-02-25
835,743
Kiyevdən xəbərdarlıq: NATO-nun Ukraynadan imtinası...
Ukrayna alyansın 2024-cü ilin iyulunda keçiriləcək sammitində NATO-ya dəvət almaq istəyir. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. “Ukraynanın NATO-ya dəvət edilməsi ilə bağlı real addımlar dünyanın təhlükəsizlik vəziyyətinə qayıtmasına imkan verəcək. Ölkənin alyansa üzvlüyündən imtina edilməsi dünyanın digər regionlarında eskalasiyaya səbəb olacaq”, - Yermak bildirib.
2024-02-25
835,745
Almaniya hərbi gəmisini Qırmızı dənizə göndərdi
Almaniyanın “Hessen” freqatı AB-nin “Aspides” (Qalxanlar) hərbi əməliyyatı çərçivəsində Qırmızı dənizdə ticarət gəmiçiliyinin təhlükəsizliyini təmin etmək missiyasına başlayıb. Axar.az xəbər verir ki, bu barədə Almaniya Silahlı Qüvvələrindən məlumat verilib. “Hessen” freqatı Qırmızı dənizə çatıb. Onun dəniz yollarının təhlükəsizliyini təmin etmək missiyası başlayır”, - məlumatda qeyd olunub.
2024-02-25
835,746
Lerikdə avtomobil çaya aşdı: ölü və yaralılar var
Lerikdə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var. Axar.az xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 51-ci km-də baş verib. Lerik rayonu, Cəngəmiran kənd sakini Xalid Balaxan oğlu Şəfiyevin idarə etdiyi “Toyota” markalı minik avtomobili rayonun Veləçola adlanan ərazisində yoldan çıxaraq 500 metr hündürlükdən çaya aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin İsmayıllı rayon sakini, 1959-cu il təvəllüdlü Telman Bağırov ölüb. Sürücü və digər sərnişin Lerik rayon sakini R.Hüseynov isə xəsarət alıblar. Hadisəyə yolun sürüşkənliyinin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
2024-02-25
835,747
Düşmənlər bizi islamdan qoparmaq istəyir - SEPAH
İranlıları səsvermədən çəkindirmək üçün düşməncəsinə cəhdlər martın 1-də keçiriləcək ümummilli seçkilərdə xalqın fəallığı ilə nəticələnəcək. Axar.az xəbər verir ki, bu sözləri SEPAH komandiri Hüseyn Salami deyib. “İran xalqı gələn cümə günü keçiriləcək parlament və Ekspertlər Məclisinə seçkilərdə daha bir siyasi dastan yaratmağa hazırdır”, - o bildirib. General vurğulayıb ki, düşmənlər iranlıları islamdan qoparmaq, onların əzmlərini zəiflətmək və onları seçki qutusuna getməkdən çəkindirmək istəyirlər.
2024-02-25
835,749
Daha bir şagirdin səsi yayıldı - Araşdırma başladı
Bu gün sosial mediada Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin şagirdinin səs yazısı olduğu iddia edilən videogörüntü yayımlanıb. Abşeron-Xızı Regional Təhsil İdarəsindən Axar.az-a bildirilib ki, artıq ötən həftədən etibarən idarə tərəfindən araşdırma başlanılıb. “Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına da məlumat verilib. Mövzunun həssaslığını nəzərə alaraq, dəqiq olmayan məlumatları paylaşmamağa çağırırıq”, - açıqlamada deyilir.
2024-02-25
835,752
Açıq danışmırıq, planımız var - Umerov
Ukrayna Silahlı Qüvvələrinin 2024-cü il üçün fəaliyyət planı var, o, güclüdür və nəticələr də olmalıdır. Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Rüstəm Umerov deyib. "Biz sıçrayış etmək üçün mümkün olan və olmayan hər şeyi edirik. Artıq 2024-cü il üçün plan var. Biz bu barədə açıq danışmırıq. Bu plan nəinki ümid verir, həm də 2024-cü ildə nəticə verəcək”, - Umerov bildirib.
2024-02-25
835,753
Gimnastımız Dünya Kubokunun qalibi oldu
Azərbaycanın gimnastı Mixail Malkin Bakıda keçirilən Dünya Kubokunun qalibi olub. Axar.az xəbər verir ki, ikiqat dünya və Avropa çempionu Milli Gimnastika Arenasında təşkil edilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun qızıl medalını qazanıb. Azərbaycan millisinin digər üzvü, komanda hesabında dünya çempionu olan Adil Hacızadə (tamblinq) isə gümüş mükafata yiyələnib.
2024-02-25
835,754
Makron qorxdu: sərgidən elə sürətlə qaçdı ki… - Foto
Xəbər verdiyimiz kimi, Fransa Prezidenti Emmanuel Makronun da iştirak etdiyi Parisdə təşkil edilən kənd təsərrüfatı sərgisi döyüş meydanına çevrilmişdi. Axar.az xəbər verir ki, ötən gün fermerlərin polis səddini keçərək Makronun da iştirak etdiyi sərginin keçirildiyi məkana daxil olması gərginliyi artırıb. Makronun görüş və danışıq təklifini qəbul etməyən fermerlər prezidenti fitə basıblar və ona tərəf gəliblər. Mühafizəçilər fermerlərin yolunu kəssə də, qüvvələr qeyri-bərabər olduğundan, səhnə daha da dramatikləşib. Fermerlər həm jandarmalara, həm də məmurlara yumurta atıblar. Makron isə məkandan təcili olaraq təxliyə edilib. Makron salondan elə qaçaraq çıxıb ki, hətta çaşmış cangüdənləri ona çatmaqda çətinlik çəkib. Onun qaçış görüntüləri dünya mediasının gündəminə çevrilib.
2024-02-25
835,762
Əhmədin qətlə yetirdiyi atası ilə görüntüləri - Video
Əhməd Əhmədovun qətlə yetirdiyi atası ilə görüntüləri yayılıb. Axar.az xəbər verir ki, sözügedən kadrlar ailəvi məclisdə qeydə alınıb. Görüntüləri təqdim edirik:
2024-02-25
835,764
Bakı savaşa hazırlaşır, biz isə KTMT-dən çıxmağa - Danielyan
Azərbaycan müharibəyə, biz də KTMT-dən çıxmağa hazırlaşırıq. Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu fikirləri “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan deyib. “KTMT müşahidəçiləri Avropa müşahidəçilərindən fərqli olaraq, birgə hərbi təlimlərə hazır idilər. Gürcüstan indi Rusiyaya qarşı faktora çevrilməkdən yayınır. Ümumiyyətlə, qəzəbli, təşvişli adamın ağlı ilə supergüclərlə danışıqlar aparmazlar. Fransa dost ölkədir, lakin onun burada hərbi mövcudluğunun mümkünlüyünü elan etdiyini eşitməmişəm”, - o bildirib. Danielyanın sözlərinə görə, insanlar sülh söhbətinə aldanırdılar, indi mümkün müharibədən danışılır: “Müxalifət dəfələrlə təkliflərlə çıxış edib və qəbul olunmayıb. Müharibə təhlükəsi müxalifət üçün məhdudlaşdırıcı haldır. Hakim partiyanın reytinqi günü-gündən aşağı düşür”.
2024-02-25
835,767
Lekornu qorxdu: Rusiya təhlükə yaradır
Rusiya Fransa və onun NATO müttəfiqləri üçün təhlükə yaradır. Axar.az xəbər verir ki, bunu Fransa müdafiə naziri Sebastyan Lekornu deyib. “Bəli, həm də bütün NATO-nun avropalı müttəfiqləri üçün. Nümunə olaraq kiberhücumlarla bağlı vəziyyəti götürək: oğurlanmış məlumatlarla xəstəxanalara, bələdiyyə binalarına, müəssisələrə, “Midi Libre” kimi qəzetlərə eyni vaxtda kiberhücumları təsəvvür edin. Bunlar real hallardır”, - Lekornu bildirib.
2024-02-25
835,770
Türkiyə şirkətləri ilə işləyəcəyik... - Şmıqal
Ukrayna ərazilərinin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək. Axar.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal deyib. "Türkiyə şirkətləri Ukraynada fəal çalışırlar. Ölkəmizin infrastrukturunun qurulmasına dair Türkiyə şirkətləri ilə çox sayda müqavilələr imzalanıb", - Şmıqal bildirib. Baş nazirin sözlərinə görə, müharibə başlayandan bəri Türkiyə Ukraynaya böyük kömək edir.
2024-02-25
835,772
Qəbələdə qəza: Küveyt vətəndaşı yaralandı
Qəbələ rayonunda əcnəbi vətəndaşın xəsarət alması ilə nəticələnən yol qəzası olub. Axar.az xəbər verir ki, hadisə Qəbələ şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan "Mersedes Vito" markalı mikroavtobus digər bir avtobusla toqquşub. Nəticədə "Mersedes Vito" da olan Küveyt vətəndaşı, 1983-cü il təvəllüdlü Fərəh Alrefaei müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, qəzaya səbəb yolun buzlu olmasıdır. Faktla bağlı araşdırma aparılır.
2024-02-25
835,776
Xocalı soyqırımı qurbanları İzmirdə anıldı
İzmirdə Xocalı soyqırımının 32-ci ildönümu ilə bağlı tədbir keçirilib. Axar.az xəbər verir ki, İzmir Atatürk Mədəniyyət Mərkəzi (İAKD) tərəfindən Bornovada təşkil edilən tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi, şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Mərasimdə Türkiyə-Azərbaycan Federasiyasının sədr müavini və İAKD-nin sədri Əşrəf Tuna və Pərviz Məmmədzadə geniş məruzə ilə çıxış edib. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Əmir Əliyev və Doqquz Eylül Universitetinin professorları Gülmirə Kuruoğlu və Ülviyyə Aydın isə çıxışlarında məsələnin beynəlxalq səviyyədə qaldırılması, Ermənistanın cəzalandırılması yollarına diqqəti çəkiblər. Tədbirdə soyqırımla bağlı film də nümayiş etdirilib.
2024-02-25
835,777
Dəhlizin ermənilər üçün də faydası olacaq - Qurtulmuş
Zəngəzur layihəsi uğurla həyata keçsə, bu, region ölkələrini Mərkəzi Asiyaya birləşdirəcək həyati bir dəhliz olacaq. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Asiya Parlament Assambleyasının (AРA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib. “Zəngəzur layihəsi uğurla başa çata bilsə, bu, təkcə Azərbaycanı deyil, Ermənistan, İran, Türkiyə və Gürcüstanı da Qafqaz vasitəsilə Mərkəzi Asiyaya birləşdirəcək çox həyati bir dəhliz olacaq. Qazan-qazan prinsipi çərçivəsində bunun ermənilərə də böyük faydası olacaq. Bunları izah edərək Ermənistanı erməni diasporunun kölgəsindən xilas etməklə yolumuza davam etməliyik”, - Qurtulmuş deyib. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.
2024-02-25
835,778
İsrailin daha iki hərbçisi Qəzzada həlak oldu
İsrail ordusu Qəzzada HƏMAS-a qarşı keçirilən əməliiyat zamanı daha iki hərbçisini itirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Məlumata görə, 2023-cü il oktyabrın 7-dən bəri İsrail ordusunun ümumi itkisi 579 nəfərə çatıb.
2024-02-25
835,779
Putin NATO ölkələrinə hücum edəcək - Conson
Putinin prezidentliyi dövründə Rusiyanın NATO üzvü olan ölkələrə hücumu realdır. Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson deyib. “Bəli, Putin hücum edə bilər. Hesab edirəm ki, bunu istisna etmək olmaz. Məsələn, onun dəhşətli müsahibəsində Polşa haqqında danışması xoşuma gəlmədi. Və düşünürəm ki, o, belə bir şey etməyə cəhd edə bilər”, - Conson bildirib. Onun sözlərinə görə, Putin Ukraynada qalib gəlsə, Rusiyanın NATO ölkələrinə hücum şansı artacaq.
2024-02-25
835,780
Ukraynada müharibənin sonu görünmür - Papa
Roma Papası Fransisk Ukraynadakı böhranı diplomatik yolla həll etməyə çağırıb. Axar.az xəbər verir ki, Fransisk bunu ənənəvi bazar günü çağırışında deyib. “Dünən, fevralın 24-də biz Ukraynada genişmiqyaslı müharibənin başlanmasının ikinci ildönümünü, onun nə qədər qurbanlar, dağıntılar, göz yaşları gətirdiyini və bu müddətin çox uzandığını və sonunun görünmədiyini ağrı ilə xatırladıq. Bu müharibə təkcə Avropanın bəzi hissələrini viran qoymur, həm də qlobal qorxu və nifrət dalğasına səbəb olur”, - Papa bildirib.
2024-02-25
835,782
Budanovdan xəbərdarlıq: Krım körpüsündən istifadə etməyin
Mən dinc əhaliyə Krım körpüsündən istifadə etməyi tövsiyə etməzdim. Axar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. “Uğurlu müdafiə və əks-hücum üçün biz Qara dənizə nəzarət etməli və Krım yarımadasında olmalıyıq. Verilən tapşırıqlar yerinə yetirilib. Uğurlarımıza görə biz Krım sakinlərinə son dərəcə borcluyuq. Onlar nəinki işğalçılara qarşı müqaviməti gücləndirdilər, həm də yarımadadakı bütün əməliyyat vəziyyətini izləmək və bu məlumatları bizə mümkün qədər tez ötürmək imkanı tapdılar. Düşməni yeni sürprizlər gözləyir”, - Budanov bildirib.
2024-02-25
835,783
“Qarabağ” “Qalatasaray”ı ötdü - Reytinq
Klubların UEFA reytinqi açıqlanıb. Axar.az xəbər verir ki, ötən həftə cədvəldə 59-60-cı yerləri bölüşdürən “Qarabağ” siyahıda irəliləyib. Hazırda Ağdam təmsilçisi 32,000 xalla 56-58-ci yerləri bölüşür. Klub “Fənərbağça” (Türkiyə) və “Seltik”lə (Şotlandiya) eyni xala malikdir. Əlavə göstəricilərə görə Qlazqo təmsilçisini qabaqlayan “Qarabağ” 57-cidir. Avropa Liqasının pley-off mərhələsində “Braqa”nı (Portuqaliya) mübarizədən kənarlaşdıran (4:2, 2:3) Qurban Qurbanovun yetirmələri hesabına 1,000 xal əlavə edib. Bu bonus xalı nəticəsində cari mövsüm qazanılan əmsal 10,000-a çatıb. Son mövsümün nəticələrinə əsasən hesablanan reytinq xalı 32,000-ə yüksəlib. “Köhlən atlar” “Fiorentina” (31,000) və “Qalatasaray”ı (31,500) geridə qoyub.
2024-02-25
835,787
Putin anlamalıdır ki, Ukrayna NATO üzvü olacaq - Rasmussen
Ukraynanı NATO üzvlüyünə dəvət etmək sülhün təmin olunmasına kömək edə bilər. Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen deyib. O bildirib ki, müttəfiqlər Ukraynanı Rusiyanı döyüş meydanında məğlub etməsi üçün lazım olan hər şeylə təmin etməlidir: “Və müttəfiqlərin təhlükəsizlik zəmanətləri bu gün çox vacibdir. Bu zəmanətlər Ukraynanın AB və NATO-ya gedən yolunda ehtiyaclarını ödəməlidir. Avropanın uzunmüddətli təhlükəsizliyi həm də Ukraynanın AB və NATO-ya daxil olmasından asılıdır. Biz indi bunun üzərində işləyirik. Putin anlamalıdır ki, Ukrayna NATO-ya üzv olacaq”.
2024-02-25
835,790
Almaniya Kiyevə daha 100 milyon avro ayırır
Almaniyanın xarici işlər naziri Annalena Berbok Kiyevə humanitar yardım kimi daha 100 milyon avro ayrıldığını açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb. Agentliyin məlumatına görə, Berlinin ayırdığı vəsaitlər humanitar ehtiyaclara yönələcək. “İki il ərzində Almaniyanın Ukraynaya göstərilən və planlaşdırılan yardımlarının həcmi 32 milyard təşkil edib”, - məlumatda qeyd olunub.
2024-02-25
835,794
Türkiyə ruslar üçün otel qiymətini aşağı salır
2024-cü ildə ruslar Türkiyədə daha ucuz istirahət etmək imkanı əldə edə bilərlər. Axar.az xəbər verir ki, bu barədə “Maş” teleqram kanalı məlumat yayıb. Kanalın məlumatına görə, Türkiya otel rəhbərləri 20% endirim təklif edirlər: “Bununla yanaşı, ruslar üçün Türkiyədə yekun qiymətlər iki ölkənin səlahiyyətli orqanları arasında aparılan danışıqlardan sonra aprel ayında açıqlanacaq. Qiymətlər 2022-ci illə müqayisədə 30-50% azala bilər. Məsələn, ötən il səkkiz günlük turun qiyməti adambaşına 1064 avro idisə, indi onu 20% endirimdən sonra 703 avroya almaq olar”. Kanal bildirib ki, Türkiyə sanksiyalar və hava nəqliyyatına məhdudiyyətlər səbəbindən kəskin şəkildə azalan rusiyalı turist axınının geri qaytarılmasında maraqlıdır. Bununla yanaşı, kanal Misirin rus turistlər üçün qiymətləri artırdığını qeyd edib. Hazırda bir rus turist üçün Misirdə dincəlməyin qiyməti 1600 dollar təşkil edir.
2024-02-25
835,798
732-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 732-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 574 təyyarəsi, 267 helikopteri, 13 392 PUA-sı, 473 zenit-raket kompleksi, 15 220 tank və digər zirehli texnikası, 1 225 reaktiv yaylım atəş sistemi, 8 161 artilleriya və minaatanı, 19 055 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-25
835,801
FHN Bakıda iki azyaşlını xilas etdi - Video
Bakıda çoxmərtəbəli yaşayış binasında köməksiz qalan azyaşlılar xilas edilib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzilldə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzillərə pəncərədən daxil olub və köməksiz vəziyyətdə qalan azyaşlılar - 2012-ci il təvəllüdlü M.R və 2021-ci il təvəllüdlü R.Y xilas edərək ailə üzvlərinə təhvil veriblər.
2024-02-25
835,802
İndoneziya sahillərində güclü zəlzələ baş verdi
İndoneziya sahilində 5,6 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Zəlzələnin episentri əhalisi 126 min olan Ranqkasbitunq şəhərindən 117 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 37 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.
2024-02-25
835,805
Bu, Ermənistanın etnik təmizləmə siyasəti idi - XİN
Xocalı soyqırımı Ermənistanın sistemli etnik təmizləmə və soyqırım siyasətinin bir hissəsi idi. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı X sosial şəbəkəsindəki paylaşımında yer alıb. Nazirlik həmçinin Xocalı soyqırımına səbəb olan hadisələrin ardıcıllığını əks etdirən qrafik də paylaşıb.
2024-02-25
835,806
Qondarma rejim Rusiya ilə birləşməyə hazırlaşır?
Moldovadakı qondarma Dnestryanı “respublika”sının 28 fevralda Rusiyaya birləşməklə bağlı müraciət edəcəyi haqqında xəbər yayılıb. Axar.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məsələyə aydınlıq gətirib. Bildirilib ki, sözügedən xəbərlər həqiqəti əks etdirmir və regionda gərginliyi daha da artırmağa hesablanıb. Qeyd edək ki, əhalisinin 30%-i yerli ruslardan təşkil olunan Dnestryanı 1990-cı ildə Moldovadan ayrılıb.
2024-02-25
835,807
Babam Zəngəzurda ermənilərə qarşı döyüşüb - Qurtulmuş
Babam ötən əsrin əvvəlində Zəngəzur bölgəsindəki əhalini təşkilatlandırmaq və xalqı erməni yaraqlılarına qarşı qorumaq üçün mübarizə aparıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Asiya Parlament Assambleyasının (АPA) 14-cü plenar sessiyasında iştirak etmək üçün səfər etdiyi Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib. “Rəhmətlik babam Numan Qurtulmuş altı cəbhədə savaşmış bir qəhrəmandır. Olduğu cəbhələrdən biri də Qafqaz cəbhəsidir. Nuri paşanın komandanlığı altında Qafqaz cəbhəsində əvvəlcə Bakıya gəlir, sonra da Zəngəzurdakı əhalini təşkilatlandırmaq və erməni çətələrinə qarşı oradakı xalqı qorumaq üçün mübarizə aparır”, – parlament başçısı söyləyib. 64 yaşlı siyasətçinin sözlərinə görə, babası o doğulmamışdan yeddi il öncə vəfat edib. Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.
2024-02-25
835,808
Ekspertdən xəbərdarlıq: Qonşuda inqilab başlaya bilər!
Gürcüstanda 2024-cü ilin payızına təyin edilmiş parlament seçkiləri fonunda etirazlar başlaya bilər. Axar.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Aleksandr Dudçak deyib. O, ölkədə yeni inqilab riski barədə xəbərdarlıq edib. “Gürcüstanda Avropa gündəmini əsasən Prezident Salome Zurabişvili irəli sürür. Lakin yerli əhali artıq Rusiya ilə normal mehriban qonşuluq münasibətlərinin bərpasının bəhrəsini hiss edir. Ticarət dövriyyəsi ilə yanaşı, turist axını da var", - deyə Dudçak bildirib. Ekspert bildirib ki, parlament seçkilərindən sonra vəziyyət dəyişə bilər. Politoloqun fikrincə, Gürcüstan müxalifəti etiraz aksiyaları təşkil etməyə çalışacaq.
2024-02-25
835,811
“Qarabağ”ın qapıçısı Avropanın ən yaxşısı oldu
“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov cari avrokubok mövsümündə seyvlərinin sayına görə köhnə qitənin bütün qapıçıları arasında ən yaxşısı olub. Axar.az xəbər verir ki, bu barədə “Opta Sports” öz Teleqram kanalında məlumat yayıb. Lunyov Avropa Liqası və Konfrans Liqasının 8 oyununda komandasını 36 dəfə xilas edib. O, bu avrokubok mövsümündə qapısına vurulan 47 zərbənin 72%-ni qaytarıb. Eyni zamanda, qapıçı avtoqollar istisna olmaqla, 12 qol buraxıb. Xatırladaq ki, Lunyov “Qarabağ”a ötən yay azad agent kimi keçib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, qapıçının bazar dəyəri 1 milyon avrodur.
2024-02-25
835,812
Rusiyada kütləvi aksiyalar: saxlanılanlar var
Fevralın 24-də Rusiyanın müxtəlif şəhərlərində Ukraynadakı müharibə əleyhinə keçirilən etiraz aksiyalarında azı 52 nəfər saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Saxlanılanlar arasında Aleksey Navalnının xatirəsinə keçirilən aksiyaların iştirakçıları, müharibə əleyhdarı fəallar, səfərbər edilmiş insanların arvadları, aksiya iştirakçıları və həbsxanalarda işgəncələrə qarşı çıxış edənlər olub. Ən çox həbs (15 nəfər) Moskvada, daha sonra (10 nəfər) Yekaterinburqda, ardınca isə (5 nəfər) Ufada qeydə alınıb. Onlardan 9-nun telefonları ələ keçirilib. 8 nəfər protokol tərtib edilərək sərbəst buraxılıb, 5 nəfər isə bir gecə saxlanılıb. Üç nəfərə xəbərdarlıq edilib.
2024-02-25
835,814
Navalnı buna görə öldü - Ukrayna kəşfiyyatı
Rusiya müxalifətinin lideri Aleksey Navalnı qan laxtalanması səbəbindən ölüb. Axar.az xəbər verir ki, bunu Ukrayna Kəşfiyyat Xidmətinin rəhbəri Kirill Budanov deyib. "Mən sizi məyus edə bilərəm, amma bildiyimiz odur ki, o, həqiqətən qan laxtalanması səbəbindən ölüb", - o bildirib
2024-02-25
835,815
Türkiyənin ən zəngin iş adamları - Siyahı
Amerikanın biznes jurnalı "Forbes" Türkiyənin ən varlı iş adamlarının adını açıqlayıb. Axar.az Musavat.com-a istinadən Türkiyənin ən varlı şəxslərinin ilk onluğunu təqdim edir: 10. Nihat Özdəmir Sərvət: 2,2 milyard dollar 9. Filiz Şahenk Sərvət: 2,2 milyard dollar 8. Erman İlıcak Sərvət: 2,4 milyard dollar 7. Fərid Faiq Şahənk Sərvət: 2,4 milyard dollar 6. Əli Ərdemoğlu Sərvət: 2,6 milyard dollar 5. Mustafa Rəhmi Koç Sərvət: 2,8 milyard dollar 4. İbrahim Ərdemoğlu Sərvət: 3 milyard dollar 3. İpek Kıraç Sərvət: 3,1 milyard dollar 2. Semahat Sevim Arsel Sərvət: 3,2 milyard dollar 1. Murat Ülker Sərvət: 5,2 milyard dollar.
2024-02-25
835,816
Ərdoğandan Qarabağ açıqlaması: Qardaş Azərbaycanla...
Türkiyə qlobal güc olma yolunda sürətli addımlar atdır. Türkiyə qardaş Azərbaycanla Qarabağda çiyin-çiyinə dayanır. Axar.az "Haber Global"a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Adanada keçirilən mitinqdə çıxış edərkən deyib. “Türkiyə xarici siyasətdə Avropadan təriflər almaq üçün çalışmır, regional güc olmaqdan daha çox qlobal güc olmaq yolunda sürətli addımlar atır. Biz Liviyada və Qarabağdayıq. Türkiyə qardaşları ilə əl-ələ, çiyin-çiyinə dayanır. Xarici siyasətdə artan nüfuzumuzun arxasında güclü müdafiə sənayesi dayanır. Müdafiə sənayesində xarici asılılığımız azaldıqca, xarici siyasətdə effektivliyimiz artır. Biz vəzifəyə gələndə 80 faiz başqalarından asılı idik. Xarici siyasətdə biz Avropadan “afərin” almağa çalışmaqdan bütün dünyada düzgün və ağıllı mövqeyi ilə təqdir olunan bir ölkəyə çevrildik”, - deyə dövlət başçısı vurğulayıb. O bildirib ki, Türkiyə müdafiə sənayesi sahəsində sözün əsl mənasında dastan yazır. “Bu gün Türkiyənin PUA-ları 34 müxtəlif ölkənin səmasını qoruyur. Biz bu sahədə dünyanın ilk üç ölkəsindən biriyik. Güclü müdafiə sənayemizlə dünyada söz sahibiyik. Bu yaxınlarda KAAN ilk uçuşunu uğurla həyata keçirdi. Dünyada KAAN ilə 5-ci nəsil təyyarə istehsal edə bilən 4 ölkədən biri olduq. Bu qürur hamımızın, 85 milyonumuzundur. Millət olaraq inandıq, çalışdıq və Allaha şükürlər olsun, uğur qazandıq. Bunlar yalnız başlanğıc idi. Biz daha çox, daha təkmil işlər görəcəyik. Yeni şad xəbərimiz yoldadır. Bir dəfə bunu edəcəyik dedik, biz bunu edirik. İçimizdəki müxaliflər, manqurtlar anlamasa da, dostlarımız Türkiyənin nə qədər böyük işlər gördüyünü yaxşı bilirlər. Son dörd gündür dünya KAAN-dan danışır”, - Ərdoğan əlavə edib.
2024-02-26
835,817
Putinin mövqeyi zəifdir, Krımı qaytarmaq olar
Putinin Krımdakı mövqeyini zəifdir və Qərbin Ukraynaya lazımi silahlarla dəstək verməyə davam edəcəyi təqdirdə yarımadanın geri qaytarılması tamamilə realdır. Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın sabiq baş naziri Boris Conson "Avropian Pravda"ya (“European Pravda”) müsahibəsində deyib. "Görünür, hamı Putinin Krımdan heç vaxt imtina etməyəcəyini düşünürdü. Ona görə də fikirləşdik ki, gəlin Ukraynaya quru körpüsünü geri qaytarmağa kömək etməyə çalışaq. Amma indi Krımın qaytarılması realdır! Putinin Krımdakı mövqeyi zəifdir. Əgər infrastruktura, logistikaya nəzər salsanız, Ukrayna Silahlı Qüvvələri üçün böyük imkanlar var. Həqiqətən də insanların Krım haqqında düşüncə tərzində dəyişiklik olub", - o bildirib.
2024-02-25
835,819
Xocalı: Tariximizin qan yaddaşı
Bəşəriyyət tarixinə nəzər saldıqda onun savaşsız, fəlakətsiz, iztirabsız günlərinin sayının heyrətamiz dərəcədə az olduğunu görürük. BMT-nin statistikasına görə, yalnız XX əsrdə baş vermiş müharibələrdə 100 milyondan artıq insan həlak olub. Elə yaşadığımız XXI əsrin də bircə günü belə savaşsız ötüşməyib. Bu müharibələrin içində öz qəddarlığı və insanlığa sığmayan əməlləri ilə fərqlənən elə cinayət aktları var ki, onlara heç zaman və heç cür haqq qazandırmaq mümkün deyil. 1992-ci ilin 26 fevralında Azərbaycanın Qarabağ regionunda yerləşən Xocalı şəhərində törədilmiş kütləvi qətliam da məhz həmin cinayət aktlarından biridir. Xocalı soyqırımı Qarabağ müharibəsinin ən qanlı səhifələrindən biridir. Sovet dövrünün son 10 illiyində, ölkədə baş verən qarışıqlıqdan istifadə edən ermənilər çökməkdə olan imperiya mərkəzinin köməyi ilə yenidən Ermənistanda etnik təmizləmə siyasəti aparmaqla özlərinin “böyük ermənistan” xülyasını gerçəkləşdirmək fikrinə düşmüşdülər. 1988-ci ildə hələ də Ermənistan ərazisində yaşayan 300 mindən çox Azərbaycanlı silah gücünə Ermənistandan qovuldu. Ermənistan ərazisində Azərbaycanlıların yaşadıqları bütün əraziləri etnik təmizləməyə məruz qoyduqdan sonra daha da həvəslənən ermənilər Azərbaycanın keçmiş Dağlıq Qarabağ vilayətinin Ermənistana birləşdirilməsini tələb etməyə başladılar. 1991-ci ilin 18 oktyabrında Azərbaycan Müstəqillik Aktını qəbul etməklə 70 illik sovet əsarətinə son qoydu. Azərbaycan ikinci dəfə öz dövlət müstəqilliyini bərpa etdi və dərhal dünyanın mütərəqqi ölkələri ilə tarixi siyasi-iqtisadi əlaqələrini bərpa etməyə başladı. Baş verənlər əslində imperiya mərkəzi üçün bütün Qafqazın itirilməsi demək idi. Buna yol verməməkdə israrlı olan imperiya mərkəzi Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinə dəstək vermək yolunu tutdu. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə birləşmiş rus-erməni silahlı qüvvələri Xocalıya hücum edərək Xocalı soyqırımını törətdi. Soyuq fevral gecəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 1275 nəfər əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Öldürülən uşaqların, qocaların, qadınların cəsədləri tanınmaz hala salınmışdı. Xocalının mühasirəyə alınaraq mülki əhalinin şəhəri tərk etməsinə imkan verilməməsi ermənilərin soyqırımı törətdiyini sübut edir. Bu soyqırımı aktı təkcə Azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa, bəşəriyyətə, beynəlxalq sülhə qarşı törədilmiş ən ağır cinayət idi. Xocalı faciəsi yalnız Azərbaycanı yox, dünyanın bütün ölkələrində bu faciədən xəbər tutan bütün insanları sarsıtmışdı. Əslində, Xocalı qətliamı ondan iki il əvvəl Sovet imperiyası tərəfindən Bakıda törədilmiş Qanlı 20 Yanvar faciəsinin davamı idi. Qafqazın itirilməsini heç cür qəbul edə bilməyən rus imperiyası Qarabağın işğalına göstərdiyi həm mənəvi, həm də hərbi –siyasi dəstəklə yenicə müstəqilliyini bərpa etmiş Azərbaycana öz gücünü nümayiş etdirirdi. 1994-cü ildə yaradılmış ATƏT-in Minsk Qrupu bu münaqişəni sülh yolu ilə həll etmək missiyasını öz üzərinə götürdü. O illərdə Azərbaycan ədalətin bərpa olunması, ölkənin 20%-ə yaxın işğal olunmuş ərazilərinin azad edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünlərin öz yurdlarına qaytarılması üçün dünya xalqlarının və dövlətlərinin, eləcə də beynəlxalq qurumların – BMT-nin, Avropa Birliyinin, ATƏT-in Minsk qrupunun ədalətli münasibətinə ümid bəsləyirdi. Lakin dünyanın ən böyük güc mərkəzləri hesab olunan ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Minsk Qrupu 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının erməni işğalından azad olunması üçün heç bir əməli addım atmadı. Bu onu göstərir ki, müasir dünya siyasətində qlobal güclərin və onlara xidmət edən ayrı-ayrı dairələrin maraqları beynəlxalq ədalət və beynəlxalq hüquq normalarından üstün tutulur. Bu həqiqəti dərk edən Azərbaycan xalqı nəyin bahasına olursa olsun Xocalı qatillərini cəzalandırmaq və işğala son qoymaq məqsədi ətrafında bir yumruq kimi birləşdi. Beynəlxalq təşkilatların, Ermənistanın işğalçılıq siyasətini gizli şəkildə dəstəkləyən bir sıra dövlətlərin təzyiqlərinə və təhdidlərinə baxmayaraq Dəmir yumruq Qarabağımızda kök salmış şər yuvasının başına endirildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi erməni işğalına birdəfəlik son qoydu. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əıliyevin rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu gün Qarabağın və Şərqi Zəngəzurun bütün ərazisində Azərbaycan bayrağı qürurla dalğalanmaqdadır. Bu gün Xocalı soyqırımının ildönümüdür. Doğrudur, xalqımız bu tarixin kədərini yaşamaqla bərabər həm də alınmış qisasın qürurunu yaşayır. Amma Xocalıda vəhşiliklə qətlə yetirilmiş soydaşlarımızın qisası alınmış olsa da tariximizin bu faciəli səhifəsini bir an belə unutmaq olmaz. Məhz buna görə hələ 1994-cü il fevralın 24-də Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edilmişdi. Prezident Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsi hər il fevral ayının 26-sı saat 17:00-da bütün ölkə ərazisində keçirilən sükut dəqiqəsi ilə yad edilir. Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı faciəsinin qurbanlarını yad edərkən Prezident İlham Əliyev bu hadisəni belə səciyyələndirmişdi: “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”. Buna görə də erməni işğalı və Xocalı faciəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması bu gün də davam etdirilir. Bu faciənin geniş miqyasda tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən dünyanın yüzdən artıq ölkəsində “Xocalıya ədalət” beynəlxalq kampaniyası həyata keçirilir. Kampaniya çərçivəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsinə həsr olunmuş tədbirlərin təşkil olunması, 30 il ərzində Ermənistan tərəfindən Azərbaycana qarşı yürüdülmüş işğalçılıq siyasəti haqqında əsl həqiqətlər beynəlxalq ictimaiyyətə çatdırılır. Bu günədək 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyib. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər təşkil edilir. Kampaniyanın Xocalı faciəsini soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımaq tələbini irəli sürən Müraciətini artıq bütün dünyada on minlərlə insan imzalayıb. Xocalı faciəsinin soyqırımı və ya insanlığa qarşı cinayət kimi tanınması haqqında bir çox ölkələrdə parlament aktları qəbul olunub. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator bəyanatları səviyyəsində tanınıb. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib. Başlıcası odur ki, torpaqlarımız işğaldan azad edilib, bütün ərazilərimiz üzərində suverenliyimiz təmin olunub. Lakin Xocalı faciəsi yaddaşlardan silinməyib və bu faciə heç vaxt unudulmayacaq. Çünki bu bizim tariximizin qan yaddaşıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Cavanşir Feyziyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı
2024-02-25
835,820
Polşada 160 ton Ukrayna taxılı məhv edildi
Polşada 160 ton Ukrayna taxılı məhv edilib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov deyib. Öz növbəsində Polşa mediası hadisənin ötən gecə Kotomerz kəndi yaxınlığında baş verdiyini təsdiqləyib. Ərazidə araşdırma aparılır.
2024-02-25
835,823
Zelenski: Müharibədə ölən ukraynalı hərbçilərin sayı...
Son iki ildə müharibədə 31 min ukraynalı hərbçi həlak olub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
2024-02-25
835,828
Federasiya millimizə pul mükafatı verəcək
Azərbaycan Basketbol Federasiyası (ABF) DÇ-2027-nin Avropa üzrə seçmə mərhələsinin II turunda Kosova üzərində qələbə qazanan milli komandaya (87:77) pul mükafatı verəcək. Axar.az xəbər verir ki, bunu ABF-nin prezidenti Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Qurum rəhbəri A qrupunda keçirdiyi ikinci matçında ilk qalibiyyətini əldə edən Azərbaycan yığmasının çıxışına münasibət bildirib: “İlk dəfədir dünya çempionatının seçmə mərhələsində çıxış edirik. Bu qələbə Azərbaycan basketbolunun inkişafında irəliyə doğru addımdır. “Sərhədçi” Olimpiya İdman Mərkəzində əsl bayram ab-havası hökm sürürdü. Bu seçmə mərhələ basketbolumuz üçün yeni nəfəsdir. Uğurlar artdıqca tribunalara daha çox azarkeş gələcək”. Qeyd edək ki, yığma ilk turda səfərdə İsveçrəyə 53:72 hesabı ilə uduzub.
2024-02-25
835,830
ABŞ-da Xocalı soyqırımı ilə bağlı bəyannamə imzalandı
ABŞ-ın Texas ştatının Hyuston şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş “Remember Khojaly” adlı tədbir keçirilib. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və onun nəzdində fəaliyyət göstərən “Azərbaycan Mərkəzi”nin təşkilatçılığı və Dövlət Komitəsinin dəstəyi ilə baş tutan tədbirdə Azərbaycan, Türkiyə, həmçinin digər ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri, yerli ictimaiyyətin tanınmış simaları, eləcə də Azərbaycana dost icmaların üzvləri iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a bildiriblər ki, Hyuston şəhərində təhsil alan gənc tələbə Leyla Tağıyevanın aparıcılığı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Xocalı soyqırımı barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Daha sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ermənilərin törətdiyi vandalizm aktları və hazırkı quruculuq işləri ilə bağlı videoçarxlar nümayiş olunub. Texas Nümayəndələr Palatasının üzvü Xarvis Conson çıxışında Xocalı soyqırımına dair bəyannamə imzaladığını və onu diaspor təşkilatının rəhbərinə təqdim edəcəyini bildirib. Deyib ki, Azərbaycanda səfəri zamanı ölkəmizin inkişaf etməkdə olan gözəl diyar olduğuna şahidlik edib. X.Conson Xocalı soyqırımı qurbanlarına görə məyus olduğunu deyərək, dünyada sülh və əmin-amanlığın vacibliyini, bu istiqamətdə dostların bir-birinə dəstək verərək çətin vəziyyətdən çıxmasının zəruriliyini vurğulayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Səlhət Abbasova qeyd edib ki, 30 ildən çoxdur Azərbaycan xalqı dünyanın hər yerində “Xocalıya Ədalət” şüarı ilə Xocalıda soyqırımı və insanlığa qarşı cinayət törətmiş şəxslərin beynəlxalq məhkəmələrdə cəzalandırılmasını tələb edir. “2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xocalıda Azərbaycan Bayrağını ucaltması “Xocalıya ədalət”in təmin ediləcəyinə ümidləri artırıb. Cinayətkarların beynəlxalq məhkəmələrə cəlb edilməsi ilə Xocalı qurbanlarının həyatları geri dönməsə də, onların ruhlarının şad olacağı və cəmiyyətdə ədalətə inamın artacağı şübhə doğurmur”, - deyə o əlavə edib. Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndəsi Nigar Şirəlizadə çıxışında soyqırımla bağlı beynəlxalq təşkilatlar tərəfindən verilmiş bəyanatlardan söz açıb və beynəlxalq ictimaiyyəti Xocalı soyqırımı məsələsində daha ədalətli olmağa çağırıb. Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının vitse-prezidenti Riad Əfəndi Qarabağ və Xocalı soyqırımı haqqında siyasi-analitik məruzə ilə çıxış edib. Sonda Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova tədbir iştirakçılarına təşəkkürünü bildirib, Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il yad edildiyini, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını və məcburi köçkünlərin tezliklə öz evlərinə dönəcəklərini diqqətə çatdırıb.
2024-02-25
835,834
Bu planı Rusiyaya təqdim edəcəyik - Zelenski
Ukrayna münaqişənin nizamlanması ilə bağlı planını İsveçrədəki ikinci konfransda Rusiya tərəfinə təqdim edəcək. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O qeyd edib ki, Rusiya nümayəndələrinə yalnız konfrans iştirakçılarının hazırladıqları plan təqdim olunacaq.
2024-02-26
835,835
Əvvəldən Rusiyanı anlaya bilmədik - Polyak general
Qərb ölkələri 1991-ci ildə SSRİ-nin dağılmasından və ABŞ ordusunun gücünü nümayiş etdirdiyi Körfəz müharibəsindən sonra Rusiyanı anlamaq qabiliyyətini itirdi. Axar.az xəbər verir ki, bu barədə Polşa ordusunun Baş Qərargahının keçmiş rəisi, general Raymund Anjeyçak deyib. "Rusiya baxış bucağından çıxdı. Hətta bir anlıq bizə elə gəldi ki, ruslar eyni klubdadır. Ukraynanın nə qədər davam edəcəyini söyləmək çətindir. Uzunmüddətli perspektivdə Amerika Birləşmiş Ştatlarında siyasi mübarizə Ukraynadakı müharibənin həllindən daha vacibdir", - o bildirib.
2024-02-25
835,837
Rus kanalları müharibənin ildönümünü niyə xatırlatmadı?
Rusiya televiziya kanalları Ukrayna müharibəsinin ikinci ildönümü ilə bağlı demək olar ki, hər hansı xatırlatma etməyib. “Rusiya 1” və “Birinici Kanal”ın yekun buraxlışlarında hər hansı süjet yayımlanmayıb. Axar.az xəbər verir ki, kanalların yekun xəbərində müdafiə naziri Sergey Şoyqunun Avdeyevkanın ələ keçirilməsində iştirak edənləri mükafatlandırması üçün cəbhəyə səfəri, ABŞ-ın yeni sanksiyaları, Kazanda keçirilən “Gələcəyin Oyunları”, Ali Məhkəmə sədri Vyaçeslav Lebedevin ölümü və Parisdə fermerlərlə polis arasında qarşıdurma yer alıb. NTV-də də "Bu gün" proqramının gündüz buraxılışlarında Ukraynanın işğalının başlanmasının ildönümünə toxunulmayıb.
2024-02-25
835,840
Sabah bəzi avtobusların hərəkət istiqaməti dəyişəcək
Xocalı soyqırımının növbəti ildönümü ilə əlaqədar fevralın 26-da müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil olunacaq. Bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 2, 4, 10, 21, 30, 32, 46, 49, 175, E1 və M3 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.
2024-02-25
835,842
Azərbaycanın sülh formulunda iştirakı... - Zelenski
Azərbaycanın sülh formulunda iştirakından məmnun olardıq. Axar.az xəbər verir ki, bunu Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna Prezidenti Vladimir Zelenski Report-un əməkdaşının sualını cavablandırarkən deyib. "Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan suveren hüququn, sülhün tərəfdarıdır. Digər tərəfdən, təbii ki, imkanları daxilində Azərbaycanın sülh formulunda da iştirakından məmnun olardıq" - o, qeyd edib. Prezident Ukraynanın yeni dostları ilə bağlı gözləntilərindən də danışıb: "Söhbət qlobal cənubdan gedir. Onların sülh gəmisində olması bizim üçün çox vacibdir. Bu, sülh sammitinin formuludur. Bunun üzərində işləyirik. Bilirsiniz ki, hələ də tarazlıqda olan, bir az şübhəli olan dövlətlər var: Bu, Latın Amerikasında, həm də Afrikada olan ölkələrdir. Biz isə çalışırıq ki, onlar sülh tərəfini seçsinlər".
2024-02-25
835,845
İlham Əliyevdən Xocalı soyqırımı ilə bağlı paylaşım
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün X hesabında Xocalı faciəsinin 32-ci ildönümü ilə bağlı paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda "26 fevral 1992. Xocalı soyqırımı" sözləri yer alıb.
2024-02-25
835,846
"Qarabağ"dan növbəti qələbə...
Azərbaycan Premyer Liqasında XXIV tura yekun vurulub. Axar.az xəbər verir ki, son oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçirilib. Lider “Qarabağ” ən yaxın izləyicisi olan “Sumqayıt”ı qəbul edib. 2:0 hesablı qələbə qazanan Qurban Qurbanovun kollektivi xallarının sayını 54-ə çatdırıb və ən yaxın izləyicisi ilə fərqi 18 xala yüksəldib. Turun əvvəlki oyunlarında “Kəpəz” “Qəbələ”ni (2:1), “Səbail” “Sabah”ı (2:0), “Zirə” “Araz-Naxçıvan”ı (3:0) məğlub edib, “Turan Tovuz”la “Neftçi” (1:1) bərabərə qalıblar. Qeyd edək ki, Premyer Liqada XXV turun görüşləri 1-3 noyabrda oynanılacaq.
2024-02-25
835,849
Misirdə bərə batdı: ölənlər var
Misirdə Nil çayında bərə batıb. Axar.az xəbər verir ki, Qahirənin şimalında Nil çayında tikinti şirkətinin 14 əməkdaşının olduğu bərə batıb. Nəticədə 8 nəfər ölüb, 6 nəfər isə xilas edilib. Əlavə məlumat verilmir.
2024-02-26
835,850
Bu il dönüş nöqtəsidir - Zelenski
Ukrayna Prezidenti Vladimir Zelenski davam edən müharibə fonunda bu ili dönüş nöqtəsi adlandırıb. Axar.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablayarkən deyib. "Düşünmürəm ki, bu, ən zəif məqamdır. Sarsıdıcı məqam iki il əvvəl fevralın 24-ü idi. İndi bizim birliyimiz üçün ən çətin məqamdır. Əgər biz ortaqlarımızla və daxildən dağılsaq, onda bu, ən zəif an olacaq. Hələ ki, bu baş verməyib", - o bildirib. Ukrayna üçün genişmiqyaslı müharibənin üçüncü ili haqqında danışan Zelenski bunun “dönüş nöqtəsi” olduğunu qeyd edib.
2024-02-25
835,851
Azərbaycana dəstəyimizi bir daha vurğulayırıq - TDT
Xocalı faciəsində həyatını itirənlərin xatirəsini ehtiramla yad edir, qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq. Axar.az xəbər verir ki, bu, Türk Dövlətləri Təşkilatının (TDT) X sosial şəbəkəsində Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı Azərbaycana dəstək paylaşımında yer alıb. “Bu gün Azərbaycan tarixində çox faciəvi hadisə olan Xocalı soyqırımının 32-ci ildönümüdür. Bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə hücumu zamanı baş verib. Bu dəhşətli hadisə qəlbimizi dərindən sarsıdarkən, bu hücumda həyatını itirənlərin xatirəsini ehtiramla yad edir və qardaş Azərbaycan xalqına və hökumətinə davamlı dəstəyimizi bir daha vurğulayırıq”, - təşkilat vurğulayıb.
2024-02-25
835,852
Əks-hücuma hazırlaşırıq, rəhbərlik dəyişəcək - Zelenski
Yeni əks-hücuma hazırlaşırıq və plan mövcuddur. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Aydın planımız var, detalları açıqlaya bilmərəm, buna hüququm yoxdur. Bu plan rəhbərliyin dəyişməsi ilə bağlıdır, bəli, müəyyən dəyişikliklər var”, - deyə Zelenski bildirib.
2024-02-25
835,856
Aleksandr Rıbak Bakıdadır - Video
Norveçli müğənni və skripkaçı, "Avroviziya 2009" mahnı müsabiqəsinin qalibi Aleksandr Rıbak (Alexander Rybak) Bakıdadır. Kult.az xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə səhifəsində paylaşım edib.