date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-20 | 824,498 | Husilərin yunan gəmisinə raket hücumu - Video | Yəmənin Ənsarullah hərəkatının 16 yanvarda Ədən körfəzində Yunanıstana məxsus “Zografia” yük gəmisini raketlə vurmasının görüntüləri yayılıb. Axar.az Oxu.az-a istinadən sözügedən görüntüləri təqdim edir: |
2024-01-20 | 824,499 | 20 Yanvar xalqımızın qan yaddaşından silinməyəcək | Azərbaycan xalqı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet imperiyasının hərbi vəhşiliyinə məruz qaldı. Milli azadlıq və ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı ordu hissələri yeridildi və yüzlərlə günahsız insan qətlə yetirildi. 20 Yanvar hadisələri XX əsrdə xalqımıza qarşı davamlı olaraq həyata keçirilən təcavüzkar siyasətin ən bariz təzahürlərindən biri idi. Axar.az xəbər verir ki, bu sözləri qanlı 20 Yanvar faciəsinin mahiyyəti ilə bağlı mətbuata verdiyi açıqlamasında deputat Kamaləddin Qafarov deyib. O bildirib ki, ölkəmizin və xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin hadisələrdən 34 il keçir: "1980-ci illərdə SSRİ rəhbərliyinin himayədarlığı ilə erməni separatçıları tərəfindən başlanan Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğın və qətliamlar, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan ərazisindəki dədə-baba yurdlarından soydaşlarımızın məcburi deportasiyası da bu siyasətin mərhələləri idi". K.Qafarov qeyd edib ki, 1990-cı il yanvarın 20-nə keçən gecə SSRİ-nin o dövrki rəhbəri Mixail Qorbaçovun əmri ilə Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilən qoşun hissələri dinc əhalini təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə, ağır texnikadan və iriçaplı silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirmişlər: “Qanlı Yanvar gecəsində qoşunların qanunsuz yeridilməsi nəticəsində təkcə Bakıda və ətraf rayonlarda 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır. Hər zaman olduğu kimi, millətin ən ağır günlərində öz xalqının yanında olan, onun dərdini bölüşən Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsinə ilk olaraq qəti etirazını bildirmiş, bu qanlı cinayətə siyasi qiymət verərək, hətta imperiyanın mərkəzində olmasına rəğmən SSRİ rəhbərliyini ittiham etməkdən belə çəkinməmişdir. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı təcavüzə kəskin etirazını bildirərək həmin əməliyyata rəhbərlərini ifşa etmişdi. Məhz bu hadisədən sonra sovet imperiyası Azərbaycanda özünün bütün mənəvi və sosial dayaqlarını tamamilə itirdi". K.Qafarov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə Milli Məclis səviyyəsində ilk dəfə 1994-cü ildə hüquqi-siyasi qiymət verildiyini vurğulayaraq deyib: “Xalqın təkidli tələbi ilə Azərbaycana ikinci dəfə rəhbərliyə gəlişindən sonra Ümummilli Lider Heydər Əliyev həmin dövrün mürəkkəbliyinə baxmayaraq, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə yaxından məşğul oldu. Görülən işlər nəticəsində tezliklə bütün həqiqətlər üzə çıxdı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. Bundan 4 il sonra, 1994-cü il martın 29-da yenə də Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Milli Məclisin həmin qərarında qanlı 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini dönmədən davam etdirən möhtərəm dövlət başçımız şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına hər zaman xüsusi diqqət ayırır. Azərbaycan xalqı doğma Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq. 2020-ci ildə Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə nəticəsində 30 illik erməni işğalına son qoymaqla, eləcə də keçən il ölkənin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Azərbaycan bütün şəhidlərinin qanını almış, ruhlarını şad etmişdir”. |
2024-01-20 | 824,503 | Sexdəki yanğının səbəbi: bir neçə versiya... - Baş prokuror | Bakının Binəqədi rayonunda baş verən yanğınla əlaqədar cinayət işi başlanıb, istintaq tədbirləri aparılır. Axar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. O xatırladıb ki, yanğın zamanı 9 nəfər dünyasını dəyişib, yaralılar var: "Təəssüf hissi ilə ölən şəxslərin ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Onların müalicəsi istiqamətində bizim tibb orqanları tərəfindən tədbirlər həyata keçirilir". Baş prokuror bildirib ki, cinayətin səbəbləri və məsul şəxslərlə bağlı hazırda bütün ekspertizalar təyin edilib: "Baş verən partlayış və yanğının səbəbi ilə bağlı bir neçə versiya var. Son nəticələr olan kimi təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin ediləcək. Eyni qaydada Respublika Perinatal Mərkəzində baş verən yanğınla bağlı məsuliyyətə cəlb olunanlar var. Bunun da səbəb və şəraiti ilə bağlı hazırda istintaq davam edir". |
2024-01-20 | 824,505 | Erməni separatçıların istintaq prosesi... - Baş prokuror | Onlar qanunsuz hərəkətləri Ermənistana tabe olmaqla törədib, separatçılıqla məşğul olublar. Axar.az xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev erməni separatçıların istintaq prosesi haqda jurnalistlərə açıqlamasında deyib. "Bütün bunlarla bağlı hərtərəfli istintaq tədbirləri həyata keçirilir. Hazırda görüləsi işlər çoxdur. Azərbaycan Respublikasının qoşulduğu bütün beynəlxalq konvensiyaların tələbinə və milli qanunvericiliyə uyğun olaraq istintaq hərəkətləri aparılır. Cinayət işi yekunlaşdıqdan sonra ittihamlar məhkəməyə göndəriləcək və bununla bağlı ictimaiyyətə məlumat veriləcək", - o bildirib. |
2024-01-20 | 824,509 | Britaniya səfiri Azərbaycana başsağlığı verdi | Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar başsağlığı verib. Axar.az xəbər verir ki, səfir bu barədə X hesabında yazıb. "Bu gün azadlıqları və Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını itirənləri dərin hüznlə anıram", - diplomat qeyd edib. |
2024-01-20 | 824,519 | Çində fabrikdə partlayış: 8 nəfər öldü | Çinin Çzyansu əyalətində metal sexində güclü partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Qəzada 8 işçi həlak olub, 8 işçi isə xəsarət alıb. Təcili yardım qruplarının xilasetmə işlərini tamamladığı və hadisə ilə bağlı araşdırmaların davam etdiyi bildirilib. |
2024-01-20 | 824,520 | Azərbaycanda bir dəqiqəlik sükut oldu | Yanvarın 20-də saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Axar.az xəbər verir ki, nəqliyyatın hərəkəti dayandırılıb, gəmilərdən, avtomobillərdən, qatarlardan siqnallar verilib, hüzn əlaməti olaraq ölkənin şəhər və rayonlarında, kənd və qəsəbələrində Azərbaycan Respublikasının Dövlət Bayrağı endirilib. Qeyd edək ki, Qanlı Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycanın bütün ərazisində və bir sıra ölkələrdə şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir. Yanvarın 20-də səhər saatlarından başlayaraq Şəhidlər xiyabanını ziyarət edənlər qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edir, məzarları üzərinə tər çiçəklər düzürlər. |
2024-01-20 | 824,530 | Türkiyə səfirliyində bayraqlar yarıya endirildi | Türkiyənin Azərbaycandakı səfirliyində bayraqlar yarıya endirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı yanvarın 20-də Şəhidlər xiyabanında jurnalistlərə açıqlamasında deyib. "Bu gün qardaş Azərbaycanın matəm günüdür. Səfirliyimizdə bayraqlar yarıya endirilib. 20 Yanvar müstəqilik arzusunun başladığı tarixdir. Allahdan şəhidlərimizə rəhmət diləyirik", - diplomat bildirib. |
2024-01-20 | 824,531 | Bazar günü hava necə olacaq? | Bakıda və Abşeron yarımadasında yanvarın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin. Mülayim cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-8° isti, gündüz 12-17° isti olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-8° isti olacaq. |
2024-01-20 | 824,532 | Rusiyada onlarla insanı xilas edən azərbaycanlı... - Foto | Novosibirsk sakinləri Azərbaycandan olan fəhlə Rza Rzayev üçün 70 min rubldan çox pul toplayıblar. Axar.az Publika.az-a istinadən xəbər veririk, Rza yanvarın 17-də istilik magistralında baş verən qəza zamanı onlarla insanın həyatını xilas etməyə kömək edib. Bu barədə “Borusio”nun Teleqram kanalı məlumat yayıb. Şəhərin Leninski rayonu Petropavlovskaya küçəsində kommunal qəza baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 6-7-ci mərtəbəyə qədər yerdən qaynar su bulağı çıxıb. Ən yaxın küçə isti suyun altında qalıb. Sonradan məlum olduğu kimi, 14 nəfər yaralanıb. Azərbaycanlı olmasaydı, daha çox insan tələfatı ola bilərdi. Rza Rzayev əvvəlcə qaynar su basan yolayrıcından adlamaq üçün keçid təşkil edib, sonra isə insanların ondan istifadəsinə köməklik göstərib. O, uşaqları qucağında aparıb. Hekayə sosial mediada böyük əks-səda doğurub. Novosibirskdən olan fəallar həmin şəxs üçün Azərbaycandakı övladlarının yanına uça bilməsi üçün pul yığıldığını elan ediblər. Təşkilatçıların hesablamalarına görə, toplanan vəsait gediş-gəliş biletləri və övladlarına hədiyyə üçün kifayət edəcək. |
2024-01-20 | 824,535 | Qənirə Paşayevanın qəbirüstü abidəsi - Foto | Mərhum millət vəkili Qənirə Paşayevanın qəbirüstü abidəsi ucaldılıb. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Qeyd edək ki, Qənirə Paşayeva ötən ilin sentyabr ayında dünyasını dəyişib. |
2024-01-20 | 824,537 | Xankəndidə 20 Yanvar şəhidlərinin xatirəsi anıldı - Video | 34 ildə ilk dəfə Xankəndidə 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Axar.az xəbər verir ki, Daxili İşlər Nazirliyi sukut anının görüntülərini yayıb. |
2024-01-20 | 824,538 | Masazırda istixana yandı - Video | Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən istixanada yanğın hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində istixananın ərazisində yerləşən və sahəsi 120 m² olan qazanxanada baş vermiş yanğın genişlənməsinə, habelə istixanaya keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində qazanxananın içərisində 2 ədəd su qızdırıcısı, 4 ədəd elektrik lövhəsi, 10 p.m istilik sisteminin izolyasiyası, 30 p.m elektrik kabelləri və 5 m² sahədə müxtəlif avadanlıqlar yanıb. Qazanxananın böyük hissəsi, içərisində olan digər qurğu və avadanlıqlar, habelə istixana yanğından mühafizə olunub. |
2024-01-20 | 824,542 | İran Pakistan ərazisinə niyə zərbə endirdi? | İran və Pakistan qarşılıqlı zərbələrdən sonra diplomatik əlaqələrin bərpası ilə bağlı razılıq əldə edib. Toqquşmanın uzunmüddətli olmayacağı gözlənilən idi: tərəflərin heç biri bunda maraqlı deyil, hücum və cavab zərbəsinin “terrorçuları zərərsizləşdirmək” adı altında edilməsi də bunu göstərir, eyni zamanda, hər iki tərəfin sıx əməkdaşlıq etdiyi ölkələr, xüsusilə Çin prosesin genişlənməsinin əleyhinədir. “Lakin İran-Pakistan qarşıdurması niyə yaşandı” sualı açıq olaraq qalır. Pakistanın İran ərazisinə zərbə endirməsi adekvat cavab baxımından anlaşılandır, İranın hücumu isə birmənalı deyil. Və bunun arxasında İranın həm daxili, həm də regional müstəvidə hədəflərinin olduğu bəllidir. Daxili hədəf: SEPAH post-Xamenei dövrünə hazırlaşır; İranda hakimiyyətin hərbçilərə ötürülməsi prosesinə hazırlıq getdiyinə dair məlumatlar var, mövcud iqtidarın əsas missiyası da budur. Post-Xamenei dövrünə hazırlıq məqsədi daşıyan bu prosesdə SEPAH və ordu arasında (Bagirinin rəhbərlik etdiyi qruplar) ziddiyyətlər, hətta toqquşmalar müşahidə edilir. SEPAH-ın nəzarəti tamamilə ələ almaq üçün “xarici təhlükə” ssenarisini işə salacağı, daxili sabitliyi mühafizə etmək məqsədilə aktiv əməliyyatlara başlayacağı əvvəldən gözlənilirdi. Hətta Azərbaycanla qarşıdurmanı qızışdıran SEPAH-ın əsas hədəflərindən biri də bu idi, lakin Türkiyə faktoru, eləcə də Cənubi Qafqazda maraqlı tərəflər bu ssenarinin reallığını arxa plana atır. Əvəzində SEPAH-ın diqqəti Bəlucistana yönəldəcəyi mümkün ssenarilərdəndir. - birincisi, bu bölgənin İranın parçalanması ssenarisində potensial təhlükə olması ciddidir; - ikincisi, Pakistan ərazisində “Ceyş ül-Ədl”ə zərbə endirən İran Sistan-Bəlucistan bölgəsindəki bəluclar üzərində də təzyiq atmosferini gücləndirir. Bu hücumlar SEPAH-a daxili ictimai rəydə (burada İran ictimaiyyətindən daha çox, İran elitası nəzərdə tutulur) “ölkəni müdafiə edən qüvvə” imicini gücləndirmək üçün lazımdır. Çünki “keşikçilər korpusunun” elita daxilində “qalxan imici” ciddi şəkildə zədələnib: - Məhsa Əmini etirazlarının qarşısını ala bilmədilər və ciddi şəkildə “qan itirdilər”; - Qasım Süleymaninin öldürülməsindən indiyə qədər ciddi “qisas” əməliyyatı keçirə bilməyiblər: Kirmanda yenə Süleymaninin anım mərasimində baş verən partlayışlardan sonra da (ki, bu partlayışın məhz SEPAH-ın İraq, Suriya və Pakistana zərbə endirməsinə əsas yaratmaq məqsədi daşıdığı istisna edilməməlidir) “dişsiz” siyasət yürütdülər; - İsrailin Qəzzaya genişmiqyaslı hücumu qarşısında faktiki səssiz qaldılar; SEPAH İraqa, Suriyaya və Pakistana eyni anda zərbələr endirərək, belə demək mümkünsə, “yığılıb qalan qisası” aldığı görüntüsü yaradır. Və İran inqilabının əsas “qoruyucuları” olduqlarını nümayiş etdirirlər. Regional hədəf: İsrail-HƏMAS müharibəsi, ardınca Yaxın Şərqdə eskalasiya riskinin aktualaşdığı vaxt İran “əzələ nümayişi” sərgiləyir, xüsusilə İraq və Suriyada ABŞ və İsrail hədəflərinə hücuma etməklə buna cəhd göstərir. Bu, həm Kirmandakı partlayışın “qisası”na, həm daxili və “müqavimət oxu” adlandırdığı və proksi qüvvələrinin yayıldığı coğrafiyanın ictimai rəyini “yemləməyə” hesablanıb - hərçənd, Tehranın zərbə endirməmişdən öncə Vaşinqtonu məlumatlandırması təcrübəsi bu dəfə də eyni addımın atıldığı versiyasını gücləndirir -, həm də ABŞ-İsrail cəbhəsinə qarşı mübarizə apardıqlarını sərgiləyirlər. Lakin bütün bunlar – SEPAH və onun daxili-regional hədəfləri, Qəzza müharibəsinin bölgədə yaratdığı vəziyyət və s. – Pakistana niyə hücum edildiyi sualına tam cavab vermir. İstisna deyil ki, İranın Pakistana hücumu onun əsas rəqibi Hindistanla əlaqələndirilmiş ssenaridir və daha çox “yoxlama” məqsədi daşıya bilər. Və bu “yoxlama hücumu”nun nəqliyyat dəhlizləri uğrunda mübarizədən qaynaqlandığını demək mümkündür. - Çin-Pakistan İqtisadi Dəhlizində (CPEK) Bəlucistanda yerləşən Qvadar limanı önəmli nöqtələrdəndir; - İran bu bölgədəki nəqliyyat dəhlizlərində Qvadar limanının yox, Çabahar limanının seçilməsinə çalışır; - Hindistan-İran-Ermənistan nəqliyyat dəhlizinin aktuallaşmasındakı səbələrdən biri də limanlar uğrunda mübarizə idi; Və əsas diqqətçəkən məqamlardan biri SEPAH-ın Pakistana hücumundan bir neçə gün öncə Hindistan və Ermənistanın İrandan keçərək, Ermənistana və oradan Avropaya çıxan ticarət yolunun bu ilin may ayına kimi açılmasına dair razılaşmanın əldə edilməsidir. Bu kontekstdə İranın Pakistana hücumu bölgənin eskalasiyaya sürüklənməsi və layihələrin arxa plana keçməsi ssenarinin “yoxlanılması”, bunun mümkün olub-olmadığının sınaqdan keçirilməsi ola bilərdi. İstisna deyil ki, İslamabadda Tehranın niyyətini anladıqları üçün dərhal adekvat zərbələr endirməklə bu ssenarinin mümkünsüzlüyünü nümayiş etdirdilər. |
2024-01-20 | 824,546 | Türkiyədə də zəlzələ baş verdi | Türkiyənin Sivas vilayətində 4,4 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) yeraltı təkanlar yerli vaxtla saat 01:27-də qeydə alındığını açıqlayıb. Yeraltı təkanların episentri Quryun rayonu olub. Zəlzələnin ocağı 5,33 km dərinlikdə yerləşib. Qeyd edək ki, ötən gün yerli vaxtla saat 22:05-də Azərbaycanda 5 bal gücündə zəlzələ olmuşdu. |
2024-01-20 | 824,549 | Azərbaycan xalqı 20 Yanvar şəhidlərini yad edir - Foto | Azərbaycan xalqı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanına axın edir. Axar.az xəbər verir ki, xalqımız 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini ehtiramla yad edir. Minlərlə sakin Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə qərənfillər düzürlər. |
2024-01-20 | 824,552 | Nadir Şah rusları qovandan 258 il sonra, məhz 20 yanvarda… | Rusiyanın Azərbaycana qarşı terror və düşmənçilik siyasətinin kökü Nadir Şaha gedib çıxır. Məhz Şərqin böyük Fatehi Nadir Şah dünyaya ağalıq etmək istəyən Rusiyanın qarşısını kəsmişdir. Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim Zaur Əliyev qeyd edib. O bildirib ki, 70 il ərzində işğalçı dövlət olan Rusiyanın nəinki Azərbaycan torpaqlarına qədəm qoymaq, heç bu tərəfə baxmaq cəsarəti olmayıb: “Təsadüfdür, əlbəttə. Amma məhz 21 yanvar 1732-ci ildə Rəşt müqaviləsinə görə Rusiya Azərbaycan torpaqlarını tərk edib getdi və Nadir Şahın ölümündən sonra da uzun müddət bu torpaqlara tərəf baxa bilmədi. Nadir Şahın ölümündən uzun müddət keçəndən sonra Bakını işğal etməyə gəlmiş ruslar burada ciddi müqavimət gördülər. Sisianovun da başı burda kəsilib, bakılılar ruslara ciddi zərbələr vurublar. Bir sözlə, Rusiya Bakı və azərbaycanlılardan tarix boyu güclü müqavimət və ağır zərbələr görüb və bunları əsla unutmayıb. Tarixin bu hadisələrinin şahidlərindən biri də bu gün Şəhidlər Xiyabanı yerləşən Dağüstü parkdır. Bura uzun zaman müxtəlif dinlərdən olan şəxslərin dəfn edildiyi qədim qəbiristanlıq ərazisi olub. 8 avqust 1883-cü ildə qəbiristanlıqda cəsədləri anatomizə etmək üçün kiçik kilsə açılmışdı. Nəticədə məlum oldu ki, burda dəfn edilənlərin çoxu Rusiyanın işğalçı hücumları nəticəsində məhv edilmiş rus əsgərlərin meyitidir. Əlbəttə, Rusiya bunu Azərbaycana, xüsusilə bakılılara bağışlaya bilmədi və 1918-ci ilin mart hadisələri zamanı silahlandırdığı terrorçu ermənilərlə, özlərinin də iştirak etdiyi soyqırımdan zamanı minlərlə qətl edilmiş dinc bakılının burda dəfn edilməsinə bilərəkdən şərait yaratdı. Eyni ilin sentyabr ayında Bakı döyüşündə həlak olan türk əsgərlərin cənazələri də bu qəbiristanlıqda dəfn olunmuşdur. Lakin bu, onların qana susamış nifrətlərini sakitləşdirməyə yetmədi”. Alim xatırladıb ki, 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı: “Məhz o Kirova ki, əlləri yüzlərlə azərbaycanlı qanına batmış idi. Düz 1990-cı ilə qədər Rusiya burda dəfn edilən azərbaycanlıların məzarları üstündə əyləncələr təşkil etdi. Sovet hakimiyyəti Kirov parkı salınanda daş çatışmazlığı ilə üzləşdiyindən, baş daşlarından da istifadə ediblər. 1990-cı il. Rusiyanın qana susayan əlləri yenə Bakıya uzandı. 19-20 yanvar tarixlərində şəhərə daxil olan işğalçı orduya bir əmr verilmişdi: Azərbaycanlıları bacardıqca çox öldürün! Nəticədə rus əsgərlər uşaq-böyük bilmədən amansız qətllər törətdilər, yüzdən çox azərbaycanlı rus terrorunun qurbanı oldu və onların dəfn yeri yenidən Dağüstü park ərazisi seçildi. Burada şəhidlərə məzar qazılan zaman da vaxtilə burda dəfn edilən üç məzar tapdılar. Bu 3 nəfər 1918-ci il Mart soyqırımı zamanı şəhid olanlar idi. Onlar da adət-ənənəyə uyğun dəfn edildi. Burada eyni zamanda Birinci Qarabağ müharibəsi dövründə şəhid olan azərbaycanlılar da dəfn edildilər. Hazırda Şəhidlər Xiyabanı tarixin bir çox qanlı hadisələrinə şahiddir. Oranı ziyarət edən zaman biz 1918-ci ilin qurbanlarını da, 1990-cı ilin şəhidlərini də yada salırıq. Bura gedəndə daima xatırlamaq lazımdır. Rusiya Azərbaycan dövlətinin ən birinci düşmənidir”. |
2024-01-20 | 824,556 | Azərbaycan erməni qoyunları geri qaytardı | Azərbaycanlılar Zəngəzur ərazisindən, Ərəfsə kəndi istiqamətindən sərhədi keçərək, Azərbaycana daxil olan qoyunları geri qaytarıblar. Axar.az xəbər verir ki, bu barədə erməni mediası Dığ (Tex) kənd icmasın rəhbəri David Quluntsa istinadla məlumat yayıb. Məlum olub ki, erməni qoyunlarının ardınca çoban və onun 16 yaşlı oğlu da sərhədimizi keçmək istəyib, lakin Azərbaycan əsgərlərinin yaxınlaşdığını görərək qaçıblar. Qeyd edək ki, erməni mediası dünən qoyunlarının sərhədi keçməsini “Azərbaycanlılar qoyunları oğurladı” başlığı ilə yaymışdı, bu gün isə “Azərbaycanlılar oğurladıqları erməni qoyunları qaytardı” başlığı ilə həyasızlıqlarını davam etdiriblər. |
2024-01-20 | 824,557 | İsrail SEPAH-ın qərargahını vurdu: ölənlərin sayı artdı | 13:49 İsrail Suriyanın paytaxtı Dəməşqə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir üzvü məhv edilib. Agentliyin mənbəsinin sözlərinə görə, çoxmərtəbəli binadan Suriya hökumətinə dəstək verən iranlı məsləhətçilər qərargah kimi istifadə edirlər. İsrailin zərbəsi nəticəsində bina tamamilə dağılıb. *** İsrailin Suriyanın Dəməşq şəhərinə endirdiyi hava hücumunda SEPAH-ın 4 hərbi məsləhətçisi öldürülüb. Bu barədə SEPAH bəyanat yayıb. *** İsrailin Suriyaya endirdiyi zərbə nəticəsində ölən SEPAH üzvlərinin sayı 5-ə çatıb. SEPAH zabiti Məhəmməd Əmin Səmədi Dəməşq hücumunda aldığı yaralardan ölüb. |
2024-01-20 | 824,563 | Qətliama göstəriş verən Qorbaçov aylar sonra... - Hacıyev | Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda günahsız dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçovun bir neçə ay sonra 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülməsinə diqqət çəkib. Axar.az xəbər verir ki, o, bu barədə X hesabında paylaşım edib. “Qırmızı qərənfillər Qara 20 Yanvarın, Azərbaycan xalqının müqavimətinin və müstəqillik arzusunun simvolu oldu. Qəribədir ki, Bakıda günahsız dinc əhalinin qətliamına göstəriş verən keçmiş SSRİ lideri Mixail Qorbaçov bir neçə ay sonra 1990-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb”,- H.Hacıyev qeyd edib. Xatırladaq ki, bu gün Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti ildönümüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb. |
2024-01-20 | 824,566 | İsrail SEPAH qərargahını belə məhv etdi - Video | İsrailin Suriyanın paytaxtı Dəməşqdə yaşayış binasına endirdiyi zərbənin görüntüləri yayılıb. Axar.az xəbər verir ki, Suriya mediası dörd mərtəbədən ibarət evin tamamilə dağıldığını təsdiqləyib. Zərbə nəticəsində bir nəfər ölüb, 3 nəfər yaralanıb. “İslami Cihad” qruplaşmasının Siyasi Bürosunun üzvü Ehsan Atayanın “RİA Novosti”yə verdiyi məlumata görə, zərbə nəticəsində qruplaşmanın lideri Ziyad ən-Nahala və komandir Əkrəm əl-Acurinin həlak olması ilə bağlı İsrail sosial şəbəkələrində yayılan xəbərlər həqiqəti əks etdirmir. Qeyd edək ki, dağıdılan evdən SEPAH hərbi müşavirləri qərargah kimi istifadə edib. |
2024-01-20 | 824,568 | Bakı və İrəvanın gizli ərazi iddiası... - Paşinyan | 14:10 İndi faktiki olaraq Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar az-çox aktivdir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan “Mülki müqavilə” partiyasının idarə heyətinin iclasında danışıqlar prosesinin təfərrüatını təqdim edərək bildirib. “Əsasən, iş üçün iş kanalları var - xüsusən də mənim ofisimlə Azərbaycan Prezidentinin Aparatı arasında. Bu kanallar vasitəsilə biz birgə bəyanat qəbul etdik və nəticədə əsir düşən 32 qardaşımız geri qayıtdı. Təbii ki, fəaliyyətin mövzusu sülh müqaviləsinin mətni üzərində işdir. Bizə göndərirlər, biz işləyirik, onlara göndəririk. İndi əslində iş o yerə çatıb ki, biz Azərbaycandan, Azərbaycan da bizdən qarşılıqlı olaraq əlavə təminat istəyirik ki, bizim bir-birimizdən gizlədilmiş ərazi tələblərimiz və ambisiyalarımız yoxdur, çünki diplomatik mətnlərin özlərində həmişə fərqli istinadlar, kontekstlər və qeydlər var. Və biz təkliflərin sətirləri arasında Azərbaycanın ərazi tələblərinin bu gün olmasa da, gələcəkdə müəyyən təhlükələrini görürük. Düşünürəm ki, biz bu vəziyyətə davam edən bir iş kimi baxmalıyıq və bu suallara cavab verilənə qədər işə davam etməliyik”, - Paşinyan qeyd edib. |
2024-01-20 | 824,571 | Abşeronda 20 Yanvar şəhidlərinin xatirəsi yad edildi | Abşeron rayonunda 20 Yanvar faciəsi qurbanlarının 34-cü ildönümü dərin ehtiramla yad edilib. Xırdalan şəhərində 20 yanvar şəhidlərinin xatirə abidəsinin qarşısında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Abşeron rayon Ağsaqqallar Şurasının və Abşeron RİH yanında İctimai Şuranın sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və rayon ictimaiyyəti iştirak edib. Axar.az xəbər verir ki, rayon rəhbərliyi və tədbir iştirakçıları I Qarabağ, atəşkəs dövrü və Vətən müharibəsi zamanı şəhid olanların xatirəsinə inşa edilmiş Abidə Kompleksini də ziyarət edib, üzərinə tər çiçəklər düzüblər. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri şəhid ailələrinin və qazilərin iştirakı ilə II Fəxri Xiyabanda Şəhidlər Xiyabanını və Xırdalan şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, ruhlarına dualar oxuyublar. Ardınca Xırdalan şəhəri Heydər Əliyev Mərkəzində şəhid ailələrinin, qazilərin və 20 Yanvar əlillərinin iştirakı ilə görüş keçirilib. Görüşdə Abşeron RİH başçısının birinci müavini Yusif Sadıqov, YAP Abşeron Təşkilatının sədri Abbas Əliyev, Abşeron rayon Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, Abşeron RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, 20 Yanvar Cəmiyyətinin Abşeron rayon təşkilatının sədri Eyşan İsgəndərov, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxış edərək bildiriblər ki, 1990-cı ildə sovet ordusu xalqımızın azadlıq əzmini qıra bilməmiş, qəhrəman oğul və qızlarımız özlərini güllə qabağına verərək vətənimizin azadlığını, şəhidliyi hər şeydən üstün tutmuşlar. Qeyd edilib ki, faciəyə ilk etiraz səsini ucaldan şəxs məhz Ümummilli Lider Heydər Əliyev olmuşdur. Faciədən dərhal sonra Ulu Öndər sovet hakimiyyətinin törətdiyi qətliamı bütün dünyaya bəyan etmiş, 1994-cü ildə isə məhz onun sayəsində 20 yanvar faciəsinə hüquqi qiymət verilmişdir. O cümlədən vurğulanıb ki, vətənin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi daima əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əlatə olunub. |
2024-01-20 | 824,572 | Bayden: Netanyahu bu varianta etiraz edə bilməyəcək | Fələstin dövlətinin yaradılması üçün hələ də həll yolları mövcuddur. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden İsrail Baş naziri Benyamin Netanyahu ilə telefon danışığından sonra deyib. “Netanyahunun əleyhinə çıxa bilməyəcəyi ikidövlətli həll variantı ola bilər. BMT-yə üzv dövlətlər var ki, öz ordusu yoxdur, yaxud müəyyən məhdudiyyətlər şəraitindədir”, - Bayden vurğulayıb. Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ötən gün verdiyi açıqlamada Fələstin dövlətinin yaradılmasının mümkün olmadığını bildirmişdi. Baydenin işarə etdiyi “həll variantı” isə Fələstin dövlətini faktiki olaraq mühüm ərazi və ordudan, o cümlədən Qüdsdən məhrum edən “Yüz ilin anlaşması” planına (Trampın layihəsi) uyğundur. |
2024-01-20 | 824,573 | Şərqi Azərbaycan valisi öldü | Bu gün səhər saatlarında Şərqi Azərbaycan əyalətinin valisi Zeynalabdin Rzavi Xürrəm (Abdin Xürrəm) müalicə olunduğu İmam Rza xəstəxanasında həyatını itirib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Xatırladaq ki, SEPAH komandirlərindən olan Şərqi Azərbaycan əyalətinin “Aşura” korpusunun komandiri, briqada generalı 58 yaşlı Abdin Xürrəm 2021-ci il oktyabrın 17-də vali vəzifəsinə təyin edilmişdi. |
2024-01-20 | 824,575 | Azərbaycanlı futbolçu Polşa klubunda | Polşanın LKS (Lodz) komandası Azərbaycan millisinin futbolçusu Rahil Məmmədovun transferini açıqlayıb. Axar.az xəbər verir ki, 29 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. "Neftçi"nin yetirməsi olan oyunçu son olaraq “Qarabağ”ın formasını geyinib. Ağdam təmsilçisi ilə dörd dəfə Azərbaycan çempionu olan R.Məmmədov müxtəlif vaxtlarda “Səbail” və “Zirə”də də çıxış edib. Premyer Liqada 110, yığmada isə 15 oyun keçirən müdafiəçi bu mövsüm “köhlən atlar”la 9 çempionat matçına çıxıb. Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ildən “Qarabağ”ın uğurları üçün çalışırdı. |
2024-01-20 | 824,579 | Bu Türkiyə üçün seçim deyil, zərurətdir – Gülər | Üç tərəfdən dənizlərlə əhatə olunmuş Türkiyənin hüquq və qanunlarını qorumaq üçün güclü Hərbi Dəniz Qüvvələrinə sahib olmağımız seçim deyil, zərurətdir. Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər deyib. “Bu şüurla şanlı Türkiyə Hərbi Dəniz Qüvvələrini daha müasir, daha təsirli və daha güclü etmək üçün dəniz müdafiə sənayesində böyük addımlar atdıq və atmağa davam edirik. Yerli və sualtı torpedo AKYA, milli qanadlı raket “Atmaca” və yüksək təsirə malik “Sapan” raketlərinin kütləvi istehsalı istiqamətində atılan addımların əhəmiyyəti böyükdür. Bu məhsullar həm daxili sularımızda, həm də beynəlxalq sulardakı əməliyyatlarda donanmamıza böyük töhfələr verəcək”, - Gülər vurğulayıb. |
2024-01-20 | 824,581 | Əməliyyat: 30 kq-dan çox narkotik vasitə aşkarlandı | Polis əməkdaşlarının yanvarın 19-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 30,4 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 22 kiloqramdan çox marixuana, 4,1 kiloqramdan artıq heroin, 2,2 kiloqramdan artıq tiryək, bir kiloqram həşiş, 960 qram metamfetamin və 391 ədəd metadon və tramadol həbləri olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. |
2024-01-20 | 824,582 | Tanınmış futbolçu ayda 1 avro maaş alacaq | İvan Perişiçin "Hayduk"dakı maaşı məlum olub. Axar.az Qol.az-a istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi icarə əsasında "Tottenhem"dən Xorvatiya klubuna keçib. "İndex" yazıb ki, İvan Perişiçin maaşı ayda 1 avro olacaq. Maraqlıdır ki, “Hayduk”un digər məşhur futbolçusu Nikola Kaliniç də eyni məbləği alır. Qeyd edək ki, İ.Perişiç sağ dizinin ön çarpaz bağından zədələndiyi üçün bu mövsüm oynamayacaq. Yayda yarımmüdafiəçi azad agent kimi "Tottenhem"dən ayrılacaq və "Hayduk"la 1 illik müqavilə imzalayacaq. |
2024-01-20 | 824,583 | Makron Ermənistanı orduya “tapşırdı” – Sensasion mesaj | 15:17 2024-cü ildə biz sahil ərazilərimizin müdafiəsini yorulmadan təmin edəcəyik. Axar.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron ölkənin Silahlı Qüvvələrinə müraciətində bildirib. “Bu il böyük bir millət olaraq üzərimizə düşən öhdəliklərlə üzləşəcəyik. Burda təfərrüatı açıqlamayacağam. Ancaq Balkanları, Ermənistanı qeyd edə bilərəm – hansı ki, diqqət mərkəzimizdədirlər, xüsusilə bizim mövqeyimizi gücləndirən və tarixi qərarlar verən Ermənistana münasibətdə...” – Makron vurğulayıb. |
2024-01-20 | 824,584 | YAP-ın Mərkəzi Seçki Qərargahının iclası keçirildi | Yanvarın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının növbəti genişləndirilmiş iclası keçirilib. Axar.az xəbər verir ki, iclasda YAP yerli seçki qərargahlarının sədrləri də iştirak ediblər. Bildirilib ki, fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar yanvarın 15-də seçkiqabağı təşviqat mərhələsinə start verildiyi diqqətə çatdırılıb. Seçkilərə “Qalib xalqın Qalib Lideri!” şüarı ilə gedən YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyasının uğurla və mütəşəkkil qaydada davam etdirildiyi vurğulanıb. Qeyd edilib ki, kampaniya çərçivəsində respublikanın bütün bölgələrində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə seçki qanunvericiliyinə uyğun olaraq silsilə tədbirlər keçirilir. Yeni Azərbaycan Partiyasının nümayəndələri çoxsaylı tədbirlərlə yanaşı, seçicilərlə, xüsusilə də şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşlər keçirirlər. İclasda seçkilərlə əlaqədar YAP-ın Tədbirlər Planının icra vəziyyəti də müzakirə olunub, nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə yerinə yetirildiyi qeyd edilib. Eyni zamanda qarşıda duran əsas hərəkət və tədbirlərin müəyyən olunmuş müddətlərdə icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib. |
2024-01-20 | 824,585 | Qəzzada ölənlərin sayı 25 minə çatır | İsrail ordusunun Qəzzaya zərbələri nəticəsində ölənlərin sayı 24 927-yə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, son 24 saat ərzində İsrailin Qəzzada əməliyyatları nəticəsində 165 nəfər ölüb, azı 280 nəfər yaralanıb. Bununla da ümumi yaralıların sayı 62 388-ə yüksəlib. |
2024-01-20 | 824,586 | Qurbanov Perinatal Mərkəzin direktorunu işdən çıxardı | Respublika Perinatal Mərkəzi Publik Hüquqi Şəxsin direktoru Mehriban Abasquliyeva vəzifəsindən azad edilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Respublika Perinatal Mərkəzinə direktor əvəzi Dilarə Vidadi qızı Şirinova təyin edilib. Qeyd edək ki, yanvarın 9-da Respublika Perinatal Mərkəzinin inzibati binasında baş vermiş yanğın zamanı 4 körpə ölüb və müəssisəyə ciddi ziyan dəyib. Baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxsi - Mərkəzin direktoru Mehriban Adil qızı Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib. Xatırladaq ki, Mehriban Abasquliyeva 1998-2000-ci illər ərzində 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini vəzifəsində fəaliyyət göstərib. 2000-ci ildən etibarən Sabunçu rayonu 2 saylı Doğum Evinin baş həkimi vəzifəsində çalışıb. O, Perinatal Mərkəzə 2022-ci ilin dekabrında direktor təyin edilmişdi. |
2024-01-20 | 824,587 | Temperatur 10 dərəcə düşəcək, qar yağacaq – Xəbərdarlıq | Havanın temperaturu 5-10 dərəcə enəcək, yağış, qar yağacaq, güclü külək əsəcək. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra Bakıda və Abşeron yarımadasında yanvarın 21-i axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 22-si gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 ms/-dək güclənəcəyi gözlənilir: "Yanvarın 23-dən 24-ü gündüzədək fasilələrlə yağıntılı olacağı, yağışla başlayan prosesin bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Yanvarın 22-si Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 24-ü axşamadək arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”. G.Məmmədova bildirib ki, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Lənkəran-Astara, Mərkəzi Aran bölgəsində yağıntıların intensivləşəcəyi ehtimalı var: “Qərb küləyi 15-20 m/s, əsasən dağlıq və dağətəyi rayonlarda arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə aşağı enəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq”. |
2024-01-20 | 824,588 | Rəisi Türkiyəyə gedir - Tarix açıqlandı | İran Prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, məlumatı “Tasnim” agentliyi yayıb. Xatırladaq ki, bundan əvvəl Kirmanda baş verən terror hadisələrinə görə İ.Rəisinin Türkiyəyə səfəri təxirə düşmüşdü. |
2024-01-20 | 824,592 | 696-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 696-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 914 PUA-sı, 450 zenit-raket kompleksi, 14 705 tank və digər zirehli texnikası, 1 202 reaktiv yaylım atəş sistemi, 7 795 artilleriya və minaatanı, 17 641 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-20 | 824,596 | Mebel sexində partlayış: ölənlərin sayı artdı | Bakı şəhəri, Binəqədi rayonunda yerləşən mebel sexində yanvarın 15-də baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı artıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, hadisə zamanı xəsarət alan 1996-cı il təvəllüdlü Adil Aydın oğlu Rüstəmov göstərilən tibbi yardımlara baxmayaraq, yanvarın 20-də müalicə aldığı xəstəxanada ölüb. Bununla da hadisə nəticəsində həyatını itirənlərin sayı 10-a çatıb. Hazırda zəruri tibbi yardımlar göstərilməklə yaralanan digər şəxslərin müalicəsi davam etdirilir. Qeyd edək ki, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 9 nəfərin ölümü, 24 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayışla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır. |
2024-01-20 | 824,597 | Əli Əsədov BP-nin vitse-prezidenti ilə görüşdü | Azərbaycanın Baş naziri Əli Əsədov yanvarın 20-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb. Nazirlər Kabinetindən Axar.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, BP tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin önəmi qeyd edilib. İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər nəzərdən keçirilib. |
2024-01-20 | 824,599 | İstanbulu məhv etdilər, Kurumun layihələrini də bəyənmirlər | Suyu axmayan, bərbad nəqliyyatı, çirkli küçələri, insan ömrünün tükəndiyi tıxacları olan, bir sözlə bərbad bir İstanbulun fotosu bizi kədərləndirməklə yanaşı, üzərimizə götürdüyümüz məsuliyyəti də xatırlatdı. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Vaxtı ilə bu görüntüləri bitirmək üçün bütün resurslarımızı səfərbər etdik. Bəhanələrin arxasında gizlənməkdənsə, istanbulluların problemlərinin həllinə diqqət yetirdik. Allaha şükürlər olsun ki, biz qısa müddətdə demək olar ki, bütün əsas problemləri həll etdik. Təəssüf ki, son 5 ildə İstanbul yenidən o baxımsızlıqlara məruz qalıb. Beş il kimi qısa bir vaxt demək olar ki, bir əsrin 1/4 kimi gəldi”, - Ərdoğan bildirib. Ölkə başçısı eyni zamanda qeyd edib ki, indi İstanbulu idarə edənlər Murad Kurumun zəlzələ başda olmaqla, həyati əhəmiyyətli layihələrini lazımınca qiymətləndirmirlər: “Onların ətraf mühitdən anladıqları şəhəri yandırıb dağıdanları qorumaqdır”. Qeyd edək ki, Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizəd deputat, sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurumdur. |
2024-01-20 | 824,601 | Murovdağ tunelinin tikintisi nə vaxt başa çatacaq? - Video | Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Murovdağ tunelinin tikintisinin başa çatacağı tarixi açıqlayıb. Axar.az Baku TV-yə istinadən xəbər verir ki, qurum rəsmisi tunelin tikintisinin 2025-ci ildə bitəcəyini bildirib. “Ən uzun tunelimiz Murovdağ tunelidir. Onun tikintisi 2025-ci ilin may ayına qədər başa çatacaq”, - S.Məmmədov vurğulayıb. |
2024-01-20 | 824,602 | İsrail Livanda hərəkətdə olan maşını vurdu: ölənlər var | İsrail Hərbi Hava Qüvvələrinə məxsus PUA Livanın Tir şəhərində yolda hərəkət edən maşına zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Hücum nəticəsində 4 nəfər ölüb. Ölənlərin şəxsiyyəti bəlli deyil. |
2024-01-20 | 824,603 | İrəvan suverenliyimizi təhdid edən ünsürlərə qarşı... - İcma | Ermənistan hakimiyyəti öz ərazisində Azərbaycanın suverenliyini təhdid edən ünsürlərin fəaliyyətinə qadağa qoymalıdır. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, Ermənistan mediasında özünü hələ də hansısa qondarma “dövlətin prezidenti” kimi qələmə verən Samvel Şahramanyan adlı birisinin “dövlət naziri vəzifəsinə təyinat həyata keçirməsi” barədə məlumatlar yayılıb: “Bundan əlavə, Ermənistanın keçmiş xarici işlər naziri, qatı irqçi Vardan Oskanyanın rəhbərliyi altında beynəlxalq səviyyədə iş aparılması üçün hansısa “komissiya”nın yaradıldığı bildirilir. “Bəs Qərbi Azərbaycan İcmasının Ermənistanda Azərbaycan xalqının mədəni irsinin dağıdılmasının yolverilməzliyi ilə bağlı açıqlamalarını özünün suverenliyinə və ərazi bütövlüyünə qəsd hesab edən Ermənistan nəyə görə Azərbaycana qarşı belə düşmənçilik fəaliyyətinə şərait yaradır? Bütün bunlar Ermənistanın tezliklə Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olması barədə bəyanatları ilə tam ziddiyyət təşkil edir”, - icmanın bəyanatında qeyd edilib. |
2024-01-20 | 824,604 | AB-dən Yaxın Şərqlə bağlı 10 bəndlik plan... | Avropa Birliyi Yaxın Şərqdəki münaqişənin hərtərəfli həlli üçün plan hazırlayıb. Axar.az Report-a istinadən xəbər verir ki, planı təşkilatın Xarici Siyasət Xidməti ərsəyə gətirib. “Mövcud vəziyyəti nəzərə alaraq və aşkar çətinliklərə, qeyri-müəyyənliklərə baxmayaraq, hərtərəfli sülhə hazırlaşmağın vaxtı çatıb”, - sənəddə qeyd edilib. 10 bənddən ibarət planda Qəzza zolağında sülhün bərqərar olması, müstəqil Fələstin dövlətinin yaradılması və regionda uzunmüddətli təhlükəsizliyin təmin edilməsi üçün atılacaq addımlar əksini tapıb. Qeyd edək ki, AB ölkələrinin xarici işlər nazirlərinin yanvarın 22-də Brüsseldə keçiriləcək görüşündə Yaxın Şərqdəki münaqişənin əsas müzakirə mövzusindan biri olacağı gözlənilir. Bu görüş zamanı AB-nin 27 ölkəsinin xarici işlər nazirləri İsrail və Fələstindən olan həmkarları ilə danışıqlar aparacaqlar. |
2024-01-20 | 824,607 | Sabahkı hava bu insanlarda narahatlıq yarada bilər | Yanvarın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü, gilavar küləyinin axşam arabir güclənən xəzri küləyi ilə əvəz olunacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Tibbi-meteoroloji proqnozunda qeyd edilib. Bildirilib ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. |
2024-01-20 | 824,609 | 696-cı gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 696-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 375 270 hərbçi, 6 171 ədəd tank, 11 445 ədəd zirehli döyüş maşını, 8 868 ədəd artilleriya sistemi, 967 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 654 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 848 ədəd avtomobil texnikası, 6 934 ədəd PUA, 1 818 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 389 xüsusi avadanlıq itirib. |
2024-01-20 | 824,612 | Sibel Can Şəhidlər xiyabanını ziyarət etdi - Video | Türkiyəli məşhur müğənni Sibel Can Bakıda Şəhidlər xiyabanını ziyarət edib. Kult.az Oxu.az-a istinadən xəbər verir ki, o, iş adamı Ruhiyyə Əliyeva ilə birgə Şəhidlər xiyabanına gəlib. Kövrək anlar yaşayan ifaçı Bakıdakı “Türk şəhidliyi” abidəsinə də baş çəkib. Müğənni jurnalistlərə açıqlamasında 20 Yanvar faciəsinin heç zaman unudulmayacağını dilə gətirib: “Mütləq ziyarət etməli idim. Yoxsa rahat olmazdım. Allah bizə elə anları bir də yaşatmasın. Ruhları şad olsun. Heç vaxt unudulmayacaqlar. Dostum Ruhi xanımın sayəsində ziyarətim baş tutdu. Bakıya gələndə fürsət düşdükcə belə ziyarətlərimin olmasını istəyirəm. Bu, çox ağırdır. Hər birinin məkanı cənnətdir”. “Əbədi acıdır. Acı unudulmur, getdikcə böyüyür. Bir qədər öncə şəhidlərdən birinin yaxınını gördüm. Çox pis oldum. Arzum budur ki, heç zaman qan tökülməsin. Müharibə olmasın. Ruhları şad olsun”, - deyə sənətçi əlavə edib. |
2024-01-20 | 824,617 | Putin bu tarixdə Ankaraya səfər edəcək - Kreml | 18:19 Rusiya Prezidenti Vladimir Putin fevralın 12-də Ankaraya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, Ərdoğan administrasiyası "RİA Novosti"yə belə bir məlumata sahib olmadıqlarını, tarixin hələ də razılaşdırılmadığını bildirib. *** Sizə vaxtında məlumat verəcəyik. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov Putinin fevralda Türkiyəyə səfərinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən deyib. |
2024-01-20 | 824,618 | Ukraynaya mane olacağıq ki, dünya savaşı başlamasın | Ukraynanın NATO-ya üzvlüyünə mane olacağıq. Axar.az xəbər verir ki, bu fikri Slovakiya Baş naziri Robert Fiko səsləndirib. O qeyd edib ki, Ukrayna NATO üzvü olsa, III Dünya müharibəsi başlayacaq. |
2024-01-20 | 824,619 | Sabirabadlılar ov tüfənglərini polisə təhvil verdilər | Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib. Məlumata görə, aparılan tədbirlər nəticəsində rayon sakinləri qanunsuz olaraq saxladıqları müxtəlif markalı 5 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir. |
2024-01-20 | 824,620 | ABŞ-ın bazasına kütləvi raket hücumu: yaralı hərbçilər var | 18:37 İraqda yerləşən ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın istifadə etdiyi Ayn əl-Əsəd hərbi bazasına kütləvi raket zərbəsi endirilib. Axar.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb. Raket zərbələri ilə bağlı təfərrüat açıqlanmayıb. *** Bazaya endirilən raket zərbələri nəticəsində ABŞ-ın bir neçə hərbçisi yaralanıb. Bu barədə "Əl Ərəbiyyə" məlumat yayıb. |
2024-01-20 | 824,624 | Rüfət Hacıyev həbs olundu | Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev həbs edilib. Axar.az Report-a istinadən xəbər verir ki, R.Hacıyev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 311-ci (rüşvət almaq) maddəsi ilə cinayət işi açılıb. Binəqədi Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib. |
2024-01-20 | 824,625 | Senator ermənipərəst Menendezə meydan oxudu | ABŞ-ın Pensilvaniya ştatından olan senator Con Fetterman korrupsiya ilə bağlı ciddi ittihamlara məruz qalan Nyu Cersidən olan ermənipərəst qanunverici Bob Menendezi yenidən tənqid edib. Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumata görə, Fetterman senator Bob Menendezə meydan oxuduğunu bildirib: "Təbii ki, onun mühakimə olunmaq hüququ var. Amma onun senator olmağa haqqı yoxdur". Qeyd olunur ki, Fetterman Menendezi istefaya çağıran ilk şəxs olub və Nyu Cersi millət vəkilinin ən açıq tənqidçisinə çevrilib: "Bu əclafı çoxdan qovmalıydıq. İndi biz bu qətnaməni müzakirə etmək istəyirik və mən yekdilliklə təsdiq olunmasını xahiş edəcəyəm". |
2024-01-20 | 824,626 | Türk ordusu daha 9 terrorçunu məhv etdi | İraqın şimalındakı Qara bölgəsində PKK-nın daha 9 üzvü məhv edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik əməliyyatın davam etdiriləcəyini bildirib. |
2024-01-20 | 824,634 | Lukaşenkonun ayağına ağac düşdü, matçı buraxdı | Belarus Prezidenti Aleksandr Lukaşenkonun ayağına ağac parçası düşüb. Axar.az xəbər verir ki, bu barədə Lukaşenko özü məlumat verib. "Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü", - Lukaşenko söyləyib. O, ayağının şişdiyini bildirib və bu səbəbdən bu gün keçirilən xokkey matçında iştirak etməyib. |
2024-01-20 | 824,636 | İdarəetmədən çıxan avtomobil ağaca çırpıldı - Foto | Tovuz rayon Düz Cırdaxan kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, VAZ 2106 markalı avtomobil idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2024-01-21 | 824,637 | Ukrayna ordusunun zəif nöqtələri bunlardır - Vanner | Ukrayna silahlı qüvvələrinin sıralarında kəskin əsgər və sursat çatışmazlığı olduğu üçün ordu bir neçə mövqeyini tərk etməyə məcburdur. Axar.az xəbər verir ki, bunu jurnalist Kristof Vanner Almaniyanın “Velt” telekanalı üçün hazırladığı reportajda bildirib. O vurğulayıb ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin “mərmi aclığından” xəbərdardır və qoşun sayında da müəyyən problemlər var: "Buna görə də təmas xəttinin bəzi bölmələrində Ukrayna qoşunları öz mövqelərini tərk etməyə və digər obyektləri müdafiə etməyə məcbur olurlar. Bu şərtlər Ukrayna ordusu üçün zəif nöqtələrdir və Rusiya ordusu məhz bu ərazilərə zərbələr endirir". |
2024-01-20 | 824,639 | Bu ölkənin 600 əsgəri Hindistana daxil oldu | Myanma ordusunun 600-ə yaxın əsgəri üsyançılarla şiddətli toqquşmadan sonra Hindistan ərazisinə keçib. Axar.az xəbər verir ki, bu barədə Hindistanın NDTV telekanalı hökumətdəki mənbələrə istinadən məlumat yayıb. "Myanmanın qərbindəki Rakxayn əyalətindəki etnik silahlı qrup olan Arakan Rohinca Qurtuluş Ordusu (ARSA) tərəfindən düşərgələri zəbt edildikdən sonra əsgərlər Mizoram ştatının Lavnqtlay bölgəsinə sığınıblar”, - NDTV bildirib. Qeyd olunur ki, Mizoram hakimiyyəti mərkəzi hökumətə və daxili işlər naziri Amit Şaha bununla bağlı müraciət edib. |
2024-01-20 | 824,647 | G7 Qəzzad üçün məsuliyyəti üzərinə götürməlidir - Misir | G7 Qəzzada atəşkəs əldə etmək üçün məsuliyyəti öz üzərinə götürməlidir. Axar.az xəbər verir ki, bunu Misirin xarici işlər naziri Sameh Şükri deyib. O qeyd edib ki, hərtərəfli atəşkəsə nail olmaq regionda böhran vəziyyətinə son qoymağın və zorakılığın artmasını məhdudlaşdırmağın yeganə yoludur. |
2024-01-20 | 824,648 | Şamaxıda da zəlzələ oldu | Pirqulu stansiyasından 12 km şimalda Şamaxı rayonunda 3,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Axar.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələnin dərinliyi 5 km olub, episentrdə və yaxın ərazilərdə 3 bala qədər hiss olunub. Qeyd edək ki, ötən gün saat 22:05 radələrində ölkə ərazisində 5 maqnitulalı zəlzələ baş verib. Zəlzələ episentrdə - Saatlı-Sabirabadda 4, Biləsuvar, Nefçala, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Lerik, Şirvan, Zərdab, Ağdam, Kürdəmir, Ağdaş və digər rayonlarda 4-3 bala qədər hiss olunmuşdur. |
2024-01-20 | 824,650 | İran "Soraya"nı orbitə çıxardı | İran "Soraya" peykini orbitə çıxarıb. Axar.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. Məlumata görə, SEPAH Aerokosmik Qüvvələri “Soraya” peykini 11 dəqiqə ərzində Yerdən 750 kilometr yüksəklikdəki orbitə uğurla qaldırıb: "İran Kosmik Agentliyi tərəfindən istehsal edilən tədqiqat peyki “Qaem-100” daşıyıcı raketindən istifadə edilməklə orbitə buraxılıb. "Qaem-100" SEPAH Aerokosmik Qüvvələri tərəfindən hazırlanmış üç mərhələli bərk yanacaq daşıyıcı raketdir". Bildirilir ki, peykin çəkisi təxminən 50 kiloqramdır. |
2024-01-21 | 824,652 | Meloni Ərdoğanla görüşdü, Ankaranı təriflədi | 2024.01.20 - 20:31 İtaliya Baş naziri Corciya Meloni Türkiyəyə səfər edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Səfər çərçivəsində Meloni Prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Meloni Ərdoğanla görüşündə Ankaranın Qara dəniz taxıl təşəbbüsünün bərpası istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib. Görüş zamanı tərəflər əsas qlobal problemləri, xüsusilə İsrail və Fələstin arasındakı münaqişəni, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər. Bundan əlavə, Meloni Türkiyə tərəfinin diplomatik vasitəçilik səylərini alqışlayıb. |
2024-01-20 | 824,656 | Puşkinin kitablarını oğurlayan dəstə saxlanıldı | Fransada Avropa kitabxanalarından rus klassiklərinin - Puşkinin, Qoqolun, Lermontovun nəşrlərini oğurlayan cinayətkar dəstə saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, Fransa, İsveçrə, Almaniya, Finlandiya, Polşa və Baltikyanı ölkələrin kitabxanaları təcavüzkarların hərəkətlərindən zərər çəkib: "Tutulan şəxslərin üzərində Gürcüstan pasportu olub, ehtimal olunur ki, onlar Rusiyadan olan kolleksiyaçıların sifarişlərini yerinə yetiriblər. Oğurluq sxemi hər yerdə eyni olub: rus ədəbiyyatının "tədqiqatçıları" nadir kitabları, məsələn, Puşkinin və Lermontovun sağlığında nəşr olunan kitabları sifariş edib, sonra isə fürsətdən istifadə edərək onları kitabxanadan çıxarıb və ya saxta nüsxələrlə əvəz ediblər". |
2024-01-20 | 824,657 | ABŞ Ədənə yönəlmiş raketi vurdu | ABŞ Ənsarullah hərəkatının Ədən körfəzinə yönəlmiş gəmi əleyhinə raketini vurub. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb. Qeyd edək ki, husilər ötən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə mülki gəmilərə hücum təşkil edir. |
2024-01-20 | 824,658 | İrəvan-Gümrü yolunda ağır qəza: 14 yaralı | Ermənistanda baş verən qəza nəticəsində 14 nəfər xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə "Shamshyan.com" məlumat yayıb. Məlumata görə, qəza yanvarın 20-də saat 17:30 radələrində İrəvan-Gümrü avtomobil yolunda "Mersedes Vito" markalı mikroavtobus və "Opel Astra"nın toqquşması nəticəsində baş verib. Toqquşmadan sonra “Mersedes” beton maneəyə çırpılıb və o, bir neçə metr kənara düşüb. Xəsarət alanlar içərisində azyaşlı uşaqlar da var. |
2024-01-20 | 824,660 | Biz AB ilə danışıqlara hazır deyilik - Ulyanovski | Avrointeqrasiya kursunu təyin edən Moldova hakimiyyəti ölkənin Avropa Birliyinə daxil olması ilə bağlı Brüssellə danışıqlara hazır deyil. Axar.az xəbər verir ki, bunu Moldovanın keçmiş xarici işlər naziri Tudor Ulyanovski deyib. "Mövcud hökumət ölkənin AB-yə daxil olması ilə bağlı danışıqlara hazır deyil. Peşəkarlar, aydın baxış yoxdur. Və sual yaranır: niyə danışıqlara başlamaq barədə elan edilmiş qərardan bir ay sonra Moldovada heç bir danışıqlar bazası yoxdur? Danışıqlar planı, əsas danışıqları aparan mövcud deyil. İctimai məkanda çox adların olduğunu eşidirəm, amma bu, hökumətin nə qədər süst olduğunu, sistemli yanaşmasının olmadığını göstərir. Bu gün Moldovada heç bir danışıqlar qrupu belə yoxdur", - keçmiş XİN başçısı qeyd edib. |
2024-01-20 | 824,661 | Yaxın Şərq “alov içində”: İran yenə qisas vəd etdi | Şübhəsiz ki, bu yüksək rütbəli şəhidlərin qanı hədər getməyəcək və İran İslam Respublikası bu təcavüzkar və cinayətkarların siyasi, hüquqi və beynəlxalq təqibindən əlavə, sionist rejimin mütəşəkkil terrorizminə lazımi vaxt və məkanda cavab vermək hüququnu özündə saxlayır. Axar.az xəbər verir ki, bu sözləri İran XİN sözçüsü Nasir Kənani İsrail ordusunun Dəməşqə zərbəsi nəticəsində SEPAH üzvlərinin ölümünə münasibət bildirərkən deyib. O bildirib ki, SEPAH üzvləri Suriya hakimiyyətinin rəsmi dəvəti ilə qanuni şəkildə oradadırlar və ölkənin müdafiəsində misilsiz xidmət göstərirlər. N.Kənani İsrailin bu zərbəsini Suriyanın suverenliyinin kobud şəkildə pozulması olduğunu da əlavə edib. Qeyd edək ki, bu gün Suriyanın paytaxtında SEPAH əsgərlərinin istifadə etdiyi dördmərtəbəli binaya zərbələr endirilib. Nəticədə SEPAH-ın 5 zabiti və suriyalı əsgərlər həlak olub. |
2024-01-20 | 824,662 | AAYDA sədri: Kim istəsə, 110-dan yuxarı sürə bilər | Respublikanın magistral yollarında maksimal sürət həddi 110-dur. Biz sürücülərə xəbərdarlıq məqsədilə bu nişanı quraşdırmışıq. Orada heç bir radar və nəzarət yoxdur. Axar.az xəbər verir ki, bu sözləri AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov Baku TV-yə ödənişli yola yeni qoyulan sürət həddi nişanı ilə bağlı açıqlamasında deyib “Kim istəsə, 110-dan yuxarı sürə bilər”, - o bildirib. |
2024-01-20 | 824,663 | Bakı Metropoliteninin sədrinin yeni imici - Foto | Bakı Metropoliteni QSC-nin sədri Zaur Hüseynov imicində dəyişiklik edib. Axar.az xəbər verir ki, 20 Yanvar – Ümummilli Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edən QSC sədri kameraların obyektivinə tuş gəlib. Z.Hüseynovun saqqal və bığ saxladığı üzə çıxıb. Əvvəlki fotoları ilə müqayisə edəndə QSC sədrinin xeyli dəyişildiyini görmək olur. |
2024-01-20 | 824,665 | Qırmızı dənizdə daşımalar dayandırılır | Neft bazarının iştirakçıları, o cümlədən tanker sahibləri Qırmızı dənizin cənubunda uzunmüddətli daşımaların dayandırılmasına hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb. "Buna səbəb Yəmən husilərinin gəmilərə hücumları, eləcə də ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələri göstərilir", - məlumatda deyilib. |
2024-01-20 | 824,666 | Türkiyəli astronavtın paylaşımı: Yer belə görünür - Video | Türkiyəli astronavt Alpər Gezeravcı Yerin əsrarəngiz görüntüsünü paylaşıb. Axar.az həmin görüntüləri təqdim edir: |
2024-01-20 | 824,668 | Batumi-İstanbul reysi bomba xəbərinə görə təxirə salındı | Batumi Beynəlxalq Hava Limanının binasına bomba qoyulması barədə xəbər yayılıb. Axar.az xəbər verir ki, bu barədə "Birinci Kanal" məlumat yayıb. Hava limanına bomba qoyulması barədə anonim məlumat daxil olduqdan sonra Batumi-İstanbul reysi 2 saat müddətinə təxirə salınıb. İstehkamçılar hadisə yerinə gəlsələr də, hər hansı partlayıcı qurğu tapmayıblar. |
2024-01-20 | 824,671 | NASA: Mars helikopteri ilə Yer arasında əlaqə kəsildi | "İngenuity" helikopterinin operatorları Marsa 72-ci uçuşundan sonra cihazla əlaqəni itiriblər. Axar.az xəbər verir ki, NASA insidentin yanvarın 18-də baş verdiyini açıqlayıb. Bildirilir ki, o, nəzərdə tutulan maksimum 40 fut (12 metr) yüksəkliyə uğurla qalxıb. Planlaşdırılan eniş zamanı helikopterlə rover arasında əlaqə kəsilib. “İngenuity” komandası mövcud məlumatları təhlil edir və helikopterlə əlaqəni bərpa etmək üçün növbəti addımları nəzərdən keçirir”, - məlumatda bildirilib. NASA mütəxəssisləri “Preservance” roverini “İngenuity”in nəzərdə tutulan eniş yerinə göndərmək niyyətindədir, çünki maşınlar indi bir-birindən müəyyən məsafədə yerləşir. Roverin kameralarından istifadə edərək helikopterin yoxlanılması onun vəziyyətini qiymətləndirməyə kömək edəcək. Marsda olduğu müddət ərzində “İngeniuty” ümumilikdə 17,7 kilometr uçub və qırmızı planetin səmasında 128 dəqiqə vaxt keçirib. Qurğu hava kəşfiyyatını həyata keçirir və “Preservance” roverinə optimal marşrutlar tərtib etməyə kömək edir. |
2024-01-20 | 824,675 | İsrailin öldürdüyü SEPAH-çı kimdir? - İran yasa batdı | İsrailin Dəməşqə zərbəsi nəticəsində ölən 5 SEPAH üzvündən biri Qüds briqadası komandirinin təhlükəsizlik üzrə müavini Höccətullah Ümidvardır. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, Höccətullah Ümidvarın Suriyadakı əməliyyat adı Hacı Sadiq olub. Suriya ordusunda nüfuz sahibi olan Hacı Sadiq bir çox əməliyyatın hazırlanmasına rəhbərlik edib. H.Ümidvarın ölümü İranda böyük əks-səda doğurub. Qeyd edək ki, İsrail ordusu bu gün Dəməşqdə SEPAH zabitlərinin qərargah kimi istifadə etdiyi dördmərtəbəli binaya zərbə endirib. Nəticədə bina tamamilə dağılıb, H.Ümidvar da daxil olmaqla, SEPAH-ın 5 hərbi müşaviri və suriyalı hərbçilər ölüb. |
2024-01-20 | 824,678 | “Beşiktaş” darmadağın oldu | Futbol üzrə Türkiyə Super Liqasında XXI turun növbəti oyunları keçirilib. Axar.az xəbər verir ki, səfərdə “Pendikspor”un qonağı olan “Beşiktaş” 0:4 hesabı ilə uduzub. Meydan sahiblərinin heyətində qollardan ikisini "Fənərbağça"dan icarəyə götürülən Umut Nayir vurub. Digər matçlarda "Kasımpaşa" "Hatayspor"a 3:0, "Alanyaspor" "Rizespor"a 2:1 hesabı ilə qalib gəlib, "Fatih Karagümrük" "Başakşehir"lə, "Adana Demirspor" isə "Ankaragücü" heç-heçə edib - 1:1. Turun digər görüşləri yanvarın 21-22-də keçiriləcək. Qeyd edək ki, turnir cədvəlinə 53 xalla "Fənərbağça" başçılıq edir. Liderdən iki xal az toplayan "Qalatasaray" ikincidir. "Trabzonspor" 37 xalla üçüncü, "Beşiktaş" 35 xalla dördüncü pillədə qərarlaşıb. |
2024-01-20 | 824,681 | Slovakiyadan gözlənilməz: Rusiya ilə əlaqələri bərpa etdi | Slovakiyanın mədəniyyət naziri Martina Simkoviçova 2022-ci il fevralın 24-dən sonra respublikanın Rusiya və Belarusla mədəniyyət sahəsində əməkdaşlığının dayandırılması barədə sərəncamı ləğv edib. Axar.az xəbər verir ki, bu barədə “Pravda” qəzeti məlumat yayıb. Rusiya və Belarusla təmas və mədəni əməkdaşlıq qadağası 2022-ci ilin martında qüvvəyə minib. Nazirliyin keçmiş rəhbəri Natalya Milanova bu addımını Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləməklə izah edib. Hökumətdə Slovakiya Milli Partiyasını təmsil edən hazırkı nazir yanvarın 12-də sələfinin sərəncamını ləğv edib. |
2024-01-20 | 824,682 | SEPAH üzvlərinin məhv edilməsinə Rəisidən reaksiya | Yenə də sionist cinayətkar rejim (İsrail nəzərdə tutulur – red.) Suriyanın hava məkanını açıq şəkildə pozaraq müşavir qiyafəsində Suriyada iştirak edən və Əli əhlinin (şiələr nəzərdə tutulur – red.) mühafizəsində olan İran İslam Respublikasının 5 hərbi müşavirini və Suriya qüvvələrinin bir neçə əsgərini qətlə yetirib. Axar.az xəbər verir ki, bu sözlər İran Prezidenti İbrahim Rəisinin bu gün Dəməşqə endirilən zərbə nəticəsində SEPAH zabitlərinin ölməsi ilə bağlı başsağlığı məktubunda əksini tapıb. “Bu qorxaq sui-qəsdi pisləyərək, İranın möhtərəm məsləhətçiləri Höccətullah Ümidvar (Əməliyyat adı Hacı Sadıq, Qüds briqadası komandirinin təhlükəsizlik üzrə müavini – red.), Əli Ağazadə, Hüseyn Məhəmmədi, Səid Kərimi və Məhəmməd Əmin Səmədinin şəhadətini ali rəhbər və Ali Baş Komandana (Əli Xamenei nəzərdə tutulur – red.) təqdim edirəm. Şübhəsiz ki, qeyri-qanuni sionist rejimin öz çirkin məqsədlərinə çatmaqda uğursuzluğunun artmasına, müqavimət cəbhəsi döyüşçüləri qarşısında çarəsizliyinin və acizliyinin dərinliyinə dəlalət edən bu cür terror və cinayət əməlləri cavabsız qalmayacaq”, - o bildirib. Qeyd edək ki, İsrail ordusu bu gün Dəməşqdə SEPAH zabitlərinin qərargah kimi istifadə etdiyi dördmərtəbəli binaya zərbə endirib. Nəticədə bina tamamilə dağılıb, H.Ümidvar da daxil olmaqla, SEPAH-ın 5 hərbi müşaviri və suriyalı hərbçilər ölüb. |
2024-01-20 | 824,684 | 20 Yanvar Sovet İttifaqının süqut nöqtəsi idi - Markov | 20 Yanvar 1990-cı il hadisələrinin məsuliyyəti Mixail Qorbaçovun üzərindədir. Axar.az xəbər verir ki, bunu Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov deyib. “Azərbaycanın Rusiyadakı çoxsaylı dostları adından Azərbaycan xalqına, həmin faciəli Yanvar günlərində bütün millətlərdən həlak olan insanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Biz hamımız başa düşürük ki, bu, Sovet İttifaqının süqut nöqtəsi idi. Bu faciəli hadisələr siyasətçilərin məsuliyyətsizliyinin əvəzində xalqların ödədiyi çox böyük dəyəri göstərdi. Məhz xalq qarşısında məsuliyyət və müdrik qərarların qəbul edilməsi siyasi liderin əsas fərqləndirici cəhətidir. 1990-cı il 20 Yanvar hadisələrinə görə Mixail Qorbaçov və o dövrün digər siyasətçiləri məsuliyyət daşıyırlar”, - Markov vurğulayıb. |
2024-01-20 | 824,693 | İtaliya İsrailə silah tədarükünü dayandırdı | Qəzzada münaqişənin kəskinləşməsindən sonra İtaliya İsrailə silah tədarükünü dayandırıb. Axar.az xəbər verir ki, bu barədə İtaliya xarici işlər naziri Antonio Tayani bildirib. “Oktyabrın 7-dən sonra biz daha İsrailə silah verməmək qərarına gəldik, ona görə də bu məsələni müzakirə etməyə ehtiyac yoxdur”, - Tayani vurğulayıb. |
2024-01-21 | 824,695 | NATO İrəvana təhlükəsizlik təminatı verir - Karapetyan | ABŞ və Ermənistan arasında müəyyən məlumat mübadiləsi aparılıb və belə görünür ki, NATO Ermənistanı "təhlükəsizlik yastıqları" ilə təmin etməyə çalışır. Axar.az xəbər verir ki, bunu beynəlxalq əlaqələr üzrə erməni mütəxəssis David Karapetyan son vaxtlar Ermənistanda keçirilən yüksək səviyyəli görüşləri təhlil edərək deyib. "NATO Ermənistanı müəyyən “təhlükəsizlik yastıqları” ilə təmin etməyə çalışır, xüsusilə Azərbaycanın mümkün "təxribatlar və hərbi təcavüzü" halında. Güman edə bilərik ki, ABŞ müəyyən zəmanətlər təklif edib. Ermənistan-NATO əməkdaşlığı ölkəmizin 1994-cü ilin oktyabrında qoşulduğu “Sülh naminə tərəfdaşlıq” proqramına əsaslanır. Proqram NATO və Avropa ilə Qafqaz və Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının stimullaşdırılmasını nəzərdə tutur. Amma bu günə kimi heç kim hərbi-siyasi alyansa üzv olmaq təklifi almayıb. Yəni bizim NATO-da iştirakımızdan söhbət gedə bilməz. Məncə, məsələ ondadır ki, Ermənistan indi öz xarici siyasətinin vektorunu dəyişir və geosiyasi mərkəzlər təbii ki, sözdə təminatlar verməklə, Rusiyanı mümkün qədər ölkəmizdən sıxışdırmağa çalışırlar", - o bildirib. Karapetyan əlavə edib ki, istər 44 günlük müharibə zamanı, istərsə də ondan sonra Azərbaycanın "hərbi təcavüzü" hallarında Ermənistan kollektiv Qərbdən heç bir əməli təminat görməyib: "Ona görə də indi Qərbdən və ya NATO-dan təminatlardan danışmaq fantastik janrdan başqa bir şey deyil, çünki indiyədək Ermənistana zənglər, tövsiyələr, başsağlığı və s. istisna olmaqla, praktiki olaraq heç bir yardım göstərilməyib". |
2024-01-20 | 824,696 | Szinpin: Çinin əsas məqsədi budur | Çin prezidenti Si Szinpin ölkənin elmi və texnoloji baxımdan özünü tam təmin etməsinə çağırıb. Axar.az xəbər verir ki, Çin lideri bu barədə Pekində Milli Mühəndislik Mükafatının təqdimetmə mərasimində bildirib. “Ümid edirik ki, ölkəmizin mühəndis və texniki işçiləri əsas texnologiyalarda irəliləyişlər etmək, yüksək keyfiyyətli layihələr hazırlamaq, yeni məhsuldar qüvvələrin inkişafını təşviq etmək, Çinin elm və texnologiya sahəsində daha böyük müstəqillik və güc əldə etməsinə kömək etmək üçün cəsarət göstərəcəklər”, - o bildirib. |
2024-01-20 | 824,697 | Bakının maneəsiz yol təklifinə İrəvandan cavab | Ermənistan XİN İrəvanın Azərbaycandan Naxçıvana Mehri vasitəsilə maneəsiz əlaqə yaratmasının vacibliyi barədə Bakının bəyanatını şərh edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN yerli medianın sorğusuna cavab verib. “Ermənistan hökumətinin müəllifi olduğu “Sülh qovşağı” layihəsi çərçivəsində Ermənistan tərəfinin bərpa və ya yaratmağı təklif etdiyi bütün iqtisadi kanallar təqdim edilib”, - Ermənistan XİN bildirib. |
2024-01-20 | 824,698 | Türkiyədə ağır qəza: 10 polis yaralandı | Türkiyənin Ədirnə vilayətində ağır yol qəzası baş verib. Axar.az xəbər verir ki, bu barədə "Haber Qlobal" məlumat yayıb. Məlumata görə, polisləri daşıyan xidməti avtomobillə turistləri daşıyan avtobus toqquşub. Nəticədə 10-u polis olmaqla, 11 nəfər yaralanıb. Hadisə yerinə polis, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib. Yaralılar xəstəxanaya çatdırılıb. |
2024-01-20 | 824,699 | Bakıda həbsdə olan separatçıların yeni görüntüləri - Foto | Azərbaycana qarşı hərbi cinayətlər törədən və məhv edilən qondarma rejimin rəhbərliyində təmsil olunan, hazırda isə Bakı həbsxanalarında cəza çəkən separatçıların yeni görüntüləri yayılıb. Axar.az xəbər verir ki, “Maiden Tower” Teleqram kanalının yaydığı görüntülərdə separatçıların həbsdə olan keçmiş liderləri Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan əks olunub. Fotoları təqdim edirik : |
2024-01-21 | 824,700 | MSK-ya daxil olan müraciəti Baş Prokurorluq araşdıracaq | Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. İclasda Komissiyaya daxil olmuş müraciətə baxılıb. Bu barədə Axar.az-a Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən bildirilib. Beynəlxalq müşahidə missiyası təmsilçilərinin, habelə media nümayəndələrinin iştirak etdiyi iclasda öncə həyata keçirilən araşdırılma prosesi barədə ətraflı məlumat verilib. Bildirilib ki, daxil olmuş müraciətlə əlaqədar vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvü tərəfindən hərtərəfli və obyektiv araşdırma aparılıb, müvafiq rəy verilib və seçki qanunvericiliyində nəzərdə tutulmuş müddətdə və qaydada, operativ şəkildə iclasa çıxarılaraq Komissiya üzvlərinin müzakirəsinə təqdim olunub. Mərkəzi Seçki Komissiyasının iclasında aparılan geniş müzakirələrdən sonra müraciətin aidiyyəti üzrə araşdırılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsinə qərar verilib. |
2024-01-21 | 824,701 | Paşinyan haqlıdır: bu, sülh sazişinin tələbidir | Paşinyanın “yeni konstitusiyanın qəbul edilməsi” fikri Ermənistanda əsas müzakirə mövzusuna çevrilib: hakimiyyət bunu konstitusiyanın mövcud reallığı əks etdirmədiyi ilə əsaslandırır, müxalifət iqtidarı Bakı və Ankaranın “sifarişini” yerinə yetirməkdə ittiham edir. Ermənistan hakimiyyəti haqlıdır, çünki mövcud konstitusiya “müstəqillik bəyannaməsi”nin yerinə yetirilməsini tələb edir. Ki, 12 bəndlik bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları irəli sürülür: - bəyannamədə artıq mövcud olmayan qondarma “dağlıq qarabağ şurasının” 1989-cu ildə qəbul etdiyi qondarma “birləşmə” – “miatsum” qərarına istinad olunur; - bəyannamənin 11-ci bəndində qeyd olunur: “Ermənistan respublikası 1915-ci ildə Osmanlı Türkiyəsi və Qərbi Ermənistanda (qondarma) erməni soyqırımınının beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir”. Azərbaycan Qarabağ üzərində suverenliyini təmin edib. Bu reallıq fonunda Ermənistanın mövcud konstitusiyasının saxlanılması Azərbaycana qarşı ərazi iddiasının davam etdirilməsi deməkdir və Bakı ilə münasibətlərin qurulması prinsipinə ziddiyyət təşkil edir. Rəsmi İrəvan sülh sazişi imzalamaq (bu sazişi nə qədər öz maraqları çərçivəsində qəbul etdirməyə çalışsa da), regional kommunikasiyaların açılmasına nail olmaq və Ermənistanı “dalandan” çıxarmaq niyyətindədir. Bunun üçün Bakı və Ankara ilə normallaşma vacib şərtdir. Və qondarma “artsax” ideyasının, eləcə də qondarma “soyqırım” iddialarının rəsmi səviyyədə saxlanılması fonunda Azərbaycan və Türkiyə ilə normallaşma mümkün deyil. Paşinyanın yeni konstitusiya istəyi bu reallığa uyğunlaşmaq məqsədi daşıyır. Yeni konstitusiya qəbul ediləcəyi təqdirdə Ermənistanın gerbinin də dəyişdirilməsi aktuallaşacaq. Çünki gerbdə əksini tapan simvollar Türkiyəyə qarşı ərazi iddialarını əks etdirir. |
2024-01-21 | 824,702 | Almaniyada qalmaqal: Bütün ölkə üzrə aksiya keçirilir | Almaniyada Almaniya üçün Alternativ Partiyasına qarşı kütləvi etirazlar keçirilir. Axar.az xəbər verir ki, bu barədə DPA məlumat yayıb. Məlumata görə, aksiya ölkənin müxtəlif ərazilərində baş tutub: "Limburqda 2800, Hannoverdə isə 35 minə yaxın insan etiraz aksiyasına çıxıb. Bu gün ölkənin 100 yerində etiraz aksiyaları keçirilib, bazar günü isə Berlin, Köln və Münhendə nümayişlər keçiriləcək", - məlumatda deyilir. Qeyd edək ki, aksiyalara səbəb sözügedən partiya ətrafında yaranan qalmaqal olub. Jurnalistlər öyrəniblər ki, partiya üzvləri Almaniyadan qaçqın və əcnəbilərin çıxarılması planlarını neonasistlər və sağçı radikallarla gizli müzakirə ediblər. |
2024-01-21 | 824,703 | Bu, Yaxın Şərqdə münaqişəni uzadacaq - Quterreş | Bəzi ölkələrin Fələstin-İsrail probleminin iki dövlət əsasında həllini istəməməsi münaqişəni qeyri-müəyyən müddətə uzadacaq. Axar.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib. "İsrail və Fələstin üçün ikidövlətli həll variantını tanımamaq qəbuledilməzdir. Bu, qlobal sülhə əsas təhlükəyə çevrilmiş münaqişəni qeyri-müəyyən müddətə uzadacaq", - Quterreş vurğulayıb. |
2024-01-21 | 824,704 | Messi Paris Olimpiadasında iştirak edə bilər | Argentina millisinin futbolçuları Lionel Messi və Di Mariya Parisdə keçiriləcək Yay Oyunlarında iştirak edə bilərlər. Axar.az xəbər xəbər verir ki, Argentina yığması turnirin final mərhələsinə vəsiqə qazana bilsə, o zaman Messi və Di Mariya böyük ehtimalla Olimpiadada çıxış edəcəklər. |
2024-01-21 | 824,705 | Əfqanıstan və Pakistan arasında toqquşma baş verdi | Əfqanıstanın Kunar əyalətində Talibanla Pakistan sərhəd qüvvələri arasında münaqişə baş verib. Axar.az xəbər verir ki, bu barədə əfqan mətbuatında məlumat yayılıb. Məlumata görə, münaqişənin başa çatdığı bildirilsə də, onun miqyası ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Qeyd edək ki, iki ölkə arasında sərhəd mübahisələrinə görə vaxtaşırı münaqişələr yaranır. Qarşıdurmalardan sonra hər iki ölkənin səlahiyyətli orqanlarının müdaxiləsi ilə gərginlik azaldılır. |
2024-01-21 | 824,708 | Zelenski sülh danışıqlarına başlamağı xahiş edir | Zelenskinin komandasının siyasətində dramatik dəyişikliklər görünür. Zelenski sülh danışıqlarına başlamağı xahiş edir? Deyəsən, hə. Hələ ki, bağlı qapılar arxasında olsa da, artıq Rusiya ilə danışıqları müzakirə etməyə başlayıblar. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. "Ukrayna üzrə ən yaxşı ekspertlərdən biri Oleq Tsaryov qeyd edib ki, ilk dəfə Ukraynanın yüksək səviyyəli liderlərindən biri Podolyak bildirib ki, Kiyev Rusiya ilə 1991-ci il sərhədlərinə getmək tələbi olmadan və Putinlə barışıq haqqında danışıqlara başlamağa hazırdır. Düzdür, onlar hələ də "Rusiyanın taktiki uğursuzluqlarını" gözlədiklərini qeyd edirlər. Amma bu vacib deyil. Ukrayna Prezidentinin müşavirinin ilk dəfə Zelenskinin formulundan çıxdığını bildirməsi vacibdir. Əgər Zelenski yaxın günlərdə müşavirinin açıqlamasına düzəliş etməsə, bu o deməkdir ki, Ukrayna artıq yumşaqlıqla sülh danışıqlarına başlamağı xahiş edir", - o bildirib. |
2024-01-21 | 824,710 | Azərbaycan atleti lisenziya turnirində bürünc qazandı | Azərbaycan atleti Lamiyə Vəliyeva Qazaxıstanın Ust-Kamenoqorsk şəhərində olimpiya çempionu Olqa Rıpakova mükafatı uğrunda lisenziya xarakterli beynəlxalq turnirdə bürünc medal qazanıb. Axar.az xəbər verir ki, milli komandanın üzvü 60 metr məsafəyə qaçışda fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. L.Vəliyeva məsafəni 7.67 saniyəyə başa vurub. |
2024-01-21 | 824,712 | Bu halda Putinlə Batya arasında problem yaranacaq | Putin Belarus ərazisindən hücuma israr etsə, Lukaşenko ilə problem yaranacaq. Axar.az xəbər verir ki, bunu rusiyalı hüquqşünas Mark Feygin rus ordusunun Belarusdan gözlənilən hücum təhlükəsini şərh edərkən deyib. O qeyd edib ki, Putin Ukraynanın hücuma adekvat cavab verəcəyini anlayır: "Ukrayna hərbçiləri şimalda çox güclü müdafiə xətti qurublar". |
2024-01-21 | 824,714 | Polşa ordunun sayını artırır | Biz ordunun şəxsi heyətinin sayını, eləcə də əməliyyat imkanlarını artıracağıq və mən buna daha çox diqqət yetirəcəyəm. Axar.az xəbər verir ki, bunu Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. "Təkcə kəmiyyət göstəriciləri deyil, həm də əməliyyat imkanları vacibdir", - nazir qeyd edib. |
2024-01-21 | 824,715 | Smolensk üzərində Ukrayna PUA-sı vuruldu | Rusiyanın Smolensk vilayəti üzərində Ukraynaya məxsus PUA vurulub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Yanvarın 20-si, Moskva vaxtı ilə saat 23.50 radələrində Kiyevin Rusiya ərazisindəki obyektlərə pilotsuz uçuş aparatından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb", - MN məlumatında qeyd edib. |
2024-01-21 | 824,716 | Xoşbəxtlik hissi mövcud deyil - Araşdırma | Xoşbəxtlik haqqında fikirlər mifoloji təxəyyüldür və reallıqla heç bir əlaqəsi yoxdur. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bununla bağlı Cənubi Koliforniya universitetinin alimləri elmi araşdırma aparıb. Onlar xoşbəxtlik hisslərini axtarıb, amma tapmayıblar. Nəticələr göstərib ki, insan 100% xoşbəxtlik hissi keçirməyə qadir deyil. Əgər bir insan özünü hansısa məqamda sevincli hiss edirsə, o anda o bir neçə hiss keçirir: təəccüb, narahatlıq, qorxu və kədər emosiyaları. Alimlər bu qərara gəlib ki, bu baxımdan xoşbəxt olmaq insan üçün əsl problemdir. İnsanın yaşı nə qədər artırsa, onun özünü xoşbəxt hiss etmək şansı bir o qədər azalır. Psixoloqlar hesab edir ki, yaşlandıqca, insanın həyat təcrübəsi artır və o, baş verənləri çoxbucaqlı, çoxşaxəli hiss edir. Alimlər 50 min insanı analiz edərək müəyyənləşdiriblər ki, hətta həyatın hansısa anında xoşbəxtlik hissini keçirəndə də zamanla bu hiss tamam başqa məna alır və normal qarşılanır. İnsan anlayır ki, dünyada heç nə 100% pozitiv və ya neqativ ola bilməz. Ona görə də xoşbəxtliyi axtarmaq real olmayan mifdir. |
2024-01-21 | 824,717 | Rəisinin Türkiyə səfərinin təfərrüatı | İran Prezidenti İbrahim Rəisinin Türkiyə səfərinin təfərrüatı açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı diplomatik mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran lideri ilə 10 beynəlxalq müqavilə imzalayacaq: “Rəisinin səfəri İran və Türkiyə arasında yüksək səviyyəli dialoqun davam etdirilməsində mühüm addım və ümumi gündəmdəki məsələlərin müzakirəsi üçün müvafiq fürsətdir”. Bildirilir ki, Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclası da Ankarada keçiriləcək. Səfər zamanı mədəniyyət, elm, media, daxili işlər, nəqliyyat, ticarət və iqtisadiyyat sahələrində 10-a yaxın sazişin imzalanması gözlənilir. Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə səfər edəcək. |
2024-01-21 | 824,718 | İsrailin SEPAH-ı vurması erməni müxalifətini qorxutdu | Toqquşmaların miqyası genişlənərsə (Yaxın Şərq nəzərdə tutulur – red.), bunun xüsusilə Ermənistana hansı təsirinin olacağını təsəvvür etmək olar. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan sosial şəbəkə hesabında yazıb. “Suriya paytaxtına həyata keçirilən hücum nəticəsində SEPAH-ın yüksək rütbəli zabitləri həlak olub. Zərbə nəticəsində Suriya tərəfi də itki verib. SEPAH döyüşçüləri və yüksək rütbəli zabitləri daim hədəfə alınır, çünki onun ayrı-ayrı bölmələri müxtəlif ölkələrdə xüsusi əməliyyatlara cavabdehdir və müxtəlif ölkələrin himayəsi altında fəaliyyət göstərən terror şəbəkələrinin hədəfinə çevrilir. İlin əvvəlində İranda məşhur komandir Qasım Süleymaninin 4-cü ildönümü münasibətilə keçirilən mərasimdə terror aktı törədilib, bundan sonra İranın ən güclü bölməsi olan SEPAH cəza tədbirləri görür, dünyanın müxtəlif yerlərində antiterror əməliyyatları aparır. Regionda ehtiraslar qızışır və bir-birinə vurulan zərbələrin ən təhlükəli həddə çatacağı, toqquşmaların miqyasının kəskin şəkildə genişlənəcəyi istisna edilmir. Bunun Cənubi Qafqaza, xüsusən də hökuməti tərəfindən kor-koranə düşmənlərinin qucağına atılan Ermənistana necə təsir edəcəyini təsəvvür etmək olar”, - Tiqran Abramyan bildirib. |
2024-01-21 | 824,719 | Rusiya ilə danışıqlara bu vaxt başlaya bilərik | Rusiya müəyyən taktiki məğlubiyyətlər aldıqda Ukrayna sülh danışıqlarına başlaya bilər. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib. |
2024-01-21 | 824,739 | Axtarışda olan azərbaycanlı Kolumbiyada tutuldu | Beynəlxalq axtarışda olan şəxs Kolumbiyada tutularaq Azərbaycana ekstradisiya edilib. Bu barədə Axar.az-a Ədliyyə Nazirliyi Mətbuat xidmətindən bildirilib. Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilərək beynəlxalq axtarışa verilmiş Sənan Şəkərlinin yeri Kolumbiya Respublikasında müəyyən olunub və o, həbs edilib. Nazirlik tərəfindən həmin şəxsin ölkəmizə ekstradisiyası ilə bağlı müvafiq sorğu göndərilib, Kolumbiyanın səlahiyyətli orqanları ilə danışıqlar aparılıb və beynəlxalq prosedurlara əsasən bütün tələb olunan zəmanətlər təqdim edilib, bu işdə diplomatik korpusumuz tərəfindən lazımi dəstək göstərilib. Kolumbiya tərəfi ekstradisiya sahəsində müqavilə-hüquq bazasının olmamasına baxmayaraq, Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi yüksək nüfuzunu və qarşılıqlıq prinsipinə dönmədən riayət edilməsini nəzərə alaraq təslimetmə ilə bağlı müsbət qərar verib və Latın Amerikasından ilk dəfə ekstradisiya həyata keçirilib. S.Şəkərli Kolumbiyadan birbaşa uçuş reysi olmadığından Türkiyə ilə razılığa gəlinərək qardaş ölkə vasitəsilə tranzit olaraq yanvarın 21-də nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Azərbaycana gətirilib və o, məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Bununla da cinayətkarlıqla mübarizədə müstəsna rolu olan cəzanın labüdlüyü prinsipi təmin edilməklə cinayətkarların özlərini istənilən yerdə azad və təhlükəsizlikdə hiss etmələrinin qarşısı alınır. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir. |
2024-01-21 | 824,742 | Rus ordusu irəliləyir: Bu kənd ələ keçirildi | Yanvarın 20-də rus qoşunları Kupyansk-Svatovo-Kremennoy istiqamətində irəliləyərək Kroxmalnoye kəndini ələ keçiriblər. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Yanvarın 20-də dərc olunmuş geolokasiya görüntüləri göstərir ki, rus qoşunları Svatovonun 20 km şimal-qərbində yerləşən Kroxmalnoye kəndini ələ keçiriblər. Rus blogerlər də ukraynalı döyüşçülərin bu kənddəki mövqelərində geri çəkildiklərini yazmışdı. Bundan başqa, rus qoşunları Kupyanskın 20 km cənub-şərqindəki İvanovka istiqamətində bir qədər irəliləyib. Eləcə də ruslar Baxmutin cənub-qərbində də irəliləyiblər”, - məlumatda qeyd olunub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.