date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-15 | 822,936 | Ayasofyaya giriş bu gündən pullu oldu | Türkiyənin İstanbul şəhərində yerləşən tarixi Ayasofya məscidinə giriş bu gündən etibarən turistlər üçün ödənişli olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yayılıb. Məlumata görə, bu gündən Ayasofyanı ziyarət etmək istəyən əcnəbi turistlər 25 avro ödəniş etməli olacaqlar. Qeyd edək ki, 2020-ci il iyulun 24-də 86 ildən sonra cümə namazı ilə məscid olaraq ibadətə açılan Ayasofya 1985-ci ildə UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib. Məbəd 1934-2020-ci illər arasında muzey olaraq fəaliyyət göstərib. |
2024-01-15 | 822,942 | Baş prokurorun müavini hadisə yerindədir | Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə baş verən partlayışla bağlı hazırda Baş prokurorun müavini Elmar Camalov və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları hadisə yerindədirlər. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib. Qeyd olunub ki, aidiyyəti dövlət orqanları ilə birgə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir. İctimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək. |
2024-01-15 | 822,945 | NATO 5 min hərbçisini Bolqarıstana yerləşdirir | Bolqarıstan ərazisində təxminən 5 min NATO əsgərinin yerləşdirilməsi üçün infrastruktur obyektləri tikiləcək. Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan müdafiə naziri Todor Taqarev məlumat verib. “Mənim ABŞ-a səfərim zamanı ərazimizdə çoxmillətli NATO döyüş qrupunun yerləşdirilməsi üçün lazımi infrastrukturun təmin edilməsi imkanları müzakirə edildi. ABŞ infrastrukturun inşasını maliyyələşdirmək üçün kömək etməyə hazırdır”, - Taqarev bildirib. |
2024-01-15 | 822,948 | Qanuni oğrular arasında “müharibə” - Video | Rusiyada azərbaycanlı qanuni oğrular arasında ən böyük mafiya müharibələrindən biri başlayıb. Axar.az Unikal.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib. Bildirilib ki, söhbət qanuni oğru klanı Ülfət Tağıyev (Rufo Gəncinski), Namik Caniyev (mərhum qanuni oğru Rövşən Caniyevin qardaşı), Zaur Əhmədov (Rövşənin qohumu) və digər tərəf qanuni oğru Namiq Səlifov (mərhum qanuni oğru Nadir Səlifovun qardaşı) və ona qoşulan “kriminal general” Vaqif Süleymanovdan gedir. Məlumata görə, tərəflər arasında gərginlik 2023-cü ilin payızında başlayıb. Rufonun adamlarından olan “1 nömrəli qanun oğru” Badri Koguaşvili Moskvada və digər bölgələrdə iş adamlarına, ticarətçilərə, rəqabət aparan mütəşəkkil cinayətkar qrupların nümayəndələrinə silahlı “razborkalar” və hücumlar həyata keçirməyə başlayıb. Bununla yanaşı, mərhum qanuni oğru Rövşən Lənkəranskinin adamı hesab edilən, hazırda isə Rufo Gənciniskinin ətrafında olan Cavid Astaralı avtomobilində silahlı hücuma məruz qalıb. Hətta bu barədə videogörüntülər paylaşılmışdı. Videoda bir neçə şəxs ayrı-ayrı nöqtələrdən Cavid Astaralının hərəkətdə olan avtomobilinə silahla hücum edir. Avtoritet avtomobili saxlamayaraq yolda olan digər maşınlara vurub. Hadisə nəticəsində Cavid Astaralı bir neçə güllə yarası alıb. Həmin şəxslər hazırda həbsdə olan kriminal aləmdə Nihat Quli, Nihat Qəbələli kimi tanınan Nihat Mayısbəylinin adamları olub. Nihat Mayısbəyli mərhum qanuni oğru Nadir Səlifovun (Lotu Quli) yaxın adamıdır. "2024-cü ildən başlayaraq Namiq Səlifov və Vaqifin silahlıları Moskvada, Rusiya Federasiyasının digər bölgələrində və qonşu ölkələrdə Rufo quldurlarını “sıxmağa” başlayıblar. Məsələn, Rufonun bu ölkədəki (Rusiya - red.) nümayəndəsi Qazaxıstanda vəhşicəsinə döyülüb. Bütün bu qarşıdurmalar təkcə döyülmələrlə deyil, həm də atışma və sui-qəsd cəhdləri ilə müşayiət olunur. Nəticədə, eyni Rufo Rusiya Federasiyasını tərk etmək məcburiyyətində qalıb və indi Misirdədir. Lakin o, da bu ölkədə özünü təhlükəsiz hiss etmir və İrana köçmək üçün danışıqlar aparır. Eyni zamanda Rufo, Namik Caniyev və Zaur Əhmədov Namiq Səlifovun öldürülməsi üçün 5 milyon dollar mükafat elan ediblər", - KİV yazıb. |
2024-01-15 | 822,949 | Putin Şimali Koreyaya səfərə hazırlaşır | Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfəri yaxın gələcəkdə baş tuta bilər. Vaxt diplomatik kanallar vasitəsilə daha sonra razılaşdırılacaq. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiya KXDR ilə bütün sahələrdə tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir”, - o bildirib. |
2024-01-15 | 822,951 | Toyda rəisin xoşuna gəlib, “xalq artisti” adı verilib - Simonyan | “Xalq artisti”, “əməkdar artist” adı SSRİ-də uydurulmuş bir şeydir. Rəqabət olmadığından, adamlar pul qazana bilmədiyindən, dövlət belə qərara gəldi ki, bu sənətkar yaxşı sənətkardır, o biri yox. Başqa heç bir ölkədə belə şey yoxdur. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə fəxri adların ləğvi ilə bağlı müzakirələr zamanı deyib. “Bunlar Ermənistan üçün hansı xidmətlər göstərib? Hansısa uşağın toyuna gedib yaxşı oxuyublar, rəhbər də deyib ki, ona “xalq artisti” və ya “əməkdar artist” adını verin. Musiqi industriyasında status qazanmış insanlar var. Hörmət və populyarlıq rütbə ilə müəyyən edilmir. Hansı elitadan danışırsınız? Elita yoxdur, elita xalqın özüdür”, - Simonyan bildirib. |
2024-01-15 | 822,952 | Qatarların sürət həddi bərpa olundu | Azərbaycanda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə qeyri-sabit hava şəraitində şəhərətrafı və regionlar üzrə fəaliyyət göstərən sərnişin və yük qatarlarının endirilmiş sürət həddi bərpa olunub. Axar.az bu barədə Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) istinadən xəbər verir. “Sərnişinlərimizdən qış mövsümündə platformalarda hərəkət zamanı ehtiyatlı olmaları və dəmir yolu xətlərini keçən zaman müvafiq keçidlərdən istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd edilib. |
2024-01-15 | 822,955 | Əliyev bu barədə açıq mesaj verdi - Keryan | Sözlərim çox qəribə səslənə bilər və hətta məni satqın hesab etmək olar. Amma uzun illər ərzində vasitəçilik missiyalarının sadəcə fırıldaq olduğunu düşünürdüm. Məsələn, Minsk qrupunun vasitəçilik missiyası 26 il ərzində bizə heç nə vermədi, başqa vasitəçilik missiyaları da eyniylə, nəticəsiz oldu. Axar.az xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan deyib. "Sağ qalmağımızın açarı region ölkələri: Azərbaycan, Türkiyə, Gürcüstan, İran və ilk növbədə Rusiya ilə birgəyaşayış qaydalarını tapmaqdır. Əliyev müsahibəsində birbaşa dedi ki, razılığa gəlsək, bizə heç bir vasitəçi lazım deyil. Baxın, vasitəçilər olanda hər kəs öz maraqlarını rəhbər tutur. Minsk qrupu olanda ABŞ öz arqumentlərini, Fransa öz arqumentlərini və s. bildirirdi. Ona görə də inanıram ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində birbaşa danışıqlar vasitəçilər olmadan qat-qat səmərəli olacaq", - o bildirib. |
2024-01-15 | 822,956 | Lavrov Abdullahianla danışdı | Rusiya xarici işlər naziri Sergey Lavrovla iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlər ABŞ və Böyük Britaniyanın Yəmənə hücumunu qınayıblar. |
2024-01-15 | 822,958 | Bakıda sexdə partlayış: 7 ölü, 24 yaralı var - Rəsmi | 14:40 Bakıda sexdəki partlayış-yanğında 24 nəfər xəsarət alıb. Bu barədə Axar.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki. Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin 19 təcili yardım briqadası hadisə yerinə cəlb olunub. Xəsarət alanlardan 1 nəfərə yerində ilk tibbi yardım göstərilib. 23 nəfər isə tibb müəssisələrinə hospitalizasiya olunub. Baş verən yanğın hadisəsində xəsarət alan 10 nəfər Kliniki Tibbi Mərkəzə təxliyə olunub. Xəstələr müştərək politravma, bədənin çoxsaylı yanıqları və sınıqları diaqnozları ilə xəstəxanaya yerləşdirilib. 14 nəfər isə müxtəlif yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub. Hazırda xəsarət alanların hər birinə zəruri tibbi xidmətin göstərilməsi davam etdirilir. *** Mebel sexində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir. Məlumata görə, yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə yerinə cəlb olunub. Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb. Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir. Faktla bağlı Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin peşəkar müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinə həvalə olunub. Partlayışın səbəbinin, dəymiş ziyanın həcminin, həmçinin, iş üzrə əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin edilib. Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. İctimaiyyətin mütəmadi məlumatlandırılması təmin ediləcək. *** Bakının Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkar olunaraq çıxarılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. *** Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb. Bu barədə Mətbuat xidmətindən bildirilib. Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir. |
2024-01-15 | 822,959 | 95 tələbə tantunidən zəhərləndi | Türkiyənin Kastamonu şəhərində 95 tələbə qaldıqları yataqxanada qidadan zəhərlənib. Axar.az xəbər verir ki, bu barədə Kastamonu valiliyi məlumat yayıb. Qeyd olunub ki, zəhərlənənlərdən 72-si xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti yaxşıdır və həyatları üçün təhlükə yoxdur. Tələbələrin axşam yeməyi zamanı tantunidən zəhərləndikləri bildirilib. Yeməkdən bir müddət sonra onlarda ürək bulanması, baş gicəllənməsi kimi hallar müşahidə olunub. Hadisə ilə bağlı araşdırma başladılıb. |
2024-01-15 | 822,962 | Namizəd olmaq istəyənin MSK-ya gecikmiş məktubu... | Yanvarın 11-də Mərkəzi Seçki Komissiyasına Nəsimi Sadıqov adlı vətəndaşın prezidentliyə namizəd olmaq üçün ünvanladığı məktub daxil olub. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib. O bildirib ki, poçtdan həmin məktub MSK-ya gec çatıb: “Qanunvericiliyə əsasən, MSK həmin şəxsin namizədliyini qeydə ala bilməz. Vətəndaş həmin məktubu yanvar ayının 1-də də təqdim etdiyini iddia edə bilərdi. Amma o məktub bizə ayın 11-i çatıb. Namizədlərin qeydə alınması müddəti isə yanvarın 8-də bitib. Yəni o məktub bizə 11-i yox, 1-də çatsaydı, biz ona baxıb geri göndərməli idik”. MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, bu sənəd 8-dən əvvəl də daxil olsaydı, vətəndaşa geri dönüş edib lazım olan sənədlər onun diqqətinə çatdırılardı. |
2024-01-15 | 822,967 | Azərbaycanın veteran futbolçusu vəfat etdi - Foto | Azərbaycanın veteran futbolçusu Səməd Hacıyev vəfat edib. Axar.az xəbər verir ki, bu barədə "Araz-Naxçıvan" klubunun mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Səməd Hacıyev Naxçıvan təmsilçisinin heyətində çıxış edib. |
2024-01-15 | 822,968 | A qripi adlanan virus növü var, ancaq... - İnfeksionist | Ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır. Mövsümü A qripi virusunun yayılması haqqında məlumatlar var. Səhiyyə Nazirliyinin tabeliyində olan xüsusi laboratoriyalara göndərilən nümunələrdə tək-tək onun təsdiqi müşahidə olunur. Digər respirator virus infeksiyaları da yayılıb. Bununla yanaşı az sayda da olsa yeni növ koronavirusun (COVID-19) yayılması hallarına təsadüf edilir. Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov son günlər qrip virusunun ağır növünün yayılması barədə dolaşan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, hazırda mövsümə uyğun olaraq bəzi respirator virusların, xüsusilə qripin yayılma dönəmidir: “Lakin həmin virusun ağır növü ilə əlaqədar heç bir hal qeydiyyata alınmayıb. A qripi adlanan virus növü var və ona da tək-tək hallarda rast gəlinir”. İnfeksionist Türkiyədə yayılan koronavirusun mutasiyaya uğramış JN.1 variantının artması məsələsinə də diqqət çəkib. O bildirib ki, virusun yayılması ilə əlaqədar maskanın tövsiyə olunması mənfi hal deyil. Ümumiyyətlə, istənilən virusa qarşı qorunmaq yaxşı haldır. Lakin virusun bu növü Azərbaycanda yoxdur: “Koronavirusun statistikası da göstərir ki, son günlər artımlar müşahidə olunmur. Xarici ölkələrdə, o cümlədən qonşu Türkiyədə rast gəlinən mutasiya olunmuş omikronun alt növü olan JN.1ştamının da Azərbaycanda mövcud olması haqqında heç bir məlumat yoxdur. Lakin onun olması da istisna deyil, çünki miqrasiya və turist axını bunu deməyə əsas verir”. Mütəxəssis-ekspert onu da bildirib ki, ümumi viruslara qarşı xüsusi risk qruplarında olanlar daha diqqətli olmalıdırlar. Azyaşlı uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar tünlük olan yerlərdə tibbi maskadan istifadə etməsi daha məqsədəuyğundur. |
2024-01-15 | 822,970 | Yol polisindən sürücülərə müraciət | Ölkə ərazisində hava şəraiti sabitləşsə də, ötən gündən yağan qarın yollarda yaratdığı çətinliklər hələ də qalmaqdadır. Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) qarın yollarda yaratdığı çətinliklərlə bağlı sürücülərə müraciətində bildirilib. “Xüsusilə səhər və axşam saatlarında havanın dumanlı, çiskinli olması, eləcə də dağlıq və dağətəyi rayonlarda, külək tutan açıq ərazilərdə, körpülərdə yol örtüyünün buz bağlaması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirməklə yanaşı, sürüşmə ehtimalını da dəfələrlə artırır. Hazırda DYP əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə respublika əhəmiyyətli avtomobil yollarında və digər yaşayış məntəqələrində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür, hərəkət iştirakçıları ilə profilaktik söhbətlər aparılır, yolun vəziyyəti barədə onlara məlumat verilir, sürüşmə səbəbindən yolda qalan sürücülərə köməklik göstərilir”, - müraciətdə bildirilib. BDYPİ sürücülərə müraciət edərək onlardan mövcud hava şəraitini düzgün qiymətləndirməyi, yolların buz bağlama ehtimalını nəzərə alaraq ehtiyat tədbirləri görməyi, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi xahiş edib. |
2024-01-15 | 822,973 | Bakı ilə növbəti iclasın tarixi dəqiqləşdirilir - Qriqoryan | Delimitasiya üzrə Ermənistan və Azərbaycan komissiyalarının növbəti iclası yanvarın sonunda baş tutacaq, dəqiq tarix və yer dəqiqləşdirilir. Axar.az xəbər verir ki, bunu Ermənistanın baş nazirinin müavini Mger Qriqoryan deyib. “İlkin razılaşmalara əsasən, iclasda əvvəlcə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsinə baxılacaq, burada birgə iş zamanı istifadə olunacaq sənəd növləri və hüquqi əhəmiyyət kəsb edən hüquqi aktlar, müvafiq hüquqi əsaslarla tərtib edilən və səlahiyyətli orqanlar tərəfindən verilən SSRİ-nin son topoqrafik xəritələri və digər oxşar məsələlər müəyyən edilməlidir”, - Qriqoryan bildirib. |
2024-01-15 | 822,974 | Mixalko Binəqədidə ölənlərin ailələrinə başsağlığı verdi | Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Binəqədidə baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə başsağlığı verib. Axar.az xəbər verir ki, səfir bu barədə öz X hesabında paylaşım edib. “Bakının Binəqədi rayonunda sexdə baş vermiş partlayış nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Yaralıların tezliklə sağalmasını arzu edirik. Allah rəhmət eləsin!” – P.Mixalko paylaşımda bildirib. |
2024-01-15 | 822,979 | Namizədlər üçün ödənişsiz efir vaxtının - Cədvəli | 15:46 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində İctimai TV və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib. Onun sözlərinə görə, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul edilib: “İctimai Televiziya namizədlərə qatıldığı “Diqqət Mərkəzi Seçki” verilişi və sosial platformalar vasitəsilə seçki prosesində ödənişsiz təşviqat məsələlərinə öz dəstəyini verəcək”. R.Qasımov bildirib ki, həftənin bazar ertəsi, çərşənbə və cümə günləri İctimai Televiziyanın efirində, həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq. Format dəyirmi masa şəklində olacaq. Püşkatmanın nəticələri aşağıdakı kimidir: 1. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc, 2. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 3. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 4. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev; 6. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 7. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev. *** 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəli dərc edilib. Bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib. İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (2024-cü il yanvarın 15-dən fevralın 6-dək) “dəyirmi masa” formatında istifadəçilərin sərəncamına veriləcək. Həftədə 3 dəfə saat 21.00-da başlamaqla televiziyada, 3 dəfə isə saat 21.00-da başlamaqla radioda hər dəfə 1 saat davam edən “dəyirmi masa”da hər bir namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı ayrılacaq. İstifadəçi ona ayrılmış efir vaxtından qanunvericiliklə müəyyən edilmış qaydada seçkiqabağı təşviqat məqsədləri üçün və “dəyirmi masa” formatında öz mülahizəsinə uyğun istifadə edə bilər. Cədvəllə BURADAN tanış ola bilərsiniz. |
2024-01-15 | 822,980 | Şoyqu iranlı həmkarı ilə danışdı | Rusiyanın müdafiə naziri Sergey Şoyqu iranlı həmkarı Məhəmməd Rza Aştiani ilə telefon danışığı aparıb. Axar.az xəbər verir ki, bu barədə "Tass" məlumat yayıb. Telefon danışığı zamanı hərbi və hərbi-texniki əməkdaşlığın cari məsələlərini müzakirə edilib. Nazirlər suverenliyə və ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətin vacibliyini bir daha ifadə edib, eyni zamanda Rusiya ilə İran arasında imzalanmağa hazırlanan Böyük Dövlətlərarası Müqavilədə bu məqamın bir daha təsdiqlənəcəyi vurğulanıb. Şoyqu Rusiyanın İranla birgə çoxqütblü dünya yaratmaq üçün səylərini artırdığını bildirib. |
2024-01-15 | 822,983 | Səbuhi Məmmədlinin son durumu açıqlandı | Jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır olaraq qalır. Bu barədə Axar.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, Səbuhi Məmmədovun səhhətində ciddi dəyişiklik yoxdur: “Hazırda Yeni Klinikanın Reanimasiya şöbəsində müalicə alan jurnalist Səbuhi Məmmədlinin vəziyyəti ağır olaraq qalır. O, süni nəfəs aparatına qoşulub”. Qeyd edək ki, Səbuhi Məmmədli “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” çərçivəsində hemodializ müalicəsi alır. Xatırladaq ki, S.Məmmədli daha əvvəl hər iki ayağın amputasiyası əməliyyatı keçirib. |
2024-01-15 | 822,985 | Azərbaycanlı nobelçiyə yeni cəza verildi | Nobel mükafatı laureatı, hüquq müdafiəçisi Nərgiz Məhəmmədi barəsində yeni cəza qərarı çıxarılıb. Axar.az xəbər verir ki, bu barədə onun adına fəaliyyət göstərən sosial media hesabı məlumat yayıb. Bildirilib ki, siyasi məhbus yenidən 15 ay həbs, həbsdən sonra 2 il sürgün cəzasına məhkum edilib. Bununla yanaşı, N.Məhəmmədinin 2 il müddətinə ağıllı telefondan istifadə etməsinə, təşkilatlara üzv olmasına qadağa qoyulub. Bu, son iki il ərzində Nərgiz Məhəmmədi barəsində çıxarılan 5-ci cəza qərarıdır. Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, bundan əvvəlki qərara görə 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. |
2024-01-15 | 822,988 | SEPAH zabitlərinin korrupsiya faktları ifşa edildi | SEPAH-ın Kəşfiyyat Təşkilatının bir qrup müstəntiqinin böyük iş adamlarından külli miqdarda rüşvət aldıqlarını əks etdirən məhkəmə sənədləri ifşa olub. Axar.az xəbər verir ki, bu barədə “İran İnternational” kanalı məlumat yyaıb. Sənədlərdə SEPAH-ın Kəşfiyyat Təşkilatının müstəntiqi Məhəmməd Mehdi Badinin İranın “polda kralı” kimi tanınan iş adamı Rəsul Danialzadədən 400 min dollar və 60 min avro rüşvət aldığı göstərilir. Bununla yanaşı, həmin müstəntiqin Tehranın “İstiqlal” klubunun idarə heyətinin keçmiş sədri, “Gilan Grand Hotel”in sahibi İsmayıl Xəlilzadədən də yüz minlərlə dollar rüşvət aldığı qeyd edilib. |
2024-01-15 | 822,989 | Türkiyə ordusu terrorçulara aid 78 hədəfi məhv etdi | Türkiyə ordusu İraq və Suriyanın şimalında 77 terrorçunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Gülər məlumat verib. Nazir eyni zamanda bildirib ki, əməliyyatlar çərçivəsində terrorçulara aid 78 hədəf məhv edilib. |
2024-01-15 | 822,990 | Bakıdakı 32 erməni bunun nəticəsində qaytarıldı - Simonyan | Ermənistan parlamentinin sədri Alen Simonyan rəsmi İrəvanla Bakı arasında birbaşa təmasları istisna etmir. Axar.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında vasitəçilərin öz maraqlarını təmin etməyə və təsir imkanları yaratmağa çalışdıqlarını deyib: “Sülh prosesində vasitəçilik etməyə çalışan istənilən ölkənin öz maraqları var və bu da təbiidir”. A.Simonyan bildirib ki, tərəflərin birbaşa təmaslarla bağlı təcrübəsi var: “Məsələn, Azərbaycandakı 32 erməni birbaşa təmaslar nəticəsində qaytarıldı. Amma təbii ki, beynəlxalq ictimaiyyət də nəzərə alınmalıdır”. |
2024-01-15 | 822,991 | Zalujni təsdiqlədi: Rus təyyarələri vurulub | Xəbər verdiyimiz kimi, Ukrayna gecə saatlarında Azov dənizi üzərində Rusiyanın iki hərbi təyyarəsini vurub. Axar.az xəbər verir ki, bu faktı Ukrayna ordusunun baş komandanı Valeri Zalujni təsdiqləyib. Zalujni rəsmi Teleqram kanalından bununla bağlı açıqlama yayıb: “Ukrayna Hərbi Hava Qüvvələrinin əsgərləri düşmənin A-50 uzaqmənzilli radar aşkarlayıcı təyyarəsini və İl-22 hava idarəetmə məntəqəsini məhv edib. Azov bölgəsində mükəmməl planlaşdırılmış və həyata keçirilən əməliyyata görə Hərbi Hava Qüvvələrinə təşəkkür edirik!” |
2024-01-15 | 822,994 | 691-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 691-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 689 PUA-sı, 450 zenit-raket kompleksi, 14 632 tank və digər zirehli texnikası, 1 202 reaktiv yaylım atəş sistemi, 7 736 artilleriya və minaatanı, 17 489 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-15 | 822,996 | Bu tarixdə dünyanın ilk trilyonçusu olacaq | Dünyanın ən zəngin beş adamı 2020-ci ildən bəri sərvətlərini iki dəfədən çox artıraraq 405 milyard dollardan 869 milyard dollara yüksəldib. Onlar saatda 14 milyon dollar qazanıb. Axar.az xəbər verir ki, bu barədə “Oxfam” beynəlxalq xeyriyyə və humanitar təşkilatı məlumat yayıb. Məlumata görə, eyni zamanda, demək olar ki, 5 milyard insan yoxsullaşıb: “Mövcud tendensiyaların davam edəcəyini fərz etsək, dünyanın 10 il ərzində ilk trilyonçusu olacaq, lakin yoxsulluğun daha 230 il aradan qaldırılması mümkün olmayacaq. Milyarderlər dünyanın 10 ən böyük korporasiyasından 7-nə rəhbərlik edirlər. Bu şirkətlərin aktivlərinin ümumi dəyəri 10,2 trilyon dollara çatır ki, bu da Afrika və Latın Amerikasının bütün ölkələrinin ümumi ÜDM-inə bərabərdir. Milyarderlər arasında amerikalı sahibkar, “Tesla” və “SpeysX”-in qurucusu İlon Mask, LVMH (Louis Vuitton Moet Hennessy) şirkətlər qrupunun prezidenti Bernard Arnault, “Amazon” elektron ticarət korporasiyasının təsisçisi Ceff Bezos, “Orakl” (Oracle) proqram təminatı tərtibatçısı Larri Ellison və “Maykrasoft” korporasiyasının qurucusu Bill Qeyts var. Planetin ən zəngin insanlarının 1%-i bütün qlobal maliyyə aktivlərinin 43%-nə sahibdir. Milyarderlər 2020-ci ildən bəri 3,3 trilyon dollar zənginləşib və sərvətləri inflyasiya səviyyəsindən üç dəfə sürətlə artıb". |
2024-01-15 | 822,999 | Bakıda bu avtobusların hərəkəti dəyişdirildi | Bakıda sərnişindaşımanı həyata keçirən 3 və 88 nömrəli marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti dəyişdirilib. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Dəyişikliyə səbəb paytaxtın Binəqədi rayonunda partlayışın baş verməsidir. Nəticədə Abay Kunanbayev küçəsindən keçən sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti Süleyman Sani Axundov küçəsindən təşkil edilib. |
2024-01-15 | 823,004 | Prezidentdən Ramiz Əskərlə bağlı sərəncam | Azərbaycanda ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə Ramiz Baxşəli oğlu Əskərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. |
2024-01-15 | 823,006 | İcmadan Miyatoviçə etiraz: Bu xəyanətdir! | Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin ötən il oktyabrın 16-23-də Ermənistana və Azərbaycana səfəri ilə bağlı hesabat hazırlanıb. Bir sıra ciddi nöqsanlara yol verilmiş hesabatla bağlı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu ünvanlayıb. Qərbi Azərbaycan İcmasından Axar.az-a daxil olan məktubda deyilir: “Əvvəla, Azərbaycana səfərinizə və 2023-cü il oktyabrın 23-də Ermənistandan olan azərbaycanlı qaçqınlarla görüşünüz zamanı nümayiş etdirdiyiniz səmimi münasibətə görə sizə təşəkkür edirik. Sizin ruhlandırıcı sözləriniz, xüsusilə də “heç vaxt vaz keçməyin” tövsiyəniz bizim icmamızda dərin təsir buraxmışdı. Bununla belə, biz sizin son hesabatınızın müstəsna olaraq bir etnik qrupa aid məsələni - özü də təhrif olunmuş şəkildə əhatə etməsini, bizim məsələmizə isə orada qəsdən yer ayrılmamasını dərin təəssüf və məyusluq hissi ilə qeyd edirik. Ermənistandan didərgin salınmış yüz minlərlə azərbaycanlıya, onların acınacaqlı vəziyyətinə, davam edən mübarizəsinə və onlarla keçirdiyiniz mühüm görüşünüzə istinad etməməyiniz nəinki məyusedicidir, həm də ədalət və qərəzsizlik prinsiplərinə ziddir. Bu nöqsan, sadəcə, bir diqqətsizlik deyil, qərəzliliyə, etnik və dini ayrı-seçkiliyə dair klassik nümunədir. Sizə xatırlatmaq yerinə düşər ki, biz regiona səfərinizə dair Avropa Şurasının 2023-cü il oktyabrın 26-da verdiyi və bizim məsələmizə istinad edilmədiyi press-relizindən dərhal sonra – oktyabrın 27-də sizə məktub göndərərək narahatlığımızı bildirmişdik. Göründüyü kimi, bizə münasibətdə qərəzli münasibət davamlı xarakter daşıyır. Sizin hesabatınız Ermənistanı yalnız ümumi şəkildə geri qayıtmaq hüququna hörmət etməyə çağırır. Lakin kimin geri qayıtmaq hüququndan söhbət getdiyini göstərmir. Biz geri qayıtmaq hüququ ilə bağlı bu ümumi çağırışı dəyərləndirsək də, bu çağırışın kontekstinin qeyri-müəyyənliyi onun dəyərini və təsirini azaldır. Azərbaycanlı qaçqınlarla görüşünüz zamanı nümayiş etdirdiyiniz həvəsləndirici və dəstəkləyici tonla hesabatınızda işimizə baxılması arasındakı kəskin ziddiyyət bizi dərindən məyus və narahat edir. Bu, insan haqları və ədalətin qalası kimi dayanmalı olan AŞ İnsan Hüquqları Komissarı ofisinin əslində çox düzgün olaraq “Ermənistan+” adlandırılan antiazərbaycan dairələrin əlində alət olduğunu söyləməyə əsas verir. Azərbaycanlı qaçqınların dərdini ört-basdır etmək onların qarşısında naxələflik olmaqla bərabər, Avropa Şurasına olan-qalan etimadı və onun missiyasını sarsıdır. Bu Sizin möhtərəm ofisinizin öz işində rəhbər tutmalı olduğu ədalət və qərəzsizlik prinsiplərinə xəyanətdir. Yekun olaraq qeyd etmək istərdik ki, bizə “heç vaxt vaz keçməməyi” tövsiyə etsəniz də, sizin özünüz ən azı bu halda öz prinsiplərinizə etinasız yanaşmaqla məhz bunu etdiniz. Buna baxmayaraq, biz haqq-ədalət və Vətənimizə qayıtmaq hüququ uğrunda mübarizəmizdən heç vaxt vaz keçməyəcəyik. Məhz bu qətiyyətlə biz sizdən öz vəzifələrinizi yerinə yetirməyi və uzun müddətdir ki, məlum bədnam dairələr tərəfindən susdurulmağa çalışılan haqq işimizi hesabatınızda əks etdirmək üçün ona yenidən baxmağı tələb edirik”. |
2024-01-15 | 823,008 | Putin Hindistanın baş naziri ilə danışdı | Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın Baş naziri Narendra Modi arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Tərəflər telefon danışığı zamanı bir-birinə qarşıdan gələn seçkilərdə uğurlar arzulayıblar. Onlar Ukrayna ətrafındakı vəziyyəti və digər beynəlxalq mövzuları da müzakirə ediblər. N.Modi V.Putinlə danışıqlarda Hindistanın Rusiyanın BRİKS-də sədrliyinin məqsəd və vəzifələrinin həyata keçirilməsinə töhfə vermək niyyətində olduğunu da qeyd edib. |
2024-01-15 | 823,010 | Elnarə Qasımova həbs olundu | Məhkəmə “Abzas media” işi çərçivəsində saxlanılan Elnarə Qasımova haqqında qərar qəbul edib. Axar.az xəbər verir ki, Xətai Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımova barəsində 2 ay 17 günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, E.Qasımovaya qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. |
2024-01-15 | 823,012 | Sabirabadda qanunsuz ov edənlər saxlanıldı | Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Suqovuşan ərazisində müvafiq icazəsi olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl dovşanları və ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır. |
2024-01-15 | 823,014 | Çin rəsmiləri Zelenski ilə görüşəcək | Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrəyə gələn Çin rəsmiləri Berndə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşə bilər. Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. Çin nümayəndə heyətinin Zelenski ilə mümkün görüş çərçivəsində nələri müzakirə edəcəkləri barədə məlumat verilməyib. Qeyd olunub ki, Pekindən olan nümayəndə heyətinə Çin Dövlət Şurasının sədri Li Szyan başçılıq edir. |
2024-01-15 | 823,018 | Gənc əsgərlərin hərbi hissələrdə qəbulu - Video | Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir. Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, xidmətə yeni gələn çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçir, tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər. Bütün hərbi hissələrdə şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir. Əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara tam riayət olunmaqla yüksək kalorili, keyfiyyətli yeməklər hazırlanır. Çağırışçılar hərbi xidmətin xüsusiyyətləri, təhlükəsizlik qaydaları, nizamnamələrin tələbləri barədə ətraflı məlumatlandırılır. Onlarla maarifləndirici və fərdi söhbətlər aparılaraq, psixoloji xüsusiyyətləri öyrənilir. Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq çağırışçılarla fərdi hazırlıq məşğələləri keçirilir. |
2024-01-15 | 823,022 | Bu rayonlarda elektrik enerjisi bərpa olundu - Video | Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzlərinin elektrik enerjisi ilə təminatı bərpa olunub. Bu barədə Axar.az-a Azərişıq ASC-dən məlumat verilib. Bildirilir ki, hazırda qurum cənub rayonlarında baş vermiş qəzaları aradan qaldırmaq üçün fasiləsiz çalışır. “İki gün ərzində yağan güclü qar ölkə ərazisində, xüsusən cənub rayonları – Cəlilabad, Masallı, Lənkəran və Astaranın elektrik təsərrüfatında böyük fəsadlar yaradıb. Yağan qarın ağırlığı və külək çox sayda ağacın aşaraq xətlərin üzərinə düşməsinə səbəb olub. Elektrik xətlərinin zədələnməsi nəticəsində şəhər mərkəzlərində bəzi küçə və məhəllələr, eləcə də bəzi kəndlər işıqsız qalıb”, - deyə “Azərişıq”dan bildirilib. Qeyd olunub ki, Səhmdar Cəmiyyətin regionlardan əməkdaşları və paytaxtdan ərazilərə göndərilən qəza xidmətinin əməkdaşları ilk gündən iş başındadırlar: “Əməkdaşlarımız qəzaların aradan qaldırılması istiqamətində 24 saat fasiləsiz çalışmalarını davam etdirirlər. Qarın ağırlığına tab gətirməyərək aşmış ağacların müəyyən qurumlar tərəfindən təmizlənməsi əlavə vaxt tələb edir. Buna baxmayaraq qəza xidmətlərimiz qəza baş vermiş ərazilərdə işləri fasiləsiz davam etdirir. Cəlilabad, Masallı, Lənkəran və Astara rayon mərkəzləri elektrik enerjisi ilə təmin olunub. Bəzi dağ kəndlərində 0,4 kV-luq xətlərin bərpası tamamlanmaq üzrədir. Qeyd edilən kəndlərdə yaxın saatlarda elektrik enerjisinin verilişi tamamilə bərpa ediləcək”. |
2024-01-15 | 823,025 | Zaqatalada maşın vuran piyada 24 gün sonra öldü | Zaqatala rayonunda avtomobilin vurduğu piyada İbrahim Daşdəmirov Bakı şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Axar.az xəbər verir ki, hadisə ötən il dekabrın 22-də gecə saatlarında Zaqatala rayonunun Əliabad qəsəbəsində baş vermişdi. Qeyd edək ki, piyada, 25 yaşlı İbrahim Daşdəmirovu avtomobillə vuran sürücü hadisə yerindən qaçıb. Hadisə yerindən yayınan VAZ-2106 markalı avtomobilin sürücüsü Elgüc Hacımuradov polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-15 | 823,026 | Bayramov polşalı həmkarını təbrik etdi | Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Polşa Respublikasının xarici işlər naziri Radoslav Sikorski ilə telefon danışığı baş tutub. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Telefon danışığı zamanı ikitərəfli və regional gündəlikdə duran məsələlər müzakirə olunub. Nazir Polşa Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə həmkarını təbrik edib. Azərbaycan və Polşa arasında ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında yüksək səviyyəli dostluq, hörmət və strateji tərəfdaşlığın əhəmiyyətini vurğulayıb. Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, energetika, alternativ enerji, humanitar və s. sahələr üzrə ikitərəfli münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin, habelə parlament diplomatiyasının əhəmiyyəti qeyd olunub. Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığın irəlilədilməsinin vacibliyi vurğulanıb. C.Bayramov həmçinin postmünaqişə dövründə regional vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın öz əraziləri üzərində suverenliyini bərpa etdikdən sonra sülh üçün geniş imkanlar yarandığı qeyd edilib. Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da inkişafı üçün əhəmiyyətli olduğu vurğulanıb. Daha sonra qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2024-01-15 | 823,027 | Tokayev Papa ilə görüş üçün Vatikana gedir | Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev yanvarın 18-19-da İtaliya və Vatikanda rəsmi səfərdə olacaq. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezident Administrasiyası məlumat yayıb. Qazaxıstan liderinin İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Corciya Meloni ilə danışıqlar aparması planlaşdırılır. O, həmçinin potensial investorlarla - iri İtaliya şirkətlərinin rəhbərləri ilə görüşəcək. Qasım-Jomart Tokayev yanvarın 19-da Vatikanda Roma Papası I Fransisk ilə görüşəcək. |
2024-01-15 | 823,028 | Yapon nazir bu tarixdə Türkiyədə olacaq | Yaponiya xarici işlər naziri Yoko Kamikavanın Türkiyəyə səfərinin tarixi açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib. Səfərin iki ölkə arasında diplomatik əlaqələrin 100-cü ildönümü ilə bağlı olduğu və yapon nazirin sabah Türkiyədə olacağı bildirilib. O, səfər çərçivəsində həmkarı Hakan Fidanla görüşəcək. |
2024-01-15 | 823,029 | İranla Hindistan sənəd imzaladı: Bakının əhəmiyyəti... | İran ilə Hindistan arasında “İranın Çabahar limanının inkişafı üçün əməkdaşlıq haqqında” sənəd imzalanıb. Axar.az xəbər verir ki, sənəd Hindistanın xarici işlər naziri Subramanyam Cayşankarın İrana səfəri çərçivəsində imzalanıb. İran tərəfindən sənədi yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş imzalayıb. Sənədə əsasən tərəflərin iştirakı ilə işçi qrupu yaradılacaq. İşçi qrupu Çabahar limanının tranzit, yükaşırma imkanının artırılmasına və texniki təchizat məsələlərinə baxacaq. İranlı nazir bildirib ki, Çabahar limanının inkişafı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin də tranzit imkanlarını artıracaq. Qeyd edək ki, Çabahar limanı Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında böyük rol oynayır. Hindistanın Mumbay limanından yüklər İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiya və Avropa ölkələrinə daşınacaq. İran və Azərbaycan beynəlxalq layihədə tranzit ölkə kimi çıxış edirlər. |
2024-01-15 | 823,030 | "Qarabağ" darmadağınla qalib gəldi | "Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda qarşılaşıblar. Axar.az xəbər verir ki, matç "Azərsun Arena"da baş tutub. Dörd hissədən (45+25+45+25 dəqiqə) ibarət görüş Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:0. Komandanın ilk qolunu 64-cü dəqiqədə Leandro Andrade vurub. Riçard Almeyda 108-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 111-ci dəqiqədə Redon Cica komandasının üçüncü qoluna imza atıb. 120-ci dəqiqədə Nəriman Axundzadə fərqlənib. |
2024-01-15 | 823,031 | Bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq | Kiberdələduzlar tərəfindən Teleqram tətbiqində Kapital Bank ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb. Bu barədə Axar.az-a Elektron Təhlükəsizlik Xidmətindən bildirilib. Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşırlar: "Kampaniyada iştirak etmək üçün vətəndaşlardan paylaşımlarda qeyd olunan saxta keçidə daxil olmaq tələb edilir. İlk baxışda qeyd olunan keçidlər bankın rəsmi domen ünvanı ilə oxşar olsa da daxil olduqdan sonra vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün saxta veb-sayta yönləndirilir". Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir. |
2024-01-15 | 823,032 | Rus səfirliyindən Bakıdakı yanğınla bağlı paylaşım | Rusiyanın Azərbaycandakı səfirliyi Bakıda mebel sexində baş verən yanğın nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında paylaşım edilib. "Bakıda mebel sexində insan tələfatı ilə nəticələnən partlayış xəbəri bizi kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq", - paylaşımda bildirilib. Qeyd edək ki, Bakıda mebel sexində baş verən partlayış və yanğın nəticəsində 6 nəfər ölüb, 24 nəfər yaralanıb. |
2024-01-15 | 823,033 | Qanunsuz saxlanılan silahlar polisə təhvil verildi | Biləsuvar rayon sakinlərindən qanunsuz saxlanılan 10 ədəd odlu silah təhvil götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Keçirilən növbəti tədbirlər nəticəsində rayon sakinləri müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 10 ədəd müxtəlif markalı ov tüfəngini polis əməkdaşlarına könüllü olaraq təhvil veriblər. |
2024-01-15 | 823,037 | Rus qoşunları Xarkovda darmadağın edilir - Makaruk | Rus ordusu Xarkov vilayətində ciddi itkilər verir, ruslar darmadağın edilir. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin serjantı, beynəlxalq könüllülər cəmiyyətinin mətbuat katibi Mixail Makaruk deyib. O qeyd edib ki, ruslar Kursk və Belqorod vilayətlərində batalyonlar yığaraq döyüş bölgəsinə göndərirlər: "Biz, əsasən, FPV dron operatorlarının və piyada əsgərlərimizin bacarıqlı hərəkətləri sayəsində onları fəal şəkildə məhv edirik". O vurğulayıb ki, təəssüf ki, Ukrayna ordusu hücuma keçə bilmir, yalnız həmlələri dəf edir. |
2024-01-15 | 823,038 | Rusiyadan kütləvi axın: İrəvan Moskvadan bahalı oldu | 2023-cü ildə İrəvanda yaşamaq qonşu ölkələrin paytaxtlarına nisbətən daha baha olub. Axar.az xəbər verir ki, bu barədə “Numbo.com” nəşri yazıb. Bildirilib ki, Moskvadakı qiymətlər belə İrəvandan ucuzdur. Belə ki, İrəvanda istehlak malları Moskvadan 11,6, restoran qiymətləri 21,8, ərzaq 17,6 faiz bahadır. İrəvanın mərkəzində birotaqlı mənzil kirayəsi 979, Moskvada isə 772 dollaradır. Buna baxmayaraq, əhalinin alıcılıq qabilliyyəti Moskvadan 56,9 faiz aşağıdır. Qiymətlərin bu cür bahalaşmasına səbəb kimi Rusiyaya tətbiq edilən sanksiyalardan sonra rusların İrəvana axın etməsi göstərilir. |
2024-01-15 | 823,040 | Ukrayna bu halda 300 milyard qazana bilər | Ukrayna təzminat istiqrazlarını satmaqla 300 milyard dollara qədər vəsait toplaya bilər. Axar.az xəbər verir ki, bununla bağlı “Röyters” məlumat yayıb. “Qiymətli kağızlar gələcəkdə Moskvaya qarşı müharibə təzminatı tələbləri ilə təmin ediləcək. Rusiyanın dondurulmuş aktivləri pul mənbəyi rolunu oynayacaq. Ukrayna ABŞ, AB ölkələri və digər müttəfiqlərin bu qiymətli kağızları almağa hazır olması şərti ilə 300 milyard dollara qədər ümid edə bilər”, - məlumatda qeyd edilib. |
2024-01-15 | 823,042 | ABŞ üçün yük daşıyan gəmi vuruldu - Video | 19:46 Husilər Yəmən sahillərində "Gibraltar Eagle" gəmisinə hücum edib Axar.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Bildirilib ki, Yəmən husiləri Ədən körfəzində gəmi əleyhinə ballistik raketlə "Gibraltar Eagle" konteyner gəmisini vurub. ABŞ üçün yük daşıyan Marşal adaları bayrağı altında üzən gəmi ciddi ziyan görməyib və təyinat yerinə doğru irəliləməyə davam edib. Bu, husilərin bölgədə ticarət gəmilərinə otuzuncu hücumudur. |
2024-01-15 | 823,043 | Naxçıvanda əməliyyat müşavirəsi keçirildi | Azərbaycan Baş prokuroru, I dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhər və digər tabe rayon prokurorluqlarının əməkdaşlarının iştirakı ilə videoformat rejimində 2023-cü ilin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib. Bu barədə Axar.az-a Baş Prokurorluqdan bildirilib. Kamran Əliyev giriş nitqi ilə çıxış eib, Naxçıvan Muxtar Respublikasında cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin icrası sahəsində görülmüş işlərin vəziyyətinə toxunulmaqla əldə olunan uğurlar, habelə xidməti fəaliyyət zamanı yol verilmiş nöqsanlar müzakirə edilib. Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Muxtar Respublikanın prokurorluq orqanları və digər-hüquq mühafizə orqanlarının istintaq, təhqiqat və əməliyyat orqanları tərəfindən 2023-cü ildə görülmüş işlərin vəziyyəti barədə müşavirədə ətraflı məruzə ilə çıxış edib. Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə bundan sonra da üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edərək, xidməti fəaliyyətin təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıqlar verib. |
2024-01-15 | 823,046 | Ukrayna: Ruslar kütləvi şəkildə cəbhəyə gedir – Səbəb | Rusiyada hər ay 30 minə yaxın insan könüllü olaraq orduya gəlir. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib. Onun sözlərinə görə, söhbət gündə təxminən 1000-1100 nəfərin işə götürülməsindən gedir, onun köməyi ilə Rusiya itkiləri kompensasiya edir və ehtiyat alaylar formalaşdırır: “Rusları orduya getməyə həvəsləndirirlər: bu, maaşdır, xüsusən də maaş az olan və yaxud işsizliyin çox olduğu böhranlı bölgələrdə. Rus hərbi əsirləri açıq etiraf edirlər ki, onlar maaş aldıqları üçün orduya gediblər və onların ipoteka, ailə və s. problemləri var”. Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatına görə, Ukraynada döyüşən rus əsgərlərin maaşı ayda təxminən 220-250 min rubl (2500-2850 dollar) təşkil edir. Hərbi əməliyyatların bir günü üçün 8 min rubl məbləğində maaş artımı var. |
2024-01-15 | 823,048 | Xocalı sakinlərinə xoş xəbər | Yaxın zamanda Laçın-Kəlbəcər magistral internet xəttinin tikintisinə start verilməsi gözlənilir. Axar.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin baş direktor vəzifəsini icra edən Tural Pirverdiyev “ASAN Radio”nun canlı efirində deyib. Onun sözlərinə görə, artıq Xocalı-Xankəndi magistral internet xəttinin tikintisinə başlanılıb: “Xocalı şəhərinə artıq prefiks təyin olunub. Böyük Qayıdış planına uyğun olaraq oraya köçürüləcək sakinlər yüksək sürətli optik internetlə təmin olunacaq". T. Pirverdiyev qeyd edib ki, Xankəndidə ilk nömrənin tanıdılması baş verib: "Orada fəaliyyət göstərən dövlət və qeyri-dövlət təşkilatları internetlə təmin olunub. Gələcəkdə abonentlərin genişzolaqlı internet xidməti ilə təmin olunması üçün lazımı avadanlıqlar yerləşdirilib. Eyni zamanda Şuşa şəhərində 500, Laçın şəhərində isə 1 246 təsərrüfata genişzolaqlı internet şəbəkəsinə çıxış imkanı təmin olunub”. |
2024-01-15 | 823,051 | İqlesias Dominikan hava limanında saxlanıldı | İspaniyalı müğənni Xulio İqlesias Dominikan hava limanında saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Müğənninin çantasında qadağan olunmuş mallar aşkarlanıb. Bir neçə saat saxlanılan X.İqlesias sərbəst buraxılıb. |
2024-01-15 | 823,054 | 44 günlük savaşda 17 min avtomat yoxa çıxdı – Kazaryan | 2020-ci ildəki 44 günlük müharibədən sonra 17 minə yaxın avtomat yoxa çıxıb. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan daxili işlər naziri Vahe Kazaryan İctimai Televiziyanın eifirində jurnalistin sualına cavab olaraq deyib. Nazir avtomatların nə vaxt və harada yoxa çıxdığını, itkin silahların kimin balansında olduğunu açıqlamayıb. Qeyd edək ki, 44 günlük savaş zamanı Ermənistan hakimiyyəti “cəbhəyə könüllü getmək istəyən” hər kəsə silah paylamağa başlamışdı. Bu silahların qeydiyyatı belə ciddi aparılmırdı və hələ o zaman silahları alıb, cəbhə əvəzinə evinə gedənlər haqda məlumat yayılırdı. O vaxt kriminalistlər bu silahların Ermənistan üçün gələcəkdə ciddi problemlər yaradacağını bildirmişdilər. Hazırda da Ermənistanda silahlı münaqişələrdə avtomatlardan istifadə edilməsi adi hala çevrilib. |
2024-01-15 | 823,055 | Ermənilər Qazaxın 7 kəndindən sürətlə köçür - Danielyan | Ermənilər Tavuşun “anklav” adlanan kəndlərini (Qazaxın Ermənistanın işğalında olan kəndləri nəzərdə tutulur – red.) tərk edir və oradan miqrasiya sürəti artıb. Axar.az xəbər verir ki, bu sözləri “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan erməni mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan bu əraziləri almaq (geri qaytarmaq – red.), hərbiləşdirilmiş istehkamlar yaratmaq və Ermənistanda nəqliyyat kommunikasiyalarına nəzarət etmək istəyir: “Bu, Ermənistanın 1990-cı illərdən istehkam işlərinin aparıldığı bütün şimal cəbhəsini məhv edəcək. Eyni zamanda, Azərbaycan Ermənistanın neçə kvadrat kilometr ərazisinin onun nəzarətində olduğunu qeyd etmir. Amma bu da problemi həll etməyəcək, çünki Azərbaycanın almaq istədiyi kəndlər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu kəndlərə maneəsiz çıxışının təmin edilməsi Ermənistanı anklava çevirəcək. Bu, Bakının son məqsədidir və bu planın həyata keçirilməsi Qarabağdan başlayıb. Məqsəd Ermənistanı bir dövlət kimi ləğv etməkdir”. O bildirib ki, İlham Əliyev öz maksimalist münasibətini ortaya qoyib: “Danışıqlar masasında Tavuş bölgəsindəki kəndlər, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların Ermənistana köçürülməsi, təzminat ödənilməsi məsələləri var. Biz bütün bu təhlükələrlə bağlı xəbərdarlıq etdik və bildirdik ki, Azərbaycan bununla da dayanmayacaq”. |
2024-01-15 | 823,056 | Ağstafa-Bakı sürət qatarının hərəkəti bərpa olundu | 20:34 Ağstafa-Bakı qatarı normal rejimlə hərəkətini davam etdirir. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb. Elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlıq operativ olaraq aradan qaldırılıb, qatarın hərəkəti bərpa olunub. Qeyd edək ki, bu gün axşam saatlarında Bakı istiqamətində hərəkət edən 705 saylı Ağstafa-Bakı qatarı Goran stansiyasında elektrik enerjisinin verilməsində yaranmış texniki nasazlığa görə qrafikdən kənara çıxıb. |
2024-01-15 | 823,058 | “Bakıda çay içəcəyik”, “Qarabağ Ermənistandır” dedik, cavabı… | Bu gün biz güzgü ritorikasından danışa bilərik. Yəni Əliyev bizim son 30 ildə yaratdığımız rəvayətlərə əks balans yaratmaq üçün danışır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan yanvarın 15-də jurnalistlərlə söhbətində deyib. “Erməni tərəfi nə vaxt “Bakı Ermənistandır” dedi ki, İlham Əliyev “İrəvan Azərbaycandır” deyir” sualına isə Simonyan belə cavab verib: “Biz “Naxçıvan Ermənistandır” dedik; biz “Qarabağ Ermənistandır” dedik; biz dedik ki, Bakıda çay içəcəyik. Onlar da deyirlər ki, Göyçədə çay içəcəyik. Azərbaycan hər şeyi güzgü prinsipi ilə edir. Amma elə bir proses var ki, ona görə də müqavilə tərəflərə bərabər tətbiq edilir”. |
2024-01-15 | 823,059 | FHN partlayışla bağlı yeni məlumat yaydı - Video | Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar axtarış-xilasetmə işləri davam etdirilir. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib. Qeyd olunub ki, hazırda dağıntı altında qalan şəxs və ya şəxslərin olması ehtimalı nəzərə alınaraq, axtarış-xilasetmə əməliyyatı fasiləsiz olaraq həyata keçirilir. |
2024-01-15 | 823,062 | Bakının bu rayonlarında qaz olmayacaq | Binəqədi və Xəzər rayonlarının bəzi ərazilərində qaz olmayacaq. Bu barədə Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Qaz ölçü qovşağında quraşdırılmış mövcud daraldıcı qurğunun sərfiyyata uyğun yenisi ilə əvəzlənməsi səbəbindən "Sərdarov BMZ" ölçü qovşağından 16.01.2024-cü il saat 11:00-dan 13:00-dək, həmçinin saat 11:00-dan etibarən Xəzər rayonunda yeni çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar qaz təchizatı dayandırılacaq. Təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonu üzrə M.Ə. Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsinin Ordubadi küçəsinin, I,II, III Mədən və Baksol yolu adlanan yaşayış ərazilərinin, Binəqədi şosesinin, eləcə də Xəzər rayonu üzrə Bolluq yaşayış ərazisinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
2024-01-15 | 823,067 | AŞ-ım Baş katibindən Bakıdakı partlayışa reaksiya | Bu gün Bakıda baş verən partlayışdan kədərləndiyimi bildirirəm. Zərərçəkənlərə və onların yaxınlarına, eləcə də Azərbaycan hakimiyyətinə başsağlığı verirəm. Axar.az xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç X hesabında yazıb. Qeyd edək ki, Bakıda sexdəki partlayış nəticəsində 6 nəfər dünyasını dəyişib, 24 nəfər isə yaralanıb. |
2024-01-15 | 823,071 | Sumqayıtda yataqxanada partlayış: yaralılar var - Foto | 21:44 Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ikimərtəbəli yataqxana binasının 2-ci mərtəbəsində ümumi sahəsi 50 kvadratmetr olan mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Hadisə nəticəsində mənzilin arakəsmə divarları uçub, pəncərə çərçivələri yerindən çıxıb, 4 nəfər xəsarət alıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. *** Sumqayıtda partlayışda xəsarət alan 4 nəfərdən 3-nün vəziyyəti orta ağırdır. Bu barədə TƏBİB məlumat yayıb. Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayış nəticəsində 4 nəfər (2-si böyük, 2-si uşaq olmaqla) Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrinə yerləşdirilib. 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslər Təcili Tibbi Yardım Xəstəxanasına, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslər isə Uşaq Xəstəxanasına yerləşdiriliblər. Müxtəlif növ yanıq xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. 1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir. |
2024-01-15 | 823,073 | Binəqədidəki dəhşətli partlayış anının - Videosu | Bakının Binəqədi rayonunda sexdə baş verən partlayışın görüntüləri yayılıb. Axar.az partlayış anının görüntülərini təqdim edir: Qeyd edək ki, partlayış və yanğın nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb. |
2024-01-15 | 823,074 | Bakı onsuz da deyir ki, bu, artıq lazım deyil - Simonyan | Sülh müqaviləsində Zəngəzur dəhlizi ilə bağlı bənd yoxdur və ola da bilməz. Axar.az xəbər verir ki, bu sözləri yanvarın 15-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. “Biz dedik: anlayırıq ki, Azərbaycan öz ölkəsinin bir bölgəsindən digərinə keçmək istəyir, biz onlar üçün bütün yolları açmağa hazırıq, lakin konkret eksterritorial yol haqqında heç nə yoxdur. Bunu 15 iyul 2023-cü il tarixli bəyanatda deyildiyi kimi, Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti ilə artıq razılaşdırılmış üç əsas prinsip sübut edir. Odur ki, daha bu barədə danışmayaq. Üstəlik, baş nazir çox maraqlı və vacib bir məqama toxundu: azərbaycanlılar deyirlər ki, bu yol artıq bizim üçün maraqlı deyil, İrandan keçən yolumuz var. Biz də deyirik ki, eyni məntiqlə yol verməyə hazırıq, o, daha qısa və bu dəmir yolunu çəkmək daha asan olacaq”, - Simonyan bildirib. Jurnalistlərin Zəngəzur dəhlizinin Azərbaycana “siyasi məqsədlər üçün” lazım olması ehtimalı barədə sualına cavab olaraq isə Simonyan deyib: “Mən onların adından danışa bilmərəm. Danışıqlar aparan tərəf olaraq biz vicdanlıyıq. Bizim ikitərəfli etimad problemimiz var, indi bununla məşğul oluruq. Biz sülh və normal iqtisadi əlaqələr qurmaq əzmindəyik”. |
2024-01-15 | 823,075 | Prokurorluqdan Sumqayıtdakı partlayışla bağlı açıqlama | Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş vermiş partlayışla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Hadisə nəticəsində 2-si azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Xəsarət alan şəxslərə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir. İlkin ehtimala əsasən hadisə qazsızma nəticəsində baş verib. |
2024-01-15 | 823,078 | Rusiyanın qızıl ehtiyatı rekord həddə çatdı | Rusiyanın qızıl ehtiyatları ötən ilin sonunda 155,9 milyard dollar olmaqla, yeni rekorda çatıb. Axar.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb. Belə ki, ötən ilin dekabr ayında qızıl ehtiyatları təxminən 35 ton artaraq, 2350 ton olub. Rusiyanın beynəlxalq ehtiyatlarda payı isə 2000-ci ilin martından bəri ən yüksək həddə, 26%-ə yüksəlib. |
2024-01-15 | 823,079 | Bakıda bu ərazidə hərəkətə məhdudiyyət qoyuldu | Paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi, 3-cü mikrorayon dairəsi istiqamətində yolda təmir işləri aparılır. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. "Təmir səbəbindən yolun bir hissəsində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Sürücülərdən nəzərə almaları xahiş olunur", - məlumatda bildirilib. |
2024-01-15 | 823,081 | Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir | Açıq ikiüzlülük: Ermənistan Yanvar faciəsi ilə bağlı faktları təhrif edir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə X hesabında Ermənistan Xarici İşlər Nazirliyinin iddialarına cavabında yazıb. “Azərbaycanı deportasiya və etnik təmizləmədə ittiham etmək absurd olmaqla yanaşı, həm də Ermənistanın azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasətini ört-basdır etmək cəhdidir”, - A.Hacızadə qeyd edib. |
2024-01-15 | 823,083 | Xərçəng diaqnozu qoyulan Ostindən yeni xəbər | Yanvarın 1-də Uolter Rid Milli Tibb Mərkəzinə yerləşdirilən ABŞ-ın müdafiə naziri Lloyd Ostin xəstəxanadan buraxılıb. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun Mətbuat xidmətinin bəyanatında bildirilib. "Nazir hələ də müalicə alır və həkimlərinin göstərişi ilə Pentaqona qayıdana qədər öz vəzifələrini bir müddət uzaqdan yerinə yetirəcək", - bəyanatda vurğulanıb. Pentaqon Ostinin təhlükəsiz rabitə kanallarına tam çıxışı olduğunu vurğulayıb. Qeyd edək ki, ABŞ-ın müdafiə naziri prostat xərçəngindən müalicə alır. |
2024-01-15 | 823,086 | Qırmızı dənizdəki vəziyyət nəzarətdən çıxa bilər | Qırmızı dənizdə gərginlik yüksək səviyyədədir və vəziyyətin tezliklə nəzarətdən çıxma ehtimalı var. Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş deyib. Onun sözlərinə görə, Qırmızı dənizdə vəziyyəti tezliklə cilovlamaq mümkün olmayacaq. Bundan əlavə, dünya təşkilatının rəhbəri İsrail və Livan sərhədində gündəlik atışmalarla bağlı ciddi narahatlıq ifadə edib: “Bu, İsrail və Livan arasında daha geniş eskalasiyaya səbəb ola bilər ki, bu da regional sabitliyə əhəmiyyətli təsir edər". |
2024-01-15 | 823,089 | Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə danışdı | Yanvarın 15-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed əl-Nəhyan ilə telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Axar.az-a bildirilib ki, telefon danışığı zamanı BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın ölkəmizə rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu və əldə edilmiş digər razılıqların icrası, habelə regional və beynəlxalq məsələlər müzakirə olunub. Bununla yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Azərbaycanın prezidentliyi və ev sahibliyinə hazırlıq prosesi çərçivəsində BƏƏ-nin COP28 prezidentliyi ilə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Telefon danışığı zamanı həmçinin digər beynəlxalq platformalarda əməkdaşlıq istiqamətləri müzakirə olunub. |
2024-01-16 | 823,090 | Pensiyalar nə vaxt və nə qədər artacaq? – Yeni açıqlama | Millət vəkili, iqtisadçı Vüqar Bayramov pensiya artımı ilə bağlı daha bir açıqlama yayıb. Axar.az xəbər verir ki, o, 2023-cü ilin orta aylıq maaşın məbləğində qeydə alınan artım faizinə uyğun olaraq pensiyaların yanvar ayından indeksasiya edilərək artırılacağını bildirib. “Dövlət Statistika Komitəsinin ötən gün yaydığı rəsmi məlumata görə, 2023-cü ilin yanvar-noyabr aylarında orta aylıq nominal maaş əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,2 faiz artaraq 923,1 manat olub. Yəni ötən ilin 11 ayının nəticəsinə görə, orta aylıq maaş 11.2 faiz artıb. Dövlət Sosial Müdafiə Fondu isə pensiyaların 10.8 faizə indeksasiya ediləcəyini proqnozlaşdırır. Bu o deməkdir ki, fond 2023-cü ilin orta aylıq maaş məbləğində məhz bu qədər artımın qeydə alınacağını gözləyir. Bununla belə, indeksasiya, yəni pensiyalardakı artım əvvəlki ilin orta aylıq maaşındakı artım faizinə uyğunlaşdırılır. Ötən ilin ikinci yarısında orta aylıq maaşdakı rəsmi artım 11 faizdən çox olub”, - ekspert vurğulayıb. O bildirib ki, bununla yanaşı, son rəqəm gələn ayın əvvəlində elan olunacaq: “Həmin zaman orta aylıq maaşdakı illik artım faizinə uyğun da pensiya artımları reallaşacaq”. Qeyd edək ki, pensiya artımı fevraldan hesablansa da, yanvar ayından tətbiq ediləcək və aradakı fərq növbəti aydan pensiyaçıların hesabına köçürüləcək. |
2024-01-15 | 823,092 | İsrail elan etdi: Döyüşlər dayandırılır! | İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında aktiv döyüş əməliyyatları mərhələsini başa vurub və yaxın gələcəkdə anklavın cənubunda intensiv döyüşləri dayandırmaq niyyətindədir. Axar.az xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qallant xalqa müraciəti zamanı deyib. |
2024-01-15 | 823,098 | İsveçrə Ukraynaya 1,75 milyard ayıracaq | İsveçrə beynəlxalq əməkdaşlıq strategiyası çərçivəsində 2025-2028-ci illər üçün Ukraynanın yenidən qurulmasına 1,5 milyard frank (1,75 milyard dollar) ayırmağı planlaşdırır. Axar.az xəbər verir ki, bunu İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd ukraynalı həmkarı Vladimir Zelenski ilə keçirdiyi mətbuat konfransında deyib. |
2024-01-15 | 823,099 | Prezident kim olursa olsun, dəstək davam edəcək | ABŞ Ukraynaya kimin prezident olmasından asılı olmayaraq, yardımını dayandırmayacaq, çünki bu cür dəstək Vaşinqtonun strateji maraqlarına uyğundur. Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib. "Ukraynaya kömək etmək ABŞ-ın strateji maraqlarına uyğundur. Növbəti ABŞ prezidentinin hansı partiyadan olmasından asılı olmayaraq, biz qalib gələcəyik", - Kuleba qeyd edib. |
2024-01-15 | 823,101 | Belqorod səmasında daha bir PUA məhv edildi | Rusiyanın havadan müdafiə sistemləri Belqorod səması üzərində təyyarə tipli PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə Belqorod qubernatoru Vyaçeslav Qladkov deyib. O, hadisə nəticəsində heç kimin xəsarət almadığını, lakin iki evə zərər dəydiyini bildirib. |
2024-01-16 | 823,102 | "Qalatasaray" son dəqiqələrdə qalib gəldi | Futbol üzrə Türkiyə Super Liqasında XX tura yekun vurulub. Axar.az xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçirilib. Lider "Fənərbağça"nın ən yaxın izləyicisi "Qalatasaray" doğma meydanda "Kayserispor"u qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Hesabı 26-cı dəqiqədə Viktor Nelson açıb. Qonaqlar 58-ci dəqiqədə Aylton Boa Mortenin qolu ilə tarazlığı bərpa ediblər. 86-cı dəqiqədə penaltini dəqiq yerinə yetirən Dris Mertens meydan sahiblərinə çətin və vacib qələbə qazandırıb. Bu qələbə ilə xallarını 51-ə çatdıran "Qalatasaray" ikinci pillədəki mövqeyini qoruyub. Lider "Fənərbağça"nın isə 53 xalı var. |
2024-01-16 | 823,104 | Ukraynada təklif: Deputatlar döyüşə göndərilsin! | Hazırkı deputatlar səfərbərliyə cəlb edilməlidir. Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın xalq deputatı Mixail Tsumbalyuk deyib. "Bu gün 401 xalq deputatı var. Səfərbərliyə cəlb edilməyənləri - qadınları, himayəsində çox uşaq olan kişiləri, yaşı 60-dan yuxarı olanları kənara qoysaq, o zaman yüzə yaxın xalq deputatı səfərbər oluna bilər. O zaman vətəndaş cəmiyyəti nəhayət dərk edəcək ki, ölkəyə ədalətli səfərbərlik gəlir”, - deyə Tsumbalyuk bildirib. |
2024-01-16 | 823,105 | Ukraynadan Çin açıqlaması: İnanırıq ki... | Ukrayna Çinlə münasibətlərin daha dinamik olmasını istərdi. Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna XİN rəhbəri Dmitri Kuleba çıxış edib. "Biz Çinlə daha dinamik əlaqələrə nail olmaq istəyirik. İnanırıq ki, onlar Ukraynada sülhün bərpasında rol oynaya biləcək oyunçudur. Amma biz Qərb ölkəsi olaraq bu dialoqu qururuq", - Kuleba bildirib. |
2024-01-16 | 823,107 | Rusiyada güclü zəlzələ baş verdi | Buryatiyada 5,7 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Yeraltı təkanlar Baykal gölünün sularında Saxuli kəndindən 58 km aralıda qeydə alınıb. Zəlzələ Kurumkan, Barquzin, Şimali-Baykal vilayətlərində, həmçinin Ulan-Ude şəhərində hiss olunub. Hadisə nəticəsində tələfat və dağıntılar barədə məlumat verilməyib. |
2024-01-16 | 823,110 | Xanumyan panikadadır: 2024-cü ildə Ermənistana hücum… | Bu gün Azərbaycan kifayət qədər aqressiv ritorikadan istifadə edir və hərbi potensialını gücləndirir. Axar.az xəbər verir ki, bu iddianı keçmiş Qarabağ separatçılarının keçmiş nümayəndəsi Ayk Xanumyan səsləndirib. O bildirib ki, xarici cəbhədə Bakının 2020-ci ilin sentyabrına qədər həyata keçirdiyi diplomatik və digər hazırlıqları “müşahidə edir”: “Ona görə də mən Azərbaycan tərəfdən müharibəyə hazırlıq görürəm və hesab edirəm ki, 2024-cü ildə Ermənistana qarşı hərbi əməliyyatların başlanması ehtimalı yüksəkdir”. Onun sözlərinə görə, Azərbaycan İran tərəfi ilə məsələləri həll edə bilsə, Zəngəzura hücum edə bilər. |
2024-01-16 | 823,111 | Bu türk ölkəsində çevrilişin qarşısı alındı | Qırğızıstan hakimiyyəti dövlət çevrilişinin qarşısını alıb. Axar.az xəbər verir ki, bunu “Kabar” agentliyinə müsahibəsində Qırğızıstan Prezidenti Sadır Japarov deyib. O bildirib ki, qiyamda kütləvi iğtişaşlar fonunda qətllər və partlayışlar planlaşdırılıbmış: "Amma xalq onların arxasınca getməyəcək. Onların tərəfdarı yoxdur. Onlar ancaq kimlərinsə arxasında gizlənir, satqınlıq və intriqa ilə məşğul olurlar. Onların arasında hakimiyyətə can atanlar, bizim gəlişimizlə artıq “qidalana bilməyənlər” də var. Daha doğrusu, bunlar əvvəllər xəzinədən oğurluq edib vergi ödəməkdən yayınan, milyardlarla dollar gəlirlərini gizlədənlərdir”, - deyə o bildirib. |
2024-01-16 | 823,112 | Türk qırıcıları daha 23 terror hədəfini məhv etdi | Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Suriya və İraqın şimalında bu gün həyata keçirdiyi əməliyyat zamanı terrorçulara məxsus 23 hədəf məhv edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. |
2024-01-16 | 823,113 | Türkiyə səfirliyi də Bakıdakı partlayışa biganə qalmadı | Türkiyənin Azərbaycandakı səfirliyi Bakıda sexdəki partlayışda ölənlərlə bağlı başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə səfirlik sosial şəbəkə hesablarında məlumat yayıb. "Bu gün Bakı şəhəri, Binəqədi rayonunda mebel/boya sexində partlayış baş verməsi bizi kədərləndirdi. Partlayış nəticəsində həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbir və başsağlığı, yaralananlara isə tezliklə şəfa diləyirik", - məlumatda qeyd olunub. |
2024-01-16 | 823,114 | Buzlu yol yaşlı kişinin ölümünə səbəb oldu | 66 yaşlı kişi nəvəsini məktəbdən gətirərkən buz üstündə yıxılaraq ölüb. Axar.az Azərtac-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Biləsuvar rayonunda baş verib. Rayon sakini, 1958-ci il təvəllüdlü Cəmil Rəhimov piyada yolunda hərəkətdə olarkən yıxılıb. O, başından aldığı ağır xəsarətlə rayon xəstəxanasına çatdırılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-16 | 823,115 | Qəzza fələstinlilər tərəfindən idarə olunacaq - İsrail | İsrailə qarşı təhlükə aradan qalxdıqdan sonra Qəzza zolağı fələstinlilər tərəfindən idarə ediləcək. Axar.az xəbər verir ki, bunu İsrail müdafiə naziri Yoav Qallant deyib. “Hərbi kampaniyanın sonu siyasi cəhətdən təmin edilməlidir. Siyasi qərarsızlıq Qəzza zolağında hərbi əməliyyatın gedişinə zərər verə bilər”, - Qallant qeyd edib. |
2024-01-16 | 823,117 | HƏMAS liderləri Livandan qaçır | Beyrutda olan HƏMAS hərbi rəhbərlərinin əksəriyyəti sui-qəsd cəhdlərinin hədəfi olmaq qorxusundan Livanın paytaxtını tərk edib. Axar.az xəbər verir ki, bu barədə İsrailin KAN radiostansiyası məlumat yayıb. Bildirilib ki, HƏMAS Saleh Arurinin məqsədyönlü şəkildə öldürülməsindən sonra liderlərinin təhlükəsizliyini təmin etmək üçün mühüm tədbirlər görüb. Belə ki, HƏMAS rəsmiləri Livanı tərk edərək Suriya və Türkiyəyə gediblər. Bundan əlavə, qruplaşmanın yüksək səviyyəli lideri Qazi Həmədin Qətərə qaçdığı və Arurinin öldürülməsindən sonra Livana qayıtmadığı bildirilir. Qeyd edək ki, HƏMAS-ın iki nömrəli lideri Aruri ən azı beş nəfərlə birlikdə Beyrutun cənubunda İsrailin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürülüb. |
2024-01-16 | 823,118 | İsraildə bir nəfər insanlara hücum etdi: 18 yaralı var | İsrailin Raanana şəhərində terror aktı törədildiyi ehtimal olunur. Axar.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb. Məlumata görə, bir nəfər avtomobil sürücüsünə bıçaqla hücum edib, daha sonra onun avtomobilindən istifadə edərək insanların üzərinə sürüb. Avtomobili maneəyə çırpan şəxs başqa bir avtomobilə əyləşərək bir neçə nəfəri vurub, daha sonra isə hadisə yerindən qaçmağa çalışıb. Polisin məlumatına görə, həmin şəxs saxlanılıb. Hücum nəticəsində 18 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır. |
2024-01-16 | 823,119 | İraqda ABŞ konsulluğuna hücum - Video | İraqın şimalında yerləşən Ərbil şəhərindəki Amerika konsulluğu və hava limanı ərazisində bir neçə dəfə şiddətli partlayış baş verib. Axar.az xəbər verir ki, bununla bağlı Teleqram kanallarında görüntü paylaşıb. İrana bağlı milislərin sözügedən obyektlərə hücum etdiyi bildirilir. |
2024-01-16 | 823,121 | Çox istərdik ki, Çin bu sammitdə iştirak etsin - Zelenski | Ukrayna tərəfi Çinin sülh sammitində iştirakında maraqlıdır. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Ölkələrin siyahısına (sülh sammitinin iştirakçıları - red.) gəlincə - biz dünyanın suverenliyimizə və ərazi bütövlüyümüzə hörmət edən bütün ölkələrinə açığıq. Biz istərdik ki, “qlobal cənub” ölkələri də sammitdə iştirak etsinlər. Zirvədə bütün ölkələrin liderlərinin olması çox vacibdir. Çin dünyada böyük rol oynayır, çox istərdik ki, Çin də “Sülh formulunda” və sammitdə iştirak etsin", - Zelenski vurğulayıb. |
2024-01-16 | 823,122 | Erməni ordusunda qətliamların səbəbi… - Ekspert | Ermənistan ordusunda qeyri-xidməti münasibətlər, əsgər-zabit konfliktləri hər zaman olub. Hələ işğal dövründə Qarabağda qurduğu postlarda erməni əsgərlərə qarşı zorakılıq, təcavüz və güllələnmə hadisələri mütəmadi baş verirdi. Bu sözləri Axar.az-a hərbi ekspert Telman Qasımov Ermənistan ordusunda son günlər əsgərlərin zabitləri güllələməsi, o cümlədən əsgər ölümlərinin artması ilə bağlı deyib. Onun sözlərinə görə, bu günə qədər Ermənistanda əsgər ölümləri ilə bağlı yüzlərlə açılmamış cinayət işi var: “Səbəbi ordu rəhbərliyinin korrupsiyalaşmasıdır. Rusiyada təhsil almış erməni zabitlər sovet dövrünün psixologiyası ilə yaşayır və ordunu o cür idarə edirlər. Korrupsiya, özbaşınalıq, yanacağın, əsgər yeməyinin satılması adi hal alıb. Digər tərəfdən, orduda nə qədər islahatlar fonu yaratsalar da, istər hərbi hazırlıq, istərsə də ordu daxilindəki özbaşınalıq və korrupsiya ilə mübarizə baxımından dəyişən heç nə yoxdur”. Hərbi ekspertin sözlərinə görə, Paşinyanın mübarizə tədbiri kimi ümid bəslədiyi kadr dəyişikliyi də effektiv görünmür: “Çünki peşəkar, yüksək təhsilli kadrlar yoxdur. Ermənistan ordusunun zabitlərinin böyük əksəri Rusiyada təhsil alan kadrlardan ibarətdir”. |
2024-01-16 | 823,123 | Zelenski bu ölkədə dəhşətli qarşıdurma yaradacaq - Soskin | Ukrayna Prezidenti Vladimir Zelenskinin İsveçrəyə səfəri münaqişəyə səbəb olacaq. Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq prezidenti Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin deyib. "Aydındır ki, bu, oradakı siyasi cəmiyyətdə dəhşətli qarşıdurma yaradacaq, çünki İsveçrə Avstriyadan da neytral ölkədir", - Soskin bildirib. Ekspertin fikrincə, Rusiya rəhbərliyinin yüksək rütbəli nümayəndələri olmadan Davosda diplomatik təmaslar mümkün deyil. Qeyd edək ki, V.Zelenski İsveçrədə işgüzar səfərdədir. |
2024-01-16 | 823,124 | Yata bilməyənlərin diqqətinə... | Yuxusuzluq problemi olanlara düyü yaxşı təsir edə bilər. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər düyünün yuxu gətirməsini sübut ediblər. Yüksək indeksli düyü triptofanın miqdarını artırır, o sevinc hormonudur. İnsanı rahatladır, yuxuya getməsini asanlaşdırır. Tədqiqatda 2 min könüllü iştirak edib, axşam yeməyində bir pors düyü sağlam və dərin yuxu verə bilər. Təcrübədə iştirakçılar 3 qrupa ayrılıb: birinə yuxudan əvvəl çörək, digərinə makaron, üçüncüyə düyü verilib. Çörək və makaron yuxuya getməyə təsir etməyib, amma düyü yaxşı təsir edib. Lakin alimlər çox düyü yeməyi də tövsiyə etmir, çünki onda zərərli mərgümüş də olur, bu isə genetik dəyişikliklər yaradır. |
2024-01-16 | 823,125 | ABŞ-ın “iqtisadi soyqırımı”: Bu ölkə 642 milyard itirdi | ABŞ-ın sanksiyaları səbəbindən 2015-ci ildən 2022-ci ilə qədər dövlət və özəl sektor da daxil olmaqla, milli iqtisadiyyatda ümumi itkilər 642 milyard dollar təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro deyib. Prezident belə məhdudiyyətlərin “iqtisadi soyqırım” sayıla biləcəyini qeyd edib. Maduro ölkənin neft sənayesinin 323 milyard dolları ötən ciddi itkilərlə üzləşdiyini bildirib. Prezident Venesuelanın 22 milyard dollar (32 ton qızıl da daxildir – red.) dəyərində aktivlərini donduran Böyük Britaniyanın addımlarına da diqqət çəkib. |
2024-01-16 | 823,126 | Türkiyə İsveçlə bağlı tələsməməlidir - Ekspert | İsveçin NATO-ya üzvlük ərizəsi təsdiq edilməmişdən əvvəl Ankara Stokholmun müttəfiq ölkələrə terrorla mübarizədə necə kömək edə biləcəyi ilə bağlı genişmiqyaslı müzakirə aparmalıdır. Axar.az xəbər verir ki, bunu Türkiyənin NATO-dakı keçmiş nümayəndəsi Onur Öymən deyib. Öymən bildirib ki, vaxtilə Yunanıstan terrorçu PKK lideri Abdulla Öcalana Keniyadakı səfirliyinin ərazisində sığınacaq verib və Ankara bu faktı nəzərdən qaçırmamalıdır: “Bir sıra NATO ölkələrinin Suriya və İraqda PKK-ya dəstəyini nəzərə almaq lazımdır". Onun sözlərinə görə, ABŞ-ın Dəməşqdəki son səfiri İraqda fəaliyyət göstərən YPG birləşmələrinin PKK tərəfindən yaradıldığını etiraf edib, Vaşinqton isə PKK-ya dəstəyini gizlətmir: "İsveçin müraciətinə səs verməzdən öncə Türkiyə parlamenti NATO-nun səhvlərinə və terrorla mübarizə ilə bağlı ikili standartlarına məhəl qoymayacaqmı? Parlament qərar qəbul etməzdən əvvəl alyansın terrorçularla mübarizədə mövqeyini qiymətləndirməlidir". |
2024-01-16 | 823,134 | Şəkidə partlayış: xəsarət alan var | Şəkidə yaşayış evində baş verən partlayışda bir nəfər xəsarət alıb. Axar.az xəbər verir ki, hadisə rayonun Vərəzət kəndində baş verib. Partlayış nəticəsində Vərəzət kənd sakini, 1959-cu il təvəllüdlü Arif Tapdıq oğlu Feyziyev xəsarət alaraq Şəki rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2024-01-16 | 823,139 | Sərnişin avtobusu aşdı: 9 ölü, 30 yaralı | Türkiyədə Mərsin-Antalya avtomobil yolunun Aydıncık bölgəsindən keçən hissəsində sərnişin avtobusu aşıb. Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qəza zamanı 9 nəfər ölüb, 30 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qəzanın səbəbi hələlik məlum deyil. |
2024-01-16 | 823,140 | Güclü şaxta xətti qırdı: bu kəndlər qazsız qaldı | Masallı rayonu Təzə Alvadı qazpaylayıcı stansiyadan qidalanan Meşəkənarı istiqamətində Yeyənkənd, Böyük Xocavar, Tatyanoba, Güllütəpə, Meşəkənarı kəndlərini təbii qazla təmin edən diametri 273 mm orta təzyiqli qaz xətti güclü şaxtanın təsirindən qırılıb. Axar.az Report-a istinadən xəbər verir ki, nəticədə 2 min abonentin qaz təchizatı saat 04:20-dən dayandırılıb. “Sakinlərin qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamağı və təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş edilir”, - məlumatda vurğulanıb. |
2024-01-16 | 823,144 | Sabirabad polisindən əməliyyat: saxlanılanlar var | Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Azad Abasov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə keçirilən baxış zamanı 400 qramdan artıq olan narkotik vasitə - marixuana, eləcə də psixotrop maddə olan metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb. Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayon sakini Rahim Kərimov da saxlanılıb. Onun üzərindən isə polietilen torbada qablaşdırılmış təmiz çəkisi 430 qram olan marixuana aşkarlanıb. Faktlarla bağlı Sabirabad RPŞ-nin İstintaq Bölməsində cinayət işləri başlanılıb, saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir. |
2024-01-16 | 823,147 | İrəvanda Mirzəyev qorxusu: Bakı nəyə hazırlaşır? - Video | Xüsusi Təyinatlı Qüvvələrin komandanı, 44 günlük Vətən müharibəsində əfsanəyə çevrilən general-leytenant Hikmət Mirzəyevin Prezident İlham Əliyev tərəfindən müdafiə nazirin müavini təyin edilməsi Ermənistanda qorxuya səbəb olub. Axar.az Publika.az-a istinadən xəbər verir ki, ermənilərin qorxularının XTQ-nin bütövlükdə Ermənistan üzərində yaratdığı xofdan qaynaqlandığı bəllidir. Bunun fonunda XTQ komandanı general Hikmət Mirzəyevin müdafiə nazirinin müavini kimi Quru Qoşunlara komandanlıq edəcəyi Ermənistanda Azərbaycanın “profilaktik zərbələrin endirilməsi” taktikasını aktuallaşdıracağına dair narahatlıq yaradıb. Ermənistan hakimiyyətinə yaxınlığı ilə tanınan erməni şərhçi Vahram Atanesyan yazır ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində “təhlükə yaranacağı təqdirdə profilaktiv zərbələr endiriləcəyini” açıq şəkildə bəyan etdi. “Bunun fonunda əsas diqqətçəkən məqam Hikmət Mirzəyevin təyinatından bir gün sonra Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin hərbi təlimlərinə dair görüntülərin yayılması idi. Təlimin məqsədi “şərti düşmənin müdafiə xəttini yarmaq və komanda məntəqəsini məhv etmək”dir. Bütün bunlar Azərbaycanın Əliyevin dediyi “profilaktiv zərbələrə” hazırlıq gördüyündən xəbər verir. Proseslər göstərir ki, Azərbaycan və Ermənistan arasında irimiqyaslı müharibə olmayacaq, əvəzində sərhəd boyunca və ayrı-ayrı ərazilərdə gərginlik həmişə qalacaq. Bu ərazilərdən biri də Tavuş-Qazax sərhədidir. İlham Əliyev Qazax istiqamətində sərhədin delimitasiyasından danışdı və 4 kəndin qaytarılmasının (Qazaxın anklav olmayan 4 kəndi - red.) vacibliyini vurğuladı. İstisna deyil ki, bu məsələdə razılaşma olmasa, rəsmi Bakı lazım olan bütün addımları atacaq”, - Atanesyan yazır. Bu fikirlərin erməni şərhçinin iddiasından başqa bir şey olmadığı bəllidir. İstisna deyil ki, Atanesyan yaxın olduğu Paşinyan hakimiyyətinin tezisləri əsasında danışır. Lakin burada əsas diqqətçəkən məqam xüsusi təyinatlılarımızın ermənilərin üzərində yaratdığı kabusdur. Onlar hələ uzun illər Hikmət Mirzəyevin adını unutmayacaq. |
2024-01-16 | 823,148 | Ərdoğan NK-nı topladı: İclas 4 saat davam etdi | 09:48 Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə Nazirlər Kabinetinin toplantısını keçirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, iclasın gündəmində Şimali İraq və Suriyada PKK terror təşkilatına qarşı hazırkı əməliyyatlar, eyni zamanda, İsrailin Fələstinə hücumları, Türkiyənin Qəzzada atəşkəslə bağlı diplomatik təklifləri və Qırmızı dənizdəki gərginlik də müzakirə edilib. İclas təxminən 4 saat davam edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.