date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-03
828,853
Türkiyə ordusu Qəndili vurdu: terrorçular məhv edildi
Türkiyə Silahlı Qüvvələri terrorçulara zərbələr endirməkdə davam edir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “İraqın şimalındakı Qəndil bölgəsində aşkarlanan 2 PKK terrorçusu havadan endirilən zərbələr nəticəsində məhv edilib. Əməliyyatlar davam etdiriləcək”, - məlumatda bildirilib.
2024-02-03
828,854
Qəzzada ölənlərin sayı - Son rəqəm
Qəzzada həlak olanların sayı 27 238 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi əməliyyatlar zamanı 66 452 nəfər yaralanıb.
2024-02-03
828,855
Qazaxda 2 maşın toqquşdu: 4 nəfər xəsarət aldı
Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Axar.az xəbər verir ki, hadisə Qazax şəhərində, yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığında qeydə alınıb. Belə ki, VAZ markalı avtomobilin digər minik avtomobili ilə toqquşması nəticəsində 1997-ci il təvəllüdlü S.Qocayev, 1994-cü il təvəllüdlü G.Orucov, 2001-ci il təvəllüdlü H.Əliyev və 2000-ci il E.Kərimov xəsarət alıblar. Zərərçəkənlər Qazax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
2024-02-03
828,856
Baş nazirdən qərar: Yeni ixtisas...
Azərbaycan Nazirlər Kabinetinin 2020-ci il 17 aprel tarixli 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı”nda dəyişiklik edilib. Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Dəyişikliklə “Orta ixtisas təhsili üzrə ixtisasların Təsnifatı"nda səhiyyə, rifah və xidmət ixtisasları qrupuna yeni ixtisas əlavə olunub. Həmin ixtisas optometriyadır. Qeyd edək ki, optometriya, gözlərin və əlaqəli strukturların qüsur və ya anormallıqlar üçün müayinəsini əhatə edən ixtisaslaşmış bir sağlamlıq peşəsidir. Optometristlər adətən hərtərəfli ilkin göz baxımı təmin edən səhiyyə mütəxəssisləridir. Onlar göz sahəsində ixtisaslaşmış, göz xəstəlikləri olan xəstələrin görmə keyfiyyətini yaxşılaşdırmaq üçün çalışan tibb işçiləridir. Optometrist peşəsi oftalmoloqla qarışdırılır. Halbuki ikisi çox fərqli peşələrdir. Optometristlər həm də xəstələrə kontakt linzaları və eynəkləri tövsiyə etmək və satmaq hüququ olan insanlardır. Optometristlər çox vaxt özəl praktikada işləməyə üstünlük verirlər. Optometristlərin əsas vəzifəsi görmə keyfiyyətini yaxşılaşdırmaqdır. Lakin onların vəzifələri bununla məhdudlaşmır.
2024-02-03
828,858
Makron diktaturasının polisləri... - Bəyanat
Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu Bəyanat yayıb. Axar.az bəyanatı təqdim edir: “2024-cü il yanvarın 28-də Korsikada 700-ə yaxın insan müstəqillik uğrunda mübarizə aparan strukturları və fəalları birləşdirən, Fransa müstəmləkə hökmranlığına qarşı mübarizəyə sadiqliyini təsdiqləyən yeni “Nazione” hərəkatını təsis edib. Başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan, kağız üzərində demokratiya adlanan Makron diktaturasının polisləri Korsikada insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna hörmət göstərməyərək hərəkatın yaranmasından iki gün sonra “Nazione”nin fəallarına qarşı təqiblərə başlayıb. Yanvarın 30-da “Nazione”nin iki fəalı Fransa Milli Terrorla Mübarizə Prokurorluğunun göstərişi ilə həbs edilərək, əvvəlcə Borgu hərbi düşərgəsinə, oradan isə terrorçu kimi Parisə aparılıb. Fransa polisi “Nazione”nin fəallarının evlərinə hücum çəkərək qapıları partlayıcılarla dağıdıb, uşaqlarının gözü önündə atalarına fiziki zor tətbiq edib, evlərini dağıdıb, uşaqların oyuncaqlarını qəsdən sındırıb. Bundan sonra həbs edilənlərin ailə üzvləri, eləcə də digər bir fəal dindirilmək üçün polisə aparılıb. Özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün içərisində azyaşlı uşaqların olduğu evin qapısının partlayıcı maddə ilə dağıdılması riyakarlıqdır. Bu zorakılıqlar Fransanın hələ də müstəmləkəçi təfəkküründən xilas olmadığını, hazırkı koloniyalarında insanların təməl hüquqlarına hörmət etmədiyini bir daha sübuta yetirir. Bu gün də Fransa polisinin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq, müstəqillik tərəfdarlarını susdurmaq məqsədi daşıyır. Lakin fevralın 2-də “Nazione” hərəkatının rəhbərlərinin keçirdiyi mətbuat konfransında bəyan edildiyi kimi, heç bir repressiya Korsika xalqının milli mübarizəsini dayandıra, onu boyun əyməyə məcbur edə bilməz. Xatırladaq ki, 150 mindən artıq insanın danışdığı Korsika dilini məhv etmək siyasəti yürütməklə Korsika xalqının milli kimliyini unutdurmağa çalışan Fransa hökuməti yerli parlamentdə müzakirələr, parlament üzvlərinin debatları zamanı Korsika dilindən istifadəni qadağan edib. Bu siyasət universal insan haqları və milli azlıqların hüquqları ilə bağlı Fransanın beynəlxalq öhdəliklərinin açıq-aşkar və güc tətbiqi ilə pozulmasıdır. Fransa öz ərazisində yaşayan xalqların milli kimliyini inkar edir, yalnız “fransız” anlayışını qəbul edir ki, bunun özü şovinizmdir. Korsikada yerli dildən istifadə hüququnu ləğv etməklə Fransa özünün də qoşulduğu beynəlxalq sənədlərin tələblərini, götürdüyü öhdəlikləri pozub. Bu sənədlər içərisində 1789-cu il böyük Fransa inqilabının fərdi insan hüquqlarını təyin edən ən vacib sənədi olan “İnsan və vətəndaş hüquqları bəyannaməsi” də var. Həmçinin “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”, “Uşaq hüquqları Konvensiyası”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”, “Əsas hüquqlar üzrə Avropa Xartiyası”, “Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi”, UNESCO-nun mədəni müxtəlifliyə dair universal Bəyannaməsi, Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası, “Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası” və s. buraya daxildir. Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu olaraq: - Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik; - Fransa hakimiyyətindən fundamental insan hüquqlarına hörmət etməyi tələb edirik; - Korsika xalqının sərbəst toplaşmaq azadlığı, birləşmək hüququ Fransa hökuməti tərəfindən təmin olunmalıdır; - Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını və siyasi təqiblərin dayandırılmasını tələb edirik”.
2024-02-03
828,859
AzQAC əməkdaşları Qarabağda ermənilərlə görüşdü - Foto
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşları Qarabağ İqtisadi Zonasında yaşayan erməniəsilli sakinləri ziyarət ediblər. Bu barədə Axar.az-a təşkilatdan məlumat verilib. Bildirilib ki, görüşün əsas məqsədi onların ehtiyaclarının qiymətləndirilməsi olub. Görüş zamanı AzQAC əməkdaşları sakinlərin yaşayış şəraiti ilə tanış olub, onların ehtiyacları haqqında məlumat toplamaq üçün sorğu keçiriblər. Bu, AzQAC tərəfindən təklif edilə biləcək yardım və dəstək xidmətlərinin müəyyənləşdirilməsi üçün həyata keçirilib. Həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidə yerləşən ofisində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları ilə ikitərəfli görüş keçirilib. Görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndələri Xankəndində göstərdikləri fəaliyyətlər barədə bizim nümayəndə heyətinə ətraflı məlumat veriblər. Daha sonra, AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev bu görüşün hər kəs üçün çox əhəmiyyətli olduğunu bildirib və səfərin əsas məqsədini onlarla bölüşüb.
2024-02-03
828,864
PKK Türkiyə hərbçilərinə hücum etdi: şəhid var
PKK terror təşkilatı İraqın şimalındakı antiterror əməliyyatı bölgəsində Türkiyə hərbçilərinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Hücum nəticəsində Türkiyə ordusunun çavuşu Qədir Dingil şəhid olub, iki hərbçi isə yaralanıb. Yaralılar hospitala yerləşdirilib. Qeyd edək ki, daha əvvəl Türkiyə ordusu Qəndil bölgəsində PKK terrorçularına havadan zərbələr endirmişdi.
2024-02-03
828,867
Rusiya lazım gələrsə, onları yer üzündən silər - Kedmi
NATO heç vaxt Rusiya ilə açıq qarşıdurmaya cəsarət etməyəcək. Onların hazırkı məqsədi pul qazanmaqdır. Axar.az xəbər verir ki, bu barədə siyasi şərhçi Yakov Kedmi NATO-nun irimiqyaslı təlimləri haqda danışarkən deyib. Y.Kedmi bildirib ki, NATO-nun Rusiya ilə qarşıdurma vəziyyətində üstünlüyü əldə etmək şansı yoxdur: “Qərb bütün silah növlərinin hazırlanmasında Rusiyadan xeyli geri qalır və illər keçdikcə bu uçurum daha da genişlənib. Bundan başqa, Avropada alyansın onurğa sütununu təşkil edən Almaniya, Fransa və İngiltərə orduları sursat, şəxsi heyət və döyüşə hazır müasir tank çatışmazlığı yaşayır. Rusiya ordusu lazım gələrsə, onları yer üzündən silər. Rusiya ən çox taktiki nüvə silahına malikdir. NATO-da bu yoxdur”. Y.Kedminin sözlərinə görə, Ukrayna münaqişəsində Rusiya qoşunlarının yalnız kiçik və az təhlükəli qrupu iştirak edir: “NATO və Avropa ölkələri ilə münaqişə tamamilə fərqli üsullarla aparılacaq. Avropa buna hazır deyil. Onların hansı qoşunları var, neçə nəfərdir, harada yerləşir? Buna görə də hazırda Şimali Atlantika Alyansı tərəfindən həyata keçirilən təlimlər büdcə oyunundan başqa bir şey deyil”.
2024-02-03
828,870
Ermənistanla sərhədimizdə Çexiya vətəndaşı saxlanıldı
Ermənistandan Azərbaycana keçmək istəyən Çex Respublikasının vətəndaşı saxlanılıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
2024-02-03
828,873
Türkiyədə bu partiya Cümhur İttifaqından ayrıldı
Türkiyədə bələdiyyə seçkilərində Yenidən Rifah Partiyası (YRP) Cümhur İttifaqı ilə birgə hərəkət etməyəcək. Axar.az xəbər verir ki, bunu YRP-nin sədri Fateh Ərbakan deyib. “Bununla bağlı partiya daxilində müzakirələr apardıq. Müzakirələrin nəticəsində bir neçə səbəb bizi bu addımı atmağa vadar etdi. Öncə bələdiyyə seçkilərinin 14 may (prezident) seçkilərindən fərqləndiyini gördük. Ötənilki prezident seçkilərində millətimiz bizdən fədakarlıq istədi və biz də partiya olaraq Cümhur İttifaqına qoşulduq. Ancaq bələdiyyə seçkilərində ayrı yolla davam etməyimiz daha münasibdir. İkinci səbəb də odur ki, təşkilatlarımızın 95 faizi ittifaqdan ayrılmağımızı istəyirdi. Səbəblərdən biri də hakim AKP-nin bizə ədalətli təkliflər etməməsidir. Buna görə də seçkilərdə Cümhur İttifaqından ayrılmaq, Ankara, İstanbul və İzmirdə öz namizədlərimizi irəli sürmək qərarına gəldik. Bu 3 şəhər üzrə namizədlərimizi fevralın 10-da Ankarada açıqlayacağıq”, - partiya sədri qeyd edib.
2024-02-03
828,877
ADNSU-nun tələbəsi qəfil öldü - Foto
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) I kurs magistr tələbəsi Mətləb Xankişiyev vəfat edib. Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan Universitetləri” səhifəsi məlumat yayıb. Məlumata görə, 21 yaşlı gənc qəfil ürəktutmasından dünyasını dəyişib.
2024-02-03
828,879
“Azərsığorta” ləğv edildi: öhdəlikləri necə olacaq?
Azərsığorta ASC-nin ləğvi onun öhdəliklərinin yerinə yetirilməsinə mane olmayacaq. Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) birgə açıqlamasında bildirilir. Məlumatda deyilir ki, 2022-ci ildə Dövlət Sığorta Kommersiya Şirkətinin hərbi qulluqçuların və hüquq-mühafizə orqanları əməkdaşlarının dövlət icbari şəxsi sığortası ilə bağlı əsas fəaliyyəti və səlahiyyətlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsindən sonra Şirkətin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində bir sıra addımlar atılsa da onun olduqca yüksək rəqabət mühiti ilə xarakterizə olunan daxili sığorta bazarında xüsusi çəkisi azalıb, özəl sığorta şirkətlərinə münasibətdə xüsusi üstünlüklərə malik olmaması səbəbindən rentabelli fəaliyyətinin təmin edilməsi mümkün olmayıb, Nəticədə Şirkətin təsisçisi olan dövlətin maliyyə itkilərilə qarşılaşması riskləri artıb. Yaranmış vəziyyəti nəzərə alan Şirkətin menecmenti onun Direktorlar Şurasına və AİH-ə Mülki Məcəlləyə uyğun olaraq şirkətin könüllü qaydada ləğv edilməsi barədə müraciət edib. Həmin müraciəti AİH və Direktorlar Şurası təhlil edilərək dəstəkləyib və AİH-nin Müşahidə Şurasına təqdim olunub. Şura təqdim olunmuş təklifə baxaraq Şirkətin könüllü qaydada ləğvi ilə bağlı ölkə Prezidenti qarşısında vəsatət qaldırıb və dövlət başçısının 31 yanvar 2024-cü il tarixli fərmanı ilə şirkət ləğv edilib. Şirkətin könüllü ləğvi ilə əlaqədar Maliyyə Nazirliyi və AİH-nin nümayəndələrindən ibarət ləğvetmə komissiyası yaradılacaq və sığorta fəaliyyəti üzrə şirkətə verilmiş lisenziyasının ləğvi üçün Azərbaycan Mərkəzi Bankına müraciət ediləcək. Qarşıdakı dövrdə ləğvetmə prosesi çərçivəsində Şirkətin mövcud sığorta portfeli üzrə bildirilən sığorta iddiaları operativ şəkildə tənzimlənəcək, kreditorlar qarşısında bütün öhdəliklər təmin ediləcək. Şirkətin ləğv edilməsi öz vəsaitləri və təkrarsığorta təminatları hesabına tam təmin ediləcək və dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaranmayacaq.
2024-02-03
828,880
Güclü külək əsəcək – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında fevralın 5-i gündüzdən 06-sı səhərədək cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 06-sı gündüz isə qısamüddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) intensivləşəcəyi ehtimalı var. Fevralın 4-ü gündüz və 5-də əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 06-da isə bəzi yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.
2024-02-03
828,881
Çin-Qırğızıstan sərhədində yenə güclü zəlzələ oldu
Çin-Qırğızıstan sərhədində 5,2 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Qırğızıstanın Seysmologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, episentr Çində, yanvarın 23-də 7 bal gücündə olan zəlzələnin baş verdiyi ərazinin yaxınlığında yerləşib. Coğrafi yaxınlığa görə yer qabığındakı dalğalanmalar Qırğızıstan ərazisində də hiss olunub. Qırğızıstanda episentrə yaxın İştık və Bedel yaşayış məntəqələrində yeraltı təkanların intensivliyi 3,5-3 bal arasında dəyişib.
2024-02-03
828,886
Arutyunyan seçkilərdə iştirak üçün müraciət etdi
Araik Arutyunyan seçkilərdə iştirak üçün müraciət edib. Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Qarabağdakı keçmiş separatçı xunta rejiminin keçmiş başçısı, hazırda Bakıda həbsxanada olan Araik Arutyunyan 7 fevral prezident seçkilərində iştirak etmək üçün müvafiq qurumlara yazılı müraciət edib. Mənbə bildirib ki, Araik Arutyunyanın 7 fevral seçkisində iştirak etməsi mümkün deyil. Çünki onun seçkidə səs verməsi üçün Azərbaycan vətəndaşlığı olmalıdır. İndiki halda bu fakt yoxdur. Qeyd edək ki, bundan əvvəl onun istintaqla yaxından əməkdaşlıq etdiyi, özünü Azərbaycan vətəndaşı saydığını bildirdiyi və istintaqdan sonra ailəsi ilə birlikdə Azərbaycanda yaşamaq istədiyi haqda dövlət qurumlarına müraciət etdiyi haqda məlumat yayılmışdı.
2024-02-03
828,887
710-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 710-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 678 PUA-sı, 462 zenit-raket kompleksi, 14 893 tank və digər zirehli texnikası, 1 215 reaktiv yaylım atəş sistemi, 7 952 artilleriya və minaatanı, 18 179 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-03
828,888
HƏMAS-dan ABŞ-a sərt reaksiya
Biz ABŞ-ın İraq və Suriyaya hücumlarını qəti şəkildə pisləyirik. Axar.az xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb. “İki ərəb ölkəsinin suverenliyinin pozulduğu bu təhlükəli gərginliyi regionun sabitliyinə təhdid kimi görürük. ABŞ bu addımı ilə İsrail hücumlarına xidmət göstərir və Qəzza zolağında Fələstin xalqına qarşı törədilən cinayətləri ört-basdır edir. Bu hücumlar bölgədə yanğını daha alovlandırır. Buna görə Vaşinqton rəhbərliyi məsuliyyət daşıyır”, - bəyanatda vurğulanıb. Qeyd edək ki, ABŞ aviasiyası Suriya və İraqda müəyyən hədəflərə zərbələr endirib.
2024-02-03
828,889
Türkiyədə fabrikdə güclü yanğın - Video
Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda ətir və boya istehsal edilən fabrikdə yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə vilayət valisi Səttar Yavuz məlumat yayıb. O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri araşdırılır.
2024-02-03
828,890
Məşhur futbolçu karyerasını bitirdi
"Mançester Yunayted"in və Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellaini karyerasını başa vurduğunu açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Bildiirlib ki, 36 yaşlı futbolçunun son klubu Çinin "Şandunq"u olub. Qeyd edək ki, Fellaini əvvəllər “Mançester Yunayted”, “Everton” və “Standard”də çıxış edib. O, Belçika millisində 87 oyunda 18 qol vurub. Futbolçu "Mançester Yunayted"lə bir dəfə İngiltərə kubokunu, Liqa kubokunu, İngiltərə Superkubokunu və Avropa Liqasını qazanıb.
2024-02-03
828,891
"Qarabağ"ın matçında 4 penalti, "Sabah"dan bərabərlik
18:13 Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura start verilib. Axar.az xəbər verir ki, açılış oyununda "Səbail" və "Qarabağ" komandaları üz-üzə gəliblər. "ASCO Arena"da baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda hər üç qol penaltidən vurulub. Hesabı 13-cü dəqiqədə Ağdam təmsilçisinin heyətində Toral Bayramov açıb. Yassin Benzia 59-cu dəqiqədə ikinci topu rəqib qapısından keçirib. 66-cı dəqiqədə “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev rəqib futbolçuya qarşı kobudluqdan sonra qırmızı vərəqə ilə meydandan qovulub. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən "dənizçilər"in yarımmüdafiəçisi Pedru Nunu fərqi minimuma endirib. Baş hakim Cavid Cəlilov 90+5-ci dəqiqədə dördüncü dəfə penalti nöqtəsini göstərsə də, Toral Bayramov fürsəti qaçırıb. Onun zərbəsi qeyri-dəqiq alınıb. Bu nəticələrdən sonra xallarını 50-yə yüksəldən "Qarabağ" turnir cədvəlində liderliyini möhkəmlədib. "Səbail" isə 27 xalla beşinci pillədə qərarlaşıb. Günün son matçında “Sabah” “Turan Tovuz”u qəbul edəcək. “Bank Respublika Arena”da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq. Qeyd edək ki, turun digər oyunları fevralın 4-5-də keçiriləcək. *** “Sabah” “Bank Respublika Arena”da “Turan Tovuz”u qəbul edib. Baş məşqçi Murad Musayev iki gün əvvəl istefa verdiyindən, bakılıları meydana idman direktoru İqor Ponomaryov və gənc məşqçi Rəşad Eyyubov çıxarıblar. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “Sabah” xal ehtiyatını 27-yə, “Turan Tovuz” isə 26-ya çatdırıb.
2024-02-03
828,892
Bu ölkə Ukraynaya "Javelin" raketlərini göndərdi
Estoniya Ukraynaya tank əleyhinə “Javelin” raketləri də daxil olmaqla, yeni hərbi yardım paketini təqdim edib. Axar.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Estoniyanın dekabrda aldığı “Javelin” raketləri artıq Ukraynaya çatdırılıb. Yardım paketinə həmçinin pulemyotlar, atıcı silahların sursatları, müxtəlif yerüstü və su avadanlıqları daxildir. 2022-ci ildən bəri Estoniya Ukraynaya ümumilikdə təxminən 500 milyon avro və ya ümumi daxili məhsulunun təxminən 1,4 faizi həcmində hərbi yardım göstərib.
2024-02-03
828,896
Rusiyaya səfər edən vətəndaşlarımızın sayı…
Ötən il 480 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Məlumata görə, bu, 2022-ci illə müqayisədə 45,4% çoxdur. Bununla da Azərbaycan vətəndaşları Rusiyaya səfər edən əcnəbilər arasında ilk 10-luqda yer alıblar. Ümumilikdə ötən il Rusiyaya gedən xarici turistlərin sayı əvvəlki illə müqayisədə təxminən 18,6% artaraq 15,48 milyon nəfər təşkil edib.
2024-02-03
828,901
Ərdoğan Azərbaycana təşəkkür etdi
Xalqımız bu ağrılı sınaqdan uğurla çıxıb. 11 min 500 əcnəbi komanda üzvü olmaqla axtarış-xilasetmə işlərində iştirak edən 35 min nəfərə, qardaşlarımıza təşəkkür edirəm. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzələdən sonra mənzillərin təhvil verilməsi mərasimində çıxışında deyib. Qeyd edək ki, 2023-cü ilin fevralın 6-da Türkiyə Respublikasının Qəhrəmanmaraş vilayəti və ətraf vilayətlərdə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikası qardaş Türkiyə ilə həmrəylik nümayiş etdirib.
2024-02-03
828,904
İsrailin həbs etdiyi fələstinlilərin sayı açıqlandı
İsrail ordusu İordan çayının qərb sahilində daha 12 fələstinlini həbs edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata görə, bununla da oktyabrın 7-də Qəzza zolağında müharibə başlayandan bəri İsrail İordan çayının qərb sahilində həbs etdiyi fələstinlilərin sayı 6500-ə yüksəlib.
2024-02-03
828,906
Qəzzada 6 həftəlik atəşkəs təklif edilir: tələblər...
Qəzza zolağında 6 həftəlik atəşkəs təklifi edilib. Axar.az xəbər verir ki, bu barədə təklifi İsrail-HƏMAS münaqişəsinin tənzimlənməsində vasitəçi kimi iştirak edən tərəflər irəli sürüblər. Məlumata görə, atəşkəs qarşılığında HƏMAS-ın girov saxladığı 36 nəfəri sərbəst buraxması, İsrailin də öz növbəsində həbsxanalarda saxladığı fələstinli məhbusları azad etməsi tələb edilir.
2024-02-03
828,912
İraqda milli matəm elan edildi
İraqda ABŞ hərbi hava qüvvələrinin hücumları nəticəsində həlak olanlar üçün milli matəm elan edilib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Məhəmməd əs-Sudaninin fərmanında bildirilib. “Bu gün Ənbar əyalətinin sərhəddə yerləşən Əl-Qaim şəhəri ərazisində ABŞ bombardmanının qurbanı olan hərbçilərin və mülki şəxslərin xatirəsinə bütün dövlət qurum və idarələrində ümummilli matəm elan edilib”, - məlumatda bildirilib. Qeyd edək ki, ABŞ-ın bombardmanı nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.
2024-02-03
828,913
Bu vergi bəyannamələrinin tərtibi qaydaları dəyişdi
Bu ildən Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanunda edilmiş dəyişikliklərlə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bəzi bəyannamə və hesabatların, onların əlavələrinin formalarına, tərtib edilməsi Qaydalarına müvafiq dəyişiklikləri təsdiq edib. Bu barədə Axar.az-a qurumdan bildirilib. Məlumata görə, dəyişikliklər aşağıdakı bəyannamə və hesabat formaları üzrə aparılıb: "Dövlət rüsumunun tutulması haqqında hesabat”ın forması və onun tərtib edilməsi Qaydası; "Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə № 3"-ün forması və onun tərtib edilməsi Qaydası; "Əlavə dəyər vergisinin bəyannaməsinə Əlavə № 5"-in forması və onun tərtib edilməsi Qaydası; "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası; "Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinə Əlavə № 2"-nin forması və onun tərtib edilməsi Qaydası; "Mənfəət vergisinin bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası; "Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 1"-in forması və onun tərtib edilməsi Qaydası; "Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 5"-in forması və onun tərtib edilməsi Qaydası; "Mənfəət vergisinin bəyannaməsinə Əlavə № 7"-nin forması və onun tərtib edilməsi Qaydası; “Gəlir vergisi bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası; "Gəlir vergisinin bəyannaməsinə Əlavə № 1"-in forması və onun tərtib edilməsi Qaydası; "Gəlir vergisinin bəyannaməsinə Əlavə № 3"-ün forması və onun tərtib edilməsi Qaydası; "Gəlir vergisinin bəyannaməsinə Əlavə № 5"-in forması və onun tərtib edilməsi Qaydası; “Əmlak vergisi bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası; "Əmlak vergisinin bəyannaməsinə Əlavə № 1"-in forması və onun tərtib edilməsi Qaydası; “Torpaq vergisi bəyannaməsi"nin forması və onun tərtib edilməsi Qaydası; "Torpaq vergisinin bəyannaməsinə Əlavə № 1"-in forması və onun tərtib edilməsi Qaydası; "Torpaq vergisinin bəyannaməsinə Əlavə № 2"-nin forması və onun tərtib edilməsi Qaydası; “Sadələşdirilmiş verginin bəyannaməsi”nin forması və onun tərtib edilməsi Qaydası"; "Sadələşdirilmiş vergisinin bəyannaməsinə Əlavə № 1"-in (hüquqi şəxslər üçün) forması və onun tərtib edilməsi Qaydası; "Sadələşdirilmiş vergisinin bəyannaməsinə Əlavə № 1"-in (fiziki şəxslər üçün) forması və onun tərtib edilməsi Qaydası; “Cari vergi ödəmələrinin hesablanması haqqında arayışın” forması və onun tərtib edilməsi Qaydası"; “Elektron qaydada vergi uçotuna alınmış qeyri-rezidentin əlavə dəyər vergisinin bəyannaməsinin forması” və onun tərtib edilməsi qaydası. Bəyannamə (hesabat) formaları və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.
2024-02-03
828,915
PUA-lar gəmilər üçün təhlükə yaratdı, ABŞ vurdu
Bu gün ABŞ ordusu Qırmızı dənizdə husilərə məxsus 4 PUA-nı vurub. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. "ABŞ ordusu husilərin nəzarətində olan ərazilərdə dronları aşkar edərək, onların bölgədəki ticarət və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün birbaşa təhlükə yaratdığını müəyyən edib. Bundan sonra özünümüdafiə məqsədilə PUA-lar məhv edilib", - məlumatda qeyd olunub.
2024-02-03
828,917
ABŞ-ın zərbələrindən narahatıq - BMT
BMT Baş katibi Antonio Quterreş ABŞ-ın Suriya və İraqa zərbələrindən sonra eskalasiya riskindən narahatdır. Axar.az xəbər verir ki, bunu Baş katibin sözçüsü Stefan Düjarrik deyib. "O, bütün tərəfləri gərginliyi azaltmaq üçün konkret tədbirlər görməyə və onsuz da həssas olan regionda daha genişmiqyaslı münaqişənin iqtisadi və insani tərəfini nəzərə almağa çağırır”, - Düjarrik bildirib.
2024-02-03
828,919
AB istədi, İtaliya gəmilərin təhlükəsizliyini üzərinə götürdü
Qırmızı dənizdə gəmilərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Avropa Birliyi missiyasının komandanlığı İtaliyaya həvalə olunub. Axar.az xəbər verir ki, bu barədə İtaliya müdafiə naziri Quido Krozetto bildirib. O qeyd edib ki, AB İtaliyadan Qırmızı dənizdə “Aspides” əməliyyatına rəhbərliyi üzərinə götürməsini istəyib.
2024-02-03
828,922
Türkiyədə zəlzələ bölgəsində 75 min ev təhvil veriləcək
Türkiyədə zəlzələ baş vermiş ərazilərdə fevralın ilk 10 günündə 45 min 901 ev üçün püşkatma olacaq. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, zəlzələ bölgəsində 2 ayda 75 min, ilin sonuna qədər isə 200 min ev təhvil veriləcək. Zəlzələlərdən təsirlənən 11 şəhərdə aparılan hesablamalara görə, 680 mini yaşayış və 170 mini iş yeri olmaqla, cəmi 850 min tikinti ciddi ziyan görərək istifadəyə yararsız hala düşüb. Əsrin fəlakətinin orta dəyəri 104 milyard dollar qiymətləndirilir.
2024-02-03
828,923
Prezidentdən Zakir Fərəcovla bağlı sərəncam
Prezident İlham Əliyev Zakir Fərəcovu təltif edib. Axar.az xəbər verir ki, dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Zakir Fərəc oğlu Fərəcov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
2024-02-03
828,926
Rusiyadan ABŞ-ın bombardmanına sərt reaksiya
Rusiya ABŞ-ın Suriya və İraqa zərbələrini pisləyir, həmçinin bu vəziyyətin BMT-də təcili nəzərdən keçirilməsini istəyir. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib. "Heç kim beynəlxalq koalisiya illüziyası yaratmamalıdır və Böyük Britaniya da amerikalıların hərəkətlərini dəstəklədiyinə görə cavab verməlidir", - M.Zaxarova söyləyib. Qeyd edək ki, ABŞ aviasiyası Suriya və İraqda müəyyən hədəflərə zərbələr endirib.
2024-02-03
828,933
“Qalatasaray”ın futbol direktoru "Qarabağ"ın matçını izlədi
Türkiyənin “Qalatasaray” klubunun futbol direktoru Cenk Ərgün bu gün "Qarabağ"ın "Səbail"lə keçirdiyi matçı izləyib. Axar.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova mətbuat konfransında sual verilib. O, C.Ərgünün matçı izləməsindən xəbərsiz olduğunu deyib: "Bu barədə məlumatım yox idi. Azərbaycana xoş gəlib".
2024-02-03
828,936
Ukraynadan dünyanın 32 ölkəsinə taxıl ixrac edildi
Ukrayna dəhlizinin fəaliyyət göstərdiyi 6 ay ərzində Odessa limanlarından 661 gəmi 32 ölkəyə 20 milyon tondan çox yük ixrac edib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov məlumat yayıb. Onun sözlərinə görə, Odessa limanları yüklərin daşınmasını artırır. Beləliklə, yanvarda 6,3 milyon ton ixrac edilib - bu rəqəm, demək olar ki, müharibədən əvvəlki səviyyəyə bərabərdir.
2024-02-03
828,937
İraqda ABŞ ordusunu çıxarmaq üçün təcili iclas
İraq parlamenti ABŞ-ın İraq ərazisinə endirdiyi zərbələri və onların nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək. Axar.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb. Qeyd edək ki, bu gün ABŞ-ın bombardmanı nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.
2024-02-04
828,938
ABŞ hər yerdə münaqişələri qızışdırır - Filippot
ABŞ-ın Suriya və İraqda hava hücumları regionda eskalasiya riskini xeyli artırır. Axar.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib. "Biz görürük ki, ABŞ indi İraq və Suriyada olduğu kimi, dövlətlərin suverenliyini kobud şəkildə pozur. ABŞ hər yerdə münaqişələri qızışdırır. Mən bu zərbələri qətiyyətlə pisləyirəm”, - siyasətçi bildirib. Qeyd edək ki, ABŞ ordusu İordaniyadakı bazasına hücuma cavab olaraq SEPAH-ın İraq və Suriyadakı hədəflərinə və İrana bağlı qüvvələrə zərbələr endirib.
2024-02-03
828,940
SEPAH İranın şimal-şərqində təlimlər keçirdi
SEPAH quru qoşunları bu gün İranın şimal-şərqindəki Rəzəvi Xorasan əyalətindəki Samin əl-Aimə hərbi bazasında təlimlər keçirib. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Məlumata görə, bu təlimlər zamanı SEPAH-ın artilleriya, zirehli texnika və xüsusi təyinatlı bölmələri bir sıra əməliyyat taktikası ilə hərbi fəaliyyət ssenariləri hazırlayıblar.
2024-02-03
828,942
Rusiya BMT TŞ-nin təcili iclasını çağırdı
Rusiya Federasiyası ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, BMT Təhlükəsizlik Şurasının iclası fevralın 5-nə planlaşdırılır.
2024-02-03
828,944
150 min etirazçı Berlin küçələrinə axışdı
Berlində 150 mindən çox insanın iştirak etdiyi sağçı ekstremizmə qarşı etiraz aksiyası keçirilir. Axar.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Məlumata görə, şəhərdə nəqliyyatın hərəkəti xeyli çətinləşib, bir neçə küçə bağlanıb.
2024-02-03
828,949
ABŞ bununla Ukraynaya xəyanət etdi
ABŞ Ukraynaya yardımı kəsməklə və 61 milyard dollar ayırmaqdan imtina etməklə Kiyevə xəyanət edib. Axar.az xəbər verir ki, bu barədə “Forbes” nəşri yazıb. “Son ana kimi, yəni 2023-cü ilin yayında Ukrayna artilleriyası Rusiya artilleriyası ilə bərabər, hətta üstünlüyə malik idi. Bu gün Rusiya Ukrayna Silahlı Qüvvələrinə mərmi atmaqda beşqat üstünlüyə malikdir”, - "Forbes" qeyd edib.
2024-02-03
828,950
ABŞ diplomatı İraq XİN-ə çağırıldı: nota verildi
ABŞ-ın Bağdaddakı səfirliyinin müvəqqəti işlər vəkili İraq XİN-ə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ABŞ-ın İraqın qərbində 16 nəfərin ölümü ilə nəticələnən zərbələri ilə əlaqədar ona etiraz notası təqdim edilib. Həmçinin vurğulanıb ki, İraq ərazisi müharibə edən ölkələr arasında hesablaşma meydanı kimi istifadə edilməməlidir. Qeyd edək ki, bu gün ABŞ-ın İraqa zərbələri nəticəsində 16 nəfər ölüb, 25 nəfər yaralanıb.
2024-02-03
828,952
Türkiyə ilə HƏMAS arasında kritik görüş
Türkiyə Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Qətərin paytaxtı Dohada HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə “TRT Xəbər” məlumat yayıb. Məlumata görə, görüş zamanı əsir mübadiləsi və Qəzzadakı hadisələr müzakirə edilib.
2024-02-03
828,953
Ukraynaya silah verməyəcəyik - Siyarto
Macarıstan Avropa Birliyi ölkələrindən fərqli olaraq, Ukraynanı silahla təmin etməyəcək. Axar.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib. “Biz bu işdə iştirak etmək istəmirik. Mən bunu bu gün həmkarlarıma açıqladım. Lakin Macarıstan digər AB ölkələrinin addımlarına mane olmayacaq və konstruktiv bitərəf mövqe tutacaq. Bu məqsədlər üçün pul ayırmağa borclu deyilik. Bunun əvəzində Macarıstan ölümcül olmayan texnikanın tədarükünə pul xərcləməyə hazırdır. Odur ki, Avropa Sülh Fondundan istifadə qaydaları müvafiq olaraq dəyişdirilməlidir”, - P.Siyarto qeyd edib.
2024-02-04
828,957
ABŞ-ın zərbələrinin nəticəsi nə olacaq? - Polkovnik
ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumuna cavab olaraq İraq və Suriyadakı hədəflərə zərbələr endirməsi Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə kömək etməyəcək. Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovniki və Avrasiya Fondunun keçmiş vitse-prezidenti Örl Rasmussen bildirib. Rasmussenin sözlərinə görə, Vaşinqtonun hərəkətləri yalnız İran, İraq və Suriya ilə, eləcə də bölgədəki silahlı qruplaşmalarla gərginliyi artıracaq. Eyni zamanda, ehtiyatda olan polkovnik hesab edir ki, siyasi baxımdan ABŞ Prezidenti Co Bayden hərbçilərin öldürüldüyü Amerika bazasına hücuma hansısa formada cavab verməli idi. Qeyd edək ki, ABŞ aviasiyası Suriya və İraqda müəyyən hədəflərə fevralın 2-dən 3-nə keçən gecə zərbələr endirib.
2024-02-03
828,959
Bəzi rayonlarda yollar buz bağlayacaq
Fevralın 4-də gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. “Ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı, gecə bəzi dağlıq rayonlarda isə yolların buz bağlama ehtimalı var”, - məlumatda qeyd edilib.
2024-02-03
828,964
Rusiyaya sanksiyalar siyasəti iflasa uğradı - Siyarto
Yeni antirusiya sanksiyalar paketi ilə Avropa Birliyinin onsuz da uğursuz sanksiya siyasəti qeyri-ciddi görünəcək. Axar.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib. Siyarto AB-nin sanksiya siyasətinin iflasa uğradığını vurğulayıb. O qeyd edib ki, on üçüncü paket yalnız görüntü üçün ola bilər: "Çünki Rusiyada praktiki olaraq sanksiyalara daxil olmayan heç bir təşkilat, sənaye müəssisəsi və insan qalmayıb".
2024-02-03
828,965
Rusiya bu ölkələrin sakinlərini Ukraynaya köçürür
Rusiya Zaporojye vilayətinin işğal olunmuş hissəsində öz vətəndaşlarını kütləvi şəkildə yerləşdirməyi planlaşdırır. Axar.az xəbər verir ki, bunu Melitopol meri İvan Fedorov deyib. Fedorovun sözlərinə görə, Kreml işğal olunmuş ərazilərdə təkcə rusları deyil, həm də Belarus və Qazaxıstan sakinlərini məskunlaşdırmağı planlaşdırır.
2024-02-03
828,967
Mbappe "Real Madrid"ə keçir
Fransanın PSJ futbol klubunun oyunçusu Kilian Mbappe azad agent kimi İspaniyanın "Real Madrid" klubuna keçəcək. Axar.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti məlumat yayıb. Qeyd olunub ki, bu barədə Mbappe özü qərar verib və bunu PSJ rəhbərliyinə bildirib.
2024-02-03
828,969
BMT keçid dövründə bu orduya dəstək verəcək
BMT keçid dövründə Somali ordusuna texniki təlim keçməyi öhdəsinə götürüb. Axar.az xəbər verir ki, bu barədə BMT və Afrika İttifaqının keçid missiyasının birgə bəyanatında bildirilir. Bundan əvvəl Afrika İttifaqının Somalidəki missiyası qoşunların ölkədən çıxarılmasının ikinci mərhələsinin başa çatdığını bildirərək, yeddi hərbi bazanı ölkə hökumətinə təhvil verdiyini elan etmişdi.
2024-02-03
828,970
İordaniya təyyarələri də İraqa hücum edib?
İordaniya hərbi təyyarələri İraqdakı hava hücumlarında iştirak etməyib. Axar.az xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrindəki mənbə məlumat verib. Bildirilib ki, mətbuatda yayılan məlumtlar doğru deyil və İordaniya İraqın müstəqilliyinə hörmətlə yanaşır. Qeyd edək ki, İordaniya təyyarələrinin də ABŞ-la birgə İraqa hücumda iştirak etdiyinə dair məlumatlar yayılıb.
2024-02-03
828,972
Böyük Dəbilqə: Azərbaycan cüdoçusu gümüş qazandı
Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanıb. Axar.az xəbər verir ki, 24 yaşlı idmançı yarışda ikinci yeri tutub. Mübarizəyə 1/32 finaldan başlayan Tçkayev bütün rəqiblərini məğlub edərək finala qədər irəliləməyi bacarıb. Lakin o, həlledici görüşdə belçikalı Mattias Kasseyə uduzub. Azərbaycan millisinin digər cüdoçuları Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq) və Səid Mollayi (81 kq) mükafatçılar sırasına düşə bilməyiblər. Qeyd edək ki, ötən gün Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) uğursuz nəticə göstəriblər. Yarışa fevralın 4-də yekun vurulacaq. Həmin gün Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.
2024-02-04
828,976
AB-nin bütün ölkələri Türkiyə ilə... - Borrell
Bütün üzv dövlətlər Türkiyə ilə daha sıx əlaqələr qurmağa razıdır. Axar.az xəbər verir ki, bu açıqlama ilə Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Jozep Borrell çıxış edib. "Münaqişələrin qarşısını almaq və əməkdaşlığı artırmaq üçün Kipr məsələsini nəzərə alaraq Türkiyə ilə əlaqə saxlamalıyıq. Türkiyə ilə daha çox əlaqələr qurmalı, maraqlarımızın üst-üstə düşdüyü sahələrdə çalışmalı, bizi bir-birimizdən uzaqlaşdıran məsələlərdən qaçmalıyıq”, - Borrell bildirib.
2024-02-04
828,977
Ukrayna Lisiçanskda zavodu vurdu: 20 nəfər öldü
2024.02.03 - 23:18 Ukrayna ordusu Rusiyanın nəzarətində olan Luqanskın Lisiçanks əyalətində çörək zavodunu vurub. Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Hücum nəticəsində 9 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb. Rusiya İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, Ukrayna qoşunlarının Lisiçanskda çörək zavoduna HİMARS reaktiv yaylım atəşi sistemləri ilə hücum etdiyi ehtimal edilir. *** Lisiçanskda ölənlərin sayı 11-ə çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. *** Lisiçansk əyalətinə endirilən zərbələr nəticəsində ölənlərin sayı 20-yə çatıb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
2024-02-03
828,978
Azərbaycan şəhərində ölkənin ən soyuq havası qeydə alındı
Son 24 saat ərzində Həmədan şəhəri mənfi 13 dərəcə şaxta ilə İranın ən soyuq şəhəri olub. Axar.az xəbər verir ki, bu barədə əyalətin Baş Meteorologiya İdarəsinin Proqnozlaşdırma Mərkəzi məlumat yayıb. Bununla yanaşı Zəncan şəhəri 8 dərəcə şaxta ilə ölkənin ikinci ən soyuq şəhəri olub.
2024-02-03
828,982
İsrail və HƏMAS damino effekti yaradıb - Borrell
Yaxın Şərq partlaya biləcək “qazan”a çevrilib. Axar.az xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib. “Qəzza zolağında İsrail və HƏMAS terror qruplaşması arasında münaqişə domino effekti yaradıb. Qəzzada çox ağır vəziyyət yaranıb. Qəzzada müharibə davam etdikcə, Qırmızı dənizdə vəziyyətin yaxşılaşacağına inanmaq çox çətindir, çünki biri digəri ilə bağlıdır”, - diplomat bildirib.
2024-02-03
828,985
179 sərnişini olan təyyarə uçuş-enmə zolağından çıxdı
Litvanın paytaxtı Vilnüs hava limanında sərnişin təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxıb. Axar.az xəbər xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, təyyarədə 179 sərnişin və altı ekipaj üzvü olub. Milandan uçan təyyarənin uçuş-enmə zolağından çıxması nəticəsində Vilnüs beynəlxalq hava limanı üç saat bağlanıb.
2024-02-04
828,987
Biz Rusiya ilə sərhədləri aça bilmərik - Orpo
Biz Rusiya ilə sərhədləri aça bilmərik. Bununla yanaşı, hər hansı qeyri-qanuni girişə qarşı tədbirlər hazırlamalıyıq. Axar.az xəbər verir ki, bu barədə Finlandiya Baş naziri Petteri Orpo bildirib. Baş nazir qeyd edib ki, Finlandiya ilk növbədə sərhədlərinin təhlükəsizliyinə diqqət ayırır.
2024-02-04
828,989
MDB PA müşahidəçiləri seçkilərin monitorinqinə başlayır
MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri fevralın 4-dən Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır. Axar.az xəbər verir ki, fevralın 4-6-da namizədlərin seçki qərargahları, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub. Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildir. Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər missiyasına Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək. Qrupun tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi Assambleyanın rəsmiləri də daxil olacaq. Fevralın 7-də MDB PA-dan olan beynəlxalq müşahidəçilər Bakıda və Azərbaycanın regionlarında seçki məntəqələrinə səfər edəcəklər. Xarici ölkələrdəki seçki məntəqələrində də monitorinqlər aparılacaq. Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
2024-02-04
828,990
AB Ukrayna üçün hərbi fond yaradacaq
AB yaxın günlərdə Avropa Sülh Fondu çərçivəsində Ukraynaya yardım üçün hərbi fond yarada bilər. Axar.az xəbər verir ki, bu barədə AB diplomatiyasının rəhbəri Jozep Borrell bildirib. "Bu gün Ukraynaya hərbi yardımla bağlı əsaslı müzakirə aparılıb. Biz döyüş meydanındakı vəziyyəti, hərbi təchizatla bağlı vəziyyəti, Ukraynaya yardım fondunun yaradılmasını müzakirə etdik, ümid edirəm ki, Avropa Sülh Fondu çərçivəsində yaxın günlərdə razılaşdırılacaq", - Borrell qeyd edib.
2024-02-04
828,991
Ukrayna daha iki ölkə ilə təhlükəsizlik sazişini razılaşdırır
Ukrayna və Fransa təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişi yekunlaşdırmağa daha yaxındırlar. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb. Qeyd olunur ki, Fransa nümayəndə heyətinin Kiyevə səfəri zamanı Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli sazişin bağlanması üzrə danışıqların növbəti mərhələsi baş tutub. O cümlədən, müvafiq sazişin yekunlaşdırılmış layihəsi müzakirə edilib. Görüşdə tərəflər sənədin ayrı-ayrı elementləri üzrə mövqelərini razılaşdırıblar. “Bizim danışıqlar aparan komandalarımız bu gün nəzərəçarpacaq irəliləyiş əldə etdilər və ikitərəfli sazişi yekunlaşdırmağa daha yaxındırlar", - məlumatda vurğulanıb. Almaniyanın "Frankfurter Allgemeine Zeitung" agentliyi Almaniya ilə Ukrayna arasında da təhlükəsizlik sahəsində tərəfdaşlıq haqqında saziş layihəsinin hazır olduğunu yazıb.
2024-02-04
828,992
Təl-Əvivdə minlərlə insan aksiya keçirdi
İsrailin paytaxtı Təl-Əvivdə HƏMAS hərəkatı tərəfindən oğurlanan israilli girovlara dəstək üçün minlərlə adam aksiya keçirib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, mitinq “girovlar qaytarılmadan ölkədə bir nəfər də olsun vətəndaş özünü təhlükəsiz hiss etməyəcək” şüarı ilə baş tutub. Aksiyanın təşkilatçıları bəyan ediblər ki, Fələstin anklavında saxlanılan bütün girovlar qaytarılmadan HƏMAS-la hazırkı müharibədə İsrailin hər hansı qələbəsindən danışmaq mümkün deyil.
2024-02-04
828,993
Ətin idxalı ucuzlaşdı: bazarda vəziyyət niyə dəyişmir? - Video
Ötən il ölkəyə xaricdən 41 min 707 ton ət gətirilib. Bu məhsulların hər kiloqramı 5 manata başa gəlib. Axar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, gətirilən bu ətlərin ümumi dəyəri 148 milyon manat olub. Bəs bu cür ucuz məhsul gətirilməsi niyə ölkədə ətin və ondan hazırlanan məhsulların qiymətinə təsir etməyib? İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, Azərbaycanın mal əti ilə özünü təminatı 91-92 faiz, xırdabuynuzlularda isə 97-98 faiz həcmindədir. Bununla belə, ötən il ət 20 faiz civarında bahalaşıb. Bahalaşmanın daha da çox olmaması üçün isə idxal çox vacibdir. Ekspertin sözlərinə görə, idxaldan sonrakı digər rüsum və xərclər ətin maya dəyərinin artması ilə nəticələnir. Bu da təbii ki, məhsulu bahalaşdırır. İqtisadçıların sözlərinə görə, xaricdən gətirilən ətin bir hissəsi Hindistanın payına düşür. Son vaxtlar həmçinin Rusiya, Ukrayna və Qazaxıstandan ətlə yanaşı, diri heyvanlar da gətirilir. Mövzu ilə bağlı Xəzər TV-nin videomaterialını təqdim edirik:
2024-02-04
828,994
İsrail Hizbullahın hədəflərinə 3450 zərbə endirib
Oktyabrın 7-də Qəzza zolağında müharibə başlayandan bəri İsrail ordusu Hizbullahın Suriyada 50, Livanda isə 3400 hədəfinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat yayıb. O, həmçinin qeyd edib ki, İsrail İrandan Hizbullaha sursat tədarükünü dayandırmağa çalışır.
2024-02-04
828,995
“Fənərbağça”dan səfərdə inamlı qələbə
Futbol üzrə Türkiyə Super Liqasında XXIV turun daha dörd oyunu keçirilib. Axar.az xəbər verir ki, lider “Fənərbağça” səfərdə "Antalyaspor"un qonağı olub. Hər hissədə bir qol vuran İstanbul təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Qonaqların heyətində Cingiz Ündər və Mişi Batşuayi fərqləniblər. Günün digər matçlarında "Başakşəhər" "İstanbulspor"u 2:0 hesabı ilə üstələyib, "Rizəspor" "Konyaspor"la qolsuz, "Qaziantep" isə "Kayserispor"la 1:1 hesablı heç-heçə edib. Turun mərkəzi oyunu fevralın 4-də "Beşiktaş" və "Trabzonspor" komandaları arasında keçiriləcək. Qeyd edək ki, hazırda turnir cədvəlinə 63 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikinci pillədə qərarlaşıb. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncüdür.
2024-02-04
828,996
Türkiyənin məşhur şirkəti Rusiya bazarından çıxdı
Türkiyənin “Ronesans Holdinq” tikinti-podratçı şirkəti Rusiyadakı fəaliyyətini dayandırıb. Axar.az xəbər verir ki, bu barədə şirkət özü açıqlama yayıb. Şirkətin bəyanatında deyilir ki, son iki il ərzində holdinq regional biznesini satıb və investisiyalarını dünyanın digər regionlarına yönləndirib. Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən şirkətin mətbuat xidmətinin məlumatına görə, 2022-ci ilin mayında “Ronesans Holdinq” Rusiyadakı tikinti biznesini, 2023-cü ilin iyununda isə daşınmaz əmlak biznesini satıb. Qeyd edək ki, holdinq Rusiyada 1993-cü ildən fəaliyyət göstərirdi.
2024-02-04
828,997
Erməni hərbi polisləri MTX zabitini vəhşicəsinə döydü
Ermənistan Hərbi Polisinin Kriminalistika şöbəsinin rəis müavini Artur Avaqyan və onunla birgə olan 7 həmkarı Milli Təhlükəsizlik Xidmətinin zabitini vəhşicəsinə döyüb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bildirilib ki, “Niva” markalı maşında hərəkət edən Avaqyanı arxadan şəxsi maşını ilə gələn MTX-nin kapitanı Yura Darbinyan ötüb. Bu isə Aviqyanın xoşuna gəlməyib və onu saxladaraq, təhqir edib. Hətta Darbinyan özünü təqdim etdikdə, onu ələ salıb. Bunun ardınca isə Avaqyan və hadisə yerinə iki maşınla yaxınlaşan Avaqyanın həmkarları zabiti küçənin ortasında, iki azyaşlı övladının və arvadının gözü qarşısında döyüblər. Onlara mane olmaq istəyən iki azyaşlıya da zor tətbiq edilib, Yuranın hamilə arvadını isə yerə yıxaraq, sürüyüblər. Faktla bağlı cinayət işi açılıb və Avaqyan və daha iki nəfər artıq həbs edilib. Qeyd edilir ki, Yura Darbinyan tanınmış hərbçi olub, 2014-cü ildə Rusiyada keçirilən “Tank biatlonu-2014” beynəlxalq müsabiqəsində ikinci yeri tutan və T-90 tankını mükafat olaraq qazanan komandaya rəhbərlik edib.
2024-02-04
828,998
Zaxarovaya görə rus səfir XİN-ə çağırıldı
Cənubi Koreyanın xarici işlər nazirinin müavini Çunq Byonq Von Rusiyanın Koreyadakı səfiri Georgi Zinovyevi 3 fevralda XİN-ə dəvət edib və Rusiya XİN sözçüsü Mariya Zaxarovanın dövlət başçısının bəyanatları ilə bağlı son şərhinə kəskin etiraz edib. Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Nazir müavini Rusiyanın həqiqətə məhəl qoymamasının və qeyd-şərtsiz Şimali Koreyanı müdafiə etməsinin təəssüf doğurduğunu, eyni zamanda ölkə liderinin sözlərini son dərəcə kobud şəkildə tənqid etdiyini xatırladıb və bunun Koreya-Rusiya münasibətlərini daha da pisləşdirəcəyini vurğulayıb”, - bəyanatda deyilib. Qeyd edək ki, Mariya Zaxarova Cənubi Koreya Prezidenti Yun Suk Yeolun Şimali Koreyanı dünyada qabaqlayıcı nüvə zərbəsi endirmək imkanını qanuniləşdirən yeganə ölkə adlandırmasına qarşı çıxıb və bu bəyanatı Şimali Koreyaya qarşı aqressiv planlarını ört-basdır etmək cəhdi adlandırıb.
2024-02-04
828,999
Zelenski ilə Zalujnı arasındakı gərginliyin səbəbi
2023-cü ilin yayında başlayan əks-hücum uğursuzluğu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə ölkə Prezidenti Vladimir Zelenski arasında gərginliyi daha da artırıb. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" yazıb. "Ukrayna Silahlı Qüvvələrinin baş komandanı fəal şəkildə yeni səfərbərlik dalğasının tərəfdarıdır və ictimai etimad səviyyəsində prezidentdən öndədir ki, bu da onların münasibətlərini yalnız çətinləşdirir. O, həmçinin hökuməti ordunun düzgün xidmətə yönəldilməsinə mane olmaqda ittiham edir. Onların qarşıdurması Qərbin qətiyyən bəyənmədiyi hərbi strategiya seçimindəki qətiyyətsizliyi göstərir. Vladimir Zelenski general Zalujnını vəzifəsindən uzaqlaşdırmağa çalışsa da, buna nail ola bilməyib", - nəşr vurğulayıb. Məqalədə bildirilib ki, Zelenski ilə Zalujnı arasında münasibətlərin pisləşməsinə ən çox əks-hücumun uğursuzluğu təsir edib, çünki bu uğursuzluq təkcə ölkə daxilində deyil, Qərbdə də müzakirələrə səbəb olub: “Ukrayna ordusunu milyardlarla dollar dəyərində hərbi texnika ilə təmin edən tərəfdaşlar əməliyyatın nəticəsindən çox narazı idilər. Ümumiyyətlə, ABŞ bütün əməliyyatın bir ərazidə cəmlənməsini istəyirdi, Ukrayna rəhbərliyi isə öz qüvvələrini şərq cəbhəsi ilə cənub arasında bölüşdürdü".
2024-02-04
829,000
ABŞ Macarıstanı hədələdi - Budapeştin reaksiyası
ABŞ hakimiyyətinin viza rejimini sərtləşdirmək və sanksiyalar tətbiq etməklə hədələməsindən məyusuq. Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib. Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin Macarıstanda demokratik normaların eroziyaya məruz qaldığını və Ukraynaya yardımın qarşısını almaqla NATO-nun ən etibarsız müttəfiqinə çevrildiyini bildirib. O vurğulayıb ki, Macarıstana qarşı Qlobal Maqnitski Aktı çərçivəsində sanksiyaların tətbiqinin məqsədəuyğun olub-olmadığı araşdırılır.
2024-02-04
829,001
Məzuniyyətə gələn hərbçi faciəvi şəkildə öldü
Məzuniyyətdə olan hərbi qulluqçu yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb. Axar.az Unikal-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhəri Günəşli yaşayış massivi, 5 saylı küçədəki fərdi evlərdən birində baş verib. Belə ki, 1983-cü il təvəllüdlü hərbçi Hakim Hüseyn oğlu Nəbiyev məzuniyyətini doğma evində keçirdiyi bir vaxtda hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı araşdırma başlanıb.
2024-02-04
829,002
Rusiyanın hədəfi təkcə Ukrayna deyil - Zelenski
Müharibə Rusiya Ukrayna cəbhəsində başlayıb, ancaq onun hədəfi təkcə dövlətimiz və müstəqilliyimiz deyil. Ona görə də azad dünyanın maksimum konsolidasiyasını saxlamaq və Ukraynanın Rusiyanı məğlub edə bilməsi üçün mümkün olan hər şeyi etmək vacibdir. Çünki Moskva başqa cür başa düşmür. Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidentİ Vladimir Zelenski çıxış edib. Zelenski əlavə edib ki, Ukraynanın silahlandırılması, yeni müdafiə paketləri və təhlükəsizlik həlləri üzrə avropalı tərəfdaşlarla iş aparılır: "Biz Rusiyaya qarşı yeni sanksiyalar üzərində və sanksiyalardan yayınma sxemlərinin qarşısını almaqda tərəfdaşlarla işləməyə davam edirik. Biz Rusiyanın müxtəlif yurisdiksiyalarında mövcud olan aktivlərinin müsadirəsi ilə bağlı mümkün qədər fəalıq. Mən Rusiyanın aktivlərinin müsadirə edilməsi üçün bizə kömək edən hər kəsə minnətdaram".
2024-02-04
829,003
İrana birbaşa zərbə endirilməlidir - Bolton
ABŞ İraq və Suriyadakı iranyönlü qüvvələrə hücumdan sonra İrana birbaşa zərbə endirməlidir. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton bildirib. "Mən demirəm ki, bu ilk hücum rejim üçün təhlükə yaratmalıdır. İranın daxilində çoxlu hədəflər, Qüds qüvvələrinin bazaları, hava hücumundan müdafiə sistemləri və başqaları var. Onları məhv etmək yaxşı fikirdir və bu bir mesajdır", - C.Bolton vurğulayıb. Qeyd edək ki, ABŞ fevralın 2-dən 3-ə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb. Bu, Birləşmiş Ştatların 28 yanvarda İordaniyadakı hərbi bazasına hücum nəticəsində 3 əsgərinin ölümü, 34-nün yaralanmasına cavabdır.
2024-02-04
829,026
Şirvanda əməliyyat: Narkotik satan şəxs tutuldu
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Rzayev saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı kibrit qutularında, həmçinin sellofan və kağız bükümlərdə qablaşdırılmış və çəkisi 2 kiloqram 400 qrama yaxın olan marixuana və tiryək aşkar edilərək götürülüb. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
2024-02-04
829,027
Türkiyədə polis helikopteri qəzaya uğradı: 2 ölü, 1 yaralı
Türkiyənin Qaziantep şəhərində polis helikopteri qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Nurdağı rayonunun Qartal kəndi ərazisində helikopterin qəzaya uğraması nəticəsində 2 pilot həlak olub, bir texnik yaralanıb. Yaralı Qaziantep xəstəxanasına aparılıb. Qəzanın başvermə səbəbləri məlum deyil.
2024-02-04
829,031
711-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 711-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 388 750 hərbçi, 6 343 ədəd tank, 11 818 ədəd zirehli döyüş maşını, 9 331 ədəd artilleriya sistemi, 979 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 663 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 393 ədəd avtomobil texnikası, 7 173 ədəd PUA, 1 848 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 479 xüsusi avadanlıq itirib.
2024-02-04
829,032
Seçicilərə bu vəsiqənin verilmə müddəti başa çatdı
Seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi müddəti başa çatıb. Axar.az xəbər verir ki, prosesə yanvarın 14-dən başlanılıb və fevralın 4-dək olan müddəti əhatə edib. Qanunvericiliyə əsasən, seçicilərə müvafiq məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi səsvermə gününə 3 gün qalanadək başa çatdırılmalıdır.
2024-02-04
829,035
İsrail ordusunun hərbçisi həlak oldu
İsrail ordusunun hərbçisi Qəzzada keçirilən əməliyyat nəticəsində həlak olub. Axar.az xəbər verir ki, bu barədə İsrail Ordusundan məlumat verilib. Məlumata görə, ÇAXAL-ın 10-cu briqadasının 924-cü batalyonunun 24 yaşlı baş çavuşu Şimon Asulin Qəzzanın cənubundakı əməliyyat zamanı həlak olub. Qeyd edilir ki, 7 oktyabr 2023-cü ildən bəri İsrail ordusunun itkilərinin sayı 562 nəfərə çatıb.
2024-02-04
829,036
Türkiyəli astronavtın Yerə qayıdışı yenə təxirə salındı
“SpeysX” ABŞ-ın Florida ştatındakı əlverişsiz hava şəraiti ilə əlaqədar Alpər Gezeravcı və onunla birgə olan astronavtların Yerə qayıdışını növbəti dəfə ertələyib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, “Dragon” kosmik gəmisi ən tez fevralın 6-da beynəlxalq kosmik stansiyadan ayrılacaq. Xatırladaq ki, ötən gün “SpeysX” qayıdışın ən tez fevralın 5-nə ertələndiyini açıqlamışdı.
2024-02-04
829,041
Şolts Ukrayna üçün Putinlə görüşməlidir - Melnik
Almaniya kansleri Olaf Şolts Ukrayna ətrafındakı böhranla bağlı danışıqlar aparmaq üçün Vladimir Putinlə görüşməlidir. Axar.az xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı keçmiş səfiri Andrey Melnik deyib. “Cənab Şolts niyə Putinlə görüşməsin? Onu Almaniyaya dəvət etməyə və ya özünüzün Moskvaya uçmağınıza ehtiyac yoxdur. Hətta Soyuq müharibə dövründə, məsələn, İslandiyada görüşlər olurdu”, - Melnik bildirib. O qeyd edib ki, dünya ictimaiyyəti Moskva rəhbərliyinə necə yanaşmaq barədə düşünməlidir: “Bu gün Putin özünü güclü hiss edir. Strateji diplomatik təşəbbüs Putinə meydan oxumağa çalışmalıdır”.
2024-02-04
829,042
Deputat Binəqədi rayonunda seçicilərlə görüş keçirdi
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə görüş keçirilib. Axar.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Səkinə Babayeva, Həcər Mirzəyeva, qazi Zakif Abbasov çıxış ediblər. Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi doğma Vətənimizi daim inkişaf etdirib, dünyada sayılıb-seçilən, söz sahibi olan yüksək nüfuza malik dövlətlərdən birinə çevirib. Bu gün Azərbaycan özünün inkişaf tempinə görə dünyada liderliyini qoruyub saxlayır. Xalqımızın rifah halı, həyat şəraiti daha da yüksəlir. Bütün sahələrdə əldə etdiyimiz nailiyyətlər İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar. Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklər. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
2024-02-04
829,043
Neftçalada polis intihar etdi – DİN-dən açıqlama
Bəzi sosial şəbəkə səhifələrində 2016-2023-cü illərdə Neftçala Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edən Şahin Elçin oğlu Əyyubovun intihar faktı ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. DİN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, o xidmət etdiyi müddət ərzində müsbət xarakterizə edilir, onun fəaliyyətində hər hansısa nöqsan müşahidə edilməyib, intizamlı əməkdaş olub. İntihar etməzdən bir neçə gün öncə o raportla müraciət edərək, öz arzusu ilə daxili işlər orqanlarından xaric edilib və 2024-cü ilin yanvarın 3-də intihar edib. Onun intiharında xidməti fəaliyyəti ilə əlaqədar hər hansı hal yoxdur. Müəyyən edilib ki, o yaxın münasibətdə olduğu qadın tərəfindən ondan imtina edildiyinə və həmin qadının şəxsi həyatı ilə əlaqəli məsələlərə görə intihar edib. Bununla bağlı bütün sübutlar var və toplanılaraq aidiyyəti üzrə təqdim edilib. Hadisədən sonra onun ailə üzvləri DİN rəhbərliyi tərəfindən qəbul edilib, baş verən hadisənin motivi, digər təfərrüat barədə onlara məlumat verilib. Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, bir gəncin şəxsi həyatı ilə bağlı baş verən faciədə sadalananlardan əlavə hər hansı kriminal tərkib yoxdur.
2024-02-04
829,045
کنار گذاشتن‌ اساتید‌ رشته‌ زبان‌ و‌ ادبیات‌ ترکی‌ در‌ دانشگاه‌ تبریز
با شروع‌ ترم‌ جدید‌ دانشجویان‌ آذربایجانی دانشگاه تبریز مسئولان‌ این‌ دانشگاه‌ بدون‌ هیچ‌ دلیل‌ منطقی اقدام‌ به‌ کنار‌ گذاشتن اساتید متخصص زبان‌ و‌ ادبیات‌ تورکی‌ آذربایجانی‌ کرده و به جای آنها‌ ۳ نفر دیگر‌ از اساتید‌ زبان‌ و‌ ادبیات‌ فارسی‌ وارد‌ این‌ رشته کرده اند. به گزارش Axar.az، صفحه تلگرامی عباس لسانی، در این باره گزارش داده است. بر اساس این گزارش، امسال در نیمه‌ دوم سال تحصیلی ۱۴۰۲ دانشگاه تبریز بدون هیچ‌ دلیل منطقی و‌ قانع کننده ای شروع به کنار گذاشتن تمامی اساتید متخصص این‌ رشته کرده است. و‌ به‌ جای آنها ۳ نفر از اساتید زبان و ادبیات فارسی را وارد این‌ رشته کرده‌ که‌ عملا هیچ تخصص‌ و‌ مدرکی در زبان‌ و‌ ادبیات تورکی ندارند. جمعی‌ از‌ دانشجویان رشته‌ زبان‌ و‌ ادبیات‌ تورکی‌ با‌ انتشار‌ بیانیه ای‌ اعلام‌ داشته اند‌ اگر رفتارهای‌ تبعیض‌ آمیز‌ مسئولان‌ دانشگاه نسبت‌ به‌ دانشجویان‌ و‌ رشته‌ زبان‌ و‌ ادبیات‌ تورکی‌ برداشته‌ نشود در‌ کلاس‌ هیچ یک از‌ اساتید‌ زبان‌ و‌ ادبیات فارسی‌ حضور‌ پیدا‌ نخواهند‌ کرد. در‌ بخشی‌ از‌ بیانیه‌ منتشر‌ شده‌ چنین‌ آمده است: «این‌ دانشگاه‌ از بدو‌ شروع‌ به‌ کار‌ این رشته‌ نسبت به‌ دانشجویان‌ و‌ اساتید‌ این‌ رشته نگاهی‌ متمایز‌ با‌ سایر‌ رشته‌ ها داشته و دارد از‌ تبعیض‌ های‌ مختلف گرفته تا انواع‌ مارک‌ زنی های سیاسی و... دانشکده‌ ادبیات‌ دانشگاه‌ تبریز کلاسهای این رشته را‌ در‌ ساختمان‌ شماره ۶ که متعلق به‌ دانشکده‌ عمران می باشد برگزار می کند در حالی که برای‌ سایر رشته های این‌ دانشکده وضعیت چنین نمی‌ باشد دانشجویان‌ و‌ اساتید‌ از کمترین امکانات یک‌ رشته و‌ کلاس اعم از پروژکتور، سیستم‌ گرمایشی‌ مناسب و... محروم‌ می‌ باشند. هیچ‌ یک از‌ اساتید‌ رشته‌ به‌ عنوان‌ هیئت‌ علمی‌ جذب نشده و‌ حق‌التدریس‌ می‌ باشند، اسم‌ رشته‌ در‌ هیچ‌ یک‌ از‌ آزمونهای استخدامی‌ درج‌ نمی‌ باشد بیشتر این‌ تمایزها‌ هم‌ از دانشکده‌ ادبیات‌ که‌ توسط‌ رشته‌ زبان‌ و‌ ادبیات فارسی‌ اداره می‌ شود‌ نشاَت‌ میگیرد. این‌ ناعدالتی‌ ها‌ و‌ تبعیض‌ ها‌ دیگر‌ برای‌ دانشجویان‌ قابل تحمل‌ نمی‌ باشد‌ و‌ اعلام‌ می‌ دارند‌ که‌ باید‌ هر‌ چه‌ سریع تر این نگاه تبعیض گرایانه‌ و‌ سیاسی‌ به رشته زبان و‌ ادبیات تورکی برداشته شود.» رشته زبان و‌ ادبیات تورکی‌ ابتدا‌ با‌ مدیریت‌ اساتید‌ ادبیات فارسی که تخصصی در زبان و ادبیات تورکی نداشتند اداره می شد. در سال‌ ۱۳۹۷ دانشجویان‌ رشته‌ زبان‌ و ادبیات تورکی‌ اعتراض کرده و‌ خواستار آن شده بودند که این‌ رشته مانند‌ دیگر‌ رشته های دانشگاهی‌ به‌ صورت آکادمیک با اساتید‌ متخصص اداره شود. دانشجویان رشته مذکور‌ اساتیدی‌ با مدرک دکتری‌ را از سرتاسر ایران پیدا کرده و به دانشگاه معرفی کرده بودند. کینه توزی ‌و‌ واهمه‌ دانشگاه تبریز که‌ نشات‌ گرفته‌ از‌ تفکرات‌ نژاد‌ پرستی‌ و‌ آنتی‌ تورکی‌ سیستم‌ حاکم در‌ ایران‌ است‌ با زبان و‌ ادبیات تورکی سابقه ای طولانی دارد و در آغاز سال تحصیلی نیز چنین رفتارهای عامدانه‌ای در برخورد با زبان و ادبیات تورکی صورت گرفته بود.‌ فعالین ملی آذربایجانی با یادآوری بودجه ی‌ ۶۵ میلیاردی ‌برای‌ فرهنگستان زبان‌ فارسی‌ به ریاست آقای حداد‌ عادل و‌ تاسیس ادبیات فارسی در‌ دور‌افتاده ترین دانشگاه‌ های‌ کشور، وجود‌ بیست‌ مدرسه‌ ی‌ ارمنی زبان برای‌ ۸۰ هزار ارمنی در‌ تهران و‌ ۴ مجتمع‌ آموزشی یهودی‌ برای ۳۰ هزار یهودی نشان دهنده آن است که حاکمیت موجود ملت تورک آذربایجان و جمعیت میلیونی‌ تورکان‌ را به عنوان شهروندان درجه دوم لحاظ کرده و هیچ گونه حقی از جمله حق آموزش به زبان مادری را برای آنها قائل نیست.
2024-02-04
829,046
Hacıqabulda “Mersedes” yandı - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus “Mersedes” markalı minik avtomobilində yanğın baş verməsi müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
2024-02-04
829,053
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında fevralın 5-i gündüzdən 6-sı səhərədək cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar) yağıntının intensivləşəcəyi ehtimalı var.
2024-02-04
829,056
Bülletenlərin MnSK-lara verilməsi başa çatdırıldı
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb. Axar.az xəbər verir ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır. Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarına paylanması prosesi fevralın 1-də başa çatdırılıb. Qeyd edək ki, yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və 6 milyon 524 min 203 seçki bülleteni çap olunub.
2024-02-04
829,057
Alman jurnalistlər Naxçıvanda: Zəngəzur dəhlizi açılsa…
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Naxçıvan Muxtar Respublika təşkilatının sədri Abdulla Abdullayev Almaniyanın ikinci dövlət kanalı ZDF-in əməkdaşı Sebastian Ehmə Naxçıvandakı ictimai-siyasi, iqtisadi vəziyyət, Zəngəzur dəhlizinin açılması, sülh danışıqları və prezident seçkiləri barədə müsahibə verib. Axar.az xəbər verir ki, A.Abdullayev Naxçıvanın 30 ildən artıq blokadada qalmasının yaratdığı iqtisadi-sosial problemlərdən və Azərbaycanın ərazi bütövlüyünü təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi reallıqdan bəhs edib. O, Zəngəzur dəhlizi məsələsinin aktuallığı, dəhlizin açılmasının həm bölgə xalqları, həm də bütövlükdə regionda sabitliyin möhkəmlənməsi, iqtisadi yüksəliş üçün vacibliyini vurğulayıb. A.Abdullayev alman jurnalisti maraqlandıran suallara cavab verib və siyasi partiyaların fəaliyyət imkanları haqda danışıb.
2024-02-04
829,058
Ukrayna zavodu vurdu: ölənlərin sayı 28-ə qalxdı
Ukrayna ordusunun Lisiçanskda çörək zavodunu vurması nəticəsində ölənlərin sayı 28-ə qalxıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb. Bildirilib ki, ölənlərdən biri uşaqdır. Qeyd edək ki, Ukrayna ordusu Luqanskın Rusiyanın nəzarətində olan Lisiçansk şəhərinə ötən gün zərbə endirib. Rusiya hücumun HİMARS-la həyata keçirildiyini iddia edib.
2024-02-04
829,059
ABŞ və Britaniya Sənaya zərbələr endirdi
Bu gün səhər saatlarında ABŞ və Britaniya qırıcıları Yəmənin paytaxtı Səna istiqamətində hava hücumları həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə Husi qruplaşması məlumat yayıb. Bildirilib ki, Səna şəhəri, Hüdeyda, Səada, Bayda, Taiz və Ləhc əyalətlərinin ərazilərində 48 hədəf vurulub. Husilərin nümayəndəsi Yəhya Səriya bu hücumların cavabsız qalmayacağını bildirib.
2024-02-04
829,060
Xərçəng aşkarlanan Namibiya prezidenti öldü
Xərçəng aşkar edildikdən sonra xəstəxanaya yerləşdirilən 82 yaşlı Namibiya Prezidenti Heyq Qeynqob ölüb. Axar.az xəbər verir ki, bu barədə Namibiya Prezident Ofisi məlumat yayıb. Bildirilib ki, o, 4 fevral 2024-cü ildə müalicə aldığı Lady Pohamba Xəstəxanasında vəfat edib. Qeyd olunub ki, Nazirlər Kabineti Prezidentin vəfatı ilə bağlı lazımi hökumət tədbirlərinin görülməsi üçün dərhal iclas keçirəcək.
2024-02-04
829,066
İran ordusunu ən yüksək döyüş hazırlığına gətirdi
İran ordusu ən yüksək döyüş hazırlıq vəziyyətinə gətirib, zenit müdafiə sistemlərini aktivləşdirib və İraq sərhədi boyunca ballistik raketlər yerləşdirib. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” yazıb. Bildirilib ki, bu hazırlıq ABŞ ordusunun İraq və Suriyada fevralın 2-dən 3-nə keçən gecə İrana bağlı qüvvələrə zərbələrindən sonra aparılıb. Qeyd edək ki, ABŞ ordusu 28 yanvarda İordaniyadakı bazasına hücuma cavab olaraq İraq və Suriyada müəyyən hədəflərə zərbələr endirib.
2024-02-04
829,067
Rus astronavt dünya rekordu qırdı
Beynəlxalq Kosmik Stansiyada “Roskosmos”un astronavt dəstəsinin komandiri Oleq Kononenko orbitdə ümumi qalma üzrə dünya rekordu qırıb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Bu gün Moskva vaxtı ilə saat 11:30-da (Bakı vaxtı ilə 12:30) Kononenko beş missiya (1998-2015-ci illər) ərzində kosmosda ümumilikdə 878 gün 11 saat 29 dəqiqə 48 saniyə keçirmiş rus kosmonavt Gennadi Padalkanın nailiyyətini üstələyib. O, hazırda karyerası ərzində beşinci kosmik uçuşunu keçirir”, - məlumatda qeyd olunub. Cari kampaniya başa çatdıqdan sonra (23 sentyabr 2024-cü ilə planlaşdırılıb) Kononenkonun kosmosda keçirdiyi ümumi vaxt 1110 gün olacaq.
2024-02-04
829,068
İrəvanı Osmanlı dövləti verib? – Sensasion detallar
Kult.az Azərbaycan mühacirət tarixinin tədqiqatçısı Dilqəm Əhmədin Globalinfo.az-a müsahibəsini təqdim edir: – Politoloq Şahin Cəfərli deyib ki, İrəvan şəhərinin ermənilərə verilməsini Cümhuriyyət rəhbərlərindən Osmanlı hökuməti istəyib. Bu məsələ illərdir müzakirə edilir. Sizcə, belə bir istək olubmu? – Tarixşünaslıqda sənəd qədər sənədin doğru təhlil edilməsi məsələsi var. Bizə dərslərdə öyrədilirdi ki, “sənəd fetişisti” olmayın. Sənədlər dövrün ən önəmli gerçəkliklərindən biridir, amma unutmayaq ki, sadəcə biridir. Sənəd hər şey demək deyil. Məsələn, ruslar 27 apreldə Bakını işğal edəndə parlamentin təhvili ilə bağlı önəmli maddələrin olduğu sənəd imzalamışdılar. O sənədi əldə rəhbər tutub deyənlər var ki, anlaşma olub, hökumət təhvil verilib, hər hansı işğaldan söz gedə bilməz. Çünki bəzilərinə görə, faktiki təhvil sənədi var, ölkədə adi bir hökumət çevrilişi olub, Müsavat firqəsi gedib, yerinə Kommunist firqəsi gəlib. Həmçinin İrəvan məsələsində müxtəlif sənədlər var, çap olunub, kifayət qədər də fikir bildirilib. Ona görə də hər kəsin bildiyi məsələləri təkrarlamağa gərək yoxdur. Məsələn, Rəsulzadə və digərlərinin Osmanlıya bir məktubu var, orada erməni kantonunun yaradılmasından bəhs edilir. Rəsulzadəgil bu məntiqlə onu yazmışdılar ki, Anadoludan gəlib İrəvana, Zəngəzura, Qarabağa, Gəncəyə doluşan erməni dəstələri ilə Bakıdakı Şaumyan dəstələri birləşsə, növbəti Mart qırğını olacaq, bu dəfə isə Bakı və çevrəsində müsəlman qalmayacaqdı. Ona görə də Nuru paşa Gəncəyə gələn kimi hökumətinə raport yazmışdı ki, Gəncə və Qarabağ tərəfdə yaşayan ermənilər bolşevik hərəkatında iştirak edərlərsə, vəziyyətimizin çox vahiməli olacağı və yüz minlərlə müsəlmanın qanının töküləcəyi mütləqdir. Yəni ortada faktiki güclü erməni dəstələri vardı və bunlar Şaumyanın tərəfinə keçsəydilər, Azərbaycanın varlığından söhbət gedə bilməzdi. Amma gerçəklik bir kənara qoyulur, məktub var deyə Rəsulzadəgil İrəvanı vermiş sayılır. Baxın, məktubdan öncə reallıqlar var. Məktubla məsələ həll olunsaydı, Ənvər paşaya məktub yazıb elə bütün Qafqazı Azərbaycan üçün istəyərdilər. – Belə çıxır ki, Azərbaycan dövlət xadimləri Ermənistan dövlətinin yaradılmasında maraqlı olublar? – Bu məsələ belə təqdim olunur ki, Osmanlı istəmirdi, amma Azərbaycan istədi deyə Ermənistan yaradıldı. Bir anlıq 28 mayda qurulan Azərbaycanın halına baxaq. Öz paytaxtı işğalda, Qazaxdan Gəncəyə qədər olan yerlər istisna olmaqla ölkə ərazisi faktiki nəzarət altında deyil. Ordusu yox, nazirlər kabineti simvolikdir, hər şey kağız üzərindədir. Belə bir mühitdə 600 illik Osmanlı dövləti bir neçə ziyalıdan ibarət Azərbaycan hökumətindən çəkinirdi? Yəni onu demək istəyirəm ki, İrəvan məsələsində Osmanlı paşaları arasındakı ziddiyyətlər, Azərbaycan rəsmilərinin düşüncələri, təklifləri və sairədən daha öncə bölgədəki reallıq daha önəmli idi. Reallıq o idi ki, ermənilər Türkmənçaydan ötən müddətdə İrəvanda faktiki güc sahibi idilər, şəhər, təəssüf ki, bizim əlimizdən çıxmışdı, qırğınlar nəticəsində türk əhali azalmışdı, Anadoludan gələn dəstələr hər yerdə at oynadırdı, biz isə Osmanlıya möhtac halda müzakirələr aparırdıq. Şübhəsiz ki, Ənvər paşa ilə Tələt paşa böyük hərbi dühaya sahib olduqları üçün Ermənistan məsələsini yerindəcə həll etmək istəyirdilər. Amma edilmədi, faktiki Ermənistan dövləti yaradıldı. Yəni bu dövlətin yaradılmasında, İrəvanın verilməsində Osmanlı və Azərbaycan rəhbərliyi günahkar hesab edilə bilər və ya onlar güzəştə getdilər deyə qınanıla bilərlər. Bununla bağlı sənədlər, əlbəttə ki, var. Amma əsas amili unutmayaq ki, Çar Rusiyasının dağılması prosesində digər xalqlar kimi ermənilər də mübarizə aparırdılar, Seymdə var idilər, silahlı dəstələri mövcud idi, hətta Sərdarabad döyüşündə Osmanlının irəliləməsinin qarşısını almışdılar. Bu dövrə münasibətdə bilərəkdən və ya bilməyərəkdən faktiki bir məsələni unuduruq. Ermənilərin gücünü. O ermənilər ki, qısa zaman sonra Qarabağdakıları da üsyana təşviq etdilər. Yəni məsələnin sadəcə Osmanlı və Azərbaycan tərəfi yoxdur. Öz paytaxtını hələ azad etməmiş Azərbaycanın başqasına paytaxt güzəşt etməsi reallığın təsdiqindən başqa bir şey deyil. Necə ki Ənvər və Tələt paşalara rəğmən də Ermənistan quruldusa, bunun niyə və necə baş verdiyini düşünməməliyikmi? Məsələn, Birinci Qarabağ savaşında Türkiyə yanımızda ola bilmədi, Rusiya, ABŞ Ermənistanı dəstəklədi. Amma unutmayaq ki, torpaqlarımızı işğal edən Ermənistan idi. Azərbaycan o dövrdə beynəlxalq dəstəkdən məhrum idi, siyasi təlatümlər vardı, ordu quruculuğu tamamlanmamışdı və sairə. 2020-2023-cü illərdə də eyni dövlətlər vardı. Amma bu dəfə həm Azərbaycan beynəlxalq aləmdə güclü idi, həm Türkiyənin dəstəyi vardı. Ən önəmlisi isə o idi ki, Azərbaycan hərbi baxımdan düşməndən qat-qat üstün idi. Ona görə də kimsə deyə bilməz ki, Qarabağı Türkiyə, Rusiya və sairə alıb bizə verdi. Baxmayaraq ki, belə düşünənlər də var. Halbuki Qarabağı Azərbaycan ordusu öz əsgər və zabitlərinin qanıbahasına aldı. – Bəzi tarixçilər iddia edirlər ki, Cümhuriyyət hökuməti İrəvanı güzəştə getməsəydi, daşnak hücumları dayanmayacaqdı. Ermənilər həm Osmanlı ərazisində, həm də Qafqazda kəndlərə şəhərlərə basqın edir, soyqırımlar törədirdi. Sizcə, Osmanlı ermənilərə dövlət yaradaraq daxildəki separatizmi dayandırmaq istəyirdi? – Ümumi dövrün hadisələrini analiz etdiyimizdə, mənim gəldiyim qənaət odur ki, Azərbaycan türkləri və gürcülər kimi, təəssüf ki, ermənilər də faktiki bir güc sahibi idilər. Təsadüfi deyil ki, respublikaların elanından sonra Ermənistan Qarabağ iddialarını davam etdirdi, Gürcüstanla da müharibəyə başladılar. Biz isə bu faktın, yəni ermənilərin gücünü inkar edib hər şeyi diplomatik masaya gətiririk və təmsilçilərin iradəsinə bağlamaq istəyirik. Ermənistanın Osmanlıdan mərkəz tələbləri var idi. Osmanlı, şübhəsiz ki, Gümrünü vermək istəməyəcəkdi. Nəticədə Osmanlı və Azərbaycan bölgədə erməni dövlətinin qurulması marağında ola bilərdi. Bu baxımdan Batum anlaşmasında ermənilərin Qarabağdan vaz keçmələri istənildi. Amma bu o demək deyil ki, bu dövləti biz və ya Osmanlı qurub. Ermənistan dövlətini faktiki olaraq ermənilər özləri tarixi Azərbaycan torpaqlarında qurublar. Təəssüf ki, biz də dövrün şərtləri qarşısında bu prosesin qarşısını ala bilməmişik, mövcud durumla hesablaşmışıq, öz marağımıza uzlaşdırmışıq. Necə ki Borçalı uğrunda da mübarizə apardıq, alınmadı. Bizim liderlər realist idilər, çarlığın dağılmasından sonra Azərbaycan lehinə mümkün ola bilən nə varsa ediblər. Digər proseslərin qarşısını ala bilməyiblərsə, demək ki, gücləri yetməyib. Bu, ona bənzəyir ki, bəzən də, iddia edirdilər ki, Osmanlı paşaları Cümhuriyyəti devirib. Şübhəsiz ki, bolşeviklərlə əməkdaşlıq edən paşalar vardı, Mustafa Kamal paşanın Müsavat hökumətinə münasibəti yaxşı deyildi. Amma Cümhuriyyətin işğal edilməsi bununla bağlı deyil, faktiki Rusiyanın işğalı ilə bağlıdır. Ana mövzunu kənara qoyub, ətrafındakıları qabartmaq doğru nəticə əldə etməyimizə mane ola bilər. – Nuru paşa və Qafqaz İslam Ordusunun Qafqaza gəliş məqsədi nə idi: Cümhuriyyətin müstəqilliyini qorumaq, yoxsa Azərbaycanı işğal edib Bakı neftinə sahib olmaq? – Qafqaz İslam Ordusunu Azərbaycana Müsavat hökuməti çağırıb. Rəsulzadə özü də parlamentdə bunu ifadə edib. Batum anlaşması prosesində ordu yola düşüb, 4 iyunda isə müqavilə imzalanıb. Nəticədə Bakı azad olunub. Əlbəttə ki, istər Osmanlı sarayında, istər Azərbaycan ictimaiyyətində Azərbaycanın Osmanlıya birləşdirilməsini istəyənlər vardı. İyun böhranı da buna görə çıxmışdı. Amma məqsəd işğal idisə, işğal edilərdi. Qafqaz İslam Ordusu 23 maydan etibarən Azərbaycana girib noyabr ayında da çıxmağa başlayıb. Bu müddətdə bölgəni özlərinə birləşdirsəydilər, əhali üsyanmı edəcəkdi? Əsla. Demək ki, belə bir plan müzakirələrdə olubsa da, praktikada olmayıb. Necə ki ingilislər də bunu etmədilər və ya edə bilmədilər. Osmanlı ordusu Azərbaycanı ingilis, rus, erməni işğalından azad etməyə gəlmişdi, etdilər də. Azərbaycan dövləti buna görə də hər zaman Ənvər paşaya və Osmanlı sultanına minnətdar olmalıdırlar. Yoxsa Şaumyan Gəncəni də ələ keçirib Azərbaycan idealını sonlandıracaqdı. Necə ki özü açıq şəkildə demişdi ki, sizə xarabazar verəcəyik. – Osmanlı Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına imkan verməsəydi, bu əraziləri əlində saxlaya bilərdi? – Bildiyiniz kimi, Osmanlı dövləti müharibədə məğlub oldu, Mudros müqaviləsi nəticəsində öz qoşunlarını Qafqazdan çıxarmaq məcburiyyətində qaldı. Əgər Azərbaycan Mudrosda Osmanlı bölgəsi şəklində olsaydı, kim bilir, indi bölgəmiz neçə hissə idi, kimlərə güzəştə verilmişdi. Bu gün müstəqil Azərbaycan dövləti varsa, bu, Osmanlının bizi işğal etməməsinə görədir. Nəticədə Azərbaycan dünyada tanındı, ruslar işğal etdikdən sonra simvolik də olsa, varlığını qorudu. Əksi olsaydı, bəlkə də, bu gün Rusiyanın vilayəti idik. – Osmanlının Cümhuriyyətə baxışı necə idi: dost ölkə, vassal, yoxsa gələcəkdə ilhaq edəcəyi ərazi? – Tarixşünaslıqda biz olanlara qiymət veririk. Olanlar budur ki, Osmanlı bölgədə Azərbaycan adlı dövlətin varlığı ilə hesablaşdı. Azərbaycanda ordu quruculuğuna dəstək oldu. İstanbulda səfirliyimiz, nümayəndə heyətlərimiz fəaliyyət göstərdi. Azərbaycan Osmanlı vasitəsilə özünü dünyaya tanıtmaq istədi. Bu baxımdan Azərbaycanda Osmanlı təsirindən bəhs edə bilərik, amma hər hansı vassallıqdan, ilhaqdan söz gedə bilməz. Əgər Osmanlı məğlub olmasaydı, Azərbaycanın taleyi necə olacaqdı deyə düşünsək, əvvəla, bu, tarixşünaslığın sualı deyil, ikincisi, Tomson dövründə azadlığını qoruya bilən Azərbaycan rəhbərliyi yenə də müstəqilliyimizi müdafiə edəcəkdilər. – Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Osmanlını Qafqaza dəvət edərkən nəyi hədəfləyirdi? Zəifləmiş Osmanlını Qafqaza çağırmağın səbəbi nə idi? – Qafqaz Osmanlı üçün strateji yer idi. Tarixi bağlar var idi. Ona görə də müharibənin ən qızğın çağında hər iki Azərbaycanın köməyinə çatıb. Osmanlı qoşunlarının Cənubi Azərbaycandakı hərəkatları ayrıca mövzudur. Osmanlı cəbhələrdə yenilirdi, amma bu o demək deyildi ki, tamamilə çökmüşdü. Zatən, Bakı uğrunda ingilislərlə döyüşün qazanılması onu göstərdi ki, Osmanlıdan kömək istəmək doğru idi. Təbii ki, bizim liderlər başa düşürdü ki, Bakının Osmanlı tərəfindən alınması xaricdə Osmanlı hərəkatı kimi görünə bilər. Ona görə də Rəsulzadə İstanbuldan hökumətə yazırdı ki, Bakı Azərbaycan adına alınmalıdır, ilk Azərbaycan qoşunları girməlidir. – Qafqaz İslam Ordusu, Nuru paşa olmasaydı, Cənubi Qafqazın siyasi xəritəsi necə olardı? Alternativ tarix necə cərəyan edərdi? – Əgər Qafqaz İslam Ordusu gəlməsəydi, Leninin direktivləri ilə Bakıya çökən Şaumyan qısa zamanda bütün Azərbaycanı işğal edəcəkdi. Qarabağ ermənilərin, Bakı quberniyası rusların olacaqdı. Yəqin ki, gürcülər də iddia etdikləri əraziləri alacaqdılar. Çünki 1918-ci ildə bölgəyə dizayn verən diplomatik təmaslar deyil, güc amili olub. Azərbaycan Osmanlıdan hərbi dəstək almasaydə, varlığını davam etdirə bilməyəcəkdi.
2024-02-04
829,069
Sabahın hava proqnozu açıqlandı
Fevralın 5-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 10-15° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
2024-02-04
829,070
Zelenski İl-76-nı vuran “günahkar”ı tapdı - Politika
Ukrayna Prezidenti Vladimir Zelenskinin ətrafı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnını göyərtəsində ukraynalı əsirlərin olduğu İl-76 təyyarəsinin vurulmasında ittiham etmək istəyir. Axar.az xəbər verir ki, bu barədə Serbiyanın “Politika” nəşri yazıb. Məqalə müəllifi hesab edir ki, Zelenski və komandası İl-76-nın vurulmasına görə məsuliyyətdən yayınmaq üçün yollar axtarırlar. Onlar bu “faciəli anlaşılmazlığa” görə günahı Zalujnının üzərinə yıxıb, fəlakətlə bağlı beynəlxalq araşdırma aparılmasını tələb edirlər. Qeyd edilib ki, Zelenski və ölkənin rəhbərliyi çox güman ki, təyyarənin göyərtəsində ukraynalıların olduğunu bilməyib. Onlar İl-76-nı vuraraq, yəqin ki, hərbçilərinin əhval-ruhiyyəsini yüksəltmək istəyib, nəticə əksinə olub.
2024-02-04
829,071
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Axar.az icmalı təqdim edir:
2024-02-04
829,075
Ukrayna demoqrafik baxımından məhv olur - Saks
Ukrayna dünyada fəlakəti dayandırmaq üçün Rusiya ilə sülh danışıqlarına razı olmalıdır. Axar.az Publika.az-a istinadla xəbər verir ki, bunu amerikalı iqtisadçı Ceffri Saks deyib. Saks hesab edir ki, Ukrayna demoqrafik cəhətdən məhv edilir, çünki o, təkcə ərazisini deyil, həm də ölkədən qaçan milyonlarla insanı itirib. “Bəziləri Rusiyaya, bəziləri isə Avropa Birliyinə getdi. Çoxlu sayda insan ölkəni tərk etmək məcburiyyətində qalıb, iqtisadiyyat məhv edilib”, - Saks bildirib. İqtisadçının fikrincə, Ukraynadakı münaqişəni ancaq danışıqlar masası arxasında həll etmək olar.
2024-02-04
829,079
Trampın dövründə NATO... – Almanlar qorxuya düşdü
Donald Trampın prezidentliyə qayıtması perspektivi ilə bağlı Almaniya rəsmiləri və onların NATO-dakı həmkarları alyansın ABŞ rəhbərliyi olmadan yaşaya bilmə ehtimalını müzakirə edirlər. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” mənbələrə istinadla məlumat yayıb. “Almaniya rəsmiləri Avropa və transatlantik təhlükəsizliyi üçün ciddi nəticələrə səbəb olacaq yeni, mürəkkəb və narahatedici dünyanın meydana çıxmasını müzakirə edirlər. Xüsusilə ABŞ-ın Ukraynaya yardımının davam etdirilməsi ilə bağlı artan bədbinlikdən narahatdırlar. Bu baxımdan ABŞ-da prezident seçkiləri böyük önəm daşıyır. Tramp dəfələrlə Ukraynadakı münaqişənin əleyhinə çıxış edib və üstəlik bəyan edib ki, digər ölkələr NATO-nun müdafiəsinə kifayət qədər sərmayə qoymurlar”, - nəşr bildirib.
2024-02-04
829,080
Azərbaycanlı qadının meyiti Polşada çaydan tapıldı
Polşada itkin düşən azərbaycanlı Adilə Mehdiyevanın meyiti çaydan tapılıb. Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. Onun cansız bədəni Oder çayında su polisi tərəfindən aşkarlanıb. İki aylıq körpəsinin taleyi barədə məlumat yoxdur. Xatırladaq ki, 29 yaşlı Adilə Mehdiyeva ötən ilin dekabrında 17-də körpəsi ilə birgə Vroslavdakı Sikorsky küçəsindəki mənzilini tərk edib.
2024-02-04
829,083
Ruslar Qara dənizdəki gəmilərini gizlətdi - Qumenyuk
Ruslar “İvanovets” raket katerinin məhv edilməsindən dərs aldılar və “Kalibr”lə təchiz edilmiş gəmilərini gizlətdilər. Axar.az xəbər verir ki, bunu Ukraynanın Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Nataliya Qumenyuk deyib. "Kalibr”lər daşıyıcıları ilə birlikdə bazalarına gətirilib. Hava tamamilə əlverişsizdir, dənizdə güclü tufan var. Bu və "İvanovets"dən alınan dərslər rusları demək olar ki, bütün gəmiləri öz bazalarına gətirməyə məcbur etdi. İndi bir gəmi Azov dənizində, biri isə Qara dənizdədir”, - Qumenyuk bildirib.