date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-10
830,947
Təbrizdə konsulluq, İrəvan üçün sülh… - İran səfiri
İran həmişə regional problemlərin və böhranların həllinin bir hissəsi olub. Bu çətin günlərdə ölkəm regionda sülhün və sabitliyin təmin olunması üçün səylərini davam etdirəcək. İran regionda sabit sülhü qoruyur. İstənilən sülh ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörməti əhatə etməlidir. Axar.az xəbər verir ki, bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani İran İslam İnqilabının 45-ci ildönümü ilə bağlı İrəvanda keçirilən mərasimdə deyib. O bildirib ki, İran regional təşəbbüsləri, o cümlədən Baş nazir Paşinyanın təqdim etdiyi və ölkələrin milli suverenliyi çərçivəsində kommunikasiyaların açılmasına yönələn “Sülh qovşağı” təşəbbüsünü alqışlayır və dəstəkləyir. Sübhani həmçinin Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasının iki ölkə arasında münasibətlərə daha da təkan verəcəyini iddia edib.
2024-02-10
830,948
Sırski Rusiya ərazisinə hücum edəcəkmi?
Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırski müharibəni Rusiya ərazisinə keçirməyəcək. Onun belə bir məqsədi yoxdur, çünki bununla xüsusi xidmət orqanları məşğul olur. Axar.az xəbər verir ki, bunu ukraynalı ekspert Aleksandr Kovalenko deyib. “Əgər söhbət düşmənin (Rusiya – red.) suveren və müvəqqəti işğal altında olmayan ərazilərdə müəyyən fəaliyyətdən gedirsə, bu, xüsusi xidmət orqanlarına aid olan hərəkətlərdir. Bu, Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi və Ukrayna Təhlükəsizlik Xidmətinin funksiyasıdır. Sırski isə baş komandan kimi bütün təhlükəsizlik qüvvələri ilə birbaşa əlaqə saxlayır”, - Aleksandr Kovalenko bildirib. O qeyd edib ki, Rusiya ərazisində müəyyən əməliyyatların aparılması qaçılmazdır.
2024-02-10
830,949
Çində Yeni il başladı
Ay təqviminə görə Çində Yeni il fevralın 10-na keçən gecə başlayıb. Axar.az xəbər verir ki, Yaşıl Taxta Əjdaha bu ilin zodiak işarəsidir, Qara Su Dovşanını əvəz edir. Zodiak bürcün əlamətləri Çin tarix hesabının dövri sistemi ilə bağlıdır. Yəni, ilin rəmzi ilə bu və ya digər ilk element (od, su, taxta, dəmir və torpaq) və rəng (qırmızı, qara, yaşıl, ağ və sarı) müvafiq olur. Dövrilik hər 60 ildən bir təkrar olunur, sonuncu dəfə Yaşıl Taxta Əjdaha ili 1964-cü ildə olub. Yeni il və ya Bahar bayramını – Çuntszeni çinlilər adətən ailə əhatəsində qarşılayırlar. Evdən uzaqda işləyənlər və ya təhsil alanlar valideynləri və qohumları ilə birgə bayramı keçirməyə gəlirlər. Yeni il gecəsi gümrah olmaq lazımdır. Bu adət qədim əfsanə ilə bağlıdır. Rəvayətə görə, qədim zamanlarda Yeni il ərəfəsində Nyan adlı bədheybət dənizdən çıxaraq kəndlərə hücum edib, insanları yeyib. Bu səbəbdən çinlilər Yeni il ərəfəsində qapıları bağlayır və dan yeri sökülənədək yatmırdılar. Bir dəfə bədheybət həyətdə oynayan uşaqlara hücum etmək istəyir, uşaqlar bambuk çubuqları yandırırlar. Bədheybət qırmızı alovu, yanan ağacın çırtıldamasını eşidib qorxub və qaçaraq uzaqlaşır. Evləri və küçələri qırmızı rənglə, xüsusən də qırmızı fənərlə bəzəmək, eləcə də fişəng, taraqqa partlatmaq kimi Yeni il ənənəsi oradan qaynaqlanıb. Yeni il gecəsi çinlilər ənənəvi olaraq bir-birinə yeni, özü də bir qayda olaraq qırmızı rəngdə geyim hədiyyə verirlər. Valideynlər uşaqlara qırmızı zərfdə pul hədiyyə edirlər. Yeni il masası böyük olmalıdır. Çində də belə hesab edirlər: Yeni ili necə qarşılasan, bütün ili elə keçirəcəksən.
2024-02-10
830,950
Havay adalarında güclü zəlzələ baş verdi
Havay adalarında 6,3 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri təxminən 43 min insanın yaşadığı Hilo şəhərindən 90 km cənubda, ocağı isə 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfatla bağlı məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.
2024-02-10
830,951
Əliyevə gələn zənglərdən çıxan nəticə – Ekspert
Prezident İlham Əliyevə gələn təbrik məktubları, zənglər astanasında olduğumuz yeni dünya düzənində hər kəsin tərəfini göstərir. Bu sözləri Axar.az-a 7 fevralda keçirilən prezident seçkilərində inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə gələn təbriklər haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib. Siyasi şərhçi yeni mərhələnin başlanğıcında bütün ölkələrin müxtəlif ittifaq və qütblərdə birləşmə səbəblərini açıqlayıb: “Biz görürük ki, Azərbaycan, onun müttəfiqləri, tərəfdaşları və maraqlı tərəflər ölkəmizin başçısını dərhal təbrik etdilər və bu, daimi şəkildə qarşılıqlı olur. Bu ölkələr sözsüz ki, qardaş Türkiyə, Mərkəzi Asiyadakı müttəfiqlərimiz, qonşu İran, Rusiya, Gürcüstan, tranzit, enerji, nəqliyyat və s. əlaqələrimizin olduğu şərqi və cənub-şərqi Avropa ölkələri, Çin, eyni zamanda Qoşulmama Hərəkatının bir sıra üzvləridir. Hazırda təbriklərin sayı artmaqda davam edir. ATƏT sədrinin təbrik məktubu göndərməsi, AB Şurası Prezidenti Şarl Mişelin zəngi də diqqətçəkən məqamdır. Bu işartılar formalaşmaqda olan qrupları, ittifaqları göstərir. Qərb tərəfindən qurulan mövcud beynəlxalq sistemdə bir çox dövlət özünü zəif və məğlub tərəf hesab edirdi. İndi isə qarşıdan yeni dövr gəlir. Qeyd etdiyimiz ölkələr isə yeni sistemdə ayaqda qalmaq, güclənmək və özlərinə layiq yer tutmaq üçün fərqli tərəflərdə birləşir”.
2024-02-10
830,957
ABŞ bazası raket atəşinə tutuldu
İraq İslami Müqavimət (Ən-Nücəba) hərəkatına aid silahlı birləşmələr Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasını atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyasının verdiyi məlumata deyilir. Bildirilib ki, Amerikanın hərbi obyektinə üç raket atılıb. Ərazidə partlayışların baş verdiyi bildirilir, təfərrüat açıqlanmır.
2024-02-10
830,958
Krıma istiqamətlənən Ukrayna kateri vuruldu
Ötən gün axşam saatlarında Rusiyanın patrul kateri Qara dənizin cənub-qərb hissəsində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz kateri vurub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Krım yarımadasına doğru hərəkət edən Ukrayna Hərbi Dəniz Qüvvələrinin pilotsuz kateri aşkar edilib. Aşkar edilmiş hədəf Qara Dəniz Donanmasının patrul katerinin silahlarından istifadə edilməklə məhv edilib", - Rusiya MN bildirib.
2024-02-10
830,959
Sorğu: Bayden gözləntiləri doğrultmadı
ABŞ Prezidenti Co Bayden seçicilərin 42 faizinin seçkiqabağı gözləntilərini doğrultmayıb. Axar.az xəbər verir ki, bu barədə NBC telekanalının keçirdiyi sorğunun nəticələrinə istinadla məlumat verilib. Sorğuya əsasən, respondentlərin 14 faizi Baydenin dövlət başçısı kimi gözlədiklərindən daha yaxşı iş gördüyünü qeyd edib. Respondentlərin 44 faizi isə deyib ki, Baydenin prezidentliyi onların gözlədiyi kimi gedir. Eyni zamanda, sorğu iştirakçılarının 40 faizi Donald Trampın prezident vəzifəsini icra edərkən gözləntilərini üstələdiyini, 29 faizi isə ölkəni gözlədiklərindən də pis idarə etdiyini söyləyib. 31 faiz isə hər şeyin onların fərziyyələrinə uyğun olduğunu bildirib. Sorğunun nəticələrinin statistik səhvi 3,1 faiz təşkil edir. Yanvarın 26-dan 30-dək aparılan sorğuda min nəfər iştirak edib. Qeyd edək ki, bu ilin noyabrında ABŞ-da prezident seçkiləri keçiriləcək.
2024-02-10
830,960
AB Ukrayna savaşının bahalığından şikayətlənir
Rusiya ciddi iqtisadi problemlərlə üzləşən Qərb güclərini geridə qoyub. Axar.az xəbər verir ki, bu barədə britaniyalı analitik və jurnalist Nil Uotson deyib. O bildirib ki, Ukraynadakı vəziyyətə görə Avropa getdikcə parçalanır. Ekspertin fikrincə, buna səbəb Kremlin anti-sanksiya addımları və siyasətidir: “Getdikcə daha çox dövlət anlayır ki, bu konfliktə tezliklə son qoymaq üçün hər hansı qərar vermək gərəkdir. Bəzi AB ölkələri Ukrayna adından müharibə aparmağın bahalığından şikayətlənirlər”.
2024-02-10
830,961
Səfirimiz Fransada tələbələrə Bakının siyasətindən danışdı
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Parisin Siyasi Araşdırmalar İnstitutunun (Sciences Po) tələbələri ilə Bakının xarici siyasəti və regiondakı geosiyasi vəziyyətdən danışıb. Axar.az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb. “Sciences Po”nun tələbələri ilə əla görüş. Azərbaycanın xarici siyasəti və regiondakı geosiyasi durumdan danışdım. Gənclərin biliklərə böyük marağı, entuziazmı və motivasiyasını görmək məni sevindirdi”, – L.Abdullayeva qeyd edib.
2024-02-10
830,962
Odessada partlayışlar baş verdi
Ukraynanın Odessa şəhərində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb. Nikolaev, Odessa və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib. Qeyd edilir ki, bundan öncə fevralın 9-da axşam saatlarında Xerson şəhərində, Dnepr çayı yaxınlığındakı silsilə partlayışlar qeydə alnmışdı.
2024-02-10
830,963
Kartof qızartması ilə çörək yeməyi unudun!
Hansı xörəyi çörəklə yesəniz də, kartofla çörək yeməyi unudun. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Boston uşaq hospitalının tədqiqatçıları çörəklə kartof yeməyin beyində spazm yaratdığını sübut edib. Bu kəşf kartofu çörəklə yedikdən sonra niyə insanın ağırlaşdığının səbəbini açır. Amerika alimləri 4 saat ərzində kartof-çörək yedikdən sonra insanların beynini müasir texnologiya ilə skan ediblər. Nəticələr göstərib ki, hər ikisi karbohidrat və yüksək qlikemik indeksli qida olduğu üçün beyində 2 sahənin aktivliyi qarışıb və pozulub. Bu kəşfin tibbi praktiki əhəmiyyəti var, o, insanları diabet və piylənmədən qoruya bilər. Kartofla un məmulatı qanda şəkəri kəskin yüksəldir. Belə adamlar sadəcə 2 karbohidratı eyni vaxtda yeməkdən imtina etsə, əməliyyata belə ehtiyac olmadan arıqlayacaq.
2024-02-10
830,964
Nəvaz Şərif parlament seçkilərinin qalibi oldu
Pakistan Müsəlman Liqası-Nəvaz partiyasının lideri, bir neçə dəfə ölkənin baş naziri olmuş Nəvaz Şərif özünü parlament seçkilərinin qalibi elan edib. Axar.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Lahordakı iqamətgahı qarşısında tərəfdarlarına müraciət edən Şərif yeni koalisiya hökuməti qurmağa hazır olduğunu bildirib. Şərifin sözlərinə görə, onun partiyası seçkilərdə ən böyük siyasi partiya olub. Qeyd edək ki, Pakistanda parlament seçkiləri 8 fevralda baş tutub. Rəsmi nəticələr hələ elan edilməyib.
2024-02-10
830,965
Berbokun babası qatı nasist imiş...
Almaniya xarici işlər naziri Annalena Berbokun babası qatı nasist olub. Axar.az xəbər verir ki, bu barədə alman mediası məlumat yayıb. Bildirilib ki, Annalena Berbokun xatırlamağı sevdiyi babası polkovnik Valdemar Berbok vaxtilə Vermaxt zabiti və nasizmin sadiq tərəfdarı olub. O, hava hücumundan müdafiə sistemində qulluq edib və “Hərbi xidmətlərə görə” xaçı ilə təltif edilib. Almaniya XİN bu məlumatın Annalena Berboka məlum olmadığını açıqlayıb.
2024-02-10
830,969
Berdiməhəmmədov 4 naziri işdən çıxardı
Nazirlər Kabinetinin 2023-cü ilin yekunlarına həsr olunmuş geniş iclasında Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 4 naziri vəzifəsindən azad edib. Axar.az xəbər verir ki, bu barədə “Neytral Türkmənistan” rəsmi qəzeti məlumat yayıb. Bildirilib ki, tikinti və memarlıq naziri vəzifəsinə Abdulla Gəldiyev təyin edilib. Bu təyinatdan əvvəl sözügedən nazirliyə Güvənç Orunov rəhbərlik edib. Çarıyar Çetiyev isə kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən nazir postuna yüksəlib. S.Berdiməhəmmədov səhiyyə və tibb sənayesi naziri Atagəldi Germanovu da başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edib. Qurumda müalicə-profilaktika işinin təşkili üzrə nazir müavini vəzifəsində çalışan Murad Məmmədov Səhiyyə Nazirliyinə yeni rəhbər təyin edilib. Qurbangül Atayeva başqa işə keçməsi ilə əlaqədar təhsil naziri vəzifəsindən azad edilib. Qurumun başına əvvəllər Mahtımqulu adına Türkmən Dövlət Universitetinin rektoru vəzifəsində çalışmış Bayramgül Orazdurdıyeva keçib.
2024-02-10
830,971
DSX-dən əməliyyat: Hindistan vətəndaşları saxlanıldı
Dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olan şəxslər saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Xidməti məlumat yayıb. Belə ki, fevralın 5-də saat 19:15-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Hindistan Respublikası vətəndaşları 1967-ci il təvəllüdlü Məhəmməd Amin (Mohammed Ameen) və 1997-ci il təvəllüdlü Dipak (Deepak) saxlanılıblar. Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxslərin ölkə ərazisinə rəsmi qaydada gəldikləri, dövlət sərhədini pozaraq qeyri-qanuni yollarla miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.
2024-02-10
830,973
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,19 dollara, yüngül neftin bir barreli isə 76,84 dollara təklif olunur.
2024-02-10
830,974
Qəhrəmanmaraşda zəlzələ oldu
Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksun rayonunda 3,8 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, məlumatı AFAD yayıb. Yerin 7 kilometr dərinliyində meydana gələn zəlzələdə dağıntı və tələfat qeydə alınmayıb.
2024-02-10
830,977
Vaşinqton Afina ilə razılaşdı: Ayda baza yaradılır
Yunanıstan “Artemida sazişi”ni imzalayan 35-ci ölkə olub. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinkenlə Yunanıstan xarici işlər naziri Georgos Gerapetritis arasında müqavilə imzalanıb. İki ölkə arasında kosmos sahəsində əməkdaşlıqdan məmnun olduğunu qeyd edən Blinken “Artemida sazişi”nin getdikcə daha çox ölkələri cəlb etdiyini vurğulayıb. Qeyd edək ki, ABŞ “Artemida sazişi” çərçivəsində Ayda daimi baza yaratmağı və Aydan Marsa səyahət üçün dayanacaq kimi istifadə etməyi, eyni zamanda orada qiymətli metalların çıxarılmasını nəzərdə tutur.
2024-02-10
830,981
İsrail Dəməşqə raket zərbələri endirdi
İsrail Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı bir sıra ərazilərə raket zərbəsi endirib. Axar.az xəbər verir ki, məlumatı Suriya Müdafiə Nazirliyi yayıb. “Hava hücumundan müdafiə sistemlərimiz raketlərin bir hissəsini zərərsizləşdirib”, - açıqlamada bildirilib.
2024-02-10
830,984
İrandan gətirilən 33 kq narkotik müsadirə edildi
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə daxil olmuş 33 kiloqram narkotik vasitə, psixotrop maddə və həblərin paytaxt ərazisinə çatdırılaraq burada realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Bakı şəhər sakini, hazırda narkotiklərin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, dövlət sərhədini qanunsuz keçmə maddələri ilə axtarışda olan, əvvəllər isə Cinayət Məcəlləsinin oğurluq, xuliqanlıq, əmlakı qəsdən məhvetmə, hədə-qorxu ilə tələbetmə və digər maddələri ilə məhkum olunmuş Aqil Şirəliyev "Şevrolet Neksia" markalı avtomobildə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının Ərçivan qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılıb. Həmin nəqliyyat vasitəsinin yük yerindən A.Şirəliyevə məxsus iki ədəd torbadan ümumilikdə 15 kiloqram heroin, 16 kiloqram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədəd metadon həbi aşkarlanaraq götürülüb. Saxlanılan şəxsin ölkəyə İrandan qaçaqmalçılıq yolu gətirilmiş həmin narkotik vasitələri pul qarşılığında paytaxt ərazisinə çatdırmaq üçün əldə etdiyi müəyyən edilib. A.Şirəliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir. Bundan əlavə, şöbə əməkdaşları tərəfindən Astara rayonunda son bir ay ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 11 ədəd müvafiq sənədləri olmadan qanunsuz saxlanılan ov tüfəngləri aşkarlanaraq götürülüb. Faktlarla bağlı Astara Rayon Polis Şöbəsində araşdırma aparılır.
2024-02-10
830,988
Bakıda zəncirvari qəza: 4 maşın toqquşdu - Video
Bakıda gecə saatlarında zəncirvari yol-nəqliyyat hadisəsi olub. Axar.az xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsində baş verib. İlkin məlumata görə, “Ford Fusion”, “Toyota Prius” və daha iki avtomobil bir-birinə çırpılıb. Həmin görüntüləri təqdim edirik:
2024-02-10
830,990
Xocavənddə top və tank mərmiləri tapıldı - Foto
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı mərmilər aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Kiş kəndi ərazisindəki yerləşən tikilidən 56 ədəd müxtəlif çaplı top mərmisi, 16 ədəd tank mərmisi və 64 ədəd tank mərmisinin başlığı aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
2024-02-10
830,991
Şoyqu PUA-larla bağlı tapşırıq verdi
Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu istehsalçılara pilotsuz uçuş aparatlarının (PUA) istehsalını artırmağı tapşırıb. Axar.az xəbər verir ki, nazir bu barədə İjevskdə müdafiə sənayesi müəssisələrində yoxlamalar zamanı deyib. S.Şoyqu qeyd edib ki, istehsal müəssisələrinin avtomatlaşdırılmasını artırmaqla PUA-ların keyfiyyətini, kəmiyyətini və istehsal sürətini artırmaq lazımdır: “Bu gün yaradılan imkanlar bizə əksər problemləri həll etməyə imkan verir. Mən dronlara qarşı mübarizəni, taktiki səviyyədə elektron müharibəni və süni intellektdən istifadəni nəzərdə tuturam”.
2024-02-10
830,998
Cənubi Koreya bu qırıcılardan 40 ədəd istehsal edəcək
Cənubi Koreya bu il 40 ədəd “KF-21 Boramae” qırıcısı istehsal edəcək. Axar.az xəbər verir ki, bu barədə “Defense Nyus” məlumat yayıb. İstehsalçı şirkət olan "Koreya Aerokosmik Sənayesi"nin rəsmiləri də adıçəkilən qırıcıların mühəndislik və istehsal mərhələsinin 2026-cı ildə tamamlanacağını bildiriblər.
2024-02-10
830,999
2 şagirdi öldürən sürücü haqda qərar verildi
Məhkəmə Zaqatalada 2 azyaşlının ölümünə səbəb olan sürücü Emin İbrahimovla bağlı qərar verib. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə istintaq davam etdirilir. Qeyd edək ki, Emin İbrahimovun sürücülük hüququ olmayıb.
2024-02-10
831,000
Qadın həyətdə yıxıldı, başı daşa dəyərək öldü
Xırdalanda yıxılaraq başı daşa dəyən qadın ölüb. Axar.az xəbər verir ki, Xırdalan şəhər sakini 1964-cü il təvəllüdlü Fərqanə Quliyeva yaşadığı evin həyətində yıxılaraq başı yerdəki daşa dəyib. Nəticədə o, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı Abşeron Prokurorluğunda araşdırma aparılır.
2024-02-10
831,002
Xocavənddə partlayış: xəsarət alan var - Yeniləndi
11:06 Xocavənddə arıçılıq təsərrüfatında partlayış olub, xəsarət alan var. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib. Qeyd olunub ki, bu gün saat 09:30 radələrində Xocavənd rayonu Çartar kəndi ərazisində arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması ilə bağlı polisə məlumat daxil olub. 1996-ci il təvəllüdlü Samir Füzuli oğlu Ələsgərov əlindən xəsarət alıb. Vətəndaş xəstəxanaya təxliyə edilib. Faktla bağlı araşdırma aparılır. *** Xocavənd rayonunun Çartar kəndi ərazisində bu gün səhər saatlarında arıçılıq təsərrüfatında hərbi təyinatlı partlayıcının partlaması nəticəsində 1996-cı il təvəllüdlü Ələsgərov Samir Füzuli oğlunun sağ əlindən xəsarət alması ilə bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. *** Xocavənd ərazisində arıçılıq təssürüfatında partlayış nəticəsində xəsarət alan Tovuz rayon sakini Ələsgərov Samir Füzuli oğlunun sağ əlinin barmaqları amputasiya olunub. TƏBİB-dən bildirilib ki, Tovuz rayon sakini 1996-cı il təvəllüdlü (cinsi kişi) Xocavənd rayonu ərazisində hərbi təyinatlı partlayıcının partlaması nəticəsində xəsarət alması səbəbilə Füzuli Rayon Mərkəzi Xəstəxanasının Əməliyyat şöbəsinə hospitalizasiya olunub: “Ona sağ əlin barmaqlarının travmatik amputasiyası diaqnozu təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir”.
2024-02-10
831,005
İlham Əliyev Çin liderini təbrik etdi
Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Szinpinə təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: “Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Szinpinə! Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm. Fürsətdən istifadə edərək Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğumu, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərimizlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah və əmin-amanlıq arzulayıram”.
2024-02-10
831,008
Xankəndidə silah-sursat aşkarlandı
Xankəndi şəhərində silah-sursat aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 9-da Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 1 tüfəng, 1 ədəd qumbara, 1 ədəd alışdırıcı, 23 ədəd patron darağı, 841 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
2024-02-10
831,010
Mərakeşli jurnalistlər Ağdam və Şuşaya səfər etdi
Azərbaycana səfər çərçivəsində bir qrup mərakeşli jurnalist Qarabağ iqtisadi rayonunun Ağdam, Əsgəran və Şuşa şəhərlərinə səfər edib. Bu barədə Axar.az-a Azərbaycan Diaspor Komitəsindən məlumat verilib. Qeyd edilib ki, nümayəndə heyəti öncə Ağdam şəhərində Pənahəli xanın “İmarət” kompleksinə, Cümə məscidinə və Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxış keçirib, ermənilərin törətdiyi vandalizm aktlarının şahidi olub. Qonaqlara tarixi abidələrimizin dağıdılması, Ağdamın Baş Planına uyğun şəkildə aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib. Sonra Əsgərana yollanan nümayəndə heyəti bu şəhərdə aşkarlanmış kütləvi məzarlığa baxış keçirib və çəkilişlər aparıb. Həmçinin, Şuşa şəhərinin mərkəzi meydanından başlayan tanışlıq zamanı Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri, Aşağı Gövhərağa məscidi, Şuşa qalası, Cıdır düzü ziyarət edilib. Komitənin verdiyi məlumata görə, Şuşa rayon İcra Hakimiyyətinin binasında qonaqlarla görüşən Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov qədim şəhərimizin tarixi, işğal illərində məruz qaldığı vandalizm aktları, burada aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib, 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildiyini nəzərə çatdırıb. Daha sonra mərakeşli jurnalistlərin sualları cavablandırılıb. Qeyd edək ki, nümayəndə heyətinə MAP agentliyinin redaktoru Mohammed Aswab, “L’Opinion” nəşrinin redaktoru Anass Machloukh, “Le Matin” qəzetinin redaksiya direktoru Souhail Nhaili, “Al Bayane” qəzetinin direktorluğunun rəhbəri, nəşrlər üzrə direktor Mahtat Rakas, “La Vie Eco” qəzetinin direktoru Fahd İraqi, “Le Desk” müstəqil rəqəmsal mətbu orqanının həmtəsisçisi Fatima Lqadiri, “TelQuel” fransızdilli həftəlik xəbər jurnalının əməkdaşı Yassine Majdi, BBMTV onlayn xəbər kanalının operatoru Bouchaib Brhadda və müstəqil fotoqraf Bahou Elhassan daxildir.
2024-02-10
831,011
Təyyarə magistral yola çırpıldı: ölənlər var - Video
ABŞ-a məxsus “Bombardier Challenger 600” tipli kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. Axar.az xəbər verir ki, hadisə Florida ştatında baş verib. Sərnişin təyyarəsi magistral yola çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.
2024-02-10
831,018
SEPAH Britaniyada casus şəbəkəsi qurur
SEPAH İran və İraqa ziyarətə gedən Britaniyada yaşayan müsəlmanları casusluğa cəlb edir. Onlardan Britaniyada yaşayan iranlı müxaliflərə qarşı casusluqda və yəhudilərə qarşı sui-qəsddə istifadə edir. Axar.az xəbər verir ki, bu barədə Britaniya və İsrail rəsmilərinə istinadən "Deyli Meyl" nəşri məlumat yayıb. Britaniya hökumətindəki mənbə nəşrə bildirib ki, SEPAH İngiltərədə kimlərisə öldürmək və ya qaçırmaq istədikdə, əsasən İngiltərədəki mütəşəkkil cinayət şəbəkələrindən istifadə edir.
2024-02-10
831,022
Bank kartından oğurluq edən qadın saxlanıldı
Bank kartından oğurluq edən qadın saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də paytaxt sakini olan bir nəfərin bank kartından 1500 manat pulunu oğurlamaqda şübhəli bilinən qadın müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
2024-02-10
831,024
Qaluzin: Qarabağda sülhməramlıların məsələsi... - Video
12:20 Qarabağda sülhməramlıların məsələsi yalnız Azərbaycan tərəfi ilə müzakirə olunur. Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS-a müsahibəsində deyib. “Tərəfdaşlarla dialoqumuz konstruktiv xarakter daşıyır. Biz yaranan bütün məsələləri qarşılıqlı razılaşma əsasında həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, tələblərdən, Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”, - nazir müavini bildirib.
2024-02-10
831,026
Bazar günü 23 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında fevralın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq.Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.
2024-02-10
831,028
Rauf Məmmədovun prokuror atası vəfat etdi - Foto
Tanınmış azərbaycanlı şahmatçı Rauf Məmmədova ağır itki üz verib. Axar.az xəbər verir ki, şahmatçının atası Əhməd Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, Əhməd Məmmədov uzun müddət prokurorluq orqanlarında çalışıb və baş ədliyyə müşaviri olub.
2024-02-10
831,033
İrəvanda böyük yanğın: zavodun 7000 kv.m ərazisi yanır
İrəvanın Tiflis şosesində yerləşən anbarda güclü yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın xilasetmə xidməti məlumat yayıb. Qeyd olunur ki, yanğın siqnalı Milli Böhran İdarəetmə Mərkəzinə bu gün saat 09:40 radələrində daxil olub. İlkin məlumata görə, yanğın “Green Life” şirkətinin (konserv zavodu) 25 min kv.m sahəsi olan anbarının 7 min kv.m-ni əhatə edir. Ərazidə 14 yanğınsöndürmə briqadası və digər texnikalar işləyir.. Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin rəhbərliyi də hadisə yerindədir.
2024-02-10
831,037
Rusiya Xarkovda yanacaq məntəqəsini vurdu: 14 bina yandı
Fevralın 10-na keçən gecə rus qoşunları Xarkova hücum edib. Axar.az xəbər verir ki, Rusiya ordusunun kamikadze pilotsuz uçuş aparatları ilə yanacaqdoldurma məntəqəsinə endirdiyi zərbə nəticəsində böyük yanğın baş verib. Yanacağın ətrafa dağılması isə yanğının 14 yaşayış binasına keçməsinə səbəb olub. Ukrayna mediası baş verən yanğın nəticəsində üçü uşaq olmaqla 7 nəfərin öldüyünü yazıb. Hazırda yanğınların söndürülməsi istiqamətində işlər aparılır. Qurbanların sayının arta biləcəyi bildirilir.
2024-02-10
831,041
Soyuqbulaqda hərbçi əsgəri və mülki şəxsi öldürdü
Bu gün səhər saatlarında azərbaycanlıların kompakt yaşadığı Əlborz əyalətinin Soyuqbulaq şəhərində silahlı insident olub Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, İran ordusunun əsgəri bir hərbçini və bir mülki şəxsi güllələyərək öldürüb. Əsgər öldürülən şəxslərdən birinin avtomobilini ələ keçirərək hadisə yerindən qaçıb. Keçirilən əməliyyat nəticəsində iki nəfəri öldürən hərbçinin ələ keçirdiyi avtomobil atəşə tutulub, o, yerindəcə həyatını itirib. Hadisənin səbəbləri və öldürülənlərin kimliyi barədə açıqlama verilməyib.
2024-02-10
831,043
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ... - Qərar
Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı təsdiq edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı sığorta-pensiya sistemində aparılan ardıcıl islahatlar nəticəsində güzəştli şərtlərlə pensiya hüququ verən siyahının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Güzəştli şərtlərlə (5 il erkən) pensiya hüququ verən peşə və vəzifələrin hazırda qüvvədə olan siyahısı 35 hissədən, 280 yarımhissə və 4000-dən çox vəzifə və peşə adından ibarətdir. Əməyin mühafizəsi və iş yerlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, eləcə də müasir texnologiyanın istehsalata tətbiqi nəticəsində güzəştli pensiya hüququ verən ağır və zərərli peşə və vəzifələrin siyahısında dəyişikliləri zəruri edir. Qərar sözügedən siyahının təkmilləşdirilməsi, eyni zamanda Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli Qərarına əsasən keçirilmiş iş yerlərinin attestasiyanın nəticələrinə əsaslanan dəyişiklikləri əks etdirir. Qərarda Kənd Təsərrüfatı Nazirliyinin, SOCAR, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin və “Azərbaycan Dəmir Yolları” QSC-nin tərəfindən keçirirlmiş iş yerlərinin attestasiyanın nəticələrinə görə 3 sahə üzrə peşələrin adları yeni redaksiyada verilmiş, 6 yeni peşənin adı güzəştli peşələr siyahısına əlavə olunub. Qərara əsasən aidiyyəti qurumların təklifləri əsasında aktuallığını itirmiş və hazırda mövcud olmayan 13 peşə adının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısından çıxarılıb.
2024-02-10
831,046
Abdullahian Hizbullah lideri ilə görüşdü
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Livana səfəri çərçivəsində Hizbullah lideri Həsən Nəsrullahla görüşüb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Beyrutda keçirilən görüşdə bölgədəki son siyasi proseslər və təhlükəsizlik məsələləri, Qəzza zolağındakı vəziyyətin müzakirə edildiyi bildirilib.
2024-02-10
831,047
Qoşaçayda toyda dəm qazından 40 nəfər zəhərləndi
Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərində 40 nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, şadlıq sarayında keçirilən toy mərasimində iştirak edən qonaqlar dəm qazından zəhərləniblər. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildiriib.
2024-02-10
831,051
ANAMA Xocavənddəki partlayışın təfərrüatını açıqladı
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Xocavənd rayonu Çartaz kəndi ərazisində arıçılıq təssərüfatında baş verən partlayışın təfərrüatını açıqlayıb. ANAMA-dan Axar.az-a verilən məlumata görə, hadisə arıçılıqla məşğul olan 1996-cı il təvvəllüdlü Samir Füzuli oğlu Ələsgərov arı yeşiklərini yığarkən yerdən tapdığı əl qumbarasının partladıcısına müdaxilə edərkən baş verib. Partlayış nəticəsində S.Ələsgərov sağ əlindən xəsarət alıb və zərərçəkənin sağ əlinin 3 barmağı amputasiya olunub. ANAMA vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, naməlum əşyalara toxunmamağa, təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırıb.
2024-02-10
831,052
Rusiya səfiri Cənubi Koreyanı hədələdi
Cənubi Koreya Ukraynaya birbaşa sursat tədarük etmək qərarına gəlsə, böyük səhvə yol verəcək. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Pxenyandakı səfiri Aleksandr Matseqora bildirib. “Cənubi Koreyanı Ukraynaya birbaşa döyüş sursatı verməyə təşviq etmək üçün ona təzyiqlər edilir. Seulda belə əmlakın böyük ehtiyatları var. Ümid edirəm ki, cənubi koreyalılar təxribata boyun əyməyəcək. Bu, çox böyük səhv və nəticələri çox ağır olar”, - səfir deyib. A.Matseqoranın sözlərinə görə, Cənubi Koreya Kiyevə birbaşa silah tədarükünü təşkil etməsə, Moskva və Seul tərəfdaşlıq münasibətlərini bərpa edə bilər.
2024-02-10
831,055
Suriyada SEPAH-ın 4 komandiri öldürüldü
Suriyanın şərqində yerləşən Deyr əz-Zor vilayətində SEPAH-ın 4 yüksək rütbəli komandiri zəhərlənərək öldürülüb. Axar.az xəbər veir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Məqsədli şəkildə zəhərləndirilərək öldürülən komandirlərdən ikisinin kimliyi müəyyən edilib. Bunlar Hacı Müqtəda və Mürtəza Mövləvidir. Fevralın 8-də baş verən hadisədə daha bir neçə SEPAH üzvünün zəhərləndiyi və xəstəxanalara yerləşdirildiyi bildirilir.
2024-02-10
831,056
Seçkidən kənarlaşdırıldığını eşidən deputat öldü
Parlament seçkiləri üçün yenidən namizədliyini irəli sürən İran parlamentinin keçmiş deputatı Məhəmmədrza Xəbbaz Nəzarət Şurası tərəfindən diskvalifikasiya edilməsi xəbərini eşitdikdən sonra ürək tutması səbəbindən ölüb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. O, bundan əvəl 4 dövr İran parlamentinin nümayəndəsi, Simnan və Şimali Xorasan əyalətlərinin valisi olub.
2024-02-10
831,057
İsrail Rəfahda binanı vurdu: 28 nəfər öldü
Şənbə günü gecə İsrail Rəfah bölgəsində yaşayış binalarına üç hava hücumu həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə AP Fələstinin səhiyyə rəsmisinə istinadən xəbər verib. Agentlik qeyd edib ki, zərbə nəticəsində 28 nəfər həlak olub.
2024-02-10
831,062
Bu erməniləri Qarabağa qaytarmağa hazırıq - Rusiya
Rusiya Qarabağ ermənilərinin arzu etdikləri təqdirdə onların bölgəyə təhlükəsiz qayıtmasına şərait yaratmağa hazırdır. Axar.az xəbər verir ki, bu sözləri TASS-a açıqamasında Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. “Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti bölgəni tərk edib. Bu, onların çətin, lakin könüllü seçimi idi. Bu baxımdan, geri qayıtmaq istəyənlərin hüquqlarını və təhlükəsizliyini lazımı qaydada təmin etməklə, geri qayıtmasına şərait yaradılması vacibdir. Biz bu prosesə hər cür yardım göstərməyə hazırıq, o cümlədən Rusiya sülhməramlı kontingenti vasitəsilə", - Qaluzin bildirib. Rusiya XİN rəhbərinin müavininin iddia edib ki, Rusiyanın səyləri, o cümlədən altı sülhməramlının həyatı bahasına 2023-cü ilin sentyabrında Azərbaycanın əməliyyatı zamanı mülki əhalinin əhəmiyyətli itkilərinin qarşısı alınıb: “Rusiya sülhməramlı kontingentinin fəal vasitəçiliyi ilə 2023-cü il sentyabrın 20-də hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə olunub və Qarabağın erməni əhalisinin nümayəndələri ilə Azərbaycan hakimiyyəti arasında danışıqlar aparılıb. Sülhməramlılarımız mülki şəxsləri sığınacaqla təmin edib, humanitar yardım çatdırıb, tibbi evakuasiya təşkil ediblər”. Qaluzin qeyd edib ki, bu hadisələr (Azərbaycan Ordusunun əməliyyat keçirməsi – red.) təsadüfən baş verməyib: “Ermənistan tərəfi hələ 2022-ci ilin oktyabrında Aİ-nin himayəsi altında Praqada keçirilən sammitdə Azərbaycanın ərazi bütövlüyünü, o cümlədən Qarabağı onun tərkib hissəsi kimi tanıyıb. O zaman regionun erməni əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsi həll olunmamışdı. İndi Qarabağ Azərbaycanın hüquq sahəsinə inteqrasiya olunur”.
2024-02-10
831,064
Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
Qazaxıstan beynəlxalq axtarışda olan şəxsi Azərbaycana ekstradisiya edib. Bu barədə Axar.az-a Baş Prokurorluqdan bildirilib. Belə ki, Azərbaycan vətəndaşı Alyar Həsənov Əhməd oğlunun ekstradisiyası Qazaxıstanın Baş Prokurorluğu tərəfindən təmin edilib. Alyar Həsənovun külli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Fevralın 10-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə həmin şəxs Qazaxıstandan ölkəmizə gətirilib.
2024-02-10
831,065
Qazaxıstan-Rusiya sərhədində güclü zəlzələ baş verdi
Rusiya və Qazaxıstan sərhədində 4,8 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin mənbəyi Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindən 160 km şimal-şərqdə və Rusiyanın Ust-Kan şəhərindən 32 km cənub-qərbdə, 45 km dərinlikdə olub.
2024-02-10
831,067
Fransa İrəvana tam və qeyd-şərtsiz dəstəyini bəyan etdi
Fransa Ermənistanın suverenliyini dəstəkləmək üçün qeyd-şərtsiz, tam və sarsılmaz öhdəliyini bir daha elan edir. Axar.az xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Stefan Sejurne Ermənistan XİN başçısı Ararat Mirzoyanla Parisdə keçirdiyi görüşdə deyib. Qeyd edək ki, ötən gün baş tutan görüşdə nazirlər ikitərəfli əməkdaşlıq layihələrinin gücləndirilməsi prioritetlərini, xüsusilə nəqliyyat, enerji və su ehtiyatları sahələrində infrastruktur layihələrinin inkişafı məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin Avropa Birliyi ilə Ermənistan arasında əlaqələrin gücləndirilməsindən danışıblar.
2024-02-10
831,068
Ukrayna SQ-nin Quru Qoşunlarının yeni komandanı...
Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarına yeni komandan təyin olunub. Axar.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melnıçuk özünün Teleqram kanalında yazıb. O bildirib ki, sözügedən vəzifəni bundan sonra Aleksandr Pavlyuk icra edəcək. Məlumat üçün bildirək ki, Pavlyuk indiyə kimi Ukrayna müdafiə nazirinin birinci müavini vəzifəsində çalışıb. Qeyd edək ki, fevralın 8-nə qədər general-polkovnik Aleksandr Sırski Quru Qoşunların komandanı idi. O, general-polkovnik Valeri Zalujnı vəzifəsindən azad edildikdən sonra baş komandan təyin edilib.
2024-02-10
831,080
Evdən 1 ton yararsız ət aşkarlandı
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsi tərəfindən keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Qaraçuk kənd sakini Rahib Həsən oğlu Hüseynovun evinin həyətinə baxış zamanı oradan 1 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararsız olan ət aşkar edilib. Axar.az xəbər verir ki, bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyi məlumat yayıb. Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün göndərilib. Faktla bağlı araşdırmalar aparılır. Həmin ətin əldə olunma mənbəyi və hansı ictimai iaşə obyektlərində satılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
2024-02-10
831,083
Laçında çürümüş meyvə-tərəvəz də faydalıdır
Laçında yeni vərdişlər – Tullantı az, istehsal çox Ötən ilin dekabrında Laçında, Həkəri çayının sahilində kompost istehsalına başlanılıb. Müxtəlif tullantılardan hazırlanan orqanik gübrənin - kompostun əldə edilməsi məqsədilə sözügedən ərazidə müxtəlif həcmli iki avadanlıq quraşdırılıb. Sənaye komposterlərinin istifadə qaydası çox asandır. Çürümüş meyvə, xarab olmuş tərəvəz qalıqları, saman və başqa tullantılar avadanlığa atılır. Tullantılar aparatda doğranır və kompost istehsalına başlanılır. Proses bir gün ərzində tamamlanır və növbəti gün hazır məhsul əldə etmiş olursunuz. Diqqət edilməli məqam isə komposterə yağ, sümük, çiy ət kimi məhsulların atılmamasıdır. Qeyd etmək lazımdır ki, kompost aparatları təkcə Laçında quraşdırılmayıb, bir neçə kiçik komposter Bakıdakı müxtəlif iaşə obyektlərinə və ailələrə də təqdim olunub. Kompostun digər gübrələrdən fərqi onun tam təbii və olduqca effektiv olmasıdır. Ağacların, bitkilərin köklərini yandırmaması üçün istifadə zamanı kompost torpaqla qarışdırılır. Bundan başqa, Laçında həm su sərfiyyatı, həm də əkinçilikdə innovasiya kimi istifadə edilən akvaponika üsulu ilə balıqların yaşadığı, onlar üçün artıq çirklənmiş hesab edilən su bitkilərə ötürülür, təmizləndikdən sonra yenidən balıqların ixtiyarına verilir. “Sıfır tullantı” yanaşması ilə yenidən qurulan Laçında belə aparatların istifadəsi nümunəvidir. Bu, təmizliyə, tullantılardan düzgün istifadəyə, sakinlərin və qonaqların fərqli mədəni vərdişlərinin formalaşmasına töhfə verir. Qazon kəsintisinin belə zibil hesab edilmədiyi Laçında mebel zavodunun tullantılarından da ekoloji odun düzəldilir. Sözügedən innovasiyaların tətbiqi və laçınlıların birgə səyi onun təmiz şəhərlər sırasında yer almağına şərait yaradır.
2024-02-10
831,084
Bakı-Moskva reysi ilə uçan sərnişin hava limanında öldü
Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb. Axar.az xəbər verir ki, sərnişin tromb tıxanması nəticəsində dünyasını dəyişib. Bildirilib ki, Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su 1857” təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan səfərdən qayıdıb. Təyyarə Şeremetyevo hava limanına enən zaman Yuri Z. adlı sərnişin qəfildən özünü pis hiss edib və boğulmağa başlayıb. Daha sonra Yuri Z. huşunu itirib. Təcili yardım briqadası gələnə kimi sərnişin artıq ölmüş olub.
2024-02-10
831,085
Sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir
2023-cü il ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 32,1 faizi, yaralananların isə 31,0 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub. Bu barədə Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Qeyd edilib ki, qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla sürücü və sərnişinlər avtomobildə təhülkəsizlik kəmərini bağlamalıdır. Bununla yanaşı, sürücü hərəkətə başlamazdan əvvəl avtomobildə olan sərnişinlərin təhlükəsizlik kəmərlərini bağlamalarını təmin etməlidir. Yəni, ən azından sürücü bu barədə sərnişinlərə xəbərdarlıq etməlidir. "Hərəkət vaxtı sərnişinlərinin təhlükəsizlik kəmərlərini bağlamalarına nail olan sürücü həm qanunun tələbini yerinə yetirir, həm də gələcəkdə özü üçün yarana biləcək hüquqi problemlərin qarşısını alır. Sərnişinlər də təhlükəsizlik kəmərini bağlamaqla özlərinin həyat və sağlamlıqlarını, sürücüləri isə hüquqi məsuliyyətdən sığortalamış olurlar" - deyə, BDYPİ-dən bildirilib.
2024-02-10
831,086
İranda yerli sosial media platforması çökdü
Bu gün səhər saatlarından İranda yerli sosial media platforma olan "Eitaa"ya girişdə problem yaşanıb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Qeyri-rəsmi mənbələr platformanın haker hücumu nəticəsində dağıdıldığını bildirir. Qeyd edək ki, 2017-ci ildən fəaliyyətə başlayan "Eitaa" Teleqramın yerli variantıdır.
2024-02-10
831,088
Rusiyada terror aktının qarşısı alındı
Rusiyanın Sankt-Peterburq şəhərində metallurgiya zavodunun ərazisində güclü partlayıcı qurğu aşkar edilib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Qeyd olunur ki, Vsevolojsk Alüminium Zavodunun anbarlarından birinin yaxınlığında qarın atında əl ilə işə salınan 1,5 kq-dan çox partlayıcı tapılıb. Bombanın aşkar olunduğu yer mühasirəyə alınıb və insanlar təxliyə edilib. Partlayıcı qurğunu kimin yerləşdirdiyi isə hələlik bəlli deyil.
2024-02-10
831,089
Seçkilərdə bunun qarşısını ala bildik - Ərdoğan
Mayın 14-də (Türkiyədə ötən il baş tutan prezident seçkiləri günü - red.) biz təkcə qarşımızdakı namizədlə mübarizə aparmadıq. Eyni zamanda Qəndildən Pensilvaniyaya qədər şər qüvvələrə qarşı da mübarizə apardıq. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldağda keçirilən mitinqdə deyib. “Onlar seçkini qazanmaq uğruna dövlətin nazirliklərini satacaq qədər öz mənfəətlərinin qurbanı oldular. 14-28 may seçkilərində zonquldağlı qardaşlarımızın dəstəyi ilə bu kirli planın həyata keçirilməsinə icazə vermədik”, - Ərdoğan bildirib.
2024-02-10
831,090
NATO Rusiyadan qat-qat güclüdür, qorxmayın!
NATO hərbi baxımdan Rusiyadan qat-qat güclüdür və buna görə də təşkilat üzvləri onun hücumundan qorxmamalıdırlar. Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. Bəzi Qərb siyasətçilərinin NATO ölkələrinin Rusiya tərəfindən hücuma məruz qala biləcəyi ilə bağlı bəyanatlarına münasibət bildirən P.Siyarto hadisələrin bu cür inkişafına inanmadığını vurğulayıb: “Düşünmürəm ki, Rusiya NATO üzvü olan bir ölkəyə hücum etmək riski etsin. NATO hərbi cəhətdən Rusiyadan qat-qat güclüdür, ona görə də praqmatizm və məntiq hələ də mövcuddursa, mən bu təhlükəni görmürəm, çünki bu, tamamilə məntiqsiz olardı”.
2024-02-10
831,093
Qanunsuz ov edən şəxslər saxlanıldı
Laçın Rayon Polis Şöbəsinin əməkdaşları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsi ərazisində qanunsuz ov edən 2 nəfəri müəyyən edib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, həmin şəxslərdən 1 ədəd müvafiq sənədi olmayan ov silahı və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
2024-02-10
831,096
Ermənilərin qətliam törətdiyi Malıbəyli kəndi - Video
32 il öncə işğal olunan Şuşanın Malıbəyli kəndi bu gün azaddır. Axar.az xəbər verir ki, AzTV sözügedən kənddən reportaj hazırlayıb. Qeyd edilib ki, 32 il öncə ermənilər tərəfindən bu kənddə qətliam törədilib. Süjetdə hadisə şahidləri xatirələrini danışıblar.
2024-02-10
831,099
Almaniyadan İsrailə xəbərdarlıq: Rəfaha hücum olarsa...
Almaniya İsrail Baş naziri Benyamin Netanyahunun Rəfah şəhərinə hücumla bağlı fikirlərinə sərt reaksiya verib. Axar.az xəbər verir ki, bu barədə Almaniya xarici işlər naziri Annalena Berbok sosial şəbəkə hesabında yazıb. “Rəfahda fövqəladə vəziyyət artıq inanılmaz ölçülərə çatıb. 1,3 milyon insan münaqişələrdən qaçaraq çox dar bir ərazidə sığınacaq axtarır. İsrail ordusunun Rəfaha hücumu humanitar fəlakətin başlanğıcı olacaq. Qəzzada artıq insanların qaçmağa yeri yoxdur”, - nazir bildirib. Qeyd edək ki, İsrail mediası B.Netanyahunun ordunun Rəfaha daxil olması üçün hazırlıq əmri verdiyini yazıb.
2024-02-10
831,100
Bakıda COP29 çərçivəsində daha bir sammit keçiriləcək
Bu il Azərbaycanda keçiriləcək COP29 konfransında BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsi Müsəlman Ağsaqqalları Şurasına (MAŞ) həvalə edilib. Axar.az xəbər verir ki, bununla bağlı Şuranın Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi şəhərində keçirilən növbəti iclasında bildirilib. Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü, Şeyxülislam Allahşükür Paşazadə iştirak edib. QMİ-dən bildirilib ki, tədbir iştirakçıları ötən il Abu Dabi şəhərində keçirilən BMT iqlim dəyişikliyi 28-ci çərçivə konfransında (COP28) ilk dəfə təşkil olunmuş dinlərarası pavilyonunda BMT-nin müvafiq qərarı ilə əsas təşkilatçı qismində çıxış edən, eləcə də adı çəkilən konfrans çərçivəsində Vatikan ilə birgə dini liderlərin Sammitini keçirən MAŞ-nın uğurunu xüsusilə qeyd ediblər. Vurğulanıb ki, bu il Azərbaycanda keçiriləcək növbəti COP29 konfransında da BMT dinlərarası pavilyonun və dini liderlər sammitinin keçirilməsini Müsəlman Ağsaqqalları Şurasına həvalə edib. Bu məsələdə Şeyxülislam Allahşükür Paşazadəyə düşən mühüm rolu xüsusi vurğulayan Şuranın sədri və baş katibi QMİ sədrindən məsələ ilə bağlı Azərbaycan rəhbərliyinə müraciət etməsini, baş katib Məhəmməd Əbdüssəlamın Azərbaycan rəsmilərilə görüşlər keçirmək üçün ölkəmizə səfərini təşkil etməklə bağlı xahiş ediblər. Şeyxülislam Allahşükür Paşazadə sonuncu BMT iqlim dəyişikliyi konfransında Şuranın dəyərli təcrübə qazandığını, bu təcrübənin Bakıda keçiriləcək COP29 konfransına töhfə verəcəyinə ümid etdiyini, bunun üçün Azərbaycan dövlətinin müvafiq orqanları ilə görüşəcəyini bildirib.
2024-02-10
831,101
717-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 717-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 394 270 hərbçi, 6 394 ədəd tank, 11 942 ədəd zirehli döyüş maşını, 9 459 ədəd artilleriya sistemi, 981 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 666 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 579 ədəd avtomobil texnikası, 7 235 ədəd PUA, 1 881 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 512 xüsusi avadanlıq itirib.
2024-02-10
831,102
Maşınların nömrə nişanlarında yeni seriya - Foto
Respublika ərazisində qeydiyyatı olan nəqliyyat vasitələri üçün yeni “Q” hərf seriyası istifadəyə verilib. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, artıq bir neçə gündür “Q” kombinasiyalı seriya nömrələri dövriyyəyə buraxılıb. Qeyd edək ki, Bakı şəhərində avtomobilin üzərində “10” kodu ilə “QQ” seriyası olan nəqliyyat vasitəsi görüntülənib.
2024-02-10
831,103
717-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 717-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 570 təyyarəsi, 265 helikopteri, 12 166 PUA-sı, 464 zenit-raket kompleksi, 14 956 tank və digər zirehli texnikası, 1 218 reaktiv yaylım atəş sistemi, 8008 artilleriya və minaatanı, 18 419 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-10
831,104
Qurtulmuşdan Azərbaycanla bağlı bəyanat
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qəbul etdiyi qətnaməyə dair bəyanat verib. Bu barədə Axar.az-a Milli Məclisdən bildirilib. Bəyanatda AŞPA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə görə təəssüf bildirilir. Qeyd olunur ki, 2001-ci ildən bəri Avropa Şurasının üzvü olan Azərbaycan ötən dövrdə gördüyü işlər və əməkdaşlıqla bu təşkilatın əsas prinsiplərinin həyata keçirilməsinə əhəmiyyətli töhfələr verməklə yanaşı, mədəni müxtəlifliyin qorunub saxlanılması və mədəniyyətlərarası dialoqun təşviqi kimi günümüzün ən önəmli missiyalarının gerçəkləşdirilməsində də aparıcı rol oynayıb. Verilmiş qərar Avropa Şurası üzvü olan bir ölkənin AŞPA-nın fəaliyyətindən kənarlaşdırılması deməkdir. Sənəddə deyilir ki, bütün dünyada geosiyasi gərginliklərin, siyasi qarşıdurmaların və münaqişələrin artmaqda olduğu bir dövrdə çoxtərəfli diplomatiya öz gücünü və mövqeyini itirməməlidir. AŞPA münaqişələrin deyil, dialoq və əməkdaşlığın əsasını təşkil etməlidir. Bəyanatda TBMM olaraq AŞPA-nı dəstəklədiyi prinsipləri birmənalı şəkildə müdafiə etməyə, bölücü deyil, birləşdirici bir platforma olmağa və Azərbaycan Milli Məclisini təmsil edən nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləməyə çağırış edilir. Bəyanatın sonunda Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsinə dair qərarın ən qısa zamanda nəzərdən keçiriləcəyinə inam ifadə olunur.
2024-02-10
831,107
İsrail HƏMAS rəsmisinin olduğu maşını vurdu: ölənlər var
İsrail PUA-sı Livanın cənubundakı Jadra bölgəsində bir avtomobili vurub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Hadisə zamanı 4 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Qeyd edək ki, İsrail mediası hədəfdə HƏMAS rəsmilərindən birinin olduğunu təsdiqləsə də, ad açıqlamayıb.
2024-02-10
831,108
Rusiya bu müharibənin tarixi haqqında yalanlar danışır
Vaşinqtonda səfərdə olan Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinin son müsahibəsini tənqid edib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Kansler Putinin xüsusilə Ukraynadakı münaqişənin səbəbləri ilə bağlı dedikləri ilə razılaşmayıb. Şolts həmçinin iddia edib ki, Rusiya hakimiyyəti həmişə bu müharibənin tarixi haqqında çoxlu yalanlar danışır: “Putin amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə Rusiyanın Ukraynadakı real hərəkətlərinə lağ edir və bu müharibənin səbəbləri haqqında absurd hekayələr danışır”. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona geniş müsahibəsi səs-küy doğurub.
2024-02-10
831,109
SEPAH komandirlərinin görüş yeri vuruldu
İsrailin Dəməşq ətrafında yerləşən Əldimas bölgəsində hava hücumu nəticəsində 3 qeyri-suriyalı öldürülüb. Axar.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb. Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, dağıdılan bina SEPAH və Livan Hizbullah-ı komandirlərinin görüşlərinin keçirildiyi binadır. Qeyd edək ki, öldürülənlərin SEPAH və Hizbullah üzvləri olduqları barədə məlumatlar yayılsa da, bu hələlik rəsmi şəkildə təsdiq edilməyib.
2024-02-10
831,110
Qəzzada həlak olanların sayı 28 mini ötdü
Qəzzada həlak olanların sayı 28 064 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi əməliyyatlar zamanı 67 611 nəfər yaralanıb.
2024-02-10
831,111
Rusiya təhlükəsi davam edir: Hazır olmalıyıq - Qram
Rusiya təhlükəsi uzun müddət aradan qalxmayacaq. Avropa buna hazır olmalıdır. Axar.az xəbər verir ki, bunu Norveç müdafiə naziri Byorn Arild Qram deyib. “Biz Rusiyanın Finlandiya və İsveçin NATO-ya qoşulmasına cavab olaraq addım atmasına və vəziyyəti daha da gərginləşdirməsinə hazır olmalıyıq”, - Qram qeyd edib.
2024-02-10
831,112
Ərdoğan neft hasilatından danışdı: Hədəfimiz budur!
Türkiyənin Qabar bölgəsindəki neft quyularında gündəlik hasilat hazırda 35 min barreli ötüb. İlin sonunadək bu rəqəmin 100 min barrelə çatdırılması hədəflənir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zonquldaqda çıxışı zamanı deyib. Ötən ilin ortalarından etibarən hər bir ailəyə ayda 25 kubmetr təbii qazın ödənişsiz verildiyini deyən Ərdoğan bunu 2024-cü ilin aprel ayınadək davam etdirəcəklərini, beləliklə ölkə əhalisinə ümumilikdə 87 milyard türk lirəsi məbləğində dəstək göstəriləcəyini bildirib.
2024-02-10
831,113
Kiyevə yardım məhdudlaşmamalıdır - Niderland
Ukraynaya hərbi dəstək vacibdir, çünki bu, Niderlandın təhlükəsizliyini möhkəmləndirməyə imkan verir. Axar.az xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren deyib. "Burada bəndlərimizin arxasında təhlükəsiz olduğumuzu söyləmək olmaz; biz AB və NATO-nun bir hissəsiyik və bu bizə də təsir edə bilər. Söhbət xəndəklər və dronlarla tammiqyaslı müharibədən gedir və ölkə bu məsələyə ağlabatan yanaşmasa, Niderlandı da təhlükə gözləyir. Ukraynaya hərbi yardım, o cümlədən silah tədarükü heç bir halda məhdudlaşmamalıdır”, - nazir bildirib.
2024-02-10
831,114
Messiyə görə Nigeriya ilə oyun ləğv olundu
Argentina və Nigeriya arasında yoldaşlıq görüşü ləğv olunub. Axar.az xəbər verir ki, bu barədə Hançjou İdman Komitəsi məlumat yayıb. Matçın ləğv edilməsinin səbəbinin isə Lionel Messi ilə bağlı olduğu bildirilib: “Məlum səbəblərə görə səlahiyyətli orqanlar belə qənaətə gəliblər ki, Argentina yığmasının iştirakı ilə oyunun keçirilməsi üçün heç bir şərait yoxdur. Bu matçın ləğvi barədə qərar qəbul edilib”. Qeyd edək ki, Messi özünü yaxşı hiss etmədiyi üçün "İnter-Mayami"nin heyətində Honkonqda yerli milli komandaya qarşı yoldaşlıq görüşündə meydana çıxa bilməmişdi. Bu da azarkeşlərin kütləvi etirazına səbəb olmuşdu. Argentina və Nigeriya qarşılaşması isə mart ayında Çində keçirilməli idi.
2024-02-10
831,116
"Neftçi" "Spartak"la qarşılaşacaq
“Neftçi” və Rusiyanın “Spartak” (Moskva) klubları arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Bu barədə Axar.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Matçın martın 23-ü “Neftçi Arena”da oynanılması nəzərdə tutulub.
2024-02-10
831,117
Netanyahu Rəfah əməliyyatını bir aya başa çatdıracaq
İsrail Baş naziri Benyamin Netanyahu hesab edir ki, beynəlxalq təzyiqlərə görə Qəzza zolağının cənubundakı Rəfah şəhərində HƏMAS batalyonlarının məhv edilməsi əməliyyatı bir ay ərzində - martın 10-dək başa çatdırılmalıdır. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata görə, baş nazir bu yaxınlarda hərbi kabinetə bildirib ki, beynəlxalq təzyiqləri nəzərə alaraq Qəzza zolağının cənub şəhərindəki əməliyyat müsəlmanların müqəddəs Ramazan ayından əvvəl başa çatdırılmalıdır. Telekanalın iddiasına görə, İsrail Müdafiə Qüvvələrinin Baş Qərargahının rəhbəri Herzi Halevi Netanyahuya hərbçilərin əməliyyata hazır olduğunu, lakin İsrail hökumətinin ilk olaraq planla bağlı qərar verməsinin zəruri olduğunu bildirib.
2024-02-10
831,118
Amerika xalqı Baydeni prezident kimi görmür - KİV
Amerikalı seçicilər artıq ABŞ-ın hazırkı Prezidenti Co Baydendə ölkə liderinə xas keyfiyyətləri görmürlər. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. Məlumata görə, problem təkcə 81 yaşlı Baydenin yaşında deyil. Bir çox amerikalı onun qlobal dövlət xadimi olduğuna və çətin anlarda ölkəyə kömək edə biləcəyinə inanmır. Bildirilib ki, Baydenin səhvləri onun ABŞ vətəndaşlarının gözündə imicinə xüsusilə güclü təsir göstərib, çünki o, insanları güclü lider kimi heyran etmir və seçicilərlə emosional əlaqə qurmağı bacarmır.
2024-02-10
831,120
BMT TŞ-nin daimi üzvü olacağıq – Hindistan
Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq. Axar.az xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar deyib. "Biz orada olacağıq. 100% əminəm ki, orada olacağıq. Amma düzünü deyim ki, ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var", - nazir bildirib. Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.
2024-02-10
831,124
İlham Əliyev Kobaxidzeni təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni təbrik edib. Axar.az xəbər verir ki, təbrikdə deyilir: "Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlamağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk. Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir. Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram".
2024-02-10
831,128
FİFA prezidenti İlham Əliyevə məktub göndərdi
Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib. Axar.az xəbər verir ki, təbrikdə qeyd olunur: "Bütün futbol ictimaiyyəti adından yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm. Bu, ölkənizin Sizin liderliyinizə olan etimadının göstəricisidir. Azərbaycanın sabitliyinə və iqtisadi inkişafına olan sadiqliyiniz, liderlik məharətiniz və şəxsi keyfiyyətləriniz son illərdə ölkənizi irəliyə doğru aparmaqda çox mühüm rol oynayıb. Şübhə etmirəm ki, yeni Prezidentlik dövrünüzdə Siz ölkənizin sabit inkişafına və tərəqqisinə mühüm töhfələr verməkdə davam edəcəksiniz. Mən, həmçinin ölkənizdə futbolun inkişaf etdirilməsi və onun dəyərlərinin təşviqi istiqamətindəki bütün səylərinizə görə Sizə və hökumətinizə təşəkkürümü bildirmək istəyirəm. Sizin səyləriniz mədəni və ictimai maneələrin aradan qaldırılmasında futbolun əhəmiyyətini, eləcə də onun bütün sərhədləri aşan və inklüzivliyi qəbul edən bir idman növü olduğunu nümayiş etdirir. Sizə yeni mandatınız dövründə fəaliyyətinizdə uğurlar və tükənməz enerji arzu edirəm. Cənab Prezident, tezliklə yenidən görüşüb Sizi şəxsən təbrik etməyi səbirsizliklə gözləyirəm".
2024-02-10
831,131
İlham Əliyev fərman imzaladı
Prezident İlham Əliyev "Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Axar.az xəbər verir ki, fərmanda qeyd olunur: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 16 aprel tarixli 647 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 646 (Cild I) 1-ci hissəsi ləğv edilsin. 2. Bu Fərman 2024-cü il yanvarın 1-dən tətbiq edilir".
2024-02-10
831,132
AKP-nin seçki kampaniyası zamanı silahlı hücum - Video
Türkiyənin İstanbul şəhərində AKP-nin Küçükçəkməcə bələdiyyə sədrliyinə namizəd Əziz Yeniayın seçki kampaniyası zamanı silahlı hücum olub. Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Məlumata görə, silahlı hücum zamanı 1 nəfər yaralanıb.
2024-02-10
831,133
İsmayıllı sakinindən odlu silah götürüldü
Vətəndaşlarda qanunsuz saxlanılan odlu silahların aşkar edilərək götürülməsi istiqamətində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, keçirilmiş tədbirlərlə rayon sakinindən qanunsuz saxladığı TOZ markalı ov tüfəngi aşkar edilərək götürülüb.
2024-02-10
831,135
Ərdoğan türkiyəli ilk kosmonavtla danışdı
Türkiyənin ilk kosmonavtı Alpər Gezeravcı ilə Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat verib. Məlumata görə, Ərdoğan Gezeravcını təbrik edib və ona Ankaraya gəldiyi zaman görüşmək istədiyini bildirib.
2024-02-10
831,137
Xanım fanatı məşhur müğənniyə helikopter bağışladı
Müğənni Andrey Zvonkiyə pərəstişkarı yeddi milyon dollar dəyərində helikopter hədiyyə edib. Kult.az Publika.az-a istinadən xəbər verir ki, sözügedən fanat Fransadan olan 35 yaşlı Sofiya adlı qadındır. Daha əvvəl qadın İstanbulda ad günü münasibəti ilə sənətçiyə tamaşa sifariş edib. Müğənni üçün Sofiyanın yaşadığı Nitsaya yox , Türkiyəyə uçmaq daha rahat olub . Ulduzun sözlərinə görə, əvvəlcə onun oyuncaq olduğunu düşünsə də, göstərilən ünvana gedən menecer helikopterin gerçək olduğuna əmin olub. Hədiyyə yaradıcı məqsədlər üçün istifadə edilib və “Yuxarıda” adlı videoda lentə alınıb. 2014-cü ildə Zvonki "Səs" şousunda iştirak edib.
2024-02-10
831,140
Türkiyə Azərbaycan əsilli astronavtı kosmosa göndərir
Türkiyənin ilk kosmonavtı Alper Gezervacıdan sonra ölkənin daha bir astronavtı kosmosa göndəriləcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Kosmik Agentliyinin prezidenti Yusif Kıraç bildirib. Məlumata görə, ikinci astronavt Azərbaycan əsilli Tuva Cahangir Atasevər aprel ayında kosmosa göndəriləcək və təxminən yeddi təcrübə həyata keçirəcək.
2024-02-10
831,141
QMİ Həcc qiymətini açıqladı
Qafqaz Müsəlmanları İdarəsi 2024-cü ildə Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün qiymətləri təyin edib. QMİ-nin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, bir nəfər üçün ziyarət paketinin qiyməti 5 850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə ilə həyata keçiriləcək. Tələb olunan sənədlər: 1. Ümumvətəndaş pasportu; 2. Şəxsiyyət vəsiqəsinin surəti; 3. 3.5 × 4.5 sm ölçüdə 2 ədəd ağ fonda çəkilmiş rəngli fotoşəkil (qadınlar tünd hicabda); 4. Sağlamlıq haqqında arayış. Sənədlərin qəbulu 12 fevral 2024-cü il tarixdən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi 7 ünvanında yerləşən inzibati binasında aparılacaq.
2024-02-10
831,144
Fransada AES-də yanğın: reaktorların işi dayandırıldı
Fransanın qərbində yerləşən “Şinon” atom elektrik stansiyasında (AES) iki reaktorun fəaliyyəti dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Nüvə Təhlükəsizliyi İdarəsi məlumat yayıb. "Yanğın nəticəsində üç nömrəli reaktorun əsas xarici enerji təchizatının itirilməsi reaktorun avtomatik dayanmasına səbəb olub. Yanğının söndürülməsindən sonra istifadə olunan suyun toplanması üçün qonşu dördüncü reaktor da müvəqqəti dayandırılıb. Bu, onun daşmasının və suyun ətraf mühitə daxil olmasının qarşısını almaq üçün edilib", - məlumatda qeyd olunub.
2024-02-10
831,147
Macarıstan prezidenti istefa verdi
Macarıstan Prezidenti Katalin Novak istefa verib. Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Novakın pedofiliya cinayətində əli olan şəxsin əfvi ilə bağlı qalmaqal fonunda istefa verdiyi bildirilib.
2024-02-10
831,148
İsrail iki cəbhədə müharibə apara bilməyəcək - İran
Livan İsrailin bölgədəki təcavüzkar planlarına qarşı müqavimətin önündə gedir. Biz Hizbullahın potensialını bilirik və İsrail iki cəbhədə – Qəzza zolağında və Livanın cənubunda müharibə apara bilməyəcək. Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. “Yaxın Şərqdəki mövcud qarşıdurmanın qalibləri müqavimət dəstələri və Fələstin xalqı olacaq və müharibəni alovlandıranlar məğlub olacaqlar. İsrailin təcavüzünü dayandıra bilməyən ABŞ regionda vəziyyətin gərginləşməsinin əsas günahkarıdır. Vaşinqtona əvvəldən xəbərdarlıq etdik ki, Qəzzaya müdaxilə dayandırılmasa, müharibə bütün bölgəyə yayılacaq. İndi Amerika-sionist siyasətinin uğursuz olduğu aydın oldu. Davamlı sülh və təhlükəsizlik yalnız siyasi həll yolu ilə qurula bilər”, - nazir bildirib.
2024-02-10
831,151
Hindistanda məscid davası davam edir: 5 ölü...
Hindistanın Uttarhand əyalətinin Haldvani şəhərində mədrəsə və məscidin sökülməsi qərarından sonra baş verən şiddətli qarşıdurmalarda ölənlərin sayı 5 nəfərə çatıb. Axar.az xəbər verir ki, 2 gündür davam edən qarşıdurmalarda 150-dən çox yerli sakin yaralanıb, eyni zamanda çoxlu sayda polis əməkdaşı xəsarət alıb. Artıq bölgədə komendant saatı tətbiq olunub. Polisin real güllə və gözyaşardıcı qazla müdaxilə etdiyi hadisələrdə etirazçılar polisə Molotov kokteyli və daş atıb, bəzi avtomobilləri də yandırıb.
2024-02-11
831,157
ABŞ Çinin bunu etməsinə imkan vermir
Pekin Afrikanın qərb sahilində dəniz bazası qurmaq üçün ərazi axtarmağa davam edir. Axar.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən “Voll Strit Jurnal” məlumat yayıb. Məlumata görə, ABŞ iki ildən çoxdur ki, Atlantikanın şərqində Çin hərbi obyektlərinin tikintisinin qarşısını almaq üçün səy göstərir. İndiyə qədər ABŞ bu qarşıdurmada qalib gəlib, çünki okeana baxan heç bir Afrika ölkəsi Çin ilə baza yerləşdirmək barədə saziş imzalamayıb.
2024-02-10
831,158
Erməni kanalların Rusiyaya təhqiri əndazəni aşdı
Ermənistanın hökumətyönlü Teleqram kanallarından Rusiya Xarici İşlər Nazirliyinin məmurlarına qarşı tamamilə yolverilməz sayılacaq ictimai təhqir axını davam edir. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı tanınmış hərbi ekspert İqor Korotçenko qeyd edib. “Nasist əməkdaşı Qaregin Njdenin pərəstişkarları çoxdan ədəb-ərkan sərhədini keçiblər. Söhbət təkcə Rusiya xarici siyasət idarəsini nüfuzdan salmaqdan yox, həm də Rusiya Federasiyasını bir dövlət kimi təhqir etməkdən gedir. Xüsusilə şəxsiyyətini müəyyən edən məlumatlar olan fiqurlara qarşı Rusiya hüquq-mühafizə orqanlarının müvafiq cinayət işləri başlaması zəruridir”, - o bildirib.
2024-02-10
831,159
Asiya Kubokunun qalibi məlum oldu
Futbol üzrə Asiya Kubokunun qalibi məlum olub. Axar.az xəbər verir ki, final matçında İordaniya və Qətər yığmaları üz-üzə gəliblər. Gərgin keçən görüş qətərlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 22-ci dəqiqədə Qətər seçməsinin heyətində penaltidən Əkrəm Afif açıb. İordaniya yığması 67-ci dəqiqədə Yazan Əl-Naimat ilə tablodakı rəqəmləri bərabərləşdirsə də, 73-cü və 90+5-ci dəqiqələrdə Əkrəm Afif növbəti penaltiləri qola çevirərək komandasına kuboku qazandırıb.
2024-02-10
831,161
Əliyevdən Kobaxidzeyə: Buna xüsusi əhəmiyyət veririk
Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk. Axar.az xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev İrakli Kobaxidzeyə Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə məktubunda yer alıb. “Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir. Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir”, - İ.Əliyev qeyd edib.
2024-02-10
831,162
Fransa Ukraynaya onlarla "Sezar" verəcək
Fransa Ukraynaya onlarla "Sezar" artilleriya sistemi və mərmi verəcək. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makron ilə telefon danışığında sonra məlumat yayıb. “Fransa və ABŞ-ın artilleriya koalisiyasının yaradılmasına görə sizə təşəkkür edirəm, bu koalisiya çərçivəsində Paris onlarla "Sezar" artilleriya sistemi və onlar üçün mərmi istehsal edib Ukraynaya təhvil verəcək”, - Zelenski bildirib. Qeyd edək ki, daha öncə Fransa Müdafiə Nazirliyi Ukraynaya altı “Sezar” özüyeriyən haubitsa tədarük ediləcəyi barədə məlumat yayıb.
2024-02-10
831,165
Kreml Cənubi Qafqazda bunun qarşısını qətiyyətlə alacaq
Cənubi Qafqaz Rusiya üçün həyati əhəmiyyət kəsb edən regiondur və burada sülh və sabitliyin olması Moskvanın maraqlarına cavab verir. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin “Sputnik” radiosuna müsahibəsində deyib. O qeyd edib ki, Moskvaya dost olmayan xarici qüvvələr Cənubi Qafqazda Rusiyanın maraqlarına qarşı işləyirlər: “Məncə, onlar Cənubi Qafqazda baş verən dramatik hadisələri Rusiyaya qarşı işləmək üçün fürsət və imkan hesab edirlər. Təəssüf ki, təsiri də var və bu, nəzərə almalı olduğumuz narahatedici amildir. Amma ümid edirəm ki, bizi birləşdirən münasibətlərimiz fikir ayrılıqlarından, Rusiyanın Cənubi Qafqazdakı mövqeyinə və roluna xələl gətirmək cəhdlərindən daha güclü olacaq. Rusiya Cənubi Qafqazda mühüm rol oynayıb, oynayır və oynamaqda davam edəcək, çünki onun sülh, sabitlik və inkişaf regionu olması bizim maraqlarımıza uyğundur”. Diplomatın fikrincə, burada çaşqınlıq yaratmaq, regiondan kiminsə konyuktur geosiyasi məqsədləri üçün istifadə etmək cəhdinin qarşısı Rusiya tərəfindən qətiyyətlə alınacaq.