date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-04
829,090
ABŞ vermədiyi F-35-lərə görə Türkiyədən ödəniş istəyir
ABŞ Rusiyadan S-400 zenit-raket komplekslərini almaq qərarından sonra verilməyən “F-35A Lightning II” qırıcısının saxlanması və texniki xidmətinə görə Türkiyədən əlavə ödənişlər tələb edib. Axar.az xəbər verir ki, bu barədə “Aydınlıq” qəzeti yazıb. “ABŞ F-35 tədarük zəncirində fasilələr yaşadığını və istehsalda iştirak edən türk şirkətlərinin proqramdan kənarda qalması səbəbindən xərclərin artdığını bildirərək Türkiyədən əlavə ödənişlər də tələb edir”, - məlumatda bildirilib. Qeyd edək ki, ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland “CNN Türk”ə müsahibəsində S-400 zenit-raket kompleksi ilə bağlı məsələnin həll ediləcəyi təqdirdə Ankaranın F-35 proqramına qaytarılmasının mümkün olduğunu demişdi.
2024-02-04
829,091
Rusiyanın bu vilayətinə PUA hücumu edildi
Rusiyanın Kursk vilayətinə PUA hücumu edilib. Axar.az xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt məlumat verib. “Qluşkovsk rayonunun Tetkino kəndinə PUA hücumu nəticəsində rabitə infrastruktur obyektləri zədələnib”, - məlumatda qeyd olunub.
2024-02-04
829,093
Türkiyə ordusu 5 PKK-çını məhv etdi
İraqın şimalında Hakurk və “Pəncə-Kilid” əməliyyatı bölgələrində PKK-nın beş terrorçusu zərərsizləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Harada olursa-olsunlar, terrorçuların hinlərini başlarına yıxdıq, yıxırıq və yıxmağa davam edəcəyik. Qətiyyətlə davam etdirdiyimiz əməliyyatlarımız nəticəsində İraqın şimalındakı Hakurk və "Pəncə-Kilid" bölgələrində müəyyən edilən PKK-nın beş terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – məlumatda qeyd olunub.
2024-02-04
829,095
BRİKS və ABŞ dünyanın ən böyük güc mərkəzidir - Volf
Ukraynadakı münaqişə ABŞ üçün son dərəcə faydalıdır, çünki Almaniya hazırda bu ölkədən baha qiymətə resurslar almağa məcburdur. Axar.az xəbər verir ki, bunu amerikalı iqtisadçı Riçard Volf deyib. “Hazırda dünyada iki güc mərkəzi var: BRİKS və ABŞ. Əsas mühərriki Almaniya olan Avropa artıq güc hesab oluna bilmir. Bu, alman sənayesinin Rusiyadan gələn enerji resurslarına arxalanması ilə bağlıdır. Bundan sonra Avropa yeni irimiqyaslı beynəlxalq iqtisadiyyatda indi hansı rola malik olacağı sualı ilə üzləşdi”, - Volf bildirib.
2024-02-04
829,097
Rusiya bu ölkədən banan almayacaq
Rusiya Ekvadordan banan idxalını məhdudlaşdırır. Axar.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb. Məlumata görə, “Rosselxoznadzor” göndərilmək üçün hazırlanmış partiyada bütün Avrasiya İqtisadi İttifaqında karantin siyahısında olan təhlükəli donqar milçək zərərvericisi aşkar edib. Artıq fevralın 5-dən Rusiyada 5 şirkətin məhsullarına qadağa qoyulacaq. Fevralın 9-dan isə Ekvador Rusiyaya təkcə bitkilərə deyil, hətta torpağa da yoluxan həşəratlara görə qərənfil tədarük edə bilməyəcək. Qeyd edək ki, Ekvador köhnə rus texnikasını ABŞ-a vermək qərarına gəlib. Rusiya Xarici İşlər Nazirliyi Ekvadorun bu addımına etiraz etsə də, Prezident Daniel Noboa ölkəsinin köhnə rus texnikasını ABŞ-a verməkdən imtina etməyəcəyini bildirib.
2024-02-04
829,099
Mərakeşdə 90 min yaşlı insanın izləri tapıldı
Fransanın Cənubi Bretan Universitetinin antropoloqları Mərakeşdə ən qədim insanın izlərini aşkar ediblər. Axar.az xəbər verir ki, alimlərin elmi işi “Scientific Reрorts” jurnalında dərc olunub. Tapıntı 85 yaxşı qorunmuş insan ayaq izindən ibarət iki cığırdan ibarətdir. Alimlərin fikrincə, bu izlər təxminən 90 min il əvvəl qoyulmuşdur. Qeyd edək ki, Cənubi Afrikada 153 min il əvvəl qalmış izlər ən qədim hesab olunur.
2024-02-04
829,100
Qəzzada həlak olanların sayı açıqlandı
Qəzzada həlak olanların sayı 27 365 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı daha 66 630 nəfər yaralanıb. Məlumata görə, son sutka ərzində Qəzada 127 nəfər ölüb, 178 nəfər isə yaralanıb.
2024-02-04
829,101
711-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 711-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 775 PUA-sı, 462 zenit-raket kompleksi, 14 904 tank və digər zirehli texnikası, 1 216 reaktiv yaylım atəş sistemi, 7 963 artilleriya və minaatanı, 18 230 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-04
829,106
1958-ci il finalının yeganə sağ qalmış futbolçusu da öldü
Futbol üzrə İsveç yığmasının keçmiş üzvü Kurt Hamrin 89 yaşında vəfat edib. Axar.az xəbər verir ki, bu barədə İsveç Futbol İttifaqı məlumat yayıb. Hamrin 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatının finalının sonuncu sağ qalmış iştirakçısı idi.
2024-02-04
829,107
AB buna görə Rusiyadan düşmən obrazı yaradır - Peskov
Avropa Birliyində Rusiyadan düşmən obrazı yaratmaqla diqqəti iqtisadi problemlərdən yayındırmağa çalışırlar. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. "Avropa Kiyevə yardıma görə artan xərcləri əsaslandırmaq üçün Moskvadan düşmən imici yaratmağa davam edəcək. AB-nin Ukraynaya 50 milyard avro ayırması isə o qədər də ciddi məbləğ deyil”, - Peskov bildirib.
2024-02-04
829,112
Pakistanda güclü daşqınlar: Bu şəhər su altında qaldı
Pakistanın cənubunda güclü daşqınlar baş verib. Axar.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb. Bildirilib ki, ölkənin ən böyük liman şəhəri Kəraçinin böyük hissəsi su altında qalıb. “Avtomobil yolları su altındadır. Hava limanına aparan magistral bağlanıb. Xilasedicilər su altında qalan maşınlardakı insanları çıxarmağa çalışırlar”, - məlumatda qeyd olunub. Şəhərdə ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb, məktəblər bağlanıb. Meteoroloqlar regionda anomal hava şəraitinin gələn həftənin sonuna kimi davam edəcəyini bildiriblər.
2024-02-04
829,115
Britaniyanın ən böyük aviadaşıyıcısı xarab oldu
Böyük Britaniya donanmasının flaqmanı olan "Kraliça Elizabet" (Queen Elizabeth) aviadaşıyıcısı nasazlıq səbəbindən NATO-nun "Sabit müdafiəçi 2024" (Steadfast Defender 2024) təlimində iştirak edə bilməyib. Axar.az xəbər verir ki, bu barədə Britaniya Donanmasından məlumat verilib. Bildirilib ki, gəmi bazar günü dənizə çıxmalı idi, lakin mütəxəssislər sağ göyərtəsindəki valın işində problem aşkarlayıblar və buna görə də aviadaşıyıcı limanda qalmalı olub. “Kraliça Elizabet”in əvəzinə, təlimlərə "Uels şahzadəsi" (Prince of Uels) aviadaşıyıcısının göndərilməsinə qərar verilib. Lakin onun təlimlərin keçiriləcəyi əraziyə çatması bir həftə çəkəcək”, - məlumatda bildirilib. Qeyd edək ki, "Sabit müdafiəçi 2024” təlimləri fevralın 1-də başlayıb və mayın 31-nə kimi davam edəcək.
2024-02-04
829,116
Qəhrəmanmaraşda inşa edilən Azərbaycan məhəlləsi – Video
Türkiyənin Qəhrəmanmaraş şəhərində inşa edilən Azərbaycan məhəlləsində işlər sürətlə davam etdirilir. Axar.az xəbər verir ki, Azərbaycanın 100 milyon dollarlıq dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində artıq bir neçə binanın təməli qoyulub. Digər binalar üçün hazırlıq gedir, zəmin möhkəmləndirilir. Buradakı binaların zəlzələyə dayanıqlı olmasına xüsusi önəm verilir. Tikintidə yüksək keyfiyyətli materiallardan istifadə olunur. Qeyd edək ki, Prezident İlham Əliyev bu il noyabrın 22-də 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Türkiyə Respublikasının Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında Əməkdaşlıq Sazişi”nin təsdiq edilməsi barədə qanunu imzalayıb. Xatırladaq ki, ötən il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Qəhrəmanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.
2024-02-04
829,117
Düşmənlərin fantaziyasının sərhədi yoxdur - Karasin
NATO gələcəkdə istənilən dəyişikliyə məruz qala bilər. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin deyib. “Moskva alyansda istənilən dəyişikliklərin mümkünlüyündən çıxış edə bilər, çünki Rusiya bu blokun üzvü deyil. Rusiyanın düşmənlərinin fantaziyasının sərhədi yoxdur”, - Karasin bildirib.
2024-02-04
829,118
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Sabah dumanla bağlı magistral yollarda görmə məsafəsi məhdudlaşacaq. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. "Fevralın 5-də ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var", - məlumatda qeyd edilib.
2024-02-04
829,120
Gürcüstanda ABŞ-ın xüsusi qərargahı yaradılacaq
Bu il Gürcüstanda ABŞ ilə birgə "Troyan izi" (Trojan Footprint) və "Nəcib tərəfdaş" (Noble Partner) çoxmillətli hərbi təlimlər keçiriləcək. Gürcüstanın bu təlimlərdə fəal iştirakı ölkənin müdafiə qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasına xidmət edəcək. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın baş nazir postuna namizəd İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi “Avropa dövlətinin qurulması naminə” adlı dördillik hökumət proqramında deyilib. Sənəddə bildirilir ki, Gürcüstanda 2024-cü ildə ABŞ-ın Avropa Komandanlığının xüsusi qərargahı yaradılacaq. Bundan əlavə, gürcü hərbçiləri ABŞ-ın xaricdə təşkil etdiyi təlimlərdə iştirak edəcəklər. Qeyd olunub ki, ABŞ-ın maliyyə dəstəyi çərçivəsində bu il Gürcüstanın Müdafiə Nazirliyi ölkənin müdafiə qüvvələrinin hərbi texnikasının modernləşdirilməsi məqsədilə 50 milyon dollardan çox vəsait alacaq.
2024-02-04
829,122
Bakıda tozun miqdarı normadan iki dəfə artıqdır
Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. Axar.az xəbər verir ki, bu sözləri Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva deyib. Onun sözlərinə görə, havada tozun miqdarı 1.8-2 dəfə normadan artıqdır. Buna səbəb arabir güclənən cənub-qərb istiqamətli küləyin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır. "Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”, - Allahverdiyeva bildirib.
2024-02-04
829,127
Zelenski cəbhə xəttinə yollandı
Ukrayna Prezidenti Valdimir Zelenski ordunun Zaporojye vilayətinin Rabotino kəndindəki mövqelərinə baş çəkib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Zelenski hərbçilərlə görüşüb, döyüşlərdə fərqlənənlərə mükafatlar verib.
2024-02-04
829,129
HƏMAS-ın 17 batalyonu məhv edilib - Netanyahu
İsrail ordusu oktyabrın 7-də münaqişə başlayandan indiyədək Qəzza zolağındakı HƏMAS-ın 24 batalyonundan 17-ni məhv edib. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib. “Əsas məqsədimiz HƏMAS-ın aradan qaldırılmasıdır. Bu məqsədə çatmaq üçün ilk növbədə HƏMAS batalyonlarının sayını azaltmaq lazımdır. Qalan HƏMAS batalyonlarının əksəriyyəti Qəzza zolağının cənubunda və Rəfahdadır və biz onlara da çatacağıq”, - Netanyahu bildirib.
2024-02-04
829,131
Yunan fermerlər də etiraza başladı, yol bağlandı
Yunan fermerlər etiraz aksiyasında Saloniki-Mudania magistral yolunu traktorlarla bağlayıblar. Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın ERT telekanalı məlumat yayıb. Etirazlar şənbə günü, fevralın 3-də on minlərlə insanın iştirak etdiyi ölkənin ən böyük sənaye sərgisi olan “Aqrotika”da başlayıb. Salonikidə keçirilən aksiya zamanı fermerlər yollara şabalıd və alma ilə dolu yeşiklər atıblar. Kənd təsərrüfatında vəziyyətin yaxşılaşdırılması üçün hökumətin təklif etdiyi təşəbbüslər isə fermerləri qane etməyib. Baş nazir Kiriakos Miçotakis may ayından sentyabr ayına qədər fermerlər üçün elektrik enerjisinin dəyərinin 10 faiz azaldılacağını, dövlətə məxsus elektrik şirkəti PPC-yə olan borcun bir hissəsinin silinəcəyini və 87 milyon avro borcun hissə-hissə ödəniləcəyini açıqlayıb. Bundan əlavə, hakimiyyət kənd təsərrüfatında elektrik enerjisinə olan ehtiyacın ödənilməsi üçün günəş panellərindən ibarət parkların tikintisinə subsidiya verəcək. Fermerlər isə mübarizəni davam etdirmək niyyətində olduqlarını bəyan ediblər. Onlar bildiriblər ki, Nazirlər Kabinetinin başçısının kənd təsərrüfatına dəstək barədə bəyanatları əsas tələblərə cavab vermir. Yunan fermerləri fevralın 5-dən blokadanın koordinasiyalı şəkildə idarə olunması yolları barədə müzakirə aparacaqlar.
2024-02-04
829,133
Rus ordusu bu istiqamətdən Avdeyevkaya daxil oldu
Hava kəşfiyyatını mümkünsüz edən buludlu havadan istifadə edən rus hərbçiləri şimal-şərq istiqamətindən Avdeyevkaya daxil olublar. Axar.az xəbər verir ki, bu barədə ukraynalı hərbi jurnalist Andrey Çapliyenko məlumat yayıb. “Onlar Ukrayna döyüş birləşmələrindən yan keçərək binalarda möhkəmləniblər. Bu o deməkdir ki, ukraynalı müdafiəçilərin əsas logistik arteriyasına bir neçə yüz metr qalıb. Hərbçilər deyirlər ki, vəziyyət hələ ümidsiz deyil. Şəhər ərazilərində döyüş təcrübəsi olan piyada ehtiyatları varsa, Rusiyanın hücumunun qarşısını almaq olar. Əslində, Avdeyevkanın taleyi bir neçə günə həll olunacaq”, - jurnalist bildirib.
2024-02-04
829,137
Faktiki hava: Bu rayonlarda güclü külək əsir
Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Axar.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin fevralın 4-ü saat 17:00-a olan məlumatına əsasən, qərb küləyinin maksimal sürəti İsmayıllıda 22 m/s, Şahdağ, Şəkidə 20 m/s, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Tərtər, Yardımlıda 16 m/s, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 9 dərəcəyədək, Naxçıvan MR-da 7 dərəcəyədək, Aran rayonlarında 15 dərəcəyədək, dağlıq rayonlarda 3 dərəcəyədək isti olub.
2024-02-04
829,140
Belarusda qalan vaqnerçilərin sayı açıqlandı
Hazırda Belarus ərazisində “Vaqner”in mindən az hərbçisi var və onlardan təlimatçı kimi istifadə olunur. Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. “Kəşfiyyat məlumat verir ki, Belarusda minə yaxın “Vaqner” hərbçisi var, halbuki 2023-cü ilin iyunundan sonra onların sayı təxminən 8000 nəfər idi. Vaqnerçilər Belarus hərbçilərini öyrətmək üçün qalıb”, - məlumatda bildirilib.
2024-02-04
829,143
Szinpindən sərt tələb: Nüvə müharibəsinə hazırlıq...
Çin ABŞ-a müqavimət göstərmək üçün nüvə arsenalı qurur. Bu, Rusiya-Ukrayna müharibəsi təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Nəşrin məlumatına görə, Si Szinpin hakimiyyətinin ilk günlərindən nüvə silahına üstünlük verib: “Çin taxtına oturduqdan cəmi 3 həftə sonra nüvə raketlərindən məsul olan generalları çağırdı və onların qarşısına sərt tələb qoydu. Çin qəzəbli düşmənlə mümkün nüvə müharibəsinə hazır olmalıdır”.
2024-02-04
829,147
500 tank, 40 min hərbçi: Putinə böyük hədiyyə olacaq
Rusiya Kupyansk istiqamətində 500-ə yaxın tank, 600-dən çox döyüş maşını və 40 minə yaxın hərbçi yığıb. Məqsəd 2022-ci ilin payızında qovulduqları Xarkov vilayətinin ərazisini geri almaqdır. Axar.az xəbər verir ki, bu barədə “Forbes” yazıb. “Rusiya 2024-cü ilin mart ayına qədər Donetsk və Luqansk vilayətlərini və Xarkov vilayətinin bir hissəsini Oskol çayına qədər tamamilə ələ keçirməyi planlaşdırır. “Mart ayına qədər” müddəti onunla izah olunur ki, həmin vaxt Rusiyada seçkilər keçiriləcək və Putin özünü yenidən prezident təyin edəcək. Xarkov vilayətinin bir hissəsi Ukraynadakı Rusiya ordusundan seçki günü Putinə hədiyyə olacaq”, - nəşr bildirib.
2024-02-04
829,149
Müstəqil Fələstinin yaradılması üçün... - Misirli nazir
Qəzzada atəşkəsin təmin edilməsi və müstəqil Fələstin dövlətinin yaradılması üçün tarix müəyyən edilməlidir. Axar.az xəbər verir ki, bu barədə Misir xarici işlər naziri Sameh Şükri fransalı həmkarı Stefan Sejurne ilə birgə mətbuat konfrasında deyib. O, Fələstin problemi ilə bağlı əhatəli siyasi həll yolunun vacibliyini bildirib. Misirli nazir həmçinin fələstinlilərə qarşı zor gücünə aparılan köç siyasətinə qarşı olduğunu da əlavə edib.
2024-02-04
829,153
ABŞ açıqladı: Bombardman bitməyəcək!
ABŞ Suriya, İraq və Yəməndəki hazırkı bombardmanlarla məhdudlaşmayacaq və İordaniyadakı qüvvələrinə qarşı hücuma cavab olaraq əlavə zərbələr endirmək niyyətindədir. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. O bildirib ki, ölkəsi silahlı qüvvələrinə və vətəndaşlarına hücumlara cavab olaraq əlavə tədbirlər görmək niyyətindədir.
2024-02-04
829,155
Tərtər sakini minaya düşdü: Araşdırma aparılır
18:29 Fevralın 4-də saat 18 radələrində Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, rayonun Qaradağlı kənd sakini 2001-ci il təvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə heyvanları örüş sahəsindən gətirərkən minaya düşüb. O, ayağından xəsarət alıb. Vətəndaş polis əməkdaşları tərəfindən xəstəxanaya təxliyə edilib. Araşdırma aparılır. *** Fevralın 4-də saat 17 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Qızıloba kənd ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 2001-ci il təvəllüdlü Tərtər rayonunun Qaradağlı kənd sakini Həsənli Şahin oğlu Əlizadənin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma gedir.
2024-02-05
829,157
NATO-dan Zelenskiyə pis xəbər
Bəzi NATO ölkələri Ukraynanın üzvlüyünə qarşı çıxır, ona görə də Kiyevin alyansa üzv olmaq ehtimalı getdikcə azalır. Axar.az xəbər verir ki, bu barədə “InfoBRICS” məlumat yayıb. "Hazırkı vəziyyət açıq şəkildə göstərir ki, Ukrayna sadəcə olaraq alyansın marionetkasıdır və heç vaxt onu bloka daxil etmək niyyəti olmayıb. Macarıstan və Slovakiya Ukraynanın üzvlüyünə və ona müntəzəm silah verilməsinə qarşıdır. ABŞ isə daha çox Yaxın Şərqdəki münaqişəyə fokuslanıb, ona görə də Kiyevdə vəziyyət daha da çətinləşir",- məlumatda deyilir.
2024-02-04
829,161
Kanalda batan maşından uşaqlar belə xilas edildi - Video
Mahaçqalada azyaşlıların olduğu avtomobil suda batıb. Axar.az xəbər verir ki, bununla bağlı "Şot (Shot) Teleqram" kanalında görüntülər yayıb. Məlumata görə, 23 yaşlı MMA məşqçisi Şəhramzanın (soyadı məlum deyil) 3 tələbəni məşqə apardığı maşın qəzaya düşüb. Sürücü idarəetməni itirib, nəticədə avtomobil kanala düşərək batıb. Sürücü və sərnişinlərdən biri özləri üzərək maşından çıxa bilib. 10 və 12 yaşlı iki yeniyetmə idmançını isə hadisə şahidləri xilas ediblər. Zərərçəkənlərin vəziyyətinin ağır olduğu qeyd edilir.
2024-02-04
829,163
Nardaranda 4000 abonent qazsız qaldı
Paytaxtın Sabunçu rayonu, Nardaran qəsəbəsində su kəmərinin çəkilişi zamanı ərazidən keçən diametri 400 mm olan yeraltı polietilen "Digah-Bilgəh" magistral qaz kəməri zədələnib. Bu barədə Axar.az-a Azəriqaz İB-dən bildirilib. Baş verən qəza nəticəsində Nardaran qəsəbəsi ərazisi üzrə 4 000 abonentin qaz təchizatında məhdudiyyət yaranıb. Digər ərazilərdə abonentlərin qaz təminatında fasilə yaranmaması üçün alternativ şəbəkədən təbii qazla təmin edilib. Hazırda qəza vəziyyətinin aradan qaldırılması ilə əlaqədar əraziyə xeyli sayda işçi qrupu cəlb edilib, təmir-bərpa işləri yerinə yetirilir.
2024-02-04
829,165
Avropanın ən kriminal şəhəri açıqlandı
Avropanın ən kriminal şəhəri Fransanın Marsel şəhəridir. Axar.az xəbər verir ki, bu barədə "Kriminal İndeks" (Crime Index) hesabatında bildirilib. Ümumilikdə, siyahıya Fransanın 10 şəhəri düşüb. Reytinqdə ikinci və üçüncü yerləri Britaniyanın Koventri və Birmingem, dördüncü yeri İtaliyanın Neapol, beşinci yeri isə Fransanın Monpellye şəhəri tutur.
2024-02-04
829,166
Gürcüstandan Ermənistana gedən yol bağlandı
Gürcüstandan Ermənistan sərhədinə gedən yol bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Axar.az xəbər verir ki, bu barədə "Sputnik" agentliyinin Gürcüstan bölməsi məlumat yayıb. Qar fırtınası və bunun fonunda görmə sahəsinin məhdudlaşması səbəbindən Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda dövlət əhəmiyyətli avtomobil yolunun 94-110-cu km-də (Paravani aşırımı) qadağa tətbiq edilib.
2024-02-05
829,167
Rusiya üç yerə parçalancaq - Alferov
Rusiya Federasiyası parçalanmalıdır, lakin onun necə dağılacağına dair vahid təsəvvür yoxdur. Axar.az xəbər verir ki, bunu ukraynalı tarixçi Aleksandr Alferov deyib. "İndi belə bir anlayış var ki, Rusiya Federasiyası üç böyük zonadan - Avropa, Sibir və Uzaq Şərqdən ibarət olacaq. Bunlar ayrıca logistika və iqtisadi zonalardır. Ukraynaya lazımdır ki, təcavüzkar ölkə onun xarici fəaliyyətini donduracaq vətəndaş müharibəsi ilə xaosa girsin. Onlar (ruslar - red.) bura (Ukraynaya - red.) çoxlu şüarlarla gəlmişdilər, onlardan biri də "babalar döyüşüb" idi. Aradan 5-10 il keçəcək, oğulları bura gəlib deyəcəklər: “Atalar döyüşüb”. Bu da qan davasıdır", - o bildirib.
2024-02-04
829,168
Britaniya ordusu müharibəyə hazır deyil - Xəbərdarlıq
Böyük Britaniya parlamentinin deputatları xəbərdarlıq ediblər ki, ölkənin silahlı qüvvələri qlobal qeyri-sabitliyin artdığı bir vaxtda yüksək intensivlikli müharibəyə hazır deyil. Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. "Hökumət personal və avadanlıq çatışmazlığını aradan qaldırmasa, Britaniya ordusu zəif hazırlıqlı qalacaq. Eyni zamanda, orduda kadr problemləri də var. Silahlı Qüvvələri tərk edənlərin sayı orduya daxil olanlardan daha çoxdur”, - məlumatda deyilir. Qanunvericiləri narahat edən başqa bir məsələ odur ki, ötən ilin büdcəsində silah-sursat ehtiyatlarının artırılması üçün ayrılan 1,95 milyard funt-sterlinq (2,28 milyard avro) ordunun imkanlarını artırmaq və gücləndirməkdənsə, mövcud resurs çatışmazlığını ödəmək üçün istifadə oluna bilər.
2024-02-04
829,169
Polşadan şok: Krım Rusiyanındır!
Prezident Andjey Dudanın Krımın Ukraynadan çox Rusiyaya məxsus olması fikri ilə razıyam. Axar.az xəbər verir ki, bunu Polşa Seyminin vitse-spikeri Kşiştof Bosak deyib. “Prezident həqiqəti söylədi. Polşada ukraynayönlü siyasi korrektə tətbiq etmək cəhdləri var, lakin biz Ukrayna diplomatiyasının xətti ilə rezonans yaratmaq üçün mövcud deyilik”, - Bosak bildirib. Qeyd edək ki, bundan öncə A.Duda Krımın tarix boyu Ukraynaya nisbətdə daha çox Rusiyanın nəzarətində olduğunu bildirib və Kiyevin yarımadanı geri qaytaracağına əmin olmadığını söyləmişdi.
2024-02-04
829,170
Sumqayıt sakini araqdan zəhərlənərək öldü
Sumqayıtın Corat qəsəbə sakini spirtli içkidən zəhərlənərək ölüb. Axar.az-ın Report-a istinadən məlumatına görə, ötən axşam komaya düşən və xəstəxanaya yerləşdirilən 1957-ci il təvəllüdlü Adil Əliyev bu gün tibb müəssisəsində ölüb. Faktla bağlı Sumqayıt Prokurorluğunda araşdırma aparılır.
2024-02-04
829,173
Ukrayna ordusunun aktivliyi azalıb - Saldo
Ukrayna Silahlı Qüvvələri Xerson istiqamətində aktivliyini azaldıb. Axar.az xəbər verir ki, bunu Xerson vilayətinin qubernatoru Vladimir Saldo deyib. "Son bir həftədə Xerson vilayətində düşmənin fəaliyyəti mövcud mövqeləri tutmaq cəhdləri ilə məhdudlaşıb. Düşmən aktiv əməliyyatlar keçirmədi, artilleriya sursatında açıq-aşkar çatışmazlıq var”, - deyə Saldo bildirib.
2024-02-04
829,175
"KamAZ" piyadanı vuraraq öldürdü
İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. "KamAz" markalı yük maşını tərəfindən vurulan piyada ölüb. Axar.az xəbər verir ki, hadisə İmişli şəhər Ə.M.Həmidov küçəsində baş verib. Eyvaz Ataşov idarə etdiyi "KamAz" markalı yük maşını ilə hərəkətdə olarkən İmişli rayonu Otuziki kənd sakini 1953-cü il təvəllüdlü Nazim Xəmməd oğlu Əhədovu vurub. Ağır xəsarətlər alan piyada ölüb. Faktla bağlı araşdırma aparılır.
2024-02-04
829,176
Meteohəssas insanların nəzərinə...
Güclü külək meteohəssas insanlar üçün əlverişsiz olacaq. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Fevralın 5-də Abşeron yarımadasında mülayim gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
2024-02-04
829,177
Ərdoğan dəhşətli zəlzələdən danışdı
Zəlzələdən bir il keçməsinə baxmayaraq, hər gedən canımızın ağrısını ürəyimizdə daşıyırıq. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaziantepdə zəlzələdən zərər görən vətəndaşlar üçün inşa edilən mənzillərin təhvil verilməsi mərasimində videobağlantı ilə çıxışında deyib. Dövlət başçısı bildirib ki, seçki gündəminin zəlzələ ilə bağlı məsələləri arxada qoymasına icazə verilməyəcək: “Qaziantep və rayonlarında həlak olan 3 min 904 qardaş-bacımızı və bütün zəlzələ şəhidlərimizi rəhmətlə yad edirəm. Öləni geri qaytara bilmərik, lakin məhv edilənləri əvəz etmək və maddi itkiləri kompensasiya etmək bizim səlahiyyətimizdədir. Bu anlayışla zəlzələ zonasının yenidən qurulması və canlandırılması üçün dayanmadan çalışırıq”.
2024-02-04
829,178
Bu sammitdən sonra savaş başladı: Nəyin davası gedir?
Son 200 ilin müharibələri təbii resurlar, əsasən də enerji daşıyıcıları uğrunda olub. Neft-qaz, metallar, təbii sərvətlər uğrunda vəhşi müharibələrin şahidi olmuşuq. Milli dövlətlər yaranandan sonra paralel olaraq da transmilli korporasiyalar formalaşdı, artıq resurslar uğrunda mübarizənin forması, metodları dəyişdi. Səhmlərlə nəzarət silahla nəzarəti üstələməyə başladı, paralel olaraq da 21-ci əsrdə yeni texnologiyaların, alternativ enerjiyə çıxış imkanlarının yaranması, artıq silah gücünə resurslara nəzarət öz aktuallığını itirməyə başladı. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, bu gün baş verən, proksi şəkildə davam edən Üçüncü Dünya savaşı yollar, logistika uğrundan gedən savaşdır: “Bəzən bunu pafosla demokratiya ilə avtoritarizmin mücadiləsi, liberalizmlə konservatizmin toqquşması kimi təqdim etməyə çalışırlar, amma əslində hər şey nəzarət məsələsidir. Qədimdə karvan yollarına kim nəzarət edirdisə, o da güclənirdi, indi də eyni fəlsəfə ilə davranırlar. Son zamanlar Yaxın Şərqin qan çanağına dönməsinin, minlərlə günahsız insanın qətl edilməsinin əsl səbəbi yollar və logistikaya nəzarət məsələsidir. Hətta bu zaman belə birjalar, bazarlar, transmilli korporasiyaların gücü nəzərə alınmaqla addımlar atılır - ən son nümunə ABŞ ilə İran arasında olan (guya) gərginlikdir. İran proksilərdən ən yaxşı istifadə etməyi öyrənmiş ölkədir, böyük bir şəbəkə qurub, İranın güclənməsinə səbəb olan isə elə məhz ABŞ-dır. İran elitası publik ritorikada “Rədd olsun Əmrikə” desə də, ABŞ-ın son 20-25 ildə atdığı addımlardan ən çox divident qazanan ölkə oldu. İraqa müdaxilə etdilər – indi həmin ölkənin siyasətini (kürdlər yaşayan bölgələrdən başqa) İran dizayn edir, müəyyənləşdirir, hətta idarə edir. Yaxın Şərqin ən dünyəvi ölkələrindən biri olan Suriyaya müdaxilə etdilər – həmin ölkədə İran gücləndi, oyunqurucu oldu, uzun illərdir arzusunda olduğu quru yollarla olan “şiə qurşağı” yarada bildi; Yəməni pis günə qoydular – Husilər gücləndi, Yəməni faktiki İrandan gələn göstərişlərlə onlar idarə edir; Livanda dünyəvi dövlətin, konstitusion razılaşmanın təməllərini zədələdilər – iranyanlı qüvvələr gücləndi. Hətta məzhəb fərqləri olmasına baxmayaraq, fələstinlilərə qarşı dünyanın, ABŞ-ın ədalətsiz mövqeyinə görə Fələstində də İran gücləndi - əvvəllər Fələstin məsələsində İranın gücü yoxa yaxın idi. Son hadisə: İranın proksiləri ABŞ hərbi bazasını vurdu, 3 əsgər həlak oldu, 40-a yaxın yaralandı, 2024-də seçki ilini də nəzərə alsaq, Bayden, Ağ Ev cavab verməyə bilməzdi, hətta haraları vuracağını az qala publik elan etdilər ki, İrana böyük ziyan da dəyməsin”. Ekspert bildirib ki, Suriya və İraqdakı İrana bağlı qüvvələrin fevralın 2-dən 3-nə keçən gecə vurulmasının da səbəbi var: “Çünki 5-ci gündən 6-cı günə keçən vaxt idi, birjalar bağlı idi, zərbələr səhm və qiymət bazarına təsir etməməli idi, ona görə də həftəsonunu seçdilər”. N.Cəfərlinin fikrincə, Yaxın Şərqdə son gərginliyin bu qədər alovlanması Hindistanda keçirilən son G20 sammiti ilə bağlıdır: “Sammitdə Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi elan edilib. Hindistan, BƏƏ, Səudiyyə Ərəbistanı, ABŞ, Fransa, Almaniya, İtaliya və Avropa İttifaqı daxil olmaqla, cəmi 8 ölkənin bu layihənin bir hissəsi olacağı bildirilib. Bu layihədən, eyni zamanda, İsrail və İordaniyanın da faydalanacağı vurğulanıb. Mumbaydan başlayacaq yeni dəhliz Çinin “Bir kəmər, bir yol” layihəsinə alternativ kimi fəaliyyət göstərməlidir. Ümumi uzunluğu 6 min kilometr olacaq dəhlizin 3 min 500 kilometri dəniz marşrutu olacaq. Bildirilir ki, dəhliz işə düşdükdən sonra Hindistandan Avropaya yüklərin daşınmasına 40% az vaxt sərf oluna bilər. Hə, burda xoruzun quyruğu görünməyə başlayır – Çinin təklif etdiyi, Rusiya və İranın ciddi dəstəklədiyi layihəyə ABŞ Çinin əzəli rəqibi Hindistan vasitəsi ilə mane olmağa qərar verən kimi Yaxın Şərq məhz yeni logistik yolların keçdiyi bütün marşrut üzrə qan çanağına döndü. Terror təşkilatı və Rusiya ilə ciddi əlaqələri olan HƏMAS İsrailə hücum etdi, İsrail məntiqsiz olaraq çox aşırı reaksiya verib ağına-bozuna baxmadan bombalar yağdırdı, minlərlə uşaq, qadın, qoca həlak oldu, İranın bütün proksilərinin münaqişəyə müdaxil olmasına şərait yarandı, ABŞ-Hindistan-İsrail-Avropa marşrutu hardan keçəcəkdisə, oralar “cəhənnəmə” döndü, hətta gəmilər, tankerlər həmin yolla hərəkət etməkdən imtina etdi, yeni yolun təhlükəsizliyi ciddi müzakirə məsələsi oldu, potensial investorların bu yeni logistik marşruta inamı azaldı – bu işdən kim uddu?! Bəli, Çin, Rusiya və İran. Uduzan isə günahsız insanlar oldu, ölüm-itim, dağıntı artdı, düşmənçilik alovlandı. Əgər dünyada logistika uğrunda belə ciddi mücadilə başlayıbsa, hətta gərginləşərək davam edəcəksə, biz, Azərbaycan bundan ziyansız, hətta dividendlə çıxmağı bacarmalı, yeni logistik mərkəzə, ticarətin yeni “karvansarayına” çevrilmək üçün çalışmalıyıq. Bunun üçün isə açıq iqtisadi model və sülh lazımdır. Açıq iqtisadi model üçün yeni sistemə, sülh üçün isə danışıqların intensivləşdirilməsinə ehtiyac var”.
2024-02-04
829,179
Zelenskinin bu qərarına müdaxilə etməyəcəyik - ABŞ
ABŞ Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının mümkün vəzifəsindən uzaqlaşdırılması ilə bağlı vəziyyətə müdaxilə etməyəcək. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. "Açıq şəkildə bildirdik ki, bu xüsusi qərara müdaxilə etməyəcəyik. Bunu birbaşa Ukrayna tərəfinə bildirdik", - o bildirib. Sallivan vurğulayıb ki, Vaşinqton kadr qərarlarını yalnız Ukrayna hakimiyyətinin məsuliyyəti hesab edir. O, həmçinin bunu Kiyev və Vladimir Zelenskinin suveren hüququ adlandırıb. Qeyd edək ki, bundan öncə "Vaşinqton Post" Ukraynanın bu qərarla bağlı ABŞ-ı məlumatlandırdığı, ABŞ administrasiyasının isə bunu Zelenskinin suveren hüququ olduğunu bildirdiyi haqda məlumat yaymışdı.
2024-02-04
829,180
Minaya düşən şəxsin ayağı amputasiya olundu
Tərtərdə minaya düşən şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub. Bu barədə Axar.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətindən bildirilib. Qeyd edilir ki, keçmiş təmas xətti ərazisində baş verən mina hadisəsi zamanı rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvvəllüdlü Həsənəli Şahin oğlu Əlizadə zərər çəkib. Minalardan təmizlənməmiş ərazidə mal-qara otaran zaman piyada əleyhinə mina partlayışından xəsarət alan şəxsin sol ayağı topuqdan aşağı amputasiya olunub, sağ ayağı isə qəlpə yarası alıb. “ANAMA bir daha vətəndaşları məsuliyyətli davranmağa, mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə diqqət etməyə, xüsusilə keçmiş təmas xətti boyu ərazilərin minalarla ciddi şəkildə çirkləndiyini nəzərə alaraq, bələd olmadıqları ərazilərə daxil olmamağa və tələb olunan qaydalara riayət etməyə çağırır”, - Agentliyin vətəndaşlara müraciətində deyilir.
2024-02-05
829,181
Qərb yalan deyir, Putin uduzub - Kemeron
Qərb Ukrayna cəbhəsindəki durğunluqdan danışmağı dayandırmalı və diqqətini bu ölkəyə dəstəyi gücləndirməyə yönəltməlidir. Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib. Kemeron qeyd edib ki, Qərb Ukraynanın müharibədən dağılmış iqtisadiyyatını bərpa etmək üçün Rusiyanın dondurulmuş 350 milyard dollarlıq aktivlərindən istifadə etmək qərarına razılıq verməlidir. Nazir müharibənin dalana dirənməsi və Ukraynanın qalib gələ bilməyəcəyi barədə deyilənləri rədd edib: "Putin artıq böyük strateji məğlubiyyətə uğrayıb və biz çıxılmaz vəziyyətdən danışmağı dayandırmalıyıq. Bizim iqtisadiyyatımız Rusiyadan 25 dəfə böyükdür. Tam şəkildə nümayiş etdirə bilərik ki, zaman Putinin yox, bizim tərəfimizdədir". Kemeron əmin edib ki, Tramp Ağ Evə qayıdarsa, bu mesajı ona çatdırmağa çalışacaq: "Nümayiş etdirməliyik ki, biz Ukraynanı davamlı olaraq silahla təmin edə bilərik. Bugünkü dünyanı və vəziyyəti nəzərə alsaq, eyni zamanda öz ehtiyatlarımızı da artırmalıyıq".
2024-02-04
829,182
Daha bir cüdoçumuz gümüş medal qazandı
Azərbaycan cüdoçusu Elcan Hacıyev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanıb. Axar.az-ın Report-a istinadən məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Türkiyə təmsilçisi Mixael Zqanka uduzub. Sonuncu yarış günündə mübarizəyə qoşulmuş Vüqar Talıbov (90 kq) və Uşangi Komauri (+100 kq) mükafat əldə edə bilməyib. Qeyd edək ki, daha əvvəl Zelim Tçkayev (81 kq) gümüş medala sahib çıxıb.
2024-02-04
829,184
Zaxarova Puqaçova haqda: Şeytan yoldan çıxarıb!
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəzi məşhur sənətçilərin ölkədən getməsinə münasibət bildirib. Kult.az xəbər verir ki, o, bu barədə “TV Center” kanalının efirində danışıb. “Şeytan onları yoldan çıxarıb”, - deyə Zaxarova “Bi-2” qrupu, Alla Puqaçova və digər sənətçilərin ölkədən getməsini şərh edərkən deyib. Zaxarova həmçinin bildirib ki, Kiyev rejimini dəstəkləyən sənətçilərin mövqeyi onların əleyhinə işləyir.
2024-02-04
829,190
Namibiyanın yeni prezidenti and içdi
Namibiyanın vitse-prezidenti Nangolo Mbumba ölkənin yeni Prezidenti kimi and içib. Axar.az xəbər verir ki, o, bu gün xərçəng xəstəliyindən dünyasını dəyişən 82 yaşlı Heyq Qeynqobu əvəz edəcək. Namibiyanın yeni Prezidenti xarici işlər naziri Netumbo Nandi-Ndaitvanı vitse-prezident təyin edib.
2024-02-04
829,191
İrəvanı da itirə bilərik - Erməni din xadimi
Biz Qarabağı tamamilə itirmişik, hakimiyyətə gələn hər kəs bu acı həqiqəti etiraf etməlidir. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Şirak yeparxiyasının rəhbəri Mikael Adjapayan deyib. “Reallıq budur ki, biz təslim olduq. Hakimiyyətə gələcək hər kəs bu ağrılı həqiqəti deməlidir. Əks halda gələnlər Qarabağı geri alacaqlarını deyərək saxtakarlıq edirlər. Subyektiv olaraq bu, hazırda mümkün deyil. Hətta demək olar ki, bu gün İrəvanı qoruyub saxlamaq problemimiz var. İndi hər kəs müharibə sözündən qorxur. Amma biz hələ də müharibədəyik, adam itirmirik, lakin torpaqlarımızı bir-bir itiririk”, – Adjapayan bildirib.
2024-02-04
829,193
Mina təhlükəsi həmişə aktualdır - XİN
Ermənistan tərəfindən yerləşdirilmiş minaların təhlükəsi həmişə olduğu kimi aktualdır. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsində paylaşım edilib. “Tərəfdaşların Ermənistanı bu təhlükəni aradan qaldırmağa məcbur etməməsi daha çox insan itkilərinə və xəsarətlərə səbəb olur. Bu gün partlayış nəticəsində bir mülki şəxs ağır yaralanıb, ayağı amputasiya edilib”, - paylaşımda qeyd edilir. Bildirilir ki, 2020-ci ilin noyabr ayından bu günədək 343 nəfər mina partlayışının qurbanı olub.
2024-02-05
829,196
Çilidə meşə yanğınları: 99 nəfər öldü
2024.02.04. 22:02 Valparaisoda meşə yanğınları nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Çili Prezidenti Qabriel Boric məlumat verib. "Bu günə qədər təəssüf ki, 64 nəfərin öldüyünü təsdiq edə bilərəm. Biz bilirik ki, bu rəqəm xeyli artacaq", - deyə o bildirib. Boric həmçinin fevralın 5-dən etibarən ölkədə iki günlük matəm elan edib. Onun sözlərinə görə, təkcə Kilpe kommunasında yanğın nəticəsində 1,3 mindən çox ev yanıb. *** Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb. Bu barədə ölkənin Tibbi Ekspertiza Xidməti məlumat yayıb.
2024-02-05
829,198
Təəssüf ki, geri çəkilməyə məcburuq - Kovalenko
Sursat çatışmazlığı səbəbindən Ukrayna Silahlı Qüvvələri müdafiədə qalmalı olacaq. Axar.az xəbər verir ki, bunu ukraynalı siyasi müşahidəçisi Aleksandr Kovalenko deyib. "Kifayət qədər sursat olmasa, Ukrayna Silahlı Qüvvələri ancaq müdafiə xətti tuta bilər”, - o vurğulayıb. Kovalenko əlavə edib ki, Ukrayna bəzi mövqelərdən geri çəkilmək məcburiyyətində qalacaq: "Söhbət kritik ərazi itkilərindən getmir. Amma indi azad edilmiş ərazilərin genişləndirilməsindən danışmaq mümkün deyil. Təəssüf ki, bunu etiraf etmək lazımdır. Beynəlxalq tərəfdaşlarımız qələbə və ərazilərin azad edilməsi üçün bizə müvafiq nomenklatura, eləcə də vasitələrin tədarük həcmini tam olaraq bərpa edənə qədər düşmən üstünlük təşkil edəcək".
2024-02-04
829,199
Ukrayna ordusu irəlilədi: Bir sıra ərazilər azad edildi
Ukrayna silahlı bölmələri Baxmut istiqamətində irəliləyiş əldə edərək bir sıra əraziləri azad ediblər. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 26-cı artilleriya briqadasının mətbuat xidmətinin rəhbəri Oleq Kalaşnikov deyib. O qeyd edib ki, Rusiya hərbçilərinin Baxmut istiqamətində hücum əməliyyatları kifayət qədər intensivdir.
2024-02-04
829,201
İsrail Hizbullaha zərbələr endirdi
İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı Hizbullah mövqelərinə silsilə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, bu əməliyyat Livandan İsrailin şimalına hücumlara cavab olaraq həyata keçirilib. ÇAXAL qırıcıları Hizbullahın buraxılış qurğusuna, həmçinin Blida və Meys əl-Cəbəldə müşahidə məntəqələrinə zərbələr endirib. Bundan əlavə, İsrail tankları Blidada Hizbullah hücrələrini də atəşə tutub.
2024-02-04
829,205
Macarıstan Ukraynaya yardıma mane olmayacaq - Siyarto
Macarıstan Ukraynaya silah tədarükünü maliyyələşdirən Avropa Sülh Fondunda artıma veto qoymayacaq. Axar.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. Siyarto vurğulayıb ki, Avropa Komissiyası AB ölkələrinə Kiyevə silah tədarükünü kompensasiya etmək üçün bu il Avropa Sülh Fondunun 5 milyard avro artırılmasını təklif edib. "Bizim üçün silah tədarükü qırmızı xətt olduğundan, bu məsələdə iştirak etməyəcəyik. Ancaq Macarıstan başqalarının bunu etməsinə mane ola bilməz və olmayacaq", - o deyib.
2024-02-04
829,206
Bakıdan Tərtərə gedən gənc kanalda boğuldu
Tərtərdə avtoqəza nəticəsində bir nəfər ölüb. Axar.az Trend-ə istinadən xəbər verir ki, Bakıdan qonaq gedən 1999-cu il təvəllüdlü Vüsal Quliyev xalası oğluna məxsus VAZ-21015 markalı minik avtomobilini idarə etməyə çalışarkən nəqliyyat vasitəsini su kanalına aşırıb. Hadisə nəticəsində 25 yaşlı Vüsal Quliyev suda boğularaq ölüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Tərtər RPŞ-də cinayət işi başlanılıb istintaq aparılır.
2024-02-04
829,207
Azərbaycan çempionatında fantastik qol - Video
Azərbaycan Premyer Liqasının 21-ci turunda keçirilən "Qəbələ" - "Zirə" oyununda fantastik qol vurulub. Axar.az Publika.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin hücumçusu Ülvi İsgəndərov 14-cü dəqiqədə uzaq məsafədən qolla fərqlənib.
2024-02-04
829,208
Ərdoğan bizə Bakı ilə bağlı bunu tapşırdı - Video
Azərbaycanın Türkiyəyə, Türkiyənin də Azərbaycana təşəkkür etməsinə gərək yoxdur. Axar.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Mirşahin Ağayevin qonağı olan diplomat bildirib ki, Azərbaycanın onun ürəyində xüsusi yeri var: “AŞPA-ya getdiyimiz zaman cənab Prezidentimiz Ərdoğan tapşırdı ki, Türkiyənin haqqını müdafiə edin, Azərbaycanı da yalnız buraxmayın. O zamanlarda cənab Prezident İlham Əliyev bizim Avropa İttifaqında çıxışımıza görə zəng edib Rəcəb Tayyib Ərdoğana təşəkkür etmişdi. Cənab Ərdoğan da demişdi ki, ay qardaş, təşəkkürə nə ehtiyac var, onlar da sizin millət vəkilinizdir”. Daha ətraflı videoda:
2024-02-04
829,209
Sərkisyan hər şeyi bilirdi, ona görə getdi - Sadoyan
Nikol Paşinyanın hakimiyyətə gəlişi prosesi mürəkkəbdir. Serj Sərkisyan Qarabağda müharibənin başlayacağını görəndə qaçmaq qərarı verdi. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş deputatı Arşak Sadoyan deyib. O, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın hakimiyyətdən getməsinin Azərbaycanın Qarabağ məsələsində qəti addım atacağını bilməsi ilə əlaqələndirib. “Nikol gələndə mən rəsmi şəkildə bildirdim ki, müdafiə qabiliyyətimizi gücləndirməyin yeganə yolu dünya ermənilərinin potensialını cəlb etmək və ümumerməni müdafiə strukturu yaratmaqdır. Mən məktub göndərdim və görüş istədim. Lakin proses baş tutmadı. Bundan sonra anladım ki, onun ölkənin, dövlətin, xalqın nə olmasından xəbəri yoxdur”, – Sadoyan bildirib.
2024-02-04
829,211
Qiyamət yaxınlaşır, yalnız bu ölkələr salamat qalacaq
İqlim dəyişikliyi, təbii fəlakətlər və epidemiyalar bütün dünyada həyəcan təbili çalarkən, bəzi zəngin insanların yeraltı sığınacaqlar qazması xəbərləri bütün dünyada narahatlıqları artırır. Mümkün qlobal fəlakətlər zamanı hansı ölkənin daha şanslı olduğu maraq doğurur. Axar.az Publika.az-a istinadən xəbər verir ki, “International Journal of Risk Analysis” tərəfindən nəşr olunan son araşdırmada qiyamət zamanı hansı ölkələrin daha təhlükəsiz olacağı ətraflı şəkildə açıqlanıb. İslandiya, Solomon adaları və Vanuatu kimi ada ölkələrinin "sağ qalmaq" üçün ən yaxşı yerlər arasında olduğu qeyd edilir. Bu ölkələr nüvə müharibəsi, super vulkan püskürməsi və ya asteroidin vurması kimi dağıdıcı hadisələrin törətdiyi fəlakətlərdə şanslı vəziyyətdədirlər. Bildirilir ki, günəş işığının qəfil azalması halında həyatda qalmaq və əhalisini saxlamaq üçün ən yaxşı təchiz olunmuş ölkələr ada ölkələridir. Araşdırmada mümkün fəlakətlər belə ifadə edilir: “Nüvə qışı - ərzaq təchizatına təsirlər nəticəsində milyonlarla ölüm də daxil olmaqla, bunun dəhşətli nəticələri olacaq. Böyük miqdarda tüstü və toz atmosferə qalxacaq və yerin səthini bürüyəcək”. Tədqiqatçılar post-apokaliptik dünyada sağ qalmaq üçün 38 ada ölkəsini 13 xüsusiyyət üzrə qiymətləndiriblər. Avstraliya qida təchizatı və infrastrukturuna görə siyahıya başçılıq edir, Yeni Zelandiya isə nüvə silahından azad statusuna və okeana yaxınlığına görə güclü mövqedə qərarlaşıb ki, bu da ekstremal temperatur dəyişikliklərindən qorunmağa kömək edəcək. "Avstraliyanın ərzaq təchizatı sahəsi böyükdür və on milyonlarla əlavə insanı qidalandırmaq potensialına malikdir", - tədqiqatda deyilir. “Təhlillərimizə görə, o, keyfiyyətli infrastruktur, böyük enerji ehtiyatı və dünyada ikinci ən böyük səhiyyə xidmətləri baxımından ən yüksək təhlükəsizliyə malik qitədir", - alimlər əlavə edib.
2024-02-04
829,212
Slovakiya prezidenti koronaya yoluxdu
ABŞ-da işgüzar səfərdə olan Slovakiya Prezidenti Zuzana Çaputovanın COVİD-19 (koronavirus) testi müsbət çıxıb. Axar.az xəbər verir ki, bu barədə TASR xəbər agentliyi məlumat yayıb. Pittsburqda olan Çaputova xəstəliyi səbəbindən ABŞ-a səfərinin son günü - fevralın 4-də işgüzar proqramını ləğv edib. O, fevralın 1-də Kanadadan ABŞ-a gəlib, daha sonra Kaliforniyaya gedib. Slovakiya Prezidenti sahibkarlardan ibarət nümayəndə heyətinə rəhbərlik edib, xüsusən də Quql şirkətinin baş ofisində olub. Çaputova fevralın 5-də Slovakiyaya qayıdacaq. O, yaxın günlər üçün iş proqramını da ləğv edib.
2024-02-04
829,214
Türkiyədə İsrail əleyhinə mitinq keçirildi - Foto
Türkiyənin Batman və Diyarbəkir şəhərlərində Fələstinə dəstək mitinqi keçirilib. Axar.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı məlumat yayıb. Mitinq iştirakçıları Fələstinə dəstək və İsrailə etiraz şüarları səsləndirilib. Aksiya HÜDАPAR partiyası tərəfindən təşkil olunub.
2024-02-04
829,215
Putinin Türkiyəyə səfər proqramı açıqlandı
Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər proqramı açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. O bildirib ki, səfər çərçivəsində Rusiya-Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, Akkuyu AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır: “Prezidentlərimiz müntəzəm olaraq ünsiyyət qururlar. Səfərdə qaz sektoru, energetika, Akkuyu AES-in tikintisi, hər zaman gündəmdə olan taxıl dəhlizi, Ukraynada nizamlanma, regional məsələlər, o cümlədən Qəzzadakı vəziyyət müzakirə ediləcək”. Qeyd edək ki, yaxın zamanda Putinin Türkiyəyə səfəri gözlənilir.
2024-02-05
829,218
İstanbulda əməliyyat: İŞİD-in 17 üzvü saxlanıldı
İstanbulda polisin keçirdiyi əməliyyat nəticəsində Santa-Mariya kilsəsinə hücumda şübhəli bilinən 17 nəfər saxlanılıb. Axar.az yerli mediaya istinadən xəbər verir ki, saxlanılanlar İŞİD qruplaşmasının üzvləridir. Bildirilib ki, mənzillərdə aparılan axtarışlar zamanı xeyli sayda sənəd götürülüb. Qeyd edək ki, yanvarın 31-də Santa-Mariya kilsəsinə hücum zamanı bir nəfər öldürülmüşdü.
2024-02-05
829,219
Putin bu modeli məhv etmək istəyir - Melnik
Qərb anlamalıdır ki, Rusiya Prezidenti Vladimir Putinin müharibəsi təkcə Ukraynanın mövcudluğunu deyil, həm də Qərbin demokratiya modelini təhdid edir. Kiyevin tərəfdaşları artıq çox şey ediblər, lakin onu dayandırmaq üçün daha çox iş görülməlidir. Axar.az xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik deyib. "Putin Qərbin demokratiya, azadlıq və insan haqları modelini məhv etmək istəyir. Bu, onun əsas məqsədidir. Bu, xüsusən almanlar mesajdır ki, Rusiyanı dayandırmaq üçün daha çox iş görülməlidir. Berlinə güclü töhfəsinə görə minnətdarıq və Almaniyanın artan rolunu alqışlayırıq", - o bildirib. Onun sözlərinə görə, həqiqətən də Putini dayandırmaq və onu öz yerinə oturtmaq üçün daha çox iş görülməlidir: "Berlin Kiyevə həm “Taurus” qanadlı raketlərini, həm də Almaniyanın "Tayfun" və “Tornado” qırıcılarını verməlidir. Bu il Almaniya hökuməti bizə silahlanma üçün 7 milyard avro yardım edir. Bu, həqiqətən də təsiredicidir. Amma təəssüf ki, bu, hələ də Rusiya hərbi maşını ilə ayaqlaşmağa kifayət etmir. Ukraynaya AB-nin ÜDM-inin 1%-ni vermək lazımdır ki, bu da ildə təxminən 160 milyard avro təşkil edəcək. Bu, ilk növbədə müttəfiqlərimiz tərəfindən yaradılmalı olan böyük məbləğdir, biz bunu başa düşürük. Amma bu gün bunu etməsək, Putinin daha çox gücü ola bilər".
2024-02-05
829,221
Putin maşını sürətlə sürür - Peskov
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqdakı Konstantinovski sarayındakı iqamətgahının ərazisində hərəkət edərkən özü maşın sürür. Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Putin sürətlə maşın sürür", - o bildirib. Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, dövlət başçısının təhlükəsizlik xidmətinin üzvləri bu vəziyyətdən xəbərdardırlar və belə hallarda nə etməli olduqlarını bilirlər.
2024-02-04
829,223
Rusiyada Mi-8 helikopteri radardan itdi
Kareliyada Oneqa gölü üzərində Fövqəladə Hallar Nazirliyinin Mi-8 helikopteri ilə əlaqə itib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. “Oneqa gölünün suları üzərində təlim uçuşu zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Aviasiya Xilasetmə Mərkəzinin Mi-8 helikopteri ilə əlaqə kəsilib”, - nazirlikdən bildirilib. Helikopterdə üç ekipaj üzvü var. Axtarış-xilasetmə əməliyyatları təşkil olunub.
2024-02-05
829,225
Hacıqabulda maşın aşdı: bacı və qardaş yaralandı
Hacıqabul rayonu ərazisində avtomobilin aşması ilə nəticələnən yol qəzası baş verib. Hadisə zamanı xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, yol qəzası Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisində qeydə alınıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı xəsarət alan Ayxan Eldəniz oğlu Əzizli və Aydan Eldəniz qızı Əzizli Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
2024-02-05
829,226
Bryanskda Ukrayna PUA-sı məhv edildi
Rusiya hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində Ukraynaya məxsus PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Kiyev rejiminin Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Bryansk vilayətinin ərazisində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - məlumatda deyilir.
2024-02-05
829,228
Xəritə: Bakı və İrəvan arasında yeni müharibə... - Video
09:00 ABŞ-ın tanınmış analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şurası 2024-cü il üçün müharibə ehtimalı olan ərazilərin xəritəsini hazırlayıb. Axar.az xəbər verir ki, amerikalı analitiklərin fikrincə, Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanması ehtimalı var. Maraqlıdır ki, Ermənistan-Azərbaycan arasında müharibə ehtimalı ABŞ-ın prioritetləri sırasına daxil edilməyib.
2024-02-05
829,231
Fidandan ABŞ və İrana: Vəziyyət yaxşı deyil!
Regional münaqişədən qaçmaq lazımdır. Vəziyyət yaxşı deyil. Daha böyük münaqişə ilə üzləşə bilərik. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan son günlər ABŞ və İran arasında gərginliyin artmasını şərh edərkən deyib. “Qığılcım hər an yanğına çevrilə bilər. Nəzarətdən çıxa bilər. Burada da böyük risklə üzləşə bilərik. Bu nəzarətdən çıxma məsələsi təhdid olaraq qarşımızdadır”, - deyə Fidan bildirib.
2024-02-05
829,232
"Maska"nın qalibi o oldu - Video
İctimai TV-də yayımlanan "Maska" şousunun qalibi bəlli olub. Axar.az-ın Axşam.az-a istinadən məlumatına görə, "Canavar" obrazını canlandıran iştirakçı mükafata layiq görülüb. "Canavar" maskası altından müğənni Dilarə Kazımova çıxıb. Qeyd edək ki, şouda münsif kürsüsündə xalq artisti Faiq Ağayev, əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.
2024-02-05
829,233
Moldova daha tez AB üzvü olmaq istəyir
Moldova 2030-cu ildən daha tez Avropa Birliyinin (AB) bir hissəsi ola bilər, bunun üçün referendum keçirmək lazımdır. Axar.az xəbər verir ki, bunu Moldova parlamentinin spikeri İqor Qrossi deyib. “Bu il referendumun keçirilməsi və danışıqlar prosesinə tam sürətlə başlamaq çox vacibdir. Hesab edirəm ki, bizim AB-yə qoşulma anını daha da yaxınlaşdırmaq üçün (2030-cu ildən əvvəl – red.) mümkün olan hər şeyi etmək imkanımız və öhdəliyimiz var. Mən ukraynalı həmkarlarımda da eyni ruhu və yanaşmanı hiss edirəm”, – Qrossi bildirib.
2024-02-05
829,234
Zelenski Zalujnı məsələsinə aydınlıq gətirdi: Tək o deyil!
Ukraynada yalnız hərbi sahədə deyil, bütün idarəetmə aparatında kadr dəyişikliyinə ehtiyac var. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Yenilənmə və yeni başlanğıc vacibdir. Bu, təkcə bir nəfərə aid deyil, bir qrup idarəediciyə şamil olunur, tək hərbi sahə ilə bağlı deyil”, - deyə o, ordunun baş komandanı Valeri Zalujnının mümkün istefası ilə bağlı sualı cavablandırarkən deyib.
2024-02-05
829,235
DÇ-nin açılış mərasimi bu ölkədə keçiriləcək
2026-cı il futbol üzrə dünya çempionatının ilk oyunu və açılış mərasimi iyunun 11-də Mexikodakı “Azteca” stadionunda keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, turnirə ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. Meksika yığmasının ilk oyundakı rəqibi daha sonra müəyyənləşəcək. Kanada komandası turnirə iyunun 12-də Torontoda keçiriləcək oyunla başlayacaq. “Azteca” Stadionu 87 min 523 tamaşaçı tutumuna malikdir. Arena iki dünya çempionatının finalına ev sahibliyi edib: 1970 və 1986-cı illərdə. Stadion 1968-ci ildə Olimpiya futbol turnirinə ev sahibliyi edib. 2026-cı il dünya çempionatında ilk dəfə olaraq 48 komanda iştirak edəcək. Turnirin qrup mərhələsi 72 oyundan ibarət olacaq. Ölkələr hər birində dörd komandadan ibarət 12 qrupa bölünəcək, kvartetlərə birinci yeri tutan iki komanda və üçüncü yeri tutan ən yaxşı səkkiz komanda daxil olacaq. Qrup mərhələsindən sonra komandalar 1/16 finalda çıxış edəcək. Ümumilikdə 104 görüşdən ibarət olacaq turnir 56 gün ərzində baş tutacaq. Final matçı 2026-cı il iyulun 19-na təyin edilib. Xatırladaq ki, əvvəllər dünya çempionatlarında 32 komanda iştirak edirdi. Turnirlər 64 görüşdən ibarət olurdu. Hazırkı dünya çempionu Argentina millisidir.
2024-02-05
829,236
Xərçəngin irsi növləri açıqlandı
Rusiyanın tanınmış onkoloqu Yuliya Şubina xərçəng xəstəliyinin irsi növlərini açıqlayıb. Axar.az Report-a istinadən xəbər verir ki, həkimin sözlərinə görə, xərçəng yalnız bədxassəli şişlərin bir növü deyil. O qeyd edib ki, xəstəliyin bəzi növləri valideynlərdən də uşaqlara ötürülə bilər: "Məsələn, döş, yumurtalıq, medullyar xərçəng və bağırsaq xərçəngi xəstəliyinin bəzi növləri buna aiddir". Həkim profilaktiki tədbir olaraq anaları və ya nənələri adları qeyd edilən onkoloji xəstəlik növlərinə tutulmuş qadınlara yumurtalıq və döş xərçəngi inkişafının genetik riski üçün analiz verməyi tövsiyə edib. Onun sözlərinə görə, qalxanabənzər vəzi xərçəngi kalsitonin hormonunun analizi ilə üzə çıxa bilər və kolonoskopiyadan müntəzəm keçdikdə potensial bağırsaq patologiyasını aşkarlamağa kömək edəcək.
2024-02-05
829,241
Neft yenidən bahalaşdı
Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 77,60 dollara, yüngül neftin bir barreli isə 72,42 dollara təklif olunur.
2024-02-05
829,244
Sumqayıtda qatar qadını vurdu
Bu gün saat 07:50 radələrində sürət qatarı Sumqayıt-Xırdalan-Bakı istiqamətində hərəkətdə olarkən Yeni Sumqayıt mənzilində bir qadın dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC (ADY) məlumat yayıb. Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub. Qəza nəticəsində qadın xəsarət alıb, əraziyə təcili tibbi yardım çağırılıb. Sözügedən xətt üzrə qatarların fəaliyyəti qısa zamanda bərpa olunub. "ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə, yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qəflətən qatarın yoluna çıxmamağa çağırır", - deyə məlumatda qeyd olunub.
2024-02-05
829,249
Cəlilabad sakini Bakıda dəm qazından öldü
Bakıda 44 yaşlı kişi dəm qazından ölüb. Axar.az xəbər verir ki, 1980-ci il təvəllüdlü Cəlilabad rayon sakini Xalid Habil oğlu Əmrahov müvəqqəti yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, ev 166-da hamam otağında çimərkən dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.
2024-02-05
829,251
Seçkilərlə əlaqədar təşviqat başa çatır
Sabahdan növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatacaq. Axar.az xəbər verir ki, fevralın 6-da saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
2024-02-05
829,258
Dava edən idmançılar barışdı - Foto
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov tərəfindən döyülən veteran idmançı Həsən Əzizov barışıq ərizəsi yazıb. Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər Həsən Əzizovun üzvü olduğu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporuna müraciət ediblər. Təşkilat rəhbərliyinin məsələyə müdaxiləsindən sonra tərəflər arasında barışıq əldə olunub. Qeyd edək ki, Həsən Əzizov “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı şou mərasimi zamanı döyülüb. Mərasimə 4 yaşlı uşağı ilə qatılan idmançı MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədovun hücumuna məruz qalıb. Onlar döydükdən sonra onu paltardəyişmə otağına apararaq idman karyerasını sonlandırmaq üçün şəxsiyyətini alçaltmaq istəyiblər. Buna səbəb Həsən Əzizovun idman yarışına xaricdən idmançı dəvət etməsi olub. Onlar qrup halında köməksiz vəziyyətdə H.Əzizovdan bu sahədən çəkilməsini tələb ediblər, əks təqdirdə onu daha ağır hadisələrin gözlədiyi barədə xəbərdarlıq ediblər. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər saxlanılıb. Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib. Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib.
2024-02-05
829,261
Paşinyan tezliklə bunu elan edəcək - Şarmazanov
Tezliklə Paşinyan Türkiyənin Ermənistanın xarici təhdidlərdən müdafiəçisi olduğunu elan edəcək. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş vitse-spikeri Eduard Şarmazanov yazıb. “Rusiya Federasiyasından hansısa məmur Ermənistan Respublikasının Konstitusiyasının dəyişdirilməsini təklif etsəydi, nikolistlər və müxtəlif qərbyönlü “suverenlər” buna hiddətlə qarşı çıxardılar. Nikol bəyan edir ki, proseslərə həm də Türkiyə-Azərbaycan maraqları mövqeyindən baxmaq lazımdır. Hamınız Ermənistanın müstəqilliyini pozan Türkiyə-Azərbaycan maraqlarının müdafiəçilərisiniz. İş o yerə çatacaq ki, Nikol Türkiyənin bizi xarici təhlükələrdən qoruyacağını bəyan edəcək və hamı onu alqışlayacaq”.
2024-02-05
829,266
XTQ “düşmən”in dayaq məntəqəsini ələ keçirdi - Video
Xüsusi Təyinatlı Qüvvələrin hissə və bölmələri ilə taktiki-xüsusi təlim keçirilib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) hissə və bölmələri ilə “Şiddətli soyuqlarda döyüş əməliyyatlarının aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirilib. Taktiki-xüsusi təlimdə xüsusi təyinatlılar ərazinin maketi üzərində tapşırıqları dəqiqləşdirib, yüksək dağlıq ərazidə və şiddətli soyuqlarda taktiki yerdəyişmə fəaliyyətlərini yerinə yetiriblər. Şərti düşmən müdafiəsinin yarılması, dayaq məntəqəsinin ələ keçirilməsi, ilk tibbi yardımın göstərilməsi və yaralının döyüş meydanından təhlükəsiz şəkildə təxliyə edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Qarlı-şaxtalı hava şəraitində komandir heyətinin bölmələrin idarə edilməsi üzrə bilik və bacarıqlarının artırılması, döyüş əməliyyatları və xilasetmə tədbirlərinin aparılması, şəxsi heyətin xizək sürmə, eləcə də hərəkətli və hərəkətsiz vəziyyətdə atəşaçma vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək peşəkarlıqla icra olunub.
2024-02-05
829,268
Zelenski səlahiyyətlərinin bir hissəsini itirəcək
Ukrayna Prezidenti Vladimir Zelenski may ayında səlahiyyətlərinin bir hissəsini itirəcək. Axar.az xəbər verir ki, bunu Ukraynanın müvəqqəti işğal olunmuş ərazilər və məcburi köçkünlər nazirinin keçmiş müavini Georgi Tuka deyib. Onun sözlərinə görə, bu, may ayında Zelenskinin legitim prezidentlik müddəti rəsmən başa çatdıqdan sonra baş verəcək: “Ukrayna qanunvericiliyinə görə, müəyyən addımları yalnız Ukrayna prezidenti edə bilər, onun vəzifəsini icra edən prezident yox”. Keçmiş məmur Zelenskinin itirəcəyi səlahiyyətlərə misal olaraq hökumətdə və hüquq-mühafizə orqanlarında kadr təyinatlarını göstərib. Məsələn, prezident səlahiyyətlərini icra edənin nazirləri və generalları təyin etmək və ya vəzifədən azad etmək hüququ yoxdur.
2024-02-05
829,269
Çilidə meşə yanğınları: ölənlərin sayı 122 oldu
10:02 Çilinin Valparaiso regionunda baş verən meşə yanğınları nəticəsində azı 112 nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Məhkəmə Tibbi Ekspertiza Xidməti məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl 99 nəfərin öldüyü bildirilirdi. *** Çilidə meşə yanğınlarında ən azı 122 nəfər ölüb. Bu barədə ölkənin Məhkəmə-Tibbi Ekspertiza Xidməti məlumat yayıb. Məhkəmə-tibb ekspertlərinin rəyinə görə, 32 cəsədin şəxsiyyəti müəyyən olunub.
2024-02-05
829,272
Xocalıda musiqi məktəbində silah aşkarlandı - Video
Xocalıda musiqi məktəbində silah-sursat aşkarlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Belə ki, Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Xanabad kəndi ərazisində yerləşən musiqi məktəbindən 11 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd PK markalı pulemyot, 3 ədəd RPQ-7 qumbaraatanı, 10 ədəd qumbaraatan mərmisi, 14 ədəd alışdırcısı, 1 ədəd MUXA markalı qumbaraatan, 10 PK markalı pulemyot sandığı, 1 ədəd PK markalı pulemyotun çaxmaq çərçivəli qaz porşeni, 4 ədəd pulemyot qatarı, 35 ədəd avtomat darağı, 4 ədəd avtomat nişangahı, 30 ədə6d F1 əl qumbarası, 45 ədəd qumbaraalışdırıcısı, 1 ədəd M-75 əl qumbarası, 19820 ədəd 5.45 mm-lik və 8050 ədəd 7.62 mm-lik patron aşkarlanıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.
2024-02-05
829,277
Bu gün geomaqnit qasırğası gözlənilir
Fevralın 1-də baş vermiş tac kütlə atılması və tac dəliklərindən çıxan müsbət qütblü, yüksək sürətli zərrəciklər selinin qarşılıqlı təsiri səbəbindən fevralın 5-də G1 (minor-mülayim) səviyyəli geomaqnit qasırğası gözlənilir. Bu barədə Axar.az-a BDU-nun Astrofizika kafedrasından məlumat verilib. Fevralın 6-da geomaqnit sahə qeyri-stabil, fevralın 7-dən etibarən sakit olacaq.
2024-02-05
829,281
Rusiya-Türkiyə bankı yaradıla bilər
Türkiyə-Rusiya bankının yaradılması ABŞ-ın sanksiyaları nəticəsində yaranan ödəniş köçürmələri üçün həll yolu ola bilər. Hazırda hər iki ölkənin departamentləri arasında bu mövzu müzakirə olunur. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyənin bank sektorundakı mənbə məlumat verib. “Türkiyə-Rusiya bankının yaradılması variantı müzakirə olunur və bundan əvvəl də müzakirə olunub. Amma hələlik bu məsələ ilə bağlı heç bir konkretlik yoxdur”, - mənbə bildirib. Qeyd edək ki, Türkiyədə bir sıra özəl banklar Rusiya şirkətlərinin hesablarını bağlayıblar, bu, ABŞ-ın sanksiyalarla bağlı görünməmiş təzyiqi ilə əlaqədardır.
2024-02-05
829,282
712-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 712-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 389 560 hərbçi, 6 348 ədəd tank, 11 822 ədəd zirehli döyüş maşını, 9 349 ədəd artilleriya sistemi, 979 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 664 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 412 ədəd avtomobil texnikası, 7 173 ədəd PUA, 1 848 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 486 xüsusi avadanlıq itirib.
2024-02-05
829,287
Pakistanda silahlı hücum: 10 polis həlak oldu
Pakistanın şimal-qərbində polis məntəqəsinə silah hücumu olub. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, polis məntəqəsinə hücum nəticəsində azı 10 polis ölüb, 6 polis isə yaralanıb. Bildirilib ki, 30-dan çox yaraqlı üç istiqamətdən hücum edib və atışma 2,5 saat davam edib.
2024-02-05
829,293
Türk zirehli transportyoru ilk dəfə təqdim edildi - Video
Türkiyənin FNSS şirkəti tərəfindən istehsal edilən beşinci nəsil PARS ALPHA 8X8 zirehli transportyoru Səudiyyə Ərəbistanında keçirilən Dünya Müdafiə Sərgisində ilk dəfə təqdim olunub. Axar.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, səkkiz təkərli PARS ALPHA şirkət mühəndislərinin 35 illik səyinin nəticəsidir. 700 at gücünə malik zirehli transportyor saatda 115 km-dən çox sürətə malikdir. PARS ALPHA 12.7 mm-lik pulemyotdan 120 mm-lik minaatana inteqrasiya edilib və OMTAS tank əleyhinə raketlərlə təchiz olunub.
2024-02-05
829,297
​Biz xəstə, utancverici, pis xalqıq - Acapaxyan
Qarabağ bizim üçün əldən getdi, Qarabağı qaytaracağımıza dair boş ümidlər bəsləmək özünü tam aldatmaqdır. Çünki Qarabağ geri qaytarılmayacaq şəkildə itirilib. Kim hakimiyyətə gəlirsə, bu acı həqiqəti deməlidir. Bir də desə ki, gəlib Qarabağı qaytaracam, deməli, açıq-aşkar yalan danışacaq. Qarabağı heç kim qaytara bilməz. Axar.az xəbər verir ki, bunu erməni arxiyepiskopu Mikael Acapaxyan deyib. “Ermənilər üçün bir nömrəli problem emosiyalardan qurtula bilməməkdir. Məsələn, Sərdarapat (Sərdarabad - red.) biabırçılıqdır. Niyə biabırçılıq? Çünki bu, min ildə yeganə uğurlu hadisədir. Böyük erməni xalqının isə min illik tarixində bir uğurlu işi var və bu da ayıbdır. Amma biz o qədər emosional insanlarıq ki, bu biabırçılığı böyük bir hadisəyə çevirdik. Ermənilər üçün hər şey səhvdir, qələbə anlayışı yanlış, məğlubiyyət anlayışı yanlış, dövlət anlayışı yanlış, kilsə anlayışı yanlışdır. Deməli, obyektiv reallıq budur ki, ermənilər çox pisdir. Mən pessimistəm, çünki ən pisini görürəm, 40 ildir bu xalqla işləyirəm və 0,4% belə uğur qeydə almamışam. Ümumiyyətlə erməni xalqının özü haqqında çoxlu yanlış təsəvvürü var. İdeal xalq olduqlarını düşünürlər, əslində isə ən utancverici, ən xəstə və müalicəyə ən çox ehtiyacı olanlardır. Paşinyan bir şeyi düzgün etdi, bizə reallığımızı göstərdi, amma bu reallıqla barışmaq istəmirik. Deyirik ki, yox, bu təxribatdır. Bu bir təxribatdırsa, orada milli təhlükəsizlik yoxdur? Bəli, yaxşı zabitlərimiz, generallarımız var idi, amma ordumuz məğlub və məhv oldu. Lakin bunu qəbul etmək istəmirik. Paşinyan deyir ki, 50%-i ordudan qaçıb və müxtəlif səbəblərdən xidmətdən azad edilib. Burada Paşinyanın günahı varmı? Məgər bunu Nikol təşkil edib?” - o bildirib.
2024-02-05
829,298
Qubada ağır qəza: 5 nəfər xəsarət aldı
Qubada xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, rayonun Xucbala kəndi ərazisində VAZ-2109 və “Opel” markalı minik avtomobilləri toqquşub. Nəticədə 1979-cu il təvəllüdlü Elzamin Seyfulla oğlu Zülfüqarov, 1989-cu il təvəllüdlü Nurlan Cavanşir oğlu Balayev, 1985-ci il təvəllüdlü Elnur Ərəstun oğlu Əlixanov, 1954-cü il təvəllüdlü Nazif Nəriman oğlu Əliyev və 1980-cı il təvəllüdlü Qahir Asəf oğlu Süleymanov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onların vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
2024-02-05
829,300
Rusiyada helikopter qəzası: bütün heyət öldü
Rusiyanın Kareliya Respublikasında Fövqəladə Hallar Nazirliyinə məxsus Mi-8 helikopteri qəzaya uğraması nəticəsində bütün heyət ölüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, helikopter buz bağlamış Oneqa gölünə düşərək batıb. Bildirilib ki, helikopter qəza zamanı gölə düşərək batdığı üçün mayakı işləməyib və bu da axtarış işlərini çətinləşdirib. Faktla bağlı istintaq başladılıb. İstintaq qəzanın əsas versiyaları kimi ekipajın səhvi, hava şəraiti və avadanlıqların nasazlığını nəzərdən keçirir. Helikopterdə 3 heyət üzvünün olduğu bildirilir. Qeyd edək ki, ötən gün Rusiya FHN təlim uçuşu həyata keçirən helikopterlə əlaqənin kəsildiyini açıqlamışdı.
2024-02-05
829,304
İran Suriyada 266 silahlı itirdi
Ötən il Suriyada İrana bağlı 266 yaraqlı öldürülüb. Axar.az xəbər verir ki, bu barədə “Human Rayts Votç” təşkilatının hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, 266 nəfərin 112-si İsrail Hərbi Hava Qüvvələrinin zərbəsi, 63-ü İŞİD-in hücumları, 41-i isə ABŞ HHQ-nin bombardmanı nəticəsində həlak olub.
2024-02-05
829,306
PUA-larımız Ər-Riyadda sərgidə - Foto
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ikinci dəfə təşkil edilən “World Defence Show-2024” Beynəlxalq Müdafiə Sərgisində iştirak edir. Nazirlikdən Axar.az-a verilən məlumata görə, tədbirdə müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Bildirilib ki, 45-dən çox ölkədən 750-dən artıq iştirakçı və 115 xarici nümayəndənin qatıldığı “World Defence Show-2024” sərgisində Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi stenddə Azərbaycan istehsalı olan 107 adda müdafiə təyinatlı məmulatlar nümayiş olunur. Açılış mərasimində iştirak edən V.Mustafayev Səudiyyə Ərəbistanı Krallığının müdafiə naziri Xalid bin Salman Əl-Saud ilə görüşərək sərgi ilə bağlı xoş diləklərini onun diqqətinə çatdırıb. Nazir Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrin qurumlarının stendlərində nümayiş etdirilən müdafiə təyinatlı məmulatlar və yeni texnologiyalar ilə tanış olub. Səfər çərçivəsində V.Mustafayev Səudiyyə Ərəbistanı Hərbi Sənaye Təşkilatının rəhbəri Əhməd Əbdüləziz Əl-Ohali ilə də görüşüb. Görüş zamanı iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, müdafiə sənayesi şirkətlərinə məxsus ən son hərbi texnologiya, avadanlıq və sistemlərin nümayiş etdirildiyi “World Defence Show-2024” sərgisi fevralın 8-i başa çatacaq
2024-02-05
829,309
Bu ölkələrin MSK rəhbərləri Azərbaycana gəldi
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar bir sıra ölkələrin mərkəzi seçki komissiyalarının sədrləri və müşahidə missiyalarının rəhbərləri Azərbaycana gəlib. Axar.az xəbər verir ki, onlar arasında MDB-nin Baş katibi Sergey Lebedev və MDB katibliyinin rəhbəri Sergey Burutin, Monteneqro MSK-nın sədri Nikola Mugosa, İƏT Baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yousef Aldobeay və İƏT Katibliyinin seçki müşahidə bölməsinin rəhbəri Şakir Mahmud Bandar, Gürcüstan MSK-nın sədri Giorgi Kalandarişvili və bir neçə üzvü, Qazaxıstan MSK-nın sədri Nurlan Abdirov və bir neçə nümayəndəsi, Ukrayna MSK və Maldiv MSK-nın üzvləri, MDB Parlament Assambleyasının nümayəndələri yer alır. Onların seçkilərlə əlaqədar bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir. Qeyd edək ki, Azərbaycanda fevralın 7-nə növbədənkənar prezident seçkiləri təyin olunub. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
2024-02-05
829,311
Zelenski atəşə tutuldu
Ukrayna Prezidenti Vladimir Zelenski Zaporojye vilayətində cəbhə xəttində, Rabotinoda olarkən, düşmən kəndi atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov deyib. “Atışma Zelenskinin olduğu yerə olduqca yaxın idi. Bu, Rabotinodur, orada aktiv döyüşlər gedir. Amma vəziyyəti dramatikləşdirməzdim”, - o bildirib. Qeyd edək ki, Zelenski ötən gün cəbhə xəttinə gəlmişdi.
2024-02-05
829,312
Baydenin Netanyahu haqda qeyri-etik sözü...
ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu haqqında ədəbsiz danışıb, lakin Ağ Ev bunu inkar edir. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, Bayden Netanyahudan şübhələnir. “O, İsrail baş nazirini “lənətə gəlmiş pis adam” adlandırıb”, - nəşr yazıb. Ağ Ev rəsmisi Endryu Beyts nəşrə açıqlamasında Baydenin belə bir ifadə işlətmədiyini deyib. Onun sözlərinə görə, liderlər arasında hörmətli münasibət var.
2024-02-05
829,313
Amerikalı porno ulduz Tehrana səfər etdi - Foto
ABŞ-ın məşhur porno ulduzu Uitni Rayt Tehrana səfər edib. Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. O, paytaxtın müxtəlif əhəmiyyətli obyektlərində çəkdirdiyi hicablı fotolarını sosial şəbəkə hesablarında paylaşıb. Onun Tehranın Sədabad sarayında və ABŞ-ın Tehrandakı keçmiş səfirliyinin binasında çəkdirdiyi hicablı fotolarını paylaşması iranlı sosial media istifadəçiləri tərəfindən birmənalı qarşılamayıb. İstifadəçilər Tehran hakimiyyətinin İsrailə qarşı mövqeyi ilə tanınan Uitni Raytdan özünün hakimiyyət və siyasi-ideoloji təbliğatı üçün istifadə etdiyini yazıblar. İranlı istifadəçilərin çoxsaylı şikayətləri nəticəsində porno ulduzun İntaqram hesabında paylaşdığı bir çox postlar silinib. “O paylaşımlarda heç bir problem yox idi, ancaq bir qrup radikal və qorxulu qrupların şikayətlərinə görə silindi. Sizlər insanları öldürən İsraili həyasızcasına müdafiə etdiyiniz halda məndən paylaşımlarımı silməyi istəyirsiniz. O fotolardan bəziləri insanları Quran oxumağa dəvət edən İranın rəhbəri barədə idi”, - Rayt gileylənib. Porno ulduzun İran İslami Təbliğat Təşkilatı tərəfindən Tehrana dəvət edildiyi bildirilsə də, adıçəkilən təşkilat bununla bağlı açıqlama verməyib.