date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-12 | 822,255 | 8 il öncə itkin düşən təyyarə okeanın dibində tapıldı | Hindistana məxsus An-32 hərbi təyyarəsi qəzaya uğradıqdan 8 il sonra Hind okeanının dibində tapılıb. Axar.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, 8 il öncə yoxa çıxan və içərisində 29 nəfərin olduğu təyyarənin qalıqları dərin dəniz tədqiqatları zamanı tapılıb. Tədqiqatlar 3 400 m dərinlikdə, avtonom sualtı aparatın köməyi ilə həyata keçirilib. Xatırladaq ki, 2016-cı il iyulun 22-də itkin düşən təyyarədə 21 hərbçi və 8 mülki şəxs olub. Havaya qalxdıqdan 16 dəqiqə sonra pilotdan hər şeyin normal olduğu xəbəri alınsa da, bu mesaj təyyarədən gələn sonuncu olub. |
2024-01-12 | 822,256 | Sunak zərbələrə razılıq verdi – Türkiyə və Rusiya narazıdır | Böyük Britaniyanın hind əsilli Baş naziri Rişi Sunak gün ərzində iki əhəmiyyətli addım atıb. Onun birinci addımı Ukrayna Prezidenti Vladimir Zelenski ilə təhlükəsizlik sahəsində ikitərəfli hərbi əməkdaşlıq sazişi imzalamasıdır. Axar.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, London Kiyevlə hərbi əməkdaşlığı gücləndirməyə qərar verib: “Bu qərar Kremlin narahatlığına səbəb olub. Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev bildirib ki, əgər Böyük Britaniya Ukraynada hərbi baza yaradarsa, bu, Londonun Rusiyaya qarşı müharibə elan etməsi olacaq. Rişi Sunak Kremlin hədəsindən ehtiyat etsəydi, Kiyevlə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağa qərar verməzdi. London Ukraynanın Rusiyaya qarşı müqavimətini davam etdirməsini istəyir. Rişi Sunakın ikinci addımı ABŞ-la birgə Yəməndə husilərin mövqelərinə raket zərbəsi endirməsinə razılıq verməsidir. Bu, Rusiya ilə yanaşı, Türkiyənin də narazılığına səbəb olub. Husilərin mövqelərinin raketlərlə vurulacağı gözlənilən idi. Çünki husilər Qırmız dənizdə üzən ticarət gəmilərinə hücum əməliyyatlarından imtina etməyiblər”. |
2024-01-12 | 822,257 | Gürcüstan bu ölkədən zenit-raket kompleksləri alacaq | Gürcüstan Polşadan zenit-raket kompleksləri alacaq. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Gürcüstanın Müdafiə Nazirliyi Polşanın “MESKO SA” şirkəti ilə zenit-raket komplekslərinin alınmasına dair müqavilə imzalayıb. |
2024-01-12 | 822,258 | Türkiyə PUA-ları terrorçulara zərbələr endirir - Video | Türkiyə Silahlı Qüvvələri və Milli İstehbarat Təşkilatı İraqın şimalında Amedi bölgəsində PKK-nın iki maşınını, eyni zamanda xeyli sayda canlı qüvvəsini dəqiq PUA zərbələri ilə məhv edib. Axar.az xəbər verir ki, bununla bağlı "Siyah Ordu" Teleqram kanalı görüntü paylaşıb. Zap bölgəsində artıq üç saata yaxındır ki, terrorçular ilə atışmanın davam etdiyi bildirilir. |
2024-01-12 | 822,261 | Generaldan ABŞ-a: Bu təyyarələri bizə ver! | ABŞ bizə hələ ötən əsrin 70-ci illərində istifadə etdiyi A-10 hücum təyyarələrini verə bilər. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski deyib. "Bizə bir variant versələr, mən A-10 haqqında danışardım. Bu yeni texnologiya deyil, lakin bir çox münaqişələrdə özünü yaxşı nümayiş etdirmiş etibarlı texnologiyadır", - Sırski bildirib. Onun fikrincə, belə təyyarələr quru qoşunlarına dəstək verə bilər: "Bundan əlavə, "Apaçi" AH-64 və AH-1 "Super Kobra", eləcə də "Blək Həvk" hücum helikopterlərinin tədarükü mühüm rol oynaya bilər. |
2024-01-12 | 822,262 | Yaxın Şərqdə münaqişə Bakıya şans tanıdı: cəmi 11 günə… | Yaxın Şərqdə sonu görünməyən münaqişələr, Qırmızı dənizdə, Hörmüz boğazında, əsas yükdaşıma arteriyalarına yaxın baş verən və artma potensialı olan gərginlik Orta Dəhliz layihəsinin aktuallığını daha da artırır. Azərbaycan yeni, təhlükəsiz, sərfəli və sürətli yollar qovşağına çevrilməklə gələcəkdə ölkə gəlirlərini artıra, yeni iş yerləri yarada bilər –tarixi fürsətlər yaranıb, bundan yaralanmaq lazımdı. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bildirib. O qeyd edib ki, tranzit yükdaşımalar üçün iki əsas şərt var – zaman və tariflər: “Məlim oldu ki, 30 dekabr 2023-cü il tarixində Çindən yola düşən blok qatarı 11 yanvar 2024-cü il tarixində ölkəmizə çatıb. İlin ilk blok qatarı cəmi 11 günə mənzil başına çatdırılmaqla sözügedən dəhlizin əhəmiyyətini və rəqabətli olmasını göstərdi – yəni, işlər doğru-düzgün təşkil olunsa, zaman məsələsində alternativ marşturlara üstün gəlmək olar. Ümumilikdə 57 vaqondan ibarət blok qatarı vasitəsilə Çindən ölkəmizə əsasən elektromobillər, tikinti materialları, müxtəlif ölçülü borular və digər məhsullar çatdırılıb, əldə olunmuş razılaşmaya əsasən Çin mənşəli yüklərin Orta Dəhlizlə daşınması və yük həcminin artırılması istiqamətində bu ilin yanvar ayında Azərbaycana 7 blok qatarla idxal məhsulları və 2 blok qatarla isə tranzit yüklərinin Avropaya yola salınması planlaşdırılır. Rəsmi məlumata görə, 2022-ci illə müqayisədə 2023-cü ildə daşınan universal konteynerlərin (TEU) həcmi 24 000 TEU artaraq 100 000 TEU-nu keçib ki, bu da 30% artım deməkdir. Bu artım konteyner idxalının 77%, ixracın isə 159% artmasını göstərir – deməli, potensial böyükdür, sadəcə işləmək lazımdır. Zamanla bağlı göstəriciləri daha da yaxşılaşdırmaq olar, tariflərə gəldikdə isə bunun üçün tranzit ölkələrlə ümumi razıllaşmalara ehtiyac var. Daha bir rəsmi məlumata görə, ADY Orta Dəhliz üzrə yükdaşımaların həcminin artırılması və yeni yüklərin cəlbi istiqamətində 2023-cü ildə “Qazaxıstan Dəmir Yolu” SC və “Gürcüstan Dəmir Yolu” SC ilə paritet əsasda "Middle Corridor Multimodal Ltd." adlı birgə müəssisəni yaradıb. Birgə müəssisə “bir pəncərə” prinsipi üzrə xidmətlərin göstərilməsinə, yüklərin çatdırılma müddətinə zəmanət verilməsinə və Çin–Avropa/Türkiyə–Çin istiqamətində multimodal xidmətin inkişafı üzrə razılaşdırılmış siyasətin həyata keçirilməsinə geniş imkan yaradacaq. Əgər bu müəssisə uyğun tariflər təklif edə bilsə, Orta Dəhlizin böyük potensialı olacaq, yox əgər bu məsələdə də qurumlararası koordinasiya zəif olsa, məmləkətdə şəffaf sistem yaranmasa, bu fürsəti də qaçıra bilərik...” |
2024-01-12 | 822,263 | Bayramov bolqar həmkarı ilə danışdı | Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Bolqarıstan Respublikasının Baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələr üzrə ikitərəfli münasibətlərin, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub. Ötən il həyata keçirilmiş yüksək səviyyəli səfərlərin, dekabr ayında Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikitərəfli münasibətlərə müsbət töhfə verdiyi vurğulanıb. Energetika sahəsində səmərəli əməkdaşlığın, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması, habelə enerji təchizatının şaxələndirilməsində rolu və əhəmiyyəti qeyd olunub. Daha sonra qarşılıqlı maraq doğuran digər regional və ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. |
2024-01-12 | 822,265 | İsrailin "erməni soyqırımı" iddialarına kəskin cavab | İsrailin hökumət üzvlərinin törətdikləri cinayətlərdən diqqəti yayındırmaq cəhdləri nəticə verməyəcək. Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli İsrailin xarici işlər naziri İsrail Katzın qondarma erməni soyqırımı iddialarına cavabında bildirib. Qeyd edək ki, Katz Ərdoğanı “keçmişində "erməni soyqırımı" olan bir ölkənin prezidenti” adlandırıb. |
2024-01-12 | 822,266 | Sübhan Bəkirov da işdən azad edildi | Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıb. Axar.az xəbər verir ki, bu barədə Pravda.az məlumat yayıb. S.Bəkirov 1964-cü ildə Qazaxda anadan olub. 60 yaşlı vitse-admiral 2020-ci ildən Hərbi Dəniz Qüvvələrinə komandanlıq edirdi. Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Bunların arasında Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev və müdafiə nazirinin müavini, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev də var. |
2024-01-12 | 822,267 | İsrail müharibəyə nə qədər xərcləyib? | 7 oktyabr 2023-cü ildə HƏMAS-ın hücumu ilə başlayan müharibəyə İsrail dövləti 31 dekabra qədər 6,6 milyard dollar xərcləyib. Axar.az xəbər verir ki, bu barədə İsrail Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, təxminən 4,5 milyard dollar müdafiəyə (müharibənin aparılmasına – red.), qalanı isə mülki məqsədlərə yönəldilib. Büdcə kəsiri isə 20 milyard dolları ötüb. |
2024-01-12 | 822,270 | Ermənistanda onlarla maşın toqquşdu – Video | Ermənistanda Razdandan Çarentsavana gedən onlarla avtomobil qəzaya düşüb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. “Bir çox vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Digər dövlətlərarası yollarda da vəziyyət oxşardır. Kapitulyantın (Paşinyan nəzərdə tutulur – red.) kolonu da yolun bu hissəsindən keçir, biabırçı vəziyyətin şahidi olur”, - hadisə şahidi olan “Ermənistan” blokundan deputat Qarnik Danielyan sosial şəbəkə hesabında yazıb. "Shamshyan" isə 40-dan çox maşının toqquşduğunu, xeyli yaralı olduğunu bildirib. |
2024-01-12 | 822,273 | ABŞ husilərə 100 raket atıb - Hücumun təfərrüatı | Bu gecə ABŞ və Britaniya hərbi hava qüvvələri yəmənli husilərin mövqelərinə 100-ə yaxın dəqiq idarə olunan raket və mərmi atıb. Axar.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Bildirilib ki, husilərin Qırmızı dənizdə ticarət gəmilərinin marşrutlarını izləməsinin qarşısını almaq üçün Səna hava limanındakı radarlar məhv edilib. Husilərin nəzarətində olan sahilyanı Hüdeyda şəhəri də hücuma məruz qalıb. İrandan gətirilən silah anbarları, raketlər və pilotsuz təyyarələr məhv edilib. ABŞ "Dwight Eisenhower" təyyarədaşıyan gəmisindən 15 ədəd F-18 döyüş təyyarəsini havaya buraxıb. Kiprdəki hava bazasından havaya qalxan "Tayfun" (Eurofighter Typhoon təyyarəsindən də istifadə edib. |
2024-01-13 | 822,274 | Maşın vuran məşhur şair öldü? - Qızı təkzib etdi | 2024.01.12. 23:08. Bir neçə gün öncə Moskvada avtomobil vuran və komaya düşən şair Lev Rubinşteyn xəstəxanada dünyasını dəyişməsi xəbəri həqiqəti əks etdirmir. Kult.az xəbər verir ki, bu barədə şairin qızı Mariya mediaya açıqlamasında deyib. O bildirib ki, atası hazırda reanimasiyadadır və həkimlər onun həyatı üçün çalışır. Xəstəxanadan verilən açıqlamada da şairin hələ sağ olduğu vurğulanıb. Qeyd edək ki, jurnalist Viktoriya İvleva onun öldüyü haqda az öncə məlumat yaymışdı. Yanvarın 8-də Moskvada piyada keçidində avtomobil tərəfindən vurulan şairin vəziyyəti həkimlər tərəfindən çox ağır kimi qiymətləndirilib: o, çoxsaylı sınıqlar və əzilmiş xəsarətlər, həmçinin kəllə-beyin travması alıb, komada olub. Lev Rubinşteyn ən məşhur müasir rus şairlərindən biridir. |
2024-01-12 | 822,280 | Rusiyalı yazıçı xarici agent elan edildi | Rusiya Federasiyasının Ədliyyə Nazirliyi yazıçı Boris Akunini (Qriqori Çxartişvili) xarici agentlər reysterinə daxil edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat yayılıb. Bildirilib ki, Q.Ş.Çxartişvili Ukraynada keçirilən xüsusi hərbi əməliyyata qarşı çıxıb, Rusiya Silahlı Qüvvələri haqqında mənfi imic yaratmağa yönəlmiş yalan məlumatlar yayıb. Bundan əlavə, siyahıya “Moskva Calling Telegram” kanalının yaradıcısı Andrey Kurşin, “Novaya qazeta”nın köşə yazarı Aleksandr Minkin və Mari Eldən keçmiş deputat Anton Sokolov da daxil edilib. |
2024-01-12 | 822,282 | 2024-ün qlobal reytinqi açıqlandı: Ordumuz neçəncidir? | “Global Firepower” dünya ordularının 2024-cü il üçün reytinqini açıqlayıb. Axar.az xəbər verir ki, dünya ordularının qlobal reytinqinin hazırlanmasında həm şəxsi heyət, həm də silahlı qüvvələrin maliyyələşdirilməsi də daxil olmaqla, onlarla parametr nəzərə alınıb. Beləliklə, ilk onluqda olan ordular bunlardır: 1. ABŞ 2. Rusiya 3. Çin 4. Hindistan 5. Cənubi Koreya 6. Böyük Britaniya 7. Yaponiya 8. Türkiyə 9. Pakistan 10. İtaliya. Azərbaycan 2024-cü il reytinqində 59-cu yeri tutub. Azərbaycanın qonşuları – Gürcüstan 84-cü, Ermənistan isə 102-ci yerdə qərarlaşıb. İran 14-cü sırada yer alır. |
2024-01-12 | 822,283 | Ukrayna hərbçiləri rus əsgərləri əsir götürdü - Video | Ukrayna hərbçiləri Rusiyanın bir neçə əsgərini əsir götürüb. Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Rus hərbçilərinin Zaporojye istiqamətində əsir götürüldüyü bildirilib. |
2024-01-13 | 822,284 | İraqda 9 türk əsgəri şəhid oldu | 2024.01.12 - 23:30 “Pəncə-Kilid” əməliyyatı bölgəsində (İraqda) daha 5 türk əsgəri şəhid olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Qeyd edilir ki, hücum zamanı 3-ü ağır olmaqla 8 əsgər yaralanıb “12 yanvar 2024-cü il tarixində “Pəncə-Kilid” əməliyyatı bölgəsində baza ərazisinə soxulmağa çalışan terrorçularla başlayan atışmada 5 qəhrəman əsgərimiz şəhid olub, 3-ü ağır olmaqla 8 qəhrəmanımız yaralanıb. Yaralılarımız xəstəxanaya göndərilib və müalicələrinə başlanılıb. İlkin məlumata görə, 12 terrorçu zərərsizləşdirilib. Bölgədə əməliyyatlar davam edir”, - nazirlikdən bildirilib. *** Türkiyə ordusunun yaralanan hərbçilərindən biri şəhid olub. Bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb. *** “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı şəhid olan hərbçilərin sayı 9 nəfərə çatıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Həmçinin Türkiyə mediası əməliyyatlar çərçivəsində məhv edilən terrorçuların sayının 15-ə yüksəldiyini yazır. Bölgədə əməliyyatların davam etdiyi bildirilib. |
2024-01-13 | 822,286 | NATO-dan pessimist proqnoz: Ukraynada savaş bitməyəcək | Ukrayna ilə Rusiya arasında münaqişə uzun müddət davam edəcək və hətta 2025-ci ildə də bitməyəcək. Axar.az xəbər verir ki, bunu NATO Baş katibinin müavini Mirça Coana bildirib. "Mənim çağırışım uzunmüddətli müharibəyə hazırlaşmaqdır. Müharibə 2024-cü ildə, bəlkə 2025-ci ildə də dayanmayacaq. Biz ordunun bu və ya digər şəkildə həlledici qələbəyə nail olmaq qabiliyyətini görmürük. Uzunmüddətli müharibə gözləyirik: kiçik hücumlarla, əks-hücumlarla, ərazilərin zəbt edilməsi və itirilməsi ilə davam edən müharibə..." - M.Coana qeyd edib. Onun sözlərinə görə, NATO ukraynalılara dəstəyini davam etdirəcək. O, Rusiya hərbçilərinin Rumıniya sərhədinə mümkün yaxınlaşmasının qarşısının alınmasının vacib olduğunu da vurğulayıb. |
2024-01-12 | 822,288 | ABŞ bazasına növbəti hücum... | Suriyanın şimal-şərqində yerləşən ABŞ-ın Xarab Əl-Cir bazası pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb. “Suriyanın şimal-şərqindəki Hasekə əyalətindəki Xarab Əl-Cirdəki Amerika bazası PUA tərəfindən hücuma məruz qalıb”, - deyə bildirilib. Bazada üç partlayış səsi eşidilib və ərazinin üzərində səmaya tüstü qatı qalxıb. |
2024-01-13 | 822,290 | Hakan Fidan britaniyalı həmkarı ilə danışdı | Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, danışıq zamanı Hakan Fidan bölgədəki münaqişələri xatırladaraq, Ədən körfəzindəki gərginliyin azaldılmasına diqqət çəkib, Türkiyənin bununla bağlı üzərinə düşən vəzifəni yerinə yetirməyə hazır olduğunu bildirib. İsrail-Fələstin qarşıdurmasına toxunan Hakan Fidan bu münaqişənin ən qısa zamanda sona çatmasının vacibliyini qeyd edib, gərginliyin artmasının regional təhlükəsizlik və beynəlxalq sabitlik üçün ciddi təhlükə yaratdığını vurğulayıb. |
2024-01-13 | 822,293 | Bu gün "Köhnə Yeni ildir"... | Köhnə yeni ili qeyd etmək ənənəsi hələ Yulian təqviminin vaxtında yaranıb. Rusiyada əvvəllər tətbiq olunan Yuli təqvimi ilə Yeni il yanvarın 13-də başlayır. Axar.az köhnə Yeni ilin tarixi ilə bağlı maraqlı faktları təqdim edir: Çevrilişindən sonra Sezar təqviminə keçən Rusiyada tarixlər qarışır. İki təqvim arasında 13 günlük bir fərq var idi. Elə bu səbəbdən də ruslar Köhnə Yeni ili 13 yanvarda qeyd etməyə başlayıblar. Hətta bu günün xristianlıqla bağlandığı da iddia olunur. Rusiya ilə yanaşı, "Köhnə Yeni il" Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus, Serbiya, Monteneqro və İsveçrədə də keçirilir. Sovet İttifaqı qurulduqdan sonra ənənələrin saxlanması məqsədilə yanvarın 13-ü "Köhnə Yeni il" kimi qeyd olunmağa başlayıb. Bu da provaslav kilsəsinin bütün günləri Yuli təqvimi ilə qeyd etməsi ilə əlaqədardır. Provaslavlarda müasir Yeni il isə Milad bayramı kimi qeyd olunur. Köhnə Yeni il müxtəlif ölkələrdə fərqli şəkildə qarşılanır. Bunun isə xüsusi səbəbləri mövcuddur. Bunlardan biri də dekabrın 31-dən fərqli olaraq, 13 yanvarın daha sakit, izdihamsız keçirilməsidir. Köhnə Yeni ili qeyd etmək adəti bəzi insanların təqvim dəyişməsini qəbul etməməsi ilə əlaqələndirilir. Köhnə Yeni ilin qarşılanması bir çox maraqlı ənənələrlə zəngindir. Məsələn, 13 yanvarda, gecə saat 2-də südlü sıyıq bişirilməsi kimi. Həmin gecə evin ən yaşlı xanımı anbardan düyü, evin yaşlı kişisi isə bulaqdan su gətirir. Soba qızmamış heç kim ona əl vurmur. Daha sonra hamı masa arxasında oturur, qadın sıyığı bişirməyə başlayır. Sıyıq dadlı alınanda yeni il uğurlu və bərəkətli hesab olunurdu. |
2024-01-13 | 822,294 | İsrail Qəzzadakı girovlara dərman göndərəcək | İsrail 2023-cü ilin oktyabrında HƏMAS qruplaşmasının hücumu zamanı əsir götürülən girovlar üçün yaxın günlərdə Qəzza zolağına tibbi ləvazimat göndərəcək. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” İsrailin baş naziri Binyamin Netanyahunun ofisinə istinadən məlumat yayıb. Netanyahu MOSSAD direktoruna dərmanların çatdırılmasını təmin etmək üçün Qətər nümayəndələri ilə işləməyi tapşırıb. Bildirilib ki, Qətər Qəzza zolağında girovlara reseptlə satılan dərmanların çatdırılması üçün HƏMAS ilə yüksək səviyyəli danışıqlar aparır, həmçinin İsraillə anklav sakinlərinə tibbi ləvazimatların çatdırılması üçün danışıqları davam etdirir. Qeyd edilir ki, hazırda Qəzza zolağında 120-dən çox israilli girov var. |
2024-01-13 | 822,297 | Rusiyadan vətəndaşlarına: Bu ölkəyə getməyin! | Rusiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Yəmənə səfərdən çəkinməyi tövsiyə edib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Yəməndəki səfirliyi məlumat yayıb. "Yanvarın 12-si səhər saatlarında ABŞ və Böyük Britaniyanın Yəmənə endirdiyi zərbələr nəticəsində Rusiya vətəndaşlarının xəsarət alması barədə səfirliyə məlumat daxil olmayıb. Biz vəziyyəti diqqətlə izləməyə davam edirik", - səfirlik bildirib. Qeyd edək ki, Rusiya mülki təyyarələrinin Yəmən hava məkanından uçuşunu da qadağan edib. |
2024-01-13 | 822,298 | Güləşçimiz reytinq turnirinin çempionu oldu | Azərbaycanın daha iki güləşçisi Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində çıxışlarını başa vurub. Axar.az xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi Sənan Süleymanov finalda macarıstanlı Joltan Levaya 5:0 hesabı ilə qalib gələrək, reytinq turnirinin çempionu olub. Qadınların mübarizəsində isə Alyona Kolesnik (59 kiloqram) macarıstanlı Nikolet Şaboya 11:8 hesabı ilə məğlub edərək, reytinq turnirində bürünc medal qazanıb. Qeyd edək ki, Azərbaycan idmançıları reytinq turnirində daha əvvəl üç bürünc medal qazanıblar. Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kiloqram) və Cəbrayıl Qadjiyev (74 kiloqram) fəxri kürsüyə qalxıblar. |
2024-01-13 | 822,300 | Mənzil alanlardan pulun mənbəyi tələb edilir - Səbəb | Belə bir qanun çoxdan var. Notarius bunu qeyri-qanuni əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşməsinin qarşısını almaq qanunvericiliyi çərçivəsində tələb edir. Bu qanunvericiliyə əsasən də nəinki notarius, vəkillər və banklar limitdən yuxarı pulun mənbəyi haqqında soruşmalıdırlar. Bu sözləri Axar.az-a vəkil Əkrəm Həsənov notariuslarda qiyməti 20 min manatdan yuxarı mənzil, bağ sahəsi alarkən deklarasiya tələb edilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qanunda belə bir tələb mövcuddur, lakin işlənmə mexanizmi düzgün deyil: “Burada qanunsuz və qeyri-adi bir məsələ yoxdur. Sadəcə, Azərbaycanda bu qanunvericilik formaldır. Onun real təsir qüvvəsi yoxdur. Çünki vətəndaş gəlirin mənbəyi ilə bağlı istədiyi məlumatı verə bilir. “İllərlə yığdığım puldur, babamdan qalıb, qohumum bağışlayıb” və s. kimi versiyalar səsləndirmək mümkündür. Bunu isə yoxlamaq, həqiqiliyini müəyyən etmək mümkün deyil. Bu qanunvericiliyin həqiqi tətbiq edildiyi ölkələrdə vətəndaşların gəlir bəyannaməsi var. 2005-ci ildə Azərbaycanda məmurların gəlir bəyannaməsinin verilməsi haqqında qanun qəbul edilib, Beynəlxalq Konvensiyaya da qoşulmuşuq. Lakin 19 ildir biz onu tətbiq edə bilmirik. Nazirlər Kabineti o bəyannəmənin formasını hazırlamalıdır, lakin indiyə kimi hazırlamayıb”. Tikinti və daşınmaz əmlak üzrə ekspert Elnur Azadov saytımıza açıqlamasında vurğulayıb ki, bu tələb yeni inşa olunmuş binalara tələbatı artıra bilər, lakin nəticələr çıxarmaq üçün ayın sonunu gözləmək lazımdır: “Düzdür, indi bu alıcıların təşvişinə səbəb olub. Narahatdılar. Amma zamanla bu, yoluna qoyulacaq. Burada qorxulu səbəb yoxdur. Vətəndaş əmlakı satıb vəsait əldə edibsə, pulun mənbəyi var demək. Lakin hər hansı mənbədən gəliri göstərilmirsə, deklarasiyada qeyd etmək qorxusu yaranırsa, belə vətəndaşlar üçün necə olacağını zaman göstərəcək. Həmin şəxslər yeni inşa olunmuş binalardan müqavilə ilə mənzillər alacaqlar. Hazırda o sektora ola bilsin tələbat artsın. Çünki müqavilə əsasında aldıqları əmlakın üzərində sonradan mülkiyyət hüquqları əldə etmiş olacaqlar”. |
2024-01-13 | 822,301 | Çin bu ölkəyə hücum edəcəkmi? - Markov | Tayvanda 3 əsas partiya var: amerikapərəst mövqeli Demokratik Proqressiv Partiyası (DPP), Çinlə münasibətlərin yaxşılaşdırılmasının tərəfdarı olan Qomindan (Çin) Milliyyətçi Partiyası və mərkəzçi Xalq Partiyası. Seçkilərdə bütün namizədlərin qalib gəlmək şansı demək olar ki, bərabərdir. Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov yanvarın 13-də Tayvanda keçiriləcək prezident seçkiləri haqqında danışarkən deyib. Onun sözlərinə görə, ada sakinlərinin seçimindən asılı olaraq, nəticələr Çinlə Tayvan arasında gələcək münasibətləri kökündən dəyişə bilər: “Artıq 2 müddətdir hakimiyyətdə qalan DPP qalib gəlsə, bu o deməkdir ki, Çinlə olan gərgin vəziyyət dəyişməyəcək. Qomindan Partiyasının iqtidarda olması münasibətlərin yaxşılaşağı və gərginliyin azalacağı anlamına gəlir. Xalq Partiyasının qalib gəlməsi də Çin və Tayvan münasibətlərinin irəliləməsinə fürsət yaradacaq”. Politoloq Çin və Tayvan arasında gözlənilən müharibə ehtimalına da diqqət çəkib: “Çin və Tayvan arasında münaqişə ehtimalı çox azdır. Çünki Çin Tayvanı dağılmamış vəziyyətdə əldə etmək istəyir. Tayvan iqtisadi cəhətdən çox inkişaf etmiş bir ölkədir. O, yarımkeçiricilərin 80-90 faizini istehsal edir və bir çox başqa aspektlərdə Tayvan qızıl yumurtlayan toyuğa bənzəyir. Çin isə bu toyuğu sağlam şəkildə əldə etmək niyyətindədir. Odur ki, vəziyyətin öz xeyrinə dəyişməsini illərlə gözləyə bilər. Bu ölkənin çox uzun planlaşdırma strategiyası var. Bir çox ölkə planlaşdırma müddətini prezidentlərin və bəzi nazirlərin səlahiyyət müddəti ilə məhdudlaşdırır. Çin isə strateji düşünür. Buna görə də o, Honkonq və Makao kimi, Tayvanın da nə vaxtsa tərkibində olacağına inanır. Honkonq və Makao Çinin tərkibinə qatılanda çox yaxşı, inkişaf etmiş bir vəziyyətdə idilər və ölkənin iqtisadi-siyasi potensialını xeyli gücləndirdilər. Eləcə də Tayvanla bağlı belə plan var. Sadəcə, Çinin öhdəsindən gəlmədiyi bir çətinlik mövcuddur: Bu da Tayvan xalqının milli özünüdərk dəyişikliyidir. Əgər 20 il əvvəl əksəriyyət özünü çinli-xanlı adlandırırdısa, indi tayvanlı hesab edir. Bu, amerikapərəst Demokratik Proqressiv Partiyasını uzun müddətə hakimiyyətə gətirən dərin prosesdir. Və bununla bağlı nə ediləcəyi hələ də bəlli deyil. Lakin Çinin strategiyası gözləməkdir. Odur ki, Çinin Tayvanda hansısa hərbi əməliyyat keçirəcəyi ilə bağlı iddialar ABŞ-ın irəli sürdüyü saxta ittihamlardır. Təbii ki, nəzəri cəhətdən hərbi əməliyyatı təsəvvür etmək çətin deyil. Bu, Çindəki daxili siyasi böhranla bağlı ola bilər. Əgər hökumət siyasi problemləri həll etmək üçün Tayvana qarşı hərbi əməliyyata ehtiyac duysa, müharibə ehtimalı mümkündür. Ancaq belə bir daxili siyasi böhran yoxdur və Çinin Tayvana dair ümumi strategiyası onilliklər ərzində qorunub saxlanılıb: iqtisadi əməkdaşlıq vasitəsilə tədricən özünə yaxınlaşdırmaq və qızıl almanın, Honkonq və Makao kimi, Çinin səbətinə düşməsini gözləmək”. |
2024-01-13 | 822,302 | Çin smartfonlar üçün “əbədi” nüvə batareyası yaratdı | Çin startapı “Betavolt” şirkəti 50 il ərzində elektrik enerjisi verə bilən yeni “əbədi” akkumulyator yaradıb. Axar.az xəbər verir ki, bu barədə “İndependent” məlumat yayıb. Pekində yerləşən “Betavolt”dan bildirilib ki, 63 nüvə izotopundan ibarət batareya nüvə enerjisinin miniatürləşdirilməsinin dünyada ilk nümunəsidir. Yeni nəsil akkumulyator artıq pilot sınaqdan keçib, smartfonlar və dronlar kimi kommersiya tətbiqləri üçün kütləvi istehsal olunacaq. "Betavolt” nüvə batareyaları aerokosmik, süni intellekt, tibbi avadanlıq, mikroprosessorlar, qabaqcıl sensorlar, kiçik dronlar və mikro robotların uzunmüddətli enerji ehtiyaclarını ödəyə bilər", - deyə startapın press-relizində deyilir. |
2024-01-13 | 822,303 | İşğaldan azad edilən ərazilərdə kim səs verə bilər? | İşğaldan azad olunmuş ərazilər hələ də tam olaraq minalardan təmizlənməyib. Aidiyyəti qurumlar gecə-gündüz bu əraziləri minalaradan təmizləmək üçün çalışır. Buna görə də burada çox ciddi təhlükəsizlik tədbirləri həyata keçirilir. Hər bir halda əgər seçki keçirilirsə, demək ki, ora müşahidəçilər və jurnalistlər də gedə biləcəklər. Bu sözləri Axar.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) Media və kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli deyib. Ş.Əsədli bildirib ki, Azərbaycanda 6319 seçki məntəqəsindən 26-sı işğaldan azad olunan ərazilərimizdədir: “İşğaldan azad olunmuş ərazilərə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir. Bu ərazilərdə hər kəs səs verə bilər və heç bir məhdudiyyət qoyulmayıb. Bunun üçün səsvermə hüququ olan şəxs qeydiyyatda olduğu (14 yanvardan 4 fevraladək) Məntəqə Seçki Komissiyasına (MnSK) müraciət edərək qeydiyyatdançıxma vəsiqəsi almalıdır. Və bu vəsiqə ilə həmin şəxs nəinki Bakı, Şəki, Gəncə, Şuşa, Ağdam, Xankəndidə, 37 xarici ölkədəki 49 məntəqəmizdə də səs verə bilər”, - Ş.Əsədli vurğulayıb. |
2024-01-13 | 822,304 | Bu zərbələr İrana dəqiq bir siqnaldır - Britaniya | Britaniyanın Yəməndəki hava hücumları İran üçün çox dəqiq bir siqnaldır. Axar.az xəbər verir ki, bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib. O bildirib ki, Qırmızı dənizdə husilərin hücumlarına son qoymaq üçün Britaniya nə lazımdırsa, edəcək. |
2024-01-13 | 822,305 | Husilər Rusiya nefti daşıyan tankerə raket atdılar | Yəməndəki Husi üsyançıları Ədən körfəzində Rusiya nefti daşıyan Panama tankerini səhvən atəşə tutublar. Axar.az xəbər verir ki, bu barədə Britaniyanın "Ambrey" şirkəti məlumat yayıb. Tankerə ziyan dəymədiyi qeyd edilir. Gəmiyə doğru hədəflənən raket göyərtəyə 500 metr qalmış suya düşüb. “Bu, husilərin səhvən hücumuna məruz qalan Rusiya nefti daşıyan ikinci tankerdir”, - deyə məlumatda bildirilir. |
2024-01-13 | 822,306 | Türk F-16-ları terrorçuları bombalayır - Video | Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 təyyarələri Suriyanın şimalında yerləşən terrorçulara zərbələr endirir. Axar.az xəbər verir ki, bununla bağlı Teleqramda görüntülər də yayılıb. Qeyd edək ki, ötən gün türk ordusu İraqın şimalında 6 şəhid verib. |
2024-01-13 | 822,307 | Donald Tusk Ukraynaya səfər edəcək | Polşanın Baş naziri Donald Tusk yaxın günlərdə Ukraynaya səfər edəcək. Axar.az-ın məlumatına görə, D.Tusk TVN24-ə müsahibəsində səfərlə bağlı müzakirələr aparmaq üçün öncə Prezident Andjey Duda ilə görüşəcəyini deyib. Tusk Ukraynadakı vəziyyəti Polşanın təhlükəsizliyi üçün bir nömrəli məsələ adlandırıb. |
2024-01-13 | 822,308 | Bayden bu ölkəyə endirilən zərbələrdən danışdı | ABŞ BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulduğu kimi, beynəlxalq hüquqa uyğun olan bu zəruri və mütənasib hərəkətləri özünümüdafiə addımları kimi qəbul etdi və tədbir gördü. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Konqresə Yəməndəki husilərin hədəflərinə zərbələr endirilməsi barədə məlumat verərkən bildirib. Bayden ABŞ-ın Yəmənə zərbələrinin qanuni olduğunu deyib. Qeyd edək ki, ötən gün ABŞ və Böyük Britaniya Yəmənin şimalını idarə edən İranın dəstəklədiyi şiə Ənsarullah hərəkatının hədəflərinə zərbələr endirib. |
2024-01-13 | 822,309 | Səfirimiz Türkiyə xalqına başsağlığı verdi | Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qardaş ölkənin hərbçilərinin İraqın şimalında terrorçularla atışma zamanı şəhid olması ilə əlaqədar Türkiyə xalqına başsağlığı verib. Axar.az xəbər verir ki, səfir bu barədə X şəbəkəsində yazıb. R.Məmmədov qeyd edib ki, “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçularla atışmada Türkiyə əsgərlərinin şəhid olmasını, daha bir neçə əsgərin isə yaralanması xəbərini dərin hüznlə qarşılayıb. Səfir Türkiyə xalqının dərdini bölüşdüyünü vurğulayıb, şəhidləriə Allahdan rəhmət diləyib, ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib. Qeyd edək ki, terrorçuların hücumu zamanı 6 əsgər şəhid olub, 2-si ağır olmaqla 7 hərbi qulluqçu yaralanıb. Yaralılar xəstəxanaya göndərilib. Türkiyə hərbçiləri 12 terrorçunu zərərsizləşdirib. |
2024-01-13 | 822,310 | Saçların rənginə görə xəstəliklər: sarışın, qaraşın, qumral... | Trixoloqlar hesab edir ki, saçlar sağlamlığın barometri hesab edilir. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, saçların rəngi və materialı insanın hansı xəstəliklərə meyilli olacağından xəbər verir. Sarı saçlar Statistikaya görə, sarışın qadınlar daha çox görmə torunun distrofiyasından əziyyət çəkir. Anadangəlmə sarı saçlılarda göz problemləri çox olur. Ona görə onlar rasionlarına daha çox lütein və çeaksantinlə zəngin qidalar daxil etməlidir. Bu maddələr yaşıl noxud, ispanaq, yaşıl yarpaqlı tərəvəzlərdə olur. Onlara kənd yumurtası sarısı vacibdir. Açıq rəngli saçı olanların digər problemli nahiyəsi dəriləridir. Qaraşınlara nisbətən onlarda daha az melanin sintez olunur, ona görə sarışınların dərisi az müdafiə altındadır. Bu səbəbdən sarışınlarda dəri xərçəngi, melanoma, xallarla problemlər çox olur. Sarışınlar daha çox, hər gün SPF krem, papaq və eynək istifadə etməlidir. Qəhvəyi saçlılar, qumrallar Daha çox bu qadınlarda saç tökülməsi olur. Çünki bu rəng saçlarda əvvəldən saç follikulu sayı az olur. Eləcə də bu saç rəngi olanlarda anemiya, qan azlığı da çox rast gəlinir. Kürənlər Təbii kürənlər DNT-də nadir mutasiyaların nəticəsində yaranır. Məhz bu mutasiya səbəbindən bu insanlarda narkoz, anesteziya gec təsir edir, onlara 20% daha çox anestetik, keyidici lazım olur. Kürənlər digər rəng saçlılardan parkinsona 70% daha çox meyillidir. Parkinsonun qarşısını almaq üçün fol turşusu vacibdir: mərci, ispanaq, paxlalılar yeyin. |
2024-01-13 | 822,311 | İqtisadi geriləmə, inflyasiya… - Gözləntilər açıqlandı | Peşəkar proqnozlara görə, 2024-cü ildə dünya iqtisadiyyatının artım tempi son illərdə üçüncü dəfə azalacaq. Axar.az xəbər verir ki, iqtisadçıların fikrincə, dərin maliyyə böhranından yayınmaq mümkün olsa da, qlobal iqtisadi göstəricilər xeyli aşağı olacaq. İnflyasiyanın azalması əsas dövlətlərin mərkəzi banklarının həyata keçirdiyi monetar siyasət, xüsusilə ilkin faiz dərəcələrinin artırılması sayəsində mümkün olub. 2023-cü ildə bu, 5,3 faiz idi. Bu il inflyasiya 3,7 faiz təşkil edəcək. Analitiklərin fikrincə, hazırkı vəziyyət dünyanın aparıcı dövlətlərinin 2030-cu ilə qədər qarşıya qoyduğu iqtisadi hədəflərə nail ola bilməyəcəklərini göstərir. Söhbət dünyada ifrat yoxsulluğun aradan qaldırılması, istixana qazlarının emissiyasının azaldılması və digər iddialı layihələrdən gedir. Dünya Bankının məlumatına görə, dünyanın inkişaf etməkdə olan ölkələrinin 25 faizinin rifah səviyyəsi pandemiyadan əvvəlki dövrlə müqayisədə aşağıdır ki, bu da qlobal miqyasda pandemiyanın iqtisadi nəticələrinin hələ də aradan qaldırılmaması deməkdir. Eyni zamanda, ABŞ-da artımın 1,6 faiz, Çində isə 4,5 faiz olacağı proqnozlaşdırılır. Avropa və Yaponiyada artım ABŞ-dan da az olacaq. |
2024-01-13 | 822,312 | Türk əsgərləri şəhid edildi: Ərdoğan TŞ-ni çağırdı | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə İstanbulda Dolmabağça Sarayında təhlükəsizlik məsələləri ilə əlaqədar iclas keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fəxrəddin Altun deyib. O, İraqda 6 türk əsgərinin şəhid olmasından sonra Türkiyə dövlət rəhbərinin bu yöndə qərar verdiyini bildirib. İclasda xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerliqaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi Mətin Gürak, Milli İstehbarat Təşkilatı (MİT) rəhbəri İbrahim Kalın iştirak edəcək. Qeyd edək ki, İraqda “Pəncə-Kilid” əməliyyatı zonasında 6 türk hərbçisi şəhid olub, 7-i yaralanıb. |
2024-01-13 | 822,319 | Zakir Həsənov Gülərə başsağlığı verdi | Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərə başsağlığı ünvanlayıb. Axar.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyinin Teleqram kanalında bildirilib. “Cari ilin 12 yanvar tarixində, “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq. Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik”, - başsağlığında bildirilib. |
2024-01-13 | 822,320 | Bu rayonlarımıza qar yağdı | Yanvarın 13-ü saat 09:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 12-si axşam qərb rayonlarından başlayaraq hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb, Bakıda və Abşeron yarımadasında səhər saatlarından yağış yağır, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a bildirilib ki, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək, Mingəçevirdə 25 m/s, Naftalanda 22 m/s, Goranboyda 19 m/s, Lerik, Tərtərdə 18 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,5 metrə çatıb. Qar örtüyünün hündürlüyü: Qaxda (Sarıbaş) 12 sm, Qrızda 10 sm, Göygöl, Şəkidə (Kişçay) 7 sm, Gədəbəydə 6 sm, Altıağacda 3 sm, Qubada 2 sm, Xaltan, Qusarda 1 sm olub. Şahbuz, Balakən, Daşkəsən, Qəbələ, Göygöl, Şamaxı, Göyçay, Qrızda isə duman müşahidə olunub. Ölkə ərazisində küləkli hava şəraiti yanvarın 14-dək, yağıntılı hava şəraiti isə 15-dək davam edəcək. |
2024-01-13 | 822,325 | ABŞ və Britaniya husilərin hədəfini yenə bombaladı | ABŞ Hərbi Hava Qüvvələri Yəməndə husilərə məxsus hədəfi yenidən bombalayıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, bu dəfə də husilər tərəfindən idarə olunan radar sistemi hədəf seçilib. Yeni hücumun əvvəlki hücumdan daha kiçikmiqyaslı olduğu və ABŞ tərəfindən birtərəfli qaydada həyata keçirildiyi bildirilib. Husilərə bağlı “Əl Masirah” telekanalı isə zərbələrin ABŞ və Böyük Britaniya tərəfindən həyata keçirildiyini bəyan edib. “ABŞ və Böyük Britaniya paytaxt Sənaya bir sıra hava zərbələri endirib”, - məlumatda vurğulanıb. Qeyd edək ki, ABŞ və Böyük Britaniyaya məxsus döyüş təyyarələri ötən gecə Yəmənin Səna, Hüdeyda və Taiz şəhərlərində bəzi məntəqələrə hava zərbələri endirib. |
2024-01-13 | 822,327 | 3 rayonda mal-qara oğurlayan dəstə ifşa olundu | Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin sonlarında rayonun Padar qəsəbəsi və Atbulaq kəndi ərazisində yerləşən 2 fərdi təsərrüfatdan 6 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə ümumilikdə 4 000 manatdan artıq maddi ziyan vuran üç nəfər saxlanılıb. Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. Araşdırmalarla onların Ağdam rayon sakini Əvəz Qurbanov, Bərdə rayon sakini Fariz İbrahimov və Tovuz rayon sakini Akif Quliyev olduqları müəyyən edilib. Həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, adları çəkilən şəxslər ötən ilin noyabr ayı ərzində Ucar və Kürdəmir rayonları ərazisində analoji cinayət əməlini törədərək 3 fərdi təsərrüfatdan 6 xırdabuynuzlu və 3 baş iribuynuzlu heyvan oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurublar. Üç rayon ərazisindən ümumilikdə 16 heyvan oğurlayan Əvəz Qurbanov, Fariz İbrahimov və Akif Quliyev heyvanları sonuncuya məxsus nəqliyyat vasitəsi ilə Bakı şəhəri apararaq F.İbrahimov işlətdiyi ət məhsullarının satışı məntəqəsində satıblar, əldə etdikləri pulları isə öz aralarında bölüblər. Faktla bağlı Hacıqabul RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ə.Qurbanov, F.İbrahimov və A.Quliyev bundan əvvəllər törətdikləri müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıblar. |
2024-01-13 | 822,330 | 689-cu gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 689-cu günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 369 160 hərbçi, 6 065 ədəd tank, 11 269 ədəd zirehli döyüş maşını, 8 728 ədəd artilleriya sistemi, 957 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 646 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 632 ədəd avtomobil texnikası, 6 848 ədəd PUA, 1 806 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 345 xüsusi avadanlıq itirib. |
2024-01-13 | 822,332 | Fidandan PKK hücumuna sərt reaksiya | Sərhədlərimiz daxilində və xaricində PKK terror təşkilatına qarşı sona qədər mübarizə aparacağıq. Axar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan X hesabında yazıb. XİN başçısı İraqın şimalında keçirilən “Pəncə-Kilid” əməliyyatı bölgəsində şəhid olan hərbçilərə Allahdan rəhmət diləyib, ailələrinə, yaxınlarına, Türkiyə xalqına başsağlığı verib. Qeyd edək ki, yanvarın 12-də “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub. |
2024-01-13 | 822,335 | Ordumuz “düşmən”i məhv etdi - Video | Hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə bacarıqları qiymətləndirilib. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanları davam edir. Sınaq imtahanlarının növbəti günündə hərbi qulluqçuların sürücülük və atəş hazırlığı üzrə praktiki tapşırıqların yerinə yetirilməsi üzrə bacarıqları qiymətləndirilib. Hərbi qulluqçular zirehli döyüş texnikasının idarə olunması, şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər. |
2024-01-13 | 822,337 | Rəsmi Bakıdan AŞ-ın qərəzli hesabatına münasibət | Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatına şərhində bildirilib. Qeyd olunub ki, komissarın müşahidələrində vurğulandığı kimi, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı səbəbindən son 30 ildə qarşısı alınmış bu səfər Azərbaycanın Qarabağ bölgəsinə insan hüquqları üzrə onilliklər ərzində ilk missiya idi. Eyni zamanda, Azərbaycan hökumətinin dəvəti və razılığı ilə həyata keçirilmiş sözügedən səfər Azərbaycan hökumətinin beynəlxalq insan hüquqları institutlarına münasibətdə şəffaflığını və əməkdaşlığının göstəricisidir. “Bütövlükdə, hesabatda 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın suveren ərazilərində mülki ərazilərə münasibətdə ciddi ehtiyat tədbirləri görülməklə silahlı qüvvələr tərəfindən həyata keçirilmiş lokal antiterror tədbirləri nəticəsində qondarma etnik təmizləmə və ya “məcburi köçkünlük” ilə bağlı əsassız iddialar heçə endirilib. Belə ki, komissarın bölgəyə səfəri və apardığı müşahidələr onu göstərib ki, Azərbaycan hakimiyyəti tərəfindən heç bir güc tətbiq olunmadan Azərbaycanın Qarabağ bölgəsini tərk etmək yerli ermənilərin öz könüllü qərarları olub. Hesabatda xüsusən terrorla mübarizə tədbirlərindən sonra geri qayıtmaq hüququnun və digər insan hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan hökumətinin atdığı bir sıra konkret addımlar göstərilir. Burada yerli erməni sakinlərin reinteqrasiyası məsələsinə və bu proses çərçivəsində nəzərdə tutulan tədbirlərə Azərbaycanın müsbət niyyəti və yanaşması vurğulanır. Komissarın hesabatında münaqişənin və Ermənistan tərəfindən işğalın xarabalığa çevrilmiş mülki infrastruktura uzunmüddətli təsirləri, azərbaycanlı məcburi köçkünlərin azad edilmiş rayonlara təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququnun təmin edilməsi məqsədilə aparılan minatəmizləmə və yenidənqurma işləri öz əksini tapıb. Bundan əlavə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində kütləvi şəkildə minalarla çirklənmə üzrə kəskin problem və bunun ərazilərin reabilitasiyasına, eləcə də keçmiş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz evlərinə qayıtma prosesinə qarşı yaratdığı əngəllər, habelə onların sağlamlığı və həyatı üçün ciddi risklər hesabatda vurğulanır. Bu məqsədlə komissar Azərbaycan hökumətinin geri qayıtma prosesini asanlaşdırmaq üçün atdığı addımları alqışlayır. Bu kontekstdə Ermənistanın indiyədək təqdim etdiyi minalanmış ərazilər üzrə xəritələrin dəqiqlik dərəcəsinin (cəmi 25%) hesabatda göstərilməsi xüsusilə qeyd olunmalıdır. Əslində, Ermənistan regionda təcavüzkar siyasətini həyata keçirmək və Azərbaycan ərazilərinin işğalını davam etdirmək məqsədilə Azərbaycanın suveren ərazilərində qəsdən kütləvi şəkildə minaların yerləşdirilməsi ilə məşğul olub. Buna baxmayaraq, təəssüf ki, sənəd Ermənistanın başlatdığı və Azərbaycan ərazilərinin 30 ilə yaxın işğalı ilə nəticələnən münaqişənin təsirinə məruz qalmış bütün insanların ümumi insan hüquqlarının vəziyyəti ilə bağlı fundamental reallıqları həqiqi mənada əks etdirmir. Ermənistanın Azərbaycana qarşı təcavüzünün sistemli şəkildə etnik təmizləmə aktlarına, hərbi cinayətlərə və yüz minlərlə azərbaycanlının, o cümlədən həssas vəziyyətdə olan uşaqların, qocaların və qadınların məcburi köçkünə çevrilməsinə səbəb olduğu məlumdur. Ermənistanın təcavüzü on minlərlə uşağı əsas insan hüquqlarından, o cümlədən yaşamaq, təhsil, təhlükəsizlik, müdafiə və sağlamlıq hüququndan ciddi şəkildə məhrum edib. Regionda iki xalq arasında düşmənçiliyə səbəb olan belə dəlillərin komissarın müşahidələrində layiqincə işıqlandırılacağına ümid bəsləyirdik. Hesabatda reallıqdan tamamilə uzaq olan və Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən də tanınmayan Laçın yolunun qondarma blokadasına istinadların yer alması təəssüf doğurur. Müşahidələrdə Laçın-Xankəndi yolunda mülki əhalinin etirazlarının, daha sonra isə Azərbaycan-Ermənistan sərhədində sərhəd-keçid məntəqəsinin yaradılmasına səbəb olan faktları göstərilməyib. Azərbaycan tərəfi Ermənistanın son üç il ərzində 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı və beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazisində on min nəfərdən çox qeyri-qanuni silahlı birləşmələrin saxlanılması və dövriyyəsi, minaların qanunsuz ötürülməsi daxil olmaqla Laçın yolundan müxtəlif qanunsuz məqsədlər üçün geniş və sistematik şəkildə sui-istifadə olunması ilə bağlı dəfələrlə əsaslandırılmış sübutlar təqdim edib. Bu hərəkətlər Azərbaycan tərəfinin çoxsaylı mülki və hərbi itkilər verməsi ilə nəticələnib. Sözügedən qanunsuz hərəkətlərə və Ermənistanın öhdəliklərini yerinə yetirməməsinə cavab olaraq 23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfindən sərhəd buraxılış məntəqəsinin yaradılmasına gəlincə, Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq Laçın yoluna tam nəzarət etmək üçün öz suveren hüququndan istifadə edib və bu, Ermənistanın iddialarının yekdilliklə rədd olunduğu Beynəlxalq Ədalət Məhkəməsinin 6 iyul 2023-cü il tarixli qərarında öz əksini tapıb. Bundan əlavə, komissar Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci il dekabr tarixli qərarına istinad edərkən, Azərbaycana qarşı irqi nifrət və ayrı-seçkiliyin qızışdırılmasının və təşviqinin qarşısının alınması istiqamətində Ermənistandan tələb olunan müvəqqəti tədbirin göstərilməsi faktını nəzərdən qaçırır. Azərbaycan tərəfi təəssüf edir ki, komissarın Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvalarından qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşlər hesabatda öz əksini tapmayıb. Bu, komissarın səfərinin dəqiq təsvirini, habelə hesabatın əhatə etmək məqsədi daşıdığı insan hüquqları, o cümlədən geri qayıtmaq hüququ məsələlərinə daha əhatəli yanaşmanı təmin edərdi. Bu, uzun sürən münaqişə nəticəsində ölkə daxilində və ya sərhəd aşmasından asılı olmayaraq köçkün düşmüş bütün şəxslərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququ olduğu barədə fikirlərin komissarın müşahidələrində qeyd edildiyi nəzərə alınaraq xüsusi əhəmiyyət kəsb edir. Nəhayət, xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan komissarın tərəfsizliyə, qərəzsizliyə, bərabərliyə və bütün insan hüquqlarının universallığına əsaslanan müşahidələr aparacağını gözləyərək onu ölkəmizə səfərə dəvət etmişdir. Səfərin nəticələrinə baxdıqda, komissarın müşahidələrində tam ədalətlilik və qərəzsizlik olmadığını Azərbaycan vurğulayır. Komissar məsələləri situasiyaya hərtərəfli baxışı nəzərdən qaçıran dar və yeganə perspektivə yönəldir. Bununla əlaqədar Azərbaycan hesab edir ki, nəticələr komissarın səfəri zamanı birbaşa müşahidələrinə deyil, ilk növbədə digər natamam və qərəzli mənbələrdən əldə edilən məlumatlara əsaslanır”, - XİN-dən bildirilib. |
2024-01-13 | 822,339 | Qatarlarda sürət həddi endirildi | Azərbaycan Dəmir Yolları QSC (ADY) paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib. Axar.az xəbər verir ki, məlumatı ADY yayıb. “Bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə olunacaq. Bir daha hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik. Qeyd edək ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar yük qatarlarının da sürət həddi küləkli hava şəraitinə uyğun olaraq tənzimlənir”, - məlumatda bildirilib. |
2024-01-13 | 822,340 | Şamaxıda ər və arvad dəm qazından zəhərləndi: biri öldü | Şamaxıda ər və arvad dəm qazından zəhərlənib. Axar.az xəbər verir ki, hadisə rayonun Mərzəndiyə kəndində qeydə alınıb. Belə ki, kənd sakinləri 1956-cı il təvəllüdlü Elxan Əhmədov və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Zemfira Əhmədova yaşadıqları fərdi yaşayış evinin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənib. Nəticədə Elxan Əhmədov ölüb, Z.Əhmədova isə dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır. Faktla bağlı araşdırma aparılır. |
2024-01-13 | 822,341 | Türkiyədə irimiqyaslı əməliyyat: 113 nəfər saxlanıldı | Türkiyənin 32 vilayətdə separatçı terror təşkilatına qarşı “Qəhrəmanlar-41” əməliyyatı keçirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb. Nazir əməliyyatlar çərçivəsində 113 nəfərin saxlanıldığını açıqlayıb. |
2024-01-13 | 822,342 | Komissar bu görüşü hesabata daxil etməyib - XİN | Azərbaycan tərəfi təəssüf edir ki, komissarın Ermənistan tərəfindən törədilmiş Xocalı soyqırımından sağ çıxan şəxslərlə, o cümlədən müasir Ermənistanda öz yurd-yuvalarından qovulmuş Qərbi Azərbaycan İcmasının üzvləri ilə keçirdiyi görüşlər hesabatda öz əksini tapmayıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Avropa Şurasının insan hüquqları üzrə komissarının 16-23 oktyabr 2023-cü il tarixlərində Ermənistan və Azərbaycana səfəri ilə bağlı hesabatına şərhində bildirilib. Qeyd edilib ki, bu, komissarın səfərinin dəqiq təsvirini, habelə hesabatın əhatə etmək məqsədi daşıdığı insan hüquqları, o cümlədən geri qayıtmaq hüququ məsələlərinə daha əhatəli yanaşmanı təmin edərdi: “Bu, uzun sürən münaqişə nəticəsində ölkə daxilində və ya sərhəd aşmasından asılı olmayaraq köçkün düşmüş bütün şəxslərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüququ olduğu barədə fikirlərin komissarın müşahidələrində qeyd edildiyi nəzərə alınaraq xüsusi əhəmiyyət kəsb edir”. |
2024-01-13 | 822,344 | Yol polisindən hərəkət iştirakçılarına müraciət | Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün Baş DYP İdarəsi bir daha hərəkət iştirakçılarına müraciət edərək onları ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırırıq. Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsinin (BDYPİ) hazırda ölkə ərazisində küləklə müşahidə olunan hava şəraiti ilə bağlı vətəndaşlara müraciətində bildirilib. “Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı yüksək olduğundan təcrübəsiz sürücülərin həmin ərazilərdə avtomobil idarə etməkdən çəkinməsi, belə bölgələrdə idarə olunan avtomobillərin mövsümə uyğun şinlərlə təchiz edilməsi tövsiyə olunur. Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi piyadalara səslənərək onlardan əlverişsiz hava şəraitinin yaratdığı çətinlikləri nəzərə alaraq, yollarda öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağı, yol hərəkəti qaydalarına sözsüz əməl etməyi xahiş edirik”, - müraciətdə vurğulanıb. |
2024-01-13 | 822,346 | Müdafiə sənayesi nazirinə yeni müavin təyin olundu | Müdafiə sənayesi naziri Vüqar Mustafayevə yeni müavin təyin olunub. Axar.az Report-a istinadən xəbər verir ki, müvafiq əmrlə Hidayət Əzimov müavin vəzifəsinə təyinat alıb. Faktı Müdafiə Sənayesi Nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib. Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev vəzifəsindən azad olunub. |
2024-01-13 | 822,351 | Müdafiə sənayesi nazirinin yeni müavini kimdir? - Dosye | Xəbər verdiyimiz kimi, müvafiq əmrlə Hidayət Əzimov müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyin olunub. Axar.az xəbər verir ki, 1985-ci ildə Bakıda anadan olan H.Əzimov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb. 2005-2007-ci illərdə magistr dərəcəsinə yiyələnib. 2006-2007-ci illərdə yerli hüquq şirkətlərinin birində hüquqşünas vəzifəsində fəaliyyət göstərib. 2007-2018-ci illərdə “Atəşgah” Sığorta Şirkətində hüquqşünas, şöbə müdiri və İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışıb. 2018-2022-ci illərdə ölkədə fəaliyyət göstərən dünyanın nüfuzlu beynəlxalq audit və konsaltinq şirkətlərindən olan “Ernst & Young CIS B.V” şirkətində hüquq xidmətlərinin rəhbəri vəzifəsində çalışıb. Bu vəzifəyə təyin olunmazdan əvvəl Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2018-ci ildən Vəkillər Kollegiyasının üzvüdür. |
2024-01-13 | 822,354 | Bakıda 33 yaşlı qadın dəm qazından öldü | Bakıda 33 yaşlı qadın dəm qazından boğularaq ölüb. Axar.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, 1991-ci il təvəllüdlü Turanə Quliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. |
2024-01-13 | 822,357 | İrəvan indiki şəraitin reallıqlarını anlamalıdır | Ölkə Prezidenti İlham Əliyevin yanvarın 10-da yerli telekanallara verdiyi müsahibəsində, hər zaman olduğu kimi, təkcə Azərbaycan və region ölkələri ictimaiyyətini maraqlandıran suallar ətrafında deyil, həm də Avrasiya məkanında yerləşən əksər dövlətlər üçün böyük maraq və əhəmiyyət kəsb edən məsələlər barədə detallı açıqlamalar yer almışdır. Axar.az xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, bu gün Azərbaycanın həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri üzərində vacib strateji mövqeyə sahib olması ölkəmizi Cənubi Qafqaz regionunda reallaşdırıla biləcək bütün beynəlxalq nəqliyyat layihələrinin ən önəmli iştirakçısına çevirib: “Azərbaycanın razılığı olmadan regionda heç bir belə layihə gerçəkləşə bilməz. Bu baxımdan dövlət başçımızın müsahibəsində keçən ilin oktyabr ayında Tbilisidə keçirilmiş IV İpək Yolu Forumunda Ermənistanın baş nazirinin bəhs etdiyi “Sülh kəsişməsi” adlı layihəyə dair sualı cavablandırarkən qeyd etdiyi məqamlar da xüsusi maraq doğurur. Ermənistanın yeni bir “təşəbbüs” kimi irəli sürməyə çalışdığı və guya ki, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan arasında kommunikasiyaların inkişafını nəzərdə tutan bu ideya Azərbaycan tərəfindən artıq üç ildir ki, təklif olunur. Ermənistan isə, sadəcə olaraq bir tərəfdən 10 noyabr üçtərəfli Bəyanatının məlum müddəasını yerinə yetirmədiyini pərdələmək, digər tərəfdən isə, “Zəngəzur dəhlizi” ifadəsini unutdurmaq üçün çalışır. Dəhliz hər hansı bir ölkənin suverenliyini şübhə altına almır və faktiki olaraq bu, ermənilərin keçirməyə çalışdıqları piar aksiyadan başqa bir şey deyil. Prezidentimiz konkret tələb olaraq bildirdi ki, Ermənistan Zəngilanla Ordubad arasındakı ərazidə Azərbaycana maneəsiz keçid verməlidir. Çünki bu, onların öhdəliyidir. Azərbaycanın hər zaman Ermənistandan fərqli olaraq alternativ planları və imkanları da var. Azərbaycan qısa yolla əsas ərazisini Naxçıvanla birləşdirmək məqsədilə artıq İranla razılığa gəlib və hətta təməlqoyma mərasimi də keçirilib. Beləliklə, möhtərəm Prezidentimizin dediyi kimi, Ermənistan yenə dalan olaraq qalacaq”. Prezident İlham Əliyevin Ermənistanla sülh sazişinin imzalanması üçün indi daha əlverişli tarixi şəraitin yarandığı barədə səsləndirdiyi fikirlərin əhəmiyyətini qeyd edən deputat deyib: “Təbii ki, bu gün Cənubi Qafqazda davamlı sülhün və inkişafın bərqərar olması prosesində vacib rol oynayan əsas amillərdən biri də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlıdır. Bu münasibətlərin normallaşması isə, ilk növbədə, iki ölkə arasında sülh sazişinin imzalanması ilə təmin edilə bilər. Prezident İlham Əliyev bu önəmli məsələyə toxunaraq bir daha qeyd etdi ki, məhz bu gün, Azərbaycan özünün ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini tam bərpa etdikdən sonra sülh müqaviləsinin imzalanması üçün daha əlverişli zəmin yaranıb. Əgər bir müddət əvvəl Ermənistan və onun arxasında dayanan bəzi ölkələr sazişin mətninə mütləq Qarabağın statusu ilə bağlı hansısa bir müddəa da salmaq üçün çalışırdılarsa, hazırda bu məsələ müzakirə obyekti belə deyil. Qarabağda Ermənistanın dəstək vermək istəyəcəyi heç bir qondarma rejim artıq mövcud deyil. Sentyabr hadisələrindən sonra isə, bəzi dairələr Ermənistana vədlər verirdilər ki, həm BMT-də, həm Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq ediləcək, Azərbaycan böyük təzyiq altına düşəcək. Bu da növbəti səhv olaraq Ermənistanda belə bir əminlik yaratdı ki, onlar sülh müqaviləsini istədikləri kimi tərtib edə biləcəklər və Azərbaycan da həmin sənədi imzalayacq. Lakin artıq Ermənistan da bu vədlərin boş olduğunu görür. Buna görə də artıq rəsmi İrəvan da Azərbaycanla münasibətlərini məhz ikitərəfli formatda müzakirələr əsasında qurmağın öz ölkəsi üçün ən yaxşı variant ola biləcəyini anlamalıdır”. K.Qafarov vurğulayıb ki, dövlət başçısının artıq bu il işğaldan azad edilmiş ərazilərdə olan beş şəhərimizə keçmiş məcburi köçkün vətəndaşlarımızın qayıdacaqlarını anonslaması xalqa verilmiş ən böyük müjdə oldu: “Böyük Qayıdış dövlət proqramının icrası barədə danışarkən Prezident İlham Əliyev Laçın, Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sürətlə dirçəldiyini və bu məntəqələrə artıq ilk sakinlərinin daimi yaşayış üçün qayıtdıqlarını bir daha diqqət mərkəzinə çəkdi. Həmçinin qeyd olundu ki, bu il Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısı davam etdiriləcək. Dövlət başçımız xüsusi olaraq vurğuladı ki, həyata keçirilən infrastruktur layihələri sayəsində bu il daha böyük sayda keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar. O cümlədən, bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də öz keçmiş sakinlərini, əsil sahiblərini qarşılayacaqlar. Bu, Azərbaycan xalqına verilmiş çox böyük bir müjdədir. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqı həm 2024-cü ildə, həm də bundan sonra hələ uzun illər ərzində öz müdrik Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qarşıda duran bütün vəzifələri uğurla həyata keçirəcək”. |
2024-01-13 | 822,360 | Qisas əməliyyatı: 23 terrorçu məhv edildi - Yeni video | 11:57 Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında yerləşən terror təşkilatının istifadə etdiyi mağara, sığınacaq və neft obyektlərinə hava zərbələri endirib. Axar.az xəbər verir ki, bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, hava əməliyyatları nəticəsində terrorçulara məxsus 29 hədəf məhv edilib. *** Türkiyə ordusu İraqın və Suriyanın şimalında 20 terrorçunu məhv edib. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hədəflərə həm qurudan, həm də havadan zərbələr endirilib. Məlumata görə, ərazidə əməliyyat davam edir. *** Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyada PKK hədəflərini məhv etməsi ilə bağlı yeni görüntülər yayılıb. Görüntüləri Türkiyə mediası paylaşıb. *** Türkiyə ordusunun İraqın və Suriyanın şimalında zərərsizləşdirdiyi terrorçuların sayı 23-ə çatıb. Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ərazidə əməliyyat davam edir. Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub. |
2024-01-13 | 822,362 | Türk bazasına hücumun arxasında bu ölkələr dayanır | Dünən İraqın şimalında “Pəncə-Kilid” hərəkatı bölgəsində ölkəmizin hərbi bazasına terrorçuların hücumu nəticəsində 9 şəhidimiz var. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm. Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib. General Türkiyənin heç vaxt terrorçular və onu dəstəkləyənlərin qarşısından geri çəkilməyəcəyini vurğulayıb: “Türkiyənin terrorla mübarizəsi 1984-cü ildən bəri fasiləsiz şəkildə davam edir. Terrorçuların son hücumu ilk deyil, yenə də olacaq. Anadoluda min ildir ki, bu mübarizəmiz davam edir və terrorçuların, onları dəstəkləyənlərin hücumları bizi yolumuzdan çəkindirə bilməz. Biz mehmetciyin şəhid olmasına, qazi olmasına üzülürük. Hücumun arxasında Yaxın Şərqi yenidən dizayn etmək və toqquşmanı, müharibəni bütün bölgəyə yaymaq istəyən başda ABŞ və Fransa olmaqla, imperialist güclər dayanır. Çünki PKK, PYD terror təşkilatlarını quran, onu silah-sursatla təmin edən, təlim keçən, kəşfiyyat məlumatları verən ABŞ-dır. Türkiyə boyun əymədikcə, dik durduqca, özünün və dostlarının hüquqlarını müdafiə etdikcə ABŞ da bunun əvəzini bu yollarla çıxmağa çalışır. Çünki son 10 ildə ABŞ-ın Qarabağdan Liviyaya və Ukraynaya qədər olan böyük bir ərazidəki öz hegemonluğuna hesablanmış olduğu planlarda qırılmalar meydana gəlib. Türkiyəni günahkar gördükləri üçün bəzən iqtisadi, bəzən də hərbi sahədə ölkəmizə qarşı düşmən addımlar atırlar. Ancaq belə hücumlar bizim əzmimizi sındıra bilməz. Daha qüvvətli şəkildə son terrorçu məhv edilənədək mübarizəyə davam edəcəyik”. |
2024-01-13 | 822,367 | Prezident bunu xalqın müzakirəsinə təqdim etdi | Prezident İlham Əliyevin yerli televiziya kanallarına iki saatdan çox davam edən müsahibəsini müstəqilliyimizin bərpasından keçən 30 ilə bir baxış adlandırmaq olar. Prezident ölkəmizin bugünkü reallıqlarını məhz 1993-cü ildəki vəziyyətlə müqayisə etməyin düzgün olacağını bildirərək 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyin təmin olunduğunu, dövlətçilik prinsiplərinin bərqərar olunduğunu və ölkənin davamlı inkişaf yoluna qədəm qoyduğunu vurğuladı. 2003-cü ildə keçirilmiş prezident seçkilərinə toxunan dövlətimizin başçısı həmin seçkiləri ölkəmizin tarixində həlledici məqam adlandırdı. 2003-cü il seçkilərində İlham Əliyevin inamlı qələbəsi Heydər Əliyev siyasi kursunun davam etdirilməsinə zəmanət yaratdı və sonrakı bütün uğurlar məhz Heydər Əliyev strategiyasının qətiyyətlə həyata keçirilməsinın nəticələri kimi ortaya çıxdı. Prezident İlham Əliyev ötən ilin 20 sentyabr tarixini müasir tariximizin yeni dövrünün başlanğıcı adlandırdı. Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə əldə olunan uğurların hamısını tarixi uğurlar adlandıran deputat deyib: “Dünyanın qeyri-sabit zamanında, bir sıra ölkələrdə inqilabların silsilə şəklində baş verdiyi və ölkələri viran qoyduğu bir vaxtda böyük güc mərkəzlərinin hədəfində olan Azərbaycanda ictimai-siyasi sabitliyi təmin etmək və sürətli iqtisadi inkişafa nail olmaq heç də asan olmamışdı. Təxminən 30 il ərzində ölkəmizin müharibəyə cəlb olunması ilə onun inkişafını əngəlləməyə və öz asılılığına salmağa çalışan güc mərkəzlərinin cəhdlərinə baxmayaraq, Azərbaycan beynəlxalq müstəvidə öz müstəqil siyasətini yürütməyə və ölkəni salındığı labirintdən çıxarmağa nail oldu. 2020-ci ilin Vətən müharibəsinin özü dünya üçün gözlənilməz olduğu kimi, həmin müharibədə Azərbaycanın tarixi Zəfəri də bir çox dövlətlər və beynəlxalq təşkilatlar üçün gözlənilməz oldu. Lakin Prezident Əliyev və Azərbaycan xalqı bu Qələbəyə əmin idi. Bu tarixi Zəfər son bir neçə əsrdə işğal olunmuş torpaqlarımızın özümüzə qaytarılmasının ilk nümunəsi idi. Bu Qələbəni Azərbaycan xalqı məhz Prezident İlham Əliyevin müdrik siyasəti və mahir diplomatiyası sayəsində qazandı. Ötən ilin 20 sentyabr tarixinə qədərki dövrü ölkə başçısı belə dəyərləndirdi: “Sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi”. Ölkəmizin bu günündən danışan Prezident Azərbaycanı “...həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə” adlandırdı. 2020-ci ilin 9 noyabr tarixli üçtərəfli Bəyanatını, 2023-cü il aprelin 23-də Laçın dövlət sərhədindən buraxılış məntəqəsinin açılmasını və nəhayət həmin il sentyabrın 19-20-də separatçıların yuva saldığı Qarabağ ərazisində antiterror tədbirlərinin həyata keçirilməsini ayrı-ayrılıqda təhlil edən İlham Əliyev bu hərbi-siyasi hadisələri çağdaş tariximizin parlaq səhifələri adlandırıb”. Cavanşir Feyziyev qeyd edib ki, müsahibədə Azərbaycanın dünya dövlətləri ilə münasibətləri, xüsusilə Fransa–Azərbaycan münasibətlərinin mahiyyəti, Böyük Qayıdışla bağlı görülmüş və görüləcək işlərin məzmunu, Ermənistan–Azərbaycan münasibətlərinin normallaşdırılması, imzalanması gözlənilən sülh müqaviləsi, gələcək qlobal və regional miqyaslı iqtisadi layihələr haqqında suallar da yer alırdı: “Verilən suallara özünəməxsus səmimiyyətlə cavab verən Prezident bütün suallara aydınlıq gətirdi və qarşıdan gələn növbədənkənar prezident seçkiləri haqqında da öz mülahizələrini bölüşdü. Fevralın 7-nə təyin olunmuş seçkiləri ölkəmizin həyatında yeni dövrün başlanğıcı kimi xarakterizə edən ölkə Prezidenti bildirdi: “...Suverenliyimiz tam bərpa olunub. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində buna oxşar Zəfər olmamışdır. Bütün amilləri - siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi...” Deputatın sözlərinə görə, son 20 ildə ölkəmizdə keçirilmiş prezident seçkilərinin xronologiyasına baxsaq görərik ki, hər bir seçki ərəfəsində prezidentliyə namizəd İlham Əliyev yeni və daha iddialı seçki proqramı ilə seçicilərinin qarşısına çıxıb və hər dəfə də müəyyənləşdirdiyi, bəyan etdiyi bütün proqramları artıqlaması ilə yerinə yetirib. “Son seçkilərdən sonra baş verən bütün hadisələr o qədər sürətli oldu ki, artıq prezidentlik müddətinin qalan iki ili üçün yeni hədəflərin müəyyənləşdirilməsinə ehtiyac yarandı. Bunu yerli telekanallara müsahibəsində də vurğulayan prezident yeni dövrün başlanğıcını elan etdi və ölkəmizin qədəm qoyduğu yeni dövr üçün xalqımızı yeni milli ideyanın müzakirəsinə dəvət etdi. Doğrudan da hər bir cəmiyyətin və dövlətin davamlı inkişafını təmin etmək üçün onun hər bir dövrə uyğun yeni milli ideyası olmalıdır. Prezidentin milli ideya məsələsini ümumxalq müzakirəsinə təklif etməsi o deməkdir ki, ölkənin idarə olunmasında ölkə başçısı ilə bərabər xalq da birbaşa iştirak edir və Prezident bu iştirakın formal olmasını yox, faktiki olmasını arzulayır. Məsələyə belə yanaşma İlham Əliyevin əsl xalq Prezidenti olduğunun göstəricisidir”, - deyə Cavanşir Feyziyev vurğulayıb. |
2024-01-13 | 822,371 | Çin Tayvana hərbi təzyiqi artırır | Adanın ətrafında Çin donanmasının 6 gəmisi görünüb. Axar.az xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. “Silahlı qüvvələr vəziyyəti izləyib və Döyüş Hava Patrul təyyarələrinə, donanma gəmilərinə və quruda yerləşən raket sistemlərinə bu fəaliyyətlərə cavab vermək tapşırığı verilib”, - Müdafiə Nazirliyinin məlumatında deyilib. Qeyd edək ki, Çin seçkilərə Tayvana hərbi təzyiqi artırıb. |
2024-01-13 | 822,372 | Bu yolda sürət həddi endirildi | Hazırda müşahidə edilən küləkli və yağışlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Qeyd olunub ki, bütün məlumat sürət tablolarında “Güclü külək” və "Sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən hava şəraitini nəzərə almaları və müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir. |
2024-01-13 | 822,375 | Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi | Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. “Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk", - paylaşımda qeyd olunub. Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub. |
2024-01-13 | 822,380 | Sumqayıtda 43 yaşlı sahibkar itkin düşdü | Sumqayıtda 43 yaşlı sahibkar itkin düşüb. Axar.az Report-a istinadən xəbər verir ki, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Ramil Qəhrəman oğlu Həsənov 5-ci məhəllədə icarədarı olduğu kafesindən ötən gündən çıxıb və geri qayıtmayıb. Faktla bağlı polisə məlumat verilib. |
2024-01-13 | 822,383 | Xankəndidə xeyli silah-sursat aşkarlandı | Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 12-də Xankəndi şəhəri ərazisində 2 ədəd pulemyot, 26 ədəd müxtəlif markalı avtomat silahı aşkar olunaraq götürülüb. DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bundan başqa 5 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 3482 ədəd müxtəlif çaplı patron, 97 ədəd patron darağı və digər sursatlar da aşkar olunaraq götürülüb. |
2024-01-13 | 822,389 | Sükanda canlı yayım açan sürücü qovuldu - Video | 12:56 Sumqayıtda sərnişindaşıma ilə məşğul olan avtobusun sürücüsü sükan arxasında Tiktokda canlı yayım açıb. Axar.az Bakı.vs-ə istinadən xəbər verir ki, hadisə 3 saylı marşrut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Görüntülərdən də aydın olur ki, izləyicilər sürücüyə dəfələrlə kəmər taxması və canlı yayımı bağlaması barədə xəbərdarlıq etsələr də, o, buna məhəl qoymayıb. *** Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü işdən uzaqlaşdırılıb. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat Xidmətindən Oxu.az-a cavab olaraq bildirilib. Vurğulanıb ki, araşdırma zamanı məlum olub ki, hadisə iddia olunduğu kimi Sumqayıt şəhərində deyil, Bakı şəhərində 18 saylı marşrut avtobusunda qeydə alınıb: “Yol verdiyi kobud qayda pozuntusuna görə sürücü Elşən Şövkət oğlu Abdullayev daşıyıcı şirkət “Xaliq Faiqoğlu” tərəfindən artıq xətdən kənarlaşdırılıb, əmrinə xitam verilməsi qərara alınıb”. |
2024-01-13 | 822,390 | Bakıda qəza sıxlığa səbəb oldu | Bakıda yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Məlumata görə, Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi olub. Qəza səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. |
2024-01-13 | 822,393 | Bayden: İran ABŞ-la müharibə istəmir | ABŞ Prezidenti Co Bayden husilərin hücumlarının davam edəcəyi təqdirdə onlara qarşı yenidən əməliyyatlar keçiriləcəyini deyib. Axar.az xəbər verir ki, bu sözləri Bayden Pensilvaniyada jurnalistlərin suallarına cavab verərkən bildirib. O, husilərin terrorçu olduqlarını və İranın onları dəstəkləndiyini vurğulayıb. Bayden həmçinin Tehran hökumətinin ABŞ-la müharibə etmək istəmədiyini də qeyd edib. |
2024-01-13 | 822,396 | COP29-la bağlı Təşkilat Komitəsi yaradıldı | Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Axar.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhərində keçiriləcək aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb: Təşkilat Komitəsinin sədri Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Təşkilat Komitəsinin üzvləri: Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Ruslan Əliyev – Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Eldar Əzizov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Vüsal Hüseynov – Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Vüqar Qurbanov – Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Ülvi Mehdiyev – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Saleh Məmmədov – Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Mikayılov – Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Əli Nağıyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Fuad Nağıyev – Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Balababa Rzayev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti. 2. Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Təşkilat Komitəsi: 2.1. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19‑cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının təşkili və keçirilməsi ilə bağlı Tədbirlər Planı hazırlayıb həyata keçirsin; 2.2. əməliyyat şirkətinin yaradılması ilə əlaqədar tədbirlər görsün. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulan Tədbirlər Planının icrası ilə bağlı maliyyələşdirməni təmin etsin və digər zəruri məsələlərin həlli üçün tədbirlər görsün. |
2024-01-13 | 822,397 | Prezident PA rəhbərinə daha bir vəzifə verdi | Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev Təşkilat Komitəsinin sədri təyin olunub. |
2024-01-13 | 822,398 | Sabah Bakıya və bölgələrə qar yağacaq | Sabah Bakıya və bölgələrə qar yağacaq. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər duman olacaq. Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var. |
2024-01-13 | 822,399 | Ödənişli yolda qəza: ölən və yaralanan var | Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Axar.az Report-a istinadən xəbər verir ki, BMV markalı avtomobil ödənişli yolda idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində sürücü Cəfər Həsənov aldığı xəsarətlərdən yerindəcə keçinib. Avtomobildə olan digər sərnişinlər - 2002-ci il təvəllüdlü Emin Xudiyev və 2003-cü il təvəllüdlü Nərmin Təhməzova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Hər üçü Bakı şəhər sakinidir. Faktla bağlı araşdırma aparılır. |
2024-01-13 | 822,405 | Qırmızı Xaçın əməkdaşı güllələndi | Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşı Voldu Areqavi Berha Efiopiyanın şimalındakı Tiqray bölgəsində güllələnib. Axar.az xəbər verir ki, bu barədə Komitədən məlumat verilib. “Təcili tibbi yardım maşınının sürücüsü Qırmızı Xaç loqotipi olan avtomobildə olarkən güllələnərək öldürülüb”, - məlumatda deyilir. Qeyd olunub ki, Berha xəstəxanaya çatana qədər dünyasını dəyişib. Komitə həkimə konkret kimin hücum etdiyi barədə dəqiq bilgi verməyib. Qeyd edək ki, Berha 2024-cü ildə BQXK-nın ölən yeddinci nümayəndəsidir. |
2024-01-13 | 822,409 | Moped sürücülərinə xəbərdarlıq edildi | Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) qeyri-sabit hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağmurlu hava ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi cətinliklər yaradır: "Fiziki meteoroloji amillərin, xüsusilə küləyin təsiri nəticəsində müvazinətin itirilməsi, eləcə də yol örtüyünün yaş olması ikitəkərli nəqliyyat vasitələrinin aşma və sürüşmə ehtimalını dəfələrlə artırır ki, bu da sürücü və digər hərəkət iştirakçıları üçün real təhlükədir. DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək əlverişsiz hava şəraitində bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir", - məlumatda bildirilib. |
2024-01-13 | 822,412 | Bakıda relssiz tramvay xətləri olacaq | Bakıda relssiz tramvay xətlərindən istifadə oluna bilər. Axar.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib. "Tramvaylara gəldikdə, düşünürük ki, yeni relslər qurulmayacaq. Hazırda da dünyada daha çox relssiz tramvay xətlərinə üstünlük verilir. Onun müxtəlif formaları mövcuddur, paytaxtda da onlardan istifadə oluna bilər. İctimai nəqliyyat, metro, dəmiryol xətlərinin sxemi qurulduqdan sonra müəyyən ərazilərdə nəqliyyatla bağlı probemlərin yenə də olacağını görürük. Bu ərazilər əhalinin ən sıx toplandığı yerlərdir. Biz həmin ərazilərdə əlavə ictimai nəqliyyat növü olaraq tramvay xətlərinin qurulmasını təklif edirik. Bu xətlər əhalinin piyada hərəkətinin aktiv olduğu, ticarət mərkəzlərinin, eyni zamanda, yaşayış məntəqələrinin çox olduğu yerləri əhatə edəcək. Düşünürük ki, tramvay xətlərinin qurulması sözügedən yerlərdə nəqliyyat probleminin həllində əhəmiyyətli addım ola bilər”, - deyə sədr müavini əlavə edib. |
2024-01-13 | 822,416 | Orduda islahatlar davam etdiriləcək - General | Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2024-cü il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyəti ilə təlim-metodiki toplanış keçirilib. Axar.az xəbər verir ki, kadr orqanı işçiləri, şəxsi heyətin uçotuna, təşkilat-səfərbərlik və qeyri-məxfi kargüzarlığa cavabdeh şəxslərin iştirak etdiyi toplanışda Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Elçin Xəlilov çıxış edib. Baş İdarə rəisi ordumuzda kadrların idarə edilməsi üzrə ötən il ərzində görülən işlərdən danışıb və bu il qarşıda duran əsas tapşırıqlar barədə məlumatlandırıb. Bildirilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Türkiyə modelinə uyğunlaşdırılması məqsədilə Azərbaycan Ordusunda uğurlu islahatlar aparılıb. Bu istiqamətdə icra edilən tədbirlərin cari ildə də davam etidiriləcəyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığı vurğulanıb. Diqqətə çatdırılıb ki, ordumuzun strateji düşüncəyə malik bacarıqlı kadrlarla komplektləşdirilməsi, təşkilati-ştat strukturunun təkmilləşdirilməsi üzrə icra edilən tədbirlər, əldə edilən nailiyyətlər öz yüksək effektini verib. Təlim-metodiki toplanışda Azərbaycan Ordusunun kadr işləri üzrə cavabdeh zabitlərinin kadr hazırlığı və komplekləşdirmə istiqamətində həyata keçirilən fəaliyyətlər barədə məruzələri dinlənilib. |
2024-01-13 | 822,417 | Respublika Klinik Xəstəxanasında yanğın olub? - Video | Sosial şəbəkələrdə və bir sıra yerli KİV-də Respublika Klinik Xəstəxanasında yanğın baş verməsi ilə bağlı məlumat və görüntülər yayılıb. Axar.az xəbər verir ki, Trend-in aidiyyəti qurumlardan əldə etdiyi məlumata görə, xəstəxanada heç bir yanğın baş verməyib, yayılan görüntülər təlimdəndir. |
2024-01-13 | 822,422 | NATO bu səbəbdən Rusiya ilə döyüşməyəcək | Şimali Atlantika Alyansı Ukraynanın maraqlarını qorumaq üçün Rusiya ilə birbaşa hərbi qarşıdurmaya girməyəcək. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna ordusunun ehtiyatda olan polkovniki Oleq Starikov deyib. O qeyd edib ki, alyansın ayrı-ayrı üzvləri Rusiya ilə mübarizə aparmaq iqtidarında deyil: “Polşa Rusiyaya qarşı yalnız cəsarətli hücumlar edə bilər, lakin döyüşə bilməz. Almaniya, Fransa və Böyük Britaniya da hərbi münaqişəyə başlamağa tab gətirə bilməz. ABŞ Rusiya ilə hərbi qarşıdurmaya qarışmayacaq, çünki Moskvanın nüvə silahı var”. |
2024-01-13 | 822,424 | Bakıda daha bir silahlı şəxs saxlanıldı - Video | Bakıda daha bir silahlı şəxs saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində Masallı rayon sakini əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Ziya Ağayev saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd patron darağı götürülüb. Z.Ağayev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib. Faktla bağlı 25-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir. |
2024-01-13 | 822,425 | Bakıda külək güclənəcək - Xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara və bəzi ərazilərdə qara keçəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Bildirilib ki, 14-ü gecə və səhər ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Şimal-qərb küləyinin 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. Qeyd edilib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və səhər 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun 5-8°aşağı enərək,13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. 14-15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq. Güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də gecə və səhər saatlarında bəzi ərzilərdə yolların buz bağlama ehtimalı var. |
2024-01-13 | 822,429 | ABŞ SEPAH və husilərə qarşı yeni sanksiyalar tətbiq etdi | ABŞ SEPAH və husilərlə əlaqəli olan Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində yerləşən iki gəmiçilik şirkətinə və onlara məxsus dörd gəmiyə qarşı sanksiyalar tətbiq edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu şirkətlər SEPAH-ın Qüds qüvvələri adından İran məhsulları daşıyıb və gəlirlər husiləri maliyyələşdirmək üçün istifadə olunub. “Xammal satışından əldə olunan gəlirlər husiləri və onların Qırmızı dəniz və Ədən körfəzində beynəlxalq gəmiçiliyə hücumlarına sərf olunub", - Maliyyə Nazirliyinin məlumatında bildirilib. ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelson məsələ ilə bağlı verdiyi açıqlamada ABŞ-ın İranın husiləri maliyyələşdirən və onların hücumlarını asanlaşdıran qeyri-qanuni maliyyə şəbəkələrinə qarşı fəaliyyətini davam etdirəcəyini deyib. |
2024-01-13 | 822,430 | İsrail Qəzzada onlarla hədəfə zərbələr endirdi | İsrail hərbçiləri Qəzza zolağında onlarla istifadəyə hazır raket qurğusunu vurub. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb. “İsrail ordusu Qəzza zolağında mübarizəni davam etdirir. Hərbçilər istifadəyə hazır onlarla raket buraxılış qurğusunu aşkar edərək məhv ediblər”, - məlumatda qeyd edilib. |
2024-01-13 | 822,436 | Qusar polisindən əməliyyat: saxlanılan var | Qusarda silah satmaq istəyən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinə (RPŞ) bir nəfər naməlum şəxsin silah satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Ruslan Bayramov saxlanılıb. Həmin şəxsin üzərindən 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Ruslan Bayramovun barəsində həbs qətimkan tədbiri seçilib. |
2024-01-13 | 822,438 | Kolumbiyada torpaq sürüşməsi – 18 ölü, 35 yaralı | Kolumbiyanın Çoko regionunda torpaq sürüşməsi baş verib. Axar.az xəbər verir ki, bu barədə “El Tiempo” qəzeti məlumat yayıb. Hadisə nəticəsində 18 nəfər ölüb, 35 nəfər yaralanıb. Torpaq sürüşməsinə son 24 saat ərzində yağan güclü yağışların səbəb olduğu bildirilir. Hadisə yerində axtarış-xilasetmə işləri aparılır. |
2024-01-13 | 822,439 | Qubadlıda pulemyot və avtomat aşkarlandı | Qubadlı rayonunda pulemyot və avtomat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, rayonun Mahmudlu kəndi ərazisində həmçinin müxtəlif çaplı patronlar və digər sursatlar aşkar olunaraq müvafiq qaydada götürülüb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-13 | 822,440 | Bakının bu hissəsində "Hibrid Yaşıl Dəhliz" yaradılacaq | Hibrid Yaşıl dəhlizlər çoxfunksiyalı olacaqlar. Burada təkcə yaşıllıq nəzərdə tutulmur, insanların piyada hərəkəti, velosiped zolaqları təşkil olunur. Bu dəhlizlər vasitəsilə nəqliyyat və mühəndis kommunikasiyalarının ötürülməsi nəzərdə tutulur. Axar.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov deyib. "Dənizkənarı Milli Parkdan "Port Baku"nun yerləşdiyi ərazidən başlayaraq ADA universitetinin ərazisinə qədər uzanan bir yaşıl dəhlizin yaradılması Baş Planda nəzərdə tutulur. Bu dəhlizdə paytaxt sakinlərinin istirahətini, əyləncəsini təşkil edən çoxlu sayda funksiya olacaq. Həmçinin oradan tramvay xəttinin keçirilməsi də planlaşdırılır. Digər istiqamətlər üzrə də Hibrid Yaşıl dəhlizlərin yaradılması planlaşdırılır, xüsusilə magistral avtomobil yolları boyu belə dəhlizlər nəzərdə tutulur”, - deyə sədr müavini əlavə edib. |
2024-01-13 | 822,446 | Fransadakı azərbaycanlılar aksiya keçirdi - Foto | 16:13 Fransada yaşayan azərbaycanlılar etiraz aksiyası keçirir. Axar.az Report-a istinadən xəbər verir ki, bu ölkədəki Azərbaycan icması Fransanın Evian lö Bən (Evian-les-Bains) şəhərində, 19-cu əsrin böyük Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinin qarşısına toplaşıb. Avropa Azərbaycanlıları Koordinasiya Şurası və Avropa Azərbaycanlıları Konqresinin təşkil etdiyi bu toplantının məqsədi heykələ qarşı son zamanlar həyata keçirilən vandalizm aktlarına qarşı etiraz etməkdir. Fransa azərbaycanlıları bu etiraz aksiyası ilə Natəvanın heykəlinin, onun simvolik mənası, Azərbaycan icması üçün mənəvi dəyərini Fransa ictimaiyyətinin, mediasının diqqətinə çatdırır. Nümayiş yerli hakimiyyət orqanlarının icazəsi ilə keçirilir. Etiraz aksiyasına Fransanın və Avropanın müxtəlif şəhərlərində Paris, Strasburq, Berlin, Cenevrədə yaşayan azərbaycanlılar toplaşıblar. Əraziyə təhlükəsizliyi təmin etmək üçün polislər cəlb ediliblər. *** Fransada yaşayan azərbaycanlıların Evian şəhərində keçirdiyi etiraz aksiyası başa çatıb. Onlar “Natəvanın mədəni irsini qoruyaq!”, “Azərbaycan bağının adının bərpasını tələb edirik!”, “Görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın irsini müdafiə edək!”, “Natəvanın ədəbiyyatda və qadın davasında oynadığı rola hörmətlə yanaşaq!”, “Natəvan irsinin, mədəni irsin qorunub saxlanması üçün birləşək!” kimi şüarlar səsləndiriblər. Qeyd edək ki, 2017-ci ildə İsmayıllı və Evian şəhərlərinin qardaşlaşmasından sonra Azərbaycanın Evian şəhərinə hədiyyəsi olaraq “Azərbaycan bağı”nda ucaldılmış heykələ qarşı vandalizm aktı təkcə azərbaycanlıları deyil, yerli ictimaiyyəti də narahat edib. |
2024-01-13 | 822,447 | Türkiyəyə sızmaq istəyən terrorçular məhv edildi - Video | Türkiyə ordusu Suriyanın şimalında terrorçuların daha bir təxribatının qarşısını ala bilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. “Komandolarımız tərəfindən “Sülh çeşməsi” əməliyyatı bölgəsində Türkiyə ərazisinə sızmaq istəyən terrorçulardan ibarət 12 nəfərlik dəstəyə lazım olan cavab verilib. Silahlı qarşıdurma nəticəsində 9 terrorçu zərərsizləşdirilib”, - məlumatda vurğulanıb. Qeyd edək ki, ötən gün “Pəncə-Kilid” əməliyyat bölgəsində PKK terrorçuları Türkiyə ordusunun mövqelərinə hücum edib. Nəticədə 9 türk əsgəri şəhid olub. Bölgədə aparılan qisas əməliyyatları nəticəsində 23 terrorçu məhv edilib. Hazırda sözügedən ərazilərdə əməliyyat davam etdirilir. |
2024-01-13 | 822,448 | Namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər | Prezidentliyə namizədlərə ikiqat pulsuz efir vaxtı verilə bilər. Axar.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında bildirilib. Komissiyanın sədr müavini Rövzət Qasımov bildirib ki, qanunvericiliyə əsasən prezidentliyə namizədlərə həftəlik 3 saat efir vaxtı verilməsi nəzərdə tutulur: “Amma biz İTV ilə müzakirələr aparırıq ki, hər bir namizədə ikiqat vaxt müəyyən edilsin və həftənin bütün günləri təşkil olunsun”. Onun sözlərinə görə, həftənin bazar ertəsi, çərşənbə axşamı və cümə günləri prezidentliyə namizədlərə İTV-nin efirində saat 21:00-da ödənişsiz efir vaxtı təşkil ediləcək. |
2024-01-13 | 822,449 | Yollar buz bağlayacaq: DYP xəbərdarlıq etdi | Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev hava şəraitinin dəyişməsi ilə əlaqədar sürücülük təcrübəsi az olan şəxslərin buz bağlayan yollarda avtomobil idarə etməmələrini tövsiyə edib. Axar.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib. R.Tağıyev bildirib ki, yollarda yarana biləcək qəzalar və digər xoşagəlməz halların qarşısının alınması üçün sürücülər avtomobil idarə edərkən diqqətli olmalıdır: "Yolların buz bağlamasını nəzərə alaraq, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun tənzimləməlidirlər. Həmçinin sürücülərdən zərurət olmadan ötmə əməliyyatı aparmamaları və qəfil manevrlər etməmələri xahiş olunur". Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında yanvarın 14-15-də bəzi ərazilərdə gecə və səhər saatlarında, rayonlarda da həmçinin yanvarın 14-16-da gecə və səhər saatlarında magistral yolların buz bağlama ehtimalı var. |
2024-01-13 | 822,450 | Seçkiləri izləmək istəyən müşahidəçilərin sayı... | Növbədənkənar prezident seçkilərini izləmək məqsədilə qeydiyyatdan keçən müşahidəçilərin sayı açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məlumat verilib. MSK sədri Məzahir Pənahov bildirib ki, indiyə qədər 20 500-dən çox müşahidəçi qeydiyyatdan keçib: “Həmin müşahidəçilərin 18 159-u dairə seçki komissiyalarında qeydiyyatdan keçənlərdir”. |
2024-01-13 | 822,451 | 689-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 689-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 641 PUA-sı, 448 zenit-raket kompleksi, 14 588 tank və digər zirehli texnikası, 1 202 reaktiv yaylım atəş sistemi, 7 704 artilleriya və minaatanı, 17 376 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-13 | 822,452 | Yardımlıda 10 otaqlı ev yandı | Yardımlıda 10 otaqlı evdə yanğın baş verib. FHN-dən Axar.az-a verilən məlumata görə, Yardımlı rayonunun Porsova kəndində ümumi sahəsi 300 m² olan birmərtəbəli 10 otaqlı evin yanar konstruksiyaları 280 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2024-01-13 | 822,456 | Bakıda sərnişin avtobusu qəzaya uğradı - Video | Bu gün Bakıda sərnişin avtobusu qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə hadisə şahidləri Bakı.vs-yə məlumat veriblər. Bildirilib ki, “Həzi Aslanov” metrosu yaxınlığında, Məhəmməd Hadi küçəsində sərnişin avtobusu qəzaya uğrayıb. Avtobus piyada səkisinə çırpılıb. Nəticədə avtobusa ziyan dəyib. Qeyd edək ki, xəsarət alanlar barədə məlumat verilməyib. |
2024-01-13 | 822,457 | Oğuzda evləri yanan ailələrə yardım olunacaq - Rəsmi | Oğuzda evləri yanıb kül olan məcburi köçkün ailələrinə yardım olunacaq. Axar.az xəbər verir ki, bu barədə Report-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Oğuz rayon bölməsinin müdiri Yaqub Abbasov məlumat verib. Komitənin yerli nümayəndəsi bildirib ki, zərərçəkən ailələrə ölkənin digər şəhər və rayonlarında ev təklif olunub: "Lakin onlar uşaqlarının burada oxumasını, iş yerlərinin, qohum-əqrabalarının burada yaşamasını əsas götürərək razılıq verməyiblər. Komitə tərəfindən digər tədbirlər görülür, onların məskunlaşması üçün işlər aparılır və qısa müddətdə məskunlaşdırılacaqlar". Evi yanan Aftandil Piriyev bildirib ki, yanğın baş verən an evdə olub və yaşlı anasını çətinliklə xilas edib: "Qoca anamı zorla evdən çıxardım. Tüstü məni boğduğundan heç mobil telefonumu götürə bilmədim. Hər şeyimiz yandı, bütün sənədlər, qızıllar və əşyalar". Qeyd edək ki, dünən Oğuzda 4 ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. |
2024-01-13 | 822,459 | Beynəlxalq təşkilatlar buna görə bizə irad tuturlar | Seçkilərə start veriləndən sonra müvafiq qurumlarla əməkdaşlıq edirik, seçki məntəqələrinə artıq veb-kameralar quraşdırılıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib. Rövzət Qasımov qeyd edib ki, 1000 seçki məntəqəsində veb-kamera quraşdırılıb, texniki tənzimləmə prosesi aparılır: “Bu proses də gələn həftə yekunlaşacaq”. MSK sədri Məzahir Pənahov isə qeyd edib ki, orta məktəblərdə seçki məntəqələrində yanğın təhlükəsizliyi kameraları var: “Seçki zamanı seçki məntəqəsində yalnız bizim veb-kameralar olmalıdır. Ancaq orta məktəblərdə seçki məntəqələrində yanğın təhlükəsizliyi kameraları var. Biz orada MSK-nın veb-kameralarından başqa heç bir kamera olmasını istəmirik. Burada bir məsələ də ortaya çıxır. Yanğın baş verəndə bəs necə olsun? Ona görə hesab edirəm ki, məktəbdə səsvermənin olacağı yerdə yanğın təhlükəsizliyi kamerasını çıxarmaq olar. Bir gün üçün belə riskə getmək olar, səsvermə kiçik bir otaqda olur. Səsvermə keçirilən məntəqə otaqlarında veb-kameradan başqa heç nə olmamalıdır. Çünki beynəlxalq təşkilatlar da seçki məntəqələrində bəzən yanğın təhlükəsizliyi kameralarının olmasını bizə irad tuturlar”. |
2024-01-13 | 822,463 | Rusiyada kütləvi dava: azərbaycanlı bıçaqlandı - Video | Yanğın ərəfəsində “Wildberries” anbarında kütləvi təhlükəsizlik yoxlamaları aparılıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, buna səbəb anbar yaxınlığında baş verən bıçaqlanma hadisəsi olub. Məlumata görə, yanvarın 10-dan 11-nə keçən gecə Sankt-Peterburqun Moskva şosesindən bir qədər aralıda kütləvi dava olub. Tacikistan və Azərbaycan vətəndaşları arasında düşən davada tacikistanlı azərbaycanlıya bir neçə bıçaq zərbəsi endirib. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Polis qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə cinayət işi açıb. Dava zamanı marketpleys anbarının işçiləri də xəsarət alıblar. Hadisə yerinə gələn polis əməkdaşları anbar işçilərini və anbarı nəzarət altına alıblar. |
2024-01-13 | 822,464 | "Neftçi" Almaniya komandasına böyük hesabla uduzdu | Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ikinci yoxlama oyununu keçirib. Axar.az xəbər verir ki, təmsilçimiz Almaniyanın 3-cü Bundesliqa təmsilçisi “Sportvereyn Valdhof”la qarşılaşıb. Matç Bakı klubunun məğlubiyyəti ilə bitib - 0:3. Qeyd edək ki, "Neftçi" ilk görüşündə Türkiyənin “Ərzurumspor” kollektivinə 1:3 hesabı ilə uduzub. |
2024-01-13 | 822,468 | Hava şəraiti ilə bağlı ölkə polisinə göstərişlər verildi | Yanvarın 14-16 tarixlərində paytaxt, eləcə də respublikanın magistral yollarının buz bağlama ehtimalı var. Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətindən bildirilib. “Sürücülər sürət həddini hava şəraitinə uyğun tənzim etməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidir. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir. Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq. Vətəndaşlardan xahiş edirik ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər”, - məlumatda qeyd edilib. |
2024-01-13 | 822,469 | Naxçıvana quru əlaqəsini təmin etməyə hazırıq - Paşinyan | Ermənistan da İran kimi eyni şərtlərlə Azərbaycanla Naxçıvan arasında quru kommunikasiyalarını təmin etməyə hazırdır. Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib. |
2024-01-13 | 822,471 | Hərbçilərimizin asudə vaxtı necə təşkil olunur? - Video | Azərbaycan Ordusunda şəxsi heyətin mədəni asudə vaxtının səmərəli təşkili məqsədilə mütəmadi olaraq tədbirlər keçirilir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib. "N" hərbi hissədə Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və mədəni asudə vaxtının səmərəli təşkili məqsədilə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin kollektivinin təqdimatında mədəni-kütləvi tədbir keçirilib. Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Hərbi qulluqçulara vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib. Tədbirdə ifa olunan musiqilər və təqdim edilən rəqslər şəxsi heyət tərəfindən böyük maraqla qarşılanıb. |
2024-01-13 | 822,473 | Kiyevdə ticarət mərkəzində yanğın baş verdi | Ukraynanın paytaxtı Kiyevin Solomenski rayonundakı "Cosmopolitan" ticarət mərkəzində yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə paytaxtın meri Vitali Kliçko məlumat yayıb. Məlumata görə, ticarət mərkəzindən insanlar təxliyə edilib. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil. |
2024-01-13 | 822,474 | Bakıda havanın temperaturu sıfır dərəcəyə yaxındır | Yanvarın 13-ü saat 18:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Hazırda Bakıda və Abşeron yarımadasında, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Neftçala, Yardımlı, Lerik, Şabran, Biləsuvar, Lənkəran, Astara, Laçın, Kəlbəcərdə qar, Culfa, Ordubad, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Hacıqabulda yağış yağır. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 26 m/s-dək, Göyçay, Neftçalada 20 m/s, Ceyrançöldə 17 m/s, Naftalanda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.3 metrdir. Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 6 dərəcəyədək isti, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 8 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 13 dərəcəyədək şaxta olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.