date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-05
829,317
Senat Kiyevə 60 milyardlıq yardım layihəsini təqdim etdi
ABŞ Senatı İsrail, Ukrayna və sərhəd təhlükəsizliyinə 118 milyard dollarlıq yardım üçün iki partiyalı qanun layihəsini təqdim edib. Axar.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb. Qanun layihəsi Ukraynaya yardım üçün 60,1 milyard dollar, İsrailə 14,1 milyard dollar və ABŞ sərhədində təhlükəsizliyin yaxşılaşdırılması üçün 20,2 milyard dolların ayrılmasını nəzərdə tutur. Buraya həmçinin müharibədən zərər çəkmiş bölgələrdə humanitar yardım və Qırmızı dəniz və Tayvanda müdafiə əməliyyatları üçün məbləğlər daxildir. Kanal bildirib ki, bu sənədin əsas fərqi sərhəd təhlükəsizliyinə ayrılan vəsaitin 13 milyard dollar artırılmasıdır. Demokratlar Partiyasından olan senator Çak Şumerin sözlərinə görə, qanun layihəsi ilə bağlı səsvermə fevralın 7-nə planlaşdırılıb.
2024-02-05
829,320
Məzahir Pənahov Lebedevlə görüşdü
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Sergey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Axar.az Secki-2024.az-a istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan sədr, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb. O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. Səmimi qəbula görə minnətdarlığını bildirən MDB Baş katibi Prezident seçkiləri ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib. Sədr M.Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb. Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
2024-02-05
829,322
MN real məlumatları Putindən gizlədir
Rusiyada avtoritar rejim Kremlə Ukraynadakı döyüş meydanında vəziyyətlə bağlı etibarlı məlumat almağa imkan vermir. Rusiya Müdafiə Nazirliyi qəsdən real məlumatları Vladimir Putindən gizlədir, ona yalnız ordunun uğurlarından danışır. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitunun hesabatında qeyd olunub. “Buna görə də Rusiya yüksək siyasi rəhbərliyi cəbhəyə gedən hərbi müxbirlərindən və təbliğatçılardan məlumat almalı olur. Putinin avtoritar rejimi sistemli şəkildə Kremlə Rusiyadakı hərbi-siyasi reallıqlar və xüsusən də döyüş meydanındakı vəziyyətlə bağlı dəqiq məlumat almağa mane olur. Təbliğatçı Sergey Kolyasnikov şikayət edib ki, məmurlar Rusiya-Ukrayna müharibəsi ilə bağlı real məlumatları bilərəkdən Putindən gizlədirlər. Rusiyalı təbliğatçılar da şikayət edir ki, Rusiya Müdafiə Nazirliyi müharibə müxbirləri və hökumət rəsmilərinin cəbhə bölgələrinə getməsini faktiki olaraq qeyri-mümkün edib”, - hesabatda qeyd olunub.
2024-02-05
829,324
Dehlinin 5 trilyonluq iddiası: İrana qarşı 10 gəmi göndərdi
Hindistan 2027-ci ilədək 5 trilyon dollarlıq ümumi daxili məhsulla dünyanın üçüncü ən böyük iqtisadiyyatına çevrilmək iddiasındadır. Təsadüfi deyil ki, Hindistan iqtisadiyyatının bu il 7 faiz böyüyəcəyi ehtimal edilir. Hindistanın ümumi daxili məhsulu 3,7 trilyon dollar təşkil edir. “Goldman Sachs”a görə, Hindistan 2075-ci ilə qədər təkcə Yaponiya və Almaniyanı deyil, həm də ABŞ-ı geridə qoyaraq dünyanın ikinci ən böyük iqtisadiyyatına çevrilməyə hazırlaşır. Hazırda Hindistan ABŞ, Çin, Yaponiya və Almaniyadan sonra dünyanın beşinci ən böyük iqtisadiyyatıdır. Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd edilib. Təhlildə bildirilib ki, iqtisadi gücünü artırmağa çalışan Hindistan hazırda ciddi sınaqla üz-üzə qalıb: “Yəməndəki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları Hindistana da çətinliklər yaradıb. Hücuma məruz qalanlar arasında Hindistan limanlarından çıxan və ya Hindistan limanlarına yaxınlaşmaq istəyən ticarət gəmiləri çoxluq təşkil edir. “Voll Strit Jurnal” nəşrinin yazdığına görə, Hindistan 10-a yaxın hərbi gəmisini Qırmızı dəniz yaxınlığındakı Ədən körfəzinə göndərib. Halbuki Hindistan ABŞ-ın Qırmızı dənizdə təhlükəsizlik ittifaqına qatılmayıb. Hindistanın hərbi gəmiləri Hindistan və digər ölkələrin bayraqları ilə üzən ticarət gəmilərinin təhlükəsizliyinə nəzarət edirlər. Misal üçün Hindistanın “Visakhapatnam” hərbi gəmisi Ədən körfəzində dronların hücumuna məruz qalan ABŞ-a məxsus “Genco Picardy” köməyinə yetişib. Hindistan kommersiya gəmilərini hədəf alan İran proksilərinin potensial təhlükələrinin qarşısını almaq üçün çoxşaxəli yanaşma nümayiş etdirib. “Brahmos” raketləri ilə təchiz edilmiş bir neçə döyüş gəmisi, o cümlədən ”INS Kolkata”, “INS Kochi”, “INS Mormugao”, “INS Chennai” və “INS Visakhapatnam” Ərəb dənizində yerləşdirilib. Hava nəzarəti “Boinq P8I” sualtı qayıq əleyhinə döyüş təyyarələri və silahsız “Predator” pilotsuz uçan aparatları tərəfindən həyata keçirilir, xüsusilə də hücumlarda istifadə oluna biləcək gəmiləri skan edir. Eyni zamanda Hindistanın “Boinq P8I” təyyarələri və uzaqmənzilli müşahidə pilotsuz təyyarələri Ərəb dənizi və Ədən körfəzində patrul xidmətindədir. Hindistan ABŞ-dan sonra Qırmızı dəniz və ətrafında hərbi gücünü artıran ikinci dövlətə çevrilib. Avropa və Çin döyüş gəmiləri Qırmızı dənizdən məsafə saxlamağa üstünlük verirlər”. Analizdə xatırladılıb ki, Hindistanın İranla tərəfdaşlıq münasibətləri var: “Ancaq İranın ticarət gəmilərinə hücum edən husilərə dəstək verməsi Dehlinin Tehranın siyasəti ilə bağlı narahatlığını artırıb. Çinin də İranla strateji tərəfdaşlıq münasibətləri var. Pekin Qırmızı dənizdəki böhrana qarışmır. Buna baxmayaraq, Pekinin İranı ABŞ-ın təzyiqlərindən qurtara biləcəyi şübhə doğurur”.
2024-02-05
829,328
Axtarışda olan şəxs saxlanıldı: digər cinayəti də üzə çıxdı
Axtarışda olan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, onun digər cinayət əməlinin də üstü açılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə (Soyğunçuluq) axtarışda olan Samir Məmmədov saxlanılıb. Onun yanvarın 28-də Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində “Mersedes” markalı avtomobildə sürücünü kəsici alətlə hədələyərək, quldurluq yolu ilə 1384 manat pulunu talaması da müəyyən olunub. Faktla bağlı araşdırma aparılır.
2024-02-05
829,329
Gorusda avtomatdan atəş açıldı: yaralanan var
Ermənistanın Gorus şəhərində atışma baş verib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat verib. Məlumata görə, fevralın 2-də 39 yaşlı Sünik sakini Mger Musaelyan avtomatla 49 yaşlı Nikolay Abramyanın olduğu UAZ avtomobilinə atəş açıb. Nəticədə Abramyanın qardaşı 41 yaşlı Alik ayağından yaralanaraq, xəstəxanaya çatdırılıb. Yaralanan şəxsin Zəngəzur vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın mühafizə rəisinin qardaşı olduğu bildirilib. Hadisə yerindən iki növ giliz, avtomat silahı və 30-a yaxın patron tapılıb. Mətbuat yazır ki, atışma uzun illər davam edən düşmənçiliyin nəticəsidir. Hazırda polis Musaelyanı axtarır.
2024-02-05
829,333
Tərtərdə daha bir şəxs minaya düşdü - Yeniləndi
12:18 Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Azər Əhməd oğlu Məmmədovun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır. Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır. *** Tərtər rayonunda heyvan otaran zaman piyada əleyhinə minaya düşən Azər Məmmədovun sol ayağı amputasiya edilib. O, əvvəlcə Tərtər rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra Bərdə rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Burada onun sol ayağı amputasiya edilib. Məlumata görə, A.Məmmədov bir müddətdir fərdi təsərrüfatında xırdabuynuzlu heyvanların saxlanılması ilə məşğul olur. Hadisə işğaldan azad edilən Göyarx kəndi ərazisində otlaq sahəsində qoyunları otararkən baş verib. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, ötən gün də Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı baş vermişdi. Hadisə nəticəsində rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə ayağından xəsarət alıb.
2024-02-05
829,338
ABŞ bunu bəhanə edib Türkiyəni uzaqlaşdırdı - Fidan
ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasını bəhanə edərək Türkiyəni F-35 qırıcı proqramından kənarlaşdırıb. Bu səbəbdən Ankara itkilərə məruz qaldı və əməliyyat imkanları zəiflədi. Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. “NATO tərəfdaşlarımızdan gözlənilən hava hücumundan müdafiə dəstəyi ala bilmədik və S-400-lə bağlı Rusiya ilə razılaşma əldə etdik. Amerikalılar da Türkiyəni F-35 proqramından çıxarmaq üçün bundan bəhanə kimi istifadə etdilər”, - Fidan bildirib. XİN başçısının sözlərinə görə, Türkiyə F-35 təyyarələrinin təkcə müştərisi deyil, həm də onların komponentlərinin istehsalçılarından biri olub: “Maliyyə itkiləri ilə yanaşı, əməliyyat imkanlarımızı da itiririk. İndi biz bu itkiləri aradan qaldırmaq üçün çalışırıq. Ölkəmizin müvafiq idarələri dəymiş maddi ziyanın ödənilməsi məsələsi üzərində fəal işləyirlər”. Fidan bildirib ki, S-400-lərin alınmasından sonra Türkiyə paralel olaraq özünün yerli “Hisar” qısa, orta və uzaq mənzilli hava hücumundan müdafiə sistemlərinin yaradılmasına başlayıb: “Bununla bağlı Qərb ölkələri ilə tərəfdaşlıq və ya digər növ müqavilələr davam edəcəkmi, bilmirəm. Bu barədə özləri düşünməlidirlər. Milli siyasətimiz ondan ibarətdir ki, biz hava hücumundan müdafiəni həm idxal, həm də yerli istehsal hesabına təmin etməliyik”.
2024-02-05
829,342
Hizbullahdan İsrail hücumuna cavab
Hizbullah İsrailin şimalındakı Nahariya şəhərinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Məlumata əsasən, Livandan atılan iki raket İsrail-Livan sərhəddində yerləşən Nahariya şəhəri yaxınlığındakı açıq sahələrə düşüb. İtki və tələfat olmadığından həmin vaxt sirenlər işə salınmayıb. Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri fevralın 4-də Livanın cənubundakı Hizbullah mövqelərinə silsilə zərbələr endirib.
2024-02-05
829,344
İrəvanda partlayış: ölənlər var - Video
12:43 İrəvanın Erebuni rayonunda partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Nor Areş küçəsində baş verən partlayış nəticəsində bir və ya iki ev dağılıb. Dağıntılar altında iki nəfərin qaldığı bildirilir. *** İrəvanın Erebuni rayonunda baş verən partlayışdan sonra dağıntılar altından 2 nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılıb. Bu barədə jurnalistlərə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sərkisyan məlumat verib. Onun sözlərinə görə, xilasedicilər dağıntılar altından kişi və qadının meyitini çıxarıblar. Qeyd edilib ki, axtarış işləri davam etdiriləcək. Bundan əvvəl xilasedicilər daha iki nəfəri xilas edərək xəstəxanaya çatdırıblar.
2024-02-05
829,345
Əmək pensiyaları artırıldı - Sərəncam
Əmək pensiyaları indeksləşdirilib. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci, 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2024-cü il yanvarın 1-nə 2023-cü il üzrə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müəyyən etdiyi: 1.1. orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq, 2024-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə – həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların; 1.2. istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
2024-02-05
829,347
Ermənistandan gələn çex... - DTX istintaq aparır
Xəbər verdiyimiz kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb. Axar.az Report-a istinadən xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub. Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məlumat verilib.
2024-02-05
829,349
Azərbaycanda yeni universitet binası tikilir
Lənkəran Dövlət Universitetinin (LDU) əlavə binasının tikintisinə başlanılıb. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, H.Aslanov 50 ünvanında yerləşən ali məktəbin inzibati binası inşa olunacaq. Tikintisi planlaşdırılan yeni bina 2 mərtəbəli olacaq. Qeyd edək ki, LDU 1991-ci ildə Bakı Dövlət Universitetinin filialı kimi fəaliyyətə başlayıb, 1992-ci ildə isə müstəqil dövlət universitetinə çevrilib. Hazırda universitetdə 5000-ə yaxın tələbə bakalavr, magistratura və doktorantura səviyyəsi üzrə təhsil alır, 400-ə yaxın professor-müəllim və inzibati heyət çalışır.
2024-02-05
829,350
Temperatur 16 dərəcəyə yüksələcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb. Günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Arabir güclənən cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru zəifləyəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 9-13° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 55-65 % olacaq. Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq. Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
2024-02-05
829,356
Pensiyalar bu qədər artırıldı - Rəsmi
Prezident İlham Əliyevin yeni sərəncamı ilə bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, dövlət başçısının imzaladığı yeni “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncam pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiyaların artırılması istiqamətində ardıcıl şəkildə atılan addımların növbəti davamıdır. Sərəncamla 2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır. Həmçinin qulluq stajına görə əlavələr təyin edilmiş pensiyaların həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğlərinin və 2023-cü il yanvarın 1-dən pensiyaların tərkibinə daxil edilən maddi yardımların da qeyd olunan qədər indeksləşdirilməklə bu ilin əvvəlindən artırılması təmin edilir. Artımlar elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir və pensiyaçıların bunun üçün hər hansı sənəd təqdim etmələrinə, müraciətinə ehtiyac yoxdur. Yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək. Məsələn, şəxsin pensiyası 500 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 11,2 faiz, yəni 56 manat artırılmaqla 556 manata çatdırılacaq, yanvar ayının 56 manat artımı da fevral ayının pensiyasına əlavə olunaraq veriləcək. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək. Qeyd edək ki, pensiyaların indeksləşdirilməklə artırılması ötən ilin əvvəlindən bütün növ pensiyalara şamil olunur. Hazırki artım da həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçıları (pensiyaçı olan hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) əhatə edir. Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2023-ci il üzrə orta inflyasiya dərəcəsini (8,8 faiz) üstələyir. Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarında 2024-cü il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalları da 8,8 faiz indeksləşdirilərək artırılır. Məsələn, şəxsin fərdi hesabında 50 min manat pensiya kapitalı toplanıbsa, bu məbləğ 8,8 faiz, yəni 4400 manat artırılmaqla 54400 manata çatdırılacaq. Bu da onu göstərir ki, işləyən şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalları yalnız hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları əsasında deyil, həm də hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirilmə əsasında mütəmadi olaraq artırılır.
2024-02-05
829,359
Azərbaycanın 6 generalı Türkiyəyə niyə getdi?
Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əlaqələr 1992-ci ildən başlayıb. 2013-cü ildən isə ortaq təlimlərin keçirilməsi, şəxsi heyətin mübadiləsi ilə qazanılan təcrübələrin ötürülməsi, hərbi hissələrə və qərargahlara səfərlər, zabitlərin Türkiyə və Azərbaycanda qısamüddətli fəaliyyət göstərməsi, ortaq hərbi mədəniyyətin formalaşdırılması, koordinasiyanın, nəzarətin təmin edilməsi, təlim-tədris, qarşılıqlı müşavirlik fəaliyyətlərinə daha çox üstünlük verildi. Bunu Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi Yücel Karauz Ordumuzun generallarının qardaş ölkəyə son səfərini şərh edərkən deyib. General Şuşa Bəyannaməsi çərçivəsində hərbi əlaqələrin daha da inkişaf etdiriləcəyini vurğulayıb: “Bütün bunlar fonunda Azərbaycan Ordusunun ikisi korpus komandiri olmaqla, altı generalı Türkiyəyə səfər etdi. Səfər çərçivəsində generallar ilk olaraq terrorla mübarizənin təşkil edildiyi İkinci Ordu Komandanlığı bölgəsinə getdilər və orada əməliyyat mərkəzləri, eyni zamanda postların vəziyyəti ilə tanışlıq oldu. Qonaqlar Malatya, Diyarbəkir, Qaziantepdə görülən işləri müşahidə etdilər, incələdilər. Sonra isə Baş Qərargah və Quru Qoşunları Komandanlığında təcrübə mübadiləsi ilə bağlı koordinasiya həyata keçirildi, generallar ən yüksək səviyyədə müdafiə naziri Yaşar Gülər tərəfindən qəbul edildi. Həyata keçirilən tədbirlər çərçivəsində qonaqlar İstanbulda Birinci Ordu Komandanlığında oldu. Burada Türk Silahlı Qüvvələri Gücləndirmə Vəqfi nəzdindəki müdafiə sənayesi şirkətlərinin işi ilə bağlı yerində məlumat aldılar. Eyni zamanda ortaq tarixi mirasımız olan Anadolu mədəniyyəti ilə bağlı tədbirlər də keçirildi. Ümumiyyətlə, qonaqlarımız Türkiyə Silahlı Qüvvələrinin tapşırığı icra etmək imkan və qabiliyyəti, şərtlər, xidmət üsul və metodları haqqında geniş məlumat əldə etdilər. Hazırda ölkələrimiz arasında şəxsi heyətin qarşılıqlı təcrübə mübadiləsi davam etdirilir. Məsələn, Türkiyə Milli Müdafiə Universiteti rektoru altı aydır ki, Azərbaycan Milli Müdafiə Universitetində fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan MMU-dan bir nəfər səlahiyyətli dostumuz da Türkiyə MMU-dadır. Dolayısı ilə bu cür yüksək səviyyəli tədbirlər yuxarıda sadaladığımız sahələrdə əlaqələrin inkişaf etdirilməsinə töhfə verəcək çox müsbət və örnək işlərdir. Əslində Azərbaycan buna yeni başlasa da, Türkiyədən ali rütbəli hərbçilərimiz qardaş ölkədə illərdir ki, sözügedən sahədə təcrübə mübadiləsi çərçivəsində böyük işlər görürlər. Eyni zamanda ölkəmizdəki hərbi akademiyaların nümayəndələri Azərbaycanda yerində müxtəlif araşdırmalar aparır, vəziyyətlə tanış olurlar. Şuşa Bəyannaməsi ilə tarixin ən üst səviyyəsinə çatan əlaqələr baxımından da bu tədbirlər irəli doğru vacib addımlardır. Belə tədbirlər mütəmadi şəkildə davam etdiriləcək”. Qeyd edək ki, ötən həftə Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusu Türkiyəyə səfər edib.
2024-02-05
829,360
Türkiyə ordusu 11 terrorçunu məhv etdi
Türkiyə ordusu Suriyanın şimalında 11 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgələrində məhv edilib.
2024-02-05
829,362
ABŞ-ın İrana hərbi və iqtisadi hücumu artacaq
Husilər hücumlarını dayandırana qədər ABŞ sanksiyalara nəzarəti ciddiləşdirməyə və iqtisadi cəhətdən təzyiqləri artırmağa davam edəcək. Axar.az xəbər verir ki, bunu iranlı politoloq Əli Rza Namvər Həqiqi İranın sanksiyalardan yayınmaq məqsədilə Britaniya banklarından istifadə etməsi ilə bağlı “İran internəşnl”a verdiyi müsahibəsində bildirib. “Sanksiyalardan müxtəlif yollarla yayınma prosesi həmişə var idi. Lakin İranın husilərə köməyindən sonra ABŞ və Britaniya hərbi yollardan başqa iqtisadi üsullarla da mübarizə aparmağa başladı. Keçən il aradaki böhranı həll etməyə və İranla ortaq məxrəcə gəlmək üçün sanksiyalarla əlaqədar çox da təzyiq göstərməməyə səy etdilər. Ancaq 7 oktyabr HƏMAS hücumu və İraqda baş verən hadisələr və regiondakı mövcud vəziyyət Qərb ölkələrini İranla daha ciddi şəkildə mübarizə aparmağa sövq etdi. Yəqin ki, Britaniya bu proseslərdən daha əvvəl xəbərdar idi, ancaq indi reaksiya verir. Məncə, husilər bu hücumlara davam etdiyi müddətdə həm iqtisadi, həm də hərbi hücumlar artacaq. ABŞ İranın neft ixrac etmək imkanına və bankçılıq fəaliyyətinə daha ciddi təzyiqlər edəcək”.
2024-02-05
829,363
Xocalı doğma sakinlərini qəbul etməyə hazırlaşır - Video
Azərbaycanın işğaldan azad olunmuş bütün əraziləri kimi, Xocalı şəhəri də böyük tikinti meydançasını xatırladır. Bir zamanlar yurdlarından didərgin düşən Xocalı sakinlərinin bu il doğma şəhərlərinə qayıtmaları üçün geniş bərpa-quruculuq işləri həyata keçirilir. Axar.az xəbər verir ki, Bakı Abadlıq Xidməti MMC-nin memarı Elnur Abdullayev Azərtac-a açıqlamasında hazırda Xocalı şəhərinin ərazisində 283 fərdi evdə əsaslı bərpa-quruculuq işlərinin görüldüyünü bildirib. "Fərdi evlərlə yanaşı, şəhərin infrastrukturu da yenidən qurulur. Artıq rabitə, elektrik, içməli su, kanalizasiya və digər daşıyıcı xətlərin çəkilişi yekunlaşıb, ev birləşmələri işi aparılır. Şəhər ərazisinin məişət tullantılarından və yabanı bitkilərdən təmizlənməsi, abadlaşdırma və yaşıllaşdırma prosesi də davam edir", - o əlavə edib.
2024-02-05
829,364
Baş məşqçi və idmançıların şikayəti təmin edilmədi
Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədovun məhkəməsi keçirilib. Axar.az xəbər verir, Xətai Rayonu Məhkəməsinin onlar barəsində çıxardığı qərar qüvvədə qalıb. Bakı Apellyasiya Məhkəməsində eləcə də hadisə zamanı saxlanılan Tofiq Musayev və Mehman Məmmədov barəsində digər qətimkan tədbiri də qüvvədə saxlanılıb. Xatırladaq ki, Xətai Rayon Məhkəməsinin Qərarına əsasən, baş məşqçi Ruslan Əfəndiyev və onun tələbləri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilmişdi. Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub.
2024-02-05
829,368
Duz zavodu ləğv edildi, azərbaycanlılar sevinir - Video
Duz zavodunun tikintisinin ləğv edilməsi xəbərindən sonra Güney Azərbaycanın Salmas şəhərinin Qaraqışlaq kəndinin əhalisi sevinclərini oynayaraq büruzə veriblər. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Yerli sakinlərin davamlı mübarizəsi zavod sahibini geri çəkilməyə məcbur edib. Xatırladaq ki, bir müddət öncə güneylilər ərazidə duz emalı zavodunun açılmasına etiraz edərək, bu zavodun onların Marağadakı “Kaveh Soda” fabriki kimi əkin sahələrini məhv edəcəyini bildirirdilər.
2024-02-05
829,371
Onlar doğma yurdlarında ilk dəfə səs verəcəklər
Füzuli şəhərində 527 ailə olmaqla, 1969 nəfərin daimi məskunlaşması təmin edilib. Həmin sakinlərdən səsvermə hüququ olan 1292 nəfər doğma yurdunda ilk dəfə səs verəcək. Axar.az Secki-2024.az-a istinadən xəbər verir ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səsvermə prosesi işğaldan azad olunan Füzuli şəhərində 3 məntəqədə baş tutacaq. 84 saylı Füzuli seçki dairəsi üzrə 54 min 457 seçici qeydə alınıb. Onlardan 3619 nəfəri işğaldan azad olunan ərazilərdəki 75, 76 və 77 saylı seçki məntəqələrində səs verəcək. 77 saylı seçki məntəqəsində qeydə alınan 1292 nəfər Füzuli şəhərinə qayıdan keçmiş məcburi köçkünlərdir. 75 saylı seçki məntəqəsində səs verəcək 1351 nəfər, 76 saylı seçki məntəqəsində isə 976 nəfər işğaldan azad olunan ərazilərdə çalışanlardır. Dairə üzrə seçki prosesini izləyəcək 1020 müşahidəçi qeydə alınıb ki, bu müşahidəçilərdən 24 nəfəri işğaldan azad olunan seçki məntəqələrində iştirak edəcək.
2024-02-05
829,372
Rusiya öz S-400-nü təriflədi: Dünyanın ən yaxşısı...
Rusiyanın S-400-ləri dünyanın ən yaxşı uzaq mənzilli hava hücumundan müdafiə sistemidir. Axar.az xəbər verir ki, bunu “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev deyib. “Bir sıra xüsusiyyətlərinə görə S-400 xarici istehsalçıların oxşar həllərindən dəfələrlə üstündür. S-400-ün üstünlüklərindən biri onun müxtəlif siniflərin aerodinamik və ballistik hədəflərini məhv etmək qabiliyyətinin olmasıdır. Müasir Qərb hava hücumundan müdafiə sistemləri isə demək olar ki, ballistik hədəfləri qaçırır”, - Mixeyev bildirib.
2024-02-05
829,373
Yaxşı xəbər: Bu, ölkəmiz üçün yeni fürsətdir - Ekspert
“Amerikanin səsi” radiosunun verdiyi məlumata görə, Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi 80% artıb. Azərbaycan Dəmir Yollarının (ADY) hesabatına istinad edilən məlumatda deyilir ki, 2023-cü ildə Azərbaycan dəmir yolları ilə 18 milyon tondan çox ümumi yük, 7 milyon tona yaxın tranzit yükü daşınıb. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli yazıb. O bildirib ki, bu, ADY üçün yaxşı nəticədir: “Əvvəl də xəbər var idi ki, beynəlxalq nəqliyyat bağlantısı olan Orta Dəhliz üzrə tranzit yüklərin həcminin artırılması və səmərəli idarə olunması məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolları arasında "Middle Corridor Multimodal Ltd” adlı birgə müəssisə yaradılıb. Bu günlərdə isə ölkələr arasında birgə tarif siyasəti təsdiqlənib – çoxdandır ki, biz buna çağırış edirdik. Vahid tarif siyasəti çox mühim addımdır, yük göndərənlər və yük alanlar üçün hər ölkə ərazisi üçün ayrıca danışmaq, müqavilə bağlamaq sərfəli olmur. Dünyada savaşın logistika və “karvan yolları” uğrunda getdiyini də nəzərə alsaq, məmləkət üçün ciddi yeni şanslar yaranır – qalır ölkənin qapılarını açmaq, qanunları, vergi-gömrük siyasətini düzəltmək, qanunun aliliyini təmin etmək. Qapalı sərhədlər, səhv vergi-gömrük, iqtisadi siyasətlə yeni yaranan fraqmental dünyada logistika mərkəzinə çevrilmək çətin olacaq - yeni yaranan fürsətlər ölkə iqtisadiyyatı üçün önəmli qapılar açır”.
2024-02-05
829,378
Mahsun Azərbaycanı məyus etdi: torpaq iddiası - Video
Türkiyənin tanınmış müğənnisi, kürd əsilli Mahsun Qırmızıgül əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuyub. Kult.az xəbər verir ki, Mahsun Qırmızıgül “Urmiya və əziz gəlinim 2024” adlı video-çarxını kürd dilində yayımlayıb. O, oxuduğu mahnıda Azərbaycanın Təbrizdən sonra ikinci ən böyük şəhəri və bütün türklərin ata yurdu olan Urmunu kürd şəhəri adlandırıb. O öz mahnısında "Urmiya mənim ölkəmdir" (Urmiye velate men) ifadəsini də işlədib. Qeyd edək ki, mahnı Güneydə kəskin etiraz doğurub.
2024-02-05
829,382
Bu yolda avtobusların sürəti artırıldı
Bakı-Sumqayıt yolu istiqamətində xüsusi hərəkət zolaqları təşkil edildikdən sonra avtobusların orta hərəkət sürəti 14 km/saat artıb, sərnişinlərin səfər müddəti isə 25 dəqiqə azalıb. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Xüsusi hərəkət zolaqları ictimai nəqliyyatının əsas komponentlərindən biri olmaqla yanaşı, zolaqların təşkili avtobusların, eyni zamanda operativ nəqliyyat vasitələrinin fasiləsiz və intensiv hərəkətinin təminatıdır", - deyə qurum bəyan edib.
2024-02-05
829,383
Rusiyaya partlayıcı yük daşınır: yenə erməni izi...
Terror aktları törətmək məqsədilə Odessadan Voronejə aparılan partlayıcı dolu yük Gürcüstanda saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətindən məlumat verilib. “Partlayıcı maddələrin Gürcüstan ərazisindən Rusiyaya daşınmasında Gürcüstan, Ukrayna və Ermənistan vətəndaşları iştirak edib. Proses Ukraynada təşkil olunub. Partlayıcı maddələrin daşınmasının arxasında Ukraynanın hakim Xalqın Xidmətçisi Partiyasından olan deputat Andrey Şaraşidze dayanıb. Partlayıcı maddələrin daşınmasının təşkilatçılarının Gürcüstanda terror aktları törətməyi planlaşdırdıqları istisna edilmir”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Krım körpüsündə 2022-ci il 8 oktyabrda baş verən partlayışı törədən yük maşını Ermənistandan getmişdi.
2024-02-05
829,387
Tokayev hökuməti istefaya göndərdi
Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev respublika hökumətinin istefasını qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. “Qazaxıstan Respublikası Konstitusiyasının 70-ci maddəsinə uyğun olaraq qərara alıram: Qazaxıstan Respublikası hökumətinin istefası qəbul edilsin, Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətləri müvəqqəti olaraq Roman Vasilieviç Sklyara həvalə edilsin”, - məlumatda qeyd olunub. Eyni zamanda, Nazirlər Kabinetinin üzvlərinə hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.
2024-02-05
829,392
Lisiçanskda qondarma qurumun “nazir”i öldürüldü
Ukrayna ordusunun fevralın 3-də Lisiçanskda çörək zavodunu vurması nəticəsində qondarma “lxr”in “fövqəladə hallar naziri” Aleksey Poteleşenko ölüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Ukrayna Teleqram kanalları yazır ki, hadisə zamanı Poteleşenko ilə yanaşı zavodda digər “yüksək çinli məmurlar” da olub. Qeyd edək ki, Ukrayna ordusunun Lisiçanskda çörək zavodunu vurması nəticəsində 28 nəfər ölüb.
2024-02-05
829,395
Husilər İtaliyanı hədələdi
Əgər İtaliya ABŞ-ın rəhbərlik etdiyi koalisiyada iştirak edərsə, bu ölkəyə məxsus gəmilər husilərin hədəfləri arasında olacaq. Axar.az xəbər verir ki, bu barədə Yəmən Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi İtaliyanın "La Republika" qəzetinə müsahibəsində deyib. “İtaliya Qəzzada İsrail və fələstinlilər arasında münaqişədə neytral olmalı və hücumları dayandırması üçün İsrailə təzyiq göstərməlidir. Bu, regionda sülhə nail olmağın yeganə yoludur”, - o bildirib. Qeyd edək ki, fevralın 2-si İtaliyanın müdafiə naziri husilərin hücumlarından qorunmaq məqsədilə Avropa koalisiya qüvvələrinə qoşulmaq üçün ölkədən bir gəmi və bir neçə döyüşçünün Qırmızı dənizə göndəriləcəyini elan edib.
2024-02-05
829,397
Avropa ölkəmizlə əməkdaşlıqda maraqlıdır - Deputat
Fevralın 1-də Azərbaycan Prezidenti İlham Əiyev Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonqu qəbul edib. PAİ Baş katibinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması münasibətilə dövlətimizin başçısına öz təbriklərini çatdırması Qərbin son vaxtlar yaşanan məlum gərginliklərə rəğmən, ölkəmizlə əməkdaşlığın davam etdirilməsinin vacibliyini düzgün qiymətləndirdiyini deməyə əsas verir. Azərbaycan isə, hər zaman sülhün və qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub. Bu vacib məqam Prezident İlham Əliyevin qəbul zamanı etdiyi çıxışında bir daha aydın şəkildə öz əksini tapıb. Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. O qeyd edib ki, ölkəmiz məhz sülh və inkişaf tərəfdarı olduğundan 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan dərhal sonra regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edib və Ermənistanla sülh müqaviləsinin imzalanması təklifini irəli sürüb. “Təəssüflər olsun ki, Ermənistan bu təklifə adekvat cavab vermədi. Son dövrlərdə cərəyan edən hadisələr isə belə deməyə əsas verir ki, rəsmi İrəvanın bu cür qeyri-konstruktiv mövqe tutmasının əsas səbəblərindən biri də məhz bəzi Avropa ölkələrinin bilavasitə təsiri və təhriki olub. Xüsusilə Fransanın bu məsələlərə müdaxiləsi iki Cənubi Qafqaz ölkəsi arasında münasibətlərin normallaşmasına qətiyyən xidmət etmir. Fransanın Ermənistanın silahlandırılması istiqamətində atdığı addımlar isə bu ölkənin Cənubi Qafqaz regionunda aparıcı mövqelərə sahib olmaq siyasətinin reallaşdırılması məqsədini güdür. Lakin bu regionda Azərbaycan xalqının və dövlətinin maraqlarına zidd heç bir siyasət həyata keçirilə bilməz. Möhtərəm cənab Prezidentimiz bunu bütün beynəlxalq platformalardan dəfələrlə bəyan edib və dövlət başçımızın dediyi bütün sözlər də hər dəfə atılan real əməli addımlarla, görülən effektiv tədbirlərlə öz təsdiqini tapıb". K.Qafarov bildirib ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tərəflərin atmalı olduğu addımların Prezident İlham Əliyev tərəfindən qeyd olunması, ölkəmizin münasibətlərin normallaşmasında maraqlı olduğunu bir daha təsdiq edir: “Hər zaman olduğu kimi, dövlət başçımızın bu çıxışında da obyektiv açıqlamalar və konstruktiv təkliflər yer almışdır. Azərbaycan ilə Ermənistan sərhəddində artıq uzun müddətdir ki, sülh şəraitinin hökm sürməsi iki ölkə arasında sülh sazişinin imzalanmasının əslində elə bir çətin məsələ olmadığını deməyə əsas verir. Sadəcə bunun üçün bəzi xarici qüvvələrin prosesə müdaxiləsinin qarşısı alınmalıdır və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Prezident İlham Əliyev öz çıxışında belə bir məqamı da vurğuladı ki, iki ölkə arasında dayanıqlı sülhə nail olunması üçün Ermənistanın Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müəyyən dəyişikliklər edilməlidir. Çünki bu ölkənin müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar Ermənistanın Konstitusiyasında da öz əksini tapıb. Bu baxımdan Prezident İlham Əliyev hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanmasını müsbət addım kimi qiymətləndirib".
2024-02-05
829,398
Tehrandan porno ulduzun İrana səfərinə reaksiya
Mənim bu səfərdən xəbərim yoxdur. Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani ABŞ-ın məşhur porno ulduzu Uitni Raytın Tehrana səfəri barədə danışarkən deyib. “Mən bu şəxsin səfərindən xəbərdar deyiləm. Xarici ölkə vətəndaşlarının səfərləri Xarici İşlər Nazirliyi vasitəsilə həyata keçirilmir. ABŞ vətəndaşlarının İrana səfərinə maneə olan heç bir qadağa yoxdur”, - o bildirib. Qeyd edək ki, ABŞ-ın məşhur porno ulduzu, aktrisa Uitni Rayt Tehrana səfər edib. Onun ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin qarşısında çəkdirdiyi hicablı fotoları birmənalı qarşılanmayıb.
2024-02-05
829,400
Bakıda evdən 40 minlik saat oğurlandı - Video
Bakıda evdən 40 min manatlıq saat oğurlayan şəxs saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. Həmin şəxsdən əlavə olaraq 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb. Həmçinin, Suraxanı RPİ-nin 33-cü PB-nın əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 8 ədəd müvafiq sənədləri olmayan silah könüllü polisə təhvil verilib, müxtəlif şəxslərdən əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkar olunub, 14 fakt üzrə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
2024-02-05
829,405
Əliyevin 7 fevraldan sonra qərarına heyrət edəcəksiniz
Əməkdar jurnalist, Globalinfo.az saytının təsisçisi, siyasət yazarı Azər Ayxanın Axar.az-a müsahibəsi: - Azər bəy, seçkilərə artıq sayılı günlər deyil, sayılı saatlar qaldı. 7 fevral prezident seçkilərini necə dəyərləndirirsiniz? - 7 fevral seçkisinin ölkəmizin həyatında böyük siyasi və tarixi mənada bir ilk olduğunu hər kəs bilir: ilk dəfədir ki, bütün ölkə ərazisində, müstəqil dövlətimizin hər guşəsində səsvermə baş tutacaq, bunun üçün artıq bütün hazırlıqlar tamamlanıb. Bu, eyni zamanda müstəqil və unitar Azərbaycanda keçirilən ilk seçkidir - əlbəttə, Dağlıq Qarabağ de-yure ləğv edilmişdi, ancaq de-fakto da ləğv edildi. Yəni de-yure və de-fakto ölkəmizin unitarlığı təmin ediləndən sonra ilk seçkimizdir. Mən bu seçkiləri Azərbaycanı növbəti mərhələyə daşıyan bir mexanizm kimi görürəm. Müstəqilliyimizin ilk günündən bizi izləyən və həddən artıq itkilər, siyasi və hərbi mübarizələrlə yadda qalan və nəhayətində qələbə ilə başa çatan dövrü uğurla, arzuladığımızdan da artıq səviyyədə başa vurduq. Bu seçki həmin dövrü qapayan möhür kimi tariximizə düşəcək. Bu isə təbii olaraq o deməkdir ki, Azərbaycan 8 fevral 2024-cü ildə yeni dövrə qədəm qoyacaq… - Deyəsən, məhz bu yeni dövr anonsu da Azərbaycana təzyiqləri artırıb… - Bu anons olsa da, olmasa da, Azərbaycana təzyiqlər 2020-ci ilin sonundan başlamışdı. Yaxın 3 ilin tarixi hər kəsin gözü önündə keçib: xalqımız çox yaxşı bilir ki, bu münaqişəni tam və həlledici qələbə ilə yekunlaşdırmaq üçün Azərbaycan siyasi elitası, əlbəttə ki, birbaşa Prezident İlham Əliyev hansı siyasi zəka nümayiş etdirib və necə labirintlərdən ölkəsini uğurla çıxarıb… - Konkret olaraq seçki ərəfəsində başlayan təzyiqləri nəzərdə tuturdum… - Elə məsələ də bundadır. 7 fevral seçkisi İlham Əliyevə növbəti dövr və növbəti milli hədəflərimiz üçün kart-blanş verəcək və bunu Cənubi Qafqazda marağı olan bütün güclər bilirlər. Məhz bu seçkidən sonra Qarabağı tam unutduracaq yeni iddiaların başlayacağını da hər kəs anlayır. Ona görə də İlham Əliyevin 2025-ci ilin aprelini gözləmədən, dərhal yeni dövrə hazırlaşması və çevik reaksiyası bir çox güc mərkəzlərini narahat etdi. Bu səbəbdən də “demokratiya”, “insan haqları”, “azad seçki” kimi uzun illərdir istifadə etdikləri “təzyiq alətlərini” işə salmağa çalışırlar. Ancaq hətta bu bəhanələr də indiki seçkidə keçməyəcək. ABŞ təşkilatının Azərbaycanda keçirdiyi son sorğu da təsdiqlədi ki, İlham Əliyevin reytinqi 97%-dir. Səmimi deyirəm ki, mən bu faizə şübhə edirəm və əminliklə bunun daha yüksək olduğunu deyərəm. Hər birimiz cəmiyyətin içində yaşayırıq və hər şeyi görürük: əgər bir prezidentliyə namizədə qonaq getdiyi evdə, yəni çörək kəsdiyi yerdə belə ona deyil, İlham Əliyevə səs verəcəklərini açıq şəkildə deyirlərsə, demək, İlham Əliyevə sevgi-dəstəyin miqyasını təsəvvür etmək çətin olmamalıdır. Yəni insanlar qonaqlarının, qohumlarının xətrinə dəyməkdən çəkinmədən kimə səs verəcəyini elan etməkdən qürur duyur. Bu mənzərəni heç yerdə müşahidə etmək olmaz və səbəbləri isə hər kəsə aydındır. Xalq onu ardıcıl qələbələrə aparan Komandanının arxasında olmaqdan şərəf duyur və bu, olduqca doğal bir hissdir. - Azər bəy, “yeni mərhələ” deyə xarakterizə etdiyiniz dövrü necə təsəvvür edirsiniz? Nə və yaxud nələr dəyişəcək? - Yeni dövrün başladığı şübhəsizdir, ancaq bu dövrdə nəyin necə olacağına İlham Əliyev qərar verəcək. Prezidentin öz siyasi tərzi ilə desək, nəyi necə və nə vaxt edəcəyini o, gözəl bilir. Biz indi vaxtını bilirik – 7 fevral, çünki elan edilib. Həmçinin ümumi təxminlərimiz var və müəyyən informasiyaları təhlil də edirik. Yəqin ki, bir neçə həftədən sonra ciddi dəyişikləri müşahidə edəcəyik. - Dəyişikliyi hansı istiqamətdə təxmin edirsiniz: siyasi, yoxsa struktur və kadr islahatları? - İctimai-siyasi şəxs olaraq dediyim hər sözə görə məsuliyyət daşıyıram. Ona görə də bu məsələlərdə konkretlikdən ehtiyat edirəm. Unutmayın ki, İlham Əliyev sürprizləri də sevir. Sadəcə, bir məsələni vurğulamaq istəyirəm ki, bu seçkilər regionun siyasi-iqtisadi mənzərəsini dəyişəcək, qısa müddətdən sonra siyasi təzyiqlər arxada qalacaq və İlham Əliyev regionun şəkillənməsində müraciət ünvanı olacaq. - Bəs, daxili siyasətdə? - Daxildə də olduqca ciddi siyasi-iqtisadi addımlar gözlənilir və ən qısa müddətdə, ola bilsin ki, martın əvvəlində bu, elan ediləcək. İnanıram ki, heyrətlənəcəksiniz.
2024-02-05
829,406
Kremldən Avropada vahid ordu ideyasına reaksiya
Moskva Avropanın özünün müdafiə blokunu təşkil etmə ehtimalı ətrafında müzakirələri diqqətlə izləyir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bu mübahisələr daima ya canlanır, ya da əksinə, sönür. Ona görə də onu yaxından izləyirik”, - o bildirib. Qeyd edək ki, İtaliyanın xarici işlər naziri Antonio Tayani bir müddət əvvəl “La Stampa” nəşrinə müsahibəsində AB-nin vahid ordusunun yaradılmasına çağırıb.
2024-02-05
829,408
Ukraynaya 500 km-lik raketlər veriləcək - Komandan
Ukrayna yaxın vaxtlarda 500 km mənzilli raketlərə malik F-16 döyüş təyyarələrinin tədarükünü gözləyir. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı Sergey Nayev deyib. “Ukrayna Silahlı Qüvvələrinə təhvil verilən Qərb silahlarının, xüsusən HİMARS və M270 MLRS reaktiv yaylım atəş sistemləri, eləcə də NASAMS, İRİS-T və “Patriot” hava hücumundan müdafiə sistemlərinin rolu böyük oldu. Gələcək hərbi yardım paketlərində Ukrayna F-16 təyyarələri və 300-500 kilometr mənzilli raketləri gözləyir ki, bu da müdafiə qüvvələrinə döyüş meydanında daha böyük uğurlar əldə etməyə imkan verəcək”, - Nayev bildirib. Komandan Ukraynaya hansı tip raketlərin veriləcəyini açıqlamayıb.
2024-02-05
829,410
BQXK Bakıda həbsdə olan separatçılara baş çəkdi
Yanvar ayının sonu və fevral ayının əvvəllərində BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər. Axar.az xəbər verir ki, bunu BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib. Məlumata görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb. Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
2024-02-05
829,414
Həkimlər İrandan qaçır - Şok statistika
Son bir ildə İrandan xaricə mühacirət etmək üçün müraciət edən həkimlərin sayı 3 dəfə artıb. Axar.az xəbər verir ki, bu barədə "Etimad" qəzeti məlumat yayıb. İran parlamentinin Səhiyyə Komissiyasının üzvü Zəhra Şeyxi məsələyə münasibəti zamanı səhiyyə mütəxəssislərinin miqrasiya statistikasının dəhşətli səviyyəyə çatdığını deyib. O, hakimiyyətin tibb işçilərinin ölkədən miqrasiyası barədə xəbərdarlıqlara əhəmiyyət vermədiyini bildirib.
2024-02-05
829,415
Küləkli hava nə vaxta kimi davam edəcək?
Fevralın 5-i saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində arabir güclənən cənub-qərb küləyi müşahidə olunur. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb. Bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustanda 21 m/s, Göyçayda 18 m/s, Sabirabadda 17 m/s, Şəki, Yardımlıda 16 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.4 metrə çatıb. Qeyd olunub ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 15, Naxçıvan MR-da 7, Aran rayonlarında 14, dağlıq rayonlarda 4 dərəcəyədək isti olub. Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti fevralın 6-sı günün ikinci yarısınadək davam edəcək.
2024-02-05
829,419
Saakaşvilinin çəkisi 20 kq artdı
Gürcüstanın məhkum olunmuş eks-prezidenti Mixail Saakaşvilidə müsbət dinamika, xüsusən də çəki artımı müşahidə olunur. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Xalq Müdafiəçisinin Ofisində keçirilən tibbi məsləhətləşmənin yekununda deyilir. “Hazırda müsbət bir tendensiya var, bu, çəki artımında və mənfi ortostatik testdə özünü göstərir. Bununla belə, koqnitiv pozğunluq, əzələ zəifliyi, neyropatiya, narahatlıq və depressiya qalır. Xəstənin vəziyyəti hələ də stabil müsbət proqnoza imkan vermir”, - məlumatda deyilir. Qeyd edək ki, son dövrdə Saakaşvilinin çəkisi 77 kq-a qədər artıb. Keçən ilin martında isə keçmiş prezidentin anası Giuli Alasanya onun çəkisinin kritik həddə - 58 kq-ya düşdüyünü bildirmişdi.
2024-02-05
829,420
Tehran İrəvanla Araz çayına görə memorandum imzaladı
Araz çayının çirkəndirilməsi ilə bağlı İşçi Qrupu yaradılır. Axar.az xəbər verir ki, bunu İranın vitse-prezidenti, Ekologiya Təşkilatının sədri Əli Səlaceqe “Şəfəqna” saytına müsahibəsində deyib. O, məsələnin nəzarətə götürüldüyünü bildirib: “Bizim Ermənistanla bu sahədə əlaqələrimiz çox yaxşı səviyyədədir. 18 il ərzində bu məsələyə Energetika Nazirliyi cavabdeh idi. Artıq bir neçə aydır ki, ölkənin Ekologiya Təşkilatına həvalə olunub. Xoşbəxtlikdən bu məqsədlə bizim birinci nümayəndə heyətimiz iki-üç ay öncə İrəvanda Ermənistan rəsmiləri ilə çox səmərəli görüş keçirib. Həmin görüşdə birgə bəyanat və memorandum imzalanıb. Memorandumda Araz çayının çirkləndirilməsi ilə bağlı həm Ermənistanda, həm də İranda üç əsas işçi qrupunun yaradılması nəzərdə tutulub ki, bir-biri ilə əməkdaşlıq edərək lazımi tədbirlər görsün və müzakirələri qarşılıqlı şəkildə davam etdirsin”.
2024-02-05
829,422
30 ildən sonra məni buna məcbur edən şəxs... - Seyran Səxavət
Seçkilərdə səsimi kimə verərəm, özüm bilərəm. Amma sizə bunu deyim ki, düz otuz ildir, seçkilərə getmirəm. Çünki məni buna heç nə sövq etmirdi. Bu sözləri Kult.az-a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət 7 fevral prezident seçkisində iştirakı ilə bağlı deyib. “Bilirsiz, bütövlük, suverenlik, torpaqların azadlığı çox yaxşı şeydir, gözəl hissdir. Hazırda Mərdəkanda yaşayıram, dünən zəng vurdum, hansı məntəqədə səs verməli olduğumu öyrəndim. 30 ildən sonra ilk dəfə, həm də ürəklə seçkiyə gedəcəm və məni seçkiyə getməyə yaxşı mənada məcbur edən namizədə səsimi verəcəm”, - Seyran Səxavət bildirib. Tanınmış şair Rüstəm Behrudi də səs verəcəyi şəxsin adını açıqlamaqdan imtina edib: “Seçki gizli keçirilir, ona görə ad açıqlamayacağam. Həmişə seçkilərdə iştirak etmişəm, ağlım kəsən namizədə də səsimi vermişəm. Baxmayaraq ki, hazırda xəstəyəm, səhhətim evdən çıxmağa maneə törədir, amma 7 fevralda mütləq seçkiyə gedəcəm, Azərbaycanın taleyini kimə tapşırmaq olarsa, məhz o namizədə də səsimi verəcəm”.
2024-02-05
829,423
Bakıda bu generalın oğlunun toyunda bomba həyəcanı...
Bu günlərdə sosial şəbəkələrdə məlumat yayılmışdı ki, generallardan birindən qisas almaq məqsədilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng olunub və onun oğlunun toyu keçirilən restorana bomba qoyulduğu xəbəri verilib. Bu məlumat əsasında çoxsaylı polis əməkdaşı toy mərasimi vaxtı restorana gəlib, orada axtarış aparıblar. Axar.az xəbər verir ki, yayılan məlumatda generalın kimliyi açıqlanmasa da, Gununsesi.info bu hadisənin təfərrüatını öyrənib. Məlumata görə, söhbət Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucovdan gedir. Onun oğlu Məhəmməd Orucovun toyu Bakıdakı məşhur restoranlardan birində olub. 2013-2019-cu illərdə Hərbi liseyin rəisi olmuş Elman Orucovdan qisas almaq istəyən şəxs də onun rəhbərlik etdiyi dövrdə liseydə təhsil almış kursant olub. Onun sözlərinə görə, 2018-ci ildə liseyi bitirəndən sonra təhsilini Daxili Qoşunların Hərbi Akademiyasında davam etdirmək istəyib. Amma liseyin rəisi buna imkan verməyib. Onu Müdafiə Nazirliyində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasında ali təhsil almağa göndəriblər. İllərlə liseyin rəisinin ona qarşı haqsızlıq elədiyini düşünən kursant ali təhsilini də bitirib, leytenant rütbəsində işə başlayandan az sonra Elman Orucovun oğlunun toyu olacağını eşidib və bu yolla ondan qisas almaq qərarına gəlib. O, taksafondan “102”yə zəng edib ki, restorana bomba qoyulub, yeməklərə zəhər qatılıb. Polislər də toyda yüksək vəzifəli şəxslərin, generalların iştirak etməsini nəzərə alaraq, informasiyanı inandırıcı sayıblar: “Restoranda stolların altını, bəy-gəlin kürsüsünü, mətbəxi – hər yeri axtarıblar. Toydakı adamlar da təşvişə düşüb ki, nə baş verib?” İnformasiyanın əsassız olduğu aydınlaşandan sonra “102”yə kimin xəbər verdiyi müəyyənləşdirilib və onun haqqında Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə cinayət işi başlanıb. Ona yekunda 5 il şərti cəza verilib. General-mayor Elman Orucov ondan şikayətçi olmayıb. Deyib ki, onu sakit təbiətli kursant kimi tanıyırdı. Ona gənc zabitlər üçün həmişə elit başlanğıc sayılan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasını seçməyi təklif edib. Generalın sözlərinə görə, onu bu ixtisasa böləndə əksinə, ona yaxşılıq edib: “Mən özüm də zabit kimi xidmətə oradan başlamışam. Düzü, buna görə məndən qisas almaq istəməsinə çox təəccübləndim”.
2024-02-05
829,424
FHN bəzi müəssisələrin lisenziyalarını ləğv etdi
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bu məqsədlə Xidmət tərəfindən yanğından mühafizə fəaliyyəti sahəsində müvafiq lisenziya almış müəssisələrdə lisenziyanın şərtlərinə riayət olunması, həmçinin müəssisələrin gördüyü işlər və göstərdiyi xidmətlərlə bağlı mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirilir. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılmış planlı yoxlamalar zamanı “Yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri” fəaliyyət növü üzrə lisenziyaya malik “Ecfire” və “Active Solutions” Məhdud Məsuliyyətli cəmiyyətlərinin qeyd olunan fəaliyyət növləri üzrə lisenziyaların şərtlərinə əməl etmədiyi aşkar olunub. Belə ki, keçirilmiş yoxlamalar zamanı müəyyən edilib ki, sözügedən müəssisələr fəaliyyət növünün xüsusiyyətindən asılı olaraq qanunvericiliyin tələblərinə uyğun müvafiq ixtisasa malik mütəxəssislərlə və işçi heyətlə, istifadə olunacaq avadanlıqlarla, eləcə də müvafiq işləri aparmaq üçün maddi-texniki baza ilə təmin olunmayıb. Qeyd edək ki, fəaliyyətlərində ciddi qanun pozuntuları aşkar olunan yanğından mühafizə fəaliyyəti üzrə lisenziyaya malik belə müəssisələr tərəfindən görüləcək işlərin və göstəriləcək xidmətlərin baş verə biləcək yanğınların söndürülməsi işində qeyri-effektivliyi şübhə doğurmur ki, bu da öz növbəsində baş verə biləcək yanğınlar zamanı insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradır. Qeyd olunanları nəzərə alaraq, “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü bəndinə əsasən, aidiyyəti üzrə qaldırılmış vəsatətlər nəticəsində yanğından mühafizə fəaliyyəti üzrə lisenziyanın şərtlərinə riayət etməyən adı çəkilən müəssisələrin müvafiq lisenziyaları ləğv olunub. Dövlət Yanğın Nəzarəti Xidməti bu sahədə pozuntuların aşkar olunması və aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
2024-02-05
829,425
ŞƏT-in baş katibi Azərbaycanda səfərdədir
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Çjan Min Azərbaycana gəlib. Bu barədə Axar.az-a ŞƏT-in mətbuat xidmətindən məlumat verilib. O, ölkədəki prezident seçkiləri ilə bağlı təşkilatın müşahidəçilər missiyasına rəhbərlik edəcək.
2024-02-05
829,427
Artımdan sonra orta aylıq pensiyanın yeni məbləği...
Azərbaycanda pensiyaların indeksləşdirilərək artırılması nəticəsində orta aylıq pensiya məbləğinin 436 manatdan 485 manata, yaşa görə orta aylıq pensiyanın məbləğinin 467 manatdan 519 manata çatacağı proqnozlaşdırılır. Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov pensiyaların indeksləşdirilərək artırılmasına dair mətbuat konfransında deyib. O bildirib ki, yanvar ayı üzrə pensiyalara edilmiş artımlar fevral ayının pensiyası ilə birgə ödənəcək. Nazir müavini söyləyib ki, 2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün 6,5 milyard manat vəsait nəzərdə tutulub. Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı yeni sərəncamla bütün növ pensiyalar indeksləşdirilərək 11,2 faiz artırılıb. Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək.
2024-02-05
829,431
Vaxtı bitən vəsiqələrlə səs vermək olacaq?
Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti bitən Azərbaycan vətəndaşları prezident seçkilərində səsvermə hüququndan istifadə edə biləcəklər. Axar.az xəbər verir ki, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib. Onun sözlərinə görə, əgər hər hansı vətəndaşın şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitibsə, vaxtı keçmiş olsa belə, həmin şəxsin kimliyini müəyyənləşdirmək üçün əsasdır: “Şəxsiyyət vəsiqəsinin vaxtı bitibsə belə, həmin vətəndaş o şəxsiyyət vəsiqəsi ilə gəlib səs verə bilər”. MSK sədrinin müavini bildirib ki, yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı hər hansı bir problem yoxdur: “Yeni nəsil şəxsiyyət vəsiqələri 2018-ci ildən və 10 il müddətinə verilir. Etibarlılıq müddətinin bitməsi problemi köhnə şəxsiyyət vəsiqələri ilə bağlı ola bilər”.
2024-02-05
829,434
DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı müraciət - Video
Daxili İşlər Nazirliyi (DİN) və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı vətəndaşlara müraciət edib. Axar.az xəbər verir ki, hər iki qurum bununla bağlı birgə videomüraciət yayıb. Qeyd edilib ki, DİN və ANAMA bir daha vətəndaşları məsuliyyətli olmağa və təhlükəli ərazilərə daxil olmamağa çağırır. Həmin müraciəti təqdim edirik:
2024-02-05
829,438
Xocalıda artilleriya mərmiləri aşkar edildi - Foto
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonunda artilleriya mərmiləri aşkar edilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. "Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş 8 ədəd 122 mm zirehdələn, 273 ədəd qəlpəli-fuqaslı və 285 ədəd 122 mm top mərmiləri arxalığı təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib", - məlumatda qeyd edilib.
2024-02-05
829,441
Gürcüstanın sığorta şirkəti Azərbaycan bazarında
Azərbaycan Mərkəzi Bankı (AMB) Gürcüstanın "Maqnus" sığorta şirkətinin yerli törəməsi Maqnus Sığorta Brokeri MMC-ni reyestrinə daxil edib. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bununla da Azərbaycanın sığorta bazarına 5 illik fasilədən sonra xarici broker daxil olub. Sonuncu dəfə 2019-cu ildə Avstriyanın "GrECo JLT Specialty GmbH" şirkəti sığorta broketlərinin reyestrinə daxil edilmişdi. Yeni şirkətin sığorta bazarına daxil olması ilə AMB-nin reyestrindəki xarici brokerlərin sayı 86-ya çatıb. Xatırladaq ki, "Maqnus" Gürcüstanda 2016-cı ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.
2024-02-05
829,442
İlham Əliyev Ərdoğana məktub göndərdi
Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım, 2023-cü ilin fevralında Türkiyədə baş vermiş və on minlərlə insanın həyatına son qoymuş dəhşətli zəlzələlərdən bir il ötür. Bu faciə nəticəsində həlak olmuş bacı-qardaşlarımızın əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onlara uca Allahdan rəhmət, doğmalarına və yaxınlarına səbir diləyirəm. Bu fəlakət Türkiyəni olduğu kimi Azərbaycanı da dərindən sarsıtdı. Xalqımız həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadı. Zəlzələ xəbərinin ilk dəqiqələrindən heç bir yardım çağırışını gözləmədən Azərbaycan xalqı və dövləti öz qardaşlıq borcunu yerinə yetirmək üçün bütün imkanlarını səfərbər etdi. Baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması işlərinə və axtarış-xilasetmə əməliyyatlarına cəlb olunmuş xilasedicilərimiz, həkimlərimiz və könüllülərimiz türkiyəli həmkarları ilə çiyin-çiyinə böyük cəsarətlə, əzmlə və fədakarlıqla fəaliyyət göstərdi. Dövlət və özəl qurumlarla yanaşı kiçikdən böyüyə hər bir soydaşımız zəlzələ qurbanlarına dəstək və mənəvi dayaq olmaq üçün əlindən gələni əsirgəmədi. Sizin qətiyyətli rəhbərliyiniz altında Türkiyə Hökuməti zəlzələnin səbəb olduğu irimiqyaslı dağıntıların aradan qaldırılması, zərər çəkmiş bölgənin dirçəldilməsi, evsiz qalan milyonlarla insanın evlə təmin edilməsi üçün var qüvvəsi ilə çalışır. Azərbaycan da hazırda Kahramanmaraş vilayətində humanitar fəaliyyətini davam etdirərək burada aparılan yenidənqurma və bərpa işlərində, sosial obyektlərin inşasında yaxından iştirak edir. Biz bu nəcib və şərəfli missiyada Türkiyənin yanında olmağımızdan böyük qürur duyuruq. Bütün bunlar Azərbaycan-Türkiyə sarsılmaz birliyinin və həmrəyliyinin növbəti təzahürü olaraq qardaşlıq salnaməmizə əbədi olaraq həkk olundu. Türkiyə yaxşı gündə və hüznlü gündə Azərbaycanın yanında olduğu kimi biz də daim Türkiyənin yanındayıq və bundan sonra da olacağıq. Çünki biz bir millət, iki dövlətik. Əminəm ki, Sizin liderliyiniz, Türkiyə xalqının mübarizə əzmi, həmrəylik ruhu və mətin iradəsi sayəsində qüdrətli Türkiyə dövləti bu çətinliklərin də öhdəsindən tez bir zamanda gələcək, bu acı sınaqdan şərəflə və daha da güclənmiş çıxacaqdır. Bu hüznlü gündə bir daha Türkiyənin kədərinə şərik olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verirəm".
2024-02-05
829,443
Ürəyimizi titrədən xəbər…
"Xocalı doğma sakinlərini qəbul etməyə hazırlaşır"…​ Ürəyimi titrədən bu başlığı bir az öncə Axar.az-da gördüm. Möcüzəvi xəbər, möcüzəvi başlıqdır. Adam qanad da açar bu xəbərin gözəlliyinə, doğmalığına... Son günlər Xocalı deyəndə ağlıma ilk olaraq Mirşahin Ağayevin Xocalıdan son reportajı gəlir. O nə səs idi – qeyri-adi. Televiziyaçılar o səsə "interşum" deyirlər, yəni kənar səslər, amma mən o səsi, o səsləri - qəribə bir uğultu, hava axını, sanki nəyisə anladan, nədənsə bəhs etmək istəyən, nəyəsə işarə edən, nədəsə israr edən - səsləri məhz ayrı bir bir aləmdən, ayrı bir yerdən, ayrı bir Xocalıdan - qeybdən gəlirmiş kimi alqıladım. Ruhuma, zehnimə, şüuruma məhz o cür köçdü, özünə əbədi yer elədi; şəhid xocalıların öz yerini sezdirirmiş kimi, sanki "biz də burdayıq" ismarışı kimi. Onların heç vaxt susmayacaq səsi kimi, heç vaxt keçməyəcək ağrısı kimi, heç vaxt unudulmayacaq iztirabı kimi, özləmi, üzgünlüyü kimi… Və bunlarla yanaşı, sevinci, fərəhi kimi, şövqü, sevgisi kimi… Və bunlarla yanaşı, Qəhrəmanımızı - qəhrəmanlarımızı alqışlamaları kimi... "Titanik" filminin sonunda bir epizod var: məlum hadisədə okeanda batmış, həyatını itirmiş şəxslər - onların ruhları - sonda toplanaraq əl çalırlar, əsas qəhrəmanların qovuşma anını alqışlayırlar... Təxminən, elə bir səhnə gəldi gözümün önünə; sanki onlar da nələrdənsə, kimlərdənsə agah idilər. Sanki onlar da alqışlayırdılar... Mən qətiyyən sirli, mistik nəsə axtarmıram və heç o situasiya da deyil. Xocalı - həqiqətən ayrı bir yerdir. Ayrı bir yaradır. Ki, o yaranın qanı həmişə axır, sısqa bulaq kimi, narın yağış kimi. Həmişə axacaq. Sadəcə, pafossuz-filansız xatırlatmaq istəyirəm hamıya, hamımıza, özümüzə… Ki, dolu-dolu sinilər qoydular önümüzə. Bir-birinin ardınca qələbə xəbərləri, zəfər xəbərləri ilə gözümüzü, könlümüzü, ömürümüzü dopdolu doldurdular, doyurdular, elə bil, Qələbə Okeanına qərq olduq - əldə etdiklərimizin nəhəngliyini, əzəmətini yadımıza salmaq üçün işlədirəm bu ifadəni – çox fərəhləndik, çox pərvazlandıq, çox ruhlandıq, o günlərdə xoşbəxtliyin səviyyəsini ölçən bir cihaz olsaydı, yəqin ki, dünyanın ən bəxtəvər insanları biz azərbaycanlılar olacaqdıq… Bəzən nəfəs dərməyə belə zamanımız olmurdu… Və indi reaksiyalar adekvat deyil sanki o nəhəngliyə. Sanki vərdiş yaranıb hamımızda; yəni hər nə baş verirsə, sıradan bir hadisədir, qeyri-adi deyil, cazibəsi azalır. Dünyaya Cıdır düzündən baxmaq da, Xankəndidə Hərbi Parad da, yaralı Xocalı da… sanki 30 il o cəhənnəm əzabında biz qovrulmamışıq. Son 3 ildə hər nə baş veribsə, “film kimi” yaşanıb keçib… Bütün qələbələr bir gün tarix olur. Olmalıdır da. Amma Xocalı fərqlidir. Məncə, çox fərqlidir və unudulmamalıdır. “Xocalıya Ədalət” kampaniyası da hər il davam etdirilməlidir. Biz Xocalını işğaldan azad etmişik, amma Xocalıya bütün dünyanın ədalətli qiymət verməsinə hələ nail ola bilməmişik. Xocalıda muzey yaradılmalıdır, soyqırım qurbanlarını xatırladan hər şey qorunub saxlanılmalıdır. Gələcək nəsillər bu hekayəni özlərindən sonrakılara ötürməlidir. Ki, Xocalı məhz o şəhərdir ki, bir gecə silahlılar öz evində, öz yatağında yuxuda olan günahsız insanları ağlasığmaz vəhşiliklərlə qətlə yetirib. Xocalı hadisəsi - o dəhşətli gecədə baş verənlər bir soyqırımdır, qətliamdır, terrordur! Xocalı azad ediləndən sonra orada “boz ərazi”gördük – soyqırımdan sonra doğulanlara necə anladaq bunu?!. Halbuki, 30 il öncə burda bir əyalət şəhəri olub. Amma əsgərlərimiz o torpağa ilk qədəmlərini basanda gördük ki, O Xocalı yoxdu. Nə qədər acı, canyaxıcı da olsa, gördük ki, əslində 1992-ci ildə adamları ilə birlikdə Xocalının özünü də qətl ediblər. Şükür bu günə ki, artıq Xocalı azaddır, bizimdir. Şükür Allaha ki, dövlətimiz artıq sağ qalan, həyatda olan Xocalı sakinlərini öz doğma yurduna köçürmək üçün çalışır... Toyluq-bayramlıq xəbərlərdir. Adam sonsuzadək şükr etmək istəyir: Allaha, Orduya, Ali Baş Komandana! İlham Əliyev Azərbaycanı elə bir səviyyəyə, elə bir müstəviyə qaldırıb ki, o ucalığın, o yüksəkliyin misli-bərabəri yoxdur. Anlayaq o yüksəkliyin dəyərini, qiymətini, qələbəmizdən danışanda tərəzinin bir gözünə işğaldan azad edilən bütün torpaqlarımızı qoyaq, o biri gözünə yalnız Xocalını. Xocalını alan, bizə, Xocalı insanlarına qaytaran adam böyük adamdır, nəhəng adamdır, gözümüzün işığıdır, qəhrəmanımızdır, Azərbaycan üçün əvəzolunmazdır… Mən fevralın 7-də o Əvəzolunmaz Adama – İlham Əliyevə səs verəcəyəm!
2024-02-05
829,446
Ağ Ev İraqa xəbərdarlıq etdi
İraq İranın proksi qüvvələrinin təhdidlərinə daha çevik reaksiya verməlidir. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının koordinatoru Con Kirbi deyib. “İraq hökuməti ABŞ-ın hərbi mövqelərinə hücum edən İranın dəstəklədiyi silahlı qrupların təhdidlərinə son qoymaq üçün daha sayıq hərəkət etməlidir”, - o bildirib. Qeyd edək ki, İranın İraqda faliyyət göstərən silahlı qrupları Qəzza müharibəsi başlayandan bəri ABŞ-ın Yaxın Şərqdə yerləşən bazalarına ən azı 165 hücum həyata keçirib. Son hücum zamanı 3 ABŞ əsgəri həlak olub.
2024-02-05
829,447
Qatilov: ABŞ bu ölkədə nüvə silahı yerləşdirsə...
Rusiya ABŞ-ın Britaniya ərazisində nüvə silahı yerləşdirməsi ilə bağlı vəziyyəti izləyir. Axar.az xəbər verir ki, bunu Rusiyanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Gennadi Qatilov deyib. “Bu addım atılarsa, Rusiya buna uyğun reaksiya verəcək”, - o bildirib.
2024-02-05
829,449
Kreml Ekvadordan qisas alır: 754 milyon dollar...
Rusiya banan və qərənfillərin idxalını qadağan edərsə, Ekvador bir ildə 754 milyon dollar itirə bilər. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, “Rosselxoznadzor” Ekvador hakimiyyətinə donqar milçək səbəbiylə beş banan ixracatçısının sertifikatının dayandırılması ilə bağlı müraciət edib: “Daha sonra isə bir sıra Avropa ölkələrinə Ekvadordan gələn qərənfillərin sertifikatlaşdırılmasının dayandırılması üçün də müraciət olunub. Səbəb kimi isə çiçək tripsinin aşkar edildiyi göstərilib”. Qeyd edək ki, Ekvador köhnə rus texnikasını ABŞ-a vermək qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi Ekvadorun bu addımına etiraz etsə də, Prezident Daniel Noboa ölkəsinin köhnə rus texnikasını ABŞ-a verməkdən imtina etməyəcəyini bildirib.
2024-02-05
829,455
Ombudsman Xankəndidə seçki məntəqəsində - Foto
Ombudsman işğaldan azad olunan ərazilərdə seçki məntəqələrində yaradılan vəziyyətlə tanış olub. Axar.az xəbər verir ki, ombudsman Səbinə Əliyeva tərəfindən növbədənkənar prezident seçkiləri ərəfəsində vətəndaşların seçki hüququnun təmini də daxil olmaqla, seçki prosesi ilə bağlı ümumi vəziyyətin araşdırılması üçün ölkəmizin işğaldan azad olunmuş ərazilərində müşahidələr həyata keçirilib. Xankəndi, Şuşa və Laçında yeni yaradılmış seçki məntəqələrində aparılmış müşahidələr zamanı Müvəkkil növbədənkənar prezident seçkilərinə hazırlıq prosesi ilə yaxından tanış olub, məntəqələrdə seçici siyahılarına baxış keçirib, seçkiyə hazırlıq məqsədilə həyata keçirilən tədbirlər, seçki hüququnun təmini istiqamətində görülən işlərlə maraqlanıb. Ombudsman öz doğma torpaqlarına geri qayıtmış vətəndaşlarla da görüş keçirib, seçki prosesi, seçicilərin hüquqları, vəzifələri və digər məsələlər barədə müzakirələr aparılıb. İşğaldan azad edilmiş ərazilərimizdə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığı müşahidə olunub. Qeyd edilib ki, sevindirici haldır ki, dövlətimizin həyatında mühüm əhəmiyyət kəsb edən prezident seçkiləri ilk dəfə olaraq suveren ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızda keçiriləcək. Belə ki, həmin ərazilərdə bərpa-quruculuq işlərinə cəlb olunmuş, habelə öz doğma yurdlarına qayıtmış şəxslərin seçki hüququnun təmini məqsədilə 26 seçki məntəqəsi yaradılıb.
2024-02-05
829,456
712-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 712-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 833 PUA-sı, 462 zenit-raket kompleksi, 14 908 tank və digər zirehli texnikası, 1 217 reaktiv yaylım atəş sistemi, 7 966 artilleriya və minaatanı, 18 248 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-05
829,457
Güneydə təqaüdçülər etirazlara başladı
Bu gün Urmiya, Ərdəbil və Təbriz şəhərlərində Rabitə Nazirliyinin təqaüdə çıxmış işçiləri nazirliyin yerli bölmələrinin binaları qarşısında etiraz aksiyası keçiriblər. Axar.az xəbər verir ki, bu barədə nümayişçilər sosial media kanallarında paylaşım ediblər. Təqaüdçülər pensiyalarının artırılmamasına, vaxtında ödənilməməsinə və qanunla nəzərdə tutulmuş başqa haqlarının pozulmasına etirazlarını bildiriblər. Onlar inflyasiya ilə gəlirlərin uyğun olmadığını, çoxsaylı məişət problemləri ilə üzləşdiklərini və hakimiyyətin laqeyd münasibətini tənqid ediblər.
2024-02-05
829,459
Xəzər polisindən əməliyyat: 48 nəfər saxlanıldı
Yanvar ayında Xəzər rayonunda keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı və daşınmasını təşkil edən 35 fakt üzrə 48 nəfər saxlanılıb. DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 fakt üzrə 48 nəfər saxlanılıb. Həmin şəxslərdən 4 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Xəzər RPİ-nin İstintaq Şöbəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
2024-02-05
829,460
İrəvan buna görə məsuliyyət daşıyır - XİN
Ermənistanın döşədiyi minaların qurbanlarının sayı 344-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib. Bildirilib ki, 2020-ci ilin sonundan bəri mina partlaması nəticəsində 65 nəfər həlak olub: “Son iki gündə minanın partlaması nəticəsində daha iki mülki şəxs yaralanıb. Ermənistan günahsız mülki insanların həlak olmasına görə məsuliyyət daşıyır”.
2024-02-05
829,461
AB rus diplomatların hərəkətlərini məhdudlaşdırır
AB rus diplomatların ittifaq ərazisində hərəkətlərini məhdudlaşdırmaq imkanını müzakirə edir. Axar.az xəbər verir ki, bu barədə “Politiko” mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, məqsəd Rusiyadan olan diplomatların səfərlərini akkreditə olunduğu ölkə ilə məhdudlaşdırmaqdır: “Hazırda onlar Şengen zonasında sərbəst hərəkət edə bilirlər. Məhdudiyyətlərin Ukraynada hərbi əməliyyatların başlamasının ikinci ildönümü üçün hazırlanan 13-cü sanksiyalar paketinin bir hissəsi kimi tətbiq edilməsi təklif edilir”.
2024-02-05
829,466
İnanıram ki, bu ölkə TDT-nin üzvü olacaq - Akar
İnanıram ki, Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv statusuna malik olan Şimali Kipr tezliklə tamhüquqlu üzv olacaq. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müdafiə komitəsinin sədri Hulusi Akar X-da yazıb. “Avropa Birliyi, BMT və digər ölkələr nə deyirlər desin, biz planlaşdırdığımız hədəflərə doğru irəliləməyə davam edəcəyik”, - Akar bildirib.
2024-02-05
829,467
Deputatın hərbi xidmətlə bağlı təklifi qalmaqal yaratdı
Milli Məclisin yaz sessiyası üzrə keçirilən iclasında deputat Elnur Allahverdiyevin ödənişli hərbi xidmətlə bağlı çıxışı müzakirələrə səbəb olub. Axar.az xəbər verir ki, hərbi ekspert, polkovnik Üzeyir Cəfərov Globalinfo.az-a açıqlamasında millət vəkillərinin Azərbaycanda alternativ hərbi xidmət haqqında qanun qəbul etməlidi olduqlarını bildirib. Onun sözlərinə görə, qanun çoxdan hazırdır, sadəcə, Qarabağ məsələsi yeni həll edildiyi üçün qəbul edilməyib: “Səbəb olaraq da müharibə şəraitində yaşadığımızı göstərirdilər. Deyirdilər ki, müharibədən yayınmaq istəyənlər bundan istifadə edəcəklər və s. Deputatın açıqlaması diletant yanaşmadır. Bir neçə il bundan öncə qanunda göstərilirdi ki, dini əqidəsinə və ya inancına görə, başqa səbəblərdən əlinə silah götürə bilməyənlər alternativ xidmət keçirlər. Məsələn, normal qaydada ali təhsili olan bir il xidmət keçirsə, alternativdə bu, iki il olur. O cümlədən də qardaş Türkiyədə olduğu kimi, ödənişli hərbi xidmət keçə bilərsən. Əgər insan həqiqətən də xidmət etmək istəmirsə, sən ona Vətəni zorla sevdirə bilməzsən. İmkanı olan gedib pul verib xidmət etməyəcək və bu, neqativ hallara yol açacaq”. Ü.Cəfərov deyib ki, hərbi xidmətə gedən hər kəsin marağına uyğun olaraq şərait yaradılmalıdır: “Qanun qəbul edildikdə Elm və Təhsil Nazirliyi, güc strukturları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və digərləri əlaqəli işləməlidirlər. Deputat deyir ki, ali təhsil alanlar hərbi xidməti başa vurduqdan sonra təhsillərini davam etmək istəmirlər, maraqları olmur. Hörmətli deputat, bəs bunun üçün də hərbi xidmətdə normal şərait, kitabxana olmalıdır ki, həmin gənc hərbi xidməti bitirdikdən sonra gəlib magistratura və ya doktoranturanı davam etdirə bilsin. Ümumiyyətlə, meyli hərbə yox, elmə olan biri üçün şərait yaradılmalıdır. Öz işini sevən, peşəkar kadrlar olmalıdır. 100 qeyri-peşəkar əsgər saxlamaqdansa, 50 peşəkar hərbçi saxlayaram, həmin yüz nəfərə verdiyim pulu 50 nəfərə verərəm, büdcəyə də yük düşməz. Bu haqda düşünmək, Azərbaycan dövləti və xalqı üçün real iş görmək lazımdır”. Deputat Aqil Abbas həmkarının fikri ilə razılaşmadığını deyib: “Çox yanlış yanaşmadır. Bu dəqiqə Azərbaycanda belə bir qərar qəbul etmək olmaz! Ödənişli hərbi xidmət nə deməkdir?! Müharibədən yeni çıxmışıq. Ermənistanı Fransa, Avropa və s. ölkələr kimi qızışdıran revanşist qüvvələr var. Belə vəziyyətdə ödənişli hərbi xidmət olar?! Pulun varsa, deməli, əsgərlikdən yayınmalısan? Qəti razı deyiləm!”
2024-02-05
829,469
Qarabağda aşkarlanan minaların sayı açıqlandı
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan Axar.az-a bildiriblər ki, yanvarın 29-dan fevralın 4-dək Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda piyada əleyhinə 78, tank əleyhinə 16 mina və 150 partlamamış hərbi sursat aşkarlanıb. Qeyd olunub ki, 336,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
2024-02-05
829,470
Kolleclərdə yeni ixtisas tədris olunacaq
Bu ildən etibarən tibb üzrə orta ixtisas təhsili müəssisələrində (kolleclərdə) yeni ixtisas olacaq. Yeni ixtisas optometriya adlanır. Bu ixtisası bitirənlər oftalmoloq kimi fəaliyyət göstərəcək. Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib. K.Əsədov bildirib ki, ölkədə tibbin bütün sahələri üzrə ixtisaslı mütəxəssislərə ehtiyac var: “Düşünürəm ki, ali təhsil müəssisəsində də bu ixtisas olmalıdır. İndiyə qədər tibb üzrə orta ixtisas təhsili müəssisələrində mamalıq işi, tibbi profilaktika, tibb bacısı (qardaşı) işi, ortopedik stomatologiya, müalicə masajı, laboratoriya diaqnostikası, əczaçılıq ixtisasları üzrə kadr hazırlığı həyata keçirilib”.
2024-02-05
829,471
Məşhur futbolçuya 9 il həbs və 150 min təzminat...
Ötən ilin yanvar ayında həbs olunan Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun keçmiş futbolçusu Dani Alves məhkəmə qarşısına çıxıb. Axar.az xəbər verir ki, 2022-ci ildə Barselona şəhərində yerləşən gecə klubunda bir qadına cinsi təcavüz etdiyi iddiası ilə 13 aydır həbsdə olan 40 yaşlı veteran müdafiəçi növbəti dəfə qanun qarşısında ifadə verib. İlk məhkəməsində belə bir hadisənin yaşanmadığını söyləyən “sambaçı” son ifadəsində isə qarşı tərəfin razılığı ilə bunu etdiyini boynuna alıb. Dövlət ittihamçısı Dani Alvesə 9 il həbs cəzası, həmçinin zərərçəkən qadına 150 min avro təzminat ödənməsini istəyib. Qeyd edək ki, Dani Alves karyerası ərzində Kataloniya təmsilçisi ilə yanaşı, İspaniyanın “Sevilya”, İtaliyanın “Yuventus” və Fransanın PSJ kimi önəmli klublarının formalarını geyinib.
2024-02-05
829,472
Blinken Səudiyyədə: vəliəhdlə görüşəcək...
ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfər edib. Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Səfəri çərçivəsində Entoni Blinkenin Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman və xarici işlər naziri Feysal bin Fərhan əs-Səudla görüşü gözlənilir. Qeyd edək ki, bu, Blinkenin İsrail-HƏMAS münaqişəsi başlayandan Yaxın Şərqə 5-ci səfəridir.
2024-02-05
829,473
Rusiyaya kömək edən şirkətlər qara siyahıya salınır
Avropa Birliyi Rusiyaya qarşı müxtəlif ölkələrdən olan şirkətlərə qarşı sanksiya tətbiq edəcək. Axar.az xəbər verir ki, bunu Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Jozep Borrell bildirib. Borrell qeyd edib ki, sanksiyalar bir çox şəxs və qurumlara, həmçinin sanksiyalardan yayınan müxtəlif ölkələrin şirkətlərinə təsir göstərəcək.
2024-02-05
829,475
Macarıstan İsveçin NATO-ya üzvlüyünün təsdiqini təxirə saldı
Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya üzvlüyü ilə bağlı sazişin ratifikasiyası baş tutmayıb. Axar.az xəbər verir ki, bu barədə ölkə parlamentindən məlumat verilib. Məlumata görə, səsvermənin baş tutmamasına səbəb deputatların əksəriyyətinin iclasa qatılmaması olub. Növbədənkənar iclasın bu ayın sonu baş tutması gözlənilir. Qeyd edək ki, Macarıstan İsveçin alyansa üzvlüyünü təsdiq etməyən yeganə NATO ölkəsidir. Son olaraq Türkiyə İsveçin alyansa üzvlüyünü ratifikasiya edib.
2024-02-05
829,478
Səfirliyimizə hücum edən şəxs edam olunacaq - Hökm
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs barədə hökm elan edilib. Axar.az xəbər verir ki, bu barədə İran Ədliyyə Nazirliyi məlumat verib. Məlumata görə, səfirliyimizə hücum edən şəxs barəsində edam hökmü çıxarılıb.
2024-02-05
829,482
Nazirlikdən Füzulidəki yanğınla bağlı məlumat
19:17 Füzulidə Mədəniyyət Evi yanır. Axar.az Report-a istinadən xəbər verir ki, yanğın axşam saatlarında rayonun Zobcuq qəsəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in Füzuli yanğından mühafizə hissəsinin 3 yanğınsöndürən briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsinə çalışılır. Qeyd edək ki, ümumi sahəsi 500 kvadratmetr olan Mədəniyyət Evində klub icma mərkəzi və Füzuli Mərkəzləşmiş kitabxana sisteminin filialı da fəaliyyət göstərir. Yanğının səbəbləri ekspertizanın nəticələrindən sonra məlum olacaq. *** Mədəniyyət Nazirliyi Füzulidə Mərkəzi Kitabxana binasında baş verən yanğınla bağlı məlumat yayıb. Nazirlikdən bildirilib ki, yanğın fevralın 5-də təqribən saat 18:30 radələrində Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında qeydə alınıb. Yanğın qeyri-iş saatında baş verdiyi üçün əməkdaşlar işdə olmayıb, bu səbəbdən xəsarət alan yoxdur. FHN-in əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin başvermə şəraiti araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək.
2024-02-05
829,483
Tiflisdən partlayıcı yüklə bağlı açıqlama
Tiflis Ukraynadan Gürcüstan üzərindən Rusiyaya daşınan partlayıcı yüklə bağlı Kiyevdən əlavə məlumat gözləyir. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Basa Mqeladze bildirib. "Bu halda biz təkcə Ukrayna ilə deyil, həm də bu yükün keçdiyi ölkələrlə əməkdaşlıq edəcəyik. Biz bu faktla bağlı Ukraynaya məlumat vermişik və onlardan istintaqa kömək edəcək əlavə məlumat gözləyirik", - Mqeladze söyləyib. Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Odessadan Voronejə daşınan yükün saxlandığını elan edib. Onlar elektromobillərin akkumulyatorlarında gizlədilən partlayıcı qurğular aşkar ediblər.
2024-02-05
829,485
Daha bir iddia: Zalujnı razılaşdı, bu ölkəyə səfir gedir
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Ukraynanın Böyük Britaniyadakı səfiri olmağa razılaşıb. Axar.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yevgeni Şevçenko bildirib. Qeyd edək ki, son günlər Rusiya, Ukrayna və Qərb mediasında Zalujnınin mümkün istefası ilə bağlı şayiələr geniş müzakirə olunub. "Ekonomist" jurnalının məlumatına görə, Zalujnıya Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsi də təklif olunub, lakin o, bundan imtina edib.
2024-02-05
829,486
Bakı ilə Minsk arasında mühüm görüş
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov və Belarus Prezidenti Administrasiyasının xarici siyasət idarəsinin rəisi İqor Sekreta arasında görüş keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Görüş zamanı Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edilib və ali səviyyədəki siyasi dialoqun ikitərəfli əməkdaşlığın bütün sahələrində inkişaf etdirməsi üçün əsas rol oynadığı qeyd olunub. İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı müsbət dinamikası xüsusi olaraq vurğulanıb. Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mühüm beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
2024-02-05
829,487
Bakıda bu yola qoyulan məhdudiyyət aradan qaldırıldı
19:42 Bakıda ağac yola aşıb, avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağac yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən də Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. *** Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində ağacın yolun hərəkət hissəsinə aşması səbəbindən Xətai prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
2024-02-05
829,488
"Birinci kanal"ın ölkəmizdəki seçkilərdən reportajı
Rusiyanın “Birinci kanal” federal televiziya kanalında Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri barədə reportaj yayımlanıb. Axar.az xəbər verir ki, reportajda seçki məntəqələrinin səsverməyə hazır olduğu bildirilib. Xüsusi vurğulanıb ki, bu il ilk dəfə seçkilər Qarabağ da daxil olmaqla, Azərbaycanın bütün ərazisində baş tutacaq. Süjetdə Qarabağda, o cümlədən Zəngilan rayonunun Ağalı kəndində aparılan yenidənqurma-bərpa işlərindən, seçki məntəqələrinin texniki təchizatından da söhbət açılıb.
2024-02-05
829,489
Azərbaycan Türkiyəyə başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədəki zəlzələnin birinci ildönümü ilə bağlı başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Qardaş Türkiyədə böyük insan tələfatı və dağıntılara səbəb olan zəlzələnin birinci ildönümündə faciə qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. "Bir millət, iki dövlət" kəlamı ilə bağlı olduğumuz Türkiyənin həm sevinc, həm də kədərində daim yanındayıq", - paylaşımda qeyd olunub.
2024-02-05
829,492
Lvov Ukraynanın paytaxtı olacaq - Medvedyev
İspaniyadan Ukraynanın Lvov şəhərinə dəmir yolu çəkiləcək. Bu, Lvov vilayətinin sərhədləri daxilində Ukraynanın yeni paytaxtı olacağının ilk faktıdır. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X sosial şəbəkə hesabında yazıb. "Ehtimal olunur ki, İspaniyadan Avropanın cənubuna uzanan layihələndirilən beynəlxalq dəmir yolu Lvovda başa çatmalıdır. Bu, Lvov-Lemberqin Ukraynanın Lvov vilayətinin sərhədləri daxilində yeni paytaxtı olacağının ilk tanınması kimi görünür", - D.Medvedyev qeyd edib.
2024-02-05
829,495
Rusiyanın tələbi: BMT TŞ-nin iclası keçiriləcək
Ukrayna Silahlı Qüvvələrinin Lisiçanska hücumu ilə əlaqədar Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası sabah keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski Teleqram kanalında yazıb. Qeyd edək ki, Ukrayna ordusu Luqanskın Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə ötən gün zərbə endirib. Rusiya hücumun HİMARS-la həyata keçirildiyini iddia edib. Hücum nəticəsində 28 nəfər ölüb, 10 nəfər yaralanıb.
2024-02-05
829,497
Cavanşir Quliyevin səhhəti kəskin pisləşdi
Türkiyədə səfərdə olarkən tanınmış bəstəkar Cavanşir Quliyevin səhhəti qəfildən pisləşib. Kult.az xəbər verir ki, bu barədə rejissor Ramiz Mirzəyev məlumat verib. O bildirib ki, Cavanşir Quliyev Türkiyədə xəstəxanaya yerləşdirilib: “İstanbulda işgüzar səfərdə olan bəstəkar Cavanşir Quliev bu gün səhər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”. Onun beyninə qan sızdığı bildirilib.
2024-02-05
829,500
Naxçıvanda 53 nəfər saxlanıldı
Naxçıvan polisi tərəfindən son 1 ayda keçirilən əməliyyatlar zamanı ümumilikdə 53 nəfər saxlanılıb. Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Keçirilən əməliyyat tədbirləri zamanı, nakotiklərin, psixotrop tərkibli güclü təsiredici xüsusiyyətlərə malik dərman vasitələrinin, aksiz markası olmayan tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan, silsilə oğurluq, dələduzluq cinayətləri edən, kibercinayətlə məşğul olan, evində, eləcə də üzərində qanunsuz olaraq odlu silah saxlayan və daşıyan, qanunsuz ov edən, yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışı ilə məşğul olan, ölkə ərazisinə saxta dollar əsginaslarını gizli yollarla gətirən cinayətkar dəstə üzvləri məsuliyyətə cəlb edilib. Həmçinin mənzillərdən, ticarət obyektlərindən, məscidlərdən, eləcə də digər məkanlardan pul, qızıl-zinət əşyaları, tikinti materialları və məişət əşyaları oğurlayan, habelə sosial şəbəkə hesablarında “telefon satışı” və “kirayə ev” adı altında saxta elanlar yerləşdirməklə 100-dən çox vətəndaşları kütləvi şəkildə aldadan və quldurluq edən şəxslər saxlanılaraq məsuliyyətə cəlb olunub. Qeyd edilən dövr ərzində Azərbaycan Daxili İşlər Nazirliyinin vətəndaşlarda olan silahların təhvil verilməsi çağırışına əsasən muxtar respublika sakinləri 35 ədəd odlu silah, 6 ədəd tapança, 12 ədəd avtomat darağı, 1 061 ədəd müxtəlif çaplı sursat, 4 ədəd əl qumbarası, 3 ədəd binokl, 3 ədəd süngü bıçağını təhvil verib. Bundan əlavə, polis əməkdaşları tərəfindən ayrı-ayrı şəxslərdən qanunsuz olaraq saxladıqları 5 odlu silah, 225 ədəd patron, 5 ədəd avtomat xəzinəsi aşkarlanaraq götürülüb. Əlavə olaraq keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 91 nəfər saxlanılıb. Qeyd olunan faktların hər biri ilə bağlı araşdırmalar davam etdirilir. Saxlanılanların əksəriyyəti barəsində həbs qətimkan tədbirləri seçilib.
2024-02-05
829,506
Putin BƏƏ rəhbəri ilə danışdı: Qəzzaya yardım...
Rusiya Prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan ilə telefon danışığı aparıb. Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. “Rusiya Prezidenti Vladimir Putin dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərinə səfərinin yekunlarını nəzərə alaraq BƏƏ Prezidenti Məhəmməd bin Zayed ən-Nəhyan ilə telefon danışığı aparıb. Fələstin-İsrail münaqişəsi zonasında davam edən hərbi qarşıdurma fonunda Qəzza zolağına əlavə humanitar yardımın göstərilməsi üçün addımlar nəzərdən keçirilib. Rusiya və BƏƏ-nin Fələstin probleminin məlum beynəlxalq hüquqi əsaslarla uzunmüddətli və ədalətli həllinə nail olmaq üçün tezliklə atəşkəs və siyasi prosesin bərpası lehinə prinsipial mövqeyi təsdiq edilib", - məlumatda qeyd olunub.
2024-02-05
829,507
Borrell Kiyevə gəlir
Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Jozep Borrell Ukraynanın paytaxtı Kiyevə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Borrell özü məlumat verib. Borrell Ukrayna paytaxtına səfərinin tarixini açıqlamayıb.
2024-02-05
829,510
Erməni ordusu bu istiqamətdə hücum edərsə… - Politoloq
Ermənistan Fransanın təhriki ilə Cermux istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum edib yüksəkliklərə nəzarəti geri qaytarmaq istəyərsə, bunun Ermənistan üçün ağır nəticələri olacaq. Birincisi, Azərbaycan Ordusu həmin yüksəkliklərin qarşı tərəfin nəzarətinə keçməməsi üçün dağıdıcı zərbələr endirəcək, pilotsuz uçuş aparatları yenidən işə düşəcək. İkincisi, 8 kəndimizlə bağlı danışıqları davam etdirməyə ehtiyac qalmayacaq, Ordumuzun həmin kəndlərə daxil olmasına əngəl qalmayacaq. Üçüncüsü, Ermənistanın Qərbi Zəngəzuru itirmək təhlükəsi artacaq. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Ermənistanın təxribat planı varsa, bundan əvvəl İrəvan dostları ilə birgə Azərbaycana qarşı dezinformasiya mexanizmini işə salacaq: “Yəni təxribat günü xəbər yayacaqlar ki, guya birinci atəş açan Azərbaycan hərbçiləri olub və erməni hərbçiləri bu səbəblə “ərazilərini” geri qaytarmağa çalışıblar. Bu dezinformasiya Ermənistana və onun havadarlarına ona görə lazım olacaq ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiya tətbiqini həyata keçirə bilsinlər. Strateji yüksəkliklərin geri qaytarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki Azərbaycan Ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərlərinə, hava limanlarına və yollarına nəzarət edir. Bu, Ermənistan hökumətini və generallarını ciddi narahat edir. Onlar bu haqda açıq danışmasalar da, bilirlər ki, Azərbaycan danışıqlar yolu ilə həmin yüksəklikləri geri qaytarmayacaq. Baş nazir Nikol Paşinyan buna görə sülh sazişinin imzalanmasını yubadır. Çünki sülh sazişi də həmin yüksəkliklərin Ermənistana təhvil verilməsini təmin etməyəcək. Ancaq Nikol Paşinyan onu da anlamalıdır ki, yüksəklikləri geri qaytarmaq avantyurası ona və ölkəsinə baha başa gələcək, nə Paris, nə də Azərbaycana qarşı mümkün sanksiyalar onu xilas edə biləcək”.
2024-02-05
829,511
Serebral iflic olan uşaq qızılcadan dünyasını dəyişdi
Tovuz rayonunun Qədirli kənd sakini, 2014-cü il təvəllüdlü Yusif İsmayılov yüksək hərarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Müayinə zamanı azyaşlının qızılcaya yoluxduğu məlum olub. Uşaq reanimasiya şöbəsində koma vəziyyətinə düşüb. Axar.az xəbər verir ki, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Azyaşlı ağırlaşmış qızılca və pnevmoniya səbəbindən dünyasını dəyişib. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşaq həm də serebral iflic olub. Faktla bağlı araşdırma aparılır.
2024-02-05
829,513
III Dünya müharibəsi bu vaxta kimi başlaya bilər - Tramp
III Dünya müharibəsi Co Baydenin prezidentlik müddəti bitməmiş başlaya bilər. Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Foks Nyus" telekanalına müsahibəsində deyib. "Bilirsiniz, doqquz ay çox uzun müddətdir. III Dünya müharibəsinə girmək şansımız çox yüksəkdir. Çünki işini düzgün görməyən biri var. Ona heç kim hörmət etmir, bütün dünya ona gülür", - Tramp söyləyib.
2024-02-05
829,514
İran, Rusiya və Çin təlim keçirəcək: “digərləri” də...
İran, Rusiya və Çin mart ayında birgə dəniz təlimləri keçirəcək. Axar.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Şəhram İrani deyib. O, “digər ölkələrin də” iştirak üçün dəvət edildiyini açıqlasa da, ad çəkməyib. Admiral əlavə edib ki, təlimin 19 martda başlanması barədə ilkin razılıq var.
2024-02-05
829,516
ABŞ-dan Hindistana neft tədarükü dayandırıldı
Qırmızı dənizdə yük daşınması ilə bağlı təhlükəsizlik vəziyyəti ABŞ-dan Hindistana neft nəqlini dayandırıb. Axar.az xəbər verir ki, bu barədə “İndian Ekspress” məlumat yayıb. Gəmi izləmə məlumatlarının təhlili göstərir ki, bu ilin yanvarında Hindistan neftayırma zavodları ABŞ-dan neft almayıb. Baxmayaraq ki, Hindistan əvvəllər Amerika tədarükçülərindən gündə orta hesabla 205 min barrel neft alırdı. Qırmızı dəniz böhranı səbəbi ilə yükdaşıma tariflərindəki artım tədarükün kəsilməsi ilə nəticələnib. Qeyd edək ki, OPEK-in hesabatına əsasən, Rusiya artıq bir ildir ki, Hindistana neft tədarükündə liderdir və sentyabrda ölkənin ümumi idxalının 36 faizini təmin edib.
2024-02-05
829,517
Rusiya Azərbaycandakı seçkilərlə bağlı məlumat yaydı
Rusiya Mərkəzi Seçki Komissiyasının katibi Natalya Budarina və komissiyanın üzvü Anton Lopatin Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər. Axar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, Azərbaycanda keçirilən prezident seçkilərində 88 ölkədən ekspertlər də daxil olmaqla 85 mindən çox müşahidəçi akkreditasiyadan keçib.
2024-02-05
829,520
Nuland buna görə gəlib: Zalujnı çevriliş edə bilər
Ukraynada dövlət çevrilişi təhlükəsi var, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Kiyevə təcili səfəri də bununla bağlı olub. Axar.az xəbər verir ki, bu barədə “Asiya Tayms” məlumat yayıb. İddia edilib ki, Ukrayna ordusunun baş komandanı Zalujnının dövlət çevrilişi etmək imkanı var: “Zalujnı qoşunları göndərərək, Zelenskini devirə bilər. Buna görə də Nuland Kiyevə Zelenskidən çox, Zalujnı ilə danışmaq üçün səfər edib. Təbii ki, o söhbətlər barədə heç nə məlum deyil, ancaq ehtimal etmək olar ki, Nuland Zalujnını kəskin addımlardan çəkinmək üçün sakitləşdirməyə çalışıb”. Qeyd edək ki, Nuland Kiyevə ötən həftə, Zalujnının istefası xəbərləri fonunda səfər etmişdi.
2024-02-05
829,525
Serbiya Azərbaycanla bağlı AŞPA-ya müraciət etdi
Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb. Axar.az müraciəti təqdim edir: "Biz Avropa Şurası Parlament Assambleyasında baş vermiş son xoşagəlməz hadisə, yəni Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması barədə qətnamənin qəbul edilməsi ilə bağlı yazırıq. Təəssüf ki, Serbiya Respublikasının nümayəndə heyəti 2023-cü il dekabrın 17-də ölkədə keçirilən parlament seçkilərindən sonra Milli Assambleyamızın formalaşması prosesinin davam etməsi ilə əlaqədar bu qətnamə ilə bağlı səsvermədə iştirak edə bilməyib. Buna baxmayaraq, Serbiya nümayəndə heyəti Azərbaycan nümayəndə heyətinə qarşı olan münasibətə və olduqca şübhəli əsaslarla qəbul edilmiş qətnamə ilə əlaqədar öz narazılığını diqqətə çatdırmaq istəyir. Biz qəti əminik ki, qətnamə AŞPA daxilində səmimi dialoqdan geriyə addım atmaq deməkdir və bu, yalnız davam edən qütbləşməyə təkan verir. Bu, həmçinin Assambleya daxilində dəyərlərin deqradasiyasının dərinləşməsinin bir göstəricisidir. Serbiyanın AŞPA-dakı nümayəndə heyəti qəbul edilmiş qətnaməyə qəti etirazını bildirir, Assambleyamızın və Avropa Şurasının reputasiyasına və müəyyən edilmiş roluna mənfi təsirlərin qarşısını almaq məqsədilə onu yenidən nəzərdən keçirməyə çağırır. Azərbaycanın parlament nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi AŞPA çərçivəsində Azərbaycan ilə əməkdaşlığı qeyri-mümkün edir və bu ölkə ilə Avropa Şurasının daha geniş çərçivədə müxtəlif orqan və mexanizmlərdən ibarət zəngin palitrasında əməkdaşlıq və öhdəliklərin yerinə yetirilməsi baxımından daha çox imkanın itirilməsinə gətirib çıxarır. Belə vəziyyət dialoq və müvafiq öhdəliklərimizin yerinə yetirilməsi üçün platforma rolunu oynayan bu qurumun əsas məqsədinə ziddir. Bu, həmçinin Assambleyanın və bütövlükdə Avropa Şurasının nüfuzuna ciddi zərbə, eləcə də onların dəstəklədiyi əməkdaşlıq ruhuna etinasızlıqdır. Bundan əlavə, bu, Şuranın Cənubi Qafqaz regionuna, o cümlədən təşkilatın mandatına birbaşa aid olan məsələlərdən uzaqlaşmasına gətirib çıxarır ki, bu da təşkilatın maraqlarına uyğun hesab edilə bilməz. Serbiya nümayəndə heyəti AŞPA-nın bütün üzvləri ilə səmimi dialoqun və əməkdaşlığın davam etdirilməsinin son dərəcə vacibliyini bir daha vurğulayaraq, qətiyyətli davranmağınız və Azərbaycan Respublikası nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı qətnamənin ləğv olunması xahişi ilə sizə müraciət edir. Bilyana Pantiç Pilya - nümayəndə heyətinin rəhbəri Dubravka Filipovski Elvira Kovaks Dunya Simonoviç Bratiç Stefan Yovanoviç Yelena Zariç Kovaçeviç Aleksandar Markoviç”.
2024-02-05
829,527
Mübariz Mənsimov əməliyyat olundu
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov İstanbul xəstəxanalarının birində cərrahiyyə əməliyyatı keçirib. Axar.az xəbər verir ki, bu barədə holdinqin sözçüsü Fidan Quliyeva Feysbuk hesabında paylaşım edib. “Palmali Holdinq”in baş direktoru Mübariz Mənsimov cərrahiyyə əməliyyatı keçirib. Hazırda vəziyyəti stabildir və həkimlərin nəzarəti altındadı”, - paylaşımda bildirilib. Fidan Quliyeva M.Mənsimovun açıqlamasını da paylaşaraq, həkimlərin lazımi bütün tədbirləri gördüyünü qeyd edib.
2024-02-05
829,529
Rəsmi Bakıdan Çilidəki meşə yanğınları ilə bağlı paylaşım
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilidəki meşə yanğınlarında həlak olanlarla bağlı başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilidə baş vermiş meşə yanğınlarında ölənlərin ailələrinə dərin hüzünlə başsağlığı veririk. Bu böyükmiqyaslı faciə ilə mübarizə aparan Çili xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik", - paylaşımda bildirilib. Qeyd edək ki, Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində ən azı 122 nəfər ölüb.
2024-02-05
829,531
Xristian məbədlərinin dağıdılması barədə fikirlər... - Şeyx
Azərbaycanda guya xristian məbədlərinin dağıdılması haqqında səslənən fikirlər yalandır. Axar.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə BMT-nin Sivilizasiyalar Alyansının Beynəlxalq İnsan Qardaşlığı günü ilə bağlı təşkil etdiyi virtual tədbirdə deyib. Şeyxülislam son zamanlar erməni təbliğatının ruporuna çevrilmiş bəzi dairələrin, beynəlxalq təşkilatların ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasına toxunaraq Azərbaycanda guya xristian məbədlərinin dağıdılması haqqında səslənən fikirlərin yalan, iftira olduğunu, heç bir fakta söykənmədiyini diqqətə çatdırıb. Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərdə aparılan böyük quruculuq işləri barədə danışıb, erməni vandalizminə məruz qalmış məscidlərlə yanaşı, kilsə və digər məbədlərin təmir-bərpa olunduğunu bildirib. Fevralın 7-də Azərbaycanda keçiriləcək Prezident seçkilərinə toxunan Şeyxülislam həzrətləri bu tədbiri ölkəmizin tarixində mühüm hadisə kimi xarakterizə edərək vurğulayıb ki, seçkilər öz müstəqilliyini əldə etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun dünya birliyi tərəfindən tanınan bütün ərazilərində keçiriləcək. Tədbirdə müxtəlif dövlətlərin BMT yanında daimi nümayəndələri, o cümlədən, Səudiyyə Ərəbistanı Krallığının təmsilçisi Əbdüləziz əl-Vasil, Mərakeş Krallığının daimi nümayəndəsi Ömər Qadiri, Ərəb Dövlətləri Liqasının nümayəndəsi Əbdülməcid Əbdülfəttah, Misir Ərəb Respublikasının nümayəndəsi Osama Əbdülxaliq, Pakistan İslam Respublikasının təmsilçisi Osman Jadun, Vatikan Dövlətinin nunsisi arxiyepiskop Qabriel Cordano, İspaniyanın daimi nümayəndəsi Hektor Hernandes, Kabo-Verdi Respublikasının təmsilçisi Tanya Romialdo və başqaları çıxış edərək fikirlərini bildiriblər.
2024-02-05
829,533
III Çarlza xərçəng diaqnozu qoyuldu
Böyük Britaniya Kralı III Çarlza xərçəng diaqnozu qoyulub və həkimlər ona ictimai vəzifələrini təxirə salmağı tövsiyə ediblər. Axar.az xəbər verir ki, bu barədə Bukingem Sarayı məlumat yayıb. Məlumata görə, kral artıq müalicə kursuna başlayıb. Krala yeni diaqnoz onun prostat vəzinin müalicəsi zamanı qoyulub. Qeyd edək ki, yanvarın 26-da Böyük Britaniyanın 75 yaşlı Kralı prostat vəzinin müalicəsi üçün London xəstəxanasına aparılıb.
2024-02-05
829,536
Ermənistan prezidenti Macarıstana gedir
Ermənistan Prezidenti Vaaqn Xaçatryan fevralın 5-də Macarıstana 2 günlük rəsmi səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Məlumata görə, səfər çərçivəsində Ermənistan Prezidenti Vaaqn Xaçatryan macar həmkarı Katalin Novak və digər rəsmi şəxslərlə görüşəcək. Bundan əlavə, erməni prezident yerli erməni icmasının nümayəndələri ilə görüş keçirəcək.
2024-02-05
829,537
Ermənistan vətəndaşı Rusiyaya qarşı döyüşdə öldü
Ukraynanın Xarkov vilayətinin Kupyansk istiqamətində gedən döyüşlərdə Rusiyaya qarşı vuruşan Ermənistan Respublikasının vətəndaşı 1996-cı il təvəllüdlü Gevorq Mkrtçyan ölüb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilib ki, o, 3 fevralda Rusiya ordusunun zərbəsi nəticəsində ölüb. Bir daha xatırladaq ki, G.Mkrtçyan erməni əsilli Ukrayna vətəndaşı deyil, məhz Ermənistan vətəndaşıdır. Ermənistan isə Rusiya ilə bir hərbi ittifaqdadır.
2024-02-06
829,538
Səfirliyimizə hücum edənə hökm oxundu: məsələ bitdi?
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş şəxs barəsində edam hökmünün çıxarılması məsələyə nöqtə qoydumu? Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, məhkəmənin gedişində həmin şəxsin nə söylədikləri barədə məlumat yoxdur: “Hakim ona “Azərbaycan səfirliyinə nə məqsədlə hücum etmişdin” sualını veribmi, veribsə, cinayətkarın cavabı nə olub? Hücumun kimin və ya kimlərin sifarişi ilə həyata keçirildiyi bəlli olmadı. Terror hücumunun ilk günü İran mediası belə təsəvvür yaratmağa çalışdı ki, guya cinayətkar şəxsi intiqam məqsədilə səfirliyimizə hücum edib. Ancaq kamera görüntülərindən aydın oldu ki, səfirliyin qapısında keşik çəkən polis onu durdurmaq üçün heç nə etməyib, cinayətkar saatlarla səfirliyin ətrafında müşahidə aparıb. Bu da bizdə hücumun arxasında fərqli güclərin olduğu şübhəsini yaratdı. İran məhkəməsinin bu məsələyə aydınlıq gətirməyəcəyi əvvəlcədən bəlli idi. Hökm oxundu. Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinə başlaması üçün əsas varmı? Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov son müsahibəsində səfirliyimizə təhlükəsizlik təminatının verilməsi məsələsini qaldırmışdı. Yəni səfirliyi açdıqdan sonra zəmanət varmı ki, diplomatlarımız yenidən terror hücumuna məruz qalmayacaqlar? Ancaq orası da var ki, qonşu dövlətdə səfirlik olmadan təmasları davam etdirmək də çətindir. Gündəmdə müxtəlif ortaq layihələr var. Hazırda bütün diplomatik yük Təbrizdəki konsulluğun üzərindədir”.
2024-02-05
829,543
Naxçıvanda yeni institut yaradılacaq
Naxçıvan Dövlət Universiteti ilə informasiya texnologiyaları üzrə dünya nəhəngi IBM şirkəti arasında əməkdaşlıq genişlənir. Axar.az xəbər verir ki, şirkətlə imzalanan memoranduma əsasən ali təhsil ocağında Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq. Əməkdaşlığın əsas məqsədi tələbələrə yeni innovativ biliklər öyrətmək, məzunlarını yeni texnoloji çağırışlara hazırlamaqdır. Bu baxımdan yanaşdıqda artıq institut vasitəsilə tələbələr müasir proqram təminatının hazırlanması metodologiyalarını öyrənəcək, müasir texnologiyalarla tanış olacaqlar. IBM üzrə kordinator Səriyə Qasımova bildirib ki, bu institutun yaradılması həmçinin regionda da mühüm inkişafa təkan verəcək. Belə ki, bu institutun yaradılması Naxçıvanı texnoloji mərkəzə çevirmək potensialını daşıyır. Çünki həm məşğulluq potensialı yaratmaq imkanına malikdir. Bu institutun yaradılması ilə NDU-nun məzunları, müəllimlər texnologiya sahəsində, proqram təminatının hazırlanması sahəsində təlimlər verəcək, ixtisaslı kadrlar yetişdirəcəkdir ki, bu da mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, sürətlə inkişaf edən rəqəmsallaşdırma dövründə təhsil və texnologiya sahələrində güclü əməkdaşlıqlar həm şirkətlər, həm də təhsil müəssisələri üçün transformativ təsirlər yaradır. Naxçıvan Dövlət Universitetində IBM institutunun yaradılması istiqamətində təlimlər təşkil edilib və təlimləri başa vuran əməkdaşlara şirkətin sertifikatları təqdim olunub. Proqramlaşdırma Mühəndisliyi İnstitutunun bu ilin sentyabrından fəaliyyətə başlaması nəzərdə tutulub.
2024-02-05
829,546
Ukraynalı nazir istefa verdi
Ukraynanın veteranlarla iş üzrə naziri Yuliya Laputina istefa ərizəsini Ali Radaya təqdim edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin sədri Ruslan Stefançuk məlumat verib. O qeyd edib ki, müraciətə növbəti iclasda baxılacaq. Nazirin hansı səbəbdən sözügedən addımı atdığı açıqlanmayıb.