date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-14
822,706
İslandiyada vulkan püskürdü: lava bəndi yardı - Video
17:42 İslandiyanın Grindavik liman şəhərində yeni vulkan püskürməsi baş verib və lava axını yaşayış məntəqəsinə yaxınlaşır. Axar.az xəbər verir ki, bu barədə İslandiyanın RUV telekanalı məlumat yayıb. Məlumata görə, yüzlərlə kiçik zəlzələ qeydə alındıqdan sonra bütün sakinlər gecə saatlarında təxliyə edilib. "Lavanın evlərin üzərinə axması riski böyükdür. Lava Grindavikdə tikilmiş bəndi yarıb”, - məlumatda bildirilib. Dünən axşam səlahiyyətli nümayəndələr sakinləri təxliyə olunmağa çağırıblar. Saat 03:00-dan 04:00-dək bu rayonda yüzdən çox kiçik zəlzələ qeydə alınıb, səhər saat 05:00-da isə yaşayış məntəqəsinin şərq hissəsində elektrik enerjisi kəsilib. Bütün sakinlərin püskürmədən əvvəl təxliyə edildiyi qeyd olunur. Xatırladaq ki, son üç ildə İslandiyanın Reykyanes yarımadasında dörd vulkan püskürmə baş verib.
2024-01-14
822,707
Qəzzada ölənlərin sayı 24 minə çatır
Oktyabrın 7-dən bu yana hərbi əməliyyatlar nəticəsində həlak olan Qəzza zolağı sakinlərinin sayı 23 968 nəfərə yüksəlib. Axar.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, indiyədək 60 582 nəfər yaralanıb. Qurum qeyd edib ki, son 24 saat ərzində ölənlərin sayı 125 nəfər artıb, daha 265 nəfər yaralanıb.
2024-01-14
822,709
Qriqoryan Davosda Obrayenlə görüşdü
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Davosda ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasından məlumat verilib. Məlumata görə, tərəflər İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
2024-01-14
822,713
Azərbaycanda nazir müavini vəzifəsindən azad olundu
Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib. Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov sərəncam imzalayıb. Sərəncama əsasən, Ramin Ramiz oğlu Məmmədov vəzifəsindən azad olunub.
2024-01-14
822,714
555 nömrəli marşrut avtobusu qəzaya düşdü - Foto
Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində 555 nömrəli marşrut avtobusu qəzaya düşüb. Axar.az Report-a istinadən xəbər verir ki, sürücü Adil Rzayev həmin ərazidə sərnişin düşürmək istəyib. Yol buzlu olduğu üçün avtobus yolun kənarına çırpılıb. Hadisə yerinə dərhal Baş Dövlət Yol Polisi İdarəsi alayının 3-cü tağımının əməkdaşları cəlb olunub. Sərnişinlər digər avtobusla yola salınıb. Sonra A.Rzayevə məxsus avtobusun hərəkəti bərpa edilib.
2024-01-14
822,718
Zaxarovadan Qərbə: Hər şeyi etməyə hüququmuz var!
Şimali Koreya XİN rəhbəri Çoy Sonq Hinin Moskvaya səfəri ilə bağlı Qərbin müxtəlif spekulyasiyalarını gözləyirik. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Birincisi, danışıqlar... İkincisi də daha çox spekulyasiya olacaq. Qərblilər hər zaman belə bir fərziyyə səsləndirirlər ki, Rusiya özünü birtəhər aparır, Şimali Koreya ilə əlaqə saxlamağa haqqı yoxdur. Biz daim beynəlxalq hüquqa hörmətlə yanaşırıq və zəruri hesab etdiyimiz hər şeyi etmək hüququmuz var”, - deyə Zaxarova bildirib.
2024-01-15
822,719
Kiyev daha bir cəbhədə mübarizə aparacaq - VSJ
Kiyev Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra müttəfiqlərinin diqqətini saxlamaq üçün daha bir cəbhədə mübarizə aparmağa məcburdur. Axar.az xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" məlumat yayıb. Nəşr qeyd edir ki, HƏMAS İsrailə hücum etdikdən sonra Qərb Fələstin-İsrail münaqişəsinə qarışıb, sonra isə Ənsarullah hərəkatına qarşı mübarizəyə keçib: "Eyni zamanda, Kiyevə verilən dəstəyə Ukrayna əks-hücumunun uğursuzluğu da mənfi təsir göstərib. ABŞ-ın 60 milyard dollarlıq yardımı Konqresdə ilişib qalıb və AB hələ də növbəti dörd il ərzində Ukraynaya 50 milyard dollar maliyyə yardımı göndərilməsini təsdiqləməyə çalışır".
2024-01-14
822,721
Danimarkanın yeni kralı elan olundu
Danimarkanın Baş naziri Mette Frederiksen Kristiansborq sarayının eyvanından Frederik X-i kral elan edib. Axar.az xəbər verir ki, bu barədə "Danmarks Radio" məlumat yayıb. Məlumata görə, Frederiksen taxt-tac varisliyindən danışıb və kraliçaya 52 illik hakimiyyətinə görə təşəkkür edib. Daha sonra baş nazir üç dəfə: “Əlahəzrət Kraliça II Marqret taxtdan imtina etdi. Yaşasın Əlahəzrət Kral Frederik X!" - deyib. Qeyd edək ki, bundan öncə Danimarka kraliçası II Marqret Yeni il axşamı taxt-tacdan oğlunun xeyrinə imtina etdiyini açıqlamışdı.
2024-01-14
822,722
Səfirdən "Le Fiqaro"ya cavab: Sülhə yardım edin
Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Le Fiqaro” qəzetində dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqaləyə dair X səhifəsindəki şərhində bildirilir. “Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və davamlı sülh mümkündür. Sülhün həqiqətə ehtiyacı var; yalan rəvayətlərə yox”, - səfir qeyd edib.
2024-01-14
822,723
Bu tarixdən tez sülh olmayacaq - Rusiyalı milyarder
Ukraynada mayın 25-dən əvvəl sülh gözlənilmir. Axar.az xəbər verir ki, bu barədə rusiyalı iş adamı, milyarder Oleq Deripaska öz Teleqram kanalında yazıb. O xatırladıb ki, Dünya İqtisadi Forumu Davosda öz işinə başlayır və əsas mövzu Yaxın Şərq və Ukraynada sülhə dair danışıqlar olacaq. Deripaska vurğulayıb ki, ABŞ forumda ən yüksək səviyyədə təmsil olunacaq - Dövlət katibi Entoni Blinken və milli təhlükəsizlik üzrə müşavir Ceyk Sallivan iştirak edəcək. Eyni zamanda, milyarder Rusiya nümayəndə heyətinin olmadığı üçün Ukraynadakı vəziyyətlə bağlı söhbətin konstruktiv nəticə verməyəcəyindən təəssüfləndiyini bildirib. “Biz mayın 25-dən əvvəl sülhü gözləməli deyilik. Gündəmdə həmçinin Qəzza zolağında münaqişə var. Onun həlli üçün ABŞ, BƏƏ, Qətər və İsrail müzakirə aparacaq”, - o qeyd edib.
2024-01-14
822,725
Livan İsrailin şimalına zərbələr endirdi
Livan İsrailin şimalına zərbə endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Livandan İsrailə atılan mərmi sərhəddə yerləşən Kfar Yuval kəndi ərazisinə düşüb. Mərmi iki sakinin həyatına son qoyub, daha iki nəfər xəsarət alıb.
2024-01-14
822,726
Davosda Ukrayna-Rumıniya danışıqları başladı
Ukrayna Davosda Rumıniya ilə ikitərəfli təhlükəsizlik sazişinin bağlanması üzrə danışıqlara başlayıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Məlumata görə, Davosda danışıqlar Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak və Rumıniya Xarici İşlər Nazirliyinin dövlət katibi Yulian Fotanın iştirakı ilə baş tutub. Qeyd olunur ki, Rumıniya Ukrayna ilə ikitərəfli təhlükəsizlik danışıqlarına başlayan 9-cu ölkə olub və bir daha Ukraynanın müstəqilliyinə, ərazi bütövlüyünə, eləcə də onun Avropa və Avro-Atlantik yoluna sarsılmaz dəstəyini təsdiqləyib.
2024-01-14
822,734
ABŞ-ın yüksək vəzifəli rəsmisi İrəvana gəlir
ABŞ Dövlət Departamentinin Korrupsiyaya qarşı mübarizə üzrə koordinatoru Riçard Nefyu 2024-cü il yanvarın 15-dən 18-dək Ermənistan və Gürcüstana səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. R.Nefyu İrəvan və Tiflisdə hökumət nümayəndələri, hüquq-mühafizə orqanları və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcək. Müzakirələrdə əsas diqqət korrupsiyaya qarşı mübarizədə cari səylərə və çağırışlara yönələcək.
2024-01-14
822,735
Krivoy Roqda güclü partlayışlar baş verdi
Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində partlayışlar baş verib. Axar.az xəbər verir ki, u barədə məlumatı “RBK-Ukrayna” agentliyi məlumat yayıb. Partlayışla bağlı əlavə məlumat verilmir. Hazırda Dnepropetrovsk və Nikolayev vilayətlərində hava həyəcanı siqnalı verildiyi bildirilir.
2024-01-15
822,736
Rusiya ilə sülhü bu ölkə təmin edə bilər - İsveçrə
Çin Ukrayna ilə Rusiya arasında müharibəyə son qoymaq səylərində iştirak etməlidir. Axar.az xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnatsio Kassis deyib. "Çin mühüm rol oynayır. Biz bu məsələdə Çinlə əməkdaşlıq yollarını tapmalıyıq. Ukrayna xalqı üçün təcili olaraq sülh lazımdır. Biz bu müharibəni bitirmək üçün hər şey etməliyik", - o bildirib. Kassis qeyd edib ki, Rusiya ilə dialoq aparan Braziliya, Hindistan və Cənubi Afrika Respublikası kimi ölkələr Davosda müzakirələrdə iştirak edir: "BRİKS alyansının iştirakı ona görə çox vacibdir ki, bu ölkələrin Rusiya ilə əlaqələri var".
2024-01-14
822,737
Tayvan əvvəl-axır Çinə geri qayıdacaq - Vanq Yi
Tayvan heç vaxt müstəqil ölkə olmadı. Keçmişdə də deyildi və gələcəkdə də olmayacaq. Axar.az xəbər verir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi deyib. “Tayvan Çinin bölünməz bir hissəsidir və heç vaxt ayrı dövlət halına gələ bilməz. Gələcəkdə də Çinə geri qayıdacaq”, - deyə Vanq Yi Tayvanda baş tutan seçkiləri şərh edərkən bildirib.
2024-01-14
822,742
Maldiv Hindistandan tələb etdi: Qoşunları çıxart!
Maldiv Respublikası Hindistandan ordusunu martın 15-dək adalardan çıxarmasını istəyib. Axar.az xəbər verir ki, bu barədə Maldiv Prezidentinin ictimai-siyasət məsələləri üzrə köməkçisi Abdulla Nazim İbrahim deyib. "Hindistanlı hərbçilər Maldiv adalarında qala bilməz. Bu, Prezident Məhəmməd Muizzunun və indiki administrasiyanın siyasətidir", - deyə A.İbrahim deyib. Qeyd edilir ki, hazırda Maldiv adalarında 88 hindistanlı hərbçi var.
2024-01-14
822,749
Rusiyalı məşhur iş adamı vətəndaşlıqdan imtina etdi
"Texnosila"nın keçmiş sahibi, iş adamı Mixail Kokoriç Rusiya vətəndaşlığından imtina edib. Axar.az xəbər verir ki, o, bu barədə “Linkedin” səhifəsində yazıb. "Bu həftə mən rəsmi olaraq Rusiya Federasiyasının vətəndaşlığından imtina etdim, ölkə ilə rəsmi əlaqəmi dayandırdım", - deyə Kokoriç bildirib. O əlavə edib ki, vətəndaşlıqdan imtina Ukrayna ərazisindəki hərbi əməliyyatlar və indiki hökumətin siyasəti ilə razılaşmaması ilə bağlıdır. Qeyd edək ki, "Texnosila" elektronika mağazalar şəbəkəsinin keçmiş sahibi 2011-ci ildə özəl rus kosmik şirkəti "Dauria Aerospace"i təsis edib.
2024-01-14
822,750
Müharibə xərclərini ödəmək üçün... - Netanyahu
İsrailin HƏMAS-a qarşı müharibəsi uzun aylar davam edəcək. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Müharibəni davam etdirməliyik və bu, uzun zaman aparacaq. Ona görə də müdafiə büdcəsini artırırıq. Bu, bizdən planlaşdırdığımızdan daha çox təhlükəsizlik xərcləri tələb edir. Həmçinin başa düşürük ki, İsraili bir çox mallar, yerli tədarüklər, yerli istehsal imkanları üçün xarici satınalma asılılığından azad etmək məqsədilə çoxillik plana sərmayə qoymalıyıq. İndi bizə lazım olan ilk növbədə müharibənin xərclərini ödəməkdir. Bu, bizə müharibəni davam etdirməyə, HƏMAS-ın ləğvinə, girovlarımızın qaytarılmasına, həm də cənubda təhlükəsizliyin bərpası da daxil olmaqla, məqsədlərimizə nail olmağa imkan verəcək",- o bildirib.
2024-01-14
822,753
Bakı bu görüşə razılıq vermədi – Səbəb
Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Davos İqtisadi Forumunda iştirakı çərçivəsində ABŞ Dövlət katibinin müavini Ceyms Obrayenlə görüşüb. Qriqoryan Obrayenin diqqətinə çatdırıb ki, İrəvan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilməsi planlaşdırılan görüşünə razıdır. Bununla Armen Qriqoryan Obrayenə demək istəyib ki, rəsmi Bakı nazirlərin Vaşinqtonda görüşünə hələ razılıq verməyib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, rəsmi Bakının Vaşinqton görüşüylə bağlı qərar verməməsi Dövlət Departamentinin bir neçə gün əvvəl dini mövzuda Azərbaycan əleyhinə yaydığı hesabatla əlaqəlidir: “Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə ehtiyac olmadığını bildirib. Ona görə çoxdan gözlənilən və Dövlət Departamentinin yanlışları nəticəsində hər dəfə təxirə salınan Vaşinqton görüşü baş tutsa belə, bunun Bakı ilə İrəvan arasındakı dialoqa birbaşa təsiri olmayacaq. ABŞ-ın təkbaşına Azərbaycanla Ermənistan arasında sülh sazişinə təminatçı dövlət olması mümkün deyil”.
2024-01-14
822,755
Husilərin obyekti vuruldu
Yəmənin Hüdeyda əyalətində husilərin obyektlərindən biri vurulub. Axar.az xəbər verir ki, bu barədə "Skay Nyus Arabia" məlumat yayıb. İddiaya görə, əməliyyat ABŞ və Britaniya hərbi təyyarələri tərəfindən təşkil edilib.
2024-01-14
822,757
Qaxda 6 otaqlı evdə yanğın oldu
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Axar.az-a bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, habelə bitişik evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan ikimərtəbəli 6 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə yanıb. Evin böyük hissəsi və bitişik evlər yanğından mühafizə edilib.
2024-01-14
822,759
Pakistanda partlayış: 5 əsgər həlak oldu
Pakistanın cənub-qərbində partlayıcı qurğunun işə düşməsi nəticəsində 5 əsgər həlak olub. Axar.az xəbər verir ki, bu barədə ölkə ordusu məlumat yayıb. Əsgərlər Bəlucistanın Keç rayonunda keçirilən əməliyyat zamanı silahlı şəxslərin təhlükəsizlik qüvvələrinin maşınında əldəqayırma partlayıcı qurğunu işə salması nəticəsində həlak olublar. Ordunun məlumatına görə, atışma zamanı üç terrorçu öldürülüb. Məlumatda bildirilir ki, ərazidə silahlıların aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat keçirilib. Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.
2024-01-14
822,760
Berlin də koalisiyaya qoşuldu: hərbi gəmi göndərir
Almaniya ABŞ və NATO-ya olan sədaqətini nümayiş etdirmək üçün öz hərbi gəmisini Qırmızı dənizə göndərir. Axar.az xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko Qərbin husilərə qarşı əməliyyatını RT-yə şərh edərkə deyib. “Bu, anqlo-saks koalisiyasına qoşulmaqdır, NATO və Vaşinqtonla müəyyən siyasi və hərbi həmrəyliyin təzahürüdür. Bu, Berlinin əvvəlki kursunun dəyişdiyini göstərir. Əgər əvvəllər Berlin beynəlxalq arenada hərbi cavab vasitələrindən istifadə etməkdə kifayət qədər təmkinli idisə, indi o, ABŞ-ın tərəfində münaqişədə birbaşa iştirak etmək niyyətindədirlər”, - ekspert vurğulayıb. O əlavə edib ki, kansler Olaf Şoltsun rəhbərliyi altında Almaniya ABŞ və Qərb koalisiyasının hərbi avantürası ilə fəal şəkildə oynayır: “Əgər naviqasiyanın təhlükəsizliyini təmin etmək funksiyalarını öz üzərinə götürən daimi dəniz eskadronu yaradılarsa, bu, daha sonra yalnız güclənəcək. Bu, ABŞ üçün Berlin tərəfdən çox mühüm hərbi addımdır. Bu, regionda gərginliyin artması və İran da daxil olmaqla, bölgə dövlətlərinə təzyiq vasitəsi kimi şərh edilə bilər”.
2024-01-14
822,761
Kirbi: ABŞ Yəmənlə müharibə istəmir
Heç kim husilərlə münaqişə istəmir. ABŞ da Yəmənlə münaqişədə maraqlı deyil. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O qeyd edib ki, İsrailin Qəzzada hərbi əməliyyatların intensivliyini azaltmasının vaxtı çatıb.
2024-01-14
822,763
Bakı meri qardan danışdı: Parisdə də mümkün deyil - Video
İstər Paris olsun, istər Roma, bütün küçələri eyni anda təmizləmək mümkün deyil. Axar.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Toplum TV-yə müsahibəsində qarlı hava şəraitində Bakı küçələrində yaranan vəziyyətlə bağlı danışarkən deyib. Ətraflı videoda:
2024-01-14
822,764
Yola qum səpən maşın qəzaya düşdü: yaralanan var
Goranboyda yola qum səpən maşın qəzaya düşüb. Axar.az Unikal-a istinadən xəbər verir ki, hadisə Rəhimli-Səfikürd yolu istiqamətində baş verib. Qarlı yollara qum səpən yol idarəsinə məxsus yük maşını bir başqa avtomobillə toqquşub. Qəza nəticəsində yol idarəsinin 1993-cü il təvəllüdlü əməkdaşı Əfqan Həbib oğlu Qafarov çoxsaylı bədən xəsarətləri alıb. Bud nayihəsi də sınan yol işçisi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
2024-01-14
822,769
Dağıstanda zəlzələ: Bakı-Qroznı neft kəməri yoxlanıldı
Bakı-Qroznı neft kəməri yanvarın 12-də Dağıstanın Xasavyurt şəhərinin qərbində baş vermiş zəlzələdən sonra normal işləyir. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “Transneft”in rəsmi nümayəndəsi İqor Demin məlumat verib. O qeyd edib ki, 2024-cü il yanvarın 12-də Moskva vaxtı ilə saat 20:02-də (Bakı vaxtı ilə saat 21:02) episentri Xasavyurt şəhərindən 13 km şimal-qərbdə, ocağı 5 km dərinlikdə, maqnitudası 4,1 olan zəlzələ baş verib. Episentrdən 225 km radiusda yerləşən "Çernomortransneft" ASC-nin obyektləri, Qroznı-Bakı və "Mahaçqala" koru kəmərləri, eləcə də "Samur", "Mahaçqala" və "Sulak" neft nasos stansiyalarının xətti hissəsində avadanlıqlar araşdırılıb. Zəlzələnin fəsadları yoxdur.
2024-01-14
822,771
ABŞ ordusu batan miqrantları xilas etmədi
Texas Milli Qvardiyası sərhədçilərə Rio Qrande çayında boğulan üç qaçqını xilas etməyi qadağan edib. Axar.az xəbər verir ki, bu barədə "Əl Cəzirə" məlumat yayıb. Məlumata görə, hərbçilər Meksikadan ABŞ-a girməyə çalışan qadın və uşaqlarla bağlı məlumat alıblar: "Texas rəsmiləri ilə telefonla əlaqə saxlaya bilməyən sərhədçilər Hərbi Departamentin və Texas Milli Qvardiyasının nümayəndələrinin yanına gediblər. Hərbçilərə bildiriblər ki, fövqəladə vəziyyət halında belə meksikalılara giriş qadağandır. Beləliklə də çayda batan miqrantları xilas etmək mümkün olmayıb".
2024-01-14
822,773
Şaxtada qəza: 20-dən çox mədənçi həlak oldu
Tanzaniyanın şimalında şaxtada baş verən sürüşmə nəticəsində 22 nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb. "Qəza paytaxt Dodomanın 500 kilometr şimalda yerləşən Simuyu bölgəsində baş verib və mədənçilər ağır dağıntılar altında qalıb. 22 nəfərin meyiti tapılıb", - məlumatda deyilir.
2024-01-14
822,774
Rask hücumu: İran teraktı törədənləri yaxaladı
Genişmiqyaslı antiterror əməliyyatı çərçivəsində İranın cənub-şərqindəki Rask şəhərində terror aktını törədənlər həbs edilib. Axar.az “Mehr”ə istinadla xəbər verir ki, bu sözləri İranın polis rəisi, briqada generalı Əhməd Rza Radan deyib. O, teraktın dörd əsas səbəbkarının sağ-salamat tutulduğunu bildirib: “Onların sağ ələ keçirilməsi hücumun təşkilatçılarını şoka salıb. Biz digər cinayətkarları və Rask hadisəsinin təşkilatçılarını həbs etmək üçün etibarlı məlumat aldıq və Allahın lütfü ilə terrorizmin köklərini məhv edəcəyik”. Qeyd edək ki, ötən ilin dekabrında Rask şəhərinin polis bölməsinə silahlı hücum nəticəsində 12 polis ölmüş, 7 polis yaralanmışdı. Bəlucların “Ceyşül Ədl” silahlı qruplaşması bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürmüşdü.
2024-01-14
822,775
Paytaxt yollarında sıxlıq müşahidə olunur? - Rəsmi
Hazırda paytaxtın avtomobil yollarında sıxlıq müşahidə olunmur. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. "Mərkəzin əməkdaşları tərəfindən müşahidə kameraları vasitəsilə yollar diqqətdə saxlanılır. Hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlərin görülməsi üçün yol polisi ilə mütəmadi olaraq informasiya mübadiləsi aparılır", - məlumatda qeyd edilib.
2024-01-14
822,777
Türkiyədən Britaniyaya husilərlə bağlı çağırış
Türkiyənin xarici işlər naziri Hakan Fidanla britaniyalı həmkarı David Kemeron arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə "Middle East Monitor" məlumat yayıb. Söhbət zamanı Fidan həmkarını Qırmızı dənizdə gərginliyin azaldılmasına kömək etməyə çağırıb və bildirib ki, münaqişənin kəskinləşməsi regionda qeyri-sabitliyi daha da artırır. "Fidan Ankaranın regionda münaqişəni dayandırmaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirib. Eyni zamanda, İsrailin Qəzzaya qarşı müharibəsinin dərhal dayandırılmasının vacibliyini vurğulayıb. Bu münaqişənin regional təhlükəsizliyi, beynəlxalq sabitliyi getdikcə daha çox təhdid etdiyini, müharibənin daha da genişlənmə riski ilə üzləşdiyini bildirib", - məlumatda qeyd edilib.
2024-01-15
822,779
Türkiyə qırıcıları 24 hədəfi məhv etdi
2024.01.14. 23:08 Türkiyə Hərbi Hava Qüvvələri İraq və Suriyada 24 hədəfə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, İraqın Metina, Hakurk, Qara, Qəndil, Asos və Suriyanın şimalında terrorçuların mövqeləri hədəf alınıb. Əməliyyat zamanı mağara, sığınacaq, cəbbəxana, qaz emalı təsisatları və s. ərazilər məhv edilib.
2024-01-14
822,780
Qiyamət savaşı başlayıb, islam ölkələri... - Dugin
Qərblə döyüşməyən islam ölkələri şeytana biət edir. Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Dugin deyib. "Yaxın Şərqdə yeni müharibə başlayıb. Dənizdən çıxan yırtıcı qəhrəman husilərə hücum etdi. Bütün islam ölkələri İsrailin Qəzza zolağında total soyqırım törətməsinə hər gün sakitcə baxır. Qərb yırtıcıdır, onunla döyüşməyənlər şeytana biət etmiş olurlar. Biz əsl Qiyamət savaşındayıq", - ekspert bildirib.
2024-01-15
822,782
SSRİ-nin dağılacağını demişdi, indi… - Yeni proqnoz
Qərb dağılacaq, Rusiya isə ayağa qalxacaq. Axar.az xəbər verir ki, bu sözləri 1970-ci illərdə SSRİ-nin dağılacağını proqnozlaşdıran tanınmış fransız tarixçi, sosioloq və politoloq Emmanuel Todd “Le Fiqaro”ya müsahibəsində deyib. O bildirib ki, bu qənaətə gəlməyinin 3 səbəbi var: “ABŞ-da sənayenin və təhsilin tənəzzülü, Qərb cəmiyyətində bir dəyər sistemi kimi protestantlığın yoxa çıxması və Rusiyanın dünyanın qalan hissəsi qarşısında artan cəlbediciliyi”. Onun sözlərinə görə, Moskvanın yeni mühafizəkar “yumşaq gücü” Qərb əxlaqından fərqli olaraq getdikcə populyarlıq qazanır: “Rusiya iqtisadiyyatının sanksiyaların şokuna tab gətirməsi isə Rusiya modelini daha da cəlbedici edir. Qərbdə Rusiya haqqında deyilənlər çox vaxt doğru deyil: o, tənəzzülə uğrayan ölkə kimi təqdim olunur, onun sürətlə bərpa və yenidənqurma mərhələsində olduğuna diqqət yetirmirlər. Eyni zamanda, ola bilsin ki, Rusiya sistemini gücləndirən, vətənpərvərlik və milli birliyi qidalandıran məhz Qərbin düşmənçiliyidir. Beləliklə, sanksiyalar Rusiyaya genişmiqyaslı idxalı əvəzetmə siyasətinə başlamağa imkan verdi ki, bu da onların iqtisadiyyatına AB iqtisadiyyatı üzərində əhəmiyyətli üstünlük verəcək”.
2024-01-14
822,784
Qəzza üçün son 100 gün 100 il kimi keçdi - BMT
Ötən ilin 7 oktyabrından bəri hücuma məruz qalan Qəzza xalqı üçün son 100 gün 100 il kimi keçdi. Axar.az xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər İdarəsinin (UNRWA) məlumatında deyilir. Fələstinli əhalinin olduqca çətin günlər yaşadığı bildirilib: “Qəzza əhalisinin öldürülməməsi, qida, dərman, su və sığınacaq ehtiyaclarının təhlükəsiz şəkildə təmin edilməsi üçün edilən çağırışlara baxmayaraq, humanitar atəşkəs hələ də qüvvədə deyil”.
2024-01-14
822,787
Bu, Zelenski üçün qəbuledilməzdir - Yermak
Ukrayna Rusiya ilə münaqişənin dondurulmasının tərəfdarı deyil. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Davosda çıxışında deyib. O bildirib ki, Prezident Zelenski və onun komandası heç vaxt dondurulmuş konfliktlə razı olmayıb: “Bu, Ukrayna cəmiyyəti və əlbəttə ki, prezident və komandası üçün qəbuledilməzdir”.
2024-01-15
822,790
ABŞ Netanyahudan narazıdır, Baydenin səbri tükənir
Bayden və Vaşinqtondakı digər yüksək vəzifəli rəsmilər İsrailin Baş naziri Netanyahunun Vaşinqtonun Qəzza zolağında hərbi əməliyyatlarla bağlı tələblərindən imtina etməsindən getdikcə daha çox məyus olurlar. Axar.az xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb. "Vəziyyət pisdir, ilişib qalmışıq. Prezidentin səbri tükənir. İsrail hakimiyyəti Fələstin Administrasiyasına dondurulmuş vergi gəlirlərini əldə etməyə icazə vermir, bunsuz Mahmud Abbas hökumətin işini maliyyələşdirə bilməz. Birləşmiş Ştatlar İsrailin Qəzza zolağına humanitar girişi dəstəkləmək üçün daha çox işlər görməsini gözləyir. Bundan əlavə, Ağ Ev Netanyahunun münaqişənin hərbi mərhələsi başa çatdıqdan sonra fəaliyyət planlarını ciddi şəkildə müzakirə etmək istəməməsindən məyusdur", - məlumatda deyilir.
2024-01-14
822,791
“Zəngəzur dəhlizi” ifadəsini kim tapsa… - Nikol
Əslində, üçtərəfli bəyannamənin iki tərəfi - Azərbaycan və Rusiya imzalanan andan 2023-cü ilin sentyabrına qədər sənədin artıq onlar üçün mövcud olmadığını göstərdilər. Axar.az xəbər verir ki, bu sözləri Baş nazir Nikol Paşinyan Yeni Bəyaziddə (Qavar) Vətəndaş Müqaviləsi Partiyasının təşəbbüs qrupunun iclasında çıxışı zamanı deyib. “Rusiya Federasiyası və Azərbaycanın iştirakı ilə Qarabağda baş vermiş aksiyalar göstərdi ki, bu sənəd artıq onlar üçün mövcud deyil. Bu sənədin üçtərəfli sazişin iki tərəfi üçün artıq mövcud olmaması ola bilməz. Bu bəyannamə üçüncü tərəf üçün mövcud olmağa davam edəcək”, - baş nazir qeyd edib. Paşinyanın iddiasına görə, Azərbaycan tərəfdən deyirlər ki, noyabrın 9/10-da imzalanan üçtərəfli bəyannamədə “Zəngəzur dəhlizi” müəyyən edilib və Rusiya Federasiyası bu yolların təhlükəsizliyini təmin etməlidir: “9/10 noyabr bəyanatında bu, ümumiyyətlə yoxdur, heç yerdə yazılmayıb ki, Rusiya Ermənistanın hər hansı ərazisində kommunikasiyaların təhlükəsizliyini təmin etməlidir, əksinə, yazılıb ki, Ermənistan Respublikası öz ərazisində təhlükəsizliyə zəmanət verir. Və bu da ağlabatandır, başqa kim təmin etməlidir ki?” Paşinyan iddia edib ki, Azərbaycan 3 ildir 9/10 noyabr bəyanatına istinad edərək, Zəngəzur dəhlizi ilə bağlı danışıqları inkişaf etdirir: “9/10 noyabr tarixli üçtərəfli bəyanatda “Zəngəzur dəhlizi” ifadəsini tapana pul mükafatı vəd edirəm. Təəssüf ki, heç kim bu mükafatı ala bilməz, çünki üçtərəfli bəyanatda belə bir ifadə yoxdur”. Qeyd edək ki, Paşinyan ənənəvi olaraq “Zəngəzur dəhlizi” ifadəsinin bəyanatda yazılmamasından sui-istifadə edir. Halbuki 9/10 noyabr 2020-ci il bəyanatıbıb 9-cu bəndində göstərilir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
2024-01-14
822,792
Zaxarova Qərbə "şərt" qoydu: Müharibə istəmirlərsə...
Qərb ölkələri əgər Ukrayna ilə bağlı danışıqlar aparmaq istəyirlərsə, Kiyevi silahlandırmaqdan əl çəkməlidirlər. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. "Söhbət ayrı-ayrı ölkələrin Vaşinqtonun yaratdığı dalandan çıxış yolu tapmaq istəyindən gedirsə, bu, ayrı söhbətdir. O zaman Ukraynaya silah tədarükünü dayandırmalı, antirusiya sanksiyalarını qəbul etməməli və rusofob bəyanatlar verməməlidirlər",- o bildirib.
2024-01-14
822,793
Məşhur aktyor villasını 100 milyona satışa çıxardı - Foto
Məşhur komediya ustası Cem Yılmaz Leventdəki villasını satmaq qərarına gəlib. Kult.az Publika.az-a istinadən xəbər verir ki, villanın 100 milyon lirəyə (təxminən 6 milyon manat) satışa çıxarıldığı məlum olub. Məşhur evini satışa çıxardığını gizli saxlamaq istəsə də, məlumat dərhal mediaya sızıb.
2024-01-15
822,794
Mingəçevirdə BMV dərəyə aşdı: yaralılar var
Mingəçevirdə minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində ər və həyat yoldaşı xəsarət alıb. Axar.az-ın Report-a istinadən məlumatına görə, BMV markalı avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində avtomobildə sərnişin qismində olan 1999-cu il təvəllüdlü R.Əsgərov və həyat yoldaşı 2000-ci il təvəllüdlü Ş.Əhmədova xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
2024-01-15
822,799
Tramp rəqiblərini ciddi fərqlə üstələdi
ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçicilər arasında dəstək baxımından digər respublikaçı namizədləri üstələyir. Axar.az xəbər verir ki, bu barədə “CBC Nyus” kanalı və “YouGov” data analizi şirkəti keçirdikləri sorğuya əsasən məlumat yayıb. Araşdırmaya görə, Respublikaçılar Partiyası tərəfdarlarının 69%-i Trampa səs vermək niyyətində olduğunu bildirib. Ötən ilin noyabr ayında isə bu göstərici 61% təşkil edib. İkinci yerdə Florida qubernatoru Ron DeSantis qərarlaşıb. Respondentlərin 14%-i ona səs verməyə hazır olduğunu bildirib. Sorğuda iştirak edənlərin 12%-i isə ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyliyə səs verəcəyini qeyd edib. Digər namizədlərin nəticələri isə 5%-dən az olub.
2024-01-15
822,800
Ukrayna aviasiyası rus ordusuna zərbələr endirdi
Yanvarın 14-də Ukrayna aviasiyası Rusiya qoşunlarının şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi dörd əraziyə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb. Məlumatda qeyd edilib ki, həmçinin raket qüvvələrinin bölmələri Rusiya ordusunun şəxsi heyətinin, silahlarının və hərbi texnikasının cəmləşdiyi üç ərazini, bir hava hücumundan müdafiə sistemini və iki sursat anbarını vurub: “Bundan əlavə, hava hücumundan müdafiə qüvvələri 1 ədəd X-59 idarə olunan təyyarə raketini məhv edib. Bu arada Rusiya qoşunları üç raket və 60 hava zərbəsi endirib, Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə çoxsaylı reaktiv raket sistemlərindən (MLRS) 45 hücum həyata keçirib. Rusiyanın terror hücumları nəticəsində, təəssüf ki, dinc sakinlər həlak olub və yaralanıb. Yaşayış binaları və digər mülki infrastrukturlar dağıdılıb və zədələnib”.
2024-01-15
822,803
İsrail HƏMAS-ın 9 min döyüşçüsünü məhv etdi
İsrail ordusu Qəzza zolağı, İordan çayının qərb sahili və Livandakı əməliyyatlarının təfərrüatını əks etdirən, öldürülən yaraqlıların sayından tutmuş vurulan hədəflərin sayına qədər, geniş məlumat toplusunu açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" məlumat yayıb. Məlumata görə, oktyabrın 7-də İsrail daxilində təxminən 1000 döyüşçüdən əlavə, müharibə başlayandan bəri Qəzza zolağında 9 mindən çox HƏMAS və digər qruplaşma döyüşçüsü İsrail ordusu tərəfindən öldürülüb: "Hərbçilər HƏMAS-ın iki briqada və 19 batalyon komandirini və oxşar rütbəli digər yüksək vəzifəli məmurları öldürüblər. 50-dən çox alay komandiri və oxşar rütbəli HƏMAS əməliyyatçısı da öldürülüb. Həmçinin Hizbullah hərəkatının üzvləri olan 170-dən çox Livan yaraqlısı məhv edilib. Müharibə başlayandan bəri Qəzza zolağında təxminən 30 000 hədəf vurulub. Livanda Hizbullahının isə 750-yə yaxın mövqeyinə zərbə endirilib".
2024-01-15
822,805
Türkiyə Suriyada PKK-nın neft zavodunu da vurdu - Video
Türkiyə Silahlı Qüvvələri və Milli İstehbarat Təşkilatı Suriyanın Kahtaniyə bölgəsinin cənubunda PKK terror təşkilatına aid Odeh neft emal zavodunu yenidən PUA-larla vurub. Axar.az xəbər verir ki, bununla bağlı Türkiyə mətbuatı görüntü paylaşıb. Qeyd edək ki, türk ordusu sözügedən zavodu iki gün öncə də vurmuşdu. Bu gün isə Fransanın PKK-ya verdiyi sement zavoduna da zərbə endirib.
2024-01-15
822,806
Prezident seçkilərinin təşviqat kampaniyası başladı
Bu gündən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılır. Axar.az-ın xəbərinə görə, fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb. Seçkidə 7 namizəd mübarizə aparacaq. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
2024-01-15
822,807
ABŞ inkar etdi: Husilərə zərbə endirməmişik!
ABŞ və onun başçılıq etdiyi koalisiya qüvvələri 14 yanvar tarixində Yəməndə husi üsyançılarına zərbələr endirməyib. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun adı açıqlanmayan nümayəndəsi deyib. Qeyd edək ki, Hüdeyda əyalətində husi mövqelərinə ABŞ və Britaniya təyyarələri tərəfindən zərbələr endirilməsi barədə məlumat yayılmışdı.
2024-01-15
822,808
Güləşçimiz Zaqrebdə qızıl medal qazandı
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb. Axar.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 6 üzvü mübarizəyə qoşulub. Ülvü Qənizadə (72 kiloqram) həlledici görüşdə macarıstanlı Levente Levaya (7:0) qalib gələrək qızıl medalın sahibi olub. Nihat Məmmədli (60 kiloqram), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kiloqram), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kiloqram) isə məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər. Bununla da Azərbaycan güləşçiləri ilin ilk reytinq turnirinə 2 qızıl və 5 bürünc medalla yekun vurublar.
2024-01-15
822,809
Ukrayna iki rus təyyarəsini vurdu
Ukrayna ordusu Azov dənizi üzərində iki rus təyyarəsini vurub. Axar.az xəbər verir ki, bu barədə "Xalqın Xidmətçisi" Partiyasının deputatı Aleksandr Fediyenko məlumat yayıb. Deputat təyyarələrin A-50 radiokəşfiyyat təyyarəsi və İl-22 bombardmançısı olduğunu iddia edib. Onlardan birincisi vurulub, ikincisi isə Kerç bölgəsinə tərəf enməyə başladıqdan sonra radarlardan itib. İddia rəsmi olaraq hələ təsdiqlənməyib.
2024-01-15
822,811
"Real Madrid" "Barselona"nı darmadağın etdi
İspaniya Superkubokunun final oyununda “Real Madrid” və “Barselona” komandaları üz-üzə gəlib. Axar.az xəbər verir ki, Ər-Riyaddakı (Səudiyyə Ərəbistanı) “Əl-Əvval Park” stadionunda baş tutan qarşılaşma “Real Madrid”in 4:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, “kral klubu” tarixində 13-cü dəfə İspaniya Superkubokunun sahibi olub. Qeyd edək ki, matçı Xuan Martinez Munueranın rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.
2024-01-15
822,812
Şok: Bundesver Rusiya ilə müharibəyə hazırlaşır
Bundesver (Almaniya ordusu - red.) Rusiyaya qarşı silahlı münaqişəyə hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri yazıb. Qeyd olunur ki, analoji nəticə məxfi sənəddən də üzə çıxır. Nəşrin qeyd etdiyi sənədlərdə yer alan məlumata görə, NATO ilə Rusiya arasında münasibətlərin mümkün kəskinləşməsi bu ilin fevralında baş verə bilər. Bu, Rusiya Prezidenti Vladimir Putinin necə hərəkət edəcəyini və NATO-nun özünü necə müdafiə etməli olacağını addım-addım, aybaay təsvir edən təlim ssenarisidir. Bundesver ssenarisində eskalasiya cəmi bir neçə həftədən sonra başlayacaq. Qısa müddətdən sonra on minlərlə alman əsgəri döyüşə göndəriləcək.
2024-01-15
822,814
YAP-dan seçki təşviqatı ilə bağlı açıqlama
Yeni Azərbaycan Partiyası (YAP) 2024-cü il fevralın 7-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin təşviqat kampaniyasına start verib. Axar.az xəbər verir ki, partiyanın bununla bağlı açıqlamasında qeyd olunub. “İnanırıq ki, qalib Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider – İlham Əliyev olacaq”, - YAP-ın açıqlamasında vurğulanıb.
2024-01-15
822,817
İranda silahlı qarşıdurma: ölənlər var - Video
01:35 Yanvarın 14-ü gecə saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Səravan və Çabahar şəhərlərində silahlı qarşıdurma meydana gəlib. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, Çabaharda axtarışda olan şəxsin mənzilinə məmurların basqını zamanı baş verən qarşıdurma nəticəsində Abbas Sarani, Səid Rudini və Siyasər adlı polis əməkdaşları ağır yaralanıb. Kimliyi açıqlanmayan axtarışda olan şəxsin hadisə yerindən qaçdığı bildirilib. Səravan şəhərində baş verən silahlı qarşıdurmada isə iki silahlı şəxs öldürülüb. Sistan və Bəlucistan əyalətinin valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Əlirza Mərhəməti öldürülənlərin terrorçu olduğunu bildirib, onların terakta hazırlaşdıqlarını iddia edib.
2024-01-15
822,818
Ukraynanın xəbəri yoxdur: Qərb gizlicə razılaşıb!
Qərb dövlətlərinin Ukraynanı kifayət qədər lazımi silahlarla təmin etmək istəməməsi müharibənin intensivliyini indiki səviyyədə saxlamaq, onun genişlənməsinin qarşısını almaq və başqa dövlətlərin də müharibəyə cəlb edilməməsi cəhdidir. Amma bu strategiya artıq özünü doğrutmadı. Axar.az xəbər verir ki, bunu ukraynalı diplomat, Ukraynanın ABŞ-dakı keçmiş səfiri Valeri Çalıy deyib. "Hər kəsə aydındır ki, Ukraynanın və deyək ki, ABŞ-ın strategiyaları əvvəldən tam üst-üstə düşməyib. ABŞ-ın strategiyası müharibənin NATO ölkələrinə yayılmaması üçün Ukrayna ərazisində qalmasına hesablanıb. İkinci mövqe: Rusiya ilə nə edəcəklərini bilmirlər, ona görə də Rusiya ərazisinə, o cümlədən Qərb silahları ilə hücumlardan çox qorxurdular", - o bildirib. Çalıy qeyd edib ki, ukraynalıların arxasından avropalılar və amerikalılar Moskva və Pekinlə birbaşa danışıqlar aparıb və Rusiya-Ukrayna müharibəsində müəyyən oyun qaydaları barədə razılığa gəliblər: "Heç bir halda nüvə silahından istifadənin yolverilməzliyi barədə mütləq razılaşma var. İctimai məkanda Qərbin Ukraynaya müəyyən silahları, məsələn, eyni "Taurus" raketlərini ötürməkdən çəkindiyi barədə məlumatlar yayılır ki, Çin və KXDR öz silahlarını Rusiyaya tədarük etməyə başlamasın. Amma bu yanaşmanın nəticə vermədiyi artıq göz qabağındadır".
2024-01-15
822,824
Neft həftəyə bu qiymətlə başladı
Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,44 dollara, yüngül neftin bir barreli isə 72,36 dollara təklif olunur.
2024-01-15
822,827
Biləsuvar polisindən əməliyyat: saxlanılan var
Paytaxt ərazisinə külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Nərimankənd kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən rayon sakini Sədrəddin Musayev saxlanılıb. Ona məxsus idman çantasından 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı S.Musayevin aşkarlanan narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və satışının təşkil olunmasından ötrü Bakı şəhəri ərazisində sonradan deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.
2024-01-15
822,829
DTX-dən əməliyyat: Cinayətkarlar saxlanıldı - Video
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində əməliyyat-istintaq tədbirlərini davam etdirir. DTX-dən Axar.az-a verilən məlumata görə, son illər region dövlətləri arasında baş verən proseslərdən sui-istifadə edərək Azərbaycan Respublikasının və digər ölkələrin vətəndaşlarını Ukrayna vətəndaşları adı altında müxtəlif dövlətlərdə yaşaya, sığınacaq ala, vizasız sərbəst hərəkət edə bilmələri üçün qanunsuz yolla Ukrayna dövlətinə aid rəsmi sənədlərlə təmin edən transmilli mütəşəkkil cinayətkar dəstənin əməlləri ifşa olunmuşdur. Aparılan araşdırmalar zamanı, Ukraynanın Lvov şəhərində yaşamış İbadət Qəhrəman oğlu Nuriyev , Türkiyə Respublikasının İstanbul şəhərində yaşamış Fərid Vaqif oğlu Bağırov və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30.000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilmişdir. DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində həmin şəxslərin saxlanılaraq Azərbaycan Respublikasında istintaqa cəlb edilmələri təmin olunmuş, hüquq verən və vəzifədən azad edən vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə onlara ittiham elan edilmişdir. Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdirilmişdir. Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
2024-01-15
822,834
Sumqayıt-Bakı qatarı gecikdi
Sumqayıt-Xırdalan-Bakı sürət qatarı gecikib. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, 07:20-də Sumqayıtdan hərəkətə başlayan qatar 07:59-da Bakı Dəmiryol Stansiyasına çatmalı olduğu halda, 21 dəqiqə gec, yəni 08:20-də mənzil başına yetişib. Gecikməyə səbəb kimi texniki nasazlıqlar göstərilib.
2024-01-15
822,835
Ukrayna Kurska “Toçka-U” raketləri ilə hücum etdi
Rusiyanın hava hücumundan müdafiə sistemləri Kursk vilayətində Ukraynaya məxsus 3 “Toçka-U” raketini vurub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Gecə saatlarında Ukraynanın “Toçka-U” raketlərindən istifadə etməklə Rusiya ərazisindəki hədəflərə terror hücumu həyata keçirmək cəhdinin qarşısı alınıb”, - məlumatda qeyd olunub.
2024-01-15
822,838
Uşaq evindən çıxaraq itkin düşən yeniyetmə tapıldı
09:42 Bakıda uşaq evindən çıxan yeniyetmə itkin düşüb. Axar.az xəbər verir ki, 2010-cu il təvəllüdlü Cümşüd Elşad oğlu Ağayev yanvarın 14-ü saat 15:30 radələrində Xətai rayonu, Lütfi Zadə küçəsi 18 ünvanında yerləşən 3 saylı uşaq evindən çıxaraq geri qayıtmayıb. Fakt üzrə Xətai Rayon Polis İdarəsində araşdırma aparılır. *** Polis əməkdaşları Bakıda uşaq evindən çıxaraq itkin düşən yeniyetməni taparaq aidiyyəti üzrə təhvil verib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.
2024-01-15
822,842
Britaniya 20 min hərbçi göndərir: Putin təhlükəsinə qarşı...
Britaniya bu ilin birinci yarısında NATO-nun Avropada keçiriləcək əsas təlimlərinə 20 min hərbçi göndərəcək. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb. Fevraldan iyun ayına qədər Şərqi Avropaya 16 000 hərbçi, aviadaşıyıcı zərbə qrupu, “F35B Lightning” hücum təyyarələri və kəşfiyyat təyyarələri göndəriləcək. “Bu gün mən elan edə bilərəm ki, Böyük Britaniya Soyuq müharibədən bəri NATO-nun ən böyük təlimlərindən birində iştirak etmək üçün təxminən 20 000 hərbçi göndərəcək. Təlim zamanı ordumuz 30 NATO ölkəsi və İsveçdən olan həmkarları ilə birləşərək Putin təhlükəsinə qarşı həyati təminat verəcək”, - Britaniya müdafiə naziri Qranp Şapps bildirib.
2024-01-15
822,843
MSK-nın Media Mərkəzi fəaliyyətə başladı
Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2024” Müstəqil Media Mərkəzi fəaliyyətə başlayıb. Axar.az xəbər verir ki, mərkəzin məqsədi 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkiləri, onun ayrı-ayrı mərhələləri, səsvermə prosesi, seçki institutlarının, müşahidə missiyalarının, ekzitpol (exit-poll) keçirən təşkilatların fəaliyyəti haqqında dolğun məlumatları Azərbaycan ictimaiyyətinə, yerli və xarici mediaya operativ şəkildə çatdırmaqdır. Mərkəzin "www.secki-2024.az" saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Saytda seçki prosesi ilə bağlı səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatları yerləşdirilir. Eyni zamanda, seçkilərlə bağlı foto və videomateriallar təqdim edilir. Mərkəzin həm Feysbuk səhifəsi, həm də Teleqram kanalı aktiv fəaliyyət göstərir.
2024-01-15
822,846
691-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 691-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 370 980 hərbçi, 6 089 ədəd tank, 11 322 ədəd zirehli döyüş maşını, 8 771 ədəd artilleriya sistemi, 958 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 650 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 698 ədəd avtomobil texnikası, 6 865 ədəd PUA, 1 815 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 356 xüsusi avadanlıq itirib.
2024-01-15
822,848
DGK-dan əməliyyat: 90 kq narkotik müsadirə edildi
Azərbaycandan tranzit keçməklə İrandan Rusiyaya tərəvəz yükü daşıyan nəqliyyat vasitəsində qeyri-adi üsullarla gizlədilən külli miqdarda narkotik vasitə aşkar edilib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Məlumata görə, yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsində saxlanılıb və şifahi sorğu-sual zamanı sürücü üzərində, avtomobildə gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Stasionar rentgen qurğusunda aparılan yoxlama zamanı isə yükdə şübhəli cizgilər müşahidə olunub. Bu zaman nəqliyyat vasitəsindəki 22 paletdə olan “kahı” yükünə kinoloji xidmət iti tətbiq edilməklə gömrük yoxlaması keçirilib. Nəticədə paletlərdən birindəki 30 ədəd qablaşmada falqaya bükülərək kahı formasına salınmış, gömrük nəzarətindən gizlədilən germetik qablaşdırılmış 209 ədəd bağlamada külli miqdarda narkotik vasitələr aşkar edilib. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən bağlamalarda xalis çəkisi 69 kq 970 qram narkotik vasitə - qurudulmuş marixuana və 20 kq 870 qram narkotik vasitə - həşiş qətranı olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.
2024-01-15
822,854
Ermənistanı silkələyən itkilər: 5 əsgər öldü - Nə baş verir?
Son 10 gündə Ermənistan ordusunda 5-ci ölümün qeydə alınması ölkədə ciddi narazılığa səbəb olub. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, baş verənlərə görə məsuliyyəti müdafiə naziri Suren Papikyanın daşıdığı bildirilərək, onun istefası tələb edilir. Son olaraq cəbhə xəttinə yaxın ərazidə qar uçqununun altından 2003-cü il təvəllüdlü əsgərin meyitinin tapılması ölkədə rezonans doğurub. Ötən günlərdə səsləndirilən istefa fikri daha kütləvi hal alıb. Tanınmış erməni müğənni Qabi Qaloyan da bu etiraza qoşulub. O, sosial şəbəkə hesabında Suren Papikyanın istefasını tələb etdiyini deyib. Bir çox sosial şəbəkə istifadəçiləri onun fikrini dəstəkləyib. Qeyd edək ki, ötən həftə Ermənistan ordusunda iki zabitin güllə yarası ilə meyiti tapılıb, bir hərbçi qəzada, digəri isə ürəktutmasından ölüb. İddia edilir ki, bu ölümlərin arxasında Ruren Papikyanın vəzifədən uzaqlaşdırılması dayanır.
2024-01-15
822,855
Dövlət Xidməti ADY barədə iş qaldırdı
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti Azərbaycan Dəmir Yolları QSC barədə iş qaldırıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb. Məlumata görə, quruma səhmdar cəmiyyətin infrastrukturu vasitəsilə fəaliyyət göstərən bir neçə ekspeditor (özəl nəqliyyat) şirkətlərindən müraciətlər daxil olub. Müraciətlərdə “Azərbaycan Dəmir Yolları”nın həmin şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verdiyi, bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina etdiyi bildirilib. Daxil olan məlumatlar əsasında Dövlət Xidməti bu istiqamətdə antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunması vəziyyəti üzrə araşdırma aparıb. Araşdırma nəticəsində “Azərbaycan Dəmir Yolları” barədə bazarda rəqabətin məhdudlaşdırılması, rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması və dayandırılması, kontragentə sərfəli olmayan və yaxud müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi və təsərrüfat qərarlarının icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi əlamətləri üzrə antiinhisar qanunvericiliyinə əsasən iş qaldırılıb.
2024-01-15
822,857
Xankəndidə silah-sursat tapıldı
Xankəndi şəhərində silah-sursat tapılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, 13-14 yanvar tarixlərində polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisində 4 ədəd qumbara, 1 ədəd avtomat silahı, 1 tapança, 2 tüfəng, 1240 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.
2024-01-15
822,860
İsrailli futbolçu sərbəst buraxıldı: ölkəsinə qayıdır
10:42 Türkiyənin “Antalyaspor” klubunda çıxış edən israilli futbolçu Sagiv Jehezkel polis tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumata görə, Antalya Baş Prokurorluğu tərəfindən israilli futbolçuya qarşı "ictimaiyyəti açıq şəkildə nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə istintaq başladılıb. Buna səbəb onun vurduğu qolu 7 oktyabrda HƏMAS-ın hücumları nəticəsində əsir düşən israillilərə həsr etməsidir. Jehezkel qoldan sonra qolundakı sarğıya yazdığı “100 days. 7. 10” yazısını nümayiş etdirmişdi. *** “Antalyaspor”un israilli futbolçusu Sagiv Jehezkel sərbəst buraxılıb. Bu barədə “Antalyaspor”un mətbuat xidmətinin rəhbəri Alkan Evrən məlumat yayıb. O bildirib ki, S.Jehezkel bu gün şəxsi təyyarə ilə İsrailə qayıdacaq: “Adıçəkilən futbolçu ilə müqaviləyə xitam verilməsi üçün hüquqi prosedurlar davam etdirilir”. Klub prezidenti Sinan Boztəpə isə “Antalyaspor” rəhbərliyi, Türkiyə Futbol Federasiyası (TFF), FİFA və UEFA ilə dördtərəfli görüş keçirildiyini deyib: “Futbolçunun müqaviləsi ilə bağlı son vəziyyətə sabah aydınlıq gələcək. “Antalyaspor” siyasətdən kənar bir futbol qurumudur. Əlimizdən gələni edəcəyik”.
2024-01-15
822,862
“Kontakt” bu il Azərbaycanda 20 yeni mağaza açacaq
“Kontakt” mağazalar şəbəkəsi 2024-cü ilə sevindirən yeniliklərə start verir. Belə ki, ölkənin ən aparıcı pərakəndə satış şəbəkələrindən olan “Kontakt” il ərzində mağazalarının sayını 60-a qədər çatdırmaqla hamı üçün əlçatan olmağı hədəfləyib. Sevindirən missiyasını yaxın vaxtda Balakən, Tovuz, Sabirabad və Qusarda yerinə yetirəcək şəbəkə ilin sonunadak həm Bakıda, həm də regionlarda ümumilikdə 20-ə yaxın mağazasını təqdim edəcək. Əlavə olaraq, hər kəsin çox sevdiyi mağazaların bəziləri də yenilənmiş formatda ziyarətçilərin istifadəsinə veriləcək. Qeyd edək ki, şəbəkənin məqsədi ölkənin hər nöqtəsində insanlara ev üçün lazım hər şeyi əlverişli şərtlərlə əldə etmək fürsəti yaratmaqdır. Yeni açılacaq mağazalarda da müştərilər 30 000-dən çox məhsul çeşidi ilə tanış ola biləcək. “Kontakt” hal-hazırda Samsung, LG, Bosch, Tefal, Huawei, Sony, Panasonic, Delonghi Group, Electrolux, Thomas, Beurer, Bang & Olufsen, Karcher, Beko, H Gala, Cassore, Schafer, TAÇ, Simge mobilya kimi 40-dan çox beynəlxalq brendin rəsmi distribütoru; Scafer, Oppo, Toshiba, Intel, Black&Decker, Hoffmann, Blackview, Kieslect, Etias, Viper, Dark Project, Blizzard, SBS, Energy Sistem, Defunc və Urbanista kimi beynəlxalq brendlərin Azərbaycanda eksklüziv distribütoru; Apple brendinin isə rəsmi satış mərkəzidir. Şəbəkə bir sıra digər dünya brendi ilə də tərəfdaşlığa başlamaqla sözügedən siyahını bu il daha da genişləndirməyi planlayır. Bütün yeniliklərdən xəbərdar olmaq üçün şəbəkənin sosial media hesablarını izləyə, sizə yaxın olan mağazanı isə buradan tapa bilərsiniz.
2024-01-15
822,864
Prezident DSX-nin hospital kompleksinin açılışında - Foto
10:35 Yanvarın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında iştirak edib. Axar.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Sonra Bakının Fətəli xan Xoyski küçəsi, 99 ünvanında yerləşən hospital kompleksi barədə dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək. Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır. Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək. İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər. Hərbi hospitalın cərrahiyyə şöbəsində quraşdırılan avadanlıqlar istənilən növ ağır əməliyyatları aparmağa imkan verir. Tibb ocağında 11 əməliyyatxanadan ibarət xüsusi blok yerləşir. Hospitalda uçuş heyətinin və dalğıcların müayinəsi və müalicəsi üçün respublikada ən müasir hiperbarik oksigenasiya avadanlığı (barokamera) quraşdırılıb. Binada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılıb, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. DSX-də qadın hərbi qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi də yaradılıb. Hərbi hospitalın laboratoriya şöbəsində ən yeni müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin laborator avadanlığı quraşdırılıb. Müalicə ocağı dövrün tələblərinə uyğun çağrı və nəzarət sistemləri ilə təmin olunub. Hərbi hospitalda klinik fəaliyyətin, yəni tibbi tədris işinin təşkili və ixtisaslı hərbi həkimlərin hazırlanması şəraiti yaradılıb. Hərbi hospitalın yerləşdiyi 3 hektar ərazidə geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıq sahələri salınıb. Sonda xatirə şəkli çəkdirildi.
2024-01-15
822,866
Qarlı havada 60 nəfər xəsarət aldı
Qarlı hava şəraiti ilə əlaqədar son 2 gündə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib. Bu barədə Axar.az-a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, mərkəz həmin günlərdə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib: "Son 2 gün ərzində müraciətlərin sayında artım qeydə alınıb. 14 və 15 yanvarda hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər təcili yardıma müraciət edib. Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstərildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunub".
2024-01-15
822,869
Rusiya sözsüz ki, NATO-dan qorxur... - Kallas
Qərb dövlətləri Ukraynaya təcavüzkarı məğlub etməkdə kömək etməsələr, NATO Rusiyanın işğalının hədəfinə çevrilə bilər. Axar.az xəbər verir ki, bunu Estoniya Baş naziri Kaya Kallas deyib. “Rusiya sözsüz ki, NATO ilə münaqişədən qorxur. Və biz Alyansda olduğumuz üçün müharibəmiz yoxdur. Ona görə də bunun real təhlükə olduğunu düşünmürəm. Eyni zamanda, Avropa ölkələri öz müdafiə xərclərini artırmalıdır. NATO Nizamnaməsində hamımıza məlum olan 5-ci maddə var, lakin 3-cü maddə də var ki, hər bir ölkə kollektiv müdafiəni gücləndirmək üçün əlindən gələni etməlidir”, - Kallas bildirib.
2024-01-15
822,872
Ermənistanda daha bir general həbs edildi
Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Qeyd edək ki, Tiran Xaçatryan Aramus kəndi ərazisində fəaliyyət göstərən restoranda qeydə alınan insidentlə bağlı saxlanılıb. O, mübahisə zəminində silahdan atış açıb. Nəticədə 1977-ci il təvəllüdlü Rayr Mnatsakanyan sağ qolundan yaralanıb. Xaçatryana qarşı Ermənistan CM-nin 297-ci maddəsinin 2-ci hissəsinin 1 və 3-cü bəndləri (bir qrup şəxs tərəfindən xuliqanlıq), 335-ci maddənin 1-ci hissəsi (qanunsuz olaraq odlu silah gəzdirmə) və 167-ci maddənin 2-ci hissəsinin 8-ci bəndi (silahdan istifadə etməklə sağlamlığa orta dərəcədə zərər vurma) ilə ittiham irəli sürülüb. Atışma nəticəsində xəsarət alan şəxs artıq zərərçəkmiş kimi tanınıb. Tiran Xaçatryandan xəzinəsində 16 güllə və lüləsində bir güllə ilə CZ-75 tipli döyüş tapançası müsadirə edilib.
2024-01-15
822,874
Azərbaycan şəhərlərində məktəblər bağlandı
Yanvarın 14 və 15-də güclü qar yağması və havanın kəskin soyuması səbəbindən Ərdəbil, Qərbi və Şərqi Azərbaycan əyalətlərinin bir neçə şəhərində məktəblərdə tətil elan edilib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Qərbi Azərbaycan əyalətinin 2, Ərdəbil əyalətinin 8 və Şərqi Azərbaycan əyalətinin 7 şəhərində, həmçinin hər 3 əyalətin yüzlərlə kəndində dərslər dayandırılıb.
2024-01-15
822,875
Şərqi Azərbaycanda güclü qar: 300 kəndin yolu bağlandı
Güclü qar və çovğun nəticəsində Şərqi Azərbaycan əyalətinin 300 kəndinin yolu bağlanıb. Axar.az xəbər verir ki, bu barədə əyalətin Yollar və Avtomobil Nəqliyyatı İdarəsi məlumat yayıb. Bildirilib ki, əyalətin Çaroymaq mahalında olan kəndlərin hamısının ətrafla əlaqəsi kəsilib. Bununla yanaşı, Ərdəbil və Qərbi Azərbaycan əyalətlərində də bir neçə şəhərin, eləcə də yüzlərlə kəndin yolu bağlanıb. Son məlumata görə, Vərziğanda qarın hündürlüyü 65, Xiyavda 53, Nəmində 50, Əhərdə 42 santimetrə çatıb.
2024-01-15
822,879
Bakıda inşaat mağazasından oğurluq edildi
Bakı şəhərinin Nərimanov rayonu ərazisində yerləşən inşaat mağazalarının birindən dəyəri 2500 manatdan çox olan inşaat materiallarının oğurlanması barədə polisə məlumat daxil olub. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ariz İsmayılov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
2024-01-15
822,880
Bu yollar buz bağladı: Agentlik hərəkətə keçdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb. Agentlikdən Axar.az-a verilən məlumata görə, hazırda avtomobil yollarının vəziyyəti aşağıdakı kimidir: 1. “Zəfər yolu”: Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 2. Toğanalı-Kəlbəcər-İstisu: Zəif qar yağır. Yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. 3. Qubadlı-Laçın: Yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 4. Füzuli-Hadrut: Yağıntı yoxdur, 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 5. Bakı-Quba: Yağıntı yoxdur. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 6. Giləzi-Xızı: Yağıntı yoxdur. 8 dərəcə şaxta var, qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 7. Bakı-Qobustan: Hava çisginlidir, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 8. Qobustan-Şamaxı-Muğanlı: Hava çisginlidir, şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 9. Muğanlı-Ağsu-Yevlax: Qar yağmır. Yolun 143-cü kilometrindən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. Muğanlı ərazisində 7-8 dərəcə şaxta var. 10. Muğanlı-İsmayıllı: Yağıntı yoxdur, 9-14 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmişdir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür, nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 11. İsmayıllı-Qəbələ-Oğuz-Şəki: Yağıntı yoxdur. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 9-12 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 12. Yevlax-Şəki-Qax-Zaqatala: Yağıntı yoxdur. 5-6 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 13. Şəmkir-Gədəbəy: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti qismən təmin olunur. 14. Gəncə-Daşkəsən: Yağıntı yoxdur. 10 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 15. Ələt-Astara: Yolda şaxta yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 16. Masallı-Yardımlı: Masallı rayonu ərazisində yağıntı yoxdur, 2-3 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində yağıntı yoxdur, 10-12 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 17. Lənkəran-Lerik: Lənkəran rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Lerik rayonu ərazisində yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur. 18. Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax: Hava çisginlidir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 19. Hacıqabul-Bəhramtəpə-Horadiz: Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
2024-01-15
822,882
Ermənistanda nələr baş verir? - Human Rayts Votç
Ermənistanda polisin fəaliyyəti, o cümlədən söz azadlığı, qadınların, fiziki imkanları məhdud şəxslərin və cinsi azlıqların hüquqları sahəsində bir sıra problemlər var. Axar.az xəbər verir ki, bu barədə "Human Rayts Votç" təşkilatının ötən gün yaydığı hesabatda bildirilib. Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanlarının sui-istifadələrinə görə effektiv cavabdehliyin olmaması davam edən problemdir. Hesabata görə, Ermənistanda diffamasiya dekriminallaşdırılsa da, jurnalistlər və media siyasətçilərin və özəl şirkətlərin hədəfinə çevrilməkdə davam edir: onlar medianı hüquqi mübarizəyə sürükləyir, ağır maliyyə cərimələri ilə hədələyirlər. Nəşr həmçinin Ermənistan parlamentinin qəbul etdiyi qanunvericiliyə düzəlişi xatırladır ki, bu da dövlət qurumlarına sorğuları rədd etmək üçün əlavə imkan verir. Hesabatda Ermənistandakı LGBT icmasının nümayəndələrinin ayrı-seçkilik, təqib və zorakılıqla üzləşdiyi vurğulanıb. Hesabatda əlilliyi olan şəxslərin hüquqlarından danışarkən vurğulanır ki, ölkədə psixo-sosial və əqli qüsurlu insanlar üçün hərtərəfli ictimai xidmət proqramları yoxdur. Məişət zorakılığına gəlincə, hesabatda ötən ilin birinci yarısında qeydə alınan məişət zorakılığı şikayətlərinin 2022-ci ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artdığı qeyd edilir. 144 nəfərə qarşı ittiham irəli sürülüb. 2022-ci ilin sentyabrından 2023-cü ilin sentyabrına qədər ən azı 12 qadın öldürülüb. Hesabatda xatırladılır ki, Ermənistanda məişət zorakılığı qurbanları üçün cəmi iki sığınacaq var ki, onlar birlikdə 24 qadın və onların uşaqlarına sığınacaq verə bilər. Təşkilat Qadın Hüquqlarını Müdafiə Mərkəzinə istinadən bildirir ki, sığınacaqlar daim izdihamla doludur və qadınların müdafiəsi səmərəsiz olaraq qalır.
2024-01-15
822,883
Birinci sinfə elektron qeydiyyat prosesində dəyişiklik
Bakı şəhərində 2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsi genişləndiriləcək. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Axar.az-a verilən məlumata görə, süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklər. Daimi qeydiyyatı olmayan valideynlərə şagird sıxlığı olmayan məktəbləri seçmək imkanı yaradılacaq. Qeyd edək ki, I sinfə qəbulla bağlı mikroərazilər müvafiq icra hakimiyyət orqanlarının təqdim etdikləri dislokasiyaya uyğun olaraq müəyyənləşdirilib. Vətəndaşlar müvafiq linkə daxil olaraq daimi qeydiyyat ünvanının (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanının) dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı (yeni inşa olunmuş binalarda “Azərişıq” ASC-nin abonent kodu öz adına olan evlərin ünvanı) dislokasiyada olmayan valideynlər 1 ay ərzində (15 yanvar-15 fevral 2024-cü il tarixlərində) 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq müvafiq formanı doldurmaqla təklif və rəylərini verə bilərlər. Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək və ya [email protected] elektron poçtuna yazmaq tövsiyə olunur. Uşaqların I sinfə elektron qeydiyyatı prosesində məktəblər üzrə ərazi prinsipinin tətbiqindəki yeniliklərin əsas məqsədi vətəndaş məmnunluğunun təmin edilməsi, süni şagird sıxlığının qarşısının alınması, vətəndaşlara göstərilən müvafiq elektron xidmətin təkmilləşdirilməsi, sosial ədalət prinsiplərinə əməl olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi və vətəndaş müraciətlərinin cavablandırılmasında daha çevik mexanizmin yaradılmasından ibarətdir. Qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qeydiyyat prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır. Ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu elan olunduqdan sonra əvvəlcə elektron sistemdə qeydiyyat, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilir.
2024-01-15
822,885
Bu yollarda sürət həddi əvvəlki vəziyyətinə qaytarıldı
Küləkli və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolu və Heydər Əliyev prospektində bəzi zolaqlar üzrə 20 və 40 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Qeyd edək ki, yanvarın 13-də küləkli və qarlı hava şəraiti ilə əlaqədar bu yollarda sürət həddi 40 km/saata endirilmişdi.
2024-01-15
822,890
Rusiya-Almaniya müharibəsi iddiasına ironik reaksiya
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Bild” nəşrinin Almaniyanın 2025-ci ildə Rusiya ilə NATO arasında baş verəcək müharibəyə hazırlaşdığına dair yaydığı məlumata münasibət bildirib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, M.Zaxarova bu barədə öz Teleqram kanalında yazıb. “Bild” informasiya zibilliyinə sızan alman “gizli planını” oxudum. Bu, xərçəng bürcü üçün keçənilki ulduz falıdır. İstisna etmirəm ki, Bundesverin (Almaniya Silahlı Qüvvələri – red.) analitik hesabatı xarici işlər naziri Annalena Berbokun rəhbərliyi altında Almaniya Xarici İşlər Nazirliyi tərəfindən hazırlanıb”, – Rusiya XİN sözçüsü bildirib. Qeyd edək ki, “Bild” nəşrinin məlumatına görə, Almaniya Müdafiə Nazirliyi 2025-ci ildə NATO ilə Rusiya arasında baş verəcək müharibəyə hazırlaşır.
2024-01-15
822,891
Məktəblərdə beşgünlük tətil başlayır
Yanvarın 27-dən ümumtəhsil məktəblərində birinci yarımilin bitməsi ilə əlaqədar beşgünlük tətil başlayır. Axar.az xəbər verir ki, 2023-2024-cü tədris ilində birinci yarımil 15 sentyabr - 26 yanvarı, ikinci yarımil 1 fevral - 14 iyunu əhatə edir. Bu səbəbdən də ümumtəhsil məktəblərində yanvarın 27-si, 28-i, 29-u, 30-u və 31-i qış tətilidir.
2024-01-15
822,892
DSX-nin yeni hərbi hospitalında doğum mərkəzi yaradıldı
Dövlət Sərhəd Xidmətində qadın hərbi qulluqçuların sayı nəzərə alınaraq hərbi hospitalda doğum mərkəzi yaradılıb. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün açılışında iştirak etdiyi Dövlət Sərhəd Xidmətinin yeni hərbi hospital kompleksinin açılışında məlumat verilib. Qeyd olunub ki, hərbi hospitalın köhnə binası XX əsrin 70-ci illərində inşa olunub. Yeni hərbi hospitalda ən son elmi-texniki nailiyyətlərə və müharibə təcrübəsinə əsaslanan tibbi müayinə və müalicə imkanları yaradılıb. Dünyanın qabaqcıl ölkələrində istehsal olunan tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitalın ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər tibbi fəaliyyət sahələri xəstələrə ən yüksək səviyyədə çoxfunksionallı xidmət göstərəcək. Səkkiz mərtəbədən və köməkçi binalardan ibarət hərbi hospitalın inşası müasir texnologiyalar və qabaqcıl təcrübələr əsasında həyata keçirilib. Ümumi sahəsi 24.760 kvadratmetr olan 240 çarpayılıq binada 903 otaq, 17 şöbə, 80 palata mövcuddur. Hərbi dövrdə çarpayı sayının 700-ə çatdırılması imkanları vardır. Burada yaradılan Təcili Tibbi Yardım Mərkəzi durumu son dərəcə kritik olan xəstələrin 24 saat qəbulunu həyata keçirməyə imkan verəcək. İl ərzində hərbi hospitalda 100-110 min ambulator, 17 min-20 min xəstə stasionar müalicə oluna bilər.
2024-01-15
822,893
Əli Əsədov yeni qərar imzaladı
Nazirlər Kabineti 6 may 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı”nda dəyişiklik edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, bundan sonra idxal olunan qida və yem məhsullarına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara verilən idxal sağlamlıq aktı, ixrac olunan qida və yem məhsullarına verilən sağlamlıq sertifikatı barədə Komitəyə məlumat göndərilməlidir. Bundan başqa, quruma qida zənciri obyektinin qeydiyyata alınmasına və ya təsdiq olunmasına, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmasına dair Qida Təhlükəsizliyi Reyestrindən çıxarış haqqında məlumat veriləcək.
2024-01-15
822,895
Bakıda güclü partlayış: ölən və yaralananlar var - Video
11:55 7-ci mikrorayon ərazisində güclü partlayış baş verib. Axar.az xəbər verir ki, hadisə bir neçə dəqiqə öncə olub. Partlayışın ardınca ərazidən qatı tüstü qalxıb. *** Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. *** Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür. *** Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında sexdə partlayış olması barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ilkin məlumat daxil olub. TƏBİB-dən bildirilib ki, 15 təcili yardım briqadası dərhal hadisə yerinə cəlb olunub. *** Rəsmi olmayan informasiyalara görə, Bakıda sexdə partlayış nəticəsində ölən və xəsarət alanlar var. *** Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir. Hazırda fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. *** Dağıntılar altında qalan şəxslərin axtarışı üçün əraziyə itlər cəlb olunub. *** TƏBİB yanğın nəticəsində 3 nəfərin öldüyünü, 24 nəfərin yaralandığını açıqlayıb. *** Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş yanğın-partlayış hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir. FHN-dən bildirilib ki, xilasedicilər tərəfindən dağıntı altından üç nəfər sağ çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib, sexdə olan və yaxınlıqdakı vətəndaşların təxliyəsi həyata keçirilib. Hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş itləri cəlb olunmaqla axtarış-xilasetmə əməliyyatı davam etdirilir. *** FHN-dən bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb. *** Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında bildirib ki, 11:50-də yanğınla bağlı siqnal daxil olub, 6 dəqiqədən sonra ilk yanğın bölmələri hadisə yerinə çatıb: “Nəticədə ümumi sahəsi 13 min kvadrat metr olan istehsalat sexlərinin 2750 kvadratmetri sahəsi dağıntılara məruz qalıb. Hazırda yanğın tam söndürülüb".
2024-01-15
822,904
Magistraturaya sənəd qəbulu başladı
Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edib. Mərkəzdən Axar.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr yanvarın 15-dən 29-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği (50 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Bakalavr “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə ərizə qəbulu müddətində Mərkəzin internet saytının müvafiq səhifəsinə daxil olub, “Bakalavrın elektron ərizəsi” formasını doldurur və təsdiq edir. Azərbaycanda yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan vətəndaşı olan bütün bakalavrlar, həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında “Bakalavrın elektron ərizəsi”ni doldurmalı və özləri təsdiq etməlidirlər. Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürünün), informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir. Qəbul imtahanının (I cəhd) 2024-cü il fevralın 11-də keçirilməsi nəzərdə tutulur. İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaq. İmtahanda bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır. Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan Cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi Esse vərəqləri paylanılır. Qəbul elanının tam mətni "Magistr" jurnalının 2-ci sayında dərc olunub. Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
2024-01-15
822,906
Hindistandan Ermənistana “İran yolu” açılır
Hindistan və Ermənistan arasında İrandan keçən ticarət yolu (Çabahar limanı) 2024-cü ilin mayına qədər açılacaq. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib. “İrandan keçməklə Hindistan (Mumbay limanı - red.) və Ermənistan arasında (Çabahar limanından) fəaliyyət göstərəcək ticarət marşrutunun bu ilin may ayına qədər açılması üçün bütün məsələləri həll etməyə razılaşdıq”, - o bildirib.
2024-01-15
822,907
Mask ABŞ prezident seçkisində öz favoritini açıqladı
Amerikalı milyarder İlon Mask Respublikaçılar Partiyasından prezidentliyə namizəd Vivek Ramasvamiyə güvənir. Axar.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində bildirib. Siyasətçi öz səhifəsində Maskın özü haqqında müsbət şərhini paylaşıb. Qeyd edək ki, Ramasvami 2024-cü ildə keçiriləcək prezident seçkisində qalib gələcəyi təqdirdə ABŞ-ı NATO-dan çıxmaq niyyətində olduğunu bildirib.
2024-01-15
822,908
Xaçatryanın şikayəti təmin edilmədi
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub. 12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
2024-01-15
822,910
Azərbaycanda illik inflyasiya nə qədər olub?
2023-cü ildə Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilə nisbətən 108,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 109,6%, qeyri-ərzaq məhsulları üzrə 108,4%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 108,2% təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb. Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 102,1% olub. Dekabrda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki noyabra nisbətən 101,0%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 100,8% təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox artım yumru düyünün, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, zeytun yağının, narın, naringinin, üzümün, heyvanın, xurmanın, almanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, sarımsağın, soğanın, balqabağın, limonadın, azalma isə əsasən qarabaşaq və manna yarmasının, çörəyin, mal və qoyun ətinin, kəsmiyin, süfrə marqarininin, qarğıdalı və günəbaxan yağlarının, portağalın, limonun, kələmin, yerkökünün, çuğundurun, kartofun, şəkər tozunun qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişiklik baş verməyib. Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 102,7% olub. Dekabrda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi noyabra nisbətən 100,1%, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 103,7% təşkil edib. Ödənişli xidmətlərdən artım əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma xidmətlərinin və istirahət turlarının qiymətlərində, azalma isə hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişiklik baş verməyib.
2024-01-15
822,911
Husilər ABŞ gəmisinə raket atdı
ABŞ döyüş gəmisinə yönəlmiş raketin qarşısı alınıb. Axar.az BBC-yə istinadla xəbər verir ki, ABŞ ordusu Yəmənin husilərin nəzarətində olan bölgəsindən atılan və Qırmızı dənizdə ABŞ hərbi gəmisini hədəf alan raketi Hüdeyda sahillərində vurub. Qeyd edək ki, ABŞ və İngiltərə qoşunları Qırmızı dənizdə yük gəmilərinə hücum edən husilərin hərbi potensialını azaltmaq üçün dəniz və hava hücumları həyata keçirir.
2024-01-15
822,914
Qərb üçün böyük hərbi strategiya hazırlandı
Estoniya Ukraynanın üç il ərzində müharibədə qalib gəlməsinə kömək etmək üçün Qərb ölkələrinə hərbi strategiya planı hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə ERR nəşri məlumat yayıb. “Sənəd Ramşteyn işçi qrupunda iştirak edən bütün ölkələr üçün nəzərdə tutulub və Qərb ölkələrinin səylərinin birləşdirilməsi şərti ilə Ukraynanın qələbəsinə çox cüzi töhfənin lazım olduğunu açıq şəkildə nümayiş etdirən çağırışdır. Əsas tezis ondan ibarətdir ki, Qərb müharibədə Kiyevə kömək etməkdən çəkinməməlidir. Ekspertlər hesab edir ki, həm AB, həm də ABŞ-da mövcud ziddiyyətlər həll olunacaq və tələb olunan həcmdə yardım yaxın gələcəkdə Ukraynaya axmağa başlayacaq”, - məlumatda qeyd olunub. Estoniya parlamentinin müdafiə məsələləri komissiyasının sədri Kalev Stoyçesku bildirib ki, Qərb ölkələrinin iqtisadiyyatı Rusiya iqtisadiyyatından onlarla dəfə böyükdür: “Fərq burada çox böyükdür. Bütün Ramşteyn ölkələrinin ÜDM-i 47 trilyon avro təşkil edir ki, bunun da yalnız 0,2%-i Ukraynaya yardım üçün ayrılıb. Eyni zamanda, Rusiyanın ÜDM-i iki trilyon avro həcmində qiymətləndirilir. Problem ondadır ki, Rusiya artıq müharibə iqtisadiyyatının relslərinə oturub, yəni onsuz da iqtisadiyyatlarının yarısı birbaşa bunun üçün işləyir, Qərbdə isə hələ ayılmayıblar”.
2024-01-15
822,916
Komandolarımız “düşmən” üzvlərini ələ keçirdi - Video
Cari ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin taktiki-xüsusi hazırlıq üzrə məşğələləri davam edir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Plana əsasən, təxribat törətməyə cəhd edən şərti düşmən qruplaşmasının zərərsizləşdirilməsi üzrə tapşırıqlar icra edilib. Ərazinin vizual müşahidəsi aparılmaqla şərti düşmən obyekti qiymətləndirilib, daha sonra onun hərbi texnikası pusquya salınıb və qruplaşma üzvləri ələ keçirilib. Sərt iqlim şəraitində keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar yüksək peşəkarlıq və dəqiqlik nümayiş etdiriblər.
2024-01-15
822,918
Zəngəzur dəhlizi kimin nəzarəti altında açılacaq? - Surenyants
Zəngəzur dəhlizi üçüncü tərəfin nəzarəti altında açılacaq. Üçüncü tərəfin kim olacağı isə ikinci təhlükədir. Əgər üçtərəfli bəyanatın mətnində yazılıbsa ki, üçüncü tərəf Rusiyadır və bu, açıq şəkildə yazılıb, ən azı 42 kilometrlik ərazi geosiyasi rəqabətin hədəfinə çevrilməməli idi. Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib. “İndi artıq Ermənistanın bu 42 km-i geosiyasi rəqabət obyektinə çevrilib. Çünki Rusiya öz ambisiyalarından əl çəkmir, Türkiyə və Qərb də belə ambisiyalarının olmasının əleyhinə deyil. İran deyir ki, əgər geosiyasi status-kvo dəyişsə, müdaxilə edəcəyəm. Çünki onun da obyektiv olaraq bu 42 km üçün ambisiyaları var. Paşinyanın yüngül toxunuşu ilə Ermənistanın bu 42 kilometrlik ərazisi ölkə uğrunda rəqabət üçün açar oldu. Nikolun sayəsində bu problem hazırki faciəvi nəticəyə gəlib çıxıb, bu əhvalat İrəvanın mərkəzində partlayacaq. Çünki geosiyasi rəqabət var və indi hər şey daha mürəkkəbdir. Bilirsiniz, 10 noyabr bəyanatı daha az təhlükə daşıyır. Çünki bizdə bir çox yerdə Rusiya idarəetmə modeli var və bu yöndə təcrübəmiz də var", - o bildirib.
2024-01-15
822,920
Bakıda şaxta olacaq - Sabahın havası
Yanvarın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti olacaq, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
2024-01-15
822,921
Rövnəq Abdullayevin xəstəliyi nədir? - Açıqlama
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə AFFA prezidenti Rövnəq Abdullayevin səhhətində problem yaranıb. Axar.az xəbər verir ki, AFFA-nın mətbuat katibi Elnur Məmmədli Musavat.com-a açıqlamasında Rövnəq Abdullayevin hazırda özünü yaxşı hiss etdiyini bildirib. “Soyuqdəymə, qrip idi. Digər insanlar yoluxmasın deyə, iclas və Futbol Akademiyasının açılışı təxirə salındı. İclas və akademiyanın açılış tarixi dəqiqləşən kimi rəsmi sayt vasitəsilə bu barədə məlumat veriləcək”.
2024-01-15
822,928
Cənubi Koreya Pxenyana xəbərdarlıq etdi
Koreya Respublikasının silahlı qüvvələri Pxenyanın birbaşa təxribatlarına qətiyyətlə cavab verəcək. Seul hələ də yanvarın 14-də buraxılan orta mənzilli ballistik raketin məlumatlarını təhlil edir. Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Müdafiə Nazirliyi məlumat yayıb. “BMT Təhlükəsizlik Şurasının ballistik raket texnologiyalarından istifadəni qadağan edən qətnamələrini pozan təxribatçı davranışla bağlı ciddi xəbərdarlıq edir və bu hərəkətlərə son qoymağa çağırırıq. Şimali Koreyanın hazırkı raket buraxılışı Koreya yarımadasında sülh və sabitliyə ciddi təhlükə yaradır və biz bunu açıq-aşkar təxribatçı davranış kimi qətiyyətlə pisləyirik”, - məlumatda bildirilib.
2024-01-15
822,934
Bakıda partlayış: FHN video yaydı
Xəbər verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsi ilə əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub. Axar.az xəbər verir ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.