date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-02-01
828,167
62 konqresmenin Baydendən İranla bağlı tələbi
ABŞ Nümayəndələr Palatasının 62 demokrat və respublikaçı nümayəndəsi Prezident Co Baydenə məktub yazaraq ondan ciddi sanksiyalar tətbiq etməklə İranın neft ixracını dayandırmasını istəyiblər. Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. Nümayəndələr bildiriblər ki, bu, İranın bölgədəki proksi qüvvələrinə yardımlarının qarşısının alınması üçün vacibdir. Məktubda Bayden hökumətindən İran neftini və neft məhsullarını daşıyan qurumların qeyri-qanuni ticarətini dayandırmaq üçün təcili tədbirlər görməsi tələb edilib. Bununla yanaşı, bu məhsulların daxil olmasına bilərəkdən icazə verən xarici neftayırma zavodlarına, limanlara və bu əməliyyatları mümkün edən maliyyə qurumlarına da sanksiya tətbiq olunması istənilib.
2024-02-01
828,170
Korsikada fəalların saxlanılmasını pisləyirik – Bəyanat
Bakı Təşəbbüs Qrupu "Nazione" hərəkatının Baş Təsis Yığıncağının uğurla keçirilməsindən sonra Fransa polisi tərəfindən hərakatın müstəqillik tərəfdarı olan fəallarının və onların ailə üzvlərinin qeyri-qanuni saxlanılmasını qətiyyətlə pisləyir. Axar.az xəbər verir ki, bu barədə təşkilatın bəyanatında bildirilib. Qeyd olunub ki, Korsikada 700-ə yaxın insan yanvarın 28-də müstəqillik tərəfdarı olan strukturları və fəalları birləşdirən və müstəmləkə hökmranlığına qarşı mübarizəyə hazırkı və gələcək sadiqliyini təsdiqləyən yeni bir "Nazione" hərəkatını təsis edib: "Korsikalılar azad şəkildə istəklərini ifadə etdikdən 2 gün sonra, yanvarın 30-da "Nazione"nin iki fəalı Borgu hərbi düşərgəsində nəzarət altına alınmışdır. Onların ailə üzvləri və digər bir fəalı günortadan sonra Bastia polis bölməsinə çağırılmışdır. Fəalları tutmaq üçün Fransanın axtarış və əməliyyat qrupu tərəfindən seçilmiş metodlar: sındırılmış qapılar, dağıdılmış evlər, yerə atılan və bunun yarada biləcəyi xəsarət riski ilə övladlarının gözü qarşısında saxlanılan valideynlər özünü insan hüquqlarının vətəni kimi təqdim edən bir ölkə üçün biabırçılıqdır. Polisin qanunsuz təqibləri davam edir və Korsika xalqını qorxutmaq məqsədi daşıyır. Beləliklə, - Biz Fransa hüquq-mühafizə orqanlarının qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyirik; - Biz Fransa hakimiyyətini ədalət və insan hüquqları prinsiplərinə hörmət etməyə və gələcəkdə bu cür tədbirlərin təkrarlanmamasını təmin etməyə çağırırıq. Korsika xalqının sərbəst toplaşmaq azadlığı və istəklərini sərbəst şəkildə ifadə etmək hüququ Fransa hökuməti tərəfindən təmin edilməlidir; - Fransa hökumətini müstəmləkə xalqlarına təzyiq göstərməkdən çəkinməyə çağırırıq ; - Bütün saxlanılanların dərhal sərbəst buraxılmasını tələb edirik ; - Digər qeyri-hökumət təşkilatlarını və siyasi hərəkatları bu bəyanata qoşulmağa və "Nazione" hərəkatına dəstək verməyə dəvət edirik".
2024-02-01
828,172
Simonyanın qardaşı arvadı həbs edildi
12:34 Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşı arvadının həbsi ilə bağlı vəsatət məhkəməyə təqdim olunub. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Onun hansı maddə ilə ittiham olundu barədə məlumat verilməyib. Sadəcə vəsatətin İqtisadiyyat Nazirliyində aparılan axtarış və həbs prosesi çərçivəsində verildiyi bildirilib. Qeyd edək ki, dünən Milli Təhlükəsizlik Xidmətinin Ermənistan İqtisadiyyat Nazirliyində apardığı əməliyyat nəticəsində 6 nəfər (o cümlədən nazir müavini) saxlanılmışdı. *** Məhkəmə Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşı arvadı Ani Gevorkyanın iki ay müddətinə həbs edilməsi ilə bağlı qərar qəbul edib. Gevorkyanın vəkili Muşeq Aleksanyanın sözlərinə görə, qərardan yuxarı instansiya məhkəməsinə şikayət veriləcək.
2024-02-01
828,173
Hərbi xidmətdə dəyişiklik: pul ödəməklə... - Millət vəkili
Ölkəmizdə hərbi xidmətdən keçmə qaydalarına dəyişiklik edilə bilər. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib. Deputat bildirib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra müddətlər qardaş Türkiyədə tətbiq edilir: “Bizdə də buna gedilə bilər. Bizdə hərbi xidmət 1 il yarım və ali təhsillilər üçün 1 il müəyyən edilib. Büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər. Burada ilk növbədə gənclərin təhsil məsələsinə diqqət artırıla bilər. Gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub. Gənclərin savadlı kadr olaraq yetişdirilməsi dövlətin vəzifələrindən biridir. Ancaq ali təhsil almış və 1 il hərbi xidmət keçən şəxslər yenidən təhsilə qayıdanda adaptasiya problemi yaşayırlar. Buna görə də bu dəyişikliyə gedə bilərik. Hesab edirəm ki, belə dəyişiklik həyata keçirilərsə, zamanında mövcud olmuş hərbi kafedraların ali məktəblərdə bərpasına baxıla bilər”.
2024-02-01
828,175
Aysel Süleymanova vəzifəsindən ayrıldı
Azərbaycan Hava Yolları QSC-nin (AZAL) İctimaiyyətlə əlaqələr və kommunikasiya idarəsinin rəisi Aysel Süleymanova vəzifəsindən ayrılıb. Axar.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb. A.Süleymanova bildirib ki, işdən çıxmağına səbəb başqa iş təklifi almasıdır. Qeyd edək ki, o, 2023-cü ilin sentyabrında bu vəzifəyə təyin edilmişdi.
2024-02-01
828,178
Sabah hava necə olacaq?
Bakıda və Abşeron yarımadasında fevralın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
2024-02-01
828,179
Bu gənclərə prezident mükafatı veriləcək
Prezident İlham Əliyev 2024-cü il Gənclər üçün prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2024‑cü il Gənclər üçün prezident mükafatları veriləcək: Abdullayeva Gülnar Rizvan qızı Ağamirova Rəvanə Seymur qızı Ağazadə Taryel İsa oğlu Allahverdiyev Ayxan Elman oğlu Baxışova Rzayeva Kimyəxanım Ziyad qızı Məhərrəmova Zərifə Hüseyn qızı Məmmədov Ulucay Akif oğlu Məmmədova Dinara Bəxtiyar qızı Məmmədova Fatimə Nizami qızı Mirələmli Pərviz Atamalı oğlu.
2024-02-01
828,185
Həbsdəki oğluna mandarinin içərisində narkotik gətirdi - Foto
Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə Axar.az-a Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən məlumat verilib. Həbs edilmiş şəxs Fərid Arzuman oğlu Məmmədova anası Süsən Fəxrəddin qızı Abbasova tərəfindən gətirilmiş sovqatdakı iki ədəd mandarinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,461 qram marixuana və 1,268 qram metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.
2024-02-01
828,187
Hizbullah: Cavabımız düşündüklərindən ağır olacaq
İşğalçılara onların təxəyyül edə bilməyəcəyi cavab verəcəyik. Axar.az xəbər verir ki, bunu Hizbullahın icra şurasının rəhbəri Haşim Səfiuddin Livanın cənubunda İsraillə son qarşıdurma haqda danışarkən deyib. “Biz Qəzzanı dəstəkləməkdən heç vaxt əl çəkməyəcəyik. Müqavimət ən yüksək hazırlıq səviyyəsindədir, düşmənlərin xəyali təhdidlərinin heç biri baş tutmayacaq. Bu gün müqavimət qüvvələri Livanın cənubunda düşmənə qarşı möhkəm dayanır. Bəzi yeni silahlardan istifadə sionistləri döyüş meydanına daxil olmanın təsir və nəticələri barədə düşünməyə vadar edir”, - o bildirib.
2024-02-01
828,190
Bakıda hərbçilər qəzaya düşdü: yaralılar var - Video
Bakının Suraxanı rayonunda hərbçilərin olduğu minik avtomobili qəzaya uğrayıb. Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, hadisə Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. Qəza zamanı maşın işıq dirəyinə çırpılıb. Nəticədə biri ağır olmaqla iki nəfər xəsarət alıb. Hadisə yerindən görüntüləri təqdim edirik:
2024-02-01
828,192
Hərbi toplanışların keçirilməsi qaydası dəyişir
Hərbi toplanışların keçirilməsi qaydası dəyişir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Bütün qoşun növlərində çağırışla bağlı sayın bir-birini tamamlaması üçün qanuna dəyişiklik təklif edilir. Say bərabərliyinin bir-birinə uyğun gəlməsi üçün 3 qurum (Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər qoşun növləri) toplanışlara cəlb edəcəyi hərbi vəzifəlilərin sayını Ali Baş Komandanın razılığı ilə müəyyən edəcək. Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
2024-02-01
828,193
Ekspert: Azərbaycan Ordusu 4 kəndə girə bilər - Video
13:12 Ermənistanın işğalı altında olan 8 kənddən dördü anklav deyil, dərhal geri qaytarılmalıdır və Azərbaycan Ordusu da oraya istənilən vaxt daxil ola bilər. Buna görə nə Ermənistan, nə də beynəlxalq ictimaiyyət ölkəmizə etiraz edə bilər. Çünki beynəlxalq hüquq da bizə bu haqqı verir. Bu sözləri Axar.az-a dünən keçirilən Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyaların altıncı iclasında müzakirə olunan məsələlər barədə danışan politoloq Elxan Şahinoğlu deyib. Politoloq sərhədlərin delimitasiyasının vaxt aparacağını bildirib: “Fikrimcə, delimitasiya komissiyalarının iclaslarından qısa müddət ərzində nəticə çıxmayacaq. Sərhədlərin delimitasiyası prosesi uzun çəkəcək. Strateji müttəfiqimiz olan Gürcüstanla belə hələ də sərhədlərin dəqiqləşdirilməsi yekunlaşmayıb. Ermənistanla isə məlum səbəblərə görə danışıqlar daha çox vaxt aparacaq. Bütün hallarda cənab Prezidentin də 10 yanvar 2024-cü il müsahibəsində qeyd etdiyi kimi, 8 kənd məsələsi danışıqlarda prioritetdir. Ancaq Paşinyanın kəndləri qaytarmaq fikrində olmadığını, yaxud məsələni qəsdən uzatdığını düşünürəm. Çünki kəndlərin qaytarılmasının mövqelərini zəiflədəcəyini fikirləşir. Eyni zamanda sülh müqaviləsinin imzalanması məsələsində də irəliləyiş yoxdur”.
2024-02-01
828,194
Bu seçki tarixi və demokratik olacaq - Vəziroğlu
Əvvəlki seçkilərlə 7 fevralda keçiriləcək prezident seçkiləri arasında vacib bir fərq var. Bu fərq ondan ibarətdir ki, seçkilər ilk dəfə olaraq ərazi bütövlüyü, suverenliyi tam təmin edilmiş bir məmləkətdə keçiriləcək. Axar.az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında şair, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Baba Vəziroğlu deyib. O bildirib ki, 7 fevral seçkilərinin əhəmiyyəti misilsiz dərəcədə böyükdür: “Hesab edirəm ki, xalqımız bu seçkilərdə böyük həvəslə iştirak edəcək. Çünki bu seçki tarixi və demokratik olacaq. Azərbaycan son illərdə ərazi bütövlüyünü təmin etməklə yanaşı, daha abad, firavan, səsi dünyada ucadan eşidilən məmləkətə çevrilib. Bu dövr Azərbaycan tarixi üçün ən mühüm mərhələlərdən biridir. Şübhə yox idi ki, Azərbaycan gec-tez öz torpaqlarını azad edib, ərazi bütövlüyünü təmin edəcək. Ancaq biz çox xoşbəxt insanlarıq ki, bu günü gördük və yaşadıq. Azərbaycan mədəniyyətinin nümayəndəsi kimi tez-tez xarici ölkələrdə oluram və diaspor nümayəndələrimizlə görüşürəm. İndiyə kimi bu qədər qürurla deməmişdim ki, mən azərbaycanlıyam. Çünki bu gün qalib ölkənin, suveren, müstəqil dövlətin vətəndaşıyam, mədəniyyət xadimiyəm. Başım uca, alnım açıqdır”. Onun sözlərinə görə, hazırki dövrdə artıq Azərbaycan qarşısında yeni prioritetlər dayanır: “Qarabağımız yenidən qurulur, abadlaşır, dünyanın cənnət guşələrindən birinə çevrilir. Eyni zamanda, ölkəmizin bütün bölgələrində abadlıq və quruculuq işləri həyata keçirilir. Bu isə çox vacib faktordur”. “Azərbaycan inkişaf edən, gələcəyə başıuca gedən məmləkətdir. Əlbəttə, gələcək üçün yeni prioritetlər, yeni planlar, yeni çağırışlar meydana çıxır və bütün bunların uğurla davam etməsi üçün prezident seçkilərinin önəmi çox böyükdür” , - deyən əməkdar incəsənət xadimi sonda Azərbaycan xalqını səsvermədə aktiv iştirak etməyə və ölkəni bundan sonra da uca zirvələrə apara biləcək namizədə səs verməyə dəvət edib.
2024-02-01
828,195
ABŞ-ın Türkiyəyə F-35 satmamasının əsl səbəbi
Türkiyənin Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinə sahib olması onun F-35 təyyarə istehsalı proqramına qayıtmasına tək maneə deyil. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” nəşri hökumət mənbələrinə istindla məlumat yayıb. Nəşrin mənbələrinin məlumatına görə, Türkiyənin F-35 proqramından uzaqlaşdırılmasının səbəbi Ankara ilə Vaşinqton arasında ciddi fikir ayrılıqlarının olmasıdır: “Bu, Şərqi Aralıq dənizindəki vəziyyət, ABŞ-ın Yunanıstana silahlanma məsələsində yardımı, Yaxın Şərqdəki proseslərə baxış, Ağ Evin İsrailə dəstəyi, o cümlədən ABŞ-ın dəstəyini alan Suriyadakı kürd təşkilatlarının fəaliyyətidir. Ona görə də Türkiyənin F-35 layihəsinə qayıdışından danışmaq üçün təkcə S-400 deyil, bütün bu mövzularda həll yolu tapmaq lazımdır”. Qeyd edək ki, bir neçə gün öncə ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland Ankaranın aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələnin həll olunacağı halda ABŞ-ın Türkiyəni F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazır olduğunu bildirmişdi.
2024-02-01
828,197
Azərbaycandakı seçkilərin regiona təsiri - Mancavidze
Azərbaycan üçün qarşıdan gələn prezident seçkiləri vacibdir. Çünki seçkilər müstəqillik əldə etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində baş tutacaq. Axar.az xəbər verir ki, bu fikirləri secki-2024.az saytına gürcü ekspert, siyasi elmlər doktoru Soso Mancavidze bildirib. Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinin təkcə Azərbaycan üçün deyil, həm Gürcüstan və ümumilikdə region üçün əhəmiyyəti həddindən artıq böyükdür. “Gürcüstan üçün bu nümunə onun ərazi bütövlüyünün bərpasına olan ümidləri gücləndirir. Region üçün isə bu, sülh və firavanlıq perspektividir. Azərbaycan xalqına uğurlu prezident seçkiləri arzu edirəm. Bu seçkiləri həqiqətən də tarixi adlandırmaq olar", - S.Mancavidze fikrini yekunlaşdırıb.
2024-02-01
828,204
Zəncanda bütün idarələrdə tətil elan edildi
Fevralın 1-də Təcili Tibbi Yardım və xəstəxanalar istisna olmaqla, Zəncan əyalətində bütün dövlət idarələrində tətil elan edilib. Axar.az xəbər verir ki, bu barədə əyalət valiliyi məlumat yayıb. Bunun havaların soyuq keçməsi və qaz sərfiyyatına qənaət məqsədi ilə tətbiq edildiyi bildirilib.
2024-02-01
828,206
Elə qidalar var ki, narkotik kimi asılılıq yaradır
Elə qidalar var ki, narkotik kimi vərdiş yaradır: “Koka-Kola”, “Fanta” və s. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib. O bildirib ki, narkotikdən qorxuruq, amma ondan daha təhlükəlisi qidalardır: “Evdə uşaqlara yemək yedirdə bilmirik. Onlar istədiyi o qidaların içində nə var?! Niyə onlar uşaqları cəlb edir? Genləri dəyişdirilmiş qidaları uşaqlarımıza öyrədirlər. Süni yolla yaradılmış qidalar reklam olunur. Azərbaycanı bundan qoruyacaq qidalarımız var. Bu məni ciddi şəkildə vətəndaş olaraq narahat edir. Konkret olaraq, heç kimi, heç bir müəssisənin adını çəkmirəm. Amma bizim gələcəyimiz bu məsələnin həllindən ibarətdir. Niyə Azərbaycan brendi yaranmasın?! Niyə biz məhsullarımızı kənara çıxara bilmirik? Bizim dağlarımızda su çıxır, gedirik mağazaya, Fransadan belə su gəlir, amma bizim öz sularımız satışda yoxdur”.
2024-02-01
828,208
Türk ölkəsində məktəblərdə telefon qadağan edildi
Qazaxıstan Senatı məktəblərdə dərs zamanı mobil telefondan istifadəyə qadağa qoyulmasını təklif edən qanunu təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Senatın saytında məlumat yerləşdirilib. Qanun orta təhsil müəssisələrində mobil rabitə vasitəsindən istifadə qaydalarının təsdiq edilməsini, zorakılığı təşviq edən, intihara sövq edən və ya dini xarakter daşıyan məlumatların təhsil müəssisələrində yayılmasının qarşısının alınması üçün tədbirlərin görülməsini nəzərdə tutur.
2024-02-01
828,210
Baş məşqçi və 3 idmançı həbs olundu, Musayev isə...
Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətmələrinin təfərrüatları məlum olub. Axar.az Report-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində həmin şəxslərlə bağlı qərar qəbul edilib. Qərara əsasən, Ruslan Əfəndiyev, Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov barəsində 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham ediliblər. Tofiq Musayev və Mehman Məmmədov barələrində isə digər qətimkan tədbiri seçilib. Qeyd edək ki, hadisə Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Onlar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil edəcəyi turnirlə bağlı toplaşarkən mübahisə yaranıb. Bir qrup idmançı arasında dava düşüb və nəticədə adıçəkilən şəxslər digər idmançı Həsən Əzizovu döyüblər. Faktla bağlı Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb, 4 nəfər həbs olunub. Hazırda xuliqanlıq maddəsi ilə bağlı qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
2024-02-01
828,215
Dehlidən Bakıya icazəsiz uçuş… - Araşdırma başlanıldı
Hindistanın “IndiGo Airlines” şirkətinin pilotları yanvarın 28-də “6E 1803” saylı Dehli-Bakı reysini yerinə yetirən zaman “Hava Hərəkətinə Nəzarət”dən (ATC) uçuş icazəsi almayıb. Axar.az Report-a istinadən xəbər verir ki, mövzu ilə bağlı qalmaqal yaranıb və həmin reysin hər iki pilotu hadisənin araşdırılması müddətində vəzifəsindən kənarlaşdırılıb. Bildirilib ki, ATC Dehli-Bakı reysi yerinə yetirilən zaman gözləməklə bağlı göstəriş versə də, buna əməl edilməyib. Təyyarə uçuş vəziyyətinə gətirilib və icazəsiz yola düşüb. Hindistanın Mülki Aviasiya Nazirliyinin tabeliyindəki Mülki Aviasiya Baş İdarəsindən (DGCA) bildirilib ki, müvafiq rəsmiləşdirmə olmadan uçuşların yerinə yetirilməsi əməliyyat intizamı protokollara riayət edilməsi ilə bağlı ciddi narahatlıq yaradır. DGCA-nın məsələ ilə bağlı hərtərəfli araşdırmasının məqsədi prosedurlardakı mövcud səhvləri müəyyən etmək və gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün müvafiq tədbirlər görməkdir. ATC-nin vəzifəsi hava limanında hava hərəkətinə nəzarət etməkdir. Eyni zamanda ATC uçuş zamanı pilotlara lazımi təhlükəsizlik təlimatlarının verilməsi işini də yerinə yetirir. Uçuşdan əvvəl ATC rəsmiləşdirilməsi mütləqdir, çünki bu, hava limanında təyyarələrin təhlükəsiz qalxması və enməsi üçün lazımdır. Qeyd edək ki, “IndiGo Airlines" şirkəti Dehli-Bakı-Dehli istiqamətində ilk dəfə ötən ilin avqustun 11-dən birbaşa uçuşlara başlayıb. Hindistan vətəndaşlarına Azərbaycana səyahət üçün sadələşdirilmiş "e-visa" sistemi tətbiq olunur.
2024-02-01
828,217
Qaribaşivili hakim partiyanın sədri seçildi
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşivili rəsmi olaraq hakim Gürcü arzusu - Demokratik Gürcüstan Partiyasının sədri olub. Axar.az xəbər verir ki, bu barədə qərar fevralın 1-də partiyanın növbədənkənar 8-ci qurultayında yekdilliklə qəbul edib. Qeyd edək ki, İ. Qaribaşivili bu il yanvarın 29-da baş nazir vəzifəsindən istefa verib.
2024-02-01
828,218
İsrail 114 fələstinlini azad etdi
İsrail hakimiyyəti həbsdə olan 114 fələstinlini, o cümlədən 4 qadını azad edib. Axar.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb. Məlumata görə, fələstinlilər İsrailin Qəzza zolağı ilə sərhəddə yerləşən “Kerem Şalom” keçid məntəqəsindən buraxılıblar. Qeyd edək ki, bu şəxslərin mövcud münaqişə tərəfləri arasında ilkin razılaşmalar çərçivəsində azad edilib-edilmədiyi məlum deyil.
2024-02-01
828,219
Bakı-İrəvan danışıqları harda keçirilməlidir? - Sorğu
“Atlas” Araşdırmalar Mərkəzi millət vəkilləri, siyasi ekspertlər və xarici siyasət, o cümlədən təhlükəsizlik mövzularında ixtisaslaşan jurnalistlər arasında sorğu keçirib. Axar.az xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb. Məlumata görə, sorğu beş sualdan ibarət olub. “Rusiya-Ukrayna müharibəsi necə bitəcək?” sualına iştirakçıların 45,3%-i “Rusiya Krım və Şərqi Ukraynanı nəzarətində saxlayacaq”, 40,1%-i “Rusiya ilə Ukrayna arasında atəşkəs sazişi imzalanacaq”, 10,6%-i isə “Ukrayna ərazi bütövlüyünü təmin edəcək” cavabını verib. Ümumilikdə sorğuya qatılanların 4%-i sualları “Nə Rusiya, nə də Ukrayna məqsədinə çatacaq”, “Ukraynanın mövcudluğu sual altındadır”, “Hər iki tərəf ciddi güzəştlərə gedəcək”, “Müharibə uzun müddət bitməcəyəcək, ancaq döyüşlər səngiyəcək” deyə cavablandırıb. “Yaxın Şərqdə gərginliyin azalması üçün birinci hansı addım atılmalıdır” sualına iştirakçıların 59 faizi “İsrail Fələstinin müstəqilliyini tanımalıdır”, 28,5 faizi “Fələstindəki silahlı qruplar tərk-silah olunmalıdırlar”, 10,5 faizi isə “İsrailə təhlükəsizlik təminatı verilməlidir” cavabını verib. 2 faiz iştirakçının cavabı isə “ABŞ bölgədən çəkilməlidir”, “Heç bir tərəf münaqişənin bitməsini istəmir” şəklində olub. “Qafqaz evi” ideyasının reallaşması üçün nə edilməlidir” sualına iştirakçıların 70,7%-i “Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır”, 17,9%-i “Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulmalıdır”, 10,3%-i “Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri açılmalıdır” cavabını verib. “Bu mümkün olmayacaq”, “Ermənistan cəmiyyəti dəyişməlidir” yanaşmalarının hər biri 1,1 % təşkil edib. “Azərbaycanla Ermənistan arasında danışıqlar hansı formatda davam etməlidir” sualının nəticələri aşağıdakı kimidir: - Birbaşa danışıqlara üstünlük verilməlidir – 91.6% - Danışıqlar Gürcüstanda aparılmalıdır – 3.2% - Danışıqlar Vaşinqtonda aparılmalıdır – 3.2% - Danışıqlar Moskvada aparılmalıdır – 1% - Danışıqlar aparılmamalıdır – 1% - Danışıqlar Brüsseldə aparılmalıdır – 0%. “Azərbaycanla Ermənistan arasında sülh sazişi nə zaman imzalanacaq” sualına isə “Sülh sazişi bu il imzalanmayacaq” deyənlər 41.1, “Sülh sazişi bu ilin sonuna qədər imzalanacaq” deyənlər 37.9, “Sülh sazişi bu ilin yarısına qədər imzalanacaq” deyənlər isə 15.5% təşkil edib. Respondentlərin 5%-i suala “Ermənistan buna hazır olanda”, “Bu, tərəflərin danışğından asılıdır”, “Bölgədəki proseslərdən asılıdır”, “Zamanı demək çətindir” cavabını verib. Qeyd edək ki, sorğuda 100 respondent iştirak edib.
2024-02-01
828,220
Nazirlər Kabineti tam tərkibdə istefaya gedir
Xəbər verdiyimiz kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Axar.az xəbər verir ki, Seçki Məcəlləsinin 203.1-ci maddəsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən sonra ən geci 10 gün ərzində təsdiq olunması üçün nəticələri Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiya Məhkəməsi də seçkilərin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan edir. Konstitusiyanın 103-cü maddəsində isə qeyd olunur ki, prezident seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Nazirlər Kabinetinin yenidən formalaşdırılması müddətinə gəlincə, Konstitusiyaya əsasən, yeni seçilmiş prezident səlahiyyətlərinin icrasına başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti istefa verir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabineti ən geci fevralın 3-cü ongünlüyündə tam tərkibdə istefaya gedəcək.
2024-02-01
828,222
AMB-nin valyuta ehtiyatları artdı
Bu günə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 637 milyon ABŞ dolları təşkil edib. AMB-dən Axar.az-a verilən məlumata görə, bu, yanvarın 1-i ilə müqayisədə 0,2% çoxdur. Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları son 1 ildə 28,4% artıb.
2024-02-01
828,224
İlham Əliyev AŞPA-ya xəbərdarlıq etdi
Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında antiazərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
2024-02-01
828,227
Bu ittifaq İrəvan-Bakı dialoqu üçün platforma ola bilər
Beynəlxalq Parlamentlər İttifaqı Ermənistanın və Azərbaycanın parlament nümayəndələri arasında dialoq üçün platforma ola bilər. Axar.az xəbər verir ki, bu təkliflə Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq fevralın 1-də Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib. Dövlət başçısı bu təşəbbüsü yüksək qiymətləndirərək iki ölkənin parlamentləri arasında məhz bu platformada dialoqun aparılmasının Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə çatdırıb.
2024-02-01
828,229
Bir neçə aydır sərhəddə... - Prezident
Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib. "Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi, Azərbaycan torpaqları işğaldan azad olunmadı, məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı", - Prezident qeyd edib. Prezident İlham Əliyev diqqətə çatdırıb ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Dövlətimizin başçısı 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədiyini, son 3 il ərzində Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməkdə davam etdiyini bildirib. Azərbaycan Prezidenti ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli olduğunu vurğulayıb.
2024-02-01
828,230
Azərbaycanlı iş adamı Ukraynada öldü
Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamı Çingiz Abbasov dünyasını dəyişib. Axar.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib. İş adamının qəfildən ürəyi dayanıb. Qeyd edək ki, Çingiz Abbasov 1970-ci ildə Sumqayıt şəhərində anadan olub. Uzun illər Ukraynada yaşayıb. Onun Donetskdə olan evi və obyektləri rus işğalçıları tərəfindən dağıdılıb. Xarkova köçən azərbaycanlı bir müddət idi ki, orada məskunlaşmışdı.
2024-02-01
828,232
AB Ukraynaya 50 milyard avro yardımı təsdiqlədi - Təcili
AB sammitində Ukraynaya 50 milyard avro dəyərində uzunmüddətli büdcə yardımı proqramı təsdiq edilib. Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının Prezidenti Şarl Mişel məlumat verib.
2024-02-01
828,235
Adamova İrəvandan Bakıya gəldi
Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib. Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Marketa Pekarova Adamovanı Milli Məclisin Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elnur Allahverdiyev, Çexiyanın ölkəmizdəki səfiri Milan Sedlaçek və digər rəsmi şəxslər qarşılayıblar. Qeyd edək ki, Adamova bundan öncə İrəvanda səfərdə idi.
2024-02-01
828,241
Bakının bu əraziləri qazsız qaldı
Bakının Qaradağ və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 12-ci kilometrində aşkar olunmuş qaz sızmasının ləğvi ilə bağlı “Şıxov” Qazpaylayıcı Stansiyasından, “Azpetrol” və “Azərholding” ölçü qovşaqlarından qaz təchizatı dayandırılıb. Məlumata görə, qaz təchizatı işlər başa çatanadək dayandırılıb. "Təmir işləri aparılan müddətdə Qaradağ rayonu üzrə Cənub Yaşayış kompleksinin və Şıxov qəsəbəsinin, Səbail rayonu üzrə isə Badamdar 3-cü yaşayış sahəsinin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranıb", - “Azəriqaz”dan bildirilib.
2024-02-01
828,243
Arkov: İvanişvili Zurabişvilinin yerinə gəlir?
Gürcüstan hökumətində planlaşdırılan rotasiya 2023-cü ilin sonunda keçirilən Gürcü Arzusu Partiyasının qurultayı çərçivəsində məlum olub. Bunu Axar.az-a müsahibəsində rusiyalı politoloq Vitali Arkov deyib. ​“Qaribaşvilinin yanvarın 29-da verdiyi ictimai açıqlama artıq sensasiya deyil, daha çox bəyanat idi. Onun həmkarları bu gün Gürcü Arzusu Partiyasının yeni sədrini təsdiq etdilər. Qeyd etmək lazımdır ki, bu, cənab Qaribaşvilinin ikinci keçmiş baş nazirliyi və partiya rıçaqlarında ikinci vəzifəsi olacaq. Yenə də 2023-cü ilin sonunda partiyanın fəxri sədri vəzifəsinə seçilən Gürcü Arzusunun qurucusu və siyasi “atası” İvanişvili ilə yan-yana, onu parlament seçkisində qələbəyə aparır. Kobaxidzenin Baş nazir postuna yüksəlməsi özlüyündə Gürcüstan siyasətində əsaslı dəyişikliklərin səbəbi deyil. Bununla belə, çox güman ki, öz idarəetmə tərzi ilə birlikdə (bütün “Bidzina yuvasının balaları” İvanişvilinin üslubunu istər-istəməz kopyalasalar da) kənar müşahidəçilər tərəfindən Kobaxidze ciddi dəyişikliklərin təşəbbüskarı kimi qiymətləndirilə bilər”, - o bildirib. Arkovun sözlərinə görə, İvanişvilinin ictimai siyasətə qayıtmasından sonra əsas intriqalardan biri onun Zurabişvilini Gürcüstan Prezidenti kimi əvəz edib-etməyəcəyi, həmçinin ölkəni prezident respublikasına qaytaracaq növbəti Konstitusiya dəyişikliklərinə başlayıb-başlamamasıdır: “Yeni Baş nazirin gəlişindən sonra Rusiya ilə münasibətlərə gəlincə, Gürcüstanın Moskva və Aİİ ilə münasibətlərinin hazırkı formatı Tiflisə daha çox uyğun gəlir. Moskvaya qarşı bütün yeni sanksiya paketləri fonunda Gürcüstan Rusiya ilə ticarət mübadiləsindən faydalanır. Buna cavab olaraq Moskva Tiflis üçün viza rejimini yüngülləşdirib və Suxumi və Tsxinvali ilə birbaşa humanitar təmaslara mane olmur. Mütləq irəliləyiş diplomatik münasibətlərin bərpası olardı. Lakin bu, Tiflis üçün Qərblə gərginliyin artması riski daşıyır. ABŞ-ı qıcıqlandırmamaq məqsədilə İvanişvilinin Gürcü Arzusu üçün çətin olan seçki ilində belə bir addım atması ehtimalı azdır”. Politoloq qeyd edib ki, bundan başqa, Gürcüstan Azərbaycan və Ermənistan arasında danışıqlar üçün əlverişli platformadır: “Təkcə coğrafi mövqeyinə və tarixi birliyinə görə deyil. Bu, həqiqətən, son aylarda Bakı ilə Vaşinqton, Paris və Brüssel arasında münasibətlərin kəskinləşməsi, eləcə də ABŞ və Fransanın Ermənistanı Cənubi Qafqazda Rusiyaya qarşı rusofobiya forpostuna çevirmək cəhdləri fonunda hər iki tərəfə uyğun neytral alternativdir”.
2024-02-01
828,245
Bayramov Çunqonqla görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Parlamentlərarası İttifaq arasında mövcud əməkdaşlığın inkişaf perspektivləri, habelə regiondakı cari vəziyyət müzakirə edilib. Nazir Ceyhun Bayramov müxtəlif ölkələrin parlamentləri arasında şəbəkələşmə, fikir mübadiləsi və təmasların qurulmasına töhfə verməsi baxımından Parlamentlərarası İttifaqın mühüm mandata sahib olmasını qeyd edərək, ölkəmizin də İttifaqın fəaliyyətində aktiv iştirak etdiyini bildirib. Parlamentlərarası İttifaq ilə ölkəmizin Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə əsası qoyulmuş QH Parlament Şəbəkəsi arasında əməkdaşlığın geniş perspektivlərinin olduğu, bu istiqamətdə İttifaqın cari ilin mart ayında Cenevrədə keçiriləcək 148-ci Assambleyasının əməkdaşlıq imkanlarının müzakirəsi baxımından faydalı olacağı qeyd edilib. Azərbaycanın 2024-cü ildə BMT sisteminin ən irimiqyaslı tədbiri olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyini qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə görülən hazırlıq işləri ilə bağlı ətraflı məlumat verib, həmçinin Parlamentlərarası İttifaqın tədbirdə yaxından iştirak edəcəyinə ümidvarlıq ifadə olunub. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, ölkəmizin işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və yenidənqurma işləri, habelə sülh təşəbbüsləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov, ötən il Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərindən sonra BMT və bir sıra digər beynəlxalq təşkilatların nümayəndələrinin 30 ildən sonra ilk dəfə bölgəyə səfərinin təşkil olunduğunu bildirib. Ölkəmizin sərgilədiyi bu mövqeyə baxmayaraq, işğal və münaqişə dövründə fəaliyyətsizlik nümayiş etdirən bir sıra beynəlxalq təşkilatların hazırkı normallaşma gündəliyinə xələl gətirdiyi qeyd olunub. Avropa Şurası Parlament Assambleyası tərəfindən ölkəmizə qarşı atılan son addımın da bu qəbildən olan ikili standartların növbəti nümayişi kimi qiymətləndirdiyimiz diqqətə çatdırılıb. Baş katib Martin Çunqonq ölkəmizə növbəti səfərindən məmnunluq ifadə edərək Parlamentlərarası İttifaqın Azərbaycanla əməkdaşlığın daha da inkişafında maraqlı olduğunu bildirib. Cari ildə COP29-a ev sahibliyi edəcək Azərbaycanın uğurlu sədrliyinə inamını qeyd edən baş katib, sözügedən tədbirin təşkilatçılığı ilə bağlı öncəki sədrliklərlə yaxın təmasların qurulmasının Azərbaycanın görülən işlərə münasibətdə sistematik yanaşmanı nümayiş etdirdiyini bildirib.
2024-02-01
828,246
Bakıda narkotacir və silahlı şəxslər saxlanıldı - Video
Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib. Bu barədə "Report"a Daxili İşlər Naziliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Əməliyyatlar zamanı 1992-ci il təvəllüdlü Bahadur Vəliyevdən 2 kiloqram marixuana götürülüb. Tədbirlərin davamı olaraq ona narkotik vasitəni satan Xırdalan şəhər sakini 1990-cı il təvəllüdlü Nurlan Tağıyev də tutulub. Sonuncunun üzərindən və yaşadığı ünvandan 3 kiloqrama yaxın marixuana, heroin, metamfetamin və 31 ədəd metadon həbi aşkar olunub. Daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılan 1995-ci il təvəllüdlü Fərid Dadaşovdan isə 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Cəbrayıl Səttarzadə və onun rəhbərlik etdiyi dəstənin digər 3 üzvündən 1 kiloqrama yaxın tiryək, 1 ədəd “Kalaşnikov” avtomat silah, daraq və 19 ədəd patron aşkar olunub. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 95 nəfər saxlanılıb. Vətəndaşlarla aparılaran profilaktik söhbətlərin nəticəsi olaraq 9 ədəd odlu silah və 3500 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.
2024-02-01
828,250
İmtahanların şəhər və rayonlar üzrə keçirilmə qrafiki
Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub. Axar.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 3 və 10 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 17 mart, 7 və 21 apreldə keçiriləcək. Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz. Qeyd edək ki, məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər. Gəncə şəhərində yerləşən məktəblərin 11-ci və 9-cu sinif, Xəzər, Sumqayıt, Abşeron, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Quba rayonlarında yerləşən məktəblərin isə 9-cu sinif şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, 1-ci və 2-ci hissə kimi adlandırılıb. Yaxın günlərdə hissələr üzrə məktəblərin siyahısı cədvələ əlavə olunacaq. İmtahana buraxılış vərəqələri hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.
2024-02-01
828,252
Sevastopolun sabiq qubernatoru Londonda saxlanıldı
Sevastopolun keçmiş qubernatoru Dmitri Ovsyannikov sanksiyalardan yayınma və çirkli pulların yuyulması ittihamı ilə Londonda saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə “Tayms” qəzeti məlumat yayıb. Məlumata görə, Ovsyannikov yanvarın 22-də öz evində saxlanılıb: “Ertəsi gün ona qarşı yeddi sanksiya pozuntusu və iki dəfə çirkli pulların yuyulması ittihamı irəli sürülüb. Keçmiş qubernator nəzarət altındadır. O, fevralın 20-də məhkəmə qarşısına çıxacaq. Ovsyannikova Londonda HBOS maliyyə qrupunun banklarından birində əvvəllər açdığı hesaba ümumilikdə 65 min funt sterlinq (82,5 min dollar) məbləğində pul köçürülüb”.
2024-02-01
828,253
SEPAH zabitlərini bu ölkədən çıxarır
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yüksək rütbəli zabitlərini Suriyadan çıxarır. Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. Məlumata əsasən, bu qərarın əsas səbəbi SEPAH zabitlərinə edilən bir sıra sui-qəsdlər olub. Sonrakı mərhələdə İranın Suriyadakı əməliyyatlarını Livan Hizbullahı vasitəsilə uzaqdan davam etdirəcəyi güman edilir.
2024-02-01
828,258
Azərsığorta ASC buna görə ləğv olundu
Azərsığorta ASC-nin ləğvi bazar prinsiplərinə uyğun olaraq həyata keçirilib. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov Azərsığorta ASC-nin ləğv olunmasının səbəbləri haqda danışarkən deyib. O bildirib ki, bu ləğvolunmanı tamamilə düzgün addım sayır: “Azərbaycanda kifayət qədər normal fəaliyyət göstərən özəl sığorta agentlikləri var. Sığorta sahəsində də rəqabət çox güclüdür və dövlət şirkətinin ləğvi tam doğru addımdır”.
2024-02-01
828,259
Kreml İrəvanın BCM-yə üzv olmasına reaksiya verdi
Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə üzv olması bu ölkənin suveren hüququdur. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bizim üçün vacibdir ki, bu cür qərarlar dəyər verdiyimiz və daha da inkişaf etdirəcəyimizə ümid etdiyimiz ikitərəfli münasibətlərə mənfi təsir göstərməsin”, - o bildirib. Qeyd edək ki, bugündən Ermənistan rəsmən Beynəlxalq Cinayət Məhkəməsinə üzv olub.
2024-02-01
828,260
Rusiyanın bu vilayətlərinə PUA hücumu edildi
Rusiyanın Belqorod və Kursk vilayətləri PUA hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya hava hücumundan müdafiə sistemləri Belqorod ərazisində 4, Kursk ərazisində isə 1 PUA zərərsizləşdirib.
2024-02-01
828,265
İsraillilər İrandan 1 milyard təzminat tələb edir
7 oktyabrda HƏMAS qruplaşmasının İsraildə keçirilən musiqi festivalına hücumu nəticəsində həlak olanların yaxınları İranı ABŞ federal məhkəməsinə şikayət edib və Tehrandan təzminat tələb edib. Axar.az xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb. Məlumata görə, iş üzrə 67 iddiaçı, o cümlədən yaralılar və ya keçmiş girovlar, həmçinin ölənlərin ailə üzvləri Vaşinqton Federal Məhkəməsinə iddianamə göndərib. İddiaçılar İranı HƏMAS-ı maliyələşdirməkdə və onun üzvlərinə təlim keçməkdə ittiham edir. Onlar İrandan bir milyard dollar məbləğində təzminat tələb ediblər.
2024-02-01
828,266
ABŞ strategiya hazırlayır: Fələstin müstəqil dövləti...
ABŞ Fələstin müstəqil dövlətinin yaradılması strategiyasını hazırlayır. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib. “Biz müxtəlif variantları nəzərdən keçiririk və onları regiondakı tərəfdaşlarımızla müzakirə edirik”, - Miller bildirib.
2024-02-01
828,267
Quru sərhədlər seçkidən sonra açılacaq?
Sərhədlərin bağlı qalması Azərbaycan kimi ölkələrdə əhalinin həyat tərzinə, məişətinə ciddi problem yaradır. Turizm cəhətdən yanaşsaq, bu, həm Azərbaycana gələnlər, həm də ölkədən gedənlər üçün ciddi problemdir. Axar.az xəbər verir ki, bunu Bakupost.az-a iqtisadçı-ekspert Rəşad Həsənov quru sərhədlərin açılma ehtimalı ilə bağlı yayılan məlumatlar barədə danışarkən deyib. “Bu gün yalnız hava nəqliyyatının qalması, xüsusilə Azərbaycan kimi ölkədə əhalinin həyat tərzinə, məişətinə kifayət qədər ciddi problem yaradır. Çünki hava nəqliyyatı Azərbaycanda demək olar ki, vətəndaşların seçimləri sırasında olmayan bir nəqliyyat növüdür. Qiymətləri çox bahadır. Ona görə də quru sərhədlərin açılması vacibdir”, - ekspert bildirib. R.Həsənovun fikrincə, seçkidən sonra quru sərhədlərin açılması ilə bağlı qərar verilə bilər: “Çünki sərhədlərin bağlı qalması iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərir. Sərhədlərin açılması turizm sektorunun inkişafına ciddi təkan verə bilər. Eyni zamanda, sərhədyanı kiçik ticarətin son 3 ildə yaşadığı durğunluqdan müəyyən qədər çıxmasına səbəb olar”.
2024-02-01
828,273
Fransız fermerlər min traktorla AP girişində... - Video
AB liderlərinin sammiti günü fermerlər Brüsseldə daha yüksək vergilər, artan xərclər və ucuz kənd təsərrüfatı idxalı fonunda daha çox yardım tələb etmək üçün etiraz aksiyası keçiriblər. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, Brüsselin əsas magistralları minə yaxın traktor tərəfindən bağlanılıb. Eyni zamanda, fermerlər Avropa Parlamentinə tərəf yumurta atıb, tonqal qalayıb və fişəng buraxıblar. AB sammitinin gündəliyinə daxil olmasa da, fermer böhranı iclasda müzakirə olunub. Belçika Baş naziri Aleksandr De Kroo bildirib ki, fermerlərin şikayətinə baxılmalıdır.
2024-02-01
828,274
Rusiyanın raket kateri batırıldı - Video
Ukrayna ordusu Rusiya Qara Dəniz Donanmasına məxsus “İvanovets” raket katerini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Məlumata görə, zərbə nəticəsində kater ciddi zədə alaraq, batıb.
2024-02-01
828,279
Kobaxidze yalnız bu naziri dəyişəcəyini açıqladı
Gürcüstanın yeni kabinetində yalnız Müdafiə Nazirliyinin rəhbəri əvəzlənəcək. Axar.az xəbər verir ki, bunu Gürcüstanın Baş nazirliyinə namizədi İrakli Kobaxidze deyib. “Bütün hökumət üzvlərini qalmağa dəvət etdim. Yalnız müdafiə naziri Cuanşer Burçuladze siyasətdən başqa sferaya keçmək istəyirdi. Onun qərarına hörmət edirəm. Müvafiq olaraq, yeganə dəyişiklik Gürcüstan hökumətində baş verəcək - müdafiə naziri postuna parlament sədrinin müavini İrakli Çikovaninin namizədliyi irəli sürüləcək”, - o bildirib.
2024-02-01
828,280
“CityNet” indi “Nar” mağazalarında
Abunəçilərinin hər zaman rahatlığını təmin edən “Nar” indi öz mağazalarında “CityNet” internet provayderinin xidmətlərini də təqdim edir. Bu əməkdaşlıq çərçivəsində, “Nar”ın Elmlər Akademiyası (H.Cavid pr., 48) və Memar Əcəmi (Hüseynbala Əliyev 4) mağazalarına yaxınlaşaraq “CityNet” xidmətləri haqqında məlumat almaq və abunə olmaq mümkündür. Müxtəlif xidmətləri vahid mərkəzdən təqdim etməklə əlçatanlıq strategiyasına əsaslanan “Nar” mağazalarında yüksək müştəri xidməti ilə sərfəli təkliflərdən yararlanmaq imkanı verir. Qeyd edək ki, “CityNet” 17.99 AZN-dən başlayan qiymətlərlə yüksəksürətli sabit internet, ev telefonu xətti və rəqəmsal TV xidmətləri təqdim edən internet provayderidir. “CityNet” xidmətləri haqqında daha ətraflı buradan tanış ola bilərsiniz. “Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2024-02-01
828,289
Urmiyada idman yarışında milli şüarlar səsləndirildi
Yanvarın 31-i axşam saatlarında Urmiya şəhərinin “Şəhrdari” voleybol komandası Yəzdin “Çadorməluye Ərdəkan” komandası ilə qarşılaşıb. Axar.az xəbər verir ki, qarşılaşma Urmiya şəhərinin “Durnalar yuvası” (Qədir) idman kompleksində baş tutub. İdman yarışını izləyən 6 min azərbaycanlı azarkeş “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” və ekoloji məsələlərlə bağlı şüarlar səsləndiriblər. Qeyd edək ki, qarşılaşma Urmiya komandasının 3-1 hesablı qələbəsi ilə sona çatıb. Bununla da 19 oyunda 10 qələbə qazanan Azərbaycan komandası turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.
2024-02-01
828,290
İddia edirlər ki, insanları güdmək üçün… - MSK sədri
Veb-kamera quraşdırılması insanları güdmək deyil. Axar.az xəbər erir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. O bildirib ki, ötən gün veb-kameraları izləyəndə fərqi özü də müşahidə edib: "Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək". MSK sədri vurğulayıb ki, səsvermə kabinəsinin içərisini çəkmək üçün ən az 10 kamera lazımdır: "Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".
2024-02-01
828,293
Köhnə maşınlar utilizasiyaya bu tarixdən qəbul ediləcək
Sentyabrın 1-dən Azərbaycanda avtomobil sahibləri köhnə maşınlarını utilizasiyaya verə biləcəklər. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib. "Əvəzində vətəndaşlar nəqliyyat vasitələrinin utilizasiyası fondunda formalaşmış vəsait hesabına qaydalarda nəzərdə tutulmuş məbləğdə ödəniş əldə edəcəklər. Kimsə yerli istehsala aid yeni nəqliyyat vasitəsi alarsa ödəniş tam, başqa məqsədlər üçün utilizasiyaya müraciət edərsə ödəniş 70% həyata keçiriləcək. Bu xarici nəqliyyat vasitəsi alınması daxil olmaqla müxtəlif məqsədlər ola bilər", - o qeyd edib. Nazirlik rəsmisi vurğulayıb ki, nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitləri təkcə ölkəyə idxal olunan maşınların hesabına yox, həm də digər mənbələrdən formalaşa bilər: “Gedişatdan asılı olaraq güzəşt məbləğlərinin artırılmasına baxıla bilər. Fondun formalaşması barədə qanun yeni qəbul edilib. Utilizasiya prosesi sentyabrın 1-dən başlayacaq. Bundan sonra tələbata uyğun olaraq məsələyə və rəqəmlərə təkrarən baxıla bilinər. Əgər tələbat çox olarsa, ödənişlər növbəlilik əsasında həyata keçiriləcək”.
2024-02-01
828,296
Milli Müdafiə Universitetində yeni kursun açılış mərasimi...
Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun növbəti qəbulunun açılış mərasimi keçirilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Bəbir Quliyev akademik kursun açılışı münasibətilə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyi adından iştirakçıları təbrik edib, onlara tədrisdə uğurlar arzulayıb. Qeyd edək ki, tədris müddətində akademik kursun dinləyicilərinə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzularda mühazirələr oxunacaq, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr keçiriləcək.
2024-02-01
828,297
Qaribaşvili özü istefa vermək istəyirdi - İvanişvili
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvilinin özü hökumət başçısı postunu tərk etmək arzusunda olduğunu bildirib. Axar.az xəbər verir ki, bunu hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası”nın fəxri sədri və təsisçisi, milyarder Bidzina İvanişvili deyib. “Onun nəyini bəyənməməliyəm? Görün necə insandır. Bunu mən yox, özü istəyirdi”, - o bildirib. Qeyd edək ki, yanvarın 29-da İrakli Qaribaşvili istefa verob. O, bu gün Gürcü Arzusunun sədri seçilib.
2024-02-01
828,298
Audiovizual Şura Baku TV-yə xəbərdarlıq etdi
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib və Baku TV kanalının efirində yayımlanan, sonradan həmin kanalın veb-saytında və sosial şəbəkə platformalarında yerləşdirilən, habelə digər onlayn media subyektlərinin saytlarında yayımlanaraq geniş rezonans doğuran “Arzunun vaxtı” proqramının 29 yanvar 2024-cü il tarixli buraxılışnda yer alan mövzu müzakirə olunub. Audiovizual Şuradan Axar.az-a verilən məlumata görə, həmin proqram 16 yaşlı yeniyetmə qız və 32 yaşlı fiziki əlilliyi olduğu bildirilən gəncin evlənməsinə həsr olunub, onlardan müsahibə alınıb. Məlum olub ki, həmin yeniyetmə qız və gənc oğlan artıq bir neçə müddətdir ki, öz istəkləri ilə birgə ər-arvad münasibətlərində yaşayır və yaxın zamanlarda (qızın 17 yaşı tamam olanda) nikah bağlamalarını nəzərdə tuturlar. Proqram zamanı onun aparıcısının bir neçə dəfə 18 yaşına çatmamış şəxsin qeyri-nikah əlaqələrində olaraq digər şəxslə birgə yaşama faktını pisləyən mesajlar verməsinə baxmayaraq, verilən suallar, həmin suallara cavablar, bu əməli etmiş şəxslər üçün yardım toplanması kampaniyasının keçirilməsi halı, əslində erkən nikahın əks-təbliği üçün nəzərdə tutulan proqramı faktiki olaraq həmin erkən nikahın təbliğinə yol açan vasitəyə çevirib. Audiovizual Şuranın mütəxəssislərinin apardıqları monitorinqlər və tərtib olunmuş hüquqi rəyə əsaslanaraq bildiririk ki, qeyd olunmuş fakt, yəni, müsahibə zamanı aparıcı və müsahiblər arasında dialoqda səsləndirilən fikirlər "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.2-ci maddəsində öz əksini tapmış "cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən informasiya", eyni zamanda həmin Qanunun 4.2.4-cü maddəsində nəzərdə tutulmuş "ailə institutunu nüfuzdan salan informasiya" olmaqla uşaqlar arasında dovriyyəsi qadağan edilən informasiyaya aid oluna bilər. "Media haqqında" Qanunun 14.1.15-ci bəndinə əsasən, mediada dərc olunan və ya yayımlanan informasiyada "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir. Bu səbəbdən yuxarıda qeyd olunan müsahibə eyni zamanda bu müddəanın da pozulması və nəticə olaraq inzibati xəta kimi təfsir oluna bilər. Audiovizual Şuranın üzvləri müzakirələr aparıb və ümumi mövqe o olub ki, proqramda işıqlandırılan hadisə və mövzu birtərəfli və natamam şərh olunub, bir sıra qanunvericilik tələbləri pozulub. "Baku TV" kanalının efirində belə halın ilk dəfə baş verməsini nəzərə alaraq Audiovizual Şuranın üzvləri yayımçıya yalnız xəbərdarlıq edilməsini dəstəkləyib, ümumən bütün media nümayəndələrinə belə həssas hadisələrin müzakirəsi zamanı daha peşəkar olmalarını, müvafiq dövlət qurumları ilə kommunikasiya yaradaraq hadisənin daha dolğun işıqlandırmalarını, ümumən qanunvericiliyin tələblərini və ümumi qəbul olunmuş ictimai normaları əsas tutmalarını tövsiyə ediblər.
2024-02-01
828,301
İranda 18 yaşlı gənc təcridxanada öldürüldü
Sistan və Bəlucistan əyalətinin təcridxanasında 18 yaşlı Sepehr Şitani adlı gənc işgəncə nəticəsində öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Onun sosial mediada fəaliyyətləri və tənqidi paylaşımlarına görə həbs edildiyi bildirilib.
2024-02-01
828,303
DGK-da yüksək vəzifəyə təyinat
Surxay Məmmədov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmət İdarəsinə rəis təyin olunub. Axar.az xəbər verir ki, komitənin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Surxay Məmmədovu kollektivə təqdim edib. Qeyd edək ki, S.Məmmədov 1995-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsində təhsil alıb. 2001-2005-ci illərdə Müdafiə Nazirliyinin Sanitar Epidemioloji Nəzarət Mərkəzində həkim mütəxəssis, həmin mərkəzdə 2005-2012-ci illərdə xüsusi təhlükəli bakterial infeksiyalar bölməsinin rəisi, 2012-2013-cü illərdə Tibbi Profilaktika şöbəsinin zabiti, 2013-2016-cı illərdə baş zabiti, 2016-cı ildə isə rəis müavini olub. 2015-ci ildə tibb üzrə fəlsəfə doktoru adını qazanıb. Surxay Məmmədov 2016-2019-cu illərdə Azərbaycan Tibbi Universitetinin Hərbi Tibb fakültəsinin Tibbi Profilaktika kafedrasının baş müəllimi, 2019-2021-ci illərdə Azərbaycan Ordusunun baş sanitarı, 2022-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müharibə iştirakçıları ilə koordinasiya departamentinin Qərb bölgəsi ilə iş şöbəsinin müdiri, 2022-2023-cü illərdə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini vəzifəsində çalışıb.
2024-02-01
828,305
Türkiyədə fabrikə silahlı basqın: işçilər girov götürüldü
Türkiyənin Kocaeli şəhərinin Gebze rayonunda “P&G” fabrikinin əsas binasına silahlı basqın edilib. Axar.az xəbər verir ki, məlumatı İHA yayıb. Silahlı şəxsin fabrikdəki insanları girov saxladığı bildirilib. Əraziyə çoxlu sayda polis cəlb olunub. Hadisənin detalları məlum deyil.
2024-02-01
828,308
708-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 708-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 580 PUA-sı, 457 zenit-raket kompleksi, 14 877 tank və digər zirehli texnikası, 1 214 reaktiv yaylım atəş sistemi, 7 931 artilleriya və minaatanı, 18 124 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-02-01
828,310
Xətaidə 3 qumbara və 3 avtomat aşkarlandı - Video
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Amin Çərkəzov saxlanılıb. Həmin şəxsdən 3 ədəd “F-1” qumbarası aşkar edilib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Xətai RPİ və 37-ci Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 1991-ci il təvəllüdlü Gündüz Səfərov da qanunsuz silah saxladığı üçün tutulub. Ondan 3 ədəd “Kalaşnikov” markalı avtomat və 3 ədəd patron darağı aşkar edilib. Xətai RPİ və 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri birgə tədbir zamanı isə özündə olan silah-sursatı könüllü polisə təhvil verməyən əvvəllər məhkum olunmuş 1977-ci il təvəllüdlü Vüqar İsgəndərov da həmçinin əməliyyat yolu ilə saxlanılıb. Ondan “Makarov” markalı tapança, patron darağı, 8 ədəd patron və şəxsi istifadəsi üçün əldə etdiyi heroin aşkar edilərək götürülüb. Saxlanılan hər 3 şəxs əldə etdikləri silah-sursatı satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
2024-02-01
828,311
Lavrov MDB ölkələrinin səfirləri ilə görüşdü
Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə MDB ölkələrinin Rusiyada akkreditə olunmuş səfirləri arasında görüş keçirilib. Axar.az xəbər verir ki, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib. Görüş zamanı 2023-cü ildə MDB formatında çoxtərəfli əməkdaşlığın nəticələri müzakirə edilib, Rusiyanın bu il təşkilatda sədrliyinin prioritetləri nəzərə alınmaqla gələcək üçün əsas vəzifələr qeyd olunub. Bundan başqa, görüş iştirakçıları aktual beynəlxalq və regional mövzular ətrafında da fikir mübadiləsi aparıblar.
2024-02-01
828,312
DYP-dən açıqlama: Ölkədəki maşınların 45 faizi...
Ölkəmizdə qeydə alınan nəqliyyat vasitələrinin 45 faizdən çoxunun istehsal ili 20 il və daha çoxdur. Bu da sözsüz ki, yol-nəqliyyat hadisələri zamanı onların ağırlıq dərəcəsinə bilavasitə təsir edir. Axar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, ötən il ölkəmizdə 1 milyon 774 min 77 nəqliyyat vasitəsi qeydə alınıb: “Onlardan istehsal ili 10 ilə qədər olanların sayı 15 faiz təşkil edir, yəni 266 min 878-ə bərabərdir. İstehsal ili 10 ildən 20 ilə qədər olanların sayı 707 min 673-dür ki, bu da 39,3 faiz təşkil edir. İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 min 526-ya bərabərdir. Yəni, respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1 faizinin yaşı 20 ildən yuxarıdır. Hazırda ölkəmizdə hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir. Onların sayında kifayət qədər artım var”.
2024-02-01
828,313
Ukraynaya yardıma buna görə razılaşdıq - Orban
AB-nin Ukraynaya maliyyə yardımı ilə bağlı Brüssel sammitində qəbul edilmiş qərarı vəsaitlərin rasional xərclənməsinə zəmanət verir və buna görə də Macarıstan bununla razılaşıb. Axar.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Avropa Birliyi (AB) ölkələrindən olan həmkarları ilə görüşündən sonra deyib. O, həmçinin qeyd edib ki, Avropa fondlarından Macarıstana veriləcək vəsait Ukraynanın maliyyələşdirilməsinə sərf edilməyəcək: “Biz vəsaitlərin rasional istifadəsinə zəmanət verən nəzarət mexanizmi üzərində razılığa gəldik və Macarıstan pullarının Ukraynaya göndərilməyəcəyinə dair zəmanət aldıq”.
2024-02-01
828,314
AYİB-lə ASCO arasında 60 milyonluq kredit müqaviləsi...
18:55 “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO), Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında dövlət zəmanəti olmadan “Handysize” tipli 2 quru yük gəmisinin maliyyələşməsi üzrə kredit müqaviləsi imzalanıb. İqtisadiyyat Nazirliyindən Axar.az-a bildiriblər ki, bununla əlaqədar keçirilmiş tədbirdə Avropa Yenudənqurma və İnkişaf Bankında Azərbaycandan müdir, iqtisadiyyat naziri Mikayıl Cabbarov, AİH-in baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev, AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos və AYİB-in Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Natali Mouravidze iştirak ediblər. Kredit müqaviləsini AİH-in Baş icraçı direktoru Ruslan Əlixanov, ASCO-nun İdarə heyətinin sədri Rauf Vəliyev və AYİB-in Qafqaz üzrə regional direktoru Alkis Vrienios Drakinos imzalayıblar. Layihənin ümumi dəyəri 60 milyon ABŞ dolları təşkil edir. Kredit müqaviləsi 2 tranşdan ibarət olmaqla, gəmilərin alınmasının 70 faizinin AYİB tərəfindən ayrılan kredit vəsaiti, 30 faizinin isə ASCO-nun daxili imkanları hesabına maliyyələşməsini nəzərdə tutur. Tədbirdə ölkəmizdə həyata keçirilən layihələrə, eləcə də qeyri-neft sektorunun mühüm tərkib hissəsi olan nəqliyyat və tranzit yükdaşımaları sahəsində icra edilən irimiqyaslı layihələrə beynəlxalq maliyyə institutları, o cümlədən AYİB tərəfindən göstərilən marağın və müxtəlif maliyyələşmə alətləri ilə verilən dəstəyin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, AYİB tərəfindən dövlət zəmanəti olmadan birbaşa ASCO-ya kreditin ayrılması Azərbaycanda səhmləri dövlətə məxsus olan müəssisələrdə aparılan uğurlu islahatların, beynəlxalq prinsiplərə uyğun qurulmuş korporativ idarəetmə və hesabatlılıq sistemlərinin mövcudluğunun, əməliyyatlarda şəffaflığın və sağlam maliyyə vəziyyətinin təmin edilməsinin göstəricisidir. Diqqətə çatdırılıb ki, AYİB ilə yeni əməkdaşlıq gəmiçiliyin inkişafında yeni mərhələdir və bu gün imzalanan kredit müqaviləsi QSC-nin fəaliyyət coğrafiyasının genişləndirilməsinə, ölkəmizin Xəzərdən kənarda yükdaşıma potensialının daha da artırılmasına xidmət edir. Bundan başqa, ASCO ilə əməkdaşlıq çərçivəsində imzalanan kredit müqaviləsi qlobal iqlim dəyişiklikləri üzrə çağırışların icrasına da müsbət töhfə verəcək. Belə ki, kredit müqaviləsi Beynəlxalq Dənizçilik Təşkilatının son ekoloji tələblərinə cavab verən müasir quru yük gəmilərinin alınmasını nəzərdə tutur.
2024-02-01
828,315
Ölkəmiz “Prodekspo-2024” sərgisində iştirak edəcək
Moskavada “Prodekspo-2024” sərgisi açılacaq. Axar.az xəbər verir ki, fevralın 5-də Moskvanın “Exposentr” Mərkəzi Sərgi Kompleksində 31-ci Ərzaq Məhsulları, İçkilər və Onların İstehsalı üçün Xammal Beynəlxalq Sərgisi açılacaq. Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi, Rusiya Ticarət və Sənaye Palatasının himayəsi ilə təşkil olunan sərgidə Azərbaycan da daxil olmaqla 40 ölkədən 2145 şirkət iştirak edəcək. Miqyasına görə “Prodexpo” dünyanın ən böyük 10 ərzaq sərgisindən biridir. Qeyd edək ki, ölkəmizin istehsalçı şirkətləri artıq bir neçə ildir sərgidə məhsullarını “Made in Azerbaijan” stendində təqdim edirlər. Azərbaycanda istehsal olunan məhsullar İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə nümayiş olunur. Rusiyalı alıcılara qida sənayesi, kənd təsərrüfatı məhsulları, o cümlədən meyvə-tərəvəz, şərablar, meyvə şirələri, zeytun yağı, quru meyvələr və sair məhsullar təqdim edilir.
2024-02-01
828,316
Elektrik enerjisi sərfiyyatının həddi müəyyənləşdi - Qərar
Sərbəst istehlakçılar üçün illik elektrik enerjisi sərfiyyatının həddi 5 000 000 (beş milyon) kilovat-saat və ondan yuxarı müəyyən edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qərar 2025-ci il 1 iyul tarixindən qüvvəyə minir.
2024-02-01
828,317
Bu ay dövlət sərhədini pozan 24 nəfər saxlanıldı
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2024-cü ilin yanvar ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya, narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam еtdirilib. Bu barədə Axar.az-a DSX-dən məlumat verilib. Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduğuna görə 24 nəfər saxlanılıb, оnların 13-ü Azərbaycan, 3-ü Pakistan, 2-i Nepal, 2-i Tacikistan, 1-i Hindistan, 1-i Mərakeş, 1-i Gürcüstan və 1-i Türkiyə vətəndaşı оlub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 19 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 1 103 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 305 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 374 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 107 kiloqram 343 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 135 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 934 min 715 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd “Glock” markalı tapança, külli miqdarda ABŞ valyutası, nərə balığı və tütün məmulatları saxlanılıb. Dövlət sərhədlərimizin еtibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam еtdirilir.
2024-02-01
828,319
ABŞ təsdiqlədi: İran bazalarına zərbə...
ABŞ İraq və Suriyada yerləşən İran hədəflərinə və hərbi personalına zərbələr endirmək planlarını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Qeyd olunur ki, zərbələr ABŞ-ın regiondakı bazalarına hücumlara cavab olaraq həyata keçiriləcək.
2024-02-01
828,324
Bakıda 10 maşına ziyan vuran sürücü həbs edildi
Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən və ondan çox avtomobilə ziyan vuran sürücü həbs edilib. Axar.az xəbər verir ki, Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi törətdiyi üçün “Opel” markalı, 77-DK-952 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib. Görülən tədbirlər nəticəsində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da həyatını təhlükəyə atan, ondan çox avtomobilə ziyan vuran sürücü Orxan Şahlar oğlu Zülfüqarov saxlanılıb və onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı O.Zülfüqarovun narkotik vasitə qəbul etməsi də müəyyən edilib. Tədbirlərin davamı kimi O.Zülfüqarovun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib və ümumi çəkisi 2,680 qram narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülüb. Toplanılmış materiallar maddi sübutla birgə baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxsin sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
2024-02-01
828,326
ATƏT-dən 80 müşahidəçi Azərbaycana gələcək
ATƏT-in Parlament Assambleyasından (PA) olan 80-dən çox müşahidəçi fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri üçün ölkəmizə gələcək. Axar.az xəbər verir ki, bu, ATƏT PA-nın 1995-ci ildən bu yana Azərbaycanda onuncu seçki müşahidəsi olacaq. ATƏT PA-nın müşahidəçi nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın vitse-prezidenti Daniela De Ridder (Almaniya), ATƏT-in qısamüddətli müşahidə missiyasının xüsusi əlaqələndiricisi və rəhbəri isə İqtisadiyyat və Ətraf Mühit Komitəsinin sədr müavini Artur Gerasimov (Ukrayna) olacaq. “Biz prezident seçkilərinin demokratik prinsiplərə nə dərəcədə uyğun olduğunu, azad səsvermə prosedurlarının, ədalətli atmosferin, medianın əlçatanlığının və nəticələrin dəqiq işıqlandırılmasının təmin olunmaslna nəzarət üçün ATƏT DTİHB missiyası ilə sıx əməkdaşlıq edirik”, - D.De Ridder bildirib.
2024-02-01
828,328
XİN rəhbəri Saymon Stil ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb. Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı hazırlıq işləri və təşkilati məsələlər müzakirə edilib. C.Bayramov ölkəmiz tərəfindən xüsusilə son dövrlərdə ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrinə keçid üzrə əməli addımların atıldığını, ötən il keçirilən COP28 Sammitində Azərbaycanın bir sıra qlobal öhdəliklərə qoşulduğunu diqqətə çatdırıb. Azərbaycan tərəfindən COP29-un məzmun, o cümlədən təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilərək, COP29 irsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səylərə töhfə olacağına dair inam ifadə olunub. İcraçı katib Saymon Stil Azərbaycan tərəfindən COP29-a ev sahibliyi çərçivəsində aparılan hazırlıq işlərinin yüksək peşəkarlıqla davam etdirilməsinin məmnunluq doğurduğunu vurğulayıb. COP29-un təşkili ilə bağlı ölkəmizə uğurlar arzu edən icraçı katib, bu istiqamətdə görülən işlərə Katiblik tərəfindən yaxından töhfə veriləcəyini bildirib. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2024-02-01
828,331
İlham Əliyev üç fərman imzaladı
20:01 Prezident İlham Əliyev “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri”nin təsdiq edilməsi haqqında fərman imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İnvestisiya təşviqi mexanizminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər, Azərbaycan Respublikası Prezidentinin “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və həyata keçiriləcəyi inzibati ərazi vahidləri”nin təsdiq edilməsi haqqında” 2016-cı il 20 aprel tarixli 878 nömrəli Fərmanının ləğv edilməsi barədə” 2022-ci il 20 dekabr tarixli 1913 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram: 1. “İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsinlər”. *** Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarlara kredit təşkilatları tərəfindən verilmiş kreditlər üzrə faizlərin subsidiyalaşdırılması haqqında fərman imzalayıb. Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının 2024-cü ildə Azərbaycan Respublikasında təşkili ilə əlaqədar həyata keçiriləcək layihələr çərçivəsində sahibkarların rezident banklar və bank olmayan kredit təşkilatlarından (bundan sonra – kredit təşkilatları) manatla aldıqları kreditlərə hesablanmış faizlər Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə subsidiyalaşdırılsın. 2. “Sahibkarlara kredit təşkilatlarından manatla aldıqları kreditlər üzrə Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faiz subsidiyalarının verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur). 3. Müəyyən edilsin ki, subsidiya sahibkarlar tərəfindən 2024-cü il yanvarın 1-dən dekabrın 1-dək kredit təşkilatlarından manatla alınan kreditlərə hesablanmış faizlərə görə verilir. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 5.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə faizlərin subsidiyalaşdırılmasını təşkil etsin; 5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu vasitəsilə ödəniləcək faizlərin subsidiyalaşdırılmasını təmin etmək məqsədilə tələb olunan vəsaitin 2025-ci ildən başlayaraq dövlət büdcəsində nəzərdə tutulması üçün tədbirlər görsün. 7. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilən Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan təsdiqedici sənədin formasını və verilməsi qaydasını 10 (on) gün müddətində təsdiq etsin”. *** Prezident İlham Əliyev “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram: 1. Müəyyən edilsin ki: 1.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Qanunun 40-cı maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur; 1.3. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinin üçüncü abzasının ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.4. həmin Qanunun 37.1-ci maddəsinin üçüncü abzasının ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 26 dekabr tarixli 1080-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli 261 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 40 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 3.1. 3.1-ci bəndə “Qanununun” sözündən sonra “40-cı maddəsinin dördüncü hissəsində və” sözləri əlavə edilsin; 3.2. 3.15-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.16-cı bənd əlavə edilsin: “3.16. həmin Qanunun 40-cı maddəsinin dördüncü hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur.”. 4. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 3, maddə 143 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 4.1. 3.1-1-ci bəndə “10.2.6-cı maddəsində,” sözlərindən sonra “37.1-ci maddəsinin üçüncü abzasının ikinci cümləsində,” sözləri əlavə edilsin; 4.2. aşağıdakı məzmunda 3.1-2-ci bənd əlavə edilsin: “3.1-2. həmin Qanunun 37.1-ci maddəsinin üçüncü abzasının ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti nəzərdə tutulur;”.
2024-02-01
828,332
Ölkəmiz bu indeks üzrə 50-ci yerə qalxdı
2023-cü il ərzində Azərbaycanda kibertəhlükəsizliyin təmin olunması sahəsində həyata keçirilən sistemli tədbirlərin Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) müvafiq indikatorlar üzrə əsaslandırılmış təqdimatı nəticəsində 176 ölkənin qiymətləndirildiyi “Milli Kibertəhlükəsizlik İndeksi”nin (“National Cybersecurity Index”) reytinq cədvəlində respublikamızın mövqeyinin 36 pillə yüksələrək 86-cı yerdən 50-ci yerə irəliləməsi təmin olunub. AKTA-dan Axar.az-a bildirilib ki, ötən ilin sentyabrdan etibarən isə adıçəkilən indeks üzrə yeni qiymətləndirmə meyarlarına əsaslanan metodologiyanın tətbiq olunmasına başlanılıb və hazıradək 31 ölkənin qiymətləndirilməsi həyata keçirilib. Yeni indeks üzrə hazıradək 31 ölkənin 49 indikator üzrə qiymətləndirildiyi reytinq cədvəlində Azərbaycan Respublikası 66.67 balla 12-ci pillədə qərarlaşıb. Qeyd olunmalıdır ki, bu göstərici hazıradək ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək göstəricidir. Belə ki, 2016-2023-cü illər ərzində indeksdə ölkəmiz tərəfindən əldə olunmuş ən yüksək bal 63.64 olub. Bununla yanaşı, qiymətləndirmənin əsaslandığı 49 indikatorun 32-i üzrə AKTA tərəfindən təqdim edilmiş cavablar tam qəbul olunaraq qiymətləndirmədə nəzərə alınıb. Digər indikatorlar üzrə də ölkəmizdə həyata keçirilən fəaliyyətin tam və obyektiv qiymətləndirilməsi, ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə hazırda tərəfimizdən əlavə tədbirlər həyata keçirilir, habelə mütəmadi olaraq müvafiq məlumatlar yenilənərək indeksdə nəzərə alınması üçün təqdim edilir. Qeyd edək ki, Estoniyanın Elektron İdarəçilik Akademiyası Fondu tərəfindən hazırlanan və təkmilləşdirilən “Milli Kibertəhlükəsizlik İndeksi” kibertəhlükəsizliyin təmin edilməsi və kiberinsidentlərin idarə olunması üzrə ölkələrin hazırlığını real vaxt rejimində ölçən qlobal indeksdir.
2024-02-01
828,334
ABŞ Hindistana 3,99 milyardlıq texnika satacaq
ABŞ Dövlət Departamenti 3,99 milyard dollar dəyərində “MQ-9b Guardian Aircraft” pilotsuz uçuş aparatlarının və digər sistemlərin Hindistana mümkün satışını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi məlumat yayıb.
2024-02-01
828,336
Cəlilabadda 2 ayda 2222 nəfərə qızılca peyvəndi vuruldu
Cəlilabad rayonunda noyabr ayından bugünədək 446 nəfər qızılcaya yoluxub. Axar.az-ın Report-a istinadən məlumatına görə, qızılcaya yoluxanlardan 290 nəfəri 18 yaşdan kiçik, 156 nəfəri isə 18 yaşdan böyükdür. Hazlrda aktiv xəstə sayı 48 nəfərdir. Xəstələrdən 5-i stasionar şəraitdə müalicə olunur. Rayon üzrə son iki ayda QPM peyvəndi vurulan uşaqların sayı 2 222 nəfərdir. Ötən gün QPM peyvəndi 22 azyaşlıya vurulub. Qeyd edək ki, yanvarın 31-də 5 nəfər bu virusa yoluxub.
2024-02-01
828,340
Qəzzada 7 oktyabrdan bəri 122 jurnalist öldürüldü
Qəzza zolağında 7 oktyabrdan bəri davam edən münaqişədə 122 jurnalist həyatını itirib. Axar.az xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb. Bildirilib ki, bundan əlavə, Livan sərhədində 3 media əməkdaşı İsrailin hücumları nəticəsində öldürülüb. HƏMAS-ın 7 oktyabr hücumunda 4 israilli jurnalistin də həlak olduğu vurğulanıb.
2024-02-01
828,342
Bu halda müharibə olacaq, sülh yox! - Paşinyan
Ermənistanın Müstəqillik Bəyannaməsi Azərbaycanla sülhə maneədir. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin İctimai radiosuna müsahibəsində deyib. "Əgər Ermənistanın dövlət siyasəti Müstəqillik Bəyannaməsinə, Qarabağın Ermənistana birləşdirilməsinə əsaslanırsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq", - Paşinyan bildirib. Baş nazir vurğulayıb ki, Ermənistanın qonşuları ilə münasibətləri inkişaf etdirməsi və yaxşılaşması üçün ölkəyə yeni Konstitusiya lazımdır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə deyib ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulayıb ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.
2024-02-01
828,343
Ombudsman Martin Çunqonq ilə görüşdü
Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb. Ombudsman Aparatından Axar.az-a bildiriblər ki, görüşdə S.Əliyeva qonağa mandatı, insan hüquq və azadlıqlarının təmini və müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib. S.Əliyeva həmsöhbətini, həmçinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq və terror siyasəti, 4000-ə yaxın itkin vətəndaşımızın naməlum taleyi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
2024-02-01
828,344
Ankarada İŞİD-ə qarşı əməliyyat: 15 nəfər saxlanıldı
Türkiyənin paytaxtı Ankarada İŞİD-ə qarşı keçirilən “Qəhrəmanlar-48” əməliyyatı zamanı 15 əcnəbi saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib. Nazir terrorizmə qarşı əməliyyatların fasiləsiz, daim həyata keçiriləcəyini də bildirib.
2024-02-01
828,346
Rusiya əsas tərəfdaşımız ola bilməz - Paşinyan
Bir neçə səbəbdən Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. "Başa düşməliyik ki, biz həqiqətən kiminlə hərbi-texniki və müdafiə əlaqələri saxlaya bilərik. Əvvəllər bu problem sadə idi. Çünki belə bir məsələ yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik də yox idi. Əvvəllər müdafiə sektorunda münasibətlərimizin 95-97%-i Rusiyanın payına düşürdü. İndi bu, həm obyektiv, həm də subyektiv səbəblərə görə ola bilməz”, - deyə hökumət başçısı bildirib.
2024-02-01
828,349
İlham Əliyevdən Gənclər Günü ilə bağlı paylaşım
Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı X səhifəsində paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər". Qeyd edək ki, 2 fevral Azərbaycanda Gənclər Günüdür.
2024-02-01
828,350
Zaxarovaya deyin ki, Rəsulzadə ilə faşisti… - Politoloq
Rusiya rəsmilərinin Nikol Paşinyandan xoşları gəlməsə də, onlar əvvəlkitək Ermənistanla Azərbaycan arasında bərabərlik işarəsi qoymaq ənənəsindən qurtulmaq istəmirlər. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O xatırladıb ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalistin Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı təxribatçı suala verdiyi təxribatçı cavab bu siyasətin tərkib hissəsidir: “Biz dedik ki, Rusiya niyə Ermənistanda faşist Qaregin Njdeyə heykəl qoyulmasına etiraz etmir, axı o, Hitler Almaniyasının əmrlərini yerinə yetirib? Rusiya rəsmiləri bir-iki kəlmə narazılıq etməklə işlərini bitmiş hesab etdilər, Njdenin heykəli İrəvanda yerindədir. Ermənilər əks-həmlə ilə Mariya Zaxarovadan bu dəfə Məhəmməd Əmin Rəsulzadə əleyhinə açıqlama almaq istədilər, o da dedi ki, biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq. Birincisi, hansı qiymətləndirmədən söhbət gedir? İkincisi, Azərbaycan Xarici İşlər Nazirliyi və Rusiyadakı səfirliyimiz Mariya Zaxarovaya xatırlatmalıdır ki, Məhəmməd Əmin Rəsulzadə ilə Njde arasında paralellər aparmaq, yumşaq desək, yanlışdır, tarixi bilgisizlikdir - ikinci faşistlərin əlaltısı olub, onların əmrlərini yerinə yetirərək qətllər törədib, Azərbaycan Cümhuriyyətinin qurucusu isə İkinci Dünya müharibəsində azərbaycanlıları əsirlikdən xilas etmək üçün çalışıb və inadkarlığına görə müharibənin gedişində onun Berlinə girişinə qadağa qoyulub. Bunu Mariya Zaxarovaya xatırlatmaq lazımdır ki, gələn dəfə Rəsulzadə və digər öndərlərimiz haqqında danışanda qeyri-dəqiq ifadələrə yol verməsin”.
2024-02-01
828,351
Baydendən şok: Yəhudilərə sanksiya tətbiq ediləcək!
ABŞ Prezidenti Co Bayden ABŞ administrasiyasına İordan çayının qərb sahilində zorakılıq aktlarında iştirak edən yəhudi köçkünlərə qarşı sanksiyalar tətbiq etməyə icazə verən sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
2024-02-01
828,356
Rusiyalı aktyora Ukraynada qiyabi ittiham irəli sürüldü
Rusiyanın xalq artisti, müğənni, aktyor, həmçinin Dövlət Dumasının deputatı Dmitri Pevtsova Ukraynada qiyabi ittiham irəli sürülüb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında deyilir. Deputat Rusiyanın Ukraynaya qarşı təcavüzünə, o cümlədən Ukrayna konstitusiya quruluşunun zorakılıqla dəyişdirilməsinə və dövlət hakimiyyətinin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunub. Bildirilib ki, qeyd olunan cinayətlərə görə sözügedən şəxsin əmlakı müsadirə olunmaqla 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
2024-02-01
828,359
Nikol: Öküzün qabağında qırmızı geyinmişik
Çoxları birbaşa deyir ki, Konstitusiyaya edilən bu dəyişikliklər Azərbaycanın təzyiqləri ilə bağlıdır. Axar.az xəbər verir ki, bu sözləri fevralın 1-də Ermənistanın İctimai radiosuna müsahibəsində Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “İstənilən hökumət başa düşməlidir ki, ölkənin təhlükəsizliyini hansı konsepsiya əsasında təmin edəcək. Təhlükəsizliyə xarici təhlükə yaradan problemləri və məqamları müəyyən etmək lazımdır. Biz düşmən mühitdə olduğumuzu bilirik. Bizim vəzifəmiz ətrafımızın bizə qarşı niyə aqressiv olduğunu anlamaqdır. Mən sizə çox kobud bir misal çəkəcəyəm. Təsəvvür edin, biz A nöqtəsindən B nöqtəsinə getməliyik. Gedəndə görürük ki, yolun hər iki tərəfində öküzlər var və biz hamımız qırmızı geyinmişik. Üstəlik, bu qırmızı paltarı mənə artıq həyatda olmayan nənəm tikib. Bu mənim üçün talismandır. Amma biz bu yolla getməliyik. Burada biz birlikdə müzakirə edib qərar verməliyik. Bu müzakirə müəyyən edəcək ki, biz bu yolla gedəcəyik, ya yox? Bu qırmızı paltarları dəyişib, atıb, kənara qoyub, keçmişimizin bir parçası kimi qəbul edib, fəaliyyət göstərəcəyimiz mühitə uyğun geyinəcəyikmi? Qırmızı paltarlı versiyada 100% zəmanət verə bilərəm ki, biz bu yolla gedə bilməyəcəyik. Paltarın dəyişməsi seçimində isə mən 100% təminat verə bilmərəm ki, biz bu yolla gedə biləcəyik. Ancaq getməyin yolu ikinci variantdır”, - Paşinyan qeyd edib.
2024-02-01
828,363
1000 seçki məntəqəsində kamera quraşdırılıb
Məzahir Pənahovun sədrliyi ilə fevralın 1-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Axar.az-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2024-cü il 26 yanvar tarixli iclasının protokolu təsdiq olunub. Sonra fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki məntəqələrində veb-kameraların quraşdırılması məsələsinə baxılıb. Aparılan geniş müzakirələr zamanı ölkəmizdə keçirilən seçkilərdə 2008-ci ildən etibarən müvəffəqiyyətlə tətbiq olunan veb-kamera təcrübəsinin seçkilərin izlənilməsinə qatılmış çoxsaylı aşkarlıq institutları, yerli və beynəlxalq müşahidəçilər, media nümayəndələri, eləcə də peşəkar seçki mütəxəssisləri tərəfindən mütərəqqi nailiyyət kimi yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Veb-kameralardan qarşıdan gələn seçkilərdə də istifadə edilməsinin səsvermə günü şəffaflığın daha böyük miqyasda təmin olunmasına mühüm töhfə verəcəyinə əminlik bildirilib. İclasda həmçinin vurğulanıb ki, fevralın 7-də keçiriləcək prezident seçkilərində veb-kameraların tətbiqi layihəsi Mərkəzi Seçki Komissiyasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə sıx əməkdaşlığı şəraitində reallaşdırılıb. Komissiya prezident seçkiləri ilə əlaqədar seçki günü səsvermə məntəqələrində proseslərin əvvəldən axıradək, birbaşa və arasıkəsilmədən izlənilməsi məqsədilə, keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlər çərçivəsində 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılmasına qərar verib. Verilmiş qərarda veb-kameraların quraşdırılması üçün zəruri olan fəaliyyətin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilərək başa çatdırılması və veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısının dərc edilməsi nəzərdə tutulub. Beynəlxalq müşahidə missiyaları və xarici təşkilat təmsilçiləri, məşvərətçi səs hüquqlu komissiya üzvü, xüsusi icazə almış müşahidəçi və media nümayəndələrinin iştirakı ilə keçirilən iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib, cari məsələlərə baxılıb.
2024-02-01
828,366
“Canlı” müsahibə verən Nikol xalqı belə aldadır - Video
Nikol Paşinyanın İctimai radioya müsahibəsini radio da daxil olmaqla, Paşinyanın sosial şəbəkə hesabı, o cümlədən bəzi saytlar “canlı” olaraq yayımlasa da, əslində müsahibə canlı deyil. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb. Nəşr “canlı” müsahibə gedən zaman kameralarla İctimai radionun binasına gedib və məlum olub ki, binada qarovulçulardan başqa heç kim yoxdur. Bunu Nikol Paşinyanın xalqı aldatması kimi qiymətləndirən nəşr müsahibənin dünən verildiyini qeyd edib. Qeyd edək ki, müsahibənin əvvəlcədən götürülməsi və bəlli vaxtda “canlı” olaraq təqdim edilməsi təhlükəsizlik səbəbindən mövcud praktikaya uyğundur.
2024-02-01
828,368
İsveçdə İsrail səfirliyinə qumbara atıldı
Naməlum şəxs İsrailin Stokholmdakı səfirliyinin ərazisinə əl qumbarası atıb. Axar.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. İsrailin İsveçdəki səfiri Ziv Kulman bildirib ki, hücumun qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb. İsveç polisinin məlumatına görə, səfirliyin binasında əl qumbarası aşkar edilərək zərərsizləşdirilib. Yerli mətbuatın məlumatına görə, qumbara hasardan atılıb. İsveçin Baş naziri Ulf Kristersson vəziyyəti çox ciddi adlandırıb. İsveç telekanallarından birində o, səfirliyə hücum cəhdinin İsveçin özünə qarşı hücum olduğunu bildirib.
2024-02-01
828,369
ABŞ-dakı səfirliyimiz müraciət yaydı
Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfirliyi növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı diplomatik missiyasının sosial şəbəkədəki paylaşımında qeyd olunub. “7 fevral növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Səfirliyimizdə seçki məntəqəsi yaradılmışdır. ABŞ-da daimi və ya müvəqqəti yaşayan, o cümlədən seçki günü bu ölkədə olacaq 18 yaşını tamamlamış, aktiv seçki hüququna malik vətəndaşlarımız 7 fevral 2024-cü il saat 8:00AM-7:00PM (EST) aralığında Azərbaycan Respublikası ümumvətəndaş pasportu və ya şəxsiyyət vəsiqəsi ilə Səfirlikdə yaradılmış məntəqədə öz səsvermə hüquqlarından istifadə edə bilərlər”, - paylaşımda diqqətə çatdırılıb.
2024-02-01
828,371
Azərbaycan generalları Anıtqəbri ziyarət etdilər
Azərbaycan Silahlı Qüvvələrinin generalları Türkiyə Respublikasının qurucusu, birinci prezidenti Mustafa Kamal Atatürkün dəfn olunduğun məqbərəni ziyarət ediblər. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi sosial şəbəkədə paylaşım edib. “Azərbaycan Silahlı Qüvvələrinin generalları Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürkün əbədi istirahətgahı olan Anıtqəbri ziyarət ediblər”, – hərbi qurumun paylaşımında qeyd olunub.
2024-02-01
828,373
Sanksiyalar işə yaramır, İran hasilatı kəskin artırdı
ABŞ-ın sanksiyalarına baxmayaraq, İranın neft hasilatı son 5 ildə ən yüksək həddə çatıb. İran 2023-cü ildə dünyada neft hasilatı artımının ikinci ən böyük mənbəyinə çevrilib. Axar.az xəbər verir ki, İran son bir ildə gündə təxminən 3,2 milyon barrel hasil edib. İRNA yazır ki, bu, ABŞ-ın ən azı kağız üzərində sərt sanksiyalarının konkret olaraq İranın neft sənayesinə yönəldiyi kontekstdə baş verib. İran həmçinin ötən il neft tankerlərində saxladığı təxminən 80 milyon barrel xam neft və digər neft məhsullarını satıb. Bu satış çox güman ki, təxminən 5 milyard dollar əlavə gəlir gətirib. Beynəlxalq Enerji Agentliyinin hesabatına görə, İran 2023-cü ildə əvvəlki illə müqayisədə gündə orta hesabla 445 min barrel daha çox istehsal edib.
2024-02-01
828,375
İsrail atəşkəs şərtləri ilə razılaşdı - Qətər
İsrail atəşkəs şərtləri ilə razılaşıb. Axar.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari deyib. Nazirlik rəsmisi HƏMAS-ın da təklifə müsbət yanaşdığını bildirib.
2024-02-01
828,379
Messidən azərbaycanlı iş adamına hədiyyə - Video
Argentina millisi və ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi azərbaycanlı iş adamı Adnan Əhmədzadəni ad günü münasibətilə təbrik edib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, futbolçu biznesmenə “Jacob And Co Messi edition” saatı hədiyyə edib. Mərasimdən olan kadrları təqdim edirik:
2024-02-01
828,381
1951-ci ildə Bakıda cıdır yarışı - Video
1951-ci ilin may ayında Bakıda keçirilmiş cıdır yarışlarının görüntüləri yayılıb. Axar.az xəbər verir ki, may ayının 13-də keçirilən yarışda cıdır başlamazdan əvvəl atların kütləvi keçidi və tamaşaçıların həyəcanlı baxışları görüntülərdə əks olunub. AzTV-nin arxivindən xüsusi görüntüləri təqdim edirik:
2024-02-02
828,383
Bakıda 200 minə samovar satılır - Foto
Bakıda 200 000 manata samovar satılır. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə satış səhifələrindən birində paylaşım edilib. Bildirilib ki, samovar 1898-ci ildə hazırlanmış orijinal Tula samovarıdır. Samovarın üzərində çoxlu sayda maraqlı möhürlər var. Bu möhürlər yerli və beynəlxalq sərgilərdə əldə olunan mükafatlarındır.
2024-02-01
828,384
Atası Afiyəddinə görə hər kəsdən üzr istədi - Video
Küçədə insanları narahat edən tiktoker "Jalilov"un atası Nihad Cəlilov hər kəsdən üzr istəyib. Axar.az xəbər verir ki, o, son zamanlar övladının etdiyi əməllərin ailəsini sarsıtdığını söyləyib. N.Cəlilov övladının hazırda tibb müəssisəsində müalicə olunduğunu bildirib.
2024-02-01
828,386
Bakıda avtomobil yandı - Video
Bakının Yasamal rayonu, Mətbuat prospekti istiqamətində avtomobil yanıb. Axar.az xəbər verir ki, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Zərərçəkənlər barədə məlumat yoxdur. Qeyd edək ki, hadisə nəqliyyatın hərəkətində problemlər yaradıb.
2024-02-02
828,387
"Sabah"ı növbəti matça kim çıxaracaq?
"Sabah" komandasını Azərbaycan Premyer Liqasının XXI turunda "Turun Tovuz"la matça çıxaracaq mütəxəssisin adına aydınlıq gəlib. Bu barədə Axar.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Komanda növbəti oyuna klubun idman direktoru İqor Ponomaryovun rəhbərrliyi altında çıxacaq. Fevralım 3-də gerçəkləşəcək "Sabah" - "Turan Tovuz" görüşü saat 17:30-da başlayacaq. Qeyd edək ki, "Sabah" bu gün rusiyalı baş məşqçi Murad Musayevlə yollarını ayırıb.
2024-02-02
828,388
Qorumaq mümkün deyil, Vatsapdan imtina edin!
Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd olunduğu kimi, son zamanlar Azərbaycanda Vatsap hesablarına kiber hücumların sayı artıb. Bunun kim və ya kimlər tərəfindən həyata keçirildiyi müəyyən olunmasa da, məqsədli şəkildə baş verdiyi məlum məsələdir. Bu sözləri Axar.az-a İnformasiya Texnologiyaları (İT) üzrə ekspert Fərrux Rəcəbli Vatsap hesablarının oğurlanmasının səbəbləri haqqında danışarkən deyib. O vurğulayıb ki, təhlükəsizlik tədbirləri belə hesabın qorunmasında rol oynaya bilmir: “İstifadəçilərə təsdiqləmə kodu, spam mesajlar, hətta təsdiqləmə zəngləri gəlir. Bizə şikayətlər olur ki, Vatsap hesabımız sadəcə, nömrəmiz olan telefondadır. Orada aktivləşdirmişik. Amma doğrulama kodu, yaxud da zəng vasitəsi ilə qeydiyyatı təsdiqləyən mesajlar alırıq. Bəzi hallarda avtomatik olaraq hesablardan çıxış olur. Bu zaman isə bildiriş gəlir ki, sizin Vatsap hesabınıza başqa cihazdan giriş olub. Halbuki heç bir cihazdan giriş olmayıb. Mən özüm də istisna deyiləm. Belə hallarla özüm də qarşılaşıram. Bunun qarşısını almaq üçün Vatsapda iki, üçaddımlı təsdiqləmə, şifrələmə metodları var. Amma reallıqdan danışsaq, bunların heç biri kömək etmir”. Mütəxəssis hesab edir ki, ən təhlükəsiz yol Vatsapdan imtina etməkdir: “İT sahəsində çalışan mütəxəsisslər Vatsapdan istifadə etməməyi tövsiyə edir. Çünki Vatsap dünyada ən zəif mesencerlərdən biridir. Vatsapın 70-80 faizi “Dark Veb” kimi tanınan haker dünyasının əlindədir. Onlar tərəfindən idarə olunur. Bunları bildiyimiz halda yenə də danışıqlarda, sənəd mübadiləsində, şəxsiyyət vəsiqələrimiz kimi vacib sənədlərin nömrələrini belə Vatsapa yazmaqda davam edirik. Bu, bizi bank kartlarımızın nömrələrini qeyd etməkdən də çəkindirmir. Qarşı tərəfə mesaj yazanda şəxsi məlumatlarımızı da Vatsap üzərindən rahatlıqla bölüşürük. Bu isə təhlükəsiz deyil. Elə hücumlarda da məqsəd şəxsi məlumatı oğurlamaq, bank kartları ilə bağlı bilgiləri ələ keçirməkdir. Qorunmaq üçün gərəkli tədbirlər lazımdır. İstifadəçi səviyyəsində mümkün deyil, bu, dövlət səviyyəsində həyata keçirilməlidir. Mən, təhlükəsizlik üçün Vatsapdan istifadənin dayandırılmasını təklif edirəm. Daha təhlükəsiz olan mesencerlərdən istifadəyə üstünlük vermək lazımdır”. Onun sözlərinə görə, Azərbaycanın rəqəmsal təhlükəsizliyi daha çox qonşu ölkələr tərəfindən pozulur: “Azərbaycana Rusiya və Ermənistandan kiberhücumların sayı daha çoxdur. Bu siyahıda İranın da adını qeyd etmək olar. Kiberhücumlar banklara, təhsil müəssisələrinə və inşaat sektorlarına yönəlmiş hücumlardır”.
2024-02-02
828,389
Ərdoğan MİT rəhbəri ilə qapalı görüş keçirdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında Milli İstehbarat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalını qəbul edib. Axar.az xəbər verir ki, görüş mətbuata qapalı keçirilib. Əlavə məlumat verilmir.
2024-02-01
828,391
İran yeni AES-in təməlini qoydu
İranın cənubundakı Hörmüzqan əyalətində 20 min meqavat gücündə yeni atom elektrik stansiyasının tikintisinə başlanılıb. Axar.az xəbər verir ki, İran Prezidenti İbrahim Rəisinin səfəri çərçivəsində Sirik şəhərində atom elektrik stansiyasının tikintisi ilə bağlı mərasim baş tutub. Mərasimdə İranın vitse-prezidenti və Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami də iştirak edib.