date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-17 | 823,627 | Pakistan İran səfirini geri çağırdı | Pakistan İrandakı səfirini geri çağırmağa qərar verib. Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Pakistan İranın zərbəsini qanunsuz hesab edir və cavab vermək hüququnu özündə saxlayır. Hazırda ölkəsində səfərdə olan İran səfiri də hələlik Pakistana qayıda bilməyəcək”, - məlumatda qeyd olunub. Qeyd edək ki, ötən gün İran Pakistan ərazisinə zərbə endirmişdi. Pakistanın Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirmişdi. |
2024-01-17 | 823,631 | Tahir Budaqovu kim əvəz edir? | Hazırda Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqovun səlahiyyətlərini onun birinci müavini Vahab Məmmədov icra edir. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə DSK-da məlumat verilib. Bildirilib ki, hazırda Dövlət Statistika Komitəsinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədovdur. DSK-dan bildirilib ki, hazırda Tahir Budaqov məzuniyyətdə olduğu üçün onu müavini əvəz edir.Qeyd edək ki, T.Budaqov həm də YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir. Xatırladaq ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2024-01-17 | 823,632 | Mebel sexində partlayış qəsdən törədilib? - Ekspertlər | Bakıda mebel sexində baş verən partlayışın ilkin səbəbləri ilə bağlı hələ də rəsmi açıqlama yoxdur. Buna baxmayaraq, sosial şəbəkələrdə bəzi ehtimallar səsləndirilir. Ekspert Şəmsəddin Əliyev Axar.az-a bildirib ki, hadisənin qəsdən törədilməsi ehtimalı da tam istisna edilməməlidir. “İstər mediada, istərsə də sosial şəbəkələrdə bu məsələ ilə bağlı səsləndirilən ehtimallar yalnız ehtimal olaraq qalır və həqiqəti istintaq ortaya qoyacaq. Əlbəttə, partlayışın gücü, 9 nəfərin ölməsi və 24 nəfərin yaralanması ciddi hadisədir və ona görə də qəsd versiyası da istisna edilə bilməz. İnanıram ki, istintaq orqanları bu versiyanı gözardı etməyəcək və bu faciənin bütün məqamlarını üzə çıxaracaq”, - o vurğulayıb. Ekspertin sözlərinə görə, hadisənin seçkiöncəsi baş verməsi də diqqətdən yayınmamalıdır: “Eyni gündə Sumqayıtda da yataqxanada partlayışın baş verməsi insanlarda narahatlıq yaratdı. Ancaq yataqxanadakı partlayış və yanğının artıq qaz sızmasından olması ehtimalı irəli sürülüb. Doğrudur, yataqxanada qaz olmadığı deyildi, lakin artıq kanalizasiya xəttinin çəkilməsi zamanı qaz sızması baş verdiyini şahidlər də təsdiqlədi. Yəni bu partlayışlar arasında hər hansı əlaqə axtarıb, uzaqgedən nəticələr çıxarmağa ehtiyac yoxdur. Buna baxmayaraq, Bakıda prezident seçkilərinə hazırlıq getdiyi bir vaxtda belə güclü partlayışın ictimai narahatlıq yaratması da anlaşılandır. Güman edirəm ki, seçki ərəfəsində olduğumuzu istintaq orqanları da mütləq nəzərə alır və istintaq prosesində buna da diqqət yetiriləcək. Unutmamalıyıq ki, Azərbaycanın çox böyük hərbi-siyasi uğur qazanması bəzi ölkələrin maraqlarına cavab vermir, hətta Prezident İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini alacağını bildikləri üçün artıq indidən müxtəlif manipulyasiya edir, seçki prosesini izləməyi belə lazım bilmirlər”. Ekspert Mahmud Hacıyev isə insidentin ümumi təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verdiyini ehtimal edir: “Mebel sexlərində tezalışan, qığılcım düşərkən partlayan maddələr olur. Düşünürəm ki, güclü partlayışın səbəbi bu maddələrdir”. Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Baş Prokuroluqdan isə faktla bağlı cinayət işi başlanıldığı, işin araşdırıldığı qeyd edilib: “Baş verən hadisə ilə bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanılıb. Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb”. Xatırladaq ki, yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən mebel sexində partlayış baş verib. Hadisə zamanı 9 nəfər ölüb, 24 nəfər yaralanıb. |
2024-01-17 | 823,638 | Elektron reseptsiz dərman almaq mümkün olmayacaq | Apteklərdən elektron reseptsiz dərman əldə etmək mümkün olmayacaq. Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü deyib. Nazirlik rəsmisi bildirib ki, elektron reseptdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq. O bildirib ki, dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunan müəyyən kateqoriyayadan olan vətəndaşlar üçün elektron resept şamil edilməyəcək: "Bəzi pasiyentlər üçün verilən reseptlərdə 2 və ya 3-ü möhür tələb olunurdu və bu, elektron reseptdə də olduğu kimi qalır. Bundan başqa, elektron reseptdə firma dərmanlarının və ya bioloji aktiv qida maddələrinın yazılması mümkün olmayacaq”. “Misal olaraq reseptdə yazılan dərman sayı 10 ədəddir, lakin müraciət etdiyi aptekdə yalnız 5 ədəd qalıb. Onda aptekdə olan qədər alınır və elektron resept aktiv qalır, vətəndaş başqa əczaçılıq müəssisəsində müraciət edib dərman vasitələrini ala biləcəklər. Yəni qalan dərman sayına görə yenidən resept yazılmasına ehtiyac olmayacaq. Onu da nəzərə alaq ki, resept oxunuşu əczaçılar üçün müəyyən çətinlik yaradırdı, elektron resept sisteminin təşkili ilə bu problem arandan qaldırılmış olur”, - nazirlik rəsmisi əlavə edib. |
2024-01-17 | 823,639 | SEPAH iki ölkəni vurdu - Rəisi alqışladı | İran Prezidenti İbrahim Rəisi SEPAH-ın qonşu ölkələrə raket və PUA hücumlarını təqdir edib. Axar.az xəbər verir ki, Rəisi bu barədə Nazirlər Kabinetinin bu gün keçirilən iclasında deyib. “SEPAH-ın hücumları regionda sülh və təhlükəsizliyə xidmət edir”, - o bildirib. Qeyd edək ki, SEPAH-ın İraqın şimalı və Pakistanla sərhəddə yerləşən bölgələrə endirdiyi raket zərbələri nəticəsində 3-ü azyaşlı olmaqla, 7 nəfər ölüb. |
2024-01-17 | 823,641 | Başqırdıstanda erməniləri də təhqir edən şəxs həbs olundu | Başqırdıstanın (Rusiya) Baymak Rayon Məhkəməsi yerli fəal Fail Alçinovu milli mənsubiyyətə görə nifrət salmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Axar.az xəbər verir ki, bu barədə vilayət məhkəmələrinin birgə mətbuat xidməti məlumat yayıb. Məlumata görə, məhkəmə 37 yaşlı Alçinovu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282-ci (nifrət və ya düşmənçik salınması, insan ləyaqətinin alçaldılması) maddəsi ilə təqsirli bilib. Bu maddə üzrə maksimum sanksiya 5 ilədək azadlıqdan məhrumetmədir. İşə bağlı qapılar arxasında baxılıb. Məhkəmə müəyyən edib ki, Alçınov 2023-cü il aprelin 28-də kənd mədəniyyət evinin yaxınlığındakı vətəndaşların yığıncağında erməni, Qafqaz və Orta Asiya millətlərindən olan şəxslərə münasibətdə mənfi çıxışlar edib. Bildirilir ki, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. |
2024-01-17 | 823,642 | İran sərhədçiləri terrorçularla atışdı: 1 ölü, 2 yaralı | İran Cəkiqur sərhəd məntəqəsindən ölkəyə daxil olmağa çalışan bir qrup terrorçu aşkarladığını bildirib. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Məlumata əsasən, ölkənin Pakistanla sərhədində qrup üzvləri və sərhəd alayı arasında şiddətli atışma baş verib. Onların ölkəyə daxil olmasına müqavimət göstərilib. Qarşıdurma zamanı qruplaşmasının bir üzvü öldürülüb, ikisi isə yaralansa da, qaçmağı bacarıb. Sərhəd polisi axtarışlara davam edir. Qeyd edək ki, terror qruplaşmasına məxsus bir avtomobil ələ keçirilib və xeyli miqdarda silah, döyüş sursatı, əl qumbaraları, minalar, partlayıcı maddələr aşkar edilib. |
2024-01-17 | 823,645 | “Azercell”in layihəsi ilin idman mükafatlarına layiq görüldü | “Azercell” və Azərbaycan Cüdo Federasiyasının birlikdə həyata keçirdiyi sosial kampaniya Milli Olimpiya Komitəsi və Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırıldı “Azercell”in Azərbaycan Cüdo Federasiyası ilə birlikdə ərsəyə gətirdiyi "Qızlara ağ yaraşır" sosial kampaniyası Milli Olimpiya Komitəsi tərəfindən “İlin ən yaradıcı layihəsi” seçildi. Layihəyə Milli Olimpiya Komitəsinin Azərbaycanda idmanın inkişafına töhfə verən təşkilatlar üçün ilk dəfə təsis etdiyi mükafat təqdim edildi.Sosial kampaniya həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən də mükafatlandırıldı. “Qızlara ağ yaraşır” layihəsi nazirliyin 2023-cü ilin idman yekunlarına həsr olunmuş qala mərasimində “İlin ən yaxşı idman filmi” kateqoriyası üzrə ikinci oldu. Qeyd edək ki, “Azercell” və Azərbaycan Cüdo Federasiyasının birlikdə imza atdığı bu sosial kampaniyanın əsas məqsədi qızları cüdo ilə məşğul olmağa həvəsləndirərək onları sağlam və fəal həyat tərzi yaşamağa təşviq etmək, həmçinin erkən nikahlara qarşı mübarizə aparmaq idi.Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub. “Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün BURAYA daxil olun. |
2024-01-17 | 823,647 | İran raketlərinin gücü: 28 raketlə 7 nəfər... | SEPAH-ın son iki gün ərzində İraqın Ərbil şəhəri, həmçinin, Pakistanla sərhəd kəndə raket və PUA hücumları etməsindən sonra İran raketlərinin gücü, dəqiqliyi müzakirə mövzusuna çevrilib. Axar.az xəbər verir ki, bu barədə iranlı sosial media fəalları paylaşımlar ediblər. İstifadəçilər SEPAH-ın raketlərinin gücü barədə iddialarını şişirdilmiş hesab edir, buraxılan 30-a yaxın raketlə 7 mülki şəxsin öldürülməsini bunun əyani sübutu olduğunu bildirirlər. Qeyd edək ki, SEPAH Ərbil şəhəri və Suriyanın cənubuna 24 raketlə zərbə endirdiyini, bunun ölkə tarixində ən geniş raket hücumu olduğu barədə məlumat yayıb. Pakistanla sərhəddə atılan raketlərin dəqiq sayı barədə açıqlama verilməsə də, yerli qaynaqlar hücumda 4 raket və bir neçə kamikadze PUA-dan istifadə edildiyini açıqlayıblar. Rəsmi məlumatlara görə, Ərbil şəhərinə buraxılan raketlərin 4-ü İranın ən güclü balistik raketi sayılan 9 metrlik “Xeybərşekən” raketidir. |
2024-01-17 | 823,649 | Dəmir yolu stansiyasında silahlı şəxs saxlanıldı | Dəmir Yolu Polisi bir neçə istiqamətdə əməliyyat tədbirləri keçirib. Axar.az xəbər verir ki, DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin (XPŞ) əməkdaşlarının Zazalı Dəmir Yolu stansiyasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini Sahib Həsənov saxlanılan zaman onun üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd həmin avtomata aid patron darağı və 10 ədəd 5.45 kalibirli patron aşkar edilərək götürülüb. Polis Şöbəsinə Dəllər-Şəmkir dəmir yolu yaxınlığında silah-sursat olması barədə daxil olan məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirmiş bu zaman oradan 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “Çermuxa” markalı tüstü qumbarası, 4 ədəd avtomat darağı, 47 ədəd müxtəlif silahlara məxsus patron aşkar edilərək götürülüb. Polis əməkfaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində isə Gəncə şəhər sakini özünəməxsus, müvafiq sənədləri olmayan ov tüfəngini könüllü təhvil verib. Bundan başqa, XPŞ-nin və Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Əlixan Hüseynov saxlanılaraq Polis Bölməsinə gətirilmiş, üzərinə baxış keçirilən zaman 470 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Qeyd edilən faktlarla bağlı araşdırmalar davam etdirilir. |
2024-01-17 | 823,650 | Kreml İrəvana yarım milyardlıq silah göndərir – Həm də hücum… | Rusiya bu il Ermənistana 500 milyon dollar dəyərində silah-sursat verəcək, silahların ilk hissəsi artıq İrəvana çatdırılıb, özü də müdafiə yox məhz hücum silahları, “Smerç” raketləri göndəriblər. Axar.az xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, Rusiyanın özü Şimali Koreyadan, İrandan silah alır, Ukraynaya təcavüzünə görə hər gülləyə, raketə ehtiyacı var, amma Ermənistana yarım milyard dollarlıq silah göndərəcək: “Bəs deyirdilər ki, Ermənistan Rusiyadan qopur, Qərbə inteqrasiya olur? İlk gündən bunun yalan olduğunu, Kremillə birgə oyun qurduqlarını izah etməyə çalışdıq. Qərbin bəzi dairələri isə ağzıayrıq şəkildə ya həqiqətləri görmür, ya da görməzdən gəlib, özlərini daha da nüfuzdan salırlar. Halbuki Rusiyanı Cənubi Qafqazda urvatsız edən məhz Azərbaycanın addımları oldu, Kreml bölgədə zəiflədi, NATO dövləti olan Türkiyə Bakının atdığı addımlar nəticəsində bölgədə ciddi oyunçuya çevrildi”. Ekspert vurğulayıb ki, Rusiyanın Ermənistanı silahlandırdığı haqqında bir neçə gündür təsdiqini tapan məlumata Bakıdan münasibət bildirilmir: “Belə yanaşma yanlış və ziyanlıdır. Görünən odur ki, Cənubi Qafqazda sülhü heç kim istəmir, ən böyük təhlükə də məhz budur – Rusiya sülh olacaqsa daha da zəifləyəcəyini, hər iki ölkəyə olan-qalan təsir rıçaqlarını itirəcəyini bilir, ona görə də sülhdə maraqlı deyil, Fransa və bəzi Qərb ölkələri isə ya ağılsız, ya da elə Rusiya ilə əvvəldən əlbir olduqlarına görə sülhə maneələr yaradırlar. Bəlli olur ki, dayanıqlı sülhdə Türkiyədən başqa heç bir xarici ölkənin marağı yoxdur. Bu məqamda Azərbaycan və Ermənsitan rəhbərlərinin üzərinə ciddi məsuliyyət düşür – bütün maneələrə rəğmən sülh danışıqlarını dərinləşdirməyə cəhdləri davam etdirməli, sülhə aparan yolda ilkin razılaşma protokollarını imzalamalıdırlar. Dünya çox qarışıb, hətta daha çox qarışacaq, dünya manyak liderlərin girovuna çevrilib, siyasət institutunun, beynəlxaql hüququn məhv olduğu günlər yaşayırıq, belə bir məqamda Cənubi Qafqazda sülhün bərqərar olması çox vacibdir, bölgəmizi ciddi təhdidlərdən kənarda tutmaq lazımdır...” |
2024-01-17 | 823,652 | "Park Yasamal" satış ofisinə gələnlərə nə vəd olunur? | “Park Yasamal”da yeni mənzillər təqdim olundu! Bu yeni mənzillər yeni şərtlərlə satışdadır. Artıq şəxsi büdcənizə uyğun aylıq ödəniş təyin etmək şansınız var. Yalnız satış ofisinə yaxınlaşanlar öz gəlirinə uyğun aylıq ödəniş məbləği təyin etməklə mənzil sahibi ola bilərlər. Göl mənzərəli, geniş, yaşıl həyətli, zəngin landşafta malik yaşayış kompleksində 2 otaq, 2 otaq studiya, 3 otaq və 3 otaq studiya mənzillər mövcuddur. Şəhər sakinlərinin əsas problemlərindən biri də təbiətdən uzaq düşməkdir. “Kristal Abşeron” bu problemi həlli yolunda ciddi addımlar atır. Şirkətin inşası davam edən bir çox layihələri geniş, yaşıl həyətə malikdir. Bu layihələrdən biri də “Park Yasamal”dır. Bura təbiətlə iç-içə həyat yaşamaq istəyənlər üçün ideal seçimdir. 3 saylı “ASAN xidmət”in yaxınlığında inşa edilən kompleksdə mənzillər göl mənzərəlidir. Həm şəhərin mərkəzinə yaxın nöqtədə yaşayıb, həm də günə gözəl göl mənzərəsini seyr edərək başlamaq istəyənlər buradan mənzil alaraq xəyallarına çata bilərlər. “Kristal Abşeron” şirkətinin verdiyi məlumata əsasən yaxın gələcəkdə 20 hektar gölətrafı bulvar ərazi və 5 hektarlıq şamlıq parkı da salınacaq. Beləliklə, buranın sakinləri isti yay günlərində sərin göl bulvarında gəzərək stres atıb, günün yorğunluğunu çıxara biləcəklər. Ekoloji cəhətdən sağlam, təmiz havalı ərazidə inşa olunan “Park Yasamal”ın 5 hektarlıq daxili həyəti zəngin landşafta malikdir. Kompleksin həyətində müxtəlif növ ağac və bitkilər əkiləcək, dekorativ hovuzlar inşa olunacaq. Həmçinin həyət daxilində istirahət və əyləncə zonaları, qaçış və velosiped zolağı, oyun parkları, idman meydançaları yer alacaq. Ətraflı: *1544 / 051 255 05 55 www.kristalabsheron.az |
2024-01-17 | 823,653 | FHN-də bu kurslar Azərbaycan dilində keçirilir | Ölkəmizdə ilk dəfə olaraq Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun NEBOSH təşkilatı ilə əməkdaşlığı çərçivəsində hazırladığı korporativ müştərilər üçün nəzərdə tutulan “Əməyin təhlükəsizliyi” təlim kursu Azərbaycan dilində təşkil olunur. FHN-dən Axar.az-a verilən məlumata görə, NEBOSH (National Examination Board for Occupational Safety and Health - Əməyin Təhlükəsizliyi və Sağlamlığı üzrə Milli İmtahan Şurası) təşkilatı tərəfindən hazırlanmış xüsusi effektiv proqram əsasında təlim təcrübəli və peşəkar təlimçilər tərəfindən aparılır. “Əməyin təhlükəsizliyi” təlim kursları əməyin təhlükəsizliyi idarəetməsinin təkmilləşdirilməsi və iş yerlərində bədbəxt hadisələrin sayının azaldılması ilə ümumi əməyin təhlükəsizliyi mədəniyyətinin inkişaf və təşviq edilməsi məqsədlərinə xidmət edir. Qeyd edək ki, “National Examination Board in Occupational Safety and Health” təşkilatı tərəfindən təsdiqlənmiş “Əməyin təhlükəsizliyi” təlim kurslarına 2024-cü ilin yanvar ayından başlanılıb. Təlim kursunu uğurla başa vurmuş şəxslərə beynəlxalq sertifikat təqdim ediləcək. |
2024-01-17 | 823,655 | Birbank Biznes yeni məhsulunu təqdim edir | Onlayn xidmət növlərini artırmaqda davam edən Birbank Biznes yeni “Nağd təminatlı qarantiya” məhsulunu təqdim edir. Məhsul, qarantiya təminatına ehiyacı olan bütün biznes sahələri və sahibkarlar üçün nəzərdə tutulub. “Nağd təminatlı qarantiya”dan istifadə Birbank Biznes mobil tətbiqi üzərindən tamamilə onlayn həyata keçirilir. Bunun üçün mobil tətbiqdən “Örtüklü Qarantiya" müraciəti edilməlidir. Daha sonra cəmi bir iş günü ərzində müraciətə baxılır və qarantiya rəsmiləşdirilir. Məhsul biznes sahiblərinə banka getmədən, vaxt itirmədən daha çevik xidmət almaq imkanı yaradır. Müraciət üçün: https://my.birbank.business/login Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var: - Biznes bank hesablarının açılması - Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr - Nağdsız ödənişlər - Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil - POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması - Cari və kart hesabından QR-nağdlaşdırma - Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması - Biznes krediti və bank qarantiyaları - Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri - Açıq Bankçılıq Xidmətləri - Özəl tarif paketləri və s. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin. |
2024-01-17 | 823,657 | Cabbarov Tiktokun vitse-prezidenti ilə görüşdü | Azərbaycan Tiktok şirkəti ilə əməkdaşlıq imkanlarını müzakirə edib. Axar.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, Davos İqtisadi Forumu çərçivəsində Tiktok şirkətinin vitse-prezidenti Helena Lerş (Helena Lersch) ilə görüşüb. "Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, "Tiktok Startap Akademiyası"nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb", - M. Cabbarov qeyd edib. |
2024-01-17 | 823,664 | Türkiyə BMT TŞ-nin 5 daimi üzvündən daha təsirlidir | Bu gün bir sıra böhranlarda İsrail, İran, Türkiyə kimi orta səviyyəli ölkələr BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən (Rusiya, Çin, ABŞ, Fransa, Böyük Britaniya) daha çox təsirə malikdir. Axar.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib. “Çox maraqlı bir amil var. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü bu gün daha az təsirə malikdir. Etiraf etməlisiniz ki, bu gün baş verənlərə böyük güclərdən daha çox təsir göstərən orta güclərimiz var. İsrail, İran, Türkiyə kimi ölkələr yaxın keçmişdə üzləşdiyim böhranlarda bir razılaşma mətni qəbul etmək üçün həftələrlə mübarizə aparan Təhlükəsizlik Şurasının beş daimi üzvündən daha təsirli olduqlarını sübut etdilər”, - o bildirib. |
2024-01-17 | 823,665 | Başqırdıstanda minlərlə insan etiraza qalxdı - Video | Başqırdıstanda milli ədavət salmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edilən yerli fəal Fail Alçinovun tərəfdarları etiraz aksiyası keçiriblər. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumata görə, qərarın elan olunduğu Baymak Rayon Məhkəməsinin qarşısına toplaşan təxminən 3 min insan Alçinovun azad edilməsini tələb edib. Etirazçlılar “Azadlıq”, “Fail, biz səninləyik” şüarları səsləndiriblər. Polis məhkəməyə gedən yolu bağlayıb və avtomobilləri buraxmayıb. Məhz bundan sonra etirazçılarla polis arasında toqquşmalar başlayıb. Aksiya iştirakçılarından birinin verdiyi məlumata görə, polis gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə edib. “Başinform” agentliyi saxlanılanların olduğunu yazıb. Qeyd edək ki, Başqırdıstanın (Rusiya) Baymak Rayon Məhkəməsi yerli fəal Fail Alçinovu milli nifrət yaratmaqda təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib. Rusiya mətbuatının məlumatına görə, Alçinov qafqazlılar, Orta Asiya sakinləri və ermənilər barəsində mənfi fikirlər səsləndirməkdə ittiham olunur. |
2024-01-17 | 823,667 | 693-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 693-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 779 PUA-sı, 450 zenit-raket kompleksi, 14 658 tank və digər zirehli texnikası, 1 202 reaktiv yaylım atəş sistemi, 7 759 artilleriya və minaatanı, 17 560 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-17 | 823,669 | Fərid Səfərlinin həbs müddəti artırılmayıb - Anası | Apelyasiya Məhkəməsinin müddəti artıraraq, Fəridə 2 il yarım iş kəsməsi ilə bağlı xəbərlər yayılıb. Bu barədə Xarici İşlər Nazirliyi ilə danışdım. Bu sözləri Axar.az-a Fərid Səfərlinin anası Dilarə Əsgərova yayılan məlumatları şərh edərkən deyib. “Yayılan məlumatlar doğru deyil. İndicə XİN əməkdaşları zəng etdi, xəbərlərdə anlaşılmazlıq olduğunu dedilər. Fəridin işi artırılmayıb. 2 il olaraq qalıb. Tərcümə xətası baş verib”, - Dilarə Əsgərova bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə də saytımıza açıqlamasında məsələ ilə bağlı texniki yanlışlığın olduğunu təsdiqləyib. Qeyd edək ki, dünən İranda həbsdə olan Fərid Səfərlinin həbs müddətinin artırılması ilə bağlı məlumatlar yayılmışdı. |
2024-01-17 | 823,670 | Ceyhun Bayramov Uqandaya getdi | Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandayaa işgüzar səfərə yola düşüb. Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsinə nazir Ceyhun Bayramovun Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirakı və yüksək səviyyəli yerli və xarici rəsmilərlə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub. |
2024-01-17 | 823,671 | Bakı Prokurorluğunun 4 əməkdaşına töhmət verildi | Ötən il Bakı Şəhər Prokurorluğunda 4 nəfərə töhmət verilib, 1 nəfər vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunun 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsində məlumat verilib. Bildirilib ki, xidməti, icra və əmək intizamının pozulması hallarına qarşı tələbkarlıq artırılıb, şəhər prokurorluq orqanları əməkdaşlarından 6 nəfər intizam məsuliyyətinə cəlb olunub, onlardan 1 nəfərə töhmət, 3 nəfərə şiddətli töhmət verilib, 1 nəfərə irad tutulub, 1 nəfər tutduğu vəzifədən azad edilib. |
2024-01-17 | 823,672 | HƏMAS ilə müharibə bu tarixə qədər davam edəcək | HƏMAS-la müharibənin 2025-ci ilə qədər davam edəcəyini gözləyirəm. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağı ilə həmsərhəd bölgələrin yerli administrasiyalarının rəhbərləri ilə görüşü zamanı deyib. ÇAXAL-ın komandanlıq qərargahında baş tutan və Təhlükəsizlik Kabinetinə daxil olan nazirlərin də iştirak etdiyi görüşdə Netanyahu bildirib ki, müharibə gələn il də davam edə bilər. |
2024-01-17 | 823,675 | Razini döyən keçmiş sevgilisi: Həbsim sifarişdir | Model Raziyyat (Razi) Əliyevaya qarşı zorakılıqda ittiham olunan Ziya Hüseynzadənin barəsində cinayət işi üzrə məhkəmə keçirilib. Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin nünayəndəsi prosesin qapalı keçirilməsi barədə verdiyi vəsatət müzakirə edilib . Hakim deyib ki, vəsatət qismən təmin edilib və prosesin qismən qapalı keşirilməsi barədə qərar qəbul edilib. Bildirilib ki, şəxsi həyat və peşə fəaliyyəti ilə bağlı sirr təşkil edilən hissələrdə məhkəmə qapalı keçiriləcək. Prokuror Cövdət Mehrəliyev bildirib ki, cinayət işinin ibtidai araşdırılması zamanı qanun pozuntusuna yol verilməyib. O, işin məhkəmə baxışına verilməsini istəyib. Təqsirləndirilən şəxsin, həmçinin zərərçəkmiş şəxsin vəkilləri də işin məhkəmə baxışına verilməsinə etiraz etməyiblər. Təqsirləndirlilən Ziya Hüseynzadə cinayət işini məhkəmə baxışına verilməsinə etiraz etməyib. Bildirib ki, həbsinin sifarişi olmasını sübut edən sənədləri məhkəməyə təqdim edəcək. O bildirib ki, bu halların məhkəmə baxışında obyektiv araşdırılmasına inanır. Daha sonra hakimlər müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakim heyəti hazırlıq iclasının qərarını elan ediblər. Məhkəmə baxışı yanvarın 22-ə təyin edilib. Qeyd edək ki, model Raziyyat (Razi) Əliyevanın üzərindəki xəsarətlərlə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılarkən həmin hadisənin mayın 26-da baş verdiyi müəyyənləşdirilib. İddia olunub ki, Ziya Hüseynzadə Razi Əliyevanın Lökbatan qəsəbəsində anasına məxsus mənzilində nalayiq ifadələr səsləndirib, zor tətbiq edərək, giriş qapısını zədələyib. 2017-ci ildə Azərbaycan gözəli seçilmiş model Razi Əliyeva iddia edir ki, sevgilisi olmuş Ziya Hüseynzadə ona və ailəsinə qarşı zorakı hərəkətlər edib, onların ünvanına təhqir və təhdid xarakterli ifadələr səsləndirib. Ziya Hüseynzadə Cinayət Məcəlləsinin 133 (əzab vermə), 177.3 (oğurluq – yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə), 182.3.2 (hədə-qorxu yolu ilə tələb etmə), 186 (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 221.1 (xuliqanlıq) və başqa maddələrilə ittiham olunur. Ziya Hüseynzadə keçmiş Baş nazir Novruz Məmmədovun qohumu olduğun iddia edilir Ziya Hüseynzadənin cinayət işi üzrə zərərçəkmiş qismində Raziyyat Əliyeva, Xadijat Əliyeva, Gülnar İsayeva zərərçəkmiş qismində tanınıblar. Xatırladaq ki, Ziya Hüseynzadə biznes fəaliyyəti ilə məşğul olub. O, “PKF Audit Azerbaijan” MMC-yə rəhbərlik edir. |
2024-01-17 | 823,680 | Zəngəzur haqqında məqalə Vikipediyada redaktə olundu | Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin könüllüləri tərəfindən Vikipediyanın özbək dili bölməsində Zəngəzur barədə məqalə əsaslı redaktə olunub. Bu barədə Axar.az-a AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib. Onun sözlərinə görə, məqalədə XX əsrin əvvəllərindən xarici havadarların hərbi-siyasi dəstəyi ilə Ermənistana birləşdirilən qədim Azərbaycan ərazisi olan Zəngəzur mahalı haqqında özbək dilində oxuculara geniş və ətraflı məlumatlar verilib. Özbək dilində redaktə olunmiş məqalədə tarixi sənədlərə isnad edilib və Fransanın “L'OEuvre jurnalı”nda 1920-ci il iyulun 14-də dərc olunmuş məqalənin fotoşəkili əks olunub. Jurnalda dərc olunmuş məqalədə isə Sovet Rusiyası ilə Ermənistan Respublikası arasında həmin ilin iyul ayının 1-də imzalanan müqaviləyə əsasən Azərbaycan ərazisi olan Zəngəzur bölgəsinin Ermənistana verilməsi faktı da əks olunub. Vikiməqalənin “Zangezur koridori” adlı bölməsində Zəngəzur dəhlizi haqqında da məlumatı öz əksini tapıb. Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-də başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin açılması məsələsidir. Məqalədə 2021-ci il 26 oktyabr tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin quruculuq işlərinin təməlqoyma mərasimində iştirakları, erməni işğalçılarından azad edilmiş bölgədə Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin əsasını təşkil edən yolun açılışı barədə məlumatlar və fotoşəkillər də öz əksini tapıb. |
2024-01-17 | 823,681 | Polis Kürdəmirdə əməliyyat keçirdi: saxlanılan var | Polis Kürdəmirdə əməliyyat keçirib, 57 kibrit qutusu marixuana aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Kürdəmir rayonu ərazisində polis narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat tədbirləri zamanı rayonun Sor-Sor kənd sakini Elzamin İsmayılov saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı satış məqsədilə 57 ədəd kibrit qutusunda qablaşdırılmış və çəkisi 400 qrama yaxın olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb. Polis əməkdaşları tərəfindən son iki həftə ərzində eyni istiqamətdə keçirilən əməliyyat tədbiri zamanı ümumilikdə 11 nəfər saxlanılıb. Onlardan müxtəlif çəkilərdə heroin, metamfetamin və marixuana aşkarlanıb. Faktlarla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir. |
2024-01-17 | 823,684 | Səlim Müslümova şərti həbs cəzası verildi | Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova hökm oxunub, ona 5 il şərti həbs cəzası verilib. Axar.az Report-a istinadən xəbər verir ki, qərar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə elan olunub. Prokuror S.Müslümov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqi olunmasını, 5 il sınaq müddəti olmaqla 13 il şərti həbs cəzası verilməsini istəmişdi. Qeyd edək ki, Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində həbs olunub. Daha sonra onun səhhətində yaranan problemlərlə bağlı ev dustaqlığına buraxılıb. O, rüşvət alma yolu ilə 13.296.355 manat, mənimsəmə yolu ilə 7.237.188 manat, israf edilmiş yolla 7.087.671 manat ziyan vurduğu üzə çıxıb. Səlim Müslümovun barəsində Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan edilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Səbail Məhkəməsinin 1 iyul 2022-ci il tarixli qərarına əsasən sabiq nazirə məxsus mənzil, qeyri yaşayış sahəsi və avtomobillərin üzərinə həbs qoyulub. |
2024-01-17 | 823,686 | Bakının 2 qəsəbəsində hepatit virusu yayıldı | Bakı şəhəri Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabr ayından başlayaraq yoluxucu Hepatit A virusu xəstəliyi yayılıb. Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, xəstəliyin yayılması ilə bağlı tədbirlər davam etdirilir: "Aparılan profilaktik tədbirlər ilə əlaqədar “Azərsu” ASC-nin mütəxəssisləri ilə birgə mərkəzləşdirilmiş içməli su şəbəkəsində laborator müayinə üsullarının tətbiqi ilə monitorinqlər keçirilir. Profilaktik tədbir olaraq su şəbəkəsində qalıq xlorun müvəqqəti yüksəlməsi ilə bağlı Əmircan və Bülbülə qəsəbələrini qidalandıran +54 Ramana mərkəzi su anbarının ərazisində 1 ədəd xlor tərkibli reagent dozalayıcı nasos quraşdırılıb. Eyni zamanda, “Azərsu” ASC-nin Suraxanı rayon Sukanal idarəsinin mütəxəssisləri rayon GEM-nin əməkdaşları ilə birgə fərdi yaşayış evlərində yerləşən ehtiyat su çənlərinin yuyulub dezinfeksiya edilməsi ilə bağlı tədbirlər həyata keçirilib", - məlumatda vurğulanıb. |
2024-01-17 | 823,687 | Parlamentdə Paşinyanla Köçəryan arasında söz davası | Ermənistan parlamentinin iclasında Baş nazir Nikol Paşinyanla ölkənin eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan arasında söz davası olub. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatında məlumat yayılıb. Parlament iclasında Köçəryan Paşinyana "sən" deyə müraciət edərək, onun təhlükəsizlik siyasətinin iflasa uğradığını bildirib. N.Paşinyan L.Köçəryandan daha diqqətli danışmağı tələb edib. |
2024-01-17 | 823,688 | “Qırmızı kitab”a düşmüş quşu ovlayan şəxs saxlanıldı | Kürdəmirdə “Qırmızı kitab”a düşmüş bəzgək quşu ovlayan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbir zamanı rayonun Pirili kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən kənd sakini Ş.Abasov saxlanılıb. Ondan 1 ədəd müvafiq sənədləri olmayan "İJ" markalı ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovladığı adı Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşən bəzgək quşu götürülüb. Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır. |
2024-01-17 | 823,689 | Tüfəkçi Vüqar Mustafayev ilə görüşdü | Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Cəlal Sami Tüfəkçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Axar.az xəbər verir ki, V.Mustafayev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edərək, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib. O, Prezident İlham Əliyevin müdafiə sənayesi sahəsinə göstərdiyi xüsusi diqqəti qonaqların nəzərinə çatdırıb. V.Mustafayev dövlətlərimiz arasında bir çox istiqamətlərdə olduğu kimi, hərbi-texniki sahədə də sıx əməkdaşlıq əlaqələrinin mövcudluğundan və bu əlaqələrin gələcək inkişaf perspektivlərindən bəhs edib. Görüş zamanı Türkiyənin müdafiə sənayesi şirkətləri ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi arasında əməkdaşlıqların daha da inkişaf etdiriləcəyi vurğulanıb. Səmimi qəbula görə minnətdarlığını ifadə edən C.S.Tüfəkçi öz növbəsində V.Mustafayevi müdafiə sənayesi naziri təyin olunması münasibətilə təbrik edib və ona xidməti fəaliyyətində uğurlar arzulayıb. Nazir müavini qardaş ölkə olaraq Azərbaycanın müdafiə sənayesi sahəsinin daha da inkişafı üçün lazım olan dəstəyi əsirgəməyəcəklərini diqqətə çatdırıb. Daha sonra qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb. |
2024-01-17 | 823,690 | Əcnəbi sahibkarlarla bağlı yeni tələblər - Qərar | Əcnəbilərin xarici investisiyalı hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti əsasında yaşama icazələri əldə etməsi üçün yeni tələblər müəyyən edilib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb. Məlumata görə, Miqrasiya Məcəlləsində edilən müvafiq dəyişikliklərdən irəli gələrək Azərbaycan İqtisadiyyat Nazirliyinin Kollegiyasının 2024-cü il 16 yanvar tarixində hüquqi qüvvəyə minmiş Qərarı ilə ölkə ərazisində müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Məcəllədə nəzərdə tutulan xarici investisiyalı hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı və nəzərdə tutulan şəxslərin dövriyyə həcmi təsdiq edilib. Qərara əsasən, xarici investisiyalı hüquqi şəxsin rəhbəri və ya həmin hüquqi şəxsin paylarının (səhmlərinin) azı 51 faizinə sahib olan təsisçisi ölkə ərazisində müvəqqəti yaşama icazəsi əldə etmək üçün həmin hüquqi şəxsin ödənilməli olan nizamnamə kapitalının miqdarı 50 min manat məbləğində müəyyən edilib. Bu əsasla azı 1 il ölkə ərazisində müvəqqəti yaşamış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin yenidən müvəqqəti yaşama icazəsi əldə etməsi üçün xarici investisiyalı hüquqi şəxsin son 1 ildə dövriyyəsi 100 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün xarici investisiyalı hüquqi şəxsin nizamnamə kapitalı 100 min manat, son 1 ildə dövriyyə həcmi isə 200 min manat məbləğində təsbit edilib. Bundan başqa, Qərara əsasən Azərbaycan Respublikasında azı 1 il sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq əsası ilə müvəqqəti yaşamış əcnəbilərə yeni müvəqqəti yaşama icazəsinin verilməsi (müddətinin uzadılması) üçün həmin şəxsin (fərdi sahibkarın) son 1 ildə dövriyyə həcmi 50 min manat məbləğində olmalıdır. Eyni əsasla daimi yaşama icazəsinin verilməsi üçün isə son 1 ildə dövriyyə həcmi 100 min manat məbləğində müəyyənləşdirilir. Qeyd olunan əsaslar üzrə müraciətlərin qəbulu zamanı vergi orqanlarından əldə edilmiş illik dövriyyə və ödənilmiş nizamnamə kapitalı ilə bağlı təsdiqedici sənədlərin təqdim olunması tələb olunacaqdır. Müvəqqəti yaşama icazələrinin əldə edilməsi üçün nizamnamə kapitalı və dövriyyə həcmi ilə bağlı tələblər investisiya təşviqi sənədinə və ya “Startap” şəhadətnaməsinə malik olan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə, habelə qeyri-kommersiya hüquqi şəxslərinə, sənaye parkının, sənaye məhəlləsinin və aqroparkın rezidentlərinə şamil olunmur. Qeyri-kommersiya hüquqi şəxsləri həmçinin daimi yaşama icazələrinin əldə edilməsi zamanı bu tələblərdən azaddır. Sözügedən Qərarın tam mətni ilə buradan tanış ola bilərsiniz. |
2024-01-17 | 823,691 | Bakıda sexdə partlayışda ölənlərin adları - Siyahı | Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində baş verən partlayışda ölənlərin adları açıqlanıb. Axar.az xəbər verir ki, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatına əsasən, hadisə nəticəsində ölən 9 nəfərin meyiti xilasedicilər tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib və keçirilən ekspertiza və tibbi müayinələrlə onların şəxsiyyəti müəyyən edilib: Həmin şəxslər aşağıdakılardır: 1. Solmaz Paşabəy qızı Abbasova (1983) 2. Aydın Mirzəmahmud oğlu Atakişiyev (1964) 3. Zaur Qulu oğlu Cəfərov (1980) 4. Ülviyyə Hümbət qızı Dadaşova (1969) 5. Elvin Qəfər oğlu Məmmədov (1993) 6. İlqar Habil oğlu Məmmədov (1964) 7. Fərid Hüseyn oğlu Qubadov (1983) 8. Əsmayə Cümşüd qızı Quliyeva (1977) 9. Saraj Oruc oğlu Yusubov (1985, Gürcüstan Respublikası vətəndaşı). Birgə məlumata əsasən, partlayışla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən istintaq aparılır. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərı alaraq tibbi yardım üçün müraciət edib, onlardan 3 nəfər FHN-in əməkdaşları tərəfindən ərazidə aparılan axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb. Məlumata görə, dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb. "Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir, nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin ediləcək", - birgə məlumatda bildirilib. |
2024-01-17 | 823,692 | Rusiyadan Azərbaycandakı seçkilərlə bağlı qərar | Rusiya Dövlət Duması Azərbaycana növbədənkənar prezident seçkilərinin monitorinqində iştirak etmək üçün nümayəndə heyəti göndərəcək. Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov təsdiqləyib. Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri fevralın 7-də baş tutacaq. |
2024-01-17 | 823,693 | Etibarlı şəxslərlə görüşümüz var - Putin | Bizim etibarlı şəxslərlə görüşümüz var. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. V.Putin görüşdə hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumat verməyib. Qeyd edək ki, bu gün Vladimir Putin Moskvada seçki qərargahında olub. |
2024-01-17 | 823,694 | Dünyanın ən dəyərli markası açıqlandı | "Əpl" şirkəti dünyanın ən dəyərli markası elan olunub. Axar.az xəbər verir ki, bu barədə “Brand Finance” təşkilatının "Global500" - Dünyanın Ən Dəyərli 500 Brendi 2024" araşdırmasında bildirilib. Vurğulanıb ki, bu il "Əpl”ın dəyəri ötən illə müqayisədə 74% artıraraq 516,6 milyard dollara yüksəlib. Qeyd edək ki, ötən il ABŞ-ın “Amazon” şirkəti "Əpl"ı geridə qoymuşdu. |
2024-01-17 | 823,695 | Cilanidən Abdullahiana: Bu zərbəyə cavab haqqımız var! | 19:23 İslamabad İranın Pakistan ərazisinə hərbi hücumuna cavab vermək hüququnu özündə saxlayır. Axar.az xəbər verir ki, bu barədə Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığında bildirib. "Pakistanın bu hücumu qeyd-şərtsiz pislədiyini bildirən XİN rəhbəri insidentin ölkələr arasında ikitərəfli münasibətlərə ciddi ziyan vurduğunu əlavə edib. Nazir qeyd edib ki, Pakistan bu təxribatçı hərəkətlərə cavab vermək hüququnu özündə saxlayır", - Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Nazir bildirib ki, İran ordusunun əməliyyatı Pakistanın suverenliyi və beynəlxalq hüququn ciddi şəkildə pozulmasıdır və həmçinin İslamabad və Tehran arasında ikitərəfli münasibətlərin ruhuna ziddir. Pakistan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, terrorizm region üçün ümumi təhlükədir və onunla mübarizə müştərək və əlaqələndirilmiş səylər tələb edir və birtərəfli hərəkətlər regional sülh və sabitliyi ciddi şəkildə poza bilər. Qeyd edək ki, bundan öncə İran XİN telefon danışığı haqda məlumat yayıb. Qarşı tərəfin fikirlərinə yer verilməyən açıqlamada Abdullahianın sözləri əksini tapıb. Abdullahian pakistanlı həmkarına bildirib ki, İranın təhlükəsizliyi Pakistandan olan iranlı terror qruplaşması ("Ceyş ül-Ədl" nəzərdə tutulur - red.) tərəfindən dəfələrlə təhdid edilib: "Bu qrup dəfələrlə İranda törədilən terror aktlarının məsuliyyətini öz üzərinə götürüb. Bu əməliyyatda heç bir Pakistan vətəndaşı hücuma məruz qalmayıb”. İran mediasının məlumatına görə, buna cavab olaraq Pakistanın xarici işlər naziri İranın Pakistandakı terror qrupları barədə məlumat verməli olduğunu deyib. Xatırladaq ki, ötən gün İran Pakistan ərazisinə zərbə endirib, nəticədə iki azyaşlı uşaq ölüb. Pakistanın Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib və İrandakı səfirini geri çağırıb. |
2024-01-17 | 823,696 | Azərbaycanda nə qədər ceyran var? | 2023-cü ilin payız mövsümündə aparılan son sayım prosesinə görə, Azərbaycanda 7 889 baş ceyran var. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Məlumata görə, ölkə ərazisində ceyran populyasiyasının ən geniş yayıldığı ərazi Şirvan Milli Parkıdır. Sözügedən parkda 6 732 baş ceyran qeydə alınıb. |
2024-01-17 | 823,698 | Şimali Koreya Putinlə görüşün təfərrüatını açıqladı | Rusiya Prezidenti Vladimir Putinlə Şimali Koreyanın xarici işlər naziri Çoy Sonq Hi arasında ötən gün keçirilən görüşün təfərrüatı bəlli olub. Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın KCNA xəbər agentliyi məlumat yayıb. Agentlik bildirib ki, Kremldə keçirilən protokol görüşü zamanı birgə rifah və inkişaf, eləcə də regionda sülh və təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub. Qeyd olunub ki, regionda və dünyada sülh və təhlükəsizliyi təmin etmək üçün sıx əməkdaşlıq etmək və qarşılıqlı fəaliyyət göstərmək barədə fikir mübadiləsi aparılıb. |
2024-01-17 | 823,705 | Çıxarışı olmayan mənzil sahiblərinin diqqətinə - Video | Bakıda və Abşeron yarımadasında inşa edilən bəzi binalardakı mənzillərə çıxarış verilməyə bilər. Ekspertlər hesab edirlər ki, paytaxt ərazisindəki bəzi binalarda yaşayış olsa da, onlar istismara qəbul edilməyib. Həmin binaların istismara qəbul edilməməsinin səbəbi təhlükəsizliklə bağlıdır. Əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, çıxarışların verilməməsinin əsas səbəbi binaların tikintisi zamanı alınan icazələrlə bağlıdır. Mövzu ilə bağlı Axar.az AzTV-nin videosüjetini təqdim edir: |
2024-01-17 | 823,706 | Mirzoyan sabah bu Avropa ölkəsinə gedir | Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Xorvatiyaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Mirzoyanın Xorvatiyanın XİN başçısı və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulur. Səfərin iki gün davam edəcəyi və sabah baş tutacağı gözlənilir. |
2024-01-17 | 823,707 | Türk bankları imtina etdi: Rusiya danışıqlara başladı | Türkiyənin bir neçə bankının Rusiya ilə bağlı ödənişləri qəbul etməkdən imtina etməsi ilə bağlı danışıqlar aparılır. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Ankaradakı diplomatik missiyanın rəhbəri Aleksey Yerxov məlumat verib. "Səfirlik və ticarət missiyası Türkiyənin bir sıra banklarının Rusiyanın biznes qurumlarının maraqları naminə ödəniş etməkdən imtina etməsi ilə əlaqədar Türkiyənin səlahiyyətli orqanları ilə intensiv əlaqə saxlayır", - səfir söyləyib. Səfir türk ixracatçılarını və onların rusiyalı tərəfdaşlarını qane edəcək həll yolu tapacaqlarına ümid etdiklərini vurğulayıb. Qeyd edək ki, türk bankları Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb. Vəziyyət ABŞ Prezidenti Baydenin dekabrın 22-də Ukraynadakı müharibədə Rusiyaya yardım edən xarici şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar haqqında fərman verməsindən sonra kəskin şəkildə pisləşib. Fərman Vaşinqtona Rusiyaya qarşı sanksiyaları pozduqlarına görə xarici bankları Amerika maliyyə sistemindən ayırmağa imkan verir. |
2024-01-17 | 823,709 | Şvartsenegger 35 min ödədi, sərbəst buraxıldı - Foto | 20:26 Bu gün dünyaca tanınmış aktyor Arnold Şvartsenegger Almaniyanın Münhen hava limanında gömrük nəzarətindən keçərkən saxlanılıb. Kult.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat dərc edib. Onun “Audemars Piguet” şirkətinin bahalı qol saatına görə saxlanıldığı bildirilib. Şvartseneggerin saatı hərracda satmaq niyyətində olduğu iddia edilib. *** Almaniyanın Baş Gömrük İdarəsi Amerikalı aktyor Arnold Şvartseneggerin Münhendə saxlanıldığını təsdiqləyib. Gömrük İdarəsi bildirib ki, aktyor vergi qanunlarını pozmaqda şübhəli bilinir və məhkəmə prosesi başlayıb. Aktyor tezliklə azadlığa buraxılacaq. "Təsdiq edə bilərəm ki, o, təxminən iki saatdır ki, bizimlədir. Bu, bizdən tələb olunan standart prosesdir. Vergi icraatı başlayıb", - gömrük nümayəndəsi bildirib. *** Arnold Şvartsenegger bahalı saata görə gömrük nəzarəti zamanı saxlanıldıqdan bir neçə saat sonra Münhen hava limanında sərbəst buraxılıb. "Arni nəhayət azadlığa buraxılır və onun ilk işi maşında siqar yandırmaq olur", - "Bild" nəşri yazıb. Bildirilir ki, Şvartsenegger hərtərəfli dindirilib, bundan sonra ondan 35 min avro tələb olunub: saat üçün 26 min, 4 min vergi və 5 min cərimə. Vəziyyət aktyorun üstündə nağd pul olmaması səbəbindən çətinləşib. Nəticədə zabit Şvartseneggeri bank filialına qədər müşayiət edib. Aktyor özü saatı xeyriyyə hərracında satmaq niyyətində olduğunu izah etməyə çalışsa da, onun arqumentlərinə fikir verilməyib. |
2024-01-17 | 823,710 | Erməni səfirin xahişi: Qaluzin qəbul etdi | Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Rusiyadakı səfiri Vaqarşak Arutyunyanla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşün səfirin xahişi ilə baş tutduğu bildirilib. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin müzakirə olunduğu vurğulanıb. |
2024-01-17 | 823,712 | Fransa hərbçilərinin Nigerdən çıxarılmasının faydası | Fransa hərbçilərinin Nigerdən çıxarılması terrorizmlə mübarizəyə müsbət təsir göstərib. Axar.az xəbər verir ki, bu barədə Nigerin müdafiə naziri general Salifu Modi danışıb. "Vurğulamaq lazımdır ki, hərbçilərin çıxarılması bir tərəfdən terrorizmə qarşı apardığımız mübarizənin mənzərəsini aydın görməyə, digər tərəfdən isə öz məsuliyyətimizi dərk etməyə imkan verdi”, - Modi söyləyib. Qeyd edək ki, Fransa hərbçiləri ötən ilin dekabrın 22-də Nigeri tam tərk edib. |
2024-01-17 | 823,713 | Bakının mövqeyindən asılı olmayaraq... - Paşinyan | Azərbaycanın mövqeyindən asılı olmayaraq, Ermənistan tərəfi regionda sülh gündəliyinə sadiqdir. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib. "Biz sülh gündəmindən əl çəkməmişik, imtina etmirik və vaz keçməyəcəyik. Bu, çox mühüm bəyanatdır, çünki bu, bizim siyasi baxışımızdır və biz sülh gündəmini Azərbaycanın məntiqinə uyğun olaraq elan etməmişik. Əlbəttə, biz başa düşürük ki, sülh birtərəfli proses deyil, ancaq məsələn, Azərbaycan sülh gündəmindən geri çəkilirsə, bu o demək deyil ki, biz də geri çəkilməliyik", - o deyib. Onun fikrincə, belə olan halda əksinə, daha dərin əsaslandırmalar və daha çox arqumentlər gətirmək lazım gələcək. |
2024-01-17 | 823,714 | Ədən körfəzindəki türk donanması ilə bağlı qərar | Türkiyə donanmasının Ədən körfəzində qalma müddəti yenilənib. Axar.az xəbər verir ki, bununla bağlı Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirələrin sonunda qərar qəbul olunub. Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Türkiyənin hərbi gəmiləri Ədən körfəzi, Somali suları və Ərəb dənizi ərazisində təhlükəsizlik missiyası həyata keçirir. |
2024-01-17 | 823,718 | Bu dövlət qurumunun avtomobili qəzaya düşdü - Foto | Kürdəmirdə Dövlət Məşğulluq Agentliyinin xidməti avtomobili qəzaya uğrayıb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun ucqar kəndi olan Çöl-Qubalı kəndində qeydə alınıb. Belə ki, 77 YD 546 nömrə nişanlı "Mitsubişi" markalı avtomobilin sürücüsü kənd ərazisində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı su kanalına düşüb. Avtomobildə olan sürücü və sərnişin kənd sakinlərinin köməyi ilə sudan çıxarılıb. Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib. |
2024-01-17 | 823,719 | Paris və İrəvan əlbir olub oyun qurub - Kopadze | Ermənistanın Azərbaycan ilə sülh prosesində tutduğu destruktiv mövqenin arxasında Fransa dayanır. Paris və İrəvan əlbir olub oyun qurub, amma onlar heç nə əldə edə bilməyəcəklər. Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində gürcü politoloq Simon Kopadze deyib. O bildirib ki, 2020-ci ildən 2023-cü ilə qədər mərhələli şəkildə cərəyan edən bütün proseslərdə Azərbaycan Ermənistana sülh danışıqlarının aparılmasını təklif edib. Sülh təklifi hər zaman Azərbaycan tərəfdən gəlib. Rəsmi Bakı həmişə şərait yaradırdı ki, İrəvan getdiyi səhv yoldan qayıtsın. Amma Ermənistanda elə düşünürdülər ki, Fransa ilə hansısa formada əlbir olub nəyəsə nail olacaqlar. Bu, onlarda alınmayacaq, qurduqları oyun baş tutmayacaq. “Düşünürəm ki, Ermənistanın etdikləri onun xeyrinə olmadı. Ermənistan öz səhvlərinin qurbanı oldu. Bu uğursuz siyasətlə onlar Azərbaycanın qarşısında dura bilməyəcəklər. Çünki artıq heç nəyi tələb edə bilməzlər. Tələb edəcəkləri nəsə olsaydı, çoxdan edərdilər. Azərbaycan nə insan hüquqlarını pozub, nə əsirlərə qarşı işgəncələr verib, nə də beynəlxalq hüquqa zidd hərəkət edib. Azərbaycan hər şeyi beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində edib”, – S.Kopadze vurğulayıb. |
2024-01-17 | 823,722 | SEPAH polkovniki Pakistanla sərhəddə öldürüldü | İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) polkovniki Hüseynəli Cavidanfər öldürülüb. Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Polkovnikin Pakistanla sərhəddə silahlılar tərəfindən güllələndiyi bildirilib. Qeyd edək ki, bu gün Pakistanla sərhəddə terrorçularla atışma olduğu barədə məlumat yayılmışdı. |
2024-01-17 | 823,725 | Kemerondan Qərb liderlərinə Rusiya çağırışı | Britaniyanın gördüyü işlərdən biri odur ki, biz təkcə sanksiyalar elan etmirik, həm də digər ölkələrin onlardan yan keçməməsinə əmin oluruq. Axar.az xəbər verir ki, bunu Böyük Britaniya xarici işlər naziri Devid Kemeron Davos İqtisadi Forumunda Rusiyaya tətbiq olunan sanksiyalardan danışarkən deyib. "Mən burada olan hər bir Avropa və Qərb liderini, eləcə də burada olan xarici işlər nazirlərini eyni şeyi etməyə çağırıram", - Kemeron qeyd edib. |
2024-01-17 | 823,729 | ABŞ husiləri yenidən terror təşkilatları siyahısına saldı | ABŞ husiləri yenidən terror təşkilatları siyahısına salıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək rütbəli nümayəndəsi məlumat verib. Qeyd edək ki, 2021-ci ildə Co Bayden administrasiyası husiləri terror təşkilatları siyahısından çıxarmışdı. |
2024-01-17 | 823,731 | Blinkenin təyyarəsi İsveçrədə xarab oldu | ABŞ Dövlət katibi Entoni Blinkenin təyyarəsi İsveçrədə xarab olub. Axar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Blinkenin ABŞ-a qayıtmalı olduğu "Boinq 737" təyyarəsində texniki problem yaranıb. Təyyarədə oksigen sızması aşkarlanıb və problemi aradan qaldırmaq mümkün olmayıb. Bu səbəbdən o, İsveçrəni planlaşdırılan vaxtdan gec tərk edib. Blinkenin başqa bir təyyarə ilə ABŞ-a qayıtdığı bildirilib. |
2024-01-17 | 823,734 | Bakı dünyanın ən yaxşı qida məkanları siyahısında - Foto | 2023-cü il üzrə dünyanın ən yaxşı qida məkanlarının adları məlum olub. Axar.az xəbər verir ki, tanınmış səyahət platforması “Tripadvisor”da 2023-cü il ərzində turistlər arasında qida məkanları ilə bağlı səsvermə keçirilib. Nəticələrə əsasən, Bakı şəhəri dünya miqyasında qida məkanları siyahısında 13-cü yeri tutub. Qeyd edək ki, siyahı sayt istifadəçilərinin rəy və fikirlərinə əsaslanır və minlərlə şəhərin arasından qida məhsullarının əlçatanlığına görə 25 şəhər “Best of the Best” mükafatına layiq görülür. “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı otelləri, yemək üçün uyğun restoranları tövsiyə edir. Platformanın 8 milyonluq siyahısının cəmi 1%-dən az hissəsi “Best of the Best” mükafatına layiq görülür ki, bu da səyahətdə ən yüksək mükəmməllik səviyyəsini göstərir. |
2024-01-17 | 823,735 | Azərbaycan yeni dövrə başlayır: neft erası bitir… | 2023-cü ilin yekunları göstərir ki, əsas makro-iqtisadi göstəricilərdə artımlar məhz qeyri-neft sektoru hesabına baş verib. ÜDM-də qeydə alınan 1.1 faiz artım da enerjidən kənar sektorlar hesabına reallaşıb. Belə ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 faiz artıb. Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov qeyd edib. O bildirib ki, oxşar mənzərə sənayedədir - 2023-cü ildə neft-qaz sektorunda məhsul istehsalı 2 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 8,0 faiz artıb: “Neft-qaz sektorundakı azalma həm hasilatın azalması, həm də 2023-cü ildə “qara qızılın” qiymətlərinin 2022-ci ilə nisbətən aşağı olması ilə bağlıdır. Qeyd edək ki, “Brent” markalı neftin 1 barrelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub. 2023-cü ilin makro-iqtisadi yekunları bir daha qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatların daha da dərinləşdirilməsinin əhəmiyyətini göstərir. Bu il Azərbaycan üçün yeni dövrün başlanması kimi yadda qalacağı gözlənilir. Bu dövr iqtisadiyyatın daha da ağardılması, neftdən kənar sektorların daha yaxından dəstəklənməsi və bütövlükdə struktur islahatlarının genişlənməsi ilə yadda qalacaq. Bu neftdən asılılığın minimumlaşdırılması baxımdan zəruri islahatlardır”. |
2024-01-17 | 823,737 | Çinin əhalisi azaldı – Son statistika | Çin Xalq Respublikasının əhalisi 2023-cü ildə 2,08 milyon nəfər azalıb. Axar.az xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Dövlət Statistika Xidmətinin saytında məlumat yerləşdirilib. Bildirilib ki, hazırda ölkədə 1 milyard 409.67 milyona yaxın vətəndaş yaşayır. Əhalinin sayımına Honkonq, Makao və Tayvan sakinləri daxil edilməyib. Kişilərin sayı 720,32 milyon, qadınların sayı isə 689,35 milyon olub. Qeyd edək ki, Çində "Bir ailə, iki uşaq" qanununun ləğvindən sonra doğum nisbəti artır. 2021-ci ilin yayından çinli ailələr üç uşaq sahibi ola bilər. |
2024-01-17 | 823,739 | Senat Bakıya qarşı qətnamə qəbul etdi, 336 səslə… | Bu gün Fransa Senatı 2023-cü il dekabrın 1-də təklif olunan “Azərbaycanın Dağlıq Qarabağa hərbi təcavüzünü pisləmək və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınmasına” yönəlmiş partiyalararası qətnaməni müzakirə edib. Axar.az xəbər verir ki, gözlənildiyi kimi, qətnamə təxminən yekdilliklə - 336 lehinə, 1 əleyhinə səslə qəbul olunub. Qətnamədə ermənilərin Qarabağa qayıtmaq hüququna da təminat verilməsi tələb olunur. |
2024-01-17 | 823,747 | TBMM sədri Məmmədovla görüşdü | Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Qurtulmuş Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisi məlumat yayıb. “Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu qəbul edib”, - TBMM-dən bildirilib. Görüşün təfərrüatı açıqlanmır. |
2024-01-17 | 823,749 | İran qonşularını vurdu, indi hava təliminə başlayır | İran ordusu və SEPAH yaxın vaxtlarda birgə hava hücumundan müdafiə təlimləri keçirəcək. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, İran ordusunun silahlı qüvvələrinin ayrı-ayrı bölmələri və İslam İnqilabı Keşikçiləri Korpusunun iştirakı ilə “Vilayət səmasının müdafiəçiləri 1402” adlı ixtisaslaşdırılmış birgə hava hücumundan müdafiə təlimi keçiriləcək. Təlimin tarixi daha sonra açıqlanacaq. Hazırda təlimlərin təfərrüatı da məlum deyil. Qeyd edək ki, SEPAH ötən gün İraqın şimalı və Pakistanda bəzi ərazilərə zərbə endirib. |
2024-01-17 | 823,751 | Ərəb Liqasından İrana cavab: Bir daha təkrar olunarsa... | Ərəb Dövlətləri Liqası İran tərəfinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ərbil şəhərinə endirdiyi zərbələrlə bağlı verdiyi izahatları qənaətbəxş hesab etmir. Axar.az xəbər verir ki, bu barədə Ərəb Liqası Şurasının fövqəladə iclasının yekunları üzrə qəbul edilmiş bəyanatda bildirilib. Təşkilat yekun qətnaməsində sözügedən hücum və onun nəticələrinə görə tam məsuliyyəti Tehranın üzərinə qoyub və belə hərəkətlərin bir daha təkrar olunacağı təqdirdə bütün regionda sülh və təhlükəsizliyi sarsıdacaq son dərəcə təhlükəli presedent adlandırıb. Ərbilə hücumun özü Ərəb Liqasında “İraqın suverenliyinə qarşı açıq təcavüz” və “yaxşı qonşuluq və beynəlxalq hüquq prinsiplərinin kobud şəkildə pozulması” kimi qiymətləndirilib. İclas iştirakçıları İraqın ərazi bütövlüyünü müdafiə etmək və bu cür hərəkətlərə cavab vermək üçün “beynəlxalq hüquqla tənzimlənən bütün diplomatik və hüquqi vasitələrdən istifadə etmək” hüququnu tanıyıblar. |
2024-01-17 | 823,754 | Füzulidə ilk toy - Video | Füzuli şəhərində işğaldan azad olunandan sonra ilk toy məclisi baş tutub. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb. Belə ki, kadrlarda “Vağzalı” sədalarının müşayiəti ilə toy karvanını görmək mümkündür. Həmin görüntüləri təqdim edirik: |
2024-01-17 | 823,757 | Bakıda tramvay xətti keçəcək küçə və prospektlər - Xəritə | Nəqliyyat üzrə ekspert, mühəndis Azər Axundov Bakı şəhərinin 2040-cı ilədək təsdiq edilmiş Baş İnkişaf Planının məlumatlarına əsaslanaraq, Baş Planda tikintisi nəzərdə tutulan paytaxtın gələcək tramvay xətlərinin xəritəsini hazırlayıb. Axar.az Caliber.az-a istinadən xəbər verir ki, təqdim olunan xəritədə gələcək xətlərin sxemi əks olunub. Ən uzunu Bakı buxtasının sahili ilə – Bibiheybət qəsəbəsindən başlayaraq Mikayıl Useynov, Neftçilər və 8 Noyabr prospektləri ilə Əhmədli kəndi istiqamətində getməlidir. Həmçinin metronun “İçərişəhər” və “28 May” stansiyaları ərazisindən Azadlıq prospekti boyunca və Binəqədi kəndi istiqamətində uzadılmış tramvay xətti çəkilməlidir. Daha bir xətt Xətai prospektindən Tofiq Bəhramov adına stadiona və metronun “Gənclik” stansiyasına, ardınca Atatürk prospekti ilə metronun “Azadlıq prospekti” stansiyasına qədər çəkilməlidir. Ən uzun xətlərdən biri metronun “Dərnəgül” stansiyasından Ziya Bünyadov, Heydər Əliyev və Babək prospektlərindən, NZS qəsəbəsi və Bakının Ağ Şəhər ərazisindən keçərək metronun “28 May” stansiyasına qədər olandır. Qeyd edək ki, Bakıda tramvay xətlərinin çəkilməsinin konkret tarixləri və marşrutları məsələsi hələ dövlət səviyyəsində dəqiqləşdirilməyib, bununla bağlı müxtəlif müzakirələr aparılır. |
2024-01-17 | 823,759 | Bakı 2040-cı ilədək belə olacaq - Video | Ötən gün Bakı şəhərinin Baş planının təqdimatı olub. Axar.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərin 4 prioritet hədəfə əsaslanan Baş planının görüntüləri hazırlanıb. Kadrlarda 2040-cı ilə qədər şəhərin dayanıqlı inkişafı, ətraf mühitin regenerasiyası, şəhərin memarlıq siması, tarixi irsə qayğı, yeni şəhər iqtisadiyyatının qurulması mərhələləri öz əksini tapıb. Həmin görüntüləri təqdim edirik: |
2024-01-17 | 823,761 | İstanbulda böyük savaş olacaq? - Şok proqnoz | İstanbulda böyük müharibə başlayacaq və çoxlu qan töküləcək. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, vaxtilə bu proqnozla 1994-cü ildə vəfat edən yunan əsilli kahin Orakl Paisios çıxış edib. İngiltərənin “San” qəzeti isə bu mövzunu yenidən gündəmə gətirib. Belə ki, kahin kimi tanınan Orakl Paisios İstanbulda ruslarla avropalılar arasında böyük bir müharibə başlayacağını və çoxlu qan töküləcəyini demişdi. İngilislərin bu proqnozları indi gündəmə gətirməsi maraqla qarşılanıb. “San” qəzetinin iddialarına görə, yunan əsilli kahin Fələstində müharibə olacağını da proqnozlaşdırıb. Dünyadakı qarşıdurmaların artmasının Üçüncü Dünya müharibəsinə səbəb olacağını iddia edib. Britaniya qəzeti onun Ukraynadakı savaşı düzgün proqnozlaşdırdığını bildirib. Qeyd edək ki, bu xəbər İsrail mediasında da əks-səda doğurub. Belə ki, İsraildə nəşr olunan "Valla (“Walla) qəzeti “San” nəşrinin xəbərini “Qəzzadakı savaş dünya müharibəsinə çevriləcək” başlığı ilə oxuculara təqdim edib. “San” qəzetinin 30 ildən sonra yunanlı kahinin iddialarını dərc etməsi diqqət çəkib. Britaniya mediasında hansı mesajların verildiyi müzakirə mövzusuna çevrilib. |
2024-01-18 | 823,765 | Sumqayıtda yataqxanadakı yanğın söndürüldü - Video | 2024.01.17 - 23:38 Sumqayıt Tibb Kollecinin həyətində yerləşən yataqxanada yanğın başlayıb. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. *** Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. Əraziyə polis əməkdaşları cəlb edilib. *** Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. Bu barədə DİN-in Mətbuat Xidmətindən bildirilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür. Məlumata görə, yanğında baş verən yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. *** Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb. Bu barədə FHN-in Mətbuat Xidmətindən bildirilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. |
2024-01-18 | 823,766 | Almaniya bu raketləri Ukraynaya verməkdən imtina etdi | Almaniya Bundestaqı “Taurus” qanadlı raketlərinin Ukraynaya verilməsini tələb edən qətnamə layihəsinin əleyhinə səs verib. Axar.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb. Qeyd olunur ki, sözügedən raketlərin Kiyev hakimiyyətinə çatdırılmasını dəstəkləyən Yaşıllar və FDP partiyalarının bir çox üzvləri sənədin qəbulunun əleyhinə səs veriblər. |
2024-01-18 | 823,767 | Kreml indi bütün dünyaya deyə bilər ki... - ABŞ generalı | Ukraynada vəziyyət kəskin şəkildə dəyişib, əgər Qərbin yardımı dayansa, Ukrayna məğlub olacaq. Axar.az xəbər verir ki, bu barədə ABŞ ordusunun generalı Cek Kin deyib. General bildirilib ki, Ukrayna hakimiyyətini itirəcək, Rusiya isə ölkəyə nəzarəti ələ keçirəcək. Onun fikrincə, vəziyyət Qərbin yardımının gecikməsi və maliyyələşmənin mümkün dayandırılması səbəbindən dəyişib. Hərbçi qeyd edib ki, Moskva indi bütün dünyaya və öz xalqına deyə bilər ki, Ukraynada tam qələbəyə nail olmaq olar. |
2024-01-18 | 823,768 | Filmlərdə Stalin obrazını yaradan aktyor öldü | Rusiyanın əməkdar artisti Aleksandr Vontov həyatının 74-cü ilində vəfat edib. Kult.az xəbər verir ki, bu barədə aktyorun 1977-ci ildən çalışdığı Sankt-Peterburqdakı V.F.Komissarjevskaya adına teatr məlumat yayıb. Qeyd edək ki, A.B.Vontov filmlərdə və seriallarda fəal şəkildə rol alıb. O, “Zoya”, “Stalinin almazları”, “Hər şey Xarbində başladı”, “Çapay bizimlədir” filmlərində İosif Stalinin obrazını yaradıb. Aktyorun çəkildiyi son ekran əsərləri arasında "Ulduzlar və tülkülər" mini serialı, "Dəyirmançı" serialı və "Salyut-7" filmi var. |
2024-01-18 | 823,769 | Yanvar görüşündə 8 kənd müzakirə ediləcək? – Mgerin cavabı | Ermənistanla Azərbaycan arasında Dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının və Azərbaycanla Ermənistan arasında Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının qarşıdan gələn iclasında, ilkin razılaşmalarımıza görə, biz komissiyaların birgə fəaliyyətinin əsasnaməsi məsələsini müzakirə etməliyik. Axar.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Ermənistan Baş nazirinin müavini Mger Qriqoryan delimitasiya komissiyalarının qarşıdakı iclasında 8 kəndlə bağlı məsələnin müzakirə olunub-olunmayacağı sualına cavab verərkən deyib. 8 kəndlə bağlı məsələnin müzakirə olunub-olunmayacağı ilə bağlı dəqiqləşdirici suala isə Qriqoryan cavab verib ki, əlavə edəcək heç nə yoxdur və sualı artıq cavablandırıb. Qeyd edək ki, delimitasiya komissiyalarının görüşünün yanvarın sonunda keçiriləcəyi gözlənilir. |
2024-01-18 | 823,770 | Pakistan İran ordusunu silib-süpürər - Korgeneral | Hazırda İranda dövlət idarəçiliyi sarsıntı içərisindədir. Belə sarsıntı içərisində ikən Pakistanla yaxşı münasibətlər qurmaq yerinə, atdıqları addım son dərəcə yanlışdır. Bu sözləri Axar.az-a İranın Pakistanı raket atəşinə tutması barədə danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib. General-polkovnik İranı düşünülməmiş addımlar atmaqdan çəkinməyə çağırıb: “İranın daxilində çoxlu problemləri var. Xüsusilə Bəlucistanda İranı sıxışdırırlar. Yeri gəldi-gəlmədi məsələnin kökünü Pakistanda axtarırlar. Məncə, İran belə düşünülməmiş addımlar atmaqdan çəkinməlidir. Çünki vəziyyət gərginləşsə, Pakistan İran ordusunu silib-süpürər. Yəni Pakistan hərbi baxımdan qat-qat güclüdür, ancaq Hindistanla yaşanan problemlərə görə tələskənlik etmək istəmir. Fikrimcə, belə gərgin geosiyasi vəziyyətdə Türkiyə, Azərbaycan, Pakistan və İran bir-birinə kömək etməlidir”. Karakuş hadisənin SEPAH-ın içərisində İran-Pakistan yaxınlaşmasını istəməyən qüvvələr tərəfindən təşkil olunma ehtimalını istisna etməyib: “SEPAH-ın içərisində İran və Pakistan arasında vəziyyətin gərginləşməsini istəyən qüvvələrin də durumdan istifadə etməsi mümkündür. Yaxın keçmişdə də bunun nümunələri var. Türkiyə Cümhuriyyəti müstəqilliyini qazanandan sonra ingilislər yaxınlaşmanın qarşısını almaq üçün İranda türk sülaləsi olan Qacarları devirdilər və yerinə Pəhləviləri gətirdilər. İndi bu versiyanı da diqqətdən kənarda saxlamaq olmaz. Bölgədə öz planlarını həyata keçirmək istəyən qüvvələr heç vaxt müsəlman ölkələrinin birliyini istəməz. Bunu unutmamalıyıq”. Qeyd edək ki, İran Pakistana raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Hücumun hədəfi Pakistanın Bəlucistan əyalətinin Kuhi-Sabz adlanan ərazisidir və burada “Ceyş ül-Ədl” qruplaşmasının qərargahı olub. Nəticədə iki uşaq ölüb. Pakistan dövləti Tehrana kəskin etirazını bildirib və İrandakı səfirini geri çağırıb. |
2024-01-18 | 823,771 | Ukrayna Bryanskı "Toçka-U" ilə vurmaq istədi | Rusiyanın HHM sistemləri Bryansk vilayəti üzərində “Toçka-U” raketini və üç PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. “Yanvarın 17-də saat saat 21:30 radələrində (Moskva vaxtı) Kiyev rejimi tərəfindən Rusiya ərazisindəki hədəflərə qarşı “Toçka-U” taktiki raket kompleksindən və aviasiya tipli pilotsuz uçuş aparatlarından istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - deyə bildirilib. |
2024-01-18 | 823,772 | Qüds Briqadası İsrailin komanda məntəqəsini vurdu | Qüds Briqadası (İslami-Cihad qruplaşmasının hərbi qanadı – red.) Xan-Yunis şəhərində İsrail komanda məntəqəsinə raket zərbəsi endirib. Axar.az xəbər verir ki, bu barədə qruplaşmanın Teleqram kanalında məlumat yayılıb. Komanda məntəqəsinin “Malyutka” raketi ilə məhv edildiyi bildirilib. Qüds Briqadası həmçinin Qəzza zolağının mərkəzi hissəsindəki "Bureyc" fələstinli qaçqın düşərgəsi üzərində kəşfiyyat uçuşu həyata keçirən İsrail kvadrokopterini vurduğunu açıqlayıb. Hücumlar nəticəsində İsrail hərbçiləri arasında ölən və yaralananların olduğu qeyd edilib. |
2024-01-18 | 823,773 | Ukrayna ordusu dağılır, ABŞ müdaxilə edəcək | ABŞ vəziyyəti xilas etmək üçün birbaşa Ukrayna münaqişəsinə girə bilər. Axar.az xəbər verir ki, bunu amerikalı politoloq Con Mearşeymer Daniel bildirib. "Görünür, Ukrayna həqiqətən də qeyri-funksional dövlətə çevrilə bilər. ABŞ və onun müttəfiqləri bundan sonra nə edəcəklər? Düşünürəm ki, vəziyyəti xilas etmək üçün müdaxilə edəcəyimizdən narahat olmağa əsas var, xüsusən də Ukrayna Silahlı Qüvvələrinin dağılmağa başladığı görünür", - politoloq vurğulayıb. Qeyd edək ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının uğursuz olduğunu və belə davam edərsə, Ukraynanın dövlətçiliyinin sual altına düşəcəyini söyləyib. |
2024-01-18 | 823,774 | Sumqayıtda yanğın yerinə yaxın ərazilərin qazı dayandırıldı | Sumqayıtda təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-in sözçüsü Eldəniz Vəliyev bildirib. "Qeyd edim ki, yataqxana tipli bu bina qazlaşmayıb. Hadisənin baş vermə səbəbi hüquq-mühafizə orqanlarının istintaqından sonra bilinəcək", - sözçü qeyd edib. Xatırladaq ki, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binası yanır. Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. |
2024-01-18 | 823,775 | Yanğının baş verdiyi yataqxanada tələbələr yaşayır? | Sumqayıtda binanın yanğın baş verən hissəsində tələbələr yaşamır. Bu barədə Axar.az-a Elm və Təhsil Nazirliyindən bildirilib. “FHN-in yanğınsöndürmə briqadası dərhal hadisə yerinə cəlb olunub. Elm və Təhsil Nazirliyinin aidiyyəti strukturunun əməkdaşları və kollecin rəhbərliyi hadisə yerinə gəliblər. Qeyd edək ki, binanın yanğın baş verən hissəsində tələbələr yaşamırlar”, - nazirlikdən vurğulanıb. Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin ikimərtəbəli köməkçi binasının məcburi köçkünlər yaşayan hissəsində yanğın baş verib. Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir. |
2024-01-18 | 823,776 | Finlandiya Rusiya sərhədində əlavə maneələr qurur | Finlandiya və Rusiya sərhədində əlavə maneələr quraşdırıla bilər. Axar.az xəbər verir ki, bu barədə "Yle" nəşri məlumat yayıb. "Ola bilsin ki, qeyri-qanuni sərhəd keçidlərinin qarşısını almaq üçün şərq sərhədində əlavə müvəqqəti maneələr tikilsin", - materialda deyilir. Qeyd olunur ki, uzunluğu 1300 kilometrə yaxın olan bütün sərhəd boyu onları quraşdırmaq mümkün olmadığından yalnız müəyyən ərazilərdə şlaqbaumlar tikiləcək. |
2024-01-18 | 823,777 | Husilər ABŞ gəmisinə raket zərbəsi endirdi | Yəməndəki husilər Ədən körfəzində ABŞ-a məxsus “Genco Picardy” gəmisinə raket zərbəsi endirdiklərini açıqlayıblar. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Ətraflı məlumat verilmir. |
2024-01-18 | 823,783 | Rusiya bu ölkədə də hərbi baza yaradır | Mərkəzi Afrika Respublikası və Rusiya hərbi baza yaradılması məsələsini müzakirə edirlər. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Afrika Respublikasındakı səfirliyindən bildirilib. Qeyd olunub ki, MAR-da baza yaradılması məsələsi iki ölkənin Müdafiə nazirlikləri arasında müzakirə olunur: "Rusiya hərbçilərinin gələcək yerləşdirmə yeri seçilir. Kontingentin gəlişinin konkret vaxtı və onun sayı yekun olaraq müəyyən edilməyib". |
2024-01-18 | 823,784 | Çuquyev şəhərində partlayışlar baş verdi | Ukraynanın Xarkov vilayətinin Çuquyev şəhərində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb. Ətraflı məlumat verilmir. Qeyd edək ki, Xarkov və daha 3 vilayətdə hava həyəcanı siqnalı elan edilib. |
2024-01-18 | 823,785 | Dünyanın gücü yoxdur, Rusiya ilə bacarmır - Zelenski | Rusiya ordusu ilə müharibədə Ukraynaya yardıma tab gətirməsi üçün dünyada kifayət qədər hərbi-sənaye kompleksi resursu yoxdur. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O vurğulayıb ki, 155 mm-lik artilleriya mərmilərinin bütün dünyada istehsalını nəzərə alsaq belə, bu, Ukrayna ordusunu təmin etmək üçün kifayət deyil. |
2024-01-18 | 823,786 | Əliyevin xəritə açıqlaması İrəvanı təlaşa saldı | Sərhədin delimitasiyası ilə bağlı gündəmə gələn xəritələrin Ermənistanda narahatlıqla müzakirə edilməsi səbəbsiz deyil. Çünki İrəvanda anlayırlar ki, üzərində dövlət qurduqları ərazilər Azərbaycana məxsusdur və iki ölkə arasında delimitasiya prosesi aparılmadığı, eləcə də rəsmi şəkildə ərazi bütövlüyü tanınmadığı üçün Bakı bu ərazilərin tələbini aktuallaşdıra bilər. Bu barədə Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib. A.Camal Ermənistanın Baş naziri Nikol Paşinyanın bir müddət öncə dilə gətirdiyi və mütəmadi olaraq səsləndirdiyi “kadastr” məsələsini xatırladıb: “Paşinyan daxili auditoriyaya ünvanladığı çıxışlarında bildirir ki, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın “kadastr” əldə etməsi deməkdir. Çünki Nikol anlayır ki, sülh sazişi imzalanmadığı, sərhəd müəyyənləşmədiyi müddətdə Ermənistanın müstəqilliyi tanınsa belə, hazırda mövcud olduğu ərazilər üzərində legitimliyi sual altındadır. Prezident İlham Əliyevin gündəmə gətirdiyi AXC dövrünün xəritələri buna görə Ermənistanda narahatlıq yaradır və rəsmi İrəvan həm rəsmi şəxslər, həm də hakimiyyətə bağlı siyasətçilər vasitəsilə əks-arqumentlər irəli sürməyə çalışır”. Politoloq qeyd edib ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində sərhədin hansı əsaslarla delimitasiya olunmasına dair konkret istiqamətlər irəli sürdü: “Bunlardan biri AXC dövrünün və sovetləşmənin başladığı illərin xəritələridir. Yəni dövlət başçısı AXC yarananda qanunsuz şəkildə ermənilərə verilən İrəvanın, eləcə də sovetləşmə başlayanda verilən Zəngəzurun, Göyçənin, Dərələyəzin və digər ərazilərin qaytarılmasını aktuallaşdırır. Digəri SSRİ dövründə xronoloji ardıcıllıqla Ermənistana otlaq və əkin sahəsi adı altında “bağışlanan” ərazilərimizdir. Söhbət 1926-1969-cu illərə qədərki dövrdə verilən ərazilərdən gedir. Əgər delimitasiya bu əsasla həyata keçirilərsə, o zaman Qərbi Zəngəzurun böyük hissəsi üzərində nəzarəti bərpa edə bilərik. Ermənistandakı müzakirələr göstərir ki, Prezidentin bu çıxış onların kabusuna çevrilib”. A.Camal Ermənistan parlamentinin “Mülki Müqavilə” fraksiyasından olan deputatı Gevorq Papoyanın xəritələrlə bağlı iddialarına da diqqət çəkib. Qeyd edib ki, Papoyan öz aləmində 1918-ci illərdəki erməni xəritəsini nəzərdə tutsa da, əslində özünü, dolayısı ilə də Ermənistanı “tələyə” salır: “Paşinyanın deputatı bildirir ki, Bakı hüquqi qüvvəyə malik xəritə təklif etməlidir. Əlavə edir ki, elə xəritələr təqdim olunmalıdır ki, Ermənistan və Azərbaycan müstəqil dövlətlər olub, yaxud SSRİ daxilində müəyyən sərhədlər var idi. Erməni deputat bununla AXC dövrünün xəritələrinə əks-arqument irəli sürməyə cəhd edir, halbuki onun irəli sürdüyü tezis belə Azərbaycana tarixi torpaqlarının qaytarılması məsələsini delimitasiya prosesinə daxil etmək imkanı verir. Birincisi, Azərbaycan AXC-nin hüquqi varisidir və bu, o deməkdir ki, Cümhuriyyət dövrünün xəritələri hüquqi əsasa malikdir. İkincisi, Papoyanın dediyi “müstəqil dövlətlər” məsələsi yenə ötən əsrin əvvəlindəki xəritələri aktuallaşdırır, çünki Azərbaycan və Ermənistan 1918-ci ildə müstəqil olub və həmin dövrün xəritələri hüquqi sənəd kimi qəbul edilə bilər. Azərbaycanın müstəqilliyi 1920-ci il 11 yanvarda Paris Sülh Konfransında Antanta Ali Şurası tərəfindən tanınıb və Konfransda təqdim edilən xəritələr də sübut edir ki, həmin vaxt Zəngəzur, Göyçə, Dərələyəz suveren ərazimiz idi. O zaman sərhəd xətti Göyçə gölünün ortasından keçirdi. Sovetləşmə xəritələri isə yalnız 28 aprel 1920-ci il aiddir, şünki həmin ilin ikinci yarısından başlayaraq, artıq Azərbaycanın ərazilərinin “bağışlanması” prosesinə start verilmişdi”. A.Camal qeyd edib ki, Ermənistanın çıxış yolu yoxdur: “Bunu erməni siyasi elitası və politoloqları da yaxşı bilirlər. İki gün öncə politoloq Armen Baqdasaryan erməni mediasına müsahibəsində də bu ictimai panikanı dilə gətirdi və bildirdi ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü Sovet Azərbaycanının deyil, Azərbaycan Demokratik Respublikasının varisi elan edib. “Onun sərhədləri isə Sovet İttifaqındakından tamamilə fərqlidir”, - Baqdasaryan etiraf etmişdi. Bu isə o deməkdir ki, Ermənistanın 1918-ci ildə 9 min kv.km-dan bir az çox ərazidə müstəqil respublika elan olunduğunu da, Azərbaycanın Paris Sülh Konfransında təsdiqlənən xəritədə mübahisəsiz ərazilərinin sahəsinin 98 min kv.km-ya yaxın (97.297,67) olduğunu da (mübahisəli ərazilərlə birgə 113,9 min kv.km) ermənilər yaxşı bilirlər. Buna görə də ciddi təlaşdadırlar”. |
2024-01-18 | 823,787 | Ukraynadakı vəziyyət pisə doğru dəyişir - ABŞ | Ukraynadakı vəziyyət Kiyev üçün artıq pisə doğru dəyişir. Axar.az xəbər verir ki, bunu ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer bildirib. O qeyd edib ki, ABŞ Konqresinin yeni yardım göstərməklə bağlı təcili qərarı olmasa, vəziyyət geridönməz şəkildə pisləşə bilər: "Açığı, burada məqsəd Ukraynada vəziyyətin pisə doğru dəyişdiyini aydınlaşdırmaqdır. Əgər biz onlara tez kömək etməsək, hər şey geridönməz hal alacaq". |
2024-01-18 | 823,788 | İşıqlar söndü, bir neçə dəqiqə sonra partlayış oldu | Ötən gün yanğının baş verdiyi Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında 11 məcburi köçkün ailəsi məskunlaşıb. Axar.az xəbər verir ki, bu barədə Report-a sakin və hadisənin şahidi Sakit Hüseynov bildirib. O qeyd edib ki, dünən axşam saat 22 radələrində binada işıqlar sönüb. Bir neçə dəqiqə sonra partlayış səsi eşidiilib. Bundan sonra yanğın başlayıb. S.Hüseynov bununla bağlı müvafiq qurumlara məlumat verib. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri, polis əməkdaşları əraziyə cəlb edilib. Ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülüb. Yanğın saat 1 radələrində söndürülüb. Hadisə zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. Qeyd edək ki, binada Qubadlıdan məcburi köçkün düşmüş 7 ailə, Laçın və Cəbrayıldan 4 ailə (hər rayondan 2 ailə) məskunlaşıb. |
2024-01-18 | 823,795 | Növbəti köç karvanı Füzuliyə çatdı | 09:20 Füzuli şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün Yeni ilin ilk köç prosesi həyata keçirilib. Səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan ailələr işğaldan azad olunan Füzuliyə çatıb. Axar.az xəbər verir ki, bu gün 30 ailə olmaqla, 127 nəfər doğma yurduna qovuşub. Füzuli şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar. Yeni köçən ailələr daha öncədən Füzulidə məskunlaşan həmyerliləri ilə görüşürək, doğma yurdlarına qayıdışın sevinc hisslərini paylaşıblar. |
2024-01-18 | 823,796 | Pakistan da İran ərazisini vurdu: ölənlər var | 09:08 Pakistan İran ərazisinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb. Məlumata görə, Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna endirilən zərbələr nəticəsində 7 nəfər ölüb. Pakistan Xarici İşlər Nazirliyi yaydığı məlumatda "Partizanlara ölüm" ("Marg Bar Sarmachar") əməliyyatı ilə Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələr endirildiyini bildirib. *** İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərinə Pakistan qırıcılarının zərbələri nəticəsində ölənlərin sayı 9-a çatıb. Bu barədə İran KİV-i məlumat yayıb. |
2024-01-18 | 823,798 | Şamil Vəliyev vəfat etdi | BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Şamil Qiyas oğlu Vəliyev 64 yaşında vəfat edib. Axar.az xəbər verir ki, bu barədə fakültənin müəllimi Əli Hacıyev bildirib. “Mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, dərdlərinə şərik oluruq! Allah rəhmət eləsin!”, - Ə.Hacıyev Feysbuk hesabında yazıb. Qeyd edək ki, o, fakültənin Mətbuat tarixi kafedrasının müdiri, dekan vəzifəsində çalışıb. Ş.Vəliyevin bir sıra əsərləri, kitabları nəşr olunub. Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə Əməkdar jurnalist fəxri adına layiq görülən Ş.Vəliyev eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilib. |
2024-01-18 | 823,803 | Neft yenidən bahalaşdı | Dünya birjalarında neft yenidən bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,10 dollara, yüngül neftin bir barreli isə 72,97 dollara təklif olunur. |
2024-01-18 | 823,804 | Analıq məzuniyyətinin müddəti artırıla bilər | Azərbaycanda hamiləlik və doğuşdan sonrakı sosial məzuniyyət müddətinin 14 gün artırılması təklif olunur. Axar.az xəbər verir ki, bu təkliflə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin yanvarın 18-də keçirilən iclasında çıxış edib. O xatırladıb ki, hazırda həmin məzuniyyət müddəti doğuşdan əvvəl və sonra ümumilikdə 126 gündür: “Əmək Məcəlləsinə ediləcək dəyişikliklə həmin müddətin 140 günə çatdırılması təmin edilə bilər. Bunun ilk növbədə büdcə yükü müəyyənləşdirilməlidir. Məsələnin həlli üçün müvafiq qurumlarla işləmək lazımdır”. |
2024-01-18 | 823,808 | Azərbaycan və İran generalları görüşdü | Milli Müdafiə Universitetinin rektorunun elm üzrə müavini - Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, milli təhlükəsizlik və hərb elmləri üzrə fəlsəfə doktoru, dosent, general-mayor Arif Həsənov rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə İran İslam Respublikasının Ali Milli Müdafiə Universitetinin rəisi general-mayor, doktor İsmayıl Əhmədi Müqəddəmin dəvəti ilə bu ölkədə səfərdə olub. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti İran Ali Milli Müdafiə Universitetində olub. Qonaqları salamlayan general-mayor İ.Ə.Müqəddəm onları İranda görməkdən məmnun olduğunu bildirib. Nümayəndə heyəti İran Ali Milli Müdafiə Universitetinin elm, tədris və kitabxana bazası ilə tanış olub, onlara təhsil müəssisəsinin fəaliyyəti haqqında brifinq təqdim edilib. General-mayor A.Həsənov dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, Milli Müdafiə Universitetinin yaranma tarixi, onun nəzdindəki hərbi təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətləri, strukturu ilə bağlı məlumat verib. Görüşdə elm və təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin zəruriliyi xüsusi vurğulanıb. Sonra Azərbaycan nümayəndə heyəti İran Müdafiə Nazirliyinin istehsal etdiyi hərbi məhsulların nümayiş olunduğu sərgi ilə tanış olub. Səfər çərçivəsində, həmçinin İran Ordusunun Komanda və Qərargah Universiteti, İran Silahlı Qüvvələri Baş Qərargahının Beynəlxalq Əməkdaşlıq İdarəsi də ziyarət edilib. Görüşlərdə ölkələrimiz arasında hərbi təhsil sahəsində maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. |
2024-01-18 | 823,811 | ABŞ Yəmənə növbəti dəfə zərbələr endirdi | ABŞ Yəməndə husilərin raket qurğularına zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “Mərkəzi Komandanlıq qüvvələri yanvarın 17-də husilərə məxsus 14 raket qurğusuna zərbələr endirib. Raket qurğuları ticarət gəmiləri və ABŞ-ın regiondakı gəmiləri üçün böyük təhdid təşkil edirdi”, - məlumatda qeyd olunub. |
2024-01-18 | 823,813 | Pakistan təyyarələri İran ərazisinə daxil oldu – KİV | Pakistan aviasiyası İran ərazisinə zərbələr endirmək üçün onun hava məkanına daxil olub. Axar.az xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadən məlumat yayıb. “Pakistan təyyarəsi İranın hava məkanına daxil olub və sığınacaqlara zərbə endirdikdən sonra uğurla geri qayıdıb”, - mənbə qeyd edib. Qeyd edək ki, Pakistan XİN "Partizanlara ölüm" ("Marg Bar Sarmachar") əməliyyatı ilə Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələr endirildiyini bildirib. |
2024-01-18 | 823,819 | Bakı metrosu bu tarixdə iş rejimini dəyişəcək | 20 Yanvar faciəsinin ildönümü günü "Bakı Metropoliteni" QSC-də silsilə tədbirlər planlaşdırılıb və metronun iş rejimində dəyişikliklər ediləcək. QSC-dən Axar.az-a verilən məlumata görə, faicənin ildönümü hər il olduğu kimi, bu il də metroda ehtiramla yad ediləcək. Yanvar ayının əvvəlindən “20 Yanvar” stansiyasının vestibüllərinə, platformasına və digər xidməti sahələrinə baxış keçirilib, zəruri tədbirlərin təşkili üçün tapşırıqlar verilib. Stansiyada bərpa hazırlıq tədbirləri yekunlaşmaq üzrədir. Yanvarın 19-dan 20-nə keçən gecə “20 Yanvar” stansiyasının sütunlarına və şəhidlərin adlarının həkk olunduğu lövhələrin yerləşdiyi vestibül sahələrində divarlara qərənfil tərtibatlı çələnglər asılacaq. Stansiyanın platformasının hər iki giriş sahəsində qərənfillərdən ibarət xüsusi tərtibatlı çələng qoyulacaq. Metropolitenin kollektivi gün ərzində şəhidlərimizin, o cümlədən 20 Yanvar qurbanları arasında olan iki metropolitençinin - İlqar Qarayev və Əflatun Kazımovun xatirəsinə ehtiram olaraq Şəhidlər xiyabanını ziyarət edəcək. Yanvar ayının 20-si günün birinci yarısında “20 Yanvar” stansiyasının platformasında metropoliten işçilərindən ibarət qarovul dəstəsi düzüləcək. Bütün stansiyalarda mərkəzləşmiş radio şəbəkəsi vasitəsilə vətənpərvərlik mövzusunda musiqi parçaları səsləndiriləcək. Qatarlarda stansiyaların adlarını maşinistlər deyəcək. “20 Yanvar”, həmçinin Şəhidlər xiyabanına ən yaxın ərazilərdə yerləşən “İçərişəhər” və “Elmlər Akademiyası” stansiyalarında da gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Qeyri-iş günü olsa da, ehtiyat qatarlar xüsusi qaydada nəzərdə tutulacaq və zərurət yaranacağı halda xəttə buraxılacaq. Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut mərasimi 12:00-da Bakı metropoliteninin bütün stansiyalarında keçiriləcək və qatarlardan 1 dəqiqə ərzində fasiləsiz fit veriləcək. Bu məqsədlə xətlərdə olan bütün qatarlar stansiyalara çıxarılacaq. Qanlı qırğının miqyasının daha böyük olmamasında Bakı metropoliteninin fədakar kollektivinin xüsusi əməyi olub. Həmin gecə Bakı metropoliteni rəhbərliyinin göstərişi ilə stansiyalarda səhərə qədər qatarların hərəkəti dayandırılmayıb. Növbədə olan, eləcə də həmkarlarının köməyinə çatan metropolitençilərin fədakarlığı sayəsində yüzlərlə insanın həyatı xilas edilib, yaralılar xəstəxanalara çatdırılıb, metropolitenin stansiya, platforma, tunel və keçidləri günahsız insanların xilas yerinə çevrilib. |
2024-01-18 | 823,820 | Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto | Gəncədə 44 günlük Vətən müharibəsi iştirakçısı Əli Vəliyev dünyasını dəyişib. Axar.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib. Qeyd edək ki, Əli Vəliyev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. Allah rəhmət eləsin! |
2024-01-18 | 823,821 | Bayden pul üçün Konqreslə “döyüşür” | ABŞ Konqresində Ukraynaya kömək üçün maliyyə məsələsində razılığın olmaması Vaşinqtonun milli təhlükəsizliyini, NATO və bütün dünyanı təhdid edir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Baydenlə Konqres rəhbərliyi arasında görüşdən sonra Ağ Evin yaydığı bəyanatda deyilib. Bayden konqresmenlərlə onların hərəkətsizliyinin Ukrayna, ABŞ və dünya üçün strateji nəticələrini müzakirə edib: “O, Konqres tərəfindən davamlı fəaliyyətsizliyin ABŞ-ın, NATO-nun və dünyanın qalan hissəsinin milli təhlükəsizliyinə təhlükə yaratdığını açıq şəkildə bildirdi. Prezident Konqresi Ukraynanı dəstəkləmək üçün mümkün qədər tez əlavə maliyyə ayırmağa və bununla da ABŞ-ın qətiyyətli olması siqnalını verməyə çağırdı”. |
2024-01-18 | 823,822 | FHN Sumqayıtdakı yanğınla bağlı daha bir məlumat yaydı | Xəbər verildiyi kimi, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən Sumqayıt Dövlət Texniki Kollecinin korpusunda baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. FHN-dən Axar.az-a verilən məlumata görə, yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb. Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib. |
2024-01-18 | 823,826 | İranda atışmada SEPAH-ın 3 üzvü öldürüldü | Sistan və Bəlucistan əyalətinin Səravan şəhərinin SEPAH komandirinin keçmiş müavini, polkovnik Hüseynəli Cavidanfərlə yanaşı, daha iki SEPAH üzvü öldürülüb. Axar.az xəbər verir ki, bu barədə bəlucların “Ceyş əl-Ədl” silahlı təşkilatı məlumat yayıb. Bildirilib ki, yanvarın 17-i axşam saatlarında Zahidan-Xaş yolunda həyata keçirilən əməliyyat nəticəsində SEPAH polkovniki Hüseynəli Cavidanfərlə yanaşı, onun iki mühafizəçisi də qətlə yetirilib. Qeyd edək ki, bundan əvvəl İran mediası yalnız polkovnikin öldürüldüyü barədə məlumat yaymışdı. |
2024-01-18 | 823,827 | Rusiya Ukraynaya 33 PUA ilə hücum etdi | Rusiya ordusu Ukraynaya 33 “Şahid” PUA-sı ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, hücum zamanı Ukrayna ordusu Rusiyaya məxsus 22 PUA-nı məhv edib. |
2024-01-18 | 823,829 | MM Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat yaydı | Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar bəyanat qəbul edib. Axar.az bəyanatın mətnini təqdim edir: “Fransada fəaliyyət göstərən erməni lobbisi rəhbərlərinin və onların təsiri altında olan Fransa rəsmilərinin və siyasətçilərinin təhriki ilə Fransa Respublikası Senatının 2024-cü il yanvarın 17-də qəbul etdiyi qərəzli, birtərəfli və əsassız qətnamə ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi aşağıdakıları bəyan edir: - Son illərdə Fransa Respublikasının siyasi dairələri, o cümlədən Senatı və Milli Assambleyası birbaşa Yelisey Sarayından alınmış təlimat əsasında açıq irqçi, azərbaycanofob və islamofob fəaliyyətini daha da intensivləşdirmişdir və beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirərək Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı ədalətsiz addımlar atmaqda davam edir; - Fransa hökumətinin apardığı anti-Azərbaycan siyasəti, o cümlədən Fransa Parlamentinin hər iki palatasında ölkəmiz əleyhinə indiyədək qəbul edilmiş qətnamələr ucbatından iki ölkə arasında münasibətlər tarixinin ən aşağı səviyyəsindədir və mahiyyətcə dayandırılmış hesab edilə bilər; - Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransa tərəfinin həm çoxtərəfli, həm də ikitərəfli beynəlxalq öhdəliyi olsa da, Fransa istər ölkə daxilində, istərsə də beynəlxalq təşkilatlarda təşəbbüsçüsü olduğu qətnamə layihələrində ölkəmizin ərazi bütövlüyünü və suverenliyini sual altına qoymuşdur; - BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı çərçivəsində Fransanın irəli sürdüyü Azərbaycan əleyhinə çoxsaylı qərar və qətnamə layihələrinin qəbul olunmaması Azərbaycan dövlətinin uğurlu xarici siyasəti ilə yanaşı, Fransanın təşəbbüslərinin bu təşkilatlarda haqlı olaraq qərəzli və qeyri-obyektiv addımlar kimi qiymətləndirilməsi ilə bağlıdır; - Fransanın Azərbaycana qarşı qeyri-qanuni fəaliyyətinin bir istiqamətini də uğursuz kəşfiyyat işi təşkil etmişdir. Bu ölkənin Bakıdakı səfirliyinin iki əməkdaşı diplomatik statuslarına uyğun olmayan, “Diplomatik əlaqələr haqqında” 1961-ci il tarixli Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətə görə Azərbaycan hökuməti tərəfindən “persona non grata” (arzuolunmaz şəxs) elan olunaraq ölkə ərazisindən çıxarılmışdır; - Fransa hökumətinin, eləcə də Senatının və Milli Assambleyasının destruktiv və təxribatçı addımları Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin həyata keçirilməsinin qarşısını almağa və Cənubi Qafqaz regionunda vəziyyəti gərginləşdirməyə xidmət edir; - Son aylar Ermənistan–Azərbaycan şərti sərhədində tam sakitliyin hökm sürməsi və heç bir münaqişəli halın baş verməməsi, görünür, Fransa tərəfini narahat edir. Fransa müxtəlif vasitələrə əl ataraq Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində görülən işlərə maneçilik törətməyə çalışır; - Fransa Ermənistana silah-sursat satmaqla onun Azərbaycanla münasibətlərinin normallaşdırılmasına zərbə vurur, Ermənistandakı revanşist qüvvələri yeni müharibəyə həvəsləndirir; - Cənubi Qafqaz regionunun və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş, Azərbaycanın qətiyyətli səyləri ilə artıq tarixə qovuşmuş Ermənistan–Azərbaycan münaqişəsinin 30 ilə yaxın müddətdə həll edilməməsinin əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış bəzi dövlətlərin, xüsusən Fransanın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olmuşdur; - “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyasını və onun iki protokolunu, UNESCO-nun “Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” 1972-ci il 16 noyabr tarixli Konvensiyasını və “Mədəni irsin qəsdən dağıdılması haqqında” 2003-cü il 17 oktyabr tarixli Bəyannaməsini xatırladan Fransa Senatı Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış Ermənistanın həmin konvensiyaları və Bəyannaməni kobudcasına pozduğunu bilə-bilə heç zaman bu ölkəni beynəlxalq öhdəliklərinə əməl etməyə çağırmamışdır; - İndiki Ermənistan ərazisində yaşamış yüz minlərlə azərbaycanlının ata-baba yurdlarından zorla kütləvi surətdə qovulmasına səssiz qalan və onların geri qayıdış hüququnun bərpasına çağırış etməyən Fransa yenə də ikili standartlar siyasətinə sadiq qalaraq ermənilərin Azərbaycan ərazisində yerləşdirilməsi üçün hər fürsətdə canfəşanlıq edir; - Mədəni irsin qorunmasından dəm vuran Fransa qadın azadlığının və hüquqlarının tərənnümçüsü kimi tanınan görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi Xurşidbanu Natəvanın Evian-le-Ben şəhərində heykəlinin təhqir olunmasının qarşısını almamış, bu rəzaləti törədənləri hələ də tapıb cəzalandırmamışdır; - Fransa “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin müvəqqəti tədbirlər barədə qərarlarını məqsədli şəkildə təhrif edir. Fransanın iddialarının əksinə olaraq, Məhkəmə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bir daha təsdiq edən, Ermənistanın Azərbaycanın Qarabağ üzərində beynəlxalq səviyyədə tanınmış suverenliyini şübhə altına alan tələbini rədd edən qərar qəbul etmiş, Azərbaycanın bütün hərbi və hüquq mühafizə orqanlarının şəxsi heyətinin Qarabağ bölgəsindən çıxarılması ilə bağlı əsassız tələbini rədd etmişdir. Həmçinin Beynəlxalq Ədalət Məhkəməsi Laçın nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğuna dair Ermənistanın iddiasını qəbul etməmişdir; - Fransa Senatının qətnaməsində və Fransa rəsmilərinin mütəmadi açıqlamalarında iddia edildiyinin əksinə olaraq, hətta Avropa Şurasının İnsan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırladığı hesabatda da qeyd edilir ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan, Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarı olmuşdur; - Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdən Fransadan fərqli olaraq, dünyanın əksər ölkələri, eləcə də müvafiq beynəlxalq təşkilatlar Azərbaycanın qarşılaşdığı “mina terroru”nu pisləyən açıqlamalar yaymışlar. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minalarla kütləvi çirklənmə ilə bağlı kəskin problem və bunun ərazilərin reabilitasiyası, eləcə də keçmiş məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtması prosesi üçün yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün törətdiyi ciddi təhlükələr beynəlxalq hesabatlarda tanınmışdır; - Dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal etmiş, sərvətlərini talamış, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Müstəmləkə illərində Fransa silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüz minlərlə dinc sakini kütləvi surətdə qətlə yetirmişdir. Törədilmiş soyqırımı cinayətləri Fransanın siyasi tarixində silinməsi mümkün olmayan ləkədir; - 1960–1966-cı illərdə Əlcəzairin Böyük Səhrada payına düşən Reggan və İn Ecker adlı ərazilərində Fransa tərəfindən 17 nüvə sınağı gerçəkləşdirilmişdir ki, onlardan da 11-i yeraltı sınaqlar olmuşdur. Fransa aşkar edilməmiş kimyəvi, radioaktiv və zəhərlənmiş tullantıların yerləşdiyi ərazilərə dair topoqrafik xəritələri indiyədək Əlcəzair tərəfinə təqdim etmir. Eyni zamanda, Fransa həmin sınaqların və tullantıların yerli əhaliyə göstərdiyi təsirlərin qiymətləndirilməsi və müvafiq kompensasiyanın verilməsi məsələsindən də boyun qaçırır; - İşğal etdiyi Əlcəzair ərazisində 5 milyondan artıq mina basdıran Fransa həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən bu günədək imtina edir. Nəticədə Azərbaycan kimi Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələrin sırasında ön yerlərdən birini tutur; - Əlcəzairin 1830–1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyondan artıq insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə “1,5 milyon şəhid ölkəsi” adlandırılır; - 1832-ci ildə El-Uffia qəbiləsi gecə yatdığı yerdə qılıncdan keçirilmiş, qadınlar və uşaqlar da daxil olmaqla, 12 min adam öldürülmüşdür; - 1945-ci ildə Setif şəhərində 45 min əlcəzairli öldürülmüş, 5 minə yaxın adam həbs olunmuş, 99 nəfər edam, 64 nəfər ömürlük katorqa cəzalarına məhkum edilmişdir; - 1961-ci il oktyabrın 17-də on minlərlə əlcəzairli Fransa işğalını pisləmək üçün Parisdə nümayişə çıxmışdır. Fransa polisinin açdığı atəş və etirazçıların Sena çayına atılması nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilmiş, mindən çox şəxs həbs edilmişdir. Bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olmuşdur; - Fransanın işğal etdiyi Cibuti, Nigeriya və Çadda xalqın islam təhsili alması qadağan edilmiş, məscid və mədrəsələr dağıdılmışdı. Müsəlman alimləri həbs edilmiş, müqavimət göstərən on minlərlə müsəlman qətlə yetirilmişdi. Tarixə “elm adamlarının soyqırımı” kimi həkk olunan hadisəni də fransızlar törətmişlər. Fransızlar 1917-ci ildə Çadda dini həyatı yenidən nizamlamaq adı altında konfrans təşkil edərək tədbirə qatılan 400-ə yaxın müsəlman elm adamının hamısını güllələmişlər; - XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Həmin kəllə sümüklərinin 500-dən çoxu əlcəzairli döyüşçülərə aiddir. Əlcəzairin həmin sümükləri geriyə qaytarmaq tələbini Fransa hələ də tam yerinə yetirmir. Bu cür mağara təfəkkürünə hazırda Fransadan başqa, dünyanın az dövlətində rast gəlmək mümkündür; - Fransanın işğal etdiyi Mərakeşdə 1907-ci ilin avqustunda tarixə “Kasablanka döyüşü” kimi daxil olmuş hücumu nəticəsində 2 gün ərzində 3 minə yaxın mərakeşli qətlə yetirilmişdir; - Tunisdə 1956-cı ildə mübarizə nəticəsində Fransa işğalına rəsmən son qoyulsa da, Fransa tərəfi ölkənin suverenliyinə hörmət etməyərək, bu ölkədə hərbi mövcudluğunu qoruyub saxlamağa cəhd göstərmişdir. 1961-ci ildə Tunis xalqının Fransa hərbi bazasının bağlanmasına dair tələbinə fransız hərbçilər qətllərlə cavab vermişlər. “Bizert böhranı” nəticəsində 5 minə yaxın tunislinin öldürüldüyü bu ölkənin Qırmızı Xaç Cəmiyyəti tərəfindən qeydə alınmışdır; - Fransa işğal etdiyi ölkələrdə Cenevrə Konvensiyası ilə qadağan olunmuş kimyəvi silahlardan – zəhərli qazlardan istifadə etmişdir. Həmin qazların təsirinə məruz qalmış insanların nəvə-nəticələri bu gün də onkoloji və digər xəstəliklərdən əziyyət çəkirlər; - Vyetnamda 1947-ci il noyabrın 29-da törədilmiş, “Mıy Ça” adlandırılan qətliam nəticəsində fransızlar 170-i qadın və 157-si uşaq olmaqla, yüzlərlə vyetnamlını vəhşicəsinə öldürmüşlər. 400-ə yaxın evin yandırıldığı bu qətliamlar zamanı vyetnamlı qadınlar güllələnməzdən əvvəl Fransa əsgərləri tərəfindən zorlanmışlar; - 1994-cü ildə Fransa Ruandada “təhlükəsiz zona yaratmaq” adı altında hərbi əməliyyat keçirmişdir. Nəticədə Fransa silahlı qüvvələri onlara qoşulan yerli münaqişə tərəfinin iştirakı ilə bu ölkədə tutsi qəbiləsinin 800 mindən çox üzvünü qətlə yetirmişlər. “Ruandada tutsi qəbiləsinin soyqırımında Fransanın roluna dair hesabata məsul komissiya” tərəfindən 2021-ci il martın 26-da Fransa dövlətinin başçısına təqdim edilmiş sənəddə Fransanın qətliamda məsuliyyəti qeyd olunmuşdur; - 2021-ci il martın 30-da Birləşmiş Millətlər Təşkilatının Malidə sabitləşmə üzrə çoxölçülü kompleks missiyasının (MİNUSMA) Müdafiə və insan hüquqları bölməsinin dərc etdiyi hesabatda Fransa hərbçilərinin Malinin Bounti kəndi yaxınlığında həyata keçirdiyi hava hücumu nəticəsində 19 mülki şəxsin həlak olduğu qeyd edilmişdir; - Fransa işğal altında saxladığı dənizaşırı ərazilərdə mədəni hegemonluq, “kultursid” həyata keçirir, yerli mədəniyyətin inkişafını əngəlləyir, yoxa çıxmaq təhlükəsi altında olan yerli dilləri unutduran və aborigenlərin tarixinə, coğrafiyasına uyğun gəlməyən fransız məktəb proqramlarını tətbiq edən assimilyasiya siyasəti yürüdür; - Fransa Maohi Nuidə (Fransa Qvianası) çay suyunun civə ilə kütləvi çirklənməsi, Martinik və Qvadelupanın torpaqlarının pestisidlərlə zəhərlənməsi kimi ağır cinayətlər törətmişdir; - Fransa parlamentarilərini ilk öncə öz hökumətini müstəmləkəçilik siyasətindən əl çəkməyə və artıq uzun müddətdir ki, müstəqilliyi uğrunda mübarizə aparan Kanaky (Yeni Kaledoniya) və Maohi Nuinin (Fransa Polineziyası) azadlığını təmin etməyə çağıran qətnamə qəbul etməyə dəvət edirik; - Qəmər Adaları İttifaqının ərazisi olan Mayotla bağlı BMT Baş Assambleyasının 1994-cü il 6 dekabr tarixli, A/Res/49/18 nömrəli qətnaməsində Baş Assambleya Qəmər Federativ İslam Respublikasının Mayot adası üzərində suverenliyini bir daha təsdiq etmiş, Fransa hökumətini Qəmər arxipelaqının 1974-cü il dekabrın 22-də öz müqəddəratını təyinetmə referendumu ərəfəsində Qəmər adalarının ərazi bütövlüyünə hörmət edəcəyinə dair götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmışdır. BMT-nin əlaqədar qətnamələrinə məhəl qoymayan və beynəlxalq hüquqa hörmət etməyən Fransanı sözügedən qətnamələri icra etməyə çağırırıq; - Fransanı törətdiyi insanlığa qarşı cinayətləri və müharibə cinayətlərini tanımağa, vəhşiliklər törətdiyi xalqlardan üzr istəməyə, həmçinin təbii sərvətlərini talan etdiyi dövlətlərə kompensasiya ödəməyə çağırırıq; - Fransa parlamentarilərini öz hökumətini ölkədə artmaqda davam edən irqçi, antisemit, türkofob və islamofob təzahürlərin qarşısını almaq üçün siyasi iradə nümayiş etdirməyə və bu halların qarşısını almağa yönələn qətnamə qəbul etməyə dəvət edirik. Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi yuxarıda şərh olunanları, xüsusən Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir: 1. Fransaya qarşı sanksiyalar tətbiq edilsin. 2. Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildikdə dondurulsun. 3. Fransa ilə bütün iqtisadi əlaqələr dayandırılsın. 4. Total da daxil olmaqla, bütün Fransa şirkətləri Azərbaycandan çıxarılsın. 5. Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməsin. 6. Xarici İşlər Nazirliyinə tapşırılsın ki, Kanaky, Maohi Nui və Korsikanın müstəqilliyinin tanınması istiqamətində addımlar atsın”. |
2024-01-18 | 823,831 | Pakistan İrana bağlı terrorçuları həbs etdi | Pakistanın Ravalpindi, İslamabad və Mandi Bəhaəddin şəhərlərində İrana bağlı 4 terrorçu həbs edilib. Axar.az xəbər verir ki, bu barədə Pakistanın Kəşfiyyat Xidməti məlumat yayıb. Bildirilib ki, həbs edilənlər Pakistan Sünni Alimlər Şurasının baş katibinin müavini Məsud Əbdülrəhman Osmaninin qətlində günahlandırılırlar. İslamabad polisinin yaydığı məlumata görə, Pakistanın İmamiyyə Tələbələr Təşkilatında həbs olunan şəxslər İranın dəstəklədiyi şiə qruplarının üzvləridir. Qeyd edək ki, Məsud Əbdülrəhman Osmani yanvarın 15-də İslamabad şəhərində iki motosikletçi tərəfindən güllələnərək öldürülüb. |
2024-01-18 | 823,834 | Umerov Fransaya səfərini təxirə saldı | Ukrayna müdafiə naziri Rüstəm Umerov yanvarın 18-də Fransaya nəzərdə tutulan səfərini təhlükəsizlik səbəbindən təxirə salıb. Axa.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi Fransa Müdafiə Nazirliyinə istinadla məlumat yayıb. “Umerov Fransa müdafiə naziri Sebastyan Lekornu ilə videobağlantı vasitəsilə görüşəcək. Tərəflər birlikdə Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu çərçivəsində “Artilleriya Koalisiyası”nın yaradılması ilə bağlı konfransın açılışını edəcəklər”, - məlumatda qeyd olunub. |
2024-01-18 | 823,838 | Fransız Senatının bu addımı siyasi klounluqdur - İcma | İrqçi, islamofob, Azərbaycanofob Fransa Senatı daha bir anti-Azərbaycan qətnaməsi qəbul edib. Fransız senatında əyləşən müasir səlibçilər anlamır ki, Azərbaycan öz suveren ərazisində hərbi əməliyyat keçirməyə görə heç kimdən icazə almır və bu mənada Fransa senatı öz yerini bilməlidir. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Fransa Senatının anti-Azərbaycan qətnaməsi ilə bağlı yaydığı bəyanatda bildirilib. “Azərbaycanla bağlı gülünc ittihamlar irəli sürən Fransa senatı qoy “Fransada niyə tez-tez az qala vətəndaş müharibəsi yaşanır”, “Fransa niyə Korsika dilini qadağan edir”, “Fransa ordusunun Niger, Mali, Burkino Fasoda nə işi var”, “Fransa nə üçün özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə asılılığında saxlayır” kimi suallara cavab versin. İkinci Dünya Müharibəsində biabırcasına məğlub olduqdan sonra başqalarının mərhəməti ilə BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna yiyələnmiş, bir neçə aydır ki bu qurumda Azərbaycan əleyhinə qətnamə qəbul etdirə bilməyən Fransa, görünür özünü Senatın qətnaməsi ilə ovundurur. Fransa Senatının gözünü etnik və dini nifrət o qədər tutub ki, “Azərbaycanı və onun müttəfiqlərini öz qoşunlarını Ermənistan ərazisindən çıxarmağa” çağırır. Bununla Senat özünü lağlağı obyektinə çevirir. Qarabağ ermənilərinin “öz müqəddəratını təyin etmək hüququ”ndan danışan Fransa qoy gedib Korsikaya, basklara, Yeni Kaledoniyaya müstəqillik versin. Bir tərəfdən Ermənistanın ərazi bütövlüyünün qorunmasından danışaraq, digər tərəfdən “Dağlıq Qarabağ Respublikası”, “Dağlıq Qarabağın demokratik surətdə seçilmiş liderləri” ifadələrindən istifadə edən Senat əslində özü-özünü ələ salır. Azərtacın müxbirinin Yeni Kaledoniyaya girişinə qadağa qoyanlar Azərbaycandan “Dağlıq Qarabağ Respublikasının siyasi liderləri”nin buraxılmasını tələb edir. Senat “erməni mədəni irsi”nə görə narahat olursa, qoy onda Fransanın əsrlərlə Afrikadan oğurladığı mədəni irs nümunələri ilə məşğul olsun. Fransanın Qarabağa göndərmək istədiyi UNESKO missiyası elə Fransanın özünə göndərilməlidir ki, həmin oğurlanmış irs nümunələrinin əsl sahiblərinə qaytarılmasını təmin etsin. Qarabağ ermənilərinin geriyə qayıdışından danışan səlibçi mentalitetli Fransa Senatı başa düşməlidir ki, qayıdış qarşılıqlı olmalı, Qərbi azərbaycanlıların da Ermənistana qayıdışı təmin edilməlidir. Başa düşürük, Azərbaycanofobiya son illər Fransada gəlirli peşəyə, “qəhrəman”, “alovlu natiq” olmaq üçün əla fürsətə çevrilir. Amma Fransa təkcə İkinci Dünya Müharibəsində, son illərdə Afrikada məğlub olmayıb, Fransa həm də 2020-2023-cü illərdə Cənubi Qafqazda məğlub oldu. Son illər özünü təmiz urvatsız edən rəsmi Paris bununla barışmalı, regiona soxulmaq siyasətindən əl çəkməlidir. Avropa Birliyini Azərbaycanla münasibətləri yenidən nəzərə keçirməyə çağıran özündən müştəbeh fransız Senatı elə bilir ki, dünya Fransanın, Avropanın ətrafında fırlanır. Azərbaycan və Ermənistanın dekabrın 7-də birbaşa danışıqlarla əldə etdiyi razılıqlar fonunda fransız Senatının bu təxribatçı addımı siyasi klounluqdur. Fransanın qardaş Türkiyəyə yönəlmiş ittihamlarını da qətiyyətlə rədd edirik. Ermənistan da başa düşməlidir ki, Fransanın heç kimə lazım olmayan silahları ona sırıması, AB-nin Ermənistanda baza qurması İrəvana heç bir kömək etməyəcək, əksinə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına mane olacaq. Fransanın Ermənistana maksimum verə biləcəyi Qarabağ ermənilərinə Parisin fəxri vətəndaşı adı verib baş aldatmaq ola bilər. Ermənistan 1-ci Respublikanın səhvlərindən nəticə çıxarmalıdır”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.