date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-02
828,637
Sərt cavab veriləcək - Rəisidən xəbərdarlıq
İranı qorxutmağa cəhd edərlərsə, sərt cavab veriləcək. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Minab şəhərində (Hörmüzqan vilayəti) çıxışı zamanı İranın Prezidenti İbrahim Rəisi deyib. “Əvvəllər digər ölkələr İslam Respublikası ilə danışmaq istəyəndə təhdid dilindən istifadə edib, hərbi ssenari ilə qorxudurdular. İndi isə belə sözlər eşidilmir, əksinə, hamı iddia edir ki, onların İranla münaqişəyə girmək niyyətləri yoxdur”, - Rəisi bildirib. Qeyd edək ki, yanvarın 28-də ABŞ-ın İordaniyadakı bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölmüş, 34 nəfər yaralanmışdı. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını və cavab veriləcəyini bildirmişdi.
2024-02-02
828,638
Avropa bu gün ağlamalı vəziyyətdədir - "Teleqraf"
Avropanın sonu yaxınlaşır. Qitə üzləşdiyi iqtisadi, hərbi və demoqrafiq böhranlardan çıxa bilmir. Köhnə qitənin məhvinə yas tutmağın vaxtıdır. Siyasi elita Avropanı dağılmaq ərəfəsinə gətirib çıxarıb. Köhnə Avropa bu gün ağlamalı vəziyyətə düşüb. Yığılan problemlər o qədər böyükdür ki, onların həlli mümkün görünmür. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Teleqraf” qəzetində dərc olunan məqalədə bildirilib. Məqalənin müəllifi Allister Hötün fikrincə, Avropanın çürüməsi prosesi o qədər dərinə gedib ki, artıq onu geri qaytarmaq mümkün deyil. Vaxtılə Avropa inkişaf edən varlı qitə idi. Lakin indi Avropanın sonu çatıb və bunu avropalılardan başqa bütün dünya başa düşür. İqtisadi gərginlik, geosiyasi qeyri-müəyyənlik, miqrasiya böhranı, inteqrasiya proseslərinin yarımçıq qalması və demokratiya qıtlığı metastaz verməyə başlayıb. Problemlər o qədər dərinləşib ki, Avropanın siyasi elitasının eqoist və demaqoq siyasətçiləri onları həll etmək iqtidarında deyillər. Müəllif nəzərə çatdırır ki, Almaniya, Fransa və Niderland sosial partlayışın astanasında dayanıb. Fermerlərin səbr kasası daşıb və onlar etirazlarını sərt formada bildirirlər. Amerika və Avropa arasında davam edən 248 illik qarşıdurmadan Amerika qalib çıxdı. Lakin bu gün ABŞ-da da iqtisadi böhran və əhalinin sosial vəziyyətinin pisləşməsi müşahidə olunur. Kapitalizm, ali dəyərlər, qanunun aliliyi, şəxsiyyət azadlığı kimi dəyərləri əldə rəhbər tutan Avropa nihilizmə, anti-liberalizmə, yoxsulluğa yuvarlanır. Avropa dövlətləri islahatlar keçirib cəmiyyətin rifahının yüksəlməsinə nail ola bilmədilər. Məqalədə bildirilir ki, Avropa Statistika Komitəsinin məlumatına əsasən, qitə əhalisi miqrasiyaya baxmayaraq, azalır. Qitə əhalisinin sayı 2100–cü ildə 419,5 milyona düşəcək. Avropada sosial vəziyyətin ağır olması dünyaya uşaq gətirmək istəyən ailələrin sayını kəskin azaldıb ki, bu da əhalinin qocalmasına səbəb olub. Fransa, Almaniya və Belçika miqrantları qəbul etsələr də, onların işlə təmin olunmasına, təhsil almalarına diqqət ayırmır. Bu da gələcəkdə kriminal və digər neqativ halların artması üçün əsas yaradır. Həmçinin vurğulanır ki, 2023-cü ildə ABŞ-da ümumi daxili məhsul 3,3 faiz artsa da, Avropada iqtisadi artım sıfır səviyyəsində olub. Vergilərin artması və dövlətin özəl sahələrə həddən artıq müdaxiləsi Avropanın istehsal qabiliyyətini xeyli azaldıb. Ekologiyanın qorunması adı altında istehsal müəssisələrinə və kənd təsərrüfatına qadağalar tətbiq olunur. Bu da populist siyasətçilərin öz məqsədlərinə çatmalarına xidmət edir. Yazıda Avropanın təhlükəsizliyi məsələsinə də toxunan müəllif qeyd edir ki, qitənin müdafiəsi tamamilə ABŞ-ın üzərinə düşür və bu da uzun müddət davam edə bilməz.
2024-02-02
828,639
Bakı-Naxçıvan aviabiletlərini öncədən alın
Bakı və Naxçıvan arasında aviadaşımalara olan tələbatın gözlənilən artımını nəzərə alaraq “Azərbaycan Hava Yolları” QSC (AZAL) aviaşirkəti bu istiqamətdə səfər etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi məsləhət görür. Axar.az AZAL-a istinadən xəbər verir ki, aviabiletləri aviaşirkətin rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür. Aviaşirkət saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla bu linkə keçid alaraq tanış ola bilərsiniz. Əlavə suallar yarandığı təqdirdə sərnişinlər elektron poçt ünvanı və ya +994(55) 204 65 54 Vatsap nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
2024-02-02
828,640
İnsanların Marsa vurduğu zərər...
İnsanlar Marsda yaşamırlar, amma buna baxmayaraq, artıq bu planetdə böyük həcmdə texnogen tullantılar yığılıb. Belə ki, 53 il ərzində kosmosa uçuşlar zamanı Qırmızı planetdə 7,12 ton müxtəlif tərkibli tullantılar toplanıb. Axar.az “Deyli Meyl” nəşrinə istinadla xəbər verir ki, Marsdakı tullantılar arasında metal parçaları, ekranlar, paraşütlər, bıçaqlar, parça torları, həmçinin sıradan çıxmış kosmik qurğular var. Məsələn, tarixdə Marsın səthinə toxunan ilk süni obyekt olan sovet “Mars-2” eniş aparatı (1971), 2023-cü ildə Yerə qayıdan Britaniyanın “Beagle-2” kosmik gəmisi və nasazlıq səbəbindən 2024-cü ildə missiyasını tamamlayan NASA-nın “İngenuity” helikopteri planetin orbitinə və səthinə tullantılar buraxıb. Alimlər başqa planetlərdə elmi nailiyyətlərlə yanaşı, həm də kosmosda ətraf mühitin mühafizəsi balansının qorunub saxlanılmasının vacibliyini vurğulayırlar. Problemin həlli Marsa enərkən komponentlərini ətrafa tökməyən və ya tədqiqatları başa vurduqdan sonra Yerə qayıda bilən kosmik aparatlardır.
2024-02-02
828,641
MN Türkiyədəki hərbçilərimizlə bağlı məlumat yaydı
Azərbaycan Ordusunun bir qrup yüksək rütbəli hərbi qulluqçusunun Türkiyədə səfəri davam edir. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, qardaş ölkədə səfərdə olan nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Ankara şəhərində yerləşən parkdakı abidəsini və Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini - Anıtqəbri ziyarət edib. Azərbaycan və Türkiyənin Ulu Öndərlərinin xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib. Səfər çərçivəsində azərbaycanlı nümayəndələr Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülər və Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Mətin Gürak ilə görüşüblər. Hər iki görüşdə Azərbaycan ilə Türkiyənin digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığının dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu vurğulanıb, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Ordumuzun yüksək rütbəli hərbi qulluqçuları Milli Müdafiə Universitetinin Quru Qoşunları Ali Hərbi Məktəbinin tədris korpuslarını ziyarət edib, buranın maddi-texniki bazası və yaradılan şəraitlə tanış olublar. Onlara tədris prosesi barədə ətraflı məlumat verilib. Səfər çərçivəsində azərbaycanlı nümayəndə heyəti Türkiyə Respublikasının Silahlı Qüvvələrinin müxtəlif komandanlıqlarını və əməliyyat mərkəzlərini, eləcə də hərbi sənayə şirkətlərini ziyarət edib, burada qərargah fəaliyyətləri, silah-texnika və hərbi təyinatlı vasitələrlə tanış olub.
2024-02-02
828,643
Belarusdakı nüvə silahları bizim nəzarətimizdədir - Çijov
Belarusda yerləşdirilən Rusiya nüvə silahları Rusiyanın nəzarəti altındadır, ona görə də nüvə silahının yayılmaması haqqında müqavilələr pozulmayıb. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Müdafiə Komitəsi sədrinin birinci müavini Vladimir Çijov bildirib. Böyük Britaniyada ABŞ-ın nüvə silahının yerləşdirilməsi ehtimalını şərh edən senator vurğulayıb ki, Vaşinqtonun bütün siyasəti, o cümlədən nüvə, ikili standartlara əsaslanır: “Bəziləri üçün hər şeyə, digərləri üçün isə heç nəyə icazə verilmir”. O bildirib ki, ABŞ Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi ilə bağlı qərar qəbul ediləndə və həyata keçiriləndə çox narahat olub.
2024-02-02
828,644
Ukraynalı artistin BƏƏ-yə girişi qadağan edildi
Dünya şöhrətli ukraynalı artist və Ukraynanın “Avroviziya” iştirakçısı “Andrey Danilko” ləqəbli Verka Serdyuçkanın Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) girişi ömürlük qadağan edilib. Kult.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" nəşri məlumat yayıb. "Andrey Danilkonun BƏƏ-yə girişi ömürlü qadağan edilib. İddialara görə, BƏƏ rəsmiləri bu qərarı sənətçinin 2022-ci ildə Dubayda korporativ tədbirdə çıxışından sonra verib", - məlumatda bildirilib. Agentliyin məlumatına görə, qadağaya səbəb etnik ədavətin qızışdırılmasıdır. Qeyd olunur ki, Danilko Dubayda çıxışı zamanı Ukraynanı dəstəkləyib.
2024-02-02
828,645
Manatın məzənnəsi ilə bağlı proqnoz açıqlandı
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Blumberq" Maliyyə Laboratoriyası 2024-cü il üçün manatın məzənnəsi ilə bağlı proqnozunu açıqlayıb. Bu barədə Axar.az-a UNEC-dən məlumat verilib. UNEC-in proqnozuna görə, Mərkəzi Bankın son hərraclarında dollara olan tələbin azalması və rəsmi rezerv ehtiyatının artaraq, 11 milyard 613 milyon dollara çatması 2024-cü ildə manatın məzənnəsinə təhdid olmadığını göstərir.
2024-02-02
828,646
Bu, ölkəmizə hörmətin təzahürüdür - Prezident
Beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edərkən deyib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan tərəfi tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib ki, COP29 ölkəmizdə keçirilən və ümumiyyətlə dünyada miqyasına görə ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan Prezidenti COP29-un təşkili prosesinə könüllülərin də yaxından cəlb olunacağını deyib. Dövlətimizin başçısı qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır. Prezident İlham Əliyev Azərbaycanın milli və regional səviyyədə yaşıl enerjiyə keçid istiqamətində təşəbbüsləri barədə məlumat verib, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində səylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcəyinə əminliyini bildirib.
2024-02-02
828,647
Sülh imzalanacaq, Zəngəzur dəhlizi də... - Fitç
Azərbaycan və Ermənistan 2024-cü ilin birinci yarısında sülh sazişi imzalaya bilər. Axar.az xəbər verir ki, bu barədə “Fitç Solutions” reytinq agentliyinin ("Fitch Group"un bir hissəsi) analitiklərinin hesabatında bildirilib. “Çox güman ki, sülh sazişinə Zəngəzur dəhlizinin yaradılması üzərində Azərbaycanın nəzarətinin gücləndirilməsi haqqında müddəalar daxil ediləcək”, - hesabatda vurğulanıb. Onların proqnozuna görə, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycan qısa və ortamüddətli perspektivdə regional təhlükəsizliyini gücləndirib.
2024-02-02
828,648
BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır
BMT-nin faktaraşdırıcı missiyası artıq Azərbaycandadır. Axar.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. BMT rəsmisi Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını bildirib, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərini yüksək qiymətləndirib. Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğulayıb. O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib: "Artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq, BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələri bölüşməyə hazırıq".
2024-02-02
828,650
Belə bələdiyyə başçılarının cəzasını biz kəsərik - Ərdoğan
Bizdə ştatdankənar bələdiyyə başçıları olmaz, ehtiyacı olanda həmyerlilərini tərk edən bələdiyyə başçılarımız olmaz. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Təsadüfən belə bir bələdiyyə sədri çıxarsa, millətdən öncə hesabını sorar, cəzasını biz kəsərik", - Ərdoğan qeyd edib.
2024-02-02
828,652
Yəməndə husilərin obyektlərinə zərbələr endirildi
ABŞ və Böyük Britaniyanın hərbi qüvvələri Yəməndə husilərin obyektlərinə zərbələr endirib. Axar.az TASS-a istinadən xəbər verir ki, Qırmızı dəniz sahilindən təxminən 100 km məsafədə yerləşən bölgə hücuma məruz qalıb. İtki və dağıntılar barədə məlumat verilməyib.
2024-02-02
828,656
106 vakant vəzifə daxili müsahibəyə çıxarıldı
Yanvarın 10-da dövlət orqanlarında elan edilmiş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 158 namizədlə 159 müsahibənin keçirilməsi planlaşdırılır. Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, elan üzrə 24 dövlət orqanında mövcud olan 106 vakant vəzifə daxili müsahibəyə çıxarılıb. Müsahibələrin fevralın 5-dən martın 12-dək keçirilməsi planlaşdırılır. Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytında əldə edə bilərlər. Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır. Namizəd müsahibə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər. Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.
2024-02-02
828,660
Daşınmaz əmlakla bağlı bəzi qərarlara dəyişiklik edildi
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli Qanunun icrasını təmin etmək məqsədilə Azərbaycan Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, “Avtomobil yollarının və yol təsərrüfatının digər daşınmaz əmlakının qeydiyyatı Qaydası”na 2.1-1-ci bənd əlavə edilib. Yeni bəndə əsasən, yol təsərrüfatının əmlakı üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Həmçinin, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” üzrə aşağıdakı məzmunda 1.6-cı bənd əlavə edilib. Yeni bəndə görə, hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Bundan başqa, “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”a 2.1-1-ci bənd əlavə edilir. Əlavəyə görə, arayışın alınması üçün zəruri olan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2024-02-02
828,662
Bu barədə danışmaq mənim üçün ağırdır - Putin
Rusiya ordusu Xarkovdan çəkildikdən sonra orada baş verənlər barədə danışmaq mənim üçün ağırdır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib. “İndi bu barədə danışmaq mənim üçün ağrılıdır. Bölmələrimiz Xarkovdan çıxanda orada nə baş verdiyini, bu əclafların (Ukrayna tərəfi – red.) orada nələr törətdiyini bilirik”, - deyə Kreml rəhbəri bildirib. Qeyd edək ki, Ukraynanın şimal-şərqində yerləşən Xarkov vilayəti də Rusiya ordusunun ilk hücum hədəflərindən birinə çevrilmişdi. Lakin rus ordusu bölgədə möhkəmlənə bilmədi və bir neçə ay sonra geri çəkilmək məcburiyyətində qaldı.
2024-02-02
828,665
Seçicilər Əliyevin siyasətini necə qiymətləndirir - Sorğu
“Prezident İlham Əliyevin gördüyü işləri necə qiymətləndirərdiniz?” sualına sorğu iştirakçılarının 96.0%-i əla cavabını verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın Azərbaycanda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində apardığı sorğunun nəticələrində bildirilib. Sorğunun nəticələri haqda Şuşada keçirdiyi mətbuat konfransında danışan ABŞ-ın “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum bildirib ki, sözügedən suala respondentlərin 2,5%-i yaxşı, 0,8%-i isə qənaətbəxş cavabını veriblər. Qeyd edək ki, sorğuda bütün ölkəni əhatə edən 3 min respondent iştirak edib.
2024-02-02
828,667
Paşinyan alçaq bəyanatla çıxış etdi - Rusiyalı deputat
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə müdafiə sahəsində əməkdaşlığı ilə bağlı alçaq bəyanatla çıxış edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Viktor Sobolev deyib. Deputat Ermənistanda Rusiya Silahlı Qüvvələrinin hərbi bazasının olduğunu xatırladıb. O, bununla Paşinyanın Moskvanın artıq İrəvanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyi barədə sözlərinə münasibət bildirib. “Mən bu bəyanatdan şoka düşdüm, çünki Ermənistanda Rusiyanın hərbi bazaları - aviasiya bazası, bütöv bir diviziyası var. Və o, belə bir bəyanat verir. Görünür, tamamilə ABŞ-ın təsiri altına düşüb. Amerika da Mərkəzi Asiya istiqamətində, Uzaq Şərqdə, Şimal-Qərbdə antirusiya fəaliyyətlərini gücləndirir. Bu, gözlənilən idi, lakin Paşinyan tərəfindən səsləndirilən bəyanat alçaqlıqdır”, - Sobolev söyləyib. Xatırladaq ki, daha əvvəl Ermənistan İctimai radiosuna müsahibəsində Paşinyan obyektiv və subyektiv səbəblərə görə Rusiyanın artıq Ermənistanın müdafiə və hərbi-texniki sahədə əsas tərəfdaşı ola bilməyəcəyini deyib. O qeyd edib ki, əvvəllər sadalanan sahələrdə əlaqələrin 95-97%-i Rusiya ilə olub.
2024-02-02
828,668
ABŞ təşkilatı İlham Əliyevin reytinqini açıqladı
“Prezident seçkiləri bu günə təyin edilsəydi, kimə səs verərdiniz?” sualına cavab olaraq seçicilərin 97%-i İlham Əliyevin adını çəkib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Oracle Advisory Group” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın Azərbaycanda 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ərəfəsində apardığı sorğunun nəticələrində bildirilib. Sorğunun nəticələri haqda Şuşada keçirdiyi mətbuat konfransında danışan ABŞ-ın “Oracle Advisory Group” təşkilatının nümayəndəsi George Brinbaum bildirib ki, sözügedən suala respondentlərin 1.2% Zahid Orucun, 0.7% Fazil Mustafanın, 0,5% Razi Nurullayevin, 0,3% Qüdrət Həsənquliyevin, 0,2% Fuad Əliyevin, 0,1% isə Elşad Musayevin adını çəkib. Qeyd edək ki, sorğuda bütün ölkəni əhatə edən 3 min respondent iştirak edib.
2024-02-02
828,670
DOST-da Gənclər Günü Murad Ariflə… - Video
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Gənclər Günü ilə bağlı tədbir keçirilib. Kult.az xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, həssas əhali qruplarından 80 nəfər benefisiar və xeyli sayda könüllü iştirak edib. Müğənni, bəstəkar Murad Arif tədbirin qonağı olub. İştirakçılar Mərkəzdə yaradıcılıq studiyalarındakı təlimi izləyib. Sonda müğənni Murad Arif konsert proqramı ilə çıxış edib, gənclərlə birlikdə mahnı oxuyub.
2024-02-02
828,673
İrəvanda Leninqrad abidəsini təhqir edənlə bağlı qərar...
İrəvanda Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edən Samvel Şirinyana qarşı qətimkan tədbiri seçilib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir. Qeyd edilib ki, onun ölkədən çıxışına qadağa qoyulub. Xatırladaq ki, 27 yanvar 2024-cü ildə Leninqradın mühasirədən azad edilməsinin 80 illiyi qeyd edilib. Bu münasibətlə İrəvandakı Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər və Rusiya bayraqları qoyulub. Erməni sakin abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını ayaqları altına ataraq tapdalayıb və bunu videoya çəkərək, sosial şəbəkə hesabında paylaşıb.
2024-02-02
828,676
Mingəçevirdə inzibati bina yandı
Mingəçevirdə inzibati binada yanğın olub. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, Mingəçevir şəhərində ümumi sahəsi 1750 m² olan birmərtəbəli inzibati binanın yanar konstruksiyaları 750 m² sahədə yanıb. İnzibati binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2024-02-02
828,679
Zəfərana dair yeni dövlət standartı qəbul edildi
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS OIC/SMIC 10:2023 “Zəfəran (Crocus sativus L.) – Spesifikasiyalar və Sınaq Metodları” yeni dövlət standartı qəbul edilib. Axar.az AZSTAND-a istinadən xəbərinə görə, yeni dövlət standartı adi zəfəran çiçəklərinin dişiciyinin bir hissəsindən alınan qurudulmuş zəfəranın xarakteristikasını müəyyən etmək məqsədilə qəbul edilib. Yeni dövlət standartı “Qida məhsullarının keyfiyyəti və texnologiyası”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 33) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
2024-02-02
828,681
Xəzərin dərinliklərində yaşayan amfibiya adamların sirri!
I Yazı: Xəzər dənizində yaşayan canlılar qədim sivilizasiyaya aiddir, yoxsa yadplanetlilərdir? 2005-ci ildə Xəzər dəniz yolu ilə İrana yük daşıyan “Bakı” gəmisi sularda qeyri-adi bir varlıq görür. Gəmidə olanlar və kapitan qorxu içərisində qalır. İranın Ənzəli limanında sahilə çıxandan sonra yerli “Zindagi” qəzetinə gəminin kapitanı Qafar Həsənov müsahibə verir: “Uzun müddət qəribə bir məxluq bizdən bir qədər aralıda paralel üzürdü. Əvvəlcə bunun böyük balıq olduğunu düşündük. Ancaq sonra gördük ki, canavarın başında tüklər aydın görünür və ön üzgəclər ümumiyyətlə üzgəc deyil, qollardır”. Azərbaycan tərəfin bu açıqlamadan sonra kapitana qarşı münasibəti dəyişir. Hətta onu dəli sayıb, ünsiyyət qurmaq istəmirlər. Bəziləri isə düşünür ki, yəqin içib, keflənib və buna görə belə danışır. Lakin bu barədə artıq 2002-ci ildə olmuş bir hadisə dövlətə məlum idi. 2002-ci ilin yayında azərbaycanlı iş adamı Rüstəm Kərimov yunan yoldaşları ilə birlikdə yaxtasında Xəzər dənizini gəzməyə çıxır. Siqaret çəkmək üçün arxa tərəfə keçən dənizçi qayıqda oturan iki insan silueti görür. Dənizçi qayıqda kimin və hansı məqsədlə olduğunu öyrənməyə qərar verir. Qayıqda əyləşənləri işıqlandıran kimi onlar dərhal suya atılırlar. Dənizçilər işığı dənizə tutur hər yerə baxsalar da, “üzgüçüləri” aşkar edə bilmirlər. Növbətçi dənizçi sirenini işə salır. Gəmidəki hər kəs göyərtəyə tökülür. Qayığın dibində iki iri balığın hərəkət etdiyi su və bir yığın yosun görünür. Azərbaycan tərəfi yenə bu hadisənin üstündən “dənizçi kefli idi” deyərək keçir. 1980-ci illərdən Xəzər dənizindən qəribə varlıqların sahilə çıxması və gəmiçilərə, balıqçılara görsənməsi barədə informasiya Sovet təhlükəsizlik xidmətinə daxil olurdu. Qurumda tam məxfi sənədlər toplusunda aşağıdakı şahid ifadələri yer almışdı: 1. Bir səhər qazma qurğusunda işləyən, növbədən sonra yataqxanaya qayıdan işçi çömbəlmiş bir insan fiquru görür. Oturan adamın paltarı yox idi və üzünü oturduğu elektrik lövhəsi gizlədirdi. Qəribə “adam”dan qorxan işçi estakadanın o biri tərəfinə keçir və ehtiyatla irəliləməyə başlayır. Təxminən 10 metr qalmış məxluq suya atılır. Yerüstü keçidin hündürlüyü təxminən 15 metrdir. Havada uçan “insan” suyun altında itir. 2. Gənc cütlük görüş üçün sahildə oturan zaman sudan üç çılpaq insan fiqurunun çıxıb onlara baxmasını təsdiq ediblər. 3. İranın şimalındakı Çalus şəhərindən Azərbaycanın Lənkəran şəhərinə qədər olan ərazidə yaşayan sakinlər dəfələrlə dənizdən çıxıb sahildə gəzən canlıları görüblər. Bütün şahid ifadələri əsasında dənizdən çıxan canlılardan birinin foto-robotunu təsvir etmək mümkün olur: Boyu təxminən 165 santimetr, sıx bədən quruluşlu, qabarıq daraqlı qarın, ayaqları dalğıclara çox bənzəyir, aralarında membranlar olan dörd barmaq, solğun dəri, başında kobud tünd yaşıl tüklər. Qısa qollar adi insandan bir qədər qalındır. Donqar burun delfin dimdiyinə çevrilir. Qulaqları görünmür, dəyirmi iri gözlər, üst çənəsi çıxan böyük ağız. Çənə yoxdur. Aşağı dodaq gözə görünmədən boyuna keçir. Foto-robotu incəlmək üçün Sovetlər Birliyinə daxil olan ölkələrin alimləri dərhal Moskvaya dəvət edilir. Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi laboratoriyasında keçirilən görüşdə alimlərin fikri belə olur: “Təqdim edilən foto-robot folklor və qədim kitablarda, nağıllarda və əfsanələrdə qeyd edilən su pərisi cinsinə aid canlılar deyillər”. Onların fikrincə, Xəzər dənizinin dibində qədim yadplanetli sivilizasiya formalaşıb, onun nümayəndələri ilə İran və Azərbaycan, eləcə də Türkmənistan sakinlərinin Çelekən bölgəsində görüşü olub. 2021-ci ildə Dağıstanda adı çəkilməyən bir şəxs video müsahibəsində bildirib ki, o, Xəzər dənizinin dərinliklərini tədqiq edən məxfi missiyanın iştirakçısı olub. O və həmkarları Xəzərin dibində yadplanetlilərin baza-şəhərini müəyyən ediblər. Həmin şəxsin sözlərinə görə, məxfi komanda müasir sualtı aparatlardan istifadə edərək 300 metr dərinliyə enib. Orada onlar bir sıra anomaliyarla üzləşiblər. Dənizin dibində qəribə alovlar, səs və hərəkətlər müşahidə ediblər. O iddia edib ki, komanda həmçinin piramidaları, qüllələri və günbəzləri xatırladan bir sıra süni tikililər tapıb. Bütün bunlar naməlum materialdan hazırlanmışdı. Qrup təxmin edib ki, bu strukturlar yerdənkənar sivilizasiya nümayəndələrinin mövcudluğunu təmin etmək üçün qurulmuş mürəkəb tünellərin, kameraların və tiklililərin bir hissəsidir. Beynəlxalq İnformatika Akademiyasının Ufologiya və bioenergetika şöbəsinin rəhbəri, professor Vladimir Ajaja da yadplanetlilərin Xəzər üzərində uçuşlarını təsdiq edir. Ajaja Xəzərdə yadplanetlilərin 3 bazasının mövcud olduğunu deyib: - Bir baza Abşeron yarmadasının şimalında yerləşir. Həmçinin Xəzərin cənubunda dərinsulu hövzədə və şimalda dayaz yerdə gəlmələrin bazasının olmasına dair şahid ifadələri var. Rusiyada Anomal təzahürlər üzrə Komissiyanın məlumat bazasında müxtəlif hadisələr qeyd edilib: Bakı, Həştərxan, Türkmənistan limanları üzərində UNO uçuşları, Türkmənbaşı dəniz vağzalı ərazisində sudan UNO-nun çıxması, hərbi təyyarələrlə və katerlərlə “oyun oynamaq”, atəşə qarşı davamlı olduqlarını nümayişkaranə şəkildə gösrətmək… Xəzər dənizi qədimdən unikal xüsusiyyətlərinə görə bütün dünyada məşhurdur. Son illər Xəzər bizim müasir dünyanı daha da sensasiyası və nadir diqqətəlayiq hadisəsi ilə – “Xəzər əjdahası” adlı varlığın mövcudduğu ilə – heyrətləndirdi. Nadir № 24 kvadratı, hansı ki, şərti olaraq yer sivilizasiyası ilə UNO – yad planet şüuru arasında görüş yeri olub. (Bu barədə geniş araşdırmamı burada oxuya və baxa bilərsiniz). İranda suda-quruda yaşayan adam Runan şah adlanır və suların və çayların hökmdarı hesab olunur. “Dəniz ağası”nın uçurumdan çıxdığını görən balıqçılar iddia edirlər ki, dənizin digər sakinləri onun yaxınlaşdığını hiss edirlər. Canavar görünməzdən iki və ya üç dəqiqə əvvəl balıqlar, demək olar ki, quyruqlarının uclarında dayanaraq hərəkət edirlər və bu, onlar üçün tamamilə qeyri-təbii olmaqla, çətinliklə eşidilməz gurultu səsləri çıxarır. Runan şah isə onlara yüksək səsli gurultu ilə cavab verir... Nə qədər ki sualtı irq var, o, insanlığa yad və əksər hallarda düşmən olaraq qalır. Onlar 2019-cu ildə Bakıda Novxanı çimərliyində də üzə çıxıblar. Şahidlərin sözlərinə görə, Novxanı çimərliyində olan vətəndaşlar kiminsə suda boğulduğunu zənn ediblər. Lakin sonra məlum olub ki, sahildən 300-400 metr uzaqlıqda uzunluğu təxminən 4-5 metr olan varlıq yarım saat dənizdə müxtəlif istiqamətdə hərəkət etməyə başlayıb. Sonra bu qəribə varlığın insan olmadığını başa düşən vətəndaşlar vahiməyə düşüblər. Bu barədə Unikal-a hadisənin şahidləri məlumat veriblər. Səməd Əli oğlu Cəfərov Moskvada tanınmış bioloqdur, Rusiya Elmlər Akademiyasının Biologiya Elmi-Tədqiqat İnstitutunda işləyir və dəniz heyvanlarının növləri üzrə ixtisaslaşmışdır. O yazır: “Şahidlərin ifadələri ilə yanaşı, fotoşəkillər də var. Bəli, mən özüm gördüm! Demək olar ki, bütün uşaqlığım Lənkəranda keçib, qohumlarım indi də orada yaşayır. On beş yaşım olanda - və bu artıq körpəlik deyil! - əmimlə gecə balıq tutmağa çıxanda su pərisinə çox oxşayan bir şey gördüm. Başı insanı xatırladan məxluq balıq sürüsü arasında üzürdü. Mən heyrət etdim ki, oynaq sanki bu məxluqa tabe olub, əlinin dalğasına uyğun olaraq hərəkət istiqamətini itaətkarcasına dəyişir. Bizim qayıqla məxluqa qədər on metrə yaxın idi, bədirlənmiş Ay göydə asılmışdı və hər şey aydın görünürdü. Təəccüblə qışqırdım, məxluq daldı və bir daha görünmədi (Səməd Əli oğlu Cəfərovun müsahibəsinin tamını burada oxuya bilərsiniz) Şəxsən araşdırmalarım və bu layihə ilə bağlı güclü informasiyalarım çoxdur. Onların kodları və Qobustanda məzarlıqları barədə araşdırmama uzun illərdir davam edirəm. Qısa olaraq deyim ki, Xəzər dənizində xüsusi qüllələr və onların içində tədqiqat bazası, yaşamaq üçün sahələr, yüksək texnologiyalarla təchiz edilmiş onlarla uçan və üzən aparatlar var. Dənizin dibindəki iki düşərgədə yadplanetlilər yaşayır…
2024-02-02
828,684
Rusiyanın bütövlüyünə qəsd etsələr... - Medvedyev
Rusiya heç bir NATO ölkəsinə hücum etmək fikrində deyil, lakin onlar çox sərt davranıb və Rusiya Federasiyasının bütövlüyünə qəsd etsələr, dərhal adekvat cavab alacaqlar. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında yazıb.
2024-02-02
828,685
Gürcüstandakı səfirliyimizdə MnSK yaradıldı
7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları üçün ölkəmizin Gürcüstandakı Səfirliyində Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb. Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyindən bildirilib. Qeyd edilib ki, məntəqə Tiflis şəhəri, Vaxtanq Qorqasali küçəsi 4-də yerləşir. "18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları səsvermə zamanı aşağıdakı etibarlı sənədlərdən birini MnSK-ya təqdim etməlidirlər: Ümumvətəndaş pasportu, diplomatik pasport, xidməti pasport. Yuxarıda qeyd olunan Azərbaycan Respublikasının müvafiq etibarlı pasportuna sahib olmayan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları etibarlı şəxsiyyət vəsiqəsi ilə səsvermədə iştirak edə bilərlər. 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezidenti seçkiləri Tiflis vaxtı ilə saat 08:00-dan 19:00-dək davam edəcək", - səfirlikdən bildirilib.
2024-02-02
828,687
Məşhur işarəni göstərərdim, amma qızlar var... - Putin
Rusiya iqtisadiyyatının tənəzzülü və çökəcəyi proqnozlaşdırılırdı, əksinə, sabitlik nümayiş etdirib və artır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Hər şey Qələbə üçün” forumunda çıxışında deyib. “Məşhur işarəni göstərmək istəyərdim, lakin bunu etməyəcəm, burada çoxlu qız var”, - deyə Kreml rəhbəri bildirib.
2024-02-02
828,691
Ukraynaya yardım edəcəyik, lakin indi... - Kanada
Kanada hökuməti hazırda Ukraynaya maliyyə yardımı göstərməyə davam etmək üçün çalışır, lakin hazırda elan ediləcək heç nə yoxdur. Axar.az xəbər verir ki, bunu Kanadanın Baş naziri Castin Trudo deyib. "Kanada həqiqətən də müttəfiqlərimizlə Ukraynanın ehtiyac duyduğu çoxillik dəstəyi davam etdirməyi öhdəsinə götürüb. Bunun üzərində işləyirik. Zamanı gələndə elan edəcəyik”, - deyə o bildirib.
2024-02-02
828,692
Müxaliflər Bakıya göndərilən təkliflərlə tanış oldu – Bəyanat
Ermənistan parlamentinin “Ermənistan” fraksiyasından olan deputatları Geqam Manukyan, Anna Qriqoryan, Kristin Vardanyan və Artur Xaçatryan birgə bəyanatla çıxış ediblər. Axar.az xəbər verir ki, onlar bəyanatda bu gün Xarici İşlər Nazirliyində Ermənistan adından 2024-cü ilin 4 yanvarında Azərbaycana göndərilən təkliflər paketi ilə tanış olduqlarını bildiriblər. “Biz qeyd edirik ki, danışıqlar prosesində ciddi irəliləyiş yoxdur və əvvəlki təkliflər paketləri ilə tanış olduqdan sonra səsləndirdiyimiz bütün narahatlıqlar - Ermənistanın heç bir əlavə təhlükəsizlik zəmanəti almadan Azərbaycanın nailiyyətlərini güc təhdidi ilə təsdiqləməklə bağlı – qalmaqdadır. Bununla belə, aşağıdakı halı diqqətəlayiq hesab edirik: “Sazişin şərtləri ilə tanış olan XİN-in əməkdaşları bizə eyham vurdular ki, Azərbaycanla danışıqlar prosesinin “təhlükələri” və “yalançı sülh” tezisi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyan səylərimiz aidiyyəti qurumların diqqətindədir. XİN məxfi məlumatların açıqlanmaması bəndini pozub-pozmadığımızı araşdırır. Əslində, Azərbaycan prezidentinin Ermənistanı və erməni xalqını gündəlik təhdidləri fonunda Ermənistan XİN müxalifətdən olan deputatların müsahibələrini və ictimai bəyanatlarını araşdırmaqla məşğuldur. Bunu bilavasitə təhdid və parlamentin fəaliyyətinə mane olan addım hesab etdiyimizi bildirir, eyni zamanda xalqımız üçün ən vacib gündəm barədə ictimaiyyətin məlumatlandırılmasına yönəlmiş fəaliyyətimizi bundan sonra da davam etdirəcəyimizi bildiririk”, - deyə məlumatda bildirilir.
2024-02-02
828,695
İtkin düşən şəxsin meyiti tapıldı
Lənkəranda iki gündür itkin düşən kişinin meyiti tapılıb. Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Osaküçə kəndində baş verib. Ailə üzvləri Arzu Asəf oğlu Mirzəyev barəsində məlumat ala bilməyiblər. Onlar bununla əlaqədar polis şöbəsinə müraciət ediblər. A.Mirzəyevin meyiti bu gün kənddəki körpünün altında, çayda aşkarlanıb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
2024-02-02
828,696
Almaniyanın bütün şəhərlərində sürücülər tətil edir
Almaniyada demək olar ki, bütün ölkə üzrə şəhər ictimai nəqliyyatın işçiləri tətillər keçirir. Axar.az yerli mediaya istinadən xəbər verir ki, tətillərdə avtobus, tramvay sürücüləri və metro qatarlarının maşinistləri iştirak edir. Tətil Bavariya istisna olmaqla, bütün federal torpaqlarda keçirilir. "Ver.di" həmkarlar ittifaqının məlumatına görə, etiraz aksiyası keçirməyən yeganə böyük şəhər Axen və Mannheim-Heidelberq-Ludvigshafen bölgəsidir. Etiraz aksiyalarının sabah başa çatacağı bildirilir. Həmkarlar ittifaqı Almaniyada inflyasiyanın artması və iş şəraitinin yaxşılaşması fonunda 90 min üzvünün maaşının artırılmasını tələb edir.
2024-02-02
828,698
Almaniya rus ordusunun qarşısına çıxa bilməz - Neytzel
Rusiya Litvaya hücum edəcəyi təqdirdə Almaniya Silahlı Qüvvələri rus ordusuna müqavimət göstərə bilməyəcək. Axar.az xəbər verir ki, bu sözləri Potsdam Universitetindən məşhur hərbi tarixçi Zenke Neytzel yerli mediaya müsahibəsində deyib. “Artıq Almaniya ordusunun döyüşməli olacağını istisna edə bilmərik. Təbii ki, döyüşəcək, amma bu məqamda yəqin ki, ancaq ləyaqətlə ölməyi bacardığını sübut edə bilər. Sonra ruslar Belarus sərhədindən Vilnüsə 30 kilometr irəliləyəcəklər”, - o bildirib. Neytzel vurğulayıb ki, indi Fransa və İtaliya da genişmiqyaslı hərbi əməliyyatlar keçirməyə hazır deyil: “Həqiqətən də müdafiə naziri Boris Pistorius ölkəni müharibəyə hazır vəziyyətə gətirmək istəyir. Amma deyin, sıravi əsgər hər hansı dəyişiklik hiss etdimi? Onlar idmanla məşğul olmurlar, daha çox tapşırıq yerinə yetirmirlər, heç bir döyüş ehtiyatı da yoxdur”.
2024-02-02
828,699
Dağıstan rəhbərinin xanımı öldü
Dağıstan rəhbəri Sergey Melikovun həyat yoldaşı Qalina uzun sürən xəstəlikdən sonra Moskvada vəfat edib. Axar.az xəbər verir ki, bu barədə TASS-a region rəhbərinin mətbuat xidmətindən məlumat verilib.
2024-02-02
828,703
ABŞ qadağan etdi: Ermənistanda bu ərazilərə getməyin!
ABŞ-ın Ermənistandakı səfirliyi səfirliyin əməkdaşlarını və onların ailə üzvlərini Ermənistanın müəyyən ərazilərinə getməməyə çağırıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyinin bugünkü açıqlamasında qeyd edilib. “ABŞ səfirliyinin əməkdaşlarına və onların ailə üzvlərinə aşağıdakı yerlərə bütün vacib olmayan səyahətlər qadağandır: - Göyçə bölgəsi, Basarkeçərin şərqinə - Zəngəzur bölgəsi, Gorusun şərqinə - Zəngəzur bölgəsi, Qafanın cənubuna - Vedi rayonu, Arazdəyən kəndi ilə hərəkət olar, dayanmaq qadağandır. ABŞ vətəndaşları Ermənistan və Azərbaycan arasındakı bütün beynəlxalq sərhədlərin yaxınlığında ehtiyatlı olmağa davam etməlidirlər. Nəzərə alın ki, yolun bəzi hissələrində əvvəlcədən xəbərdarlıq nişanı olmadan beynəlxalq sərhədlər keçilə bilər. Yollar nəzarət-buraxılış məntəqələri tərəfindən idarə oluna və ya xəbərdarlıq edilmədən səyahət edənlərin üzünə bağlana bilər”, - deyə məlumatda bildirilir.
2024-02-02
828,705
Rusiya vurdu: 2 fransız öldü, 3-ü yaralandı – Sejurne hədələdi
Ukraynada humanitar işlərlə məşğul olan iki Fransa vətəndaşı ölüb. Axar.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejurne deyib. “Rus vandalizmi Ukraynanın mülki əhalisinə qarşı yönəlib. İki fransız Ukrayna xalqına humanitar yardım göstərmə öhdəliyinə görə canlarını verdi. Rusiya öz cinayətlərinə görə cavab verəcək”, - Sejurne X hesbında yazıb. Fransanın xarici işlər naziri 3 nəfərin yaralandığını qeyd edib.
2024-02-02
828,707
Gorusda silahlı atışma: yaralanan var
Gorus şəhərində silahlı atışma baş verib. Axar.az xəbər verir ki, bu barədə “Şamşyan.com” məlumat yayıb. Bildirilib ki, gündüz saatlarında Zəngəzur vilayətinin polis idarəsinə ərazidə atışma baş verməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanları ərazidə gilizlər, qan izləri, BMV avtomobili və güllə izləri aşkar ediblər. Polis müəyyən edib ki, güllə yarası ilə bir nəfər Gorus Tibb Mərkəzinə aparılıb. Hadisə ilə bağlı Gorus İstintaq İdarəsi “Qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb. Hadisə şahidləri iddia edirlər ki, iştirakçılar arasında Zəngəzurun keçmiş qubernatorunun qardaşı Surik Xaçatryanın sürücüsü də olub. Zərərçəkənin və BMV-nin sahibinin şəxsiyyəti müəyyənləşdirilir.
2024-02-02
828,708
Moskvada Rəşt-Astara yolu müzakirə olundu
Rəşt-Astara dəmir yolunun tikintisi başa çatdıqdan sonra İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemləri birləşəcək və dövlətlər arasındakı ticarət əlaqələri inkişaf edəcək. Axar.az xəbər verir ki, bu sözləri Rusiyada səfərdə olan İranın xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Mehdi Səfəri deyib. Moskvaya səfəri çərçivəsində M.Səfəri Rusiya Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb. Görüşdə Rəşt-Astara yolunun tikintisinin davamı üçün Rusiyanın sərmayə yatırmaq şərtləri, yolun elektriklə təmin olunması və digər məsələlər müzakirə edilib. Qeyd olunub ki, yolun tikintisi cari ildə davam edəcək. 162 kilometrlik Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolunun davamıdır və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edir. Bu yol Asiya ilə Avropanı nəqliyyat baxımından birləşdirəcək. Yüklər İranın Çabahar limanından Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropaya daşınacaq.
2024-02-03
828,711
Ərdoğandan baş nazirə: Bizə dəstək verməlisiniz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç Baş naziri Ulf Kristerssonla telefon danışığı aparıb. Axar.az xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb. Telefon danışığında ikitərəfli münasibətlərlə yanaşı, İsveçin NATO üzvlüyü müzakirə edilib. Ərdoğan İsveçin terrorla mübarizədə Türkiyəyə lazımi dəstəyi verməsinin vacib olduğunu bildirib.
2024-02-02
828,712
Hizbullaha qarşı müharibə dayanmayacaq - İsrail
HƏMAS-la müharibədə mümkün fasilə Hizbullaha qarşı əməliyyatlara şamil edilməyəcək. Axar.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Yoav Qallant deyib. O bildirib ki, ölkənin şimalında yaşayanların təhlükəsizliyi bərpa olunana qədər İsrail dayanmayacaq: “Biz buna razılaşma və ya hərbi yolla nail olduğumuz zaman sakit ola bilərik”.
2024-02-03
828,713
Zalujnı getsə, nə dəyişəcək? - Hərbi ekspert
Son zamanlar Ukrayna Prezidenti Zelenski ilə Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı arasında münasibətlərin kəskinləşdiyi haqda vaxtaşırı məlumat yayılır. Bu sözləri Axar.az-a hərbi ekspert Elxan Şıxəliyev Zalujnı və Zelenski arasında yaşanan gərginliyi şərh edərkən deyib. O bildirib ki, Ukrayna rəhbərinin ordu qarşısında qoyduğu tapşırıqları yerinə yetirə bilməməsi münasibətlərdə mənfi çalarlar yaradıb: “Zalujnı siyasi rəhbərlikdən tələb edir ki, strateji hərbi hədəflərə nail olmaq üçün döyüş kompleksləri, xüsusilə də artileriya mərmiləri, raketlər lazımdır. Şəxsi heyətin çatışmazlığı da problemdir. İndi Avropa Birliyi Ukraynaya 50 milyard avro ayrılmasına qərar verib. Bundan sonrakı mərhələdə həmin vəsaitin gəlməsi qoyulan hərbi tapşırıqların yerinə yetirilməsinə dəstək olmalıdır. O dəstəyin köməyi ilə Zalujnı hərbi tapşırıqları uğurla yerinə yetirə bilsə, Zelenski ilə münasibətlərdə dəyişiklik yaranacaq. Əgər yeni yardım da əməliyyatlarda dönüşə səbəb olmasa, Ukraynada müharibənin uğursuzluğunun günahkarı müəyyən ediləcək. Prezident və ya baş komandan - ikisindən biri cavabdeh olmalıdır”. O, Zalujnının siyasi ambisiyalı açıqlamarının, xarici mətbuata verdiyi müsahibələrinin də səbəbsiz olmadığını bildirib: “Düşünürəm ki, Zalujnın əlində olan döyüş imkanlarını bildiyi üçün ehtiyatlanır. Hesab edir ki, bu imkanlarla tapşırıqları yerinə yetirə biləməyəcək və günahkar o olacaq. Bu səbəbdən CNN və digər xarici mətbuat orqanlarına tez-tez müsahibələr verir”. Ekspertin sözlərinə görə, indiki mərhələdə Zalujnının başqası ilə əvəz olunması ciddi dəyişikliyə səbəb olmayacaq: “Müharibə gedən bir ölkənin siyasi rəhbərliyi ilə hərbi rəhbərliyi arasında münasibətlərin bu vəziyyətdə olması arzulanan deyil. Bu, hərbi hissənin şəxsi heyətində ruh düşkünlüyü yaradır. Müharibənin iki ilinə az qalmış ordunun baş komandanının əvəzlənməsi meydanda çox şeyi dəyişməz. Əksinə, Zalujnı vəziyyəti bildiyi üçün ona dəstək verilsə, ordunu yenidən səfərbər edib, hərbi tapşırıqları yerinə yetirə bilər. İstənilən halda, bu gərginlik əməliyyatlara mənfi təsir edən amillərdir. Bunun nə ilə nəticələnəcəyini önümüzdəki aylarda görəcəyik”.
2024-02-03
828,715
ABŞ Gürcüstanda hərbi təlimlər keçirəcək
Gürcüstanla ABŞ hərbi təlimlər keçirəcək. Axar.az xəbər verir ki, bu barədə Baş nazirliyə namizəd İrakli Kobaxidze bildirib. O qeyd edib ki, 2024-cü ildə Gürcüstan hakimiyyəti ABŞ-la birlikdə öz ərazisində "Troya izi" (Trojan Footprint) xüsusi təyinatlı qüvvələrinin təlimini və "Nəcib tərəfdaş" (Noble Partner) çoxmillətli manevr təlimlərini keçirəcək.
2024-02-02
828,717
Türkiyə Mərkəzi Bankının sədri istefa verdi
Türkiyə Mərkəzi Bankının sədri Hafizə Gaye Ərkan vəzifəsindən istefa verib. Axar.az xəbər verir ki, bu barədə o, X platformasında yayımladığı müraciətində bildirib.
2024-02-02
828,719
Ermənistanın heç bir ərazi iddiası yoxdur
Ermənistanın heç bir ölkəyə ərazi iddiası yoxdur. Axar.az xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib. Papikyan vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin məqsədi və missiyası ölkənin suverenliyini və ərazi bütövlüyünü qorumaqdır: “Bu, bizim ordunun təməlində duran konsepsiyadır”.
2024-02-03
828,721
Papikyan: Ordudakı qeyri-döyüş ölümlərinin səbəbləri
Bizim səylərimizə baxmayaraq, orduda qanundankənar münasibətlər ("dedovşina") nəticəsində ölüm halları hələ də qeydə alınır. Axar.az xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan İctimai Televiziyaya müsahibəsində deyib. “2024-cü ildə məqsədimiz belə halların sayını sıfıra endirmək olacaq. “Dedovşina” ilə bağlı halların olması faktından qaçmırıq. Problemin kökünü müəyyən etmək üçün həll yolu axtarırıq və digər orqanlarla əməkdaşlıq edirik. Bu ardıcıl iş öz nəticəsini verəcək. Hərbi qulluqçuların qeyri-döyüş şəraitində həlak olması ciddi problemdir. Eyni zamanda, statistikaya yol-nəqliyyat hadisələri nəticəsində hərbi qulluqçular arasında itkilərin sayı (2023-cü ildə 12, 2022-ci ildə 17 hadisə) daxildir”, - Papikyan əlavə edib.
2024-02-02
828,722
Britaniya Şurasının filial rəhbərliyi ADU-nun qonağı oldu
Britaniya Şurası - “British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva və bu təşkilatın əməkdaşları Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub. Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, ADU-da xarici dillərin tədrisi ilə bağlı müasir tədris metodlarından və təcrübəsindən istifadə olunur. Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrin qurulması və inkişafı istiqamətində əməkdaşlıqda maraqlıdır. Nərgiz Hacıyeva beynəlxalq sertifikatlı dil imtahanlarının təşkili, tələbə və müəllimlərə bu istiqamətdə təlimlərin keçirilməsinin perspektivləri haqqında məlumat verib. Qeyd olunub ki, ADU-da müəllim və tələbələrin beynəlxalq dil sertifikatlı imtahanlara marağı böyükdür. İmtahanların keçirilməsi və rəsmi sertifikatların verilməsi ilə bağlı aparılan müzakirələrdə müasir təlim və tədris metodlarının tətbiqinin önəmindən danışılıb. Görüş gələcək əməkdaşlığın yeni istiqamətləri və beynəlxalq təcrübənin öyrənilməsinin əhəmiyyəti ətrafında müzakirələrlə davam edib.
2024-02-03
828,725
Bura dünyanın ən qaynar nöqtələrindən biri olacaq
Biz yaxşı bilirik ki, Cənubi-Çin dənizi dünyanın qaynar nöqtələrindən biri olacaq. Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyi (AB) diplomatiyasının rəhbəri Jozep Borrell Brüsseldə jurnalistlərin suallarına cavabında deyib. “Faktiki olaraq dünyada üç qaynar nöqtə mövcuddur: Qara dəniz, Qırmızı dəniz və Cənubi-Çin dənizi... Biz Qara dəniz və Qırmızı dənizə xüsusi diqqət yetiririk, çünki onlar daha yaxındadır. Lakin Cənubi-Çin dənizində də gərgin vəziyyəti anlayırıq və bizim təhlükəsizlik siyasətimizin diqqət mərkəzindədir”, - deyə diplomat bildirib.
2024-02-03
828,726
Ukrayna ordusunun azərbaycanlı zabiti həlak oldu
Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı zabiti Murad Babayev həlak olub. Axar.az Report-a istinadən məlumatına görə, 2001-ci il təvəllüdlü M.Babayev Donetsk vilayətinin Novomixaylovka kəndi yaxınlığında gedən döyüşlərdə həlak olub. O, Dnepropetrovsk vilayətində dəfn edilib.
2024-02-03
828,727
“Qarabağ” legioner futbolçusu ilə müqaviləni yenilədi
“Qarabağ” klubu futbolçusu Leandro Andrade ilə müqaviləni yeniləyib. Klubdan Axar.az-a verilən məlumata görə, kabo-verdeli yarımmüdafiəçi ilə sözləşmə 2027-ci ilin iyunun 30-dək uzadılıb. 24 yaşlı futbolçu 2022-ci ilin yanvarından "köhlən atlar"ın formasını geyinir. L. Andrade “Qarabağ”ın heyətində 86 oyun keçirib və 22 qol vurub. O, Premyer Liqada 55 (16 qol), kubokda 8 (1 qol), avrokuboklarda 23 (5 qol) matçda iştirak edib. Qeyd edək ki, Leandro “Qarabağ”ın heyətində iki dəfə (2021-22, 2022-23) Azərbaycan çempionu, bir dəfə (2021-22) ölkə kubokunun qalibi olub.
2024-02-03
828,730
Ukrayna Zalujnının qovulması haqda ABŞ-a məlumat verdi
Ukrayna ABŞ administrasiyasını Prezident Vladimir Zelenskinin Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnını istefaya göndərmək qərarı barədə məlumat verib. Axar.az xəbər verir ki, bu barədə “Vaşington Post” məlumat yayıb. Nəşr qeyd edir ki, Ağ Ev bu qərarı nə dəstəkləyib, nə də etiraz edib. Amerika administrasiyası Ukrayna Silahlı Qüvvələrinin baş komandanının istefaya göndərilməsinin ölkə prezidentinin suveren seçimi olduğunu qəbul edib.
2024-02-03
828,734
NATO-ya təklif: Bu qüvvələri Ukraynaya göndər!
Böyük Britaniya NATO müttəfiqlərinə Alyansın Ukraynaya ekspedisiya qüvvələrini göndərməsini təklif edib. Axar.az xəbər verir ki, bu barədə məlumatlı mənbə "RİA Novosti"yə bildirib. Həmçinin Kiyev hakimiyyətinin nəzarətində olan ərazilər üzərində uçuşa qadağa zonası yaradılması məsələsinin də nəzərdən keçirilməsi təklif olunub. “London başa düşür ki, NATO-ya üzv olan ölkələrin əksəriyyətinin bu cür tədbirləri dəstəkləmək ehtimalı azdır”, -mənbə qeyd edib.
2024-02-03
828,737
Erməni ordusu bu istiqamətdə uğur qazanıb - Papikyan
2022-ci ilin sentyabr hadisələrindən sonra bazarların bizim üçün bağlandığını gördük. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələri yerində saymadı və silah alışının şaxələndirilməsini təmin etməyi qarşımıza vəzifə qoymuşduq. Axar.az xəbər verir ki, bunu Ermənistan müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində deyib. "Biz bu istiqamətdə ciddi uğurlar əldə etmişik. Bu, sözün müsbət mənasında geri dönüşü olmayan prosesdir. İndiki proseslər və gələcəkdə müqavilələr ordumuzun silahlarının keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişəcək. Yeni silah növlərinin alınması həm də hazırlığı, dil bilmək, adaptasiyanı nəzərdə tutur və ordumuz bu yolla gedir. Bu, çox çətin, lakin vacibdir. Söhbət alınmış silahlardan gedir. Bu prosesdə biz həm də böyük fövqəldövlətlər və digər dost ölkələr səviyyəsində yeni tərəfdaşlar əldə etmişik. Söhbət Fransa və Hindistandan gedir, amma hələlik adını çəkmək istəmədiyim digər tərəfdaşlar da var", - erməni nazir bildirib. Onun sözlərinə görə, digər tərəfdaşlarla da daxil olmaqla, təlimlərin keçirilməsi Ermənistan üçün də vacibdir.
2024-02-03
828,738
ABŞ başladı: Suriyadakı hədəflərə zərbə endirilir
ABŞ aviasiyası Suriyada müəyyən hədəflərə zərbə endirməyə başlayıb. Axar.az xəbər verir ki, bu barədə ABC ABŞ adminstrasiyasının nümayəndəsinə istinadən məlumat yayıb. Qeyd edək ki, bundan öncə “Voll Strit Jurnal” ABŞ-ın İordaniyadakı bazasına hücuma cavab olaraq İranın İraq və Suriyadakı hədəflərinə zərbələr endirməyə başlayacağını yazmışdı. Xatırladaq ki, yanvarın 28-də ABŞ-ın İordaniyadakı bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölmüş, 34 nəfər yaralanmışdı. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını və cavab veriləcəyini bildirmişdi.
2024-02-03
828,739
Məşhurların adı ilə saxta reklamlar yayılır - Bloger
Azərbaycanda sosial şəbəkələr üzərindən tanınmış şəxslərin adından saxta reklamlar yayımlanır. Əvvəllər bunu sosial şəbəkə fenomenlərinin foto və videolarına müdaxilə ilə edirdilər. Sonradan bu reklamları aparıcılar, jurnalistlər və tanınmış blogerlər üzərindən etməyə başladılar. Bu sözləri Axar.az-a tanınmış bloger, jurnalist Bahadur Seyidov sosial şəbəkələrdə tanınmış şəxslərin üzərindən saxta reklamların yayımlanması ilə bağlı danışarkən deyib. B.Seyidov qeyd edib ki, bu yaxınlarda onun da fotosundan istifadə etməklə saxta reklam yayılıb: “Təbii ki, bütün bu saxta reklamların qarşısı vaxtında alınmadığı üçün onları hazırlayanlar daha da irəli gedirlər. O qədər ki, hətta Prezident İlham Əliyevin videolarını montaj proqramları ilə elə düzəldirlər ki, orijinaldan seçilmir. O videolarda səs, danışıq və üz cizgilərini montaj edirlər, guya dövlət başçısı insanları hansısa layihələrə investisiya qoymağa çağırır”. Onun sözlərinə görə, bu reklamlarda əsasən xarici ölkələrdəki mərc oyunlarına yatırım etmək, hansısa dərman preparatlarını, kosmetika və parfümeriya məhsullarını almaq üçün çağırış edirlər: “Məsələ burasındadır ki, hər kəs bu reklamların saxta olmasını anlaya bilmir və nəticədə tələyə düşənlər də olur”. Bloger onu da vurğulayıb ki, istifadə edilən şəxs və onun əhatəsi bu cür saxta reklamları görməməsi üçün bloklanır: “Nəticədə saxtakarlığı vaxtında aşkar etmək xeyli çətinləşir. Belə görünür ki, bunun üzərində peşəkarlar işləyir. Ona görə hər kəsi diqqətli olmağa, aidiyyəti qurumları isə bununla mübarizəyə çağırıram”.
2024-02-03
828,740
Çin təkrar istifadə oluna bilən raketini sınaqdan keçirdi
Çin təkrar istifadə oluna bilən daşıyıcı raket prototipi “Kuayçjou”nun uçuş sınaqlarını uğurla həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə “Expace” şirkətindən məlumat verilib. Məlumata görə, ümumi uçuş vaxtı 22 saniyə olub ki, bunun da doqquz saniyəsi cihazın havada qalmasına sərf edilib. Raket mühərriki metan və maye oksigenlə işləyib. Eniş mövqeyi dəqiq olub və raketin gövdəsi zədələnməyib. Şirkət sınaq missiyasını tam uğurlu adlandırıb.
2024-02-03
828,741
Türkiyə MB-nin yeni sədri bəlli oldu
Türkiyə Mərkəzi Bankının yeni sədri Fateh Qaraxan təyin edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə hökumətinin rəsmi məlumatında deyilir. Qeyd edək ki, Mərkəzi Bankın sədri Hafizə Gaye Ərkan vəzifəsindən istefa edib.
2024-02-03
828,742
Nazirdən Ərkanın istefasına reaksiya: Şəxsi qərarıdır!
Mərkəzi Bankın sədri Hafizə Gaye Ərkanın vəzifəsindən istefa verməsi tamam şəxsi qərarıdır və öz seçimidir. İqtisadi proqramımız qətiyyətlə davam etməkdədir. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib. “Verdiyi qərara hörmət edirik və ölkəmiz qarşısında xidmətlərindən və töhfələrindən dolayı təşəkkür edirik. Türkiyə Mərkəzi Bankının yeni sədrinə və kollektivinə də uğurlar arzu edirik”, - deyə nazir bildirib. Qeyd edək ki, H.Ərkan MB sədriliyindən istefa verib, rəsmi qərarla Fateh Qaraxan onun yerinə təyin edilib.
2024-02-03
828,743
“Rokki” və “Yırtıcı”nın məşhur aktyoru vəfat etdi
Məşhur amerikalı aktyor Karl Uezers 76 yaşında vəfat edib. Kult.az xəbər verir ki, bu barədə aktyorun ailəsi açıqlama yayıb. "Karl Uezersin vəfatı bizi dərindən kədərləndirdi. O, 1 fevral 2024-cü il vəfat etdi. Karl qeyri-adi həyat sürən müstəsna bir insan idi. Kino, televiziyaya verdiyi töhfələrlə incəsənətdə, idmanda silinməz iz buraxdı və bütün dünyada tanındı, - açıqlamada bildirilib. Qeyd edək ki, o, 75-dən çox film və teleşouya çəkilib. Daha çox Silvester Stallone ilə birlikdə çəkildiyi ilk dörd "Rokki" filmindəki Apollon Kred rolu ilə tanınır. Karl Uezers həmçinin “Yırtıcı” filmində də rol alıb.
2024-02-03
828,744
Nəyə görə kişilər qızdırmaya dözə bilmir?
Qadınlar bədən hərarətinin yüksəlməsinə daha dözümlüdür, hətta qızdırmalı kişiləri gülüş hədəfinə çevirən videolar da sosial şəbəkələrdə yayılır. Doğrudanmı kişi qızdırmadan ölə bilər? Axar.az Medicina.az-a istinadən xəbər verir ki, nevroloq Yekaterina Demyanovskaya bu fərqin tibbi izahını verib. “Bunun bir neçə səbəbi var. Birinci səbəb qadın bədəni temperaturu ovulyasiya zamanı artır və isti olur. Eləcə də menstrual tsiklin sonunda yüksələ bilir. Ona görə də subfebril temperatur, yəni 37 dərəcə qadınlar üçün adi haldır. Eləcə də qadınların çəkisi və əzələ kütləsi kişilərdən az olduğu üçün bədən istilik verməni rahat edir və qızdırmanı daha rahat keçirir. Qadın hormonu estrogen immunitetin infeksiyaya qarşı reaksiyasını təmin edir, kişidə bu hormon azdır. Fizioloji səbəblərdən əlavə psixoloji səbəb də var. Qadınlar psixoloji olaraq daha aktiv və fikrini ailəyə, uşaqlara yönəldir. Eləcə də onlar səhhətlərinə daha həssasdır, sağlamdır, vaxtında həkimə gedir”, - nevroloq qeyd edib.
2024-02-03
828,745
Xəbərdarlıq: Moskva İrəvanı Ukraynaya çevirəcək - Video
09:00 Ermənistan ətrafında baş verən hər şey rəsmi Moskvanı ciddi narahat etməlidir və edir, çünki İrəvan hələ də KTMT və Aİİ-nin bir hissəsidir. Ermənistan Rusiyaya qarşı ardıcıl təxribatlardan sonra da bir neçə stulda - Rusiya və Qərb masasında oturmağa çalışır. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib. “Fransa şirkəti İrəvanla birlikdə Ermənistan ərazisində silah istehsal edəcək. İrəvan hakimiyyəti ordunun NATO formasına keçdiyini bəyan edib. Növbəti ssenari göz qabağındadır. Rusiya kəskin qərarlar qəbul etməsə, bir müddət sonra Ermənistanın NATO blokunda status qazanmaq cəhdi barədə eşidəcəyik. Ermənistan Qərbin adi və tipik oyuncağına çevrilib. Qərb Ukraynaya qarşı da eyni ssenarini yürüdürdü. Bu ölkəni nəyə gətirib çıxartdı? Fəlakətə”, – o bildirib. Mixaylovun sözlərinə görə, bu gün Ermənistanda Rusiya kanallarını qadağan etməyə çalışırlar: “İrəvanda Rusiya bayrağına və Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı millətçilik və vandalizm aktı gördük. Rusiya ciddi tədbirlər görməlidir. Qərb Ermənistana ciddi dəstək vermək qərarına gəlsə, İrəvan dərhal Rusiyadan imtina edəcək və satılacaq. İrəvanda gözləyir, izləyir, kiminlə daha “dadlı” olacağını axtarır. İndi Ermənistan təhlükəsizlik qarantını dəyişmək qərarına gəlib. Ermənistan üçün bu, ölkənin mümkün dövlətçiliyini itirməsinə gətirib çıxaracaq fəlakətli səhv olacaq. KTMT-dən inciyən İrəvan onun üçün hər şeyin mümkün olduğunu düşünürdü, amma məlum oldu ki, hər şey mümkün deyil və yeni zaminlər tapmaq qərarına gəldi. Ancaq yeni zaminlər çox uzaqdadır. İrəvan öz ərazisində NATO bazasını yerləşdirməyə razılaşarsa, bunun nə ilə nəticələnəcəyini təsəvvür edə bilmirəm. Azərbaycan, Rusiya və regionda heç kim Qərb bazasına dözməz”.
2024-02-03
828,746
Rusiya “Uşaq Əhməd”i yaradır?
Rusiya Federasiyası Dövlət Dumasının Ədalətli Rusiya Partiyasından olan deputatı Dmitri Kuznetsov “Uşaq Əhməd”in (Axmat) yaradılması ideyasını irəli sürüb. Axar.az xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb. O, rusların gənc nəslinin tərbiyəsində “ləyaqətli çeçen kişilər”in iştirakını tövsiyə edib. “Uşaq Əhməd” müharibə deyil, xalqların dostluğu və təhsil haqqında olmalıdır”, - deyən Kuznetsov pioner düşərgələrindəki tərbiyəni xatırladıb. Kuznetsovun sözlərinə görə, “Əhməd” xüsusi təyinatlılarının komandiri Apti Alaudinov onların lazımi hazırlıq keçməsi üçün may bayramlarında toplanmağı təklif edib. Bildirib ki, proqrama “Zarnitsa” hərbi-vətənpərvərlik oyunu, eləcə də hərbçilər, alimlər və tarixçilərlə görüşlər daxil edilə bilər: “Biz istərdik ki, uşaqlar özlərini hərbçi, bloger kimi sınasınlar və texnika ilə işləməyi öyrənsinlər”.
2024-02-03
828,753
Türkiyədə zəlzələ oldu
Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, məlumatı AFAD yayıb. Bildirilib ki, zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib. Tələfat və dağıntı barədə məlumat verilməyib.
2024-02-03
828,754
Baydendən Yaxın Şərqdəki əməliyyatlarla bağlı açıqlama
ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə SEPAH və onlarla əlaqəli silahlılara qarşı hərbi əməliyyata başladığını elan edib. Axar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. "Bu gün günortadan sonra mənim göstərişimlə ABŞ qüvvələri İraq və Suriyada SEPAH və onunla əlaqəli silahlıların ABŞ qüvvələrinə hücum üçün istifadə etdiyi hədəflərə zərbələr endiriblər. Cavabımız bu gün başlayıb. Bu, istədiyimiz vaxt, istədiyimiz yerdə davam edəcək. Birləşmiş Ştatlar Yaxın Şərqdə və ya dünyanın heç bir yerində münaqişə axtarmır. Amma bizə zərər verməyə cəhd etmək istəyənlər bilsinlər ki, əgər onlar amerikalıya zərər versə, qarşılığını görəcəklər", - Bayden deyib.
2024-02-03
828,755
Makron xəyanət etdi, doktrinanı pozdu - Filippo
Fransa Prezidenti Emmanuel Makron ölkəni Rusiya ilə nüvə müharibəsinə təhrik edir. Axar.az xəbər verir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının sədri Florian Filippo X hesabında bildirib. “Fransa özünün nüvə potensialını Avropa Birliyinin sərəncamına verməkdən məsuliyyət daşıyır” deyən Makron İsveçdə bunu bəyan etməyə cəsarət etdi! Bu xəyanətdir! Makronun sözləri ölkənin hərbi doktrinasına ziddir” - F.Filippo yazıb.
2024-02-03
828,757
İsrail qırıcıları Hizbullahın mövqelərini bombaladı
İsrail qırıcıları Livanın cənubundakı Blida bölgəsində yerləşən Hizbullah mövqelərinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bundan başqa, Kafr Killa qəsəbəsində Hizbullaha aid silahla dolu yük maşınının da məhv edildiyi bildirilib.
2024-02-03
828,759
Macarıstan onu Azərbaycana təhvil verdi
Fevralın 3-də daha bir nəfər beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib. Bu barədə Axar.az-a Ədliyyə Nazirliyindən məlumat verilib. Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilmiş Əli Hüseynovun yeri Macarıstan Respublikasında müəyyən olunub və o, həbs edilib. Həmin şəxsin ekstradisiyası ilə bağlı nazirliyin sorğusu və təqdim etdiyi beynəlxalq prosedurlara uyğun bütün tələb olunan sənədlər əsasında razılıq əldə olunaraq Ə.Hüseynov Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Macarıstandan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə tədbirlər davam etdirilərək cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilir, cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Qeyd edək ki, ötən ay beynəlxalq axtarışda olan bir nəfər Kolumbiyadan gətirilib, kiber və mülkiyyət əleyhinə cinayətləri törədən 2 şəxsin isə Avropa dövlətlərindən Azərbaycana ekstradisiyası məsələsi artıq razılaşdırılıb.
2024-02-03
828,761
Şəmkirdə 27 yaşlı şəxs güllələndi: qardaşlar saxlanıldı
09:44 Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini, 1997-ci il təvəllüdlü Zabil Aslanovun odlu silahdan atəş açılması nəticəsində bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayon sakini Babək Bayramlı və qardaşı Bahəddin Bayramlı şübhəli şəxs qismində saxlanılıb. Bahəddin Bayramlının avtomobilinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
2024-02-03
828,762
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 77,33 dollara, yüngül neftin bir barreli isə 72,28 dollara təklif olunur.
2024-02-03
828,767
Gəncədə oğul 72 yaşlı atasını baltaladı
Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Nazim Həsənqulu oğlu Məmmədova yaşadığı evdə baş nahiyəsindən balta ilə xəsarət yetirilib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Gəncə şəhər, Bayan küçəsi 119b ünvanında qeydə alınıb. O, xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə onun oğlu - 1976-cı il təvəllüdlü Zaur Məmmədovdur. O, hadisəni törətdikdən sonra qaçsa da, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
2024-02-03
828,768
İraqdan ABŞ hücumlarına sərt reaksiya
İraqın Ənbar əyalətinə bağlı Əl Kaim şəhəri və sərhəd ərazilər ABŞ qırıcılarının hücumlarına məruz qalıb. Bu hücumlar İraqın bölgədə sabitliyi qorumağa çalışdığı bir vaxtda baş verdi. Axar.az xəbər verir ki, bunu İraq Silahlı Qüvvələrinin sözçüsü general Yəhya Rəsul deyib. “Bu, İraqın suverenliyinin pozulması və hökumətin səylərinə zərbə vurmaq deməkdir. Sözügedən ABŞ hücumları İraqı və bölgəni arzuolunmaz nəticələrə sürükləyən təhlükədir. Bunun nəticələri İraq və regionun həm təhlükəsizliyi, həm də sabitliyi üçün ağır olacaq”, - Y.Rəsul vurğulayıb. Qeyd edək ki, ABŞ aviasiyası Suriya və İraqda müəyyən hədəflərə zərbələr endirməyə başlayıb.
2024-02-03
828,777
Meşə yanğınları bu ölkəni cənginə aldı: ölənlər var
Çilinin Valparaiso bölgəsində meşə yanğınları başlayıb. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. İlkin məlumata görə, yanğınlar zamanı 10 nəfər ölüb. Məsələ ilə bağlı açıqlama verən Çili Prezidenti Qabriel Boric bildirib ki, yanğınlara müdaxilə etmək üçün ölkənin mərkəzi və cənub bölgələrinə yanğınsöndürən briqadalar cəlb edilib. Yanğının Konkon, Quintero, Maitensillo şəhərləri istiqamətində sürətlə yayıldığı vurğulanıb.
2024-02-03
828,779
710-cu gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 710-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 387 940 hərbçi, 6 341 ədəd tank, 11 805 ədəd zirehli döyüş maşını, 9 300 ədəd artilleriya sistemi, 979 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 663 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 352 ədəd avtomobil texnikası, 7 161 ədəd PUA, 1 847 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1 473 xüsusi avadanlıq itirib.
2024-02-03
828,781
40 yaşlı qadın dəm qazından öldü
Sumqayıtda 40 yaşlı qadın dəm qazından boğularaq ölüb. Axar.az xəbər verir ki, hadisə Yaşıldərə yaşayış massivində yerləşən fərdi evlərdən birində qeydə alınıb. 1984-cü il təvəllüdlü Nailə Qabil qızı Şükürova hamam otağında dəm qazından boğularaq ölüb. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
2024-02-03
828,783
Xalqa xidmət nümunəsi yaradan Lider!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda seçicilərlə görüş keçirilib. Axar.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin komitə sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Aslan Mehdiyev, Bəhram Şiriyev, Həcər Mirzəyeva çıxış ediblər. Çıxışlarda bildirilib ki, qalib xalqın qaib Lideri kimi İlham Əliyev hər zaman Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması, tarixi torpaqlarımızın işğaldan azad edilməsi üçün misilsiz əzmkarlıqla çalışıb. Məhz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz qəhrəmanlıq dastanı yazaraq ərazi bütövlüyümüzü tam bərpa edib. İndi işğaldan azad edilmiş ərazilərimiz yenidən qurulur, soydaşlarımız öz yurdlarına geri qayıdır. Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri İlham Əliyevə səs verməyə çağırıblar. Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə səs verəcəklər. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
2024-02-03
828,786
Afinada nazirlik önündə partlayış törədildi
Yunanıstanın paytaxtı Afinada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında bomba partladılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, naməlum şəxslər əvvəl sözügedən nazirliyin qarşısında 40 dəqiqə ərazində partlayış olacağı barədə polisə məlumat veriblər. Əraziyə polis əməkdaşları cəlb edilib. Daha sonra partlayış reallaşıb. Partlayış nəticəsində ətraf ərazilərdə dağıntılar olduğu bildirilsə də, insan tələfatı qeydə alınmayıb. Məlumata əsasən, partlayışa görə məsuliyyəti ilk dəfə adı eşidilən “İnqilabçı özünümüdafiə” adlı təşkilat üzərinə götürüb.
2024-02-03
828,789
Sumqayıtda oğul anasını öldürdü
Fevralın 3-də saat 10:30 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində evlərin birində 1959-cu il təvəllüdlü Qəşəngül Fərhad qızı Qəhrəmanovanın kəsimiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən onun oğlu 1983-cü il təvəllüdlü Mübariz Əvəz oğlu Qəhrəmanov polis əməkdaşları tərəfindən saxlanılıb.
2024-02-03
828,791
Laçında yeni seçki məntəqəsi yaradıldı
İşğaldan azad olunan Laçın şəhərində 121 saylı Laçın seçki dairəsinin 105 saylı seçki məntəqəsi yaradılıb və burada 1 464 seçici qeydiyyata alınıb. Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında məntəqənin sədri Şəbnəm Uğurlu deyib. Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq seçki prosesinə çox həvəslə hazırlaşırlar: “Bunun da əsas səbəbi doğulduğumuz, lakin işğal səbəbindən böyüyə bilmədiyimiz ata yurdumuzda 32 ildən sonra ilk dəfə səsvermə hüququmuzdan istifadə etməyimizlə bağlıdır”. Ş.Uğurlu bildirib ki, Mərkəzi Seçki Komissiyası məntəqəni bütün lazımi avadanlıqlarla təmin edib: “Prezident seçkiləri günü məntəqədə 1 464 nəfər seçicinin öz səsvermə hüququndan istifadə etməsi üçün bütün şərait yaradılıb. Onların tərkibində həm Laçın şəhəri sakinləri, həm də altı aydan çox əmək müqaviləsi ilə burada çalışan vətəndaşlar var”. Məntəqə sədri söyləyib ki, məntəqə ləvazimatlarla tam təchiz olunub və seçki gününü səbrsizliklə gözləyirlər: “Məntəqə üzrə ən yaşlı seçicimizin 96 yaşı var və bu yaşda olanlar iki nəfərdir. Fevralın 7-də səyyar seçki qutusu ilə onların evlərinə gedərək səsvermə hüquqlarını təmin edəcəyik”.
2024-02-03
828,792
Xankəndidə daha 7 avtomat, 3 qumbara tapıldı
Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 2-də Xankəndi şəhəri ərazisində 7 ədəd müxtəlif markalı avtomat silahı, 3 qumbara, 4 ədəd müxtəlif markalı tüfəng, 25 ədəd patron darağı, 23 ədəd mərmi, 1215 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
2024-02-03
828,796
Türkiyəli astronavtın Yerə qayıdışı təxirə salındı
Aralarında Türkiyənin ilk astronavtı Alpər Gezeravcının da olduğu “Ax-3” komandasının Beynəlxalq Kosmik Stansiyadan (BKS) çıxışı təxirə salınıb. Axar.az xəbər verir ki, bu barədə “SpeysX” X hesabında məlumat yayıb. Bildirilib ki, Florida sahillərində əlverişsiz hava şəraiti ilə əlaqədar “Dragon” və “Ax-3” ekipajı fevralın 5-dən əvvəl BKS-i tərk etməyəcək. Qeyd edək ki, “Ax-3” komandasının kosmos missiyası dünən başa çatıb. Onlar bu gün Yerə çatmalı idilər.
2024-02-03
828,798
Dəmirbank ASC-də əmanətlər nə vaxt qaytarılacaq?
Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Dəmirbank ASC-nin kreditorlarına müraciət edib. Axar.az xəbər verir ki, bu barədə fond məlumat yayıb. Kreditorların diqqətinə çatdırılıb ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi fevralın 5-dən etibarən başlayacaq: “Tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək. Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babək prospekti 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraciət edərək ödəniş üçün bank rekvizitlərini təqdim etsinlər”.
2024-02-03
828,801
8 milyonluq narkotik ələ keçirildi, 5 mütəşəkkil dəstə...
Qara bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli həb ələ keçirilib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları yanvar ayında paytaxt və bölgələrdə 50-dən artıq əməliyyat keçirib. "Nəticədə gənclərimizi və gələcəyimizi zəhərləyən 55 nəfərdən ibarət 5 mütəşəkkil dəstə ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 12-si ölkəmizə narkotik maddələr gətirən və polisin bir müddətdir ki, izinə düşdüyü şəxslər olub. “Qara” bazarda dəyəri 8 milyon manat olan 212 kiloqram (heroin, tiryək, marixuana, metanmfetamin) narkotik vasitə və 12 min 791 ədəd psixotrop tərkibli metadon, tramadol və lirika həbi ələ keçirilib. Narkoşəbəkənin digər üzvlərinin saxlanılmaları istiqamətində əməliyyatlar davam etdirilir", - məlumatda bildirilib.
2024-02-03
828,802
Həyəcan siqnalı: döyüş texnikası mövqelərə çıxarıldı - Video
Cari ilin döyüş hazırlığı planına əsasən, yeni tədris dövrü ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində keçirilən praktiki məşğələlər uğurla icra olunur. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan döyüş texnikası və artilleriya qurğularının atəş mövqelərində döyüş tətbiqinə hazırlanması üzrə tapşırıqlar normativlərə uyğun olaraq yerinə yetirilir. Qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdirirlər.
2024-02-03
828,805
ATƏT-in Bakıdakı missiyasında dava: hesabatlar cırıldı… - Özəl
ATƏT-in seçkiləri müşahidə missiyasında ciddi qarşıdurma mühiti mövcuddir, davalar, kəskin ittihamlar və təhqirlərlə müşayiət olunan polemikalar yaşanır. Bu barədə Axar.az-a daxil olan məlumatda bildirilib. Qeyd edilib ki, missiyanın tərkibində olan ABŞ nümayəndələri dominantlığı ələ almağa və hamını təzyiq altında saxlamağa çalışırlar. Onlar nəinki uzunmüddətli və qısamüddətli sıravi müşahidəçilərə, hətta missiyanın rəhbərliyinə belə təzyiq göstərir. Seçkilərlə bağlı missiya üzvlərinin azacıq da olsa pozitiv besabatları, qeydləri isə dərhal cırılır və atılır. Məlumdur ki, ATƏT seçkiləri müşahidə missiyalarının fəaliyyətini tənzimləyən daxili qaydalar var. Amma bu qaydalar ayaqlar altına atılır, elə təəssürat yaranır ki, Azərbaycanda bu müşahidə missiyasına başqa “missiya” tapşırılıb. Redaksiyaya daxil olan məlumatda daha sensasiyalı məqam da var: Bildirilir ki, seçki günü ATƏT müşahidəçilərindən biri ilə polis arasında qarşıdurma mühiti yaratmaq və sonra da bunu “polis ATƏT müşahidəçilərinə işləməyə imkan vermədi, onlara qarşı zorakılıq tətbiq etdi” adı altında hesabata daxil etmək və bunu “dünyaya car çəkmək” planlaşdırılır. Bundan başqa, missiyanın işinə cəlb olunmuş yerli insanlarla, məsələn tərcüməçilərlə qəddar, təhqiramiz davranış halları var. Tərcüməçilərdən biri bu günlərdə təhqir olunub və alçaldılıb, ona qarşı şiddət tətbiq edilib və o, sarsıntı keçirib. İş o yerə çatıb ki, missiyaya daxil olan bəzi nümayəndələr bunu vicdanlarına sığışdırmayıblar və məsələyə müdaxilə edib onun qarşısını alıblar. Bəllidir ki, ATƏT missiyasının tərkibində cinsi azlıqların nümayəndələri də var. Bir qrup müşahidəçinin regiona səfəri çərçivəsində kifayət qədər konservativliyi ilə seçilən rayonların birində olduqları zaman cinsi azlıqların nümayəndələri nümayişkaranə şəkildə öz cinsi tələbatlarından irəli gələn hərəkətlər ediblər. Bu isə həmin mənzərəni seyr edən yerli sakinlərin narazılığına səbəb olub. Maraqlıdır: belə biabırçı ab-havanın hökm sürdüyü bir missiya seçki kimi məsuliyyətli bir prosesi necə adekvat qiymətləndirəcək? Davalar, qarşıdurmalar, etik qaydaların kobud pozulması, daxili qaydalara riayət etməmə, yerli insanlara qarşı alçaldıcı münasibət bir tərəfdən, amerikalılardan ibarət bir qrupun dominantlığı və hamını təzyiq altında saxlaması, əvvəlcədən hazırlanmış ssenari, hesabat, öyrədilmiş müşahidəçilər də digər tərəfdən.
2024-02-03
828,806
Sabah hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq.Mülayim cənub-qərb küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
2024-02-03
828,808
Bakıda silahlı şəxs saxlanıldı
Bakının Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları silahlı şəxsi saxlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Kürdəmir rayon sakini 1968-ci il təvəllüdlü Pünhan İmanov saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 7 ədəd patron aşkar olunaraq götürülüb. Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
2024-02-03
828,811
Abşeronda qanunsuz tikili söküldü - Video
Abşeron rayonu, Xırdalan şəhərinin H.Z.Tağıyev küçəsi və Quşçuluq massivi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.
2024-02-03
828,813
ATƏT-in missiyanın “gey” üzvü Azərbaycanda gərginlik yaratdı
Xəbər verdiyimiz kimi, ATƏT-in seçkiləri müşahidə missiyasında ciddi qarşıdurma mühiti mövcuddir, davalar, kəskin ittihamlar və təhqirlərlə müşayiət olunan polemikalar yaşanır. Daha biabırçı fakt isə ATƏT müşahidə missiyasının tərkibində olan cinsi azlıq nümayəndələri ilə bağlıdır. Axar.az xəbər verir ki, bir qrup müşahidəçinin regiona səfəri çərçivəsində kifayət qədər konservativliyi ilə seçilən rayonların birində olduqları zaman cinsi azlıqların nümayəndələri nümayişkaranə şəkildə öz cinsi tələbatlarından irəli gələn hərəkətlər ediblər. Bu isə yerli sakinlərin narazılığına səbəb olub. Qeyd edək ki, ATƏT-in seçkiləri müşahidə missiyasının daxilində yaşananlar, onların pozitiv hesabatları qəbul etməməsi, üstəlik, tərcüməçilərə qarşı təhqiramiz münasibəti haqda sensasiyalı məlumat yayılıb.
2024-02-03
828,816
Blinken Yaxın Şərqə gəlir: 5 gün ərzində 5 ölkədə…
ABŞ Dövlət katibi Entoni Blinken 4-8 fevral 2024-cü il tarixlərində Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. “Dövlət katibi qalan bütün girovların azad edilməsini təmin edən və Qəzzadakı mülki şəxslərə humanitar yardımın davamlı və genişləndirilmiş şəkildə çatdırılmasına imkan verəcək humanitar fasilədən ibarət razılığın əldə edilməsi üçün diplomatik səyləri davam etdirəcək”, - Miller vurğulayıb.
2024-02-03
828,819
Kanada iranlı sabiq məmur haqda deport qərarı verdi
Kanada hökuməti İranın keçmiş məmuru Məcid İranmeneşi deportasiya etmək barədə yekun qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Kanada İmmiqrasiya və Qaçqınlar Məhkəməsi məlumat yaylb. O, İranın Prezident Aparatının Dəstək və İnformasiya Texnologiyaları üzrə keçmiş baş direktoru olub. Kanada məhkəməsi yanvarın 3-dən etibarən Məcid İranməneşə Kanada sərhədləri daxilində olmasını qadağan edib. İranlı sabiq məmur ötən ilin iyun ayında Kanadanın Viktoriya Universitetində tədqiqat aparmaq üçün bu ölkəyə gedib. Qeyd edək ki, Kanada məhkəməsi Məcid İranməneşdən başqa Tehran hökumətinə bağlı daha 8 şəxsin ölkədən çıxarılması üçün araşdırmalar aparır.
2024-02-03
828,824
Bakıda evdən meyit tapıldı
Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
2024-02-03
828,826
Zabuxda tarixi seçkiyə hazırlıq: yeni məntəqə yaradıldı
Zabux camaatı 7 fevral növbədənkənar prezident seçkilərinə hazırdır. Doğma yurdumuzda səs verəcəyimizin qürur və sevincini yaşayırıq. Axar.az xəbər verir ki, Report-a açıqlamasında 121 saylı Laçın seçki dairəsinin Zabux kəndində yeni yaradılan 108 saylı seçki məntəqəsinin sədri Mübariz Rüstəmov deyib. 1 saylı Zabux kənd tam orta məktəbində yerləşən məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb. Eyni zamanda məntəqədəki lövhədə seçicilərin siyahısı vurulub. M.Rüstəmovun sözlərinə görə, məntəqədə 1500-ə yaxın seçici qeydiyyata alınıb. Onlardan 549 nəfər Zabux sakini, digərləri isə Laçının Minkənd kəndindən başlayaraq Güləbirdə qədər olan əraziləri əhatə edən seçicilərdir.
2024-02-03
828,829
Fransa polisinin dinc fəallara qarşı repressiyasına etiraz...
Bütün çətinliklərə baxmayaraq, korsikalılar ölkələrinin azadlığı uğrunda mübarizəni əzmlə davam etdirirlər. Ölkədə yeni yaranan “Nazione” Partiyası elə ilk gündən 600–dən çox fəalı bir araya gətirib. Partiyanın ilk gündən belə uğur qazanması fransız hökumətinin qəzəbi ilə üzləşib. Fransa hökuməti siyasi partiyanın bu uğurunu həzm edə bilməyib və bunu fəalların evlərinə hücum edərək, repressiya ilə göstəriblər. Yeni partiyanın assambleyasının ilk iclasından iki gün sonra fransız polisinin çox qəddar və amansız repressiyasına etiraz olaraq, “Nazione” Partiyası Bastiada mətbuat konfransı keçirib. Axar.az xəbər verir ki, konfransda partiyanın üzvləri və sözçüsü çıxış edərək, son günlər fransız polisinin törətdiyi repressiyanı qətiyyətlə pisləyiblər. Polisin həbs etdiyi və Parisə göndərdiyi “Nazione”nin iki fəalının dərhal azad olunmasını tələb ediblər. Həmçinin daxili işlər naziri J. Darmaninin Korsikaya səfəri zamanı bütün korsikalıları etiraz nümayişinə çağırıblar. “Nazione” Partiyasının baş assambleyasının ilk iclasından cəmi iki gün sonra Fransa dövləti bu yeni siyasi təşəbbüsün uğuruna yenə də repressiya dalğası ilə cavab verdi, iki fəalımız və milli koordinasiyamızın üzvləri Anto Simoni və Nikolas Pinzuti həbs etdi. Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) göstərişi ilə həyata keçirilən bu alçaq polis əməliyyatı fəallarımız və onların ailələrinə qarşı qəsdən təcavüz törətmək istəyini açıq şəkildə əks etdirir. Belə ki, onların evlərinə hücum edilərək, qapıları partlayıcılarla dağıdılıb, uşaqlarının gözü önündə ataları yerə yıxılaraq həbs olunub, evləri darmadağın edilib, uşaqların gözü qarşısında onların oyuncaqları qəsdən sındırılıb, siyasi və peşə öhdəliklərində vicdanlı və hörmətli olan iki fəal arbitrar şəkildə Parisə göndərilib. Bu gün “Nazione” dinc insanlara qarşı ən pis avtoritar rejimlərə layiq olan bu acınacaqlı və qəbuledilməz təcrübələri pisləyir”, - deyə partiya üzvləri yerli və xarici mətbuat qarşısında bəyan ediblər. Bildirilib ki, onların fəallarının yeri Korsika torpağında ailələri arasında, iş yerlərində və ölkələrini yaşatmaq uğrunda apardıqları mübarizə meydanındadır. Onların azadlığa buraxılması tələb olunur. “Milli azadlıq hərəkatına qarşı bu yeni təcavüzün yeganə məqsədi “Nazione”nin yaradılması ilə meydana gələn böyük xalq hərəkatını dayandırmağa və onun siyasi iradəsini susdurmağa çalışmaqdır. Fransanın siyasi liderləri və Korsikadakı bəzi siyasətçilər bu çağırışlar üçün hər hansı siyasi motivi bir daha güc amilinə söykənərək rədd edəcəklər. Bir daha bəyan edirik ki, “Korsika işləri” ilə bağlı siyasi və məhkəmə hakimiyyətlərinin müstəqil olmasının söyləmək bir “əfsanədir” və çərşənbə axşamı günü həbslər siyasi ədliyyənin əmri ilə siyasi polis tərəfindən həyata keçirilib. Həqiqətən də, proses indi məlumdur və çox kobud formaya çevrilib: müstəqillik hərəkatının hər bir təşəbbüsünə mexaniki şəkildə repressiya ilə cavab verilir. Bu repressiv əməliyyatların gələn həftə daxili işlər naziri J.Darmaninin gəlişinin elan olunması ilə üst-üstə düşməsi də təsadüfi deyil. Fransız polisinin bu addımı Korsikanın müstəqilliyi uğrunda mübarizə aparan yeganə siyasi cərəyanı neytrallaşdırmaq siyasətinin bir hissəsidir. Bizim siyasi mübarizəmiz Korsika və korsikalıların maraqlarının qətiyyətli müdafiəsinə əsaslanır”, - deyə siyasi partiyanın sözçüsü vurğulayıb. Qeyd edilib ki, yüzlərlə “Nazione” fəalı partiyanın siyasi cərəyanının ümumi istiqamətinə dair keçirilmiş səsvermədə partiyanın siyasi hərəkatının hər zaman ölkədə real siyasi həllin və real sülhün lehinə əsas aktor olduğunu bir daha təsdiqləyib. Bununla belə, sülh gətirən siyasi həll yolunun axtarışı heç vaxt Korsika xalqının gələcəyi üçün əsas olan bütün tələblərdən imtina etmək demək deyil. “Heç vaxt repressiya milli mübarizəmizi nə susdura, nə də boyun əyməyə məcbur edə bilməz. “Nazione” yaxın günlərdə siyasətimizlə razılaşan bütün korsikalıları bir araya gətirərək siyasi layihəsini populyarlaşdırmağa davam edəcək”, - deyə partiya üzvləri yaxın günlərdə fəaliyyətlərini daha da intensivləşdirəcəklərini diqqətə çatdırıblar. Konfransın sonunda “Nazione” fəalları gələn həftə daxili işlər naziri J.Darmaninin Korsikaya səfərinə görə “Korsika xalqının hüquqları uğrunda! Repressiyaya son! Yaşasın millət!” şüarları ilə etiraz nümayişinə çağırış ediblər. Sonda partiya üzvləri 18 maskalı fransız polisinin “Nazione”nin fəallarının evinə basqın etməsinin bir daha qəbuledilməz olduğunu bildiriblər. Bunun repressiyanın son həddi olduğunu deyərək, özünü hüquqi dövlət və insan hüquqları beşiyi hesab edən Fransanın, əslində demokratik deyil, diktatura yönlü olduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, belə vəziyyət yalnız avtoritar rejimdə mümkündür. Ancaq bütün bu repressiyalar korsikalıların iradəsini sındıra bilməyəcək və onlar azadlıqları uğrunda mübarizəni əzmlə davam etdirəcəklər.
2024-02-03
828,832
Azərbaycanı kəşf edilməmiş xəzinə kimi təsvir edirəm - Səfir
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld (Fergus Auld) ölkəsində Azərbaycanı kəşf edilməmiş xəzinə kimi təsvir etdiyini deyib. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə o, ASAN Radioya müsahibəsində danışıb. Səfir Azərbaycanı gözəl insanları və dağları olan unikal ölkə hesab etdiyini vurğulayaraq əlavə edib ki, Bakıda yaşamazdan əvvəl 6 həftə Gəncədə yaşamaq Azərbaycan həyatını və mədəniyyətini tanmaq üçün ona çox kömək edib: “Britaniyada bir çox insan Azərbaycan barədə çox şey bilmir. Amma Formula 1 yarışları bəzi insanların Azərbaycanı xəritələrdə tapmağa kömək etdi. Bu yaxınlarda britaniyalı bir tarixçi Azərbaycan haqqında çox məşhur televiziya proqramı hazırladı. Bu, Azərbaycanı bir çox insana tanıtdı. Onlar gəlib buranı öz gözləri ilə görmək istədiklərini deyirlər”. F.Auld Böyük Britaniyaya gedərkən Azərbaycandan apardığı hədiyyələrdən də söz açıb: “Xalça, ev paxlavası və Göyçaydan narşərab aparmışam. Mən Azərbaycanın hər yerindən fərqli yeməklər dadmağı sevirəm. Lənkəranın turşu kababını çox sevirəm. Amma həm də Gəncədə təndir çörəyi ilə təzə qaymaq, bal yeməyi sevirəm, Şəki pitisini də xoşlayıram. Düzü, mən Azərbaycanda yemək məsələsində çox ehtiyatlı olmalıyam, yoxsa çox tez kökələrəm (gülür)”. Diplomat iş çoxluğu səbəbilə başını qaşımağa vaxt tapmadığını da söyləyib: “Həftəsonu vaxtım olarsa, təmiz hava üçün Bakıdan çıxmağı, ölkənin başqa yerlərini kəşf etməyi xoşlayıram. Tədbirlərdə şotland milli geyimi olan kilt geyinməyi sevirəm. Məni bir az "Cəsur ürək" filmindəki Vilyam Volles (William Wallace) kimi hiss etdirir. Kilt rəqs etmək üçün əladır, ona görə də onu növbəti böyük Azərbaycan toy mərasimində geyinməliyəm”. F.Auld işğaldan azad edilmiş ərazilərə səfərindən və indiyədək Şuşaya getməməsindən söz açıb: “Bu günə qədər Qubadlı, Füzuli, Zəngilan və Ağdamda olmuşam. Şuşada hələ də olmamışam, ümid edirəm, bir gün dəvət etsələr, gedəcəyəm. Düşünürəm ki, Azərbaycanla Böyük Britaniya arasında xüsusi bağ var, hara getsəm, məni isti qarşılayırlar. Bu, insanlar, hökumətlər və biznes qurumları arasındakı əlaqələri göstərir. Ümid edirəm ki, hər bir mühüm addımda Azərbaycan və Britaniyanın yan-yana dayanacağını görəcəyik”.
2024-02-03
828,835
ABŞ-ın İraqı bombalaması nəticəsində 16 nəfər öldü
ABŞ-ın İraqın qərbindəki Ənbar əyalətinə endirdiyi aviazərbələr nəticəsində 16 nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə "Şəfəq Nyus" (Shafaq News) agentliyi məlumat yayıb. İraqın bu əyalətdəki Hərbi Əməliyyatlar Komandanlığından bildirilib ki, ABŞ tərəfdən açılan atəşlər nəticəsində 16 nəfər ölüb. Xatırladaq ki, ABŞ fevralın 2-dən 3-ə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb. Bu, Birləşmiş Ştatların İordaniyadakı hərbi bazasına hücuma cavabdır. ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) məlumatına görə, aviasiyanın vurduğu hədəflər arasında komanda məntəqələri, kəşfiyyat mərkəzləri, raket və dron anbarları, habelə İraq və Suriyada SEPAH və ona bağlı qüvvələrin sursat təchizatı şəbəkələrinin fəaliyyətini təmin edən digər obyektlər olub.
2024-02-03
828,838
Paşinyan Göyçə gölü ilə bağlı müraciətə cavab verdi
“Environmental Protection First” Koalisiyası Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edib. Axar.az Report-a istinadən xəbər verir ki, müraciətdə Göyçə gölünün təmizlənməsi üçün beynəlxalq şirkətlərə pul xərcləməkdənsə, Ermənistanın baş nazirinin öncə gölün ətrafında xarici ölkələrin investorlarına həvalə etdiyi mədən sənayesi müəssisələrinin qeyri-şəffaf fəaliyyəti nəticəsində ətraf mühitə dəyən ziyanın həcminə nəzər yetirməli olduğu qeyd olunub. Bildirilib ki, bununla da illərdir həllini tapmayan suyun təmizlənməsi problemi aradan qalxacaq. Qeyd edək ki, ekoloji normalar gözlənilmədən Amuldağ yatağındakı amansız istismarın şirin su ehtiyatlarını zəhərləməsi ilə bağlı Ermənistan və Azərbaycan QHT-lərinin və ekofəalların etiraz bəyanatlarına N.Paşinyandan cavab gəlib. O, hökumət iclasında etiraf edib ki, tullantı suları təmizlənmədən Göyçə gölünə axıdılır. N.Paşinyan uzun illərdir müzakirələr aparılmasına baxmayaraq, məsələnin birdəfəlik həllinin tapılmadığını, Ermənistanın buna imkan və resurslarının olmadığını etiraf edib. Hökumət başçısı bildirib ki, suyun təmizlənməsi ilə bağlı beynəlxalq tərəfdaşlar cəlb edilsə də, Göyçə gölü bir müddət sonra yenə çirkləndirilir. Xatırladaq ki, son vaxtlar ekoloji yönümlü QHT-lər, ekofəallar həyəcan təbili çalır ki, Amuldağ yatağındakı qanunsuz istismar əraziyə yaxın yerləşən Göyçə gölünün ekosisteminə mənfi təsir göstərir, ağır metal tərkibli tullantılar Ermənistanın ən böyük şirin su gölünə axıdılır, gölün canlı aləmi məhv olur, bu sudan istifadə edən insanların sağlamlığı isə təhlükə altındadır.
2024-02-03
828,839
ATƏT-in Bakıda AŞPA-lığı: Qərb nəyə nail olmaq istəyir?
ATƏT-in seçkiləri müşahidə missiyası ilə bağlı olduqca etibarlı mənbədən daxil olan məlumat ciddi siqnaldır. Belə anlaşılır ki, rəsmi Bakının AŞPA-nın Azərbaycana qarşı tutduğu mövqeyə və qəbul etdiyi “qətnamələrdəki” qərəzə, erməni yalanlarını “bayraq” edib, ölkəmizə təzyiq etmək siyasətinə etiraz edərək, bu qurumu seçkiləri müşahidə etmək üçün dəvət etməməsi Qərbin “alternativ varianta” əl atmasına səbəb olub: Həm AŞPA-nın “dəvət edilməməsini” hesabata salıb, Azərbaycan nümayəndə heyətini bir illik qurumdan kənarlaşdırmaqda bundan sui-istifadə edirlər, paralel olaraq Azərbaycanın dəvət etdiyi ATƏT müşahidə missiyasına göstəriş verib, öz bildiklərini yeritməyə çalışırlar. ATƏT-in Bakıda olan seçkiləri müşahidə missiyasının bir çox üzvü artıq indidən azacıq pozitiv sayılan hesabatları qəbul etmir, onları cırıb, zibil qabına atır. Bu, o deməkdir ki, “seçki müşahidə missiyası”nın qarşısına artıq indidən seçkiləri qaralamaq missiyası qoyulub. Bunun üçün müşahidə missiyasındakı xüsusilə ABŞ-dan olan üzvlərin canfəşanlıq etməsi də maraq doğurur. Niyə ABŞ nümayəndələri? Nədən ABŞ hər vəchlə Azərbaycana təzyiqlərdən əl çəkmək və qarşılıqlı hörmət əsasında münasibətləri aydınlaşdırmaq kimi bir müddət öncə elan etdiyi siyasətinə naxələf çıxır? Azərbaycanda nəyə nail olmaq istəyir? ABŞ-ın açıq-aşkar bəhanə gəzdiyini dini azadlığın məhdudlaşdırıldığı ölkələr siyahısına Azərbaycanı da daxil edəcək qədər irəli getməsində görmək olardı. Ən azı bu siyahıda Azərbaycan olmamalıdır, ola bilməz və bunu bütün dünyada çox yaxşı dərk edirlər. Azərbaycan dini tolerantlıq baxımından dünyaya ona görə nümunədir ki, bu, birbaşa xalqın xarakterindən, ənənəsindən, tarixindən gəlir: Azərbaycan yüzillərlə dinlərin “kəsişmə nöqtəsi” olub: burda bir müsəlmanın sinaqoqa və yaxud kilsəyə girməsi, yaxud gedib Atəşgahı ziyarət etməsi o qədər adidir ki, bunu Qərbdə sadəcə başa düşə bilmirlər. Eyni mənzərəni yaratmaq üçün yeni hazırlıq gedir. Belə görünür ki, 7 fevral prezident seçkisində İlham Əliyevin qazanacağı səslərə hansısa vasitələrlə çamur atmağa çalışırlar. İlham Əliyevin son reytinqi dünən, elə ABŞ təşkilatı tərəfindən açıqlandı: 97%. Bu, ABŞ sorğu təşkilatının rəsmən elan etdiyi yox, etiraf etdiyi rəqəmdir və burada şişirtmədən yox, azaltmadan söhbət gedə bilər. Azərbaycan tarixi dövrünü yaşayır, torpağı azad edilib, dövlət suverenliyi tam bərpa edilib. Axı, biz illərlə, onillərlə ermənilərə ən yüksək muxtariyyətə belə razılaşardıq ki, təki münaqişə bitsin, qaçqınlar yurd-yuvalarına qayıtsın. Ancaq tamamilə fərqli qələbəni İlham Əliyev bu xalqa bəxş etdi. Ən yüksək yox, “ən adi muxtariyyətin” belə Azərbaycanın daxilinə qoyulan “saatlıq mina” olduğunu çox yaxşı bilən və 1923-cü ildə qoyulan bu minanın bir neçə dəfə aktivləşdiyini, nəhayət, 90-cı illərdə partladıldığını gözəl anlayan İlham Əliyev bu minanı tam zərərsizləşdirdi – baxmayaraq ki, “bu minanın xəritəsini” Minsk Qrupu 28 il böyunca gizli saxladı, Ermənistan isə saxtakarlıq etdi, “mina xəritəsini” vermədi – çünki 90-lardan başlayaraq kortəbii basdırdığı mina xəritələri Ermənistanda olmadığı kimi, “Qarabağ” adlı siyasi minanı da başqa ölkə - Rusiya basdırmışdı, Fransa, ABŞ isə ona dəstək vermişdi, “xəritəsi” də əlbəttə ki, Ermənistanda ola bilməzdi: Ermənistan və ermənilər bu minanın qurbanı olan tərəflərdən yalnız biri idi. Əliyev 100 illik bu siyasi minanı heç bir xəritə olmadan təmizlədi – amma qətiyyən 44 günə yox. İlham Əliyev bu minanı zərərsizləşdirmək üçün 17 il çalışdı və az qurbanlar vermədi: siyasi müttəfiqlər tapdı, bu siyasi müttəfiqlər üçün iqtisadi güzəştlər etdi, lazım olanda, əvəzsiz, faizsiz on ildir yada belə salınmayan “kredit” də ayırdı – daha nələr etdi, nə xərclədi, yalnız təxmin etmək olar. Özünü, komandasını da xərclədi, şəhidlər də verdi. Ancaq baxın: Birinci Qarabağ savaşında 20 min şəhid, 30 min yaralı, iqtisadi-siyasi zərbələr və dəhşətli məğlubiyyət, işğal, 20 faiz ərazinin əldən çıxması, yüzminlərlə qaçqın, məcburi köçkün... İkinci Qarabağ savaşında – 3 min şəhid, 10 min qazi və böyük qələbə, misilsiz tarixi dönüş! İlham Əliyev minimum can itkisi ilə bu qədər böyük qələbəni elə-belə qazanmamışdı – bundan ötrü siyasi, iqtisadi baxımdan çox resurslar xərclənmişdi. Nəticə sadəcə Möhtəşəmdir! İlham Əliyev Xankəndiyə bayrağımızı sancmaqla bir daha bu münaqişənin ölkə daxilində olmaması üçün Tarixi Addım atdı; Tarixi – anlaya bilirsinizmi? 1828-ci ildən köçürülüb gətirilən, qucaq aşdığımız, kirvə etdiyimiz ermənilərin torpağımızın heç olmasa bir hissəsini – hazırda Azərbaycan Respublikasının sərhədləri daxilində olan hissəsini mənimsəməsi, tariximizi saxtalaşdırması, özəlləşdirməsi prosesi silindi, yoxa çıxdı: İlham Əliyev böyük bir tarixi ləkəni təmizlədi, Azərbaycanın unitarlığını təmin etdi və bir daha, bir daha bu münaqişənin baş verməməsi üçün həlledici sözünü dedi: siyasi minanı statusla birgə cəhənnəmə, gora göndərdi! Bəli, İlham Əliyev 20 ildən artıqdır ki, prezidentdir. Və 3 gündən sonra seçkiyə girəcək, reytinqi 97%-dir! De Qollda olmayıb, Corc Vaşinqtonda, Ruzveldə, Trümendə də olmayıb – gəlmiş-getmiş heç bir liderdə olmayacaq, əmin olun! Bu, o deməkdirmi ki, Əliyevin 20 ildən sonra bu qədər yüksək reytinqi De Qollun qoluboy varisini özündən çıxartmalıdır? Bəli, İlham Əliyev 20 il əvvəlki seçkilərdə qazandığı səsdən müqayisəyəgəlməz şəkildə çox səs alacaq – bu, hər kəsin bildiyi həqiqətdir. Axı, niyə məhz bu seçkiyə çirkab atmaq üçün Qərb bu qədər həyəcanlanmalı, isterikaya düşməli, bütün dəyərlərini ayaqlar altına atmalı, şərləməli, saxtakarlığa getməlidir? Yoxdur Azərbaycanda İlham Əliyevə alternativ! Bu reallığı qəbul etmək əvəzinə İlham Əliyevin timsalında Azərbaycana və Azərbaycanın milli hədəflərinə istiqamətlənən yoluna nə qədər təxribat törətmək olar, axı? Artıq ATƏT-in müşahidə missiyasının seçkiləri necə müşahidə edəcəyi aydındır, hansı hesabat hazırlamağı qarşısına məqsəd kimi qoyduğu və yaxud ondan hansı hesabat istənildiyi də göz önündədir. Ancaq bu, nəyi dəyişəcək? Azərbaycanda dini tolerantlıq olmadığı haqda utanmaz, həyasız, abırsız hesabat hazırlayanda nə dəyişdi ki, İlham Əliyevin bu seçkidə qələbəsini şübhə altına almaq nəyisə dəyişsin? P.S. Böyük məmnuniyyətlə ATƏT missiyasına Azərbaycan xalqının xarakterinə və deyim tərzinə uyğun “Kişi olun!” deyə müraciət etmək istərdim. Ancaq missiyada bir sürü qoluboy, gey, cinsi azlıq var – nəyi və kimə deyim?
2024-02-03
828,842
ABŞ SEPAH zabitlərinə sanksiya tətbiq etdi
ABŞ SEPAH-ın altı komandiri və yüksək rütbəli üzvlərinə, İranın raket və dron proqramları üçün material və texnologiya təchizat şəbəkəsinə sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, Honq-Konqda yerləşən dörd şirkət və onların Tehrandakı "Narin Sepehr Mobin İstatis" adlı şirkəti də sanksiyaya məruz qalıb. Həmid Humayunfal, Həmidrza Ləşgərian, Mehdi Ləşgərian, Milad Mənsuri, Məhəmməd Əmin Saberian və Məhəmməd Bagir Şirinkar adlı SEPAH zabitləri kiber fəaliyyətlərinə görə sanksiyalar siyahısına daxil edilib. Qeyd edək ki, bu sanksiya, İrana bağlı haker qrupunun Albanyanın Statistika Mərkəzinə hücumundan sonraya təsadüf edir.
2024-02-03
828,844
Əhalinin 40%-i yoxsuldur - Mömini
İranda şəhərətrafı qeyri-standart bölgələrdə yaşayan əhalinin sayı normal həddi keçərək 25 milyon nəfərə çatıb. Axar.az xəbər verir ki, bunu iranlı iqtisadçı Fərşad Mömini deyib. O, gün keçdikcə insanların daha da yoxsullaşdığının narahatedici tendensiyaya çevrildiyini və əhalinin 40%-nin yoxsulluq həddindən aşağı düşmək ərəfəsində olduğunu bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl başqa iqtisadi tədqiqatçı Zəhra Kaviani 2023-cü ildə əhalinin təxminən 30%-nin (26 milyon nəfər) yoxsulluq həddinin altında olduğunu bildirmişdi.
2024-02-03
828,845
ABŞ İrana zərbələr endirəcəkmi? - CNN
İraq və Suriyada müəyyən hədəflərə hava zərbələri endirilməsinə baxmayaraq, İran daxilində heç bir hədəf vurulmayacaq. Axar.az xəbər verir ki, bu barədə CNN xəbər kanalı məlumat yayıb. Kanal bunu Co Bayden administrasiyasının yüksək rütbəli rəsmisinə istinadən bildirib. Qeyd edək ki, ABŞ fevralın 2-dən 3-ə keçən gecə İraq və Suriyada İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ona bağlı qüvvələrə aid 85-dən çox hədəfi bombalayıb. Bu, Birləşmiş Ştatların 28 yanvarda İordaniyadakı hərbi bazasına hücum nəticəsində 3 əsgərinin ölümü, 34-nün yaralanmasına cavabdır.
2024-02-03
828,848
Takistanda etirazçılara atəş açıldı: ölən var
Qəzvin əyalətinin Takistan şəhərində keçirilən aksiyada etirazçılara atəş açılıb. Axar.az xəbər verir ki, bu barədə Takistan şəhərinin fərmandarının müavini Zəbiullah Bagiri məlumat verib. O, atəş açanın "Almas xodro" avtomobil şirkətinə mənsub şəxs olduğunu və bir nəfərin öldüyünü, bir neçə nəfərin yaralandığını bildirib. Qeyd edək ki, takistanlılar SEPAH-ın himayəsində olan “Almas xodro” avtomobil şirkətinin onların ödənişlərinə baxmayaraq, uzun illərdir avtomobilləri təhvil verməməsi səbəbindən etiraz aksiyası keçiriblər. Bundan əvvəl bir neçə dəfə oxşar aksiya keçirilsə də, qəzvinlilərin nə avtomobilləri, nə də pulları qaytarılır.
2024-02-03
828,850
Türk lirəsi ucuzlaşmaqda davam edir
Türkiyə lirəsi dollar qarşısında ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda bir dollar 30,5 lirəyə qalxıb. Avro isə 32,95 lirəyədir Qeyd edək ki, ötən gün türkiyə Mərkəzi Bankının rəhbəri Hafizə Gaye Ərkan istefa verib. Onun yerinə Fateh Qaraxan təyin edilib.