date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-16 | 823,397 | Rusiyalı məşhur milyarder faciəvi şəkildə öldü | Rusiyalı milyarder və NBCOM Qrupunun təsisçisi, 48 yaşlı Andrey Qodunov Murmansk vilayətində gəzinti zamanı ölüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, Sankt-Peterburqdan olan iş adamı qar uçqunu altında qalıb. Qodunovun cəsədi Rusiyanın Kola yarımadasındakı Xibin dağının Ramsay dərəsi yaxınlığında tapılıb. İş adamı İqor Slonski də onunla birlikdə olub. KİV-in məlumatına görə, onlar qeydiyyatdan keçməyən tur qrupu ilə qar maşını ilə hərəkət edərkən uçqun baş verib. Hər iki iş adamı yerindəcə keçinib. Məlumat rəsmən təsdiqlənib, cinayət işi başlanıb. Qeyd edək ki, 2023-cü ildə Andrey Qodunovun sərvəti 3,5 milyard rubl olaraq qiymətləndirilib. |
2024-01-16 | 823,398 | Bakıda lift qırıldı: xəsarət alanlar var | Yanvarın 16-da saat 18:13 radələrində Xətai rayonu, Gəncə prospekti 2980/81 ünvanında liftdə baş verən qəza səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Axar.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. Dərhəl hadisə yerinə 3 təcili yardım briqadası cəlb olunub. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb. Onlardan 2 nəfər böyük (1 kişi cinsli, 1 qadın cinsli olmaqla) və 1 uşaq Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna, 1 uşaq isə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. |
2024-01-16 | 823,401 | Sübhani Petrosyanla da görüşdü | İranın Ermənistandakı səfiri Mehdi Sübhani Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanla görüşüb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Bu gün baş tutan görüş iki saat davam edib. Tərəflər Ermənistan-İran dostluğunun möhkəmləndirilməsi, iqtisadi və mədəni əlaqələrin dərinləşdirilməsi, o cümlədən regional təhlükəsizliyin təmin edilməsi və kommunikasiya marşrutlarının fasiləsiz fəaliyyətinin təmin edilməsi və inkişafı məsələlərini müzakirə ediblər. |
2024-01-16 | 823,407 | Putin Şimali Koreyanın XİN rəhbəri ilə görüşdü | Rusiya Prezidenti Vladimir Putin Şimali Koreya XİN başçısı Çoy Sonq Hi ilə Moskvada görüş keçirib. Axar.az xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov deyib. Görüşdə Rusiya XİN başçısı Sergey Lavrov da iştirak edib. XİN rəhbərləri əldə olunmuş razılaşmalar barədə Rusiya liderini məlumatlandırıblar. |
2024-01-16 | 823,410 | Cəlilabadda qızılcaya yoluxmada yüksək artım... | Cəlilabad rayonu üzrə ötən ilin noyabr ayından bugünədək 339 nəfər qızılca virusuna yoluxub. Axar.az-ın Report-a istinadən məlumatına görə, onlardan 236 nəfəri 18 yaşdan kiçiklər və 103 nəfəri 18 yaşdan böyüklərdir. Hazırda aktiv xəstə sayı 73 nəfərdir. Onlardan 69 nəfəri ambulator, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır. Ötən ilin dekabrın 1-dən peyvənd vurulan uşaqların sayı 2 104 nəfərdir. Ötən gün 17 nəfər bu virusa yoluxub. Hələlik bu rəqəm rayon ərazisində gündəlik yoluxma ilə bağlı qeydə alınmış ən yüksək say hesab olunur. Yoluxma sayının artımı havaların kəskin soyuması ilə əlaqədar olması bildirilir. |
2024-01-16 | 823,411 | Husilər yunan gəmisini vurduqlarını təsdiqlədilər | Ənsarullah üsyançı hərəkatı Yəmən sahillərində Yunanıstana məxsus “Zografia” yük gəmisinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Axar.az TASS-a istinadla xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Səriya Teleqram kanalında bəyanat yayıb. Yəhya Səriya qeyd edib ki, Fələstinin limanlarına gedən gəminin heyəti xəbərdarlıq siqnallarına cavab vermədiyinə görə onlara qarşı bir neçə raket atılıb. |
2024-01-16 | 823,412 | İran Pakistana raket və PUA-larla zərbə endirdi – Təcili | İran Pakistana raket və pilotsuz təyyarələrlə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb. Bildirilib ki, zərbələr nəticəsində “Ceyş ül-Ədl" ("Ədalət ordusu": İran mediası bu hərəkatı gözdan salmaq üçün onun adını "Ceyş ül-Zülm" (Zalımlar ordusu) kimi yazır - red.) qruplaşmasının iki qərargahı məhv edilib. Hücumun hədəfi Pakistanın Bəlucistan əyalətinin Kuhi-Sabz adlanan ərazisidir və burada “Ceyş ül-Ədl” qruplaşmasının ən böyük qərargahlarından biri yerləşir. |
2024-01-16 | 823,413 | 300 min əsgər, yüzlərlə qırıcı itirib: Putin anlayacaq… | Rusiya və ruslar böyük siyasi təcrid vəziyyətindədirlər - o cümlədən Qafqaz və Mərkəzi Asiyada da... Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq bu gün Davos İqtisadi Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib. “Keçən il Priqojini gördük, sürprizlər ola bilər. Amma Rusiya daxilində hər hansı böyük dəyişikliklərin olacağına dair heç bir işarə yoxdur, təbii ki, onlar gözlənilməz ola bilər”, - o bildirib. O qeyd edib ki, Rusiya üçün “qiyməti qaldırmaq naminə” hər şey etmək lazımdır: “Rusiya 300.000 əsgər, minlərlə texnika, yüzlərlə təyyarə itirib. Bu, Rusiya və sadə ruslar üçün çox mühümdür. Onların iqtisadiyyatı çətinliklər yaşayır. Onlar yüksək siyasi qiymət ödəyirlər. Ruslar böyük siyasi təcrid vəziyyətindədirlər, o cümlədən yaxın xaricdə, Qafqazda və Mərkəzi Asiyada. Buna görə də nə olacağını dəqiq proqnozlaşdıra bilmərik. Amma bizim edə biləcəyimiz odur ki, bu ehtimalı maksimuma çatdıraq: hansısa mərhələdə Putin başa düşəcək ki, bu müharibənin davam etdirilməsi ona çox baha başa gələcək”. Stoltenberqin fikrincə, məhz bu mərhələdə Putin Ukraynanın suveren müstəqil dövlət kimi mövcud olacağı ədalətli, davamlı sülhlə razılaşmalı olacaq. |
2024-01-16 | 823,414 | İran münasibətləri baltaladı - İraq | İranın Ərbilə zərbəsi İraqa yönəlik yaşayış sahəsini hədəf alan açıq və düşmən niyyətli hücumdur. Axar.az xəbər verir ki, bu barədə İraq Baş naziri Məhəmməd Sudani Davos İqtisadi Forumunda çıxışında deyib. “Bu hücum İraq və İran arasında güclü əlaqəni baltalayan təhlükəli prosesdir. Bunun qurbanları uşaqlar da daxil olmaqla, iraqlı kürd ailə idi”, - deyə Sudani bildirib. Qeyd edək ki, gecə saatlarında SEPAH İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində azı 4 nəfər ölüb, 6 nəfər isə yaralanıb. |
2024-01-16 | 823,416 | Danilovdan şok: Vurulan təyyarədə rus generalı olub! | Bu həftə Ukraynanın məhv etdiyi Rusiya təyyarələrində düşmən (Rusiya – red.) generallarından birinin uçduğuna dair ilkin sübutlar var. Axar.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib. Qurum rəsmisi müvafiq məlumatın 100 faiz etibarlı olmadığını da vurğulayıb. “Təyyarədə Rusiya generallarından birinin olması barədə ilkin məlumat var, lakin bunun dəqiqləşdirilməsi tələb olunur”, - o bildirib. Qeyd edək ki, bəzi media qurumları vurulan A-50 təyyarəsində Rusiya Aerokosmik Qüvvələrinin uzaqmənzilli aviasiya komandirinin müavini, 1970-ci il təvəllüdlü general-mayor Oleq Pçelanın olduğu haqda məlumat yayıb. Onun 2022-ci ildə Belarusa gəldiyi və buradan Ukraynaya hava zərbələri endirilməsinə rəhbərlik etdiyi iddia edilir. Bildirilir ki, onun qızı (Yekaterina) Rusiya Aerokosmik Qüvvələrinin ilk və yeganə qadın uzunmənzilli aviasiya pilotudur, oğlu isə mülki aviasiya pilotudur. Xatırladaq ki, iki gün öncə Azov dənizi üzərində Ukrayna SQ-nin Rusiyaya məxsus A-50 radiokəşfiyyat təyyarəsi və İl-22 bombardmançısını vurması barədə məlumatlar yayılmışdı. Bəzi iddialara görə, isə təyyarə məhz Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən hədəf alınıb. |
2024-01-16 | 823,420 | Bayden Şoltsla Ukrayna və Yaxın Şərqi müzakirə etdi | ABŞ Prezidenti Co Bayden və Almaniya kansleri Olaf Şolts arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir. Tərəflər Ukraynaya yardımı və Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. |
2024-01-16 | 823,422 | Rusiya daha bir Ukrayna PUA-sını məhv etdi | Rusiyanın Bryansk vilayətinin Trubçevski rayonu üzərində təyyarə tipli PUA məhv edilib. Axar.az xəəbr verir ki, bu barədə regionun qubernatoru Aleksandr Boqomaz deyib. O, insident zamanı yaralananların və dağıntıların olmadığını bildirib. |
2024-01-16 | 823,425 | Belarusda yeni doktrina: Nüvə silahından istifadə... | Belarus ilk dəfə olaraq nüvə silahının istifadəsini ehtiva edən yeni hərbi doktrina irəli sürəcək. Axar.az xəbər verir ki, bu sözləri Belarusun müdafiə naziri Viktor Xrenin deyib. "Biz Belarusda yerləşən taktiki nüvə silahlarının istifadəsi ilə bağlı fikirləri açıq şəkildə bildiririk", - Xrenin Belarus Təhlükəsizlik Şurasının iclasında vurğulayıb. "Müttəfiqlərimiz qarşısında öhdəliklərimizi aydın şəkildə müəyyənləşdirdiyimiz yeni bir bölmə meydana çıxdı", - deyə o bildirib. |
2024-01-16 | 823,428 | "Neftçi" Konteni transfer etdi | “Neftçi” qış fasiləsi dönəmində ilk transferini həyata keçirib. Klubdan Axar.az-a verilən məlumata görə, Syerra-Leone milli komandasının futbolçusu Alfa Konte ilə 2,5+1 illik müqavilə bağlanıb. 23 yaşlı vinger komandanın heyətində 20 nömrəli formanı geyinəcək. Qeyd edək ki, Alfa Konte Syerra-Leonenin “Sentral Parade” (2019-2021), İsrailin “Hapoel Umm Əl-Fəhm” (2021-2022), “Hapoel Rişon Lezion” (2022-2023) və Bolqarıstanın “Lokomotiv” (Plovdiv, 2023) klublarında çıxış edib. Gənc futbolçu Syerra-Leone milli komandasının heyətində 2 oyun keçirib. |
2024-01-16 | 823,430 | ABŞ-a yeni qüvvələr gətirməsinə icazə verməyəcəyik - İraq | ABŞ-ın İraqa əlavə hərbi qüvvələr gətirməsinə razılıq verməyəcəyik. Axar.az xəbər verir ki, bunu İraq parlamentinin deputatı Kərim əl-Məhəmmədai bildirib. "ABŞ-ın yeni qüvvələr göndərmək niyyəti ilə bağlı xəbərlərin heç bir əsası yoxdur. Səbəb və arqumentdən asılı olmayaraq, nə Nümayəndələr Şurası belə bir addımla razılaşacaq, nə də İraq hökuməti”, - Məhəmmədai qeyd edib. |
2024-01-17 | 823,431 | Ukrayna uduzsa, ABŞ nüvəyə əl atacaq - Şok iddia | ABŞ Ukrayna ordusunun məğlubiyyətinin qarşısını almaq üçün Ukraynada nüvə silahından istifadə edə bilər. Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş analitiki Rey Makqovern deyib. O bildirilib ki, Vaşinqton Xirosimaya atılan nüvə bombasının onda biri qədər olan mini nüvə bombasından istifadə edə bilər. Makqovern həmçinin qeyd edir ki, Ukrayna Silahlı Qüvvələri məğlub olarsa, ABŞ Prezidenti Co Bayden qarşıdan gələn seçkilərdə məğlubiyyəti qaçılmaz olacaq. |
2024-01-16 | 823,432 | Ağ Ev Ukraynaya yeni yardım ayırmağı planlaşdırmır | ABŞ Ukraynaya yeni hərbi yardım paketləri üzərində işləmir. Axar.az xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir. Ağ Ev nümayəndəsinin sözlərinə görə, ABŞ-ın bununla bağlı büdcə vəsaiti olmadığı üçün Ukraynaya yeni silah tədarükü hazırlamır. Bildirilib ki, sonuncu paket dekabrın 27-də ayrılıb. |
2024-01-16 | 823,436 | AZAL-ın Gürcüstan bazarındakı payı açıqlandı | “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2023-cü ildə Gürcüstan bazarında sərnişin axınına görə ilk beş şirkətə daxil olub. Axar.az-ın Report-a istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycan aviaşirkəti 324 044 sərnişin daşıyıb. Bazarda mütləq lider Macarıstanın “Wizz Air” şirkətidir, onun ardınca “Türk Hava Yolları” əhəmiyyətli fərqlə ikinci yeri tutur, Türkiyənin aşağı büdcəli “Pegasus” aviaşirkəti isə ilk üçlüyü qapayır. Gürcüstanda fəaliyyət göstərən ilk on aviaşirkətin 2023-cü ildə bazar payı və daşınan sərnişinlərin sayı: Wizz Air (Macarıstan) – 21% (1.270.737 sərnişin); Türk Hava Yolları – 11% (627 078 sərnişin); Pegasus (Türkiyə) – 7% (423 655 sərnişin); Georgian Airways – 5% (326 873 sərnişin); AZAL – 5% (324 044 sərnişin); Fly Dubai (BƏƏ) – 4% (218 433 sərnişin); El Al Israil – 3% (202,469 sərnişin); Belavia (Belarus) – 3% (184 117 sərnişin); Israir (İsrail) – 3% (182 941 sərnişin); Air Arabia (BƏƏ) – 3% (155 303 sərnişin). |
2024-01-16 | 823,440 | Rusiyasız bu müzakirələr mənasızdır - Zaxarova | Rusiyasız Ukraynada dayanıqlı nizamlanmaya nail olmaq mümkün deyil. Axar.az xəbər verir ki, bunu Rusiya XİN rəsmisi Mariya Zaxarova Davosda və "Kophenagen formatı"nda Ukrayna ilə bağlı keçirilən görüşləri şərh edərkən deyib. “Bu gün Qlobal Cənub və Şərqin getdikcə daha çox ölkəsi, o cümlədən "Kopenhagen formatı"nda keçirilən görüşlərdə iştirak edənlər açıq şəkildə deyirlər ki, Rusiyasız Ukrayna böhranının həllinin mümkün konturlarının müzakirəsi mənasızdır. "Kopenhagen formatı"nda bütün görüşlər, o cümlədən Davos görüşü və ondan sonrakı raundlar mənasızdır və Ukrayna böhranının həlli üçün zərərlidir. Onların təşkilatçılarının inkişaf etdirməyə çalışdıqları "Ukrayna üçün sülh prinsipləri" reallaşdırıla bilməz, çünki onlar absurd və qəbuledilməzdir”, - Zaxarova bildirib. |
2024-01-17 | 823,441 | İsrail və HƏMAS razılaşdı | İsrail və HƏMAS Qətər və Fransanın vasitəçiliyi ilə Qəzzaya humanitar yardım və tibbi vasitələrin çatdırılması üçün razılaşma əldə edib. Axar.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, razılaşma israilli girovlara dərmanların verilməsi müqabilində Qəzza zolağının sakinlərinə yardımın çatdırılmasını nəzərdə tutur. |
2024-01-17 | 823,442 | Almaniya Ukraynaya 7 milyard yardım edəcək | Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi yardım edəcək. Axar.az xəbər verir ki, bu barədə Almaniya hökumətinin bəyanatında bildirilib. “Almaniya 2024-cü ildə Ukraynaya 7 milyard avrodan çox hərbi dəstək verəcək”, - bəyanatda qeyd olunub. |
2024-01-17 | 823,443 | Umerov və Ostin son döyüşləri müzakirə etdi | Ukrayna müdafiə naziri Rüstəm Umerov və Pentaqon rəhbəri Lloyd Ostin arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Pentaqon nümayəndəsi Patrik Rayder jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, tərəflər Ukraynada döyüş meydanında gedişatı və Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun yanvarın 23-də keçiriləcək virtual görüşünü müzakirə ediblər. “Nazir Ostin bir daha təkrar etdi ki, ABŞ və alyansın 50-yə yaxın üzvü və tərəfdaşından ibarət koalisiyamız Rusiya təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləməyə sadiqdir”, - o əlavə edib. |
2024-01-17 | 823,444 | Poqosyan: Nikol Bakıya qarşı "yeni təkliflə" gediş edir - Video | 08:30 Ermənistanla Azərbaycan arasında silahlara nəzarət sazişinin imzalanması qeyri-realdır və Ermənistanın belə bir təklifi Azərbaycan gündəminə qarşı çıxmaq və ya Ermənistanın gündəmini formalaşdırmaq cəhdidir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Benyamin Poqosyan Baş nazir Nikol Paşinyanın təklifi haqda qeyd edib. Poqosyanın sözlərinə görə, belə bir sazişin bağlanması uzun hazırlıq işləri tələb edir: “İlk növbədə, müəyyən səviyyədə qarşılıqlı etimad, düşmənçilik və ya şantajın olmaması tələb olunur. Bakı isə Ermənistanın ərazi bütövlüyünü tanımır, “Qərbi Azərbaycan” ideyası növbəti hərbi təcavüzə potensial olaraq zəmindir”. Poqosyan hesab edir ki, Ermənistan indi müəyyən çaşqınlıq içindədir: “Çünki İrəvan ümid edirdi ki, Qarabağ məsələsi Ermənistanla Azərbaycan arasında münasibətlərdə dönüş nöqtəsi yarada və sülh sazişi imzalana bilər; İrəvan ümid edirdi ki, bunun ardınca Ermənistan-Türkiyə münasibətlərinin yaxşılaşması və sərhədlərin açılması olacaq ki, bu da öz növbəsində iqtisadi inkişafa əlavə təkan verəcək, Qərbdən sərmayələrin cəlb edilməsinə kömək edəcək və növbəti 10-15 il ərzində vəziyyəti sabitləşdirəcək. İndi məlum oldu ki, bunların heç biri baş vermir. Hökumət bunun nə üçün baş verdiyini anlamağa çalışır”. O əlavə edib ki, bir tərəfdən hələ də sülh yoxdur, təhlükəsizliyin təmin edilməsi xüsusən Ermənistanın cənub rayonlarında dəfələrlə çətinləşib, digər tərəfdən Rusiya ilə münasibətlər korlanıb: “Qərbin 2023-cü ilin Rusiyanın Ukraynadakı “hərbi məğlubiyyəti” ilə başa çatacağı ilə bağlı proqnozları özünü doğrultmadı. İndi də xarici siyasət proseslərinin inkişafını yanlış dəyərləndirən Ermənistan hökuməti Azərbaycan gündəminə qarşı çıxmaq və ya özünün gündəmini formalaşdırmaq üçün müəyyən addımlar atmağa məcburdur”. |
2024-01-17 | 823,447 | Ərdoğan Kamikava ilə görüşdü | Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Türkiyəyə səfər edib. Axar.az xəbər verir ki, səfər çərçivəsində Yaponiya xarici işlər naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan da iştirak edib. İki ölkənin XİN rəhbərlərinin mediaya açıqlaması gözlənilir. |
2024-01-17 | 823,448 | AP Macarıstanı səsvermədən məhrum etməyə hazırlaşır | Avropa Parlamenti yanvarın 18-də Macarıstanın AB Şurasında səsvermə hüququndan məhrum edilməsinə dair qətnaməyə baxacaq. Axar.az xəbər verir ki, bununla bağlı “Euractiv” məlumat yayıb. Qətnamə layihəsi AB Şurasında Macarıstanın səsvermə hüququndan məhrum edilməsi prosesinə başlamağı nəzərdə tutur. Qeyd edək ki, Slovakiya bu qərarla razılaşmayacağını bildirib. |
2024-01-17 | 823,450 | Parklanma talonu alın, maşını pulsuz park edin | Təşkil edilmiş parklanma yerindən 100 metr məsafədə yerləşən ev və ya binalarda yaşayan sakinlər müraciət edərək fərdi parklanma talonları ala və həmin parklanma yerlərindən ödənişsiz istifadə edə bilərlər. Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyin (AYNA) mətbuat katibi Tural Orucov bildirib. “Fərdi parklanma talonu üçün “AzParkinq” səhifəsinə müraciət edirsiniz. 15 iş günü ərzində harada ödənişsiz saxlayıb-saxlamamağınız barədə məlumat verilir. Bundan sonra sizə həmin ərazidə avtomobilinizi saxlaya bilməyiniz üçün bir neçə yer təqdim edilir. Tutaq ki, sizə verilmiş yerdə başqa bir şəxs ödənişin edib maşını saxlayıb. Belə halda sizin üçün ayrılan digər yerdə avtomobilinizi park edə bilərsiniz”, - Tural Orucov deyib. T.Orucov vətəndaş şikayətlərində daha çox rast gəldiyi problemlərdən danışıb: “Elə hallarla rastlaşırıq ki, vətəndaş ödənişi edib, yenə də cərimə tətbiq olunub. Araşdırdığımız zaman məlum olur ki, vətəndaş məntəqəni səhv qeyd etdiyi üçün ona cərimə tətbiq olunur. Bəzən də sürücü yerdəki, lövhədəki işarəyə baxmadan əlillər üçün nəzərdə tutulmuş yerdə maşınını saxlayır. Əlil olmadığı bilinəndə cərimə tətbiq olunur. Bu kimi bir çox şikayətlərin protokoluna baxıb tədbir görürük. Vətəndaş məsuliyyətli olmalıdır. Parklanma ilə bağlı şikayətinizi 141 çağrı mərkəzinə edə bilərsiniz. Daxil olan şikayət müvafiq parklanmalarla bağlı şöbələrə yönləndirilir”. |
2024-01-17 | 823,453 | İranın Pakistana zərbəsi nəticəsində iki uşaq öldü | İran Silahlı Qüvvələrinin Pakistan ərazisinə zərbəsi nəticəsində iki uşaq ölüb. Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin məlumatında deyilir. Qeyd edək ki, SEPAH Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına raket və PUA-larla zərbələr endirdiyini açıqlayıb. |
2024-01-17 | 823,454 | Nizam dağılıb: Rusiya da TŞ-nin qadağasını pozdu | Rusiyanın Şimali Koreyanın istehsal etdiyi mərmi və raketlərdən istifadəyə başladığı ekspertlər tərəfindən ümumən qəbul edilir. Baxmayaraq ki, bu, heç kim tərəfindən sənədləşdirilməyib. Bu sözləri Axar.az-a tanınmış rusiyalı politoloq Sergey Markov BMT TŞ-nin sanksiyalarına rəğmən Rusiyanın Şimali Koreyadan silah alması ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib. Məlumatı təsdiq edən hər hansı faktın ortada olmadığını deyən politoloq bildirib ki, bu cür informasiyanın yayılmasının başqa məqsədləri də ola bilər: “Ola bilsin ki, bu, Vaşinqon və onun müttəfiqlərinin ABŞ-dan 60 milyard dollar, AB-dən isə 50 milyard avro yardım ayırmasını təsdiqləmək üçün Konqresə və Avropa Komissiyasına siyasi təzyiq məqsədi daşıyan informasiya hücumudur. Amma mümkündür ki, bu raket və mərmilər artıq alınıb. Rusiyada çoxları hökuməti Şimali Koreyaya qarşı sanksiyalardan hələ də çıxmamasına görə tənqid edir. Bu sanksiyalar Şimali Koreyanın nüvə silahı və ballistik raket proqramlarının inkişafını dayandırmaq məqsədi daşıyırdı. Amma nəticə vermədi. Şimali Koreyanın raketləri və nüvə silahı var. Rusiya isə indi Şimali Koreyanın ABŞ ərazisini vura bilən nüvə silahına malik raketlərə sahib olmasından faydalana bilər. Bu, ABŞ-ın əhəmiyyətli qüvvələrini Ukraynada Rusiyaya qarşı müharibədən yayındırır. Rusiyanın Şimali Koreyadan silah almağa real ehtiyacı var. Məsələ burasındadır ki, Ukraynadakı müharibədə sursat, ilk növbədə, artilleriya mərmiləri və raketlərin istehlakı gözləniləndən onlarla dəfə çoxdur. Buna görə də çoxlu mərmi və raketə, PUA-ya ehtiyac var. Rusiya zavodlar açıb, İrandan dronlar, Şimali Koreyadan bir milyon mərmi və görünür, ballistik raketlər də alıb”. Markov Pxenyan üçün də Moskva ilə hərbi əməkdaşlığın gərəkliliyini vurğulayıb: “Şimali Koreya üçün Rusiyaya raket və mərmi satmaq sərfəlidir. Beləliklə, o, raketləri müharibə şəraitində sınaqdan keçirə və təkmilləşdirə bilər. Şimali Koreya orbitə, əsasən, kəşfiyyat, hərbi qruplaşmalar üçün rabitə peyklərinin buraxılması sistemini inkişaf etdirməlidir. Rusiya nəzəri baxımdan bu məsələdə ona kömək edə bilər”. O, Moskvanın BMT-nin Pxenyanla hərbi sahədə əməkdaşlığı qadağan edən embarqosunu pozmaqda ittiham edilməsinə də münasibət bildirib: “BMT Təhlükəsizlik Şurasının Şimali Koreyadan silah alınmasını qadağan edən qətnaməsinə gəlincə, Rusiya hazırda TŞ-nin qərarlarına kifayət qədər laqeyd yanaşır. Rusiya hesab edir ki, ABŞ və AB çoxlu sayda qətnaməni və BMT Təhlükəsizlik Şurasının prinsipini pozur. Misal üçün, ABŞ və Avropa Birliyi Suriyada kimyəvi silahdan istifadə ilə bağlı Rusiya, İran və Suriyanın təqdim etdiyi məlumatları nəzərdən keçirməkdən imtina etdi. Sonra Zaporojye AES-də BMT-nin nüvə terrorizmini pisləmə ehtimalının qarşısını aldılar, “Şimal axını”nın partladılmasının, Darya Duginanın qətli ilə Rusiya ərazisində terror aktları kimi Ukrayna dövlət terrorizmi siyasətinin pislənməsinə mane oldular. Və buna görə də qətnamənin pozulmasının Rusiya üçün heç bir nəticəsi olmayacaq. Rusiya bu addımı regionda təhlükəsizlikdə maraqları olan Yaponiya və Cənubi Koreyanın Rusiyaya qarşı sanksiya müharibəsinə qoşulmasından sonra atıb. İndi dünya başa düşür ki, Vaşinqtonun və Brüsselin günahı ucbatından beynəlxalq münasibətlər və təhlükəsizlik sistemi hamının gözü qarşısında dağılır. ABŞ və Avropa Birliyi öz hegemonluğunu təsdiqləməyə çalışır. Beynəlxalq nizam dağılır və belə şəraitdə hər kəs istədiyini edir. Bu, təəssüf ki, obyektiv reallıqdır”. |
2024-01-17 | 823,456 | Qonşularımıza hörmət edirik, ancaq dözməyəcəyik - Aştiani | Biz İran xalqının hüquqlarını pozan istənilən addıma qətiyyətlə cavab verəcəyik. Axar.az “Tasnim”ə istinadla xəbər verir ki, bu sözləri İranın müdafiə naziri, general Məhəmməd Rza Aştiani deyib. O qeyd edib ki, İran həm Qərbdən, həm də Şərqdən gələn təhdidlərə cavab verəcək: “Bu reaksiya sərt və həlledici olacaq. İran bütün ölkələrin, xüsusən də qonşularının hüquqlarına, maraqlarına və ərazi bütövlüyünə hörmət edir, lakin biz sərhədlərimizdə təxribat törədənlərlə mütləq mübarizə aparacağıq”. Qeyd edək ki, SEPAH ötən gün İraqda MOSSAD casusu adlandırdığı Peşrev Dizayinin evinə zərbə endirib, nəticədə bir yaşlı uşaq da daxil olmaqla, 5 nəfər ölüb. Pakistan ərazisində “Ceyş ül-Ədl”in qərargahına da zərbə endirib, nəticədə 2 azyaşlı ölüb. İraq və Pakistan və zərbələrə görə İrana kəskin etirazlarını bildiriblər. İraq səfirini məsləhətləşmələr üçün geri çağırıb, həmçinin BMT TŞ-yə müraciət edib. |
2024-01-17 | 823,457 | Ukraynaya nə qədər çox silah verirsinizsə... - Siyarto | Kiyevə silah tədarükündən imtina edilməsi ilə münaqişəni dayandırmaq mümkündür. Axar.az xəbər verir ki, bu barədə Macarıstan xarici işlər naziri Peter Siyarto deyib. “Nə qədər çox silah verirsinizsə, o qədər də qarşıdurma davam edir, qurbanların sayı isə çoxalır. Ukrayna ərazi və insan itkisi yaşayır. Suverenliyin və bütövlüyün qorunması yalnız danışıqlar yolu ilə mümkündür”, - deyə Siyarto bildirib. |
2024-01-17 | 823,458 | ABŞ təhrik edir: İran savaşa birbaşa girsə... | İran-ABŞ qarşıdurması, xüsusən Ərbildəki konsulluğun vurulmasından sonra münasibətlərin daha da kəskinləşəcəyi mümkündür, amma bu vəziyyət yeni deyil. İranın proksi qüvvələri həm İraqda, həm Suriyada ABŞ və koalisiya qüvvələrinə qarşı daima müharibədədirlər. Bu sözləri Axar.az-a hərbi-siyasi ekspert Elxan Şıxəliyev SEPAH qüvvələrinin İraqdakı ABŞ konsulluğunu raketlə vurmasından sonra Tehran-Vaşinqton münasibətlərinin növbəti gərginləşmə mərhələsi haqda danışarkən deyib. Onun sözlərinə görə, ABŞ-ın İranla müharibə ehtimalı yüksək olsa da, yaxın gələcəkdə reallaşması mümkün görünmür: “İran ABŞ-ın hər zaman hədəfində olan ölkədir. İsrail-HƏMAS müharibəsində ikincinin həm hazırlanmasında, həm də meydanda dəstəklənməsində əsas səbəbkarlardan biri İrandır. ABŞ hər vəchlə çalışır ki, Tehran hökuməti müharibəyə birbaşa müdaxilə etsin. İran isə birbaşa iştirakdan çəkinir, amma o bölgədə ABŞ və İsrailə qarşı olan qüvvələri dəstəkləyir. ABŞ-ın ehtiyatlanması isə bir neçə yerdə müharibənin alovlanma riskinin olması ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi fonunda maliyyə vəsaitləri tükənmək üzrədir, ikinci cəbhədə İsraili dəstəkləməlidilər. İranla üçüncü cəbhə açılsa, ABŞ üçün çətin olacaq. Nəzərə alaq ki, İsraillə İranın quru sərhədləri yoxdur, İrana müdaxilə ancaq hava zərbələri ilə mümkün olacaq. Amma hərbçilərin ayağı dəyməyən yerdə əməliyyatın uğurundan danışmaq çətindir. İran həm coğrafi, həm silahlı qüvvələr olaraq HƏMAS deyil. Onların hərbi gücünü eyniləşdirmək olmaz. ABŞ da bunu nəzərə alır. Odur ki, müəyyən tərəddüdü var. Düşünürəm ki, İran da bundan istifadə edir”. Ekspert hazırkı reallığı düzgün qiymətləndirən İranın bu vəziyyətdən necə yararlanmasına diqqət çəkib: “İran İsrail-HƏMAS müharibəsi başlamışkən, proksi qüvvələrini o istiqamətdə maksimum istifadə etməyə çalışır. İran müharibənin öz ərazilərinə gəlib çatmasına imkan verməməyə çalışır. Buna görə də biz Amerika-İran qarşıdurmasının başqa ölkələrdə yaşanmasını hələ uzun müddət müzakirə edəcəyik”. |
2024-01-17 | 823,459 | Xarkovun mərkəzinə raket hücumu: yaralılar var | Yanvarın 16-da axşam saatlarında Xarkov şəhərinə növbəti dəfə hava hücumu edilib. Axar.az xəbər verir ki, Xarkova hücumu şəhərin meri İqor Terexov və Xarkov vilayəti dövlət administrasiyasının rəhbəri Oleq Sinequbov təsdiqləyiblər. "Xarkov raket hücumuna məruz qalıb. Şəhərdə partlayış səsləri eşidilib", - Terexov yazıb. Terexovun sözlərinə görə, Xarkovun mərkəzi hədəfə alınıb. Artıq hadisə yerinə lazımi xidmətlər göndərilir. O.Sinequbov isə bildirib ki, Rusiya iki raketlə hücuma keçib: “Təəssüf ki, mülki yaşayış infrastrukturuna ziyan dəyib və 4 mülki şəxs yaralanıb. Təcili yardım xidmətləri işlərini davam etdirir”. |
2024-01-17 | 823,460 | Pakistandan İrana kəskin etiraz: Diplomat XİN-ə çağırıldı | Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib. Axar.az xəbər verir ki, bu barədə Pakistanın XİN-in bəyanatında bildirilib. “Pakistanın qətiyyətli etirazı artıq Tehranda İranın Xarici İşlər Nazirliyinin müvafiq yüksəkvəzifəli rəsmisinin diqqətinə çatdırılıb. Bundan əlavə, İranın müvəqqəti işlər vəkili Pakistanın suverenliyinin açıq-aşkar pozulmasını qəti şəkildə pislədiyimizi və bunun nəticələrinə görə məsuliyyətin tamamilə İranın üzərinə düşəcəyini bildirmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”, – bəyanatda bildirilib. Qeyd edək ki, SEPAH Pakistan ərazisindəki “Ceyş ül-Ədl” qruplaşmasının iki qərargahına raket və PUA-larla zərbələr endirdiyini açıqlayıb. Hücum nəticəsində iki azyaşlı həlak olub. |
2024-01-17 | 823,461 | Davosda Ukrayna savaşının "həllinə" çalışırlar | Davos İqtisadi Forumu çərçivəsində Avropa və dünya rəsmiləri Ukraynadakı münaqişənin diplomatik yolla dayandırılmasında israrlıdırlar. Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" nəşri yazıb. Nəşrin iddiasına görə, Avropadan və dünyanın hər yerindən hökumət rəsmiləri və sahibkarlar Kiyevə maliyyə dəstəyinin azalması ilə bağlı narahatlıqlarını ifadə etməkdə davam edirlər. “Onlar həm açıq, həm də gizli şəkildə müharibəyə diplomatik son qoymağa çalışırlar”, - nəşr vurğulayıb. Qeyd edək ki, İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu keçirilir. Forum yanvarın 19-a kimi davam edəcək. |
2024-01-17 | 823,463 | UEFA "Qarabağ"ın "Braqa" ilə matçlarından yazdı | UEFA-nın rəsmi saytı "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsində Portuqaliya “Braqa”sına qarşı keçirəcəyi oyunlardan yazıb. Axar.az xəbər verir ki, məqalədə qeyd olunub: “2010/11 mövsümündə Avropa Liqasının finalçısı olan "Braqa" bu mövsüm Çempionlar Liqasının qrup mərhələsində bir qələbə qazana bilmədi (bir heç-heçə, iki məğlubiyyət). Lakin qrupda "Napoli"nin və "Real"ın da olduğunu nəzərə alsaq, bunu bağışlamaq olar. 2008-ci ildən avrokuboklarda çıxış edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandası ilə sonuncu dəfə 2018-ci ilin sentyabrında "Sportinq"ə (0:2) uduzduğu vaxt Portuqaliyaya səfər edib. “Qarabağ”ın hazırkı heyətində Portuqaliyada olan oynamış çoxlu Cənubi Amerikalı futbolçular var”. Qeyd edək ki, “Braqa” ilə “Qarabağ” arasında ilk görüş fevralın 15-də Portuqaliyanın eyniadlı şəhərində, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək. |
2024-01-17 | 823,465 | ABŞ hərbçiləri hücumlara görə bu bazanı tərk edir | ABŞ hakimiyyəti Suriyanın şimal-şərqində yerləşən Amerikanın “Hemo” hərbi bazasını boşaltmağa qərar verib. Axar.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyinin məlumatında deyilir. Bildirilib ki, ABŞ-ın regiondakı ən mühüm bazalarından birinin bağlanması qərarının səbəbi “İraq müqaviməti” qüvvələrinin hücumları olub. “ABŞ İranın dini lideri Əli Xamneyinin ötən həftə müxtəlif ərəb ölkələrindəki şiə müqavimət cəbhələrinə “düşmənə zərbə endirmək” çağırışından sonra təxminən 350 ABŞ əsgərinin olduğu "Hemo" hərbi bazasını boşaldır”, - deyə bildirilib. |
2024-01-17 | 823,466 | Kimlərə duzlu balıq yemək olmaz? | Kardioloqlar ürəyində problem olan insanlara bir növ balığı qadağan edib. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, kardioloq İqor Vidyaskin duzlu balığın təhlükəsi barədə xəbərdar edib. “Ürək-damar, təzyiq xəstəliyi olanların rasionunda duzlu balıq olmamalıdır. Onda natrium normadan 10 dəfə çoxdur, bu da təzyiqi qaldırır, ödəm yaradır. Daha bir balıq yeməyi – bitki yağında qızardılmış balıq ürəyə neqativ təsir edir. Ayrılıqda balıq özü ürəyə faydalıdır. Amma onun yağlı növləri yağda qızartmadan yeyilə bilər: losos, farel, makrel və s. Ürək xəstələri həftədə 1 dəfə balıq yesin. Amma balıq və balıq yağının insult və infarktların qarşısını almasına dair əsaslı sübut yoxdur”, - İ.Vidyaskin vurğulayıb. |
2024-01-17 | 823,468 | İran qisas aldı: ABŞ-ın “gözü önündə” öldürdü... - Video | Kirman şəhərindəki terakt, onun ardınca SEPAH-ın yüksək çinli zabitlərinin öldürülməsinə görə İran qisas vəd etmişdi, hətta Qumda, “şiələr üçün müqəddəs” olduğu iddia edilən Çəmkəran məscidində “qırmızı bayraq” da qaldırılmışdı – qisas rəmzi olaraq. Beləliklə, SEPAH ötən gün qisas əməliyyatı həyata keçirdi: səhər saatlarında İraqda, Ərbildə ABŞ konsulluğuna, o cümlədən “bir neçə digər yerə” zərbələr endirdi, axşam isə Pakistanda “Ceyş ül-Ədl”in qərargahını vurduğunu açıqladı. ABŞ-ın konsulluğunun bu hücumdan və zərbələrdən zərər çəkdiyinə aid bircə fakt, dəlil, sübut yoxdur: heç ABŞ da diplomatik nümayəndəliyinə hücum edilməsi haqda bircə eyham da etməyib. Ən “uyğun” açıqlama “ABŞ konsulluğunun yaxınlığına” zərbə endirilməsi haqda informasiyadır – vəssalam. Əvəzində Peşrev Dizayi adlı iş adamının evinin “dəqiq hədəf” alındığı faktı ortadadır. ABŞ da məhz bu cür açıqlama yayıb və bir kürd-müsəlman ailəsinin məhvini pisləyib. İranın iddiasına görə, Dizayi MOSSAD-a xidmət edirmiş, onun casuslarına maliyyə yardımı göstərirmiş və s. Bu iddiaların nə qədər həqiqət olması ayrı mövzudur. Fakt odur ki, İran “casusa dəstək verdiyini” iddia etdiyi Peşrevin evini vurmaqla, bu ailənin bir yaşlı uşağı da daxil, 5 üzvünü öldürüb. Deyək ki, Peşrev MOSSAD-a çalışırmış – baxmayaraq ki, Dizayi olmasın, başqası olsun, əgər söhbət doğrudan da maliyyədən gedirsə, MOSSAD casuslarını və əməliyyatlarını maliyyələşdirməyə çətinlik çəkməyəcək. MOSSAD-ın “casuslarını” və yaxud İsrailin silah anbarını, hərbi potensialını hədəf almaq yerinə bir kürd müsəlmanı ailəsi ilə birgə qətlə yetirməyin adı nədir? O bir yaşında uşağın və yaxud Peşrevin ailəsinin nə günahı vardı? Axşamçağı “qisas”ının – “Ceyş ül-Ədl”ə zərbənin də hər hansı nəticəsi barədə açıqlama yoxdur, qruplaşma da hansısa ziyan, itki barədə bir məlumat yaymayıb, heç İran da rəsmi olaraq nə qədər “terrorçu” öldürdüyü və yaxud “terrorçu” saydıqlarının hansı əhəmiyyətli bazasını vurduğunu detallı izah etməyib. Sadəcə, “mühüm qərargahını vurduq” açıqlaması yayıb. Qısa sürədən sonra isə bəlli oldu ki, “mühüm qərargah” 2 azyaşlı uşaqdır – Pakistan rəsmi açıqlama yayaraq, iki uşağın öldüyünü elan etdi. Ortada bircə “terrorçu” məhvi yoxdur, ancaq iki uşağın Pakistanda öldürülməsi var. Yəni İran ötən gün zərbələr nəticəsində iki müsəlman ölkəsində ən azı 3 uşağı, 3 də günahsız insanı öldürüb – yalnız bir “hədəf” – Peşrev istisna... İraq etirazını bildirdi, baş nazir səviyyəsində bunun iki ölkənin münasibətlərinə ağır zərbə olduğunu açıqladı, səfirini məsləhətləşmələr üçün geri çağırdı; Pakistan da kəskin reaksiya verdi, İran XİN-ə etirazını çatdırdı, İran səfirini XİN-ə dəvət etdi və s. İran müsəlman ölkələrinə zərbə endirib – səbəbini özü bilər; İran iki müsəlman ölkəsi ilə münasibətlərinə raket atdı – özü bilər. Mənə maraqlıdır: İran, tutaq ki, Peşrevin simasında bir “hədəfi” – o da çox mübahisəli və müzakirəyə həddən artıq açıq bir məsələdir – məhv etmək üçün bir mülki evi ballistik raketlərlə göyə sovurub, bir yaşlı uşaq da daxil, gühansız 4 nəfərin də ölümünə səbəb olub, ailəni yer üzündən silirsə, bəs, hansı əxlaq, vicdan, hansı siyasi düşüncə ilə İsraili Qəzzada qətliam törətməkdə ittiham edəcək? İsrail də iddia edir ki, HƏMAS silahlılarını vurur – təəssüf ki, “mülki itkilər də qaçılmaz olur”. İran da sağa-sola – bir şərqə, bir qərbə raket fırlatmaqla günahsız uşaqları qətlə yetirmədimi? Əslində, İran İsrailə çox əla arqument, beynəlxalq müstəvidə özünü müdafiə etmək üçün fakt, imicini qorumaq şansı bəxş etdi. İsrail bu faktdan maksimum, həm də çox ağıllıcasına istifadə edəcək – bu heç. Əsas məsələ budur: İran bu şansı İsrailə düşünərəkmi verdi? Qəsdənmi etdi? İki müsəlman ölkəsini vurub, özünə qarşı çevirməklə nəyə nail olmaq istəyir? Axı, “islam birliyinə” çağırırdı, İsrailin əndazəni aşması müsəlman ölkələrini yaxınlaşdırmışdı, axı! Bu zərbələrlə “islam birliyini” möhkəmləndirir, yoxsa ABŞ konsulluğunun “yaxınlığında” - ABŞ-ın gözü qabağında bir müsəlman ailəni və uşaqları öldürməyi ABŞ-dan qisas almaq sayır? |
2024-01-17 | 823,469 | Səbuhi Məmmədli vəfat etdi | Tanınmış jurnalist Səbuhi Məmmədli müalicə aldığı xəstəxanada vəfat edib. Axar.az xəbər verir ki, bu barədə onun həmkarları məlumat yayıb. Qeyd edək ki, Səbuhi Məmmədli “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alırdı. Bir neçə gündür Yeni Klinikanın Reanimasiya şöbəsinə yerləşdirilmiş, süni tənəffüs aparatına qoşulmuşdu. S.Məmmədli daha əvvəl hər iki ayağın amputasiyası əməliyyatı keçirmişdi. Allah rəhmət eləsin! |
2024-01-17 | 823,470 | Neftin bu günə olan qiyməti | Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 77,75 dollara, yüngül neftin bir barreli isə 71,80 dollara təklif olunur. |
2024-01-17 | 823,477 | Şeyxin general yeznəsi vəfat etdi - Foto | Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev dünyasını dəyişib. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Xatırladaq ki, Ş.Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin bacısının həyat yoldaşıdır. Qeyd edək ki, Şərif Kamil oğlu Əsədullayev 1955-ci ildə anadan olub. 1984-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1985-ci ildən daxili işlər orqanlarında xidməti fəaliyyətə başlayıb və əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili, şöbə rəisinin müavini, şöbə rəisi, idarə rəisi, 2001-ci ildən isə baş idarələrin rəis müavini vəzifələrində çalışıb. 2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona “polis general-mayoru” ali xüsusi rütbəsi verilib. Ş.Əsədullayev daxili işlər orqanlarında fəaliyyətindəki uğurlu nəticələrinə görə dövlət mükafatına, DİN-in “Qüsursuz xidmətə görə” 3, 2, 1-ci dərəcəli medallarına və digər müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona “polis general-mayoru” ali xüsusi rütbəsi verilib. O, 2017-ci ildə xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. |
2024-01-17 | 823,479 | Vətəndaşların 57 min manatını mənimsəyən şəxs saxlanıldı | Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini Zəkəriyyə İsmayılov saxlanılıb. Bu barədə Axar.az-a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Həmin şəxs bir neçə şəxsə problemlərinin həllinə dair səlahiyyəti olmadığı halda vədlər verərək onlara külli miqdarda ziyan vurub. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədilə etibarından sui-istifadə etmə və aldatma yolu ilə vahid qəsdlə uzun müddət ərzində ayrı-ayrı şəxslərə vədlər verərək onların ümumilikdə 57 000 (əlli yeddi min) manat pulunu ələ keçirmişdir. Həmin şəxs ifadəsində etdiyi dələduzluq əməllərini səmimi etiraf edib. Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Zəkəriyyə İsmayılovun barəsində həbs qətimkan tədbiri seçilib. |
2024-01-17 | 823,480 | Ağstafada 2 maşın toqquşdu: qardaşlar xəsarət aldı | Ağstafa rayonunda 2 minik avtomobili toqquşub. Axar.az xəbər verir ki, hadisə Köçəsgər kəndində baş verib. Qəza nəticəsində Ağstafa rayon sakinləri - 2012-ci il təvəllüdlü A.Mürsəlov və onun qardaşı, 2013-cü il təvəllüdlü R.Mürsəlov xəsarət alıblar. Onlar yaxınları tərəfindən Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəsarət alanların vəziyyəti kafi və qənaətbəxş qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. |
2024-01-17 | 823,481 | Milli Məclisin ilk plenar iclasının vaxtı məlum oldu | Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk plenar iclasının vaxtı məlum olub. Axar.az xəbər verir ki, ilk toplantı fevralın 1-də keçiriləcək. Toplantıda parlamentin yaz sessiyası üçün işlər planı və digər məsələlər müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Milli Məclisin yaz sessiyası mayın 31-dək davam edəcək. |
2024-01-17 | 823,482 | İran İsrailə hücum edə bilmir, Ərbili vurur - Hüseyn | İran İsrailə hücum etmək istəmir və ya edə bilmir. Buna görə də ətrafda qurbanlar axtarır və nəticədə Ərbilə hücum edir. Axar.az xəbər verir ki, bu sözləri İraqın xarici işlər naziri Fuad Hüseyn CNN-ə müsahibəsində deyib. Hüseynin sözlərinə görə, Ərbildə MOSSAD-a bağlı heç bir mərkəz yoxdur: “İranın bu hücumu beynəlxalq hüququn pozulmasıdır və bununla bağlı BMT Təhlükəsizlik Şurasına şikayət ediləcək. İraqlılar İranın İsraillə gərginliyinin əvəzini ödəyir”. Qeyd edək ki, İranın Ərbil şəhərinə raket hücumları nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. SEPAH sözügedən hücumun SEPAH komandirlərinin öldürülməsinə cavab olduğunu və bu hücumlar nəticəsində İsrailin casus qərargahlarından birinin məhv edildiyini iddia edib. |
2024-01-17 | 823,484 | Bu şəxslərin maaşlarına əlavənin müddəti artırıldı | Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əmək haqlarına edilən əlavənin müddəti uzadılıb. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, bu müddət aprelin 2-dək uzadılıb. Qeyd edək ki, əvvəl bu müddət yanvarın 2-dək nəzərdə tutulmuşdu. |
2024-01-17 | 823,485 | Gecikən Bakı-Naxçıvan reysi yola düşdü | 10:00 AZAL Bakı-Naxçıvan reysini təxirə salıb. Axar.az xəbər verir ki, buna səbəb Naxçıvan Muxtar Respublikasında hazırda havanın dumanlı olmasıdır. Bu gün saat 07:00-da Naxçıvana uçmalı olan J2-251 reysi saat 10:00-a kimi ertələnib. *** Azərbaycan Hava Yolları QSC-nin (AZAL) əlverişsiz hava şəraiti ilə əlaqədar gecikən J2-251 nömrəli reysinin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportundan Naxçıvana yola düşüblər. Bu barədə AZAL məlumat yayıb. "Eyni zamanda Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan J2-253 nömrəli reysin sərnişinləri də təyinat məntəqəsinə yola düşüblər", - məlumatda deyilir. |
2024-01-17 | 823,488 | Ukrayna Rusiyanın 19 PUA-sını məhv etdi | Rus qoşunları “Şahid” PUA-ları ilə Ukrayna ərazisinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələri məlumat yayıb. Məlumata görə, hücum zamanı Ukrayna ordusu Rusiyaya məxsus 19 PUA-nı məhv edib. |
2024-01-17 | 823,492 | AB Ermənistanla sərhədə 1500 patrul göndərir | Bu gün Avropa Birliyinin (AB) Ermənistandakı missiyası sərhədyanı ərazilərə 1500 patrul göndərir. Axar.az xəbər verir ki, bu barədə missiyanın X hesabında bildirilib. Məlumata görə, missiyaya yerlərdəki vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq tapşırılıb: “AB-nin Ermənistandakı missiyası Qafan, Gorus, İstisu (Cermuk), Keşişkənd (Yeğeqnadzor), Martuni və Karvansaraydakı (İcevan) 6 əməliyyat bazasında patrul xidməti həyata keçirir”. |
2024-01-17 | 823,496 | Səbuhi Məmmədli dəfn olundu - Foto | 10:10 Uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən jurnalist Səbuhi Məmmədlinin nəşi Ucar rayonuna aparılıb. Kult.az xəbər verir ki, o, bu gün Ucar rayonunun Müsüslü kəndində dəfn ediləcək. Qeyd edək ki, 54 yaşlı jurnalist şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi. Allah rəhmət eləsin! *** Ucar rayonunda jurnalist Səbuhi Məmmədli ilə vida mərasimi keçirilir. Dəfnə jurnalistin həmkarları, dostları qatılıb. *** Səbuhi Məmmədli dəfn olunub. Səbuhi Məmmədli doğulduğu Ucar rayonunun Müsüslü kəndində torpağa tapşırılıb. |
2024-01-17 | 823,498 | Bakıda qadın xuliqanlıq zəminində güllələndi | Bakıda qadın xuliqanlıq zəminində güllələnib. Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, yanvarın 16-da saat 23 radələrində Səbail rayonu ərazisində bir qadının odlu silahdan açılmış atəşdən xəsarət alması barədə polisə məlumat daxil olub. Qadın xəstəxanaya yerləşdirilib. Araşdırmalarla Bərdə rayon sakini Rəşad Əsədzadənin xuliqanlıq zəminində tüfəngdən atəş açaraq Abşeron rayon sakini olan qadının qol nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə R.Əsədzadə saxlanılıb. Ondan lüləsi kəsilmiş və nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-17 | 823,501 | Rusiyanın qalib gəlməsinə imkan vermək... - Makron | Fransa Prezidenti Emmanuel Makron mətbuat konfransında Rusiya haqqında sərt danışıb. Axar.az xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti məlumat yayıb. “Rusiyanın qalib gəlməsinə imkan vermək beynəlxalq nizamın müəyyən edilmiş qaydalarına artıq əməl olunmayacağı təhlükəsini göz önünə almaq deməkdir”, - o bildirib. Eyni zamanda, Makron Fransanın Ukraynaya 40-a yaxın SCALP raketi, bir neçə yüz bomba və “Ceaser” haubitsasını təhvil verəcəyini açıqlayıb. |
2024-01-17 | 823,502 | Qırğızıstanda helikopter qəzaya uğradı: 1 ölü, 7 yaralı | Qırğızıstanın paytaxtı Bişkek şəhəri yaxınlığında Mi-8 helikopteri qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə “Kabar” agentliyi məlumat yayıb. Qəza nəticəsində 1 nəfər ölüb, 7 nəfər isə yaralanıb. |
2024-01-17 | 823,506 | Xəritə Parisdədir: Nikolla Makron ona baxa bilər - Hüseynov | Sərhədin delimitasiyası 1918-1920-ci illərə aid xəritələrlə aparıla bilər. Bu sözləri Axar.az-a Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Gevorq Papoyanın delimitasiyanın aparılacağı xəritələr haqqında sözlərini şərh edən Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib. Siyasi şərhçi qeyd edib ki, Papoyan da müstəqillik dövrünə aid xəritələrin daha ədalətli olduğunu dərk edir: “Yəni yalnız Azərbaycan Xalq Cümhuriyyəti və Ararat Respublikası (ermənilər özləri dövləti Ermənistan Respublikası adlandırır, lakin onu daşnaklar qurmuşdu və adı Ararat idi – R.H.) dövründəki xəritələrlə işi aparmaq mümkündür. Ararat Respublikasının ərazisi 9 min kvadrat kilometr olub. Birinci Dünya müharibəsinin yekunlarına həsr olunmuş Paris Sülh Konfransının nəticəsi kimi həm dünya dövlətləri, həm də Azərbaycan, Gürcüstan və Ermənistan arasında sərhədlər müəyyənləşdirildi. Hazırda bu xəritə konfransın keçirildiyi Versal sarayının muzeyində saxlanılır. Papoyan və Paşinyan Makronu yanlarına alıb, gedib orada xəritəyə baxa bilərlər. Həmin xəritəyə görə, Zəngəzur, Göyçə və ətrafındakı mahallar Azərbaycanın ərazisi olub. Əgər Ermənistan boyun qaçırmasa, delimitasiya işinin həmin xəritələr ilə aparılması istiqamətində prosesin inkişafı mümkündür”. Xatırladaq ki, Papoyan dünənki çıxışı zamanı sərhədin Ermənistan və Azərbaycanın müstəqil dövlət kimi, yaxud da SSRİ daxilində müəyyən sərhədlərə sahib ölkə kimi mövcud olduğu xəritələrlə çəkilə biləcəyini deyib. |
2024-01-17 | 823,507 | 693-cü gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 693-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 372 820 hərbçi, 6 126 ədəd tank, 11 372 ədəd zirehli döyüş maşını, 8 811 ədəd artilleriya sistemi, 964 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 653 hava hücumundan müdafiə sistemi, 331 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 755 ədəd avtomobil texnikası, 6 884 ədəd PUA, 1 817 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 367 xüsusi avadanlıq itirib. |
2024-01-17 | 823,509 | Xankəndidə silah-sursat aşkarlandı | Yanvarın 16-da Xankəndi şəhəri ərazisində 6 silah aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 5 ədəd avtomat silahı, 4 ədəd qumbara, 1 tüfəng, 34 ədəd patron darağı, 1774 ədəd patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-01-17 | 823,515 | Rusiya müttəfiq kimi Bakıya üstünlük verir - Safrastyan | Rusiyanın Cənubi Qafqazdan çıxması ilə bağlı fikirlər həqiqətdən uzaqdır. Axar.az xəbər verir ki, bu barədə erməni şərqşünas Ruben Safrastyan deyib. “Rusiya regionu tərk etmir, lakin mövcudluq formasını dəyişmək mərhələsindədir. Kreml özünü həm Ermənistan, həm də Azərbaycandan bərabər məsafədə saxlamağa çalışır. Moskva Bakını özünün müttəfiqi hesab edir. Bəzi hallarda isə müttəfiq kimi Azərbaycana üstünlük verir. Bunlar Rusiyanın regiondakı siyasətinin reallıqlarıdır”, - o bildirib. Ekspert Ermənistan hakimiyyətinin Rusiya əleyhinə atdığı addımları qeyri-ciddi hesab edib: “Bunlar antirusiya baxımından ciddi addımlar deyil. Rusiyadan asılılıq ciddi olaraq qalır. Doğrudan da ciddi antirusiya addımları atılsaydı, bu, dərhal ölkəmizdə vəziyyətin ciddi şəkildə destabilləşməsinə gətirib çıxarardı”. Safrastyan qeyd edib ki, real ciddi antirusiya addımı Ermənistanın KTMT-dən, eləcə də Rusiya hərbi bazasının İrəvandan çıxarılması prosesi olar. |
2024-01-17 | 823,526 | Rəsmi Bakıdan Mixalkoya: Bu iddia məsuliyyətsizdir! | Azərbaycanın məhkəmə sistemi ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulub və ona müdaxilə qəbuledilməzdir. Axar.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə Avropa Birliyinin (AB) Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalkonun Azərbaycanın məhkəmə sistemi ilə bağlı fikirlərinə cavab verərkən deyib. XİN rəsmisi qeyd edib ki, bu iddialar tam əsassızdır: “Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir AB-nin bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”. |
2024-01-17 | 823,530 | Ukraynanın NATO üzvlüyü Polşa üçün vacibdir - Duda | Ukraynanın Rusiya ilə müharibə bitməmiş NATO-ya daxil olması qeyri-mümkündür, lakin prosedura hətta təcavüzkarla qarşıdurma mərhələsində də başlana bilər. Axar.az xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda deyib. “Müharibə zamanı bu, mümkün deyil, lakin hesab edirəm ki, Alyansa üzv ölkələrin parlamentlərində bu məsələnin müzakirəsi prosesinə başlanılmaqla, Ukrayna NATO-ya dəvət almalıdır. Bu proses davam edə bilər və bu, Ukrayna müdafiəçilərinin ruh yüksəkliyi üçün çox vacibdir. Ukrayna NATO-ya tamhüquqlu üzvlük üçün səy göstərməlidir. Ukraynanın gələcək üzvlüyü NATO-nun gücü və Polşanın təhlükəsizliyi üçün çox vacibdir”, - Duda bildirib. |
2024-01-17 | 823,531 | Türkiyə nümayəndə heyəti Rusiyaya səfər edəcək | Türkiyə nümayəndə heyəti qaz qovşağının təfərrüatını müzakirə etmək üçün bu həftə Rusiyaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika Nazirliyindəki mənbə “RİA Novosti”yə bildirib. |
2024-01-17 | 823,532 | İran Pakistan ərazisinə hücumu razılaşdırıb | İran Pakistan ərazisinə zərbələr endirib. Pakistan XİN səviyyəsində etiraz etdi. Amma İslamabadın real cavabının olub-olmayacağı bilinmir. Çünki İran Pakistanın dövlət obyektlərinə deyil, Tehranın terrorçu adlandırdığı radikal qrupun obyektlərinə zərbələr endirib. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Pakistan isə bilir ki, bütün ərazisinə, xüsusən də “qəbilə zonası” adlanan əraziyə nəzarət edə bilməz. Ola bilsin ki, Pakistan İranın öz düşmənlərini də məhv etməsinə sevinir. Etiraz isə asayiş naminə edilib. İranın hədəf aldığı qrup bəluclardır. Onlar həm İran, həm də Pakistan üçün separatçı sayılır. Ona görə də İranla Pakistan arasında heç bir münaqişə olmayacaq. Hətta ola bilsin ki, onlar İranın zərbəsinin məqsədlərinə dair əvvəlcədən razılaşıblar. Hərbi kəşfiyyat səviyyəsində razılaşma ola bilər”, - o bildirib. |
2024-01-17 | 823,535 | “Hüseyniyyun” SEPAH-ın hücumlarına dəstək verdi | Azərbaycanda axtarışda olan və İrana sığınan "Hüseyniyyun" qruplaşmasının üzvləri bəyanat yayaraq, SEPAH-ın qonşu ölkələrə raket hücumlarına dəstək veriblər. Axar.az xəbər verir ki, bu barədə SEPAH-a yaxın media məlumat yayıb. Qruplaşma raket və PUA hücumlarını dəstəkləyib, bunu ötən ilin dekabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra başlayan yeni mərhələ adlandırıb. Bəyanatda "sionizmin tezliklə yer üzündən silinəcəyi və Qüdsün azad ediləcəyi" qeyd edilib. Qeyd edək ki, SEPAH-ın İraqın şimalı və Pakistanla sərhəddə yerləşən bölgələrə endirdiyi raket zərbələri nəticəsində 3-ü azyaşlı olmaqla, 7 nəfər ölüb. |
2024-01-17 | 823,536 | Göygöldə polisin evdə meyiti tapıldı | Göygöldə mühafizə polisinin əməkdaşı, 1982-ci il təvəllüdlü Elmir Nuriyev kirayə yaşadığı evdə vəfat edib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dilqəm Verdiyev küçəsində yerləşən evlərin birində qeydə alınıb. O, Göygöl rayon Mühafizə Polisində baş çavuş rütbəsi ilə xidmət edib. Məlumata görə, E.Nuriyevin ürəyində problemlər olub və öz əcəli ilə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. |
2024-01-17 | 823,537 | Partlayış baş verən mebel sexi kimlərə məxsusdur? - Video | 11:33 Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında partlayış baş verən mebel sexinin sahibinin kimliyi müəyyənləşib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sözügedən mebel sexi Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşlarına məxsusdur. Obyekt Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində yerləşir. Sözügedən zavod illər əvvəl Nazim İbrahimovun qardaşı, "İBRA Holdinq"in prezidenti Tağı İbrahimov tərəfindən özəlləşdirilib. Sexin təsisçisi Tağı İbrahimov və "Avesta" şirkətinin sabiq prezidenti Hacı İbrahim Nehrəmli olub. Sözügedən ərazidə yerləşən 8 sex bir neçə il əvvəl mebel istehsalı üçün iş adamına icarəyə verilib. Hadisə zamanı sözügedən iş adamı da dünyasını dəyişib. Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, 9 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib. Ümumilikdə 24 nəfər xəsarət alıb. |
2024-01-17 | 823,538 | Maşının çırpıldığı ağaca çarəsizcə baxdıq... | Millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı tanınmış tənqidçi, ictimai-siyasi xadim Aydın Məmmədovun xatirəsini (16 yanvar 1944-19 aprel 1991) 32 il öncə yazdığı bir yazını paylaşmaqla yad edib. Kult.az sözügedən yazını təqdim edir: Dirilik suyu, ölümsüzlük iksiri axtaranlar dünya sərvətləri haqda xəyallarını və axtarışlarını kənara qoyub bunun sənətə və yaradıcılığa bağlı olduğunu dərk etməliydilər, çünki uzun ömür Tibet və ya Nepal kahalarında yüz, iki yüz, bəzən hətta min il canlı meyit kimi yaşamaqda deyil, daha çox fikirlərdə, yaddaşlarda yaşayıb, özündən sonrakı nəsillərin əməllərinə kömək etməkdədir... Aydın Məmmədov haqqında sözümü niyə bu mücərrəd mülahizə ilə başladığımın səbəbi mənə tam bəlli deyil, bu da Allahın işidir və görünür, bunun da öz məntiqi var, yəni Aydının, onun kimi qəfildən gedən dostlarımızın, sənət adamlarımızın bu gün aramızda olmasalar da, yaşadıqlarına, çox canlılardan daha canlı olduqlarına inamın ifadəsidir. Aydın adına bənzər bir təfəkkür sahibi, dil, filologiya, tarix, türkologiya, Azərbaycanı araşdırma sahələrində mənbələrə söykənən, amma yeni tərzdə görən, konyukturadan kənar, müstəqil nəticələr çıxaran, elmi düşüncə ilə ictimai düşüncə arasında qeyri-adi bir ustalıqla əlaqə yaratmağı bacaran, bu günümüzə tarix fəlsəfəsi ilə baxıb dəqiq nəticələr çıxaran bir alim idi. Şumerşünaslıqdan başlamış çağımızın dil, filologiya və tərcümə məsələlərinə qədər geniş bir sahəni əhatə edən yaradıcılığı ilə Aydın humanitar elmimizdə, ictimai fikrimizdə pozulmaz iz qoymuşdur. Aydını çoxdan tanıyırdım, amma tariximiz və faciələrimizlə bağlı ilk üzbəüz, açıq, ağrılı söhbətimiz zamanı gözünün dərinliyindəki mənə doğma olan kədəri görəndə hiss elədim ki, biz Aydınla dostuq... Və yəqin ki, buna bənzər bir hissi o da yaşamışdı. Hiss elədim ki, biz bu fəryadların, eyni taleyin və eyni ümidlərin dostuyuq... Bu daxili etirafdan sonra biz onunla demək olar ki, hər gün görüşürdük... “Filologiya məsələləri” məcmuələrinin, öz kitabının nəşri zamanı baş redaktoru olduğum “Yazıçı” nəşriyyatına da tez-tez gələrdi və saatlarla söhbətləşərdik... Sonra Meydan hadisələri başlandı, Ali Sovetə bir yerdə deputat seçildik, eyni bir burulğana atıldıq... Aydın reallığa söykənən, uğur qazandıra bilən, faciələrdən yan keçən siyasətin tərəfdarı idi. Küyə gedən deyildi. Şəraiti, milli mentalitetimizi, tarixin dərslərini heç vaxt unutmurdu. Liderlik iddiasından uzaq, siyasətdə də təmənnasız, fədakar idi... Fikirlərimizin, mövqelərimizin üst-üstə düşdüyü vaxt çox olurdu. 1988-ci ildə Meydanın vaxtında, çevik, güclü şəkildə dağılmasını, Bakıda fövqəladə vəziyyətə yol verilməməsini, əlimizin-qolumuzun bağlanmamasını istərkən, mənim məntiqimi qəbul edən və ardıcıl şəkildə məni müdafiə edənlərdən biri Aydın idi. Bundan sonra ikimizə də çoxlu damğalar vurdular... Qeybətlər, böhtanlar... Ədəbi taleyimizlə qazandığımız halal şöhrətə də qısqanclıq və s. Bu yükü bir yerdə daşıdıq. Xalq Cəbhəsini birgə yaratmışdıq, amma onu bizə qarşı çevirmək istəyənlər vardı... Belə vaxtlarda Aydın bədbinləşməyə qoymurdu... “Bəyəm xalq kimin kimliyini bilmir?! Sənin təkcə “Ömür kitabı”n bir cəbhədir!..” Qarabağa Xalq Yardımı Komitəsinin yaranmasında, “Azərbaycan” qəzetinin təsisi və buraxılışında Aydın çox fəal iştirak etmişdi; hansı yolla olur-olsun, Qarabağda yaşayan əhalimizə kömək etmək, söz əvəzinə iş görmək haqqqında düşünürdük. Həmin vaxtlarda tez-tez Ağdamda, Xankəndidə, Şuşada, Qarabağın kəndlərində olurduq, odun-alovun içində, çox vaxt ölümlə üz-üzə, amma zarafat eləyə-eləyə... Elə fürsət gəzirdik ki, Yardımlıya, bizim dağlara da gedək, bir-iki günlüyə Şəkidə dincələk... Amma bu arzumuz gözümüzdə qaldı... 1989-cu ilin axırı, 1990-cı illərin əvvəllərində Bakıda ermənilər özləri qəsdən süni bir gərginlik yaratmışdılar: o boyda faciələrdən, yəni azərbaycanlıların sonuncu adama kimi və vəhşiliklə Ermənistandan qovulmasından sonra, üstəlik öz doğma Qarabağımızdan da sıxışdırılıb çıxarılmasını görə-görə Bakıda rahat oturmalarına inana bilmirdilər, öz-özünə xoflanırdılar. Aydın Bayılda dikin üstündə köhnə, balaca bir evdə yaşayırdı... Qonşu ermənilər hər axşam guya özlərini qorumaq üçün ehtiyatlanaraq balaca meydanda, düz Aydının qapısının ağzında tonqal çatıb dayanırdılar. Evə gec qayıdırdıq. Aydın zarafatla, “Əllərindəki baltanı görürsən, onu mənim boynum üçün hazırlayıblar. O qədər üzlərinə söyüb, başlarını xarab etmişəm ki, indi də qapımın ağzında dayanıblar”, – deyirdi. Bu, bir zarafat olsa da, içindəki gərginliyi duyurdum. Maşından düşüb, onu qapıdan içəri salıb sonra tək qayıdırdım. Bir dəfə münaqişənin ən gərgin vaxtı fürsət verməmək üçün qonşuluqdakı bir qohumlarıgilə gedəsi oldu... Parlamentin iclaslarında Aydının böyük istedadının başqa cəhətləri də üzə çıxmışdı. Aydının vəziyyəti düzgün qiymətləndirib, vaxtında qərar vermək qabiliyyəti, sərt, təsirli, səmimi çıxışları, münaqişələri soyutmaq, milli maraqları önə çəkmək bacarığı ona həm parlamentin, həm də xalqın böyük hörmət və etibarını qazandırmışdı. Gərgin məqamlarda vəziyyəti öz aramızda pıçıltıyla müzakirə edəndə o, elə bil birdən işıqlanırdı, sel kimi axan və güclü məntiqi heyrət doğuran nitqinin anında, bədahətən doğulduğuna çoxları inan bilmirdi. Şuşada vertolyot qəzasından xilas olub yenicə qayıtmışdılar. İclas gedə- gedə təəssüratı mənə danışdı. Çox dilxor oldum. Qarabağın getdikcə bizim nəzarətimizdən çıxması məni əsəbiləşdirirdi. “Dur gedib çay içək” – dedi. “Yox, çay istəmirəm”. “Bəs nə istəyirsən?” “İclas qurtarsən, daha tünd bir şey içərdim, ürəyim partlayır”, – dedim. Fasilədə qoluma girdi: “Gedək Tamerlanın yanına”. Getdik. Vertolyotdan ikisi bir yerdə xilas olmuşdular... Qəzanı bəzəyə-bəzəyə danışanda birdən Tamerlan Qarayevdən soruşdu: “Bəy, soyuducuda nəyin var?” Tamerlan gülə-gülə: “Ölümdən qurtarmağım münasibəti ilə bir dostum konyak gətirib”, – dedi (“Gəncə” və ya “Şirvan” konyakı idi, bilmirəm, unutmuşam). Çıxarıb ortaya qoydu, konfet gətirdi, üç qədəh doldurdu, elə bildim məclis xətrinədir, çünki Aydın içmirdi. Amma sağ-salamat qurtardıqlarına sevincimi bildirən kimi Aydın qədəhi başına çəkdi... “Aydın, dayan, sən içmirsən axı!” – dedim. Gülə-gülə cavab verdi: “Yox, Şuşadan sonra (Aydın Məmmədovla Tamerlan Qarayevin olduğu təyyarə Şuşaya, Cıdır düzünə eniş edərkən yerə az qalmış qəzaya uğramışdı. Helikopter sıldırım qayanın bir neçə metrliyində böyrü üstə aşaraq dayanmışdı – red.) içirəm”. Söhbətimiz uzandı. Sonra salondan zəng vurdular ki, iclas başlanır. Gedəndə Aydın yarımçıq şüşəni göstərib: “Tomik, onu soyuducuya qoy, gələn iclasda yenə sənə qonağıq” – dedi. “Gələn” iclasa Aydın gəlmədi. Biz getdik. Qax yoluna, Şəkiyə... Düpbədüz yolda maşının çırpıldığı ağaca əlacsız-əlacsız baxdıq... Aydının məni dönə-dönə dəvət etdiyi Kiş kəndində onu doğma torpağa tapşırdıq... 1992-ci il. |
2024-01-17 | 823,541 | General yenidən partlayış olan əraziyə getdi - Foto | Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bu gün hadisə yerinə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Baş prokurorun birinci müavini Elçin Məmmədov gəliblər. |
2024-01-17 | 823,544 | Zakir Həsənov Qırğızıstan müdafiə nazirinə başsağlığı verdi | Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstana başsağlığı verib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, Z.Həsənov yanvarın 17-də təlim-məşq uçuşları zamanı "Mİ-8" hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotova başsağlığı ünvanlayıb. |
2024-01-17 | 823,545 | “Kristal Abşeron” 1 milyon manat təzminat tələb edir | Son günlərdə müxtəlif kütləvi informasiya vasitələrində “Kristal Abşeron”un “Sumqayıt 10-cu mikrorayon” layihəsinin təmir keyfiyyətindən bəhs edən bir sıra video paylaşımlar edilib. Axar.az xəbər verir ki, şirkətinin işgüzar nüfuzuna xələl gətirən bu hadisə ilə bağlı “Kristal Abşeron” artıq rəsmi şəkildə məhkəməyə müraciət edib. Şirkət dəymiş ziyanın ödənməsi üçün 1 milyon manat tələb edir. Bundan əvvəl isə məsələ ilə bağlı şirkətin belə açıqlaması olmuşdu: Mənzili 19 mart 2019-cu ildə, təhvil-təslim aktı əsasında tam təmirli və standartlara cavab verən şəkildə müştəriyə təhvil verib. Təhvil-təslim aktının mənzil haqqında olan təlimatlar hissəsində bir sıra məlumat xarakterli informasiyalar verilib. Həmin aktda qeyd olunur ki, mənzildə yaşayış olmadığı təqdirdə divar kağızı və döşəmədə yarana biləcək fəsadların qarşısının alınması üçün ayda bir neçə dəfə mənzilin havalandırılmağı tövsiyə olunur. Lakin araşdırma nəticəsində məlum olub ki, mənzil sahibi tərəfindən bu tip tövsiyələrin heç birinə əməl olunmayıb. Əlavə olaraq da yaşadığı müddət ərzində sakin tərəfindən şirkətə hər hansı bir şikayət daxil olmayıb. Məsələ ilə bağlı şirkətə sorğu ünvanlamışıq və cavab gözləyirik. |
2024-01-17 | 823,548 | İran uranın zənginləşdirilməsini sürətləndirib - Qrossi | İran uranın zənginləşdirilməsi prosesini yenidən sürətləndirib. Axar.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib. O, İran rejiminin yoxlamalar aparılmasına maneələr yaratmaqda davam etdiyini bildirib: “İran dünyada yeganə qeyri-nüvə ölkəsidir ki, uranı bu qədər yüksək səviyyədə, nüvə silahı istehsal etmək üçün lazım olan miqdarda zənginləşdirir”, - o bildirib. Xatırladaq ki, MAQATE İranın 3 atom bombası əldə etmək üçün 60 faiz zənginləşdirilmiş urana malik olduğunu açıqlamışdı. |
2024-01-17 | 823,550 | "Kristal Abşeron" 1 milyon tələbinə aydınlıq gətirdi | “Kristal Abşeron”un “Sumqayıt 10-cu mikrorayon” layihəsində baş verən hadisə ilə bağlı sorğuya şirkət tərəfindən cavab verilib. Axar.az sözügedən mətni təqdim edir: "Bildirmək istəyirik ki, məlum videonun sosial şəbəkələrdə yayımlanmasından sonra məsələni birbaşa nəzarətə götürdük və araşdırmaya başladıq, lakin mənzil sahibi və bir sıra şəxslər səbəbin araşdırılmasına maneələr yaradaraq müxtəlif yollarla tərəfimizə zərər vurmağa çalışdılar. Şirkətimiz sosial şəbəkələrdə “VR Project” adı ilə fəaliyyət göstərən şirkəti və həmin şirkətin rəhbəri Vəliyev M.S. tərəfimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənməsi üçün 1 milyon manat təzminat tələb edərək məhkəməyə verdi. Nəzərinizə çatdırmaq istərdik ki, tələb edilən təzminat ictimai və sosial məqsədlər üçün yaradılmış yardım fondlarından birinə bağışlanacaq. Sonda demək istəyirik ki, “Kristal Abşeron” olaraq hər zaman təmir-tikinti keyfiyyətimizi daha da yaxşılaşdırmaq yolunda ciddi və davamlı addımlar atırıq. İnşaat sektorunda daim tətbiq etdiyimiz innovativ həllərlə sakinlərimizin istəklərini təmin edərək onların xəyal etdiyi mənzildə yaşaması üçün çalışmışıq. Tikinti keyfiyyəti və dayanıqlılığının təmin olunması üçün gördüyümüz işlərlə tikintisi davam edən layihələrimizə yaxınlaşaraq tanış ola bilərsiniz. Diqqətiniz üçün təşəkkür edirik!" |
2024-01-17 | 823,552 | Qərb “erməni muxtariyyəti”ndə təkid edə bilməz - İşşenko | Bakı ermənilərin Qarabağa qayıtmasının əleyhinə deyil, sadəcə olaraq onlar Azərbaycan hakimiyyəti altında ora qayıtmayacaqlar. Təbii ki, orada muxtariyyət də olmayacaq. Qərb də Azərbaycanın hazırda erməni əhalisinin olmadığı ərazilərdə erməni muxtariyyəti yaratmasında təkid edə bilməz. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Rostislav İşşenko deyib. “Qərb bəyanatları ilə havanı silkələyə bilər, amma konkret hərəkət olmayacaq. Azərbaycan dünya bazarına, daha doğrusu Avropaya 6 milyard kubmetr qaz və bir neçə milyon ton neft verir. İndi enerji qiymətlərinin, xüsusən də Avropa qitəsi üçün nə qədər “qızdırmalı” olduğunu və bunun Avropanın maraqlarına nə qədər təsir etdiyini nəzərə alsaq, çətin ki, Avropa neft hasil edən ölkə ilə özünə başqa problem yaratmaq istəsin”, - o bildirib. |
2024-01-17 | 823,553 | ABŞ-ın zərbəsi İranın təchizat xəttini kəsdi | Böyük Britaniya və ABŞ-ın Yəmənə endirdiyi zərbələr İranın husilərə silah tədarükünün qarşısını alıb. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadla məlumat yayıb. “Yanvarın 11-dən bəri İranın ümumi istifadə etdiyi marşrutlar üzrə silahların daşınması qeydə alınmayıb. Bu zərbələr ehtimal ki, İranın Yəmənə əsas təchizat xətlərini kəsəcək, lakin əməliyyatın uzunmüddətli nəticələrini qiymətləndirmək hələ tezdir”, - məlumatda qeyd olunub. Bildirilib ki, husiləri tez bir zamanda silah təchizatını artırmaq imkanından məhrum etmək ABŞ-Britaniya zərbələrinin əsas məqsədi idi. |
2024-01-17 | 823,557 | Türkiyəli kosmonavt bu gecə kosmosa uçacaq | Türkiyənin ilk kosmonavtı Alpər Gezeravcı 2024-cü il yanvarın 18-də yerli vaxtla saat 01:11-də kosmosa uçacaq. Axar.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır deyib. Məlumata görə, Alpər Gezeravcı Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək. Qeyd edək ki, Gezeravcı kosmik missiyada İspaniya, İtaliya və İsveçdən olan astronavtlarla birlikdə iştirak edəcək. |
2024-01-17 | 823,558 | 1500 nəfərlik “missiya” sərhədimizə niyə gəlir? | Avropa Birliyi müşahidəçilərinin Ermənistan ərazilərinə gəlməsi İrəvanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən azad edə bilməz. Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib. “İndiyə qədər Ermənistan Gürcüstanla, Türkiyə ilə, İranla mövcud olan sərhədlərini özü qorumayıb. Bu funksiyaları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirib. İndi isə Ermənistanın Rusiya ilə münasibətləri kifayət qədər korlanıb. Ona görə də Ermənistan öz sərhədlərinin təhlükəsizliyini Avropa Birliyinin qüvvələri hesabına təmin etmək istəyir”, - Ədalət Verdiyev qeyd edib. Ekspertin sözlərinə görə, AB-nin göndərdiyi “missiya”nın tərkibinə hərbiçilər və keçmiş kəşfiyyatçılar daxil edilib: “Onların iki əsas vəzifəsi var. Birincisi, Rusiyanı Ermənistandakı proseslərdən uzaqlaşdırmaq və sonrakı mərhələdə buradan tamamilə çıxarılmasına nail olmaq, ikincisi isə 10 noyabr bəyanatındakı öhdəliklərini hələ də yerinə yetirməyən, 8 kəndimizi hələ də işğal altında saxlayan, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin etməkdən boyun qaçıran Ermənistanın “müqavimətini” təmin etməkdir”. Qeyd edək ki, bu gün AB Ermənistanın Azərbaycanla sərhədinə 1500 patrul göndərir. |
2024-01-17 | 823,559 | Yol polisindən sürücülərə müraciət | Məcburi dayanma zamanı sürücülərin təhlükəsizlik qaydalarına riayət etməməsi, qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin səbəbləri içərisində xüsusilə diqqət çəkir. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib. Qeyd olunub ki, bir neçə gün əvvəl Bakı-Sumqayıt avtomobil yolunda iki nəfərin ölümü ilə nəticələnən qəza problemin nə qədər aktual olduğunu göstərir: “Bir daha sürücülərin nəzərinə çatdırırıq ki, məcburi dayanma zamanı mütləq qaydada zəruri təhlükəsizlik tədbirləri görülməli, o cümlədən qəza dayanma nişanı qurulmalı, qəza işıq siqnalı yandırılmalı, yaxud yanıb-sönən qırmızı işıq fənəri qoyulmalı, yol-nəqliyyat hadisəsi zamanı başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda isə hadisəni sənədləşdirməyə imkan verən qeydlər aparmaqla yolun hərəkət hissəsi boşaldılmalıdır. Xatırladaq ki, qəza dayanma nişanı nəqliyyat vasitəsinin arxa tərəfində, zərurət olduqda isə, həm də qabaq tərəfində, həmin zolaqda, nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə elə quraşdırılmalıdır ki, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin sürücüləri onu kifayət qədər məsafədən görə bilsin. Yaşayış məntəqələrində hərəkət intensiv olduqda, qəza dayanma nişanı daha yaxın məsafədə və ya bilavasitə nəqliyyat vasitəsinin üstündə qoyula bilər. Bunun üçün yanıb-sönən qırmızı işıqlı portativ fənərdən də istifadə edilə bilər”. |
2024-01-17 | 823,562 | SEPAH vurdu, Abdullahian isə baş nazirlə görüşdü | İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Pakistanın Baş naziri Ənvar ül-Haq Kakar ilə Davos sammiti çərçivəsində görüşüb və müzakirələr aparıb. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb. Görüş zamanı Abdullahian iki ölkə arasında münasibətlərin artan tendensiyasından məmnunluğunu ifadə edib. Qeyd edək ki, ötən gün İran Pakistan ərazisinə zərbə endirmişdi. Pakistanın Xarici İşlər Nazirliyi hadisə ilə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirmişdi. Görüşdə bu məsələnin müzakirə edilib-edilmədiyi haqda məlumat verilməyib. |
2024-01-17 | 823,565 | Azərbaycan əhalisi bir ayda nə qədər artıb? | 12:50 Azərbaycan əhalisinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən Axar.az-a verilən məlumata görə, 2023-cü il dekabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 176 811 nəfər təşkil edib. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Qeyd edək ki, ötən ilin 1 noyabrına olan məlumata görə, Azərbaycan əhalisinin sayı 10 172 823 nəfər idi. Beləliklə, noyabr ayında əhali sayı 3.988 nəfər artıb. |
2024-01-17 | 823,567 | XİN Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verdi | Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) jurnalist Səbuhi Məmmədlinin vəfatı ilə bağlı başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib. "Azərbaycan jurnalistikasının dəyərli simalarından olan Səbuhi Məmmədlinin vəfatı bizi dərindən kədərləndirdi. Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - paylaşımda qeyd olunub. |
2024-01-17 | 823,571 | Sabahın hava proqnozu açıqlandı | Yanvarın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gecə bəzi qərb rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacaq. Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimalı var. |
2024-01-17 | 823,574 | Hərbi vəzifəlilərin sayı bu qaydada müəyyənləşdiriləcək | Toplanışlara cəlb edilən hərbi vəzifəlilərinin sayı sadələşdirilmiş qaydada müəyyənləşdiriləcək. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində qeyd olunub. Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi dəyişiklik layihəsində müvafiq icra hakimiyyəti orqanının ehtiyatında olan və toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayının Prezidentlə razılaşdırmaqla həmin orqan tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı digər orqan (orqanlar) tərəfindən toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayı ilə müqayisədə dəfələrlə azdır. Bu səbəbdən həmin sayın daha sadələşdirilmiş qaydada müəyyən edilməsi qanunvericilik təşəbbüsü hüququnun subyekti tərəfindən məqsədəmüvafiq hesab edilib. Qeyd edən ki, dəyişiklik layihəsi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiyaya ilə mübarizə komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılacaq. |
2024-01-17 | 823,576 | Azərbaycanda 1493 nəfər qızılcaya yoluxdu | Ötən ilin 11 ayı ərzində Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub. Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1 493 nəfər bu xəstəliyə yoluxub. |
2024-01-17 | 823,577 | İran ABŞ layihəsinə imza atıb, konsulluğu vurur... | Çabahar limanı ilə bağlı layihə ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövründə meydana gəlib. İran və Hindistan limanın yükaşırma həcmini artırmaq yolu ilə ticarəti genişləndirmək istəyirdilər. Bu sözləri Axar.az-a Çabahar limanından keçməklə Hindistanın Mumbay limanı və Ermənistan arasında fəaliyyət göstərəcək ticarət marşrutunun cari ilin may ayınadək açılması planını şərh edən Türkiyə Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, Şimali Kipr Türk Respublikasının Girnə Amerikan Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi Sadiq Akyar deyib. Sadiq Akyar Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamaq yerinə, fərqli siyasi manipulyasiyalar etdiyini, lakin təxribatların İrəvanın özünə ziyan vuracağını açıqlayıb: “Çabaharın seçilməsinin səbəbi isə Hindistan və Pakistan arasındakı problemlərdir. Belə ki, Çin Pakistanın Gvard limanını “Bir kəmər, bir yol” layihəsinə daxil etdiyi üçün Hindistan da onun yaxınlığında yerləşən İranın Çabahar limanını seçdi. Əslində burada Dehlinin məqsədi dənizə çıxışı olmayan Mərkəzi Asiya ölkələri ilə ticarəti inkişaf etdirməkdir. Lakin Bayden iqtidara gəldikdən sonra Vaşinqton Pekinin “Bir kəmər bir yol” layihəsinin əhəmiyyətini azaltmaq üçün müxtəlif layihələr irəli sürdü. Belə layihələrdən biri İMEC, digəri isə Çabahar limanının həcminin artırılmasıdır. Əlbəttə, Vaşinqton-Tehran münasibətlərinə görə, ortada bir sıra çətinliklər var. Sözügedən layihə ilə ABŞ Çinin Mərkəzi Asiya üzərindəki təsirini azaltmaq niyyətindədir. Lakin İran ilə Hindistan arasında “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzalanandan sonra gecə ABŞ-ın Ərbildəki konsulluğu atəşə tutuldu. Yəni ortada sual işarələri çoxdur. Amma ABŞ-ın hər zaman iqtisadi məsələləri siyasi və hərbi məsələlərdən ayrı şəkildə dəyərləndirdiyini görürük. Bəs Ermənistanın bu layihəyə qatılmaqda məqsədi nədir? Rəsmi İrəvanın məqsədi bacardığı qədər Zəngəzur dəhlizinin açılmasını ləngitməkdir. Əgər həqiqətən iqtisadiyyatı, ticarəti inkişaf etdirmək istəyirlərsə, Türkiyə Ermənistana Azərbaycanla sülh müqaviləsinin imzalanması şərtilə ən qısa yolu – “Əlican” sərhəd qapısının açılmasını təklif edib. Onsuz da indiki vəziyyətdə Çabahar limanı Ermənistan üçün çox uzaqdır, ən yaxın liman Bəndər-Abbasdır. Nəticə olaraq demək istəyirəm ki, İrəvanın layihəyə girməsinin Azərbaycana o qədər də təsiri olmayacaq. Ermənistan sülh müqaviləsini imzalamaq və ən səmərəli, yaxın yol olan “Əlican” sərhəd qapısının açılmasını təmin etmək yerinə, başqalarının diktəsi ilə siyasi manipulyasiya və təxribat yolunu seçir. Lakin yenə sonda qazdığı quyuya özü düşəcək”. |
2024-01-17 | 823,580 | Blinken İranı təcavüzkarlıqda ittiham etdi | Kürdüstan Regional Hökuməti yaxın tərəfdaşdır və ABŞ İranın təcavüzünü açıq şəkildə pisləyir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken X platformasında paylaşım edib. Qeyd edək ki, SEPAH ötən gün İraqın şimalında yerləşən Ərbil şəhərinə və Suriyada bir neçə yerə ballistik raketlərlə zərbə endirdikləri haqqında bəyanat yayıb. Bəyanatda İraqın şımalındakı Kürdüstan muxtariyyətində MOSSAD-ın casus mərkəzinin hədəf alındığı iddia edilib. Hücum nəticəsində biri uşaq olmaqla, bir ailənin 5 üzvü ölüb. |
2024-01-17 | 823,587 | Plan iflasa uğrayır: Berlin və Moskva yaxınlaşacaq | NATO-nun Ukraynadakı məğlubiyyəti Rusiya və Almaniyanı daha da yaxınlaşdıracaq. Axar.az xəbər verir ki, bunu tanınmış fransız tarixçisi və politoloq Emmanuel Todd deyib. “Vaşinqtonun 2004-cü ildən bəri Berlini Moskvadan uzaqlaşdırmaq kimi strateji düşüncəsi uğursuzluqla başa çatacaq. Avropanın xəritəsinə baxsanız, iki böyük güc önə çıxır - bunlar Almaniya və Rusiyadır. Moskva və Berlin artıq qarşıdurmada ola bilməz, onların iqtisadiyyatı bir-birini tamamlamaq üçün qurulub və “Şimal axını” bunu açıq şəkildə göstərib”, - o bildirib. Alimin fikrincə, gec-tez Berlin və Moskva əməkdaşlığa başlayacaq: “ABŞ və Ukraynanın məğlubiyyəti onların yaxınlaşmasına zəmin yaradacaq. Amerika Almaniya və Rusiyanı bir-birinə cəlb edən, obrazlı desək, bu cazibə qüvvəsini sonsuzadək cilovlaya bilməyəcək. Vaşinqton Avropanı tərk edərsə, o zaman günəşin dinc planet üzərində doğduğunu görəndə təəccüblənəcəyik”. |
2024-01-17 | 823,588 | Quterreş Abdullahianla Qırmızı dənizi müzakirə etdi | BMT Baş katibi Antonio Qterreşlə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib. “Telefon danışığı zamanı tərəflər Yaxın Şərq və Qırmızı dənizdəki vəziyyəti müzakirə ediblər. Qırmızı dənizdəki vəziyyətlə bağlı baş katib bir daha bütün tərəfləri gərginliyin daha da artmasına yol verməməyə və BMT Təhlükəsizlik Şurasının 2722 saylı qətnaməsinin müddəalarını tam şəkildə yerinə yetirməyə çağırıb”, - Düjarrik bildirib. Qeyd edək ki, yanvarın 10-da BMT Təhlükəsizlik Şurası Qırmızı dənizdə naviqasiya təhlükəsizliyinə dair qətnamə qəbul edərək, gəmilərə hücumların dərhal dayandırılmasını tələb etmişdi. |
2024-01-17 | 823,589 | Həsənov Gülərin müavini ilə görüşdü - Video | Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Cəlal Sami Tüfəkçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Görüşdən əvvəl qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrini dərin hörmət və ehtiramla yad ediblər. Sonra Müdafiə Nazirliyində türkiyəli nümayəndə heyəti ilə görüş keçirilib. Qonaqları salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Hər iki Ordunun döyüş əməliyyatları zamanı şəhid olan hərbi qulluqçularının xatirəsi ehtiramla anılıb, tərəflər şəhidlərə Allahdan rəhmət diləyiblər. Nazir Azərbaycanla Türkiyə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın daim inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb. Müdafiə naziri ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu olduğunu qeyd edib. C.S.Tüfekçi isə öz növbəsində ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib. Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahid Bağcının və qardaş ölkənin müdafiə sənayesi şirkətləri rəhbərliyinin də iştirak etdiyi görüşdə hərbi təchizat sahəsində birgə layihələrin əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib. |
2024-01-17 | 823,592 | Neftçalada avtomobillər toquşdu: 2 gənc öldü - Foto | Neftçalada iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası olub. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Qaravəlli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Ford” markalı avtomobil KİA markalı avtomobillə toqquşub. Qəza nəticəsində Cəlilabad rayon Göytəpə şəhər sakinləri, 1995-ci il təvəllüdlü İslam Fərhadov və 1998-ci il təvəllüdlü Vahid Yağnəliyev hadisə yerində ölüblər. İki nəfər - Neftçala rayonunun Xolqarabucaq kənd sakinləri, 1957-ci il təvəllüdlü Loğman Qüdrət oğlu Bayramov, 1982-ci il təvəllüdlü Habil Abasağa oğlu Əliyev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2024-01-17 | 823,595 | 3 azərbaycanlı alpinist itkin düşdü | Şərqi Azərbaycan əyalətinin Sərab mahalının "Şirmərdan" yüksəkliklərində 3 azərbaycanlı alpinist itkin düşüb. Axar.az xəbər verir ki, bu barədə Sərabın Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat yayıb. O, alpinistlərin yanvarın 15-də itkin düşdüklərini, Sərab və Təbrizdən olan alpinist və xilasetmə qruplarının onların axtarışına cəlb olunduqlarını bildirib. Güclü qar yağması və çovğun səbəbindən axtarış işlərinin istənilən səviyyədə aparılmadığı da qeyd edilib. |
2024-01-17 | 823,597 | Tiflis İrəvanın sülh layihəsini şərh etdi | Gürcüstan regional əlaqələrin şaxələndirilməsi və möhkəmləndirilməsi kimi ümumi məqsədə nail olmaq üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Ermənistandakı səfirliyi İrəvanın təklif etdiyi “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinə Tiflisin baxışını şərh edərkən bildirib. “Qafqazın kommunikasiyalar üçün həyati əhəmiyyət kəsb edən region olaraq strateji əhəmiyyətini qəbul edirik. Gürcüstan regional əlaqələrin şaxələndirilməsi və möhkəmləndirilməsi kimi ümumi məqsədimizə nail olmaq üçün qonşu ölkələrlə əməkdaşlığa hazırdır. Regional sabitliyə, iqtisadi artıma və əlaqələrin genişlənməsinə töhfə verən təşəbbüsləri dəstəkləyirik”, - məlumatda deyilir. |
2024-01-17 | 823,598 | Ukrayna xalqı yorulub, amma inanır! - Derkaç | Ukrayna xalqında müəyyən müharibə yorğunluğu var. Bu, həm də ölkənin şərqində və cənubunda bir sıra iri müəssisələrin bağlanması ilə yaranan iqtisadi çətinliklərlə əlaqədardır. Bu sözləri Axar.az-a ukraynalı jurnalist Ənvər Derkaç Ukrayna cəmiyyətinin hazırkı ovqatını şərh edərkən deyib. “Hər şeydən əvvəl, ölənlərin və ağır yaralananların sayının artması səbəbindən baş verən yorğunluq var. Lakin bu, qələbə gözləntilərinə təsir göstərmir. Ukraynalıların böyük əksəriyyəti başqa variantı belə düşünmür - yalnız qələbə. Son iki il ərzində belə ənənə yaranıb: hər atışmadan sonra silahlı qüvvələrə ianələrlə dəstək olunur”, - o bildirib. |
2024-01-17 | 823,602 | Türkiyə bankları Rusiya ilə işləməkdən imtina etdi | Türk bankları Rusiya bankları ilə işləməkdən imtina etməyə başlayıb. Axar.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti maliyyə bazarındakı mənbələrə istinadən məlumat yayıb. Nəşr yazır ki, türk bankları Rusiyanın demək olar ki, bütün kredit təşkilatları ilə əlaqələrini kəsib, həmçinin müqavilələri rəsmi bağlamadan ödənişlərin işlənməsini dayandırıb: “Lakin Türkiyə bankları Rusiyadakı törəmə xarici banklar üçün istisna edib”. Mənbə qeyd edib ki, vəziyyət ABŞ Prezidenti Baydenin dekabrın 22-də Ukraynadakı müharibədə Rusiyaya yardım edən xarici şirkətlərə qarşı ikinci dərəcəli sanksiyalar haqqında fərman verməsindən sonra kəskin şəkildə pisləşib. Fərman Vaşinqtona Rusiyaya qarşı sanksiyaları pozduqlarına görə xarici bankları Amerika maliyyə sistemindən ayırmağa imkan verir. |
2024-01-17 | 823,607 | İran ABŞ və İsraili “Xeybərşekən”lə hədələdi | İslam İnqilabı Keşikçiləri komandirləri dəfələrlə iddia ediblər ki, İranın hərbi gücünün regionda istənilən düşmənlə üz-üzə gəlmək imkanı var. Hətta ABŞ-ın bölgədəki hərbi bazaları və İsrail şəhərlərini ballistik raketlərlə hədəf ala biləcəklərini də dəfələrlə dilə gətiriblər. Tehran rejimi bu bəyanatlar fonunda yanvarın 16-da İraqın Ərbil şəhərində “Falcon Group”un rəhbəri Peşrev Dizayinin evini hədəf alıb. Bu şirkət İraqda neft-qaz, tikinti və təhlükəsizlik daxil olmaqla, müxtəlif sektorlarda fəaliyyət göstərir. “Falcon” şirkətinin amerikalı tərəfdaşlar da daxil olmaqla, onlarla xarici agentlik və şirkətlə mühafizə sahəsində müqavilələri var. ABŞ-ın Ərbildə olan bazasına yaxın yerdə yerləşən Dizayinin evinin dörd raketlə hədəfə alınması daha çox ABŞ-a bu raketlərin dəqiqliyini nümayiş etdirmək üçün mesajdır. Demək istəyir ki, İran istəsə, ABŞ-ın bazalarını da dəqiq atəşlə vura bilər. Lakin bütün təhdidlərinə baxmayaraq, SEPAH ABŞ hərbi qüvvələri ilə birbaşa toqquşmadan çəkinir. İndiyə qədər İran hərbi qüvvələri və ona bağlı olan proksi qüvvələr heç bir ABŞ bazasına ciddi zərbə vurmayıb. Bəzi hallarda da İranın ABŞ bazalarına hücumu əvvəlcədən razılaşmalar əsasında baş verib. Bu hücumlar əslində İrana daha çox daxildə lazımdır. Son bir neçə ayda İsrail ordusu Suriyada SEPAH-ın Qüds qüvvələrinin bir neçə yüksək səviyyəli komandirini öldürüb. Kirmanda Qasım Süleymaninin anım mərasimində partlayış nəticəsində İranın dinc vətəndaşları həlak olub. İran son günlərdə qisas alacağına dair bir çox təbliğat xarakterli fəaliyyətlər aparır. Daxildə və xaricdə ona qarşı hücumların cavabsız qalmayacağını bildirir. Bu səbəbdən nəsə etməsi qaçılmaz idi. İranlı komandirlər dəfələrlə “ağır qisas”dan danışıblar. İran Ərbilə hücumla göstərmək istəyir ki, Qərb şirkətləri ilə işləyən kürd iş adamını hədəfə alaraq, MOSSAD-ın Ərbildəki qərargahını dağıdıb. İran mətbuatı xəbərləri yalnız bu istiqamətdə dərc edir. Amma həm İraq hökuməti, həm də Kürdüstan Regional hökuməti bu ittihamları rədd edir, İsrail isə belə hallara həmişəki kimi susur. Eyni zamanda, çərşənbə axşamı səhər saatlarında Xuzistandan Suriyanın İdlib şəhərinə bir neçə ballistik raket atılıb. İslam İnqilabı Keşikçiləri Korpusu Kirmandakı son hücumlara cavab olaraq İŞİD-in İdlibdəki bazasını hədəf aldığını iddia edir. “Təhrir əş-Şam” qruplaşması həmin ərazidə mövcud olsa da, orada İŞİD-in bazası olduğunu sübut edən heç bir sübut yoxdur. Amma məhz Xuzistandan İdlibə qədər olan məsafəni nəzərə alsaq, görünür, İran özünün “Xeybərşekən” raketinin gücünü - 1450 km məsafəni nümayiş etdirmək istəyir. Həmin raketlər İranın digər ərazilərində və Suriyaya daha yaxın mövqelərdə də mövcuddur. Amma Xuzistandan raketləri atmaqla Təl-Əvivə mesaj verdi. |
2024-01-17 | 823,609 | Ötən il Azərbaycanda ölənlərin sayı... | Ötən ilin 11 ayında ölkədə 54794 ölüm halı qeydə alınıb. Bu barədə Axar.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb. |
2024-01-17 | 823,613 | “Leobank” müştərinin 265 manatını “yedi” | “Leobank” müştərinin kartından onun heç bir təsdiqi olmadan 265 manat pul silib. Bu barədə Axar.az-a Bakı sakini Aysel Abdullayevanın müraciətində bildirilib. A.Abdullayevanın sözlərinə görə, onun kartından vəsait 14 yanvarda silinib. Kartdan pul çıxılması ilə bağlı bildiriş isə ona 15 yanvar tarixində gəlib. Daha sonra şikayətçi banka müraciət edib, aydınlaşdırma istəyib. Bank məbləğin “Zoom.us” saytından sifariş etdiyi məhsula görə çıxıldığını iddia edib. Şikayətçi qeyd edib ki, hansısa bir məhsul sifariş etməyib və şikayət ərizəsi yazmaq istəyib. Amma “Leobank” ərizəni qəbul etməyib. Məsələ ilə bağlı “Leobank”ın *7773 dəstək xəttindən saytımıza bildirilib ki, bu haqda heç bir bilgi verə bilməzlər. |
2024-01-17 | 823,616 | Türkiyə ordusu 4 terrorçunu məhv etdi | Türkiyə ordusu Suriyanın şimalında 4 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Fərat qalxanı” əməliyyat bölgəsində məhv edilib. |
2024-01-17 | 823,618 | İraq İranı BMT-yə şikayət etdi | İraq İranın ərazisinə zərbə endirməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına şikayət edib. Axar.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bildirib. İraq XİN Ərbildə mülki vətəndaşların həyatına son qoyan hücumdan sonra İrana qarşı rəsmi olaraq BMT Təhlükəsizlik Şurasına şikayət təqdim etdiyini açıqlayıb. Qeyd edək ki, İran İsrailin Ərbildəki “casus qərargahına” raket hücumu həyata keçirib. Nəticədə iş adamı Peşrev Dizayi ailəsi ilə birgə məhv edilib. |
2024-01-17 | 823,620 | Xanım direktor 19 min mənimsədi: cinayət işi açıldı | Mingəçevirdə məktəbdəki qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Bu barədə Axar.az-a Mingəçevir şəhər prokurorluğunun məlumat verilib. Qeyd olunub ki, Mingəçevir şəhər N.Gəncəvi adına 8 saylı tam orta məktəbində baş verən qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Mayisə Əliyevanın qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2022-2023-cü illər ərzində məktəbin müəllimlərinə tədris olunmayan dərs saatlarına görə əmək haqqı ödənilməsi yolu ilə 19 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və ya israf etməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Mingəçevir şəhər prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır. |
2024-01-17 | 823,621 | Azərbaycanla Türkiyə hərbi əməkdaşlığı müzakirə etdi | Yanvarın 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Cəlal Sami Tüfəkçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumata yayıb. Məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. |
2024-01-17 | 823,623 | Küləkli hava nə vaxta kimi davam edəcək? | Saat 12:00-a olan məlumata əsasən, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27-32 m/s, Daşkəsəndə 25 m/s, Naftalanda 22 m/s, Şamaxı, Qobustan, Şəkidə 18 m/s, Altıağacda 17 m/s, Şabranda 16 m/s-dək güclənib. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 7°-dək isti, Aran rayonlarında 13°-dək isti, Naxçıvan Muxtar Respublikasında 3°-dək isti, dağlıq rayonlarda 3-7° isti qeydə alınıb. Qeyd edilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti yanvarın 17-si axşamadək davam edəcək. |
2024-01-17 | 823,626 | Prezidentdən Səməd Seyidovla bağlı sərəncam | Səməd Seyidov “Şöhrət” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə o, “Şöhrət” ordeni ilə təltif edilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.