date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-16 | 823,150 | Bakıda silahlı şəxslər saxlanıldı - Video | Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib. Sabunçu RPİ-nin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində keçirilən tədbir zamanı isə əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ramin Alxasov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub. R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə özlərində saxladıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir. Həmçinin İdarə əməkdaşları tərəfindən aparılan profilaktik tədbir zamanı Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı müvafiq sənədləri olmayan ov tüfəngini polisə təhvil verib. |
2024-01-16 | 823,152 | 692-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 692-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 372 090 hərbçi, 6 113 ədəd tank, 11 358 ədəd zirehli döyüş maşını, 8 801 ədəd artilleriya sistemi, 961 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 653 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 731 ədəd avtomobil texnikası, 6 877 ədəd PUA, 1 816 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 365 xüsusi avadanlıq itirib. |
2024-01-16 | 823,154 | ABŞ-da bu namizəd geri çəkildi: Trampı dəstəkləyəcək | Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami namizədliyini geri götürdüyünü elan edib. Axar.az xəbər verir ki, bu barədə Ramasvami Ayova ştatında çıxışı zamanı deyib. Ramasvami qeyd edib ki, namizədliyini geri götürüb və eks-prezident Donald Trampı dəstəkləmək niyyətindədir. Xatırladaq ki, Ramasvami Ukraynadakı münaqişənin ABŞ-ın maraqlarına cavab vermədiyini və seçiləcəyi təqdirdə ölkəni NATO-dan çıxaracağını elan etmişdi. |
2024-01-16 | 823,155 | İsrail ordusu ölən hərbçilərinin sayını yenilədi | İsrail HƏMAS-la toqquşmalarda ölən hərbçilərinin sayını yeniləyib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata görə, oktyabrın 7-dən bəri İsrail ordusunun döyüşlərdə ölən hərbçilərinin sayı 514-ə yüksəlib. |
2024-01-16 | 823,159 | Ukrayna Voronejə zənbələr endirdi | Ukrayna Rusiyanın 2 vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 5 PUA Voronej, 4 PUA isə Belqorod vilayəti üzərində vurulub. Bundan başqa, Varonej şəhərinin meri Vadim Kstenin Teleqramda yazıb ki, PUA hücumundan sonra sözügedən vilayətdə fövqəladə vəziyyət elan edilib: “Dəymiş ziyanın hesablanması üçün komissiya yaradılıb. Hava hücumuna məruz qalan evlərin sakinləri isə təxliyə edilib”. |
2024-01-16 | 823,163 | Dünənki partlayışda yaralananların durumu... - TƏBİB | Ötən gün Bakıda sexdə baş verən partlayış-yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir. TƏBİB-dən Axar.az-a bildirilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır. Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir: "Onlardan birinin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir". |
2024-01-16 | 823,168 | SEPAH “qisas” aldı, Ərbilə raket zərbələri endirdi | Gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə balistik raketlərlə zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. “Röyters” isə partlayış səslərinin Ərbil şəhərinin 40 kilometrliyində, ABŞ konsulluğuna yaxın ərazidə eşidildiyini yazıb. SEPAH yaydığı bəyanatda hücumun komandirlərinin öldürülməsinə cavab olduğunu bildirib. |
2024-01-16 | 823,170 | Qəzzaya yardım çatdıra bilmirik - Quterreş | Qəzzadakı mövcud ağır və intensiv bombardman humanitar yardımı effektiv şəkildə çatdırmağa mane olur. Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş X səhifəsində paylaşımında bildirib. Onun sözlərinə görə, Qəzzada işçilərin, logistikanın və kommersiya fəaliyyətinin təhlükəsizliyinin bərpasına zəruri ehtiyac var. “Qəzzada heç bir yer və heç kim təhlükəsiz deyil”, - Quterreş bildirib. |
2024-01-16 | 823,173 | Kuleba Lavrovu “vurmaq hissi keçirdi” - Mariya cavab verdi | Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova xarici işlər naziri Sergey Lavrovu vurmaq istədiyini bəyan edən Ukrayna diplomatik idarəsinin rəhbəri Dmitri Kulebanı qeyri-adekvat və savadsız adlandırıb. Axar.az xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb. O, ukraynalı nazirə başqa karyera seçməli olduğunu deyib: “Kiyev rejiminin nümayəndələrinin qeyri-adekvat olduğu hamıya məlum olan faktdır. Əslində problem budur - təhsilsiz aqressiv insanlar nazir adı altında Amerikanın puluna görə Ukraynanı xarabalığa çevirmək üçün işə götürülüblər. Bəlkə o, XİN-ə yox, qaydasız davaya getməli idi”. Qeyd edək ki, Kuleba müsahibəsində rusiyalı həmkarı Lavrovu vurmaq istəyi hiss etdiyini etiraf edib. |
2024-01-16 | 823,174 | SEPAH hücum etdi - Bərzanidən İrana etiraz | SEPAH-ın hücumlarının heç bir əsası yoxdur. Axar.az xəbər verir ki, bunu İraq Kürdüstanı Regional hökumətinin Baş naziri Məsrur Bərzani X sosial hesabında yazıb. Bərzani paylaşımında SEPAH-ın Ərbil şəhəri yaxınlığına hücumunu pisləyib. O, bu hücumları İraq və Kürdüstan bölgəsinin suverenliyinin açıq şəkildə pozulması hesab edərək, Bağdaddakı federal hökumətdən buna qarşı mövqe nümayiş etdirməsini istəyib: “Kürdüstan bölgəsinin beynəlxalq aləmdəki müttəfiqləri İnqilab Keşikçiləri Korpusunun hərəkətlərinə səssiz qalmamalıdır”. |
2024-01-16 | 823,177 | Yetim Sabir saxlanıldı, Bakıya gətirilir | 2020-ci ilin avqustunda öldürülən Lotu Qulinin (Nadir Səlifov) tərəfdarlarından sayılan, vaxtaşırı Tiktok sosial şəbəkəsində mərhum Rövşən Lənkəranskinin yaxınlarının ünvanına ağır ifadələr işlədən kriminal avtoritet Yetim Sabir saxlanılıb. Axar.az-ın əldə etdiyi məlumata görə, Gürcüstanda saxlanılan Yetim Sabirin hazırda Azərbaycana ekstradisiya edildiyi bildirilir. Qeyd edək ki, Yetim Sabirin 5 il öncə Şəmkirdə bıçaqlanması ilə bağlı məlumatlar yayılmışdı. Onun Gəncəli Firdovsi kimi tanınan Firdovsi Mustafayevlə ciddi mübahisəsinin olduğu bildirilirdi. Həmin mübahisəni əks etdirən telefon danışığı kriminal dairələrə yaxınlığı ilə seçilən internet resurslarında yayımlanmışdı. Telefon danışığı zamanı Gəncəli Firdovsi ilə Yetim Sabir arasında həbsxanada vəziyyətə nəzarət etmək üstündə mübahisə yaranır. Firdovsi cəza çəkdiyi müəssisədə nəzarətin ona məxsus olduğunu bildirsə də, Yetim Sabir etiraz edərək, həmin yerin Nadir Səlifov (Lotu Quli) və Yusif Əliyev (Yuska Şamxorski) tərəfindən ona həvalə edildiyini deyir. Cavabında Gəncəli Firdovsinin Qulini “oğru” kimi tanımadığını deməsi Yetim Sabirin etirazı ilə qarşılanır və sonuncu Qulini "qanuni oğru" kimi tanımayanları təhqir edir. Gəncəli Firdovsi isə öz növbəsində bu sözə görə Yetim Sabirin cavab verməli olacağını söyləyir. Bunun ardınca isə Yetim Sabirin başına 250 min mükafat qoyulduğu haqda məlumat yayılmışdı. Daha sonra isə Yetim Sabirin bıçaqlanması məhz kriminal qruplaşmaların növbəti hesablaşması kimi qəbul olunmuşdu. |
2024-01-16 | 823,182 | Xırdalana metro xətti çəkiləcək? – Sədr | Bakıdan Xırdalana metro xəttinin inşası nəzərdə tutulmur. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində bildirib. "Metronun "Xocəsən" stansiyası istifadəyə verilib. Bu stansiya Xırdalan şəhərinə və digər şəhərətrafı ərazilərə yaxındır. O da nəzərə alınmalıdır ki, Xırdalanda metro stansiyasının inşası üçün uyğun istiqamət yoxdur", - deyə o qeyd edib. |
2024-01-16 | 823,185 | Bu ərazilərdə 5 mərtəbədən hündür bina tikilməyəcək | 1000 hektardan çox ərazidə xüsusi mühafizə olunan zona təyin olunub. Burada tarixi abidələrin sıxlığı nəzərə alınıb və tikinti məsələlərinə məhdudiyyət qoyulub. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində deyib. Onun sözlərinə görə, bu ərazidə beş mərtəbədən hündür bina tikintisinə icazə verilməyəcək. A.Quliyev bildirib ki, xüsusilə şəhərin mərkəzində tarixi mədəni irsə hörmət nəzərə alınaraq ciddi addımlar atılacaq. |
2024-01-16 | 823,186 | Bu ərazilərdə su olmayacaq | Magistral su kəmərində aparılan təmir işlərilə əlaqədar Bakı şəhərinin Sabunçu rayonunun bir hissəsinə, Abşeron rayonunun bir hissəsinə və Sumqayıt şəhərinin Bağlar ərazisinə içməli suyun verilişində məhdudiyyətlər olacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb. Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib. |
2024-01-16 | 823,190 | İran iş adamının evini balistik raketlərlə vurdu | SEPAH-ın İraqın Ərbil şəhəri yaxınlığına balistik raketlərlə zərbə endirdiyi ev tanınmış iş adamı Peşrev Dizayiyə məxsus olub. Axar.az xəbər verir ki, bu barədə “Röyters” İraqın təhlükəsizlik qurumlarına istinadən məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində iş adamı və ailə üzvləri həlak olub. Bununla yanaşı, İraq Kürdüstanının yüksək səviyyəli kəşfiyyat rəsmisinin evi və bir kəşfiyyat mərkəzinin də hədəfə alındığı qeyd edilib. |
2024-01-16 | 823,192 | SEPAH MOSSAD qərargahını vurdu – ABŞ-dan reaksiya | İranın İraqın sabitliyini təhdid edən məsuliyyətsiz raket hücumlarına qarşıyıq. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller X hesabında yazıb. “İranın Ərbildəki hücumlarını şiddətlə qınayır və həlak olanların ailələrinə başsağlığı veririk. Biz İraq hökumətinin və Kürdüstan Bölgəsinin İraq xalqının tələblərini qarşılamaq üçün səylərini dəstəkləyirik”, - Miller bildirib. Qeyd edək ki, İranın Ərbil şəhərinə raket hücumları nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər yaralanıb. SEPAH sözügedən hücumun SEPAH komandirlərinin öldürülməsinə cavab olduğunu və bu hücumlar nəticəsində İsrailin casus qərargahlarından birinin məhv edildiyini bildirib. |
2024-01-16 | 823,196 | İstehsalatda 465 bədbəxt hadisə: 78 ölü... | Ötən il Azərbaycanda istehsalatda 465 bədbəxt hadisə baş verib. Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin hadisələr nəticəsində 78 nəfər ölüb, 431 nəfər xəsarət alıb. |
2024-01-16 | 823,197 | İlham Əliyev Lənkəranda açılış etdi | 11:30 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran rayonuna səfər edib. Axar.az xəbər verir ki, dövlətimizin başçısı “Lenk Fruit” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Lənkəran rayonunun Separadi kəndində yeni salınmış sitrus bağında yaradılan şəraitlə tanış olub. “Lenk Fruit” MMC-nin direktoru Namiq Cəbiyev Prezident İlham Əliyevə yeni sitrus bağı haqqında məlumat verdi. Bildirildi ki, bağın ümumi ərazisi 150 hektardır. Burada əsasən Türkiyədən gətirilmiş 141 min ədəd sitrus meyvələri, şaftalı və nektarin ağacı əkilib. Ümumi dəyəri 10,7 milyon manat olan layihə üçün Sahibkarlığın İnkişafı Fondu tərəfindən müəssisəyə 1 milyon manat güzəştli kredit və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 148 min manat faizsiz kredit verilib. Ən müasir aqrotexniki xidmətlərin göstərildiyi bağda damcı üsulu ilə müasir suvarma şəbəkəsindən istifadə edilir. Bundan başqa, sitrus bağında respublikada ilk dəfə olaraq qış aylarında şaxtanın temperaturunu normal dərəcəyə salan, dəyəri 2,2 milyon ABŞ dolları olan 15 ədəd xüsusi avadanlıq quraşdırılıb. Bir avadanlıq 9 hektar ərazini şaxtadan qoruyur. Növbəti illərdə daha 5 ədəd belə avadanlığın quraşdırılması nəzərdə tutulub. Bildirildi ki, hazırda təsərrüfatda 110 hektar sahədə naringi və limon, 20 hektarda şaftalı, 5 hektar sahədə nektarin və 7 hektarda giləmeyvə bağı salınıb. Sitrus əkin sahələrinin məhsuldarlığı hər hektardan 35-40 ton təşkil edəcək ki, bu da yerli növlərlə müqayisədə 2-3 dəfə çoxdur. Qeyd olundu ki, 2023-2024-cü təsərrüfat ilində 3 min ton məhsul yığılıb və hazırda yığım davam etdirilir. İstehsal olunan meyvələr ölkə bazarlarında satılmaqla yanaşı, Rusiyaya da ixrac edilir. Gələcəkdə təsərrüfatın daha da genişləndirilməsi, o cümlədən dağətəyi ərazilərdə terras əkin sxemləri ilə sitrus sahələrinin yaradılması üçün hazırlıq işləri aparılır. Hazırda təsərrüfatda 140 nəfər işlə təmin olunub. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran regional “ASAN xidmət” mərkəzinin açılışını edib. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Lənkəran regional “ASAN xidmət” mərkəzi rayonun Qurumba kəndində inşa edilib. Mərkəz üçün ayrılmış iki hektar ərazidə üçmərtəbəli inzibati bina, fəvvarə, yerüstü avtomobil dayanacağı, istirahət və uşaq əyləncə meydançası, “ASAN Kafe” yaradılıb. Dövlətimizin başçısı Lənkəran regional “ASAN xidmət” mərkəzini işə saldı. Məlumat verildi ki, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət edəcək mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcək. Burada 214 əməkdaş və 40 könüllü çalışacaq. Mərkəz videomüşahidə kameraları, yanğınsöndürmə, mərkəzləşdirilmiş havalandırma sistemləri, “ASAN ödəniş” terminalları, elektron şikayət, elektron rəy sorğusu və Çağrı mərkəzinə zəng köşkləri və müasir avadanlıqlarla təchiz edilib. Regionda startapların inkişafını təmin etmək məqsədilə burada “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi də fəaliyyət göstərəcək. Burada, həmçinin ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Əsas məqsəd qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət qurumlarında çalışan kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə müsbət töhfələr verməkdir. Qeyd olundu ki, fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar “ASAN xidmət” mərkəzlərində innovativ həll təmin edilib. Belə ki, mərkəzlərdə olan “ASAN növbə” terminallarına “Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə olunub. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd edilən yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər. Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür. Bu yeni layihə Mərkəzi Seçki Komissiyası və “ASAN xidmət”in birgə layihəsi çərçivəsində reallaşdırılıb. Eyni zamanda, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “ASAN xidmət” tərəfindən həyata keçiriləcək tədbirlərlə bağlı da konseptual plan hazırlanıb. Plana əsasən, bir sıra forum, müsabiqə, hakaton və festivallar təşkil olunacaq. Dövlətimizin başçısına Lənkəran “ASAN xidmət” mərkəzində tətbiq olunacaq innovativ yeniliklər - İntellektual məhsul ixracı, Etimad Fondu, Dövlət Xidmətlərinin Akselerasiya Mərkəzi, Universal operator, Süni intellekt əsaslı xidmətlər və smart qolbaq barədə məlumat verildi. İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar bildirildi ki, mərkəzlərin qurulması üçün Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda, hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir. Qeyd edək ki, hazırda ölkəmizdə 26 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Lənkəran “ASAN xidmət” mərkəzi sayca 27-cidir. ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən vətəndaşlara ümumilikdə 400-ə yaxın, “ASAN kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 xidmət göstərilir. Bu il yanvarın 8-dək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 890 mindən çox vətəndaş tərəfindən 70 milyona yaxın müraciət daxil olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir. Dövlət Agentliyi “ASAN xidmət” modelinin ixracı ilə bağlı 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Ədliyyə Nazirliyinin Lənkəranda yeni inşa edilmiş müasir penitensiar kompleksində yaradılan şəraitlə tanış olub. Ədliyyə naziri Fikrət Məmmədov dövlətimizin başçısına yeni penitensiar müəssisə barədə məlumat verdi. Bildirildi ki, ümumi saxlama limiti 1300 nəfərlik olan penitensiar kompleks iki zonadan ibarətdir. Burada istintaq təcridxanasında barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin, cəzaçəkmə müəssisəsində isə məhkumların məhkəmə hökmünə əsasən müxtəlif rejimlərdə saxlanılması nəzərdə tutulur. Müəssisədə əsasən cənub zonası və bu bölgəyə yaxın olan ərazilərdə yaşayan şəxslər saxlanılacaq ki, bununla onlar öz ailələri ilə daha asan və rahat görüşə biləcəklər. Kompleksdə kamera tipli 7 korpus inşa olunub və burada hər cür şərait yaradılıb. Məhkumların hüquqlarının etibarlı təmin olunması məqsədilə onların ailələri ilə uzunmüddətli görüş üçün zəruri məişət avadanlığı ilə təchiz edilmiş 19 studio mənzil tipli otaqlar, habelə qısamüddətli görüşlər üçün kabinələr istifadəyə verilib. Burada məhkumların asudə vaxtlarını səmərəli keçirmələri üçün kitabxana, televizor otağı, idman meydançası var. Müəssisədə istehsalat sahələri yaradılıb, bərbərxana, dərzi xidmətləri təşkil edilib. Diqqətə çatdırıldı ki, saxlanılan şəxslərə yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kompleksin müasir avadanlıqla və geniş dərman çeşidləri ilə təchiz olunmuş Tibb-sanitar bölməsi fəaliyyət göstərir. Bölmədə kardioloq, stomatoloq, fizioterapevt, rentgen, ultrasəs müayinəsi, cərrahiyyə, manipulyasiya, ambulator və stasionar şəraitdə müayinə və müalicə otaqları, laboratoriya, intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur. Kompleksdə saxlanılan şəxslər üçün, həmçinin psixoloq və ibadət otaqları ayrılıb. Eyni zamanda, məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəx, yeməkxana, habelə sənaye tipli qurğuları olan camaşırxana yaradılıb. Mühafizəni təmin edən əsgərlər üçün ərazidə kazarma, təlim otaqları, qarovul binası, kinoloji mərkəz, avtopark inşa olunub. Bundan əlavə, məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və videogörüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub, istintaq hərəkətlərinin aparılması, vəkilləri ilə görüşləri üçün zəruri şərait yaradılıb. Komplekslə tanışlıq zamanı dövlətimizin başçısına müəssisədə quraşdırılmış “ƏN TEZ” (Ədliyyə Nazirliyinə Təcili Elektron Zəng) Xidmət platforması nümayiş etdirilib. Ədliyyə Nazirliyinin innovativ məhsulu olan “ƏN TEZ” Xidməti əmək, maliyyə və digər resurslara qənaət etməklə istənilən yerdə virtual platforma əsasında vətəndaşlara nazirliyə videozəng vasitəsilə müraciət edərək məsafədən müxtəlif ədliyyə xidmətlərindən (notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, məhkəməyə müraciət və məhkəmə qərarlarının icrası və s.) eyni vaxtda yararlanmaq imkanı verir. Həmçinin əhaliyə xidmət sahəsində ölkədə ilk dəfə bu platformada tətbiq edilən “süni intellekt” insanın davranışını vizuallaşdıraraq xidmət üçün müraciət etmiş şəxslə ünsiyyət qurur, istəyinə uyğun sənədlərin hazırlanmasını və təqdim olunmasını təmin edir. Smart konsepsiyaya əsaslanan “ƏN TEZ” Xidmətində vətəndaşın şəxsiyyəti “Üztanıma” sistemi əsasında avtomatlaşdırılmış qaydada eyniləşdirilir, xidmət üzrə sənədlər isə ani vaxt rejimində icra edilərək yerindəcə çap olunur. Bu yeni platforma Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST, habelə “ASAN xidmət” mərkəzlərində, Heydər Əliyev Beynəlxalq Aeroportunda artıq tətbiq edilir. “ƏN TEZ” Xidmətin Lənkəran penitensiar kompleksində istifadəyə verilməsi məhkumlara, onlarla görüşə gələn vətəndaşlara, eləcə də müəssisənin əməkdaşlarına ədliyyə xidmətlərindən yerində bəhrələnmək imkanı verəcək. Kompleksin yerləşdiyi ərazidə əməkdaşlar üçün altımərtəbəli 30 mənzilli xidməti yaşayış binası inşa edilib. Prezident İlham Əliyevə Bakının Umbakı qəsəbəsində yeni istifadəyə verilmiş penitensiar kompleks barədə də məlumat verildi. Bildirildi ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi də qarışıq rejimli olmaqla iki zonadan – istintaq təcridxanasından və cəzaçəkmə müəssisəsindən ibarətdir. Təcridxanada təqsirləndirilən şəxslər, müəssisədə isə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar saxlanılırlar. Kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpus mövcuddur. Burada məhkumların hüquqlarının daha etibarlı təmin olunması, yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi, asudə vaxtın səmərəli təşkili üçün hər cür şərait yaradılıb. Qeyd edək ki, paytaxtda və bölgələrdə yeni penitensiar müəssisələrin tikilməsi ölkəmizdə aparılan köklü islahatların tərkib hissəsidir. Bu müəssisələrdə yaradılan müasir şərait məhkumların hüquqlarının təminatına, onların öz ailələrinə yaxın ərazilərdə cəza çəkmələrinə və cəmiyyətə reinteqrasiyasına xidmət edir. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəranda “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qənnadı məhsullarının istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub. “Laran” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nurlan Nurəliyev dövlətimizin başçısına müəssisədə yaradılan şərait və istehsal olunan məhsullar barədə məlumat verdi. Bildirildi ki, ümumi dəyəri 5 milyon manat olan layihənin həyata keçirilməsinə dövlət dəstəyi olaraq Sahibkarlığın İnkişafı Fondu 1,2 milyon manat güzəştli kredit ayırıb. İstehsal gücü natura ifadəsində 2000-2500 ton (hazırda 1500-1800 ton istehsal edilir) olan müəssisədə 5 növdə və 56 çeşiddə, o cümlədən karamel, lokum, şokoladlı lokum, marmelad, şokoladlı marmelad istehsal edilir. Burada quraşdırılan avadanlıq Braziliya, Türkiyə, Çin və Rusiya istehsalıdır. Müəssisədə istehsal edilən məhsullar daxili bazarla yanaşı, Rusiya, İsrail, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Moldova və İraqa da ixrac olunur. Hazırda müəssisədə 120 nəfər çalışır. Ümumi sahəsi 4900 kvadratmetr olan müəssisənin ərazisində əsas bina, qazanxana, keçid məntəqəsi, yanğın əleyhinə su anbarı, transformator yarımstansiyası inşa edilib. Ərazidə geniş yaşıllıq sahəsi yaradılıb. |
2024-01-16 | 823,198 | Əliyevin xəritə tələbi: AR ADR-in varisidir, ona görə… - Armen | 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü Sovet Azərbaycanının varisi deyil, Azərbaycan Demokratik Respublikasının varisi elan etdi. Onun sərhədləri Sovet İttifaqındakından tamamilə fərqli olmalıdır. Axar.az xəbər verir ki, bu sözləri politoloq Armen Baqdasaryan erməni mediasına geniş müsahibəsində deyib. O iddia edib ki, İlham Əliyevin son müsahibəsini (10 yanvar 2024-cü il yerli mediaya müsahibəsi nəzərdə tutulur – red.) Almatı bəyannaməsi ilə razılaşmadan imtina etməsi kimi qəbul etmək olar: “Azərbaycan 2022-ci ildə Praqada, 2023-cü ilin iyulunda Brüsseldə buna şifahi razılıq verəndə bunu ona görə etdi ki, o vaxt hələ də “erməni Qarabağı” var idi və orada erməni əhali yaşayırdı. Həmin vaxt Əliyev Almatı bəyanatı ilə razılığa gəlməli idi ki, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanısın. İndi artıq erməni əhalisi olmayanda Əliyev təbii olaraq (şifahi razılaşdığı – red.) Almatı bəyanatı ilə bağlı razılaşmadan imtina edir”. “Əliyev elan etdi ki, Azərbaycanın birinci respublikasının sərhədləri bərpa olunmalıdır, lakin bu, Azərbaycanın SSRİ-yə daxil olduğu sərhədlər deyil, başqa sərhədlərdən danışır. Bu hansı təhlükələrə səbəb olur” sualına Baqdasaryan bu cür cavab verib: “Bunun təhlükəsi ondan ibarətdir ki, Azərbaycan Sovet Ermənistanının sərhədləri daxilində Ermənistanın ərazi bütövlüyünü tanımaq fikrində deyilsə, istənilən əlverişli məqamda sərhədlərini təsəvvür etdiyi kimi bərpa etməyə çalışacaq. Azərbaycan isə Zəngəzuru Azərbaycanın bir hissəsi kimi təsəvvür edir. Düzdür, Naxçıvan Ermənistanın bir hissəsi idi, lakin bunlar çox mübahisəli xəritələr, çox mübahisəli, beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyən və qeydə alınmayan sərhədlər idi (Azərbaycan Demokratik Respublikasının sərhədləri isə beynəlxalq ictimaiyyət tərəfindən rəsmən qəbul edilmişdi – red.). Yəni Azərbaycanın o ritorikasının mənası var”. O bildirib ki, Azərbaycanın “Azərbaycandan Azərbaycana yol prinsipi” əslində eksterritorial yol tələbidir: “Üstəlik, təhlükə ondan ibarətdir ki, onlar anklavlar məsələsində də eyni mexanizmi tələb edirlər – həmin 3 anklavla birləşdirən yollara da Ermənistan tərəfindən nəzarət olunmaması. Azərbaycan 8 deyir, əslində isə Ermənistan ərazisində Azərbaycanın 3 eksklavı var – Tavuşda 2, Vedidə (Ararat) 1”. O xatırladıb ki, Azərbaycanın eksklavları yollarla birlikdə qaytarılarsa, Ermənistanın şimalda Gürcüstana, cənubda İrana gedən yolları tam şəkildə Azərbaycanın nəzarətinə keçəcək. |
2024-01-16 | 823,201 | Bakıda tramvay alternativ nəqliyyat növü olacaq | Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planına əsasən, paytaxtda tramvay bəzi küçələrdə alternativ nəqliyyat növü kimi istifadəyə verilə bilər. Bununla bağlı təkliflər var. Axar.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. "Baş planda ictimai nəqliyyata çox böyük önəm verilib. Bu istiqamatdə ciddi araşdırma aparılıb. İlk növbədə metronun inkişafı davam etdiriləcək, 2040-cı ilə qədər metro stansiyalarının sayının 46 -ya çatdırılması planlaşdırılır. Əlavə 20 stansiya tikilməlidir. Bu da çox böyük irəliləyişdir. Yerüstü nəqliyyat bu gün avtobusdur. Avtobusların hərəkəti asanlaşdırılır. Avtobus zolaqları yaradılır, tədricən bu, bütün şəhəri əhatə edəcək. Küçələr təyin edilib. Tramvay isə avtobusa alternativ yeni bir nəqliyyat növü olmalıdır. Nəqliyyat siyasətinə cavabdeh qurumlar qərarını verəcək. Baş plan bu infrastrukturun qurulmasını nəzərdə tutur", - deyə o qeyd edib. |
2024-01-16 | 823,202 | Azərbaycan Ordusu çox güclüdür, qaçmalıyıq - Safrastyan | Nikol Paşinyanın Azərbaycanla silahlara qarşılıqlı nəzarəti nəzərdə tutan saziş imzalamaq təklifinin reallaşması, hesab edirəm ki, bu, mümkün deyil. Axar.az xəbər verir ki, bu sözləri erməni akademik Ruben Safrastyan deyib. O bildirib ki, sadə bir həqiqəti başa düşməliyik - güc və zəiflik: “Azərbaycan güclü, Ermənistan zəif tərəfdir. Bu reallıqdır. Bu yaxınlarda mötəbər mərkəzlərdən birinin müxtəlif ölkələrin silahlı qüvvələrinin reytinqi ilə bağlı təhlilləri dərc olunub. Bu reytinqdə 145 ölkə arasında Azərbaycan 59-cu, Ermənistan isə 102-ci yerdədir. Yəni Ermənistan silahlı qüvvələri Azərbaycandan 2 dəfə geri qalır və bu, 2024-cü ilin məlumatıdır. Bu reallıqdır. Buna əsaslanaraq, ilk növbədə böyük müharibədən qaçmaq lazımdır. Çünki vəziyyət düşündüyümüzdən də mürəkkəbdir”, - o bildirib. |
2024-01-16 | 823,204 | Pensiya alanların nəzərinə: Ödənişlər yekunlaşdı | Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu respublika üzrə yanvar ayının pensiya ödənişini yekunlaşdırıb. Axar.az xəbər verir ki, yanvarın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, bu gün isə bölgələrdə yaşayan şəxslərin yanvar ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər. |
2024-01-16 | 823,206 | Rusiya Türkiyəyə neft tədarükünü rekord həddə çatdırdı | Rusiyadan Türkiyəyə neft tədarükü gündə 444 min barrelə çatıb. Axar.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb. “2023-cü ilin dekabr ayı ilə müqayisədə Rusiyadan Türkiyəyə neft tədarükünün həcmi sutkada 12 min barrel artaraq 444 min barrelə çatıb. Bu həcmin 70%-ə yaxını Türkiyənin Əliağa limanına göndərilib”, - nəşr bildirib. |
2024-01-16 | 823,208 | İran ABŞ-la birgə oynayır: hücumun hədəfi Türkiyədir | ABŞ-ın keçmiş prezidenti Donald Tramp bir müddət öncə, Qasım Süleymani öldürüldüyü zaman İran tərəfinin ona zəng etdiyini və görüntü üçün bir neçə raket atacağını dediyini bildirdi. Fikrimcə, gecə saatlarında Ərbildəki ABŞ konsulluğuna və digər məntəqələrə hücumun arxasında da “danışıqlı döyüş” var. Bu sözləri Axar.az-a gecə saatlarında İraqın şimalında yerləşən Ərbil şəhərində ABŞ konsulluğuna və bazalarına edilən raket hücumunun səbəbləri haqqında danışan Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ deyib. “Yəqin ki, Vaşinqton bundan bəhanə kimi istifadə edərək bölgədəki hərbi varlığını əlavə hərbçi və texnika, silah-sursat göndərməklə daha da artıracaq. Yəni ABŞ-a bir bəhanə lazım idi, bunu da İran ona verdi. Qarşılıqlı oyun oynayırlar. Əgər qarşıdakı bir neçə gün ərzində ABŞ oradakı hərbi varlığını gücləndirmək üçün sadaladığımız addımları atsa, bu, onun Türkiyənin keçirəcəyi antiterror əməliyyatlarına əngəl olmaq üçün İran üzərindən özünə bəhanə yaratdığı mənasına gələcək. Əvvəl də eyni teatr oyununu oynamışdılar. Yenə ABŞ bu danışıqlı döyüşlə həm dünya ictimaiyyətini, həm də xalqını belə yanıldacaq”, - polkovnik bildirib. Qeyd edək ki, gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə balistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb. |
2024-01-16 | 823,211 | Qadınların pensiya yaşı azaldılır? Rəsmi cavab - Video | 12:22 Bu gün qadınların pensiya yaşının azaldılması məsələsi müzakirə olunmur. Axar.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev ötən ilin yekunlarına dair mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun sözlərinə görə, məsələ "Əmək pensiyaları haqqında" qanunla tənzimlənir: "Pensiya yaşı mərhələli şəkildə artırılır. Ona görə də qadınların pensiya yaşının azaldılması məsələsi gündəlikdə yoxdur". |
2024-01-16 | 823,212 | Bəzi universitetlər Bakıdan kənara köçürülə bilər | Bakıda fəaliyyət göstərən bəzi universitetlərin kənara köçürüləcəyi istisna deyil. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. O bildirib ki, bu, Təhsil Nazirliyinin həyata keçirməli olduğu çox ciddi bir islahatdır: "İstisna etmirəm ki, bir sıra universitetlər köçürülərək vahid bir kampus çərçivəsində fəaliyyətini davam etdirəcək. Bu həm təhsilin təşkili baxımından, həm də şəhərdaxili infrastrukturun təkmilləşdirilməsi üçün önəmli bir islahat ola bilər. Növbəti illərdə bu məsələ ilə bağlı Təhsil Nazirliyi ilə birgə tədbirlər planı hazırlanaraq icra edilə bilər". |
2024-01-16 | 823,213 | Qarabağda ermənilərin növbəti silah anbarı aşkarlandı - Video | Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunda tərk edilmiş tikililərə baxış zamanı növbəti silah-sursat anbarı aşkar edilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan silahlı qüvvələri birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi məqsədlər üçün istifadə etdiyi mülki təyinatlı infrastrukturdan silah və sursatla dolu yeşiklər, müxtəlif tipli qumbaraatanlar üçün mərmilər, piyada və tank əleyhinə minalar və raketlər müsadirə edilib. |
2024-01-16 | 823,217 | AP Azərbaycandakı seçkiləri müşahidə etməyəcək | Avropa Parlamenti (AP) Azərbaycanda 7 fevralda keçiriləcək prezident seçkilərinə müşahidəçi göndərməmək barədə qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” AP-nin deputatlarından birinə istinadla məlumat yayıb. “Avropa Parlamenti seçki prosesini müşahidə etməyəcək və buna görə də prosesin özü və ya onun nəticələrini şərh etməyəcək”, - məlumatda bildirilib. Qeyd olunub ki, deputatların heç birinə Azərbaycanda keçirilən seçkiləri müşahidə etmək və ya onlara münasibət bildirmək səlahiyyəti verilməyib. |
2024-01-16 | 823,218 | Piterdə nəhəng anbarı kim yandırıb? – Şok | Sankt-Peterburqdakı “Wildberry” mağazalar şəbəkəsinin anbarında baş verən güclü yanğından dərhal sonra işçilərdən biri yanvarın 13-də onu özünün yandırdığını etiraf edən mesaj yazıb. Bundan sonra o, sosial media hesabını silib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. “Dekabrın 27-də işçilərdən biri iş yoldaşlarından birinə məktub yazıb və baş verəcək yanğınla bağlı həmkarlarına xəbərdarlıq edib. Yanğından sonra həmin şəxs çatda yazıb ki, yanğını o törədib və dərhal da hesabını silib”, - məlumatda bildirilib. Onun məktubunun aidiyyəti orqanlara verildiyi bildirilir. Qeyd edək ki, yanvarın 13-də Sankt-Peterburqun Şuşarax rayonundakı “Wildberry” mağazalar şəbəkəsinin anbarında böyük yanğın baş verib. 75 min kvadratmetr ərazidə baş verən yanğını yalnız bir sutka sonra söndürmək mümkün olmuşdu. |
2024-01-16 | 823,219 | Dünənki partlayışda ölənlərdən biri bu ölkənin vətəndaşıdır | Bakıda sexdə partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, nazirlik mərhumun yaxınları ilə əlaqə saxlayır. Ölən adımın adı açıqlanmayıb. Xatırladaq ki, yanvarın 15-də Binəqədi rayonundakı mebel sexində baş verən partlayışda 7 nəfər ölüb, 20 nəfər yaralanıb. |
2024-01-16 | 823,221 | Çilidə təyyarə qəzası: 1 ölü, 4 yaralı | Çilinin Talka şəhərində yanğına müdaxilə edən təyyarə magistral yolda qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Məlumata görə, pilotun öldüyü qəzada 4 nəfər yaralanıb. |
2024-01-16 | 823,229 | Polis əməkdaşı faciəvi şəkildə həlak oldu - Video | Ötən gün “Volksvagen Tuareq” markalı, 90 GD 390 dövlət qeydiyyat nömrəli avtomobil Hacıqabul rayonundan Sabirabad rayonuna gedən magistral yolda dəmir arakəsmələrə dəyib. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, hadisə zamanı Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşı Davud Məmmədov həyatını itirib. Hazırda faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır. |
2024-01-16 | 823,231 | Şahin Bağırov onlara yüksək vəzifə verdi | Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti polkovniki Orxan Nuriyev vəzifəsindən azad edilib. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri general-leytenant Şahin Bağırov əmr imzalayıb. Komitə sədrinin digər əmri ilə, Orxan Nuriyev Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi təyin edilib. Həmçinin, komitənin Əməliyyat-İstintaq Baş İdarəsinə isə Güloğlan Muradlı rəis təyin edilib. Bundan başqa, müvafiq əmrlə DGK sədrinə iki yeni müşavir də təyin olunub. Bu vəzifəyə təyin olunanlar Əsgər Nurməmməd oğlu Məmmədov və Anar Fazil oğlu Bayramovdur. Ə.Məmmədov bundan əvvəl Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi olub. DGK-nin Katibliyinin rəisi vəzifəsinə isə Elvin Əli oğlu Məmmədov gətirilib. |
2024-01-16 | 823,235 | Azərbaycan iqtisadiyyatı 1%-dən çox artdı | Ötən il Azərbaycanda 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Axar.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Hesabat dövründə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 3,7 % artıb. ÜDM istehsalının 40,5%-i sənaye, 10%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,2%-i tikinti, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 %-i informasiya və rabitə sahələrinin, 18,6%-i digər sahələrin payına düşür. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,1%-ni təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 12 114,5 manata bərabər olub. |
2024-01-16 | 823,239 | Bolqarıstan XİN başçısının Bakıya səfəri təxirə salındı | Bolqarıstan xarici işlər naziri Mariya Qabrielin Azərbaycana növbəti həftəyə planlaşdırılmış səfəri təxirə salınıb. Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi məlumat yayıb. Xatırladaq ki, daha əvvəl xanım nazir yanvarın 24-də keçiriləcək Azərbaycan-Bolqarıstan Strateji Dialoqunun 3-cü iclasında iştirak etmək üçün Bakıya gələcəyini bildirmişdi. |
2024-01-16 | 823,240 | Sabah güclü külək əsəcək, yollar buz bağlayacaq | Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək, axşam zəifləyəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var. |
2024-01-16 | 823,243 | Prezident Lənkəranda Heydər Əliyevin abidəsini ziyarət etdi | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. |
2024-01-16 | 823,247 | Tarasov: Əliyev özünə inanır, bunu rədd etdi | Azərbaycan lideri siyasi arenada müsbət qarşılanan şəkildə bütün mövzular üzrə ölkəsinin aydın mövqeyini, gizli qeydlər olmadan, təqdim edib. Lakin bunu müharibənin ağır zərbəsindən sonra belə aydın xarici siyasət yeritməyən Ermənistan haqqında demək mümkün deyil. Axar.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq Stanislav Tarasov deyib. “Azərbaycan tərəfi həm regionda, həm də onun hüdudlarından kənarda özünü inamlı hiss edir. Azərbaycanın İranla münasibətləri gərgin olub, fikir ayrılıqları olub, bu da həll edilib, İranla marşrut qurulur. İlham Əliyevin birbaşa danışıqlar nəticəsiz qalacağı təqdirdə ümidlərini regional platformalara və regional tərəfdaşlara bağlayaraq, Qərbi vasitəçi kimi inamla rədd etməsi buna görədir. Lakin burada da İrəvanın fərqli mövqeyi var, o, Qərbə arxalanır, baxmayaraq ki, Azərbaycan, Rusiya, İran və Türkiyə regional və qeyri-regional məsələlərdə həmfikirdirlər. İranın Ermənistanla münasibətlərinin müsbət tarixi olub, lakin erməni tərəfi də İranın vasitəçiliyini istəməyib. Təbii ki, İran bunu, eləcə də İrəvanın Qərblə yaxınlaşmaq istəyini bəyənmir və Ermənistan üçün yeni problem yaranır. Münasibətləri çox pis olan Rusiyadan danışmağa ehtiyac yoxdur, baxmayaraq ki, Moskva onları xilas etməyə çalışır. Türkiyəyə gəlincə isə onlarla heç bir münasibət yoxdur. Bu, təbii ki, müharibədən sonra Azərbaycana yaranmış onsuz da yüksək inamı artırır və Bakı eyni strategiya ilə irəliləməkdə davam edir”, - o bildirib. |
2024-01-16 | 823,249 | “Əpl”ın ən çox satılan smartfonu açıqlandı | Ayfon-15 Pro Maks “Əpl”ın ən çox satılan smartfonudur. Axar.az xəbər verir ki, bu barədə analitik Min Çi Ko məlumat verib. Onun sözlərinə görə, “Əpl” şirkətinin ən bahalı telefonu bazarda ən populyar məhsul olaraq qalır. Çi Ko bildirib ki, Ayfon-15 Pro Maks smartfon bazarında 2024-cü ilin ilk yarısına kimi liderlik edəcək. |
2024-01-16 | 823,252 | Rusiya məşhur təyyarələrini özü vurub - Sensasiya | A-50 uzaqmənzilli radar aşkarlayıcı təyyarəsi və İl-22 hava idarəetmə məntəqəsi Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Axar.az xəbər verir ki, bu barədə rusiyalı blogerlər və Teleqram kanalları məlumat yayıblar. “Rıbar” hərbiyönlü Teleqram kanalı yazıb ki, əgər A-50-nin vurulması təsdiqlənərsə, bu, Rusiya Hava Kosmik və Hava Hücumundan Müdafiə qüvvələri üçün növbəti qara günlərdən biri olacaq. Kanal xatırladıb ki, bu tip təyyarələrin mütəxəssisləri barmaqla sayılacaq qədərdir və təyyarələrin özləri də elə çox deyil. Rusiyalı hərbi müxbir Yuri Kotenok Rusiya hava hücumundan müdafiə sistemlərinin normal işləmədiyini yazıb. Qeyd olunub ki, bu, Rusiya təyyarələrinin öz HHM sistemləri tərəfindən vurulması ilə bağlı ilk hadisə deyil. Rusiyalı hərbi müxbirlər 2023-cü ilin 6 oktyabrında bir təyyarənin vurulduğunu yazmışdılar. Britaniya kəşfiyyatı da 2023-cü ilin sentyabrın 28-də Tokmak rayonunda Su-35S təyyarəsinin rus HHM sistemləri tərəfindən vurulduğunu yazmışdı. “Rıbar” kanalı bildirib ki, pis səviyyədə qarşılıqlı əlaqə və pozulmuş tanınma sistemi yazdan bəri itirilən Su-34, Su-35S və Su-30SM təyyarələri, eləcə də Ka-52 helikopterlərinin Rusiya HHM sisteminin “hesabına” yazılmasına gətirib çıxarıb. Daha bir Rusiya Teleqram kanalı “Voennıy osvedomıtel” də bildirir ki, Rusiya təyyarələri tez-tez arxa cəbhədə hücuma məruz qalırlar. Nə Rusiya, nə də Ukrayna rəhbərliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib. Dünən Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı isə A-50 və İl-22 A-50 təyyarələrinin ukraynalı hərbçilər tərəfindən vurulduğunu bildirib. Qeyd edək ki, A-50 uzaqmənzilli radar aşkarlayıcı təyyarəsinin qoyməti 300 milyon dollardan çoxdur. |
2024-01-16 | 823,254 | Rusiya Ermənistana silah göndərdi - Melkonyan | Rusiya silahlarının bir partiyası artıq Ermənistandadır. Axar.az xəbər verir ki, bunu İrəvanın hakim “Mülki Müqavilə” fraksiyasından olan deputatı, parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qagik Melkonyan deyib. Melkonyanın sözlərinə görə, bu yaxınlarda hərbi təyinatlı məhsullar gətirilib və onlar Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistan tərəfinə verilib. O, söhbətin hansı silahlardan getdiyini açıqlamayıb. |
2024-01-16 | 823,257 | Erməni deputatdan Bakıya inanılmaz jest: Bu xəritələrlə... | Azərbaycan hüquqi qüvvəyə malik başqa bir xəritə təklif etsin. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mülki Müqavilə” fraksiyasından olan deputatı Gevorq Papoyan deyib. “Eradan əvvəl II əsrin xəritəsi, 1828-ci il Türkmənçay müqaviləsindən sonrakı xəritə gətirilə bilərlər, amma bunlar ciddi deyil. Biz elə xəritə təqdim etməliyik ki, orada Ermənistan və Azərbaycan müstəqil dövlətlər olub, yaxud SSRİ daxilində müəyyən sərhədlər var idi”, - Papoyan bildirib. Xatırladaq ki, 1920-ci ilin 11 yanvarında Birinci Dünya müharibəsinin yekunları ilə bağlı keçirilən Versal konfransının Ali Şurasında Azərbaycan Xalq Cümhuriyyəti ABŞ, Böyük Britaniya, Fransa da daxil olmaqla, 20-yə yaxın dünya dövlətləri tərəfindən tanınıb. Elə həmin gün Versal konfransının bu qərarı Ermənistana da şamil edildi. Əgər Gevorq Papoyan məhz müstəqil dövlətlərin mövcud olduğu xəritənin ortaya qoyulmasını istəyirsə, o zaman 1920-ci il 11 yanvarında, müstəqilliyin tanınması zamanı olan xəritələrlə sərhəd müəyyənləşə bilər. Sözügedən xəritəni təqdim edirik: |
2024-01-16 | 823,261 | Heç Şəfəqin yeridir? - Deputat etiraz etdi | Siyasi coğrafiya nə qədər məhdudlaşdırılmış olsa da xalq bütövdür. Axar.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Nizami Cəfərov deyib. Deputat bildirib ki, xalq öz coğrafiyasını hər yerdə yaşadır: “Biz bu gün uşaqlarımıza, küçələrimizə Təbriz adı qoyuruq. Biz bu adı yaşadırıq. Bu bizim siyasətimizdir”. Nizami Cəfərov toponimlərlə bağlı müzakirəyə ehtiyac olduğunu diqqətə çatdırıb: “Bizim bu sahədə yaxşı, təcrübəli mütəxəssislərimiz var. Təkrarlanan adlar çoxdur. Ermənistanda olan yer adları ilə də bağlı mütəxəssislərimiz var”. Komitə sədri Siyavuş Novruzov Nizami Cəfərovun fikrini dəstəkləyib və bildirib ki, toponimiya sahəsində dinləmə keçirilə bilər: “Yeni adlara ehtiyac var. Bu yaxınlarda Toponimiya Komissiyasında yeni salınan bir qəsəbəyə Şəfəq adı verdilər. Heç Şəfəqin yeridir?! İndi belə ad qalıb? Bu məsələ bizə gəlməmişdi”. Qeyd edək ki, 2023-cü il oktyabrın 23-də Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının iclasında Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi barədə qərar qəbul edilib. |
2024-01-16 | 823,264 | Ermənistanda qanun: 37 min ödə, orduya getmə… | Ermənistan parlamenti “Hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsini ikinci və yekun oxunuşda qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Layihəyə əsasən, hərbi xidmət keçməyən və ölkəni tərk edən Ermənistan vətəndaşları 27 yaşdan sonra Ermənistana qayıdıb, iki il xidmət etdikdə cinayət təqibindən azad oluna bilərlər. Digər varianta görə, onlar 15 ay xidmət edib 2,5 milyon dram (6,2 min dollar) və ya müvafiq olaraq 7,5 ay xidmət edib 5 milyon dram (12,4 min dollar), 1 ay xidmət edib 10 milyon dram (24 min dollar) ödəyə, yaxud 15 milyon dram (37 min dollar) ödəyib xidmət keçməyə bilərlər. |
2024-01-16 | 823,265 | NATO-nun 400-dən çox peyki Rusiyaya qarşı işləyir | Ukraynada xüsusi əməliyyat başlayandan bəri NATO-nun 400-dən çox peyki Rusiyaya qarşı işləyir. Axar.az xəbər verir ki, bunu Rusiya müdafiə nazirinin müşaviri Andrey İlnitski deyib. “Onlardan yalnız 70-i rəsmi, qalanları kommersiya xarakterlidir”, - o bildirib. |
2024-01-16 | 823,266 | İraq İran səfirini geri çağırdı | İraq Xarici İşlər Nazirliyi İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb. Axar.az xəbər verir ki, bu barədə İraq XİN-dən məlumat verilib. “Bu gün İraq Xarici İşlər Nazirliyi İranın Ərbilə son hücumları nəticəsində bir neçə nəfərin ölməsi və yaralanması ilə əlaqədar Tehrandakı səfiri Nasir Əbdül Möhsünü məsləhətləşmələr üçün geri çağırıb”, - məlumatda qeyd olunub. Qeyd edək ki, gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə balistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb. |
2024-01-16 | 823,270 | Ukrayna səfirliyi Bakıdakı yanğınla bağlı başsağlığı verdi | Ukraynanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş vermiş yanğın nəticəsində insanların həyatını itirməsi ilə bağlı başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə səfirlik Feysbuk səhifəsində paylaşım edib. “Bakıda mebel sexində baş vermiş faciəli hadisə bizi çox kədərləndirdi. Həlak olanların yaxınlarına və doğmalarına başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını diləyirik”, - paylaşımda qeyd edilib. Xatırladaq ki, Bakıda mebel sexində baş vermiş partlayış və yanğın nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb. |
2024-01-16 | 823,275 | Binəqədidə yanğın oldu | Bakıda vaqon deposunda yanğın olub. FHN-dən Axar.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda Şimal vaqon deposunun ərazisində ümumi sahəsi 250 m² olan birmərtəbəli 8 otaqlı texniki xidmət məntəqəsinin 1 otağının tavanı 12 m² sahədə və dam örtüyü 50 m² sahədə yanıb. Məntəqənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2024-01-16 | 823,276 | İranın evini ballistik raketlə vurduğu iş adamı kimdir? | SEPAH əməliyyatda konkret olaraq bir ailəni hədəf alıb. Axar.az xəbər verir ki, bu sözləri iranlı ekspert Ərdəban Ruzbeh İraqda kürd əsilli iş adamının öldürülməsi barədə danışarkən bildirib. Onun sözlərinə görə, Peşrev Dizayi ailəsinin öldürüldüyü və 17 nəfərin yaralandığı əməliyyatda təxminən 10 raket zərbəsi həyata keçirilib. Əməliyyat nəticəsində Peşrevin 1 yaşlı qızı Jina Dizayi də həlak olub. Hücum əməliyyatı zamanı Xürrəmşəhr və Kirmanşah vilayətlərindən və ilk dəfə Təbrizdə yerləşən “Azərşəhr” bazalarından atəş açılıb. “Əl Ərəbiyyə”nin məlumatına əsasən, hadisə ilə bağlı bir iranlı saxlanılıb. Həmçinin İRNA kürd əsilli iş adamı Peşrev Dizayi haqda məlumat dərc edib. Məlumatda bildirilb ki, o, “Falkon” mühafizə və təhlükəsizlik və bir neçə neft şirkətinin rəhbəri olsa da, əslində MOSSAD-ın gizli agenti və Ərbildəki ünsürlərinin qorunmasına və onların maddi-texniki təminatına cavabdeh şəxs olub. İran mediasının iddialarına əsasən, “Falkon” şirkətinin rəsmi qərargahı Misirdə yerləşir. Şirkət avtomobil nömrələri və digər texnologiyalar vasitəsilə hədəfləri və yerləri müəyyən edən digər şirkətlərin şərikidir. Şirkətin bu sahədə ən mühüm tərəfdaşı isə ABŞ Federal Statistika Sistemi ilə əlaqəli işləyən, məlumatların toplanması, təhlili və dərc edilməsi işini görən EIA (Energy Information Administration) agentliyidir. |
2024-01-16 | 823,281 | "Roma" Mourinyonu istefaya göndərdi | "Roma" baş məşqçisi Joze Mourinyonu istefaya göndərib. Axar.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Onunla birliklə bütün məşqçi heyəti ilə yollar ayrılıb. Qeyd edək ki, "Roma" son olaraq dünən A seriyasında "Milan"a 1:3 hesabı ilə uduzub. Xatırladaq ki, Mourinyo 2021-ci ilin may ayından "Roma"nı çalışdırırdı. Komanda hazırda A seriyasında 29 xalla 9-cu pillədə qərarlaşıb. Əlavə edək ki, 2021/2022 mövsümündə portuqaliyalı mütəxəssisin rəhbərliyi altında "Roma" Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə isə komanda Avropa Liqasının finalına yüksəlib. |
2024-01-16 | 823,283 | Kapital Bank 2023-cü ilin nəticələrini elan edib | Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 yanvar 2024-cü il tarixinə 8.7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 4.3 milyard manat olub. 1 yanvar 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 6.3 milyard manat təşkil edib. Bankın 1 yanvar 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 833 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Qeyd edək ki, Kapital Bank Moody's və Standard & Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün -https://kbl.az/prcrc. |
2024-01-16 | 823,284 | SEPAH Ərbili bu raketlə vurub | SEPAH İraqın Ərbil şəhəri yaxınlığına hava hücumunda “Fateh-110” ballistik raketlərindən istifadə edib. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. 300 kilometr məsafə qət edən raketin uzunluğu 8.86, diametri 0.61, çəkisi 3450 və daşıdığı partlayıcı maddə isə 500 kq-dır. Qeyd edək ki, hücum nəticəsində iş adamı Peşrev Dizayiyə məxsus ev dağıdılıb, 5 nəfər ölüb, 6 nəfər yaralanıb. |
2024-01-16 | 823,289 | PKK və YPG-nin qadın lideri məhv edildi | Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, PKK və YPG-nin qadın strukturunun liderlərindən biri, terror təşkilatının məclis üzvü “Rihan Amude” kod adlı Liman Suvyeş MİT-in əməliyyatı ilə zərərsizləşdirilib. Axar.az xəbər verir ki, Suvyeşin Suriyada təşkilat adından sosial məkanı və təşkilati fəaliyyətləri idarə etdiyi və Türkiyə sərhədindəki Qamışlı (Suriya) bölgəsindəki qadın təşkilat üzvlərinə Qəndilin təlimatlarını çatdırdığı müəyyən edilib. Həmçinin terrorçunun Türkiyəyə qarşı əməliyyat təşkil etdiyi müəyyən edilib. |
2024-01-16 | 823,291 | İlham Əliyev Neftçalada... | 14:51 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçala rayonuna səfər edib. Axar.az xəbər verir ki, dövlətimizin başçısı Neftçala şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub. *** Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 16-da Neftçala şəhərinin içməli su təchizatı sistemlərinin istismara verilməsi tədbirində iştirak edib. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Neftçala şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına həyata keçirilir. Layihə Neftçala rayonu üzrə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 89 min nəfərin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq qısa müddət ərzində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə qədər diametri 560 millimetr, uzunluğu 40 kilometr olan birinci magistral su kəməri çəkilib və Salyan şəhəri yaxınlığında tutumu 7500 kubmetr olan su anbarı inşa edilib. 2020-ci ilin noyabr ayında Neftçala şəhərinə suyun verilməsi təmin olunub. 2023-cü ildə Neftçala rayonunun qəsəbə və kəndlərinin su təchizatına xidmət edəcək diametrləri 560-450 millimetr, uzunluğu 36 kilometr olan ikinci magistral su kəmərinin tikintisi işləri yekunlaşıb. Bununla paralel olaraq, Neftçala şəhərində ümumi uzunluğu 150 kilometr içməli su təchizatı şəbəkəsi inşa edilib və 5060 sayğac quraşdırılaraq şəhərin su təchizatı sisteminin yenidən qurulması işləri tam yekunlaşıb. Eyni zamanda, layihə çərçivəsində şəhərdə ümumi uzunluğu 145 kilometr tullantı su şəbəkəsi, 8,5 kilometr kanalizasiya kollektoru, 9 nasos stansiyası və məhsuldarlığı gündə 4 min kubmetr olan tullantı sutəmizləyici qurğunun inşası planlaşdırılır. Ötən dövr ərzində uzunluğu 9,6 kilometr kanalizasiya kollektoru və 1 nasos stansiyası inşa edilib. Yeni yaradılmış infrastrukturun imkanları hesabına ötən müddətdə Neftçala şəhəri ilə yanaşı, rayonun içməli sudan əziyyət çəkən 39 yaşayış məntəqəsinin problemi həll edilib. Neftçala rayonunun qalan 11 yaşayış məntəqəsi və Salyan rayonunun 6 kəndi də daxil olmaqla, ümumilikdə 17 yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması məqsədilə 76 kilometr uzunluğunda kəmər, tutumu 7500 kubmetr olan su anbarı və 1 su nasos stansiyasının inşası layihələndirilib. Qeyd olunub ki, indiyədək su xəttinin 64 kilometrlik hissəsi çəkilib, anbarların və nasos stansiyasının tikintisi davam etdirilir. Prezident İlham Əliyev Neftçala şəhərinin içməli su təchizatı sistemlərini işə saldı. |
2024-01-16 | 823,292 | Bakıda partlayış: ölənlərin sayı 9-a çatdı | 14:53 Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb. Bu barədə Axar.az-a nazirlikdən bildirilib. Bununla da ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. *** Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı nəticəsində dağıntılar altından daha bir şəxsin cəsədi tapılıb. Qeyd edək ki, xilasedicilər tərəfindən dağıntılar altından 3 nəfər sağ çıxarılıb, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. |
2024-01-16 | 823,294 | Partlayış baş verən ərazidən - Yeni görüntülər | Xəbər verdiyimiz kimi, ötən gün Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki partlayış nəticəsində 8 nəfər dünyasını dəyişib, 24 nəfər yaralanıb. Axar.az xəbər verir ki, mümkün yanğın ocaqların yenidən alovlanması ehtimalını nəzərə alaraq, FHN-çilər hazırda iş başındadır. Yayılan son məlumata əsasən, axtarış-xilasetmə əməliyyatı da davam etdirilir. |
2024-01-16 | 823,296 | İrandan husilər üçün raket daşıyan gəmi batırıldı | ABŞ hərbçiləri Somali sahilləri yaxınlığında husilərə göndərilən gəmidə İran istehsalı raket başlıqları ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb. Nəşr ABŞ hərbçilərinin sənədləri olmayan gəmidə axtarış apardığını yazıb. Axtarış zamanı gəmidə olan 12 nəfər həbs edilib. Daha sonra gəmi ABŞ hərbçiləri tərəfindən batırılıb. Axtarış zamanı iki amerikalı əsgər dənizə düşüb. Onların axtarışları hələ də davam edir. |
2024-01-16 | 823,301 | Yol polisindən piyadalara müraciət | DİN-in Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib. Axar.az müraciətin mətnini təqdim edir: "Respublika üzrə qeydə alınan yol-nəqliyyat hadisələri içərisində piyada vurma hadisələrinin sayı üstünlük təşkil edir. Bu nəticənin formalaşmasında piyada məsuliyyətsizliyi az rol oynamır. Sürücülərin onları vaxtında və aydın görməsi üçün təşəbbüs göstərməyən piyadalar, təəssüf ki, sonda ən çox zərər çəkən tərəf olur. Mütəxəssislər piyadalara xüsusilə sutkanın qaranlıq vaxtı və məhdudiyyətli görünmə şəraitində uzaq məsafədən diqqət çəkən geyimlər geyinməyi, yaxud işıqqaytarıcı elementləri olan əşyalardan istifadə etməyi tövsiyə edir. Məlumdur ki, gecə vaxtı qara rəngli geyimlər seçilmir. Bununla yanaşı, göy rəng - 17, qırmızı rəng - 24, sarı rəng - 37, ağ rəng - 55, işıqqaytarıcı elementlər isə 130 metrdən fərq edilir. Saatda 60 km sürətlə hərəkət edən avtomobilin əyləc yolunun quru asfaltda - 20, yaş asfaltda - 35, qar örtüyü olan yolda - 70, buzlu yolda - 140 metrə yaxın olduğunu nəzərə alsaq, sürücülərin diqqətini vaxtında cəlb etməyin əhəmiyyəti haqda bir daha düşünməyə dəyər. Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edərək onlardan sutkanın qaranlıq vaxtı, eləcə də məhdudiyyətli görünmə şəraitində əlvan və ya işıqqaytarıcı elementləri olan geyim və əşyalardan istifadəyə üstünlük verməyi xahiş edir və hər kəsi bu sahədə ictimai iştirakçılığa töhfə verməyə çağırır". |
2024-01-16 | 823,302 | Baydenin Zelenskiyə təklifi – Detallar açıqlandı | Davos Forumu çərçivəsində Ukrayna lideri Zelenski ilə görüş zamanı ABŞ-ın milli təhlükəsizlik müşaviri Sallivan ona Prezident Baydenin mesajını çatdıracaq. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb. Agentliyin köşə yazarı Andreas Klut iddia edir ki, Ağ Ev Ukraynanın strategiyasının hücumdan müdafiəyə dəyişməsini istəyir: “Zelenski başa düşür ki, bu, məntiqlidir, baxmayaraq ki, bunu eşitmək və ya açıq şəkildə müzakirə etmək xoşuna gəlməyəcək. Buna görə də o, Sallivan vasitəsilə Baydenə cavab olaraq bildirəcək ki, Ukrayna yalnız Vaşinqton və müttəfiqləri onu lazım olan hər şeyi təmin etdikdə mövqeyini saxlaya bilər”. Jurnalistin fikrincə, bu, genişmiqyaslı müharibənin başlamasından təxminən iki il sonra mövcud faciəvi vəziyyətdir: “Zelenski Sallivana hər ikisinin artıq bildiklərini söyləməlidir - tamam, ruslar bizi yuxarıdan pilotsuz təyyarələrlə bombalayarkən biz “Abrams”, “Leopard” və “Challenger” tanklarını palçıq və xəndəklərlə sürməyi dayandıracağıq. Bunu dayandıracağıq, çünki bu, mənasızdır. Əvəzində Ukraynanın işğal olunmuş hissəsindəki soydaşlarımız onları taleyin ümidinə buraxdığımızı düşünsələr də, əlimizdə olanı saxlamağa çalışacağıq. Bunu ona görə edəcəyik ki, vaxtı Putinin deyil, özümüzün müttəfiqimizə çevirək. Lakin sərhədlərimizi yalnız o halda müdafiə edə bilərik ki, ABŞ və Avropa bizə pilotsuz təyyarələr, raketlər və güllələr, eləcə də istehkamların tikintisi üçün materiallar göndərməyə davam etsin”. Məqalə müəllifi onu da bildirir ki, Ukrayna prezidenti atəşkəs çağırışlarını rədd etməklə düzgün iş görür: “Çünki o hesab edir ki, Rusiya bu pauzadan istifadə edəcək və belə bir addım gələcəkdə təslim olmaq mənasını verəcək. Zelenski və Sallivan başa düşür ki, Bayden Yaxın Şərqdə yeni müharibə, Şərqi Asiyadakı gərginlik və Tramp adlı daxili dağıdıcı qüvvə ilə mübarizə apararkən belə, Kiyevə bu dəstəyi verməlidir. Putin də müdafiənin taktiki üstünlüklərini dərk etdi: o, faktiki olaraq ordusuna işğalı dayandırmağı və əldə etdiyi torpaqlarda möhkəmlənməyi əmr edib. Bu həm də onun üçün strateji məna kəsb edir. Putin 2024-cü ili Trampın Ağ Evə qayıdacağı və iki prezidentin razılığa gələcəyi ümidi ilə noyabrda keçiriləcək ABŞ seçkisini gözləməyə sərf edəcək”. |
2024-01-16 | 823,306 | SEPAH komandirlərinə sui-qəsd cəhdi edildi | Bu gün səhər saatlarında Sistan və Bəlucistan əyalətinin İranşəhr şəhərinin Şərdraz bölgəsində bomba partladılıb. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, hərbi bazanın qarşısında partladılan bomba bölgəyə səfər edən yüksək rütbəli SEPAH komandirlərinin olduğu hərbi avtomobilin keçdiyi yolda quraşdırılıb. Partlayış səsi nəticəsində yaxınlıqdakı mənzillərin şüşələrinin qırıldığı, sakinlərin təşvişə düşdüyü bildirilib. İranşəhr fərmandarlığının yaydığı məlumatda insan tələfatının olmadığı qeyd edilib. |
2024-01-16 | 823,307 | Fransa Senatı Azərbaycana qarşı qətnaməyə hazırlaşır | 17 yanvarda Fransa Senatı Azərbaycanın Qarabağa “hücumunu” pisləyən və Ermənistana hər hansı “digər təcavüz” və ərazi bütövlüyünün pozulması cəhdlərinin qarşısının alınmasını nəzərdə tutan qətnamə layihəsinə baxacaq. Axar.az xəbər verir ki, bu barədə Senatın saytında məlumat verilib. Qətnamə layihəsində həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiqi və Ermənistan əhalisinin Qarabağa qayıtmaq hüququna təminat verilməsi tələb olunur. |
2024-01-16 | 823,314 | Bakı ilə birbaşa danışıqlar da aparırıq - Papoyan | Ermənistanın yurisdiksiyasında olan yolları verməyə hazırıq, bu marşrutlar bizim yurisdiksiyamızda olmalıdır. Axar.az xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputatı Gevorq Papoyan deyib. “Dünyanın kəsişməsi” (“Sülh qovşağı”) məhz bundan bəhs edir, malların Avropadan Asiyaya – Ermənistan ərazisindən və əksinə, sərbəst hərəkət edə bilməsi haqqındadır. Hazırkı mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Burada yeni olan odur ki, biz deyirik: İranın Bakıya yol verdiyi şərtlərlə biz də Azərbaycana yol verə bilərik. İran da yolu qeyd etdiyim şərtlərlə təmin edir, yəni bura İranın yurisdiksiyasında olan ərazidir”, - o bildirib. Azərbaycanın ikitərəfli formatda vasitəçisiz danışıqlar aparmaq təklifinə gəlincə, deputat qeyd edib ki, Ermənistan Bakı ilə həm birbaşa, həm də vasitəçilərlə danışıqlar aparır: “Düşünürəm ki, mövqelərimizə hörmət edən və qəbul edən istənilən variant bizim üçün məqbuldur”. |
2024-01-16 | 823,316 | İrəvanın Dehliyə ümidləri puça çıxacaq - Səbəblər | Rəsmi İrəvan Asiya və Hindistan məhsullarının Ermənistan üzərindən Avropa bazarına daşınacağına ümid edir. Ermənistan rəsmiləri bu məqsədlə tez-tez Hindistan rəsmiləri ilə görüşür, fikir mübadiləsi aparırlar. Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyanın sözlərinə görə, Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolunun 2024-cü ilin may ayına kimi açılması nəzərdə tutulur. “Məqsədimiz Hindistanın Mumbay limanından Ermənistana malların daşınmasıdır” deyən erməni nazir bu ilin may ayına qədər bütün məsələləri həll edəcəyini bildirib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, bu, rəsmi İrəvanın istəyidir: “Halbuki İran və Hindistanın rəsmi İrəvanla tərəfdaşlığına baxmayaraq, bu ölkələr Ermənistan marşrutu ilə bağlı yekun qərar verməyiblər. Digər tərəfdən İran və Hindistanın əsas tərəfdaşlarından biri – Rusiya Ermənistan marşrtunun seçilməsində maraqlı deyil. Çünki İran və Hindistan Ermənistan marşrutunu seçsə, Rusiya nəqliyyat dəhlizindən kənarda qalacaq. Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycandan keçməsində maraqlıdır. Bu arada, Hindistanın xarici işlər naziri Subramanyam Cahşenkarın İrana səfəri diqqəti çəkib. Xarici işlər nazirləri iki ölkə arasında “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzalayıblar. Sənədə əsasən tərəflərin iştirakı ilə işçi qrupu yaradılacaq. İşçi qrupu Çabahar limanının tranzit, yükaşırma imkanının artırılmasına və texniki təchizat məsələlərinə baxacaq. İranlı nazir bildirib ki, Çabahar limanının inkişafı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də tranzit imkanlarını artıracaq. Çabahar limanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında əhəmiyyətli rol oynayır. Hindistanın Mumbay limanından yüklər İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə daşınmalıdır. İran və Azərbaycan beynəlxalq layihədə tranzit ölkə kimi çıxış edirlər”. Şahinoğlunun sözlərinə görə, Hindistan keçmiş illərdə Çabahar limanının yenidən qurulması və müasir texniki vasitələrlə təmin olunması üçün 2 milyard dollar həcmində sərmayə qoymaq haqqında qərar qəbul etmişdi: “Hindistan bu liman vasitəsilə həm Mərkəzi Asiya ölkələrinə, həm də Avropa ilə ticarət əlaqələrini genişləndirmək istəyir. Hindistanın Mumbay limanı regionda ən böyük yükaşırma qabiliyyəti olan limandır. Mütəxəssilərin fikrincə, bölgə ölkələrində fəaliyyət göstərən iri şirkətlər yüklərini Mumbay limanından Avropaya daha ucuz və daha tez çatdıra bilərlər. Hesablamalara görə 2025-ci ildə Cənub-Şərqi Asiya ölkələri ilə Avropa arasında ticarət dövriyyəsinin həcmi 200 milyard dollardan çox olacaq. Bu səbəbdən Hindistan Asiyanın əsas nəqliyyat dəhlizlərindən birinə çevrilmək istəyir. Məqsəd Cənub-Şərqi Asiya ölkələrindən yüklərin Mumbay limanında cəmlənərək Çabahar limanına daşınmasıdır. Daha sonra yüklərin əsas hissəsinin Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə birbaşa Avropaya çatdırılması planlaşdırılır”. “Azərbaycan tranzit ölkə olaraq həm Çin, həm də Asiya və Hindistan məhsullarının Avropaya daşınmasında mühüm rol oynayacaq. Azərbaycan son illərdə daxili infrastrukturu genişləndirmək və ölkə ərazisindən daşınma imkanlarını artırmaq üçün milyardlarla dollar yatırım qoyub. Ermənistan bunların heç birini etməyib. Buna baxmayaraq, İrəvan tələsir. Ermənistan hökuməti Zəngəzur dəhlizini yubatmaqla Orta dəhlizdən kənarda qalmaq təhlükəsi ilə üz-üzədir. Rəsmi İrəvanın bu halda əsas ümidi Hindistan-İran marşrutunadır. Müəyyən həcmdə yüklərin Ermənistan üzərindən Gürcüstana, oradan da Qara dəniz limanları üzərindən Avropaya daşınması mümkündür. Ancaq bu böyük həcmlər olmayacaq. Ermənistan hökumətinin daxili infrastruktura gərəkli maliyyə xərcləmədən və Rusiya amilini nəzərə almadan Hindistan-İran marşrutuna ümidləri puça çıxa bilər”, - politoloq qeyd edib. |
2024-01-16 | 823,318 | “Neftçi” 997 oyunçudan 73-nü seçdi | 9-12 yanvar tarixləri arasında oyunçular öz yaş kateqoriyalarına uyğun olaraq qeydiyyatdan keçib məşqlərdə iştirak etdilər. Seçimlər 7-19 yaş aralığında olan futbolçular arasında keçirildi. Axar.az xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında “Neftçi” PFK Futbol Akademiyasının direktoru Camal Bülbül deyib. “Bu müddət ərzində oyunçuları daha yaxşı analiz edə bilməyimiz üçün onlara daha çox zaman ayırmağa çalışdıq. Öncə kiçik qruplarda məşqlər keçildi, sonra isə daha böyük qruplarda öz aralarında oyunlar oynadılar. Bu məşqlərdə öz yaşlarına aid akademiya məşqçiləri və köməkçiləri, qapıçı üzrə məşqçilər, eləcə də akademiyanın koordinatoru Elşad Əhmədov və mən də yaxından iştirak etdik. Seçimlərdən sonra məşqçilər heyəti iclas keçirərək bəyənilən oyunçuların siyahısını müəyyənləşdirdi. Seçimlərdə ümumi olaraq 997 oyunçu iştirak etdi. “Neftçi”də çalışdığım müddətdə seçimlərdə bu sayda oyunçunun iştirak etdiyinin ilk dəfə şahidi olurdum. Seçimlərə qatılan 997 oyunçudan 73-ü bəyənildi. Müəyyən vaxtdan sonra həmin futbolçular komandaya uyğun olarsa, “Neftçi” akademiyasına lisenziya əldə edib, oyunçumuz adını qazana biləcəklər”, - Bülbül bildirib. Direktor akademiya olaraq bütün yaş qruplarına üstünlük verdiklərini vurğulayıb: “Aşağı və yuxarı yaş qruplarında tələb etdiyimiz kriteriyalar müxtəlifdir. Aşağı yaş qruplarında çıxış edən oyunçularda təməl texniki bacarıqları və futbol zəkası bizim üçün üstünlük təşkil edir. Yuxarı yaş qruplarında isə daha çox taktiki özəllikləri, fiziki parametrləri və idman biliyinə diqqət yetiririk”. |
2024-01-16 | 823,321 | İran Türküstan Partiyasının qərargahını məhv etdi | İran “Təhrir əş-Şam” (Nüsra Cəbhəsi) kimi tanınan radikal qruplaşmaların qərargah və mövqelərini vurub. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Məlumata əsasən, raket zərbələri Cəbəl Əl-Samaq bölgəsində, Haram şəhəri ətrafında Türküstan İslam Partiyasının Suriyadakı qərargahı və İdlibin digər ərazilərini hədəf alıb. Sözügedən qruplaşmaların təlim bazaları, logistik dəstək qərargahı və tibb mərkəzi vurulub. Türküstan İslam Partiyasının əsas qərargahı da məhv edilib. Qeyd edək ki, Türküstan İslam Partiyası Suriyada vətəndaş müharibəsində hərbi iştirakı olan təşkilatdır. Təşkilatın Çin, Əfqanıstan, Pakistan və Suriyada qolları fəaliyyət göstərir. |
2024-01-16 | 823,322 | Binəqədidəki partlayışdan bir neçə dəqiqə sonra - Yeni video | Paytaxtın Binəqədi rayonunun A.Kunanbayev küçəsindəki sexdə baş verən partlayış anından sonrakı görüntülər yayılıb. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb. Görüntülərdə partlayışdan dərhal sonra insanların dağıntılar altındakı şəxslərə kömək etmək istəməsi öz əksini tapıb. Xatırladaq ki, yanvarın 15-də Bakının Binəqədi rayonundakı sexdə baş verən partlayışda 8 nəfər ölüb, 24 nəfər xəsarət alıb. |
2024-01-16 | 823,325 | Dəniz komandolarımız Türkiyədə... - Video | Azərbaycan Hərbi Dəniz Qüvvələrinin dəniz komandoları Türkiyədə keçirilən “Dəniz qurdu-1” hərbi təlimlərində iştirak ediblər. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib. Təlimlər yanvarın 7-də başlayıb və yanvarın 16-da başa çatıb. Beynəlxalq təlimdə dəniz komandoları müxtəlif manevrlər icra ediblər. Hərbi təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, daha 23 ölkə - Almaniya, Banqladeş, Belarus, Bolqarıstan, Əlcəzair, Çin, Hindistan, Fransa, İran, Kamerun, Şimali Kipr, Koreya, Liviya, Malayziya, Meksika, Niger, Pakistan, Polşa, Rusiya, Serbiya, Sudan, Tunus və Yəməndən olan şəxsi heyət və hərbi attaşelər iştirak ediblər. Təlimlərə 17 min şəxsi heyətlə yanaşı, 110 suüstü gəmi, 7 sualtı qayıq, 27 təyyarə, 22 helikopter və 22 pilotsuz uçuş aparatı qatılıb. |
2024-01-16 | 823,329 | Əli Əsədov 3 qərar imzaladı | 16:26 Nazirlər Kabineti “İdxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının siyahısı”nı təsdiq edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, siyahıya süfrə zeytunu, eləcə də suxarı və peçenyelər; konservləşdirilmiş təzə pirojnalar və şirniyyatlar, makaron, əriştə, kuskus və oxşar un məmulatları və kakao, şokolad və şəkərli şirniyyat məmulatları daxildir. Siyahı qida (ərzaq) məhsullarının xammalından istifadə edərək həmin xammal üzərində istehsal (emal) əməliyyatlarını həyata keçirməklə qida (ərzaq) məhsularının istehsalını (emalını) həyata keçirən vergi ödəyicilərinə şamil olunur. Həmçinin xammal və ya hazır məhsulların hər hansı istehsal (emal) əməliyyatlarına məruz qoymadan bükülməsi, qablaşdırması və ya etiketlənməsi vergitutma məqsədləri üçün qida (ərzaq) məhsularının istehsalı (emalı) hesab edilmir. *** Nazirlər Kabineti 4 dekabr 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət baytarlıq nəzarəti obyektlərinin baytarlıq (baytarlıq-sanitariya) ekspertizasının aparılması Qaydaları”nda dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) verdiyi sağlamlıq sertifikatı qida məhsulunun qida təhlükəsizliyi göstəriciləri ilə yanaşı, heyvan mənşəli məhsullar üçün heyvan sağlamlığı göstəricilərinə uyğunluğunu da təsdiq edəcək. *** Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması barədə qərar qəbul edib. Qərarı Baş nazir Əli Əsədov imzalayıb. Hökumət başçısının digər qərarı ilə Koordinasiya Qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında Əsasnamə təsdiqlənib. Prezident İlham Əliyevin 26 iyun 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq kiçik və orta biznes evlərində xidmətlər göstərən dövlət orqanları (qurumları) Koordinasiya Qrupunun tərkibinin formalaşdırılması ilə əlaqədar Koordinasiya Qrupunda onları təmsil edəcək şəxslər barədə müvafiq məlumatları KOBİA-ya təqdim etməlidirlər. Əsasnaməyə görə Koordinasiya Qrupu mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, kiçik və orta biznes evlərində (bundan sonra - KOB evləri) Koordinasiya Qrupunda təmsil olunmuş dövlət orqanları (qurumları) ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında yaradılmış dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən kollegial orqandır. Qrup KOB evlərində xidmətlər göstərən dövlət orqanlarının (qurumlarının) həmin xidmətlər üzrə cavabdeh olan struktur bölmələrinin rəhbər şəxslərindən təşkil edilir. Qərarın qəbulu ilə KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı Koordinasiya Qrupunda təmsil olunmuş dövlət orqanları (qurumları) ilə Agentlik arasında səmərəli əlaqələndirmənin həyata keçirilməsi və KOB evlərində təmsil olunmuş dövlət orqanının (qurumunun) nümayəndəsinin hərəkət və ya hərəkətsizliyi barədə sahibkarlıq subyektlərindən daxil olmuş şikayətlərə Koordinasiya Qrupunun iclaslarında operativ qaydada baxılması təmin ediləcək. O cümlədən, Qərarın qəbulu ilə Koordinasiya Qrupunun fəaliyyəti çərçivəsində mikro, kiçik, orta sahibkarlığın inkişafı üçün prioritet sahələrin və dəstək metodlarının müəyyənləşdirilməsi istiqamətində müvafiq təkliflərin hazırlanması, bu sahədə dəstək tədbirlərinin həyata keçirilməsinə yönəlmiş təşəbbüslərin irəli sürülməsi, habelə mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin təkmilləşdirilməsi (xidmətlərin və ya xidmətin hər hansı prosedurunun sadələşdirilməsi və ya ləğvi) ilə əlaqədar müzakirələrin aparılması, bu istiqamətdə tövsiyələrin hazırlanması həyata keçiriləcək. |
2024-01-16 | 823,330 | Güclü külək əsəcək – Xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında yanvarın 17-si səhərdən axşamadək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30 -32 m/s-dək güclənəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında yanvarın 17-də qərb küləyinin 15-20 m/s, bəzi şərq rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi, havanın 17-si axşam əsasən Gəncə-Qazax, Balakən-Şəki zonalarında qısamüddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. |
2024-01-16 | 823,335 | Şəxsi məlumatları ələ keçirən sığortaçı ifşa olundu | Naxçıvanda ticarət mərkəzində yerləşən ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub. N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyi vətəndaşaları ayıq-sayıq olmağa işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların qurbanına çevrilməmək üçün bu kimi detallara diqqət etməyə çağırır. |
2024-01-16 | 823,337 | Biləsuvarda 28 nəfər inzibati məsuliyyətə cəlb edildi | Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tütün məmulatlarından istifadə qaydalarını pozan şəxslərə qarşı profilaktiki tədbir keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər aşkar olunub. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və qanunvericiliyin tələbləri onlara izah edilib. Son bir həftə ərzində Biləsuvar rayonu ərazisində keçirilən tədbirlər nəticəsində qeyd olunan inzibati xətaya yol verən, ümumilikdə, 28 nəfər barəsində protokol tərtib olunub. |
2024-01-16 | 823,342 | “Final” çay Gəncə Yeni il yarmarkasında iştirak edib | Nəfis dadı və yüksək keyfiyyəti ilə klassikaya çevrilmiş “Final” çay markası Gəncədə Yeni il yarmarkasında iştirak edib. Şəhərin baş meydanında qurulan yarmarkada adıçəkilən marka çaysevərləri ətirli Şri-Lanka çayına qonaq edib. Yeni il şəhərciyində müxtəlif dadlı təamlar eləcə də maraqlı əyləncələrlə şəhər sakinlərinin bayram günlərində xoş istirahətini təmin edib. 30 ildir istehlakçıların sevgisini qazanan “Final” çayı bayram yarmarkasının keçirildiyi 20 gün ərzində 7000 qonağa çay ikram edib. Qeyd edək ki, bayram günlərində müxtəlif tədbirlərə dəstək vermiş “Final” çay markası Xankəndi şəhərində keçirilmiş “Qarabağ” – MOİK qarşılaşmasında bütün tamaşaçıları ödənişsiz olaraq çay ilə təmin edib. |
2024-01-16 | 823,345 | Mebel sexindəki partlayışda 16 nəfər ölüb? - Rəsmi | Bəzi media səhifələrində paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayış nəticəsində guya 16 nəfər şəxsin ölməsi barədə əsassız və həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Baş Prokurorluq bir daha hər kəsi ictimaiyyətdə çaşqınlıq yarada biləcək bu növ təhrif olunmuş məlumatları yaymaqdan çəkinməyə çağırır. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, axtarış-xilasetmə tədbirləri nəticəsində xilasedicilər tərəfindən 9 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib: "Baş Prokurorluğun Mətbuat xidməti sosial şəbəkə və bəzi media orqanlarında yayılmış həmin məlumatları təkzib edir”. |
2024-01-16 | 823,348 | İrandan MOSSAD-a qarşı əməliyyatla bağlı açıqlama | İran milli təhlükəsizliyini qorumaq və öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün cinayətkarları cəzalandırmaqdan çəkinməyəcək. Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. “İran özünümüdafiə hüququndan istifadə etməklə yanaşı, həm də terrorla mübarizə aparır. Bu əməliyyat tədbiri suverenlik və təhlükəsizliyin müdafiəsi istiqamətində atılan bir addımdır”, - Kənani bildirib. Qeyd edək ki, gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb. |
2024-01-16 | 823,349 | PKK Türkiyə ilə sərhəddə xəndək qazır - Video | Suriyanın şimalındakı PKK terrorçuları Türkiyə sərhədinə yaxın ərazidə xəndək qazmağa başlayıblar. Axar.az xəbər verir ki, bu barədə “A Haber” telekanalının müxbiri Barış Türel məlumat verib. “3 terrorçu sərhəddə xəndək qazır. Qamışlı bölgəsi terror təşkilatının maliyyə qaynaqları üçün vacibdir. MİT və Türkiyə Silahlı Qüvvələri tərəfindən bu ərazilərdəki hədəflər nöqtə əməliyyatlarla məhv edilir”, - o bildirib. |
2024-01-16 | 823,350 | 692-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 692-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 758 PUA-sı, 450 zenit-raket kompleksi, 14 645 tank və digər zirehli texnikası, 1 202 reaktiv yaylım atəş sistemi, 7 750 artilleriya və minaatanı, 17 507 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-16 | 823,351 | "Azercell" beynəlxalq sertifikata layiq görüldü | Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu bir daha təsdiq etdi "Azercell" Müştəri Xidmətləri sahəsində beynəlxalq standarta uyğunluq üzrə sertifikasiya auditini uğurla başa vurub. Abunəçilərə göstərdiyi yüksək xidmət səviyyəsinin növbəti göstəricisi olaraq olkənin aparıcı operatoru keyfiyyətin idarə olunması üzrə beynəlxalq ISO 10004:2018 sertifikatı ilə təltif olunub. Dəyərləndirmə TÜV AUSTRİA TURK audit və sertifikatlaşdırma prosedurlarına uyğun olaraq TÜV Austria Azərbaycan MMC tərəfindən həyata keçirilib. Sertifikat 3 il müddətinə təqdim olunub. Qeyd edək ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) ümumdünya milli standartlar qurumları (ISO üzv qurumları) federasiyasıdır. İndiyədək federasiya tərəfindən idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair minlərlə standartlar müəyyənləşdirilib. ISO 10004:2018 isə Keyfiyyətin idarə olunması/Müştəri məmnuniyyətinin monitorinqi və ölçülməsi standartıdır. Azercell texnoloji həllər vasitəsilə “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq çoxçeşidli servis kanallarıyla, özünəxidmət tətbiqləri ilə abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmağı hədəfləyir. |
2024-01-16 | 823,353 | Tanınmış klubun prezidenti qəflətən öldü | Almaniyanın “Herta” klubunun prezidenti Kay Bernşteyn vəfat edib. Axar.az xəbər verir ki, klub prezidenti 43 yaşında qəflətən dünyasını dəyişib. Qeyd edək ki, K.Bernşteyn 2022-ci ilin iyulundan “Herta”nın prezidenti vəzifəsini icra edib. |
2024-01-16 | 823,358 | Şəhidlər xiyabanında hazırlıq işlərinə başlanıldı | Bakıda, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb. Axar.az xəbər verir ki, xiyaban ərazisində faciənin ildönümü ilə əlaqədar müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atıb. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində Bakıda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. |
2024-01-16 | 823,359 | AB-dən HƏMAS-ın siyasi liderlərinə sanksiya | Avropa Birliyi HƏMAS-ın siyasi lideri Yəhya Sinvara qarşı sanksiya tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə AB-nin açıqlamasında qeyd olunub. Xatırladaq ki, ötən ilin dekabrında AB HƏMAS-ın hərbi komandanlığının iki nümayəndəsinə - Məhəmməd əl-Deyf və onun müavini Marvan İssaya sanksiya tətbiq etmişdi. |
2024-01-16 | 823,360 | Gömrükdə yük maşınında 250 ədəd patron tapıldı | Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edilib. Axar.az-ın komitəyə istinadən verdiyi məlumata görə, Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub. Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-16 | 823,361 | Partlayış baş vermiş sexdə xilasetmə tədbirləri bitdi | Bakının Binəqədi rayonunda partlayış baş vermiş mebel sexində axtarış-xilasetmə tədbirləri bitib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edək ki, hadisə yanvarın 15-də baş verib. Nəticədə 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi. |
2024-01-16 | 823,362 | Fərid Səfərlinin həbs müddəti artırıldı | İranda həbs edilmiş Fərid Səfərli barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib. Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib. Xarici İşlər Nazirliyinin 9 mart, 2 iyun və 2 avqust tarixli mətbuat açıqlamalarında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən etibarən vətəndaşın aqibətinin və sağlamlıq vəziyyətinin öyrənilməsi, İran tərəfindən məsələyə aydınlıq gətirilməsi, vətəndaşın məhkəmə-prosessual hüquqlarının qorunması, eləcə də vəkillə təmin olunması istiqamətində həm Xarici İşlər Nazirliyi, həm də ölkəmizin Təbriz şəhərindəki Baş konsulluğu tərəfindən bütün mərhələlərdə müvafiq iş aparılıb. 19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib. Bununla yanaşı, İran İslam Respublikasının Təbriz şəhərindəki Azərbaycan Respublikasının Baş Konsulluğunun əməkdaşları F.Səfərli ilə həbsxanada mütəmadi olaraq görüşlər keçirir və onunla ailə üzvləri arasında telefon əlaqəsi yaradılır. Fərid Səfərlinin hüquq və mənafelərinin qorunması istiqamətində Azərbaycan Respublikası Hökuməti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. |
2024-01-16 | 823,364 | Ağdam, Laçın və Cəbrayılda ASAN Xidmət açılacaq | Ağdam, Laçın və Cəbrayıl rayonlarında ASAN Xidmət mərkəzləri istifadəyə veriləcək. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 16-da Lənkəran regional ASAN Xidmət mərkəzinin açılışı zamanı məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə “ASAN xidmət”lə əlaqədar bildirilib ki, mərkəzlərin qurulması üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 7 rayonda təhlillər aparılıb. Təhlillər nəticəsində proqnozlaşdırılan müraciət sayı və əlverişli coğrafi mövqeyə uyğun olaraq Ağdam, Laçın və Cəbrayıl rayonlarında “ASAN xidmət” mərkəzlərinin qurulmasının məqsədəuyğunluğu müəyyənləşdirilib. Eyni zamanda hazırda Şuşa şəhərində də “ASAN xidmət”in binasının inşası davam etdirilir. |
2024-01-16 | 823,365 | Ölkəmizdə bilyard üzrə dünya çempionatı keçiriləcək | Azərbaycan bilyard idman növü üzrə dünya çempionatına ev sahibliyi edəcək. Axar.az xəbər verir ki, bu barədə Azərtac-a müsahibəsində Azərbaycan Bilyard Federasiyasının yeni prezidenti Seymur Məmmədov məlumat verib. Onun sözlərinə görə, yarış bu il və ya 2025-ci ildə təşkil olunacaq: “Artıq sponsorların cəlb olunması istiqamətində danışıqlar gedir. İşimiz çoxdur, amma inanıram ki, ölkəmizdə nüfuzlu turnirlər keçirəcəyik”. |
2024-01-16 | 823,367 | Sumqayıtda bir ailənin 5 üzvü dəm qazından zəhərləndi | 18:50 Sumqayıt şəhərinin "BTZ bağları" adlanan yaşayış massivində bir ailənin 5 üzvünün zəhərlənməsi barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Axar.az Report-a istinadən xəbər verir ki, onlardan 1958-ci il təvəllüdlü (kişi cinsli) şəxsin həkiməqədər ölümü qeydə alınıb. 1958 və 1999-cu il (qadın cinsli) təvəllüdlü 2 nəfər karbon oksidin (dəm qazının) toksiki təsiri diaqnozu ilə Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olaraq qiymətləndirilir. Eyni diaqnozla 2020 və 2022-ci il təvəllüdlü azyaşlılar (qadın cinsli) isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir. *** Sumqayıt şəhərinin "BTZ bağları" adlanan yaşayış massivində bir ailənin 5 üzvünün dəm qazından zəhərlənməsi barədə daxil olmuş məlumat əsasında Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Hadisə nəticəsində 1 nəfər ölüb, 2-si azyaşlı olmaqla, 4 nəfər isə zəhərlənib. Zəhərlənən şəxslər ilkin tibbi yardım göstərilməklə xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam etdirilir. |
2024-01-16 | 823,369 | Cabbarov COP29-dan danışdı: Əsas məsələ... | Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ev sahibi kimi müəyyən gözləntilərin olduğunu anlayır. Axar.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə deyib. Nazir qeyd edib ki, COP28 sayəsində enerji səmərəliliyinin, bərpa olunan enerji mənbələrinin həcminin artırılmasına yönələn diqqət və digər nüanslar uğurdur: “Prosesi eyni formada uğurla həyata keçirmək məsuliyyətdir. Burada əsas məsələ maliyyələşdirmə mexanizmlərinin təminidir ki, bu da son dərəcə əhəmiyyətlidir”. |
2024-01-16 | 823,371 | Putin səs-küylü "Çılpaq gecə"dən danışdı | Rusiya Prezidenti Vladimir Putin görüşlərdən birində bir müddət əvvəl ölkədə təşkil edilən qalmaqallı “Çılpaq gecə” məsələsinə toxunub. Kult.az xəbər verir ki, Kreml rəhbəri Ukraynada müharibədən qayıdanların prioritetlərinin dəyişdirilməsindən danışarkən bu mövzuya işarə edib. “İnsanlar bu sınaqdan (Ukraynada müharibə - red.) keçəndə prioritetlər fərqli şəkildə sıralanır. Burada artıq bəzi tədbirlərdəki kimi şalvarsız tullanmayacaqsan”, - deyə Putin bildirib. Qeyd edək ki, bir müddət öncə bloger Anastasiya İvleyevanın Rusiyada bəzi sənətçilərlə birgə “Çılpaq gecə” mərasimini təşkil etməsi böyük səs-küyə və tənqidlərə səbəb olmuşdu. |
2024-01-16 | 823,375 | Ukraynaya yardım etməyin mənası yoxdur - Fitso | Qərbin Ukraynaya hərbi yardımının mənası yoxdur, bu, sadəcə münaqişə qurbanlarının sayını artırır. Axar.az xəbər verir ki, bu sözləri Slovakiya Baş naziri Robert Fitso deyib. “Bu konfliktin hərbi həlli yoxdur. Ukrayna ordusu Rusiya ilə bərabər şəkildə mübarizə aparmaq qabiliyyətini itirib”, - deyə Fitso bildirib. |
2024-01-16 | 823,379 | AB qərar verdi: Qırmızı dənizə missiya göndərilir | Avropa Birliyi (AB) ölkələri Qırmızı dənizə missiya göndərmək barədə razılığa gəliblər. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. |
2024-01-16 | 823,384 | Türkiyə ordusu 5 gündə nə qədər terrorçu məhv edib? | Türkiyə ordusu İraqın şimalında və Suriyada həyata keçirdiyi əməliyyatlar nəticəsində son 5 gündə PKK terror təşkilatının 114 hədəfini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Gülər bildirib. “Milli Kəşfiyyat Təşkilatı ilə koordinasiyalı şəkildə İraqın şimalında və Suriyada həyata keçirilən aviaəməliyyatlar nəticəsində son 5 gündə terror təşkilatının 114 hədəfi, o cümlədən 78 terrorçu məhv edilib”, - nazir deyib. O, PKK-ya qarşı mübarizənin son terrorçu məhv edilənə qədər davam edəcəyini vurğulayıb. |
2024-01-16 | 823,386 | Putin: İstanbulda razılaşdıq, "ordunu çək" dedilər, çəkdik... | Ukrayna rəsmiləri doğru qərar vermiş olsaydı, hər şey çoxdan bitmiş olardı. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. “Onlar danışıqlardan imtina etdilər! Amma sizə xatırladım ki, İstanbulda biz hər şeyi razılaşdırdıq, bunu sizə deyirəm, bələdiyyə başçıları, bütün vətəndaşlar bunu bilməlidir, siz birbaşa insanlarla işləyirsiniz: Biz hər şeyi razılaşdırdıq, üstəlik, Ukrayna tərəfinin danışıqlar qrupunun rəhbəri də buna imza atdı. İmza ordadır, bizdə sənəd var. Bizə dedilər: Rusiyanın həqiqətən də bu məsələləri sülh yolu ilə həll etmək niyyətində olduğunu bildirməli, qoşunları Kiyevdən çıxarmalıdır. Çıxartdıq. Bir gün sonra bütün razılaşmaları zibil qutusuna atdılar", - deyə Putin bildirib. |
2024-01-16 | 823,388 | Mübariz Qurbanlı GMİ sədri ilə görüşdü | Yanvarın 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Azərbaycana səfərə gələn Bütün Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Faiq Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Komitədən Axar.az-a bildirilib ki, görüşdə Mübariz Qurbanlı Azərbaycan-Gürcüstan əməkdaşlığının mehriban qonşuluq, dostluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığını deyib. O qeyd edib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iki dövlət arasındakı münasibətlər məqsədyönlü fəaliyyət sayəsində yeni mərhələyə yüksəlib. Vətən müharibəsində əldə olunan tarixi Zəfərə diqqət çəkən Komitə sədri Gürcüstanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Son dövrdə müvafiq sahədə Gürcüstanla münasibətlərin inkişaf tempindən məmnunluq ifadə edən M.Qurbanlı Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadzenin ölkəmizə, habelə Azərbaycan nümayəndə heyətinin ötən il Gürcüstana etdiyi səfərləri həmin əlaqələrin canlanmasına təkan verən amil kimi qiymətləndirib. İki qurum arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını qeyd edib. M.Qurbanlı Azərbaycanın malik olduğu nümunəvi multikulturalizm və tolerantlıq modelindən söhbət açıb. Bildirib ki, ölkəmizdə bu günədək 995 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan qeydiyyata alınmış dini icmaların 958-i İslam, 37-si isə qeyri-islam təmayüllüdür. Ölkə ərazisində 2258 məscid mövcuddur. Habelə, respublikada 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir. GMİ-nin şeyxi Faiq Nəbiyev Azərbaycanın nümunəvi birgəyaşayış modelinin önəminə diqqət çəkib. Azərbaycan və Gürcüstan arasındakı dostluq münasibətlərinin özünü bütün sahələrdə göstərdiyini bildirib. Fəaliyyəti dövründə dini sahədə əlaqələrin daha da inkişaf edəcəyinə inamını ifadə edib. |
2024-01-16 | 823,390 | Bölgəmizdə "Terroristan" yaratmaq istəyənlər... - Ərdoğan | Milli İstehbarat Təşkilatı (MİT) 12 yanvardan bu günə qədər terror şəbəkəsinə məxsus ümumilikdə 60 mühüm infrastruktur və cəbbəxananı məhv edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxışında deyib. “Türkiyənin separatçı terror təhlükəsini mənbəyində məhv etmə strategiyası regionumuzda “Terroristan” qurmaq istəyənləri narahat edib”, - deyə türk lider bildirib. |
2024-01-16 | 823,391 | Onlar Putinin dəliliyindən istifadə edirlər - Zelenski | Müharibəni yalnız Rusiyaya təzyiq etməklə dayandırmaq olar. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Davos İqtisadi Forumunda çıxışında deyib. O, beynəlxalq ictimaiyyəti Ukraynanı dəstəkləməyə çağırıb. Zelenski Rusiya Prezidenti Vladimir Putinin ambisiyalarını “ölümə məhkum” adlandırıb: "Hətta Putinin indiki Pxenyan və Tehrandakı dostları belə onun ödəniş etmək üçün resurslarının olduğunu görüb ağılsızlığından sadəcə istifadə edirlər. Heç kim onun gələcəyinə inanmır və ona sərmayə qoymur". |
2024-01-16 | 823,392 | Dünya tütündən istifadəni azaldır - ÜST | Bu gün 1,25 milyard yetkin şəxs tütün istifadəçisidir və tütün məhsullarından istifadə səviyyəsi azalmağa doğru gedir. Axar.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bu gün dərc olunmuş hesabatında deyilir. 2000-ci ildə dünyada hər üç şəxsdən biri tütün istehlakçısı idisə, indi təxminən hər beş yetkin şəxsdən biri tütün istehlakçısıdır. Hesabatda bildirilir ki, artıq 150 ölkə tütün məmulatlarından istifadəni uğurla azaltmaqdadır. Belə ki, Braziliya və Hollandiya ÜST tərəfindən tövsiyə olunan “MPOWER” tütünə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsindən sonra uğura nail olublar: Braziliyada 2010-cu ildən bəri 35 faiz azalma müşahidə olunub, Hollandiya isə müəyyən edilmiş 30 faizlik hədəfə yaxınlaşır. Bununla belə, altı ölkədə - Konqo, Misir, İndoneziya, İordaniya, Oman və Moldova Respublikasında hələ də tütündən istifadə hallarında artım müşahidə olunur. |
2024-01-16 | 823,393 | Yunanıstanda güclü zəlzələ oldu | Yunanıstan sahillərində 4,8 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Yeraltı təkanların episentri Kranidion şəhərindən 17 kilometr cənub-qərbdə, 5 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. |
2024-01-16 | 823,394 | ABŞ husilərə "Tomahavk"la zərbə endirdi | ABŞ Yəməndəki Husi üsyançılarının mövqelərinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Bildirilib ki, ABŞ hərbçiləri ballistik qanadlı raketlərin olduğu ərazini vurmaq üçün “Tomahavk” raketlərindən istifadə edib. Təfərrüatlı məlumat verilmir. |
2024-01-16 | 823,395 | Misir Rusiyanın 27 təyyarəsini ələ keçirə bilər | Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Aeroflot” və “Rossiya” aviaşirkətlərinə həbs təhlükəsi ilə əlaqədar Misirə 27 təyyarə ilə uçmamağı tövsiyə edib. Axar.az xəbər verir ki, bu barədə “İzvestiya” yazıb. Bildirilir ki, “Aeroflot”un Misirə 10 Airbus A320, 4 A321, bir A350 və 9 Boinq-777-300ER, “Rossiya”ya isə üç Boinq-737-800 ilə uçması tövsiyə edilmir. Qəzetin yazdığına görə, bu xəbərdarlıq Misir hava limanlarında təyyarələrin saxlanılması təhlükəsi barədə məlumat aldıqdan sonra edilib. Hazırda “Aeroflot” Misirə uçuşları “Airbus A320 Neo” təyyarəsi ilə həyata keçirir. |
2024-01-16 | 823,396 | 620 mindən çox suriyalı vətəninə qayıdıb - Ərdoğan | İlin əvvəlindən indiyədək Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən keçirilən əməliyyatlarda terrorla əlaqəsi olması şübhəsi ilə 465 nəfər saxlanılıb. Ölkənin təhlükəsizlik bölmələrinə arxasında kimin dayanmasından asılı olmayaraq, aşkar edilən bütün terror hədəflərini məhv etmələri ilə bağlı göstəriş verilib. Axar.az xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan hakumətin bu gün keçirilən toplantısından sonra açıqlamasında deyib. Ərdoğan həmçinin bildirib ki, ölkədə müvəqqəti qaçqın statusu alan 620 mindən çox suriyalı təhlükəsiz bölgələrə qayıdıb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.