date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-22 | 825,211 | Türkiyə və Rusiya arasında mühüm görüş | Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Türkiyənin bu ölkədəki səfiri Tanju Bilgiç ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Tərəflər ikitərəfli münasibətlər və regionda vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə dünyada təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi istiqamətində iki ölkə səylərinin əlaqələndirilməsi barədə razılıq əldə edilib. |
2024-01-22 | 825,215 | Rus ordusu Kupyanskı atəşə tutdu: ölü və yaralı var | Rusiya ordusu Ukraynanın Kupyansk şəhərini atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə Xarkov vilayət administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb. Hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Xilasetmə qüvvələri fəsadların aradan qaldırılması üçün çalışır. |
2024-01-22 | 825,218 | Azərbaycan klubunun sabiq prezidenti vəfat edi | Azərbaycan Respublikasının Əməkdar məşqçisi, uzun illər “Göyəzən” futbol klubunun prezidenti olmuş Mehdi Salmanov dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. AFFA rəhbərliyi bir müddət Qərb Regional Futbol Federasiyasının rəhbəri işləmiş M.Salmanovun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. |
2024-01-22 | 825,220 | İnformasiya müharibəsində belə qalib gələ bilərik | Rusiya dezinformasiyaların yayılmasına böyük sərmayə qoyur. Biz isə informasiya müharibəsində yalnız kəşfiyyat və analitika ilə qalib gələ bilərik. Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezidenti Vladimir Zelenski çıxış edib. Zelenski ukraynalı tələbələrin Rusiyanın dezinformasiyalarını məğlub edə biləcəklərinə inandığını vurğulayıb: "Ən vacibi tənbəllik etməmək, nəticə çıxarmazdan əvvəl təhlil etməkdir". |
2024-01-22 | 825,221 | "Kəpəz"dən geridönüş, "Zirə"dən heç-heçə | Azərbaycan Premyer Liqasında XIX turun daha bir oyunu baş tutub. Axar.az xəbər verir ki, günün son matçında "Kəpəz" Qəbələ şəhər stadionunda "Turan Tovuz"u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 4-cü dəqiqədə qonaqların heyətində Ayxan Quseynov açıb. Gəncə təmsilçisi 25-ci dəqiqədə Şakir Seyidovla tablodakı rəqəmləri bərabərləşdirib. Oyunda yekun hesabı Martins Junior müəyyənləşdirib. Günün əvvəlki matçında "Səbail" və "Zirə" qolsuz heç-heçə edib. Qeyd edək ki, turun açılış oyununda "Sabah" və "Neftçi" qolsuz sülhə razılaşıb. Tura yanvarın 23-də keçiriləcək "Qəbələ" - "Sumqayıt", "Qarabağ" - "Araz-Naxçıvan" matçları ilə yekun vurulacaq. |
2024-01-22 | 825,223 | NATO-nun 4 gəmisi Litva limanına daxil oldu | NATO-nun 4 gəmisi Litvanın Klaypeda limanına daxil olub. Axar.az xəbər verir ki, bu barədə Litvanın ordu komandanlığı məlumat yayıb. Məlumata görə, İspaniyanın “Almirante Juan De Borbon” və “Luici Rizzo” freqatları, həmçinin “Cantabria” (İspaniya) və “Bonn” (Almaniya) logistik gəmiləri Litva limanına daxil olub. |
2024-01-22 | 825,225 | Somali sahillərində ABŞ hərbçilərinin meyiti tapıldı | Somali sahillərində əməliyyat aparan ABŞ-ın iki xüsusi təyinatlısının cəsədi tapılıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, yanvarın 11-də itkin düşən hərbçilərin yeri müəyyən edilib və onlar öldürülüb. |
2024-01-22 | 825,226 | Ukraynadan Rusiya ilə bağlı şok: 50 il müddətinə... | Ukrayna Rusiya ilə bütün nəqliyyat əlaqələrini 50 il müddətinə qadağan edə bilər. Axar.az xəbər verir ki, bu tbarədə Ukrayna Nazirlər Kabineti məlumat yayıb. Nazirlər Kabineti məsələ ilə bağlı ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasına təklif göndərib. |
2024-01-22 | 825,229 | Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı detallar | Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri zərərçəkmiş Fazil Mustafanın məhkəmədə iştirak etməsi ilə bağlı vəsatətin təmin olunmasını istəyiblər. Emin Əliyarovun vəkilləri - Kamandar Nəsibov və Sadiq Rəsulov Fazil Mustafanın prosesdə iştirak etməməsinə etiraz bildirməyiblər. Hakim deyib ki, hazırkı mərhələdə Fazil Mustafanın iştirakı olmadan iclas davam etdirilir, lakin növbəti iclaslarda lazım olsa, Fazil Mustafanın iştirakı təmin olunacaq. Daha sonra prokuror Orxan Kəngərli ittiham aktını açıqlayıb. İttihama görə, Azər Səricanov və digər təqsirləndirilən şəxslər İranın Rey şəhərində olarkən "Hüseyniyyun" qrupunun üzvləri ilə millət vəkili Fazil Mustafanın dini baxışlarına görə siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etməyi müzakirə ediblər. Bu məqsədlə Fazil Mustafanın fəaliyyəti ilə bağlı sosial şəbəkədə gündəlik məlumatlar toplayıblar. Daha sonra terror aktını həyata keçirmək məqsədilə 2022-ci ildə “Kalaşnikov” konstruksiyalı avtomat silah əldə ediblər. Terror aktını həyata keçirmək üçün Rəşad Əhmədov 30 min ABŞ dollarını İrandakı dəstənin üzvlərindən qəbul edib və Qaradağdakı evinə gətirib. Plana əsasən o, həmin vəsaiti daha sonra Azər Sarıcanova verib. Hadisədən əvvəlki vaxtlarda Səbuhi Şirinov Fazil Mustafanın yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsində yerləşən evi ətrafında müşahidələr aparıb. Azər Sarıcanov hadisədən öncə terror aktında istifadə ediləcək tapanca silahı avtomat silahı isə Səbuhi Şirinova verib. Daha sonra Elşad Əsgərov və Səbuhi Şirinov Fazil Mustafanın evinin yanına gəlib. Orada Səbuhi Şirinov Fazil Mustafaya 7 dəfə atəş açıb. Nəticədə Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Hadisədən sonra Azər Sarıcanov ona verilən 30 min ABŞ dollarını şəhərin müxtəlif istiqamətlərində dəyişib. Bu puldan 15 min manatı Səbuhi Şirinova verib. Dəstə üzvləri teror aktından başqa Azərbaycanda müxtəlif ünvanlarda olan hərbi təyinatlı obyektləri barədə məlumatları İranda tanış olduğları xüsusi xidmət orqanları əməkdaşlarına ötürüb. İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər. Azər Səricanov Fazil Mustafanın odlu silahla vurulmasına özü göstəriş verdiyini təsdiqləyib. Bildirib ki, deputatın dinlə bağlı səsləndirdiyi fikirlər, sosial şəbəkələrdə imamlar haqqında yazdıqlarından qıcıqlanıb, onu cəzalandırmaq qərarı verib. Təqsirləndirilən şəxsin sözlərinə görə, Səbuhi Şirinov bu işi üzərinə götürəndən sonra ona qayınatasından qalmış avtomat silah verib: "Tapşırdım ki, ailəsinin, uşaqlarının yanında hadisəni törətməsin. Buna görə də hadisənin törədilməsi vaxtı bir qədər uzandı". Azər Səricanov qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək olmayıb, onu cəzalandırmaq istəyiblər: "Bu səbəbdən əvvəldən danışdıq ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın. Onun çiyninə dəyən güllə başına da dəyə bilərdi. Elə olmamağının səbəbi budur ki, onu öldürmək yox, cəzalandırmaq istəmişik. Səbuhi bu işi görəndən sonra bizə gəldi. Paltarlarını samovarda yandırdım. Bir qədər sonra Səbuhiyə 15 min manat pul verdim. Dedi ki, bu, nə puldur". O, deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, bu məqsədlə Rəşad Əhmədov vasitəsilə 30 min dollar ona çatdırılması barədə ittiham aktında yazılanları qəbul etməyib. Azər Səricanov əlavə edib ki, avtomatdan başqa, tapançası da olub. Həmin tapançanı 2022-ci ildə təqsirləndiriən Emin Əliyarovdan alıb. Millət vəkilinə qarşı sui-qəsd vaxtı təqsirləndirilən Rəşad Əhmədova verib. O da hadisə yerində olub. Növbəti proses fevralın 16-da davam edəcək. |
2024-01-22 | 825,231 | Bu ölkə HƏMAS-ın döyüşçülərini qara siyahıya saldı | Böyük Britaniya hökuməti HƏMAS-la əlaqəsi olan 5 nəfərə sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib. Qeyd olunub ki, HƏMAS döyüşçüləri qara siyahıya daxil edilib. Sanksiya siyahısına Böyük Britaniyaya giriş qadağası, aktivlərin dondurulması və silah embarqosu daxildir. |
2024-01-22 | 825,236 | Sabah TBMM-də İsveç müzakirəsi olacaq | Yanvarın 23-də Türkiyə Böyük Millət Məclisində İsveçin NATO-ya üzvlüyü ilə bağlı müzakirə aparılacaq. Axar.az xəbər verir ki, bu barədə TBMM-dən məlumat verilib. Qeyd edək ki, İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolu yalnız Macarıstan və Türkiyə parlamentləri ratifikasiya etməyib. |
2024-01-22 | 825,237 | Tina bu türk xalqına “manqurd” dedi – Qadağa səbəbi | Son illərin müşahidəsi göstərir ki, Rusiyada şovinizmin avanqard gücü erməni separatizmi ilə bağlı olanlardır. Kremlin əsas dezinformasiya ruporlarından olan Marqarita Simonyana və Vladimir Solovyova digər ermənipərəst jurnalist Tina Kandelaki də qoşulub. Bir müddət əvvəl onu Rusiyanın TNT kanalına elə ona görə rəhbər təyin ediblər ki, Kremlin “mesajlarını” müxtəlif ünvanlara çatdırsın. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Tina Kandelakiyə Qazaxıstana girişə qadağa qoyulması haqda qeyd edib. Politoloq bildirib ki, siyasətdən başı çıxmayan Tina Kandelaki keçmiş illərdə Qarabağ separatçılarına informasiya dəstəyi verirdi, biz Qarabağ səhifəsini bağladıqdan sonra yeni hədəf seçib: “Tina Kandelaki son statuslarında Qazaxıstanı və qazaxları aşağılayıb, “manqurd” ifadəsindən belə istifadə edib. Kandelakini qəzəbləndirən budur ki, niyə Qazaxıstanda qazax dili rus dilini sıxışdırmağa başlayıb. Rus şovinistləri SSRİ-nin dağıldığını və müstəqil dövlətlərin müstəqil siyasət yürütməsini hələ də həzm edə bilmirlər. Qazaxıstanda hansı dildə danışmalıdırlar? Dövlətin qanunu var, hamı ona riayət etməlidir. Qazaxların çoxu rus dilində sərbəst danışır, ancaq öz dilləri var, yer adlarını dəyişməkdə də sərbəstdirlər”. E.Şahinoğlu bildirib ki, əslində Ukraynaya qarşı işğalçı müharibəyə başlayan şovinist düşüncə tərzi Qazaxıstan kimi dövlətlər üçün də təhlükədir: “Qazaxıstan müstəqilliyini gücləndirməklə yanaşı türk dünyasının formalaşmasına və inteqrasiyasına marağını artırmaqla da şimaldan gələn təhlükədən sığortalana bilər”. Qeyd edək ki, Tina Kandelakinin Qazaxıstana girişinə qadağa qoyulub. |
2024-01-22 | 825,240 | “Azərspeys-1”ə qoyulan sərmayələrin faydası | Ötən il Azərbaycan ilk peyki olan “Azərspeys-1” üzrə kredit öhdəliklərini tam ödəyərək yekunlaşdırıb. Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, peykin istehsalı üzrə 116,6 milyon ABŞ dolları və orbitə qaldırılma xidmətləri üzrə 89,6 milyon ABŞ dolları (ümumilikdə 206,2 milyon ABŞ dolları) məbləğində kredit öhdəlikləri ödənilib. Qeyd edək ki, “Azərspeys-1” peykinin istehsalı üçün ABŞ-nin “Orbital Sciences” korporasiyasına ödənişlərin maliyyələşdirilməsi məqsədilə İxrac-İdxal Bankı ilə əməkdaşlıq edilərək 2011-ci ildə “BNP Paribas” bankı ilə kredit sazişi imzalanıb və ümumi məbləği 116,6 milyon ABŞ dolları olan kredit əldə edilib. “BNP Paribas” bankı qarşısında olan kredit öhdəlikləri 2022-ci ildə yekunlaşıb. İkinci kredit isə Fransanın “Coface” İxrac Kredit Agentliyindən cəlb edilib. “Azərspeys-1” peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın “Ariane Space” şirkəti tərəfindən “Ariane-5” daşıyıcı raketi ilə buraxılıb. Peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. “Azərspeys-1”in istismar müddəti isə azı 15 ildir. Azərbaycan telekommunikasiya və optik peyk xidmətlərinin təqdim edilməsindən bu günə kimi 550 milyon manatdan çox vəsait əldə edib. Kosmik Agentlik (“Azərkosmos”) telekommunikasiya peykləri və kosmik həlləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərir. |
2024-01-22 | 825,241 | Bakıya qarşı düyməyə basıldı: AŞ, AM-dən imtina… | Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün başlayan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Belə ki, almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifi dəstəklənib, qərar qəbul edilməsi üçün Monitorinq Komitəsinə göndərilib. Monitorinq Komitəsi 24 saat ərzində qərar verməlidir. Bu gün keçirilən iclaslarda Azərbaycan nümayəndə heyəti iştirak edib, lakin onların səsvermə hüququ məhdudlaşdırılıb. Əsas səbəb kimi isə Azərbaycan tərəfinin 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə, eyni zamanda, azərbaycanlı “siyasi məhbuslar”la görüşə icazə verməməsi göstərilib. Axar.az xəbər verir ki, almaniyalı deputat və onun bu təşəbbüsünü dəstəkləyən həmkarları məsələni insan hüquqları ilə izah etməyə çalışsa da, bunun insan hüquqları ilə heç bir əlaqəsinin olmadığı aydındır. Baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Azərbaycanın 30 il ərzində müxtəlif platformalarda, o cümlədən AŞPA səviyyəsində aparılan müzakirələrdən, qəbul olunmuş qətnamələrin masa üzərində qalmasından sonra ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etməsi bir çox ölkənin, beynəlxalq təşkilatın, o cümlədən Avropa Şurasının və AŞPA-nın ürəyincə olmayıb. Hesab edirlər ki, Bakı onların iradəsindən kənar hərəkət etdiyi üçün cəzalandırılmalıdır. Lakin unudurlar ki, Azərbaycan üçün nəinki AŞPA-da səsin dondurulması, bu qurumun özü belə artıq heç bir əhəmiyyət kəsb etmir. Azərbaycan vaxtilə Qarabağ probleminin həllinə olan ümidlərə görə AŞ-a üzv olmuşdu. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız hüquqi çəkisi olmayan azsaylı bəyanatlarla kifayətlənib. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal etdiyi ərazilərdən çıxmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, bu qətnamələrin icrası üçün heç bir addım atılmayıb. AŞPA bu illər ərzində üzvü olan bir ölkənin - Ermənistanın digərinin - Azərbaycanın ərazisini işğal altında saxlaması faktına göz yumub, işğalçı dövlətin səs hüququnun məhdudlaşdırılması haqda belə düşünməyib. Artıq Qarabağ problemi həll olunub. Azərbaycanın hazırda Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına ehtiyacı yoxdur. AŞPA-nın qəbul edəcəyi qərardan asılı olaraq adekvat addım atılmalıdır. AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi və səsvermə hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul edəcəyi təqdirdə, Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması məqsədəuyğundur. Bundan başqa, Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxması variantı da gündəmə gələ bilər. Vurğulamaq yerinə düşər ki, Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olandan bəri ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə edib. Bu təşkilata üzvlük Azərbaycana demək olar ki, heç nə verməyib. Digər xristian klubu Avropa Birliyi və Avropa Parlamenti kimi AŞ və AŞPA da Azərbaycana və Türkiyəyə qarşı daim qərəzli, qeyri-obyektiv mövqe nümayiş etdirib. Avropa Şurasının müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrildiyi ortadadır. Azərbaycana qarşı sanksiyalar təklifi ilə almaniyalı deputat Frank Şvabenin çıxış etməsi də təsadüfi deyil. Avropada son vaxtlar Azərbaycana qarşı atılan addımlarda Fransa və Almaniyanın birgə hərəkət etdiyi diqqətdən qaçmamalıdır. Azərbaycana münasibəti artıq düşmənçilik həddinə çatdıran Fransanın bəzi hallarda əsas niyyətini gizlətmək üçün öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışması da göz qabağındadır. Fransa xarici siyasətində ardıcıl uğursuzluqları və nüfuzdan düşməsinə görə bu dəfə də Almaniyanı qabağa verib. Lakin istər Fransa-Almaniya tandemi, istərsə də digər beynəlxalq təşkilatlar və ölkələr anlamalıdır ki, Azərbaycanla sanksiya, hədə dilində danışmaq yersizdir. Bundan daha çox özləri ziyan görəcək. |
2024-01-22 | 825,242 | ABŞ-ın hərbi gəmisinə hücum edildi | Husilər Ədən körfəzində ABŞ hərbi gəmisinə növbəti hücumu elan edib. Axar.az xəbər verir ki, bunu husilərin nümayəndəsi Yəhya Səriya bildirib. "Yəmən Hərbi Dəniz Qüvvələri Ədən körfəzində ABŞ hərbi yük gəmisi "Ocean Jazz"a hücum edib. Yəmən Silahlı Qüvvələri Qırmızı və Ərəb dənizlərindəki bütün təhdid mənbələrini vuraraq ölkəmizə qarşı ABŞ və Böyük Britaniyanın istənilən təcavüzünə cavab verməkdə davam edir", - husilərin rəsmisi vurğulayıb. |
2024-01-22 | 825,245 | Zelenski yox, Ukrayna ilə bağlı danışıqlara hazırıq | Ukraynanın hazırki hakimiyyətinin saxlanılması ilə bağlı deyil, Ukrayna ilə bağlı danışıqlara hazırıq. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Zelenskinin sülh formulunun nəticəsi olmayacağını deyən Lavrov qeyd edib ki, Vaşinqton, London, Paris, Brüssel bunu nə qədər tez başa düşsələr, həm Ukrayna, həm də Qərb üçün bir o qədər yaxşı olacaq. |
2024-01-22 | 825,247 | Kliçkodan Zelenskiyə sərt ittiham: Cəbhədə vəziyyət… | Hazırda gördüyümüz siyasəti demokratik adlandıra bilmərəm. Bu, şaqulilik və avtoritarizm qoxusu verir. Axar.az xəbər verir ki, bu sözləri Kiyev meri Vitali Kliçko “The Globe and Mail”ə müsahibəsində deyib. Kliçko ölkədə söz azadlığının, demək olar ki, olmamasından narahat olduğunu, fikir bildirməyin çətin olduğunu vurğulayıb: “Bu, hökumətin daha əvvəl elan edilmiş siyasətinə və ümumi mövqeyinə ziddir. Məhz indiki siyasətə görə ukraynalılar cəbhədə faktiki vəziyyətin necə olduğunu anlamırlar”. Qeyd edək ki, Kliçko bundan öncə də Zelenskini Ukraynada bütün müstəqil hökumət institutlarını məhv etdiyini açıqlamışdı. |
2024-01-22 | 825,248 | Qırmızı dənizlə bağlı razılığa gəldik - Borrell | Avropa Birliyinin (AB) 27 ölkəsinin xarici işlər nazirləri Qırmızı dənizdə gəmiləri qorumaq üçün missiya yaratmağa razılaşıb. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. “Biz Qırmızı dənizdə Avropa missiyasının yaradılması ilə bağlı razılığa gəldik və belə bir missiyanın müxtəlif imkanlarını müzakirə etdik”, - Borrell qeyd edib. |
2024-01-22 | 825,250 | Nazirlik bu lisey haqda məlumatı araşdırdı | Bakı şəhəri 6 nömrəli məktəb-lisey barədə yayılan məlumatlarla bağlı araşdırma aparılıb. Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Belə ki, yanvarın 10-da məktəbə daxil olan müraciət əsasında valideynlərin də iştirakı ilə təhsil müəssisəsində kamera görüntüləri izlənilib. Məlumatda səsləndirilən fikirlər video-görüntülərdə öz təsdiqini tapmayıb. Bununla yanaşı, ümumi təhsil müəssisəsinin psixoloqları ümumilikdə siniflə, rayon polis idarəsinin əməkdaşları isə valideynlərin iştirakı ilə hər bir şagirdlə ayrılıqda söhbət aparıb. "Bir daha qeyd edirik ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, məktəb rəhbərliyi və prosesə cəlb olunmuş aidiyyəti orqanlar tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülüb", - nazirlikdən qeyd olunub. |
2024-01-22 | 825,253 | Türk ölkəsində 7 bal gücündə zəlzələ baş verdi | Qırğızıstan-Çin sərhədində 7 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, zəlzələnin episentri Qırğızıstanın Aksu məntəqəsində yerləşib. Məlumata görə, yeraltı təkanlar Qazaxıstanın Almatı şəhərində də hiss edilib. |
2024-01-22 | 825,255 | ADU-da imtahanı izləmək üçün mediatur təşkil olundu | Yanvarın 22-də Azərbaycan Dillər Universitetində (ADU) 2023-2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələri və millət vəkillərinin iştirakı ilə mediatur təşkil olunub. Axar.az xəbər verir ki, media nümayəndələri və millət vəkilləri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. KİV təmsilçilərini maraqlandıran suallar cavablandırılıb. ADU-nun rektoru, akademik Kamal Abdulla mediaturda iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, millət vəkillərinin, medianın tanınmış nümayəndələrinin imtahan prosesində iştirakının tələbələr üçün də yaddaqalan olacağına əminliyini ifadə edib: “Tələbələrimiz üçün hər cür şərait yaradılıb. İmtahanların idarə olunması üçün təcrübəli müəllimlərimiz cəlb olunub. ADU-da bir sıra yeni layihələr həyata keçirilməkdədir. Bu baxımdan ictimaiyyətə təqdim olunan “Müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan obrazı (1993-2023)” kitabı öz məzmun, mövqe və forması ilə diqqəti cəlb edir. Kitabda müstəqillik dövründə ingilisdilli mətbuatda Azərbaycan haqqında yazılmış mühüm yazıların tərcüməsi və onlara münasibəti ifadə edən şərhlər öz əksini tapıb". Ulu öndərin 100 illiyinə həsr olunmuş layihədə 1993-2003-cü illərdə ilk müstəqillik dövründə ölkəmizlə bağlı xarici ölkələrdə yazılan məqalələr tərcümə olunaraq şərhlərlə çap edilib. Daha sonra KİV nümayəndələri və qonaqlar imtahan cavab kartlarının yoxlanması prosesini izləyiblər. Qeyd edək ki, yanvarın 5-dən Azərbaycan Dillər Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanlar üç növbədə - bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 10:00-12:00, 13:00-dan 15:00-dək, magistratura səviyyəsi üzrə imtahanlar saat 16:00-18:00-dək keçiriləcək. Bakalavriatura səviyyəsində 7 minə yaxın tələbə imtahan verəcək. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edir. Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib. |
2024-01-22 | 825,256 | Bayramov və Mirzoyan ABŞ-a gedəcəkmi? | ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün danışıqların aparılmasında maraqlıdır. Prosesdə iştirak edən tərəflərlə sıx koordinasiyada finişə çatmaq üçün səylə çalışacağıq. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinqdə deyib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda mümkün görüşünə gəldikdə isə Patel bu məsələ ilə bağlı məlumatı olmadığını söyləyib. |
2024-01-22 | 825,258 | Bayden Sunakla Qəzza və Ukraynanı müzakirə etdi | ABŞ Prezidenti Co Bayden və Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji əlaqələr üzrə koordinatoru Con Kirbi deyib. O bildirib ki, liderlər Qırmızı dənizdə, Qəzzada və Ukraynadakı mövcud situasiyanı müzakirə ediblər. |
2024-01-23 | 825,259 | Kreml və Tehran haqda proqnoz: Bakı hazırlaşmalıdır! | Dünya 2034-cü ildə necə olacaq? ABŞ-ın “Atlantic Council” beyin mərkəzi 300 analitik arasında keçirdiyi sorğuda bu suala cavab tapmağa çalışıb. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, sorğuda iştirak edən analitiklərin 60 faizi 10 ildən sonra dünyanın daha pis vəziyyətdə olacağı qənaətindədir. Çox az analitik 10 ildən sonra Yaxın Şərqdə vəziyyətin normallaşacağına inanır, cəmi 5 analitikdən biri İsrailin Fələstinin müstəqilliyini tanıyacağını proqnozlaşdırıb: “Analitiklərin əksəriyyəti 10 ildən sonra da Çinin inkişafı edəcəyini, bir hissəsi isə Rusiyanın çökəcəyini bildirib. Analitiklər Rusiya Prezidenti Vladimir Putinin 10 ildən sonra Kremldə olmayacağını proqnozlaşdırıblar. Analitiklərin təxminən 35 faizi 10 ildən sonra Rusiyada mərkəzdənqaçma meyillərinin güclənəcəyini bildirib. Sorğuya qatılanların yüzdə 84 faizi 10 ildən sonra dünyada ən azı bir dövlətin də nüvə silahına malik olacağı fikrindədir. Həmin dövlətin İran və ya Səudiyyə Ərəbistanı ola biləcəyi ehtimalı yüksəkdir. Bu mövzuda optimist proqnoz odur ki, sorğuya qatılanların əksəriyyəti 10 ildən sonra nüvə müharibəsinin baş verəcəyinə inanmır”. Ekspertin sözlərinə görə, “Atlantic Council” beyin mərkəzinin nəticəsi doqma deyil, ancaq 300 analitikin 10 il sonra üçün verdiyi proqnozu nəzərə almamaq da mümkün deyil: “Bizi daha çox iki qonşumuz - Rusiya və İranla bağlı nəticə maraqlandıra bilər. Birində mərkəzdənqaçma meyillərinin güclənəcəyi, digərində nüvə çalışmalarının sürətlənəcəyi proqnozlaşdırıb. Azərbaycan təhlükəsizlik və Türkiyə ilə hərbi ittifaqı gücləndirməklə qonşularımızda 10 il sonrakı hadisələrə hazırlaşmalıdır”. |
2024-01-22 | 825,263 | Rus ordusu fransız generalların övladlarını öldürdü | Rus ordusunun Xarkovda xarici muzdluların müvəqqəti yerləşdirilmə məntəqəsinə zərbə endirməsi zamanı həlak olanlar arasında fransız briqada generalının oğlu da olub. Onunla birgə fransız hərbi ailəsindən daha bir yoldaşı həlak olub. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, fransızın adı Sabastyan Klod Remi Benarddır. O, bundan öncə Mərakeşdə xidmət edib. Benardın yoldaşı isə 2001-ci ildə Fransa ordusunda briqada generalı olmuş Frederik Drionun oğlu Aleksis Driondur. Drion ötən il Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil olub, beynəlxalq legionun 2-ci alayında xidmət edib. Qeyd edək ki, yanvarın 17-də Rusiya Müdafiə Nazirliyi ölkənin Silahlı Qüvvələrinin Xarkovda fransız muzdlularının olduğu binaya yüksək dəqiqliklə zərbə endirdiyini bildirib. |
2024-01-22 | 825,267 | Miyatoviçdən AŞ-a Azərbaycanla bağlı çağırış | Avropa Şurası Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün çalışmalıdır. Axar.az Report-a istinadən xəbər verir ki, bu fikirləri Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyası zamanı bildirib. “Mən Qarabağa səfərim zamanı gözəl və barışığa böyük ehtiyacı olan təbiət gördüm. Tövsiyəm budur ki, Avropa Şurası iki ölkə arasında sülhün yaranması üçün fəaliyyəti gücləndirsin”, – komissar deyib. D.Miyatoviç vurğulayıb ki, hər iki tərəf etnik mənşəyindən, millətindən asılı olmayaraq insan hüquqlarına hörmət əsasında sülhün bərpası üçün çalışmalıdır. “Beynəlxalq təşkilatlarin fəaliyyəti yalnız o zaman effektiv olar ki, hər iki tərəf əməkdaşlıq etsin və sülh üzərində birgə işləsin”, – komissar əlavə edib. |
2024-01-23 | 825,268 | Rusiya NATO-ya bu cür hücum edəcək - İnfoqrafiya | Britaniyanın “Deyli Meyl” qəzeti Rusiyanın NATO-ya mümkün hücumunu əks etdirən infoqrafiya və məqalə dərc edib. Axar.az xəbər verir ki, məlumatlarda ABŞ ordusunun keçmiş baş komandanı Ben Hoces və digər hərbi analitiklərə istinad edilib. Onların fikrincə, Rusiyanın işğalı irimiqyaslı kiberhücumlarla başlayacaq ki, burada məqsəd infrastrukturun və peyk rabitəsinin işini pozmaq olacaq. Belə olan halda qlobal miqyasda problemlər müşahidə olunacaq. Bundan sonra Rusiyanın hava limanları, dəniz bazaları və logistika qovşaqları da daxil olmaqla, Avropanın əsas infrastruktur obyektlərinə qarşı kütləvi raket zərbəsi endirməsi gözlənilir. Daha sonra Suvalki dəhlizinin ələ keçirilməsi, Baltikyanı ölkələrə və ya Polşaya hücumu əhatə edən quru əməliyyatı başlayacaq. Həmçinin Rusiya donanmasının Arktika bölgələrinə nəzarət etməyə çalışacağı və Şimali Atlantikaya raket zərbələri endirə biləcəyi gözlənilir. Üstəlik, infoqrafiyaya görə, NATO-ya hücum 2044-cü ildə, yəni 20 ildən sonra baş verməlidir. |
2024-01-22 | 825,269 | Ukrayna bu əraziləri Rusiyaya verməlidir – Baş nazir | Ukrayna münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməli olacaq. Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fiko deyib. Onun sözlərinə görə, Ukrayna və Rusiya hər iki tərəf üçün çox ağrılı olacaq hansısa güzəştə getməlidir: “Onlar nə gözləyirlər? Ruslar Krımı, Donbas və Luqanskı tərk edəcəklər? Bu qeyri-realdır”. Bu bəyanatlara cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko qeyd edib ki, ərazi bütövlüyü ilə bağlı heç bir güzəşt ola bilməz: “Gəlin açıq danışaq: Ukraynada təhlükəsizlik olmasa, nə Slovakiyada, nə də bütövlükdə Avropada təhlükəsizlik olmayacaq. Biz birlikdə çalışmalıyıq ki, Ukraynanın qələbəsi yaxınlaşsın”. |
2024-01-22 | 825,270 | Türkiyə çimərliklərində tapılan meyitlərlə bağlı açıqlama... | Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Türkiyənin çimərliklərində tapılan meyitlərin şəxsiyyətini müəyyənləşdirmək üçün səylərin davam etdiyini və onlardan biri istisna olmaqla, hamısının qeyri-qanuni miqrant ola biləcəyini söyləyib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində yazıb. Yerliqaya bildirib ki, meyitlərdən biri iki həftə əvvəl itkin düşən tələbə Merve Almasa aid ola bilər, lakin bu, DNT analizinin nəticələri ortaya çıxandan sonra məlum olacaq. Nazirin sözlərinə görə, qalan meyitlər, çox güman ki, dekabrda Kiprə doğru hərəkət edərkən qəzaya uğrayan 90 qeyri-qanuni miqrantın olduğu qayığın sərnişinlərinə aiddir. Qeyd edək ki, ötən həftədən bəri Antalya vilayətində çimərliklərdə ən azı 8 meyit tapılıb, daha bir meyit isə Muğla vilayətinin sahillərində sular altında qalıb. |
2024-01-23 | 825,271 | Ukraynadakı vəziyyəti hər yerdə gündəmə gətirəcəyik | Biz hər gün Ukraynadakı vəziyyətlə bağlı məsələnin bütün formatlarda - BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının, BMT-nin və digər beynəlxalq təşkilatların ixtisaslaşmış komitə və komissiyalarının iclas zalında dinlənilməsini təmin etmək üçün hər şeyi edəcəyik. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib. Onun sözlərinə görə, dünya bilməlidir ki, bir ölkə milli siyasətini itirib özünü militaristlərə və imperialistlərə satanda nə vəziyyətə düşə bilər. |
2024-01-23 | 825,273 | Bağdadda silah anbarında güclü partlayış | Bağdadda İraq silahlı qüvvələrinə məxsus silah anbarının ərazisində güclü partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə “Şəfəq Nyus” informasiya portalı ölkənin təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, partlayışa səbəb yanğın olub. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur. Səlahiyyətlilər hadisənin baş vermə şəraiti ilə bağlı araşdırmalara başlayıblar. |
2024-01-23 | 825,275 | Rusiyada qırğızları bu cür alçaltdılar - Video | Rusiyanın Yekaterinburq şəhərində prokurorluq, FTX, Daxili İşlər Nazirliyi və Rusiya Milli Qvardiyasının əməkdaşları yanvarın 17-də tikinti obyektlərindən birində reyd keçirib və bu zaman miqrantları “qaz yerişi” gəzməyə məcbur ediblər. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər yayılıb. Reyd zamanı tikinti meydançasında işləyən 150 nəfərin sənədi yoxlanılıb. Səkkiz nəfərin deportasiya edilməsinə qərar verilib, daha dörd nəfər isə Rusiya pasportunu alıb, lakin qeydiyyatda olmadığı üçün hərbi komissarlığa çağırılıb. İşçilər arasında 40-ya yaxın Qırğızıstan vətəndaşı da olub ki, onlardan bir neçəsini “qaz yerişi” gəzməyə məcbur ediblər. Yayılan görüntülərlə əlaqələr Qırğızıstan Baş konsulluğu müvafiq qurumlardan Rusiya hüquq-mühafizə orqanlarında yoxlamaların keçirilməsini tələb edib. Görüntülərdəki miqrantların isə onlara qarşı bu cür alçadıcı davranışdan dolayı hər hansı şikayət etmədiyi də vurğulanıb. |
2024-01-23 | 825,279 | Oğurluq maşınları ölkəmizə göndərmək istəyənlər saxlanıldı | Kanadada oğurluq avtomobilləri Azərbaycan və Gürcüstana göndərmək istəyən qruplaşma üzvləri həbs edilib Axar.az Report-a istinadən xəbər verir ki, Ontarionun Toronto şəhərində avtomobil oğurluğu ilə bağlı bir ay davam edən təhqiqatdan sonra 11 nəfərin 100-ə yaxın cinayətdə ittiham olunduğunu bildirib. York Regional Polisi son iki ay ərzində bir çox şəhərlərdə silsilə axtarışlardan sonra oğurlanmış 52 avtomobili tapdığını bildirib. Müstəntiqlər bildiriblər ki, cinayətkar qrup yüksək səviyyəli avtomobilləri hədəf seçərək, nəqliyyat vasitəlırini Azərbaycan və Gürcüstan kimi uzaq ölkələrə göndərməyi planlaşdırıb. Şübhəli şəxlərə avtonəqliyyat vasitələrinin oğurlanması, cinayət yolu ilə əldə edilmiş əmlakın ticarəti də daxil olmaqla, ümumilikdə 96 ittiham irəli sürülüb. |
2024-01-23 | 825,280 | İrəvan müharibə üçün “sənədlər toplusu” hazırlayır | Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirələrdə zəmanət mövzusu önə çıxır. Tərəflər bəyan edirlər ki, yeni müharibəni mümkünsüz edəcək addımlar atılmalıdır. Əgər Ermənistanda bu məqsədlə zaminlər institutunun yaradılması təklif olunursa, Azərbaycanda Ermənistanın hüquqi bazasındakı mövcud problemlərə işarə edilir. Axar.az xəbər verir ki, bu barədə Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin analizində qeyd olunub. Təhlildə bildirilib ki, İran XİN rəhbərinin Ermənistana səfərindən sonra Paşinyan hökuməti artıq sülh müqaviləsinin zəmanətçiləri haqqında çox danışmır, çünki bu mövzunun davam etməsi İran və Rusiyada aktivliyə gətirib çıxarır: “Sonuncular bu mexanizmdə danışıqlar formatına müdaxilə imkanı görürlər. Digər tərəfdən, Ermənistan artıq İrandan, AB-dən, Fransadan, müəyyən qədər də ABŞ-dan təhlükəsizlik zəmanəti alıb. Rusiya isə hələ də Ermənistanın faktiki müttəfiqidir. Belə şəraitdə qarant məsələsi Ermənistanın himayədarları arasında vəziyyəti daha da gərginləşdirə bilər. Azərbaycan üçün zəmanətlər Ermənistanda Qarabağa dair fərqli dövrlərdə qəbul edilmiş müxtəlif sənədlərlə bağlıdır: Ermənistanın Müstəqillik Bəyannaməsi, Konstitusiyada ona istinad, Almatı Bəyannaməsinə edilən düzəlişlər, Ermənistan Ali Şurasının 8 iyul 1992-ci il tarixli qərarı, Ermənistanın daimi nümayəndəsinin BMT katibinə məktubları, beynəlxalq məhkəmələrdə iddialar… Bu sənədlərdən bəziləri Paşinyanın Azərbaycanın ərazi bütövlüyünün tanınmasını təkrarladığı dövrdə ortaya çıxıb. Məhz bu səbəbdən Azərbaycan Ermənistan Baş nazirinin bəyanatlarına inanmır və sənədlərə yenidən baxılması prosesinin başlanmasına eyham vurur”. Mərkəzin analizində xatırladılıb ki, Prezident İlham Əliyevin müsahibəsindən sonra Paşinyan bəyan etdi ki, ritorika danışıqlar prosesinə uyğun olmalıdır: “Azərbaycan da son bir neçə ayda erməni diplomatiyasının beynəlxalq qurumlara verdiyi bir sıra sənədləri və bəyanatları media vasitəsilə nümayiş etdirdi. Yəni Azərbaycanın iddiaları sadəcə ritorikadır, amma Ermənistanın iddiaları gələcəkdə yeni müharibəni nəzərdə tutan bütöv bir rəsmi sənədlər toplusudur! Paşinyanın sözlərinə görə, danışıqlar prosesi Ermənistanın Baş naziri Aparatı ilə Azərbaycan Prezidentinin Administrasiyaları arasında gedir. Ya Ermənistan XİN-in bu prosesdən xəbəri yoxdur, ya da Baş nazirdən müvafiq göstəriş almayıblar. Ola bilsin, Vardan Oskanyanın dövründə işə götürülən erməni diplomatlar danışıqlar prosesini sabotaj edirlər, lakin bu, artıq Paşinyanın problemidir. Ötən müddət ərzində Ermənistan regionda mümkün sülhün dayaqları altına çoxlu minalar döşəyib. Bu minaların gələcəkdə işə düşməməsi üçün onları çıxarıb zərərsizləşdirməyə başlamaq vacibdir! Məsələn, Paşinyan “Azərbaycanın gizli ərazi iddialarından” danışır... Harada gizli?! Azərbaycan Konstitusiyasında, Müstəqillik Aktında, Azərbaycan Respublikasının qanunlarında, Prezidentin sərəncamlarında Qərbi Azərbaycan mövzusu yoxdur! Azərbaycanda Almatı Bəyannaməsinə heç bir düzəliş yoxdur! Amma Ermənistanda ərazi iddiaları gizlədilmir, göz qabağındadır! Əgər Ermənistan Azərbaycandan ritorikanın dəyişməsini gözləyirsə, o zaman “artsaxlar” və “dqr”i xatırladaraq beynəlxalq orqanlara verilən məktubların və iddiaların geri çağırılmasına başlamalıdır. Sonra isə parlament səviyyəsində 1992-ci il Ali Şuranın qərarının ləğvi və Almatı Bəyannaməsinə edilən düzəlişlərin geri götürülməsi mümkündür. Sülh müqaviləsi prosesin yalnız başlanğıcıdır. Ondan sonra normallaşma başlayacaq, qarşılıqlı fəaliyyət və mümkün gələcək əməkdaşlıq çərçivələri müəyyən ediləcək. Ermənistan Baş nazirinin Konstitusiya dəyişikliyilə bağlı açıqlamaları Azərbaycanda da gözləntilər yaradıb. 2021-ci ildə oxşar təşəbbüsün nəticəsiz qalmasını xatırlayırıq. Digər tərəfdən, Paşinyanın Konstitusiyada dəqiq (!) nəyi dəyişmək niyyəti də hələ ki, aydın deyil. Beləliklə, sentyabr ayından şərti sərhəddə vəziyyət sakitləşdi, birgə bəyanat qəbul edildi, hətta ikitərəfli formatda yeni görüşlər də gözlənilir. Müsbət dinamika qalır və bu hal daha da inkişaf etdirilib normaya çevrilməlidir. Bunun üçünsə bir-birimizin gözləntilərini eşitmək məqsədəuyğundur”. |
2024-01-23 | 825,283 | İsrail buna görə Qəzzada əməliyyatı dayandırmaq istəyir | İsrail bütün girovları azad etmək üçün Qəzza zolağında hərbi əməliyyatları iki ay müddətinə dayandırmağı təklif edir. Axar.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. |
2024-01-23 | 825,285 | Hacıqabulda ağır qəza: ölü və yaralı var | Hacıqabulda yol qəzası baş verib, bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Axar.az xəbər verir ki, yanvarın 22-də saat 23 radələrində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınan qəzada “KamAz” markalı yük maşını ilə digər bir yük avtomobili toqquşub. Hadisə nəticəsində Nurlan Tahirli hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-23 | 825,286 | Rusiyanın hücum ehtimalına Borrelldən reaksiya | Onların belə hesablamalara (yaxın gələcəkdə Rusiyanın hücumu ehtimalı haqqında - red.) necə gəldiyini bilmirəm: beş, səkkiz il, yaxud iki və ya üç ildən sonra – bilmirəm... Axar.az xəbər verir ki, bunu Avropa Birliyi diplomatiyasının rəhbəri Jozep Borrell Rusiyanın hücum ehtimalı ilə bağlı bəyanatlar verən bir sıra avropalı siyasətçilərinin və hərbi liderlərin fikirlərini şərh edərkən bildirib. "Biz Ukraynaya kömək etməyə hazır olmalıyıq. İndi Ukraynada müharibə gedir. Yeni problemlərin ortaya çıxmasını gözləməyə ehtiyac yoxdur, müharibə olduğu yerdədir. Bunun yayılmasının qarşısını almaq üçün əlimizdən gələni etməliyik. Beş ildən sonra nə olacağını təxmin etməməliyik, artıq kifayət qədər işimiz var”, - Borrell qeyd edib. |
2024-01-23 | 825,287 | İsrail Hizbullahın obyektlərinə zərbə endirdi | İsrail ordusu Livanın cənubunda 5 rayonda Hizbullahın obyektlərinə zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Hədəflər arasında Hizbullah döyüşçülərinin olduğu hərbi obyekt də var. |
2024-01-23 | 825,288 | Zelenskinin bu qərarı dünya müharibəsini başladacaq | Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiyanın ukraynalıların məskunlaşdığı ərazilərlə bağlı fərmanı dünyanı III Dünya müharibəsinə doğru aparır. Axar.az xəbər verir ki, bunu rusiyalı deputat Oleq Morozov bildirib. "Bu, həm tarixə, həm də siyasi praktikaya nasist yanaşmanın bir nümunəsidir. Alman nasistləri də “tarixi faktorları” əsas gətirərək bir çox Avropa ölkəsinin bütün hissələrini alman elan etdilər. Və sonra İkinci Dünya müharibəsi başladı. Zelenski eyni üsullarla dünyanı Üçüncü Dünya müharibəsinə sövq edir. Amma əslində hər şey tam əksinədir. Ukraynanın qərb bölgələri istisna olmaqla, qalan hər şey tarixi və mənəvi cəhətdən rusdur. Bu, tarixi Rusiyadır. Və belə də olacaq! Siz tarixi aldada bilməzsiniz", - deputat vurğulayıb. Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski “Rusiya Federasiyasının tarixən ukraynalıların yaşadıqları əraziləri haqqında” fərman imzaladığını bildirib. |
2024-01-23 | 825,289 | Rusiya Alyaskanı ABŞ-dan geri istəyir? - Açıqlama | Rusiya Alyaskanı geri almayacaq. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel deyib. “ABŞ hökumətində hər kəsin adından deyə bilərəm ki, o, (Vladimir Putin – red.) Alyaskanı geri almayacaq”, - deyə departament rəsmisi jurnalistin sualına cavabında bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən ilin dekabrında Rusiya İmperiyasının və SSRİ-nin xarici mülkiyyətinin hüquqi müdafiəsi üçün vəsaitin ayrılması haqqında fərman imzalayıb. Sualın da Rusiya prezidentinin bu fərmanından qaynaqlandığı ehtimal edilir. |
2024-01-23 | 825,290 | Ukrayna ordusu çətin seçim qarşısındadır - Kirbi | Növbəti bir neçə ay Ukrayna üçün kritik olacaq. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi növbəti brifinqdə bildirib. “Əgər qar yağdığı üçün döyüşlərin dayanacağını düşünürsünüzsə, bir daha düşünün”, – Kirbi deyib. Onun sözlərinə görə, Ukrayna ordusu hansı silahlardan istifadə edəcəyi ilə bağlı çətin seçim qarşısındadır, çünki növbəti tədarükün nə vaxt olacağı onlara məlum deyil. |
2024-01-23 | 825,291 | Seysmoloq: Azərbaycanda güclü zəlzələ olacaq - Video | Bu il superaktiv il olacaq, zəlzələlər baş verəcək, həmçinin palçıq vulkanları püskürəcək. Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev çıxış edib. Onun sözlərinə görə, 2024-cü ildə güclü və hiss olunan zəlzələlər baş verəcək. Qulam Babayev deyib ki, Azərbaycanda və dünyada mövcud olan seysmoaktiv regionlar, ərazilər, eləcə də bir neçə il aktiv olmayan seysmik ocaqlar ayılacaq. Qeyd edək ki, bu günlərdə Azərbaycanda baş vermiş zəlzələ təxminən 10-dan çox rayonda hiss edilib. |
2024-01-23 | 825,293 | Süd vəzi xərçəngindən qoruyan meyvə... | Amerikalı alimlər süd vəzi xərçəngi riskini azaltmaq üçün möcüzə meyvə - nar yeməyi tövsiyə edir. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, elmi tədqiqat gedişində alimlər narda estrogen hormonunu azaltması sübut edilib. Bu hormon bədxassəli şişlərin böyüməsini stimulə edir. Orqanizmdə bu hormonun çoxluğu qadınlarda süd vəzi şişlərinin səbəbi ola bilər. Bundan əlavə bu hormon çox olduqda xəstəlik limfa sistemi ilə bütün bədənə yayılır. Süd vəzi xərçəngi irəli mərhələdə çox orqanlara metastaz verir. Bu meyvə həmçinin qanı artırır, damarları təmizləyir. Narda A, B, C, E vitaminləri, yod, kaliy, kalsium var. Elmi araşdırmanın nəticələri nardan istifadə etməklə yeni terapiyanın əsasını qoya bilər. Alimlər bu meyvəni artıq profilaktika məqsədilə yeməyi tövsiyə edir. Nar suyunu içərkən onu bir az su ilə qatın. |
2024-01-23 | 825,294 | ABŞ hərbi bazası yenidən raket atəşinə tutuldu | Suriyanın Deyr əz-Zor əyalətində Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazası raket atəşinə tutub. Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Hücum zamanı hər hansı zərərin dəyməsi barədə məlumat verilmir. |
2024-01-23 | 825,295 | Rusiyanın zəif nöqtələri üzə çıxdı – Professor | Amerika və ümumiyyətlə, Qərbin Ukraynaya verdiyi dəstək istənilən nəticəni vermədi. Doğrudur, Kiyev özünü qorumağı bacardı, amma gözlənilən səviyyədə əks-hücum olmadı. Sözügedən nəticə bəlli çevrələrdə narazılıq yaratdı. Bu sözləri Axar.az-a Ukrayna müharibəsində son durum və Qərbin sərgilədiyi münasibət barədə danışan Türkiyənin Sütçü İmam Universitetinin Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Toğrul İsmayıl deyib. Alimin sözlərinə görə, son iki ildə Ukraynaya dəstək verən, lakin hazırda buna yetərincə imkanı olmayan xüsusilə qonşu ölkələr baş verənlərə etirazını bildirməyə çalışır: “Çünki çoxlu sayda qaçqın, iqtisadi güc, hərbi təchizat və s. kimi problemlər var. Rusiyanın imkanları ilə müqayisədə ciddi fərq özünü büruzə verdi. Zaman keçdikcə müharibənin bir an öncə bitməsini istəyənlər çoxalır. Qərb Rusiyanı düzgün oxuya bilmədi, sanksiyalarla Putinə qarşı neqativ bir əhval-ruhiyyə yaratmaq istədilər. Lakin yanıldılar, çünki Rusiyada Qərbin demokratiyası yoxdur və oliqarxlar sinfi də süni şəkildə yaradılıb. Oliqarxlar sabah etiraz etməyə cəhd göstərsə, əllərindən hər şeyi alıb, bir kənara atarlar. Yəni Rusiya kimi ölkələrdə hakimiyyətə gələn prezidentlərin öz oliqarx komandası olur və heç kim oradan çıxa bilməz. Bunu biz “Vaqner”in rəhbəri Priqojin məsələsində də əyani şəkildə gördük. Etirazlara uzaqlaşdırma və təmizləmələrlə cavab verilir. Ona görə də Qərbin sərgilədiyi mövqe effektiv olmadı. Açıq şəkildə Ukraynaya dəstək vermək yerinə, oraya daha çox müdafiə silahları göndərdilər. Bir də əlbəttə ki, Ukrayna və Rusiya ordusunu gücünə görə müqayisə etmək mümkün deyil. Kiyev müharibəyə, demək olar ki, hazırlıqsız yaxalandı”. Professor müharibənin uzanma ehtimalının daha çox olduğunu vurğulayıb: “ABŞ və İngiltərədən verilən açıqlamalara nəzər yetirsək, gündəmdə hansısa razılaşmanın olmadığını görərik. Qarşıdan ABŞ-da prezident seçkiləri gəlir, bəlkə Vaşinqtonda iqtidar dəyişikliyi olsa, yeni mesajlar verilə bilər. Ancaq hadisələrin indiki inkişafı müharibənin uzanacağından xəbər verir. Çünki Rusiya da müharibədə istədiyini tam şəkildə əldə etməyib. Hər hansı bir müvəqqəti atəşkəs isə problemin həllinin təxirə salınması deməkdir. Yəni müharibənin hər an daha şiddətli formada alovlanma riski olacaq. Müharibə dövründə Belqorod şəhərinin, Moskva ətrafındakı yaşayış məntəqələrinin, ən son isə Peterburqda “Novatek” şirkətinə məxsus qaz terminalının vurulması Rusiyanın da zəif nöqtələrini üzə çıxardı. Hazırda qışdır, durğunluq, taktiki irəli və geri çəkilmələr yaşanacaq. Lakin iqlim şəraitinin düzəlməsi ilə döyüşlər yenidən şiddətlənə, vəziyyət tamamilə dəyişə bilər”. |
2024-01-23 | 825,296 | Lavrov Fidanla görüşdü | Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin mənzil-qərargahında Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Danışıqların mövzusu açıqlanmayıb. |
2024-01-23 | 825,300 | Rəsmi Bakıdan Borrellə cavab: Qətiyyətlə rədd edirik! | 22 yanvar 2024-cü il tarixində Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrellin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddiaları qətiyyətlə rədd edirik. Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə deyib. "AB-nin ali nümayəndəsi tərəfindən faktların açıq-aşkar təhrif edilməsi Azərbaycanın legitim maraqlarına etinasızlıqdır və bu cür hədələyici ritorika Azərbaycan-AB münasibətlərini daha da gərginləşdirən ikili standartın bariz nümunəsidir. Ali nümayəndə Azərbaycan Prezidentinin Azərbaycan və Ermənistan ərazilərinə dair tarixi faktlarla bağlı fikirlərini tamamilə təhrif etməklə yanaşı, Azərbaycana qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. Beynəlxalq ictimaiyyətin Ermənistanı beynəlxalq hüququn norma və prinsiplərinə uyğun hərəkət etməyə inandırmaq üçün heç bir səy göstərməməsinə baxmayaraq, Azərbaycan hər zaman Ermənistanla danışıqlara, sülhə və sabitliyə sadiq olub. Azərbaycanın təcavüzə və separatizmə son qoyduğu tədbirlər Ermənistanla sülh sazişinin bağlanmasına zəmin yaradır", - A.Hacızadə vurğulayıb. Bundan əlavə, AB nümayəndəsinin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə etməsi davam edən hüquqi araşdırma prosesinə açıq müdaxilə olmaqla yanaşı, Azərbaycandan qovulmuş fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırmağa bərabərdir: "Belə qərəzli bəyanat Azərbaycanın Fransadakı diplomatlarına qarşı əsassız tədbirlərə məhəl qoymamaqla yanaşı, diplomatik davranışın bütün qayda və təlimatlarına açıq-aşkar etinasız yanaşan, iş üzrə araşdırma aparmaqdan imtina edən bəzi dövlətlərin bu quruma necə mənfi təsir göstərdiyini nümayiş etdirir. Azərbaycan beynəlxalq öhdəliklərinə və beynəlxalq hüquqa sadiq olmaqla yanaşı, milli maraqlarına zidd olan hər hansı iddiaların və təhdidedici dilin legitimləşdirilməsi cəhdlərinin qarşısını qətiyyətlə alacaq". |
2024-01-23 | 825,305 | Bəzi ərazilərdə 12 dərəcə şaxta qeydə alındı | 09:27 Yanvarın 23-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bəzi yerlərdə sulu qar, qar yağır. Ayrı-ayrı yerlərdə intensivdir. Bakıda və Abşeron yarımadasında da səhər saatlarından sulu qar, qar yağır. Qar örtüyünün hündürlüyü Zaqatalanın dağlıq ərazisi olan Əlibəydə 42 sm, Qaxda 35 sm, Ordubadda 26 sm, Şəki, Daşkəsən, Gədəbəy, Qrız, Balakən, Zaqatala, Göygöl, Lerik, Şahdağ, Oğuz, Şahbuz, Quba, Xaltan, Yardımlı, Qusar, Altıağac, Qəbələ, Şabran, Tərtər, Qobustanda 14 sm-dək olub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 2 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 11-14 dərəcə şaxta olub. Qeyd edək ki, ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti yanvarın 24-ü axşamadək davam edəcək. Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 24-25-də gecə və səhər saatlarında xüsusən də dağlıq və dağətəyi rayonlarda magistral yolların buz bağlama ehtimalı var. *** Yanvarın 23-ü saat 18:00-a olan məlumata əsasən Naxçıvan MR-da, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi-aran, Lənkəran-Astara zonasının dağlıq ərazilərində qar yağır. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında da sulu qar, qar yağır. Havanın temperaturu: Bakıda və Abşeron yarımadası, Naxçıvan MR, Aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb. |
2024-01-23 | 825,306 | Bakıda 34 yaşlı qadın dəm qazından öldü | Bakının Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsində 34 yaşlı qadın dəm qazından boğulub. Axar.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Elmira Aslanova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. |
2024-01-23 | 825,309 | Bakıda obyektdə baş verən yanğın söndürüldü | 09:38 Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub. Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. *** Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindəki obyektdə baş vermiş yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. |
2024-01-23 | 825,310 | Papikyan Qazaxıstana getdi | Ermənistan müdafiə nazir Suren Papikyan bu gün Qazaxıstana gedib. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Papikyan Astanaya qazaxıstanlı həmkarı Ruslan Jaksilikovun dəvəti ilə gedib. Erməni nazirin səfərinin təfərrüatı barədə məlumat verilməyib. |
2024-01-23 | 825,311 | Çində daha bir zəlzələ oldu | Çin Seysmik Xidməti Sincan-Uyğur Muxtar Rayonunun Qızılsu bölgəsinin Uşi qəzasında baş verən növbəti zəlzələ barədə məlumat yayıb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 4,8 maqnitudalı zəlzələ Pekin vaxtı ilə saat 12:01-də baş verib. Zəlzələnin episentri 41,23 dərəcə şimal eni və 78,91 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib. Xatırladaq ki, daha əvvəl Çinin Qırğızıstan və Qazaxıstanla sərhədində 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Aksu vilayətindən 121 kilometr qərbdə və Almatıdan 264 kilometr cənub-şərqdə olub. |
2024-01-23 | 825,313 | Qazaxıstanda zəlzələdə xəsarət alanların sayı artdı | Qazaxıstanın Almatı şəhərində baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 44 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, 10 uşağa tibbi yardım göstərilib. Onlardan 5-i xəstəxanaya yerləşdirilib, yerdə qalanlar ambulator müalicəyə göndərilib. Qeyd edək ki, Qazaxıstan-Qırğızıstan sərhədində yanvarın 23-də yerli vaxtla saat 00:09-da 7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin episentri Almatıdan 264 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin dərinliyi 65 kilometr olub. |
2024-01-23 | 825,318 | Zəfər yolu buz bağladı | Zəfər yolu qardan təmizlənir, yolun buz bağlamış hissələrinə qum-duz qarışımı səpilir, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir. Bu barədə Axar.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib. "AAYDA sürücülərə yollarda diqqətli olmalarını və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələrini tövsiyə edir", - deyə məlumatda qeyd edilib. |
2024-01-23 | 825,320 | Heyvanların sığortalanması üzrə tariflər azaldıldı | Aqrar Sığorta Fondunun İdarə Heyəti kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflərin azaldılması ilə bağlı qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə fond məlumat yayıb. Qərara əsasən, heyvanların baza təminatlı və geniş təminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib. Xatırladaq ki, indiyə qədər bu tariflər müvafiq olaraq 6,1% və 9,5% olub. Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyə qədər qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyə qədər 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata düşüb. Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır. Aqrar sığorta ilə kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakət (zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu), yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, eləcə də oğurluq, soyğunçuluq və quldurluq hallarından sığorta edilir. Fermerlər heyvanların aqrar sığortasından faydalanırlar. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib. Prezident İlham Əliyevin 19 avqust 2019-cu il tarixli fərmanı ilə yaradılan Aqrar Sığorta Fondu əkin sahələri ilə yanaşı, kənd təsərrüfatı heyvanları – mal-qara və xırdabuynuzlu heyvanları da sığorta edir. Aqrar sığorta vasitəsilə südlük və ətlik inək-camışları, qoyun və keçi təsərrüfatlarını çoxsaylı risklərdən qorumaq mümkündür. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50%-ni onların əvəzinə dövlət ödəyir. Aqrar Sığorta Fondunun göstərdiyi xidmətlər və sığorta haqları ilə fondun rəsmi internet səhifəsindəki (asf.gov.az) “Heyvandarlıq sığortası kalkulyatoru” vasitəsilə tanış olmaq mümkündür. |
2024-01-23 | 825,323 | Gəncədə məktəbin önündə bıçaqlanan şagird öldü - Foto | 09:57 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin verdiyi məlumata əsasən, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanıb. Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd olunub ki, şagird dərhal xəstəxanaya çatdırılsa da, vəfat edib: "Hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır". *** Gəncədə məktəbin önündə bıçaqlanan şagird ölüb, cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, yanvarın 23-də Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında həmin məktəbin şagirdi bıçaqla xəsarət yetirilərək öldürülüb. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri hərəkətlər yerinə yetirilir. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində prokurorluq və polis əməkdaşları tərəfindən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri aparılır. Nəticəsi barədə əlavə məlumat veriləcək. *** Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü R.Rəhimovun kəsici-deşici alətlə xəsarət alması və həmin xəsarətdən ölməsi barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, məlumat ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. |
2024-01-23 | 825,327 | AZAL-dan aksiya: 6 şəhərə uçuş ucuzlaşdı | Azərbaycanın milli aviadaşıyıcısı AZAL Avropanın bir sıra məşhur istiqamətləri üzrə endirim aksiyasına start verib. Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, təklif çərçivəsində Praqa, London, Vyana, Berlin, Barselona və Milan şəhərlərinə daha sərfəli qiymətlərlə səyahət etmək olar. Endirimli aviabiletləri yanvarın 23-dən fevralın 1-dək əldə etmək mümkündür. Aksiya yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 1 fevral–17 aprel tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur. Göstərilən istiqamətlər üzrə aviabiletlərin qiymətinə hava limanı rüsumları daxildir: - Bakı-Vyana-Bakı, Bakı-Praqa-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Milan-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 299 avro təşkil edir. - Bakı-Barselona-Bakı marşrutu üzrə aviabiletlərin qiyməti 349 avrodur. - Bakı-London-Bakı: Qetvik hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti 359 avro, Hitrou hava limanı marşrutu üzrə aviabiletlərin qiyməti isə 391 avro təşkil edir. Qeyd edək ki, endirimli aviabiletlərin sayı məhduddur. Biletlərin qiymətinə baqaj daxil deyil, lakin 10 kiloqrama qədər əl yükünün daşınmasına icazə verilir. Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür. |
2024-01-23 | 825,330 | ƏMDX sahibkarlıq subyektlərinə müraciət etdi | İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) kiçik, orta və iri sahibkarlıq subyektlərinə müraciət edib. Axar.az müraciətin mətnini təqdim edir: "İşğaldan azad olunmuş ərazilərdə yaşayan sakinlərin, burada təmsil olunan dövlət qurumları, podratçı təşkilatlar və onların işçi heyətinin bir sıra xidmətlərlə təmin olunmasına zərurət yaranıb. Bununla əlaqədar, bu ərazilərdə ticarət, ictimai iaşə, məişət xidməti və digər istiqamətlərdə bəzi müəssisə və obyektlərin fəaliyyətinin (hotel, aptek, çörəkbişirmə, avtomobil servis mərkəzi, avtoyuma, çamaşırxana və quru təmizləmə, təmizlik xidməti, yükdaşıma xidməti, mobil operator məntəqələri, inşaat malları mağazası və s.) bərpası planlaşdırılır. Bu məqsədlə aşağıda qeyd olunan tələblərə cavab verən kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olan sahibkarlara və hüquqi şəxslərə əməkdaşlıq təklif edilir. Müraciətçilərə dair tələblər: - Fəaliyyətə ən qısa zamanda başlama imkanının olması; - Kadr potensialının mövcud olması; - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Məşğulluq Agentliyinin təklif etdiyi şəxslərin kvota üzrə işlə təmin olunması; - Fəaliyyətin təmin olunması üçün dövriyyə vəsaitlərinin (maliyyə vəsaiti, xammal, mal-material və s.) olması; - Müvafiq sahə üzrə maddi-texniki bazasının olması (avadanlıq, texnika və s. təminatının olması); - Müvafiq sahə üzrə təcrübəyə malik olması; - Dövlət büdcəsi qarşısında gecikdirilmiş vergi, ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşısında və digər öhdəliklərinin olmaması. Müvafiq sahə üzrə fəaliyyətin təmin edilməsinə maraqlı olduğunuz təqdirdə aşağıda göstərilən sənədləri 31 yanvar 2024-cü il saat 12:00-a kimi [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik: - İşçilərin siyahısı; - Maddi-texniki baza haqqında məlumat; - Bank çıxarışı və anbar qalığı haqqında məlumat; - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrindən çıxarış və müvafiq sahə üzrə təcrübəsi haqqında məlumat; - Dövlət büdcəsi qarşısında vergi, DSMF və digər öhdəliklərinə dair vergi orqanlarından arayış; - İşğaldan azad olunmuş ərazilərdə mal, iş və ya xidmət təqdim edilməsi barədə müqavilə və ya digər yerinə yetirilmiş işlər barədə məlumat; - Qanunvericiliyin tələblərinə uyğun olaraq lisenziya və icazə tələb olunan sahələrə dair müvafiq sənədlərin notarial təsdiq olunmuş surəti. İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərəcək sahibkarlar üçün bir sıra güzəştlər və dövlət dəstəyi tədbirləri nəzərdə tutulur. Vergi güzəştləri: İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar. işğaldan azad edilmiş ərazinin ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan rezidentləri siyahısı təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalına görə 2023-cü il yanvarın 1-dən etibarən 10 (on) il müddətində ƏDV-dən azaddır. Bu azadolma müvafiq qaydada verilmiş təsdiqedici sənəd əsasında tətbiq edilir. İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə bu fəaliyyəti göstərən vergi ödəyicilərinə istehsal, o cümlədən emal və hasilat fəaliyyəti sahəsi üzrə vergi azadolması tətbiq edilir. Bu vergi azadolması istehsal, o cümlədən emal və ya hasil edilərək işğaldan azad edilmiş ərazi daxilində və ya həmin ərazidən kənara təqdim edilən, habelə ölkəmizdən ixrac edilən mallara görə əldə olunan gəlirlərə şamil edilir. İşğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və malları (işləri, xidmətləri) işğaldan azad edilmiş ərazinin rezidentlərinə təqdim edən hüquqi və fiziki şəxslərə topdansatış ticarət, tikinti və xidmət (əhaliyə göstərilən xidmətlər istisna olmaqla) sahələri üzrə vergi azadolması tətbiq olunur. işğaldan azad edilmiş ərazidə vergi uçotuna alınan və həmin ərazilərdə fəaliyyət göstərən vergi ödəyicilərinə turizm, pərakəndə ticarət, ictimai iaşə və digər əhaliyə xidmət sahələri üzrə vergi azadolması tətbiq olunur Yuxarıda nəzərdə tutulan vergi azadolmaları işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil edilir. Fiziki şəxs olan istehlakçıların işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanaların (hotellərin) göstərdiyi gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödədiyi ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 %-i geri qaytarılır. Əmək haqqının birgə maliyyələşdirilməsi ilə bağlı maliyyə yardımı: İşəgötürənlər işçi heyətini ƏƏSMN-nin tabeliyində Dövlət Məşğulluq Agentliyinin göndərişi əsasında müəyyən edərsə, həmin şəxslərin əməkhaqqının birgə maliyyələşdirilməsi nəzərdə tutulur. Əməkhaqqının 50 %-ni işəgötürən, 50 %-ni isə Dövlət Məşğulluq Agentliyi ödəyəcək. Sosial güzəştlər: - Əmək müqaviləsi üzrə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olarsa, mütəxəssislər qanunvericilikdə nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər. - İşğaldan azad edilmiş ərazilərimizdə 5 təqvim günü müddətində əlavə məzuniyyət - Sosial sığorta güzəştləri: İşğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərən qeyri-dövlət (maliyyə və avtonəqliyyat vasitələri ilə yük daşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılar (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) sektoru üzrə neft-qaz sahələrində fəaliyyəti olmayan sığortaedənlərin (sığortaolunanlar) ödədiyi məcburi dövlət sosial sığorta haqqının aşağıdakı hissəsi dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılır. Muzdlu işçisi olan sığortaedənin ödədiyi məcburi dövlət sosial sığorta haqqının: 2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-nə qədər – 100 %-i miqdarında; 2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-nə qədər – 80 %-i miqdarında; 2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-nə qədər – 60 %-i miqdarında; 2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-nə qədər – 40 %-i miqdarında. Fiziki şəxslərin (muzdlu işçisi olmayan), o cümlədən sabit qəbz və fərqlənmə nişanı alan vergi ödəyicilərinin də 10 il müddətində özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur. Kommunal güzəştlər: Qanunvericiliyə uyğun olaraq, riskli vergi ödəyicisi olmayan, habelə işğaldan azad edilmiş ərazilər üzrə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə maddi nemətlər yaratmağa yönəldilmiş fəaliyyəti həyata keçirən hüquqi şəxslərə və fiziki şəxslərə kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödədikləri vəsaitin 20 %-i məbləğində maliyyə yardımı ödənilir. Əlavə məlumat üçün: 012 311 01 60 (daxili 1206)". |
2024-01-23 | 825,336 | Bu ölkə Rusiya ilə müharibəyə hazırlaşır: Vaxt tükənir... | Oslo Rusiyanın mümkün təcavüzünə qarşı çıxmaq üçün hərbi gücünü artırmalıdır. Axar.az xəbər verir ki, bunu Norveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyrik Kristoffersen deyib. Onun fikrincə, ölkənin silahlı qüvvələrinin Rusiya ilə müharibəyə hazırlaşmaq üçün çox az vaxtı qalıb: “Bir, iki, bəlkə də üç il. Bu müddət ərzində müdafiə xərcləri artırılmalıdır. Ancaq vaxtımız tükənir. Mən sadəcə bunu vurğulamaq istəyirəm. Üç ildən sonra Rusiyanın taleyinin necə olacağını bilmirik. Qeyri-müəyyən və gözlənilməz dünyanı güclü milli müdafiə ilə qarşılamaq vacibdir”. |
2024-01-23 | 825,337 | Jurnalistlər Nicatın məhkəməsinə buraxılmadı - Etiraz | “Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilir. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Məhkəmə iclası qapalı olduğundan hər hansı bir məlumat əldə etmək mümkün olmayıb. Xatırladaq ki, məhkəmə proseslərinin hazırlıq iclası və son - hökm hissəsi ictimaiyyət üçün açıq keçirilməlidir. Bu da media nümayəndələrinin etirazına səbəb olub. Hazırlıq iclası davam edir. Qeyd edək ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. N.Şakirli idarə etdiyi “Porşe” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya edilib. |
2024-01-23 | 825,338 | İsrailin bir gündə 21 hərbçisi həlak oldu | 10:43 Qəzza zolağının mərkəzi hissəsində gedən döyüşlər zamanı 21 İsrail hərbçisi həlak olub. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun rəsmisi Daiel Haqari məlumat verib. Onun sözlərinə görə, yanvarın 22-də ÇAXAL hərbçiləri Qəzzadakı 2 ədəd ikimərtəbəli binaya daxil olaraq, oraya partlayıcı yerləşdiriblər. Həmin vaxt HƏMAS üzvləri tərəfindən orada olan İsrail tankına tank əleyhinə raketlə atəş açılıb. Eyni anda hər iki binada partlayış baş verib və hərbçilər dağıntılar altında qalıb. İsrail Baş naziri Benyamin Netanyahu 21 hərbçinin ölümünü müharibənin əvvəlindən bəri ən çətin an adlandırıb və ölənlərin ailələrinə başsağlığı verib. “Ordu hadisəni araşdırır. Biz dərs götürməli və əsgərlərimizin təhlükəsizliyini təmin etmək üçün hər şeyi etməliyik”, - Netanyahu bildirib. Bəzi İsrail mənbələri hadisə nəticəsində 24 hərbçinin öldüyünü bildirir. Qeyd edək ki, 2023-cü ilin oktyabrın 7-dən bəri İsrailin HƏMAS-la apardığı müharibə zamanı həlak olan hərbçilərinin sayı 552-yə çatıb. |
2024-01-23 | 825,341 | İsrail HƏMAS-ın təlim düşərgəsini məhv etdi | İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında HƏMAS-ın böyük təlim bazasını məhv edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Daraj Tuffa bölgəsindəki Əl-Cəbəri təlim düşərgəsinə hücum zamanı yeraltı təlim kompleksi, təlim-məşq meydançası, təlim kompleksinə birləşdirilən 2 kilometrlik tunel, habelə düşərgə komandirlərinin xidməti otaqları məhv edilib. |
2024-01-23 | 825,345 | Xarkovda yaşayış binası vuruldu: 8 ölü, 62 yaralı | 11:01 Bu gün səhər saatlarında Rusiya ordusunun Ukrayna ərazisinə kütləvi raket hücumu olub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Bundan başqa, ölkəyə bombardmançı təyyarələrlə də hücum edilib. Kiyevdə hava hücumundan müdafiə sistemləri işə düşüb. Məlumata görə, raket zərbələri nəticəsində ölkənin Svyatoşinski rayonunda park edilmiş avtomobillər yanıb. Ukraynaya kütləvi raket hücumu nəticəsində Xarkov şəhərində bir nəfər ölüb. Eyni zamanda, Xarkovun Kiyevski rayonunda çoxmərtəbəli yaşayış binası vurulub. İnsanlar dağıntılar altında qalıb. *** Xarkova edilən raket hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb. Bu barədə Xarkov meri İqor Terexov məlumat verib. “Ölənlərin sayı 8-ə çatıb. Hündür mərtəbəli yaşayış binasının qalıqları altından bir uşağın cəsədi çıxarılıb”, - Terexov əlavə edib. Onun sözlərinə görə, Rusiyanın yanvarın 23-də hava hücumu nəticəsində yaralananların sayı 62 nəfərə çatıb. Xilasetmə işləri davam etdirilir, dağıntılar altında hələ də insanların olduğu güman edilir. |
2024-01-23 | 825,347 | Ordumuzun “Tsor” darmadağını: Cəlal xilas ola bilmədi - Video | Qarabağdakı separatçıların “müdafiə ordusu”nun keçmiş komandanı, general-leytenant Cəlal Arutyunyanla bağlı cinayət işi məhkəməyə daxil olub və yaxın vaxtlarda ona baxılacaq. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV yazıb. O, 44 günlük müharibədə, xüsusən oktyabrın 12-də ağır nəticələrə səbəb olan səhvlərə yol verməkdə, qoşunları çaşdırmaqda ittiham edilir. C.Arutyunyanın vəkili Arsen Sardaryan bildirib ki, general bu ittihamı qəbul etmir: “General açıq-aşkar başqa şəxslərin ixtiyarında olan məsələdə ittiham olunur. Həmin şəxslər diviziyanın mühafizəsini və müdafiəsini lazımınca təşkil etməyən, mühasirədə olan diviziyanın və ayrı-ayrı batareyaların rəhbərləridir. Onlar müşahidə məntəqələri və müşahidəçilər təyin etmək, səngərlər qazmaq, silahları lazımi döyüş vəziyyətində saxlamaq, döyüşə hazır olmaq, dairəvi müdafiə aparmaq məcburiyyətində idilər”, – Sərdaryan bildirib. Qeyd edək ki, Cəlal Arutyunyan əsasən 2020-ci il oktyabrın 12-də “Tsor” hərbi hissəsinin D-20 diviziyasının darmadağın edilməsində yol verilən səhvlərdə ittiham edilir. O, hazırda ev dustaqlığındadır. |
2024-01-23 | 825,351 | Qazaxıstanda zəlzələ anı - Video | Xəbər verdiyimiz kimi, Qazaxıstan-Qırğızıstan sərhədində yanvarın 23-də yerli vaxtla saat 00:09-da 7 maqnitudalı zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, zəlzələ anı Qazaxıstanın Кok-Тоbе rayonunda görüntülənib. Həmin görüntüləri təqdim edirik: |
2024-01-23 | 825,352 | DYP-dən hərəkət iştirakçılarına müraciət | Bakı Şəhər Dövlət Yol Polis İdarəsi (DYP) mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən Axar.az-a bildirilib ki, belə hava şəraitində hərəkətə iştirakçıları ehtiyatlı olmalıdırlar. "Qeyri-sabit hava şəraitinin paytaxt yollarında xoşagəlməz hadisələrə səbəb olmaması üçün hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırırıq. Bununla yanaşı, piyadalardan da əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmalarını, yol hərəkəti qaydalarına sözsüz əməl etmələrini xahiş edirik", - məlumatda qeyd edilib. |
2024-01-23 | 825,358 | Nazirlikdən hepatit virusu ilə bağlı açıqlama | Ötən ilin son aylarından başlayaraq, ölkənin ayrı-ayrı ərazilərində hepatit A virusuna tək-tək yoluxma halları qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin yanvar ayında isə Bakı şəhərinin Suraxanı rayonu üzrə Hepatit A diaqnozu ilə bir sıra yoluxma hadisələri barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə məlumatlar daxil olub: “Qeydə alınan xəstəlik hadisələrinin Suraxanı rayonunun Əmircan və Bülbülə qəsəbələri üzrə müxtəlif orta məktəb və məktəbəqədər təhsil müəssisəsində baş verdiyi müəyyən edilib. Nəzərə alsaq ki, hepatit A virusu fekal-oral yoluxma mexanizminə malikdir və adətən çirkli əllər, çirklənmiş su, eləcə də ümumi gigiyenik qaydaların pozulması ilə yayılır, mütəşəkkil kollektivlərdə bu və digər yoluxucu xəstəliklərdən qorunmağın ən effektiv yolu gigiyenik qaydalara və əksepidemik rejimə əməl etməkdir. Bununla yanaşı, təhsil müəssisələrində vaxtlı-vaxtında su-kanalizasiya xətlərinin təftişi, mövcud su anbarlarının, ehtiyat su çənlərinin qeydiyyata alınması, hər il yuyulub-zərərsizləşdirilməsi də vacib şərtlərdəndir”. Bildirilib ki, müşahidə edilən epidemioloji vəziyyətlə əlaqədar Səhiyyə Nazirliyinin aidiyyəti mütəxəssisləri tərəfindən ərazilərdə içməli suyun mikrobioloji göstəricilərinin yoxlanılması məqsədilə keçirilən monitorinqlərin sayı artırılıb: “Aparılan monitorinqlər nəticəsində Azərsu ASC tərəfindən əhaliyə verilən içməli suyun mikrobioloji göstəricilərinin ölkədə qüvvədə olan dövlət standart və normalarına cavab verdiyi müəyyən edilib. Hazırda epidemioloji vəziyyət nəzarət altındadır, yoluxma hallarının sayında azalma müşahidə olunur. Eyni zamanda, su xətləri və çənlərin yuyulub-təmizlənməsi və zərərsizləşdirilməsi istiqamətində də işlər davam etdirilir”. |
2024-01-23 | 825,362 | Lavrov işarə etdi: Daha çox ərazi işğal olunacaq | Rusiya BMT Təhlükəsizlik Şurasından öz informasiya əməliyyatlarını təşviq etmək üçün istifadə edir. Kampaniyanın məqsədi beynəlxalq tərəfdaşları Ukraynaya silah verməyi dayandırmağa inandırmaqdır. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Yanvarın 22-də Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Görüşdə Rusiya xarici işlər naziri Lavrov Moskvanın hər zaman dialoqa hazır olduğunu əsas gətirərək Qərb ölkələrini danışıqlardan imtina etməkdə ittiham edib. O, yalnız hazırkı Kiyev hökumətinin hakimiyyətdən uzaqlaşdırılmasında maraqlı olduğuna aydınlıq gətirərək, Moskvanın hələ də rəsmi olaraq Ukraynada rejimin dəyişməsinə sadiq olduğunu təsdiqləyib. Lavrov Ukraynanın müstəqilliyini və suverenliyini inkar edərək, Ukrayna xalqının Rusiyaya qarşı müharibədə maraqlı olmadığını və Qərbin Kiyevi müharibəni davam etdirməyə sövq etdiyini iddia edib”, - məlumatda deyilib. Rusiya diplomatiyasının rəhbəri iddia edib ki, Ukrayna döyüşləri dayandırsa, yüz minlərlə ukraynalının həyatını xilas edəcək: “Lavrov Rusiyanın müharibə zamanı daha çox ərazi işğal edə biləcəyini və bunun Ukraynanın danışıqlardakı mövqeyini daha da zəiflədəcəyini nəzərdə tutaraq əvvəllər də oxşar şərhlər verib”. |
2024-01-23 | 825,364 | Bu yol da buz bağladı: AAYDA hərəkətə keçdi | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Şamaxı-Yevlax avtomobil yolunun buz bağlamış hissələrinə qum-duz qarışığı səpir. Bu barədə Axar.az-a AAYDA-dan bildirilib. Məlumata görə, bununla da hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin edilir: “Hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində heç bir çətinlik yoxdur. Sürücülərə yollarda diqqətli olmaları və qış fəslinə uyğun təchiz edilmiş nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur”. |
2024-01-23 | 825,365 | Ermənistan hərbi geyimlərdə NATO standartına keçir | Ermənistan ordusu üçün hazırlanan yeni formada NATO standartları nəzərə alınacaq. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin bəyanatında deyilir. “Yeni geyim formasını seçərkən NATO meyarlarına, habelə beynəlxalq təcrübənin öyrənilməsinin nəticələrinə müraciət edirik. Bu prosesdə xüsusilə ABŞ, Fransa, Yunanıstan və Çexiya ordularının hərbi geyim nümunələri tədqiq edilib”, - bəyanatda deyilir. |
2024-01-23 | 825,367 | Fransa və Almaniya arasında qalmaqal yarandı | Fransa Ukraynaya yetərincə dəstək verməməsi ilə bağlı qınaqlara kəskin reaksiya verib. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Süddeutsche Zeitung” qəzetində dərc olunan məqalədə deyilir. Məlumata görə, Almaniya kansleri Şolts Parisdən Ukrayna ordusuna hərbi yardımı artırmağı tələb edib: “Ukrayna üzərində qara buludlar gəzir. Belə ki, yaydakı əks-hücumlar uğursuzluqla nəticələnib və ABŞ Konqresindəki respublikaçılar yeni tranşların ayrılmasına mane olurlar. Avropa isə Kiyevin bu il məğlub olacağından və ya ciddi çətinliklərlə üzləşəcəyindən qorxur. Bunun fonunda bəzi Avropa liderlərindən Ukrayna Silahlı Qüvvələrinə silah və sursat tədarükünü artırmaq çağırışları var. Bu qrupa ilk növbədə Almaniya kansleri Şolts daxildir. Son həftələrdə o, AB-dəki həmkarlarına şəxsən onun üçün və ittifaqda qüvvədə olan nəzakət qaydalarına uyğun olmayan bir şəkildə mühazirə oxuyub. Şolts digər AB ölkələrindən bu il Ukraynaya hərbi yardımı iki dəfə artıraraq səkkiz milyard avroya çatdıran Berlindən nümunə götürməyi açıq şəkildə tələb edib. Onun müraciəti böyük ölkələrə: İtaliyaya, İspaniyaya və xüsusilə Fransaya ünvanlanıb”. Nəşr qeyd edir ki, Almaniya bu il Kiyevə səkkiz milyard avro, Niderland krallığı 2,5 milyard avro vəd edib, Fransa isə susub: “Lakin buna baxmayaraq, Fransanın müdafiə naziri Lekornu bu cür qınaqlara sərt reaksiya verib. O, Parisin Ukraynaya Polşa, Böyük Britaniya, Almaniya, Skandinaviya və Baltikyanı ölkələrlə müqayisədə daha az yardım göstərdiyini hesablayan Kiel Dünya İqtisadiyyatı İnstitutunun məlumatlarını şərh edərək, onların hər şeyi qarışdırdıqlarını vurğulayıb. Yəqin ki, reputasiyası ilə bağlı problemləri hiss edən Fransa bu yaxınlarda Kiyevə silah, o cümlədən 78 “Caesar” özüyeriyən silah tədarük etmək üçün yeni planlarını açıqlayıb. Lakin sonra tipik fransız manevrləri başladı: Paris ümumi dəyəri 50 milyon avro olan cəmi 12 haubitsa alınmasını maliyyələşdirəcəyini vəd etdi, daha 60 özüyeriyən silahın pulunu “Ukraynanın müttəfiqləri” ödəməli olacaq, lakin bunların hansı dövlətlər olacağı açıqlanmayıb”. |
2024-01-23 | 825,368 | Paşinyan Bakı ilə sülh üçün bu addımı atır | Paşinyan Konstitusiyaya dəyişiklik barədə açıqlama verib və bunu cari qlobal, eləcə də regional çağırışlara reaksiya kimi izah edib. Bu, Azərbaycan üçün yaxşı xəbər ola bilər. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib. “İlham Əliyev hələ 2021-ci ildə bəyan etmişdi ki, Ermənistan Konstitusiyanı dəyişdirməli olacaq, çünki orada ərazi iddiaları var. Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün Konstitusiyaya dəyişiklik etmək niyyətindədir. Köhnə Konstitusiya ilə barışığa imza atsa, əsas qanuna istinad edərək ölkə daxilində ona qarşı şikayətlər səslənməyə başlayacaq. Həmçinin Konstitusiyada təsbit olunmuş ərazi iddiaları sülh müqaviləsinin imzalanmasına maneə ola bilər. Ola bilsin ki, Paşinyan ölkənin əsas qanununu dəyişdirməklə bir sıra problemləri “paket” şəklində həll etmək niyyətindədir. Beləliklə, o, Konstitusiyanın müasir reallıqlara uyğun olmayan müddəalarından imtina edərək, sülh müqaviləsi imzalaya və Qarabağ məsələsini həmişəlik Ermənistan üçün bağlaya biləcək. O, Ermənistana köçmüş Qarabağ separatçılarının iddialarından özünü sığortalayır. Bu, həm də şəxsi hakimiyyət rejimini gücləndirəcək. Axı bildiyimiz kimi, dəfələrlə onu devirməyə cəhdlər edilib. Lakin onların hamısı uğursuz oldu. Görünür, onu hakimiyyətə gətirən Qərbin hələ də ona ehtiyacı var”, - Korotçenko bildirib. Ekspertin fikrincə, Ermənistanın Baş naziri də növbədənkənar parlament seçkisi keçirməyə cəhd edə bilər: “Onun buna hazır olması artıq “Mülki müqaviləsi”də də öz əksini tapıb, onlar ölkəni prezident idarəçiliyi modelinə qaytarmağa hazırdır. Necə ki, bunu bir vaxtlar Konstitusiyaya dəyişiklik edib idarəetmə formasını dəyişdirməklə hakimiyyət müddətini uzatmaq istəyən Serj Sərkisyan etmişdi”. |
2024-01-23 | 825,369 | İlham Əliyev Aleksey Overçuku qəbul etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla bağlı nəticələr baxımından 2023-cü ilin uğurlu olduğu bildirildi. Ötən ilin dekabrında Sankt-Peterburqda MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin təmasları məmnunluqla xatırlandı. Söhbət zamanı iqtisadi əməkdaşlığın geniş gündəliyə malik olduğu vurğulanaraq, qarşıda bu sahədə yeni istiqamətlər üzrə planların nəzərdə tutulduğu bildirildi. Ticarət dövriyyəsinin 17,5 faiz, həmçinin yük və tranzit daşımalarının davamlı artımı əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirildi. Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsinin imzalanmasının əhəmiyyəti vurğulandı. Aleksey Overçukun səfərinin əlaqələrimizin genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik bildirildi. Görüşdə nəqliyyat-logistika, Şimal-Cənub Nəqliyyat Dəhlizinin təşviqi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. |
2024-01-23 | 825,370 | ABŞ və Britaniya Husi hədəflərini məhv etdi - Video | ABŞ və Böyük Britaniya Yəməndə husilərin 8 hədəfinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə hər iki ölkənin yaydığı birgə bəyanatda qeyd olunub. “ABŞ və Böyük Britaniya hərbçiləri öz hökumətlərinin əmri və Avstraliya, Bəhreyn, Kanada və Niderlandın dəstəyi ilə Yəməndəki husilərin 8 hədəfinə əlavə proporsional və lazımi zərbələr endiriblər”, - məlumatda bildirilib. Zərbələr husilərin raket obyektlərinin yerləşdiyi yerlərə endirilib. Britaniyadan bildirilib ki, Kral Hərbi Hava Qüvvələrinin təyyarələri Yəmənin paytaxtı Səna aerodromunun yaxınlığında Qırmızı dənizdə hücumlarda istifadə edilən iki hərbi obyekti vurmaq üçün “Pavevay IV” yüksək dəqiqlikli idarəolunan bombalardan istifadə edib. |
2024-01-23 | 825,374 | Rəşad Nəsirova yüksək vəzifə verildi | Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) katib təyin edilib. Axar.az xəbər verir ki, bu vəzifəyə qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Rəşad Nəsirov gətirilib. O, AHİK-də hər iki vəzifəni də icra edəcək. Qeyd edək ki, Rəşad Nəsirov keçmiş ANS, "Lider" telekanallarında və İctimai Televiziyada fəaliyyət göstərib. |
2024-01-23 | 825,376 | Borrell Azərbaycandan nə istəyir? - Tofiq Zülfüqarov | Ermənistan və Azərbaycan arasında olan məsələlər danışıqlar yolu ilə öz həllini tapacaq. Ancaq proses yekunlaşmamış Jozep Borrell tərəfindən belə bir bəyanatın səsləndirilməsi, doğrusu, başadüşülən deyil. Bu sözləri Axar.az-a AB-nin baş diplomatı Jozep Borrellin Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı ölkəmizə qarşı səsləndirdiyi ittihamlar haqqında danışan Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib. Sabiq nazir Borrellin bu addımını ikiüzlülük adlandırıb: “Buradan belə çıxır ki, onlar Bakı və İrəvandan əvvəl özləri üçün “sərhədləri” müəyyənləşdiriblər, yaxud da Paşinyanın təklif etdiyi variantları tanıyıblar. Borrellin açıqlaması məntiqsizdir, heç bir hüquqi əsası yoxdur və təbliğat xarakteri daşıyır. Əslində isə Ermənistana onun mövqeyini dəstəkləməyə hazır olduqlarını göstərmək istəyirlər. Ölkəmizə qarşı sanksiyaların tətbiqi üçün ciddi əsaslar və sübutlar olmalıdır. Bu yoxdur. Borrell hansı ərazi bütövlüyündən danışır? Ermənistanın Konstitusiyası və Müstəqillik Aktında açıq şəkildə həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları var. Bəs bunu necə izah edəcəklər? Ermənistanın özü hələ 1975-1991-ci il xəritələrindən danışır. Yəni ortada nəticə yoxdur. Nəticə əldə olunandan sonra artıq tərəf olmaq mümkündür. Həm müzakirələrə çağırıb, həm də Ermənistanın “ərazi bütövlüyünə təcavüz ehtimalından” danışmaq ikiüzlülükdür”. Qeyd edək ki, Jozep Borrell Xarici Əlaqələr Şurasının yekunlarına dair mətbuat konfransı zamanı Azərbaycanın Ermənistan ərazilərinə qarşı “iddia”larından narahat olduqlarını bildirib, tərəfləri danışıqlara qayıtmağa çağırıb. O, eyni zamanda Ermənistanın ərazi bütövlüyünün hər hansı “pozulması halı”nı qəbuledilməz adlandırıb və bunun Azərbaycan- AB münasibətləri üçün ciddi nəticələri olacağını vurğulayıb. |
2024-01-23 | 825,380 | İcmadan Borrellə: Heç bir şans qalmır! | Qərbi Azərbaycan İcması bir daha Avropa Birliyi (AB) tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırış edir. Axar.az xəbər verir ki, bu barədə İcmanın yaydığı bəyanatda qeyd olunub. Bildirilib ki, AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir. “Bu açıqlamalar ilə AB Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut edir. Otuz ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də olsun dilinə gətirməyən bir qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi təəssüf doğurur”, - bəyanatda vurğulanıb. Qeyd olunub ki, belə bir şəraitdə AB-nin Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçilik missiyası üçün heç bir şans qalmır: “Vasitəçi kimi prosesə töhfə vermək istədiyini bəyan edən beynəlxalq təşkilatın nümayəndəsinin tərəflərdən birinə qarşı hədələyici tonda bəyanat verməsi “vasitəçilik” prinsipinin mahiyyəti ilə bir araya sığmır və qəbul edilə bilməz. Qərbi Azərbaycan İcması bir daha AB tərəfinə Azərbaycana qarşı ədalətsiz və ittihamedici ritorikadan imtina etməyə çağırış edir". |
2024-01-23 | 825,384 | Bakıda maşın qatara ilişdi: zəncirvari qəza oldu - Foto | Bu gün saat 10:15 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) məxsus yük qatarı Əhmədli stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər 7 maşınla toqquşub. Bu barədə Axar.az-a ADY-dən bildirilib. Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. "ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır", - deyə məlumatda qeyd olunub. |
2024-01-23 | 825,386 | Yol polisindən köhnə maşın sahiblərinə xəbərdarlıq | Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) köhnə avtomobil idarə edən şəxslərə xəbərdarlıq edib. Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib. "Yollarda xoşagəlməz halların yaşanmaması üçün şinlərinin protektorundakı naxışlarının qalmış hündürlüyü normaların tələbinə uyğun olmayan avtomobillərin istismarına yol verməyin, qarlı, şaxtalı havalarda təkərlərin təzyiqini normadan aşağı saxlayın, istismar müddəti çox olan, ABS tormoz sistemləri ilə təchiz edilməyən köhnə avtomobilləri idarə etməkdən çəkinin, avtomobilinizin şüşə silgəclərinin, şüşəyuyanlarının, xarici işıq cihazlarının işlək vəziyyətdə olmasından əmin olun, mühərrikin soyuducu sisteminin və şüşəyuyanın donmayan mayelərlə, habelə avtomobillərin zəncir və dartı kəndiri ilə təchiz olunmasını təmin edin. Unutmayaq ki, hərəkət sürətinin yol və hava şəraitinə uyğun seçilməsi, ara məsafəsinin gözlənilməsi, zərurət olmadan ötmə əməliyyatlarının aparılmaması, qəfil manevr və kəskin tormazlamalardan çəkinmə, xüsusilə enişli-yoxuşlu yollarda, sərt döngələrdə ehtiyat tədbirlərinin görülməsi hər zaman, xüsusilə əlverişsiz hava şəraitində ən etibarlı yanaşmadır", - xəbərdarlıqda qeyd olunub. |
2024-01-23 | 825,388 | Ermənistandakı missiya Dərələyəzə gəldi - Foto | Avropa İttifaqının müşahidəçi missiyası Ermənistanın Azərbaycanla şərti sərhədində yerləşən Cermuk rayonu (Dərələyəz mahalı) ərazisində partul xidməti həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə müşahidəçi missiyanın mətbuat xidməti məlumat yayıb. Avropa Xarici Fəaliyyət Xidmətinin əməkdaşı Martti Lutsarın da monitorinqdə iştirak etdiyi qeyd olunub. |
2024-01-23 | 825,389 | 699-cu gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 699-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 377 820 hərbçi, 6 214 ədəd tank, 11 548 ədəd zirehli döyüş maşını, 8 947 ədəd artilleriya sistemi, 970 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 657 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 956 ədəd avtomobil texnikası, 6 961 ədəd PUA, 1 820 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 409 xüsusi avadanlıq itirib. |
2024-01-23 | 825,390 | Dünya xaosa girir: daha iki ölkə zərbə endirdi | Ötən həftə bütün dünyada hərbi əməliyyatlar həftəsinə çevrildi. Qəzza zolağında müharibə davam edir. İndi bu, mülki əhalinin ölüm sayına görə dünyada ən gərgin müharibə hesab olunur - 3 ayda 25 min şəxs həlak olub. Rusiya və Ukrayna ərazisində döyüşlər gedir. Eyni zamanda, husilər Qırmızı dənizdə zərbələrini davam etdirir. ABŞ da husilərə zərbələr endirməkdədir. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Səudiyyə Ərəbistanı Yəməndəki hədəfləri yenidən vurdu. Bu, yeni hadisədir. İran Pakistana hücum etdi. Bu da yeni münaqişə sayılır. Pakistan da İrana zərbələr endirib. İraq qüvvələri ABŞ-ın Suriyadakı hərbi bazalarını vurub. Türkiyə Suriyadakı kürd hərbi bazalarına, ABŞ İraqda İran qüvvələrinə hücum edib. İsrail Suriyadakı İran qüvvələrinə, İordaniya isə Suriyadakı düşmənlərinə zərbələr endirib. Sonuncu da yeni hücumdur. Göründüyü kimi, hərbi əməliyyatların eskalasiyası davam edəcək. Dünya tədricən xaosa girir. ABŞ və AB dünya lideri rolunun öhdəsindən gəlmir”, - o bildirib. |
2024-01-23 | 825,391 | Qarabağ separatçısı Xaçatryanın işi üzrə ittiham olundu | Ermənistan ordusunun Baş Qərargah rəisinin sabiq müavini Tiran Xaçatryanın iştirakı ilə baş verən insidentlə əlaqədar Qarabağda özünü buraxmış separatçıların keçmiş “müdafiə nazirinin müavini” Harri Səfəryanın oğlu Aksen Səfəryan ittiham edilib. Axar.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb. “Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan isə iki ay müddətinə həbs edilib”, - məlumatda deyilir. Xatırladaq ki, “Erik” restoranında 10-a yaxın insan arasında mübahisə yaranıb və bu zaman Baş Qərargah rəisinin keçmiş müavini Tiran Xaçatryan silahından atəş açmağa başlayıb. Hadisə nəticəsində Qarabağ ermənisi Qrayr Mnatsakanyan yaralanıb və xəstəxanaya aparılıb. |
2024-01-23 | 825,393 | Bakıda intensiv qar yağacaq | Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq. Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var. |
2024-01-23 | 825,400 | Qeyri-sabit hava nə qədər davam edəcək? | Hazırda Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə sulu qar və qar yağır. Hazırkı hava şəraiti sabah gün ərzində də davam edəcək. Bu barədə Axar.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. “Yanvarın 24-ü axşam saatlarından yağıntıların tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Artıq yanvarın 25-dən bölgələrdə və paytaxtda hava şəraitinin nisbətən sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir”, - o deyib. |
2024-01-23 | 825,403 | Gəncədə 31 yaşlı kişi dəm qazından öldü | Gəncədə 31 yaşlı kişi dəm qazından zəhərlənib. Axar.az xəbər verir ki, şəhərin Şota Rustavelli küçəsində yaşayan 1993-cü il təvəllüdlü Vasif Rasim oğlu Verdiyev dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. |
2024-01-23 | 825,404 | Abdullahian və Lavrov Nyu Yorkda görüşdü | İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian yanvarın 22-i gecə saatlarında BMT Təhlükəsizlik Şurasının toplantısında iştirak etmək üçün Nyu Yorka səfər edib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. O, BMT Təhlükəsizlik Şurasının iclasından əvvəl ilk ikitərəfli görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdə regional, beynəlxalq və ikitərəfli məsələlərin müzakirə edildiyi bildirilir. |
2024-01-23 | 825,405 | Rəsulov erməni yumor ustasını Soçidə öldürdü - Video | Erməni yumor ustası Amiran Gevorqyan Rusiyanın Soçi şəhərində dava zamanı öldürülüb. Axar.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb. Məlumata görə, Soçidəki “Jemçujina” mehmanxanasının yanında Dağıstandan olan 32 yaşlı Artur Rəsulovla baş verən dava zamanı Gevorqyan huşunu itirib. Rusiya mətbuatının verdiyi məlumata görə, tərəflər arasında dava söyüş üstündə olub. Rəsulovun dostları verdikləri ifadələrində bildiriblər ki, Gevorqyan Rəsulovun anasını söyüb. Dava əvvəlcə barda başlayıb. Barın mühafizəçiləri onları bayıra çıxardıqdan sonra dava küçədə davam edib. Rəsulov Gevorqyana bir neçə yumruq zərbəsi endirib. Xəstəxanada ona kəllə sümüyünün sınığı, açıq kəllə-beyin travması, sağ və sol tərəfli hematoma diaqnozu qoyulub. İki gün koma vəziyyətində qaldıqdan sonra ölüb. Hazırda Rəsulovun axtarışları davam etdirilir. |
2024-01-23 | 825,407 | Baş nazirdən Şuşa ilə bağlı sərəncam | Baş nazir Əli Əsədov “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, sərəncama əsasən, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2023-cü il 21 noyabr tarixli 4176 nömrəli Sərəncamının 1-ci hissəsinin icrasını təmin etmək məqsədilə qərara alınır: - “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur). - Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi müəyyən edilsin. - Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlər Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində aidiyyəti icraçı qurumlar üçün ayrılmış vəsaitlər və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilsin. - Bu Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilsin. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı |
2024-01-23 | 825,409 | Varşava döyüş təyyarələrini havaya qaldırdı | Polşa və müttəfiqləri Rusiyanın uzaqmənzilli aviasiyasının fəaliyyətinə görə öz təyyarələrini havaya qaldırıb. Axar.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin operativ komandanlığı məlumat yayıb. “Nəzərinizə çatdırırıq ki, Rusiyanın uzaqmənzilli aviasiyasının intensiv fəaliyyəti müşahidə olunur. Xəbərdarlıq edirik ki, Polşa və müttəfiqlərin təyyarələri işə salınıb və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər”, - nazirlik vurğulayıb. |
2024-01-23 | 825,415 | Ermənistan müdafiə xərclərini kəskin artıracaq | Ermənistan hökuməti 2024-cü ildə müdafiə sektoruna təxminən 557 milyard dram (136 milyon dollardan çox) ayırmağı planlaşdırır. Bu da 2023-cü il üçün yenidən işlənmiş hökumət proqramında nəzərdə tutulan rəqəmdən 6% çoxdur. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Maliyyə Nazirliyi məlumat yayıb. Müdafiə xərclərinin 2020-ci ilə nisbətən 2024-cü ildə 81% artacağı gözlənilir. 2024-cü ildə Ermənistan dövlət büdcəsi xərclərinin 17%-dən çoxu müdafiə sektoruna yönəldiləcək. |
2024-01-23 | 825,416 | Perinatal Mərkəzdən təxliyə edilən uşaqlardan 2-si öldü | Respublika Perinatal Mərkəzində baş verən yanğından sonra Kliniki Tibbi Mərkəzə (KTM) köçürülən uşaqlardan 2-si dünyasını dəyişib. Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, körpələr bu gün səhər saatlarında vəfat edib. Qeyd edək ki, Perinatal Mərkəzində yanvarın 9-da 4 körpənin ölümü və bir neçə nəfərin tüstüdən zəhərlənməsi ilə nəticələnən yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarıyla ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib. Onlar ehtiyatsızlıqdan və səhlənkarlıqdan yanğın təhlükəsizliyi qaydalarını pozmaqla iki və daha çox şəxsin ölümünə səbəb olmaqda ittiham olunurlar. Perinatal Mərkəzdən təxliyə edilənlər Kliniki Tibbi Mərkəzə (KTM), KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına, Yeni Klinikaya, Mərkəzi Neftçilər Xəstəxanasına, Sabunçu Tibb Mərkəzinə və Xətai Tibb Mərkəzinə yerləşdirilmişdi. |
2024-01-23 | 825,418 | Bu il Şuşada kütləvi idman tədbirləri keçiriləcək | Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı kütləvi idman tədbirləri keçiriləcək. Axar.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun təsdiqlədiyi “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. Bununla bağlı Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırıq verilib. |
2024-01-23 | 825,422 | Bakıya hücum başladı: bunun bədəlini ödəyirik! | AŞPA-da Azərbaycan nümayəndə heyətinin fəaliyyəti məhdudlaşdırılıb, səsvermə hüququ bloklanıb, üstəlik, mandatının təsdiqlənib-təsdiqlənməməsi ilə bağlı Monitorinq Komitəsinə müraciət edilib – bu gün nəticə bəlli olacaq. Avropada Azərbaycana qarşı uzun müddətdir başlayan təzyiq kampaniyasının yeni təzahürüdür: Azərbaycanın regional oyunçuya çevrilməsi, AB-nin tələb və şərtlərindən imtina etməsi, regiondankənar qüvvələrin deyil, yalnız öz maraqlarını müdafiə etməsinin bədəlini ödəyirik. Rəsmi Bakı emosional və eyforiya ilə hərəkət etmir, praktik və rasional addımlar atır: Rusiyanın Ukraynaya hücumundan cəmi 2 gün qabaq - 22 fevral 2022-ci ildə Azərbaycanın Rusiya ilə strateji müttəfiqlik sazişi imzalamasını iki ilə yaxındır “başqaxıncı etməyə” çalışanlar Ukrayna savaşının hazırkı durumu və Rusiyanın mövqelərinin hansı səviyyədə olmasına baxıb, tənqidlərini yenidən dəyərləndirməyə məcburdurlar. Xatırlayıram, hələ 2000-ci ildə kiçik Corc Buş seçkiyə qatılanda onun şansı həddən artıq az qiymətləndirilirdi və həmin vaxt Heydər Əliyevin ABŞ-a gedərək, ata Corc Buşla qayıq səyahətinə çıxmasını bəzi politoloqlar, elə qərbli siyasətçilər də, az qala, “strateji səhv” adlandırmışdılar. Nəticə özünü çox gözlətmədi – oğul Corc Buş qalib gəldi, Azərbaycan isə ABŞ-ın terrorizmə qarşı mübarizəsində tərəfdaşı oldu. Azərbaycan artıq onillərdir strateji düşüncə və dəqiq siyasi proqnozlarla hərəkət etdiyini ortaya qoyub və bu gün də belədir – 24 fevralda Rusiyanın darmadağın olacağını proznozlaşdıranlar 23 aydan sonra tamamilə fərqli şərhlər verirlər, hətta Avropa Ukraynadan əlini üzüb, indi Almaniya və Norveçin timsalında, “şəxsən özü” müharibəyə “hazırlaşır”. Bakı sərhədlərindən kənarda baş verən münaqişələrə qarışmadı, amma humanitar dəstəyini də kimsədən əsirgəmədi, əvəzində qonşuları və müttəfiqləri ilə strateji əlaqələrini dəqiq hesabladı. Bakı – gəlin, adı ilə deyək, İlham Əliyev dünyadakı münaqişələri incəliyinə qədər hesablayır və lazımı anda dövlətin maraqlarını təmin edir: Məsələn, Qərb platformasında Qarabağın Azərbaycanın ərazi bütövlüyünə aid olmasının təsdiqlənməsi kimi; məsələn, 19-20 sentyabr 2023-cü il antiterror tədbirləri misalı... Və İlham Əliyev 10 yanvar 2024-cü ildə tamamilə fərqli bir səhifə başlatdığını elan edir: izah edir ki, 7 fevral prezident seçkisinin səbəbi nədir; izah edir ki, qələbənin kölgəsinə sığınmayın – yeni hədəflərimiz var. AB – bu kontekstdə Jozep Borrell İlham Əliyevin miqyasından şoka düşüb; Borrell və onun təmsil etdiyi siyasi strateqlər, xarici siyasət "ustadları" İlham Əliyevin dəqiq hesablamalarından qorxuya düşüblər; Borrellin Fransa və indi Almaniyadan olan həmkarları İlham Əliyevin Qərbi Cənubi Qafqaza buraxmamasından əsəbiləşiblər və nə qədər çalışsalar da, bunun perspektivi olmadığını görürlər, ona görə də təzyiqi maksimum səviyyəyə çatdırıblar. Bu, həm də kiçik dövlətin böyük siyasətçisinə uduzmağın doğurduğu qarışıq hissdir; bu, AB-nin “Şərq siyasətinin” iflasında “günahkar axtarmaq” təşəbbüsüdür. Guya doğru yoldadırlar, İlham Əliyev imkan vermir və s. Bu, həm də gerçəklərin Ermənistan Baş naziri səviyyəsində anlaşıldığından doğan narahatlıqdır: “vaxt” uduzuldu... Bütün bunlar kənardan görünən təxmini mənzərədir. Bəs, dünəndən AŞPA-da nə baş verir? Azərbaycan nümayəndə heyətinin səs hüququnun məhdudlaşdırılması ilə bağlı əvvəlcədən siqnallar var idi axı! Hətta Ukrayna mediası da bu barədə yazmışdı. Nümayəndə heyətimiz hansı tədbirləri görüb? Etimadnamənin təsdiq edilməsinin mübahisələndirilməsi hansı anlama gəlir? Belə presedent, səhv etmirəmsə, Rusiya nümayəndələrindən başqa kimsəyə qarşı tətbiq edilməyib. AŞPA hansı “təcrübə ilə” bunu Azərbaycana tətbiq etməyə “hüquq” axtarır? Azərbaycan heç kimin ərazisinə hücum etməyib, kimsənin torpağını işğal etməyib, elə AŞPA-nın özünün də tanıdığı ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Ermənistana “mümkün təcavüzü” ağ yalandır, bu ehtimal üzərində siyasət aparmaq ikiüzlülükdür – burası aydın. Bəs, bizim deputatlar nə edir? Ötən gündən AŞPA nümayəndə heyətimizin ayrı-ayrı üzvlərinə göndərdiyimiz suallar, etdiyimiz müraciətlər cavabsızdır. Təsəvvür edin, Türkiyənin AŞPA-dakı nümayəndə heyətinin rəhbərinin Vatsapına sorğu göndəririk, iclasda iştirakının şəklini atıb, danışa bilmədiyi üçün üzr istəyir və iclas bitən kimi geridönüş edəcəyini bildirir. Azərbaycan nümayəndə heyətindən isə kimsə cavab vermir. Bəlkə Strasburq vaxtı üçün həddən artıq tez və yaxud dünən baxımından həddən artıq gec ola bilər. Ancaq cəbhədə bir güllə atılanda bu ölkənin mediası yatmağı, istirahəti özünə haram edir – ki, orda düşmənlə üz-üzə dayanıb yatmırlar, bəs biz nə edə bilərik? Eyni narahatlıqdır – bəs, görəsən, AŞPA-dakı nümayəndələrimiz orda necə yatıb-otura bilirlər? Hansı addımlar atılır və biz necə dəstək ola bilərik? Bu qədər informasiya boşluğu yaratmaqla özlərinə və ölkəmizə ziyan vururlar axı... |
2024-01-23 | 825,427 | Ərdoğan və Rəisi bu məsələləri müzakirə edəcək | Türkiyə və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan və İbrahim Rəisi qarşıdan gələn danışıqlarda Qəzzada atəşkəs və girovların azad edilməsi istiqamətində atılan addımları müzakirə edəcəklər. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb. “Qəzzadakı vəziyyət, bununla bağlı atıla biləcək addımlar danışıqların əsas gündəmi olacaq. Liderlər atəşkəsə nail olmaq və girovları azad etmək üçün addımları müzakirə edəcəklər. Regionda humanitar yardım səyləri də müzakirə olunacaq”, - mənbə bildirib. Qeyd edək ki, İran Prezidentinin Türkiyəyə iki dəfə təxirə salınmış səfəri yanvarın 24-də baş tutacaq. |
2024-01-23 | 825,429 | Xudafərin qəsəbəsi belə olacaq - Foto | Yenidən salınacaq Cəbrayılın Xudafərin qəsəbəsində öz ata-baba yurdlarına geri qayıdacaq keçmiş məcburi köçkünlər üçün dayanıqlı şərait yaradılmasına dair işlərə başlanılıb. Burada aparılan tikinti işlərində dayanıqlı kənd, yaşıl enerji və dayanıqlı nəqliyyat yanaşmaları əsas götürülüb. Axar.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur iqtisadi rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib. Xudafərin qəsəbəsinin konseptual layihəsinin bir hissəsini təqdim edirik: |
2024-01-23 | 825,430 | Bu türk ölkəsi qızıl ixracını kəskin artırdı | 2023-cü ildə Özbəkistan qızıl ixracını əvvəlki ilə nisbətən 98,4% artırıb. Axar.az xəbər verir ki, bu barədə Özbəkistanın Statistika Agentliyi məlumat yayıb. Məlumata görə, qızılın ixracı 2023-cü ildə 4.11 milyard dollardan 8.15 milyard dollara qədər artıb. Eyni zamanda, Özbəkistanın ümumi ixracında qızılın payı 2023-cü ilin yanvar-dekabr aylarında 33,4%-ə yüksəlib. 2022-ci ilin analoji dövründə bu rəqəm 20,8% olub. |
2024-01-23 | 825,431 | Fransada etiraz aksiyası ölümə səbəb oldu | Fransanın cənubundakı Aryex departamentindən keçən N20 avtomobil magistralında fermerlərin etiraz aksiyası zamanı baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Fransa Fermerlər İttifaqları Milli Federasiyasının rəhbəri Arno Russo bildirib. Onun sözlərinə görə, hadisə nəticəsində qadın ölüb, onun həyat yoldaşı və qızı isə ağır yaralanıb. Qeyd edilib ki, bu magistral etiraz aksiyası səbəbindən fermerlər tərəfindən qismən bağlanıb. Xatırladaq ki, fermerlər Ukraynadan Fransaya kənd təsərrüfatı məhsullarının idxalının artması nəticəsində gəlirlərinin azalmasından narazıdırlar. Onlar həmçinin Avropa İttifaqının bu sahədəki bürokratik prosedurlarının sadələşdirilməsini tələb edirlər. |
2024-01-23 | 825,432 | İrəvanın aldığı təzə silahlar bir neçə atışdan sonra sıradan çıxdı | Hindistanın artilleriya sistemləri indiyədək Pakistanla sərhəd münaqişələrində yalnız ölkənin özü tərəfindən istifadə edilib. Onlardan bəziləri hələ Hindistan Silahlı Qüvvələrinin xidmətinə verilməyib, sınaq mərhələsindədir. Niyə effektivliyini hələ sübut etməyən Qərb silahlarının analoqlarını alırsınız? Müqavilə imzalandıqdan sonra Yeni Dehli vəd edilmiş bəzi silah növlərinin vaxtında və keyfiyyətli istehsalını qura bilmədi. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Rodionov Ermənistanın Hindistan və Fransa silahlarını almasını şərh edərkən deyib. “Hələ Hindistandan alınan silahların Rusiyadan 2-4 dəfə baha olması faktını demirəm. Bundan əlavə, hərbi vasitələrin instruksiyasının təkcə erməni dilinə tərcüməsi üçün 2-3 milyon dollar ödənilib. Ermənistan da Azərbaycan kimi birdəfəlik Rusiya silahlarından imtina etmək qərarına gəlib? Amma Azərbaycan KTMT-nin üzvü deyil. Bəli, Bakı bunu maliyyə cəhətdən ödəyə bilər - proses nəinki ləng, həm də bahalıdır. Ancaq İrəvanda sadəcə olaraq lazımi sayda xidmət personalı, təmir obyektləri, ehtiyat hissələri yoxdur - bütün bunları sıfırdan yaratmaq lazımdır. Uzunmüddətli təlim tələb olunacaq, hind sistemləri hələ Ermənistan iqlimində sınaqdan keçirilməyib. Hindistandan gətirilən son silah partiyasının 30%-dən çoxu bir neçə atışdan sonra sıradan çıxıb, onları aylarla təmir etmək mümkün deyil. Alınan artilleriya qurğuları maksimum atəş məsafəsi xətti boyunca sınaqdan keçirilməyib. Bundan başqa, alınan sistemlər üçün sursatın miqdarı orduda tələb olunan minimum saya uyğun gəlmir, sursatın özü isə Ermənistan Silahlı Qüvvələrinin balansında olan digər sistemlərlə bir araya sığmır. Logistika məsələləri mürəkkəb və baha başa gəlir, problemlərin operativ həllini təmin etmir (mütəxəssislərin yerdəyişməsi, təmir, idxal və s.). Bu sistemlərinin keyfiyyəti ilə bağlı böyük suallar var. Onlardan birbaşa istifadə edən mütəxəssislər Hindistandan alınan silahların böyük hissəsindən son dərəcə narazıdırlar. Onlar hesab edirlər ki, müqavilənin imzalanması mütəxəssislərin istəyi ilə deyil, ilk növbədə siyasi qərarla müəyyən edilib. Sözügedən silahların alınması ilə bağlı qərarın hərbi-praktik baxımdan sadəcə məntiqi izahı yoxdur. Bu, sırf Rusiya ilə əlaqəni kəsmək siyasətidir. Qəribə məntiq yaranıb: İrəvan Moskvanı verdiyi zəmanətlərin səmərəsizliyində ittiham edir, eyni zamanda heç bir zəmanət verməyən digər ölkələrlə fəal əməkdaşlıq edir”, - o bildirib. Politoloq qeyd edib ki, açıq və nümayişkaranə surətdə silahlanma birmənalı olaraq deeskalasiyaya kömək etmir: “Bu, silahlanmanı çağırış kimi qəbul edən Bakıya sərbəstlik verə bilər. Hindistanı başa düşmək olar: gənc oyunçu kimi kimliyindən asılı olmayaraq qlobal silah bazarında alıcılara ehtiyacı var. Fransanın motivasiyası da aydındır. Bu ölkə dünyanın aparıcı silah istehsalçılarından biridir və bazarı genişləndirməlidir. Üstəlik, bundan çoxlu pul qazanırlar: onlar zirehli texnikalarını Ermənistana 450 min avroya satırlar, hətta Ukrayna da bu “səxavətli” təklifdən imtina edib. Siyasi tərəfi də var - İrəvanı Moskvadan qoparmaq. Amma təhlükəsizliklərinin yeganə zəmanəti olan Rusiyadan uzaqlaşaraq oturduqları budağı kəsən İrəvanın hərəkətlərini anlamaq daha çətindir”. |
2024-01-23 | 825,433 | Həmədanda sosial media fəalları həbs edildi | Yanvarın 3-də Kirman şəhərində baş verən partlayışlarla əlaqədar paylaşım edən 10 nəfər həmədanlı sosial media fəalı həbs edilib. Axar.az xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinə yaxın media qurumları məlumat yayıb. Sosial media fəallarının yanvarın 3-də Kirmanda baş verən partlayışlarla bağlı təhqiramiz ifadələr işlətdiklərinə görə saxlanıldığı bildirilib. Kimliyi açıqlanmayan fəalların barələrində cinayət işinin açıldığı və məhkəmə orqanlarına təhvil verildiyi qeyd edilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.