date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-28
827,028
“Ordu günü” iddiası: Nikol yox, Köçəryan olsaydı…
Ermənistanda bu gün qeyd edilən ordu günündə müxalifət təmsilçiləri “Azərbaycanla müharibədə Ermənistan ordusu məğlub olmayıb, hakimiyyət məğlub olub” kimi məntiqsiz ifadələr işlədirlər. Yəqin bununla həm ordunu zərbə altından çıxarmaq, həm də “məğlub sindromundan” qurtulmaq istəyirlər. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda ordunun yaranmasının 32-ci ildönümü ilə bağlı müxalifətin açıqlamalarını şərh edərkən deyib. O bildirib ki, görünür, erməni müxalifəti hesab edir ki, hakimiyyətdə Nikol Paşinyan deyil, Robert Köçəryan və ya Serj Sərkisyan olsaydı, Ermənistan ordusu məğlub olmayacaqdı: “Unudurlar ki, illər uzunu aparılan danışıqların nəticəsiz qaldığını görən Azərbaycan hakimiyyəti və cəmiyyəti müharibənin qaçılmaz olduğunu anlayırdı və bütün hazırlıqları bu yöndə idi. 2016-cı ildə Dördgünlük aprel savaşı da Ermənistana nəticə çıxmaq üçün dərs olmadı. Elə bildilər ki, bu, ötəri müharibədir və davamı gəlməyəcək, Azərbaycan növbəti müharibəyə risk etməyəcək, böyük dövlətlər bizə torpaqlarımızı azad etməyə imkan verməyəcəklər. Tutaq ki, erməni müxalifətinin söylədiyi kimi, Ermənistanda hakimiyyətdə Robert Köçəryan kimi biri olaydı, bu, nəyisə dəyişəcəkdimi? Yəqin müxalifət təmsilçiləri və ekspertləri düşünürlər ki, Köçəryanın Rusiya ilə yaxınlığı Azərbaycanı müharibədən çəkindirən amil olacaqdı. Azərbaycan Türkiyə ilə hərbi ittifaqı Köçəryan və Sərkisyan hakimiyyətdə olduğu illərdən gücləndirməyə başlamışdı və Kremlin özü də Ankara ilə tərəfdaşlığı gücləndirirdi. Bu amil Azərbaycanın xeyrinə işləyirdi. Türkiyə ilə ittifaq həm də ona görə Azərbaycan üçün vacib idi ki, 1) Azərbaycan Ordusunun modernləşdirilməsi sürətlənsin; 2) Müharibənin başlayacağı halda Türkiyə Azərbaycana müxtəlif istiqamətlərdən təzyiqləri neytrallaşdırsın. Bunun hər ikisi uğurla həyata keçirildi. Azərbaycan torpaqlarını geri qaytarmaq üçün həlledici həmləyə hazırlaşırdı. Köçəryan hakimiyyətdə olsaydı belə, Rusiya Azərbaycanı durdurmayacaqdı. Rusiya Türkiyə amilini də nəzərə alaraq, Azərbaycanla açıq qarşıdurmaya getməyəcəkdi. Odur ki, erməni müxalifətinin yanlışı var: Azərbaycanla müharibəni yalnız Nikol Paşinyan deyil, Ermənistanın bütün siyasətçiləri, generalları, “dənizdən dənizə” idelogiyasının müəllifləri, Konstitusiyalarını qonşularına ərazi iddiaları üzərində formalaşdıran düşüncə tərzi uduzdu. Nikol Paşinyan dərsini aldı və sanki vəziyyətdən çıxış yolları axtarır, dərsini almayan ermənilər isə hələ də reallıqları qəbul etmək istəmirlər, ancaq alternativləri də yoxdur”.
2024-01-28
827,029
Hakan Fidan Viktoriya Nulandla görüşdü
ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir. Axar.az xəbər verir ki, Türkiyə-ABŞ strateji mexanizmi toplantısında iştirak üçün Ankaraya gələn Nulandın Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü olub. Görüşdə Yaxın Şərq və Afrikadakı hadisələrlə bağlı fikir mübadiləsinin aparıldığını bildirib. Türkiyə-ABŞ strateji mexanizmi toplantısında ölkələr arasında ikitərəfli münasibətlər, eləcə də regional və beynəlxalq məsələlərin ətraflı müzakirəsi gözlənilir.
2024-01-28
827,035
"Neftçi" "Qəbələ"ni məğlub edərək II pilləyə yüksəldi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. Axar.az xəbər verir ki, günün ikinci matçında "Qəbələ" "Neftçi"nin qonağı olub. Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Qırmızı-qaralar" 14 xalla sonuncu - 10-cu yerdədir. Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1. XX turda "Turan Tovuz" "Səbail"i (3:1), "Qarabağ" "Kəpəz"i (2:1), "Sabah" isə "Zirə"ni (1:0) məğıub edib.
2024-01-28
827,037
İran ordusu çətin missiya qarşısındadır – Kontr-admiral
İran ordusu bu gün tam hazırlığın zirvəsindədir və hər cür təhdidlərə ciddi müqavimət göstərir. Axar.az xəbər verir ki, bu sözləri İranın Quru Qoşunlarının koordinasiya üzrə baş komandanının müavini kontr-admiral Həbibullah Səyyari deyib. Kontr-admiralın sözlərinə görə, İran ordusu çətin missiya qarşısındadır: "Ərazi bütövlüyünün qorunması, ölkənin müstəqilliyi və sistemin müstəqilliyi ordu üçün üç mühüm məsələdir və onlar daima hazır vəziyyətdə olmalıdır". O vurğulayıb ki, bu gün silahlı qüvvələrin döyüş, müdafiə və çəkindirmə imkanları yaxşı səviyyədədir və ixtisaslı kadrlar, eləcə də yerli istehsal olan yenilənmiş texnika sayəsində ordu düşmənin istənilən təhlükəsinə qarşı durmağa hazırdır.
2024-01-28
827,038
ABŞ İsrailə silah tədarükünü tam dayandıra bilər
ABŞ administrasiyası İsrailə silah tədarükünü azaltmağı, yaxud tamam dayandırmağı düşünür. Ağ Ev bununla İsrail ordunun Qəzzada əməliyyatların intensivliyini zəiflətməsini hədəfləyir. Axar.az xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb. "Hələlik yekun qərarlar verilməyib. Əgər qərar təsdiq olunarsa, bu tədbir bəzi hücum silahlarına təsir göstərəcək. Təchizatın azalmasının hava hücumundan müdafiə sistemlərinə və ya İsrailə vətəndaşlarını, həmçinin mülki infrastrukturunu qorumağa kömək edən digər sistemlərə təsir edəcəyi ehtimalı azdır", - mənbə bildirib.
2024-01-28
827,041
Şok: İsrail bu ölkəyə irimiqyaslı hücuma hazırlaşır
İsrail Livanın dərinliklərində genişmiqyaslı hücuma hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə Livanın LBC dövlət kanalı məlumat yayıb. Telekanal qeyd edir ki, ərəb ölkələrindən biri “ölkədə xaos yaratmaq məqsədi ilə” İsrailin Livana planlı hücumu barədə “Hizbullah” hərəkatının rəsmi nümayəndələrinə məlumat verib. İsrail mediası da Livanın cənub sərhədi boyunca qüvvələrinin hərəkəti barədə məlumat yayıb və bildirib ki, Qəzzanı tərk edən minlərlə əsgər Livan sərhədinə çatıb. Həmçinin yüzlərlə tank da Livana doğru hərəkət edib. Qeyd edək ki, son üç ayda Hizbullah və İsrail qüvvələri demək olar ki, hər gün artilleriya və raket zərbələri “mübadiləsi” aparır.
2024-01-28
827,043
ABŞ ordusunda atışma: əsgər öz yoldaşını öldürdü
ABŞ-ın Texas ştatının mərkəzi hissəsində yerləşən Fort Kavazos hərbi bazasında hərbçilər arasında atışma baş verib. Axar.az xəbər verir ki, bu barədə “Foks Nyus” (Fox News) ordunun polkovnik-leytenantı Çarlz Pattersona istinadla məlumat yayıb. Bildirilib ki, atışma nəticəsində bir əsgər ölüb, bir nəfər isə yaralanıb. Hadisə ilə bağlı araşdırma aparılır.
2024-01-29
827,047
ABŞ bazasına hücum: 3 hərbçi öldü, 34 yaralı...
2024.01.28. 20:42 İordaniyanın şimalında ABŞ bazasına pilotsuz təyyarənin hücumu nəticəsində üç amerikalı hərbçi həlak olub, ən azı 20 əsgər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə CNN rəsmilərə istinadən məlumat yayıb. Bildirilib ki, Amerika bazası Suriya ilə sərhəd yaxınlığında yerləşir. Qeyd edilir ki, bu, Qəzza zolağında müharibə başlayandan bəri Yaxın Şərqdə Amerika hərbçilərinin hücumda həlak olması ilə bağlı ilk faktdır. *** "Röyters" PUA hücumu nəticəsində 34 hərbçinin yaralandığı barədə məlumat yayıb. Bildirilib ki, yaralıların bəziləri artıq bazadan təxliyə edilib.
2024-01-28
827,048
HƏMAS-ın əsas silah mənbəyi İsrail olub - Şok
İsrail belə qənaətə gəlib ki, HƏMAS-ın Qəzza zolağındakı müharibədə istifadə etdiyi silahların əhəmiyyətli bir hissəsi İsrail ordusunun özündən götürülüb. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” Qərb və İsrail rəsmilərinə, eləcə də İsrail kəşfiyyatının nümayəndələrinə istinadən məlumat yayıb. Məqalədə HƏMAS üzvlərinin uzun illər ərzində İsrailin partlamamış mərmilərindən partlayıcı maddələr əldə etdikləri, həmçinin anbarlardan İsrail silahlarını oğurladıqları bildirilir: "Kəşfiyyat göstərdi ki, HƏMAS çoxlu sayda raket və tank əleyhinə silahı İsrailin Qəzza zolağına atdığı zaman partlamamış minlərlə mərmidən yığa bilib". Məqalə müəllifləri bildirirlər ki, sursatın təxminən 10%-i adətən partlamır, lakin İsraildə bu rəqəm daha yüksək ola bilər. İsrailin arsenalında Vyetnam müharibəsindən qalma, ABŞ-da çoxdan istehsalı olmayan raketlər var.
2024-01-28
827,049
Asiyanın ən güclü orduları: Azərbaycan neçəncidir?
Azərbaycan Ordusu Asiyanın ən güclü orduları arasında 24-cü yeri tutub. Axar.az xəbər verir ki, bu barədə “Global Firepower” reytinq məlumatlarında bildirilir. Siyahıya Rusiya başçılıq edir, Çin və Hindistan 2-3-cü yerləri bölüşür. Qardaş Türkiyə reytinqdə altıncı, Pakistan isə 7-ci yerdədir.
2024-01-28
827,053
Tanınmış iş adamının biznesmen oğlu göldə boğuldu
21:26 İmişli rayonunda göldə qayığın aşması nəticəsində 29 yaşlı kişi həyatını itirib. Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayon ərazisində yerləşən Sarısu gölündə baş verib. İlkin məlumata görə, rayon sakini, 1995-ci il təvəllüdlü Elşad Şükür oğlu Astanov Sarısu gölündə ov edən zaman qayıq aşıb. Nəticədə o, göldə boğularaq ölüb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. *** Unikal.az-ın məlumatına görə, göldə boğulan şəxs Elşad Astanov azərbaycanlı iş adamı, “Azəravtoyol” ASC-nin Regional Yol Təmir Tikinti idarəsinin keçmiş rəisi, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 6 saylı regional yol istismar idarəsinin müdiri olan Şükür Astanovun oğludur. Qeyd edək ki, biznesmen kimi fəaliyyət göstərən Elşad Astanov “Orion-E” MMC-nin təsisçisi olub. O, 2 gün əvvəl doğum gününü qeyd edib.
2024-01-28
827,054
“Çılpaq gecə” haqda Putinə o xəbərçilik edib
Nastya İvleyevanın “Mutabor” klubunda keçirdiyi “Çılpaq gecə” barədə Rusiya Prezidenti Vladimir Putinə rejissor Nikita Mixalkov xəbərçilik edib. Axar.az xəbər verir ki. bu sözləri rusiyalı tanınmış jurnalist Kseniya Sobçak deyib. O iddia edib ki, Mixalkov Putinə “666 və şeytan partiyası haqqında şərh”in müşayiəti ilə hadisədən video da göstərib. “Putin ona hörmət edir, onu sevir və Mixalkov lazım olanda öz mövqeyini çatdırmaq, arqumentlər gətirmək, öz nöqteyi-nəzərini təqdim etmək və inandırmaq qabiliyyətinə malikdir. Ona görə də hakimiyyətdən belə sərt reaksiya oldu”, - Sobçak deyib. Qeyd edək ki, “Çılpaq gecə” qalmaqalı rusiyalı ziyalıların da reaksiyasına səbəb olmuş, hətta bu gecədə iştirak edən Filipp Kirkorovdan “xalq artisti” adının geri alınması tələb edilmişdi.
2024-01-28
827,056
Paris böyük iğtişaşlara hazırlaşır - Video
Fransa daxili işlər naziri tətil edən fermerlərin paytaxta girişi və ən böyük ərzaq bazarını bağlamaq təhlükəsi ilə əlaqədar Paris ətrafında təhlükəsizlik tədbirlərini gücləndirməyi əmr edib. Axar.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb. Məlumata görə, Fransa Fermerlər İttifaqı paytaxta mal tədarükünün qarşısını almaq üçün Paris və şəhərətrafı ərazilərin tam blokadasını təşkil etmək niyyətində olduğunu açıqlayıb. Aksiya bazar ertəsi gecə başlayacaq və ən azı beş gün davam edəcək.
2024-01-28
827,058
Kalının İraqa II səfəri: Kürd və türkmanlarla görüş...
Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın İraq Kürd Regional Muxtariyyətinin mərkəzi Ərbil şəhərinə səfər edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində İ.Kalın Kürd Demokratik Partiyası (KDP) başqanı Məsud Bərzani və muxtariyyətin baş naziri Məsrur Bərzani, həmçinin İraq Türkman Cəbhəsinin (İTC) rəhbəri Həsən Turan və İTC-nin Kərkük üzrə millət vəkili Ərşad Salehi ilə görüşlər keçirib. Görüşdə regiondakı proseslər, ikitərəfli əlaqələr, PKK terrorizminə qarşı mübarizə və Türkiyənin bu məsələdə qətiyyətli mövqeyi və s. məsələlər müzakirə edilib. Qeyd edək ki, bu, İbrahim Kalının bu həftə ərzində İraqa ikinci səfəridir.
2024-01-29
827,060
ABŞ Kremllə razılaşıb, qoşunlarını çıxaracaq
Bu yaxınlarda məlum olub ki, Vaşinqton qoşunlarını İraq və Suriyadan çıxarmağı planlaşdırır. Bu, Ukraynada müharibənin dayandırılması şərtləri ilə bağlı Moskva ilə sövdələşmənin bir hissəsi ola bilər. Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi şərhçi Dilan Malyasov deyib. O qeyd edib ki, amerikalılar hələlik qoşunların çıxarılması ilə bağlı yekun qərar qəbul etməyiblər: "Lakin ABŞ Müdafiə Nazirliyi, eləcə də Dövlət Departamentindəki dörd mənbə bildirib ki, Ağ Ev artıq İraq və Suriyadakı missiyalarını dəstəkləməyə sərmayə qoymur. Bunu Vaşinqtonun İranla qarşıdurmanı azaltması, Kremlə Ukraynada müharibəyə son qoymaq üçün danışıqlara hazır olması barədə işarə kimi başa düşməyə dəyər". Malyasov Moskva və Vaşinqton arasında potensial razılaşma üçün Karib dənizi raket böhranının həllini misal gətirir: "ABŞ öz raketlərini Türkiyədən, SSRİ isə Kubadan çıxarmağa razı oldu. Həmçinin Amerika qoşunlarının Suriyadan çıxarılması Moskva ilə mümkün danışıqlar çərçivəsində nəzərdən keçirilə bilər. Moskva uzun müddətdir ki, Vaşinqtonun Suriya və regionda təsirini azaltmağa çalışır". Qeyd edək ki, Pentaqon İraqdan ABŞ ordusunun çıxarılmasının müzakirə edilmədiyini bildirib.
2024-01-29
827,061
İstanbulda kilsəyə hücum: 40-dan çox şəxs tutuldu
2024.01.28. 22:04 İstanbulda “Santa Mariya” kilsəsinə hücumda şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb. Axar.az xəbər verir ki, adı açıqlanmayan şəxsin İstanbul Terrorizmlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib. *** Bu səhər "Santa Mariya" kilsəsində bazar ayini zamanı Tuncer Cihan adlı vətəndaşımızın ölümünə səbəb olan iki qatil yaxalanıb. Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib. O bildirib ki, əməliyyat zamanı şübhəli şəxs qismində ümumilikdə 40-dan çox şəxs saxlanılıb. Saxlanılanlar arasında Rusiya vətəndaşı da var. Qeyd edək ki, bu gün "Santa Mariya" kilsəsinə silahlı hücum edilib.
2024-01-28
827,064
Bir ailənin 4 üzvü qidadan zəhərləndi
Kürdəmir rayonunda bir ailənin 4 üzvü qidadan zəhərlənib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Xırdapay kəndində qeydə alınıb. Belə ki, ailə üzvləri konservləşdirilmiş qida istifadə etdikdən sonra özlərini pis hiss etməyə başlayıblar. Nəticədə bir ailənin 4 üzvü - 1989-cu il təvəllüdlü Cavadova Elnarə İlqar qızı, 2014-cü il təvəllüdlü Cavadova Fatimə Zahid qızı, 1980-ci il təvəllüdlü Cavadov Zahid Durmuş oğlu və 2016-cı il təvəllüdlü Cavadov Yusif Zahid oğlu yaxınlarının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Müayinədən sonra onların zəhərləndiyi məlum olub. Həkimlər ilkin tibbi yardım göstərdikdən sonra onlar ambulator müalicəyə buraxıblar. Hazırda faktla bağlı araşdırma aparılır.
2024-01-28
827,070
Paşinyandan Bakıya yeni təklif...
İrəvan sülh müqaviləsinin imzalanması gecikəcəyi halda Bakıya “hücum etməmək” haqqında pakt bağlamağı təklif edib. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. "Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmini, habelə sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi ortaya çıxarsa, hücum etməmək haqqında pakt imzalamağı təklif etdik", - o bildirib. Qeyd edək ki, sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır. Yanvarın əvvəlində Azərbaycana Ermənistanla sülh müqaviləsi bağlamaq üçün növbəti təkliflər paketi göndərilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun dediyi kimi, yaxın həftələrdə Azərbaycan bu təkliflər paketi ilə bağlı Ermənistana cavab verəcək.
2024-01-29
827,075
Pelosi: Bütün bunlar Putinin mesajıdır
Qəzzadakı iztirablara son qoyulmasına inansam da, atəşkəs çağırışı Putinin mesajıdır. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi CNN-ə müsahibəsində deyib. "Qarışdırmayın. Bütün bunlar onun (Rusiya Prezidenti Vladimir Putinin – red.) görmək istədiyi məqamlarla əlaqəlidir. Eyni şey Ukraynaya da aiddir. Bütün bunlar Putinin mesajı ilə bağlıdır", - o bildirib. Onun sözlərinə görə, Fələstin tərəfdarlarının bəzi hərəkətləri kortəbii və səmimidir, lakin bəziləri Rusiya ilə bağlıdır. Pelosi FTB-dən məsələnin araşdırılmasını xahiş etmək niyyətində olduğunu bildirib.
2024-01-28
827,076
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Dövlət Miqrasiya Xidməti yanında Miqrasiya Şurasının sədri Gökhan Çoban dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edək ki, o, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. Ancaq Türkiyədə müalicə olunan G.Çoban 2022-ci ildə xəstəliyə qalib gəldiyini bildirib. O, Şuranın Türkiyə Respublikası üzrə təmsilçisi olub, 2022-ci ildə isə Miqrasiya Şurasının sədri seçilib. 12 ildir Azərbaycanda yaşayan və bir çox vəzifələrdə çalışan Gökhan Çoban azərbaycanlı xanımla evli idi və bir qız övladı var.
2024-01-28
827,077
TƏBİB-dən qızılcadan ölən körpə ilə bağlı açıqlama
22:51 Cəlilabadda dörd aylıq körpə qızılcadan vəfat edib. Axar.az xəbər verir ki, onun bir müddət əvvəl səhhəti pisləşib və ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, bu gün paytaxt xəstəxanalarından birinə təxliyə olunan zaman yolda ölüb. *** TƏBİB Cəlilabad rayonunda ölən körpə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, 27.01.2024-cül il tarixində Cəlilabad rayonunun Günəşli kənd sakini 2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib. Həkimlərin bütün səylərinə baxmayaraq, 28.01.2024-cü il tarixində saat 19:40 radələrində ölüm qeydə alınıb.
2024-01-29
827,079
Maşın ağaca çırpıldı, iki nəfər öldü
2024.01.28. 23:00 Gəncədə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Axar.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib. Hərəkətdə olan minik avtomobili ağaca çırpılıb. Qəza zamanı 2 nəfər ölüb. *** Qəzada ölən şəxslərin adları açıqlanıb. Belə ki, "Lada Priora" markalı minik avtomobilinin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində 2001-ci il təvəllüdlü Rəşad Elşad oğlu Bayramov və İmamverdi adlı şəxs dünyasını dəyişib. 2003-cü il təvəllüdlü Kənan Məmmədov isə ağır yaralanıb.
2024-01-28
827,082
İordaniyadan Baydenə: Amerikalılar Suriyadan vurulub!
İordaniyanın kommunikasiya naziri Məhəmməd Əl-Mübeydin ABŞ Prezidenti Co Baydenin amerikalı hərbçilərin məhz krallıq ərazindən hücuma məruz qalması barədə açıqlamasını təkzib edib. Axar.az-ın məlumatına görə, nazir bildirib ki, sərhəddə yerləşən ABŞ bazası Suriyanın Ət-Tanf bölgəsindən həyata keçirilən hücumla hədəf alınıb. Qeyd edək ki, sözügedən hücumda 3 amerikalı hərbçi ölüb, 20-dən çox xəsarət alıb. ABŞ Prezidenti Bayden ABŞ hərbçilərinə İordaniyada PUA ilə hücum edildiyini bildirib.
2024-01-28
827,084
Donmuş Maralgölün yeni görüntüləri - Video
Şaxtalı hava şəraiti ilə əlaqədar Göygöldə yerləşən Maralgöl tam donub. Axar.az xəbər verir ki, bu barədə görüntülər "AzTV Xəbər"in efirində yayımlanıb. Göldə aparılan elmi işlər nəticəsində gölün üst qatının 15 santimetrə qədər donduğu müəyyən olunub. Hazırda isə bu istiqamətdə işlər davam edir. Ətraflı süjetdə:
2024-01-28
827,085
Dünya reytinqi: Ordumuzun gücü açıqlandı
“Global Firepower” bu gün – 28 yanvar 2024-cü il üçün dünya ordularının reytinqini yeniləyib. Axar.az xəbər verir ki, reytinqin hazırlanmasında mütəxəssislər təchizat və silahlanma da daxil olmaqla, 60-dan çox amili əsas götürüblər. Yeni reytinqdə Britaniya bundan əvvəlki siyahılarda qoruduğu ilk beşlikdəki mövqeyini itirib və yerini Cənubi Koreyaya verib. Beləliklə, ilk beşlikdə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya qərarlaşıb. Sonrakı yerlərdə Britaniya, Yaponiya, Türkiyə, Pakistan və İtaliya göstərilib. Burada da Türkiyə ordusu mövqelərini gücləndirib və Pakistandan qabağa keçib. Azərbaycan Ordusu Qazaxıstan və Suriya ordularının arasında mövqe tutub - 59-cu yerdə. Qonşularımızdan İran 14-cü, Gürcüstan 84-cü, Ermənistan isə 102-ci yerdədir. Digər türk ölkələri – Qazaxıstan 58-ci, Özbəkistan 65-ci, Türkmənistan 83-cü, Qırğızıstan isə 100-cü yeri tutub. Qeyd edək ki, Qırğızıstan iki pillə irəliləyərək, Ermənistanı (102) və Zimbabveni (101) qabaqlayıb.
2024-01-29
827,086
Nikol: Bir neçə milyard dollarlıq silah alırıq, ordu... - Video
Orduda təfəkkürün dəyişdirilməsi, köhnəlmiş standartlardan və hərbi məsələlərlə bağlı ideyalardan əl çəkmək zəruridir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan ordunun yaranmasının 32-ci ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, dəyişikliklər bütün sahələrə - hərbi geyim forması və əsgərlərin görünüşü, dislokasiya yerlərindəki şərait, silah və texnikadan tutmuş maaşlara, sosial təminata, peşə vərdişlərinə dair tələblərə və hərbi qulluqçuların hazırlıq səviyyəsinə qədər öz təsirini göstərməlidir: "Proses başlayıb, lakin kifayət qədər sürətlə davam etmir. Hökumətin strateji məqsədi peşəkar ordu yaratmaqdır". Baş nazir qeyd edib ki, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur: "Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da hərbi xidmətə çağırış korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb ictimaiyyəti və hərbçilər də bu mövzuda bir-biri ilə ittifaqdadırlar. Dövləti məhv edən məhz belə hadisələrdir və bu gün əsas vəzifə bu “birliyin” belini qırmaqdır. Bu baxımdan hüquq-mühafizə sisteminin səmərəliliyi, institusional islahatların vacibliyi və ehtiyacı ilə bağlı aktual məsələ var". Paşinyan həmçinin döyüşə hazır ehtiyat qüvvələrin olmasının vacibliyini qeyd edib. O, ehtiyatda olan hərbçilərin 25 günlük təlim-məşq toplanışı ilə bağlı bütün problemlərin həllinə ümid etdiyini vurğulayıb. O əmindir ki, Ermənistanın müdafiə sektorunda diversifikasiyaya ehtiyac var və bu istiqamətdə irəliləyir: "Son illərdə hökumət silah və sursatların alınması üçün bir neçə milyard dollarlıq müqavilələr imzalayıb. Hökumət ölkənin hərbi-sənaye kompleksi üçün misli görünməmiş sifariş verib".
2024-01-29
827,088
Ukraynanın getməyə yeri yoxdur, qayıdacaq - Batya
SSRİ-də heç kimin heç nəyi bölməməsi və birgə işləməsi düzgün addım idi. Axar.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Putinlə görüşdə Ukrayna və Baltikyanı ölkələrlə bağlı fikirlərini bildirərkən deyib. Lukaşenkonun sözlərinə görə, Belarus tərəfi Rusiyada heç bir problem görmür: "Yenə də qeyd edirəm: Ukrayna və Baltikyanı ölkələrin bizimlə işləməsinə nə mane oldu? Bu bizim dünyamızdır, biz onu bir neçə onilliklər ərzində qurmuşuq, hamımız birlikdə dəhşətli müharibədə qalib gəlmişik. Biz bu istiqamətdə hərəkət etməliyik. Amma xeyr, istəmirlər. Onlar dənizlərdən o tayda daha yaxşı həyat axtarırlar. Ukrayna Belarus və Rusiya ilə əməkdaşlığa qayıdacaq. Bizə qayıdacaqlar, getməyə yerləri yoxdur".
2024-01-28
827,089
İsrail Avropa görüşünü konstruktiv adlandırdı
Avropada Qəzza zolağındakı vəziyyətlə bağlı Misir, İsrail, ABŞ kəşfiyyat rəhbərlərinin və Qətərin baş nazirinin iştirak etdiyi görüş, ciddi fikir ayrılıqlarının qalmasına baxmayaraq, konstruktiv keçib. Axar.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb. “Görüş konstruktiv keçib. Önümüzdəki həftə əlavə görüşlər zamanı tərəflərin müzakirəsini davam etdirəcək ciddi fikir ayrılıqları qalmaqdadır”, - məlumatda vurğulanıb.
2024-01-29
827,091
“Beşiktaş” uduzdu, “Fənərbağça” qələbə qazandı
Futbol üzrə Türkiyə Superliqasında XXIII turun növbəti matçları keçirilib. Axar.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub. "Başakşəhər" səfərdə "Konyaspor" üzərində 3:2 hesablı əzmkar qələbə qazanıb. “Karagümrük” doğma meydanda “Rizəspor”a 4 cavabsız qolla qalib gəlib. “Beşiktaş” bu turda məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi Sivasda yerli komandaya minimal hesabla uduzub. Günün son matçında isə "Fənərbağça" öz meydanında "Ankaragücü"nü üstələyib - 2:1. Bu nəticələrdən sonra turnir cədvəlinə 60 xalla "Fənərbağça" başçılıq edir. Bir oyun az keçirən "Qalatasaray" 57 xalla ikincidir. Üçüncü pillədəki "Trabzonspor"un 37, dördüncü sıradakı "Beşiktaş"ın isə 36 xalı var. Tura yanvarın 29-da keçiriləcək dörd oyunla yekun vurulacaq.
2024-01-29
827,096
Konqresdəki fiasko ABŞ-a dağıdıcı zərbə vurdu - Atlantik
Dörd aydan çoxdur ki, ABŞ Konqresi Ukraynaya təcili ehtiyac duyulan hərbi yardımı maliyyələşdirmək üçün yeni proqramı qəbul edə bilmir. Bu müddət ərzində Amerikanın beynəlxalq reputasiyası dağıdıcı ziyana uğradı və uğramağa davam edir. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın "Atlantik" jurnalında yayılan təhlildə deyilir. Qeyd edilir ki, həm Ukraynanın, həm də İsrailin təcili yardıma ehtiyacı var, çünki hər iki dövlətin öz resursları yoxdur: "Respublikaçılar təkid edirdilər ki, ilk növbədə ABŞ-ın Meksika ilə sərhədinin möhkəmləndirilməsi maliyyələşdirilməlidir. Bayden də sərhəd xərclərini Ukrayna və İsrailə yardım kimi eyni maliyyə paketinə daxil etdi. Həmin 106 milyard dollarlıq paket respublikaçıların müqaviməti səbəbindən hələ də qəbul edilməyib. Qərarsızlığın nəticələri təkcə Ukrayna və İsrail üçün yox, digərləri üçün də olacaq. Konqresdəki fiaskonun real nəticəsi ABŞ-ın bütün dünyada etibarının çökməsinə gətirib çıxaracaq. Amerika müttəfiqləri daha etibarlı tərəfdaşlardan müdafiə axtaracaqlar və ABŞ-nin özü təcrid olunacaq, zəifləyəcək".
2024-01-29
827,098
HƏMAS-ın iki yolu var - İsrailli nazir açıqladı
Bu müharibəni xalla başa vurmaq olmaz, yalnız nokautla... Axar.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri Yoav Qallant deyib. “Sonda müharibənin nəticəsi tam aydın olacaq. HƏMAS yaraqlıları bilməlidir ki, onların iki yolu var - ya təslim olmaq, ya da öldürülmək, üçüncü variant yoxdur. Deməli, bu, İsrail ordusunun missiyasıdır”, - deyə nazir bildirib.
2024-01-29
827,099
Bayden Ağ Evdə təcili toplantı keçirir
Hazırda ABŞ Prezident Co Bayden, vitse-prezident Kamala Harris, milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Dövlət katibi Entoni Blinken, müdafiə naziri Lloyd Ostin, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Dempsi və ABŞ-ın BMT-dəki nümayəndəsi Qrinfild ilə Ağ Evdə müzakirələr aparır. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Müzakirələrin İordaniyada ABŞ hərbi bazasına hücumla əlaqədar olduğu bildirilib. Qeyd edək ki, İordaniyada ABŞ bazasına hücum nəticəsində 3 əsgər ölüb, 20-si yaralanıb.
2024-01-29
827,100
Bu, Amerika üçün dəhşətlidir - Tramp
İordaniyadakı ABŞ bazasına hücum Prezident Co Bayden administrasiyasının zəifliyinin növbəti faciəvi nəticəsidir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın sabiq prezidenti Donald Tramp “Truth Social” şəbəkəsində yazıb. “İordaniyadakı ABŞ hərbi obyektinə pilotsuz təyyarənin hücumu, üç ABŞ hərbçisinin ölümü və çoxsaylı yaralı Amerika üçün dəhşətlidir. Birləşmiş Ştatlara edilən bu həyasız hücum Baydenin zəifliyi və təslimliyinin növbəti dəhşətli və faciəli nəticəsidir”, - Tramp qeyd edib.
2024-01-29
827,101
ABŞ bazasına kim hücum edib?
00:46 3 ABŞ əsgərinin öldüyü və ən azı 20 əsgərin yaralandığı hücuma görə məsuliyyəti Kətaib Hizbullah öz üzərinə götürüb. Axar.az xəbər verir ki, bu barədə "Skay Nyus Arabia" (Sky News Arabia) məlumat yayıb. Qeyd edək ki, İordaniyada hərbi bazaya hücum nəticəsində 3 amerikalı hərbçi ölüb, 20-dən çoxu yaralanıb.
2024-01-29
827,102
Ostin elan etdi: Bu hücuma cavab veriləcək
Amerika regiondakı qüvvələrinə qarşı bu hücumlara dözməyəcək və bu hərəkətlərə cavab verəcək. Axar.az Foks TV-yə istinadla xəbər verir ki, bu sözləri ABŞ müdafiə naziri Lloyd Ostin ABŞ bazasına hücumla bağlı deyib. O, hücuma görə məsuliyyəti iranyönlü qrupların daşıdığını bildirib. Qeyd edək ki, İordaniyanın Suriya ilə sərhəd ərazisində yerləşən ABŞ bazasına PUA hücumu nəticəsində 3 hərbçi ölüb, 34 əsgər yaralanıb. İordaniya bazaya hücumun Suriya ərazisindən edildiyini açıqlayıb. ABŞ lideri Bayden hazırda Ağ Evdə bununla bağlı təcili iclas keçirir.
2024-01-29
827,103
İstanbulda kilsəyə hücumu İŞİD üzərinə götürdü
İstanbulda “Santa Mariya” kilsəsinə hücumla bağlı məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Qeyd edək ki, kilsədə silahlı insident zamanı bir nəfər ölüb. Hadisəni törədən şəxslər yaxalanıb.
2024-01-29
827,104
Finlandiyada seçkilər: Stubb və Haavisto öndədir
Finlandiyada prezident seçkilərində səsvermənin ilkin nəticələrinə görə keçmiş baş nazir Aleksandr Stubb və keçmiş xarici işlər naziri və deputat Pekka Haavisto öndədir. Axar.az xəbər verir ki, bu barədə Finlandiya Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səslərin 61,1%-nin hesablanmasından sonra Stubb 28,3%, Haavisto 25,8%, parlamentin spikeri Yussi Halla-aho 16,2%, Mərkəzi Bankın sədri Olli Ren 15,5%, qalanları isə 10%-dən az səs toplayıb. Stubb istənilən namizədlə ikinci tura getməyə hazır olduğunu bildirib.
2024-01-29
827,105
Bu gün Ukraynadır, sabah Tayvan… - Stoltenberq
NATO Ukraynanı müəyyən mərhələdə tam üzvlüyə dəvət etmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq “Foks TV”yə müsahibəsində deyib. O, NATO-nun müharibənin qarşısını almaq üçün yaradıldığını xatırladıb. “Mən Norveçdənəm, Rusiya ilə həmsərhədik. Norveç NATO-ya üzv olanda Sovet İttifaqı bunu təxribat adlandırdı. Bu, təxribat deyildi və hər bir suveren xalqın öz yolunu seçmək hüququdur. Eyni hüquq İsveç və Finlandiyada, həmçinin Ukraynada da var”, - Stoltenberq bildirib. Onun sözlərinə görə, Putinin Ukraynada istədiyinə nail olmaması çox vacibdir, çünki bu, digər avtoritar rejimləri ruhlandıracaq. “Bu gün Ukraynadır, sabah Tayvan ola bilər. Ona görə də bizim, ABŞ-ın Ukraynanı dəstəkləməsi, həmçinin müəyyən mərhələdə onları Alyansın tamhüquqlu üzvü olmağa dəvət etmək yaxşı haldır”.
2024-01-29
827,109
Növbəti köç karvanı Füzuli şəhərinə çatdı
09:05 Bakı şəhərinin Qaradağ rayonundan yola salan daha 27 ailə Füzuli şəhərinə çatıb. Axar.az xəbər verir ki, şəhərdə doğma yurduna qayıdanların qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, bu gün Füzuliyə daha 115 nəfər keçmiş məcburi köçkün qayıdıb. Bununla da şəhərdə 527 ailənin (1 969 nəfər) daimi məskunlaşması təmin edilib.
2024-01-29
827,110
Abdullahian Pakistana getdi
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana səfər edib. Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Səfər Pakistanın xarici işlər naziri vəzifəsini icra edən Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutub. İranlı nazir həm həmkarı, həm də Pakistanın müvəqqəti hökumətinin Baş naziri Ənvar ül-Haq Kakar ilə görüşəcək. Danışıqların əsas mövzusu İran Silahlı Qüvvələrinin yanvarın 16-da Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına hücumu nəticəsində ölkələr arasında münasibətlərdə yaranmış gərginliyin azaldılmasıdır. İran hərbçilərinin razılaşdırılmamış hərəkətləri İslamabadın dərhal reaksiyasına səbəb olmuşdu.
2024-01-29
827,111
Neft həftəyə bu qiymətlə başladı
Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 84,02 dollara, yüngül neftin bir barreli isə 78,46 dollara təklif olunur.
2024-01-29
827,116
Vardanyanın şikayəti təmin edilmədi
Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam etdirilən separatçı Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb. Axar.az xəbər verir ki, R.Vardanyanın müdafiəçisi tərəfindən verilən şikayətlə bağlı Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyanın barəsində həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb. Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb. Qeyd edək ki, BBC bu yaxınlarda qalmaqallı milyarder Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.
2024-01-29
827,121
Qəzzada ölənlərin sayı artdı
Qəzzada həlak olanların sayı 26 422 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 65 087 nəfər yaralanıb.
2024-01-29
827,124
Toy karvanında avtoşluq edənlər saxlanıldı - Foto
Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPB) əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Axar.az-a verilən məlumata görə, 2 nəfər şəhər sakini özlərinə məxsus VAZ markalı avtomobil ilə şəhər ərazisində avtoxuliqanlıq edərək idarə etdikləri nəqliyyat vasitələri ilə yarış təşkil ediblər. Bir-biriləri ilə toqquşaraq qəza törədən sürücülər polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində protokol tərtib olunaraq məhkəməyə göndərilib. Bundan başqa Yol Polisi Şöbəsi əməkdaşlarının keçirdikləri monitorinqlər nəticəsində “Opel” və VAZ markalı avtomobillərin sürücülərinin toy karvanına qoşularaq yollarda intizamsızlıq etmələri, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etmələri, digər hərəkət iştirakçılarına təhlükə yaratmaları məlum olub. Həmin sürücülər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunublar. Bu istiqamətdə tədbirlər davam etdirilir.
2024-01-29
827,129
Abşeronda əl qumbaraları tapıldı - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Fatmayı kəndi ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 2 ədəd F-1 əl qumbarası və 2 ədəd UZRQM partladıcısı olduğu müəyyən edilib. Sursatlar Xüsusi Riskli Xilaseetmə Xidmətinin (XRXX) çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
2024-01-29
827,133
Maşının şini partladı, beton dirəyə dəydi: qadın öldü
Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, Xaçmaz rayonu, Gülalan kənd sakini, 1986-cı il təvəllüdlü Aydın İsmayılovun idarə etdiyi VAZ-2104 minik markalı avtomobili hərəkətdə olarkən sol arxa şini partlayıb. Nəticədə avtomobil yolun sol hissəsində olan beton dirəyə dəyərək aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin 1968-ci il təvəllüdlü Laləzər İsgəndər qızı Əzizova aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.
2024-01-29
827,134
ABŞ-ın qisası: İrana zərbə endirə bilər
ABŞ Yaxın Şərqdəki bazasına hücuma cavab vermək üçün müxtəlif variantları, o cümlədən İrana qarşı gizli əməliyyat imkanını nəzərdən keçirir. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, üç amerikalı əsgərin həyatına son qoyan hücum Vaşinqtonun daha ​​qəti reaksiyasına səbəb olacaq: “Mümkün addımlar arasında ABŞ-ın İrana zərbə endirəcəyi gizli əməliyyat da nəzərdən keçirilir. Vaşinqton bu kampaniyada iştirakını rəsmi şəkildə elan etməyəcək. ABŞ həm də birbaşa İran rəsmilərinə hücum edə bilər. Amerikanın nə etməsindən asılı olmayaraq, Bayden səlahiyyət müddətinin ən mühüm qərarlarından birini qəbul etməli olacaq. Bu, Vaşinqtonla Tehran arasında birbaşa qarşıdurmaya səbəb ola bilər”. Qeyd edək ki, ötən gün İordaniyadakı ABŞ bazasına PUA hücumu nəticəsində 3 əsgər ölüb, 34 nəfər yaralanıb.
2024-01-29
827,136
“Kontakt” səyyar xidmətlə olduğunuz bölgəyə gəlir
“Kontakt” mağazalar şəbəkəsi artıq sevinc qapılarını siz istədiyiniz bölgədə üzünüzə açacaq. Belə ki, şəbəkə səyyar “Kontakt” ilə Azərbaycanı qarış-qarış gəzib ölkənin istənilən bölgəsində müştərilər üçün əlçatan olmağı planlayır. Şəbəkənin sevindirən ilk dayanacağı isə İmişli rayonu olub. İmişli sakinləri özlərinə və evlərinə lazım olan hər şeyi elə yerindəcə həm nağd, həm də hissəli şərtlərlə əldə edə biliblər. İndi isə növbə sizdədir. Sevindirən ünvanın harda olmasını özünüz seçin. Bunun üçün şəbəkənin aşağıdakı paylaşımında rəylərinizi bölüşməyiniz kifayət edir: https://www.instagram.com/p/C2ohQPQpmk1/ Xatırladaq ki, ötən ilin sonu şəbəkə Qarabağa çatdırılma etməklə ölkənin işğaldan azad olmuş bölgələrinə çatdırılma həyata keçirən ilk elektronika mağazalar şəbəkəsi olmuşdu. Sözügedən xidmət hazırda da qüvvədədir və Qarabağın Laçın, Zəngilan, Qubadlı həmçinin Cəbrayıl rayonlarını əhatə edir. Onu da qeyd edək ki, “Kontakt” hazırda “Samsung”, LG, “Bosch”, “Tefal”, “Huawei”, “Sony”, “Panasonic”, “Delonghi Group”, “Electrolux”, “Thomas”, “Beurer”, “Bang & Olufsen”, “Karcher”, “Beko”, “H Gala”, “Cassore”, “Schafer”, TAÇ, “Simge mobilya” kimi 40-dan çox beynəlxalq brendin rəsmi distribütoru; “Scafer”, “Oppo”, “Toshiba”, “Intel”, “Black&Decker”, “Hoffmann”, “Blackview”, “Kieslect”, “Etias”, “Viper”, “Dark Project”, “Blizzard”, SBS, “Energy Sistem”, “Defunc” və “Urbanista” kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distribütoru; “Apple” brendinin isə rəsmi satış mərkəzidir.
2024-01-29
827,137
Ukraynada müharibə 2008-ci ildə ildə başlayıb - Klaus
Ukraynadakı münaqişə NATO-nun 2008-ci il aprelin 4-də Buxarestdə keçirilən sammitində başladı. Axar.az xəbər verir ki, bunu Çexiyanın keçmiş prezidenti Vatslav Klaus deyib. “Biz tarixi konteksti unutmamalıyıq. Müharibə 2008-ci il aprelin 4-də başlayıb. Həmin gün NATO-nun Buxarestdə keçirilən sammitində Ukrayna və Gürcüstanın NATO-ya qəbulu barədə qərar qəbul edilib”, - Klaus bildirib. Onun sözlərinə görə, həmin vaxt bu qərara qarşı çıxmaq istəsə də, ABŞ və Britaniyanın təzyiqi ilə üzləşib: “Bu hadisə faciəvi səhv idi”.
2024-01-29
827,140
DİN yeniyetmə ilə bağlı hərəkətə keçdi - Video
Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan şəxsin hərəkətləri ilə bağlı görüntülər araşdırılır. Axar.az xəbər verir ki, bunu Oxu.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib. O bildirib ki, əvvəllər də həmin şəxslə bağlı müvafiq tədbirlər görülməsinə baxmayaraq, o, hərəkətlərini davam etdirir: "Həmin şəxslə bağlı əlavə tədbirlər görüləcək". Qeyd edək ki, sosial şəbəkələrdə “Jalilov” adı ilə məşhurlaşan yeniyetmənin yaşlı insanları narahat etdiyi videoları gündəm olub.
2024-01-29
827,144
Pekin Tayvan ətrafına döyüş gəmilərini yerləşdirdi
Çin 2022-ci ildə Amerika nümayəndəsinin səfərindən sonra keçirilən təlimlər zamanı sülh dövründə adanı qorumaq və gözlənilməz vəziyyətlərdə ABŞ gəmilərinin ona yaxınlaşmasının qarşısını almaq üçün Tayvan ətrafına dörd döyüş gəmisi yerləşdirib. Axar.az xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti Yaponiya hökumətindəki mənbələrə istinadən məlumat yayıb. Qəzetin istinad etdiyi xəritəyə görə, gəmilər adanı üç tərəfdən - şimaldan, cənubdan və şərqdən mühasirəyə alaraq, Çinə baxan sahili açıq qoyurlar. Üstəlik, gəmilərdən biri Yaponiyanın öz ərazisi hesab etdiyi Senkaku adalarının qərbində yerləşdirilib.
2024-01-29
827,148
Erməniəsilli seçicilər səsvermədə iştirak edə biləcək?
Erməniəsilli seçicilər də səsvermədə Azərbaycan vətəndaşı kimi iştirak edə biləcək. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, əsas olan seçicidir və onlar arasında fərq qoyulmur: "Qadınlar, kişilər, xaricdə yaşayanlar, Azərbaycandakı vətəndaşlar da səsvermdə eyni hüquqa malikdir. Azərbaycan vətəndaşı olan bütün milli azlıqlar eyni hüquqlara sahibdir, onların heç birinin üstünlüyü yoxdur".
2024-01-29
827,151
Daha bir ölkədən Ukraynaya ərazi iddiası...
Rumıniya İttifaqı Uğrunda ifrat sağçı alyansın liderlərindən biri Klaudiu Tarziu Ukraynanın Şimali Bukovina, Zakarpatiya, Bessarabiya ərazilərinə, eləcə də bütün Moldovaya ərazi iddiaları irəli sürüb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Rumıniya dövlətini onun təbii sərhədləri daxilində yenidən birləşdirməyincə biz həqiqətən də suveren olmayacağıq. Bessarabiya evinə qayıtmalıdır. Şimali Bukovina unudula bilməz, cənub Bessarabiya, Hertsa, Zakarpatiya - Rumıniya millətinə aid olan və məxsus olan hər şey dövlətin sərhədlərinə daxil olmalıdır. Bu, unutmamalı olduğumuz bir idealdır. Stefanın Moldovası Rumıniyada - evində olmalıdır”, - o bildirib.
2024-01-29
827,153
Rusiya neft zavoduna PUA hücumu edildi
Rusiyanın Yaroslavl şəhərindəki “Slavneft-YANOS” neft emalı zavoduna PUA hücumu edilib. Axar.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb. Məlumata görə, PUA zavodun hidrokrekinq qurğusunun yanına düşüb. Xəsarət alanların olmadığı bildirilir.
2024-01-29
827,159
İran İsrailə görə 4 məhbusu edam etdi
Bu gün səhər saatlarında Kərəcin Qızılhisar həbsxanasında İsrail ilə əməkdaşlıqda günahlandırılan 4 məhkum edam edilib. Axar.az xəbər verir ki, bu barədə İran məhkəməsinə bağlı “Mizan” saytı məlumat yayıb. Pejman Fatehi, Möhsün Məzlum, Məhəmməd Fəramərzi və Vəfa Azərbar adlı şəxslərin kürdlərin “Komele” adlı silahlı təşkilatının üzvləri olduğu bildirilib. “Onlar MOSSAD-ın təlimatı və tapşırığı ilə İsfahanda Müdafiə Nazirliyinə bağlı zavoda bomba qoymağı planlaşdırıblar. Bunu icra etməzdən bir neçə gün əvvəl təhlükəsizlik məmurları tərəfindən saxlanılıblar”, - rəsmi məlumatda iddia edilib. Qeyd edək ki, edam edilən məhkumlar 2022-ci ilin avqust ayında Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhəri yaxınlığında həbs ediliblər.
2024-01-29
827,161
İran hansı məntiqlə ABŞ bazasına hücum əmri verib?
ABŞ-ın İordaniyadakı hərbi bazasına hücum olub və amerikalı hərbçilər arasında ölənlər və yaralananlar var. Vaşinqton buna seyrçi qalmayacaq. ABŞ Prezidenti Co Bayden İranı cəzalandıracağını açıqlayıb. Ağ Ev İrana qarşı gizli əməliyyat imkanlarını nəzərdən keçirir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu ötən gün ABŞ-ın İordaniyadakı bazasına PUA hücumu nəticəsində 3 əsgərin ölməsi, 34 əsgərin yaralanması ilə bağlı qeyd edib. Ekspert bunun fonunda Kirman teraktını xatırladıb: “İran Kirman teraktına cavab olaraq İraq və Pakistan ərazilərinə zərbələr endirdi və bu, Tehranın qonşu ölkələrlə münasibətlərində əlavə gərginlik yaratdı. Tehranın indiki vəziyyətdə nəzarətindəki silahlı qrupları ABŞ hərbi bazasına hücuma həvəsləndirmək nəyinə lazım idi? Axı Tehran məntiqlə ABŞ-la əlavə gərginlikdən çəkinməlidir, çünki İrandakı dairələr cavabın necə və hansı formada olacağını müəyyənləşdirə bilməzlər”. E.Şahinoğlunun fikrincə, İranda qərar verən müxtəlif mərkəzlərin məntiqi olsaydı, Yəməndəki husiləri Qırmızı dənizdə ticarət gəmilərinə hücumlara həvəsləndirən dəstək açıqlamaları verməzdilər, qonşu Azərbaycanla münasibətləri normallaşdırmaq üçün zəruri addımlar atardılar: “Bu baxımdan ABŞ-ın Yaxın Şərqdəki hərbi bazasına hücumun da arxasında eyni “məntiq” dayanır”.
2024-01-29
827,163
705-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 705-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 383 180 hərbçi, 6 290 ədəd tank, 11 696 ədəd zirehli döyüş maşını, 9113 ədəd artilleriya sistemi, 972 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 660 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 149 ədəd avtomobil texnikası, 7049 ədəd PUA, 1 846 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1443 xüsusi avadanlıq itirib.
2024-01-29
827,165
2 nəfərin vəsiqəsini götürüb gəlirdi ki, səs versin...
2000-ci illərə qədər seçkiyə ailə üzvlərinin şəxsiyyət vəsiqələrini götürüb gələnlər olurdu. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasinin (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən "Qadınların seçkilərdə fəallığının yüksəldilməsi"nə həsr olunan dəyirmi masada deyib. "Bəzən bir nəfər 2 və daha çox şəxsiyyət vəsiqəsini götürüb gəlirdi ki, səs versin. Kişilər həyat yoldaşının da seçki məntəqəsinə gəlməyinə qarşı çıxırdı. Maarifləndirmə tədbirləri ilə bu cür mənfi halların, sui-istifadənin qarşısını almışıq. Polisin bu cür məsələlərdə rolu danılmazdır", - MSK sədri bildirib.
2024-01-29
827,168
Komitənin çarxı: Röya “Qayıdış”a niyə çağırır? - Video
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Böyük Qayıdışla bağlı xalq artisti Röya Ayxanın fikirlərinə yer verib. Kult.az xəbər verir ki, bu məqsədlə Röya Ayxanın “çağırışı” əks olunan çarx hazırlayıb. Röya xanım da deyib ki: “Qarabağımıza Böyük Qayıdış başlayıb. Bu prosesi tək mən yox, bütün azərbaycanlılar izləyir. Biz evimizə qayıdırıq. Sevərək evlərinizə dönün” və s. Onillərlə qayıdış həsrətilə yaşayanların torpaqlarımız işğaldan azad olunduqdan sonra yurdlarına köçmək istəyinə Röya Ayxanın niyə və hansı məntiqlə “təkan” vermək istəyi, bunu öz sözləri ilə “stimullaşdırması” başadüşülən deyil. Əvvəla, “bu prosesi tək mən yox...” əvəzinə “mən də izləyirəm”, “sevə-sevə seyr edirəm” kimi ifadələrdən istifadə etmək daha məntiqli olardı. İkincisi, “Sevərək evinizə dönün” çağırışı nə deməkdir? Kim sevərək dönmür ki? Yaxud Qayıdışı stimullaşdırmaq üçün niyə füsunkar təbiət, quruculuq işlərinin miqyası, arxiv materiallarından istifadə ilə yurd yerlərimizi tərk etməyin dəhşətli ağrısını xatırlatmaq və yaxud tanınmışların qayıdışda ön sırada olduqlarını “subliminal mesaj”la çatdırmaq əvəzinə cəmiyyətdə birmənalı qarşılanmayan bu şüarçı “çarx”a doğrudanmı ehtiyac var? Videonu təqdim edək və ümid edək ki, Dövlət Komitəsi bundan sonra bu istiqamətdəki stimullaşdırıcı çarxlarında iradları nəzərə alacaq:
2024-01-29
827,169
İcmadan Nikola cavab: Onlara son qoyulmalıdır!
Ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “ordu” günü münasibətilə çıxışında ifadə etdiyi fikirlər bir daha Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını nümayiş etdirir: “Sülh istəyən ölkə necə olur ki milyardlarla dollarlıq silah sazişlərinin imzalanması ilə öyünür. Nikol Paşinyanın “qoşunların güzgü prinsipi ilə geri çəkilməsi” fikrini yenidən təkrarlaması, “hücum etməmək haqqında pakt”, “silahlanmaya birgə nəzarət mexanizmi” kimi köhnəlmiş, utopik təkliflər səsləndirməsi Ermənistanın əsassız bəhanələrlə sülh sazişindən qaçmağa çalışdığını sübut edir. Ermənistanın baş naziri birinci və ikinci dünya müharibələri arasındakı dövrü xatırladan “hücum etməmək haqqında pakt” kimi əcaib təşəbbüs irəli sürmək əvəzinə sülhün təmin olunması istiqamətində real addımlar atmalı və bu xüsusda, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamalıdır”. “Ermənistan prezidenti və parlament sədrinin “ordu” günü münasibətilə açıqlamalarında işğalçı birinci Qarabağ müharibəsinə haqq qazandırmaq cəhdi, ikinci Qarabağ müharibəsinin nəticələri ilə bağlı isə məyusluq elementləri yer almışdır. Bu tip ziddiyyətli açıqlamalar Ermənistanın iddia etdiyi sülh siyasəti ilə qətiyyən uyğun gəlmir və onlara son qoyulmalıdır. Bundan əlavə, bir sıra qərb ölkələrinin “ordu” günü münasibətilə verdiyi bəyanatlar otuz ilə yaxın müddət ərzində qonşu dövlətin torpaqlarını işğal altında saxlamış Ermənistanda revanşizmin həvəsləndirilməsinə xidmət edir və həmin ölkələrin özlərinin sülh prosesində nə dərəcədə maraqlı olması barədə suallar doğurur”, - bəyanatda vurğulanıb.
2024-01-29
827,172
FHN-dən qanunsuz tikililərlə bağlı xəbərdarlıq
Dəfələrlə edilən xəbərdarlıqlara, həyata keçirilən kütləvi maarifləndirmə tədbirlərinə baxmayaraq, yenə də özbaşına aparılan tikinti-quraşdırma işlərinə dair faktlara rast gəlinir. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) müraciətində qeyd olunub. Belə ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin keçirdiyi monitorinqlər zamanı tikinti sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, o cümlədən tikintisinə müvafiq qaydada icazə alınmadan və ya verilmiş icazənin tələblərinə əməl olunmadan, torpağın təyinatına uyğun gəlməyən tikinti işlərinin aparılması, müvafiq qaydada razılaşdırmadan bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində dəyişikliklərin edilməsi faktları aşkar olunur ki, bu da insan həyatı və sağlamlığına təhlükə törətməklə yolverilməzdir. FHN bir daha vətəndaşlara müraciət edərək tikinti fəaliyyəti zamanı əhalinin təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyə və pozuntulara yol verməməyə çağırır, belə faktlar aşkar olunduqda nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir.
2024-01-29
827,173
Pensiya kapitalı 2024-cü ildə nə qədər artırılacaq? - Ekspert
“Əmək pensiyaları” haqqında Qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşlarımızın pensiya kapitalı da 2024-cü ildə indeksləşdirilərək artırılmalıdır. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib. “Həmin qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir. Yəni pensiya kapitalları 2023-cü ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılacaq. Dövlət Statistika Komitəsinin məlumatına görə, istehlak qiymətləri indeksi 2023-ci ildə 8,8 faiz olub. Bu o deməkdir, mövcud qanuna əsasən, vətəndaşların pensiya kapitalı 8.8 faiz artırılacaq. Yəni, əgər vətəndaşımızın 50 min manat pensiya kapitalı varsa, onun vəsaiti bu il 4 min 400 manat artırılacaq. Bu həmin şəxsin pensiyaya çıxan zaman daha çox pensiya alması və kapitalın inflyasiyadan qorunması baxımından vacibdir. Qeyd edək ki, pensiya kapitalı əmək pensiyaları ilə birlikdə indeksləşdirilir. Əmək pensiyalarının 11 faizə yaxın indeksasiya olunacağı gözlənilir. Hər iki göstərici ilə bağlı sərəncamın cənab Prezident tərəfindən gələn ay imzalanacağı gözlənilir”, – Bayramov bildirib.
2024-01-29
827,176
AB Macarıstanı cəzalandırmağa hazırlaşır
AB Budapeşt Kiyevə hərbi yardımın ayrılması ilə bağlı razılığa gəlmədiyi təqdirdə Macarıstan iqtisadiyyatını sarsıtmağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” AB-nin daxili sənədlərinin birinə istinadən bildirib. “Brüssel Macarıstan iqtisadiyyatında iş yerlərinə və onun artımına zərər vurmaq üçün ölkənin milli valyuta məzənnəsini (Macarıstan forinti - red.) endirmək və investisiya cəlbediciliyini azaltmaq niyyətindədir. AB bazarları qorxutmaq niyyəti ilə Budapeştə maliyyələşməni tamamilə dayandırdığını elan edə bilər”, - məlumatda deyilir. Qeyd edək ki, 2023-cü ilin dekabrında Macarıstanın Baş naziri Orban AB-nin qərarına veto qoyaraq Ukraynaya yardım paketini əngəlləyib.
2024-01-29
827,178
Müharibənin belə olacağını gözləmirdik - Roqozin
Ukrayna ərazilərini ələ keçirmək üçün Rusiya Silahlı Qüvvələrində vacib dəyişikliklər edilməlidir. Axar.az xəbər verir ki, bunu “Roskosmos”un keçmiş rəhbəri Dmitri Roqozin deyib. “Fikrimcə, şəxsi heyətin sayının artırılması tələb olunacaq. Düşmən üzərində say üstünlüyü lazımdır. Onların çoxlu adamları var, ümumi səfərbərlik var. Bizdə bu yoxdur”, - Roqozin bildirib. Onun sözlərinə görə, hərbi-texniki məsələlər də mütləq həll edilməlidir: “Bu, tamamilə qeyri-adi, yeni müharibə növüdür. Bunun belə olacağını heç kim gözləmirdi. Ənənəvi silah sistemləri hərbi ekspertlərin ehtimal etdiyi kimi yüksək effektivlik göstərmədi. İndi cəbhədə vəziyyət elədir. Mən oradan bir neçə gün əvvəl qayıtmışam, orada hətta rotasiya da çətindir. Bir kəndə girirsən və özünü arı pətəyinə girmiş kimi hiss edirsən”.
2024-01-29
827,180
"Fiqaro"dan etiraf: Ermənistana ordu göndərsək... - Video
Avropa pulemyot quraşdırıla bilən maşınlar göndərməkdən daha böyük addım atmağa hazırdırmı? Bu, Türkiyənin və ya Azərbaycanın qorxacağı bir silah deyil. Etiraf edim ki, bu suallara cavab verə bilmərəm. Axar.az xəbər verir ki, bunu Fransanın “Fiqaro” nəşrinin redaktor müavini, ermənipərəst politoloq Jan-Kristof Byuisson deyib. “İnanmıram ki, bugünkü geosiyasi vəziyyətdə, Rusiya-Ukrayna münaqişəsi kontekstində Avropa ikinci cəbhə açmağa hazır olsun. Çünki gəlib ermənilərə kömək etsək, nəinki NATO üzvü Türkiyə, həm Azərbaycan, həm də problem yaşayacağımız Rusiyanın hərbi varlığı ilə qarşılaşacağıq, Moskva buna göz yummayacaq. Başqa sözlə, Ermənistanla ittifaq iki münaqişə yarada bilər və buna görə Avropa “bu oyuna girməyə dəyərmi?” deyə düşünür. Avropa müsəlman ölkələri arasındakı bu kiçik adanı (Ermənistan - red.) yeni regional münaqişə, hətta Üçüncü Dünya müharibəsinə gətirib çıxara biləcək riskləri nəzərə alıb, qorumayacaq. Belə deyək ki, sabah Ermənistana hücum etmək qərarına gəlsələr, yaxud İrəvanda rusiyapərəst çevriliş baş versə, Avropa iki-üç min kilometr məsafədən müdaxilə edəcəkmi? Hökumət və təəssüf ki, hətta Fransa əhalisi də Avropa əsgərlərinin Ermənistanda ölməsini anlamaz. İrəvana silah göndəririk, ona kömək edirik, amma bu silahları, “Ermənistanın tərəfindəyik, hücum etsəniz, bəlkə hərbi cəhətdən də onun yanında olacağıq” mesajı üçün göndəririk. Hərbi-siyasi reallıq elədir ki, Fransa parlamenti və xalqı Ermənistanı müdafiə etmək üçün əsgər göndərməyə razı olmayacaq. Fransız əsgərlərini islamçılarla döyüşən Malidə ölməyə göndərəndə də oxşar təcrübəni yaşadıq. Fransız əsgərləri Malinin demokratiyasını müdafiə etdilər, baxmayaraq ki, Mali onlara çox da minnətdar deyil. Yaxın əlaqələrimiz olan Ermənistana əsgərlərimizi göndərmək mümkün idi, amma bir tərəfdən Rusiyadan, digər tərəfdən NATO üzvü Türkiyədən qorxduğumuz üçün hələ də bunu etməmişik”, - o bildirib. Politoloq qeyd edib ki, Avropa, o cümlədən Fransa Türkiyədən çox qorxur: “Çünki Suriyadakı vətəndaş müharibəsindən sonra Türkiyədə minlərlə qaçqın var. Avropa Türkiyənin tələblərinə icazə verməsə və ona qarşı bir az aqressiv olsa, Ankara qapılarını açacağı ilə hədələyir, açarsa, bu qaçqınlar gedəcək. Fransa Senatının hökumətdən Azərbaycana qarşı sanksiyalar tətbiq etməyi tələb edən qətnaməsinə gəlincə, bu, sadəcə olaraq, arzudur. Bu arzular gerçəkləşəcəkmi? Təbii ki, yox: nə Avropa, nə də Fransa onları həyata keçirəcək. Çünki sanksiya tətbiqinin arzu olunan nəticələrə gətirib çıxaracağına əmin deyillər. Dəyişən yeganə amil, gördüyünüz kimi, bu gün Fransa ilə Azərbaycan arasında münasibətlərdəki böyük gərginlikdir”.
2024-01-29
827,182
Husilər ABŞ gəmisinə raket zərbəsi endirdi
Husilər Ədən körfəzində ABŞ Hərbi Dəniz Donanmasına məxsus “USS Lewis B. Puller” gəmisinə raket zərbəsi endirib. Axar.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib. “Yəmən Hərbi Dənz Donanması bazar günü Ədən körfəzində olan “USS Lewis B. Puller” gəmisinə gəmi əleyhinə raketlə zərbə endirib”, - Səriya bildirib.
2024-01-29
827,185
Toivo Klaar qondarma rejimin ərazisinə buraxılmadı
Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Abxaziyaya daxil olmasına icazə verilməyib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Jam Nyus” portalı məlumat yayıb. T.Klaar 2024-cü ilin ilk ayında Abxaziyaya səfər planlaşdırsa da, bunun təxirə salındığını deyib. “Mandatım çərçivəsində səfərə hazırlaşırdım. Təəssüf ki, oradakı həmsöhbətlərimiz mənə bunun mümkün olmadığını bildirdilər. Bu, son 6 ayda ikinci imtinadır. Abxaziya ilə əlaqə yollarının bağlanması heç kimin maraqlarına uyğun deyil. Rusiya-Ukrayna müharibəsinə görə Abxaziyaya gediş-gəlişə problem yaradılmamalıdır”, - T.Klaar bildirib.
2024-01-29
827,186
Overçuk Ermənistanın iqtisadi artımına heyran qaldı
2024-cü ildə Avrasiya İqtisadi İttifaqında ÜDM-in 2,5 faizdən çox artımı proqnozlaşdırılır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk “Ekspert” jurnalına müsahibəsində deyib. O bildirib ki, 2022-ci ildə Ermənistanda ÜDM 12,6%, Qırğızıstanda 6,3% artıb. Onun sözlərinə görə, 2021-2022-ci illərdə Rusiyadan Ermənistana köçürmələr 5 dəfə artıb, 867 milyon dollardan 4.385 milyon dollara yüksəlib, lakin orada hesabların açılmasının səbəblərindən biri də beynəlxalq ödəniş sistemlərinə çıxış əldə etmək olub. Overçuk Rusiyanın Aİİ tərəfdaşlarının ticarətində lider mövqe tutduğunu vurğulayıb: “2023-cü ilin 11 ayının nəticələrinə görə, Rusiya Ermənistanın mal dövriyyəsində birinci yeri tutur”.
2024-01-29
827,188
Rəhman Orxanın vəziyyəti ağırlaşdı
Uzun müddətdir müxtəlif xəstəliklərdən, o cümlədən ayaqlarındakı problemlərdən əziyyət çəkən əməkdar jurnalist Rəhman Məmmədzadənin (Orxan) vəziyyəti ağırlaşıb. Kult.az xəbər verir ki, bu barədə onun oğlu Orxan Məmmədzadə bildirib. Bir müddət öncə Sumqayıtdakı 2 nömrəli Xəstəxanaya yerləşdirilən jurnalisti artıq evinə gətiriblər. “Atam hazırda evdədir, vəziyyəti çox ağırdır, həkimlər ümidverici söz demirlər”, - O.Məmmədzadə vurğulayıb. Qeyd edək ki, Rəhman Orxan uzun illər “Vışka” qəzetinin əməkdaşı, o cümlədən Qarabağ bölgəsi üzrə xüsusi müxbiri işləyib. “Bakinets” qəzetinin təsisçisi və baş redaktoru olub. Prezident İlham Əliyevin 4 oktyabr 2016-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı verilib.
2024-01-29
827,189
Bu vəzifəli şəxs 104 min manat mənimsəyib
Masallı rayonunun Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin rəisi Məhərrəm Əliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Axar.az-a Masallı Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı qeyd olunan müəssisənin 2021-2023-cü illər üzrə maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən Birliyin vəzifəli şəxs(lər)i tərəfindən qanunla nəzərdə tutulandan artıq və əsassız ödənişlərin aparılması yolu ilə dövlət büdcəsinə məxsus ümumilikdə 104 min manatdan artıq pul vəsaitin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) maddələrilə cinayət işi başlanılmaqla istintaq aparılır.
2024-01-29
827,195
Qəzzada məktəb atəşə tutuldu: 10 nəfər öldü
Qəzza şəhərinin qərbindəki Rimal rayonunda yerləşən BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) məktəbi İsrail tərəfindən atəşə tutulub. Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Bildirilib ki, zərbə nəticəsində azı 10 nəfər ölüb. Qeyd edilib ki, bu bina Qəzza zolağının digər döyüş bölgələrindən qaçan məcburi köçkünlərə sığınacaq kimi verilmişdi.
2024-01-29
827,201
Çətin vəziyyətdəyik, Rusiyanı dayandırın! - Zelenski
Avropa ABŞ-sız Ukraynaya dəstəyin öhdəsindən gələ bilməyəcək. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində deyib. “Avropa təkbaşına nə silah, nə də maddi cəhətdən Ukraynanın əvvəllər aldığı dəstəyin öhdəsindən gələ bilər. ABŞ yardımının gecikdirilməsi artıq bəzi AB liderlərinə də təsir edir. Əgər son nəticədə yardım göstərilməsə və Rusiya Ukraynada irəliləsə, Avropa və NATO-da parçalanma baş verə bilər. Çox çətin bir vəziyyətdəyik. Ukraynanın dağılmasının, millətimizin məhv olmasının, qlobal miqrasiyanın və Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün həm geosiyasi, həm də maliyyə baxımından Rusiyanı dayandırmaq hələ də mümkündür”, - Zelenski bildirib.
2024-01-29
827,203
Bakıya yağış, rayonlara qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Sabah Azərbaycanın rayonlarında da bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
2024-01-29
827,205
Köhnə maşınlar satın alınacaq: vəsait isə… - Deputat
Fevral ayından utilizasiya haqlarının hesablanması və alınması qaydaları qüvvəyə minəcək. Bu sözləri Axar.az-a iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, yeni qaydalara əsasən avtomobillər texniki baxışdan keçən zaman istehsal ilindən asılı olaraq utilizasiya haqları alınacaq: “İstehsal ili 1-10 il olan avtomobillər üçün utilizasiya haqqı 10 manat, 11-20 il olan avtomobillər üçün 20 manat, 20 ildən çox, 30 ildən az olan avtomobillər üçün 30 manat, istehsal ili 40 ildən çox olan avtomobillər üçün isə 40 manat utilizasiya haqqı nəzərdə tutulub. Bu, Utilizasiya Fondunun formalaşdırlması üçündür. İli köhnə olan avtomobillər Utilizasiya Fondu tərəfindən satın alınacaq”. V.Bayramov əlavə edib ki, burada əsas məqsəd avtomobil parkının yenilənməsidir: “Bu, həm də tıxacların azaldılması və yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi baxımından vacibdir. Avtomobillərin utilizasiyası könüllü şəkildə həyata keçiriləcək. Vətəndaşlar öz avtomobillərini təqdim edərək, Utilizasiya Fondundan müəyyən vəsaitlər tələb edə bilərlər” , - V.Bayramov bildirib. Ekspert Ərşad Hüseynov isə bildirib ki, Utilizasiya Fondunun mənbələrindən biri də nəqliyyat vasitələrinin sahiblərinin fonda ödəyəcəyi utilizasiya haqqıdır: “Yəqin ki, ödənişin nə qədər olması yaxın 3-4 günə Nazirlər Kabineti tərəfindən müəyyən olunar. Düzdür, rəqəmlər açıqlanıb, lakin həmin rəqəmlər rəsmi deyil. Utilizasiya avtomobilin istehsal ilinə görə fərqli ola bilər. Böyük rəqəmlər də gözlənilmir. Köhnə, ucuz avtomobilər utilizasiyaya gedəndə onlara birdəfəlik güzəşt ediləcək. Güzəştin məbləği Utilizasiya Fondundan ödəniləcək”.
2024-01-29
827,206
ABŞ bazasına hücumu İrana bağlayanlar... - Kənani
İrana qarşı əsassız ittihamların təkrarlanmasının əsas səbəbi böhtandır. Bu böhtanı yaxanlar öz maraqları naminə Amerikanı yeni bir münaqişəyə sürükləyərək, regiondakı böhranın genişlənməsinə təhrik etmək və bununla da daxili problemlərini ört-basdır etmək istəyir. Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İordaniyanın Suriya ilə sərhəd ərazisində yerləşən ABŞ bazasına hücumu barədə danışarkən deyib. “Regiondakı müqavimət qrupları öz qərar və hərəkətlərində İrandan əmr almır və İran da həmçinin onlara əmr vermir. İran onların Fələstin xalqını dəstəkləməsinə və ya işğala qarşı özlərini müdafiə etməsinə qarışmır. Biz bölgədəki hadisələri hazırlıq və sayıqlıqla izləyirik. Bu cür əsassız iddiaların səbəbkarları İrana qarşı təxribat xarakterli ittihamların nəticələrinə görə məsuliyyət daşıyır”, - Kənani bildirib. Qeyd edək ki, İordaniyanın Suriya ilə sərhəd ərazisində yerləşən ABŞ bazasına PUA hücumu nəticəsində 3 hərbçi ölüb, 34 əsgər yaralanıb. ABŞ hücuma görə İranın məsuliyyət daşıdığını qeyd edib.
2024-01-29
827,210
SEPAH İran körfəzində neft tankerini ələ keçirdi
Yanvarın 28-də SEPAH-ın Hərbi Dəniz Qüvvələri Buşəhr limanı yaxınlığında 2 milyon litr yanacaq daşıyan gəmini ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. SEPAH Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi komandiri Heydər Bahonər Mücərrəd Asiyanın iki ölkəsinin vətəndaşları olan 14 ekipaj üzvünün həbs edildiyini bildirib. Ekipaj üzvlərinin hansı ölkənin vətəndaşları olduğu barədə açıqlama verilməyib.
2024-01-29
827,213
Şərqi Azərbaycan şəhərində partlayış: iki nəfər öldü
Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində şəxsi mənzildə yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə əyalətin Təcili Yardım Mərkəzinin sözçüsü Vəhid Şadiniya məlumat yayıb. Bildirib ki, yanğın qaz balonunun partlamasından sonra meydana gəlib. Hadisə nəticəsində 45 yaş civarında olan 2 nəfər - bacı və qardaş həyatlarını itiriblər.
2024-01-29
827,214
Nazir Anar Fərəczadəyə vəzifə verdi
Heydər Əliyev Sarayında yeni təyinat olub. Kult.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Anar Nizami oğlu Fərəczadə Heydər Əliyev Sarayının direktor müavini təyin edilib. Qeyd edək ki, A.Fərəczadənin 40 yaşı var. O, bu təyinatadək Heydər Əliyev Sarayında baş administrator vəzifəsində çalışıb. Xatırladaq ki, sarayın direktoru İlham Qasımov da bir neçə ay öncə - 2023-cü ilin noyabrında təyin olunub.
2024-01-29
827,215
Hulusi Akar Azərbaycanda səfərdədir
Türkiyə Böyük Millət Məclisinin (TBBM) Milli müdafiə komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti yanvarın 29-da Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyub. Axar.az xəbər verir ki, həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb. Türkiyə nümayəndə heyəti Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının da əziz xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Daha sonra Bakıdakı “Türk şəhidliyi” abidəsi ziyarət edilib, Azərbaycanın istiqlaliyyəti uğrunda canlarından keçən qəhrəman və fədakar türk əsgərlərinin əziz xatirəsi anılıb. Sonda Hulusi Akar “Türk şəhidliyi” abidəsinin xatirə kitabını imzalayıb.
2024-01-29
827,217
Qurban Qurbanovu millidən belə qovublar - Şok fakt
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İctimai Televiziyada yayımlanan “Bol idman” verilişinin qonağı olub. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bir çox məsələlərdən danışan mütəxəssis Azərbaycan millisindən ayrılması haqda sualı da cavablandırıb. “Getdiyim yerdən çox danışmaq istəmirəm. Mən niyə millidən ayrıldım? Bəli, mənimlə 6 illik müqavilə ilə bağlı danışıq oldu, amma sonra 3 illik sözləşmə imzalandı. Bu barədə mənə dəfələrlə suallar verilib. İstəyirəm ki, birdəfəlik bilinsin, millidən mən özüm getmədim. Sadəcə ilin sonunda İcraiyyə Komitəsində bu məsələ müzakirəyə çıxarıldı. Mənsiz müzakirə aparıldı. Komitənin qaydası belədir. Müzakirədən sonra bildirildi ki, biz səninlə yolları ayırırıq. Yəni millidən getməyim bu cür oldu”, - o bildirib. Qurbanov hazırda milli komandaya baş məşqçi axtarışında olan AFFA-nın onunla əlaqə saxlamadığını da qeyd edib: “Yox, mənimlə heç kim əlaqə saxlamayıb. Mənə AFFA-dan heç bir təklif olunmayıb. Bunun haradan qaynaqlandığını bilmirəm. Bəlkə də siyasi gedişdir, bilmirəm. Mənim eşitdiyimə görə, millidə yerli yox, əcnəbi baş məşqçi olmalıdır. Buna görə də İşçi qrup yaradıldığı yazılır. Mənə “Sabah”la oyundan sonra sual verilmişdi ki, yeni yaradılan İşçi qrupla bağlı nə fikirləşirsiniz? Bildirdim ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Yəni milli komanda məsələsi yenə eyni quruma aiddir. Yenə orada eyni adamlar iştirak edir. Bilmirəm, nə cür müzakirələr olunur. Yəni sonda yenə qərar verən AFFA-dır. Özləri yoluna qoyacaq”.
2024-01-29
827,219
Rusların tank kolonu belə məhv edildi - Video
Ukrayna ordusu Kupyanskın 10 km-də yerləşən Sinkovka kəndi yaxınlığında rusların zirehli texnika kolonunu tələyə salaraq, darmadağın edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. “Ruslar tələyə düşdülər. Öncə əsas maşına tank əleyhinə raketlə zərbə endirilib. Kolonun digər hissəsi hücumu davam etdirmək istəsə də, onlar da vurulub. İki texnika minaya düşərək məhv edilib”, - məlumatda qeyd olunub. Ukrayna ordusunun 30-cu mexanikləşdirilmiş briqadasının 2-ci taborunun komandiri bildirib ki, onlar bütün günü bu tələni planlaşdırıblar. Rusiya Müdafiə Nazirliyi Sinkovka ətrafındakı döyüşlə bağlı məlumat verməyib. Amma rusiyalı hərbi blogerlər kənd yaxınlığındakı döyüşü kəskin tənqid edi6blər və bildiriblər ki, rusların komandanlığı pis taktika nümayiş etdirib.
2024-01-29
827,220
Terrorçular İran sərhədçilərinə hücum etdi
İran Cəkiqur sərhəd məntəqəsində hərbi qulluqçularla silahlı qruplaşma üzvləri arasında qarşıdurma olub. Axar.az xəbər verir ki, bu barədə İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi məlumat verib. Məlumata görə, Cəkiqur sərhəd bölgəsində (Sistan və Bəlucistan) sərhədçilər ilə terror qruplaşması arasında baş vermiş silahlı toqquşmada dəstə üzvlərindən biri öldürülüb, 2-si yaralanıb. Bir nəfər isə qaçmağı bacarıb. “Ərazinin axtarışı zamanı sərhədçilər ətrafdakı qamışlıqların arasından terrorçu qruplaşma üzvünün cəsədi ilə birlikdə üç əl qumbarası və bir kamikadze jileti tapıb”, - o bildirib. Xatırladaq ki, bu, yanvar ayı ərzində Cəkiqur sərhəd məntəqəsində baş verən ikinci silahlı toqquşmadır.
2024-01-29
827,224
ABŞ əsgərləri öldürülür: Kremlə faydalıdır - Markov
İordaniya da raket hücumlarının hədəfinə çevrilib. İordaniyada Suriya ilə sərhəddə yerləşən Amerika bazası şiə qüvvələrinin hücumuna məruz qalıb. Amerikalılar öldürülür. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Bu, eskalasiyanın növbəti addımıdır. Gərginliyə səbəb Qəzza zolağında gedən müharibədir. ABŞ-ın dünya lideri olmaq vəzifəsinin öhdəsindən gəlmədiyi aydındır. Rusiya üçün ABŞ ətrafında sabitliyin pozulması faydalıdır ki, Vaşinqton Ukrayna ordusunun köməyi ilə Kremlə qarşı müharibəni dayandırsın. ABŞ Yaxın Şərqdə nə edəcəyini bilmir”, - o bildirib.
2024-01-29
827,226
İlham Əliyev Hulusi Akarı qəbul etdi
13:38 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Axar.az xəbər verir ki, Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş edib. Hulusi Akar Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” prinsipi üzrə inkişaf etdiyini və bunun bir örnək olduğunu vurğulayıb. Qonaq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə çatmasında mühüm rol oynadığını deyib. Hulusi Akar Vətən müharibəsində Azərbaycanın qazandığı Qələbədə Prezident, Ali Baş Komandan İlham Əliyevin müstəsna rolunu bir daha vurğulayıb. Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsinin ilk günlərindən Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin Azərbaycana göstərdiyi mənəvi, siyasi və diplomatik dəstəyi bir daha yüksək qiymətləndirib. Söhbət zamanı ötən il sentyabrın 19-20-də Azərbaycanın 23 saatdan da az bir müddətdə həyata keçirdiyi antiterror tədbirləri zamanı ərazimizdə qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna və təcavüzkar separatizmə son qoyulduğu, suverenliyimizin tam bərpa olunduğu vurğulanıb. Dövlət başçısı 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan Silahlı Qüvvələrində yeni islahatların aparıldığını deyib, Ordunun döyüş qabiliyyətinin daha da gücləndiyini qeyd edib və bütün bunların ötən ilin sentyabrında keçirilmiş antiterror tədbirlərində bir daha özünü bariz şəkildə göstərdiyini bildirin. Söhbət zamanı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafı və yeni sahələri əhatə etməsi məmnunluqla qeyd olunub, bu təşkilatın parlamentlər xətti ilə də müvafiq komitələr səviyyəsində əlaqələrin yaradılması və bu komitələrin birgə iclaslarının keçirilməsinin vacibliyi diqqətə çatdırıldı. Şuşa Bəyannaməsinin əhəmiyyəti vurğulanıb, Azərbaycan ilə Türkiyə arasında hərbi, müdafiə sənayesi, təhlükəsizlik, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, hər iki ölkənin silahlı qüvvələri tərəfindən birgə keçirilən hərbi təlimlərin əhəmiyyəti xüsusilə qeyd edilib. Sonda Hulusi Akar dövlət başçısına xatirə hədiyyəsi təqdim edib.
2024-01-29
827,231
Macarıstan XİN başçısı Ukraynaya gəldi
Macarıstan xarici işlər naziri Peter Siyarto Ukraynaya rəsmi səfərə gəlib. Axar.az xəbər verir ki, bu barədə ukraynalı jurnalist Vitali Qlaqola məlumat verib. “Peter Siyarto Kuleba (Ukrayna xarici işlər naziri – red.) ilə görüşmək üçün Zakarpatiyaya gəlib. Onun korteji sərhədi keçib və Zakarpatiya ərazisinə daxil olub”, - jurnalist bildirib. Onun sözlərinə görə, bu gün Siyarto ilə Kuleba arasında Ujqorodda görüş olacaq.
2024-01-29
827,234
Hulusi Akar İlham Əliyevə, görün, nə hədiyyə etdi - Foto
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyə Respublikasının sabiq milli müdafiə naziri Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Axar.az xəbər verir ki, görüş zamanı Hulusi Akar İlham Əliyevə silah hədiyyə edib. Sözügedən görüntüləri təqdim edirik:
2024-01-29
827,238
Saxta nömrəli “Land Rover”lə avtoşluq etdi - Video
Bakının Nərimanov rayonunda saxta nömrə ilə avtoxuliqanlıq edən sürücü saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğu üçün “Land Rover” markalı, 10 KE 815 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilib. Sürücü idarəetməni davam etdirərək yol polislərinə tabe olmayıb və avtoxuliqanlıq hərəkətləri edib. Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Anar Fəqani oğlu Piriyev saxlanılıb. Araşdırma zamanı onun idarə etdiyi avtomobilin dövlət qeydiyyat nişanının əslində 77 AX 540 olduğu amma yol hərəkəti qaydalarını pozan zaman məsuliyyətdən yayınmaq üçün digət saxta dövlət qeydiyyat nişanından istifadə etdiyi müəyyən edilib. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Piriyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
2024-01-29
827,240
ABŞ bazasına hücumda İsrail izi... - Başbuğ
ABŞ-ın İordaniyadakı bazasına təşkil edilən hücumdan sonra ABŞ Prezidenti Bayden hədəf olaraq İranı göstərdi. Ancaq fikrimcə, yenə cavab Suriya və İraq üzərindən veriləcək. Yəni həmişə olduğu kimi, İran və ABŞ döyüşəcək, amma zərbə Suriya ilə İraqa dəyəcək. Bu sözləri Axar.az-a ABŞ-ın İordaniyadakı hərbi bazasına PUA hücumuna görə İrana verəcəyi cavab haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib. Polkovnik hücumun İsrail tərəfindən təşkil edilmə ehtimalını istisna etməyib: “Əsas məsələ burada İsrailin işin içində olub-olmamasıdır. Yəni İsrail vaxtı uzatmaq və ABŞ-ı bölgədə müharibəyə cəlb etmək üçün Kətaib Hizbullah və ya digər qruplar içərisində özünə bağlı silahlılardan istifadə edə bilər. Çünki İsrail ABŞ-ın bölgədə olmasından faydalanıb həm Qəzzanı tamamilə götürmək, həm də İrana bağlı qrupları məhv etmək istəyir. Əgər bu işin arxasından Təl-Əviv çıxsa, Vaşinqton sözlü cavabla da kifayətlənə bilər. Bütün gizli məqamların meydana çıxması üçün bir az zamana ehtiyac var. Vaşinqton özü də bölgədə hərbi varlığını artırmaq məqsədilə bunu təşkil edə bilər. Hücumun eyni anda İranı vurmaq üçün bəhanə əldə etmək, Türkiyənin əməliyyatlarına mane olmaq, ABŞ-ın Suriyadakı hərbi gücünü artırmaq və İsrailin mövqelərini yaxşılaşdırmaq məqsədi daşıdığını da düşünürəm”. Qeyd edək ki, ötən gün ABŞ-ın İordaniyadakı hərbi bazasına PUA hücumu edilib. Nəticədə 3 hərbçi həlak olub, 34 əsgər yaralanıb.
2024-01-29
827,241
Afiyəddin Cəlilovun nəvəsi psixi klinikaya yerləşdirildi
Vətəndaşlara qarşı qeyri-etik hərəkətlər edən yeniyetmə xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O bildirib ki, yetkinlik yaşına çatmayan şəxs A.C valideyni ilə birgə polis idarəsinə dəvət olunaraq araşdırılıb: "Valideynin iştirakı ilə onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilməsi təmin olunub". Qeyd edək ki, sosial şəbəkədə yeniyetmənin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi olduğu bildirilir.
2024-01-29
827,243
Akardan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inanıram. Axar.az Baku TV-yə istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar deyib. O bildirib ki, Zəngəzur dəhlizi təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmlidir: “Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu dəhlizdən bütün ölkələr istifadə edəcəklər. Bu dəhlizdən istifadə sosial-iqtisadi, turizm baxımından ciddi inkişafa gətirib çıxaracaq. Eyni zamanda kommunikasiya, gediş-gəlişin təmin edilməsi baxımından faydalı olacaq”. H.Akar vurğulayıb ki, bu baxımdan Türkiyə olaraq tərəflərin razılaşması ilə işlərin tamamlanmasını gözləyirik və bunun gerçəkləşəcəyinə inanırıq.
2024-01-29
827,244
İl-76-nın ilkin transkripti başa çatdı
Belqorod yaxınlığında Ukrayna raketi ilə vurulan İl-76 hərbi-nəqliyyat təyyarəsinin uçuş registratorlarının ilkin transkripti başa çatıb. Ekspertlər alınan məlumatları öyrənməyə başlayıblar. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb. “İlkin məlumatlar alınıb. Əslində maksimum yarım saata deşifrə edilir, sonra mənası öyrənilir”, - mənbə bildirib. Qeyd edək ki, yanvarın 24-də 65 ukraynalı əsiri dəyişdirmək üçün daşıyan Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Qəza zamanı 65 əsir, o cümlədən 6 ekipaj üzvü və 3 müşayiətçi hamısı ölüb. Rusiya MN təyyarəni Ukrayna ordusunun vurduğunu açıqlayıb.
2024-01-29
827,246
Orta Dəhlizə 10 milyard avro investisiya ayrılır
Avropa Birliyi-Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair Qlobal Tranzit İnvestorlar Forumunda Avropa və Mərkəzi Asiyanı birləşdirən Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM – Orta Dəhliz) 10 milyard avroluq investisiya öhdəliyi elan edilib. Axar.az Report-a istinadən xəbər verir ki, Brüsseldə açılışı olan forumda Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Avropa və beynəlxalq maliyyə qurumlarının Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqələrinə dəstək və investisiya üçün 10 milyard avro ayıracaqlarını açıqlayıb. İştirakçılar qarşıdakı iki gündə Trans-Xəzər Nəqliyyat Dəhlizinin 15 günə Avropa və Mərkəzi Asiyanı birləşdirə bilən müasir, çoxsaylı və effektiv marşruta çevrilməsi üçün lazımi investisiyaları müzakirə edəcəklər. Forumda Avropa ilə Asiya arasında Rusiyadan keçməyən etibarlı və effektiv ticarət yollarının tapılmasının vacibliyi vurğulanıb. Forumun ilk günündə bir sıra mühüm öhdəliklər də qəbul edilib. Belə ki, Avropa İnvestisiya Bankı (EIB) Qazaxıstan, Qırğızıstan və Özbəkistan hökumətləri ilə ayrı-ayrılıqda ümumilikdə 1,47 milyard avro dəyərində müqavilələr imzalayıb. Həmçinin gün ərzində Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Qazaxıstanla ümumi dəyəri 1,5 milyard avro olan Anlaşma Memorandumu imzalayacaq. Qeyd edək ki, İnvestisiya Forumu Avropa Komissiyası, Avropa İttifaqına üzv ölkələr, Mərkəzi Asiya, Qafqaz ölkələri və Türkiyənin yüksək səviyyəli təmsilçiləri bir araya gətirir. Həmçinin iştirakçılar arasında G7 ölkələri, maliyyə qurumları və özəl sektor var. Xatırladaq ki, Trans-Xəzər Nəqliyyat Dəhlizi (Orta Dəhliz) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.
2024-01-29
827,247
Azərbaycanın cavabını gözləyirik – İrəvan
Bunlar heç bir siyasi çağırışı olmayan politoloji bəyanatlar idi. Müvafiq müsbət cavablar olarsa, müzakirələr təbii olaraq başqa mərhələyə keçəcək. Axar.az xəbər verir ki, bunu Erməmnistan XİN rəhbərinin müavini Vaan Kostanyan Paşinyanın Azərbaycana “bir-birinin ərazisinə hücum etməmək üçün pakt imzalanması” təklifini şərh edərkən deyib. Sülh müqaviləsinin bağlanması perspektivlərinə gəlincə, nazir müavini qeyd edib ki, İrəvan Bakı ilə münasibətlərin tam nizamlanmasında və sülh sazişinin imzalanmasında səmimi olaraq maraqlıdır: “Bilirsiniz ki, yanvarın 4-də müvafiq sazişin mətninin yenidən işlənmiş variantını göndərmişik. Azərbaycanın cavabını gözləyirik. Dünən cavabın bir neçə həftə ərzində veriləcəyi ilə bağlı açıqlamalar var idi”.
2024-01-29
827,251
Fransanın Kiyevə yardımından narazıyıq – Berlin
Almaniya Fransanın Ukraynanı dəstəkləməkdən çox danışmasından, lakin az silah verməsindən narazıdır. Axar.az xəbər verir ki, bunu Bundestaqın Müdafiə komitəsinin rəhbəri Mari-Aqnes Ştrak-Çimmerman deyib. “Fransanın mediada Ukraynaya verdiyi dəstəklə silah formasında verdiyi dəstək arasında böyük uyğunsuzluq var. Paris tədarükü artırmalıdır. Fransanın töhfəsi ölkənin hərbi imkanları ilə müqayisədə hələ çox kiçikdir. Almaniya isə Ukraynaya AB-dən gələn bütün yardımın 50%-ə qədərini təmin edir”, - deputat bildirib.
2024-01-29
827,253
Türkiyənin daha bir məşhur müğənnisi Bakıya gəlir
Türkiyənin məşhur müğənnisi Can Ozan Bakıda konsert verəcək. Kult.az xəbər verir ki, bu barədə “İticket.az” saytı məlumat yayıb. Məlumata görə, konsert 24 fevral tarixində “Hayal Kahvesi”də baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 25, maksimum isə 60 manatdır.
2024-01-29
827,254
Xaçikyan: Müharibə yaxınlaşır, Bakı istifadə edəcək - Video
15:05 Ermənistan son dərəcə çətin vəziyyətdədir, region genişmiqyaslı müharibə ərəfəsindədir. Bölgədə genişmiqyaslı müharibə başlayır. Bu gün İran, Pakistan, Yəmən, Suriya, Livan, İraq, İsraildə atışma səsləri gəlir, onların yanında ABŞ və Böyük Britaniya dayanır. Axar.az xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib. “Bütün bu atışmaların hədəfi İrandır. İsrail ABŞ-ı İrana qarşı müharibəyə cəlb etmək üçün hər şeyi etməyə çalışır. Orada müharibə başlasa, bizi tamamilə unudacaqlar və bu, Azərbaycanın Ermənistana “hücumu” üçün əlverişli imkan yaradacaq, Bakının məqsədlərinə çatmasını təmin edəcək”, - o bildirib. Xaçikyanın sözlərinə görə, Bakı 2020-ci ildə və 2023-cü ildə məqsədlərinə çatmaq üçün artıq iki dəfə güc üsullarına cəhd edib: “Qərbin Ermənistana qarşı təcavüzə yol verməyəcəyi ilə bağlı bəyanatları vədlər səviyyəsində qalacaq, hansısa təsirli addım atılmayacaq. “Artsaxın” ermənisizləşdirilməsindən əvvəl davamlı olaraq Qərbdən onun etnik təmizləməyə imkan verməyəcəyi, etnik təmizləmənin fəsadlara səbəb olacağı barədə bəyanatlarını eşitmişik. Və sonda nə oldu? Heç nə. İndi də belə olacaq. Azərbaycan praktikada əmin oldu ki, Qərb təhdid və bəyanatlardan o yana getməyəcək”.
2024-01-29
827,255
Tramp müharibəni bitirsə, xoşbəxt olaram - Zelenski
Əgər Tramp həqiqətən də 24 saat ərzində müharibəni bitirsə, xoşbəxt olardım. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ARD kanalına müsahibəsində deyib. “Onunla danışacağam. Əgər onun formatı və ya düsturu sülhə gətirib çıxararsa və bu, həqiqətən də cəmi 24 saat çəkərsə, mən çox xoşbəxt prezident olacağam. Çünki bir gündə nə qədər insan itirdiyimizi bilirəm. Ona görə də kimsə 24 saat ərzində müharibəni necə bitirəcəyini göstərsə, xoşbəxt olaram”, - Zelenski bildirib.
2024-01-29
827,258
“Nar” kubokunun sahibi “Breyn Rinq”in çempionu oldu
“Nar”ın dəstəyi ilə keçirilən “Breyn Rinq” bilik yarışının 22-ci mövsümü yekunlaşdı. Son mövsümdə “Bilik” kubokunun qalibi Göyçayın “FULL” komandası, “Nar” kubokunun qalibi isə “BirBank” komandası olmuşdu. Oyunun qaydalarına uyğun olaraq, Azərbaycan çempionu titulu uğrunda final görüşü bu komandalar arasında keçirildi və qalib “BirBank” komandası oldu. Xatırladaq ki, oyunda 9 region və 7 universiteti təmsil edən 19 komanda mübarizə aparırdı. Qeyd edək ki, “Nar” ölkə gənclərinin intellektual asudə vaxt keçirməsinə dəstək məqsədilə “Breyn Rinq” bilik yarışının əsas tərəfdaşıdır. Mobil operatorun elm və təhsil istiqamətində gerçəkləşdirdiyi digər sosial layihələri haqqında daha ətraflı buradan oxuya bilərsiniz. “Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2024-01-29
827,262
“Birbank” komandası Azərbaycan çempionu oldu
Kapital Bankın maliyyə tərəfdaşı olduğu “Breyn Rinq” televiziya layihəsinin 22-ci mövsümü yekunlaşıb. Gənclərin bilik yarışı ilə sınağa çəkildiyi layihənin qalibi və ölkə çempionu adına “Birbank” komandası layiq görülüb. Hər həftənin bazar günü İctimai Televiziyada yayımlanan layihədə 10 şəhər və 7 universiteti, eləcə də sponsorları təmsil edən 20 komanda çempionluq uğrunda yarışıb. 2023-cü ilin mart ayında start götürən yeni mövsümdə 2 mərhələ oynanılıb. Şərtlərə görə 1-ci mövsümdə “Bilik” kubokunun, 2-ci mövsümdə isə “Nar” kubokunun sahibi bəlli olub. Ötən gün isə “Bilik” və “Nar” kubokunun qalibi olan 2 komanda Azərbaycan çempionu titulu uğrunda mübarizə aparıb. Xatırladaq ki, layihədə Kapital Bank-ı Azərbaycanın məşhur idman şərhçilərindən ibarət “Birbank” komandası təmsil edirdi. Komandada Gündüz Abbaszadə, Rüstəm Fətəliyev, Süleyman Vəliyev, Şəmsəddin Abbasov, Əhməd Əliyev kimi idman jurnalistləri ilə yanaşı Bakı Ali Neft Məktəbinin tələbəsi Həsən Abbaslı yer alırdı. Qeyd edək ki, Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq, daim intellektual oyunları və təhsil layihələrini dəstəkləyir. Ölkənin birinci bankı eyni zamanda “Nə? Harada? Nə vaxt?” intellektual klubun da rəsmi tərəfdaşıdır. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 49 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc.
2024-01-29
827,267
Dünyanın ən böyük kruiz gəmisi səyahətə çıxdı - Video
Dünyanın ən böyük kruiz gəmisi “Dənizlərin ikonası” (Icon of the Seas) ilk yeddi günlük Karib dənizi səyahətinə Floridadakı Mayami limanından yola düşüb. Axar.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. “Gəmi 40-dan çox restoran, kafe və barı olan 20 göyərtədə yatacaq, yeyəcək və əylənəcək 7600 sərnişini qəbul edə bilər. Burada həmçinin tropik bitki örtüyü olan kiçik park, teatr, karaoke, tennis və voleybol meydançaları, uşaqlar üçün attraksionlar və su parkı mövcuddur. Gəminin uzunluğu rekord - 365 m-dir”, - məlumatda deyilir. Müqayisə üçün qeyd edək ki, “Titanik”in uzunluğu 269 metr olub, ABŞ Hərbi Dəniz Qüvvələrinin ən böyük təyyarədaşıyan gəmisi “Cerald R. Ford” isə 333 metrdir. Futbol üzrə dünya çempionatının qalibi olan Argentina milli komandasının kapitanı Lionel Messi də açılış mərasimində iştirak edib.