date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-28
826,788
Rusiya çox güclüdür, itkilərini dərhal bərpa edir - Litva
Rusiyanın hərbi sənayesi tam sürətlə inkişaf edir. Təcavüzkar döyüş meydanında itkilərini çox tez bərpa edə bilir. Axar.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib. "Rusiyanın sənaye maşını müharibə ritminə uyğun fırlanır. Ukraynalıların uğuru birbaşa Qərbin dəstəyi ilə bağlıdır. Biz sənaye baxımından çox, çox güclü düşmənlə mübarizə aparırıq. Bunun üçün Qərbin hərtərəfli dəstəyi lazımdır. Sənaye, siyasi, maliyyə, iqtisadi, nə olursa olsun..." - nazir bildirib.
2024-01-27
826,789
Gəncədə yanğın: 5 yanğınsöndürən maşın cəlb olundu
20:42 Gəncə şəhərində Ə.Nəzmi küçəsində ev yanır. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Faktla bağlı araşdırma aparılır. *** Gəncə şəhərində fərdi evdə baş vermiş yanğın söndürlüb. Əli Nəzmi küçəsi, 166 ünvanında M.Hacızadəyə məxsus fərdi evdə baş vermiş yanğın söndürülüb. Yanğın nəticəsində 4 otaqlı evin 2 otağı (40 kvadratmetr), həmçinin evin dam örtüyünün 45 kvadratmetr sahəsi yanıb. Hadisənin səbəbləri araşdırılır.
2024-01-27
826,792
"Sabah" və "Qarabağ"dan çətin qələbə
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun iki matçı keçirilib. Axar.az xəbər verir ki, günün ilk matçı Qəbələdə keçirilib. "Kəpəz" komandası "Qarabağ"ı qəbul edib. Görüş qonaqların 2-1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər matçında isə "Zirə" "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. 44-cü dəqiqədə "Sabah"ın yarımmüdafiəçisi Elvin Camalov ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 90+9-cu dəqiqədə isə Sofian Çakla penaltini dəqiq yerinə yetirib. Qələbə sayəsində xallarının sayını 26-ya çatdıran "bayquşlar" 6-cı sıradakı "Turan Tovuz"a çatıb. "Qartallar" isə 30 xalla ikincidir.
2024-01-27
826,794
Bu ölkədə rus dilinin tədrisi dayandırıla bilər
Finlandiyada rus dilinin məktəblərdə tədrisinin dayandırılması üçün petisiya elan olunub. Axar.az xəbər verir ki, bu gün ölkənin təhsil naziri Anna-Maya Henrikssona Turkudakı Puolala məktəbində və Şərqi Finlandiyada məktəbdə fin-rusca dərslərin davam etdirilməsi lehinə petisiya təqdim olunub. Bildirilib ki, Yoensuu, İmatra və Lappeenrantadakı üç məktəb, eləcə də Turkudakı fin-rus sinfi hazırda bağlanma təhlükəsi altındadır.
2024-01-27
826,796
Bayraqdar Cabbarovla görüşdü - Foto
İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ölkəmizdə səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdarla görüşüblər. İqtisadiyyat Nazirliyindən Axar.az-a bildirilib ki, görüşdə iqtisadiyyat naziri ölkələrimiz arasında səmərəli enerji tərəfdaşlığını, birgə reallaşdırılan layihələrin regional inkişafa, stabilliyə və təhlükəsizliyə, Azərbaycan və Türkiyənin strateji maraqlarının təmin olunmasına xidmət etdiyini vurğulayıb. Bu xüsusda SOCAR-ın Türkiyədəki çoxşaxəli fəaliyyəti məmnunluqla qeyd olunub. Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraqdar enerji tərəfdaşlığının yeni qlobal trendlərə uyğun şəkildə inkişaf etdirilməsi barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, bu il Azərbaycanda təşkil olunacaq COP29 tədbiri də alternativ enerji və digər sahələrdə müzakirələrin aparılmasına və əməkdaşlıq üçün yeni imkanların açılmasına təkan verəcək. Görüşdə Azərbaycan və Türkiyə arasında iqtisadiyyat, o cümlədən enerji sahələrində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2024-01-27
826,798
Bayden Szinpinlə "yaz aylarında" danışacaq
ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Szinpin yaxın aylarda telefon danışığı aparacaqlar. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib. “Bayden və Szinpin arasında telefon danışığının konkret tarixi yoxdur. Danışıqların yaz aylarında baş tutması gözlənilir”, - Sallivan deyib.
2024-01-27
826,802
AB-dən səfirliyimizə hücumla bağlı paylaşım
Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş dəhşətli hücumun qurbanlarını yad edirik. Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko sosial şəbəkədə yazıb. “Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə diplomatik missiyanın bir üzvünün ölümü, ikisinin yaralanması ilə nəticələnmiş dəhşətli hücumdan bir il ötür. Biz bu faciəni və onun qurbanlarını yad edirik”, – paylaşımda qeyd olunub.
2024-01-27
826,805
F-16-lar gecikərsə, “Tayfun” alınacaq? - General
Bu təyyarələrin bizə nə qədər tez veriləcəyini, onları sistemimizə nə qədər tez uyğunlaşdıracağımızı hələ bilmirik. Axar.az xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında Türkiyənin Təqaüddə olan Zabitlər Cəmiyyətinin sədri, istefada olan aviasiya generalı Ərdoğan Karakuş F-16-ların Türkiyəyə təhvil verilməsi ehtimalını haqda deyib. O bildirib ki, proses uzun çəksə, Türkiyə diqqətini yenidən “Eurofighter”ə (Tayfun) yönəltməli olacaq: “Böyük Britaniya bir anda 20 təyyarə verməyə hazırdır, bir il ərzində biz onları orduya hazırlaya biləcəyik”. Xatırladaq ki, “Reöyters” ABŞ Prezidenti Co Baydenin Konqresin əsas komitələrinin rəhbərlərinə məktub göndərərək, Türkiyəyə F-16 təyyarələrinin satışına başlamaq niyyəti barədə məlumat verdiyini bildirmişdi. Bayden Konqresi satışı gecikmədən təsdiqləməyə çağırıb.
2024-01-27
826,808
Bu, dünya tarixinin ən faciəli səhifələrindən biridir - Putin
Mühasirəyə alınmış Leninqradın taleyi zəfərli səhifələrdən biri olaraq qalacaq. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Leninqradın (Sankt-Peterburq) mühasirədən azad olunmasının 80 illiyi münasibətilə keçirilən tədbirdə bildirib. "Düz 80 il əvvəl Leninqrad düşmən, faşist mühasirəsindən tamamilə azad edildi. Onun böyük taleyi, mübarizliyi və şücaəti, qələbəsi ölkəmizin, bütün dünya tarixinin ən faciəli, eyni zamanda ən zəfərli səhifələrindən biri kimi əbədi olaraq qalacaqdır", - Putin qeyd edib.
2024-01-27
826,811
Maskdan Texasdakı hadisələrə reaksiya
Divar tikmək diqqəti yayındırır. Bu vəziyyəti düzəltmək üçün divara ehtiyacınız yoxdur. Sərhəd Patrulunun vəzifəsi ABŞ-a genişmiqyaslı qanunsuz girişi asanlaşdırmaqdır. Axar.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask Texasdakı son hadisələri şərh edərkən bildirib. "Əsas problem ondan ibarətdir ki, hər kəs heç bir sübut olmadan sığınacaq tələb edə bilər, yəni bütün Yer kürəsi Amerikaya gələ bilər", - İ.Mask vurğulayıb. Qeyd edək ki, miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Respublikaçıların iqtidarda olduğu 25 ştat isə Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.
2024-01-27
826,813
7 oktyabrda nələr baş verib? - HƏMAS-dan broşür
HƏMAS Qəzza zolağında hazırda gərginliyin artmasına səbəb olan səbəbləri təsvir edən rus dilində elektron broşür təqdim edib. Axar.az xəbər verir ki, bu barədə hərəkatın Teleqram kanalında paylaşım edilib. Məlumata görə, onlar kanala “Bizim hekayəmiz. Əqsa tufanı əməliyyatı” adlı elektron broşür yerləşdirib. Broşür müəlliflərinin fikrincə, məqsəd Fələstin xalqına və dünyanın bütün azad xalqlarına 2023-cü il oktyabrın 7-də həqiqətən nə baş verdiyini izah etmək, həmçinin Fələstin uğrunda mübarizənin ümumi kontekstini xatırlatmaqdır.
2024-01-27
826,814
İrəvanın iki “strateji tərəfdaşı” hərbi saziş imzaladı
Hindistan və Fransa Hindistan ordusu üçün hərbi texnika, o cümlədən helikopter və sualtı qayıqların birgə istehsalına dair razılığa gəliblər. Axar.az xəbər verir ki, bu barədə Qərb mediası məlumat yayıb. Qeyd olunur ki, razılaşmalar Fransa Prezidenti Emmanuel Makronun Hindistana səfəri zamanı əldə olunub. O, dünən Hindistanın Respublika Gününə həsr olunmuş hərbi paradın əsas qonağı olub, Baş nazir Narendra Modi ilə görüşüb, Hindistan Prezidenti Draupadi Murmanın rəsmi qəbulunda iştirak edib. “Makron və Modi hərbi istehsal, nüvə enerjisi, kosmik tədqiqatlar, səhiyyə, kənd təsərrüfatı və iqlim dəyişikliyi sahələrində süni intellektin istifadəsi üzrə əlaqələri genişləndirmək barədə razılığa gəliblər”, - məlumatda bildirilib. O cümlədən, Hindistanda Fransanın “Safran SA” şirkətinin ən müasir mühərrikləri, eləcə də Fransa istehsalı olan “Dassault Rafale” qırıcılarının mühərrikləri üçün təmir və xidmət mərkəzi açılacaq. Bununla belə, əməliyyatların dəyəri açıqlanmır. Qeyd edilir ki, Rusiyadan sonra Hindistana ən çox silah tədarük edən ölkə Fransadır. Xatırladaq ki, Ermənistan son dövrlər Fransa və Hindistandan hərbi texnika və silah idxal edir.
2024-01-27
826,816
Lukaşenko sabah da Putinlə görüşəcək
Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sabah Sankt-Peterburqda yenidən bir araya gələcək. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov məlumat verib. O bildirib ki, liderlər ikitərəfli görüş zamanı əlaqəni davam etdirəcəklər. Qeyd edək ki, bu gün Lukaşenko Sankt-Peterburqa səfər edib və Putinlə birgə Leninqrad mühasirəsinin 80 illiyinə həsr olunmuş anım tədbirlərində iştirak edib.
2024-01-27
826,817
Rusiya Nikopola kamikadze PUA-ları ilə hücum etdi
Rusiya Ukraynanın Nikopol bölgəsinə 12 kamikadze PUA-sı ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Lısak bildirib. Məlumata görə, hücum zamanı 1 nəfər yaralanıb. Yaşayış evlərinə, avtomobillərə ziyan dəyib.
2024-01-27
826,819
Leninqrad mühasirəsi tarixi məsuliyyətimizdir - Almaniya
Leninqradın mühasirəsi 80 il əvvəl Sovet qoşunlarının şəhəri azad etməsi ilə başa çatıb. Vermaxt qoşunları iki ildən artıq Leninqrad əhalisinə dəhşətli iztirablar verib. Axar.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Leninqradın mühasirəsinin başa çatmasının səksəninci ildönümündə biz Vermaxtın Leninqrad və onun əhalisinə yaşatdığı dəhşəti və əzabları xatırlayırıq. Blokada nəticəsində bir milyondan çox insan həlak olub. Şəhər və onun sakinləri 872 gün aclıq, dəhşət və ölçüyəgəlməz iztirablara dözüb. Bu dəhşətli müharibə cinayəti, bütöv bir şəhərə və onun əhalisinə qarşı bu vəhşi hərəkət bu gün də hiss olunur. Almaniya İkinci Dünya müharibəsi zamanı Almaniyanın törətdiyi dəhşətli hərbi cinayətlərin xatirəsini yaşatmaq üçün fəal işləyir və Vermaxt tərəfindən Leninqradda törədilən cinayətlərə görə tarixi məsuliyyətə birmənalı olaraq sadiqdir. 2019-cu ildəki birgə bəyanata əsasən, Almaniya hökuməti mühasirədən sağ çıxanların hamısına humanitar jest etdi. O, barışıq və xatırlama jesti olaraq Sankt-Peterburqda xəstəxananın modernləşdirilməsini maliyyələşdirir. Mühasirədən sağ çıxan bir çox insan bu xəstəxanada müalicə olunur. Almaniya hökuməti Sankt-Peterburqda mühasirədən sağ çıxanlarla görüşləri də maliyyələşdirir. Bu görüşlər gənclərə mühasirə yaddaşını gücləndirmək və ötürmək məqsədi ilə sağ qalanlarla söhbət etməyə imkan verir. Almaniya öz tarixi məsuliyyətini dərk edir və Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni təcavüzünə baxmayaraq, bu tədbirləri həyata keçirməyə davam edəcək”, - Almaniya XİN-in bəyanatında bildirilib. Qeyd edək ki, İkinci Dünya müharibəsində alman qoşunlarının Leninqrad (Sankt-Peterburq) şəhərini mühasirəsi 8 sentyabr 1941-ci ildə başlayıb və 27 yanvar 1944-cü ilə qədər davam edib.
2024-01-27
826,820
Rusiyaya silah tədarükü ilə bağlı sübut yoxdur - Siyarto
Macarıstana Şimali Koreyanın Rusiyaya silah tədarük etdiyinə dair heç bir sübut təqdim edilməyib. Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.
2024-01-27
826,821
Nuland sabah Ankaraya gəlir
ABŞ Dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Türkiyənin paytaxtı Ankaraya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Səfərin yanvarın 28-29-da baş tutacağı gözlənilir. Bildirilib ki, Nuland türkiyəli rəsmilərlə ikitərəfli, regional və qlobal məsələləri müzakirə edəcək.
2024-01-28
826,823
ABŞ bu ölkədən bizə qarşı istifadə edir – Türk general
ABŞ Yunanıstandan Türkiyəyə dolayı təzyiq faktoru kimi istifadə edir. Axar.az xəbər verir ki, bu sözləri RİA-ya açıqlamasında Türkiyənin Təqaüddə olan Zabitlər Cəmiyyətinin sədri, istefada olan aviasiya generalı Ərdoğan Karakuş deyib. “ABŞ Yunanıstanı vaxtaşırı silahlandırsa da, Vaşinqton Türkiyə ilə döyüşə ehtiyacı olmadığını deyir. Ancaq həm Yunanıstan, həm də PKK-dan istifadə ilə Ankaraya dolayı təzyiq var. Digər tərəfdən, ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı xəbərlər fonunda Vaşinqtonun Yunanıstan timsalında dəstəyə ehtiyacı var”, - Karakuş bildirib. Onun sözlərinə görə, Yunanıstan artıq müstəqil ölkə deyil, çünki ABŞ Afinadan baza kimi istifadə edir. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Yunanıstana 8,6 milyard dollara beşinci nəsil F-35 döyüş təyyarələri və müvafiq avadanlıqların mümkün satışını təsdiqlədiyi bildirilib. Dövlət Departamenti həmçinin Türkiyəyə 23 milyard dollara F-16 döyüş təyyarələri və avadanlıqlarının mümkün satışını təsdiqləyib. Türkiyə ABŞ-dan 40 yeni F-16 qırıcısı, artıq xidmətdə olan 79 təyyarənin modernləşdirilməsi, əlavə avadanlıq, naviqasiya sistemləri, silah və sursat, raketlər, ehtiyat hissələri, yer terminalları və təlim sistemləri tələb edib.
2024-01-27
826,824
Kiyevdən şok etiraf: mübadilə olacaqdı, İl-76-da 65 əsir…
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Hərbi Əsirlərin Məsələləri üzrə Koordinasiya Qərargahı 65 ukraynalı hərbi qulluqçunun həqiqətən də yanvarın 24-də dəyişdirilməsinin planlaşdırıldığını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb. “Koordinasiya Qərargahı təsdiq edir ki, bu siyahıdan olan 65 ukraynalı müdafiəçinin yanvarın 24-nə planlaşdırılan mübadilə çərçivəsində həqiqətən də Ukraynaya qaytarılması planlaşdırılırdı”, - deyə qurum rəsmi sosial şəbəkə hesabında qeyd edib. Qərargah həmçinin Rusiya resurslarının dərc etdiyi və İl-76 təyyarəsində ölən 65 əsirin siyahısını da təsdiqləyib. Bundan əvvəl Ukrayna Müdafiə Nazirliyi siyahıdakı bəzi məlumatların yalan olduğunu və adı çəkilən hərbi əsirlərin bəzilərinin artıq Rusiya tərəfi ilə dəyişdirildiyini iddia etmişdi. Xatırladaq ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.
2024-01-27
826,826
Texasda hərbi texnikalar sərhədə yeridildi - Video
Texas Milli Qvardiyası ağır zirehli texnikaları Meksika ilə sərhədə göndərir. Axar.az xəbər verir ki, bununla bağlı görüntülər yayılıb. Yayılan görüntülərdə "Abrams" tankları və "Bradley" piyada döyüş maşınlarının Meksika sərhədinə göndərildiyi görünür. Qeyd edək ki, miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Respublikaçıların iqtidarda olduğu 25 ştat isə Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.
2024-01-27
826,827
Nikolun Gürcüstana səfəri qalmaqal yaratdı
Gürcüstan hökumətinin Prezident Salome Zurabişvili ilə əməkdaşlıqdan imtinası impiçment prosesinin başlanmasına səbəb olan hərəkətlər fonunda məntiqi ardıcıllıqdır. Axar.az SOVA-ya istinadla xəbər verir ki, bu sözləri hakim “Gürcü Arzusu” partiyasının üzvü Mixail Sarcveladze ölkə Prezidenti Salome Zurabişvilinin Ermənistan Baş naziri Nikol Paşinyanın səfəri də daxil olmaqla, Gürcüstan prezidentinə ölkəyə yüksək səviyyəli səfərlər barədə məlumat verilməməsindən təəssüfləndiyini bildirən bəyanatına cavabında deyib. “Zurabişvili bilir ki, onun bu görüş və səfərlə heç bir əlaqəsi yoxdur. Əslində, uğurlu səfər idi, ictimaiyyət uğurlu əməkdaşlığın nəticələrinin şahidi oldu. Düşünürəm ki, onun bu barədə deyəcək heç nəyi yoxdur... Ötən müddətdə onun artıq müxalifətdə olduğu məlum oldu. O, ritorikasında, hərəkətlərində, siyasətində müxalifətçidir”, - Sarcveladze bildirib.
2024-01-27
826,837
Bizim Mövludumuz: qardaşlığın sinonimi...
Azərbaycan xalqı Mövlud Çavuşoğlu adını hər zaman “qardaş və dost” sözlərinin sinonimi olaraq xatırlayır. Çünki o, ümumilli lider Heydər Əliyevin “Bir millət iki dövlət”, Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarını atalarımızın nəsihəti olaraq qəbul edib. Türkiyənin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri olanda da, xarici işlər naziri olanda da, bu gün də fəaliyyətini hər iki ölkənin milli liderlərinin nəsihətinə uyğun həyata keçirib. Mövlud Çavuşoğlu Azərbaycan xalqı ilə birlikdə sevinən, Azərbaycan xalqı ilə birlikdə kədərlənən qardaşlarımızdandır. Onun hazırda Türkiyənin xarici işlər naziri olmasa da, AŞPA-ın Azərbaycan nümayəndə heyətinə qarşı ədalətsiz qərarını pisləməsi, təşkilatı bu ədalətsizliyə son qoymağa çağırması da qardaşlığı vəzifəsinin tələbi kimi yox, həyatının amalı kimi görməsindən irəli gəlir. Məhz buna görə Mövlud Çavuşoğlu hansı vəzifə daşımasından, harada olmasından asılı olmayaraq, daim Azərbaycan xalqının əziz qardaşıdır. O, bu haqqı Türkiyə ilə yanaşı, Azərbaycan uğrunda mübarizəsi ilə qazanıb. 2003-2014-cü illərdə AŞPA-da Türkiyə nümayəndə heyətinin rəhbəri olan Mövlud Çavuşoğlu Azərbaycanın ədalətli mövqeyinin çarçısı kimi də çıxış edirdi. Qarabağın işğal edildiyi faktından tutmuş Xocalı soyqırımına qədər bütün ədalətsizliyə qarşı Azərbaycan nümayəndə heyəti ilə birlikdə mübarizə aparır, bir çox hallarda AŞPA-nı Azərbaycanın haqq səsinin tribunasına çevirirdi. O, hələ o vaxtdan Azərbaycan sevgisini ispat etmişdi və bütün bunları vəzifə tələbi kimi yox, həyatının amalı olaraq edirdi. Mövlud Çavuşoğlunun 2014-cü ildə Türkiyə xarici işlər naziri təyin olunması Azərbaycanda da böyük sevinclə qarşılandı. Çünki xalq bilirdi ki, o, təkcə Türkiyənin yox, Azərbaycanın da xarici işlər naziri olacaq. Belə də oldu, Çavuşoğlu “bir millətin iki dövləti”nə xarici işlər naziri kimi xidmət etdi. Özü də hər zaman “Mən xarici işlər naziri olaraq, təkcə Türkiyənin deyil, Azərbaycanın da xarici işlər naziri kimi çalışdım” deyir. Mövlud Çavuşoğlu xarici işlər naziri kimi keçirdiyi görüşlərdə, etdiyi səfərlərində, çıxış etdiyi beynəlxalq konfranslarda hər zaman Azərbaycanın da maraqlarını da müdafiə edir, rəsmi Bakının torpaqlarımızda işğala son qoyulması siyasətini davam etdirirdi. Onun 2020-ci ildə Prezident İlham Əliyevlə görüşdə dediyi sözlər bu kontekstdə xüsusilə təqdirəlayiqdir: “Hörmətli cənab Prezident, Sizin təqdirinizə layiq olmaq mənim üçün şərəfdir. Söylədiyiniz gözəl sözlərə görə minnətdarlığımı bildirmək istəyirəm. Siyasətə başladığım gündən bəri təkcə Türkiyənin haqqını deyil, Azərbaycanın haqqını da müdafiə etməyi özümə borc bildim. Əsasən bunu da Sizdən öyrəndim. Avropa Şurasına ilk getdiyimiz zaman Siz də Azərbaycan nümayəndə heyətinin rəhbəri idiniz. Orada Azərbaycan qədər Türkiyəni də müdafiə edirdiniz. Yenə, bir az əvvəl söylədiyim kimi, Türkiyənin olmadığı yerlərdə, xüsusilə “Türkiyə yox, amma biz varıq, mən varam” deyərək Türkiyənin haqqını hər zaman müdafiə etdiniz. Ümummilli lider, cənnətməkan Heydər Əliyev atamızın sözü bizim üçün rəhbərdir: İki dövlətik, amma bir millətik. Bir millətin övladları olaraq, əlbəttə, bir-birimizi müdafiə edəcəyik, bir-birimizə kömək edəcəyik. Mən Xarici İşlər naziri olaraq hər zaman təkcə Türkiyənin deyil, Azərbaycanın da Xarici İşlər naziri kimi çalışdım”. Azərbaycan xalqı Mövlud Çavuşoğlunun təkcə qardaş Türkiyənin yox, bizim də xarici işlər naziri olduğunun 44 günlük Vətən müharibəsində bir daha şahidi oldu. Vətən müharibəsinin başlandığı ilk gündən Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla yanaşı, Mövlud Çavuşoğlu da Azərbaycanın yanında idi. “Azərbaycan problemi yerində həll etmək istəyirsə, biz yanında olacağıq” deyən Çavuşoğlu işğalçı Ermənistana və onun havadarlarına xəbərdarlıq etdi. Onun Vətən müharibəsinin davam etdiyi müddətdə və sonrasında “Dost da, düşmən də bilsin ki, Can Azərbaycanın yanındayıq, Azərbaycan heç vaxt yalnız deyil” sözləri dosta güvən, düşmənə qorxu yaratdı. Çavuşoğlu bu sözlərini fəaliyyəti ilə də göstərdi, Azərbaycanı yalnız buraxmadı. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində Ankara-Bakı reysinin əsasən bir sərnişini vardı: Mövlud Çavuşoğlu. O, mütəmadi olaraq, Bakıya gəlir, Türkiyənin xarici siyasətinin Azərbaycanın maraqlarına uyğun həyata keçirilməsi məqsədilə məsləhətləşmələr aparır, gecə-gündüz bizim maraqlarımızı müdafiə edirdi. Çavuşoğlu hər zaman Azərbaycanın yanında idi. Torpaqlarımız qarış-qarış azad ediləndə bizimlə birlikdə sevinir, şəhidlərimizə bizimlə birlikdə yas tutur, düşmənlərimizə qarşı bizimlə birlikdə savaşırdı. Azərbaycan ordusu müharibə meydanında işğalçı Ermənistanı darmadağın edəndə Mövlud Çavuşoğlu da dünyanın müxtəlif paytaxtlarında haqlı mübarizəmiz uğrunda döyüşür, üçüncü tərəflərin prosesə müdaxiləsinin qarşısını alırdı. Bir sözlə o, Vətən müharibəsi boyunca Azərbaycan üçün sinəsini qalxan edən şəxsiyyətlərdən oldu. Və qardaşlıq borcu hesab etdiyi bu siyasəti Vətən müharibəsindən sonra da davam etdirdi. Təkcə sülh danışıqlarında Azərbaycanın mövqeyini müdafiə etmirdi, həm də rəsmi Bakının qoyduğu tələbləri irəli sürür, Ermənistana “Qarabağ Azərbaycandır deməlisiniz” çağırışları edirdi. Vətən müharibəsindən 2023-cü ilin 20 sentyabr tarixinə - Qarabağda suverenliyimizin tam bərpa edilməsinə qədərki 3 il ərzində Mövlud Çavuşoğlu rəsmi Bakıya qarşı edilən təzyiqlərin qarşısını kəsmək, torpaqlarımızda separatizmin məhv edilməsinə nail olmaq üçün də əlindən gələni etdi. Və bu gün də Azərbaycan uğrunda əlindən gələn mübarizəni aparır, artıq xarici işlər naziri olmasa da. AŞPA-nın ədalətsiz mövqeyini tənqid etməsi, haqq səsimizi dünyaya çatdırması Mövlud Çavuşoğlunun Azərbaycan sevgisinin daşıdığı vəzifədə yox, ürəyində olduğunu bir daha ispat etdi. Məhz buna görə Çavuşoğlu daim Azərbaycan xalqının qəlbində ən uca yerə sahib olacaq. O, bizim – Azərbaycan xalqının Mövlududur. Qardaşlığın sinonimi...
2024-01-27
826,839
Şirkət rəhbərinin maşını və 140 min pulu oğurlandı
Bakıda tikinti şirkəti rəhbərinin maşını oğurlanıb. Axar.az xəbər verir ki, şirkət rəhbəri avtomobilin və içərisində olan 140 min manat məbləğində pulun oğurlanmasından şikayət edib. Şikayətçi Tofiq Aslanov Oxu.az-a başına gələn hadisə barədə danışıb: "İki gün öncə Yasamal rayonu, Zahid Xəlilov küçəsində maşınımı boş sahədə park etdim. Günorta saatlarında 90-NX-100 dövlət nömrə nişanlı "Mersedes-Benz S-Klass” markalı avtomobilim içərisində 140 min manat pulla birlikdə oğurlanıb. İçərisində şəxsi əşyalarım da olub".
2024-01-27
826,841
Ukrayna rus texnikasını belə məhv edir - Video
Ukraynanın Xarkov vilayətində sərhədçilər rusların texnikasını və mövqelərini məhv etməkdə davam edir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. “Xarkov vilayətində “Polad Sərhəd” Qvardiya hücum briqadasının sərhədçiləri işğalçıların müşahidə məntəqəsini və düşmənin texnikasını məhv etmək üçün hücum PUA-larından istifadə ediblər”, - məlumatda qeyd edilib.
2024-01-27
826,843
ABŞ Ərdoğanın fərmanını etibarsız hesab edib?
ABŞ-ın İsveçin NATO-ya üzvlüyünü təsdiq edən Prezident Rəcəb Tayyib Ərdoğanın fərmanının rəsmi qəzetdə dərc olunmasını qeyri-kafi hesab etməsi ilə bağlı iddialar təkzib edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından bəyanat verilib. "ABŞ BMT Nizamnaməsi, Beynəlxalq Atom Enerjisi Agentliyi və NATO daxil olmaqla, 200-dən çox çoxtərəfli sazişin depozitar ölkəsidir. Müqavilələrin əsl mətnlərini təqdim edir və onların düzgün imzalanmasına kömək edir. Depozitar ölkə də sazişlərin ratifikasiyası kimi sənədlər alır”, - administrasiyanın bəyanatında bildirilib. Qeyd edək ki, daha öncə ABŞ-ın qəzetdə yayılan fərmanı qeyri-kafi hesab etdiyi və sənədin əslini istəməsi ilə bağlı xəbərlər yayılıb.
2024-01-28
826,845
Bu, ABŞ üçün kütləvi qırğın silahıdır - Tramp
ABŞ sərhədindəki vəziyyət kütləvi qırğın silahına çevrilib. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş lideri Donald Tramp Meksika ilə sərhəddə yaşanan gərginliklə bağlı deyib. Tramp bildirib ki, sərhəddəki mövcud durum tarixin ən pis vəziyyətidir. Qeyd edək ki, miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Respublikaçıların iqtidarda olduğu 25 ştat isə Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.
2024-01-27
826,846
Azərbaycan Rusiyaya daha 612 min yumurta göndərdi
Azərbaycan Rusiyaya 612 min ədəd ərzaq yumurtasının növbəti partiyasını tədarük edib. Axar.az xəbər verir ki, bu barədə bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti məlumat yayıb. “Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün idxal edilib”, – məlumatda qeyd olunub. Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb. “27 yanvara olan məlumata görə, Azərbaycandan Rusiyaya ümumilikdə 5,2 milyon ədəd yumurta idxal edilib”, – qurum açıqlayıb. Azərbaycan 2023-cü il dekabrın 19-dan Rusiya Federasiyasına ərzaq yumurtası ixracına başlayıb.
2024-01-27
826,849
Rusiya ilə hərbi əsirlərin mübadiləsi olacaq - Budanov
Yaxın vaxtlarda hərbi əsirlərin mübadiləsi baş tutacaq. Bunun üçün hər şeyi edirik. Axar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. Xatırladaq ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib. Rusiya MN ukraynalı əsirlərin mübadilə üçün aparıldığını bildirib.
2024-01-28
826,850
10 ölkə İsraili Fələstin üçün razı salmağa çalışır
Ən azı 10 ölkənin yüksək vəzifəli məmurları İsraili və HƏMAS hərəkatını sülh razılaşmasına sövq etməyə çalışır. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb . Məlumata görə, əsas danışıqlar Qəzza zolağında atəşkəsin əldə olunmasına yönəlib. Bu isə HƏMAS-ın saxladığı 100-dən çox girovu İsrail həbsxanalarında olan minlərlə fələstinli ilə dəyişdirməyi tələb edir. Rəsmilər anklavın gələcəyini və münaqişə bitdikdən sonra ərazinin idarə olunmasını da müzakirə edirlər. Vaşinqton və Ər-Riyad rəsmiləri də Səudiyyə Ərəbistanı ilə rəsmi əlaqələr qurmaq müqabilində İsrailin Fələstin dövlətinin yaradılmasına razılıq verməsinə nail olmaq istəyir.
2024-01-28
826,852
Azərbaycanın daha bir cüdoçusu bürünc qazandı
Azərbaycanın daha bir cüdoçusu Portuqaliyanın Odibelaş şəhərində keçirilən Qran-Pri turnirində medal qazanıb. Axar.az xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində mübarizə aparan Səid Mollayi bürünc medal uğrunda görüşdə özbəkistanlı Nurbek Murtuzayevə qalib gəlib. Yığmanın digər üzvləri Rəşid Məmmədəliyev və Nurlan Osmanov (hər ikisi 73 kiloqram) isə turniri medalsız başa vurublar. Qeyd edək ki, Qran-Pri turnirində bunadək Yaşar Nəcəfov (66 kiloqram) gümüş, Turan Bayramov (60 kiloqram) və Kamran Süleymanov (66 kiloqram) isə bürünc medalın sahibi olublar. Yarışa yanvarın 28-də yekun vurulacaq.
2024-01-28
826,853
İsrail HƏMAS-ı məhv edəcək - Netanyahu
İsrail HƏMAS hərəkatını, xüsusən də onun rəhbərliyini məhv etməkdə qərarlıdır. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. Netanyahunun sözlərinə görə, HƏMAS-ın idarəetmə və hərbi quruluşunun məhv edilməsi bu hərəkatın tərəfdarlarının Qəzzada hakimiyyətdə qalma ehtimalını istisna etməlidir: "Bundan sonra, əlbəttə ki, orada hansısa başqa struktur, texnokratlar idarəsi yaradılmalı olacaq. Bunun üzərində işləyirik, amma HƏMAS, o cümlədən liderləri məhv edilmədən heç bir şeyin bitməyəcəyi aydındır”.
2024-01-28
826,854
ABŞ-ın bazaları yenidən atəşə tutuldu
ABŞ-ın Suriyadakı Koniko yatağındakı, eləcə də İraqın qərbindəki Ayn əl-Əsəd hərbi bazası raket atəşinə tutulub. Axar.az xəbər verir ki, bu barədə “İraqın İslami Müqaviməti” silahlı təşkilatı bəyanat yayıb. Qeyd edək ki, ABŞ-ın İraq və Suriyadakı hərbi bazaları son vaxtlar dəfələrlə hücuma məruz qalıb və buna görə məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürüb.
2024-01-28
826,855
"Barselona" öz meydanında 5 qol buraxdı
İspaniya La Liqasında XXII turun oyunları davam edir. Axar.az xəbər verir ki, "Barselona" öz meydanında "Vilyareal"ı qəbul edib. Görüş qonaqların 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Real Madrid" rəhbərlik edir. "Jirona" 52 xalla ikincidir. "Barselona" 44 xalla üçüncü, "Atletiko" (Madrid) isə 41 xalla dördüncü pillədə qərarlaşıb. Xallarını 23-ə çatdıran "Vilyareal" 14-cü sıradadır.
2024-01-28
826,856
ABŞ-ın qərarını gözləyirik, kritik məqamdır - Zelenski
Ukrayna ABŞ-ın hərbi yardımla bağlı qərarını gözləyir. Bu, indi kritik məqamdır. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. Zelenski vurğulayıb ki, son bir ayda Ukrayna müdafiə paketlərində yaxşı dinamikaya malik olub: "Əlbəttə ki, səmada nəzarətə və yerdə daha böyük imkanlara, xüsusən artilleriyaya nail olmaq üçün daha çox gücə ehtiyacımız var. Hər kəsə - əsgərlərimizi və ukraynalıların həyatını müdafiə edən ölkələrə təşəkkür edirəm”.
2024-01-28
826,857
Qəzzaya sülhməramlı qüvvələr göndərilir?
Yüksək rütbəli xarici rəsmilər münaqişə başa çatdıqdan sonra Fələstin Administrasiyasına anklavda asayişi təmin etmək üçün Qəzza zolağına ərəb sülhməramlı qüvvələrinin mümkün yerləşdirilməsi məsələsini müzakirə edirlər. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Məlumata görə, İsrail nümayəndələri bu ideyanı rədd edir və anklavda İsrailin nəzarəti altında olan çoxmillətli qüvvələrin yerləşdirilməsini təklif edirlər. Lakin ərəb liderləri belə bir fikrə qarşı çıxıblar.
2024-01-28
826,858
Fransalı nazir Bakının adamıdır – Ermənilər aksiya keçirdi
Erməni diasporunun Fransadakı “Nor Serund” təşkilatı Rəşidə Datinin Fransanın mədəniyyət naziri təyin edilməsinə etiraz olaraq Parisdə mitinq keçirib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənilər Rəşidə Datini “Azərbaycanın təbliğatçısı” adlandırıblar: “Ermənistana həsr olunmuş bu mədəniyyət ilində, xüsusən Şarl Aznavurun anadan olmasının 100 illiyinin qeyd olunması ilə əlaqədar Azərbaycan təbliğatının baş dirijorunun Fransanın mədəniyyət naziri təyin edilməsi sağlam düşüncəyə ziddir. Yanvarın 11-də Rəşidə Datinin mədəniyyət naziri təyin olunmasını təəccüb və qəzəblə öyrəndik. Bu, iki fransalı diplomatın bir aydan da az əvvəl Azərbaycanda fəaliyyəti dayandırılaraq persona non-qrata elan edilməsindən sonra verilən biabırçı qərardır”, - deyə ermənilər bildirib. Bəyanatda həmçinin daha absurd iddialar da səsləndirilib. Qeyd edilib ki, İlham Əliyev öz adamını Fransa hökumətinə yerləşdirməyi bacarıb. Qeyd edək ki, Rəşidə Dati 2015-ci ildə Azərbaycanı “dini və etnik qruplar arasında əlaqələr baxımından bütün dünyaya nümunə ola biləcək ölkə” adlandırıb. Ermənilər bundan qəzəblidirlər.
2024-01-28
826,859
HƏMAS İsrail hərbçilərini vurur... - Video
Qəzza zolağındakı savaşdan daha bir görüntü yayılıb. Axar.az xəbər verir ki, yayılan görüntülərdə HƏMAS-ın İsrail hərbçilərinin olduğu mövqelərə zərbələr endirdiyi əks olunub. Həmin görüntüləri təqdim edirik:
2024-01-28
826,860
Bakı-Qazax yolunda 3 TIR aşdı, 10 maşın toqquşdu
01:14 Yanvarın 27-si axşam saatlarında Bakı–Qazax–Qırmızı körpü avtomagistiralının Ağstafa rayon Qarahəsənli kəndi ərazisindən keçən hissəsində asfalt örtüyünün buz bağlaması nəticəsində müxtəlif marka və qabaritli bir neçə avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Report-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov açıqlayıb. Hadisə ilə əlaqədar dərhal Ağstafa Rayon Polis Şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu Tağımının əməkdaşları həmin ünvana gələrək hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirib. Bildirilib ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır. *** Bakı – Qazax – Gürcüstan magistral yolunun Ağstafa rayonundan keçən hissəsində yolun buz bağlaması nəticəsində baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların kimliyi məlum olub. Məlumata görə, hadisə nəticəsində iki Türkiyə vətəndaşı – 1970-ci il təvəllüdlü Bekar Atəş Asan oğlu və 1990-cı il təvəllüdlü Ramazan Taş Abdulla oğlu xəsarət alıb. Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxş hesab edilir. Qeyd edək ki, yolun buz bağlaması səbəbindən baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində 3 TIR tipli yük avtomobili aşıb, 10-dan çox yük maşını isə toqquşub.
2024-01-28
826,861
Almaniyada ifrat sağçı ekstremizm artır - Şolts
Almaniyada ifrat sağçı ekstremizmin artması ilə bağlı narahatlıq var. Axar.az BBC-yə istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts ölkəsində Holokostu Anma Gününü qeyd edərkən deyib. O, “neonasistlər və onların qaranlıq şəbəkələri” barədə xəbərdarlıq edib və insanları irqçilik və antisemitizmlə mübarizəyə çağırıb. Qeyd edək ki, Almaniya üçün Alternativ (AfD) Partiyasına qarşı kütləvi etirazlar davam edir. Ölkə daxilində aksiyaların səbəbi AfD ətrafında yaranan qalmaqal olub. Jurnalistlər öyrəniblər ki, partiya üzvləri Almaniyadan qaçqın və əcnəbilərin çıxarılması planlarını neonasistlər və sağçı radikallarla gizli müzakirə ediblər.
2024-01-28
826,862
Qızdırmalı halda çimmək olar?
Qızdırmalı halda çox xəstələr "isti hamama girsəm, bədənim açılar" fikri ilə duş alır. Xəstə insana isti buxarlı hamamda çimmək faydalıdırmı? Axar.az Medicina.az-a istinadən xəbər verir ki, immunoloq Vladimir Bolibok xəstə insanın isti hamamda çimməsini qadağan edib. "İsti hamam qan dövranına zərbə vurur və xəstəliyin daha da ağırlaşmasına səbəb olur. Xüsusən kişilərin araq içib, tərləmək və tez sağalmaq üçün saunaya girməsi ürək infarktı ilə nəticələnə bilər. İnsanın qızdırması varsa, heç bir halda hamama, saunaya getməməli, isti vanna qəbul etməməlidir. Bu zaman bədən daha çox yüklənir. Həddindən artıq isinməyə başlayarsa, vəziyyəti daha da pisləşəcək Qızdırması olan bədənə dinclik vermək və yataq rejimi lazımdır", - Bolibok vurğulayıb.
2024-01-28
826,863
Hizbullah İsrailin hərbi kazarmasına hücum etdi
Hizbullah Livanın cənubundakı sərhəd bölgələrindən İsrailin iki hərbi kazarmasına hücum edib. Axar.az xəbər verir ki, bu barədə “Əl Mayadin” məlumat yayıb. Məlumata görə, Hizbullah döyüşçüləri Şomera və Hənitə yaşayış məntəqələrindəki ordu kazarmalarını yer-yer raketləri ilə atəşə tutub. Birbaşa zərbə nəticəsində İsrail sıralarında ölən və yaralananların olduğu iddia edilir.
2024-01-28
826,893
Xəzərdə dalğanın hündürlüyü 2.6 metrə çatdı
Saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, bəzi yerlərdə qar yağır. Bu barədə Axar.az-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qar örtüyünün hündürlüyü: Laçında 50 sm, Qax, Şahbuzda 48 sm, Ordubadda 29 sm, Şəkidə 24 sm, Lerikdə 23 sm, Daşkəsəndə 22 sm, Kəlbəcər, Göygöl, Lerik, Sədərək, Qrız, Gədəbəy, Zaqatala, Şirvan, Yardımlı, Şahdağ, Qəbələ, Şərur, Xaltan, Altıağac, Ceyrançöl, İmişli, İsmayıllı, Naxçıvan, Qubada 10 sm-dir. Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, arabir 19 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 2,6 metrdir. Bakı, Sumqayıt, Naxçıvan, Şərur, Şahbuz, Naftalan, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Xaltan, Qrız, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 50-500 metrədək məhdudlaşır. Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək şaxta, dağlıq rayonlarda 4-8 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 19 dərəcəyədək şaxta olub.
2024-01-28
826,896
Fransanın Bakı ilə bağlı gedişi “avtoqol”dur
İtaliyanın aparıcı kütləvi informasiya vasitələrindən olan “Formiche” qəzeti Fransanın Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqeyi barədə məqalə dərc edib. Axar.az xəbər verir ki, yazıda Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərarlarla ölkəmizə təzyiq göstərməyə çalışdığı, lakin bunun təsirinin olmadığı və Azərbaycanın həmin qüvvələrlə mübarizə apardığı bildirilir. Qeyd olunur ki, Beynəlxalq Ədalət Məhkəməsi 2023-cü il 17 noyabr tarixli qərarı ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edib. Fransa Beynəlxalq Ədalət Məhkəməsinin təsdiq etdiyi hökmə məhəl qoymur və bu isə əslində, gərginliyin sona çatmasına tərəfdar olmayan təhlükəli addım – “avtoqol”dur. Məqalədə vurğulanır ki, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının bu qətnaməsi ilə əlaqədar Bəyanat qəbul edib. Komitə öz Bəyanatında “Total Energies” də daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılmasına çağırıb. Azərbaycan Nazirlər Kabineti Milli Məclisin komitəsinin müraciətinə baxarsa, bu, Fransanın Cənubi Qafqazdakı iqtisadi maraqlarına ciddi zərbə vuracaq. Bundan başqa, yazıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünün ölkəmizdə hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, Azərbaycanda demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi olduğu qeyd edilir. AŞPA-nın bu addımının Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacağı, bunun ciddi və geridönməz nəticələrinə görə məsuliyyətin tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcəyi bildirilir. AŞPA-da mövcud dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəldiyi qeyd olunur. Məqalədə həmçinin Qərbi Azərbaycan İcmasının Avropa Birliyinin 2024-cü ildə BMT-də prioritetləri ilə bağlı qəbul etdiyi sənəddə “Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ifadəsinin yer almasına münasibət bildirdiyi vurğulanır. İcmanın açıqlamasında Qarabağ ermənilərinin qayıdışı məsələsinin qabardılmasını, Qərbi azərbaycanlıların isə öz dədə-baba yurdlarına qayıdış hüququna toxunulmamasını bir daha Avropa Birliyinin ikili standartların əsiri olmasının, məsələlərə etnik və dini simpatiya prizmasından yanaşmasının daha bir nümunəsi olduğunu qeyd etdiyi bildirilir.
2024-01-28
826,897
704-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 704-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 382 110 hərbçi, 6 280 ədəd tank, 11 671 ədəd zirehli döyüş maşını, 9097 ədəd artilleriya sistemi, 972 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 660 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 103 ədəd avtomobil texnikası, 7041 ədəd PUA, 1 845 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1433 xüsusi avadanlıq itirib.
2024-01-28
826,898
Ağdaşda ağır qəza: ölən var
Ağdaş rayonunun Nehrəxəlil kəndində ölümlə nəticələnən ağır yol qəzası olub. Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib. Məlumata görə, Aydın İsmayılovun idarə etdiyi VAZ-2104 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sərnişin, 1968-ci il təvəllüdlü Laləzar İsgəndər qızı Əzizova aldığı xəsarətlərdən ölüb. Araşdırma aparılır.
2024-01-28
826,899
Kamaləddin Qafarov seçicilərlə görüşdü
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda şəhid ailələrinin üzvləri, müharibə veteranları və müharibə iştirakçıları olan seçicilərlə görüş keçirilib. Axar.az xəbər verir ki, tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, təşviqat qrupunun üzvləri Əziz Axundov, şəhid atası Şahin Sadıqov, qazi Zakif Abbasov çıxış ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycanda dövlət-xalq-iqtidar birliyi sarsılmazdır. Bu həmrəyliyin əsası müasir və müstəqil Azərbaycanın qurucusu və banisi, Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu gün də bu siyasət dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun qüdrəti sayəsində tarixi torpaqlarımız işğaldan azad edildi və ərazi bütövlyümüz tam bərpa olundu. Çıxış edən seçicilər də bildiriblər ki, fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edəcəklər, onların tək seçimi var - xalqımızın Müzəffər Ali Baş Komandanı, əvəzsiz lideri İlham Əliyev. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
2024-01-28
826,903
İsrail HƏMAS-ın tunellərinin 40 faizini məhv edib
Qəzza zolağında keçirilən əməliyyat zamanı İsrail ordusu indiyədək HƏMAS-ın yeraltı tunellərinin yalnız 40%-ni məhv edə bilib. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. “Dağıntının dəqiq həcmini hesablamaq çətindir, çünki heç kim bu tunellərin nə qədər olduğunu bilmir. ABŞ və İsrailin məlumatlarına görə, yeraltı tunellərin yalnız 20-40 faizi istifadəyə yararsız hala gətirilib. Bu da gözləniləndən aşağı nəticədir”, - nəşr bildirib.
2024-01-28
826,905
İran eyni anda kosmosa 3 peyk göndərdi
İran bu gün “Simurq” raket daşıyıcısının köməyi ilə kosmosa eyni anda 3 peyk göndərib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Raket daşıyıcısının İran Müdafiə Nazirliyi tərəfindən hazırlandığı bildirilib. Qeyd edək ki, İran bu ilin yanvarın 20-də "Soraya" peykini orbitə çıxarmışdı.
2024-01-28
826,908
ABŞ və ərəb ölkələri Abbasın istefasını müzakirə edir
Amerikalı diplomatlar ərəb ölkələrinin, o cümlədən İordaniya, Misir və Səudiyyə Ərəbistanının nümayəndələri ilə birlikdə Fələstin lideri 88 yaşlı Mahmud Abbasın istefasını müzakirə edirlər. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Nəşrin məlumatına görə, münaqişə bitdikdən sonra Qəzza zolağına yeni lider rəhbərlik etməli olacaq: “Diplomatlar İsraili münaqişə sona çatdıqdan sonra Qəzza zolağı və İordan çayının qərb sahilinə nəzarəti Ramallahdakı Fələstin Administrasiyasına təhvil verməyə inandırmaq istəyirlər. Muxtariyyətin yeni rəhbəri vəzifəsinə namizədlər arasında Fələstinin Baş naziri Salam Fayyad və Fələstinin keçmiş lideri Yasir Ərəfatın qardaşı oğlu Nasir əl-Kidva da var. Amma Abbasın özü iqtisadi müşaviri Məhəmməd Mustafada israr edir, çünki ona təsir edə biləcək”.
2024-01-28
826,910
Sentyabrda yaralanan hərbçimiz şəhid oldu
Sentyabrın 19-20-də düşmən təxribatının qarşısını alan zaman ağır yaralanan müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAXE) Hacıəli Tahir oğlu Qasımov dünən şəhid olub. Axar.az Unikal.az-a istinadla xəbər verir ki, bu barədə Tovuz Rayonu İcra Hakimiyyətinin Qaraxanlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mətləb Cəfərov deyib. 2002 ci il təvəllüdlü Hacıəli Qasımov Tovuz rayon Qaraxanlı kəndində anadan oldub. Onun bu gün kənd qəbiristanlığında dəfn olunacağı nəzərdə tutulub. Allah rəhmət eləsin.
2024-01-28
826,911
İranda 9 pakistanlı öldürüldü - Səfirdən çağırış
Pakistanın İrandakı səfiri Məhəmməd Müdəssir Tibu Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində 9 Pakistan vətəndaşının öldürülməsini pisləyib. Axar.az xəbər verir ki, səfir bu barədə özünün X hesabında paylaşım edib. O, hadisənin qorxunc olduğunu və bundan şoka düşdüyünü yazıb. Səfir öldürülən pakistanlıların ailələrinə dəstək veriləcəyini deyib və İran hökumətini hadisənin dəqiq araşdırılması üçün İslamabadla əməkdaşlıq etməyə çağırıb. Qeyd edək ki, Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslərin sakinlərə açdıqları atəş nəticəsində 9 nəfər öldürülmüşdü.
2024-01-28
826,914
Taksi sürücülərinə qarşı soyğunçuluq edən ələ keçdi
Taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində iki taksi sürücüsünə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Salyan rayon sakini Elvin Vəliyev saxlanılıb. Dindirilmə zamanı sonuncu törətdiyi əməlləri etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, E.Vəliyev sərnişin qismində əyləşdiyi taksilərdə sürücülərdən tanışına zəng etmək adı ilə mobil telefonlar istəyib. Zərərçəkmişlərin telefonlarını aldıqdan sonra isə adıçəkilən şəxs avtomobillərdən düşüb və qaçaraq uzaqlaşıb. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi, saxlanılan şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Polis əməkdaşları E.Vəliyevin digər analoji cinayətlərdə iştirakını da istisna etmir. Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə, həmçinin Şirvan ŞPŞ-yə məlumat vermələri xahiş olunur.
2024-01-28
826,915
NASA Marsda qədim göllərin izlərini aşkar etdi
NASA Marsda Jezero kraterində qədim göllərin izlərini aşkar edib. Axar.az xəbər verir ki, bu barədə Kaliforniya Universitetinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, “Perseverance” roveri torpağı tədqiq edərək 20 metr dərinlikdəki səth sahəsinin ikiölçülü görüntüsünü təmin edib: “Aşkar edilmiş qaya təbəqələri göstərir ki, krateri qidalandıran çay sayəsində torpaq çöküntüləri əmələ gəlib. Alimlər bu yataqların təxminən 3 milyard il əvvəl yarandığını irəli sürür”.
2024-01-28
826,916
Bu ölkə Rusiyadan silah alışını dayandırır
Hindistan Rusiyadan silah tədarükündən imtina edir. Axar.az xəbər verir ki, bu barədə “Röyters” Hindistan hökumətindəki mənbəyə istinadla məlumat yayıb. Agentliyin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri Hindistanın Rusiyadan silah tədarükünün həcmi azalıb. Bildirilib ki, son 20 ildə Hindistana silah tədarükünün 65%-i Rusiyanın payına düşürdü.
2024-01-28
826,917
Britaniya husilərin quru hədəflərini vura bilmir
Britaniya Kral Donanmasının gəmiləri husilərin quru hədəflərini vura bilmir, çünki onlar gəmi-yer raketləri ilə təchiz olunmayıb. Axar.az xəbər verir ki, bu barədə “Deyli Teleqraf” məlumat yayıb. Nəşrin məlumatına görə, Qırmızı dənizdə husilərə qarşı əməliyyatda iştirak edən Britaniya Hərbi Dəniz Qüvvələrinin heç bir gəmisi belə raketlərlə təchiz olunmayıb. Yüksək rütbəli keçmiş hərbçilər bunu qalmaqal adlandırıblar. “Əsl narahatlıq ondan ibarətdir ki, biz potensial hərbi əməliyyatlarda Çin və ya Rusiya ilə qarşılaşa bilməyəcəyik. Britaniya Hərbi Dəniz Qüvvələrinin gəmi-yer tipli raketinin olmaması onu müdafiəsiz edir”, - ehtiyatda olan kontr-admiral Kris Perri nəşrə açıqlamasında bildirib.
2024-01-28
826,919
Sabahın hava proqnozu açıqlandı
Yanvarın 29-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gün ərzində bəzi yerlərdə fasilərlə yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə yağışın qısamüddətə sulu qar ilə qarışıq yağması ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-6° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
2024-01-28
826,922
Moskvada məşhur Satira Teatrının binası yanır - Video
12:39 Moskvanın Zəfər meydanında yerləşən məşhur Satira Teatrında yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. “Saat 12:00-da (Bakı vaxtı ilə 13:00) tamaşaya baxmağa gələnlərin təxliyəsi həyata keçirilir. İlkin məlumata görə, xəsarət alan yoxdur”, - məlumatda qeyd edilib. Bildirilib ki, damın günbəzinin taxta konstruksiyaları yanır və yanğın genişlənməkdə davam edir. Hazırda yanğın sahəsi 250 kv.m-dir. İlkin məlumata görə, yanğına səbəb teatrda aparılan təmir işləri zamanı texniki təhlükəsizlik qaydalarının pozulması olub. Hadisə yerində 76 yanğınsöndürən və 21 texnika çalışır.
2024-01-28
826,925
Pxenyandan xəbərdarlıq: Nüvə müharibəsi olacaq...
ABŞ-ın təxribatçı hərəkətləri ona gətirib çıxardı ki, Koreya yarımadasında vəziyyət təhlükəli həddə çatdı və müharibənin dünya nüvə müharibəsinə çevrilməsi perspektivi real oldu. Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Əmək Partiyasının rəsmi orqanı olan “Nodon sinmun” qəzeti yazıb. “Pxenyanda hesab edirlər ki, ABŞ dünyanın hər yerində toqquşmalara səbəb olur və bu hərəkətlər yeni dünya müharibəsinin başlanmasına gətirib çıxarır. Bu gün Koreya yarımadasında təhlükəsizlik vəziyyəti daha təhlükəli həddə çatır və “müharibə” sözü reallığa çevrilir. Koreya yarımadasında müharibə olarsa, bu, dünya nüvə müharibəsinə çevriləcək və bəşəriyyətə saysız-hesabsız fəlakətlər gətirəcək”, - məqalədə qeyd edilib.
2024-01-28
826,927
Rus ordusu bu kəndi ələ keçirdi
Rusiya ordusu Kupyansk istiqamətində hücuma keçib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. “Ruslar Xarkov vilayətinin Tabayevka kəndini ələ keçirib və Pesçanoqo istiqamətində uğurları inkişaf etdirmək istəyir”, - məlumatda qeyd olunub.
2024-01-28
826,930
MN-dən şəhid hərbçimizlə bağlı açıqlama
Azərbaycanın Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçunun ailəsinə başsağlığı verib. Bu barədə Axar.az-a nazirlikdən bildirilib. “Ötən ilin sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət serebral koma diaqnozu ilə hərbi tibb müəssisəsində müalicə alan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçumuz Qasımov Hacıəli Tahir oğlu həkimlərimizin səylərinə baxmayaraq şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə başsağlığı verir və səbir diləyir. Allah rəhmət eləsin!”, - nazirlikdən bildirilib.
2024-01-28
826,931
ABŞ-ın Ermənistan ordusu ilə əməkdaşlığı güclənir
Biz Ermənistan Silahlı Qüvvələri ilə güclü və artan qarşılıqlı əməkdaşlığımızı yüksək qiymətləndiririk. Axar.az xəbər verir ki, bu sözlər ABŞ-ın Ermənistandakı səfirliyinin bəyanatında əksini tapıb. Qeyd edək ki, bu gün Ermənistan ordusu yaranmasının 32-ci ildönümünü qeyd edir.
2024-01-28
826,932
Ermənistan sərhədindəki bu yol bağlandı
Ermənistanla sərhədə gedən yolda Paravani aşırımı çətin meteoroloji şəraitlə əlaqədar bütün növ nəqliyyat vasitələri üçün bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb. “Koda-Partsxisi-Manqlisi-Tsalka-Ninotsminda avtomobil yolunun 94-ci kilometrindən 147-ci kilometrinədək hissəsində (Paravani aşırımı) qar fırtınası və zəif görmə ilə əlaqədar bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib”, - məlumatda qeyd olunub.
2024-01-28
826,934
“Qalatasaray” bu futbolçunu “Bavariya”ya 30 milyona satdı
Türkiyənin "Qalatasaray" klubunun fransalı futbolçusu Saşa Boeyin Almaniyanın "Bavariya" klubuna keçidi rəsmiləşib. Axar.az xəbər verir ki, bu barədə “Qalatasaray”ın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Münhen klubu 23 yaşlı cinah müdafiəçisi üçün 30 milyon avro ödəyib. Boey "Bavariya" ilə 2028-ci ilin yayınadək müqavilə imzalayıb. Qeyd edək ki, fransalı oyunçu 2021-ci ildən "Qalatasaray"da çıxış edib.
2024-01-28
826,948
Qərb addım-addım Ukraynanı Rusiyadan qopardı - Polişuk
Sovet İttifaqının dağılmasından sonra ABŞ güclü sənaye, kənd təsərrüfatı və elmi potensiala malik ən inkişaf etmiş respublika olan Ukraynanın işlərinə kobud şəkildə müdaxilə etdi. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişuk deyib. “Addım-addım onu ​​Rusiyadan qopardılar, mahiyyətcə vahid xalqı təşkil edən insanlar arasında çoxəsrlik əlaqələri qırdılar, neonasist əhval-ruhiyyəni qızışdırdılar. Onlar Ukraynanı Rusiya və Qərb arasında süni seçim etməyə məcbur etdilər, orada Qərbin neokolonial koordinat sistemini qurdular”, - Polişuk bildirib.
2024-01-28
826,949
Sabirabadda əməliyyat: narkotik və silah tapıldı
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan, eləcə də qanunsuz olaraq odlu silah saxlayan şəxslərə qarşı əməliyyat tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini Nuri Əhədov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı çəkisi 50 qrama yaxın olan marixuana, yaşadığı evdən isə bir ədəd avtomat, bir ədəd daraq və 11 ədəd patron aşkarlanaraq götürülüb. Şöbə əməkdaşları tərəfindən ilin əvvəlindən bugünə qədər olan müddət ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı isə ümumilikdə 15 nəfər saxlanılıb. Onlardan ümumi çəkisi beş kiloqrama yaxın olan müxtəlif növ narkotik vasitələr - heroin, metamfetamin və marixuana aşkarlanıb. Həmçinin, müvafiq dövr ərzində rayon ərazisində altı oğurluq faktını törətməkdə şübhəli bilinən üç nəfər də müəyyən edilərək istintaqa cəlb olunub. Bundan əlavə, qanunsuz saxlanılan odlu silahların aşkarlanması və könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində biri yivli olmaqla 55 ədəd odlu silah da polis əməkdaşları tərəfindən təhvil götürülüb. Faktlarla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
2024-01-28
826,950
Yunanıstan köhnə silahlarını Ukraynaya verir
Yunanıstan hakimiyyəti köhnəlmiş silahların Ukraynaya təhvil verilməsini təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə “Kathimerini” nəşri yazıb. Məlumata görə, Yunanıstanın Müdafiə Nazirliyi artıq ordunun istifadə etmədiyi köhnəlmiş silah sistemlərini Ukraynaya göndərəcək. Hərbi yardım paketinin tərkibi açıqlanmayıb. Qeyd edək ki, hazırda Yunanıstan ordusunun arsenalında “Tor”, “Osa”, S-300 və ZU-23-2 hava hücumundan müdafiə sistemləri var.
2024-01-28
826,951
ABŞ qorxur, buna görə Ukraynaya təyyarə vermir
ABŞ qorxur ki, “A-10 Thunderbolt II” hücum təyyarəsi Rusiya hərbçiləri ilə döyüşlərdə məhv edildikdən sonra reputasiyasını itirəcək. Ona görədə bu təyyarələri Ukraynaya göndərmir. Axar.az xəbər verir ki, “Military Watch” jurnalı yazıb. “Bu təyyarə İraq müharibəsində istifadə edilərkən heç də əla nəticələr göstərməyib, çünki o, İraqın yaxınmənzilli hava hücumundan müdafiə sistemləri tərəfindən bir neçə dəfə vurulub və ABŞ da Ukraynada oxşar hadisənin təkrarlanmasını istəmir”, - nəşr bildirib. Qeyd olunub ki, məhz elə bu səbəbdən ABŞ F-16 qırıcılarının Ukraynaya göndərilməsini gecikdirdi.
2024-01-28
826,953
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb. Axar.az icmalı təqdim edir:
2024-01-28
826,955
İstanbulda kilsəyə hücum edildi: ölən var - Video
Türkiyənin İstanbul şəhərində “Santa Mariya” italyan kilsəsinə silahlı hücum olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb. Türkiyənin daxili işlər naziri Əli Yerliqaya məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib. Nazir hücumu kəskin pisləyib.
2024-01-28
826,957
Ukraynaya öldürücü silahlar vermirik - Koreya
Koreya Respublikası Ukraynaya öldürücü silahlar vermir. Axar.az xəbər verir ki, bunu “Yonhap” agentliyinə açıqlamasında Cənubi Koreya Xarici İşlər Nazirliyinin əməkdaşı deyib. “Xəbərdar etmək istərdim ki, Moskvanın hərəkətləri Rusiya ilə Koreya Respublikası arasında münasibətlər üçün böyük əhəmiyyət kəsb edəcək. Silah ticarəti, KXDR-dən ballistik raketlər almaq, Pxenyanla hərbi texnologiya sahəsində əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozacaq. Rusiya bunu dayandırmalıdır. Hökumət Ukraynanı öldürücü silahlarla təmin etməmək mövqeyindədir. Eyni zamanda, biz Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığı və bunun təhlükəsizliyimizə nə kimi təsir göstərə biləcəyini diqqətlə izləyirik”, - XİN əməkdaşı bildirib.
2024-01-28
826,958
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Yanvarın 29-da ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.
2024-01-28
826,963
Azərbaycanlılar AB-nin ofisi qarşısında aksiya keçirdilər
Azərbaycan Evinin təşəbbüsü və təşkilatçılığı ilə Gürcüstanın paytaxtında Avropa Birliyinin Tiflis ofisinin önündə "Ayrı-seçkiliyə və ikilli standartlara son!" tələbi ilə aksiya təşkil olunub. Axar.az Report-a istinadla xəbər verir ki, aksiyada "Erməni terroruna son", "Ekoloji terrora son" və digər şuarlar səsləndirilib. Azərbaycan Evinin rəhbəri Məhəbbət İmanov bildirib ki, aksiya AŞPA-nın qərəzli mövqeyinə və erməni yalanlarına son qoymaq məqsədilə təşkil edilib. Aksiyada yüzlərlə azərbaycanlı iştirak edib.
2024-01-28
826,964
Namizədlərin ikinci maliyyə hesabatı açıqlandı
Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində prezidentliyə namizədlərin seçki fondunun gəlir və xərclərinin ikinci ilkin maliyyə hesabatı açıqlanıb. Axar.az Secki-2024.az saytına istinadən xəbər verir ki, maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yerləşdirilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 94.3.2-ci maddəsinə əsasən, ikinci ilkin maliyyə hesabatı səsvermə gününə ən tezi 20 gün qalmış və səsvermə gününə ən geci 10 gün qalmış təqdim edilir. Bu hesabata orada göstərilmiş tarixə 7 gün qalmışdan əvvəlki dövr üçün məlumatlar daxil edilir. İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi müddəti 2024-cü il yanvarın 18-dən 28-dək olan dövrü əhatə edib.
2024-01-28
826,967
Ermənistan iqtisadiyyatı Rusiyadan asılıdır - Hesabat
Beynəlxalq reytinq agentliyi "Fitç Reytinq" (Fitch Ratings) Ermənistan iqtisadiyyatının ticarət və energetika sahəsində Rusiyadan güclü asılılığını bəyan edir. Axar.az xəbər verir ki, agentlik İrəvanla Moskva arasında münasibətlərin gərgin olaraq qaldığını qeyd etməklə yanaşı, yaxın gələcəkdə Rusiyadan ciddi diversifikasiya gözləmir. "2021-ci ildən bəri Rusiyaya mal ixracı təxminən 300 faiz artıb və 2023-cü ilin ilk üç rübündə Ermənistanın ixracının 51 faizi, idxalının isə 30 faizi Rusiyanın payına düşüb”, - hesabatda qeyd edilib. Reytinq agentliyi Cənubi Qafqazda geosiyasi risklər barədə də xəbərdarlıq edib. “Fitç” analitikləri bildiriblər ki, 2023-cü ilin sentyabr hadisələrindən sonra Ermənistan Azərbaycanla sülh sazişi bağlamağa çalışır: “Fikrimizcə, geosiyasi risklər hələ də qalmaqdadır, çünki iki ölkə arasında bir sıra mübahisəli məsələlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Ermənistanın ərazisindən keçəcək Naxçıvan arasında açıq quru əlaqəsi və bəzi ərazilərdə sərhədlərin müəyyənləşdirilməsi məsələsi qalır”. Ekspertlər Ermənistanın iqtisadi göstəriciləri ilə bağlı bəzi pessimist proqnozlar da veriblər: “Xarici valyutada ifadə olunan dövlət borcunun yüksək (azalmaqda olsa da) payı, nisbətən zəif xarici maliyyələşdirmə və maliyyə sektorunun yüksək dollarlaşması müşahidə olunur. Büdcə kəsiri 2024-cü ildə müvəqqəti olaraq 4,5 faizə yüksələcək. “Fitç”in daha zəif dramla bağlı gözləntiləri 2024-2025-ci illərdə orta hesabla 3,9 faiz olmaqla daha yüksək inflyasiyaya səbəb olacaq”.
2024-01-28
826,968
“Əqrəb mövsümü”nün aktyoru yeni filmini təqdim edir
“Əqrəb mövsümü” serialında canlandırdığı detektiv Kənan Orucov obrazı ilə tanınan Hikmət Rəhimov ssenari müəllifi və rejissoru olduğu “Apatiya” filmi ilə izləyicilərinin görüşünə gəlir. Kult.az xəbər verir ki, ekran işində Azər Aydəmir, Tural Baxış, Şəhla Əliyeva, Elşən Əsgərov kimi aktyorlar rol alıb. Fevralın 9-dan bütün kinoteatrlarda nümayiş ediləcək filmin qala gecəsi də eyni tarixdə, saat 19:30-da Alov Qüllələrində baş tutacaq. Qeyd edək ki, bu, rejissorun sayca ikinci tammetrajlı filmidir.
2024-01-28
826,969
Hakan Fidan bu ölkələrə səfərə gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 28-31-də Albaniyaya, Bolqarıstana və Rumıniyaya rəsmi səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata əsasən, səfər çərçivəsində keçiriləcək görüşlərdə mövcud regional və qlobal hadisələr, eləcə də ikitərəfli münasibətlər müzakirə olunacaq. Nazir Fidanın türkiyəli iş adamları və Türkiyə ictimaiyyətinin nümayəndələri ilə də görüşəcəyi bildirilir.
2024-01-28
826,970
Husilərə qarşı əməliyyat davam edəcək - ABŞ
ABŞ husilərin mövqelərinə zərbələr endirməyə davam edəcək, əməliyyatın zamanı onlara yardım edən İranın hərəkətlərindən asılıdır. Axar.az xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos Del Toro deyib. “Yəqin ki, əməliyyatın nə qədər davam edəcəyini İrandan soruşmalıyıq. Onlar husilərə maddi dəstək verməyə və onları silahla təmin etməyə davam edirlər. Ümid edirəm və gözləyirəm ki, bu, sonsuza qədər davam etməyəcək", - Del Toro bildirib.
2024-01-28
826,971
Somali quldurları Şri-Lankada gəmi ələ keçirdilər
Somali quldurları Şri-Lankada balıqçı gəmisini ələ keçiriblər. Axar.az xəbər verir ki, bu barədə Şri-Lanka Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Şri-Lanka hakimiyyəti ələ keçirilən balıqçı gəmisini azad etmək üçün birgə dəniz qüvvələrindən kömək istəyib. Qeyd edilir ki, gəmi yanvarın 27-də dəniz quldurları tərəfindən ələ keçirilib. Gəminin göyərtəsində altı nəfər olub. Birləşmiş Dəniz Qüvvələri 40 ölkənin daxil olduğu koalisiyadır. Somali sahilləri də daxil olmaqla, gəmilərin təhlükəsizliyini təmin etmək üçün əməliyyatlar həyata keçirir. Bu qüvvələrin qərargahı Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazasında yerləşir.​
2024-01-28
826,974
Xərçəng riskini ən çox artıran qida
Qırmızı ətin normadan artıq istehlakı bağırsaq və prostat vəzi xərçəngi xəstəliyinə tutulmaq riskini artırır. Axar.az Report-a istinadla xəbər verir ki, belə bir xəbərdarlıqla Türkiyənin tanınmış onkoloqu Nilufər Avcı çıxış edib. Mütəxəssis qeyd edib ki, xərçəng dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir. Nilufər Avcı artıq çəki və qeyri-kafi fiziki fəaliyyətin döş, uşaqlıq yolu, qida borusu xərçəngi xəstəliyinə səbəb ola biləcəyini vurğulayıb. O qeyd edib ki, duzlu ət bağırsaq xərçəngi riskini artırır. Sağlam qidalanma və idman vərdişləri ölümcül xəstəliklərə qarşı ən güclü sipərdir. Onkoloq balıq əti istehlakının xərçəng xəstəliyi riskini azaltdığını vurğulayıb. “Bir sıra qidalarda zəhərli komponentlər var. Həmin komponentlərin bəziləri bişirmə üsullarından asılı olaraq orqanizmə zərərli formada daxil olur. Bunlardan bəziləri kənd təsərrüfatında istifadə olunan pestisidlərin, kimyəvi maddələrin, kimyəvi gübrələrin və parazit pestisidlərin qalıqlarıdır. Bu kimyəvi maddələrin qidadakı qalıqları insan sağlamlığı üçün son dərəcə zərərlidir. Pestisidlərin ilk qurbanları bu təhlükədən xəbərsiz fermerlər olur. Məhsul yığımının sonunda məhsulların saxlanması, mühafizəsi, emalı və təmizlənməsi texnikası son dərəcə vacibdir. Bu mərhələlərdə edilən səhvlər sağlamlığımız üçün lazım olan qidaları zərərli elementlərə çevirə bilər”, - onkoloq vurğulayıb. Onun sözlərinə görə, orqanizmin su və mineral ehtiyacları balanslı şəkildə qarşılanmalıdır: “İnsanın gündəlik su tələbatı 2,5 litrdir. Bunun 1 litrini istehlak etdiyimiz qidalardan aldığımız halda, qalan 1,5 litrini içkilərdən almalıyıq. Gündə az 4 porsiya meyvə qəbul olunmalı, mövsümi meyvələrə üstünlük verilməlidir. Meyvələr müxtəlif qidaların, yeməklərin tərkibində qəbul olunmalıdır. Gündə bir və ya iki porsiya tərəvəz, azı bir porsiya bişmiş tərəvəz istehlak edilə bilər”.
2024-01-28
826,978
Ukrayna bu ərazini Macarıstana verməlidir - Torotskai
Ukrayna Rusiya ilə münaqişədə məğlub olarsa, Zakarpatiya bölgəsini Macarıstana verməlidir. Axar.az xəbər verir ki, bunu Macarıstanın millətçi Bizim Vətən Partiyasının lideri Laslo Torotskai deyib. “Ukraynadakı müharibə ilə bağlı mesajımız çox sadədir: dərhal atəşkəs, sülh və danışıqlar yolu ilə həll. Əgər bu müharibə Ukraynanın dövlətçiliyini itirməsi ilə başa çatarsa, o zaman belə mövqe tutan yeganə Macarıstan partiyası tərəfi adından bəyan edirəm ki, biz Zakarpatiyaya iddia edirik”, - Torotskai bildirib.
2024-01-28
826,981
704-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 704-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 311 PUA-sı, 456 zenit-raket kompleksi, 14 814 tank və digər zirehli texnikası, 1 211 reaktiv yaylım atəş sistemi, 7 887 artilleriya və minaatanı, 17 990 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-01-28
826,983
Dünya tarixinin ən çox satılan mobil telefonu - Siyahı
2003-cü ildə buraxılan “Nokia 1100” düyməli telefonu mövcud olduğu müddət ərzində 250 milyon ədəd satılıb və bununla da tarixin ən populyar mobil telefonu olub. Axar.az xəbər verir ki, bu barədə “Visual Kapitalist” məlumat yayıb. İkinci yerdə isə 248 milyon satışla “Nokia 1100”ın başqa versiyası qərarlaşıb. Ayfon 6 və Ayfon 6 Plus 222 milyon satışla dünyanın ən çox satılan mobil telefonları arasında 3-cü yerdə qərarlaşıb.
2024-01-28
826,984
Bakıda üzərində tapança gəzdirən şəxs tutuldu
Paytaxt ərazisində üzərində qanunsuz olaraq “Makarov” gəzdirən daha bir şəxs saxlanılıb. Bu barədə Axar.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilir ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü Elxan Vahabov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. E.Vahabov silahı bir müddət əvvəl əldə etdiyini, amma polisə könüllü təhvil vermək əvəzinə satmaq niyyəti ilə özündə saxladığını bildirib. Faktla bağlı Sabunçu RPİ-də araşdırmalar davam etdirilir.
2024-01-28
826,987
“Mona Liza”nın üzərinə şorba tökdülər - Video
Ekoloji fəallar Parisdəki Luvr muzeyində Leonardo da Vinçinin məşhur “Mona Liza” tablosunun üzərinə şorba töküblər. Kult.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb. “Bazar günü səhər saatlarında iki ətraf mühit fəalı Luvrda “Mona Liza”nı qoruyan zirehli şüşənin üzərinə şorba tökərək öz hərəkətlərini “sağlam və dayanıqlı qida hüququ”nu təbliğ etmək istəyi ilə əsaslandırıblar”, - agentliyin məlumatında deyilir. Qeyd edək ki, ekoloji fəalların “Mona Liza”nı məhv etmə cəhdləri ilk dəfə deyil. Belə ki, 2022-ci ilin may ayında əlil arabasında olan bir nəfər qoruyucu şüşəni sındırmağa cəhd etmiş, daha sonra isə onu tortla bulamışdı.
2024-01-28
826,991
Britaniya gəmisi husilərin PUA-sını vurdu
Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus “Diamond” esminesi husilər tərəfindən Qırmızı dənizdə buraxılan PUA-nı vurub. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. “Bu hücumlar tamamilə qəbuledilməzdir. Bizim məsuliyyətimiz Qırmızı dənizdə naviqasiya təhlükəsizliyini qorumaqdır”, - məlumatda qeyd olunub. Xəsarət alanların olmadığı bildirilib.
2024-01-28
826,999
Hücumu törədənlər 24 saat ərzində tutulacaq - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda katolik kilsəsində iki silahlının bir nəfəri güllələyərək öldürdüyü hadisəni kəskin şəkildə pisləyib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Prezident hücumu törədənlərin 24 saat ərzində tutulacağını əmin edib: "Cinayətkarların tutulması üçün lazımi tədbirlər görülür. Ümid edirik ki, hücumu törədənləri 24 saat ərzində tapıb saxlayacağıq". Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində “Santa Mariya” italyan kilsəsinə silahlı hücum olub. Hücum nəticəsində bir nəfər ölüb.
2024-01-28
827,001
Azərbaycanı müdafiə etmək borcumuzdur - Çavuşoğlu
Bir millət olaraq Azərbaycanın hüquqlarını müdafiə etmək boynumuzun borcudur. Axar.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu X sosial şəbəkəsindəki hesabında yazıb. “Can Azərbaycana canımız fəda”, - Çavuşoğlu qeyd edib. Xatırladaq ki, Çavuşoğlu daha əvvəl Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qərarını qeyri-obyektiv və qeyri-konstruktiv adlandırmışdı.
2024-01-28
827,002
AB-nin bütün ölkələri Kiyevə yardım etməlidir - Şolts
Avropa Birliyinin digər ölkələri Ukraynaya daha çox yardım etməlidir, çünki Almaniya təkbaşına belə böyük yükü daşıya bilməz. Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib. “Ukraynaya yardımın ümumi məbləğində Almaniyanın bu qədər böyük payı olmamalıdır. Çox şey etmək bizim töhfəmizdir, amma hər kəs də çox şey etməlidir”, - Şolts bildirib.
2024-01-28
827,003
Batya və Putini nazir “sakitləşdirdi”: 10 min il var!
18:19 Rusiya və Belarus prezidentlərinin iştirakı ilə Antarktidada Rusiyanın “Şərq” (Vostok) stansiyasının yeni qış kompleksinin istifadəyə verilməsi mərasimində Putin bəşəriyyətin yaxın 10 min ildə mövcud olmaq şansının olub-olmaması ilə bağlı sual verib. Axar.az xəbər verir ki, bu barədə "Rossiyskaya qazeta” məlumat yayıb. Putin qeyd edib ki, buzlaqların dərin qazılması üçün hələ 70-ci illərdə yaradılmış unikal texnologiyalar son 420 min il ərzində istiləşmədən buzlaşmaya qədər 4 tam iqlim tsiklinin baş verdiyini təsdiqləyib. Öz növbəsində Belarus Prezidenti Lukaşenko bəşəriyyətin hansı dövrdə olduğu ilə maraqlanıb: “Maraqlıdır, biz hansı dövrdəyik və hansı məqamdayıq, bu buzlaşma və ya istiləşmə bizə nə vaxt gələcək. Mən təkcə bizim deyil, planetin də mövcud olmasını çox istəyirəm”. Putin isə: “Bizim yaxın 10 min ildə mövcud olmaq şansımız varmı?”, - deyə soruşub. Hər iki ölkənin liderlərini Rusiyanın təbii sərvətlər və ətraf mühit naziri Aleksandr Kozlov sakitləşdirib: “Buzlararası dövrdəyik və bu, 20 min illik istiliyə zəmanət verir. Artıq 10 mini keçdik, hələ də 10 min illik istilik dövrünə zəmanətimiz var". “Yaxşıdır, hər şey yaxşıdır”, - Rusiya lideri qeyd edib.
2024-01-28
827,005
Bu üç ölkə ECOWAS-dan çıxdı
Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən (ECOWAS) dərhal çıxmaq qərarına gəlib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Belə ki, Nigerin milli televiziyasında təşkilatdan çıxmaqla bağlı birgə bəyanat oxunub. Ölkələrin birgə bəyanatına görə, ECOWAS-ın fəaliyyəti terrorla mübarizədə kömək etməyib, ancaq sanksiyaları Sahel ölkələrində humanitar vəziyyətin pisləşməsinə səbəb olub.
2024-01-28
827,006
Fransa fələstinli qaçqınlara yardımı dayandırdı
Fransa BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) oktyabrın 7-də HƏMAS-ın İsrail şəhərlərinə hücumunda iştirak etdiyinə dair məlumatlar fonunda qurumu maliyyələşdirməyi müvəqqəti dayandırıb. Axar.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında yayıb.
2024-01-28
827,007
Türkiyədə təhlükəsizlik qüvvələri səfərbər edildi
Türkiyənin daxili işlər naziri Əli Yerliqaya İstanbulda yerləşən "Santa Mariya" kilsəsində törədilən silahlı insidentlə bağlı mediaya açıqlama verib. Axar.az xəbər verir ki, nazir hadisəni törədənlərin saxlanılması istiqamətində İstanbul Valiliyi, polis və kəşfiyyat təşkilatları başda olmaqla, ölkənin bütün təhlükəsizlik qüvvələrinin səfərbər edildiyini deyib. Türkiyədə müxtəlif dinlərə məxsus insanların birlik və sülh içində yaşadığını vurğulayan nazir bu bərabərliyin heç bir qüvvə tərəfindən pozulmasına imkan verilməyəcəyini ifadə edib. Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, ölkə siyasətçiləri, o cümlədən dövlət rəsmiləri törədilən bu qanlı hadisəni lənətlədiklərini ifadə ediblər. Xatırladaq ki, bu gün İstanbulda yerləşən "Santa Mariya" kilsəsində silahlı insident baş verib. Maskalı iki şəxs tərəfində açılan atəş nəticəsində bir nəfər ölüb.
2024-01-28
827,008
Şəhid Hacıəli Qasımov dəfn olundu - Foto
Ötən il ordumuz tərəfindən aparılan antiterror tədbirləri zamanı ağır yaralanan və uzun müddət komada qalan, bu gün şəhidlik zirvəsinə ucalan Hacıəli Qasımov dəfn olunub. Axar.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhid hərbçimiz Tovuz rayonunda, doğulub boya-başa çatdığı Qaraxanlı kəndində dəfn edilib. Qeyd edək ki, Hacıəli Qasımov həm də Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarımızın azad edilməsi uğrunda medallarla təltif edilib. Müharibədən sonra Xüsusi Təyinatlı Qüvvələrin nəzdində müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. Sentyabrın 19-da başladılan və cəmi 24 saat yaxın davam edən lokal xarakterli antiterror tədbirləri zamanı göstərdiyi şücaətlərə görə üçüncü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə də təltif edilib.
2024-01-28
827,011
Berdyanskda güclü partlayış oldu
Rusiyanın nəzarətində olan Zaporojye vilayətinin Berdyansk şəhərində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə Melitopol meri İvan Fyodorov deyib. Qeyd olunur ki, Berdyansk sakinləri də güclü partlayış səsləri eşidiblər. Koloniya mikrorayonunda isə xüsusilə güclü partlayış olduğu bildirilir.
2024-01-28
827,017
İstanbulda kilsəyə hücum anı - Video
Türkiyənin İstanbul şəhərində “Santa Mariya” italyan kilsəsinə silahlı hücumun görüntüləri yayılıb. Axar.az həmin görüntüləri təqdim edir:
2024-01-28
827,018
Rusiya daha bir Ukrayna PUA-sını vurdu
Rusiyanın hava hücumundan müdafiə sistemləri Belqorod vilayətində Ukraynaya məxsus PUA-nı vurub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. "Bu gün saat 16:00 radələrində Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə təyyarə tipli PUA vasitəsilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti ərazisi üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını məhv edib", - məlumatda deyilir.
2024-01-28
827,019
İsrail ordusu çıxdı, HƏMAS gəldi
HƏMAS Qəzzada İsrail qüvvələrinin çıxdığı şimal və mərkəzi bölgələri yenidən nəzarətə alaraq öz infrastrukturunu qurmağa başlayıb. Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kan” radiostansiyası məlumat yayıb. Bildirilib ki, HƏMAS-ın idarəçiliyəndəki qurumlar yenidən Qəzza əhalisinə xidmət göstərir.
2024-01-28
827,020
Belçikada təyyarə qəzası: ölənlər var
Belçikanın Spa şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə AFP agentliyi polisə istinadən məlumat yayıb. “Təyyarədə iki nəfərin həlak olmasına təəssüflənirik. Çox güman ki, eniş düzgün olmayıb”, - polis bildirib. Qeyd olunub ki, güclü külək səbəbindən pilot təhlükəsiz yerə enə bilməyib. Təyyarə enərkən uçuş-enmə zolağının yanındakı avtomobilə çırpılıb və partlayıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.
2024-01-28
827,024
AŞPA-da Bakının xeyrinə iki tarixi çıxış - Video
Məlum olduğu kimi, AŞ PA-nın son sesiyasında bu qurumun 76 deputatının səsi ilə Azərbaycan nümayəndə heyəti səsvermə hüququndan məhrum edildi (Bir il ərzində). Axar.az-ın Musavat.com-a istinadən məlumatına görə, həmin sesiyada Ukrayna və Türkiyədən olmaqla, iki deputat bizim lehimizə çıxış edib. Onlardan biri ukraynalı Aleksey Qonçarenko, digəri isə Türkiyədən Zeynəb Yıldızdır. Onlar öz çıxışlarında Azərbaycanı dəstəkləyiblər və bildiriblər ki, Avropa Şurasının bu qərarı yanlışdır. Ukraynalı deputat çıxışının sonunda Azərbaycan dilində "Yaşasın Azərbaycan" şüarını səsləndirib və Avropa Şurasının deputatlarını bu qətnaməyə səs verməməyə çağırıb.
2024-01-29
827,025
Bu, Zelenski üçün sonun başlanğıcı ola bilər
Ukraynalı hərbi əsirlərin İl-76-da həlak olması Ukrayna Prezidenti Vladimir Zelenski üçün siyasi final ola bilər. Axar.az xəbər verir ki, bu barədə Ali Radanın keçmiş deputatı Spiridon Kilinkarov deyib. "Düşünürəm ki, Zelenskinin açıq şəkildə söylədiyi yalanlar aydınlaşarsa, bu, onun sonunun başlanğıcı ola bilər. Yalan odur ki, onlar kimin və haradan atəş açdığını çox gözəl bilirlər", - o bildirib. O, həmçinin vurğulayıb ki, Ukraynada hər kəs Zelenskinin prezidentliyinin başa çatmaq üzrə olduğunu və dövlət başçısı seçkilərinin gec-tez baş tutacağını anlayır. Ekspert əlavə edib ki, Zelenski ölən hərbi əsirlərin yaxınlarına onların hələ də sağ olduqlarını söyləyərək yalan danışmağa davam edir. Qeyd edək ki, 24 yanvarda Rusiyanın Belqorod vilayətində göyərtəsində ukraynalı əsirləri daşıyan İl-76 təyyarəsi qəzaya uğrayıb. Hadisə zamanı 65 ukraynalı əsir, 6 ekipaj üzvü və 3 müşayiətçi həlak olub. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.