date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-29 | 827,268 | AB Kremlə qarşı Mərkəzi Asiyadan dəstək gözləyir | Cəmi dörd il əvvəl Mərkəzi Asiya bir az kənarda qalmışdı, indi isə hadisələrin mərkəzindədir və Avropa Birliyi onlarla tərəfdaşlığı gücləndirmək istəyir. Axar.az xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell Brüsseldə keçirilən AB-Mərkəzi Asiya Forumunda çıxışında deyib. “Mövcud mürəkkəb geosiyasi şəraitdə Mərkəzi Asiya AB üçün əsas tərəfdaşa çevrilir. Antirusiya sanksiyalarının effektivliyinə nail olmaq üçün Brüsselə ilk növbədə bu region ölkələri ilə tərəfdaşlıq lazımdır. Prinsiplərini qorumaq üçün AB Rusiyaya qarşı sanksiyalar tətbiq etdi. Amma Ukraynada döyüşlər şiddətlənir və biz tunelin sonunda işığı görmürük. Sanksiyaların effektiv olması üçün bizim tərəfdaşlarımızla tam əməkdaşlığa ehtiyacımız var. Biz AB, Mərkəzi Asiya ölkələri və Rusiya arasında ticarəti diqqətlə izləyirik, sanksiyalarımızdan yan keçməyə imkan verən mexanizmi təhlil etməyə çalışırıq və bu sahədə əməkdaşlığımızı artırmalıyıq, çünki qlobal çağırışlarla üzləşmək üçün beynəlxalq tərəfdaşlığa ehtiyacımız var”, - Borrell bildirib. Qeyd edək ki, Brüsseldə keçirilən AB-Mərkəzi Asiya Forumunda Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türmənistan və Tacikistan nümayəndələri iştirak edib. |
2024-01-29 | 827,271 | Gürcüstanın baş naziri istefa verdi | 15:31 Hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının hazırkı sədri İrakli Kobaxidze Baş nazir postunu, Gürcüstanın indiki Baş naziri İrakli Qaribaşvili isə partiya sədri vəzifəsini tutacaq. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. Məlumata görə, yanvarın 24-də Gürcü Arzusu Partiyasının Siyasi Şurasının iclası keçirilib: “İclasda partiyanın qurultayının fevralın 1-də keçirilməsi qərara alınıb və həmin qurultayda dəyişikliklərin açıqlanması nəzərdə tutulub. Bundan əlavə, Kobaxidze Gürcü Arzusu Partiyasının siyasi katibi postunu da tutacaq”. *** Gürcüstan Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib. İstefa qərarını Qaribaşvili özü açıqlayıb. |
2024-01-29 | 827,273 | Tehran İrəvana növbəti dəfə yardım təklif etdi | İranın Ermənistandakı səfiri Mehdi Sübhani ölkənin ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryana su anbarlarının tikintisinə köməklik təklif edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Səfirin sözlərinə görə, Ermənistan zəngin su ehtiyatlarına malikdir və İran su anbarlarının tikintisi təcrübəsi baxımından dünyanın ilk on ölkəsi sırasındadır. Terteryan isə bildirib ki, Ermənistan bu və digər sahələrdə İranla əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır. |
2024-01-29 | 827,275 | SEPAH qərargahı vuruldu - Video | 15:40 Bu gün günorta saatlarında SEPAH-ın Suriyanın paytaxtı Dəməşq şəhərinin cənubunda, Seyyidə Zeynəb bölgəsindəki qərargahına zərbələr endirilib. Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, SEPAH-ın komanda qərargahınına endirilən zərbələr nəticəsində hələlik iki nəfərin həlak olduğu müəyyənləşdirilib. *** Suriyanın Dəməşq şəhərinin cənubundakı Seyyidə Zeynəb bölgəsində yerləşən SEPAH qərargahına hücum nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb. Bu barədə Suriyanın İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb. Bildirilib ki, İsrail qırıcılarının endirdiyi 3 raket zərbəsi nəticəsində SEPAH və Livan Hizbullahı üzvlərinin birgə istifadə etdiyi bina dağıdılıb. Ölənlərin kimliyi barədə hələlik dəqiq açıqlama verilməyib. |
2024-01-29 | 827,276 | “Dreamland”də yeni atletik klub, SPA və gözəllik mərkəzi... | “Dreamland”də yeni atletik klub, SPA və gözəllik mərkəzinin açılışı baş tutub! Bakıda yerləşən “Dreamland” kompleksində “Dream Body Athletic Club & Spa” mərkəzinin açılışı baş tutub. Mərkəzdə müasir idman avadanlıqları, əyləncəli zonalar, unikal gözəllik mərkəzi və ən son, yenilikçi SPA terapiyaları qonaqların xidmətindədir. Mərkəzin təntənəli açılışında dövlət rəsmiləri, sahibkarlar və digər tanınmış şəxslər iştirak edib. “Dream Body Athletic Club & Spa” mərkəzi bəzi xidmətləri və avadanlıqları ilə Azərbaycanda ilklərə imza atır. Belə ki, Azərbaycanda ilk neyroaktiv təlim avadanlıqları məhz “Dream Body Athletic Club & Spa”nın atletik klubundadır. Bunlarla yanaşı, Azərbaycanda ilk dəfə məhz “Dream Body” mərkəzində “Gharieni MLX” kvars yatağı qonaqların xidmətində olacaq. Bu terapiya növü sinir təzyiqini, stresi azaldır, elastikliyi artırır və mənəvi rahatlıq bəxş edir. Üzvlük və digər məsələlərlə bağlı ətraflı məlumat əldə etmək üçün əlaqə vasitələri: Telefon: (+99455) 250-74-00 İnstaqram: https://www.instagram.com/dreambody.athleticclubspa/ Feysbuk: https://www.facebook.com/dreamlandhealthclub |
2024-01-29 | 827,278 | Prezident Dənizkənarı Bulvar İdarəsinin sədrini dəyişdi | Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə yeni sədr təyin edilib. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamla Xanlar Adil oğlu Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri təyin olunub. Dövlət başçısının digər sərəncamı ilə İlqar Əziz oğlu Mustafayev Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. |
2024-01-29 | 827,279 | Prezident onlara general-mayor rütbəsi verdi | Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib: Şirinov Natiq Telman oğlu – Dövlət Gömrük Komitəsi sədrinin müavini Əliyev Vüqar İsmayıl oğlu – Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Cahangirov Anar Niyaz oğlu – Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Aşurlu Kənan Məhərrəm oğlu – “Azərterminalkompleks” Birliyinin direktoru. |
2024-01-29 | 827,281 | İlham Əliyev onları təltif etdi | Dövlət Gömrük Komitəsinin əməkdaşları təltif edilib. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, gömrük orqanlarında səmərəli fəaliyyətinə görə Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşları təltif ediliblər: “Tərəqqi” medalı ilə Quliyev Rauf Zahid oğlu Novruzov Qulu Novruz oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə Abazərova Kəmalə İntiqam qızı Babayev Xəyyam Qufran oğlu Əhədov Cavidan Zahid oğlu Əzizov Akif Asif oğlu Xəlilov İlal Arif oğlu Xudaverdiyev Elxan Cahangir oğlu Qəhrəmanov Elnur Rövşən oğlu Məmmədov Etibar Musa oğlu Məmmədov Namiq Yaqub oğlu Nağıyev Samir Sabir oğlu Novruzov Namiq Heydər oğlu Orucov Elvin Səfər oğlu Salmanov Rəşad Arif oğlu. |
2024-01-29 | 827,288 | Prezidentin yüksək vəzifə verdiyi Ağalarov kimdir? | Xəbər verdiyimiz kimi, Xanlar Adil oğlu Ağalarov Prezident İlham Əliyevin sərəncamına əsasən Dənizkənarı Bulvar İdarəsinin İdarə Heyətinə sədr təyin edilib. Axar.az xəbər verir ki, Xanlar Ağalarov bundan əvvəl Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. Bundan başqa, X.Ağalarov Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə işləyib. O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb. Ağalarov Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb. |
2024-01-29 | 827,291 | İrəvanın bu yanaşması irqçi mövqedir - İcma | Ermənistan xarici işlər nazirinin müavininin ölkəsinin Qarabağa UNESKO missiyasının göndərilməsi istiqamətində səyləri barədə səsləndirdiyi fikirlər bu ölkənin hələ də Azərbaycanın suverenliyini təhdid etdiyini, ardıcıl mövqeyinin olmadığını göstərir. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının açıqlamasında bildirilib. Vurğulanıb ki, Ermənistan digər suveren ölkənin daxili işlərinə qarışmamalı, özünə aid olan məsələ ilə məşğul olmalı və bu xüsusda, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin acınacaqlı vəziyyətinin araşdırılması məqsədilə UNESKO missiyasının səfərinə razılıq verməlidir. “Azərbaycana UNESKO missiyası getsin, amma Ermənistana olmaz” yanaşması təkəbbürlü və irqçi mövqedir”, - açıqlamada vurğulanıb. |
2024-01-29 | 827,292 | ABŞ öz imici üçün qisas alacaq – İran mediası | ABŞ dünənki hücuma reaksiya verəcək. Əgər bu hücuma qətiyyətli cavab verməsə, onun qüdrətinə olan inam zəifləyəcək və bu cür hücumların təkrarlanmasına səbəb olacaq. Buna görə də ABŞ-ın xüsusilə də İraq və Suriyadakı müqavimət mövqelərinə qarşı cavabı ağır ola bilər. Lakin Birləşmiş Ştatların sərt cavabı belə bu ölkənin Qərbi Asiya regionundakı mövqelərinə qarşı hücumları dayandıra bilməyəcək. Axar.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyində yayımlanan məqalədə bildirilib. “ABŞ-ın 3 əsgərinin ölməsi və 34 əsgərinin yaralanması ilə nəticələnən dünəki hücum bu ölkənin Qəzza müharibəsi ilə bağlı siyasətinin nəticəsidir. Müharibə belə davam edərsə, Amerikaya qarşı bu cür hücumların yenidən təkrarlanması gözləniləndir. Qəzzaya qarşı müharibə dayanarsa, ABŞ-a qarşı hücumlar da dayanacaq. Xatırlamaq lazımdır ki, 2024-cü il ABŞ-da prezident seçkiləri ilidir və Qəzza müharibəsi indiyədək Baydenə xeyir verməyib və onun genişlənməsi yenə də Baydenə zərər verəcək”. |
2024-01-29 | 827,297 | Kərəc həbsxanasında qarşıdurma: yaralananlar var | İranın Kərəc şəhərinin Qızılhisar həbsxanasında məmurlarla məhbuslar arasında qarşıdurma olub. Axar.az xəbər verir ki, bu barədə insan haqları fəalları məlumat yayıb. Qarşıdurma məhbusların son günlər Qızılhisar həbsxanasında siyasi məhkumların edam edilməsinə etiraz etməsindən sonra baş verib. Bildirilib ki, qarşıdurma nəticəsində yaralananlardan 5-nin kimliyini dəqiqləşdirmək mümkün olub. Afşin Baymani və Saman Yasin adlı məhbuslar ağır yaralanıb, komaya düşdükdən sonra həbsxanadan kənar xəstəxanaya köçürülüblər. Həbsxanaya xüsusi təyinatlı qüvvələr yeridilib. |
2024-01-29 | 827,298 | Sahibə Qafarova Akarla görüşdü | Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qonağı parlamentdə salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri onun Türkiyə Respublikasının milli müdafiə naziri olduğu vaxt həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycana səfərlərini xatırlayıb, bu gün isə qonağın parlament üzvü kimi Azərbaycana səfər etdiyini deyib. Sahibə Qafarova Hulusi Akarın bundan sonra parlament üzvü kimi iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. Spiker söhbət zamanı qonaqlara Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması və digər məsələlər barədə məlumat verib. Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssürütlarını bölüşüb. TBMM-in komitə sədri bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Prezident İlham Əliyevin Ali Baş komandanlığı ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycanın öz suverenliyini bərpa etməsi, onun bayrağının bütün suveren ərazisində dalğalanması Türkiyə üçün də qürurvericidir. Hulusi Akar torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan hərbçilərinin fədakarlığından danışaraq, ölkələrimizdə ordu quruculuğu barədə fikirlərini çatdırıb. O qeyd edib ki, təkcə Türkiyə və Azərbaycan arasında deyil, bütün türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi vacibdir. Qonaq bu baxımdan parlament diplomatiyasının vacibliyini qeyd edib. O, TBMM sədri Numan Qurtulmuşun Azərbaycana, Milli Məclisin sədri Sahibə Qafarovanın isə Türkiyəyə səfərlərini xatırladaraq, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. Hulusi Akar Ermənistanın Azərbaycanın uzatdığı əli tutacağına və tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. Zəngəzur dəhlizi barədə də danışan TBMM-in komitə sədri qeyd edib ki, bu dəhlizin fəaliyyətə başlaması nəinki region ölkələri, həmçinin digər ölkələr üçün də böyük fayda gətirəcək. Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb. |
2024-01-29 | 827,300 | İraq şiələri İsraili hədəf aldı | İraqın İslami Müqavimət Hərəkatı İsrailin hərbi mərkəzinə PUA zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə İraq mətbuatı məlumat yayıb. Məlumata əsasən, İraqın İslami Müqavimət Hərəkatı bu gün günorta saatlarında Fələstin xalqına dəstək nümayiş etdirmək məqsədilə İsrailin hərbi mərkəzini pilotsuz təyyarə ilə hədəfə aldığını elan edib. Əməliyyatın təfərrüatı barədə dəqiq məlumat verilməyib. |
2024-01-29 | 827,302 | Akar Bakıdan İrəvana səsləndi: Nəticəsi ağır olacaq! | Ermənistan səhv yola düşərsə, bunun nəticəsi ağır olacaq. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan Türkiyənin keçmiş milli müdafiə naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müdafiə komitəsinin sədri Hulusi Akar Şəhidlər xiyabanını ziyarət zamanı jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, bəziləri Ermənistanı proksi dövlətə çevirmək istəyir: “Əgər Ermənistan bu səhv yola girərsə, İkinci Qarabağ müharibəsində olduğu kimi, yenə ağır nəticə ilə üzləşəcək. Buna imkan verməmək lazımdır. Bizim üçün vacib olan sülh, sabitlik və Qafqazın gələcəyidir”. H.Akar söyləyib ki, Ermənistan Azərbaycanın uzatdığı sülh əlini tutmalıdır: “Regiona ən qısa vaxtda sülh və sabitlik gəlməlidir. Bunun üçün səy göstəririk. Təhriklərin, təzyiqlərin Ermənistana və bölgəyə heç bir xeyri yoxdur”. Keçmiş nazir qeyd edib ki, Türkiyə və Azərbaycan əməkdaşlığı davam etdirirlər: “Müdafiə sənayesi sahəsində əməkdaşlığımız sıx şəkildə davam edir”. |
2024-01-29 | 827,304 | Narkotik satan qadın saxlanıldı - Video | Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, Novxanı, Məhəmmədli və Hökməli qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Əli Babayev, Nərgiz Həsənova, Nadir Məmmədov və Səbir Məmmədov saxlanılıblar. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Onlardan, idarə etdikləri avtomobillərdən və yaşadıqları evlərdən ümumilikdə 15 kiloqram, o cümlədən 9 kiloqram marixuana, 4 kiloqram heroin, 2 kiloqram psixotrop maddə metamfetamin və 50 ədəd satışı qadağan edilən metadon həbi aşkar olunub. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
2024-01-29 | 827,306 | Terimlə Luçeskunun oğlu arasında gərginlik - Foto | "Panatinaikos"un baş məşqçisi Fateh Terimlə PAOK-un çalışdırıcısı Razvan Luçesku arasında gərginlik yaşanıb. Axar.az Qol.az-a istinadən xəbər verir ki, insident çempionluq uğrunda mübarizə aparan komandaların Yunanıstan Superliqasının 20-ci turunun qarşılaşmasında baş verib. Matçın 56-cı dəqiqəsində PAOK hesabı 2:1 öz xeyrinə dəyişərkən komandaların ehtiyat oyunçuları və baş məşqçiləri arasında qarşıdurma yaranıb. Polis müdaxilə edərək tərəfləri səkitləşdirib. Qeyd edək ki, Razvan Luçesku məşhur rumıniyalı mütəxəssis Mirça Luçeskunun oğludur. Əlavə edək ki, PAOK 2:1 hesablı qələbədən sonra 47 xalla lider, "Panatinaikos" isə 44 xalla 3-cüdür. |
2024-01-29 | 827,316 | Lerikdə 60 yaşlı kişinin donmuş cəsədi tapıldı | Lerik rayonunda 60 yaşlı kişi qarlı yolda sürüşərək dərəyə yıxılıb və ölüb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Veri-Əliabad kəndi ərazisində baş verib. Belə ki, 1964-cü il təvəllüdlü rayon sakini Fəxrəddin Məhəmmədoğlunun meyiti bu gün kənddən bir qədər aralıda dərədə aşkarlanıb. Meyitə baxış zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmayıb. Yaxınlarının bildirdiyinə görə, mərhum dünən səhər evdən çıxıb və geri qayıtmayıb. Bu gün səhər ərazidən keçənlər yol kənarında sahibsiz bazarlıq torbaları görüblər. Məlum olub ki, sahibi yoldan dərəyə yıxılıb. Onun donmuş cəsədi tapılıb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Fakt üzrə Lerik Rayon Prokurorluğunda araşdırma aparılır. |
2024-01-29 | 827,317 | Bu ölkə artıq nüvə dövlətinə çevrildi - Putin | Belarus artıq nüvə dövlətinə çevrilib. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ali Dövlət Şurasının iclasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, Belarus Atom Elektrik Stansiyası (AES) tikildikdən sonra mümkün olub. V.Putin bildirib ki, bu, iqtisadi və texnoloji inkişafda irəliyə doğru atılmış ciddi addımdır. |
2024-01-29 | 827,318 | MM-in bu komissiyası yenidən formalaşdırılır | Milli Məclisin İntizam komissiyası yenidən formalaşdırılır. Axar.az xəbər verir ki, Milli Məclisin İntizam komissiyasının yaradılması haqqında Milli Məclisin qərar layihəsi parlamentin fevralın 1-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Komissiyanın tərkibinə yeni üzv əlavə ediləcək. Buna səbəb komissiyanın tərkibindəki deputatlardan biri Madər Musayevin vəfat etməsidir. Dəyişikliklə həmin siyahıda deputat Kəmaləddin Qafarov yer alacaq. Xatırladaq ki, M.Musayev 2023-cü il iyulun 14-ü 76 yaşında vəfat edib. Milli Məclisin İntizam komissiyası aşağıdakı tərkibdə idi: 1. Ağamalı Fəzail Rəhim oğlu, 2. Həsənov Nurlan Urfan oğlu, 3. Həsənova Afət Əbil qızı, 4. İbrahimqızı Məlahət İbrahim qızı, 5. İbrahimov Eldar Rza oğlu, 6. Məhəməliyev Nəsib Məhəmməd oğlu, 7. Məmmədov Hikmət Baba oğlu, 8. Məmmədov Məşhur Şahbaz oğlu, 9. Möhbalıyev Səttar Suliddin oğlu, 10. Musayev Madər Əliəsgər oğlu, 11. Səfərov Nizami Abdulla oğlu. |
2024-01-29 | 827,320 | 705-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 705-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 345 PUA-sı, 456 zenit-raket kompleksi, 14 817 tank və digər zirehli texnikası, 1 211 reaktiv yaylım atəş sistemi, 7 892 artilleriya və minaatanı, 18 007 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-29 | 827,321 | "Azəriqaz" xəbərdarlıq etdi: Hamamda su qızdırıcısı... | Yayılan məlumatlara görə, əhaliyə xəbərdarlıq edilərək, su qızdırıcılarının hamam otaqlarında istifadəsinin qarşısı alınır. Hətta bir sıra mənzillərdə qaz xətləri möhürlənib və su qızıdırıcılarına qazın verilişi dayandırılıb Axar.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov Trend-ə bildirib ki, mövcud qanunvericiliyə görə, Azərbaycanda hamam otağında heç bir halda su qızdırıcısından istifadə etmək olmaz. "2009-cu ildə qüvvəyə minmiş "Qaz təchizatı. Layihələndirmə normaları"na əsasən, su qızdırıcı cihazların vanna otaqlarına qoyulmasına yol verilmir. Qanunda qeyd olunub ki, əvəllər qüvvədə olan normalara uyğun olaraq, vanna otaqlarında yerləşdirilmiş su qızdırıcılarının evdə və ya qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən vanna otaqlarından çıxarılıb mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməsi, hər bir konkret halda, yerli qaz təsərrüfatı istismarı müəssisələrinin razılığı ilə layihə təşkilatı tərəfindən həll edilməlidir. Qanunun qəbulundan əvvəl vanna otaqlarında yerləşdirilən su qızdırıcıları qaz təchizatı sistemində yenidənqurma işləri aparılarkən mətbəxlərdə və ya qeyri-yaşayış otaqlarında yerləşdirilməlidir", - o deyib. İ.Behbudov vurğulayıb ki, Nazirlər Kabinetinin 2023-cü il tarixli, 215 saylı qərarı var: "Həmin qərara əsasən, qazpaylayıcı tərəfindən ildə bir dəfə yoxlama aparılmalıdır. Qərarın 8-ci bəndinə əsasən, aparılan yoxlamalar zamanı nöqsanlar aşkar olunarsa, çatışmazlığın aradan qaldırılması üçün abonentə bir aydan çox olmayan möhlət verilir. Əgər nöqsanlar aradan qaldırılmazsa, bizim tərəfimizdən həmin cihaza gedən qazın təminatı dayandırıla bilər. Yanvar ayından etibarən yoxlamalar aparılır, normaları pozan vətəndaşlara müvafiq xəbərdarlıq edilir". Qeyd edək ki, hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilir. |
2024-01-29 | 827,323 | Azərbaycan onu Özbəkistana təhvil verdi | Özbəkistanda dələduzluq əməlini törətməkdə təqsirləndirilərək 26.05.2023-cü il tarixində həmin dövlətin hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilən, 1981-ci il təvəllüdlü Özbəkistan Respublikasının vətəndaşı Karimov Rustam Hikmatullayeviçin verilməsinə dair Özbəkistan Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib. Bu barədə Axar.az-a Azərbaycan Baş Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib. "R.H.Karimov cari ilin oktyabr ayında ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib. "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Özbəkistanın səlahiyyətli orqanlarına təhvil verilib", - məlumatda qeyd edilib. |
2024-01-29 | 827,324 | Zakir Həsənov Hulusi Akarla görüşdü | Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri cənab Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Axar.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov sabiq həmkarını yenidən ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Nazir Azərbaycan və Türkiyə prezidentlərinin dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksələn xətlə inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb. H.Akar isə öz növbəsində hər zaman olduğu kimi Azərbaycana bugünkü səfərindən də məmnunluq ifadə edib və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasının xüsusi əhəmiyyətə malik olduğunu bildirən deputat bu cür səfərlərin əhəmiyyətini diqqətə çatdırıb. Görüşdə regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib. |
2024-01-29 | 827,325 | Sərhəddə gözləyən yük maşınlarının sayı... | Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 700 yük maşını gözləyir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, “Biləsuvar” gömrük postunda 70, Astara gömrük postunda 274, “Mazımqara” gömrük postunda 16, “Samur” gömrük postunda 38 və “Xanoba” gömrük postunda 6 yük maşını keçid üçün dayanıb. |
2024-01-29 | 827,326 | Arkadi Naydiç niyə Azərbaycan təmsilçisi kimi göstərilib? | Arkadi Naydiçin Beynəlxalq Şahmat Federasiyası (FİDE) tərəfindən açıqlanan dünya reytinqində hələ də Azərbaycan təmsilçisi kimi göstərilməsinin səbəbi müəyyənləşib. Azərbaycan Şahmat Federasiyasından (AŞF) Axar.az-a verilən məlumata görə, 38 yaşlı qrossmeysterin onlarla heç bir bağlılığı qalmayıb. AŞF bununla bağlı hətta FİDE-yə rəsmi məktub da göndərib: “Naydiçlə çoxdan yolları ayırmışıq. Bu barədə həm FİDE-yə, həm də idmançının əvvəllər təmsil etdiyi Almaniya Şahmat İttifaqına məktub göndərilib. Naydiçlə bağlılığımız yoxdur. O, hazırda heç Almaniya Şahmat İttifaqında da təmsil olunmur. Bu üzdən FİDE reytinqdə son ölkəsi kimi Azərbaycanı göstərir”. Qeyd edək ki, Arkadi Naydiç 2015-2020-ci illərdə Azərbaycanı təmsil edib. |
2024-01-29 | 827,328 | Mirzoyan Xameneinin müşaviri ilə Qafqazı müzakirə etdi | Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın dini lideri Əli Xameneinin müşaviri - İranın Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Mirzoyan və Xarazi iki ölkə arasındakı əməkdaşlıq və Cənubi Qafqazda sabitlik və təhlükəsizlik məsələlərini müzakirə ediblər. |
2024-01-29 | 827,329 | Paşinyanın "hücum etməmək" təklifinə Bakının reaksiyası | Ermənistan Baş nazirinin açıqlaması Azərbaycanla Ermənistan arasında Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır. Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın Baş nazirinin Ordu Günündə səsləndirdiyi fikirlərə cavabında deyib. "Azərbaycan tərəfinin sözügedən saziş layihəsi üzrə müzakirələr başlanandan etibarən Ermənistan tərəfinin öz Konstitusiyasında, qanunvericilik orqanının bir sıra qərarlarında, eləcə də 44 günlük Vətən müharibəsindən sonra müxtəlif beynəlxalq məhkəmələrə müraciətlərində, rəsmi yazışmalarında və beynəlxalq təşkilatlar çərçivəsində yaydıqları məktublarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialara son qoymağa çağırış etməsinə baxmayaraq, indiyə qədər bu istiqamətdə Ermənistan tərəfindən hər hansı bir əməli addım atılmayıb. Bununla əlaqədar, Ermənistan tərəfinin bu istiqamətdə tədbirlər görmək əvəzinə, heç bir praktiki əhəmiyyəti olmayan təkliflər səsləndirməsi anlaşılmazlıq yaradır və qəbuledilməzdir", - A.Hacızadə bildirib. O qeyd edib ki, Ermənistanın 30 il ərzində məhz tərəf olduğu ərazi bütövlüyümüzün və suverenliyimizin tanındığı beynəlxalq müqavilələr və silahlara nəzarət mexanizmləri çərçivəsində öhdəliklərini kobud şəkildə pozduğu, Azərbaycana qarşı təcavüz törətdiyi, ərazilərimizin işğalı müddətində əksər hərbi texnikasını və silah sistemlərini ölkəmizin ərazisində qeyri-qanuni yerləşdirməklə beynəlxalq silahlara nəzarət mexanizmlərindən gizlətdiyi hər kəsə məlumdur: "Qeyd edilənləri, habelə Baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbiləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır. Bu kimi qərəzli bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilikdir. Azərbaycan öz növbəsində sülh və quruculuq səylərini davam etdirəcək və Ermənistandan da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir". Qeyd edək ki, yanvarın 28-də Ermənistan Baş naziri Nikol Paşinyan ordu günü ilə əlaqədar çıxışı zamanı Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamağı təklif etdiklərini bildirib. |
2024-01-29 | 827,330 | Əlahiddə Ümumqoşun Orduda müşavirə keçirildi - Video | 2023-cü tədris ilini uğurla başa vuran Əlahiddə Ümumqoşun Orduda 2024-cü yeni tədris ilinə hazırlıq planına uyğun olaraq müxtəlif ixtisaslar üzrə toplantılar keçirilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Komandir heyətinin bilik və bacarıqlarının, nəzəri və praktiki vərdişlərinin təkmilləşdirildiyi toplantılara müxtəlif ixtisaslı və kateqoriyalı komandirlərlə yanaşı komandir müavinləri də cəlb edilib. Toplantı iştirakçılarından ümumqoşun, ixtisas və fiziki hazırlıqdan məqbullar qəbul edilib. Toplantılar başa çatdıqdan sonra 2023-cü tədris ilinin nəticələri ilə bağlı yekun müşavirə keçirilib. Müşavirədə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev müşavirədə çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsini daim diqqət mərkəzində saxlayır, Naxçıvanın etibarlı müdafiəsinin təmin edilməsi üçün mühüm addımlar atılır. Dövlət başçımızın göstərişi ilə Əlahiddə Ümumqoşun Ordu ən müasir silah və texnikalarla təchiz edilib, şəxsi heyətin sosial-məişət şəraiti ən müasir standartlar səviyyəsinə yüksəldilib. Müşavirədə ordu quruculuğundan bəhs edən “Ordumuz qürurumuzdur” adlı film nümayiş etdirilib. Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini - qərargah rəisi, general-leytenant Fazil Ağalarovun “2023-cü tədris ilində Əlahiddə Ümumqoşun Ordunun hazırlığının yekunları haqqında” məruzəsi dinlənilib. General-leytenant Fazil Ağalarov bildirib ki, birləşmə və hissələrin hazırlığının gedişində əsas diqqət onların döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasına, qısa zamanda döyüşə hazırolma dərəcələrinə gətirilməsinə və döyüş təyinatı üzrə düzgün tətbiq edilməsinə, birinci eşelon birləşmələrinin hazırlığında isə müdafiə zolaqlarında döyüş tapşırıqlarının icrasına, düşmənin ehtimal olunan təxribat xarakterli fəaliyyətlərinin qarşısının alınması və dəf edilməsi üzrə məşqlərin yerinə yetirilməsinə yönəldilib. Qeyd olunub ki, ötən il ərzində Əlahiddə Ümumqoşun Orduda müxtəlif komanda-qərargah təlimləri, həmçinin qərargah və idarətemə məntəqələrinin açılması üzrə məşqlər keçirilib. Təlim və məşqlərin gedişində komandir və qərargah zabitləri ilə müasir ümumqoşun döyüşünün təşkil edilməsi, mürəkkəb relyefli ərazilərdə döyüşün aparılması zamanı yaranmış müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması və idarəetmə orqanlarının uzlaşmış fəaliyyəti üzrə suallar məşq etidirilib, eyni zamanda bölük-tabor-briqada-ordu qərargahları arasında radiorabitənin yaradılması təmin olunub. Bildirilib ki, il ərzində ixtisas hazırlığı və zabit təkmilləşdirmə kursları uğurla təşkil olunaraq keçirilib. Şəxsi heyətin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılıb. Planlaşdırılmış idman tədbirləri il ərzində tam şəkildə yerinə yetirilib. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və hərbi intizamın yüksəldilməsi üçün birləşmə və hissələrdə müntəzəm olaraq tədbirlərin keçirilməsi davam etdirilib. Hərbi qulluqçularımızın beynəlxalq təlimlərdə iştirakından danışan general-leytenant Fazil Ağalarov bildirib ki, Azərbaycan və Türkiyə Respublikaları arasında imzalanan ikitərəfli müqavilələrə əsasən Türkiyə Respublikasında ötən ilin yanvar və fevral aylarında “Qış təlimi-2023”, aprel və may aylarında “Heydər Əliyev-2023” birgə döyüş atışlı taktiki təlimləri uğurla icra edilib. Əlahiddə Ümumqoşun Ordu komandanının müavinləri və ordunun idarə rəisləri 2023-cü tədris ilində görülmüş işlər, 2024-cü tədris ilində qarşıda duran vəzifələrlə bağlı məruzə və təkliflərlə çıxış ediblər. General-leytenant Fazil Ağalarov “Əlahiddə Ümumqoşun Ordunun 2024-cü tədris ilinə hazırlıq planı” haqqında ətraflı məlumat verib. Sonda Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunmuş hərbi qulluqçulara orden və medallar təqdim edilib. |
2024-01-29 | 827,331 | AŞPA-nın Azərbaycanla bağlı qərarına İsrailin mövqeyi | Son dövrlərdə baş verən hadisələri yaxından izləyirəm. Beynəlxalq təşkilatların, bəzi ölkələrin Azərbaycana təzyiqinin şahidi oluruq. Biz bunu qəti şəkildə qınayır və pisləyirik. Axar.az xəbər verir ki, bunu İsrailin Bakıdakı səfiri Corc Dik Azərtac-a müsahibəsində Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsini şərh edərkən deyib. "Məsələ burasındadır ki, İsrail də mütəmadi olaraq təzyiqlərə məruz qalır. Çox təəssüf ki, iki ölkə olaraq eyni taleyi yaşayırıq. Ümid edirik ki, təzyiqlərdən müdafiə olunmağın mexanizmlərini, yollarını müəyyənləşdirib birgə irəli addımlaya biləcəyik", - səfir qeyd edib. |
2024-01-29 | 827,332 | İsrailin Qəzzaya yerləşməsini rədd edirik - Almaniya XİN | Almaniya Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya yenidən yerləşməsini və Fələstin əhalisinin hər hansı formada köçürülməsi ilə bağlı bütün variantları rədd edir. Axar.az xəbər verir ki, bunu Almaniyanın İsraildəki səfiri Şteffen Zeybert bildirib. Səfir qeyd edib ki, sözügedən məsələlər münaqişəni daha da gərginləşdirir. |
2024-01-29 | 827,333 | Qaribaşvilidən sonra bütün hökumət istefaya gedir | Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ardınca bütün hökumət istefaya gedir. Axar.az Report-a istinadən xəbər verir ki, Gürcüstan Konstitusiyasına əsasən, Baş nazirin səlahiyyətləri onun istefasından dərhal sonra başa çatır, hökumət isə yeni baş nazir təyin olunana qədər öz vəzifələrini icra etməyə davam edir. Hökumət başçısının vəzifələri Baş nazirin birinci müavininə həvalə edilir. Ölkənin bütün nazirləri nazir səlahiyyətlərini müvəqqəti icra edəcəklər. İndi Gürcüstan parlamentinin yeni baş nazirə və onun təqdim etdiyi hökumətə etimad göstərməsi üçün iki həftə vaxtı var. “Gürcüstan hökumətində baş nazir dəyişikliyi ilə bağlı kadr dəyişiklikləri altı qurumun rəhbərinə də təsir edəcək”, - “Mtavari Arxi” teleşirkəti mənbələrinə istinadən məlumat yayıb. O cümlədən Xarici İşlər, Ədliyyə, Səhiyyə, Müdafiə və Mədəniyyət nazirliklərinin rəhbərləri dəyişdiriləcək. Etimad qazanmaq üçün hökumət azı 76 parlament üzvünün dəstəyini almalıdır. Qeyd edək ki, bu gün İrakli Qaribaşvili baş nazir postundan istefa verib. |
2024-01-29 | 827,334 | Bəzi ölkələr Bakıya qərəzli münasibət göstərir - Seyidov | Azərbaycan öz torpaqlarını azad, suverenliyini bərpa etdikdən sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü zamanı deyib. S.Seyidov Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu, hazırda ölkələrimiz arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, türk dünyası çərçivəsində münasibətlərin genişləndirildiyini bildirib. O, bugünlərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin qurumun iclasında bəyanatla çıxış etdiyini diqqətə çatdırıb. Komitə sədri qeyd edib ki, Azərbaycan öz torpaqlarını azad, suverenliyini bərpa etdikdən sonra bəzi Avropa dövlətləri ölkəmizə qarşı qərəzli münasibət göstərir. Bununla əlaqədar Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını dayandırmaq qərarına gəlib. Səməd Seyidov Azərbaycana verdiyi dəstəyə görə AŞPA-dakı Türkiyə nümayəndə heyətinə təşəkkürünü ifadə edib. |
2024-01-29 | 827,336 | Dünya azərbaycanlılarından İlham Əliyevə tam dəstək | 7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri yaxınlaşdıqca dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Azərbaycanın xoşbəxt gələcəyinin memarı İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildirirlər. Axar.az xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz Feysbuk sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam” platforması vasitəsilə dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək seçkilərdə fəal olmağa dəvət edirlər. Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının sədri, “Maarif” jurnal-qəzetinin baş redaktoru Ələddin Qarabağlı yaydığı bəyanatda dünyanın müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderin təbligatında fəal olmaga dəvət edib: “Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”. Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri Sevda Badaliouri bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdəki iqtisadi inkişaf, sosial və mədəni təşəbbüslərin təşviqi sahəsində əldə olunan müstəsna nailiyyətlər təqdirəlayiqdir: “Dünya azərbaycanlılarını qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə və Ali Baş Komandan İlham Əliyevi dəstəkləmə dəvət edirik”. Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının prezidenti Taleh Qurbanov qeyd edib ki, Sloveniyada yaşayan Azərbaycan vətəndaşları 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində sevinc, fərəh hissi ilə iştirak edəcək və ölkəmizin taleyinə qələbə yazmış Prezidentə öz dəstəyini bildirməkdən qürur duyacaq. Böyük Britaniyanın Vorvik Universitetinin Azərbaycan Cəmiyyətinin rəhbəri Rafiq Niftəliyev də Prezident İlham Əliyevə müraciətində namizədliyini dəstəklədiklərini bəyan edib: “Biz inanırıq ki, Siz Azərbaycanın müstəqilliyinin və xalqımızın təhlükəsiz gələcəyinin sarsılmaz qarantısınız”. “Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli-Gənclərin Mədəniyyət Mərkəzi”nin sədri Ceyran Qurbanovanın bəyanatında xalqımıza Zəfər sevincini yaşadan Ali Baş Komandana sarsılmaz dəstək ifadə olunub: “Dünyanın müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderimizin təbliğatında fəal olmaga dəvət edirik. Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”. Böyük Britaniyada yaşayan diaspor fəalı, “Bülbül” Azərbaycan dili kitabının müəllifi Emiliya Cəbrayılova bildirib ki, ərazi bütövlüyümüzün və dövlət suverenliyinin bərpası İlham Əliyevin strateji baxışının və Azərbaycanın rifahına sarsılmaz sədaqətinin sübutudur: “Azərbaycana rifah və möhkəmliyi təmin etmək üçün sınanmış təcrübəyə malik lider lazımdır. İnanırıq ki, Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan güclənməkdə davam edəcək və firavan gələcəyin formalaşdırılmasında əsas rol oynayacaq”. Bəhreyndə Səudiyyə Ərəbistanı Sığorta Assosiasiyasının departament rəhbəri, həkim Ellada Abdullayeva deyib ki, Bəhreyn Krallığındakı Azərbaycan icması “Zəfər Yoluna Davam!” şüarı ilə ulu öndər Heydər Əliyevin yolunu layiqincə davam etdirən möhtərəm Prezidenti ürəkdən dəstəkləyir: “Azərbaycan xalqı Prezidentimizi sevir. Onun güclü, qüdrətli dövlətimizin, məğrur və yenilməz xalqımızın Lideri olması ilə qürur duyur. Hər bir səsvermə hüququ olan Azərbaycan vətəndaşını Qalib Liderimizin dəstəklənməsi məqsədilə fəal olmağa dəvət edirik. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq!” Kaliforniya Azərbaijan Dostluq Assosiasiyası da 7 fevral seçkiləri ilə bağlı mövqeyini açıqlayıb. Bu barədə assosiasiyanın sədri Elnurə Haşımova açıqlama verib: “Biz Azərbaycan diasporu olaraq qarşıdan gələn növbədənkənar Prezident seçkilərində İlham Əliyevin qələbəsinə inanırıq. Əminik ki, onun müdrik rəhbərliyi altında dövlətimizin və xalqımızın növbəti uğurlarının şahidi olacağıq”. Gürcüstanda fəaliyyət göstərən “QANUN” Hüquqi Yardım Mərkəzinin baş direktoru Əli Bədirov isə vurğulayıb ki, növbədənkənar Prezident seçkilərində ümummilli lider Heydər Əliyevin siyasətini qürur hissi ilə davam etdirən İlham Əliyevin namizədliyini “Qalib Xalqın Qalib Lideri” və “Dünya azərbaycanlıların lideri” şüarları altında dəstəkləyirlər: “Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının Sizi dəstəkləyəcəyindən əmin ola bilərsiniz. Dünya azərbaycanlıların adını qalib millətlər siyahısına qızıl hərflərlə yazan, Azərbaycanın ərazi bütovlüyünü təmin edən Liderin təbliğatında fəal olmaga həmişə hazırıq. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”. |
2024-01-29 | 827,337 | PA rəsmisi Pakistan səfiri ilə görüşdü - Foto | Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edib. "Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə görüşməkdən məmnunam", - B.Haye qeyd edib. Səfir bildirib ki, görüş çərçivəsində ikitərəfli gündəliyi və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər: "Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə dinamika qatacaq". |
2024-01-29 | 827,339 | DSX-ya mühüm vəzifə verildi - Qərar | Baş nazir Əli Əsədov “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” qərar imzalayıb. Axar.az xəbər verir ki, qərara əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarına (pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi, o cümlədən xəstəliklərin profilaktikası, ilkin tibbi-sanitariya yardımı, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator-poliklinik və stasionar tibbi yardım, onların tibbi reabilitasiyası və sağlamlaşdırılmasının təmin edilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçiriləcək. Qərar 2024-cü il fevralın 1-dən qüvvəyə minir. |
2024-01-29 | 827,343 | Bayramov Hulusi Akarla görüşdü - Foto | Azərbaycanın Türkiyə müdafiə sənayesinin imkanlarından yararlanması üçün geniş perspektivlər mövcuddur. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Milli müdafiə komissiyasının sədri Hulusi Akar Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib. Görüş zamanı Azərbaycan və qardaş Türkiyə arasında dinamik əməkdaşlıq gündəliyi, habelə parlamentlərarası və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir C.Bayramov qardaş ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin intensiv inkişafını məmnuniyyətlə vurğulayıb və qarşılıqlı səfərlərin bu münasibətlər üçün vacibliyini qeyd edib. Nazir həmçinin Azərbaycan və Türkiyə dövlət qurumları arasında intensiv işçi təmasların ikitərəfli münasibətlərə böyük töhfə verdiyini diqqətə çatdırıb. Tərəflər Şuşa Bəyannaməsi çərçivəsində bütün sahələr, xüsusən də təhlükəsizlik və ordu quruculuğu sahələri üzrə iki ölkə arasında sıx əməkdaşlıq əlaqələrini, bu əlaqələrinin geniş inkişaf potensialının mövcudluğunu vurğulayıblar. H.Akar öz növbəsində qonaqpərvərliyə və xoş qəbula görə təşəkkürlərini bildirib, ölkələrimizin bütün platformalarda bir-birinə göstərdiyi qarşılıqlı dəstək səviyyəsindən, habelə parlamentlərarası münasibətlərin gələcək perspektivlərindən məmnuniyyət ifadə edib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2024-01-29 | 827,346 | AB sanksiyaları uzatdı - Rusiyadan reaksiya | Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları ABŞ maraqlı olduğu müddətcə davam etdirəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Büdcə Komitəsinin sədr müavini Aleksandr Şenderyuk-Jidkov bildirib. "Avropa Birliyi hər dəfə sanksiyaları uzatmaqla onların müvəqqəti mahiyyətini nümayiş etdirir. Bu, onların statusunu hüquqi cəhətdən möhkəmləndirmək üçün lazımdır. Axı Avropanın bürokratik sistemi qanunlara sadiqliyini hər cür nümayiş etdirir və ciddi hüquqi qüvvə olmadığı üçün Rusiyaya qarşı sanksiyaların əsaslarının qalıcı olaraq təsdiqlənməsi mümkün deyil", - Jidkov qeyd edib. Qeyd edək ki, AB bu gün Rusiyaya sanksiyaları daha 6 ay - 31 iyul 2024-cü ilə qədər uzadıb. |
2024-01-29 | 827,349 | İsraildən BMT komissarı ilə bağlı sərt qərar | İsrail BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlərin təşkili üzrə Agentliyinin baş komissarı Filip Lazzarini ilə bütün görüşləri ləğv edib. Axar.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri İsrail Katz məlumat verib. Məlumata görə, XİN bu addımı 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumunda Agentliyin bir neçə əməkdaşının iştirakından şübhələndikləri üçün atıb. “Lazzarini nəticə çıxarmalı və istefa verməlidir. Terrorizmi dəstəkləyənlər burada xoş qarşılanmır”, - nazir qeyd edib. |
2024-01-29 | 827,351 | Ordumuzun zabitini qətlə yetirən şəxs həbs olundu | Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevi qətlə yetirməkdə təqsirli bilinən Nizami Eynulla oğlu Abdullayev barəsində hərbi prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə dörd ay müddətində həbs qətimkan tədbiri seçilib. Bu barədə Axar.az-a Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. |
2024-01-29 | 827,354 | Azərbaycan bunun üçün unikal vəziyyətdədir - Morqan | Azərbaycan payızda keçiriləcək COP29-un prezidenti olmaqla üzərinə böyük rol götürüb ki, bu, ölkə üçün böyük imkanlar, amma eyni zamanda böyük öhdəliklər deməkdir. Axar.az xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Bakıda bir qrup jurnalistlə görüşündə deyib. Tədbirə ev sahibliyi edəcəyi ilə bağlı ölkə hökumətini təbrik edən C.Morqan qeyd edib ki, COP-un Bakıda keçirilməsi müəyyən mənada “tam tsikl” yaradır: “Dünyada böyük miqdarda qalıq yanacaq ehtiyatlarının intensiv kəşfiyyatına və işlənməsinə başlayan ilk ölkə kimi Azərbaycanın hazırda bərpa olunan enerji mənbələrinə keçid üzərində işləməsi və enerji səmərəliliyinə çalışması həqiqətən maraqlıdır. Ölkə hökuməti bərpaolunan enerji mənbələrinə keçiddə maraqlı olduğunu bildirir. COP28-də qəbul edilmiş qərarları həyata keçirmək üçün daha yaxşı yeri haradan tapmaq olar?!” Onun sözlərinə görə, Almaniya ənənəvi enerji resurslarından bərpa olunan mənbələrə keçidi çox fəal şəkildə həyata keçirir, elektrik enerjisinin demək olar 50%-i onlardan əldə edilir və ölkə neft, qaz və kömürdən tamamilə imtinaya doğru gedir. “Almaniya bu sahədə toplanmış təcrübəsini bölüşməyə hazırdır”, - C.Morqan bildirib. Almaniya XİN nümayəndəsinin fikrincə, iqlim böhranı hamının razılaşdığı reallıqdır və vəziyyət getdikcə daha da pisləşir. “2023-cü il Yer kürəsində ən yüksək temperaturun olduğu il kimi qeydə alınıb, eyni zamanda intensiv yağışlar və nəticədə daşqınlar və quraqlıq olub”, - o söyləyib. Azərbaycan da dünyanın digər ölkələri kimi iqlim dəyişikliyinin nəticələrini, o cümlədən su qıtlığı və quraqlıq halları, digər tərəfdən leysan yağışların yaratdığı sürüşmələr və digər neqativ nəticələr ilə üzləşir. “Aydındır ki, bütün ölkələr Paris Sazişinin üç əsas məqsədinə, o cümlədən qlobal temperatur artımını 1,5 dərəcə Selsi civarında qorumaq, 2030-cu ilə qədər istixana qazı emissiyalarını 43 faiz azaltmaq və 2050-ci ilə qədər sıfır emissiyaya nail olmaq, iqlim dəyişikliyi və maliyyə resurslarının yenidən yönləndirilməsi şəraitində davamlılıq və adaptasiyaya nail olmaq üçün səy göstərməlidirlər”, - Morqan vurğulayıb. |
2024-01-29 | 827,357 | Ostin uzun müddətdən sonra Pentaqona qayıtdı | ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün Pentaqona qayıdıb. Axar.az xəbər verir ki, bu barədə Pentaqondan məlumat verilib. “Nazir yanvarın 15-də Uolter Rid Milli Tibb Mərkəzindən buraxıldıqdan sonra öz vəzifələrini evdən yerinə yetirirdi”, - məlumatda vurğulanıb. Qeyd edək ki, yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilmiş ABŞ-ın müdafiə naziri 15 yanvarda müalicəsini davam etdirmək üçün evə buraxılmışdı. Ostinin prostat xərçəngindən müalicə aldığı bildirilir. |
2024-01-29 | 827,362 | Peşə məktəbləri və liseyləri ilə bağlı yeni qərar | Dövlət peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştat cədvəlinə dəyişiklik edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, işçilərinin sayı 50 nəfərdən çox olan peşə təhsili müəssisələrində 1 (bir) ştat vahidi əməyin mühafizəsi üzrə mühəndis vəzifəsi müəyyən edilir. Peşə liseyləri və peşə təhsil mərkəzlərində təhsilalanların sayı 250 nəfərdən artıq olduqda 1 (bir) ştat vahidi ümumtəhsil fənləri üzrə tədris hissə müdiri vəzifəsi müəyyən edilir. İlk və texniki peşə təhsili səviyyələri üzrə hər ixtisas qrupuna görə 1 (bir) ştat vahidi, “Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlığın müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 11 mart tarixli 86 nömrəli Qərarının 3-cü hissəsində qeyd olunan halda isə 2 (iki) ştat vahidi istehsalat təlimi ustası vəzifəsi müəyyən edilir. Tədrisin kredit sistemi ilə təşkil olunduğu qruplarda təhsil alan hər 100 tələbəyə görə 1 (bir) ştat vahidi tyutor vəzifəsi müəyyən edilir. Hər bir inklüziv təhsil qrupuna görə 1 (bir) ştat vahidi müəllim köməkçisi vəzifəsi müəyyən ediləcək. Qərara görə, peşə təhsili müəssisələrinin filialı olduqda, filial üzrə 1 (bir) ştat vahidi filial müdiri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binanın istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən edilir. Peşə təhsili müəssisələrinin korpusları əsas korpusdan fərqli rayon/şəhərdə yerləşdikdə, korpus üzrə 1 (bir) ştat vahidi korpus rəhbəri, 1 (bir) ştat vahidi psixoloq, 1 (bir) ştat vahidi tədrisin təşkili üzrə koordinator, 1 (bir) ştat vahidi inzibati işlər üzrə koordinator, 3 (üç) ştat vahidi gözətçi (peşə təhsili müəssisələrində binaların qorunması mühafizə xidməti tərəfindən həyata keçirilmədiyi halda), 1 (bir) ştat vahidi binaların istismarı üzrə texnik, 1 (bir) ştat vahidi fəhlə vəzifələri müəyyən edilir. |
2024-01-29 | 827,365 | Putin və Lukaşenko İttifaq dövləti üçün sənəd imzaladı | Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko 2024-2026-cı illər üçün İttifaq dövlətinin yaradılması haqqında müqavilənin müddəalarının həyata keçirilməsinin əsas istiqamətləri haqqında fərman imzalayıblar. Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Bildirilib ki, tərəflər İttifaq dövlətinin Ali Dövlət Şurasının bu gün Sankt-Peterburqda baş tutan iclasının yekunlarına dair sənədlər imzalayıblar. Qeyd edək ki, ötən həftə Birlik Dövlətinin Dövlət katibi Dmitri Mezentsev bu fərmanı hazırlamaq üçün müxtəlif sahələr üzrə hökumət planlarının hazırlanacağını, üç illik planın baş nazirin müavinləri tərəfindən təsdiqlənəcəyini söyləyib. |
2024-01-29 | 827,367 | Lepsi heç bir ölkəyə buraxmırlar: özü açıqladı | Rusiyalı müğənnisi Qriqori Lepsin dünyanın demək olar ki, bütün ölkələrinə girişinə qadağa qoyulub. Kult.az xəbər verir ki, bununla bağlı müğənni özü açıqlama verib. Onun sözlərinə görə, 2014-cü ildən müxtəlif ştatlara girişi qadağan edilib və ABŞ onu “mafiya ortağı” elan edib. "Mən vətənimdə xoşbəxtəm. Problem deyil. Onlar öz ölkələrinin ağasıdırlar, kimisə içəri buraxmaq və ya buraxmamaq hüquqları var. Amma bunun musiqi ilə heç bir əlaqəsi yoxdur. Musiqi siyasətdən kənar olmalıdır", - müğənni qeyd edib. |
2024-01-29 | 827,368 | ABŞ Finlandiya ilə təhlükəsizlik sazişi imzaladı | Finlandiya və ABŞ milli təhlükəsizliklə bağlı əməkdaşlığın dərinləşdirilməsi üzrə saziş imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyi məlumat yayıb. Nazirlik bildirib ki, bu birgə niyyət bəyanatı milli təhlükəsizlik məsələlərində səmərəli elmi-texniki əməkdaşlıq üçün yaxşı başlanğıcdır. |
2024-01-29 | 827,370 | ABŞ İrana xidmət edən 11 nəfəri qara siyahıya saldı | ABŞ və Böyük Britaniya İran kəşfiyyatının maraqları naminə dissidentlərin təqibində iştirakda ittiham olunan 11 nəfərə sanksiyalar tətbiq edib. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında bildirib. "Bu gün sanksiya tətbiq edilən şəxslər, əldə olan məlumatlara görə, transmilli repressiyalarla, o cümlədən çoxsaylı qətllər və adam oğurluqları ilə məşğul olan, ABŞ-da əməliyyatlar planlaşdıran şəbəkə ilə bağlıdır”, - məlumatda qeyd olunub. |
2024-01-29 | 827,372 | Zalujnının işdən çıxarılması rəsmən təkzib olundu | 21:23 Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının istefası ilə bağlı yayılan xəbərlər təkzib olunub. Axar.az xəbər verir ki, məsələ ilə bağlı Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb. “Hörmətli jurnalistlər, biz hamıya dərhal cavab veririk: Xeyr, bu doğru deyil”, - Ukrayna MN açıqlamasında bildirib. Bundan əlavə, Prezidentin mətbuat katibi Sergey Nikiforov da Zalujnının işdən çıxarılması xəbərini təkzib edib. Qeyd edək ki, bu gün Ukraynanın Teleqram kanallarında və bəzi Rusiya saytlarında Valeri Zalujnının işdən çıxarıldığı, ona Avropa ölkələrindən birində səfir vəzifəsi təklif edildiyi və bundan imtina etdiyinə dair xəbərlər yayılıb. Hətta Zalujnıdan sonra onun vəzifəsini Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun tutacağı bildirilmişdi. |
2024-01-29 | 827,373 | Nigar Arpadarai yüksək vəzifəyə təyin olundu | Nigar Arpadarai COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu (UN Climate Change High-Level Champion) təyin edilib. Axar.az xəbər verir ki, bu barədə COP29-un X hesabında məlumat verilib. Qeyd edək ki, N.Arpadarai Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. O, beynəlxalq təşkilatlarda, idman və telekommunikasiya sahəsində 15 illik iş təcrübəsindən sonra parlamentə seçilib. |
2024-01-29 | 827,375 | Səfirliyimizə hücum edənin hökmü nə vaxt veriləcək? | Azərbaycanın İrandakı səfirliyinə hücumla bağlı təqsirləndirilən şəxsin hökmü yaxın günlərdə veriləcək. Axar.az xəbər verir ki, bu sözləri İranın İnsan Hüquqları üzrə Ali Şurasının katibi Kazım Qəribabadi deyib. Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. |
2024-01-29 | 827,377 | ABŞ-la İran arasında yeni gərginlik: Bakıya təsiri… | ABŞ-la İran arasında hər dəfə gərginlik artanda “bunun Azərbaycana hansı mənfi təsirləri ola bilər” sualı aktuallaşır. Vaşinqton amerikalı hərbçilərin öldürülməsinə cavab olaraq İranın mövqelərinə zərbə endirməyi planlaşdırır. Bununla Yaxın Şərqdəki toqquşmalar Cənubi Qafqazın sərhədinə yaxınlaşıb. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ-ın İrodaniyadakı bazasına İrana bağlı qüvvələrin zərbə endirməsi və nəticədə 3 hərbçinin ölməsi, 34 əsgərin yaralanmasını şərh edərkən deyib. O bildirib ki, Azərbaycan bölgədə gərginlikdə maraqlı deyil, ancaq əgər vəziyyət istəyimizdən asılı olmayaraq gərginləşərsə, qarşıduran tərəflərdən eyni məsafədə qalmalıyıq: “Mövcud vəziyyət Azərbaycanın İranla quru sərhədini açmasını mümkünsüz edir. İrandakı dairələr hər hadisədə “İsrail izi” axtarır, Azərbaycanı isə İsraillə əməkdaşlığa görə ittiham edirlər. Halbuki Azərbaycanın İsraillə əməkdaşlığı qarşılıqlı maraqlara əsaslanır və İrana qarşı yönəlməyib. Ancaq orası da var ki, İsrail hökuməti ABŞ-ın İranı sərt cəzalandırmasının tərəfdarıdır və əgər bu baş verərsə, Tehran İsraillə əməkdaşlıq edən ölkələrin ünvanına yenə bəyanatlar səsləndirəcək. Misal üçün Yaxın Şərqdəki gərginlik fonunda İran Prezidenti İbrahim Rəisi müsəlman ölkələrinə çağırış edib ki, İsraillə əməkdaşlıqdan imtina etsinlər. Bu çağırış başqa ölkələrin daxili işlərinə qarışmaq olduğundan diqqətə alınmayıb. Türkiyənin özü İsraili sərt şəkildə tənqid etsə də, bu ölkə ilə iqtisadi əməkdaşlıqdan imtina etməyib. Azərbaycan Yaxın Şərqdəki hadisələrdən narahat olsa da, İsraillə əməkdaşlıqdan imtina etməyəcək”. |
2024-01-29 | 827,378 | Üç ölkə AŞPA-da Bakıya xəyanət etdi | Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərarın qəbul edilməsi təkcə bu təşkilatın gerçək simasını ortaya çıxarmadı, həm də dost hesab etdiyimiz ölkələrin həlledici məqamda necə davrandığını göstərdi. Bu kontekstdə xüsusilə Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin mövqeləri diqqət çəkdi. Çünki: - Azərbaycanın bu ölkələrlə münasibəti həmişə yüksək səviyyədə olub; - Dörd ölkənin – Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova – hər biri işğaldan əziyyət çəkib; - Avropa strukturları ilə əməkdaşlıq proqramlarında dörd ölkə bir platformada təmsil olunub; - Hər üç ölkə - Moldova, Ukrayna, Gürcüstan AŞPA-nın ədalətsizlik etdiyini yaxşı anlayırdı, hətta Ukrayna nümayəndə heyətinin üzvü Oleksi Qonçarenko bunu təşkilatın tribunasından çıxışında da dilə gətirdi. Buna baxmayaraq, hər üç ölkə Azərbaycanı AŞPA-nın ədalətsizliyi qarşısında tək qoydu. Moldova Azərbaycanın əleyhinə səs verdi, Ukrayna və Gürcüstan isə ümumiyyətlə səsvermədə iştirak etmədi. Səsvermədə iştirak etməmək texniki olaraq AŞPA-nın qərarını dəstəkləmək olmasa da, həm də Azərbaycanı yalnız buraxmaq deməkdir. Hər üç ölkənin sərgilədiyi mövqe Azərbaycanla münasibətlərin ruhuna ziddir, eyni zamanda, bu, Azərbaycan xalqının bu ölkələrə verdiyi təmənnasız dəstəyə də adekvat deyil. Ukrayna, Moldova və Gürcüstanın AŞPA-da Azərbaycanı dəstəkləməməsi GUAM-dakı münasibətlər fonunda təəssüf doğurur. Halbuki GUAM-a üzv olan dörd ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəkləməsi həm təşkilatdaxili münasibətlər, həm də təşkilatın dünya siyasətində mövqeyinin güclənməsi baxımından zəruridir. Ukrayna, Moldova və Gürcüstan isə təkcə Azərbaycana qarşı çıxmadılar, həm də GUAM-a zərbə endirdilər. Çünki 2024-cü ildə GUAM-a Azərbaycan sədrlik edir və belə görünür ki, hər üç ölkə bir tərəfdən təşkilatın fəaliyyətini, həm də təşkilat daxilində maraqlarını rəsmi Bakıya həvalə edir, digər tərəfdən AŞPA-da Azərbaycanın əleyhinə çıxırlar. Bu etibarsız mövqe Azərbaycana arxadan vurulan zərbə deməkdir və istisna deyil ki, GUAM-ın gələcəyinə də təsirsiz ötüşməyəcək. Birincisi, GUAM daxilində münasibətlərin səmimiyyətinə və inkişafına mənfi təsir edə bilər: bundan sonra Ukrayna, Moldova və Gürcüstan GUAM-da tərəfdaş olduqları və bu il təşkilata sədrlik edən Azərbaycana etibarlı tərəfdaş olduqlarını necə göstərə biləcəklər?! İkincisi, Azərbaycan GUAM-a sədrlik dövründə aktiv diplomatiya potensialını bu təşkilatın güclənməsi, beynəlxalq münasibətlərdə mövqelərinin möhkəmlənməsi üçün istifadə etmək haqda bir daha düşünə bilər. GUAM xüsusilə son illər passiv təşkilata çevrilib və beynəlxalq münasibətlərdə mövqeləri zəifləyib. Azərbaycanın təşkilatda sədrliyə başlaması bu vəziyyətin dəyişəcəyi gözləntisini artırıb. Çünki Azərbaycanın güclü diplomatiya potensialı, eləcə də sədrlik etdyi təşkilatları dünya siyasətində həlledici mərkəzə çevirmək təcrübəsi var. Son illərə nəzər yetirdikdə bununla bağlı iki faktı qeydə etmək mümkündür. Qoşulmama Hərəkatı: Azərbaycan hərəkata rəhbərliyi dövründə təşkilatın beynəlxalq nüfuzu heç olmadığı qədər yüksəldi. Məhz buna görə QH üzvləri yekdil qərarla 2019-2022-ci illərdə hərəkata sədrlik edən Azərbaycanın hərəkata sədrlik müddətini 2023-cü ilə qədər uzatdılar. Hərəkata sədrliyi dövründə Azərbaycan QH-ni beynəlxalq siyasətin mərkəzinə çevirdi. - COVİD-19 pandemiyasına qarşı hərəkat daxilində həmrəylik yaratdı; - QH tarixində ilk dəfə olaraq, Zirvə görüşündə Avropa İttifaqının rəsmisinin iştirakını təmin etdi və bununla iki qütb arasında körpü saldı; - Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi irəli sürdüyü təşəbbüslə 2020-ci ilin dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi; - Azərbaycanın təşəbbüsü ilə dünyada peyvənd millətçiliyinə qarşı mübarizə aparıldı və QH bu prosesdə əsas təşkilat kimi ön plana çıxdı; - Azərbaycan QH-nin sədri kimi hərəkata üzv dövlətlərin təsisatlanması istiqamətində mühüm nəticələr əldə etdi; - QH-nin daimi katibliyi Bakıda yerləşən Gənclər Təşkilatı təsis edildi, o cümlədən, parlament şəbəkəsi quruldu; - QH-nin neokolonizmə qarşı mübarizəsini təşkil etdi: hərəkata üzv ölkələr arasında neokolonizmdən əziyyət çəkənlərin olduğunu nəzərə alanda, bu, həmin ölkələrin gələcəyinin də inşa edilməsi baxımından əhəmiyyətli addımdır. Türk Dövlətləri Təşkilatı: Azərbaycan türk dünyasının dərin interqrasiyasına böyük töhfə verib; TDT-yə sədrliyi dövründə Azərbaycan türk dövlətlərinin bütün sahələr üzrə inteqrasiyasının genişlənməsini təmin etdi. Pandemiya dövründə də təşkilata üzv olan ölkələr arasında həmrəliyə nail olaraq, bəşəriyyətin bəlasına qarşı daha effektiv mübarizə aparılmasına nail oldu. Bununla yanaşı, Türkiyədən Mərkəzi Asiyaya qədər uzanan coğrafiyada birliyi təmin etdi. Rəsmi Bakının təşəbbüsləri və səyləri nəticəsində TDT artıq beynəlxalq təşkilata çevrilmək istiqamətində inamla addımlayır. Azərbaycanınm sədrlik etdiyi, yaxud təmsil olunduğu təşkilatların inkişafına və güclənməsinə böyük töhfə verdiyi haqda yetərincə faktlar mövcuddur. Buna zəmin yaradan əsas amil isə ölkəmizin yüksək diplomatik potensiala malik olmasıdır. Bu təcrübə və diplomatik potensial fonunda Azərbaycanın GUAM-a sədrliyi bu təşkilat üçün də müsbət perspektivlər vəd edir. Rəsmi Bakı Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatından sonra GUAM-ı da beynəlxalq siyasətin mərkəzinə çevirmək imkanı var. Lakin təşkilata üzv olan Ukrayna, Moldova və Gürcüstanın AŞPA-da Azərbaycana arxadan vurduğu zərbə GUAM-ın perspektivi də sual altına salır. Çünki eyni təşkilatda tərəfdaş olduğu ölkələrin davranışı Azərbaycanı diplomatik potensialını GUAM üçün sərfə etmək haqda bir daha düşünməyə vadar edir. |
2024-01-29 | 827,379 | Ermənistan şirkəti Rusiyaya uçuşları dayandırdı | Ermənistanın “Flay Arna” şirkəti Rusiyaya uçuşları dayandırıb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Uçuşların dayandırılmasına səbəb kimi sistemdə olan dəyişikliklər göstərilib. |
2024-01-29 | 827,383 | HƏMAS-ın 1/4-ni məhv etmişik - Qallant | İsrail hərbçiləri Qəzza zolağında keçirilən əməliyyat zamanı HƏMAS qüvvələrinin ümumi sayının dörddə birini məhv edib, dörddə biri isə yaralanıb. Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant Qəzza sərhədində ordunun ehtiyatda olan əsgərləri ilə görüşündə deyib. “Biz uzun bir müharibə aparırıq, amma sonunda HƏMAS-ı məhv edəcəyik. Terrorçular qalır və onlarla mübarizə bir gün deyil, aylar çəkəcək”, - Y.Qallant qeyd edib. |
2024-01-29 | 827,386 | Qətər Fələstini uddu, 1/4 finala yüksəldi | Futbol üzrə Asiya Kubokunda 1/8 final mərhələsinin növbəti oyunu keçirilib. Axar.az xəbər verir ki, günün son oyununda Qətər millisi Fələstinlə üz-üzə gəlib. Hesabı Fələstin seçməsi açsa da, Qətər yığması iki qol vuraraq 1/4 final mərhələsinə adını yazdırmağı bacarıb - 2:1. Qeyd edək ki, daha əvvəl Avstraliya, Tacikistan və İordaniya seçmələri 1/4 final mərhələsinə vəsiqə qazanıblar. Turnirə fevralın 10-da yekun vurulacaq. |
2024-01-29 | 827,389 | Elnur Soltanova COP29-da yüksək vəzifə verildi | Elnur Soltanov COP29 Azərbaycan üzrə baş icraçı direktor təyin edilib. Axar.az xəbər verir ki, bu barədə COP29-un X hesabında paylaşım olunub. E.Soltanov 2004-2009-cu illərdə Texas Tech Universiteti, Slippery Rock Universiteti və Truman State Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. O, həmçinin 2000-2003-cü illərdə Türkiyədə Avrasiya Strateji Araşdırmalar Mərkəzində tədqiqatçı işləyib, daha sonra 2003-2009-cu illərdə ABŞ-nin Texas Tech Universitetinin siyasi elmlər fakültəsində aspirantura təhsili alıb. E.Soltanov 2009-2018-ci illərdə ADA Universitetində baş müəllim, Xəzər Enerji və Ətraf Mühit Mərkəzində direktor, ictimai və beynəlxalq münasibətlər fakültəsində dekan vəzifəsində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikası energetika nazirinin bərpa olunan enerji və enerji səmərəliliyi məsələlərinə cavabdeh müavinidir. |
2024-01-29 | 827,391 | Zelenski Ukrayna ordusunun son sayını elan etdi | Hazırda Ukrayna ordusunun sayı 880 min nəfərə yaxındır. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski ARD telekanalına müsahibəsində deyib. "Bizim 880 minlik - təxminən bir milyonluq ordumuz var", - o bildirib. Eyni zamanda, Zelenski qeyd edib ki, ölkənin işçi qüvvəsi 30 milyon nəfərdir və daha 6,5-7,5 milyon vətəndaş Ukraynanı tərk edib. Qeyd edək ki, ötən ilin dekabrında Ukrayna lideri ordunun quru qoşunlarında 600 min nəfərin xidmət etdiyini bildirmişdi. Keçmiş müdafiə naziri Aleksey Reznikov isə bəyan etmişdi ki, təhlükəsizlik və müdafiə sahəsinə bir milyona yaxın adam cəlb olunub, səfərbər olunanların sayı isə 700 min nəfərdir. Ötən ay Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov açıqlamasında Ukrayna Müdafiə Qüvvələrinin sayının 1,1 milyon nəfər təşkil etdiyini bildirmişdi. |
2024-01-29 | 827,395 | ABŞ Rusiya nümayəndəsinə viza vermədi | ABŞ Rusiya nümayəndə heyətinin rəhbəri Artur Lyukmanova BMT-nin İKT-dən istifadə ilə mübarizə üzrə Konvensiyanın hazırlanması üzrə sessiyasında iştirak etmək üçün viza verməkdən imtina edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq İnformasiya Təhlükəsizliyi Departamentinin baş məsləhətçisi Andrey Akulçev məlumat verib. “Bizim nümayəndə heyətimizin rəhbərinə yekun sessiyada iştirak etmək üçün ABŞ-a giriş izni verilmədi”, - o bildirib. |
2024-01-29 | 827,399 | Ukrayna ilə sərhəddə razılaşdıq - Siyarto | Macarıstan və Ukrayna sərhəddə yeni keçid məntəqəsi açacaq, daha ikisi genişləndiriləcək. Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib. “Naqixodos və Naqipalad arasında sərhədimizdə yeni keçid məntəqəsinin açılmasına çox yaxınıq, bundan əvvəl çox uzun danışıqlar aparılmışdı. Biz həmçinin yolun istismar imkanlarını genişləndirməyə razılaşdıq. İki ölkə arasında Tisza çayı üzərində yeni körpü tikmək barədə də razılığa gəldik", - Siyarto qeyd edib. Qeyd edək ki, bu gün Peter Siyarto Ukraynaya səfərə gəlib. |
2024-01-29 | 827,401 | Rusiya Ukraynada nə qədər texnika itirib? - Britaniya | Rusiya Ukraynada 7 mindən çox zirehli texnikasını itirib. Axar.az xəbər verir ki, bu barədə "Bild" nəşri Böyük Britaniya Müdafiə Nazirliyinin hesabatına istinadən məlumat dərc edib. Bildirilib ki, 2022-ci il fevralın 24-dən bəri Rusiya qoşunları 2600-ə yaxın tank və 4900 zirehli texnika itirib. 2023-cü ildə itkilər 2022-ci illə müqayisədə 40% azalıb. Britaniya MN isə qeyd edir ki, Rusiya ayda ən azı 100 yeni tank istehsal edə bilər, ona görə də yaxın gələcəkdə hücumlarını davam etdirəcək. Ötən ilin oktyabrında Rusiya silahlı qüvvələri yenidən hücuma keçib və texnika itkiləri yenidən artmağa başlayıb. O vaxtdan bəri Rusiya ordusu 365 tank və 700 zirehli texnika itirib. Nəticədə yalnız cüzi ərazilər ələ keçirilib. |
2024-01-29 | 827,402 | Bakı və İrəvan arasında sərhəd görüşü nə vaxt olacaq? | Dövlət sərhədinin delimitasiya və demarkasiyası məsələləri üzrə Ermənistan və Azərbaycan komissiyalarının iclası yanvarın sonunadək baş tutacaq. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb. Görüşün dəqiq tarixi açıqlanmayıb. Qeyd edək ki, öncədən iclasda komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsinin müzakirə olunacağı elan olunub. |
2024-01-29 | 827,403 | Buna görə İrana təzyiq edirik - Qətər | Qətər Yəmən husiləri ilə danışıqlarda iştirak etməsə də, regionda gərginliyi azaltmaq üçün İrana təzyiq edir. Axar.az xəbər verir ki, bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani deyib. "Qətər husilərlə danışıqlarda vasitəçi rolunu oynamır. Biz İrana regionda təhlükəsizlik vəziyyətinin gərginliyini azaltmaq üçün təzyiq edirik", - deyə o bildirib. |
2024-01-29 | 827,404 | Sığınacağa yerləşdirilən qadın 1500 dollarlıq iş tapdı | Azərbaycana dayə kimi iş təklifi alaraq gələn və aldadılan afrikalı qadın iş tapıb. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin direktoru Mehriban Zeynalova məlumat paylaşıb. “Xanım bir müddətdir ki, sığınacağımıza yerləşdirilmişdi. Artıq xarici vətəndaş 1500 dollar müqabilində dayə işi tapıb. Onu işə götürən də elə xarici ölkə vətəndaşıdır. Xanımın dayə işlədiyi ev sahibləri tezliklə Londona köçəcəklər və dayə də onlarla birlikdə gedəcək. Onu da qeyd edək ki, xarici vətəndaş sığınacağa daxil olduğu gündən bütün dövlət qurumları məlumatlandırıb və xanım dövlət nəzarətindədir”, – deyə Birliyin direktoru qeyd edib. |
2024-01-29 | 827,405 | Paşinyan hakimiyyətə gələndə Petrosyan dedi ki... - Zurabyan | Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan istefa verəndə millətimiz sevinirdi. Biz də yığışıb konyak içərək bunu qeyd edirdik. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Milli Konqresinin sədr müavini, erməni siyasətçi Levon Zurabyan deyib. O, ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın Nikol Paşinyanın hakimiyyətə gələcəyinə fərqli reaksiya verdiyini bildirib: “Ter-Petrosyanın yanına getdik, lakin o, kədərli və qaş-qabaqlı şəkildə oturmuşdu. Niyə belə olduğunu soruşanda verdiyi cavab bizi təəccübləndirdi. O, “bu gün hakimiyyətə həm Qarabağı, həm də Ermənistanı məhv edəcək biri gəldi” dedi. Keçmiş prezident bu fikirləri hələ baş verənlərdən illər öncə, Nikol Paşinyanla bağlı bir çox məqamlar aydın olmayanda demişdi”, – L.Zurabyan iddia edib. Hələ ki Ter-Petrosyan sözügedən iddiaya reaksiya verməyib. |
2024-01-30 | 827,406 | "Qalatasaray" çətinliklə qalib gəldi, "Trabzonspor" uduzdu | Futbol üzrə Türkiyə Super Liqasında XXIII tura yekun vurulub. Axar.az xəbər verir ki, son oyun günündə dörd qarşılaşma baş tutub. "İstanbulspor" "Samsunspor"la, "Kayserispor" "Antalyaspor"la 1:1 hesablı bərabərliyə razılaşıb. "Qalatasaray" öz meydanında "Qaziantep"i çətinliklə məğlub edib - 2:1. "Trabzonspor" isə evdə "Kasımpaşa"ya 2:3 hesabı ilə uduzub. Qeyd edək ki, turnir cədvəlinə 60 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" ikincidir. Üçüncü pillədəki "Trabzonspor"un 37, dördüncü sıradakı "Beşiktaş"ın isə 36 xalı var. |
2024-01-30 | 827,410 | Bu hücuma görə İran məsuliyyət daşıyır - NATO | İordaniya-Suriya sərhədindəki Tanf bölgəsində ABŞ bazasına edilən və 3 amerikalı hərbçinin ölümünə səbəb olan hücuma görə İran məsuliyyət daşıyır. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. "İran regionda sabitliyi pozmaqda davam edir, o cümlədən Qırmızı dənizdə gəmilərimizə hücumu davam etdirən terrorçuları dəstəkləyir", - Stoltenberq qeyd edib. |
2024-01-30 | 827,412 | Türkiyə kosmosa raket göndərməyi planlaşdırır | Türkiyə öz raketini kosmosa buraxmağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əskişəhərdə çıxışında deyib. “İnşallah, qarşıdakı illərdə bu proqramlar çərçivəsində yetişdirdiyimiz astronavtlarla öz raketimizi kosmosa göndərəcəyik”, - deyə Ərdoğan bildirib. |
2024-01-30 | 827,418 | Ukraynanın 3 dronu Rusiya kəndinə hücum etdi | Ukraynaya məxsus 3 kamikadze dronu Rusiyanın Valuyski rayonunun Dolqoye kəndinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin rəhbəri Vyaçeslav Qladkov Teleqram kanalında yazıb. O bildirib ki, partlayışlar nəticəsində xəsarət alan olmayıb, lakin avtomobilə və ekskavatora ziyan dəyib. Hadisə yerində araşdırma aparılır. Qeyd edək ki, Dolqoye kəndi Ukrayna sərhədindən təxminən 4 km məsafədə yerləşir. |
2024-01-30 | 827,420 | İranla müharibə istəmirik - ABŞ | Vaşinqton Tehranla müharibə və ya silahlı münaqişəyə can atmır. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. "Biz İranla müharibəyə can atmırıq. İran rejimi ilə silahlı münaqişə axtarışında deyilik", - Kirbi bildirib. Qeyd edək ki, 28 yanvarda ABŞ-ın İordaniyadakı (Suriya ilə sərhəddə) bazasına edilən PUA hücumu nəticəsində 3 hərbçi ölüb, 34-ü yaralanıb. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını bildirib. |
2024-01-30 | 827,422 | Zalujnı vəzifədən çıxarılsa, nələr baş verə bilər? | Əgər Zalujnı hakimiyyət uğrunda mübarizə aparmaq istəsə, uğur qazana bilər, çünki onu çoxlu hərbçi və mülki vətəndaş dəstəkləyir. Axar.az xəbər verir ki, bunu “dxr”in separatçı başçısının müşaviri Yanq Qagin Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Valeri Zalujnının istefası ilə bağlı yayılan xəbəri şərh edərkən deyib. Y.Qagin Zalujnının vəzifədən gedəcəyi təqdirdə hərbi çevrilişin baş vermə ehtimalının yüksək olduğunu vurğulayıb: "İstisna etmirəm ki, indi hakimiyyət uğrunda hansısa mübarizə aparıla bilər və bu, sadəcə olaraq, bu istefa ilə qızışdırıla bilər". Qeyd edək ki, ötən gün Ukraynanın Teleqram kanallarında və bəzi Rusiya saytlarında Valeri Zalujnının işdən çıxarıldığı, ona Avropa ölkələrindən birində səfir vəzifəsi təklif edildiyi və bundan imtina etdiyinə dair xəbərlər yayılmışdı. Ukrayna Müdafiə Nazirliyi və Zelenskinin mətbuat katibi Zalujnının istefa xəbərini təkzib edib. |
2024-01-30 | 827,423 | Ruslar bu istiqamətdə müdafiəni yarmağa çalışır | Sutka ərzində cəbhədə Rusiya hərbçiləri ilə 51 hərbi toqquşma baş verib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumatda deyilir. Bildirilib ki, ruslar Ukrayna mövqelərinə hücumları davam etdirirlər. Xüsusən də Kupyansk, Liman və Avdeyev istiqamətlərində müdafiəni yarmağa çalışırlar. |
2024-01-30 | 827,424 | ABŞ analitiki: Bakının təzyiqlərə meydan oxuması... - Video | 09:00 Baş verənlər çox əlamətdardır. Çünki Azərbaycan kimi Qərbə meydan oxumaq üçün böyük siyasi iradə tələb olunur. Buna görə də bu addım çoxqütblü dünyanın bütün səmimi tərəfdarları tərəfindən tərifəlayiqdir və onlar Azərbaycanın BRİKS-ə üzvlüyünü təşviq etməlidirlər. Bu sözləri Axar.az-a AŞPA-nın Azərbaycan əleyhinə atdığı son addımlar barədə danışan amerikalı siyasi ekspert Endryu Koribko deyib. Analitik Qərbin erməni diasporunun təsiri altında yanlış addımlar atdığını qeyd edib: “Azərbaycan nümayəndə heyəti AŞPA-nın qəbul etdiyi düşmənçilik xarakterli qətnamədən sonra bəyanat yayıb və rəsmi Bakının qeyri-müəyyən müddətə qurumla əlaqəni dayandırdığını açıqlayıb. Qurum Azərbaycanı əsassız şəkildə “etnik təmizləmə”, siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar və şovinizmdə ittiham edib. Bakının Qərblə əlaqələri öz torpaqlarını işğaldan azad etdikdən və ən son ötən ilin sentyabr ayında həyata keçirdiyi uğurlu lokal antiterror əməliyyatından sonra böhran mərhələsini daxil olub. Orada mövcud olan güclü erməni diasporu dərhal özünün bütün təsir imkanlarından istifadə edərək, Qərb siyasətçilərini Azərbaycanı dəstəkləmənin Cənubi Qafqazda balansı pozduğuna inandırdı. Bu, Amerika və Avropa rəsmilərinin təxribat xarakterli bəyanatları, ötən ilin noyabrında Vaşinqtonun qismən maliyyələşdirdiyi əməliyyat çərçivəsində Azərbaycana qarşı gedən informasiya müharibəsi, Dövlət Departamentinin ölkəni 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na daxil etməsi və AŞPA-nın son qətnaməsi şəklində özünü göstərdi. Bütün bunlarla birlikdə Ermənistan milli təhlükəsizlik siyasətində NATO-ya üstünlük verməyə və Rusiya ilə əlaqələrini gərginləşdirməyə başladı. İrəvan eyni zamanda Dehlinin icazəsi olmadan Vaşinqtonun göstərişi ilə Hindistandan aldığı sursatları Ukraynaya göndərdi”. Koribko münasibətlərin gərginləşməsi fonunda BRİKS-lə yaxınlaşmanın Azərbaycanın milli maraqlarına uyğun olduğunu bildirib: “Bu müddət ərzində isə Azərbaycan Rusiya ilə olan münasibətlərini hərtərəfli şəkildə gücləndirdi, Şimali İrandan keçəcək yeni dəhlizdə təşəbbüsü ələ aldı və Orta Dəhlizin mərkəzində əvəzolunmaz tranzit ölkə rolu ilə Çin-Türkiyə-Avropa xətti üzərində çoxqütblü imkanlarını daha da gücləndirdi. Fikrimcə, erməni lobbisinin zərərli cəhdlərinin təsiri altında olan Qərbin birtərəfli düşmənçiliyi səbəbindən və münasibətlər pisləşdiyi üçün Azərbaycan tezliklə BRİKS-ə üzvlük məsələsini nəzərdən keçirə bilər. Qərbin düşünülməmiş addımları nəticəsində Rusiya, Çin və İranın geoiqtisadi səviyyədə, xüsusən də yuxarıda qeyd olunan Orta Dəhliz (2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın təşəbbüsü ilə yaradılıb –red.) və Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşdırılması planı asanlaşdı. Bunlarla əlaqədar prosesləri daha yaxşı əlaqələndirmək məqsədilə BRİKS-ə üzvlüyün və ya tərəfdaş statusunun Azərbaycanın Avrasiyanın meqalayihələrinin kəsişməsindəki strateji mövqeyinin nəzərə alınması ilə nəzərdən keçirilməsi Bakının milli maraqlarına xidmət edir”. Ekspert Azərbaycan əleyhinə fəaliyyət göstərən bir çox yeni media nümayəndəsinin əsl məqsədi gizlətmək üçün maskalandığını deyib: “Qlobal Alternativ Medianın (Alt-Media Community) bəzi üzvləri bu yaxınlarda həll edilmiş Qarabağ münaqişəsinə görə Azərbaycana nifrət edirlər. Onlar AŞPA ilə əlaqəni dayandırmaq qərarının təməlində dayanan suverenliyi və özünə hörməti etiraf etmək əvəzinə, buna göz yumurlar. Çünki bu, onların Azərbaycanla bağlı haqsız iddiaları ilə ziddiyyət təşkil edir. Müşahidəçilər bu köhnə münaqişə ilə bağlı izləyicilərini mütəmadi olaraq yanıldan sözügedən media üzvlərinin dediklərinə diqqət yetirməlidir, çünki onlar analitik kimi maskalanan “aktivistlər”dir”. |
2024-01-30 | 827,425 | İrəvanda Rusiya bayrağı tapdalandı - Video | 00:57 İrəvanda yerli sakin Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənistan vətəndaşı abidənin faşistlər üçün ucaldıldığını bildirib. O, abidənin qarşısına qoyulmuş əklilləri dağıdaraq, üzərində olan Rusiya bayraqlarını tapdalayıb. Qeyd edək ki, 27 yanvar 2024-cü ildə Leninqradın faşist mühasirəsindən azad olunmasının 80 ili tamam olub. |
2024-01-30 | 827,426 | Malinin mərkəzində silahlılar 30 nəfəri öldürdü | Malinin mərkəzində silahlılar tərəfindən iki kəndin azı 30 sakini öldürülüb. Axar.az xəbər verir ki, bu barədə yerli hökumət sözçüsü Mulaye Qindo məlumat verib. "Bir qrup silahlı şəxs keçən həftəsonu Mopti bölgəsində yerləşən Oqota və Oimbe kəndlərinə hücum edib", - o bildirib. M.Qindo vurğulayıb ki, törədilən cinayətlərə görə hansı qrupun məsuliyyət daşıdığı hələlik məlum deyil. |
2024-01-30 | 827,427 | Niderland Ukraynaya 122 milyon avro ayırır | Niderland “Ramşteyn” formatında keçirilən görüşün yekunlarına əsasən, Ukraynaya 122 milyon avro dəyərində hərbi yardım ayırıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Belə ki, vəsaitin böyük hissəsi - 87 milyon avro Ukrayna üçün 155 mm-lik artilleriya mərmisinin alınmasına sərf olunacaq. Daha 25 milyon avro Böyük Britaniyanın rəhbərlik etdiyi və hərbi texnikanın, xüsusən də hava hücumundan müdafiə sistemləri, döyüş sursatı və ehtiyat hissələrinin birbaşa istehsalçılardan birgə alınmasını maliyyələşdirən Beynəlxalq Ukrayna Fonduna köçürüləcək. Qalan 10 milyon avro isə Ukraynada kibermüdafiənin gücləndirilməsi üçün nəzərdə tutulur. |
2024-01-30 | 827,428 | Poroşenko Zalujnının "istefası" xəbərindən şoka düşdü | Mən Brüsseldəyəm. Tərəfdaşlarımızın özləri şayiələrdən şoka düşüblər. Ediləcək ən yaxşı şey şayiələri dərhal təkzib etməkdir. Axar.az xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko Zalujnının istefa xəbərinin yayılmasını şərh edərkən Teleqram hesabında bildirib. "Baş komandanın işdən çıxarılması ilə bağlı fərman varsa, onu cırmaq lazımdır, çünki bu kadr qərarının nəticələri çox mənfi olacaq", - Poroşenko vurğulayıb. Qeyd edək ki, ötən gün Ukraynanın Teleqram kanallarında Valeri Zalujnının işdən çıxarıldığı xəbəri yayılsa da, Ukrayna Müdafiə Nazirliyi və Prezident Ofisi məlumatı təkzib edib. |
2024-01-30 | 827,430 | Tiflisdə güclü yanğın baş verdi | Tiflisdə, “Afrika” adlanan ərazidə plastik məmulatlar istehsal edilən zavodun anbarında güclü yanğın baş verib. Axar.az Gürcüstan mediasına istinadən xəbər verir ki, yanğının söndürülməsinə onlarla yanğınsöndürən maşın cəlb edilib. Bildirilib ki, yanğınsöndürənlər yanğını lokallaşdırmağı bacarıb, qonşu binalara, digər müəssisələrə keçməsinin qarşısını alıb. Yanğının səbəbləri araşdırılır. |
2024-01-30 | 827,433 | AB səfirləri razılaşdı: Rusiyanın dondurulmuş aktivləri... | Avropa Birliyinin (AB) səfirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı Avropa Komissiyasının təklifini qəbul ediblər. Axar.az xəbər verir ki, bu barədə Belçikanın AB-dəki missiyası X sosial şəbəkəsindəki paylaşımında bildirib. “AB səfirləri bloklanmış aktivlərlə bağlı mənfəətdən Ukraynanın bərpasına dəstək olmaq üçün istifadədə prinsipial razılıq əldə ediblər", - məlumatda qeyd edilib. |
2024-01-30 | 827,434 | Kanada Qarabağ savaşında tətbiq etdiyi qadağanı ləğv etdi | Kanada hökuməti müdafiə sənayesi şirkətlərinə PUA komponentlərinin Türkiyəyə satışına qoyduğu qadağanı aradan qaldırıb. Axar.az xəbər verir ki, Kanada hökumətinin rəsmi məlumatında qadağanın artıq qüvvədə olmadığı bildirilib. Qeyd edək ki, Kanada sözügedən qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Türkiyə PUA-larından istifadə etməsindən sonra tətbiq etmişdi. Bir neçə gün öncə bu qadağanın qaldırılacağı haqda "Röyters" məlumat yaymışdı. |
2024-01-30 | 827,435 | Qaraciyər və böyrəkləri təmizləyən resept | Rusiyanın məşhur professoru, soda və perekislə müalicənin müəllifi Neumıvakin qaraciyər və böyrəkləri təmizləyən unikal resept paylaşıb. Axar.az Medicina.az-a istinadən həmin resepti təqdim edir: İtburnu qəhvə üyüdəndə xırdalanır. Termosa 5 xörək qaşığı itburnu və 3 stəkan qaynar su alınır və gecədən səhərə kimi saxlanılır. Səhər bu qarışım süzülür. Bu dəmləmədən bir stəkan səhər içirsiniz və isti “qrelkanı” qaraciyərin üzərinə qoyub 30 dəqiqə uzanırsınız. Sonra 1 stəkan yenə bu dəmləmədən için və uzanın. Bunu 3 dəfə təkrar edin. Sonra sizdən elə qalıqlar, toksinlər çıxacaq ki, özünüz təəccüb edəcəksiniz. |
2024-01-30 | 827,436 | İran yeni müharibənin astanasındadır - SEPAH polkovniki | İordaniyada ABŞ hərbi bazasına hücumun arxasında İranın dayanması haqqında Amerika tərəfinin iddiası həqiqəti əks etdirir. Bu sözləri Axar.az-a SEPAH-ın sabiq əməkdaşı, polkovnik Əli Rzayi deyib. Polkovnik bildirib ki, İran yeni müharibə astanasındadır: “Hücumu Kətaib Hizbullahın həyata keçirdiyi bildirilsə də, “Ən-Nücəba” (İraq Nücəba İslami Müqavimət Hərəkatı) məsuliyyəti üzərinə götürüb. “Nücəba” və “Kətaib” Həşdi-Şabi qruplaşmasına aiddir və İran tərəfindən raket və PUA-lar, maliyyə ilə təmin olunur. Yəni İran hər nə qədər etiraf etməsə də, hücum birbaşa onunla bağlıdır. İndiki durum isə İranın əleyhinədir. Hətta müharibə ehtimalı da mümkündür”. Polkovnikin sözlərinə görə, İranın bu cür hücumları təşkil etməkdə bir neçə məqsədi var: “İranın məqsədi sərhədlərindən kənarda xaos yaratmaqla savaşı özündən uzaqlaşdırmaqdır. Çünki yalnız bu yolla dövlətlər Amerika və İsrailə İrana zərbə endirməmək üçün təzyiq göstərər. Hətta Pakistana hücum etməsinin arxasında da bu dayanırdı. Demək istəyirdi ki, təhlükədə olsa, onlarla ölkənin sabitliyini pozacaq. Necə ki, husilərin əli ilə Qırmızı dənizdə bir neçə ölkənin gəmisini vurmaqla, dünya iqtisadiyyatında çətinliklər meydana gətirdi. İran mövcud durumda küllü miqdarda ziyan vurmaqla özünə təhlükəsizlik qarantı almağı hədəfləyir. Rejim dünya güclərini bir növ şantaj etməklə İsraili geri oturmağa nail olmaq fikrindədir. Digər tərəfdən öz yaxın çevrəsinə və İranı dəstəkləyən qruplara sübut etmək istəyir ki, hələ də gücü var, istənilən ölkənin hücumlarına qarşı duruş gətirməyi bacarır, Amerikanın, İsrailin hücumları cavabsız qalmır”. |
2024-01-30 | 827,437 | Trampın qələbəsinə və Putinlə sazişinə hazırlaşın - Pavel | Dünya ictimaiyyəti Donald Trampın prezident seçkilərində qalib gələcəyi təqdirdə onun Rusiya lideri Vladimir Putinlə danışıqlara başlamaq təşəbbüsünə hazır olmalıdır. Axar.az xəbər verir ki, bu barədə Çexiya Prezidenti Pyotr Pavel deyib. “Biz Trampın qələbəsinə və onunla (Putin) hər hansı müqavilə imzalamasına hazır olmalıyıq. Belə bir saziş Ukrayna və Avropa üçün sərfəli olmaya bilər”, - Pavel bildirib. O əlavə edib ki, Avropa bununla bağlı müəyyən hazırlıq tədbirləri görməlidir: “Bu o demək deyil ki, biz Transatlantik əlaqələri və ya ABŞ-ı müttəfiq kimi şübhə altına alırıq. Amma etiraf etməliyik ki, Tramp bir çox şeyə fərqli yanaşır və bunun müəyyən nəticələri ola bilər". |
2024-01-30 | 827,438 | Ukraynaya silah tədarükü dayanıb, nəticəsi görünür | ABŞ administrasiyası Kiyevə silah tədarükünün dayandırılmasının nəticələrini Ukraynada döyüş meydanında görməyə başlayıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib. "Hazırda Ukraynaya verdiyimiz hərbi yardım bitib. Və hətta döyüş meydanında bunun nə demək olduğuna dair bəzi real sübutlar görürük. Əgər Birləşmiş Ştatlar öhdəliklərini yerinə yetirməsə, bu, avropalıların və başqalarının yardımları davam etdirmələrini çətinləşdirəcək”, - deyə Blinken bildirib. |
2024-01-30 | 827,439 | Bir PUA ilə ABŞ bazası “məhv oldu”? – Gizli oyun | İranın İordaniyada ABŞ hərbi bazasına hərbçilərin ölümü ilə nəticələnən hücumunda müəmmalar var: 1. Amerika mediasında Yaxın Şərqdəki hərbi bazalara son bir neçə ayda 100-dən çox hücumun edildiyinə dair statistika mövcuddur: bu hücumların heç birində amerikalı əsgərlər həlak olmayıb, yaxud ağır yaralanmayıb, hətta bazalara ciddi ziyan dəyməyib: maraqlıdır, bir dronla edildiyi deyilən hücumda 3 hərbçi ölür, onlarla hərbçi yaralanır; 2. ABŞ-da dünənə qədər siyasi gündəm Texas ştatında yerli hakimiyyətin Meksika ilə sərhəd məsələsinə görə mərkəzi hakimiyyətə “üsyan bayrağı” qaldırması, “Texit”in yenidən aktuallaşmasıdır: respublikaçılar buna görə Bayden Administrasiyasını hədəf taxtasına çıxarıb və demokratlar seçkiöncəsi çətin vəziyyətə düşüb: İranın hücumu ilə Texas üsyanı arxa plana keçdi, hətta respublikaçılar belə Yaxın Şərqdə ABŞ təhlükəsizliyinə təhdidlərdən danışır, Tehrana hərbi müdaxilədən bəhs edirlər. Bu məqamlar hücumun arxasında siyasi planların dayandığına dair ehtimalları önə çıxarır. Amerikalı hərbçilərin ölümünün Vaşinqton üçün sərfəli tərəfləri var: Birincisi, ABŞ daxilində siyasi gündəmi dəyişmək; İkincisi, Amerika ordusunun Yaxın Şərqdə mövcudluğunu əsaslandırmaq. Son bir neçə ayda yüzlərlə hücumdan zərər görməyən amerikalı hərbçilərin dron hücumu ilə ölməsi və yaralanması bu kontekstdə şübhələrə yol açır. Burada əsas məqamlardan biri də amerilakı hərbçilərin ölümünün ABŞ ordusunun Yaxın Şərqdən tədricən çəkilməsi məsələsinin gündəmdə olduğu vaxt baş verməsidir. Vaşinqton İraqdakı hərbçilərin sayının azaldılması və tədricən çıxarmağı Bağdadla müzakirə edir. ABŞ mediası Baydenin qüvvələri Suriyadan da çıxarmaq istəyindən yazır. Və bu informasiyalar fonunda amerikalı hərbçilərin ölümü ilə nəticələnən, ümumiyyətlə son aylar İrandan qaynaqlanan yüzlərlə hücum ABŞ ordusunun bölgədə missiyasının əhəmiyyətini önə çıxarmış oldu. Amerikalı hərbçilərin ölümündən sonra Vaşinqtonun siyasi gündəmində “qisas” çağırışlarının alovlanması daxili ictimai rəyi də Yaxın Şərqdə mövcudluğun vacibliyinə yönəldir. Beləliklə, Bayden Administrasiyası həm Texas gündəmini dəyişir, həm “Yaxın Şərqdə hərbi missiyanın” vacibliyini region ölkələrinə və Amerika cəmiyyətinə nümayiş etdirir. Və bu prosesdə Vaşinqtona yaxından “dəstək” verən ölkənin İran olduğu görünür. İraqa, Suriyaya, Pakistana hücumun ardınca İordaniyaya da edilən hücumda İranın hədəfi “müqavimət oxu”nu gücləndirmək, “qisas” planlarını icra etməkdir, eyni zamanda, bununla amerikalılara “əlcək atır”. Bu baxımdan, ABŞ-ın İrana müdaxilə etməyəcəyi ehtimalı edəcəyi ehtimalından çox yüksəkdir. Lakin ABŞ və İranın Yaxın Şərqdə eskalasiyanı artıracaq addımları qarşılıqlı şəkildə atmağa davam edəcəyi gözləntisi var. |
2024-01-30 | 827,440 | Ukrayna təkzib etdi: Ruslar buranı ələ keçirməyib | Rusiya qüvvələri 44 min nəfərlik bir qrupu Kupyansk istiqamətində cəmləşdirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Quru Qoşunları Komandanlığının İctimaiyyətlə əlaqələr xidmətinin rəisi Vladimir Fityo deyib. O bildirib ki, döyüş zonasında ümumilikdə 200 min rus işğalçısı var: "Düşmən qüvvələrinin sayı daim nəzarətdə saxlanılır. Biz güclü - resursları çox olan yaxşı təchiz edilmiş ordu ilə döyüşürük". V.Fityo rus ordusu tərəfindən ələ keçirildiyi iddia olunan Xarkovun Tabayevka kəndindəki vəziyyətdən də danışıb: "Ukrayna hərbçiləri işğalçıları bu kəndin ərazisindən sıxışdırıb çıxarmağa çalışır. Ruslar bura nəzarət etmirlər". Qeyd edək ki, Rusiya ordusunun Tabayevka kəndini ələ keçirdiyi barədə məlumat yayılmışdı. |
2024-01-30 | 827,441 | Növbəti köç karvanı Laçına çatdı | 09:14 Bakı şəhərinin Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyindən yola salınan 23 ailə (72 nəfər) Laçın şəhərinə çatıb. Axar.az xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib. Bununla da Laçın şəhərinə köçən ailələrin sayı 431-ə (1627 nəfər) çatıb. |
2024-01-30 | 827,442 | Əlahiddə Ümumqoşun Orduda yeni tədris ili başladı - Video | Yeni tədris ilinə hazırlıq zamanı hərbi hissələrdə sıra baxışları keçirilib, bölmələrin maddi-tədris bazaları, təlim döyüş texnikaları, ştat kateqoriyasına uyğun olaraq şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Yeni tədris ilinin başlaması ilə əlaqədar birləşmə və hərbi hissələrdə keçirilən təntənəli mərasimlərdə çıxış edənlər ötən tədris ilində ümumilikdə planlaşdırılmış tədbirlərin tam həcmdə icra olunduğunu qeyd edib və yeni tədris ilində keçirilən məşğələlərdə əsas diqqətin hərbi qulluqçuların bilik və bacarıqlarının daha da artırılmasına, Ordumuzun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilməli olduğunu bildirərək yeni tədris ilində şəxsi heyətə uğurlar arzulayıblar. Sonra tribuna önündən təntənəli keçid olub. |
2024-01-30 | 827,443 | Dəhşətli qəza: “Kamaz” parça-parça oldu, 3 ölü - Foto | 09:26 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Beyləqan rayonunun İmamverdili kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Nazirlikdən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, VAZ markalı minik avtomobili və “Kamaz” markalı yük avtomobili toqquşub, 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti “Kamaz” markalı yük avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. *** Beyləqanda yük avtomobili ilə minik avtomobili toqquşub. Hadisə Beyləqan rayonunun İmamverdili kəndi ərazisində, İmişli-Beyləqan avtomobil magistralının üzərində yerləşən körpüdə baş verib. “Kamaz” markalı avtomobil idarəetməni itirərək qarşı yola çıxıb və VAZ-2105 markalı minik avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili körpüdən aşaraq Bakı-Horadiz dəmir yolu xəttinin üzərinə düşüb. Nəticədə hər iki sürücü və VAZ-2105 markalı avtomobildə olan sərnişin hadisə yerində ölüblər. Hazırda yük avtomobilinin dəmir yolu xəttinin üzərindən götürülməsi işləri yerinə yetirilir. Qəza ilə əlaqdar dəmir yolu xəttində qatarların hərəkəti dayandırılıb. Faktla bağlı BDYPİ və xətt polisi tərəfindən araşdırma aparılır. *** Beyləqan rayonunun İmamverdili kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərin adları açıqlanıb. Bildirilib ki, rayonun Bahar qəsəbəsindən olan 2 nəfər hadisə yerində ölüb. Bunlar - VАZ markalı minik avtomobilinin sürücüsü 1992-ci il təvəllüdlü İlqar Məmmədov və “Kamaz” markalı yük maşının sürücüsü, 1973-cü il təvəllüdlü Barat İsmayılovdur. Qəzada ağır yaralanan daha bir nəfər - 1985-ci il təvəllüdlü Şəmşir Abış oğlu Şükürzadə İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. |
2024-01-30 | 827,447 | Neftin bu günə olan qiyməti | Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 82,64 dollara, yüngül neftin bir barreli isə 77,06 dollara təklif olunur. |
2024-01-30 | 827,453 | Rusiyaya kütləvi PUA hücumu edildi | Ukrayna ordusu Rusiyanın Belqorod, Bryansk, Kaluqa vilayətlərinə, həmçinin Krıma PUA hücumu edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya ordusu Ukraynanın 21 PUA-sını məhv edib. Hücum zamanı xəsarət alan olmayıb. |
2024-01-30 | 827,458 | Kəlbəcərdə yollar qardan təmizləndi - Video | Kəlbəcər rayonunda müxtəlif təyinatlı yollar qardan təmizlənib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Məlumata görə, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Kəlbəcərə yağan qar nəticəsində müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün tədbirlər görülüb, yollar qardan təmizlənib. Bütün yollar boyu təhlükəsiz və fasiləsiz hərəkət təmin olunub. |
2024-01-30 | 827,460 | Qarabağda qanunsuz istismar faktları... - Sədr | Azərqold QSC-nin fəaliyyətə başladığı dövrdən Qarabağ və Şərqi Zəngəzurda qanunsuz istismar faktlarının araşdırılmasına da xüsusi diqqət ayırır. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərqold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Ermənistan və bəzi Avropa şirkətlərinin qanunsuz əməllərinə hüquqi qiymətin verilməsi məqsədilə “Azərqold” fəaliyyətini bu gün də davam etdirir: "Vətən müharibəsindən daha əvvəl, 2018-ci ildə başlatdığımız bu proses torpaqlarımız düşmən işğalından azad edildikdən sonra daha geniş miqyas alıb. 2022-ci ildən “Azərqold” bu istiqamətdə fəaliyyətini İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə birgə əməkdaşlıq şəraitində həyata keçirir". Z.İbrahimov qeyd edib ki, həmçinin Azərqold QSC 2022-ci ildən Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən "Tutxun" nəcib metal təzahürləri sahəsində mərhələli kəşfiyyat-axtarış işlərinə başlayıb: "Axtarış işləri yalnız minalardan təmizlənmiş sahələrdə aparılır. Belə ki, biz "Tutxun" sahəsində 273 km2 ərazidə tədqiqat aparmağı planlaşdırsaq da, 2023-cü ilin sonuna qədər minalardan təmizlənmiş 57 km2 ərazidə geoloji axtarış işlərini icra etmişik. İlkin nəticələr kafidir, tədqiqatlar davam etdirilir. Cari il daha 32 km2 sahənin geoloji axtarış işləri üçün ayrılması nəzərdə tutulub. Hazırda ərazi Minatəmizləmə Agentliyi – ANAMA-nın mütəxəssisləri tərəfindən mina və digər partlamamış hərbi sursatlardan təmizlənir". O bildirib ki, torpaqların minalardan təmizlənməsi ilə əlaqədar yaranan vaxt itkisini qismən kompensasiya etmək məqsədilə 2022-ci ildə Cənubi Qafqaz regionunda ilk dəfə olaraq tədqiqat ərazisində hiperspektral peyk çəkilişləri həyata keçirilib: "Çəkilişlər Kəlbəcər rayonunu, eləcə də Laçın rayonunun bir hissəsini əhatə etməklə, ümumilikdə 1 624 km2 sahədə aparılıb. Bundan başqa, Prezidentin 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na uyğun olaraq Cəmiyyətimizin öhdəliyinə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi bir sıra vacib tapşırıqlar qoyulub. 2022-2024-cü illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurun mövcud təbii sərvətlərindən xalqımızın mənafeyi naminə istifadə edilməsi istiqamətində dövlətimizin yürütdüyü siyasətə "Azərqold" olaraq dəstəyimizi davam etdiririk". |
2024-01-30 | 827,463 | Türkiyədə gəmi batdı: ölənlər var | Türkiyənin İzmir şəhərinin Dikili rayonunun sahilində balıqçı gəmisi batıb. Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Nəticədə göyərtədəki 10 nəfərdən 3-ü ölüb, 5-i yaralı xilas olunub, 2-si isə itkin düşüb. Gəminin hansı səbəbdən batdığı hələlik məlum deyil. İtkin düşmüş iki nəfərin axtarışları davam etdirilir. |
2024-01-30 | 827,467 | 20 minə yaxın bakalavr magistraturaya sənəd verdi | Magistraturaya sənəd qəbulu başa çatıb. Axar.az xəbər verir ki, yanvarın 15-dən start götürən müddətdə 19 717 bakalavr ərizəsini təsdiq edib. Onlardan 18 201-i Azərbaycan bölməsi, 1 516-sı isə rus bölməsi üzrə olan bakalavrlar olub. Qeyd edək ki, qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq. İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır. Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. |
2024-01-30 | 827,468 | Kirbi “Əl-Cəzirə” jurnalisti ilə mübahisə etdi | Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə “Əl-Cəzirə” telekanalının jurnalisti Kimberli Halkettlə mübahisə edib. Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb. “Sərt mübahisə” ABŞ-ın Yaxın Şərqdəki hərəkətləri ilə bağlı müzakirə zamanı baş verib. Halkett Baydenin Konqresin təsdiqi olmadan Yəməndə husilərə qarşı zərbələr endirməsi ilə bağlı Kirbiyə “təzyiq” etməyə başlayıb. Kirbi Baydenin Konstitusiyaya görə bu hüququnun olduğunu söyləyərək əlavə edib ki, administrasiya qanunvericiləri görülən bütün işlər barədə məlumatlandıracaq. Qeyd olunur ki, daha sonra Halkett Amerika xalqının prezidentin hərəkətlərindən narazı olduğunu dedikdə Kirbi əsəbiləşib. Eyni zamanda, Halkett Ağ Ev rəhbərinin regionda fəaliyyət variantlarını araşdırarkən onun siyasi reytinqini nəzərə alıb-almadığını soruşduqda vəziyyət daha da gərginləşib. Kirbi müxbirin sözünü kəsərək deyib ki, baş komandan Amerika qoşunlarını qorumaq üçün işləyərkən sorğuya və ya siyasi təqvimə baxmır, bunun əksi olan iddialar isə təhqiredicidir. |
2024-01-30 | 827,470 | HƏMAS Parisdə razılaşdırılmış müqaviləni rədd etdi | HƏMAS Parisdə Misir, İsrail, Qətər və ABŞ-ın iştirak etdiyi danışıqlarda Qəzza zolağında saxladığı girovların azad edilməsi ilə bağlı ilkin təklifi rədd edib. Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb. “HƏMAS və Fələstinin Qurtuluş Xalq Cəbhəsi həftə sonu Parisdə hazırlanmış girov müqaviləsini rədd edir, çünki bu, daimi atəşkəs rejimini əhatə etmir. Onlar bildiriblər ki, İsrail hərbçiləri Qəzzaya hücumunu dayandırmalı və əsir mübadiləsi baş tutmazdan əvvəl zolağı tərk etməlidir”, - məlumatda deyilir. |
2024-01-30 | 827,472 | Bülletenlərin DSK-lara paylanılmasına başlanıldı | 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının üzvləri, Katibliyin əməkdaşları, eləcə də müvafiq dairə seçki komissiyalarının sədrləri və katiblərinin də iştirakı ilə Milli Məclisin Mətbəəsində seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb. Bu barədə Axar.az-a Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Bildirilib ki, proses açıq və şəffaf şəkildə gerçəkləşdirilib, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları, media nümayəndələri və maraqlı seçki subyektlərinin prosesi yaxından izləyə bilmələri üçün hər cür şərait yaradılıb. Bülletenlərin ilk gün – yanvarın 30-da Naxçıvan Muxtar Respublikasındakı seçki dairələri, işğaldan azad olunmuş ərazilərdəki seçki məntəqələrinin aid olduğu seçki dairələri, həmçinin respublikanın ucqar bölgələrini əhatə edən seçki dairələri də daxil olmaqla, ümumilikdə 36 seçki dairəsinə, növbəti 2 gün ərzində isə ölkənin digər bütün seçki dairələrinə təhvil verilməsi və prosesin tam yekunlaşdırılması nəzərdə tutulur. Yüksək təhlükəsizlik şəraitində hazırlanan seçki bülletenləri dairə seçki komissiyalarına verildikdən sonra onların daşınması, saxlanması və məntəqə seçki komissiyalarına paylanması prosesinin mühafizəsi Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları tərəfindən həyata keçirilir. Tədbir çərçivəsində seçki bülletenlərin hazırlanması və aidiyyəti üzrə çatdırılması ilə bağlı Seçki Məcəlləsinin tələbləri və prosesin təşkili barədə media nümayəndələrinə məlumat verilib, həmçinin jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, Prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər qanunvericilikdə nəzərdə tutulmuş müddətdə Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edildikdən sonra, 2024-cü il yanvarın 24-dən etibarən seçki bülletenlərinin çapına başlanılıb və Komissiyanın qərarı ilə 6524203 (altı milyon beş yüz iyirmi dörd min iki yüz üç) seçki bülleteni çap olunub. Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki bülletenləri dairə seçki komissiyalarına paylandıqdan sonra, səsvermə gününə azı 3 gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına veriləcək. |
2024-01-30 | 827,473 | Bayden gizli planın anonsunu verdi: İrana zərbə olacaq? - Foto | İordaniyadakı Amerika hərbi bazasına hücum və hərbçilərin ölümü ilə bağlı Ağ Evdə keçirilən iclasdan sonra Prezident Co Bayden komandasının üzvləri ilə fotosunu dərc edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb. “Bu gün milli təhlükəsizlik komandamın üzvləri əməliyyat otağında İordaniyanın şimal-şərqində ABŞ hərbçilərinə hücumla bağlı mənə məlumat verdilər. Dediyim kimi, biz seçdiyimiz vaxtda və istədiyimiz vasitələrlə bütün günahkarları məsuliyyətə cəlb edəcəyik”, - ABŞ Prezidenti paylaşımında qeyd edib. “Blumberq” isə yazıb ki, Amerika administrasiyası İrana qarşı gizli hərbi əməliyyat keçirməyi planlaşdırır. Qeyd edək ki, 28 yanvarda ABŞ-ın İordaniyadakı bazasına PUA hücumu nəticəsində 3 amerikalı əsgər ölüb, 34 hərbçi yaralanıb. Hücumun məsuliyyətini İraqdakı İrana bağlı “Ən-Nücəba” qruplaşması öz üzərinə götürüb. |
2024-01-30 | 827,479 | Qərb onu Paşinyanın varisi seçdi | Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla hakim “Mülki Müqavilə” partiyasının nümayəndələri arasında münasibətlər gərgin inamsızlıq zonasına keçib. Axar.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. “Paşinyanın rəhbərlik etdiyi siyasi birlikdə qərbyönül Qriqoryanla əvvəlki isti münasibət artıq yoxdur. Hamı görür ki, Qriqoryan Qərbdə seçilir və hətta Paşinyanın varisi sayılır. Nikol Qərbin tələblərini yerinə yetirməsə, yəni Azərbaycanla sülh sazişi imzalamaqdan boyun qaçırsa və Rusiyaya qarşı aydın siyasət yürütməsə, o zaman onun yerinə bu planlarını tərəddüd etmədən və böyük məmnuniyyətlə həyata keçirəcək Qriqoryanın keçəcəyi istisna edilmir. Paşinyan əvvəlcə bu ssenarini ciddi qəbul etmirdi, amma indi Qriqoryanın Qərblə müstəqil oyunundan narahat olmağa başlayıb”. |
2024-01-30 | 827,487 | İranda iki polis zabiti öldürüldü | Bu gün səhər saatlarında İranın Fars əyalətinin Neyriz bölgəsində silahlı qarşıdurma baş verib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Qarşıdırma zamanı iki polis zabiti öldürülüb, 4 polis isə yaralanıb. Ölənlərin polkovnik Rza Şahsevəni və leytenant Əli Şahsevəni olduğu bildirilir. Onlar narkotik maddələrin qaçaqmalçıları ilə atışmada həlak olublar. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.