date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-23
825,435
Qəzzada ölənlərin sayı 25,5 minə çatdı
İsrail ordusunun Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 25 490-a çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralıların sayı isə 63 354-dür. Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzzada əməliyyatları nəticəsində 195 nəfər ölüb, azı 354 nəfər yaralanıb.
2024-01-23
825,441
İtaliya futbolunun əfsanəvi bombardiri öldü
İtaliya yığması və “Kalyari” klubunun əfsanəsi Luici Riva 79 yaşında vəfat edib. Axar.az xəbər verir ki, bu barədə “Gazzetta dello Sport” məlumat yayıb. Yanvarın 21-də Riva öüzünü pis his etdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. Qeyd edək ki, Luici Riva bütün karyerası ərzində “Kalyari”də çıxış edib. Milli komandada 62 oyunda 35 dəfə fərqlənən Riva İtaliya yığmasının ən yaxşı bombardiri adını daşıyır.
2024-01-23
825,443
Erməni diasporunun növbəti təxribatının qarşısı alındı
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fəaliyyət göstərən Azərbaycan icması erməni diasporunun və havadarlarının növbəti təxribatının qarşısını alıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova bildirib ki, Londonun mərkəzində yerləşən məşhur Karlton Klubu “Ermənistan: Dağlıq Qarabağın etnik təmizlənməsi” mövzusunda 5 fevral 2024-cü il tarixində keçirilməsi nəzərdə tutulan tədbirə ev sahibliyi etməyi planlaşdırırdı. Bu tədbir qatı ermənipərəst, türklüyə və islam dininə düşmən münasibəti bəsləyən Baronessa Karolina Koks, ona dəstək verən Lord de Moli TD və Ermənistanın Birləşmiş Krallıqdakı səfiri Varujan Nersesyan tərəfindən təşkil olunmalı idi. Bundan xəbər tutan Britaniya Azərbaycanlıları Cəmiyyəti ölkədəki Azərbaycan İcmasının adından Karlton Klubunun rəhbərliyinə açıq etiraz məktubu göndərib. Məktubun surəti Britaniya xarici işlər naziri Devid Kemerona, parlament üzvlərinə, Lordlar Palatasının üzvləri Lord Evans, Lord Əhməd, Lord Kilkluni, Lord Sarfraz və Baronessa Manzila Pola Udinə, Avropa və Şimali Amerika üzrə nazir Leo Dokertiyə, Britaniya XİN-in xüsusi komitəsinin rəhbəri Alisiya Kernsə, “Mühafizəkarların Səsi” təşkilatının rəhbərliyinə ünvanlanıb. Nəzərə çatdırılıb ki, tarixi məkanın əsassız tədbirə ev sahibliyi etməsi Azərbaycan icmasının dərin narahatlığına səbəb olub. Azərbaycanla Ermənistanın sülh müqaviləsini imzalamağa yaxın olduğu bir zamanda belə tədbirin təşkilinin iki ölkə arasında sülh perspektivlərini açıq şəkildə pozduğu, Birləşmiş Krallığın sülhü dəstəkləyən mövqeyinə və ölkənin xarici siyasətinə tam zidd olduğu vurğulanıb. Azərbaycana qarşı etnik təmizləmə iddialarının tamamilə əsassız oluğu, BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin faktaraşdırıcı missiyalarının Qarabağda mülki infrastruktura hər hansı ziyanın dəydiyinə və ya Azərbaycan hakimiyyəti tərəfindən erməni mülki şəxslərinin məcburi köçürüldüyünə dair heç bir fakt aşkar etmədiyi və sənədləşdirmədiyi bir daha yada salınıb. Bundan başqa, Ermənistanın Britaniyadakı səfirinin öz ölkəsinin Baş naziri Nikol Paşinyanın siyasətinin əleyhinə olan görüşün təşkilatçıları arasında olması təəccüblü fakt kimi xüsusi vurğulanıb. Mötəbər sübutların olmadığı təqdirdə, əsassız ittihamların davam etdirilməsi nəticəsində xoşagəlməz vəziyyətin yarana biləcəyini, ötən il Queen Mary Universitetinin nümunəsini xatırladan cəmiyyət sədri Karlton Klubunun rəhbərliyini bu qərəzli tədbiri ləğv etməyə çağırıb. Karlton Klubunun katibi Simon Robinsonun adından Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahovaya ünvanlanan 22 yanvar 2024-cü il tarixli rəsmi məktubda bu görüşün klubda baş tutmayacağı təsdiqlənib. “Bu, bizim Britaniya diasporunun erməni diasporu və ermənipərəstlər üzərində növbəti qələbəsidir”, - deyə Fəridə Pənahova vurğulayıb.
2024-01-23
825,445
NATO 1.2 milyardlıq sursat alır – Müqavilə
NATO 155 mm-lik artilleriya sursatlarının alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb. Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. “Biz elə indicə 1,2 milyard dollar dəyərində 155 mm-lik artilleriya sursatının alınması üçün müqavilə bağladıq. Bu, NATO-ya öz müttəfiqlərini qorumaqla yanaşı, Ukraynaya yardımı davam etdirməyə imkan verəcək”, - Stoltenberq bildirib. NATO Dəstək və Satınalma Agentliyinin baş direktoru Steysi Kamminqs isə bildirib ki, üzv ölkələr sursatları imzalanmış müqaviləyə əsasən 24-36 ay ərzində alacaqlar.
2024-01-23
825,447
SEPAH-a görə İraq aviaşirkəti uçuşları dayandırdı
İraqın “Flay Bağdad” aviaşirkətinin bütün uçuşları ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə ərəbdilli media məlumat yayıb. Bildirilib ki, ABŞ Maliyyə Nazirliyi İraqın aviaşirkətini SEPAH-a məxsus hərbi texnika və hərbçiləri Suriyaya daşıdığına görə cəzalandırılıb.
2024-01-23
825,448
Qarabağ münaqişəsini daha 30 il daşıya bilmərik - Mkrtçyan
Paşinyanın elan etdiyi Konstitusiya dəyişikliklərinə gəlincə, əgər Qarabağdan danışırıqsaq, Ermənistanın reallıqla üz-üzə olduğunu yazmağa borcluyuq. Axar.az xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan deyib. “Söhbət Qarabağ münaqişəsinin yenidən Ermənistana ötürülməsindən gedirsə və əgər Konstitusiyada mübahisəli məsələlər varsa, onda Ermənistan vətəndaşı daha bir neçə onilliklər ərzində bu münaqişə problemini öz çiynində çəkməyə hazır deyil. Çox aydın bir səbəbə görə. Burada subyektiv və obyektiv səbəblər var. Səbəblərdən biri odur ki, otuz il ərzində uğursuz siyasət aparılıb. Kimsə Ermənistanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin düzgün olduğunu iddia edə bilərsə, onda biz bugünkü vəziyyətə niyə gəldik? Və ümumiyyətlə, Qarabağ ermənilərinin Qarabağla bağlı mövqeyi varmı? Hər şeyi Ermənistanın və onun vətəndaşlarının üstünə atdılar”, - o bildirib.
2024-01-23
825,450
Xamenei yenidən müsəlman liderləri tənqid etdi
İranın dini rəhbəri Əli Xamənei yenidən islam ölkələrinin hökumətlərini tənqid edib, onları İsrail ilə bütün siyasi və iqtisadi əlaqələri kəsməyə çağırıb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. O, islam ölkələrinin rəsmilərinin İsrail ilə bağlı mövqe və fəaliyyətinin qeyri-məqbul olduğunu deyib. “İslam ölkələri rəsmiləri sionist rejimin həyati damarlarını kəsməli, bu rejimlə siyasi və iqtisadi əlaqələrini dayandırmalı və bu rejimə kömək etməməlidirlər”, - Xamenei ittihamlarını təkrarlayıb.
2024-01-23
825,452
Qəhrəman övladları bu dəfə Şahdağda... - Foto/Video
“Fireland group”un təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində “Gələcəyin qəhrəmanları” adlı növbəti tədbir “Şahdağ” Turizm Mərkəzində təşkil olunub. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə 200-dən artıq şəhid övladı üç gün ərzində “Şahdağ” Turizm Mərkəzində maraqlı vaxt keçirib. Tədbir qəhrəman şəhid övladlarının ifasında sözləri Xanım İsmayılqızına, musiqisi Cəlal Qurbanova məxsus “Mənim atam Qəhrəmandır” mahnısı ilə başlayıb.​ Rəsmi hissədə Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə xanımın, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası Səmayə xanımın çıxışları və övladları haqqında danışdıqları maraqlı xatirələr uşaqlar tərəfindən böyük maraqla qarşılanıb. Vətən uğrunda canını qurban verən igid övladı ilə hər zaman qürur duyduğunu bildirən, onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını ifadə edən Lalə ana göz yaşları içində, çox gənc yaşlarında şəhid olmuş Cavanşirdən ona yadigar qalmasa da, o, oğlunun qisasını alan bütün şəhid övladlarını özünə nəvə bildiyini bildirib. Daha sonra çıxış edən Səmayə ana bu tədbirin təşkilində göstərdiyi köməyə görə, tədbirə gələrkən daim şəhid övladlarını yollarda müşayiət edərək onlara öz sevgilərini bildirdiklərinə görə başda Vilayət Eyvazov olmaqla Daxili İşlər Nazirliyinin əməkdaşlarına və eləcə də, şəhid övladlarını daim öz övladı kimi bağrına basan, onlar üçün əlindən gələni əsirgəməyən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə öz dərin təşəkkürünü bildirib. Səmayə ana Polad Həşimovla bağlı maraqlı xatirələrini bölüşüb, şəhid balalarının Milli Qəhrəmanımız barədə suallarını cavablandırıb.​ Sonra söz “Fireland group”un rəhbəri, AYB-nin üzvü Cəlal Qurbanova verilib. O, şəhid ailələrinin dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə edildiyini, igid qəhrəmanlarımızın bizə əmanət qoyduqları balalara mərhəmətlə yanaşmağın hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu bildirib. Dövlətimizin başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin böyük həssaslıq və sevgiylə yanaşdığı şəhid ailələrinin hamımızın əzizi, doğması olduğunu deyən C.Qurbanov vurğulayıb ki, xalqımızın da hər zaman qəhrəmanlarımızın ailələrinin yanındadır: “Cənab Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğı həm sadə vətəndaşlar, həm də dövlət məmurları üçün əsl örnəkdir. Bu yaxınlarda Xankəndində Cənab Prezidentin şəhid övladları ilə qurduğu səmimi ünsiyyət dövlətimizin bütün şəhid ailələrinə qarşı böyük sevgisinin təzahürü idi. Bu mənzərə şəhid əmanətlərinin etibarlı əllərdə olduğunu bir daha sübut etdi.Siz Vətənimizin müstəqilliyi uğrunda canından keçmiş igid oğullarımızın bizə əmanətisiniz. Vətən hamımız üçün anadır! Amma mən deyərdim ki, Vətən bütün şəhid övladları üçün həm ana, həm də atadır. Sizin hər biriniz Azərbaycan uğrunda canını fəda etmiş qəhrəmanların qanını daşıyır, Vətəni atalarınız kimi sevir, atalarınız kimi də qoruyacaqsınız. Mən buna əminəm”. Çıxışı zamanı Cəlal Qurbanov şəhidlərimizin ruhunu şad etməyin, onların yadigarlarını sevindirməyin hər birimiz üçün ən birinci vəzifə olmalı olduğunu bildirərək, cənab Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, şəhid ailələrinə diqqətin dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının da borcu olduğunu deyib: “Qürurverici haldır ki, dövlətin prioriteti olan bu məsələyə münasibətdə cəmiyyət də həmrəydir. “Fireland group”un keçirdiyi tədbirlərin təşkilinə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, o cümlədən, digər dövlət qurumlarının, ictimaiyyət və incəsənət nümayəndələri tərəfindən dəstək göstərilməsi bunu bir daha sübut edir. Eləcə də, Dövlət Turizm Agentliyi 3 ildən artıqdır ki, şəhid balalarının Azərbaycanın ən gözəl məkanlarda istirahətlərini təmin etməkdə bizə yardımçı olur.​ Heydər Əliyev Fondu və onun icraçı direktoru Anar Ələkbərov hər zaman şəhid əmanətlərini diqqət mərkəzində saxlayır, onların qayğılarının həllinə xüsusi həssaslıqla yanaşır”. Daha sonra söz Turizm Agentliyinin sədri Fuad Nağıyevə verilib. O, qəhrəman şəhid balalarının arzularının gerçəkləşdirilməsinə, asudə vaxtlarının səmərəli təşkilinə həsr olunmuş bu cür əhəmiyyətli tədbirin təşkilində iştirak etdiyi üçün qürur duyduğunu qeyd edib: “44 günlük Vətən müharibəsində xalqımıza böyük Zəfər sevinci yaşatmış şəhidlərimizin övladları bizə əmanətdir. Onların qayğısına qalmaq hər birimizin müqəddəs borcudur. Artıq üç ildən artıqdır ki, Dövlət Turizm Agentliyi “Fireland group”un “Mənim atam Qəhrəmandır” layihəsinin təşkilində yaxından iştirak edir. Bu, bizim üçün qürurvericidir. Onların asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşünün formalaşması, müxtəlif sahələr üzrə bilik və bacarıqlarının yaranmasına müsbət təsir göstərən bu cür tədbirlərin keçirilməsində iştirak etməyə hər zaman hazırıq. İnanıram ki, birgə keçirdiyimiz bu üç gün sizin yaddaşınızda unudulmaz xoş xatirə kimi daima yaşayacaq. Sonda hər birinizə maraqlı istirahət arulayıram”. Qeyd edək ki, tədbirin gedişi zamanı Müdafiə Nazirliyinin əməkdaşı polkovnik-leytenant Rüfət Məmmədov, Turizm Agentliyinin sədri Fuad Nağıyev, Şahdağ Turizm Mərkəzinin əməkdaşı Rüstəm Nəcəfli və digər qonaqlar da çıxış edib, qəhrəman şəhid balalarının arzularının gerçəkləşdirilməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə həsr olunmuş bu cür əhəmiyyətli tədbirin təşkilində iştirak etmələrindən qürur duyduqlarını bildiriblər. Daha sonra layihəyə dəstək verən gənc şair Şəhriyar del Geraninin tədbir zamanı səsləndirdiyi yeni şeirləri uşaqlar tərəfindən maraqla dinlənilib. Tədbir konsert proqramları ilə davam edib. Şəhid övladlarının “Şuşam” xorunun solistləri ilə birgə musiqisi Eldar Mansuraova, sözləri Cəlal Qurbanova aid​ Tural Məmmədlinin yeni oranjemanda səsləndirdikləri Prezidentliyə namizəd İlham Əliyevə həsr olunmuş “Səninlədir yolumuz!” mahnısı böyük maraqla qarşılanıb. İfanın ərsəyə gəlməsində “Şuşam” xorunun bədii rəhbəri və dirijoru əməkdar müəllim Təranə Yusifovanın böyük əməyi olub.​ Sonra tələbələrdən qəhrəman şəhidimiz Azər Şəmilovun övladı Aynurə Şəmilova çıxış edərək, qəhrəman övladlarının bu mahnı ilə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə öz dəstəklərini nümayiş etdirdiklərini bildirib. Vətəninə, dövlətinə firavan gələcək arzu edən hər kəsi Ali Baş Komandana səs verməyə çağıran Aynurə Şəmilova bildurib ki, fevralın 7-də Azərbaycan xalqı təkcə Prezident seçməyəcək, həm də bir xalq olaraq qazandığı ən böyük Zəfərinin əbədiliyini təsdiq edəcək. Şəhid övladınln çağırışına qoşulan antiterror əməliyyatlarında şəhid olmuş Rasim Məmmədovun anası Xuraman Məmmədova da hər kəsi öz səsini 30 ildən sonra dövlətimizin ərazi bütövlüyünü bərpa etmiş, zədələnmiş milli qürurumuzu dirçəltmiş, xalqımıza Böyük Zəfərin sevincini yaşatmış Müzəffər Ali Baş Komandana verməyə səsləyib. Konsert proqramı gənclərin sevimlisi Murad​ Arif, Rəsul Əfəndiyev, Nadir Rüstəmlinin, gənc ifaçılar Orxan Hüseynov, Aslan Abdullayevin, “Şuşam” xorunun kollektivinin və “Merry Band” qrupunun rəngarəng çıxışları ilə davam edib. Nahardan sonra 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü və müstəqilliyi uğrunda canlarını qurban vermiş qəhrəmanların bizlərə əmanəti olan övladları layihə çərçivəsində maraqlı vaxt keçirib, müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə edib, xizəksürmə vərdişinə yiyələnib, həmçinin əyləncəli proqramlar izləyiblər.​ Qeyd edək ki, tədbir çərçivəsində Müasir Psixologiya Mərkəzinin psixoloqu Gülşən Abbasova qəhrəman övladları ilə uşaqlarda diqqətin yoxlanılması ilə bağlı İQ testi keçirib.Eyni zamanda Geştalt terapiya, yoqa və meditasiya üzrə mütəxəssisi Nərgiz Əliyeva şəhid xanımlarına 2 gün Geştal terapiya təlimləri keçib. Onlarla nəfəs praktikaları, meditasiya, sadhu terapiya və geştalt terapiya üzrə təlimlər aparılıb. Layihə çərçivəsində yaradıcı heyət dəniz səviyyəsindən 2351 metr yüksəklikdə şəhid övladlarının “Şuşam” xorunun solistləri ilə birgə ifa etdikləri “Səninlədir yolumuz!” musiqi kompozisiyasının klip çəkilişlərini də həyata keçirib.​ Tədirin sonuncu günü nahar yeməyindən sonra iştirakçılar Bakıya yola düşüblər. “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində keçirilən digər tədbirlər kimi, Şahdağ Turizm Mərkəzinə təşkil olunmuş ekskursiya da şəhid balalarının xatirəsində dərin iz qoyub. Xatırladaq ki, artıq 3 ildən çoxdur ki, “Fireland group”un “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələri çərçivəsində 2800-dən artıq şəhid əmanəti 40-dan artıq tədbirdə iştirak edib. Həmin tədbirlər Heydər Əliyev Mərkəzi, Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Dreamland Golff Club, İçərişəhər Dövlət Qoruğu, Şahdağ Turizm Mərkəzi kimi maraqlı məkanlarda keçirilib.​
2024-01-23
825,453
Almaniya AB-dən çıxa bilər
Almaniya üçün Alternativ Partiyası hakimiyyətə gələrsə, Berlin AB-dən çıxa bilər. Axar.az xəbər verir ki, bu barədə ifrat sağçı partiyanın həmsədri Elis Veydel deyib. Veydel bildirib ki, o, Breksitə bənzər AB-yə üzvlüklə bağlı referendum keçirməyə çalışacaq: “Demokratik kəsiri aradan qaldırmaq üçün AB-də islahatlar aparmağa çalışacam, lakin bu uğursuz olarsa, Böyük Britaniyada olduğu kimi, alman xalqına üzvlüklə bağlı qərar vermək imkanı veriləcək”.
2024-01-23
825,456
Qar yağacaq, yollar buz bağlayacaq – Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında yanvarın 24-ü axşamadək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, yanvarın 24-25-də Bakı və Abşeron yarımadasında havanın minimal temperaturunun 0 dərəcədən 2 dərəcəyədək şaxta olacağı gözlənilir. Yağıntılı hava şəraiti və arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar yanvarın 24-də yollarda görünüş məsafəsinin məhdudlaşacağı, yanvarın 24-25-də gecə və səhər şəhərin nisbətən yüksək ərazilərində yolların buz bağlayacağı ehtimalı var. Azərbaycanın rayonlarında yanvarın 24-ü axşamadək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi aran) yağıntıların intensiv olacağı ehtimalı var. Havanın temperaturu aran rayonlarında gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti, dağlarda gecə 13-18° şaxta, gündüz 5-10° şaxta olacaq. Yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yollarda görünüşün məhdudlaşacağı, 24-25-də gecə və səhər bəzi yolların buz bağlayacağı ehtimalı var.
2024-01-23
825,460
AŞPA sanksiya tətbiq edir, Seyidov isə vitse-prezident seçilir…
Nə qədər ki, Azərbaycan torpaqları işğal altında idi, Avropa qurumları bu mövzuya ciddi diqqət yetirmirdilər, elə ki, Ordumuz ərazi bütövlüyümüzü və Qarabağ üzərində suverenliyimizi bərpa etdi, düşdülər üstümüzə. Fransa parlamentinin və Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi sənədlərə Avropa Şurası Parlament Assembleyası da “qoşulmaq” istəyir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması ilə bağlı qeyd edib. Politoloq bildirib ki, AŞPA Azərbaycan Ordusunun 19 sentyabrda Qarabağda başladığı və 23 saat 43 dəqiqə davam edən antiterror əməliyyatından təxminən 20 gün sonra hərəkətə keçmişdi: “AŞPA “Dağlıq Qarabağla” bağlı qəbul etdiyi qətnamədə Azərbaycan hakimiyyətini Qarabağdan olan ermənilərin bölgəyə qayıda bilməsi üçün “etimad mühiti və maddi şərait yaratmağa” çağırırdı. Qətnamədə deyilirdi ki, Azərbaycan Qarabağın erməni əhalisinin geri qayıtmağa həvəsləndirməlidir. AŞPA bundan başqa “ermənilərin hüquq və azadlıqlarının müdafiəsi və gücləndirilməsi üçün artıq görülmüş və nəzərdə tutulan tədbirlər haqqında tam və ətraflı məlumat verməyi” Azərbaycandan xahiş edirdi. Azərbaycan Xarici İşlər Nazirliyi Avropa Şurası Parlament Assambleyasının Qarabağla bağlı qətnaməsini və tövsiyəsini rədd etdiyini və şiddətlə qınadığını bildirən bəyanat yaydı. Bəyanatda AŞPA-nın Azərbaycana münasibətdə növbəti dəfə qərəzsiz yanaşma nümayiş etdirmək imkanına malik olmadığı göstərildi. Ermənilər öz istəkləri ilə Qarabağdan çıxıblarsa və geri qayıdıb Azərbaycan vətəndaşı olmaq istəmirlərsə, onları AŞPA-nın “məntiqi” ilə desək, daha necə “həvəsləndirmək” olar? Azərbaycan Qarabağ ermənilərinə Azərbaycan qanunvericiliyi və hakimiyyəti çərçivəsində hüquqlar və təhlükəsizlik vədi verib. Yenə qayıtmaq istəmirlər. Buna baxmayaraq, Azərbaycanın atdığı bu addımların heç biri AŞPA-nın sənədlərində qeyd edilməyib. Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında yenidən Azərbaycan mövsuzuna “qayıdıblar”. Sessiyanın ilk günündə Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı təşəbbüs irəli sürülüb. Azərbaycanın nümayəndə heyətinin öhdəliklərini yerinə yetirməməsi və əməkdaşlıq etməməsi təşəbbüsü irəli sürülüb. AŞPA Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyə bilər, səlahiyyətlərin məhdudlaşdırılması şərti ilə təsdiqləyə və ya təsdiqləməyə də bilər. Bu vəziyyətdə Azərbaycanın əleyhinə işləyən daha bir amil yunanıstanlı deputat Teodoros Russopulosun Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilməsidir. Maraqlıdır ki, təşkilatda Azərbaycan əleyhinə həmlə hazırlanarkən, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yenidən AŞPA-nın vitse-prezidenti vəzifəsinə seçilib. AŞPA-da Azərbaycan əleyhinə qətnamə qəbul edilərsə, Səməd Seyidovun qurumda sədr müavini kimi fəaliyyətinə ehtiyac qalmayacaq”.
2024-01-23
825,467
AŞPA-nın Bakıya qarşı qərarı... - Türkeş Strasburqdan danışdı
Baş verənlər yeni bir şey deyil. BMT-nin Laçın yolu ilə bağlı bütün məsələlərin beynəlxalq hüquqa uyğun şəkildə yerinə yetirilməsini rəsmi şəkildə bildirməsinə rəğmən, əvvəldən bəri AŞPA-da bir qrup parlamentari sözügedən məsələ ilə bağlı Azərbaycanı tənqid edir. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Toğrul Türkeş AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması və etimadnaməsinin təsdiqini mübahisələndirməsi haqda danışarkən deyib. Millət vəkili Azərbaycanı dəstəkləyəcəklərini, hazırlanan məruzəyə etiraz ediləcəyini bildirib: “Bəhs etdiyimiz qrupun qış sessiyasının əvvəlində etdikləri cəhdlə azərbaycanlı qardaşlarımızın etimadnaməsinin təsdiqlənməsi təxirə salındı. Hazırda mövzu ilə bağlı məruzə hazırlanır. Sabah isə məruzənin müzakirəsi keçiriləcək. Biz də prosesi çox yaxından izləyirik. AŞPA-nın fəaliyyət mexanizminə əsasən, burada ölkə kimi deyil, ayrı-ayrı üzvlər kimi münasibət bildirmək mümkündür. Məruzə müzakirə edildiyi zaman nümayəndə heyətimizdəki dostlarımız söz alıb öz etirazlarını bildirəcəklər. Azərbaycana dəstəyimizi ifadə edəcəyik”. Qeyd edək ki, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Təklifi almaniyalı deputat Frank Şvabe verib və digər parlamentarilər tərəfindən dəstəklənib. Təklif qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.
2024-01-23
825,468
Mərkəzi Bank PAŞA Bankı cərimələdi
Azərbaycan Mərkəzi Bankı (AMB) PAŞA Bank ASC-yə qarşı 3 109 manat maliyyə sanksiyası tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normalarından istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər AMB haqqında qanuna əsasən, qurumun “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” qaydası ilə tənzimlənir. Bundan irəli gələrək, banklar tələb olunan məcburi ehtiyatları Qaydaya müvafiq surətdə AMB-də olan müxbir hesablarında saxlanmasını təmin etməlidirlər. 15 dekabr 2023-cü il – 14 yanvar 2024-cü il tarixlərini əhatə edən saxlama dövründə “PAŞA Bank” xarici valyuta ilə məcburi ehtiyatları tələb olunan normaya uyğun təmin etmədiyinə görə qanunun 32-ci maddəsinə müvafiq olaraq kredit təşkilatı cərimələnib.
2024-01-23
825,470
AAYDA gücləndirilmiş iş rejiminə keçdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Axar.az-a AAYDA-dan bildirilib. Məlumata görə, avtomobil yollarında, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən yollarda yarana biləcək hər-hansı problemin qısa müddət ərzində aradan qaldırmaq üçün bütün maşın-mexanizm və texnikalar hazır vəziyyətə gətirilib: "Ötən gün gecə boyu və bu gün gündüz saatlarında qarın ən çox yağdığı və buzlaşmanın olduğu ərazilər, problemli yollar nəzarətdə saxlanılıb, hərəkətin təhlükəsizliyinin təmin olunması məqsədi ilə tədbirlər görülüb. Agentlik tərəfindən aparılan qabaqlayıcı tədbirlər nəticəsində problem müşahidə olunan ərazilərdə avtonəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin olunub". Bakı şəhərində agentliyin xidmət göstərdiyi yollarda və prospektlərdə, xüsusi ilə daha tez qar tutan və buzlaşan yollarda xidmət aparmaq üçün maşın-mexanizmlər hazır vəziyyətə gətirilib, daha problemli sahələr nəzarətə götürülüb, öncədən həmin ərazilərə qar təmizləyən, duz-qum qarışığı səpən texnikalar çıxarılıb. Ümumilikdə Bakı şəhəri və republikanın avtomobil yollarına 622 qarkürüyən, duz-qum qarışı səpən, həmçinin köməkçi yol texnikası və maşın-mexanizm xidmət göstərir, tələb olunan miqdarda qum və texniki duz ehtiyyatı toplanıb. Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq sürücülərdən, xüsusən dağlıq və dağətəyi ərazilərdən keçən avtomobil yollarında hərəkətdə olarkən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almaları xahiş olunur. Həmçinin idarə etdikləri nəqliyyat vasitələri üçün mövsümə uyğun şinlərdən istifadə etməyi tövsiyyə edirik".
2024-01-23
825,473
Tramp Rusiya ilə əlaqəni bərpa edəcək? - Lavrov
Donald Trampın prezidentliyə mümkün qayıdışı çətin ki, Rusiya-ABŞ münasibətlərinə hər hansı təsir göstərsin. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. “Hansısa bir fərqin olacağını düşünmürım. Çünki Rusiya-ABŞ münasibətləri, onların əsasları, o cümlədən strateji sabitlik, paritet, qarşılıqlı etimad, şəffaflıq - bütün bunlar Prezident Corc Buşun dövründə məhv edilib”, - Lavrov bildirib.
2024-01-23
825,477
Qarabağdakı minaların xəritəsini Bakıya verə bilərik - Mirzoyan
Azərbaycana Qarabağdakı minalarla bağlı yeni məlumatlar verilə bilər. Mümkün minalanmış ərazilər haqqında yeni məlumatların əldə edilməsi istiqamətində iş aparılır. Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. “Ermənistanın müvafiq dövlət qurumları mümkün yeni minalarla bağlı məlumatların əldə edilməsi üzərində işləyir. İstisna etmirəm ki, hər iki tərəfdən etimadı gücləndirmək üçün konstruktiv yanaşmalar və addımlar olarsa, onları yenidən Azərbaycana verə bilərik. Bu, beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirilməlidir", - o bildirib. Mizoyan onu da vurğulayıb ki, Ermənistan-Azərbaycan delimitasiya komissiyalarının növbəti iclası haqqında razılıq əldə olunub. Qeyd edək ki, komissiyaların birgə iclasının yanvarın sonunda keçiriləcəyi gözlənilir.
2024-01-23
825,481
Müdafiə Sənayesi Nazirliyinin zavodunda partlayış: yaralılar var
16:06 Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Şirvan şəhərindəki “Araz” zavodunda qeydə alınıb. Faktla bağlı araşdırma aparılır, ölən və yaralananların olub-olmaması dəqiqləşdirilir. Müdafiə Sənayesi Nazirliyindən bildirilib ki, məlumat hazırda dəqiqləşdirilir. *** Prokurorluq Şirvan şəhərində zavodda baş vermiş partlayışla bağlı araşdırma aparır. Şirvan şəhər prokurorluğundan verilən məlumata görə, yanvarın 23-də saat 15 radələrində Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan Şirvan Araz zavodu MMC-də partlayış baş verməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub. İlkin araşdırmalarla hadisə nəticəsində 3 nəfərin - 1992-ci il təvəllüdlü Elçin Cahangir oğlu Babayev, 2001-ci il təvəllüdlü İsmayıl İntiqam oğlu Muradov və 1999-cu il təvəllüdlü Məhəmməd İlham oğlu İmanovun müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir. Faktla bağlı Şirvan şəhər prokurorluğunda araşdırma aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək.
2024-01-23
825,482
Daha 3 universitet akkreditasiyadan keçdi
Azərbaycanda daha üç universitet akkreditasiyadan keçib. Bu barədə Axar.az-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Qeyd olunub ki, bu gün Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının növbəti iclası keçirilib. İclasda agentliyin “2023-cü təqvim ilində ali təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi Qrafiki”nə uyğun olaraq, 3 ali təhsil müəssisəsində (ADA Universiteti, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universiteti) yekunlaşmış institusional akkreditasiya qiymətləndirilməsinin nəticələrinin müzakirəsi aparılıb, müvafiq komissiyalar tərəfindən hazırlanmış hesabat və təhlillər təqdim edilib. Müzakirənin yekununda keçirilmiş səsvermənin nəticələrinə uyğun olaraq, ADA Universitetinin institusional akkreditasiya nəticəsi “uyğundur”, Azərbaycan Tibb Universiteti və Bakı Mühəndislik Universitetinin institusional akkreditasiya nəticələri isə “əsasən uyğundur” hesab edilərək növbəti 5 il müddətinə akkreditasiya edilməsi qərarı alınıb. Yekunlaşmış akkreditasiya prosesinin davamı olaraq adları çəkilən ali təhsil müəssisələrinin növbəti 6 ay ərzində fəaliyyət planı hazırlaması və agentliyə təqdim etməsi nəzərdə tutulur. Beləliklə, 2023-cü ildə ümumilikdə 13 ali təhsil müəssisəsində institusional akkreditasiya prosesi yekunlaşaraq müvafiq qərar qəbul edilib. İclasda institusional akkreditasiya ilə yanaşı, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının akkreditasiyası barədə də məlumat verilib. Sözügedən ikili diplom proqramları ilə bağlı akkreditasiya ADA Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Bakı Mühəndislik Universitetində keçirilib və hazırda qiymətləndirmə mərhələsindədir. Qeyd edək ki, 2024-cü ildə 14 ali təhsil müəssisəsində “İbtidai sinif müəllimliyi” proqramı üzrə akkreditasiya prosesinin həyata keçirilməsi nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Tibb Universiteti və Azərbaycan Universitetinin beynəlxalq proqram akkreditasiyası qiymətləndirilməsindən keçmiş ixtisasları üzrə nəticələrinin Akkreditasiya Şurası tərəfindən tanınmasına dair müraciətlərinə baxılıb. Azərbaycan Tibb Universitetinin əczaçılıq, stomatologiya, müalicə işi və Azərbaycan Universitetinin sosial iş ixtisaslarının tanınması qərarı qəbul edilib. Məlumat üçün bildirək ki, Akkreditasiya Şurasına elm və təhsil naziri Emin Əmrullayev sədrlik edir. Şuranın iclasları Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun olaraq təşkil olunur. İclaslarda təhsil və müvafiq elmi-tədqiqat sahələrinin mütəxəssisləri, işəgötürənlər, təhsilalanlar, eləcə də tabeliyində təhsil müəssisəsi olan nazirlik, təşkilat və idarələr, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.
2024-01-23
825,487
İranda ölən şəxsin deputatlığa namizədliyi təsdiq edildi
İranın Xuzistan əyalətinin Əhvaz şəhərində 17 gün əvvəl dünyasını dəyişən Cabir Bəni-Təmimin adı parlament seçkilərinə namizədlər siyahısına salınıb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilib ki, Cabir Bəni-Təmim bundan əvvəl 12-ci dövr parlament seçkilərinə namizədliyini irəli sürsə də, Nəzarət Şurası bunu rədd edib. “Ərəb namizəd həyatını itirdikdən sonra şura onun parlament seçkilərində iştirak etməsi üçün namizədliyini təsdiqləyib və əhvazlı seçicilərini təmsil etməyə layiq olduğu barədə qərar çıxarıb”, - məlumatda bildirilib.
2024-01-23
825,488
İstanbul sahillərində iki yük gəmisi toqquşdu
Türkiyədə Mərmərə dənizinin İstanbul sahilində iki yük gəmisi toqquşub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb. Məlumata görə, Mərmərə dənizində Axırqapı estakadasında lövbər salmaq niyyətində olan “Volqo Don 207” yük daşıyıcısı ilə “Astrid L” yük daşıyan gəmisi toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.
2024-01-23
825,489
Eyvazov Bakıdakı tıxaclarla bağlı göstərişlər verdi
Daxili işlər naziri Vilayət Eyvazov paytaxtda avtomobillərin sıxlığı və yaranan tıxaclarla bağlı göstərişlər verib. Axar.az xəbər verir ki, bu barədə nazir Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib. Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.
2024-01-23
825,491
Lukaşenko: Bu ölkələr bizə qarşı təxribat dəstəsi hazırlayır
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Qərb ölkələri Minskə qarşı təxribat üçün xüsusi dəstələr hazırlayır. Axar.az xəbər verir ki, Lukaşenko bu barədə müvafiq bəyanatla 2024-cü ildə dövlət sərhədinin mühafizəsi ilə bağlı qərarların təsdiqi zamanı çıxışında deyib. Onun sözlərinə görə, bu qərarlar xüsusi vəziyyətə görə zəruridir: “Cənubda müharibə (Rusiya ilə Ukrayna arasında - red.), qərbdə isə ondan daha pis Polşa, Litva, Baltikyanı ölkələr var. Vurğulayıram: daha da pis. Orada müvafiq dəstələr hazırlanır, komandirlər müəyyənləşib”.
2024-01-23
825,492
Nazirliyin zavodu buna görə partlayıb - İlkin versiya
Xəbər verdiyimiz kimi, Müdafiə Sənayesi Nazirliyinin müəssisəsində partlayış baş verib, 3 nəfər yaralanıb. Axar.az xəbər verir ki, prokurorluğun məlumatına görə, hadisənin zavodun sexlərindən birində minatan silahın 120 mmlik mərmisinin çəkilclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir.
2024-01-23
825,493
Bayramov küveytli deputatlarla görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Küveyt arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub. Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, alternativ enerji, ticarət, kənd təsərrüfatı, balıqçılıq, turizm, mədəniyyət, təhsil və s. sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin və perspektivlərin mövcudluğu məmnunluqla qeyd edib. Xüsusilə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) çərçivəsində iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. 2024-cü ilin eyni zamanda Azərbaycan və Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlament diplomatiyasının, o cümlədən iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərlərinin müsbət rol oynadığı bildirilib. Əlaqələrin inkişaf perspektivlərinin zəngin olduğu, bu istiqamətdə mövcud potensialdan səmərəli istifadə edilməsi məqsədilə siyasi məsləhətləşmələr mexanizminin və Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Qarşı tərəf həmçinin postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumatlandırılıb, Küveyt tərəfinin prosesdə iştirakı üçün potensial imkanların olduğu qeyd edilib. Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
2024-01-23
825,494
“Araz” zavodundakı partlayışla bağlı TƏBİB-dən açıqlama
Şirvan şəhərində yerləşən “Araz” zavodunda baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə üç nəfər (kişi cinsli) hospitalizasiya olunub. TƏBİB-dən Axar.az-a verilən məlumata görə, 1992-ci il təvəllüdlü şəxs sol əlin əzilmiş cırılmış yarası, 2001-ci il təvəllüdlü şəxs alın nahiyəsinin çapılmış yarası, 1999-cu il təvəllüdlü şəxs isə barotravma diaqnozu ilə tibb müəssisəsinə daxil olub. Hər üç şəxsə zəruri tibbi xidmət göstərilir.
2024-01-23
825,495
Bu illərin xəritələrini əsas götürmüşük - Mirzoyan
2023-cü ildə Ermənistan Azərbaycanla münasibətlərin nizamlanmasına yönəlmiş danışıqlarda konstruktiv şəkildə iştirak edib. Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, bu, ümumilikdə sülh prosesinə, o cümlədən sülh müqaviləsinin imzalanmasına, delimitasiya prosesinin başlanmasına, regionda nəqliyyat və iqtisadi blokadaların açılmasına aiddir: “Ermənistan və Azərbaycan birmənalı olaraq bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bundan əlavə, sərhədlərin delimitasiyası möhkəm hüquqi əsası olan SSRİ-nin rəsmi xəritələri əsasında aparılmalıdır. Biz daim 1974-1978-ci illərin xəritələrindən bu prinsipləri əks etdirən ən son xəritələr kimi danışmışıq. Bundan əvvəl Bakı 1974-1990-cı illəri əhatə edən xəritələrdən istifadə etməyi təklif edib. Bunun məqbul ola biləcəyini dedik. Amma Azərbaycan Prezidentinin son bəyanatlarına əsaslanaraq deyə bilərik ki, bu məsələdə Bakının mövqeyində geriləmə var. Almatı Bəyannaməsinə görə, postsovet ölkələrinin hamısı sovet respublikalarının bütün inzibati sərhədlərinin artıq müstəqil respublikaların sərhədləri kimi tanındığını qəbul edib. Bu prinsip Ermənistan və Azərbaycan tərəfindən 2022-ci ildə Praqada, eləcə də növbəti görüşlər zamanı təsdiqlənib. Üçüncü mühüm prinsip ondan ibarətdir ki, nəqliyyat və iqtisadi kommunikasiyalar ölkələrin suverenliyi, yurisdiksiyası, eləcə də qarşılıqlılıq əsasında blokadan çıxarılmalıdır. Azərbaycanla bu məsələ ətrafında çoxlu müzakirələr apardıq və əslində müəyyən qarşılıqlı anlaşma əldə etdik. Amma son mətbuat konfransını (Azərbaycan Prezidentinin 10 yanvarda yerli mediaya müsahibəsi – red.) nəzərə alsaq, geriləmənin olduğunu da qeyd etmək olar. Yüksək səviyyəli görüşlər zamanı İrəvan və Bakı sülh müqaviləsinin mətninin bəzi məqamları üzrə qarşılıqlı razılığa gələ bilib. Ancaq bir sıra əsas məsələlər var ki, onlara yanaşmalar fərqlidir”.
2024-01-23
825,502
Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk edəcək - Deputat
Fransanın AŞPA-ya təsir imkanları genişdir. Fransa Senatının deputatları ermənilərə görə özlərini aşağılanmış hiss edir. Buna görə də Azərbaycandan ermənilərin heyfini çıxırlar. Bu sözləri Axar.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, millət vəkili Rasim Musabəyov AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu məhdudlaşdırması və etimadnaməsinin təsdiqini mübahisələndirməsi haqda danışarkən deyib. R.Musabəyov qeyd edib ki, Monitorinq Komitəsi ədalətsiz qərar qəbul edərsə, Azərbaycanın nümayəndə heyəti AŞPA-nı tərk edəcək. Qeyd edək ki, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Təklifi almaniyalı deputat Frank Şvabe verib və digər parlamentarilər tərəfindən dəstəklənib. Təklif qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib.
2024-01-23
825,503
AB Əliyevin ölkədə nüfuzunu anlamalıdır - Ceri
Azərbaycanda qarşıdan gələn seçki proqnozlaşdırıla bilən görünür. Bu, bəzilərinin onların əhəmiyyətinə şübhə ilə yanaşmasına səbəb ola bilər. Lakin Qərb müşahidəçiləri Prezident İlham Əliyevin gözlənilən qələbəsinə praqmatik prizmadan baxmalıdırlar. Qərb tərəfdaşları ilə münasibətlərdə vaxtaşırı sərtliyə baxmayaraq, Əliyevin Administrasiyası təlatümlü regionda sabitləşdirici qüvvə kimi ardıcıl olaraq çıxış edib. Bu dinamika Qərbin mürəkkəblikləri nəzərə alaraq, Azərbaycanın Avropa sərhədində oynadığı rolu dərk edərək Bakı ilə konstruktiv münasibətləri davam etdirməsinin zəruriliyini vurğulayır. Axar.az xəbər verir ki, bu barədə italiyalı analitik Mauritsio Cerinin “International Policy Digest” saytında Azərbaycanın regionda sabitləşdirici roluna dair məqaləsində deyilir. “Rusiyanın Ukraynaya təcavüzündən sonra Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən, Avropaya qaz ixracını sürətlə artıran ən mühüm ölkələrdən birinə çevrildi. Bakı həmçinin Ukraynaya yardım edir və minatəmizləmə əməliyyatlarında təcrübə mübadiləsi aparır. Bununla belə, Bakının bəzi qonşuları Moskvaya meyl edirlər. Xüsusilə İrəvan Qərbdən ikili istifadə texnologiyalarını idxal və sonra yenidən ixrac etməklə sanksiyalardan yan keçməyə kömək edir. Bu manevr regionun mürəkkəb geosiyasətini vurğulamaqla yanaşı, Azərbaycanın münaqişənin yaratdığı enerji böhranının aradan qaldırılması istiqamətində Avropanın səylərində əsas müttəfiq kimi rolunu vurğulayır. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin 1990-cı illərdən Ermənistan tərəfindən işğal olunmuş Qarabağ regionu ilə bağlı saziş reallaşmaq ərəfəsindədir. Qərb tarixi nizamlanmaya töhfə verəcəyi təqdirdə Əliyevin hakimiyyətdə qalmasında maraqlıdır. Qarabağla bağlı yenilənmiş münaqişə regional güclərin Rusiya, İran və Türkiyəni geosiyasi münaqişəyə cəlb etmək, İsrail və HƏMAS arasında toqquşmanın daha geniş çaxnaşmaya səbəb ola biləcəyi bir vaxtda gərginliyi daha da gücləndirmək üçün acınacaqlı perspektiv yaradır. Bu kəsişmənin sabitləşdirilməsi son dərəcə vacibdir. Əliyevin növbədənkənar seçkiyə başlamaq qərarı bəzi analitiklərdə maraq doğurub. Qərb Azərbaycandakı seçkinin rəqabət mühitini tənqid etsə də, bu cür yanaşma daxili siyasətin mürəkkəbliyini doğru qiymətləndirməyə bilər. Hətta birləşmiş, güclü müxalifət də çətin mübarizə ilə üzləşə bilər, çünki hazırda Qarabağın qaytarılmasından sonra Əliyev ümummilli razılığa malikdir. Bu məsələ ictimai əhval-ruhiyyəni və onun siyasi mövqeyini gücləndirdi”, - analitik bildirib. O qeyd edib ki, Cənubi Qafqazda baş verən son geosiyasi dəyişikliklər Qərbin maraqlarına üstünlük verir: “Xüsusən də Avropanın enerji təhlükəsizliyi baxımından. Bölgə təkcə enerji tədarükçüsü kimi deyil, həm də Asiyadan Avropaya quru yüklərin daşınması üçün strateji körpü rolunu oynayır, bu, dəniz alternativlərindən daha sürətli və daha əlverişli marşrutdur. Hazırda o, Avropaya gedən ən əlverişli quru yolu olaraq qalır, digər marşrutlar isə İran və Rusiyadan keçir. Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması Azərbaycandan Ermənistan ərazisindən keçməklə NATO ölkələrinə yeni yükdaşıma xətlərinə yol aça, ticarət dəhlizinin imkanlarını artıra və regionu transkontinental ticarət üçün kritik arteriyaya çevirə bilər. Hər iki ölkədə liderliyin davamlılığı sülhə nail olmaq və iqtisadi fayda əldə etmək üçün çox vacibdir. 2021-ci il seçkisindən sonra millətçilərin Qarabağın itirilməsi ilə bağlı fikir ayrılığına, Əliyevin yenidən prezident seçilə biləcəyinə baxmayaraq, Paşinyanın postunu qoruyub saxlaması ilə paralel sabitlik kifayət qədər proqnozlaşdırıla bilər. Bu ikitərəfli sabitlik seçkidən sonra münasibətlərin tezliklə həllinə yaxşı təsir göstərir. Bu, hər iki administrasiyadan diplomatik qələbələrdən kənara çıxan və uzunmüddətli rifah, regional əməkdaşlığa kömək edən strateji möhkəmlik tələb edir”.
2024-01-23
825,504
699-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 699-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 568 təyyarəsi, 265 helikopteri, 11 089 PUA-sı, 451 zenit-raket kompleksi, 14 743 tank və digər zirehli texnikası, 1 205 reaktiv yaylım atəş sistemi, 7 830 artilleriya və minaatanı, 17 751 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-01-23
825,508
Bir ildə Vikipediyanın Azərbaycan dili səhifəsinə baxış...
Vikipediyanın Azərbaycan dili bölməsində dərinlik (keyfiyyət) 42-dən 43-ə yüksəlib. Bunu Axar.az-a açıqlamasında Vikipediya üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib. “Bir zamanlar göstərici çox aşağı idi. Şübhəsiz ki, bu uğurlu göstəricinin arxasında Azərbaycan “Vikipediya” icmasının birgə zəhməti və fədakarlığı dayanır. Hər bir könüllü, idarəçi zəngin platformada öz töhfəsini verməyə çalışır. Bu gün Vikipediyanın Azərbaycan dili bölməsində keyfiyyətli, məzmunlu, istinadlarla zəngin məqalələr yaradılır və zənginləşdirilir. Hazırda Vikipediyanın Azərbaycan dili bölməsində inkişafı müşahidə edirik. Bu inkişaf isə doğma dilimizdə məlumat bazasının artmasına və zənginləşməsinə xidmət edir. Vikipediya ciddi platformadır. Orada fəal olmağımız milli maraqlar nöqteyi-nəzərində də vacibdir”, - Eltürk bildirib. Onun sözlərinə görə, ötən ilin sadəcə dekabr ayı ərzində Vikipediyanın Azərbaycan dilində olan səhifələri 37 milyon dəfə ziyarət edilib, son bir il ərzində isə bu rəqəm 358 milyondur.
2024-01-23
825,514
UEFA "Qarabağ"a 1,5 milyon avro ödədi
UEFA "Qarabağ" klubuna 1 milyon 516 min avro ödəniş edib. Axar.az xəbər verir ki, bu məbləğ Azərbaycan çempionunun 2023/2024 mövsümünda Avropa Liqasının qrup mərhələsində keçirdiyi son iki oyunda əldə etdiyi nəticələr (bir qələbə, bir heç-heçə) və turnirin pley-off mərhələsinə vəsiqə qazanması, həmçinin performans bonusu ilə əlaqədar verilib. "Köhlən atlar" qələbəyə görə 630 min avro, bərabərlik üçün 210 min avro alıblar. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnirin pley-off mərhələsinə yüksəldiyindən 550 min avro, performans bonusu olaraq isə 126 min avro gəlir əldə edib.
2024-01-23
825,515
Türk Dövlətləri Rəqabət Şurası yaradıldı: Şuşada iclas...
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb. Axar.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə üzv dövlətlərin nümayəndələrinin Türkiyədə keçirilən toplantısında qərar qəbul edilib. Quruma ilk 3 ildə Türkiyə sədrlik edəcək. Bildirilib ki, Şura türk dövlətlərinin rəqabət orqanlarını bir araya gətirəcək. Qurumun yol xəritəsi artıq hazırdır. Rəqabət Şurasının növbəti iclasının Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində keçiriləcəyi planlaşdırılır. Toplantıda vurğulanıb ki, Rəqabət Şurası bir tərəfdən üzv dövlətlər arasında tarixi, mədəni əlaqələri gücləndirəcək, digər tərəfdən rəqabət hüququ ilə bağlı problemlərin həllinə xidmət edəcək, müxtəlif vasitələrlə regionda rəqabət mədəniyyətini formalaşdıracaq. Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan isə müşahidəçi ölkələrdir.
2024-01-23
825,517
Regionda yeni hərbi toqquşma ola bilər - İrəvan
Ermənistan-Azərbaycan sərhədində hələ də eskalasiya ehtimalı var. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. “Bu il müxtəlif ölkələrdə keçiriləcək seçkilərin nəticəsində bu eskalasiya ehtimalı daha da artacaq”, - Mirzoyan bildirib. Bununla yanaşı, XİN başçısı Bakı və İrəvan arasında müxtəlif səviyyələrdə təmasların olduğunu qeyd edib: “Tərəflər Prezident və Baş nazir administrasiyaları ilə yanaşı, Xarici İşlər nazirlikləri və digər dövlət qurumları səviyyəsində də əlaqə saxlayırlar. Sülh sazişi ilə bağlı sənədlərin mübadiləsini XİN həyata keçirir. Danışıqların vasitəçi ilə, yaxud vasitəçisiz keçirilməsi Ermənistan üçün prinsipial məsələ deyil. Bizə Bakıdan sərhəddə görüş təklifi gəlməyib, amma belə bir təşəbbüs haqqında eşitmişəm”. Qeyd edək ki, rəsmi Bakının sülh prosesini apardığı vaxtda İrəvandan belə açıqlamanın verilməsi Ermənistan tərəfinin sülhdən yayınmaq cəhdləri kimi qəbul edilə bilər.
2024-01-23
825,519
Prezident fərman imzaladı
Prezident İlham Əliyev Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 1.1.37-ci, 1.1.46-cı, 4.4-cü (hər iki halda) maddələrində, 8.2-ci maddəsinin ikinci cümləsində, 9.2-ci (hər üç halda), 9.3-cü maddələrində, 11.5-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 13.6-cı, 15.3-cü, 15.6-cı, 16.7-ci, 27.2-ci, 27.3-cü, 28.6-cı maddələrində, 29.7-ci maddəsinin birinci cümləsində, 30.2-ci maddəsində, 33.3-cü maddəsinin birinci cümləsində, 34.4-cü, 36.2-ci, 37.1-ci maddələrində, 39.3-cü maddəsinin ikinci cümləsində, 39.7-ci, 39.12-ci, 44.1.3-cü, 44.2-ci maddələrində, 44.3-cü və 46.1-ci maddələrinin ikinci cümlələrində, 48.3-cü, 48.8-ci, 65.10-cu, 77.8-ci və 77.14-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 4.4-cü (hər iki halda) maddəsində, 11.5-ci maddəsinin ikinci cümləsində, 13.2-ci, 15.6-cı, 27.3-cü, 28.6-cı, 48.3-cü, 48.8-ci, 65.10-cu və 77.14-cü maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 1.3. həmin Məcəllənin 1.1.46-cı maddəsində, 8.2-ci maddəsinin ikinci cümləsində, 9.3-cü maddəsində, 13.6-cı, 15.3-cü, 16.7-ci, 27.2-ci, 30.2-ci maddələrində, 33.3-cü maddəsinin birinci cümləsində, 36.2-ci maddəsində, 39.3-cü maddəsinin ikinci cümləsində, 39.7-ci, 39.12-ci, 44.2-ci maddələrində, 44.3-cü və 46.1-ci maddələrinin ikinci cümlələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.4. həmin Məcəllənin 9.2-ci (ikinci və üçüncü hallarda) və 34.4-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; 1.5. həmin Məcəllənin 1.1.37-ci maddəsində və 9.2-ci maddəsində (birinci halda) “orqan (qurum)” dedikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; 1.6. həmin Məcəllənin 29.7-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; 1.7. həmin Məcəllənin 37.1-ci, 44.1.3-cü və 77.8-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi və təmin edilməsi ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.4. aşağıdakı normativ hüquqi aktları altı ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin: 2.4.1. Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 4.4-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin tələbləri tətbiq edilməyən və ya məhdud tətbiq edilə bilən halları, fəaliyyət sahələrini və məhsulları; 2.4.2. həmin Məcəllənin 11.5-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına və ya ola bilməsinə dair meyarları; 2.4.3. həmin Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, sazişlərin həmin Məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə dair meyarları, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarları; 2.4.4. həmin Məcəllənin 15.6-cı maddəsinə uyğun olaraq, müvafiq bazarda bazar paylarının hesablanması, müvafiq bazarın sərhədlərinin, həcminin, strukturunun və iştirakçılarının müəyyən edilməsi qaydasını; 2.4.5. həmin Məcəllənin 27.3-cü və 28.6-cı maddələrinə uyğun olaraq, müvafiq bazarda sahələrin təmərküzləşmə səviyyəsinin müəyyən edilməsi və təmərküzləşmələrin qiymətləndirilməsi qaydasını; 2.4.6. həmin Məcəllənin 48.3-cü və 48.8-ci maddələrinə uyğun olaraq, rəqabət orqanı tərəfindən bazar subyektlərində və təbii inhisar subyektlərində yoxlamaların keçirilməsi qaydalarını; 2.4.7. həmin Məcəllənin 65.10-cu maddəsinə uyğun olaraq, həmin Məcəllənin 65-ci maddəsinə əsasən götürülmüş malların digər məqsədlər üçün istifadəsi, satılması, qaytarılması, məhv edilməsi və ya dəyərinin ödənilməsi qaydalarını; 2.4.8. həmin Məcəllənin 77.14-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 77.1–77.3-cü, 77.5-ci və 77.12-ci maddələrində qeyd edilmiş hər bir hal üçün işin xüsusiyyətinə uyğun olaraq maliyyə sanksiyalarının hesablanması və tətbiqi meyarlarını və qaydalarını; 2.5. aşağıdakı normativ hüquqi aktları dörd ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 2.5.1. Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 8.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi qaydalarını; 2.5.2. həmin Məcəllənin 9.3-cü maddəsinə uyğun olaraq, həmin Məcəllənin 9.2-ci maddəsi ilə müəyyən edilmiş vəsaitin bölgüsü və ondan istifadə qaydasını; 2.5.3. həmin Məcəllənin 13.6-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 13.5-ci maddəsi əsasında sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi qaydalarını; 2.5.4. həmin Məcəllənin 15.3-cü maddəsinə uyğun olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə institutlarının hökmran mövqeyinin müəyyən edilməsi şərtlərini (bazar payının hədləri və müəyyən edilməsi meyarları); 2.5.5. həmin Məcəllənin 16.7-ci maddəsinə uyğun olaraq, hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi qaydalarını; 2.5.6. həmin Məcəllənin 27.2-ci maddəsinə uyğun olaraq, rəqabət orqanı ilə razılaşdırmaqla Azərbaycan Respublikası Mərkəzi Bankının təklifi əsasında maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarları (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyəri, ümumi dövriyyəsinin həcmi); 2.5.7. həmin Məcəllənin 30.2-ci maddəsinə uyğun olaraq, həmin Məcəllənin 30.1-ci maddəsində nəzərdə tutulan ərizənin formasını; 2.5.8. həmin Məcəllənin 36.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri əsasında təbii inhisar subyektlərinin siyahısını; 2.5.9. həmin Məcəllənin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma qaydasını; 2.5.10. həmin Məcəllənin 39.7-ci maddəsinə uyğun olaraq, təbii inhisar subyektlərinin sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının formasını və təqdim edilmə qaydasını; 2.5.11. həmin Məcəllənin 44.2-ci maddəsinə və 44.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, rəqabət orqanının qərarı əsasında bazarın monitorinqinin aparılması, monitorinqin nəticələrinə dair aktın forması və tərtib edilməsi qaydasını; 2.5.12. həmin Məcəllənin 46.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, araşdırmanın nəticələrinə dair aktın formasını; 2.6. “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün. 4. Bu Fərmanın 1-ci hissəsi 2024-cü il iyulun 1-dən qüvvəyə minir.
2024-01-23
825,524
İrəvan dəhlizlə bağlı heç bir öhdəlik götürməyib - Mirzoyan
İrəvan dəhlizin bir hissəsi ilə bağlı nə 9/10 noyabr sənədində, nə də digərlərində öhdəlik götürüb. Axar.az xəbər verir ki, bunu Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib. O bildirib ki, İrəvan regionda təkcə Naxçıvan-Azərbaycan marşrutu üzrə deyil, Ermənistanın istifadə etmək niyyətində olduğu bütün marşrutlar üzrə kommunikasiyaların açılmasına hazırdır və maraqlıdır. Erməni nazir kommunikasiyaların açılmasına dair bərabərlik və suverenlik prinsiplərinə əsaslanan sazişin mövcud olduğunu vurğulayıb: “Əliyevin sözlərindən görünür ki, Azərbaycanda bu prinsiplərə qarşı deyillər, amma Naxçıvandan gələn marşrut məsələsində yox. Əliyevin səsləndirdiyi hər üç tələb Ermənistanın suverenliyinin “pozulmasıdır”. Daha asan idarəetmə üçün həll yolu tapmaq lazımdır, lakin gömrüksüz keçid ideyasının özü qəbuledilməzdir, həm vətəndaşlar, həm də yüklər üçün”. Mirzoyan xatırladıb ki, 9/10 noyabr sənədində üçüncü dövlətlərin iştirakı nəzərdə tutulmayıb, əksinə, marşrutda təhlükəsizliyin Ermənistan tərəfindən təmin edildiyi birbaşa qeyd olunub: “Ermənistanın lideri malların və vətəndaşların təhlükəsizliyini təmin etməyə hazır və qadirdir”.​
2024-01-23
825,525
Çində zəlzələ: ölənlər var
Çinin şimal-qərbindəki Sincan-Uyğur muxtar rayonunda baş verən zəlzələ nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Bildirilib ki, təbii fəlakətin baş verdiyi ərazidən 12 mindən çox insan təxliyə edilib. Yeraltı təkanlar nəticəsində 50-yə yaxın ev dağılıb, daha 78 binaya ziyan dəyib. Xatırladaq ki, Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Sincan-Uyğur muxtar rayonunun Aksu vilayətindən 121 kilometr qərbdə və Almatıdan 264 kilometr cənub-şərqdə olub.
2024-01-23
825,527
Bu prospektdə xəbərdarlıq nişanı qoyuldu
Hazırda müşahidə edilən küləkli və qarlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospektində bütün məlumat sürət tablolarında “Güclü külək” və "Sürüşkən yol” işarəsi qoyulub. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. “Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş olunur”, - məlumatda qeyd edilib.
2024-01-24
825,529
Dünyadan təcrid olunan Sentinel adası...
Hind okeanında yerləşən Andaman arxipelaqının (adalar qrupu) Şimali Sentinel adasında dünyadan təcrid olunmağa çalışan və kənar şəxslərlə əlaqəni qəti şəkildə rədd edən Sentinel qəbiləsi yaşayır. Axar.az Azərtac-a istinadən bununla bağlı araşdırmanı təqdim edir. Bu qəbilənin üzvləri ilə əlaqə yaratmaq heç də asan deyil. Bir neçə ekspedisiya istisna olmaqla qalan bütün cəhdlər uçan oxlarla cavablandırılıb. Ona görə də onlar haqqında məlumat olduqca azdır. Adanı əhatə edən sıx meşə örtüyü də havadan müşahidə aparmaqda maneə yaradır. Çox az sayda ekspedisiya məlumatlarına əsasən Sentinellərə aid bəzi maraqlı məlumatlar bunlardır: Sentinellər kənar şəxslərə qarşı düşmən mövqeyindədirlər və könüllü olaraq təcrid olunmuş qəbilə kimi qalmağı seçirlər. Bu proses onların müdafiə refleksi kimi başa düşülür. Ada Hindistana məxsusdur və xarici turistlərin oranı ziyarət etməsi Hindistan hökuməti tərəfindən qadağan edilib. 2001-ci ildə alınan siyahıyaalınmaya görə, adanın əhalisi təxminən 39 nəfər, 2011-ci ildə isə cəmi 15 nəfər göstərilirdi. Lakin ada sakinlərinin sayının 50-200 nəfər arasında olduğu təxmin olunur. Hesab olunur ki, bu insanlar təxminən 60 min ildir burada yaşayırlar və adaya Afrikadan köç ediblər. Sentinellerin adaya gəlməsini isə mütəxəssislər belə güman edirlər - O dövrdə okean səviyyəsi aşağı olduğundan quru sahə indikindən daha çox idi və bu da insanların piyada səyahətinə mane ola bilməzdi. Əsas məşğuliyyətləri ovçuluq və yığıcılıqdır. Alətləri isə daş və heyvan sümüklərindən hazırlayırlar. Ocağı yerə düşən ildırımdan əldə edirlər və onu sönməməsi üçün qoruyurlar. Sentinellərin danışdığı dili onlardan başqa kimsə bilmir. Hətta qonşu tayfalarla belə dil oxşarlığının olmadığı qənaətinə gəlinib. Sentinellər yaşadıqları mühitə görə kifayət qədər sağlam orqanizmə malik olsalar da, müasir xəstəliklərə qarşı həssasdırlar. Adaya ilk ekspedisiya 1880-ci ildə ingilislər tərəfindən təşkil olunub. Qəbilə üzvlərinin gizlənməsinə baxmayaraq ingilis dəniz zabiti Portman dörd uşağı olan yaşlı bir cütlüyü əsir götürür. Əslində Portmanın məqsədi onlar vasitəsilə ada sakinləri haqqında məlumat almaq idi. Lakin onlar yaşlı insanlar xəstəlik səbəbindən ölür. Daha sonra Portman xəstə uşaqları hədiyyələrlə adaya geri göndərir. Düşünülür ki, bu hadisə ada sakinlərinin kənar şəxslərə qarşı daha aqressiv olmasına şərait yaradıb. Onlarla ünsiyyət qurmağa çalışarkən (“National Geographic” komandası vasitəsilə) kokosu çox sevdikləri və metal əşyaları qəbul etdikləri məlum olub. Maraqlıdır ki, onlara hədiyyə edilən digər vasitələrdən (donuz və plastik materiallar kimi) imtina ediblər. Antropoloqlar müasir dövrdə mövcud olan qəbilələrin qorunulması üçün onların təcrid edilməsinin əhəmiyyətli olduğunu vurğulayırlar.
2024-01-23
825,530
Çin Qarabağda bərpa işlərini diqqətlə izləyir - Səfir
Azərbaycanla Çin arasında münasibətlər çox qədim tarixə əsaslanır. İki ölkə arasında dostluq münasibətləri siyasi-iqtisadi, mədəniyyət, elm və təhsil kimi sahələrdə daha sıx formalaşıb. Bu gün Çin Xalq Respublikası Azərbaycanda bir sıra layihələrdə iştirak edir. Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Qo Min deyib. Onun sözlərinə görə, investisiya sahəsində ikitərəfli əməkdaşlıq intensivləşib, bərpa olunan enerji və “yaşıl” sənaye yeni qarşılıqlı fəaliyyət sahələrinə çevrilib. “Çin şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa işlərinin gedişini diqqətlə izləyirlər. Bir sıra müəssisələrin nümayəndələri bu ərazilərdə olub, “ağıllı kənd” kimi layihələrin həyata keçirilməsində və hava limanları üçün avadanlıqların təchizatında iştirak ediblər”, - deyə Qo Min əlavə edib. Səfir xanım qeyd edib ki, Azərbaycanda əməkdaşlıq imkanları axtaran Çin müəssisələrinin sayı sürətlə artır: "Hazırda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı, enerjinin saxlanması, kimya sənayesi, kənd təsərrüfatı, logistika və nəqliyyat kimi geniş spektrli layihələr üzrə fəal danışıqlar və məsləhətləşmələr aparılır. Azərbaycanda əməkdaşlıq imkanları axtaran Çin müəssisələrinin sayı sürətlə artır. Hazırda bərpa olunan mənbələrdən elektrik enerjisinin istehsalı, enerjinin saxlanması, kimya sənayesi, kənd təsərrüfatı, logistika və nəqliyyat kimi geniş spektrli layihələr üzrə fəal danışıqlar və məsləhətləşmələr aparılır". Səfir xanım Azərbaycan-Çin arasında investisiya əməkdaşlığının genişləndirilməsini, Çin və Azərbaycan arasında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bizneslə məşğul olmaq imkanlarını yüksək qiymətləndirib.
2024-01-23
825,532
Putin Şimali Koreyaya səfər edəcək?
Rusiya Prezidenti Vladimir Putinin yaxın iki ayda Şimali Koreyaya səfəri gözlənilmir. Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Şimali Koreyaya səfər nəzərdə tutulmur. Bu, daha perspektivdə olan plandır”, - deyə Peskov bildirib.
2024-01-23
825,533
Ermənistan bu türk ölkəsi ilə əməkdaşlıq sazişi imzaladı
Ermənistan müdafiə naziri Suren Papikyan və Qazaxıstan müdafiə naziri Ruslan Jaksilikov arasında görüş baş tutub. Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Görüşdə tərəflər əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıblar. Qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Görüşün sonunda Papikyan və Jaksilikov 2024-cü il üçün müdafiə sektorunda əməkdaşlıq planı imzalayıblar. Sənəd Ermənistan və Qazaxıstanda bir sıra tədbirlərin keçirilməsini nəzərdə tutur. Qeyd edək ki, S.Papikyan həmkarının dəvəti ilə Qazaxıstanda səfərdədir.
2024-01-23
825,534
Yeni radio yayımı üçün müsabiqə elan olundu
Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqənin elan olunması barədə qərar qəbul edib. Axar.az xəbər verir ki, qərar Şuranın bu gün keçirilən iclasında elan olunub. İclasda iki məsələ müzakirəyə çıxarılıb. İlk olaraq, FM radio yayımının aparılması üçün ölkə ərazisində boş olan və istifadəyə yararlı radiotezliklər barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən alınmış məlumatlar nəzərdən keçirilib və bu məlumatlar əsasında yeni lisenziya əsasında ümumölkə yerüstü radio yayımı fəaliyyətinin aparılmasının mümkünlüyü müzakirə olunub. Müzakirələrdən sonra Audiovizual Şura ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün müsabiqənin elan olunması barədə qərar qəbul edib. Müsabiqə ilə bağlı şərtlər Audiovizual Şuranın rəsmi veb-saytında yerləşdiriləcək və ölkənin rəsmi qəzetində dərc olunacaq. İclasda, həmçinin Qubadlı rayonu ərazisində yayım infrastrukturunun yenilənməsi ilə bağlı Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən və "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyindən alınan məlumatlara əsaslanaraq həmin ərazidə açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının və analoq FM yayımının genişləndirilməsi məsələsi müzakirə olunub. Bu kontekstdə, "Azərbaycan Radiosu" və "İctimai Radio"nun həmin ərazidə yayımının təmin olunması ilə bağlı müvafiq olaraq "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-dən və "İctimai Televiziya və Radio Yayımları Şirkəti"ndən Azərbaycan Respublikası Audiovizual Şurasına daxil olmuş məktublara da baxılıb. Alınmış Qərara əsasən Qubadlı rayonu ərazisində yerləşən "Balasoltanlı" RTYS-dan 43-cü TV yayım kanalı açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımının aparılması üçün "Radio Televiziya Yayımı və Peyk Rabitəsi" İstehsalat Birliyinin istifadəsinə ayrılıb. Həmçinin həmin stansiyadan 89.5 MHs radiotezliyi "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin və 96.9 MHs radiotezliyi "İctimai Televiziya və Radio Yayımları Şirkəti"nin istifadəsinə ayrılıb.
2024-01-23
825,536
"Boney M" qrupunun yaradıcısı vəfat etdi
Musiqiçi, bəstəkar, “Boney M” qrupunun qurucusu Frank Farian (əsl adı Frans Royter) 83 yaşında vəfat edib. Kult.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Məlumata görə, F.Farian Mayamidəki evində dünyasını dəyişib. Qeyd edək ki, bəstəkar 1961-ci ildə "Frank Farian və kölgələr" (Frankie Farian und die Schatten) qrupunu yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib. Şöhrəti isə 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak edərkən qazanıb. O, 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci illərin ortalarından etibarən musiqiçi pop musiqiyə diqqət yetirməyə başlayıb. Xatırladaq ki, o, “Rasputin” və “Daddy Cool” kimi “Boney M” qrupunun hitlərinin müəllifidir.
2024-01-23
825,538
Sinif otağını su basan məktəb üçün yeni bina tikiləcək
Xaçmaz rayonu, İstisu qəsəbə tam orta məktəbinin sinif otağına yağış sularının axması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar məktəb binasına baxış keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev sözügedən məktəb binasının mövcud vəziyyəti ilə tanış olublar. Məlumat verilib ki, məktəbin mövcud binası 1939-cu ildə istifadəyə verilib və hazırda yararsız vəziyyətdədir. Bu səbəbdən də binada tədrisin təşkilində bir sıra çətinliklər yaranıb. Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev bildirib ki, yaxın vaxtlarda İstisu qəsəbəsində yeni məktəb binası inşa olunacaq. Bu müddət ərzində şagirdlər öz təhsilllərini Xudat şəhər 4 saylı tam orta məktəbində davam etdirəcəklər. Şagirdlərin Xudat şəhərinə gedib gəlməsi üçün xüsusi nəqliyyat vasitələri ayrılacaq.
2024-01-23
825,541
Baş nazirdən yeni qərar
“Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri”ndə dəyişiklik edilib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Sənədə əsasən, “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri” aşağıdakı kimidir: Ekologiya, müdafiə, milli təhlükəsizlik, fövqəladə hallar, müdafiə sənayesi, yanğından mühafizə və mülki müdafiə təyinatlı, dövlət və səfərbərlik ehtiyatları saxlanılan əsas fondlar, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və dövlətə məxsus hüquqi şəxslərin balansında olan binalar, o cümlədən onların struktur komponentləri və digər daşınmaz əmlaklar (ilkin dəyəri 500 min manatdan yuxarı olan). Qurğular və onların struktur komponentləri: körpülər, tunellər, bütün növ limanlar, o cümlədən aerodromlar, uçuş-enmə zolaqları və dönmə dairələri (dəyərindən asılı olmayaraq); xüsusi radio-televiziya qüllələri, rabitə qurğuları və peyklər (dəyərindən asılı olmayaraq); 2.3. avtomobil yolları və dəmir yolları (ilkin dəyəri 500 min manatdan yuxarı olan); digər qurğular (ilkin dəyəri 500 min manatdan yuxarı olan). Elektrik, metropoliten və dəmiryol stansiyaları (dəyərindən asılı olmayaraq). Ötürücü qurğular və onların struktur komponentləri - metal və dəmir-beton dayaqlar üzərində qurulmuş gərginliyi 220 kvt-dan yuxarı olan elektrikötürücü naqillər, qaz, su və kanalizasiya kəmərləri, neft və neft məhsulları üçün kəmərlər (ilkin dəyəri 500 min manatdan yuxarı olan). Maşın və avadanlıqlar (ilkin dəyəri 500 min manatdan yuxarı olan). Bütün növ nəqliyyat vasitələri (ilkin dəyəri 1,0 mln. manatdan yuxarı olan). Tərkibində qiymətli metalların dəyəri 50 min manatdan yuxarı olan bütün növ əsas vəsaitlər (fondlar).
2024-01-23
825,544
Türkiyədə FETÖ-yə qarşı böyük əməliyyat...
Türkiyənin 5 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Axar.az xəbər verir, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya deyib. O bildirib ki, “Qısqac – 5” əməliyyatları zamanı 27 şübhəli saxlanılıb. Nazirin sözlərinə görə, əməliyyatlar İzmir, Aydın, Bursa, Ankara və Dənizlidə baş tutub.
2024-01-23
825,549
Husilər BMT-yə bir ay vaxt verdi
Yəməndəki husilər (Ənsarullah) BMT-nin ABŞ və Britaniya vətəndaşları olan əməkdaşlarına nəzarətində olan əraziləri tərk etmək üçün bir ay vaxt verib. Axar.az xəbər verir ki, bu barədə “Əl-Mayadin” telekanalı məlumat yayıb. Husilər bildirir ki, BMT sözügedən ölkələrdən olan əməkdaşlarını Ənsarullahın nəzarətində olan ərazilərdə işə cəlb edə bilməz.
2024-01-23
825,551
Bakı mövqeyini qətiyyətlə müdafiə edir, bu da cavabı...
Qərbin riyakarlığı Avropa İttifaqının əsas dövlətlərinə ölkələrinin milli maraqlarını hər şeydən üstün tutan liderlər rəhbərlik etməyənədək davam edəcək. Axar.az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında rusiyalı politoloq, beynəlxalq münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov yanvarın 22-də Strasburqda işə başlayan AŞPA-nın qış sessiyasının ilk günündə irəli sürülən bir sıra antiazərbaycan təşəbbüsləri və qərarları şərh edərkən bildirib. “Rusiya AB-də öz mövqeyini göstərməyə başlayan kimi onun hüquqları dərhal məhdudlaşdırılmağa başladı və nəticədə biz AŞPA-dan çıxdıq. Buna görə kim zərər çəkdi? Yalnız Avropa Birliyi. Bax, Azərbaycanla bağlı da eyni vəziyyətdir. Bakı beynəlxalq miqyasda maraqlarını qətiyyətlə müdafiə edir, bu da cavabı. Onlar nə edəcəklərini bilmirlər. Bir tərəfdən Azərbaycanın ehtiyatlarından asılılıq, digər tərəfdən Parisin və Berlinin Cənubi Qafqazda Moskva və Bakının ümumi maraqlarına xələl gətirmək istəyi. Üstəlik ABŞ-ın təsiri. AB bürokratları üçün seçim birmənalıdır – guya münaqişədən zərər çəkmiş və həm Bakı, həm də Moskvadan inciyən Ermənistana kömək bəhanəsi ilə Azərbaycana təzyiq göstərmək”, - deyə ekspert qeyd edib. Onun sözlərinə görə, “kollektiv” adlandırılan Qərbin bu cür davranışı Azərbaycanı və Rusiyanı yolundan döndərməməlidir: “Düşünürəm ki, Qərbin riyakarlığına öyrəşməyin və sadəcə olaraq, öz milli maraqlarını müdafiə etməkdə davam etməyin vaxtıdır. Ölkələrimizin prezidentləri çox gözəl münasibətdədirlər və bu əlaqələr daha da möhkəmlənir. Biz birlikdə Cənubi Qafqazda birbaşa kəsişən Bakının maraqlarını müdafiə edə biləcəyik. Bu vəziyyət isə Avropa Birliyinin əsas dövlətlərinə İlham Əliyev və Vladimir Putin kimi, ölkələrinin milli maraqlarını hər şeydən üstün tutan liderlər rəhbərlik etməyənədək davam edəcək”.
2024-01-23
825,552
Ağdaş sakini odlu silahı polisə könüllü təhvil verdi
Polis əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın vətəndaşların könüllü təhvil verməsi məqsədilə profilaktiki tədbirləri davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə keçirilən tədbirləri nəticəsində rayon sakini vəfat edən atasından qalan tüfəngi könüllü olaraq polisə təhvil verib. Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.
2024-01-23
825,554
Lavrovdan xəbərdarlıq: Fələstin dövləti yaradılmasa...
Fələstin dövləti yaradılmasa, müsəlman dünyası getdikcə daha çox zorakılığa əl atacaq. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. “Əminəm ki, bu ədalətsizlik aradan qaldırılmasa və Fələstin dövləti yaradılmasa, Fələstində və ya ərəb və müsəlman dünyasının digər yerlərində zaman-zaman daha çox zorakılıq baş verəcək”, - deyə Lavrov bildirib.
2024-01-23
825,555
Mikroavtobuslar avtobus zolağına daxil ola bilərmi?
Qeyri-qanunu sərnişin daşınma ilə məşğul olan mikroavtobuslar avtobus zolağına daxil olarsa, cərimə oluna bilərlər. Axar.az xəbər verir ki, bu barədə Baku.vs-ə açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və ictimai işlər üzrə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib. Toğrul Nəsirli qeyd edib ki, bu məsələ "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsi ilə tənzimlənir: “Orada yalnız əvvəlcədən razılaşdırlmış marşrut xəttində hərəkət edən, müvafiq dayanacaqlarda dayanıb sərnişin düşürüb, sərnişin götürən avtobuslardan söhbət gedir. Digər nəqliyyat vasitələrinin ora daxil olması yolverilməzdir. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunur. Digər nəqliyyat vasitələri o halda avtobus zolağına daxil ola bilərlər ki, 1.5 (qırıq-qırıq xətt) nişanlama xətti mövcuddur. O formada daxil olub ən yaxın yol ayrıcından manevr etməlidirlər. Yəni digər hallarda nəzərdə tutulmayan nəqiliyyat vasitələrinin mütəmadi olaraq o zolağa daxil olub hərəkət etməsi yolverilməzdir”.
2024-01-23
825,556
MİT şefi İraqda: Nələr müzakirə edildi?
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İraqa səfər edib. Axar.az xəbər verir ki, Kalın səfər çərçivəsində İraq Prezidenti Əbdüllətif Rəşid və Baş nazir Məhəmməd Sudani, eləcə də şiə-sünni qruplar və türkman nümayəndələrlə görüşüb. Görüşlərdə terrorizmə qarşı mübarizə, PKK təhlükəsi və atılacaq mümkün addımlar, təhlükəsizlik sahəsində əməkdaşlıq və İŞİD-ə qarşı mübarizə yolları müzakirə olunub. Həmçinin Qəzza münaqişəsi və bunun region ölkələrinə, o cümlədən İraqa təsiri ətrafında fikir mübadiləsi aparılıb.
2024-01-23
825,559
Üç ölkə rusiyalı hakerə sanksiya tətbiq etdi
ABŞ Böyük Britaniya və Avstraliya ilə birlikdə ən böyük tibbi sığorta şirkəti “Medibank”a kiberhücumda təqsirli bilinən rusiyalı haker Aleksandr Yermakova sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir. “ABŞ Xarici Aktivlərə Nəzarət İdarəsi Avstraliya və Böyük Britaniya ilə koordinasiyalı 2022-ci ildə “Medibank”a kiberhücumda əsas rol oynamış Rusiya vətəndaşı Aleksandr Yermakovu kibertəhlükəsizlik siyahısına əlavə edib”, - deyə məlumatda bildirilir.
2024-01-23
825,560
Vanuatuda güclü zəlzələ baş verdi
Sakit okeandakı ada ölkələrindən biri olan Vanuatuda 6,3 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb. Episentri Vanuatunun paytaxtı Port-Vila şəhərindən 43 kilometr cənub-qərbdə meydana gələn zəlzələnin 37 kilometr dərinlikdə qeydə alındığı bildirilib. Dağıntı və tələfatla bağlı məlumat verilmir.
2024-01-23
825,562
Səfirimiz Sanduya etimadnaməsini təqdim etdi
Azərbaycanın Moldovaya yeni təyin olunmuş səfiri Ülvi Baxşəliyev etimadnaməsini Moldova Prezidenti Maya Sanduya təqdim edib. Axar.az xəbər verir ki, bu barədə o, X səhifəsində paylaşım edib. "Azərbaycanın Moldovada səfiri kimi işə başlayaraq, bu vəzifəyə layiq görüldüyüm üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin minnətdarlığımı ifadə edirəm. Bu yüksək etimadı doğrultmaq üçün səylərimi əsirgəməyəcəyəm", - o qeyd edib.
2024-01-23
825,564
ABB Süni İntellekt xidmətini təqdim etdi
Müştəri təcrübələrini daim inkişaf etdirən ABB, müştərilərlə əlaqələri daha da genişləndirmək üçün ABB Süni İntellekt xidmətini təqdim edib. Bankın mövcud kommunikasiya kanallarına əlavə olaraq ABB Süni İntellekt məhsul və xidmətlərlə bağlı suallara anında cavab verir. ABB Süni İntellekt ABB mobile tətbiqində istifadəçi müraciətlərini qəbul edir, onları maraqlandıran məsələlərə aydınlıq gətirir, müştərilərə kömək göstərir. Bu həll Generativ Süni İntellekt (GPT-4) texnologiyası əsasında hazırlanıb. Hazırda Beta versiyasında çalışdığından ABB Süni İntellekt xidməti hələlik yalnız bəzi istifadəçilər üçün əlçatandır. Tədricən ondan bütün istifadəçilər faydalana biləcəklər. Bu mərhələdə ABB Süni İntellektin mümkün suallara cavablar hazırlayaraq təqdim etməsi təmin edilib. Sistem Open AI-ın xidmətlərinə inteqrasiya olunub. Müştərilərdən gələn suallar və bu suallara cavablar mütəmadi olaraq təhlil ediləcək, buna əsasən ABB Süni İntellekt daha da təkmilləşdiriləcək, tədricən verdiyi cavabların dəqiqliyi artacaq. Bu mərhələdə ABB Süni İntellektin bəzi suallara cavabları tam ətraflı olmaya bilər. Belə hallarda, daha dəqiq məlumat üçün müştərilərə Bankın çatbot xidməti olan ABB Bot-a, yaxud Bankın Məlumat Mərkəzinə müraciət tövsiyə olunur. ABB Süni İntellektin müştərilərin fərdi bank məlumatlarına çıxışı olmadığından xidmət bu məlumatlarla bağlı suallara cavab vermir. ABB Süni İntellekt xidməti hazırda Azərbaycan dilində mövcuddur, tezliklə digər dillərdə də olacaq. Bu xidmət hələlik iOS istifadəçiləri üçün aktivdir, tədricən tətbiqin bütün istifadəçilərinə təqdim ediləcək. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən, ABB mobile tətbiqindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
2024-01-23
825,568
Kanadada helikopter qəzası: ölənlər var
Kanadada helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb. Hadisə Terras kəndi yaxınlığındakı dağ silsiləsində baş verib. Sağ qalanların vəziyyəti kritik qiymətləndirilir. Onlar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbləri barədə məlumat verilmir.
2024-01-23
825,570
"Qarabağ"dan növbəti qələbə...
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub. Axar.az xəbər verir ki, turun son oyununda "Qarabağ" "Araz-Naxçıvan"ı qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Turun əvvəlki oyunlarında “Sabah” “Neftçi” ilə, “Səbail” “Zirə” ilə qolsuz heç-heçə edib. “Kəpəz” “Turan Tovuz”a 2:1, "Sumqayıt" isə "Qəbələ"yə 1:0 hesabı ilə qalib gəlib. Qeyd edək ki, turnir cədvəlinə 44 xalla "Qarabağ" başçılıq edir. "Zirə" 30 xalla 2-ci, eyni xala malik "Sumqayıt" isə 3-cüdür. 29 xalı olan "Neftçi" dördüncü pillədə qərarlaşıb.
2024-01-23
825,572
Rusiyadan birbaşa təhlükə yoxdur - Stoltenberq
Rusiyanın NATO üzvünə qarşı birbaşa və qaçılmaz təhlükə yaratdığını görmürük. Lakin alyans mümkün hücumun qarşısını almaq üçün ayıq-sayıqlığını itirmir. Axar.az xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq deyib. “Rusiyanın nə etdiyini diqqətlə izləyirik, sayıqlığımızı, alyansın şərq hissəsində mövcudluğumuzu artırmışıq. Lakin burada məsələ NATO üzvünə hücumun qarşısını almaqdır”, - deyə baş katib bildirib.
2024-01-23
825,573
ÜST-dən qızılca ilə bağlı təcili çağırış
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Avropa regionunda qızılcaya 30 mindən çox yoluxma halı qeydə alıb. Axar.az xəbər verir ki, ÜST-ün Avropa ofisinin yaydığı xəbərdarlıqda ötən ilin ilk 10 ayı ərzində yoluxma hallarının bir il əvvələ nisbətdə 30 dəfə artdığı açıqlanıb. Təşkilat ölkələri təcili immunizasiya kampaniyaları aparmağa çağırıb. ÜST-ün məlumatında qeyd olunub ki, xəstəliyə yoluxmaların kəskin artması qızılca peyvəndi vurulanların sayının azalması ilə əlaqəlidir.
2024-01-23
825,574
İrəvanın sülh üçün 3 istiqaməti: Bakı razıdır?
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın bugünkü mətbuat konfransında söylədiklərindən bir neçə nəticəyə gəlmək olar. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Mirzoyan mətbuat konfransı əsas 3 istiqaməti təqdim etdi: 1. İrəvan Azərbaycanla sülh sazişi imzalamaq üçün qarşılılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıyla yanaşı, sərhədlərin dəqiqləşməsini də istəyir. Görünür, İrəvan hələ də ümid edir ki, sülh sazişi çərçivəsində Azərbaycan Ordusu sərhəddəki yüksəkliklərdən geri çəkiləcək. Bunun baş verməyəcəyini Prezident İlham Əliyev bir neçə dəfə bildirib; 2. Ermənistan Zəngəzur dəhlizinin Rusiyanın nəzarətində olmasını istəmir. Bu baxımdan Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun “dəhliz rusiyalı hərbçilərin nəzarətində olmalıdır” yanaşmasını qəbul etmir. Ararat Mirzoyan dəhlizin yalnız Ermənistan qüvvələrinin nəzarəti altında olmasını istəyir ki, buna da rəsmi Bakı razılaşmayacaq; 3. Ermənistanın ümidlə başladığı Türkiyə ilə dialoq hazırda dondurulmuş haldadır. Bunun səbəbi odur ki, Ankara Bakı ilə strateji müttəfiqliyə sadiq qalaraq Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasından sonra Ermənistanla sərhədin açılmasını mümkün sayır. Ona görə də İrəvan Türkiyə ilə sərhədin açılmasını və ikitərəfli ticarətin başlamasını istəyirsə, əvvəlcə Azərbaycanla sülh sazişi imzalamalıdır.
2024-01-23
825,580
Ukraynada ən ciddi problem: “Döyüşə qocalar gedir”
Ukrayna ordusunun ən ciddi problemi yaşdır. Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hərbi ekspertlər bildirib. “Sandey Tayms” yazır ki, hazırda Ukrayna ordusunda orta yaş həddi 43-dür. Bu, ordunun daha effektiv əməliyyatlar planlaşdırması və həyata keçirməsinə mane olur. Müqayisə üçün bildirilir ki, Britaniya ordusunda orta yaş 28, Amerika ordusunda 31-dir. Bunun səbəbi isə odur ki, müharibə başlayandan sonra yaşı 40-dan yuxarı olan kişilər könüllü olaraq ordu sıralarına gediblər. Digər tərəfdən, Ukrayna qanunvericiliyinə görə, 18 yaşı tamam olan şəxs Ukrayna ordusunda könüllü ola bilər, lakin yaşı 20-dən aşağı olanlar döyüş əməliyyatlarında iştirak edə, yaşı 27-dən aşağı olan kişilər isə səfərbər ola bilməz. Hökumət yaş həddini 25-ə endirməyə çalışsa da, qanun layihəsi hökumət tərəfindən yenidən işlənmək üçün geri götürülüb.
2024-01-24
825,583
Ermənilərin Qarabağdan oğurladığı 3 min illik qılınc - Foto
Ermənilər Azərbaycana aid qədim arxeoloji qazıntılar zamanı tapılan və dəyəri milyonlar olan kitablar, eksponatlar, xalçalar, bəzək əşyaları, silah növləri və sairələr oğurlayıb aparıblar və erməniləşdirməyə cəhd ediblər. Lakin nə qədər saxtakarlıq etsələr də, təcrübəli tədqiqatçılar hər bir eksponatın, əşyanın… naxış, quruluş, material və formasına görə müəyyən edə bilirlər ki, bu hansı dövrə, hansı xalqa və hansı coğrafiyaya aiddir. Kult.az xəbər verir ki, bu barədə tarixçi alim Zaur Əliyev qeyd edib. O bildirib ki, bir müddət öncə Azərbaycanda hazırlanan və Daşkəsəndə saxlanılan ən qədim İncil kitabının Matandaran muzeyində saxlanılmasını üzə çıxarması erməniləri təvşişə salıb: “Onlar bizim bu informasiyanı hansı yolla əldə etdiyimizi araşdırırlar. Ancaq ermənilərin bizə cavabı əslində araşdırmamızı dolayısı ilə təsdiq etmələridir”. Alim vurğulayıb ki, ermənilərin bizim torpaqlardan oğurladıqları daha bir qədim, yaşı 3 min ilə yaxın olan qılıncın gizlədildiyi yeri müəyyən edib: “Bu şəkildə gördüyünüz yer (foto aşağıda təqdim edilir – red.) İtaliyadakı “San Lazzaro degli Armeni” (“Ermənilərin Müqəddəs Lazarı”) kilsəsidir. Lido və San Servolo adaları arasında Venesiya Laqonunun cənub hissəsində kiçik bir adadır. Burada fotoda gördüyünüz qılınc saxlanılır. Venesiyanın Ca Foscari Universitetindən olan italyan tarixçisi, Yaxın Şərqdə tapılan qədim qılıncların tədqiqi ilə məşğul olan Vittoria Dall Armellina artefaktı diqqətlə izləyib, qılıncın yaşını təyin etmək istəyib. Vittoria dərhal fərq edib ki, silah orta əsr nümunələrinə bənzəmir və tədqiqatlarında artıq qarşılaşdığı silahlardan daha qədimdir. Qılıncın Azərbaycan ərazisində bu günə qədər tapılan qədim silahlara bənzədiyi ortaya çıxır, təxminən 3000 il öncə yaradıldığı qənaətinə gəlinir. Qılıncın heç bir bəzəyi, yazısı və fərqləndirici xüsusiyyətləri yoxdur. Silah arsenik bürüncdən hazırlanıb. Qılınc erməni şair Qevond Alişan tərəfindən 19-cu əsrin sonlarında Venesiyaya Türkiyənin Trabzon ərazisindən aparılıb. Azərbaycandan oğurlanıb, Trabzonda gizlədilib və oradan da Venesiyaya aparılıb. Bu ada-şəhərdə kilsədə uzun zamandır saxlanılır. Azərbaycan ərazisində aşkar edilmiş bu qılınc qəlibdə bütöv şəkildə tökülüb və ağır enli tiyəsi ilə seçilir. Belə tiyə ilə yalnız yuxarıdan aşağıya doğrayıcı zərbələr vurmaq mümkün idi. Tiyə batırıcı zərbələr üçün nəzərdə tutulmadığından ucu dairəvi və kütdür. Belə silahlardan bir neçəsi 1949-cu ildə Mingəçevir ərazisində arxeoloji qazıntılar zamanı Kür çayının sol sahilində tapılıb, türk döyüş tipli qılıncdır. Belə ki, silahın uzun tiyəsi tədricən dəstəyə keçir. Dəstək isə enli halqa şəklində düzəldilmiş başlıqla tamamlanır. Ermənilərin bizdən oğurldıqları qılıncın üzərinə diqqətlə baxdıqda “Aran” sözünün yazılmasını görmək olar. Aran, yaxud Arran antik dövr və orta əsrlərdə Cənubi Qafqazın bütün şərq hissəsini, sonralar isə tədricən yalnız Kür və Araz çaylarının qovuşduğu ərazini, Qarabağ (dağlıq hissəsi də daxil olmaqla), Mil düzü və Muğan düzünün bir hissəsini əhatə etmiş tarixi-coğrafi bölgədir. Bu da bizə əsas verir deyək ki, Venesiyada saxlanılan qılınc məhz Qarabağ ərazisindən tapılb və ondan sonra Trabzona, ordan isə Venesiyaya aparılıb”. Alimin sözlərinə görə, Azərbaycanda bürüncdən hazırlanan çoxsaylı eksponatlar bir çox dünya ölkələrində saxlanılır: “Bu yerlərə aid sənət nümunələri içərisində Beyləqandan tapılan bürünc quş fiqurları və hazırda Parisin Luvr muzeyində saxlanılan Osman Naxçıvaninin 1190-cı ildə düzəltdiyi bürünc dolça xüsusi ilə maraqlıdır. Ermənilərin bizdən oğurladıqları bu qədim qılınc hazırda bu muzeydə erməni silahı kimi təbliğ edilir”.
2024-01-23
825,587
Bakı və İrəvanın sülh prosesinə töhfəyə hazırıq - Kipr
Kipr Azərbaycanla Ermənistan arasında sülhün bərpa olunması prosesinə öz töhfəsini verməyə hazırdır. Axar.az xəbər verir ki, bu fikirləri Kipr Respublikasının Prezidenti Nikos Kristodulides Avropa Şurası Parlament Assambleyasınının (AŞPA) qış sessiyası zamanı bildirib. "Biz bu regionda davamlı sülhə və əmin-amanlığa nail olunmasına öz töhfəmizi verməyə hazırıq. Bu yolda hər bir müsbət addım dəstəklənməlidir. Bütün bu olanlar onu göstərir ki, siyasi çətinliklərə yüngülvari yanaşılmamalıdır", - N.Kristodulides vurğulayıb.
2024-01-23
825,588
ABŞ Alyaskanı qaytarmır? - Müharibə qaçılmazdır
Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, 19-cu əsrdə ABŞ-a satılan Alyaska Rusiyaya qaytarılmayacaq. Qoy belə olsun. Biz bir gün Alyaskanın qaytarılacağını gözləyirdik. İndi müharibə qaçılmazdır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev X sosial şəbəkəsində yazıb. O, statusuna gülüş smayliki də əlavə edib və sözlərinin zarafat olduğunu çatdırıb. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Alyaskanın Rusiyaya heç vaxt geri qaytarılmayacağı haqda açıqlama vermişdi.
2024-01-23
825,589
"Azərspeys-1" Afrikanın ən nüfuzlu turnirini yayımlayır
Afrikanın milli komandaları arasında keçirilən ən nüfuzlu futbol turniri – "Afrika millətlər kuboku” (Africa Cup of Nations) artıq "Azərspeys-1" peyki üzərindən yayımlanır. Bu barədə Axar.az-a Azərbaycan Respublikasının Kosmik Agentliyindən ("Azərkosmos") məlumat verilib. Məlumata əsasən, Afrika qitəsinin 50-dən çox ölkəsini əhatə edən yayım turnirin sonu, yəni fevralın 11-dək yayımlanacaq. Qeyd edək ki, Afrika qitəsinin "NBA Afrika şou", "Big brother şou", "Nigeria Super Liga", Kriket üzrə dünya çempionatı və digər tədbirlər "Azərspeys-1" və "Azərspeys-2" peykləri üzərindən yayımlanır.
2024-01-23
825,590
Daha iki nəfər dəm qazından dünyasını dəyişdi
Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib. Axar.az xəbər verir ki, şəhərdəki mənzillərin birində 1967-ci il təvəllüdlü Məmmədova Aygün və onun anası, 1934-cü il təvəllüdlü Məmmədova Minayə ölmüş vəziyyətdə aşkarlanıb. Onların dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.
2024-01-23
825,591
Bakı bizə səhvimizi göstərdi – Mirzoyandan etiraf
Həm Azərbaycan, həm də Ermənistan sülh prosesi çərçivəsində iki ölkənin konstitusiyasında gördükləri hüquqi problemləri bir-birilərinə təqdim etdilər. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. “Azərbaycan bizim konstitusiyamızda gördüyü problemləri dedi, biz də həmçinin onlara bildirdik. Qanunvericilikdəki dəyişiklikləri müzakirə etdik, qısa müddətdə komissiya yaradıldı. Konstitusiyanın daha çox daxili idarə sistemində əhəmiyyəti var, lakin xarici siyasətdə də vacibliyi danılmazdır. Ümumiyyətlə, ölkəmizdə konstitusiya dəyişikliyinin əsas səbəbinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması olduğunu demək doğru deyil. Bu fikrə qatılmıram”, – deyən Mirzoyan bildirib. Qeyd edək ki, Ermənistan hökumətinin Konstitusiyadan qonşulara ərazi iddialarını əks etdirən maddələri çıxarmaq istədiyi bildirilir.
2024-01-23
825,592
FHN-də iki rəis işdən çıxarıldı
Fövqəladə Nallar Nazirliyinin (FHN) Samux və Qax rayon Dövlət Yanğından Mühafizə Hissələrinin rəisləri işdən çıxarılıblar. Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Elnur Oqtay oğlu Xudaverdiyev Samux, Cəlaləddin Nazim oğlu Əfəndiyev isə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib. Əhmədəli Eyvaz oğlu Eyvazlı Qax, Ruslan Zahid oğlu Mehtiyev Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi təyin olunub. Qeyd edək ki, işdən çıxarılan Elnur Xudaverdiyev 2009-cu ildən Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Cəlaləddin Əfəndiyev ötən ilin iyul ayından Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi olub.
2024-01-23
825,595
Çin istehsalı yorğana bürünüb yatdı, diri-diri yandı
Moskvada təqaüdçü "Ali Express"dən aldığı qızdırılan Çin yorğanının altında yanaraq ölüb. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə elektron yorğanda qısaqapanma nəticəsində baş verib. Belə ki, 69 yaşlı Olqa elektrik yorğanını üstünə örtərək yatıb. Səhər saatlarında elektrik yorğanda qısaqapanma baş verib və yanğın başlayıb. Evdən çıxan tüstünü görən qonşular dərhal yanğınsöndürənlərə zəng edib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını qısa zaman kəsiyində söndürə biliblər. Təcilli tibbi yardım işçiləri yanıq xəsarətləri alan yaşlı qadını evdən çölə çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
2024-01-23
825,596
Zelenskinin Rusiya ərazisinə iddiası... - Peskov
Ukraynanın Rusiya ərazilərinə iddiaları Kiyev rejiminin və ölkə Prezidenti Vladimir Zelenskinin özünün problemlərini gizlətmək cəhdidir. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. "Xeyr, bu axmaqlıq deyil, bu, yəqin ki, Kiyev rejiminin topladığı problemləri hansısa şəkildə kamuflyaj etmək cəhdidir. Zelenskinin həqiqətən də böyük problemləri var və o, bütün bunları dayandırmaq üçün nə etmək lazım olduğunu artıq başa düşməli idi, amma o, bunu başa düşmək istəmir”, - Peskov bildirib. Qeyd edək ki, Vladimir Zelenski Rusiya ərazisinə iddia edən fərman imzalayıb.
2024-01-23
825,597
Rusiya HHM-lər daha bir hədəfi məhv etdi
Rusiyanın havadan müdafiə sistemləri Belqorod vilayətində Ukraynaya məxsus PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov deyib. Hava hədəfinin Timonovo kəndi üzərində vurulduğu bildirilib. Dağıntı və tələfat yoxdur.
2024-01-23
825,599
Fidan avstriyalı həmkarı ilə Qəzzanı müzakirə etdi
Türkiyə xarici işlər naziri Hakan Fidan Nyu Yorkda avstriyalı həmkarı Aleksandr Şallenberq ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Hakan Fidan X hesabında məlumat paylaşıb. H.Fidan həmkarı ilə ikitərəfli münasibətlərlə yanaşı, Qəzzadakı vəziyyəti də müzakirə ediblər.
2024-01-24
825,602
Rusiyaya tətbiq edilməyən sanksiya qalıbmı?
Avropa Rusiyaya növbəti sanksiyalar paketinin hazırlanmasında xüsusi çətinliklərlə üzləşir, çünki məhdudiyyətlər üçün artıq heç bir hədəf qalmayıb. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. Belə ki, bütün əhəmiyyətli hədəflər başa çatıb və qalanlar məhdudiyyətlər üçün əlçatmazdır. Məqalədə bildirilir ki, Brüssel qaz tədarükünə və ya nüvə enerjisinə məhdudiyyətlər qoymağa cəsarət etmir.
2024-01-23
825,604
Skopyedə AB-nin mühüm toplantısı: 6 milyard ayrılır...
Şimali Makedoniyanın paytaxtı Skopyedə Qərbi Balkan regionu ölkələrinin liderləri Avropa Komissiyasının təsdiqlədiyi İnkişaf Planını müzakirə ediblər. Axar.az xəbər verir ki, Şimali Makedoniyanın ev sahibliyi etdiyi toplantıda bu ölkənin Baş naziri Dimitar Kovaçevski, Serbiya Prezidenti Aleksandr Vuçiç, Monteneqronun Baş naziri Miloyko Spayiç, Albaniyanın Baş naziri Edi Rama, Kosovanın Baş naziri Albin Kurti, Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopman və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayn iştirak ediblər. Liderlər görüşün əhəmiyyətini vurğulayıb, AB-nin Qərbi Balkan regionu üzrə İnkişaf Planının regional əməkdaşlığın artırılması və Avropa bazarına inteqrasiya baxımından vacibliyini qeyd ediblər. Planda şirkətlərə və bizneslərə dəstəyin nəzərdə tutulduğu, bu çərçivəsində Avropa bazarına asan çıxışın təmin olunacağı bildirilib. Həmçinin region ölkələrinin həyata keçirəcəyi islahatların siyahısı təqdim edilib, bu siyahının mərkəzində dövlət idarəçiliyində reallaşdırılacaq islahatlar əsas yer tutub. İnkişaf Planında AB-nin Qərbi Balkan regionuna 6 milyard avroluq yardımı nəzərdə tutulur.
2024-01-23
825,607
Kanada Ukraynaya 10 kater göndərir
Kanada hökuməti Ukraynaya 10 çoxhədəfli kater və F-16 qırıcılarını idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək məqsədilə təlimatçılar göndərəcək. Axar.az xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bleyr deyib. O bildirib ki, katerlərin ümumi dəyəri 20 milyon Kanada dollarından çoxdur. Belə ki, bu katerlərdən həm qoşunların və yüklərin çatdırılması, həm də kəşfiyyat əməliyyatlarının aparılması üçün istifadə oluna bilər.
2024-01-24
825,608
"Beşiktaş"ın matçında "səssizlik"
Futbol üzrə Türkiyə Super Liqasının XXII turunda daha üç oyun keçirilib. Axar.az xəbər verir ki, günün ilk matçında "Hatayspor" "Alanyaspor"u qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Günün digər görüşündə də "Beşiktaş" "Adanadəmirspor"la 0:0 hesablı bərabərliyə razılaşıb. "Pendikspor" isə evdə "Kasımpaşa"nı məğlub edib - 3:2. Bu nəticələrdən sonra "Beşiktaş" 36 xalla dördüncü, "Adanademirspor" 31 xalla altıncı, "Kasımpaşa" 30 xalla səkkizinci, "Alanyaspor" 26 xalla on ikinci, "Hatayspor" 22 xalla on dördüncü, "Pendikspor" isə 22 xalla on yeddinci pillədə qərarlaşıb. Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir.
2024-01-24
825,614
Orbanı tanıyıram, onu inandırmaq çətindir - Bettel
Fevralın 1-də keçiriləcək Avropa Birliyi (AB) sammitində Macarıstanı Ukraynaya maliyyə yardımının artırılmasını dəstəkləməyə inandırmaq çətin olacaq. Axar.az xəbər verir ki, Lüksemburqun xarici işlər naziri Xavier Bettel deyib. "Çətindir. Mən Macarıstanın Baş naziri Viktor Orbanı yaxşı tanıyıram. Onu inandırmaq asan olmayacaq. Amma indi biz bilirik ki, Ukraynanı dəstəkləməsək, rus işğalı ilə qarşılaşan kim olacaq”, - deyə Bettel bildirib.
2024-01-24
825,615
TBMM təsdiqlədi: İsveçin NATO-ya üzvlüyü...
Türkiyə Böyük Millət Məclisi (TBMM) İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Axar.az xəbər verir ki, səsvermə parlamentin baş assambleyasının iclası zamanı baş tutub. Beləliklə, hazırda Macarıstan İsveçin NATO-ya üzvlük üçün müraciətini ratifikasiya etməyən yeganə alyans ölkəsidir.
2024-01-24
825,617
Bakı yollarında hazırkı vəziyyət açıqlandı
Hal-hazırda paytaxt yollarında vəziyyət normaldır, sıxlıq müşahidə olunmur. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Qeyd edilib ki, yollardakı vəziyyət nəzarət altında saxlanılır və bununla bağlı sürücülər mütəmadi məlumatlandırılacaq.
2024-01-24
825,618
Alman dəmiryolçular 6 günlük tətilə başlayır
Almaniya Maşınistlər İttifaqı (GDL) sabahdan yanvarın 29-dək davam edəcək böyük tətilə hazırlaşır. Axar.az xəbər verir ki, Alman Dəmir Yolları ilə əmək haqqının artırılması danışıqları bir daha uğursuz nəticələndikdən sonra GDL son 3 ayda dördüncü dəfə tətil etmək qərarına gəlib. Alman Dəmir Yolları altı günlük tətil zamanı ümummilli dəmiryol şəbəkəsində böyük fasilələr olacağı barədə xəbərdarlıq edib.
2024-01-24
825,621
İran generalı Moskvaya səfər etdi
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi general Əli Əkbər Əhmədian Rusiyanın paytaxtı Moskvaya səfər edib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
2024-01-24
825,623
Antalyada zəlzələ baş verdi
Türkiyənin Antalya vilayətinin Kumluca ilçəsinin sahillərindən 68 km uzaqlıqda 4,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin 38,82 km dərinlikdə meydana gəldiyi bildirilib. Əlavə məlumat verilmir.
2024-01-24
825,624
Netanyahu yalnız bir məqsəd güdür - Maliki
İsrailin Baş naziri Benyamin Netanyahun milyonlarla fələstinlinin həyatı üzərində “özünün siyasi həyatını” təmin etmək məqsədi güdür. Axar.az xəbər verir ki, bunu Fələstin xarici işlər naziri Riyad əl-Maliki bildirib. “Bir tərəfdə beynəlxalq ictimaiyyətin iradəsi, digər tərəfdən isə yalnız bir məqsəd güdən İsrail Baş nazirinin şıltaqlıqları var – İsrailin qanunsuz işğalı şərti ilə milyonlarla fələstinlinin həyatı üzərində öz siyasi həyatını qorumaq”., - Maliki qeyd edib.
2024-01-24
825,625
Avtobus öz zolağından çıxarsa, cərimə edilir? - Ekspert
Avtobus üçün müvafiq olaraq zolaqlar ayrılır. Həmin zolaqlarda digər nəqliyyat vasitələrinin hərəkəti qadağandırsa, avtobusun digər hərəkət iştirakçılarının yoluna girməsi də qadağandır. Axar.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Aslan Əsədov deyib. “Qəza şəraiti yaratmamaq şərti ilə dayanma-durma cərməsi 20 manatdır. Avtobus qəza şəraiti yaradırsa, cərməsi 150 manatdır. Vəziyyətdən aslı olaraq cərimə tədbiq olunur”, - Əsədov bildirib. Ekspertin sözlərinə görə, belə hallar daha çox metrostansiyaların yaxınlığında olur: “Bəzən olur ki, avtobus sahibləri yer çatışmazlığından gireylənir. Əslində avtobusun ilk dayanacaq və son dayanacaq yerində yer yoxdursa, rəhbərlik müvafiq olaraq aidiyyəti qurumlara müraciət etməlidir ki, daha geniş yerlə təmin etsinlər. Elə interval hesablanmalıdır ki, avtobusların kəsişməsində problem yaranmasın”.
2024-01-24
825,626
Bu, İran rejiminin əl-qolunu bağlayır – Kamrani
“Siyasi fəallarımızın səsi olaq” kampaniyasına qoşulanların sayı hər gün çoxalır. Biz hər zaman siyasi məhbuslarımızın arxasında dayanıb, onların səsi olmağı özümüzə borc bilirik. Bu sözləri Axar.az-a Azərbaycan Mərkəz Partiyasının üzvü Elyar Kamrani milli fəallara dəstək kampaniyası haqqında danışarkən deyib. Qısa videolardan ibarət paylaşımların məqsədindən danışan Elyar Kamrani bildirib ki, əsas hədəf siyasi fəallara qarşı olan təzyiqin miqyasını azaltmağa nail olmaq, fəallar haqqında həqiqəti çatdırmaqdır: “Kampaniya Yürüş Mehrəlibəylinin qardaşı Yılmaz Mehrəlibəylinin İnstaqram səhifəsində paylaşdığı video ilə başladı. Yılmaz bəy bir vaxtlar İran rejiminin basqılarına məruz qalmış şəxsdir. İşindən kənarlaşdırılıb, müxtəlif cür siyasi təzyiqlər görüb. Paylaşdığı videonu da təkcə Yürüşün qardaşı olaraq deyil, bir siyasi fəal olaraq çəkib. Müraciətində onların səsi olmağımız istənilib. Bununla da həbsdə olan digər siyasi fəallara dəstək nümayiş etdirdi. Biz də bu kampaniyaya qoşulmuşuq”. Elyar Kamrani bildirib ki, bu cür kampaniyalar və etiraz səsləri rejimin qərarlarına təsir edir: “Milli Hərəkat Güneydə getdikcə daha da genişlənib. Hər bir ailədən demək olar ki, milli fəallarımız çıxır. Onlar daima rejimin təzyiqləri altındadırlar, zindana düşdükdə isə işgəncələr görürlər. Videoların geniş yayılması müsbət haldır. Təcrübə göstərir ki, Azərbaycanda hər hansı bir etiraz olanda hakimiyyət çəkinir, siyasi məhbuslara qarşı qismən də olsa, işgəncə və təzyiqləri azaldır. Video-müraciətlərimiz və müxtəlif aksiyalarımızı beynəlxalq qurumlar da eşitmiş olur. Neçə illərdir ki, Azərbaycan milli fəalları medialar tərəfindən boykot olunurdu. Onlarla bağlı heç bir yerdə məlumat dərc edilmirdi. Hakimiyyət də bundan sui-istifadə edirdi. Fəallımızın səsini boğmaqla, onlara istədiyi hökmü verirdi. Belə etirazlar və video-müraciətlər hakimiyyətin əl-qolunu bağlayır. Biz həbsdə olan Yürüş Mehrəlibəyli, Saleh Molla Abbasi, İbrahim Rəşidi, Əli Rəzizadə, Miyat Cəlili Elşən, Mahmud Ocaği və Əsgər Fərəcinin səsi olmağı özümüzə borc bilirik”. Qeyd edək ki, Ayət (Yürüş) Mehrəlibəyli keçmiş siyasi məhbus və fəaldır. O, 2023-ci il noyabrın 7-də Azərbaycanın Güneyinin Hədişəhr şəhərində Təbriz Kəşfiyyat İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Saxlanılmasından 77 gün keçməsinə baxmayaraq, ailəsi ilə cəmi bir dəfə qısa telefon danışığına icazə verilib. Ailəsi iki aydan çoxdur ki, onun taleyindən xəbərsizdir. Dövlət orqanları onun son durumu ilə bağlı dəqiq məlumat verməkdən imtina edir.
2024-01-24
825,628
Rusiyadan İsrailə: Bu ölkəyə hücumları dayandır!
Biz israilliləri Suriyaya, o cümlədən Dəməşq və Hələb hava limanlarına hücumları dayandırmağa çağırırıq. Axar.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bu kimi hücumlar humanitar yardımların çatdırılmasını əngəlləyir: “Siyasi qətllərə son qoymağa çağırırıq. Dəməşqdə SEPAH-ın bir neçə ofisi raketlə vurulub. Görünür, İsrail tərəfindən...” Qeyd edək ki, Dəməşqə İsrail tərəfindən sonuncu hücum 20 yanvar tarixində olub.
2024-01-24
825,632
Erməni qanunsuz miqrantlar Fransada qəza törətdi
Fransanın cənubunda etiraz aksiyası zamanı bir nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasının təfərrüatı bəlli olub. Axar.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb. Məlumata görə, aksiyada iştirak edən üç fermeri vuran avtomobildə Ermənistandan olan qanunsuz miqrantlar olub. Qəzet yazır ki, qəzanı törədən Ermənistandan olan üç mühacir 2022-ci ildə qaçqın statusu istəyib. 2023-cü ilin payızında isə həmin miqrantların müraciətindən imtina edilib və ölkəni tərk etmələri tələb olunub. Qeyd edək ki, Fransanın cənubundakı Aryex departamentindən keçən N20 avtomobil magistralında fermerlərin etiraz aksiyası zamanı baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hadisə nəticəsində qadın ölüb, onun həyat yoldaşı və qızı isə ağır yaralanıb.
2024-01-24
825,633
Ermənilərin 500 yük maşını "Yuxarı Lars"da gözləyir
Ermənistana məxsus təxminən 500-ə yaxın yük maşını “Yuxarı Lars” sərhəd-keçid məntəqəsində gözləməkdədir. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib. Belə ki, təxminən 300 yük maşını Gürcüstan, 200-ü isə Rusiya tərəfdədir. Qeyd edək ki, yanvarın 21-də Gürcüstandan Rusiyaya gedən hərbi yol əlverişsiz hava şəraiti səbəbindən bağlanıb.
2024-01-24
825,634
Bu ölkədə 60 ton qaz daşıyan maşın partladı - Video
Monqolustanın paytaxtı Ulan-Batorda böyük Dünjinqarav bazarı yaxınlığında 60 ton qaz daşıyan yük maşınının partlaması nəticəsində yanğın baş verib. Axar.az verir ki, partlayışdan sonra alov sürətlə yaxınlıqdakı avtomobillərə və qonşu yaşayış binalarına keçib. Monqolustan Fövqəladə Hallar Baş İdarəsindən verilən məlumata görə, hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub. Yanğının yayılması dayandırılıb, lakin yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib. Tələfat və xəsarət alanlar barədə hələlik məlumat yoxdur. İstintaq tərəfindən partlayışın və yanğının səbəbləri, həmçinin dəymiş ziyanın həcmi müəyyən ediləcək.
2024-01-24
825,635
Qəhvənin uşaq orqanizminə təhlükəsi
12 yaşdan kiçik uşaqlar kofein qəbul etməməlidir. 12 yaşdan 18 yaşa qədər olan uşaqlar gündə 100 mq-a qədər kofein istehlak edə bilər. Axar.az xəbər verir ki, bu barədə Amerika Pediatriya Akademiyasının araşdırmasında qeyd olunur. Kofein qəhvənin, enerji içkilərinin, sodanın tərkibində var. Valideynlər əminliklə deyir ki, südlü qəhvə uşaq üçün təhlükəsizdir. Əslində isə qəhvə uşaq üçün minimal miqdarda zərərsizdir. Uşaqların bədəni daha kiçikdir, pisixikası yenicə formalaşır. Qəhvə uşaq psixikasını məhv edir və beyin inkişafına mane olur. Araşdırmalar göstərir ki, tez-tez kofein qəbulu uşaqlarda stress, narahatlıq və depressiya hallarını artırır. Qəhvə içmək tez bir zamanda qırılması çətin olan vərdişə çevrilir. Asılılığı aradan qaldırmaq üçün uşaq yorğunluq, qeyri-sabit əhval-ruhiyyə, konsentrasiyada çətinlik və baş ağrıları ilə mübarizə aparmalıdır. Qeyd edək ki, ürək xəstəlikləri, qıcolmalar və miriozlu uşaqlar 22 yaşına qədər kofein qəbul etməməlidir.
2024-01-24
825,636
Hər şey satılıb, insanlar mal-qara kimi kəsilir... - Zaxarova
Vladimir Zelenskinin “Rusiya Federasiyasının tarixən ukraynalıların yaşadıqları əraziləri haqqında” fərmanı absurd sənəddir. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib. "Bu əzabdır. Kiyev rejiminin heç vaxt real nailiyyətləri olmayacaq. Ölkəni Qərb kuratorlarının sifarişi ilə Zelenski və onun sələfləri dağıdıblar. Sözün əsl mənasında hər şey satılıb, ixrac edilib və oğurlanıb. İnsanlar mal-qara kimi kəsilir", - Zaxarova vurğulayıb. Qeyd edək ki, Vladimir Zelenski Rusiya ərazisinə iddia edən fərman imzalayıb.
2024-01-24
825,637
Dərhal və daimi atəşkəs zəruridir - Fidan
Qəzzada münaqişənin regional müstəvidə gərginləşməsinin qarşısının alınması üçün xüsusi səy göstəririk. Dünən risk dediyimiz məsələ bu gün reallıqdır. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib. “Qəzzada müharibə nə təslimiyyət, nə də sülh gətirə bilər. Dərhal və daimi atəşkəs, bütün əsirlərin sərbəst buraxılması və humanitar yardımların çatdırılması zəruridir. İsrail bütün öhdəliklərini yerinə yetirməlidir. İsrail və Fələstin arasında sülhü təmin edəcək və nəzarət edəcək qarant mexanizmi yaradılmalıdır”.
2024-01-24
825,638
Almaniya ilk dəfə Ukraynaya helikopter verir
Almaniya ilk dəfə olaraq Ukraynaya “Sea King Mk 41” hərbi helikopterlərini təhvil verəcək. Axar.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin rəhbəri Boris Pistorius Ukraynaya altı çoxməqsədli “Sea King M k41” helikopterini, həmçinin onlar üçün bir sıra aksessuarlar və ehtiyat hissələri təhvil verəcəyini vəd edib. Bundan əlavə, Berlin lazımi təlimləri təmin edəcəyinə söz verir. “Bu, sınanmış və etibarlı helikopterdir ki, o, ukraynalılara bir çox sahələrdə kömək edəcək: Qara dəniz üzərində kəşfiyyatdan tutmuş əsgərlərin daşınmasına qədər”, - Pistorius bildirib.
2024-01-24
825,639
Daha 30 ailə Füzuli şəhərinə qayıtdı
09:14 Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı yanvarın 24-də Bakı şəhərinin Qaradağ rayonundan Füzuli şəhərinə yola salınıb. Axar.az xəbər verir ki, bu mərhələdə Füzuli şəhərinə daha 30 ailə - 125 nəfər köçürülüb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailəlırinə səbir diləyiblər. Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 470 ailənin (1 750 nəfər) daimi məskunlaşması təmin edilib. *** Ölkənin müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanının Füzuli şəhərində qarşılanma mərasimi olub. Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib. Yurda qayıdan 30 ailəyə (125 nəfər) mənzillərin açarları təqdim edilib. Bununla da 470-ə yaxın ailənin (1750 nəfər) Füzuli şəhərində məskunlaşdırılması təmin edilib.
2024-01-24
825,642
DİN sürücülərə müraciət etdi
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları respublikanın avtomobil yollarında hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparır. Axar.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən bildirilib. "Sürücülərdən xahiş edirik ki, sürət həddini hava şəraitinə uyğun tənzim etsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir", - məlumatda vurğulanıb.
2024-01-24
825,643
17 yaşlı qız yerləşdirildiyi sığınacaqdan qaçdı
Bakıda Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinə yerləşdirilən 17 yaşlı qız itkin düşüb. Axar.az xəbər verir ki, 2007-ci il təvəllüdlü, Şirvan şəhər sakini Arəstə Elçin qızı Məmmədova dünən yerləşdirildiyi sığınacaqdan çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılır.
2024-01-24
825,644
CM-ə yeni maddələr əlavə edildi: İstintaqı DTX aparacaq
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib. Axar.az xəbər verir ki, Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edildi. Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək. Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər dövrümüzdə ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılmışdır. Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.
2024-01-24
825,651
Hərbi hissələrdə döyüş texnikası və silahlar yoxlanılır - Video
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Yeni tədris dövrünə hazırlıq prosesi ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilir, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, eləcə də şəxsi heyətin təchizatı yoxlanılır. Bundan başqa, rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılır.
2024-01-24
825,653
Bu yollar buz bağladı: AAYDA hərəkətə keçdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 09:00-a olan vəziyyəti açıqlayıb. Axar.az yollardakı son vəziyyətlə bağlı məlumatı təqdim edir: “Zəfər yolu”: Qar yağır, şaxta yoxdur. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür. Toğanalı-Kəlbəcər-İstisu: Zəif qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsüyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. Ömər aşırımına doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Qubadlı-Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Füzuli-Hadrut: Qar yağır, şaxta yoxdur. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür. Bakı-Quba: Qar yağır, 1-2 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi istiqamətində yol boyu qar yağır. Yolun 18-26 km hissəsində 16-18 sm qar var. Temperatur gecə mənfi 12, hazırda mənfi 8 dərəcədir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Giləzi-Xızı: Qar yağır, 8 dərəcə şaxta var. Xızı şəhərinin ərazisində 12 sm qar var. Qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Bakı-Qobustan: Qar yağır, 1-2 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Qobustan-Şamaxı-Muğanlı: Qar yağır, 3-4 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Muğanlı-Ağsu-Yevlax: Qar yağır, 3-4 dərəcə şaxta var. 131-km dən 143-km dək yolun hərəkət hissəsində problem yoxdur. 143-km dən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Muğanlı-İsmayıllı: Qar yağır, 4-6 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. İsmayıllı-Qəbələ-Oğuz-Şəki: Qar yağır. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 3-7 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Yevlax-Şəki: Qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şəki-Qax-Zaqatala: Qar yağır, 2-3 dərəcə şaxta var. Yollar qardan təmizlənir, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Şəmkir-Gədəbəy: Qar yağır, 4-5 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Gəncə-Daşkəsən: Qar yağır, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Ələt-Astara: Qar yağır, 4-5 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Masallı-Yardımlı: Masallı rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində qar yağır, 8-9 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Lənkəran-Lerik: Lənkəran rayonu ərazisində sulu qar yağır. Lerik rayonu ərazisində qar yağır, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax: Sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Hacıqabul-Bəhramtəpə-Horadiz: Sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.