date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-08
830,492
Qarabağdakı antiterror tədbirlərindən - Yeni video
Ötən il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri ilə bağlı yeni görüntülər üzə çıxıb. Axar.az İTV-yə istinadən xəbər verir ki, görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. Sözügedən videonu təqdim edirik:
2024-02-08
830,498
Qarabağ Universitetinin tələbələrinə təqaüd veriləcək
Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində tələbələr üçün yataqxananın olması nəzərdə tutulur. Axar.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, ali təhsil müəssisəsində 70 nəfər işçi heyətinin olması planlaşdırılır: "Universitetin bir neçə tədris korpusu olacaq. İlk mərhələdə tələbələr dövlət vəsaiti hesabına təhsil alacaqlar".
2024-02-08
830,500
Azərbaycanda müşahidə olunan isti havanın səbəbi
Hazırda ölkə ərazisində qış fəslinə xas olmayan mülayim isti hava şəraiti müşahidə olunur. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, sinoptik şəraitlə əlaqədar cənub istiqamətli axınların təsiri ilə Bakıda və Abşeron yarımadasında 23, rayonlarda isə 22 dərəcəyədək isti müşahidə olunur: “Ötən illərin fevral ayında da belə anomal isti hava şəraiti qeydə alınmışdı. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-ci ilin fevralında 21 dərəcə, 2021-ci ilin fevralında 22 dərəcə, 2020-ci il fevralında isə 25 dərəcəyədək yüksəlmişdi”.
2024-02-08
830,501
İranda daha bir məhkumun barmaqları kəsildi
Bu gün Qum şəhərinin həbsxanasında məhbusların gözü qarşısında oğurluqda günahlandırılan Yusif .T adlı məhkumun barmaqları kəsilib. Axar.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, məhkum SEPAH zabitinə məxsus 5 qoyunu oğurlamaqda günahlandırılıb. Qeyd edək ki, bir müddət əvvəl Beynəlxaql Əfv Təşkilatı İran həbsxanalarında bədən əzalarının kəsilməsi cəzası ilə bağlı bəyanat yayıb.
2024-02-08
830,504
Xankəndidə səsvermənin böyük siyasi mənası var - Prezident
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə səsvermənin böyük siyasi və rəmzi mənası olduğunu bəyan edib. Axar.az xəbər verir ki, dövlət başçısı bunu fevralın 8-də Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib. Xatırladaq ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar Prezident İlham Əliyev və onun ailə üzvləri Xankəndidə seçki məntəqəsində səs veriblər. Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, bülletenlərin 93,3 faizinin sayılmasından sonra hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.
2024-02-08
830,507
Belqoroda PUA hücumu edildi: yaralılar var
Rusiyanın Belqorod vilayəti PUA hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. Onun sözlərinə görə, Rjevka kəndinə edilən hücum nəticəsində 5 nəfər yaralanıb.
2024-02-08
830,509
715-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 715-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 570 təyyarəsi, 265 helikopteri, 12 040 PUA-sı, 462 zenit-raket kompleksi, 14 938 tank və digər zirehli texnikası, 1 218 reaktiv yaylım atəş sistemi, 7 995 artilleriya və minaatanı, 18 369 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-08
830,511
Rəqibləri İlham Əliyevi təbrik etdilər
Növbədənkənar prezident seçkilərində namizəd olmuş Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev, həmçinin namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Fuad Əliyev seçkilərdə Azərbaycan xalqının böyük etimadını qazanaraq qalib gələn Prezident İlham Əliyevə zəng ediblər. Axar.az xəbər verir ki, onlar İlham Əliyevi prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik ediblər. Qeyd edək ki, bundan öncə digər namizədlər - Qüdrət Həsənquliyev və Zahid Oruc Prezident İlham Əliyevə zəng edərək, təbrik ediblər.
2024-02-08
830,513
Qəbələyə qatarla getmək istəyənlərin nəzərinə!
Fevralın 17-dən martın 17-nə kimi Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. Məlumata görə, qatarlar saat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə, saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək. Bilet almaq üçün “ADY Mobile” tətbiqi və yaxud www.ady.az saytından yaralanmaq olar.
2024-02-08
830,516
Hərbi helikopter qəzaya uğradı: ölənlər var
Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə Əlcəzair Prezident Admistrasiyası məlumat yayıb. “Planlaşdırılmış gecə təlimi zamanı Hərbi Hava Qüvvələri Komandanlığının hərbi helikopteri Əl-Maniyə hava limanının yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı 3 ekipaj üzvü həlak olub”, - məlumatda qeyd edilib. Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.
2024-02-08
830,518
Qarabağ Universitetində neçə nəfər işlə təmin olunacaq?
Qarabağ Universitetində ilkin mərhələdə 70 nəfərin işlə təmin olunması gözlənilir, onların böyük hissəsi akademik şəxslər olacaq. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev söyləyib. O bildirib ki, dünyanın nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsili alan tələbələrin də universitetdə akademik fəaliyyətə cəlb olunması nəzərdə tutulur.
2024-02-08
830,521
Britaniya səfiri İlham Əliyevin qələbəsindən yazdı
Böyük Britaniya səfiri Prezident İlham Əliyevi seçkilərdə qələbə münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, səfir Fergus Auld bununla bağlı X platformasında paylaşım edib. “Prezident Əliyevi seçkilərdə qalib olması münasibətilə təbrik edirəm. Böyük Britaniya yaxın tərəfdaş kimi Azərbaycanı Ermənistanla sülh sazişi bağlamaq üçün bu fürsətdən istifadə etməyə təşviq edir. Biz uğurlu COP29-un həyata keçirilməsində Azərbaycana dəstək olmaqdan məmnunuq”, - diplomat qeyd edib.
2024-02-08
830,522
Seçki günü Ombudsmana şikayət daxil olub?
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində aparılmış müşahidələrlə bağlı mediaya açıqlama verib. Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, açıqlamada Müvəkkil seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda yaradılmış yeni seçki məntəqələrində də aparıldığını, bu ərazilərdə təşkil edilmiş 26 yeni seçki məntəqəsində vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığının müşahidə olunduğunu bildirib. Qeyd edilib ki, əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Müvəkkil, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 əməkdaşı seçkilərdə müşahidəçi qismində respublika üzrə 115 seçki dairəsinin 885 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 41 şəhər-rayonlarında, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda və muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsü ilə müşahidələr aparıblar. Müşahidələr həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində, Heydər Əliyev adına Hərbi İnstitutda və 16 penitensiar müəssisələrdə təşkil olunmuş seçki məntəqələrində də aparılıb. Açıqlamada bildirilib ki, pozuntu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri və polis əməkdaşları tərəfindən müdaxilə müşahidə edilməyib. Yekunda Müvəkkil növbədənkənar prezident seçkilərində vətəndaşların təməl hüququ olan seçki hüququnun yüksək səviyyədə təmin olunduğunu qeyd edib.
2024-02-08
830,524
Bu, seçki deyildi, azərbaycanlılar üçün bayram idi - KP
Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində İlham Əliyevin qalib gələcəyinə heç kimin şübhəsi yox idi. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” qəzetində dərc olunan məqalədə deyilir. “Azərbaycanlıların uzun illər davam etmiş ağır problemini həll edən Prezident bu gün xalqın hörmətinin zirvəsindədir. Bu, ona verilən səslərdə də özünü göstərib. Rusiya lideri Vladimir Putin İlham Əliyevi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Seçicilərin çoxu vaxtından əvvəl səs verməyə gedib: səhər saat 08:00-da 6,3 min seçki məntəqəsi açıldı və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun da qeyd etdiyi kimi, müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisi üzrə seçki məntəqələri açıldı”, - məqalədə qeyd olunub. “Brifinqdə açıqlanan məlumatlar xəbər lentlərində görünən kimi şəhər küçələrində ümummilli şənlik başladı. Bakıda avtomobillərin siqnallarının gurultusu bir neçə saat ərzində səngiməyib, onların üzərində dövlət bayraqları dalğalanıb. Meydanlar bir-birini təbrik edən vətəndaşlarla dolu idi. Bütün Azərbaycan üçün 7 fevral sadəcə seçki günü deyil, əsl bayrama çevrildi”, - materialda vurğulanıb.
2024-02-08
830,525
Şarl Mişel İlham Əliyevi təbrik etdi
17:51 Fevralın 8-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezident İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, Şarl Mişel fevralın 7-də Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərində qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib və yeni mandatın icrasında dövlətimizin başçısına uğurlar arzulayıb. Telefon danışığı əsnasında Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin müxtəlif aspektləri, xüsusilə energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Şarl Mişel nəqliyyat və bağlantılar sahəsində Avropa İttifaqının region ölkələri ilə əlaqələri inkişaf etdirmək üçün konkret layihələrlə çıxış etdiyini vurğulayıb. Tərəflər COP29-un Azərbaycanda keçirilməsi və bu çərçivədə Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq məsələlərinə də toxunublar. Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini bildirib. Söhbət zamanı Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb və Azərbaycan Respublikası Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında ikitərəfli əsasda 7 dekabr tarixində qəbul edilmiş birgə bəyanatın irəliyə doğru mühüm addım olduğu qeyd olunub.
2024-02-08
830,527
Dövlət Bağçalı İlham Əliyevi təbrik etdi
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlət Bağçalı İlham Əliyevə prezident seçkilərində qazandığı qələbə münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qələbənin və suverenliyimizin tam təmin bərpa olunmasının önəmini bir daha vurğulayıb. Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib. Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf edəcəyi vurğulanıb.
2024-02-08
830,529
İsveçrə diplomatiyası uğursuzluğa məhkumdur - Səfir
Rusiyanın iştirakı olmadan Ukrayna üzrə konfrans nəticəsiz məsləhətləşmələrin növbəti mərhələsi olacaq. Axar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın İsveçrədəki səfiri Sergey Qarmonin deyib. O, Bernin belə bir forumun təşkilini öz üzərinə götürmək qərarını açıq şəkildə uğursuzluğa məhkum olan təşəbbüs kimi qiymətləndirib: “Söhbət dünyanın əksər ölkələrinə Zelenskinin sülh formulunu Ukraynadakı vəziyyətin həlli üçün guya mübahisəsiz format kimi tətbiq etmək cəhdindən gedir. İsveçrə diplomatiyası uğursuzluğa məhkum olan təşəbbüsə qoşulmağa qərar verdi”.
2024-02-08
830,531
Bakıda yanğının neft buruqlarına keçməsinin qarşısı alındı
18:46 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi yaxınlığında qamışlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub. Axar.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. *** Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu Gülbala Əliyev küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq, genişlənərək bitişik evlərə və neft buruqlarına keçməsinə imkan verilmədən söndürülüb. Yanğın nəticəsində, ilkin hesablamaya əsasən, təqribən 700 kv.m sahədə qamışlıq yanıb. Ərazidə yerləşən fərdi yaşayış evləri, neft buruqları və kommunikasiya xətləri yanğından mühafizə olunub.
2024-02-08
830,532
Bərzani İlham Əliyevi təbrik etdi
Fevralın 8-də İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Neçirvan Bərzani prezident seçkilərində qələbə qazanması münasibətilə İlham Əliyevə təbriklərini çatdırıb, ona fəaliyyətində uğurlar arzulayıb. Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirib. Prezident İlham Əliyev və Neçirvan Bərzani keçirdikləri görüşləri məmnunluqla xatırlayaraq, bunun əməkdaşlığın genişlənməsi işinə xidmət etdiyini vurğulayıblar.
2024-02-08
830,536
Son 3 gündə ölkədə 15,5 min ağac əkildi
Ölkənin iqlim-hava şəraiti əlverişli keçən regionlarında növbəti əkin mövsümü ilə əlaqədar ağacəkmə və meşəbərpa tədbirləri davam edir. Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov Axar.az-a bildirib ki, bu gün Ağcabədi, Şəki, Siyəzən və Ağdaş rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı mərkəzlərinin əməkdaşlarının iştirakı ilə 4.7 hektar ərazidə 8150 ədəd müxtəlif cinsli ağac-kol tingi əkilib. Xidmət rəisinin sözlərinə görə, son 3 gün ərzində Tovuz, Sabirabad, Şabran, Siyəzən, Quba, Xaçmaz, Şamaxı, İsmayıllı, Ağsu, Şəki, Zaqatala, Goranboy, Cəlilabad, Ağcabədi, Bərdə, Ağdaş, Daşkəsən, Gədəbəy, Samux və Qəbələ rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 14.4 hektar meşə fondu ərazisində 15 475 ədəd müxtəlif cinsli ağac əkilib, 350 kiloqram toxum səpilib. “Son günlər bölgələrdə hava şəraitinin əlverişli keçməsi ölkənin bir sıra meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin aparılmasına şərait yaradıb və əkin prosesi hava şəraiti nəzərə alınmaqla növbəti günlərdə də davam edəcək”, - deyə xidmət rəisi bildirib.
2024-02-08
830,537
490 minə yaxın sərnişin metrodan ödənişsiz istifadə edib
2024-cü ilin yanvar ayında Bakı metropoliteninin xidmətindən istifadə edən sərnişinlərin 489 min 761 nəfərini ödənişsiz istifadəçilər təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni QSC-nin məlumatında deyilir. Qeyd olunub ki, 2024-cü ilin ilk ayında Bakı metropoliteni 17 milyon 252 min 693 sərnişin daşıyıb və bu, orta statistik hesabla gün ərzində 556 min 538 sərnişin deməkdir. Ən çox sərnişin daşınan gün yanvarın 12-si olub – 687 min 779. Yanvarın 14-ü metropolitenə ən az sərnişin daxil olan gündür – 351 min 455. Pandemiyadan əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə (7,1% az), keçən ilin yanvar ayına nisbətən (0,3% az) metropoliten 2024-cü ilin ilk ayında daha az sərnişin daşıyıb.
2024-02-08
830,539
Baş nazirdən yeni qərar
Sağlamlıq imkanları məhdud şəxslər üçün xüsusi təhsilin dövlət standartları təsdiqlənib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Standartlarda xüsusi təhsilin məzmununa dair tələblər, xüsusi təhsilin idarə olunması, təhsil müəssisəsinin maddi-texniki bazası, infrastrukturu ilə bağlı məsələlər, təhsilin təşkili formaları və normativləri, eləcə də təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi növləri əks olunub. Dövlət standartları aşağıdakıları müəyyən edir: - xüsusi təhsilin məzmununu; - xüsusi təhsilin idarə olunmasını; - xüsusi təhsilin maddi-texniki və tədris bazasını; - xüsusi təhsilin infrastrukturunu; - xüsusi təhsildə təhsilverənlərin keyfiyyət göstəricilərini; - xüsusi təhsilin təşkilini; - təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsini. Dövlət standartları mülkiyyət formasından asılı olmayaraq xüsusi təhsili həyata keçirən müəssisələr üçün məcburidir. Dövlət standartları təhsil müəssisələri üçün tədris planlarının və təhsilalanlar üçün fərdi tədris planlarının hazırlan masında əsas götürülür. Dövlət standartları 5 il müddətinə qüvvədədir. Xüsusi təhsilin məzmununa dair ümumi tələblər aşağıdakılardır: - fərdin, cəmiyyətin, dövlətin maraq və tələbatlarının nəzərə alınması; - təhsilalanların yaş, fiziki, psixoloji və fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, onların sosial, idraki, estetik inkişafının, sadə əmək vərdişlərinə, zəruri həyati bacarıqlara, sosial, milli və ümumbəşəri dəyərlərə yiyələnməsinin prioritet hesab edilməsi; - korreksiyaedici məşğələlərin təşkil edilməsi; - təhsilalanlara zəruri bilik, bacarıq və vərdişlərin aşılanması; - təhsilalanlarda özünəxidmət bacarıq və vərdişlərinin formalaşdırılması; - təhsilalanların müstəqil əmək və ailə həyatına hazırlanmasının təmin edilməsi; - təhsilalanların potensial imkanlarını, yaşını, istək və maraqlarını nəzərə alaraq, onların əqli, fiziki, sosial, emosional və nitq qabiliyyətlərini inkişaf etdirməklə öyrənmə mühitinin yaradılması; - təhsilalanların sağlamlığının qorunması, psixofiziki inkişafında olan pozuntuların qarşısının alınması və onların sağlam həyat tərzinin təmin edilməsi; - təhsilalanın sosial mühitdə və cəmiyyətdə səmərəli şəkildə yaşamasına imkan verən fərdi sosial və mənəvi keyfiyyətlərin formalaşdırılması; - təhsilalanlarda kommunikativ, əqli və digər fəaliyyətlərin stimullaşdırılması. Xüsusi təhsilin məzmunu milli və ümumbəşəri dəyərləri əks etdirməklə dünyəvilik, şəxsiyyətyönümlülük, şagirdyönümlülük, nəticəyönümlülük, varislik və inteqrativlik prinsipləri əsasında hazırlanır. Xüsusi təhsilin məzmununa təhsilalanların ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, milli və ümumbəşəri dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran, habelə məzmunu ağırlaşdıran az əhəmiyyətli, ikinci dərəcəli məsələlərin daxil edilməsi yolverilməzdir. Xüsusi təhsilin idarə olunması aşağıdakı prinsiplər əsasında həyata keçirilir: hesabatlılıq – təhsil müəssisələrinin fəaliyyətində iştirak edən kollektiv üzvlərinin qarşılıqlı hesabatvermə yolu ilə tapşırılmış iş sahəsində cavabdehliyinin və vəzifə məsuliyyətinin təmin edilməsi; məsuliyyətin bölüşdürülməsi – demokratiklik, şəffaflıq və sistemlilik əsasında idarəetmədə çevik nəzarət mexanizminin tətbiq edilməsi; inkişafın monitorinqi – təhsilalanların nailiyyətlərinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənilməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsinin, habelə zəruri hallarda idarəetmə sistemində müvafiq dəyişikliklərin aparılmasının təmin edilməsi. Təhsil müəssisəsində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Pedaqoji Şuradır. İdarəetmədə demokratikliyi və şəffaflığı daha yüksək səviyyədə təmin etmək məqsədilə təhsil müəssisələrində ictimai əsaslarla fəaliyyət göstərən özünüidarə orqanları (məktəb şurası, qəyyumlar (himayəçilər) şurası, valideyn komitəsi və s.) yaradıla bilər. Təhsil müəssisəsinə rəhbərliyi qanunla müəyyən olunmuş qaydada vəzifəyə təyin edilmiş direktor həyata keçirir. Təhsil müəssisəsinin maddi-texniki və tədris bazası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 3 avqust tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativləri”nə uyğun olmalıdır. Təhsil müəssisəsinin maddi-texniki və tədris bazasına tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, tibb xidməti otağı, reabilitasiya və korreksiya kabinetləri, bufet və ya yeməkxana, təhsilalanlar və təhsilverənlər üçün mebel avadanlığı, informasiya- kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris- əyani vəsaitlər, təlimin texniki vəsaitləri, dərslik və elmi-bədii ədəbiyyat fondu və tədris-təcrübə sahəsi daxildir. Təhsil müəssisəsinin infrastrukturuna təhlükəsiz təhsil şəraiti, pedaqoji kadrlarla təminat, təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımçı binalar və qurğular, sadə idman, təlim meydançaları və qurğuları, müvafiq kadrlarla təmin olunmuş tibb xidməti və iaşə obyektləri, kitabxana, rabitə, su, istilik, elektrik sistemləri və internet xidməti daxildir. Təhsil müəssisəsinin infrastrukturu müvafiq standartlara cavab verməli və təhsilalanlar üçün əlçatan olmalıdır. Xüsusi təhsildə müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olanlar, həmçinin müvafiq ixtisas üzrə pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada pedaqoji fəaliyyətlə məşğul ola bilərlər. Ucqar yaşayış ərazilərindəki təhsil müəssisələrində ixtisaslı pedaqoji kadr çatışmadıqda, məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir. Təhsil müəssisələrində çalışan təhsilverənlər, əsasən aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar: - ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə; - təhsilalanlarla həssas ünsiyyətqurma və iş bacarığına; - təhsilalanın yaşına, inkişaf səviyyəsinə və potensial imkanlarına uyğun tədris metodlarını seçmək qabiliyyətinə; - təhsilalanın maraqlarını və imkanlarını müəyyən etmək və onları inkişaf etdirmək qabiliyyətinə; - əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə; - əməkdaşlıq, tədqiqatçılıq, özünütəhsil və idarəçilik bacarıqlarına; - öz fəaliyyətini təqdim etmək və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarıqlarına; - ədalətlilik, məsuliyyətlilik və cavabdehlik keyfiyyətlərinə; - yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyətinə. Təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, təhsilalanların sayı 100 nəfər və daha çox olduğu hallarda yaradılır. Təhsilalanların sayı 100 nəfərdən az olduqda, ümumi təhsil müəssisələrində xüsusi siniflər təşkil edilir. Təhsil müəssisələrində təlim-tərbiyə prosesi Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq tədris planı və proqramlar əsasında aparılır. Təhsil müəssisələrində təlim-tərbiyə işləri təhsilalanların əqli və ya fiziki pozuntuları, onların səhhəti və imkanları nəzərə alınmaqla təşkil olunur, öz məzmununa görə təhsilalanların mövcud tədris proqramları həcmində bilik almasına, onların müəyyən sahələr üzrə bacarıq və vərdişlərinin inkişaf etdirilməsinə, cəmiyyət və təbiət hadisələri barədə məlumatlarının artırılmasına, fiziki və estetik tərbiyəsinin inkişafına xidmət edir. Təhsil müəssisələrində təhsilalanların korreksiyaedici məşğələlərə cəlb olunmaları təmin edilir. Korreksiyaedici məşğələ təhsilalanların məhdudiyyətindən (əqli, fiziki və psixi) asılı olaraq dəyişir və onların sosial, emosional, koqnitiv, əqli və fiziki inkişafına xidmət edir. Korreksiyaedici məşğələ təhsil müəssisəsində, yaxud ixtisaslaşmış reabilitasiya mərkəzində həyata keçirilə bilər.
2024-02-08
830,541
Zurabişvili xarici ölkənin casusu kimi çıxış etdi - Subaru
Salome Zurabişvilinin parlamentdəki illik çıxışı Gürcüstan prezidentinin deyil, xarici casusun çıxışı olub. Axar.az xəbər verir ki, bunu Gürcüstanın “Xalqın Gücü” ictimai hərəkatının üzvü, deputat Sozar Subari deyib. "Mən Salome Zurabişvilinin çıxışını tənqidi adlandıra bilmərəm. Bu, ölkəyə qarşı düşmən çıxışı idi. Bu, Gürcüstan prezidentinin deyil, xarici agentin çıxışı idi", - Subari "İmedi" telekanalında bildirib. Qeyd edək ki, Zurabişvili illik hesabatının böyük hissəsini hökumətin tənqidinə həsr edib. Prezidentlə hakim komanda arasında bir müddətdir ki, münasibətlər korlanıb.
2024-02-08
830,549
ABŞ təsdiqlədi: Rusiya təyyarəsini Ukrayna vurub!
Adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri Rusiyanın İl-76 təyyarəsinin Ukrayna Silahlı Qüvvələri tərəfindən Amerikanın “Patriot” zenit-raket kompleksindən istifadə edərək vurulduğunu təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Nyu York Tayms (NYT) məlumat yayıb. Qeyd edək ki, ötən ay Belqorod vilayətində 65 ukraynalı əsiri daşıyan İl-76 təyyarəsi vurulmuşdu. Nəticədə ekipaj üzvləri və əsirlərin hamısı həlak olmuşdu.
2024-02-08
830,551
Ukrayna Ali Radası AŞPA və MM-i dialoqa çağırdı
Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsi Avropa Şurası Parlament Assambleyasını (AŞPA) və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini dialoq və əməkdaşlığa çağırıb. Axar.az xəbər verir ki, Ali Radanın Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsi bununla bağlı rəsmi müraciət qəbul edib. Müraciətdə qeyd olunub ki, AŞPA-nın 2024-cü il qış sessiyası zamanı yaranmış vəziyyəti və Azərbaycan parlamentinin nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq edilməməsini nəzərə alaraq, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin 2024-cü il 7 fevral tarixli iclasında hər iki tərəf üçün müraciət qəbul edilib. Komitə müraciətində AŞPA-nı və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini danışıqlar prosesinə qayıtmaq və konstruktiv dialoq yolu ilə fürsət tapmağa çağırır. “Bu gün nə qədər kəskin görünsə də, hər iki tərəfi problemləri demokratiya və qanunun aliliyi prinsiplərini rəhbər tutaraq həll etməyə çağırırıq”, - deyə müraciətdə vurğulanıb.
2024-02-08
830,552
Ceyhun Bayramov braziliyalı senatorla görüşdü
Fevralın 8-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Braziliya Federal Senatında Braziliya-Azərbaycan dostluq qrupunun rəhbəri senator Nelsinyo Tradın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Braziliya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri, artan siyasi təmaslar, ikitərəfli məsləhətləşmələr mexanizmi üzrə planlar müzakirə olunub. Azərbaycan Hökuməti ilə Braziliya Hökuməti arasında Ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun növbəti görüşünə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb. Nazir Ceyhun Bayramov müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edən növbədənkənar prezident seçkilərinin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Söhbət zamanı, həmçinin bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli əlaqələrin inkişafı, habelə COP30-u keçirən ölkə kimi Braziliya ilə əlaqələndirmə işlərinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
2024-02-08
830,553
Zalujnı istefaya göndərildi, Sırski yerinə təyinat aldı
20:07 Ukrayna Prezidenti Vladimir Zelenski və silahlı qüvvələrin baş komandanı Valeri Zalujnını arasında görüş baş tutub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X şəbəkəsində yazıb. O, iki il Ukraynanı yorulmadan müdafiə etdiyinə görə Zalujnıyə təşəkkürünü bildirib. Öz növbəsində Zalujnı da yanaşmaların və strategiyanın dəyişdirilməsi ilə bağlı müzakirənin olduğunu qeyd edib. *** Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib. Qeyd edək ki, buna qədər A.Sırski quru qoşunlarına rəhbərlik edirdi.
2024-02-08
830,555
Gürcüstanda torpaq sürüşməsi: ölənlərin sayı 11-ə çatdı
Gürcüstanda leysan yağışların səbəb olduğu torpaq sürüşməsində həyatını itirənlərin sayı 11-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi açıqlama yayıb. Qeyd edək ki, Gürcüstanın İmereti regionunda torpaq sürüşməsi ötən gün baş verib.
2024-02-08
830,557
İƏT Baş katibi İlham Əliyevi təbrik etdi
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Xusrav Noziri Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az xəbər verir ki, təbrikdə deyilir: "Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə! Zati-aliləri. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf hissi duyuram. Azərbaycan xalqı Zati-alinizin müdrik liderliyinə olan etimadı ilə parlaq və inkişaf etmiş gələcəyə doğru daha sürətlə irəliləyəcəkdir. Bu fürsətdən istifadə edərək İqtisadi Əməkdaşlıq Təşkilatının Azərbaycana verdiyi əhəmiyyəti bir daha qeyd edir, təşkilatın birgə işlənib hazırlanmış iqtisadi gündəliyinin irəliyə aparılmasında ölkənizin daim artan rolunu və töhfəsini xüsusi vurğulayıram. İqtisadi Əməkdaşlıq Təşkilatının daha fəal olmasını və inteqrasiyasını təşviq etmək üçün məqsədlərimizin həyata keçirilməsində Zati-alinizin davamlı dəstəyini və himayəsini səbirsizliklə gözləyirəm. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
2024-02-08
830,559
Bu səfirliyimizdə seçici aktivliyi 90,53% oldu
Azərbaycanın Türkmənistandakı səfirliyində qeydiyyatda olan vətəndaşlarımızın 90,53 faizi növbədənkənar prezident seçkilərində iştirak edib. Bu barədə Axar.az-a səfirlikdən bildirilib. "Növbədənkənar prezident seçkiləri ilə əlaqədar diplomatik nümayəndəlikdə 48 nömrəli seçki məntəqəsi təşkil edilmişdi. Müvəqqəti olaraq Türkmənistanda yaşayan və burada ezamiyyətdə olan vətəndaşlarımız seçki fəallığı nümayiş etdiriblər", - məlumatda qeyd edilib.
2024-02-08
830,562
Vladimir Putin İlham Əliyevə təbrik məktubu ünvanladı
Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Səsvermənin nəticələri Sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir. Bakı ilə müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət veririk. Əminəm ki, bütün sahələrdə səmərəli ikitərəfli əməkdaşlığın, beynəlxalq gündəliyin aktual məsələlərinin həllində tərəfdaşlıq qarşılıqlı əlaqələrinin genişləndirilməsi üzrə fəal birgə işi davam etdirəcəyik. Şübhəsiz ki, bu iş dost xalqlarımızın maraqlarına cavab verir, Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin, təhlükəsizliyin gücləndirilməsi istiqamətində gedir. Hörmətli İlham Heydər oğlu, dövlət başçısı vəzifəsində məsuliyyətli fəaliyyətinizdə Sizə səmimi-qəlbdən uğurlar, möhkəm cansağlığı və əmin-amanlıq arzu edirəm".
2024-02-08
830,564
Sumqayıtda kütləvi zəhərlənmə baş verdi
Sumqayıtda istehsal müəssisələrindən birində kütləvi zəhərlənmə olub. Axar.az Report-a istinadən məlumat verir ki, müəsisədə işləyən 4 qadın - Asudə Əşrəf qızı Behbudova, Nuranə Pərviz qızı Əliyeva, Gülpəri İbrahim qızı Mahmudova, Simnarə Ağabəy qızı Yarmədovanın dəm qazından zəhərləndikləri bildirilir. Zəhərlənənlər xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır.
2024-02-08
830,565
Azərbaycan mühüm tərəfdaşımızdır - Peskov
Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafından məmnundur. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Azərbaycan mühüm tərəfdaşımızdır, biz ikitərəfli münasibətlərimizin inkişafından məmnunuq. Bu münasibətlərin yeni üfüqlərə çıxarılması ilə bağlı qarşılıqlı siyasi iradə mövcuddur”, - deyə Kremlin nümayəndəsi qeyd edib.
2024-02-08
830,566
Şarl Mişelin İlham Əliyevdən xahişi
Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel üçtərəfli formatda Brüsseldə Azərbaycan, Ermənistan və Avropa Birliyi arasında görüşlərin bərpa edilməsi ilə bağlı Prezident İlham Əliyevdən mövqeyini bildirməsini xahiş edib. Axar.az xəbər verir ki, bu barədə Şarl Mişelin Prezident İlham Əliyevə prezident seçkilərində qələbəsi ilə bağlı bugünkü telefon zəngi haqda yayılan məlumatda bildirilib. Prezident İlham Əliyev Azərbaycanın həmişə Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilən üçtərəfli görüşləri dəstəklədiyini vurğulayıb.
2024-02-08
830,569
Berdiməhəmmədov İlham Əliyevi təbrik etdi
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Axar.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan zamanla ayaqlaşan, iqtisadi və sosial həyatda sürətli artım nümayiş etdirən ölkədir. Bu isə, öz növbəsində, əsas etibarilə uzun illər ərzində xalq tərəfindən geniş şəkildə dəstəklənən və rəğbətlə qarşılanan uzaqgörən dövlət siyasətinizin nəticəsidir. Bunu keçirilmiş prezident seçkilərinin nəticələri də sübut edir. Biz Sizin Türkmənistana səmimi dostluq münasibətinizi yüksək qiymətləndiririk. Qəti əminəm ki, Türkmənistan-Azərbaycan əməkdaşlığı iki ölkə xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir. Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifədə bütün məqsədlərə nail olmağı, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzu edirəm".
2024-02-08
830,572
Rusiya və Ukrayna arasında əsir mübadiləsi baş tutdu
Rusiya və Ukrayna arasında əsirlərin növbəti mübadiləsi həyata keçirilib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mübadilə nəticəsində 100 rusiyalı hərbçi geri qaytarılıb, 100 ukraynalı əsir isə təhvil verilib. Qeyd edilir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hakimiyyət orqanları rusiyalı hərbçilərin Ukrayna əsirliyindən geri qaytarılmasında humanitar vasitəçilik yardımı göstərib.
2024-02-08
830,573
ML: Azərbaycan yığmasının rəqibləri bəlli oldu
Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub. Axar.az xəbər verir ki, yığma C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə üz-üzə gələcək. Qeyd edək ki, Millətlər Liqasında 2024/2025 mövsümü sentyabrın 5-7-də keçiriləcək ilk turun oyunları ilə start götürəcək.
2024-02-08
830,575
Erməni nazir sərhədimizə gəldi
Ermənistanın müdafiə naziri Suren Papikyan sərhədin şimal-şərq istiqamətindəki hərbi hissəyə baş çəkib. Axar.az erməni mediasına istinadən xəbər verir ki, səfər çərçivəsində Papikyan xidmətin məişət şəraiti və döyüş növbətçiliyinin təşkili ilə tanış olub. O, həmçinin təlim və məşğələləri müşahidə edib, hərbi qulluqçularla görüşüb, onların müxtəlif məsələlərlə bağlı fikirlərini dinləyib, problemləri müəyyənləşdirib. Papikyan zabitlərlə də ayrıca görüş keçirib.
2024-02-08
830,578
Qəzzada hər kəs acdır - ÜST
Qəzzada hər kəs acdır, əksəriyyət aclıqdan ölür. Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) X səhifəsində paylaşımında deyilir. “Aclıq insanların xəstəliklərlə mübarizə qabiliyyətini zəiflədir. Yetərli qədər qida olmasa, daha çox insan xəstələnəcək və öləcək”, - deyə bildirilib. ÜST anklavda təcili atəşkəs elan edilməsinin vacibliyini diqqətə çatdırıb.
2024-02-08
830,580
Zelenski Zalujnını niyə dəyişdiyini açıqladı - Detallar
22:14 Ukrayna ötən il Rusiyaya qarşı apardığı müharibədə “yerdə” uğur qazana bilmədi. Ukrayna ordusunun dəyişikliklərə ehtiyacı var. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının işdən çıxarılmasının səbəblərini izah edərkən deyib. “Birinci il sağ qaldıq. Bizim olanları geri almağa başladıq. Dünyaya sübut etdik ki, Rusiya məğlub ola bilər. Müharibənin ikinci ili biz Qara dənizi qazandıq. Qışda qalib gəldik. Sübut etdik ki, biz Ukrayna səmasına nəzarəti bərpa edə bilərik. Amma təəssüf ki, dövlətimizin qurudakı məqsədlərinə nail ola bilmədik”, - o vurğulayıb. Zelenski qeyd edib ki, hazırda cəbhənin cənub istiqamətlərində durğunluq hissi və Donetsk vilayətində döyüşlərdə çətinliklər var. Bu, ukraynalıların ümumi əhval-ruhiyyəsinə təsir edir: “Ukraynalıların qələbədən danışmağa meyli azalıb. Amma ukraynalı ruhu qələbəyə inamını itirməyib. Ukrayna öz tarixi şansını qoruyub saxlayır. Bunu reallaşdırmaq bizim borcumuzdur. Bu il Ukrayna dövrünə çevrilməlidir - hər bir ukraynalı döyüşçü, əvvəlki kimi, Ukrayna dövlətinin və Ukrayna ordusunun qalib gəlməyə qadir olduğunu biləcək”. Prezidentin sözlərinə görə, o, Zalujnı ilə orduda təcili dəyişikliklərin zəruriliyindən açıq danışıb: “Söhbət soyadlardan getmir. Üstəlik, siyasətlə də bağlı deyil. Söhbət ordumuzun sistemindən, Ukrayna Silahlı Qüvvələrində idarəetmədən və döyüş komandirlərinin təcrübəsinin bu müharibəyə cəlb edilməsindən gedir. Cəbhəni görən hər bir əsgər, hər bir çavuş, hər bir zabit hansı qərarların lazım olduğunu bilir. Ordunun fəaliyyətində texnologiyanın mövcudluğu böyük əhəmiyyət kəsb edir. Generalitet yenilənməlidir. Bütün səviyyələrdəki qərargahlar cəbhəni “sıfır”dakı əsgərlər kimi tanımalı və hiss etməlidir”. O vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsinin döyüş komandirləri xüsusi təcrübələrini bütün ordu səviyyəsində - onun rəhbərliyində reallaşdırmaq imkanına malik olmalıdırlar: “Hazırda orduda bir milyona yaxın insan var, lakin onların əksəriyyəti cəbhəni hiss etməyib, faktiki olaraq cəbhə xəttində azlıq döyüşür. Bu o deməkdir ki, fərqli yanaşma lazımdır, xüsusən də rotasiyada. Cəbhənin idarə olunmasında, səfərbərlik və işə götürməyə fərqli yanaşma lazımdır”.
2024-02-08
830,581
ABŞ səfirliyinin seçki açıqlaması hörmətsizlikdir - İcma
ABŞ səfirliyinin fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı verdiyi bəyanat Azərbaycan xalqının iradəsinə hörmətsizlik və elementar diplomatik qaydalara zidd olan qaba hərəkətdir. Axar.az xəbər verir ki, bu fikir sözügedən bəyanata Qərbi Azərbaycan İcmasının cavabında yer alıb. İcmanın cavabında bildirilir ki, Ermənistanın 30 illik işğalçılıq siyasətini, etnik təmizləməni, “demokratik” Nikol Paşinyanın müdafiə naziri, “dahi sərkərdə” David Tonoyanın Vaşinqtonda Azərbaycanı “yeni ərazilər üçün yeni müharibə” ilə hədələyən açıqlamasını pisləməyən, Qərbi azərbaycanlıların qayıdış hüququnu dilə gətirməyən bir ölkənin bugünkü bəyanatı çox gülünc səslənir. “Əgər ABŞ diplomatları ATƏT-in tövsiyələrinə belə önəm verirsə, ilk öncə onları elə həmin ATƏT-in 2020-ci ilin noyabr ayında ABŞ-da keçirilmiş prezident seçkiləri ilə bağlı verdiyi tövsiyələrlə tanış olmağa çağırırıq. Həmin hesabatda xüsusilə vurğulanır ki, ATƏT-in əvvəlki hesabatlarında yer almış tövsiyələr yerinə yetirilməmişdir. ABŞ diplomatlarını riyakarlıqdan uzaq olmağa çağırırıq”, - deyə Qərbi Azərbaycan İcmasının cavabında vurğulanıb.
2024-02-08
830,583
"Qarabağ" yarımfinala vəsiqə qazandı
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin növbəti oyunu keçirilib. Axar.az xəbər verir ki, "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Sabah"ı qəbul edib. Qarşılaşma Bakı klubunun 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. İlk oyunda rəqibini 7:1 hesabı ilə məğlub edən "Qarabağ" yarımfinalın növbəti iştirakçısı olub. Komanda bu raundda "Neftçi" - "Sumqayıt" cütünün qalibi ilə görüşəcək. Qeyd edək ki, ilk yarımfinalçı "Səbail"ə 3:0 hesabı ilə qalib gələn “Zirə” olub. 1/4 final mərhələsinin digər cavab oyunları isə fevralın 9-da keçiriləcək. “Qəbələ” öz meydanında “Araz-Naxçıvan”la, “Neftçi” isə “Sumqayıt”la qarşılaşacaq.
2024-02-08
830,586
Makronun yuxusuna da girməzdi: Əliyev isə... – Korotçenko
Böyük maraqla son aylar ərzində Azərbaycanın ünvanına müxtəlif tənqidlə çıxış Qərbin reaksiyasını gözləyirəm. Xüsusilə də AB ölkələrinin reaksiyası maraqlıdır. Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, Azərbaycanda ötən gün baş tutan prezident seçkilərini müşahidə edən İqor Korotçenko seçki nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. "Mənə maraqlıdır, Fransa Prezidenti Makron, AB parlamentin deputatları, Avropa Şurası nə deyəcək? Susacaq, yoxsa Azərbaycan xalqını və İlham Əliyevi təbrik edəcək? Azərbaycan xalqı Avropa liderlərinin yuxusunda belə görmədiyi fenomenal nəticə ilə İlham Əliyevi prezident seçdi. Qərb, təbii ki, bacarsa, qeyri-konstruktiv tənqiddən əl çəkib, Bakını təbrik etməlidir. Və ümumi təhlükəsiz gələcək üçün işləmək lazımdır. Görək, hadisələr necə cərəyan edəcək. Böyük maraqla AB liderlərinin reaksiyanı gözləyirəm, maraqlıdır, onlar susacaq, təbrik edəcək, yoxsa qəzəblə fısıldayacaqlar? Nəticə isə onsuz da məlumdur”, - o bildirib.
2024-02-09
830,587
Zurabişvili Kobaxidzeni baş nazir təyin etdi
2024.02.08. 22:57 Gürcüstan parlamenti baş nazir postuna namizəd İrakli Kobaxidzeyə etimad göstərib. Axar.az xəbər verir ki, onun lehinə 84, əleyhinə 10 deputat səs verib. Kobaxidze onun təyinatı haqqında fərmanı Gürcüstan Prezidenti Salome Zurabişvili imzaladıqdan sonra və ya prezident onun təyinatını imzalamaqdan imtina edərsə, etimaddan iki gün sonra rəsmi olaraq baş nazir olacaq. *** Gürcüstan Prezidenti Salome Zurabişvili İrakli Kobaxidzenin baş nazir təyin edilməsi haqqında fərman imzalayıb. Bu barədə Gürcüstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
2024-02-08
830,589
Saakaşvili həbsxanadan yazdı: Heç kim Əliyev qədər…
Gürcüstan həbsxanasında cəza çəkən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili 7 fevralda keçirilən növbədənkənar prezident seçkilərində qələbəsi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. “İlham Əliyevi qələbə münasibətilə təbrik edirəm. Heç kim Azərbaycan üçün Prezident İlham Əliyev qədər iş görməyib. O, qalib İlham kimi tarixə düşəcək, onun prezidentlik illəri isə Azərbaycan tarixində qızıl dövr kimi qalacaq”, - məktubda deyilir.
2024-02-08
830,592
ABŞ-dan Zelenskinin Zalujnı ilə bağlı qərarına reaksiya
Ukrayna Prezidenti Vladimir Zelenski ordunun baş komandanı Valeri Zalujnını istefaya göndərməsi Kiyevin suveren qərarıdır. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir. “ABŞ Ukrayna Silahlı Qüvvələrinin istənilən baş komandanı ilə işləməyə hazırdır”, - deyə bildirilib. Qeyd edək ki, V.Zelenski Ukrayna Zalujnını istefaya göndərib və yerinə quru qoşunları komandanı Aleksandr Sırskini təyin edib.
2024-02-08
830,594
Putin Kadırovu mükafatlandırdı: Yeni təltif
Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovu II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Axar.az xəbər verir ki, bu barədə Putin müvafiq fərmanı imzalayıb. Kadırov bu mükafata “Rusiya dövlətçiliyinin möhkəmlənməsinə, ölkənin müdafiə qabiliyyətinə və Çeçenistan Respublikasının sosial-iqtisadi inkişafına verdiyi böyük töhfəyə görə” layiq görülüb. Bundan əlavə, Çeçenistan parlamentinin sədri Maqomed Daudov da parlamentarizmin inkişafındakı böyük xidmətlərinə, fəal qanunvericilik fəaliyyətinə və uzun illər vicdanlı fəaliyyətinə görə III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
2024-02-08
830,596
Bakı və İrəvanla strateji münasibətlər... - Tiflis
Tiflis Ermənistanla Azərbaycan arasında danışıqlar platformasına çevrilməkdə maraqlıdır. Axar.az xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri vəzifəsinə namizəd İlya Darçiaşvili deyib. "İstəyirik ki, Tiflis gələcəkdə qonşularımız arasında etimadın yaranmasına dəstək üçün istənilən aktual mövzuları müzakirə olunduğu platformaya çevrilsin. Buna nail olmaq üçün hökumət Türkiyə ilə, həmçinin Azərbaycan və Ermənistanla ikitərəfli strateji münasibətlərin hazırkı yüksək dinamikasını saxlamaq və gücləndirmək niyyətindədir”, - Darçiaşvili qeyd edib.
2024-02-08
830,601
Ermənistan Ukraynaya humanitar yardım göndərdi
Ermənistan Ukraynanın paytaxtı Kiyevdəki Baş Hərbi Klinik Hospitalına humanitar yardım göndərib. Axar.az erməni mediasına istinadən xəbər verir ki, tibbi preparatlar şəklində göndərilən yardım Ukrayna Erməniləri İttifaqının təşəbbüsü ilə baş tutub.
2024-02-09
830,604
Futbol tarixində ilk: Mavi kart da olacaq...
Futbolda yeni qayda tətbiq olunacaq. Axar.az xəbər verir ki, yeni qəbul edilən qərara əsasən, hakimlərlə lazımsız mübahisələrə və taktiki qayda pozuntularına görə oyunçulara mavi vərəqə göstəriləcək. Mavi kartı aldıqdan sonra oyunçu 10 dəqiqə meydandan kənarlaşdırılacaq. Yeni qaydanın tezliklə gənclər və qadınlardan ibarət komanda turnirlərində, eləcə də aşağı liqalarda tətbiqinə başlanılacaq. Sözügedən qaydanın İngiltərə Kubokunda artıq tətbiq olunacağı istisna edilmir. 2 mavi və ya 1 mavi, 1 sarı kart ilə cəzalanan futbolçu qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılacaq.
2024-02-08
830,607
Rusiyada qaz kəmərində güclü partlayış - Video
Rusiyanın Perm diyarında qaz kəmərində partlayış baş verib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Kueda kəndində baş verən partlayışdan sonra qeydə alınan yanğın yaxınlıqdakı qatara və yaşayış binalarına keçib. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib Hadisənin başvermə səbəbi araşdırılır.
2024-02-08
830,608
Putin Szinpinlə danışdı: 228 milyardlıq rekord...
Rusiya Prezidenti Vladimir Putinlə Çin sədri Si Szinpin arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ölkə rəhbərləri ötən dövr ərzində Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin inkişafına dair yekun müzakirə aparıblar. İkitərəfli ticarət dövriyyəsinin rekord həddə - 227,7 milyard dollara çatması məmnunluqla qeyd olunub. Szinpin Rusiyanın BRİKS Assosiasiyasına sədrliyinin prioritetlərini dəstəklədiyini bildirib. Bundan əlavə, Putin və Szinpin Fələstin problemini, Tayvan məsələsini və Ukraynadakı mövcud vəziyyəti gündəmə gətiriblər.
2024-02-09
830,610
ABŞ-dan İsrailə xəbərdarlıq: Fəlakət ola bilər!
İsrail ordusunun Qəzzanın Rəfah şəhərinə mümkün əməliyyatı fəlakət ola bilər. Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O, yüz minlərlə fələstinlinin Qəzzanın cənubunda kiçik ərazidə məskunlaşdığını xatırladıb: “İsrailin bununla bağlı planlarını görməmişik. Fələstinlilər Rəfah daxilində və ətrafında qorunurlar. Orada xeyli insan var. Hazırda Rəfahda mümkün əməliyyat fəlakətə çevrilə bilər və bunu biz dəstəkləmirik”.
2024-02-09
830,614
Ukrayna rəhbərliyində iki aktyor var idi - Teleqraf
Britaniyanın “Teleqraf” nəşri Ukrayna ordusunun istefaya göndərilən baş komandanı Valeri Zalujnı ilə bağlı diqqətçəkən məqalə yayımlayıb. Axar.az xəbər ki, nəşr Zalujnını “zarafatcıl” adlandırıb və iddia edib ki, o, gəncliyində peşəkar aktyor olmağı arzulayırdı. “Valeri Zalujnını tanıyanlar bəzən yazırdılar ki, Ukraynanın hərbi rəhbərliyində bir deyil, iki komik var. Vladimir Zelenski kimi baş komandan da zarafatcıl birisi olaraq tanınırdı”, - deyə bildirilib. Həmçinin iddia edilib ki, Zalujnı öz uğurlarının qurbanına çevrilib. Belə ki, o, Ukraynaya böyük yardımlardan dolayı vəzifəsindən qovulub. Qeyd edək ki, V.Zelenski Zalujnını istefaya göndərib və yerinə quru qoşunları komandanı Aleksandr Sırskini təyin edib.
2024-02-09
830,615
Sırskini Debaltsevoda tələyə salmışdıq... - Slutski
Vladimir Zelenski hakimiyyəti saxlamaq siyasəti ilə Ukrayna ordusunun məğlubiyyətini yaxınlaşdırır. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Ukrayna ordusunun baş komandanı Valeri Zalujnının istefaya göndərilməsini şərh edərkən bildirib. "Zalujnının istefası və Sırskinin onun yerinə təyin edilməsi heç bir şəkildə Rusiyanın Şimal Hərbi Dairəsində qələbəsinin qaçılmazlığına təsir göstərməyəcək. Sırski əsasən ukraynalılar üçün böyük itkilərlə başa çatan uğursuz hərbi əməliyyatlarla tanınır. Məhz onun komandanlığı altında Ukrayna Silahlı Qüvvələri Debaltsevo tələsinə düşdü. Beləliklə, Zelenski öz hakimiyyətini qoruyub saxlamaq kimi “müdrik siyasəti” ilə Ukrayna ordusunun qaçılmaz məğlubiyyətini yaxınlaşdırır", - L.Slutski vurğulayıb. Qeyd edək ki, Ukrayna lideri Zelenski Zalujnını istefaya göndərib və yerinə quru qoşunları komandanı Aleksandr Sırskini təyin edib.
2024-02-09
830,616
Millimizin məşqçisi Millətlər Liqasındakı rəqibləri şərh etdi
Səbətlərdə yer alan ən güclü komandalarla qarşılaşacağıq. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasındakı püşkatma barədə danışarkən deyib. A.Əsədov çətin qrupa düşdüklərini bildirib: “Həmin yığmaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzulayıram”. Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə qarşılaşacaq.
2024-02-09
830,620
ABŞ Rusiyadan almaz idxalına qadağa qoydu
ABŞ Rusiyadan almaz idxalına qadağa qoyub. Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilib. Qərara əsasən, martın 1-dən etibarən Rusiyadan çəkisi 1 karatdan, sentyabrın 1-dən isə 0,5 karatdan yuxarı olan qeyri-sənaye almazlarının idxalı qadağandır.
2024-02-09
830,621
Ukraynanın yeni komandanı Rusiya Gününü qeyd edir - Foto
Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı təyin edilməsindən sonra onun 2013-cü ildə Rusiya Gününü qeyd etməsi ilə bağlı sosial şəbəkələrdə fotolar yayılıb. Axar.az xəbər verir ki, bununla bağlı belarus jurnalist Konstantin Pridıbaylo Teleqram kanalında məlumat yayıb. O, fotoda Sırskinin general-mayor rütbəsində və o zaman 72-ci əlahiddə mexanikləşdirilmiş briqadanın komandiri olduğunu yazıb. Fotoda həmçinin Rusiya və Ukrayna bayraqlarının əks olunduğu tort da görünür.
2024-02-09
830,624
"Beşiktaş" səfərdə qalib gəldi, 1/4 finala yüksəldi
Bu gün Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Axar.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub. "Beşiktaş" səfərdə "Antalyaspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyununda "Trabzonspor" səfərdə "Gənclərbirliyi"nə 2:1 hesabı ilə qalib gələrək adını növbəti tura yazdırıb. Qeyd edək ki, daha əvvəl "Qalatasaray", "Fatih Karagümrük", "Ankaragücü", "Konyaspor", "İstanbul Başakşəhər" və "Fənərbağça" komandaları adlarını 1/4 finala yazdırıblar.
2024-02-09
830,625
İranın Bakıya qarşı casus oyununun səbəbi
İranın guya Azərbaycanda yerləşən mərkəzdən idarə olunan casus şəbəksini ifşa etməsi barədə iddiası dövlətimizə qarşı qərəzdir. Tehran Azərbaycanı antiiran mərkəzi kimi təqdim etmək istəyir. Hətta bu, Azərbaycana qarşı müxtəlif aksiyaların başlaması üçün “zəmin hazırlanması” da ola bilər. Bu sözləri Axar.az-a açıqlamasında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan İranın casus iddiası ilə bağlı danışarkən deyib. “İran mediası iddia edir ki, guya Azərbaycanda casus yuvası var və burda yetişən casuslar İrana göndərlir. Bu cür yanaşma Azərbaycan-İran münasibətlərinə ciddi zərər verir. Təəssüf ki, hakimiyyətə qarşı etiraz edənləri hansısa ölkələrin kəşfiyyatına bağlamaq İran hökumətinin ənənəvi davranışıdır. Hökumət öz vətəndaşlarının tələblərini qarşılamaq, konstitusion hüquqlarını həyata keçirməkdənsə, bu cür üsullara əl atır. Güneydə Azərbaycan türklərinin milli hüquqlarını tələb edənləri Türkiyə, Azərbaycan, ABŞ və İsrail kəşfiyyat orqanlarına bağlamaq klassik variantdır”, - o bildirib. Ekspert İranın bu cür addımlarını həm də ölkəmizə qarşı şantaj adlandırıb: “Azərbaycanın regiondakı nüfuzu, təhlükəsizlik çərçivəsində attığı addımlar, Ermənistanla münasibətləri normallaşdırmağa çalışması və regional layihələrdə aparıcı mövqedə olması İranın qısqanclığına səbəb olur. Tehran Cənubi Qafqazda Azərbaycanın güclənməsini həzm edə bilmir. Çünki bu güclənmə orada yaşayan türklərin Azərbaycanı örnək almasına səbəb ola bilər”.
2024-02-09
830,627
Karlson Putinlə müsahibə üçün qonorar alıb?
Amerikalı jurnalist Taker Karlsonun Rusiya Prezidenti Vladimir Putinlə müsahibə üçün qonorar alması ilə bağlı iddialar cəfəngiyyatdır. Axar.az xəbər verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib. "Son günlər səfirliyə telefon zəngləri olub, məndən soruşurlar: Karlsonu Moskvaya getməmişdən əvvəl görmüsünüzmü, ona kimlə əlaqə saxlamaq üçün hansı göstərişləri vermisiniz, vizasını haradan alıb və s. Mən sadə bir sual vermək istəyirəm: ABŞ Konstitusiyasına birinci düzəliş haqqında nə demək olar? Niyə söz azadlığı ilə bağlı bu Konstitusiya dəyişikliyindən bəziləri istifadə edə, bəziləri isə edə bilməz? Karlsona qarşı bəzi təhqirlər edilir, onun az qala agent olması, hansısa qonorar alması iddia olunur. Bu nə cəfəngiyyatdır? Bu, ikili standartların daha bir nümunəsidir", - Antonov jurnalistlərə bildirib.
2024-02-09
830,628
Ukrayna əsgərləri Sırskini sevmir - Amerika nəşri
Sıravi ukraynalı əsgərlər Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskini bəyənmirlər. Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşrində dərc edilən məqalədə bildirilib. “Sıravi əsgərlər Sırskini heç bəyənmirlər. Çoxları onu sovet tipli komandir hesab edir”, – nəşr yazıb.
2024-02-09
830,629
Azərbaycan xalqının seçiminə hörmət edirik - Çin
Biz uğurlu prezident seçkiləri və İlham Əliyevin yenidən Prezident seçilməsi münasibətilə təbriklərimizi bildiririk. Axar.az xəbər verir ki, bu fikri Çin Xarici İşlər Nazirliyinin rəsmisi Vanq Venbin gündəlik mətbuat konfransında bildirib. Azərbaycanın uzun illərdir Çinin dost tərəfdaşı olduğunu söyləyən Vanq Venbin deyib: “Çin Azərbaycan xalqının seçiminə hörmət edir, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırmaq üçün Azərbaycanla əməkdaşlıq etməyə hazırdır”.
2024-02-09
830,630
Qusar-Xudat yolunda ağır qəza: ölən var
Qusar-Xudat yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Axar.az-ın Report-a isinadən məlumatına görə, hadisə yolun Xaçmaz rayonu Digah-oba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Emin Fərhad oğlu Məmmədovun idarə etdiyi "Ford" markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücünün qardaşı, avtomobildə olan sərnişin 2003-cü il təvəllüdlü Elçin Fərhad oğlu Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
2024-02-09
830,631
Rusiya NATO-ya qəbul oluna bilərdi - Pentaqon
2000-ci illərin əvvəllərində Rusiyanın NATO-ya üzvlüyü ilə bağlı müzakirlər olub və özüm də orada iştirak etmişəm. Axar.az xəbər verir ki, bunu Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib. O bildirib ki, məhz o zaman Rusiya hakimiyyəti NATO ilə tərəfdaşlıq əlaqələri qurdu. “Həmin vaxt hətta Rusiya Federasiyasının Şimali Atlantika Alyansına üzvlük meyarlarına cavab verə bilməyəcəyi ilə bağlı müzakirələr də gedirdi”, – Pentaqon rəsmisi xatırladıb.
2024-02-09
830,632
Yüksək təzyiq və insulta qarşı ucuz içki
Yüksək təzyiqdən əziyyət çəkən insanlar insulta da yaxındır. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər sitrusların insult riskini azaltdığını bildirib. ABŞ tədqiqatçıları sitrus meyvələrində olan qesperidin maddəsinin beyinə təsirini floumetr adlı dopler cihazı vasitəsilə öyrəniblər. Dopler altında olan lazer şüası vasitəsilə dəri altından qan dövranını izləyə biliblər. Belə ki, doplerə qoşulan insana qesperidin olan məhlul verilir, bu isə 2 stəkan təbii portağal şirəsinə bərabərdir. İştirakçılarda portağal şirəsindən sonra qan dövranı xeyli yaxşılaşıb. Bu zaman təzyiq düşür. İnsultun profilaktikasında portağal şirəsinin təsiri tərkibindəki xeyli maddə birləşmələrindəndir. Hipertoniyadan əziyyət çəkən insanların rasionunda portağal həm meyvə kimi, həm də təzə şirə kimi yer tutmaldır. Paketləşdirilmiş portağal şirəsi bu effekti verir, onda çoxlu şəkər var.
2024-02-09
830,633
Kosova serblərə qarşı terrora başlayıb - Rusiya
Kosovanın serb əhalisinin fiziki mövcudluğu təhlükə altındadır. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib. “Problemin şiddəti artıq elə həddə çatıb ki, Kosovada serb əhalisinin həyatı üçün birbaşa təhlükə yaranıb. Bölgənin şimalı üzərində tam nəzarət yaratmaq və qeyri-albanlardan xilas olmaq cəhdi ilə Priştina hakimiyyəti əsl anti-serb terroruna başlayıb”, - deyə diplomat bildirib.
2024-02-09
830,634
Zalujnı səfir vəzifəsindən niyə imtina edib?
Ukrayna ordusunun keçmiş baş komandanı Valeri Zalujnı Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsindən imtina edib. Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumatlı mənbəyə istinadən məlumat dərc edib. Mənbə Zalujnının səfir vəzifəsindən niyə imtina etdiyinin səbəbini də açıqlayıb: “Zalujnı karyeralı hərbçidir, Ukraynada hərbi vəziyyət olduğu müddətdə o, ordunu tərk edə bilməz”. Qeyd edək ki, ötən gün ölkə Prezidenti Vladimir Zelenski Zalujnını ordunun baş komandanı vəzifəsindən azad edib və onun yerinə quru qoşunlarına komandanı Aleksandr Sırskini təyin edib. Bu həftənin əvvəlində isə Zalujnının istefası hələ də müzakirə olunarkən, Ukrayna Ali Radasının deputatı Yevgeni Şevçenko Zalujnının Britaniyadakı səfir postuna razılıq verdiyini bildirmişdi.
2024-02-09
830,635
ABŞ-a tövsiyə: Əliyevə rəqib istəyirsizsə, onu gətirin!
09:00 Azərbaycanda 7 fevral 2024-cü ildə baş tutan prezident seçkilərinə ABŞ-ın mövqeyi bu dəfə daha ciddi maraqla gözlənilirdi. Təxmin edilirdi ki, ABŞ Azərbaycandakı seçkiləri tənqid etməyə hazırlaşır – elə Avropanın bir çox institutları kimi. Seçkilər baş tutdu: ciddi qanun pozuntusu yox, seçki saxtakarlığı baş verməyib, xalqın seçkidə aktivliyi göz deşir, İlham Əliyevin seçkidə topladığı səs elə ABŞ təşkilatının özünün keçirdiyi “ekzit-poll”da 93,9% çıxdı – Mərkəzi Seçki Komissiyası isə bundan daha az göstərici ortaya qoydu. Yaxşı, ABŞ nə deyəcəkdi, hansı bəhanəni gətirəcəkdi? Ötən gün ABŞ səfirliyi bu intizara son qoyub, açıqlama yaydı. Bildirdi ki: “Birləşmiş Ştatlar fevralın 7-də keçirilmiş prezident seçkilərinin həqiqi rəqabətin olmadığı məhdud mühitdə baş verməsi ilə bağlı ATƏT-in DTİHB monitorinq missiyasının müşahidələrini və narahatlıqlarını bölüşür. Azərbaycan öz konstitusiyasında və beynəlxalq öhdəliklərində fundamental azadlıqların və demokratik proseslərin dəstəklənməsinə sadiqliyini ifadə edib. Biz Azərbaycanı bu öhdəlikləri və ATƏT-in DTİHB-nin əvvəlki və gələcək tövsiyələrini yerinə yetirməyə çağırırıq”. Vəssalam? Elə iki cümlə? Bəli, məhz bu iki cümlə və bitdi. Bəhanə yalnız “həqiqi rəqabətin olmadığı” şəraitmiş – saxtakarlıqdan, pozuntudan bir cümlə, söz, hərf belə yoxdur! Tapılan bəhanəyə bax: Kim seçkilərdə namizədliyini irəli sürdü, hansı loyal, radikal, mühafizəkar, liberal siyasətçi ortalığa çıxdı, hansı kampaniya apardı? MSK kiminsə namizədliyini qeydə almamağa və yaxud kimisə seçkiyə buraxmamağa cəhd etdimi? Əksinə, Məzahir Pənahov az qala xahiş edirdi ki, seçkiyə qatılsınlar – çünki o da bilirdi axı! Niyə radikal, güclü elektoratı olduğunu iddia edən müxalifətin bircə nümayəndəsi belə namizədliyini irəli sürmədi, hətta bu barədə düşünməyi belə ağlından keçirmədi? Çünki Azərbaycanın bütün müxalifəti, bütün siyasətçiləri, hazırda üzdə olan və tanınan hər bir kəs Qarabağ üzərindən siyasətə gəlib: 1989-cu ildən bu ölkədə hansı siyasi təşəbbüs olubsa, hamısının başı Qarabağa, Azərbaycanın ərazilərinin azad edilməsinə bağlanıb. İstənilən siyasətçi yalnız Qarabağı azad edəcəyi ilə bağlı vədlə dəstək, tərəfdar, reytinq, elektorat toplayıb! Bu xalq illərlə, onillərlə Qarabağı azad edəni başının tacı edəcəyinə and içmişdi! Qarabağ, Xankəndi birdəfəlik azad oldu, Azərbaycan tam şəkildə sərhədlərinə çıxdı: indi anklavları alır, indi sərhədlərindən kənarda tarixi ərazilərinə öz soydaşlarını qaytarmaq proqramı üzərində işləyir. Bu, Azərbaycan xalqının gerçəkləşən xəyallarıdır və bunu İlham Əliyev etdi! Bax, bunları edən İlham Əliyevin qarşısına 7 fevralda kim çıxacaqdı ki, “rəqabətli mühit” olsun? Əli Kərimlimi, Arif Hacılımı? Kim – ad çəkin, deyin, filankəs girmək istəyirdi, seçkidən qanunsuzluqla kənarlaşdırıldı. Deyin, fakt göstərin, sübut gətirin də! Niyə çıxmadılar, niyə seçki şansından bəhrələnmədilər, niyə hərəkətə keçmədilər bu “rəqabətədavamlılar”? Çünki “məlum yerləri” çatmadı: İlham Əliyev bu seçkidə hamını qarışqa kimi, milçək kimi əzəcəkdi və bu həqiqəti hamı – elə ABŞ da, ATƏT də, AŞPA da və onların Azərbaycanda siyasətinə züy tutanlar da çox gözəl bilirdi. 30 ildir Qarabağ üzərindən siyasət yeridib, 2020-ci il 10 noyabrından sonra belə “yarımçıq qələbə” bağırıb, bu qələbəmizə də kölgə salaraq, yenə də torpaqlar üzərindən İlham Əliyevə qarşı kampaniyaları davam etdirənlər, “Bəs hanı Xocalı, Xankəndi, Ağdərə” deyib, 3 ilə yaxın bütün internet kanallarında ağızları köpüklənə-köpüklənə danışanlar, İlham Əliyevin qələbəni tam başa çatdırmasına imkan vermədiyini deyənlər 2023-cü il 20 sentyabrından sonra dillərini haralarına qoyublarsa, tapa bilmirlər. Yoxdur o dil, irad bildirəcək dilləri itib – Qarabağdakı separatçılar kimi. Xankəndidə parad keçirib, Xankəndidəki separatçıları Bakıda DTX-nin zindanına tullayıb, separatçıların ocağında-iqamətgahında seçki günü səs verməyə gedən İlham Əliyevin qarşısına kim, hansı cəsarətlə çıxa bilərdi? Heç kim! Ona görə qınlarına çəkildilər, hələ də başlarını çıxara bilmirlər! İlham Əliyev isə… hətta durub deyir ki, Qələbəni istismar etməyin, qələbədən sui-istifadəni dayandırın – qalib gəldik, bitdi. Halbuki ömrünün sonuna qədər bu qələbədən istifadə haqqı qazanıb. Ancaq yeni qələbə, yeni hədəf, yeni milli mücadiləyə başlayır. Kimdir ölkədə bu cür strateq ki, çıxaydı bu seçkilərdə və İlham Əliyevlə rəqabət aparaydı? Rəqabətli mühit yox idi? Tamamilə doğrudur! Çünki İlham Əliyevin hazırda bu ölkədə rəqibi yoxdur – yəni bunu qanmaq o qədərmi çətindir! İlham Əliyev bütün rəqiblərini 2020-nin 27 sentyabrda darmadağın etdi, 2023-ün 20 sentyabrında isə tam və qəti qələbəsini qazandı – bitdi. İllah ki, rəqabət istəyirsiniz, başqa ölkədən namizəd seçib gətirə bilərdiniz – məsələn, Rəcəb Tayyib Ərdoğanı. İnanın ki, yalnız o zaman iki ciddi rəqib olacaqdı 7 fevral seçkisində. Başqasını axtarmayın! Yeri gəmişkən: ABŞ-ı qınamaq da doğru deyil, adamlar prezidentləri kimi hallusinasiya görür - ölkə rəhbəri hava ilə “salamlaşırsa”, 28 il öncə ölən rəhmətliklə “dünənki görüşü”ndən danışırsa, ABŞ administrasiyasının da Azərbaycanda olmayan rəqibi axtarmasında niyə qəribəlik olsun ki!
2024-02-09
830,636
Sumqayıtda mübahisə qanla bitdi
Sumqayıtda bıçaqlanma hadisəsi baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb. Sumqayıt şəhər sakinləri, 1990-cı il təvəllüdlü Əlfəddin Rüstəm oğlu Məmmədov ilə 2003-cü il təvəllüdlü Rəvan Rəcəb oğlu Hüseynov arasında mübahisə düşüb. Nəticədə 21 yaşlı gənc bıçaq xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.
2024-02-09
830,642
Xəzər dənizində zəlzələ baş verdi
Fevralın 9-da Qala stansiyasından 145 kilometr şərqdə - Xəzər dənizində zəlzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Axar.az-a bildirilib ki, yerli vaxtla saat 05:49-da qeydə alınan zəlzələnin maqnitudası 3.9-a bərabər olub. Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.
2024-02-09
830,644
Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatı... - Hacızadə
Rəsmi Bakı 8 fevral 2024-cü il tarixində Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmasına həsr olunmuş mərasimdə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı hədəf alan bəyanatını qətiyyətlə rədd etdiyini və pislədiyini bəyan edir. Axar.az xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. "Bu çıxış Ermənistanın Roma Statutuna qoşulmasının bu qurumlardan öz əsassız iddiaları, bədxah hərəkətləri, nifrət təbliğatı, dezinformasiya və beynəlxalq hüququn yanlış təfsiri üçün istifadə etmək cəhdi olduğunu bir daha nümayiş etdirir. Beynəlxalq birliyin Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını ala bilməməsi və 30 ilə yaxın müddətdə ərazilərimizin işğalına son qoyulmaması, Ermənistan tərəfindən kütləvi vəhşiliklər və insanlıq əleyhinə cinayətlər törədilməsinə, Ermənistanın müharibəni qızışdıran bəyanat və hərəkətlərini davam etdirməsinə maneçilik törətməməsi bu ölkədə cəzasızlıq hissinə təkan verib”, - o vurğulayıb. Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddialarını davam etdirməsi, o cümlədən azərbaycanlılara qarşı irqi ədavəti qızışdırması və təşviq etməsi yalnız beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, həm də Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan Ermənistana qarşı iş üzrə 7 dekabr 2021-ci il tarixli müvəqqəti qərarı əsasında üzərinə götürdüyü öhdəliklərə ziddir: "Ermənistanın uydurma tarixi rəvayətlərə və irqçi ideologiyaya əsaslanan qeyri-qanuni ərazi iddialarını reallaşdırmaq məqsədilə təcavüzü zamanı törətdiyi hərbi cinayətlərə, on minlərlə dinc sakini vəhşicəsinə qətlə yetirməsinə, həyata keçirdiyi genişmiqyaslı etnik təmizləməyə və işğal altında olan minlərlə şəhər, qəsəbə və kəndin yerlə yeksan edilməsinə görə məsuliyyət daşıdığının beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana xatırlanması və bunun məsuliyyətini tələb etməsi vacibdir. Azərbaycan tərəfi beynəlxalq hüququn ciddi pozuntularına görə cəzasızlığa son qoymaq, qanunun aliliyini təşviq etmək, regionda sülh, təhlükəsizlik və sabitliyin qurulması, möhkəmləndirilməsi və davam etdirilməsi istiqamətində səylərini davam etdirəcək".
2024-02-09
830,646
Neftin bu günə olan qiyməti
Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 81,38 dollara, yüngül neftin bir barreli isə 76,08 dollara təklif olunur.
2024-02-09
830,647
Xankəndidə silah-sursat aşkarlandı
Polis əməkdaşları Xankəndidə avtomat, pulemyot, qumbaraatan və qumbaralar aşkarlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 8-də Xankəndi şəhəri ərazisində 11 ədəd avtomat silahı, 1 pulemyot, 1 ədəd qumbaraatan, 9 ədəd müxtəlif markalı tüfəng, 5 ədəd qumbara, 4 qumbara alışdırıcısı, 84 ədəd patron darağı, 10712 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
2024-02-09
830,649
Bakıda 49 yaşlı qadın dəm qazından öldü
Bakıda 49 yaşlı qadın dəm qazından boğulub. Axar.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Yeni Yasamal ev 5, mənzil 87 ünvanında qeydə alınıb. Zülfiyyə Namazova hamamda dəm qazından boğularaq ölüb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.
2024-02-09
830,656
Albaniyanın baş naziri Azərbaycana səfər edəcək
Albaniyanın Baş naziri Azərbaycana səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Edi Rama X sosial şəbəkə hesabında məlumat verib. O, tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözlədiyini bildirib. Qeyd edək ki, Albaniyanın Nazirlər Şurası 2023-cü ilin mart ayında ölkənin xarici işlər nazirinin təklifi əsasında Azərbaycanda səfirliyin açılması ilə bağlı qərar qəbul edib.
2024-02-09
830,658
Müharibə sağlam düşüncəyə ziddir - Putin
Qlobal müharibəyə cəlb olunmaq sağlam düşüncəyə ziddir, belə bir münaqişə bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. “Analitik olmağa ehtiyac yoxdur: qlobal müharibəyə cəlb olunmaq sağlam düşüncəyə ziddir. Qlobal müharibə bütün bəşəriyyəti məhv olmaq həddinə çatdıracaq. Bu, aydındır”, - o bildirib.
2024-02-09
830,663
Göygöldə əməliyyat: silahlı şəxs saxlanıldı
Polis əməkdaşları Göygöldə silah satmaq istəyən şəxsi saxlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Polis əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Verdiyev rayon ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd atəşə yararlı avtomat “Makarov” markalı tapança, həmin silaha aid sandıqca və 5 ədəd 9 mm-lik patron aşkar edilərək götürülüb. Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı araşdırmalar davam etdirilir.
2024-02-09
830,667
Komandolarımızın təlimindən yeni görüntülər
2024-cü ilin hazırlıq planına uyğun olaraq, komando bölmələri ilə taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Beş mərhələdən ibarət məşğələlər zamanı komandolar müxtəlif tapşırıqları yerinə yetiriblər. İlkin mərhələdə taktiki yerdəyişmə üsulları ilə hədəfə doğru irəliləmə və kəşfiyyat məlumatlarının toplanması üzrə fəaliyyətlər yerinə yetirilib. Daha sonra hücum yarımqruplarının obyektə yaxınlaşması, basqın əməliyyatının icra olunması və hədəfdə tərtiblənmə tapşırıqları icra edilib. Sərt iqlim şəraitində və çətin relyefli ərazilərdə keçirilən məşğələlər zamanı komandolar yüksək peşəkarlıq nümayiş etdiriblər.
2024-02-09
830,668
Pensiya alanlara şad xəbər
10:09 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə fevral ayının pensiya ödənişini həyata keçirib. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Pensiyalar 11,2 faiz indeksləşdirmə əsasında artırılmış məbləğlə verilib. Artım bu ilin əvvəlindən tətbiq olunduğundan yanvar ayının artımı da həmin məbləğin üzərinə əlavə edilərək pensiyaçılara ödənilib. Gələn həftə ərzində ölkəmizin digər bölgələri üzrə fevral ayının pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya təyin olunmuş şəxslərin bu ay üzrə pensiyaları da artırılmış məbləğlə və yanvar ayının artımı da həmin məbləğə əlavə olunmaqla ödəniləcək.
2024-02-09
830,672
Kim Çen: Cənubi Koreyanı işğal edəcəyik!
Pxenyan Cənubi Koreyanı özünün daimi əsas düşməni hesab edir və öz təhlükəsizliyi üçün onu işğal etməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib. “Cənubi Koreya marionetləri ölkəmizin daimi əsas düşmənidir. Fövqəladə vəziyyət yarandıqda onların ərazilərinin işğalı ilə bağlı qərar veriləcək”, - o bildirib.
2024-02-09
830,673
Putin: ABŞ-a dəfələrlə bu xəbərdarlığı etdim
Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın Şimali Qafqazda terrora dəstəyini davam etdirdiyini, hətta bu məsələnin ən yüksək səviyyədə müzakirəsinin belə vəziyyəti dəyişmədiyini bildirib. Axar.az xəbər verir ki, o, bunu amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. “Dəfələrlə məsələ qaldırmışam ki, ABŞ Şimali Qafqazda nə separatizmi, nə də terroru dəstəkləməlidir. Lakin onlar bunu davam etdirdilər. Qafqazdakı terror qruplaşmalarına siyasi dəstək, informasiya dəstəyi, maliyyə dəstəyi, hətta hərbi dəstək ABŞ və onun əlaltılarından gəlib”, - o bildirib. Putin qeyd edib ki, ABŞ prezidenti ilə söhbətində bu məsələni qaldırıb: “Deyir ki, ola bilməz, sübutunuz var? Deyirəm, bəli. Mən bu söhbətə hazır idim və ona bu sübutu verdim. Baxdı və bilirsən nə dedi? Üzr istəyirəm, amma olduğu kimi sitat gətirəcəyəm, dedi ki: “Yaxşı, onların arxasını dağıdacağam”. Cavab gözlədik, amma cavab olmadı. FTX-nin direktoruna MKİ ilə əlaqə saxlamağı və bu söhbətin nəticəsinin olub-olmadığını öyrənməyi tapşırdım. Bir dəfə, iki dəfə yazdıq, sonda cavab aldıq. Arxivdə cavabı saxlayırıq. MKİ-dən cavab belədir: “Biz Rusiyada müxalifətlə işləyirdik. İnanırıq ki, bu, düzgündür və müxalifətlə işimizi davam etdirəcəyik. Gülməlidir. Tamam. Anladıq ki, söhbət olmayacaq”.
2024-02-09
830,677
ABŞ Husi mövqelərinə raket zərbəsi endirdi
ABŞ qüvvələri Husi mövqelərinə 7 hava zərbəsi endirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) X sosial şəbəkəsində məlumat yayıb. “Fevralın 8-də Səna vaxtı ilə səhər saat 5:00-dan 21:00-a qədər ABŞ qüvvələri gəmiləri atəşə tutmağa hazırlaşan 4 suüstü döyüş gəmisinə (USV) 7 hava zərbəsi endirərək özünü müdafiə əməliyyatı həyata keçirib”, - məlumatda bildirilib. Hələlik hücumun təfərrüatı barədə dəqiq məlumat verilməyib.
2024-02-09
830,682
Ermənilər İlham Əliyevi belə təbrik etdilər - Video
Erməni fəallar İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik ediblər. Axar.az xəbər verir ki, görüntüləri azərbaycanlı bloger Kamran Razmovar yayıb. Belə ki, Araik, Karen, Sergey Avcyan və Aqunik Abovyan adlı ermənilər Prezident İlham Əliyevi həm rus, həm də Azərbaycan dilində təbrik ediblər. Onlar ölkə başçısına fəaliyyətində uğurlar arzulayıblar. Görüntüləri təqdim edirik:
2024-02-09
830,684
Zelenskiyə dedim ki, sən niyə belə edirsən? - Putin
Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Zelenski ilə söhbətindən danışıb. Axar.az xəbər verir ki, o, bunu amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib. “Onun (Zelenskinin - red.) babası İkinci Dünya müharibəsi illərində faşistlərlə, nasistlərlə vuruşmuşdu, bir dəfə onunla bu barədə danışmışdım. Ona dedim: “Volodya, nə edirsən? Atanız faşizmə qarşı vuruşduğu halda bu gün Ukraynada niyə neonasistləri dəstəkləyirsiniz? Onun nə cavab verdiyini deməyəcəyəm, bu ayrı mövzudur və məncə, düzgün deyil”, - o bildirib.
2024-02-09
830,688
İrəvan diplomatlarına böhtan atmaq tapşırığı verib - İcma
Ermənistanın xarici işlər nazirinin dünən Haaqada etdiyi çıxış onu göstərir ki, ya Ermənistan hakimiyyəti öz diplomatlarına heç cür nəzarət edə bilmir, ya da elə özü onlara gecə-gündüz Azərbaycan əleyhinə danışmaq, böhtan atmaq tapşırığı verib və bir növ, rol bölgüsü aparıb. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, Ermənistanın 30 il ərzində beynəlxalq təşkilatların qərarlarını qulaqardına vurması, hətta onlara kinayə ilə yanaşması fonunda bu gün elə həmin erməni diplomatlarının BMT Təhlükəsizlik Şurasından, Beynəlxalq Ədalət Məhkəməsindən, Fransa senatından, Litva XİN-dən, Rasmus Kanbak, Lindsi Snell kimi irqçi və muzdlu mirzələrdən, saman çöpündən mədət umması onların düşdüyü acınacaqlı vəziyyətin bariz göstəricisidir.
2024-02-09
830,689
Topçunun Əliyevə təbriki: Bir ananın iki oğlu...
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. “Azərbaycanda növbədənkənar prezident seçkilərində xalqının dəstəyi ilə yenidən prezident seçilən Vətən müharibəsinin müzəffər Ali Baş Komandanı, cənab İlham Əliyevi ürəkdən təbrik edirik. Bu seçkinin nəticəsinin başda uca Azərbaycan xalqı olmaqla, regionun əmin-amanlığına, firavanlığına və rifahına daha çox töhfə verəcəyi şübhəsizdir. Türkiyə və Azərbaycan xalqı qardaşlıq ruhunun təməlində, bu günə qədər olduğu kimi bundan sonra da “Bir ananın iki oğlu” olaraq hər sahədə daha güclü olmaq hədəfinə doğru çiyin-çiyinə, əzmlə addımlamağa davam edəcəklər. Allah Azərbaycanımızı qorusun, şöhrətləndirsin!”, - Topçu bildirib.
2024-02-09
830,691
716-cı gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 716-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 393 290 hərbçi, 6 385 ədəd tank, 11 921 ədəd zirehli döyüş maşını, 9 435 ədəd artilleriya sistemi, 981 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 666 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 325 ədəd helikopter, 12 551 ədəd avtomobil texnikası, 7 209 ədəd PUA, 1 881 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 509 xüsusi avadanlıq itirib.
2024-02-09
830,693
MSK seçkilərin yekun nəticəsini elan etdi: Qalib odur!
Seçki məntəqələrinin 100 faizindən daxil olmuş ilkin məlumatlara əsasən, İlham Əliyev 92,12 faiz səslə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində liderdir. Axar.az Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, 6537 məntəqədən daxil olan məlumatlar əsasında digər namizədlərin topladığı səs faizi aşağıdakı kimidir: Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz; Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,98 faiz; Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz; Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz; Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz; Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,53 faiz.
2024-02-09
830,699
İsrailin Qəzzaya hərbi cavabı həddi aşdı - Bayden
İsrailin Qəzzaya hərbi cavabının həddindən artıq olduğuna inanıram. Bu müharibə üçün daimi fasilə zəruridir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evdə keçirilən brifinqdə deyib. “Mən atəşkəs mövzusunda razılığa gəlmək və girovların azad edilməsi üçün çox çalışıram. Burada insanlar əziyyət çəkir, nə qədər günahsız insan acından ölür. Bu gedişat mütləq dayanmalıdır”, - o bildirib.
2024-02-09
830,702
Seçki bitdi: elə bir dəyişiklik olacaq ki... - Şok anons
Ölkəmizdə keçirilən bu seçki, əlbəttə ki, əlamətdar hadisədir. Bu seçkini əlamətdar edən məsələ isə həm də bundan sonrakı işlər olacaq. Nəinki iqtisadi məsələlərdə, bütün sahələrdə islahatlar, dəyişikliklər gözlənilir. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. “Prezident İlham Əliyev and içəndən və təzə hökuməti təyin edəndən sonra böyük proses başlayacaq. İqtisadi dəyişiklər ilk növbədə sosial məsələlərdə olacaq ki, burada maaş artımından tutmuş müavinətlərə qədər, ciddi dəyişiklik gözlənilir. O cümlədən, hələ seçkilərdən əvvəl, daha dəqiq, Qarabağ müharibəsindən sonra başlayan yenidənqurma işlərində də dəyişiklik gözlənilir”, - V.Əhmədov qeyd edib.
2024-02-09
830,704
Ev həyətdəki maşınlarla birgə yandı
Abşeronda ev həyətdəki maşınlarla birgə yanıb. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin dam örtüyünün taxta atmaları 17 m² sahədə, 3 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 2 top internet kabeli, həyətdə “Mersedes” və VAZ markalı minik avtomobillərinin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2024-02-09
830,707
Xocalıda kütləvi məzarlıq: Ombudsmandan sərt reaksiya
Ermənistanın uzun illər ərzində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq, soyqırımı, deportasiya, terror siyasəti nəticəsində minlərlə soydaşımız məhz etnik və dini nifrət zəmində qətlə yetirilib, əsir və itkin düşüb, girov götürülüb. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Xocalı rayonunda kütləvi məzarlığın aşkar edilməsi faktına münasibət bildirərkən deyib. Səbinə Əliyeva bildirib ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərinin ərazisində, habelə Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib: “Xocalı rayonunun Əsgəran qəsəbəsi ərazisində Xocalı soyqırımı zamanı qətlə yetirilən sakinlərə məxsus olması ehtimal edilən növbəti kütləvi məzarlığın aşkarlanması faktı Ermənistanın Azərbaycana qarşı insanlıq əleyhinə ən ağır cinayət olan soyqırımı törətdiyini bir daha təsdiqləyir. Dəfələrlə Ermənistan tərəfindən törədilmiş soyqırımı cinayətləri ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət olunmasına baxmayaraq, bu soyqırımı faktlarına hələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməmiş, çoxsaylı cinayətlərin törədilməsində təqsiri olan şəxslər məsuliyyətdən kənarda qalıb. Beynəlxalq təşkilatlar Azərbaycana qarşı ikili standartlarla müşayiət olunan laqeyd münasibətə son qoymalı, insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə hüquqi qiymət verməli, cinayətlərin törədilməsində təqsirkar şəxslər ədalət mühakiməsinə cəlb olunmalıdır”.
2024-02-09
830,709
Ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr...
Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum olub. Axar.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 17 saylı Yasamal Üçüncü Seçki dairəsidir. Bu dairədə seçici fəallığı 89,22% olub. Seçici fəallığının ən aşağı olduğu dairə isə 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsidir. Burada seçici fəallığı 66.03% təşkil edib.
2024-02-09
830,710
Putin sirri açdı: ABŞ xahiş etdi, mən Yanukoviçə dedim...
2014-cü ildə Ukraynada çevriliş MKİ-nin dəstəyi ilə silahlı müxalifət tərəfindən həyata keçirilib. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. “Maydandakı iğtişaşlardan əvvəl ABŞ Yanukoviçi “sakitləşdirməyi” xahiş etdi və bunun müqabilində müxalifəti sakitləşdirməyə söz verdi. Yanukoviç amerikalıların bizdən xahiş etdiyi kimi, nə ordudan, nə də polisdən istifadə etdi. Kiyevdəki silahlı müxalifət isə çevriliş etdi. Bunu necə başa düşək? Ümumiyyətlə, siz kimsiniz? – ABŞ-ın o vaxtkı rəhbərliyindən soruşmaq istərdim”, - o bildirib. Karlson çevrilişin kimin dəstəyi ilə edildiyini soruşduqda, Putin birbaşa ABŞ-ın kəşfiyyatının adını çəkib: “Təbii ki, MKİ-nin dəstəyi ilə. Sizin o zamanlar çalışmaq istədiyiniz təşkilatın vasitəsilə. Allaha şükürlər olsun ki, sizi ora işə götürməyiblər. Bu ciddi təşkilatdır, bunu anlayıram, mən Birinci Baş İdarədə işləmişəm - Sovet İttifaqının kəşfiyyatında. Onlar həmişə rəqibimiz olublar. İş işdir. Texniki cəhətdən MKİ hər şeyi düzgün etdi, lakin siyasi nöqteyi-nəzərdən bu, böyük bir səhv idi. Onlar bunun hara aparacağını görməli idilər”.
2024-02-09
830,717
Bazarda silahlı insident: ölənlər var
11:52 Gürcüstanın Rustavi şəhərində bazarda atışma olub. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb. Silahlı insident nəticəsində 4 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Atəş açan şəxs saxlanılıb.
2024-02-09
830,720
Xocalıda tapılan insan qalıqları onlara aiddir – Rəsmi
Əsgəran qalası ətrafında aşkarlanan kütləvi məzarlıqda axtarış və qazıntı işləri davam edir. Bu barədə Axar.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib. Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh və insanlıq əleyhinə, müharibə cinayətlərini törətməkdə şübhəli bilinərək saxlanılmış və Cinayət Məcəlləsinin 112, 113, 115.2, 279.1 və 318.1-ci maddələri ilə ittiham elan olunmaqla təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Adıçəkilən şəxs ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı, özünün də daxil olduğu qanunsuz erməni silahlı birləşmələri tərəfindən əksəriyyəti qadın, uşaq və yaşlı insanlardan ibarət 200 nəfərədək mülki şəxsin 26 fevral 1992-ci il tarixində Əsgəran qalasına yaxın ərazidə pusquya salınaraq avtomat silahlardan atəş açılmaqla qətlə yetirildiyini və həlak olanların üzərilərindəki şəxsi əşyalar talan edildikdən sonra meyitlərin həmin ətrafda basdırıldığını bildirmiş, cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərib. Ötən ilin noyabr ayında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu aidiyyəti qurumların mütəxəssis heyətinin iştirakı ilə Raşid Beqlaryanın göstərdiyi ərazidə axtarış və qazıntı işlərinə başlayıb. Hava şəraitinin əlverişsiz olması qazıntıların müvəqqəti dayandırılmasına səbəb olsa da, sonradan Əsgəran qalası ətrafında axtarış və qazıntı işləri yenidən aparılmağa başlanılıb, qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Ərazidə axtarış, qazıntı və ekshumasiya işləri davam etdirilir.
2024-02-09
830,722
Referendum keçirək, Əliyevə status verək - Ağazadə
Ümid Partiyasının sədri İqbal Ağazadənin Axar.az-a müsahibəsi: - Dünyanın bir çox ölkəsində siyasi partiyaların yaranma prinsipində ideologiya əks olunsa da, onların əksəriyyəti ideoloji mübarizə aparmır. Azərbaycanda siyasi partiyaların platformasındakı əsas ideoloji xətt nədən ibarətdir? - Tamamilə doğru deyirsiz ki, dünyada siyasi partiyaların demək olar ki, heç biri ideoloji mübarizə aparmır. Ümumiyyətlə, dünya dövlətləri ideolji yox, daha çox hüquqi müstəvidə mübarizə aparır. Çünki istənilən ideologiya ona zidd olan qurumu, qrupu və təşkilatı da formalaşdırır. Dövlət ideoloji olanda mütləq onun müxalifəti də formalaşır, həm də dövlətə qarşı. Siz elə bilirsiz ki, ABŞ-da Demokratlarla Respublikaçılar fərqli ideologiya uğrunda mübarizə aparır? Təbii ki, yox, hər kəs ABŞ üçün çalışır. Buna görə də bu gün kim desə ki, biz ideoloji cəhətdən bu xətti tuturuq, bizim ideoloji yolumuz budur, yanlış olar. Dünyada və Azərbaycanda bütün siyasi partiyaların ideoloji təsnifatlarına diqqət yetirsək, görərik ki, klassik bölgüdə sol ideologiya əsas götürülür. Çünki seçici ilə, insanla işləyir. İnsan problemləri də daha çox sol bölgüyə düşür. Amma buna görə hər kəsi solçu elan etmək düzgün deyil. Bir siyasi partiya, hətta ifrat sağçı, mühafizəkar, sağ mərkəzçi partiyalar seçicinin maraqlarından və sosial mənafeyindən kənar şüar səsləndirəndə səs toplaya bilmir. Buna görə də bu tarixi təsnifat və bölgü artıq arxivə verilib. - Qarabağın azad olunması Azərbaycanda partiyaların platformasının məzmununu və siyasi-ideoloji xəttini hansı istiqamətdə dəyişdi? - Qarabağ heç vaxt siyasi ideologiya olmayıb. Qarabağ milli problem olub və siyasi partiyalar bu və ya digər şəkildə, hər hansı bir platformada bu problemin həlli yollarını göstəriblər. Qarabağ probleminin həll olunması Azərbaycanda siyasi institutların yükünü azaldıb. - Azərbaycanda siyasi partiyalar üçün bundan sonra hansı dönəm başlayır? - İlham Əliyev beynəlxalq konyukturadan düzgün, böyük məharətlə istifadə edərək, Azərbaycanı 200 illik bir problemdən qurtardı. Qarabağ problemi olmayacağı təqdirdə siyasi partiyalar üçün fəaliyyət göstərmək daha asandır. Siyasi partiyalar bundan sonra birbaşa seçiciyə xitab edəcək. Azərbaycan vətəndaşlarının sosial cəhətdən güvənli yaşayışını təmin etmək, təhsilini, səhiyyəsini yaxşılaşdırmaq, milli təhlükəsizliyinin prinsiplərini həm coğrafi, həm də demoqrafik təhdidlərdən qorumaq, Ordunu gücləndirmək və yüksək hazırlıq vəziyyətində saxlamaq hədəflərimizin əsasını təşkil edir. İndi siyasi partiyaların fəaliyyəti üçün daha açıq bir meydan yaranıb. Partiyalar bu sahədə özünü göstərməlidir. Qarabağın azad olunması siyasi partiyaları böyük bir yükdən xilas etdi. - Qarabağdan sonra əsas hədəf nədir? - İndi daha çox Böyük Qayıdış - Azad olunmuş torpaqlara insanların köçürülməsi, onların sosial rifah halının yaxşılaşdırılması, iş yerlərinin açılması müzakirə oluna bilər. Lakin böyük hədəf - hüquqi dövlətin yaranması və təşəkkül tapmasıdır. Təbii ki, bu istiqamətdə siyasi partiyaların fərqli baxışları ola bilər. Hakim Yeni Azərbaycan Partiyası sosial problemlərin həlli, hüquqi dövlətin, demokratiyanın təşəkkül tapması, söz azadlığının qorunması istiqamətində platforması ilə, Ümid Partiyası isə baqşa bir platforma ilə çıxış edə bilər. Bu, ideoloji fərq yox, problemlərə fərqli tərəfdən yanaşma formasıdır. Siyasi partiyaların indi hədəfi dövləti sərhədləri çərçivəsində qorumaq, hüquqi dövlət halına gəlməsinə nail olmaq, daxildə insanların sosial vəziyyətlərinin yaxşılaşdırlmasıdır. - Qarabağın işğaldan azad olunması qalib xalq olaraq milli kimliyimizin formalaşmasına necə təsir edəcək? - Əlbəttə ki, məğlub olaraq milli kimlik formalaşdırmaq çox çətindir. Çünki milli kimliyin formalaşması prosesində təkcə dövlətin müstəqil olması faktoru deyil, digər faktorlar da rol oynayır. Sovet dövründə nə qədər basqılar olsa da, xalqımız milli kimliyimizi sıradan çıxmağa qoymadı. Burada Hüseyn Cavidin, Əhməd Cavadın, Üzeyir Hacıbəylinin, sonrakı mərhələlərdə Bəxtiyar Vahabzadənin, Xudu Məmmədovun, Sabir Rüstəmxanlının çox böyük rolu var. Məsələn, ədəbiyyat, musiqi, tarixi filmlər milli kimlik üçün obraz yaradır. Ötən əsrin 70-ci illərində Sovet dövrünün azacıq imkanları çərçivəsində “Babək”, “Dədə Qorqud”, “Qanlı zəmi”, “Axırıncı aşırım”, “Koroğlu” kimi tarixi filmlərlə milli kimliyimizi formalaşdıra bildik. Qarabağın azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası milli kimliyin formalaşması istiqamətində yeni bir mərhələ açdı. Millət özünə güvənir, bu qalibiyyət insanları yeni qəhrəmanlıq əsərləri yaratmağa sövq edir. İndi bizim istinad edə biləcəyimiz minlərlə qəhrəmanımız var. Bu qəhrəmanlar hər birimizin qohumu, tanışı, qonşusudur və gənclərimiz bu qəhrəmanlara oxşamaq istəyir. Gənclərimizin qəhrəmanlara oxşamaq istəməsi isə milli kimliyimizi formalaşdırır. - Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq ərazisini tam bərpa etdi, sərhədlərinə çıxdı və bütöv halda seçki keçirdi. Ancaq bəzi siyasilər nədənsə bu faktı deyil, ölkədə sosial problemləri qabardırlar... - Mən 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin, 1991-ci ildə müstəqilliyimizin bərpa olunmasını tarixin bir fürsətləri və imkanları hesab edirəm. Baxmayaraq ki, millət Cümhuriyyətin elan olunmasının mahiyyətini bir o qədər də dərk etmədi. O dövrdə insanların düşüncəsində müstəqilliyin işarəsi belə olmadan, bir qrup insan Azərbaycanın müstəqilliyini elan etdi. 1991-ci ildə isə biz Cümhuriyyəti quranlara minnətdar olaraq onun sərhədləri çərçivəsində müstəqilliyimizi elan etdik. Bu gün Azərbaycanda sosial vəziyyətdə ağırlıq, müəyyən çətinliklər, problemlər mövcuddur, korrupsiya və rüşvətxorluq var. Mən sizi əmin edirəm ki, yüz ildən sonra tarix nə korrupsiyadan, nə də sosial vəziyyətdən yazacaq. Yüz ildən sonra tarixə Azərbaycan torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi yazılacaq. Bu gün müxalifətçilik edərkən bir az da bu prizmadan yanaşmaq lazımdır. Siz elə bilirsiz ki, Cümhuriyyət dönəmində korrupsiya, rüşvətxorluq, qeyri-peşəkar idarəetmə sistemi olmayıb? Olub, lakin bu gün tarix yazılanda o hissələrə kimsə toxunmur. İlham Əliyevin də gördüyü iş korrupsiyadan, rüşvətdən, insan haqlarının pozulmasından milyon dəfə üstün bir işdir. İlham Əliyev minlərlə insanın şəhid olduğu, əlil olduğu, döyüşdüyü, evindən didərgin düşdüyü demək olar ki, hər bir azərbaycanlının birbaşa ailəsinə təsir edən bir problemi həll etdi. Tarix İlham Əliyevə bu yerdən qiymət verəcək. - İlham Əliyevdən öncəki prezidentlərin Qarabağın işğaldan azad edilməsi üçün də fürsətləri var idimi? - Bu və ya digər formada olub. Hansısa səbəblərdən qərar verilməyib və ya şərtləri münasib saymayıblar. İlham Əliyev isə tarixi fürsətdən böyük ustalıqla, məharətlə istifadə etdi. Biz dünyadan təcrid olunmuş vəziyyətdə yaşamırıq ki, dünyada baş verən proseslərdən kənar əlahiddə iş görək. Dünyanın özünün də şərtləri buna imkan verməlidir. Mənim İlham Əliyevdən əvvəlki bütün prezidentlərə bir sayğım, hörmətim var. Hər birinin Azərbaycan tarixində öz rolu və yeri var. Heç kim deyə bilməz ki, bu insanların Azərbaycan tarixində bir rolu olmayıb. 1918-ci ildə Cümhuriyyət necə elan olundusa, 2023-cü ildə də Azərbaycan bütün ərazilərində süveren hüququ bərpa olundu. 2023-cü il oktyabrın 15-də Xankəndidə keçirilən parad mənə elə bir sevinc, qürur hissi verdi ki, onu təsvir edə bilmərəm – ömrüm boyu belə sevinc, qürur yaşamamışam. Bu, 104 ildən sonra böyük bir qürur idi - Xankəndidə parad 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətinin vaxtında keçirilmişdi. Mən istəmirəm ki, sosial vəziyyət, korrupsiya və rüşvətxorluq, hər hansı bir məmurun özbaşınalığı İlham Əliyevə bağlansın. Ona görə də təklif etmişdim ki, referendum keçirilsin, bu qalibiyyəti Azərbaycan xalqına bəxş edən bir Liderin yeri, ayrıca statusu təsbit olunsun. Mən bilmirəm hakimiyyət, Milli Məclis İlham Əliyevə nə verəcək? Lakin açıq şəkildə deyirəm ki, Ümid Partiyası hakimiyyətə nə vaxtsa gəlsə, Azərbaycanın ən ali ordenini İlham Əliyevə verəcək. Biz qəhramanlarımızın qədrini bilməsək, bu millət üçün qəhramanlıq edən insanlar olmayacaq.
2024-02-09
830,723
Bayramov Gürcüstanın yeni XİN başçısı ilə danışdı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstanın yenidən təyin edilmiş xarici işlər naziri İliya Darçiaşvili arasında telefon danışığı olub. Azərbaycan Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, C.Bayramov Gürcüstanın yeni qurulmuş hökumətində yenidən xarici işlər naziri təyin edilməsi münasibətilə həmkarını təbrik edib və ona bu şərəfli vəzifəsində uğurlar arzulayıb. Tərəflər iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyətini və gələcəkdə bu əlaqələrin daha da inkişafı istiqamətində mövcud planlar və perspektivləri müzakirə ediblər. Nazirlər həmçinin regional məsələləri və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparıblar.
2024-02-09
830,726
SOCAR adından edilən bu təkliflərə aldanmayın!
Son zamanlar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından istifadə olunaraq, maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, xüsusən investisiya yatırma imkanları, o cümlədən saxta istiqrazların alınması, işə düzəltmə və s. ilə bağlı müxtəlif təkliflər edilir. Bu cür dələduzluq halları müxtəlif internet kanalları, sosial media platformaları, mobil tətbiqlər, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir. Axar.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. "Ötən müddət ərzində görülən işlər, aparılan məlumatlandırma tədbirləri nəticəsində dələduzluq hallarının sayında kifayət qədər azalma müşahidə olunsa da, son həftələr bu tip saxta məlumatlarla (“feyk nyus”) bağlı kampaniyalarda yenidən aktivlik müşahidə olunur. SOCAR bu cür hallarla mübarizə məqsədilə müvafiq dövlət qurumları ilə birgə səmərəli fəaliyyət həyata keçirir. İctimaiyyəti mütəmadi olaraq məlumatlandırmaq məqsədilə hazırlanan informasiyalar ölkəmizin media resurslarında dərc olunur. Eyni zamanda, SOCAR-ın sosial şəbəkə hesablarında dələduzluq hallarına qarşı təbliğat aparılır. SOCAR-a bu məsələ ilə bağlı vətəndaşlardan telefon, elektron poçt, sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlər, həmçinin sosial şəbəkələrin monitorinqi zamanı müəyyən edilən faktlar toplanaraq Daxili İşlər Nazirliyinə təqdim olunur. Məsələ ilə bağlı vətəndaşlar tərəfindən SOCAR-a edilən müraciətlər dərhal cavablandırılır, dələduzluq halları ilə bağlı ətraflı məlumat verilir, ayıq-sayıq olmaları tövsiyə edilir. Ötən müddət ərzində məsələ ilə bağlı SOCAR tərəfindən 60-dan çox vətəndaş müraciəti cavablandırılıb. Aparılan araşdırmalar və müraciətlər nəticəsində vətəndaşlara edilən zənglərin əsasən, müxtəlif xarici ölkələrin mobil operatorlarına məxsus nömrələr vasitəsilə edildiyi müəyyən edilib. Eyni zamanda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə edilən əməkdaşlıq nəticəsində SOCAR adından saxta investisiya kampaniyaları ilə bağlı mobil tətbiqlərin silinməsinə nail olunub. Bu istiqamətdə iş mütəmadi olaraq davam etdirilir. Vətəndaşlarımızı heç bir əsası olmayan bu cür məlumatlara inanmamağa, bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır, yalnız rəsmi mənbələrdə yer alan informasiyalara istinad olunmasını xahiş edirik. Eyni zamanda, vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələri və məlumatları [email protected] ünvanına göndərmələri xahiş olunur. Sonda vətəndaşları aldadıb, etibarından sui-istifadə edib, onların əmlakını, əmlak hüquqlarını və fərdi məlumatlarını ələ keçirən, SOCAR-ın işgüzar nüfuzuna zərər vuran şəxslərin diqqətinə bir daha çatdırırıq ki, qeyd edilən əməllər, onları törədən şəxslərin məsuliyyətə cəlb olunması və cəzalandırılması üçün əsas yaradır", - açıqlamada qeyd olunub.