date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-18 | 824,068 | İranda Pakistana zərbə endirmək qərarını kim verib? | İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 1979-cu ildə İslam İnqilabını qorumaq məqsədilə orduya paralel struktur kimi yaradılsa da, üstündən onilliklər keçdikdən sonra hədəflərini böyüdüb. Bu qurum həm İran daxilində islahat tələb edən insanlara və qruplara qarşı mübarizə aparır, həm xaricdəki tərəfdaş qruplara silah və sursat göndərir, həm korpusun üzvlərini qonşu ölkələrdəki döyüşlərə yollayır, həm müxtəlif ölkələrdə təsir qrupları formalaşdırır, həm də hansı ölkəyə zərbə endirmək barədə müstəqil qərar verir. Bununla SEPAH dövlətüstü quruma çevrilib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, İran prezidenti və xarici işlər naziri SEPAH komandanlığının qərarına qarışa bilmir: “Bir neçə gün əvvəl qonşu İraqa və Pakistana zərbə endirmək qərarını da SEPAH komandanlğı verib. Ancaq bu dəfə möhkəm ilişiblər. İraqdan fərqli olaraq, Pakistan zəif ölkə deyil, ona görə də dərhal İrana əks-zərbələr endirdi. Tehran vəziyyətdən çıxış yolu axtarır. Nüvə dövləti olan Pakistanla müharibə riski İran üçün fəlakət ssenarilərindən birinə çevrilə bilər”. Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb. Bu gün isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İranın məlumatına görə, İran vətəndaşı olmayan 7 nəfər (daha sonra ölənlərin 9 nəfər olduğu bildirildi) ölüb. |
2024-01-18 | 824,070 | Ruslar bütün cəbhə boyu hücuma keçdi - Fityo | Hazırda Rusiya qoşunları zirehli texnikanın aktiv dəstəyi ilə Liman-Kupyansk istiqamətində bütün cəbhə xətti boyunca hücum əməliyyatları həyata keçirir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəisi, polkovnik-leytenant Vladimir Fityo deyib. “Hərbçilərimiz fəal şəkildə müdafiədədir”, - deyə Fityo bildirib. |
2024-01-18 | 824,071 | Lavrovun Bakıya “müsbət mesajı”… | Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında sülh sazişinin imzalanmasının uzanmasına və Zəngəzur dəhlizinin reallaşmamasına görə Ermənistan hakimiyyətinin məsuliyyət daşıdığını bildirib. Kreml Avropa müşahidəçilərini Ermənistanda yerləşdirdiyinə görə də Baş nazir Nikol Paşinyandan narazıdır. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, Lavrov çıxışında Azərbaycanın mövqeyi əleyhinə nəsə deyə bilmədi: “Çünki biz heç bir razılaşmanı pozmamışıq. Lavrovun “Azərbaycan Rusiya ərazisində Ermənistanla sülh müqaviləsi imzalamağa hazırdır, lakin İrəvanın mövqeyi qeyri-müəyyən olaraq qalır” fikri də Kremlin Bakının ünvanına müsbət mesajı sayıla bilər. Buna baxmayaraq, Prezident İlham Əliyev sülh sazişindən danışarkən Ermənistanla birbaşa danışıqlara üstünlük verdiyini və təminatçı dövlətə ehtiyac olmadığını bildirib. Nikol Paşinyan Rusiyanın vasitəçiliyini və Kremlin sülh sazişinin təminatçısı olmasını istəmirsə, İlham Əliyevin təklifini qəbul etməlidir”. |
2024-01-18 | 824,074 | Bayden Ukraynaya yardımdan danışdı: Fəlakət olar! | ABŞ-ın Ukraynaya əlavə yardım göstərməsi məsələsi Konqresdəki azlıqdan asılıdır. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib. “Düşünürəm ki, Konqres üzvlərinin böyük əksəriyyəti Ukraynaya yardımı dəstəkləyir. Məsələ buna kiçik bir azlığın mane olub-olmayacağıdır. Yardım ayrılmaması fəlakətli olardı”, - Bayden bildirib. O, respublikaçıların əksəriyyətinin də Kiyevə yardımı dəstəklədiyini qeyd edib. |
2024-01-18 | 824,075 | Fransa Bakıya nələr satır və nə qədər qazanır? | 30 illik Ermənistan işğalına göz yuman Fransa Senatının Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsi ikili standartların təzahürü olmaqla yanaşı vacib bir sualı gündəmə gətirir: münasibətlərin daha da kəskinləşməsindən iqtisadi baxımdan itirən tərəf kim olacaq? Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov Fransa Senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnaməyə münasibət bildirərkən qeyd edib. Millət vəkili bildirib ki, Azərbaycan ilə Fransa arasında ticarət dövriyyəsi 2022-ci ildə 274 milyon dollar olub. Bunun 222.8 milyon dolları, yəni əhəmiyyətli hissəsi Fransadan idxal idi: “2023-cü ilin ilk 11 ayında isə 514.2 milyon dollarlıq ticarət dövriyyəsi qeydə alınıb. Belə ki, ötən il ölkələr arasında ticarət dövriyyəsində kəskin artım müşahidə olunub. Bunun 382.3 milyon dolları Fransadan idxal olub. Yəni Azərbaycan ilə ticarət hesabına Fransa şirkətləri 2023-cü ildə birbaşa 400 milyon dollara yaxın valyuta qazanıblar. Ticarət dövriyyəmizdə 250.2 milyon dollarlıq mənfi saldo qeydə alınıb. Fransadan idxal etdiyimiz malların siyahısına gəldikdə isə 40,9 milyon dollarlıq dərman vasitələri, 9,2 milyon dollarlıq traktorlar, 3,4 milyon dollarlıq sürtkü yağları, 2,3 milyon dollarlıq kərə yağı, digər süd yağları və pastaları, 1,2 milyon dollarlıq təbii üzüm şərabları və üzüm suslosu və s. xüsusi paya malikdir. Azərbaycan isə Fransaya strateji məhsullar göndərib. Fransa ilə ticarətimizin strukturu göstərir ki, iki ölkə münasibətləri daha da gərinləşəcəyi halda Azərbaycan qısa zamanda alternativ mənbələrdən bu dövlətdən idxal etdiyi məhsulları əvəzləyə biləcək. Gərgin münasibətlər isə Fransa şirkətləri üçün illik 400 milyon dollar ziyan demək olacaq. Azərbaycanın Fransaya ixracatı strateji məhsullar olduğu üçün həmin məhsulların alternativ bazarları kifayət qədər çoxdur. Bütün bu iqtisadi təhlil ilə yanaşı unutmayaq ki, Fransa Senatının son qətnaməsi kağız parçasından başqa heç nə deyil. Bununla Qafqazdakı yeni düzənə təsir etmək mümkünsüzdür”. |
2024-01-18 | 824,076 | Teleqramın fəaliyyətində problem yarandı | Teleqramın fəaliyyətində nasazlıq yaranıb. Axar.az xəbər verir ki, bu barədə “Sboy.rf” internet resursu məlumat yayıb. Bildirilib ki, paytaxt Moskva, Başqırdıstan Respublikası, Sankt-Peterburq və Krasnodar diyarından olan istifadəçilər messencerin fəaliyyətindən şikayət edirlər. Bundan əlavə, Ukraynanın bəzi bölgələrində də Teleqramda problemlər müşahidə olunmaqdadır. |
2024-01-18 | 824,077 | 8 kənd müzakirə ediləcək? – Səfəryan da yayındı | Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası üzrə dövlət komissiyalarının iclasının gündəliyinə komissiyaların əsasnaməsi daxildir. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan yerli mediaya açıqlamasında deyib. O, medianın Ermənistandakı anklavların (Azərbaycanın işğalda saxlanılan 8 kəndi – red.) qaytarılması məsələsinin müzakirə edilib-edilməyəcəyi barədə sualını cavabsız buraxıb. “Hazırda bu suala cavab verə bilmərəm”, - deyə bildirib. Bundan öncə Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan da delimitasiya komissiyalarının qarşıdakı iclasında 8 kəndlə bağlı məsələnin müzakirə olunub-olunmayacağı sualına cavab verməmişdi. Qeyd edək ki, komissiyaların iclasının yanvarın sonunda keçiriləcəyi gözlənilir. Azərbaycan Prezidenti İlham Əliyev 10 yanvarda yerli mediaya geniş müsahibəsində bu görüşdə anklavlar məsələsinin gündəmə gətiriləcəyini bildirmişdi. |
2024-01-18 | 824,078 | Ukraynadan ilk: Putinin malikanəsinə hücum etdi | Yanvarın 18-nə keçən gecə Rusiyanın Leninqrad vilayətində neft anbarına pilotsuz təyyarənin hücumu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatıdır. Axar.az xəbər verir ki, bu barədə Rusiya MN-in açıqlamasında bildirilib. NV-nin özəl mənbədən aldığı məlumatda isə dronlardan birinin rus oliqarxlarının mülkləri və Vladimir Putinin malikanəsi üzərində uçduğu bildirilib. “Əməliyyat zamanı pilotsuz təyyarələrdən biri oliqarxlar Arkadi və Boris Rotenberqin, Rusiya Bankının direktorlar şurasının keçmiş rəhbəri Yuri Kovalçukun şəxsi mülklərinin və Vladimir Putinin saraylarından birinin yerləşdiyi Valda üzərindən uçub”, - nəşrin mənbəsi vurğulayıb. Qeyd edək ki, bu gün Ukrayna ordusu müharibə başlayandan bəri ilk dəfə olaraq PUA-larla Leninqrad vilayətinə hücum edib. |
2024-01-18 | 824,079 | Əliyev və Paşinyanın mövqeyini bilirəm, düz edirlər | Azərbaycan və Ermənistan Gürcüstan üçün təkcə tərəfdaş deyil, həm də qardaş ölkələrdir. Axar.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirələrində deyib. "Gürcüstanın qonşu ölkələrlə, Ermənistan və Azərbaycanla çox sıx əlaqələri və tərəfdaşlıq münasibətləri var, onlar bizim qardaş və dostlarımızdır", - Qaribaşvili bildirib. O qeyd edib ki, Azərbaycan və Ermənistan liderlərinin mövqeyi ikitərəfli səviyyədə münasibətlərin olmasıdır: “Biz başa düşürük ki, bu bölgədə çoxlu oyunçu var. Əlavə etməliyəm ki, Azərbaycan və Ermənistan liderlərinin mövqeyini bilirəm, onlar bir-biri ilə ikitərəfli müstəvidə münasibətlər qurmaq istəyirlər. Şəxsən mən hesab edirəm ki, bu, düzgün yoldur, çünki bu qədər vasitəçinin, bu qədər maraqlı tərəfin iştirakı ilə proses bəzən daha konfliktli və əks-məhsuldar xarakter alır. Ona görə də onlara uğurlar arzulayıram. Həqiqətən ümid edirəm ki, onlar tezliklə həll yolunu tapacaqlar və sülh sazişi imzalayacaqlar”. |
2024-01-18 | 824,081 | Ukraynalı iş adamı Polşa sərhədində saxlanıldı | Ukrayna Dövlət Təhqiqatlar Bürosu tərəfindən Polşa ilə sərhəddə ukraynalı iş adamı, “Konkorde Kapital” investisiya şirkətinin təsisçisi İqor Mazepa saxlanılıb. Axar.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Bildirilib ki, Mazepa ilə bağlı işdə “rus izi” var, lakin təfərrüat hələlik məlum deyil. |
2024-01-18 | 824,082 | Bakıda "AzSamand" yandı - Video | Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində “AzSamand” markalı minik avtomobilinin mühərriki və elektrik lövhəsinin yanar hissələri qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. |
2024-01-18 | 824,087 | Klaar Qriqoryanla demarkasiyanı müzakirə etdi | Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Tərəflər regiondakı proseslər barədə fikir mübadiləsi aparıblar. Onlar həmçinin demarkasiya prosesinin prinsipləri və hüquqi əsasları ilə bağlı məsələləri də müzakirə ediblər. |
2024-01-18 | 824,089 | Fransa yaxın zamanda Ukraynaya 6 "Sezar" verəcək | Fransa yaxın həftələrdə Ukraynaya altı “Sezar” özüyeriyən haubitsa verəcək. Sonra isə təxminən bir il ərzində daha 72 ədəd “Sezar” tədarük edəcək. Axar.az xəbər verir ki, bu barədə Fransa Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, altı haubitsa ötən ilin sentyabr ayında istehsalçı Fransanın “Nexter” şirkəti ilə Ukrayna dövləti arasında birbaşa kommersiya müqaviləsi əsasında sifariş edilib. Qeyd edək ki, 2022-ci ildən bəri Fransa Ukraynaya 30 ədəd “Sezar” verib. |
2024-01-19 | 824,092 | Sülh prosesində paradoks: İrəvan “ehtiyat” edir | 2024-cü ilin gəlişi ilə Ermənistan və Azərbaycan arasında sülh sazişinin hazırlanması Qafqaz gündəliyinin əsas məsələlərindən birinə çevrilib. Eyni zamanda, iki ölkənin liderləri hələ də sülhün perspektivlərini fərqli qiymətləndirirlər. Bakı sazişlərin heç bir beynəlxalq qarantın olmayacağı “kamera” xarakterini müdafiə edir, İrəvan isə əksinə, sülh layihəsinin hazırlanması və həyata keçirilməsində fəal kənar iştirakda israr edir. Axar.az xəbər verir ki, bu sözləri ermənipərəst rusiyalı politoloq Sergey Markedonov sosial şəbəkə hesabında yazıb. “Aydın olur ki, tərəflərin dəfələrlə bir-birinə ötürdüyü müəyyən mətn özlüyündə regionda davamlı sülhün təməli ola bilməz. Təfərrüat və nüanslar barədə razılaşma olmadan istənilən saziş xoş arzular toplusu olaraq qalacaq. Bu kontekstdə ən mühüm mövzu dövlətlərarası sərhədin demarkasiyası və delimitasiyasıdır. Yanvarın sonunda bu məsələ ilə bağlı müvafiq komissiyanın iclasının keçirilməsi nəzərdə tutulub. Gözlənilir ki, görüş zamanı tərəflər sərhəd xətlərinin dəqiq müəyyənləşdirilməsi ilə bağlı sənədləri razılaşdıra biləcəklər. Yeri gəlmişkən, yanvar görüşünün yeri və vaxtı hələ dəqiqləşdirilməyib. Amma danışıqlar aparılsa belə, onlardan irəliləyiş gözləmək çətindir. Şərhçilər Prezident İlham Əliyevin bu yaxınlarda Azərbaycan mətbuatının nümayəndələri ilə görüşünə diqqət yetirirlər. Azərbaycan rəhbəri bir daha Zəngəzur dəhlizi mövzusunu qabardıb ki, bu, yumşaq desək, İrəvanın ehtiyatlı olmasına səbəb olur. Bu layihədə çoxları (xüsusən də Paşinyanın əleyhdarları) Qarabağın itirilməsindən sonra artıq Ermənistanın suverenliyini itirmək riskini görür. Əliyevin “təxribatı”na reaksiya gözlənilən idi. Paşinyan onları “sülh prosesinə ciddi zərbə” adlandırıb. Nəticədə paradoksal vəziyyət yaranır. Tərəflər daim sülhdən və ən qısa zamanda müqavilələrin imzalanmasının vacibliyindən danışırlar. Amma real problemlərlə üzləşəndə uyğunsuzluqlar yaranır ki, bu da sonradan ya vaxtın gecikdirilməsi, ya şantaj, ya da sülh prosesinin sabotajı kimi şərh olunur”, - Markedonov qeyd edib. |
2024-01-18 | 824,095 | Tehran bu zərbələrlə dünyaya elan etdi: Savaşa hazıram! | Tehran 24 saatdan az müddətdə İraq, Suriya və Pakistana raketlər ataraq, İsrailin casus bazası, İŞİD terrorçularının yerləşdiyi yer və separatçı yaraqlı qrup ("Ceyş ül-Ədl" nəzərdə tutulur – red.) daxil olmaqla, müxtəlif hədəfləri vurdu. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” 16 yanvarda İranın qonşu ölkələrə zərbələri haqda analizində qeyd edib. “Hücumlar Tehranın Fars körfəzindən neft ixracı üçün əsas kanal olan Hörmüz boğazı yaxınlığında əzələlərini sıxmasından bir neçə gün sonra həyata keçirildi. Bu, husilərin artıq qlobal gəmiçiliyi pozduğu Qırmızı dənizə hücumu fonunda baş verdi”, - məqalədə bildirilib. Məqalədə vurğulanıb ki, bu zərbələr İranın Yaxın Şərqdəki münaqişə fonunda hərəkətsizliyinin birbaşa qarşıdurmadan qaçmaq istəyindən xəbər verdiyinə inananlara kəskin cavab idi: “İran dünyaya, xüsusən də İsrailə elan etdi ki, məcbur olarsa, döyüşməyə hazırdır. İran İslam İnqilabı Keşikçiləri Korpusu hədəflərini vurmaq üçün lazım olduğundan daha uzaqmənzilli raketlərdən istifadə edib və bu raketlər Təl-Əvivə çatmaq gücündədir”. |
2024-01-18 | 824,096 | Ukraynaya 40 yox, 400 HİMARS lazımdır - Litva | Kiyevin müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə silah tədarükünü on dəfə artırmalı, daha çox HİMARS raket buraxılış qurğuları və tanklarla təmin etməlidirlər. Axar.az xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib. “Münaqişədə qalib gəlmək üçün Ukraynaya 40 yox, 400 HİMARS və 80 yox, min tank lazımdır”, - deyə XİN rəhbəri bildirib. |
2024-01-19 | 824,097 | Ukrayna əks-hücumunun uğursuz olmasının səbəbi... | Ukraynanın əks-hücum əməliyyatının uğursuz olmasının səbəblərindən biri Rusiyanın kəşfiyyat PUA-ları olub. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba danışıb. "Keçən yay həyata keçirdiyimiz əks-hücum əməliyyatlarında ən böyük problemlərdən biri bu oldu ki, hər iki tərəf - Ukrayna və Rusiya - kəşfiyyat PUA-larından geniş istifadə etdi, əsgərlər hərəkət edə bilmədilər, çünki meşədən və ya xəndəkdən çıxarkən kəşfiyyat PUA-ları tərəfindən dərhal aşkar edilir və vurulurdular", - Kuleba vurğulayıb. Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski əks-hücum əməliyyatının məlumat sızması səbəbindən uğursuz olduğu barədə açıqlama verib. |
2024-01-18 | 824,099 | Fələstin dövlətinin yaradılmasına qarşıyıq - Netanyahu | Qəzzada əməliyyat başa çatdıqdan sonra Fələstin dövlətinin yaranması mümkün görünmür. Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib. O, bu mövqeyini ABŞ-a izah etdiyini söyləyib: “İstənilən gələcək razılaşmada İsrailin İordan çayından qərbdə bütün ərazilərdə təhlükəsizlik nəzarətinə ehtiyacı var”. |
2024-01-19 | 824,100 | İrana nüvə silahı yaratmağa icazə verməyəcəyik - ABŞ | ABŞ İrana nüvə silahı yaratmağa icazə verməyəcək. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. "Biz buna diplomatiya yolu ilə nail olmağa üstünlük verərdik, təbii ki, bu, yaxın gələcəkdə baş verməyəcək. Beləliklə, əmin olmalıyıq ki, baş komandanlıqda bunun qarşısını almaq üçün imkanlarımız və seçimlərimiz var", - Kirbi vurğulayıb. O bildirib ki, ABŞ son hadisələr fonunda İran və Pakistan arasında gərginliyin yaşanmasını istəməz: "ABŞ Prezidenti Co Bayden bu fikirdədir ki, İrana nüvə silahı istehsal etməyə icazə verilməməlidir". |
2024-01-19 | 824,102 | Yəmən sahillərində daha bir gəmiyə hücum... | Yəmənin Əş-Şihr şəhərindən 85 dəniz mili cənub-şərqdə gəmiyə hücum baş verib. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb. Əlavə məlumat verilmir. |
2024-01-19 | 824,105 | F-16-lar ilk hava qələbələrini qazana bilər - Kuleba | F-16 qırıcılarının Ukraynada ilk hava qələbələri bu il gözlənilir. Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib. "F-16-ların Ukrayna havasında həyata keçirəcəyi ilk hava hücumuna hazırlıqlar planlaşdırıldığı kimi davam edir. Pilotlar, mühəndislər və infrastruktur hazırlanır. Proses davam edir, vaxt tələb edir, lakin hər şey plana uyğun gedir. Düşünürəm ki, bu il Ukraynada F-16-nın ilk hava qələbələrini qazanacağıq", - Kuleba vurğulayıb. |
2024-01-19 | 824,107 | Bayden: Husiləri dayandıra bilməmişik! | ABŞ Qırmızı dənizdə husilərə zərbə endirməyə davam edəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden deyib. Ağ Ev rəhbəri həmçinin bildirib ki, son əməliyyatlar husilərin gəmilərə hücumlarını dayandırmayıb. |
2024-01-19 | 824,109 | Qarabağ nümunədir: Belə qələbə qazana bilərik - İldırım | Hər şeyi taleyin ümidinə buraxsaq, istədiyimiz hədəflərə çata bilmərik. Mütləq bədəli verilməlidir. Qarabağın azadlığı üçün nə qədər şəhid verdik. Güney Azərbaycan da düşmənlə savaşda gücünü göstərməlidir. Bu sözləri Axar.az-a Güney Azərbaycan İstiqlal Partiyasının sədri Saleh İldırım deyib. O, Güney Azərbaycanın azadlıq hədəflərinə çatması üçün soydaşlarımızın mübarizə aparmalı olduğunu bildirib: “Mübarizəmizi küçələrə, meydanlara çıxaraq aparmalı olduğumuz halda, rejimin ağzı ilə danışanlar, mühafizəkarlar Milli Hərəkatı susqunluğa çəkir. Bu azmış kimi deyirlər ki, susqunluq özü də etirazdır. Susmaq nə zamandan etiraz əlaməti olub? Bu yüz ildə susqunluqla hansı dəyişiklik əldə olunub ki, son bir ildə möcüzə gözləyirik? Mühafizəkarların çağırışının əksinə olaraq, biz məsələnin üstünə getdikcə, bu problem həll olunacaq. Totalitar ölkələrdə idarəçilik qorxu üzərində qurulub. Bizim də məqsədimiz o qorxunu sındırmaqdır. Əslində isə güc millətdədir”. Saleh İldırım qeyd edib ki, mədəni şəkildə mübarizə üsulu heç bir nəticə vermir: “Milli fəallarımızı şikayət yazaraq, mədəni aksiyalar təşkil edərək mübarizə aparmağa inandırırlar. Amma mədəni aksiyaların nəticəsi hanı? Urmiya gölü qurudu, zərərli duz zavodları tikirlər, sərvətimiz yenə daşınır, Güney deyil, fars bölgələri inkişaf etdirilir. Bizi isə zəhərləyərək öldürürlər. Bir milyon insan İranda küçələrə çıxsa, İrana heç nə kömək edə bilməz. Amma azsaylı etirazı rejim asanlıqla yatıra bilir. Bizim fəallarımız da bu səbəbdən zindanlardadır. Əgər aktivistlərimizin sayı milyona çatsa, kim onların qarşısında tab gətirə bilər? Bir aksiyada iştirakçı sayı 3 mini keçirsə, ona nəzarət etmək mümkün olmur”. İldırım rejimin ələ aldığı şəxslərin hərəkatın mübarizəsinə əngəl olmağa çalışdığını da diqqətə çatdırıb: “Müşahidə edirik ki, xalqımızı etirazlara, küçələrə çağıranda bizi yolumuzdan döndərmək istəyənlər olur. “İnsanları tutucaqlar, zindana atacaqlar” kimi fikirlər səsləndirirlər. İran kəşfiyyat orqanları bəzi fəallarımızı ələ alıb, onların vasitəsi ilə küçələrə çıxmağın təhlükəli olduğuna xalqı inandırır. Birimiz zindana düşməkdən, birimiz yaralanmaqdan, birimiz isə ölməkdən qorxsaq, gərək vətənimizin azad olunması haqqında düşünməyək”. 30 ildir bu mübarizənin içində olduğunu deyən partiya sədri rejimlə savaşmağın yollarını açıqlayıb: “Haqqımda edam hökmü var. 30 ildir bu hökmü veriblər. Qaçıb gizlənim, səsimi çıxartmayım ki, məni edam edəcəklər? İlk gündən İran rejiminə qarşı dirənmişəm. Nə polisini, nə məhkəməsini qəbul edirəm. İstintaq orqanlarına dəvət ediblər, getməmişəm, ailəmə təzyiq ediblər, təslim olmamışam. Bu yolda ölümə də hazıram. Qorxu zehniyyətini bizdə İran təhlükəsizlik orqanları yaradıb. Səssiz qalanların da bir gün qapısı döyüləcək”. |
2024-01-19 | 824,113 | Əlinizdə tibbi avadanlıq daşıyırsınız – Həkimdən çağırış | Smartfonlar bu gün sadəcə rabitə vasitəsi olmadığı kimi onları "ağıllı telefon" adlandırmaq da kifayət etmir. Səhər ən uyğun vaxtda oyanmağı telefon müəyyən edir. Smartfon sahibinin vəziyyətini yoxlayır, səslə stress səviyyəsini və sağlamlıq risklərini göstəricilərə görə qiymətləndirir və bir mütəxəssislə görüş təyin etməyi təklif edə bilir. Axar.az xəbər verir ki, bu barədə həkim İrina Aleksandrovna deyib. Həkim bildirib ki, hər gün öz sağlamlığımızı idarə etmək üçün əlimizdə güclü bir vasitə tuturuq: “Kameralar, akselerometrlər, hesablama imkanları və internetə çıxış smartfonu mikroskop, ürək monitoru, tremor detektoru və qan analizatoruna çevirir”. Onun sözlərinə görə, artıq smartfonlarda dəri lezyonlarını təhlil etmək, depressiyanı, Alzheymer xəstəliyini, COVİD19-u aşkar etmək, spermoqramma və EKQ çəkmək üçün sensorlar mövcuddur. “Sensorun içərisində qan, tüpürcək və digər bioloji mayelərdə immun çatışmazlığı virusuna reaksiya verən xüsusi hissəciklərlə örtülmüş kanalları olan kompüter çipi var. Hissəciklər reaksiya verərsə, sensor smartfona siqnal göndərir. Yunanıstanda Parkinson xəstəliyinin erkən diaqnozu üçün proqram hazırlanır. O, insanın vəziyyətini səs, selfi, həmçinin smartfonu tutarkən əl titrəyişinin olması ilə qiymətləndirəcək. Massaçusets ştatında həkimlərin yeni tətbiqi də uşaqlarda tənəffüs yoluxucu infeksiyaları aşkar etmək məqsədi daşıyır. Öskürəyin tezliyi, dərinliyi, rütubətini, baş vermə anını - inhalyasiya və ya ekshalasiya zamanı təhlil edir ki, bu da gələcəkdə bir çox laboratoriya testlərini əvəz etməyə və dəqiq diaqnozun qoyulmasını sürətləndirməyə kömək edəcək. Beləliklə, smartfon öskürəyin təbiətini də qiymətləndirəcək”, - İrina Aleksandrovna bildirib. |
2024-01-19 | 824,114 | BMT-dən İran və Pakistana çağırış... | BMT-nin Baş katibi Antonio Quterreş İran və Pakistanı vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təmkinli olmağa çağırıb. Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. “Baş katib İran və Pakistan arasında son hücumlardan son dərəcə narahatdır. O, hər iki ölkəni vəziyyəti daha da gərginləşməmək üçün maksimum təmkinli olmağa çağırır. Quterreş əmindir ki, İran və Pakistan arasında bütün təhlükəsizlik problemləri dinc yolla, dialoq və əməkdaşlıq yolu ilə həll edilməlidir”, - bəyanatda vurğulanıb. Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verib, İran səfirini geri çağırıb, həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb. Dünən isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İranın məlumatına görə, İran vətəndaşı olmayan 7 nəfər (daha sonra ölənlərin 9 nəfər olduğu bildirildi) ölüb. |
2024-01-19 | 824,115 | "Qalatasaray" növbəti mərhələyə yüksəldi | Yanvarın 18-də futbol üzrə Türkiyə kubokunun onaltıdabir final mərhələsində növbəti oyunlar keçirilib. Axar.az xəbər verir ki, öz meydanında “Umraniyəspor”u qəbul edən “Qalatasaray” rəqibini 4:1 hesabı ilə məğlub edib. “Cim-Bom”un heyətində B.Yılmaz, Tete, Bardakçı və Dervişoğlu fərqləniblər. Qonaqların təsəlli qoluna isə “Qalatasaray”dan B.Yılmaz imza atıb (öz qapısına). Günün digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Trabzonspor” – “Manisa FK” – 3:1 “Konyaspor” – “Göztəpə” -2:1 (əlavə vaxtda) “Sivasspor” – “Keçiörəngücü” – 3:2 “Kayserispor” – “Gənclərbirliyi” – 1:2. |
2024-01-19 | 824,116 | Ukrayna şikayət etdi, Rusiyanın üzvlüyü dayandırıldı | Rusiya Kompüter İdmanları Federasiyasının Beynəlxalq Kiber İdman Federasiyasına üzvlüyü dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Kiber İdman Federasiyasından məlumat verilib. Beynəlxalq Kiber İdman Federasiyası Ukrayna tərəfinin şikayəti əsasında Rusiyanın üzvlüyünü dayandırıb. Qeyd olunub ki, üzvlüyün dayandırılması Rusiyaya tətbiq olunan beynəlxalq sanksiyaların aradan qaldırılmasına qədər davam edəcək. |
2024-01-19 | 824,117 | Senatın Bakıya hücumu: İrəvan sevinməsin... – Ekspert | İki ölkə arasında siyasi müstəvidə əlaqələr bu qətnamənin qəbul edilməsi ilə daha da gərginləşdi. Bu, o Senatdır ki, bir müddət öncə “arsax”ın “müstəqilliyi”nin tanınmasını tövsiyə edən qətnamə qəbul etmişdi. Bu sözləri Axar.az-a politoloq Zaur Məmmədov Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi son qərəzli sənədi şərh edərkən deyib. Onun sözlərinə görə, bu, ölkəmizə qarşı aparılan qərəzli kampaniyadır və arxasında Fransanın erməni narahatlığı yox, Azərbaycanda mövqe maraqları dayanıb: “Fransada Azərbaycana qarşı kampaniya var və bunun arxasında Sorosa yaxın müəyyən qüvvələr durub. Makron və Paşinyan isə Sorosun yetirmələridir. Müəyyən qruplar erməni mövzusu altında Azərbaycana təzyiq etmək istəyindədir. Bizim hakimiyyətin apardığı müstəqil siyasət xoşlarına gəlmir. Onlar bir çox ölkədə inqilablar ediblər, öz adamlarını hakimiyyətə gətiriblər. Bu qətnamələri, bəyanatları, əslində, Ermənistanın gələcəyi ilə bağlı narahat olduqları üçün qəbul etməyiblər. Məqsədləri bununla Azərbaycana təzyiq etməkdir”. Zaur Məmmədov bildirib ki, Bakının prinsipiallığı qarşısında Paris öz qərəzli mövqeyindən geri çəkilməli olacaq: “Düşünürəm ki, Azərbaycan bu vaxta kimi Fransa ilə bağlı öz prinsipiallığını necə nümayiş etdiribsə, o cür də davam edəcək. İki diplomatı Azərbaycandan qovulub, Fransaya qarşı bəyanat və etirazlar standart və sabit tonda davam etməkdədir. Amma ermənilər sevinməsin ki, Fransa onları hər zaman qoruyacaq. Dövr dəyişək və Paris öz mövqeyindən əl çəkəcək. Çünki bu sənədlərin qəbul edilməsinin arxasında heç bir siyasi rəqabət dayanmır, sadəcə, ölkəni imicdən salır. Bu bəyanat qəbul edildi, bəs sonra? “Arsax”ın da tanınmasını tövsiyə etmişdilər, nəticədə nə baş verdi? Xankəndidə Azərbaycan bayrağı dalğalanır! Odur ki, bu uydurma, gülünc bəyanatlar, parlamentdə müzakirələr və hökumətə çağırışların heç bir nəticəsi olmayacaq”. |
2024-01-19 | 824,118 | Nüvə gücü, 230 milyonluq Pakistanın İrana cavabı... - Video | 09:00 İran hökuməti son bir neçə gün ərzində İraq və Pakistan torpaqlarına raket, eləcə də PUA zərbələri endirməsini sərhədlərinin və təhlükəsizliyinin təmin edilməsi ilə əlaqələndirib. Uzun illərdir İraqda sabitliyin olmaması, mərkəzi hakimiyyətin zəifliyi və bu ölkədə çox sayda İrana bağlı qüvvələrin mövcudluğu Tehranın bu ölkəyə dəfələrlə hərbi müdaxiləsinə imkan verib. Ancaq Pakistana hücum İranın təhlükəsizliyini təmin etməkdən daha çox onun daha təhlükəli vəziyyətlərlə üzləşməsinə səbəb ola bilər. Bütün göstəricilərə görə İraqdan fərqli və İrandan daha güclü olan, nüvə silahına malik 230 milyonluq Pakistanın 24 saat ərzində İrana cavab zərbələri, Pakistan ordusunun döyüş hazırlığı vəziyyətinə gətirilməsi İslamabadın Tehranın müdaxilələrinə səbirli davranmayacağını göstərdi. Bununla yanaşı, yanvarın 17-də Pakistan Təhlükəsizlik Xidmətinin 3 şəhərdə əməliyyat keçirərək, İrana bağlı radikal şiə qruplaşmalarının üzvlərini həbs etməsi Tehranın bu ölkədəki proksi qüvvələrinin əl-ayağının yığışdırılacağından xəbər verir. Bölgədəki təxribatçı fəaliyyətlərinin həyata keçirilməsində Rusiya ilə yanaşı, Çin və Hindistanın dəstəyinə arxalanan İran bu dəfə hətta Pakistanla dost olmayan Hindistanın da neytral mövqeyi ilə üzləşib. Çin hökmətinin isə hər iki ölkəni təmkinli davranmağa çağırması, problemlərin həlli üçün vasitəçilik etməyə hazır olduğunu bildirməsi Tehranın Pakistan qarşısında himayəsiz qaldığını göstərir. Bununla eyni vaxtda Ərəb Liqasının keçirdiyi təcili toplantıda İranın İraqın şimalındakı Ərbil şəhərinə hücumlarını pisləməsi Tehran hakimiyyətinin bölgə ölkələri tərəfindən həm də ciddi diplomatik təzyiqlə üzləşməsinə səbəb olub. Himayədarlarının dəstəyindən əlinin üzüldüyünü görən İran yanvarın 18-də müxtəlif səviyyələrdə verdiyi bəyanatlarla Taliban hökuməti ilə bağlı xoş fikirlər səsləndirməyə başlayıb. Bəyanatlarda Talibanın İran sərhədlərində heç bir təhlükə törətmədiyi barədə fikirlər səsləndirilib. İranın Milli Təhlükəsizlik Şurasının katibi Əliəkbər Əhmədian isə mediaya açıqlamasında İranla Talibanın ortaq məxrəcə gələ bildiklərini iddia edib. Bu, Tehranın bölgədə təkləndiyi və qanunsuzluqlarına cavab verildiyi bir vaxtda mollaların Talibanı ən azından neytrallaşdırmaq cəhdidir. Yanvarın 18-də ordu ilə SEPAH-ın İran körfəzində 400 kilometrlik sahil zolağında genişmiqyaslı hərbi təlimlərə başlaması Tehranın Pakistanın daha ağır cavabından ehtiyatlandığını göstərir. Tehranın Pakistana raket zərbələrindən sonra pakistanlılar arasında İrana qarşı ictimai rəy də pisləşib. Son iki gün ərzində çox sayda vətəndaş cəmiyyətləri, partiyalar və tanınmış şəxslər İrana qarşı ümumi nümayişlərin keçirilməsinə çağırıb, bu ölkəyə bağlı qruplaşmalara qarşı daha geniş tədbirlər görməyi tələb ediblər. Bütün bunlar göstərir ki, İranın Pakistana raket zərbələri iki ölkə arasında hərbi münaqişəyə səbəb olmasa belə, Pakistanda Tehrana bağlı proksi qüvvələrin zərərsizləşdirilməsi, İranın cənub-şərq sərhədlərində müxtəlif formalarda cəzalandırılması ilə nəticələnəcək. Demək olar ki, Pakistana raket hücumu İranın təhlükəsizliyinə deyil, daha təhlükəli vəziyyətlərlə qarşılaşacağına xidmət etdi. |
2024-01-19 | 824,119 | Türkiyədə zəlzələ baş verdi | Türkiyənin Adıyaman vilayətinin Sincik ilçəsində 4 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin yerin 7 km dərinliyində meydana gəldiyi bildirilib. |
2024-01-19 | 824,123 | ABŞ-dan Bakı və İrəvana: Bu sürəti qoruyun | Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması istiqamətində görülən işləri alqışlayırıq. Biz hər iki ölkənin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyirik. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. "Ümid edirik ki, onlar bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyan davamlı sülh müqaviləsi imzalayacaqlar. Tərəflər son bir ildə əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları bu sürəti qoruyub saxlamağa və sülh müqaviləsinə nail olmağa təşviq edirik”, - Miller qeyd edib. |
2024-01-19 | 824,126 | Şəhəri ələ keçirməyə çalışan terrorçular məhv edildi | Burkina-Faso ordusu Konqusi bölgəsində (Bam əyalətinin şimalı) Kurpele şəhərini ələ keçirmək üçün hücuma cəhd edən bir qrup silahlı terrorçunu məhv edib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Yaraqlılar uğursuz hücumdan sonra meşədə gizlənməyə çalışıblar. Bununla belə, hərbçilər kəşfiyyat aparatlarının köməyi ilə terrorçuların yerini müəyyənləşdirə bilib və onlara dəqiq raket zərbəsi endiriblər. Bildirilib ki, hakimiyyət terrorçular tam məhv edilənə qədər onları təqib etmək niyyətindədir. |
2024-01-19 | 824,127 | 3 yaşlı qız dünyanın ən gənc yazıçısı kimi tarixə düşdü | Birləşmiş Ərəb Əmirliklərindən olan üç yaşlı Əl-Maha Rəşid əl-Meyri iki uşaq povestini - "Çiçək" (Flower) və "Bal arısı"nı (Honeybee) nəşr etdirməklə dünyanın ən gənc yazıçısı olub. Kult.az xəbər verir ki, 24 saat ərzində hər iki kitabının 1000-dən artıq nüsxəsini satan Əl-Maha Rəşid əl-Meyrinin adı Ginnesin Rekordlar Kitabına ən gənc yazıçı (qadın cinsli) kimi düşüb. Yazıçının hekayələrə və rəsm çəkməyə marağı ona gətirib çıxarıb ki, o, uşaqlar üçün fantastika janrında gözəl, parlaq illüstrasiyalarla müşayiət olunan əhvalatları yazmağı öyrənib. O öz hekayələrində oxuculara ekoloji prinsiplərin mühümlüyünü çatdırmağa çalışır. Anasının sözlərinə görə, Maha öz yaşıdlarına ətraf mühitin qorunub saxlanmasının vacibliyini aşılamaq istəyir. Onun böyük bacısı hazırda iki dildə yazılan kitabın nəşri üzrə ən gənc yazıçı, qardaşı isə kişilər arasında ən gənc müəllifdir. Analarının qeyd etdiyi kimi, qardaşı və bacısı Mahanın yazıçılıqla məşğul olmasının əsas səbəbkarlarındandır. |
2024-01-19 | 824,128 | Pakistan PUA-ları İran sərhədində - Tehrandan reaksiya | Pakistanın pilotsuz uçuş aparatlarının iki ölkə sərhədi yaxınlığında İran ərazisinə qeyri-mütənasib və qəbuledilməz hücumlarını qınayırıq. Axar.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda deyilib ki, İran Xarici İşlər Nazirliyi Pakistanın İran vətəndaşları olmayan kəndliləri hədəf alan qeyri-mütənasib və qəbuledilməz hərəkətlərini pisləyir: "İran iki xalq və İran və Pakistan hökumətləri arasında mehriban qonşuluq və qardaşlıq siyasətinə sadiqdir, lakin düşmənlər iki ölkə arasında yaxşı və qardaşlıq münasibətlərini gərginləşdirməyə imkan vermir". Bəyanatda həmçinin qeyd olunub: “İran xalqın təhlükəsizliyini və ölkənin ərazi bütövlüyünü özünün qırmızı xətti hesab edir və Pakistan hökumətindən Pakistanda bazaların və silahlı terror qruplarının yaradılmasının qarşısını almaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirməsini gözləyir”. |
2024-01-19 | 824,131 | Arnoldun saatı kəskin bahalaşdı | Amerikalı aktyor Arnold Şvartseneggerin Almaniyanın Münhen hava limanında saxlanılmasına səbəb olan saatın qiyməti kəskin bahalaşıb. Axar.az xəbər verir ki, daha öncə başlanğıc qiyməti 20 min avro təyin edilsə də, indi bu rəqəm 50 min avroya qaldırılıb. Gömrükdə baş verən insidentdən sonra onlarla kolleksiyaçı bu modelə maraq göstərməyə başlayıb. "Bu, hazırda dünyanın ən çox baxılan saatıdır", - deyə zarafat edən 76 yaşlı aktyor saatı hələ də hərraca çıxarmaq niyyətində olduğunu vurğulayıb. Qeyd edək ki, sözügedən saat aktyor üçün xüsusi hazırlanıb və o saatı bir neçə filmdə istifadə edib. Saatda aktyorun bədəni təsvir olunub və üzərində "Arnold Classic" yazısı həkk olunub. Dünyada cəmi 20 belə saat var. Bu saata görə o, üç saat polis bölməsində saxlanılıb, sonra saatın dəyərini, cəriməni və vergiləri ödəməyə məcbur edilib. O, 35 min avro ödədikdən sonra sərbəst buraxılıb. Şvartsenegger özü saatı hərracda satmaq və pulu iqlimi qorumaq üçün istifadə etmək niyyətindədir. |
2024-01-19 | 824,133 | İstanbula uçan təyyarə Bakıya təcili eniş etdi | “National Airlines” aviaşirkətinin Siyan-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Bu barədə Axar.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib. Məlumata görə, ABŞ aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 07:23-də Bakı hava limanına təhlükəsiz eniş edib. Hazırda yaranmış texniki nasazlığın aradan qaldırılması məqsədilə bütün lazımi tədbirlər görülür. |
2024-01-19 | 824,134 | Sabah Bakıda bu yollar bağlı olacaq | 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətlər dəyişdiriləcək. Axar.az xəbər verir ki, bu barədə Bakı şəhər DYP İdarəsinin sürücülərə müraciətində bildirilib. Qeyd olunub ki, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. "Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur", - məlumatda vurğulanıb. |
2024-01-19 | 824,136 | Neftin bu günə olan qiyməti | Dünya birjalarında neft bahalaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 79,02 dollara, yüngül neftin bir barreli isə 74,18 dollara təklif olunur. |
2024-01-19 | 824,142 | Bakıda 35 yaşlı kişi dəm qazından öldü | Bakıda 35 yaşlı kişi dəm qazından ölüb. Axar.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Elyar Şalikov "Motodrom" adlanan ərazidə nömrəsiz fərdi yaşayış evində dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. |
2024-01-19 | 824,147 | Şövkət Mirziyayev Çinə gedir | Özbəkistan Prezidenti Şövkət Mirziyayev yanvarın 23-dən 25-dək Çində səfərdə olacaq. Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfərin təfərrüatı barədə məlumat verilməyib. Xatırladaq ki, Çin Özbəkistanın ən böyük ticarət tərəfdaşıdır. 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 44,9 faiz artaraq 14 milyard dollara çatıb. |
2024-01-19 | 824,149 | İsrail HƏMAS-ın tunellər şəbəkəsini məhv etdi | İsrail Müdafiə Qüvvələri HƏMAS hərəkatının Qəzza zolağının mərkəzində əsas raket və silah istehsalı zonasını, eləcə də onun altındakı geniş tunellər şəbəkəsini məhv edib. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Bildirilib ki, İsrail ordusu Qəzzanın mərkəzi hissəsindəki Salah əd-Din yolunun ərazisində yüzlərlə kilometr yeraltı keçidlə birləşən onlarla tuneli məhv edib. |
2024-01-19 | 824,151 | Bakıda sərnişin avtobusu qadını vurub öldürdü | Bakıda avtobus 61 yaşlı qadını vuraraq öldürüb. Axar.az xəbər verir ki, hadisə yanvarın 17-də saat 18:40 radələrində Suraxanı rayonunda, Zığ-Hövsan şossesində qeydə alınıb. Vasif Həsən oğlu Bağırov idarə etdiyi "Daevoo BS 090" markalı sərnişin avtobusu ilə Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, 1963-cü il təvəllüdlü Qəmər Bəbir qızı Muradovanı vurub. Q.Muradova aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb. |
2024-01-19 | 824,152 | Bu idmançılara xüsusi təqaüd veriləcək - Qərar | Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi qaydalarına dəyişiklik edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd veriləcək. Təqaüd Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların məşqçilərinə, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə yalnız nağdsız qaydada ödəniləcək. Olimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 2 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 1,5 misli məbləğində təqaüd ödəniləcək. İndiyə qədər Hər ay hər bir idmançıya 200 (iki yüz) manat, onun məşqçisinə 160 (yüz altmış) manat, baş məşqçi və komandanın məşqçisinin hər birinə 100 (yüz) manat məbləğində təqaüd ödənilirdi. Paralimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 1 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 0,5 misli məbləğində təqaüd ödəniləcək. |
2024-01-19 | 824,158 | TƏBİB-ə daha bir səlahiyyət verildi | “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda dəyişiklik edilib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, elektron məlumat bankının istifadəçiləri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarıdır. Yeni dəyişikliklə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu siyahıdan çıxarılıb, onu TƏBİB əvəz edib. |
2024-01-19 | 824,159 | İlanın başı İrandır: hücum edə bilərik - Netanyahu | İrana hücum edə bilərik. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu jurnalistlərin suallarını cavablandırarkən deyib. "Kim deyib ki, İsrail İrana hücum etməyəcək? İrana hücum edə bilərik. Husilər, HƏMAS və Livan Hizbullahının hücumlarının arxasında duran ilanın başı İrandadır", - o bildirib. |
2024-01-19 | 824,160 | Türkiyəli astronavtın kosmosa səyahəti başladı - Video | Türkiyəli astronavt Alpər Gezeravcı yanvarın 19-u Türkiyə vaxtı ilə saat 00:49-da (Bakı vaxtı ilə 01:49) kosmosa yola salınıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, Gezeravcının olduğu “Draqon” kapsulu “Falkon 9” daşıyıcı raket vasitəsi ilə NASA-nın Floridadakı Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya göndərilib. “Ax-3” heyətinə türk astronavtla yanaşı, ispaniyalı astronavt Mikael Lopez-Alegria, İtaliya Hərbi Hava Qüvvələrinin pilotu Valter Villadei və Avropa Kosmik Agentliyi adından isveçli astronavt Markus Vandt daxildir. Türk astronavt Beynəlxalq Kosmik Stansiyasında 14 gün qalacaq və 13 fərqli elmi təcrübə aparacaq. |
2024-01-19 | 824,161 | Ombudsman 20 Yanvar faciəsi ilə bağlı bəyanat yaydı | Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 1990-cı il 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb. Axar.az bəyanatın mətnini təqdim edir: "Azərbaycanın şanlı tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələrindən biri kimi silinməz iz buraxmış 20 Yanvar hadisələrindən 34 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya daxil olmuş sovet qoşunları Ermənistanın təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən açıq dəstəklənməsinə etiraz edən dinc əhaliyə qarşı amansız qırğınlar törətmişdir. İnsanlıq əleyhinə törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə yazılmış bu terror aktı nəticəsində Bakıda və Azərbaycanın bir neçə rayonunda qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 150 nəfər dinc sakin öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmişdir. Ulu Öndər Heydər Əliyev hər zaman olduğu kimi, bu çətin gündə də xalqının yanında olmuş, insanlıq əleyhinə törədilmiş bu cinayətin dünyaya çatdırılması məqsədilə 1990-cı il yanvarın 21-də ailə üzvləri ilə birgə ölkəmizin Moskva şəhərindəki nümayəndəliyində mətbuat konfransı keçirmiş, keçmiş SSRİ rəhbərliyini bu hərbi müdaxilə ilə bağlı pisləyən kəskin bəyanatla çıxış etmişdir. Hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən bu cinayətə siyasi-hüquqi münasibət bildirilmiş, 20 yanvar tarixi Ümumxalq Hüzn Günü elan olunmuşdur. Mülki əhaliyə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı xüsusi qəddarlıqla törədilmiş bu hərbi təcavüz nəticəsində beynəlxalq hüququn insan hüquq və azadlıqlarına hörmət olunması prinsipi, eləcə də Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur. Beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, insanlıq əleyhinə törədilmiş bu cinayətə hələ də hüquqi qiymət verilməmiş, bu qanlı cinayəti törətmiş şəxslər məsuliyyətə cəlb edilməmişlər. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili olaraq, beynəlxalq təşkilatları dinc əhaliyə qarşı törədilmiş və insan hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnmiş bu amansız cinayətə hüquqi qiymət verməyə, təqsirkar şəxslərin ədalət mühakiməsi qarşısında cavab vermələri məqsədilə qətiyyətli addımlar atmağa çağırıram". |
2024-01-19 | 824,163 | Rus bazasının Ermənistandan çıxarılması... – Kopırkin | Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz. Axar.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib. “Belə siqnallardan xəbərim yoxdur. Ermənistanın verdiyi rəsmi bəyanatları rəhbər tuturam, xüsusən də bazanın çıxarılmasından söhbət gedə bilməz. Rusiya tərəfdən də belə siqnallar olmayıb”, - o bildirib. |
2024-01-19 | 824,168 | 695-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 695-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 374 520 hərbçi, 6 167 ədəd tank, 11 445 ədəd zirehli döyüş maşını, 8 854 ədəd artilleriya sistemi, 966 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 654 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 831 ədəd avtomobil texnikası, 6 929 ədəd PUA, 1 818 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 384 xüsusi avadanlıq itirib. |
2024-01-19 | 824,169 | ABŞ səfirliyi Azərbaycanla bağlı çağırış etdi | ABŞ-nin Azərbaycandakı səfirliyi digər beynəlxalq missiyalara çağırış edib. Axar.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib. "Biz bu il yeni və kreativ yaşıl siyasəti həyata keçirmək üçün Azərbaycandakı digər beynəlxalq missiyalara dostcasına çağırış edirik. Biz birlikdə ətraf mühiti yaxşılaşdırmağı səbirsizliklə gözləyirik!",- məlumatda qeyd edilib. Qeyd edək ki, Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Eyni zamanda Bakı bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) evsahibliyi edəcək. |
2024-01-19 | 824,170 | Xankəndidə silah-sursat tapıldı | Polis əməkdaşları keçirdikləri tədbirlərlə yanvarın 18-də Xankəndidə silah-sursat tapıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, şəhər ərazisində 1 ədəd qumbaraatan, 16 ədəd müxtəlif markalı avtomat silahı, 4 ədəd tapança, 19 ədəd qumbara, 4 ədəd tüfəng, 131 ədəd patron darağı, 6463 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. Bundan başqa, ölkə ərazisində qanunsuz saxlanılan 2 ədəd avtomat silahı, 1 tapança, 2 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 23 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb. Həmçinin paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd avtomat silahı, 1 tapança, 1 qumbara, 5 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 284 ədəd müxtəlif çaplı patron təhvil götürüblər. |
2024-01-19 | 824,171 | Bakı və İrəvana yardım üçün hər şey edirik - Kopırkin | Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına maksimum köməklik göstərməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib. “Rusiya bu istiqamətdə çox fəal, israrlı, ardıcıl işləyib və fəaliyyətini davam etdirir. Rusiyanın təşəbbüsü ilə nələrin edildiyini sadalamayacağam. Demək istərdim ki, Rusiya bu prosesə maksimum köməklik göstərməyə, Ermənistan və Azərbaycan arasında həqiqətən də davamlı, ədalətli sülh nizamlanmasına nail olmağa qəti sadiqdir”, - o bildirib. Kopırkin qeyd edib ki, Moskva regionda sabit sülhün olmasında maraqlıdır: “Münasibətlərin normallaşması prosesini dəstəkləyirik və Rusiya həmişə çox fəal şəkildə bu istiqamətdə bütün aspektlərdə işləməyə hazır olduğunu vurğulayıb: istər sülh müqaviləsinin bağlanması, istər Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası, istərsə etimad quruculuğu tədbirlərinin, o cümlədən vətəndaş cəmiyyəti vasitəsilə təmasların inkişafı, istərsə də kommunikasiyaların açılması”. Səfir əlavə edib ki, müvafiq üçtərəfli strukturlar yaradılıb və Rusiya bu strukturlarda fəal iştirak edir: “Təbii ki, qərarı tərəflər verir, bu, onların suveren məsələsidir. Ancaq bir daha deyirəm: Rusiya bu istiqamətdə fəal işə sadiq olub, qalır və sadiq qalacaq. Cənubi Qafqaz regionu bizim üçün çox vacibdir və regionun sülh, sabitlik, firavan olması Rusiya üçün həyati əhəmiyyətlidir”. |
2024-01-19 | 824,177 | Bakıda qanunsuz tikililər söküldü - Video | Bakıda qanunsuz tikililər sökülüb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mövcud qeyri-yaşayış sahəsinin ön hissəsində və Biləcəri qəsəbəsi ərazisində avtoservisin həyətində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırlan metal konsturuksiyalar sökülüb. |
2024-01-19 | 824,179 | Papikyan ABŞ səfiri ilə “işçi nahar” etdi | Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ səfiri Kristina Kuin ilə qarşılıqlı əlaqəni müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, yanvarın 18-də ABŞ səfirinin dəvəti ilə Papikyan onunla işçi nahar edib: “Həmsöhbətlər müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Amerika əməkdaşlığını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər”. |
2024-01-19 | 824,180 | Suriya İsraili raket atəşinə tutdu | Suriya bu gecə İsrail ərazisini raket atəşinə tutub. Axar.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. Məlumata görə, atılan 3 raketin biri Qolan təpələrindəki yola düşüb. Tələfatla bağlı məlumat verilməyib. |
2024-01-19 | 824,184 | Ukrayna vurdu, Rusiyada neft bazası yandı - Video | 11:02 Rusiyanın Bryansk vilayətinin Klinka şəhərində neft bazasında güclü yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, yanğına səbəb Ukrayna ordusunun PUA hücumu olub. Hadisə zamanı xəsarət alan olmayıb. *** Bryansk regionunun qubernatoru Aleksandr Boqomaz bildirib ki, Ukrayna 3 PUA ilə hücum edib və hər 3 PUA vurulub. “Hədəf məhv edildikdən sonra döyüş sursatları Klintsov neft anbarına düşüb və yanğın baş verib. Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin Bryansk vilayəti üzrə Baş İdarəsinin və Bryansk Yanğın və Xilasetmə Mərkəzinin yanğınsöndürmə və xilasetmə qrupları hadisə yerində işləyir. 13 yanğınsöndürən tanker cəlb olunub”, - o qeyd edib. Qubernatorun sözlərinə görə, xəsarət alan yoxdur. |
2024-01-19 | 824,190 | Dünyanın ən sürətli mikrorobotları yaradıldı - Foto | Vaşinqton Universitetinin robotşünasları bu günə qədər ən kiçik, yüngül və sürətli tam funksional robotlar hazırlayıblar. Axar.az xəbər verir ki, alimlərin tədqiqatları Beynəlxalq İntellektual Robotlar və Sistemlər Konfransında təqdim olunub. Bu miniatür qurğular böcək və suölçən taxtabitilər şəklində hazırlanıb. Birinci robotun kütləsi cəmi səkkiz milliqram, ikincisi isə 55 milliqramdır. Hər ikisi həm su səthində, həm də quruda saniyədə təxminən altı millimetr sürətlə hərəkət etmək qabiliyyətinə malikdir. Mikrorobotları unikal edən onların çəkisi bir milliqramdan az olan aktuarıdır. Robot böcəklərin mühərrikləri diametri 0,0025 santimetr olan iki kiçik naqildən hazırlanıb. Onlar zəif cərəyanla qızdırılır və soyudulur, bu da robotlara ayaqlarını saniyədə 40 dəfəyə qədər hərəkət etdirməyə imkan verir. İlkin sınaqlarda mikrosürücü öz ağırlığının 150 qatını qaldıra bilib. Alimlər həmçinin bu mikrorobotlar üçün mikrobatareyalar və digər enerji mənbələri hazırlayırlar. |
2024-01-19 | 824,191 | İran misli görünməmiş şəkildə... - MAQATE | İran Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etmir və agentlik İranın Qərb ölkələri ilə mübahisələrinin girovuna çevrilib. Axar.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib. O, Davosda keçirilən Dünya İqtisadi Forumunda bildirib ki, vəziyyət çox məyusedicidir: “İran əməkdaşlığı misli görünməmiş şəkildə məhdudlaşdırır. Müfəttişlər milli mənsubiyyətlərinə görə İran tərəfindən rədd edilir”. |
2024-01-19 | 824,194 | ABŞ-dan İsrailə cavab: Bu dövlət qurulmalıdır | İsrailin bölgədəki daimi təhlükəsizlik problemini həll etmək və Qəzzanın qısa müddətə bərpası üçün Fələstin dövlətinin qurulmasından başqa yol yoxdur. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında çıxışı zamanı deyib. “İsrailin hazırda belə bir imkanı var, çünki region ölkələri İsrailin təhlükəsizliyinə zəmanət verməyə hazırdır”, - o əlavə edib. Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ötən gün verdiyi açıqlamada Fələstin dövlətinin yaradılmasının mümkün olmadığını bildirmişdi. |
2024-01-19 | 824,195 | Gürcüstan onu Azərbaycana ekstradisiya etdi | Baş prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Cavid Sabir oğlu Hüseynlinin ekstradisiyası haqqında qərar qəbul olunub. Bu barədə Axar.az-a Baş Prokurorluqdan bildirilib. Məlumata görə, Sumqayıt şəhər Polis İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Cavid Hüseynlinin Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib. Cavid Hüseynli yanvarın 18-də Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib. |
2024-01-19 | 824,199 | Xankəndidə seçki məntəqəsi yaradıldı - Foto | Prezident seçkiləri ilə əlaqədar Xankəndi şəhərində seçki məntəqəsi yaradılıb. Axar.az xəbər verir ki, 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı məntəqəsi şəhərin mərkəzindəki inzibati binada yerləşir. Bu bina Xankəndi şəhəri azad olunana qədər qondarma “parlament” binası olub. Xatırladaq ki, bu il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2024-01-19 | 824,200 | Bu türk ölkəsi Qolan təpələrinə sülhməramlı göndərir | Qazaxıstan parlamenti Prezident Qasım-Jomart Tokayevin BMT-nin sülhməramlı missiyalarına hərbçilərin göndərilməsi təklifini dəstəkləyib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Məlumata görə, ümumilikdə Qazaxıstan ordusunun 430 hərbçisi BMT-nin Yaxın Şərq, Cənubi Sudan Respublikası və Abyeydəki sülhməramlı missiyalarında iştirak edəcək. Qazaxıstanın müdafiə naziri Ruslan Jaksilikov da bildirib ki, ölkənin ilk sülhməramlı kontingenti olan 139 nəfər hərbi qulluqçu bu ilin mart ayından etibarən Qolan təpələrində atəşkəsə nəzarət etmək üçün BMT qüvvələrinin missiyasında iştirak edəcək. |
2024-01-19 | 824,202 | Tramp: Putin məndən qorxurdu | ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin və Çin lideri Si Szinpinlə yaxşı münasibətlərdən danışaraq, güclü nüvə silahına malik ölkələrin liderləri ilə anlaşmağın yaxşı olduğunu vurğulayıb. Axar.az xəbər verir ki, bu barədə RBK məlumat yayıb. “Bilirsiniz, Putin kimi insanlarla münasibət qurmaq yaxşıdır. Sədr Si ilə danışıqlarım olub, onlarla əla münasibətlərim var. Hillari Klinton qalib gəlsəydi, Şimali Koreya, yəni Kim Çen İnlə nüvə müharibəsi aparacaqdınız. Mən onunla da anlaşdım”, - o bildirib. Tramp qeyd edib ki, o, ABŞ prezidenti olaraq qalsaydı, Putin heç vaxt Ukraynaya hücum etməzdi: “Onların hamısı Trampdan qorxurdu, lakin ona hörmət edirdilər. Bu doğrudur”. Eks-prezident “Trampı geri çağırmağı” təklif edən Macarıstanın Baş naziri Viktor Orbanı da tərifləyib: “Orban sərt və ağıllı bir liderdir”. |
2024-01-19 | 824,203 | Audiovizual Şura 9 hüquqi şəxsin lisenziyasını ləğv etdi | Audiovizual Şura ötən il 9 hüquqi şəxsin lisenziyasını ləğv edib. Axar.az xəbər verir ki, bu barədə Şuranın hesabatında bildirilib. Qeyd olunub ki, Audiovizual Şura fəaliyyətdə olmayan, o cümlədən fəaliyyət göstərdiyi təsbit olunmayan audiovizual media subyektlərinin lisenziyalarının ləğv olunması prosesi həyata keçirib. İl ərzində Audiovizual Şuranın müvafiq qərarları ilə Caspium Group MMC-yə xarici teleradio kanallarının peyk vasitəsilə kodlaşdırılmış qurğularla yayımının həyata keçirilməsini təmin edən fəaliyyət üçün, "Media Art" şirkətinə, Metronet MMC-yə, Albax TV MMC-yə, Şam MMC-yə, Real Telecom MMC-yə, RA Technologies MMC-yə abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilmiş lisenziyalar, habelə İzone MMC-yə və Startelekom MMC-yə universal platforma operatoru fəaliyyətini təmin etmək üçün Azərbaycan Audiovizual Şurası tərəfindən verilmiş lisenziyalar ləğv edilib. Ümumilikdə, 9 hüquqi şəxsin lisenziyası ləğv edilib. Bununla da, hazırda, Azərbaycan ərazisində fəaliyyət göstərən audiovizual media subyektlərinin (redaksiyalarının və xidmətlərinin) tərkibi belədir: 11 ümumölkə yerüstü televiziya redaksiyası; 10 regional yerüstü televiziya redaksiyası (bundan 1-i Naxçıvan MR-da); 16 ümumölkə yerüstü radio radio redaksiyası; 4 regional yerüstü radio redaksiyası (bundan 1-i Naxçıvan MR-da); 10 peyk yayımı həyata keçirən platforma yayımçısı redaksiyası (bundan 8-i həm də regional yerüstü televiziya redaksiyasıdır); 16 peyk yayımı həyata keçirməyən platforma yayımçısı redaksiyası; 2 sifarişli yayım xidməti provayderi; 42 universal platforma operatoru; 8 sadə platforma operatoru; 2 multipleks operatoru. |
2024-01-19 | 824,207 | Sexdəki partlayışda xəsarət alanların son durumu… | Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir. Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır. Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir, 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. |
2024-01-19 | 824,210 | Onları Zəngəzurdan çıxarmalıyıq - Sərkisyan | Rusiya Federasiyası Ermənistana düşmən ölkədir. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın “Respublika” partiyasının lideri Aram Sərkisyan deyib. “Rusiya Xarici İşlər Nazirliyinin Sünikdən (Zəngəzur – red.) keçən tranzit yollarla bağlı açıqlaması İrəvanın deyil, bizə düşmən olan ölkənin maraqlarına xidmət edir. Yəni Rusiya da düşmən ölkədir. Bu səbəblə Sünikdən rus konsulluğu çıxarılmalı, ümumiyyətlə, Rusiya kapitalının bölgədə varlığına son qoyulması prosesinə başlanılmalıdır”, - A.Sərkisyan bildirib. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Zəngəzur dəhlizinin Ermənistan üçün faydalı layihə olduğunu, bu məsələ ilə bağlı Azərbaycanla razılıq əldə olunsa da, İrəvanın öhdəliyi yerinə yetirmədiyini deyib. |
2024-01-19 | 824,211 | Ötən il yayımçılara 6 dəfə xəbərdarlıq olunub | Ötən il yayımçılara 6 dəfə xəbərdarlıq olunub, 4 dəfə yayım dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Audiovizual Şurasının hesabatında bildirilib. Qeyd olunub ki, yerüstü televiziya və radio kanallarının (açıq yayım) proqramları daimi əsasda, regional yerüstü yayımçıların, habelə platforma yayımçılarının proqramlarının monitorinqləri şikayət əsasında və vaxtaşırı olaraq həyata keçirilib. Aparılmış monitorinqlər nəticəsində audiovizual yayımçıların həm televiziya, həm radio redaksiyalarının efirində ümumi olaraq 297 pozuntu faktı qeydə alınıb. Həmin pozuntuların çox bir hissəsi (287 fakt) texniki səbəbdən olduğundan yayımçılara zəruri bildirişlər verilmiş və pozuntuların aradan qaldırılması təmin olunub. Bir sıra pozuntulara görə yayımçılara il ərzində 6 dəfə xəbərdarlıq elan olunub və mediada dərc olunub. Pozuntular səbəbi il ərzində 4 dəfə yayımın dayandırılması sanksiyası tətbiq olunub. |
2024-01-19 | 824,215 | Məktəbdə təhlükəli anlar: Şagirdlər təxliyə edildi - Video | Mingəçevirdə məktəbdə tüstülənmə baş verib. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə qeydə alınıb. Şagirdlər polislər və məktəb rəhbərliyinin köməyi ilə təxliyə ediliblər. Valideynlər bildiriblər ki, bu, 8 saylı tam orta məktəbdə tədris ili başlayandan artıq ikinci analoji hadisəsidir. Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, bununla bağlı qurumun “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı orta məktəbin 3-cü mərtəbəsinin dəhlizində quraşdırılmış elektrik açarında qısaqapanma olduğu müəyyən olunub. Yanğın hadisəsi qeydə alınmayıb. |
2024-01-19 | 824,216 | Zelenski yalan deyir, Mişa cavab verəcək - Tiflis | Eks-prezident Mixail Saakaşvili üçün xilas yoxdur, o, bütün cinayətlərə görə cavab verməlidir. Axar.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib. “Saakaşvili gürcü xalqına qarşı cinayətlərinə görə cavab verməlidir. Ukrayna Prezidenti Vladimir Zelenski, Moldova Prezidenti Maya Sandu və Avropa Parlamentinin deputatları Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışırlar. Gürcüstan buna görə üzrxahlıq gözləyir”, - Papuaşvili bildirib. |
2024-01-19 | 824,218 | Hətta Taliban da İran və Pakistana çağırış etdi | Taliban hökuməti İran və Pakistanı təmkinli olmağa çağırıb. Axar.az xəbər verir ki, bu barədə Taliban hökumətinin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Region uzunmüddətli qeyri-sabitlikdən sonra təhlükəsizliyə yaxın olduğu bir vaxtda hər iki tərəf bölgənin sabitliyinin daha da möhkəmləndirilməsi istiqamətində çalışmalı, mübahisəli məsələləri diplomatik kanallar vasitəsi və dialoq yolu ilə həll etməlidir”, - bəyanatda qeyd olunub. |
2024-01-19 | 824,225 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında yanvarın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq. |
2024-01-19 | 824,226 | Azərbaycanlı alpinistlərin meyiti tapıldı | Yanvarın 12-də Qərbi Azərbaycan əyalətinin Üşnü mahalının dağlarında qar uçqunundan sonra itkin düşən alpinistlərin meyitləri tapılıb. Axar.az xəbər verir ki, bu barədə əyalətin Alpinizm Federasiyası məlumat yayıb. Bildirilib ki, 6 günlük axtarışlardan sonra Rza Kayişi, Möhsün Əzizi və Məhəmməd Royanın meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib. |
2024-01-19 | 824,227 | İran təsdiqlədi: Qəsdən bu raketlərdən istifadə edib | İrana qarşı təhdidlərə cavab veriləcək. Axar.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bagir Qalibaf deyib. “Terrorçuların qərargahını 1250 km məsafədən hədəfə almaq ölkəmizi təhdid edən hər kəsə mesaj idi. Sadəcə, raketlərin bucağını dəyişə bilərik”, - Qalibaf bildirib. Qeyd edək ki, 16 yanvarda SEPAH Pakistan ərazisində terrorçu saydığı "Ceyş ül-Ədl" qruplaşmasını raketlə vurub, nəticədə iki azyaşlı həlak olub. İraqın şimalında isə MOSSAD casusu saydığı şəxsin evinə 4 raket atıb, nəticədə 1 azyaşlı olmaqla, 5 nəfər ölüb. SEPAH hədəfləri vurmaq üçün lazım olduğundan daha uzaqmənzilli raketlərdən istifadə etməsi ilə diqqət çəkib. |
2024-01-19 | 824,228 | Bu iki ölkənin gəmilərinə toxunmayacağıq - Husilər | Qırmızı dənizdə Rusiya və Çin gəmiləri üçün heç bir təhlükə yoxdur. Axar.az xəbər verir ki, bunu Husi qruplaşmasının siyasi bürosunun üzvü Məhəmməd əl-Baxiti deyib. “Biz onların gəmilərinin Qırmızı dənizdən keçidinin təhlükəsizliyini təmin etməyə hazırıq, çünki azad gəmiçilik ölkəmiz üçün mühüm rol oynayır”, - Baxiti bildirib. Onun sözlərinə görə, husilərin məqsədi Qırmızı dənizdə hansısa gəmini ələ keçirmək və ya batırmaq deyil, əsas tapşırıq Qəzzadakı qətliama son verməsi üçün İsrailin iqtisadi xərclərini artırmaqdır. |
2024-01-19 | 824,231 | Başqırdıstanda yeni aksiya: toqquşma oldu - Video | Başqırdıstanın paytaxtı Ufada etiraz aksiyaları başlayıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, etirazçılar saxlanılanların aparıldığı karvanın qarşısını kəsməyə çalışıb. Buna cavab olaraq əraziyə yeridilmiş OMON etirazçıları uzaqlaşdırmağa çalışıb. Nəticəcə etirazçılarla OMON-çular arasında toqquşma baş verib. Məlumata görə, etiraz aksiyasında iki mindən çox insan iştirak edib. Qeyd edək ki, Başqırdıstanın (Rusiya) Baymak Rayon Məhkəməsi yerli fəal Fail Alçinovu milli nifrət yaratmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qərarından dərhal sonra Alçinovun minlərlə tərəfdarı etirazlara başlayıb. |
2024-01-19 | 824,234 | Ceyhun Bayramov Uqanda prezidenti ilə görüşdü | Uqandaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu ölkənin Prezidenti Kaquta Museveni ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib. Bildirilib ki, görüş zamanı iki ölkə arasında çoxtərəfli əməkdaşlıq gündəliyi və Qoşulmama Hərəkatı Üçlüyü çərçivəsində gələcək planlar müzakirə edilib. Qeyd edək ki, Qoşulmama Hərəkatına sədrlik bu ildən etibarən Azərbaycandan Uqandaya keçib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi başa çatsa da, hərəkatın “sədrlik üçlüyü”ndə yer alır. |
2024-01-19 | 824,235 | “Azəriqaz”dan limitlərin yenilənməsi ilə bağlı açıqlama | SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeni ilə keçidlə bağlı qazdan istifadə limitlərinin yenilənməsi başa çatıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib. “Yenilənmə artıq başa çatıb və yenilənmədən sonra sayğac göstəriciləri qeydə alınıb”, - Xalidə Şimşək qeyd edib. Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1 200-2 500 kubmetrədək və 2 500 kubmetrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb. |
2024-01-19 | 824,237 | Dünya çempionu 29 yaşında öldü | Kanadalı atlet, dünya çempionu Şon Barber 29 yaşında vəfat edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Akron Universitetinin atletika fakültəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, idmançı uzun sürən xəstəlikdən sonra Kinqsvuddakı evində dünyasını dəyişib. Qeyd edək ki, Şon Barber 2015-ci ildə şüvüllə tullanma üzrə dünya çempionu olub. 2016-cı ilin yanvarında isə qapalı yarışda 6 m nəticə göstərərək, Kanada rekordunu yeniləyib. |
2024-01-19 | 824,238 | Lavrovun İrəvanla "Zəngəzur dəhlizi davası"nın məqsədi | Ötən gün Rusiya XİN rəhbəri Sergey Lavrovun Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək yolun açılması məsələsinə münasibəti Azərbaycanın deyil, Rusiyanın və Ermənistanın maraqları baxımından dəyərləndirilməlidir. Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Sergey Lavrovun ötən gün mətbuat konfransında səsləndirdiyi fikirləri şərh edərkən deyib. O bildirib ki, Lavrovun Ermənistan Baş naziri Nikol Paşinyanın “İran hansı şərtlərlə Azərbaycandan Naxçıvana yol verirsə, eyni şərtlərlə biz də verməyə hazırıq” açıqlamasını məntiqsiz adlandırmasının öz səbəbi var: “Lavrov bu açıqlaması ilə Ermənistandan keçən yola nəzarət məsələsinə etiraz edir və 9/10 noyabr bəyanatının 9-cu maddəsindən sitat gətirərək, bu nəzarətin Rusiya Sərhəd Xidmətində olmasının razılaşdırıldığını xatırladır. Bununla paralel olaraq, 2021-ci il “razılaşmasına” da istinad edir və bildirir ki, Ermənistan, Rusiya və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində yaradılmış üçtərəfli işçi qrupu çərçivəsində bütün əlaqələr və marşrutların keçdiyi ölkələr öz ərazilərində keçən bu marşrutlar üzərində suverenlik və yurisdiksiyanı tam olaraq saxlayırlar. Eyni zamanda, vurğulayır ki, marşrut Ermənistanın suveren ərazisindən keçir, Rusiya FTX-nin Sərhəd Xidmətinin nəzarəti altında Azərbaycandan Ermənistana girişdə və Ermənistandan Azərbaycanın Naxçıvanına çıxışında sərhəd və gömrük nəzarəti prosedurları da prinsipcə razılaşdırılıb. Maraqlıdır, 9/10 noyabr 2020-ci il bəyanatına istinad edən Rusiya XİN rəhbəri orada yola Rusiya FTX-nin Sərhəd Xidmətinin nəzarət etməli olduğuna vurğu edir, ancaq nədənsə, bu “nəzarət” ifadəsinin əks olunduğu cümlədən əvvəlki razılaşdırılmış şərti “unudur”. Həmçinin Ermənistan Baş naziri də Rusiya Sərhəd Xidmətinin “nəzarət” məsələsini “görməzdən” gələrək, Ermənistanın yola zəmanət verdiyinin sazişdə əksini tapdığını vurğulayır. Yəni 9/10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndi üzərində Ermənistan və Rusiya manipulyasiya etməklə məşğuldurlar. Sözügedən bənd isə tam olaraq belədir: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Diqqət edin, burada Ermənistanın maneəsiz hərəkətin təmininə zəmanət verməsindən söhbət gedir. “Maneəsiz hərəkət” isə hər hansı gömrük və sərhəd yoxlamasının olmaması deməkdir”. Aynur Camal belə təcrübənin dünyanın bir çox ölkəsində olduğunu xatırladıb: “Maneəsiz yol” məntiqi Rusiya XİN başçısı Sergey Lavrovun özünə də çox yaxşı məlumdur, çünki Rusiya Kalininqrada məhz “maneəsiz yolla” çıxır və hətta bir deyil, iki ölkənin – Belarus və Litvanın ərazisindən keçir. Azərbaycan da Zəngəzur yolundan yalnız Azərbaycan vətəndaşları və yükləri üçün “Azərbaycandan Azərbaycana” prinsipini irəli sürüb. Bu, Rusiyanın istifadə etdiyi “Kalininqrad dəhlizi” məntiqinə tam uyğundur”. Politoloq həmçinin 2021-ci ildə Baş nazirlərin müavinlərinin keçirdiyi görüşlərdə Azərbaycan vətəndaşları və yüklərinin “ölkələrin suverenliyi prinsipi və gömrük-sərhəd yoxlamasından keçməsi” ilə bağlı hər hansı sənədin razılaşdırıldığı haqda ictimai məlumatlarda heç nə olmadığını da vurğulayıb: “2021-ci ildə Baş nazir müavinlərinin 5 üçtərəfli görüşü keçirilib, ancaq bu görüşlərlə bağlı yayılan informasiyaların heç birində Azərbaycan vətəndaşları və yüklərinin gömrük və sərhəd yoxlamasından keçməsinin razılaşdırıldığı haqda məlumat yoxdur. Üstəlik, Azərbaycan 9/10 noyabr 2020-ci il bəyanatından sonra hər zaman Zəngəzur yolunun “Azərbaycandan Azərbaycana” prinsipi ilə fəaliyyət göstərməsinin vacibliyində israr edib. Buna görə də Lavrovun əsaslandığı “razılaşma” mübahisələndirilə bilər”. A.Camal Zəngəzur yoluna nəzarət uğrunda Rusiya ilə Ermənistan arasında ciddi fikir ayrılığının yaşanmasına da diqqət çəkib: “Hər kəsə bəllidir ki, Paşinyan Rusiya FTX-nin Sərhəd Xidmətinin Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir və bu razılaşmadan müxtəlif manipulyasiyalarla imtina edir. Bu, Qərbin də maraqlarına uyğun deyil. Lavrovun “Paşinyanın məntiqini anlamamasının” səbəbi də budur. Azərbaycan üçünsə Zəngəzur dəhlizinə kimin nəzarət etməsinin az fərqi var – bizim üçün vacib olan Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yolun maneəsiz olması, Azərbaycan vətəndaşları və yüklərinin bu yoldan heç bir yoxlama olmadan keçididir ki, bu da 9/10 noyabr bəyanatında əksini tapıb”. |
2024-01-19 | 824,240 | Husilər bu gün ABŞ-ın daha bir gəmisinə hücum etdi | Husilər Ədən körfəzi yaxınlığında ABŞ-ın “Kim Reyncer” gəmisini vurub. Axar.az xəbər verir ki, bu barədə Husi hərəkatının hərbi nümayəndəsi Yəhya Səriya məlumat verib. “Şübhəsiz ki, ABŞ və Briyanitanın əməliyyatı davam edəcək. Lakin bu ölkələrin Yəmənə qarşı hər hansı yeni hücumu cavabsız və nəticələrsiz qalmayacaq”, - o bildirib. Qeyd edək ki, sözgedən hücum Yəmən ordusunun 24 saatdan az müddətdə Ədən körfəzində Amerika gəmilərinə ikinci hücumudur. |
2024-01-19 | 824,241 | Mərasim evinin tavanı çökdü: xəsarət alanlar var - Video | 13:18 Bakıda mərasim evinin tavanı çöküb. Daxili İşlər Nazirliynindən Axar.az-a verilən məlumata görə, hadisə bu gün saat 12:45 radələrində paytaxtın Yasamal rayonu, M.Müşfiq küçəsində qeydə alınıb. "Mərasim evində tavanın çökməsi ilə bağlı polisə məlumat daxil olub. Hadisə ilə əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan 2 nəfər təxliyə edilib", - məlumatda bildirilib. *** Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub. FHN-dən bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub. Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə bağlı araşdırma aparılır. *** Yanvarın 19-da saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evinin 2 mərtəbə arasındakı tavanının çökməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan, hüzür mərasimində iştirak edən 3 nəfər - 1949-cu il təvəllüdlü Mustafayeva Fatma Xamoy qızı, 1955-ci il təvəllüdlü Mirzəyeva Rahilə Xamoy qızı və 1958-ci il təvəllüdlü Rüstəmova Rəna Xamoy qızı ilkin tibbi yardım göstərilərək xəstəxanaya yerləşdirilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Hazırda hadisə yeri prokurorluq əməkdaşları tərəfindən müəyinə olunur. Fakt üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır. |
2024-01-19 | 824,245 | Ərəb sahibkar Azərbaycanda nadir quşları ovladı - Foto | Xarici vətəndaşlardan biri Azərbaycanda adı “Qırmızı kitab”a salınan quşları ovlayıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə görüntüləri o, özünün İnstaqram hesabında paylaşıb. Bir neçə gün öncə Belal Aldaas adlı şəxs öz sosial media hesabında adı “Qırmızı kitab”a düşən bəzgəklərin ovundan fotolar yerləşdirib. Həmin şəxsin restoranlar şəbəkəsi var. Məsələ izləyicilər tərəfindən ciddi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, xarici ölkə vətəndaşının Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bəzgək quşlarını ovlaması ilə bağlı sosial şəbəkədə yayılan foto əsasında araşdırma aparılıb və onun Suriya Ərəb Respublikası vətəndaşı Belal Aldaas olduğu müəyyən edilib. O qeyd edib ki, qanunsuz ov edən şəxsin əməlində cinayət tərkibi olduğundan məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndəriləcək. |
2024-01-19 | 824,246 | "Azəriqaz"dan partlayış baş verən sexlə bağlı açıqlama | Bakıda partlayış baş verən mebel sexinə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazlaşdırma həyata keçirilməyib. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı partlayışın təbii qazdan olması ilə bağlı iddialara münasibət bildirərkən deyib. “Biz dəfələrlə demişik ki, təbii qaz verdiyimiz ərazi mebel sexinə deyil, onun aid olduğu ofisədir. Orada isə heç bir yanğın baş verməyib. Hələ indiyə qədər heç bir dövlət qurumunun, hətta ilkin açıqlamasında belə partlayışın qazdan baş verməsinə dair heç bir açıqlama olmayıb. Biz mütəxəssis olmadığımız üçün o cür partlayışın qazdan olub-olmaması sualına cavab verə bilməyəcəyik. Ancaq bizim əməkdaşlar, müstəqil və tərəfsiz qurum olan “Təmi qaz”ın əməkdaşı, Fövqəladə Hallar Nazirliyinin və Baş Prokurorluğun nümayəndələri orada bir neçə gün istintaq tədbirləri həyata keçirdilər”, - E. Vəliyev bildirib. Xatırladaq ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında yerləşən mebel sexində partlayış-yanğın olub. Nəticədə 9 nəfər ölüb, 24 nəfər xəsarət alıb. Partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. |
2024-01-19 | 824,248 | Koç: Azərbaycan Ordusu İranda bu hədəfləri vurmalıdır - Video | Azərbaycan İranın yaratdığı və dəstəklədiyi “Hüseyniyyun” terror təşkilatının mövqelərinə aviazərbələrlə hücum etmə haqqını özündə saxlamalıdır. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Türkiyədə fəaliyyət göstərən İran Araşdırmaları Mərkəzinin siyasi eksperti Mehmet Koç deyib. Ekspert Pakistan hökumətinin İran ərazisində İslamabada qarşı təşkilatlanmış qruplaşmaya hücumundan sonra Azərbaycanın da bu haqqa sahib olduğunu bildirib. “İran region ölkələrinə qarşı terror qruplaşmaları yaratmaq və dəstəkləməyin cavabını verməli, əvəzini ödəməlidir. Hazırda bölgədə yaranan xaosda İran ən azı ABŞ və İsrail qədər günahkardır”, - M.Koç vurğulayıb. |
2024-01-19 | 824,252 | Ukrayna bu istiqamətdə 400 rus hərbçisini məhv etdi | Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 400 rusiyalı hərbçini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, sözügedən istiqamətdə Rusiyanın 42 hərbi texnikası da məhv edilib. Ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 56 hava zərbəsi endirib, 665 artilleriya atəşi və 68 hərbi əməliyyat həyata keçirib. |
2024-01-19 | 824,253 | ABŞ-dan husilərin son hücumuna reaksiya | ABŞ gəmisinə atılan iki raket gəminin yaxınlığındakı suya düşüb, heç bir xəsarət və dağıntıya səbəb olmayıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. Qeyd edək ki, Husi qruplaşması ötən gün Səna vaxtı ilə axşam saat 21:00 radələrində ABŞ-a məxsus tanker gəmisinə iki ballistik raket atıb. |
2024-01-19 | 824,256 | Koncoryan bəyanatı yenidən oxusun: “Rusiya FTX” yazılıb... | “Mülki müqavilə” fraksiyasının rəhbəri Hayk Koncoryan deyir ki: Axtarıram və tapmıram. Harada yazılıb ki, Ermənistan ərazisində hər hansı başqa dövlət rabitənin təhlükəsizliyini təmin etməlidir. Çox güman ki, o, bunu Rusiyanın xarici işlər naziri Lavrovun mətbuat konfransındakı “İrəvan yeni tələblər irəli sürür, orada rus sərhədçilərin yerləşdirilməsini istəmir. Bu, razılaşmalara ziddir” sözlərindən sonra deyib. Axar.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb. “Koncoryana onun hazırkı partiya lideri və Baş nazir Paşinyanın imzaladığı 9/10 noyabr üçtərəfli bəyanatın mətnini oxumağı və ya yenidən oxumağı tövsiyə edirik. Və bu bəyanatın 9-cu bəndində yazılıb ki: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılacaq. Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirir”. Maraqlıdır, Koncoryan həqiqətən bu sadə təklifi görmür? “Nəqliyyat rabitəsinə nəzarəti Rusiya FTX-nin sərhəd xidməti həyata keçirir”. Bu hakimiyyət dövləti idarəsi bir yana qalsın, hətta qarşı çıxmağa və ya tənqid etməyə gəldikdə belə bacarıqsız və manipulyasiyaedicidir”, - məqalədə vurğulanıb. |
2024-01-19 | 824,258 | Rusiya qadağaya hazırlaşır - Britaniya narahatdır | Rusiyanın Britaniya gəmiləri tərəfindən Barents dənizində balıq tutmasına mümkün qadağası ingilisləri öz milli yeməklərindən, balıqlarından və çipslərindən məhrum edə bilər. Axar.az xəbər verir ki, bu barədə “Deyli Meyl” nəşri məlumat yayıb. “Britaniyaların sevimli yeməklərindən biri Kremlin Britaniya gəmilərinə Rusiyanın Arktika sularında balıq ovlamasına icazə verən razılaşmanı ləğv etmək planlarına görə təhlükə altındadır. Britaniya gəmilərinə Barents dənizində - Rusiyanın Kola yarımadasının sahillərində və Kanin Nos burnunun şərqində təxminən 70 ildir, hətta Soyuq müharibənin qızğın çağında belə balıq tutmağa icazə verilib”, - nəşr bildirib. Qeyd edək ki, Böyük Britaniya gəmilərinə Barents dənizində balıq tutmağa icazə verən müqaviləni ləğv etmək təklifi qanun layihəsi kimi Rusiya Federasiyası hökumətinə göndərilib. Qanun layihəsini Xarici İşlər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi hazırlayıb. |
2024-01-19 | 824,259 | İlham Əliyev 3 sərəncam, 2 fərman imzaladı | 14:00 Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2,0 (iki) milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350,0 (üç yüz əlli) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350,0 (üç yüz əlli) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350,0 (üç yüz əlli) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350,0 (üç yüz əlli) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350,0 (üç yüz əlli) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 350,0 (üç yüz əlli) min manat ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. *** Yetkinlik yaşına çatmayanları pornoqrafiya tamaşalarında iştiraka cəlbetmə ilə bağlı məsuliyyət müəyyənləşib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun 17.2.2-ci maddəsində “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilib. Belə ki, daxili işlər orqanları yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmiş, yaxud yetkinlik yaşına çatmayanlar barəsində digər qanunazidd əməllər törətmiş şəxsləri, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini üzrlü səbəblər olmadan yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynləri və ya digər qanuni nümayəndələri, vəzifəli şəxsləri aşkar edir, onlar barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlər görəcəklər. Bununla bağlı, həmçinin “Polis haqqında”, “Ümumi təhsil haqqında” qanunlara da müvafiq dəyişikliklər edilib. *** Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmanda deyilir: Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419 (Cild I) ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin: 1. 2.2.3-cü yarımbənddə “cinayət əməllərinə və ya fahişəliyə” sözləri “cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə” sözləri ilə əvəz edilsin. 2. 2.7.12-ci yarımbəndə “insan alverinin” sözlərindən sonra “, həmçinin cinsi istismarın və ya cinsi zorakılığın” sözləri əlavə edilsin. *** Prezident İlham Əliyev “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1073-VIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1073-VIQD nömrəli Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin. *** Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmanla nazirliyin vəzifələrində dəyişiklik aparılıb. Belə ki, qurum tabeliyində olan idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparacaq. Nazirlik, həmçinin tabeliyində olan idman obyektlərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək. Bu vaxta qədər nazirlik bu işləri ancaq olimpiya idman kompleksləri üzrə həyata keçirirdi. |
2024-01-19 | 824,261 | Bakıdan Sumqayıta ekspres marşrut xətti açılır | Bakı Bus MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayacaq. Axar.az xəbər verir ki, bu barədə Bakı Bus MMC-in mətbuat katibi Əsmər Əliyeva məlumat verib. Məlumata görə, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq. Bu xəttə buraxılacaq avtobuslar komfortlu nəqliyyat vasitəsi hesab olunur. Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur. |
2024-01-19 | 824,263 | Rusiyada etiraz aksiyası: Mobil şəbəkə kəsildi | Rusiyanın “Bilayn” mobil operatoru etiraz aksiyaları zamanı Ufada rabitə və mobil internetin verilişini dayandırıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Samara, Kazan, Saratov və Tolyatti şəhərlərində də mobil şəbəkədə qırılmaların qeydə alındığı bildirilib. Rusiya mətbuatının məlumatına görə, güc strukturları Ufada etiraz aksiyasının keçirildiyi meydanı artıq təmizləyiblər. Qeyd edək ki, bu gün Başqırdıstanın Ufa şəhərində etiraz aksiyası keçirilib. Aksiya zamanı etirazçılarla OMON arasında toqquşmalar da baş verib. |
2024-01-19 | 824,264 | Türkiyə Rusiyaya bu malların tədarükünü azaltdı | 2023-cü ilin oktyabr və noyabr aylarında Türkiyə Rusiyaya hərbi ehtiyaclar üçün istifadə oluna bilən ikili təyinatlı malların tədarükünü azaldıb. Axar.az xəbər verir ki, bu barədə “Forbes” Türkiyə Statistika İnstitutuna istinadən məlumat yayıb. Bildirilir ki, ötən ilin sonunda tədarükün azalması ABŞ-ın ticarət və maliyyə əməliyyatlarında sanksiyalara əməl olunmasını tələb edən mövqeyi fonunda baş verib. “Forbes”in təhlilinə görə, 2023-cü ilin noyabrında ikili təyinatlı məhsulların dəyəri 8,4 milyon dollara düşüb, bu, 2022-ci ilin avqustundan bəri ən aşağı göstəricidir: “Azalma mövsümiliklə izah edilə bilməz, çünki 2021-2022-ci illərdə bu qrup malların Rusiyaya ixracında azalma qeydə alınmayıb. “Elektrik sxemlərinin dəyişdirilməsi və ya qorunması, habelə elektrik dövrələrinə qoşulma üçün elektrik avadanlıqları” kateqoriyasındakı malların Rusiyaya ixracı ötən ilin sentyabrından azalmağa başlayıb”. |
2024-01-19 | 824,269 | Azərbaycan bu hərəkata sədrliyi Uqandaya təhvil verdi | 14:35 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşündə iştirak və çıxış edib. Xarici İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, zirvə görüşündə QH-nın sədri qismində açılış nitqi ilə çıxış edən C.Bayramov Azərbaycanın 4 il bundan öncə Hərəkata sədrliyi təhvil aldıqdan sonra beynəlxalq münasibətlər sistemi üçün olduqca mürəkkəb bir dövrdə QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə effektivliyinin artırılması üçün substantiv və institusional tədbirlər gördüyünü diqqətə çatdırıb. Daha sonra, Hərəkatın 19-cu Zirvə Görüşünün gündəliyi qəbul olunub. Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin QH-nin sədri qismində uğurlu fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə nazir Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib. 2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə əlavə bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın sədrlik dövründə tarixi Bandunq prinsipləri əsasında öz fəaliyyətini qurduğunu bildirib. Bu istiqamətdə, Azərbaycanın QH-nın fəaliyyətinin əlaqələndirilməsinin çevikliyinin təmini istiqamətində əməli tədbirlər gördüyü, görülən işlər nəticəsində yüzlərlə bəyanat, kommunike və bəyannamələrin razılaşdırıldığı, Hərəkat üzvləri tərəfindən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında irəli sürülmüş qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb. Hərəkata sədrliyimizin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, irəli sürülən təşəbbüslərin, xüsusilə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub. Sədrliyimiz dövründə Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılmasının, Qadınlar Platformasının əsasının qoyulması ilə bağlı atılan addımların QH-nın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Bununla yanaşı, Hərəkatın üzvlərinin sayının artırılması, QH-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, Hərəkata üzv dövlətlərin beynəlxalq təşkilatların seçkili orqanlarında namizədliklərinin dəstəklənməsi, QH üzvlərinin inkişafına istiqamətlənən təşəbbüslərin həyata keçirilməsinin də sədrliyimizin uğurları sıralarında olduğu vurğulanıb. Ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə QH-nin sədrlik üçlüyü çərçivəsində Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb. Tədbirdə iştirak edən QH üzv dövlətləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini təqdir edərək, xüsusilə də təsisatın institutlaşdırılması istiqamətində atdığı addımları və pandemiya dövründə COVİD-19 ilə mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirib. Zirvə Görüşündə qəbul edilən Yekun Sənəddə ölkəmizin maraqlarını əks etdirən müddəalar əks olunub, Azərbaycanın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın növbəti Tərəflər Görüşünə (COP29) ev sahibliyi etməsi QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb. Daha sonra isə QH-nın sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, Zirvə Görüşü Uqanda Respublikasının Prezident Yoveri Museveninin sədrliyi ilə davam edib. |
2024-01-19 | 824,270 | Pakistandan İranla bağlı gözlənilməz qərar... | 14:54 Pakistan Milli Təhlükəsizlik Komitəsi İranla bağlı bu gün günortadan sonra xüsusi iclas keçirəcək. Axar.az xəbər verir ki, bu barədə Pakistanın dövlət mediası məlumat yayıb. Bildirilib ki, iclas müvəqqəti Baş nazir Ənvar ül-Haq Kakarın sədrliyi və ordu, hava qüvvələri, donanma komandirləri və kəşfiyyat qurumları rəhbərlərinin iştirakı ilə baş tutacaq. Görüşdə iki ölkə arasında yaşanan gərginliklə bağlı qərarlar qəbul olunacaq. Qeyd edək ki, yanvarın 16-sı SEPAH Pakistan ərazisində terrorçu saydığı “Ceyş ül-Ədl” qruplaşmasını hədəf alıb. Raket zərbələri nəticəsində iki azyaşlı həlak olub. Pakistan bu zərbəyə kəskin reaksiya verərək, İran səfirini geri çağırıb. Həmçinin Tehrana bütün rəsmi səfərləri təxirə salıb. Yanvarın 18-də isə Pakistan İranın Sistan və Bəlucistan ərazisində terrorçu yuvalarına cavab zərbəsi endirib. İran mediasının məlumatına görə, hücum nəticəsində ölənlərin sayı 12-yə çatıb. *** Pakistanın Milli Təhlükəsizlik Komitəsi İranla diplomatik münasibətləri tam bərpa etmək qərarına gəlib. Bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, bu qərar kontekstində geri çağırılmış səfirlər - Rza Əmiri Moqhaddam və Məhəmməd Mudasir Tipu İslamabada və Tehrana qayıdacaqlar. |
2024-01-19 | 824,271 | Ermənistana yeni konstitusiya lazımdır - Paşinyan | Ermənistan Respublikasına yeni konstitusiya lazımdır, bu məsələ geniş müzakirə mövzusu olmalıdır. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. “Ədliyyə naziri ilə görüş zamanı qeyd etdim ki, mənim, eləcə də bir sıra həmkarlarımın fikrincə, Ermənistana konstitusiyaya düzəlişlər yox, yeni konstitusiya lazımdır”, - Paşinyan bildirib. |
2024-01-19 | 824,274 | Peskov: Putinlə Ərdoğanın görüş tarixi... | Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüşün tarixi hələ müəyyən edilməyib, koordinasiya diplomatik kanallar vasitəsilə davam etdirilir. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentin mətbuat katibi Dmitri Peskov deyib. “Tarixlər müəyyən olunduqda məlumat verəcəyik”, - Peskov Putinlə Ərdoğan arasında görüşün vaxtı ilə bağlı sualını cavablandırarkən bildirib. |
2024-01-19 | 824,276 | Sistan və Bəlucistanda SEPAH mərkəzinə hücum edildi | Yanvarın 18-i gecə saatlarında Sistan və Bəlucistan əyalətinin Aşar şəhərində SEPAH mərkəzinə silahlı hücum edilib. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, mərkəzə hücum zamanı iriçaplı avtomat silahlardan atəş açılıb. İnsan itkisi və hücum edənlərin kimliyi barədə məlumat verilməyib. |
2024-01-19 | 824,280 | Bakının “güc siyasəti”nin qarşısı alınmalıdır | İrəvan Bakının regiondakı problemlərin həlli üçün “güc tətbiqi siyasətini” cilovlamağı, davam edən “təcavüzkar ritorika” və “ərazi iddialarını” aradan qaldırmağı vacib sayır. Axar.az xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviçlə görüşündə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan deyib. Mirzoyan Bakı-İrəvan münasibətlərinin normallaşdırılması və Cənubi Qafqazda sülhün bərqərar olması prosesinə, həmçinin “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinə İrəvanın yanaşmalarını təqdim edib. |
2024-01-19 | 824,282 | Şimali Koreya sualtı nüvə silahını sınaqdan keçirdi | Şimali Koreya “Heil-5-23” sualtı nüvə silahını sınaqdan keçirib. Axar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Yapon dənizində silahların sınağı ABŞ, Cənubi Koreya və Yaponiyanın yanvarın 15-dən 17-dək keçirdiyi hərbi dəniz təlimlərinə cavabdır: “Yeni ilin əvvəlindən KXDR-in təhlükəsizliyini ciddi şəkildə təhdid edən ABŞ və onun peyklərinin ehtiyatsız hərəkətlərini qətiyyətlə pisləyir, fəlakətli nəticələr barədə ciddi xəbərdarlıq edirik”. |
2024-01-19 | 824,283 | BMT qətnaməsi Yəməni bombalamaq haqqı vermir | ABŞ və Böyük Britaniya Yəmənə silsilə hava zərbələri endirməklə bütün beynəlxalq qanunları pozur. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Lavrov BMT Təhlükəsizlik Şurasının Qırmızı dənizdəki hücumlarla bağlı Yəmən Ənsarullahına qarşı qəbul etdiyi 2722 saylı qətnamədən danışıb. “Bu qətnamə heç bir şəkildə Yəmənin bombalanması haqqını vermir”, - o bildirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.