date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-19 | 824,284 | Tramp seçkilərdə iştirak edərsə… - Cabarov | ABŞ-ın keçmiş prezidenti Donald Tramp qarşıdan gələn prezident seçkilərində iştirak edərsə, ABŞ Prezidenti Co Bayden sarsıdıcı məğlubiyyətlə üzləşəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq əlaqələr komitəsi rəhbərinin birinci müavini Vladimir Cabarov deyib. “Biz Kennedinin və onun qardaşının taleyini xatırlayırıq, bilirik ki, ABŞ öz məqsədlərinə çatmaq üçün heç nəyə tab gətirməyəcək. Ancaq Tramp seçkilərdə iştirak edərsə və Bayden dı seçkilərə qatılarsa, ikincisi sarsıdıcı məğlubiyyətə uğrayacaq”, - Cabarov bildirib. Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. |
2024-01-19 | 824,285 | Hikmət Hacıyev Fəxrəddin Altunla görüşdü | Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunla görüşüb. Axar.az xəbər verir ki, bu barədə F.Altun X şəbəkəsində yazıb. O bildirib ki, Türkiyə və Azərbaycan kommunikasiya və media sahəsində, həmçinin dezinformasiya ilə mübarizədə əməkdaşlığı gücləndirməyə böyük əhəmiyyət verir: “Bundan sonra da media və kommunikasiya sahəsində əməkdaşlığımızı gücləndirəcək, beynəlxalq müstəvidə iki dost və qardaş ölkə olaraq həqiqət uğrunda mübarizəmizi davam etdirəcəyik”. |
2024-01-19 | 824,287 | COP29-un Təşkilat Komitəsinin tərkibi dəyişdi | Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalanıb. Axar.az xəbər verir ki, sərəncamla “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir: “Təşkilat Komitəsinin sədri Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Təşkilat Komitəsinin üzvləri: Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Nigar Arpadarai – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Aygün Əliyeva – Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Səbinə Əliyeva – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Sevinc Fətəliyeva – Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi İlhamə Qədimova – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Bahar Muradova – Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəkiyyə Mustafayeva – Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Firuzə Sultanzadə – “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri Umayra Tağıyeva – Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Mariana Vasileva – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini Səadət Yusifova – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.”. |
2024-01-19 | 824,288 | Bakıda bu avtobusların marşrutu dəyişdiriləcək | 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, yanvarın 20-də Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək. |
2024-01-19 | 824,291 | 56 şəxs cinayət başında yaxalandı – Rəcəbov | Ötən il Baş İdarədə 1524 vətəndaşın qəbul edilməsi təmin edilib. Axar.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbov ötən il ərzində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib. “Qeyd edilən müddət ərzində Baş İdarədə 382 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 301 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 81 material üzrə isə vurulmuş maddi ziyan məbləğlərinin ödənilməsi də nəzərə alınmaqla cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlar qəbul edilib və digər prokuror təsir tədbirləri tətbiq edilib. Əməliyyat qurumları tərəfindən 158 cinayət işi başlanılıb, keçirilmiş 49 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 56 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 30 nəfər saxlanılıb”, - idarə rəisi vurğulayıb. |
2024-01-19 | 824,297 | Hüseyn Fidanla İranın təcavüzünü müzakirə etdi | İraqın xarici işlər naziri Fuad Hüseyn İranın Ərbilə raket və PUA hücumları ilə bağlı Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri ilə danışıb. Axar.az xəbər verir ki, bu barədə nazir özünün X hesabında paylaşım edib. “İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Feysəl bin Fərhan və Hakan Fidanla İranın İraqa təcavüzü, bunun nəticələri barədə fikir mübadiləsi apardıq. Həmçinin İran və Pakistan arasında silahlı münaqişə, bunun regionun təhlükəsizliyinə təhdidlərini də müzakirə etdik”, - o paylaşımında qeyd edib. |
2024-01-19 | 824,300 | Pakistan: İran bizim üçün dost ölkədir | Pakistan İranı özünün dostu hesab edir və münaqişənin daha da gərginləşməsini istəməz. Axar.az xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmisi Mümtaz Zəhra Bəluc deyib. Bəluc bildirib ki, İrandan alınan siqnallara əsasən, rəsmi Tehran da oxşar mövqedən çıxış edir. Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb. 18 yanvarda isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İran mediasının son məlumatına görə, İran vətəndaşı olmayan 12 nəfər ölüb. |
2024-01-19 | 824,306 | Putin buzlu suya girdi - Video | Rusiya Prezidenti Vladimir Putin yanvarın 18-dən 19-na keçən gecə vəftiz üçün buzlu suya girdi. Axar.az xəbər verir ki, bu barədə Kreml rəsmisi Dmitri Peskov bildirib. “Bəli, ənənəvi olaraq o, (Putin – red.) bunu vəftiz münasibəti ilə etdi”, - o bildirib. |
2024-01-19 | 824,313 | Direktorun görüntüsü yayıldı: cinayət işi açıldı - Video | Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı şəhər prokurorluğunda cinayət işi açılıb. Mərkəzi Aran Regional Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, idarə ötən ilin 13-14 noyabrında həmin məktəbdəki neqativ hallarla bağlı yoxlama aparıb. Qeyd olunub ki, həmçinin Mingəçevir Şəhər Prokurorluğu və Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları da yoxlamalara başlayıb: "Aparılan yoxlamaların nəticələrinə əsasən, Mingəçevir Prokurorluğunda cinayət işi açılıb və hazırda iş üzrə istintaq davam edir. Araşdırmanın nəticəsi bitdikdən sonra müvafiq addımlar atılacaq". Mingəçevir Prokrurorluğundan verilən məlumata görə isə məktəbdə baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb: "Araşdırma zamanı Azər Qazıyevin qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində məktəbdə texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əmək haqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır". Məlumat üçün bildirək ki, məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanıb. |
2024-01-19 | 824,315 | Şadlıq sarayında insident: yeniyetmə adam bıçaqladı | Yanvarın 18-də saat 15 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yerləşən şadlıq saraylarından birində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Şəmkir Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı rayonun Dəllər-Cırdaxan kənd sakini, 2007-ci il təvəllüdlü Umud Cəfərovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elsevər Əkbərlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şəmkir Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, Umud Cəfərov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. |
2024-01-19 | 824,316 | Erməni qoyunları Azərbaycan sərhədini keçdi - Açıqlama | 16:13 Ermənistanın Qərbi Zəngəzur vilayətinin Ərəfsə (Aravus) kənd sakininə məxsus qoyunlar Azərbaycan sərhədini keçib. Axar.az xəbər verir ki, bu iddianı Dığ (Tex) kəndinin Ağsaqqallar Şurasının üzvü Masis Zeynalyan səsləndirib. “Nə qədər qoyun olduğunu bilmədim, hamısı sərhədə tərəf qaçdı. Çoban onları saxlaya bilmədi”, - Zeynalyan deyib. Ermənistan Müdafiə Nazirliyindən bildiriblər ki, sərhəddə heç bir insident, atəşkəsin pozulması, sızma cəhdi olmayıb: "Qoyunların Azərbaycan tərəfinə keçməsi ilə bağlı isə aidiyyəti orqanlar məşğul olacaq". Qeyd edək ki, ermənilər özləri qoyunların sərhədi keçdiyini bildirsə də, erməni mediası bunu həyasızcasına “azərbaycanlıların qoyunları oğurlaması” başlığı ilə yayıb - həm də məlumatın doğru olub-olmadığını təsdiqləyən heç bir rəsmi mənbə olmadan. |
2024-01-19 | 824,319 | Dünya dəyişir, Ermənistan da dəyişməlidir - Paşinyan | Dünya dəyişir, bizim region da - Ermənistanın da dəyişməsi qaçılmazdır. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Bu dəyişikliyə müxtəlif yollarla baxmaq olar. Ancaq münasibətimizdən asılı olmayaraq, təkamül baş verir. Ona görə də bizim mövqeyimiz və yanaşmamız bu təkamülü dayandırmaq olmamalıdır, bu, özlüyündə məntiqsizdir, çünki təkamülü dayandırmaqla biz deqradasiyaya nail olacağıq. Mən indi daha da əminəm ki, əgər 2020-ci il müharibədən sonrakı dövrdə bizdə parlament idarəçiliyi modeli olmasaydı, dövlətçiliyimizlə bağlı çoxlarının arzuladığı şey baş verə bilərdi”, - Paşinyan bildirib. |
2024-01-19 | 824,320 | Klaar İrəvandan Bakıya niyə gəlmədi? | Ermənistanda səfərdə olan AB-nin xüsusi nümayəndəsi Toivo Klaar Bakıya gəlməyəcək. Axar.az xəbər verir ki, bu barədə Klaarın ofisindən məlumat verilib. “Bildiyiniz kimi, hazırda Azərbaycanda seçki kampaniyası dövrü olduğu üçün Bakıya səfər nəzərdə tutulmur. Amma AB-nin xüsusi nümayəndəsi Azərbaycan rəhbərliyi ilə sıx əlaqə saxlayır”, - məlumatda qeyd olunub. Qeyd edək ki, bir neçə gün öncə ABŞ Dövlət katibinin Qafqaz məsələləri üzrə baş müşaviri Lui Bono da İrəvanda səfərdə olmuşdu. |
2024-01-19 | 824,321 | Türkiyə ordusu 10 terrorçunu məhv etdi | Türkiyə ordusu İraq və Suriyanın şimalında terrorçuları zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, İraqın şimalında 3, Suriyanın şimalında isə 7 terrorçu zərərsizləşdirilib. |
2024-01-19 | 824,322 | Bu ərzaqlar niyə pulsuz paylanmır? - Video | Gündəlik tonlarla ərzağın yararlılıq vaxtı ötür. Həmin məhsullar satışdan çıxarılmalıdır. Çünki istehlakçı fəal nəzərat edərək, həmin məhsulu aşkarlayıb, dövlət orqanlarına məlumat verərsə, mağazanı 1500 manat dəyərində cərimə gözləyir. Bu sözləri Axar.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov sosial şəbəkələrdə yayılan az xarab olmuş məhsulların zibil qabına atılması görüntüsü haqda danışarkən qeyd edib. O bildirib ki, mağaza sahibləri vaxtı keçmiş məhsulları adətən distribüterə geri qaytarır: “Təəssüf ki, distribüter ya onu başqa cür qablaşdırır, ya da həmin malın qiymətini və tarixini dəyişərək yenidən istehlakçıya yönəldir. Dəfələrlə belə məsələlər dövlət orqanları tərəfindən ifşa olunub, tədbir görülüb. Ona görə də vaxtı keçmiş bütün mallar məhv edilsə yaxşıdır”. Ekspert əlavə edib ki, az xarab olmuş və istehlaka yararlılığını saxlayan, ancaq tanınmış supermarketlərin öz imicinə görə satışdan çıxardığı məhsullarla bağlı isə fərqli bir siyasət tətbiq etmək mümkündür: “Bunun üçün ayrıca qurum yaratmaq olar. Məsələn, Bakının müxtəlif yerlərində geyinilməyən və ya ikinci əl paltarları qoymaq üçün qutular yerləşdirilib. Bu geyimləri ehtiyacı olan şəxslər götürür. Əgər hələ də istehlaka yararlı sayıla biləcək məhsulu supermarket öz imicinə görə satışdan çıxarırsa, bu da mütəxəssis rəyi ilə müəyyən edilərək, mağazanın önündə xüsusi ayrılan qablara yerləşdirilə bilər ki, ehtiyacı olan onu götürsün. Bu barədə ayrıca təkliflər hazırlamaq da mümkündür”. |
2024-01-19 | 824,327 | Kreml İran və Pakistan münaqişəsini şərh etdi | Rusiya diplomatik kanallar vasitəsilə İran və Pakistanla daimi təmasdadır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Bütün tərəfləri, regionun bütün dövlətlərini təmkinli olmağa və diplomatiyaya çağırırıq. Bu, deeskalasiyaya kömək edəcək yeganə yol budur”, - o bildirib. |
2024-01-19 | 824,329 | Sülh çox bahadır, ödəniş etmək lazımdır - Lukaşenko | Belarus və onun xalqı heç vaxt indiki qədər yaxşı müdafiə olunmayıb. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Sülh çox bahadır, ona görə ödəniş etmək lazımdır. Amma siz narahat olmayın. Biz heç vaxt indiki qədər yaxşı müdafiə olunmamışıq. Sistem qurulub, silahlı qüvvələr, səfərbərlik ehtiyatı, ərazi müdafiəsi, xalq milisi var. Hər şey qurulub. İndiki mərhələdə hər şey kifayətdir”, - Lukaşenko bildirib. |
2024-01-19 | 824,335 | Abşeronda bu yol təmir edildi | Prezident İlham Əliyevin Abşeron rayonunun Saray qəsəbəsində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən qəsəbənin Mikayıl Müşfiq küçəsi təmir edilib. Agentlikdən Axar.az-a verilən məlumata görə, uzunluğu 2 026 metr, ortalama eni isə 8 metr təşkil edən sözügedən küçə uzun müddət təmir olunmadan istismar olunması nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə xüsusən payız-qış mövsümündə gediş-gəlişdə problemlərə səbəb olurdu. Artıq sadalanan problemlər geridə qalıb. Təmir işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılması, əks-dolğu işləri görülüb. “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfiqi nişanlanma xətləri çəkilməklə yol yeni görkəmdə vətəndaşların istifadəsinə verilib. |
2024-01-19 | 824,340 | Şəmkirdə evə basqını sabiq məmur törədibmiş - Video | 2021-ci ilin avqust ayının 6-da Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakininin evinə basqın edərək ev sahibinin əl-qolunu bağlayan, pul və qızıl-zinət əşyaları tələb edən şəxslərə hökm oxunub. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, elə həmin il rayon sakini Salman Mustafayev, tanışları Nizami Əhmədzadə, Rasim Süleymanov və qardaşı oğlu Eynur Mustafayev saxlanılıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində 1989-cı il təvəllüdlü Şəmkir rayonu Könüllü kənd sakini Eynur Mustafayev, 1984-cı il təvəllüdlü Təzəkənd kənd sakini Rasim Süleymanov və 1963-cü il təvəllüdlü Sarıtəpə kənd sakini Nizami Əhmədzadə tanınıblar. Aparılan araşdırma zamanı məlum olub ki, cinayət hadisəsi Eynur Mustafayevin qayınatasının ata evində törədilib. Hadisənin törərdilməsinə isə Eynur Mustafayevin əmisi Salman Mustafayevin qumarda külli miqdarda pul uduzaraq, borca düşməsi səbəb olub. Salman Mustafayev uzun illər Şəmkir İcra Hakimiyyətində müxtəlif vəzifələrdə işləyib. Hazırda həbsdə olan sabiq icra başçısı Alimpaşa Məmmədov onu Könüllü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi təyin edib. Rayonda "Aktiv" ləqəbi ilə tanınan Salman Mustafayev sözügedən vəzifədən çıxdıqdan sonra qumar oynamağa başlayıb və həm də üzərində silah gəzdirirmiş. Qumarda uduzan Salman Mustafayev qardaşı oğlundan ona verdiyi pulu geri qaytarmasını istəyib. Eynur Mustafayev pulunun olmadığını və arvadının babasının yaxşı imkanının olduğunu deyib. Onlar razılaşaraq sözügedən evdən quldurluq etməyi planlaşdırıblar. Elə bu məqsədlə Salman Mustafayev qardaşı oğlu ilə birlikdə əvvəlcədən tanıdığı Rasim Süleymanovu və Nizami Əhmədzadəni özləri kənarda gözləməklə sözügedən evə basqına göndəriblər. Onlar evdən heç nə tapa bilməyib, hadisə yerindən uzaqlaşıblar. Məhkəmənin hökmü ilə Eynur Mustafayev, Nizami Əhmədzadə və Rasim Süleymanov Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, hər biri 9 il azadlıqdan məhrum edilib. Hadisənin təşkilatçısı, üzərində TT markalı tapança ilə saxlanılan Salman Mustafayevə hər hansı cəzanın verilib-verilməməsindən xəbər yoxdur. |
2024-01-19 | 824,341 | DSX-dən əməliyyat: sərhəddə qadın saxlanıldı - Foto | Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Bu barədə Axar.az-a DSX-dən məlumat verilib. Bildirilib ki, yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Ömər Tapdıq oğlu Sadıqovun idarə etdiyi “Daf” markalı 99 UL 655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamiyə Məmmədova (Lamia Mamedova) saxlanılıb. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir. |
2024-01-19 | 824,342 | Azərbaycan və Qazaxıstan XTQ-lərindən birgə təlim… | Azərbaycan Müdafiə Nazirliyi ilə Qazaxıstan Müdafiə Nazirliyi arasında imzalanmış birgə fəaliyyət planına əsasən, hər iki ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) dəniz piyadaları və xüsusi təyinatlılarının iştirakı ilə "Birləşik-2024" taktiki təlimi keçiriləcək. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Təlimə hazırlıq çərçivəsində ölkəmizdə səfərdə olan qazaxıstanlı hərbi qulluqçular Azərbaycan HDQ-nin dəniz piyadaları və xüsusi təyinatlıları ilə birgə şərti terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın azad edilməsi, dənizdə təhlükəsizlik əməliyyatları və infrastrukturun mühafizəsi, eləcə də digər tapşırıqları məşq edəcəklər. Qeyd edək ki, cari ilin iyul ayında Qazaxıstan Respublikasında keçiriləcək taktiki təlimdə əsas diqqət qüvvələrin qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldiləcək. |
2024-01-19 | 824,343 | MSK-nın xidməti maşınlarının sayı artırıldı | Nazirlər Kabineti “Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 18 iyul 2011-ci il tarixli qərarında dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Mərkəzi Seçki Komissiyasının xidməti avtomobillərinin sayı 19-dan 22-yə çatdırılıb. |
2024-01-19 | 824,346 | Rusiyada böyük tikinti bazarı yandı - Video | 17:38 Rusiyanın Çelyabinsk vilayətində “Avropa-Asiya” böyük tikinti bazarı yanır. Axar.az xəbər verir ki, yanğın sahəsi 800 kvadratmetrdən çoxdur. Hadisə yerində 8 yanğınsöndürən briqada işləyir. Qeyd edək ki, tələfat barədə hələlik məlumat yoxdur. *** Bazarda baş verən yanğın söndürülüb. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb. Yanğının sahəsi min kv.m təşkil edib. Ərazidə 36 mütəxəssis və 7 texnika işləyir. |
2024-01-19 | 824,347 | İranın keçmiş prezidentini kim öldürüb? - Video | Yanvar ayı İran İslam Respublikasının tarixində ən önəmli siyasi fiqurlardan birinin – keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin vəfat etdiyi aydır və hər il olduğu kimi, bu il də onun ölümünün ildönümü münasibətilə İranda anım mərasimləri keçirilib. Lakin bu ildönümləri bir qayda olaraq təkcə mərasimlərlə deyil, Rəfsəncaninin şübhəli ölümünün detalları barədə müxtəlif qalmaqallı açıqlamalarla yadda qalır. Bu dəfə də belə olub: Rəfsəncaninin böyük qızı Fatimə Haşiminin ötən həftə nüfuzlu “Etimad” qəzetinə verdiyi müsahibədə söylədiyi fikirlər, necə deyərlər, bomba kimi partlayıb və İran cəmiyyəti və mətbuatında hələ də səngiməyən qızğın müzakirələrə yol açıb. Axar.az xəbər verir ki, bu barədə “Azad İran” Yutub kanalında yayımlanan videosüjetdə deyilib. Sözügedən müsahibədə Fatimə Haşimi ilk dəfə olaraq atasının öldürüləcəyi ilə bağlı qabaqcadan ona xəbərdarlıq edildiyini açıqlayıb. O bildirib ki, atasının ölümündən iki ay öncə 60 yaşlarında olan tanımadığı iki kişi onun işlədiyi Azad İslam Universitetinə gələrək Rəfsəncaninin həyatına təhlükə olduğunu çatdırıb. Fatimə Haşimi həmin söhbəti belə nəql edib: “Dedilər ki, biz gəlmişik deyək ki, atanızı öldürmək istəyirlər. Həm də onu elə öldürəcəklər ki, siz özünüz də onun təbii ölümlə vəfat etdiyini düşünəcəksiniz. Soruşdum: “Mənim atamı niyə öldürməlidirlər?” Dedilər, çünki onlar Xameneidən sonrakı dövr üçün narahatdırlar”. Fatimə Haşimi əlavə edib ki, çox qorxub və elə həmin gün axşam söhbəti atasına çatdırıb. Rəfsəncani isə deyilənlərə bir fikir bildirməyərək, ona bu barədə heç kəsə, hətta anasına da bir söz söyləməməyi tapşırıb. Qeyd edək ki, 1989-97-ci illərdə (iki dönəm) prezident olan Rəfsəncani 8 yanvar 2017-ci ildə 82 yaşında ürəktutmadan ölüb. Daha ətraflı videosüjetdə: |
2024-01-19 | 824,348 | Bakının uğurları Qərbdə bəzilərini qıcıqlandırır | Azərbaycanın uğurları Avropa Birliyini (AB) və xüsusən də onun aparıcı üzvlərindən olan Fransanı qıcıqlandırır. Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında rusiyalı siyasi ekspert Yevgeni Mixaylov AB, ona üzv olan ölkələr və bəzi digər Qərb ölkələrinin rəsmilərinin Azərbaycanı tənqid edən bəyanatlarına münasibət bildirərkən deyib. Ekspertin fikrincə, bu mənfi məqam həm də bu ölkələrdə siyasətçilərin erməni lobbisinin təsirinə düşməsi ilə bağlı ola bilər: “Azərbaycan məhkəmə sisteminə ünvanlanan qeyri-müəyyən şərhlər əslində Ermənistan tərəfinin Azərbaycanı “Qarabağ ermənilərinin qanunsuz mühakimələrində” ittiham edən bəyanatları ilə üst-üstə düşür”. O əlavə edib ki, söhbət separatçı rejimin rəhbərlərindən və Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərdən gedir. Politoloq xatırladıb ki, Moskva siyasi arenada Bakıya dəstəyini ifadə etməyə hər zaman hazırdır: “Rusiya Cənubi Qafqazda baş verən hadisələri görür. Moskva və Bakı tərəfdaşdır, prezidentlərimiz arasında çox yaxşı münasibətlər var. Bu, təbii ki, ölkələrimiz arasında mədəni və iqtisadi əlaqələrin gələcək inkişafına ciddi təsir göstərir”. |
2024-01-19 | 824,349 | Hərbi polislərimiz Qarabağda belə xidmət edir - Foto | Azərbaycan Ordusunun hərbi polis bölmələrinin azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək səviyyədə təşkil olunur. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində, o cümlədən yeni qurulan stasionar və səyyar postlarda patrul xidməti həyata keçirilir, şəxsi heyətin yoxlanılması və qeydiyyatı, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir. Həmçinin Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müşayiəti həyata keçirilir, eləcə də günün nizam qaydalarına uyğun olaraq hərbi qulluqçular tərəfindən qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyinin yerinə yetirilməsinə nəzarət edilir. |
2024-01-19 | 824,350 | 695-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 695-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 894 PUA-sı, 450 zenit-raket kompleksi, 14 686 tank və digər zirehli texnikası, 1 202 reaktiv yaylım atəş sistemi, 7 788 artilleriya və minaatanı, 17 617 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-19 | 824,352 | 2023-cü ildə Qırmızı Ürəklər Fonduna bu qədər ianə edilib | Ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasında böyük rolu olan Qırmızı Ürəklər Fondu (“Red Hearts”) 2023-cü ilə dair hesabat açıqlayıb. Bu haqda Fondun prezidenti Sevda Haqverdiyeva mediaya müsahibəsində bildirib. O qeyd edib ki, 2023-cü ildə Fonda 3 fərqli istiqamətdə 31 934 donor tərəfindən 1 521 238 manat ianə edilib. Ötən il Fond üçün 4 028 benefisiar, 242 könüllü göstəriciləri ilə tamamlanıb. Eyni zamanda o bildirib ki, “Hər istiqamət üzrə konkret göstəriciləri vurğulasam son bir il ərzində Fonda “Cəmiyyət” kateqoriyasında 31 430 ianəçi tərəfindən 1 489 351 manat, “Ətraf-mühit” kateqoriyasında 281 ianəçi tərəfindən 27 047 manat, “Heyvanların müdafiəsi” üzrə olan kateqoriyada isə 223 ianəçi tərəfindən 4 705 manat ianə olunub”. İanələr il ərzində həyata keçirilən müxtəlif sosial layihələrin icrasına sərf olunub. Onların sırasında Türkiyədə baş verən zəlzələdən zərər çəkmiş şəxslər üçün həyata keçirilən “Türkiyə üçün bir ürək olaq!” ianə toplamasa aksiyası, şəhid ailələrinin fərdi yaşayış evləri ilə təmin edilməsi, uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər, aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqla bağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkmə aksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvan sığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var. “Red Hearts” - Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin “Cəmiyyət” bölməsinə daxil olub ianələr etmək olar. |
2024-01-19 | 824,353 | Bu günün Hitleri Netanyahudur - Ərdoğan | Günümüzün Füreri Netanyahunun gözünü qan və kin bürümüş komandasının Fələstin xalqına yönəlik soyqırım barbarlığını Qərb ölkələri izləməklə kifayətləndi. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “İsrailə göz yumanlar “keşkə” deməkdən xilas ola bilməyəcəklər. Qərb ölkələrinə artıq heç bir etimad qalmadı. Faşizm siması ortaya çıxdı. Bu gün regionumuza aviadaşıyıcı gəmiləri göndərərək İsrail hakimiyyətinə qeyri-məhdud və qeyd-şərtsiz dəstəklər verənləri ibrətlə izləyirik”, - deyə dövlət başçısı bildirib. |
2024-01-19 | 824,354 | Fransa mədəni körpüləri yandırdı - Əmirbəyov | Fransanın Azərbaycanla mədəni körpüləri yandırması ən son addımdır. Axar.az xəbər verir ki, bu barədə Fransanın “Le Monde” qəzetinə müsahibəsində XIX əsr Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 2017-ci ildə fransız Evianında qoyulmuş abidəsinə qarşı ötən il dekabrın 30-da törədilən vandalizm aktını pisləyən Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib. Fransanın Azərbaycana münasibətdə təəccüb və dərin təəssüf hissi doğuran fəhmsiz davranışını xatırladan Prezidentin nümayəndəsi qeyd edib ki, “xarici ölkələrlə münasibətlərimizin tarixində ilk dəfə hər hansı bir ölkə ikitərəfli münasibətlərimizə əsaslanmayan və erməni diasporunun təzyiqi altında bu qədər çoxlu sayda qərəzli qətnamələr qəbul edir”. Paris ilə Bakı arasında münasibətlərdə davam edən diplomatik böhrana həsr olunmuş yazıda bu il yanvarın 18-də Milli Məclisin Fransa Senatının bir gün əvvəl qəbul etdiyi növbəti anti-Azərbaycan qətnaməsinə reaksiyası qismində Azərbaycan hökumətinə Fransa ilə bütün iqtisadi əlaqələri kəsmək barədə çağırışı da xatırladılır. |
2024-01-19 | 824,355 | Tonqada güclü zəlzələ baş verdi | Sakit okean hövzəsinin Polineziya sahəsində yerləşən Tonqanın Neiafu şəhəri yaxınlığında 6,3 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Zəlzələ ocağı 230 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilmir. |
2024-01-19 | 824,356 | Bu üç ölkə Rusiyaya qarşı birləşdi | Estoniya, Latviya və Litva Rusiya ilə sərhəddə müdafiə xətti yaratmaq barədə razılığa gəliblər. Axar.az xəbər verir ki, bu barədə Estoniya Müdafiə Nazirliyi məlumat yayıb. "Baltikyanı ölkələr şərq sərhədi boyunca Baltikyanı müdafiə xəttinin yaradılması ilə bağlı razılığa gəliblər. Müdafiə hazırlığını artırmaq üçün vaxtdan düzgün istifadə etmək mütləqdir", - nazirliyin məlumatında deyilir. |
2024-01-19 | 824,357 | Çinlə əlaqələr yüksələn xətlə inkişaf edir - Cabbarov | Azərbaycan və Çin Xalq Respublikası arasında ticarət və investisiya əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Axar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib. Nazir Davos İqtisadi Forumu çərçivəsində Çinin "CGTN Europe" televiziya kanalına müsahibə verib. "Müsahibədə Azərbaycanda qlobal reallıqlara uyğun dayanıqlı iqtisadiyyatın dəstəklənməsi, bərpa olunan enerjiyə keçidin təmin edilməsi və COP29-un Azərbaycanda keçirilməsi istiqamətində reallaşdırılan tədbirlər diqqətə çatdırılıb", - M.Cabbarov qeyd edib. |
2024-01-19 | 824,358 | Egeydə güclü zəlzələ: Afinada hiss edildi | Egey dənizində 4,4 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələ Yunanıstanın paytaxtı Afinada, Eğriboz adası yaxınlığında hiss edilib. Əlavə məlumat verilmir. |
2024-01-19 | 824,359 | Rusiyadan Fransaya daha bir xəbərdarlıq... | Rusiya ümid edir ki, Fransa ictimaiyyəti ölkənin Ukraynadakı münaqişədə iştirakının miqyasını və ölümlərə görə məsuliyyətini anlayacaq. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Fransa səfiri Pyer Levinin diplomatik departamentə çağırılmasından sonra yaydığı məlumatda deyilir. “Ümid edirik ki, Fransa ictimaiyyəti ölkənin münaqişədə iştirakının real miqyası haqqında doğru məlumat alacaq və getdikcə daha çox insanın ölümünə və iztirablarına görə məsuliyyəti dərk edəcək və bunu hakimiyyət orqanları ilə bölüşməli olacaq", - XİN-in açıqlamasında bildirilib. Qeyd edək ki, ötən gün Fransa səfiri Rusiya ordusunun Xarkovda əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinə endirdiyi zərbə nəticəsində bir qrup fransız muzdlusunun ölümündən sonra Rusiya XİN-ə çağırılmışdı. |
2024-01-19 | 824,362 | Yük maşınını təhlükəli sürən şəxs cərimələndi - Video | Ələt-Astara yolunun 90-cı km-də avtomobili təhlükəli idarə edərək avtoxuliqanlıq hərəkətləri edən "DAF" markalı 44-BV-243 nömrə nişanlı yük avtomobilinin sürücüsü məsuliyyətə cəlb edilib. Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, idarəyə daxil olan məlumat əsasında araşdırma başlanılıb: "Qeyd olunan nəqliyyat vasitəsinin sürücüsü E.Abdullazadə müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Abdullazadənin sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla o, 500 manat məbləğındə cərimə edilib". |
2024-01-19 | 824,364 | Yusubovun ailə üzvləri ilə Bolnisidə görüş keçirildi - Foto | Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları Bakıda mebel sexində baş vermiş partlayış zamanı həlak olmuş Gürcüstan vətəndaşı, Bolnisi rayonunun Arıxlı kəndindən olan Sərrac Yusubovun ailə üzvləri ilə görüşüblər. Axar.az xəbər verir ki, səfirliyin məsul əməkdaşları Eldar Bayramov, Ramel Lətifov və Elyar Məmmədzadə ailə üzvlərinə başsağlığı verib, onların qayğıları ilə maraqlanıblar. Azərbaycanın Gürcüstandakı səfirliyinin Sərrac Yusubovun ailəsinə, həmçinin övladlarının təhsilinə lazımi dəstək göstərməyə hazır olduğu ailə üzvlərinin diqqətinə çatdırılıb. Sərrac Yusubovun atası Oruc Yusubov göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. |
2024-01-19 | 824,368 | Naxçıvanda 3 minə yaxın döyüş sursatı aşkarlanıb | Ötən il Naxçıvanda 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir. "Bununla belə daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur", - qurumdan qeyd olunub. Naxçıvan DİN qanunsuz saxlanılan odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyyə edir. |
2024-01-19 | 824,369 | Ceyhun Bayramov somalili həmkarı ilə görüşdü | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov somalili həmkarı Əli Məhəmməd Ömər ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə XİN-in X sosial şəbəkəsindəki səhifəsində deyilir. Görüş Uqandada keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub. Tərəflər regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər. |
2024-01-19 | 824,374 | Britaniyanın "Əjdaha atəşi": İstənilən hədəfi vurur | Böyük Britaniya “Dragon Fire” (Əjdaha atəşi) adlı enerji lazer silahının yeni uğurlu sınağını keçirib. Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyinin açıqlamasında deyilir. Bildirilib ki, hava hədəflərinə ilk dəfə olduqca güclü atəş açılıb. Sınaq Şotlandiyanın qərb sahillərindəki Hebrid adalarında baş tutub. Agentlik milli təhlükəsizlik baxımından "Dragon Fire"ın atış məsafəsini açıqlamayıb, lakin qeyd edib ki, silah hər hansı görünən hədəfi məhv edə bilər. Müdafiə Nazirliyi 1 km məsafədən sikkə vurmağa qadir olan yüksək dəqiqliyə malik lazer silahları yaratmaq niyyətində olduqlarını vurğulayıb. |
2024-01-19 | 824,377 | Tehran və İslamabad razılığa gəldi | Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Pakistanın XİN-in məlumatında deyilir. “Pakistan və İran arasında sıx qardaşlıq əlaqələrini vurğulayan xarici işlər naziri İslamabadın Tehranla qarşılıqlı etimad və əməkdaşlıq ruhu əsasında işləmək arzusunu ifadə edib”, - Pakistan XİN-in bəyanatında deyilir. Cəlil Abbas Cilani onu da vurğulayıb ki, bu əməkdaşlıq ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmətə əsaslanmalıdır. Tərəflər həmçinin gərginliyi azaltmağa dair razılığa gəliblər. Qeyd edək ki, Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib. |
2024-01-19 | 824,379 | Rusiyadan təhlükə yoxdur, rahat yatırıq - Baş nazir | Hazırda Rusiya Finlandiya üçün təhlükə yaratmır, lakin Avropa Birliyi (AB) ölkələri və NATO hər şeyə hazır olmalıdır. Axar.az xəbər verir ki, bu barədə Finlandiya Baş naziri Petteri Orpo deyb. “Mən Rusiyadan Finlandiyaya birbaşa hərbi təhlükə görmürəm. Biz Finlandiyada gecələr rahat yatırıq, çünki yaxşı hazırlaşmışıq”, - deyə Orpo bildirib. |
2024-01-19 | 824,380 | Halı pisləşən türkiyəli sürücü Goranboyda qəza törətdi | Goranboy rayonunun Boluslu kəndi ərazisində Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Cem Yaradılmış avtomobil idarə edən zaman anidən halı pisləşib və qəza törədib. Axar.az-ın Report-a istinadən məlumatına görə, nəticədə onun nəqliyyat vasitəsi başqa avtomobillə toqquşub. Yüngül xəsarət alan C.Yaradılmış xəstəxanaya çatdırılıb. Onun qıcolma səbəbindən səhhəti pisləşdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. |
2024-01-19 | 824,381 | Qəzzada atəşkəs vacibdir - Bayramov | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fələstinli həmkarı Riyad əl-Maliki ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində paylaşım edilib. Görüş Azərbaycan nazirinin Uqandaya işgüzar səfəri çərçivəsində baş tutub. Tərəflər regional və beynəlxalq təhlükəsizlik sahəsində son hadisələri, Azərbaycan və Fələstin arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ceyhun Bayramov Qəzzada atəşkəsin vacibliyini və Azərbaycanın İsrail-Fələstin münaqişəsinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun ədalətli həllinə dəstəyini təsdiqləyib. |
2024-01-19 | 824,383 | NATO-dan açıqlama: Bakı və İrəvan münasibətləri... | NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir. Axar.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansı baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, baş katibin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina X sosial şəbəkəsində yazıb. O, həmçinin NATO-nun Azərbaycan və Ermənistanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bildirib. |
2024-01-19 | 824,386 | İlham Əliyevdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım | Azərbaycan Prezidenti İlham Əliyev 20 Yanvar faciəsi ilə bağlı sosial şəbəkədə paylaşım edib. Axar.az dövlət başçısının paylaşımını təqdim edir: |
2024-01-20 | 824,387 | ABŞ husilərin mövqelərinə zərbə endirdi | 2024.01.19. 21:34 ABŞ qüvvələri Yəməndə husilərin mövqelərinə yeni hücumlar həyata keçirib. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. “Bu səhər ABŞ qüvvələri Yəməndə husilərin hədəflərinə üç uğurlu özünümüdafiə zərbəsi endirib. Bu, ABŞ-ın son bir həftə ərzində dördüncü dəfədir ki, husilərin raket buraxılış sistemlərinə qarşı qabaqlayıcı tədbirlər görür”, - Kirbi qeyd edib. Onun sözlərinə görə, ABŞ qüvvələri təchiz edilmiş və istifadəyə hazır olan raket buraxılış qurğularını vurub. |
2024-01-19 | 824,389 | Bu ölkə prezidentinə xərçəng diaqnozu qoyuldu | Namibiya Prezidenti Haqe Qeynqoba xərçəng diaqnozu qoyulub. Axar.az xəbər verir ki, bu barədə Namibiyanın Prezident Aparatı məlumat yayıb. "Dövlətimizin başçısı hər il keçirilən müntəzəm tibbi müayinələr çərçivəsində kolonoskopiya və qastroskopiyadan keçib, ardınca biopsiya aparılıb. Nəticələrində xərçəng hüceyrələri aşkarlanıb. Həkim heyətinin məsləhəti ilə Prezident müalicə üçün müvafiq müayinədən keçəcək”, - deyə məlumatda qeyd olunub. Qeynqob əvvəllər prostat xərçəngindən əziyyət çəkirdi. 82 yaşlı siyasətçi müalicə alarkən, vəzifəsini də icra edəcək. Bu ilin sonunda Namibiyada prezident və parlament seçkiləri keçiriləcək. |
2024-01-19 | 824,392 | Azərbaycandan Rusiyaya 3 milyon yumurta göndərildi | 19 dekabr 2023-cü il tarixindən indiyədək Azərbaycandan Rusiyaya 3 milyon ədəd yumurta göndərilib. Axar.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor”un məlumatında deyilir. Bildirilib ki, 19 yanvar tarixində “Yaraq-Qazmalar” keçid məntəqəsindən Rusiya ərazisinə daha iki partiya olmaqla 612 min ədəd yumurta ixrac edilib. |
2024-01-19 | 824,395 | Bakını talan edən rus əsgərlər - Foto | 19-dan 20-nə keçən gecə (1990-cı il) Bakıda qanlar tökmüş 234-cü alayın 7-ci rotasının əsgərlərdir. Bu dəstə dinc insanların qanını tökməklə yanaşı, talançılıq da edib. Axar.az xəbər verir ki, tarixçi alim Zaur Əliyev bu sözlərlə aşağıda təqdim etdiyimiz fotonu yayıb. Alimin sözlərinə görə, bu əsgərlər Bakı-Sumqayıt yolunda bir “Kamaz” markalı maşını sürücünün əlindən alıb Pskov şəhərinə aparıb satıblar, Bakı Dəniz Vağzalına daxil olub, bütün spirtli içkiləri və rəngli televizoru götürüblər: “Müxtəlif yerlərdə olan mağazalara basqınlar ediblər. Sonradan bu dəstəni Pskova, ordan isə Vilnüsə aparıblar”. Z.Əliyev bu rotanın üzvləri olan Vladimir Popov və Fedotun etiraflarını da təqdim edib. |
2024-01-19 | 824,396 | Paşinyan Konstitusiyanı dəyişmək istəyir: ərazi iddiaları... | Baş nazir Nikol Paşinyan Ermənistanın yeni Konstitusiyaya ehtiyacı olduğunu bildirib. “Ermənistan Respublikasının Konstitusiya dəyişikliklərinə deyil, yeni Konstitusiyaya ehtiyac var” deyən Paşinyan ölkə gündəminə yeni mövzu gətirib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Nikol Paşinyan parlamentdəki çıxışlarında mövcud Konstitusiya barədə ara-sıra tənqidi fikirlərini bildirib, qonşu dövlətlərə ərazi iddiasını əks etdirən bəndlərin əsas qanunda varlığının reallığı əks etdirmədiyinə işarə edib: “Bu həqiqətdir, Ermənistan müstəqilliyini qazandıqda bu ölkədəki siyasi qüvvələr özgə torpaqlara göz dikərək, ərazi iddialarını əsas qanuna salmışdılar. O dövr bitdi. Paşinyan anlayır ki, Konstitusiya dəyişikliyi etmədən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq çətin olacaq. Radikalların və Qarabağ klanının müqavimətindən asılı olmayaraq, Paşinyan yeni Konstitusiya qəbul etmək istəyərsə, erməni cəmiyyətinin əksər hissəsi ona dəstəyini ifadə edəcək. Bu həmin ermənilərdir ki, İkinci Qarabağ müharibəsindəki ağır məğlubuyyətə rəğmən, yenə Nikol Paşinyana səs verdilər. Onlar yeni Konstutisiyaya da “yox” deməyəcəklər”. |
2024-01-19 | 824,399 | Ağdaşda ağır qəza: ölən və yaralananlar var | Yanvarın 19-u saat 18 radələrində Ağdaş rayonunun Şəmsabad kəndi ərazisində VAZ-2106 və “Mersedes” markalı avtomobillərin toqquşması iki nəfərin ölümü ilə nəticələnib. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, olayda VAZ-ın sürücüsü 1967-ci il təvəllüdlü Vidadi Məmmədov və 1957-ci il təvəllüdlü sərnişini Knyaz Salmanov aldığı xəsarətlərdən vəfat edib. Digər avtomobilin sürücüsü Baba Babayev və iki nəqliyyat vasitəsində olan 4 sərnişin isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2024-01-19 | 824,400 | Senatın Bakıya qarşı qərarı nəyi dəyişəcək? - Surenyants | Bəyanat müsbətdir, lakin siyasi mənada sıfır dəyərə malikdir. Xatırlayırsızsa, 44 günlük müharibədən dərhal sonra da Senat “Dağlıq Qarabağın müstəqilliyi”ni tanımağa çağırmışdı. Nəticə? Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Suren Surenyants yanvarın 17-də Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnaməni şərh edərkən deyib. O bildirib ki, bu bəyanat heç bir şəkildə Ermənistanı gücləndirmir, Azərbaycanı da heç bir şəkildə məhdudlaşdırmır: “Fransanın öz maraqları var və o maraqlar kontekstində bizimlə bağlı problemlərə də istinad edir. Bunun yerdə nəyisə dəyişəcəyini gözləmək, əlbəttə ki, mümkün deyil. Birincisi, ona görə ki, bu, icra hakimiyyətinin, Fransanın mövqeyi deyil. İkincisi, sənəddə qeyd olunan bir çox ifadələrin indiki zamanda həyata keçirilməsi imkanı yoxdur. Xarici siyasətimiz belə bir sənədli bazadan alət kimi istifadə etməlidir, amma böyük illüziyalara qapılmağa, həyəcanlanmağa dəyməz”. O bildirib ki, Fransa ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinin səbəbi Parisin regional siyasətinin Bakının, o cümlədən Bakının müttəfiqləri Türkiyə və Böyük Britaniyanın mövqeləri ilə üst-üstə düşməməsidir: “Yəni burada daha böyük oyun var. Bu da faktdır ki, Azərbaycan hazırda təkcə Fransanı deyil, bütün Qərb platformalarını rədd edib və bunun heç bir əməli nəticəsi ola bilməz. Siyasi Qərb çox vacibdir, təbii ki, onlarla əməkdaşlıq mühümdür, lakin Qərbin rolunu şişirtmək olmaz. Bəli, siyasi Qərb güclü oyunçulardan biridir, lakin bu o demək deyil ki, o, istənilən regionda istədiyini edə bilər. Biz görürük ki, indiki məqamda, məsələn, hər hansı bir Qərb dövləti və ya strukturu Azərbaycan siyasətinə təsir etmək iqtidarında deyil və ya bunu etmək istəmir”. Erməni politoloq hesab edir ki, Fransa ilə Azərbaycan münasibətlərində qırılma olmayacaq, ritorika səviyyəsində oxşar demarşlar olacaq, lakin bu demarşlar çox uzağa getməyəcək: “Unutmayaq ki, enerji nəhəngi TOTAL-ın (TOTAL Azərbaycanda böyük yatağı istismar edir – red.) Fransanın enerji layihələrində çox böyük iştirakı var”. |
2024-01-19 | 824,403 | Ukrayna aviasiyasından ruslara gözlənilməz zərbə... | Ukrayna müdafiə qüvvələrinin aviasiyası rus işğalçıların şəxsi heyətinin cəmləşdiyi bir əraziyə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir. "Gün ərzində müdafiə qüvvələrinin aviasiyası düşmənin şəxsi heyətinin cəmləşdiyi ərazilərdən birinə zərbələr endirib. Düşmənin iki artilleriya qurğusu məhv edilib", - deyə məlumatda bildirilir. |
2024-01-19 | 824,404 | Azərbaycanda güclü zəlzələ oldu | Azərbaycanın Saatlı-Sabirabad rayonlarının sərhədində 5 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Mərkəzin verilənlərinə əsasən, seysmohadisə Bakı vaxtı ilə saat 22:05:55-də qeydə alınıb. Zəlzələnin dərinliyi 61 km olub. Qeyd edilib ki, zəlzələ episentrdə - Saatlı-Sabirabadda 4, Biləsuvar, Nefçala, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Kürdəmir, Ağdaş və digər rayonlarda 4-3 bala qədər hiss olunmuşdur. |
2024-01-19 | 824,406 | Tokayev Roma Papasına hədiyyə verdi - Foto | Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu gün Roma Papası Fransisk ilə Vatikanda görüşüb. Axar.az xəbər verir ki, Prezident Tokayev Roma Papasına Qazaxıstandakı Karakol gölünün təsviri olan mozaika, həmçinin “Sülh quşu” adlı kiçik suvenir əsərini hədiyyə edib. Bu hədiyyələr Papanın 2022-ci ilin sentyabrında Dünya və Ənənəvi Dinlər Liderlərinin Qurultayında iştirak üçün Qazaxıstana səfərini xatırladır. |
2024-01-19 | 824,411 | TÜRKPA 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı | Türk Dövlətləri Parlament Assambleyası 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb. Axar.az xəbər verir ki, qurumun sənədində qeyd olunub: “SSRİ rəhbərliyinin əmri ilə Bakıda və ətraf rayonlarda dinc əhalinin kütləvi şəkildə qətlə yetirildiyi yanvarın 19-dan 20-nə keçən ən qanlı gecədən 34 il ötür. Sovet qoşunlarının törətdiyi yanvar faciəsi nəticəsində 150 dinc sakin həlak olub, daha 744 nəfər, o cümlədən qadınlar, uşaqlar və qocalar, tibb işçiləri və polis əməkdaşları yaralanıb. 1990-cı ilin faciəli hadisələrinin qurbanları simvolik olaraq “20 Yanvar şəhidləri” adlanır. Ümumilikdə Azərbaycanda 150 “20 Yanvar şəhidi” var. Qardaş xalqın milli birliyinin və vətənpərvərlik rəmzinə çevrilən bu gündə TÜRKPA Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş oğul və qızlarının xatirəsini ehtiramla yad edir. Allah şəhidlərin ruhunu şad etsin!”. |
2024-01-19 | 824,416 | Bayramov hindistanlı həmkarı ilə görüşdü | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının Uqandanın Kampala şəhərində keçirilən Zirvə Görüşü çərçivəsində Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar ilə görüşüb. Bu barədə Axar.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib. Görüşdə Azərbaycan və Hindistan arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regional vəziyyət müzakirə olunub. Tərəflər iki ölkə arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, ticarət, turizm, mədəniyyət, təhsil, nəqliyyat və s. istiqamətlər üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivlərinin mövcud olduğunu, bu istiqamətdə mövcud potensialdan istifadə imkanlarının müzakirəsi üçün siyasi məsləhətləşmələrin və ikitərəfli iqtisafi komissiya mexanizminin əhəmiyyətini qeyd ediblər. Son bir-neçə il ərzində artan siyasi təmasların münasibətlərə müsbət töhfə baxımından vacibliyi vurğulanıb. Nazir Ceyhun Bayramov həmçinin həmkarını postmünaqişə dövründə regionda cari vəziyyət, mövcud çağırışlar və imkanlar barədə məlumatlandırıb. Beynəlxalq ictimaiyyət tərəfindən sülh quruculuğu tədbirlərinin dəstəklənməsinin, Ermənistanın qeyri-konstruktiv mövqeyinin davam etdirilməsindən çəkindirilməsinin hər zamankından daha əhəmiyyətli olduğu vurğulanıb. Nazirlər iki ölkə arasında münasibətlərdə çətinlik yaradan məsələlər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı şəkildə mövqeləri diqqətə çatdırıb, bu məsələlərin həlli istiqamətində dialoqun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar. |
2024-01-19 | 824,418 | Bakı bu platformalarda görüşdən imtina edir | Ermənistan Azərbaycanla danışıqlara xoş niyyətlə yanaşır və biz regionda davamlı sülhün bərqərar olmasında maraqlıyıq. Axar.az xəbər verir ki, bu sözləri yanvarın 19-da Xorvatiyanın xarici işlər naziri ilə birgə mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. “Biz əminik ki, sülh təkcə Ermənistan əhalisinə deyil, regionun digər dövlətlərinə də fayda verəcək. Biz danışıqlarda, o cümlədən Avropa Birliyinin dəstəyi ilə, iştirak etdik, lakin indi görürük ki, Azərbaycan təəssüf ki, mövcud platformalar üzrə danışıqları bərpa etməkdən imtina edir. Bununla belə, biz danışıqların davam etdirilməsində maraqlıyıq. Dediyim kimi, biz danışıqlara kimin yardımçı olduğunu deyil, daha çox danışıqların hansı prinsiplər əsasında aparılmalı olduğunu qiymətləndiririk. Və bu kontekstdə bir daha qeyd etmək istərdim ki, bu, ərazi bütövlüyü, sərhədlərin tanınması və toxunulmazlığı, suverenliyin qarşılıqlı tanınmasıdır. Sülh razılaşmasının prinsiplər bunlardır”, - Mirzoyan bildirib. |
2024-01-19 | 824,419 | XİN-dən 20 Yanvar faciəsi ilə bağlı bəyanat... | Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı bəyanat yayıb. Axar.az xəbər verir ki, bəyanatda deyilir: “20 yanvar 2024-cü il Bu gün, keçmiş sovet hakimiyyəti tərəfindən beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan xalqına qarşı törədilmiş hərbi təcavüz və mülki əhalini hədəf alan misilsiz qətliamdan 34 il ötür. Keçmiş SSRİ-nin ötən əsrin 80-ci illərinin sonunda Ermənistanın ölkəmizə qarşı qanunsuz ərazi iddialarına, yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki dədə-baba torpaqlarından deportasiyasına, Azərbaycanın Qarabağ bölgəsində aparılan separatçılıq fəaliyyətinə dəstək vermək məqsədilə etnik zəmində törədilən ixtişaşlara göz yumması Azərbaycanda sovet hakimiyyətinə qarşı milli azadlıq hərəkatının geniş vüsət almasına təkan verdi. Azərbaycanda milli azadlıq hərəkatını güc yolu ilə yatırmaq məqsədilə, məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet Ordusu bölmələri və xüsusi təyinatlılar, habelə daxili qoşunların kontingenti tərəfindən Azərbaycana qarşı hərbi təcavüz nəticəsində Bakı və Sumqayıt şəhərlərində, Lənkəran və Neftçalada dinc əhaliyə, o cümlədən uşaqlara, qadınlara və qocalara qarşı qətliam törədildi. İşğalçı qüvvələrin hərbi təcavüzü nəticəsinə 150 mülki şəxs qətlə yetirildi, 744 nəfər ağır yaralandı, 4 nəfər itkin düşdü. Qətliamdan dərhal sonra 21 yanvar 1990-cı il tarixində Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində xalqımıza qarşı törədilmiş bu qanlı cinayəti ifşa edərək Sovet hökuməti tərəfindən yaradılmış informasiya blokadasını qırmağa, dünya ictimaiyyətini baş verən hadisələr barədə həqiqətləri çatdırmağa müvəffəq oldu. Ümumiyyətlə, 20 Yanvar faciəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. 34 il əvvəl sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi mübarizə ənənələrinə sadiq olduğunu göstərdi. Haqq-ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları o qanlı gündə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Tariximizə faciə ilə yanaşı, milli qürur günü kimi həkk olan 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı azad, suveren və müstəqil yaşamağa layiq olduğunu bütün dünyaya çatdırdı. Ulu Öndər Heydər Əliyevin ölkəmizdə yenidən hakimiyyətə gəlməsindən sonra, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirildi və 1994-cü ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olundu. Xalqımıza qarşı törədilən dəhşətli cinayətlərə, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı qəsdlərə, torpaqlarımızın Ermənistan tərəfindən 30 ilə yaxın hərbi işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsi ərazi bütövlüyümüzün, ötən ilin 19-20 sentyabr tarixlərində aparılan lokal antiterror əməliyyatları suverenliyimizin tam bərpası ilə nəticələndi. Milli azadlıq hərəkatının zirvəsinə çevrilməklə əks nəticə verən 20 Yanvar faciəsinin 34-cü ildönümü bu il ilk dəfə oğul və qızlarımızın uğrunda canlarından keçdiyi suverenliyimizin tam bərpa olunduğu dövrə təsadüf edir. Müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda canlarından keçən Şəhidlərimizin daim qəlbimizdə yaşayan xatirəsini dərin hörmət və minnətdarlıqla yad edirik". |
2024-01-19 | 824,421 | Azərbaycanda zəlzələ 7 bal olub? – Ermənistanda hiss edildi | Azərbaycanda, yerli vaxtla saat 22:05:55-də baş verən zəlzələ Ermənistanda da hiss edilib. Axar.az xəbər verir ki. bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb. Bildirilib ki, Şamaxıdan 89 km cənubda Azərbaycan ərazisində 5,2 bal gücündə olan zəlzələ Ermənistanın Sünik (Zəngəzur) rayonunda 2-3 bal gücündə hiss olunub. Ermənistan DİN-in Xilasetmə Xidməti zəlzələnin episentrdə 7 bal gücündə olduğunu bildirib. |
2024-01-19 | 824,423 | FHN zəlzələ ilə bağlı məlumat yaydı: Dağıntı varmı? | Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 19.01.2024-cü il tarixində yerli vaxtla saat 22:05-də Saatlı, Şirvan ərazisində 53 km dərinlikdə 5.1 maqnituda zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Zəlzələ Saatlı, Şirvan, Salyan, Sabirabad və bəzi ətraf ərazilərdə hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb. |
2024-01-19 | 824,428 | Seçkilərdən sonra Bakı ilə... - Klaar | Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfəri başa çatıb. Axar.az xəbər verir ki, bu barədə AB-nin nümayəndəsi sosial şəbəkədə bildirib. “AB-nin Ermənistan – Azərbaycan hərtərəfli sülh nizamlanmasına dəstəyini davam etdirdiyini vurğuladım. Bakı və İrəvan arasında məzmunlu ikitərəfli təmaslardan ruhlanır və seçkilərdən sonra Azərbaycan tərəfi ilə də tam şəkildə yenidən əlaqə qurmağı səbirsizliklə gözləyirik”, – o qeyd edib. Xatırladaq ki, Klaar Ermənistandan sonra Bakıya səfər etməyib və bunu Azərbaycanda seçki təbliğatının başlanması ilə izah edib. |
2024-01-19 | 824,433 | ADY yol infrastrukturuna kompleks baxış keçirir | Bu axşam saat 22:05-də ölkə ərazisində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası müvafiq infrastruktur obyektlərinə texniki baxışın keçirilməsinə başlayıb, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılır. ADY-dən Axar.az-a bildirilib ki, yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər. |
2024-01-19 | 824,435 | Azərbaycanda zəlzələ anının görüntüləri - Video | Xəbər verdiyimiz kimi, Azərbaycanın Saatlı-Sabirabad rayonlarının sərhədində 5 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, Sabirabadda zəlzələ anının görüntüləri yayılıb. Yayılan görüntülərdə yeraltı təkan zamanı insanların təşvişə düşdüyü əks olunub. Həmin anları təqdim edirik: |
2024-01-20 | 824,438 | Qanlı 20 Yanvardan 34 il ötür | Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür. Axar.az xəbər verir ki, Qanlı Yanvar hadisələrindən 34 il ötür. 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi. Ermənistan SSR-nin respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub. Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib. Ümumilikdə, Azərbaycanın 150 nəfər 20 Yanvar şəhidi var. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi. Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Milli Məclisə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər ilə həm də 20 Yanvar şəhidlərinin narahat ruhları dinclik tapdı. Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar, 20 Yanvar hadisələrindəki milli müqavimət nümunələri, 30 illik dövr ərzində işğalla barışmazlıq və 2020-ci ilin Vətən müharibəsində əldə edilmiş Tarixi Zəfər, Ermənistanın diz çökdürülməsi bu ümidləri daha da gücləndirir. Artıq Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı yeni prioritet kimi müəyyən edib. Xatırladaq ki, hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd edilir. |
2024-01-20 | 824,439 | Azərbaycanlı qardaşlarımızın yanındayıq - TDT | Türk Dövlətləri Təşkilatı 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı sosial şəbəkədə paylaşım edib. Axar.az xəbər verir ki, paylaşımda qeyd olunub: “Tarixə “Qara Yanvar” kimi yazılan bu gündə vətənlərinin müstəqilliyi uğrunda həyatlarını fəda edən şəhidləri yad etmək üçün Azərbaycanlı qardaşlarımızın yanındayıq, kədərlərini bölüşürük”. |
2024-01-20 | 824,440 | İran son dövrlərin ən böyük hərbi təlimini keçirir | İranda cümə günü xüsusi taktiki hava hücumundan müdafiə təlimləri başlayıb. Axar.az yerli mediaya istinadən xəbər verir ki, “Vilayət səmasının müdafiəçiləri 1402” təlimi İranda son dövrlərin ən böyük təlimlərindən hesab olunur. Təlimlərdə İranın Silahlı Qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, elit birliklər) bölmələri iştirak edir. Qeyd edək ki, daha əvvəl təlimlərə onlarla təyyarə və pilotsuz uçuş aparatları cəlb olunacağı bildirilmişdi. |
2024-01-20 | 824,441 | Bayramov Pinto ilə görüşdü | Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto ilə görüşüb. Xarici İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, görüş zamanı Azərbaycan və Venesuela arasında humanitar, mədəniyyət və digər sahələrdə əməkdaşlıq gündəliyi, habelə ikitərəfli və çoxtərəfli müstəvilərdə təmaslar müzakirə edilib. Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasında aktiv ikitərəfli əməkdaşlıq gündəliyindən söz açan nazirlər, iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil, turizm və s. əməkdaşlıq imkanlarının genişlənməsi persperktivlərinin mövcudluğunu vurğulayıblar. Görüş zamanı, həmçinin Azərbaycan və Venesuela arasında münasibətlər üçün ölkələrin xarici siyasət qurumları arasında keçirilən siyasi məsləhətləşmələrin vacibliyi qeyd edilib, növbəti siyasi məsləhətləşmələr haqqında fikir mübadiləsi aparılıb. Görüşdə digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilib. |
2024-01-20 | 824,442 | Rusiya NATO-ya bu vaxt hücum edəcək - Almaniya | Kremldən demək olar ki, hər gün təhdidlər eşidirik. Son dövrlər yenə Baltikyanı ölkələrdəki dostlarıma qarşı bu təhdidlər səsləndirilir. Ona görə də nəzərə almalıyıq ki, Vladimir Putin bir gün hətta NATO ölkələrindən birinə hücum edə bilər. Axar.az xəbər verir ki, bu sözləri Almaniya müdafiə naziri Boris Pistorius deyib. “Bizim ekspertlər bunun beş-səkkiz il ərzində mümkün olacağını ehtimal edir", - deyə nazir bildirib. O, xüsusilə müdafiə sənayesini gücləndirməklə qabaqcadan ehtiyat tədbirlərinin görülməsinə çağırıb. |
2024-01-20 | 824,444 | PA rəsmisi Türkiyə XİN başçısının müavini ilə görüşdü | Türkiyənin xarici işlər nazirinin müavini səfir Burak Akçapar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, görüş zamanı Türkiyə və Azərbaycanın gündəliyində duran regional məsələlər üzrə hərtərəfli məsləhətləşmələr aparılıb. |
2024-01-20 | 824,445 | Kirman teraktında əli olan iki İŞİD-çi öldürüldü | Kirman teraktında əli olan iki İŞİD terrorçusu təhlükəsizlik qüvvələri ilə qarşıdurmada öldürülüb. Axar.az xəbər verir ki, bu barədə İran Kəşfiyyat Nazirliyinin açıqlamasında deyilir. Bundan əlavə, terror təşkilatının bir sıra liderlərinin saxlanıldığı da bildirilir. Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb. |
2024-01-20 | 824,448 | Hayfa yaxınlığında şübhəli hava hədəfi ələ keçirildi | İsrailin Hayfa şəhəri yaxınlığında şübhəli hava hədəfi ələ keçirilib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. "Hayfa şəhərində şübhəli hava hədəfi istiqamətində mühafizə qurğusu işə düşüb və hədəf ələ keçirilib", - məlumatda qeyd olunub. |
2024-01-20 | 824,449 | Yaşıldərə sakinləri su içində qaldı – Video | Günlər keçsə də, qarın Sumqayıt şəhər Yaşıldərə yaşayış massivində fəsadları davam etməkdədir. Belə ki, bir neçə məhəllə və yollarda palçıq və su basması səbəbindən gediş-gəliş mümkünsüz hala gəlib. Bununla bağlı Axar.az-a məhəllə sakinlərindən şikayət daxil olub. Şikayətdə 4-cü məhəllə (Ağbulaq küçəsi) sakinlərinin yoldan istifadə edə bilməməsi, adi yağışlarda belə subasma hallarıyla qarşılaşdıqları, yolların bərbad vəziyyətdə olduğu, məktəblilərin piyada 1 km artıq dolama yollardan istifadə etdiyi bildirilir. Qeyd edək ki, 2013-cü ildə hazırlanmış Sumqayıt şəhərinin Baş Planında Yaşıldərə ərazisi Sumqayıtın əsas genişlənmə istiqamətlərindən biri kimi nəzərdə tutulsa da, hazırda bu istiqamətdə marşrut xətti belə yoxdur. Məhəllə sakinlərin çəkdiyi video görüntünü təqdim edirik: |
2024-01-20 | 824,450 | Bakı və İrəvan: Kremlə kim düşməndir? - Video | 08:30 Rusiyanın müttəfiqi Ermənistan Kremlin Cənubi Qafqaz siyasətinin əsas düşməninə çevrilir. Axar.az xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib. “Azərbaycan isə əksinə, konstruktiv, şəffaf tərəfdaşdır. İrəvan getdikcə daha çox antirusiya siyasəti yeridir. Bütün bunların fonunda Paşinyan bu il Vaşinqtonda və ya Parisdə məsləhət görülsə, diplomatik yardım göstərilsə, Ermənistanın KTMT-dən təcili çıxması ilə bağlı qərar verə bilər. Azərbaycan Qərblə flört etmir. Və son vaxtlar Qərb yenidən Bakını nümayişkaranə şəkildə tənqid etməyə başlayıb. Birincisi, bu yolla ABŞ və AB Ermənistana “konfet” vermək istəyir: deyirlər ki, bizimlə ol, KTMT-dən çıx, biz səni bəlada qoymayacağıq. Düzdür, 2020-ci ilin və İkinci Qarabağ müharibəsinin təcrübəsi belə vədlərin əvəzinin nə olduğunu göstərdi. Heç kim Ermənistan naminə nə Azərbaycanla vuruşacaq, nə də Türkiyə ilə. Ermənistan üçün heç kim Rusiyanı əvəz etməyəcək. İkincisi, Qərbin Azərbaycana təzyiqlərinin güclənməsi Bakıda fevralın 7-də keçiriləcək prezident seçkisi ilə əlaqələndirilir. Qərb ənənəvi olaraq seçki ərəfəsində Azərbaycana xüsusi təzyiqlər edir. 2018-ci ildə Ermənistandan fərqli olaraq, Azərbaycanda ciddi iğtişaşlar təşkil etməyə cəhd üçün kifayət qədər QHT yoxdur. Azərbaycan bu məsələdə Qərbi sərt şəkildə məhdudlaşdırıb. Eyni zamanda, ABŞ və AB-nin Bakı ilə bağlı birbaşa tənqidlərini, Azərbaycanda qəfil üzə çıxan fransız casus şəbəkəsini görürük. Bakı Fransadakı erməni diasporunun gücünü nəzərə alaraq, buna cavab olaraq qabaqlayıcı tədbirlər görür. Təbii ki, heç kim Azərbaycana qarşı sanksiyalar tətbiq etməyəcək. Baxmayaraq ki, Qərbin Rusiya ilə iqtisadi əlaqələrini necə kəsdiyinə baxsaq, heç nəyi istisna etmək olmaz”, - o bildirib. |
2024-01-20 | 824,451 | Şolts və Sunak Ukraynanı müzakirə etdi | Almaniya kansleri Olaf Şolts və Böyük Britaniya Baş naziri Rişi Sunak arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin məlumatında deyilir. Rəsmilər Ukraynadakı vəziyyəti müzakirə edib və əlavə dəstəyin göstərilməsinin vacibliyini vurğulayıblar. |
2024-01-20 | 824,452 | ABŞ və İsrailin Fələstin “mübahisəsi” oyundur – Gökçə | İsrail və ABŞ-ın bir-birinə cavab kimi görünən açıqlamalarında əslində heç bir ziddiyyət yoxdur, sadəcə, söz oyunu var. İsrail Qəzzanı tamamilə yox edərək, onu ələ keçirməyə çalışır. Qəzzanı ələ keçirməkdə əsas məqsəd yeni, özünün müəyyən etdiyi Fələstin dövlətini qurmaqdır. ABŞ isə Fələstin dövlətinin qurulmasının vacibliyini vurğulamaqla, əslində, dolayı yolla Təl-Əvivin planını dəstəkləyir. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik eksperti Əli Fuad Gökçə deyib. Alim ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə hazırlanan “Yüz ilin anlaşması” layihəsindən bəhs edib: “ABŞ İsrailin təhlükəsizliyi və Qəzzanın yenidən inşası üçün Fələstin dövlətinin qurulmasının vacibliyini, eyni zamanda bölgə dövlətlərinin təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu bildirib. Əsas məsələ isə Təl-Əviv və Vaşinqtonun beynindəki Fələstin dövlətinin hansı şərtlərlə qurulmasıdır. Nə Blinken, nə də ABŞ-ın digər rəsmi şəxsləri bu barədə dolğun açıqlama verib. Lakin ehtimal kimi əlimizdə Donald Trampın 2020-ci ildə irəli sürdüyü “Yüz ilin anlaşması” planı və “İbrahim müqavilələri” (Abraham Accords) var. Sözügedən müqaviləyə də İsrail, BƏƏ, Mərakeş, Sudan və Bəhreyn qatılıb. Trampın planına görə, yeni Fələstin dövlətinə 50 milyard dollar pul ayrılır, Fələstin dövləti Qərbi Şəriyədəki yəhudi məntəqələri istisna olmaqla, yerdə qalan əraziləri və Qəzza zolağını əhatə edəcək, HƏMAS təslim olacaq, fələstinlilər Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq, sərhədləri İsrail ordusu qoruyacaq, Fələstin dövləti yalnız yüngül silahlı polis qüvvələrinə sahib olacaq, Qərbi Şəriyə ilə Qəzza arasında dəhliz tikiləcək, bu şərtlər altında yaşamağa razı olanlar Qəzzada qalacaq, razılaşmayanlar isə Misirin Sinay yarımadasına və İordaniyada əvvəlcədən hazırlanmış bölgələrə köçürüləcək”. Gökçə proseslərin gedişatının qeyd olunan plan üzrə inkişaf etdirildiyini bildirib: “Hadisələrin gedişatı bizə İsrail və ABŞ-ın yuxarıda qeyd olunan plan üzrə hərəkət etdiyini göstərir. Bu plan eyni zamanda ABŞ-a İMEC (Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi) layihəsini gerçəkləşdirmək üçün lazımdır. Belə ki, bu ticarət marşrutu İsrailin Aralıq dənizindəki Hayfa limanına çatmaq üçün Qəzza ilə Qərbi Şəriyə arasındakı məsafədən keçməlidir. Ona görə də İsrail və HƏMAS arasında ötən il noyabrın 24-də atəşkəs elan olunduqdan sonra Vaşinqton Təl-Əvivin hərbi əməliyyatların bərpası qərarını dəstəklədi. Yəni Qəzza məsələsinin kökləri daha dərinə gedir”. Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu Fələstin dövlətinin yaradılmasının mümkün olmadığını demişdi. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə buna cavab olaraq İsrailin bölgədəki daimi təhlükəsizlik probleminin həlli və Qəzzanın qısa müddətə bərpası üçün Fələstin dövlətinin qurulmasından başqa yol olmadığını vurğulayıb. |
2024-01-20 | 824,453 | NATO dəliləri Rusiyaya hücuma hazırlaşır - Filippot | NATO Rusiyaya gizli hücuma hazırlaşır. Axar.az xəbər verir ki, bunu Fransanın “Patriot” hərəkatının rəhbəri Florian Filippot NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauerin Rusiya ilə müharibəyə hazırlıqla bağlı sözlərini şərh edərkən bildirib. “Və o (Bauer - red.) bunu o qədər tez-tez təkrarlayır ki, şübhə doğurur. "Biz münaqişə axtarmırıq, amma Rusiya bizə hücum edərsə, hazır olmalıyıq!” - Bauer deyir. Yalançı bayraq əməliyyatlarından (Şimal Axınındakı partlayış nəzərdə tutulur - red.) ehtiyatlı olun. Bu, yaxın aylarda ola bilər. Bu NATO dəliləri hər şeyə hazırdır!" – Filippo vurğulayıb. |
2024-01-20 | 824,454 | Ukraynaya qırıcı verdik, pulumuzu vermirlər - Slovakiya | 2022-ci ildə Ukraynaya təhvil verilən Sovet istehsalı olan S-300 sistemini əvəz edəcək yeni hava hücumundan müdafiə sisteminin hazırlanması illər çəkəcək. Axar.az xəbər verir ki, Slovakiyanın müdafiə naziri Robert Kalinyak “Standard” nəşrinə müsahibəsində deyib. O, keçmiş hökuməti ittiham edərək, Slovakiyanın döyüş aviasiyası və raketsiz qaldığını bildirib: “MiQ-29-lar da Ukraynaya verilib. Lakin bunun üçün vəd verilmiş 700 milyon avro kompensasiya AB və ABŞ tərəfindən hələ də verilməyib”. |
2024-01-20 | 824,455 | Ölkədə çörəyin qiyməti ucuzlaşacaq? - Video | Azərbaycanın xaricdən aldığı buğda 20 faiz civarında ucuzlaşıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, ötən ilin yanvar-dekabr aylarında ölkəyə 1 milyon 95 min tona yaxın buğda məhsulları idxal edilib. Axar.az xəbər verir ki, 1 ton buğdanın idxal qiyməti 338 dollardan 259 dollara düşüb. İqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, qiymətlərdə müşahidə edilən dinamikanı təhlil edərkən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), eləcə də Azərbaycanda müvafiq qurumların verdiyi statistika nikbin danışmağa əsas verir. Bəs Azərbaycanda buğdanın ucuzlaşması çörəyin qiymətini də ucuzlaşdıra bilrəmi? Ekspert idxal edilən buğdanın qiymətində müşahidə edilən dəyişikliklərin bazara necə təsir edə biləcəyini proqnozlaşdırıb. Daha ətraflı Xəzər TV-nin süjetində: |
2024-01-20 | 824,456 | İsrail Qəzzada bataqlıqdadır - İsrailli ekspert | İsrailin Qəzzada bataqlığa düşdüyünə dair açıq əlamətlər var və İordan çayının qərb sahilində gərginlik pik həddədir. Lakin Netanyahu və nazirləri buna əhəmiyyət vermir. Axar.az xəbər verir ki, bu sözləri israilli analitik Amos Harel İsrailin əməliyyatlarını şərh edərkən deyib. O bildirib ki, Qəzzada əməliyyatlar davam etdikcə Netanyahu hökuməti daha çox eyforiyaya qapılır: “Netanyahunun 3 il öncə söz verdiyinin əksinə olaraq, İsrail ən sabit 10 ilini yaşamır. Tam əksinə, ölkə daxilində və xaricində təhdidlər var”. |
2024-01-20 | 824,457 | Şəhidlərimizi hörmətlə anırıq - TÜRKSOY | Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib. Axar.az xəbər verir ki, təşkilatın X sosial media hesabındakı paylaşımda deyilir: “20 yanvar 1990-cı il. Qara Yanvar şəhidlərimizi hörmət və rəhmətlə anırıq”. |
2024-01-20 | 824,458 | Fransızlara Ukraynada döyüşməyi qadağan edə bilmərik | Fransa öz vətəndaşlarına Ukraynada döyüşməyə qadağa qoya bilməz. Axar.az xəbər verir ki, bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornu LCI telekanalına müsahibəsində bildirib. "Ukrayna hərbi geyimində döyüşməyə gedən fransız mülki şəxslər var. Biz onlara qadağa qoya bilmərik, biz hələ də demokratik ölkəyik. Bu insanların Fransa ordusu ilə heç bir əlaqəsi yoxdur, fransız hərbi forması geyinmirlər", - nazir bildirib. Qeyd edək ki, ötən gün Rusiya ordusunun Xarkovda əcnəbi döyüşçülərin müvəqqəti yerləşdirilmə məntəqəsinə endirdiyi zərbə nəticəsində bir qrup fransız muzdlusunun ölümündən sonra Fransa səfiri Rusiya XİN-ə çağırılmışdı. |
2024-01-20 | 824,459 | Zənginlik və yoxsulluq insan taleyinə necə təsir edir? | Kanadalı fizioloqlar zənginlik və kasıblığın insan taleyinə təsirini araşdırıb. Onlar 103 könüllünün həyatını təhlil edib. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər uşağın ailədə göz açmasından sonrakı ilk 5 ildə maddi rifahın sonrakı taleyini müəyyən etdiyini sübut edib. Hələ uşaqlıqda insanın taleyinə bir çox faktorlar təsir edir. Massaçusets İnstitutu və Harvard Universitetinin neyrobioloqlarının qənaətinə görə, zəngin, imkanlı ailələrdəki uşaqların beyninin kök və gicgah hissələri daha qalın olur. Kasıb ailələrin uşaqlarında SLC6A genində dəyişiklik xarakterikdir. Bu gen serotoninin beyinə yayılmasını təmin edir. Bu uşaqlarda depressiya və digər psixi pozuntular riski daha yüksəkdir. Ümumiyyətlə, kasib ailələrdə böyüyən uşaqlarda orqanizmdə stress hormonu kortizolun miqdarı çox olur. Bu hormon insanda qorxaqlıq, çəkingənlik, ehtiyat, tələsməmək hissini artırır. Kasıb uşaqlar riskə az meyillidir, karyerada irəliləməyə çəkinir. Eləcə də ABŞ-da zəngin insanların kasıblardan 10 il daha çox yaşadığı da sübut olunub. Kasıblar daha çox ürək tutması, ürək-qan damar xəstəliklərindən vəfat edir. Bundan əlavə, süd vəzi xərçəngi, prostat, qan xərçəngindən də kasıb ailələrdə böyüyənlər əziyyət çəkir. |
2024-01-20 | 824,460 | HƏMAS-ı İsrail özü bunun üçün yaratdı - Borrell | İsrail hakimiyyəti özü HƏMAS-ı maliyyələşdirib. Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. Borrellin sözlərinə görə, İsrail bununla Fələstin administrasiyasının İordan çayının qərb sahilində təsirini zəiflətmək niyyətində idi. Borrell eyni zamanda İsraildə hazırda iki dövlətin - yəhudi və ərəb dövlətinin eyni vaxtda mövcudluğu ideyasına qarşı olduqlarından da narazılığını ifadə edib: “İsrar edirəm ki, İsrail bu qərarı rədd etməklə, HƏMAS-ı yaradacaq qədər irəli getdi”. |
2024-01-20 | 824,461 | Britaniyanın 2 hərbi gəmisi toqquşdu - Qəza anı | Böyük Britaniyanın iki minaaxtaran gəmisi krallığın Bəhreyndəki dəniz bazasındakı limanda toqquşub. Axar.az xəbər verir ki, bu barədə “UK Defence Journal” onlayn nəşri məlumat yayıb. “Bəhreyndə iki minaaxtaran gəminin iştirakı ilə baş vermiş qəzadan xəbərdarıq. Hadisə nəticəsində heç kim xəsarət almayıb. Qəza ilə bağlı təhqiqat başa çatmamış əlavə şərh vermək doğru olmaz”, – Britaniya Hərbi Dəniz Qüvvələrinin məlumatında bildirilib. |
2024-01-20 | 824,462 | Məktəb yataqxanasında yanğın: 13 nəfər öldü | Çinin Henan əyalətinin Nanyan şəhərindəki məktəb yataqxanasında yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə ölkənin “Sinhua” agentliyi məlumat yayıb. Yanğın nəticəsində 13 nəfərin öldüyü bildirilib. Hadisədə həmçinin bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-20 | 824,465 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı | Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,56 dollara, yüngül neftin bir barreli isə 73,41 dollara təklif olunur. |
2024-01-20 | 824,468 | 20 Yanvar Bakı metropolitenində qeyd edilir - Foto | 1990-cı ilin qanlı 20 yanvar gecəsinin 34-cü ildönümü Bakı metropolitenində xüsusi tədbirlərlə qeyd edilir. Bakı Metropoliteni QSC-dən Axar.az-a verilən məlumata görə, xalqımızın azadlıq tarixinin təməli qoyulan o müdhiş gecəni adında əbədiləşdirən “20 Yanvar” stansiyasının tərtibat işləri gecə növbəsində səhər saatlarına qədər yekunlaşdırılıb. Stansiyada platformanın sütunlarına qərənfillərdən çələnglər qoyulub. Platformanın əsas giriş vestibülünün ön hissəsində üzərinə “20 Yanvar. Unutmadıq, unutmayacağıq” ifadələri yazılmış qərənfillərdən kompozisiya yerləşdirilib. Şəhidlərimizin əziz xatirəsinə xüsusi ehtiramın əlaməti kimi günorta saatlarına qədər platforma boyunca hər iki stansiya yolu boyunca işçilərdən ibarət qarovul dəstəsi düzülüb. Stansiyanın hər iki vestibülündə 1990-cı ilin 20 yanvar gecəsinin və 1994-cü ilin 19 mart terroru qurbanlarının adları həkk olunmuş xatirə lövhələri olan divarlara qərənfillərdən çələnglər yerləşdirilib. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə vətənpərvərlik mövzusunda günün ruhuna uyğun musiqi parçaları və marşlar yayımlanır. Qatarlarda stansiyaların elanları ənənəvi musiqi parçaları və radioinformator elanı ilə deyil, maşinistlər tərəfindən səsləndirilir. Saat 12:00-da metropoliten tunellərində olan bütün qatarlar stansiyalara çıxarılacaq və ölkə ərazisində bütün nəqliyyat vasitələrində olduğu kimi, stansiyalarda fasiləsiz fit səsi ilə müşayiət olunan anım dəqiqəsi keçiriləcək. Ənənəsinə sadiq qalan kollektiv nümayəndələri anım dəqiqəsini “20 Yanvar” stansiyasının platformasında sərnişinlərin və buraya gəlmiş ictimaiyyət nümayəndələrinin əhatəsində qeyd edəcəklər. Hər il olduğu kimi, Bakı Metropoliteni QSC-nin kollektivinin nümayəndələri gün ərzində Şəhidlər xiyabanını ziyarət edir, Azərbaycanın azadlıq salnaməsinin qəhrəmanlarının məzarları önünə gül dəstələri qoyur, ruhlarına dualar oxuyurlar. 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə qətlə yetirilmiş Bakı metropoliteninin iki əməkdaşı - “Nərimanov” elektrik deposunun çilingəri İlqar Qarayev və metro inşaatçısı Əflatun Kazımov Şəhidlər Xiyabanında günahsız qurbanların cərgəsində uyuyur. Sovet qoşunlarının müxtəlif istiqamətlərdən şəhərə soxularaq silahsız insanları amansızlıqla güllə-barana qərq etdiyi o müdhiş gecə metro rəhbərliyin qərarı ilə sübhədək işləyərək atəş yağmurundan xilas olmaq istəyən, sığınacaq axtaranların ümid yerinə çevrilib. Fədakarlıqla yaralanmış insanların xəstəxanalara çatdırılmasında, küçələrdə yardıma ehtiyac duyanların dadına çatmış, bir sözlə, əsl qəhrəmanlıq nümunəsi göstərmiş Bakı metropoliteni kollektivinin faciənin miqyasının dəfələrlə böyük olmasının qarşısının alınmasında əvəzsiz xidmətləri olub. |
2024-01-20 | 824,469 | Qallantdan Hizbullaha xəbərdarlıq: Güc yolu ilə... | Nə qədər ki, cənubda müharibə davam edəcək, şimalda da münaqişələr olacaq. Axar.az xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant Livanla sərhəddə xidmət edən hərbçilərlə görüşündə deyib. “Hizbullahla bölgədəki İsrail vətəndaşlarının təhlükəsizliyini təmin edən diplomatik razılıq əldə olunmalıdır. Əgər belə bir razılıq alınmasa, vətəndaşlarımızın təhlükəsizliyi üçün Hizbullaha qarşı güc yoluna əl atacağıq”, - nazir vurğulayıb. |
2024-01-20 | 824,471 | ABŞ səfiri Azərbaycana başsağlığı verdi - Foto | ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib. "Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüzünlə başsağlığı veririk", - səfir bildirib. |
2024-01-20 | 824,475 | Lənkəran polisindən əməliyyat: 16 nəfər saxlanıldı | Lənkəran sakinlərindən 6 kiloqramdan artıq narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları rayonun Balıqçılar qəsəbəsi ərazisində xidmətdə olarkən BMV markalı avtomobilin sürət həddini aşması, sürücü Mirsaleh Əbülfətzadə və sərnişin Zamiq Rzayevin şübhəli hərəkətlər etməsi səbəbindən həmin nəqliyyat vasitəsi saxlanılıb. Keçirilən baxış zamanı avtomobilin yük yerindən 5 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı məlum olub ki, həmin şəxslər sözügedən narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə satışının təşkil olunmasından ötrü əldə ediblər. Şöbə əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri digər əməliyyatla isə əvvəllər məhkum olunmuş Lənkəran rayon sakini Sehran Nəzərov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 kiloqram 500 qram marixuana aşkarlanaraq götürülüb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ümumilikdə isə son 10 gün ərzində Lənkəran ŞRPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 16 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır. |
2024-01-20 | 824,476 | Prezident və xanımı Şəhidlər xiyabanında - Video | 09:57 Qanlı 20 Yanvar faciəsindən 34 il keçir. Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 20-də - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət ediblər. Axar.az xəbər verir ki, dövlətimizin başçısı ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini yad etdi. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Otuz dörd il bundan əvvəl 20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Ümummilli Lider Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi. Ulu Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub. Həmin faciəli günlərdən artıq 34 il keçir. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir. Qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü - yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O, faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. Yalnız Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu Öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. Ümummilli Lider Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi. Ölkəmizdə 20 Yanvar əlillərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib. Bu gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki 2020-ci ildə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu, torpaqlarımızı erməni işğalından azad edərək bölgədə yeni reallıq yaratdı. 2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri davam etdirilir. Artıq keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə, doğma torpaqlarına qayıdırlar. İndi bu torpaqlarımızda həyat yenidən canlanmağa başlayır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həm də 20 Yanvar şəhidlərinin, ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur. Odur ki, xalqımız 20 Yanvar faciəsinin 34-cü ildönümünü xüsusi qürur hissi ilə qeyd edir. |
2024-01-20 | 824,485 | Türkiyə XİN 20 Yanvar şəhidlərini andı | Türkiyənin Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. "20 Yanvar 1990-cı ildə can Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan azərbaycanlı qardaşlarımızı hörmət və rəhmətlə yad edirik", - başsağlığında bildirilib. |
2024-01-20 | 824,489 | ABŞ PUA-sı İraqda qəzaya uğradı | ABŞ ordusuna məxsus PUA İraqdakı Bələd aviabazasının yaxınlığında qəzaya uğrayıb. Axar.az xəbər verir ki, PUA-nın İraq hüquq-mühafizə orqanları tərəfindən götürüldüyü bildirilib. Qeyd edək ki, Pentaqon faktla bağlı araşdırma aparıldığını açıqlayıb. |
2024-01-20 | 824,490 | Nazirlər və dövlət rəsmiləri Şəhidlər xiyabanında - Foto | Dövlət rəsmiləri 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, ziyarətə gələnlər arasında Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənov, müdafiə naziri general-polkovnik Zakir Həsənov da var. Onlar məzarlar üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər. |
2024-01-20 | 824,491 | Şirvanda zəlzələ: evlərdə çatlar əmələ gəldi - Foto | Şirvanda zəlzələ nəticəsində bir neçə evdə çatlar əmələ gəlib. Axar.az Report-a istinadən xəbər verir ki, ötən gün axşam saatlarında baş vermiş zəlzələ zamanı "Köhnə şəhər" adlanan ərazidə bir neçə fərdi yaşayış evində xırda çatlar yaranıb. Qeyd edək ki, ötən gün axşam saat 22:05 radələrində ölkə ərazisində 5 maqnitulalı zəlzələ baş verib. Zəlzələ Saatlı-Sabirabadda 4, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Saatlı rayonlarında 3-4 bala qədər hiss olunub. |
2024-01-20 | 824,493 | AB-dən HƏMAS-a növbəti sanksiya | Avropa Birliyi HƏMAS-a qarşı sanksiya paketi hazırlayır. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, yeni paketə görə, HƏMAS-ın maliyyələşdirilməsi ilə əlaqəsi olan 6 şəxsə sanksiyalar tətbiq olunacaq. Digər bir məlumata görə, sanksiya paketinə daxil edilən 4 nəfərin adı da bəllidir. Onlar Əbdül Basit Həmzə əl-Həsən Məhəmməd Xeyr, Nabil Şoman, Rida Əli Xamis və Musa Dudin Əhməd əl-Duveykdir. |
2024-01-20 | 824,495 | Xankəndi şəhəri ərazisində xeyli silah-sursat tapıldı | İşğaldan azad olunan Xankəndi şəhəri ərazisində silah-sursat tapılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 19-da Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 10 ədəd tüfəng, 9 ədəd qumbara, 2 ədəd patron darağı, 2091 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-01-20 | 824,497 | Prezident seçkilərinə hazırlıq prosesi... - Ombudsman | Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub. Fəaliyyət planına əsasən ölkədə silsilə tədbirlər keçirilir. İlk tədbirlər Quba və Naxçıvanda olub. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib: O bildirib ki, tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini haqqında təlimlər, treninqlər keçirilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.