date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-26 | 826,339 | 702-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 702-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 380 600 hərbçi, 6 265 ədəd tank, 11 637 ədəd zirehli döyüş maşını, 9082 ədəd artilleriya sistemi, 972 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 660 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 045 ədəd avtomobil texnikası, 7033 ədəd PUA, 1 845 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1425 xüsusi avadanlıq itirib. |
2024-01-26 | 826,340 | ABŞ ordusunu bu iki ölkədən eyni anda çıxaracaq | ABŞ qoşunlarının İraqdan çıxarılması Suriyadan ordusunun çıxarılması ilə müşayiət olunacaq. Çünki İraq ərazisindən istifadə etmədən Suriyadakı hərbi kontingenti maddi-texniki baxımından təmin etmək və saxlamaq mümkün olmayacaq. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib. Lavrentyev onu da qeyd edib ki, Vaşinqton qoşunlarının İraqdan çıxarılmasını hər cür ləngidəcək: “Amerikalılar bu məsələnin həllini hər cür gecikdirəcəklər, çünki indi buna hazır deyillər”. Qeyd edək ki, Pentaqon İraqdan ABŞ ordusunun çıxarılmasının müzakirə edilmədiyini bildirib. |
2024-01-26 | 826,343 | Sosial yardım alanların diqqətinə: artmasını istəyirsinizsə… | Bu ildən etibarən ehtiyac meyarının 246 manatdan 270 manata çatdırılması ünvanlı sosial yardım məbləğinin artmasına səbəb olub. Bununla yanaşı, ən çox verilən suallardan biri də məhz ehtiyac meyarı dəyişməmişdən öncə yardım almağa başlayanların ödənişlərində artım olub-olmaması ilə bağlıdır. Yəni əgər ailə 2023-cü ildən başlayaraq ünvanlı sosial yardım alırsa, onun yardım məbləği də artırılacaqmı? Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, mövcud qaydalara əsasən, ehtiyac meyarının artması 2024-cü ildən etibarən ünvanlı sosial yardım almaq hüququ yaranan ailələrin yardım məbləğinə təsir göstərir: “Yəni ehtiyac meyarı artırıldığı üçün onların gəlirləri və xərcləri hesablanan zaman 270 manat meyarından istifadə olunur. Bu zaman ailədə adambaşına gəlir 246 manatdan deyil, 270 manatdan çıxılır və həmin ailə daha çox yardım ala bilər. Bununla yanaşı, ehtiyac meyarı artırılmamışdan əvvəl sosial yardım almağa başlayan ailə yardım məbləğini necə artıra bilər? Qaydalara əsasən, ailənin gəlirlərində ötən müddətdə dəyişiklik baş verməyibsə, o halda həmin ailə yardımı dayandırıb yenidən müraciət edə bilər. Yəni ehtiyac meyarı 246 manat olan zaman yardım almağa başlayan ailənin gəlirində dəyişiklik baş verməyibsə, o halda yenidən müraciət hüququna malikdir. Bununla həmin ailə daha çox məbləğdə yardıma müraciət edə bilər. Həmin ailə elektron kabinet üzərindən yardımın dayandırılması və yenidən müraciəti həyata keçirməlidir. Bütövlükdə ehtiyac meyarının artırılması yeni sosial yardım alanların ödəniş məbləğinə birbaşa təsir etsə də, hazırda proqramdan faydalanalar üçün də imkanlar yaradır”. |
2024-01-26 | 826,346 | Xudafərin-Qubadlı-Laçın yolu nə vaxt tamamlanacaq? | Xudafərin-Qubadlı-Laçın yolunun artıq yarısı tamamlanıb. Axar.az xəbər verir ki, bu barədə yanvarın 26-da Qarabağ və Şərqi Zəngəzur bölgəsində üç mühüm avtomobil yolunun - Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının - tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə məlumat verilib. Qeyd olunub ki, yolun tikintisinə 2021-ci ildə başlanılıb və 2024-cü ilin sonuna kimi tamamlanacaq. İctimai dinləmədə sifarişçilər, layihə icraçıları, dövlət qurumları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edirlər. |
2024-01-26 | 826,347 | Azərbaycan şəhərində 20 dərəcə şaxta qeydə alındı | Son 24 saat ərzində Şərqi Azərbaycan əyalətinin Vərziqan şəhəri 20 dərəcə şaxta ilə İranın ən soyuq şəhəri olub. Axar.az xəbər verir ki, bu barədə əyalətin Baş Meteorologiya İdarəsinin Proqnozlaşdırma Mərkəzi məlumat yayıb. Əyalətin Sarab şəhəri isə 15 dərəcə şaxta ilə ölkə üzrə ikinci ən soyuq şəhər olub. Təbrizdə 8 dərəcə şaxta qeydə alınıb. |
2024-01-26 | 826,352 | HƏMAS-ın nüvə silahı yoxdur, amma Putinin var | Mən Yaxın Şərqdəki müharibədən daha çox Rusiya-Ukrayna müharibəsindən qorxuram. Çünki HƏMAS-ın nüvə silahı yoxdur, amma Putinin var. Axar.az xəbər verir ki, bunu rusiyalı yazıçı Boris Akunin (Qriqori Çxartişvili) “Meduza”ya müsahibəsində deyib. “Mən ABŞ-Çin münasibətlərinin pisləşməsindən qorxuram. Düşünürəm ki, indi hamı təngnəfəsliklə ABŞ seçkilərinin nəticələrini və Amerika siyasətində müvafiq dəyişikliyi gözləyəcək. Bu təhdidlər mənə daha ciddi görünür”, - Akunin bildirib. Qeyd edək ki, Boris Akunin (Qriqori Çxartişvili) Rusiya Federasiyasının Ədliyyə Nazirliyinin xarici agentlər reyestrinə daxil edilib. |
2024-01-26 | 826,356 | Bu ərazidə qəbirlər və ziyarətgah köçürüldü | Xudafərin-Qubadlı-Laçın yolu layihələndirilən zaman bir sıra köçürülmələr olub. Axar.az xəbər verir ki, bu barədə Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Xudafərin-Qubadlı-Laçın, həmçinin Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yollarının tikinti layihələri üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin (ƏMTQ) müzakirəsi ilə bağlı ictimai dinləmədə bildirilib. Qeyd olunub ki, yolun layihələndirilməsi zamanı bir neçə məzarlıq tikintinin altına düşüb. Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müvafiq sənədləşmə aparılıb, 61 məzar, XVII əsrə aid olan Yaxşının qəbri və Seyid Babiş Cəfəroğlunun ziyarətgahı köçürülüb. |
2024-01-26 | 826,357 | İki nəfər prokurorluq orqanlarından xaric edildi | 2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Axar.az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanları tərəfindən 2023-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib. Onun sözlərinə görə, onlardan yeddi nəfər vəzifədən azad olunub: “İki nəfər prokurorluq orqanlarından xaric edilib”. K.Əliyev əlavə edib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib. |
2024-01-26 | 826,359 | Şevçenko inkar etdi: Yeltsin belə söz deməyib! | Boris Yeltsinin “Rusiya NATO-ya daxil olan ilk ölkə olmalı idi” sözlərini eşitməmişəm. Axar.az xəbər verir ki, bunu Yeltsinin Protokol Xidmətinin keçmiş rəhbəri Vladimir Şevçenko deyib. “Bu, yoldaşların (ABŞ Milli Təhlükəsizlik Arxivi nəzərdə tutulur - red.) cəfəngiyyatıdır və bunu xatırlamıram”, - o bildirib. Şevçenko bu cür sənədlərin məxfilikdən çıxarılması faktına da qəzəblənib: “Bu, yalnız tərəflərin qarşılıqlı razılığı ilə mümkün olmalıdır”. Qeyd edək ki, ABŞ Milli Təhlükəsizlik Arxivi tərəfindən məxfilikdən çıxarılan stenoqrama görə, Rusiyanın keçmiş prezidenti Boris Yeltsin 1994-cü il yanvarın 14-də Novo-Oqarevoda amerikalı həmkarı Bill Klintonla görüşündə deyib ki, Rusiya NATO-nun genişlənməsi halında alyansa ilk qoşulan ölkə olmalıdır. |
2024-01-26 | 826,360 | Paşinyan Gürcüstana gedir | Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfərə gedəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. “Ermənistan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclası Tiflisdə keçiriləcək. Paşinyanla Gürcüstan Baş naziri İrakli Qaribaşvili arasında ayrıca görüş də planlaşdırılır”, - məlumatda deyilib. |
2024-01-26 | 826,362 | Bakı üzərində “qələbə”: İrəvanda sevinc... - Video | 12:13 AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi və qurumdan Azərbaycanı bir il müddətinə uzaqlaşdırması Ermənistan hakimiyyətində sevinclə qarşılanıb. Axar.az xəbər verir ki, bu barədə erməni müxalif mediası məlumat yayıb. Bildirilir ki, qərarın qəbulunda xüsusilə Ermənistan nümayəndə heyəti və onun rəhbəri Ruben Rubinyan aktivlik göstərib. “Bu qərar hakimiyyət dairələrində böyük sevincə səbəb olub, hakimiyyətin güclü diplomatik qələbəsi kimi təqdim olunur, çünki onlar Azərbaycana qarşı cəza tədbirləri həyata keçirmək üçün çalışdıqlarını təsdiqləyiblər”, - məlumatda bildirilib. Müxalif “Şərəfim var” fraksiyasının rəhbəri Ayk Mamicanyan “Hakimiyyətin böyük diplomatik qələbəsi” haqqında danışmaq istəməyib. Buna baxmayaraq, bəzi müxalif deputatlar AŞPA-nın qərarının heç bir ciddi nəticəsi olmayacağını, Əliyevə hər hansı təsir etməyəcəyini bildirərək, “Mülki müqavilə” üzvlərini “göyün yeddinci qatından enməyə” çağırıblar. Xüsusi tapşırıqlar üzrə səfir Edmon Marukyan isə deyib ki, AŞPA-da verilən qərar müəyyən mənada gecikmiş hesab oluna bilər: “Çünki Azərbaycanda baş verənlərə, Qarabağda həyata keçirilənlərə görə bu cür qərar xeyli əvvəl qəbul olunmalı idi. Amma, necə deyərlər, heç vaxt olmamasından gec olması yaxşıdır. Bu mənada ümid edirəm ki, Azərbaycanda bu qərardan nəticə çıxaracaqlar, çünki Qarabağda baş verənlər 120 min insanın etnik təmizlənməsi, insan haqlarının kütləvi şəkildə pozulması və haqqında danışdığımız bütün pozuntulardan bəhs edir. Ümid edək ki, Azərbaycan belə bir qərardan nəticə çıxaracaq”. O qərarın niyə məhz indi qəbul edilməsinə gəlincə, Manukyan buna konkret cavab verməyib və dolayısı ilə bu qərarın Qərbin öz marağında olmasını təsdiqləyib: “Bir çox amillər üst-üstə düşə və ya üst-üstə düşməyə də bilər, hər halda, bəli, sürpriz var: niyə əvvəllər yox, indi? Çünki Azərbaycan Avropanın fundamental sənədlərinə əməl etməyib, Avropa Məhkəməsinin bir çox qərarını yerinə yetirməyib”. Səfir Ağacanyan isə deyib ki, bu qərara səbəb Azərbaycan “Qərbin nəzarətindən çıxması” və Rusiya və İranla sıx əməkdaşlıq etməsidir (Halbuki İranla sıx əməkdaşlıq edən Ermənistandır – red.): “Qərb Qarabağın əhalisinin məcburi çıxarılması faktına göz yummağa çalışdı, ümid edirdi ki, bu, sülh müqaviləsinin imzalanmasını asanlaşdıracaq və bununla da Azərbaycan Qərb qarşısında götürdüyü öhdəliyi yerinə yetirəcək. Qərb İrana qarşı əməliyyatlar aparır, lakin Azərbaycanın buna həvəsinin olmadığı açıq-aydın görünür. Bu baxımdan təsadüfi deyil ki, Əliyev Qarabağı qəbul etdikdən sonra Rusiya sülhməramlılarını Qarabağda saxlayaraq, Rusiya-İran qanadına kəskin dönüş etdi, halbuki mühasirə zamanı mütəmadi olaraq sülhməramlıların Qarabağı tərk etməsi məsələsini qaldırırdı. Digər tərəfdən Azərbaycan İranla Xəzərdə hərbi təlimlər keçirdi və İranda səfirliyin açılması və səfirin geri qaytarılması məsələsini müzakirə etməyə başladı. Təbiidir ki, Qərb onilliklər ərzində maliyyə, hərbi və digər vasitələrə böyük sərmayələr yatırdığı üçün buna uzun müddət dözə bilməz, ona görə də Qərb müxtəlif parlamentlərdə qətnamələr şəklində sarı vərəqə göstərmək alətlərindən istifadə etmək qərarına gəlib. Bura Fransa Senatının qəbul etdiyi qətnamə də daxildir”. Buna baxmayaraq, o, Azərbaycanın Ermənistanla bağlı mövqeyində heç bir dəyişiklik olmayacağına əmindir: “Erməni tərəfinə təzyiqlər davam edəcək, ritorika dəyişməyəcək və bu işdə Qərbin adından çıxış edən İngiltərə, əksinə, hakimiyyətimizi güzəştə getməyə inandırmağa çalışacaq”. Ağacanyanın sözlərinə görə, Qərb ümid edir ki, sülh sazişi nə qədər tez bağlansa, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq bir o qədər sürətlənəcək: “Qərb sülh sazişindən sonra Rusiya hərbi bazasının Ermənistandan çıxarılacağını gözləyir. Ağır hərbi texnikanın İran sərhədinə daşına biləcəyi dəhliz (Zəngəzur dəhlizi – red.) Azərbaycanın İrana qarşı hərəkətləri qədər Qərb üçün önəmlidir. Qəzza və Ukraynada baş verən proseslər nəzərə alındıqda bu vəziyyət kritikləşir, yəni Azərbaycanın mövqeyi Qərbin dünyada vəziyyətini çətinləşdirir və onun geosiyasi mövqelərinə daha böyük zərbə vurur”. Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Naira Zöhrabyan isə bu qətnamə ilə bağlı sevinci bölüşmür və bunu diplomatik qələbə hesab etmir: “Əslində, Azərbaycanda fevralda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün AŞPA müşahidəçilərinin dəvət edilməməsinin qətnaməyə salınması AŞPA-nın səhvidir. Həqiqətən, nə baş verib ki? Qərarın əsaslandırılmasını oxuyanda klassikanı xatırlayırıq: Doğrudanmı? Qarabağ blokadasının həyəcanlı təsvirini oxudunuz... İndi bizim nümayəndə heyətimizin üzvlərindən kiminsə sualı var idimi ki, o aylar ərzində niyə azərbaycanlı deputatların ağzını bağlamadınız, onları səsvermə hüququndan məhrum etmədiniz, niyə indi etdiniz?” Zöhrabyan bildirib ki, bu sənədlərin heç bir təsiri yoxdur. |
2024-01-26 | 826,366 | Blogerlər hədələndi: Azərbaycan mediası ilə əlaqə saxlamayın! | İran təhlükəsizlik məmurları Güney azərbaycanlı bloger və sosial media fəallarını təhdid edirlər. Axar.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları paylaşım edib. Bildiriblər ki, bir neçə şəhərdə Təhlükəsizlik və Kəşfiyat Nazirliyinin yerli bölmələri fəallara zəng edib, onlara tövsiyələr veriblər. Fəallardan milli məzmunlu marş, mahnı və materialların paylaşımını məhdudlaşdırmaq tələb edilib. “Təhlükəsizlik məmurları Azərbaycan Respublikasından olan media və sosial media nümayəndələri ilə əlaqə saxlamamağa çağırıblar”, - güneyli fəallar bildiriblər. Onların sözlərinə görə, məmurlar fəalları qeyd olunan məsələlərə diqqət etmədikləri təqdirdə məsuliyyətə cəlb olunacaqları ilə hədələyiblər. |
2024-01-26 | 826,368 | Rayonlara qar yağacaq, yollar buz bağlayacaq | Bakıda və Abşeron yarımadasında yanvarın 27-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. |
2024-01-26 | 826,371 | Daha iki ölkə arasında müharibə ola bilər | Kim Çen İnin daha aqressiv bəyanatları fonunda Şimali Koreya yaxın aylarda Cənubi Koreya ilə müharibəyə başlaya bilər. ABŞ Prezident Administrasiyası belə bir ssenariyə hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” bir neçə mənbəyə istinadən məlumat yayıb. “Koreya yarımadasında tammiqyaslı müharibə təhlükəsi görünmür, lakin Pxenyan sürətli eskalasiyanın qarşısını almaq üçün zərbələr endirə bilər. Nümunə olaraq 2010-cu ildə KXDR və Cənubi Koreya arasında artilleriya atəşlərini göstərmək olar. Hadisə nəticəsində hər iki tərəfdən bir neçə hərbçi və mülki şəxs həlak olmuş, lakin atəş dayandırılmışdı. Rusiya ilə tərəfdaşlığın genişləndirilməsi Kim Çen İni ruhlandıra bilər. Amma Şimali Koreyanın hərbi əməliyyatlara və ya böyük müharibəyə hazırlaşdığına dair konkret əlamətlər qeydə alınmayıb”, - mənbə bildirib. |
2024-01-26 | 826,372 | Prezidentin bu çağırışı onları qorxutdu – Ekspert | AŞ və AŞPA-da Azərbaycana qarşı başlayan qaralama kampaniyasının mərkəzində, başında Fransa, Almaniyanın bəzi siyasətçiləri, ABŞ və onun dirijor çubuğu ilə hərəkət edənlər dayanır. Bu sözləri Axar.az-a AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi ilə bağlı qərarının səbəbləri haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib. Tarixçi bildirib ki, ölkəmizdə keçiriləcək prezident seçkilərini onlar “fürsət” bilirlər: “Əsas məqsədlərdən biri Ermənistanla gedən danışıqları pozmaqdır. Yəni özlərini “vasitəçi” sananlar Bakı və İrəvanın birbaşa danışıqlar yolu ilə müsbət nəticə əldə etdiyini görürlər, ancaq proses maraqlarına zidd olduğu üçün bunu istəmirlər. Çindən başlayan və Zəngəzurdan keçib Avropanın cənubuna, Balkan yarımadasına qədər uzanacaq ticarət yolu layihəsini əngəlləmək üçün əllərindən gələni edirlər. Onların logistikaya baxışı fərqlidir və ABŞ-ın ortaya atdığı Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini ( İMEC) reallaşdırmaq niyyətindədirlər. Ermənistanın taleyi nə Fransanın, nə də ABŞ-ın vecinədir və lazım gəlsə, öz mənfəətləri üçün onu güdaza verməkdən çəkinməyəcəklər”. Rizvan Hüseynovun sözlərinə görə, digər ən önəmli məsələ ölkəmizin yeni dövrə keçidi və yeni hədəflərlə bağlıdır: “Dünya yeni bir mərhələyə qədəm qoyur, siyasi qütblər, güc mərkəzləri, ittifaqlar yaranır və ticarət yolları, dəhlizlər üzərində mübarizə qızışır. Azərbaycan da öz ərazi bütövlüyünü bərpa etdi, çox uzun bir dövr üçün qarşımızda duran ən vacib hədəfimizə çatdıq. Lakin eyforiyaya qapılmaq, arxayınlaşmaq və yerində saymaq olmaz. Cənab Prezident də 10 yanvarda yerli mətbuata müsahibəsində növbədənkənar seçkilərin keçirilmə səbəbləri haqqında danışarkən bu məsələni çox geniş şəkildə izah etdi və gələcək hədəflərimiz barədə ətraflı şəkildə danışdı. Əlbəttə, dövlət başçısının sözügedən çıxışı dünyada çox böyük əks-səda doğurdu və qarşıya qoyduğu yeni milli hədəflər dünyanı ancaq öz istədikləri formada dizayn etməyə vərdiş etmiş gücləri təşvişə saldı. Yəni İlham Əliyev bizə “dayan” deyənlərin sözünü dinləmədi və bütün çətinliklərə rəğmən yeni milli hədəflərimizə doğru irəliləmək yolunu seçdi. Ölkə başçısı eyni zamanda mediadan, bütün ziyalılardan, siyasətçilərdən cəmiyyəti hərtərəfli formada yeni dövrə hazırlamağı istədi. Bəli, dünyada beynəlxalq münasibətlər sistemi və təhlükəsizlik arxitekturası yenidən qurulur. Arxayınlaşmamalı, daha da güclənməli və irəliləməliyik. Başqa yol yoxdur. Ona görə də AŞPA-nın ikiüzlülüyünə sərt cavab və Azərbaycanın ehtiyac yaranarsa, ən kəskin addımlar atmaqdan belə çəkinməyəcəyi mesajı verildi. Çünki biz heç kimin boyunduruğu, proksisi və s. ola bilmərik. Azərbaycan müstəqil dövlət kimi yeni dünya nizamında öz layiqli yerini tutmalıdır. Bunun da tək yolu maneələri dəf edərək yalnız irəliyə getməkdir”. |
2024-01-26 | 826,373 | Türkiyə ordusu 5 terrorçunu məhv etdi | Türkiyə ordusu İraqın şimalında 5 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. "Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçuları təmizləməyə davam edir. Bölgədə bir terrorçu da qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək!” - məlumatda bildirilib. |
2024-01-26 | 826,378 | Paşinyanın canfəşanlığı: bacaracaqmı? - Markedonov | “Ermənistan Respublikasına yeni Konstitusiya lazımdır. Konstitusiya dəyişikliyi yox, yeni Konstitusiya”. Paşinyan bu tezisi Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə onlara ünvanlayıb. Bu bəyanat açıq şəkildə korporativ görüş çərçivəsindən kənara çıxır. Dövlətin əsas qanunu təkcə peşəkar hüquqşünaslara və hüquq-mühafizə orqanlarının əməkdaşlarına deyil, həm də bütün ölkə vətəndaşlarına aiddir. Axar.az xəbər verir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib “Paşinyan ilk dəfə deyil ki, Konstitusiyaya dəyişiklik edilməsinin zəruriliyindən danışır. O, 2018-ci ildə çətinliklə Baş nazir postunu tutaraq bu məsələni dəfələrlə qaldırıb və çoxistiqamətli siqnallar göndərib. Nikol həm prezidentə real səlahiyyətlərin qaytarılmasından, həm də parlament respublikasının qorunub saxlanmasından bəhs edib. Bu ilin yanvarında parlamentarizmin lehinə çıxış edən Nikol onun demokratik istək və strategiyasını nəzərə alaraq, bu idarəetmə formasını Ermənistan üçün ən əlverişlisi adlandırdı. Niyə “burada və indi” Konstitusiya mövzusu Ermənistan hökumətinin başçısı üçün bu qədər vacib oldu? Bunun bir neçə səbəbi var. Paşinyan “köhnələrin” tərtib etdiyi qaydalar üzrə fəaliyyət göstərməsindən narahatdır. Bəli, o, bu qaydalardan bir-iki dəfə yararlanıb. Amma indiki formada Ermənistanın hökumət modeli Serj Sərkisyanın prezidentliyi dövründə təsdiqlənib. Ermənistanın üçüncü prezidenti onun yeniliklərindən faydalana bilmədi. Paşinyan təkcə simvollarla deyil, həm də praqmatizmlə maraqlanır. Ermənistan hazırda “seçki fasiləsi” dövrünü yaşayır. Hakimiyyətin Qarabağla bağlı qərarlar kompleksi, ağır sosial-iqtisadi vəziyyət və bir siyasi qüvvənin hökmranlığından “banal” yorğunluq ümumilikdə onlara, xüsusən də Paşinyan üçün xeyli çətinliklər yaradır. Növbəti parlament seçkisinin 2026-cı ildə keçirilməsi planlaşdırılır. Heç kim təminat verməyəcək ki, Paşinyan onlara optimal formada yanaşacaq. Ötən il bələdiyyə seçkisi hakimiyyət üçün çətin imtahana çevrildi. Yeni Konstitusiyanın qəbulu, hətta orada bir neçə bəndə düzəliş edilsə belə, mövcud seçki cədvəlini dəyişməyə imkan verəcək. Bu, reytinqlərin mümkün düşməsi, etiraz əhval-ruhiyyəsinin yüksəlməsi və ya digər xoşagəlməz reallıqları gözləmədən seçkini sürətləndirəcək. Ermənistan vətəndaşları dəfələrlə Paşinyanın fövqəladə vəziyyətlərdə öz tərəfdarlarını necə toplayıb səfərbər etməsinin şahidi olublar. Paşinyan ilk dəfə deyil ki, Konstitusiya dəyişiklikləri mövzusunu qaldırır. Onun sözdən hərəkətə keçməyə hazır olub-olmadığını isə zaman göstərəcək”, - o bildirib. |
2024-01-26 | 826,383 | Gəncədə qətl: Həsənov 30 manata görə öldürülüb | Gəncə şəhər sakini 1986-cı il təvəllüldü Vasif Həsənovun qətlə yetirilməsinin bəzi detalları məlum olub. Axar.az xəbər verir ki, 38 yaşlı Vasif Həsənovun 28 yaşlı Yaqub Həsənov tərəfindən öldürülməsinə səbəb aralarındakı borc məsələsi olub. İlkin məlumata görə, Yaqub Həsənovun Gəncədə xeyir-şər çadırı verməklə məşğul olan mərhuma 230 manat məbləğində borcu olub. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Tərəflər arasında mübahisə də buna görə baş verib. Mübahisə zamanı Yaqub Həsənov əlində olan kəsici alətlə Vasif Həsənova zərbələr endirib. Sonuncu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaqub Həsənov isə keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib. Artıq faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir. |
2024-01-26 | 826,388 | Qərb Ukraynanın bu cinayətinə şərik olacaq - Polyanski | Belqorod vilayəti üzərində Rusiyanın İl-76 təyyarəsinin vurulmasında ABŞ və ya Almaniyanın yer-hava raket sistemlərindən istifadə edilməsi təsdiqlənərsə, Qərb dövlətləri Kiyev hökumətinin törətdiyi bu cinayətə şərik olacaq. Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. “İlkin istintaqa görə, Ukrayna bu terror aktını zenit-raket kompleksindən istifadə etməklə həyata keçirib. Raketlər Xarkov vilayətindən buraxılıb. İl-76 təyyarəsinin ABŞ-ın “Patriot”u, ya da Almaniya istehsalı olan İRİS-T raketləri ilə vurulması ehtimal olunur”, - rusiyalı diplomat bildirib. Qeyd edək ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib. |
2024-01-26 | 826,390 | Zəngilanda mühüm iclas baş tutdu | 13:13 Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun növbəti iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentinin xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 və 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak ediblər. İclasda işçi qrup üzvləri və dəvət olunan digər qurumlar tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında bərpa-quruculuq, layihələrinin icrası zamanı ekoloji dayanıqlığın təmin olunması, Azərbaycan-Türkiyə əməkdaşlığı çərçivəsində Cəbrayıl rayonunda meşəçilik sahəsində görülmüş işlər, Zəngilan və Cəbrayıl rayonlarında aparılan içməli və tullantı su sistemlərinin yenidən qurulması işləri, Cəbrayıl rayonunda kəhrizlərin bərpası və su ehtiyatlarının idarə olunmasında onlardan istifadə perspektivləri, yol-infrastruktur layihələrininin icrası zamanı ətraf mühitə minimum təsirə nail olunması, yol tikintisi işlərində tələb olunan xammal təminatı, faydalı qazıntı yataqlarından səmərəli istifadənin təşkili, işğaldan azad edilmiş ərazilərdə ekoloji qiymətləndirmə və yaşıllaşdırma layihələri üzrə aparılan minatəmizləmə fəaliyyəti, bərk məişət tullantılarının idarə olunması və Şərqi Zəngəzur iqtisadi rayonununda icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilib. |
2024-01-26 | 826,391 | İrəvan bu məsələdə də əməkdaşlıqdan yayınır | Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın müəyyən edilməsi istiqamətində Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və aidiyyəti digər qurumlarla birlikdə zəruri tədbirlər görülür. Axar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş geniş kollegiya iclasında deyib. O bildirib ki, mina məsələsində olduğu kimi, bu məsələdə də Ermənistan tərəfi əməkdaşlıq etməkdən yayınır və müvafiq məlumatları təqdim etməkdən imtina edir. |
2024-01-26 | 826,395 | Qaçqına çevrilən ukraynalıların sayı açıqlandı | Müharibə başlayandan bəri Ukraynanın 10 milyon sakini evini tərk etmək məcburiyyətində qalıb. Axar.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib. O, beynəlxalq ictimaiyyəti Ukraynaya dəstəyi davam etdirməyə çağırıb: “Müharibə zamanı təxminən 6,3 milyon insan Ukraynadan gedib, daha 3,7 milyon insan isə Ukraynanın döyüşlərdən uzaq başqa bölgəsinə köçüb. Qaçqınların sayı 10 milyon nəfərdir. Bu da demək olar ki, ölkə əhalisinin dörddə birini təşkil edir”. |
2024-01-26 | 826,397 | İl-76-nın qara qutuları deşifrə üçün yararlıdır | Ukrayna raketi ilə vurulan İl-76 hərbi-nəqliyyat təyyarəsinin qara qutuları ekspertiza üçün ixtisaslaşdırılmış elmi-tədqiqat institutunun laboratoriyasına çatdırılıb, onların vəziyyəti yaxşıdır və deşifrə üçün yararlıdır. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadən məlumat yayıb. “Hər iki registrator yaxşı texniki vəziyyətdədir və deşifrə üçün yararlıdır. Praktikada qara qutuların deşifrə edilməsi orta hesabla 20-30 dəqiqə çəkir, baxmayaraq ki, istisnalar var və ekspertiza daha uzun çəkə bilər. Uçuşun son üç dəqiqəsi barədə məlumat vacibdir. Deşifrə ediləcək ilk amil səs yazıcısıdır. Çünki pilotların reaksiyası ilə təyyarəyənin xarici təsirə məruz qalıb-qalmamasını dərhal müəyyən etmək olar. İndi təyyarənin “Patriot” və ya “İRİS-T” ilə vurulduğunu anlamaq vacibdir”, - mənbə bildirib. Qeyd edək ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib. |
2024-01-26 | 826,401 | Türkiyə KİV-dən AŞPA-nın Bakı qərarına reaksiya - Video | Avropa unutmamalıdır ki, Rusiya-Ukrayna müharibəsindən sonra enerji baxımından Azərbaycandan asılılığı var. Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirlər Türkiyənin “Haber Global” telekanalının Azərbaycan-Avropa Şurası Parlament Assambleyası münasibətləri kontekstində hazırladığı süjetdə yer alıb. Qeyd olunub ki, bu, AŞPA-nın ilk qalmaqallı qərarı deyil: “Türkiyə əleyhinə də dəfələrlə Azərbaycana qarşı səsləndirilən ittihamlara bənzər fikirlər ortaya atılıb. Onlar Azərbaycanla əlaqədar, xüsusilə 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirləri ilə bağlı erməni lobbisi və Fransanın rəhbərlik etdiyi lobbiçilik fəaliyyəti ilə məşğul oldular”. Sujetdə AŞPA-nın 30 illik işğal dövründə AŞPA-nın Ermənistan əleyhinə heç vaxt hər hansı qərar və qətnamə qəbul etməməsi də diqqətə çatdırılıb: “İkili standartlar, qütbləşmə normal olaraq sivilizasiyalarda və cəmiyyətlərdə nifrət yaradır. Azərbaycan işğal altında olan torpaqlarını azad etmək üçün böyük itkilər verdi, vətəni xilas etmək üçün mübarizə apardı. Avropada isə ona dəstək vermək əvəzinə, Ermənistan və erməni quldur dəstələrini dəstəkləməyə yönələn siyasi vəziyyət yarandı. Buna baxmayaraq, Azərbaycan qalib gəldi. Ermənilər Fransa vasitəsilə lobbiçilik edərək AŞPA-ya hesabatlar gətirirlər. Əgər qurum bu qərarları ilə ikili standartlar ortaya qoyursa, qarşı tərəfdən də atılacaq addımlar var”, - telekanal vurğulayıb. Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA, eyni zamanda, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib. |
2024-01-26 | 826,403 | 101 yaşlı müharibə veteranı vəfat etdi - Foto | İkinci Dünya müharibəsinin iştirakçısı və veteranı Cəbrayıl Nəhmətov vəfat edib. Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun ailəsindən məlumat verilib. Bildirilib ki, C.Nəhmətov ötən gün axşam saatlarında 101 yaşında dünyasını dəyişib. Qeyd edək ki, C.Nəhmətov 1923-cü ilin mayın 23-də Astara rayonunun Şiyəkəran kəndində anadan olub. O, yaşadığı kəndin qəbiristanlığında dəfn edilib. |
2024-01-26 | 826,405 | Bakıda daha bir elektrik mühərrikli avtobus - Video | Bakının marşrut xəttinə daha bir elektrik mühərrikli avtobus buraxılıb. Axar.az xəbər verir ki, bu barədə “Bakı Bus”ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva məlumat yayıb. “Elektrik avtobusu hazırda “Bakı Bus”ın istismarında olan 11 nömrəli marşrut xəttində, İ.Əbilov-Dəmiryol vağzalı istiqamətində fəaliyyət göstərir”, – qeyd edilib. İlk belə avtobus sentyabrda “20-ci sahə”-“Nəriman Nərimanov” metrostansiyası istiqamətini əhatə edən 5 nömrəli marşrut xəttinə buraxılıb. |
2024-01-26 | 826,406 | AŞPA-nın bu qərarı ikili standartlardan qaynaqlanır | Məlum Qərb ölkələrinin və onların əlində alətə çevrilmiş AŞPA kimi təşkilatların qərəzli və destruktiv addımları bir daha sübut edir ki, onları nə Cənubi Qafqazda sülhün bərqərar olması, nə də region xalqlarının rifah içində yaşaması maraqlandırır. Əslində, bu qüvvələri heç erməni xalqının da taleyi düşündürmür. Bu gün Fransa və Almaniyanı Ermənistan yalnız bizim regionda öz iyrənc müstəmləkə siyasətlərini həyata keçirə bilmək üçün bir vasitə kimi maraqlandırır. Ukraynanın timsalında isə, bu maraqların hansı nəticələrə gətirib çıxara biləcəyini aydın görmək olar. Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat qeyd edib ki, AŞPA-nın yanvarın 22-də, qış yarım sessiyasının açılış günündə ölkəmizin bu təşkilatda nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi Azərbaycana qarşı açıq-aşkar ikili standartlar siyasətinin tətbiqinə cəhd kimi dəyərləndirilməlidir: “Fransa və Almaniyanın manipulyasiyalarının nəticəsi olaraq qəbul edilmiş qərəzli qərarın Azərbaycanda fevralın 7-də keçiriləcək seçkiləri müşayiət etməyə AŞPA-nın dəvət edilməməsi və ölkədə “siyasi məhbus”ların olması ilə əsaslandırmaq cəhdləri yalnız beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi güdür. Hələ ötən il aprelin 23-də Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurandan sonra AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini tələb etmişdi. Təbii ki, Azərbaycan mahiyyət etibarı ilə Ermənistandan ölkəmizin ərazisində o zaman hələ mövcud olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə və silah-sursat daşımasına icazə vermək anlamına gələn bu tələbi qətiyyətlə rədd etdi. Bundan sonra AŞPA rəhbərliyi 3 dəfə ölkəmizə müraciət edərək Laçın yoluna məruzəçi göndərmək istədiyini bildirib. Aydındır ki, bu istəyin də arxasında ermənilərin “blokadada yaşamaları” barədə uydurma faktlar əsasında saxta hesabatların hazırlanması və bu yolla Avropada anti-Azərbaycan əhval-ruhiyyəsinin gücləndirilməsi məqsədi dururdu. Azərbaycan dövləti yenə də prinsipiallıq və siyasi iradə nümayiş etdirərək, bu cəhdlərin də qarşısını aldı. Çünki AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib. Assambleyanın qış yarım sessiyasının açılış günündə isə, Almaniyanı təmsil edən nümayəndə Frank Şvabe özünün “100 mindən artıq Qarabağ ermənisinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmaması Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirilməlidir” kimi absurd fikirlərin yer aldığı çıxışında AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələrinin təsdiq edilməməsi təşəbbüsünü irəli sürüb və bu təşəbbüs təsdiqlənib”. “Xatırlatmaq yerinə düşər ki, Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə sülh yolu ilə nail olmaq üçün Avropa Şurasına üzv olmuşdu. Lakin ötən dövrdə gedən proseslər göstərdi ki, bu qurum Azərbaycanın mənafelərinə xidmət edəcək heç bir layihədə maraqlı deyil. Bu gün isə, artıq Azərbaycan dövləti özü Qarabağ problemini kökündən həll edib. Buna görə də ölkəmizin hazırda nəinki dünya səviyyəsində, Avropanın hüdudları daxilində belə nüfuzu olmayan Avropa Şurasına heç bir ehtiyacı yoxdur”, - deputat vurğulayıb. |
2024-01-26 | 826,408 | ABŞ İrana kəşfiyyat məlumatı ötürüb? - Tehran | “Voll Strit Jurnal”nın Vaşinqtonun Kirmanda gözlənilən terror aktı ilə bağlı Tehranı xəbərdar etdiyinə dair iddiaları həqiqətə uyğun deyil. Axar.az xəbər verir ki, bu barədə İRNA İran XİN-dəki mənbəyə istinadən məlumat yayıb. İran kəşfiyyat xidmətlərindəki mənbə isə qeyd edib ki, əgər ABŞ belə bir mesaj ötürübsə, bu özünü qorumaq məqsədi daşıyır: “ABŞ İrana məxfi mesaj ötürübsə, bu, yalnız Vaşinqtonu Tehranın cavab zərbəsindən qorumaq məqsədi ilə edilib, xüsusən də İsrailin Qəzza zolağında müharibəyə başlaması fonunda”. Xatırladaq ki, yanvarın 3-də İranın Kirman şəhərində SEPAH generalı Qasım Süleymaninin ölümünün dördüncü ildönümü münasibətilə keçirilən dəfn mərasimi zamanı terror aktı baş verib, nəticədə 91 nəfər ölüb, yüzlərlə adam yaralanıb. |
2024-01-26 | 826,409 | Hakan Fidan britaniyalı nazirlə görüşdü | Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Böyük Britaniyanın xarici işlər naziri David Kemeronla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı nazirlərin hansı məsələləri müzakirə etdikləri hələ ki, açıqlanmayıb. |
2024-01-26 | 826,410 | Bakıya qarşı yeni təzyiq siyasəti… – Millət vəkili | AŞPA-nın Azərbaycanın nümayəndə heyətinin etimadnaməsinin substantiv əsaslarla qəbul edilməməsinə çağıran qətnaməsi ikili standartların və ölkəmizə qərəzli münasibətin daha bir təzahürüdür. Bu fikirləri Axar.az-a açıqlamasında millət vəkili Soltan Məmmədov deyib. Deputat bildirib ki, Fransa Senatının Azərbaycana qarşı qətnaməsi, Borrellin çıxışı, AŞPA-dakı qətnamə - bütün bunlar ölkəmizə qarşı kampaniyanın aparıldığını təsdiqləyir: “Bu cür addımlar əslində Azərbaycanla Ermənistan arasında sülh prosesində Avropa Birliyinin roluna da ciddi zərbə vurur. Ümumilikdə Azərbaycan ictimaiyyətinin Avropa strukturlarına etimadını sarsıdır”. Millət vəkilinin fikrincə, AB-nin Azərbaycan ərazilərinə hansısa formada silahlı missiya göndərmək, Ermənistan ərazilərində yerləşdirilən missiyanın Azərbaycanda da yaradılması cəhdləri uğursuz olub: “İndi isə ölkəmizə qarşı yeni təzyiq mexanizmlərini işə salmağa çalışırlar. Bəzi ölkələr COP-29 və BMT-nin nüfuzlu Ümumdünya Şəhərlər Forumunun Azərbaycanda keçirilməsinə imkan verməmək üçün çox cəhd göstərdilər. Lakin bu cəhdlər də nəticəsiz qaldı. ABŞ və Fransa mətbuatında Azərbaycana qarşı COP 29-la əlaqədar genişmiqyaslı kampaniyalar aparıldı. Bizim ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi, Cənubi Qafqazda yeni reallıqlar yaratması ilə barışa bilmirlər. Bu baxımdan düşünürəm ki, Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dondurması barədə qərarı tamamilə düzgün bir addım idi”. Soltan Məmmədov qeyd edib ki, Azərbaycanın AŞPA-da təmsil olunduğu müddət ərzində nümayəndə heyətimizin erməni işğalının ağır nəticələrini gündəmə gətirmək təşəbbüslərinə laqeyd yanaşılıb: “Bu təşəbbüslərə belə reaksiyalar verilib ki, qurum münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün uyğun platforma deyil. Ancaq indi avropalı deputatlar tamamilə fərqli mövqedən çıxış edir, Azərbaycana qarşı əsassız ittihamlar irəli sürürlər. Təkcə 2023-cü ildə AŞPA Qarabağ mövzusuna dair bir neçə qətnamə qəbul edib. Bütün bunlar onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərqərar etməsi, müstəqil siyasət yürütməsi, heç bir beynəlxalq qurumun, heç bir dövlətin təzyiqinə boyun əyməməsi bizə qarşı aparılan qərəzli siyasətin əsas səbəbləridir”. Deputatın sözlərinə görə, AŞPA-nın və digər qurumların hansı qərar qəbul etməsindən asılı olmayaraq, Azərbaycan xalqı və dövləti öz strateji seçimini edib: “Biz, ərazi bütövlüyümüzə, suverenliyimizə və beynəlxalq birliyin üzvü kimi hüquqlarımıza hörmətlə yanaşan hər kəslə əməkdaşlığa hazırıq. Azərbaycan nə qədər etibarlı tərəfdaş olduğunu dəfələrlə sübut edib. Ona görə də heç bir qətnamə, təzyiq bizi öz yolumuzdan döndərə bilməz”. |
2024-01-26 | 826,413 | Cəbrayılın bu kəndində kəhrizlər bərpa olunur | Cəbrayılın Horovlu kəndində kəhrizlər bərpa olunur. Axar.az xəbər verir ki, bunu Cəbrayıl və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə İşçi qrupun üzvü Nərgiz Qaracayeva Ekoloji məsələlər üzrə İşçi qrupun Zəngilanda keçirilən iclasında deyib. N.Qaracayeva qeyd edib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa-tikinti işləri başlayıb: "İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub. Lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa edilir, 2 kəhriz tam bərpa olunub, 3-nün bərpası üzrə işlər isə yaxın aylarda tamamlanacaq". İşçi qrupun üzvü vurğulayıb ki, "Böyük Qayıdış" proqramının birinci mərhələsində 2024-cü ilin sonunadək Horovlu kəndində əhalinin sayı təxminən 1395 nəfər təşkil edəcək: "Növbəti illər üçün kənd əhalisinin sayının təxminən 3500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır". |
2024-01-26 | 826,417 | Kreml Kiyevin NATO-ya qəbulunu razılaşır | Rusiya qeyri-rəsmi kanallar vasitəsilə ABŞ-a açıq şəkildə bəyan edib ki, Kiyev üçün gələcək mümkün təhlükəsizlik tədbirləri də daxil olmaqla, Ukraynaya müdaxiləyə son qoymaq üçün danışıqlara hazırdır. Axar.az xəbər verir ki, bu barədə “Blumberq”ə Kremlə yaxın iki mənbə bildirib. Mənbələr vurğulayıblar ki, Rusiya bu “siqnalları” 2023-cü ilin dekabrında yüksək rütbəli Amerika rəsmilərinə ötürüb, lakin onlar vasitəçinin adını çəkməkdən imtina ediblər: “Putin Ukraynanın neytral qalması və NATO-ya qoşulmaması tələblərindən imtina etməyi nəzərdən keçirə bilər. Bunun müqabilində Moskva Kiyevi məcbur edəcək ki, son illərdə Rusiyanın işğal etdiyi əraziləri Kremlin nəzarətində tanısın”. “Blumberq” qeyd edib ki, amerikalı rəsmilər bu cür təkliflərdən xəbərsizdirlər və Putinin döyüşləri bitirməkdə ciddi olduğunu göstərən heç bir əlamət görmürlər. Onlar Rusiyanın siqnalları ilə bağlı xəbərlərə şübhə ilə yanaşır. |
2024-01-26 | 826,419 | Azərbaycanda bu universitet MMC-yə çevrildi | Xəzər Universiteti təşkilati-hüquqi formasını dəyişdirib. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, təhsil müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətə çevrilib. Qeyd edək ki, Xəzər Universiteti 1991-ci il martın 18-də yaradılıb. |
2024-01-26 | 826,420 | Xankəndidə avtomat meteoroloji stansiya quraşdırılacaq | Xocavənd, Ağdərə, Xankəndi və Qubadlı rayonlarının ərazisində avtomat meteoroloji stansiyalar quraşdırılacaq. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov Ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib. Onun sözlərinə görə, avtomat hidroloji stansiyaların Qarqarçayın Xankəndi şəhərindən, Xaçınçayın Ağdərə rayonu, Zabuxçayın Laçın rayonundan keçən hissəsində, Tərtərçayda isə Suqovuşan və Sərsəng su anbarlarının girişində quraşdırılması nəzərdə tutulub. |
2024-01-26 | 826,422 | Maaş artımları bu mərkəzdən başladı: mükafatlar da olacaq | Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzində əmək haqqı artımları həyata keçirilib. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib. Bayramov bildirib ki, Monitorinq Mərkəzində çalışanların maaş artımı ilə yanaşı, onlara mükafatların verilməsi də nəzərdə tutulub: “Yəni əmək haqqı artımları ilə yanaşı, həmin mərkəzdə çalışanlar üçün il ərzində 2 dəfə aylıq maaşın həcmi qədər mükafat formasında ödənişlər olacaq”. Millət vəkili xatırladıb ki, 2024-cü ildə dövlət büdcəsindən sosial istiqamətə ayrılan vəsaitin həcmində artımlar nəzərdə tutulub: “Ümumi xərclərin 45%-i, cari xərclərin 70%-i sosial yönümlü xərclərdir. Buna görə də biz növbəti dövrlərdə də digər istiqamətdə artımlar müşahidə edə bilərik”. |
2024-01-26 | 826,423 | III Çarlz xəstəxanaya yerləşdirildi | Böyük Britaniya kralı III Çarlz xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, məlumatı Bukingem Sarayının mətbuat xidməti yayıb. Bildirilib ki, III Çarlz prostat vəzindən əməliyyat olunacaq. Qeyd edək ki, bir qədər əvvəl kralın prostat vəzində xoşxassəli törəmə aşkarlanıb. |
2024-01-26 | 826,425 | ETX-dən “Vatsap+”la bağlı növbəti xəbərdarlıq | Elektron Təhlükəsizlik Xidməti vətəndaşları tətbiqləri yükləyərkən diqqətli olmağa çağırıb. Xidmət tərəfindən aparılan araşdırmalar nəticəsində vətəndaşların üzləşdiyi maliyyə itkisinin və cihazlarının zərərverici proqramlarla yoluxmasının əsas səbəbinin “Vatsap+” və bunun kimi rəsmi müəllifi tərəfindən yayımlanmayan, eləcə də etibarlı mənbələrdən yüklənilməyən tətbiqlər nəticəsində baş verdiyi müəyyən olunub. Axar.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib. Qeyd olunub ki, kiberdələduzlar belə tətbiqlər vasitəsilə vətəndaşların fərdi məlumatlarını oğurlamaq və cihazlarından növbəti kiberhücumları həyata keçirmək məqsədilə istifadə edir. Elektron Təhlükəsizlik Xidməti vətəndaşları bu kimi hallara qarşı diqqətlə yanaşmağa çağırır. ETX vətəndaşlara cihazlarına tətbiqləri yalnız rəsmi mənbələrdən yükləməyi, tətbiqləri yükləyərkən onlara verilən icazələri mütləq qaydada nəzərdən keçirməyi tövsiyə edir. |
2024-01-26 | 826,428 | Natiq Məmmədliyə yüksək vəzifə verildi | Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər. İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasında islahatlar davam etməkdədir. Bu yeni mərhələdə medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması qarşıda duran əsas çağırışlardandır. İclasda Medianın İnkişafı Agentliyinin 2023-cü il üzrə fəaliyyətinə dair illik hesabat Müşahidə Şurasının diqqətinə təqdim edilib və qəbul olunub, görülən işlər, habelə islahatların gələcək mərhələləri və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Sonra Agentliyin Nizamnaməsinə uyğun olaraq İcraçı direktorun təqdimatı əsasında Natiq Məmmədlinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilməsi məsələsi səs verməyə çıxarılıb və təsdiq olunub. Bununla yanaşı, Müşahidə Şurası Medianın İnkişafı Agentliyinin strukturunu təsdiqləyib və Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar qəbul edib. |
2024-01-26 | 826,431 | Qorbaçovun səhvlərini təkrarlaya bilmərik - Lukaşenko | Belarusda nəsil dəyişikliyi baş verir və 80-ci illərin ikinci yarısının səhvlərini təkrarlamaq olmaz. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “İstəsək də, istəməsək də, nəsil dəyişikliyi gedir. Bu da hər zaman təhlükəli dövr olub. Bunu ehtiyatlı və incə keçmək lazımdır. Qorbaçov dövrünü təkrarlaya bilmərik. O zaman cizgi filmlərinə baxıb, sevinirdik ki, xoşbəxtlik gələcək. Ölkəni parçalayıb, çuxura atdılar. Bunun təkrarlanmasına imkan verə bilmərik”, - Lukaşenko bildirib. |
2024-01-26 | 826,439 | Sabah möhtəşəm kosmik hadisə baş verəcək | Yanvarın 27-də planetlərin mini paradı olacaq. Axar.az xəbər verir ki, Merkuri, Venera və Mars eyni istiqamətdə düzüləcək. Cəmi üç planet sıralandığına görə kosmik hadisə “mini düzülüş” adlanır. Astrofiziklər bildiriblər ki, “parad”ı Oxatan bürcündə görmək mümkün olacaq. Qeyd edək ki, ən yaxın “böyük düzülüş” (5 planet) cari ilin aprelin 20-də olacaq. “Tam düzülüş” isə bu il gözlənilmir. Yeddi planetin iştirakı ilə olacaq “parad” 2025-ci il fevralın 28-nə proqnozlaşdırılıb. Əlavə edək ki, planetlərin paradı - Günəş sistemi planetlərinin bir neçəsinin Günəşə nəzərən eyni istiqamətdə kiçik bir sektorda yerləşməsini nəzərdə tutan astronomik hadisədir. |
2024-01-26 | 826,440 | MSK-ya çağırış: Seçkidəki bu maneəni götürün! | Müşahidələrimiz belə deməyə əsas verir ki, 7 fevral prezident seçkiləri tamamilə fərqli keçəcək: çünki ilk dəfədir ki, ölkəmizin bütün ərazisində seçkilər keçirilir, ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilmiş şəkildə seçkiyə giririk. İnsanlar həm də bu seçkiyə Qələbəmizin möhürlənməsi fürsəti kimi baxıb, buna öz münasibətini bildirmək istəyirlər. Ancaq təəssüf ki, ciddi maneələr də var. Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib. O bildirib ki, Seçki Məcəlləsinə görə, hər kəs qeydiyyatda olduğu ərazi üzrə konkret məntəqədə səs verməlidir: “Seçki günü qeydiyyatda olduğu məntəqəyə gedə bilməyənlərə isə əvvəlcədən qeydiyyatdan çıxması üçün imkan tanınır. Ancaq bunun üçün şəxs əvvəlcədən məntəqəyə müraciət etməli, qeydiyyatdan çıxma sənədi almalı, daha sonra həmin sənədlə ölkənin istənilən yerində səs verməlidir. Bu isə ciddi maneə deməkdir. Hər zaman deyirik ki, Azərbaycanın müxtəlif bölgələrindən Bakıda işləyən çoxsaylı vətəndaşımız var. Bu qış günündə hansı vətəndaş, məsələn, Qazaxa, yaxud Naxçıvana gedib, məntəqəyə ərizə verib, qeydiyyatdan çıxma sənədi ala bilər? Nə qədər adamın buna maddi imkanı, vaxtı var? Bu isə o deməkdir ki, seçici aktivliyi istəsək də, istəməsək də, qismən də olsa, aşağı düşə bilər. Halbuki seçicilərin mütləq əksəriyyəti bu seçkidə öz münasibətini bildirmək, ərazi bütövlüyünün sevincini səsi ilə ifadə etmək arzusundadır”. A.Camal qeyd edib ki, ən yaxşı variantlardan biri qeydiyyatda olduğun ərazi üzrə məntəqədən çıxma sənədinin internet üzərindən alınması olardı: “Məsələn, Türkiyədə parlament və prezident seçkisində səs vermək istəyən istənilən şəxs elektron dövlət platformasından qeydiyyatda olduğu ərazidən çıxış sənədini ala bilir. Nəzərə alın ki, Türkiyədə parlament seçkiləri proporsional qaydada keçirilir, yəni partiyalara ölkə üzrə səs verilir, buna görə də parlament seçkilərində ölkənin istənilən yerində səs vermək olar. Azərbaycanda bələdiyyə seçkisində məntəqədə səs vermək, parlament seçkisində isə qeydiyyatda olduğun dairə üzrə səs vermək mütləqdir. Ancaq prezident seçkisi ölkə üzrə olduğundan, seçicinin harada səs verməsinin heç bir fərqi yoxdur və buna şərait yaradılmalıdır. MSK-dan məntəqədə qeydiyyatdan çıxma prosesinin elektron qaydada tətbiq edilməsini istəyə bilərik. Ancaq hamımız yaxşı bilirik ki, seçkiyə 12 gün qalmış bu prosesi çatdırmaq, bu məsələnin proqram təminatını həyata keçirmək mümkün deyil”. Aynur Camal ən ideal variantın qeydiyyat üzrə səs verilməsi prosesinin ləğv edilməsi olduğunu bildirib: “Bu seçki Azərbaycanın 32 illik müstəqillik həyatında yuxarıda xatırlatdığımız səbəblərdən bir ilkdir, ona görə Mərkəzi Seçki Komissiyası daha bir ilkə - ən azı bu seçkilər üçün – imza ata bilər. Onsuz da səs verəndə hər bir seçicinin baş barmağına xüsusi maddə vurulur. Yəni heç kim ikinci dəfə səs verə bilməz. Buna görə də hər bir Azərbaycan vətəndaşına bu prezident seçkisində şəxsiyyət vəsiqəsi ilə istənilən məntəqədə səs vermə şəraiti yaradılmalıdır. Qoy insanlarımız qələbə sevincini ifadə etmə fürsəti qazansınlar”. A.Camal onu da vurğulayıb ki, bu, seçki bülletenlərinin bölüşdürülməsi məsələsində müəyyən çətinliklər yarada bilər: “Əlbəttə, bu o deməkdir ki, bəzi məntəqələrdə seçki bülletenləri artıq qala, bəzilərində isə çatışmaya bilər. Dairələr məntəqələrdə seçici fəallığının hansı səviyyədə olduğunu dəqiqləşdirməklə, seçki günü bülletenlərin çatdırılması və daşınmasını təmin edə bilərlər. Əslində, MnSK üzvləri özləri əvvəlcədən öz statistikalarını yaxşı bilirlər və bu məlumatı dəqiqliyi ilə DSK-lara bildirməklə, MSK-nın seçki bülletenlərini ehtiyac olan səviyyədə əvvəlcədən paylamasına imkan yarada bilərlər. Bu prosesin asan olmadığını bilirik, ancaq hesab edirik ki, MSK və DİN seçkiyə qalan vaxt ərzində bu işi koordinasiya etmək gücündədir. Hər kəsin seçkidə rahat, heç bir əziyyət çəkmədən səs verməsinə şərait yaradılması və seçici aktivliyi həm də müşahidə üçün dəvət edilmədiyindən “möhkəm inciyən” AŞPA-ya bir cavabımız olardı”. |
2024-01-26 | 826,442 | Qəzzada ölənlərin sayı 26 mini ötdü | Qəzzada həlak olanların sayı 26 083 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 64 487 nəfər yaralanıb. |
2024-01-26 | 826,447 | Heydərov Hacıqabulda sakinlərlə görüşdü - Foto | Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 26 yanvar 2024-cü il tarixində Hacıqabul şəhərində, Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Hacıqabul rayonu və Şirvan şəhəri sakinlərinin qəbulunu keçirib. FHN-dən Axar.az-a verilən məlumata görə, əvvəlcə, nazir K.Heydərov xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Hacıqabul şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla yad edib. Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Hacıqabul rayonu və Şirvan şəhəri sakinlərinin müraciətlərinin əksəriyyəti yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə Nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib. Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də vətəndaşları qəbul edib. Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər. |
2024-01-26 | 826,449 | MEDİA-nın Naxçıvan Regional İdarəsi yaradıldı | Medianın İnkişafı Agentliyinin Naxçıvan Regional İdarəsi yaradılıb. Axar.az xəbər verir ki, bu barədə qərar MEDİA Müşahidə Şurasının birinci iclasında qəbul edilib. İclasda həmçinin Agentliyin strukturu da təsdiqlənib. |
2024-01-26 | 826,454 | AŞPA iflasa uğrayan bir təşkilatdır – Səməd Seyidov | Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) mövcudluğu məqsədəuyğun deyil. Bu sözləri Axar.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. “Bir millət vəkili kimi AŞPA-dan çıxıb-çıxmamaqla bağlı fikir söyləmək mənim səlahiyyətimdə deyil. Ancaq öz fikrimi deyə bilərəm ki, AŞPA iflasa uğrayan bir təşkilatdır və Azərbaycanın orada olması məqsədəuyğun deyil. Buna görə də nümayəndə heyətimizin yekdil qərarı ilə AŞPA-da fəaliyyətimizi dayandırdıq. Hesab edirəm ki, bu, ölkəmizlə başqa dillə danışmaq istəyən ölkələrə, dairələrə ciddi siqnaldır. Azərbaycan qalib ölkədir, sözü haqdır. Azərbaycanın sözü dinləniləcək və nəzərə alınacaq”, - deputat vurğulayıb. Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA, eyni zamanda, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib. |
2024-01-26 | 826,456 | Millimizin baş məşqçisinə 3 ölkə klublarından təklif | Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov 3 ölkə klubları ilə danışıq aparır. Axar.az xəbər verir ki, bu barədə Report-a 36 yaşlı mütəxəssis özü məlumat verib. Ötən ay Türkiyənin “Fomget” komandasından ayrılan çalışdırıcı yenidən ölkə xaricində fəaliyyət göstərməyə hazırlaşdığını bildirib: “Təkcə millidə qalmaq fikrim yoxdur. Bəzi ölkələrdən təkliflər var, hazırda onları dəyərləndirirəm. Ambisiyalı, çempionluğa iddia edən komandada çalışmaq istəyirəm. Türkiyə, Rusiya və Səudiyyə Ərəbistanının yüksək liqa klublarından təkliflər var. Danışıqlar davam edir”. S.Əsgərov Azərbaycanda çalışmağın da əleyhinə deyil: “Qadın futbolu Azərbaycanda inkişaf dövründədir. Ölkə daxilindən hələ təklif almamışam. Təbii ki, Azərbaycanda qadın futbolunun klub səviyyəsində inkişaf etməsini mən də istəyirəm. Bir köməyim dəyəcəksə, hər zaman hazıram. Amma bəzi futbol klubları qadın futboluna yeni yatırım etməyə başlayıblar. Bu da sevindirici haldır”. O, baş məşqçisi olduğu millinin bir neçə futbolçusunun xarici klublarla anlaşmasına da münasibət bildirib: “Qızların yaxşı klublarda legioner həyatı yaşamaları çox xoşdur. Bu bir növ planımızın parçasıdır. Vüsalə Seyfəddinovanın Yunanıstanın “Olimpiada İmitou”, Sevinc Cəfərzadənin isə Səudiyyə Ərəbistanının “İstren Fleymz” klubuna keçməsi çox yaxşı haldır. Kimsə düşünə bilər ki, Səudiyyə Ərəbistanında qadın futbolu zəifdir. Ancaq biz bunun hamısını araşdırırıq. Orada qadın futboluna çox yaxşı yatırımlar var. Futbolçularımızın getdikləri klublarda məşqçilərin səviyyəsi də çox yüksəkdir. Bütün bunlar qızların yığmaya daha hazırlıqlı gəlmələrinə yol açacaq”. Qeyd edək ki, Siyasət Əsgərov ötən mövsüm “Fomget”lə Türkiyə çempionatının qalibi olub. |
2024-01-26 | 826,459 | Qazini öldürən şəxsə hökm oxundu | Şabranda 25 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Teymur Cəfərzadəyə hökm oxunub. Axar.az xəbər verir ki, bu barədə hökm Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, T.Cəfərzadə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2022-ci il iyunun 15-i saat 23 radələrində Şabran rayonu ərazisində qeydə alınıb. Belə ki, 2001-ci il təvəllüdlü Teymur Cəfərzadə tanışı, 1997-ci il təvəllüdlü Orxan Əliyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıcaqlayaraq qətlə yetirib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Şabranda qətlə yetirilən Orxan Əliyev Vətən müharibəsi qazisi olub. O, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib. |
2024-01-26 | 826,460 | Çavuşoğludan AŞPA-nın Bakı qərarına reaksiya | Avropa Şurası Parlament Asssambleyasının (AŞPA) Azərbaycana qarşı qərarı qeyri-obyektiv və qeyri-konstruktivdir. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu X-də yazıb. “Mən çox təəssüf edirəm ki, AŞPA Azərbaycan nümayəndə heyətinin üzvlərinin etimadnaməsini təsdiq etməyib. Bu, həqiqətən də AŞPA-nın reputasiyasına ağır zərbədir. Ümid edirəm ki, Avropa Şurasının təsis prinsiplərinə əsaslanan əməkdaşlıq və dialoqa üstünlük verməyən, regionda sülh və sabitliyə xidmət etməyən bu qərar ləğv ediləcək. AŞPA bu səhvi tez bir zamanda düzəltməlidir”, - keçmiş nazir yazıb. Qeyd edək ki, 22 yanvarda Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdıran AŞPA, eyni zamanda, nümayəndə heyətimizin etimadnaməsinin təsdiqlənib-təsdiqlənməməsi üçün Monitorinq Komitəsinə müraciət edib. Azərbaycan nümayəndə heyəti isə Monitorinq Komitəsinin cavabını gözləmədən 24 yanvarda bəyanat yayıb və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Bundan sonra AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin səsvermə nəticəsində təsdiqlənmədiyini və bir il müddətində qurumdan uzaqlaşdırıldığını elan edib. |
2024-01-26 | 826,461 | Sevinməyin, qorxun, çünki Bakı məsuliyyətdən azad oldu | Siz (Ermənistan hakimiyyəti nəzərdə tutulur – red.) Azərbaycanın AŞPA-dan çıxarılmasına bu qədər sevinirsiniz, yerinizdə olsam, sevinməzdim. Çünki bu, Azərbaycanı istənilən beynəlxalq öhdəlikdən azad edir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin keçmiş üzvü Naira Zöhrabyan AŞPA-nın Azərbaycanla bağlı qərarını Ermənistan hakimiyyətinin diplomatik qələbə sayması haqda qeyd edib. O bildirib ki, Azərbaycanın beynəlxalq öhdəliklərdən azad olması Ermənistana yaxşı heç nə vəd etmir: “Azərbaycan öz döyüşkən addımlarında daha da aqressivləşəcək. Naxçıvan sərhədində ağır silahlar yerləşir və birbaşa hədəfin altında Nikol Paşinyanın yaxın gələcəkdə Tavuş anklavları ilə birlikdə Azərbaycana təhvil verəcəyini vəd etdiyi Arazdəyən, Kərki və digər kəndlərdir”. |
2024-01-26 | 826,463 | Tehranda erməni qadın anti-türk əsərini sərgilədi - Foto | İran hökuməti hər gün minlərlə turistin ziyarət etdiyi Tehranın Gülüstan sarayında erməni qadının qərəzli və anti-türk əsərini nümayiş etdirib. Axar.az xəbər verir ki, erməni qadın çəkdiyi qərəzli xəritədə Qərbi Azərbaycan əyalətini kürd bölgəsi kimi qələmə verib və əyalətin hər bir məntəqəsində 6 nəfərin kürd geyimində rəsmini təqdim edib. Erməni sənətçi habelə Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində naməlum geyimdə üç nəfərin rəsmini çəkib. O, Güney Azərbaycanın Zəncan, Həmədan, Qəzvin əyalətlərində və Kərəc şəhərində isə türk geyimində olan heç kəsi çəkməyib. Xəzər dənizinin də adını təhrif edərək qondarma “Mazandaran dənizi” adlandırıb. Əsərin altında, “Bu tablo Tehranda İsfahan ermənilərinin ailəsində doğulmuş Klara Abkar adlı İran əsilli erməni qadının əsəridir”, - yazılıb. |
2024-01-26 | 826,464 | Bakıya “tərbiyə vermək” istəyirlər: Əliyev bilir... | Bakının AŞPA-nın hərəkətlərinə bu qədər ədalətli və sərt cavab verməsi diqqət və hörmətə layiqdir. Bu gün suveren ölkələr üçün belə cavabların vaxtıdır. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov deyib. “Qərb təkcə Rusiyaya qarşı deyil, həm də Azərbaycan, Türkiyə və “qeyri-demokratik” hesab etdikləri suveren ölkələrlə münasibətdə həmişə açıq şəkildə qərəz nümayiş etdirib. Bu gün Qərb, Amerika və onun Avropa tabeliyində olanlar üçün Cənubi Qafqazı qızışdırmaq vacibdir. Azərbaycan AŞPA ilə bağlı qərarından qətiyyən peşman olmamalıdır. Oradan ayrıldıq, bizə pis heç nə olmadı. Niyə təzyiqə dözmək lazımdır ki? Tamamilə heç bir səbəb yoxdur. Bunun qarşısını almaq məqsədilə təzyiq və ədalətsizlikdən, ikili standartlardan danışmaq Bakı tərəfindən düzgün qərardır. Azərbaycanı “tərbiyələndirəcəkləri” dövlətlər sırasına əlavə etdilər. Ermənistan isə burada sadəcə bir alətdir, detonatordur. Sadəcə ondan istifadə edirlər”, - o bildirib. Kalaşnikov qeyd edib ki, hazırda təzyiq edənlər nə Azərbaycanın, nə də Ermənistanın dostu olub: “Olmayacaq da. Onlar üçün prinsipcə dost deyə bir anlayış yoxdur. Tapşırıqları yerinə yetirirlər. Düşünürəm ki, onlara Bakıya təzyiqləri artırmaq barədə siqnal yeni gəlib. Prezident İlham Əliyev hər şeyi mükəmməl görür, bütün bunların niyə edildiyini anlayır. Bu yaxınlarda onun, Azərbaycan dövlətinin başçısının Qərbdə ikili gündəmdən, ikili yanaşmadan, ikili əxlaqdan danışdığı müsahibəsinə baxdım. O, bütün bunları mükəmməl başa düşür və Azərbaycana təzyiq göstərmək, manipulyasiya etmək, onu Qərb oyunlarına sürükləmək cəhdlərini dayandırır. Niyə Azərbaycan özünə qarşı bu cür təzyiq cəhdlərinə daha açıq cavab verməyə başladı? Çünki Azərbaycanın statusu son vaxtlar artıb və Bakı təzyiqlərə təzyiq edənləri yerində oturtmağa hesablanmış addımlarla cavab verə bilir. Qərbdə deyirdilər: “Bizə gəlin, hər şeyi həll edəcəyik”. Bakı isə bundan imtina edib deyəndə ki, “niyə, biz özümüz razılaşacağıq”, düşmənə çevrildi. Bakı bu şəkildə cavab verməklə doğru olanı edir. İlham Əliyev müdrik siyasətçidir”. |
2024-01-26 | 826,465 | Güclü külək əsəcək, qar yağacaq – Xəbərdarlıq | Azərbaycanın bölgələrində yanvarın 27-si səhər qərb rayonlarından başlayaraq 30-dək hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Qarabağ və Şərqi-Zəngəzur, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var. Yanvarın 28-i gündüz yağıntıda fasilə olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlaması ehtimalı var. |
2024-01-26 | 826,467 | Seçkilərdə 3 təşkilat "ekzit-poll” keçirəcək | Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında növbədənkənar prezident seçkilərində "ekzit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar üç təşkilatın müraciətinə baxılıb. Axar.az xəbər verir ki, məsələ barədə MSK-nın sədr müavini Rövzət Qasımov məlumat verib. Qeyd edilib ki, növbədənkənar prezident seçkilərində "ekzit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC sənədlərini MSK-ya təqdim edib. Məsələ səsverməyə çıxarılaraq sözügedən təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edilib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Oracle Advisory Group” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “ekzit-poll” keçirməyi planlaşdırır. |
2024-01-26 | 826,472 | İlham Əliyev fərman imzaladı | Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1061-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-1.2-ci maddəsinin birinci cümləsində və 54-2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.2. həmin Məcəllənin 54-1.4-cü və 54-4-cü maddələrinin birinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər; 1.3. həmin Məcəllənin 54-1.6-cı maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həyata keçirir. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. iki ay müddətində: 2.1.1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-1.2-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.1.2. həmin Məcəllənin 54-2.2-ci maddəsinə uyğun olaraq, cinayət prosesini həyata keçirən orqana çağırış vərəqəsinin formasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 2.2. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1061-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 610 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 yanvar tarixli 2448 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin: 3.1. beşinci abzasda “131-1.4-cü maddəsində” sözləri “54-1.2-ci maddəsinin birinci cümləsində, 54-2.2, 131-1.4-cü maddələrində” sözləri ilə əvəz edilsin; 3.2. doqquzuncu abzasa “438.3” rəqəmlərindən əvvəl “54-1.6,” rəqəmləri əlavə olunsun və həmin abzasda “müvafiq icra hakimiyyəti orqanları”nın” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə əvəz edilsin; 3.3. səkkizinci – iyirmi ikinci abzaslar müvafiq olaraq doqquzuncu – iyirmi üçüncü abzaslar hesab olunsun və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin: “həmin Məcəllənin 54-1.4-cü və 54-4-cü maddələrinin birinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;”. |
2024-01-26 | 826,474 | Paşinyan Qaribaşvili ilə görüşdü | Ermənistanın Baş naziri Nikol Paşinyan Tiflisdə gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə N.Paşinyan X-də yazıb. O bildirib ki, görüşdə regional sülh və sabitlik məsələsini müzakirə ediblər. Hökumət başçıları həmçinin ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq haqqında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, N.Paşinyan Gürcüstanda işgüzar səfərdədir. |
2024-01-26 | 826,479 | Kəlbəcərdə avtomat və əl qumbaraları tapıldı | Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı rayon ərazisində pulemyot, avtomat və əl qumbaraları tapılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Gəncə regional qrupundan məlumat verilib. Bildirilib ki, rayon ərazisindəki müxtəlif yerlərdən 1 ədəd “RPQ” markalı pulemyot, 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 26 ədəd “F1” markalı əl qumbarası və 19 ədəd əl qumbarasının alışqanı aşkar edilib. Tapılan silah-sursat aidiyyəti üzrə təhvil verilib. |
2024-01-26 | 826,480 | Tuskun dövründə Polşa suverenliyini itirəcək - Kaçinski | Baş nazir Donald Tuskun dövründə Polşa suverenliyini itirəcək. Axar.az xəbər verir ki, bunu Polşanın müxalif Hüquq və Ədalət Partiyasının sədri Yaroslav Kaçinski deyib. “Polşada konstitusiya və qanunlar pozulur, hakimiyyət, xüsusən də dövlət mediası və prokurorluq ələ keçirilir. Baş nazir vətəndaşlara deyir ki, heç nə dəyişməyəcək, amma Brüsseldə başqa söz deyir. Əslində, biz alman diktəsinə, alman yoluna razılıq verməklə məşğuluq. Biz öz suverenliyimizi itirmək üzrəyik”, - Kaçinski bildirib. |
2024-01-26 | 826,482 | Azərbaycan MDB ölkələri arasında 2-ci oldu | Azərbaycan təkcə beynəlxalq aləmdə yerini möhkəmləndirmək üçün deyil, həm də ölkə cəmiyyətinin inkişafı üçün “yumşaq güc” alətlərindən və humanitar texnologiyalardan uğurla istifadə edir. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Humanitar Texnologiyalar Mərkəzinin “Azərbaycanın yumşaq gücü” adlı hesabatında deyilir. Humanitar Texnologiyalar Mərkəzinin “Cəmiyyətin İnkişaf İndeksi 2023” adlı hesabatın hazırlanması çərçivəsində apardığı araşdırma postsovet məkanında vətəndaşların inkişafına yanaşmaların müəyyənləşdirilməsinə yönəlib. Araşdırmanın nəticələrinə görə, Azərbaycan mərkəzin reytinqində ikinci yerdə qərarlaşıb. Bildirilib ki, Azərbaycan MDB ölkələri arasında tarixi varisliyi qoruyub saxlamağı və ondan cəmiyyətin inkişafı strategiyası kimi istifadə etməyi bacaran nadir ölkələrdən biri kimi seçilir. 2023-cü ildə bu ölkə “Brand Finance”in “Global Soft Power” indeksində 57-ci yerə yüksələrək, əvvəlki illə müqayisədə nəzərəçarpacaq irəliləyiş göstərib. Hesabatda vurğulanıb ki, “yumşaq güc” alətlərindən istifadə çox vaxt humanitar texnologiyaların istifadəsi ilə əlaqələndirilir. Bu texnologiyalar cəmiyyətin inkişafına yönəlib, fərdlərin potensialını üzə çıxarmağa, düşüncə stereotiplərini aradan qaldırmağa və ölkənin insan kapitalının keyfiyyətini yüksəltməyə kömək edir. Hesabatda qeyd olunub ki, Azərbaycan “yumşaq güc” və humanitar texnologiyalardan fəal şəkildə istifadə edir ki, bu da ölkədə insan kapitalının keyfiyyətini gücləndirməyə kömək edir. Müəlliflər Azərbaycanda “yumşaq güc”dən istifadə nümunəsi kimi “Show me Azerbaijan” layihəsini göstərirlər. Hesabatda bu yanaşmanın uğurla həyata keçirilməsinə misal olaraq Heydər Əliyev Mərkəzi göstərilir. Qeyd edilib ki, bu mərkəz 2014-cü ildə dünyada ən yaxşı tikili adını qazanıb. Hesabat müəlliflərinin fikrincə, Azərbaycan həmçinin diplomatik və mədəni siyasətində diasporlardan fəal istifadə edir. |
2024-01-26 | 826,484 | Beynəlxalq müşahidəçilərin sayı kəskin artdı | Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar 512 beynəlxalq müşahidəçi (18 yanvara qədər bu rəqəm 153 idi - red.) akkreditasiyadan keçib. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib. O bildirib ki, müşahidəçilər 49 beynəlxalq təşkilat və 70 ölkəni təmsil edir. Xatırladaq ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq. |
2024-01-26 | 826,487 | Rusiyanın NATO-ya hücum planı... - Zaxarova | Rusiyanın NATO ölkələrinə hücum planı yoxdur. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. |
2024-01-26 | 826,489 | Ərdoğan Kemeronla görüşdü | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda səfərdə olan Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla görüşüb. Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb. Bildirilirb ki, Ərdoğan və Kemeron ikitərəfli münasibətləri, eyni zamanda Qəzza zolağında son vəziyyəti müzakirə ediblər. |
2024-01-26 | 826,490 | Təhsil müəssisələrinin rəhbərlərinə tapşırıqlar verildi | Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində ikinci yarımilə hazırlıq məqsədilə Pedaqoji şuraların iclaslarının keçirilməsinə başlanıb. Bu barədə Axar.az-a İdarədən məlumat verilib. Qeyd olunub ki, ilk olaraq paxtaxtdakı 317, 188 nömrəli tam orta məktəblərdə və Məktəb-Lisey Kompleksində keçirilən iclaslarda Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, MÜTDA-nın direktor müavini Orxan Abbasov, BŞTİ-nin müdir müavinləri Xəyalə Əhmədzadə, Anar Məmmədov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Məmmədova, Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə, MÜTDA-nın baş məsləhətçisi Heyran Səfərova, BŞTİ-nin Təlimə Dəstək Mərkəzinin psixoloq-metodisti Aysel Novruzova, müəllimlər, valideynlər, məktəb-icma birliyinin nümayəndələri iştirak ediblər. İclaslarda ümumi təhsil müəssisələrində uşaqların təhlükəsizliyinə və şagird davranış qaydalarına nəzarətin gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl olunması vəziyyəti, məktəblərdə psixoloji xidmətin təşkili, ümumi təhsil müəssisələrində valideynlərlə işin səmərəliliyinin artırılması və digər vacib məsələlər müzakirə olunub, məktəb psixoloqlarının altı aylıq hesabatı dinlənilib. Pedaqoji şura iclaslarında ümumi təhsil müəssisəsində təhlükəsizliyin təminatı və sağlam mənəvi-psixoloji mühitin formalaşmasına diqqətin artırılması, təhsilalanlar arasında risk qrupuna daxil olanların müəyyənləşdirilməsi və məktəb psixoloqunun onlarla apardığı sistemli işin gücləndirilməsi, məktəb-valideyn əməkdaşlığının genişləndirilməsinin və təhsil müəssisələrinə ictimai dəstəyin əhəmiyyətindən danışılıb. İclaslarda müzakirə edilən məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib, müəllimləri maraqlandıran suallar cavablandırılıb. Qeyd edək ki, MÜTDA tərəfindən ümumi təhsil müəssisələrinə sağlam mənəvi-psixoloji mühitin daha da yaxşılaşdırılması məqsədilə xüsusi təlimatlar göndərilib, məktəb rəhbərlərinə idarəetmədə səmərəliliyin artırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Paytaxtın digər ümumi təhsil müəssisələrində də müvafiq mövzular üzrə Pedaqoji şura iclaslarının keçirilməsi nəzərdə tutulur. |
2024-01-26 | 826,493 | AB-dən ABŞ-a: Bu, qəddar cəzadır | ABŞ-ın Alabama ştatında Kennet Smitin azotla edam edilməsi qəddar cəzadır. Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin Xarici Fəaliyyət Xidmətinin bəyanatında bildirilib. "AB ötən il ABŞ-da edamların sayının artmasından, 5 ştatda 24 nəfərin edam edilməsindən narahatdır", - bəyanatda qeyd olunub. |
2024-01-26 | 826,495 | AHİK-dən AŞPA-nın qərarına: Agah olsunlar ki... | Avropa Şurası Parlament Assambleyası (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləmədi. Bu qərar və onun qəbul edilməsi üçün göstərilən səbəblər tamamilə əsassız və böhtandır, ölkəmizə uzun illərdir sərgilənən ikili standartların, qərəzli yanaşmanın bilavasitə davamıdır. Axar.az xəbər verir ki, bu sözlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) İcraiyyə Komitəsinin bəyanatında yer alıb. “Azərbaycan cəmiyyətinə və dünya ictimaiyyətinə AŞPA və bu kimi təsisatların məkrli siyasəti çoxdan məlumdur. Qurumun fəaliyyəti, demək olar ki, bir neçə dövlətin xudbin maraqları üzərində qurulub və onların əlində siyasi təzyiq alətinə çevrilib. Bu Qərb təsisatı Azərbaycana münasibətdə daha riyakar və ikiüzlü mövqe nümayiş etdirir. Baxmayaraq ki, ölkəmiz AŞPA-ya böyük ümidlərlə üzv olmuşdu və xalqımız bunu yüksək rəğbətlə qarşılamışdı. Bir inam var idi ki, insan hüquqlarını əsas götürən bu təşkilat 20 faiz ərazisi işğal edilmiş, etnik təmizlənməyə məruz qalmış, bir milyondan artıq qaçqını və köçkünü olan ölkənin haqq işinə dəstək verəcək, ədalətin bərqərar olmasına çalışacaq. Amma, təəssüflər olsun ki, insan hüquqları, demokratiya və qanunun aliliyinin müdafiəsini özünün əsas məşğuliyyəti elan edən Avropa Şurası və onun Parlament Assambleyası heç bir real addımlar atmadı, işğalçı dövlətə sanksiya tətbiq etmədi, münaqişənin həlli ilə bağlı bütün məsuliyyəti ATƏT-in Minsk qrupunun üzərinə yıxaraq götürdüyü öhdəliklərdən boyun qaçırdı. Əslində isə AŞPA-nın kəskin və qəti qərar qəbul etməsi üçün kifayət qədər faktları var idi. Ermənilər tərəfindən insanlarımızın öz yurdundan qovulması, məcburi köçkün halında yaşaması, evlərinin talan edilməsi, əmlaklarının mənimsənilməsi onların gözləri qarşısında baş vermişdi. Hətta yüzlərlə daşınmaz tarixi, mədəni və dini abidənin vandalizmə məruz qalması, təyinatına uyğun olmayan formada istifadə edilməsi, habelə məscidlərin təhqir olunması, orada mal-qara saxlanması barədə faktlar dəlillərlə sübut edilmişdir. Qurum isə əksinə, Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri, münaqişə ilə bağlı müzakirəyə çıxartmaq istədiyi məsələləri qulaqardına vurmaqla daha çox Ermənistanın işğal siyasətini ört-basdır edirdi. Bu gün isə öz ərazi bütövlüyünü, suverenliyini təmin edən, separatçı qüvvələri zərərsizləşdirən, məcburi köçkünlərin pozulmuş hüquqlarını bərpa edən, ümumilikdə regionun hərtərəfli inkişafına geniş imkanlar açan Azərbaycanı hədəf almaq, onun sülh səylərinə süni əngəllər yaratmaq bu qurumun məkrli və hiyləgər planlarından xəbər verir. Aydın görünür ki, Azərbaycanın günü-gündən inkişafı, artan iqtisadi qüdrəti, tam müstəqil siyasət həyata keçirməsi dünyanın bəzi dövlətlərini, o cümlədən Fransa və Almaniyanı çox narahat edir. Məhz bu ölkələrin canfəşanlığı və diktəsi ilə oynayan AŞPA anti-Azərbaycan, İslamofobiya siyasətini həyata keçirir. İkili standartların tətbiqində baş rolda çıxış edir. Azərbaycana mane olmaq üçün isə müxtəlif çirkin vasitələrlə, xüsusən regional və beynəlxalq təşkilatların əli ilə Azərbaycanın daxili işlərinə qarışmağa cəhdlər edilir, haqq işinə kölgə salmağa çalışılır, qərəz və böhtan dolu qərarlar qəbul olunur. Bu, erməni lobbisindən qidalanan Azərbaycanofobiya və İslamofobiya təfəkkürlü avropalı deputatların korrupsiya və rüşvətxor əməllərinin təzahürüdür. Bu cür qərarlarla əslində qurumun əsl mahiyyəti ortaya çıxır, dünya ictimaiyyətinin gözündən düşür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi AŞPA-nın Azərbaycana olan bu yanaşmasını tamamilə əsassız adlandırır və şiddətlə qınayır. Eləcə də biz Azərbaycan nümayəndə heyətinin AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını düzgün hesab edir və alqışlayırıq. Ona görə ki, bu qurum insan haqlarının müdafiəçisi adı altında gizlənərək xristian klubu və diaspor təşkilatı kimi fəaliyyət göstərir, öz funksiyalarını bir kənara qoyaraq müəyyən qrupların eqoist maraqlarına xidmət edir. Həm də dünyada artıq AŞPA xarakterli təşkilatlara yer qalmadığı, zamanın tələblərinə cavab vermədiyi üçün bu qurumla əməkdaşlıq əhəmiyyətsizdir və vaxt itkisindən başqa bir şey deyil. Həmçinin biz bəyan edirik ki, AŞPA-nın ölkəmizə bu cılız davranışı heç nəyi dəyişməyəcək. Azərbaycan güclü dövlətdir, regionun lideri, dünya, o cümlədən Avropa üçün son dərəcə əhəmiyyətli və faydalı ölkədir. Odur ki, heç bir dövlət və ya təşkilat ölkəmizlə hədə və təhdid dili ilə danışa bilməz. Agah olsunlar ki, Azərbaycan öz müstəqil və suveren siyasətini bundan sonra da uğurla davam etdirəcək”, - bəyanatda qeyd olunub. |
2024-01-26 | 826,496 | ANAMA-da işləmək istəyənlərin diqqətinə! | Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Laçın, Qubadlı, Zəngilan, Xocavənd mobil bazalarında avtobus sürücüsü, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, aşpaz, xadimə, qaynaqçı, avtoelektrik, nəqliyyat təchizatı üzrə anbardar, avtoçilingər, vulkanizatorçu, habelə Şuşa və Xankəndi düşərgələrində nəqliyyat üzrə mütəxəssis, xidmətçi, qabyuyan, gözətçi, anbardar, sürücü işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edir. ANAMA-dan Axar.az-a bildiriblər ki, namizədlərin müvafiq sahədə orta-ixtisas və ya peşə təhsili və 1 ilə qədər iş stajı olmalıdır. Maraqlananlar əlaqə telefonu göstərməklə müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə, şəxsiyyət vəsiqəsinin surəti, təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.), əmək kitabçasının surətini [email protected] ünvanına göndərməlidir. Sənədlər fevralın 29-dək qəbul ediləcək. Seçim zamanı işğaldan azad edilmiş ərazilərdən olan məcburi köçkünlərin namizədliyinə üstünlük veriləcək. Əlavə məlumat almaq üçün “805” nömrəli qaynar xəttə zəng etmək olar. |
2024-01-26 | 826,497 | Rusiya Qarabağda bu rolu oynayıb - Zaxarova | Rusiya Cənubi Qafqazda sülh və sabitliyə nail olmaq üçün səylərini davam etdirməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib. Zaxarova qeyd edib ki, Rusiya 2020-ci ildə hərbi əməliyyatların dayandırılmasına həlledici töhfə verib: "Rusiya hərbi əsirlərin və məhbusların mübadiləsində, itkin düşənlərin axtarışında, minalanmış ərazilərin xəritələrinin verilməsində fəal köməklik göstərib". |
2024-01-26 | 826,498 | Bayramov argentinalı həmkarı ilə danışdı | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Argentinanın xarici işlər, beynəlxalq ticarət və ibadət üzrə naziri Diana Mondino arasında telefon danışığı baş tutub. Bu barədə Axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, telefon danışığı zamanı Ceyhun Bayramov Mondinoya yüksək vəzifəyə təyinatı münasibətilə təbriklərini çatdırıb və ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycanla Argentina arasında münasibətlərin cari vəziyyəti və perspektivləri müzakirə edilib, ölkələr arasında siyasi məsləhətləşmələrin əhəmiyyəti qeyd olunub. Azərbaycan-Argentina ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun işinin intensivləşməsi, növbəti görüşə hazırlığın əhəmiyyəti diqqətə çatdırılıb. Müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, kənd təsərrüfatı, alternativ enerji, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın mövcudluğu, bununla yanaşı, ötən il ölkələr arasında diplomatik əlaqələrin 30 illiyinin qeyd edilməsi və birgə tədbirlərin keçirilməsi məmnunluqla vurğulanıb. Ölkəmizin bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin böyük əhəmiyyət daşıdığı, tədbirin ölkələrimiz arasında yüksək səviyyəli təmaslar üçün vacib platforma olacağı qeyd edilib. Telefon danışığı zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2024-01-26 | 826,500 | Qaribaşvili Bakı-İrəvan dialoqundan danışdı | Biz hər zaman uzunmüddətli sülhün bərqərar olmasına töhfə verməyə hazırıq və bunun region ölkələri üçün faydalı olduğuna inanırıq. Axar.az xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla görüşdə deyib. "İrəvanla Bakı arasındakı dialoqu böyük nikbinliklə izləyirik. Ümid edirik ki, tərəflər tezliklə sülh sazişini rəsmiləşdirəcəklər”, - Qaribaşvili vurğulayıb. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tiflisdə səfərdədir. |
2024-01-26 | 826,501 | Ərdoğandan Haaqa məhkəməsinin qərarına reaksiya | Günahsız fələstinli mülki şəxslərə qarşı törədilən müharibə cinayətlərinin cəzasız qalmaması üçün prosesi izləməyə davam edəcəyik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə qarşı soyqırım iddiası üzrə qərarını şərh edərkən bildirib. "Türkiyə olaraq atəşkəsin bərqərar olması və daimi sülhün yolunu təmin etmək üçün bütün gücümüzlə çalışmağa və fələstinli qardaşlarımızın yanında olmağa davam edəcəyik", - Ərdoğan vurğulayıb. Qeyd edək ki, bu gün beynəlxalq məhkəmə Qəzza sakinlərinin soyqırımına görə İsrailə qarşı irəli sürülən ittihamların sübuta yetirildiyi bildirib. |
2024-01-26 | 826,502 | Müavinət və təqaüd alanların nəzərinə: başa çatdı | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi başa çatdırılıb. Bu barədə Axar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumata görə, bundan əvvəl – yanvarın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, yanvarın 16-da bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin yanvar ayının pensiyaları ödənilib. Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. |
2024-01-26 | 826,503 | Cari ildə İqtisadi Şuranın ilk iclası keçirildi | 2024-cü ildə İqtisadi Şuranın ilk iclası keçirilib. Bu barədə Axar.az-a Nazirlər Kabinetindən məlumat verilib. Bildirilib ki, İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2023-cü ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2024-cü il üzrə Fəaliyyət Planı, vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların səmərəliliyinin qiymətləndirilməsinin nəticələri və qiymətləndirilmə mexanizminin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının suveren kredit reytinqinin artırılması perspektivləri, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2023-cü il üzrə fəaliyyət hesabatı, İİTKM-nin 2024-cü il üçün Fəaliyyət Planı və digər cari məsələlər ətraflı müzakirə olunub. İclasda maliyyə naziri Samir Şərifovun, maliyyə nazirinin müavini Azər Bayramovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla müzakirə olunan məsələlər barədə qərarlar qəbul olunub və aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. |
2024-01-26 | 826,504 | Böyük Qafqaz dağlarının əsrarəngiz mənzərəsi - Foto | Bu gün ölkəmizin şimal bölgəsində müşahidə olunan günəşli və aydın səma sakinlərə Böyük Qafqaz dağlarının əsrarəngiz mənzərəsini izləmək imkanı yaradıb. Axar.az xəbər verir ki, Quba, Qusar və Xaçmaz rayonlarından Qafqaz silsiləsinin Azərbaycandakı, həmçinin qonşu Dağıstan ərazisindəki uca zirvələri aydın görünüb. İzləyənlər “Şahdağ”, “Heydər zirvəsi”, “Yarudağ”, “Şalbuzdağ” (Dağıstan), Məstərgah, Qızılqaya, Xınalıq zirvələrinin, Buduq yaylaqlarının qarlı mənzərələrindən zövq alıblar. Ekoturizm mütəxəssisi Toğrul Cəfərov Azərtac-a bildirib ki, Böyük Qafqaz dağlarının zirvələrini Qubanın rayon mərkəzindən qış aylarında daha yaxşı müşahidə etmək mümkün olur. Yayda havadakı rütubət mənzərənin qarşısını nisbətən alır. Hazırda zirvələrin qarla örtülməsi dağları daha cəlbedici və mənzərəli edir. |
2024-01-26 | 826,505 | Mirzoyanı sülh sazişi üçün Moskvaya dəvət etdik - Rusiya | Bir neçə gün öncə Moskva Ermənistan xarici işlər nazirinə Bakı ilə sülh müqaviləsini müzakirə etmək üçün Rusiyaya səfər dəvəti göndərib. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib. “Keçən ilin sentyabrından başlayaraq dəfələrlə Ararat Mirzoyana sülh müqaviləsi məsələləri üzrə Moskvada məsləhətləşmələr üçün dəvət göndərilib. İrəvana sonuncu dəvət bir neçə gün öncə göndərilib”, - Zaxarova söyləyib. |
2024-01-26 | 826,506 | Azərbaycanda çörək daha da ucuzlaşa bilər | Azərbaycanın idxal etdiyi buğda ucuzlaşıb. Axar.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin açıqladığı ticarət statistikasına əsasən demək olar. 2023-cü ildə Azərbaycan xaricdən 304 milyon ABŞ dolları dəyərində 1,175 milyon ton buğda alıb. Son nəticədə buğdanın 1 tonu ölkəyə orta hesabla təxminən 260 ABŞ dollarına və yaxud 440 manata gətirilib. Bu isə 2022-ci illə müqayisədə təxminən 23 % azdır. Ucuzlaşma əsasən Rusiya buğdasının ixrac qiymətində dəyişikliklə bağlıdır. Belə ki, ötən ilin əvvəlində Rusiya tonunu 307 ABŞ dollarına satdığı buğdanı ilin sonunda 240 ABŞ dollarına təklif edib. Nəticədə Azərbaycan daha ucuz buğda alıb. Çörək bazarı idxal buğdasının ucuzlaşmasına reaksiya verib. Məsələn, ötən il Azərbaycanda 650 qramlıq dairəvi (zavod) çörəyin qiyməti 15 qəpik və yaxud 21,4% azalaraq 70 qəpikdən 55 qəpiyə düşüb. İqtisadiyyat Nazirliyində bunun təbii hal olduğunu deyirlər. Nazirlikdən Report-un sorğusuna cavab olaraq bildirilib ki, çörəyin qiyməti tənzimlənən tarif əsasında deyil, bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq tələb-təklif əsasında və ərzaqlıq buğdanın dünya bazarındakı, o cümlədən əsas idxal bazarları sayılan Rusiya və Qazaxıstandakı qiymətlərinə uyğun formalaşır. |
2024-01-26 | 826,508 | Fransadakı icmamızdan AŞPA-ya: Yolverilməzdir! | Fransada yaşayan Azərbaycan icması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi barədə 24 yanvar tarixli qətnaməsini qətiyyətlə pisləyib. Axar.az xəbər verir ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurasının adından AŞPA-ya ünvanlanan bəyanatda bildirilib ki, belə qətnamənin Azərbaycanla Avropa ictimaiyyəti arasında geniş şəkildə əməkdaşlığın əsasının başlandığı, ölkəmizin Avropa Şurasına qəbul olunmasının 23-cü ildönümü ərəfəsində qəbul edilməsi xüsusilə yolverilməzdir. Azərbaycanın qanunun aliliyi və hüquqi islahatlar sahəsində Avropa Şurası ilə əməkdaşlığı davam etdirməsi sayəsində ölkədə böyük nəticələrə nail olunduğu, Azərbaycan dövlətinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərar və qətnamələrinə sadiqlik nümayiş etdirdiyi diqqətə çatdırılıb: “Bu, ölkədə vətəndaş cəmiyyətinin rifahı naminə əməkdaşlığın güclü göstəricisidir”. Belə məqamda AŞPA üzvlərinin qətnaməsi “ikitərəfli əməkdaşlığın nəticələrinin məhv edilməsi cəhdi” kimi qiymətləndirilib. Müstəqil dövlət olan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü möhkəmləndirməsinə və 30 ilə yaxın davam edən erməni işğalına son qoyması kimi mühüm məsələdə “məzəmmət edilməsi” açıq qərəzli münasibətin göstəricisi adlandırılıb. Demokratiya uğrunda mücadilə aparan görkəmli dövlət xadimi Benazir Bhuttonun “demokratiyanın dəstəyə ehtiyacı var və ən yaxşı dəstək digər demokratiyaların dəstəyidir” fikrini xatırladan müraciət müəllifləri bildiriblər ki, bu, İkinci Dünya müharibəsindən sonra Avropa Şurasının təməlini qoyan əsas prinsipdir. Diqqətə çatdırılıb ki, hazırda Avropanın astanasında faciəvi geosiyasi hadisələrin baş verdiyi dövrdə AŞPA-nın belə qərar qəbul etməsi öz dəyərlərinin məhv edilməsindən başqa bir şey deyil: “Avropa Şurası kimi platformalar hazırkı qətnamənin müzakirəsi üçün beynəlxalq foruma çevriləndə AŞPA öz ilkin prinsiplərindən çəkilir, ədalətsiz və qərəzli mövqe nümayiş etdirir”. Fransadakı icmamız AŞPA-nı beynəlxalq hüququn gücünü və prinsiplərini kövrək demokratiyaların mövcud olduğu Azərbaycan kimi ölkələrə qarşı təzyiq vasitəsinə çevirməməyə, belə üzv-dövlətləri təşviq etməyə çağırıb. |
2024-01-26 | 826,512 | Azərbaycan Səudiyyə ilə əməkdaşlığı genişləndirir | Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun Azərbaycanda və digər ölkələrdə həyata keçirilən layihələrdə mümkün əməkdaşlıq istiqamətləri müzakirə edilib. Axar.az-ın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində bu ölkənin Dövlət İnvestisiya Fondunun rəhbərinin müavini və Beynəlxalq İnvestisiyalar üzrə Baş İdarənin rəisi Turqi əl-Novaizer ilə keçirilən görüşdə qeyd edilib. Görüşdə Azərbaycanda bərpa olunan və alternativ enerji sahəsində reallaşdırılan layihələr, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti, Azərbaycanın bir neçə ölkə ilə birgə yaratdığı investisiya fondları təcrübəsi və s. haqqında məlumat verilib. Ölkələrimizin müvafiq qurumları arasında səmərəli enerji tərəfdaşlığı qeyd edilib. Tərəflər müxtəlif istiqamətlər üzrə investisiya əməkdaşlığını, o cümlədən Dövlət İnvestisiya Fondu və onun törəmə şirkətləri tərəfindən Azərbaycanda və digər ölkələrdə həyata keçirilən layihələrdə mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər, bununla bağlı yol xəritəsinin hazırlanmasına dair razılıq əldə olunub. Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi International for Investment” şirkətinin baş icraçı direktoru Əhməd Əli əl-Dəxil ilə görüşdə Səudiyyə Ərəbistanında həyata keçirilən layihələrdə, o cümlədən infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı imkanları qeyd olunub. Tərəflər Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının bu ölkədəki layihələrdə Azərbaycan şirkətlərinin iştirakına dəstəyi, eləcə də ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq və digər məsələlər barədə müzakirələr aparıblar. “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abdullah Rəşid Abunayyanla görüşdə ölkəmizlə dəniz suyunun duzsuzlaşdırılması, bərpa olunan enerji mənbələrindən səmərəli istifadə, “yaşıl” hidrogen istehsalı kimi istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib. |
2024-01-26 | 826,516 | Orta Dəhliz üzrə tarif dərəcələri müəyyən edildi | 2024-cü il üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM – Orta Dəhliz) üzrə tarif dərəcələri və yüklərin daşınma planı təsdiq edilib. Axar.az-ın Azərbaycan Dəmir Yolları QSC-yə istinadən verdiyi məlumata görə, bu gün Türkiyənin Ankara şəhərində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin ümumi yığıncağının növbəti iclası baş tutub. İclas zamanı ötən ilin yük daşımalarının təhlili nəzərdən keçirilib və nəticələrə əsasən marşrutun inkişaf etdirilməsi ilə bağlı digər məsələlər müzakirə olunub. Həmçinin yığıncaq çərçivəsində Gürcüstan və Qazaxıstanın dəmir yolu rəhbərləri ilə üçtərəfli görüş keçirilib. Görüşdə hər üç tərəfin təsisçisi olduğu Orta Dəhliz çərçivəsində yaradılmış birgə müəssisənin fəaliyyətinin təşkili və biznes modelinin müəyyən olunması müzakirə olunub. |
2024-01-26 | 826,519 | Ərdoğan NATO baş katibi ilə danışdı | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO Baş katibi Yens Stoltenberq arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Bildirilib ki, danışıq zamanı qlobal və regional məsələlər, eləcə də Türkiyənin İsveçin NATO-ya üzvlüyünə razılıq verməsi müzakirə edilib. |
2024-01-26 | 826,523 | 702-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 702-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 255 PUA-sı, 455 zenit-raket kompleksi, 14 800 tank və digər zirehli texnikası, 1 210 reaktiv yaylım atəş sistemi, 7 871 artilleriya və minaatanı, 17 891 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-26 | 826,524 | Putin Ukraynada döyüşən hərbçilərin sayını açıqladı - Şok | Rusiya Prezidenti Vladimir Putin Ukraynada hərbi əməliyyatlarda iştirak edən rusiyalı hərbçilərin sayını açıqlayıb. Axar.az xəbər verir ki, Kreml rəhbəri döyüş zonasında 600 mindən çox hərbçinin olduğunu bildirib. “Elə məsələlər var ki, onlara əlavə diqqət və həll yolları lazımdır. Nəyisə həmişə tənzimləmək gərəkdir. Çünki döyüş zonası böyükdür - demək olar ki, 2000 kilometr. Döyüş zonasında isə 600 mindən çox insan var. Mexanizm böyükdür”, - Putin bildirib. |
2024-01-26 | 826,525 | İl-76 təyyarəsini kim vurub? - Putin açıqladı | Əsir götürülən Ukrayna Silahlı Qüvvələrinin əsgərlərini daşıyan İl-76 təyyarəsini vuran raketlər Ukrayna ərazisindən buraxılıb. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin bildirib. Qeyd edək ki, İl-76 nəqliyyat təyyarəsi yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib. |
2024-01-26 | 826,528 | Rusiya DİN Boris Akunin barəsində axtarış elan etdi | Rusiya Daxili İşlər Nazirliyi yazıçı Boris Akunin barəsində axtarış elan edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya DİN-in məlumatında deyilir. Qeyd edək ki, Rusiya Federasiyasının Ədliyyə Nazirliyi yazıçı Boris Akunini (Qriqori Çxartişvili) xarici agentlər reysterinə daxil edib. Akuninin Rusiyanın Ukraynaya müdaxiləsinə qarşıdır. |
2024-01-26 | 826,529 | İrəvan Qara dəniz layihəsində maraqlıdır | Ermənistan hakimiyyəti Azərbaycandan Avropaya elektrik enerjisinin çatdırılması üçün sualtı kabelin çəkilməsi layihəsində maraqlıdır. Axar.az xəbər verir ki, bu sözləri Tiflisdə səfərdə olan Ermənistan Baş naziri Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə iqtisadi hökumətlərarası komissiyanın iclasının yekunlarına dair birgə brifinqdə deyib. “Bölgəmiz Cənubla Şimal, Qərblə Şərq arasında çox vacib bir yola çevrilə bilər. Bütün ölkələrə iqtisadi layihələrdə iştirak imkanı yaradılarkən inklüzivlik vacibdir. Bunun gözəl nümunəsi Ermənistanın böyük maraq göstərdiyi Qara dəniz kabel layihəsidir”, - Paşinyan bildirib. Qeyd edək ki, 2022-ci ilin dekabrında Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi ilə 1195 kilometr uzunluğunda kabelin çəkilməsini nəzərdə tutan saziş imzalayıblar. Bu xətt Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub. Daha sonra Bolqarıstan bu layihəyə qoşulmaq niyyətini açıqlayıb. Layihə 3-4 ilə başa gələcək. Avropa Birliyi Şərq Tərəfdaşlığı İnvestisiya Planı vasitəsilə layihəyə 2,3 milyard avro ayıracağına söz verib. |
2024-01-26 | 826,532 | Sahibə Qafarova parlament sədrlərinə məktub ünvanladı | Yanvarın 26-da Milli Məclisin sədri Sahibə Qafarova parlamentin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil olunan nümayəndə heyətinin AŞPA-nın qış sessiyası zamanı üzləşdiyi əsassız ittihamlar barədə Avropa Şurasına üzv dövlətlərin parlament sədrlərinə məktub ünvanlayıb. Axar.az xəbər verir ki, məktubda Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əlaqələrin mahiyyətinə toxunulur. Bildirilir ki, Azərbaycan Respublikası 2001-ci ildə ölkədə insan hüquqlarını və qanunun aliliyini daha yaxşı təbliğ etmək və müdafiə etmək niyyəti ilə Avropa Şurasına üzv olmuşdur. Ölkəmizin fundamental insan hüquqlarının və qanunun aliliyinin müdafiəsi üçün yaradılmış bu qurumla dialoq və əməkdaşlıq vasitəsilə üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirmək istiqamətində göstərdiyi səylər diqqətə çatdırılır. Qeyd olunub ki, bu müddət ərzində ölkəmizin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktına, bu ərazilərdə aparılan etnik təmizləmə siyasətinə, yüz minlərlə azərbaycanlı qaçqın və məcbur köçkünün pozulmuş hüquqlarına Avropa Şurasının biganə qalmayacağına dair gözləntiləri puç olmuşdur. Azərbaycan hər zaman regionumuzda davamlı sülhə nail olmaq üçün Avropa Şurası və onun qurumlarının köməyi və dəstəyi ilə ədalətin siyasi mülahizələrə qələbə çalaraq üstün olacağına ümid edib. Məhz Azərbaycan öz ərazilərinin 30 ilə yaxın davam edən işğalına baxmayaraq, münaqişənin sülh yolu ilə həlli prosesində iştirak etməyə davam etməklə bu istiqamətdə səylərini əsirgəməyib, eyni zamanda Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə böyük əhəmiyyət verib. Məktubun mətnində bildirilir ki, bu gün təcavüzkarla qurbana münasibətdə süni tarazlığın mövcud olduğu Avropa Şurasında fundamental dəyərlərin tənəzzülü təəssüf doğurur. Eyni zamanda, azərbaycanlıların etnik təmizləmə siyasətinin qurbanı olması, onların əsas hüquqlarının pozulması faktına qurum çərçivəsində uzun illər ərzində göz yumulub, bu məsələ ilə bağlı Azərbaycanla müxtəlif səviyyələrdə əsaslı dialoqdan yayınılıb. Milli Məclisin sədri vurğulayıb ki, bu yanaşmaya rəğmən, Azərbaycan hər zaman Avropa Şurası Parlament Assambleyasının bir sıra üzvləri və müxtəlif qruplaşmalardan gələn qərəzli və əsassız təzyiqlərə qarşı mübarizə aparıb. Məktubda Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bu dəfə də parlament nümayəndə heyətimizin AŞPA-dakı səlahiyyətlərinin "əsaslı" səbəblərdən mübahisələndirilməsi kimi növbəti riyakar kampaniya ilə üzləşdiyi bildirilir. Qeyd olunur ki, göstərilən səbəblər həqiqəti əks etdirmir, heç bir əsası yoxdur. Eyni zamanda, bildirilib ki, bu addım Azərbaycanın Avropa Şurası və onun qurumları ilə indiyə qədər həyata keçirdiyi əməkdaşlığa, habelə son razılaşmalara da kölgə salır. Ölkəmiz Avropa Şurasına üzv olduğu vaxtdan qurumun 65-ə yaxın sazişinə qoşulmuş, insan hüquqlarının bərabər şərtlərlə daha səmərəli müdafiəsi üçün milli qanunvericiliyini Avropa Şurasının standartlarına uyğunlaşdırmışdır. Azərbaycan təşkilatın qurumları ilə sıx əməkdaşlıq edir. Məktubda bundan başqa, ölkəmizin Avropa Şurası ilə insan alverinə və məişət zorakılığına qarşı mübarizə, habelə uşaqların müdafiəsi sahələrində də əməkdaşlığı qeyd olunub. Azərbaycanın Avropa Şurası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında mədəniyyətlərarası dialoqun təşviqi üzrə Bakı Prosesi kimi tanınan ilk əməkdaşlıq platformasının təşəbbüskarı olduğu bildirilib. Məktubda nəzərə çatdırılıb ki, parlament nümayəndə heyətimizin səlahiyyətlərinin Azərbaycanın qurumla əməkdaşlığı çərçivəsində, Avropa Şurasının insan hüquqları üzrə komissarının və baş katibinin ölkəmizə yüksək səviyyəli səfərlərinin, eləcə də milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyasının məşvərət komitəsi ilə davam edən əməkdaşlığı fonunda mübahisələndirilməsi faktı iddianın əsassız, siyasi motivli və qərəz xarakterli olduğunun sübutudur. AŞPA üzvləri tərəfindən Azərbaycana qarşı irəli sürülən ittihamlar digər beynəlxalq qurumların, əsasən də bu yaxınlarda Azərbaycana səfər etmiş Avropa Şurasının təmsilçilərinin birbaşa müşahidələrini və gəldikləri nəticələri əks etdirmir. Məktubda vurğulanıb ki, qeyd olunan faktları və AŞPA-nın bəzi üzvlərinin mövqeyini nəzərdən keçirdikdən sonra biz bu addımı qətiyyətlə rədd edirik. Azərbaycana qarşı qeyd olunan son dərəcə məsuliyyətsiz davranışa etiraz olaraq Azərbaycan Respublikası Milli Məclisinin Parlament Assambleyasında iştirakını dayandırmaqdan başqa çarəsi qalmamışdır. Bu akt bütövlükdə Azərbaycana qarşı qərəzli və ikili standartların açıq təzahürüdür, eyni zamanda Assambleyanın və bütövlükdə Şuranın nüfuzuna ciddi zərbədir. Bildirilib ki, bu münasibət Azərbaycan nümayəndə heyətinin AŞPA ilə qarşılıqlı əməkdaşlığını qeyri-mümkün edir və bununla da müxtəlif ölkələrdən olan parlamentarilər arasında dialoq platforması kimi xidmət etmək üçün nəzərdə tutulan bu orqanın əsas məqsəd və məramını pozur. Təəssüf ki, bu vəziyyət Avropa Şurasının bölgəmizlə əlaqəli məsələlərdən, o cümlədən təşkilatın mandatı ilə birbaşa bağlı olan fəaliyyətlərdən daha da təcrid olunmasına səbəb olacaq. Məktubun sonunda bildirilib ki, AŞPA-da müxtəlif mexanizmlərdən siyasi təzyiq vasitəsi kimi istifadə edilməsinə yönəlmiş belə tendensiya onun qərəzsizliyini və inklüzivliyini təhdid edir və belə davam edəcəyi təqdirdə Avropa Şurasının bütün fəaliyyətinin tam siyasiləşməsi və qütbləşməsi ilə nəticələnəcək. |
2024-01-26 | 826,535 | İran və Pakistan diplomatik missiyalarını bərpa etdi | İran və Pakistan qarşılıqlı olaraq diplomatik missiyalarını bərpa edib. Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Rəsul Musəvi deyib. O bildirib ki, İran səfiri Rza Əmiri Müqəddəm bu gün diplomatik missiyasını bərpa etmək üçün İslamabada gedib. Öz növbəsində Pakistanın İrandakı səfiri Məhəmməd Mudasir Tipu da X səhifəsində Tehrana qayıtdığını bildirib. |
2024-01-26 | 826,536 | Füzulinin 530 illiyi Özbəkistanda da qeyd olunacaq | Məhəmməd Füzulinin 530 illik yubileyi Özbəkistanda da qeyd olunacaq. AMEA-dan Kult.az-a verilən məlumata görə, bunu Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini akademik Akmal Saidov yanvarın 26-da AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ilə görüşündə deyib. A.Saidov qeyd edib ki, Məhəmməd Füzuli Əlişir Nəvaini özünün müəllimi hesab edirdi və onun yaradıcılığından ciddi dərəcədə təsirlənmişdi. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. |
2024-01-26 | 826,538 | Hikmət Hacıyev Çavuşoğlu və Altuna təşəkkür etdi | Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının tutduğu qərəzli mövqe fonunda Azərbaycanı müdafiə edən Mövlud Çavuşoğlu və Fəxrəddin Altuna təşəkkür edib. Axar.az xəbər verir ki, H.Hacıyev X hesabında hər birinə ayrı-ayrılıqda müraciət edərək, onların birmənalı mövqe tutduqlarını vurğulayıb. Türkiyə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğluya müraciət edən Hikmət Hacıyev yazıb: "Dəyərli Mövlud bəy, AŞPA-da Azərbaycana qarşı olan haqsızlıqla bağlı ifadə etdiyiniz qəti və birmənalı mövqeyinizə görə Sizə təşəkkür edirəm. Siz həmişə Azərbaycanın yanında olmusunuz! Tezliklə Sizi Azərbaycanda görmək arzusu ilə”. Bundan başqa, H.Hacıyev X hesabında Türkiyə Prezident Administrasiyasının kommunikasiya şöbəsinin rəhbəri Fəxrəddin Altuna xitabən, “Dəyərli və əziz qardaşım, daim Azərbaycana verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Hər zaman şəxsən və heyətiniz ilə birlikdə Azərbaycanın yanında olmusunuz”, - yazıb. |
2024-01-26 | 826,542 | "Qarabağ" klubu rəsmi himnini təqdim etdi - Video | "Qarabağ" futbol klubu rəsmi himnini təqdim edib. Axar.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci ildə çalışmalarına start verilən himnin söz və musiqi müəllifi Rüzgar Əhmədzadədir. Musiqi ideyası möhtəşəm Qarabağ zəfərindən və klubun beynəlxalq arenada qazandığı qələbələrdən qaynaqlanır. Himn 17 iyun 2023-cü il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellası tərəfindən ifa olunub və səsyazması baş tutub. |
2024-01-26 | 826,547 | Gürcüstan prezidentinin saytı sındırıldı | Gürcüstan Prezidenti Salome Zurabişvilinin saytı xakerlər tərəfindən sındırılıb. Axar.az xəbər verir ki, bu barədə yerli mediada məlumat yayılıb. Bildirilib ki, Dövlət Təhlükəsizlik Xidməti Gürcüstan prezidentinin rəsmi saytının sındırılması faktını öyrənməyə başlayıb. |
2024-01-26 | 826,549 | Rusiya Rəsulzadə ilə bağlı Bakıya müraciət edib - Şok | Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə erməni jurnalist Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı provokativ sual ünvanlayıb. Axar.az xəbər verir ki, erməni jurnalist Zaxarovaya Prezident İlham Əliyevin M.Ə.Rəsulzadənin 140 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladıb və əlavə edib ki, ADR qurucusu Böyük Vətən Müharibəsi illərində nasistlərin lideri Adolt Hitlerlə SSRİ-yə qarşı “əməkdaşlıq edib” və Azərbaycan legionunun yaradılmasından “iştirak edib”. “Biz bu məsələ ilə bağlı qiymətləndirmələrimizi Azərbaycan tərəfinə çatdırmışıq və onlarla əlaqə saxlayırıq”, - Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. |
2024-01-26 | 826,550 | Bizimlə bütün münasibətləri məhv edib - Lavrov | Rusiya ilə Finlandiya arasında bütün münasibətlər Helsinkinin günahı ucbatından tamamilə məhv edilib. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında medianın suallarını cavablandırarkən deyib. "Hazırda ikitərəfli Rusiya-Finlandiya əlaqələrinin bütün kompleksi tamamilə məhv edilib. Bunun günahı Finlandiya tərəfindədir", - Lavrov söyləyib. O qeyd edib ki, Rusiya xüsusi hərbi əməliyyata başladıqdan sonra Finlandiya aqressiv və qarşıdurma xarakterli antirusiya siyasətini, o cümlədən silah və hərbi texnikanın tədarükü də daxil olmaqla Kiyev rejiminə fəal dəstək göstərməklə yanaşı, ardıcıl olaraq Rusiyaya qarşı sanksiya təzyiqinin artırılmasını müdafiə edib. |
2024-01-26 | 826,553 | Kiyevə F-16-ların verilməsinə Lavrovdan reaksiya | Niderlandın Ukraynaya mümkün F-16 qırıcılarının çatdırılması xüsusi əməliyyatın gedişinə təsir etməyəcək, lakin bu, NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma riskini xeyli artırır. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. "Biz Niderland rəsmilərinin F-16 qırıcılarını Ukraynaya təhvil verməyə hazır olduqları ilə bağlı açıqlamalarını eşitmişik. Təhvil verilməsi planlaşdırılan texnikanın sayı və mümkün vaxtla bağlı sızmalar var. Amma hər halda, bu növbəti tədarüklərin Rusiyaya qarşı olduğu aydındır. Bu, Şimal Hərbi Dairəsinin əməliyyatına heç bir təsir etməyəcək. Xatırlayırıq ki, Ukrayna hakimiyyət orqanları və onların xaricdəki havadarları uğursuz qondarma əks-hücum əməliyyatı zamanı əksəriyyəti uğurla yandırılan Qərbin zirehli maşınlarına da ümid bağlamışdılar", - Lavrov qeyd edib. |
2024-01-26 | 826,558 | AŞPA-nın qərarı: Avropaya viza ala bilməyəcəyik? – Ekspert | Ekspert Natiq Cəfərli AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı verdiyi qərar ətrafında yaranan suallara aydınlıq gətirib. Axar.az sözügedən suallara N.Cəfərlinin cavablarını təqdim edir: - Azərbaycan AŞPA-dan qovulubmu, ya da çıxıbmı? - Yox, Azərbaycan indi də Avropa Şurası və AŞPA-nın üzvüdür, sadəcə, fəaliyyəti dayandırılıb. - Azərbaycana qarşı Avropa Birliyi sanksiya tətbiq edəcəkmi? - Avropa Birliyi və Avropa Şurası fərqli qurumlardır, AB dövlətlərin birliyidir, qurumda 27 dövlət təmsil olunur. Qərarlar konsensusla qəbul olunur, yəni AB qurum olaraq qərar verməsi üçün bütün üzv dövlətlər həmin qərarın lehinə səs verməlidirlər. İstənilən ölkə istənilən qərara veto qoya bilər, Azərbaycanla sıx iqtisadi əməkdaşlığı olan Avropa ölkələri var, onlar sanksiya qərarı gündəmə gəlsə belə, həmin qərara veto qoyacaqlar. - AŞPA və Avropa Şurası ilə münasibətlərin gərginləşməsi Azərbaycan vətəndaşlarının Avropaya viza almasına təsir edəcəkmi? - Bunun bir-biri ilə heç bir əlaqəsi yoxdur. Bu gün Rusiya və Belarus Avropa Şurasından qovulublar, hər birinə qarşı yüzlərlə sanksiya var, amma hər iki ölkə vətəndaşları viza ala bilirlər. - Avropa Şurasının qərarı legitim və əsaslıdırmı? - Azərbaycana qarşı qəbul edilmiş qərarın müzakirəsində cəmi 90 deputat iştirak edib, 76 nəfər qərarın lehinə, 10 nəfər əleyhinə səs verib, 4 nəfər də bitərəf qalıb. Yəni bir çox ölkənin deputatları bu səsvermədə iştirak etmədilər, münasibətləri pozmaq istəmədilər. Azərbaycanın lehinə səs verən 10 deputatın 9-u qardaş Türkiyəni təmsil edən AKP və MHP deputatları olub. Avropada mənasız solçuların təsirində olan və mövqeyi də özü kimi utancverici olan CHP deputatları müzakirəyə ümumiyyətlə gəlmədilər, iştirak edən HDP-çi bir deputat isə Azərbaycanın əlehinə səs verdi. Yəni qardaş Türkiyənin iqtidar deputatlarına, AKP-MHP təmsilçilərinə təşəkkür düşür. AŞPA-nin qərarında Laçın “dəhlizi” və Qarabağla bağlı iddialar əsassız, mənasız, beynəlxalq hüquqa zidd və absurddur, rədd edilməlidir. Qurumun nüfuzuna, sözünün kəsərinə xələl gətirən yanaşmadır. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin edib, bunu bacaran, Rusiya və SSRİ imperiyalarının basdırdığı “minanı” təmizləyə bilən ilk Avropa Şurası ölkəsi oldu – qurum buna sevinib dəstək verməkdənsə, bu məsələdə Azərbaycanın üzərinə gəlməsi qərəzli və absurddur – bu gün dost Ukrayna öz ərazi bütövlüyünü təmin etmək üçün vuruşur, AŞPA, Avropa Şurası buna görə Ukraynaya haqlı olaraq tam dəstək verir, eyni hüquqi məsələdə Azərbaycana fərqli yanaşması qəbuledilməzdir, Avropa Şurasının başını aşağı edən yanaşmadır. Bəs insan haqq və azadlıqları ilə bağlı iradları haqlıdırmı? Məncə, bəli, hökumətin son aylar mənasız, lazımsız yerə sərtləşməsi, siyasi motivli sayılan həbslərin artması ölkəmizin adına layiq deyil, bu durum mütləq aradan qaldırılmalıdır. - Əgər Qərblə Azərbaycan arasında münasibətlər kəskin pisləşərsə, bundan kim udacaq, kim ziyan görəcək? - Hələ ki, udan Rusiyadır, uduzan isə Avropa və Azərbaycan. Amma Azərbaycan hökuməti ölkənin iqtisadi durumuna baxıb düşünməlidir – Azərbaycan Rusiya deyil ki, illərlə Qərblə qarşıdurmaya sinə gələ bilsin. Rusiyada Mendeleyev cədvəlində nə varsa mövcuddur, böyük qara iqtisadiyyatı, çirkli pulları, müxtəlif istiqamətlərə çıxışı və nəhayət, nüvə silahı var, onunla başqa cür danışırlar. Azərbaycanın gəlirlərinin 90%-i neft-qazdandır, satdığı istiqamət isə Qərbdir, pullarımız Qərbdədir, münasibətlər alqoritmi Qərblə dizayn edilib. Bundan başqa, Azərbaycana yaxın 15-16 ildə, yəni 2040-ci ilə qədər 100 mlrd. dollar kredit/xarici investisiya lazım olacaq – pul isə Qərbdədir, münasibətlərin kəskinləşməsi iqtisadi vəziyyətimizi ağırlaşdıra bilər. - Münasibətlər kəskinləşib qırılma nöqtəsinə çata bilərmi? - Məncə yox, münasibətlər qarşılıqlı güzəştlətlə düzəlməlidir - düzələcək də, bundan başqa, Azərbaycanın strateji və əsl müttəfiqi, bütün məsələlərdə qarşılıqlı qərarlar aldığı ölkə Türkiyədir. Qardaş Türkiyə NATO dövlətidir, bundan başqa, rəsmi Ankara son zamanlar Qərblə münasibətlərini yeni, daha yaxşı müstəviyə çəkməyə çalışır. Yeri gəlmişkən, AŞPA-da Türkiyə məsələsi də qaldırılmalı, bu ölkənin də bir illik fəaliyyəti dondurulmalı idi. AKP iqtidarı doğru-düzgün qərarlar alaraq bu məsələni öncədən həll etdi – İsveçin NATO üzvlüyünə “hə” dedi, ABŞ ilə münasibətləri yaxşılaşdırdı, Mərkəzi Bankın beynəlxalq standartlara uyğun davranmasını və xarici investorlara daha yaxşı şəraitin yaradılmasına qərar verdi, sözdə İsraili “asıb-kəssə” də, əməldə ciddi addım atıb münasibətləri gərginləşdirmədi. Bu yaxşı gedişatdır, məncə, Qərblə Azərbaycan arasında münasibətlərin tənzimlənməsində müsbət rol oynayacaq. |
2024-01-26 | 826,559 | Kanada Qarabağ savaşında tətbiq etdiyi qadağanı ləğv edir | Kanada hakimiyyəti Türkiyəyə PUA üçün komponentlərin tədarükünə qoyulan qadağanı aradan qaldıracaq. Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb. Məlumata görə, tərəflər arasındakı razılığa əsasən, İsveçin NATO üzvlüyü təsdiqlənəndən sonra Kanada ixracı bərpa etməlidir. Qeyd edək ki, Kanada sözügedən qadağanı 2020-ci ildə Azərbaycanın 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin PUA-larından istifadə etməsindən sonra tətbiq edib. |
2024-01-26 | 826,563 | Simonyanın ailəsi Göyçə yolunda qəzaya düşdü | Ermənistan parlamentinin sədri Alen Simonyanın ailəsi avtomobil qəzasına düşüb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilib ki, İrəvan-Göyçə yolunda “Toyota” və BYD markalı avtomobillər toqquşub. Qəzada xəsarət alan olmayıb. |
2024-01-26 | 826,565 | Tehran İrəvandan bunu tələb edir – Voskanyan | İranın Ermənistana mesajları var: 44 günlük müharibədən əvvəl mövcud olan Ermənistan-İran münasibətlərinin səviyyəsi indi Tehranı qane etmir. Axar.az xəbər verir ki, bu sözləri iranşünas Vardan Voskanyan deyib. “İranın mesajı aydındır, iranlılar Türkiyənin burada Azərbaycanla münasibətlərini gücləndirdiyini nəzərə alaraq, Cənubi Qafqazda mövcud olmaq istəyirlər. İran Ermənistan Respublikasını özünün mövcudluğunun yeganə vasitəsi kimi görür”, - o bildirib. |
2024-01-26 | 826,566 | Xəzərdə sərnişin gəmisinə su doldu: 32 nəfər təxliyə olundu | Bu gün saat 21:00 radələrində sahildən 30 km aralı, Xəzər dənizinin Bulla rayonu ərazisində “PS 173” sərnişin gəmisində heyət gəminin burun hissəsinə su dolduğunu görüb. Bu barədə Axar.az-a “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) məlumat verilib. Qeyd olunub ki, dərhal təhlükəsizlik tədbirlərinin görülməsi üçün ASCO-nun dispetçer xidmətinə məlumat verilib. Yaxınlıqda olan “Qobustan”, “Qız Qalası” sərnişin gəmiləri hadisə yerinə gəlib. Heyət üzvləri və sərnişinlər bu gəmilərlə təxliyə ediliblər. Hazırda 7 nəfər gəmi heyəti və 25 sərnişinin həyatı üçün hər hansı bir təhlükə yoxdur. “PS 173” gəmisi isə hadisə ərazisinə gələn “Caspian Spirit” gəmisi vasitəsilə yedəyə alınaraq sahilə doğru istiqamət götürüb. Gəmidə baş verən hadisənin səbəbləri dəqiqləşdirildikdən sonra daha ətraflı məlumat veriləcək”, - məlumatda vurğulanıb. |
2024-01-26 | 826,567 | Ədən limanında ticarət gəmisi raketlə vuruldu | Yəmənin Ədən limanından 55 dəniz mili cənub-şərqdə üzən ticarət gəmisi raketlə vurulub. Axar.az xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb. Şirkətin açıqlamasında deyilib ki, gəminin göyərtəsində yanğın baş verib, lakin zərbə nəticəsində ekipaj üzvlərindən heç kəs xəsarət almayıb. |
2024-01-26 | 826,570 | Bakı bu təşəbbüsümüzü ironiya ilə qarşıladı – İrəvan | Ermənistan etimad tədbiri kimi sərəncamında olan bütün minalanmış xəritələri “Qarabağ rəsmiləri”ndən alaraq Azərbaycana təhvil verib. Axar.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanın yeni mina sahəsi xəritələrinin ötürülməsi ilə bağlı bəyanatına cavabında bildirib. “Ermənistan humanitar prinsipləri rəhbər tutaraq, bu yaxınlarda Qarabağın “keçmiş məmurları” ilə müsahibə apararaq, minalanmış ərazilərin yeni xəritələrini hazırlayıb. Təəssüf ki, bu təşəbbüs Azərbaycan tərəfindən dərhal mənfi və ironiya ilə, təkziblə qarşılandı. Ermənistanın ölkələr arasında etimadın yaradılması səyləri və Ermənistanın müsbət addımına mənfi reaksiya verildi”, - açıqlamada bildirilib. Qeyd edək ki, ötən gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan açıqlamasında İrəvanın mümkün minalarla bağlı yeni məlumatların Bakıya ötürülməsini istisna edilmədiyini bəyan edib. Öz növbəsində, Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxın vaxtlarda Azərbaycan tərəfinə yeni məlumatların ötürüldüyünü açıqlayıb. Azərbaycan XİN-in bəyanatında Ermənistanın beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyini, təqdim edilmiş bu xəritələrin yararsız və natamam olduğunu, real vəziyyəti əks etdirmədiyini bildirilib. Bu xəritələrdə Qarabağ ərazisində guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktının mövcudluğu vurğulanıb. |
2024-01-26 | 826,574 | Panama prezidenti səfirimizlə görüşdü - Foto | Azərbaycan Respublikasının iqamətgahı Mexiko şəhərində olmaqla Panama Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Talıbov etimadnaməsini bu ölkənin prezidenti Laurentino Kortizo Kohenə təqdim edib. Bu barədə Axar.az-a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib. Paytaxt Panama şəhərində yerləşən Prezident Sarayında keçirilən mərasimdə M.Talıbov ilk olaraq, Prezident Laurentino Kortizoya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb. Təşəkkürünü bildirən Panama prezidenti onun da dərin ehtiramını və ən xoş arzularını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib. Prezident L.Kortizo ilə səfir arasında baş tutan söhbət zamanı Azərbaycanla Panama arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində davamlı təmaslar, səmərəli dialoq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğu qeyd edilib. Prezident L.Kortizo rəhbərlik etdiyi hökumətin Panama ilə Azərbaycan arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsində maraqlı olduğunu bildirib və bu istiqamətdəki gələcək fəaliyyətində səfir M.Talıbova uğurlar arzu edib. Mərasimdən sonra Panama xarici əlaqələr naziri xanım Janaina Tevaney ilə səfir M.Talıbov arasında ayrıca görüş keçirilib. Görüşdə iki ölkə arasında mövcud əlaqələrin hazırkı vəziyyəti və qarşılıqlı maraq kəsb edən digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, iki ölkə arasında humanitar, mədəniyyət, təhsil, habelə iqtisadi-ticari və qarşılıqlı sərmayə qoyuluşu üzrə potensialın olduğu bildirilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.