date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-30 | 827,718 | ABŞ-ın qərarı vacib deyil, Ukraynanı dəstəkləməliyik | Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə qələbəsi Avropa üçün qəbuledilməzdir. Ona görə də ABŞ-ın qərarından asılı olmayaraq, Avropa dəstəyi davam etdirməlidir. Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron İsveçə səfəri zamanı çıxışında deyib. O qeyd edib ki, müdafiə istehsalının artırılması ilə bağlı artıq bir sıra qərarlar qəbul edilib. |
2024-01-30 | 827,720 | ÇAXAL qırıcıları Livana zərbələr endirdi | Bir müddət əvvəl İsrail döyüş təyyarələri Livanın cənubundakı Xiam kəndində Hizbullah hərəkatının komanda mərkəzinə və müşahidə məntəqəsinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında bildirilib. Qeyd edək ki, İsrail qırıcıları bundan öncə Hizbullahın Ayta əş-Şabda daha bir müşahidə məntəqəsi və binasına zərbələr endirmişdi. |
2024-01-30 | 827,722 | Ukrayna sabah ABŞ-dan reaktiv bomba ala bilər | Ukrayna ötən il elan edilmiş tədarük çərçivəsində çərşənbə günü ABŞ-dan yüksək dəqiqlikli reaktiv GLSDB raketləri ala bilər. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. Bildirilib ki, Pentaqon Ukrayna üçün nəzərdə tutulan yeni yüksək dəqiqlikli uzaqmənzilli bombanı uğurla sınaqdan keçirib. Onun döyüş meydanına çərşənbə günü çatdırılacağı gözlənilir. |
2024-01-30 | 827,724 | Ermənistanın dövlət borcu kəskin artdı | Ermənistanın dövlət borcu 9,5% artıb. Axar.az xəbər verir ki, bu, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan ölkələr arasında ən böyük borc artımıdır. Belə ki, Aİİ-də xarici borc 2023-cü il oktyabrın 1-nə 119,7 milyard dollar və ya 18% azalıb. Avrasiya İqtisadi Komissiyasının (AİK) məlumatına görə, 2022-ci ilin eyni tarixi ilə müqayisədə ümumi xarici borc Belarusda 11,7%, Rusiyada isə 26,8% azalıb. Ermənistandan sonra Aİİ ölkələri içərisində ən çox borc artımı Qırğızıstanda (8,2%) olub. Qazaxıstanın isə xarici borcu cəmi 0,8% artıb. Qeyd edək ki, 2023-cü ilin iyulunda açıqlanan məlumata görə, Ermənistanın xarici borcu 11 milyard 352 milyon idi. |
2024-01-31 | 827,725 | Romada Ermənistanın mina terroruna qarşı aksiya - Foto | İtaliyada yaşayan və təhsil alan azərbaycanlılar paytaxt Romanın mərkəzindəki Müqəddəs Həvarilər Meydanında (Piazza dei Santi Apostoli) Azərbaycan ərazilərinin minalarla çirkləndirilməsinə qarşı etiraz aksiyası keçiriblər. Axar.az xəbər verir ki, aksiyanın məqsədi İtaliya və dünya ictimaiyyətinin diqqətini Ermənistanın Azərbaycan ərazilərini minalarla çirkləndirməsi probleminə yönəltmək və Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etmək olub. Aksiya iştirakçıları Azərbaycanın uzun illər erməni işğalında qalmış ərazilərində Ermənistan tərəfindən basdırılan minaların bu gün də mülki şəxslərin ölümünə səbəb olduğunu bildiriblər. Soydaşlarımız mina terroruna son qoyulmasını tələb edib, “Erməni terroruna son!”, “Mina terrorunu dayandırın!”, “Ekoloji terrora son!” kimi şüarlar yazılmış plakatlar qaldırıb, İrəvanı sülhü dəstəkləməyə, mina xəritələrini verməyə çağırıblar. |
2024-01-30 | 827,728 | Bu, gürcü xalqına növbəti istehzadır - Mişa | Kobaxidzenin təyinatı gürcü xalqını növbəti dəfə ələ salmaqdır. Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili İrakli Qaribaşvilinin ölkənin baş naziri postundan istefa verməsi və onun yerinə hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidzenin təyin olunmasını şərh edərkən deyib. Saakaşvili bildirib ki, Qaribaşvilinin gedişi ilə sadə vətəndaşlar üçün heç nə dəyişməyəcək. |
2024-01-30 | 827,732 | Britaniya səfiri İran XİN-ə çağırıldı | Britaniya səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. “Britaniyanın Tehrana qarşı davamlı ittihamları ilə əlaqədar səfir Saymon Şerkliff İran İslam Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərt etiraz bildirilib”, – deyə məlumatda qeyd olunub. |
2024-01-30 | 827,733 | Ukrayna Bakının yardımından bu cür istifadə edir | Yanvar ayında Ukrayna azərbaycanlı tərəfdaşlardan daha bir yardım tranşı, o cümlədən bərpa işlərinin aparılması üçün 25 yük enerji avadanlığı alıb. Axar.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Azərbaycandan yardımın dördüncü tranşına transformator yarımstansiyaları, güc transformatoru, naqillər, ayırıcılar, bərpa və təmir işlərinin aparılması üçün digər avadanlıqlar daxil olub. Ötən ilin noyabr və cari ilin yanvar ayları ərzində Azərbaycandan alınan avadanlıqlar energetika sənayesinin 24 müəssisəsi, o cümlədən elektrik enerjisi paylama sistemlərinin operatorları, istilik təchizatı, qaz, kömür və nüvə sənayesi müəssisələri arasında bölüşdürülür. “Biz bu dəstəyə görə tərəfdaşlarımıza təşəkkür edirik. Təqdim olunan avadanlıq hücuma məruz qalan obyektlərin, xüsusən də cəbhəyanı rayonların bərpası üçün Ukraynanın enerji şirkətləri tərəfindən istifadə olunur. Görülən işlər enerji sisteminin stabilliyinə, istehlakçıların elektrik və istilik təchizatına olan tələbatını təmin etməyə imkan verir”, - deyə Ukraynanın energetika naziri German Qaluşenko qeyd edib. |
2024-01-31 | 827,737 | UEFA Azərbaycanın 9 klubuna ödəniş etdi | UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində Azərbaycan Premyer Liqasının 9 klubuna (“Qarabağ” istisna olmaqla) ödəniş edib. Axar.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. 2022/2023 mövsümü üçün ayrılmış 1 milyon 955 min avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. |
2024-01-31 | 827,738 | Komitə rəisindən sənədsiz evlərlə bağlı açıqlama - Video | İllərdir həllini tapmayan sənədsiz evlər məsələsi yenidən gündəmdədir. Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bu barədə açıqlama verib. O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil. Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir. Mətin Eynullayev həmçinin fevral ayı ərzində Xankəndidə 40-a yaxın ictimai obyektin açılacağını bildirib. |
2024-01-31 | 827,739 | Almaniya İsveçrəyə söz verdi: 25 tank gəlir... | İsveçrə Ukraynaya təkrar ixrac oluna bilməyən 25 "Leopard 2A4" tankından 9-nu Almaniyaya təhvil verib. Axar.az xəbər verir ki, bu barədə İsveçrənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ilk çatdırılma dəmir yolu ilə təşkil edilib. Qalan 16 tank yanvarın 31-dək Almaniyaya təhvil veriləcək. Qeyd edək ki, 2023-cü ilin noyabrında İsveçrə Federal Şurası tankları istehsal edən "Rheinmetall Landsysteme GmbH" şirkəti tərəfindən Almaniyaya 25 ədəd "Leopard 2 A4" tankının ixracı üçün müraciəti təsdiqləyib. Berlin İsveçrəni əmin edib ki, tanklar Almaniya, NATO və ya AB-də qalacaq. |
2024-01-31 | 827,740 | Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür | Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. Axar.az xəbər verir ki, Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 140 il ötür. Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyub, buranı bitirdikdən sonra təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirib. Milli istiqlal hərəkatımızın və təkcə türk ellərində deyil, bütün Şərq, İslam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşlı M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olunub. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurub. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkər xəstəliyindən vəfat edib. 1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında" fərman imzalayıb. Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, bu il Mədəniyyət Nazirliyi Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirməlidir. |
2024-01-31 | 827,742 | Ukrayna bu qırıcıları istəmədi: "Uçan zibil" lazım deyil | Ukrayna hakimiyyəti ötən il Avstraliyanın “Hornet” qırıcılarından imtina edib. Axar.az xəbər verir ki, bu barədə “Australian Financial Review” nəşri məlumat yayıb. Bildirilib ki, 2023-cü ildə Kiyevə 41 belə təyyarənin verilməsi müzakirə olunurdu. Lakin Ukrayna Hərbi Hava Qüvvələrinin yüksək rütbəli hərbçisi sözügedən məsələ ilə bağlı görüşlərdən birində bu təyyarələri istəmədiklərini bildirib və onu “uçan zibil” adlandırıb. Məlumata görə, bu yanaşma Avstraliya qırıcılarının Ukraynaya tədarükünün üstündən xətt çəkib. |
2024-01-31 | 827,745 | “Klon”un Zoraydesi vəfat etdi | "Klon" serialındakı Zorayde rolu ilə tanınan braziliyalı aktrisa Jandira Martini vəfat edib. Axar.az xəbər verir ki, bu barədə aktrisanın dostu Markos Karuzo məlumat yayıb. 78 yaşında dünyasının dəyişən aktrisanın ölüm səbəbi isə açıqlanmayıb. Qeyd edək ki, bir müddət əvvəl Martininin ağciyər xərçəngindən əziyyət çəkdiyi haqda xəbərlər yayılmışdı. |
2024-01-31 | 827,746 | HƏMAS-la müharibə ilboyu davam edəcək | Qəzzada ən ağır döyüşlər Xan Yunis şəhərində gedir. İsrail ordusu burada girovlarla birgə tunellərdə gizləndiyi güman edilən HƏMAS liderlərini öldürməyə və ya ələ keçirməyə ümid edir. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri məlumat dərc edib. İsrail hərbi kəşfiyyatı bildirib ki, HƏMAS-ın beş döyüş briqadasından ikisinin komandirlərinin əksəriyyəti öldürülüb və ya əsir götürülüb. Ümumilikdə 35 min HƏMAS döyüşçüsündən təxminən 9 mini öldürülüb. Bununla yanaşı, İsrail rəsmisi bildirib ki, Təl-Əvivin qarşısına qoyduğu məqsədlərə çatması üçün hələ çox aylar var, o cümlədən sursat və silahların ələ keçirilməsi və ya məhv edilməsi, həmçinin HƏMAS hərbi bazaları və tunellərinin sıradan çıxarılması da bura daxildir. Onun sözlərinə görə, müharibə cari ildə davam edəcək, hətta daha çox vaxt apara bilər. "Blumberq"in Yaxın Şərq üzrə baş redaktoru Ethan Bronner də bildirib ki, İsrail HƏMAS-ın məhvinin tez baş verməyəcəyini bildiyi üçün girovların azad edilməsi müqabilində uzunmüddətli və ya daimi atəşkəsə qarşı çıxır. |
2024-01-31 | 827,747 | Ukrayna silah istehsalını artırır, əsas vəzifə budur | Ukrayna silah istehsalını artırır və uzaqmənzilli pilotsuz təyyarələr hərbi sənaye müəssisələrinin əsas vəzifələrindən biridir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. "Bu gün mən Strateji Sənaye Nazirliyində görüş keçirdim. Aleksandr Kamışin pilotsuz təyyarələrin və döyüş sursatlarının istehsalı üzrə işlərin nəticələri barədə məlumat verdi", - Zelenski vurğulayıb. Onun sözlərinə görə, istehsal artır, yeni mövqelər də əlavə olunur və yeni silah növlərinin inkişafı davam edir. |
2024-01-31 | 827,748 | Piter rəhbərliyindən İrəvana: Hamı bunu dərk etmir! | Rusiyanın Sankt-Peterburq şəhər administrasiyası Ermənistanın paytaxtı İrəvanda Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucadılmış abidənin təhqir olunmasını pisləyib. Axar.az xəbər verir ki, bu barədə Sankt-Peterburq şəhər administrasiyasının Xarici Əlaqələr Komitəsinin mətbuat xidməti məlumat yayıb. "Bu gün sovet xalqının faşizm üzərində qələbəsinin tarixi əhəmiyyətini heç də hamı dərk etmir. Abidəyə qarşı edilən hərəkət təxribat xarakterlidir. Ümid edirik ki, Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən bu əməl layiqli qiymətini alacaq və bütün təqsirkarlar ədalətli cəzalarını alacaqlar”, - məlumatda vurğulanıb. Qeyd edək ki, İrəvanda yerli sakin Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib. O, abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını tapdalayıb. |
2024-01-31 | 827,749 | Berlində tətil başlayır: bütün uçuşlar ləğv edildi | Berlin aeroportundan 1 fevral tarixinə olan bütün uçuşlar təhlükəsizlik xidmətinin işçilərinin tətili səbəbindən ləğv edilib. Axar.az xəbər verir ki, tətil Almaniyanın ikinci ən böyük həmkarlar ittifaqı təşkilatı olan “Ver.di”nin çağırışı ilə keçiriləcək. Belə ki, təşkilat bütün ölkə üzrə aeroportların təhlükəsizlik xidmətinin əməkdaşlarını tətilə çağırıb. Əmək haqlarının artırılması və iş şəratinin yaxşılaşdırılması tələb olunur. Bildirilib ki, 1 fevral tarixində Berlin-Bradenburq aeroportundan 170 reyslə təxminən 50 min sərnişin daşınmalı idi. |
2024-01-31 | 827,750 | Zelenski Zalujnı ilə şəxsən görüşdü: yola salır… - FT | Vladimir Zelenski bazar ertəsi Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı ilə görüşüb və istefasından sonra ona Ukrayna hakimiyyətinin müdafiə məsələləri üzrə müşaviri vəzifəsini təklif edib. Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” vəziyyətlə tanış olan mənbələrə istinadla yazıb. “Bazar ertəsi axşam Zelenski və Zalujnı şəxsən görüşüb, generalın gələcəyini müzakirə ediblər. Bundan sonra Prezident Zelenski Zalujnıya onun tezliklə vəzifəsindən azad ediləcəyini bildirib və ona hökumət müşaviri vəzifəsini təklif edib. General bu təklifdən imtina edib”, - nəşr qeyd edib. Mənbə bildirib ki, Zelenskinin Ofisi Zalujnının istefası ilə bağlı artıq qərar verib, qalır bunun nə vaxt həyata keçirilməsini və onun vəzifəsini kimin tutacağını, həmçinin Zalujnının yeni vəzifə təklifini qəbul edib-etməyəcəyini müəyyənləşdirmək. Qeyd olunur ki, Zelenski Ukrayna ordusunun baş komandanını əvəzləməyə hazırlaşır, lakin bazar ertəsi yayılan xəbərlərə görə bu, bir müddət baş tutmaya bilər. Qəzet vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski və Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna Silahlı Qüvvələrinin baş komandanı postuna mümkün namizədlər sayılır. "Tayms" nəşri isə yazıb ki, Aleksandr Sırski və Kirill Budanov bu təklifi rədd ediblər. "Bu, həm də Zelenskini ilkin planlarından əl çəkməyə məcbur edib", - nəşr bildirib. Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Rada deputatı bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi. |
2024-01-31 | 827,751 | Gürcüstanın yeni baş naziri nə vaxt təsdiqlənəcək? | Gürcüstan parlamenti növbəti həftə yeni baş nazir və hökuməti təsdiqləyəcək. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili məlumat verib. “Gürcüstan parlament respublikasına çevrildikdən sonra ilk dəfə olaraq Baş nazir vəzifəsinə namizəd “Avropa demokratiyaları üçün xarakterik olan” parlamentdən irəli sürüləcək”, - spiker söyləyib. Qeyd edək ki, yanvarın 29-da Gürcüstan Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib. Onu bu postda Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze əvəz edəcək. |
2024-01-31 | 827,752 | İranla gərginlik ABŞ-a milyardlar qazandırır - Nəimi | ABŞ-la İran arasında gərginliyin azı 44 illik bir tarixi var. Tehranda ABŞ səfirliyinə böyük hücumdan sonra iki ölkə arasında münasibətlər düzəlmək bilmir. Ancaq bunun görünməyən tərəfləri var. Bu sözləri Axar.az-a güneyli siyasi şərhçi Mehdi Nəimi ABŞ Prezidenti Co Baydenin İordaniyada ABŞ bazasına hücuma görə İanın məsuliyyət daşıdığı və buna cavab veriləcəyi haqda açıqlamasını şərh edərkən deyib. Amerikalı əsgərlərin öldürülməsinə görə qisas əməliyyatının olacağını bildirən Mehdi Nəimi qeyd edib ki, ABŞ İrana birbaşa zərbə endirməyəcək: “Hələ Ruhulla Xomeyni Fransada ikən supergüclərlə, özəlliklə, Amerika ilə anlaşaraq, Tehranda şah rejimini devirib, “islam respublikası” qurdu. Bunun İran xalqından daha çox Xomeynini hakimiyyətə gətirənlər üçün faydası vardı. Bu fayda hərbi və iqtisadi sahədə daha çox gözə çarpırdı. Sonrakı illərdə Rusiya və Çin də fayda götürənlər sırasına daxil oldu. Qərb və ABŞ əməkdaşlıqdan birbaşa, o biri ölkələr dolayısı ilə faydalanırdılar. SSRİ İranla savaş edən İraqa silah satmaqla gəlirini artırırdı. İranın siyasəti nəticəsində milyardlarla dollar qiyməti olan ABŞ silahları Tehranın qonşu ölkələrinə, özəlliklə Bəsrə körfəzinin sahilində yerləşən dövlətlərə satılır. Vaşinqton İranı “xoxan” kimi təqdim etməklə, öz silahlarını varlı ərəb ölkələrinə sata bilir. Bu məntiqlə yanaşsaq, Ağ Evin İrandakı mövcud rejimi yıxmaq niyyəti bir az anlaşılan olmaz. Buna görə Baydenin İrana birbaşa hücum edəcəyi ilə bağlı proqnozlar özünü doğrultmur”. O bildirib ki, bu münaqişələr ictimailəşməsəydi, bəlkə də vəziyyət bu dərəcədə gərginləşməzdi: “Tramp dönəmində Afrika ölkələrinin birində ABŞ-ın dörd əsgəri öldürüldü. Bu qədər ictimailəşmədiyindən gərginlik də olmadı. Amma İordaniyada baş verən hücumda 3 əsgərin ölümü bomba kimi partladı. İndi ABŞ cavab vermək məcburiyyətində qalıb. Lakin bu cavab müharibə səviyyəsində olmayacaq. ABŞ bölgədə, xüsusilə də İranda müharibənin alovlanmasına razı olmaz. Hədəfdə İranın proksi qüvvələri olacaq. Odur ki, İraqda, Suriyada, Qırmızı dənizdə proksi qruplara qarşı geniş əməliyyat aparılması gözləniləndir. Bununla da dosyeni bağlayacaqlar. Sonra da İranla gizli danışıqlar aparıb gərginliyə müəyyən müddət son qoyulacaq”. |
2024-01-31 | 827,753 | İlham Əziz, sizi qonaqlıq verdiyiniz üçün tərifləyirlər? | Kult.az yazıçı İlham Əzizin müsahibəsini təqdim edir: - Ədəbiyyata bizdə də, dünyada da 40-50 yaşından sonra gələn xeyli yazıçılar var. Azərbaycan ədəbiyyatında belə nümunə sonuncu dəfə Mübariz Örən olmuşdu. İndi də siz. Haqlı, ya haqsız olaraq da bu gəlişlər birmənalı qarşılanmır. Tanımayan oxucular üçün giriş olsun: Bu vaxta qədər hardaydız, niyə yazmırdız və ümumiyyətlə, bu yaşdan sonra ehtiyac vardımı? Sizə elə gəlmir ki, yazmaq üçün çox gecdir? - Sualın sonundan başlayım ki, yazmağın gec olması yaşamağın gec olması kimi absurddur. Özünüz də qeyd etmişiniz ki, dünyada 40-50 yaşından sonra yazmağa başlayıb, böyük uğur əldə edənlər olub. Birini desəm, kifayət edər: Eko! Mənə gələndə, əslində, bir-iki dəfə cəhd etmişəm. Tələbəlik illərində hamı kimi şeir yazmışam. Sonralar fasilələrlə başqa ölkələrdə yaşamağım yazmağıma imkan verməyib. Bu, bəlkə də bəhanədir. Məncə, insan özünü unudandan sonra yazmağa başlayır. Faniliyin verdiyi əzab, ondan qurtulmağın yolları bizim kimi adamları qayadan ədəbiyyat dənizinə atır. Texnoloji bum dövründə yazmaq bir az da həyasızlıqdı… - Mübariz Örəni elə belə misal çəkmədim. Bəzən mühit adamları arasında söhbətlər zamanı İlham Əziz və Mübariz Örən müqayisə edilir. Özünüz necə düşünürsünüz, Mübariz Örən daha yaxşı yazıçıdır, yoxsa siz? - Mübariz elə yazıçılardandır ki, oxuyanda yazmaq istəyirsən. Belə yazıçılar barmaq sayıdır. Bizim dil və janr yaxınlığımız var. Təbii, fərqlərimiz də çoxdur. Mübarizi özümə ustad sayıram. - “İlham Əzizi pula görə tərifləyirlər”, “Yaxşı qonaqlıqlar verir” kimi açıq və gizli iddialar var. Doğrudurmu? Qəfil parlamağın kökündə həm də bu amillər dayana bilər? - Vallah, haqqımda çox yazmayıblar, harda tərifləyiblərsə, onu da bilmirəm. Dincəlin, son vaxtlar heç bir qonaqlıqda iştirak etmirəm. Əvvəl-əvvəl mühitlə tanışlığa görə daha çox otururduq. Bizim yığılmağa başqa yerimiz yoxdur, ucuz kafelərə yığışırıq. Başqa sahənin adamları bizim on qonaqlıqda verdiyimiz hesabı bir kofeşopda verir. Kasıbın, sadəcə, söz-söhbəti çox olur. Özü də qəribədi, biz ədəbiyyat adamları ancaq özümüzə vedrə bağlayırıq. - Bu söhbətlərin bir səbəbi də odur ki, hansısa istedadlı gənc haqqında heç bir söz deməyən tənqidçilər sizdən yazır, ən azı adınızı çəkir. Bəlkə kiməsə etdiyiniz bir yaxşılığın qarşılığını verirlər? - Qətiyyən! Bu söhbətlər məni iyrəndirir. Əslində, reklama, marketinqə pul xərcləmək gözəl şeydir. Sadəcə, o cür düşünən adamlar mənəvi kasıbdırlar və hələ elə şeyləri anlamazlar. - Hekayələrinizi oxuyanda köhnə dildə, dəqiq desək, “əkrəmvari” dildə yazdığınız görünür. Nisbətən müasir, postmodernistlər də bunu qınayır. Doğrudan da düşünürsünüz ki, məhz bu cür yazmaq lazımdır? - “İzm”lərə uyan adam deyiləm. “Köhnə dil” söhbətini qəbul etmirəm. Onu deyən adamlar siyahı da versinlər ki, hansı sözlər köhnəlib, işlətmək olmaz. Bu, absurddur. Sadəcə, Azərbaycan dilini yaxşı bilmirlər. Öyrənmək də gec deyil. Texnologiyanın dili şil-küt etdiyi dövrdə Azərbaycan dilinə həssas olmalıyıq, hər bir sözün üstündə əsməliyik, əks təqdirdə dil ölər. İndi yalan olmasın, hər gün dünyada bir dil ölür. Məncə, bu söhbətlər əsassızdır. Əkrəm Əylisli o biri dünyadan dil gətirməyib. Adı üstündədir - bədii ədəbiyyat! Qupquru, sadə cümlələr publistikada nə qədər desən var, esse yazsınlar, köşə yazsınlar o dildə. - Belə çıxır ki, bu dili, intonasiyanı qınayan heç bir postmodernist haqlı deyil? Onlar deyir ki, nəsrimizdəki kənd havası aktual deyil. Nə qədər olar bir hekayədə obraz kənddən şəhərə gəlir, hadisələr kənddə baş verir… - Bizdə postmodernist yazçı hələ tanımıram. Kənd, şəhər bölgüsü də absurddur. Kimə hansı mövzu yaxındır, kimi nə narahat edir, onu yazır. Qoy, o birilər də şəhər estetikasında yazsınlar. Mən hər iki mövzuda yazmışam. Yenə deyirəm, dədə-babalarımızın işlətdiyi ifadələrə kim moratorium qoyub, niyə qısqanclıqla yanaşırlar, məlum məsələdir. Dili bilmirlər. Lap yaxşı, onlar yazsın, oxuyaq. Ona buna söz atmaqla ədəbiyyat yaratmırlar. Mətn olmalıdı. Yoxdursa, oxumağa məhkumdurlar. - “Bizdə postmodern yazıçı hələ tanımıram” deyirsiniz. Zövqünə güvəndiyiniz bir çox yazıçılar Kamal Abdullanı postmodernist yazıçı hesab edir. Siz Kamal Abdullanı necə yazıçı kimi qiymətləndirirsiniz? - Kamal müəllim magik realizmə yaxın, fərqli yazıçıdır. Onun “Dəvə yağışı” hekayəsini postmodernist sayıram. Ümumən Kamal Abdulla sovet nəsrindən qopan yazıçıdır, kifayət qədər cəsarətlidir. Realizmin tüğyan etdiyi vaxtlarda magik, modernist əsərlər yazıb. - Əkrəm Əylisli “Xəsil adam” hekayəniz haqqında demişdi ki, əti, sümüyü var, amma qanı yoxdur. Razılaşırsınız? Bəlkə bu, həm də digər hekayələrinizə deyilən iraddır? - Əkrəm müəllimin iradına ancaq hörmət edirəm. Amma mən belə yazıram. Bu mənim həqiqətimdir. Bir yazıçı öz mətnini ən yaxşılardan saymırsa, yazmasa yaxşıdır. Mən də öz hekayələrimi ən yaxşılardan sayıram. Ona qalsa, Əkrəm müəllimin son hekayəsini mən də tənqid etmişəm, o deməkdir ki, Əkrəm yazmasın? - Ədəbiyyatımız bir aktual mövzusu da Azərbaycan Yazıçılar Birliyidir. Sizin də ora üzv olduğunuzu nəzərə alsaq, soruşmaq olar: Niyə üzv oldunuz? Bu gün AYB bir yazıçıya, sizə nə vəd edir? Görünən odur ki, heç bir istəyiniz də yoxdur oradan. Bəs onda nə üçündür bu üzvlük? - AYB mənim uşaqlıq arzum olub. Ordakı simalar Azərbaycan ədəbiyyatının lokomotivləri idi. Ora üzv olmaq nəsə istəmək deyil. Bu, bir az da mənim kimi adamlar üçün romantik məsələdir. İnsafən son hadisələr də göstərdi ki, bu qurum qədər içində müxalif fikir olan təşkilat yoxdur. Hələlik dövlət ədəbiyyat siyasətini bu təşkilat üzərindən aparır. Hər şey dəyişir, sabah necə olacaq, proqnoz vermək çətindi. Qalacaqsa, islahat qaçılmazdır. - Bəs AYB-nə müxalif olanlar necə? Onlar iradlarında haqlı deyillərmi? AYO-dan tutmuş, ayrı-ayrı fərdlərə qədər. AYB üzvü olaraq ora qarşı olan tənqidləri qəbul edib, razılaşırsınız? Sizcə, AYB hər şeyi doğru edir? Məsələn, təqaüd bölgüsü, mükafatlar və ən əsası ev məsələsində. - Müxalif fikir, sorğulamaq demokratik cəmiyyətin əsas qanunudur. Buna özümüzü hazırlamalıyıq. AYO-nun varlığı son zamanlar gözə dəymir. Məncə, AYO təşkilat deyil, estetik cərəyandır, ordakı sənətkarların fikirləri hansı qurumda olmağından asılı olmayaraq, hamıya təsir edir. Və belə bir hərəkatın olması ədəbiyyatın xeyrinədir, təki şəxslər üzərindən polemika az ola. Qaldı AYB-də ev, təqaüd bölgüsünə, mən bu proseslərdən uzaq adamam. Üzv çox, maddi imkan az. Məncə, imkan olsa, hamı nəzərə alınar. Təki heç bir qələm adamının belə şeylərə ehtiyacı olmaya. Bununçün xarici ölkələrin təcrübəsi öyrənilməlidir. Onda heç kim narazı qalmaz. Dövlət quruculuğu gedir, bu işlərə də əncam çəkiləcək. Siz də qəbul edin ki, ədəbiyyata iddialı olan adamların çox cüzi hissəsi əsl, konseptual mənada ədəbiyyat adamıdır. Kəmiyyət hələlik keyfiyyətə xidmət etmir. - Mövcud imkanlarla nəzərə alınanlar ədalətlidir? “Təqaüdlər AYB-ni müdafiə edənlərə, öz tanışlarına verilir” kimi iddialar var. Üstəlik, heç vaxt tam siyahı açıqlanmır. Bəs bu proses necə nizamlanmalıdır? Ehtiyac sahibi yazıçılar ola-ola evin sürücüyə, yaxud özünün şəxsi evi olanlara verilməsi necə? - Dövlət bu haqqı AYB-nin üzvlərinə tanıyıb. Başqa sahələrin də adamlarına mütamadi maddi yardımlar edilir, evlər verilir. AYB üzvü olmayanlar fərdi qaydada müraciət etməlidirlər, edirlər də. Qaldı bölgüyə, onun kriteriyalarını bilmirəm. Yəqin ki, öz həqiqətləri var. Yenə deyirəm, başqa sistem yaradılmalıdır ki, yazıçı belə ələbaxım olmaya. Bu, həm də dolğun əsər yazmağa ən böyük maneədir. |
2024-01-31 | 827,754 | Rusiya "Şahid" PUA-ları ilə Xarkova zərbə endirdi | Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərinə “Şahid” PUA-ları ilə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin məlumatında deyilir. Bildirilib ki, hücum zamanı yaşayış sahəsi hədəf alınıb, nəticədə tikilidə yanğın baş verib. Dağıntı və tələfatla bağlı məlumat yoxdur. |
2024-01-31 | 827,755 | Səfirliyə hücum edən şəxsin cəzası nə olacaq? - Mahmudi | Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücumu törədən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməkdə, Azərbaycan vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah almaqda, saxlamaqda və ictimai asayişi pozmaqda ittiham olunur. Motiv yenə də şəxsi zəmində qisas saxlanılıb. Bu sözləri Axar.az-a güneyli vəkil, Azərbaycan İnsan Haqları Təşkilatının sədri Nağı Mahmudi deyib. O bildirib ki, Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəmə prosesini izləyir: “Siyasi Münasibətlər haqqında Vyana Konvensiyasına əsasən, hökumətlər öz ölkələrində xarici səfirliklərin və diplomatların mühafizəsi və təhlükəsizliyinə cavabdehdirlər. Konsulluq Münasibətləri haqqında Vyana Konvensiyası 1974-cü il martın 15-də Məhəmməd Rza şah Pəhləvi tərəfindən təsdiq edilib. İndiki hökumət də onu imzalamış sayılır. Məhkəmənin beynəlxalq hüquq çərçivəsində aparıldığını demək çətindir. Motivin də şəxsi qisas zəminində saxlanılması Azərbaycan tərəfini qane etməyə bilər. Buna baxmayaraq, böyük ehtimalla hücumu törədən şəxsin cəzası edam hökmü olacaq”. Qeyd edək ki, hücum təşkil olunandan bir il sonra, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin məhkəmə iclası keçirilib. Hakim iş üzrə icraatın başa çatmasını elan edib və hökmün qanuni müddət ərzində çıxarılacağını bildirib. |
2024-01-31 | 827,756 | Qadın və kişinin ən çox xoşbəxt olduğu yaş... | Qadınlar kişilərdən daha çox xoşbəxtlik axtarışında olsa və gənclik illərində daha bəxtəvər olduqlarını desələr də, alimlər tamam fərqli nəticə ortaya çıxarıb. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qadınlar özlərini 37-38 yaşda daha xoşbəxt hiss edirlər. Kişilərdə isə bu yaş 41-dir. Britaniyalı sosioloqlar yaşı 70 və yuxarı olan 1500 insan arasında sorğu aparıb. Sorğu qadınların 38 yaşda özlərini daha yaxşı, daha xoşbəxt hiss etdiyini göstərib. Çünki bu yaşda stabil münasibət, ailə, karyera uğuru və digər stabil dəyərlər daha güclü olub. Eləcə də insanın özünü xoşbəxt hiss etdiyi 3 məqam açıqlanıb: toyu olduğu, övladı və nəvəsi doğulduğu gün. |
2024-01-31 | 827,760 | Məşhur siyasətçilər Ukrayna üçün birləşdi | Kiyev Ukraynanı NATO-da tanıtmaq üçün təqaüddə olan avropalı siyasətçilərdən ibarət komanda toplayıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak bildirib. "Biz bu qrupun iştirakçıları ilə ilk "Zum" (Zoom) görüşümüzü keçirdik, qrupun məqsədi ilk növbədə NATO-ya üzv ölkələrlə işləmək, irəliləyişimizə kömək edəcək bir atmosfer yaratmaqdır", - Yermak vurğulayıb. Onun sözlərinə görə, qrup üzvləri hörmətli və güclü insanlardır və hələ də kifayət qədər təsir gücünə malikdirlər: "Onların arasında Litvanın keçmiş prezidenti Dalya Qribauskayte, Polşanın keçmiş prezidenti Aleksandr Kvasnevski, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson, Finlandiyanın keçmiş baş naziri Sanna Marin, ABŞ-ın keçmiş dövlət katibi Hilari Klinton və başqaları var". |
2024-01-31 | 827,762 | Şəmkirdə ağır qəza: ölən var | Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Axar.az xəbər verir ki, hadisə Gəncə-Şəmkir avtomobil yolunun 14-cü kilometrliyində qeydə alınıb. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1 nəfər ölüb,1 nəfər isə xəsarət alıb |
2024-01-31 | 827,764 | Naxçıvanın Türkiyə ilə sərhədində yeni marşrut... | Naxçıvan Muxtar Respublikasının Türkiyə ilə sərhədindəki Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında yeni marşrut açılıb. Axar.az xəbər verir ki, bu barədə Naxçıvanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, qurum Sədərək rayonunda vətəndaşlarla görüşlər və nəqliyyat sahəsində monitorinqlər keçirib. Aparılmış təhlillər nəticəsində Sədərəklə Dilucu arasında vətəndaşların nəqliyyat vasitəsi ilə daşınması zərurəti qeydə alınıb. Vətəndaşların rahatlığının təmin olunması məqsədilə yanvarın 30-dan sözügedən ərazidə yeni marşrut təşkil edilib. Marşrut gün ərzində hər iki istiqamətdə qısa intervallarla sərnişinlərə xidmət edəcək. İndiyə qədər sərnişinlər Sədərək və Dilucu gömrük-sərhəd buraxılış məntəqələri arasında olan 2 km məsafəni piyada getmək məcburiyyətində idi. Bu istiqamətdə yeni marşrutun açılması sərnişinlərin rahatlığını təmin etməklə yanaşı, ictimai nəqliyyatla sürətli gediş-gəlişinə də şərait yaradacaq. |
2024-01-31 | 827,766 | Qəbiristanlıqdan oğurluq edən şəxs saxlanıldı | Gəncədə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki qəbiristanlıqlardan birindən mərmərdən hazırlanan sinə daşını və güldanları oğurlamaqda şübhəli bilinən şəhər sakini Xətai Tağıyev saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, mərmər sexində işləyən şübhəli şəxs oğurladığı əşyaları başqa bir rayondan olan mərhumun ailə üzvlərinə satıb. Maddi sübutlarla birlikdə istintaqa təhvil verilən X.Tağıyev törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir. |
2024-01-31 | 827,770 | Polislərimiz Xankəndidə belə xidmət edir – Yeni video | Azərbaycan polisi Xankəndi şəhərində öz xidməti vəzifəsini uğurla yerinə yetirir. Axar.az xəbər verir ki, bu barədə Real TV reportaj hazırlayıb. Bildirilib ki, polislərimiz şəhər ərazisində ictimai asayişi layiqincə qoruyur. Həmin görüntüləri təqdim edirik: |
2024-01-31 | 827,771 | Korrupsiya reytinqi: İrəvan və Ankaranın “yeri” şok etdi - Video | 09:41 2023-cü il üçün dünya üzrə Korrupsiya İndeksi açıqlanıb. Siyahıda 180 ölkə əks olunub. Korrupsiya ilə mübarizə baxımından dünyada 2023-cü ildə heç bir irəliləyişin olmaması, bütün ölkələrdə bu sahənin diqqətdən kənarda qalması təəssüflə vurğulanıb. Belə ki, 100 ballıq qiymətləndirmədə heç bir ölkə ən yüksək balı ala bilməyib, ölkələrin yarıdan çoxu isə 50-dən az bal toplayıb. Bununla belə, “indeks”də olduqca “maraqlı” yanaşmalar var. Birinci yerdə 90 balla Danimarka qərarlaşıb – yəni korrupsiya baxımından ən sağlam ölkə Danimarkadır. Finlandiya, Yeni Zelandiya, Norveç, Sinqapur, İsveç, İsveçrə, Niderland, Almaniya, Lüksemburq ilk onluğu tamamlayır. Ənənəvi yanaşmadır, bütün reytinqlərdə bu ölkələr öndədir. 20-ci yerdə qərarlaşan Böyük Britaniya və Fransa Estoniya (12-ci yer) və Uruqvaydan daha “geridədir”. ABŞ isə Barbarosla eyni – 24-cü yeri bölüşüb və BƏƏ-ni (26) cəmi iki pillə qabaqlayıb. 42-ci yeri tutan İtaliyanın İsrail (33), hətta Qətərdən (40) sonra gəlməsi də diqqətçəkici məqamdır. Ən maraqlısı Azərbaycanın qonşularıdır. Gürcüstan 49, Ermənistan isə 62-ci yerlə bəzi Avropa ölkələrini belə “qabaqlayıb”. Ən anlaşılmaz olan Türkiyə üçün ayrılan yerdir. Türkiyə 115-ci yerlə (34 bal) nəinki Gürcüstan və Ermənistana “böyük hesabla” uduzur, hətta Ərəbistan (53), Kuba (76), Hindistan (93), Qazaxıstan (93) və digər ölkələrdən də “geridə” qalır. Ən dəhşətlisi Burkina Faso və Vyetnamın (83), hətta Belarus, Qambiya və Zambiyanın (98-ci yerlər), korrupsiya baxımından ciddi əziyyət çəkən Ukraynanın (104) belə Türkiyədən “öndə” olmasıdır. Türkiyə 115-ci yeri İndoneziya, Filippin, Şri-lanka ilə “bölüşüb”. Bu sırada yalnız 33 bal alan Monqolustan və Özbəkistan (121-ci yerlər) Türkiyədən geridədir. “İndeks”də Mozambik və Nigeriya (145), Banqladeş, İran, Zimbabvenin (149) Azərbaycandan öndə göstərilməsi də bu siyahının hansı düşüncə ilə hazırlandığını göz önünə sərir. Azərbaycanı İraq və Qvatemala ilə 154-cü yerə pərçimləməyi normal məntiqlə anlamaq mümkün deyil. “İndeks”in hansı prinsiplərlə hazırlandığı və qiymətləndirməni kimlərin apardığı aydındır. Əslində siyasi təbliğat vasitəsi olaraq istifadə edilən bu siyahılarda Qərbin ölkələrə münasibəti təsvir olunur. Əks halda Türkiyəni düşmən saydıqları Belarusdan, Azərbaycanı isə Rusiyadan belə çox-çox aşağı keçirməyin adı yoxdur və yaxud var: Bu “indeks” sərmayəçilərə mesajdır və investorlar bu siyahılara diqqət edirlər. Belarus və Rusiyaya onsuz da Qərb investisiyası gəlmir, gələ bilməz, çoxsaylı qadağalar var. Ona görə Türkiyədən “öndə” də ola bilərlər. Ancaq siyasi iradələrini həyata keçirə bilmədikləri Türkiyə və təbii ki, Azərbaycan öndə olarsa, investisiya axınına şərait yaratmış olarlar – bu isə qətiyyən maraqlarına uyğun deyil... |
2024-01-31 | 827,774 | ABŞ-ın F-16 təyyarəsi qəzaya uğradı | ABŞ-a məxsus F-16 qırıcısı Cənubi Koreyanın qərb sahillərində qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Agentlik bildirib ki, təyyarə Çolla-Pukto əyalətində Kunsan aviabazasının yaxınlığındakı dənizə düşüb. ABŞ Hərbi Hava Qüvvələri təyyarənin qəzaya uğradığını təsdiqləyib. “Pilot uğurla katapult edib və xilas edilib”, - məlumatda qeyd olunub. Qəzanın səbəbləri ilə bağlı məlumat verilməyib. |
2024-01-31 | 827,777 | İmran Xana daha 14 il həbs cəzası verildi | Pakistanın keçmiş Baş naziri İmran Xan daha 14 il həbs cəzasına məhkum edilib. Axar.az xəbər verir ki, bu barədə “Dawn” nəşri yazıb. Bildirilib ki, o və həyat yoldaşı Buşra Bibi korrupsiyada ittiham olunaraq 14 il azadlıqdan məhrum ediliblər. Onların hər ikisinə 10 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan edilib. Məlumata görə, proses Adiala həbsxanasında baş tutub. Qeyd edək ki, İ.Xan və Pakistanın keçmiş xarici işlər naziri Şah Mahmud Qüreyşi yanvarın 30-da 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onlar dövlətə xəyanətdə ittiham olunurlar. |
2024-01-31 | 827,781 | ABŞ vurulan bazasını gücləndirir | ABŞ İordaniyanın şimal-şərqindəki Ət-Tanf bazasına əlavə hava hücumundan müdafiə vasitələri göndərib. Axar.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. “Göndərilən hava hücumundan müdafiə sistemi pilotsuz təyyarələrin qarşısını almaq üçün nəzərdə tutulub”, - məlumtada deyilir. Bildirilib ki, PUA-ların hücumu zamanı hava hücumundan müdafiə qüvvələri ABŞ-ın İraq və Suriyadakı bazalarında olduğu qədər güclü deyildi, çünki bu ərazi əvvəllər hücuma məruz qalmamışdı. Qeyd edək ki, yanvarın 28-də ABŞ-ın İordaniyadakı bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölmüş, 34 nəfər yaralanmışdı. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını bildirmişdi. |
2024-01-31 | 827,782 | AMB-dən uçot dərəcəsi ilə bağlı qərar | Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini endirib. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 8%-dən 7.75%-ə, faiz dəhlizinin aşağı həddi 6.5%-dən 6,25%-ə, faiz dəhlizinin yuxarı həddi isə 9%-dən 8.75%-ə endirilib. |
2024-01-31 | 827,789 | DİN-dən kibercinayətkarlıqla bağlı xəbərdarlıq | Daxili İşlər Nazirliyi kibercinayətkarlıqla bağlı vətəndaşlara müraciət edib. Axar.az müraciətin mətnini təqdim edir: "Kibercinayətkarlıqlarla üzləşməmək üçün vətəndaşlarımızı aşağıda qeyd edilənlərə riayət etməyə, internet resurslarında ayıq-sayıq olmağa çağırırıq. - Mobil və şəhər nömrələrindən zəng edən şəxslərə bank kartlarınızdakı məlumatları, yəni kart sahibinin adı, soyadı, kartın son istifadə tarixi, CVV nömrəsi və təsdiq kodunu (“3D secure”) təqdim etməyin. Hətta bu bank əməkdaşı olsa belə; - Sosial media və elan saytları üzərindən satışa çıxardığınız məhsulları guya almaq məqsədilə özünün ölkədə olmadığını, həmçinin uzaq məsafədə olduğunu əsas gətirərək ödənişi onlayn yolla edəcəyini bildirən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin; - İşə qəbul olunmağınızı əsas gətirərək guya “sağlamlıq haqqında arayış” üçün əvvəlcədən hansısa məbləğ tələb edən şəxslərə ödəniş etməyin; - "Yüksək gəlirli onlayn iş imkanı" kimi zahirən cazibədar, sadə tapşırıqlar qarşılığında yüksək ödəniş vədlərinə etibar etməyin. Saxta sayt və ya hesablar üzərindən göndərilən iş təkliflərinə inanmayın. Üzvlük və ya başlanğıc üçün ödəniş etməyin; - Xarici nömrələrdən, həmçinin virtual nömrələrdən zəng edən şəxslərə bank kartı məlumatlarını təqdim etməyin; - Alqı-satqı saytlarında hər hansı bir mənzili, avtomobili (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə elana qoyan şəxslərə alacağınız əmlaka və məhsula baxış keçirmədən beh verməyin; - Sosial şəbəkələrdə keçirilən yarışların qalibi olduğunuz, o cümlədən hədiyyə qazanmağınız barədə mesaj alsanız hədiyyənin çatdırılması (karqo) üçün ödəniş etməyin; - “Haker”, “baxıcı”, “faizə pul”, “profillərin izlənilməsi” və bu kimi digər səhifələrə müraciət etməyin, hesablarına pul köçürməyin; - Saytların domen adlarına diqqət edin. Məşhur şirkətlərin domen adlarına bənzər fişinq məqsədləri üçün yaradılmış saytlara qarşı diqqətli olun; - Sosial şəbəkələrdəki tanımadığınız, etibar etmədiyiniz səhifələrdən alış-veriş etməyin". Göstərilən hallarla rastlaşdıqda şübhəli linklərə daxil olmamaq, yönləndirilən saxta veb səhifələri açmamaq, orada ödəniş etməmək, dərhal DİN-in “102” Xidmətinə və Nazirliyin sosial şəbəkə hesablarına müraciət etmək tövsiyə olunur”. |
2024-01-31 | 827,794 | İran bu qüvvələr məhv edilənə qədər vuruşacaq | İsrailin və bölgənin təhlükəsizliyi üçün İranla bağlı tədbirlər görülməlidir. Axar.az xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə bildirib. O, mövcud böhranın İran rejimini daha da təkəbbürlü etdiyini, Tehranın Rusiyanın Ukraynaya qarşı müharibəsini dəstəklədiyini və nüvə proqramını inkişaf etdirdiyini deyib. “Belə görünür ki, İslam Respublikası bütün bunlarla eyni vaxtda özünə bağlı sonuncu proksi qüvvənin məhv edilməsinə qədər vuruşmağa hazırdır”, - Uilyam Börns qeyd edib. |
2024-01-31 | 827,795 | İrəvanda Rusiya bayrağı tapdalandı, Zatulin “görmədi” | Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidəyə qarşı baş verən hadisəni “mübahisələndirməyə” cəhd edib. Axar.az xəbər verir ki, o, bu barədə Rusiya mətbuatına açıqlamasında deyib. Rusiyalı deputat sosial şəbəkələrdə videosu yayılan və Rusiya XİN-in belə rəsmi etiraz etdiyi, hətta cinayət işi açılan hadisə haqda “əgər baş veribsə” ifadəsindən istifadə edib: “Abidə həqiqətən təhqir edilibsə və bu hadisə baş veribsə, deməli, o şəxs ya dəli olub, ya da onu necə xarakterizə edəcəyimi bilmirəm. Hər halda abidənin təhqir olunması ilə bağlı hər şey yolverilməzdir”. Xatırladaq ki, 27 yanvar 2024-cü ildə Leninqradın mühasirədən azad edilməsinin 80 illiyi qeyd edilib. Bu münasibətlə İrəvandakı Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər və Rusiya bayraqları qoyulub. Erməni sakin abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını ayaqları altına ataraq tapdalayıb və bunu videoya çəkərək, sosial şəbəkə hesabında paylaşıb. |
2024-01-31 | 827,797 | Zelenski Zalujnının bu bəyanatından narahatdır | Prezident Vladimir Zelenskinin Ofisi Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnının hərbi deyil, siyasi bəyanatlar verməsindən narahatdır. Axar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Quardian”a açıqlamasında deyib. Qonçarenko Zalujnının istefasını pis ideya adlandırıb. Onun sözlərinə görə, baş komandanla Ukrayna rəhbərliyi arasında prinsipial fikir ayrılıqları yoxdur, sadəcə Zelenskinin Ofisində hesab edirlər ki, Zalujnı siyasi bəyanatlar verir. Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Aleksey Qonçarenko bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi. |
2024-01-31 | 827,799 | Bakı-Şamaxı yolu buz bağladı, qəza oldu - Video | Bakı-Şamaxı yolunun buz bağlaması sürücülərə çətin anlar yaşadıb. Axar.az xəbər verir ki, şaxtalı hava yolda hərəkəti iflic edib. Yolun buz bağlaması qəzaya da səbəb olub. Hadisə zamanı “Opel” və “Kia” markalı avtomobillər toqquşublar. Qəzadan sonra yola duz-qum qarışığının səpilməsinə başlanılıb. Həmin görüntüləri təqdim edirik: |
2024-01-31 | 827,802 | Bacısını döyüb öldürən şəxsə hökm oxundu | Bakıda bacısını amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 56 yaşlı Azər Əfəndiyevə hökm oxunub. Axar.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, A.Əfəndiyev 18 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, prokuror təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. İttiham aktında qeyd edilib ki, hadisə ötən il avqustun 2-də paytaxtın Binəqədi rayonunda yerləşən mənzillərdən birində baş verib. Belə ki, A.Əfəndiyev onunla birlikdə yaşayan bacısı - 1965-ci il təvəllüdlü Məlahət Əfəndiyevanı axşam saatlarında şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı döyüb. Təqsirləndirilən şəxs sonuncunun bədəninin müxtəlif nahiyələrinə uzun müddət ərzində intensiv olaraq çoxsaylı yumruq və təpik zərbələri endirib. Həmçinin onun üzərinə sidiyini ifraz edib, bədəninin müxtəlif nahiyələrinə siqaret kötüklərini basmaqla söndürüb. Aldığı zərbələrdən sonra taqətsiz halda olan M.Əfəndiyeva döşəməyə yıxılıb, başının sağ nahiyəsi döşəmədə quraşdırılmış qaz sobasının kənarındakı kafelə dəyib və nəticədə ölüb. A.Əfəndiyevə qarşı Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə ittiham irəli sürülüb. |
2024-01-31 | 827,805 | Azərbaycan Ordusu yüz təlim keçirib, biz isə... - Manqasaryan | Dünyanın bütün ölkələrinin silaha ehtiyacı var. Silahların qiymətləri indi çox yüksəkdir. Amma istənilən halda gətirilən silahlar bizim mövcud sistemimizə ancaq hərbi təlimlər vasitəsilə inteqrasiya edilməlidir. Axar.az xəbər verir ki, bunu erməni hərbi ekspert Vitali Manqasaryan deyib. “Biz isə hərbi təlimlərdə iştirak etmirik. Təlimlər silahlı qüvvələrin peşəkarlığını artırmaqla yanaşı, şəxsi heyətə də ciddi psixoloji təsir göstərir. Bu müddət ərzində Azərbaycan Ordusu yüzdən çox təlimdə iştirak edib, Ermənistan isə heç bir hərbi təlimdə olmayıb. Müxtəlif silahlar alıb, onların mümkün qədər effektiv xidmət etməsi üçün addımlar atmasaq, problemimiz olacaq. Sual yaranır ki, bunu ən effektiv şəkildə necə edə bilərik? Əvvəla, bu, müxtəlif zavodlarla bağlıdır, çünki silah sıradan çıxsa, texniki xidmət göstərməli olacağıq və bu zavodlar olmasa, o zaman ciddi problemlərimiz olacaq. Çünki bir gün silah qırılacaq və ya xarab olacaq, bu, xüsusilə döyüş əməliyyatları zamanı müxtəlif əngəllər yaradacaq. Yəni bu və ya digər silahın alınması ilə bağlı böyük söz danışmaq mənasızdır”, - o bildirib. |
2024-01-31 | 827,808 | Rusiyanın ittihamına Yaponiyadan cavab | Yaponiya Moskvanın antirusiya sanksiyaları səbəbindən ikitərəfli münasibətlərin pisləşməsinə görə Tokionun məsuliyyət daşıması barədə bəyanatlarını ədalətsiz, qəbuledilməz hesab edir və bu vəziyyətə görə Rusiya tərəfini günahlandırır. Axar.az xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi deyib. “Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum etdi və 2022-ci ilin martında birtərəfli qaydada Yaponiyanın sanksiyalarına görə Tokio ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində olmadığını bildirdi. Bütün bu vəziyyət yalnız Rusiyanın hərəkətləri nəticəsində yaranıb. Yaponiyanı günahlandırmaq cəhdləri son dərəcə ədalətsiz və tamamilə qəbuledilməzdir”, - o bildirib. |
2024-01-31 | 827,809 | DYP-dən qarlı yollarla bağlı sürücülərə müraciət | Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciət edib. Axar.az müraciətin mətnini təqdim edir: “Bir neçə gün davam edən qeyri-sabit hava şəraiti nisbətən sabitləşsə də, dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır. Xüsusilə səhər və axşam saatlarında külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin sürüşmə ehtimalını dəfələrlə artırıb.Hazırda DYP əməkdaşları aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür. Bununla yanaşı Baş DYP İdarəsi bir daha sürücülərə müraciət edərək, onlardan yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir”. |
2024-01-31 | 827,814 | Ermənistanda bir ildə açılan Rusiya şirkətlərinin sayı | 2023-cü ildə Ermənistanda Rusiya vətəndaşları tərəfindən 891 şirkət qeydiyyata alınıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. “Həmçinin ötən il Rusiyanın 3857 vətəndaşı fərdi sahibkar kimi qeydiyyatdan keçib, onlardan 221-i sonradan qeydiyyatdan çıxıb”, - məlumatda bildirilib. Qeyd edilib ki, nazirlik yalnız məhdud məsuliyyətli cəmiyyət üzvlərinin uçotunu aparır, səhmdar cəmiyyətləri deyil. |
2024-01-31 | 827,816 | İran ABŞ-ı hədələdi: Qəti və sərt cavab olacaq! | İslam istənilən hücuma qətiyyətli cavab verəcək. Axar.az xəbər verir ki, bu fikirlər İranın BMT-dəki nümayəndəliyinin bəyanatında əksini tapıb. Bəyanatda nümayəndəlik son iki gündə Vaşinqtondan Tehrana çoxsaylı mesajlar göndərilməsi ilə bağlı xəbərləri təkzib edib: “Belə məktub mübadiləsi olmayıb. Buna baxmayaraq, İran İslam Respublikasının əsas siyasəti bundan ibarətdir ki, hər hansı bir tərəf İran torpağına və ya ölkə sərhədindən kənarda onun mənafeyinə, vətəndaşlarına hücum edərsə, qəti və sərt cavabla üzləşəcək”, - bəyanatda qeyd edilib. Qeyd edək ki, bundan əvvəl “Əl-Cəzirə” telekanalı İordaniyanın şərqindəki səhra bazasına hücumdan və üç amerikalı əsgərin öldürülməsindən sonra Vaşinqtonun üçüncü ölkə vasitəsilə İrana mesaj göndərdiyinə dair məlumat yayıb. |
2024-01-31 | 827,818 | ABŞ elan etdi: Qisas dəqiq və planlı olacaq! | ABŞ İordaniyada səhra bazasına edilən hücuma bir neçə gün ərzində cavab verəcək. Axar.az xəbər verir ki, bu barədə ABC Nyus adının çəkilməsini istəməyən ABŞ rəsmisinə istinadən məlumat yayıb. Məlumatda ABŞ-ın birdən çox hədəfi vuracağı bildirilib: “Amerika qüvvələrinə qarşı bu hücumlara şərait yaradan şəxslərə və mərkəzlərə qarşı dəqiq və planlaşdırılmış zərbələr endiriləcək”. |
2024-01-31 | 827,821 | Baş bankirdən inflyasiya ilə bağlı açıqlama | 2024-cü ildə inflyasiya proqnozu dəyişməz saxlanılıb. Ötən ilin oktyabrında olduğu kimi cari ilin yanvar proqnozlarına görə də, 2024-cü ildə illik inflyasiyanın hədəf daxilində qalacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib. T.Kazımov qeyd edib ki, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi azalıb: “2023-cü ildə 12 aylıq inflyasiya 2,1 faiz təşkil etməklə hədəf (4±2 faiz) diapazonunun aşağı hissəsində formalaşıb. İnflyasiyada istehlak səbətinin bütün qrup komponentləri üzrə azalma müşahidə edilib. İllik ərzaq inflyasiyası 0,8 faiz, qeyri-ərzaq inflyasiyası 2,7 faiz, xidmətlər inflyasiyası isə 3,7 faiz təşkil edib. Faktiki inflyasiyanın dinamikası inflyasiya gözləntilərinə də təsir edib”. |
2024-01-31 | 827,826 | NATO Bakı-İrəvan münasibətləri barədə açıqlama yaydı | NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir. Axar.az xəbər verir ki, bunu NATO Baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina deyib. “Danışıqların ikitərəfli formatını da dəstəkləyirik. Sonunda iki ölkə necə irəliləyəcəyinə qərar verməlidir, buna görə də biz sülhə aparan hər şeyi dəstəkləyəcəyik. Hesab edirik ki, prosesin əsasını təşkil edən prinsiplər - suverenliyə və ərazi bütövlüyünə hörmət əsasdır”, - o bildirib. Kolomina qeyd edib ki, BMT Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmazsa, NATO tərəflər arasında mövqe tutmur. |
2024-01-31 | 827,829 | Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir? | 2023-cü ilin yekununda Azərbaycanın strateji valyuta ehtiyatları 66,5 milyard ABŞ dolları təşkil edib. Axar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib. Onun sözlərinə görə, bu, 2022-ci ilin yekunu ilə müqayisədə 17 % çoxdur: “O cümlədən, ötən il AMB-nin strateji valyuta ehtiyatları 29,1 % artaraq 11,6 milyard ABŞ dollarına çatıb”. |
2024-01-31 | 827,830 | Kolonna Rayanı Bakıda casusa çevirib - Şok detallar | Bakıda saxlanılan fransız casusu Martin Rayanı Fransa XİN rəhbəri Ketrin Kolonna casusluğa vadar edib. Axar.az xəbər verir ki, bunu erməni əsilli jurnalist Leo Nikolyan “Kernyus”a dekabrın 4-də Bakıda saxlanılan fransız casusu Martin Rayanla bağlı danışarkən deyib. Jurnalistin sözlərinə görə, Martin həyatda uğur qazanmaq istəyən fransızdır: “Fransada vergi və digər standartlarla mövcud olan problemləri görüb, başqa yerə getmək istəyirdi. O, bir neçə ölkə, xüsusən də iqtisadi baxımdan hər şeyin yaxşı getdiyi Kanada, ABŞ, hətta Rusiya, eləcə də Ermənistan, Dubay və ya Qətər arasında tərəddüd edirdi. İnkişaf etməkdə olan Azərbaycanla maraqlanırdı. Bakı Qafqazın mirvarisi, türkdilli əhalisi olan Azərbaycanın paytaxtıdır. Bu, özünü hədsiz dərəcədə inkişaf etdirmiş və zənginləşdirmiş dünyəvi ölkədir. Beləliklə, Martin beş il əvvəl oraya köçdü. O, bazarı öyrəndikdən sonra Azərbaycanda məskunlaşmaq qərarına gəlir, çünki orada restoran və kafelər Parisdən daha çox, göbələk kimi artır. Martin onları Fransa istehsalı olan yüksək keyfiyyətli məhsullarla - xüsusilə sousların hazırlanması üçün - təmin etmək qərarına gəlir. O, “Mercorama”da biznesinə başlayır. Onun üçün hər şey yaxşı gedir, çörəkpulu qazanır, gözəl bir qadınla nişanlanır. Lakin Fransada kifayət qədər erməni icması olduğu üçün bu, Parisin xarici siyasətinə təsir edir. Prezidenti Makron Ermənistana münasibətdə mövqe nümayiş etdirir və Azərbaycan bu vəziyyətdən narazıdır”. Nikolyan qeyd edib ki, Fransa kəşfiyyat xidmətləri keçən il Martin Rayana baş çəkib: “Bunlar Fransa səfirliyinin iki diplomatıdır. Onların diplomatik pasportu var. Bütün səfirliklərdə bir neçə işçi çalışır, bəziləri isə diplomatik pərdə altında casusdur. ABŞ-ın MKİ-si, İsrailin MOSSAD-ı, Rusiyanın FTX-si, Fransanın DGSE-si var. DGSE-dən olan bu iki nəfər onun yanına gedir, özlərini təqdim edir və ondan onlara işləməsini istəyirlər. Martin imtina edir, lakin bu insanlar ona başqa çarəsinin olmadığını, əks halda valideynlərinin başına bədbəxt hadisənin gələcəyini deyirlər. Onlar həmçinin onun Fransadan gələn mallarını gömrükdə kəsərək şirkətini məhv edəcəkləri ilə hədələyirlər. Martin onların əməkdaşlıq təklifinə təzyiq altında təslim olur”. Jurnalist bildirib ki, Rayan Bakıda restoranlar üçün ərzaq məhsulları paylayıb: “Bütün səfirliklər paytaxtda yerləşir. İran restoranına diplomatlar və İran ictimaiyyəti gəlir. Amerika restoranına tez-tez Amerika səfirliyinin əməkdaşları baş çəkir. Martinin müştəriləri olan restoran sahibləri onun məlumatçısı olurlar. Rayan Azərbaycan xüsusi xidmət orqanlarının nəzarəti altında olub, o, həbs edilib, mobil telefonu müsadirə edilib və evində axtarış aparılıb. O, dekabrın 4-dən istintaq təcridxanasındadır. İki fransız agenti toxunulmazlığı olan diplomat olduqları üçün həbs olunmayıb, Azərbaycandan qovulub. Fransa buna cavab olaraq iki azərbaycanlı diplomatı ölkəsindən çıxardı. Bu, “gözə göz, dişə diş”dir. Sadə iş adamı olan Martin Rayanın isə diplomatik toxunulmazlığı yoxdur. Fransanın xarici siyasətinin qurbanı oldu. Mən qəzəblənirəm ki, bizim hökumət heç nə etmir. Ümid edirəm ki, yeni Baş nazirimiz Attal bu istiqamətdə hərəkət edəcək. Xarici işlər naziri Kolonna Azərbaycandan Fransa vətəndaşının azad edilməsini istədi, baxmayaraq ki, nazirliyi və səfirliyi vasitəsilə bu adamı bu tələyə salan məhz o idi! Bu vəziyyətə görə məsuliyyəti Fransa dövləti daşıyır. Fransa vətəndaşını qorxudub, ailəsinə təzyiq etməklə onu casus etdi”. |
2024-01-31 | 827,832 | 707-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 707-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 385 230 hərbçi, 6 310 ədəd tank, 11 757 ədəd zirehli döyüş maşını, 9195 ədəd artilleriya sistemi, 974 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 663 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 231 ədəd avtomobil texnikası, 7100 ədəd PUA, 1 846 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1452 xüsusi avadanlıq itirib. |
2024-01-31 | 827,833 | Almaniya Rusiyaya görə qırıcılarını havaya qaldırdı | Almaniya Baltik dənizinin sahillərində müşahidə edilən Rusiya kəşfiyyat təyyarəsinin qarşısını almaq üçün qırıcılarını havaya qaldırıb. Axar.az xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələri X sosial şəbəkəsində məlumat yayıb. Məlumata görə, Rusiya hərbi təyyarəsi Rügen yaxınlığında aşkar edildikdən sonra Almaniyanın şimal-şərqindəki “Laage” aviabazasından qırıcılar havaya qalxıb: “Alman qırıcılar Rusiya təyyarəsini şərqə dönməzdən əvvəl müşayiət edib. İl-20M hərbi təyyarəsi transponder siqnalı olmadan uçub”. |
2024-01-31 | 827,834 | İran geri çəkildi, hücumlar dayandırıldı - Son dəqiqə | İrana bağlı silahlı qruplaşmanın ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumundan sonra Vaşinqtonun cavabından ehtiyat edən Tehran geri çəkilir. Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” Suriya İnsan Haqları Monitorinq Qrupuna istinadən məlumat yayıb. Bildirilib ki, SEPAH Suriyadakı silahlı qruplaşmalardan ABŞ hədəflərinə hücumları dayandırmalarını istəyib. Bununla yanaşı, İrana bağlı Kətaib Hizbullah da bəyanat yayaraq, İraq və Suriyada ABŞ hədəflərinə hücumları dayandırdıqlarını açıqlayıb. Bu qərarın SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaaninin tələbi ilə qəbul edildiyi bildirilir. |
2024-01-31 | 827,840 | Banklar bu dolları niyə qəbul etmir? – Sui-istifadə | Son günlər bəzi banklar və valyutadəyişmə məntəqələri buraxılış ili köhnə olan dollar əsginaslarını ya qəbul etmirlər, ya da aşağı məzənnə ilə götürürlər. Səbəb kimi yeni əsginasların dövriyyədə olması göstərilir. Hətta bankların əksər bankomatlarında da “cash in” vasitəsi ilə həmin əsginasları plastik kartlara mədaxil etmək mümkün olmur. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, söhbət daha çox 100 dollarlıq əsginaslardan gedir: “Xatırladaq ki, 2013-cü il oktyabrın 8-də ABŞ-da yeni 100 dollarlıq əsginaslar dövriyyəyə buraxılıb. Məqsəd dolların saxtalaşdırılmasının qarşısını almaq üçün yeni təhlükəszilik elemenetlərindən istifadə etmək idi. Mavi rəngin daxil edildiyi yeni əsginasda mis rəngli mürəkkəb qabı da qeyd olunur. Yeni əsginasların dövriyyədə olması heç də nisbətən köhnələrin yararsız olması anlamına gəlmir. ABŞ Federal Ehtiyatlar Sistemi (FED) məhz köhnə əsginasların dövriyyədə istifadəsinin davam etdiyini və edəcəyini bəyan edib. Təəssüf ki, bu tip hallarda bəzi Azərbaycan bankları daha çox gəlir əldə etməyə çalışırlar. Yəni “köhnə dollarlar” əksər banklar üçün yeni və asan gəlir mənbəyinə çevrilib. Xatırladaq ki, bir müddət öncə 500 avroluq əsginasın emissiyası dayandırılanda da oxşar problem müşahidə olundu. Hələ də həmin əsginaslar aşağı məzənnə ilə qəbul olunur. Maraqlıdır ki, köhnə dolları qəbul etməyən banklar çox asanlıqla həmin pulları müştərilərə təqdim edirlər. ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyi olmasa belə, bu məsələdə requlator tərəfindən kommunikasiyanın gücləndirilməsi çox vacibdir. Mərkəzi Bankın valyuta bazarında və eləcə də valyuta mübadiləsi ilə bağlı istənilən ictimai əhəmiyyət daşıyan məsələlərə çevik reaksiyası çox önəmlidir. Unutmayaq ki, bu gün banklarda olan depozitlərin 14 milyard 721 milyon manatı xarici valyutadadır və böyük əksəriyyəti də ABŞ dolları ilə saxlanılır. Deməli, söhbət heç də kiçik dövriyyədən getmir”. |
2024-01-31 | 827,843 | Əli Əsədov 2 qərar imzaladı | 12:20 Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiyası fondunun vəsaitinin formalaşdırılması və istifadə Qaydası”nı təsdiq edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərar sabahdan qüvvəyə minir. Bu Qayda “Tullantılar haqqında” qanuna uyğun olaraq hazırlanıb və “Nəqliyyat vasitələrinin utilizasiyası fondu”nun vəsaitinin formalaşdırılması və istifadəsi ilə bağlı məsələləri tənzimləyir. Fond məqsədli büdcə fondu olmaqla dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin idarə olunması “Büdcə sistemi haqqında” qanuna və digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaitinin idarə olunmasını “Təmiz şəhər” ASC həyata keçirəcək. Fondun vəsaiti Qanunun 14-3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq aşağıdakı müstəqil mədaxil mənbələri hesabına formalaşır: - utilizasiya haqqı; - kreditlər və qrantlar; - hüquqi və fiziki şəxslərin könüllü ianələri; - beynəlxalq təşkilatların və digər donorların ayırmaları; - qanunla qadağan olunmayan digər mənbələr. Utilizasiya haqlarının Fonda ödənilməsini fəaliyyət istiqamətlərinə uyğun olaraq gömrük orqanları və Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında nümunəvi Əsasnamə”də göstərilən orqanlar təmin edir. *** Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin utilizasiya haqqının məbləği”ni və “Utilizasiyaya verilən nəqliyyat vasitəsi üçün tətbiq edilən güzəştin məbləği və birdəfəlik ödənişin həcmi”ni təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Bu Qərara 1 nömrəli əlavənin 2-ci hissəsində müəyyən edilən utilizasiya haqları traktorlar, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabinetinin 2008-ci il 14 avqust tarixli Qərarı ilə müəyyən edilən mexaniki nəqliyyat vasitələri üçün 2024-cü il fevralın 1-dən 2 il müddətinə 50 % tətbiq edilir. Bu Qərarın 1-ci və 3-cü hissələri 2024-cü il fevralın 1-dən, 2-ci hissəsi 2024-cü il sentyabrın 1-dən qüvvəyə minir. Bu Qərarda dəyişiklik ölkə Prezidentinin 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”yə uyğun edilə bilər. |
2024-01-31 | 827,844 | Bu Avropa ölkəsi Türkiyədən xahiş etdi | Rumıniya Türkiyədən “Bayraqdar” pilotsuz uçuş aparatlarının birgə istehsalını nəzərdən keçirməyi xahiş edib. Axar.az xəbər verir ki, bunu Türkiyənin Rumıniyadakı səfiri Özgür Kıvanç Altan deyib. “2023-cü ildə Rumıniya bizim “Bayraqdar” TB2 döyüş PUA-larımızdan 18 ədəd alıb. Onların tədarükləri bu il və sonrakı illərdə də davam edəcək. Rumıniyadan bu məhsulların birgə istehsalı üçün müraciəti var”, - o bildirib. Səfir qeyd edib ki, müdafiə sənayesində bir neçə yarımçıq tender var və Rumıniya şirkətləri ilə əməkdaşlıq türk şirkətləri üçün çox vacibdir: “Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü Buxarestə gələcək. Bu məsələlərin gündəmdə olacağı gözlənilir”. |
2024-01-31 | 827,850 | AB Kiyevə 1 milyon vəd vermişdi, 600 min göndərir | Martın 1-nə qədər AB ölkələri Ukraynaya vəd edilən 1 milyon artilleriya mərmisindən cəmi 600 minini tədarük edə biləcək. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb. “Sursat istehsalında daimi ləngimələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən AB ölkələri Kiyevə 1 milyon mərmi tədarükü planından xeyli geri qalıb, cəmi 600 minə yaxın döyüş sursatı göndərmək mümkün olacaq. Hətta AB müdafiə nazirlərinin bu gün Brüsseldə keçirəcəkləri qeyri-rəsmi görüşdə əlavə təchizat mənbələri tapmağa çalışacaqları gözlənilir. Amma istənilən halda ötən il vəd edilən sayda mərmi Ukraynaya göndərilməyəcək”, - məlumatda qeyd olunub. |
2024-01-31 | 827,851 | Azərbaycan bu ölkələrdə seçki məntəqələri yaratdı | Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycandan kənarda yaradılmış seçki məntəqələrinin yerləşdiyi ölkələrin siyahısı məlum olub. Axar.az Report-a istinadən xəbər verir ki, məntəqələrin yerləşdiyi diplomatik nümayəndəlik və konsulluqlar İtaliya, Koreya, Qazaxıstan (Astana, Almatı, Aktau), Qətər, Qırğızıstan, Latviya, Litva, Belçika, BƏƏ (Əbu-Dabi, Dubay), Böyük Britaniya, Çin, Çexiya, Estoniya, Fransa, Gürcüstan (Tbilisi, Batumi), İordaniya, İspaniya, İsveç, İsveçrə (Bern), Niderland, Özbəkistan, Pakistan, Polşa, Almaniya, ABŞ (Vaşinqton, Los-Anceles), Avstriya, Səudiyyə Ərəbistanı, Türkiyə (Ankara - 2 məntəqə, İstanbul - 2 məntəqə, Qars), Türkmənistan, Ukrayna, Yunanıstan, İran (Təbriz), Belarus, Moldova, Macarıstan, Rumıniya və Rusiyadadır (Moskva - 2 məntəqə, Sankt-Peterburq, Yekaterinburq). Qeyd edək ki, növbədənkənar prezident seçkilərində xaricdə olan Azərbaycan vətəndaşları 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsində səs verəcəklər. Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək. |
2024-01-31 | 827,854 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında fevralın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 5-8° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. |
2024-01-31 | 827,855 | İran 28 ölkə ilə viza rejimini ləğv edir | İran İslam Respublikası fevralın 4-dən etibarən Belarus, Qətər, Qırğızıstan, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Yaponiya da daxil olmaqla, 28 ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv edir. Axar.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Əlirza Bigdeli İRNA agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, İrana turizm məqsədi ilə səfər edən 28 ölkənin vətəndaşları üçün 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmayacaq. Nazir müavini Hindistanla bağlı vəziyyəti ayrıca qeyd edərək vurğulayıb ki, həmin ölkənin vətəndaşları yalnız hava yolu ilə sərhədi keçdikdə onlardan viza tələb edilməyəcək. |
2024-01-31 | 827,857 | Banklar köhnə dollarları niyə qəbul etmir? – AMB sədri | Azərbaycanda bəzi bankların köhnə dollarları götürməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Axar.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, köhnə və təzə dollar istehsal ilinə görə təsnifləşdirilir: “2006-cı ilə qədər və ondan sonra istehsal olunan bütün dollarlar dövriyyə olunur və qəbulunda problem yoxdur. Bu məsələni kimsə qaldırıb və əhali köhnə dolları götürməməyə başlayıb. Nəticədə banklarda köhnə dollar yığılır və bank onu xaricə göndərib komissiya ödəyərək təzə dollar gətirir. Burada hər hansı ciddi problem yoxdur”. |
2024-01-31 | 827,859 | Bakıda bu məktəb sökülür - Rəsmi | 13:06 Bakının Nərimanov rayonunda yerləşən 57 nömrəli tam orta məktəbin binası söküləcək. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, sökülən məktəbin yerində 480 şagird yerlik yeni bina tikiləcək. Təhsilin İnkişafı Fondu tikinti işlərini "Global İnteriors Group" şirkətinə həvalə edib. Təhsil müəssisəsinin yeni inzibati binasının inşası 3 640 578.16 manata başa gələcək. Qeyd edək ki, məktəbin əsası 1930-cu ildə qoyulub. 2010-cu ildə məktəb ilk dəfə olaraq əsaslı təmir edilib. Bir neçə il əvvəl isə məktəbin binası qəzalı vəziyyətə düşüb. Həmin vaxt məktəbin I-lV sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, V-XI sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə dərs keçib. *** Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 57 nömrəli tam orta məktəbin binasının sökülərək yenidən tikintisi planlaşdırılır. "Hazırda 57 nömrəli tam orta məktəbdə 906 şagird təhsil alır. Onlardan 557 şagirdin 291 nömrəli Ekologiya liseyinin bir korpusunda, 349 şagirdin isə 178 nömrəli tam orta məktəbdə yerləşdirilməsi nəzərdə tutulur", - məlumatda qeyd olunub. |
2024-01-31 | 827,861 | Putin 3 ölkəni hədələdi, ciddi qəbul edin - Polşa | Rusiya Prezidenti Putin Avropa ölkələrini çox ciddi hədələyir. “İsgəndər” raketləri Berlinə çata bilər. Ona görə də Qərb müttəfiqləri Ukraynaya yardımı artırmalıdır. Axar.az xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib. “Putin Polşa, Latviya və Finlandiyanı hədələyib. O, istənilən ölkəni təhdid edəndə bunu tamamilə ciddi şəkildə edir. Qərb dövlətləri bunu çox vaxt düzgün dərk etmir. İndi rus tankları Belarusdadır, Rusiya nüvə silahını da ora köçürüb. Kalininqrad yaxınlığında nüvə silahları var, “İsgəndər” raketləri Berlinə çata bilər. Polşada rus tanklarının paytaxtımızdan 250 km aralıda fiziki mövcudluğu ilə təhlükə hiss edirik. Almaniyada bu mövzunun müzakirə edilməməsinə həmişə təəccüblənirəm. Avropa tez hərəkət etməlidir, çünki Ukrayna təzyiq altındadır. Qüvvələrimizi səfərbər etməliyik. Amerikalılar kömək etməkdən imtina edərlərsə, ciddi dilemma ilə üzləşəcəyik: ya Amerikanı əvəz edin, yəni səylərinizi ikiqat artırın, ya da Putinin Ukraynanı fəth etməsinə icazə verin”, - o bildirib. |
2024-01-31 | 827,863 | İran “Xeybərşekən”i nümayiş etdirdi | İran SEPAH-a məxsus “Xeybərşekən” və “Qədr” ballistik raketlərini nümayiş etdirib. Axar.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Məlumata əsasən, nümayiş paytaxt şəhidlərinin anım mərasimində, Azadi İdman Kompleksinin 12 min nəfərlik zalında baş tutub. Qeyd edək ki, SEPAH ölkə tarixinin ən geniş raket hücumu olan Ərbil və Suriyanın cənubunda həyata keçirdiyi əməliyyatlarda “Xeybərşekən” ballistik raketindən istifadə edib. İran raketlərinin gücü və dəqiqliyi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. |
2024-01-31 | 827,870 | Qaribaşvili istefaya məcbur edilib? - Şaraşenidze | İrakli Qaribaşvilinin Gürcüstanın baş naziri postundan istefa verməsindən sonra ölkənin xarici siyasətində qətiyyən heç nə dəyişməyəcək. İstefanın səbəblərinə gəlincə, baş nazirə təzyiq göstərən hansısa münaqişənin olması ilə bağlı şayiələr var. Axar.az xəbər verir ki, bunu gürcü politoloq Tornike Şaraşenidze deyib. “Qaribaşvilinin istefası ilə İvanişvilinin ikinci dəfə siyasətə qayıdışı arasında mümkün səbəb-nəticə əlaqəsini istisna etmirəm, xüsusilə hakim partiya daxilində münaqişə ilə bağlı şayiələr fonunda. Amma çox güman ki, bir səbəb var - seçkiyə hazırlıq gedir və Kobaxidze ilk növbədə seçki mütəxəssisi hesab olunur. Təbii ki, onun icra hakimiyyətində işləmək təcrübəsi yoxdur, lakin digər tərəfdən, Qaribaşvili İvanişviliyə çox sadiq adamdır. Təkrar edim ki, hakim partiyada münaqişə yarandı və çox güman ki, buna görə İvanişvili siyasətə qayıdıb. O, çıxışında hətta bəzi fikir ayrılıqlarının olmasına eyham vurub. Bu arada, gürcü cəmiyyəti laqeyddir və bu cür hadisələrə əsasən biganə yanaşır. Bu vəziyyətdə sabah parlament seçkisi keçirilsə, müxalifət çox zəif və pərakəndə olduğundan Gürcü Arzusu qalib gələcək. Keçmiş hakim partiyanın, eks-prezident Mixail Saakavşilinin partiyasının reytinqi hələ də aşağıdır”, - o bildirib. |
2024-01-31 | 827,871 | Əri Yaqut Həşimovanı buna görə öldürübmüş - Detallar | Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar Həşimovun cinayət işi məhkəmənin ilk baxış iclası keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib. Məhkəmə qısa müşavirədən sonra vəsatəti qismən təmin edib. Daha sonra prokuror Fariz Rzayev ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq, həmin telefonun Vatsap proqramında "Ədiş qurban", "İbo DTV" və digər adlarla qeyd etdiyi Əlövsət Əhədov (ad, soyad şərtidir - red.), İlham Allahnəzərov (ad-soyad şərtidir - red.) və qeyriləri ilə intim münasibətdə olması barədə qarşılıqlı mesajlar yazdığını müəyyən edib. Daha sonra təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 13 radələrində Yaquta həmin "Ədiş" adlı şəxslə danışmamağı ilə bağlı iradını bildirib. Yaqut Həşimova isə iradlarını qəbul etməyərək onun işlərinə qarışmamasını tələb edib. Bundan sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar Həşimov qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovanı əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək maqsədilə əvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan bakalı götürüb müğənni yoldaşının baş nahiyəsindən 2 dəfə vurub. Daha sonra təqsirləndirilən şəxs rəfdə saxladığı, qara rəngli açılıb-bağlanan cib bıçağını götürərək onun hərəkətlərindən qorxub mənzilin yataq otağında küncə çəkilmiş Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq, qarın nahiyəsindən vurub. O, eyni zamanda Yaqut Həşimovanın saçlarından tutub dartmaqla əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının yerləşdiyi boğaz, döş qəfəsi, qarın və digər nahiyələrdən zərbələr vurub. Təqsirləndirilən şəxs otaqda çarpayı üzərində oturaraq təqribən 10 dəqiqə ərzində onun yetirdiyi xəsarətlərdən Yaqut Həşimovanın qan itirməklə ağrı və əzab çəkdiyinə rəhmsizliklə baxıb, ölümünü gözləyib və Yaqut Həşimova daxili və xarici qanaxma səbəbindən ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Anar Həşimov saxlanılaraq barəsində həbs-qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib. |
2024-01-31 | 827,874 | Azərbaycan Konstitusiyasını dəyişməlidir - Simonyan | 13:36 Azərbaycan Konstitusiyasına düzəlişlər edilməli və bu, Ermənistanla güzgü prinsipi əsasında olmalıdır. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Növbəti dəfə Ermənistan rəsmilərindən yeni Konstitusiyaya ehtiyacın nə dərəcədə Bakının tələbi ilə bağlı olduğunu soruşmaq istəyəndə bilin ki, danışıq aparan erməni rəsmilər də Azərbaycan Konstitusiyasına dəyişikliklərin zəruriliyini gündəmə gətirirlər. Azərbaycan Konstitusiyasında da güzgü effekti ilə dəyişdirilməli olan müddəalar var”, - Simonyan bildirib. Onun sözlərinə görə, Ermənistan tərəfi hər hansı danışıqları güzgü effektində aparır: “Əgər bu danışıqlar zamanı hər hansı təkliflər irəli sürülürsə, o zaman gələcək davamlı sülh naminə onlar həm Ermənistanı, həm də Azərbaycanı narahat etməlidir”. |
2024-01-31 | 827,876 | “Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi | Ölkənin birinci bankı Kapital Bankın dəstəyi ilə risk mütəxəssisləri üçün “Risk sahəsi üzrə şəbəkələşmə” tədbiri həyata keçirildi. Tədbir Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə baş tutdu. Seminarın təşkil olunmasında məqsəd ölkəmizdə risk sahəsində çalışan mütəxəssislər arasında şəbəkələşməni artırmaq, təcrübə mübadiləsini həyata keçirmək və risk sahəsində beynəlxlaq təcrübə ilə tanış olmaq idi. 50-dən çox iştirakçının qoşulduğu seminarda beynəlxalq spiker qismində ING Bank Hollandiyanın Validasiya şöbəsinin rəhbəri Özgür Çetiner iştirak etdi. ABŞ, Almaniya, Türkiyə, Kanada kimi ölkələrdə risk modelləri ilə bağlı 20 ildən çox təcrübəyə sahib olan Özgür Çetiner “Maşın öyrənilməsi (“Machine learning”) modelərinin pərakəndə kreditləşmə üzrə tətbiqi”, eləcə də “Texnoloji yeniliklər və maşın öyrənilməsi modellərindən istifadə etməklə kreditlərin idarə edilməsi” mövzusunda təcrübələrini bölüşdü. Seminarın digər eksperti isə Kapital Bankın Kredit Riskləri Ekspert Mərkəzinin lideri Nihad Hüseynzadə idi. Bank sekorunda 10 ilə yaxın təcrübəyə sahib olan Nihad Hüseynzadə iştirakçılarla “Yeni texnologiyalardan və kredit risk modellərindən istifadə edilməklə kredit risklərinin idarə edilməsi”, “Agile mühitdə kredit risklərinin idarə edilməsi” mövzusunda biliklərini bölüşdü. Mütəmadi olaraq “Yeni texnologiyaların tətbiqi”, “Data analizin gücü ilə müştəri təcrübəsinin idarə edilməsi”, “Verilənlər bazasının idarə edilməsi”, “Yüksək dayanıqlı məlumat bazalarının idarə edilməsi” kimi mövzularda seminar və tədbirlər həyata keçirən Kapital Bank-ın məqsədi bu kimi layihələrlə müasir texnologiyaların tətbiqi və rəqəmsal sahədə çalışan şəxsləri bir araya gətirmək, onlar arasında təcrübə mübadiləsi və şəbəkələşməni artırmaqdır. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc. |
2024-01-31 | 827,879 | Putinin daha bir rəqibi namizədliyini geri çəkdi | Rusiya Azadlıq və Ədalət Partiyasının sədri Andrey Boqdanov prezidentlik yarışından geri çəkilmək qərarı verib. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev deyib. N.Bulayev bildirib ki, Boqdanov bu gün MSK-ya seçkilərdən çəkildiyi ilə bağlı ərizə təqdim edib. Qeyd edək ki, ötən gün Rusiya Xalq Birliyi Partiyasının lideri Sergey Baburin də prezidentliyə namizədliyini geri götürüb. Rusiyada prezident seçkiləri 15-17 martda keçiriləcək. |
2024-01-31 | 827,880 | Təbrizdə ata “gey” oğlunu öldürdü | Güney Azərbaycanda ata oğlunun həyatına son qoyub. Axar.az xəbər verir ki, bu haqda İrandakı İnsan Haqları Fəalları qeyri-kommersiya təşkilatının (HRANA) mətbuat birliyi məlumat yayıb. Məlumata görə, hadisə Təbriz şəhərində baş verib. Belə ki, Parsa adlı 17 yaşlı yeniyetmə həmcinsi ilə münasibətdə olduğu üçün atası tərəfindən öldürülüb. |
2024-01-31 | 827,884 | Ermənistanla sərhəd görüşü başa çatdı | 13:53 Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başlayıb. Axar.az xəbər verir ki, görüşdə Azərbaycan heyətinə Baş nazirin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə bu ölkənin Baş nazirinin müavini Mger Qriqoryan rəhbərlik edir. Görüş İcevanla Qazax sərhədində keçirilir. Xatırladaq ki, tərəflərin beşinci və sonuncu iclası keçən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində baş tutub. *** Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların növbəti altıncı iclası başa çatıb. Bu barədə erməni mətbuatı məlumat yayıb. |
2024-01-31 | 827,885 | Xocəsən qəsəbəsində seçicilərlə görüş keçirildi | 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində rayonunun Xocəsən qəsəbəsində seçicilərlə görüş keçirilib. Axar.az xəbər verir ki, tədbirdə öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvü Fikrət Əliyev, şəhid atası Şahin Sadıqov çıxış ediblər. Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 20 il ərzində Azərbaycan sürətli inkişaf edib. Bu inkişaf tempini dünyanın ən aparıcı beynəlxalq təsisatları və ölkələri də etiraf edir. Azərbaycanın müxtəlif sahələrdə həyata keçirdiyi islahatlar, regional və beynəlxalq layihələr dünya tərəfindən öyrənilir və təqdir edilir. Bütün bunlar ölkə Prezidentin İlham Əliyevin təşəbbüskarlığı və rəhbərliyi sayəsində baş tutub. Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar. Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər, Müzəffər Ali Baş Komandan, dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətləri olan Lider İlham Əliyevə səs verəcəklər. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib |
2024-01-31 | 827,889 | ABŞ-la uzunmüddətli qarşıdurmaya hazırıq - Atefi | Yəmən ABŞ və Britaniya ilə uzunmüddətli qarşıdurmaya hazırdır. Axar.az xəbər verir ki, bunu Husi silahlılarının rəhbəri Məhəmməd Nasir əl-Atefi deyib. “Biz zalım qüvvələrlə uzunmüddətli qarşıdurmaya hazırıq. Amerikalılar, ingilislər və onlarla həmrəy olanlar Yəmənin qətiyyətinin gücünü bilməlidirlər və bu barədə heç bir mübahisə yoxdur”, - o bildirib. |
2024-01-31 | 827,891 | Sahibkarlar üçün şans: Xankəndidə güzəştlər... | Xankəndidə əsas problemli sahələrdən biri məişət, iaşə və xidmət obyektlərinin az olmasıdır. Bu sahələrə çox böyük ehtiyac var. Bu sözləri Axar.az-a işğaldan azad olunan ərazilərdə, o cümlədən Xankəndidə fəaliyyət göstərmək istəyən sahibkarlara güzəştlərin edilməsi barədə danışan millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, dövlət bu ərazilərə sahibkarları cəlb etməkdə maraqlıdır: “Xankəndiyə gələn yerli və xarici turistləri yerləşdirmək və onlara xidmət göstərmək üçün otellər, restoranlar tikilməlidir. Bundan başqa, bərbərxana, gözəllik salonu, market və digər xidmət sahələri də istifadəyə verilməlidir. Dövlət Arxitektura və Şəhərsalma Komitəsi tərəfindən azad olunan şəhər və rayonların planı hazırlanıb. Həmin plana əsasən Xankəndi şəhərində otel, restoran, ticarət mərkəzi və başqa xidmət obyektləri tikiləcək. Buna görə də burada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün dövlət tərəfindən çox ciddi güzəştlər nəzərdə tutulub”, - V.Əhmədov bildirib. Qeyd edək ki, Xankəndidə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən sahibkarlara vergi, sosial və kommunal güzəştlər ediləcək. Həmçinin 10 il müddətinə vergidən azad olma da nəzərdə tutulub. |
2024-01-31 | 827,893 | Azərbaycan və Rusiya arasında sənəd imzalandı - Foto | Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb. Əvvəlcə, qonaqlar Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar. Daha sonra Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları səmimiyyətlə salamlayan nazir Kəmaləddin Heydərov xatırladıb ki, xalqlarımız arasındakı sıx dostluq və qarşılıqlı hörmət ənənələrinə söykənən Azərbaycan-Rusiya münasibətləri bu gün ölkələrimizin liderlərinin siyasi iradəsi və müdrik uzaqgörənliyi sayəsində yüksələn xətlə inkişaf edir. Nazir K.Heydərov ölkəmizdə fövqəladə halların idarə olunması sahəsində görülən işlərdən danışıb, iki nazirlik arasında fövqəladə hallarla mübarizə üzrə mövcud sıx əməkdaşlıq münasibətlərinin daim genişləndiyini vurğulayıb. Bu çərçivədə, Beynəlxalq Mülki Müdafiə Təşkilatının xətti ilə Azərbaycan FHN-in Akademiyasına xüsusi trenajor komplekslərinin, o cümlədən bir sıra təlim-məşq avadanlıqları və laborator cihazların verilməsini, əməkdaşların müxtəlif təlim kursları və seminarlarda iştirakı üçün şəraitin yaradılmasını məmnunluqla qeyd edib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib. İmzalanacaq “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nın əməkdaşlığın daha da inkişaf etdirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə olunub. Səmimi görüşə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov iki nazirlik arasında münasibətlərin genişlənməsindən məmnunluq ifadə edib, müxtəlif istiqamətlər üzrə əməkdaşlığın daha da dərinləşməsinin qarşılıqlı faydasından danışıb. Bu məqsədlə, hər iki nazirlik arasında müxtəlif səviyyəli səfərlərin, keçirilən görüş və müzakirələrin əhəmiyyətini vurğulayıb. Nazir A.Kurenkov, həmçinin Rusiya ərazisində müxtəlif vaxtlarda baş vermiş fövqəladə hadisələr zamanı göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Qonaq əmin olduğunu bildirib ki, imzalanacaq Fəaliyyət Planı iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində müxtəlif əməkdaşlıq formalarının reallaşdırılması üçün yeni imkanlar açacaq. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Bakı-2023” beynəlxalq təlimi haqqında videoçarx nümayiş olunub. Yekunda “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün birgə Fəaliyyət Planı”nın imzalanması mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-leytenant Aleksandr Kurenkov imzalayıblar. Daha sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə tanış olublar. Qeyd edək ki, səfər çərçivəsində rusiyalı nazir, həmçinin FHN-in Akademiyasına da baş çəkərək ali təhsil ocağının fəaliyyəti ilə yerində tanış olacaq. |
2024-01-31 | 827,896 | Bu, dəhşətli bir bəyanatdır - Zaxarova | Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova AB diplomatiyasının rəhbəri Jozep Borrellin Moskva ilə Kiyev arasında barışıq ideyasının yanlış olduğu barədə sözlərini dəhşətli adlandırıb. Axar.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb. “Bu daha bir dəhşətli bəyanatdır. Bu sözlər ancaq belə qəbul edilir: “Yaxşı, Borrelldir də”. Yeri gəlmişkən, AB ölkələrində də bu, tam eyni şəkildə qəbul edilir, onlar buna tam eyni şəkildə yanaşır. Fərqli bir alt mətnlə, fərqli bir emosional rənglə, amma eyni şeyi deyirlər – “bu, Borrelldir də”. Onlar başa düşürlər ki, Borrellin sözləri ağlasığmazdır, ona görə də öz aralarında ünsiyyət qururlar”, - o bildirib. Qeyd edək ki, “L'Obs” jurnalı Borrellin köşə yazısını dərc eib. Həmin yazıda AB diplomatiyasının rəhbəri Rusiya ilə sülhün səhv olduğunu yazıb. |
2024-01-31 | 827,898 | Millət vəkilindən Qarabağla bağlı təklif | Qarabağda hərbi sənaye müəssisəsinin tikilməsinə ehtiyac var. Bunu Axar.az-a millət vəkili Vahid Əhmədov deyib. O bildirib ki, Milli Məclisdə azad olunan ərazilərdə hərbi sənaye müəssisələrinin tikilməsi ilə bağlı təklif də verib: “Bu təkliflə bağlı Milli Məclisin növbəti iclaslarında qərar veriləcək. Ümumiyyətlə azad olunan ərazilərdə hərbi sənaye müəssisəsinin tikilməsinə ehtiyac var. Bu istiqamətdə Müdafiə Sənayesi Nazirliyi Ağdam və Cəbrayıl rayonlarında müvafiq işlər görməlidir. Həmin sənaye müəssisəsində ağır texnika və silahlar yox, hərbi təyinatlı məhsullar, patron darağı və güllələr istehsal etmək olar. Sovet dövründə də Ağdam rayonunda hərbi sənaye müəssisəsi olub”. |
2024-01-31 | 827,901 | Makrona Bakı ilə bağlı sual verdim, dedi ki... - Byuisson | Fransanın “Fiqaro” nəşrinin redaktor müavini, ermənipərəst politoloq Jan-Kristof Byuisson Fransa Prezidenti Emmanuel Makronla söhbətini açıqlayıb. Axar.az xəbər verir ki, o, bu barədə Ermənistan telekanalının siyasi tok-şousunda danışıb. “Onunla müsahibəyə hazırlaşırdıq. Hər şey həmişəki kimi gedirdi. Bir dəqiqəlik sakitlikdən istifadə edərək, Makrona sual verdim: “Qarabağda ermənilərin Azərbaycan tərəfindən “soyqırımı” baş verir. Onlara kömək etmək üçün edə biləcəyiniz bir şey varmı?” Makron isə cavabında bildirdi ki, təkbaşına bunu etmək çətin olacaq. Dedi ki, Almaniya yanımızda olmasa, heç nə edə bilməyəcəyik. Makron qeyd etdi ki, başqa ölkələrdən ən azı minimum dəstək olsaydı, Ermənistana kömək edərdi”, - politoloq vurğulayıb. Onun sözlərinə görə, Fransa lideri qeyd edib ki, Avropanın bir hissəsi Azərbaycan qazından asılıdır: “Lakin bir müddət əvvəl o, Almaniya kansleri Olaf Şoltsun ermənipərəst və antiazərbaycan siyasətinə inandıra bilib. Yeri gəlmişkən, məhz bundan sonra Fransa Ermənistana hərbi yardım göstərmək təşəbbüsü ilə çıxış edib”. |
2024-01-31 | 827,903 | Kremldən Zalujnının istefası xəbərinə reaksiya | Kreml Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının mümkün istefası ilə bağlı vəziyyəti izləyir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Təbii ki, izləyirik. Hələ çoxlu suallar var. Bir şey aydın olaraq qalır: Kiyev rejiminin çoxlu problemləri var. Bu, dəqiqdir”, - o bildirib. O əlavə edib ki, uğursuz əks-hücum və cəbhədəki problemlər Kiyev rejiminin nümayəndələri ilə ölkənin hərbi rəhbərliyi arasında ziddiyyətlərin artmasına səbəb olur: “Xüsusi hərbi əməliyyat uğurla davam etdikcə bu ziddiyyətlər artacaq”. Qeyd edək ki, Zalujnının istefa xəbəri 29 yanvarda Ukrayna Teleqram kanallarında yayılmış və hətta Aleksey Qonçarenko bunu təsdiqləmişdi. Ancaq Ukrayna MN və Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumatı təkzib etdi. |
2024-01-31 | 827,906 | “Nar” ölkə üzrə satış və xidmət şəbəkəsini genişləndirir | “Nar” yenilənmiş diler mağazasını Şəki şəhərində təqdim etdi. İstiqlaliyyət prospekti 177/20 ünvanında fəaliyyət göstərən mağazada sərfəli “Nar” təkliflərindən və yüksək müştəri xidmətlərindən yararlanmaq mümkündür. Mağazanın açılışında “Nar”ın Baş İcraçı direktoru Qunnar Panke ilə yanaşı şirkətin rəhbər heyəti iştirak edib Əsas məqsəd yerlərdə abunəçilərlə birbaşa ünsiyyətdə olmaq, onların istək və tələblərini öyrənməkdir. Bütün ölkə ərazisində keyfiyyətli zəng və internet xidmətlərini hər kəs üçün əlçatan edən “Nar”, paytaxtla yanaşı, bölgələrdə də mağazalarını yeniləyir. 2024-cü ildə mobil operator daha 17 bölgədə yeni konspetli “Nar” mağazalarını təqdim etməyi planlaşdırır. Sizə yaxın olan “Nar” mağazalarının ünvanlarını öyrənmək üçün nar.az saytına daxil ola bilərsiniz. “Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. |
2024-01-31 | 827,907 | İsrail Rusiyanı bağışlamayacaq – Lapid | HƏMAS-ın İsrailə hücumundan sonra Rusiyanın davranışını anlamaq və bağışlamaq mümkün deyil. Axar.az xəbər verir ki, bunu İsrail müxalifətinin lideri, sabiq baş nazir Yair Lapid deyib. “Aydındır ki, Rusiya bu gün İrana həmişəkindən daha çox ehtiyac duyur. Onlar hələ də özlərini super güc hesab etdikləri üçün bunu deməyi xoşlamırlar. Lakin bu “fövqəldövlət” 2022-ci ilin fevralından bəri Ukraynanı məğlub edə bilmir. Rusiyanın İran silahlarının tədarükündən asılılığı artdıqca, şər oxunun bir halqasına çevrilir”, - o bildirib. Lapid qeyd edib ki, İsrail Rusiyanı və onun rəhbərliyini HƏMAS-ın tərəfdarı olduğuna görə bağışlamaqda çətinlik çəkəcək. Sabiq baş nazir Putin və Lavrovun bəyanatlarını da xatırladıb: “Şübhə yoxdur ki, ölkə rəhbərliyi Rusiya ilə bağlı mövqeyinə yenidən baxmalıdır. Dövlətlər münasibətləri elə beləcə kəsmir, eyni zamanda bu cür təhqir olunduqda bağışlamır”. |
2024-01-31 | 827,909 | Bakıya hər yerdən hücumlar edilir: Yeni dalğa... | Azərbaycana qarşı sanki xüsusi tapşırıqla hər yerdən hücumlar edilir: proses yalnız beynəlxalq təşkilatlar, yəni son hadisələr fonunda AŞPA, yaxud bundan öncə AP, ABŞ və Fransa parlamentlərinin “aşağı-yuxarı” palataları deyil, qeyri-hökumət təşkilatları, qeyri-dövlət turist kampaniyaları, ayrı-ayrı media mənsubları – təkcə məqalələrində yox, həm də sosial şəbəkələrdəki səhifələrində - və həm də donorluq edən qurumlar vasitəsilə aparılır. Ötən gün “korrupsiya indeksi” ilə ölkəmizi az qala “dözülməz investisiya mühiti” cərgəsinə salanlara bu gün “təhlükəsiz ölkə” və “təhlükəsiz şəhər” “reytinqlərindən” dəstək gəlir. Bu siyahılar, əlbəttə ki, böyük mənada yalan deyil, sadəcə, həqiqətin “bir hissəsidir”. Yəni siyahılar hazırlanarkən ədalətli görünmək üçün hər şey edilir, ancaq “ən gözəgəlimli yerlərə” Qərbin maraqlarının ifadəçisi olan ölkələr səliqə-sahmanla yerləşdirilir. Yeni siyahıya baxaq: “ən təhlükəsiz ölkələr” reytinqində Ermənistan 7-də, Azərbaycan 33-də, “ən təhlükəsiz şəhərlər” reytinqində İrəvan 13-də, Bakı 70-dədir. Bəs, axı Ermənistanda müharibə təhlükəsi vardı, Azərbaycan Ordusu Ermənistanın nəfəsini kəsmişdi, ərazisinə girmişdi, erməni xalqı üçün təhdidlər yaradırdı; bəs, axı biz Ermənistanı bir dövlət kimi ləğv etməyi hədəfləmişik və buna görə AB-də Borrellin süpürgəçisi də bizə barmaq silkələyir; bəs, Azərbaycan Ordusu tətikdədir, Ermənistana girmək üçün fürsət gözləyir... Noldu, “təhlükəsiz ölkə” sıralamasında Ermənistan 7-ci, İrəvan 13-ə qalxası oldu? Çünki turist təşviqi məsələsi var; çünki turistləri məhz Ermənistana və Gürcüstana göndərmək istəyirlər – ona görə Ermənistanı (7) hətta Gürcüstandan (19), İrəvanı (13) Tiflisdən (32) də qabağa keçirirlər; çünki Gürcüstan onsuz da yolunu bəlli edib, indi əsas məsələ Ermənistandır. Azərbaycanın siyasi təzyiqlər vasitəsilə geri çəkilmədiyini görüb, iqtisadi zərərvurma kampaniyası aparırlar: hətta bir turisti belə ölkəmizə gəlməkdən yayındırıb, Ermənistana göndərmək uğrunda yarışırlar. Ermənistanın Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaları necə dəldiyini Avropa mediası az öncə özü manşetinə daşımışdı. Hamısı statistikada əks olunub: Ermənistanın Rusiyaya ixracı Ukraynada müharibə başlayandan bəri 4 dəfə (!) artıb və həm də necə: Ermənistan Rusiyaya xarici avtomobillərin ehtiyat hissələrindən tutmuş çiplərə qədər “göndərir”. Guya Avropada bilmirlərmi ki, Ermənistanda “Mersedes” qapısı (məsələn) istehsal edilmir? Yaxşı bilir və görürlər! Onu da bilirlər ki, 2023-cü ildə Ermənistan tarixində ilk dəfə olaraq nəinki Rusiya, hətta digər Aİİ ölkələri ilə ticarət dövriyyəsində müsbət saldo qeydə alınıb. Bütün enerji strukturları Rusiyanın əlində olduğu, qaz tamamilə Rusiyadan idxal edildiyi halda Ermənistanın Rusiyaya ixrac-idxal əməliyyatlarında müsbət saldo əldə etməsinin səbəbi ərik ixracı deyil – bunu da bilirlər. Ancaq Ermənistana “dur” demirlər, göz yumurlar – nəticədə bu ölkədə iqtisadi artım heç bir əsaslı səbəb olmadan 12,6%-ə çatır – builki artım da ən azı 7,5% olacaq. Bura qrantları, külli miqdarda yardımları və s. daxil etmirik. Ermənistan AB missiyasını sərhədinə buraxıb, AB-nin siyasi lideri Fransanın bütün göstərişlərini can-başla icra edir – buna görə bütün rəsmi, qeyri-rəsmi “reytinqlərdə” yuxarı çəkilir; o qədər ki, 2023-cü ilin nəticələrinə görə, Ermənistana turist cəlbində də uduzduq. Bu balaca, qorxulu, hətta bir çox məqamda ABŞ və AB ölkələrinin öz vətəndaşlarını “getməmək” çağırışı etdikləri Ermənistan turizm qazancında bizim statistikanı keçdi. Paralel olaraq: xaricdəki “siyasi mühacirlərin” Yutub platformasından Azərbaycan hakimiyyətinə qarşı çıxışları sərtləşib, təhqirlərin sayı artıb. Açıq kontekstə keçiblər, İlham Əliyevə səs verməməyə çağırırlar. Az öncə Avropada “Azərbaycanlı siyasi mühacirlərin koordinasiya mərkəzi” adlı təşkilatın da məhz indi qondarılması təsadüf deyil. Görünür, Avropanın bəzi donor təşkilatları Azərbaycandakı seçki ərəfəsində kisələrinin ağzını açıblar. Həm iqtisadi təzyiq, həm də təbliğatla İlham Əliyevin səslərinə əl uzatmaq istəyirlər. Əlbəttə, İlham Əliyevin seçilməyəcəyini özləri də düşünmürlər. Sadəcə, səsindən bir faiz də olsa, oğurlamağa çalışırlar. Əsas hədəf İlham Əliyevin 80%-in altında səs almasına nail olmaqdır. Bir daha yada salaq ki, hələ 2021-ci ildə Avropadakı erməni diasporu AB, AŞ, AŞPA və s. təşkilatlarda keçirdiyi görüşlərin nəticələrini etiraf etmişdi, onlara demişdilər ki, İlham Əliyevin reytinqinin 97-98% olduğu bir vaxtda ona təsir etmək mümkün deyil, çalışın, bu reytinqi bacardıqca aşağı salın ki, təzyiq edə bilək. İlham Əliyevin reytinqini “təzyiq üçün əlçatan rəqəmə” salmaq yarışı gedir. Bəs, 7 fevraldan sonra nə olacaq? Artıq şantajlara başlanılıb: açıq şəkildə “saxtalaşdırılacaq” ifadəsini dilə gətirməsələr də, eyhamlar edilir. Böyük ehtimalla, bu həyasızlığı da müşahidə edəcəyik. İnanıram ki, qalib lider bu təzyiqlərin öhdəsindən necə gələcəyini yaxşı bilir, əks halda, seçkiləri 1 il 2 ay qabağa çəkməzdi. Xalqın tam dəstəyini əldə edəndən sonra ciddi struktur dəyişikliklərinə gediləcəyi ehtimalı bu informasiyalar fonunda getdikcə artır. Ehtimal ki, antiazərbaycan qüvvələr də bunu təxmin edirlər və erməni diasporunun təsiri altında olan siyasi və maliyyə mərkəzləri bu “təhlükəni” də qabaqlamaq istəyir. |
2024-01-31 | 827,912 | Bala Kürün deltasında suaşıran bənd uçdu - Foto | Son günlər intensiv yağıntıların düşməsi Kür çayında suyun səviyyəsinin artımına təsir göstərib. Axar.az Report-a istinadən xəbər verir ki, bəticədə Kür çayının iki qolundan biri - Bala Kürün deltasında qurulmuş suaşıran bənd suyun təzyiqinə tab gətirməyib. Bəndin sağ sahili hissəsində qayalıqlar uçub. Deltanın qarşısı açıldığından Kürdə suyun səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Mütəxəssislərin fikrincə, vəziyyət belə davam edərsə, qısa müddətdə dəniz suyu yenidən Kür çayına qarışa bilər. Neftçala Rayon Suvarma Sistemləri İdarəsindən bildirilib ki, Bala Kürdə suyun səviyyəsi azalan kimi həmin ərazidə bəndvurma işlərinə başlanılacaq. |
2024-01-31 | 827,913 | Sabiq nazirlər nə qədər pensiya alır? | Azərbaycanda sabiq deputat və nazirlərin nə qədər pensiya alması hər zaman maraq doğurub. Ölkə qanunvericiliyinə görə, Milli Məclisin deputatları əməkhaqqının 80%-i qədər pensiya alır. Bəs sabiq nazirlərin pensiya təminatı necə tənzimlənir? Mövcud qanunvericiliyə görə, pensiyanın miqdarı dövlət qulluğunda xidmət illərindən asılı olaraq dəyişir. Belə ki, miqdar aşağıdakı kimi təyin edilir: - dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 60 faizi miqdarında; - dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 70 faizi miqdarında; - dövlət qulluğu vəzifəsində 15 ildən artıq qulluq stajı olan şəxsə – onun dövlət məvacibinin 80 faizi miqdarında. Bəs hazırda sabiq nazirlər nə qədər pensiya alır? Onlar pensiya təminatlarından razıdırlar? Axar.az xəbər verir ki, Modern.az məsələ ilə bağlı olaraq eks-nazirlər arasında sorğu keçirib. Sabiq maliyyə naziri Əvəz Ələkbərov bildirib ki, pensiya təminatından razıdır: “Pensiya təminatımdan tamamilə razıyam. Dövlətimiz bu barədə bizlərə yaxşı qayğı göstərir. Deputatların pensiyası isə nazirlərin pensiyasından üstündür. Onların qəbul etdikləri qanunlar, əmək haqlarına əlavələr və digər imtiyazları nazirlərdən çox olduğuna görə bizdən 20-30 faiz çox pensiya alırlar”. Sabiq maliyyə naziri 25 il dövlət qulluqçusu olduğunu və buna uyğun pensiya aldığını deyib: “25 il dövlət qulluqçusu olmuşam. Ona görə də tam dövlət qulluqçularına uyğun pensiya alıram. Bu məbləğin maaşımın neçə faiz olduğunu hesablamamışam. Bundan əlavə universitetdə dərs deyirəm və kafedra müdiriyəm. Beləliklə, maddiyatla bağlı məsələ bugünkü vəziyyətdə normaldır”. Digər bir sabiq nazir Fikrət Yusifov isə 25 il dövlət qulluğunda çalışan hər kəs kimi pensiya aldığını söyləyib. “25 il dövlət qulluğu olan hər kəs çalışdığı vəzifənin əmək haqqının 80%-ni alır. Bu qanunda var”, - o deyib. |
2024-01-31 | 827,915 | Türkiyə ordusu 13 terrorçunu məhv etdi | Türkiyə ordusu Suriyanın şimalındakı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat bölgələrində PKK/YPK terror təşkilatının 13 üzvünü zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, terrorçular əməliyyat bölgələrinə hücum edərkən məhv edilib. |
2024-01-31 | 827,916 | ABŞ Türkiyəyə F-35 satacaq? – Pentaqon | Pentaqonun mətbuat katibi Patrik Rayder Türkiyəyə F-35 qırıcılarının satılma ehtimalı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Axar.az xəbər verir ki, Pentaqon rəsmisi bu barədə jurnalistlərə açıqlamasında bildirib. “Xatırlatmaq istəyirəm ki, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleks sistemləri satın alıb. Buna görə də Türkiyəyə F-35 qırıcılarının satışı masada yoxdur”, - Rayder deyib. Qeyd edək ki, ötən gün ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland açıqlamasında Ankaranın aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələ həll olunarsa, ABŞ-ın Türkiyəni F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazır olduğunu bildirmişdi. |
2024-01-31 | 827,917 | Çindən Rusiyaya inanılmaz dəstək | ABŞ-ın təzyiqinə və Çinin AB ilə müdafiə sahəsində əməkdaşlığının təhlükə altına düşməsinə baxmayaraq, Ukrayna məsələsində Rusiyaya dəstəyimizdən əl çəkməyəcəyik. Axar.az xəbər verir ki, bu sözləri Çinin müdafiə naziri Donq Szyun rusiyalı həmkarı Sergey Şoyqu ilə danışıqları zamanı deyib. “ABŞ və Avropanın Çinə təzyiqlərini davam etdirməsinə baxmayaraq, Ukrayna məsələsi ilə bağlı sizə dəstək verdik. Hətta Çin və AB arasında müdafiə sahəsində əməkdaşlıq da hücuma məruz qalır. Lakin buna görə müəyyən edilmiş siyasətdən imtina etməyəcəyik. Onlar normal Rusiya-Çin əməkdaşlığına mane olmamalıdır və ola bilməyəcək”, - o bildirib. Çinli nazir qeyd edib ki, son illər ABŞ və digər Qərb ölkələri Rusiyanı təcrid etməyə çalışır: “Pekin bunu başa düşür və Moskvaya güclü dəstək verməyə çalışır. Dünyanın iki ən mühüm və əsas qüvvəsi olaraq qlobal çağırışlara qətiyyətlə cavab verməliyik”. |
2024-01-31 | 827,923 | Sumqayıtda emal sexində yanğın oldu - Video | Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Axar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 250 m² olan polietilen tullantılarının təkrar emalı sexində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 3 boksdan ibarət sexin bir boksunda 50 m² sahəyə yığılan polietilen tullantıları və 1 ədəd üyütmə dəzgahı yanıb. Sexin böyük hissəsi yanğından mühafizə olunub. |
2024-01-31 | 827,926 | İrəvan bu şəxsi Rusiyaya verməkdən imtina etdi | İrəvan məhkəməsi Qroznıda homoseksuallıq şübhəsi ilə işgəncələrə məruz qalan Çeçenistan sakini Salman Mukaevi Rusiyaya ekstradisiya etməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə Mukayevə kömək edən “SK SOS” böhran qrupu məlumat yayıb. Məhkəmə Mukayevin qaçqın kimi tanınması və ona sığınacaq verilməsi barədə qərar qəbul edib. Qeyd edək ki, Mukayev 2020-ci ildə Qroznıda heteroseksual və evli olmasına baxmayaraq, homoseksuallıqda şübhəli bilinərək saxlanılıb. Mukayev özü açıqlamasında bildirib ki, tanıdığı geylərin adlarını açıqlaması üçün bir neçə gün işgəncə verilib. Əməkdaşlığa razılıq verəndən sonra Mukayev azadlığa çıxıb. Bir müddət sonra isə Rusiyanı tərk edib. Rusiyadan çıxdıqdan sonra çeçen hüquq-mühafizə orqanları ona qarşı qanunsuz silah satışı maddəsi ilə cinayət işi açıblar. |
2024-01-31 | 827,929 | Bu, Moskvaya ultimatumdur, mümkün deyil - Lavrov | Qərbin tətbiq etdiyi “Zelenskinin sülh formulu”nun Moskvaya ultimatum olduğu bütün dünyaya aydındır. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. S.Lavrov bildirib ki, ABŞ və onun tərəfdaşları yeganə həll variantı kimi bu düsturu tətbiq edib: “Belə bir ssenari mümkün deyil. Hər kəsə aydındır ki, bu, özlərini xarici siyasət xadimləri və təsirli menecerlər kimi təqdim etməyə çalışanlara şərəf gətirmir”. |
2024-01-31 | 827,937 | Azərbaycanda 44 hərbçi cəzalandırılıb | Ötən il Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində aparılan xidməti yoxlamalar zamanı 44 hərbi qulluqçu cəzalandırılıb, onlardan 2 gizir, 4 baş çavuş xidməti uyğunsuzluğa və hərbi qulluqçunun şərəf və ləyaqətini ləkələyən hərəkətlərə yol verdiyinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. Axar.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb. Xidməti fəaliyyətində fərqləndiklərinə görə Agentliyin 345 hərbi qulluqçusu mükafatlandırılıb, 15 hərbi qulluqçu Prezidentin Sərəncamı ilə dövlət mükafatlarına layiq görülüb, 24 hərbi qulluqçu Türkiyəyə müxtəlif sahələr üzrə kurslara göndərilib. Kadr korpusunun gücləndirilməsi, layiqli kadrların vəzifədə irəli çəkilməsi məqsədilə Agentlikdə genişmiqyaslı kadr islahatlarının aparılması 2023-cü ildə də davam etdirilib. Hesabat dövründə könüllülük prinsipi əsasında, ümumilikdə, 228 nəfər həqiqi hərbi xidmətə qəbul ediliblər. Ötən il ərzində 63 nəfər Vətən müharibəsi iştirakçısı xidmətə qəbul edilib. |
2024-01-31 | 827,939 | NATO erməni və türk tandemi arasında seçim etməyəcək | Son aylar Ermənistanın xarici siyasətində ciddi dəyişiklik və onun strateji müttəfiqi Rusiya ilə münasibətlərinin soyumasına dair müzakirələr adi hala çevrilib. Belə informasiya kontekstində Qafqaz geosiyasətində birbaşa və ya dolayısı ilə iştirak edən şəxslərin istənilən bəyanatı, eləcə də müsahibəsi ekspertlərin artan marağına səbəb olur. NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanın son müsahibəsi də istisna deyil. Axar.az xəbər verir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib. “Stoltenberqin xüsusi nümayəndəsi erməni tərəfdaşlarına təriflər yağdırır. O, daim Ermənistanın xarici siyasətində yaranan dönüşü, İrəvan və Brüssel arasında əməkdaşlıq üçün iddialı planların mövcudluğunu, ikitərəfli qarşılıqlı fəaliyyətin yüksək tempindən danışır. Bu əməkdaşlıq əvvəllər də olub. Bununla belə, İrəvanın regional və dünya miqyasında “dönüşlərini” qiymətləndirərkən, indiki gündəmin girovuna çevrilməmək lazımdır. Vacib bir nüans daha var! Brüssellə İrəvan arasında əməkdaşlığın hazırkı mərhələsi Qarabağdan sonrakı dövrə və Rusiya-Ermənistan münasibətlərinin kəskin soyumasına təsadüf edir. Erməni siyasətçilərinin və cəmiyyətinin bir hissəsi Qarabağın itirilməsində Moskvanı günahlandırır. Nəticədə müdafiə və təhlükəsizlik sahəsində bəzi “kompensasiya mexanizmləri”nə tələbat var. Kolominanın son səfərini Ermənistan ordusu gününün qeyd olunmasına 9 gün qalmış etməsi simvolikdir. Bu arada NATO-nun “kompensasiyaları” ilə bağlı müəyyən problemlər var. Ermənistandakı rus tənqidçilər Moskvanı İrəvanla türk tandemi arasında aydın seçim etməkdən imtinada günahlandırırlar. Lakin NATO da bunu etmək istəmir. Ermənistan mediasına verdiyi müsahibədə Kolomina Türkiyəni birmənalı olaraq yüksək qiymətləndirir və onu Qafqazda çox vacib, hətta əsas müttəfiq adlandırır. O, Ermənistan üçün yeni olan “Fərdi Tərtib edilmiş Tərəfdaşlıq Proqramı” haqqında da danışır. Amma bu mövzu Azərbaycanla çox intensiv müzakirə olunur. Deməli, NATO Ermənistanla türk geosiyasi tandemi arasında seçim etmir, heç vaxt da etməyəcək”, - o bildirib. |
2024-01-31 | 827,942 | Sabirabadda tibb məntəqəsi yandı | Sabirabad rayonunun Bala Həşimxanlı kəndində tibb məntəqəsi yanıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 50 m² olan birmərtəbəli kənd tibb məntəqəsinin tavanının qamışdan ibarət örtüyü 4 m² sahədə yanıb. Tibb məntəqəsinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2024-01-31 | 827,944 | Qarabağda bu yollar yenidən qurulacaq | 2024-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ağdam-Əsgəran-Xocalı-Xankəndi-Şuşa (34 km), Tərtər-Ağdərə (24,2 km) və Füzuli- Xocavənd-Ağdam (55,7 km) avtomobil yollarının yenidən qurulmasına start veriləcəyi planlaşdırılır. Axar.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib. S.Məmmədov qeyd edib ki, Prezidentin Sərəncamları ilə 2023-cü ildə Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər (uzunluğu 80 km), Ağdərə–Ağdam (35,5 km), Bərdə–Ağdam avtomobil yolunun 40-cı kilometrini Əsgəran qəsəbəsi ilə birləşdirən yol (18 km) və Şuşa-Laçın (41 km) avtomobil yollarının yenidən qurulmasına başlanılıb. O, həmçinin vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə Azərbaycanda yol-nəqliyyat məsələləri ilə bağlı vəzifələri, hədəfləri də yeniləyib: “Milli prioritetə çevrilən azad olunmuş torpaqlarımızın bərpası çərçivəsində icra olunan infrastruktur layihələrinin mühüm qismi Qarabağ və Şərqi Zəngəzurda avtomobil yollarının bərpasını əhatə edir və Agentlik bu işdə ilk gündən dövlət başçısının qarşıya qoyduğu vəzifələri vaxtında və keyfiyyətlə icra etmək üçün əzmlə çalışır”. |
2024-01-31 | 827,946 | Kamal Abdullanın Ulu Öndərlə bağlı yeni kitabı… | Yanvarın 31-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri, Azərbaycan Dillər Universitetinin rektoru, xalq yazıçısı, akademik Kamal Abdullanın Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Heydər Əliyev və multikultural təhlükəsizlik” kitabının təqdimatı keçirilib. Kult.az xəbər verir ki, tədbirdə etnik və dini icmaların rəhbərləri, Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti, elm və ictimaiyyət xadimləri də iştirak ediblər. Tədbiri açan BBMM-in icraçı direktoru Rəvan Həsənov bildirib ki, multikulturalizm anlayışının coğrafiyamız üçün əhəmiyyəti böyükdür: “Bu gün ayrı-ayrı bölgələrdə etnik münaqişələr baş verir. Azərbaycan çoxkonfessiyalı dövlətdir. Bunu qoruyub saxlamaq isə bizim üçün əsas hədəfdir”. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru İlham Məmmədzadə isə Azərbaycanda tarixən müxtəlif millətlər arasında dostluq münasibətlərinin, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun olduğunu söyləyib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov da qeyd edib ki, bu gün multikulturalizm həm siyasi, həm dini, həm elmi, həm də təhlükəsizlik məsələsidir. Tədbirin sonunda kitabın müəllifi akademik Kamal Abdulla deyilən fikirlərə görə təşəkkürünü bildirib. Qeyd edib ki, kitab 2014-cü ildən bəri üzərində işlədiyi multikultural təhlükəsizlik ideyasının nəticəsidir. Qeyd edək ki, nəşrin elmi redaktorları Azərbaycan Dillər Universitetinin Multikulturalizm mərkəzinin müdiri Loğman Əliyev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, korrektor Şəlalə Nəqşanidir. Kitabda həmçinin Rəcəb Tayyib Ərdoğanın, Vladimir Putinin, Corc Buşun, Toni Bleyerin, Herhard Şröderin Ulu Öndər Heydər Əliyevlə bağlı fikirləri də öz əksini tapıb. |
2024-01-31 | 827,948 | Bu qurumda maaşlar azaldıldı: ixtisarlar başladı | Su İdmanı Sarayında işçilərin maaşları azaldılıb. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, işçilərin əmək haqları 25-30% endirilib. Qurumun bəzi əməkdaşları maaşlarının azaldılmasına etiraz olaraq işdən ayrılacaqlarını bildiriblər. Faktı Su İdmanı Sarayının ictimaiyyətlə əlaqələr şöbəsindən təsdiq ediblər. |
2024-01-31 | 827,950 | Bakıda əməliyyat: saxlanılanlar var - Video | Bakının Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları silahlı, eləcə də evlərdən və avtomobillərdən oğurluq edən şəxsləri saxlayıblar. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Həyata keçirilən tədbir zamanı Balaxanı qəsəbəsi sakini, 1987-ci il təvəllüdlü Niyətağa Əliyev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” tapançası, patron darağı və 5 ədəd patron aşkarlanaraq götürülüb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı isə 1971-ci il təvəllüdlü Vasif Qəmbərov Ramana qəsəbəsi ərazisində saxlanılıb. Həmin şəxsdən də 1 ədəd “Makarov” tapançası, sandıqça və 4 ədəd patron aşkar olunub. N.Əliyev və V.Qəmbərov silahları bir müddət əvvəl əldə etdiklərini və satmaq niyyəti ilə özlərində saxladıqlarını bildiriblər. Bundan başqa Şöbə əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Rövşən Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar. Həmçinin Şöbə əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı rayon sakini olan ümumilikdə 9 nəfər özlərində saxladıqları müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü polisə təhvil veriblər. |
2024-01-31 | 827,953 | Prezident bu ASC-ni ləğv etdi | Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və Azərsığorta ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. Axar.az xəbər verir ki, fərmana əsasən, "Azərsığorta" ləğv edilib. Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir. |
2024-01-31 | 827,954 | 207 ukraynalı əsir geri qaytarıldı | Ukrayna və Rusiya arasında növbəti məhbus mübadiləsi həyata keçirilib və 207 ukraynalı vətənə qayıdıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. “Bizimkilər evdədir. 207 nəfər. Heç nəyə baxmayaraq, qaytarırıq. Hər bir əsir diqqətimizdədir. Hamısını qaytarmalıyıq”, - Zelenski bildirib. Onun sözlərinə görə, proses Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov, Prezident Ofisinin rəhbəri Andrey Yermak, Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk, Milli Polisin rəhbəri İroq Klimenko və Koordiyasiya Qərargahının katibi Dmitri Usovun möhtəşəm işinin nəticəsidir. Rusiya Müdafiə Nazirliyi isə yaydığı məlumatda qarşılıqlı olaraq 195 əsirin qaytarıldığını bildirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.