date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-07
830,003
Moskvada səs verənlərin sayı... - Səfir
Moskvada keçiriləcək Azərbaycan prezident seçkisində 2,5 mindən çox azərbaycanlı səs vermək istədiyini bildirib. Axar.az xəbər verir ki, bunu Azərbaycanın Moskvadakı səfiri Polad Bülbüloğlu deyib. Səfir vurğulayıb ki, Moskvada iki səsvermə məntəqəsi açılıb. Qeyd edək ki, səfir artıq seçki məntəqəsində də səs verib.
2024-02-07
830,004
“Braqa”-“Qarabağ” oyununun biletləri satışda
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Portuqaliya təmsilçisi “Braqa” ilə Azərbaycan çempionu “Qarabağ” arasında keçiriləcək ilk oyunun biletləri bu gün satışa çıxarılıb. Axar.az xəbər verir ki, biletlərin qiyməti sektorlardan asılı olaraq 3,5-40 avro aralığında dəyişir. Qeyd edək ki, "Braqa"-"Qarabağ" matçı fevralın 15-də "Braga Municipial" stadionunda Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Tərəflər arasında cavab görüşü isə fevralın 22-də Bakıda baş tutacaq.
2024-02-07
830,009
Kimə səs verəcəyim məlumdur - Ramiz Mehdiyev
Hələ ki, prezident seçkisində səs verməmişəm. Axar.az xəbər verir ki, bunu Unikal-a açıqlamasında Prezident Administrasiyasının və Azərbaycan Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyev deyib. O qeyd edib ki, bir qədər sonra məntəqəyə gedərək səsvermə hüququndan istifadə edəcək: "Mən mütləq seçkidə iştirak etməliyəm. Kimə səs verəcəyim isə məlumdur", - deyə o bildirib.
2024-02-07
830,013
Simonyan: Himni oğurlamışıq, sərhədi bizə kimsə çəkib...
Həmkarlarımızın nədən danışdığımızı başa düşməməsi və Ermənistanın marionet dövlət olduğunu deməsi çox təəssüf doğurur. Məncə, İrəvan ilk dəfədir ki, müstəqil hərəkət edir. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. “Son 30 ildə Ermənistan ilk dəfə dövlətə çevrilib və dövlətçiliyin əsaslarını qoyur. Məsələn, deyə bilərik ki, himni italyan qızından almışıq, başqa bir şeyi Sovet İttifaqından götürmüşük, sərhədi bizə kimsə çəkib deyib ki, burada oturacaqsan, oğurlayacaqsan, uşaqlarını əsgərlikdən qaçıracaqsan, saraylar tikəcəksən, qarnını otaracaqsan. Düşmən qəfil hücuma keçsə, bizə zəng et, bir az fikirləşəcəyik: bizim üçün sərfəlidirsə, səni xilas edəcəyik, olmasa, 100 il əvvəl olduğu kimi, yenə sövdələşmə obyektinə çevriləcəksən”, - o bildirib.
2024-02-07
830,015
Mübariz İbrahimov hərbçi yoldaşları tərəfindən anıldı - Video
Torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib. Axar.az xəbər verir ki, mərasimlərdə Müdafiə Nazirliyinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər. Hərbi qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsinə ehtiram nümayiş etdiriblər. Anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Çıxış edənlər M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən, qəhrəmanımızın Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atmasından danışıblar. M.İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub. Həmçinin hərbi qulluqçularımız tərəfindən şəhidimizin doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də ziyarət olunub. Milli Qəhrəmanın ailə üzvləri M.İbrahimov haqqında xatirələrini bölüşüblər, şəhidlərə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Milli Qəhrəmanın doğum gününə həsr olunmuş mərasimlər çərçivəsində şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda musiqilər təqdim olunub.
2024-02-07
830,018
Bakıda temperatur 20 dərəcəyə yüksələcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
2024-02-07
830,022
Lebedev: Seçki böyük fəallıqla keçirilir
Azərbaycanda növbədənkənar prezident seçkisində səsvermə mütəşəkkil şəkildə və böyük fəallıqla keçirilir. Axar.az xəbər verir ki, bunu MDB Baş katibi Sergey Lebedev deyib. Lebedev onu da qeyd edib ki, Azərbaycan və Ermənistan sülhə doğru irəliləyir: “Müqaviləni imzalamaq üçün müraciətlər uğur qazanarsa, şad olarıq”.
2024-02-07
830,024
İlham Əliyevdən seçki gününün sensasion aktı...
Heyrətamiz gedişdir: yəqin ki, çoxumuz İlham Əliyevin Şuşada səs verəcəyini gözləyirdik - qayət normal, proqnozlaşdırılan idi. Ancaq məhz Xankəndini seçməsi seçki gününün sensasion siyasi aktı oldu. İlham Əliyev müstəqillik tariximizdə ölkənin bütün ərazisini əhatə edən ilk seçkimizdə - 7 fevral 2024-cü il tarixində yox, tarixi günündə - onillərlə separatçı yuvasına çevrilən Xankəndi şəhərinə gedir, məhz separatçıların onillərlə qərargaha çevirdiyi iqamətgahdan səs verir – həm də ailə üzvləri ilə birgə: məhz bu şəhəri, məhz bu iqamətgahı arındırır, ora səsimizi, sözümüzü və bütövlüyümüzü götürür və bu şəhəri seçkilərin mərkəzinə çevirir; bütün nəzərləri Xankəndiyə yönəldir. Bu, yalnız ölkə daxilinə verdiyi mesaj deyil – baxmayaraq ki, sosial şəbəkələrdə bunu sevinclə, fərəhlə qarşılayanların sayı-hesabı yoxdur; xüsusilə Xankəndiyə köçməyi səbirsizliklə gözləyən xankəndililər “Prezident bizim şəhərdə səs verdi” deyə, qürurla paylaşım edir, şərhlər yazırlar – haqq edirlər, əcəb edirlər, onillərdən sonra sevinmək, qürurlanmaq ana südü kimi halal haqlarıdır! Ancaq bu, həm də dünyaya bir mesajdır, bütün beynəlxalq təşkilatlara Azərbaycanın ərazi bütövlüyünün rəsmiləşdirilməsinin, möhürlənməsinin, damğalanmasının elanıdır. Prezidentin səs verməsi üçün Xankəndini seçməsi, özünün dediyi kimi, 20 illik dövrə yekun vurmasının nümayişidir: 20 il əvvəl Qarabağın azadlığı üçün başlayan yol tam 20 ildən sonra Xankəndidə Prezidentin bütün ailə üzvləri ilə Azərbaycan Prezidentinə səs verməsi ilə yekunlaşdı! Prezidentin səs verməsi üçün Xankəndini seçməsi həm də yaxın milli hədəfə işarə, strategiya, 10 yanvar 2024-cü ildə elan edilən yol xəritəsinin real coğrafi koordinatının nümayişidir. İlham Əliyev artıq milli strategiyanın yeni hədəflərinin siyasi “Baş planını” artıq hazırlayıb, bu gün tətbiqinə başladığını görüntülədi. Bu, həm də Azərbaycan xalqına bir subliminal mesaj, çağırışdır! Yeni dövrə bu gün qədəm qoyduq – Xankəndidən!..
2024-02-07
830,025
MEDİA-dan seçkilərlə bağlı açıqlama
Növbədənkənar Azərbaycan Prezidenti seçkilərində jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması ilə bağlı Medianın İnkişafı Agentliyi tərəfindən dəfələrlə açıqlamalar verilməsinə baxmayaraq, bəzi ekspertlər səviyyəsində ictimai rəyi yanlış istiqamətə yönləndirmək cəhdləri müşahidə olunmaqdadır. Bu barədə Axar.az-a agentlikdən məlumat verilib. "Bu kimi əsassız iddialara cavab olaraq bir daha bildiririk ki, səsvermə günü istənilən jurnalist yalnız çalışdığı media subyektinin vəsiqəsini təqdim etməklə seçki məntəqələrində peşəkar fəaliyyətini yerinə yetirə bilər, jurnalistin informasiya əldə etmək hüququ heç bir halda məhdudlaşdırılmır. Xatırlatmaq istərdik ki, Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlərdə media subyektlərinin istər seçki prosesində şəffaflığın təmin edilməsində, istərsə də seçkiqabağı təşviqat mərhələsində və səsvermə günü öz peşə fəaliyyətlərini yerinə yetirərkən seçki qanunvericiliyinin tələblərinə dəqiqliklə riayət etməli olduqları bildirilib. Medianın İnkişafı Agentliyi seçki prosesini işıqlandıran media nümayəndələri ilə mütəmadi qarşılıqlı əlaqədədir və onların suallarını operativ qaydada cavablandırmaq üçün Mərkəzi Seçki Komissiyası ilə koordinasiyalı şəkildə fəaliyyət göstərir", - məlumatda qeyd olunub.
2024-02-07
830,027
İlk dəfədir seçkidə növbə gözlədim: təəccübləndim - Cəfərli
Az öncə gedib öz seçki bülletenimə sahib çıxdım, səs verdim. İlk dəfə idi ki, səs vermək üçün 15-20 dəqiqə növbə də gözlədim, seçici aktivliyi məni yaxşı mənada təəccübləndirdi və sevindirdi. Bəli, sevindirdi, çünki seçicilərin aktiv olması gələcək səsvermələr üçün çox vacibdir. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, ReAL İH üzvü Natiq Cəfərli qeyd edib. O bildirib ki, bugünkü seçki keçmişimiz, tariximizin gəlmiş-keçmiş ən böyük probleminin həlli haqqındadır: “Bu gün seçici aktivliyi də Qarabağ kontekstindədir”. N.Cəfərli bugünkü seçki aktivliyini parlament seçkilərinə də daşımaq lazım olduğunu vurğulayıb.
2024-02-07
830,029
Əli Nağıyevə ağır itki
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-polkovnik Əli Nağıyevə ağır itki üz verib. Axar.az Sfera.az-a istinadən xəbər verir ki, Ə.Nağıyevin anası Nazlı Nağıyeva bu gün vəfat edib.
2024-02-07
830,031
Pakistanda kamikadze hücumu: ölənlərin sayı artdı - Video
13:01 Pakistanda terror aktı törədilib. Axar.az xəbər verir ki, bu haqda Pakistan mediası məlumat yayılıb. İlkin məlumata görə, kamikadze partiyalardan birinin mənzil-qərargahının yaxınlığında özünü partladıb. Nəticədə 10 nəfər ölüb, 25 nəfər yaralanıb. *** Pakistanın Bəlucistan əyalətində ard-arda iki güclü partlayış baş verib. Bu barədə yerli KİV məlumat verib. Yayılan ilkin məlumata görə, partlayış nəticəsində 28 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. Lakin ölən və yaralıların sayının yüksələcəyi istisna edilmir. Qeyd edək ki, sabah Pakistanda milli və əyalət məclislərinə seçki keçiriləcək. Seçkidən sonra ölkədə yeni hökumət qurulacaq. Partlayışın seçki prosesinə müdaxilə məqsədi ilə törədildiyi istisna edilmir.
2024-02-07
830,033
Bəylər Eyyubov Şuşada səs verdi - Video
Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Eyyubov prezident seçkisində səsvermə hüququndan istifadə edib. Axar.az xəbər verir ki, Bəylər Eyyubov Şuşadakı seçki məntəqəsində səs verib. Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Prezident seçkisində 7 nəfərin namizədliyi qeydə alınıb. Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər. Seçkini izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir. Seçki bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.
2024-02-07
830,037
Bu, Azərbaycanın inkişafında mühüm amil olacaq
Azərbaycanda növbədənkənar prezident seçkiləri dövlətin irəliyə doğru inkişafını müəyyən edəcək. Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Səbail dairəsinin 7 saylı məntəqəsinə gələn Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) Baş direktoru İqor Korotçenko jurnalistlərə bildirib. "Növbədənkənar prezident seçkiləri bu gün Azərbaycanın həyatında çox mühüm hadisədir. Bu, dövlətin irəli hərəkətinin gələcək vektorunu təyin edəcək. Sözsüz ki, bu seçkilərin azad edilmiş ərazilər də daxil olmaqla, bütün Azərbaycan ərazisində ilk dəfə keçirilməsi mühüm amildir. Düşünürəm ki, Azərbaycan seçicilərinin yüksək fəallığı vətəndaş vətənpərvərliyi, öz ölkəsi üçün məsuliyyət hissinin təzahürüdür. Bütün bunlar Azərbaycanın inkişafında və irəliləməsində mühüm amil olacaqdır. Azərbaycan xalqının bu gün etdiyi seçim taleyüklüdür və hələ uzun illər davam edəcəkdir. Və hesab edirəm ki, biz burada beynəlxalq müşahidəçilər kimi, birinci növbədə, seçki komissiyaları üzvlərinin çox yüksək fəallığını, aydın işini, eyni zamanda, ümumilikdə Azərbaycan seçicilərinin böyük marağı və fəallığını görürük”, - o, qeyd edib. Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.
2024-02-07
830,040
Ukraynaya atılan 64 raketin 44-ü vuruldu
Fevralın 7-si səhər saatlarından bütün Ukrayna ərazisinə atılan 64 raket və müxtəlif tipli PUA-ların 44-ü məhv edilib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, Ukrayna ərazisinə 20 ədəd “Şahid” PUA-sı (15-i vurulub), 10 ədəd Tu-95MS strateji bombardmançı təyyarəsindən 29 ədəd X-101/X-555 qanadlı raketi (26-sı vurulub), Tu-22M3 bombardmançısından 4 ədəd X-22 qanadlı raketi, Qara dənizdən 3 ədəd “Kalibr” raketi (hamısı vurulub), 3 ədəd “İsgəndər” ballistik raketi, 5 ədəd S-300 idarəolunan zenit raketi atılıb.
2024-02-07
830,042
Husilər 13 “gey” haqda edam hökmü çıxardı
Yəməndə Husi məhkəməsi eynicinsli münasibətlərdə ittiham olunan 13 nəfər haqda edam hökmü çıxarıb. Axar.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb. Məlumata görə, husilərin nəzarətindəki İbb əyalətində keçirilən məhkəmədə homoseksual münasibət, nalayiq davranış, azğınlığa çağırış və əxlaqsız görüntülərin yayılması kimi bir sıra ittihamlarla 16 nəfər mühakimə edilib. Məhkəmənin hökmünə görə, 3 nəfər azadlıqdan məhrum edilib, qalanlar haqqında isə edam hökmü çıxarılıb.
2024-02-07
830,044
İsveç “Şimal axını” ilə bağlı araşdırmanı dayandırdı
İsveç rəsmi olaraq “Şimal axını” partlayışları ilə bağlı araşdırmanı dayandırdığını elan edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayılıb. “Buna səbəb şübhəlilərin hələ də müəyyən edilməməsi göstərilir”, - məlumatda deyilir. Qeyd edək ki, “Şimal axını”nda partlayışlar 2022-ci il sentyabrın 26-da baş verib. Rəsmi olaraq Almaniya, Danimarka və İsveç istintaqa cəlb edilib, lakin hələ də araşdırmanın nəticəsi yoxdur. Rusiyanın iş materialları ilə tanış olmasına icazə verilmir.
2024-02-07
830,047
İsveç SEPAH-a işləyən cütlüyü ölkədən qovdu
İsveçə miqrasiya etmiş iranlı cütlük SEPAH ilə əməkdaşlıq etmək və 3 yəhudi əsilli vətəndaşı öldürmək şübhəsilə ölkədən deportasiya edilib. Axar.az vəbər verir ki, bu barədə İsveç radiosu məlumat yayıb. Məlumata əsasən, Mehdi Ramazani və Fəriştə Sani Farid adlı iranlı cütlük “terror aktı üçün sui-qəsd” şübhəsi ilə İsveçdə həbs edilib. Lakin kifayət qədər dəlil olmadığından 8 aylıq həbsdən sonra onlar İrana qaytarılıb. Qeyd edək ki, iranlı cütlüyün üç hədəfindən birinin şəxsiyyəti müəyyən edilib. O, İsveçdəki yəhudi icmalarının rəsmi şurasının direktoru Aron Verştundiqdir.
2024-02-07
830,050
Antiterror tədbirləri zamanı çəkilmiş döyüş kadrları - Video
“Caliber” ilk dəfə olaraq 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi antiterror tədbirləri zamanı qeydə alınmış unikal kadrları nümayiş etdirib. Döyüşlərin baş verdiyi yer Ağdərə ərazisidir. Axar.az xəbər verir ki, görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. Videoda hərbçilərimizin bir-biri ilə necə mehriban ünsiyyət qurması, əsgərlərimizi birləşdirən qardaşlıq, doğmalıq hissi xüsusi diqqət çəkir. Həmçinin, döyüşün qızğın vaxtında şəhidlərimiz barədə məruzə edilən zaman hərbçilərimiz hər bir müsəlman və azərbaycanlı üçün müqəddəs olan ifadələri dilə gətirməyi unutmurlar. Beləliklə, Azərbaycanın müasir tarixinin qəhrəmanlıq salnaməsini yazan Vətən övladlarının görüntülərinə özünüz şahid olun:
2024-02-07
830,053
Bakıda olan ukraynalı deputat seçkilərdən danışdı
Azərbaycanda növbədənkənar prezident seçkiləri demokratiya və şəffaflıq normaları çərçivəsində keçirilir. Axar.az xəbər verir ki, bunu GUAM nümayəndə heyətinin tərkibində seçkiləri müşahidə etmək üçün Azərbaycana gələn Ukrayna Ali Radasının deputatı Mixail Papiyev deyib. “Biz artıq Sumqayıtdakı seçki məntəqələrində olmuşuq, indi Bakıdayıq. Müşahidələrimiz zamanı vətəndaşlarla əlaqə saxlamışıq, seçkilərlə bağlı hər hansı irad yoxdur. Hər şey demokratik normalar çərçivəsində həyata keçirilir”, - o vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda seçkilər beynəlxalq seçki standartlarına tam uyğundur.
2024-02-07
830,055
“Kütləvi qırğın silahı” məntiqi ilə... - Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanda mina qurbanlarının sayının artmasına diqqət çəkib. Axar.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib. “Azərbaycanın mina qurbanları artmaqda davam edir. Ermənistan 30 il davam edən işğalı zamanı Azərbaycan torpaqlarına milyonlarla mina basdırıb. Mina hadisələri ilə bağlı araşdırmalar göstərir ki, partlayışların əksəriyyəti keçmiş təmas xəttinin arxasında, xüsusən də, hərbi əhəmiyyəti olmayan ərazilərdə baş verir. Bu, mülki əhaliyə qarşı terror törətmək və onları öldürmək, geri qayıtmaq hüququndan məhrum etmək üçün “kütləvi qırğın silahı” məntiqi ilə minalardan qəsdən və fərq qoymadan istifadə olunmasının sübutudur”, - deyə H.Hacıyev bildirib.
2024-02-07
830,056
Böyük inkişaf dövrü başlayır - Kəmaləddin Heydərov
Seçki ab-havası çox yaxşıdır, seçici fəallığı həmişəkindən daha yüksəkdir. Çünki bu il elə bir ildir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün işğaldan azad olunmuş rayonlarımızda, o cümlədən Şuşada, Xankəndidə insanlarımız Azərbaycanın suverenliyinə, inkişafına səs verirlər. Axar.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov deyib. "Ona görə də əhalimiz böyük məmnuniyyətlə seçki məntəqələrinə gedir, öz namizədlərinə səs verirlər. Bundan sonrakı illərdə artıq böyük inkişaf illəri olacaq. İşğaldan azad olunmuş torpaqlarımızın, eləcə də ölkənin digər rayonlarının həm infrastruktur, həm də sənaye və digər iqtisadi sahədə inkişafına böyük yol açılıb. Bu mənada digər illərdən fərqli olaraq bu, möhtəşəm seçkidir", - nazir bildirib.
2024-02-07
830,059
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə danışdı
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının formalaşmış hökumətində yenidən təyin olunmuş baş nazirin müavini, xarici işlər naziri Murad Nurtleu arasında telefon danışığı baş tutub. XİN-dən Axar.az-a verilən məlumata görə, həmkarını Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə yenidən təyin edilməsi münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb. Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
2024-02-07
830,062
Seçkidə ciddi pozuntuya rast gəlməmişik - Abbaslı
Hazırda davam edən prezident seçkisində diqqət çəkən qanun pozuntusuna rast gəlinməyib. Bu sözləri Axar.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı prezident seçkiləri ilə bağlı müşahidələrini bölüşərkən deyib. “Seçkinin ümumi ab-havası barədə sosial şəbəkələrdə yayılan məlumatlara əsasən onu demək olar ki, insanlar seçkiyə gəlir və indiyə qədər olan xəbərlər normaldır. Hələ ki, ciddi diqqət çəkən bir qanun pozuntusuna rast gəlinməyib. Seçkinin bitməyinə isə bir neçə saat var və axıra qədər nələrin olub-olmayacağını bilmək olmaz”, - Tural Abbaslı bildirib.
2024-02-07
830,067
İran ABŞ gəmilərini vurmağa yardım edir – NBC
ABŞ-ın bölgədəki İrana bağlı silahlı qruplaşmaların mövqelərinə hücumlarına baxmayaraq, Tehran hökuməti proksi qüvvələrə silah-sursat və informasiya dəstəyini davam etdirir. Axar.az xəbər verir ki, bunu “NBC Nyus” ABŞ rəsmilərinə istinadən yazıb. Məlumata görə, Yəmən husiləri Amerika qüvvələrinin bölgədəki yerini müəyyənləşdirmək və Qırmızı dənizdəki ticarət gəmilərini daha dəqiq hədəfə ala bilmək üçün İranın kəşfiyyat dəstəyindən yararlanırlar. Son bir neçə ay ərzində Qırmızı dənizdə və Ədən körfəzində İran bayrağı altında üzən “Behşad” gəmisi elektron nəzarət avadanlığından istifadə edərək husilərə ticarət gəmiləri haqqında məlumat ötürür. Qeyd edək ki, Yəmən husilərinin lideri Əbdül Malik əl-Husi fevralın 6-da bəyanat yayaraq, Qəzzada müharibənin davam edəcəyi təqdirdə başçılıq etdiyi qruplaşmanın bölgədə hücumlarını gücləndirəcəyi ilə təhdid edib.
2024-02-07
830,070
Markov: Azərbaycandakı seçkidə sensasion nəticə olacaq
14:42 Azərbaycanda prezident seçkisində sensasion nəticə mümkündür. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. "Seçki fəallığının 80%-i keçəcəyi görünür. Səbəb cəmiyyətin qələbə ilə bağlı böyük ruh yüksəkliyidir. Qarabağ ilk dəfə bütün Azərbaycanla birlikdə səs verir", - o bildirib.
2024-02-07
830,071
Bu gün bayramdır, çünki... - Mikayıl Cabbarov
Bu gün 7 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov və ailəsi səs verib. Axar.az xəbər verir ki, Mikayıl Cabbarov səsvermədən sonra media nümayəndələrinin suallarını cavablandırıb. M.Cəbrayılov bildirib ki, bu gün bayram günüdür: “Çünki biz ölkəmizin müstəqillik tarixində ilk dəfə prezident seçkisini Azərbaycan Respublikasının bütün suveren ərazisində keçiririk. Hesab edirəm ki, ölkəmiz üçün böyük xoşbəxtlikdir. Ölkəmizin inkşafının yeni mərhələsidir”, - Cabbarov deyib.
2024-02-07
830,072
İran mediası prezident seçkilərindən nələr yazır?
İranın rəsmi və qeyri-rəsmi mediası bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri barədə materiallar dərc edirlər. Axar.az xəbər verir ki, materiallarda “Fars”, “Tasnim”, “Mehr” və başqa məşhur media orqanlarının seçkilərlə bağlı tərəfsiz mövqedən çıxış edib, yalnız rəsmi statistik məlumatları paylaşmaları diqqət çəkib. İran KİV İlham Əliyevin reytinq və nüfuzunun namizədliyini irəli sürən 6 rəqibindən fantastik dərəcədə çox olduğunu etiraf edib. “Bakının Qarabağ bölgəsinə nəzarəti bərpa etməsindən sonra İlham Əliyevin populyarlığı pik həddə çatıb”, - Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən “Fars” xəbər agentliyi qeyd edib. Bununla yanaşı, işğaldan azad edilmiş bölgələrdə ilk dəfə olaraq seçki məntəqələrinin yaradılması xüsusi vurğulanıb.
2024-02-07
830,075
98 yaşlı seçici heyrətə gətirdi - Video
Bakıda 98 yaşlı İkinci Dünya müharibəsi veteranı İsgəndər Vəliyev prezident seçkilərində səsvermə hüququndan istifadə edib. Axar.az xəbər verir ki, o, 36 saylı Xətai dairə seçki komissiyasının 16 saylı məntəqəsində səs verib. İ.Vəliyevə hərəkət məhdudiyyətli insanlar üçün yaradılan imkanlara uyğun olaraq ev şəraitində səs vermək təklif olunsa da, o, bundan imtina edib. Seçki məntəqəsinə gələrək səs verib. Onun yüksək əhval-ruhiyyə ilə səsvermədə iştirak etməsi ətrafda maraqla qarşılanıb, dediyi sözlər məntəqədəki insanlar tərəfindən alqışlanıb. Müharibə veteranı namizədlərdən İlham Əliyevi dəstəklədiyini açıqlayıb. Həmin görüntüləri təqdim edirik:
2024-02-07
830,077
Əhmədinejadın halı görənləri şoka saldı – Foto
İranın eks-prezidenti Mahmud Əhmədinejad Ruhulla Xomeyninin məzarını ziyarət edərkən kameralara tuş gəlib. Axar.az xəbər verir ki, görüntülərdə eks-prezidentin üzündəki dəri ləkələri, şişkinlik və gözlərinin altında qançırlar sosial media istifadəçilərinin diqqətini çəkib. Onun son görüntüləri çaşqınlıq və mübahisələrə yol açıb. İstifadəçilər onun xəstə olduğunu iddia ediblər.
2024-02-07
830,079
Yaxın aylarda daha bir seçki olacaq - Video
14:58 Azərbaycanda yaxın aylarda daha bir seçki keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə ReAL İH üzvü, iqtisadçı Natiq Cəfərli məlumat yayıb. O bildirib ki, ölkəmizdə parlament seçkiləri yaxın bir neçə ayda baş tutacaq. Qeyd edək ki, parlament seçkiləri 2020-ci ilin fevralında keçirilib və növbəti seçki 2025-ci ilin fevralında olmalıdır. Ancaq Azərbaycan qanunvericiliyinə görə, parlament seçkiləri noyabr ayının ilk həftəsinin çərşənbə günü keçirilməlidir. Bu isə o deməkdir ki, Milli Məclisə seçkilər gecikəcək. Qanunvericiliyə görə, seçkilər irəli çəkilə bilər, ancaq vaxtından gec keçirilə bilməz. 2024-cü ilin noyabrında seçkilərin keçirilməsi isə mümkünsüz görünür. Çünki bu il noyabrın 11-dən 24-nə qədər ölkəmizdə irimiqyaslı tədbir – COP29 baş tutacaq və Azərbaycana ən azı 80 min qonağın gələcəyi gözlənilir. Belə bir məqamda parlament seçkilərinin keçirilməsi əlavə problem yarada bilər. Buna görə də bir çox hüquqşünas parlament seçkilərinin yay aylarında keçiriləcəyini iddia edir.
2024-02-07
830,080
Medvedyev dünyanı təhdid etdi: Hər şeyə son!..
NATO ilə mümkün müharibə artilleriyadan istifadə etməklə səngərlərdə aparılmayacaq. Bu müharibədə Rusiya ballistik və qanadlı raketlərdən istifadə edəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Bu bizim hərbi doktrina sənədlərimizə əsaslanır və hamıya yaxşı məlumdur. Və bu, çox bədnam apokalipsisdir. Hər şeyə son!” - Medvedyev bildirib.
2024-02-07
830,081
AB Usmanovun iddiasını rədd etdi
AB-nin ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi milyarder Əlişir Usmanovun adının sanksiya siyahısından çıxarılması ilə bağlı iddianı rədd edib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qeyd edək ki, Usmanov 2022-ci ilin martında Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən qısa müddət sonra AB-nin sanksiyalar siyahısına əlavə edilib.
2024-02-07
830,082
Onlara silahı biz göndəririk – İran təsdiqlədi
HƏMAS-a silahı biz göndəririk. Axar.az xəbər verir ki, bu sözləri İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani NBC kanalına müsahibəsində deyib. “Fələstinə gəlincə, biz onlara silah göndəririk, onları öyrədirik və onlara güc veririk”, - o vurğulayıb. Buna baxmayaraq, İrəvani Tehranın husilərə silah göndərdiyini təkzib edib.
2024-02-07
830,084
Seçki ilə bağlı yayılan video həqiqəti əks etdirmir - Rəsmi
Bu gün bir sıra sosial media platformalarında 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində növbədənkənar prezident seçkiləri ilə bağlı seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video yayılıb. Axar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə yaydığı açıqlamada bildirilir. "Video manipulyasiya məqsədi ilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır. Araşdırmalar zamanı bu videonun 2019-cu il sentyabrın 8-də başqa bir ölkədə çəkildiyi müəyyən edilib. Son illər bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən saxta xəbərlərə qarşı respublikamızda da müvafiq qurumlar mübarizə və geniş maarifləndirmə işləri aparır. Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa çağırırıq. Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - deyə məlumatda qeyd olunub.
2024-02-07
830,085
Oğuzda 102 yaşlı seçici səs verdi
Oğuzda 102 yaşlı seçici növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib. Axar.az xəbər verir ki, bu barədə 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsinin sədri Rəsul Cəfərov məlumat verib. Onun sözlərinə görə, Oğuzun Bayan kəndində yaşayan 1922-ci il təvəllüdlü Gülnaz İsmayılovanın evinə daşınan seçki qutusu aparılıb və yaşlı seçici səs verib. Dairə sədri bildirib ki, ümumi olaraq dairə üzrə 54 513 nəfər seçici siyahısında qeydiyyata alınıb və onlar 63 məntəqədə səs verəcəklər: "Ümumilikdə 3 903 nəfər ilk dəfə səsvermədə iştirak edir. 8 məntəqədə veb-kamera, 4 məntəqədə isə panduslar quraşdırılıb. Dairə üzrə seçkini 774 müşahidəçi izləyir".
2024-02-07
830,087
ATƏT müşahidəçiləri Xankəndidə səsverməni izlədi
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidəçiləri Xankəndi şəhərində yerləşən seçki məntəqəsində səsvermə prosesini izləyiblər. Axar.az xəbər verir ki, müşahidəçilər 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsində olublar. Onlara seçki prosesi barədə məlumat verilib.
2024-02-07
830,090
Prezidentin bu videosunu qürur hissi ilə izlədim - VHP sədri
Mən və ailəm seçkidə iştirak etdik, Nərimanov rayonu ərazisində olan seçki məntəqəsində səs verdik, seçicilər və müşahidəçilərlə də görüşüb, söhbətləşmək fürsətimiz oldu. Bu sözləri Axar.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bu gün keçirilən prezident seçkiləri ilə bağlı fikirlərini bölüşərkən deyib. “Seçici fəallığı çox yüksəkdir. Müşahidəçi və seçki komissiyası üzvləri seçkinin şəffaf və qanunvericilik çərçivəsində keçirilməsinə nəzarət edir. Bugünkü seçkinin ən gözəl tərəflərindən biri də işğaldan azad olunan bütün bölgələrimizdə səsvermə məntəqələrinin yaradılmasıdır. Bu gün Prezidentimizin və ailəsinin Xankəndidə səs verməsi videosunu qürur hissi ilə izlədim. Xankəndidə Azərbaycan Prezidentinin səs verməsi 35 ilin ən böyük hadisələrindən biridir”. VHP sədri əlavə edib ki, partiya üzvləri həm seçki komissiyalarında təmsil olunur, həm də müşahidəçi kimi seçkiləri izləyirlər: “Respublikanın demək olar ki, bütün bölgələrində bizim nümayəndələrimiz və müşahidəçilərimiz var. Seçkinin heç bir narahatlıq olmadan keçdiyini əminliklə deyə bilərik”.
2024-02-07
830,093
Məzahir Pənahov səs verdi
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərində səsvermədə iştirak edib. Axar.az xəbər verir ki, MSK sədri fevralın 7-də 21 saylı Nəsimi-Binəqədi seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. Həmin seçki məntəqəsində 1317 seçici qeydiyyatdadır. Məntəqədə seçicilərin fəallığı müşahidə edilir.
2024-02-07
830,094
Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlandı
16:03 Azad olunmuş ərazilərdə seçici fəallığı açıqlanıb. Axar.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. O bildirib ki, 15.00-a qədər seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 68,17 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 69 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 70,25 faiz, 121 saylı Laçın Seçki Dairəsində 70,97 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 65,78 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 62,12 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 63,82 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 71,25 faiz olub. *** Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, azad olunmuş ərazilərdə yekun seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 78,64 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 48,25 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 76,55 faiz, 121 saylı Laçın Seçki Dairəsində 79,7 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 83,28 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 80,57 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 79,58 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 78,86 faiz olub.
2024-02-07
830,098
“Qarabağ” Almeyda ilə bağlı qərarını verdi
“Qarabağ” Riçard Almeyda ilə bağlı qərarını verib. Axar.az Bizim.Media-ya istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti artırılmayacaq. Futbolçu növbəti mövsüm üçün məşqçilər korpusunun planlarına daxil deyil. Qeyd edək ki, Riçard Almeyda 2012-ci ildən “Qarabağ”da çıxış edir. O, əvvəl klubdan ayrılsa da, sonradan Ağdam təmsilçisinin sıralarına qayıdıb.
2024-02-07
830,099
Əliyev bu gün ermənipərəst mərkəzlərə mesaj verdi
İndiyədək proqnozların çoxu bundan ibarət idi ki, cənab Prezident ailəsi birlikdə Şuşada səs verəcək, amma o, Xankəndini seçdi. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Xankəndidə səs verməsinə münasibətində deyib. “Əlbəttə ki, İlham Əliyevin Xankəndidə səs verməsi çox mühüm bir mesajdır. Cənab Prezident hələ də qələbimizi həzm etmək istəməyən ermənipərəst mərkəzlərə bu gün bir daha göstərdi ki, Xankəndi Azərbaycan şəhəridir, bu məsələdə heç kimə heç bir güzəşt ola bilməz”, - E.Şahinoğlu bildirib.
2024-02-07
830,101
Əlisəmid 70 yaşından danışdı: O qədər xoşbəxtəm ki…
Bu gün tanınmış şair Əlisəmid Kürün 70 yaşı tamam olur. Bu münasibətlə şairin Kult.az-a “qaçaraq” müsahibəsini təqdim edirik: - Əlisəmid müəllim, 70 yaşda özünüzü necə hiss edirsiniz? Heç düşünürdünüz ki, bu yaşa gəlib çatacaqsınız? - Deyəsən, bir az çox yaşadım (gülür). Amma yaxşıyam, özümü hələ bu qədər xoşbəxt hiss etməmişəm. Çox böyük fəxrlə deyirəm ki, mən xoşbəxt bir şairəm! - Nədir bu qədər xoşbəxtliyin səbəbi? - Səbəblər çoxdur. Məsələn, artıq suverenliyi bərpa olunan, bütöv bir Azərbaycanda yaşayıram. - Yubileyiniz prezident seçkiləri ilə də eyni günə düşdü... - Bəli, milyonda bir qismətdi. Bunun üçün ayrıca xoşbəxtəm. “Poeziya günləri”ndə bir nəfər mənə yaxınlaşıb dedi ki, Əlisəmid müəllim, Şuşaya xoş gəlmisiniz! İnanın, gözlərim doldu. Şuşada bu sözü eşitmək başqa hiss idi. Mən bu məmləkəti sevən adamam. Cəhbəsində - ən ağır döyüşlərində də olmuşam. “Öpdüm Prezidentin göz yaşlarından, öpdüm əsgər çəkmələrindən” yazan adamam. Prezident gözləri dolanda televizoru qucaqlamışdım. Nə gözəl ki, artıq bütöv Vətənimiz var. - Əlisəmid müəllim, sizin həm də bir dəli-dolu obrazınız var. Xüsusi ilə bu yaşda bu obraz sizi narahat eləmir ki? - Yox, qətiyyən narahat deyiləm. Bu da mənim qismətim, taleyimdir. Hər şey gözəldi, gözəl də olacaq. - Yubileyinizi necə qeyd edəcəksiniz? - Bu gün seçkilərdir, bütövlük günümüzdür, ona görə ad gününü ertələdim. Elan da yazmışam ki, dostlar həftə sonuna hazırlaşsınlar.
2024-02-07
830,106
ABŞ və İsrail HƏMAS liderlərini bu ölkəyə sürgün etmək istəyir
ABŞ və İsrail HƏMAS üzvlərinin sürgün edilməsi planını müzakirə edir. Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post”da yayımlanan məqalədə bildirilib. Məlumata görə, bu plan Yəhya Sinvar və Məhəmməd Deif kimi HƏMAS-ın əsas simalarına yönəlib. Əgər İsrail bu şəxslərə ölkədən çıxışa icazə verərsə, bunun müqabilində HƏMAS-ın əlində olan bütün israilli əsirləri azad edəcəyi gözlənilir. Həmçinin 2 həftə əvvəl Fransanın “Le Monde” qəzeti də Səudiyyənin Qəzzadakı müharibəyə son qoyacaq kompromisdə iştirak etdiyini vurğulayıb. Qəzetin iddiasına əsasən, HƏMAS-ın hərbi liderlərinin xaricə, xüsusən də Əlcəzairə getməsinə izn veriləcəyi nəzərdə tutulur. Son qapalı müzakirələrdə Baş nazir Benyamin Netanyahunun bu planı İsrail üçün çox əlverişli variant, sürgünün nəticəsinin isə HƏMAS rəhbərlərinin sonu olduğunu düşündüyü bildirilib.
2024-02-07
830,110
Nazirlikdən erməni iddialarına cavab
Ölkədə internetlə əlaqədar heç bir çətinlik yoxdur və xidmət ən yüksək səviyyədə təmin olunur. Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) məlumat yayıb. Nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkədə yüksəksürətli internetin təmin edilməsi üçün müvafiq işlər planlı şəkildə davam etdirilir. Görülən işlərin nəticəsidir ki, ümumilikdə internet xidmətinin təminatı istiqamətində heç bir çətinliklər müşahidə olunmur. Bu gün nazirliyin aidiyyəti qurumları əhalinin müvafiq xidmətlərlə, o cümlədən internetlə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Qeyd edək ki, bu gün ermənidilli seqmentə məxsus bəzi sosial şəbəkələrdə Azərbaycanda bir neçə seçki məntəqəsində internetin verilişində problem yarandığına dair iddialar yayılıb.
2024-02-07
830,112
Əliyevin bu addımı erməni mediasına bomba kimi düşdü
Prezident İlham Əliyevin ailəsi ilə birgə prezident seçkilərində səs vermək üçün Xankəndini seçməsi ölkə xaricində də ciddi əks-səda doğurub. Axar.az xəbər verir ki, xüsusilə erməni mediası İlham Əliyevin Xankəndidə səs verməsini əks etdirən görüntüləri məğlubiyyətlərinin simvolu kimi yanaşdıqlarını gizlətməyiblər. Erməni mediası yazır ki, İlham Əliyevin bu addımı “düşünülmüş və planlaşdırılmış” gedişdir: “Bu, təkəbbürlü şücaətin növbəti nümayişidir”.
2024-02-07
830,113
Cahangir Novruzov və Azərin Türkiyədə səs verdi
Türkiyədə yaşayan azərbaycanlı sənətçilər növbədənkənar prezident seçkilərində səsvermə hüququndan aktiv şəkildə istifadə ediblər. Kult.az Report-a istinadən xəbər verir ki, Azərbaycanın xalq artisti, Adana Çukurova Dövlət Universitetinin professoru Cahangir Novruzov Ankaradakı səfirlikdə qurulan 46 saylı seçki məntəqəsində səs verib. Xalq artisti açıqlamasında seçki prosesini Azərbaycan xalqı üçün önəmli və tarixi gün adlandırıb. "Azərbaycan torpaqları 30 illik əsarətdən xilas oldu. Bu gün xalqımız kimə səs verəcəyini çox gözəl bilir. Türkiyədə hər zaman seçici fəallığı olub, amma bu dəfə seçici aktivliyi daha yüksəkdir. Xalqımız üçün xeyirli və ədalətli bir seçim olacağına əminəm", - C.Novruzov əlavə edib. TRT-nin Ankara radiosu xorunun bədii rəhbəri və dirijoru, Azərbaycanın xalq artisti Elnarə Kərimova da Türkiyədə təşkil edilən seçki prosesindən razılığını ifadə edib. Sənətkar deyib ki, seçki prosesi rahat və demokratik şəraitdə keçir: “Hər kəs öz iradəsi ilə səs verir, Azərbaycan xalqına xeyirli, uğurlu olsun. İnanıram ki, xalqımız doğru seçim edəcək”. Azərbaycanın xalq artisti Azərin seçki prosesi ilə bağlı təəssüratını bölüşüb. Müğənni deyib ki, vətəndaş olaraq neçə illərdir prezident seçkiləri ilə əlaqədar Türkiyədə səsvermədə iştirak edir. “Hər dəfə də seçki prosesinə qatılanda görürəm ki, vətəndaşlarımız seçkiyə yüksək ovqatda gəlir, bu dəfə də elə oldu, amma bir fərq vardı, indi seçicilər daha qürurlu idi və bundan mən də qürur hissi keçirdim”, - deyə müğənni bildirib.
2024-02-07
830,115
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabah ölkə ərazisində güclü külək əsəcək. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fevralın 8-dən 9-dək cənub-qərb küləyinin 15-18 m/s, gecə və axşam arabir 20 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında fevralın 8-dən 9-u səhərədək qərb küləyinin bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.
2024-02-07
830,117
Husilərin hücumu Avropanı qazsız qoyacaq
Husilərin Avropaya gedən əsas enerji ticarət yollarından biri olan Qırmızı dənizdə gəmilərə hücumu davam edərsə, AB ölkələri qazsız qalma riski ilə üzləşəcək. Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb. “Avropa Birliyi Rusiyadan qaz tədarükünün dayandırılması nəticəsində yaranan enerji böhranından hələ də çıxa bilməyib. Avropa indi zavodları işə salmaq, elektrik enerjisi istehsal etmək və evləri isitmək üçün dəniz yolu ilə idxal edilən təbii qazdan çox asılıdır. Ötən il Avropaya qazın 12,9%-i Qırmızı dəniz vasitəsilə çatdırılıb”, - məlumatda qeyd olunub.
2024-02-07
830,119
QHT və vətəndaş cəmiyyətinin nümayəndələri seçkini izləyir
Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə prosesi davam edir. Axar.az xəbər verir ki, seçki prosesini izləmək üçün ümumilikdə 90 mindən çox müşahidəçi qeydiyyatdan keçib. Onların arasında rekord sayda qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələri təmsil olunur. Məlumata görə, bu gün seçki prosesini 83 QHT-nin 7000-ə yaxın müşahidəçisi izləyir. Qeydə alınan bu göstərici ötən prezident seçkiləri ilə müqayisədə QHT-lərdən olan ümumrespublika müşahidəçilərinin sayının təxminən 4 dəfə artdığını göstərir. Həmçinin bir neçə QHT-nin koalisiyalarda birləşərək seçkiləri müşahidə etdiyi bildirilir. Bunlar “Mənim səsim” Seçki Monitorinq Koalisiyası, “Sivil Toplum Monitorinq Koalisiyası”, “Seçki Müşahidə və Təhlil Qrupu Koaliyası”dır. Qeyd edək ki, növbədənkənar prezident seçkilərində hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir.
2024-02-07
830,120
714-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 714-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 569 təyyarəsi, 265 helikopteri, 11 967 PUA-sı, 462 zenit-raket kompleksi, 14 932 tank və digər zirehli texnikası, 1 217 reaktiv yaylım atəş sistemi, 7 985 artilleriya və minaatanı, 18 349 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-07
830,122
Dünya əvvəlki kimi deyil, AB regionumuzdadır - Paşinyan
Gürcüstanın AB üzvlüyünə namizəd statusu alması Cənubi Qafqazdakı reallıqları dəyişir. AB regionda görünür. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Qlobal dünya beş-altı il əvvəlki kimi deyil. Artıq heç bir subyektlə münasibətlərimiz əvvəlki kimi deyil, bölgəmiz də, mühüm reallıqlar da dəyişib. Bu reallıqlardan biri də Gürcüstanın Avropa Birliyinə namizəd üzv statusu almasıdır ki, bu da regiona obyektiv təsir göstərir. Qonşularımızdan ikisinin - Gürcüstan və Türkiyənin AB üzvlüyünə namizəd statusu var. AB əslində bizim regionumuzdadır. Bu baxımdan mən Gürcüstanla strateji dialoqun başlanmasına önəm verirəm”, - Paşinyan bildirib.
2024-02-07
830,126
Məntəqə sədri seçki günü öldü - Foto
Mingəçevirdə seçki məntəqəsinin sədri dünyasını dəyişib. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında 33 saylı seçki məntəqəsində baş verib. Belə ki, məntəqə sədri və 14 saylı Körpələr Evi uşaq bağçasının müdiri 1961-ci il təvəllüdlü Kəmalə Məmməd qızı Əsgərovanın ürək tutmasından halı qəfil pisləşib. Bütün cəhdlərə baxmayaraq, bir müddət sonra o keçinib.
2024-02-07
830,128
Blinken Netanyahu ilə görüşdü
Qüdsdə səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Axar.az xəbər verir ki, məlumatı İsrail Baş nazirinin Ofisi yayıb. Məlumata görə, tərəflər arasında öncə təkbətək görüşü keçirilib. Daha sonra geniş tərkibli görüş baş tutub.
2024-02-07
830,132
Seçicilərin necə növbəyə durduğunu görürəm
Azərbaycanda növbədənkənar prezident seçkiləri qüsursuz təşkil olunub. Axar.az Report-a istinadən xəbər verir ki, bunu prezident seçkilərini müşahidə edən rusiyalı siyasi ekspert Yevgeni Mixaylov deyib. “Mən indi Bakıdayam və vətəndaşların seçki məntəqələrində necə növbələrə durduğunun şahidi olmuşam. Hər yerdə nizam-intizam var. Təhlükəsizlik tədbirləri çox yaxşı şəkildə təşkil olunub, hər şeyi izləyən çoxlu polis əməkdaşları var. Seçkilərin təşkili baxımından hər şey tam qüsursuz həyata keçirilib”, - o qeyd edib. “Azərbaycan xalqı başa düşür ki, qlobal dəyişikliklərin belə çətin dövründə ölkəyə rəhbərlik edəcək şəxsin seçilməsi son dərəcə böyük məsuliyyətdir. Buna görə Azərbaycan əhalisi fəal şəkildə seçkilərdə iştirak edir”, - Y.Mixaylov vurğulayıb.
2024-02-07
830,134
Rövnəq Abdullayev Parisə niyə getməyib?
Sabah - fevralın 8-də Fransanın paytaxtı Parisdə UEFA Milətlər Liqasının 2024/2025-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək. Axar.az Publika.az-a istinadən xəbər verir ki, tədbirdə AFFA-nın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər. Qurumun prezidenti Rövnəq Abdullayev isə mərasimə qatılmayacaq. Püşkatma mərasimi yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 21:00) başlayacaq.
2024-02-07
830,136
ABŞ-la müzakirə masasına qayıtmalıyıq - İraq
İraq və ABŞ koalisiya qüvvələrinin ölkədəki gələcəyi ilə bağlı danışıqlar masasına yenidən qayıtmalıdır. Axar.az xəbər verir ki, bu barədə İraq xarici işlər naziri Fuad Hüseyn ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı deyib. “Bağdad bu hücumlara qarşıdır. İraq rəqib ölkələr arasında hesablaşma meydanına çevrilməməlidir”, - o bildirib. Qeyd edək ki, iki ölkə arasında danışıqlar yanvarın sonundan başlasa da, ABŞ-ın İordaniyadakı bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçinin ölümündən sonra təmaslar dayandırılıb.
2024-02-07
830,138
Müstəqil sığorta ekspertinin fəaliyyətinə dair tələblər
Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”i təsdiq edib. Axar.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləcə də müstəqil ekspertlərin hesabatlılığına dair tələblər müəyyənləşib. Müstəqil ekspert fəaliyyəti ilə bağlı AMB-yə rüblük hesabatlar təqdim edəcək. Həm fiziki, həm də hüquqi şəxs müstəqil ekspertlərin hesabatları rüb başa çatdıqdan sonra 20 gün müddətində elektron imza ilə təsdiq edilərək təqdim olunacaq. AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
2024-02-07
830,139
Ukrayna üçün hər şeyi etdik, imkanlar tükənib - Almaniya
Almaniyanın Ukraynaya dəstək imkanları tükənib. Axar.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi bildirib. “Dəstək maksimum həddə çatıb. Əlavə sazişlər bağlaya bilərik, lakin bu gün üçün mümkün olan hər şeyi etmişik”, - məlumatda qeyd olunub.
2024-02-07
830,140
Türkiyənin ilk kosmonavtının Yerə qayıdışı başladı
Türkiyənin ilk kosmonavtı Alpər Gezeravcının kosmosdan Yer kürəsinə qayıdışı başlayıb. Axar.az xəbər verir ki, onun təxminən 48 saat sonra Yer kürəsinə çatacağı planlaşdırılır. Qeyd edək ki, A.Gezeravcının kosmosa səyahəti yanvarın 19-da başlayıb. Kosmonavtın dünyaya qayıdışı əlverişsiz hava şəraiti səbəbindən üç dəfə təxirə salınıb.
2024-02-07
830,141
Bütün ölkə üzrə səsvermə başa çatdı
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatıb. Axar.az xəbər verir ki, səhər saat 08.00-da açılan bütün seçki məntəqələri bağlanıb. Beynəlxalq və yerli müşahidəçilərin iştirakı ilə bülletenlərin sayılmasına başlanılacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) saat 17:00-a olan məlumatına görə, respublika üzrə 4 milyon 590 min 75 nəfər səs verib. Seçici fəallığı 70,85 faiz olub. MSK sədri Məzahir Pənahov bildirib ki, saat 21:00-da ilkin nəticələrin elan edilməsi nəzərdə tutulur. Məlumat üçün bildirək ki, seçkilərə yekun vurulduqdan sonra protokollar hazırlanır. Bundan sonra seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə göndərilir. Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var. Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir. Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
2024-02-07
830,143
QAİ-dən Marukyanın seçkilərlə bağlı sözlərinə reaksiya
Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyan Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı savadsız, sarsaq və təxribatçı açıqlama vermişdir. Axar.az xəbər verir ki, bu sözlər Qərbi Azərbaycan İcmasının Ermənistan XİN rəsmisi Edmond Marukyanın Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqlaması barədə yaydığı bəyanatda əksini tapıb. "Sovet dövründə bolşevik Şaumyana görə adı dəyişdirilmiş şəhərin yenidən qanuni şəkildə Xankəndi adlandırılmasına irad tutmağa çalışan Ermənistan rəsmisi öz ölkəsinin ərazisində ədalətsizcəsinə dəyişdirilmiş yüzlərlə Azərbaycan toponiminin bərpası haqqında danışmalıdır. Azərbaycanı etnik təmizləmə aparmaqda ittiham etməyə çalışan Marukyanın diqqətinə çatdırmaq istərdik ki, əsl etnik təmizləməni Ermənistan hökuməti Göyçədə, Zəngəzurda, Dərələyəzdə, İrəvanda və digər yerlərdə edib. Qərbi Azərbaycan İcması tarixi ədalətin tam bərqərar olacağına – Ermənistandan qovulmuş azərbaycanlıların dinc şəkildə, ləyaqətlə və təhlükəsiz şəkildə öz evlərinə qayıdacaqlarına inanır. Yalandan tez-tez sülhdən danışan Ermənistan hakimiyyəti Vardan Oskanyan, Arman Tatoyan, Artak Beqlaryan ağlında olan E.Marukyan kimi “diplomatlar”ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoymalı və Qərbi azərbaycanlıların qayıdışlarına şərait yaratmalıdır", - bəyanatda qeyd edilib.
2024-02-07
830,147
Poroşenkodan Zelenskiyə: Öz ofisindən başla!
Mən Zelenskinin hakimiyyəti yenidən qurmaq təşəbbüsünü dəstəkləmək istərdim. Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Teleqram hesabında yazıb. "Bütün dövlət qurumlarını - ilk növbədə Prezident Ofisini (eks-prezident) Yanukoviçin komandasının, (Yanukoviçin müşaviri olmuş Andrey) Partnovun əlaltılarından - təmizləmək lazımdır. Özünüzdən başlayın, Zalujnının yaxasını buraxın”, - o bildirib.
2024-02-07
830,150
ABŞ bu müqavilələri dayandırmaqla özünü nüfuzdan salır
ABŞ xaricdə yeni LNG müqavilələrinin təsdiqini dayandırmaqla özünü tədarükçü kimi nüfuzdan salır. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. Vaşinqtonun xaricə LNG ixracı üçün yeni müqavilələrin təsdiqini dayandırması ilə bağlı vəziyyəti şərh edən Zaxarova brifinqdə deyib: “Əslində, ABŞ Avropaya çox ehtiyac duyulan enerji resurslarının etibarlı təchizatçısı kimi özünü nüfuzdan salır". Zaxarova qeyd edib ki, Qərbi avropalıları Rusiyanın enerji resurslarından imtina etməyə və yerli istehsalçılarla uzunmüddətli müqavilələr bağlamağa məcbur edən Vaşinqton onlara təbii qazın fasiləsiz daşınmasına zəmanət verə bilməz. Onun sözlərinə görə, bunu xammal çatışmazlığı səbəbindən Avropa şirkətlərinin Amerika LNG ixracatçılarına qarşı qaldırdıqları bir sıra iddialar sübut edir.
2024-02-07
830,153
ABŞ "ekzit-poll"u prezident seçkilərinin nəticələrini açıqladı
19:22 Bu gün keçilrilən növbədənkənar prezident seçkilərində təşkilatımızın sorğusunun nəticələrinə əsasən, İlham Əliyev 93.9 faiz, Zahid Oruc 1.8 faiz, Fazil Mustafa 1.5 faiz, Qüdrət Həsənquliyev 1.2 faiz, Razi Nurullayev 0.9 faiz, Elşad Musayev 0.4 faiz, Fuad Əliyev 0.3 faiz səs toplayıb. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-nin "Oracle Advisory Group" təşkilatının nümayəndəsi Corc Birnbaum "Hilton" otelində keçirilən mətbuat konfransında deyib. "Bu gün xüsusi gün idi. Seçki məntəqələri artıq bağlanıb. Hamı nəticələri gözləyir. Bizim təşkilatın nümayəndələri seçki məntəqəsindən çıxan seçicilərlə müsahibələr edib, seçkini yaxından izləyib", - o bildirib.
2024-02-08
830,154
MSK seçkinin nəticələrini elan etdi - Rəsmi
2024.02.07 - 19:25 Bu gün Azərbaycanda keçirilən növbədənlənar prezident seçkilərinin ilkin nəticələri elan olunub. Axar.az xəbər verir ki, bu barədə nəticəni Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov keçirdiyi brifinqdə açıqlayıb. O bildirib ki, seçki bülletenlərinin 54,47 faizi sayılıb. Hazırkı nəticələrə görə, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,1 faiz səslə prezident seçkilərində liderlik edir. Zahid Oruc 2,2 faiz, Razi Nurullayev 0,79 faiz, Fazil Mustafa 1,99 faiz, Elşad Musayev 0,66 faiz, Qüdrət Həsənquliyev 1,78 faiz, Fuad Əliyev isə 0,48 faiz səs toplayıb. M.Pənahov yaxın 1-1,5 saat ərzində seçki bülletenlərinin 90%-dən çoxunun nəticələrinin elan olunacağını bildirib. *** Seçki bülletenlərinin 93,3 faizi sayılıb. Hazırkı nəticəyə görə, İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. Digər namizədlərin səs faizi isə belədir: Qüdrət Həsənquliyev 1,76 faiz, Zahid Oruc 2,19 faiz, Fazil Mustafa 2 faiz, Elşad Musayev 0,67 faiz, Razi Nurullayev 0,8 faiz, Fuad Əliyev 0,53 faiz.
2024-02-07
830,161
Ölkədə möcüzəvi hadisələr baş verir - Aynur Camalqızı
Azərbaycanda möcüzəvi hadisələr baş verir. Bunun simvolik mənası heyrətamiz dərəcədə böyükdür. Ölkəmiz suverenliyini bütün ərazilərdə tam bərpa etdikdən sonra ilk seçki baş verir. Biz hazırda prosesin ortasında olduğumuz üçün bəlkə də tam idrak edə, anlaya bilmirik. Əslində bu günün üzərindən 10 il, 20 il keçdikdən sonra anlayacağıq ki, necə əlamətdar, möhtəşəm anlara, hadisələrə şahidlik etmişik. Axar.az xəbər verir ki, bu fikirləri "Teleqraf" Media Qrupun rəhbəri Aynur Camal Real Təhlil İnformasiya mərkəzindəki çıxışı zamanı səsləndirib. Aynur Camalqızı qeyd edib ki, biz bu gün 2020-ci ilin sentyabrında başlanan hadisələrə möhür vururuq: "Bəlkə də bundan 4-5 il öncə Şuşada, Xocalıda, Xankəndidə seçki keçiriləcəyi yuxumuza gəlməzdi. Tariximizin bu dönəmi Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılacaq. Biz həm torpaqlarımızı azad etdik, həm də anti-terror tədbirləri ilə separatizmin kökünü kəsdik. Düşünürəm ki, sülh və əmin-amanlığın gəlişi məhz Xankəndidə öz təcəssümünü tapdı. Biz Xankəndidə bu torpaqlara barış, sülh, təhlükəsizlik gətirdik deyə dünyaya mesaj ötürdük". Daha ətraflı videoda:
2024-02-07
830,162
İlham Əliyev belə bir şey deməyib - PA rəsmisi
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın ZDF nəşrinin təxribat xarakterli suallarını cavablandırıb və rəsmi Bakının mövqeyini aydın şəkildə ortaya qoyub. Axar.az həmin müsahibəni təqdim edir: - Ötən ilin sonunda İlham Əliyev Ermənistanın cənub rayonlarını da Azərbaycanınkı hesab etdiyini bildirdi. İndi Əliyevin məqsədi Ermənistandan əraziləri geri almaqdır? - Prezident belə bir şey deməyib və təəssüf edirəm ki, beynəlxalq KİV-də onun sözləri yanlış şərh olundu. Əslində o, başqa şeyi nəzərdə tuturdu. Azərbaycanlılar həmişə indiki Ermənistan ərazisində yaşayıblar. Mənim əcdadlarım da indiki Ermənistan ərazisində yaşayıblar. Biz şəxsiyyətlərarası təmaslardan danışırıq. Azərbaycanlıların da bu əraziləri, məsələn, mədəniyyət ocaqlarını, qəbiristanlıqları ziyarət etmək hüququ olmalıdır. Bu, Ermənistana qarşı ərazi iddiaları demək deyil. Zəngəzur dəhlizinə gəlincə, ümid edirik ki, Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirəcək. 2020-ci ilin üçtərəfli bəyanatına əsasən, Ermənistan Azərbaycana əsas ərazisi ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin etməyə razılaşıb. Lakin Ermənistan hələ də üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. - Azərbaycanda Ermənistana hərbi zərbə endirmək ehtimalı müzakirə olunurmu? - Yox. Bizim üçün istənilən hərbi müdaxilə geridə qalıb, çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycan əməliyyatları yalnız öz ərazisində və özünümüdafiə hüququnu nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirib. İkili standartlar və ərazi bütövlüyünə seçici münasibət olmamalıdır. - Hazırda Azərbaycanın da üzv olduğu Avropa Şurası Parlament Assambleyası (AŞPA) ilə bağlı müzakirələr gedir. Bu onunla bağlıdır ki, bir çox deputat Azərbaycanı xarici və daxili siyasətdəki tendensiyalara görə tənqid edirlər. İndi Azərbaycan bu assambleyanı tərk etmək istəyir. Niyə? - Çox təəssüf edirəm ki, vəziyyət bu həddə çatıb. Amma AŞPA-dakı bəzi deputatlar, xüsusən də Almaniyadan olanlar hamıya mühazirə oxumağı, ağıl verməyi xoşlayırlar. Qərbdə baş verən bəzi hadisələrlə bağlı bizdə də böyük narahatlıq var. Məsələn, Aİ-də miqrantların hüquqları məsələsi ilə bağlı. Biz həmçinin islamafobiya və antisemitizm ilə bağlı vəziyyətdən də narahatıq. Amma AŞPA deputatları bütün bu məsələlər barəsində susurlar və yalnız Azərbaycanı təhqir edirlər. - AŞPA üzvlərinin seçkilərə buraxılmamasının səbəbi də bu idi? - Azərbaycanın AŞPA qarşısında seçkilərə müşahidəçi dəvət etmək öhdəliyi yoxdur. Bizim ATƏT qarşısında öhdəliklərimiz var. Biz əməkdaşlıq edirik və hazırda prezident seçkiləri ilə bağlı ATƏT nümayəndələri Bakıdadırlar. Təəssüf edirəm ki, AŞPA-nın bəzi üzvləri Avropa Şurası çərçivəsində ümumi əməkdaşlıq ruhuna xələl gətirirlər. Bunun arxasında hansı məqsədlərin dayandığını bilmirəm. Biz bunun qeyri-məhsuldar olduğunu düşünürük. Hesab edirəm ki, Azərbaycan AŞPA-ya böyük fayda gətirirdi. - Noyabr və dekabr aylarında Azərbaycanda hökumətdə korrupsiya hallarını araşdıran bir neçə jurnalist həbs edilib. Onlar bu araşdırmalara görə həbs olunublar? - Korrupsiya ilə bağlı araşdırma apardıqlarını iddia edən strukturların özləri korrupsiya ilə məşğul olublar. Bəzi KİV-lər Azərbaycandakı fəaliyyətlərinə görə qanunsuz çirkli pulların yuyulması kanalları vasitəsilə 300 min ABŞ dolları alıblar. Bizim həmçinin media təşkilatlarından maliyyələşmələri barədə soruşmaq hüququmuz var. Bu strukturlar şəffaflığı təmin etməyib. Onlar Azərbaycandan kənarda qeyri-qanuni mənbələrdən istifadə etməklə çirkli pulların yuyulması fəaliyyətlərini davam etdiriblər.
2024-02-07
830,163
Budəfəki seçkilərdə aktivlik daha yüksək idi - Qalam
Azərbaycanda keçirilən əvvəlki seçkilərdən fərqli olaraq, budəfəki seçkidə seçicilərin iştirakı daha yüksək səviyyədə idi. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın "Oracle Advisory Group" təşkilatının nümayəndəsi Vlada Qalam "Hilton" otelində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, budəfəki seçkilər tarixi əhəmiyyət daşıyıb. "Yenidən Azərbaycana qayıdıb seçkini müşahidə etmək bizə nəsib olduğuna görə sevinirik. Belə ki, Azərbaycanda daha öncəki seçkiləri də müşahidə etmək imkanımız olub. Bu seçki tarixi əhəmiyyət daşıyır. Biz ilk dəfədir ki, Qarabağda, Şərqi Zəngəzurda seçkini müşahidə edə bildik. Müşahidəmiz 40 seçki dairəsini əhatə edib, 30 sahə nəzarətçimiz və 1000-dən çox müsahibə alan heyətimiz olub. Fəxrlə söyləyirik ki, Azərbaycanda 63 mindən çox seçicidən müsahibə almışıq".
2024-02-07
830,166
İlham Əliyevin Xankəndidə 100 faizlik qələbəsi - Video
Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində Xankəndidə keçirilən səsvermənin nəticəsi elan olunub. Axar.az xəbər verir ki, Xankəndidəki məntəqələrdən birində sayılan bülletenlərə əsasən, hazırkı dövlət başçısı İlham Əliyev 100 faizlik nəticə göstərib.
2024-02-07
830,167
Bakı və Sumqayıtda avtoyürüş başladı - Video
"Ekzit-poll"un nəticələri açıqlanandan sonra Bakı və Sumqayıtda Prezident İlham Əliyevin qələbəsini qeyd etmək üçün avtoyürüş başlayıb. Axar.az xəbər verir ki, sürücülər dövlət bayraqları ilə şəhərdə dövrə vurur, İlham Əliyevin qələbəsini qeyd edirlər. Qeyd edək ki, ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı "ekzit-poll"un nəticələrini açıqlayıb. Nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz səs toplayıb.
2024-02-07
830,168
STM də seçki nəticəsini elan etdi - "Ekzit-poll"
Sosioloji Tədqiqatlar Mərkəzi (STM) Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “ekzit-poll”un nəticələrini açıqlayıb. Axar.az xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92.4 faiz səsini qazanıb. Zahid Oruc 2.2 faiz, Fazil Mustafa 2 faiz, Qüdrət Həsənquliyev 1.6 faiz, Elşad Musayev 0.8 faiz, Razi Nurullayev 0.6 faiz, Fuad Əliyev 0.4 faiz səs toplayıb. Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib.
2024-02-07
830,170
Şövkət Mirziyayev İlham Əliyevə zəng etdi
Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, Özbəkistan dövlətinin başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şövkət Mirziyayev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin önəmini bir daha vurğulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şövkət Mirziyayeva minnətdarlığını ifadə edib. Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
2024-02-07
830,171
Lukaşenko da İlham Əliyevlə əlaqə saxladı
Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkləmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
2024-02-07
830,176
Azərbaycan üçün tarixi gündür - Talakvadze
Bu gün Azərbaycan vətəndaşları üçün tarixi və əhəmiyyətli gündür. Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədr müavini, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Bakıya gələn nümayəndə heyətinin rəhbəri Arçil Talakvadze mətbuat konfransında deyib. O vurğulayıb ki, bu gün həmkarları birlikdə Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə ediblər: "Hər şeydən əvvəl qonaqpərvərliyə görə təşəkkür edirik. Seçki məntəqələrində olan ab-hava çox yaxşı idi. Seçicilər sərbəst səs verirdilər. Media nümayəndələri işlərini lazımi qaydada icra etdilər. Yüksək fəallıq müşahidə edildi. Seçicilər seçki hüququndan yüksək səviyyədə istifadə edirdilər. Seçki prosesində çox effektiv və səmərəli iş həyata keçirilib". "Seçicilər də söyləyib ki, onlar tarixi gün yaşayıblar. Uzun müddətdən sonra bütöv Azərbaycan ərazisində vətəndaşlar seçki hüququndan istifadə etdilər. Bunun özü də tarixi hadisədir. Azərbaycan daha da inkişaf edəcək", - A.Talakvadze vurğulayıb.
2024-02-07
830,179
“Rəy” də nəticələri elan etdi: İlham Əliyevin aldığı səs...
“Rəy” Monitorinq Mərkəzi Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı “ekzit-poll”un nəticələrini açıqlayıb. Axar.az xəbər verir ki, nəticələrə əsasən hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev seçicilərin 92,60 faizinin səsini qazanıb. Mərkəz 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində “ekzit-poll” keçirib. Prosesdə ümumilikdə supervayzer və intervyüer qismində 300 nəfərə yaxın əməkdaş iştirak edib. Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev və Fuad Əliyev mübarizə aparıb.
2024-02-07
830,183
Putinin Türkiyəyə səfəri təxirə salındı? - Təcili
Rusiya Prezidenti Vladimir Putin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında görüşə hazırlıq davam edir. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov Rusiya liderinin Türkiyəyə səfərinin təxirə salınması barədə yayılan məlumatlar fonunda bildirib. Peskov yenə də səfər tarixinə toxunmayıb və deyib ki, səfərin vaxtı razılaşdırılacaq. Qeyd edək ki, TASS Türkiyədəki diplomatik mənbəyə istinadla Vladimir Putinin Türkiyəyə fevralın 12-nə planlaşdırılan səfərinin təxirə salındığı haqda məlumat yayıb. Türkiyənin “Hürriyyət” qəzetinin jurnalisti Hande Fırat da Rusiya Prezidentinin Türkiyəyə səfərinin təxirə salındığını bildirib.
2024-02-07
830,184
ABŞ Paşinyanı dəyişmək istədiyinə işarə etdi...
“Qallup” mərkəzinin Ermənistanda keçirdiyi sorğunun nəticəsi iki əhəmiyyətli məqamı üzə çıxardıb. Birincisi, Baş nazir Nikol Paşinyana ictimai etimad səviyyəsi azalıb. İkincisi, sorğu nəticəsinə görə, Ermənistanda Konstitusiyanın dəyişdirilməsinin əleyhinə olanlar tərəfdarları üstələyib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu “Qallup” mərkəzinin Ermənistanda keçirdiyi sorğunun nəticələrini şərh edərkən deyib. “Qallup” sorğu mərkəzinin baş ofisi ABŞ-da yerləşir. Qəbul olunub ki, Vaşinqton Nikol Paşinyanı dəstəkləyir və onun Moskva qarşısında zəifləməsini istəmir. Ancaq Vaşinqtonla bağlılığı olan sorğu mərkəzi erməni cəmiyyətinə və beynəlxalq aləmə əks-mesaj verib. Görünür, Vaşinqton Nikol Paşinyanı Ermənistan hakimiyyəti içərisində bir başqa tərəfdarı ilə dəyişməyi ciddi düşünür. Digər tərəfdən Vaşinqtonun Nikol Paşinyanın yeni Konstitusiyanın qəbulu təşəbbüsünü bu vaxta qədər dəstəkləməməsi “Qallup” mərkəzinin bununla bağlı sorğusundan da aydın olur”, - ekspert bildirib.
2024-02-07
830,185
Seçki məntəqələrində növbələr var idi - MSK
Azərbaycan sakinləri növbədənkənar prezident seçkilərində səs vermək istəyənlərin çoxluğu ilə əlaqədar seçki məntəqələrində növbələrə düzülmüşdülər. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov məlumat verib. “Biz seçici axınının olacağını gözləyirdik. Bir çox məntəqələr açılanda səs vermək istəyənlər çox idi. Şəxsən mən səs verən zaman bir saata yaxın növbədə gözlədim”, - o deyib. F.Cavadov qeyd edib ki, Azərbaycanda 6,4 milyona yaxın seçici var, onların əksəriyyəti səs verib. Onun sözlərinə görə, bu, ölkə üçün yaxşı göstəricidir.
2024-02-07
830,189
Seçkinin bu cür keçəcəyini gözləmirdim – Kanev
Açığı deyim ki, seçicilərdən belə aktivliyi gözləmirdim. Seçki prosesi çox uğurlu oldu. Keçmiş və gələcək prezident İlham Əliyevi təbrik edirəm. Axar.az xəbər verir ki, bu sözləri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının heyət rəhbəri Petar Kanev ölkəmizdə baş tutan növbədənkənar prezident seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.
2024-02-07
830,190
Zalujnı getsə də, Kiyevə dəstək davam edəcək - NATO
Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnının mümkün istefasından asılı olmayaraq, NATO Ukraynaya dəstəyini davam etdirəcək. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. “Zalujnının istefası. Bunu ukraynalılar həll etməlidir, NATO bu məsələdə heç bir şərh verə bilməz. Lakin mən xarici işlər naziri Dmitri Kulebanın bu dəyişikliklərin Ukraynanın tərəfdaşlarla münasibətlərinə təsir etməyəcəyi, ona görə də NATO-nun Ukraynanı dəstəkləməkdə davam edəcəyi barədə dəqiq bəyanatını alqışlayıram”, - Stoltenberq bildirib.
2024-02-07
830,195
Minlərlə insan Dənizkənarı Milli Parka axın etdi
Növbədənkənar prezident seçkilərindən sonra Dənizkənarı Milli Parkda Prezident İlham Əliyevə dəstək yürüşü keçirilir. Axar.az xəbər verir ki, yürüşdə minlərlə vətəndaş iştirak edir. Tədbirə qazilər, müharibə veteranları, şəhid ailələrinin üzvləri, Azərbaycanın xalq və əməkdar artistləri qatılıblar. Heydər Əliyev prospektindən başlayan yürüş Dənizkənarı Milli Park istiqamətində davam edir. Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. "Ekzit-poll"arın nəticəsinə görə, İlham Əliyev ən azı 93 faizlə inamlı qələbə qazanıb.
2024-02-07
830,197
Bu seçkilər başqaları üçün nümunədir - İtaliyalı deputat
Prezident seçkilərini izləyən İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının üzvləri müşahidələrinin nəticələrini açıqlayıb. Axar.az xəbər verir ki, nümayəndə heyətinin rəhbəri, Deputatlar Palatasının Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq komitəsinin üzvü Andrea Di Cüzeppe seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bildirib: "15 seçki məntəqəsində müşahidə apardıq və seçki prosesinin beynəlxalq standartlara uyğun keçirildiyinin şahidi olduq. Əsas məqamlardan biri gənclərin seçkidə aktiv iştirakı idi". Nümayəndə heyətində təmsil olunan Beynəlxalq ticarət üzrə daimi komitənin sədr müavini, İtaliya-Azərbaycan dostluq qrupunun üzvü Naike Qruppioni də seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd edib: "İnsanların seçkiyə böyük marağının olduğunu gördük. Günün birinci yarısından etibarən yüksək seçici fəallığı vardı. Hesab edirəm ki, bu insanların ölkənin idarəetməsində, gələcəyinin müəyən edilməsində mühüm rol oynamasindan irəli gəlir. Bu həm də hökumətlə seçicilər arasında etimad mühitinin olmasından xəbər verir. Müşahidə etdiyim seçki prosesini bir çox ölkələrə nümunə olaraq göstərə bilərəm, misal üçün öz ölkəm olan İtaliyaya". Xarici əlaqələr və beynəlxalq əməkdaşlıq komitəsinin və beynəlxalq ticarət üzrə daimi komitənin üzvü, İtaliya-Azərbaycan dostluq qrupunun üzvü Salvatore Kaiyata da seçkinin beynəlxalq standartlara uyğun keçirildiyini vurğulayıb.
2024-02-07
830,198
GUAM-dan seçkilərlə bağlı bəyanat
7 fevral növbədənkənar prezident seçkiləri milli qanunvericiliyə tam uyğun şəkildə təşkil edilib və demokratik şəraitdə keçirilib. Axar.az xəbər verir ki, bu barədə GUAM PA-nın nümayəndələrinin ölkəmizdə baş tutan növbədənkənar prezident seçkilərinin nəticələrinə dair keçirilən mətbuat konfransında yaydıqları bəyanatda bildirilib. "Ümumilikdə qrupumuz tərəfində qanun pozuntusu və şikayət qeydə alınmayıb. Seçicilər lazimi informasiyanı almaq hüququna malik olublar. Bülletenlərin doldurulma prosesi şəffaf həyata keçirilib. Baş çəkdiyimiz seçki məntəqələrində seçicilərin aktivliyi çox yüksək idi", - bəyanatda qeyd olunub.
2024-02-07
830,202
İlham Əliyevə dəstək konserti keçirilir
Heydər Əliyev Mərkəzinin qarşısında hazırki prezident İlham Əliyevə dəstək konserti keçirilir. Axar.az xəbər verir ki, konsertə minlərlə insan toplaşıb. Konsert proqramında mədəniyyət nümayəndələri iştirak edir. Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkisi baş tutub. "Ekzit-poll"arın nəticələrinə görə, seçicilərin yüksək fəallığı ilə keçirilən seçkilərdə İlham Əliyev inamlı qələbə qazanıb.
2024-02-07
830,203
Zaxarova Paşinyana xəbərdarlıq etdi: Düzgün seçim…
Ermənistan rəhbərliyinin erməni xalqı üçün düzgün seçim edəcəyini gözləyirik. Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova brifinqdə Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyanın daha təhlükəsizlik sahəsində əsas tərəfdaş ola bilməyəcəyi barədə sözlərini şərh edərkən deyib. “Ölkələrimiz müttəfiq olaraq qalır, erməni xalqının maraqları Rusiya ilə qonşuluq münasibətlərindən ayrı deyil. Biz Ermənistan rəhbərliyinin bunu nəzərə alacağını və hazırkı geosiyasi transformasiyalar fonunda düzgün seçim edəcəyini gözləyirik”, - deyə o bildirib. Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında etibarlı ikitərəfli hüquqi baza var: “Bu, hərbi-texniki əməkdaşlığa da aiddir. Hər iki tərəfin suverenliyin, ərazi bütövlüyünün və təhlükəsizliyin qorunması da daxil olmaqla, bir-biri qarşısında öhdəlikləri var. İrəvan da KTMT çərçivəsində mümkün təcavüz halında kollektiv təminat altındadır. Ölkələr 2016-cı ildə qoşunların birgə qruplaşdırılmasına dair saziş imzalayıblar. KTMT çərçivəsində fəal əməkdaşlığa qayıtmaq ilk növbədə Ermənistanın maraqlarına cavab verir. İrəvanın sərəncamında təşkilatın geniş imkanları var, onun potensialı çoxillik təcrübəyə əsaslanır”. O, bəyan edilmiş məqsədlərdən uzaq məsələlərlə məşğul olan AB missiyasının müşahidəçilərindən fərqli olaraq, KTMT-nin Cənubi Qafqazda sabitləşdirici rol oynaya biləcəyini vurğulayıb.
2024-02-07
830,204
Viktor Orban İlham Əliyevi təbrik etdi
Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib. Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.
2024-02-07
830,205
Naxçıvanda İlham Əliyevə dəstək yürüşü keçirilir - Video
Bu gün keçirilən prezident seçkiləri ilə bağlı "ekzit-poll"un nəticələri elan olunan andan başlayaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında Prezident İlham Əliyevə dəstək yürüşü keçirilib. Axar.az xəbər verir ki, minlərlə sakin küçə və prospektlərdə avtoyürüşlər təşkil edib, üçrəngli bayraqlarla qələbə şüarları səsləndiriblər. Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkisi baş tutub. "Ekzit-poll"arın nəticələrinə görə, seçicilərin yüksək fəallığı ilə keçirilən seçkilərdə İlham Əliyev inamlı qələbə qazanıb.
2024-02-07
830,206
Ərdoğan İlham Əliyevə məktub ünvanladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım. Bu gün keçirilən seçkilərdə uğur qazanaraq beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə millətim adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram. Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub. Türkiyə ilə Azərbaycan arasında “Sevincdə və kədərdə birlik” ilə “Bir millət, iki dövlət” şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir. Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm. Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm. Bu düşüncələrlə seçkilərdə zəfərinizin həm qardaş Azərbaycan xalqı, həm də bölgəmiz üçün xeyirli olmasını diləyir, Sizə ali vəzifənizdə müvəffəqiyyətlər arzu edirəm".
2024-02-07
830,208
Şuşada atəşfəşanlıq - Video
Otuz ildən sonra ilk dəfə Qarabağda prezident seçkilərinin keçirilməsi və İlham Əliyevin inamlı qələbəsi münasibətilə Şuşa şəhərində avtomobillərin yürüşü və atəşfəşanlıq olub. Atəşfəşanlıq Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rənglərə boyayıb. Axar.az Şuşadan görüntüləri təqdim edir:
2024-02-07
830,211
Ərdoğan İlham Əliyevə zəng etdi
Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb. Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, “bir millət, iki dövlət” prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə ediblər. Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
2024-02-07
830,217
NATO ərazisinə Rusiyanın hücumu gözlənilir?
NATO ərazisinə Rusiyanın hücum təhlükəsi yoxdur. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. "NATO-nun gücləndirilməsi münaqişənin dərinləşməsinə yox, sülhün qorunmasına xidmət edir", - Stoltenberq vurğulayıb.
2024-02-07
830,219
Kim Çenlə görüşə bilərəm - Koreya lideri
Koreya Prezidenti Yun Suk Yeol Şimali Koreya lideri Kim Çen İnlə görüşə bilər. Axar.az xəbər verir ki, bu barədə Yun Suk Yeol danışıb. "Şimali Koreyanın nüvə silahından imtina edib-etməməsindən asılı olmayaraq, sammit baş tuta bilər. Sammitlə bağlı müzakirələr başa çatandan sonra prosesə başlamaq olar", - Y.S.Yeol qeyd edib.
2024-02-07
830,224
İraq lideri də İlham Əliyevə zəng etdi
Fevralın 7-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, İraq Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirib.
2024-02-07
830,227
Vuçiç İlham Əliyevə məktub göndərdi
Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Axar.az xəbər verir ki, təbrikdə qeyd olunur: "Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir. Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur. Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm. Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir. Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik. Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm".
2024-02-07
830,229
Ümid edirik ki, Səudiyyə ilə əlaqələr düzələcək - Hersoq
Yaxın gələcəkdə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşacağına ümid edirik. Axar.az xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşündə deyib. Qəzza zolağında girovların tezliklə azad ediləcəyini gözlədiyini söyləyən Hersoq Səudiyyə Ərəbistan ilə də əlaqələrin normallaşmasına ümidvar olduqlarını vurğulayıb. İ.Hersoq Blinkenə ABŞ-ın İsrailə dəstəyindən dolayı təşəkkür edib.
2024-02-07
830,235
Müharibə bir neçə aya başa çatacaq - Netanyahu
Biz 4 ay ərzində HƏMAS-ın 20 mindən çox üzvünü öldürmüş və ya yaralamışıq. İsrail ordusu HƏMAS üzvlərinin gizləndiyi tunelləri sistemli şəkildə məhv edir. Bizim tam qələbə qazanmamağımız növbəti qırğın deməkdir. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. O qeyd edib ki, HƏMAS-la müharibə bir neçə aya qələbə ilə başa çatacaq: "İsrail ordusu sistemli şəkildə işləyir. Biz məqsədimizə çatana qədər dayanmayacaq, geri çəkilməyəcəyik".
2024-02-07
830,236
TBMM sədri İlham Əliyevi təbrik etdi
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Azərbaycandakı növbədənkənar prezident seçkilərinin uğurla keçirilməsi və İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə paylaşım edib. Axar.az xəbər verir ki, bu barədə Numan Qurtulmuş X sosial şəbəkə hesabında yazıb. “Azərbaycanda keçirilən prezident seçkilərində qələbə qazanaraq yenidən dövlət başçısı seçilən cənab İlham Əliyevi təbrik edir, vəzifəsində uğurlar arzulayıram. Seçkilərin nəticəsinin “tək millət, iki dövlət” prinsipi ilə ortaq hədəflərə doğru irəlilədiyimiz dost və qardaş Azərbaycan xalqı üçün xeyirli olmasını arzu edirəm”, - N.Qurtulmuş vurğulayıb. Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparıb.
2024-02-07
830,240
İsrail qırıcıları GBU-39 ilə Suriyaya zərbə endirdi
İsrailin F-35 qırıcıları Livan ərazisindən Suriyanın Xüms vilayətindəki obyektlərə GBU-39 aviabombası ilə səkkiz zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Dinc sakinlər arasında itkilərin olduğu bildirilir.
2024-02-07
830,241
Ərsin Tatar İlham Əliyevi təbrik etdi
Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Prezident İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, Şimali Kipr Prezidenti bu barədə X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib. Paylaşımda bildirilib: “Azərbaycan Prezidenti vəzifəsinə seçkilərdə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkilərin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”.