date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-24
825,906
İranla buna görə əlaqələrə son verməyəcəyik - Ərdoğan
Sanksiyalara görə İranla iqtisadi və ticarət əlaqələrimizə son qoymadıq, bundan sonra da son verməyəcəyik. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranl həmkarı İbraim Rəisi ilə görüşdə deyib. "İki regional güc olan Türkiyə və İran inkişaf və sabitlik üçün əməkdaşlığını irəli aparmalıdır. İranla 30 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmaqda qətiyyətliyik”, – Ərdoğan qeyd edib.
2024-01-24
825,910
AŞPA Azərbaycansız natamam qurum olacaq - Türkiyə
AŞPA Azərbaycansız natamam bir qurum olacaq. Axar.az xəbər verir ki, bunu Türkiyənin AŞPA-da nümayəndə heyətinin üzvü Zeynəb Yıldız bildirib. "Azərbaycanın AŞPA-da olması bu qurumun güclü tərəfidir. AŞPA müxtəlif mədəniyyətlər arasında dialoq platforması olmalıdır. Qurum plüralizm fəlsəfəsinə sadiq qalmazsa, nasaz vəziyyətə düşəcək. AŞPA-nın müxtəlif münaqişələri həll edib yoluna qoymağı bacaran dünyəvi təşkilat ola bilməsi üçün Azərbaycana ehtiyacı var", - Z.Yıldız qeyd edib.
2024-01-24
825,911
Şolts ilk dəfə etiraf etdi: Nüfuzum azalıb…
Hakim koalisiyanın populyarlıq reytinqlərinin azalmasına görə qismən məsuliyyət daşıyıram. Axar.az alman mediasına istinadla xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib. “Kansler kimi hökumətə cavabdehəm. Ona görə də mənim bununla heç bir əlaqəm olmadığını söyləmək absurd olardı”, - deyə o, ilk dəfə etiraf edib. Bu sözlərin özünütənqid olub-olmadığını soruşduqda, Şolts müsbət cavab verib. Buna baxmayaraq, Şolts vaxtından əvvəl istefa vermək və ya hökumətə etimad məsələsini qaldırmaq niyyətində olmadığını vurğulayıb.
2024-01-24
825,913
AŞPA-dan Bakı ilə bağlı qərar - Təcili
Avropa Şurası Parlament Assambleyası Azərbaycanın Avropa Şurasına üzvlüyündən irəli gələn “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək, sessiyanın açılışı günü etiraz edilən Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə AŞPA-nın saytında yayılan məlumatda bildirilib. Qeyd edilib ki, Azərbaycanın azad və ədalətli seçkilər keçirmək qabiliyyəti, hakimiyyət bölgüsü, qanunverici orqanın icra hakimiyyəti qarşısında zəifliyi, məhkəmə hakimiyyətinin müstəqilliyi və insan hüquqlarına hörmətlə bağlı çox ciddi narahatlıqlar qalmaqdadır. “Assambleya “Dağlıq Qarabağdakı vəziyyəti” də misal çəkərək, Azərbaycan rəhbərliyinin Laçın dəhlizindən azad və təhlükəsiz keçidin olmamasından irəli gələn “çox ciddi humanitar və insan haqları nəticələrini etiraf etmədiyini” qeyd edib və Assambleyanın sentyabr hadisələrini pislədiyini xatırladıb. Nəhayət, parlamentarilər Assambleya ilə “əməkdaşlığın olmamasına” dair bir sıra misallar gətiriblər, o cümlədən onun monitorinqi üzrə məruzəçilərinə siyasi motivli ittihamlarla saxlanılan şəxslərlə görüşə icazə verilməməsi, Assambleyanın qarşıdan gələn prezident seçkilərini müşahidə etməyə dəvət olunmaması, seçkilər və AŞPA-nın digər məruzəçilərinin ölkəyə səfərlərinin rədd edilməsi və s. “Reqlamentdə nəzərdə tutulmuş şərtlər yerinə yetirildikdə, Azərbaycan nümayəndə heyəti Assambleyadakı fəaliyyətini bərpa edə bilər”, - deyə deputatlar bildiriblər. İldə bir dəfə AŞPA-nın hər bir hissə-sessiyasının açılış günündə milli parlamentlər öz nümayəndə heyətlərinin etimadnaməsini təqdim etməyə dəvət olunur. Azərbaycan parlamenti olan Milli Məclis on iki nəfərlik nümayəndə heyətinin etimadnaməsini təqdim edib. Bugünkü qərar yalnız Azərbaycan parlament nümayəndə heyətinin səlahiyyətlərinə aiddir. Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olmaqda davam edir”, - məlumatda bildirilib. Qətnamə bu gün 76 lehinə, 10 əleyhinə və 4 bitərəf olmaqla qəbul edilib. Qeyd edək ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bundan öncə qurumdakı fəaliyyətini dayandırması ilə bağlı bəyanat yayıb.
2024-01-24
825,918
1967-ci il sərhədləri çərçivəsində... - Ərdoğan
1967-ci il sərhədləri çərçivəsində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövləti qurulanadək mübarizəmizi aparacağıq. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə Ankarada keçirdiyi görüşdə deyib. "Biz İsrailin müharibə cinayətlərindən yaxasını qurtarmaması üçün beynəlxalq səviyyədə atılan addımları dəstəkləyirik", - Ərdoğan vurğulayıb.
2024-01-25
825,920
AŞPA-ya qarşı demarş: Bu, nadir hadisədir
Əslində AŞPA-da ölkəmizə qarşı atılan son addım gözlənilən idi. Axar.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Turab Rzayev deyib. O, AB və AŞ-nin ölkəmizə təzyiq yolu ilə məqsədinə çatmaq istədiyini bildirib: “Artıq uzun müddət idi ki, Azərbaycan və AŞPA arasında münasibətlər həddindən artıq gərginləşmişdi. Son 30 ildə və üzv olduğumuz 23 ildə qurumun ölkəmizə qarşı münasibəti heç də həmişə müsbət olmayıb. Enişli-yoxuşlu olsa da, bunu müəyyən mənada əməkdaşlıq adlandırmaq mümkündür. Ancaq 44 günlük müharibə ərəfəsində, ərzində və sonrasında demək olar ki, hər həftə AŞPA-da ölkəmizə qarşı qərar qəbul edilirdi. Bunlar erməni abidələri, “erməni qaçqınları”, İrəvanın sərhəd iddiaları və s. ilə bağlı olurdu. Sərgilənən mövqe tamamilə qəbuledilməzdir. Çünki biz heç vaxt AŞPA-nın ölkəmizlə, qaçqınlarımız, Ermənistanın işğalı ilə bağlı hansısa tutarlı sənəd qəbul edildiyini görmədik. Burada iki əsas məqam var. Birincisi odur ki, AŞPA öz-özlüyündə o qədər önəmli qurum deyil. Çünki məşvərətçi qurumdur. Avropada siyasəti isə Avropa Birliyi Şurası və Avropa Komissiyası müəyyən edir. AŞPA-da cavab kimi Azərbaycan nümayəndə heyətinin bəyanat yayaraq qeyri-müəyyən müddətə fəaliyyətini dondurması və qurumu tərk etməsi isə siyasi tariximizdə çox ciddi hadisədir. Yaxın gələcəkdə biz dövlətimizin xarici siyasətində bu istiqamətdə növbəti addımların şahidi olacağıq. İstənilən halda Avropa Şurası keçmiş siyasətçilərin, keçmiş deputatların, biznesmen və oliqarxların toplandığı kluba çevrilib. Ancaq Jozep Borrellin də Azərbaycanın Ermənistan ərazisini “işğal” niyyətindən narahat olduqlarını bildirməsi artıq ciddi siqnaldır. Bu, AB və AŞ-nin artıq Azərbaycanı siyasi təcrid yolunu tutduqlarını göstərir. Diqqətli olmalıyıq, ATƏT-də də analoji addımlar atıla bilər. Təzyiqlə hansısa məqsədlərə nail olmaq niyyətindədirlər. Ancaq heç bir şey əldə edə bilməyəcəklər. Çünki Vətən və dövlət məsələsində heç bir halda güzəşt olmur. Geriyə yol yoxdur. Azərbaycan da qarşılığı və nəticəsi nə olursa-olsun, heç bir şəkildə geri addım atmayacaq. Dövlətimizə təzyiq yolu ilə caynağını keçirmək istəyənlər birliyimizi və gücümüzü görəcəklər”. Qeyd edək ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiq olunmayıb. Nümayəndə heyətimiz isə ötən gün bəyanat yayaraq qurumu tərk edib və AŞPA-da fəaliyyətini qeyri-müəyyən müddətə dondurub.
2024-01-24
825,923
Türkiyə İranla yeni sərhəd məntəqələri açacaq
Türkiyə ilə İran arasında yeni sərhəd-keçid məntəqələrinin açılması gündəmdədir. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti İbrahim Rəisi ilə keçirdiyi görüşdən sonra mediaya deyib. "İki ölkənin sərhəd əyalətlərinin iqtisadi inkişafının artırılmasına yönəlmiş ticarət mərkəzləri üzərində işlər davam edir", - Ərdoğan qeyd edib. Qeyd edək ki, Rəisi hazırda Türkiyədə səfərdədir.
2024-01-24
825,924
Leyla Həsənova "Gənclər İqlim Çempionu" təyin edildi
Leyla Həsənova COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” təyin edilib. Axar.az xəbər verir ki, hazırda Leyla Həsənova Qoşulmama Hərəkatının Gənclər Təşkilatında Katibliyin rəhbəri vəzifəsində çalışır. O, ADA Universitetində Beynəlxalq tədqiqatlar üzrə bakalavr təhsili alıb. Daha sonra Dövlət idarəçiliyi üzrə magistr dərəcəsi alıb, o cümlədən Türkiyənin Kadir Has Universitetində Siyasət və Beynəlxalq münasibətlər üzrə akademik mübadilə proqramında iştirak edib. Təhsil aldığı müddət ərzində iqlim dəyişikliyi, davamlı inkişaf, bərpaolunan enerji resursları, gənclər, gender və iqlimə davamlılıq kimi bir sıra mövzuda araşdırmalara və analitik təhlillərə rəhbərlik edib. O, həmçinin Birləşmiş Millətlər Təşkilatının Sistem Heyətləri Kollecini və təşkilatın Fəlakət Riskinin Azaldılması məktəbini (kursunu) uğurla bitirib. Orada təhsil alarkən “Düşüncə Liderlik Kursu – Fəlakət Riskinin Azaldılması və İqlim Dəyişikliyinə Adaptasiya olmağın Sinerjiləşdirilməsi (birləşdirilməsi)”, “Gənclik, Sülh və Təhlükəsizlik” və "Digital4Sustainability Learning Path” kimi kurslarda iştirak edib. Leyla Həsənova əvvəllər İnkişaf və Diplomatiya İnstitutunda Proqram koordinatoru vəzifəsində çalışıb. O, burada korporativ sektorlar və dövlət qurumları üçün rəhbər təhsil proqramlarının idarə edilməsinə cavabdeh olub.
2024-01-24
825,925
ABŞ-la müzakirə edəcəyimiz heç nə yoxdur - Lavrov
Rusiyanın ABŞ-la strateji təhlükəsizlik sahəsində müzakirə edəcəyi heç nə yoxdur. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. O vurğulayıb ki, Rusiya START müqaviləsində nəzərdə tutulan silah növləri üzrə limitə sadiqdir, lakin yoxlamalar ola bilməz: "Üstəlik, artıq ukraynalıların strateji obyektlərimizi uzaqmənzilli silahlardan atəşə tutması halları olub ki, amerikalılar onların modernləşdirilməsinə kömək etməsəydilər, bu obyektlərə çata bilməzdilər".
2024-01-24
825,927
Fransa Rusiyanın tələbini rədd etdi
Fransa vurulan İl-76 təyyarəsi ilə bağlı Rusiyanın yanvarın 24-də BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi tələbini rədd edib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, iclas 25 yanvar axşam saatlarına təyin edilib. Qeyd edək ki, Rusiyanın Belqorod vilayətində 65 ukraynalı hərbi əsirin və 9 ekipaj üzvünün olduğu təyyarə Ukrayna tərəfindən vurulub.
2024-01-24
825,929
Ərdoğan Bakı ilə bağlı Rəisiyə nəyi xatırladıb?
Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Ankarada iranlı həmkarı İbrahim Rəisi ilə müxtəlif mövzularla yanaşı, Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edib. Bu haqda detallı məlumat verilməsə də, prezidentlərin Cənubi Qafqazla bağlı nələri müzakirə etdiklərini təxmin etmək olar. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisinin Ankarada görüşü haqda qeyd edib. O bildirib ki, Tehran uzaq ölkələrin Cənubi Qafqazda fəal olmasını, o cümlədən ABŞ və ya Avropa dövlətlərinin Azərbaycanla Ermənistan arasında vasitəçilik təşəbbüslərinə neqativ yanaşır: “Bu məsələdə Ankaranın yanaşması fərqli deyil. Ankara da Tehran kimi regional məsələlərin bölgə ölkələrinin vasitəçiliyi ilə həllinin tərəfdarıdır. Ancaq bu məsələdə Tehran ikili oynayır. Tehran bir tərəfdən ABŞ və Avropanın Cənubi Qafqazda fəal diplomatiyasına qarşı çıxarkən, o biri tərəfdən bununla bağlı İrəvana xəbərdarlıq mesajlarını səsləndirmir. Çünki ABŞ və Avropa Birliyini müxtəlif formalarda bölgəyə gətirməyə çalışan Ermənistandır. Tehran isə Ermənistanı müdafiə edərək, hər dəfəsində Azərbaycan əleyhinə “sərhədlərin dəyişdirilməsi qəbuledilməzdir” açıqlamasını səsləndirir. Bu isə Türkiyənin maraqlarına ziddir. Türkiyə Azərbaycan kimi Zəngəzur dəhlizinin açılmasını istəyir. Tehran isə bunu əngəlləyir. Böyük ehtimalla Ərdoğan Zəngəzur dəhlizinin İranın maraqlarına zidd olmadığını Rəisiyə bir daha anlatmağa çalışıb”. Qeyd edək ki, İbrahim Rəisi Türkiyədə səfərdədir.
2024-01-24
825,932
Rus ordusu irəlilədi: Yampolovka istiqamətində...
Rusiya qoşunları Kremenna şəhərinin qərbindən Yampolovka kəndi istiqamətində irəliləyib. Axar.az xəbər verir ki, bu barədə Kremennanın bələdiyyə dairəsi administrasiyasının rəhbəri Vyaçeslav Tretyakov Teleqram kanalında bildirib. Tretyakovun sözlərinə görə, mövqe döyüşləri bu istiqamətlərdə davam edir: Kupyanskın şimal-şərqində, Sinkovka yaxınlığında; Kremennayanın şimal-qərbində, Makeyevka və Novoyeqorovka bölgəsində; Kremennayanın qərbində, Ternı və Torskoye kəndlərinin ərazisində; Kremennayanın cənubunda, Beloqorovka ərazisində; Kremennayanın cənub-qərbində, Dibrova ərazisində.
2024-01-25
825,933
Rusiya Bryanskda 3 PUA-nı məhv etdi
Rusiyanın havadan müdafiə sistemləri Bryansk üzərində üç təyyarə tipli dronu məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Yanvarın 24-də Kiyev rejiminin Rusiya ərazisindəki obyektlərə pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb, üç pilotsuz uçuş aparatı məhv edilib”, - deyə bildirilib.
2024-01-25
825,934
Bayden deyib ki, qoşunlarımız bu ölkələrə hücum edəcək
Ümid edirəm ki, Rusiya ilə müharibəyə hazırlaşmaq zərurəti barədə xəbərdarlıq edənlər hələ də özünüqoruma instinktinə malikdirlər. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. "Ümid edirəm ki, bu belə deyil, orada hələ də ən azı nəinki tarix biliyi, həm də özünü qorumaq instinkti olan ağıllı insanlar var. Eşitdim ki, hətta Prezident Bayden də buna bənzər bir şey deyib və xəbərdarlıq edib ki, Ukrayna uduzur, sonra Rusiya dərhal Baltikyanı ölkələrə, Finlandiyaya və digər NATO ölkələrinə gedəcək”, - Lavrov söyləyib. Qeyd edək ki, Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib.
2024-01-25
825,935
Rusiyada güclü zəlzələ oldu
Rusiyanın Krasnodar bölgəsində 4,5 bal gücündə zəlzələ olub Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Ölənlər və xəsarət alanlar barədə məlumat verilməyib.
2024-01-25
825,937
Türkiyə bu mirasa sadiq qalacağını söylədi - Lavrov
Qara dənizə giriş qaydaları Pentaqon tərəfindən dəyişdirilə bilməz. Axar.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Türkiyəli həmkarlarımız bizə dəfələrlə Montrö konvensiyası mirasının əmanətçiləri olaraq bu sazişin öhdəliklərinə sıx bağlı olacaqlarını söyləyiblər. ABŞ müdafiə naziri Lloyd Ostin işinə qayıdıb və görünür, bu anda aktiv olmalarının səbəbi də budur. Uğurlu olacaqlarını düşünmürəm”, - deyə Lavrov jurnalistin sualına cavabında bildirib. Qeyd edək ki, bir müddət əvvəl Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Selest Uollander ABŞ-ın Qara dənizdə naviqasiya ilə bağlı Türkiyə ilə birlikdə çalışmaq niyyətində olduğunu bildirmişdi.
2024-01-25
825,938
Yeni Saray yolu ərazisində yanğın oldu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Yeni Saray yolu adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 30 m² olan konteyner tipli taxta konstruksiyadan ibarət tikili yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə edilib.
2024-01-25
825,939
Qurbanovdan Alonsoya maraqlı hədiyyə - Foto
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Almaniyaya gedib. Axar.az xəbər verir ki, təcrübəli mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” (Leverkuzen) klubunun baş məşqçisi Xabi Alonso ilə görüşüb. Qurbanovun məqsədi ispaniyalı çalışdırıcının məşq metodları ilə maraqlanmaq və Almaniya təmsilçisinin düşərgəsində təcrübə toplamaqdır. Q.Qurbanovun Alonsoya hədiyyəsi də diqqətdən yayınmayıb.
2024-01-25
825,940
Ukraynaya silah göndərmək istəmirik - Fitso
Slovakiya Ukraynaya silah göndərmək niyyətində deyil. Axar.az xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso ukraynalı həmkarı Denis Şmıqalla Ujqorodda görüşündə deyib. “Əlbəttə ki, biz Ukraynaya silah göndərmək istəmirik və diqqətimizi humanitar yardım və mülki yardım göstərməyə yönəltmək istəyirik”, - deyə Fitso bildirib.
2024-01-25
825,941
Yaxın Şərqdə kimlər, nə uğrunda savaşır? - Korgeneral
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik (korgeneral) İsmayıl Haqqı Pekinin Axar.az-a Yaxın Şərqdəki hadisələrlə bağlı müsahibəsi: - Sayın general, Yaxın Şərqdə nə baş verir? - Yaxın Şərqdə baş verən hadisələr yeni dünya düzəninə keçidin təsirləridir. Yəni ölkələr yenidən qruplaşdırılır, ittifaqlar qurulur və buna uyğun şəkildə layihələr irəli sürülür. Çinin “Bir kəmər, bir yol”, ABŞ-ın Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (İMEC) layihəsi, bizim Zəngəzur dəhlizi, Türkiyəni Bəsrə körfəzinə çıxaracaq "İnkişaf yolu" dəhlizi və s. var. ABŞ Körfəz ölkələrinin qazını, neftini İsrail və Kipr üzərindən Avropaya daşımaq istəyir. Məqsəd həm bazarlara yeni yol əldə etmək, həm də İsrailin təhlükəsizliyini təmin etməkdir. Proses 2003-cü il İraqın işğalı ilə başladı. “Ərəb baharı”, sonra Suriyada meydana gələn vətəndaş müharibəsi də bu planın bir parçasıdır. Yəni sadaladığımız hadisələr sinir uclarını qıcıqlandırdı və indiki hadisələr meydana çıxdı. ABŞ-ın birbaşa iştirakı ilə ərəb ölkələri ilə İsrail arasında münasibətlərin normallaşdırılması üçün “İbrahim müqavilələri” (Abraham Accords) hazırlandı. Sənədi ilk olaraq İsrail və Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn arasında imzalandı, sonra buna Mərakeşlə Sudan da qoşuldu. Ondan sonra Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İran arasında münasibətlərin tənzimlənməsi üçün danışıqlar başladı. Dəhlizlər uğrunda mübarizə istər-istəməz bəzi nöqtələrdə münasibətləri gərir və toqquşmalar, müharibələr meydana gəlir. ABŞ-ın ciddi səhvlərinə görə Yaxın Şərqdə meydana gələn güc boşluğu ən çox İranın işinə yaradı. Hər kəs münasibətləri öz mənfəətləri istiqamətində inkişaf etdirməyə, enerji resursu olan ölkələri nəzarətində saxlamağa çalışır. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi də bölgəyə təsirini göstərdi. Çünki Rusiyanın Suriyada da hərbi bazaları var. Moskvaya sanksiyaların tətbiqi və onlara verilən cavablar bölgəni qarmaqarışıq hala gətirdi. 7 oktyabrda HƏMAS-ın basqını vəziyyəti dəyişdirdi. Əlbəttə ki, Çin və Rusiya bu basqını dəstəkləyir. Yəni bununla həm Qərbdən gələn təzyiqi zəiflətdilər, digər tərəfdən isə Rusiya Ukraynada çətinə düşdüyü kimi, ABŞ da Qəzzada problemlərlə qarşılaşdı. Yaxın Şərqdə 1948-ci ildən bəri qurulan təhlükəsizlik sistemi çökdü. Bu, ABŞ-ı çox qorxutdu və hərbi gəmiləri göndərdi. İranın bölgədə Yəmən, İraq, Suriya, Livan və HƏMAS-a qədər uzanan müqavimət xətti var. Hazırda Tehran husilərdən, Livan Hizbullahından və Suriyadakı proksilərindən aktiv şəkildə istifadə edir. Nə ABŞ, nə də İran bir-birini birbaşa hədəf alır. İsrail isə müharibənin yayılmasını və ABŞ burdaykən həm Hizbullahın, həm də İrana bağlı digər qrupların əzilməsini istəyir. Fikrimcə, Vaşinqton və Tehranın müharibəni bölgəyə yaymaq məqsədi yoxdur. Ancaq proksilər üzərindən aşağı səviyyəli toqquşmalar davam edəcək. İsrail Qüds qüvvələrinin yüksək səviyyəli nümayəndələrinin bir neçəsini sui-qəsd və digər yollarla aradan qaldırdı. Təl-Əviv ortaya bir hədəf qoyub. Bunlar ilkin mərhələdə HƏMAS-ı bombalamaq, bölgəni boşaltmaq və kiçik qruplarla prosesi davam etdirməkdir. Lakin plan baş tutmadı, müharibə bəlli bir səviyyəyə çatmadı. Əsas məqsədlərdən biri də Çinin “Bir kəmər, bir yol” layihəsinin orta yolunu bağlamaqdır. Sonra Çin və İran arasında Çabahar limanından Mərkəzi Asiya ölkələrinə qədər uzanan bir xətt, digər tərəfdən Pakistanın Qvadar limanından Çinədək gedən yol var. Hər kəs bir-birini izləyir və həmləsini edir. Belə mürəkkəb vəziyyət bölgədə hələ uzun müddət davam edəcək. Tərəflər də yeni-yeni bəlli olur. Bir tərəfdə Rusiya, Çin və İran, digər tərəfdə ABŞ rəhbərliyində Qərb var. Hindistanın tərəfi hələ tam bəlli deyil. Son günlərdə İran edilən hücumlara qarşı Pakistana raket atdı. Sonra Ərbildə Peşrev Dizayini MOSSAD casusu adı ilə vurdular. Türkiyənin nəzarətindəki İdlib bölgəsində “Şam Qurtuluş Heyəti” (Heyəti-Təhriri-Şam) qruplaşmalarına raket atıldı. Gördüyünüz kimi, bunların heç birində ABŞ, İsrail hədəfə alınmadı. Toqquşmaların Pakistan, Əfqanıstan kimi ölkələrə sıçrama ehtimalı var, diqqətli addımlar atılmalıdır. - ABŞ və ümumiyyətlə, Qərbin Yaxın Şərqdə izlədiyi strategiyası nədir? - ABŞ və Qərb birmənalı şəkildə İsraili dəstəkləyir. ABŞ-ın əsas məqsədi İsrailin təhlükəsizliyini təmin etməkdir. Vaşinqton eyni zamanda Təl-Əvivi hərbi baxımdan dəstəkləyir və ildə 4 milyard dollar civarında yardım ayırır. İsrail qətiyyən ikidövlətli həll variantını qəbul etmir, ABŞ isə bombardmanın zəiflədilməsini, Avropa ilə birlikdə Fələstin dövlətinin də qurulmasını istəyir. Əlbəttə, bunda nə qədər səmimi olduqları da sual altındadır. Ancaq yəhudi lobbisinin, bankirlərin təzyiqi ilə müəyyən narazılıqlar zamanı səslərini də çıxara bilmirlər. Hindistan da İsraili dəstəkləyir. Baş verən müharibənin Fələstin xalqı üçün çox ağır nəticələri var. Bunun üçün bir cavab olmalıdır. Ümumiyyətlə, İsrail Qəzzanı tamamilə boşaltmaq və özünə tabe etmək istəyir. Əsas məsələ isə Vaşinqtonun bölgədəki təmsilçisi Təl-Əvivin təhlükəsizliyinin təminidir. Ancaq təhlükəsizlik təmin edilərkən həm də ətrafdakı dövlətlər kiçik qruplara ayrılmalıdır. ABŞ Suriyanı, İraqı, İranı parçalamaq və Afrikanın 22 dövlətinin sərhədlərini dəyişdirmək üçün fəaliyyət həyata keçirir. Hazırda isə Suriyanın şimal-şərqində “terroristan” dövləti qurmağa çalışır. Türkiyə buna bütün gücü ilə qarşı çıxır, İran bəlli bir yerə kimi etiraz edir. Yəni ABŞ İsrailin təhlükəsizliyi üçün millət-dövlətləri parçalamaq və bölgəni yenidən dizayn etmək, burada qarnizon dövləti yaratmaq niyyətilə fəaliyyət göstərir. - Türkiyənin baş verən proseslərdə mövqeyi nədən ibarətdir? - Türkiyə əhalinin Qəzzanı tərk etməməsini, ikidövlətli həlli variantının reallaşdırılmasını, Fələstin dövlətinin qurulmasını və İsrailin ifrat gücdən istifadəyə, çoxsaylı mülki itkilərə görə cavab verməsini istəyir. Dövlətimizi dərindən narahat edən digər məsələ ölkəmizin cənub sərhədlərinin yaxınlığında terror dövlətinin qurulması planıdır. Bu “dövlət” İsraillə müttəfiq olacaq. Plan yalnız kağız üzərində deyil. ABŞ Türkiyənin bütün təzyiqlərinə baxmayaraq, həmin bölgədəki terror qruplarından İŞİD-ə qarşı mübarizədə istifadə etdiyi yalanını bəhanə gətirərək onlara dəyəri yüz milyonlarla ifadə edilən silah-sursat göndərir. Bunlardan bir sıra hallarda hərbi bazalarımıza hücumlarda istifadə olunur. Türkiyə bəhs edilən terror dövlətinin qurulmaması üçün 911 km-lik Suriya sərhədləri boyunca 30 km dərinlikdə təhlükəsizlik zolağı qurmağa çalışır. Yəni dövlətimiz bir tərəfdən Qəzzanın da daxil olduğu Fələstin dövlətinin qurulmasını istəyir, Suriyanın ərazi bütövlüyünü dəstəkləyir və orada terror dövlətinin qurulmasına var gücü ilə mane olur, eyni zamanda İraqın şimalındakı terror yuvalarının məhvi üçün çalışır. Ankara proseslərə bütöv baxır və siyasətini beynəlxalq hüquqa uyğun şəkildə öz milli təhlükəsizlik maraqlarının təmini istiqamətində formalaşdırır. - Qırmızı dənizin ümumdünya ticarətində özünəməxsus yeri var. Orada son dövrdə baş verən prosesləri necə dəyərləndirirsiniz? - Livan Hizbullahı, eyni zamanda Suriyada İrana bağlı olan silahlı ünsürlər fasilələrlə İsraili atəşə tutur, qarşı tərəf isə buna cavab atəşi açır. Son dövrdə isə husilər Qırmızı dənizdəki ticarəti əngəlləməyə çalışır. Onlar İsrailə yük daşıyan gəmiləri atəşə tutur, dayandırır və hərəkətinə mane olurlar. ABŞ Qırmızı dənizin girişi və Süveyş kanalının çıxışı arasındakı sahədə təhlükəsiz ticarət üçün koalisiya qurdu. İngiltərə və ABŞ husiləri atəşə tutdu, bu dəfə Ənsərullah Rusiya və Çin gəmiləri istisna olmaqla bütün gəmiləri saxlayacaqlarını bildirdi. Husilərin hücumları gəmilərin Süveyş kanalı yerinə Ümid burnundan Afrikaya doğru getməsini təmin etdi. Bu da zaman keçdikcə gecikmələrə və tədarük zəncirində ciddi problemlərə səbəb olacaq. Gecikmələr, daşınma və sığorta xərclərində olan artım təbii şəkildə bahalaşmaya gətirib çıxaracaq. Fikrimcə, yaxın zamanda neftin də bahalaşması mümkündür. Tədbirlərin görülməsi vacibdir. Önümüzdəki günlərdə Yəməndə husilərlə bağlı toqquşmaların yaşana biləcəyini düşünürəm. Çünki Yəmən hökumətinin də husilərlə problemləri var. Qırmızı dənizdəki vəziyyət və Süveyşdən istifadə olunmaması 110 milyonluq Misirin iqtisadiyyatına da çox mənfi təsir göstərəcək. Məsələn, ötən ilin əvvəlindən iyuladək Qahirə həmin kanaldan 9 milyard dollar gəlir əldə edib. İndi isə bu azalıb. Qəzzadakı müharibə ABŞ və Avropanın gücünün bölünməsinə, Ukraynaya dəstəyin azalmasına səbəb oldu, eyni zamanda Rusiyanın Qərbi sıxışdırması məsələsi gündəmə gəldi. Hazırda Somalilend məsələsi də yavaş-yavaş qızışır. Efiopiya Somalilendlə müqavilə imzalayıb və müstəqilliyini tanıyıb. Ona görə də Somali və Avropa orada da aktivləşib. Efiopiyanın inşa etdiyi “Renesans” su anbarı ilə bağlı məsələdə də gərginlik var və bu, ən çox Misirə təsir edir. Yəni ortada mürəkkəb bir düyün var. Ancaq bu düyün açılacaq və hər kəsin tərəfi, mövqeyi bəlli olacaq. Toqquşmalar isə proksilər vasitəsilə davam etsə də, dünya müharibəsinə səbəb olmayacaq.
2024-01-25
825,942
"Fənərbağça" son dəqiqələrdə qalib gəldi
Futbol üzrə Türkiyə Super Liqasında XXII turun növbəti oyunları keçirilib. Axar.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma olub. Lider "Fənərbağça" "Başakşəhər"in qonağı olub. Matçın taleyini bir qol həll edib. 90+4-cü dəqiqədə Mişi Batşuayinin penaltidən vurduğu qol qonaqlara vacib qələbə qazandırıb. "Başakşəhər"in heyətində iki futbolçu qırmızı vərəqə alaraq meydandan qovulub. Günün digər oyunlarında "Ankaragücü" "Fateh Karagümrük"ə 2:0, "Antalyaspor" "Sivasspor"a 2:1 hesabı ilə qalib gəlib, "Qaziantep" - "Konyaspor" görüşü isə heç-heçə başa çatıb - 1:1. Qeyd edək ki, ilk pillədə qərarlaşan "Fənərbağça"nın 57 xalı var. Liderdən 3 xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 36 xalla dördüncü pillədə yer alıb.
2024-01-25
825,943
Bakıya münasibət bizi kədərləndirir - Ukraynalı deputat
AŞPA-nın Azərbaycana münasibəti bizi kədərləndirir. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Ukrayna Parlamentinin Avropa Şurası Parlament Assambleyası (AŞPA) yanında nümayəndə heyətinin üzvü, ukraynalı deputat Aleksey Qonçarenko qış sessiyası zamanı çıxışında bildirib. "Bu qurum tərkibində Azərbaycana qarşı çox sərt davranılır. Bunun səbəbi nədir? Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. o vaxtdan Azərbaycanda vəziyyət heç də pisləşməyib. Dəyişən yalnız Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi olub", - Qonçarenko deyib. Ukraynalı deputat qeyd edib ki, bu gün Azərbaycan Ermənistan ilə sülh müqaviləsinin imzalanması üçün əlindən gələni edir: "Azərbaycan Ermənistan ilə sülh yaratmağa çalışır. Bu sülhü hamımız istəyirik, çünki hamıya lazımdır. Gəlin bu sülh naminə hamımız birləşək".
2024-01-25
825,946
Suriyanı tərk etməyi düşünmürük - ABŞ
ABŞ qoşunlarının Suriyadan tamamən çıxarılacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir. “Co Bayden administrasiyası Suriyan tərk etmək barədə düşünmür”, - deyə bildirilib.
2024-01-25
825,947
Orbandan parlamentə İsveçlə bağlı çağırış
Macarıstan İsveçin NATO-ya üzvlüyünə dair sənədi ratifikasiya edə bilər. Axar.az xəbər verir ki, ölkənin Baş nazir Viktor Orban parlamenti İsveçin NATO-ya üzvlüyünə dair sənədi tez bir zamanda ratifikasiya etməyə çağırıb. Qeyd edək ki, yanvarın 23-də Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
2024-01-25
825,948
Paris Bakı ilə yaxınlaşır: Düpüyün sensasion şərhi - Video
09:07 Fransa-Azərbaycan münasibətləri ümumilikdə dəyişkən olsa da, son həftələr yaxşılaşmağa doğru gedir. Azərbaycan BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini uğurla bərpa etdi. Amma diplomatik münasibətlər sülh sazişinin əldə olunması üçün lazımi səviyyədə deyil. Bu sözləri Axar.az-a açıqlamasında fransız ekspert, Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib. “Fransa və Avropa üçbucaq məntiqi ilə regionda dəmir yolu, enerji, nəqliyyat və birgə həyata keçiriləcək digər layihələr üzərində işləməlidir. Yəni proses “Qoll yolu metodu” (Şarl De Qollun adı ilə bağlıdır, xarici siyasətdə həm realizmi, həm də fransız müstəsnalığını əsas götürür – red.) çərçivəsində nəzərdən keçirməlidir. Sadaladıqlarımız Avropanın enerji asılılığını azaltmaq üçün konstruktiv imkanlardır”, - o bildirib. Düpüy hazırda baş verən geosiyasi proseslərin də mümkün nəticələrinin nəzərə alınmasını vacib hesab edib: “Biz indi müəyyən geosiyasi nəticələri olacaq proseslərdən keçirik. Bunlara Ukraynadakı müharibəni, sülhlə bağlı planların uğursuzluğunu, eyni zamanda regionun bir sıra ölkələrində qarşıdan gələn seçkiləri misal çəkmək mümkündür. Azərbaycan dövlətinin Naxçıvana yolunun açılması ilə bağlı eksterritoriallıq hüququnun (hökumətin öz hakimiyyətini sərhədlərindən kənarda həyata keçirmək imkanı – red) müzakirəsi Ermənistanda ərazi bütövlüyü ilə bağlı məsələdə təşviş yaradır. Viktor Orbanın potensial Avropa Birliyi Şurasına sədrliyi isə şübhəsiz ki, Azərbaycan və Türkiyənin xeyrinə olacaq hərəkətləri təşviq edəcək. Son olaraq, “Üç Dəniz Təşəbbüsü” (Baltik, Adriatik, Qara dəniz Təşəbbüsü və ya sadəcə olaraq “Üç Dəniz Təşəbbüsü” kimi tanınan və Baltik dənizindən Adriatik və Şimal-Cənub oxu boyunca uzanan 13 AB dövlətinin qurduğu forumdur –red.) ilə bağlı davam edən strateji qarışıqlıq və ya bloklara qoşulmama konsepsiyasının legitimliyinin yenidən gündəmə gəlməsi, “Qlobal Cənub”un daha çox nəzərə çarpmağa başlaması Bakı ilə münasibətlərin dəyişməsinə gətirib çıxaracaq. Avropa sözügedən proseslər fonunda Bakı ilə münasibətləri dəyişdirəcək və Cənubi Qafqazda qüvvələr nisbətini tarazlaşdırmaq məqsədilə Türkiyə, Tehran və Pekinlə əlaqələrdə vasitəçi kimi Azərbaycana müraciət edəcək. Amma ABŞ isə öz növbəsində birbaşa Rusiya və regional tərəfdaşlarla danışıqlar yolu ilə AB-ni prosesdən uzaqlaşdırmaq istəyir”.
2024-01-25
825,949
Çox çay içən kişilərdə prostat xərçəngi yaranır
Qlazqo universitetinin alimləri çayın kişi orqanizminə təsirini araşdırıb. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər çox çay içən kişilərdə prostat vəzi bədxassəli şiş riskinin artdığını sübut edib. Maraqlıdır ki, qadın orqanizminə çay belə təsir etmir. Müntəzəm olaraq hər gün 5 stəkandan artıq çay içən kişilərdə 50 yaşdan sonra prostat şişi riski 50% artır. Bu araşdırma 50 ildən çox çəkib və on minlərlə insanı əhatə edib. Bu müddətdə kişilər ən çox hansı içkini içdiklərini qeyd ediblər. Məlum olub ki, çaya sevgi alkoqoldan da çox prostat xərçənginə təsir edir. Çayda olan hansı birləşmənin kişi orqanizminə belə mənfi təsirini tapmaq üçün əlavə araşdırmaya ehtiyac var. Əslində çay müəyyən qədər orqanizmə faydalıdır, amma normadan çox içmək zərər verir.
2024-01-25
825,950
Ermənistan 17 min avtomatı terrorçulara verib
Ermənistan çox kiçik ölkədir. Orada 17 min avtomatın itməsi demək olar ki, mümkünsüzdür. Ehtimal ki, bu silahlar Ermənistan hakimiyyətinə yaxın olan qüvvələr tərəfindən ölkədən çıxarılıb. Bu sözləri Axar.az-a hərbi ekspert Ədalət Verdiyev Ermənistan ordusuna aid 17 min ədəd “Kalaşnikov” markalı avtomat silahının itməsi ilə bağlı müzakirələri şərh edərkən deyib. Ekspert bu silahların məqsədli şəkildə ölkədən çıxarıldığını və terror təşkilatlarına verildiyini ehtimal etdiyini vurğulayıb: “Ola bilsin, bu silahlar Ermənistan rəhbərliyinin müxtəlif illərdə yaxından əməkdaşlıq etdiyi ASALA terror təşkilatına və ya onun uzantılarına göndərilib. Müzakirələrdən belə məlum olur ki, sözügedən silahlar müharibə başa çatdıqdan sonra yoxa çıxıb. ASALA-dan başqa bu silahların PKK-ya verilməsi də istisna deyil. Çünki onlarla da Ermənistanda müxtəlif vəzifəli şəxslər çox yaxından əməkdaşlıq edir”. Qeyd edək ki, Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan bir neçə gün əvvəl İkinci Qarabağ müharibəsindən sonra orduya məxsus 17 min avtomatın yoxa çıxdığını açıqlamışdı.
2024-01-25
825,951
Husilər ABŞ hərbi gəmisini vurdu
Yəmənin Ənsarullah hərəkatından olan üsyançılar Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərə qarşı hərbi əməliyyat keçirdiklərini elan ediblər. Axar.az xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya Teleqram kanalında yazıb. "Bu gün Ədən körfəzi və Bab əl-Məndəb boğazında ABŞ-ın bir neçə esminesi və hərbi gəmisi ilə toqquşma baş verib. Bu gəmilər ABŞ-ın iki ticarət gəmisini mühafizə edirdi. Əməliyyat nəticəsində ABŞ hərbi gəmisi vurulub. Ticarət gəmiləri geri çəkilməyə və qayıtmağa məcbur oldu”, - deyə bildirilib.
2024-01-25
825,952
Ukrayna münaqişəsi dünya üçün adiləşir - Qrandi
Bütün dünyada Ukraynadakı münaqişəyə alışmaq tendensiyası var. Axar.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib. "Bu il ilə keçən il arasındakı böyük fərq budur ki, Ukrayna münaqişəsi artıq bütün dünyada adi hala çevrilir. Ukraynalıların əzab-əziyyətinə alışma tendensiyası var", - Qrandi söyləyib. O qeyd edib ki, Ukraynaya humanitar yardımla bağlı müzakirələr siyasi mübahisələrə görə yubanıb. Komissar ABŞ və Avropa Birliyini yardım paketlərini təsdiqləməyə çağırıb.
2024-01-25
825,953
Ukraynanın üçqat müdafiə xətti: bu ölkə yardım edir
Ukrayna ciddi müdafiə xətti qurur və Slovakiya bu işdə köməklik göstərəcək. Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal slovakiyalı həmkarı Robert Fitso ilə Ujqorodda keçirdiyi brifinqdə deyib. Şmıqalın sözlərinə görə, tikilməkdə olan üç səviyyəli müdafiə xətti bütün istiqamətlərdə mühafizəni təmin edəcək. Plana görə, yeni müdafiə xətti Rusiya Silahlı Qüvvələrinin irəliləməsinə mane olmalıdır. Baş nazir əlavə edib ki, Slovakiyanın özəl şirkəti bu məsələ ilə bağlı texnika təminatında Ukraynaya ciddi yardım edəcək. Qeyd edək ki, bundan öncə Slovakiya Baş naziri R.Fitso ölkəsinin Ukraynaya yardımının humanitar vasitələrlə məhdudlaşacağını söyləmişdi. Xatırladaq ki, Ukraynanın uzunluğu min kilometr olan üçqat müdafiə xətti qurduğu haqda mediada məlumat yayılmışdı.
2024-01-25
825,954
Kanadada təyyarə qəzası: ölənlər var
Kanadada kiçik sərnişin təyyarəsi qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Qəza nəticəsində 6 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Təyyarə Fort-Smit yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, ölənlər 2 ekipaj üzvü və 4 sərnişin olub. Daha 1 sərnişin isə xəsarət alıb. Kanada Nəqliyyat Təhlükəsizliyi İdarəsi qəza ilə bağlı araşdırmalara başlayıb.
2024-01-25
825,959
Abşeronda oğul atasını bıçaqladı
Abşeron rayonu Masazır kəndində atasına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb. Axar.az Report-a istinadən xəbər verir ki, Ceyhun Mobil oğlu Əliyev Abşeron rayonu Masazır kəndi, Hamlet Həşimov küçəsi, ev 15 ünvanında yerləşən mənzildə atası - 1956-cı il təvəllüdlü Mobil Məhərrəm oğlu Əliyev ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun qarın nahiyəsindən qəsdən iki dəfə bıçaqla zərbə vuraraq Mobil Əliyevə həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin (CM) 126.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ceyhun Əliyev 22.01.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulub, 24 yanvar 2024-cü il tarixdə o, CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilib.
2024-01-25
825,961
Laçında yarım metrdən çox qar yağdı
Yanvarın 25-i saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində yanvarın 24-ü axşam saatlarından yağıntılar tədricən kəsilib, şaxtalı hava şəraiti davam edib. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Laçında 60 sm, Xocavənddə 40 sm, Kəlbəcər, Füzulidə 35 sm, Lerik, Biçənəkdə (Ordubad) 30 sm, Daşkəsən, Yardımlıda 29 sm, Kişçayda (Şəki) 28 sm, Şuşada 25 sm, Cəlilabadda 21 sm, Biləsuvarda 20 sm, Gədəbəydə 18 sm, Xankəndi, Qəbələ, Göygöldə 15 sm, Şahbuzda 14 sm, İmişlidə 13 sm, Qrız , Xaltan, Oğuz, Şəki, Naxçıvan, Şərur, Altıağac, Sədərək, Qusar, Göyçay, Quba, Tərtər, Şabranda 12 sm-dək olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcə şaxta, Naxçıvan MR-da 4-6 dərəcə şaxta (dağlıq ərazilərdə 12 dərəcə şaxta), Aran rayonlarında 1-3 dərəcə şaxta, dağlıq rayonlarda 9-12, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək şaxta olub. Yanvarın 25-26-da ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.
2024-01-25
825,963
Neft yenidən 80 dolları ötdü
Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 80,29 dollara, yüngül neftin bir barreli isə 75,42 dollara təklif olunur.
2024-01-25
825,964
Bakıda 64 yaşlı kişi dəm qazından öldü
Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində 64 yaşlı kişi dəm qazından boğularaq ölüb. Axar.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Xələf Hacıbaba oğlu Xələfov yaşadığı evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Xəzər Prokurorluğunda araşdırma aparılır.
2024-01-25
825,969
Bakıda otelin ərazisindəki qanunsuz tikili söküldü - Video
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Bakıda qanunsuz tikinti işlərinin qarşısını alıb. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bu çərçivədə, Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “Luxury Life” otelinin ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktı aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırılan metal konstruksiyalar sökülüb.
2024-01-25
825,970
Narkotik qəbul edib, maşını əks istiqamətdə sürdü - Video
Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün KIA markalı, 99 RO 503 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq, H.Əliyev prospektində nəqliyyat axınına əks istiqamətdə hərəkətini davam etdirib. Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli məlumat yayıb. Bildirilib ki, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Elşən İlham oğlu Qanbayev saxlanılıb. Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı E.Qanbayevin narkotik vasitə qəbul etməsi də müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə E.Qanbayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
2024-01-25
825,971
Ərdoğan TŞ-ni topladı: Nələr müzakirə edildi?
10:06 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası keçirilib. Axar.az xəbər verir ki, 3 saat 45 dəqiqə davam edən iclasın yekunu ilə bağlı açıqlama yayılıb. Açıqlamada Montrö sazişi çərçivəsində mövcud öhdəliklərin dəqiqliklə yerinə yetiriləcəyi bildirilib. Həmçinin toplantıda Qırmızı dənizdəki son vəziyyət müzakirə edilib, Rusiya-Ukrayna müharibəsində təcili atəşkəs və daimi sülh sazişinin önəmi vurğulanıb.
2024-01-25
825,973
Şəhid övladlarından Ali Baş Komandana səmimi dəstək
Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin övladları İlham Əliyev öz dəstəklərini hazırladıqları musiqi parçası ilə ifadə ediblər. Şəhid övladları “Şuşam” xorunun solistləri ilə birgə ötən prezident seçkilərində sözləri Cəlal Qurbanova, musiqisi Eldar Mansurova aid prezidentliyə namizəd İlham Əliyevə həsr olunmuş “Səninlədir yolumuz!” mahnısını Tural Məmmədlinin yeni oranjemanında səsləndiriblər. Mahnı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Fire Land Group"un rəhbəri Cəlal Qurbanov sosial şəbəkə hesabında ifanın ərsəyə gəlməsində “Şuşam” xorunun bədii rəhbəri və dirijoru əməkdar müəllim Təranə Yusifovaya, "Fire Land Group"un və Şahdağ Resortun əməkdaşlarına təşəkkür edib və Azərbaycan xalqının bu seçkilərdə də öz doğru və layiqli seçimini edəcəyinə əmin olduğunu bildirib: "Cənab İlham Əliyev xalqının hər bir vətəndaşına, ilk növbədə isə şəhid ailələrinə daim diqqət, qayğı və sevgisi ilə seçilib. Şəhid ailələri, şəhid balaları bu sevgini üzərilərində daim hiss ediblər. Elə bu ifada da həmin sevgini hiss etməmək mümkün deyil. Allah böyük Zəfəri bizə bəxş etdiyinə görə qəhrəman şəhidlərimizə rəhmət etsin və xalqımızı bu Qələbəyə addım-addım yaxınlaşdıran, məcburi köçkünlərimizin 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin yolu daim açıq olsun!"
2024-01-25
825,974
İlanın başı Tehrandır: qanuni hədəfdir - İsrail
İran İsrailin raket hücumları üçün qanuni hədəfdir. İlanın başı Tehrandır. Axar.az xəbər verir ki, bu sözləri İsrailin iqtisadiyyat naziri Nir Barkat “Teleqraf” qəzetinə verdiyi müsahibədə deyib. “İsrail döyüşməyə davam edə bilər və bu müharibə böyük böhran olduğu qədər, həm də əla fürsətdir. Bir milyard şekellik gündəlik xərcə baxmayaraq, İsrail müharibəni davam etdirə və Livana qarşı yeni cəbhə aça bilər”, - Barkat bildirib. Barkatın sözlərinə görə, bu müharibə hələ kifayət qədər aqressiv deyil.
2024-01-25
825,976
Bu yolda sürət həddi bərpa edildi
Küləkli və qarlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Axar.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Eyni zamanda bütün məlumat sürət tablolarından “Güclü külək” və "Sürüşkən yol” işarəsi də götürülüb. Qeyd edək ki, yanvarın 22-də küləkli hava şəraiti ilə əlaqədar bu yolda sürət həddi 20 km/saata endirilmişdi.
2024-01-25
825,980
Pensiya düzəltmək adı ilə dələduzluq edən qadın... - Video
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Ülkər Kərimova saxlanılıb. DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində sosial müavinət, pensiya düzəldəcəyi adı ilə zərərçəkənləri aldadaraq onların ümumilikdə 11 500 (on bir min beş yüz) manat pulunu mənimsəyib. Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib. Ü.Kərimovanın əməllərindən zərər çəkən şəxslərdən DİN-in “102 Xidməti Zəng Mərkəzi”nə və ya Quba RPŞ-nin (+994 23 335 35 11) şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.
2024-01-25
825,981
Bu il Cəbrayıla köç olacaq: 33 bina tikilir - Video
Bu il Cəbrayıl şəhərinə köç olacaq. Axar.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi məlumat yayıb. Bildirilib ki, Cəbrayıl şəhərinin mərkəzində yaşayış kompleksi salınır. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilir. Bu binalarda 712 mənzil olacaq. Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilir. Bu il inşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkün məskunlaşacaq.
2024-01-25
825,985
Bayden Türkiyə ilə bağlı Konqresə məktub göndərdi
ABŞ Prezidenti Co Bayden Konqresin əsas komitələrinin rəhbərlərinə Türkiyəyə F-16 qırıcılarının satışı ilə bağlı məktub göndərib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbələrinə istinadla məlumat yayıb. “Məktubda Bayden Konqresi satışı gecikmədən təsdiqləməyə çağırıb”, - mənbə bildirib. Qeyd edək ki, dekabrın 23-də Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib.
2024-01-25
825,986
Ukrayna İl-76 qəzası ilə bağlı hərəkətə keçdi
Ukrayna İl-76 qəzası ilə bağlı beynəlxalq araşdırma tələb edəcək. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Belqorod vilayətində göyərtəsində ukraynalı hərbi əsirlərin olduğu İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamasında deyib. Zelenski bildirib ki, ölkənin təhlükəsizlik qüvvələrinin rəhbərlərinə çağırış edib və Ukraynanın xarici işlər nazirinə Ukraynadakı mövcud məlumatlar barədə tərəfdaşlarını məlumatlandırmağı tapşırıb: “Bütün faktları aydın şəkildə ortaya qoymaq lazımdır. Nəzərə alaq ki, təyyarə qəzası Rusiya ərazisində, bizim nəzarətimizdən kənarda baş verib”. Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələrinin zenit-raket kompleksindən vurulduğunu iddia edib.
2024-01-25
825,987
AŞPA səlibçi qurumdur - İcma
Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı son təxribat bu qurumun səlibçi, islamofob mahiyyətini bir daha üzə çıxardı. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. "Biz buna AŞPA-nın Ermənistan üzrə həmməruzəçilərinə qayıdış hüququmuz ilə məşğul olmaq çağırışı ilə 1 mart 2023-cü il tarixində göndərdiyimiz məktuba cavab verilməyəndə tam əmin olmuşduq", - icmadan qeyd olunub. Bəyanatda vurğulanıb ki, Ermənistandan olan deputatların AŞPA-nın anti-Azərbaycan qətnaməsini dəstəkləməsi isə Ermənistanın sülhlə bağlı verdiyi açıqlamalarda səmimi olmadığını göstərir: "Bir tərəfdən sülh müqaviləsindən danışıb, o biri tərəfdən isə 2023-cü ilin yay aylarında olduğu kimi yenidən Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak etmək qəbuledilməzdir". Qeyd edək ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər ötən gün Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.
2024-01-25
825,989
Rusiya 14 PUA ilə Ukraynaya hücum etdi
Rusiya ordusu Primorsko-Axtarsk bölgəsindən Ukraynaya 14 PUA ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, hücum zamanı Ukrayna ordusu atılan 14 “Şahid” PUA-ından 11-ni vurub.
2024-01-25
825,994
Elçin Quliyev yenidən bu federasiyanın prezidenti oldu
Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev növbəti 5 illik müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti seçilib. Axar.az xəbər verir ki, qurumun 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbirində prezident, eləcə də vitse-prezidentlər və İdarə Heyəti üzvləri ilə bağlı seçki keçirilib. Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və onun müavini Mariana Vasilevanın da iştirak etdiyi 2023-cü ilin yekunlarına həsr olunan tədbirdə əvvəlcə ARAF-nin baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa, hesabat xarakterli videomateriallar təqdim olunub. Daha sonra il ərzində əldə edilmiş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Çingiz Hüseynzadə, Fərid Qayıbov və Elçin Quliyev təltif ediblər. Elçin Quliyev göstərilən etimada görə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün idman növlərinə, o cümlədən atçılığa göstərdiyi xüsusi diqqət və qayğısı, atçılığın inkişafı, həmçinin gələcək planlar, xüsusilə komandaların sayının artırılması və atçılığın hər bir növünün ayrılıqda inkişaf məsələləri, federasiyanın qarşısında duran məqsədlər və görüləcək işlər haqqında fikirlərini yığıncaq iştirakçılarına çatdırıb. Federasiyanın prezidenti 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə qazanılmasının əsəs prioritet məsələ olduğunu bildirib. Daha sonra çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə federasiyanın yeni seçilmiş rəhbər heyətini təbrik edib və ölkəmizdə atçılığın əhəmiyyətindən, gələcəkdə milli atçılığın növü olan çövkən üzrə beynəlxalq yarışların keçirilməsi imkanlarından danışıb. Atçılığın Olimpiya proqramında ən qədim idman növlərindən biri olan dresaj üzrə milli komandanın artıq formalaşmasını yüksək qiymətləndirib. Gənclər və idman naziri Fərid Qayıbov isə atçılıq idman növünün spesifikliyi, Azərbaycanın bölgələrində də atçılığın inkişafı, yeni zavodların fəaliyyətə başlaması məsələlərinə toxunub. Nazir çıxışının sonunda yeni seçilmiş heyəti təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qeyd edək ki, Elçin Quliyev 2009-cu ildən Azərbaycan Respublikası Atçılıq Federasiyasına rəhbərlik edir.
2024-01-25
825,996
Paşa Kərimov vəfat etdi
Filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov 65 yaşında vəfat edib. Bu barədə Kult.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib. Qeyd edək ki, Paşa Kərimov məşhur şairimiz Əli Kərimin oğludur.
2024-01-25
826,000
Əliyevin “Suriya ssenarisi”: Ermənistan 3 yerə bölünür
10:58 Bu gün Əliyevin daha böyük ambisiyaları var və buna görə də Avropa platformalarını rədd edir. Əliyevin istədiyi isə çox aydındır, o, Azərbaycanın dövlət siyasətini həyata keçirir. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Suren Zolyan Azərbaycan Prezidenti İlham Əliyevin 1969-cu ilə qədər Azərbaycan torpaqlarının ermənilərə verilməsi, Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Ermənistanla heç bir kommunikasiyanın olmayacağını, delimitasiya və demarkasiya üçün 1974-78-ci il xəritələrindən istifadəni rədd etməsi ilə bağlı 10 yanvar 2024-cü il yerli kanallara müsahibəsini şərh edərkən deyib. O bildirib ki, Heydər Əliyev 1998-ci ildə Mart soyqırımı ilə bağlı 5 səhifəlik fərman imzalayıb: “Həmin sənəddə Qərbi Azərbaycanla bağlı açıq şəkildə göstərilir ki, ermənilər 200 ildir dövləti olmadan soyqırım həyata keçirir, ruslardan istifadə edib, Azərbaycan torpaqlarında öz dövlətlərini qururlar. İlham Əliyev atasının bu fərmanına istinad edir, Qərbi Azərbaycan ideyasını həyata keçirir, Zəngəzur məsələsini, İrəvan xanlığının varisi olduqlarını gündəmə gətirir”. Zolyanın sözlərinə görə, İran yeganə dövlətdir ki, hazırda Azərbaycanın dövlət siyasətinin həyata keçirilməsində ciddi maneədir: “Və müəyyən dərəcədə Rusiya da bu fikrin əleyhinədir, lakin bu, hazırda yalnız ekspertlər səviyyəsində nümayiş etdirilir. O ərazilərin hamısının İran torpaqları olduğu, Rusiyanın işğal etdiyi və nə İran, nə də Rusiyanın həmin ərazilərin Türkiyəyə keçməsini istəmədiyi… - təxminən belə bir konsensus var. Yəni bizim deyil, özlərinin maraqlarını güdürlər. Türkiyə istər-istəməz o reallığı nəzərə almalıdır, indi baxın, yeni “3+3” formatı formalaşır, əslində isə üç dövlət var, çünki Azərbaycan və Türkiyə bir vahiddir, Gürcüstan iştirak etmir: yəni təqribən Suriya məsələsində formalaşan İran-Türkiyə-Rusiya formatıdır. Bu məqamda Azərbaycanın planına əngəl törədən əsas ölkə İrandır, müəyyən dərəcədə isə Rusiya. Rusiya ilə çoxlu fikir ayrılığı olan Türkiyə Azərbaycanla razılaşır, amma bu, Əliyevin Qərbi Azərbaycanı “azad etmək” ideyasının tam həyata keçirilməsi deyil, sadəcə olaraq, üç dövlət arasında bölünmə ola bilər”. “Yəni demək istəyirsiniz ki, Ermənistan Türkiyə, İran və Rusiya arasında bölünməlidir” sualına isə Zolyan belə cavab verib: “Gəlin Suriyaya baxaq, orada heç kim deməyib ki, bu ərazilər Türkiyəyə və ya İrana keçib - amma İran, Rusiya və ABŞ-ın nəzarətində olan çoxlu ərazilər var. Halbuki Suriya rəsmi olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcuddur. Düşünürəm ki, Ermənistanın timsalında Azərbaycanın “Suriya ssenarisi” daha çox ehtimal olunur. Yeri gəlmişkən, Azərbaycan dedikdə Azərbaycan və Türkiyəni bir olaraq nəzərdə tuturam”. O vurğulayıb ki, Əliyev bir dəfə də olsun Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini tanıdığını bəyan etməyib: “Bu da Əliyevin böyük ambisiyalarını sübut edir”.
2024-01-25
826,002
Poçt tarifləri artırılır? - Rəsmi
Azərbaycanda universal poçt xidmətləri üzrə tarixlərin artırılması üzrə hər hansı təklif yoxdur. Axar.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus Azərpoçt MMC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən İsi Mustafayev ötən ilin yekunları ilə bağlı hesabat tədbirində bildirib. "Xərclərimizin 60%-ni işçilərin əmək haqqı təşkil edir. Minimum əmək haqqının artırılması haqqında qərarlar olarsa, bu, bizim xidmətlərin maya dəyərinə təsir edər. Lakin indiki halda tariflərlə bağlı hər hansı dəyişiklik gündəmdə deyil", - deyə o qeyd edib.
2024-01-25
826,003
Rusiya İl-76 qəzasından sui-istifadə edir
Rusiya İl-76 qəzasından Ukraynada daxili narazılıq yaratmaq və Qərbin Kiyevə hərbi dəstəyini sarsıtmaq üçün istifadə edir. Axar.az xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Andrey Kartapolovun sözləri buna nümunə ola bilər. O, Ukraynanın göyərtəsində ukraynalı hərbi əsirlərin olduğunu bilə-bilə İl-76-nı qəsdən vurduğunu deyib və bütün əsir mübadiləsini qeyri-müəyyən müddətə dayandırmağa çağırıb. Eyni zamanda, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev də Ukraynanın daxili siyasi mübarizəsini qəzaya səbəb kimi göstərib. Hazırda Nyu Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov sözügedən təyyarə qəzasına həsr olunmuş BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib və Ukraynanı terrorizmdə ittiham edib. Rusiyanın bu cür ittihamları Ukraynada narazılıq yaratmaq və Kiyev hökumətinə inamsızlığı artırmaq məqsədi daşıyır. Bu da Kremlin Ukraynanı daxildə zəiflətməyə yönəlmiş digər informasiya səylərinə uyğundur. Hərbi əsirlərin mübadiləsi həm Rusiya, həm də Ukrayna üçün həssas məsələdir və hərbi əsirlərlə bağlı ritorik fikirlər emosional reaksiyalara səbəb olur. Rusiya rəsmiləri Ukraynanın qərbli tərəfdaşlarını Kiyevin müdafiəsi üçün lazım olan mühüm hava hücumundan müdafiə sistemləri ilə təmin etməkdən çəkindirmək məqsədilə Ukraynanın İl-76-nı Amerika və ya Almaniya raket sistemləri ilə vurduğuna dair əsassız iddialar irəli sürüblər”, - məlumatda deyilir. Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.
2024-01-25
826,008
701-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 701-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 379 610 hərbçi, 6 257 ədəd tank, 11 621 ədəd zirehli döyüş maşını, 9067 ədəd artilleriya sistemi, 972 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 660 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 044 ədəd avtomobil texnikası, 7033 ədəd PUA, 1 844 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1420 xüsusi avadanlıq itirib.
2024-01-25
826,010
Seçkilər Koreyada başlayıb, ABŞ-da bitəcək - XİN
Azərbaycanın seçki məntəqələri yaradılmış diplomatik missiyalarında fevralın 7-də keçiriləcək prezident seçkiləri ölkənin Koreyadakı səfirliyində başlayaraq ABŞ-nin Los-Anceles şəhərindəki Baş Konsulluğunda tamamlanacaq. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, seçkilər ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-da başlayacaq və 19:00-da başa çatacaq. Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
2024-01-25
826,013
Ukrayna bu səbəblərə görə İl-76-nı vurdu - Roqov
Kiyev ən azı üç səbəbdən öz əsirləri ilə birlikdə İl-76 təyyarəsini vurub. Axar.az xəbər verir ki, bunu Zaporojyedəki separatçıların rəhbəri Vladimir Roqov deyib. “Zərbə qəsdən və məqsədyönlü şəkildə endirilib. Düşmən bilirdi ki, bu təyyarə hərbi məqsədlər üçün deyil, əsirlərin daşınması üçün istifadə olunur. Hərbi əsirlərin olduğu təyyarəni vuran Zelenski rejimi bir neçə məqsəd güdürdü. Birincisi, Qərb kuratorlarına rusları öldürməyə davam etmək qabiliyyətini göstərmək, ikincisi, əsirlərin mübadiləsi ilə bağlı bütün danışıqları pozmaq, üçüncüsü, Ukrayna hərbçilərini təslim olmamaları üçün qorxutmaqdır. İndi təslim olan ukraynalı hərbçilərin sayı artır, ona görə də Zelenski panikaya düşür”, - o bildirib. Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.
2024-01-25
826,017
Bakıda islam dünyası üçün inci sayılan abidə - Foto
Bu epiqrafik abidə Bakı şəhərinin 25 km-də yerləşən qədim və zəngin tarixə malik Nardaran qəsəbəsindəki kiçik bir məscidə aiddir. Məscid Nardaran qəsəbəsinin “Qədəmgah” adlandırılan hissəsində yerləşir. Kult.az xəbər verir ki, bu barədə AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu şöbə müdiri Elnur Mustafayev paylaşdığı abidə (fotosu təqdim edilir – red.) haqda qeyd edib. Alim bildirib ki, məscid Nardaran kəndinin örüş hissəsində yerləşdiyinə görə çox güman ki, tərəkəmələrin dini ayinlərini icra etmələri üçün inşa edilmişdir: “Kitabənin üzərindəki yazı ərəb dilində, süls xətti ilə yüksək estetik zövq və peşəkarlıqla həkk olunmuşdur. Yazının həm xəttatı, həm də onu daş parçasına köçürən həkkakı ərəb dilinin geniş imkan və incəliklərindən istifadə etməklə yüksək sənətkarlıq göstərmişlər. Kitabədəki yazını şərti olaraq, yuxarı və aşağı olmaqla iki hissəyə bölmək olar. Epiqrafik abidənin yuxarı hissəsində Həzrəti Əliyə aid ibrətamiz bir kəlam və aşağı hissəsində isə məscidi tikdirən şəxsin adı və tikilinin inşa tarixi yazılmışdır. Kitabədəki yazının orijinalını və ana dilimizə tərcüməsini qeyd edirəm: ١) الدنيا ساعة فجعلها طاعة ٢) قد تعمر هذا المسجد ابراهيم بن اتا نوردراني ١٢٠٢ Tərcümə: “Dünya bir saatlıqdır (anlıqdır). Elə isə onu məbuda itaətdə keçir”. Bu məscidi İbrahim Ata oğlu Nurdərani inşa etdirmişdir, 1202”. Abidənin inşası hicri-qəməri 1202, miladi 1787/88-ci illərə təsadüf edir”. E.Mustafayev vurğulayıb ki, kitabəni hazırlayan sənətkarların peşəkarlığı heyrətamizdir: “Kitabənin yazısını tərtib edən xəttat ərəb dilinin imkan və incə mətləblərindən istifadə etməklə bəzən bir hərfi iki ayrı-ayrı sözün yazılışı üçün müştərək şəkildə istifadə edir. Məsələn, “Dünya” (الدنيا) sözünün sonundakı “əlif” (ا) hərfi eyni zamanda “Cə'alə” (جعل / etmək) feilindəki “ləm” (ل) hərfinin yazılması üçün ortaq şəkildə istifadə edilir. Bu cür yazı texnikasını göstərmək sənətkarlıq baxımından çox çətindir. Bu nadir nümunə Azərbaycan sənətkarlarının peşəkarlığına dəlalət edir. Belə bir yazılı abidənin qorunması olduqca vacib və zəngin tarixmizi gələcək nəsillərə çatdırmaq baxımından böyük əhəmiyyət kəsb edir. Bu cür yüksək sənətkarlıq nümunələrini nəinki ölkəmizdə, hətta bütün islam dünyasında tapmaq çox çətindir... Bundan əlavə, kitabədə Nardaran toponiminin Nurdəran (nur saxlayanlar və yaxud nur qapıları) versiyasının şahidi oluruq ki, bu da kəndin tarixi və etnomədəniyyəti ilə bağlı maraqlı bir informasiyadır”.
2024-01-25
826,019
Ruben Vardanyanın həbs müddəti uzadıldı
Qondarma “dqr"in "dövlət naziri” olmuş Ruben Vardanyan barəsində seçilmiş qətimkan tədbirinin müddəti uzadılıb. Axar.az xəbər verir ki, Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə qərar qəbul edib. Qərara əsasən, R.Vardanyanın həbsdə saxlama müddəti daha 4 ay uzadılıb. Qeyd edək ki, Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.
2024-01-25
826,021
Qarabağda buraxılış imtahanları keçiriləcək
Bu il azad olunan ərazilərdəki 3 məktəbdə məzunlar olacaq. Buraxılış imtahanları bu il həmin məktəblərdə də keçiriləcək. Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
2024-01-25
826,028
Ağ Ev: Əgər İran gərginliyi azaltmaq istəyirsə…
Əgər İran regionda gərginliyi azaltmaq istəyirsə, öz proksi qruplarına dəstəyi dayandırmalıdır. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi İranın xarici işlər nazirinin bəyanatlarına cavab olaraq bildirib. “Əgər İran hökuməti gərginliyin artmasından narahatdırsa, onların edə biləcəyi ən yaxşı şey HƏMAS və Hizbullaha, o cümlədən İraq və Suriyada dəstəklədikləri milis qruplarına dəstək verməməkdir. Biz daha geniş müharibə görmək istəmirik. Heç kimlə müharibə və ya münaqişə axtarmırıq”, - o vurğulayıb. Qeyd edək ki, ötən gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian “ABC Nyus” telekanalına müsahibəsində bölgədəki müharibənin genişlənmə riskinin kəskin artdığını bildirib.
2024-01-25
826,029
Qəzaya uğrayan İl-76-nın "qara qutu"su tapıldı
Yanvarın 24-də Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi-nəqliyyat təyyarəsinin hər iki "qara qutu"su tapılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Onların texniki vəziyyəti yaxşı qiymətləndirilir. Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.
2024-01-25
826,031
Rusların Donetskdəki poliqonu vuruldu: ölənlər var
Ukrayna ordusu Donetsk vilayətinin İlovaysk rayonunda rus ordusunun hərbi poliqonuna raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Telqram kanalları məlumat yayıb. “Yanvarın 24-də Pokrovka kəndi yaxınlığındakı hərbi poliqonun atəşə tutulması nəticəsində ölən və yaralanan hərbçilər var. Onların sayı dəqiqləşdirilir”, - məlumatda qeyd olunub. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama yoxdur.
2024-01-25
826,036
ABŞ Gümrüdə yeni bioloji laboratoriya açır
Ermənistandakı Amerika bioloji laboratoriyaları məsələsi həmişə peşəkar dairələrin diqqət mərkəzində olub. Xüsusilə, müxtəlif ekspertlər onların potensial təhlükəsindən narahat olduqlarını bildiriblər. Müvafiq strukturların nümayəndələri qeyd edirlər ki, söhbət Vaşinqtonun maliyyəsi ilə modernləşdirilmiş keçmiş sanitar-epidemioloji stansiyaların laboratoriyalarından gedir. Paşinyan isə əmin edir ki, onların modernləşdirilməsində ABŞ-ın maliyyə dəstəyinə baxmayaraq, laboratoriyalar Ermənistanın mülkiyyətidir. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. “Lakin bu, narahatlıqları azaltmır. İndi də müdafiə naziri Papikyanın ötən həftə Pentaqonla Ermənistanda 13-cü laboratoriyanın açılmasına dair müqavilə imzaladığı barədə məlumatlar yayılır. Üstəlik, müxtəlif mənbələrə görə, laboratoriya Gümrüdə, 102-ci Rusiya hərbi bazasının yaxınlığında yerləşəcək. Yeri gəlmişkən, Ermənistanda fəaliyyət göstərən laboratoriyalardan daha biri Gümrüdə, məktəbdən bir qədər aralıda yerləşir. Bioloji laboratoriyaların nə adlanmasından asılı olmayaraq, patogenlərlə işlədiyini, yəni bioloji faktorlu laboratoriyalar olduğunu nəzərə alan mütəxəssislər müxtəlif patogenlərin yaradılması, dəyişdirilməsi və ya yayılmasının mümkünlüyündən narahat olduqlarını bildirirlər. Bunun fonunda bir çox ekspert 2023-cü ildə Ermənistanda qızılca xəstəliyinin laboratoriya tərəfindən təsdiqlənmiş ümumi sayının 545-ə çatdığına diqqət çəkir. 2024-cü ildə isə 32 nəfərdə qızılcaya yoluxma halı təsdiqlənib, 16-sı xəstəxanaya yerləşdirilib. Səhiyyə mütəxəssisləri bu göstəricilərlə yanaşı, hətta mövsümi qrip və ya mədə-bağırsaq xəstəliklərinin insanlar üçün daha da ağırlaşmasından narahat olduqlarını vurğulayırlar. Bu halların nə dərəcədə sözügedən laboratoriyalara aid olduğunu söyləmək çətindir, lakin mütəxəssislər əhalinin məskunlaşdığı ərazilərdə müxtəlif eksperimentlərin aparılmasının mümkünlüyünü istisna etmirlər”, - məlumatda deyilir.
2024-01-25
826,037
Husilər İranın himayə etdiyi dəniz quldurlarıdır - Şapps
Husilər İran tərəfindən dəstəklənən dəniz quldurlarıdırlar və dünya İran təhlükəsini dərk etməlidir. Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps Qırmızı dənizdə beynəlxalq gəmiçiliyi təhdid edən təhlükələrin artması və İranın bu sahədəki rolu barədə danışarkən deyib. O, ötən ilin noyabr ayından bu yana Qırmızı dənizdə 40-dan çox hücumun həyata keçirildiyini bildirib. Qrant Şapps Qırmızı dənizdə husilərə qarşı əməliyyatların bu məqsədlə və beynəlxalq ticarətin qorunması üçün həyata keçirildiyini qeyd edib.
2024-01-25
826,043
Yasamalda əməliyyat: 30 nəfər saxlanıldı - Video
Yasamal Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən son 20 gün ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 30 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, həmin şəxslərdən 5 kiloqram heroin, tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
2024-01-25
826,045
Geri qayıdan Bakı-Tiflis reysi yola düşdü
12:27 Azərbaycan Hava Yolları aviaşirkətinin J2 8223 nömrəli Bakı-Tiflis reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Axar.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, buna səbəb Tiflis hava limanı ətrafındakı hava şəraitinin qəfil pisləşməsi (duman) olub. Təyyarə yerli vaxtla saat 11:28-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Tiflisə yola düşəcəklər. *** Tiflis hava limanında hava şəraiti yaxşılaşdığı üçün Azərbaycan Hava Yolları (AZAL) QSC-nin J2 8223 nömrəli Bakı-Tiflis reysinin sərnişinləri yerli vaxtla 12:39-da təyinat məntəqəsinə yola düşüblər. Bu barədə AZAL məlumat yayıb.
2024-01-25
826,046
Rusiyada zavodda dəhşətli yanğın - Video
Rusiyanın Krasnoyarsk diyarının Yemelyanov rayonunda aero-qayıq istehsal edən zavodda yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 1725 kv.m ərazini əhatə edən yanğının söndürülməsinə 8 texnika və 27 yanğınsöndürən cəlb olunub. Zavodun binasından 40 nəfər təxliyə olunub. Xəsarət alanlar barədə məlumat verilməyib.
2024-01-25
826,050
Yaponiya müdafiəyə hazırlaşır, sığınacaqlar tikir
Tokio rəhbərliyi şəhərdə yeraltı sığınacaqlar yaratmaq qərarına gəlib. Onlar paytaxt sakinlərini raket hücumlarından qoruyacaq. Axar.az xəbər verir ki, bu barədə “Yomiuri” məlumat yayıb. Məlumata görə, hakimiyyət hücum zamanı əhalinin sığınacağı üçün 56 min təhlükəsiz yer tikməyi planlaşdırır: “Bununla belə, hücum davam edərsə və ya daha da intensivləşərsə, sözügedən sığınacaqlar həddən artıq izdihamlı ola bilər və hər kəsin təhlükəsizliyini təmin edə bilməz. Su və qida ilə yanaşı, uzun müddət qalma ehtimalını təmin etmək üçün sığınacaqlar havalandırma avadanlığı, qəza elektrik təchizatı, rabitə vasitələri və s. ilə təmin olunacaq. Tokioda yeraltı sığınacaqların tikintisi baha başa gəlir və bütün paytaxtda onları quraşdırmaq çətin olacaq. Hökumət ümid edir ki, özəl sektor bu məsələdə köməklik göstərəcək. Məsələn, şirkətlər öz binalarında hücum zamanı sığınacaq kimi istifadə oluna biləcək yeraltı “ev”qura bilər”.
2024-01-25
826,053
İmtahanlar üzrə ödənişdə dəyişiklik olacaq? – DİM sədri
İmtahanlar üzrə ödənişlə bağlı heç bir dəyişiklik nəzərdə tutulmayıb. Axar.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, qəbul qaydaları Nazirlər Kabineti tərəfindən təsdiqlənir və Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır: “Bir həftə ərzində qəbul imtahanlarının hansı regionlar üzrə olması dəqiqləşəcək və sonra açıqlanacaq”. DİM sədri əlavə edib ki, builki qəbul imtahanlarının vaxtı aidiyyəti qurumlarla müzakirə edilib: “Yaxın vaxtlarda cədvəllər ictimaiyyətə təqdim olunacaq”.
2024-01-25
826,054
"Azercell"in Müştəri Məmnuniyyəti indeksi 94%-i ötüb
Lider mobil operator Əlaqə Mərkəzinin 2023-cü il üzrə nəticələrini açıqlayıb Müştərilərinə operativ və keyfiyyətli şəkildə xidmət göstərməyi hədəfləyən "Azercell" müraciətlərin vaxtlı-vaxtında cavablandırılmasını, eləcə də müştərilər tərəfindən irəli sürülən bütün təklif və şərhlərin diqqətlə araşdırılmasını təmin etməyə müvəffəq olub. 2023-cü il ərzində "Azercell"n Əlaqə Mərkəzi ümumilikdə 3 milyona yaxın zəng qəbul edib. Daxil olan müraciətlər ortalama ilə 2 dəqiqə 20 saniyə ərzində cavablandırılıb ki, bu da dünyada qəbul edilmiş 6-7 dəqiqə standartı ilə müqayisədə yüksək göstəricidir. Təqdim etdiyi xidmət keyfiyyətini daha da artırmağı hədəfləyən "Azercell" bu sahədə önəmli texnoloji yeniliyə də imza atıb. Şirkət ötən ilin noyabr ayında Azərbaycan dilində tam spektr xidməti göstərən süni zəka əsaslı ilk virtual assistenti istifadəyə verib. Müştəriləri Əlaqə Mərkəzinin operatorlarına yönləndirmədən bir çox servisi dərhal özü həyata keçirən AiCell adlı bot abunəçi sorğularını daha operativ şəkildə emal etməyə dəstək olur. Bununla da Azercell daha qısa müddət ərzində daha çox müraciət cavablandırır və eyni zamanda, müştərilərinin vaxtına qənaət edir. Qeyd edək ki, virtual assistentin ünsiyyət funksiyaları və xidmət imkanları daima genişləndirilir və yaxın bir neçə ay ərzində bota daha iki özünəxidmət funksiyası əlavə ediləcək. Eyni zamanda, "Azercell" rəqəmsal kanallar vasitəsilə də fasiləsiz xidmət göstərməyə davam edib. Ötən il ərzində şirkətə onlayn kanallar üzərindən 1,5 milyona yaxın müraciət daxil olub ki, onlardan təxminən 440 000-i sosial şəbəkələrdən ünvanlandırılıb. Hazırda "Azercell"in müştəri xidmətləri Facebook, Instagram, Twitter, LinkedIn və YouTube platformalarında fəaliyyət göstərir. Müştəri Xidmətləri sahəsində beynəlxalq standartlara uyğun fəaliyyət göstərən "Azercell" ötən il “ISO 18295-1:2017 : Əlaqə Mərkəzlərinin idarə edilməsi sahəsində uyğunluq” sertifikatına da layiq görülüb. Yuxarıda adı çəkilən tədbirlərin nəticəsi olaraq 2023-cü il ərzində "Azercell"in Əlaqə Mərkəzinin Müştəri Məmnuniyyəti indeksi 94,9%-ə çatıb ( dünya standartlarına əsasən 85%-dən yuxarı olan nəticə artıq çox yüksək göstərici kimi hesab olunur). Xatırladaq ki,"Azercell"in Telefon Mərkəzi ilə 7/24 rejimində çalışan *1111 qısa nömrəsi, eləcə də 012-4904949 (Fakturasız Xətt abunəçilər üçün) və 012-4905252 (Fakturalı Xətt abunəçilər üçün) şəhər nömrələri vasitəsilə, həmçinin Kabinetim tətbiqi üzərindən onlayn əlaqə saxlamaq mümkündür.
2024-01-25
826,055
Axtarışda olan bu şəxslər ekstradisiya olundu
Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan vətəndaşları Xalid Əliağa oğlu Əliyev, Raul Firudin oğlu Əliyevin Rusiyadan, Anar İlqar oğlu Rəhimovun isə Gürcüstandan ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri təmin edilib. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Belə ki, Xalid Əliyev və Anar Rəhimov xeyli miqdarda ziyan vurmaqla, Raul Əliyev isə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib. Yanvarın 24-də qeyd olunan şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
2024-01-25
826,056
Sabahın hava proqnozu açıqlandı
Yanvarın 26-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 5-8° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 3-7° isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacaq. Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlama ehtimalı var.
2024-01-25
826,058
ABŞ bu ölkədən ordusunu çıxarmağa hazırlaşır
ABŞ və İraq tezliklə Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı danışıqlara başlayacaq. Axar.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb. ​“Amerika və İraq yüksək hərbi komissiya çərçivəsində dialoqa başlamaq üçün razılaşmaya yaxındır. Bu görüşdə gələcək addımların müəyyənləşdirilməsi gözlənilir. Vaşinqton qoşunların çıxarılması cədvəlində İraqdakı mövcud vəziyyət, hökumət və təhlükəsizlik qüvvələrinin sabitlik dərəcəsinin nəzərə alınmasını istəyir. Öz növbəsində İraq rəhbərliyi hesab edir ki, qoşunların çıxarılması tarixləri heç bir vəziyyətdən asılı olmamalıdır”, - mənbə bildirib.
2024-01-25
826,061
Təranə Səmədovaya hökm oxundu
Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun tanışı Rasim Həsənova hökm oxunub. Axar.az xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, Təranə Səmədova 6 il, Rasim Həsənov isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyad şərtidir) fotoşəkillərini əldə edib. Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o, cümlədən instaqram və digər sosial şəbəkələrində yerləşdirməklə hədələyib. Bu yolla T.Səmədovla R.Həsənov ondan 3 min manat tələb edib. Beləliklə, ötən ilin noyabrında onlar zərərçəkmiş şəxsdən ümumilikdə 1 100 ABŞ dolları məbləğində pulu hədə-qorxu ilə tələb edərək ələ keçiriblər. Bundan başqa, T.Səmədovla R.Həsənov təkrarən Altay Səfərovu rüsvayedici fotoşəkillərlə şantaj edərək ondan 1 000 manat pul tələb ediblər. Lakin zərərçəkmiş onlara 130 manat pul verib. Qeyd edək ki, T.Səmədova və R.Həsənov barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
2024-01-25
826,062
AŞPA-nın Bakıya qadağası: Hansısa ölkə belə halla üzləşib?
Son 10-15 ildə AŞPA-nın bu cür sanksiyası ilə yalnız Rusiya iki dəfə qarşılaşıb. Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev AŞPA-nın Azərbaycan nümayəndə heyətini səsvermə hüququndan məhrum etməsi və etimadnaməsini təsdiqləməməsi ilə bağlı qərarını şərh edərkən deyib. O bildirib ki, ilk dəfə 2014-cü ildə Rusiya Krımı işğal edərkən AŞPA Rusiyaya sanksiya tətbiq etməyə çalışmışdı: “Təsəvvür edin ki, Rusiya Krımı faktiki olaraq işğal etsə də, AŞPA yalnız Rusiya nümayəndə heyətinin səsvermə hüququnu dondurdu, ancaq etimadnamənin təsdiqi ilə bağlı heç bir problem yaratmadı. Yəni işğalçı olduğunu təsdiqlədiyi ölkəyə qarşı belə etimadnaməsinin mübahisələndirilməsinə cəsarət etmədilər. Moskva isə cavabında öz deputatlarının mandatı üçün müraciət etmədi və AŞPA-da Rusiyanın yerləri boş qaldı. Yalnız 2019-cu ildə 8 saatlıq görüşdən sonra Rusiyanın səsvermə hüququ bərpa olundu, Moskva da bir neçə saat ərzində öz nümayəndə heyətini təsdiq etdi. 2022-ci ildə Ukrayna müharibəsinin başlamasından sonra Rusiya təşkilatdan çıxarıldı. Yəni Azərbaycan nümayəndə heyətinə qarşı tətbiq edilən sanksiyanın analoqu yoxdur. Halbuki Rusiyanın 2014-cü il Krımı işğalından fərqli olaraq, Azərbaycan BMT və Avropa institutlarının rəsmən tanıdığı ərazilərini bərpa edib, daxildəki münaqişəni həll edib. Bu, görünməmiş bir şeydir ki, AŞPA Azərbaycanı öz torpaqlarını işğaldan azad etdiyi üçün “cəzalandırır”. Tam və birmənalı şəkildə deyirəm ki, bu, ikiüzlülük, qərəz, beynəlxalq hüququ ayaq altına almaqdır. Lakin heç nəyə nail olmayacaqlar və belə davam etsələr, Azərbaycanı itirəcəklər”. Qeyd edək ki, AŞPA Azərbaycanın təşkilatdakı “əsas öhdəlikləri yerinə yetirmədiyi” qənaətinə gələrək ölkəmizin nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməmək barədə qərar qəbul edib və ölkəmizə bir il vaxt verib. Bu qərardan əvvəl isə Azərbaycan nümayəndə heyəti bəyanat yayaraq, qurumda iştirakını qeyri-müəyyən vaxta qədər dondurub.
2024-01-25
826,063
Türkiyənin daha bir məşhur müğənnisi Bakıya gəlir
Türkiyənin məşhur müğənnisi Koray Avcı Bakıda konsert verəcək. Kult.az xəbər verir ki, bu barədə “İticket.az” saytı məlumat yayıb. Məlumata görə, konsert 19 aprel tarixində Heydər Əliyev Sarayında baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 49, maksimum isə 199 manatdır.
2024-01-25
826,064
Şərqi Azərbaycanda 400 kəndin yolu bağlandı
Güclü qar və çovğun nəticəsində Şərqi Azərbaycan əyalətinin 400 kəndinin yolu bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Yollar və Yükdaşıma Nəqliyyatı İdarəsinin başçısı Orucəli Əlizadə məlumat verib. O bildirib ki, kəndlər ətraf aləmdən təcrid olunublar: “Əyalət yollarında nəqliyyatın hərəkəti çətinləşib, Təbriz-Əhər, Marağa-Həştrud yolları, Şibili gədiyi və Kəleybər bölgəsində vəziyyət daha ağırdır”. Qeyd edək ki, yanvarın 24-də Təbriz və ətraf bölgələrdə də həyat iflic olub, şəhərdə nəqliyyatın hərəkəti dayanıb. Əyalətin yeni valisi Rəhmət Maliki mediaya açıqlamasında şəhərdə yolların bağlı olması məsələsinə görə təbrizlilər qarşısında üzüqara olduqlarını deyib.
2024-01-25
826,073
Ukraynanın öz vətəndaşlarını vurması dəhşətdir - Kreml
Kiyevin vətəndaşlarını öldürməsi dəhşətlidir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı danışarkən deyib. “Əsirlərin dəyişdirilməsi tam sakit şəkildə baş verən bir prosesdir. Ukraynalıların sözün əsl mənasında bir gün sonra evinə dönəcək əsirlərini, yəni vətəndaşlarını öldürməsi tamamilə dəhşətli addımdır. Sadəcə dəhşətlidir”, - o bildirib. Peskov qeyd edib ki, bu gün heç kim İl-76 qəzasının Rusiya və Ukrayna arasında əsir mübadiləsinin davam etdirilməsi perspektivlərinə necə təsir edəcəyini deyə bilməz. Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 65 ukraynalı əsir və 9 ekipaj üzvünün hamısı ölüb. Rusiya Müdafiə Nazirliyi onun Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu iddia edib.
2024-01-25
826,075
Xəbərdarlıq: Tehrana “kimyəvi yağış” yağır
Tehranda hava çirkliliyi təhlükəli səviyyəyə çatıb. Axar.az xəbər verir ki, bu barədə Tehran Meteorologiya Mərkəzi məlumat yayıb. “Şəhər səmasında duman və yağışların tərkibində kimyəvi maddələr var. Şəhərə düşən yağışı “kimyəvi yağış” adlandırmaq olar”, - mərkəzin məlumatında bildirilib. Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin açıqlamasına görə, hər il İranda hava çirkliliyi səbəbi ilə təxminən 27 min nəfər həyatını itirir. Həyatını itirənlərin 6 mindən çoxu Tehran şəhərinin sakinləridir.
2024-01-25
826,077
“Azəriqaz” rəhbərindən qaz limiti ilə bağlı açıqlama
“Azəriqaz” sutkalıq 48 milyon kubmetr qaz qəbul edib ki, bu da rekord bir göstəricidir. Keçən ilin eyni gününə nisbətən 8 milyon kubmetr artıq qaz qəbul olunub. Axar.az xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin (İB) Baş direktoru Ruslan Əliyev deyib. O bildirib ki, hazırda ölkə üzrə qaz təchizatı ilə bağlı ciddi bir problem yoxdur: “Bir-iki yerdə kiçik bir qəzalarımız olub və onlar aradan qaldırılıb". Sədr əlavə edib ki, Azərbaycanda əhali qrupu üzrə abonentlər üçün tətbiq olunan qaz istifadəsi limitlərinin ləğvi məsələsi gündəmdə deyil.
2024-01-25
826,078
Azərbaycanda bu internet provayderləri ləğv edildi
Azərbaycanda internet provayder və operatorları kimi fəaliyyət göstərən İzone MMC, Technonet MMC və Internet Service Provider MMC-ləri ləğv edilib. Axar.az xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb. Bildirilib ki, şirkətlər könüllü müraciət əsasında ləğv edilib. Müraciətlərdə uçotun ləğv edilmə səbəbi kimi şirkətlərin fəaliyyətinin dayandırılması göstərilib. Həmçinin internetin təkrar satışı xidmətini göstərən Azintelnet MMC-nin müraciəti əsasında onun uçota alınması həyata keçirilib. Bununla da uçota alınan operator və internet provayderlərinin sayı 153 olub. Uçota durmamaq İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən, uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.
2024-01-25
826,079
Ukraynaya 61 milyard ayırın, yoxsa... – Senator
Demokratlar Partiyasından olan senator Cin Şeyhin konqresmenləri Ukraynaya 61 milyard dollar məbləğində əlavə maliyyə ayrılmasına səs verməyə çağırıb. Axar.az xəbər verir ki, Senatda çıxışı zamanı Şeyhin Nyu Hempşirdəki ukraynalı qaçqınlarla görüşünü xatırladıb. “Onlar mənə müharibənin dəhşətlərindən, xüsusilə Mariupolun ruslar tərəfindən mühasirəsindən danışdılar. Əgər siz Kiyevə vaxtında yardım göstərməsəniz, o zaman ABŞ sonradan Rusiya Federasiyasına və dünyanın digər diktator rejimlərinə qarşı mübarizə aparmalı olacaq”, - o bildirib. Senatorun sözlərinə görə, Vladimir Putin təkcə Ukraynaya qarşı müharibə aparmır, həm də dünyada demokratiyanın təməlini hədəfə alır: “Dörd nəvəm var və istəmirəm ki, onlar iki, üç və ya beş ildən sonra Avropada və ya Asiyada döyüşməyə məcbur olsunlar, çünki Ukraynanı dəstəkləmək üçün lazım olan tədbirləri görməmişik. Əmin ola bilərsiniz ki, ABŞ-a təkcə Putin deyil, həm də Si Szinpin, Şimali Koreya və İran - demokratik dünyanı sarsıtmaq istəyənlərin hamısı baxır, ona görə də indi bizim hərəkətlərimiz çox vacibdir. Biz maliyyələşdirmə sorğusunu dəstəkləməli və onu başa çatdırmalıyıq”.
2024-01-25
826,080
Rəisi Ərdoğan üçün fal açdı - Video
İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri zamanı maraqlı hadisə baş verib. Axar.az xəbər verir ki, o, Hafizin divanı ilə “fal açıb” və şairin “Kefini pozma, zalım məqsədinə çatmayacaq” misrası çıxıb. Rəisi bunu İsrailin bitəcəyi kimi yozub.
2024-01-25
826,081
ABŞ Cənubi Qafqazda nə etmək istəyir? - Markedonov
“ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini başa çatdırmaqda maraqlıdır”. Bu tezisi ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Patel səsləndirib. Blinkenin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Obrayen də X sosial şəbəkəkə hesabında oxşar fikirləri açıqlamışdı. Amerika uzaq Qafqazda nə axtarır? Axar.az xəbər verir ki, bunu ermənipərəst rusiyalı politoloq Sergey Markedonov deyib. “Onlar region ölkələri ilə həmsərhəd deyil, Qafqaz diasporlarını İsrail və ya İrlandiya faktorları ilə müqayisə etsək, onların təsiri o qədər də böyük sayılmır. Avrasiya üzrə amerikalı ekspertlərin əsərlərində ortaq mövzu Cənubi Qafqazın Vaşinqton üçün vacib olması tezisidir, lakin bu “vaciblilik” heç də kritik deyil. Amerika elitası, rus elitasından fərqli olaraq, Cənubi Qafqaza müxtəlif “eynəklərdən” baxır. Onlarda əsas obyekt Azərbaycan, Ermənistan və Gürcüstan deyil, Rusiya, Türkiyə və İrandır. Son illər Amerikanın Qafqazdakı xarici siyasəti Çini də əhatə etməyə başlayıb. Rusiya ərazisinin genişlənməsindən qorxurlar. Amerika nəzəriyyəçiləri keçmiş SSRİ ərazisindəki bütün etnik münaqişələri bu kontekstdə nəzərdən keçirməyə meyillidirlər. Hələlik onlar Qarabağ məsələsinin nizamlanmasında Rusiyanın roluna dözürlər, çünki Moskva “dqr”i tanımır və hətta onun “greater Russia”( böyük Rusiyaya - red.) daxil edilməsi ilə bağlı hipotetik referendumlar planlaşdırmır. 2022-ci il hər şeyi dəyişdi. İndi ABŞ Ukrayna istiqamətində olduğu kimi, Qafqazda da Rusiyanı “saxlayır”. Onlar “revizionizmdən” qorxurlar!”, - o bildirib. Markedonov qeyd edib ki, Türkiyəyə gəldikdə, burada hekayə fərqlidir: “Strateji müttəfiq rəqib deyil, amma inadkar və şıltaqdır. İran da Rusiya kimi Vaşinqton tərəfindən düşmən hesab olunur. Bu baxımdan, ABŞ nə qədər çətin olsa da, Azərbaycan-İsrail əlaqələrinin möhkəmləndirilməsində və Bakı ilə əlaqələrin inkişafında son dərəcə maraqlıdır. Çinin “Bir kəmər və bir yol” təşəbbüsü Vaşinqton tərəfindən təkcə Cənubi Qafqazda deyil, bütövlükdə Avrasiyada rəqabətədavamlı layihə kimi qiymətləndirilir. Lakin burada və indi Vaşinqton ilk növbədə Çinin xüsusən də Gürcüstanda iqtisadi təsirinin güclənməsindən ehtiyat edir. Bu həm də geosiyasi nəticələrlə doludur. Buna enerji amilini, karbohidrogenlərin AB müttəfiqlərinə tədarükü üçün alternativlər axtarmaq istəyini, Qara dəniz və Xəzər dənizində konsolidasiyanı, Qafqaz-Yaxın Şərq əlaqəsi, üstəgəl insan hüquqlarının müdafiəsini əlavə etsək, pazl tamamlanır. NATO-ya formal üzv olmadan Gürcüstanla əlaqələrin artırılması (Cənubi Koreya və ya İsraillə münasibətlərə bənzər xüsusi alyans modeli), Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas moderator rolunun gücləndirilməsi, Rusiya, İran və Çini “saxlamaq”, problemli müttəfiq Türkiyə ilə münasibətləri optimallaşdırmaq – Amerikanın regionda gündəminin əsas bəndləri bunlardır”.
2024-01-25
826,082
İranın şok iddiası: Türkiyə buludu oğurlayıb? - Özdəmir
Türkiyənin İranın yağış buludlarını oğurlaması ilə bağlı iddialar sübut olunmamış nəzəriyyədən başqa bir şey deyil, müəyyən bir ölkədəki quraqlığın səbəbi qlobal istiləşmədir. Axar.az xəbər verir ki, bunu İstanbulun Aydın Universitetinin meteoroloqu, professor Güvən Özdəmir deyib. “Yağış buludlarını oğurlamaq” ideyasını müdafiə etmək və ya hətta bu barədə düşünməyə çalışmaq əsassız və sübutsuz nəzəriyyədən başqa bir şey deyil. 2023-cü ildə Türkiyə bir neçə ay isti və quraqlıq məngənəsində olub. Məsələn, İstanbulda yağıntı olmayıb, su anbarlarında su ehtiyatları çox aşağı səviyyəyə düşüb. O zaman bizdən qərbdə - Yunanıstan, Bolqarıstan, Rumıniya və digər qonşu ölkələrdə leysan yağsa da, bizə çatmadı. Türkiyənin yerləşdiyi yeri nəzərə alsaq, uzun və qısa müddətdə ekstremal hava şəraiti mümkündür”, - o bildirib. Qeyd edək ki, “Forbes” jurnalı Tehranın ölkənin şimalından yağış buludlarının yoxa çıxması ilə əlaqədar vəziyyəti araşdırmaq üçün komissiya yaratması və Türkiyənin buludları “oğurladığını” iddia etməsi barədə məlumat yayıb. Sübut kimi dağların qarla örtüldüyü və mütəmadi olaraq yağış yağdığı Türkiyənin şərqinin fotoşəkilləri təqdim olunur, lakin buna paralel zaman ərzində İranda bir damla da yağış olmadığı göstərilir. Bu cür ittihamlar ilk dəfə deyil, məsələn, 2018-ci ildə SEPAH nümayəndəsi iddia edib ki, İsrail və BƏƏ İranın iqliminə təsir göstərir.
2024-01-25
826,083
Boban UEFA-dan getdi
Xorvatiya millisinin və İtaliyanın “Milan” klubunun sabiq yarımmüdafiəçisi Zvonimir Boban UEFA-nın Futbol Departamentinin rəhbəri postundan gedib. Axar.az UEFA-ya istinadən xəbər verir ki, 56 yaşlı funksionerin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. Qeyd edək ki, sabiq yarımmüdafiəçinin Aleksandr Çeferinin 2031-ci ilə qədər UEFA prezidenti vəzifəsində qalacağı ilə bağlı qərarın qəbul edilməsinə görə istefa verdiyi iddia olunur. Xatırladaq ki, Z.Boban təşkilata 2021-ci ildə qoşulub. O, UEFA Futbol Şurasının və Gənclər Futbol Forumunun yaradılması kimi mühüm layihələrin təşəbbüskarı olub.
2024-01-25
826,086
Bu MMC-yə 1 milyon kredit ayrıldı - Nazir açıqladı
İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan "Artpak" MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Axar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X hesabında bildirib. "Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub", - nazir qeyd edib.
2024-01-25
826,091
Vəliyev Ordumuzun döyüş hazırlığını yoxladı - Video
Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev yeni tədris dövrünə hazırlıq prosesinin gedişini yoxlayıb. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məruzə olunub ki, hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, bölmələrdə və təlim şəhərciklərində maddi-texniki və tədris bazası təkmilləşdirilir, döyüş texnikası və silahların sazlığı, eləcə də təchizatın varlığı yoxlanılır. General-polkovnik K.Vəliyev "Gizir hazırlığı kursu"nun gedişi ilə də maraqlanıb. Bildirilib ki, keçirilən məşğələlərdə əsas diqqət kursantların bilik və bacarıqlarının daha da artırılması, Azərbaycan Ordusunun arsenalında olan müasir silah, texnika, habelə digər döyüş vasitələrinin düzgün istismarı və effektiv tətbiqi qaydalarının öyrədilməsinə yönəldilib. Hərbi hissələrdə şəxsi heyətlə görüşən general-polkovnik K.Vəliyev onların döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib, hərbi qulluqçulara yeni tədris dövründə uğurlar arzulayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun yeni tədris dövrünün başlanması ilə əlaqədar tələb və göstərişlərini şəxsi heyətə çatdıran Baş Qərargah rəisi döyüş və fiziki hazırlıq üzrə tədbirlərin effektiv təşkili, eləcə də hərbi qulluqçuların peşəkarlığının daha da artırılmasına dair tapşırıqlar verib.
2024-01-25
826,095
Kiyev elan etdi: Qərb F-16-ları verməyə hazırdır
Qərb artıq Ukraynaya F-16 təyyarələri verməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib. Onun sözlərinə görə, təyyarələri Ukraynaya göndərmək üçün təkcə təlim keçmiş pilotlara deyil, həm də müvafiq infrastruktura və təlim keçmiş mühəndislərə sahib olmaq lazımdır: “F-16-nın əsas vəzifələrindən biri Rusiya təyyarələrini cəbhə xəttindən geri oturtmaq və Ukraynaya hücum edən “Şahid”ləri məhv etmək olacaq”.
2024-01-25
826,097
Rəisi Ərdoğanla Bakını müzakirə etdi - İranlı ekspert
Təbii ki, İran, Türkiyə və Azərbaycanın iştirakı ilə regional blokun yaradılması Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin təhlükəsizliyinin qorunmasında çox əhəmiyyətlidir. İran və Azərbaycan arasında mövcud olan problemləri nəzərə alsaq, İran və Türkiyə prezidentlərinin gündəliyində həm də Cənubi Qafqaz müzakirəsi var. Axar.az xəbər verir ki, bunu regional məsələlər üzrə ekspert Həsən Hənizadə İran Prezidenti İbrahim Rəisinin Türkiyə səfəri haqda danışarkən bildirib. Hanizadə vurğulayıb ki, Rəisinin Türkiyəyə səfəri indiki şəraitdə strateji və mühümdür: “Bu, regional gərginliyin azaldılması və islam ölkələri, xüsusən də Tehran və Ankara arasında əlaqələrin səviyyəsinin yüksəldilməsi baxımından əhəmiyyətlidir”.
2024-01-25
826,100
Şərqi Azərbaycan valisinin təqdimatında gərginlik yaşandı
Şərqi Azərbaycan əyalətinin yeni valisi Malik Rəhmətinin Təbrizdə keçirilən rəsmi təqdimat mərasimində gərginlik yaşanıb. Axar.az xəbər verir ki, buna səbəb Təbrizin İran parlamentindəki nümayəndəsi Əhməd Əlirzabeyginin Prezident İbrahim Rəisinin siyasətini tənqid etməsi olub. O, Rəisinin başçılıq etdiyi hökumətin Körfəzdən İranın mərkəzi əyalətlərinə su kanallarının çəkilişinə büdcə ayırdığı halda Azərbaycanda su probleminin həllinə ciddi yanaşmadığını deyib. Deputat Körfəzdən su kanalının çəkilişini şou adlandıraraq, bunun heç bir iqtisadi izahı və əhəmiyyətinin olmadığını söyləyib. O, Araz çayından Şərqi Azərbaycan əyalətinin Şəbistər düzənliyinə su kanalının çəkilməsi üçün layihəyə əhəmiyyət verilməməsini tənqid edib. Əhməd Əlirzabeygi qeyd edib ki, İbrahim Rəisi hökuməti vəzifəyə gəldiyi andan bu günə kimi məqbul fəaliyyətlər həyata keçirməyib və buna görə də onların ikinci müddətə seçilmə ehtimalı azdır.
2024-01-25
826,102
ABŞ-ın məhvetmə planı: Rusiya qalib gəldi - Makqreqor
ABŞ-ın Ukraynanın köməyi ilə Rusiyanı məhv etmək cəhdi Vaşinqton üçün fəlakət oldu və Moskva bu döyüşdə qalib gəldi. Axar.az xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor X sosial şəbəkə hesabında yazıb. D.Makqreqor bildirib ki, uğursuz plan ABŞ-ın zəifliyini dünyaya nümayiş etdirib: “Vaşinqtonun ukraynalıların həyatı bahasına Rusiyanı məhv etmək üçün uğursuz cəhdi Moskvanın strateji qələbəsinə səbəb oldu”.
2024-01-25
826,106
Ermənistanın siyasi xəttini Əliyev müəyyənləşdirir - Kiviryan
İlham Əliyevin açıqlamaları, eləcə də son bəyanatı yeni deyil. Onların öz xətti var və ona sadiq qalırlar. Yəni Əliyevin bütün açıqlamalarını müqayisə etsək, görərik ki, bu açıqlamalarda heç bir ziddiyyət yoxdur. Axar.az xəbər verir ki, bunu erməni politoloq Argişti Kiviryan deyib. “Digər sual ondan ibarətdir ki, Paşinyan və komandası Ermənistan cəmiyyətini çaşdırmağa çalışır. Baxın, çoxdan deyirlər ki, razılaşma var, bəndlər təqdim olunub, getdik, imzalayırıq və s. Amma o vaxt Azərbaycan tərəfi susdu. Bundan sonra Əliyev bir daha izah etdi ki, heç nə qərarlaşdırılmayıb. 2020-ci il müharibəsindən sonra bizdə belə bir ənənə formalaşıb ki, Ermənistanın həm xarici, həm də daxili siyasi xəttini Əliyev müəyyənləşdirir. Azərbaycan Ermənistanda siyasi qərar verən tərəfə çevrilib”, - o bildirib.
2024-01-25
826,107
Alimlər ulduz müşahidə olunmayan qalaktika kəşf etdi
Astronomlar Tutqun Qalaktikalarla bağlı tədqiqat apararkən heç bir ulduz müşahidə olunmayan qalaktika kəşf ediblər. Şamaxı Astrofizika Rəsədxanasından Axar.az-a verilən məlumata görə, J0613+52 qalaktikasını aşkarlayan Qrin Bank Rəsədxanasının (Green Bank Observatory) əməkdaşlarının cari tədqiqat işinin əsas məqsədi Tutqun Qalaktikalardakı qaz və dinamik kütləni araşdırmaqdır. Bu tip qalaktikalar ulduzəmələgəlmə prosesi, ulduz və qalaktikaların təkamülünü izləmək üçün ideal obyektlərdir. Adətən normal qalaktikaların mərkəzində bir və ya bir neçə super kütləli qara dəlik yerləşir və milyardlarla ulduzdan ibarət olur. Kiçik cırtdan qalaktikalar olan Tutqun Qalaktikalar yüksək səviyyədə diffuz qaz və qara maddənin artıqlığı səbəbindən zəif işıq saçır və digər qalaktikalarla müqayisədə ulduzları azdır. Bizdən 270 milyon işıq ili məsafədə yerləşən J0613+52 qalaktikası isə demək olar ki, adi gözlə görünmür və ulduzlararası maddəni xatırladır. Tədqiqat qrupunun üzvləri düşünürlər ki, qalaktika digər kosmik obyektlərdən uzaqda yerləşdiyi üçün heç bir cazibə qüvvəsinin təsirinə məruz qalmayıb və ulduz əmələgəlmə prosesi baş verməyib. Digər normal cavan qalaktikalardan fərqli olaraq J0613+52 ancaq qaz kütləsindən ibarətdir və ulduzlar müşahidə olunmur. Adətən belə kiçik qalaktikalar bir neçə milyon zəif ulduza ev sahibliyi etsə də, müşahidələrdə heç bir ulduz qeyd olunmayıb. Qeyd edək ki, qalaktikanın müşahidəsi istiqamətində elmi tədqiqat işləri davam etdirilir. Sonrakı tədqiqatlar qalaktikada heç bir ulduzun olmadığını təsdiqləsə, J0613+52 ilkin qazdan ibarət ilk kəşf olunan qalaktika ola bilər.
2024-01-25
826,109
Baş həkim məhkəmə zalında həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsi Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi Rauf İsfəndiyarovla bağlı qərar verib. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində külli miqdarda rüşvət alma maddəsi ilə ittiham olunan Rauf İsfəndiyarov məhkəmə zalında həbs edilib. Qeyd edək ki, növbəti məhkəmə iclası fevral ayının 6-na təyin olunub. Xatırladaq ki, R.İsfəndiyarov dövlətə 1.6 milyon manat dəyərində zərər vurmaqda, eləcə də Bakıda müğənniyə qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla), 179.2.3-cü (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə), 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və digər maddələri ilə ittiham irəli sürülüb.
2024-01-25
826,111
Azərbaycan Ordusu Mehriyə girəcək? - Fransız ekspert
Azərbaycan Ordusunun Zəngəzur dəhlizini açmaq üçün Mehriyə hücum edəcəyini düşünmürəm. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu fransız professor, Yaxın Şərq üzrə ekspert Frederik Ensel deyib. O, ermənilən əsas səhvlərindən birinin müharibədən əvvəl Azərbaycana ciddi yanaşmamaq olduğunu bildirib: “Mehri məsələsində təmkinliyəm və pozitiv düşünürəm. Hesab edirəm ki, Azərbaycan hücuma keçməyəcək. Lakin bu gün Ermənistan Birləşmiş Millətlər Təşkilatında kağız üzərində ən zəif ölkələrdən biridir. İrəvanın əsas üstünlüyü diaspordur, amma bu da Qarabağın itirilməsinə mane ola bilmədi. Məğlubiyyət möhtəşəm bir müəllimdir. Artıq erməni xalqı Sinqapur və Tayvan əhalisi kimi iqtisadiyyatı, gələcəyi ilə bağlı yenidən düşünməlidir. Ermənistan Azərbaycana, onun enerji ehtiyatına, gücünə ciddi yanaşmadı. Eyni səhvi İsrail və HƏMAS da etdi”.
2024-01-25
826,115
Bu avtobuslar da kart sisteminə keçir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir. AYNA-dan Axar.az-a verilən məlumata görə, yanvarın 27-dən NZS yaşayış massivi – Sabunçu qəsəbəsi, Ə.Əliyev küçəsi istiqamətində fəaliyyət göstərən 22 nömrəli, yanvarın 28-dən isə Sabunçu dəmiryol stansiyasını “Dərnəgül” metrostansiyası ilə əlaqələndirən 93 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək. Qeyd edək ki, Bakı şəhəri üzrə fəaliyyət göstərən 180 marşrutdan 102-si nağdsız ödəniş sisteminə qoşulub. 2023-cü ildə 14 marşrut üzrə fəaliyyət göstərən 375 avtobusda kart sisteminə keçid olunub.
2024-01-25
826,117
Bakı AŞ, AŞPA və AİHM-dən çıxır - Sensasion iddia
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməmək barədə qərarına rəsmi Bakı adekvat cavab vermək niyyətindədir. Axar.az APA-ya istinadən xəbər verir ki, AŞPA-nın sözügedən qərarının qəbul olunduğu dünənki iclasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasının Azərbaycanın Avropa Şurasının digər strukturlarında iştirakının dayandırılması anlamına gəlmədiyi qeyd olunsa da, Bakının mövqeyi fərqlidir. Məlumata görə, Azərbaycan özünə qarşı bu haqsız və qərəzli münasibətlə barışmaq fikrində deyil və hazırda yalnız AŞPA yox, ümumilikdə Avropa Şurasından çıxma proseduru da rəsmi Bakı tərəfindən araşdırılır. Eyni zamanda, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasını tanımaqdan imtina edə bilər.
2024-01-25
826,119
Seçicilər qalib lider İlham Əliyevi dəstəkləyir - Foto
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda qadın seçicilərlə görüş keçirilib. Axar.az xəbər verir ki, tədbir başlayarkən Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, YAP Gənclər Birliyinin üzvü, Milli Məclisin deputatı Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri Səkinə Babayeva, Məlahət İbrahimova, Həcər Mirzəyeva çıxış ediblər. Çıxışlarda böyük zəfərlərə doğru inamla və qətiyyətlə irəliləyən və doğma Vətənimizi işıqlı gələcəyə aparan dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha böyük inkişafı hədəfləyən siyasi kursdan və dövlət idarəçiliyindən danışılıb. Çıxışların əsas məğzi ondan ibarət olub ki, cənab İlham Əliyevin bütün sahələri əhatə edən uğurlu islahatları növbəti illərdə də davam etməlidir. Seçicilər bildiriblər ki, bunun üçün fevralın 7-də keçiriləcək seçkilərdə fəal iştirak edərək xalqımızın müzəffər Ali Baş Komandanı, əvəzsiz lideri İlham Əliyevə səs verəcəklər. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
2024-01-25
826,121
Pulumuz var, amma bəxtimiz yoxdur - Paşinyan
Bir vaxtlar bizə elə gəlirdi ki, ən böyük problem pulun olmamasıdır, pul olsa, bütün məsələlər həll olunacaq. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “İndi iş elə gətirib ki, pulumuz var, amma bəxtimiz yoxdur. İstədiyimiz məktəblərə, səhiyyə ocaqlarına, yollara sahib olmaq üçün biz yaradıcı olmalıyıq. Bu məsələ ilə məşğul olan hökumət üzvləri ilin əvvəlindən çox ağır və pessimist əhval-ruhiyyədədir. Lakin yolu başa çatdırmaq üçün hərəkət etmək lazımdır”, - Paşinyan bildirib.
2024-01-25
826,123
İranda silahlı qarşıdurma: SEPAH üzvü öldürüldü
İranın Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin Gülkənd kəndində silahlı qarşıdurma olub. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, naməlum silahlı şəxslərin hücumu nəticəsində SEPAH üzvü Rəhim Bəluci öldürülüb, iki nəfər isə yaralanıb. Yerli mənbələr qarşıdurmanın şəxsi zəmində baş verdiyi barədə məlumatlar paylaşıblar.