date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-06
829,785
Diaspor sədrinin oğlu atəş açdı, saxlanıldı - Video
Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporu sədrinin oğlu toy şənliyi zamanı dostları ilə birlikdə Çerkessk küçələrində atəş açmağa başlayıb. Nəticədə təhlükəsizlik qüvvələri “Odlar Yurdu” təşkilatında yoxlamalara başlayıb. Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb. Bildirilib ki, bu yaxınlarda yerli Azərbaycan diasporunun rəhbəri İlham Əhmədovun oğlu Kamal Əhmədov yoldaşlarından birinin toyunu keçirib. Restoranda Azərbaycan bayraqları olan bir neçə bahalı avtomobil dayanıb, sonra onlardan 10 gənc düşüb. Onlar avtomat və tapançaları çıxarıb atəş açmağa başlayıblar. Belə bir performansın yerli sakinləri qorxutduğu qeyd edilir. Əhmədov və onun 9 dostu həbs edilib, barələrində hüquq-mühafizə orqanlarına tabe olmama maddəsi ilə protokollar tərtib edilib. İşin materialları məhkəməyə təqdim olunub. Hüquq-mühafizə orqanları yerli diasporun - 1700 nəfərin daxil olduğu "Odlar Yurdu" mərkəzinin fəaliyyəti ilə də maraqlanıb.
2024-02-06
829,788
Ukrayna “Şahid”ə aid obyekti vurdu
Ukrayna Silahlı Qüvvələrinin xüsusi əməliyyat bölmələri Rusiyanın işğalı altında olan Krım yarımadasında əməliyyat keçirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən bildirilib. Əməliyyat nəticəsində “Şahid” pilotsuz uçuş aparatlarının (PUA) fəaliyyətini gücləndirmək üçün istifadə olunan obyekt partladılıb. Məlumata görə, “Çitadel” əməliyyatı mürəkkəb və effektiv olub. Əməliyyat nəticəsində Qara dənizdə gəmilərin daha təhlükəsiz hərəkətini təmin etmək və Rusiyanın hərəkətlərini məhdudlaşdırmaq mümkün olub.
2024-02-06
829,789
Azərbaycanda 19 nəqliyyat vasitəsi özəlləşdirildi
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin təşkil etdiyi növbəti hərracda 19 nəqliyyat vasitəsi satılıb. Bu barədə Axar.az-a Dövlət Xidmətindən bildirilib. Hərraca çıxarılan “Hunday Getz” markalı avtomobilin start qiyməti 1 275 manat olsa da, son təklif 7 800 manata yüksəlib. İlkin qiyməti 6 750 manat olan “Mercedes Benz Vito” avtomobili isə 9 500 manata özəlləşdirilib. Satılan əmlaklar üzrə dövlət büdcəsinə 91 075 manat vəsaitin ödənilməsi nəzərdə tutulur. Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar. Qeyd edək ki, cari ay üzrə növbəti hərraclar 20 və 27 fevral tarixlərində keçiriləcək. Hərraclara 117 nəqliyyat vasitəsi, 4 səhmdar cəmiyyətinin səhm paketi və 1 kiçik dövlət müəssisəsi çıxarılacaq.
2024-02-06
829,792
“Real”ın əfsanəvi qapıçısı vəfat etdi
“Real Madrid” klubunun sabiq qapıçısı Migel Anxel Qonsales vəfat edib. Axar.az xəbər verir ki, bu barədə “Kral klubu”nun mətbuat xidməti məlumat yayıb. 77 yaşlı qapıçının ölüm səbəbi açıqlanmayıb. Məlumat üçün əlavə edək ki, Migel Anxel Qonsales 18 il “Real”ın formasını geyinib. Qapıçı komanda ilə səkkiz dəfə ölkə çempionu olub.
2024-02-06
829,793
TƏBİB gücləndirilmiş iş rejiminə keçdi
Növbədənkənar prezidenti seçkiləri ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Mərkəzi Seçki Komissiyası (MSK) ilə əməkdaşlıq edir. Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, görülən tədbirlər çərçivəsində TƏBİB-in müvafiq tabeli tibb müəssisələri 5-8 fevral tarixlərində gücləndirilmiş iş rejimində çalışır. Səhhəti ilə əlaqədar müalicə alan seçicilər üçün Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Mərkəzi Neftçilər Xəstəxanası, M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzi və Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzində səyyar seçki məntəqələri yaradılıb və həmin məntəqələrdə səsvermə təşkil ediləcək. Həmçinin seçicilərin səhhəti ilə əlaqədar hallar baş verdiyi təqdirdə onların müalicə müəssisələrində yerləşdirilməsi, müəssisədən-müəssisəyə köçürülməsi, çıxarılması, onların qeydiyyatı və siyahıların tərtib edilməsi təmin olunacaq. Yeni Klinika və Mərkəzi Neftçilər Xəstəxanasının müvafiq şöbələrində zərurət yarandığı hallar üzrə tibbi yardım göstərilməsi məqsədilə boş çarpayıların ayrılması təmin olunub. Eyni zamanda Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bundan əlavə, seçkiləri müşahidə etmək hüququnu almış xarici müşahidəçilər fasiləsiz tibbi xidmətlərlə təmin ediləcəklər. Xarici müşahidəçilərin yerləşdiyi “Boulevard Hotel” və “Hyatt Regency” hotellərində 5-8 fevral tarixlərində həkim məntəqəsi, “Radisson Hotel Baku” hotelinin ərazisində isə gücləndirilmiş təcili və təxirəsalınmaz tibbi yardım xidməti təşkil edilib. Təcrübəli, eyni zamanda xarici dil bilikləri olan tibbi heyət növbətçilik əsasında təhkim olunublar. Zəruri təchizat və təminat işləri yerinə yetirilib. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.
2024-02-06
829,795
İsrail səfiri Rusiya XİN-ə çağırıldı
İsrailin Rusiyadakı səfiri Simona Halperin qəbuledilməz bəyanatları səbəbindən Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az TASS-a istinadən xəbər verir ki, diplomat təxminən 1 saat 40 dəqiqə XİN-də olub. O, XİN-in binasından çıxışında jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb. Qeyd edək ki, Rusiya XİN İsrail səfirinin “Rusiyanın girovların taleyinin həllinə kömək etmək məqsədi ilə təmaslarında göstərdiyi səylər barədə hörmətsiz danışmasından xüsusilə qəzəblidir”, həmçinin Halperin Rusiyanın "dövlət təqvimində" dəyişikliklərin edilməsi zərurəti ilə bağlı fikirlərini daxili işlərə müdaxilə hesab edir.
2024-02-06
829,796
Avropada fermer etirazları: ərzaq qıtlığı yaşanır
Fermerlərin etirazları və yolların bağlanması səbəbindən Belçikanın paytaxtı Brüsseldə ərzaq qıtlığı yaranıb. Axar.az xəbər veri ki, bu barədə “Quardian” nəşri məlumat yayıb. Nəşrin əməkdaşı sosial şəbəkələrdə mağazalardakı yarıboş rəflərin fotolarını paylaşıb. Bundan əlavə, İspaniyada da fermerlər etiraza qalxıb. Onlar iki magistral yola peyin səpələyiblər.
2024-02-06
829,797
Tovuzda TIR aşdı - Foto
Bakı-Qazax avtomobil yolunun Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində hərəkətdə olan TIR idarəetmədən çıxaraq aşıb. Axar.az xəbər verir ki, Türkiyədən Rusiyaya yük aparan TIR-ın sürücüsünə tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır.
2024-02-06
829,799
İstanbulda qanlı hücum: 40 nəfər saxlanıldı
18:44 Türkiyənin ədliyyə naziri Yılmaz Tunç İstanbulda məhkəmə binasında törədilən silahlı hücumla bağlı açıqlama verib. Axar.az xəbər verir ki, nazir olayla bağlı 34 nəfər şübhəli şəxsin saxlanıldığını bildirib. *** Silahlı insidentlə bağlı 25 ünvanda əməliyyat keçirilib və ümumilikdə 40 nəfər saxlanılıb. Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib. "Əməliyyatlar davam edir", - deyə o bildirib. Qeyd edək ki, Çağlayan məhkəmə binasında baş verən silahlı hücumda 3 nəfər ölüb.
2024-02-06
829,800
Seysmoloqlarımız zəlzələ bölgəsində tədqiqat aparacaq
Azərbaycanlı seysmoloqlar Türkiyədə zəlzələ bölgəsində yenidən tədqiqatlar aparacaqlar. Axar.az xəbər verir ki, bununla bağlı AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli "6 fevral zəlzələləri və mühəndislik paneli" (6 Şubat 2023 Depremleri ve Mühendislik Paneli) mövzusunda keçirilən onlayn iclasda məlumat verib. Professor iclasda 2023-cü ilin aprel ayında mərkəz əməkdaşları ilə birgə qardaş Türkiyənin zəlzələ bölgəsində ən çox dağıntıya məruz qalan Qəhrəmanmaraş şəhəri və zəlzələnin episentrində olan Bazarcıq qəsəbəsində apardıqları qravimetrik, maqnitometrik, mühəndisi-seysmik və makroseysmik tədqiqatlardan da söz açıb. RSXM-nin mütəxəssislərinin apardığı tədqiqat işləri nəticəsində ərazidə gərginlik vəziyyəti müəyyən edildiyini bildirən Qurban Yetirmişli deyib ki, gələcəkdə aparılacaq tikinti işləri ilə əlaqədar bu ərazilərin dərinlik quruluşu, hansı qırılmalarla bağlı olduğu öyrənilərək, ərazinin seysmikliyi qiymətləndiriləcək.
2024-02-06
829,801
Cənubi Koreya Səudiyyəyə zenit kompleksləri göndərəcək
Cənubi Koreyanın müdafiə şirkəti "LIG Nex1" Səudiyyə Ərəbistanına 3,2 milyard dollar dəyərində "M-SAM II" zenit-raket kompleksləri tədarük edəcək. Axar.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
2024-02-06
829,804
Saakaşvilidən müxalifətə çağırış...
Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili müxalifətə bu il keçiriləcək prezident seçkilərində vahid namizəd irəli sürməyi təklif edib. Axar.az xəbər verir ki, o, müxalifətdən kimin prezidentliyə namizəd ola biləcəyini təxmin etdiyini bildirib. “Amma mənə başqalarının fikirləri də maraqlıdır”, - Saakaşvili bildirib.
2024-02-06
829,809
Türkiyə sahillərində sunami gözlənilir - AFAD
Mərmərə bölgəsində mümkün zəlzələdə sunaminin də olacağı ehtimal edilir. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinin (AFAD) Zəlzələ və Risklərin Azaldılması şöbəsinin rəhbəri Orxan Tatar deyib. “Tarixi zəlzələlərə nəzər saldıqda bunların sunami yaratdığını bilirik. Ona görə mümkün Mərmərə zəlzələsində sunami təhlükəsi ilə bağlı araşdırmalar aparırıq”, - deyə o bildirib.
2024-02-06
829,810
Mərkəzi Amerikada güclü zəlzələ baş verdi
Mərkəzi Amerikada - Salvador Respublikası sahillərində güclü zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir. Yeraltı təkanların gücü 5,5 bala çatıb. Zəlzələnin episentri Santa Tekla şəhərindən 79 kilometr cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 56 kilometr dərinlikdə olub.
2024-02-06
829,811
Bayramov ŞƏT baş katibi ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin müşahidəsi ilə bağlı ölkəmizdə səfərdə olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Can Min ilə görüşüb. Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri, habelə növbədənkənar Prezident seçkiləri ilə bağlı məsələlər müzakirə edilib. C.Bayramov Azərbaycanın ŞƏT üzvləri ilə mövcud əməkdaşlığının Təşkilat çərçivəsində ölkəmizin aktivliyini şərtləndirdiyini, habelə qarşılıqlı dialoqa töhfə verdiyini bildirib. Ölkəmizin ŞƏT-in dialoq üzrə tərəfdaşı kimi regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin irəlilədilməsi üzrə Təşkilatla faydalı əməkdaşlıq etdiyi bildirilib. Azərbaycanın Avrasiya məkanında xüsusi mövqe və çəkisi olan ŞƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyi, bu istiqamətdə iqtisadiyyat, ticarət, energetika, investisiyalar, humanitar, turizm və s. sahələr üzrə mövcud əməkdaşlıq perspektivlərinin dəyərləndirilməsinin vacibliyi qeyd olunub. Bununla yanaşı, ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Azərbaycanda keçiriləcəyini nəzərə alaraq ekologiya sahəsində geniş əməkdaşlıq imkanlarının olduğu vurğulanıb. Nazir 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkilərinin 30 ilə yaxın işğaldan sonra ilk dəfə bütün ərazilərimizdə keçirilməsinin, habelə işğaldan azad olunmuş torpaqlarımızda aparılan yenidənqurma və bərpa işləri nəticəsində öz evlərinə qayıdan vətəndaşlarımızın ilk dəfə öz doğma torpaqlarında seçki hüquqlarını həyata keçirməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Qarşı tərəf o cümlədən, hazırda xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən vətəndaşlarımız üçün seçki prosesinin təşkili ilə əlaqədar Xarici İşlər Nazirliyi tərəfindən görülmüş işlər barədə ətraflı məlumatlandırılıb. Baş katib C.Min növbədənkənar Prezident seçkilərinin müşahidəsi ilə əlaqədar dəvətə görə təşəkkür edərək seçkilərin təşkilində ölkəmizə uğurlar arzulayıb. Baş katib seçkilərə hazırlıq prosesinin yüksək səviyyədə təşkilinin böyük məmnunluq doğurduğunu vurğulayıb. Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2024-02-06
829,812
FHN Qarabağ Regional Mərkəzi gecə təlimi keçirdi
Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi “Sutkanın qaranlıq vaxtı baş vermiş fövqəladə hal zonasının işıqlandırılması və zərərçəkmişlərin xilas edilməsi” mövzusunda gecə təlimi keçirib. Axar.az xəbər verir ki, təlimin keçirilməsində məqsəd Regional Mərkəzin şəxsi heyətinin döyüş və peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, müxtəlif ekstremal şəraitlərdə, o cümlədən gecə vaxtı baş verən fövqəladə hallara çevik reaksiya vərdişlərinin təkmilləşdirilməsindən ibarət olub. Təlim zamanı xilasedicilər “fövqəladə hal zonası”nın işıqlandırılmasını təşkil edərək, xüsusi alət və avadanlıqlar vasitəsilə “dağıntılar altında köməksiz vəziyyətdə qalmış zərərçəkmişləri xilas edərək aidiyyəti üzrə təhvil veriblər”. Uğurla icra edilən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
2024-02-06
829,813
Şahzadə Harri Britaniyaya gəldi
Böyük Britaniya Kralı III Çarlzın kiçik oğlu şahzadə Harri xərçəng diaqnozu qoyulan atası ilə görüşmək üçün ABŞ-dan Böyük Britaniyaya gəlib. Axar.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb. Bildirilib ki, şahzadənin həyat yoldaşı Meqan Markl və övladları onunla birgə Britaniyaya gəlməyiblər. Qeyd edək ki, 4 il öncə həyat yoldaşı ilə ABŞ-a köçən Harri bu müddət ərzində atası ilə görüşməyib.
2024-02-06
829,817
XİN rəhbəri Osman Mesteni qəbul etdi
Fevralın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Müşahidə Missiyasının rəhbəri Osman Mesteni və nümayəndə heyətinin digər üzvlərini qəbul edib. Axar.az xəbər verir ki, görüşdə TÜRKPA çərçivəsində əməkdaşlıq məsələləri, habelə cari ilin 7 fevral tarixində keçiriləcək növbədənkənar Prezident seçkiləri ilə bağlı hazırlıq işləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov TÜRKPA-nın türk dövlətləri arasında mövcud qardaşlıq və dostluq əlaqələrinin parlamentlərarası səviyyədə inkişafı baxımından vacib platforma olduğunu diqqətə çatdıraraq, dövlətlərimiz arasında siyasi, iqtisadi, sosial, mədəni, humanitar və s. sahələr üzrə əməkdaşlığın genişləndirilməsində parlament diplomatiyasının əhəmiyyətini vurğulayıb. Türk dövlətləri arasında müxtəlif səviyyələrdə təmasların artırılmasının regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyi diqqətə çatdırılıb. Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar hazırlıq işləri, o cümlədən Xarici İşlər Nazirliyi tərəfindən görülən tədbirlər barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, ilk dəfə bütün ərazilərimizdə suverenliyimizin bərpasından sonra keçirilən bu seçki prosesinin tarixi əhəmiyyət kəsb etdiyini bildirib. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin təsis edildiyi diqqətə çatdırılıb. Missiya rəhbəri Osman Mesten qardaş Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi zəfərdən, habelə tam suverenliyinin bərpasından sonra ilk dəfə keçirilən Prezident seçkilərini müşahidə etməkdən məmnunluq duyduğunu qeyd edib. Keçiriləcək seçkilərin nəticələrinin Azərbaycanın bundan sonrakı inkişafında mühüm rola malik olacağına dair əminlik ifadə olunub. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
2024-02-06
829,820
Argentina İsraildəki səfirliyini Qüdsə köçürəcək
Argentina İsraildəki səfirliyini Qüdsə köçürəcək. Axar.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri İsrail Katz X şəbəkəsində yazıb. O, Argentina Prezidenti Xavyer Mileyə bu qərarından dolayı təşəkkürünü bildirib.
2024-02-06
829,821
Qarabağ Universitetinin Nizamnaməsi təsdiqləndi
Qarabağ Universitetinin Nizamnaməsi təsdiq edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Qarabağ Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
2024-02-06
829,824
Şəkidə ağır qəza: 5 nəfər ağır yaralandı
Şəkidə ağır yol qəzası baş verib. Axar.az xəbər verir ki, yol qəzası Şəki-Qax avtomobil yolunun rayonun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Mersedes" və "Hyunday" markalı avtomobillər toqquşub. Qəza zamanı 5 nəfər - 1989-cu il təvəllüdlü Təbriz Tehran oğlu Hüseynov, 1994-cü il təvəllüdlü Cavad Tehran oğlu Hüseynov, 1995-ci il təvəllüdlü Samir Şamil oğlu İsmayılov, 1949-cu il təvəllüdlü Çingiz Kamal oğlu Səmədov və 1990-cı il təvəllüdlü Turqut Rizvan oğlu Abbaszadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
2024-02-06
829,826
Ukrayna iki PUA ilə Rusiya ərazisinə hücum etdi
Ukrayna Silahlı Qüvvələri iki pilotsuz uçuş aparatından (PUA) istifadə edərək Çernyanski rayonunun Volokonovka kəndinə hücum edib, itki yoxdur. Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında yazıb. O bildirib ki, bir PUA-nın düşməsi nəticəsində partlayış baş verib və bir infrastruktur obyekti zədələnib. "Çernyanski rayonunun Volokonovka kəndi iki PUA-nın hücumuna məruz qalıb. Birincinin düşməsi, ardınca partladılması nəticəsində infrastruktur obyektinə ziyan dəyib. İtki yoxdur. İkinci PUA havada məhv edilib”, - deyə o yazıb.
2024-02-06
829,827
ABŞ-da "Azərbaycan və enerji təhlükəsizliyi" iclası keçirildi
Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və Birləşmiş Ştatların nüfuzlu düşüncə mərkəzi Hadson İnstitutunun əməkdaşlığı ilə “Azərbaycan və qlobal enerji təhlükəsizliyi” mövzusunda panel iclası keçirilib. Səfirlikdən Axar.az-a bildiriblər ki, tədbirdə ABŞ-da fəaliyyət göstərən diplomatik korpus təmsilçiləri, enerji məsələləri üzrə ekspertlər və bu sahədə fəaliyyət göstərən düşüncə mərkəzlərinin nümayəndələri iştirak ediblər. Panel iclasında Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, energetika nazirinin müavini Elnur Soltanov, Hadson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin baş elmi işçisi və direktoru Maykl Doran, həmçinin milli təhlükəsizlik və müdafiə, xarici siyasət üzrə baş elmi işçisi Lyuk Kofi çıxış ediblər. Səfir X.İbrahim Azərbaycanın geostrateji əhəmiyyətinə diqqət çəkərək, ölkəmizin enerji sektorunda vacib rol oynadığını qeyd edib. E.Soltanov ölkəmizin enerji sektoru və ABŞ ilə əlaqələrinin tarixindən, Azərbaycanın XIX əsrdən etibarən bu sahədə dünya miqyasında rolundan bəhs edib. M.Doran çıxışında Azərbaycan ilə əlaqələrin region ölkələri üçün həyati önəm daşıdığını vurğulayıb, ölkəmizin həmişə regional və qlobal miqyaslı layihələrin təşəbbüskarı və icraçısı olduğunu bildirib. L.Kofi qeyd edib ki, xüsusilə Ukraynadakı müharibədən sonra Avropa İttifaqı Azərbaycanla əməkdaşlığın qurulmasının vacibliyini daha çox dərk etməyə başlayıb. Onların təbii qazın yaşıl enerji kimi tanınmasını dəstəkləmələrinə və Azərbaycanın Avropaya təbii qaz ixracında önəmli roluna baxmayaraq, son zamanlar Azərbaycana qarşı ritorikasının dəyişməsinin müşahidə edildiyi bildirilib. Bununla yanaşı, Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının baş tutmasının regionda iqtisadi inkişafa da ciddi töhfə verəcəyi, indiyədək bu bölgəyə gəlməmiş birbaşa xarici investisiyalar üçün münbit şərait yaradacağı vurğulanıb.
2024-02-06
829,833
Azərbaycan millisi Ermənistanla eyni qrupda...
18 yaşlı oğlanlar arasında keçiriləcək basketbol üzrə Avropa çempionatında Azərbaycan yığmasının rəqibləri bəlli olub. Axar.az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda C divizionunun B qrupunda Moldova, Ermənistan və Monako yığmalarına rəqib olacaq. Qeyd edək ki, Avropa çempionatı 23-28 iyul Albaniyanın Elbasan şəhərində keçiriləcək. Eyni tarixlərdə Azərbaycanın qızlardan ibarət U-18 millisi Kosovonun Priştina şəhərində keçiriləcək Avropa çempionatının C divizionunun B qrupunda Albaniya, Gürcüstan və Ermənistan yığmaları ilə üz-üzə gələcək. 9-14 iyulda Cəbəllütariqdə keçiriləcək Avropa çempionatında Azərbaycanın 16 yaşadək qızlardan ibarət komandası da Ermənistanla eyni qrupda yer alıb. C divizionunun A qrupunda yarışacaq Azərbaycan yığması Gürcüstan, Ermənistan və Kipr seçmələri ilə qarşılaşacaq.
2024-02-06
829,835
Çilidə meşə yanğınları: 131 nəfər öldü
Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında azı 131 nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb. “Fevralın 6-sı saat 12:00-a olan məlumata görə, ölənlərin sayı 131-ə çatıb”, - məlumatda deyilir. Ekspertlər bildiriblər ki, 35 meyitin şəxsiyyəti müəyyən edilib.
2024-02-06
829,836
Gürcüstanın Rusiyadan asılılığı artıb - Zurabişvili
2022-cü ildə Ukraynaya qarşı müharibənin başlanmasından sonra rusların Gürcüstana kütləvi miqrasiyası Rusiyanın Gürcüstana qarşı hibrid müharibəsi ilə uzlaşır. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili deyib. “Rusların kütləvi miqrasiyası Gürcüstan iqtisadiyyatına birbaşa təsir edib və Gürcüstanın Rusiya kapitalından və Rusiya bazarlarından asılılığını artırıb”, - deyə dövlət başçısı bildirib.
2024-02-06
829,838
Qarabağ Universiteti Xankəndidə yerləşəcək
Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək. Axar.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi Qarabağ Universitetinin Nizamnaməsində əksini tapıb. Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır: - bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması; - magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi; - doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi; - orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi; - elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.
2024-02-06
829,839
Rusiya 3 ölkənin diplomatlarını çağırıb, hədələdi
Latviya, Litva və Estoniyanın müvəqqəti işlər vəkilləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, Moskva həmin ölkələrdə Rusiya prezident seçkilərində səsvermənin təhlükəsizliyini təmin etməyi tələb edib. Zaxarova əlavə edib ki, təxribat davam edərsə, Rusiya ikitərəfli kontekstdə və beynəlxalq strukturlarda qətiyyətlə hərəkət edəcək.
2024-02-06
829,840
Türkiyə müdafiə naziri gözlənilmədən İraqa getdi
Türkiyə milli müdafiə naziri Yaşar Gülər və Baş Qərargah rəisi Mətin Gürak gözlənilmədən İraqın paytaxtı Bağdada səfər ediblər. Axar.az xəbər verir ki, bu barədə “Deyli Sabah” məlumat yayıb. Səfərin təfərrüatı açıqlanmır. Qeyd edək ki, bir müddət əvvəl İraqın müdafiə və xarici işlər nazirləri Ankaraya səfər etmişdilər.
2024-02-06
829,842
Erməni hərbçi döyüş mövqeyində yanaraq öldü
21:51 Ermənistan ordusunun döyüş mövqeləri yaxınlığındakı məişət tikilisində baş verən yanğın nəticəsində 1985-ci il təvəllüdlü ehtiyatda olan hərbçi Artur Varuzhanoviç Qriqoryan yanaraq ölüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə fevralın 6-da saat 13:20 radələrində baş verib. Yanğının qarşısı alınıb və söndürülüb, başqa itki yoxdur. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır. Qeyd edilib ki, A.Qriqoryan hərbi təlim üçün orduya çağırılıbmış.
2024-02-06
829,843
Tahir Budaqov Artyom Turovla görüşdü
Fevralın 6-da Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının müşahidə missiyasının rəhbəri, Dumanın Müstəqil Dövlətlər Birliyi, Avrasiya inteqrasiyası və həmvətənlər ilə əlaqələr üzrə komitəsi sədrinin müavini Artyom Turovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Partiyadan Axar.az-a bildiriblər ki, görüşdə Tahir Budaqov ölkəmizdəki şəffaf və demokratik seçki mühitindən bəhs edib, bütün namizədlərə bərabər imkanların yaradıldığını vurğulayıb. YAP Sədrinin müavini partiyanın seçkilərə hazırlıq işləri barədə məlumat verib, bununla bağlı YAP-ın Tədbirlər Planında nəzərdə tutulan əsas hərəkət və tədbirlərin indiyədək vaxtında və tam şəkildə icra olunduğunu bildirib. Nümayəndə heyətinin rəhbəri A.Turov qeyd edib ki, missiyanın apardığı ilkin müşahidələr seçkilərə hazırlıq işlərinin sistemli şəkildə həyata keçirildiyini göstərir. O, seçki qanunvericiliyinə uyğun olaraq bütün namizədlər üçün bərabər imkanların və ədalətli rəqabət mühitinin yaradılmasının təqdirəlayiq olduğunu bildirib. Sonda Tahir Budaqov Rusiya Dövlət Dumasının müşahidə missiyasının fəaliyyətinin seçkilərlə əlaqədar təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edərək missiyanın işinə uğurlar arzulayıb.
2024-02-06
829,846
Baba Vəziroğluya “Şərəf” ordeni təqdim olundu - Foto
Fevralın 6-da Mədəniyyət Nazirliyində müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, şair, tərcüməçi, ssenarist, Əməkdar incəsənət xadimi Baba Vəziroğluna “Şərəf” ordeni təqdim edilib. Nazirlikdən Kult.az-a bildirilib ki, mədəniyyət naziri Adil Kərimli 70 illik yubileyi və yüksək dövlət təltifi münasibətilə Baba Vəziroğluna təbriklərini çatdırıb. Baba Vəziroğlu yaradıcılığına verilən qiymətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Sonra nazir “Şərəf” ordeninin nişanını və vəsiqəsini şairə təqdim edib, xatirə şəkli çəkdirilib. Qeyd edək ki, Prezident İlham Əliyevin 11 yanvar 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəziroğlu bu ordenə layiq görülüb.
2024-02-06
829,847
Şəhid xanımı 11 min dollar tapdı, sahibinə qaytardı
Vətən müharibəsinin şəhidi Natiq Baxşəliyevin xanımı Gülnaz Baxşəliyeva bu gün paytaxtda böyük miqdarda pul tapıb. Axar.az xəbər verir ki, şəhidin həyat yoldaşı pulu itirən şəxsi axtarmaq üçün ATV-də yayımlanan “Bizimləsən” verlişinə müraciət edib. Məbləğin nə qədər olduğu və hansı istiqamətdə tapıldığı barədə məlumatlar açıqlanmayıb. Əldə etdiyimiz məlumata görə, bu məbləğ 11 min dollar olub. Telekanalın qaynar xəttinə zəng edənlərdən birinin pulun həqiqi sahibi olduğu bəlli olub.
2024-02-06
829,848
Yaxın Şərqdəki zərbələri dayandırmayacağıq - Blinken
ABŞ Yaxın Şərqdəki zərbələrinə son qoymaq niyyətində deyil. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken Dohada Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani ilə birgə mətbuat konfransında deyib. Xatırladaq ki, Blinkenin Yaxın Şərq turnesi Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilini əhatə edir. Səfərlər fevralın 8-dək davam edəcək.
2024-02-06
829,851
Ukraynada yeni qoşun növü yaradıldı
Ukrayna Prezidenti Vladimir Zelenski yeni qoşun növünün - Pilotsuz Sistem Qüvvələrinin yaradılması ilə bağlı fərman imzalayıb. Axar.az xəbər verir ki, bu barədə dövlət başçısı Teleqram kanalında məlumat verib. “Pilotsuz təyyarələr - pilotsuz sistemlər yerdə, səmada və dənizdəki döyüşlərdə effektivliyini sübut etdi”, - deyə o bildirib.
2024-02-06
829,853
"Baykar" Ukraynada zavodun tikintisinə başladı
Türkiyənin “Baykar” şirkəti Ukraynada dron istehsal edən zavodun tikintisinə başlayıb. Axar.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Haluk Bayraqdar Səudiyyə Ərəbistanında müdafiə sənayesi sərgisində jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, zavodda TB2 və TB3 PUA-ları istehsal ediləcək. Zavodun Kiyev yaxınlığında inşasına başlanıldığı bildirilib.
2024-02-06
829,854
Avtomobil qoşqulu texnika ilə toqquşdu: yaralılar var - Foto
Qubada minik avtomobilinin qoşqulu texnika ilə toqquşması nəticəsində iki nəfər xəsarət alıb. Axar.az xəbər verir ki, hadisə rayonun Hacıhüseynli kəndi ərazisində baş verib. VAZ 21099 markalı minik avtomobili yolda hərəkətdə olan kustar üsulla hazırlanmış meyvə daşıyan qoşqulu nəqliyyat vasitəsilə toqquşub. Hadisə zamanı qoşqulu texnikada olan iki nəfər xəsarət alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.
2024-02-06
829,855
Ukrayna çıxılmaz vəziyyətdədir - Bayden
Ukrayna çıxılmaz vəziyyətdədir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. O bildirib ki, buna səbəb ABŞ-ın yardımı dayandırmasıdır. Ağ Ev rəhbəri Kiyevin ağır durumda olması səbəbindən Ukrayna bayrağının rənglərində olan qalstuk geyindiyini və Ukrayna nişanı taxdığını bildirib.
2024-02-06
829,859
Dünya gücləri Ermənistana buna görə təzyiq etmir - Ayrım
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Türkiyə Böyük Millət Məclisində hakim Ədalət və İnkişaf Partiyasını (AK Parti) təmsil edən millət vəkili Şamil Ayrım Teleqraf.com-un suallarını cavablandırıb. Axar.az onunla müsahibəni təqdim edir: - Şamil bəy, bu gün Türkiyəni sarsıdan zəlzələdən bir il ötür. Ötən dövr ərzində Türkiyə toparlanmaq üçün hansı addımları atdı? - Bilirsiniz ki, 6 fevral tarixininin səhəri gün cənab prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə Cümhuriyyətinin bütün rəsmi şəxsləri zəlzələ baş verən ərazilərə getdilər. Öncə həmin ərazilərdə xilasetmə işləri aparıldı. Təəssüf ki, əsrin faciəsində 50 mindən çox insan dünyasını dəyişdi. Təbii ki, bu kədəri, yaranı sağaltmaq asan deyildi. Sürətli şəkildə həmin bölgələrin bərpası üçün cənab Ərdoğanın təlimatı üzrə lazımi işlər görüldü. Bu gün ölkəmizdə baş verən zəlzələnin birinci ildönümüdür. Bölgədə olan evlərin bir qismi ehtiyaclılara təhvil verilib. Bu müddətdə bütün işləri başa çatdırmaq çox asan deyil. Minlərlə insanlarımız evlərinə qovuşmalıdır. Amma hökumətimiz, dövlətimiz bunun üçün əlindən gələni yüksək səviyyədə edir. Bilirsiniz ki, ölkəmizdə zəlzələ baş verən zaman ilk yardıma gələn azərbaycanlı qardaşlarımız oldu. Hər zaman Türkiyə və Azərbaycan acı və kədərdə bir-birinin yanındadırlar. Zəlzələdə də Can Azərbaycan böyük bir xilasetmə komandası ilə bizim yaramızın sağalmasına kömək etdi. Türkiyə zəlzələnin açdığı yaranı sağaltmağa çalışır. Proqram çərçivəsində yeni yollar, məktəblər, xəstəxanalar inşa edilir. 13 milyon insanın yaşadığı bir bölgədir, 11 şəhərimizi əhatə edir. Zəlzələyə əsrin fəlakəti deyirik. Çünki zəlzələnin baş verdiyi ərazi Avropada yerləşən bir çox dövlətlərdən daha böyükdür. Bütün bunlara rəğmən türk insanı bu yaraları sağaldır. Biz zəlzələ zamanı böyük dəstək gördük. İnanıram ki, bir neçə il ərzində bütün sıxıntıların böyük qismini həll edəcəyik. Evlər inşa ediləcək, amma itirdiyimiz canları geriyə gətirə bilməyəcəyik. Acımız çox böyükdür. - Türkiyədə zəlzələ baş verən ərazilərdə inşa işlərinin aparıldığını vurğuladınız. Başqa nə kimi layihələr həyata keçirilir? - Məktəblər, xəstəxanalar tikilir, yollar bərpa edilir, fabriklər inşa olunur. Bölgəyə yeni yatırım üçün iş adamları gəlirlər. Onlara şərait yaradılır, dəstək göstərilir. Hava limanı yenilənir, magistral yollar bərpa edilib. Beləliklə, yeni layihə olaraq bölgəyə gəlmək istəyən bütün biznesmenlərə hər sahədə çox ciddi imkanlar yaradılıb. - Ermənistan sülh müqaviləsi imzalamaqdan imtina edir. Necə düşünürsünüz, niyə dünya gücləri Ermənistana hər hansı təzyiq göstərmir? - Ermənistanın Amerika və Fransada çox ciddi lobbisi var. Ancaq bunların hamısı əbəsdir. Çünki bu güclər Azərbaycanın ərazi bütövlüyünü əldə etməsinə mane ola bilmədi. Azərbaycan 30 il sonra 44 günlük Vətən Müharibəsində öz topraqlarının böyük bir qismini azad edib. Azərbaycan keçən il senyabrın 19-da baş tutan “antiterror əməliyyatı” zamanı torpaqlarının qalan hissəsini azad edərək ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, Azərbaycan artıq sülh müqaviləsini gözləyir. Ermənistana təkliflərini irəli sürüldü. Ermənistan tərəfindən hər hansı hərəkət yoxdur. Prosesə ən böyük əngəl Fransadır. Afrikadan qovulan Fransa təəssüf ki, Ermənistana müharibə dövründə də çox ciddi dəstək olub, indi də bu dəstək davam edir. Bilirsiniz ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) deputatları müzakirədə Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiq etməyib. Təbii ki, bu qərara cənab Prezident İlham Əliyev, deputatlar çox ciddi reaksiya göstərib. Nədənsə Fransa bu məsələyə çox manipulyasiya edir, onun arxasında başqa güclər də var. Qafqaz xalqları artıq sülh istəyir. Bu sülhün davamlı olması üçün isə Türkiyə hər zaman Azərbaycanın yanındadır. İnşallah, bu sülh baş tutacaq. Çünki region xalqının buna ehtiyacı var. Bölgənin iqtisadiyyatının inkişaf etməsi, gənclərin iş imkanlarının açılması, iş adamlarına yeni iş imkanlarının yaradıması lazımdır. Bunlar çox önəmli məsələlərdir. Gözləyib, görəcəyik. Biz mübarizə aparırıq. Hər zaman deyirik ki, Yaşasın Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və həmrəyliyi!
2024-02-07
829,861
Rusiyanın NATO-ya hücumu - 5 mərhələli ssenari
“Teleqraf” (The Telegraph) nəşri Rusiyanın NATO-ya mümkün hücumu ilə bağlı yeni ssenari yayıb. Axar.az xəbər verir ki, toqquşma ssenarisi 5 mərhələyə bölünüb. İlk mərhələ bu ilin yazında başlaya bilər. Belə ki, Rusiya 200 min insanı səfərbərliyə cəlb edərək Qərbin dəstəyinin səngiməsi fonunda Ukraynaya yeni hücuma keçəcək. İkinci mərhələ bu ilin yayında ola bilər. Rusiyanın Baltikyanı ölkələri kiberhücumlarla hədəf alacağı və etnik ruslar arasında iğtişaşları artıracağı proqnozlaşdırılır. Artıq 2024-cü ilin payızında Rusiya Federasiyası Belarusda hərbi təlimlərə başlamaq və Kalininqradı gücləndirmək üçün iğtişaşlardan bəhanə kimi istifadə edə bilər. 2024-cü ilin qışında Rusiya Polşa ilə Baltikyanı ölkələr arasında Suvalki körfəzində sərhəd münaqişəsi yarada bilər. Beşinci mərhələ "qarşıdurmanın özü" adlanır: “Rusiya NATO qüvvələri ilə qarşılaşdıqda Putin hücum edib-etməyəcəyinə qərar verəcək”. Qeyd olunur ki, Rusiya iqtisadiyyatı Qərbin sanksiyalarına məruz qalmaqda davam edir. Hərbi xərclərin yenidən iki və ya üç dəfə artırılması ölkənin bir neçə il ərzində iflasına səbəb olacaq.
2024-02-06
829,863
Qəzada ölən gənc Vətən müharibəsi iştirakçısı imiş
Yevlaxda faciəli surətdə həlak olan Tunar Məmmədovun 2020-ci ilin Vətən müharibəsi iştirakçısı, Suqovuşanı azad etmiş keçmiş hərbi qulluqçulardan biri olduğu aydınlaşıb. Axar.az Report-a istinadən xəbər verir ki, Tunar Habil oğlu Məmmədov fevral ayının 4-də avtomobil qəzasında həlak olub. Həmin gün axşam onun idarə etdiyi "VAZ-21014" markalı minik avtomobili Yevlax rayonun Salahlı kəndi ərazisində avtomobil yolundan çıxaraq su kanalına düşüb. Vətən müharibəsi iştirakçısının meyiti bir gün sonra tapılaraq ailəsinə təhvil verilib. T.Məmmədov Yevlax rayonunun Varvara kənd qəbiristanlığında torpağa tapşırılıb. T.Məmmədovun üç mərasimi fevralın 7-də Varvara kəndində veriləcək. Xatırladaraq ki, Tunar Habil oğlu Məmmədov 1995-ci ilin avqust ayının 17-də Yevlax rayonunun Varvara kəndində anadan olub. Orta məktəbi doğma kəndində bitirib. Həqiqi hərbi xidmət keçəndən sonra ordu sıralarında qalıb və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət edib. Vətən müharibəsinə qatılıb. O, Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında igidlik və mərdlik nümunəsi göstərib. Bu səbəbdən Prezident İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. Qeyd edək ki, Tunar Məmmədovun əmisi Azər Xuduş oğlu Məmmədov da hərbçi olub. 1970-ci il sentyabr ayında Yevlaxın Varvara kəndində doğulan A.Məmmədov 1995-ci ilin avqust ayının 4-də Ağdərədə şəhid olub. Tunar Məmmədovun bibisi oğlu Ədil Ədilzadə də şəhiddir. 1995-ci ilin may ayında Varvara kəndində anadan olan Ədil Rövşən oğlu Ədilzadə Azərbaycan Ordusunun baş leytenantı idi. 2020-ci ilin 44-günlük Vətən müharibəsində, 2022-ci ilin 12-14 sentyabrında Ermənistanla sərhəddə antiterror əməliyyatlarında iştirak edən Ədil Ədilzadə 2023-cü ilin sentyabr ayının 19-da Xocavənd rayonu istiqamətində gedən lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olub. Prezident İlham Əliyevin 2023-cü ilin noyabr ayının 17-də imzaladığı sərəncamlara əsasən, Ə.Ədilzadə ərazi bütövlüyümüzün təmin olunmasında göstərdiyi şücaət və mərdliyə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub. Allah rəhmət eləsin!
2024-02-06
829,864
Sabiq prezident helikopter qəzasında öldü
Çilinin sabiq prezidenti Sebastyan Pinyera ölkənin cənubunda helikopter qəzasında ölüb. Axar.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti yazıb. Helikopter Los-Rios bölgəsində qəzaya uğrayıb. Göyərtədə dörd nəfər olub.
2024-02-07
829,866
Bizə güclü və döyüşə hazır ordu indi lazımdır - Arutyunyan
Güclü və döyüşə hazır ordu Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini təmin edən ən mühüm amillərdən biridir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Rusiya səfiri Vaqarşak Arutyunyan Ermənistan silahlı qüvvələrinin yaradılmasının 32-ci ildönümü münasibətilə səfirlikdə keçirilən qəbulda deyib. O, “xüsusilə bölgədəki mövcud vəziyyəti nəzərə alaraq”, orduda islahatların aparılmasının vacibliyini vurğulayıb. Qəbulda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin nümayəndələri, xarici dövlətlərin Rusiyada akkreditə olunmuş səfirləri, hərbi attaşelər, erməni kilsəsi və icmasının nümayəndələri iştirak ediblər.
2024-02-06
829,867
Azərbaycanlı diplomat vəfat etdi
Azərbaycanlı diplomat Elşən Abduləzimov ağır xəstəlikdən vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi sosial şəbəkədə məlumat yayıb. "Bu gün dəyərli həmkarımız, peşəkar diplomat Elşən Səməd oğlu Abduləzimov ağır xəstəlikdən sonra vəfat edib. Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - XİN-in səhifəsində bildirilib.
2024-02-07
829,871
Moskvadayam, Putindən müsahibə alacam - Karlson
Amerikalı jurnalist Taker Karlson yaxın vaxtlarda Rusiya Prezidenti Vladimir Putindən müsahibə alacağını bildirib. Axar.az xəbər verir ki, bu barədə Karlson sosial şəbəkə hesabında paylaşım edib. “Bu gün biz Moskvadayıq, Rusiya Prezidenti Vladimir Putindən müsahibə götürmək üçün buradayıq”, - Karlson bildirib. Keçmiş “Foks Nyus” aparıcısının sözlərinə görə, belə müsahibələrin alınmasında həmişə risklər var, ona görə də qərar bir neçə ay ərzində qəbul edilib. Qeyd edək ki, Karlson Rusiyaya ötən həftənin sonunda gəlib. Hələ 2023-cü ilin sentyabrında jurnalist Putindən müsahibə almağa çalışdığını, lakin ABŞ hakimiyyəti tərəfindən buna qadağa qoyulduğunu bildirmişdi.
2024-02-07
829,877
Nigeriya Türkiyədən aldığı helikopterləri işə saldı
Nigeriyada Türkiyədən alınan iki ədəd T129 "Atak" döyüş helikopterinin istifadəyə verilməsi mərasimi keçirilib. Axar.az xəbər verir ki, Benue əyalətinin paytaxtı Makurdidə Nigeriya Hərbi Hava Qüvvələrinin (NAF) bazasında təşkil edilən mərasimdə vitse-prezident Kaşim Şettima, müdafiə naziri Badaru Abubakar, Türkiyənin Abucadakı səfiri Hidayət Bayraqdar, Nigeriya Quru Qoşunları komandanı Taoreed Laqbaca və digər qonaqlar iştirak ediblər. Vitse-prezident Kaşim Şettima çıxışında yeni satın alınan helikopterlərin yerləşdirilməsinin həm ölkə daxilində, həm də Qərbi Afrika bölgəsində təhlükəsizlik problemlərinin həllinə əhəmiyyətli töhfə verəcəyinə inamını ifadə edib. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində bir sıra terror təşkilatlarının, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşir.
2024-02-07
829,878
Ukrayna niyə ölən hərbçilərin sayını açıqlamır?
Ukrayna Rusiya ordusu ilə müharibədə həlak olan hərbçilərinin sayını açıqlamır. Səbəblərdən biri müdafiəçilərin özlərinin təhlükəsizliyi ilə bağlıdır. Axar.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin keçmiş müavini Anna Malyar deyib. O etiraf edib ki, əvvəllər özü də bu məlumatın hansı səbəbdən gizlədildiyini hərbçilər izah edənə qədər anlamayıb: “İtkilərin sayının açıqlanmaması söz azadlığı məsələsinə aid deyil. Əsas səbəblərdən biri odur ki, əməliyyatları planlaşdırarkən hərbçilər düşmən bölmələrində döyüşə hazır olan şəxslərin sayı ilə bağlı məlumatlara əsaslanırlar. Döyüş gedəndə, yaxud əməliyyat planlaşdırılanda harada nə qədər bölmənin olması hesablanır. Eyni zamanda itkilərə əsaslanaraq, bölmələrin daha hansı tapşırıqları yerinə yetirə biləcəyi təxmin edilir”.
2024-02-07
829,879
"Qalatasaray"ın matçında 6 qol vuruldu
Fevralın 6-da Türkiyə Kubokunda 1/8 final mərhələsinin matçlarına start verilib. Axar.az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub. “Qalatasaray" doğma meydanda "Bandırmaspor"la üz-üzə gəlib. Gərgin və maraqlı alınan görüş İstanbul nəhənginin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, günün digər oyunlarında "Fatih Karagümrük" "Samsunspor"a 2:1, "Ankaragücü" isə "Ərzincanspor"a 5:1 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə əldə ediblər.
2024-02-07
829,880
Bu gün növbədənkənar prezident seçkiləri keçiriləcək
Bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Axar.az xəbər verir ki, prezident seçkilərində 7 namizəd mübarizə aparacaq: - Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; - Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; - Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; - Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; - Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; - Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev. Ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb. Prezident seçkiləri ilə əlaqədar 23 mindən artıq Azərbaycan vətəndaşının səs verməsi üçün 37 ölkədəki səfirlik və konsulluqlarımızda 49 seçki məntəqəsi yaradılıb. Səsvermə saat 08:00-da başlayacaq, saat 19:00-da başa çatacaq. Seçkiləri 90 372 müşahidəçi izləyəcək. Bunlardan 790-nı 72 beynəlxalq təşkilatı təmsil edən beynəlxalq müşahidəçidir. Seçkilərin müşahidəsinə 14 partiya və 83 QHT üzvlərini, tərəfdarlarını, könüllüləri cəlb edib. 50 mindən çox müşahidəçi məhz 14 siyasi partiyanın mənsubudur. Növbədənkənar prezident seçkilərində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-nin “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsi üzrə 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirəcək. Seçkiləri işıqlandırmaq üçün 109 beynəlxalq media qurumundan 216 jurnalist akkreditasiyadan keçib. Prezident seçkiləri həm də ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində keçiriləcək. Azad edilmiş ərazilərdə 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verəcək. Seçki günü səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi seçki günü və ondan sonra səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokollarındakı məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında ilkin məlumat kimi yerləşdirilməsini təmin etməlidir. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində, yəni fevralın 17-dək prezident seçkilərinə yekun vurulmasını və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim olunmasını təmin etməlidir.
2024-02-07
829,883
Kiyevə hərbi texnika tədarükü davam edəcək - Pentaqon
ABŞ USAI proqramı çərçivəsində bazardan alınan hərbi texnikanı Ukraynaya tədarük etməyə davam edir. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib. "USAI daxilində bəzi müqavilələr var ki, onların icrası davam edir. Beləliklə, Ukraynaya bəzi tədarüklər davam edəcək", - Sinq vurğulayıb. Qeyd edək ki, USAI proqramı Ukrayna üçün yeni silahların alınmasını nəzərdə tutur.
2024-02-07
829,884
"Honda" 750 min avtomobili geri çağırdı
Yaponiyanın avtomobil istehsalçısı “Honda Motor” təhlükəsizlik yastıqlarında yaranmış nasazlıq səbəbindən ABŞ-dakı 750 000 avtomobili geri çağırıb. Axar.az xəbər verir ki, bu barədə “Röyters”məlumat yayıb. Qeyd olunur ki, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi (NHTSA) ön sərnişin oturacağının çəki sensorunun çatlaya və qısaqapanmaya səbəb ola biləcəyini, bunun nəticəsində hava yastığının düzgün açılmama ehtimalının olduğunu açıqlayıb. Dilerlər oturacaqların çəki sensorlarını dəyişdirməlidirlər. 2020-2022 il istehsalı “Honda Pilot”, “Accord” və “Civic”, həmçinin “Honda CR-V” və “Passport” kimi 2020 və 2021-ci il modelləri geri çağırılacaq.
2024-02-07
829,887
Ölüm xəbəri yayılan, 3 dəfə həbs yatan məşhur şair...
Haqqında “öldürdülər”, “intihar etdi” deyə şayiələr yayılan, bir zamanların çox məşhur şairi olan Ramiz Təkani ilə söhbətimiz də bu şayiələr kimi qəribə oldu. İctimaiyyətə məlum olan şəxsi həyatı ilə bağlı suallar onu bir qədər qəzəbləndirdiyindən, müsahibəmiz də yarımçıq qaldı. Kult.az şair Ramiz Təkani ilə yarımçıq müsahibəni təqdim edir: - Ramiz bəy, yaxın keçmişin məşhur şairi olmuşunuz, şeirləriniz səs yazısı ilə yayılırdı. Amma birdən-birə ölüm xəbəriniz çıxdı, elə bu günə qədər də çox adam sizi ölmüş bilir. Nə oldu, nə baş verdi? - 2010-cu ilin iyul ayında bir şeirimi məndən xəbərsiz olaraq əzizim, nəğməkar şair Orxan Dəniz internetdə yaydı. Çox az bir vaxtda da həmin şeir məşhurlaşdı. Bu şeirdən qısa bir müddət sonra isə törətdiyim cinayətə görə məni səkkiz il müddətinə həbs etdilər. Bəzi dırnaqarası işbazlar da pul qazanmaq niyyəti ilə istifadə edib, mənim ölüm xəbərimi yaydılar ki, əfsanələşim. İndi-indi bilirlər ki, sağam. Amma yenə də məni ölmüş bilən xeyli adam var. Bir dəfə də dedilər ki, sən Ramiz Təkani deyilsən, onu öldürüblər, səsin oxşayır. Hazırda cəmiyyət arasında da çox olmuram, heç bir telekanala da dəvət almıram deyə, həmin şayiələr olduğu kimi qalır. Kimə də deyirəm ölümüm ayə deyil, şayiədi, inanmır. - Bəs həbsə düşəndən sonra qazandığınız məşhurluğun indi olmamasına görə narahat deyilsiniz ki? Düşünmürsüz ki, kaş indi məşhur olardım? - Tam səmimi deyirəm, yox. Çünki məndə məşhurluq xəstəliyi yoxdur. Elə olub ki, adımı soruşublar, deyiblər, tanış gəlirsiz, qəsdən Ramiz demişəm, Təkani deməmişəm ki, heç bilməsinlər. Mənim üçün əsas olan yazmaqdır, onu da yazıram. Nəfsim yox, qələmim itidir. - Deyəsən, həbsdə bir yox, bir neçə dəfə olmusunuz. - Bəli, üç dəfə həbs həyatı yaşamışam. Üst-üstə on beş il altı ay. - Onlar da cinayətə görə olub? - Bəli, adam bıçaqlamağa görə. - Bir şairi bu qədər qəzəbləndirən səbəblər nə idi? - Birinci dəfə əsgərlikdə olarkən ana söyüşünə görə bıçaqladım, dörd il həbs yatdım. İkinci cinayətim də eynilə söyüş üstündə olub. Bu dəfə də üç il altı aylıq həbsə yollandım. Üçüncü dəfə isə səkkiz il oldu. 2018-ci ildə azadlığa çıxmışam. - Şairlər, adətən, mərhəmətli olurlar. Sizcə, bir şairin üç dəfə adam bıçaqlaması düzgündürmü? - Bir Allah şahiddir ki, mən qarışqanı belə tapdalamamaq üçün yolda diqqətli olan adamam. Sadəcə, məcbur ediblər məni. Müqayisə etmək olmasın, Şah İsmayıl Xətainin bir əlində qələm olub, birində də qılınc. İbadət əhliyəm, o cümlədən, mərhəmətliyəm də. Amma elə şeylər var ki, onun üçün nəinki həbsxanaya, ölümə də getmək olar. - Peşman deyilsiniz ki? Məsələn, həmin illəri azadlıqda olub, daha aktiv, daha yaxşı yazıb-yaratmaq olardı… - Mən heç vaxt kor-koranə iş görmürəm, bu səbəbdən də peşman deyiləm. Ləyaqətimi qorumuşam. Mənə xoş olmayan budur ki, bu əməlin adını cinayət qoyurlar. Mən gördüyüm iş “cin ayəti” deyil! - Deyirsiniz ki, birini bıçaqlamaq, xəsarət yetirmək, öldürməyə çalışmaq cinayət deyil? Bəs qanun? - Siz kimsiniz ki, məni müstəntiq kimi sorğu sual edirsiniz? Nə istəyirsiniz məndən? Əl çəkin...
2024-02-07
829,888
Qəzzada 31 israilli girov öldü
Qəzza zolağında keçirilən hərbi əməliyyat zamanı İsrail hərbçiləri anklavda saxlanılan girovlardan 31-nin ölməsi barədə yaxınlarına məlumat verib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari deyib. “İsrail ordusu bu ağır günlərdə oğurlananların ailələrini müşayiət edir və nümayəndələrimiz ailələrə onların yaxınları ilə bağlı təsdiqlənmiş məlumat verirlər. Beləliklə, biz oğurlanan və həlak olan 31 şəxsin yaxınlarını xəbərdar etmişik”, - deyə o bildirib.
2024-02-07
829,889
İran yenə simasını göstərdi: Ermənistan yolu… - Video
İranın Ermənistandakı səfiri Mehdi Sübhani bildirib ki, Tehran Azərbaycandan çox, Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük verir və guya Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır. İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi isə bundan təxminən iki il əvvəl həmkarından fərqli açıqlama verərək demişdi ki, Hindistan, İran, Azərbaycan, Gürcüstan, Qara dəniz və Avropanı əhatə edəcək yeni nəqliyyat dəhlizinin aktivləşməsi üçün gərəkən çalışmalar həyata keçirilir. İndi İranın iki səfirindən hansı düzünü deyib? Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, İranın Ermənistandakı səfirinin “Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır” fikri onun beyin məhsulu deyil, Tehrandan ötürülüb: “Demək, İranın istəyinin hansı istiqamətlə bağlı olduğu aşkardır. Ancaq məsələ burasındadır ki, Ermənistan Azərbaycandan fərqli olaraq nəqliyyat dəhlizi üçün gərəkən infrastruktur formalaşdırmayıb, heç bu işə başlamayıb, maliyyəsi yoxdur. Bunu Ermənistanı tərifləyən İranın bu ölkədəki səfiri də etiraf etmək məcburiyyətində qalıb”.
2024-02-07
829,891
Bu gün Mübariz İbrahimovun doğum günüdür
Bu gün Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür. Axar.az xatırladır ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsi ilə başa vurub. 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə təyinatı cəbhə bölgəsindəki hərbi hissələrdən birinə edilib. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla təkbətək döyüşüb, düşməni ağır itkilərə məruz qoyub. O, səhər saatlarında döyüşdə qəhrəmancasına şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb. Şəhid gizirə bu ad Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə verilib. Biləsuvar şəhərində lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. 2008-ci ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi “İstiqlal” snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci tüfəng onun şərəfinə “Mübariz” adlandırılıb. 2014-cü ildə Kanadanın Ottava şəhərində yerləşən Minto Parkında Mübariz İbrahimov adına xatirə lövhəsi vurulub. 2016-cı ildə Sumqayıtda küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılıb.
2024-02-07
829,893
Nardaran sahillərində qorxulu mənzərə - Video
Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində güclü külək avtomobilləri su altında qoyub. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb. Belə ki, küləyin güclənməsi nəticəsində sahildəki avtomobillər dalğaların qurbanına çevrilib. Həmin görüntüləri təqdim edirik:
2024-02-07
829,894
Lisiçansk hücumunda ABŞ da iştirak edib - Nebenzya
ABŞ Ukrayna Silahlı Qüvvələrinin Lisiçanska zərbə endirməsində tərəfdaş olub. Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT TŞ-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib. Nebenzya iddia edib ki, Ukrayna ABŞ-la birgə HİMARS-ı koordinasiya edib. Qeyd edək ki, Ukrayna ordusu Luqanskın Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə fevralın 4-də zərbə endirib. Rusiya hücumun HİMARS-la həyata keçirildiyini iddia edib. Hücum nəticəsində 28 nəfər ölüb, 10 nəfər yaralanıb.
2024-02-07
829,895
Hakan Fidan qətərli həmkarı ilə danışdı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə telefonla danışıb. Axar.az xəbər verir ki, telefon danışığı zamanı Qətər və Misirin səyləri nəticəsində İsrail və HƏMAS-a təqdim edilən çərçivə razılaşması ilə bağlı son vəziyyət müzakirə edilib. Nazir Hakan Fidan Türkiyənin sözügedən razılaşmaya dəstəyini vurğulayıb.
2024-02-07
829,897
Uşaqlıq və yeniyetmə yaşlarında yaranan xərçəng
Yalnız uşaq və yeniyetmə yaşlarında yaranan xərçəng növləri var. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, onkoloq Yevgeni Çeremuşkin hazırda gənclər arasında ağciyər xərçənginin yarandığını bildirib. “Adətən əvvəldən belə inanc var ki, xərçəng yaşlı xəstəliyidir. Lakin bədxassəli şişlərin elə növləri var ki, məhz erkən yaşda aşkarlanır, hətta "uşaq xərçəngi" deyilən növlər var. Nefroblastoma – böyrək xərçəngi uşaq yaş üçün xarakterikdir. Eləcə də qan xərçəngi, limfomalar immun sistemini zədələyir. Sümük xərçəngi də uşaq və yeniyetmə yaşda yarana bilir, çünki bu yaşda uşaqlarda sümüklərdə böyümə mərhələsi gedir. Yaşlı insanlar melanoma, mədə və ağciyər xərçəngindən müəyyən ətraf mühit amillərinə görə əziyyət çəkir. Amma maraqlısı budur ki, hələ illərlə siqaret çəkmədən və yaşlanmadan indi gənc nəsildə ağciyər xərçəngi artmağa başlayıb”, - o qeyd edib.
2024-02-07
829,898
Bakcell Qarabağda xidmət mərkəzlərinin sayını artıracaq
İnnovativ texnologiyalar sahəsində daim inkişaf edərək yenilikləri abunəçilərinə təqdim edən Bakcell şirkəti Qarabağ bölgəsində öz strateji genişlənmə planlarını elan edib. Şirkətdən Axar.az-a verilən məlumata əsasən, Bakcell regionda xidmət mərkəzlərinin sayını 10-a çatdıracaq. "Bu genişlənmənin əsas məqsədi regionda yaşayan vətəndaşlarımız ilə əlaqələrimizi daha da gücləndirmək, onlara ən son innovativ texnologiyaları təqdim etməkdir", — deyə şirkətdən bildirilib. Xatırladaq ki, Bakcell ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE xidmətini və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb. Bakcell zəruri infrastrukturun qurulması istiqamətində, eləcə də ən son texnologiyaların regiona gətirilməsində genişmiqyaslı fəaliyyətini daha da gücləndirəcək. Həyata keçirilən layihələr NEQSOL Holding-in Azərbaycanın Qarabağ regionunda ümumilikdə 200 mln manatadək sərmayə yatırmaq planlarının bir hissəsidir. Bakcell şirkəti NEQSOL Holding-in tərkibinə daxildir.
2024-02-07
829,899
Azərbaycan tarixində ilk: Bütün ölkə üzrə səsvermə başladı
Saat 08:00 etibarilə ölkə üzrə bütün seçki məntəqələri açılıb və səsvermə başlayıb. Axar.az xəbər verir ki, ölkədə 6 milyon 478 min 623 seçicinin səs verməsi üçün 6319 daimi və 218 müvəqqəti olmaqla 6537 seçki məntəqəsi formalaşdırılıb. Hazırkı prezident seçkiləri müstəqilliyimiz tarixində ilk dəfə olaraq bütün ölkəmizi əhatə edir. Belə ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də 23 mindən çox seçici 26 seçki məntəqəsində səs verəcək. Prezident seçkilərində 7 namizəd mübarizə aparır: İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev və Fuad Əliyev. Qeyd edək ki, səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə saat 10.00, saat 12.00, saat 15.00, saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Seçki məntəqələri saat 19:00-da bağlanacaq və səslərin sayımı başlayacaq.
2024-02-07
829,900
Seçki günü bu qruplar təxribat törədəcək – Şok məlumat
Azərbaycandakı Qərblə bağlı şəbəkənin seçki günü genişmiqyaslı gözdənsalma kampaniyasına hazırlaşdığını təsdiqləyən və bu istiqamətdə fəaliyyəti ifşa edən məlumatlar həndəsi silsilə ilə artmaqdadır. Axar.az xəbər verir ki, yayılan ən son məlumatlarda bu prosesin Toplum TV-nin bazasında jurnalist Xədicə İsmayıl və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İB-nin sədri Anar Məmmədli vasitəsilə həyata keçirildiyi bildirilmişdi. Qeyd edilirdi ki, Xədicə İsmayıl Bakı Jurnalistika Məktəbi nəzdində gənclərdən ibarət qrup formalaşdırır və bu qrupun əsas vəzifəsi seçki günü seçkilərin saxtalaşdırılacağına dəlalət edən faktların toplanması və yayılmasıdır. Gənclərə Gürcüstanda GİPA, Avropa ölkələrində pulsuz təhsilini davam etdirmək imkanları vəd edilir, onların seçki günü fəaliyyətinə böyük pullar xərclənir. SMDT sədri Anar Məmmədlinin oxşar fəaliyyəti həyata keçirməsi üçün Qərb fondlarından böyük vəsait aldığı, bunun müqabilində onun 500 nəfərdən ibarət və bütün ölkə boyu fəaliyyət göstərəcək geniş şəbəkə yaradacağı, lakin üzərinə qoyulmuş vəzifənin öhdəsindən gəlmədiyi və cəmi 20 nəfərə yaxın qrup formalaşdırdığı, onların da əsasən radikal müxalifətin nümayəndələri olduğu bildirilmişdi. Məlumatda o da qeyd edilirdi ki, A.Məmmədli aldığı böyük məbləğdə qrantı mənimsədiyi və öz məqsədlərinə sərf etdiyinə görə indi çətin vəziyyətdədir. Redaksiyamıza daxil olan son məlumatlar deyilənlərin yalan olmadığını və həqiqətən də Qərbdən maliyyələşən şəbəkə üzvlərinin, o cümlədən də Toplum TV və SMDT-nin bu istiqamət üzrə ardıcıl fəaliyyət göstərdiyini təsdiq edir. Bu məlumatlar sırasına səsvermə günü məntəqələrdə fəaliyyət göstərən gənclər üçün hazırlanmış iki təlimat xüsusi önəm kəsb edir. “Müşahidəçilər üçün davranış qaydaları ilə bağlı hazırlanmış Təlimat"da gənclərə seçki günü davranış qaydaları, hansı məsələlərə diqqət yetirilməsinin, nələrin videoya çəkilməsinin və s. məsələlərin vacib olduğu qeyd edilir. Məsələn, bildirilir: “Sabah (yəni bu gün – red.) saat 7 tamamda artıq həmin məntəqədə olmaq lazımdır ki, prosesləri əvvəldən izləmək mümkün olsun. Mobil telefonların şarjını tam dolu saxlamaq və əgər varsa, poverbank götürmək. Sizdən kimliyindən asılı olmayaraq kimsə (hətta jurnalistlər belə soruşsa, fərq etmir) niyə və nə üçün, hansı maraqlar üçün müşahidəçi olduğunuzu sorarsa, hara ilə əməkdaşlıq etməyinizdən söz açmamağınız xüsusi xahiş olunur. Bu, hər iki tərəfin təhlükəsizliyi üçün vacibdir”. Qrup üzvləri bütün texniki avadanlıqla təmin olunublar, onlara həmin texniki vasitələrlə necə davranmağın lazım olduğu göstərilib. Diqqəti çəkən bir məqam da kifayət qədər ehtiyatlı davranmaq tövsiyəsidir ki, bu da ümumilikdə fəaliyyətin qeyri-leqal xarakter daşımasından irəli gəlir. Daha sonra "seçki pozuntusu"nun necə lentə alınması barədə tövsiyələr verilir: “Əlbəttə ki, situasiya çətin ola bilər, lakin video çəkəndə telefonun əsməməsinə, fokus problemi olmamasına diqqət edin, topa bülleten və digər saxtakarlıqları edən şəxslərin üzünün videoda düşməsi lazımdır ki, ifşalamaq mümkün olsun. Videolar əsasən horizontal çəkilir, belə olması daha uyğundur, lakin bu hadisədən, həmin andan asılı olaraq, təbii olaraq dəyişə bilər. Qanunsuzluqlar əks olunan videoları çəkdikdən sonra dərhal qruplara atın və imkan daxilində qısa məlumatı (hansı məntəqə və dairədə olduğu, sizdən savayı yerli, yaxud beynəlxalq müşahidəçilərin reaksiyası, MSK nümayəndələrinin reaksiyası) yazılı, yaxud səsli şəkildə bölüşün”. Deməli, qrup şəkilndə fəaliyyət göstərən “xəfiyyələr”ə həm də çəkilişlərin necə aparılması öyrədilir. Bu da onun üçün vacibdir ki, sonrakı mərhələdə bu görüntülər Qərbin aparıcı medialarına göndərildikdə onlar bundan istifadə edə bilsinlər. Çünki təlimatçılar çəkilişlərin standartlara uyğun olmadığı halda ciddi media tərəfindən yayımlanmayacağını çox yaxşı bilirlər. Digər məqamların da aydın təsvir olunduğu bu təlimatda unutqanlıq problemi yaşayan “xəfiyyələrə” nə eləməyin lazım olduğu öyrədilir: “Diqqət problemləriniz varsa, kiçik kitabça götürə və diqqətçəkən məqamları qeyd edə bilərsiniz”. Həmçinin, həmin şəxslərə məntəqədən kənara çəkilməmək və 11 saat ərzində iş başında olmaq tapşırılır: “Yanınızda su və yeyəcək nəsə götürə bilərsiniz ki, yemək fasiləsi verib hansısa pozuntuları nəzərdən qaçırmaq ehtimalını minimuma endirəsiniz”. Təlimatda səslərin sayılması zamanı nələr etmək lazım olduğu öyrədilir və təhlükəsizlik baxımından telefonda məlumat saxlamamaq və onları ötürdükdəın sonra silmək tapşırılır. Cavid Nəbiyev adlı qeyri-ənənəvi seksual orientasiyaya malik digər təlimatçı isə qrupa aşağıdakı tövsiyələri verir: “Seçkilərə az qalıb. Son hazırlıq üçün sizdən ricamız: * göndərilən müşahidəçilik materiallarını bir daha təkrarlayın. * məntəqə cütlükləri öz aralarında kommunikasiya qursun. Sabah hər cütlük seçkinin başlamasına 15-20 dəqiqə qalmış yerində olsun. Bu tədbir, workshop, seminar deyil. Qətiyyən gecikmək olmaz. Ciddi prosesdir və bu qədər əziyyətimiz hədər olmasın. Həm də vaxtında gəlin ki, məntəqə sədri başlanğıcda elan verəndə detalları unutmayasız və ilk seçicidən səsvermə aktivliyini hesablaya biləsiniz. * Gün ərzində 2 dəfə sizə snack və su tədarükü edəcəyik. Bununla bağlı əlavə məlumat veriləcək. * Hər birinizə poverbank tədarükü görülüb. Sabah 11-12 arası ilk snacklar çatdırılanda həmin poverbanklar da sizə veriləcək. Siz evdən çıxanda telefonunuzu tam yükləyin və özünüzlə “charging” kabeli də götürün. Poverbankların usb və tpc girişləri var. Hər birinizə *50 azn* göndərildi (1 nəfərdən başqa). Bu sizin seçki günü "basic" (əsas - red.) ehtiyaclarınızı qarşılamaq üçün dəstəkdir. Məsələn, məntəqədə vaxtında olmaq üçün taksi tutub gəlməyiniz-filan. Seçkidən sonra hər birinizlə görüşüb həm protokollarınızı, həm də sizə veriləcək poverbankları təhvil alanda sizdən invoice formaya, yəni 50 azn almağı təsdiqləmək üçün kağıza imza atmağınızı istəyəcəm”. Beləliklə, digər bir qrupun üzvlərinə kommunikasiyanın necə qurulması, hansı proqramlarla iş aparılması, yemək, verilən pul və s. barədə məlumat verilir. Hazırda redaksiyamızda müxtəlif qruplar üzrə fəaliyyət göstərən şəxslər barədə ətraflı məlumat da var. Məsələn, SMDT-nin qrupuna 16 nəfər daxildir. Onlar Bakı, Gəncə, Yevlax şəhərlərində, Beyləqan, Kürdəmir, Ağdam, Lənkəran, Şəmkir, Daşkəsən və Cəlilabad rayonlarında fəaliyyət göstərirlər. Həmin şəxslərin adları, fəaliyyət növü, ev ünvanları və hətta telefonları barədə belə məlumatlar var. Bakının Yasamal rayonunda toplaşmış digər bir qrupa 10 nəfər daxildir. Onlar Bakı, Gəncə, Yevlax şəhərləri, Abşeron, Lənkəran, Şəki, Neftçala rayonlarında fəaliyyət göstərirlər. Bu qrup üzvləri haqqında da redaksiyamıza dəqiq məlumat verilib. Müəyyən etdiyimiz üçüncü qrup isə Toplum TV-nin nəzdində hazırlanmış və gənc jurnalistlərdən ibarət qrupdur. Onu da qeyd edək ki, Xədicə İsmayılın rəhbərliyi ilə hazırlanan bu qrup başlanğıcda xeyli gənc cəlb edə bilsə də, sonrakı mıərhələdə onların tam əksəriyyəti təlimləri tərk edib. Hazırda qrupun cəmi 5 üzvü var. Bakı şəhəri, Ağdam, Daşkəsən, Şabran və Quba rayonlarında fəaliyyət göstərən bu qrup üzvlərinin qarşısına da yuxarıda təsvir olunan vəzifələr qoyulub. Əlavə edək ki, bu təxribat qruplarını ölkədən kənarda yaşayan məlum dəstə sosial şəbəkədəki kanalları vasitəsilə açıq çağırışlarla “motivasiya” edir. Bu dəstə də bəlli yerlərdən aldıqları qrantlarla onları qızışdırır və birdəfəlik vasitə kimi istifadə etməyə çalışır, hətta toqquşmaya getməyə təhrik edir. Redaksiyaya qrup üzvləri, eyni zamanda onların təhrikçiləri haqda detallı məlumat da daxil olub və ehtiyac yaranacağı halda dərc edəcəyik.
2024-02-07
829,901
Dünyanın diqqəti Azərbaycandakı seçkilərin üzərindədir
Dünyanın nüfuzlu media qurumları Azərbaycanda keçirilən prezident seçkilərini izləyir. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. O bildirib ki, dünya ictimaiyyətinin diqqəti Azərbaycanda keçirilən seçkilərin üzərindədir: "Beynəlxalq səviyyədə tanınmış media qurumları seçkilər barədə ingilis, rus və başqa dillərdə dünya ictimaiyyətini məlumatlandıracaqlar". M.Pənahov əlavə edib ki, istər yerli, istər xarici medianın seçkiləri sərbəst şəkildə işıqlandırmaları üçün bütün şərait yaradılıb.
2024-02-07
829,903
Şuşada səsvermə keçirilir - Foto
İşğaldan azad olunan Şuşa şəhərində növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilir. Axar.az Report-a istinadən xəbər verir ki, şəhərdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb. Şuşa şəhər 1 saylı tam orta məktəbin binasında yaradılan məntəqə səhər saat 08:00-da açılıb. Məntəqədə ümumilikdə 1222 seçici qeydiyyatdan keçib. Səsverməni 13 nəfər yerli müşahidəçilər izləyir. Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
2024-02-07
829,905
MDB PA missiyası seçkilərin monitorinqinə başladı
MDB Parlamentlərarası Assambleyasının (PA) missiyası Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləməyə başlayıb. Axar.az xəbər verir ki, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan olan deputat və senatorların daxil olduğu müşahidə missiyasına Qazaxıstan Senatının sədr müavini Jakip Asanov başçılıq edir. J.Asanov əvvəlcə Səbail rayon 7 saylı seçki dairəsinin Dövlət İdarəçilik Akademiyasında yerləşən 2 saylı seçki məntəqəsində olub. Saat 08:00-da səsvermə məntəqəsi açıldıqdan sonra MDB PA-nın müşahidəçilər missiyasının rəhbəri buradakı şəraitlə tanış olub və seçki məntəqəsinin rəhbərinə bir sıra suallar verib. Məntəqə sədri Süleyman Əliyev burada seçkilərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edərək, bir neçə gündür həm yerli, həm də xarici müşahidəçilərin bu məntəqəni ziyarət etdiyini vurğulayıb.
2024-02-07
829,907
Xankəndidə seçici fəallığı açıqlandı
09:13 İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Axar.az xəbər verir ki, səhər saat 8:00-da məntəqə açılıb. Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb. 14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir. Müşahidəçilər səsvermə prosesini izləyir. Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. *** Xankəndidə seçici fəallığı açıqlanıb. MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 10.00-a qədər 2361 nəfər səs verib, 30,25% seçici fəallığı var.
2024-02-07
829,909
Xocalıda səsverməni 26 müşahidəçi izləyir
İşğaldan azad olunan Xocalı rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsvermə başlayıb. Axar.az xəbər verir ki, bütün ölkədə olduğu kimi, burada da səhər saat 08:00-da məntəqələr açılıb. Rayon ərazisində 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 2 seçki məntəqəsi yaradılıb, 770 seçici qeydiyyata alınıb. Xocalı rayonu Təzəbinə kənd orta məktəbində yerləşən 106 saylı məntəqədə 546 seçici, Əsgəran qəsəbəsindəki uşaq bağçasında fəaliyyət göstərən 107 saylı məntəqədə isə 224 seçici var. Səsvermə prosesini 26 müşahidəçi izləyir. Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
2024-02-07
829,910
Neft bahalaşmaqda davam edir
Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,68 dollara, yüngül neftin bir barreli isə 73,45 dollara təklif olunur.
2024-02-07
829,914
Qafarova ilə Simonyan görüşə bilər
Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə Ermənistan parlamentinin rəhbəri Alen Simonyan martın 23-27-də İsveçrədə görüşə bilər. Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamenti sədrinin ofisindən bildirilib. Məlumata görə, konkret təkliflər hələ daxil olmayıb, görüşün formatı isə müzakirə edilə bilər. Qeyd edək ki, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq martda ittifaqın növbəti assambleyası çərçivəsində Ermənistan və Azərbaycan parlamentləri sədrlərinin görüşünün keçirilməsinin planlaşdırıldığını demişdi.
2024-02-07
829,917
Müdafiə naziri səs verdi - Foto
Müdafiə naziri Zakir Həsənov prezident seçkilərində səsvermə hüququndan istifadə edib. Axar.az xəbər verir, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 29 saylı məntəqəsində səs verib. Xatırladaq ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir.
2024-02-07
829,920
Füzulidə 30 il sonra ilk sesvermə - Video
Füzuli şəhərində də növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başlayıb. Axar.az xəbər verir ki, bu barədə AzTV-nin Füzuliyə ezam olunmuş əməkdaşı birbaşa bağlantıda məlumat verib. Bildirilib ki, səhər saatlarından başlayaraq seçicilərin fəallığı müşahidə edilir. Seçki məntəqəsində seçicilərin rahat, sərbəst, şəffaf şəraitdə səs vermələri, müşahidələrini aparmaları üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.
2024-02-07
829,924
Laçında səsvermə... - Foto
İşğaldan azad olunan Laçın rayonunda növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb. Axar.az Report-a istinadən xəbər verir ki, 121 saylı Laçın seçki dairəsinin Laçında 5 məntəqəsi yaradılıb. Məntəqələrin 3-ü Laçın şəhərində, digərləri isə Zabux və Qorçu kəndlərində yerləşir. Laçında ümumilikdə 6020 seçici qeydiyyata alınıb. Qeydiyyatdan keçən müşahidəçilərin sayı isə 65 nəfərdir. Laçındakı məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Yerli müşahidəçilər səsvermə prosesini izləyirlər.
2024-02-07
829,928
31 ildən sonra Kəlbəcərdə seçki məntəqələri açıldı
İşğaldan azad olunan Kəlbəcər rayonunda növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb. Axar.az xəbər verir ki, rayonda 123 saylı Kəlbəcər seçki dairəsinin iki məntəqəsi yaradılıb. Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yerləşən 63 saylı məntəqədə 603, Kəlbəcər Su-Kanal İdarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 seçici qeydiyyatdadır. Kəlbəcər rayonunda ümumilikdə 1 478 seçici var. Seçkilərin gedişini 28 yerli müşahidəçi izləyir. Məntəqələr bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.
2024-02-07
829,929
Vilayət Eyvazov Xankəndidə səs verdi
Daxili işlər naziri Vilayət Eyvazov səsvermə hüququndan Xankəndidə istifadə edib. Axar.az xəbər verir ki, nazir 122 saylı Xankəndi seçki dairəsinin 16 saylı məntəqəsində növbədənkənar prezident seçkisində səs verib.
2024-02-07
829,934
Ölkə seçkilərə yaxşı hazırlaşıb - Kobitski
Azərbaycanda prezident seçkilərinə hazırlıq ən yüksək səviyyədə aparılıb, təşkilatçılıq çox yaxşıdır. Axar.az xəbər verir ki, bunu jurnalistlərə Müstəqil Dövlət Birliyinin (MDB) Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski deyib. “Azərbaycanda seçkilər bütün demokratik normalara, standartlara tam uyğundur. Ölkədə seçki kampaniyasına hazırlıq yüksək səviyyədə aparılıb. Bunu namizədlərlə, seçki prosesinin təşkilatçıları ilə, o cümlədən Mərkəzi Seçki Komissiyası ilə görüşlər də təsdiqləyib. Xarici İşlər Nazirliyində, parlamentdə də görüşlər keçirdik. Ona görə də indi belə qənaətə gələ bilərik ki, ölkə seçkilərə yaxşı hazırlaşıb”, - o vurğulayıb.
2024-02-07
829,936
Hikmət Hacıyev səs verdi - Foto
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev növbədənkənar prezident seçkilərində səs verib. Axar.az xəbər verir ki, Hikmət Hacıyev 17 saylı yasamal 3-cü seçki dairəsi, 1 saylı məntəqədə səsvermə hüququndan istifadə edib.
2024-02-07
829,939
Zəngilan və Qubadlıda seçicilərin fəallığı müşahidə olunur
İşğaldan azad olunan Zəngilan və Qubadlı rayonlarında növbədənkənar prezident seçkiləri üzrə səsvermə başlayıb. Axar.az xəbər verir ki, qeydiyyata alınan seçicilər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi nəzdində yaradılan 4 məntəqədə səsvermədə iştirak edəcəklər. Məntəqələrdən 3-ü Zəngilan, 1-i isə Qubadlı rayonu ərazisində yaradılıb. Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilən ərazilərində ümumilikdə 2919 seçici qeydiyyata alınıb. Qeydiyyata alınan seçicilər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsinin nəzdində yaradılan 4 məntəqə üzrə səsvermədə iştirak edəcəklər. Səsvermə məntəqələri bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Zəngilan rayonu Ağalı kəndində yaradılan 33 saylı məntəqə üzrə 971 nəfər, Alıbəyli kəndində DOST Aqroparkın binasında yaradılan 61 saylı məntəqə üzrə 615 nəfər, Ağbənd qəsəbəsində KALYON Şirkətinin inzibati binasında yaradılan 62 saylı məntəqə üzrə 561 nəfər, Qubadlı rayonu Xanlıq kəndində POLATYOL şirkətinin inzibati binasında yaradılan 63 saylı məntəqə üzrə isə 1387 nəfər səsvermə hüququndan istifadə edə biləcəklər.
2024-02-07
829,942
Baş nazir səs verdi - Foto
Baş nazir Əli Əsədov prezident seçkilərində səs verib. Axar.az xəbər verir ki, Ə.Əsədov 7 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.
2024-02-07
829,944
Ceyhun Bayramov da səs verdi - Video
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərində səs verib. Axar.az xəbər verir ki, nazir 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib. Bu məntəqənin seçici siyahısında 819 nəfər yer alır. İndiyədək 220 nəfər səs verib.
2024-02-07
829,946
Prezident və ailə üzvləri Xankəndidə səs verdi - Video
10:07 Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
2024-02-07
829,950
Rusiya ilə ərazi məsələsi həll olunmayıb - Kişida
Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq siyasətinə qətiyyətlə sadiqdir və İkinci Dünya müharibəsinin bitməsindən 78 il sonra belə bir sənədin olmamasına təəssüf edir. Axar.az xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida deyib. “Çox təəssüf ki, müharibənin bitməsindən 78 il keçsə də, şimal əraziləri məsələsi həll olunmayıb və Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi bağlanmayıb. Lakin hökumət ərazi probleminin həllinə və sülh müqaviləsinin bağlanmasına sadiqdir”, - o bildirib.
2024-02-07
829,954
Prezidentliyə namizədlər səs verdi
10:17 Prezidentliyə namizədlər növbədənkənar prezident seçkilərində səs verib. Axar.az xəbər verir ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 26 saylı Sabunçu birinci seçki dairəsinin 13 saylı məntəqəsində, prezidentliyə namizəd Zahid Oruc 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 7 saylı Səbail seçki dairəsinin 38 saylı məntəqəsində, prezidentliyə namizəd Elşad Musayev 19 saylı Nərimanov l seçki dairəsinin 3 saylı seçki məntəqəsində, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 8 saylı Binəqədi Birinci Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində, prezidentliyə namizəd Fuad Əliyev isə 34 saylı Xətai II Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.
2024-02-07
829,958
Şahin Mustafayev də səs verdi
Baş nazirin müavini Şahin Mustafayev prezident seçkilərində səsvermə hüququndan istifadə edib. Axar.az xəbər verir ki, o, 21 saylı Nəsimi-Binəqədi Seçki Dairəsinin 132 saylı uşaq baxçasında yerləşən 3 saylı seçki məntəqəsində səs verib.
2024-02-07
829,959
Türkiyədəki vətəndaşlarımız 5 məntəqədə səs verir
Azərbaycanın Türkiyədəki diplomatik nümayəndəliklərində prezident seçkiləri ilə əlaqədar səsvermə yerli vaxtla saat 08:00-da başlayıb. Axar.az xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyində 46 və 47, İstanbuldakı baş konsulluğunda 53 və 54, Qarsdakı baş konsulluğunda isə 55 saylı seçki məntəqələri yaradılıb. Türkiyədə daimi və ya müvəqqəti yaşayan, uzunmüddətli ezamiyyətdə və ümumiyyətlə hazırda Türkiyədə olan 18 yaşı tamam olmuş, aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları yerli vaxtla saat 19:00-dək seçki məntəqələrinə gələrək səsvermə hüququnu həyata keçirə bilərlər. Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyasına, Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqələr lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Diplomatik nümayəndəliklərimizin əhatə dairələrində azərbaycanlıların seçki məntəqələrinə rahat gəliş-gedişini təmin etmək üçün xüsusi avtobus səfərləri təşkil olunub. Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir.
2024-02-07
829,961
Karasindən seçkilərlə bağlı açıqlama: Məhz bu amil…
Seçki günü səs verənlərin qəlblərini nikbinliklə doldurur. Çünki söhbət təkcə bülletendə öz mövqeyini ifadə etməkdən getmir, söhbət hər bir ailənin, hər bir insanın, hər bir azərbaycanlının gələcəyə səs verməsindən gedir. İnsanlar sabitliyə, iqtisadi və sosial tərəqqiyə səs verirlər. Axar.az xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Rusiya Federasiyası Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin söyləyib. O qeyd edib ki, Azərbaycanda bu hadisəni gözləyir, ona hazırlaşırdılar: “Biz bilirik ki, yeddi namizəd qeydə alınıb. Əminəm ki, güclü olan qalib gələcək. Bu gün səs verənlər Azərbaycanın müasir, dinamik ölkəyə çevriləcəyinə ümid bəsləyirlər. Məhz bu amil belə böyük sayda seçicini seçki məntəqələrinə gətirir. Bu, həm göz oxşayır, həm də könül sevinir. Bu cür şərait yaratmağı bacaran təşkilatçılara “Çox sağ ol!” deyirəm”.
2024-02-07
829,964
Bu ərazimizə yarım metrədək qar yağdı
Fevralın 7-si saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində fevralın 6-sı axşamdan yağıntılar tədricən kəsilib, lakin gecə və səhər bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olub, qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, qar örtüyünün hündürlüyü: Sarıbaşda (Qax) 48 sm, Ordubadda 36 sm, Şəki, Xaltanda 12 sm, Qusarda 9 sm, Altıağac, Gədəbəydə 6 sm-dək olub. Küləyinin maksimal sürəti Yardımlıda 24 m/s, Şəki, Gədəbəy, Daşkəsəndə 20 m/s, Lerikdə 17 m/s-dək güclənib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-16 , Naxçıvan MR-da 12-15, Aran rayonlarında 15-19, dağlıq rayonlarda 9 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 3 dərəcəyədək şaxta olub.
2024-02-07
829,966
Ölkə üzrə seçici fəallığı açıqlandı
10:42 Azərbaycanda növbədənkənar prezident seçkilərində seçici fəallığının saat 10:00-a olan nəticələri məlum olub. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. O bildirib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 19,44 faizdir. Ümumilikdə 1.259.371 nəfər səs verib. *** Azərbaycanda növbədənkənar prezident seçkilərində seçici fəallığının saat 12:00-a olan nəticələri məlum olub. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. O bildirib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 38,57 faizdir. Ümumilikdə 2.499.033 nəfər səs verib. *** Azərbaycanda növbədənkənar prezident seçkilərində seçici fəallığının saat 15:00-a olan nəticələri məlum olub. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. O bildirib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 60,54 faizdir. Ümumilikdə 3.922.187 nəfər səs verib. *** Azərbaycanda növbədənkənar prezident seçkilərində seçici fəallığının saat 17:00-a olan nəticələri məlum olub. Bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib. O bildirib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 70,85 faizdir. Ümumilikdə 4.590.075 nəfər səs verib. *** Bu gün keçirilən prezident seçkilərinin 19:00-a - yekun seçici fəallığı açıqlanıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, növbədənkənar prezident seçkilərində respublika üzrə seçici fəallığı 76,73 faiz olub. Ümumilikdə 4.971.032 nəfər səs verib.
2024-02-07
829,973
Polşa Rusiyaya görə qırıcılarını havaya qaldırdı
Polşa və onun müttəfiqləri Rusiyanın uzunmənzilli aviasiyasının intensiv fəaliyyətləri səbəbiylə döyüş təyyarələrini havaya qaldırıb. Axar.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb. “Xəbərdarlıq edirik ki, Polşa və müttəfiqlərin təyyarələri işə salınıb və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər”, - məlumatda deyilir. Qeyd edək ki, Polşa oxşar tədbiri 2024-cü ildə iki dəfə - 13 və 23 yanvarda tətbiq edib.
2024-02-07
829,978
50 milyard heç nədir, ümid ABŞ-a qalıb
Avropa Birliyinin Ukraynaya ayırdığı 50 milyard avro Kiyevin artan ehtiyacları üçün heç nədir. Avropa xoşagəlməz reallıqla üzləşib və Kiyevə daha uzun müddət yardım göstərməli olacaq. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb. “AB-nin Ukrayna üçün ayırdığı 50 milyard avro mahiyyət etibarı ilə heç bir şey deyil. Ölkənin maliyyə ehtiyacları hər gün artdıqca və Rusiya ilə amansız müharibə uzandıqca, Qərb, xüsusən də Avropa xoşagəlməz hadisələrlə üzləşir. AB ümid edir ki, ABŞ Ukraynanın təminat sisteminin saxlanmasına əhəmiyyətli töhfə verəcək. Lakin ABŞ Prezidenti Co Baydenin 60 milyard dollarlıq hərbi yardım paketini Konqresdən keçirə bilməməsi müharibədən əziyyət çəkən ölkəni hazırda çətin vəziyyətdə qoyur”, - nəşr bildirib.
2024-02-07
829,980
Zabuxda seçki səhəri - Möhtəşəm görüntü
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. Axar.az xəbər verir ki, seçki məntəqəsi Laçının Zabux kəndində də yaradılıb. Zabuxdan seçki səhəri lentə alınan möhtəşəm görüntüləri təqdim edirik:
2024-02-07
829,981
Kəmaləddin Heydərov səs verdi - Foto
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov növbədənkənar prezident seçkilərində səs verib. Axar.az xəbər verir ki, nazir 17 saylı Yasamal 3-cü seçki dairəsi, 1 saylı məntəqədə səsvermə hüququndan istifadə edib.
2024-02-07
829,987
Prezident seçkiləri: Moldovada səsvermə başladı
Növbədənkənar Azərbaycan prezidenti seçkiləri üzrə Moldovada səsvermə başlayıb. Axar.az xəbər verir ki, bu ölkənin paytaxtı Kişinyovda Azərbaycan səfirliyində yaradılan seçki məntəqəsi açılıb. Məntəqədə 100 Azərbaycan vətəndaşı olan seçici qeydiyyatdadır. Məntəqədə sərbəst səsvermə üçün bütün şərait yaradılıb. Müşahidəçilər prosesi izləyir.
2024-02-07
829,989
714-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 714-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 391 470 hərbçi, 6 372 ədəd tank, 11 879 ədəd zirehli döyüş maşını, 9 387 ədəd artilleriya sistemi, 980 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 665 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 486 ədəd avtomobil texnikası, 7 177 ədəd PUA, 1 849 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 497 xüsusi avadanlıq itirib.
2024-02-07
829,992
Rusiya Ukraynaya genişmiqyaslı raket zərbəsi endirdi
Rusiya qoşunları Ukrayna ərazilərinə irimiqyaslı raket zərbəsi endirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, bütün ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Kiyevin meri Vitali Kliçko bildirib ki, ölkə paytaxtında hava hücumundan müdafiə sistemləri işə düşüb və şəhərdə bir neçə partlayış səsi eşidilib: “Raketin qalıqlarının düşməsi nəticəsində iki nəfər xəsarət alıb, iki yüksək gərginlikli xətt və istilik magistralı sıradan çıxıb, Dnepr çayının sol sahilində bəzi istehlakçılar işıqsız qalıb”. Hücum zamanı Xarkovda da partlayış səsləri eşidilib. Xarkovun hərbi administrasiyasının rəhbəri Oleq Sinequbovun sözlərinə görə, zərbələr şəhərin Slobodski rayonunda qeydə alınıb, qeyri-yaşayış infrastrukturu zədələnib. İlkin məlumata görə, xəsarət alan olmayıb. Qeyd edək ki, Qoloseyevski rayonu, Nikolayev və Lvov vilayətində də partlayış səsləri eşidilib.
2024-02-07
829,993
Səudiyyə İsraillə danışıq şərtini açıqladı
Səudiyyə Ərəbistanı yalnız Fələstin dövlətini tanıdığı və qoşunlarını Qəzza zolağından çıxaracağı təqdirdə İsraillə diplomatik münasibətləri normallaşdıracaq. Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub. “Krallıq ABŞ administrasiyası ilə 1967-ci il sərhədləri və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti tanınmadan, habelə İsrailin Qəzzada təcavüzünə son qoyulmadan Təl-Əvivlə diplomatik münasibətlərin olmayacağına dair qəti mövqeyini müzakirə edib”, - məlumatda bildirilib.
2024-02-07
829,996
Avropanın Çin qorxusu: Limanlar nəzarətə götürülür!
Avropa Parlamenti Avropanın dəniz təhlükəsizliyi ilə bağlı qətnamə qəbul edib. Bu qətnamədə qitəyə aid olmayan dövlətlərin dəniz limanlarına yatırımlarının məhdudlaşdırılması vacibliyi göstərilib. Axar.az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib. Təhlildə bildirilib ki, “xarici dövlətlər” dedikdə Çinin nəzərdə tutulduğu aydındır: “Çünki Avropa limanlarına qitədən kənar ölkələr arasında ancaq Çin maraq göstərir və yatırımlar qoyur. Misal üçün Çinin və dünyanın ən nəhəng dövlət daşıma şirkəti olan COSCO Yunanıstanın Pirey limanının səhmlərinin 67 faizinə sahibdir. Bu o deməkdir ki, həmin limana daşınan mallar və limana yaxınlaşan gəmilər Çinin nəzarətindədir. Brüsseli narahat edən də budur. Avropanın Çindən artan iqtisadi asılılığını avropalı ekspertlər də vurğulayırlar. Avropa ilə Çin arasında daşımaların əsas hissəsini məhz COSCO şirkəti həyata keçirir. Brüssel xarici yatırımlarda maraqlı olsa da, Çindən artan asılılığın gələcəkdə Avropa üçün siyasi problemlər yaradacağı qənaətindədir. Avropa Parlamentinin qətnaməsində Çinin yatırımları və dəniz limanlarına nəzarəti vasitəsilə Avropada kəşfiyyat işinin genişləndirəcəyi təhlükəsi barədə də qeydlər var. Avropada ehtiyat edirlər ki, Çin Avropadakı limanlar vasitəsilə hərbi-sənaye kompleksinin inkişafı üçün daşımalar da həyata keçirə bilər. Brüsseldə hesab edirlər ki, Çin iqtisadi yatırımlarını artırdıqdan bir müddət sonra Avropaya siyasi istəklərini də diktə etməyə başlayacaq”. Analizdə vurğulanıb ki, “Politiko” nəşri Avropa Komissiyasının üzv ölkələrə xəbərdarlıq göndərdiyini yazıb: “Xəbərdarlıqda bildirilib ki, texnologiya sahəsində strateji araşdırmaların nəticələrini Çinlə bölüşməyin! Çünki Avropa Komissiyası hesab edir ki, Pekin həmin nəticələrdən texnologiyalarını inkişaf etdirmək üçün istifadə edəcək. Buna görə də Brüssel Avropada texnoloji araşdırmaların və elmi yeniliklərin bir mərkəzdə cəmləşməsinin tərəfdarıdır”.
2024-02-07
829,997
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr...
11:33 Növbədənkənar prezident seçkilərində ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr məlum olub. Axar.az xəbər verir ki, saat 10:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 110 saylı Balakən Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 26.42 faiz (48990 seçicidən 12943 nəfər) olub. Saat 10:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 11,72% (54953 seçicidən 6438 nəfər) olub. Qeyd edək ki, prezident seçkilərində saat 10:00-dək olan seçici fəallığı 19.44 faiz olub. Səsvermə hüququna malik 6 478 840 seçicidən bu saatadək 1259371 nəfəri səs verib. *** Saat 19:00-a (yekun) olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 15 saylı Yasamal Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 83,36% olub. Seçici fəallığının ən aşağı olduğu dairə 19 saylı Nərimanov Birinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 59,80% olub.
2024-02-07
829,999
Gürcüstanda torpaq sürüşməsi: ölənlərin sayı artdı
11:51 Gürcüstanın İmereti regionunda torpaq sürüşməsi baş verib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verib. Məlumata görə, gecə saatlarında baş verən sürüşmə nəticəsində 4 ev torpaq altında qalıb. 3 nəfərin öldüyü bildirilir. Gürcüstan mətbuatının yazdığına görə, xilasedicilər dağıntı altında qalan 6 nəfərin axtarışına başlayıb. Sürüşmə nəticəsində bir neçə yüz ev elektrik enerjisiz qalıb. Hadisə yerində 200-dən çox xilasedici və onlarla texnika işləyir. *** Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin rəhbəri Teymuraz Mqebrişvili ölənlərin sayının 4-ə qalxdığını bildirib. O qeyd edib ki, itkin düşən 5 şəxsin axtarışları davam edir. *** Torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 8-ə çatıb, daha bir nəfərin axtarışları davam edir.
2024-02-07
830,000
Sabiq prezident həlak oldu, ölkədə matəm elan edildi
Çilinin keçmiş prezidenti və milyarder Sebastyan Pinyera helikopter qəzasında ölümünə görə ölkədə milli matəm elan olunub. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, qəza zamanı sabiq prezident özü də sükan arxasında olub: “Havaya qalxdıqdan az sonra “Robinson R66” helikopteri And dağlarının ətəklərində qəza edərək gölə düşüb. Sabiq prezidentlə 3 nəfər də uçub, onların hamısı xilas edilib. Pinyeranın boğulduğu güman edilir. Helikopter təxminən 40 metr dərinlikdədir”. Qəzanın səbəbi barədə məlumat verilmir.
2024-02-07
830,001
Putindən 2 saatlıq müsahibə: Dünyanı silkələyəcək!
Amerikalı jurnalist Taker Karlson Rusiya Prezidenti Vladimir Putindən 2 saatlıq müsahibə alıb. Axar.az xəbər verir ki, bunu məşhur amerikalı bloger Aleks Cons deyib. “Taker Putindən müsahibə aldığını bildirib. O, sadəcə mənə mesaj yazdı: “Bu, heyrətamizdir. Müsahibə iki saat davam edir”, - Cons bildirib. Onun sözlərinə görə, Karlson müsahibəni yaxında dərc edəcək və materialın nəşrini təxirə salmaq fikrində deyil: "Bu, tarixə düşəcək. Biz Üçüncü Dünya müharibəsini dayandırmağa çalışırıq”.