date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-26
826,575
Mişel AP seçkilərinə qatılmaqdan imtina etdi
Avropa Şurasının Prezidenti Şarl Mişel Avropa Parlamentinə namizəd olmaq planından imtina etdiyini açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” (Financial Times) məlumat yayıb. Mişel bildirib ki, Avropa Parlamentinə seçkilərdə iştirakından Avropa Şurasını parçalanması üçün istifadə edilməsini istəmir. Qeyd edək ki, Mişel 2019-cu ilin dekabr ayından Avropa Şurasının prezidenti vəzifəsini icra edir. O, seçkilərə qatılacağı halda vəzifəsindən vaxtından əvvəl istefa verməli idi. Bu isə Macarıstan Baş naziri Orbanın 6 ay müddətinə AŞ Prezidenti vəzifəsini icra etməsinə yol aça bilərdi və bunu etirazla qarşılayanlar vardı.
2024-01-27
826,578
AŞPA-da Bakıya və Ankaraya qarşı olan türkiyəli deputat...
AŞPA-da Azərbaycanla bərabər, Türkiyəyə qarşı da qərar qəbul edilib. Hesabatların qəbulunun lehinə səs verənlər arasında Türkiyənin PKK-nı dəstəkləyən Xalqların Bərabərliyi və Demokratiya Partiyasının (DEM) millət vəkili Berdan Öztürk də olub. Axar.az xəbər verir ki, bu barədə “Haber Qlobal”ın baş redaktoru Taha Dağlı “Türk düşməni iki hesabatda da DEM imzası” adlı köşə yazısında bəhs edib. Belə ki, AŞPA-da həm də müvəqqəti təcridxanalarda və həbsxanalarda işgəncə və pis rəftar hallarının artması ilə bağlı hesabat yayımlanıb. Hesabatda Türkiyə PKK-nın lideri Abdullah Öcalana, Azərbaycan isə Qarabağdakı terrorçulara “işgəncə” verilməsində ittiham edilib. Berdan Öztürk isə bu və Azərbaycan əleyhinə olan hesabatın qəbulunun lehinə səs verdikdən sonra çıxışında Türkiyədən AŞPA-ya şikayət edib. “Türkiyədə sistemli bir işgəncə var, ölkəmdəki işgəncə və pis rəftarın qısa xülasəsini danışmaq istəyirəm”, - deyən Öztürk sonra Öcalana azadlıq istəyib. Qeyd edək ki, AŞPA Azərbaycanın təşkilatdakı “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək ölkəmizin nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib və ölkəmizə bir il vaxt verib. Bu qərardan əvvəl isə Azərbaycan nümayəndə heyəti bəyanat yayaraq, qurumda iştirakını qeyri-müəyyən vaxta qədər dondurub.
2024-01-26
826,580
Uduzmamaq üçün amansız üsullar lazımdır - Nikolov
Müharibədə uduzmamaq üçün Ukraynaya 18 yaşından etibarən kişi və qadınların total səfərbər edilməsi, eləcə də məhbusların döyüşlərə cəlb edilməsi lazımdır. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Silahlı Qüvvələrinin polkovnik-leytenantı Mixail Nikolov deyib. "İndi əsas olan uduzmamaqdır. Deməli, uduzmamaq üçün səfərbərlik planı yox, amansız üsullar lazımdır", - deyə hərbçi qeyd edib.
2024-01-26
826,581
Ramal İsayev video yaydı: Özümü sizə görə öldürürəm
Azərbaycanlı bloger Ramal İsayev ölümünü paylaşıb. Axar.az Referans.az-a istinadən xəbər verir ki, tanınmış bloger bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib. R.İsayev özünü öldürmə səbəbini digər tanınmış azərbaycanlı blogerlər Elmira Namazova və Tural Namazovla əlaqələndirib. Daha ətraflı videoda:
2024-01-26
826,586
Rusiya ordusu bu istiqamətlərdə hücumları artırdı
Rusiya qoşunları Severski və Baxmut istiqamətlərində hücum əməliyyatlarının intensivliyini artırır. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı general-polkovnik Aleksandr Sırski Teleqramda yazıb. Onun sözlərinə görə, şərq cəbhəsində vəziyyət ağır olaraq qalır.
2024-01-27
826,588
Rusiyadan Fransa bəyanatı: Ciddi zərbə vurdular
Rusiya-Fransa münasibətləri dərin böhran içərisindədir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. "Keçmiş tərəfdaşlarımız öz istəkləri ilə onilliklər boyu yaradılmış təməli iki il ərzində dağıtdılar, dialoq və əməkdaşlığa dəstək mexanizmlərini “dondurdular”. Elmi, mədəni və humanitar sahələrdə mövcud olan əməkdaşlığa ciddi zərbə vurdular”, - bəyanatda qeyd olunub.
2024-01-27
826,592
Ukraynaya yaxşı xəbər: 50 milyard ayrıla bilər
Bir şey tamamilə aydındır: Ukraynanın bu pula ehtiyacı var, Ukrayna bu yardımı almalıdır və Avropa Birliyi onu təmin etməlidir. Axar.az xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviç bildirib. O, Avropa Birliyinin gələn həftə Ukraynaya 50 milyard avroya yaxın məbləğdə yardımın göstərilməsi barədə razılaşmanın əldə olunmasının çox ehtimal edildiyini bildirib. Qeyd edək ki, daha əvvəl AB ölkələrinin Ukraynaya yardım ayırmağa hazır olduqları bildirilsə də, Macarıstan bu qərarın əleyhinə çıxıb.
2024-01-27
826,594
Almaniya Kiyevə yeni yardım paketi hazırlayır
Almaniya Ukraynaya yeni hərbi yardım paketi hazırlayır. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorus məlumat verib. Yeni paketə bunlar daxildir: - IRS-T SLM orta mənzilli raket əleyhinə sistemlər və “Gepard” zenit qurğusu, - Artilleriya sistemləri və 230 mindən çox mərmi; - 80-dən çox Leopard 1 A5 tankı; - Piyada döyüş maşınları; - 450 zirehli maşın; - Mühəndislik vasitələri, həmçinin mina təmizləmə sistemləri; - Dronlar; - Radar və kəşfiyyat sistemləri. Bundan əlavə, 2024-cü ildə Almaniya 10 min ukraynalı hərbçinin təlimini təşkil etməyi planlaşdırır.
2024-01-27
826,596
Gürcüstanda bankı qarət etdi, girov götürdü...
Yanvarın 26-da axşam saatlarında Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsinin Senaki şəhərində Gürcüstan Bankının filialı qarət olunub. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, banka daxil olan silahlı şəxs əməkdaşlara hədə-qorxu gələrək pul tələb edib. İstədiyi məbləği aldıqdan sonra cinayətkar bir nəfəri də girov götürərək, qaçmağa nail olub. Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində polis həmin şəxsi saxlayıb, girov azad olunub. Pul və bıçaq da dəlil olaraq götürülüb. Həmin şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
2024-01-27
826,597
ABŞ-da ara qarışdı: 25 ştat Texası dəstəklədi - Video
ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot Baydenin Meksika sərhədindən tikanlı məftillərin çıxarılması tələblərinə əməl etməyəcəyini və miqrantlara qarşı istehkamlar tikməyə davam edəcəyini bildirib. Axar.az xəbər verir ki, bu barədə qubernator yerli mediaya müsahibəsində deyib. Qubernator ştatın Milli Qvardiyasının sərhədi öz nəzarətində saxlamağa davam edəcəyini, eyni zamanda federal qüvvələrin müdaxiləsinə icazə verməyəcəklərini bildirib. Onun sözlərinə görə, daha 10 ştatın Milli Qvardiya bölmələri Texasa kömək etmək üçün hərəkətə keçib. Miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib. Qeyd edək ki, ABŞ Konstitusiyasında Ağ Evin demokratik təsisatları və əsas prinsipləri pozması halında ştatlara silahlı çevriliş etmə haqqı tanınır.
2024-01-27
826,598
Xəzərdə zəlzələ baş verdi
Qala stansiyasından 124 kilometr şərqdə, Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan Axar.az-a bildirilib ki, yanvarın 26-da 23:11-də qeydə alınan zəlzələnin episentri 62 kilometr dərinlikdə yerləşib.
2024-01-27
826,599
Almanlar "çətin günə" pul yığır
Almaniyada 2024-cü ilin əvvəli istehlak mühitinin azalması ilə yadda qalıb. Axar.az alman mediasına istinadən xəbər verir ki, 2023-cü ilin sonunda Milad və Yeni il bayramları ilə əlaqədar Almaniyada istehlak mühitində müəyyən müsbət tendensiyalar qeydə alınıb. Lakin iqtisadçıların qiymətləndirməsinə görə, hazırda 2023-cü ilin mart ayı göstəricisindən də aşağı olan azalma başlayıb. Belə ki, yanvarın 26-na Almaniyanın istehlakçı əhval-ruhiyyəsinin qiymətləndirmə indeksi 4,3 bənd azalaraq - 29,7-yə enib. Qeyd edək ki, koronavirus pandemiyasına qədər bu rəqəm +10 idi. Mütəxəssislər qeyd edirlər ki, sıravi almanlar böhranlar, müharibələr və inflyasiya fonunda öz gəlirlərini yığmağa və “çətin gün” üçün qənaət etməyə daha çox meyillidirlər.
2024-01-27
826,600
Avropa paytaxtlarında panika: Rus ordusu sürətlə...
Rusiya ordusunun yenidən silahlanmasının sürətli tempi səbəbindən Avropa Birliyinin Ukrayna Silahlı Qüvvələrini lazımi miqdarda texnika ilə təmin etməyə vaxtı yoxdur. Axar.az xəbər verir ki, bu barədə Fransanın “Les Echos” qəzeti yazıb. "Avropa paytaxtlarında bir az panika hiss olunur. Aydın idi ki, Ukraynaya ilkin fövqəladə yardım yenidən strukturlaşdırılmalı və daha dayanıqlı, uzunmüddətli əsaslara qoyulmalıdır. Lakin nəzərə alsaq ki, Rusiyanın yenidən silahlanması gözlənildiyindən daha sürətlə gedir, keçid dövrü üçün müəyyən edilmiş vaxt çərçivəsini azaltmaq lazımdır", - məqalədə bildirilib. Qeyd olunub ki, Avropanın silah istehsalını artırmaq səyləri xaotik və qeyri-müntəzəm olaraq qalır və ABŞ Kiyevi dəstəkləməkdən imtina edərsə, bu, ciddi nəticələrə səbəb ola bilər.
2024-01-27
826,601
Çay həm də cavanlıq iksiri imiş – Araşdırma
Çay qocalma ilə mübarizə aparır və müntəzəm istehlak edildikdə bioloji yaşı azaldır. Çay içənlərdə yuxusuzluq və narahatlıq əlamətləri daha az hiss edilir. Axar.az xəbər verir ki, bu barədə Çinin bir qrup aliminin araşdırmasında qeyd olunub. Alimlər iştirakçılar arasında sorğu keçirərək onların hansı növ çaya üstünlük verdiyini və nə qədər içdiklərini öyrənib. Sonra iki il ərzində alimlər iştirakçıları müşahidə edib və onların bioloji yaşı haqqında məlumat toplayıb. Tədqiqatda Böyük Britaniyadan 37-73 yaş arası 5998 və Çindən 30-79 yaş arası 7931 nəfər iştirak edib. Tədqiqatın aparıcı müəlliflərindən biri Yi Xianq bildirib ki, gündə təxminən üç fincan çay və ya 6-7 qram çay yarpağı içmək yaşlanma əleyhinə təsir göstərir: “Bioloji yaşın azalması çayın tərkibində çoxlu miqdarda olan maddələr və aktiv birləşmələr səbəbindən baş verir. Ən böyük effekti çayı müntəzəm və ölçülü şəkildə içən iştirakçılar hiss edib”. Qeyd edək ki, gün ərzində çox içilən çayın orqanizmə ziyan verdiyi haqda da araşdırmalar var.
2024-01-27
826,602
ABŞ Britaniyaya nüvə silahı yerləşdirir
ABŞ Rusiya təhlükəsinə qarşı Böyük Britaniyada nüvə silahı yerləşdirəcək. Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri yazıb. Bildirilib ki, Moskva eskalasiya barədə xəbərdarlıq etdiyi üçün döyüş başlıqları son 16 ildə ilk dəfə RAF Leykenhizdə yerləşdiriləcək. Belə ki, ABŞ Moskvadan gələn Soyuq müharibə təhlükəsinin azaldığına inanaraq 2008-ci ildə nüvə raketlərini Britaniyadan çıxarmşdı.
2024-01-27
826,603
Texasa dəstək: Yük maşınları sərhədə gedir
Texasdakı vəziyyətlə əlaqədar aksiya təşkilatçıları müraciət yayıb. Axar.az xəbər verir ki, təşkilatçılar xalqı bir olmağa, sərhədləri qorumağa çağırıb. "Bütün yük maşınları sürücülərinə, baykerlərə, hüquq-mühafizə orqanlarına, veteranlara, hərbçilərə, biznes sahiblərinə, fermerlərə və azadlıqsevər amerikalılara çağırış edirik. Konstitusion hüquqlarımızı müdafiə etmək və hökumətimizdən hərəkətə keçməsini və sərhədimizin təhlükəsizliyini təmin etməsini tələb etmək üçün sülh yolu ilə bir araya gəlməyin vaxtıdır", - təşkilatçılar bildiriblər. Sosial şəbəkələrdə yayılan məlumata görə, yük maşınları gələn həftə hökumətdən qeyri-qanuni miqrasiya axınının dayandırılmasını tələb etmək üçün ABŞ-ın cənub sərhədinə gedəcək.
2024-01-27
826,604
Nikol sülh üçün bunu tez etməyə çalışır – Verdyan
Ermənistan Konstitusiyası beynəlxalq hüquqa zidd deyil. Qonşu ölkələrə qarşı ərazi iddialarından bəhs edən İstiqlal Bəyannaməsi beynəlxalq hüquqa ziddir və Konstitusiyanın preambulasında bu Bəyannaməyə istinad edilir. Bu sözləri Axar.az-a erməni bloger İşxan Verdyan Ermənistanda yeni Konstitusiyasının qəbulu ilə bağlı müzakirələri şərh edərkən deyib. Onun sözlərinə görə, Ermənistanın hazırkı Konstitusiyasında qonşu ölkələrə qarşı ərazi iddialarının əksini tapdığı İstiqlal Bəyannaməsinə istinad yeni Konstitusiyanın qəbulunu zəruri edir: “Elə alındı ki, daşnak terrorçuların səyləri nəticəsində qonşulara qarşı ərazi iddiaları Konstitusiyadan da yüksək səviyyəli dövlət sənədlərinin tərkib hissəsi oldu. Bəyannamə ən azı siyasi baxımdan Konstitusiyadan daha çox legitimliyə malikdir, çünki Konstitusiya yaradılarkən ona istinad edib. Buna görə də Ermənistanın rəsmi sənədlərindən ərazi iddialarını silmək üçün təkcə Konstitusiyaya düzəlişlər kifayət etmir: Konstitusiyanı necə redaktə etsəniz də, hələ də problemli İstiqlal Bəyannaməsinə istinadlar qalacaq. Bu asılılığın aradan qaldırılması üçün mövcud Konstitusiyanı əsaslandırması ilə birlikdə tamamilə ləğv etmək və ziddiyyətli sənədləri özündə əks etdirməyən yeni Konstitusiyaya keçmək lazımdır. Yalnız yeni Konstitusiya. Bu problemin başqa həlli yoxdur”. Onun sözlərinə görə, Paşinyan da yeni Konstitusiyanın qəbul olunmasının zəruriliyini anlayır və bunu tez bir zamanda həll etmək niyyətindədir: “Amma problemi təcili həll etmək lazımdır və düşünürəm ki, Baş nazir Paşinyan bunu dərk edib və hərəkətə keçib. Əks halda, ölkənin onsuz da ciddi sınaqlarla üzləşdiyi bir vaxtda yeni Konstitusiya layihəsinin hazırlanması cəhdini izah etmək mümkün deyil və bu, cəmiyyətdə daha da gərginlik yarada bilər. Üstəlik, hazırkı Konstitusiyaya görə, Paşinyan özünü tamamilə qorunmuş və rahat hiss edir”. İşxan Verdyan yeni Konstitusiyada hansı dəyişikliklərin olacağının ictimai müzakirələrdən sonra bəlli olacağını bildirib: “Paşinyan məhz Ermənistanın qanunvericilik bazasından beynəlxalq hüquqa və qonşularla sülhə can atmaq siyasətinə zidd olan məqamları aradan qaldırmaq üçün yeni Konstitusiyanın qəbulu təşəbbüsü ilə çıxış edir. Bundan başqa mətndə nəyin dəyişəcəyi haqda söz açmaq isə hələ tezdir”.
2024-01-27
826,605
ABŞ İsraili müdafiə etdi: Soyqırım törətməyib!
ABŞ İsrail ordusunun Qəzza zolağında soyqırım törətdiyinə dair heç bir əlamət görmür. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) İsrailə qarşı çıxardığı qərarı şərh edərkən bildirib. "Biz İsrail Müdafiə Qüvvələrinin soyqırım niyyəti və ya hərəkəti iddiasını dəstəkləyəcək heç bir sübut görmədik. Bizdə bunun baş verdiyinə dair heç bir dəlil yoxdur”, - Kirbi deyib. Qeyd edək ki, bu gün BƏM Qəzza sakinlərinin soyqırımına görə İsrailə qarşı irəli sürülən ittihamların sübuta yetirildiyi bildirib.
2024-01-27
826,606
Texasda nələr baş verir? ABŞ çökür... - Lazar
Əlbəttə, bu böhrandır - və böyük böhran. Bu, ABŞ konstitusiya sisteminin bir çox cəbhələrdə dağıldığını göstərən daha bir əlamətdir. Axar.az xəbər verir ki, bunu amerikalı siyasi şərhçi Dan Lazar Texasda baş verən hadisələrlə bağlı bildirib. O vurğulayıb ki, Co Bayden növbəti dəfə prezident seçilərsə, ölkə vətəndaş müharibəsinin alovlanması riski ilə üzləşəcək: "Bunun nə qədər uzağa gedəcəyi ilə bağlı heç bir fikrim yoxdur, lakin Trampın indi federal hakimiyyət orqanlarına meydan oxumaq üçün ştatları silahlanmağa çağırması təəccüblü deyil. 248 illik respublika gözümüzün qabağında dağılır". Hyuston Universitetinin Afrika-Amerika tarixi professoru Cerald Horn da Bayden administrasiyası ilə Texasın respublikapərəst qubernatoru arasında gərginliyin çox ciddi olduğunu deyib. O xatırladıb ki, ABŞ-dan mümkün ayrılma mövzusu ştatda uzun müddətdir müzakirə olunur. Bu baxımdan Horn hesab edir ki, Texas rəhbərliyi indi belə bir inkişafın beynəlxalq dəstək tapıb-tapmayacağını qiymətləndirməyə çalışır. Qeyd edək ki, miqrant axını davam etdiyi üçün ştatın Milli Qvardiyası sərhədə nəzarəti ələ keçirib. Ağ Evin bu cür hərəkətlərindən sonra Respublikaçıların iqtidarda olduğu 25 ştat Baydeni sərhədi qorumamaqda ittiham edib və Texası dəstəkləyəcəyini bildirib.
2024-01-27
826,607
Almaniyada insanları girov götürən şəxs yaxalandı
Almaniyanın Ulm şəhərindəki “Starbucks” kafesində dörd nəfəri girov götürən şəxs polis tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, təcavüzkar qaçmağa çalışarkən yaxalanıb. Girovlar azad edilib, zərərçəkən yoxdur.
2024-01-27
826,608
Lars yolunda 2 min maşın gözləyir
Rusiya və Gürcüstan sərhədində yerləşən "Lars” keçid məntəqəsində iki mindən çox yük maşını gözləyir. Axar.az xəbər verir ki, bu barədə Şimali Osetiya rəsmiləri məlumat yayıblar. Bildirilib ki, Gürcüstan əlverişsiz hava şəraiti ilə əlaqədar yük maşınları üçün müvəqqəti yolu bağlayıb. Ümumilikdə sərhəddə 2016 yük maşını gözləyir.
2024-01-27
826,609
Elita onlardır, öz əzalarını çöldə qoyanlar yox - Putin
Elita ilk növbədə vətənini müdafiə edənlərdir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib. “Öz əzalarını nümayiş etdirən qəribə kəslər elita formalaşdırmaq üçün qətiyyən uyğun deyil. Amma hətta bu qəribə şəxslərin də mövcud olmaq hüququ var”, - deyə prezident bildirib. Dövlət başçısı vurğulayıb ki, orta və uzunmüddətli perspektivdə dövlətin əsasını ağır sınaqdan çıxanlar - Ukrayna savaşının iştirakçıları təşkil etməlidir.
2024-01-27
826,610
AB sazişdən imtina edir: rus qazı tam dayandırılır
Rusiyadan Ukrayna vasitəsilə Avropaya qaz idxalı razılaşması bu ilin sonunda başa çatır. AB müqavilənin uzadılmasından imtina edəcək. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilib ki, hətta Rusiya tədarükündən ən çox asılı olan ölkələr, o cümlədən Avstriya və Slovakiya, müqavilədən imtina ediləcəyi təqdirdə alternativ təchizat tapa biləcəklər. “Avropa Komissiyası tranzit sazişinin sona çatması nəticəsində yarana biləcək potensial ssenarilərin ilkin təhlilini həyata keçirib, o cümlədən “Türk axını” kimi digər əlaqələrin imkanlarının modelləşdirilməsi, hər hansı çatışmazlıqların aradan qaldırılmasına köməklik göstərib”, - nəşr vurğulayıb. Mənbələrin bildirdiyinə görə, Brüsseldə sözügedən məsələ fevral ayında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, 2023-cü ildə Rusiyanın “Qazprom” şirkəti Avropaya 28,3 milyard kubmetr qaz göndərib. Yanvarın 24-də də Slovakiyanın Baş naziri Robert Fiko açıqlamasında Ukrayna ərazisindən qaz nəqlinin dayandırıla biləcəyini bəyan edib.
2024-01-27
826,611
Bu dost ölkələr səsverməyə niyə qatılmayıb?
AŞPA-da Azərbaycan əleyhinə səs verməklə səsvermədə iştirakdan imtina arasında çoxmu fərq var? Çünki səsvermədə iştirakdan imtina əleyhdarlarımızın mövqeyini gücləndirib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı səsvermənin nəticələri haqda qeyd edib. O bildirib ki, Azərbaycanı dost və tərəfdaş adlandıran bir qisim ölkənin nümayəndə heyəti bu səsvermədə iştirakdan imtina edib: “Görünür, bununla həmin nümayəndə heyətləri nə AŞPA-da Azərbaycan əleyhinə məsələ qaldıran mərkəzlər, nə də Azərbaycan nümayəndə heyəti ilə üz-göz olmaq istəyiblər. Misal üçün, tərəfdaşımız olan Gürcüstanın nümayəndə heyəti Azərbaycanla bağlı səsvermədə iştirak etməyib, nə “hə”, nə “yox” deyib. Bu taktikadan müxtəlif məsələlərlə bağlı AŞPA-da demək olar ki, hamı istifadə edir”. Qeyd edək ki, 24 yanvarda AŞPA-da Azərbaycana qarşı qəbul edilmiş qərarın müzakirəsində cəmi 90 deputat iştirak edib - 76 nəfər qərarın lehinə, 10 nəfər əleyhinə səs verib, 4 nəfər də bitərəf qalıb.
2024-01-27
826,613
ABŞ-dan Türkiyəyə F-16 satışı: 23 milyardlıq...
Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi fonunda F-16 qırıcılarının Türkiyəyə satışına icazə veriləcək. Axar.az xəbər verir ki, bunu ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Ben Kardin deyib. “Türkiyənin F-16 təyyarələrinin alınması ilə bağlı müraciətini təsdiqləməyim İsveçin NATO-ya daxil olmasının təsdiqlənməsi ilə bağlı idi”, - Kardin vurğulayıb. Eyni zamanda, Nümayəndələr Palatasının komitədəki üzvü, demokrat Qriqori Miks də F-16 qırıcılarının Türkiyəyə satışına qarşı çıxmayacağını bildirib. O öz növbəsində Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini alqışladığını vurğulayıb: “Türkiyənin Egey dənizində gərginliyi azaltmaq üçün atdığı addımlar məni ruhlandırıb”. Qeyd edək ki, daha əvvəl ABŞ Dövlət Departamenti Türkiyəyə dövlət müqavilələrinə əsasən, 23 milyard dollarlıq F-16 qırıcılarının, təkmilləşdirmə dəstlərinin və digər sistemlərin mümkün satışına icazə verdiyini açıqlayıb.
2024-01-27
826,614
Rəsmi Bakıdan İrandakı səfirliyə hücumla bağlı bəyanat
Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı törədilmiş terror hücumundan bir il ötür. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi bəyanat yayıb. Terror hücumu nəticəsində Səfirliyin bir əməkdaşı həlak olmuş, digər iki əməldaşı isə müxtəlif bədən xəsarətləri alaraq ağır yaralanmışdır. Hücumdan sonra insanların həyat və təhlükəsizliyinə yaranmış ciddi risk vəziyyəti nəzərə alınaraq, Səfirliyin əməkdaşlarının və ailə üzvlərinin təxliyəsi həyata keçirilmişdir. Səfirliyə qarşı törədilmiş terror aktı fonunda akkreditasiya ölkəsi kimi İran tərəfi “Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyası”ndan irəli gələrək Səfirliyin binasının hər cür hücumlardan qorunması və onun əməkdaşlarının təhlükəsizliyinin təminatına dair öhdəliyini yerinə yetirməmişdir. Terror aktından sonra bir çox dövlətlər və beynəlxalq təşkilatlar beynəlxalq münasibətlərdə diplomatik missiyalara hücumun qəbuledilməz olduğu, terror aktının qətiyyətlə pisləndiyi bəyanatlarla çıxış etmişlər. Terror hücumu ilə bağlı Azərbaycanla İran arasında yaranmış vəziyyətin aradan qaldırılması, sözügedən terror aktının təşkili və törədilməsində əli olanların ən ağır şəkildə cəzalandırılması, Səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi istiqamətində son bir il ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında mütəmadi təmaslar davam etdirilmiş, Azərbaycan tərəfinin gözləntiləri qarşı tərəfə çatdırmışdır. İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir. Səfirliyə qarşı törədilmiş terror aktının birinci ildönümündə şəhidimizin yaxınlarına dərin hüznlə başsağlığı verir, bu hücumu bir daha qətiyyətlə pisləyir, günahkarların öz layiqli cəzalarına çatmaları və gələcəkdə bu qəbildən əməllərin qarşısının alınması istiqamətində İran tərəfindən tezliklə nəticəyönümlü addımların atılacağını gözləyirik.
2024-01-27
826,615
Moskva sülh danışıqları üçün... – Səfir
Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün platforma olmaqda davam edir. Axar.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib. “Bu gün biz Rusiyaya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün göstərdiyi vasitəçilik səylərinə görə minnətdarıq və Moskva sülh danışıqları üçün platforma olmaqda davam edir”, - diplomatik missiyanın rəhbəri qeyd edib. Nümunə olaraq səfir Rusiyanın xarici işlər naziri Sergey Lavrovun təşəbbüsü ilə 2023-cü ilin iyulunda baş tutan son üçtərəfli görüşü, həmçinin Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi işçi qrupunun fəaliyyətini xatırladıb. Belə ki, bu çərçivədə Moskvada regionda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələlərinə dair bir neçə dəfə görüşlər keçirilib. “Xüsusilə qeyd etmək istərdim ki, Azərbaycan Respublikası artıq tarixə çevrilmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində Rusiya Federasiyasının rolunu yüksək qiymətləndirir. Prezident İlham Əliyev son müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin hərbi əməliyyatların dayandırılmasında şəxsi rolunu yüksək qiymətləndirib”, - diplomat vurğulayıb. O, həmçinin, Azərbaycan və Ermənistan liderlərinin MDB dövlət başçılarının Sankt-Peterburqda ənənəvi olaraq Yeni il öncəsi keçirilən qeyri-rəsmi sammiti çərçivəsində danışdıqlarını da xatırladıb: “Bu cür tədbirlər çərçivəsində dövlət rəhbərlərinin “ayaq üstə” qısa söhbətlər aparmaq fürsətindən istifadə etməsi adi bir təcrübədir. Azərbaycan ondan çıxış edir ki, görüşlər müstəsna olaraq regionda uzunmüddətli sülh, sabitlik və təhlükəsizliyin tezliklə bərqərar olmasına yönəlməlidir və vurğulamaq istəyirəm ki, artıq yaxşı nəticələr verən birbaşa ikitərəfli danışıqların aparılması təcrübəsi mövcuddur. Başımızın üstündə dinc səmaya ehtiyacımız var”.
2024-01-27
826,616
Neft həftəni bu qiymətlə yekunlaşdırdı
Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,55 dollara, yüngül neftin bir barreli isə 78,01 dollara təklif olunur.
2024-01-27
826,618
İzmirdə güclü zəlzələ oldu
Türkiyənin İzmir şəhərinin Menderes rayonunda 5,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, məlumatı AFAD yayıb. Egey dənizində qeydə alınan zəlzələ yerin 8,51 km dərinliyində meydana gəlib. Tələfat və dağıntı barədə məlumat yoxdur.
2024-01-27
826,623
Səfirliyimizdəki teraktın ildönümündə məhkəmə keçirildi
10:00 İranda Azərbaycan səfirliyində terror aktı törədən şəxsin məhkəməsi bu gün başlayacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyinə qarşı terror hücumunun birinci ildönümü ilə bağlı Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib. “İran tərəfi aparılan istintaq tədbirləri barədə mütəmadi əsasda Azərbaycan tərəfini məlumatlandırmış, uzun müddət aparılmış prosesdən sonra terror aktını törədən şəxsin məhkəməsinin ilk iclasını 27 yanvar 2024-cü il tarixinə təyin etmişdir”, - bəyanatda qeyd edilib. Qeyd edək ki, bu gün terror aktının törədilməsindən (27 yanvar 2023-cü il) bir il ötür. *** Azərbaycan Respublikasının İrandakı səfirliyinə hücum edən şəxsin cinayət işi üzrə məhkəmə iclası keçirilib. Bu barədə İRNA məlumat yayıb. Məlumata görə, məhkəmə iclası təqsirləndirilən şəxs və onun vəkillərinin iştirakı ilə keçirilib. Məhkəmə iclasında Azərbaycan səfirliyinin bir sıra məsul şəxsləri də iştirak edib. İclasın əvvəlində təqsirləndirilən şəxsə hakim izahat verib və prokurorun nümayəndəsi ittiham aktını oxuyub. Yayımlanan ittiham aktına əsasən, Azərbaycan Respublikasının səfirliyinə hücum edən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan Respublikası vətəndaşını qəsdən öldürməkdə, qanunsuz silah saxlamaqda, gəzdirməkdə və ictimai asayişi pozmaqda ittiham olunur. Prokurorun nümayəndəsi ittiham aktını oxuduqdan sonra təqsirləndirilən şəxs və vəkili müdafiə çıxışı edib. Sonda hakim iş üzrə icraatın başa çatmasını elan edib və məhkəmə sədri hökmün qanuni müddət ərzində çıxarılacağını vurğulayıb.
2024-01-27
826,625
703-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 703-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 381 370 hərbçi, 6 271 ədəd tank, 11 652 ədəd zirehli döyüş maşını, 9085 ədəd artilleriya sistemi, 972 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 660 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 072 ədəd avtomobil texnikası, 7037 ədəd PUA, 1 845 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1433 xüsusi avadanlıq itirib.
2024-01-27
826,630
Tərtərdə silah-sursat aşkar edildi
Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silahların aşkar olunaraq yığılması istiqamətində tədbirlər davam etdirilir. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.
2024-01-27
826,635
İstanbul mübarizəsi: Kurum sorğu nəticəsindən danışdı
Türkiyədə Cümhur İttifaqının İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədrliyinə namizədi Murad Kurum martın 31-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı İstanbulda apardığı son sorğunun nəticələrini paylaşıb. Axar.az xəbər verir ki, M.Kurum rəqibini üstələdiklərini açıqlayıb. “Daha əvvəl rəqibimiz bizdən 1,5 xal öndə idi. Dünən keçirdiyimiz sorğunun nəticələrini əldə etdik. Nəticəyə əsasən, biz önə keçmiş vəziyyətdəyik. Yaxşı nəticə əldə etmək üçün çox çalışırıq. Arxayın oturmaq olmaz”, - Kurum vurğulayıb.
2024-01-27
826,636
Şirvanda 70 yaşlı qadın dəm qazından öldü
Şirvanda 70 yaşlı qadın dəm qazından zəhərlənərək vəfat edib. Axar.az xəbər verir ki, hadisə Şirvan şəhərinin M.Əsədov küçəsi ev 96 ünvanında qeydə alınıb. Şəhər sakini 1954-cü il təvəllüdlü Şölə Abıyeva yuyunmaq üçün yaşadığı fərdi yaşayış evinin hamam otağına daxil olub, bir müddət keçdikdən sonra hamam otağının daxilində olan su qızdırıcıdan dəm qazının sızması nəticəsində zəhərlənərək ölüb. Faktla bağlı Şirvan Prokurorluğunda araşdırma aparılır.
2024-01-27
826,638
NATO üçün faşist ideologiyası... - Volodin
NATO ölkələrində faşist ideologiyası yeni dünya müharibəsinə aparan yoldur. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib. “NATO dövlətlərinin rəhbərliyi üçün faşist ideologiyası normaya çevrilir, bu, yeni dünya müharibəsinə səbəb ola biləcək təhlükəli yoldur”, - Volodin bildirib.
2024-01-27
826,642
Laçında 2 yük maşını toqquşdu - Video
Laçın şəhərində şaxtalı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub. Axar.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, “Şaqman” markalı yük maşını buzlu yolda sürüşərək “Mersedes-Benz” markalı yük maşınına çırpılıb. Xəsarət alanlarla bağlı məlumat yoxdur. Həmin görüntüləri təqdim edirik:
2024-01-27
826,644
Hərbi qulluqçu kurslarının növbəti buraxılışı - Video
Əlahiddə Ümumqoşun Orduda növbəti gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Polkovnik Mahmud Əmirov kurslar zamanı keçirilən məşğələlərdən danışıb və məzunları kursları uğurla başa vurmaları münasibətilə təbrik edib. Məzunlar adından çıxış edən Şahin Cəfərov kursları əvvəl bitirən məzunlar kimi şərəflə xidmət edəcəklərinə, növbəti kurslarda iştirak edəcək gənclərə nümunə olacaqlarına söz verib. Məzunları təbrik edən Əlahiddə Ümumqoşun Ordu Komandanın müavini, general-mayor Məhəmməd Həsənov bildirib ki, bu gün dünyanın güclü orduları sırasında olan Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ili böyük uğurlarla başa vurub. Qeyd olunub ki, bu il də ölkədə ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsi, maddi-texniki bazanın inkişaf etdirilməsi, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılması prioritet vəzifələr kimi müəyyənləşdirilib: "Bu da hərbi qüdrətimizin daha da artmasına şərait yaradacaq. Əminliklə deyə bilərik ki, Əlahiddə Ümumqoşun Orduda da bu istiqamətdə tədbirlər həyata keçiriləcək, bundan sonra da muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsi və müdafiə potensialının daha da gücləndirilməsi üçün lazımi addımlar atılacaq". Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub. Sonda xatirə şəkli çəkdirilib.
2024-01-27
826,645
Bu bankın 5,3 milyonluq əmlakı hərraca çıxarılır
Fevralın 21-də Bakı Hərrac Mərkəzi MMC-də ləğv prosesində olan Texnika Bank ASC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərraclar keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məlumat yayıb. Söhbət “Texnika Bank”a məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanındakı dəyəri 394 min manat olan 187,8 kv.metrlik, dəyəri 255 min manat olan 115,9 kv.metrlik, dəyəri 397 min manat olan 188,9 kv.metrlik, dəyəri 258 min manat olan 117,4 kv.metrlik, hər birinin dəyəri 389 minmanat olan 2 ədəd 185,4 kv.metrlik, hər birinin dəyəri 322 min manat olan 4 ədəd 153,2 kv.metrlik, hər birinin dəyəri 245 minmanat olan 8 ədəd 111,5 kv.metrlik qeyri-yaşayış sahəsindən gedir. Beləliklə, hərraca çıxarılacaq əmlakların ümumi dəyəri 5,33 milyon manat təşkil edir. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 1 fevral 2016-cı il tarixli qərarı ilə Texnika Bank ASC-nin bank fəaliyyətinə verilən lisenziyası ləğv edilib.
2024-01-27
826,646
Qvatemalada 6,1 bal gücündə zəlzələ oldu
Qvatemalada 6,1 bal gücündə zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri 103 min insanın yaşadığı Eskuintla şəhərindən 36 km cənub-şərqdə yerləşib. Zəlzələ 108 kilometr dərinlikdə olub. Dağıntı və tələfat barədə məlumat yoxdur.
2024-01-27
826,647
Həmid Herisçinin son durumu - Xanımı danışdı
11:19 Özü ilə danışdım. Bu gün səsi daha yaxşı gəlir. Kult.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Həmid Herisçinin həyat yoldaşı İlhamiyyə Rza deyib. O, Həmid Herisçinin qızılcaya yoluxduğunu və ciddi həkim nəzarətində olduğunu bildirib: “Hazırda Məhəmmədi kəndindəki modul tipli xəstəxanadadır. Danışarkən xəstəxanaya getdiyinin yaxşı qərar olduğunu dedi. Çünki evdəki müalicələri effekt vermirdi. Əksinə daha da pisləşmişdi. Vəziyyəti çox pis idi. Ona görə də çox təlaşlanmışdım. Bir həftə olar ki, Həmid bəy yüksək qızdırmadan əziyyət çəkir. Biz bunu qrip bilirdik, lakin qızılca imiş. Evdə özümüz onu müalicə edirdik. Etdiyimiz müalicə doğru olsa da, tam deyildi. Xəstəxanada daha intensiv müalicə alır”. İlhamiyyə Rza həyəcanının azaldığını və sakitləşdiyini vurğulayıb: “İnanıram ki, həyat yoldaşım əmin əllərdədir. Ona xüsusi qayğı göstərirlər. Həmid dedi ki, xəstəxanada hamı üçün şərait, diqqət yüksək səviyyədədir. Və mənə “əmin ol, əmin əllərdəyəm” dedi. Dünən yaxşı deyildi, çox şükür, bu gün yaxşıya doğru irəliləyiş var. Bu da sevindiricidir”. Qeyd edək ki, 1960-cı il təvəllüdlü Həmid Herisçi yanvarın 26-da saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədidəki modul tipli xəstəxanaya yerləşdirilib. TƏBİB-dən verilən məlumata görə, ona zəruri tibbi xidmətlər göstərilib, hazırda müalicəsi davam etdirilir. Pasiyentin vəziyyəti ağır qiymətləndirilir.
2024-01-27
826,648
Trampa qarşı qərar: yazıçıya 83,3 milyon ödəməlidir
Andlılar məhkəməsinin qərarı ilə ABŞ-ın keçmiş prezidenti Donald Tramp yazıçı Elizabet Cin Kerrolla 83 milyon dollardan çox təzminat ödəməlidir. Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb. Belə ki, məhkəmə Kerrollun reputasiyasına dəymiş ziyana görə 11 milyon, mənəvi zərər və digər itkilərə görə 7,3 milyon, cərimə olaraq 65 milyon dollar təzminat müəyyən edib. Tramp məhkəmə qərarını “tamamilə absurd” adlandırıb və apellyasiya şikayəti verəcəyini bildirib. “Onlar Birinci Düzəlişlə bağlı bütün hüquqlarımızı əlimizdən aldılar. Bu, Amerika deyil”, - Tramp sosial şəbəkə hesabında qeyd edib. Qeyd edək ki, Tramp yazıçıya qarşı cinsi zorakılıq və böhtan atmaqda ittiham edilir.
2024-01-27
826,650
Bayramov Orxanın məzarını ziyarət etdi
Xarici işlər naziri Ceyhun Bayramov ötən il Azərbaycanın İrandakı səfirliyinə edilən hücum zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun məzarını ziyarət edib. Axar.az xəbər verir ki, XİN rəhbərliyi və kollektivi O.Əsgərovun İkinci Şəhidlər xiyabanında yerləşən məzarınının önünə gül dəstələri düzüblər. Qeyd edək ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Azərbaycan XİN yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.
2024-01-27
826,654
İrandakı səfirliyimizin bərpası üçün şərtlər... - Bayramov
Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı əsas iki məqama diqqət olunacağını deyib. Axar.az xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında əsas məsələnin baş verən hadisə ilə əlaqəli istintaqın başa çatması və yekun qərarın qəbul edilməsinin olduğunu bildirib. Onun sözlərinə görə, ikinci məqam Azərbaycanla İran arasında danışıqlar zamanı səfirliyin fəaliyyətinin bərpa ediləcəyi təqdirdə onun təhlükəsizliyinə təminat verilməsidir: "Çünki insanlarımızın həyatını riskə ata bilmərik".
2024-01-27
826,659
Mir Şahin Çingizin fəryad çəkdiyi yerdə - Video
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda dəhşətli soyqırım törədib. Axar.az xəbər verir ki, Mir Şahin Ağayev Real TV-də müəllifi olduğu “Mir Şahinin vaxtı” verilişində 32 il sonra soyqırımın törədildiyi ərazidən reportaj hazırlayıb. Görüntüləri təqdim edirik:
2024-01-27
826,660
AŞPA-da Azərbaycana qarşı qərəzli addım... - Bayramov
AŞPA-da Azərbaycana qarşı atılan qərəzli addımı qətiyyətlə pisləyirik. Azərbaycan nümayəndə heyəti də artıq öz mövqeyini bildirib. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. "Tamamilə razıyam ki, bu qəzəbli addımın atılmasının səbəbi Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsidir. Avropa Parlamentinin mövqeyi həmişə mövcud idi, Azərbaycan nümayəndə heyəti də bu ittihamlara cavab verirdi. Belə bir mövqenin sistemli şəkildə və təşkil olunmuş formada tətbiq edilməsi üçün hansısa yeni element olmalıdır. Bu isə tamamilə yeni davranışı ortaya qoydu. Yenə xatırladıram ki, 19-20 sentyabr antiterror tədbirləri müharibədən sonra 3 il ərzində edilən xəbərdarlıqların nəticəsi idi və Azərbaycan konstitusiyasına, beynəlxalq hüquqa tamamilə uyğun idi", - C.Bayramov əlavə edib.
2024-01-27
826,663
Bayramovdan sülh açıqlaması: Növbəti təkliflər paketi...
Ermənistan tərəfindən sülh müqaviləsi üzrə növbəti təkliflər paketini əldə etmişik. Axar.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. Nazirin sözlərinə görə, növbəti həftələrdə tərəfimizdən cavab təqdim ediləcək. "Düşünürəm ki, 2024-cü ildə sülh müqaviləsi ilə əlaqədar ölkələr arasında fiziki görüşlər prosesi də davam edəcək", - deyə bildirib.
2024-01-27
826,666
Bakıda marketdən oğurluq edildi
Bakıda marketdən oğurluq edilib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsi 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən marketlərin birindən 6055 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən Neftçala rayon sakini Əli Abdullayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
2024-01-27
826,667
İrəvandan Bakıya çağırış: Əməkdaşlığı gücləndirək!
Ermənistanın Əsir, girov götürülmüş və itkin düşmüş şəxslərin məsələləri üzrə idarələrarası komissiyası Azərbaycan tərəfinə əməkdaşlığı gücləndirmək çağırışı edib. Axar.az xəbər verir ki, bu barədə komissiyanın bəyanatında bildirilib. “Ermənistan dəfələrlə, o cümlədən yüksək səviyyədə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan edib”, - bəyanatda vurğulanıb. Komissiya qeyd edib ki, 90-cı illərin əvvəllərindən 993 erməni - Ermənistan vətəndaşı və Qarabağ ermənisi itkin düşmüş hesab edilib və İrəvan onların taleyinə aydınlıq gətirməkdə maraqlıdır. Xatırladılıb ki, 90-cı illərdə həlak olmuş 140 azərbaycanlının cənazəsi Bakıya təhvil verilib. “Ermənistan 2020-ci ilin noyabrından başlayaraq 44 günlük müharibədə həlak olan 51 azərbaycanlının, o cümlədən 90-cı illərdə həlak olmuş 50-yə yaxın insanın cəsədinin mümkün dəfn olunduğu yerləri göstərən topoqrafik materialları Azərbaycana verib”, - bəyanatda iddia edilib. Qeyd edək ki, 90-cı illərdə itkin düşən 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsi üçün Azərbaycan dəfələrlə Ermənistana çağırış edib.
2024-01-27
826,669
XİN başçısı İranda saxlanılan Fəriddən danışdı
İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfərli məsələsi ilə bağlı bütün addımlar atılır. Axar.az xəbər verir ki, bunu XİN rəhbəri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. "Burada ilkin ittiham cinayət məcəlləsinin bir maddəsi üzrə idisə, işin gedişində daha yumşaq qərar qəbul edildi. Fərid Səfərliyə 2 il 6 ay iş kəsildi", - o bildirib.
2024-01-27
826,677
Sabah Bakıya qar yağacaq
Sabah Azərbaycanda qarlı hava müşahidə ediləcək. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 28-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
2024-01-27
826,679
Nərgiz Məhəmmədi Quterreşə məktub yazdı
Tehranın Evin həbsxanasında saxlanılan siyasi məhbus, 2023-cü il Nobel Sülh mükafatı laureatı Nərgiz Məhəmmədi BMT-nin Baş katibi Antonio Quterreşə məktub yazıb. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Məhəmmədi Antonio Quterreşdən İran hökumətinin qadınlara qarşı cinsi ayrı-seçkilik siyasətinin beynəlxalq sənədlərdə cinayət kimi qəbul edilməsini istəyib. “İslam Respublikası sistemli və məqsədyönlü şəkildə hökumətin bütün imkanlarında istifadə etməklə, xüsusən də qanunlar yaratmaqla qadınları özünə tabe etmək siyasətini təbliğ edir və onları insan haqlarından məhrum edir”, - Nərgiz Məhəmmədi qeyd edib. O, belə bir vəziyyətdə təkcə qadınların deyil, bütün İran əhalisinin genişmiqyaslı ayrı-seçkiliyin dəhşətli və dözəlməz nəticələrindən əziyyət çəkdiyini bildirib. Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib.
2024-01-27
826,680
Yasamalda qaz xəttində qəza: texnika cəlb olundu
Bakının Yasamal rayonunda baş verən Xocasən qazpaylayıcı stansiyasından (QPS) qidalan diametri 530 mm-lik qaz xəttinin Məmmədşərif Həmidov küçəsindən keçən hissəsində baş verən qəza nəticələri aradan qaldırılır. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildrilib ki, dərhal yaranan problemlə bağlı İstehsalat Birliyinin çox sayda işçi qrupu və texnika cəlb olunub. "Gecə saatlarından etibarən qəza xidməti əməkdaşları tərəfindən təmir işləri davam etdirilir. Qısa müddət ərzində işlərin yekunlaşdırılaraq qaz təchizatının bərpası təmin ediləcək" - məlumatda deyilir.
2024-01-27
826,681
Sabah Bakıda güclü külək əsəcək - Xəbərdarlıq
Yanvarın 28-də Bakıda və Abşeron yarımadasında külək güclənəcək. Bu barədə Axar.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah şimal-qərb küləyinin 15-18 m/s olacağı, gecə və səhər arabir 20-23 m/s-dək güclənəcəyi, hava şəraitinin yanvarın 27-si axşam, 28-i gecə və səhər arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətə yağıntının intensivləşəcəyi ehtimalı var.
2024-01-27
826,682
Ermənilər qızıl yatağına etiraz etdi - EPF dəstək verdi
“Environmental Protection First” (EPF) Koalisiyası Ermənistan vətəndaş cəmiyyəti təşkilatlarının Amuldağ (Amulsar) qızıl yatağında ətraf mühitə ziyan vuran dağ-mədən sənayesi işlərinin dayandırılmasına dair etiraz bəyanatını dəstəkləyir. Axar.az xəbər verir ki, bu barədə “Environmental Protection First” Koalisiyası Amuldağ qızıl yatağında monitorinq aparmağa hazır olmasına dair bəyanatında qeyd edilib. "Biz Ermənistandan olan həmkarlarımıza səsimizə səs verdikləri üçün təşəkkür edirik. Bu həmrəyliyin nəticəsidir ki, bu yaxınlarda Arazdəyəndə də başlanılması planlaşdırılan işlər dayandırıldı. Ermənistanda 100-dən çox vətəndaş cəmiyyəti təşkilatı və eko-fəalın qeyd etdiyi kimi, “Amulsar qızıl yatağı” layihəsi biomüxtəlifliyə və su ehtiyatlarına təhlükə törədir. Ermənistan hökuməti və “Lydian Armenia” şirkəti yatağın ətraf mühitə təsirinin qiymətləndirilməsinin nəticələrini nəzərə almayıb. Beynəlxalq qurumlar tərəfindən də fəaliyyətinə dəfələrlə etiraz edilmiş, əleyhinə qərarlar qəbul edilmiş Amuldağ (Amulsar) qızıl yatağının istismarı nəticəsində formalaşan ağır metal tərkibli mədən tullantıları Bərgüşad (Vorotan) çayına axıdılaraq Həkəri çayı vasitəsilə Araz çayını çirkləndirir. Amuldağ (Amulsar) qızıl yatağının bu cür istismarı Qafqaz dağları ilə əhatə olunmuş region və onun əhalisi üçün ciddi təhdiddir", - bəyanatın mətnində bildirilib. Bəyanatda vurğulanıb ki, Amuldağ yatağı təbii mineral su yatağı olan İstisu (Cermuk) şəhərindən 13 kilometr məsafədə yerləşir, yatağın istismarı İstisu mineral bulaqlarına məhvedici zərər vurur: "Yataq həm də Arpaçay və Bazarçay arasındakı ərazidə yerləşir. Hər iki çay Azərbaycan ərazisindən keçərək Araz çayına tökülür. Amuldağ yatağının istismarında çoxdan qadağan edilmiş, ətraf mühit üçün yüksək təhlükə törədən zəhərli maddələrin istifadəsi təbiəti məhv edir, çay sularının turşulaşmasına, suyun zəhərlənməsinə səbəb olur. Qızıl hasilatının bu çayın sularını çirkləndirməsi ilə yanaşı, əraziyə yaxın yerləşən Ermənistanın ən böyük şirin su gölü olan Göyçə (Sevan) gölünün ekosisteminə də mənfi təsir göstərir. Eyni zamanda bu sənaye Xəzər dənizi hövzəsi üçün də ciddi təhlükə törədir. Naxçıvan Muxtar Respublikası ərazisindən axan Arpaçay, eləcə də Bazarçay Araz çayına və oradan da Xəzər dənizinə tökülür. Beləliklə, bu, təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Xəzəryanı ölkələrin ekologiyasına ciddi ziyan vurur". Məlumatda həmçinin qeyd edilib ki, qızıl yatağını “Lydian Armenia” şirkəti istismar edir: "Bu şirkətinin tam payçısı Böyük Britaniyanın “Lydian International” şirkətidir. Şirkətin əsas səhmdarları “Orion Mine Finance” (ABŞ), “Resource Capital Funds” (ABŞ), “Merk Investments” və “Tocqueville Asset Management LP” şirkətləridir. EPF Koalisiyası olaraq biz də Ermənistan hökumətini və bu yataqda qızıl hasilatına cəlb edilmiş şirkətləri heç bir ekoloji normaları nəzərə almadan istismarı aparılan “Amulsar qızıl yatağı”ndakı işləri dərhal dayandırmağa çağırırıq. Biz Ermənistanın və digər xarici ölkələrin ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq qurumlarla birgə “Amulsar qızıl yatağı”nda monitorinqə başlamağa hazırıq. Ermənistan hakimiyyəti etdiyi hərəkətlərin məsuliyyətini dərk etməli, dağ-mədən sənayesi müəssisələrinin qapılarını ekoloji monitorinqlər üçün açmalıdır". Bəyanatı “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədr müavini Amin Məmmədov, “Sağlamlığa Xidmət” İctimai Birliyi icraçı direktoru Pərvanə Əliyeva, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov, Ekoloji Maarifçilik və Monitorinq İctimai Birliyinin sədri Qəmzə Yusubova imzalayıb.
2024-01-27
826,687
Bakı niyə seçkiyə ATƏT-i dəvət edib, AŞPA-nı isə yox?
Axar.az Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Globalinfo.az-a müsahibəsini təqdim edir: - Səməd bəy, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin əsl səbəbi nədir? - Bu məsələnin gündəmə gətirilməsinin səbəbi kimi 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərildi. Bundan başqa, növbədənkənar prezident seçkilərini müşahidə etməyə AŞPA-nın dəvət edilməməsi də qeyd edilən səbəblər arasındadır. Əslində bunların hamısı düşünülmüş, qeyri-obyektiv, qərəzli və heç bir reallığa əsaslanmayan səbəblərdir. Bizə görə isə səbəb aydın və bəllidir. Sərgilənən bu qərəzli mövqeyin əsas səbəbi Azərbaycanın Qarabağı işğaldan azad etməsi, ərazi bütövlüyünü bərpa etməsidir. - AŞPA-nın irəli sürdüyü arqumentlərdən biri xüsusi ilə maraqlıdır - söhbət “siyasi məhbuslar”la görüşə icazə verilməməsindən gedir… - Sözün düzü, mən bilmirəm ki, AŞPA hansı “siyasi məhbuslar”la görüşmək istəyib. Azərbaycanda nə siyasi məhbus anlayışı, nə də siyasi məhbus var. Məhbuslarla görüşmək məsələsini gündəmə gətirib, bəhanə edən Almaniyanın AŞPA-dakı nümayəndəsi Frank Şvabedir. Onu da deyim ki, bu iddia təəccüblü deyil. Əslində belə iddia həmişə olub. Vaxtilə yüzlərlə insanın adının qeyd edildiyi siyahılar tərtib edib, onlarla görüş keçirmək istəyirdilər. Təbii ki, elə insanlar vardı ki, onlarla görüşə bilirdilər. Bəzi məhbusların istintaq müddəti bitmədiyi, ya da başqa səbəblərdən görüşlər alınmaya da bilirdi. AŞPA-nın hazırkı iddiası isə əsassızdır. Məruzəçilər Azərbaycana gəlib, kimlə lazımdırsa, görüşüb. Bir daha qeyd edirəm, hansısa məhbusla görüş olmaya bilər. Bunun da konkret səbəbi var. Ola bilər, kimsə istintaq altındadır və ya kiminsə prosesi hələ yekunlaşmayıb. Ümumiyyətlə bir məqamı qeyd edim ki, hətta elə olub ki, AŞPA məruzəçisi Azərbaycana gəlməyib. Amma məsələ ilk dəfədir ki, bu qədər böyüyüb. Bu da bir daha onu deməyə əsas verir ki, verilən qərar, səslənən iddialar siyasi motivlidir. Əsas məqsəd Azərbaycanın nüfuzunu zədələmək, növbədənkənar prezident seçkilərinə kölgə salmaqdır. - Məsələni AŞPA-da qaldıran alman deputat Frank Şvabedir. Bu şəxsin və onun timsalında Almaniyanın Azərbaycanla problemi nədir? - Burada rəsmi Berlinin qərəzi açıq-aydın sezilir. Bundan başqa Fransanın təsiri ilə addım atdıqları da göz önündədir. Bu islamofob, türkofob, azərbaycanafob təfəkkürdür. Bir daha qeyd edirəm ki, Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə müdaxilə etmək istəyirlər. Diqqət etsəniz, burada həm də ATƏT-ə bir qısqanclıq var. Belə ki, Azərbaycan növbədənkənar prezident seçkilərinə ATƏT təmsilçilərini dəvət edib. AŞPA məhz onların deyil, ATƏT-in dəvət edilməsini qəbul edə bilmir. Əslində bunun obyektiv səbəbləri var: Birincisi, AŞPA Azərbaycana qarşı həmişə qərəzli mövqe sərgiləyib. 2023-cü ilin oktyabr ayında AŞPA-da əleyhimizə qəbul edilən qətnamənin mətninə baxmaq belə bu təşkilatın bizə qarşı qərəzli mövqeyini görməyə bəs edir. İkincisi, Azərbaycan yaxşı bilir ki, AŞPA nümayəndələri seçkilərdə iştirak etsə, nəticənin necə olmasından asılı olmayaraq, onların rəyi eyni olacaq. ATƏT isə beynəlxalq bir strukturdur və dünya miqyasında tanınır. Buna heç kəsin şübhəsi ola bilməz. Lakin görünür, Frank Şvabe buna şübhə edir. Bu onun öz problemidir. Şübhə edirsə, problemini ATƏT-lə həll etməlidir.
2024-01-27
826,692
Qobuda hərbi sursat aşkarlandı - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. FHN-dən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 5 ədəd UZRQM partladıcısı və 25 ədəd 7x62 mm-lik mərmi olduğu müəyyən edilib. Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
2024-01-27
826,694
3 avropa ölkəsi İranın orbitə peyk çıxarmasını qınadı
İngiltərə, Fransa və Almaniya JCPOA kimi tanınan nüvə razılaşmasının avropalı üzvləri olaraq, İran tərəfindən “Soraya” peykinin orbitə buraxılmasını pisləyən birgə bəyanat yayıb. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş bəyanatda bildirilib. Bəyanatda xatırladılıb ki, bərk yanacaqlı “Qaim 100” daşıyıcısı və orbitə çıxarılan “Soraya” peykində İranın uzaqmənzilli ballistik raket texnologiyasından istifadə edilib: “Bu cür buraxılışlar İrana ballistik raket proqramını daha da inkişaf etdirmək üçün istifadə edə biləcəyi texnologiyaları sınaqdan keçirməyə imkan verir ki, bu da regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır”. Qeyd edək ki, İran "Soraya" peykini bu ilin yanvarın 20-də orbitə çıxarıb.
2024-01-27
826,695
Bakı və İrəvana təzyiq artır: Nikolun Tiflis qərarı…
Ermənistanın Baş naziri Nikol Paşinyanın gürcü həmkarı İrakli Qaribaşvili ilə Tiflisdə imzaladığı strateji tərəfdaşlıq sazişinin Azərbaycan üçün hansı təsirləri ola bilər? Axar.az xəbər verir ki, bu suala politoloq Elxan Şahinoğlu aydınlı gətirməyə çalışıb. O bildirib ki, Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra Ermənistanın müxtəlif dövlətlərlə siyasi və iqtisadi əlaqələrinin genişləndirməyə çalışmasından narahat deyil: “Azərbaycan üçün yeganə istisna müxtəlif dövlətlərin Ermənistana hücum xarakterli hərbi texnika göndərmələri və qonşu dövlətlərin buna şərait yaratmalarıdır. Yəni Ermənistan-Gürcüstan strateji tərəfdaşlığı müxtəlif ölkələrin Ermənistana göndərdiyi hücum xarakterli hərbi texnikaların keçidinə şərait yaradacaqsa, bu, Azərbaycanda rəsmi Tiflisin siyasəti ilə bağlı ciddi suallar yaradacaq. Böyük ehtimalla Fransa yenə Gürcüstan ərazisindən Ermənistana hərbi texnika göndərməyə çalışacaq. Belə olan halda Tiflis “Ermənistan artıq Gürcüstanın strateji tərəfdaşıdır, biz hərbi yüklərin Ermənistana çatdırılmasına mane ola bilmərik” tezisini əlində rəhbər tuta bilər. Bu baş vermədən Azərbaycanı da özünə strateji tərəfdaş sayan Gürcüstana Bakıdan belə bir mesajın göndərilməsinə ehtiyac var: “Müxtəlif dövlətlərin Gürcüstan ərazisindən Ermənistana hərbi texnika daşıması Azərbaycan-Gürcüstan strateji münasibətlərinin ruhuna uyğun olmayacaq”. Ekspert vurğulayıb ki, əslində həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bölgədə sülh və əməkdaşlığın formalaşması üçün çalışmalıdır: “Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın vasitəçi rolunda çıxış etməsinə və görüş yeri kimi Tiflisin seçilməsinə müsbət yanaşır. Böyük ehtimalla Paşinyanla Qaribaşvili arasında bağlı qapılar arxasında Tiflisin vasitəçi rolunun artırılmasıyla bağlı danışıqlar aparılıb. Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün ən optimal variantdır, əks halda Kreml “tərəfləri Moskvaya dəvət edirik” israrıyla həm Bakıya, həm də İrəvana təzyiqi artıracaq ki, bu Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab vermir”.
2024-01-27
826,698
Baş nazir yeni qərar imzaladı
Nazirlət kabineti “Mühafizəsi təmin edilən mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin Siyahısı”nı təsdiq edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, mühüm əhəmiyyətli elektroenergetika obyektlərinin mühafizəsi “Azərenerji” ASC və “Azərişıq” ASC-lərin vəsaiti hesabına təmin ediləcək.
2024-01-27
826,700
Britaniya şirkətindən “Xarxar” yatağı ilə bağlı təsdiq
Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti qazma nəticələrinə əsasən “Xarxar” yatağında əhəmiyyətli dərəcədə mis minerallaşması olduğunu təsdiqləyib. Axar.az Report-a istinadən xəbər verir ki, qazma nəticələri Birgə Filiz Ehtiyatları Komitəsinin (JORC) standartına uyğun olaraq “Xarxar” yatağının gələcək mineral ehtiyatlarının qiymətləndirilməsinin bir hissəsini təşkil edəcək. Xatırladaq ki, adıçəkilən yataqda 2022-ci ilin iyulunda mis minerallaşmasının mərkəzi zonasını əhatə edən geniş kəşfiyyat proqramına başlanılıb. JORC-un “Xarxar” yatağının mineral ehtiyatları ilə bağlı hesabatı hazırlanma mərhələsindədir və bu, 2024-cü ilin mart ayının sonunadək açıqlanacaq. Ötən ilin sentyabrında “Mining Plus UK” şirkətinin geoloji sahə ilə bağlı müstəqil məsləhətçiləri yatağa baş çəkiblər. Qiymətləndirmənin nəticələri dərc edildikdən sonra əlavə sıxlaşdırıcı və genişləndirici qazma işlərinin həyata keçirilməsi, həmçinin metallurgiya sınaq proqramı və geometallurgiya modelləşdirməsi planlaşdırılır. Bundan başqa, şaxtanın layihəsi və hasilat planı daxil olmaqla, mədənçıxarma sahəsinə dair araşdırma hazırlanacaq. Qeyd edək ki, hazırda şirkətin Azərbaycanda ümumi sahəsi 2 min 544 kvadrat kilometr olan 8 müqavilə sahəsi var. “Anglo Asian Mining” hazırda Gədəbəy və Qoşa müqavilə sahələrindən qiymətli metalların hasilatı ilə məşğuldur. Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında “Production Sharing Agreement” (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo Asian Mining PLC” şirkətinin payı isə 49 % təşkil edir. “Gədəbəy” yatağından ilk qızıl hasilatına 2009-cu ildə, gümüş hasilatına isə 2010-cu ildə başlanılıb. 2013-cü ilin sentyabr ayından şirkət “Qoşa” müqavilə sahəsinin işlənməsinə start verib.
2024-01-27
826,703
Qızılcaya yoluxanlar buna görə ölür - Həkimdən SOS
Qızılca virus şəkilində yayılan yoluxucu xəstəlikdir. Xəstəlik hava-damcı yolu ilə yoluxur. Qızılcaya yoluxan insanlarda ilk növbədə qızdırma, halsızlıq, sonra ağciyər və beyində müxtəlif əlamətlər ortaya çıxır. Yaşlı insanlarda qızılcanın ağırlaşmış halı isə pnevmoniya və beyin ödemidir. Ölüm halları da buna görə baş verir. Bu sözləri Axar.az-a tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla deyib. O, son zamanlarda qızılcanın həm uşaqlar, həm də yaşlılar arasında geniş yayılmasının səbəbini belə izah edib: “Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarına əsasən 13 adda vaksinlə peyvənd tövsiyə olunur ki, bunlardan biri də qızılcaya qarşı olandır. Son zamanlarda vaksinasiyanın kütləvi xarakter almaması və ya müəyyən yayınma hallarının olması yoluxucu xəstəliklərin yayılmasına səbəb olub. Vaksinasiyadan yayınma hallarının isə başlıca səbəblərindən biri ÜST-ün koronavirus pandemiyasına başının qarışması oldu. Bundan başqa, valideynlərin özləri də imtina ərizələri yazıblar. Ümumiyətlə antivaksin kampaniyasının aparılması özünü bir daha göstərdi”. Həkimin sözlərinə görə, dünyanın aparıcı səhiyyə təşkilatları belə qərara gəlib ki, qızılca yeni formada təzahür edib: “Xəstəliyin kütləvi yayılmasının səbəbi təkcə peyvənd olunmamaqla bağlı deyil. Qızılcaya yoluxan xəstələr dərhal yataq rejiminə keçirilməlidir. Belə xəstələrin yaşından və onlrarın əvvəllər keçirdiyi digər xəstəliklərdən asılı olaraq müəyyən tədbirlər görülməlidir. Yaş artdıqca qızılcanın müxtəlif ağırlaşmaları və ölümcül fəsadları yarana bilər. Buna görə də, yaşlı insanlar qızılcaya yoluxan zaman, daha diqqətli olmaq lazımdır. O cümlədən də tanınmış aparıcı, yazıçı-publisist Həmid Herisçinin bu xəstəliyə yoluxması bizi narahat edir. Ümid edirəm ki, o, tez bir zamanda sağalar”, - A.Qeybulla bildirib.
2024-01-27
826,707
18 yaşlı idmançı məşq zamanı öldü
Rusiyanın Kirov vilayətində 18 yaşlı idmançı dünyasını dəyişib. Axar.az xəbər verir ki, MMA döyüşçüsü sparrinq zamanı vafat edib. Hadisə ilə bağlı ibtidai istintaq aparılır. Həmin şəxsin adı açıqlanmasa da, onun məşq vaxtı kəllə-beyin travması aldığı bildirilib. Həkimlərin ilkin müdaxiləsinə baxmayaraq, idmançının həyatını xilas etmək mümkün olmayıb.
2024-01-27
826,710
FHN-çilər "qəzaya düşənləri" belə xilas etdi - Foto
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Yol nəqliyyat hadisələri zamanı zərərçəkmişlərin xilas edilməsi” mövzusunda taktiki təlim keçirilib. Nazirlikdən Axar.az-a verilən məlumata görə, təlimin keçirilməsində məqsəd xilasetmə işlərinin təşkili və aparılması qaydaları, o cümlədən nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin təxliyə edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub. Təlim zamanı şərti olaraq baş vermiş nəqliyyat qəzası ilə əlaqədar “hadisə yerinə” operativ çatan xilasedicilər xüsusi xilasetmə vasitələrindən istifadə etməklə deformasiyaya uğramış avtomobillərdən “zərərçəkmişləri xilas edərək” onlara “təxirəsalınmaz ilkin tibbi yardım göstəriblər”. Uğurla keçirilmiş təlimin sonunda əldə olunmuş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
2024-01-27
826,711
Türkiyədə 150 nəfərin işlədiyi zavodda yanğın baş verdi
Türkiyənin Mersin şəhərinin Tarsus rayonundakı qablaşdırma zavodlarından birində yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. Məlumata görə, zavodda 150 nəfər işləyir. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Hadisənin səbəbi məlum deyil.
2024-01-27
826,712
Azərbaycanda yeni fond yaradılır
Azərbaycan dövlət büdcəsinin tərkibində Nəqliyyat vasitələrinin utilizasiyası Fondu yaradılacaq. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayılb. Azərbaycanın Maliyyə Nazirliyi və “Təmiz şəhər” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir. Sərəncam 2024-cü il fevralın 1-dən qüvvəyə minir.
2024-01-27
826,716
Bu, medianın seçki təcrübəsini artıracaq - Aynur Camal
Fevralın 7-də keçiriləcək prezident seçkisi üzrə namizədlər üçün ödənişli və ödənişsiz təşviqat kampaniyasının şərtləri müəyyən edilib və hər bir namizədin öz proqramını ictimaiyyətə çatdırması şəffaf şəkildə təşkil edilib. Axar.az xəbər verir ki, bu sözləri secki-2024.az saytına açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camal deyib. O bildirib ki, seçkiqabağı təşviqata ümumilikdə 44 media subyektinin qoşulması namizədlər üçün geniş imkanlar yaradır: “Budəfəki seçkilərdə ödənişli təşviqat kampaniyasına onlyan media subyektlərinin qoşulması mühüm məqamlardan biridir. Çünki bu, namizədlərə proqramlarını daha geniş auditoriyaya çatdırmaq üçün geniş şərait yaradır”. Azərbaycan mediasının seçki prosesini işıqlandırmaq təcrübəsinin zəngin olduğunu vurğulayan Aynur Camal qeyd edib ki, budəfəki seçkilər medianın seçki təcrübəsini daha da artıracaq. “Təşviqat prosesi namizədlərlə yanaşı, media orqanları üçün də faydalıdır. Bu, mediamızın daha bir sahə üzrə yeni təcrübələr qazanmasına, daha da peşəkarlaşmasına şərait yaradır. Medianın bu prosesdə fəaliyyəti üçün yaradılmış mühit imkanlarımızı artırır”, - deyə əməkdar jurnalist əlavə edib.
2024-01-27
826,718
Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi
Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: “Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1872 (Cild I) aşağıdakı dəyişikliklər edilsin: 1. 1-ci hissə ilə yaradılmış İşçi qrupun tərkibi aşağıdakı redaksiyada verilsin: “İşçi qrupun rəhbəri Azərbaycan Respublikasının iqtisadiyyat naziri İşçi qrupun üzvləri: Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Salyan Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti.”. 2. 2-ci hissə üzrə: 2.1. birinci abzasdan “müvafiq sahədə nüfuzlu beynəlxalq məsləhətçi şirkətləri cəlb etməklə” sözləri çıxarılsın; 2.2. 2.1-ci bənddən “və onun həyata keçirilməsinin ətraflı planını” sözləri çıxarılsın; 2.3. 2.2-ci bənddən “ərazi sərhədləri, həmin sərhədlər daxilində” və “hüdudları, Azad Zona ərazisinin” sözləri çıxarılsın; 2.4. 2.4-cü bənd üzrə: 2.4.1. birinci abzasdan “ilkin mərhələdə” sözləri çıxarılsın; 2.4.2. 2.4.2-ci yarımbənd aşağıdakı redaksiyada verilsin: “2.4.2. əsas nəqliyyat və mühəndis-kommunikasiya təminatı sisteminin və xətlərin, digər xidmətlərin təmin edilməsi planını;”; 2.4.3. aşağıdakı məzmunda 2.4.3–2.4.5-ci yarımbəndlər əlavə edilsin: “2.4.3. mühəndis-axtarış işlərinin nəticələrini, o cümlədən mühəndis-geoloji axtarışların nəticələrini əks etdirən materialları; 2.4.4. ətraf mühitin mövcud vəziyyəti barədə məlumatları; 2.4.5. aşağıdakı tədbirlərin həyata keçirilməsi üçün xərclər proqnozunu: 2.4.5.1. mövcud tikililərin və mühəndis-kommunikasiya qurğuları və xətlərinin köçürülməsi; 2.4.5.2. bu Sərəncamın 2.1-ci bəndində göstərilən inkişaf konsepsiyasının həyata keçirilməsi; 2.4.5.3. bu Sərəncamın 2.4.2-ci yarımbəndində göstərilən işlərin həyata keçirilməsi.”; 2.5. 2.5-ci bənd ləğv edilsin. 3. 3-cü hissə ləğv edilsin.
2024-01-27
826,723
Prezident fərman imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 dekabr tarixli 1088-VIQD nömrəli Qanununun tətbiqi və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 57-ci maddəsinin birinci hissəsinin “e” bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 57-ci maddəsinin birinci hissəsinin “e” bəndinə əsasən, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş zabit vəzifəsinə təyin edilmiş, orta ixtisas və ya natamam ali təhsilli olmayan, lakin tam orta təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra “kiçik leytenant” hərbi rütbəsinin verilməsi 2028-ci il dekabrın 31-dək həyata keçirilir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 dekabr tarixli 1088-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin. 3. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 30 mart tarixli 692 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 176 (Cild I) 2-ci hissəsinin ikinci abzasına “66-cı” sözlərindən əvvəl “57-ci maddəsinin birinci hissəsinin “e” bəndində,” sözləri əlavə edilsin.
2024-01-27
826,726
Miçotakisdən F-35 açıqlaması
Yunanıstan artıq ABŞ-dan F-35 qırıcılarını satın alır. Axar.az xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Miçotakis deyib. O bildirib ki, Vaşinqtonun bu addımı ABŞ-Yunanıstan münasibətlərinin strateji dərinliyini göstərir: “Yunanıstan 40 ədəd F-35 almaq yolundadır. Bununla yanaşı, Afina Silahlı Qüvvələrin hər üç qolunu və Yunanıstan Sahil Mühafizəsini gücləndirəcək silah paketini tamamilə pulsuz əldə edir”. Qeyd edək ki, ABŞ Dövlət Departamenti Yunanıstana F-35 qırıcı təyyarələrinin və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
2024-01-27
826,727
Xersonda partlayışlar baş verdi
Ukraynanın Xerson şəhərində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə “Publik” nəşri məlumat yayıb. Hadisənin təfərrüatı barədə açıqlama verilməyib. Bölgədə hava həyəcanı elan olunmayıb.
2024-01-27
826,728
Fateh Portağal CHP-ni sərt tənqid etdi
Türkiyədə bələdiyyə seçkilərində CHP-nin işi çox çətindir. Axar.az xəbər verir ki, bunu türkiyəli tanınmış jurnalist Fateh Portağal deyib. “Məqsədli şəkildə hərəkət etmirlər. Partiyanın daxilində elə güc mərkəzləri var ki, namizədlərini seçə bilməyiblər. Belə başa düşürük ki, partiya sədri sözünü keçirə bilmir. Əslində izləmək həyəcanlıdır. Martın 31-də hər şeyin nəticəsini açıq-aydın görə biləcəyik”, - jurnalist bildirib.
2024-01-27
826,729
Qarabağda neçə nəfər daimi işlə təmin olunub?
Böyük Qayıdış proqramının vaxtında və keyfiyyətli icra olunması qarşıda duran əsas prioritet məsələlərdən biridir. Azərbaycan Ordusu Qarabağ torpağını işğaldan azad edəndən sonra işğaldan azad edilən bölgədə böyükmiqyaslı işlər görülür. Həmin ərazilərin minalardan təmizlənməsi, infrastrukturun yaradılması və məskunlaşma imkanlarının yaradılması ilə paralel azad olunmuş bölgəyə köçən sakinlərin məşğulluğu üzərində də iş aparılır. Böyük Qayıdış proqramı çərçivəsində öz ata-baba yurduna köçən 2 mindən çox iqtisadi fəal və əməkqabiliyyətli vətəndaşla aktiv iş aparılıb. Təbii ki, köçənlərin sayı daha çoxdur. Lakin onların içində əməkqabiliyyəti olmayanlar və uşaq yaşında olanlar da var. Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev işğaldan azad olunan ərazilərdə məşğulluğun həlli ilə əlaqədar görülən işlərdən bəhs edərkən deyib. “Əmək qabiliyyəti olanlarla əlaqədar fəal iş aparılır və onlardan 1300 nəfəri daimi işlə təmin olunub. Böyük Qayıdış çərçivəsində bütün alətlərdən istifadə edilir. Həm vakansiyalar üzrə işə düzəltmək, həm özünüməşğulluq proqramı çərçivəsində onların mikrobizneslərinin, ailə təsərrüfatlarının yaradılmasına yardım etmək, həm kvota ilə işə düzəltmək, həm əməkhaqqının maliyyələşməsi proqramları çərçivəsində, eyni zamanda da peşə hazırlığı çərçivəsində onlara dəstək verməyə çalışırıq. Hər il əməkqabiliyyətli şəxslərin peşə hazırlığı tədrisinə cəlb olunması qarşıda duran əsas hədəflərdəndir. Ötən il öz yaşayış yerinə dönən təqribən 600 nəfər üçün peşə hazırlığı üzrə müvafiq təlim və treninqlər keçirilib. Bu il həmin rəqəm 3 minə çatdırılacaq, - nazir bildirib. S.Babayev qeyd edib ki, 2023-cü ildə ilk dəfə olaraq Füzuli və Laçında əmək yarmarkaları keçirilib, stimullaşdırıcı paketlər təsdiq edilib: “İşğaldan azad olunan bölgələrdə işləyən şəxslərin əmək haqqına 20 faiz əlavə ödənilir, 600 manat məbləğində birdəfəlik müavinət verilir, işəgötürənlərə ödənilən sosial sığorta haqları subsidiyalaşdırılır. Bölgəyə köçən sakinlər üçün həm vergi, həm sosial sığorta, həm də əmək haqqı güzəştləri var. Eyni zamanda dövlətin təqdim etdiyi müxtəlif imkanlar çərçivəsində onların məşğulluğu həyata keçiriləcək. Hər kəsə aydındır ki, dayanıqlı məskunlaşma üçün məşğulluq məsələsinin həlli çox vacibdir”.
2024-01-27
826,730
Türkiyədə bu siyasi partiyanın adı dəyişdirildi
Püşkatmada 35 siyasi partiya iştirak edəcək. Axar.az xəbər verir ki, bunu Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Əhməd Yenər deyib. “Hakim partiya - Ədalət və İnkişaf Partiyası (AKP) 1-ci, Millətçi Hərəkat Partiyası (MHP) 31-ci, Cümhuriyyət Xalq Partiyası (CHP) isə 18-ci yerdə olacaq. Bundan əlavə, seçkilərdə iştirak edən Böyük Türkiyə Partiyası adını dəyişdirərək Ocaq Partiyası qoyub. Sözügedən partiya püşkatmada yeni adı ilə iştirak edəcək”, - Ə.Yenər bildirib.
2024-01-27
826,731
Ordumuzun zabiti hərbçi yoldaşını öldürdü - Video
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Amil Hümbət oğlu Abdullayevin ölüm faktı barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olmuşdur. Axar.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluq məlumat yayıb. Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılmış, Füzuli hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir. İlkin istintaqla, ordumuzun zabiti A.H.Abdullayevin digər zabit Nizami Eynulla oğlu Abdullayev tərəfindən aralarında yaranmış mübahisə zəmnində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilmişdir. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır. Allah hərbçimizə rəhmət eləsin!
2024-01-27
826,735
Çində güclü zəlzələ oldu
Çində 5,5 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası isə Almatıda 2 bal gücündə yeraltı təkanlar hiss olunduğunu bildirib. Zəlzələnin episentri Almatı şəhərindən 257 kilometr cənub-şərqdə yerləşib.
2024-01-27
826,737
Bu rayonlarımıza da qar yağır
15:54 Yanvarın 27-si saat 15:00-a olan məlumata əsasən Qax, Kəlbəcər, Şəmkir, Şəki, Biləsuvar, Şahdağ, Goranboyda qar yağıb. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb. Naftalan, Gəncə, Zaqatala, Bərdə, Ağdam, Tərtər, Cəfərxan, Balakən, Ağsu, İmişli, Sabirabad, Mingəçevir, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Xaçmaz, Qəbələ, Oğuz, Göyçay, Bakıda və Abşeron yarımadasında da səhər saatlarında arabir yağış yağıb. Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 şaxta, aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub. *** Yanvarın 27-si saat 19:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, qərb rayonlarından başlayaraq ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Gəncə, Şəmkir, Göygöl, Gədəbəy, Ceyrançöl, Tovuzda qar yağır. *** Yanvarın 27-si saat 21:00-a olan məlumatına əsasən, Gəncə, Şəmkir, Tovuz, Ceyrançöl, Goranboy, Gədəbəy, Göygöl, Daşkəsən, Kəlbəcər, Laçın, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Zaqatala, Şahdağ, Xaltan, Quba, Biləsuvarda qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Naftalan, Bərdə, Ağdam, Tərtər, Ağsu, İmişli, Kürdəmir, Yevlax, Sabirabad, Mingəçevir, Balakən, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Qobustan, Neftçala, Zərdab, Göyçay, Quba, Xaçmaz, Şabran, Bakı və Abşeron yarımadasında isə yağış yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 dərəcə şaxta, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxtadır. Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 30-u gündüzədək davam edəcək.
2024-01-27
826,738
Qəzzada ölənlərin sayı – Son rəqəm
Qəzzada həlak olanların sayı 26 257 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 64 797 nəfər yaralanıb.
2024-01-27
826,739
Убит азербайджанский военнослужащий
Убит азербайджанский военнослужащий. Об этом Axar.az сообщили в Военной прокуратуре. В ходе предварительного следствия были установлены обоснованные подозрения в том, что офицер азербайджанской армии Абдуллаев А.Х. был умышленно убит другим офицером - Абдуллаевым Низами Эйнуллой оглу на почве возникшего спора между ними. Он привлечен к следствию в качестве подозреваемого.
2024-01-27
826,740
Hizbullah İsrailin hərbi mövqelərini vurdu
Hizbullah Livanla sərhəddə yerləşən İsrailə aid hərbi mövqelərə zərbələr endirib. Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Bildirilib ki, İsrailin “Cəl əl-Aləm” və “Əl-Abad” hərbi mövqeləri zaketlə vurulub.
2024-01-27
826,744
Rusiya hücumlarını gücləndirdi – General
Rusiya hücumlarını gücləndirib. Axar.az xəbər verir ki, bu barədə “Tavriya” qoşun qruplaşmasının komandanı, briqada generalı Aleksandr Tarnavski Teleqramda yazıb. “Qarşı tərəf xüsusilə Tavriya rayonu istiqamətində hücumları instensivləşdirib. Ukrayna Silahlı Qüvvələrinin artıq iki gündür ardıcıl şəkildə düşmənlə 50 toqquşması olub”, - general bildirib. A.Tarnavski qeyd edib ki, Rusiya son 1 həftə ərzində bu istiqamətdə 100 hava zərbəsi endirib.
2024-01-27
826,745
Ərdoğandan Cənubi Qafqaz açıqlaması
Cənubi Qafqazda baş verən hər hadisəni diqqətlə izləyirik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində çıxışı zamanı deyib. O bildirib ki, Türkiyə dünyada baş verən bütün hadisələrə, o cümlədən Rusiya-Ukrayna müharibəsinə operativ reaksiya verir.
2024-01-27
826,746
Rəsmi Bakıdan Niderland XİN başçısına cavab
Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun sözügedən açıqlamasında ölkəmizə qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun Parlamentdə səsləndirdiyi fikirlər ilə əlaqədar deyib. Təəssüf ki, növbəti dəfə Niderland rəsmisi Parlament nümayəndələrinin sorğusuna cavab olaraq ittihamedici açıqlama verərək, Azərbaycan tərəfinin bəyanatlarını açıq-aşkar təhrif edib. Bu ilk dəfə deyil ki, Avropa ölkələrinin rəsmiləri tərəfindən belə məsuliyyətsiz fikirlər səsləndirilir. Bu açıqlamalar, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri olmaqla yanaşı, bölgəmizdə post-münaqişə reallıqlarına qərəzli yanaşmanın nümunələridir. Bu kimi bəyanatlar, eləcə də Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə hədələyici fikirlər ikitərəfli münasibətlərə və Azərbaycan-Avropa Birliyi əlaqələrinə zərbədir. Niderland xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Azərbaycan tərəfi, səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib. Niderland tərəfini bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoymağa çağırırıq.
2024-01-27
826,749
Bakı bu nazirin səfər istəyini rədd etdi - XİN
Niderland xarici işlər nazirinin ölkəmizə səfər niyyətinə gəldikdə qeyd edək ki, belə bir səfərin Azərbaycan tərəfindən təxirə salındığı məlumdur. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Niderland Krallığının xarici işlər naziri Hanke Bruins Slotun Parlamentdə səsləndirdiyi fikirlər ilə əlaqədar açıqlamasında deyib. “Azərbaycan tərəfi, səfər zamanı Azərbaycan-Ermənistan normallaşma prosesinin və ya Azərbaycanın daxili məsələlərinin deyil, yalnız ikitərəfli münasibətləri müzakirə etmək niyyətinin olduğunu qarşı tərəfə bildirib. Niderland tərəfini bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneçilik törədən bu kimi bəyanatlara son qoymağa çağırırıq”, - A.Hacızadə bildirib.
2024-01-27
826,753
Rusiya təsdiqlədi: AB "tam imtinaya" hazırlaşır
17:15 Rusiya Ukrayna və digər marşrutlar üzrə Avropaya qaz nəqlini müzakirə etməyə hazırdır, lakin hələ ki, qarşı tərəfdən belə bir istək görmür. Axar.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib. “Qarşı tərəfdən istək olarsa, biz müzakirə etməyə hazırıq. Hələlik biz belə bir istək görmürük”, - Novak bildirib. Qeyd edək ki, Rusiya qazının Ukraynadan tranzitlə Avropaya çatdırılması barədə saziş bu ilin sonunda bitir. Qərb mediası AB-nin sazişin müddətini uzatmaq niyyətində olmauacağı ilə bağlı məlumat yayıb.
2024-01-27
826,754
İran yenə hədələdi: İsrailə ağır cavab verəcəyik!
İsrailin Suriyada 5 SEPAH zabitini öldürməsinə ağır cavab veriləcək. Axar.az xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Fədahüseyn Maliki ölkə mediasına açıqlamasında deyib. "Strategiyamız ondan ibarətdir ki, bölgə daha çox müharibəyə sürüklənməsin. Ancaq əmin olun ki, İran vaxtında və yeri gələndə İsrailə ağır cavab verəcək",- Maliki deyib. Qeyd edək ki, yanvarın 20-də Suriyanın paytaxtında SEPAH-ın istifadə etdiyi dördmərtəbəli binaya zərbələr endirilib. Nəticədə SEPAH-ın 5 yüksək rütbəli zabiti həlak olub.
2024-01-27
826,759
703-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 703-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 283 PUA-sı, 456 zenit-raket kompleksi, 14 805 tank və digər zirehli texnikası, 1 210 reaktiv yaylım atəş sistemi, 7 881 artilleriya və minaatanı, 17 940 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-01-27
826,761
Yol polisindən qarlı hava ilə bağlı xəbərdarlıq
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib. Axar.az xəbərdarlığın mətnini təqdim edir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən yanvar ayının 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Hazırda paytaxt ərazisində müşahidə olunan dumanlı hava şəraitini, eləcə də ​ gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalını nəzərə alaraq, hərəkət iştirakçılarından yollarda diqqətli olmalarını xahiş edirik. Səfərə çıxan sürücülərə, xüsusilə sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə həftənin şənbə və bazar günləri avtomobil yollarında hərəkət intensivliyinin digər günlərə nisbətən daha da artacağını nəzərə alaraq, mövcud hava şərtlərini düzgün qiymətləndirmək, texniki-təhlükəsizlik baxımından yararsız, eləcə də mövsümə uyğun təchiz olunmamış nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinmək, sürət həddinə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur”.
2024-01-27
826,762
Rüsvayçılıqlarını Atatürkün kölgəsi altında gizlədənlər...
Bütün rüsvayçılıqlarını Atatürkün kölgəsi altında gizlədə biləcəklərini düşünənlər martın 31-də layiq olduqları dərsi alacaqlar. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində çıxışı zamanı deyib. “Ürəkdən inanıram ki, bu bələdiyyə seçkilərində İzmir illərdir ona laqeyd yanaşanlardan hesab soracaq və seçimini də ölkəsi üçün çalışanların lehinə edəcək”, - Ərdoğan bildirib.
2024-01-27
826,765
DSX-yə aid hərbi hissənin yanında maşın yandı - Video
Yanvar ayının 25-də saat 09:22-də Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində vətəndaş Aslan Emin oğlu Bərədova məxsus “Pejo” markalı avtomobildə naməlum səbəbdən yanğın hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb. Baş vermiş yanğın hadisəsi Dövlət Sərhəd Xidmətinin yaxınlıqda yerləşən hərbi hissəsində xidmət aparan hərbi qulluqçular tərəfindən müşahidə kameraları vasitəsilə görülüb və hadisə barədə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə məlumat verilərək hərbi hissəsinin yanğınsöndürmə avtomobili heyəti ilə birlikdə hadisə yerinə hərəkət edib. Əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri ilə birlikdə görülmüş tədbirlər nəticəsində avtomobil qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alma halı qeydə alınmayıb.
2024-01-27
826,775
Şəmkirdə mağazada yanğın - Foto
Şəmkir rayonunda mağazada yanğın olub. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumata görə, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
2024-01-27
826,777
İran-Pakistan sərhədində silahlı hücum: azı 9 ölü...
İran-Pakistan sərhədinin yaxınlığındakı Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslər sakinlərə atəş açıblar. Axar.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi yerli mənbələrə istinadla məlumat yayıb. Bildirilib ki, silahlı hücum nəticəsində ən azı 9 nəfər həlak olub. Mənbələrin verdiyi məlumata görə, bu gün səhər saatlarında naməlum şəxslər şəhər sakinlərinə atəş açıblar. Agentlik hücumun qurbanlarının iranlı olmadıqlarını bildirir. İranın sərhəd bölgələrində fəaliyyət göstərən heç bir qruplaşma hələlik hücumun məsuliyyətini üzərinə götürməyib.
2024-01-27
826,779
Cenevrədə aksiya: erməni təxribata əl atdı...
İsveçrənin Cenevrə şəhərində azərbaycanlıların etiraz aksiyası zamanı təxribata əl atılıb. Axar.az Report-a istinadən xəbər verir ki, aksiya zamanı İkinci Qarabağ müharibəsində ermənilər tərəfində vuruşduğunu deyən bir nəfər şəxs soydaşlarımıza qarşı münaqişəyə girməyə, erməni yalanlarını söyləməyə, ölkəmizə qarşı layiq olmayan fikirlər yaymağa cəhd göstərib. Lakin təxribatın qarşısı alınıb. Özünü erməni kimi təqdim edən şəxsin cəhdlərinə baxmayaraq, soydaşlarımız aksiyanı dayandırmayıblar. Məqsədinə çatmayan şəxs aksiya keçirilən yeri tərk etməyə məcbur olub. Qeyd edək ki, İsveçrədəki Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə soydaşlarımız Millətlər Təşkilatının Cenevrə ofisinin qarşısında aksiyanı davam etdirirlər. Aksiya iştirakçılarının məqsədi Avropa ictimaiyyətinə Ermənistandan Qarabağdakı mina sahələrinin xəritələrini verməyi tələb etməsi üçün çağırışlar edirlər. "Mina sahəsi" adlı eksklusiv təlimlər keçirilir və sakinlərə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən minalanmasına dair ətraflı məlumatlar verilir, bu mövzuda əvvəlcədən jazırlanmış flayerlər paylanılır. Minalanmış Azərbaycan ərazilərini əks etdirən "Mina sahəsi" adlanan ekskluziv təlim oyununda çoxlu sayda İsveçrə sakini, həmçinin ölkəni səyahət edən turistlər iştirak ediblər.
2024-01-27
826,780
Bakıda qaraj yandı
Bakıda qaraj yanıb. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 20 m² olan qarajın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2024-01-27
826,781
Rusiya bunun üçün hər şey edəcək - Putin
Rusiya nasizmin kökünü kəsmək üçün hər şeyi edəcək. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Leninqradın (Sankt-Peterburq) alman ordusunun mühasirəsindən azad edilməsinin 80-ci ildönümü mərasimində çıxış edərkən deyib. Putin qeyd edib ki, II Dünya müharibəsi zamanı nasistlərin SSRİ vətəndaşlarına qarşı törətdiyi bütün cinayətlər araşdırılacaq.
2024-01-27
826,782
Bakıda iki nəfər dəm qazından öldü, cinayət işi açıldı
Hava şəraitinin qeyri-sabit olması ilə bağlı qaz istehlakçıları tərəfindən qazdan istifadəyə dair qaydalara əməl edilməməsi, şəbəkəyə qoşulmuş avadanlıqların istismarına nəzarətin düzgün təşkil edilməməsi nəticəsində 2024-cü ilin yanvar ayı ərzində dəm qazından zəhərlənmə və ölüm hallarında artım müşahidə edilib. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Belə ki, yanvarın 25-də 2001-ci il təvəllüdlü Əli Həsənov və onun qardaşı 2002-ci il təvəllüdlü Sərxan Həsənovun paytaxtın Nərimanov rayonunda yerləşən fərdi yaşayış evində ölmələri faktı ilə bağlı aparılan araşdırma zamanı icra olunan prosessual hərəkətlər, təyin olunmuş məhkəmə-tibbi ekspertizaları və əlavə laborator müayinələr nəticəsində mərhumların ölümünə dəm qazından zəhərlənmənin səbəb olması müəyyən edildiyindən Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. Həmçinin, ölümlə nəticələnən və dəm qazından digər zəhərlənmə halları ilə bağlı da müvafiq rayon prokurorluqlarında cinayət işləri başlanıb və araşdırmalar aparılır. Hadisələrin baş vermə səbəbləri istintaq zamanı qanunvericiliyin tələblərinə uyğun olaraq hərtərəfli, tam və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Baş Prokurorluq baş vermiş hadisələrlə bağlı təəssüflə ölənlərin ailələrinə başsağlığı verir və qazdan istifadə zamanı arzuolunmaz nəticələrin baş verməməsi üçün vətəndaşları və qaz istismarına nəzarəti həyata keçirən şəxsləri təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
2024-01-27
826,783
ABŞ-la Çin arasında kritik görüş
Çinin xarici işlər naziri Vanq Yi ABŞ Prezidentinin köməkçisi Ceyk Sallivan ilə Banqkokda görüşüb. Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, tərəflər görüş zamanı Yaxın Şərqdəki vəziyyət, Ukrayna böhranı, Koreya yarımadası problemi və Cənubi Çin dənizi probleminə toxunublar. “Tayvan məsələsi Çinin daxili işidir və Tayvandakı seçkilər Tayvanın Çinin bir hissəsi olması faktını dəyişdirə bilməz. Tayvan boğazında sülh və sabitliyə ən böyük risk "Tayvanın müstəqilliyi"dir, Çin-ABŞ münasibətləri üçün isə ən böyük çağırış da "Tayvanın müstəqilliyi"dir", - V.Yi qeyd edib.
2024-01-27
826,784
Bəzi ölkələrdə tarixi yenidən yazırlar - Putin
Bəzi ölkələrdə neonasistlər nasistlərin üsullarını mənimsəyiblər. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Leninqradın (Sankt-Peterburq) alman ordusunun mühasirəsindən azad edilməsinin 80-ci ildönümü mərasimində bildirib. O qeyd edib ki, bəzi Avropa ölkələrində rusofobiya rəsmi siyasət kimi təbliğ olunur: "Bu günlərdə nasizmə birmənalı hüquqi qiymət verildiyi Nürnberq məhkəməsinin nəticələrinə əslində necə yenidən baxıldığını görürük. Bəzi ölkələrdə nəinki tarixi yenidən yazırlar, cəlladlara haqq qazandırırlar. Revanşistlər və neonasistlər nasistlərin ideologiyasını və üsullarını mənimsəyiblər".
2024-01-28
826,785
Ukrayna bu şəhərlərini itirəcək - Ritter
Ukrayna Odessa və Xarkov şəhərləri üzərində nəzarəti itirə bilər. Axar.az xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skot Ritter deyib . "Odessa, Nikolayev, Xarkov və Dnepropetrovsk ehtimal ki, Rusiyanın bir hissəsi olacaq. Əgər Ukrayna və kollektiv Qərb danışıqlara getməməkdə israr etməyə davam edərsə, o zaman Moskva bütün xüsusi əməliyyat tapşırıqlarını hərbi gücün köməyi ilə yerinə yetirəcək. Lazım gələrsə, rus qoşunları Polşa sərhədinə çata bilər. Eyni zamanda, Ukrayna Silahlı Qüvvələri hazırda son ehtiyatlarından istifadə edir və bu ehtiyatlar tezliklə tamamilə tükənəcək”, - Ritter bildirib.
2024-01-27
826,786
Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi
Dəmir yolu nəqliyyatı ilə Azərbaycan üzərindən aparılan tranzit yük daşımalarının həcmi son illər ərzində 80%-ə yaxın artıb. Azərbaycan Dəmir Yolları QSC-dən Axar.az-a bildirilib ki, ötən il 6,8 milyon ton yük daşınıb. Bu da 2019-cu illə müqayisədə 3 milyon ton artım deməkdir.
2024-01-27
826,787
Abidəyə qarşı müharibə başladan dəlilər... - Lukaşenko
II Dünya müharibəsi hadisələrinin xatirəsi abidələrdə deyil, insanların qəlbində yaşayır. Axar.az xəbər verir ki, bunu Leninqradın (Sankt-Peterburq) mühasirədən azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edən Belarus Prezidenti Aleksandr Lukaşenko Polşa, Baltikyanı ölkələr və Ukraynada sovet əsgərlərinin xatirəsinə ucaldılmış abidələrin dağıdılmasını tənqid edərkən deyib. "Həmin müharibənin qurbanlarının, atalarımızın, babalarımızın qəhrəmanlığının xatirəsi bu gün çoxlarının, xüsusən də qatillərin, satqınların ideoloji əlaltılarının yaşamasına mane olur. Parlamentlərində cəlladları qarşılayanlar, Polşada, Baltikyanı ölkələrdə, Ukraynada məzarlara, abidələrə qarşı müharibəyə başlayan onlardır. Bu, tam dəlilikdir. Necə düşünürsən ki, bir abidəni dağıtmaqla xalqın qəlbində yaşayan xatirəni məhv edəcəksən?" - Lukaşenko vurğulayıb. Qeyd edək ki, A.Lukaşenko Sankt-Peterburqdakı tədbirlərdə Rusiya lideri Putinlə birgə iştirak edir.