date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-24 | 825,654 | Bakıda klubda dava: xəsarət alan var - Video | Bakıda klubda insident olub, xəsarət alan var. Axar.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. Onun sözlərinə görə, ötən gün paytaxtın Səbail rayonunda klubların birində insident olub, polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb: "Hadisədə bir nəfər yüngül xəsarət alıb. Fakta görə cinayət işi açılıb, hazırda istintaq hərəkətləri davam etdirilir". |
2024-01-24 | 825,658 | Qırmızı ordu harda dayanırdısa, sərhəd oradır - Zülfüqarov | Axar.az sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Globalinfo.az-a müsahibəsini təqdim edir: - Tofiq bəy, Emrənistan ilə Azərbaycan arasında aparılan danışıqlar prosesində durğunluq yaşanır. Paralel olaraq isə Ermənistan Fransa, İran, Rusiyadan silah alır. Nə baş verir? - Azərbaycanın və ya Ermənistanın ərazi bütövlüyü hazırda müəyyən olunmayıb. Bu məsələ çox vacibdir və öz həllini tapmalıdır. Həm onlar, həm biz danışıqlar prosesində iştirak etməliyik. Hər kəs öz mövqeyini açıq şəkildə ifadə etməlidir. Misal üçün, rəsmi İrəvan son zamanlar tez-tez rəqəmlər və ya hansısa ilin xəritələri əsasında nəyisə izah etməyə çalışır. Əlbəttə ki, Ermənistan burada öz maraqlarını düşünür və bu əsasda təkliflər irəli sürür. Biz də öz maraqlarımız əsasında daha öncəki tarixin xəritələrini gündəmə gətirib, müzakirələrdə istifadə etməliyik. Əlimizin güclü olması çox vacibdir. 1920-ci ilin xəritələrində bu gün Ermənistanın olan bir çox ərazi Azərbaycana məxsusdur. Ermənistan tərəfi bu reallığı bilir və bundan çox qorxur. Danışıqlar prosesini intensivləşdirmək və Ermənistanı geri oturtmaq, addım atması üçün bu faktordan istifadə etməliyik. - Bu tarixi metodologiyadır. Sizcə, daha əvvəlki xəritələrə istinad etmək prosesi dalana dirənməz? - Xeyr. Belə ki, SSRİ dağılandan sonra 1991-ci il Almatı Bəyannaməsi qəbul edildi. Burada sovet sərhədləri əsas kimi götürüldü. Bununla belə sənəddə konkret tarixi xəritələr qeyd edilməyib. Bundan başqa Ermənistan bəyannamə imzalandıqdan sonra öhdəlikləri pozdu. Yəni Türkiyə, Gürcüstan ilə Almatı bəyannaməsindəki sərhədlər qəbul edilsə də, Azərbaycanla edilmədi. Ermənistan Konstitusiyasında və Müstəqillik Aktında “tarixi” ərazilər onların ərazi bütövlüyü kimi qəbul edilib. Bu fakt belə özlüyündə Almatı Bəyannaməsinin pozulmasıdır. Mən buna görə deyirəm ki, Azərbaycan öz mövqeyini göstərməlidir. Əgər hansısa tərəf fərqli prinsiplər ortaya qoyursa, məsələ danışıqlar yolu ilə həll edilməlidir. Danışıqlar zamanı isə əks-arqumentlər irəli sürülməlidir. Mən demirəm Ermənistan ilə Zəngəzur üçün müharibə edək, deyirəm ki, bütün bu məsələləri müzakirə edib, həll edək. Bizim haqlı olduğumuz tərəflər daha çoxdur. - Siz Zəngəzurdan bəhs etdiniz. Son zamanlar Zəngəzur dəhlizi ilə bağlı məsələ də geniş müzakirə edilir. Ümumiyyətlə, dəhlizin aqibəti barədə nə düşünürsünüz? - Azərbaycan dövlətinə, xalqına qarşı bolşeviklər ədalətsiz qərar qəbul edib. Söhbət Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrılması ilə nəticələnən torpaq bağışlanmasından gedir. Azərbaycan bir ərazisindən başqa ərazisinə rahatlıqla keçmək istəyir. Burada əsas məsələlər kommunikasiyalar ilə bağlıdır. Ümumiyyətlə, Ermənistan 1991-ci ildə ərazilərimizi tanısaydı, bu gün bu problemlər olmayacaqdı. 30 il ərazidə torpaq iddialarına görə qurbanlar verdik. Bu gün də bizim ixtiyarımız var ki, mövqeyimizi göstərək. Azərbaycanlılar ölkənin əsas hissəsindən Naxçıvana keçmək haqqına sahibdir. Ermənistan isə bunun üçün şərait yaratmalıdır. Bu, gec-tez baş verməlidir. Torpaqlarımız ötən əsrdə hissə-hissə bir neçə dəfə Ermənistana verilib. 9 min kvadrat kilometr ərazisi olan Ararat Respublikasının ərazisi 29 min kvadrat kilometrə qədər artırılıb. Azərbaycanın ərazisinin böyük bir hissəsi 1920-ci ilin payızında, digər hissəsi isə 1929-cu ildə verilib. Onu da deyim ki, Ermənistana verilən torpaqlar Qarabağdan 3 dəfə böyük ərazidir. Misal üçün, 20-ci ilin xəritələrində Göyçə gölü iki ölkə arasında sərhəd sayılırdı. Bolşeviklər birinci Azərbaycanı işğal etdi. Ermənistan isə çox sonradan işğal edildi. Sual yaranır, Qırmızı ordu bu vaxta kimi harda dayanırdı? Əslində məsələ elə budur. Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra sərhədlər necə idisə, əsl sərhədlər məhz elədir. Müxtəlif dövrə aid sovet xəritələri ola bilər. Ermənilərin hansı xəritəni irəli sürməsindən asılı olmayaraq, reallıq budur. Bir daha deyirəm, bütün bunlar danışıqların mövzusudur. Biz əvvəldən başlamalıyıq: prinsip olaraq iki ölkə SSRİ-yə hansı sərhədlərə daxil olublarsa, o sərhədlər bərpa edilməlidir. - Tofiq bəy, sizcə, Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsi nə vaxt və harada imzalanacaq? - Yekun sülh müqaviləsindən danışmaq üçün hələ çox tezdir. İndiki məqamda imzalancaq bir sülh müqaviləsi çərçivə sazişi ola bilər. Bunun üçün isə ərazi bütövlüyünün tanınması şərtdir. Özü də bu proses qarşılıqlı şəkildə olmalıdır. Burada əsas məsələ keçmiş ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin iştirak etməməsidir. |
2024-01-24 | 825,660 | ABŞ husi hədəflərini məhv etdi | ABŞ ordusu Yəməndə husilərin mövqelərinə növbəti zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb. “ABŞ Mərkəzi Komandanlığı qüvvələri husilərin buraxılışa hazır iki gəmi əleyhinə raketini məhv edib”, - məlumatda qeyd olunub. Bildirilib ki, ABŞ ordusu husilərin nəzarətində olan ərazidə müvafiq raketləri aşkar edib və kommersiya və ABŞ gəmiləri üçün təhlükə yaratdığını üçün, onları özünümüdafiə məqsədilə məhv edib. |
2024-01-24 | 825,664 | Balakəndə yanğın təhlükəli obyekt bağlandı - Video | Fövqəladə Hallar Nazirliyinin (FHN ) Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Balakən şəhəri, Mirzə Şəfi Vazeh küçəsində yerləşən dülgər sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb, obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb. Həmin obyektdə yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilib. Balakən şəhəri, Mirzə Şəfi Vazeh küçəsində yerləşən dülgər sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib. |
2024-01-24 | 825,665 | Ölümə görə bağlanan klinika fəaliyyətini bərpa etdi | Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Sabunçu rayonunda yerləşən "Medicare" klinikasında ölüm baş vermiş, hadisədən sonra adıçəkilən klinikanın fəaliyyəti dayandırılmışdı. Axar.az Unikal-a istinadən xəbər verir ki, artıq klinika fəaliyyətini bərpa edib. Klinikanın baş həkimi Anar Məmmədov isə bu barədə məlumatsız olduğunu və hazırda evdə istirahət etdiyini bildirib. Qeyd edək ki, 21 dekabr 2023-cü il tarixdə 1971-ci il təvəllüdlü Lətafət Məmmədova "Medicare" klinikasında əməliyyat zamanı ölüb. Hadisə ilə bağlı Baş Prokurorluq məlumat yayaraq araşdırma aparıldığını açıqlayıb. |
2024-01-24 | 825,667 | Rusiyada Vatsap və Teleqramda problemlər yarandı | Bütün Rusiya ərazisində Vatsapın işində problemlər yaranıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Əsas şikayətlər Xabarovsk, Novosibirsk və Moskva vilayətlərində qeydə alınıb. Bundan başqa, Teleqram sosial şəbəkəsinin işində də problemlər var. |
2024-01-24 | 825,669 | Hazırda bu rayonlarımıza qar yağır | 10:23 Yanvarın 24-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensiv olub. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometerolgiya Xidməti məlumat yayıb. Bildirilib ki, qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 44 sm, Kişçay (Şəki), Ordubadda 29 sm, Daşkəsəndə 26 sm, Yardımlı, Gəbədəydə 20 sm, Qəbələdə 18 sm, Göygöldə 17 sm, Lerikdə 16 sm, Qrızda 13 sm, Şəki, Şahbuz, Biləsuvarda 12 sm, Xaltan, Quba, Oğuzda 11 sm, Zaqatala, Qusarda 9 sm, Göytəpə, Naxçıvan, Altıağac, Tovuzda 8 sm, Ceyrançöldə 7 sm, Sədərəkdə 6 sm, Göyçay, Mingəçevir, Şərurda 5 sm, İmişli, Tərtər, Şabranda 4 sm, Qobustan, Ağdam, Ağstafada 3 sm, Gəncədə 2 sm, Culfa, Şəmkirdə və Bakıda və Abşeron yarımadasında 1 sm olub. Düşən yağıntının miqdarı Yardımlıda 26 mm, Lənkəranda 25 mm, Sarıbaşda (Qax) 19 mm, Lerik, Göyçayda 16 mm, Şərur, Cəlilabadda 15 mm, Astarada 14 mm, Zərdab, Lerikdə 12 mm, Biləsuvar, Gədəbəydə 11 mm, Kişçay (Şəki), Qəbələ, Oğuz, Kürdəmir, Şəki, Şahbuz, Daşkəsən, Beyləqan, İmişli, Zaqatala, Mingəçevir, Sabirabad, Ağdam, Neftçala, Tovuz, Göygöl, Naxçıvan, Balakən, Quba, Xaltan, Bərdə, Yevlax, Ordubad, Altıağac, Qusar, Tərtər, Qobustan, Sədərək, Şabran, Gəncə, Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə, Qrız, Şahdağ, Şamaxı, İsmayıllı, Ağstafa, Naftalan, Culfa, Salyan, Ceyrançöl, Ağsu, Ağcabədi, Şirvanda 10 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub. Bundan başqa, şimal-qərb küləyi arabir Naftalanda 18 m/s, Şirvan, Ordubadda 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 15-20 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3 metrə çatıb. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 2-5 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 15 dərəcəyədək şaxta olub. *** Yanvarın 24-ü saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qarlı, şaxtalı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR-da, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara zonasında qar yağır, bəzi yollar buz bağlayıb. Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 5 dərəcəyədək şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti , dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxtadır. *** Milli Hidrometeorologiya Xidmətinin yanvarın 24-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. Belə ki, Bakıda və Abşeron yarımadasında, Qarabağ və Şərqi Zərgəzurda, Naxçıvan MR-da, Gəncə-Qazax, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində qar yağır. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 2-6 dərəcə şaxta, Aran rayonlarında 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxtadır. Ölkə ərazisində müşahidə olunan yağıntılı və qarlı hava şəraiti axşam saatlarından tədricən kəsilsə də, şaxtalı hava şəraiti 25-i gecə və səhər saatlarınadək davam edəcək. Bəzi yolların buz bağlayacağı ehtimalı var. *** Yanvarın 24-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində qarlı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, hazırda Naxçıvan, Şərur, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Zaqatala, Altıağac, Quba, Bərdə, Göyçay, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran və Astarada qar yağır. Göygöl, Şahbuz, Balakən, Şəki, Sarıbaş (Qax), Şamaxı, Göyçayda duman müşahidə olunur. Sözügedən ərazilərdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb. |
2024-01-24 | 825,670 | ABŞ bu ölkədən ordusunu çıxarır? | Rusiya ABŞ-ın öz hərbi kontingentini Suriyadan çıxarmaq niyyətini və istəyini görmür. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin Suriya nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib. “Orada vəziyyət kifayət qədər mürəkkəbləşsə də, Amerikanın öz hərbi kontingentini çıxarmaq istəyi və ya niyyətini görmürük. Amerikalılar kifayət qədər əhəmiyyətli itki verir, lakin orada qalmaqda davam edirlər”, - o bildirib. Qeyd edək ki, İranın “Tasnim” agentliyi ABŞ-ın İraqın müqavimət qüvvələrinin təkrar hücumlarından sonra Suriyanın şimal-şərqindəki Qamışlı şəhərinin hava limanı yaxınlığındakı “Hemo” hərbi bazasını boşaltdığını yazmışdı. |
2024-01-24 | 825,671 | 700-cü gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 700-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 378 660 hərbçi, 6 227 ədəd tank, 11 579 ədəd zirehli döyüş maşını, 9008 ədəd artilleriya sistemi, 971 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 659 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 12 005 ədəd avtomobil texnikası, 6 998 ədəd PUA, 1 842 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1416 xüsusi avadanlıq itirib. |
2024-01-24 | 825,673 | Türkiyə onları Ərdoğanın önündə alçaltdı – Markov | Türkiyə parlament komitəsinin iclasında İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Bunun üçün Türkiyə dövlət və qeyri-dövlət ticarəti nəticəsində İsveç, AB və ABŞ-dan böyük siyasi və iqtisadi güzəştlər aldı. Eyni zamanda, Ankara Türkiyəyə nifrət edən siyasətçiləri ölkə və şəxsən Ərdoğan qarşısında alçalmağa məcbur etdi. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Heç kim Türkiyədən belə bir tələb dalğasını gözləmirdi. Türkiyə İsveç və AB-ni diz çökdürdü. Türkiyə hamıya nümunə göstərdi - Avropa ilə daha sərt, daha həyasız olmalıyıq. Bütün dəyərlərini itirmiş avropalılar yalnız güc dilinə layiqdirlər”, - o bildirib. |
2024-01-24 | 825,675 | Ankara dünyaya master-klass keçdi – Geqamyan | Türkiyə parlamenti iki illik diplomatik oyunlardan sonra, nəhayət, İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etdi. Axar.az xəbər verir ki, bunu erməni türkoloq Varujan Geqamyan deyib. “Bu, gözlənilirdi, çünki Türkiyə bu prosedurdan maksimum yararlana bildi. Birincisi, Ankara NATO-da siyasi çəkisini yüksəltdi və bununla da strateji muxtariyyətini genişləndirdi. İkincisi, Türkiyə Moskvaya İsveçlə bağlı müvəqqəti mövqeyini “satmaqla” Rusiya ilə münasibətlərdə manevr etmək imkanı qazandı. Üçüncüsü, ABŞ-ı qabaqcıl hərbi texnologiyaların tədarükü ilə bağlı danışıqlara yenidən başlamağa məcbur etdi. Və nəhayət, gözəl bir bonus: Avropadakı kürd fiqurların həyatını əhəmiyyətli dərəcədə çətinləşdirdi. Harada və necə oynadığını bilən bir ölkə diplomatik ustad dərsi keçdi. Bunu öyrənməyə dəyər”, - o bildirib. |
2024-01-24 | 825,678 | Rusiyaya PUA hücumu edildi | Rusiyanın Oryol vilayətinə PUA hücumu olub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiya HHM sistemləri Oryol vilayətində Ukraynaya məxsus 4 PUA-nı ələ keçirib. |
2024-01-24 | 825,682 | Pxenyan Sarı dənizə qanadlı raket atdı | Şimali Koreya Sarı dənizə bir neçə qanadlı raket atıb. Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Məlumata görə, raketin buraxılışı saat 7:00 radələrində baş tutub. Təfərrüat qeyd olunmur. |
2024-01-24 | 825,683 | Aytənin Makrona fransızca sualı | Gənc yazar Aytən Cavanşir Fransa Prezidenti Emmanuel Makrona müraciət edib. Kult.az gənc yazarın sosial şəbəkə hesabında paylaşdığı müraciətini təqdim edir: "Fransa mənim üçün ruhumun yeniləndiyi məkandır. Dili, incəsənəti, insanları, küçələri, Senası… Bu gün ölkələrimiz arasında münasibətlərin korlanmasını istəməyən bəlkə də ilk insanlardanam. Çox təəssüf ki, heç cür sülhə razılaşmayan qüvvələr oyunbazlıqla məşğul olaraq ortada Azərbaycana qarşı absurd dram yaradır. Uduzan haqsız olsa da, qisasla yaşaya bilər, bunu anladım. Fəqət siz, cənab prezident - müsyö Makron, sizə təvazökar bir sualım olacaq. Hər siyasətçi tarixi mütləq ki, əzbər bilməlidir və bir çox hallarda dəbdə olmasa da, hər siyasətçi ədaləti, həqiqəti və insanlığı uca tutmalıdır. Odur ki, ən sevdiyim dillərdən biri olan fransızcada özünüzə bu sualı ünvanlayın. - Cənab Makron, siz 90-cı illərdə harada idiniz? Daha dəqiq desək: - Où étiez-vous en 1992, lorsque le pays que vous accusez luttait pour survivre à cause des actes terroristes horribles commis par ceux que vous défendez avec tant de véhémence et de toutes les manières possibles (1992-ci ildə siz harada idiniz? İndi ittiham etdiyiniz ölkə o zaman sizin bu qədər şiddətlə və hər cür müdafiə etdiyiniz şəxslərin törətdiyi dəhşətli terror aktları ucbatından sağ qalmaq uğrunda mübarizə aparırdı). P.S. Bacarırsınızsa, sülhün əldə olunmasına yol açın, bunun üçün çarpışın, bunun mübarizəsini aparın!" |
2024-01-24 | 825,688 | Müavinət və təqaüd alanların nəzərinə! | Yanvarın 26-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə Axar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 16-da isə ölkəmizin bölgələrində yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. |
2024-01-24 | 825,694 | Bu ölkələrlə sərhəddə yeni gömrük postları yaradılacaq | Azərbaycanın Gürcüstan və Rusiya ilə sərhədində yeni gömrük postlarının yaradılması ilə bağlı layihə hazırlanıb. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov “Malların və xidmətlərin ticarəti zamanı qeyri-tarif maneələri” adlı tədbir deyib. O qeyd edib ki, tranzit potensialının artırılması ilə bağlı layihələr həyata keçirilir: “Ümumiyyətlə, həm ixracın, həm idxalın sadələşdirilməsi istiqamətində işlər aparılır”. Xatırladaq ki, bugünki tədbirdə AB-nin təşəbbüsü olan “EU4Business" və BMT-nin icra etdiyi "Şərq Tərəfdaşlığının Ticarətə Yardım Masası" layihəsi çərçivəsində Azərbaycanda ticarət zamanı qeyri-tarif maneələrinin müəyyən edilməsi məqsədilə biznes dairələri arasında keçirilmiş sorğunun nəticələri iştirakçılara təqdim olunub, müəyyən olunan maneələrin aradan qaldırılması üçün "dəyirmi masa" formatında interaktiv müzakirələr aparılıb. |
2024-01-24 | 825,699 | HƏMAS girovları bu şərtlə azad etməyə hazırdır | HƏMAS Qəzza zolağında girovların azad edilməsi ilə bağlı yeni sazişi müzakirə etməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” Misir rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, HƏMAS hərbi əməliyyatlarda əhəmiyyətli fasilə müqabilində girovların bir qismini azad etməyə hazırdır: “Bu təşəbbüs HƏMAS-ın mövqeyindəki əhəmiyyətli dəyişikliyi göstərir”. Qeyd olunur ki, HƏMAS həftələrdir israr edir ki, girovlarla bağlı danışıqları yalnız anklavda münaqişəyə son qoyacaq hərtərəfli razılaşmanın bir hissəsi kimi aparacaq. |
2024-01-24 | 825,704 | DYP-dən qarın yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq | DİN-in Baş Dövlət Yol Polisi İdarəsi qarın yollarda yarada biləcəyi fəsadlarla bağlı xəbərdarlıq edib. Axar.az xəbərdarlığın mətnini təqdim edir: “Ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar hazırda respublika əhəmiyyətli avtomobil yollarında məhdudiyyət tətbiq edilməsə də, əsasən dağlıq və dağətiyi rayonlarda yağan intensiv qar nəqliyyatın hərəkətində bir sıra çətinliklər yaradıb. Hazırda DİN BDYPİ-nin YPX Alayının və ərazi polis orqanlarının DYP əməkdaşları ötən gün gecə saatlarından başlayaraq aidiyyəti qurumlarla birgə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində zəruri tədbirlər görür, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərir. Baş DYP İdarəsi mövcud hava şəraiti ilə əlaqədar yollarda meydana gələ biləcək xoşagəlməz halların qarşısının alınması üçün bir daha sürücülərə müraciət edərək, hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyyat tədbirləri görməyi, mövsümə uyğun təchiz edilməmiş, texniki-təhlükəsizlik baxımından yararsız nəqliyyat vasitələri ilə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edir. Qarlı, buzlu yollarda nəqliyyat vasitələrinin sürüşmə ehtimalının dəfələrlə artmasını nəzərə alaraq piyadalara ehtiyatlı olmaq, yolun hərəkət hissəsinə çıxmamaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tövsiyə olunur". |
2024-01-24 | 825,705 | Ukrayna bu istiqamətdə 400 rus hərbçisini məhv etdi | Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 400 rusiyalı hərbçini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, sözügedən istiqamətdə Rusiyanın 54 hərbi texnikası da məhv edilib. Ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 39 hava zərbəsi endirib, 919 artilleriya atəşi və 36 hərbi əməliyyat həyata keçirib. |
2024-01-24 | 825,707 | Ağazaryan: Bizi buna Əliyev məcbur etməyib - Video | 11:49 Ermənistanın yeni Konstitusiyasının qəbulu 1991-ci il Müstəqillik Bəyannaməsinin ləğvi demək deyil. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Ovik Ağazaryan erməni mediasına açıqlamasında deyib. “Xatırlayırsınızsa, inqilabdan bir neçə ay sonra Konstitusiya islahatları prosesinə start verildi, komissiya yaradıldı, mən özüm məhkəmə sistemində islahatlarla bağlı tövsiyələr paketi təqdim etmişdim, lakin koronavirus və hərbi əməliyyatlar səbəbindən proses dayandırılmışdı. İndi yenidən intensivləşir və yeni Konstitusiyaya ehtiyac var. Neçə dəfə Konstitusiya dəyişib, səhv etmirəmsə, axırıncı dəyişiklik 2015-ci ildə olub, niyə o zaman suallar ortaya çıxmadı, amma indi isə deyirsiz ki, Bəyannamədən qurtulmaq istəyirsiz, Əliyev buna məcbur edir və s.” – o bildirib. Erməni jurnalistin “mövcud Konstitusiya “arsax”ın başqa dövlətin ərazisində yerləşə bilməyəcəyini nəzərdə tutur, əksinə, yenidən birləşmə məsələsini gündəmə gətirir. Amma siz “arsax”ı başqa dövlətə verdiniz və gələcək nəsillərə onun qaytarılmaq şansını saxlamamaq üçün kapitulyasiyanı kağıza köçürmək istəyirsiniz” sualına Ağazaryan belə cavab verib: “Bəyannamənin bir çox məqsədləri ola bilər, lakin müəyyən bir tarixi dövrdə bütün məqsədləri həyata keçirmək mümkündürmü? Ona görə də Bəyannamə tarixi sənəd, Konstitusiya isə dövlətin qanunlarla idarə olunduğu hüquqi sənəd kimi öz yerində qalmalıdır”. |
2024-01-24 | 825,711 | Bakıda mağazada 33 yaşlı kişi öldürüldü | Yanvarın 24-də saat 11 radələrində paytaxtın Nizami rayonu, “Koroğlu” metrostansiyasının qarşısındakı mağazalardan birində 1991-ci il təvəllüdlü Nurlan Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Nizami Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı 1985-ci il təvəllüdlü Əhməd Hüseynovun aralarında yaranmış mübahisə zamanı Nurlan Məmmədova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisədən sonra Əhməd Hüseynov könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində tutulub. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. |
2024-01-24 | 825,713 | Moldovanın xarici işlər naziri istefa verdi | Moldovanın xarici işlər naziri Niku Popesku Baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verdiyini açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Bu iki il yarım ərzində çox yaxşı işlər görüldüyünü əminliklə bildirmək istəyirəm. Vəzifəmdən istefa verirəm”, - Popesku bildirib. |
2024-01-24 | 825,718 | Borrell Bakıya qarşı buna görə bəyanat verir - Fyodorov | Bu cür ritorika, Qərbin Azərbaycana qarşı bu cür addımları yaxın gələcəkdə də aktiv şəkildə davam edəcək. Çünki Azərbaycanla Ermənistan arasında münasibətlərin yekun sülh müqaviləsi formasında rəsmiləşdirilməsində maraqlı olmayan xeyli sayda qüvvə, şəxs, struktur var. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin keçmiş müavini (1990-1991), politoloq Andrey Fyodorov deyib. “Onlar həddindən artıq suveren ölkə olan Azərbaycanın mövqelərinin daha da güclənməsinə imkan vermək istəmirlər. Bu gün Ermənistanla bağlı vəziyyət çox çətindir. Çünki Ermənistan rəhbərliyi bundan sonra nə edəcəyini və hansı istiqamətə gedəcəyini hələ müəyyənləşdirməyib. Ermənistan artıq KTMT-yə üzvlük məsələsini sual altına alıb. Qərb həqiqətən Ermənistana təhlükəsizlik zəmanəti verə və onu silahlandıra bilər. Amma bu, amerikalıların dəfələrlə danışdıqları məsələnin həllini tələb edir - Ermənistanın KTMT-dən çıxması. Və bu strukturdan çıxmaq avtomatik olaraq Rusiya hərbi bazasının Ermənistanın Gümrüdən çıxarılmasını nəzərdə tutur. Baza olmasa, Rusiya Ermənistan ərazisində təhlükəsizliyin təminatçısı kimi olmayacaq”, - politoloq bildirib. Fyodorov qeyd edib ki, nə qədər ki Ukrayna var, Cənubi Qafqaz Qərbin əsas gündəmində deyil: “Ancaq Borrell kimi fərdi adamlar vaxtaşırı “Azərbaycan məsələsi”ni qaldıracaqlar. Əlbəttə ki, Borrell Avropa diplomatiyasının rəhbəri kimi şəxsi nöqteyi-nəzərini çatdırmır. O, Böyük Britaniya (? – red.) və Fransanın maraqlarını əks etdirir”. |
2024-01-24 | 825,719 | Bakıya qarşı bu plan əvvəlcədən hazırlanmışdı - Mollazadə | Avropa siyasətçiləri Azərbaycanın müstəqil siyasət aparmasına, ərazi bütövlüyünü bərpa etməsinə, ölkəmizin inkişafına və AB ölkələrinə “böyük qardaş” kimi baxmadığına görə çox ciddi narahatlıq keçirirlər. Ona görə də Azərbaycanı cəzalandırmaq istəyirlər. Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, deputat Asim Mollazadə deyib. O, Azərbaycanın heç vaxt edilən təzyiqlərə boyun əyməyəcəyini vurğulayıb: “Neokolonializm siyasəti aparan Fransa ölkəmizə qarşı atılan addımlara başçılıq edir. Orada media və dövlət orqanlarında geniş imkanlara malik olan erməni diasporu da bütün imkanları ilə ölkəmizə təzyiq prosesini gücləndirməyə və genişləndirməyə çalışır. Çox təəssüf ki, Avropa Parlamentindən sonra AŞPA da bu prosesə qoşulub. Onlar anlamırlar ki, Azərbaycanla diktə ilə danışmaq, hansısa müstəmləkə kimi rəftar etmək olmaz. Baş verənlər bunların elan etdikləri dəyərlər və gördükləri əməllər arasında çox ciddi ziddiyyətin olduğunu göstərir. Fikrimcə, AŞPA-da ölkəmiz əleyhinə atılacaq addımlar əvvəlcədən planlaşdırılıb. Təzyiqlər və s. məsələlərə gəldikdə isə deyə bilərəm ki, Azərbaycan sözügedən müstəvidə də öz müstəqilliyini qoruyacaq gücə sahibdir və buna qadirdir”. Qeyd edək ki, AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Təklifi almaniyalı deputat Frank Şvabe verib və digər parlamentarilər tərəfindən dəstəklənib. Təklif qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Qərar bu gün elan edilməlidir. |
2024-01-24 | 825,722 | Seçki bülletenlərinin çapına başlanıldı | Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb. Axar.az xəbər verir ki, bülletenlər Milli Məclisin mətbəəsində çap edilir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri bu gün mətbəədə yaradılan şərait və proseslə tanış olublar. MSK sədri seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün tövsiyələr verib. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq. |
2024-01-24 | 825,726 | Erdanın Lavrova sərt cavabı: Terror ölkəsi ilə... | Moskva terrorun sponsoru kimi tanınan Tehranla əməkdaşlıq edir. Rusiya məhz İranın PUA-ları vasitəsilə dinc ukraynalıları qətlə yetirir. Axar.az xəbər verir ki, bunu yanvarın 22-də Təhlükəsizlik Şurasının iclasında İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan deyib. “Hamımıza məlum olduğu kimi, İranın pilotsuz təyyarələri Rusiya tərəfindən Ukraynada dinc sakinləri öldürmək üçün istifadə olunur. İran terroru hamımıza təsir edəcək, bunu hər birimiz bilirik. Hətta İranla əməkdaşlıq edən Rusiyaya da”, - o bildirib. Qeyd edək ki, Təhlükəsizlik Şurası Rusiyanın tələbi ilə Ukraynaya silah tədarükünü müzakirə etmək üçün toplanmışdı. |
2024-01-24 | 825,728 | 16 türkün olduğu gəmi batdı | Şanxay sahillərində Marşal adaları bayrağı altında üzən “Omeqa” gəmisi “Mirabella” adlı gəmi ilə toqquşub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Dənizçilik Baş İdarəsi məlumat yayıb. Məlumata görə, “Omeqa” gəmisi toqquşmadan sonra batıb. Gəmidə olan 21 nəfər xilas edilib. Onlardan 16-sı Türkiyə vətəndaşıdır. |
2024-01-24 | 825,729 | Səxavətli Qərbin Putinə hədiyyəsi | Böyük Britaniya və ABŞ Yaxın Şərqdə münaqişəyə cəlb olunarkən, Rusiya sakitcə böyük qələbə qazandı. Axar.az xəbər verir ki, bu barədə Çinin “Baijiahao” nəşrində dərc edilən analitik yazıda bildirilib. Qeyd edilib ki, ABŞ və Britaniya öz donanmasını Qırmızı dənizə göndərərək Yəməndəki husilərin mövqelərinə zərbələrə endirdiyi zaman Rusiya üstünlük əldə edib: “Bir çox şirkət gəmilərinin marşrutlarını dəyişir, təhlükəli ərazilərdən yan keçməli olur. Rusiyanın neft tankerləri isə kifayət qədər sakit şəkildə əvvəlki marşrutları ilə gedir və malları müştərilərə vaxtında çatdırır. Bu da Qərbdə hiddətə səbəb olub. ABŞ və müttəfiqləri Rusiya neftinin ixracını əngəlləmək üçün çoxlu cəhdlər etsə də, uğursuzluğa düçar olub. Üstəlik, Rusiya xam neftinin orta gündəlik tədarükünü əvvəlki həftələrlə müqayisədə son həftələrdə əhəmiyyətli dərəcədə artırmağı bacarıb”. Analtiklərin sözlərinə görə, ABŞ özü də fərqinə varmadan Rusiyaya əla hədiyyə təqdim edib: “ABŞ Qırmızı dəniz böhranını tətikləyərək, gəmiçilik şirkətlərini alternativ dəniz yolları axtarmağa məcbur etdi və Rusiyanın nəzarətində olan Şimal Dəniz Marşrutu bir seçim olaraq ortaya çıxdı. Belə bir vəziyyətdə Rusiya Prezidenti Vladimir Putin səxavətli Qərbin hədiyyəsini qəbul etdi”. |
2024-01-24 | 825,736 | Türkiyə ordusu terrorçuları məhv etdi | Türkiyə ordusu İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyatı bölgəsində 3 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. |
2024-01-24 | 825,738 | Rusiya Türkiyənin qərarından təəssüfləndi | İsveçin NATO-ya üzvlüyünə razılıq verməklə Türkiyə daxili siyasəti ilə bağlı məsələləri həll edir, təəssüf ki, Ankara bütün bəşəriyyətin deyil, vahid blokun maraqlarından çıxış edir. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev deyib. “Türkiyə parlamenti İsveçin NATO-ya üzv olmasına səs verib. Əgər bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başqa oyunu deyilsə, artıq məsələ həll olunub. Çox güman ki, bəli, çünki Türkiyə üçün İsveçin bloka daxil olmasına icazə xarici deyil, daxili siyasətlə bağlı məsələ idi. Görünür, istədikləri hər şeyi aldılar”, - Kosaçev bildirib. Qeyd edək ki, dünən Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. |
2024-01-24 | 825,740 | Sabah Bakıda 2 dərəcə şaxta olacaq | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə bəzi şəhərətrafi ərazilərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 2-5° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 75-65% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var. |
2024-01-24 | 825,743 | Cəlilabad işıqsız qaldı, bu kəndlə əlaqə kəsildi | Güclü qar yağması nəticəsində Cəlilabad rayonunda nəqliyyatın hərəkətində və elektrik təchizatında problemlər yaranıb. Axar.az Report-a istinadən xəbər verir ki, Cəlilabadın dağlıq kəndlərində qarın hündürlüyü 50 sm-ə çatıb. Avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Elektrik xətləri qırıldığından Cəlilabad şəhərinin bəzi hissələrində və bir neçə kəndə elektrik enerjisinin verilişi kəsilib. Analoji hava şəraiti Biləsuvar rayonunda da müşahidə olunur. Belə ki, kənd yollarında nəqliyyatın hərəkəti çətinləşib. Biləsuvarın mərkəzi hissəsində və bəzi kəndlərdə elektrik enerjisinin verlişi dayanıb. Eyni zamanda, güclü qar və külək rabitə dirəklərini aşırıb və xətləri qırıb. Bir neçə yerdə qarın ağırlığına dözməyən ağac aşıb. Rayon ərazisində qarın hündürlüyü 20 sm-ə çatır. Hazırda hər iki rayonda müvafiq orqanlar tərəfindən yollar qar örtüyündən təmizlənir. Həmçinin, elektrik enerjisinin bərpası üçün qəza briqadaları işlər aparırlar. Güclü qar səbəbindən Qax rayonunun Sarıbaş kəndi ilə əlaqə kəsilib. Hazırda yolun açılması istiqamətində işlər aparılır. Sakinlərin dediyinə görə, Sarıbaş kəndində yağan qarın qalınlığı 40-50 sm-ə çatır. Qeyd edək ki, Sarıbaş kəndi Qax rayonunun ən ucqar dağ kəndidir. |
2024-01-24 | 825,748 | Şok: Tarixi paytaxtımızdan əhali köçürüləcək - Video | Urmiya gölünün tamamilə qurumasından sonra bölgədə həyatın iflic olacağı və duz fırtınalarının şiddətlənəcəyinə görə Təbriz şəhərinin əhalisi başqa yerə köçürülməlidir. Axar.az xəbər verir ki, bunu İran Ətraf Mühitin Mühafizəsi Təşkilatının keçmiş sədri İsa Kəlantəri deyib. Bununla eyni vaxtda isə Qərbi Azərbaycan Böhran İdarəetmə Təşkilatının baş direktoru Əmir Abbas Cəfəri Urmiya gölünün 95 faizinin quruduğunu bildirib. Yerli ekoloqlar Urmiya gölü hövzəsində yağıntıların olmadığına görə qarşıdakı yaz və yay aylarında Azərbaycan əyalətlərində duz fırtınalarının təhlükəli səviyyədə artacağı barədə xəbərdarlıq ediblər. |
2024-01-24 | 825,749 | Bakı tələb göndərir, İrəvan isə bir müddət sonra... - Mikaelyan | Bəlkə də Fransa istisna olmaqla, bütün xarici oyunçuların ümumi yanaşması var: regiondakı problemlər Ermənistanın hesabına həll edilməlidir. İndi beynəlxalq aktorlar arasında əsas mübahisə nizamlanmaya kimin vasitəçilik edəcəyi ilə bağlıdır. Axar.az xəbər verir ki, bunu erməni politoloq Hrant Mikaelyan deyib. “Hazırda Ermənistanın özü kənara çəkildiyi üçün hər şey Türkiyə və Azərbaycandan asılıdır. Bu səbəbdən də Rusiya Türkiyə ilə birbaşa danışıqlar aparır. Qərb də bölgədəki vəziyyətlə bağlı Türkiyə ilə danışıqlar aparır. Bununla yanaşı, görürük ki, Bakı Fransaya qarşı kifayət qədər kobud davranır, Paris də öz növbəsində İrəvana “kiçik” də olsa, üstünlüklər verməklə müəyyən “balans” yaratmağa çalışır. İndiki mərhələdə harada sülh müqaviləsi bağlansa, Türkiyə-Azərbaycan müttəfiqliyi bundan faydalanacaq. Lakin burada problem təkcə vasitəçilərlə deyil, ilk növbədə İrəvanın özünün mövqeyindədir. Tez-tez görürük ki, Azərbaycan konkret məsələ ilə bağlı tələblərini göndərir, müəyyən müddətdən sonra Ermənistan bu tələbləri yerinə yetirir. Məsələn, Ermənistanın özü “artsaxı” Azərbaycanın bir hissəsi kimi tanıdığı halda, nə ABŞ, nə Fransa, nə də Rusiya istəsələr belə, heç nə edə bilməz. Əslində İrəvanın irəli sürdüyü sülh gündəmi, o cümlədən “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) təşəbbüsü Türkiyə və Azərbaycanın maraqlarından yanadır. Türkiyədən dəfələrlə Paşinyanın açılmasına müsbət yanaşdığı barədə bəyanatlar eşitmişik. Zəngəzur dəhlizi və bu bəyanatlar Ermənistanda rəsmi səviyyədə təkzib olunmadı. Təqdim olunan xəritəyə baxsanız, məlum olar ki, Türkiyə və Azərbaycanla çoxsaylı keçid məntəqələri açılır və bu layihənin əsas istiqaməti Qərb-Şərq dəhlizinə xidmət göstərməkdir”, - o bildirib. |
2024-01-24 | 825,751 | Rusiya MN təsdiqlədi: Təyyarəni Ukrayna vurub! - Video | 13:17 Rusiyanın İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Hazırda hadisə yerində xilasedicilərin işlədiyi bildirilib. Hadisənin səbəbi və nəticələri araşdırılır. Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib. *** Belqorodda Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb, 63 nəfərin öldüyü bildirilir. Rusiyanın “112” Teleqram kanalının məlumatına görə, qəzaya uğrayan İl-76 hərbi nəqliyyat təyyarəsində 63 nəfər olub. Onların hamısının həlak olduğu bildirilib. *** Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə Ukraynanın əsir götürülmüş 65 hərbçisi var idi və onlar mübadilə üçün Belqorod vilayətinə aparılırdı. "Təyyarədə mübadilə üçün Belqorod vilayətinə aparılan 65 ukraynalı hərbçi, onları müşayiət edən 3 nəfər və 6 ekipaj üzvü olub", - məlumatda qeyd olunub. *** Rusiya Müdafiə Nazirliyi Belqorod vilayətində hərbi-nəqliyyat təyyarəsinin Ukrayna tərəfindən vurulması faktını təsdiqləyib. |
2024-01-24 | 825,753 | İranda polis bölməsinə silahlı hücum edildi | Yanvarın 23-ü gecə saatlarında Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərinin 12-ci polis bölməsinə silahlı hücum edilib. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, polis bölməsi və ətrafında avtomat silahlardan açılan davamlı atəş səsləri eşidilib. Hadisənin təfərrüatı və hücumçuların kimliyi barədə məlumat verilməyib. |
2024-01-24 | 825,757 | Zelenski bunkerdə boyat çörək, konserv yeyirdi - Şuster | Vladimir Zelenski bunkerdə yaşadığı vaxt Günəş işığının və təmiz havanın olmamasından gileynənirdi, sifəti saralmışdı. Kifayət qədər yemək yox idi. Rəsmi qəbullarda şirniyyat paylanır, ümumi mətbəxdə ət konservləri, boyat çörəklər olurdu. Axar.az xəbər verir ki, bunu “Taym” jurnalının jurnalisti Saymon Şuster Ukrayna Prezidenti Vladimir Zelenski haqqında yazdığı “Şoumen” kitabında qeyd edib. “Sonradan ərzaq təchizatı quruldu. Səhər yeməyində Vladimir Zelenski omlet yeyirdi, köməkçiləri üçün isə hot-doq, kartof və qulyaş hazırlanırdı. Bunkerdə spirt ehtiyatı var idi. Bəzən Ukrayna prezidenti nahara ona qoşulan həmkarlarına şərab süzürdü. Bunkerin sakinləri hərdən filmlərə baxırdılar. Çox vaxt Hollivudun yeni filmlərini seçirdilər. Vladimir Zelenski sovet komediyalarına baxmaqdan imtina etmişdi, çünki hərbi əməliyyatlar başlayandan sonra o filmlər onda süstlük hissi yaratmışdı”, - müəllif bildirib. Şuster yazır ki, sığınacaq Ukrayna Prezidentinin Kiyevdəki iqamətgahının altında yerləşir: “Zelenskinin özü solğun idi, köməkçisi onu yeriyən cəsədə bənzədirdi”. |
2024-01-24 | 825,762 | Özü silah alan Rusiya bizə necə silah verir? - Arzumanyan | Rusiyanın Ermənistana silah göndərməsinə gəlincə, Moskvanın özünün silaha ehtiyacı olduğu və Şimali Koreya, eləcə də İrandan silah aldığı halda İrəvana necə silah verə bilər? Rusiyada belə imkanların olduğunu görmürəm. Axar.az xəbər verir ki, bunu Ermənistanın “Aşxar” Strateji Araşdırmalar Mərkəzinin direktoru Qraçya Arzumanyan deyib. “Məncə, bunlar boş söz və bəyanatlardır. Rusiyadan heç bir silah gözləmirəm. Ermənistan Müdafiə Nazirliyinin bəyanatına gəlincə, təəssüflə deməliyəm ki, onların sözlərinə inanmıram. Gəlin, bir az gözləyək və altı aydan sonra bəlkə yenidən bu məsələlərə qayıdaq, amma indi bu mövzuya toxunmağın mənası yoxdur. Bilirsiniz, hərbi sahədə mövcud olan real problemləri bir kənara qoyub, bəzi anlaşılmaz bəyanatlar arxasınca qaçırıq. İndiyədək Ermənistan MN orduda real dəyişiklik və islahatlar barədə açıqlama verməyib və ya başlamayıb. Ermənistan ordusu 2020-ci ildə məğlub olan köhnə silahlı qüvvələr olaraq qalır. Üç il keçdi və heç nə dəyişmədi. Bəyanatlar, gurultulu sözlər var ki, islahatlara doğru gedirik, amma əslində heç nə dəyişməyib. Yeni sərhədlərdə mühəndis təminatı, ictimai hazırlıq səviyyəsi ilə bağlı min bir problemimiz var, ehtiyatda olan hərbçilərin hazırlıq səviyyəsi yüksəlməlidir. Bütün bu problemləri bir kənara qoyub, rus silahlarından danışırıq”, - o bildirib. |
2024-01-24 | 825,763 | Ərdoğan hər şeyi aldı, indi də... - Klimov | Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü ratifikasiya edən fərmanı imzalayana qədər “bazarlıq” edə və divident ala bilər. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq münasibətlər komitəsinin sədr müavini Andrey Klimov deyib. “Türklərin qanunu var ki, Ərdoğan sənədləri imzalamalıdır. Yalnız bundan sonra TBMM-nin qərarı qüvvəyə minəcək. Düşünürəm ki, yenə də “bazarlıq” edəcəklər”, - o bildirib. Klimov qeyd edib ki, türklər həmişə öz milli maraqları üçün çalışırlar: “Onlar başa düşdü ki, NATO Finlandiya və İsveçlə bağlı qərara görə tələyə düşüb. Türklərin İsveçə çoxlu sualları var idi, lakin getdikcə Vaşinqtona daha çox sualları yaranırdı. Beləliklə, türklər dividendlər əldə etmək üçün Vaşinqtonu əllərindən gəldiyi qədər sıxdılar. Bir çox NATO ölkəsi sadəcə olaraq səs verdi, vəssalam, lakin türklər bacardıqları hər şeyi aldılar”. |
2024-01-24 | 825,765 | Kreml Türkiyənin İsveç qərarını şərh etdi | Bu, Türkiyənin suveren qərarıdır. Axar.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin İsveçin NATO-ya daxil olmasına razılıq verməsi ilə bağlı sualı cavablandırarkən deyib. “Bu, Türkiyə parlamentinin qərarıdır. Türkiyə hələ də Şimali Atlantika Alyansının üzvüdür, onun öz öhdəlikləri, sözügedən ittifaqdakı müttəfiqləri ilə öz danışıqlar prosesi var. Bu, Türkiyənin suveren qərarıdır”, - o bildirib. |
2024-01-24 | 825,769 | Ukraynada hava hücumu xəbərdarlığı elan edildi | Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Axar.az xəbər verir ki, bu barədə “RBK Ukraina” məlumat yayıb. Bildirilib ki, buna səbəb kimi Rusiyanın MiQ-31 qırıcısının hücumu göstərilir. |
2024-01-24 | 825,771 | Şirvandakı partlayışda xəsarət alanların son durumu... | Şirvan şəhərində yerləşən Şirvan Araz zavodu MMC-də baş verən partlayış nəticəsində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz tibbi yardım şöbəsinə müxtəlif xəsarətlərlə gətirilən üç nəfərə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda partlayış olub. Şirvan Şəhər Prokurorluğundan verilən məlumata görə, zavodda baş vermiş partlayışla bağlı araşdırma aparılır. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər yerinə yetirilir. Hadisənin zavodun sexlərindən birində minaatan silahın 120 mm-lik mərmisinin çəkiclə vurularaq sıxılması nəticəsində baş verməsi ehtimal edilir. |
2024-01-24 | 825,776 | Kreml: Fransanın bu açıqlaması təəssüf doğurur | Ukraynada fransız muzdlularının olduğunu göstərən etibarlı məlumata sahibik. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentin sözçüsü Dmitri Peskov deyib. “İsrar edirik ki, Ukraynada Fransa vətəndaşlarının, fransız muzdluların olduğunu göstərən etibarlı məlumatımız var. Fransa nümayəndələrinin isə Ukraynadakı bu qırğında iştirak edən fransızlarla heç nə edə bilməyəcəkləri barədə açıqlamalarına, sadəcə, təəssüf edirik”, - o bildirib. Peskov vurğulayıb ki, Fransa öz vətəndaşları ilə daha diqqətli davranmalıdır: “Onlara Kiyev rejiminin cinayət əməllərində iştirak etməmək qətiyyətlə tövsiyə etməlidir”. Qeyd edək ki, yanvarın 17-də Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Xarkovda fransız muzdluların olduğu binaya yüksək dəqiqliklə zərbə endirdiyini və nəticədə 60-dan çox yaraqlının öldürüldüyünü bildirib. Paris isə məhv edilmiş döyüşçülərin Fransanın silahlı qüvvələri ilə heç bir əlaqəsi olmadığını bəyan edib. |
2024-01-24 | 825,777 | Qarakilsədə hava “zərbəsi” - ermənilər panikaya düşdü | Ermənistanın Qarakilsə (Vanadzor) şəhərində partlayış səsinə bənzər səs eşidilib və bu, ictimaiyyətin narahatlığına səbəb olub. Axar.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. Loru qubernatorluğundan bildirilib ki, ərazidə aviasiya təlimləri keçirildiyi üçün əhali panikaya düşüb: “Xahiş edirik ki, panikaya düşməyin. Partlayış olmayıb, ərazidə aviasiya təlimi keçirilir”. |
2024-01-24 | 825,778 | İranın İsveçdəki səfirliyinə hücum edildi | Yanvarın 23-də 5 nəfər qanunsuz şəkildə İranın İsveçin paytaxtı Stokholm şəhərindəki səfirliyinə daxil olmağa çalışıb. Axar.az xəbər verir ki, bu barədə İsveç polisinin bəyanatında bildirilib. Hücumçuların kimliyi barədə məlumat verilməyib. Onların səfirlik binasından uzaqlaşdırıldığı qeyd edilib. Bunun İranda İsveç vətəndaşlarının həbsi və siyasi məhbus Məhəmməd Qubadlının edamına etiraz edildiyi ehtimal olunur. |
2024-01-24 | 825,779 | Volodindən şok: İl-76-nı Ukrayna vurub - Video | Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin İl-76-nın Belqorod vilayətində qəzaya uğraması ilə bağlı ABŞ Konqresinə və Bundestaqa müraciət hazırlamağı tapşırıb. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Volodin həmçinin hansı raketlərin və ya buraxılış qurğularının istifadə olunduğunu öyrənməyi təklif edib: “Gəlin, ABŞ Konqresinə və Almaniya Bundestaqına müraciət hazırlayaq ki, deputatlar nəhayət kimi maliyyələşdirdiklərini, kimə kömək etdiklərini aydın görsünlər, bu, Bayden, Makron, Şolts və digər siyasətçilərdən qidalanan nasist rejimidir. Onlar öz məsuliyyətlərini dərk etməli və parlament üzvləri onlara impiçment elan etməlidirlər”. Rusiya MN bildirib ki, Aerokosmik Qüvvələrinə məxsus 65 ukraynalı əsir, ekipaj və onu müşayiət edən şəxslərlə mübadilə üçün daşınan İl-76 nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb. |
2024-01-24 | 825,783 | Ukrayna İl-76-nı “Patriot”la vurub - Kartopolov | Hərbi əsirlərin olduğu İl-76 təyyarəsi 3 raketlə vurulub. Axar.az xəbər verir ki, bu iddia ilə Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri Andrey Kartopolov deyib. “Ukrayna rəhbərliyi gözlənilən mübadilədən yaxşı xəbərdar idi, onlara əsirlərin necə çatdırılacağı barədə məlumat verildi, lakin İl-76 təyyarəsi “Patriot” və ya Almaniya istehsalı olan İRİS-T zenit-raket sistemindən üç raketlə vuruldu. Mütəxəssislər bunu araşdıracaqlar”, - Kartopolov bildirib. |
2024-01-24 | 825,785 | 31 tibb müəssisəsində radioloji fəaliyyət məhdudlaşdırıldı | Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü ildə 31 tibb müəssisəsində radioloji fəaliyyəti məhdudlaşdırıb. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Belə ki, Agentlik tərəfindən ötən il ərzində ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 151 “xüsusi icazə” verilib. Onların 117-si tibb müəssisələrinin, 34-ü isə sənaye və elmi-tədqiqat müəssisələrinin payına düşüb. Bununla yanaşı, nüvə və radioloji fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulan obyektlərin layihələrinin, bu obyektlərdə tətbiq edilən yeni texnoloji proseslərin və avadanlıqların nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasının həyata keçirilməsi üzrə 92 rəy verilib. Həmçinin, 2023-cü ildə Agentlik tərəfindən ərazi, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının təmin edilməsi məqsədilə 164 müəssisənin radioloji-gigiyenik pasportu aparılıb. Bundan əlavə, nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə Agentlik tərəfindən 306 nəzarət-yoxlama tədbiri keçirilib. Bu tədbirlər nəticəsində 154 inzibati protokol tərtib edilib, 150 inzibati işə baxılıb, 31 tibb müəssisəsində aşkar edilmiş pozuntularla əlaqədar radioloji fəaliyyət məhdudlaşdırılıb. Ötən il Agentlik tərəfindən “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsin strukturuna daxil olan tibb müəssisələrinin rəhbər heyəti və aidiyyəti personalı üçün “Tibb müəssisələrində radiasiya təhlükəsizliyinin təmin olunmasına nəzarət mexanizmi” adlı təlim, tibb və sənaye müəssislərinin mütəxəssisləri, həmçinin radiasiya aşkarlama və nəzarət funksiyalarını icra edən dövlət orqanlarının nümayəndələri üçün Naxçıvan şəhərində “Tibb və sənaye müəssisələrində radiasiya təhlükəsizliyinin təmin edilməsi” mövzusunda seminar keçirilib. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi respublika ərazisində nüvə və radioloji təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. |
2024-01-24 | 825,788 | Həsən Ruhaninin namizədliyi təsdiq edilmədi | Nəzarət Şurası İranın keçmiş prezidenti Həsən Ruhaninin ölkənin Ekspertlər Məclisinə seçilmək üçün namizədliyini təsdiq etməyib. Axar.az xəbər verir ki, bu barədə Həsən Ruhaninin rəsmi media qurumu məlumat yayıb. Xəbəri Nəzarət Şurasının sözçüsü Hadi Təhan Nəzif təsdiqləməyib. Qeyd edək ki, 86 üzvü olan Ekspertlər Məclisi İran rəhbərinin seçilməsi və onun fəaliyyətlərinə nəzarət edən qurumdur. |
2024-01-24 | 825,790 | İlham Əliyev sərəncam imzaladı | “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri İsmayılov Dağbəyi Mirzəxan oğlu Müşahidə Şurasının üzvləri: Əliyev Vüqar Zifər oğlu Mehrəliyeva Şəfəq Akif qızı Mikayılova Sevil Əlirazı qızı Şıxlinskiy Elçin İsmayıl oğlu. |
2024-01-24 | 825,791 | Prezidentdən Məhərrəm Əhmədovla bağlı sərəncam | Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. |
2024-01-24 | 825,792 | Prezident Dağbəyi İsmayılova vəzifə verdi | Xəbər verdiyimiz kimi, Prezident “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Axar.az xəbər verir ki, sərəncama əsasən Dağbəyi Mirzəxan oğlu İsmayılov Müşahidə Şurasının sədri təyin olunub. Qeyd edək ki, 75 yaşlı əməkdar jurnalist Dağbəyi İsmayılov Azərtac-ın İdarə Heyəti sədrinin müavinidir. |
2024-01-24 | 825,796 | Bakı metrosunda ölüm | Bakı Metropoliteni QSC-nin "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarda sərnişinlərdən birinin halı pisləşib. QSC-dən Axar.az-a verilən məlumata görə, bununla bağlı maşinistə məlumat daxil olan kimi dərhal tədbirlər görülüb. “Dispetçerin müvafiq tapşırığına uyğun olaraq "Qara Qarayev" stansiyasında sərnişin qarşılanıb. Təcili tibbi yardım xidməti çağırılıb. İlkin ehtimalla 60-65 yaş aralığında olan kişi sərnişinə ilkin yardım göstərilib. Təcili yardım briqadası gələnə qədər sərnişin vəfat edib”, - məlumatda bildirilib. |
2024-01-24 | 825,799 | İl-76-da əsirlər yox, S-300 raketləri olub – Şok iddia | Qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsində ukraynalı əsirlər deyil, S-300 sistemləri üçün idarəolunan zenit raketləri olub. Axar.az xəbər verir ki, bu iddia Ukrayna Teleqram kanalları tərəfindən ortaya atılıb. Ukraynalı hərbi ekspert Aleksandr Kovalenko məsələ ilə bağlı bildirib ki, qəzadan sonra baş verənlər bu iddiaları təsdiqləyir: “Yerə çırpılandan sonra təyyarədən heç bir şey qalmadı, gövdəsinin hissələri ətrafa səpələnib. Çırpıldıqdan sonra döyüş sursatının partlaması da baş verib. Bundan başqa hadisə yerindən yayılan fotolarda ərazidə heç bir cəsəd gözə dəymir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, heyətlə birlikdə göyərtədə 74 adam olub, amma ətrafda bir dənə də cəsəd yoxdur”. Ekspertin sözlərinə görə, heç vaxt əsirləri təyyarə ilə aparmırlar: “Üstəlik, Müdafiə Nazirliyinin məlumatına görə, 65 hərbi əsirin cəmi 3 müşayiətçisi olub”. |
2024-01-24 | 825,803 | Röpke: İl-76 havada partlayışdan sonra qəzaya uğrayıb | Rusiyanın İl-76 təyyarəsi havada partlayışdan sonra Belqorod vilayətində qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bunu BİLD nəşrinin hərbi eksperti Yulian Röpke qəzanın videosunu şərh edərkən deyib. “Rusiya Hərbi Hava Qüvvələrinə məxsus İl-76 təyyarəsi Ukrayna ilə sərhəd yaxınlığında, Belqorod vilayətində qəzaya uğrayıb, havada baş verən partlayışdan sonra alovlanıb və parçalanmağa başlayıb. İndi Rusiya və Ukrayna mənbələri İl-76-nın vurulduğunu bildirir. Yerli sakinlərin niyə səmada “ucadan nəsə” eşidib, mobil telefonlarını çıxarıb fəlakəti videoya çəkdiklərini başqa cür izah etmək mümkün deyil. Düzgün görürəmsə, qəzadan əvvəl gövdə parçalanır və kabin təyyarənin qalan hissəsindən uzaqlaşır. Bunun baş verməsi üçün havada kifayət qədər güclü partlayış baş verməlidir”, - o bildirib. |
2024-01-24 | 825,805 | ABŞ Türkiyənin qərarını alqışladı: F-16-ların yolu açıldı | Türkiyənin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolu təsdiqləməsi ABŞ Konqresində bəzilərinin Ankaraya F-16 təyyarələrinin satışına icazə verməsi üçün mühüm amildir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən TRT-yə açıqlamada bildirilib. “ABŞ Prezidenti Co Bayden uzun müddətdir ki, Türkiyə tərəfindən F-16-nın modernləşdirilməsini dəstəklədiyini bildirib. Konqresin bəzi üzvləri açıq şəkildə bəyan ediblər ki, F-16-ların Türkiyəyə satışını dəstəkləmək üçün İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiqləmək vacibdir”, - qurumdan bildirilib. Dövlət Departamenti Türkiyə parlamentinin İsveç protokolunun təsdiqi ilə bağlı qərarını alqışlayıb. |
2024-01-24 | 825,806 | Xankəndidə ilk mobil operator mağazası fəaliyyətə başladı | Azad edilmiş ərazilərin dirçəlişinə dəstək verməyə davam edən "Bakcell" Xankəndi şəhərində rəsmi diler mağazasını təqdim edən ilk mobil operator oldu. 24 yanvar tarixindən etibarən, Qarabağ universiteti ilə üzbəüz ünvanda yerləşən Bakcell mağazası müştərilərə yüksək sürətli və innovativ rabitə xidmətlərini təqdim edir. Xankəndi şəhərində yeni mağazanın fəaliyyətə başlamasının şirkət üçün çox önəmli nailiyyət olduğunu vurğulayan "Bakcell" şirkətinin Baş icraçı direktoru Klaus Müller bildirib: “Əsas məqsədimiz Qarabağ və Şərqi Zəngəzur bölgələrini qısa müddət ərzində ölkənin ən sürətli şəbəkəsinə qoşmaqla Bakcell şirkətinin innovativ məhsullarını bütün abunəçilərə təqdim etməkdir". Qeyd edək ki, Bakcell şirkəti işğaldan azad olunmuş ərazilərdə şəbəkəsinin genişləndirilməsinə 23 milyon manat həcmində investisiya yatırıb. Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəran kimi yaşayış məntəqələrinin mobil şəbəkə ilə əhatə edilməsini qısa zamanda təmin edib. Həmçinin, Şuşa, Zəngilan, Cəbrayıl, Qubadlı, Kəlbəcər, Laçın rayonlarının əhalinin məskunlaşdığı və infrastruktur işlərinin aparıldığı ərazilərdə Bakcell şəbəkəsi abunəçilərə təqdim edilib. |
2024-01-24 | 825,807 | Ərdoğan və Rəisi arasında görüş keçirildi | 16:14 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və iranlı həmkarı İbrahim Rəisi arasında görüş olub. Axar.az yerli mediaya istinadən xəbər verir ki, görüş Ankarada baş tutub. Ərdoğan Rəisi ilə görüşdə Kirmandakı terroru pislədiklərini bildirib. Bundan əlavə, ölkə rəhbərləri ikitərəfli əlaqələrin dərinləşdirilməsi məsələlərini, Qəzza və Cənubi Qafqazdakı vəziyyəti də gündəmə gətiriblər. |
2024-01-24 | 825,811 | Qəzzada ölənlərin sayı artdı | İsrail ordusunun Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 25 700-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralıların sayı isə 63 740-dır. Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzzada əməliyyatları nəticəsində 210 nəfər ölüb, 386 nəfər yaralanıb. |
2024-01-24 | 825,821 | Quş qripi ilə bağlı monitorinqlərin nəticələri | Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisini yüksək patogen quş qripi xəstəliyindən qorumaq məqsədilə keçirilmiş epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb. AQTA-dan Axar.az-a verilən məlumata görə, 8-19 yanvar tarixlərində keçirilən monitorinqlər zamanı epizootik risk əsasında müəyyən olunmuş Biləsuvar, Şabran və Xızı rayonlarındakı Mahmudçala, Ağzıbir və Yaşma ovçuluq təsərrüfatlarında, Abşeron yarımadasında, Salyan, Ağcabədi və Lənkəran rayonlarının ərazisində yerləşən Abşeron, Şirvan, Ağgöl, Qızılağac milli parklarının su-bataqlıq sahələrində və dənizsahili zonalarında, eləcə də Füzuli, Cəbrayıl, Zəngilan, Ağdərə və Ağdam rayonları ərazilərindəki su hövzələrinin ətrafında müvafiq müşahidələr aparılmaqla vəhşi quşlara klinik baxış keçirilib, xəstəlik törədicisinin aşkar edilməsi məqsədilə ovlanmış 58 baş müxtəlif növ vəhşi quşdan diaqnostik material nümunələri götürülüb. Monitorinqlər çərçivəsində Bakı şəhəri, həmçinin Abşeron, Şabran, Sabirabad, Neftçala, Ucar, Xaçmaz, Cəlilabad və Xızı rayonlarındakı 11 sənaye əsaslı quşçuluq müəssisəsindən 110 baş, habelə Bakı şəhəri, Abşeron, Xızı, Şabran, Neftçala, Astara, Siyəzən, Lənkəran, Biləsuvar, Salyan və Ağcabədi rayonlarına aid ümumilikdə 198 ailə təsərrüfatında saxlanılan müxtəlif növ 594 baş ev quşundan laborator müayinə üçün qan və yaxma nümunələri götürülüb, təsərrüfatlara ümumi baxış keçirilib və epizootoloji məlumatlar toplanıb. Vəhşi və ev quşlarından götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə edilib. Müayinələrin və ümumi epizootoloji müşahidələrin təhlili nəticəsində quş qripi xəstəliyinin törədicisinə və xəstəliyə şübhəli klinik əlamətləri olan quşa rast gəlinməyib. Ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə görə də müayinə edilib və yoluxmaya şübhəli hal rast gəlinməyib. Əlavə olaraq, monitorinqlərin aparıldığı dövr ərzində təbiət ərazilərində, ailə və fermer təsərrüfatlarında quduzluq və xırdabuynuzlu heyvanların taunu xəstəliklərinə həssas heyvanlar arasında da epizootoloji müşahidələr aparılıb ki, sözügedən xəstəliklərə görə klinik xəstə və ya tələf olmuş heyvanlara rast gəlinməyib. Monitorinqlər Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin və yerli Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri idarələrinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin əməkdaşlarının iştirakı ilə həyata keçirilib. |
2024-01-24 | 825,823 | Prezidentin yüksək orden verdiyi şəxs kimdir? | Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Məhərrəm Camal oğlu Əhmədov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, Məhərrəm Camal oğlu Əhmədov 25 yanvar 1954-cü ildə Bakıda anadan olub. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsində təhsil alıb. 1975–1976-cı illərdə Misir Ərəb Respublikasında tərcüməçi kimi xidməti ezamiyyətdə olub. 1977–1978-ci illər Azərbaycan Kitabsevərlər Cəmiyyətində təlimatçı vəzifəsində işləyib. 1978–1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Nitq mədəniyyəti və Azərbaycan dilinin tarixi şöbələrində baş laborant, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb. 1997–2005-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsində məsləhətçi, böyük məsləhətçi vəzifələrində işləyib. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub. Hazırda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavinidir. Filologiya üzrə fəlsəfə doktorudur. Rus və ərəb (sərbəst), ingilis və fars dillərini (lüğətlə) bilir. 2-ci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur. “Dövlət qulluğunda fərqlənməyə görə” və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” medalları, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni” ilə təltif olunub. |
2024-01-24 | 825,824 | “Sehrli xalat”ın Rəşidi vəfat etdi | “Sehrli xalat” filmində baş rol ifaçısı Azər Qurbanov vəfat edib. Kult.az xəbər verir ki, bu barədə əməkdar mədəniyyət işçisi Yusif Şeyxov məlumat yayıb. O bildirib ki, Azər Qurbanov bir müddət əvvəl ağır xəstəlikdən sonra Amerika Birləşmiş Ştatlarında (ABŞ) dünyasını dəyişib. Qeyd edək ki, A.Qurbanov sözügedən filmdə Rəşid obrazını canlandırıb. |
2024-01-24 | 825,826 | Ukrayna İl-76-nı vurmaqla vəhşilik etdi - Rusiya XİN | Ukrayna İl-76 təyyarəsini vurmaqla ağılsızcasına vəhşilik etdi. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. “Kiyev bununla da istənilən razılaşmanın mümkünlüyünü şübhə altına aldı”, - məlumatda qeyd olunub. Qeyd edək ki, göyərtəsində 65 ukraynalı əsir və 9 ekipaj üzvünün olduğu İl-76 təyyarəsi bu gün Belqorodda qəzaya uğrayıb. Göyərtədəki bütün heyət ölüb. Rusiya MN təyyarənin Ukraynanın vurduğunu açıqlayıb. |
2024-01-24 | 825,830 | “Nar” beynəlxalq sertifikata layiq görüldü | "Nar" müştəriyönümlülük strategiyasının beynəlxalq səviyyədə tanınması ilə daha bir uğura imza atdı. Mobil operator ISO 9001:2015 Keyfiyyətin İdarə olunması və ISO 10002:2018 Müştəri Məmnuniyyətinin İdarə olunması üzrə beynəlxalq sertifikatlara layiq görülüb. Qiymətləndirilmə aparıcı beynəlxalq yoxlama və sertifikatlaşdırma şirkəti olan “Bureau Veritas Group” tərəfindən aparılıb. “Nar” müştərilərinə etibarlı şəkildə yüksək keyfiyyətli xidmətlər təqdim etmək öhdəliyini davamlı şəkildə nümayiş etdirərək Beynəlxalq Standartlaşdırma Təşkilatının meyarlarına cavab verib. “Nar”-ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib ki, ISO sertifikatları mobil operatorun müştəri məmnuniyyətinin təmin olunması məqsədini bir daha təsdiq edir: “Müştəriyönümlülük və sərfəli qiymət “Nar”ın əsas dəyərləridir. Bu sertifikatlar bizim hazırda sistematik və müştəriyönümlü proseslərinin uğurla tətbiq olunmasını əks etdirir. Biz keyfiyyətin idarə edilməsində ən yüksək standartları saxlamaq üçün bu proaktiv yanaşma ilə davam edəcəyik” – Qunnar Panke vurğulayıb. ISO və ya Beynəlxalq Standartlaşdırma Təşkilatı məhsulların, xidmətlərin və sistemlərin keyfiyyətini, təhlükəsizliyini və səmərəliliyini təmin etmək üçün beynəlxalq səviyyədə tanınmış standartları müəyyən edən qlobal qurumdur. İSO standartlarına uyğunluq mükəmməlliyə sadiqliyi göstərir, dünya miqyasında müxtəlif sənaye sahələrində etimadı və etibarlılığı gücləndirir. Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. |
2024-01-24 | 825,833 | Təyyarədə ölən ukraynalı hərbçilərin adları - Siyahı | “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan Belqorodda İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ukraynalı hərbi əsirlərin siyahısını yayımlayıb. Axar.az xəbər verir ki, Simonyanın paylaşdığı siyahıda Ukrayna Silahlı Qüvvələrinin üzvü olduğu bildirilən 65 hərbçinin kimliyi qeyd olunub. Qeyd edək ki, Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsinin partlaması nəticəsində 74 nəfər həlak olub. |
2024-01-24 | 825,835 | İranda din xadimi güllələndi | İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində “Əbdülqadir Zaruzehi” kimi tanınan sünni din xadimi Məhəmmədbəxş Rəsulzadə güllələnərək öldürülüb. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Hadisənin səbəbi və təfərrüatı barədə açıqlama verilməyib. Din xadiminin hakimiyyətə bağlı radikal şiə qruplaşmaları tərəfindən öldürüldüyü ehtimal edilir. |
2024-01-24 | 825,836 | ABŞ bu iş adamının başına 15 milyon mükafat təyin etdi | ABŞ Xarici İşlər Nazirliyinin "Ədalət üçün mükafat" layihəsi çərçivəsində SEPAH-a bağlı iş adamı Hüseyn Hatifi Ərdəkani barədə məlumat üçün 15 milyon dollar mükafat təyin edilib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. "Bu iranlı iş adamı İran İnqilab Keşikçiləri Korpusunun silah istehsalı üçün ehtiyac duyduğu mürəkkəb texnologiyanın əldə edilməsi və ötürülməsi sahəsində SEPAH-la əməkdaşlıq edib", - məlumatda bildirilib. Bildirilib ki, əldə edilən hərbi texnikanın satışı SEPAH-a beynəlxalq terror fəaliyyətləri üçün lazım olan maliyyə resurslarını təmin etməyə imkan verib. Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi bundan əvvəl İran üçün PUA hissələrinin çatdırılmasındakı roluna görə Hüseyn Hatifi Ərdəkaniyə sanksiya tətbiq edib. |
2024-01-24 | 825,837 | 74 nəfərin öldüyü qəza yerindən dəhşətli görüntü - Video | Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsinin Belqorod vilayətində qəzaya uğradığı ərazidən görüntülər yayılıb. Axar.az xəbər verir ki, videolarda təyyarənin parçalandığı, ölən hərbçilərini cəsədləri görünür. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Duması göyərtəsində 65 ukraynalı hərbi əsirin və 9 ekipaj üzvünün olduğu deyilən təyyarənin Xarkov vilayətindən vurulduğunu bildirib. |
2024-01-24 | 825,839 | Çində çoxmərtəbəli binada yanğın: 39 nəfər öldü | Çinin Tszyansi əyalətində çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 39 nəfər ölüb. Axar.az xəbər verir ki, məlumatı “Kazinform” agentliyi yayıb. Bildirilib ki, hadisə yanvarın 24-də Tszyansi əyalətinin Sinyuy şəhərində baş verib. Axtarış xilasetmə əməliyyatı davam edir. Hadisənin şəraiti və səbəbi araşdırılır. Yanğın qurbanlarının artacağı ehtimal olunur. |
2024-01-24 | 825,840 | Britaniyalı generaldan əhaliyə: Müharibəyə hazır olun! | Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Patrik Sanders Rusiya ilə müharibəyə hazır olmaqla bağlı əhaliyə xəbərdarlıq edib. Axar.az Report-a istinadən xəbər verir ki, o, bu gün Londonda keçirilən Beynəlxalq Zirehli Maşınlar Sərgisində bu barədə danışıb. P.Sanders söyləyib ki, britaniyalılar Rusiya ilə müharibə olacağı təqdirdə orduda xidmət etməyə hazır olmalıdırlar. Onun sözlərinə görə, bu ehtimal edilən ssenari ilə bağlı olaraq britaniyalıların şüurunda dəyişiklik olmalıdır. Qeyd edək ki, bundan əvvəl NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Alyansın Rusiya ilə müharibəyə hazır olduğunu bildirib. Almaniyanın müdafiə naziri Boris Pistorios isə söyləyib ki, qarşıdakı illərdə Rusiya ilə Alyans arasında savaş başlaya bilər. NATO baş katibi Yens Stoltenberq isə bildirmişdi ki, Alyans Rusiya ilə müharibənin qarşısını almağa çalışır. Xatırladaq ki, NATO Soyuq müharibədən bəri ən irimiqyaslı hərbi təlimlər keçirir. |
2024-01-24 | 825,842 | ŞƏT missiyası prezident seçkilərini müşahidə edəcək | Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) dəvəti ilə prezident seçkilərini izləmək üçün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidə missiyası ölkəyə gələcək. Qurumdan Axar.az-a verilən məlumata görə, hazırda missiyanın tərkibi formalaşdırılır. Qeyd edək ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2024-01-24 | 825,843 | Mirzoyanın xəritə açıqlaması bunu təsdiqləyir | Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər işğal dövründə Azərbaycan ərazilərində basdırılmış minaların dəqiq xəritələrinin mövcud olduğunu və insanların qəsdən qətlə yetirilməsi məqsədilə ölkəmizə təqdim edilmədiyini təsdiqləyir. Axar.az xəbər verir ki, bunu Azərtac-a Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva bildirib. Ombudsman qeyd edib ki, Ermənistan tərəfindən törədilən mina terroru işğaldan azad edilmiş ərazilərimizdə aparılan tikinti-quruculuq işlərinə mane olur, mülki şəxslərin həyat və sağlamlığını risk altında qoyur, əhalinin öz tarixi yurdlarına təhlükəsiz qayıdışını ləngidir. Birinci Qarabağ müharibəsindən bu günədək Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda basdırdığı minaların partlaması 357 nəfəri uşaq, 38 nəfəri isə qadın olmaqla, ümumilikdə 3400-dən çox vətəndaşımızın minadan zərər çəkməsi ilə nəticələnmişdir.Bununla da beynəlxalq humanitar hüququn norma və prinsipləri Ermənistan tərəfindən kobud şəkildə pozmuşdur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, Ermənistan tərəfindən minalanmış ərazilərlə bağlı dəqiq xəritələrin varlığı inkar edilmiş və ölkəmizə təqdim olunmamış, bu günədək verilmiş mina xəritələrinin dəqiqlik göstəricisi isə cəmi 25 faiz təşkil etmişdir. Ermənistanın xarici işlər nazirinin son etirafı həmin dövlətin Azərbaycana qarşı müharibə cinayətləri və mina terroru törətdiyini bir daha sübut edir. |
2024-01-24 | 825,844 | Abşeronda şəhidimiz anıldı - Foto | Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olan Eyvazov Vüqar Eyvaz oğlu 35-ci doğum günündə yad edilib. Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və şəhid ailələri iştirak edib. İştirakçılar Fəxri Xiyabanda vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarlarını ziyarət edib, tər güllər düzərək ruhlarına dualar oxuyublar. Axar.az xəbər verir ki, şəhid V.Eyvazovun ailə üzvləri ilə görüşən RİH başçısı Abdin Fərzəliyev ailənin qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, xalqımızın qalib gəldiyi 44 günlük müharibədə minlərlə qəhrəman oğullarımız silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşüb. 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və“Cəsur döyüşçü” medallarına layiq görülən kapitan Eyvazov Vüqar Eyvaz oğlu da həmin qəhrəmanlardan biri olub. V.Eyvazovun da böyük şücaət göstərdiyi antiterror əməliyyatlarından sonra Azərbaycanın ərazi bütövlüyün tam təmin edilib. Şəhid V.Eyvazovun ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulmasını, daim yad olunmasını bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndiriblər. |
2024-01-24 | 825,845 | Bu nazirliyin iş planı təsdiqləndi | Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclasında qurumun 2024-cü il üçün perspektiv iş planı təsdiqlənib. Axar.az xəbər verir ki, nazir Fərid Qayıbovun sədrliyi ilə keçən iclasda bu il idman növləri üzrə yığmaların, məşqçi və idmançı heyətlərinin siyahısı, eyni zamanda təqvim planı təsdiqini tapıb. İdman mütəxəssislərinə veriləcək yeni döş nişanları və müvafiq vəsiqələr, həmçinin “İdman səfiri”nin seçilməsi haqqında Əsasnamə, “İdman obyektləri və avadanlıqlarının standartlaşdırılması” üzrə Texniki Komitənin yaradılması, 2023-2024-cü illər üçün Vahid İdman Təsnifatına atçılıq idman növü üzrə əlavələr və digər məsələlər müzakirə edilərək qəbul olunub. Kollegiyanın qərarı ilə pauerliftinq, stronqman, qol güləşi idman növləri və onların fənləri Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının fəaliyyət istiqamətinə əlavə edilib. 2023-cü ildə əldə edilmiş nailiyyətlərə görə istedadlı və yaradıcı gənclərin, həmçinin “Sabahın alimləri” Xlll Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması məsələləri, ali təhsil müəssisələrinin tələbələri arasında “Komando” hərbi-idman oyununun Əsasnaməsi də Kollegiyada müzakirə edilərək qəbul olunub. |
2024-01-24 | 825,846 | İsrail 10 min köçkünün sığındığı mərkəzi vurdu | İsrail ordusu Qəzzada 10 min insanın yaşadığı təlim mərkəzini vurub. Axar.az xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin direktoru Tomas Uayt məlumat verib. "Qəzzada Xan Yunisdə döyüşlər güclənir. 10 min köçkünün yerləşdiyi təlim mərkəzi indicə vurulub. Binalar yanır və kütləvi insan tələfatı var, iki gündür mərkəzə təhlükəsiz giriş-çıxış bağlanıb, insanlar tələyə düşüb", - T.Uayt qeyd edib. |
2024-01-24 | 825,847 | Azərbaycan AŞPA ilə əməkdaşlığı dayandırdı | Azərbaycan Respublikasının Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyəti yanvarın 24-də qurumun iclasında bəyanatla çıxış edib. Axar.az bəyanatı təqdim edir. “Azərbaycan Respublikası qürurlu, müstəqil, suveren, demokratik və multikultural bir dövlətdir. Demokratiya bizim şüurlu seçimimizdir və biz 1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda insan hüquqlarının müdafiəsi və qanunun aliliyinin təmin edilməsi istiqamətində böyük irəliləyişlərə nail olmuşuq. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əsas məqsədi müxtəlif ölkələrin parlamentariləri arasında qarşılıqlı hörmət və bərabər hüquqlara əsaslanan dialoq üçün platforma olmaqdan ibarətdir. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi. 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövləti - Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab vermək barədə qınamayıb. Burada söhbət xüsusilə etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlikdən gedir. Azərbaycanın təcavüz, işğal və zorakı separatizm üzərində tarixi Qələbəsindən, ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra biz Azərbaycanı ləkələmək, Azərbaycan xalqına uzun müddətdir inkar edilən ədalətin bərpası istiqamətində ölkənin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün təşkil olunmuş qarayaxma kampaniyası ilə üz-üzəyik. Təxminən 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən bizə deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir. Təəssüf ki, AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Biz Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsünü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndiririk. Biz, həmçinin bu təşəbbüsü Azərbaycanda hazırda gedən seçki prosesinə əsassız müdaxiləyə yönəlmiş məqsədyönlü və qəbuledilməz cəhd, ölkəmizdə demokratik təsisatların fəaliyyətinə xələl gətirən məkrli addımların bariz nümunəsi kimi qiymətləndiririk. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək. Dünyada heç kim, o cümlədən bu zalda əyləşənlər Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməzlər. AŞPA-nın tarixində heç vaxt bu təşkilat özünü belə biabırçı şəkildə aparmayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib”. Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib. |
2024-01-24 | 825,849 | Bakıda polisi qətlə yetirən şəxslərə ömürlük cəza | Bakıda kütləvi dava zamanı 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin istintaqı yekunlaşıb. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fariz Rzayev ittiham nitqi ilə çıxış edib. Dövlət ittihamçısı məhkəmədən təqsirləndirilən şəxslərdən Rauf Hüseynov və Ceyhun İsayevin ömürlük, Ramin İsayevin isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Vəkillər müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyiblər. Məhkəmənin növbəti iclası yanvarın 31-nə təyin edilib. İttiham aktına əsasən, hadisə ötən il fevralın 11-i gecə saat 2 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. Kütləvi dava zamanı İlkin Rzayev və Xəyal Rəhimov qətlə yetirilib. Daha sonra C.İsayev, R.Hüseynov və R.İsayev şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı R.Hüseynov və C.İsayevə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.7-ci (qəsdən adam öldürmə, iki və daha artıq adamı öldürmə) və 221.3-cü (xuliqanlıq) və R.İsayevə isə Cinayət Məcəlləsinin və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb. Qətlə yetirilən İlkin Rzayev keçmiş polis əməkdaşı olub. |
2024-01-24 | 825,851 | 5 saylı Doğum Evindəki təmir işləri dayandırıldı | Bakıda 1930-cu ilə aid olan yerli əhəmiyyətli memarlıq abidəsində razılaşdırılmamış yenidənqurma işləri dayandırılıb. Bu barədə Axar.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib. "Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Səbail rayonu, Bayıl qəsəbəsi, Neftçi Qurban küçəsi 93 ünvanında 1930-cu ilə aid olan yerli əhəmiyyətli memarlıq abidəsində (Şamama Ələsgərova adına 5 saylı Kliniki Doğum Evinin binası) şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib. Bir müddət öncə qeyd etdiyimiz kimi binada qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılışdırılmamış əsaslı təmir və yenidənqurma işlərinin aparılması faktı aşkarlanmış və işlər dayandırılmışdı. Lakin həmin ünvanda bu gün yenidən özbaşına tikinti işlərinin aparılması faktı ilə bağlı müraciət daxil olub və həmin işlər Baş İdarə tərəfindən müvafiq xəbərdarlıq edilərək yanvarın 24-də yenidən dayandırılıb. Fakt üzrə eyni zamanda aidiyyəti dövlət orqanlarına, həmçinin Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə qanunverilik tələblərinə riayət edilməsi və lazımi tədbirlərin görülməsinin təmin edilməsi üçün bir daha məktublar ünvanlanaraq müvafiq məlumatlar verilib", - məlumatda qeyd edilib. |
2024-01-24 | 825,852 | Türkiyədə Şuşa Mədəniyyət Evi açılacaq | Türkiyənin Kayseri şəhərində inşa edilən Şuşa Mədəniyyət Evinin tikintisi başa çatıb. Kult.az xəbər verir ki, 20 min kvadratmetr sahəyə malik Azərbaycan Qardaşlıq Parkında inşa edilən mədəniyyət evinin tezliklə istifadəyə verilməsi gözlənilir. Məlumata görə, Şuşa Mədəniyyət Evi iki ölkə və Kayseri ilə Şuşa şəhərləri arasında dostluq, qardaşlıq simvolu olacaq. Mədəniyyət Evinin qarşısında Şuşadakı İsa bulağına bənzər heykəl və Ermənistan tərəfindən qətlə yetirilən 613 dinc Xocalı sakinin adının əks olunduğu "Xocalı şəhidləri" abidəsi qoyulub. Mədəniyyət Evinin açılışı yaxın günlərdə azərbaycanlı rəsmilərin və Kayseri şəhər rəhbərliyinin iştirakı ilə keçiriləcək. |
2024-01-24 | 825,853 | Türkiyənin bu qərarı bizi gücləndirəcək - İtaliya | İtaliya hökuməti Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiq etməsini alqışladığını bildirib. Axar.az xəbər verir ki, bu barədə İtaliya Nazirlər Şurası məlumat yayıb. Məlumatda bildirilir ki, İtaliya hökuməti İsveçin NATO-ya daxil olması üçün protokolun Türkiyə parlamenti tərəfindən təsdiq edilməsini alqışlayır. “Bu, doğru istiqamətdə atılmış bir addımdır və kollektiv təhlükəsizliyin güclənməsinə səbəb olacaq”, - məlumatda qeyd olunub. |
2024-01-24 | 825,856 | Macarıstandan bu məhsulların idxalına qafağa qoyuldu | Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatına əsasən, Macarıstanın Şomod inzibati ərazi vahidində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Axar.az-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Respublika ərazisinin həmin yoluxucu xəstəlikdən qorunması üçün Şomod inzibati ərazi vahidində zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin inzibati ərazi vahidindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib. |
2024-01-24 | 825,863 | Rusiya İl-76 qəzasını ATƏT-də müzakirəyə çıxarır | Rusiya nümayəndə heyəti İl-76 təyyarəsinin qəzaya uğraması məsələsini Vyanada ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunda müzakirəyə çıxaracaq. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın nümayəndə heyəti məlumat yayıb. “Rusiya nümayəndə heyəti İl-76 qəzası ilə bağlı məsələni bu gün müzakirəyə çıxaracaq”, - məlumatda vurğulanıb. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Duması göyərtəsində 65 ukraynalı hərbi əsirin və 9 ekipaj üzvünün olduğu deyilən təyyarənin Xarkov vilayətindən vurulduğunu bildirib. |
2024-01-24 | 825,867 | Polis “Qırmızı kitab”a düşən quşu satan şəxsi cəzalandırdı | “Qırmızı kitab”a düşmüş 10 ədəd “Bəzgək” quşunu qanunsuz tutub həyətində saxlayan və satışı ilə məşğul olan şəxs müəyyən edilib. Bununla bağlı Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, qanunsuzluğa yol verən şəxs Hacıqabul rayonu Padar qəsəbəsində yaşayan Asif Eminalıyevdir. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan icazə olmadan heyvanlar aləmi obyektlərinin təbii mühitdən götürülməsinə və ya onlardan istifadə edilməsinə görə vətəndaş A.Eminalıyev barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir. |
2024-01-24 | 825,869 | Səudiyyədə ilk spirtli içki mağazası açılır | Səudiyyə Ərəbistanında alkoqollu içkilərin satıldığı ilk mağaza açıla bilər. Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb. Bildirilib ki, Ər-Riyaddakı mağaza yalnız müsəlman olmayan diplomatlara xidmət göstərəcək. Qeyd edək ki, Səudiyyə Ərəbistanında həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır. |
2024-01-24 | 825,870 | Belqradda ticarət mərkəzində yanğın: helikopterlər havalandı | Serbiyanın paytaxtı Belqradda ticarət mərkəzində güclü yanğın olub. Axar.az xəbər verir ki, alov qısa müddət ərzində ticarət mərkəzinin bir hissəsini əhatə edib. Yanğını söndürmək üçün mülki-müdafiə qüvvələrinin 76 əməkdaşı və 25 yanğınsöndürən maşın cəlb olunub. Həmçinin yanğının lokallaşdırılmasında üç helikopterdən istifadə edilib. Ölən və ya xəsarət alan yoxdur. |
2024-01-24 | 825,873 | Ukraynadan İl-76 açıqlaması: Təhlükəni azaltmaq üçün... | Belqorod-Xarkov istiqamətində hava məkanına nəzarəti davam etdirəcəyik. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. "Ukrayna Silahlı Qüvvələri raket təhlükəsini azaltmaq üçün hava məkanına nəzarət edəcək. Xüsusilə, raket buraxılış məntəqələri və Rusiya Silahlı Qüvvələrinə tədarükün maddi-texniki təminatı ətraflı şəkildə izləniləcək", - məlumatda vurğulanıb. Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Duması göyərtəsində 65 ukraynalı hərbi əsirin və 9 ekipaj üzvünün olduğu deyilən təyyarənin Xarkov vilayətindən vurulduğunu bildirib. |
2024-01-24 | 825,876 | Seyidovdan ölkəmizin AŞPA-nı tərk etməsi ilə bağlı açıqlama | Bəzi avropalı parlamentarilər bu gün Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətimizə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bütün bunlar düşünülmüş, planlaşdırılmış və Azərbaycana qarşı təşkil olunmuş kampaniyanın tərkib hissəsidir. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yaydı. Bəyanatda konkret olaraq vurğulamışıq ki, bu dözülməz şəraitdə, Azərbaycana, azərbaycanlılara qarşı əsassız ittihamlar səsləndirmək şəraitində işləmək mümkün deyil. Axar.az xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S.Seyidov bildirib ki, dialoq, qarşılıqlı hörmət əsasında işləməsi tələb olunan AŞPA, əslində, bütün bu dəyərlərdən çox uzaqdır. AŞPA-da bəzi avropalı parlamentarilər azərbaycançılığa, türkçülüyə, islama, əməkdaşlığa, qarşılıqlı hörmətə qarşı çıxaraq, növbədənkənar prezident seçkilərinə müdaxilə edib ölkəmizdə demokratik şəkildə fəaliyyət göstərən institutlara kölgə salmaq, bununla da Azərbaycana zərbə vurmaq istəyirdilər. “İyirmi il ərzində bu təşkilat Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədiyi, yüz minlərlə qaçqın və köçkün azərbaycanlıya hər hansı mesaj göndərmədiyi, onların problemləri ilə məşğul olmadığı və hətta nümayəndə heyətimizə bu problemlərlə məşğul olmağa qadağa qoyduğu halda, Azərbaycan öz torpaqlarını azad edəndən, ərazi bütövlüyünü və suverenliyini, sərhədlərini tam şəkildə bərpa edəndən sonra buradakı parlamentarilər ölkəmizə qarşı ciddi cəhdlə belə bir kampaniya başlamışdılar. Avropa Şurası, eləcə də digər beynəlxalq təşkilatlar Azərbaycanla şantaj dili ilə danışa bilməz. Heç kim ölkəmizi təhdidlərlə qorxuda bilməz. Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş qalib dövlətdir. Ona görə də belə cəhdlər Avropa Şurası öz Parlament Assambleyasının dəyərlərinə, mövcudluğuna, təsir imkanlarına, Avropada və dünyadakı nüfuzuna ciddi zərbə vurdu. Belə bir təşkilatın daxilində danışıq aparmaq, dialoq qurmaq, mövcud vəziyyəti izah etmək mümkün deyil. Ona görə də bu gün nümayəndə heyətimizin yekdil qərarı ilə AŞPA-da fəaliyyətimizi dayandırırıq. Hesab edirik ki, bu, ölkəmizlə başqa dillə danışmaq istəyən ölkələrə, dairələrə ciddi siqnaldır. Azərbaycan qalib ölkədir, sözü haqdır. Azərbaycanın sözü eşidiləcək, dinləniləcək və nəzərə alınacaq”, - S.Seyidov vurğulayıb. O qeyd edib ki, nümayəndə heyətimiz AŞPA-ya yenidən qayıtmaq məsələsi barədə düşünəcək. Bu təşkilatda mövcud ab-hava dəyişməsə, insanlığa qarşı ritorika gündəlikdən çıxarılmasa, təşkilat ikili standartlara, islamofob, türkofob, azərbaycanofob münasibətlərə son qoymasa, bu, mümkün olmayacaq. “Normal münasibətin şahidi olmasaq, qalib Azərbaycana layiqli münasibət göstərilməsə, nümayəndə heyətimiz öz mövqeyində qalacaq”, - S.Seyidov qeyd edib. |
2024-01-24 | 825,878 | Yol Polisindən müraciət: ciddi riayət edin! | Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda respublika ərazisində hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar əksər bölgələrdə görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb. Bu barədə Axar.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib. "Dumanlı hava səbəbindən yollarda yaranan məhdudiyyətli görünmənin digər hərəkət iştirakçılarının və nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə maneə yaratdığını, eləcə də gecə saatlarında yolların buz bağlama ehtimalının dəfələrlə artacağını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur. Baş Dövlət Yol Polisi İdarəsi xoşagəlməz hadisələrin baş verməməsi üçün sürücülərdən şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi, piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edir", - müraciətdə qeyd edilib. |
2024-01-24 | 825,879 | Şkafda gizlənən FETÖ-çü tutuldu - Video | Türkiyənin Bursa şəhərində FETÖ-ya üzv olduğu güman edilən şəxs mətbəxin şkafında tapılıb. Axar.az xəbər verir ki, hadisə yerinə gələn polis əməkdaşları sözügedən ünvanda əməliyyat aparıb. Axtarışlar zamanı terror təşkilatının üzvü mətbəx şkafında tapılıb. |
2024-01-24 | 825,884 | Piterdə avtobus piyadaların üzərinə sürüldü | Rusiyanın Sankt-Peterburq şəhərində avtobus piyadaların üzərinə sürülüb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Hadisə nəticəsində 5 nəfərin yaralandığı bildirilib. |
2024-01-24 | 825,887 | Fransada minlərlə otel rezervasiyası ləğv edildi | Paris-2024 Olimpiya Oyunlarının Təşkilat Komitəsi oyunların keçiriləcəyi şəhərlərdə mehmanxana rezervasiyalarını ləğv edib. Axar.az xəbər verir ki, Paris, Şatoru, Berri şəhərlərindən sonra Lill şəhərində də Paris-2024-ün Təşkilat Komitəsi tərəfindən otellərdə minlərlə otağın rezervi ləğv olunub. Yerli mətbuatda yayılan məlumata görə, basketbol və həndbol tədbirlərinin bir hissəsinə ev sahibliyi etməli olan Şimal prefekturasında Paris 2024-ün təşkilatçıları tərəfindən gündəlik 2000 olmaqla on günlərlə davam edəcək rezerv ləğv edilib. Otel sahibləri oyunların başlamasına 6 ay qaldığını düşünərək otaqların yenidən rezerv ediləcəyinə ümidvar olduqlarını qeyd ediblər. |
2024-01-24 | 825,888 | Rusiya Finlandiya ilə bu sazişə xitam verdi | Rusiya və Finlandiya arasında transsərhəd əməkdaşlığın təşviqi haqqında saziş ləğv olunub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat verib. “Yanvarın 24-də Rusiya hökuməti ilə Finlandiya hökuməti arasında transsərhəd əməkdaşlığın təşviqinə dair 2012-ci il aprelin 13-də Helsinkidə imzalanmış sazişə xitam verilib”, - rəsmi məlumatda vurğulanıb. |
2024-01-24 | 825,891 | Bakının AŞPA qərarına Kılıçdan reaksiya | Yaxşı yadımdadır, AŞPA-da Azərbaycan nümayəndə heyətinə o vaxt Milli Məclisin deputatı, hazırkı Prezident İlham Əliyev rəhbərlik edirdi. O illərdə onun liderliyi altında Azərbaycan nümayəndə heyəti təşkilatda böyük işlər görürdü. Xüsusi ilə Ermənistanın işğalçılıq siyasətinin ifşasında, Assambleyada bu faktın təsdiq olunmasına dair qətnamələr qəbul edilməsində ciddi uğurlar qazanılmışdı. Axar.az xəbər verir ki, bu fikirləri Azərtac-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azərbaycanın AŞPA-da fəaliyyətini müvəqqəti olaraq dayandırmasını şərh edərkən deyib. "İlk illərdə Avropa Şurası ilə münasibətlərdə müəyyən müsbət elementlər müşahidə olunurdu. Lakin illər ötdükcə bu təşkilat sözün əsl mənasında intriqa, ksenofob, islamofob və türkofob təzahürlərin tüğyan etdiyi, çirkin oyunlar oynayan lobbiçilərin açıq təsirlərinin mövcud olduğu quruma çevrildi. Təəssüf ki, Avropa İnsan Hüquqları Məhkəməsi də bu cür təsirlərə məruz qaldı. Onun qərarları necə deyərlər, mübahisə olunan qərarlar halına gəldi. Bu necə oldu? Bax, bu suala Avropa Şurası rəhbərliyi özü cavab tapmalıdır”, - H.Kılıç vurğulayıb. Türkiyənin bu təşkilatın qurulması və inkişafında böyük əmək sərf etdiyini söyləyən müsahibimiz bildirib: “Hətta buna rəğmən Avropa Şurası Türkiyəyə qarşı da zaman-zaman böyük ədalətsizliklərə yol verib. Türkiyəni bölmək istəyən terrorçuların nümayəndələri təşkilatın ən ali təmsilçiləri ilə rahat görüşüb, müzakirələr aparıb və Avropa Şurası yanında Türkiyəni davamlı və əsassız şəkildə ittiham edən de-fakto özəl status qazanıblar. Təbii ki, burada Fransa, Almaniya kimi türkofobiyanın ciddi fəsadlarının olduğu ölkələrin açıq təsirləri var. Azərbaycana da məhz bu kriteriyalar üzərindən təsir etməyə çalışılır. Baxın, bu adamlar insan haqlarından ağız dolusu danışa-danışa 1 milyon azərbaycanlının pozulmuş hüquqlarının bərpası üçün Ermənistana indiyə kimi heç bir ciddi təsir etməyiblər. Avropa Şurasının İnsan Hüquqları üzrə məruzəçisi Dunya Myatoviçin hazırladığı hesabatda Qərbi azərbaycanlıların hüquqlarından danışmamasının özü bir rəzalətdir”. “Mən AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin təşkilatla əməkdaşlığı dayandırmaq barədə verdiyi qərarı alqışlayıram və tarixi cəsarət nümunəsi sayıram. Hesab edirəm ki, Türkiyə nümayəndə heyəti də qardaş Azərbaycanı müdafiə edən daha radikal və bənzər addımlar atmalıdır. Mən AŞPA-dakı nümayəndə heyətimizə bu çağırışı edirəm ki, bu günlərdə azərbaycanlı qardaşlarımıza dəstəklərini daha da artırsınlar. Zatən, nümayəndə heyətlərimiz birlikdə çalışırlar. Bu məsələdə də daha sərt mövqe qoymağımız, bununla da AŞ rəhbərliyinə və üzvlərinə Türkiyənin Azərbaycana açıq dəstəyini göstərməyimiz çox vacibdir. Avropa Şurası unutmasın ki, Türk dünyası inteqrasiya istiqamətində ciddi addımlar atır. Həm də əsla yaddan çıxarmasınlar ki, Azərbaycan nümayəndə heyətinin səs hüququna belə kobud və haqsız müdaxilə cəhdi separatçılıqla mübarizə aparan ölkələrin əzminə çox mənfi təsir göstərəcək. Mən bunu bir təcrübəli diplomat olaraq deyirəm. Siz Rusiya ilə münasibətlərinizi elə vəziyyətdə kəsdiniz ki, Rusiyadan daha çox bu addımlarınız sizin ziyanınıza oldu. Bu məsələnin dərinliklərini də bilirəm və nə üçün belə səviyyədə mübarizə yolunu tutduğunuzu yaxşı başa düşürəm! Mənim Avropa Şurasına tövsiyəm odur ki, Azərbaycanı bu yolla heç vaxt təzyiq altında saxlaya bilməzsiniz. Həm də nə haqla bunu edirsiniz? Azərbaycan separatçılığın kökünü kəsmiş bir ölkə olaraq tam haqlıdır. Beynəlxalq hüquq və qanunlar tamamilə Azərbaycanın tərəfindədir. Nə qədər dərinə getsəniz, bir o qədər də siz zərər görəcəksiniz. Yəni, siz heç vaxt izah edə bilməzsiniz ki, öz ərazisində separatçılığın kökünü kəsmiş bir ölkəni niyə belə biabırçı üsul və metodlarla sıxışdırmağa çalışırsınız. Həqiqətləri görün. Regionun ən qüdrətli ölkəsi, qitənin və dünyanın açar dövləti məhz Azərbaycandır! Siz onunla ancaq konstruktiv əməkdaşlıq edərək nə isə qazana bilərsiniz, haqsız və ədalətsiz hücumlarla qazandığınız ancaq bir heç ola bilər. Necə ki, AŞPA-dakı Azərbaycan nümayəndə heyəti bugünkü sərt mövqeyi ilə sizə öz yerinizi göstərdi. İndi Azərbaycan xalqı madam ki, orada bizi azərbaycanlı, türk və müsəlman olmağımız səbəbindən sevmirlər, bizim bu təşkilatda bundan sonra qalmağımızın da heç bir mənası və faydası yoxdur deyə haqlı düşünür”, - deyə Hulusi Kılıç əlavə edib. |
2024-01-24 | 825,893 | Bakıya qarşı hücum platforması: AŞPA ifşa edildi | Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Asambleyasında fəaliyyətini qeyri-müyyən müddətə dayandırdı. Bu addım AŞPA-da antiazərbaycan fəaliyyətə qarşı rəsmi Bakının adekvat həmləsidir. Çünki Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklifin gündəmə gətirildiyi təşkilatda məqsəd Bakıya qarşı siyasi təzyiq planının icrasından başqa bir şey deyil. Baş verənlər fonunda Azərbaycan nümayəndə heyətinin qəbul etdiyi qərar doğru gedişdir. Birincisi, AŞPA illərdir Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir və rəsmi Bakının əməkdaşlıqla bağlı bütün cəhdlərinə baxmayaraq, təşkilat haqsızlığından əl çəkmir; İkincisi, bu təşkilat erməni lobbisi və antiazərbaycan şəbəkəsinin Bakıya qarşı hücum platformasına çevrilib. Azərbaycan nümayəndə heyətinə qarşı atılan son addım isə artıq körpülərin yandırılması hesab edilə bilər. Və bütün bu təzyiqin kökündə iddia etdikləri “insan haqları” kimi amillərin yox, məhz Qarabağ məsələsinin dayandığı, məqsədin də erməni maraqlarının müdafiəsi və bu maraqlar naminə Azərbaycana təzyiq etmək olduğu bəllidir. AŞPA-nın Bakıya qarşı irəli sürdüyü “Qarabağdan erməni əhalisinin zorla çıxarılması” ittihamı təşkilatın məqsədini ifşa edir. Bunun fonunda sual yaranır: Ermənistanın 30 il ərzində apardığı işğal siyasətini görməyən, hətta bir çox hallarda işğalçıya dəstək verən, torpaqlarımızda işğala son qoyulduqdan sonra isə rəsmi Bakıya qarşı hücuma keçən bir təşkilatda təmsil olunmaq Azərbaycana lazımdırmı?! Xeyr, çünki AŞPA son addımları ilə ikiüzlülüyünü ortaya qoydu. Azərbaycan nümayəndə heyətinin bəyanatında yer alan faktlar bunun ispatıdır: - Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olanda insan haqlarını və qanunun aliliyini müdafiə etmək məqsədi daşıyan bu təşkilatın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən hərbi təcavüzə və işğala məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüququnun bərpasında Azərbaycana kömək edəcəyi və beləliklə regionda davamlı sülhün əldə olunması naminə ədalətin öz yerini tutacağı barədə səmimi bir ümid və gözlənti var idi. Bu ümidlər nəticə vermədi; - 2001-ci ildən 2020-ci ilə qədər olan 19 il ərzində AŞPA işğalçı dövlətdən - Ermənistandan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə cavab verməyi tələb etməyib. Etnik təmizləməyə məruz qalmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan haqlarına qarşı açıq-aşkar hörmətsizlik edilib; - 20 ilə yaxın müddətdə Azərbaycan nümayəndə heyəti erməni işğalının ağır nəticələrini gündəmə gətirərkən deyirdilər ki, AŞPA münaqişə ilə bağlı məsələlərin müzakirəsi üçün düzgün format deyil. İndi isə həmin AŞPA və həmin deputatlar bunun əksini deyir və Azərbaycana hücum etmək üçün heç bir fürsəti əldən vermirlər. Beynəlxalq hüququn selektiv şərhi, dövlətlərin ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərə fərqli yanaşma bu biabırçı təklifin müəlliflərinin rüsvayçı və ikiüzlü xarakterini nümayiş etdirir; - AŞPA-dan bəzi üzv dövlətləri hədəfə almaq üçün platforma kimi istifadə olunur. Müəyyən qərəzli qruplar AŞPA-nın əsas prinsiplərindən öz dar maraqlarının təmini məqsədilə sui-istifadə edirlər. AŞPA-da siyasi korrupsiya, ayrı-seçkilik, etnik və dini nifrət, ikili standartlar, təkəbbürlülük, şovinizm hökm sürən praktikaya çevrilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsü də bu çirkin kampaniyanın tərkib hissəsidir. Azərbaycanda AŞPA-ya 23 il dözüb və bu illər ərzində təkcə beynəlxalq hüququn aliliyinin qorunması istiqamətində yox, həm də təşkilat daxilindəki maraqlı qrupların ədalətsizliyinə qarşı mübarizə aparmalı olub. İllərdir erməni işğalını gündəmə gətirməkdən imtina edən AŞPA-nın bu gün Qarabağdan danışması, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına qarşı çıxması bu təşkilatın öz prinsiplərindən uzaqlaşdığı, ümumiyyətlə praktiki fəaliyyətini maraq qruplarının istəkləri üzərində qurduğunu göstərir. Azərbaycana qarşı qərəzli kampaniyanın məhz indi – seçki ərəfəsində edilməsi də maraq qruplarının sifarişindən başqa bir şey deyil. Məqsəd seçki mühitini pozmaq, seçkilərin demokratik prinsiplərə uyğun keçirilməsinə kölgə salmaqdır. Azərbaycan nümayəndə heyətinin maraq qruplarının əlində oyuncağa çevrilən AŞPA-da fəaliyyətini dondurmaq qərarı əslində bütün bu ədalətsizliyə qarşı atılan addımdır. Bu qərardan Azərbaycan yox, AŞPA-nın özü itirəcək. |
2024-01-24 | 825,894 | Bu ölkələrin təhlükəsizliyi bizim təhlükəsizliyimizdir - Rəisi | Türkiyəni təhdid edən və bölgənin digər ölkələrindəki terror təşkilatları Qərbin dəstəyi ilə mövcuddur. Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib. "İran region ölkələrinin təhlükəsizliyini öz təhlükəsizliyi kimi qəbul edir", - Rəisi qeyd edib. |
2024-01-24 | 825,895 | Qarlı hava yol qəzalarına səbəb oldu - Foto | Biləsuvar rayonunda qarlı hava şəraiti yol-nəqliyyat hadisəsinə səbəb olub. Axar.az xəbər verir ki, hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində baş verib. Belə ki, "Mersedes sprinter" markalı yük və "Nissan X-Trail" markalı minik avtomobili idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb. Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və avtomobillər oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib. Hadisə nəticəsində bir nəfər yüngül xəsarət alıb. |
2024-01-24 | 825,896 | Pentaqondan İl-76-nın qəzaya uğramasına reaksiya | Pentaqon Belqorod vilayətində İl-76-nın qəzaya uğraması ilə bağlı şərh verməyib. Axar.az xəbər verir ki, bu barədə adı açıqlanmayan Pentaqon rəsmisi şərh verməkdən çəkinib. O, ünvanlanan suala cavabında iki ölkə arasında hərbi əsir mübadiləsindən xəbərsiz olduğunu vurğulayıb: "Təəssüf ki, mənim bu məsələdə təklif edə biləcəyim heç bir şey yoxdur". Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Dövlət Duması göyərtəsində 65 ukraynalı hərbi əsirin və 9 ekipaj üzvünün olduğu deyilən təyyarənin Xarkov vilayətindən vurulduğunu bildirib. |
2024-01-25 | 825,897 | Əsas hədəf Əliyevdir: hansı sözündən qorxdular? | Avropadan Bakıya qarşı təzyiq dalğası yüksəlir: AŞPA-nın Azərbaycan nümayəndə heyətinin etimadnaməsini təsdiqləməməsi, Monitorinq Komitəsinə göndərməsi, səsvermə hüququnu alması ilə iki gündür gündəm silkələnir. Təşkilat bu addımını müxtəlif iddialarla əsaslandırır. Bu iddialar arasında əsas məqamlardan biri 7 fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinə, guya, AŞPA-dan müşahidəçilərin dəvət edilməməsidir. Və belə görünür ki, məhz əsas məqam da elə seçkilərdir. Əksi olsa, yəni əsas məsələ “Laçın” sərhəd-keçid məntəqəsi ilə bağlıdırsa, onda AŞPA Azərbaycan nümayəndə heyəti ilə bağlı ədalətsiz addımını - məsələn, səsvermə hüququnun məhdudlaşdırılması - niyə payız sessiyasında yox, indi gündəmə gətirməlidir ki? Hadisələrin inkişafı Avropadan Bakıya qarşı güclənən təzyiq dalğasının nüvəsində iddia etdikləri “insan haqları” kimi məsələlərin yox, məhz siyasi məqsədlərin dayandığını deməyə əsas verir. Və əsas hədəf də məhz İlham Əliyevdir. 7 fevral seçkiləri Azərbaycanın siyasi tarixində yeni dövrün başlanğıcı olacaq. Təkcə ona görə yox ki, səsvermə prosesi ilk dəfə Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla, ölkənin hər bir yerində keçiriləcək, həm də ona görə ki, Azərbaycan xalqı öz seçimini artıq İlham Əliyevdən yana edib, gələcəyini müəyyənləşdirib. İlham Əliyev Vətən müharibəsinə başlayanda, işğal altındakı torpaqları qarış-qarış azad edəndə, Şuşaya bayraq sancanda, Xocalı soyqırımının qisasını alanda, Xankəndidə hərbi parad keçirəndə bu və bundan sonra baş tutacaq bütün seçkiləri qazanmışdı. Azərbaycanın iki əsrlik məğlubiyyət tarixini Qələbəylə dəyişdirən İlham Əliyev bundan sonra istəsə belə, siyasətdən gedə bilməz, çünki Azərbaycan xalqı buna razı olmaz. Xalqın ona zəfəri yaşadan liderdən bir tələbi var: qazandıqlarımızı qorumaq, qələbəni möhkəmləndirmək və əbədi etmək… Təkcə budurmu? İlham Əliyevin 10 yanvar 2024-cü il Azərbaycanın gələcəyi üçün yol xəritəsi sayıla biləcək, siyasi və milli ideoloji istiqamətlərə işıq tutan mükəmməl müsahibəsi göstərdi ki, ölkənin ərazi bütövlüyünü xalqın arzuladığından da yüksək səviyyədə təmin edən Lider, haqqı olsa da, öz Böyük Qələbəsinin kölgəsinə sığınmaq niyyətində deyil: O, Azərbaycanı növbəti hədəflərə götürməkdə qərarlıdır - əks halda, “Qələbəni istismar etməyin” tələbini qoymaz, arxayınlaşmamağa çağırmaz, gələcək milli hədəflər üçün müzakirələr təklif etməzdi. Halbuki bir yox, min ömür siyasi hakimiyyətini təmin etmiş bir şəxsdir. Ancaq İlham Əliyev bir daha və bir daha təsdiqlədi ki, onun məqsədi siyasi hakimiyyət yox, xalqın taleyi, gələcəyi, yaxın, orta və uzaq milli hədəfləridir. Bu yolda İlham Əliyev dayanmır, durmur, usanmır – taleyin, tarixin verdiyi fürsət və imkanlardan maksimum istifadə ilə onillər, yüzillərlə yığılıb qalan milli problemləri həll edir. Amma yenə də təkcə bu deyil! İlham Əliyevin siyasi həcmi bizim də, qərblilərin də düşündüyündən qat-qat genişdir: bunun konturlarını təsəvvür etdikcə biz nə qədər fəxr edə biliriksə, Avropanın bəzi iddialı və regional siyasi maraqlarını güdən liderləri bir o qədər qorxur, narahat olur, qısqanır! Kimsə bu fikri yaxın buraxmaq belə istəmir ki, dünənə qədər öz sərhədlərinin daxilində milli münaqişə məngənəsində sıxılıb qalan bu kiçik ölkə artıq sərhədlərini aşıb: səsi təkcə Cənubi Qafqazdan deyil, Aralıqdan, Qara dənizdən, Orta Asiyadan, Şərqi Avropadan gəlir; kimsə anlaya bilmir ki, AB-nin siyasi liderinin Afrikada mətbuat konfransında bütün dünyanın gözü qarşısında bihörmət edilməsi müqabilində necə olur ki, Avropada liderlər artıq İlham Əliyevin təyyarəsini qarşılamaq üçün qırıcılar qaldırırlar; qəbul etmək istəmirlər ki, qlobal güclərin regional iddialarını puça çıxaran İlham Əliyev xalqının, dövlətinin milli maraqlarının təminində bir addım da geri atmır; inanmaq belə istəmirlər ki, bu kiçik ölkə də dünyanı bölüşdürən güclərin “şərikinə” çevrilməkdədir. Müasir dünya nizamı qurmaq istəyənlərin tələbi budur: kiçik ölkə tam müstəqil ola, milli maraqlarını israrla təqdim edə, qlobal təzyiqlər qarşısında dayana bilməz. Ancaq dayanan varmış! Çünki bu kiçik ölkənin təmsilçisinin özü qlobaldır, çoxtərəflidir, siyasi prosesləri yüksək səviyyədə dəyərləndirə, nəticə çıxara, dəqiq proqnozlaşdırma apara, seçimini doğru edə bilir və qətiyyətlidir, özünə, xalqına, dövlətinə və əlbəttə ki, seçdiyi müttəfiqlərinə güvənir. Çünki özü güvəniləndir, güvənc yeridir! 7 fevral seçimlərindən hədsiz qayğılanmalarının səbəbi də budur: Çünki İlham Əliyev 7 fevralda təkcə seçilməyəcək – bütün dünyaya əsl sensasiya təqdim edəcək: 20 il hakimiyyətdə olan bir şəxs 98%-dən çox səslə - xalqın tam dəstəyi ilə növbəti seçkini qazanacaq. Bu, dünya tarixində olmayıb, yoxdur belə bir nümunə! Bu, Makronda heç əvvəldən olmayıb – reytinqinin hansı səviyyəyə düşdüyünü özü də bilir; Şoltsda heç yoxdur – bir ilə reytinqi 25 faizdən də aşağı enib və s. Bu reallıqdır, həqiqətdir: bu reallığı bütün dünya bilir. Yaxşı, istisnasız olaraq, hətta avropalı ekspertlərin özlərinin etiraf etdikləri kimi, “bütövlükdə birləşmiş müxalifətin vahid namizədinin qəti şəkildə rəqib ola bilməyəcəyi” İlham Əliyevin komandası seçkilərə niyə beynəlxalq müşahidəçiləri çağırmamalıdır? Niyə AŞPA-dan ehtiyat etməlidir? AŞPA gəlib, hansı “saxtakarlıq” tapa bilər ki, Əliyevin komandası bundan narahat olsun? Demək, AŞPA-nın gəlməməsi qətiyyən seçkilərin müşahidə edilməsi ilə bağlı deyil; demək, AŞPA-nın dəvət edilməməsinin səbəbi tamamilə fərqlidir. Bu “fərq” – AB Şurasının, AP-ın, AŞPA-nın Azərbaycana qarşı tutduğu mövqedədir; Bu, 30 ildir məscidlərimizi yerlə-yeksan edib, qalan bircə məsciddə donuz saxlanıldığını, qəbiristanlıqlarımızın dağıdıldığını, qəbir mərmərlərinin daşınıb, metlax əvəzi işlədildiyini, maddi-mədəni sərvətinin talandığını, kəndlərin, şəhərlərin yer üzündən silindiyini, hətta ağacların kəsilib, səhralıqlar yaradıldığını, min kv.km-lərlə ərazinin altına yüz minlərlə mina döşəndiyini “görməyən” beynəlxalq müşahidəçilərin qəfildən “erməni irsi” üçün Qarabağa gəlmək istəməsi, ancaq burda monitorinq aparıb, yaxşıdan başqa heç nə tapmaması, BMT-də hesabat verməsi və dəhşətə baxın ki, bu hesabatı AŞ-ın, AP-ın, AŞPA-nın görməzdən gəlməsidir! Bu qədər ədalətsizliyi edən – beynəlxalq qurumun hesabatındakı bütün müsbət çalarları “görməyən” AŞ qurumları hansı əxlaqla seçkiləri müşahidə edə bilərdi? Azərbaycan bu ədalətsizliyə qarşı iradəsini ortaya qoydu – gün kimi aydın olan seçki nəticəsinə bu minüzlü qurumun "münasibətini" rədd etdi. Budur AŞPA-nın hiddəti: qəbul edə bilmir ki, Azərbaycan kimi kiçik ölkə bu qədər təzyiqləri əlinin ardı ilə rədd edir. Və Azərbaycan nümayəndə heyətinin mandatını təsdiqləməmək kimi inanılmaz ədalətsizliyə əl atır. AŞPA-dakı nümayəndə heyətimiz artıq qərarını verdi – yəqin ki, nəticəni gözləmədən nümayəndə heyətimizin bu cür demarşı da onlar üçün yeni sürprizdir. Hansısa nəticələrin olacağını düşünmürük: Avropanın xaraktersiz, buqələmun siyasətini hər kəs artıq əzbər bilir – 7 fevraldan və İlham Əliyevə dünyanın nüfuzlu liderlərinin təbrik zəngləri gələndən, yerlərdəki dəqiq nəticəni bir də özləri görəndən və İlham Əliyevə xalqın birmənalı dəstəyinin səviyyəsini növbəti dəfə nəzərdən keçirəndən sonra bu mərhələ bitəcək. Amma bu savaş bitməz ki! Çünki qarşıda Azərbaycanın milli hədəfləri var. Biz hər dəfə bu hədəflərə doğru addım atdıqca toqquşacağıq, təzyiqlər güclənəcək! Əsas olan geri dönməməkdir, mübarizədən, milli hədəfə doğru yürüməkdən çəkinməməkdir! Əsas olan İlham Əliyevin 10 yanvarda elan etdiyi və Avropanı ciddi şəkildə narahat edən, Azərbaycan Liderinin qazandığı misilsiz uğurlarla kifayətlənmədiyini əks etdirən və buna görə də Avropa liderlərini “özündən çıxarıb”, emosional-panik qərarlarla ciddi səhvlərə vadar edən iradə, milli yürüş, milli mücadilənin yeni mərhələsidir. AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnu əlindən alıb, mandatını təsdiqləməməsi bilirsinizmi nəyə bənzəyir? 44 günlük savaşda Nikol Paşinyanın Gəncəni, Bərdəni, Tərtəri raketlə vurmasına! Tam əmin olun – Paşinyanın müharibə əxlaqsızlığı, savaş meydanından kənardakı mülkilərə qorxaqcasına hücumu ilə indi İlham Əliyevin qabağına çıxa bilməyənlərin deputat komandamıza təzyiqi arasında heç bir fərq yoxdur! Nəticənin necə olacağını bu müqayisədən də təxmin edə bilərsiniz! Gəncəni vurması Paşinyanı xilas edə bilmədiyi, xalqın arasında “müharibəni dayandırmaq” çağırışı əvəzinə İlham Əliyevin ətrafında daha sıx birləşmə yaratdığı kimi, eyni mənzərə olacaq! Paşinyanı Gəncəni vurmağa həvəsləndirənlər eyni səhvi edirlər – onlar Azərbaycan xalqının xarakterini hələ də öyrənə bilməyiblər. Amma İlham Əliyev bilir! İlham Əliyev dəqiq bilir ki, millətin iradəsi önündə kimsə duruş gətirə bilməz! Dəqiq bildiyi üçün də bu milli iradəni 7 fevralda xalqa təsdiqlədib, Yeni Yola başlamaqda qətiyyətlidir! Yeni Yolumuzu Tanrı uğurlu etsin! |
2024-01-24 | 825,899 | Qarabağdakı sülhməramlıların İrəvana aidiyyəti... - Lavrov | Rusiya sülhməramlılarının Qarabağda yerləşdirilməsi məsələsinin Ermənistana aidiyyəti yoxdur. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu Yorkda keçirilən mətbuat konfransında Report-un sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, bu, Moskva ilə Bakının öz arasında olan məsələdir: "Qarabağı hər kəs Azərbaycan ərazisi kimi tanıyıb. Bizim orada faktiki olaraq sülhməramlılarımız var. Amma bu məsələ artıq Ermənistan tərəfinə aid deyil, bu, Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərə aid olan məsələdir". |
2024-01-24 | 825,902 | Ukrayna kəşfiyyatı: İl-76-da kimlərin olduğunu bilmirdik | Ukrayna ilə Rusiya arasında bu gün planlaşdırılan hərbi əsirlərin mübadiləsi baş tutmayıb. Baxmayaraq ki, Ukrayna tərəfi razılaşmaların bir hissəsini yerinə yetirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin (MN) Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Hərbi kəşfiyyat qeyd edib ki, Rusiya tərəfinin fikrincə, “bu, əsirlərimizi daşıdığı iddia edilən Rusiya “İl-76” təyyarəsinin vurulması nəticəsində baş verib”. Eyni zamanda, hazırda Baş Kəşfiyyat İdarəsində təyyarənin göyərtəsində dəqiq kimin olması haqqında etibarlı və hərtərəfli məlumat yoxdur. "Ukrayna öz növbəsində mübadilə üçün bütün razılaşmaları yerinə yetirib. Rusiya tərəfindən əsir götürülən hərbçilər təhlükəsiz olduqları mübadilə üçün razılaşdırılmış məntəqəyə vaxtında çatdırılıb", - məlumatda deyilir. Kəşfiyyat İdarəsi, həmçinin qeyd edib ki, razılaşmalara əsasən, ukraynalı hərbçilərinin təhlükəsizliyi Rusiya tərəfi tərəfindən təmin edilməli idi. "Eyni zamanda, Ukrayna tərəfinə Belqorod şəhəri ərazisində hava məkanının təhlükəsizliyinin müəyyən müddət ərzində təmin edilməsi zərurəti barədə məlumat verilməyib”, - deyə Baş Kəşfiyyat İdarəsi məlumat yayıb. Qeyd olunur ki, Ukraynaya nəqliyyat vasitələrinin sayı, marşrutlar və məhbusların çatdırılma formaları barədə məlumat verilməyib. “Məlumdur ki, məhbuslar hava, dəmir yolu və avtomobil nəqliyyatı ilə çatdırılır”, - idarədən bildirilib. Baş Kəşfiyyat İdarəsi bəyan edib ki, bu, Rusiyanın məhbusların həyatı və təhlükəsizliyinə təhdid yaratmaq məqsədi daşıyan məqsədli hərəkətlərini göstərə bilər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.