date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-10 | 831,168 | Koniko yatağında ABŞ bazası raket atəşinə tutuldu | Suriyanın şərqindəki Deyr əz-Zor əyalətində, Koniko qaz yatağındakı ABŞ bazası raket atəşinə tutulub. Axar.az xəbər verir ki, bu barədə yerli mənbə "RİA Novosti"yə bildirib. “Dörd raket Amerikanın Koniko bazasının ərazisinə düşüb”, - mənbə bildirib. Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin gərginləşdiyi vaxtdan İraqda beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ bazaları, eləcə də Suriyadakı Amerika hərbçiləri mütəmadi olaraq hücuma məruz qalır və buna görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür. |
2024-02-10 | 831,169 | Səudiyyə Rəfaha görə BMT TŞ-nin iclasını tələb etdi | Səudiyyə Ərəbistanı Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində mümkün hərbi əməliyyatlarla əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib. Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumatda humanitar fəlakətin yaranmasının qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının təcili çağırılmasının vacibliyi qeyd olunub. |
2024-02-10 | 831,170 | “Alov qüllələri”ndə “Apatiya”: 18+ səhnələr… | Onu “Qatil” tamaşasından, “Çılpaqdan”,”İkinci pərdədən” də yaxşı tanıyırıq. O, Hikmət Rəhimovdur. “Apatiya” filminin ssenari müəllifi və rejissoru. Onu bu dəfə, ikinci filminin rejissoru kimi tam fərqli rakursdan görəsi olduq. Artıq milli adı “Alov qüllələri” olan binadayam. Kimlər yoxdur? Kəndçilərin düşməni Bəhramdan tutmuş Rəşad Məcid, Aqil Abbas, İradə Tuncaya qədər. Aqşin Evrən, Ulucay Akif, İlham Əziz, Şəhriyar Del Gerani… “və sairə” hissəsinin içində Eminquey Akif və bəzi şairlərin yanında gələn xanımlar dayanır. İlk Yaleh Yüzbəyovu görüb, mənasız bir zarafat da elədim: - O şəhər şuluğu deyirlər, sizsiz? Sağ olsun, o da gülüb yola verdi. Furşet masası olan hissədə aləm bir-birinə dəyib. Deyəsən, hamı işdən ac gəlib… Hikmət Rəhimovla şəkil çəkdirməkdən ətrafa düşən işıqlar salonu əməllicə aydınlaşdırır, fotoaparatların səsi səssiz otaqdakı saat kimi adamın beyninə düşür, hərə bir tərəfdə müsahibə verir. Qəfil Azər Aydəmirlə üzbəüz gəlirəm. Sevinir, həyəcanlıdı, mənə “bizi tənqid eləməyəcəksən ki?” deyir. Azər nədənsə, bir az əsəbi görünür. Sonradan elədiyimiz söhbətdə “Bütün günahı məndə görün” deyir. Mən də sözünü yerə salmıram, günahı onda görürəm, amma hamısını yox. *** Sevgisiz böyüyən uşaq, valideynlərinin fonundakı amansız cəhalət, psixoloji və fiziki təsirlər, ailədaxili problemlər və nəhayət, müəmmalı bir qətl - filmin bu bioqrafiyası qarşımızda yeni pəncərə açır. O pəncərə bizim tez-tez qarşılaşdığımız mənzərədir. Azərbaycan ailə mühitinin olmazsa olmaz tərzi - sevgisiz böyüyən uşaq və onun fonunda sadalanan hər şey. Hikmət Rəhimov “Mən bu gün sizə bir nağıl göstərəcəm. Bu nağılın qəhrəmanları bizim aramızdadır” deyir və filmə baxmağa keçirik. Film elə ilk dəqiqələrdən əvvəl yadıma sala bilmədiyim bir yazıçını, əsəri xatırladır. Çox keçmir ki, onu tapıram: -“Oblomov!” Birotaqlı evdə baş verən bütün həyati məsələlər necə də oblomovçuluğu xatırladır. Fəqət “Azərbaycan Oblomovu” da başqadır. Buradakı Oblomov - Tural Baxış, sevmədiyim aktyor olsa da, bu filmdə əməlli valeh oluram. Necə deyərlər, bütün film boyu zal həm kədərlənir, həm gülür, həm əsəbiləşir. 18+ səhnələrə görə utananlar da olur. Nədənsə, məndə də ani refleks baş verir. 18+ səhnələrdə üzünə baxmağa qız axtarıram. Xüsusi ilə də cəsarətli aktrisa Şəhla Əliyevanın masturbasiya səhnəsində. Birini gördüm: Sevgilisi yanındadır deyə, əlini üzünə tutdu. Birini də gördüm: O da rəfiqəsinə baxıb qımışdı. Düzü, onlardan gözüm su içmədi… *** Filmi reportaj kimi yazmağımın bir əsas səbəbi də sərt tənqid etmək istəməməyimdir. Bu filmdə toxuna bilməyəcəyim yeganə məsələ texniki məsələdir. Məsələn, filmin sonunda çöldə dostlardan biri dedi ki, işıq zəif idi. İndi mən bilmirəm, eynəkli dostum “işıq zəif idi” deyəndə nə nəzərdə tutur. Bəlkə də mənim bəsirət gözüm tutulub… Əvvəla, film novellavari sonluqla bitdi. Mənimçünsə bir az havada qaldı. “Havada qaldı”nı dəyişib, “İzləyicinin ixtiyarına buraxırıq” demək də olar. Beləliklə, film bütün mənfi cəhətləri ilə xoşuma gəldi. Əsl problemli bir azərbaycanlı ailəsinin bədii həlli var. Bu cür bir hadisələri romanla yox, elə filmlə çatdırmaq daha uyğun olar. Filmin vermək istədiyi mesajlar aydındır, amma tam deyil. Daha dəqiq, qısa keçir. Məsələn, erkən evlilik söhbəti. Cəmi bir sözlə göstərilən bu səhnə hazırlıqsız izləyiciyə çatmaya da bilər və elə bu cür də oldu. Adını çəkib biabır eləmək istəmədiyim bir “ziyalı” dostumuz çöldə soruşdu ki, o erkən nikah hardaydı? Əgər bu film tam uğursuz olsaydı belə, deyərdim ki, aktyor oyunu möhtəşəm idi. Azər Aydəmir isə bir başqa idi. Deyəsən, onu filmdə mənim kimi dostlarımızın çoxu tanımayıb. Az qala filmdən sonra soruşacaqdım ki, Azər, sənin obrazın hansıydı? Müəllifdən son: Film Fuad Poladovun xatirəsinə, bu reportaj da məhdud imkanlar çərçivəsində böyük iş görən dostlara həsr olunur. |
2024-02-11 | 831,172 | Ukraynada 200-ə yaxın liman infrastrukturu zədələndi | 2023-cü ilin iyulunda taxıl müqaviləsi başa çatdıqdan sonra Ukraynanın 200-ə yaxın liman infrastrukturu zədələnib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov məlumat yayıb. Qeyd edək ki, taxıl müqaviləsi ötən ilin iyulun 17-də başa çatıb. |
2024-02-10 | 831,173 | Rusiyada qəzada ölən pilotların cəsədi tapıldı | Kareliyada qəzaya uğrayan Mi-8 helikopterinin hər üç ekipaj üzvünün cəsədi tapılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Cinayət işi çərçivəsində müstəntiq 2024-cü il fevralın 4-də Kareliya Respublikasında qəzaya uğrayan Oneqa gölünün dibindən qaldırılmış helikopterə baxış keçirib. Hər üç ekipaj üzvünün cəsədi aşkar edilib", - deyə məlumatda bildirilib. |
2024-02-10 | 831,174 | Göyçə gölünün səviyyəsi 11 sm düşdü | 2023-cü ildə Göyçə gölünün su balansı mənfi olub: -140,1 milyon kubmetr, nəticədə gölün səviyyəsi 11 sm aşağı düşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzi məlumat yayıb. Belə ki, 1 yanvar 2023-cü ildə Göyçə gölünün səviyyəsi 1900,28 m², gölün səthi 1276,418 km², gölün həcmi 37,90 km³ olub, ilin sonunda isə 1900,17 m², müvafiq olaraq 1275,372 km² və 37,76 km³a düşüb. |
2024-02-10 | 831,176 | Xocalıya köç tarixi açıqlandı: Bəs, Xankəndi? | Bu ilin ilk yarısında Xocalıya köç olacaq. Axar.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib. Qeyd olunub ki, bu ilin ilk 6 ayında Xocalıya 50 ailənin köçürülməsi planlaşdırılır. Qeyd edək ki, Prezident İlham Əliyev yanvar ayında yerli mediaya açıqlamasında bu il Xankəndiyə də köçürülmə olacağını bildirmişdi. |
2024-02-10 | 831,177 | Bezos "Amazon"un 12 milyon səhmini satdı | Amerikalı milyarder Ceff Bezos onlayn pərakəndə satış və bulud xidmətləri şirkətinin təxminən 12 milyon səhmini təxminən 2 milyard dollara satıb. Axar.az xəbər verir ki, bu barədə "Amazon" şirkətindən məlumat verilib. Məlumatda bildirilir ki, satış çərşənbə və cümə axşamı günləri baş tutub. Qeyd edək ki, "Amazon" ötən həftə Bezosun 50 milyona qədər səhm satacağını bildirmişdi. |
2024-02-10 | 831,178 | Kürdəmirə içməli suyun verilişi bərpa olundu | Kürdəmir rayonuna içməli suyun verilişi bərpa olunub. Axar.az xəbər verir ki, bu barədə Report-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Kürdəmir Su-kanal sahəsinin rəisi Arzu Şahbazov bildirib. “Azərsu” ASC-nin ərazi üzrə əməkdaşları baş verən hadisənin aradan qaldırılması istiqamətində zəruri işlər həyata keçiriblər və suyun rayona verilişi bərpa olunub. Xatırladaq ki, hadisə fevralın 9-da səhər saatlarında Ağsu-Kürdəmir-İmişli yolunun 33-cü km-də rayonun Atakişili kəndi razisindən keçən hissəsində qeydə alınıb. Magistral su xəttinin partlaması nəticəsində rayon mərkəzinə və bir neçə kəndə içməli suyun verlişi dayandırılıb. Su xətti rayonun 8 222 abonentinə xidmət edir. Ümumi uzunluğu 29 km olan Külüllü-Kürdəmir magistral su boru xətti 2011-ci ilə dövlət vəsaiti hesabına inşa olunub. Xətt Kürdəmir rayon mərkəzini və daha 12 kəndin su təminatının yaxşılaşdırılması məqsədilə həyata keçrilib. |
2024-02-10 | 831,180 | Sabiq nazirin qızı vəfat etdi | Azərbaycan sabiq müdafiə naziri Rəhim Qazıyevə ağır itki üz verib. Axar.az Pravda.az-a istinadən xəbər verir ki, R.Qazıyevin qızı vəfat edib. Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, R.Qazıyev 1992-1993-cü illərdə Azərbaycan müdafiə naziri olub. |
2024-02-10 | 831,181 | İran İsrailə görə BFF-yə müraciət etdi | İran İsrail komandalarının beynəlxalq yarışlardan kənarlaşdırılmasını tələb edib. Axar.az xəbər verir ki, bununla bağlı olaraq İran Futbol Federasiyası Beynəlxalq Futbol Federasiyasına məktub göndərib. İran federasiyası Qəzza zolağında baş verən silahlı münaqişə ilə bağlı İsrail komandalarına sanksiya tətbiq edilməsini istəyib. |
2024-02-10 | 831,183 | Bu hesablara ödəniş etməyin - DİN | Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. “Təhlükəsiz kiber gələcəyin təminatı maariflənmədən keçir. Qazandıran vədlər yalandır, saxtadır. Beh verdiyiniz məhsullara görə kiber məkanda ödənişlər geri qaytarılmır. “Qaytarıram” deyirsə, kartda olan əlavə vəsaitlər də talamaya məruz qalır. Doğruluğuna əmin olmadığınız hesablara vəsait ödəməkdən çəkinin, təhlükə var”, - E.Hacıyev qeyd edib. |
2024-02-11 | 831,185 | Ukraynanın 4 bölgəsində hücum xəbərdarlığı edildi | Ötən gün axşam saatlarında Ukraynanın bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, xəbərdarlıq Dnepropetrovsk, Kirovoqrad, Nikolayev və Poltava vilayətlərində qüvvədədir. |
2024-02-10 | 831,188 | Barakattın Bakıda konserti oldu | Fevralın 10-da Heydər Əliyev Mərkəzində Stiv Barakattın “Neoreallıq” dünya turu çərçivəsində konserti keçirilib. Kult.az xəbər verir ki, onun Bakı konserti iki hissədən ibarət olub. Proqrama Barakattın son albomundan, eləcə də əvvəlki illərin ən sevilən əsərləri daxil edilib. Konsert zamanı tamaşaçılarla fikirlərini bölüşən S.Barakatt ölkəmizdə ilk dəfə olduğunu, pərəstişkarları qarşısında sevilən əsərlərini ifa etməkdən məmnunluğunu bildirib. Qeyd edək ki, 1973-cü ildə Kanadanın Kvebek şəhərində livanlı ailədə dünyaya göz açan musiqiçi, bəstəkar və prodüser Stiv Barakatt həm klassik musiqi, həm də caz ifa edir. Stiv Barakatt musiqiçi olmaqla yanaşı, həm də BMT-nin Uşaq Fondu - UNİSEF-in xoşməramlı səfiridir. Musiqiçi UNİSEF-in himni olan “Laylay”ın müəllifidir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu himn kosmosda da səsləndirilib və himn üçün uşaq hüquqları ilə bağlı videoçarx da hazırlanıb. Musiqiçi Bakı konsertində həmin mahnını da ifa edib. Onun bir çox əsərləri dünyanın 150-dən çox teleşousunda, o cümlədən Monako avtomobil Qran-Prisində səsləndirilib. |
2024-02-11 | 831,189 | BMT-nin Qəzzadakı iqamətgahında HƏMAS-ın tuneli?.. | İsrail ordusunun Qəzza şəhərində yerləşən qərargahımızın binası altında HƏMAS hərəkatının tərəfdarları tərəfindən istifadə edildiyi iddia edilən tunellə bağlı məlumatı təsdiqləmirik. Axar.az xəbər verir ki, bunu BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRVA) baş komissarı Filip Lazzarini bildirib. "Biz İsrail tərəfinin Qəzza şəhərində yerləşən BMT agentliyinin baş qərargahının altında hər hansı tunelin olması barədə məlumatı təsdiq edə bilmərik. Əməkdaşlar oktyabrın 12-də agentliyin baş qərargah binasını tərk ediblər. Biz indi bunun altında nə olduğunu bilə bilmərik", - komissar bildirib. Qeyd edək ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Qəzza zolağında BMT qərargahı binasının altında HƏMAS hərbi kəşfiyyat tunelinin aşkarlanması barədə məlumat yaymışdı. |
2024-02-11 | 831,191 | Mingəçevir sakini tir tüfəngi ilə öldürüldü | Mingəçevir sakini odlu silahdan açılan atəşlə öldürülüb. Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Saat 22 radələrində şəhər sakini 1983-cü il təvəllüdlü Aqil Əhmədovun tir tüfəngindən açılan atəş nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. A.Əhmədova tir tüfəngindən atəş açmaqda şübhəli bilinən Sadiq Yusifov saxlanılıb. Araşdırma aparılır. |
2024-02-11 | 831,194 | Antalyada gəmiqayırma zavodunda güclü yanğın | Türkiyənin Antalya şəhərinin qərbində gəmiqayırma zavodunda güclü yanğın olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Yanğın saat 20.30-da Konyaaltı ərazisində, gəmiqayırma zavodlarından birində yerləşən azad ticarət zonasında başlayıb”, - deyə məlumatda bildirilib. Qeyd olunub ki, ən azı on yanğınsöndürmə briqadası yanğını söndürməyə çalışır. Yanğın nəticəsində xəsarət alan olmayıb. |
2024-02-11 | 831,195 | Zelenski baş komandana müavinlər təyin etdi | Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskiyə iki müavin təyin edib. Axar.az xəbər verir ki, Zelenskinin qərarına əsasən, polkovnik Vadim Suxarevski və polkovnik Andrey Lebedenko Sırskinin müavinləri təyin olunublar. Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi general-mayor Anatoli Barxileviçə də iki müavin təyin edib. Onlar briqada generalları Vladimir Qorbatyuk və Aleksey Şevçenkodur. |
2024-02-11 | 831,196 | Mina sahəsindəyik, yalnız bir yol var: səhv addım atsaq… | Bu gün biz minalanmış sahədəyik və bu minalanmış sahədən çıxmaq üçün çox yol yoxdur və hətta bu minalanmış sahədən yalnız bir çıxış yolu olduğu üzə çıxa bilər. Axar.az xəbər verir ki, bu sözləri “Mülki müqavilə” partiyasının rayon qurultayında çıxış edən partiya sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. “Vəziyyəti qiymətləndirmək, bu vəziyyəti ictimaiyyətlə bölüşmək və bu vəziyyətdən çıxmaq və ya bu vəziyyətdən çıxmaq yollarını göstərmək, o cümlədən bu yolun risklərini, eyni zamanda mümkün üsul və vasitələri göstərmək, bu riskləri idarə etmək və razılaşma ətrafında ictimai rəy formalaşdırmaq hakim siyasi qüvvənin vəzifəsidir”, - deyə o bildirib. Paşinyan həmçinin qeyd edib ki, həqiqəti danışmaq lazımdır. “Səhv addım atarsa, bu minalanmış sahədə partlayacağını ictimaiyyətə çatdırmağa borcluyuq”, - Paşinyan vurğulayıb. |
2024-02-11 | 831,197 | "Real" darmadağınla liderliyini möhkəmləndirdi | İspaniya La Liqasında XXIV turun oyunları keçirilir. Axar.az xəbər verir ki, turun mərkəzi görüşündə "Real Madrid" ən yaxın izləyicisi "Jirona"ı qəbul edib. "Santyaqo Bernabeu"dakı qarşılaşma "kral klubu"nun böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibin qapısından 4 cavabsız top keçirən paytaxt təmsilçisi liderliyini möhkəmlədib. Turun digər oyunlarında "Betis" səfərdə "Kadi's"i 2:0, "Osasuna" "Real Sosyedad"ə 1:0 hesabı ilə məğlub edib, "Vilyarreal" isə "Alaves"lə sülhə razılaşıb - 1:1. Qeyd edək ki, turnir cədvəlinin zirvəsində qərarlaşan "Real Madrid"in 61, ikinci pillədəki "Jirona"nın 56 xalı var. "Barselona" isə 50 xalla üçüncü sırada yer alıb. |
2024-02-11 | 831,198 | Zelenski silahların istehsalı ilə bağlı iclas keçirdi | Ukrayna Prezidenti Vladimir Zelenski fevralın 10-da ölkənin silah və sursat istehsalı ilə bağlı iclas keçirib. Axar.az xəbər verir ki, bu barədə Zelenski xalqa müraciətində deyib. "Mən Ukraynanın silah və sursat istehsalı ilə bağlı ətraflı görüş keçirdim. Artıq istehsal etdiyimiz və istehsal etməyi planlaşdırdığımız hər şey müzakirə olundu. Maliyyələşdirmə, müqavilələrin sürətləndirilməsi üçün nəzərdə tutulan hər şey yerinə yetiriləcək", - Zelenski bildirib. |
2024-02-11 | 831,199 | Təl-Əvivdə girovlara dəstək aksiyası keçirilir | Təl-Əvivdə HƏMAS tərəfindən qaçırılan girovlara dəstək aksiyası başlayıb. Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. Məlumata görə, Təl-Əvivdə keçirilən aksiya tərəflərin atəşkəs razılaşması əldə edə bilməməsi fonunda təşkil olunub. Mitinq “Həqiqət anı – həyat və ya ölüm!” şüarı altında keçirilir. Aksiyanın təşkilatçıları bundan əvvəl də bəyan ediblər ki, Fələstin anklavında saxlanılan bütün girovlar qaytarılmadan İsrailin HƏMAS-la hazırkı müharibədə hər hansı qələbəsindən danışmaq mümkün olmayacaq. |
2024-02-11 | 831,200 | Ermənistan ərazisi ilə bağlı anlayışımız budur | Açıq şəkildə bildirməliyik ki, bizim Ermənistan Respublikasının ərazisi ilə bağlı anlayışımız Ermənistan SSR ərazisi ilə bağlı anlayışımızla tam üst-üstə düşür və biz öz siyasətimizi bunun əsasında aparırıq. Axar.az xəbər verir ki, bu sözləri “Mülki müqavilə” partiyasının regional qurultayında çıxış edən partiya sədri, Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, bu gün biz ərazi və xəritə haqqında məlumatların yazıldığı Ermənistan kadastr sertifikatını düzəldirik. |
2024-02-11 | 831,202 | Kiyevə 60 milyard vermək ABŞ-a təhqirdir - Senator | Vaşinqtonun Kiyevə 60 milyard dollar ayırması ilə bağlı qanun layihəsi ABŞ-ın hər bir sakini üçün təhqiramizdir. Axar.az xəbər verir ki, bunu ABŞ senatoru Rend Pol bildirib. “Bu qanun layihəsi sadəcə bir səhv deyil, xüsusən sərhədlərimizin qorunmadığını nəzərə alsaq, hər bir amerikalıya birbaşa təhqirdir. Bu qanun layihəsi 60 milyard dolları birbaşa korrupsiyaya uğramış bir rejimin xəzinəsinə göndərir”, – senator bildirib. Qeyd edək ki, ABŞ Senatı Ukraynaya yardım üçün 60,1 milyard dollarlıq qanun layihəsini təqdim edib. |
2024-02-11 | 831,204 | Rusiya qorxusu: bu ölkə meşələrə "əjdaha dişi" düzüb | Estoniyada hazırda bir neçə ildən sonra ölkəni təhdid edə biləcək müharibəyə hazırlaşmaq barədə açıq müzakirələr gedir. Axar.az xəbər verir ki, bu barədə Estoniya Ukraynalıları Konqresinin sədri Vera Konık bildirib. O qeyd edib ki, Estoniya müstəqilliyini əldə edən kimi Rusiya ilə mümkün müharibəyə hazırlaşmağa başlayıb: "Çünki Estoniya Rusiya işğalının nə olduğunu dəqiq bilir". Konık əlavə edib ki, estoniyalılar hər zaman Rusiyanın onların müstəqilliyinə hücumlarının yenidən baş verə biləcəyindən narahat olublar: "Bu səbəbdən ölkədə özünümüdafiə sistemləri yaradılıb. Bunlar indi ukraynalılarla təcrübə mübadiləsi aparan könüllü hərbiləşdirilmiş qüvvələrdir. Artıq ölkənin meşələrində və şəxsi torpaqlarında “əjdaha dişləri” və beton bloklar quraşdırılıb". |
2024-02-11 | 831,207 | HƏMAS-ın daha iki komandiri öldürüldü | Rəfah şəhərinə endirilən hava zərbəsi nəticəsində HƏMAS-ın daha iki komandiri öldürülüb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, PUA zərbəsi nəticəsində HƏMAS-ın Rəfah bölgəsində yüksək səviyyəli komandiri Əhməd Əliakubi öldürülüb. Zərbə zamanı HƏMAS komandiri İman Rantisi də həlak olub. |
2024-02-11 | 831,208 | ABŞ-da helikopter qəzaya uğradı: altı nəfər öldü | ABŞ-ın Kaliforniya ştatının Nipton şəhərində “Eurocopter EC 130” helikopteri qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası məlumat yayıb. Qəza nəticəsində helikopterdə olan 6 nəfər dünyasını dəyişib. Qəzanın hansı səbəbdən baş verməsi barədə məlumat verilməyib. |
2024-02-11 | 831,209 | Putin bu gün dünyanın yarısı ilə savaşır - Polşa | Rusiya Prezidenti Vladimir Putin tarixə yeni Böyük Pyotr kimi düşmək istəyir. Axar.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. “Putin qalib gəlsə, Ukraynanı dağıdacaq, vətəndaşlarını öz ordusunda xidmətə məcbur edəcək və onlardan yeni müharibədə istifadə edəcək. Onu saxlamaq və ya hücumu dəf etmək Ukraynaya indiki yardımdan qat-qat baha başa gələcək. Rusiya prezidenti ancaq güc dilini başa düşür - yəni o, SSRİ-nin dağılmasına səbəb olan Qərblə silahlanma yarışına girdiyi üçün məğlub olan Sovet İttifaqına oxşar yolla gedir. Putin bu gün azad dünyanın yarısı ilə rəqabət aparır və qalib gələ bilmir”, - nazir bildirib. |
2024-02-11 | 831,210 | Bu yolla 1 həftə ərzində 3 kq arıqlaya bilərsiniz | Həftəyə 3 kq arıqlamaq istəyirsinizsə, bədəndəki ödəmləri aradan qaldıran xiyar pəhrizini seçin. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, xiyar 90% sudan ibarət olsa da, bu adi su deyil. O, toxumaları artıq mayedən xilas edir, ödəmi aradan qaldırır. Yüngül sidikqovucu təsirinə görə çəkiniz pəhrizin ilk günündən azalmağa başlayacaq. Pəhrizdə bu qaydalara əməl etməlisiniz: Xiyara qətiyyən duz vurmayın və pəhriz müddətində duzlu qidalar yeməyin. Şəkər də olmaz. Un, şirniyyat, düyü karbohidratlar bədəndə suyu saxlayır. Pəhriz həftəsində gündə 4-5 dəfə az-az yeməlisiniz. Çox ac qalmaq olmaz. Əsasən zeytun yağlı salatlar, toyuq, balıq, yumurta yeyə bilərsiniz. |
2024-02-11 | 831,211 | Putini eşitsələr, heç olmasa düşünəcəklər... | Rusiya prezidenti Vladimir Putinin jurnalist Taker Karlsona müsahibəsi ABŞ hakimiyyətinə deyil, Qərbin geniş auditoriyasına ünvanlanıb. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bizim üçün əsas odur ki, prezidentimizin səsi eşidilsin. Əgər o, eşidilsə, bu o deməkdir ki, daha çox insan onun haqlı olub-olmadığını düşünəcək. Ən azı düşünəcəklər”, - Putinin mətbuat katibi qeyd edib. |
2024-02-11 | 831,230 | Bu ölkə Fransa təyyarələri almaqdan imtina etdi | İndoneziya hakimiyyət orqanları xidmətdə olan təyyarələri modernləşdirmək niyyətilə Qətərdən 790 milyon dollara 12 ədəd “Miraj 2000-5” döyüş təyyarəsi almaqdan imtina edib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. İndoneziya Müdafiə Nazirliyinin nümayəndəsi də “Miraj” qırıcılarının alışının baş tutmayacağını və artıq ləğv edildiyini deyib: “Yəni müqavilə etibarlı deyil”. Qeyd edək ki, rəsmi Cakarta hava hücumundan müdafiə sistemindəki boşluğu doldurmaq məqsədilə 2023-cü ilin yanvarında Qətərdən istifadə olunmuş Fransa istehsalı olan döyüş təyyarələri almaq üçün müqavilə bağlamışdı. |
2024-02-11 | 831,233 | Rus astronavt kosmosdan Bakının şəklini çəkdi - Foto | “Roskosmos”un astronavtlar korpusunun komandiri Oleq Kononenko Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindən Bakının fotolarını çəkib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Bakı. Küləklər şəhəri. Qum gözünüzə üfürür. Bakı. Alovlar şəhəri. Yanan Balaxanı”, - Kononenko məşhur rus şairi Vladimir Mayakovskidən sitat gətirib. |
2024-02-11 | 831,236 | Baydendə demensiya əlamətləri var: Həkim təsdiqlədi | ABŞ Prezidenti Co Baydenin səhvləri və nitq çaşqınlığı onun yaşa bağlı demensiya olduğunu göstərə bilər. Axar.az xəbər verir ki, bu sözləri Cons Hopkins Universitetinin professoru və cərrah Marti Makari deyib. “Koqnitiv (idrak) tənəzzül gözümüzün qarşısında baş verir. Beş il əvvəllə müqayisədə bugünkü fəaliyyət tərzində nəzərə çarpan çox fərq var. Bu, həqiqətən kədərlidir. Hər bir insan vaxtaşırı bəzi sözləri unuda və ya səhv edə bilər, lakin Baydenin vəziyyətində sürətlə artan yaddaş itkisi və nitqin ləngiməsi nəzərə çarpır”, - həkim bildirib. Onun sözlərinə görə, amerikalıların Baydenin prezidentlik yarışında iştirakından narahat olmaq üçün hər cür əsası var. O, hesab edir ki, hazırkı ABŞ liderinin vəziyyəti çətin ki, sabitləşsin və normallaşsın. |
2024-02-11 | 831,238 | Taekvondoçularımız Türkiyədə 4 medal qazandı | Azərbaycanın yeniyetmə taekvondoçuları Antalyada keçirilən Türkiyə açıq çempionatında daha 4 medal qazanıblar. Axar.az xəbər verir ki, yığmanın heyətində Hüseyn Abbaslı (148 sm) bütün rəqiblərinə qalib gələrək, qızıl medala sahib olub. Yalnız finalda uduzan Murad Canəliyev (152 sm), Novruz Əliyev (168 sm) və Çingiz Həsənov (172 sm) ikinci yeri tutublar. Bununla da baş məşqçisi Rəşad Məmmədovla böyük məşqçi Vurğun Cəfərovun rəhbərlik etdiyi komanda Türkiyə açıq çempionatını 2 qızıl, 3 gümüş, 1 bürünc medalla başa vurub. Yarışın ilk günündə Məryəm Cəfərova (152 sm) birinci, Gülay Əliyeva (160 sm) isə üçüncü yeri tutub. Qeyd edək ki, çempionatda Azərbaycanın böyüklərdən ibarət millisi də iştirak edəcək. |
2024-02-11 | 831,241 | 718-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 718-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 395 200 hərbçi, 6 406 ədəd tank, 11 956 ədəd zirehli döyüş maşını, 9 475 ədəd artilleriya sistemi, 981 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 666 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 592 ədəd avtomobil texnikası, 7 257 ədəd PUA, 1 881 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 513 xüsusi avadanlıq itirib. |
2024-02-11 | 831,243 | Xərçəng diaqnozu qoyulan III Çarlz xalqa müraciət etdi | Xərçəng diaqnozu qoyulan Böyük Britaniya Kralı III Çarlz xalqa müraciət və təşəkkür edib. Axar.az xəbər verir ki, o, xoş sözlərin xərçəngə tutulanlar üçün təsəlli olduğunu bildirib. Kral deyib ki, ona qoyulmuş diaqnoz Böyük Britaniya və dünyada xərçəng xəstələrinə dəstək olan təşkilatların işini gündəmə gətirib. Qeyd edək ki, bir qədər əvvəl III Çarlzın dəfninə hazırlıq görüldüyü barədə məlumat yayılmışdı. |
2024-02-11 | 831,246 | Ukrayna üçün növbəti problem: HHM sistemləri... | Qərbdən yardımın kəsilməsi martın əvvəlində Ukrayna hava hücumundan müdafiə sistemləri üçün sursat çatışmazlığına səbəb olacaq. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Məhz buna görə də Rusiya son zamanlar hava hücumlarını artırıb. Əgər Ukraynada zenit-raket kompleksləri çatışmazlığı yaransa, bu, ruslara Ukrayna qoşunlarını və ya hətta cəbhəyanı şəhərləri daha aqressiv şəkildə bombalamağa imkan verəcək”, - məlumatda qeyd olunub. |
2024-02-11 | 831,250 | Türkiyənin 14 əyalətində qar uçqunu xəbərdarlığı edildi | Türkiyənin şərqində qar uçqunu gözlənilir. Axar.az “TRT Haber”ə istinadla xəbər verir ki, Meteorologiya Baş İdarəsi Türkiyənin şərqində yerləşən 14 əyalət üçün uçqun təhlükəsinə görə xəbərdarlıq səviyyəsini “sarı”ya qaldırıb. Uçqun riskli vilayətlər bunlardır: Ağrı, Rizə, Giresun, Trabzon, Şırnak, İğdır, Artvin, Bitlis, Ərzurum, Hakkari, Qars, Muş, Van, Ərdahan. |
2024-02-11 | 831,252 | İlham Əliyev Rəisini təbrik etdi | Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisiyə təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, İran İslam Respublikasının milli bayramı – İslam İnqilabının Qələbəsi Günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi çatdırıram. Tarixən xalqlarımızı birləşdirən dostluq münasibətləri və ortaq mənəvi dəyərlər Azərbaycan-İran dövlətlərarası əlaqələrinin və əməkdaşlığının inkişafı üçün yaxşı zəmindir. Bu gün iqtisadi-ticari, nəqliyyat və digər sahələrdə ölkələrimizin qarşılıqlı fəaliyyəti məmnunluq doğurur. İnanıram ki, Azərbaycan ilə İran arasında münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza əmin-amanlıq və rifah diləyirəm". |
2024-02-11 | 831,254 | Ağ Evdə Baydenin problemlərini bilirlər - Klinton | Ağ Evdə ABŞ Prezidenti Co Baydenin qocalması və daim nitq qüsurunun olması ilə bağlı problemləri etiraf edirlər. Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton deyib. “Mən Ağ Evdə insanlarla danışmışam və onlar bunun problem olduğunu bilirlər. Bütün hallarda Baydenə göstərdiyi xidmətlərə görə dəstək verəcəyəm. Fikrimcə, o, prezident postunda həqiqətən də yaxşı işlər görüb”, - Klinton bildirib. |
2024-02-11 | 831,257 | ABŞ Türkiyə ilə bağlı mühüm qərarını verdi | ABŞ Konqresi Türkiyəyə 40 yeni F-16 qırıcısının satışı və mövcud F-16 qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləməyə qərar verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki səfirliyi X səhifəsində məlumat yayıb. “Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş F-16 təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin F-16 donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin edilməsində NATO qüvvələri üçün çox vacibdir”, - məlumatda qeyd olunub. Qeyd edək ki, yanvarın 26-da ABŞ Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş göndərib. Konqres də 15 günlük müddət ərzində ABŞ administrasiyasının silah satışının baş tutması üçün təqdim etdiyi satış bildirişinə etiraz etməyib. |
2024-02-11 | 831,258 | Sabahın hava proqnozu açıqlandı | Fevralın 12-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq. |
2024-02-11 | 831,260 | NATO üzvlüyünü ödəməyənləri Rusiyadan qorumayacağıq | Üzvlük haqlarını ödəmək istəməyən NATO müttəfiqlərini müdafiə etməyəcəyik. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp Cənubi Karolinada tərəfdarları qarşısında çıxışı zamanı danışıb. “Böyük bir ölkənin prezidentlərindən biri mənə dedi: “Əgər biz pul verməsək və Rusiya bizə hücum etsə, sən bizi qoruyarsan?” Dedim: “Ödəməmisiniz. Deməli, ödənişi gecikdirirsiniz?” Yox, mən onları müdafiə etməzdim, qoy istədiklərini etsinlər. Siz hesablarınızı ödəməlisiniz”, - Tramp bildirib. |
2024-02-11 | 831,261 | Türkiyədə zəlzələ oldu | Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda 4.4 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə yeraltı təkanlar yerin 5.74 km-də qeydə alınıb. Tələfat və dağıntı ilə bağlı məlumat verilməyib. |
2024-02-11 | 831,262 | Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – Video | Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Axar.az icmalı təqdim edir: |
2024-02-11 | 831,266 | Əliyev Mişelin xahişini qəbul etdi, amma Makronsuz… | Dövlət başçısı İlham Əliyev Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin xahişi üzərinə Ermənistanın Baş naziri Nikol Paşinyanla yenidən Brüsseldə görüşə biləcəyini söyləyib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bunun üçün əsas şərt görüşün üçlü formatda təşkilidir: “Masada Fransa Prezidenti Emmanuel Makron da yer almağa çalışarsa, görüş alınmayacaq və rəsmi Bakı üçün Brüsselin vasitəçiliyi yenə arxa plana keçəcək. Bunu Şarl Mişel də anlamamış deyil. Şarl Mişel üçün bu görüş həm də ona görə vacibdir ki, Avropa Birliyi ölkələrində seçkilər keçiriləcək və bunun əsasında birliyin icra strukturları yenidən formalaşacaq. Yəni 2024 Şarl Mişel üçün AB rəhbərliyində son il ola bilər. Buna görə də Mişel son ilində müxtəlif istiqamətlərdə uğur qazanmaq istəyir. Bu istiqamətlərdən biri də Azərbaycanla Ermənistan arasında vasitəçilikdir”. Ekspertin fikrincə, Şarl Mişel digər avropalı rəsmilərdən fərqli olaraq iki ölkə arasında balansı pozmur və İlham Əliyev bunu müsbət qiymətləndirir: “Əslində sülh sazişinin və ya çərçivə sazişinin Brüsseldə imzalanması həm Bakının, həm də İrəvanın maraqlarına cavab verər. Ancaq bunun üçün Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü ifadə edən bəndin qəbuluna və özündə ərazi iddiası əks etdirən Ermənistan Konstitusiyasının yenilənməsinə razı olmalıdır”. |
2024-02-11 | 831,268 | Mingəçevirdəki qətllə bağlı cinayət işi başladı | Fevralın 10-da, saat 22 radələrində Mingəçevir şəhəri ərazisində 1983-cü il təvəllüdlü Aqil Əhmədovun ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib. İlkin araşdırma zamanı 1983-cü il təvəllüdlü Sadiq Yusifovun şəhərin Günəşli Bağlar massivi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində tanışı Aqil Əhmədova tir silahından açdığı atəş nəticəsində sonuncunun almış olduğu xəsarətdən ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. |
2024-02-11 | 831,273 | Bu rayonumuzda qızılcaya yoluxma yenidən artdı | Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınır. Axar.az Report-a istinadla xəbər verir ki, Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub. Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir. Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə müalicə olunur. Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi vurulan uşaqların sayı 2 332 nəfərdir. Fevralın 9-u QPM peyvəndi 23 azyaşlıya vurulub. Qeyd edək ki, fevralın 9-u 13 nəfər bu virusa yoluxub. |
2024-02-11 | 831,275 | Ukraynada savaşa son qoymaq hamıya sərfəlidir - Markov | Son iki ildə baş verən hadisələr iqtisadi determinizm ideologiyasını məhv edir. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Sergey Markov qeyd edib. Markov Rusiyaya qarşı sanksiyaların Avropa ölkələrinə də zərbə vurduğunu bildirib: “Ukraynada müharibəyə son qoymaq Almaniya və bütün Avropa üçün iqtisadi baxımdan çox faydalıdır. Almaniya və Avropa isə sülhə qarşı və müharibə üçün fəal mübarizəni davam etdirir. Almaniya və bütün Avropa üçün Rusiyaya qarşı sanksiya müharibəsi iqtisadi cəhətdən sərfəli deyil. Onlar Rusiyaya və öz iqtisadiyyatlarına qarşı dünya tarixində görünməmiş sanksiyalarda iştirak edirlər. Siyasət iqtisadiyyatı tamamilə idarə edir. Ona görə də iqtisadi determinizm nəzəriyyəsi analitika masasından uzaqlaşdırılmalıdır. Bütün proseslərə həlledici təsir edən iqtisadiyyat deyil, siyasətdir”, - o vurğulayıb. |
2024-02-11 | 831,276 | Niyə bu sahədə Ermənistan bizdən çox qazanıb? | Azərbaycan 2023-cü ildə turizmdən 1,4 mlrd. dollar gəlir əldə edib, ölkəyə cəmi 2 mln. 85 min turist gəlib – hər bir turist ortalama 671 dollar vəsait xərcləyib. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O, turizm baxımından digər qonşu ölkələrlə müqayisələr aparıb: “Gürcüstana 2023-cü ildə 5.1 mln. turist gəlib, ölkənin turizmdən gələn gəliri 4,8 mlrd. dollar olub – hər bir turist ortalama 941 dollar xərcləyib. Ermənistana 2023-cü ildə 2 mln. 300 min turist gəlib, 2023-cü ilin tamamı ilə bağlı son məlumatları tapa bilmədim, amma 2023-cü ilin 9 ayında həmin ölkə turizmdən 2,1 mlrd. dollar vəsait qazanıb. Qardaş Türkiyənin turizm uğurları isə ümumən fantastikdir – 2023-cü ildə qardaş ölkəyə 57 mln. 700 min turist səfər edib. Türkiyənin turizmdən gəliri 54 mlrd. 300 mln. Dollardır. Müqaisə üçün deyim ki, Azərbaycan 2023-də neft-qaz, neft məhsullarının satışından 30 mlrd. dollar vəsait qazanıb”. Ekspert xatırladıb ki, turizm multiplikativ effekt yarada bilən, iqtisadiyyatda ardınca ən azı 10-11 sahəni də dartıb apara biləcək potensialı olan sahədir: “Azərbaycan hökuməti bir yandan turizmi prioritet elan edib, digər yandan bu sahəni boğmaqla məşğuldur. Quru sərhədi bağlı olan ölkədə turizm inkişaf edə bilməz, bu, mümkün deyil”. N.Cəfərli turizmin inkişafı üçün sərhədləri açmağın vacibliyinə diqqət çəkib. |
2024-02-11 | 831,278 | Bu çayı içmək qocalmanı yavaşladır | Alimlər “cavanlaşdırıcı çay” kəşf ediblər. Hər gün bu çayı içən insan qocalıqdan və xəstəlikdən uzaqdır. Axar.az xəbər verir ki, alimlər bununla bağlı araşdırma aparıb. Müəyyən edilib ki, həmin çayın tərkibində qan damarlarında təhlükəli hissəcikləri parçalayan “Epigallocatechin Gallate” (EGCG) kimi tanınan unikal bir bitki birləşməsi var. Müntəzəm yaşıl çay içmək beyin sağlamlığını yaxşılaşdıra və hətta həyatın sonrakı dövrlərində qocalmanın yavaşlamasına kömək edə bilər. Hər gün üç stəkan (hər biri 200 ilə 250 mil arasında) yaşıl çay içmək beyin sağlamlığına müsbət təsir etmək üçün kifayətdir. Nyukasl Universitetinin tədqiqatçısı Edvard Okellonun fikrincə, həmin çaydan davamlı olaraq istifadə edilməlidir. Çünki yaşıl çay ümumi beyin gücünü artıra bilir və EGCG-bitki birləşməsi bu təsirdən məsuldur. EGCG asetilkolin səviyyələrini artıraraq işləyir, bu da müəyyən funksiyaların yaxşılaşmasına səbəb olur. Altı il ərzində 85 yaşdan yuxarı insanların çay istehlakı araşdırıldı və çay istehlakının koqnitiv funksiyalarındakı enişi yavaşlatdığı ortaya çıxdı, burada daha vacib məsələ isə çay miqdarıdır. Bu səbəbdən araşdırmada məlum oldu ki, ən azı üç fincan çay (gündə) sağlamlıq üçün faydalıdır. Digər tədqiqatçı Maykl Mosley bildirib ki, çay bir çox sağlamlıq faydalarını təmin edə bilər. Xüsusilə beyin sağlamlığı üçün əhəmiyyətli bir içkidir. Yaşıl çaya alışmaq bir qədər zaman ala bilər, bu dad əslində çayın tərkibindəki polifenollardan qaynaqlanır. Üstəlik, bu çayın idman edərkən daha çox yağ yandırmaq, əhvalı yaxşılaşdırmaq, ürək xəstəliyi və digər xəstəliklərin riskini azaltmaq kimi əlavə sağlamlıq faydaları da mövcuddur. Mütəxəssislər yaşıl çayın müntəzəm qəbulunun da sümük sağlamlığına faydalılığını, iltihabı azaltdığını və xolesterini aşağı saldığını bildiriblər. Xüsusilə aktiv həyat sürmək, zehni məşq etdirmək və ictimai aktivliyi qorumaq da önəmlidir. |
2024-02-11 | 831,279 | Putin Takerlə müsahibəyə dərhal razılaşdı - Peskov | Rusiya Prezidenti Vladimir Putin tez bir zamanda müsahibə təklifi ilə gündəmə gələn amerikalı jurnalist Taker Karlsonla danışmağa razı oldu. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Həqiqətən də o, bizimlə əlaqə saxladı, bu müsahibəni təklif etdi. Biz onun materiallarını fəal şəkildə nəzərdən keçirdik, auditoriyasına baxdıq və müəyyən məsələləri işıqlandırmaqda nə qədər balanslı olduğuna baxdıq. Və biz belə qənaətə gəldik ki, doğrudan da prezidentə belə bir müsahibə verməyi tövsiyə edək. Putin də kifayət qədər tez razılaşdı”, - Peskov bildirib. |
2024-02-11 | 831,282 | Zelenski bu komandanı vəzifəsindən azad etdi | Ukrayna Prezidenti Vladimir Zelenski Silahlı Qüvvələrin Birləşmiş Qüvvələrinin komandanı Sergey Nayevi vəzifəsindən azad edib. Axar.az xəbər verir ki, bununla bağlı Zelenski fərman imzalayıb. Prezidentin digər fərmanı ilə Yuri Sodol Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsinə təyin edilib. |
2024-02-11 | 831,285 | Yaponiya Kiyevə 106 milyon dollar göndərəcək | Yaponiya hökuməti Ukraynanın bərpası üzrə fevralın 19-na planlaşdırılan ikitərəfli konfransın yekunlarına əsasən, Kiyevə 106 milyon dollar məbləğində qrant vermək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Qeyd edək ki, Yaponiya müharibə başlayandan bu günə kimi Ukraynaya 7.6 milyard dollar dəyərində humanitar, qida, maliyyə və digər növ yardımlar göndərib. |
2024-02-11 | 831,287 | Yollarda görmə məsafəsi məhdudlaşacaq | Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Fevralın 12-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var. |
2024-02-11 | 831,297 | Füzulidə torpaq uçqunu: 1 nəfər xilas edildi | Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Füzuli şəhəri ərazisində torpaq uçqunu nəticəsində vətəndaşın uçqun atında qalması barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yeraltı qaz boru xəttində bərpa işləri aparılan zaman baş vermiş torpaq uçqunu nəticəsində bir nəfər vətəndaş uçqun altında qalıb. Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində vətəndaş uçqun altından çıxarılaraq xilas edilib. |
2024-02-11 | 831,298 | Türkiyə İrəvana təkliflər göndərdi | Türkiyə Ermənistana Ani körpüsünün bərpası ilə bağlı yanaşmalarını çatdırıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib. “Türkiyə tərəfi tarixi Ani körpüsünün bərpasının texniki prosesinin təşkili ilə bağlı fikirlərini Ermənistana çatdırıb”, - məlumatda qeyd olunub. |
2024-02-11 | 831,302 | Demoqrafik çöküş: Bu ölkə əhalisinin sayı azalır | Moldovada demoqrafik çöküş var. Axar.az xəbər verir ki, bunu Moldovanın müxalifyönümlü Şans Partiyasının sədri Aleksey Lunqu deyib. “Hakimiyyət insanları saxlamağa, onlara və övladlarına şərait yaratmağa çalışmır. 2014-cü ildən bəri doğum səviyyəsi demək olar ki, 34 faiz azalıb. Üstəlik, bəzi bölgələrdə hər il ölənlərin sayı doğulanlardan daha çoxdur. Sakinlərin 40 faizinə qədəri ölkəni tərk edir. Nəticədə ölkə hər il təxminən 50 min insan itirir. Bəzi kəndlərdə ən yaxşı halda ildə bir uşaq doğulur! Gənclər şərait olmayan kənddə yaşamaq istəmirlər. İş yoxdur, məktəblər bağlanıb”, - Lunqu bildirib. |
2024-02-11 | 831,304 | Niderlandın keçmiş baş naziri öz istəyi ilə öldü | Niderlandın sabiq baş naziri 93 yaşlı Dris Van Aqt və 70 illik həyat yoldaşı Yevgeniya Aqt evtanaziya (Ağır, sağalmaz xəstəliyə yoluxanların öz istəkləri ilə həyatına son qoyulması – red.) yolu ilə həyatlarına son qoyub. Axar.az xəbər verir ki, bu barədə “Quardian” qəzeti məlumat verib. Qeyd edək ki, Niderland Xristian Demokrat Partiyasının ilk sədri olan Van Aqt 1977-1982-ci illərdə ölkənin baş naziri olub. |
2024-02-11 | 831,305 | Azərbaycan XİN İranı təbrik etdi | Azərbaycan Xarici İşlər Nazirliyi milli bayram – İslam İnqilabının Qələbəsi Günü münasibətilə İranı təbrik edib. Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. “İran İslam Respublikasını milli günü münasibətilə təbrik edirik. İnanırıq ki, Azərbaycan və İran arasında qarşılıqlı hörmətə, anlaşmaya və beynəlxalq hüquqa əsaslanan mehriban qonşuluq münasibətləri regional inkişafa və çiçəklənməyə töhfə verəcək”, - təbrikdə bildirilib. |
2024-02-11 | 831,309 | Rusiya yeni PUA-sını Ukraynada sınaqdan keçirdi | Ruslar Ukraynanın radioelektron mübarizə vasitələrindən yan keçə bilən yeni dronlarını cəbhədə sınaqdan keçiriblər. Axar.az xəbər verir ki, bunu ukraynalı hərbçi, PUA mütəxəssisi Sergey Beskrestnov deyib. Onun sözlərinə görə, sınaq ilk dəfə Xerson istiqamətində həyata keçirilib. “Ruslar əvvəlcə Dnepr çayında Ukrayna hərbçilərinin olduğu katerə adi dronlarla hücum edib, lakin katerdə radioelektron mübarizə vasitələri olub. Daha sonra sistemi keçə bilən yeni növ drondan istifadə olunub”, - Beskrestnov bildirib. |
2024-02-11 | 831,310 | İranda “Bəsic”in iki üzvü öldürüldü | Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində SEPAH-a bağlı yarımhərbi "Bəsic" üzvləri Məhəmməd Ənvər Qumşadzehi və Əbdülhüseyn Bəluc güllələnərək öldürülüb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, "Bəsic" üzvləri Zahidan-Bam dəmir yolundakı mühafizə postunda naməlum silahlıların hücumu nəticəsində ölüblər. |
2024-02-11 | 831,312 | Makron Ukrayna səfərini təxirə saldı | Fransa Prezidenti Emmanuel Makron Ukraynaya fevralın 13-ü və 14-nə planlaşdırılan səfərini təhlükəsizlik səbəbi ilə təxirə salıb. Axar.az xəbər verir ki, bu barədə “Challenges” nəşri mənbələrinə istinadla məlumat yayıb. “Fransa prezidenti planlaşdırıldığı kimi fevralın 13-də Ukraynaya səfər etməyəcək. Yelisey sarayı bunu təhlükəsizliklə izah edir”, - nəşr bildirib. |
2024-02-11 | 831,314 | 20 minə yaxın bakalavr magistraturaya imtahan verdi | Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər üçün müvafiq olaraq informatika və coğrafiya fənləri üzrə əlavə imtahan keçirilib. Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib. Magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 78 binada təşkil olunub. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 221 imtahan rəhbəri, 1396 nəzarətçi-müəllim, 266 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunub. Məlumat üçün qeyd edək ki, imtahanda iştirak üçün 19 725 bakalavr ərizə təqdim edib. İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat 30 dəqiqə davam edib. İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, bakalavrların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən, 1 nəfər üzərində mobil telefon aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və hər iki qayda pozuntusu ilə bağlı araşdırma aparılır. Fevralın 12-dən etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. Xatırladaq ki, bu gün saat 16:00-da DİM-in “Youtube” kanalında canlı yayımda Mərkəzin məsul əməkdaşları və ekspertlər tərəfindən magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. Bu gün, həmçinin ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər müvafiq olaraq informatika və coğrafiya fənni üzrə əlavə imtahan veriblər. Bu imtahanın nəticəsi fevralın 18-də keçirilən sınaq imtahanının nəticələri ilə bir yerdə elan olunacaq. |
2024-02-11 | 831,316 | Daha bir azərbaycanlı Ukraynada həlak oldu | Cəlilabad sakini Ukraynada döyüş bölgəsində həlak olub. Axar.az Report-a istinadla xəbər verir ki, rayonun Alar kənd sakini, 1967-ci il təvəllüdlü Nurəddin Əzizov döyüşlər gedən bölgələrin birində yaralanaraq dünyasını dəyişib. Hadisənin təfərrüatı hələlik məlum deyil. Mərhumun nəşinin yaxın vaxtlarda rayona gətirilərək, dəfn olunması gözlənilir. |
2024-02-11 | 831,321 | Rusiyanın Avdeyevkada 214 tankı məhv edilib | Dağıdılmış və boşaldılmış Avdeyevkanın bir neçə kvadrat mil ərazisini ələ keçirmək üçün Kreml demək olar ki, bütün mexanikləşdirilmiş tank bölməsini (214 ədəd) itirdi. Bu, hazırda Ukrayna ərazisində döyüşən tankların onda biridir. Axar.az xəbər verir ki, bu barədə “Forbes” yazıb. “Oktyabrın əvvəlində Avdeyevkaya hücumdan sonra Rusiyanın 2-ci və 41-ci birləşmiş ümumqoşun orduları 214 tank itirib. Əsasən T-72 və T-80, həm də bir neçə yüksək səviyyəli T-90 məhv edilib. Bu arada Avdeyevka və onun ətrafında olan Ukrayna briqadaları cəmi 18 tank itirib”, - nəşr bildirib. |
2024-02-11 | 831,322 | Qəzzada ölənlərin sayı 28,2 minə çatır | Qəzzada həlak olanların sayı 28 176 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi əməliyyatlar zamanı 67 784 nəfər yaralanıb. |
2024-02-11 | 831,324 | İordaniyada hərbi təyyarə qəzaya uğradı: ölənlər var | İordaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində azı iki hərbçi həlak olub. Axar.az xəbər verir ki, bu barədə ölkənin ordu komandanlığı məlumat yayıb. Qeyd olunub ki, İordaniya Kral Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarələrindən biri uçuş zamanı qəzaya uğrayıb. Qəzada pilotlar - mayor Ömər Atta əl-Abadi və kapitan Məhəmməd Abdulla əl-Hudeyr həlak olub. Hadisənin səbəbləri barədə məlumat verilmir. |
2024-02-11 | 831,326 | Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - İclas | 16:09 Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinin yekun nəticələri ilə bağlı iclası keçirilir. Axar.az xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda 2024-cü il fevralın 7-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərinə yekun vurulması və MSK-nın seçkilərin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunur. *** Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün addımları atıb, bu peşəkarlıq fonunda aparılan araşdırmalar göstərir ki, sağlam seçki mühitinə kölgə salmaq üçün bəzi cəhdlər olub. Bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib. Qeyd edilib ki, daxil olmuş bütün protokollar, internet resurslarında yayımlanan bütün informasiyalar araşdırılıb. Azərbaycanın öncül təcrübəsi kimi qəbul olunan veb-kameralar bu işdə də böyük yardımçı olub. Aparılan araşdırmalar zamanı bir neçə seçki məntəqəsində seçicilərin iradəsinin müəyyən edilməsinə imkan verməyən pozuntular aşkarlanıb. Beləliklə, 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin 38 saylı, 61 saylı Qusar Seçki Dairəsinin 7 və 27 saylı, 65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin 9 saylı, 68 saylı Sabirabad-Şirvan Seçki Dairəsinin 2 saylı, 77 saylı Lənkəran Seçki Dairəsinin 7 və 31 saylı, 92 saylı Göyçay-Ağdaş Seçki Dairəsinin 6 saylı, 99 saylı Bərdə Seçki Dairəsinin 2 saylı, 114 saylı Şəki Şəhər Seçki Dairəsinin 1 saylı, 115 saylı Şəki Kənd Seçki Dairəsinin 6 saylı seçki məntəqələrinin nəticələri ləğv edilib və həmin seçki məntəqələrinin komissiyaları buraxılıb. |
2024-02-11 | 831,330 | 15 min nepallı rus ordusunun tərkibində döyüşür | Rusiya tərəfində Ukraynada döyüşən nepallıların qohumları Moskvadan onları geri qaytarmağı tələb edirlər. Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, Rusiya 2000 dollar müqabilində 15 min nepallını ordu sıralarına cəlb edib. “Mən rus ordusuna əylənmək üçün getməmişəm. Nepalda iş tapmaq imkanım yox idi. Ancaq geriyə baxanda bu düzgün qərar deyildi. Bu qədər tez uzaqlaşdığımızın fərqində deyildik”, - rus ordusunun tərkibində döyüşən nepallı muzdlulardan biri bildirib. Onun sözlərinə görə, Rusiyada ona ayda 2 min dollar maaş və vətəndaşlıq təklif ediblər: “Məni əvvəlcə təlimə, ordan da Baxmuta göndərdilər. Orada təxminən 1 ay qaldım və yaralandım”. |
2024-02-11 | 831,331 | Masallıda 1800 abonent qazsız qalacaq | Masallıda sabah 1800 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq. Axar.az xəbər verir ki, Masallı rayonu Bambaşı kəndində diametri 219 mm-lik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədilə Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla, ümumilikdə 1 800 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır. Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağınız və təhlükəsizlik tədbirlərinə riayət etməyiniz sizdən xahiş olunur. |
2024-02-11 | 831,332 | 718-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 718-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 570 təyyarəsi, 265 helikopteri, 12 196 PUA-sı, 464 zenit-raket kompleksi, 14 959 tank və digər zirehli texnikası, 1 218 reaktiv yaylım atəş sistemi, 8012 artilleriya və minaatanı, 18 469 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-02-11 | 831,333 | Macarıstanda prezident seçkiləri martda keçiriləcək | Macarıstanda prezident seçkiləri mart ayında keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə hakim FİDES - Macarıstan Vətəndaş Birliyi Partiyasının parlament fraksiyasının lideri Mate Koçiş bildirib. Koçiş izah edib ki, əgər fevralın 11-də Prezident Katalin Novak parlamentə istefa ilə bağlı rəsmi bəyanat göndərsə, deputatlar 15 gün ərzində buna baxmalı olacaqlar: “Onlar fevralın 26-da başlayacaq yaz sessiyasının ilk günündə istefa ilə bağlı qərar verə biləcəklər”. O, konstitusiyaya əsasən prezidenti seçən Macarıstan parlamentinin Novakın istefasını təsdiqləyəcəyinə şübhə etmir. Bundan sonra 30 gün ərzində dövlət başçısının seçkiləri keçirilməlidir: “Bu o deməkdir ki, Macarıstanın mart ayında yeni prezidenti olacaq. FİDES - Macarıstan Vətəndaş Birliyi Partiyası və onun müttəfiqləri - Xristian Demokratlar parlamentdəki 199 yerdən 135-nə sahibdirlər”. Qeyd edək ki, dünən Macarıstan Prezidenti Katalin Novak istefa verdiyini açıqlamışdı. |
2024-02-11 | 831,336 | Müharibə nə qədər davam edəcək? – Rusiyanın şərti | Rusiyanın rəqibləri məsələlərin sülh yolu ilə həllindən imtina etdikcə, Ukraynada xüsusi hərbi əməliyyat davam edəcək. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiya tərəfi və Prezident Vladimir Putin üçün xüsusi hərbi əməliyyatın qarşısında duran məqsədlərə nail olmaq vacibdir. Buna sülh yolu ilə nail olmaq daha yaxşıdır. Qarşı tərəf bu dinc yoldan imtina edirsə, o zaman xüsusi hərbi əməliyyat davam edəcək”, - Peskov bildirib. |
2024-02-11 | 831,337 | Maskın Donbasla bağlı Qərbə mesajı... - Belik | Amerikalı milyarder İlon Maskın Krım və yeni regionlar haqqında sözləri Qərbə Ukraynaya əraziləri geri qaytarmaq ümidi ilə pul vermənin mənasızlığı barədə mesajdır. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Belik deyib. “Planetin əsas maliyyəçilərindən biri olan İlon Maskın bəyanatı Qərbin bütün böyük biznesinə mesaj deməkdir. Yəni Krımın və Donbasın geri qaytarılmasına pul yatırmaq faydasız və israfçılıqdır”, - Belik bildirib. Qeyd edək ki, İlon Mask Krım və Donbasın Rusiyanın tərkibində qalmaqda davam edəcəyini bildirmişdi. |
2024-02-11 | 831,338 | MSK yekun nəticələri açıqladı | 17:10 Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olub. Axar.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb. Beləliklə, İlham Əliyev 92,12% (4 567 458 səs) səslə seçkilərin qalibi olub. Digər namizədlərin səs faizi aşağıdakı kimidir: Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz (107 632 səs); Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (98 421 səs); Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs); Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz (39 643 səs); Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz (32 885 səs); Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,54 faiz (26 517 səs). Xatırladaq ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76,43 faiz olub. |
2024-02-11 | 831,342 | ABŞ-dan husilərə zərbə: 2 dron və 3 raket məhv edildi | Fevralın 10-da ABŞ ordusu Yəmənə yeni zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Məlumata görə, zərbələr nəticəsində husilərə məxsus iki suüstü dron və üç qanadlı raket məhv edilib. |
2024-02-11 | 831,347 | Sırskinin oğlu atasını təhqir etdi: Alçaqdır - Video | Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Rusiyada doğulub və valideynləri də hazırda Rusiyanın Vladimir şəhərində yaşayır. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Bildirilib ki, Sırskinin anası Lyudmila oğlunun bu təyinatından narahatdır, hətta depressiyaya da düşüb. Ukraynalı generalın atasının da hazırda səhhətində problemlər var. Aleksandr Sırskinin Avstraliyada yaşayan böyük oğlu da atasını karyeraçı, ailəsini satan adam adlandırıb: “Onun valideynləri Vladimirdə yaşayır, özü isə vaxtilə cəza dəstələri yaratmışdı. O, tamamilə rus insanı idi. Hər şey başlayanda onunla danışmağa çalışdıq. O isə bizə dedi ki, siyasət belədir. Alçaqdır o”. Qeyd edək ki, Aleksandr Sırski 1965-ci il iyulun 26-da Vladimir vilayətində anadan olub. Moskva Ali Ümumqoşun Məktəbini bitirdikdən sonra Ukraynaya gedib və Daxili Qoşunların 6-cı diviziyasında xidmətə başlayıb. |
2024-02-11 | 831,348 | Kamerunda bayram zamanı partlayış: ölənlər var | Kamerunun şimal-qərbində Nkambe şəhərində Milli Gənclər Gününün qeyd edilməsi zamanı partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Polisin məlumatına görə, partlayış nəticəsində ölənlərin əksəriyyətini məktəblilər təşkil edir. Qeyd edək ki, Kamerunda müstəqil dövlət yaratmaq istəyən separatçı qüvvələr fəaliyyət göstərir. |
2024-02-11 | 831,351 | İsti hava kənd təsərrüfatına necə təsir göstərir? | Son günlər ölkə ərazisində hava şəraiti mövsümə uyğun olmayaraq əsasən yağmursuz və isti keçir. Axar.az xəbər verir ki, kənd təsərrüfatı mütəxəssisi Mirsahib Zəkiyev Report-a açıqlamasında qış aylarında havaların isti keçməsinin məhsuldarlığa mənfi təsir etdiyini bildirib. "İsti hava meyvə ağaclarının tez tumurcuqlanmasına gətirib çıxarır. Amma mümkün şaxta cücərmiş bitkiləri məhv edə bilər. Məhv olan, çürüyən bitkilərin isə yazda göyərməsi mümkün deyil", - o vurğulayıb. Ekspert həmçinin qeyd edib ki, havaların belə keçməsinin taxılçılığa da ziyanı var. Belə ki, isti hava zərərverici bakteriyaların və gəmiricilərin sayının artmasına şərait yaradır ki, bu da öz növbəsində məhsuldarlığın aşağı düşməsinə səbəb olan amillərdəndir. Qeyd edək ki, isti hava şəraitinin sabah da müşahidə olunacağı bildirilir. |
2024-02-11 | 831,355 | Misir İsraili hədələdi: Tarixi saziş pozula bilər! | Misir İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfah şəhərinə girəcəyi təqdirdə “Kemp Devid” razılaşmasını pozacağı ilə İsraili hədələyib. Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” Misir və Qərb rəsmilərinə istinadən məlumat yayıb. Belə ki, Misir rəsmilərinin narahatlığı 2,3 milyondan çox fələstinlini qəbul edən Rəfahın qaçqınların ən çox cəmləşdiyi yerə çevrilməsi ilə bağlıdır. Rəfaha mümkün əməliyyat dəhşətli humanitar nəticələrə və Misir ərazisinə böyük qaçqın axınına səbəb ola bilər. Qeyd edək ki, 1978-ci ildə imzalanan Kemp-Devid müqaviləsi ilə tarixdə ilk dəfə bir ərəb ölkəsi (Misir) İsraili rəsmən tanımış və işğal etdiyi ərazilər üzərində suverenliyini qəbul etmişdir. |
2024-02-11 | 831,356 | Vəziyyət çox ağırdır, silah verilməsə... - Danilov | Ukrayna üçün cəbhədə vəziyyət olduqca mürəkkəbdir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib. O bildirib ki, Qərb Ukraynaya silah tədarükünü əhəmiyyətli dərəcədə artırmaq barədə qərar qəbul etməsə, vəziyyət daha da ağırlaşacaq. |
2024-02-11 | 831,358 | İran və Rusiya memorandum imzaladı | İran və Rusiya uzunmüddətli taxıl alışına dair anlaşma memorandumu imzalayıb. Axar.az xəbər verir ki, bu barədə "Parstoday" məlumat yayıb. Qeyd edək ki, İran və Rusiya arasında kənd təsərrüfatı, qida sənayesi sahəsində ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə kənd təsərrüfatı nazirinin ticarət üzrə müavini Müctəba Novruzinin başçılığı ilə Tehranın müxtəlif dövlət və özəl müəssisələrini təmsil edən biznes nümayəndə heyəti Moskvaya gedib. |
2024-02-11 | 831,360 | Tramp Terminatora bənzəyir - Derrok | Böyük Britaniyanın ABŞ-dakı keçmiş səfiri Kim Derrok ABŞ prezidentliyinə iki namizəd - Donald Tramp və Co Baydeni müqayisə edərək, birincinin daha inamlı göründüyü qənaətinə gəlib. Axar.az xəbər verir ki, bu barədə diplomat “Skay Nyus” telekanalına açıqlamasında deyib. Derrokun sözlərinə görə, həm Tramp, həm də Bayden təbii olaraq yaddaş problemləri olan yaşlı insanlardır. Bununla belə, diplomat hesab edir ki, yaş demokrat namizədin səhhətinə daha çox təsir edib. “Trampda sarsılmaz bir şey var, o, Terminatora bənzəyir. Onun büdrədiyini və ya Bayden kimi yaşlı və zəif göründüyünü təsəvvür edə bilməzsiniz”, - deyə Derrok bildirib. |
2024-02-11 | 831,362 | Gürcüstanda yenə torpaq sürüşməsi baş verdi | Gürcüstanın Xaşur rayonunun Taşiskari kəndində dağın yamacından dərəyə torpaq və ağac kütləsi sürüşüb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Hallar Xidməti məlumat yayıb. "Güclü yağışlar nəticəsində Xaşur rayonunda sürüşmə prosesləri və daşqınlar güclənib. Hadisə yerində sürüşmə proseslərinin qarşısını almaq üçün bütün lazımi avadanlıqlarla təchiz olunmuş xidmət qrupları səfərbər edilib. Ərazidə bütün müvafiq texniki vasitələrdən istifadə edilməklə təmizlik işləri aparılır", - məlumatda deyilir. Qeyd edək ki, bundan öncə Gürcüstanın İmereti regionunda baş verən torpaq sürüşməsi insan tələfatı ilə nəticələnmişdi. |
2024-02-11 | 831,366 | Qubada ağır qəza: 2 nəfər öldü, 3-ü yaralandı | 19:21 Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, “Lada Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Yaralılar Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir. Faktla bağlı araşdırma aparılır. *** Qubada baş verən qəzada iki nəfər ölüb, 3 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildiriblər ki, fevralın 11-də saat 18:45 radələrində Xaçmaz-Quba yolunun Barlı kəndi ərazisindən keçən hissəsində “Priora" markalı nəqliyyat vasitəsi ağaca dəyib. Hadisə nəticəsində avtomobildə olan 5 nəfərdən 2-si ölüb, digər 3 nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırmalar davam etdirilir. |
2024-02-11 | 831,367 | İstanbulda silahlı insident: 17 nəfər saxlanıldı | Ötən gün İstanbul şəhərində AKP-nin Küçükçəkməcə bələdiyyə sədrliyinə namizəd Əziz Yeniayın seçki kampaniyası zamanı baş verən silahlı hücumla bağlı aparılan araşdırmalar zamanı 17 nəfər saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib. O, istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirib. |
2024-02-11 | 831,368 | NATO-dan xəbərdarlıq: Hücum olsa... | NATO alyansa istənilən hücuma vahid və güclü cavab vəd edir. Axar.az xəbər verir ki, bunu alyansın Baş katibi Yens Stoltenberq deyib. "NATO-ya qarşı istənilən hücum vahid və güclü cavabla qarşılanacaq", - o bildirib. |
2024-02-11 | 831,369 | Qusarda dağlıq ərazidə yanğın baş verdi - Video | Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Qusar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 6 ha sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı yanğından mühafizə olunub. |
2024-02-11 | 831,374 | Qərbin dominantlıq dövrü başa çatdı - Orban | Qərb ölkələrinin qlobal iqtisadiyyatda dominantlıq dövrü başa çatdı, onun ağırlıq mərkəzi Qərbdən Asiya-Sakit okean regionuna keçir. Axar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban deyib. “Biz qlobal iqtisadiyyatda dövrü dəyişiklik yaşayırıq, bu, hər 500 ildən bir baş verə biləcək hadisədir. Qərbin dominantlığı sona çatdı. Biz etiraf etdik ki, qlobal ticarət sistemimizdə bizdən daha böyük və güclü ölkələr var. Qlobal iqtisadiyyatın ağırlıq mərkəzi - pul və mənfəət - Qərbdən Asiyaya doğru dəyişir. Qlobal iqtisadiyyatın özəyi artıq transatlantik deyil, Trans-Sakit okean regionundadır”, – deyə Orban bildirib. |
2024-02-11 | 831,380 | İsraillə müharibəyə hazırıq - Suriya | Suriya İsraillə müharibəyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə Suriya xarici işlər naziri Feysal Mikdad deyib. “Suriya sionist rejimə (İsrail – red.) qarşı bir neçə müharibə aparıb və digər müharibələrə də hazırdır. Suriya harada və nə vaxt olacağını özü həll edəcək”, - deyə XİN rəhbəri bildirib. |
2024-02-11 | 831,386 | İsrail HƏMAS-ın 24 batalyonundan 18-ni məhv etdi | İsrail ordusu HƏMAS-ın 24 batalyonundan 18-ni məhv edib. Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib. “Biz digər 6 batalyonun qalmasına icazə verməyəcəyik”, - deyə o bildirib. HƏMAS-la İŞİD-i müqayisə edən Netanyahu əlavə edib ki, Fələstin hərəkatı tam məhv edilməzsə, bərpa oluna bilər. |
2024-02-11 | 831,387 | Mərakeşdə bina uçdu: 5 nəfər öldü | Mərakeşin Fəs şəhərində köhnə üçmərtəbəli binanın uçması nəticəsində azı 5 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə “360” xəbər portalı məlumat yayıb. Bildirilib ki, hadisə ilə bağlı ilkin versiya kimi binanın yararsız vəziyyətdə olması və son günlər yağan güclü yağışların tikilinin konstruksiyalarını zəiflətməsi göstərilir. Ölənlərdən üçü kişi, ikisi isə qadındır. |
2024-02-12 | 831,390 | Ukrayna uduzsa, ABŞ üçün dəhşətli olacaq - "Blumberq" | ABŞ öz rəqiblərinə Ukraynanı, İsraili və ya Tayvanı ələ keçirməyə icazə verərsə, bunun amerikalılar üçün dəhşətli nəticələri olacaq. Axar.az xəbər verir ki, bunu "Blumberq"in köşə yazarı Nayl Ferqüson yazıb. "Dəhşətli nəticələr dedikdə, 11 sentyabr hadisəsindən daha pis bir şeyi nəzərdə tuturam. Ukraynalılar üçün bu gün məğlubiyyətin nə demək olduğunu təsəvvür etmək çətin deyil. Onlar 2022-ci ilin sentyabrında kütləvi qətllərdən sonra Buça küçələrində səpələnmiş cəsədləri gördülər. Onlar bilirlər ki, Putinin müstəmləkə ordusu hansı dəhşətlərə qadirdir. Eyni şəkildə, əksər israillilər çox yaxşı başa düşürlər ki, HƏMAS və onun tərəfdarlarının qələbəsi ikinci Holokostun başlanğıcı olacaqdır. Onlar ötən il oktyabrın 7-də törədilmiş dəhşətli vəhşiliyi heç vaxt unutmayacaqlar", - o bildirib. |
2024-02-11 | 831,392 | "Arsenal" "Vest Hem"i darmadağın etdi | İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Vest Hem” “Arsenal”ı qəbul edib. Axar.az xəbər verir ki, London derbisini Kreyq Pousonun başçılıq etdiyi hakimlər briqadası idarə edib. Altı qol vurulduğu görüşün taleyi elə birinci hissədə həll olunub. Matç “Arsenal”ın 6 – 0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, 24 oyundan sonra “Arsenal” 3-cü pillədə qərarlaşıb. “Topçular” “Mançester Siti” ilə eyni xal toplasa da, “şəhərlilər” əlavə göstəricilərə görə londonlulardan bir pillə yüksəkdir. Bundan başqa, “Siti”nin ehtiyatında bir oyun daha var. Turnir cədvəlində vahid lider isə “Liverpul”dur. Yürgen Kloppun yetirmələrinin 54 xalı var. |
2024-02-11 | 831,393 | MSK nəticələri Konstitusiya Məhkəməsinə təqdim etdi | Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərinin nəticələri barədə protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Axar.az xəbər verir ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda prezident seçkiləri keçirilib. Seçkilərdə 7 namizəd mübarizə aparıb. İlham Əliyev 92,12% (4.577.693 səs) səslə seçkilərin qalibi olub. |
2024-02-11 | 831,394 | Azərbaycanlı qız ABŞ-da pilot oldu - Foto | ABŞ-ın Florida ştatının Epik Flight Akademiyasının azərbaycanlı tələbəsi 21 yaşlı Əsmər Nuriyeva bu ölkədə pilot kimi çalışacaq. Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Əsmər Nuriyeva bu işə qəbul üçün çətin imtahanları geridə qoyaraq ABŞ-ın ən böyük hava yolları şirkətlərindən biri olan “United Airline”a birinci kapitan pilot olaraq qəbul olunub. Qeyd edək ki, Əsmər Nuriyeva Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndindəndir. |
2024-02-12 | 831,396 | Zelenski tarixin ən görkəmli satıcısıdır - Tramp | Ağ Evə qayıdandan sonra Ukraynadakı müharibəni dayandıracağam. Lakin Kiyev və Moskva öz aralarında (ABŞ olmadan - red.) razılığa gələrsə, ABŞ milyardlarla dollar itirə bilər. Axar.az “Blumberq”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın sabiq prezidenti və hazırkı prezidentliyə namizəd Donald Tramp Cənubi Karolina ştatında keçirilən mitinqdə deyib. Tramp qeyd edib ki, Kremlin Ukraynaya qarşı müharibəsi sona çatmalıdır. Lakin o, bir daha Kiyevə əlavə hərbi yardımın göstərilməsinə razı olmadığını bildirib. Eyni zamanda, Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini "tarixin ən görkəmli satıcısı" adlandırıb və Ukraynanın Rusiya ilə müqavilə bağlayacağı təqdirdə ABŞ-ın yüz milyardlarla dollar itirəcəyini vurğulayıb: "O zaman onlar bizimlə daha iş görmək istəməyəcəklər". |
2024-02-11 | 831,397 | DİM doğru cavab etalonlarını təqdim etdi | 11 fevral 2024-cü il tarixində keçirilmiş magistraturaya qəbul imtahanında istifadə edilmiş test tapşırıqlarının doğru cavab etalonları açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Test tapşırıqlarının doğru cavab etalonları ilə buradan tanış ola bilərsiniz. Qeyd edək ki, yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq. |
2024-02-11 | 831,399 | "Qarabağ" - "Sabah" oyununda qalib müəyyənləşmədi | Fevralın 11-də Azərbaycan Premyer Liqasında XXII tura start verilib. Axar.az xəbər verir ki, günün ilk oyununda “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəliblər. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş bol qollu heç-heçə ilə yekunlaşıb - 3:3. Hesabı 31-ci dəqiqədə meydan sahiblərinin heyətində penaltidən Marko Yankoviç açıb. “Tələbələr” 45+1-ci və 54-cü dəqiqələrdə İshak Belfodilin penaltiləri ilə tablodakı rəqəmləri öz xeyirlərinə dəyişiblər. 64-cü dəqiqədə Olavio Juninyo növbəti penalti ilə hesabı bərabərləşdirib. Tellur Mütəllimov 90+5-ci dəqiqədə baxımlı qolla komandasını önə keçirsə də, iki dəqiqə sonra Yassin Benzia matçın yekun nəticəsini müəyyənləşdirib. Bu nəticələrdən sonra xallarını 51-ə çatdıran “Qarabağ” turnir cədvəlinə başçılıq edir. “Sabah” isə 27 xalla beşinci pillədə qərarlaşıb. Qeyd edək ki, turun digər görüşləri fevralın 12-13-də keçiriləcək. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.