date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-30 | 827,488 | Rusiya Ukraynaya 35 “Şahid” PUA-sı ilə hücum etdi | Rusiya ordusu Ukrayna ərazisinə 35 ədəd “Şahid” PUA-sı ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Nikolayev, Sum, Dnepropetrovsk, Xarkov, Xerson və Kiyev vilayətlərində rusların 15 PUA-sını məhv edib. |
2024-01-30 | 827,490 | Bu rayonlarımıza qar yağdı | Yanvarın 30-u saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə sulu qar, qar yağıb. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, qar örtüyünün hündürlüyü Laçında, Ordubadda 30 sm, Şəkidə 12 sm, Şahbuz, Lerik, Qrız, Gədəbəydə 8 sm, Sədərəkdə 7 sm, Altıağac, Naxçıvanda 5 sm, Şərurda 4 sm, Xaltanda 3 sm, Yardımlı, Qobustanda 2 sm olub. Düşən yağıntının miqdarı Lənkəran, Astarada 12 mm, Cəlilabad, Qobustanda 4 mm, Altıağac, Naxçıvan, Sabirabad, Neftçala, Yardımlı, Şahbuz, Şərur, Ordubad, Sədərək, Gədəbəy, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, Xaltan, Şabran, Beyləqan, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Şuşa, Laçın, Lerikdə 3 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub. Naxçıvan, Şərur, Şahbuz, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Qəbələ, Şəki, Şamaxı, Quba, Zaqatala, Xaltan, Qobustan, Qusar, Qrız, Yevlax, Göyçay, Lerik, Tərtərdə duman müşahidə olunub. Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb. Həmçinin havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 3-8 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcəyədək isti, dağlıq rayonlarda 6 dərəcəyədək, yüksək dağlıq ərazilərdə 13-17 dərəcə şaxta qeydə alınıb. |
2024-01-30 | 827,492 | Zelenski riskə gedir: “yeni taktika” genişlənir | Ukrayna Prezidenti Vladimir Zelenski müharibənin gedişatını dəyişmək və ölkə daxilində siyasi mövqeyini qorumaq üçün böyük risklərə gedir. Buna görə də Ukraynanın Rusiya daxilindəki hədəflərə hücumları daha tez-tez olacaq. Axar.az xəbər verir ki, bu barədə “Taym” nəşri yazıb. “Rusiya rəsmilərinə qarşı sui-qəsdlər, eləcə də işğal olunmuş Krıma və Rusiyanın hərbi və iqtisadi infrastrukturuna PUA və raket hücumları artıb. Bundan əlavə, Kerç körpüsünə yeni hücumlar baş verə bilər. Bu da öz növbəsində Rusiyanın Ukrayna şəhərlərinə daha intensiv hücumlarına səbəb olacaq. Bu hücumlardan hansısa biri NATO-nu birbaşa münaqişəyə cəlb edəcək. Nə Rusiya, nə də NATO belə bir genişlənməni istəyir, lakin müharibələr öz həyatlarını yaşayır”, - nəşr bildirib. |
2024-01-30 | 827,494 | Sumqayıtda ər arvadını bıçaqladı | Sumqayıtda ər arvadını bıçaqlayıb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayon ərazisində baş verib. Sumqayıt şəhər sakinləri - 1982-ci il təvəllüdlü Vaqif Ağasəf oğlu Abdullayev aralarında baş vermiş münaqişə zəminində həyat yoldaşı, 1984-cü il təvəllüdlü Könül Ələsən qızı Abdullayevaa bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır |
2024-01-30 | 827,497 | DGK-nın general rütbəsi alan əməkdaşları - Foto | Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib: Şirinov Natiq Telman oğlu – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru. Bu gün DGK-də gömrük işçilərinin peşə bayramı münasibətilə keçilən mərasimdə general rütbəsi alan əməkdaşlara rütbələr təqdim olunub. |
2024-01-30 | 827,501 | Hərbi hissələrə gedən yollar qardan belə təmizlənir - Video | Kəlbəcər və Laçın rayonlarının çətin relyefli və dağlıq ərazilərində dislokasiya olunan hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin fasiləsiz təşkili məqsədilə həyata keçirilən zəruri tədbirlər davam edir. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun mühəndis bölmələrinin digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində rabitə və kommunikasiya xətlərinin sərt iqlim şəraitində daim işlək vəziyyətdə saxlanılması və bölmələrin hərtərəfli təminatının fasiləsiz həyata keçirilməsi məqsədilə yolların qar örtüyündən təmizlənməsi prosesi növbəli şəkildə sutkaboyu icra olunur. |
2024-01-30 | 827,503 | İnsan beyninə çip yerləşdirildi - İlk dəfə | "Neuralink" neyrotexnologiya şirkəti ilk dəfə insan beyninə çip yerləşdirib. Axar.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri, iş adamı İlon Mask X sosial media hesabındakı paylaşımında bildirib. Onun sözlərinə görə, çip insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək. Bərpa prosesinin yaxşı getdiyini bildirən Mask ilk nəticələrin ümidverici olduğunu vurğulayıb. Mask bildirib ki, bu çipdən ilk olaraq əzalarını istifadə etmə qabiliyyətini itirmiş insanlar yararlanacaq. Qeyd edək ki, “Neuralink” 2023-cü ilin may ayında beyin çipi layihəsinin insan üzərində sınaqlarına başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən razılıq almışdı. Əvvəllər meymunlar üzərində aparılan sınaqlar uğurlu alınıb. |
2024-01-30 | 827,504 | 706-cı gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 706-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 384 140 hərbçi, 6 300 ədəd tank, 11 725 ədəd zirehli döyüş maşını, 9144 ədəd artilleriya sistemi, 972 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 663 hava hücumundan müdafiə sistemi, 332 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 191 ədəd avtomobil texnikası, 7084 ədəd PUA, 1 846 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1448 xüsusi avadanlıq itirib. |
2024-01-30 | 827,509 | Əlillik təyinatı bu formada aparılacaq | Əlilliklə bağlı müraciətlərin 43 faizi doğru çıxır, öz təsdiqini tapır. Axar.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı zamanı çıxışında deyib. “Əlillik üçün saxta rəylər hələ də mövcuddur. Bu kimi halların qarşısının alınması üçün əlillik təyinatı videomüşahidə ilə aparılacaq”, - sədr bildirib. |
2024-01-30 | 827,511 | İbrahim Rəisi seçkilərdə özü ilə yarışacaq | İranda martın 1-də keçiriləcək Ekspertlər Şurasına seçkilərdə ölkə Prezidenti İbrahim Rəisi Cənubi Xorasan əyalətindən namizədliyini irəli sürüb. Axar.az xəbər verir ki, o, həmin dairədən yeganə namizəd olduğu üçün seçilməsi əvvəlcədən təmin edilib. Məsələ İranda müxtəlif tənqidi reaksiyalar doğurub. “Ekspertlər Şurasına seçkilərdə İbrahim Rəisinin Cənubi Xorasan əyalətində özünə rəqib olması Həsən Ruhaninin namizədliyinin təsdiq ediməməsindən də böyük biabırçılıqdır. Gəlin, İbrahim Rəisinin özü ilə yarışda ikinci olmaması üçün dua edək”, - tanınmış jurnalist Məhəmməd Mühaciri yazıb. Qeyd edək ki, həmin əyalətdən daha 4 nəfər namizədliyini irəli sürsə də, Nəzarət Şurası onların namizədliyini təsdiq etməyib. |
2024-01-30 | 827,514 | İmran Xana hökm oxundu | Pakistanın keçmiş Baş naziri İmran Xan 10 il müddətinə azadlıqdan məhrum edilib. Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, eyni zamanda sabiq xarici işlər naziri Şah Mahmud Qüreyşi də həbs olunub. Onlar dövlət sirrini yaymaqda ittiham olunurlar. |
2024-01-30 | 827,517 | "Sahil" stansiyasında "yanğın" söndürüldü - Video | Fövqəladə Hallar Nazirliyi (FHN) və Bakı Metropoliteni QSC-nin birgə təşkilatçılığı ilə metronun “Sahil” stansiyasında təlim keçirilib. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub. Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib. Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “Sahil” stansiyasında yerləşən kabel kollektorunun elektrik avadanlıqlarında “yanğın” baş verməsi barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti xidmətləri və Bakı Regional Mərkəzinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən, əvvəlcə stansiyanın bağlanması, tuneldə işçi işıqların yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısaqapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın-xilasetmə qrupları tərəfindən fərdi mühafizə vasitələrindən istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, qısa müddətdə şərti yanğın söndürülüb, xilasetmə vasitələri tətbiq edilməklə “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin yardım göstərilib”. Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb. Təlimə FHN-in ümumilikdə 5 ədəd texnikası və 43 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub. |
2024-01-30 | 827,518 | Bu bankın gəlir və mənfəəti kəskin azaldı | Bank VTB Azərbaycan ASC-nin 2023-cü ildə depozitlərinin məbləği 89 milyon 351 min manat olub. Axar.az xəbər verir ki, bu barədə Valyuta.az məlumat yayıb. Belə ki, “Bank VTB Azərbaycan” ASC-nin 2023-cü ildə depozitlərinin məbləği 2022-ci il ilə müqayisədə 5 milyon 500 min manat, yaxud da 5,7% azalıb. 2023-cü ildə fiziki şəxslərin depozitləri 65 milyon 305 min manat olub, bu isə illik müqayisədə 1 milyon 512 min manat, yaxud 2,3% çoxdur. Hesabat dövründə hüquqi şəxslərin depozitləri 24 milyon 045 min manat olub, bu isə 2022-ci illə müqayisədə 7 milyon 013, yaxud 22,5% azdır. Xatırladaq ki, “Bank VTB Azərbaycan” ASC 2023-cü ili 10 milyon 608 min manat xalis mənfəətlə başa vurub. Bu, 2022-ci illə müqayisədə 1 milyon 296 min manat, yaxud da 10,9% azdır. “Bank VTB Azərbaycan” gəlirləri 2023-cü ildə 34 milyon 972 min manat təşkil edib, bu, 2022-ci illə müqayisədə 4 milyon 258 min manat (10,9%) azdır. Bu il yanvarın 1-nə “Bank VTB Azərbaycan”ın aktivləri 249,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 4,8% çoxdur. Bunun 163,761 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. |
2024-01-30 | 827,521 | Çağırışçıların tibbi müayinəsində fərqli sistem olacaq | Hərbi xidmətə çağırılanların tibbi müayinəsində fərqli sistem tətbiq ediləcək. Axar.az xəbər verir ki, bunu Agentliyin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib. O qeyd edib ki, iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinəni Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi aparacaq: “Tibbi müayinədə fərqli sistem olacaq. Bu sahədə ciddi hazırlıq işləri gedir. Elektronlaşma işləri aparılır, meyarların yenidən işlənməsi və yeni müayinə mərkəzinin yaradılması istiqamətində işlər görülür". |
2024-01-30 | 827,522 | İranda mina partladı: 3 nəfər həlak oldu | İranın Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsinin Gələkan sərhəd məntəqəsində mina partlayıb. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. SEPAH-ın yanacaq qaçaqmalçılarına qarşı quraşdırdığı minanın partlaması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb. |
2024-01-30 | 827,526 | Xaçikyan: Tiflis “Bastion”ları buna görə İrəvana buraxdı - Video | 12:40 Təbii ki, İrəvan Azərbaycan nümayəndə heyətinin AŞPA-dan kənarda qalmasına sevinəcək. Lakin Azərbaycan nümayəndə heyətinin AŞPA-dan bir il müddətinə uzaqlaşdırılmasından real heç nə gözləmək olmaz. Ən azından Azərbaycana edilə biləcək mənəvi təzyiqi indi etmək mümkün olmayacaq. Bu, sadəcə olaraq Ermənistana qarşı mənəvi bir jestdir, başqa bir şey deyil. Bunun heç bir real nəticəsi yoxdur. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Stenford Universitetinin siyasi elmlər doktoru, erməni professor Artur Xaçikyan deyib. “Bu sadəlövhlük bizdə haradan qaynaqlanır, bilmirəm. Amma fransızlar və amerikalılar ətrafımızda baş verənləri onlardan pul alan, cəmiyyətimizə yalan ümidlər aşılayan, diqqəti real təhlükələrdən yayındıran, fürsət tapmaq cəhdləri ilə məşğul olan erməni təbliğatçılarından qat-qat yaxşı görürlər. ABŞ açıq və səmimi şəkildə bildirir ki, bizim Qafqazda maraqlarımız var, amma həyati maraqlarımız yoxdur. Niyə dinləmək və anlamaq istəmirsiniz? Biz sadəcə olaraq tarixi axmaqların xalqıyıq. Bilirsiniz, bizə əslində nə mane olur? Birincisi odur ki, beynəlxalq münasibətləri uşaqcasına düşünürük. Gürcüstanla strateji əməkdaşlığa gəlincə, Gürcüstanın xarici siyasəti Türkiyə ilə sıx bağlıdır. Gürcüstanın strategiyası Ermənistanla yox, Türkiyə ilə bağlıdır. Gürcüstandan istəyə biləcəyimiz yeganə şey silahların Ermənistana daxil olması üçün yolların bağlanmamasıdır. Amma bu da mümkün deyil, çünki Türkiyə və Azərbaycan 44 günlük müharibə zamanı yolu bağladılar. Bu yaxınlarda fransızların özləri bildiriblər ki, Gürcüstan ərazisindən keçən “Bastion” zirehli transportyorları bir neçə həftə Gürcüstanda qalıb və oradan buraxılmayıb. Onlara sadəcə olaraq icazə verilib deyə sonda buraxılıb. Çünki ciddi hərbi texnika hesab edilmir və hansısa ciddi silahlar olanda Gürcüstanın buna icazə verib-verməyəcəyini Allah bilir”, - o bildirib. Professor qeyd edib ki, Türkiyə dünya üçün önəmli bir ölkədir: “Ermənilərə görə Türkiyə ilə heç kim mübahisə etməyəcək. “Qarabağımız” bizdə olanda güclü idik, bizi nəzərə alırdılar. İndi bizimlə heç kim maraqlanmır. Biz teatrla, səthi layihələrlə, piarla məşğuluq. Bu piardır. Azərbaycan real siyasətlə məşğuldur. Ona görə də onlar qalib gəlir, biz isə uduzuruq. Mənasız sözlərlə, mənasız hərəkətlərlə məşğuluq”. |
2024-01-30 | 827,529 | İrəvanda Rusiya bayrağı təhqir edildi – Fefilov müraciət yaydı | Ermənistandakı Rus Evinin rəhbəri Vadim Fefilov İrəvanda Leninqradın mühasirəsi zamanı həlak olan uşaqların xatirəsinə ucaldılmış abidəyə qarşı hörmətsizlik hadisəsi ilə bağlı Ermənistan baş prokuroruna müraciət edib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. “İkinci Dünya müharibəsi hadisələri əsasında etnik ədavətin qızışdırılması və zorakılığa çağırışlar qəbuledilməzdir. Baş verənlərə görə məsuliyyət daşıyanlar məsuliyyətə cəlb edilməlidir. Yanvarın 27-də vətəndaş Samvel Şirinyan nümayişkaranə şəkildə Rusiya Federasiyasının bayrağını simvollaşdıran lentləri ayaq altına atıb, cırıb, əklilləri yıxıb, Rusiyaya qarşı təhqiramiz şərhlərlə müşayiət olunan videonu sosial şəbəkəsində paylaşıb”, - Fefilov bildirib. |
2024-01-30 | 827,532 | Ermənistanda zəncirvari qəza: 9 avtomobil toqquşdu | Ermənistanın Ararat vilayətində zəncirvari qəza baş verib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, İrəvan-Arazdəyən yolunun Marmaraşen kəndi ərazisindən keçən hissəsində BMV, “Mersedes”, “Mitsubişi”, “Opel Zafira”, “Opel Astra”, VAZ 2107, “Nissan Març”, “Lada” və VAZ 2106 markalı avtomobillər toqquşub. Qəzaya yolun buz bağlaması səbəb olub. Xəsarət alanlarla bağlı məlumat verilməyib. |
2024-01-30 | 827,533 | Yanvarın son günü hava necə olacaq? | Yanvarın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 776 mm civə sütunundan 772 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Yanvarın son günündə Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi şərq rayonlarında qısamüddətli yağıntılı olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. |
2024-01-30 | 827,537 | Dünya miqyaslı siyasi lider | 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda təhsil sahəsində çalışan seçicilərlə görüş keçirilib. Axar.az xəbər verir ki, görüşün əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Vaqif Şadlinski, Bəhram Şiriyev və Fikrət Əliyev çıxış ediblər. Çıxışlarda bildirilib ki, dövlət başçısı İlham Əliyevin uğurlu və məqsədyönlü siyasi strategiyası ilə dövlətimiz dünya dövlətləri içərisində layiqli yerini tutub, beynəlxalq nüfuzu və mövqeyi daha da artıb, xalqımıızn rifah halı yüksəlib. Məhz bu istiqamətdə görülən işlərin, həyata keçirilən islahatların davam etməsi ilə dövlətimiz daha da inkişaf edəcək, daha böyük nailiyyətlərə imza atacaq. Buna görə seçicilər seçkilərdə fəal olmalı və dövlət başçısı, müzəffər Ali Baş Komandan ilham Əliyevin siyasi kursunun davam etməsinə səs verməlidirlər. Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcək, Müzəffər Ali Baş Komandan, dünya miqyaslı siyasi lider İlham Əliyevə səs verəcəklər. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. |
2024-01-30 | 827,540 | Şadlıq sarayında təmir işi aparan usta faciəvi şəkildə öldü | Yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarından birində təmir işi aparan usta yıxılaraq ölüb. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, 1988-ci il təvəllüdlü Bəhram Bayramovun dəmir konstruksiyanın üzərindən yerə yıxılması nəticəsində almış olduğu xəsarətdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. |
2024-01-30 | 827,544 | Yeni mərhələ: Ukrayna Rusiyanı bu PUA-larla vurur | Ukrayna döyüşlərdə sınaqdan keçirilən gizli PUA-larla Rusiyaya hücum edir. Axar.az xəbər verir ki, bunu Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışin “Taym” nəşrinə açıqlamasında deyib. “Bunları poliqonda sınaqdan keçirməyə vaxtımız yoxdur. Biz onları döyüşdə sınaqdan keçiririk. Ona görə də hazır olmalı, düzəlişlər etməli və prosesi təkmilləşdirməliyik. Rusiyadakı hədəflərə son zərbələrin hamısı Ukrayna istehsalı olan dronlarla həyata keçirilib”, - nazir bildirib. “Taym” hazırladığı materilda qeyd edib ki, qışda Rusiya-Ukrayna müharibəsində yeni mərhələ başlayıb və Rusiya ərazisinin dərinliklərindəki hədəflərə PUA zərbələri endirilir: “Ukrayna gecə yarısı gizli bazalardan PUA-lar buraxır. Bu bazalar hərbçilər tərəfindən ciddi şəkildə qorunur və yalnız bir neçə mülki mühəndis üçün əlçatandır”. |
2024-01-30 | 827,545 | Ukrayna Rusiyanın Su-34-nü məhv etdi | Ukrayna hərbçiləri Rusiyanın Su-34 qırıcısını məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Məlumata görə, təyyarə Luqansk vilayəti üzərində vurulub. |
2024-01-30 | 827,546 | Ermənistan XİN: Sərhədləri açmağa hazırıq! | Ermənistan Türkiyə ilə sərhədi üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açmağa hazırdır. Axar.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib. Onun sözlərinə görə, Ermənistan ərazisində müvafiq infrastruktur artıq buna tam hazırdır: “Türkiyə tərəfdən cavab gözləyirik”. Kostanyan bildirib ki, Ankara Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesində konstruktiv rol oynaya bilər. |
2024-01-30 | 827,547 | Xankəndidə 23 nəfər işlə təmin olundu | Antiterror əməliyyatı nəticəsində işğaldan azad olunmuş, o cümlədən Xankəndi şəhərində sahibkarlığın inkişafı ilə bağlı biz sahibkarlıq subyektlərinə müraciət etmişdik. Axar.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəsi Mətin Eynullayev deyib. O bildirib ki, bu günə qədər ümumilikdə 107 mülki və fiziki şəxsin müraciəti daxil olub: “Biz sahələri şərti olaraq 3 əsas istiqamətə bölmüşük. Birinci istiqamət - həyat təminedici sahələrdi: ticarət, ictimai-iaşə, məişət xidməti, yanacaq doldurma və s. Bu istiqamətdə iki yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb. Mobil-operator və çörəkbişirmə sexi artıq Xankəndi şəhərində fəaliyyət göstərir. Həmin obyektlərdə 23 nəfər işlə təmin olunub. Onlardan 5-i (22%-i) məcburi köçkündür", - o deyib. |
2024-01-30 | 827,550 | Ermənistanın himni və gerbi dəyişdirilməlidir | Ermənistanın himni dəyişdirilməlidir. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Teleqramda yazıb. O bildirib ki, himn erməni musiqisinə, qaydalarına uyğun olmalıdır. A.Simonyan Ermənistanın hazırkı himninin milli olmadığını diqqətə çatdırıb. Parlament sədri həmçinin yazıb ki, ölkəsinin gerbinin dəyişdirilməsi məsələsi də müzakirə olunmalıdır. |
2024-01-30 | 827,555 | Paşinyanın Tiflisdə Bakıya və Qərbə “mesajı” - Markedonov | Paşinyan ötən həftənin sonunda Gürcüstana işgüzar səfər edib. Ermənistan hökumət başçısının səfəri formatına görə blits-səfərə bənzəsə və buna səbəb hökumətlərarası komissiyanın iclası olsa da, bu hadisənin əhəmiyyətini qiymətləndirməmək olmaz. Nəticələrə görə mühakimə aparılır. Gəlin, onları ümumiləşdirməyə çalışaq. Axar.az xəbər verir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib. “Paşinyan gürcüstanlı həmkarı Qaribaşvili ilə söhbətindən və hökumətlərarası komissiyanın işindən sonra keçirdiyi brifinqdə bildirib: “Biz müvafiq strukturlara göstəriş verməyə razılaşdıq. Xüsusilə, onlar dövlətlərarası sərhədin delimitasiyası prosesini başa çatdırmaq üçün addımlar atmalı olacaqlar”. Cənubi Qafqazda demarkasiya problemi həssas məsələdir. Bu, Bakı ilə Tiflis münasibətlərində də tam həllini tapmayıb. Gürcüstanın quru dövlət sərhədinin ümumi uzunluğu 1839 km-dir ki, bunun da 224 km-i Ermənistanın payına düşür. Bu gün Paşinyan özünün “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsini fəal şəkildə təbliğ edir. Əslində, o, xarici siyasətin şaxələndirilməsi istiqamətində kursu təcəssüm etdirir. Tiflislə münasibətlərdə müəyyən irəliləyiş, Nikolun məntiqinə görə, Azərbaycan yolunda irəliləyişlərin zəruriliyini vurğulamalı, həmçinin Qərb tərəfdaşlarının diqqətini bu sahəyə cəlb etməlidir. Hər şeyin planlaşdırıldığı kimi gedəcəyi bir fakt deyil. Vəzifəmiz Paşinyana siyasi etiketlər vurmaq yox, onun məntiqini qavramaq və izah etməkdir (konstruksiyaları ilə razılaşmasaq belə)”, - o bildirib. Markedonov qeyd edir ki, Ermənistan daxilində Baş nazirin səfəri birmənalı qarşılanmır: “Baxmayaraq ki, onun qiymətləndirmələri, bir qayda olaraq, ekspert şərhləri ilə məhdudlaşır (ictimai və əksər hallarda pərdə arxasında). Hökuməti tənqid edənlər hesab edirlər ki, o, kilsələrarası münasibətlər məsələsi tam həll olunana qədər sərhəd kimi mühüm “kozırı” Gürcüstanla oyundan uzaqlaşdırıb (Erməni Apostol Kilsəsi və Gürcü Pravoslav Kilsəsi). Eyni zamanda, Paşinyan tərəfdarları Tiflislə İrəvan arasında strateji tərəfdaşlığın qurulmasının vacibliyindən danışırlar. Bu da Ermənistanın xarici dünyaya çıxışı üçün “gürcü pəncərəsi”nin xüsusi rolu kontekstində vacibdir. Bu arada ötən ilin yayında elan edilmiş müvafiq sənəd imzalanıb. Paşinyanın səfəri müəyyən mənada həm də Tiflisin daxilindəki ab-havanın ölçülməsi idi. Bu da Gürcüstanın milli parlamentinə qarşıdan gələn seçki kontekstində xüsusilə vacibdir”. |
2024-01-30 | 827,557 | Qırğızıstan-Çin sərhədində ard-arda 4 zəlzələ oldu | Qırğızıstan-Çin sərhədində ard-arda 4 zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutundan məlumat verilib. 4.5 bal gücündə ilk təkan Bakı vaxtı ilə saat 01:03-də qeydə alınıb. Daha sonra 3 təkan baş verib. Onlardan ən güclüsü 5.9 bal olub. Yeraltı təkanların episentri yanvarın 23-də Çində 7 bal gücündə güclü zəlzələnin baş verdiyi ərazinin yaxınlığında olub. |
2024-01-30 | 827,562 | Finlandiyada debat: Putinin zənginə cavab verəcəksən? | Finlandiyada prezident seçkisinin ikinci turuna keçən əsas namizədlər - keçmiş baş nazir Aleksandr Stubb və sabiq xarici işlər naziri Pekka Haavisto arasında Rusiya Prezidenti Vladimir Putinin zənginə cavab verib-verməmək barədə müzakirə aparılıb. Axar.az xəbər verir ki, bu, Finlandiyanın “Yle” telekanalının efirində baş verib. Məlum olub ki, Stubb və Haavisto “Putinin təbrik zənginə” cavab verib-verməyəcəyi ilə bağlı fərqli fikirləri var. Stubb vurğulayıb ki, Putin təbrik üçün zəng etsəydi, telefon çox uzun müddət çağırardı: “Cavab verməzdim. Putin bundan bir növ təbliğat kimi istifadə edərdi. Hazırda Rusiya ilə heç bir münasibətimiz yoxdur”. Rəqibindən fərqli olaraq, Haavisto telefonu götürəcəyini qeyd edib: “Dövlət başçısı zəng edəndə cavab veririk. Telefonumu prezident sarayında xadiməyə verməzdim. Təbrikləri qəbul edərdim”. |
2024-01-30 | 827,563 | PA rəhbəri yeni sədri kolektivə təqdim etdi | Yanvarın 30-da Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Xanlar Ağalarovu kollektivə təqdim edib. Axar.az xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Bakı şəhərinin unikal memarlıq xüsusiyyətlərinin bir hissəsi olan Dənizkənarı Milli Parkın paytaxtımızın tarixini və müasir simasını əks etdirən möhtəşəm kompleks, sakinlərimizin və qonaqlarımızın ən çox üz tutduqları gəzinti və istirahət yerlərindən biri olduğunu bildirib. Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim Dənizkənarı Milli Parkın inkişafı məsələlərini diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının bilavasitə nəzarəti altında həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri nəticəsində dünya miqyaslı mədəniyyət incisinə çevrilmiş Bakı bulvarının ərazisi 215 hektara, uzunluğu isə 16,7 kilometrə çatdırılıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin 2008-ci il yanvarın 10-da imzaladığı Fərmanla yaradılmış Dənizkənarı Bulvar İdarəsi Bakı şəhərində yerləşən Milli Parkın mühafizəsini həyata keçirən, onun ərazisinə nəzarət edən və idarə olunması, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən qurumdur. Bu vəzifələrin səmərəli şəkildə icrası üçün daha əzmlə, məsuliyyətlə çalışmağın vacib olduğunu diqqətə çatdıran Samir Nuriyev kollektivin öz səylərini əsirgəməyəcəyinə inandığını bildirib, bu işdə yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına uğurlar arzulayıb. |
2024-01-30 | 827,564 | Türkiyəyə F-35 verməyə hazırıq - Nuland | Ankaranın aldığı S-400 zenit-raket kompleksləri ilə bağlı məsələ həll olunarsa, ABŞ Türkiyəni F-35 qırıcılarının istehsalı proqramına qaytarmağa hazırdır. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland “CNN Türk”ə açıqlamasında deyib. Onun sözlərinə görə, tərəflər “Patriot” komplekslərinin satışı ilə bağlı danışıqlar prosesində idilər, lakin Türkiyə fərqli istiqamətə getdi: “Ona görə də bu gün bir neçə müzakirə apardıq. Aydındır ki, biz istədiyimiz S-400 məsələsini həll edə bilsək, ABŞ Türkiyəni yenidən F-35 ailəsinə qəbul etməkdən məmnun olacaq. Ancaq əvvəlcə bu məsələni həll etməli, eyni zamanda Türkiyəni güclü hava hücumundan müdafiə sistemi ilə təmin etməliyik”. |
2024-01-30 | 827,567 | İran valyutası növbəti antirekorda imza atdı | Bu gün İranın milli valyutası dollar qarşısında rekord səviyyədə ucuzlaşıb. Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında Tehranın azad bazarında 1 dollar 59.500 tüməni keçib. Bu, bu günə kimi tümənin dollar qarşısında qeydə alınan ən ucuz məzənnəsidir. |
2024-01-30 | 827,568 | Aleksandr Kurenkov Azərbaycanda səfərdədir | Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycanda işgüzar səfərdədir. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Səfərin məqsədi və proqramı hələ ki məlum deyil. |
2024-01-30 | 827,570 | Qızılcaya yoluxan şəxslə təmasda olanlar karantinə alınır? | TƏBİB qızılcaya yoluxmuş şəxslə təmasda olanların karantinə alınıb-alınmaması məsələsinə aydınlıq gətirib. Axar.az xəbər verir ki, qurumdan Report-a verilən açıqlamada əlamətləri müşahidə edilməyənə qədər qızılca xəstəliyinə yoluxmuş şəxslərlə təmasda olmuş şəxslərin karantinə alınmasının qanunla nəzərdə tutulmadığı bildirilib. Qeyd olunub ki, qızılca xəstəliyinin hər hansı əlaməti müşahidə edilərsə, həmin şəxsə xəstəlik vərəqi açıla bilər: “Əlamət müşahidə edilənə qədər isə təmasda olan şəxs qeydiyyatda olduğu poliklinikanın və Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin ciddi nəzarətində saxlanılır. Xəstəlik vərəqi isə ailə həkimləri və ya həkim-infeksionistlər tərəfindən verilə bilər". Qeyd edək ki, sosial şəbəkədə qızılcaya yoluxan şəxslə təmasda olanların evdə karantində saxlanılmadıqlarından məktəb, uşaq bağçalarında və digər ictimai yerlərdə xəstəliyi yaymaları barədə fikirlər səsləndirilir. |
2024-01-30 | 827,575 | ABŞ qoşunlarını bu ölkədən çıxarmayacaq – Nuland | ABŞ öz qoşunlarını Suriyadan çıxarmayacaq. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini c “CNN Türk”ə açıqlamasında deyib. “Açıq deyim, ABŞ Suriyadan qoşunlarını çıxarmır. İstanbuldakı kilsədə baş verən faciəli hadisələrdən də göründüyü kimi, İŞİD hələ də bir çox yerdə fəaldır. Türkiyə ilə onilliklər ərzində terrorla mübarizədə tərəfdaşıq”, - Nuland bildirib. Qeyd edək ki, bir müddət öncə ABŞ-ın qoşunlarını Suriyadan tamamilə çıxarmasını nəzərdən keçirməsi ilə bağlı məlumatlar yayılmışdı. |
2024-01-30 | 827,577 | Təbrizdə humanitar aksiya: rəsm sərgisi keçiriləcək | Təbrizdə Xoy bölgəsində zəlzələdən xəsarət alanlara yardım və onların problemlərinə diqqət çəkmək məqsədilə foto-sərgi keçiriləcək. Kult.az xəbər verir ki, bu barədə sərgi təşkilatçıları məlumat yayıb. Bildirilib ki, 30 yanvardan 3 fevrala kimi davam edəcək sərgidə 13 azərbaycanlı fotoqrafın Xoy zəlzələsi ilə bağlı əsərləri təqdim olunacaq. Sərgi Təbrizin 22 Bəhmən Mədəniyyət Kompleksinin Ustan Naxçıvani qaleriyasında baş tutacaq. Sərgidən və əsərlərin satışından toplanacaq vəsait zəlzələdən xəsarət alan uşaqlara xərclənəcək. Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 28-də Qərbi Azərbaycan əyalətinin Xoy bölgəsində baş verən 5.9 bal gücündə zəlzələ nəticəsində yüzlərlə insan yaralanıb. Evləri dağılan və xəsarət alan 130 min nəfər çadır düşərgələri və konteyner sığınacaqlara yerləşdirilib. |
2024-01-30 | 827,580 | Tarixçi alim 46 yaşında vəfat etdi | Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Pirağa Əyyub oğlu İsmayılzadə vəfat edib. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Bildirilib ki, 1977-ci il təvəllüdlü Pirağa İsmayılzadənin ürək çatışmazlığından vəfat etdiyi bildirilir. Əslən Neftçala rayonundan olan mərhum tarix üzrə fəlsəfə doktoru, dosent idi. |
2024-01-30 | 827,583 | Tanınmış meyxanaçı azadlığa buraxıldı | "Mahir Ay Brat" ləqəbi ilə tanınan meyxanaçı Mahir Qonşuyevə hökm oxunub. Axar.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Mahir Qonşuyev 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib, daha sonra məhkəmə zalından azadlığa buraxılıb. |
2024-01-30 | 827,586 | Ciddi itkilər var, Ukrayna darmadağın olub - Akar | Hazırda Ukrayna müharibəsinin uzanmasına dair ciddi siqnallar alırıq. Bunu Ermənistanla əlaqələndirmək üçün qeyd etmək lazımdır ki, hansı səbəbdən olursa-olsun, Ukrayna bir müharibəyə girdi. İndi müharibənin qalibi yoxdur, Ukrayna darmadağın oldu. Yəni Qərb nə verirsə-versin, nə qədər dəstəkləyirsə-dəstəkləsin, Ukrayna xalqı bəlkə də tarixinin ən acı, çətin günlərini yaşayır. Bundan dərs götürmək, dinc, sabitliyə aparan yol və üsulları seçmək lazımdır. Axar.az xəbər verir ki, bu sözləri ARB 24-ə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri, sabiq müdafiə naziri Hulusi Akar deyib. Akar müharibənin uzanmasının dünyada və Qara dəniz bölgəsində yaradacağı risklərdən danışıb, danışıqların dərhal bərpa edilməsinin vacibliyini vurğulayıb: “Müharibənin uzanması, bölgəmiz və ətrafımız baxımından çox ciddi risklər doğurur. Son günlərdə daha da şiddətlənərək davam edən raket və dron hücumları müharibənin uzanacağını göstərir. Biz həm Rusiya, həm də Ukrayna ilə danışırıq. İki tərəfə də çox açıq və şəffaf şəkildə diplomatik mərhələni yenidən canlandırmağı, ədalətli və davamlı sülhün təmini üçün hər şeyi etməyin lazım olduğunu deyirik. Toqquşmaların əvvəlindən bu fikri müdafiə edirik. Qlobal ərzaq bazarında taxıl qıtlığı məsələsi var idi. 33-34 milyon ton taxılın ehtiyac sahiblərinə çatdırılmasını təmin etdik. Burada ədalətli olmaq lazımdır. İkitərəfli təmasların davamı üçün Rusiyanın da bəzi təklifləri var, bunlara da əhəmiyyət vermək və dəstəkləmək vacibdir. Digər tərəfdən Türkiyədən əsirlərin dəyişdirilməsi, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsində bəzi tələblər oldu. Əvvəldən humanitar yardımların verilməsini davam etdiririk”. Onun sözlərinə görə, Türkiyənin istəyi iki ölkənin dərhal razılaşması, dialoqa başlaması, diplomatik təmasları davam etdirməsi və Qara dənizin heç bir halda rəqabət mövzusuna çevrilməməsidir: “Çünki burada rəqabət başlasa, ciddi şəkildə problemlər yaşayarıq. Ona görə də əvvəldən Montrö müqaviləsinin çox ciddi nizam-intizam içərisində tətbiqinə nəzarət edirik. Bugünədək heç bir problem olmadan bunu etdik. Qara dənizdə mina təhlükəsi olur. Türkiyə, Rumıniya və Bolqarıstan olaraq birlikdə minaya qarşı tədbirlərlə oradakı problemləri idarə edə biləcəyimizi gördük və protokol imzalandı. Dolayısı ilə kənardan hansısa bir ünsürün gəlməyinə, girməyinə ehtiyac yoxdur. Çünki Rusiya da buna qarşılıq verə və nəzarətdən çıxacaq rəqabət, eskalasiya başlaya bilər. Buna imkan verilməməlidir. Biz bütün hallarda iki ölkə ilə də görüş və danışıqlar yolu ilə mütəmadi şəkildə diplomatik yolları təklif və təlqin etməklə axan qanın durmasını, sülh danışıqlarına gedən yolun açılmasını istəyirik. Görüşlər keçirilməlidir, olmasa, problemlər yaşanır. Bizim “İnsanı yaşat ki, dövlət yaşasın” düsturumuz var. İnsanı yaşatmasanız, dövləti yaşatmaq mümkün deyil. Çox ciddi itkilər var, insanlar ölür. Tarixdə bu formada dövlətlərin ortadan qalxmasının örnəkləri var. Hər kəs ağlını başına yığmalı, görüş platforması olmalıdır. Qərbdən gələn təşviqləri ağıllı və ölkə mənfəətləri çərçivəsində dəyərləndirmək Ukrayna və Rusiyanın xeyrinədir”. |
2024-01-30 | 827,589 | Medvedyevdən yaponlara: Xarakiri edin! | Kuril adaları fəal şəkildə inkişaf edəcək və eyni zamanda strateji rolu, orada yeni silahların yerləşdirilməsi artacaq. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Yaponiya Baş naziri Fumio Kişidanın “Tokio ərazi probleminin həllinə və Rusiya ilə sülh müqaviləsinin bağlanmasına sadiqdir” açıqlamasına cavabında deyib. “Heç kim sülh müqaviləsinin əleyhinə deyil. Lakin eyni zamanda Yaponiya tərəfi bir neçə fundamental məqamı başa düşməlidir. Ərazi məsələsi Rusiya Konstitusiyasına uyğun olaraq əbədi bağlıdır. “Şimal əraziləri” adlandırdıqları ərazilərlə bağlı yapon xalqının hissləri bizi maraqlandırmır. Bura mübahisəli ərazilər deyil, bura Rusiyadır. Xüsusilə kədərli olan samuraylar ənənəvi yapon üsulu ilə ölə bilərlər. Xarakiri edin. Əgər kifayət qədər cəsarətiniz varsa. Axı amerikalıları ehtirasla öpmək, Xirosima və Naqasakini yaddaşlardan tamamilə silmək daha xoşdur”, - Medvedyev bildirib. |
2024-01-30 | 827,592 | Ermənistanda bütün xaçkarlar sökülür – Səbəb | Son günlər məlumat yayılıb ki, hakimiyyət yerli icra başçılarına bütün dövlətlərarası və ictimai yollarda quraşdırılmış xaçları, xaçkarları, abidələri sökmək barədə göstəriş verib. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb. “Ötən ilin mayında yazmışdıq ki, hökumət bələdiyyələrə, xüsusən də Zəngəzura (Sünik) məktub göndərərək, Ermənistan Respublikasının dövlətlərarası və respublika əhəmiyyətli avtomobil yollarında könüllü şəkildə qoyulmuş xatirə daşlarının, xaçların və xaçkarların sökülməsi üçün regional müfəttişlik bölmələri ilə əməkdaşlıq etmələrini xahiş etmişdi. Göründüyü kimi, hazırda milli və dövlətlərarası yolların xristian simvollarından təmizlənməsi ilə bağlı qərar yekunlaşmaq üzrədir. Bununla onlar bir tərəfdən sərhədi açır, digər tərəfdən də türklərlə və azərbaycanlılarla barışıq yolunda daha bir addım atmış olurlar ki, sərhədi keçən düşmən erməni-xristian simvolları ilə qarşılaşmasın”, - nəşr bildirib. |
2024-01-30 | 827,593 | Akar Bakıdan mesaj verdi: Gözünü çıxararıq! | Türkiyə-Azərbaycan əlaqələri yalnız iki ölkə arasında deyil, bütün dünyada çox özəl və mənalı yerə sahibdir. Bizim əlaqələrimizin çox dərin kökləri var. Axar.az xəbər verir ki, bu sözləri ARB 24-ə geniş müsahibəsində Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri Hulusi Akar deyib. Akar Türkiyə və Azərbaycanın Qarabağ Zəfəri ilə dünyaya öz gücünü göstərdiyini bildirib: “20-ci əsrin əvvəlində çox ciddi dəyişikliklər və hadisələr oldu. Birinci Dünya müharibəsi başda olmaqla, önəmli proseslər səbəbindən ortaya çıxan yeni vəziyyət və şərtlər çərçivəsində təəssüf ki, Azərbaycan və türk dünyası ilə əlaqələrimiz istənilən səviyyədə olmadı. Ancaq 1991-ci ildən sonra son dərəcə sürətli, konstruktiv və müsbət şəkildə, Ümummilli lider Heydər Əliyevin də dediyi kimi, tək millət olmağı dərk etdik. “Tək millət iki dövlət” olaraq fəaliyyətlərimizi davam etdirdik və mədəni əlaqələrimizi inkişafı ilə ölkələrimiz bir-birinə çox yaxınlaşdı. Hazırda bu əlaqələrimizi prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin liderliyi ilə çox əhəmiyyətli səviyyəyə çatdırdıq. Biz həqiqətən bir ananın iki oğlu şüuru ilə işləyirik. Beləliklə, biz burada heç kimdən heç nə gözləmədiyimizi, Türkiyə və Azərbaycanın tək ürək və tək yumruq kimi işləməsi ilə nələr edə biləcəyimizi 44 günlük Vətən müharibəsində bütün dünyaya göstərdik. Həqiqətən cənab Əliyevin 10 noyabrdakı çıxışı zamanı dediyi kimi, Azərbaycan Ordusu yumruğu masaya vurdu. Bu, yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün mənəvi ruh yüksəkliyi və motivasiya mənbəyi oldu. Bütün dünya bu mənada türkün gücünü gördü. Bizim istəyimiz Türkiyə və Azərbaycan əlaqələrində olduğu kimi, bütün türk dünyası ilə birlikdə olmağa çalışmaqdır. Bu münasibətlər yeni bir model və ilham qaynağı kimi türk dünyasına yayılacaq. Hazırda hərbi və müdafiə sənayesi sahəsində münasibətlərimiz son dərəcə konstruktiv şəkildə davam edir. Bütün türk dünyasını əhatə edəcək şəkildə ən yuxarı səviyyədə görüləcək işlərlə birliyimizi, bərabərliyimizi gücləndirəcək, sahib olduğumuz potensialı ən təsirli formada istifadə edərək ölkələrimizin, bölgələrimizin sülh və sabitliyi, təhlükəsizliyi və müdafiəsi üçün əlimizdən gələn nə varsa etdik, bundan sonra da davam edəcəyik”. Komissiya sədri Qərbin 30 illik işğal dövründəki ikiüzlülüyünə diqqət çəkib: “Burada hər kəsin bilməli olduğu ən önəmli məsələ odur ki, biz bir tərəfdən Türkiyə Silahlı Qüvvələrinin təsirli, daha nüfuzlu, çəkindirici olması üçün gecə-gündüz işlərimizi davam etdirməklə bərabər eyni şəkildə Azərbaycan Silahlı Qüvvələrinin də modernizasiya sahəsində nə qədər imkan və fürsət varsa, ən effektiv formada dəyərləndirməklə gördüyümüz işləri inkişaf etdirdik və bu yenə davam edir. Artıq keçmişdə olduğu kimi, heç kim Türkiyə və Azərbaycana tərs baxa bilməz. Hər kəs bunu düşünməlidir və düşünəcək! 30 illik işğaldan sonra cənab Əliyev “Yetər artıq!” dedi və bundan sonra cənab prezidentimiz isə “Azərbaycan yalnız deyildir!” sözləri ilə bugünlərə gəldik və Zəfəri qazandıq. Qələbədən sonra biz daha çox işləməklə tədris, təlim, modernizasiya, müdafiə sənayesi sahəsində vacib sərmayə qoyuluşları ilə daha da irəliyə gedəcəyimizə inanırıq. Bütün fəaliyyətimizi yalnız özümüz üçün deyil, bütün türk dünyasını nəzərə almaqla həyata keçiririk. 30 illik haqsız işğal, qətliamlar və çəkilən əziyyətlər zamanı Qərb heç bir hərəkət etmədi. İstər AB, istər ATƏT, istərsə də Minsk qrupunun həmsədri olan Rusiya, ABŞ və Fransa heç nə etmədi. Azərbaycan Silahlı Qüvvələri ortaya çıxıb masaya yumruğunu vuranda 44 gün ərzində bu vəziyyət normal halına döndü. Allaha şükür, indi Qarabağ və ətrafında Azərbaycanın Şanlı Bayrağı dalğalanır. Mərhum Heydər Əliyevin direktivləri, cənab İlham Əliyevin öndərliyi və cənab Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə uğur qazandıq. Əlbəttə ki, burada əsas pay şəhid və qazilərimizə aiddir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizi isə hörmət və minnətdarlıq hissi ilə salamlayırıq”. Hulusi Akar Ermənistana və bölgədə kirli oyunlar qurmaq istəyənlərə xəbərdarlıq edərək ehtiyac yaranacağı halda Türkiyə və Azərbaycanın iki millət, tək dövlət və tək ordu prinsipi ilə hərəkət edəcəyini vurğulayıb: “Artıq cin şüşədən çıxıb. Yəni Cənubi Qafqazda, Azərbaycan və Ermənistan hər hansı bir formada Şərq-Qərb rəqabəti üçün nə etsələr də, heç bir faydası yoxdur. Onsuz da 30 il boyunca Ermənistana hər cür dəstəyin verildiyini, Azərbaycana isə hər cür maneənin yaradıldığını hamımız gördük, yaşadıq. Bir və bərabər şəkildə, yüksək əhval-ruhiyyə ilə 44 günlük hərəkatla bunların cavabını verdik. İndi Rusiyaya qarşı bir cəbhə açmaq, rəqabəti davam etdirmək baxımından bölgədən istifadə məsələsində nə edirlər etsinlər, bizim üçün əsas olan Azərbaycanın haqları və mənfəətləridir. Bununla bağlı Ermənistanda və xaricdə təlimlər keçirilir. Bunlarla harasa çatmaq niyyəti var. Ancaq həqiqətən hamısı boş yerə edilən cəhdlərdir. Azərbaycan və Türkiyənin birliyi və bərabərliyi ilə tək ürək və tək yumruq kimi türk dünyası ilə həmrəylik içərisində haqlarımızı, hüququmuzu qorumaqda heç bir tərəddüdümüz yoxdur. Bundan heç kimin şübhəsi olmasın. Haqq və hüququmuzu qoruyacağıq. Dolayısı ilə bu tədris-təlimin xeyirlərinə olmadığını görməlidirlər. Ən ağıllı iş diplomatiyadır. Yəni Ermənistan dərhal ağlını başına yığaraq Azərbaycan və Türkiyə ilə dinc yol və üsullarla fəaliyyətlərini davam etdirərək sülhə gedilməsini, bölgədə sabitliyin təmin olunması və hər kəsin rahat şəkildə firavan yaşaması üçün çalışmalıdır. Ermənistan öz kimliyini və haqlarını qorumalı, haqlarına sahib çıxmalıdır. Çünki Fransa bunu yalnız Ermənistana etmir. Fransa Azərbaycanın pulu olduğunu, Türkiyə ilə əməkdaşlıq içərisində silahlandığını deyir. Xeyr, Azərbaycan silahlanmır, öz haqqını, hüququnu qorumaq üçün çəkindirmək məqsədilə bunu edir. Bizim heç kimin torpağında gözümüz yoxdur, heç kimin suverenliyinə, müstəqilliyinə qarşı deyilik. Amma əsas demək istədiyimiz budur ki, öz haqq və mənfəətlərimizi qoruyacağıq, hər hansı formada torpaqlarımızın bir qarışında belə gözü olanın gözünü çıxaracağıq. Buna heç kimin şübhəsi olmasın. Bunun üçün çalışırıq. Biz deyirik ki, Ermənistan gözünü, qulağını açmalıdır. Qərbin Ermənistana geyindirmək istədikləri bir proksi dövlət paltarı var. Ermənistan buna imkan verməməlidir. Erməni xalqının və Ermənistanın gələcəyi baxımından bu mütləqdir. Bunu görməlidirlər. Qərb də hər hansı formada belə yanlış siyasətə davam etsə, bir anda özlərini bu yanğının içində görəcəklər. Məqsədimiz yanğını söndürmək, sülhü və sabitliyi təmin etmək, hər kəsin haqqını, hüququnu müdafiə etmək, bölgədə təhlükəsizlik içərisində yaşamaqdır. Türkiyə və Azərbaycan hazırdır. Ermənistan bu fürsəti qaçırmamalı, Azərbaycanın sülh üçün uzatdığı əli tutmalı, Qərbin təhrik və təşviqi ilə səhv yola düşməməli, özlərini olduqlarından fərqli görməməlidir. Dediyim kimi, artıq keçmiş vaxtlar deyil. Burada bir Azərbaycan, Türkiyə var. İki dövlət tək millət və ehtiyac olarsa, tək Ordu kimi bunlara qarşı cavab verməyə hazırıq”. |
2024-01-30 | 827,596 | Naxçıvanda XTQ “düşmən” hədəflərini məhv etdi - Foto | Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlıları təyin edilmiş şərti düşmən hədəflərini məhv ediblər. Axar.az xəbər verir ki, hazırlıq planına uyğun olaraq döyüş atışlı məşğələyə cəlb edilmiş hərbi qulluqçular snayper tüfənglərindən, müxtəlif çaplı atıcı silahlardan, tapança və qumbaraatanlardan praktiki atışlar yerinə yetiriblər. Çətin hava və relyef şəraitində snayper cütlüklərinin maskalanma tədbirlərinə əməl etdikləri məşğələyə zirehli texnikalar da cəlb edilib. Havanın əlverişsiz olmasına baxmayaraq, Daxili Qoşunların Naxçıvandakı birləşməsinin xüsusi təyinatlılarının yüksək peşəkarlıq nümayiş etdirdiyi məşğələlər davam edir. |
2024-01-30 | 827,601 | Bakının AŞPA-dan çıxmasının fəlakətli nəticəsi olacaq | Azərbaycanın Avropa Şurası Parlament Assambleyasından (AŞPA) çıxması ölkəyə heç bir şəkildə təsir etməyəcək, lakin gələcəkdə Assambleyanın özü üçün fəlakətli nəticələri ola bilər. Axar.az xəbər verir ki, bunu Report-a politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov Azərbaycan nümayəndə heyəti ilə AŞPA arasında əməkdaşlığın qeyri-müəyyən müddətə dayandırılmasına münasibət bildirərkən deyib. "Azərbaycanla AŞPA arasında münasibətlərin böhrana düşməsinin əsas səbəbi Assambleyanın bir sıra deputatlarının vicdansızlığıdır. Fransanın təsiri ilə bir neçə ermənipərəst, anti-Azərbaycan və yalan bəyanatlar veriblər”, - o vurğulayıb. Politoloqun fikrincə, ümumiyyətlə, təşkilatın gələcəyi qeyri-müəyyəndir: "AŞPA sadəcə olaraq Avropa Parlamentinin fəaliyyətini təkrarlayır. Əgər orada yalnız Avropa Birliyinə üzv dövlətlər qalırsa, o zaman AŞPA-nın fəaliyyətinin sadəcə mənası yoxdur”. |
2024-01-30 | 827,604 | Azad edilmiş ərazilərdə səs verənlərin sayı… | Azad edilmiş ərazilərdə ilk dəfə 22 mindən çox seçici səs verəcək. Axar.az xəbər verir ki, bunu Report-a müsahibəsində Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov deyib. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir və məntəqələr prosesə tam hazırdır. R.Qasımov bildirib ki, işğaldan azad olunmuş ərazilərdəki 6 seçki məntəqəsində MSK-da akkreditə olunmuş təşkilatlardan biri – Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə “ekzit-poll” həyata keçirəcək. |
2024-01-30 | 827,605 | Gerbdə Ağrı yox, Everesti çəksək, nə dəyişəcək? - Çaxoyan | İttihamlar var ki, biz Ağrı dağının şəklini Ermənistanın gerbindən çıxarmağa hazırlaşırıq. Dünyanın ən hündür dağı Everest Ermənistanın gerbində təsvir edildikdən sonra da reallıq dəyişməyəcək. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş nazirinin Aparat rəhbərinin müavini Taron Çaxoyan Feysbuk səhifəsində yazıb. “Dövlətə tostla dayaq olunmaz, dövlət natiqlik və pafosla qurulmaz, Vətən bayraq yandırmaqla, bayraq sancmaqla xilas edilməz. Ermənistanın dövlət rəmzlərinə gəldikdə isə biz daha həssas olmalıyıq. Onlar xalqın yox, dövlətin simvoludur. İrəvanın gerbi əsrlər boyu dövlətsiz yaşamış erməni xalqını deyil, Ermənistan Respublikasını simvollaşdırır”, - o bildirib. |
2024-01-30 | 827,608 | Qurbanov bu klubun kommunal xərclərini ödədi | “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov I Liqa komandası “Zaqatala”nın kommunal xərclərini ödəyib. Axar.az xəbər verir ki, bu barədə Report-a “Zaqatala”nın prezidenti Şaban Şirdanov məlumat verib. O bildirib ki, əslən Zaqataladan olan mütəxəssis komandaya maliyyə köməkliyi göstərir: “Musa Qurbanov klubun İdarə Heyətinin üzvüdür. Ciddi problemlər olanda müraciət edirdik. Komandaya forma alınmasından tutmuş qidalanmaya qədər, bir çox problemlərimiz olur. Eləcə də ev oyunlarını keçirdiyimiz stadionun icarə haqqı da var. Bildiyiniz kimi, Zaqatala İdman Kompleksi Gənclər və İdman Nazirliyinin balansındadır. Kompleks rəhbərliyi də bizə xeyli güzəştə gedib. Arenanın kommunal xərclərini isə Qurban Qurbanovun köməyi sayəsində ödədik. Bu kimi problemlərin həlli baxımından Futbolun İnkişaf Fondu (FİF) da ötən ilin avqustundan bəri çox səmərəli işlər görüb”. Ş.Şirdanov hesab edir ki, “Zaqatala” PFK-“Biznes klub” layihəsi komandanın maliyyə problemlərini yoluna qoyması üçün vasitə ola bilər: “Bu layihə əsas sponsor olmadığı zaman bir neçə imkanlı şəxsin kiçik dəstəyi ilə kluba kömək etməsinə şərait yaradır. I Liqada sponsoru olmayan yeganə komanda “Zaqatala”dır. “Biznes klub”da iştirak edəcək qurumlardan biri hətta sonradan əsas sponsorumuz da ola bilər. Bu layihə özünü doğruldarsa, klub gələcəkdə öz sponsoru ilə fəaliyyət göstərəcək”. “Zaqatala”nın rəhbəri yanvarın 19-da baş tutan layihənin təqdimat tədbirindən sonra onlara müraciət daxil olmayıb: “İlk tədbirimizdən sonra layihədə iştirakla bağlı müraciət edilməyib. Bəlkə də Futbolun İnkişaf Fondu müxtəlif şəxslərlə bu barədə əlaqə saxlayır. Ancaq bizə zəng vuran olmayıb. Əslində futbola yatırım bir növ riskdir. Çünki bu sahəyə çəkilən xərclər qayıtmır. Hansısa sponsor yatırım edəndə isə onun qarşılığını görmək istəyir. Xeyriyyəçilik, sosial layihə indi davamlılıq üçün effektli olmur”. Qeyd edək ki, Qurban Qurbanovun futbolçu kimi ilk peşəkar komandası 1990/1991 mövsümündə Zaqatala “Daşqın”ı olub. Həmin vaxt komandaya Şaban Şirdanov baş məşqçilik edib. |
2024-01-30 | 827,610 | Zelenski Zalujnını dəyişməkdən son anda imtina edib | Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının mümkün istefası ilə bağlı vəziyyət Qərb diplomatlarının çaşqınlığına səbəb olub. Axar.az xəbər verir ki, bunu britaniyalı politoloq Mark Qaleotti “Spectator” nəşrindəki məqaləsində qeyd edib. “Zalujnının əvəz olunması ilə bağlı prezident fərmanının olduğunu, lakin onun Qərb tərəfdaşları ilə məsləhətləşmələri gözlədikləri üçün imzalanmadığını iddia edən mənbələr bəlkə də haqlı ola bilər. Çünki Ukrayna məsələləri üzrə yüksək rütbəli avropalı diplomat dünən axşam dəhşət və çaşqınlıq içində mənə yazdı ki, onların Kiyevdə olan səfirliyinə hərbi yerdəyişmə barədə məlumat verilib. Bu gün səhər isə məlumat verdilər ki, Prezident Ofisi görünür, özünə gəlib. Onlar nə düşünürdü?”, - Qaleotti bildirib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski bu qərara reaksiyanın son dərəcə mənfi ola biləcəyini anlayaraq, ola bilsin ki, Zalujnını əvəz etmək planlarından imtina edib. Qeyd edək ki, ötən gün Ukrayna Teleqram kanallarında Zalujnının istefaya getdiyi, ona səfir vəzifəsinin təklif olunduğu və bunu qəbul etmədiyi haqda məlumat yayılmış və bunu Rada deputatı belə təsdiqləmişdi. Daha sonra isə Ukrayna MN və Prezident Ofisi məlumatı təkzib etdi. |
2024-01-30 | 827,616 | Bakı-Şamaxı-İsmayıllı yolu buz bağladı, qəza oldu - Video | Şaxtalı hava şəraiti ilə əlaqədar respublikanın bəzi avtomobil yollarında problemlər yaşanmaqdadır. Belə ki, duman və yolun buz bağlaması səbəbindən avtomobillər yolda qalıblar. Axar.az Oxu.az-a istinadən xəbər veri ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdə qeyd olunur ki, Bakı-Şamaxı-İsmayıllı yolu buz bağlayıb. Qobustan ərazisində, Muğanlı-İsmayıllı yolunda, Mərəzədə avtomobillər yolda qalıblar. İsmayıllı-Muğanlı yolunda bir neçə avtomobilin iştirakı ilə qəza baş verib. Həmin görüntüləri təqdim edirik: |
2024-01-30 | 827,618 | Masallıda 30 yaşlı kişi döyülüb öldürüldü | Yanvarın 27-də Masallı rayonu Musaküçə kənd sakini 1994-cü il təvəllüdlü Elnur Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Masallı Rayon Prokurorluğundan məlumat verilib. İlkin araşdırma zamanı 1996-cı il təvəllüdlü Nurlan Nuriyevin yanvarın 21-də aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elnur Məmmədovun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə çoxsaylı xəsartələr yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Masallı Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Nurlan Nuriyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq davam etdirilir. |
2024-01-30 | 827,619 | Tokayevin Bakıya səfərinin vaxtı bəlli oldu | Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri 11-12 mart tarixlərində olacaq. Axar.az Report-a istinadən xəbər verir ki, o, Bakıdan Füzuliyə gedəcək və səfər çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak edəcək. Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb. |
2024-01-30 | 827,620 | Britaniya Fələstinin tanınmasını nəzərdən keçirəcək - XİN | Böyük Britaniya müttəfiq ölkələrlə birlikdə Fələstin dövlətinin rəsmi tanınması məsələsini nəzərdən keçirəcək. Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib. “Fələstin dövlətinin necə görünəcəyini, nələri ehtiva edəcəyini, necə işləyəcəyini müəyyən etməliyik. Bu baş verərsə, müttəfiqlərimizlə birlikdə Fələstin dövlətinin tanınması məsələsinə BMT-də baxacağıq”, - o bildirib. Kemeron qeyd edib ki, fələstinlilər görməlidirlər ki, “iki xalq üçün iki dövlət” prinsipinin həyata keçirilməsində və Fələstin dövlətinin yaradılmasında dönməz irəliləyiş olacaq. |
2024-01-30 | 827,623 | ETX-dən Vatsapla bağlı xəbərdarlıq | Hazırda vətəndaşların Vatsap hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Bu isə öz növbəsində təhlükəsizliklə bağlı tədbirlərin görülməsini zəruri edir. Axar.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. “Qeyd olunanları nəzərə alaraq, Vatsap hesabınızın təhlükəsizliyi ilə bağlı paylaşımda qeyd olunan təlimatlara riayət etməyinizi, belə hallarla qarşılaşdıqda 1654 qaynar xətt ilə əlaqə saxlamağınızı və ya [email protected] e-poçt ünvanına müraciətinizi ətraflı şəkildə (ad, soyad, əlaqə vasitəsi, müvafiq ekran görüntüsü və s. kimi məlumatları da daxil etməklə) qeyd etməyinizi xahiş edirik", - məlumatda bildirilib. |
2024-01-30 | 827,626 | Kiyevə ötürülən silahlar bu ölkələrdə aşkarlandı | Qərbdən Ukraynaya verilən silahlara təkcə Yaxın Şərqdə rast gəlinmir, artıq Finlandiya, İsveç, Danimarka, Niderland krallığı və Qəzza zolağında qanunsuz göndərişlər qeydə alınıb. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüşündə bildirib. Onun sözlərinə görə, Qərb Ukraynaya tədarük edilən silahların dünyanın qaynar nöqtələrinə “yayılmasına” diqqət yetirmir: “Bu silahlar burada ekstremistlər və terrorçular tərəfindən istifadə olunur. Ukraynada təkcə əcnəbi muzdluların deyil, həm də əcnəbi təlimatçıların olmasını göstərən kifayət qədər təsdiqlənmiş faktlar var. ABŞ Kiyevi silah və hərbi mütəxəssislərlə təmin edən 54 ölkədən ibarət antirusiya koalisiyasını yaradıb. Məqsəd belədir: Ukrayna ilə bağlı hər şey Rusiyaya, necə deyərlər, strateji məğlubiyyət vermək üçün istifadə edilməlidir. Qərb Ukrayna layihəsinin “pozulmağa” başladığını anlayır, lakin nüfuz və iqtisadi mənfəət naminə Kiyev rejiminə yardımı dayandıra bilməz”. |
2024-01-30 | 827,627 | Bu məhkəmələrə hakimlər təyin edildi | Azərbaycan Prezidenti İlham Əliyev bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncam Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq imzalanıb. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: Ağır cinayətlər məhkəmələri üzrə: Bakı Ağır Cinayətlər Məhkəməsi Kərimova Mahirə Nəzər qızı Məmmədov Fəxri Afiq oğlu Lənkəran Ağır Cinayətlər Məhkəməsi Əliyev Əli Abdulla oğlu Səfərli Cavid Şamil oğlu Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Əliyev Hafiz Samir oğlu Hümbətov Fəhmin Zaur oğlu inzibati məhkəmələr üzrə: Bakı İnzibati Məhkəməsi Ağalarov Həmid Azər oğlu Əhədova Aygün Əlqəmə qızı Həsənov Orxan Xaqani oğlu Salahova Səlma İsgəndər qızı Sevdimalıyeva Günel Arif qızı Sumqayıt İnzibati Məhkəməsi Mirzəyeva Leyla Eytibar qızı Şəki İnzibati Məhkəməsi İsmayılzadə Fərid Sabir oğlu Musayev Vüqar Ələkbər oğlu kommersiya məhkəmələri üzrə: Bakı Kommersiya Məhkəməsi Həsənova Ülkər Təhmasib qızı Hüseynov Kənan Hüseyn oğlu Şirvan Kommersiya Məhkəməsi Abdullayev Elşən Uğur oğlu hərbi məhkəmələr üzrə: Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi Orucəliyev Abil Elmar oğlu Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələri üzrə: Babək Rayon Məhkəməsi İsmayıl Günay Mikayıl qızı Naxçıvan Şəhər Məhkəməsi Əliyeva Gülsüm Kamal qızı Bakı şəhərinin rayon məhkəmələri üzrə: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi Qurbanova Aygün Arzu qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsi Axundov Fuad Aydın oğlu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Abidova Günay Çingiz qızı İbadzadə Anar Qənimət oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsi Əliyeva Qumru Yəhya qızı Yusifova Ülkər Bayram qızı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi Cəfərli Nilufər Arif qızı Mahmudova Həqiqət Sahib qızı Bakı şəhəri Səbail Rayon Məhkəməsi Səmədova Günel Kamil qızı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi Qafarova Rübabə Nurulla qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Babazadə Gülnar Vidadi qızı Xudayev Kərim Bahəddin oğlu rayon (şəhər) məhkəmələri üzrə: Abşeron Rayon Məhkəməsi Abbasova Məlahət Aslan qızı Ağdaş Rayon Məhkəməsi Sultanov Cavid Rizvan oğlu Ağsu Rayon Məhkəməsi Əsgərov Anar Əlifağa oğlu Xaçmaz Rayon Məhkəməsi Səmədzadə Sərxan Akif oğlu İsmayıllı Rayon Məhkəməsi Hüseynov İlqar Vidayət oğlu Quba Rayon Məhkəməsi Seyidov Vüqar Mircuma oğlu Masallı Rayon Məhkəməsi Quliyev Ceyhun Əmir oğlu Saatlı Rayon Məhkəməsi Sadıqov Mirlətif Süleyman oğlu Sumqayıt Şəhər Məhkəməsi Hüseynov Elmir Xoşbəxt oğlu Şamaxı Rayon Məhkəməsi İsmayılov Natiq Əvəz oğlu Şəmkir Rayon Məhkəməsi Musayev Taleh Valeh oğlu. 2. Bu Sərəncam 2024-cü il fevralın 3-dən qüvvəyə minir. |
2024-01-30 | 827,631 | Səhiyyə Nazirliyinin vəzifəli şəxsi içkili halda saxlanıldı | Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi içkili halda avtomobil idarə etdiyi üçün polis tərəfindən saxlanılıb. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, saxlanılan şəxs X.M. 1986-cı ildə Biləsuvar şəhərində anadan olub, ali təhsillidir və Səhiyyə Nazirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır. Belə ki, məmur içkili halda "Mersedes Benz S350" minik markalı, XU seriyalı avtomobillə saxlanılıb, barəsində protokol tərtib edilib və iş məhkəməyə göndərilib. Məhkəmədə nazirlik əməkdaşı protokolda göstərilən halların doğruluğunu etiraf edib. Bildirib ki, ABŞ-dan qonaqları gəldiyinə görə spirtli içki qəbul edib. X.M. həkim müayinəsinin nəticəsi ilə razılaşdığını və əməlindən peşman olduğunu deyib. Məhkəmənin hökmü ilə vəzifəli şəxs İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib. |
2024-01-30 | 827,632 | Rusiya bayrağı təhqir olundu, Nikol günahkardır | İrəvanda erməni millətçisi Hitler tərəfindən Leninqradın mühasirəsində həlak olan uşaqların xatirəsinə ucaldılmış abidəni murdarlayıb. Millətçi çələngləri yerə səpərək Rusiya bayrağını tapdalayıb. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “O, kamerada bunu Mariya Zaxarovadan qisas almaq üçün etdiyini deyib. Rusiya XİN-in mövqeyini hansısa formada bəyənməyib. Bu millətçinin özü də mental olaraq adekvat olmaya bilər. Amma bunun üçün siyasi məsuliyyət artıq bir neçə ildir ki, antirusiya təbliğatı kampaniyası aparan Ermənistan rəhbərliyinin üzərinə düşür”, - o bildirib. |
2024-01-30 | 827,635 | Füzuliyə qayıdıb, orada da yaşayacağam - Zamiq | Füzuli mənim vətənimdir, təbii ki, orada da yaşayacağam. Kult.az xəbər verir ki, bu sözləri Oxu.az-a müğənni Zamiq Hüseynov sevənləri ilə görüş zamanı deyib. O, Füzuli şəhəri ilə bağlı xatirələrindən söz açıb: “8 yaşımdan buradayam. Hər şeyim Bakıdadır. Füzuliyə qayıdıb, orada da yaşayacağam. Açığı mən “haralısan” sualını sevmirəm. Hər yerimiz Vətəndir. Füzuli də Vətənimdir. Həm orada, həm Bakıda yaşayacağam”. Z.Hüseynov sonda Füzulidə keçiriləcək konsert proqramından danışıb: “1-2 aya Füzulidə konsert proqramı gözlənilir. Planlaşdırırıq. İnşallah, baş tutar”. |
2024-01-30 | 827,636 | 706-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 706-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 431 PUA-sı, 456 zenit-raket kompleksi, 14 847 tank və digər zirehli texnikası, 1 211 reaktiv yaylım atəş sistemi, 7 902 artilleriya və minaatanı, 18 042 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-30 | 827,637 | İmtahandan sonra halı pisləşən tələbə öldü - Foto | Bu gün Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin 2-ci kurs tələbəsi Xumar Uqab qızı Nəcəfzadənin imtahandan sonra halı pisləşib və vəfat edib. Bu barədə Axar.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Qeyd edilib ki, mərhumun ailəsi tərəfindən verilən məlumata əsasən, o, əvvəllər baş ağrıları və narahatlıq yaşayıb. Hadisə ilə bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırılma aparılır. |
2024-01-30 | 827,638 | Baş Prokurorluq üçün parkda yeni bina tikilir - Foto | Bakının Binəqədi rayonu Süleymani Sani Axundov küçəsində, Binəqədi Gənclər Evinin yanında Baş Prokurorluq üçün yardımçı bina tikilir. Bu barədə Axar.az-a Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, yaşıllıq və ağaclar olan ərazi abadlaşdırılır, eyni zamanda parkın bir hissəsində Baş Prokurorluq üçün əlavə bina tikilir. Binanın Baş Prokurorluğun idarələrindən biri üçün nəzərdə tutulduğu vurğulanıb. |
2024-01-30 | 827,640 | Rusiyanın təhsil naziri qəzaya düşdü - Foto | Rusiyanın təhsil naziri Sergey Kravtsov Moskvada qəzaya düşüb. Axar.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, Kravtsovun olduğu “Aurus” avtomobili Lenin prospektində yük maşını ilə toqquşub. Qəzadan sonra naziri BMV markalı avtomobillə ərazidən uzaqlaşdırıblar. Kanal bildirib ki, nazir heç bir xəsarət almayıb. |
2024-01-30 | 827,642 | Xalqın qəhrəman oğlu | 2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində rayonunun Biləcəri və Xocəsən qəsəbələrində seçicilərlə görüş keçirilib. Axar.az xəbər verir ki, tədbirdə öncə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Fikrət Əliyev, Bəhram Şiriyev, qazi Zakif Abbasov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan son 20 il ərzində ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar əldə edib. Həyata keçirilən iqtisadi, siyasi, sosial islahatların uğurlu nəticələri olaraq dövlətimizin qüdrəti daha da artıb, xalqımızın rifah halı daha da yaxşılaşıb. Azərbaycan Ordusunun müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı şanlı qələbə ilə tarixi torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz tam bərpa edilib. Natiqlər çıxışlarında bütün seçiciləri seçkilərdə fəal olmağa və qalib xalqın qalib Lideri olan İlham Əliyevə səs verməyə çağırıblar. Seçicilər bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər, Müzəffər Ali Baş Komandan, xalqımızın qəhrəman oğlu, əsl siyasi Lider İlham Əliyevə səs verəcəklər. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib. |
2024-01-30 | 827,644 | Orban Ukrayna ilə bağlı qərara razılıq verdi | Macarıstan AB-nin Ukraynaya yardımı birdəfəlik dörd il üçün deyil, hər il təsdiq edəcəyi halda bu razılaşmaya etiraz etməyəcək. Axar.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban deyib. “Biz kompromis təklifi vermək qərarına gəldik. Büdcənin dəyişdirilməsinə, 50 milyard avroluq böyük məbləğin ayrılmasına razı deyilik. Əgər zəmanət versəniz ki, biz hər il pul ayırmağa davam edib-etməməklə bağlı qərar verəcəyik, o zaman Macarıstan 27 AB ölkəsinin qərarında iştirak etməyə hazırdır. Biz yaxın 3-4 ayda Ukraynada nə baş verəcəyini bilmirik və buna görə də bir neçə il üçün yardımın maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etmək düzgün deyil. Heç kim bilmir ki, ABŞ gələcəkdə Ukraynanın maliyyələşdirməsində iştirak edəcək, ya yox”, - Orban bildirib. |
2024-01-30 | 827,646 | İrəvan “Sülh qovşağı”nı Brüsseldə təqdim etdi | Brüsseldə başlayan “Global Gateway” investor forumunda Ermənistan hökumətinin “Sülh qovşağı” (“Dünyaların kəsişməsi”) layihəsi təqdim olunub. Axar.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Məlumata görə, “Cənubi Qafqaz və Türkiyə: Mərkəzi Asiya ilə Avropa arasında güclü əlaqə” panel müzakirəsi çərçivəsində “Sülh qovşağı” layihəsini Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Armen Simonyan təqdim edib. “Proqramın əsas prinsipi ondan ibarətdir ki, bütün infrastruktur, o cümlədən avtomobil yolları, dəmir yolu və hava yolları, boru kəmərləri, kabellər, elektrik xətləri keçdiyi ölkələrin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərsin. Son geosiyasi hadisələr sübut etdi ki, nəqliyyat marşrutlarının şaxələndirilməsi regional bazarlara malların tədarükünün fasiləsizliyi üçün həyati əhəmiyyətlidir. Məhz buna görə də Ermənistan hökuməti “Sülh qovşağı” təşəbbüsünü irəli sürdü. Əməliyyatın ilk ilində o, region ölkələri vasitəsilə 4,7 milyon ton yük və 300 min sərnişin daşıyacaq. 2050-ci ilə qədər Ermənistanın dəmir yolu infrastrukturu ilə region ölkələri arasında daşınan yüklərin həcmi ildə təxminən 10 milyon ton olacaq”, - Simonyan bildirib. |
2024-01-30 | 827,649 | Bakı sakini “Makarov”la tutuldu | Paytaxt ərazisində üzərində qanunsuz olaraq “Makarov” gəzdirən daha bir şəxs saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü Nemət Şükürov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. N.Şükürov silahı bir müddət əvvəl əldə etdiyini, amma polisə könüllü təhvil vermək əvəzinə, satmaq niyyəti ilə özündə saxladığını bildirib. Faktla bağlı Sabunçu RPİ 13-cü PŞ-də araşdırmalar davam etdirilir. |
2024-01-30 | 827,653 | Rus ordusunda döyüşən azərbaycanlı öldü - Foto | Rusiya ordusu sıralarında xidmət edən Alik Bəxtiyar oğlu Cavadov Ukraynada gedən hərbi əməliyyatlar zamanı ölüb. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. A.Cavadov əslən Lənkəran rayonunun Gərmətük qəsəbəsindəndir. |
2024-01-30 | 827,655 | Bu planetdə su molekulları tapıldı | “Habl” teleskopu tərəfindən Yerdən 97 işıq ili uzaqlıqda yerləşən “GJ 9827d” adlı planetdə su molekulları aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə NASA-dan məlumat verilib. Araşdırma qrupunun üzvlərindən olan Laura Kreydberq planetdə su molekullarının tapılmasını əlamətdar hadisə adlandırıb. |
2024-01-30 | 827,657 | Ölkəmizin ilk beynəlxalq dərəcəli həndbol hakimi vəfat etdi | Azərbaycanın ilk beynəlxalq dərəcəli həndbol hakimi Çingiz Axundov vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, o, 92 yaşında dünyasını dəyişib. |
2024-01-30 | 827,658 | Bu dövlət müəssisələri özəlləşdiriləcək - Eynullayev | Dövlət əmlakının özəlləşdirilməsi zamanı yerli, eləcə də xarici investorlar cəlb edilə bilər. Bu baxımdan, xarici investorlarla təmaslar qurulur, zəruri məlumatlar verilir. Azərbaycan dövləti özəlləşdirmədə xarici investorların iştirakında maraqlıdır. Axar.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəisi Mətin Eynullayev jurnalistlərə açıqlaması zamanı bildirib. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və digər iri dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı məsələyə toxunan M.Eynullayev qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə özəl investisiyaların cəlb edilməsini nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqlənib. Həmin sərəncamda 8 özəl müəssisəsinin də adı var. Siyahıda Dövlət Neft Şirkətinin Karbamid zavodu, Etilen-Polietilen zavodu və Metanal zavodu olmaqla, 3 iri müəssisənin də olduğunu deyən xidmət sədri vurğulayıb ki, bu sırada “AzerGold” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC və “Azərbaycan Beynəlxalq Bankı” ASC kimi qurumlar da yer alıb: "Bu qurumlar özəl sektora açıqdır. Burada həm də dövlətin payının azaldılmasından söhbət gedir. Bu zaman yerli investorlar da iştirak edə, öz paylarını əldə edə bilərlər", - deyə M.Eynullayev nəzərə çatdırıb. |
2024-01-30 | 827,659 | İsrail qoşunlarını Qəzzadan çıxardır? | İsrail Qəzza zolağından qoşunlarını çıxarmaq niyyətində deyil və minlərlə fələstinlini həbsdən azad etməyəcək. Anklavda hərbi əməliyyatlar tam qələbəyə qədər davam edəcək. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatı ilə yeni sazişin mümkünlüyü ilə bağlı xəbərləri şərh edərkən deyib. “Mən müxtəlif sövdələşmələr haqqında bəyanatlar eşidirəm, ona görə də aydınlaşdırmaq istəyirəm: Biz bu müharibəni onun bütün məqsədlərinə çatmayana qədər bitirməyəcəyik. Bu da HƏMAS-ın məhv edilməsi, bütün girovlarımızın geri qaytarılması və Qəzzanın İsrail üçün təhlükəsiz vəziyyətə gətirilməsindən ibarətdir. İsrail ordusunu Qəzza zolağından çıxarmayacağıq və minlərlə terrorçunu azad etməyəcəyik. Bunların heç biri olmayacaq. Amma nə olacaq? Tam qələbə..." - deyə Baş nazir bildirib. |
2024-01-30 | 827,660 | Səfirimiz etimadnaməsini Çin sədrinə təqdim etdi | Azərbaycan səfiri Bünyad Hüseynov etimadnaməsini Çin Xalq Respublikasının sədri Si Szinpinə təqdim edib. Axar.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb. Qeyd edək ki, bu gün Si Szinpin ümumilikdə 42 ölkənin səfirinin etimadnaməsini qəbul edib. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Bünyad Hüseynov 2023-cü ilin avqust ayında Azərbaycan Respublikasının Çin Xalq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub. |
2024-01-30 | 827,661 | Binəqədidə partlayış: Bu şəxslər həbs edildi | Binəqədidə baş vermiş partlayış-yanğınla bağlı 2 nəfər həbs olunub. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. İlkin istintaq tədbirləri nəticəsində 2 şəxsin qanunsuz əməlləri ifşa edilib. İstintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib. Belə ki, toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib xidməti vəzifələrinin yerinə yetirməməsi, yəni müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməsi, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər aşkar edilmiş ciddi qanun pozuntularının aradan qaldırılması üçün zəruri rəhbər tapşırıqlar verməməsi, ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması, yəni müəssisənin yanğın təhlükəsizliyinin, habelə yanar tullantıların və tozların təmizlənməsini təmin etməməsi səbəbindən baş vermiş partlayış-yanğın nəticəsində 10 nəfər şəxsin ölümünə, 23 nəfər şəxsin xəsarət almasına, habelə ASC-nin və ətrafda olan daşınar-daşınmaz əmlaklara əhəmiyyətli maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanın vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri seçilib. İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir. |
2024-01-30 | 827,662 | Binəqədidə baş verən partlayışın səbəbi bəlli oldu - Rəsmi | Bakının Binəqədi rayonunda baş vermiş partlayış-yanğının səbəbi açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib. İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. |
2024-01-30 | 827,665 | Putinin gəliri açıqlandı | Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizəd, hazırkı dövlət başçısı Vladimir Putinin əmlakı və gəlirləri barədə məlumat yayıb. Axar.az xəbər verir ki, bu məlumatlara görə, son altı ildə Putin 67,5 milyon rubldan (750 min ABŞ dolları) çox qazanıb. Gəlir mənbələrinə əmək haqqı, qiymətli kağızlar və depozitlərdən əldə edilən gəlirlər, hərbi pensiya və əmlak satışı daxildir. Ümumilikdə, dövlət başçısının ümumi dəyəri təxminən 54,4 milyon rubl olan on bank hesabı var, o, Sankt-Peterburqda mənzilə və qaraja sahibdir. Putin bəyannamədə onu da göstərib ki, o, “PJSC Bank Sankt-Peterburq”un 230 səhminə sahibdir, onun nominal dəyəri hər səhmə 11,81 rubl təşkil edir. Dərc edilmiş məlumata görə, Putin Sankt-Peterburqda müvafiq olaraq 77 və 18 kvadratmetrlik bir mənzil və qarajın sahibidir. Bundan əlavə, dövlət başçısının üç avtomobili var: 1960-cı ildə istehsal olunmuş QAZ M21, 1965-ci ildə istehsal olunmuş QAZ M21, 2009-cu ildə istehsal olunmuş "Niva", həmçinin 1987-ci ildə istehsal olunmuş “Skif” qoşqusu... |
2024-01-30 | 827,666 | Əli Əsədov rusiyalı nazirlə görüşdü | Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov ilə görüşüb. Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib. Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb. İki ölkə arasında bütün sahələrdə, o cümlədən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafı vurğulanıb. Tərəflər Azərbaycanın Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər. |
2024-01-30 | 827,667 | Ötən il 179 din xadiminin fəaliyyətinə xitam verildi | Ötən il 179 din xadiminin fəaliyyətinə xitam verilib. Axar.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib. Sədr müavini qeyd edib ki, ötən il Komitə tərəfindən müsahibələrdən uğurla keçən 137 nəfər (35 qadın və 102 kişi) məscid və ziyarətgahlara imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin və qadın dini ayinlərin icraçısı vəzifələrinə təyin olunub. Həmçinin 29 nəfər din xadiminin rotasiya qaydasında vəzifəsi və iş yerləri dəyişdirilib. G.İsmayılov vurğulayıb ki, ötən il Komitədə 2 dini icma dövlət qeydiyyatından keçib. Fəaliyyət göstərən 995 dini qurumdan 958-i islam, 37-si (xristian – 26; yəhudi – 8; krişna – 1; bəhai – 2) qeyri-islam təmayüllü dini qurumlardır. Nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların, dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar 2 müraciətə müsbət cavab verilib. Hazırda ölkədə 45 ixtisaslaşdırılmış satış məntəqəsi fəaliyyət göstərir. G.İsmayılov əlavə edib ki, 4,875 adda dini məzmunlu ədəbiyyat ekspertizadan keçirilib. 938 adda (730,339 ədəd) dini təyinatlı ədəbiyyata isə nəzarət markaları verilib. |
2024-01-30 | 827,669 | Banklara ipoteka kreditləri ilə bağlı yeni limit ayrıldı | Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu (İKZF) müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayırıb. Bu barədə Axar.az-a İKZF-dən bildirilib "Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbulu fevralın 2-də saat 11:00-dan başlayacaq. Güzəştli ipoteka kreditləri üzrə müraciətlərin qəbulu ilə bağlı əlavə məlumat veriləcəkdir", - məlumatda deyilir. Ipoteka kreditinin alınması üçün müraciətlərin qəbulu Elektron Hökumət Portalında (www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsi ilə real vaxt rejimində həyata keçirilir. İpoteka kreditlərinin şərtlərinə dair məlumatları Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az/menu/46) əldə etmək mümkündür. Qeyd edək ki, bu ilin dövlət büdcəsində ipotekanı maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub. Ötən il İKZF-in müvəkkil bankları tərəfindən 461,4 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2022-ci ilin göstəricisindən 9,2% çoxdur. 2023-cü ildə Fond ipotekanın təkrar maliyyələşdirilməsinə 492 milyon manat məbləğində kredit (artım 20,9%) ayırıb. 2023-cü ildə verilmiş ipoteka kreditinin orta həcmi 59,872 min manat təşkil edib. Kreditlər 282 ay müddətinə və illik 6,34% dərəcəsi ilə verilib. |
2024-01-30 | 827,671 | Türkiyədə deputatın mandatı ləğv edildi | Türkiyə İşçi Partiyasının Hatay millət vəkili Can Atalayın deputat mandatı ləğv edilib. Axar.az xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında Ali Məhkəmənin qərarı elan olunub. Daha sonra səsverməyə qoyularaq onun deputatlığının ləğvi ilə bağlı qərar qəbul edilib. Bununla da onun Məclis üzvlüyünə xitam verilib. Qeyd edək ki, C.Atalaya Gəzi parkı olayları ilə bağlı ittiham irəli sürülmüşdü. |
2024-01-30 | 827,677 | MKİ rəhbəri: ABŞ artıq dünya lideri deyil! | ABŞ artıq dünya səhnəsində mübahisəsiz liderliyə malik deyil. Axar.az xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns “Foreign Affairs” jurnalı üçün yazdığı məqalədə bildirib. “Çinin yüksəlişi və Rusiyanın revanşizmi ABŞ-ın artıq mübahisəsiz hökmranlığa malik olmadığını göstərir və bu, ekzistensial iqlim təhlükələrinin yaxınlaşdığı gərgin geosiyasi rəqabət dünyasında ciddi geosiyasi çağırışları ehtiva edir”, - deyə bildirilib. Börns əlavə edib ki, davam edən texnoloji inqilab dövründə vəziyyət hətta sənaye inqilabı və ya nüvə əsrinin başlanğıcı ilə müqayisədə daha da mürəkkəbləşib. |
2024-01-30 | 827,681 | İrəvanda rus bayrağı təhqir olundu, cinayət işi açıldı | Ermənistan İstintaq Komitəsi İrəvanda Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi faktı ilə bağlı cinayət işi açıb. Axar.az xəbər verir ki, komitənin mətbuat katibi Qor Abramyanın məlumatına görə, mediada gedən materialları öyrəndikdən sonra xuliqanlıq maddəsi ilə iş açılıb. İstintaq həmçinin hadisəni törədənin şəxsiyyətini də müəyyən edib. Qeyd edək ki, İrəvanda yerli sakin Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib. O, abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını tapdalayıb. |
2024-01-30 | 827,682 | Şəmkirdə dəhşətli hadisə: ev sahibi yanaraq öldü | Şəmkirin Yeni Həyat kəndində 57 yaşlı Elçin Əmir oğlu Əliyev yaşadığı evdə huşunu itirərək qaz sobasının üzərinə yıxılıb. Axar.az xəbər verir ki, o, yanıq xəsarətləri alaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Şəmkir Prokurorluğunda araşdırma aparılır. |
2024-01-30 | 827,684 | Gəncədə 9 yaşlı uşaq su anbarına düşdü - Video | Gəncədə su anbarına düşən 9 yaşlı uşaq xəstəxanaya yerləşdirilib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nazirliyin “112" qaynar telefon xəttinə Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsində 1 nəfərin su anbarına düşərək təhlükəli vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 2015-ci il təvəllüdlü Y.Quliyev binanın həyətində oynayarkən qəflətən dərinliyi təqribən 7 metr olan boş su anbarına düşərək təhlükəli vəziyyətdə qalıb. Xilasedicilər operativ olaraq xüsusi xilasetmə vasitələrilə uşağı anbardan çıxararaq, təcili tibbi yardım briqadası ilə xəstəxanaya çatdırıblar. |
2024-01-30 | 827,685 | Qəbələdə qanunsuz ov edən şəxs saxlanıldı | Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Böyük Əmili kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, araşdırma zamanı onun rayon sakini R.Qasımov olduğu müəyyən edilib. Həmin şəxsdən 1 ədəd ov tüfəngi və ovladığı çöl quşları aşkar olunaraq götürülüb. |
2024-01-30 | 827,686 | Rusiya FHN-dən Azərbaycana təklif... | Azərbaycanda işgüzar səfərdə olan Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyinin (FHN) rəhbəri Aleksandr Kurenkov Baş nazir Əli Əsədov ilə görüşdə partlayıcı qurğular üzrə texniki kadrların hazırlanmasının bərpasını təklif edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya FHN mətbuat xidməti məlumat yayıb. “Rusiya FHN rəhbəri minatəmizləmə üzrə azərbaycanlı mütəxəssislərin hazırlanması üzrə əməkdaşlığı bərpa etməyə hazır olduğunu bildirib. Belə ki, 2021-ci ildə Rusiya FHN mütəxəssisləri 114 azərbaycanlı pirotexnikə təlim keçiblər. Rusiya FHN bu təcrübəni bərpa etməyə hazırdır”, - qurumdan bildirilib. Bundan əvvəl Rusiya FHN humanitar yardım çərçivəsində Qarabağda 728 hektardan çox ərazidə iş aparıb, 17,6 mindən çox partlayıcı obyekti zərərsizləşdirib. Həmçinin koronavirus pandemiyasına qədər ardıcıl üç il keçirilmiş “Xəzər” təlimlərinin bərpası da təklif olunub. “Bu cür təlimlər ümumi təhlükəsizliyin möhkəmləndirilməsinə kömək edir və bütün Xəzər regionu üçün böyük əhəmiyyət kəsb edir. Rusiya və Azərbaycanın Fövqəladə Hallar nazirlikləri Xəzər dənizində iki aparıcı FHN olaraq onların təşkilində əsas rol oynamalıdır”, - mətbuat xidməti Kurenkovdan sitat gətirib. |
2024-01-30 | 827,687 | Rusiyanın hücumları bu tarixdə dayanacaq - Budanov | Rusiya hücumda qarşıya qoyduğu məqsədlərə nail ola bilmədi, yaza qədər onun hücum potensialı səngiyəcək. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib. "Rusiyanın hücum əməliyyatı 2023-cü ilin noyabrında başlayıb, artıq iki ay yarımdır ki, davam edir. Nəticələrini özünüz görə bilərsiniz. Onların böyük olduğunu söyləmək doğru deyil. Yazın əvvəllərində hücumlar dayanacaq”, - deyə Budanov bildirib. |
2024-01-30 | 827,688 | Bakıda bəzi fərdi evlər söküləcək | Suraxanı rayonu, Zığ qəsəbəsi sürüşmə sahəsində yerləşən 1 ədəd ikimərtəbəli və 3 ədəd birmərtəbəli qəzalı fərdi yaşayış evi söküləcək. Axar.az Ölkə.az-a istinadən xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyəti bununla bağlı işlərə başlayıb. Söküntü işləri başa çatdıqdan sonra ərazi təmizlənəcək. İcra hakimiyyəti söküntü işləri ilə bağlı "Fasttech” MMC ilə 11,1 min manat dəyərində müqavilə imzalayıb. |
2024-01-30 | 827,691 | Bütün girovlar azad olunsa belə... - İsrail açıqladı | Bütün girovlar azad olunsa belə, İsrail Qəzzada müharibəni dayandırmayacaq. Axar.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahu da ordunun Qəzzadan çıxmayacağını, əməliyyatların davam etdiriləcəyini bildirmişdi. |
2024-01-30 | 827,692 | "Qarabağ" "Sabah"ı darmadağın etdi | Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. Axar.az-ın məlumatına görə, "Sabah" "Qarabağ"ı qəbul edib. Qarşılaşmada qonaq komanda rəqibini darmadağın edib - 7:1. Komandalar arasında cavab matçı fevralın 8-də keçiriləcək. Qeyd edək ki, bu gün keçirilən mərhələnin ilk oyununda "Zirə" səfərdə "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Digər iki qarşılaşma yanvarın 31-də baş tutacaq. |
2024-01-30 | 827,696 | Dövlət Neft Şirkəti özəlləşdirilir? – Rəsmi | Dövlət Neft Şirkətinin Karbamid zavodu, Etilen-Polietilen zavodu və Metanal zavodu Prezidentin sərəncamı ilə təsdiqlənən özəl investisiyaların cəlb edilməsini nəzərdə tutulan dövlət müəssisələrinin siyahısına daxildir. Axar.az xəbər verir ki, bu sözləri Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəisi Mətin Eynullayev deyib. O bildirib ki, həmçinin “AzerGold” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC və “Azərbaycan Beynəlxalq Bankı” ASC özəl sektora açıqdır. |
2024-01-30 | 827,698 | Hacı İbrahim Nehrəmlinin qardaşı həbs edildi | Xəbər verdiyimiz kimi, Binəqədidə baş vermiş partlayış-yanğınla bağlı 2 nəfər həbs olunub. Axar.az xəbər verir ki, həbs edilənlərdən biri də “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovdur. Tağı İbrahimov Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun, həmçinin tanınmış sahibkar Hacı İbrahim Nehrəmlinin qardaşıdır. Sözügedən ASC illər əvvəl “İBRA Holdinq”in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və “Avesta” şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. |
2024-01-30 | 827,699 | Sərhəd komissiyasının iclası sabah keçiriləcək | Sabah Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın növbəti iclasının keçirilməsi nəzərdə tutulur. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanın aparatından bildirib. Sayca 6-cı iclasda komissiyanın əsasnaməsi də müzakirə olunacaq. Bundan əvvəl qeyd olunub ki, iclasda üçüncü tərəfin iştirakı planlaşdırılmır. Qeyd edək ki, komissiyaya Azərbaycan tərəfdən Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfdən isə M.Qriqoryan sədrlik edir. Komissiyanın beşinci iclası ötən il noyabrın 30-da Azərbaycan-Ermənistan sərhədində keçirilib. |
2024-01-30 | 827,701 | Qarabağ mövzusu unudulur: ilk addım Kanadadan… | Azərbaycanın ərazi bütövlüyünün təmini və Qarabağ üzərində suverenliyinin bərpası bir qisim ölkənin siyasi dairəsində açıq-aşkar narazılıq yaradıb, bizə qarşı müxtəlif təzyiq alətləri işə düşüb. Ancaq zaman keçdikcə bu təzyiqlər azalacaq və müxtəlif mərkəzlər Qarabağ mövzusunu unudacaq, bizə qarşı “ermənilər geri qaytarılmalıdırlar” kimi mənasını itirən tələb irəli sürməyəcəklər. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O, buna misal olaraq İkinci Qarabağ müharibəsində Kanada hökumətinin Türkiyəyə qarşı silah embarqosu tətbiq etməsini xatırladıb: “Məqsəd Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatlarını Kanada istehsalı olan komponentlərdən məhrum etmək idi. Düşünürdülər ki, guya Türkiyə bu vəziyyətdə Azərbaycana pilotsuz uçuş aparatları göndərə bilməyəcək. İtirən Kanada oldu. Çünki “Bayraqdar” şirkəti pilotsuz uçuş aparatları üçün həmin komponentləri özü istehsal etdi. Budur, Kanada hökuməti İkinci Qarabağ müharibəsindən 3 il 2 ay sonra Türkiyəyə müdafiə sənayesi sahəsində qoyduğu embarqonu rəsmi olaraq ləğv edib. Əlbəttə, bunun səbəblərindən biri Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzlüyünə dair protokolu ratifikasiya etməsidir. Kanada şirkətləri hökumətinin məntiqsiz embarqo qərarına görə 250-300 milyon dollar arasında ziyana düşüblər. Embarqonun ləğvinin digər səbəbi isə odur ki, Qarabağ mövzusu artıq Kanada üçün aktual deyil və bu ölkə erməni separatizminə görə Türkiyə ilə münasibətləri gərgin saxlamaq istəmir. Bir müddət sonra Kanada Azərbaycana qarşı siyasətini də korrektə edəcək. Ümumiyyətlə, zaman keçdikcə bir sıra ölkənin və mərkəzin erməni separatizminə görə antiazərbaycan mövqeyindən çıxış etməyə bəhanəsi qalmayacaq”. |
2024-01-30 | 827,703 | Rusiya saytlarına giriş problemi aradan qalxdı | 21:52 Rusiya saytlarına giriş problemi aradan qalxıb. Axar.az xəbər verir ki, hazırda Rusiyanın bütün saytlarına və sosial şəbəkələrinə giriş aktivdir. Qeyd edək ki, bu gün axşam saatlarından qlobal səviyyədə “ru” domeni ilə problemlər yaşanırdı. |
2024-01-30 | 827,705 | Bayden qərar verdi: ABŞ bazasına hücuma görə... | ABŞ Prezidenti Co Bayden İordaniya və Suriya sərhədindəki Ət-Tanf bölgəsində Amerika bazasına edilən hücuma cavab vermək barədə qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. ABŞ Prezidentinin hansı cavab tədbirləri görəcəyi açıqlanmayıb, buna baxmayaraq, Vaşinqtonun Yaxın Şərqdə münaqişəni genişləndirməyə çalışmadığ vurğulanıb. |
2024-01-30 | 827,706 | Putinin rəqiblərindən biri seçkidən geri çəkildi | Rusiya Xalq Birliyi Partiyasının lideri Sergey Baburin prezidentliyə namizədliyini geri götürüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. O, rusiyalıları prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləməyə çağırıb. Baburin namizədliyinin qeydə alınması üçün seçici imzaları və sənədlərini bu gün səhər MSK-ya təqdim etmişdi. Xatırladaq ki, Rusiyada prezident seçkiləri 15-17 mart 2024-cü ildə keçiriləcək. İndiyə qədər 3 nəfərin (Vladimir Putin daxil olmaqla) namizədliyi qeydə alınıb. |
2024-01-30 | 827,710 | Zaporojyedə partlayışlar baş verdi | Ukraynanın Zaporojye şəhərində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb. Qeyd edilir ki, bu, hava hücumundan müdafiə sistemlərinin işləməsi ilə bağlı ola bilər. Təfərrüat açıqlanmayıb. |
2024-01-30 | 827,715 | Rumıniya qırıcısı Rusiya qoşunlarını bombalayıb? | F-16 qırıcısının Ukraynada gizli döyüş missiyası icra etməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Axar.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, Rumıniya qırıcıları Rusiya qoşunlarının mövqelərinə zərbə endirməyib: “X platformasında Konstansanın 86-cı aviabazasından qalxan F-16 qırıcısının Xersonda Rusiya qrupunu bombardman etməsi barədə yayılan feyk xəbərlər barədə sizi xəbərdar edirik”. |
2024-01-30 | 827,716 | Rusların hücumu uğursuzluqla nəticələndi - Video | Rusiya qoşunlarının Ukraynanın cənub istiqamətində hücum cəhdləri uğursuzluqla nəticələnib. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin Ukrayna seqmentində məlumat yayılıb. Bildirilib ki, hücum cəhdi nəticəsində ruslar 15-ə yaxın hərbi texnika və canlı qüvvə itirib. |
2024-01-30 | 827,717 | Rusiya XİN-dən İrəvana xəbərdarlıq: Bu, ilk hal deyil! | Rusiya Xarici İşlər Nazirliyi İrəvanda Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidədə törədilən vandalizm aktını qətiyyətlə pisləyir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Biz dərin təəssüf hissi ilə qeyd edirik ki, bu, Rusiya və Ermənistan üçün ümumi olan tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin təhqir olunması ilə bağlı ilk hal deyil. Biz dost erməni xalqının baş verənlərə qarşı kəskin reaksiyasını görürük. Biz respublikanın hakimiyyət orqanlarından da bunu gözləyirik, həmçinin gələcəkdə bu cür barbarlıq təzahürlərinin qarşısının alınmasını gözləyirik”, - deyə Zaxarova bildirib. Qeyd edək ki, İrəvanda yerli sakin Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib. O, abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını tapdalayıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.