date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-02-02 | 828,392 | Adamova: Bakı ilə İrəvan arasında dialoqa dəstək veririk | Çexiya bu gün Cənubi Qafqaz regionuna davamlı sülhün və əmin-amanlığın gəlməsi üçün Azərbaycan ilə Ermənistan arasında dialoqun davam etdirilməsinə dəstək göstərir. Axar.az xəbər verir ki, bu fikirləri Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə deyib. O qeyd edib ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu şübhə doğurmur və Çex Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. M.Pekarova Adamova qeyd edib ki, Çexiya parlamentariləri AŞPA-da Azərbaycanla bağlı sözügedən məsələnin müzakirəsində iştirak etməyib və lehinə səs verməyib. O, ölkəmizin COP29-a ev sahibliyi münasibətilə təbriklərini çatdırıb, Çexiyanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını deyib. Görüşdə, həmçinin ölkəmizin enerji sahəsində hər zaman etibarlı tərəfdaş olduğu qeyd edilib, Çexiyanın da neft məhsullarına tələbatının təxminən 30 faizinin Azərbaycan nefti hesabına ödənildiyi diqqətə çatdırılıb. Bildirilib ki, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın gücləndirilməsi həm də insanlar arasında əlaqələrin genişləndirilməsi üçün mühüm vasitədir. Deputatlar Palatasının sədri Azərbaycana ilk səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət edəcəyinə inamını ifadə edib. O, ölkəsinin Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlı olduğunu qeyd edib. |
2024-02-02 | 828,394 | Azərbaycanlı cüdo hakimi Avropa çempionatında... | Azərbaycan tarixində ilk dəfə cüdo hakimi Avropa çempionatında hakimlik edəcək. Axar.az xəbər verir ki, Nazim Umbayev Avropa Cüdo Hakimlər Komissiyası tərəfindən Xorvatiyanın paytaxtı Zaqrebdə böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün seçilib. A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Beynəlxalq Cüdo Federasiyasının Dünya Cüdo Turu çərçivəsində keçirilən yarışlarda iştirak edən hakimlər siyahısına daxildir. Qeyd edək ki, Avropa çempionatı 25-28 aprel tarixlərində keçiriləcək. |
2024-02-02 | 828,396 | Bayden Leyenlə danışdı: Ukraynaya 50 milyardlıq yardım... | Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenlə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyindən məlumat verilib. Məlumata görə, telefon danışığında Ukraynaya 50 milyard avroluq maliyyə yardımı müzakirə edilib: "Razılaşdıq ki, Ukrayna öz tərəfdaşlarından geniş dəstək almağa davam etməlidir. Nə qədər lazımdırsa, birlikdə Ukraynanın yanında olacağıq”. Qeyd edək ki, ötən gün AB sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı təsdiq edilib. |
2024-02-01 | 828,399 | Putinin NATO ilə sərhəddə iqamətgahı tapıldı - Video | Rusiyanın şimal-qərbində yerləşən Kareliyada, Finlandiya ilə sərhəddən cəmi 30 kilometr aralıda Putinin iqamətgahı olduğu üzə çıxıb. Axar.az xəbər verir ki, “Bild” nəşri iqamətgahın 2016-cı ildə tikildiyini, ancaq indiyə qədər foto və videosunun yayılmadığını yazıb. Rezidensiyaya yalnız qayıq və helikopterlə getmək mümkündür. Eniş meydançası nəhəng iqamətgahın arxasında yerləşir. Yerli sakinlər bildiriblər ki, Putin ildə ən azı bir dəfə Kareliyadakı sarayını ziyarət edir. Rusiya prezidentinin iqamətgahı çox müasir görünən üç əsas binadan ibarətdir. Rəsmi olaraq obyektlər “balıqçılıq daxması”, “anbar” və “bağ evi” adları altında maskalanıb. Əsas binada 200 kvadratmetr sahəsi olan yeməkxana var. İqamətgahın ərazisində dörd metrlik şəlalə də qurulub. Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları sarayın yaxınlığındakı ərazini gecə-gündüz mühafizə edir. Putinin özü iqamətgaha gələndə mühafizə xeyli gücləndirilir. |
2024-02-02 | 828,401 | Putinin səfəri: Ərdoğanla buna qərar verəcəklər | Vladimir Putinin prezident seçkiləri öncəsi harasa səfər edəcəyinə şübhə ilə yanaşıram. Çin istisna olmaqla, Rusiya prezidentinin digər ölkələrə getmək ehtimalı aşağıdır. Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Vladimir Putinin fevralın 12-də Türkiyəyə səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. Politoloqun sözlərinə görə, iki ölkə liderinin görüşü baş tutsa, mühüm məsələlərin müzakirəsi gözlənilir: “Putinlə Ərdoğan arasında çox yaxşı dostluq münasibətləri var. Bu da Rusiya və Türkiyə xalqları arasında münasibətlərinin yaxşı olması ilə bağlıdır. Unutmaq olmaz ki, Rusiya ilə Türkiyə arasında təkcə çoxlu oxşarlıqlar deyil, həm də ziddiyyətlər mövcuddur. Bu ziddiyyətləri liderlər ideal şəkildə idarə edirlər. Bu, digər ölkələrə öz problemlərini həll etmək üçün bir model olmalıdır. Putinin Türkiyəyə səfəri də bu baxımdan önəmli ola bilər. Türkiyədə qaz qovşağının və Rusiyanın köməyi ilə yeni nüvə enerjisi sənayesinin formalaşması kimi məsələlərin müzakirəsi mümkündür. Rusiya təkcə atom elektrik stansiyaları tikmir, həm də Türkiyə üçün nüvə enerjisi üzrə mütəxəssislərin hazırlanması sistemini yaradır. Bu, mahiyyət etibarı ilə iqtisadiyyatın yeni sektorunun yaradılmasıdır”. Politoloq səfər zamanı Ukrayna, Suriya və Qəzza ilə bağlı müzakirələri də istisna etməyib: “Suriya məsələsində Rusiya və Türkiyə düşmən tərəflərin nümayəndələri kimi çıxış edirlər. Buna görə də sülh yolunda növbəti addımları atmağın vaxtıdır. Qəzza zolağı ilə bağlı münaqişədə isə Rusiya ilə Türkiyənin mövqeləri yaxındır. Moskva və Ankara İsrailin Qəzza zolağındakı hərəkətlərini qeyri-qanuni və həddindən artıq qəddar hesab edir. Və hər iki ölkə bu vəziyyətdən çıxış yolunu müstəqil Fələstin dövlətinin yaradılmasında görür. Ukrayna ilə sülh danışıqlarına gəlincə, Rusiya dəfələrlə buna hazır olduğunu bəyan edib. O, istənilən təşəbbüsü alqışlayır və Türkiyənin təşəbbüslərinə müsbət yanaşır. Rusiya hesab edir ki, Moskva ilə Kiyev arasında münaqişə yoxdur. Ukrayna ABŞ tərəfindən işğal olunmuş bir ölkədir. Və Ukraynada müharibəyə son qoymaq üçün real danışıqlar Rusiya ilə ABŞ arasında olmalıdır”. Markov bir müddət öncə aktual olan taxıl müqaviləsinə də diqqət çəkib: “Qara dənizdə yeni taxıl müqaviləsi və onun həyata keçirilməsi ehtimalı azdır. Ukraynadan taxıl ixracı demək olar ki, müharibədən əvvəlki səviyyəyə çatıb. Və buna görə də yeni saziş üçün təşəbbüsə ehtiyac yoxdur”. |
2024-02-02 | 828,402 | Ukrayna deputatlarından təklif: Hərbidən yayınanlar... | Ukrayna Ali Radasının deputatları səfərbərlik zamanı ölkədən qeyri-qanuni getməyə görə cinayət məsuliyyətinin tətbiq edilməsini təklif edir. Axar.az xəbər verir ki, Ali Radada ordudan yayınanların 3 ildən 5 ilədək həbs edilməsinin zəruriliyi vurğulanıb. Məsələ ilə bağlı ölkənin Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. |
2024-02-02 | 828,403 | Zalujnı sükutu pozdu: Rusiyanın üstünlüyü... | Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı istefası ilə bağlı şayiələr fonunda CNN üçün məqalə yazıb və burada ölkənin hərbi sənayesinin əsas problemlərinə diqqət çəkib. Axar.az-ın məlumatına görə, Zalujnı qeyd edib ki, Kiyev Qərbdən gələn hərbi təchizatdan asılıdır və hazırda Qərb ölkələrindəki daxili siyasi gərginlik fonunda onların azaldılması ilə mübarizə aparmağa məcburdur. O, eyni zamanda insan resurslarının səfərbər edilməsində düşmənin (Rusiya – red.) əhəmiyyətli üstünlüyünü tanımağa çağırıb. Müdafiədəki əsas problemlərin həlli, o cümlədən ordunun yüksək texnoloji avadanlıqla təmin edilməsi üçün Zalujnı yeni bir sistem yaratmağın və təlim və döyüş əməliyyatlarının yeni fəlsəfəsini tətbiq etməyin vacibliyini bildirib. |
2024-02-02 | 828,405 | Bu gün Azərbaycanda Gənclər Günüdür | Bu gün - 2 fevral Azərbaycan Gəncləri Günüdür. Axar.az xəbər verir ki, əlamətdar tarixi gün gənclərə hər zaman diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Bununla da Azərbaycan bir çox sahələrdə olduğu kimi, bu sahədə də bir çox ölkələri qabaqlayıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan olunub. Ulu öndər Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq daha bir addım atıb - bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları buna misal ola bilər. Heydər Əliyevin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiqləyir. Ölkə gənclərinin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının bu sahəyə böyük diqqətinə əyani sübutdur. Məsələn, Azərbaycan Prezidentinin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə hərtərəfli imkanlar yaradıb. Məhz bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır. "Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident İlham Əliyev gənclərin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlayır. Öz növbəsində Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir, eyni zamanda Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə can atır. Dövlət başçısının 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Gənclər Fondunun yaradılması ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin elmi-nəzəri əsaslara bağlılığını göstərir. 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, onların cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq, bu sosial təbəqənin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmağa yönəlib. Dövlət başçısı İlham Əliyevin başçılığı ilə həyata keçirilən uğurlu siyasətin gənclər arasında vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarının azadlığı uğrunda mübarizə əzmini göstərmək olar. Xatırladaq ki, hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü. Bundan az sonra başlayan Vətən müharibəsi zamanı gənclərin dövlətə, Vətənə bağlılığının nə qədər əhəmiyyətli olduğuna şahidlik etdik. Könüllü olaraq Vətən savaşında iştirak etmək istəyən gənclərin sayının xeyli artması, Ali Baş Komandan tərəfindən qismən səfərbərliyin elan olunması gənclərin Ali Baş Komandana dəstəyinin bariz nümunəsi idi. Bütün bunların məntiqi nəticəsi olaraq Azərbaycan gəncliyi 44 günlük müharibədə düşmən üzərində parlaq qələbənin əldə olunmasında xüsusilə fərqləndi. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən gənclərin istedad və bacarıqlarının üzə çıxarılması istiqamətində həyata keçirilən layihələr yetişməkdə olan nəslin gələcəyinin etibarlı zəmanətidir. Ölkəmizdə bu sahə ilə bağlı siyasətin uğurla həyata keçirilməsi gənclərin həyatın bütün sferalarında öz bilik və bacarıqlarına geniş imkanlar yaradıb. Gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini işıqlı gələcəyə yönəldir. Əziz gənclər, bayramınız mübarək! |
2024-02-02 | 828,408 | Ukrayna tələb etdi, Argentina polisi rusu saxladı | Argentina polisi Kiyevin tələbi ilə rusiyalını saxlayıb, onun Ukraynaya mümkün ekstradisiyası məsələsi üzrə məhkəmə prosesi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Buenos-Ayresdəki səfirliyinin konsulluq şöbəsinin rəhbəri Nataliya Pustovalova "RİA Novosti"yə bildirib. “Səfirliyə Ezeiza Beynəlxalq Hava Limanında polisdən rəsmi bildiriş daxil olub ki, yanvarın 30-da Ukrayna İnterpolunun sorğusu əsasında ailəsi ilə birlikdə Argentinaya turizm məqsədi ilə gələn Rusiya vətəndaşı İ.İ.Çurkinin saxlanılıb. Yaxın 45 gün ərzində məhkəmə iclası keçiriləcək və orada rusiyalının Ukraynaya ekstradisiya edilib-edilməməsi ilə bağlı qərar veriləcək”, - Pustovalova bildirib. |
2024-02-02 | 828,409 | Putin dayanmayacaq, qələbə qazansa... - Rumıniya | Bütün Avropa sakinləri kimi Rumıniya əhalisi də Rusiya təcavüzünün mümkün genişlənməsinə hazırlaşmalıdır. Axar.az xəbər verir ki, bu sözləri Rumıniya Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbəri Georqitsa Vlad deyib. “Rusiya dünya nizamı və demokratiya üçün problemə çevrilib, buna görə də əslində o, təkcə Ukrayna ilə deyil, demokratik dünya ilə müharibə aparır. Avropa Birliyinin, Avropanın bütün əhalisi kimi, Rumıniya əhalisi də narahat olmalıdır və hazırlaşmaq üçün müvafiq tədbirlər görməliyik”, - o bildirib. Q.Vlad vurğulayıb ki, Ukraynada qələbə çalacağı təqdirdə Rusiya dayanmayacaq və çox güman ki, Moldovaya hücum edərək, Qərbi Balkanlarda eskalasiyaya səbəb olacaq. |
2024-02-02 | 828,410 | Bu faydalı qida da çox yeyəndə dərd verir | Sağlamlıq üçün bir çox faydası olan acı bibərin həddindən artıq istifadəsi asılılığa səbəb olur. Axar.az xəbər verir ki, bu haqda türkiyəli diyetoloq Cemre Balkan məlumat verib. Onun sözlərinə görə, tərkibində C, E, provitamin A, kalium, fosfor, dəmir, sink və selenium olan acı bibər sağlamlığa olduqca faydalıdır: “Vitamin və minerallarla zəngin bu qida orqanizmi xəstəliklərə qarşı qoruyur və ağrıları aradan qaldırmaqda təsirlidir. Tərkibindəki liflə həzmsizlik və qəbizliyi də aradan qaldırır. Eyni zamanda, acı bibər yeyən fərdlərdə pis xolesterinin azaldığı müşahidə olunur”. Onun sözlərinə görə, araşdırmalar acı bibərin faydaları ilə yanaşı, zərərlərinin də olduğunu göstərir: “Acı bibərin həddindən artıq istifadəsi asılılığa gətirib çıxarda bilər. Belə olduqda fərdlərdə halsızlıq və yorğunluq halları müşahidə olunur. Hemoroid, xora, qastrit və digər mədə problemləri olan və ya mədə əməliyyatı keçirmiş şəxslər acı bibərin istifadəsi zamanı diqqətli olmalıdır. Acı bibərin iştah açdığı düşünülsə də, araşdırmalar acı bibər qəbul edən insanların iştahının azaldığını göstərib. Acı bibər tərkibli məhsullardan istifadə edəcəyiniz zaman mütləq həkimə və ya diyetoloqa müraciət edin”. |
2024-02-02 | 828,411 | Ermənistan Avropanı belə aldadır - Bruks | Ermənistan Avropa Birliyindən (AB) aldığı malları Rusiyaya göndərir. Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun və Beynəlxalq Valyuta Fondunun baş iqtisadçısı Robin Bruks X sosial şəbəkə hesabında yazıb. O, Ermənistanın AB-dən məhsul idxalını kəskin şəkildə artırdığını bildirib: "Ermənistan gömrük polisinin uzun və şərəfli tarixində Avropa Birliyindən malların daşınmasında belə böyük sıçrayış heç vaxt qeydə alınmayıb. Bütün bunların hələ də yenidən qablaşdırılaraq Moskvaya göndərildiyini demirəm". |
2024-02-02 | 828,412 | Husilər Britaniya gəmisinə hücum etdi | Yəməndəki Husi üsyançıları Qırmızı dənizdə İsrailə gedən Britaniyaya məxsus ticarət gəmisinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya deyib. “Yəmən hərbi-dəniz qüvvələri Qırmızı dənizlə işğal olunmuş Fələstin ərazilərindəki limana gedən Britaniya ticarət gəmisinə gəmi əleyhinə raketlə zərbələr endirib", - deyə o bildirib. Səriya gəminin adını və növünü açıqlamayıb. Qeyd edək ki, bundan əvvəl Britaniya tərəfi Hüdeyda limanından 57 dəniz mili qərbdə gəmiyə hücum edildiyini bildirmişdi. |
2024-02-02 | 828,413 | "Əl-Nəsr" Messinin komandasını 6:0 uddu | Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” komandası ilə ABŞ-ın “İnter Mayami” klubu arasında yoldaşlıq görüşü baş tutub. Axar.az xəbər verir ki, "Əl-Nəsr" rəqibini 6:0 hesabı ilə darmadağln edib. Oyunda Taliska het-trikə (10, 51p., 76) imza atıb. Onunla yanaşı Otavio (3), Laporte (12), Marran (68) fərqləniblər. Qeyd edək ki, zədə səbəbindən “Əl-Nəsr”in heyətində Kristinao Ronaldo iştirak etməyib. “İnter Mayami”də isə Lionel Messi yalnız qarşılaşmanın 83-cü dəqiqəsində meydana çıxıb. |
2024-02-02 | 828,414 | Britaniya Yəmənə ordu göndərir? - Douden | Britaniya Yəmənə ölkənin şimalında husilərin hökmranlığına qarşı döyüşmək üçün ordusunu göndərməyəcək. Axar.az xəbər verir ki, bu sözləri Britaniya Baş nazirinin müavini Oliver Douden “Röyters”ə bildirib. O, həmçinin vurğulayıb ki, Böyük Britaniya Yəməndə husiləri tamamilə məhv etmək niyyətində deyil. Doudenin sözlərinə görə, Böyük Britaniya hava hücumları ilə yalnız qrupun Qırmızı dənizdən keçən gəmiləri təhdid etmək qabiliyyətini azaltmağa çalışır. |
2024-02-02 | 828,416 | ABŞ Zalujnını prezident görmək istəyir - Alman nəşri | ABŞ hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zaljnının Prezident Vladimir Zelenski ilə münasibətləri kəskinləşərsə, birincinin tərəfində olacaq. Axar.az xəbər verir ki, bu barədə “Berliner Zeytunq” yazıb. Bildirilib ki, ABŞ administrasiyasının baş komandana rəğbəti olsa da, tərəflər arasında açıq münaqişənin olmasını istəmir. Bəzi ukraynalı ekspertlərin fikrincə, Vaşinqton Zelenskini deyil, Zalujnını Ukrayna prezidenti kimi görməyə üstünlük verəcək. Məqalədə deyilir ki, martın sonunda keçirilməli olan prezident seçkilərinin ləğvi vəziyyəti daha da gərginləşdirir. Yazda Zelenskinin legitimliyi ilə bağlı şübhələrin getdikcə daha çox eşidiləcəyi gözlənilir. |
2024-02-02 | 828,422 | Rəhman Orxan vəfat etdi | Əməkdar jurnalist Rəhman Orxan vəfat edib. Kult.az xəbər verir ki, bu barədə mərhumun yaxınları sosial şəbəkə hesabında paylaşım ediblər. Qeyd edək ki, jurnalist uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, 2001-2013-cü illərdə “Azərikimya” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Rəhman Orxan Şəki rayonunun Sarıca kəndində dəfn olunacaq. Allah rəhmət eləsin! |
2024-02-02 | 828,426 | Paşinyan Qazaxıstana getdi | Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gedib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan bu gün Almatıda Avrasiya Hökumətlərarası Şurasının növbəti iclasında iştirak edəcək. Erməni baş nazirin bir sıra rəsmi görüşlər də keçirəcəyi gözlənilir. |
2024-02-02 | 828,427 | Ata qəza törətdi, oğlu öldü | Yavər Həsənovun idarə etdiyi VAZ-21061 markalı avtomobillə Yevlax şəhəri ərazisində Bakı-Qazax avtomobil yolu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirməsi nəticəsində avtomobil yolun sağ kənarında olan səkinin üzərindəki ağaca çırpılıb. Axar.az xəbər verir ki, nəticədə həmin avtomobildə olan sürücünün övladı - 2019-cu il təvəllüdlü M.H. aldığı bədən xəsarətlərindən Yevlax Mərkəzi Xəstəxanasında ölüb. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb. |
2024-02-02 | 828,431 | Qubada 20 yaşlı qız dəm qazından öldü | Quba rayonunda 20 yaşlı gənc qız dəm qazından ölüb. Axar.az xəbər verir ki, Quba rayonu, Xaltan kənd sakini Sədaqət Ramazanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənmə nəticəsində ölüb. Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır. |
2024-02-02 | 828,434 | Qaxda əməliyyat: Qonşular saxlanıldı | Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilmiş əməliyyat zamanı rayon sakinləri - əvvəllər də xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifov saxlanılıb. Hər iki şəxsin üzərinə və yaşadıqları ünvanlara baxış keçirilən zaman ümumi çəkisi 4 kiloqram 230 qrama yaxın qurudulmuş marixuana, eləcə də çətənə bitkisinin toxumları aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxslərin həmin narkotik vasitələri ötən ilin yaz aylarında meşəlik ərazidə becərdikləri çətənə bitkilərindən satış və şəxsi istifadələri üçün əldə etdikləri məlum olub. Həmin əraziyə baxış keçirilərkən isə çəkisi 14 kiloqram olan 65 ədəd çətənə bitkisinin qalıqları aşkarlanaraq maddi sübut kimi götürülüb. Onlar ifadələrində narkotiklərin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Davam etdirilən tədbirlərlə Firuz Yusifovun narkotik vasitəni satdığı rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum edilmiş Kərim Abdullayev saxlanılıb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilə baxış keçirilərkən F.Yusifovdan aldığı qurudulmuş marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir. |
2024-02-02 | 828,436 | Neft ucuzlaşmaqda davam edir | Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 79,15 dollara, yüngül neftin bir barreli isə 74,19 dollara təklif olunur. |
2024-02-02 | 828,441 | Mehriban Əliyevadan Gənclər Günü paylaşımı | Birinci vitse-prezident Mehriban Əliyeva 2 Fevral - Gənclər Günü münasibətilə özünün sosial şəbəkə hesabında paylaşım edib. Axar.az paylaşımı təqdim edir: |
2024-02-02 | 828,445 | Xankəndidə 4 avtomat, 3 qumbara aşkarlandı | Polis əməkdaşları ötən gün Xankəndidə 4 avtomat, 3 tapanaça və 3 qumbara aşkarlayıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bundan başqa 2 ədəd müxtəlif markalı tüfəng, 50 ədəd patron darağı, 2129 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-02-02 | 828,447 | Pxenyan Sarı dənizə doğru qanadlı raketlər buraxdı | Şimali Koreya qərb sahillərindən bir neçə qanadlı raket buraxıb. Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Məlumata görə, sayı hələ dəqiqləşdirilməyən raketlər yerli vaxtla saat 11:00-da (Bakı vaxtı ilə 06:00) Sarı dənizə doğru atılıb. Seul buraxılışların Pxenyan-Bukdo və ya Pxenyan-Namdo əyalətlərinin ərazilərindən həyata keçirilmə ehtimalını öyrənir. Cənubi Koreya ordusu monitorinqi gücləndirdiyini və KXDR-i izləmək üçün ABŞ-la koordinasiyalı hərəkət etdiyini vurğulayıb. |
2024-02-02 | 828,451 | Bu ölkə rus texnikasını ABŞ-a verdi, Zaxarova qəzəbləndi | Ekvadorun Rusiya texnikalarını ABŞ-a ötürmək qərarı ehtiyatsızlıq olub və kənar maraqlı tərəflərin ciddi təzyiqi ilə qəbul edilib. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Tərəfdaşlarımız müqavilələrin müddəalarını, o cümlədən tədarük edilmiş əmlakdan göstərilən məqsədlər üçün istifadə etmək və Rusiyadan müvafiq razılıq almadan üçüncü tərəfə verməmək öhdəliyini yaxşı bilirlər. Vaşinqton çətin ki, Ekvadorda deyildiyi kimi, bu “metal qırıntıları” müqabilində əhəmiyyətli məbləğə müasir avadanlıq təklif etsin. Ümid edirik ki, Kito bunu dərk edir”, - o bildirib. Qeyd edək ki, Ekvador Prezidenti Daniel Noboa ölkəsinin köhnə rus texnikasını ABŞ-a verməkdən imtina etməyəcəyini və Moskvanın mövqeyinə baxmayaraq, bunu edəcəyini bildirmişdi. |
2024-02-02 | 828,453 | Şəmkirdə 2 maşın toqquşdu: ölən var | Şəmkir şəhərində ölümlə nəticələnən yol qəzası olub. Axar.az Report-a istinadən xəbər verir ki, Şəmkir şəhər ərazisində yerləşən restoranların birinin qarşısında 2 avtomobil toqquşub. Nəticədə rayon sakini, 1993-cü il təvəllüdlü Bayram Valeh oğlu Qasımov həyatını itirib. Faktla bağlı araşdırma aparılır. |
2024-02-02 | 828,454 | Şolts Kiyevə bu raketi verməmək üçün bəhanə gəzir | Bundestaqın üzvü Norbert Röttgen Almaniya kansleri Olaf Şoltsdan Ukraynanın Rusiyadan daha vacib olduğunu etiraf etməyi tələb edib. Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. “Zaman faktoru daha çox Putinin tərəfindədir və Rusiyanın artan hücumu səbəbindən Ukrayna ətrafında vəziyyət tezliklə Qərb üçün daha da pisləşəcək. Buna görə də Kiyevin tələblərini yerinə yetirmək və “Taurus” qanadlı raketlərini Ukraynaya ötürmək lazımdır, lakin Şolts onları Kiyevə göndərməyə razı olmayacaq. Kansler bunu istəmir və daim bəhanələr axtarır. O və hətta Almaniya Sosial Demokrat Partiyasının əksəriyyəti hələ də belə fikirdədirlər ki, baş verən hər şeyə baxmayaraq, Rusiya Avropanın təhlükəsizliyi üçün Berlin və Moskva arasındakı bütün dövlətlərdən daha vacibdir və vacib olaraq qalır”, - o bildirib. |
2024-02-02 | 828,461 | 709-cu gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 709-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 387 060 hərbçi, 6 331 ədəd tank, 11 792 ədəd zirehli döyüş maşını, 9274 ədəd artilleriya sistemi, 978 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 663 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 316 ədəd avtomobil texnikası, 7146 ədəd PUA, 1 847 qanadlı raket, 24 gəmi/kater, 1 sualtı qayıq, 1470 xüsusi avadanlıq itirib. |
2024-02-02 | 828,462 | Gənclər prezident seçkilərində yüksək fəallıq göstərəcək | Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü ildə respublikada yenidən hakimiyyətə qayıtdıqdan sonra gənc nəslə diqqət və qayğını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkən, Azərbaycan gəncliyinin gücünə, onun cəmiyyətimizin aparıcı qüvvəsi kimi çıxış edə biləcək potensialına hər zaman inanan Ulu Öndər demişdir: “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ümummilli Lider H.Əliyevin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1997-ci il fevral ayının 2-də Ulu Öndərin imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. 2002-ci il aprelin 9-da isə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edir. Axar.az xəbər verir ki, bu sözləri Gənclər Günü münasibətilə mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. O qeyd edib ki, hazırda respublikamızın bütün sahələrində dinamik inkişafın təmin olunmasında Azərbaycan gəncliyinin müstəsna rolu vardır: “Bu gün Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Gənclər siyasəti ümumi inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində müstəsna rol oynayır. Gənclərin effektiv və yaradıcı fəaliyyəti üçün dövlətimizin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bir sıra mühüm sənədlər imzalanmışdır”. K.Qafarov Vətən müharibəsində tarixi Qələbənin əldə olunmasında gəncliyin rolundan bəhs edərək deyib: “Ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin ən önəmli nəticələrindən biri də bu oldu ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların igidliyi və fədakarlığı sayəsində əldə olunan bu şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla bağlı demişdir: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər”. Azərbaycan gəncləri Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər. Birmənalı olaraq demək lazımdır ki, bu gün bütün Azərbaycan gəncliyi ölkəmizin gələcəyini yalnız Prezident İlham Əliyevlə bağlayır. Heç bir şübhə yoxdur ki, fevral ayının 7-də keçiriləcək Prezident seçkilərində də gənclərimiz yüksək fəallıq nümayiş etdirərək, öz mövqelərini birmənalı şəkildə təsdiqləyəcəklər”. |
2024-02-02 | 828,463 | Ölkəmizdə gənclərin sayı nə qədərdir? | Azərbaycan əhalisinin 2,3 milyon nəfərini və ya 22,7 faizini gənclər təşkil edir. Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd olunub ki, gənclərin 52,7 faizi şəhər yerlərində, 47,3 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,3 faizini qadınlar təşkil edir. Ötən il ölkədə nikaha daxil olanların 71,9 faizini gənclər təşkil edib. İlk dəfə nikaha daxil olan kişilərin orta yaşı 28, qadınların isə 24-dür. Boşananlar arasında gənc kişilərin xüsusi çəkisi 17,5 faiz, gənc qadınların xüsusi çəkisi isə 37,9 faiz olub. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olunub. |
2024-02-02 | 828,464 | Türkiyə F-16-larla bərabər, bu qırıcıları da alır | Türkiyə ABŞ-la F-16-lar almaq üçün 23 milyard dollarlıq razılaşma əldə etməsinə baxmayaraq, 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) da almaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Ankara “Tayfun”u almaq üçün Böyük Britaniya və İspaniya ilə danışıqlar aparır: “Danışıqlara Türkiyənin ABŞ-dan 2021-ci ilin oktyabrında F-16 qırıcılarını ala bilməyəcəyi haqda xəbərlərdən sonra başlanılıb”. Qeyd edək ki, “Tayfun” təyyarələri Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya konsorsiumu tərəfindən istehsal olunur. |
2024-02-02 | 828,465 | Azərbaycanda daha 21 nəfər koronadan öldü | Azərbaycanda son 1 ay ərzində (31.12.2023-31.01.2024) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 325 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 217 nəfər sağalıb. Ay ərzində analiz cavabı müsbət çıxan 21 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 834 630 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 824 089 nəfər müalicə olunaraq sağalıb, hazırda 141 aktiv xəstə var. Bu günə qədər 10 400 nəfər vəfat edib. Məlumata görə, son bir ay ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 333, bu günə qədər isə ümumilikdə 7 748 050 test icra olunub. |
2024-02-02 | 828,470 | Ukraynanın zərbəsi: rus general da öldü | Ukrayna ordusunun Krımdakı Belbek aerodromuna endirdiyi raket zərbəsi nəticəsində 10 hərbçi ölüb. Onların arasında aviasiya eskadrilyasının komandiri, general-leytenant Aleksandr Tatarenko da var. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Ukrayna ordusunun atdığı raketlərdən ikisi 38-ci qırıcı aviasiya alayının komanda məntəqəsinə, biri isə aerodromun rabitə məntəqəsinə düşüb. Bildirilib ki, Ukrayna ordusu qanadlı raketləri ruslara tanış olmayan marşrutlarla buraxıblar. Raketlərin çoxu Qara dənizin üzəri ilə hərəkət edib. Qeyd edək ki, dünən Ukraynanın Krımdakı Belbek aerodromuna endirdiyi zərbələr nəticəsində iki ədəd Su-27, bir ədəd Su-30 təyyarəsinin məhv edildiyi, 12 hərbçinin isə öldürüldüyü ilə bağlı məlumat yayılmışdı. |
2024-02-02 | 828,471 | ABŞ Zelenskini əvəz etmək istəyir | ABŞ-ın Ukrayna ilə bağlı nəzərdən keçirdiyi yeni konsepsiyada Ukrayna ordusunun baş komandanı Valeri Zalujnıya dəstək və Prezident Vladimir Zelenskinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Axar.az xəbər verir ki, bunu amerikalı jurnalist, “Pulitser” mükafatı laureatı Seymur Herş deyib. “Hazırkı konsepsiya Zalujnını dəstəkləməyi və Zelenskinin prezidentliyinin sona çatmasına səbəb olan islahatları nəzərdə tutur. İslahatların əsas təhlükəsi informasiyanın mediaya “sızmasıdır” və bu, prosesi sarsıdacaq. Strategiya münaqişəyə son qoymaq və Ukrayna üçün maliyyə planını formalaşdırmaqdır”, - o bildirib. |
2024-02-02 | 828,474 | İstanbul boğazında iki gəmi toqquşdu | Türkiyədə İstanbul boğazında “Kevalay Queen” adlı 147 metrlik sərnişin gəmisi ilə “Kaptain Adam 1” karqo gəmisi toqquşub. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, qəzadan sonra hadisə yerinə xilasedici qayıqlar gəlib. Bildirilib ki, hər iki gəmiyə ziyan dəyib. |
2024-02-02 | 828,476 | Kreml İl-76-da ölənlərin nəşlərini Kiyevə verir? | Rusiya Prezident Administrasiyası Kiyevdən İl-76 qəzasında həlak olan əsirlərin cəsədlərinin təhvil verilməsi ilə bağlı heç bir müraciət almayıb. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb. |
2024-02-02 | 828,480 | ABŞ-da təyyarə treyler parkına çırpıldı: ölənlər var | ABŞ-nin Florida ştatının Kliruoter şəhərində “Beechcraft Bonanza V35” yüngül təyyarəsi treyler parkına çırpılıb. Axar.az xəbər verir ki, yerli yanğınsöndürmə xidmətinin rəisi Skott Elers həm təyyarədə, həm də mobil evdə bir neçə nəfərin öldüyünü bildirib. O, ölənlərin dəqiq sayını açıqlamayıb. Elersin sözlərinə görə, təyyarə parkdakı evlərdən birinin üzərinə düşüb. Qəza nəticəsində yanğın daha dörd qoşquya yayılıb. |
2024-02-02 | 828,481 | Ukrayna bu istiqamətdə 156 PUA-nı məhv etdi | Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 300 rusiyalı hərbçini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, sözügedən istiqamətdə Ukrayna Rusiyanın 49 hərbi texnikasını və 156 ədəd müxtəlif növ PUA-sını sıradan çıxarıb. Ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 53 hava zərbəsi endirib, 933 artilleriya atəşi və 35 hərbi əməliyyat həyata keçirib. |
2024-02-02 | 828,482 | Bişkekdə güclü partlayış: Prezident təcili ölkəyə qayıtdı - Foto | Qırğızıstanın paytaxtı Bişkekdə yerləşən istilik elektrik stansiyasında partlayış baş verib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb, onlardan ikisi ambulator müalicəyə göndərilib. Yanıq xəsarətləri alan iki nəfərin vəziyyəti ağır, bir nəfərin isə orta-ağırdır. Partlayış səbəbindən şəhərin böyük hissəsində istilik enerjisində problem yaranıb. Fövqəladə hallar naziri Babək Ajikayev istilik təchizatının bərpasının 5-7 gün ərzində mümkün olacağını açıqlayıb. Paytaxtda məktəblərin bazar ertəsinə kimi distant təhsilə keçdiyi qeyd olunur. Ölkə prezidenti Sadir Japarov vəziyyəti şəxsən nəzarətə götürüb. O, Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana səfər etsə də, məlum hadisə səbəbindən Bişkekə qayıdıb. Partlayışın təxribat olduğuna dair iddialar var. |
2024-02-02 | 828,483 | Türkiyədə MOSSAD-ın 7 casusu saxlanıldı | Türkiyədə İsrailin casusu olduğunu iddia edilən 7 nəfər saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə “TRT Xəbər” məlumat yayıb. Məlumata görə, özəl dedektivlər vasitəsilə əldə etdikləri məlumatları İsrail kəşfiyyat xidməti MOSSAD-a satdıqları müəyyən edilən şübhəlilər Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) və polisin birgə əməliyyatı nəticəsində saxlanılıb. |
2024-02-02 | 828,488 | Nasaz maşın yolda qaldı: tıxac yarandı | Texniki nasaz avtomobilin yolda qalması Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında sıxlığın yaranmasına səbəb olub. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Axar.az-a verilən məlumata görə, metronun “20 Yanvar” stansiyası istiqamətində yaranan sıxlığın qarşısını almaq üçün Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər. Hazırda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür. |
2024-02-02 | 828,491 | Afiyəddini sən tərbiyə etmisən, indi bax “əsərinə...” | “Bu uşağı döymək lazımdır”, “Bu uşağı öldürmək vacibdir”, “Niyə bir kişi çıxıb bunu öldürmür?” kimi söhbətlər, yəqin ki, son zamanlar sosial şəbəkədə hər kəsin qarşısına çıxıb. Bu şiddət çağırışları etdiyi qeyri-etik hərəkətlərini çəkib paylaşan bir yeniyetməyə qarşıdır. Doğrudanmı çıxış yolu öldürməkdir?! Bununla hər şey demirəm, heç olmasa, nələrsə düzələcəkmi? Əlbəttə ki, Afiyəddin Cəlilov adlı yeniyetmənin etdiyi bəzi hərəkətlər adamların heysiyyatına toxunur. Fəqət, kimsə bu nəticəni doğuran səbəblərdən danışmır. Əvvəla, əgər hər qeyri-etik davranan kəsi öldürmək lazım olsaydı, dünyada nə qədər adamı edam kötüyünə sürükləmək lazım gələrdi? Məgər yeniyetmə ikən yanlış edən və yanlışını qanmayan tək o uşaqdır? Normal insan da bir yeniyetmənin məhvini bu qədər rahatlıqla arzulaya bilər? Öz balanız belə olsa, buna necə reaksiya verərdiniz? İkincisi, tərbiyəsi yerində deyil, psixi problemləri var: axı o, uşaqdır, ağlı müəyyən qədər kəsməyə bilər və ən əsası da səhvlərindən nəticə çıxarmaq üçün qətiyyən gec deyil! Üçüncüsü, daha ədalətli davranaq: narkotik aludəçisidir, kiminsə ailəsinə sataşıb, qətliam törədib, kütləvi məkanda zor tətbiq edib, atəş açıb, kiməsə təcavüz edib? Bunların hansını edib, nə günaha girib? Allah evini yıxsın Tiktokun: uşaqların, yeniyetmələrin beynini yuyur. Yüzlərlə, minlərlə videolar çıxır qarşısına, uşaq da az ağlıyla sanır ki, bu da “qeyri-adi” hərəkətlər edə bilər... Atası hər kəsdən üzr istədi və belə görünür ki, övladının tərbiyəsinə bundan sonra daha çox diqqət ayırmamağın əzabını çəkir. Yeri gəlmişkən, anasının onun boynuna psixi xəstəxanada necə sarıldığını gördünüzmü? O fotonu izlədinizsə, uşaq sayıla bilən 14 yaşlı yeniyetmənin bir ailə, bəlkə də bir nəsil üçün dəyərini anlamaq bu qədərmi çətindir? Həm də ailənin ona verdiyi dəyər daşıdığı adıdır - Afiyəddin. Baba Afiyəddin terrorun qurbanı oldu, bu dövlət üçün canını verdi. Bu xalq indiki qüdrətli halında nəvənin də babasının aqibətini yaşamasını arzulamamalıdır... Əksinə, Afiyəddin Cəlilovun qeyri-adekvat hərəkətlərində öz günahımızı da axtaraq: bayağı, mənasız, dəyərlərimizi dağıdan efirlər sosial şəbəkələr qədər uşaqlarımızın tərbiyəsinə mənfi mənada təsir edir. Biz hansının qarşısını cəmiyyət olaraq alırıq? Afiyəddin və ya afiyəddinlər artıq ailə yox, efir “tərbiyəsi” ilə böyüyür. Fəsadlarını hələ görəcəyik – bu, hələ harasıdır ki... |
2024-02-02 | 828,497 | Mkrtçyan: Xalq olaraq qəbul etdik ki, Qarabağ... - Video | 12:05 Əgər söhbət Ermənistan Konstitusiyasının Qarabağa aid olan hissəsindən gedirsə, onda gəlin açıq danışaq. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edəndə niyə yüz minlərlə Ermənistan vətəndaşı küçələrə axışaraq Baş nazirin istefasını və hökumətin dəyişdirilməsini tələb etmədi? Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıyırıq və Qarabağ orada yerləşir. Axar.az xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan deyib. “Belə olan halda həmin qonşu dövlət və ya hansısa üçüncü tərəf soruşmur ki, niyə Konstitusiyanızda Qarabağla bağlı bənd var? Daha çoxunu deyim, Konstitusiyamızda Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı bənd var. Bu bəndi niyə saxlayırsınız? Bu, ziddiyyətdir və Bakının hərbi eskalasiyanı qanuniləşdirməsi üçün yaşıl işıqdır. Bir daha deyirəm ki, Ermənistan hakimiyyəti ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. İndi mənə izah edin, belə olan halda, necə olur ki, Ermənistan Konstitusiyasında Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı bənd var? Razı deyiliksə, o zaman ayağa qalxıb Baş naziri dəyişək. Bu isə olmur. Yəni Ermənistan vətəndaşı hakimiyyətin bu hərəkətlərini normal qəbul edir”, - o bildirib. |
2024-02-02 | 828,499 | Mühəndis bölmələrinin Qarabağda tədbirləri - Foto | Müdafiə Nazirliyi işğaldan azad edilən ərazilərdə Azərbaycan Ordusunun mühəndis bölmələri tərəfindən görülən tədbirləri açıqlayıb. Nazirlikdən Axar.az-a verilən məlumata görə, azad edilən ərazilərdə ümumilikdə mühəndis-istehkam bölmələri 36 000 ha-dək ərazini mina və partlamamış hərbi sursatdan təmizləyib. Onlardan 10 400-ü piyada əleyhinə mina, 3 300-ü tank əleyhinə mina, 11 850 partlamamış döyüş sursatı olub. |
2024-02-02 | 828,502 | Ermənilər Xocalı və Şuşada meşəlik əraziləri minalayıb | Vətən müharibəsindən sonra 480 km-a qədər təmas xətti boyu 2 km dərinliyində ərazilər, o cümlədən Buzluq yüksəkliyindən Laçın dağınadək 100 km-ə yaxın ərazi Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları tərəfindən minalanıb. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Qarabağ iqtisadi rayonunda minalar asasan yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxınlaşma istiqamətlərində, Xocalı və Şuşa ətrafında meşəlik ərazilərdə, eləcə da magistral yolların üzərində basdırılıb. |
2024-02-02 | 828,503 | Güneyli məhbuslara dəstək kampaniyası keçirilir | Güney Azərbaycan və İranda yaşayan qeyri-fars xalqların nümayəndələri sosial mediada Şərqi və Qərbi Azərbaycan və Ərdəbil əyalətlərində həbs edilən azərbaycanlı milli məhbuslar üçün dəstək kampaniyası keçirirlər. Axar.az xəbər verir ki, bu barədə sosial mediada paylaşımlar edilib. “Səsimizə səs olun” adı altında keçirilən kampaniyaya qoşulan minlərlə fəal qısa video-müraciətlər paylaşaraq, azərbaycanlı milli fəalların qanunsuz saxlanıldıqlarını deyir, onların sərbəst buraxılmalarını tələb edirlər. Bir neçə gün əvvəl başladılan kampaniya geniş əks-səda doğurduğu üçün xarici media və xaricdə fəaliyyət göstərən İrana müxalif xəbər agentlikləri tərəfindən işıqlandırılıb, televiziya kanallarının da manşetinə çıxarılıb. Qeyd edək ki, Yürüş Mehrəlibəyli, Muxtar İbrahimi, Əsgər Fərəci, İbrahim Rəşidi, Əli Rzayi, Saleh Molla Abbasi, Mahmud Ocaqlı, Əli Rəzizadə, Pejman İslami, Səhənd Nurməhəmmədzadə, Məhəmməd Məliki, Milad Azmun, Pərviz Siyabi, Armita Pavir, Milad Cəlili, Fərzanə Qarahəsənli, Həmid Qarahəsənli, Əhmədrza Cəlali və başqa bir neçə azərbaycanlı fəal həbsdədir. |
2024-02-02 | 828,507 | В Карабахе больше всего мин в лесах - МО | Министерство обороны распространило информацию о мерах, принимаемых инженерными подразделениями азербайджанской армии на освобожденных от оккупации территориях. Как сообщает Axar.az со ссылкой на Министерство обороны, инженерно-саперными подразделениями на освобожденных от оккупации территориях очищено от мин и неразорвавшихся боеприпасов около 36 тыс. гектаров. Обнаружено 10 400 противопехотных мин, 3 300 противотанковых мин, 11 850 неразорвавшихся боеприпасов. После Отечественной войны военнослужащими ВС Армении были заминированы участки глубиной 2 км вдоль 480-километровой линии соприкосновения, в том числе около 100 км территории от высоты Бузлуг до горы Лачин. В Карабахском экономическом районе мины установлены преимущественно в направлениях населенных пунктов и кладбищ, в лесных массивах в окрестностях Ходжалы и Шуши, а также на автомагистралях. |
2024-02-02 | 828,510 | Qərb səhv edir, vaxt Rusiyaya işləyir - Orban | Ukraynadakı münaqişədə vaxt Rusiyanın tərəfindədir və Qərbin hesablamalarının əksinə olaraq, Ukrayna ordusu döyüş meydanında mövqeyini yaxşılaşdıra bilməyəcək. Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. “İstənilən halda Ukraynada hərbi əməliyyatlar tez bir zamanda dayandırılmalıdır, çünki orada hər gün insanlar ölür. Bu məsələlər fevralın 1-də AB-nin Brüsseldə keçirilən sammitində müzakirə olunub. Qərb hələ də düşünür ki, zaman bizim tərəfimizdədir və müharibə nə qədər uzun sürsə, Ukrayna üçün hərbi vəziyyət o qədər yaxşılaşacaq. Amma həqiqət bunun əksidir. Zaman rusların tərəfindədir və müharibə nə qədər uzun sürərsə, bir o qədər çox insan öləcək və qüvvələr nisbəti Ukraynanın xeyrinə dəyişməyəcək”, - nazir bildirib. |
2024-02-02 | 828,513 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında fevralın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. |
2024-02-02 | 828,515 | Tağı Əhmədov bu vəzifəsindən ayrıldı | Azərbaycan Memarlıq və İnşaat Universitetində kadr dəyişikliyi olub. Axar.az Unikal-a istinadla xəbər verir ki, universitetin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işindən ayrılıb. Qeyd edək ki, Tağı Əhmədov bir müddətdir ağır xəstəlikdən əziyyət çəkir. |
2024-02-02 | 828,517 | Elşad Nuriyev işdən çıxdı - Nazirlikdən müəmmalı açıqlama | 12:51 Seymur Elmir oğlu Adıgözəlov İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri təyin olunub. Axar.az xəbər verir ki, bu barədə yayılan məlumat İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənib. Buna baxmayaraq, nazirlik indiyədək bu vəzifəni icra edən Elşad Nuriyevin vəzifədən azad edilərək, Bakı Gəmiqayırma Zavodunun İdarə Heyətinin sədri təyin olunduğunu bildirib. Zəruri olaraq xatırladaq ki, E.Nuriyevin Bakı Gəmiqayırma Zavodunun İH sədri təyin olunduğu barədə məlumat 21 dekabr 2022-ci ildə - yəni 1 il 1 aydan da çox əvvəl mediada yayılıb. Buna görə də onun "yeni təyinatı" anlaşılmazdır. Bu barədə ilk xəbəri Samir Feyruzov sosial şəbəkədə paylaşıb. |
2024-02-02 | 828,518 | Şuşada səs verəcək seçicilərin sayı... | Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Şuşada 1 189 nəfər seçici səs verəcək. Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairə seçki komissiyasının azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsinin katibi Elnur Məhərrəmov deyib. O bildirib ki, məntəqədə 7 fevral növbədənkənar prezident seçkiləri günü 1 189 nəfər seçici səs verəcək və artıq bildirişlərin paylanması prosesi başa çatıb. “Sevindirici haldır ki, seçicilər özləri məntəqəyə gələrək prezident seçkilərinə xüsusi maraq göstərirlər. İndiyə kimi bir çox seçicimiz yaşadığı yerdən çıxarış vərəqəsi alaraq burada səs verməyə can atır. Bu baxımdan deyə bilərəm ki, builki seçkilərə xüsusi fəallıq var”, - o deyib. |
2024-02-02 | 828,520 | Hərbi hissələrdə elə sənədlər ələ keçirdik ki... - Polkovnik | Kim Ermənistanın nəyinsə müqabilində bizə minalanmış ərazilərin xəritələrini verəcəyinə inanırsa, bu, ya sadəlövhlükdür, ya da məlumatsızlıq. Axar.az xəbər verir ki, bu sözləri Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü taborun komandiri, Şuşada kəşfiyyat rəisi olmuş polkovnik Azay Kərimov deyib. Azay Kərimov müharibə dövründə hərbi hissələrdə ələ keçirilən sənədlər arasında mina xəritələrinin olmadığını bildirib: “Mina basdırılmış ərazilərin xəritəsi 3 nüsxədən ibarət olur: bunlardan biri həmin əraziyə nəzarət edən hərbi hissədə, ikincisi hərbi hissənin tabe olduğu diviziya və ya korpusda saxlanılır, üçüncüsü isə Müdafiə Nazirliyinə göndərilir. 44 günlük Vətən müharibəsində ermənilərin Qarabağda tikdiyi hərbi hissələr tərəfimizdən götürüldü və kifayət qədər önəmli məxfi sənədlər ələ keçirildi. Burada döyüş hazırlığından tutmuş hansı tankın, topun, manqanın, tağımın harda yerləşməsinə qədər, bütün məlumatlar var. Buna görə Ermənistan indi də qarşımızda çox acizdir, amma həmin hərbi hissələrdə bir dənə də olsun mina xəritəsi tapılmadı. Elə hərbi hissə və məxfi şöbələr var idi ki, qapıları açılmamışdı, möhürləri sındırılmamışdı, yəni hər şey olduğu kimi qalmışdı”. Polkovnik müharibə şəraitinin xüsusi çətinliyinə görə minaların xəritələrdə yerinin tam dəqiqliyi ilə qeyd olunmasının qeyri-mümkünlüyündən danışıb: “Birinci Qarabağ müharibəsi dövründə bizdə də belə idi. Mina sahəsini xəritədə mükəmməl işləmədən basdırırdıq və sadəcə iki sahənin arasında gediş-gəliş üçün bir cığır, yol qoyurduq. Hamı yolun, yaxud cığırın sağ-solunun mina sahəsi olduğunu bilirdi. Öz basdırdığımız minaya özümüzün düşməyimiz az olub? Xəritə olsa da, olmasa da, bu bir bəladır! Əfqanıstanda müharibə 1989-cu ildə bitib, orda hələ də bu günə kimi insanlar minaya düşür. 44 günlük Vətən müharibəsində isə qaçaqaçda hansı əsgərin, zabitin əlində, bölüyün, taborun balansında nə olubsa, hamısını yerə basdırıb. Buraya həm mina, həm də digər partlamamış sursatlar daxildir. Hətta onları qab-qacağa kimi bağlayıblar. İşğaldan azad olunmuş kəndlərimizdə, qəsəbələrimizdə, məktəblərdə, evlərin içərisində qapıların, pəncərələrin arxasına “sürpriz” əl qumbaraları bağlayıb çıxıblar ki, azərbaycanlılar gəlib qapını açanda partlayış olsun. Bu, qisasçılıqdır. Mən hətta yapışqan lentlə bir-birinə bağlanan 2 ədəd 85 mm çaplı minaatan mərmisinin ortasında əl qumbarası da görmüşəm. Bəs bu, hansı xəritədə göstərilib? Bunlardan həyətyanı əkin sahələrində, tövlədə, toyuq hinində, uçmuş və dağılmış divarların arasında, su quyularında, lazımsız dərin quyularda – hər yerdə var”. Azay Kərimov Ermənistanın vaxt qazanaraq yeni müharibəyə hazırlaşdığını vurğulayıb: “Əsl mina xəritələrində isə birinci basdırılan mina ilə ikinci, üçüncü, dördüncü və s. basdırılanlar arasındakı məsafə hesablanaraq qeyd olunur, onun adı, mənşəyi, növü və markası göstərilir. Ermənilər kortəbii şəkildə Qarabağa minanı yerə buğda əkirmiş kimi səpib. Bütün bulaq, kəhriz sularının üstü, ətrafı belədir. Xəritələr olsa da, olmasa da, ərazilər qarış-qarış, metr-metr yoxlanılmalı, hər daş-kəsəyin altına baxılmalıdır. Uzun illər xidmət etməyimə baxmayaraq, 1,5 metr dərinlikdə mina basdırılmasını görməmişdim, ancaq bunu da gördüm. Ermənistan vaxt udmaqla yeni müharibəyə hazırlaşır. Ermənistanda heç bir mina xəritəsi yoxdur”. |
2024-02-02 | 828,524 | Türkiyə ordusu 4 PKK terrorçusunu məhv etdi | Türkiyə ordusu İraqın şimalında 4 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, terrorçular İraqın Asos bölgəsində hava əməliyyatı ilə məhv edilib. |
2024-02-02 | 828,530 | Əliyev nə qədər səs toplayacaq? – Müxaliflərin proqnozu | Prezident seçkilərində İlham Əliyev yüksək səs faizi ilə qalib gələcək. Bu sözləri Axar.az-a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli İlham Əliyevin 7 fevralda keçiriləcək prezident seçkilərində alacağı səslə bağlı proqnozunu təqdim edərkən deyib. O bildirib ki, İlham Əliyevin yüksək səs alacağının bir çox səbəbi var: “Əsas səbəb Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etməsidir. Bundan başqa, Əliyevin həyata keçirdiyi kadr islahatları, siyasi, iqtisadi və sosial sahələrdə aktivliyi son illərdə daha da yüksəlib. Hazırda İlham Əliyev fəaliyyətinin yüksəliş dövründədir. Buna görə də düşünürəm ki, 7 fevralda Əliyev 92 faiz səslə prezident seçiləcək”. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Arif İsmayılbəyli də seçkilərdə İlham Əliyevin yüksək səs toplayacağı qənaətindədir. “Məncə, İlham Əliyev seçkilərdə 85 faiz səs toplayacaq. Biz daim cəmiyyət arasında olduğumuz üçün insanların böyük əksəriyyətinin kimə səs verəcəyini təxmin edə bilirik. Bu seçkilərdə İlham Əliyev yüksək səs toplayacaq. Şəxsən mən indiyə qədər İlham Əliyevə səs verməmişəm, amma bu seçkilərdə ona səs verəcəm. Bunun səbəbi 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması, ərazilərimizin separatçılardan tamamilə təmizlənməsi, bütövlüyümüzün və suverenliyimizin bərpasıdır”. Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli də İlham Əliyevin seçkilərin alternativsiz favoriti olduğunu vurğulayıb: “İlham Əliyevin hazırkı reytinqini nəzərə alsaq, böyük ehtimalla 90 faiz civarında səslə prezident seçiləcək”. |
2024-02-02 | 828,531 | 25 abidədəki reklam lövhələri söküldü - Foto | Gəncədə 25 memarlıq abidəsinin fasadına vurulan qanunsuz reklam lövhələri sökülüb. Bu barədə Axar.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib. Qeyd olunub ki, Gəncə şəhərinin Heydər Əliyev, Nizami, Atatürk prospektlərində, Cavadxan və Mirzə Abbas Abbaszadə küçələrində yerləşən bir sıra tarix-memarlıq abidələrinin fasadına qanunsuz vurulmuş reklam lövhələri aşkarlanıb. Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin əməkdaşları tərəfindən aparılan monitorinq zamanı aşkar olunan qanunsuz reklamların sökülməsi ilə bağlı obyekt sahiblərinə xəbərdarlıq edilib. Dövlət Reklam Agentliyi ilə əməkdaşlıq çərçivəsində qeyd olunan ünvanlarda yerləşən 25 memarlıq abidəsinin fasadına vurulmuş qanunsuz reklam lövhələri sökülərək nöqsanlar aradan qaldırılıb. |
2024-02-02 | 828,533 | Tehranda əsgər polisləri güllələyib, intihar etdi | Tehranın Pakdəşt bölgəsində yerləşən 14-cü polis bölməsində əsgər iki polis əməkdaşını güllələyib. Axar.az xəbər verir ki, bu barədə Tehran Polis İdarəsi məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində 1 polis ölüb, 1 polis isə ağır yaralanıb. Hadisədən sonra əsgər intihar edərək həyatına son qoyub. |
2024-02-02 | 828,534 | Ölkədə dollara tələb 3 dəfə artdı – MB-yə çağırış | Valyuta hərraclarında dollara tələbin yenidən yüksəlməsi müşahidə olunub. Dünən keçirilən hərracda 78.7 milyon dollarlıq sifariş qeydə alınıb. 2 gün öncə isə daha 64.2 milyon dollar satılmışdı. Bu, son 2 hərracda 142.9 milyon dolların satılması deməkdir. Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, yanvar ayının 25 və 23 tarixlərində keçirilən hərraclarda sifariş ayrı-ayrılıqda 50 milyon dollara çatmırdı: “Bu isə ondan xəbər verir ki, son günlər dollara tələb artıb. Bunun psixoloji tərəfləri olsa da, valyuta bazarında volatillik ehtimalı ilə bağlı yayılan xəbərlər də tələbi gücləndirir. Bu baxımdan, Mərkəzi Bankın kommunikasiyadan daha aktiv şəkildə istifadə etməsi çox vacibdir. Doğrudur, Azərbaycanda idxalın artması da dollara tələbi yüksəldir. Belə ki, 2023-cü ilin ilk 11 ayında Azərbaycan idxalı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 5.1 faiz artaraq 15.8 milyard dollara çatıb. İllik rekord idxalın qeydə alınacağı istisna deyil. Dollara tələbin artması kontekstində 2024-cü ildə manatın məzənnəsinin necə dəyişməsinə gəldikdə isə, əvvələr də qeyd etdiyimiz kimi, Azərbaycanda hələ ki, üzən məzənnə rejiminə keçirilməyib. Praktiki olaraq, manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının qərarlarından asılıdır. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olaraq qalmaqdadır”. |
2024-02-02 | 828,536 | İsrail Dəməşqə raket zərbələri endirdi | İsrail Dəməşqin cənubuna raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail aviasiyası Qolan təpələri istiqamətindən Dəməşqin cənubunu raketlərlə vurub. Bildirilib ki, raketlərin bəzisi hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib. Ciddi dağıntı və itki qeydə alınmayıb. |
2024-02-02 | 828,538 | Ayfon-15 Prodan narazıların sayı artır - Səbəb | Ayfon-15 Prodan razı olan istifadəçilərin sayı getdikcə azalır. Axar.az xəbər verir ki, bu barədə “PerfectRec”in Ayfon-15 Pro ilə bağlı dərc etdiyi məlumatlarda bildirilib. Qeyd olunub ki, Ayfon-15 Pro istifadəçilərinin məmnunluq səviyyəsi Ayfon-13 Pro və 14 Proya nisbətən aşağıdır. Amma Ayfon-15 və 15 Plusdan razı olanların sayı çoxalır. Hesabat Quqlda istifadəçilər tərəfindən yazılan 700 min rəy əsasında hazırlanıb. “PerfectRec” 5/5 ulduz reytinqi alan Ayfon-15 Pronun faizini ölçüb. Hər iki modelin satışı sentyabrdan aşağı düşməyə başlayıb. Halbuki sentyabrda satışa çıxarılandan sonra istifadəçilərin 73.5 faizi ona 5/5 ulduz vermişdilər. İndi isə bu faiz 66.1-ə düşüb. Ayfon-15 Proda isə bu göstərici 77 faizdən 72.5 faizə enib. Bunlarla müqayisədə Ayfon 15-in reytinqi 68.2-dən 78.1 faizə, 15 Plusun isə 70 faizdən 73.5 faizə qədər qalxıb. Hesabatda Ayfon-15 Prodan olan narazılıqların siyahısı da yer alıb. Batareyanın ömrünün az olması, Ayfon-14 Pro ilə müqayisədə daha az təkmilləşdirmələr, fiziki dizayn və çıxıntılı kamera linzalarından narazılıqlar ilk sıralarda yer alıb. |
2024-02-02 | 828,540 | "ABB AI Factory” platforması qaliblər sırasında | Bazar araşdırmaları və konsaltinq xidmətləri sahəsində qlobal qurumlardan olan IDC (Beynəlxalq Data Korporasiyası) ilk dəfə illik “IDC Future Enterprise EMEA” (Avropa, Orta Şərq, Afrika regionunda gələcək sahibkarlıq) mükafatının qaliblərini açıqlayıb. İlk ilində dünyanın ayrı-ayrı regionlarından 15-dən çox sektordan 600-dən artıq təşkilat proqrama layihələr təqdim edib. Mükafatlandırma “Rəqəmsal infrastruktur”, “İş”, “Dayanıqlılıq”, “Müştəri təcrübəsi”, “İnam”, “İntellekt”, “Əməliyyatlar” nominasiyaları üzrə aparılıb. ABB-nin “ABB Suni İntellekt Platforması” (ABB AI Factory) layihəsi də “İntellekt” nominasiyası üzrə ilk üçlükdə qərarlaşıb. “ABB AI Factory” 15-dən çox Open Source texnologiyasını özündə cəmləşdirən Big data, Data Science və Süni İntellekt platformasıdır. Bu platforma Bankın əməkdaşlarına birlikdə işləyib effektiv və sürətli şəkildə Süni İntellekt həllərini yaratmaq, onları idarə etmək imkanı verir. Hazırda “ABB AI Factory” platformasında 100-dən çox maşın öyrənməsi modeli işləyir. Qeyd edək ki, bu platformanı başlanğıcdan ABB əməkdaşları yaradıb. Bankın data komandasında hazırda 50-dən çox işçi çalışır. Bu günlərdə istifadəçilərə təqdim edilmiş ABB Süni İntellekt də Bankın data və rəqəmsal komandalarının birgə reallaşdırdığı uğurlu layihələrdəndir. Müxtəlif nominasiyalar üzrə “IDC Future Enterprise EMEA” mükafatlarını qazanan qlobal oyunçular sırasında Vodafone, Deutsche Bank, Henkel, Koçtaş, Kembric Universiteti, DHL Group, Aksigorta və s. bu kimi qurumlar var. Layihələrin dəyərləndirilməsi zamanı əsas meyarlardan biri şirkətlərin proqram təminatı, innovasiyalar, rəqəmsal transformasiya, ən təkmil texnologiyalar əsasında mükəmməl infrastruktur yaratması olub. IDC-nin bu proqramı rəqəmsal biznes erasında təşkilatlara müasir çağırışlara necə uyğunlaşdıqlarını, yeni texnologiyalara hansı şəkildə sərmayə qoyduqlarını nümayiş etdirmək fürsəti verir. “IDC Future Enterprise EMEA” mükafatı rəqəmsal mədəniyyəti inkişaf etdirmək, bu sahədə sağlam rəqabət mühiti yaratmaq üçün düşünülmüş platformadır. Bu mükafat şirkətləri etibarlı sənaye ekosistemlərindən faydalanmaqla mükəmməl infrastruktur qurmağa, müştəri təcrübələrini inkişaf etdirməyə və bu təcrübələrdən qazanmağa motivasiya edir. Proqram haqqında ətraflı məlumatı buradan əldə etmək olar. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. |
2024-02-02 | 828,542 | Şəki dairəsindən "City Garden Narimanov"a tunel çəkiləcək | Geniş imkanlara malik yaşayış kompleksi “City Garden Narimanov”da təmir işləri sürətlə davam edir! Satış ofisindən aldığımız məlumata əsasən deyə bilərik ki, layihənin birinci hissəsindəki binalarda daxili hörgü işləri tamamlanıb, divarlara yenilənmiş səs izolyasiya sistemi tətbiq edilib. Həmçinin mənzillərə kabel sistemi çəkilib. Yaxın günlərdə təmirin sonuncu mərhələsinə keçid olunacaq. Kafel, parket işləri start götürəcək, boya işlərinə başlanılacaq. Qeyd edək ki, “City Garden Narimanov”un təmir-tikintisində məşhur dünya markalarından istifadə edilir. Bu markalardan bəziləri aşağıdakılardır. Hamam aksesuarları Almaniya istehsalı “Grohe” və “Hansgrohe”, pəncərə şüşələri Amerika markası “Guardian Glass”, kabel sistemi İtaliya markası “Prysmian” yanmayan kabelləri, parketlər Kanada markası “Coswick”, elektrik açarları və aksesuarları İtaliya istehsalı “Gewiss”dir. Coğrafi olaraq Bakının mərkəzində yerləşən “City Garden Narimanov” Heydər Əliyev prospektinin yaxınlığında, Nəriman Nərimanov metrostansiyasına qısa məsafədədir. Şəki dairəsindən çəkiləcək yeni yol və tunel sayəsində kompleksə daha qısa zaman ərzində çatacaqsınız. İndi “City Garden Narimanov” satış mərkəzinə yaxınlaşaraq şəxsi büdcənizə uyğun aylıq ödəniş məbləği təyin edərək tam təmirli, premium mənzil sahibi ola bilərsiniz. Satış mərkəzi layihənin daxilində yerləşir və siz bura gələrək həm də inşaatla yaxından tanış ola bilərsiniz. *1544 / 050 293 10 10 www.kristalabsheron.az |
2024-02-02 | 828,544 | MKİ-nin sabiq proqramçısına 40 il cəza verildi | Nyu York məhkəməsi “Vault 7” adlı olduqca məxfi materialların sızması ilə bağlı MKİ-nin keçmiş proqramçısı Coşua Şulteni 40 il müddətinə azadlıqdan məhrum edib. Axar.az xəbər verir ki, bu barədə Vikiliks məlumat yayıb. Dövlət ittihamçısı onun üçün ömürlük həbs cəzası istəyib və bildirib ki, keçmiş MKİ əməkdaşının ABŞ tarixinin ən dəhşətli məxfi məlumat sızmasında əli olub. Şulte özü çıxışında bildirib ki, hökumət ədalət yox, qisas axtarışındadır. Qeyd edək ki, “Vault 7” MKİ-nin istifadəçilərin kompüterlərini uzaqdan idarə etməyə və onların məlumatlarına nəzarət etməyə imkan verən proqramlar haqqında materiallarının sızmasına verilən kod adıdır. Bura MKİ-nin Lenqlidəki qərargahında yerləşən kiberkəşfiyyat mərkəzinin daxili şəbəkəsində saxlanılan təxminən 10 min sənəd və fayl daxildir. |
2024-02-02 | 828,546 | İsrail SEPAH zabitini məhv etdi | İsrail ordusunun Hərbi Hava Qüvvələrinin bu gün səhər saatlarında Suriyanın paytaxtı Dəməşqin cənub ətrafına hücumu zamanı 3 nəfər həlak olub. Axar.az xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində 1 SEPAH zabiti, 1 iraqlı hərbçi və hələlik kimliyi müəyyən edilməyən başqa bir silahlı öldürülüb. |
2024-02-02 | 828,547 | Xocalı qatilinin “abidəsi” söküldü - Foto | 1992-1993-cü illərdə Qarabağın işğalında iştirak etmiş şəxslərin adına ucaldılan abidələr sökülür. Kult.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, Xankəndi daxil olmaqla bütün Qarabağ ərazisində “abidələr” sökülür. Məlumata görə, onlardan biri də I Qarabağ müharibəsi zamanı Şuşanın işğalı və Xocalıya hücumda aktiv iştirak edən “Bekor” ləqəbli erməni terrorçu Aşot Qulyandır. Qeyd edək ki, A.Qulyan 1959-cu ildə Bakıda anadan olub, daha sonra Xankəndiyə köçüb. Qarabağın işğalı zamanı isə erməni silahlı dəstələrinə qatılıb. |
2024-02-02 | 828,549 | Hərbi hissələrdə çörəkbişirmə sexləri yaradılır | Müdafiə Nazirliyinin hərbi hissələri üçün yeni inşa edilən yeməkxanalarda şəxsi heyətə isti çörəyin və müxtəlif çeşiddə şirniyyat məmulatlarının hazırlanması məqsədilə çörəkbişirmə sexləri yaradılır. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, həmin sexlərdə tələbata uyğun olaraq isti çörək və şirniyyat məmulatları, müxtəlif çeşidli bulkalar və pirojkilər bişirilərək şəxsi heyətin qidalanmasına daxil edilir. Nazirliyin məlumatına görə, hazırda Azərbaycan Ordusunun hərbi hissələrində müasir tələblərə cavab verən yeməkxanalar və ərzaq anbarlarının inşası davam etdirilir: “Yeməklərin keyfiyyətinin və çeşidliyinin daha da artırılması, eləcə də şəxsi heyətə milli, dadlı və yüksək kalorili, keyfiyyətli xörəklərin hazırlanmasının təmin edilməsi məqsədilə əsgər aşpaz heyəti peşəkar mülki aşpaz heyəti ilə əvəz olunub”. |
2024-02-02 | 828,553 | ABŞ İrana qarşı əməliyyata başlayır - Tarix açıqlandı | ABŞ İordaniyadakı bazasına hücuma cavab olaraq bu bazar İranın İraq və Suriyadakı hədəflərinə zərbələr endirməyə başlayacaq. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. “Zərbələr çoxsəviyyəli olacaq və bu əməliyyatlarla Vaşinqton Tehrana göstərəcək ki, eskalasiyaya can atmır. ABŞ-ın məqsədi İrana təsir etməkdir ki, onun dəstəklədiyi silahlılar Yaxın Şərqdə hücumları dayandırsın”, - məlumatda qeyd olunub. Ağ Ev rəsmisi Con Kirbi də Co Baydenin ABŞ bazasına edilən hücuma cavab vermək üçün qərar qəbul etdiyini bildirib. Qeyd edək ki, yanvarın 28-də ABŞ-ın İordaniyadakı bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölmüş, 34 nəfər yaralanmışdı. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını və cavab veriləcəyini bildirmişdi. |
2024-02-02 | 828,556 | Britaniya 8 il sonra nüvə sınağına başlayır | Böyük Britaniya 2016-cı ildən bəri ilk dəfə olaraq Atlantik okeanında sualtı qayıqdan nüvə raketini sınaqdan keçirəcək. Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb. Məlumata görə, gəmiçilik şirkətlərinə xəbərdarlıq edilib ki, sınaqlar “HMS Vanguard” sualtı qayığının Atlantik okeanına çatmasından sonra aparılacaq. Saxta döyüş başlığının istifadə ediləcəyi sınaq fevralın 4-nə qədər Florida ştatının şərq sahilindən təxminən 90 km aralıda, 5900 km radiusda həyata keçiriləcək. |
2024-02-02 | 828,558 | Coşqun Rəhimova ağır itki | Əməkdar artist Coşqun Rəhimovun anası Ağanaz Rəhimova bu gün dünyasını dəyişib. Bu barədə Kult.az-a C.Rəhimovun həmkarları məlumat verib. Bildirilib ki, 82 yaşlı A.Rəhimova xərçəng xəstəliyindən vəfat edib. Mərhum Lənkəran rayonunda dəfn olunacaq. |
2024-02-02 | 828,560 | Kərkükdən Bakıya ilk aviareys baş tutdu | Bu gün İraqın Kərkük şəhərindən ilk dəfə Bakıya aviareys həyata keçirilib. Axar.az xəbər verir ki, bunu Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov X sosial şəbəkəsindəki hesabında bildirib. O qeyd edib ki, yaxın gələcəkdə Bəsrə-Bakı və Ərbil-Bakı istiqamətlərində də uçuşlar yerinə yetiriləcək. |
2024-02-02 | 828,564 | İrəvan Rusiyadan bu şəxsi tələb edir | Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın əmisi oğlu Karen Vanetsyanın ekstradisiyası üçün Rusiyaya sorğu göndərib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Qeyd edək ki, İsveçrə və Ermənistan vətəndaşı olan Vanetsyan qanunsuz sxemlərdən istifadə edərək Zəngəzur Mis-Molibden Kombinatının 12,5%-lik payını əldə etməklə çirkli pulların yuyulmasında ittiham olunur. 2023-cü ilin noyabrında Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun Vanetsyanın qiyabi həbsinə dair vəsatətini təmin edib. |
2024-02-02 | 828,565 | Gəncədə yaşayış binasında yanğın: zərhərlənən var | Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Atatürk prospekti 197 mənzil 58 ünvanında qeydə alınıb. Hadisə yerinə Fövqalədə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Beş mərtəbəli binanın 3-cü mərtəbəsində olan 1 otaqlı mənzildə başvermiş yanğın söndürlüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub. Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha 1 qadına isə yerində tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır. |
2024-02-02 | 828,566 | Xankəndi seçkilərə hazırdır - Foto | Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə Xankəndi şəhərində hazırlıqlar bitib. Axar.az xəbər verir ki, bu barədə Report məlumat yayıb. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq. Hazırlıqlarla bağlı fotoreportajı təqdim edirik: |
2024-02-02 | 828,571 | Xamenei ABŞ-la qarşıdurma barədə göstəriş verdi | İranın dini rəhbəri Əli Xamenei ABŞ qüvvələri ilə qarşıdurmadan yayınmaq barədə göstəriş verib. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Bildirilib ki, bununla bağlı cari həftədə İran Ali Milli Təhlükəsizlik Şurası xüsusi iclas keçirib. İclasda prezident, xarici işlər naziri, silahlı qüvvələrin komandirləri və Xameneinin iki nümayəndəsi ABŞ-ın İrana və ya bölgədəki proksi qüvvələrə hücumu ilə bağlı ssenariləri, buna necə reaksiya veriləcəyini müzakirə ediblər. “Xamenei açıq-aşkar göstərişlər verib: ABŞ ilə birbaşa müharibədən çəkinin və İranı amerikalıları öldürən proksi qüvvələrin hərəkətlərindən uzaq tutmağa çalışın. Ancaq ABŞ hücum edərsə, cavab verməyə hazır olun”, - məlumatda deyilir. Nəşr iclas barədə məlumatı adlarının açıqlanmasını istəməyən 3 İran rəsmisinə istinadla yayıb. Qeyd edək ki, son günlər İrana bağlı bir neçə silahlı qruplaşma ABŞ hədəflərinə hücumları dayandırdıqları ilə bağlı bəyanat yayıb. |
2024-02-02 | 828,575 | Rusiya ən ölümcül PUA-sının istehsalını niyə azaltdı? | “Lanset” zərbə dronları Rusiya ordusunun bəlkə də ən ölümcül və effektiv silahı hesab olunur. Ruslar onlardan xüsusilə 2023-cü ilin yayında cəbhədə fəal şəkildə istifadə etməyə başladılar ki, bu da Ukrayna Silahlı Qüvvələri üçün çox problem yaratdı. Bu uğurun fonunda ruslar bu PUA-ların istehsalını sürətlə artırmağa başladılar, lakin son vaxtlar nəsə düz getmədi. Axar.az xəbər verir ki, bu barədə “Forbes” yazıb. “Artıq 2023-cü ilin sentyabrından rusların “Lanset”lərdən istifadəsi iyulla müqayisədə kəskin azaldı. Bu da rus ordusunun döyüş qabiliyyətinə ciddi zərbə vurdu. Ukraynanın “Molfar” araşdırma qrupu rusların “Lanset”lə bağlı probleminin səbəblərini açıqlayıb. Məlum olub ki, Ukrayna ordusu avqustun 9-da Moskva vilayətindəki Zaqorsk optik-mexanika zavoduna dronlarla zərbələr endirib. Bu zavod optik və optik-elektron qurğuların istehsalı ilə məşğuldur. Ola bilsin ki, zavod “Lanset” istehsalçılarını qurğularla təmin edirdi. Hücum zamanı zavodda olan 30 nəfər yaralanmış, müəssisənin özünə isə ciddi ziyan dəymişdi. Moskva həmin vaxt hadisə ilə bağlı heç bir məlumat verməmişdi. Bu hadisədən əvvəl isə Rusiya ordusunu partlayıcı ilə təmin edən “Piro Ross” şirkəti PUA hücumuna məruz qalmışdı. Məhz bu partlayışlardan sonra “Lanset” istehsalı xeyli aşağı düşdü”, - məlumatda qeyd olunub. “Forbes” bildirib ki, “Lanset”lərlə ən çox iyul-avqust aylarında hücum edilib. Bu müddət ərzində müvafiq olaraq 135 və 126 “Lanset” istifadəsi qeydə alınıb. Sentyabrda isə bu rəqəm birdən-birə 59-a düşüb. “Lanset”lərin əvvəlki istehsal tempini ruslar yalnız 2024-cü ilin yanvarında bərpa edə biliblər. |
2024-02-02 | 828,580 | Korona yenə can alır: səbəb nədir? - Həkim | Bəzən deyirlər ki, xəstəliyə yoluxanların və ölüm hallarının çox olduğu üçün koronavirus pandemiyasının yeni dalğası başlayıb. Lakin bu, qətiyyən belə deyil. Bu, omikron ştammının yeni mutasiya variantıdır. Bu sözləri Axar.az-a tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla son bir ayda koronavirusdan 21 nəfərin ölməsi haqda rəsmi məlumatı şərh edərkən deyib. O əlavə edib ki, bu infeksiyaya ABŞ-da, Avropa və digər ölkələrdə yoluxma çox olsa da, kütləvi ölüm halı qeydə alınmayıb: “Ölüm hallarının qarşısını almaq üçün insanlar diqqətli olmalıdır. Təəssüflər olsun ki, bəzi insanlar bu məsələdə səhlənkarlığa yol verir, xəstəxanaya ən ağır vəziyyətdə müraciət edir. Ağırlaşmış xəstələr arasında isə ölüm halları çox olur. Bu xəstəliyə yoluxma hələ də olsa da, vaxtında müraciət edilərsə, ölüm halları kəskin azalar”, - A.Qeybulla bildirib. Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilib ki, son bir ayda 325 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 21 nəfər ölüb. |
2024-02-02 | 828,584 | Türkiyənin məşhur yazıçısı öldü | Türkiyənin məşhur yazıçısı Alev Alatlı vəfat edib. Kult.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. A.Alatlının müalicə aldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, İzmirdə anadan olan 80 yaşlı yazıçı ədəbiyyat sahəsindəki xidmətlərinə görə bir çox beynəlxalq və yerli mükafatlara layiq görülüb. 2018-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdiğan rusiyalı həmkarı Vladimir Putinə A.Alatlının “Dünya növbəsi- Qoqolun izi ilə ikinci kitab” əsərinin rus dilinə çevrilmiş variantını hədiyyə edib. Yazıçı 2014-cü ildə ədəbiyyat və sənət mükafatına layiq görülüb. |
2024-02-02 | 828,586 | Sulduzda silahlı insident: ölən və yaralanan var | Qərbi Azərbaycan əyalətinin Sulduz şəhərində silahlı insident baş verib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Bildirilib ki, hadisə şəxsi münaqişə zəminində baş verib. Silahlı şəxs qayınatasını öldürüb, qaynını isə yaralayıb. Həbs edildiyi bildirilən cinayətkarın kimliyi açıqlanmayıb. |
2024-02-02 | 828,587 | Ankara anqlosaksların təzyiqi ilə üzləşir | Ankara Rusiya ilə qarşılıqlı əlaqəni minimuma endirməyə çalışan anqlosaksların görünməmiş təzyiqi ilə üzləşir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Amma Türkiyə öz suverenliyini qoruyub saxlayır”, - o bildirib. |
2024-02-02 | 828,589 | İlham Əliyev Saymon Stili qəbul etdi | 15:41 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 2-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stili qəbul edib. Axar.az xəbər verir ki, Bakının gözəlliyinin onda heyranlıq doğurduğunu deyən Saymon Stil COP29-un Azərbaycanda keçirilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb. Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib. Qonaq BMT-nin faktaraşdırıcı missiyasının artıq Azərbaycanda olduğunu və Azərbaycan tərəfi ilə səmərəli müzakirələr apardığını, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi ilə bağlı Azərbaycan tərəfindən görülən hazırlıq işlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Saymon Stil BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının əməkdaşlarının Azərbaycanda müxtəlif sahələr üzrə tərəfmüqabilləri ilə çox məhsuldar görüşlər keçirdiklərini və müzakirələr apardıqlarını vurğuladı. O, COP29-un keçirilməsi üzrə Azərbaycanda yaradılmış təşkilat komitəsində qadınların yer almasını müsbət dəyərləndirib. Qonaq qeyd etdi ki, artıq COP-un 28 dəfə təşkil edilməsi və təmsil etdiyi təşkilatın heyətinin COP-un keçirilməsi üzrə zəngin təcrübəsini nəzərə alaraq BMT ailəsi olaraq Azərbaycanı dəstəkləməyə və təcrübələrini bölüşməyə hazırdırlar. Prezident İlham Əliyev vurğulayıb ki, beynəlxalq ictimaiyyətin yekdil mövqeyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar ölkəmizə etimadın və hörmətin təzahürüdür. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan tərəfi bu tədbirin uğurla keçirilməsi üçün bu təşkilatla və bütün BMT ailəsi ilə yaxından əməkdaşlıq etməyə hazırdır. Azərbaycanın beynəlxalq tədbirlərin təşkili üzrə zəngin təcrübəsinin olduğunu vurğulayan dövlətimizin başçısı qeyd etdi ki, COP29 ölkəmizdə keçirilən və ümumiyyətlə dünyada miqyasına görə ən çox iştirakçının qatıldığı tədbirlərdən biri olacaq. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan tərəfindən həm təşkilati, həm də tədbirin mahiyyəti nöqteyi-nəzərindən bütün zəruri addımlar atılır və bu baxımdan ölkəmiz beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlığı yüksək qiymətləndirir. Azərbaycan Prezidenti COP29-un təşkili prosesinə könüllülərin də yaxından cəlb olunacağını deyib. Dövlətimizin başçısı qeyd etdi ki, COP29-un Azərbaycanda keçirilməsi barədə qərar regional sülh gündəliyinin irəliləyə aparılması kontekstində əldə edilib və bu da ümumiyyətlə COP-un tarixində yeni bir inkişafdır. Prezident İlham Əliyev Azərbaycanın milli və regional səviyyədə yaşıl enerjiyə keçid istiqamətində təşəbbüsləri barədə məlumat verdi, COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin yaşıl enerjiyə keçid istiqamətində səylərinə və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlığının daha da inkişafına təkan verəcəyinə əminliyini bildirib. Qonaq COP çərçivəsində Azərbaycanın sədrliyinin çox mühüm mövzuya – iqlim maliyyələşdirilməsi mövzusuna həsr olunduğunu və bunun COP-un gündəliyində duran ən vacib məsələlərdən biri olduğunu qeyd edərək, bu xüsusda çoxtərəfli diplomatiyanın və bütün tərəfdaşlarla inklüziv şəkildə işin aparılmasının vacibliyinə toxunub. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan həmişə çoxtərəfli diplomatiyaya mühüm əhəmiyyət verib və beynəlxalq təşkilatlarda, çoxtərəfli platformalarda daim çox fəal siyasət yürüdüb. Bu baxımdan Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini və bunun Hərəkata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini qeyd etdi, ölkəmizin digər beynəlxalq təşkilatlarla da uğurlu əməkdaşlığını vurğulayıb. Görüşdə COP28-ə ev sahibliyi etmiş Birləşmiş Ərəb Əmirlikləri, COP29 və COP30-a müvafiq olaraq ev sahibliyi edəcək Azərbaycan və Braziliya arasında üçtərəfli əməkdaşlığın vacibliyi vurğulanıb. |
2024-02-02 | 828,594 | Ceyhun Bayramov Adamova ilə görüşdü | Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb. XİN-dən Axar.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun, həmçinin parlamentlərarası əməkdaşlığın önəmini vurğulayıb və ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji, yaşıl iqtisadiyyat, turizm, kənd təsərrüfatı, təhsil, qarşılıqlı sərmayə qoyuluşu və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin mövcudluğu vurğulanıb. Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrinə keçid üzrə görülən tədbirlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi və bu sahədəki beynəlxalq öhdəliklərinə verdiyi önəmi vurğulayıb. Bununla yanaşı, ölkəmizin nəqliyyat potensialı və Orta Dəhlizin inkişaf perspektivlərinə toxunaraq, dəhlizin Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiyadan keçməklə önəmli beynəlxalq nəqliyyat marşrutlarından olduğu vurğulanıb. Nazir Ceyhun Bayramov Azərbaycanın Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşı olduğunu, ölkəmizə qarşı ikili standartların tətbiqinin və ədalətsiz yanaşmanın sərgilənməsinin regionda dayanıqlı sülhün qurulmasına töhfə vermədiyini vurğulayıb. O, həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib. Nazir Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yarandığını, Aİ və bəzi üzv dövlətləri tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsinin və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələl gətirəcəyini vurğulayıb. Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb. |
2024-02-02 | 828,595 | Körpənin ölüm faktı ilə bağlı cinayət işi başladı | Sabirabadda körpənin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Axar.az xəbər verir ki, bu barədə Sabirabad Prokurorluğu məlumat yayıb. Belə ki, ötən il noyabrın 4-də Sabirabad rayon sakini 1989-cu il təvəllüdlü Günay Ağayevanın Sabirabad Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Regional Perinatal Mərkəzin doğum evində yeni doğulmuş uşağının ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb. Aparılmış araşdırmalarla qeyd olunan Mərkəzin Doğum şöbəsinin həkim mama-ginekoloqu Naibə Mahmudova və həkimneonatoloqu Gülnarə İmanova tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi, yəni, doğuşdan öncə dölün vəziyyəti düzgün qiymətləndirilməməsi, Günay Ağayevaya diaqnozun düzgün təyin edilməməsi, tibbi göstəriş olmasına baxmayaq əməliyyatın gecikdirilməsi, həmçinin, yeni doğulmuşun real vəziyyətinin düzgün qiymətləndirilməməsi və zəruri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində yeni doğulmuş uşağın ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabirabad Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. |
2024-02-02 | 828,596 | Qəzzada ölənlərin sayı 27 mini keçdi | Qəzzada həlak olanların sayı 27 131 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, hərbi əməliyyatlar zamanı 66 287 nəfər yaralanıb. |
2024-02-02 | 828,597 | Ruzvelti 4 dəfə seçmək olar, Əliyevi yox? | Təəssüf ki, əksər avropalı siyasətçilər və beynəlxalq təşkilatların yetkililəri Prezident İlham Əliyevin ölkə daxilindəki nüfuzu və reytinqi ilə bağlı danışarkən özlərini olub-bitənlərdən xəbərsizmiş kimi göstərməyə uğursuz cəhdlər edirlər; sanki bunlar Marsdan eniblər və dünyada, ələlxüsus da Azərbaycanda son bir neçə ildə nələrin baş verməsindən məlumatsızdırlar. ATƏT DTİHB-in Seçki Müşahidə Missiyasının 7 fevral prezident seçkiləri ilə bağlı aralıq hesabatı bu cür düşünməyə tam əsas verir. Onlar əslində, hər şeyi bizdən də yaxşı bilirlər və görürlər. Otuz il torpaqları işğal altında olan, evi-əmlakı talan edilən, doğmaları əsir götürülən və öldürülən bir toplumun bu münaqişəni kökündən həll etmiş bir liderə, dövlət başçısına münasibəti necə olmalıdır? Qarabağın azad edilməsinə, sanki bitməyəcək kimi sonu görünməyən bir problemin kökündən həllinə azərbaycanlılar sıradan bir hadisə kimi baxmalıdırlar? Məsələn, futbol matçı kimi. İki komanda oynadı, biri uddu, digəri uduzdu, vəssalam? Oyun bitdi və hamı dağılışsın evlərinə? Axı bu, belə deyil. Əgər həqiqətən haqq və ədalət tərəfdarıdırlarsa, prosesə Azərbaycan xalqının 30 illik iztirablarını və acılarını duyaraq, 30 il ərzində baş verənləri təhlil edərək qiymət versinlər. Yəqin ki, onların ölkələri heç vaxt işğal olunmayıb, ya da erməni terroru, erməni faşizmi ilə hər hansı formada üzləşməyiblər. Başlarına gəlsəydi, anlayardılar ki, işğal faktoru – günahsız insanların öz evindən, öz şəhərindən didərgin salınması necə dəhşətli və dözülməzdir. Gözünüzün önünə bir şəhər gətirin. Məsələn, Xocalını. 30 il əvvəl kiçik bir əyalət şəhəriydi və əhalisi öz adi, gündəlik həyatını yaşayırdı. Bir gecənin içində bu şəhər adamları ilə birlikdə məhv edildi. Təsəvvür edə bilirsiniz bunun nə demək olduğunu? Təsəvvür etmək belə çətindir, qəbul edirəm. Bu dəhşətlərin və vəhşiliklərin bir millət üzərindəki təsirlərini, izlərini təsəvvür etmək, hiss etmək, anlamaq isə o qədər də çətin deyil, insanlıq məsələsidir… Və indi bu soyuqbaşlı, soyuqqanlı avropalılar istəyir ki, problemi tamamilə həll etmiş, Azərbaycanın ərazi bütövlüyüyünü və suverenliyini bərpa etmiş bir liderə – İlham Əliyevə insanların sevgisini, etimadını təftiş etsinlər. Misal üçün, niyə digər prezidentliyə namizədlər İlham Əliyevin fəaliyyətini təqdir edirlər. Axı onlar da Azərbaycan vətəndaşlarıdır və İlham Əliyevin bu dövlət üçün etdiklərinin fərqindədirlər. Ən azı siyasi mədəniyyət və siyasi etika tələb edir ki, onlar Azərbaycanın son 200 illik məğlubiyyət tarixini dəyişmiş, son 200 ildə ilk dəfə ərazi bütövlüyü və suverenliyini bərpa etmiş bir şəxslə bağlı müsbət fikirlər səsləndirsinlər. Bəli, bu, indiyədək görmədiyimiz, alışmadığımız, tamamilə yeni, fərqli və qeyri-adi bir situasiyadır. Ən yeni tariximizin ən eyforik mərhələsindəyik və gözümüzün önündə möcüzəvi hadisələr baş verir: Bütün dünyanın “hərblə olmaz” dediyi bir vaxtda 27 sentyabr 2020-ci il tarixi qərarını; bütün dünyanın “Şuşanın alınması hərbi baxımdan mümkünsüzdür” dediyi bir vaxtda azsaylı qüvvə və yüngül silahlarla Şuşanın azad edilməsini, bu möcüzələrin ardınca 23 aprel 2023-cü il sərhəd postunun qoyulması ilə de-yure, 2023-cü il 19-20 sentyabr antiterror tədbiri ilə de-fakto bu münaqişənin tam və qəti həllini, bu yaranın tamamilə təmizlənməsini, Xankəndidə hərbi parad keçirilməsi qədər miqyassız uğuru gözardı etməli, xalq hər şeyi bir aya unutmalıdır? Yəni bunları dilə gətirməyək, üzərindən sükutla keçək? Necə olur ki, ABŞ tarixində möhtəşəm iz buraxan Ruzveltin ABŞ siyasi ənənəsinə zidd olaraq 4 dəfə prezident seçilməsi (ABŞ tarixində yeganə haldır), onun səhhətinə, sağlıq durumuna belə baxmadan, xalqın ondan əl çəkməməsi normal qarşılanır, hətta alqışlanır, ancaq Azərbaycanı bu qədər böyük qələbəyə çatdıran bir liderin reytinqi Avropanı “təəccübləndirir”? İlham Əliyevin böyük siyasətçi və dövlət adamı olduğunu görmürlər? Təbii ki, görürlər. Qarabağ işğaldan azad edildikdən sonra Azərbaycan dəfələrlə beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. O tədbirlərin bir neçəsinin iştirakçısı kimi, İlham Əliyevə əcnəbi jurnalistlərin və siyasətçilərin necə rəğbət bəsləmələrinin və bunu qətiyyən gizlətməmələrinin şahidi olmuşam. Şuşada Beynəlxalq Media Forumu keçiriləndə xarici jurnalistlərin Azərbaycan Prezidentini necə əhatəyə aldıqlarını, tədbir bitdikdən sonra da onu müşayiət etmələrini, ayrılmaq istəməmələrini həmkarlarımla birgə görmüşük. O zaman məni bilirsiniz nə düşündürürdü? Avropalılar anlaya bilirlərmi İlham Əliyevə olan sevginin, rəğbətin səbəbini? Az sonra cavab tapmışdım. Şuşa Forumunun iştirakçısı olan latviyalı jurnalist öz Feysbuk hesabında təxminən belə yazmışdı: “İlham Əliyevə olan sevginin səbəbini anlamaq üçün bircə dəfə Şuşada olmaq, bircə dəfə Cıdır düzünü görmək lazımdır…” Bir millətin öz lideri ilə qürur duymasından təbii və gözəl nə ola bilər? Avropa bilmirmi ki, rəqiblərinin İlham Əliyevin bu uğurunu vurğulamamasına xalqın reaksiyası necə ola bilər? Onları linç etməzlərmi? Bu ölkənin ən radikal kəsləri - təbii ki, Sorosdan yallananlar nəzərdə tutulmur, bu ölkəni səmimi şəkildə sevən və onun inkişafını arzulayan, hakimiyyətə də qatı müxalifətdə olduğunu bütün ömrü boyu nümayiş etdirən şəxslər – sosial media hesablarında, açıqlamalarında, müsahibələrində bu seçkilərdə yalnız İlham Əliyevə səs verəcəklərini qürurla bəyan edirlər. Səbəbini də deyirlər. Yəni, bunu da avropalılar "görmür"? Bu qədər sevginin qarşısında İlham Əliyevin rəqibləri hansı məntiqlə Xalqın Liderinin uğurlarına qarşı çıxış edə bilər və ya etməlidirlər? Ən qısqanc, ən mühafizəkar müxaliflər belə İlham Əliyevin bu seçkilərdə 92+ faiz səs alacağını elan edirsə, bu tənqidləri necə səsləndirmək olar? Ən azı 2024-cü il 7 fevral seçkisinin nəticələri kimsəni təəccübləndirməməlidir axı! |
2024-02-02 | 828,602 | Martin Çunqonq Ağdamda səfərdədir | Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Ağdam şəhərinə səfər edib. Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Parlamentlərarası İttifaqın baş katibini Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin həmsədri Cavanşir Feyziyev, Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər müşayiət ediblər. Ağdama gələn Parlamentlərarası İttifaqın baş katibinə Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, mədəni, tarixi, dini abidələrimizi məhv etmələri və şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin burada həyata keçirdiyi tikinti-quruculuq işləri barədə məlumat verilib. Qonaqlar Ağdam şəhərində ermənilərin yerlə-yeksan etdikləri binaların, o cümlədən Ağdam Dram Teatrının qalıqlarına baxıblar, Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar. Məlumat verilib ki, Ağdamda hər şeyi məhv edən erməni vandalları buradakı qəbirləri də dağıdıblar. Sonra Martin Çunqonq Ağdam şəhərinin Baş planı çərçivəsində həyata keçirilən quruculuq işləri, o cümlədən Qarabağ xanlarının türbələri və yaşayış evi - “İmarət” Kompleksində, Ağdam şəhər Cümə məscidində aparılan təmir-bərpa işləri ilə tanış olub. Qonağa məlumat verilib ki, erməni işğalçılarının “Qafqazın Xirosiması”na çevirdikləri Ağdam yaxın illərdə tamamilə yenidən bərpa olunacaq, regionun ən gözəl şəhərlərindən birinə çevriləcək və doğma yurdlarından 30 il ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək. |
2024-02-02 | 828,610 | Yük maşını xəttə çırpıldı, bu qəsəbə qazsız qaldı | Ötən gün gecə saatlarında paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi “Atçılıq” yaşayış massivində xarici dövlət qeydiyyat nişanlı yük avtomobili qaz xəttinə çırpılıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində müxtəlif diametrli 150 metr uzunluğunda orta və aşağı təzyiqli qaz xətləri yararsız hala düşüb, 3 000 abonentin qaz təchizatında fasilə yaranıb. Hadisə baş verəndən dərhal sonra təhlükəsizlik səbəbi ilə əraziyə təbii qazın verilişi dayandırılıb, qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Bərpa işlərinin günün sonunadək yekunlaşdırılması nəzərdə tutulub. |
2024-02-02 | 828,611 | Bəyannamə dəyişdirilməsə, Ermənistanı müharibə gözləyir | Azərbaycan tələb edir, Paşinyan yerinə yetirir. Bu güzəştlərin sonu necə olacaq, bilmirəm. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni deputat Artur Xaçatryan deyib. Deputat Ermənistan hakimiyyətini marionet adlandırıb. “Bakı isə İrəvanın heç bir təklifini ciddiyə almır. 1990-cı illərdə Ermənistanın əsası qoyuldu. Müəyyənləşdirilən ilkin prinsiplər müharibəyə səbəb olmadı (?). İndi isə Nikol Paşinyan gəldi və müharibənin baş verməsinə zəmin yaratdı. Müstəqillik Bəyannaməsi dəyişdirilməsə, Ermənistanı müharibə gözləyir”, – o bildirib. |
2024-02-02 | 828,613 | Prezident 1 sərəncam, 2 fərman imzaladı | 16:32 Prezident İlham Əliyev “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1121 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 316 (Cild I) 4.3-cü bəndində “400” rəqəmləri “369.26” rəqəmləri ilə əvəz edilsin. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb. Fərmanda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci, 1.1.15-ci maddələrində, 5.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.2-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.4-cü, 5.5-ci maddələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 11.7-ci maddəsində, 11.8-ci maddəsinin birinci cümləsində, 11.10-cu maddəsində, 11.11-ci maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin ikinci cümləsində və 12.5-ci maddəsində (hər iki halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 1.1.2-ci maddəsində, 5.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 5.2-ci maddəsində, 5.3-cü maddəsinin ikinci cümləsində, 5.4-cü, 5.5-ci maddələrində, 5.6-cı maddəsinin birinci cümləsində, 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrində, 11.3-cü maddəsinin ikinci və üçüncü cümlələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 11.7-ci maddəsində, 11.8-ci maddəsinin birinci cümləsində, 11.10-cu maddəsində, 11.11-ci maddəsinin birinci cümləsində, 12.1-ci maddəsinin ikinci cümləsində və 12.5-ci maddəsində (hər iki halda) “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.3. həmin Qanunun 1.1.15-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 2.1.1. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci və 5.4-cü maddələrinə uyğun olaraq, bazar iştirakçılarına dair meyarları və onlar tərəfindən təmin edilən mallarla bağlı dövlət ehtiyatları üzrə məsul orqana məlumat təqdim edilməsi qaydasını; 2.1.2. həmin Qanunun 5.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, strateji əhəmiyyətli malların monitorinqi qaydasını və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarlarını; 2.1.3. həmin Qanunun 5.2-ci maddəsinə uyğun olaraq, strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturalarını; 2.1.4. həmin Qanunun 9.3-cü, 10.5-ci, 11.2-ci maddələrinə, 12.1-ci maddəsinin ikinci cümləsinə və 12.5-ci maddəsinə uyğun olaraq, dövlət ehtiyatları üçün malların tədarükü, saxlanılması, buraxılması, uçotu və bu sahədə nəzarətin həyata keçirilməsi, habelə dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu barədə hesabatın formasını və təqdim edilməsi qaydasını; 2.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: 1. “Taxıl haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 370 nömrəli Fərmanının 2-ci hissəsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 510 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 2.1-ci bənddən “8.2-ci maddəsində və” sözləri çıxarılsın; 1.2. 2.3-cü bənddə “, 8.5-ci, 9.1-ci maddələrində, 9.2-ci maddəsinin ikinci cümləsində, 9.4-cü, 11.1-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin; 1.3. 2.4-cü bənd ləğv edilsin. 2. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 6, maddə 485 (Cild I) ilə təsdiq edilmiş “Dövlət sirrinə aid edilən məlumatların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin: 2.1. II hissənin 1-ci bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunundan “və səfərbərlik” sözləri çıxarılsın; 2.2. IV hissənin 19-cu bəndinin “Dövlət sirrinə aid edilən məlumatlar” sütunundan “və (və ya) səfərbərlik” sözləri çıxarılsın. 3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 664 (Cild I) ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 1.1-ci bəndində “taxıl fondu” sözləri “ehtiyatları” sözü ilə, “buğda” sözü “mallar” sözü ilə əvəz edilsin. 4. “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1100 (Cild I) 3.1-ci bəndindən “və səfərbərlik” sözləri çıxarılsın. 5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 10 fevral tarixli 1594 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 2, maddə 105 (Cild I) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin: 5.1. 1.1-ci bənddən “və səfərbərlik” və “, habelə Dövlət Taxıl Fondunun sərəncamçısı olan” sözləri çıxarılsın; 5.2. 2.1.3-cü yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.1.3. strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını və idarə edilməsini, habelə dövlət ehtiyatları üzrə nəzarəti həyata keçirmək;”; 5.3. 2.1.4-cü, 3.1.8-ci, 3.1.10-cu və 3.1.16-cı yarımbəndlər ləğv edilsin; 5.4. 2.1.5-ci, 2.1.8-ci, 3.1.2–3.1.7-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin: “2.1.5. yaratdığı strateji və fövqəladə ehtiyatlar üçün malların tədarükü üzrə sifarişçi qismində müvafiq tədbirlər görmək;”; “2.1.8. strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq, bu məqsədlə müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək, habelə proqnozlaşdırmada iştirak etmək;”; “3.1.2. aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə dövlət ehtiyatlarının çeşidi və həcmi barədə tələbatı öyrənmək, strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılması məqsədilə sifarişçi qismində tədbirlər görmək, o cümlədən müqavilələr bağlamaq; 3.1.3. strateji əhəmiyyətli malların siyahısı, dövlət ehtiyatlarının və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları ilə bağlı təkliflər vermək, həmin nomenklaturalar üzrə strateji ehtiyatların, habelə saxlanılmasını həyata keçirdiyi fövqəladə ehtiyatlarda və səfərbərlik ehtiyatlarında olan malların nomenklaturaları üzrə minimal həcmləri təmin etmək, istehlak bazarının strateji əhəmiyyətli mallarla təmin edilməsi məqsədilə daxili və xarici bazarları mütəmadi təhlil etmək, qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək və bununla bağlı təkliflər vermək; 3.1.4. strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların yaradılmasını, idarə edilməsini, strateji ehtiyatların yerləşdirilməsini və dövlət ehtiyatlarına nəzarəti həyata keçirmək; 3.1.5. bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli malların nomenklaturasındakı minimal həcmin azalma ehtimalı yarandıqda və ya həmin malların azalması müşahidə olunduqda, bu halların qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər vermək; 3.1.6. dövlət ehtiyatlarına aid malların uçotunu aparmaq, həmçinin saxlanılmasını təmin etdiyi strateji və fövqəladə ehtiyatların yeniləşdirilməsi və əvəzləşdirilməsi ilə bağlı tədbirlər görmək; 3.1.7. dövlət ehtiyatlarının keyfiyyətinə və saxlanılma şəraitinə nəzarəti həyata keçirmək, habelə dövlət ehtiyatlarının tədarükü, yerləşdirilməsi, saxlanılması, buraxılması və istifadəsi zamanı Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə riayət olunmasına nəzarət etmək;”; 5.5. 3.1.9-cu yarımbənddə “dövlət və səfərbərlik ehtiyatlarının” sözləri “strateji ehtiyatların və mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların” sözləri ilə əvəz edilsin; 5.6. 3.1.13-cü və 3.1.14-cü yarımbəndlərdən “və səfərbərlik” sözləri çıxarılsın; 5.7. 3.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “3.1.15. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət ehtiyatlarına aid olan malların hərəkəti və mövcudluğu ilə bağlı illik hesabatı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etmək;”. 6. “Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Baytarlıq haqqında”, “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 789-VIQD nömrəli Qanununun tətbiqi və “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 316 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 20 fevral tarixli 2038 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 2, maddə 246 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 6.1. 1.1-ci bənddən “30.5-ci, 30.6-cı, 30.7-ci” sözləri çıxarılsın; 6.2. 1.2-ci bənddən “30.6-cı, 30.7-ci” sözləri çıxarılsın; 6.3. 1.3-cü bənd ləğv edilsin. 7. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsinlər. |
2024-02-02 | 828,616 | Rusiyanın daha üstün silahları var | Rusiyanın NATO silahlarından daha üstün silahları var. Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib. O bildirib ki, hətta sovet istehsalı silahlar da xarici silahlardan geri qalmır: “Son il yarımda Rusiya müdafiə sənayesində 520 mindən çox yeni iş yeri açılıb”. V.Putin həmçinin söyləyib ki, Ukraynadan Rusiyaya qarşı mübarizədə alət kimi istifadə olunur. |
2024-02-02 | 828,618 | Qış transferlərinə ən çox pul xərcləyən klublar... | Avropada 2023-2024-cü illər mövsümünün qış fasiləsində transferlərə ən çox pul xərcləyən komandalar məlum olub. Axar.az xəbər verir ki, siyahının ilk pilləsində Fransa “Lion”u qərarlaşıb. Klub yeni oyunçuların alınmasına 50,13 milyon avro xərcləyib. Liqa 1 təmsilçisi bu məbləği 8 futbolçu üçün ödəyib. Hazırda ölkə çempionatında 16 xalla 16-cı sırada yer alan “Lion”un ən bahalı transferi isə İspaniyanın “Barselona” komandasından cəlb olunan Vitor Rokedir. Klub bu keçid üçün 40 milyon avro xərcə düşüb. Bu mövsüm qış transferlərinə ən çox pul xərcləyən komandalar: 1. “Lion” (Fransa) - 50,13 milyon avro 2. “Barselona” (İspaniya) - 40 milyon avro 3. PSJ (Fransa) - 40 milyon avro 4. “Bavariya” (Almaniya) - 30 milyon avro 5. “Kristal Pelas” (İngiltərə) - 29,1 milyon avro 6. “Renn” (Fransa) - 26,5 milyon avro 7. “Tottenhem” (İngiltərə) - 25 milyon avro 8. “Leyptsiq” (Almaniya) - 24 milyon avro 9. “Marsel” (Fransa) - 22 milyon avro 10. “Napoli” (İtaliya) - 21 milyon avro. |
2024-02-02 | 828,620 | Zelenski Tokayevlə danışdı | Ukrayna Prezidenti Vladimir Zelenski ilə qazaxıstanlı həmkarı Qasım-Jomart Tokayev arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Zelenski X hesabında yazıb. O, həmkarına Sülh Formulu görüşünün nəticələri və Qlobal Sülh Sammitinə hazırlıq barədə məlumat verib. “Biz həmçinin ikitərəfli ticarəti və siyasi dialoqu inkişaf etdirmək yollarını müzakirə etdik”, - Zelenski yazıb. O, həmçinin Ukraynaya göstərilən dəstəyə görə Tokayeva təşəkkür etdiyini bildirib. |
2024-02-02 | 828,622 | Abşeronda Gənclər Günü qeyd edildi - Foto | 2 Fevral – Gənclər Günü münasibətilə Abşeron rayonunda “Azərbaycan gəncliyi–etibarlı gələcəyimizdir” mövzusunda bayram tədbiri keçirilib. Axar.az xəbər verir ki, tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil və digər təşkilat və idarələrin nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda onun abidəsinin önünə tər güllər düzərək xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra bayram tədbirində Dövlət Himni oxunub, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən RİH başçısının müavini Gülnar Rəhimova iştirakçıları Gənclər Günü münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. G.Rəhimova bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənc nəslin inkişaf etdirilməsi, onların dövlət idarəçiliyinə cəlb edilməsi, ölkənin ictimai-siyasi həyatında rolunun artırılması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Qeyd edilib ki, Ulu Öndərin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb, yeni nazirlik gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılmasını təmin edib. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Ümummilli Liderin Gənclər Forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsinə başlanılıb. Sonra şəhid İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, şəhid Elşad Həsənovun qızı Aysun Həsənli, Vətən Müharibəsi iştirakçısı Elməddin Novruzov çıxış edərək ölkəmizdə gənclərin inkişafı üçün bütün istiqamətlərdə lazimi şəraitin yaradıldığını, dövlət idarəçiliyində böyük meydanların və imkanların verildiyini qeyd ediblər. Sonra Abşeron rayonunu ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən bir qrup gəncə fəxri fərmanlar və mükafatlar təqdim edilib. Tədbir tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə təqdim olunan bədii proqramla başa çatıb. |
2024-02-02 | 828,624 | İrandan Albaniyaya kiberhücum: Mənbələr oğurlandı | İrana bağlı haker qrupunun Albaniyaya qarşı kiberhücumu nəticəsində ölkənin Statistika Mərkəzinin saytı sıradan çıxıb. Axar.az xəbər verir ki, bu barədə Albaniyanın Statistika Mərkəzi məlumat yayıb. Məlumatda qeyd olunub ki, hücumun üstündən saatlar keçməsinə baxmayaraq, qurumun bazasına giriş hələ də bərpa edilməyib. "Homeland Justice" haker qrupu hücuma görə məsuliyyəti öz üzərinə götürüb və mərkəzin saytından bəzi məlumatları oğurladığını açıqlayıb. Qeyd edək ki, 2022-ci ilin iyul ayında Albaniyanın hökumət infrastrukturuna edilən kiberhücumdan sonra rəsmi Tirana Tehranla bütün diplomatik əlaqələrini kəsib. İki ölkə arasındakı münasibətlərin gərgin olmasına səbəb Xalq Mücahidləri Təşkilatının Albaniyada mənzil qərargahının olmasıdır. |
2024-02-02 | 828,627 | Xankəndidə Azərbaycan Ordusu gənclərinin forumu - Video | Xankəndi şəhərində Azərbaycan Ordusu gənclərinin forumu keçirilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan bu forumda Müdafiə, Gənclər və İdman nazirliklərinin rəsmiləri, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrindən seçilən gənc zabit, gizir, çavuş, əsgər və kursantlar iştirak ediblər. Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani forum iştirakçılarını və qonaqları salamlayaraq, iki gün davam edən birinci forumda unudulmaz Heydər Əliyevin gənclərin fəaliyyət proqramına çevrilən tarixi nitqi barədə danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb. Ordu gənclərinə dahi liderin söylədiyi fikirlərlə müraciət edib. Ordu gənclərinin Xankəndi forumunun proqramı və reqlamenti elan edildikdən sonra fəxri qarovul dəstəsi Şuşaya sancılan, Bakıda Azadlıq meydanında, ötən il noyabrın 8-də isə Xankəndi şəhərində keçirilən hərbi paradda nümayiş etdirilən Zəfər bayrağını salona gətirib. İştirakçılar Zəfər bayrağını ayaqda, alqışlarla qarşılayıblar. Gəncliyin böyük hamisi Ulu Öndər Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub. Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov Müdafiə Nazirliyinin rəhbərliyi adından forum iştirakçılarına uğurlar arzulayıb. General-mayor E.Xəlilov müdafiə naziri general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusu gənclərinin Xankəndi forumunun iştirakçılarına təbrikini çatdırıb. Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva forum iştirakçılarını təmsil etdiyi nazirliyin rəhbərliyi adından 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, respublika gənclərinin mübariz dəstəsi olan ordu gənclərinin dünyanı heyrətə gətirmiş şücaət və igidliklərindən böyük iftixar hissi ilə söz açıb və Müdafiə Nazirliyinin ordu gənclərinə xüsusi diqqət və qayğı göstərdiyini, Xankəndi forumunun yüksək səviyyədə təşkil edildiyini məmnunluqla bildirib. Azərbaycan Ordusu gənclərinin Xankəndi forumu iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciəti səsləndirilib. 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Azərbaycan Ordusunun hərbi qulluqçularının mükafatlandırılması haqqında Azərbaycan Respublikasının müdafiə nazirinin və müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisinin əmrləri forum iştirakçılarının nəzərinə çatdırılıb. Döyüş və ictimai-siyasi hazırlıqda əldə etdikləri uğurlara, hərbi hissələrin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsində fərqləndiklərinə və Gəncləri Günü münasibətilə ordu gənclərindən bir qrupuna Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunub. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifa etdiyi vətənpərvərlik mahnı və rəqsləri forum iştirakçıları tərəfindən maraqla qarşılanıb. Forum iştirakçıları nahardan sonra Xankəndi şəhərinin mərkəzi meydanında olub, Müzəffər Ali Baş Komandanın ucaltdığı Azərbaycan Bayrağının dalğalanmasını fəxarət hissi ilə seyr edib, Xocalı və Əsgəran qalasını ziyarətdən xoş təəssüratlarla ayrılıblar. |
2024-02-02 | 828,629 | Türkiyədə TIR-la qatar toqquşdu: ölənlər var | Türkiyənin Muş şəhərində heyvan dolu TIR-la qatar toqquşub. Axar.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə yaralanıb. |
2024-02-02 | 828,630 | 709-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 709-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 620 PUA-sı, 457 zenit-raket kompleksi, 14 888 tank və digər zirehli texnikası, 1 215 reaktiv yaylım atəş sistemi, 7 946 artilleriya və minaatanı, 18 156 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-02-02 | 828,632 | 3 minə yaxın müəllim işə qəbul olundu | 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsində 2967 gənc müəllim müddətsiz müqavilə ilə işə qəbul olunub. Axar.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi məlumat yayıb. Qeyd edilib ki, 3114 gənc müəllim isə müddətli müqavilə əsasında ümumi təhsil müəssisələrinə işə götürülüb. |
2024-02-02 | 828,633 | Kris Allan Tərtərə getdi | Böyük Britaniya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Kris Allan (Chris Allan) Tərtərə səfər edib. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin X hesabında paylaşım edilib. "Kris Allan və konsul Edvard Krimbl (Edward Crymble) ilə Tərtərə ruhlandırıcı səfər, qadın minatəmizləmə komandasının və arıçılıq biznesini idarə edən qadının inanılmaz işinin şahidi oluruq. Biz Azərbaycan qadınlarına dəstək olmaqdan qürur duyuruq", - məlumatda qeyd edilib. |
2024-02-02 | 828,635 | Komandolarımız döyüşə hazır vəziyyətə gətirildi - Video | Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar komando bölmələri müxtəlif tapşırıqların icrasını məşq edirlər. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Məşqlərdə yaranmış vəziyyətə uyğun olaraq qərargah tərəfindən əməliyyat şəraiti qiymətləndirilib, taktiki hesabatlar aparılıb və zəruri məlumatlar hazırlanaraq bölmələrə tapşırıqlar verilib. Həyəcan siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk edən komandolar verilən tapşırıqların icrası ilə bağlı müvafiq qərarlarını bölmələrə çatdırıblar. Döyüşə hazır vəziyyətə gətirilən bölmələr yaşayış məntəqələrində və açıq ərazilərdə reydlərin keçirilməsi, eləcə də digər əməliyyatlar üzrə fəaliyyətləri yüksək peşəkarlıqla yerinə yetiriblər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.