date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-21
824,744
697-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 697-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 376 030 hərbçi, 6 181 ədəd tank, 11 466 ədəd zirehli döyüş maşını, 8 875 ədəd artilleriya sistemi, 968 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 655 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 862 ədəd avtomobil texnikası, 6 936 ədəd PUA, 1 818 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 392 xüsusi avadanlıq itirib.
2024-01-21
824,746
İsrail ordusu HƏMAS-ın 30 faizini məhv edib
Qəzza zolağında aparılan əməliyyatlar zamanı İsrail hərbçiləri Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının 30 faizə qədərini məhv edib. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” ABŞ kəşfiyyat agentliklərinin hesablamalarına istinadən məlumat yayıb. “Bu rəqəmlər hərəkatı məhv etmək üçün İsrailin məqsədlərindən hələ də uzaqdır. Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl ABŞ kəşfiyyat agentlikləri HƏMAS yaraqlılarının sayını 25-30 min arasında hesab edirdi. HƏMAS hələ də İsrailə və Qəzzada İsrail əsgərlərinə hücumu bir neçə ay davam etdirmək üçün kifayət qədər sursata malikdir”, - məlumatda bildirilib.
2024-01-21
824,747
Rusiya ilə bu strategiya mümkün deyil - Yermak
Ukrayna Rusiya ilə dondurulmuş münaqişəni qəbul etmir, ona görə də 2024-cü ildə müdafiə strategiyasına keçid mümkün deyil. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib. “Müdafiə mövqeyinə keçid çox vaxt münaqişənin dondurulmasına gətirib çıxarır. 2014-cü ildən Ukrayna məhz bu vəziyyətdədir, ona görə də Kiyev Rusiya ilə dondurulmuş münaqişə ilə heç vaxt barışmayacaq”, - Yermak bildirib. Onun sözlərinə görə, 2024-cü ildə Ukraynanın strategiyası realist olmaq, müttəfiqlərlə işləməyə davam etmək və dayanmamaqdır.
2024-01-21
824,749
İsrail ordusunun itkiləri 530-u ötdü
2023-cü ilin noyabrın sonundan Qəzzada keçirilən quru əməliyyatları nəticəsində həlak olan İsrail hərbçilərinin sayı 195 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “7 oktyabr 2023-cü ildən bəri isə İsrail ordusunun itkiləri 530-u ötüb”, - məlumatda qeyd olunub.
2024-01-21
824,751
Ağsuda evində avtomat gizlədən şəxs tutuldu
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Əsədov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 5 ədəd patron aşkar edilərək götürülüb. Elman Əsədov avtomatı bir müddət əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib. Keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şamxal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
2024-01-21
824,752
Hakan Fidan HƏMAS lideri ilə görüşdü
Türkiyənin xarici işlər naziri Hakan Fidan HƏMAS təşkilatının siyasi bürosunun rəhbəri İsmail Haniyə ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, görüş zamanı İsrail-Fələstin qarşıdurması müzakirə olunub, o cümlədən təcili atəşkəsin elan edilməsi, bölgəyə humanitar yardımların çatdırılması, əsir müvadiləsi və davamlı sülhün təmini üçün məsələnin iki tərəfli həlli ilə bağlı müzakirələr aparılıb. Görüş Türkiyədə keçirilib.
2024-01-21
824,759
Ukrayna Leninqraddakı qaz terminalını vurdu - Video
Rusiyanın Leninqrad vilayətinin Ust-Luq limanında “Novateka” şirkətinə məxsus qaz terminalında partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə Kinqiseppski rayonunun rəhbəri Yuri Zapalatski məlumat verib. “Partlayış zamanı müəssisədə 148 nəfər olub. Ölən və yaralanan qeydə alınmayıb. Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Vəziyyət tam nəzarət altındadır”, - Zapalatski bildirib. Rusiya mətbuatının məlumatına görə, terminala Ukrayna PUA-larının hücumu olub.
2024-01-21
824,760
Azərbaycanlı Almaniyada vəhşicəsinə qətlə yetirildi
Almaniyanın paytaxtı Berlin şəhərində azərbaycanlı gənc vəhşicəsinə qətlə yetirilib. Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, əslən Mingəçevirdən olan Əhliman adlı şəxsi dörd nəfər Moldova vətəndaşı döyüb, ağır xəsarətlər yetirib. Məlumata görə, hadisə restoranların birində baş verib. Moldovalılar restoranda istirahət edən Türkiyə vətəndaşına rusca ağır söyüşlər söyüblər. Əhliman rusca bildiyindən məsələyə müdaxilə edib və təhqirləri dayandırmağı tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, dörd nəfər əlbəyaxa onu döyə bilməyib, sonradan dəmir parçasıyla başına arxadan zərbələr endiriblər. Həmyerlimiz xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən şəxslərdən ikisinin saxlanıldığı bildirilir. Hazırda Əhlimanın nəşinin Azərbaycana göndərilməsilə bağlı işlər aparılır.
2024-01-21
824,761
Bu nazirlikdə ekspert şurası yaradıldı
Mədəniyyət Nazirliyi yanında Teatr-tamaşa müəssisələrinin illik repertuarlarının və dövlət sifarişi əsasında hazırlanan tamaşaların məzmununun qiymətləndirilməsi üzrə ekspert şurası yaradılıb. Kult.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib. Şura Mədəniyyət Nazirliyinin tabeliyində olan teatr-tamaşa müəssisələri tərəfindən təklif edilmiş illik repertuarların və dövlət sifarişi əsasında hazırlanan tamaşaların müvafiq teatrların profilinə, onların milli-mənəvi dəyərlərə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına, sahə üzrə qabaqcıl təcrübəyə və keyfiyyət meyarlarına uyğunluğunun təmin edilməsinə nəzarəti həyata keçirir. Yanvarın 18-də Ekspert şurasının ilk iclası təşkil olunub. Qeyd edilib ki, repertuar üçün təqdim olunan layihələr müvafiq teatrların fəaliyyət istiqamətlərinə, vətəndaş, cəmiyyət və dövlətin maraqlarına uyğun olmaqla yanaşı, sahə üzrə qabaqcıl təcrübəyə əsaslanmalı, keyfiyyət amilinə diqqət yetirilməlidir. Layihələrin rejissor həllinin, rəssam şərhinin müasir dövrün tələblərinə cavab verməsi önəmli məsələdir. Repertuar seçimi zamanı Azərbaycan dilinin, mədəni dəyərlərimizin qorunması, inkişafı və zənginləşdirilməsi, cəmiyyətin bədii-estetik zövqünün formalaşdırılması, xüsusilə gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunda tərbiyəsi kimi məqamlar nəzərə alınmalıdır. İclasda həmçinin bildirilib ki, layihələr hazırlanarkən ideyanın düzgün əsaslandırılması, məqsəd və vəzifələrinin aydınlığı, habelə mövzusunun aktuallığı və mədəniyyətin inkişafı ilə bağlı prioritet istiqamətlərə uyğunluğu diqqət göstərilməli məqamlardır. Bildirək ki, Mədəniyyət Nazirliyinin müvafiq əmri ilə yaradılan Ekspert şurasına Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor, Türkdilli Xalqların Teatr Rəhbərləri Şurasının sədri İsrafil İsrafilov rəhbərlik edir. Şurada Əməkdar incəsənət xadimləri, professorlar Məryəm Əlizadə, Aydın Talıbzadə, Əli Əmirlinin də yer aldığı doqquz nəfər üzv təmsil olunur, həmçinin ekspertlərin sırasında sosioloq, psixoloq və teatr rəssamları da yer alıb.
2024-01-21
824,762
Rusiyalı iş adamı və arvadı təyyarə qəzasında həlak oldu
11:58 Hindistandan Moskvaya uçan “Falcon 10B” sərnişin təyyarəsi Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, təyyarədə 6 nəfər olub. Onlardan ikisinin rus olduğu bildirilir. Təyyarənin Bədəxşan əyalətində texniki çatışmazlıq səbəbindən qəzaya uğradığı bildirilir. *** Əfqanıstanda radardan itən təyyarə “Atletik Group”a məxsusdur. Təyyarə Daşkənddən Moskvaya uçurdu. Bu barədə Rusiya Federasiyasının Hava Nəqliyyatı üzrə Agentliyi (Rosaviasiya) açıqlama yayıb. Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” təyyarəsi ilə yanvarın 20-də axşam saatlarında Əfqanıstanın hava məkanında (Tacikistan sərhədi yaxınlığında) olarkən əlaqə kəsilib və radarlardan itib. “İlkin məlumata görə, təyyarənin göyərtəsində altı nəfər - dörd ekipaj üzvü və iki sərnişin olub", - məlumatda deyilir. “Rosaviasiya” Əfqanıstan və Tacikistanın aviasiya qurumları ilə əlaqə saxlayır. Hazırda təyyarənin axtarışı davam etdirilir. Bədəxşan əyalətindəki Taliban hərəkatının nümayəndəsi “Khaama Press” agentliyinə hadisənin başvermə səbəbini araşdırmaq üçün bölgəyə qrupun göndərildiyini təsdiqləyib. Agentliyin məlumatına görə, təyyarə radardan itib və dağlıq əraziyə düşüb. *** Əfqanıstanda qəzaya uğrayan təyyarədə Rusiyanın Volqodonsk vilayətindən olan sahibkar Anatoli Yevsyukov və arvadı Anna həlak olublar. Bu barədə Rusiya mediası məlumat yayıb. Dörd nəfər, o cümlədən pilot isə təyyarə qəzasından sağ çıxıb.
2024-01-21
824,764
Çanaqqala boğazı bu gəmilər üçün bağlandı
Çanaqqala boğazı fırtına və güclü axınlar səbəbilə sürəti 10 knotdan aşağı olan gəmilərin hər iki istiqamətdə hərəkəti üçün bağlanıb. Axar.az xəbər verir ki, bununla əlaqədar Çanaqqala Boğazı Gəmi Trafik Xidmətləri Müdirliyi tərəfindən gəmilərin kapitanlarına xəbərdarlıq edilib.
2024-01-21
824,771
Türkiyə ordusu 10 PKK-çını məhv etdi
Türkiyə Silahlı Qüvvələri tərəfindən “Pəncə-Kilid” əməliyyatı zamanı 10 PKK terrorçusu zərərsizləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb. Məlumatda deyilir ki, Türkiyə Ordusu tərəfindən bölgəyə hava hərəkatı həyata keçirilib. Xatırladaq ki, İraqın şimalında “Pəncə-Kilid” şərti adı altında aparılan əməliyyat keçən il aprelin 17-də başlayıb.
2024-01-21
824,773
Rusiyanın “Pantsir” istehsal edən zavodu vuruldu
Rusiyanın Tula şəhərindəki “Şeqlovskiy val” zavodu Ukrayna PUA-ları tərəfindən vurulub. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, zavodun yerləşdiyi Proletar rayonunda partlayışlar baş verib. Bildirilir ki, “Şeqlovskiy val” zavodunda “Pantsir-S” zanit-raket kompleksləri istehsal olunur.
2024-01-21
824,775
Sabahın hava proqnozu açıqlandı
Yanvarın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, günün ikinci yarısından fasilələrlə yağıntılı olacağı, gecəyə doğru isə bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
2024-01-21
824,777
İrəvan Lavrova cavab verməyə cəsarət etmədi
Başda Baş nazir Nikol Paşinyan olmaqla, Ermənistan rəsmiləri Rusiyanın xarici işlər naziri Sergey Lavrova cavab verməyə tələsmirlər. Halbuki Lavrov bir neçə gün əvvəl Moskvada keçirdiyi geniş mətbuat konfransında Ermənistan hakimiyyətini yıxıb sürümüşdü. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Ermənistanın hakimiyyət təmsilçiləri Kremlin üzərinə çox getməyin təhlükələrini anlamağa başlayıblar, üstəgəl İrəvanın “bəyənmədiyi” Rusiya bugünlərdə Ermənistana İran üzərindən özündə hücum xarakterli silahları da ehtiva edən hərbi texnika göndərib: “Rusiya Ukraynaya qarşı işğalçı müharibə fonunda itirdiyi hərbi texnikanın yerini doldurmağa ehtiyacı olduğu halda müttəfiqi Ermənistanı unutmayıb. Buna baxmayaraq, Qərbdəki dairələr Ermənistanı Rusiyadan uzaqlaşdırmağın yollarını aramaqdan imtina etməyiblər. Qərb Ermənistanı NATO üzvü edə bilməsə də, Şimali Atlantika Blokunun müxtəlif proqramlarına daxil etməyə çalışır. Ermənistan 1994-cü ildən Azərbaycan kimi NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramının üzvüdür. Əməkdaşlığın inkişafı bu proqram çərçivəsində də mümkündür. Bu arada, Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri Kristina Kvin çalışdığı ölkənin müdafiə naziri Suren Papikyanı iqamətgahına şam yeməyinə dəvət edib. Aydındır ki, söhbətdə Ermənistanın ABŞ-la hərbi əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Suren Papikyan hərbi əməkdaşlığın genişləndirilməsi mövzusunu İrəvanda səfərdə olan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolominlə də müzakirə edib. Görüşlər çoxdur, ancaq Qərb ölkələri və NATO Ermənistana təhlükəsizlik təminatı verməkdə acizdir, sadəcə rəsmi İrəvanın ünvanına “xoş sözlər”, “biz sizinləyik” kimi eptitetlər səsləndirməklə kifayətlənirlər”.
2024-01-22
824,778
Ukrayna ordusu Donetskdəki bazarı vurdu: 27 ölü - Video
2024.01.21. 13:01 Ukrayna ordusu Donetsk şəhərinə raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb. Məlumata görə, raketlərdən bir neçəsi şəhərdəki bazara düşüb. Donetsk separatçılarının rəhbəri Denis Puşilin bildirib ki, zərbələr nəticəsində 13 nəfər ölüb, daha 10 nəfər isə yaralanıb. *** Ukrayna ordusunun bazarı vurması nəticəsində ölənlərin sayı 18-ə çatıb. Bunu Donetsk şəhərinin meri Aleksey Kulemzin deyib. Onun sözlərinə görə, raket zərbələri nəticəsində 13 nəfər müxtəlif dərəcələri xəsarətlər alıb. *** Donetskdə bazarın atəşə tutulması nəticəsində ölənlərin sayı 25-ə çatıb. Azı 20 nəfər də yaralanıb. *** Ukraynanın SQ-nin Donetskdə bazara zərbəsi nəticəsində 27 nəfər ölüb, 25 nəfər yaralanıb.
2024-01-21
824,781
Pakistanda İrana bağlı terrorçu həbs edildi
Pakistanda İrana bağlı "Zeynəbiyyun" silahlı qruplaşmasının əsas komandirlərindən olan Məhəmməd Mehdi həbs edilib. Axar.az xəbər verir ki, bu barədə Pakistanın Sind əyalətinin Terrorla Mübarizə İdarəsi məlumat yayıb. Qeyd edək ki, "Zeynəbiyyun" silahlı qruplaşması SEPAH-ın Qüds briqadasına bağlı təşkilatdır.
2024-01-21
824,782
İraqda İrana qarşı kampaniya başladıldı
SEPAH-ın Ərbilə raket və PUA hücumlarından sonra İraq xalqı İran məhsullarını boykot etmək üçün kampaniyaya başlayıb. Axar.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb. Kampaniya iştirakçıları İran məhsullarını boykot etmək və onları İraq milli məhsulu və ya ərəb məhsulu ilə əvəz etməyə çağırırlar. İraqlı fəallar sosial şəbəkələrdə şəkillər dərc edərək, həmvətənlərini İran məhsullarını almamağa təşviq edir.
2024-01-21
824,788
Abdullahian vəd etdi: SEPAH ikiqat güclə…
İranlı hərbi müşavirlərin antiterror fəaliyyətləri ikiqat güclə davam edəcək. Axar.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib. “İranın hərbi müşavirlərinin terrorizmlə mübarizədə və regionun təhlükəsizliyinin təmin edilməsində fəaliyyəti güclənəcək”, - nazir özünün X səhifəsində İsrailin Suriyaya endirdiyi zərbə nəticəsində beş iranlı hərbi məsləhətçinin həlak olmasını şərh edərkən yazıb. İranın xarici işlər naziri İsrailin terrorçu hərəkatların əsas dəstəkçisi və regional təhlükəsizliyin əsas düşməni olduğunu qeyd edib. Qeyd edək ki, yanvarın 20-də İsrailin Dəməşqdə SEPAH müşavirlərinin qərargah kimi istifadə etdiyi dördmərtəbəli binaya endirdiyi zərbə nəticəsində 5 iranlı hərbi müşavir və suriyalı bir neçə əsgər ölüb.
2024-01-21
824,789
Gürcüstanın təhsil və elm naziri Bakıya gəlir
Gürcüstanın təhsil və elm naziri Georgi Amilaxvarinin rəhbərlik etdiyi nümayəndə heyəti gələn həftə Azərbaycana səfərə gələcək. Axar.az xəbər verir ki, səfər çərçivəsində G.Amilaxvari azərbaycanlı həmkarı Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək, Azərbaycanın elm və akademik dairələrində olacaq. Görüşlərdə Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində əməkdaşlığın perspektivləri, müəllim və tələbə mübadiləsi, birgə elmi tədqiqatların aparılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
2024-01-21
824,790
Abxaziyada 4 min rəsm əsərinin olduğu fond yandı
Abxaziyada məşhur abxaz rəssamlarının 4000-ə yaxın əsərinin olduğu Milli Rəsm Qalereyasının bütün fondu yanıb. Axar.az xəbər verir ki, bu barədə qondarma “abxaziya respublikası”nın “mədəniyyət naziri” Dinara Smır məlumat verib. Onun sözlərinə görə, Suxumidəki Mərkəzi Sərgi Zalında yanğın gecə saatlarında başlayıb: “Yanğınsöndürənlər ikinci mərtəbədə yanğını söndürə biliblər. Mərkəzin damı tamamilə yanıb. Bu tabloları heç vaxt bərpa edə bilməyəcəyik. Burada Aleksandr Çaçba-Şerşavidzenin 300-ə yaxın əsəri var idi. Bu, əvəzolunmaz itkidir, təəssüf ki, heç nə etmək mümkün deyil”. Smır bildirib ki, bütün ikinci mərtəbə tamamilə tüstü olduğu üçün nəyisə xilas etmək şansları olmayıb.
2024-01-21
824,791
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Qeyri-sabit hava ilə əlaqədar magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yanvarın 22-də ölkə ərazisində qeyri-sabit, yağıntılı, küləkli hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı olunur.
2024-01-21
824,794
Budanov Rusiyanın gücündən danışdı: Sabun köpüyü...
2024-cü il Ukrayna üçün ağır il olacaq. Axar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Faynənşl Tayms”a müsahibəsində deyib. “Deyək ki, hər şey yaxşı olacaq, amma belə deyil. Fəlakətli olacağını da söyləmək doğru deyil. Ukrayna hələ də Putini saxlaya biləcək və artıq sübut edib ki, Rusiyanın gücü haqqında əfsanələr sabun köpüyüdür”, - Budanov bildirib.
2024-01-21
824,797
Ukrayna min kilometrlik müdafiə xətti tikir
Ukrayna uzunluğu min kilometr olan müdafiə xətti inşa edir. Axar.az xəbər verir ki, bu barədə “Teleqraf” nəşri məlumat yayıb. Məlumata görə, əsas müdafiə xətti Avdeyevkadan 15-20 km aralıda yerləşir: “Yeni beton səngərlər, yeraltı komandanlıq mərkəzi, minalanmış sahələr, 3 mərhələli səngərlər sistemi, tank tələləri və dayaq məntəqələri yaradılacaq. Tapşırıq təkcə sərt müdafiə xətti tikmək deyil, həm də onu qarşıdakı hücumlar üçün hazırlamaqdır”, - məlumatda qeyd olunub.
2024-01-21
824,799
Ağcabədi sakini Ağdamda minaya düşdü
14:05 Yanvar 21-də saat 13:30 radələrində Ağdam rayonu ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. DİN-in Mətbuat xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Faiq Səyyad oğlu Abışov ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyə edilib. Araşdırma aparılır. *** Şəxsin mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, yanvarın 21-də saat 13 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində mina partlayışı nəticəsində 1980-ci il təvəllüdlü Ağcabədi rayon Kürtlər kənd sakini Faiq Abışovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
2024-01-21
824,801
ABŞ-da dəhşətli soyuqlar: 83 nəfər öldü
ABŞ-da kəskin hava şəraiti – qar, çovğun və şaxta səbəbindən 83 nəfərin öldüyü təsdiqlənib. Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb. Tennessi ştatında 19, Oreqonda 16 nəfər ölüb. İllinoys, Pensilvaniya, Missisipi, Vaşinqton, Kentukki, Viskonsin, Nyu York və Nyu Cersi ştatlarında da ölüm halları var. Gələn həftənin əvvəlində də şaxtaların davam edəcəyi proqnozlaşdırılır.
2024-01-21
824,805
ABŞ-da Netanyahuya inam azalır
ABŞ-da hər iki partiyadan olan konqresmenlərin İsrailin Baş naziri Benyamin Netanyahuya inamı getdikcə azalır. Axar.az xəbər verir ki, bu barədə “NBC Nyus” məlumat yayıb. Bildirilib ki, bu, mühüm postlar tutan konqresmenlərə də aiddir: “Bəzi konqresmenlər uzun müddət İsrail liderini tənqid edirdilər, lakin indi onlara israilyönlü mövqe tutanlar da əlavə olunub. Bir çox mühüm konqresmen açıq şəkildə olmasa da, Netanyahunun rəhbərliyindən məyus olduğunu ifadə edir”.
2024-01-21
824,806
Lenini anasının yanında dəfn edək - Slutski
Vladimir İliç Lenini anasının yanında dəfn etmək lazımdır. Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Leonid Slutski deyib. “Vladimir İliç özü də anasının yanında dəfn olunmasını istəyirdi. Düşünürəm ki, inqilabçının arzusunu həyata keçirməyin vaxtı çatıb”, - Slutski bildirib. Qeyd edək ki, Leninin anası Mariya Sankt-Peterburqdakı Volkovski qəbiristanlığında dəfn olunub.
2024-01-21
824,817
Priqojinin öldüyünə dair heç bir sübut yoxdur – Budanov
“Vaqner” özəl hərbi şirkətinin ləğvi ilə bağlı məlumatlar doğru deyil və onun lideri Yevgeni Priqojinin ölümü ilə bağlı deyilənləri təsdiqləmək olmaz. Axar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov “Faynənşl Tayms”a müsahibəsində deyib. “Vaqner” buraxılmayıb. Priqojinlə bağlı isə mən nəticə çıxarmağa tələsməzdim. Kreml onun ölümündə hər hansı əlaqəni rədd edir və DNT testinin Priqojinin ölümünü sübut etdiyini deyir. Lakin onun cəsədi heç vaxt ictimaiyyətə göstərilməyib. Mən onun ölmədiyini və ya öldüyünü demirəm. Mən deyirəm ki, onun öldüyünə dair heç bir sübut yoxdur" , - Budanov bildirib. Qeyd edək ki, 2023-cü ilin avqustun 23-də Yevgeni Priqojinin olduğu təyyarə Tver vilayətində qəzaya uğramışdı. Təyyarədə olanların hamısı, o cümlədən Yevgeni Priqojin həlak olmuşdu.
2024-01-21
824,818
Bakıdan Sumqayıta ekspres marşrut xətti fəaliyyətə başladı
Artıq bu gündən Sumqayıt-Bakı marşrut xətti üzrə ekspres avtobuslar sərnişinlərin xidmətindədir. Axar.az xəbər verir ki, marşrut üzrə gediş haqqi 80 qəpik təşkil edir və ödəniş nağdsız həyata keçirilir. Qeyd edək ki, “BakıKart”ın balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.
2024-01-21
824,819
Ukrayna Sevastopola zərbələr endirdi
Hava hücumundan müdafiə sistemləri Sevastopolda hava hədəflərini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Sevastopol şəhərinin rəhbəri Mixail Razvojayev deyib. Onun sözlərinə görə, Sevastopolun bütün xidmətləri hazırlıq vəziyyətinə gətirilib.
2024-01-21
824,823
“Qızıl top” hörmətini itirir - Ronaldo
“Qızıl top” mükafatı öz hörmətini itirir. Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo deyib. “Ən yaxşı oyunçunu seçmək üçün bütün mövsümü təhlil etmək lazımdır. Mən artıq bu mükafatlara inanmıram və ona görə yox ki, “Globe Soccer Avards”ı qazanmışam. Bu, faktdır, ortada rəqəmlər var və onlar aldatmır”, - Ronaldo bildirib. Qeyd edək ki, Kristiano Ronaldo 2023-cü ildə ümumilikdə 54 qol vurub. Futbolçunun özü beşqat “Qızıl top” mükafatçısıdır.
2024-01-21
824,825
Litva Ukraynaya yenidən zirehli texnika göndərir
Litva əlavə olaraq Ukraynaya zirehli texnika, döyüş sursatları və PUA əleyhinə vasitələr verəcək. Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda deyib. “Müharibənin iki ili ərzində biz Ukraynanı intensiv surətdə silahla təmin etmişik və anbarlarımızdakı ehtiyatlar xeyli azalıb. Buna baxmayaraq, biz Ukraynaya PUA-larla mübarizə üçün sistemlər, zirehli texnika, sursat göndərəcəyik”, - Nauseda bildirib.
2024-01-21
824,826
697-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 697-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 957 PUA-sı, 450 zenit-raket kompleksi, 14 708 tank və digər zirehli texnikası, 1 203 reaktiv yaylım atəş sistemi, 7 799 artilleriya və minaatanı, 17 698 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-01-22
824,827
Fidan ABŞ-a getdi: Fələstinlə bağlı iclas...
16:11 Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edib. Axar.az xəbər verir ki, səfərlə bağlı Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, Hakan Fidan BMT-nin Təhlükəsizlik Şurasının yanvarın 23-də Nyu Yorkda keçiriləcək iclasında iştirak edəcək. İclasda İsrail-Fələstin qarşıdurması müzakirə olunacaq. Səfər çərçivəsində Türkiyənin XİN rəhbərinin ikitərəfli görüşlər keçirməsi də gözlənilir.
2024-01-21
824,829
Biləsuvar sakinləri qanunsuz silahları təhvil verdilər
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən növbəti profilaktik tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.
2024-01-21
824,831
Maralgöl dondu - Foto
Azərbaycanın dağ göllərindən biri olan Maralgöl donub. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Feysbuk səhifəsində paylaşım edilib. Hazırda gölün üzərində təxminən 5 sm qalınlığında buz qatı yaranıb.
2024-01-21
824,832
Fələstinlilərin dövlətçilik hüququ var - Fransa
Fələstinlilərin suverenlik və dövlətçilik hüququ var. Axar.az xəbər verir ki, bunu Fransa xarici işlər naziri Stefan Sejurne X səhifəsində yazıb. Onun sözlərinə görə, Fransa bu məqsədə çatmağa sadiq qalacaq.
2024-01-21
824,836
Rusiya cəbhədə böyük itkilər verir - Britaniya
Rusiya ordusu Ukraynada bütün cəbhə boyu hücumlarını artırıb və bu da onların itkilərini çoxaldıb. Axar.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin hesabatında qeyd olunub. “Son 5 gündə Rusiyanın hərbi texnika itkisi 88 faiz, tank itkisi isə 95 faiz artıb. Rusların canlı qüvvə itkisi də bu müddət ərzində 15 faiz artıb”, - hesabatda qeyd olunub.
2024-01-21
824,843
Ermənistan internetsiz qaldı
Ermənistanda internetin istifadəsində problemlər yaranıb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Ermənistanda mobil rabitə xidməti göstərən “Ucom” şirkətindən bildirilib ki, problem ölkədən kənarda fiber-optik kabellərin zədələnməsi ilə bağlıdır. “Ermənistanda internet trafikində azalma var. Xarici saytlardan istifadə etmək olduqca çətindir”, - şirkətdən bildirilib.
2024-01-21
824,847
Ukraynanın Donetskə zərbəsi: Rusiya iclas çağırır
Ukrayna ordusunun Donetskə endirdiyi zərbə BMT Təhlükəsizlik Şurasının yanvarın 22-də Rusiyanın tələbi ilə keçiriləcək və xarici işlər naziri Sergey Lavrovun da iştirak edəcəyi iclasda müzakirə mövzularından biri olacaq. Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski deyib. Onun sözlərinə görə, Rusiyanın tələb etdiyi görüşdə həm də Qərbin Ukraynaya silah tədarükü də müzakirə olunacaq.
2024-01-21
824,849
Qərb məni qucaqladı, təriflədi, sonra dayandı - Zelenski
Qərb tərəfdaşların göstərdiyi hərbi və maliyyə yardımı Ukraynanın müharibədən sağ çıxması üçün həlledici olsa da, qələbə üçün kifayət etmədi. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Hər kəs gülür, qucaqlayır və deyir ki, sən dözümlüsən, güclüsən, azad dünyanın liderisən, demokratiyamızı xilas edirsən. Əgər Ukrayna xalqının belə prezidenti olmasaydı, biz Avropanın yarısını itirəcəkdik, daha sonra Rusiya ABŞ-a hücum edəcəkdi. Biz nəyimiz varsa, hamısını sizə verməliyik. Daha sonra dayandılar. Nankor olmaq istəmirəm. Çünki qərbli tərəfdaşlarımız Ukraynaya çox böyük kömək etdilər, bu kömək olmasaydı, ölkəmiz sağ qala bilməyəcəkdi. Onlar bizə ayaq üstə dayanmağa kömək etdilər. Fikrimcə, qələbə qazanmağımız üçün daha çox kömək edə bilərdilər”, - Zelenski bildirib.
2024-01-21
824,851
İsrail elan etdi: Qəzzaya bir şekel də getməyəcək
17:37 İsrailin Nazirlər Kabineti Qəzza zolağına ayrılan vergi vəsaitlərinin dondurulması planını təsdiqləyib. Vəsaitlər Fələstin Muxtariyyətinə təhvil verilmək əvəzinə Norveç tərəfindən tutulacaq. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. 1990-cı illərdə əldə edilmiş müvəqqəti sülh razılaşmalarına əsasən, İsrailin Maliyyə Nazirliyi fələstinlilər adından vergilər toplayır və Fələstin Muxtariyyətinə aylıq köçürmələr edir. Lakin İsrailin vəsaitlərin HƏMAS-a çatmaması tələbi də daxil olmaqla, razılaşma ilə bağlı mübahisələr davam edir. İsrailin Baş naziri Benyamin Netanyahu vergi fondları ilə bağlı Nazirlər Kabinetinin qərarının Norveç və ABŞ tərəfindən dəstəkləndiyini bildirib. Netanyahunun ofisindən bildiriblər ki, pul və ya hər hansı ekvivalent İsrail maliyyə nazirinin icazəsi olmadan heç bir halda köçürülməyəcək. Fələstin Azadlıq Təşkilatı isə bazar günü bildirib ki, o, pulu tam həcmdə istəyir və Qəzza da daxil olmaqla, işçilərinə maaş verməyə mane olan şərtləri qəbul etməyəcək. İsrailin maliyyə nazirinin sözçüsü təsdiqləyib ki, Norveç saziş çərçivəsində vəsaiti özündə saxlayacaq və Qəzzaya bir şekel də getməyəcək.
2024-01-21
824,852
Ukraynadan sonra Putin Ermənistanı təmizləyəcək
Əgər Ukrayna uduzsa, o zaman ABŞ-ın düşmənləri dünya nizamını müəyyən edəcək. Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi lord Corc Robertson deyib. “Əgər ukraynalılar uduzsalar, Putin qalib gəlsə, biz hamımız uduzacağıq. Ukrayna üzərində qələbədən sonra Putin Moldova, Ermənistan və Qazaxıstanı təmizləyəcək, orada bufer-zona yaradacaq”.
2024-01-21
824,853
Asiya inkişaf edir, Avropa məyusdur - Orban
Avropa ölkələri Asiyada inkişaf tempindən məyusdur. Axar.az xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban deyib. “Hazırda dünya iqtisadiyyatında böyük yenidənqurma gedir. Asiya amansız şəkildə inkişaf edir, Avropa bu templə ayaqlaşa bilmir və bu da müəyyən məyusluq yaradır”, - Orban bildirib.
2024-01-21
824,854
Ağır qəza: FHN-çilər sürücünü xilas etdi - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu, Eyyubbəyli kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mersedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobillərdən birinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan sürücünü xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
2024-01-21
824,857
Premyer Liqa: İlin ilk matçı qolsuz başa çatdı
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura start verilib. Axar.az xəbər verir ki, 2024-cü ilin ilk matçında "Sabah" "Neftçi"ni qəbul edib. "Bank Respublika Arena"da reallaşan qarşılaşma qolsuz başa çatıb. 29-cu xalını qazanan "Neftçi" ikinci sıradakı "Zirə"yə çatıb. Meydan sahibləri isə 23 xalla yeddincidir. Qeyd edək ki, XIX turun digər görüşləri yanvarın 22-23-də gerçəkləşəcək.
2024-01-21
824,859
Cəlilabadda ağır qəza: 3 nəfər yaralandı
Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Silsilə ərazisində qeydə alınıb. Belə ki, "Pajero" və VAZ 2107 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər rayon sakini - 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
2024-01-22
824,860
Bunsuz bacaracağımızı düşünmək ağılsızlıqdır
Ukrayna əlavə səfərbərlik olmadan hərbi əməliyyatları davam etdirə bilməyəcək. Axar.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib. "Səfərbərlik olmadan bacaracağımızı düşünmək belə ağlasığmazdır. Çatışmazlıq nəzərə çarpır", - Budanov bildirib.
2024-01-21
824,862
Binada köməksiz vəziyyətdə qalan kişi xilas edildi
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub. Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 1933-cü il təvəllüdlü S.Əliyevi xilas ediblər.
2024-01-21
824,864
ABŞ İsrail və HƏMAS-ı buna sövq edir - VSJ
ABŞ Misir və Qətərlə birlikdə İsraili və HƏMAS hərəkatını girovları azad etmək üçün yeni razılaşmaya sövq edir. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” danışıqlarda iştirak edən diplomatlara istinadən məlumat yayıb. Məlumata görə, yeni təklifdə Qəzza zolağında saxlanılan girovların azad edilməsindən sonra anklavda tam atəşkəs rejiminin tətbiq olunacağı bildirilir. Qeyd edilib ki, tərəflər hələ belə bir razılaşmaya razı olmayıb. Lakin bu razılaşma üzrə danışıqların bir neçə gündən sonra Qahirədə baş tutacağı gözlənilir.
2024-01-21
824,865
Hər kəs bunun üçün Ermənistana təzyiq etməlidir - XİN
Hər kəs mina xəritələri ilə bağlı dəqiq məlumat almaq üçün Ermənistana təzyiq etməlidir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşləri Nazirliyi X sosial şəbəkəsində paylaşım edib. "Ermənistan tərəfindən ayrı-seçkilik olmadan yerləşdirilmiş minalar günahsız dinc əhali üçün təhlükə yaratmaqda davam edir. Daha bir mülki şəxs minaya düşüb, 2020-ci ildən indiyədək qurbanların sayı 342 nəfərə çatıb", - paylaşımda qeyd edilib. Qeyd edək ki, bu gün Ağcabədi rayon sakini 1980-ci il təvəllüdlü Faiq Səyyad oğlu Abışov Ağdam rayonu ərazisində minaya düşüb.
2024-01-21
824,867
Fransalı nazir İsrailə səfər edəcək
Fransanın müdafiə naziri Sebastyan Lekornu bu gecə İsrailə gələcək. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata görə, Lekornu İsrailin Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və digər rəsmilərlə görüşəcək. Fransa səfirliyindən verilən məlumata görə, Lekornu Qəzzada saxlanılan fransız girovların ailələri ilə də görüşəcək.
2024-01-22
824,873
Trampın müşaviri: O, Putini sevir, NATO-nu dağıdacaq
Donald Trampın ABŞ prezident seçkilərində mümkün qələbəsi Avropa üçün ciddi problem olacaq. Axar.az xəbər verir ki, bu sözləri Donald Trampın keçmiş müşaviri Entoni Skaramuççi deyib. “Tramp NATO-ya nifrət edir və hər şeydən çox onu ləğv etmək istəyir. Rusiya Prezidenti Vladimir Putini isə sevir. Ancaq güman edirəm ki, Putini dayandıracaq. Trampın qələbəsinə inanmıram, çünki onu faşizmə və ağ irqin üstünlüyünə inanan kiçik bir qrup insan sevir, ABŞ əhalisinin qalan hissəsi isə ona nifrət edir. Tramp diktator olmaq istəyir, ona görə də daha hakimiyyətsevər bir proqramı təşviq edəcək", - Skaramuççi bildirib.
2024-01-21
824,874
Netanyahu qırmızı xətti keçir - İsrailli nazir
İsrail Baş naziri Benyamin Netanyahu qırmızı xətti keçir. Axar.az xəbər verir ki, bunu İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. “Bəzən yanacaq verirlər, bəzən humanitar yardımdan imtina edirlər. Ötən həftə un daşıyırdılar. İndi də vəsaitlərin Qəzzadan nasistlərə çatmayacağı təminatını verməyən qərar qəbul edirlər”, - deyə nazir bildirib. Qeyd edək ki, İsrailin hərbi-siyasi kabineti Qəzza zolağı üçün nəzərdə tutulan vəsaitlərin dondurulması planını təsdiqləyib.
2024-01-21
824,876
Gəncədə 10 aylıq körpə xəstəxanada öldü
Gəncədə körpə qız xəstəxanada ölüb. Axar.az xəbər verir ki, hadisə şəhərdə yerləşən xəstəxanaların birində qeydə alınıb. Belə ki, 10 aylıq A.Yusibova qızdırma ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, körpə qız xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından əməliyyat edilibmiş. Ölüm hadisəsi ilə bağlı araşdırma aparılır.
2024-01-21
824,878
Orada oynamağın mənası yoxdur - Ronaldo
Portuqaliyada oynamağın mənası yoxdur. Axar.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun portuqaliyalı ulduzu Kristiano Ronaldo deyib. “Bir neçə gündən sonra 39 yaşım tamam olacaq. Bu ili də, gələn ili də "Əl Nəsr"də keçirəcəyəm - ən çox istədiyim budur. 40-ı keçəndə görək nə olacaq. Böyük məqsədim bu səviyyədə 40-a qədər oynamaqdır. Sonra isə hər şey normal olsa, 41, 42-yə qədər... Amma Portuqaliya çempionatında oynamaq imkanı nəzərdən keçirilmir”, - Ronaldo bildirib.
2024-01-21
824,880
Əgər Putini indi dayandırmaq istəyiriksə... - Zelenski
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın bütün ərazisini işğal etmək niyyətindədir və heç vaxt sülh istəməyib. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski Britaniya mediasına müsahibəsində deyib. Dövlət başçısı Krım və Donbasın Rusiya mənsubluğunu nəzərdə tutan sülh sazişinin imzalanmasını təsəvvür belə etmədiyini bildirib: “Əgər biz onu dayandırmaq istəyiriksə, dünya aqressiyanın bir neçə ildən sonra təkrarlanmasını istəmirsə, o zaman indi bununla məşğul olmalıdır”.
2024-01-21
824,883
Səudiyyədən şərt: Fələstin problemi həll olmadan...
Fələstin üzrə uzunmüddətli nizamlanma olmadan Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmayacaq. Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan deyib.
2024-01-21
824,885
Türkiyədə fabrikdə partlayış: yaralılar var
Türkiyənin Sivas şəhərində mebel fabrikində oksigen çəni partlayıb. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, partlayış zamanı 2 nəfər yaralanıb. Hadisə yerinə təcili tibbi yardım, yanğınsöndürmə briqadası və polis gəlib.
2024-01-21
824,887
Batumidə yenidən bomba həyəcanı...
Gürcüstanın Batumi şəhərindəki “Batumi Mall”, “Grand Mall”, “Metro Mall” və “Batumi Plaza” kimi ticarət mərkəzinin ziyarətçiləri və işçiləri anonim bomba xəbəri ilə əlaqədar təcili təxliyə edilib. Axar.az xəbər verir ki, bu barədə “Mtavari Arxi” məlumat yayıb. "Batumidə ticarət mərkəzləri bağlanıb, gözlənilən terror təhlükəsi ilə əlaqədar insanların sıx toplaşdığı bütün yerlərdə təcili təxliyə elan edilib”, - deyə məlumatda bildirilir. Daxili İşlər Nazirliyi yayılan məlumata hələlik münasibət bildirməyib. Qeyd edək ki, ötən gün Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması xəbərindən sonra İstanbul reysi təxirə salınmışdı.
2024-01-22
824,888
ABŞ Qəzzaya görə İsrailə təzyiq edir - Danon
ABŞ İsrailə təzyiq edir. Buna görə də Qəzza zolağında hərbi əməliyyatların gedişi dəyişdirilib. Axar.az xəbər verir ki, bunu İsrailin BMT-dəki keçmiş nümayəndəsi Dani Danon deyib. “2023-cü ilin dekabrında bəzi girovların azad edilməsinə səbəb ABŞ-ın təsiri olub”, - Danon bildirib.
2024-01-21
824,891
Şok: Təyyarə qəzasından sağ çıxıb kömək istədi
Əfqanıstanın şimal-şərqində qəzaya uğrayan təyyarədən sağ qalanlardan biri yaşayış məntəqəsinə çataraq yerli sakinlərdən kömək istəyib. Axar.az xəbər verir ki, bu barədə “Əfqanıstan İnternəşnl” məlumat yayıb. Bildirilib ki, sağ qalan şəxs Bədəxşan əyalətinin şimalındakı Kof Ab bölgəsindəki kəndə çata bilib və jestlərlə yerli sakinlərdən kömək istəyib. Qeyd edək ki, Hindistandan Moskvaya uçan “Falcon 10B” sərnişin təyyarəsi Əfqanıstanın şimal-şərqində qəzaya uğrayıb. Nəticədə rusiyalı iş adamı Anatoli Yevsyukov və arvadı Anna həlak olublar, dörd nəfər ekipaj üzvü isə sağ qalıb.
2024-01-21
824,892
Faktiki hava şəraiti açıqlandı
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 21-i saat 20:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunur. Hazırda küləyin sürəti 23-25 m/s-dək güclənib. Axar.az xəbər verir ki, bu sözləri Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, dənizdə dalğanın hündürlüyü 2.8 metrə çatıb. "Küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək”, - o vurğulayıb.
2024-01-21
824,897
Parisdə miqrasiya qanununa qarşı etirazlar başladı
Fransanın paytaxtı Parisdə bir neçə min insan ölkədə immiqrasiya qaydalarını sərtləşdirən yeni qanuna etiraz etmək üçün toplaşıb. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, etirazçılar Fransa Prezidenti Emmanuel Makrondan sənədi imzalamamağı tələb edirlər.
2024-01-21
824,898
Əgər Meksika Rusiyanın nəzarətində olsaydı... - Baş nazir
Ukrayna 2014-cü ildən bəri ABŞ-ın tam nəzarətindədir və buna görə də ölkə suveren və müstəqil deyil. Axar.az xəbər verir ki, bu barədə Slovakiya Baş naziri Robert Fitso deyib. R.Fitso Ukraynadakı vəziyyətlə əlaqədar ABŞ və Meksika nümunəsindən istifadə edib. Baş nazir qeyd edib ki, əgər ABŞ-ın yanında yerləşən Meksikada Müdafiə Nazirliyi tamamilə Rusiyanın nəzarətində olsaydı, o zaman Vaşinqton da Moskva ilə eyni tədbirləri görə bilərdi.
2024-01-21
824,899
Rusiya qisas alacaq, Ukrayna PUA-ları isə…
Rusiya yenidən Kiyev və Ukraynanın digər şəhərlərini raket atəşinə tutacaq. Bu halda mülki insanlar arasında ölənlərin artacağını ehtimal etmək olar. Kreml bu yolla Rusiyanın işğalı altındakı Donetsk şəhərinin atəşə tutulması nəticəsində ölənlərin “intiqamını” Ukraynadan almağa çalışacaq. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukraynanın Donetskdə bazarı atəşə tutması haqda qeyd edib. “Əgər buna qədər Ukraynanın gücü ancaq Rusiyanın sərhəddə yaxın Belqorod şəhərini hədəf almağa yetirdisə, hazırda hədəf seçilə bilən Rusiya şəhərlərinin sayı artıb. Ukrayna dronları artıq Sankt-Peterburqdakı mərkəzlərə qədər məsafə qət edə bilir. Belə vəziyyətdə Kreml sahibi Vladimir Putin nə edəcək? O, müdafiə nazirinə əmr verəcək ki, Ukraynaya qarşı yeni həmlələr həyata keçirsin. Rusiya ordusu cəbhə bölgəsində irəliləməyə çalışdıqca itkiləri artır. Belə vəziyyətdə Rusiya yeni Priqojinə “hamilədir”, - ekspert bildirib.
2024-01-21
824,900
İstanbulda silahlı atışma: yaralılar var
İstanbulun Sultanqazi rayonunda motosikletdə olan şəxsin kütləyə atəş açması nəticəsində iki nəfər yaralanıb. Axar.az xəbər verir ki, hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Polislər qaçan şübhəlilərin tapılması üçün əməliyyat başladıb.
2024-01-21
824,902
Hakan Fidan omanlı həmkarı ilə Qəzzanı müzakirə etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan və omanlı həmkarı Seyyid Bədr əl-Busaidi arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb. Telekanalına məlumatına görə, XİN başçıları Qəzzadakı vəziyyəti, habelə regional təhlükəsizlik mövzuları ilə yanaşı, ölkələr arasında əməkdaşlıq ətrafında fikir mübadiləsi aparıblar.
2024-01-21
824,903
Sejurne səfirlərə Ermənistanla bağlı göstəriş verdi
Fransanın xarici işlər naziri Stefan Sejurne diplomatik korpusa ünvanladığı müraciətdə qeyd edib ki, Fransa Ermənistana daim dəstək verəcək. Axar.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Olivye Dekottini məlumat yayıb. “Biz qanuna və ərazi bütövlüyünə hörmət əsasında ədalətli və davamlı sülh axtarmalıyıq, eyni zamanda əhalinin xatirəsinə, tarixinə və mədəniyyətinə hörmətlə yanaşan ləyaqətli yaşamaq hüququnu təmin etmək lazımdır”, - deyə fransız nazir bildirib.
2024-01-21
824,904
Biləsuvarda kütləvi zəhərlənmə: TƏBİB məlumat yaydı
Biləsuvarda baş verən dəm qazından kütləvi zəhərlənmə ilə bağlı TƏBİB açıqlama yayıb. Axar.az xəbər verir ki, TƏBİB gün ərzində Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına dəm qazından zəhərlənmə şübhəsilə 11 nəfərin müraciət etdiyini bildirib. "Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd edilib.
2024-01-21
824,907
İsrail HƏMAS-ın təklifini rədd etdi
İsrail HƏMAS-ın anklavda saxlanılan bütün israilli girovların azad edilməsi müqabilində Qəzza zolağında hərbi əməliyyatların dayandırılması təklifini rədd edir. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. “HƏMAS qaçırılanların azad edilməsi müqabilində müharibənin bitməsini, qüvvələrimizin Qəzzadan çıxarılmasını, Nuxbadan (HƏMAS-ın xüsusi bölməsi - red.) bütün qatillərin və təcavüzkarların azad edilməsini və HƏMAS-a toxunulmazlıq tələb edir. Bununla razılaşsaq, hərbçilərimizin ölümü əbəs olacaq, buna razı olsaq, vətəndaşlarımızın təhlükəsizliyinə təminat verə bilməyəcəyik”, - nazir bildirib.
2024-01-21
824,912
Onlara hücum bizə hücum sayılacaq - Belarus
Belarus yeni hərbi doktrinaya uyğun olaraq müttəfiqlərinə hücumu öz ərazisinə hücum kimi qiymətləndirəcək. Axar.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələri Baş Qərargahının İnformasiya-analitik idarəsinin rəisi Artyom Butorin deyib. "Müttəfiq olduğumuz hər hansı bir dövlətə hücum Belarus Respublikasına hücum hesab ediləcək", - Butorin bildirib.
2024-01-21
824,913
Mbappe PSJ ilə yollarını ayırır
Paris "Sen-Jermen"in hücumçusu Kilian Mbappe müqaviləsi yayda başa çatacağı üçün komandanı tərk edə bilər. Axar.az xəbər verir ki, Fransa klubu artıq onu əvəz edə biləcək oyunçu tapıb. Məlumata görə, “Bayern” və Almaniya millisinin cinah oyunçusu Leroy Zane PSJ-də Mbappeni əvəz edə bilər. Qeyd olunur ki, Paris klubunun baş məşqçisi Luis Enrike Zaneni yaxın illərdə Fransa klubunun hücumunda Kolo Muani və Dembele ilə üçlükdə görür.
2024-01-22
824,914
Zelenski: Bu halda hər şeyi itirəcəyik
Ukraynanın hərbi əməliyyatlardan yorulmağa haqqı yoxdur, əks halda sahib olduqlarını itirəcək. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Axşam özümüzə yorulmağa icazə verə bilərik, lakin səhər biz dövləti müdafiə etməli, onu qorumaq istəyiriksə, onun uğrunda mübarizə aparmalıyıq”, - Zelenski bildirib.
2024-01-21
824,916
Yer kürəsinə geomaqnit qasırğası yaxınlaşır
Çərşənbə axşamı Yer kürəsində maqnit qasırğası gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb. Proqnoza görə, Bakı vaxtı ilə saat 07:00-da Günəşdə partlayış G1 səviyyəsinə (zəif qasırğa) çatacaq və bu partlayışdan əvvəl və sonra bir neçə saat ərzində geomaqnit dalğaları qeydə alınacaq. Yaxın 24 saat ərzində maqnit fonunun normal qalacağı qeyd edilir.
2024-01-21
824,923
Sevinməyin, Fransa bu ərazini Türkiyəyə verdi – Ambaryan
Fransa Prezidenti Emmanuel Makronun “Ermənistanla bağlı tarixi qərar verildi” açıqlamasına sevinənlər unutmasınlar ki, 1921-ci il oktyabrın 20-də Kilikiyanı Türkiyə nəzarətinə verən Fransa olub. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Qagik Ambaryan yazıb. “NATO üzvü olan Fransa və Türkiyə Ermənistana görə heç vaxt bir-biri ilə müharibə etməyəcək. Fransa ermənipərəst bəyanatlardan başqa bizim üçün heç nə etməyib. Deməyib ki, rusları Ermənistandan çıxarın, gəlib etibarlı tərəfdaş və təhlükəsizliyin təminatçısı kimi onları əvəz edəcəyik. Vaşinqton, Paris, Moskva, Tehran və güvəndiyimiz digər paytaxtlar nəinki problemlərimizi həll etməyəcək, həm də bizim hesabımıza türklərlə münasibətlərini yaxşılaşdıracaqlar”, – Ambaryan bildirib.
2024-01-21
824,926
İsrail əməliyyatları genişləndirir
İsrail ordusu Qəzza zolağının cənubundakı ən böyük şəhər olan Xan Yunis ərazisində hərbi əməliyyatların miqyasını genişləndirməyi planlaşdırır. Axar.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant deyib. “Biz Xan Yunis bölgəsində intensiv əməliyyat keçiririk və bu əməliyyatı genişləndirməyə davam edəcəyik. Tanklardan, artilleriyadan və hava qüvvələrinə məxsus təyyarələrdən gələn tüstü buludları hədəflərimizə çatana qədər Qəzza zolağının səmasını gizlətməyə davam edəcək”, - nazir bildirib.
2024-01-21
824,927
Rusiyanın "bazar kralı"nın faciəli ölümü: Tailanda niyə gedib?
Xəbər verdiyimiz kimi, Rusiyanın Volqodonsk şəhərindən olan tanınmış iş adamı Anatoli Yevsyukov həyat yoldaşı Anna ilə birlikdə Əfqanıstanda təyyarə qəzasında həlak olub. Axar.az Report-a istinadla xəbər verir ki, Anatoli Yevsyukov Volqodonskda “Maşenka”, “Atlant”, “Avanqard” və bir sıra bazar və ticarət mərkəzinin, həmçinin müxtəlif daşınmaz əmlakların sahib olub. Yevsyukovlar ailəsi dekabrın 15-də tətil üçün Tailanda uçub. İki gün sonra Anna Yevsyukova özünü pis hiss etməyə başlayıb və dekabrın 17-də o, Pattaya Xəstəxanasına yerləşdirilib. Həkimlər onun infeksiyaya yoluxduğunu bildiriblər. Qadın süni nəfəs aparatına qoşulub. Xəstənin Rusiyaya təxliyəsi üçün şəxsi təyyarə sifariş edilib. Hava gəmisində yalnız ər və arvad üçün yer olub. Onların oğlu Vitali isə Pattayadan Rusiyaya müntəzəm reyslə qayıdıb.
2024-01-22
824,928
Arıqlamaq istəyənlər rəqs etsin - Araşdırma
Üç aylıq rəqs nəzərəçarpacaq dərəcədə arıqlamağa kömək edir. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu araşdırma təsdiqləyib. Tədqiqatçılar ən azı üç ay müntəzəm rəqslərin çəki və piy faizini azaltmaqla bədən quruluşunu yaxşılaşdırdığını aşkar ediblər. Rəqs həmçinin bel çevrəsini azaltmağa kömək edir. Bununla belə, caz və hip-hop ənənəvi balet və bal rəqsləri ilə müqayisədə daha çox yağ itkisinə səbəb olub. Tədqiqatçılar qeyd ediblər ki, müntəzəm aerobika və çəki məşqləri zamanı oxşar piy itkisi müşahidə edilsə də, rəqslər artıq piylərdən yaxa qurtarmaqda daha təsirli olub və iştirakçılarda daha az yorğunluq yaradır, onların nizamlı idmanda qalmasını asanlaşdırır.
2024-01-21
824,929
Prezident seçilən kimi müharibəni dayandıracam - Tramp
Prezident seçilsəm, and içməzdən əvvəl Ukraynada müharibəni dayandıracağam. Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın eks-prezidenti, prezidentliyə namizəd Donald Tramp Nyu-Hempşirdə çıxışında deyib. “Oval kabinetə daxil olmazdan əvvəl Rusiya və Ukrayna arasındakı dəhşətli müharibəni dayandıracağam. Bu münaqişəni yoluna qoyacağam. Putini və Zelenskini də yaxşı tanıyıram. Bu münaqişəni dayandırmaq lazımdır. Qətiyyətimiz sayəsində sülhü təmin edəcəyik”, - deyə Tramp bildirib.
2024-01-22
824,930
Əmin olmalı, sonra Ukraynaya yardım etməliyik - Şepps
AB Ukraynanın özünü müdafiə edə biləcəyinə əmin olmalıdır və bunun üçün yardımı artırmalıdır. Axar.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Qrant Şepps deyib. “İndi təkcə ABŞ deyil, Avropa da addım atmalı və Ukraynanın özünü müdafiə etməyə davam edə bilməsi üçün öz töhfəsini verməlidir”, - nazir bildirib.
2024-01-21
824,931
"Qalatasaray" "Trabzonspor"u darmadağın etdi
Türkiyə Superliqasında XXI turun oyunları davam edir. Axar.az xəbər verir ki, turun mərkəzi qardaşlaşması "Trabzonspor"la "Qalatasaray" komandaları arasında olub. Gərgin keçən matç İstanbul nəhənginin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Günün digər oyunlarında heç-heçə qeydə alınıb. "Sivasspor" "Qaziantep"lə 2:2, "Konyaspor" "Antalyaspor"la 1:1 və "Fənərbağça" evdə "Samsunspor"la 1:1 hesablı bərabərliyə imza atıb. Tura yanvarın 22-də keçiriləcək "Kayserispor" - "İstanbulspor" görüşü ilə yekun vurulacaq. Qeyd edək ki, turnir cədvəlinə 54 xalla "Fənərbağça" başçılıq edir. Eyni xala malik "Qalatasaray" 2-ci, "Trabzonspor" 37 xalla 3-cü, "Beşiktaş" isə 35 xalla dördüncü pillədə qərarlaşıb.
2024-01-21
824,935
Yuxarı Lars yolu yenə bağlandı
Ermənistandan Rusiyaya gedən hərbi Lars yolu bağlanıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və buz bağlaması səbəbindən Xaçi dağ aşırımı hər iki istiqamətdə yük maşınlarının hərəkəti üçün bağlanıb.
2024-01-21
824,937
Bütün Qazaxıstan vahid saat qurşağına keçir
Martın 1-dən bütün Qazaxıstanda vahid saat qurşağı tətbiq ediləcək. Axar.az xəbər verir ki, bununla bağlı hökumətin “Qazaxıstan Respublikası ərazisində vaxtın hesablanması qaydası haqqında” qərarında müvafiq dəyişikliklər edilib. Beləliklə, 5-ci saat qurşağı (UTC+5) Qazaxıstan Respublikasının bütün ərazisinə tətbiq ediləcək. “Astana, Almatı, Çimkənt, Akmola, Cambıl, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan, Türküstan, Şərqi Qazaxıstan vilayətləri və Abay, Jetisu, Ulıtau rayonlarında 2024-cü il 29 fevraldan 1 marta keçən gecə vaxt 1 saat geri çəkilməlidir”, - sənəddə qeyd olunur. Qeyd edək ki, bu gün Qazaxıstanda iki saat qurşağı UTC+5 və UTC+6 var. Ölkə ərazisinin böyük hissəsi (qərb rayonları istisna olmaqla) UTC+6 zonasında yerləşir.
2024-01-21
824,942
Bizə seçki keçirmək qadağandır - Zelenski
Ukraynada seçkiləri necə keçirmək barədə düşünməliyik, lakin qanun hərbi vəziyyət zamanı seçki keçirməyi qadağan edir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Mən seçkiləri təxirə salmamışam, bu avtomatik baş verib. Qanun mənə seçki keçirməyi qadağan edir", - o bildirib.
2024-01-22
824,946
BMT-dən Ukraynaya xəbərdarlıq: Dayandırın!
Mülki əhaliyə və mülki infrastruktura hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır. Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin Ukrayna Silahlı Qüvvələrinin Donetski atəşə tutması ilə bağlı şərhində bildirilib. “Mülki əhaliyə və mülki infrastruktura qarşı hücumlar beynəlxalq humanitar hüquqla qadağandır, qəbuledilməzdir və dərhal dayandırılmalıdır", - şərhdə qeyd edilib. Qeyd edək ki, Ukrayna SQ-nin Donetskdə bazara zərbə endirməsi nəticəsində azı 27 nəfər ölüb.
2024-01-22
824,947
İranda əsgər yoldaşlarını öldürən hərbçi saxlanıldı
2024.01.21. 23:45 Kirman əyalətindəki hərbi hissədə çağırışçı əsgər beş əsgər yoldaşını öldürüb. Axar.az xəbər verir ki, bu barədə İran Ordusunun Cənub-Şərqi Regional Qərargahının komandanı briqada generalı Əmir Qulaməlian bildirib. O deyib ki, çağırışçı hərbi mövqedə dincələn əsgərlərə atəş açıb və sonra hadisə yerindən qaçıb. Qolaməlian atışmanın motivinin müəyyən edilməsi üçün araşdırmalara başlandığını, həmçinin çağırışçının təqibinin davam etdiyini vurğulayıb. *** İranda beş əsgər yoldaşını qətlə yetirmiş hərbçi Kirman ostanında saxlanılıb. Bu barədə İRNA yazıb. “Həmin şəxs Zerend şəhərinin yaxınlığında saxlanılıb”, – briqada generalı Əmir Qulamalian açıqlayıb.
2024-01-22
824,952
Xersonda partlayışlar baş verdi
Ukraynanın Xerson şəhərində axşam saatlarında partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə Xerson şəhər hərbi administrasiyasının rəhbəri Roman Mroçko bildirib. Partlayışla bağlı təfərrüat açıqlanmayıb.
2024-01-22
824,953
Medvedyev işarə etdi: Ukrayna məhv edilir - Brayza
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Ukraynanın ünvanına təhdidləri sadəcə sözdür və bu bütün dünya üçün qeyri-adekvat görünür. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq ekspert Metyu Brayza deyib. O bildirib ki, Medvedyev bu kimi sözlərlə Putinə “Papadan daha çox katolik” kimi görünmək istəyir: “O özünü Putin elitası arasında nümayiş etdirmək, necə deyərlər, Papadan daha çox katolik olmağa çalışır. İnanıram ki, Rusiyanın məqsədlərinə çatması şansı yoxdur". Brayza əlavə edib ki, bir neçə il əvvəl Putin özü də Ukraynaya münasibətdə bənzər açıqlamalar verir, onun millətinin mövcudluğunu inkar edirdi. Diplomat əlavə edib ki, indi Putinin ətrafının belə açıqlamalar verməsi Rusiyanın məqsədinin həqiqətən də Ukraynanı məhv etmək olduğunu üzə çıxarır. Qeyd edək ki, D.Medvedyev 18 yanvar tarixindəki sosial şəbəkə paylaşımında Ukraynanın bir dövlət olaraq mövcud olmaması gərəkdiyini qeyd etmişdi.
2024-01-22
824,954
Belçikada minlərlə insan Qəzza üçün küçələrə axışdı
Belçikanın paytaxtı Brüsseldə toplaşan minlərlə insan Qəzzada atəşkəs çağırışı ilə yürüş təşkil edib. Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. İştirakçılar “Qəzzada uşaqları xilas edin”, “Atəşkəs indi!”, “Fələstinlilərin hüquqları qorunsun” şüarları səsləndiriblər.
2024-01-22
824,955
ABŞ-da seçkilər: DeSantis mübarizədən çəkildi
Florida qubernatoru Ron DeSantis bu ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkiləri yarışından geri çəkilib. Axar.az xəbər verir ki, bu barədə DeSantis X sosial şəbəkəsində yazıb. "İstədiyim nəticəyə nail olmaq üçün edə biləcəyim bir şey olsaydı, bunu edərdim. Qələbəyə aparan aydın yolumuz yoxdursa, insanlardan vaxt və resurslarını bizə sərf etmələrini xahiş edə bilmərəm. Bu gün mən seçki kampaniyamın dayandırıldığını elan edirəm”, - DeSantis bildirib. DeSantis həmçinin ABŞ prezidentliyinə namizəd respublikaçı Donald Trampı dəstəklədiyini açıqlayıb. Qeyd edək ki, son sorğunun nəticələrinə görə sabiq prezident Donald Tramp respublikaçı namizədləri böyük fərqlə qabaqlamışdı.
2024-01-22
824,956
Çexiya ABŞ-dan 24 ədəd F-35 alır
Çexiyanın ABŞ-dan 24 ədəd beşinci nəsil F-35A qırıcılarının alınmasına dair müqavilənin imzalanması gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Çexiyanın müdafiə naziri Yana Çernoxova məlumat verib. "Bu, mütləq martın sonuna qədər imzalanacaq, hətta daha əvvəl deyərdim. Biz indi uyğun forma və münasib tarix axtarırıq", - çexiyalı nazir bildirib.
2024-01-22
824,962
"Real Madrid" və "Barselona" qələbə qazandı
Futbol üzrə İspaniya La Liqasında XXI turun oyunları davam edir. Axar.az xəbər verir ki, turun maraqlı görüşlərindən biri “Betis” və “Barselona” arasında olub. Gərgin keçən oyun Kataloniya təmsilçisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Barselona”nın əzəli rəqibi "Real Madrid" də turu qələbə ilə bitirib. Paytaxt klubu doğma meydanda "Almeriya"ya 3:2 hesabı ilə qalib gəlib. Turun digər oyunlarında "Real Sosyedad" səfərdə "Selta"nı 1:0, "Osasuna" isə "Xetafe"ni 3:2 hesabı ilə məğlub edib. Qeyd edək ki, "Real Madrid" 51 xalla liderdir. "Jirona" 49 xalla 2-ci, "Barselona" 44 xalla 3-cü, "Atletik Bilbao" isə 41 xalla dördüncü pillədə qərarlaşıb.
2024-01-22
824,963
İsrail Hizbullahın xəstəxanasını vurdu
İsrail qırıcıları Livanın Kefrkilla ərazisində Hizbullaha məxsus bir səhiyyə ocağı və beş evə aviazərbə endirib. Axar.az xəbər verir ki, bu barədə Livanın NNA agentliyi məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində evlər tamam dağılıb.
2024-01-22
824,964
Ukrayna gənc nəsli itirdi, bizi fəlakət gözləyir - Leşenko
Avropa dövlətləri ukraynalı qaçqınları vətənlərinə göndərməlidir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin köməkçisi Sergey Leşenko deyib. O, Avropa cəmiyyətinə inteqrasiya olmuş ukraynalı gənclərin qayıtmaq istəməyəcəyindən ehtiyatlandığını söyləyib: “Ukrayna bütün gənc nəsli itirib. Bundan sonra da Ukraynadan ailələrin xaricə getməyi ölkə üçün əsl fəlakət olacaq”.
2024-01-22
824,967
Roma Papası da Ukraynanın hücumunu pislədi
Roma Papası Fransisk Ukrayna Silahlı Qüvvələrinin Donetski atəşə tutmasını qətiyyətlə pisləyir və danışıqlara başlamağa çağırır. Axar.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Ümumdünya Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib. “Roma Papası Fransisk Donetskə edilən hücumları qətiyyətlə pisləyir və həmçinin danışıqların başlanmasını qətiyyətlə çağırır”, - Sevastyanov bildirib. O əlavə edib ki, Roma Papası Ukraynada konfliktin dalana dirəndiyini düşünür. Qeyd edək ki, Ukrayna SQ-nin Donetskdə bazar ərazisinə endirdiyi zərbə nəticəsində 27 nəfər həlak olub.
2024-01-22
824,971
Daha 30 ailə Füzuliyə çatdı
08:37 Füzuli şəhərinə köçürülən sakinlərin qarşılanma mərasimi olub. Axar.az xəbər verir ki, mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları iştirak edib. Yurda qayıdan 30 ailəyə (106 nəfər) mənzillərin açarları təqdim edilib. Bununla 440 ailənin (1625 nəfər) yeni salınan Füzuli şəhərində daimi məskunlaşması təmin edilib.
2024-01-22
824,972
Bu rayonlara qar yağdı
08:47 Yanvarın 22-si saat 08:00-a olan vəziyyətə əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Hazırda küləyin sürəti arabir 25-30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,8 metrdir. Balakən, Quba, Qusar, Lənkəran, Lerik, Astara, Cəlilabad, Zaqatala, Şəki, Ağdam, Naftalan, Tərtərdə yağış, Gədəbəydə qar yağır. Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək. *** Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, saat 13:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s, Naftalanda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.6 metrdir. Daşkəsən, Göygöl, Şəki, Şahdağ, Qax, Astaranın dağlıq ərazilərində qar, Naftalan, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Quba, Tərtər, Mingəçevir, Yevlax, Bərdə, Göyçay, Yardımlı, Lerik, Lənkəran, Astarada yağış yağıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4, Naxçıvan MR-da 7, Aran rayonlarında 6 dərəcəyədək isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 8 dərəcəyədək şaxta olub. *** Yanvarın 22-si saat 17:00-a olan məlumata əsasən ölkədə qeyri-sabit hava şəraiti davam edir. Bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb. Bildirilib ki, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.7 metrə çatıb. Qusar (Ləzə), Qəbələ, Altıağac, Sarıbaş (Qax), Quba, Kişçay (Şəki), Şahdağ, Qrız, Gədəbəy, Daşkəsən, Göygöl, Yardımlı, Lerik, Qobustan, Şamaxıda qar yağıb. Ağdam, Goranboy, Zərdab, Naftalan, Hacıqabul, Şəmkir, Zaqatala, Göyçay, Lənkəran, Yevlax, Şəki, Kürdəmir, Naxçıvan, Şahbuz, Culfa, Astara, Balakən, Ağstafa, Oğuz, Mingəçevir, İsmayıllı, Tərtər, Sabirabad, Beyləqan, Pirallahıda yağış yağıb. Bakıda və Abşeron yarımadasında və bölgələrdə yanvarın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi gözlənilir. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti yanvarın 24-ü gündüzədək davam edəcək.
2024-01-22
824,973
Neft həftəyə bu qiymətlə başladı
Dünya birjalarında neft ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,22 dollara, yüngül neftin bir barreli isə 73,16 dollara təklif olunur.