date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-11 | 821,801 | İran “sərhədin o tayında” terrorçular tapdı | Kirmanda baş verən terror hadisəsində kamikadzelərə dəstək verən 35 nəfər həbs edilib. Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Məlumata əsasən, əməliyyatın əsas tərtibatçısı və dəstəkçisi “Abdullah Taciki” ləqəbli tacik əsilli şəxs olub. O, hadisədən iki gün əvvəl İranı tərk edib. “İndiyədək Kirman, Sistan və Bəlucistan, Xorasan, İsfahan, Tehran və Qərbi Azərbaycan əyalətlərində 35 nəfər həbs edilib. Həmçinin sərhədin o tayında Kirman teraktında iştirak edən bir sıra cinayətkarlar müəyyən edilib və onların təqibi ciddi şəkildə davam edir”, - məlumatda bildirilib. Qeyd edək ki, kamikadzelərdən birinin şəxsiyyəti tam müəyyən edilib. O, Tacikistan vətəndaşı 24 yaşlı Amanullah Bozrov İsrailidir. Xatırladaq ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 94 nəfər ölüb, 281 nəfər yaralanıb. |
2024-01-11 | 821,803 | 245 azərbaycanlı Gürcüstana deport edildi | 2023-cü ildə 9399 nəfər Gürcüstan vətəndaşı Almaniyaya gedib və bu ölkədən sığınacaq istəyib. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlarlar üzrə Federal İdarəsindən məlumat verilib. Onlardan yalnız 31 nəfər qaçqın statusu ala bilib. 7964 nəfərə bununla bağlı rədd cavabı verilib. Federal administrasiya onları ölkəni könüllü tərk etmələri ilə bağlı məlumatlandırıb. Qeyd olunub ki, Almaniyadan Gürcüstana deportasiya olunanların 245 nəfəri azərbaycanlıdır. |
2024-01-11 | 821,805 | İran ABŞ-ın neft tankerini ələ keçirdi | 15:25 Bu gün səhər saatlarında İranın hərbi dəniz qüvvələri Oman dənizində neft tankerini ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Hadisənin təfərrüatı və neft tankerinin hansı ölkəyə məxsus olduğu barədə əlavə məlumat verilməyib. *** İran hərbi dəniz qüvvələri məhkəmə qərarı ilə Oman körfəzi sularında neft tankerini ələ keçirdiyini təsdiqləyib. Bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Qeyd edilib ki, ələ keçirilən gəmi ABŞ-la əlaqəlidir. |
2024-01-11 | 821,806 | Namizədlər seçici imzalarına nə qədər xərcləyib? | Prezidentliyə qeydə alınmış bütün namizədlər seçki fondlarının gəlir və xərclərinin maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib. Bu barədə Axar.az-a MSK-dan məlumat verilib. Bildirilib ki, YAP-ın təqdim etdiyi hesabatda Prezident İlham Əliyevin seçki fonduna 250 min manat daxil edildiyi göstərilib. Vəsaitin partiya hesabından gəldiyi qeyd olunub. Zahid Orucun maliyyə hesabatında 19 min manat gəlir olduğu bildirilib. Bunun namizədin xüsusi vəsaiti olduğu qeyd olunur. Vəsaitin 8 min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib. Razi Nurullayev isə hesabatda fiziki şəxslərdən 3 min manat gəlir əldə etdiyini qeyd edib. O, xərclər hissəsində heç bir rəqəm təqdim etməyib. Qüdrət Həsənquliyev maliyyə hesabatında fondunun 10 min manatının namizədin xüsüsi vəsaiti, 10 min manatının isə fiziki şəxslərin könüllü ianəlləri əsasında formalaşdığını qeyd edib. O, maliyyə hesabatında vəsaitin 15 min manatını seçici imzalarının toplanmasına yönəldilmiş təşkilati-texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə ödənildiyini bildirib. Fazil Mustafa maliyyə hesabatında xüsusi vəsaiti hesabına 10 min manat gəlirinin olduğunu qeyd edib. Vəsaitin 8 min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib. Fuad Əliyev maliyyə hesabatında xüsusi hesabında 2 min manat gəlirinin olduğunu qeyd edib. Gəlirin 2 min manatı seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf edilib. Elşad Musayev maliyə hesabatında fiziki şəxslərdən könüllü ianələr hesabına 1500 manat gəlirinin olduğunu, bunun da 1000 manatını seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin maliyyə təminatı, habelə seçici imzalarının toplanması üçün müvafiq şəxslərə haqq ödənilməsinə sərf olunduğunu qeyd edib. Xatırladaq ki, növbədənkənar prezident seçkiləri bu il fevralın 7-də keçiriləcək. |
2024-01-11 | 821,807 | Azərbaycan Rusiyaya nə qədər yumurta göndərib? | Bu günə kimi Azərbaycandan Rusiyaya 1.5 milyon yumurta göndərilib. Axar.az xəbər verir ki, bu barədə “Rosselxoznadzor” məlumat yayıb. “Yanvarın 11-nə olan məlumata görə, Azərbaycandan Rusiyaya 1.5 milyon ədəd (90.63 ton) yumurta göndərilib”, - məlumatda qeyd olunub. Bildirilib ki, yumurtaların ilk partiyası Rusiyaya ötən ilin dekabrında çatdırılıb. |
2024-01-11 | 821,809 | İrəvan Qarabağ erməniləri üçün yeni proqramı təsdiq etdi | Ermənistanda Qarabağdan könüllü köçən ermənilər üçün yeni proqram təsdiq edilib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, İrəvan hökuməti Qarabağdan könüllü köçən ermənilərin peşə hazırlığının təşkili və iş təcrübəsi qazandırılmasına dəstək proqramını təsdiqləyib. Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan bildirib ki, bu proqram 3 komponentdən ibarətdir: “Birinci mərhələdə peşəkar təhsil, sonra ən azı 3 aylıq məcburi iş olacaq. İkinci hissədə ödənişli təcrübə, ardınca ən azı 3 ay işlə təmin olunma mərhələsi gələcək. Üçüncü mərhələdə isə hər kəsi peşə hazırlığı, ödənişli təcrübə və iş gözləyir”. |
2024-01-11 | 821,811 | VHP sədri ABŞ səfirinin müşaviri ilə görüşdü | Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ABŞ-ın ölkəmizdəki səfirinin müşaviri Conatan Pinolini qəbul edib. Axar.az xəbər verir ki, partiyanın mərkəzi qərargahında keçirilən görüşdə regiondakı geopolitik durum və ölkədəki siyasi proseslər müzakirə edilib. Azərbaycanın ərazi bütövlüyünü tam təmin etməsindən sonra bölgədə yaranmış yeni siyasi düzən və ölkəmizin maraqları haqqında danışan VHP sədri ABŞ-ın bu proseslərdə obyektiv mövqe tutmasının vacibliyini qeyd edib. |
2024-01-11 | 821,812 | Əməkdar elm xadimi 96 yaşında vəfat etdi - Foto | Əməkdar elm xadimi, "Şöhrət” ordenli həkim Solmaz İsrafilbəyli vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb. S.İsrafilbəyli 96 yaşında dünyasını dəyişib. Qeyd edək ki, İsrafilbəyli Solmaz Hüseyn qızı 13 mart 1928-ci ildə Bakı şəhərində anadan olub. Tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Həkimləri Təkmilləşdirmə İnstitutu mama-ginekologiya kafedrasının müdiri vəzifəsində, 1982-89-cu illərdə Azərbaycanın baş mama-ginekoloqu, Respublika mama-ginekoloqlar cəmiyyətinin sədri vəzifəsində çalışıb. O, 165 elmi məqalənin, 3 monoqrafiyanın müəllifidir. |
2024-01-11 | 821,813 | Quqlda böyük ixtisar dalğası başladı | Quql şirkəti yüzlərlə mütəxəssisini ixtisar edəcək. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Xərcləri azaltmaq məqsədilə rəqəmsal köməkçi, aparat və mühəndislik qruplarında çalışan yüzlərlə işçi ixtisar olunacaq. İxtisara düşən işçilər arasında Quql Assistant səs köməkçinin əməkdaşları üstünlük təşkil edir”, - məlumatda deyilir. Qeyd edək ki, ötən ilin yanvarında Quql şirkəti 12 min işçisini və ya qlobal işçi qüvvəsinin 6%-dən çoxunu ixtisar etməyi planlaşdırdığını açıqlamışdı. |
2024-01-11 | 821,814 | Ölümündən sonra bu mahnısı trendə düşdü - Video | Aygün Bəylər və Nigar Camalın ifası dörd il sonra trend olub. Kult.az Oxu.az-a istinadən xəbər verir ki, mərhum əməkdar artist Aygün Bəylər və “Avroviziya”nın qalibi Nigar Camalın “Nəfəsim, qəlbim” mahnısı 2019-cu ildə işıq üzü görüb. Sənətçilərin dueti 4 il sonra yenidən diqqət çəkib. Buna səbəb isə Aygün Bəylər dünyasını dəyişəndən sonra Nigarın efirdə mahnını tək ifa edərkən ağladığı anların paylaşılması olub. Yutubda 1,5 milyon baxışı olan mahnı üç gündə 400 mindən çox baxış sayı toplayıb. İfa eyni zamanda Tiktokda trendə düşüb. Qeyd edək ki, mahnının sözləri İkram Əliyevə, musiqisi isə Nigar Camala məxsusdur. Sənətçilərin “Şəhidlər” adlı dueti də var. Xatırladaq ki, əməkdar artist Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərindəki xəstəxanada yanvarın 7-də vəfat edib. |
2024-01-11 | 821,816 | Türkiyə Kubokunun formatı dəyişdirildi | Futbol üzrə Türkiyə Kubokunun formatı dəyişdirilib. Axar.az xəbər verir ki, məlumatı Türkiyə Futbol Federasiyasının mətbuat xidmət yayıb. Yeni format 2024/2025 mövsümündən tətbiq olunacaq. Bildirilib ki, təsnifat və final mərhələləri bir oyundan ibarət olacaq. Qrup mərhələsində 24 klub mübarizə aparacaq. Onlar hərəsində 6 komanda olmaqla 4 qrupda yer alacaqlar. İlk iki yeri tutanlar 1/4 finala yüksələcəklər. Növbəti mövsüm ölkəni avrokuboklarda təmsil edəcək 5 kollektiv birbaşa qrupda yer alacaq. Digər 19 komanda isə seçmə mərhələlərdən sonra iştirak hüququ əldə edəcəklər. |
2024-01-11 | 821,826 | 687-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 687-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 609 PUA-sı, 447 zenit-raket kompleksi, 14 563 tank və digər zirehli texnikası, 1 202 reaktiv yaylım atəş sistemi, 7 692 artilleriya və minaatanı, 17 310 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-11 | 821,832 | FHN-dən bu müəssisə və təşkilatlara müraciət - Video | Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. Axar.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bu çərçivədə, qanunvericiliyin tələbinə uyğun olaraq, Agentlik tərəfindən radiasiya təhlükəsizliyinin təmin olunması məqsədilə radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlarda mütəmadi olaraq nəzarət-yoxlama tədbirləri həyata keçirilir. Sahibkarlıq və qeyri-sahibkarlıq sahəsində aparılan nəzarət-yoxlama tədbirləri fəaliyyət sahələri nəzərə alınmaqla, Azərbaycan Respublikasının radiasiya təhlükəsizliyi üzrə qanunvericiliyinə uyğun əvvəlcədən tərtib olunmuş suallar əsasında həyata keçirilir. Həmin suallarla bu internet ünvanında tanış olmaq mümkündür. Qeyd edilməlidir ki, bəzi hallarda müəssisə və təşkilatlar nəzarət-yoxlama tədbirlərinə qeyri-ciddi yanaşır, aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılmasına etinasız münasibət nümayiş etdirir. Bu isə sonda pozuntu aşkar olunmuş müəssisə barəsində qanunvericiliyin tələbinə uyğun olaraq inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi və ya müəssisənin radioloji fəaliyyətinin məhdudlaşdırılması ilə nəticələnir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi radioloji fəaliyyət növləri ilə məşğul olan müəssisə və təşkilatlara bir daha müraciət edərək, radiasiya təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ciddi şəkildə riayət etməyə çağırır. |
2024-01-11 | 821,838 | Erməni hərbçilər qumar borcuna görə öldürülüb | Bir neçə gün öncə Ermənistan ordusunun Basarkeçərdə yerləşən mövqelərində iki zabitin qətlə yetirilməsinin təfərrüatı məlum olub. Axar.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin müavini Arman Sərkisyan jurnalistlərə açıqlamasında deyib. “İlkin məlumatlara görə, qətl qumar borcuna görə baş verib. Hazırda araşdırma aparılır”, - Sərkisyan bildirib. Qeyd edək ki, yanvarın 9-da leytenant Mikael Danielyan və zabit Karen Karapetyan Basarkeçərdə yerləşən mövqelərdə öldürülüblər. |
2024-01-11 | 821,840 | Haaqada İsraillə bağlı dinləmələrə başlanıldı | Bu gün Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İsrail işi ilə bağlı dinləmələrə start verilib. Axar.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” telekanalı məlumat yayıb. Dinləmərər 12 yanvarda da davam etdiriləcək. Qeyd edək ki, Cənubi Afrika Respublikası İsraili Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar zamanı soyqırım törətməkdə ittiham edərək, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdi. |
2024-01-11 | 821,841 | Danimarka səfiri Gürcüstan XİN-ə çağırıldı | Danimarkanın Gürcüstan və Ermənistandakı səfiri Anne Toft Sorensen Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb. Qeyd edək ki, daha əvvəl Sorensenin Danimarka KİV-lərinin birində Gürcüstanda baş verən son hadisələrlə bağlı məqaləsi dərc olunub. Diplomat keçmiş baş nazir və hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının qurucusu Bidzina İvanişvilini “1990-cı illərdə Rusiyada var-dövlət qazanan oliqarx” adlandırıb. “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası səfirin açıqlamasını məsuliyyətsizlik adlandırıb. |
2024-01-11 | 821,843 | Bakıda 3 dərəcə şaxta olacaq, qar yağacaq – Xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, şimal-qərb küləyinin 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-25 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək, yanvarın 14-15-i gecə saatlarında 0-3 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında yanvarın 12-si əsasən qərb rayonlarında, 12-si axşamdan 15-dək isə bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi yanvarın 12-də 15-20 m/s, yanvarın 13-14-də isə bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enərək yanvarın 14-15-də aran rayonlarında gecə 3-8 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 2-7 dərəcə şaxta olacaq. Yanvarın 14-15-də gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. |
2024-01-11 | 821,844 | Əliyev İrəvanın qaytarılması xəritəsini irəli sürür - 3 variant | Prezident İlham Əliyevin 10 yanvarda yerli telekanallara müsahibəsində sərhədin delimitasiyası ilə bağlı dedikləri İrəvanın irəli sürdüyü “güzgü prinsipi”nin və 1970-ci illərin xəritələrinin əsas götürülməsi istəyinin Azərbaycan tərəfindən rədd edildiyini təsdiqlədi. Rəsmi Bakı delimitasiya ilə bağlı üç variant irəli sürür: Birincisi, siyasi metodologiyaya əsaslanır; Bu, Xalq Cümhuriyyəti dövründə Ermənistana verilən İrəvan da daxil olmaqla bütün Qərbi Azərbaycanın qaytarılmasını aktuallaşdırır. Əliyev bu variantda AXC və sovetləşmə dövrünün xəritələrini irəli sürür. İkincisi, xronologiyaya əsaslanır; Bura SSRİ-nin qurulmasından sonrakı xəritələr daxildir və delimitasiya bu xəritələr əsasında aparılarsa, otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər qaytarılmalıdır. Açıq mənbələrdə Ermənistana bağışlanan ərazilər haqda məlumatlar mövcuddur. 1926-cı ildən 1929-cu ilə qədər Azərbaycanın Qazax qəzasının 82 min hektara qədər əkin, 86 min hektara qədər otlaq sahəsi Ermənistana verilib, bununla Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirib. 1929-cu ildə Qazaxın sahəsi 4 min hektardan çox olan Şınıx-Ayrım meşələri ermənilərə “bağışlanıb”. Həmin il Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri də Ermənistan SSR-yə birləşdirilib. 1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qanunsuz qərarı ilə Naxçıvanın 5988 kvdratkilometr ərazisi Ermənistan SSR-yə birləşdirilib. Bura Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxaç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələri, həmçinin Kilit kəndinin əkin və otlaq sahələri daxildir. 1930-cu ildə Naxçıvanın Əldərə, Lehvaz, Astaruz yaşayış məntəqələri Ermənistan SSR-yə birləşdirilib və bir il öncə verilmiş Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələrinin də daxil olduğu Mehri rayonu yaradılıb. 1938-ci ildə isə Sədərəyin və Kərki kəndinin bir hissəsi də ermənilərə bağışlanıb. 1969-cu ildə SSRİ rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Ermənistana birləşdirilib. Azərbaycan SSRİ-nin ilk xəritələrini gündəmə gətirməklə qanunsuz olaraq ermənilərə bağışlanan əraziləri tələb edir. Üçüncüsü, xəritə məsələsi gündəmdən çıxarılır; Əliyev bildirdi ki, bu variantda ekspert qrupları yaradılır və qrup sərhədi qarış-qarış müəyyən edir. Ekspert qrupunun işi demarkasiya prosesini həyata keçirmək ola bilər, lakin buna qədər delimitasiya aparılmalı – sərhəd xətlərinin haradan keçdiyi kağız üzərində razılaşdırılmalıdır. Bu variantda Azərbaycan, Prezidentin də dediyi kimi, 44 günlük müharibədən sonra çıxdığı sərhəd xəttindən geri çəkilməyəcək. |
2024-01-11 | 821,846 | İlham Əliyev Latviya prezidentinə məktub göndərdi | Azərbaycan Prezidenti İlham Əliyevlə Latviya Prezidenti Edqars Rinkeviçs arasında məktub mübadiləsi olub. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Əlamətdar tarix – Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və dost xalqınızı səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan ilə Latviya arasında təşəkkül tapmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Ötən dövr ərzində ikitərəfli əlaqələrimiz möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş, bir çox sahələrdə əməkdaşlığımız dinamik inkişaf etmiş, xalqlarımız arasında tarixən mövcud olmuş təmaslar intensivləşmişdir. Biz Latviyanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə daim verdiyi dəstəyinə görə minnətdarıq. Bu gün ölkələrimiz arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar vardır. İnanıram ki, xalqlarımızın rifahı naminə mövcud imkanlardan yararlanaraq Azərbaycan-Latviya dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı və genişlənməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Tezliklə görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Latviya xalqına daim əmin-amanlıq və rifah diləyirəm". Latviya Prezidenti Edqars Rinkeviçs də Azərbaycanın dövlət başçısı İlham Əliyevə məktub ünvanlayıb. Məktubda qeyd olunub: "Zati-aliləri, Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza sülh və firavanlıq arzulayıram. Latviya-Azərbaycan dostluq münasibətləri 100 ildən artıq tarixə malikdir, Azərbaycanda çoxsaylı latviyalı yaşamışdır. Biznes sahəsində tərəfdaşlıq sayəsində ölkələrimiz arasında daha sıx əlaqələr qurulmuş, həmçinin gözəl Bakıdan ilhamlanaraq ədəbi, musiqi və incəsənət şedevrləri yaradılmışdır. Qarşılıqlı maraq doğuran sahələrdə dialoqumuz və strateji tərəfdaşlığımız dərinləşir. Əminəm ki, birgə səylərimiz Latviya ilə Azərbaycan arasında dinamik mübadiləni daha da inkişaf etdirəcəkdir. Fürsətdən istifadə edərək, Latviyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha ifadə edirəm. Müstəqillik və ərazi bütövlüyü beynəlxalq nizama əsaslanan qaydaların təməl daşlarıdır və ölkələr arasında dinc yanaşı yaşamanın, dialoqun qorunub saxlanılması çox vacibdir. Dinc, sabit və firavan Cənubi Qafqaz bizim ortaq marağımızdır. İcazə verin, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirmək əzmində olduğumu ifadə edim. Bu baxımdan mən Sizin 2024-cü ildə Latviyaya səfər etməyinizi səbirsizliklə gözləyirəm. Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm". |
2024-01-11 | 821,850 | Prezidentdən Baba Vəziroğlu ilə bağlı sərəncam | Azərbaycan Prezidenti İlham Əliyev şair Baba Vəziroğlunun "Şərəf" ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: "Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şərəf” ordeni ilə təltif edilsin". |
2024-01-11 | 821,853 | Azərbaycanda hərbi xidmət müddəti azaldılır? - Açıqlama | Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə ordusu modelinə uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tətbiqetmənin hansı səviyyədə olması barədə müxtəlif müzakirələr gedir. Diqqətçəkən məqamlardan biri də qardaş ölkədə olan ödənişli hərbi xidmətin Ordumuza gətirilməsi ehtimalıdır. Axar.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən hərbi-siyasi ekspert Telman Qasımovun sözlərinə görə, hərbi sahədə Türkiyə modelinə keçmək hər şeyi olduğu kimi tətbiq etmək anlamına gəlməməlidir. O, iki ölkənin əhali sayı arasındakı fərqi müqayisə edib: “Türkiyənin əhali sayı 85 milyon, Azərbaycanda isə 10 milyondur. Həmin 85 milyonun arasında ödənişli hərbi xidmətə gedənlərin də olması mümkündür, 3 və ya 6 aylıq xidmət edənlərin də. Amma Azərbaycanda bu, mümkün deyil, çünki sayımız azdır. Bundan başqa, Azərbaycan 30 ildir ordu formalaşdırır, Türkiyədə isə ordu sistemi yüzillərdir formalaşıb. O baxımdan mütləq deyil ki, hər şeyi tətbiq edək”. T.Qasımov Azərbaycanda hərbi xidmətin nə zamansa ödənişli olacağına inanmadığını bildirib: “Sərhədlərimizdə İran və Ermənistanın olduğunu nəzərə almalıyıq. Sülh müqaviləsi imzalanmayıb, bəzi məsələlər hələ həllini tapmayıb. Demək olar ki, Azərbaycan hazırda da müharibə vəziyyətindədir. Nə qədər ki sülh müqaviləsi imzalanmayıb, sərhədlər delimitasiya olunmayıb, anklavlar geri qaytarılmayıb, biz yarısülh, yarımüharibə vəziyyətində sayılırıq. Həm bu vəziyyəti, həm də əhalinin sayını nəzərə alsaq, Türkiyədə ödənişli hərbi xidmət tətbiq etmək mümkündür, bizim üçün isə yox. Azad olunan torpaqlarımızı qorumaq, orada xidmət keçmək lazımdır”. Hərbi-siyasi ekspertin sözlərinə görə, Türkiyə modelinə keçid NATO sisteminə keçmək deməkdir: “Yeni modelə keçmək yalnız şəxsi heyətin formalaşması deyil, həm də onların ordusunda olan nizam-intizamın, döyüş hazırlıqlarının bizdə də tətbiqi, hərbi məhsulların istehsalı deməkdir. Yəni burada hərbi sənayenin inkişafı da yer alır”. |
2024-01-11 | 821,854 | Təbrizdə satıcılarla polis arasında qarşıdurma: yaralılar var | Bu gün Təbrizdə səyyar satıcılarla polis qüvvələri və bələdiyyə məmurları arasında qarşıdurma olub. Axar.az xəbər verir ki, bu barədə yerli sosial media fəalları məlumat paylaşıblar. Bildirilib ki, səyyar satıcılar onların mallarını müsadirə edən bələdiyyə məmurlarının özbaşınalığına etiraz ediblər. Bələdiyyə işçilərinin çağırdığı polis qüvvələri satıcılara qarşı zor tətbiq edib. Bir neçə satıcının yaralandığı, bir neçəsinin isə polis məntəqələrinə aparıldığı vurğulanıb. |
2024-01-11 | 821,856 | Qubadlıda bu radio-televiziya yayım stansiyası bərpa edildi | Qubadlı rayonu ərazisində yerləşən Balasoltanlı Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Bildirilir ki, işğaldan azad olunan ərazilərdə radio-televiziya yayım şəbəkəsinin bərpası istiqamətində aparılan işlər çərçivəsində sözügedən stansiyaya elektrik veriliş xətti çəkilib, texniki bina təmir edilib və stansiya texniki vasitələrlə təchiz olunaraq yayım üçün hazır vəziyyətə gətirilib. Belə ki, hər biri 1 kVt gücündə iki ədəd FM radioverici, 1 ədəd 300 Vt gücündə televiziya vericisi, FM radio yayımlar üçün 1x2 konfiqurasiyalı və televiziya yayımları üçün 3x1 konfiqurasiyalı anten sistemləri, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib. Nəticədə 89.5 MHs tezlikdə Azərbaycan Radiosunun, 96.9 MHs tezlikdə İctimai Radionun və 43-cü televiziya kanalında (650 MHs) 8 televiziya proqramının (AzTV, İctimai TV, İdman Azərbaycan TV, Mədəniyyət TV, CBC Sport, ATV, Xəzər TV, Space TV) Qubadlı, Laçın və Zəngilan rayonlarının digər stansiyaların siqnalları ilə əhatə olunmayan ərazilərində yayımı təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə bu günədək 7 Radio-Televiziya Yayım Stansiyasının, o cümlədən Qubadlı rayonu ərazisində 2021-ci ilin 25 oktyabr tarixində Xanlıq Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib. |
2024-01-11 | 821,860 | Ukraynada nüvədən başqa hər şey istifadə etmişik - Medvedyev | Rusiya indiyə kimi Ukraynaya qarşı nüvə silahı istisna olmaqla bütün növ silahlardan istifadə edib. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. “Bu yaxınlarda Rusiya ordusu tərəfindən Ukraynada düşmənin hərbi obyektlərinə bir sıra intensiv və effektiv zərbələr endirilməsi müdafiə sənayesi kompleksimizin 2023-cü il ərzində uğurlu və səmərəli işini təsdiqləyir. Yeri gəlmişkən, nüvə istisna olmaqla fərqli həcmli müxtəlif daşıyıcılardan istifadə edilib. Hələlik...”, - Medvedyev bildirib. |
2024-01-11 | 821,863 | Bu, İran üçün qəbuledilməzdir - Sübhani | İran həmişə Ermənistanın suverenliyini dəstəkləyib. Axar.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib. “Ermənistanın suverenliyinin pozulmasına gətirib çıxara biləcək amillərlə razı deyilik”, - o bildirib. “Bu, Azərbaycan Prezidenti İlham Əliyevin fikirləri ilə razı olmadığınız anlamına gəlirmi” sualına isə səfir belə cavab verib: “Bizim üçün qəbuledilməz olan Ermənistanın suverenliyinin və ərazi bütövlüyünün pozulması ola bilər”. |
2024-01-11 | 821,866 | ABŞ bu barədə Moskvanı xəbərdar etməyib - Peskov | ABŞ Bayden administrasiyasının Rusiya aktivlərinin müsadirə edilməsi qərarını dəstəklədiyi barədə Moskvanı xəbərdar etməyib. Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Bizim rabitə kanallarımız demək olar ki, yoxdur. Heç kim heç kimə xəbər verməyib”, - o bildirib. Qeyd edəki, Ağ Evin Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsini nəzərdə tutan qanun layihəsini dəstəkləyəcəyinə dair məlumat yayılmışdı. |
2024-01-11 | 821,869 | Bayram günü koronadan minlərlə adam ölüb - ÜST | Dekabr ayında bütün dünyada bayram münasibətilə keçirilən yığıncaqlarda koronovirusun “JN.1” variantına yoluxma səbəbindən minlərlə adam həyatını itirib. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, dekabrda təxminən 50 ölkədə - əsasən Avropada, həmçinin Şimali və Cənubi Amerikada 10 minə yaxın ölüm qeydə alınıb, xəstəxanaya yerləşdirilənlərin sayı isə 42% artıb. O, həmçinin yoluxma nisbətinin digər ölkələrdə də artdığı, lakin onların müvafiq məlumatı təşkilatla paylaşmadıqları barədə gümanını da dilə gətirib. Qebreyesus bütün dünya hökumətlərini vəziyyəti yaxından izləməyə və peyvəndlərə, tibbi xidmətə fasiləsiz çıxışı təmin etməyə çağırıb. ÜST rəhbəri, mövcud peyvəndlərin “JN.1” virus variantından müəyyən qədər qoruma təmin etdiyini bildirib. |
2024-01-11 | 821,870 | 2024-cü ildə azad olunan ərazilərə ilk köçün - Tarixi | Bu il azad olunan ərazilərə ilk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır. Axar.az xəbər verir ki, bunu Report-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev deyib. Onun sözlərinə görə, ilk köç Füzuli şəhərinə olacaq: “İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Dövlətimizin başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 2024-cü ildə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edəcək. İlk köç yenidən qurulan Füzuli şəhərinə olacaq". Komitə rəsmisi qeyd edib ki, yanvarın 12-də müxtəlif müvəqqəti məskunlaşma obyektlərində də ağır və qəzalı şəraitdə yaşayan Füzuli şəhər sakinləri arasında püşkatma keçiriləcək: "Şəffaflığı və ədalətliliyi təmin etmək üçün keçirilən püşkatma zamanı məcburi köçkünlər əvvəlcədən onların ailə tərkibinə uyğun olaraq ayrılmış mənzillərin yerləşdiyi bina və mərtəbənin yerini müəyyənləşdirəcək. Püşkatmada iştirak etmiş sakinlər mərhələli şəkildə doğma yurdlarına köçürüləcək. İlk köçün yanvarın 18-də yola düşməsi planlaşdırılır". |
2024-01-11 | 821,872 | Zelenski açıqladı: Müharibədə fasilə versək... | Atəşkəs sadəcə Rusiyanın mənafeyinə xidmət edir, biz atəşkəsə qarşıyıq. Axar.az xəbər verir ki, bu sözləri Estoniyada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Ukrayna torpaqlarında müharibə zamanı veriləcək fasilə atəşkəs anlamına gəlməməlidir. Bu, həmçinin Rusiya və ya digərləri ilə siyasi dialoq demək deyil”, - deyə Zelenski bildirib. Dövlət başçısı Avropanın Ukraynanın hərbi rezervlərinin tamamlanmasında uğurlu olmadığını da açıqlayıb. |
2024-01-11 | 821,875 | "Qalatasaray"-"Fənər" matçı Qarabağda keçirilsin - Akçıl | Türkiyənin tanınmış müğənnisi Sinan Akçıl Superkubok uğrunda “Qalatasaray” və “Fənərbağça” klubları arasında oynanılacaq matçın Qarabağda keçirilməsini təklif edib. Axar.az xəbər verir ki, 41 yaşlı sənət adamı bu barədə Türkiyənin “Haber Global” televiziyasında yayımlanan verilişdə deyib. O bildirib ki, qarşılaşma ölkə xaricində oynanılacaqsa, ən yaxşı variant Qarabağdır: “Düşünürəm ki, “Qalatasaray” - “Fənərbağça” görüşü orada böyük marağa səbəb olacaq. Bu məsələ müzakirə olunmalıdır”. Verilişin aparıcısı Buket Aydın da müğənninin təklifinə dəstək verib. Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində oynanılmalı olan Superkubok matçı təşkilatçılıqla bağlı bəzi çatışmazlıqlar səbəbindən təxirə salınıb. |
2024-01-11 | 821,880 | Nikol Fransanın homoseksual baş nazirini yanına çağırdı | Ermənistanın Baş naziri Nikol Paşinyan Qabriel Attalı Fransanın yeni baş naziri təyin edilməsi münasibətilə təbrik edib və onu Ermənistana səfərə dəvət edib. Axar.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Xatırladaq ki, Attal ötən gün Fransanın yeni baş naziri təyin edilib. O, bu təyinata qədər Fransanın təhsil naziri olub. 34 yaşlı homoseksual Atal Fransa tarixinin ən gənc baş naziridir. |
2024-01-11 | 821,882 | Husi hücumundan qorunmaq üçün unikal üsul tapdılar | Qırmızı dənizdə hərəkət edən gəmilərin ekipaj heyətləri husilərin hücumlarından yayınmaq üçün unikal üsul tapıblar. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi məlumat yayıb. Bildirilir ki, ekipaj heyət üzvlərinin çinlilərdən ibarət olması barədə siqnal ötürür və beləliklə, hücumdan yayınır. “Qırmızı dənizdən üzən ən azı 5 gəmi bu üsulla – Çinlə bağlantılarının olduğunu bildirərək hücumlardan yayınıb. Bu, Qırmızı dənizdə Husi yaraqlılarının hücumlarından qaçmaq üçün atılan son qeyri-adi addımdır”, - deyə qeyd edilib. Xatırladaq ki, İsrailin Qəzzada hərbi əməliyyata başlamasından sonra Yəməndəki husilər qisas məqsədilə Qırmızı dənizdə müxtəlif təyinatlı gəmilərə hücumlar etməyə başlayıb. |
2024-01-11 | 821,884 | Zabratda təkər tullantıları yandı | Zabratda təkər tullantıları toplanan ərazidə yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində təkər tullantıları toplanan ərazidə baş vermiş yanğın qısa müddətdə söndürülüb. |
2024-01-11 | 821,885 | Astara terminalında yük aşırımı 3 dəfə artdı | “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli struktur vahidlərindən biri olan Astara terminalında 2023-cü il ərzində 700 min tona yaxın yük aşırılıb, bu da 2018-ci il - fəaliyyətə başladığı dövr ilə müqayisədə üç dəfə çoxdur. Axar.az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb. Hazırda terminalda biraşırımlı avtomobil yolu körpüsünün, üçaşırımlı Kəmərbəndi körpüsünün, 4 biraşırımlı dəmir yolu körpüsünün, 10 xidmət binasının və 2 platformanın tikintisi işləri davam etdirilir. 2024-cü ildə terminalın tikintisi tamamlandıqdan sonra yükaşırma gücünün illik 3,5-4 milyon tona çatdırılması nəzərdə tutulur. Aşırılan yüklər taxta və taxta məmulatları, tikinti materialları (klinker, sement, qranit və mərmər daşlar, kafel), kimyəvi məhsullar, dənli bitkilər (arpa, taxıl, buğda və mərci), meyvə və tərəvəzlər, konservləşdirilmiş məhsullar, qida məhsulları və alkoqolsuz içkilərdir. Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə qlobal ticarətin təşviqi istiqamətində Astara terminalının inşasına başlanılıb. Terminal İranın Astara şəhərində 35 ha ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi Azərbaycana 25 il müddətinə icarəyə verilib. Astara terminalında yükaşırma əməliyyatları 2018-ci ildən həyata keçirilir və 2022-ci ilin sentyabr ayından ADY-nin törəmə şirkəti olan “Astara Terminal” MMC tərəfindən aparılır. |
2024-01-11 | 821,887 | Abxaziyadakı rus bazasını vura bilərik - Ukrayna | Rusiya Hərbi Dəniz Qüvvələrinin bayrağı altında üzən gəmilər Ukrayna üçün istənilən yerdə qanuni hədəf olacaq. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksey Neijpapa Abxaziyadakı Rusiya bazasının Ukrayna üçün qanuni hədəf olub-olmayacağı ilə bağlı suala cavabında deyib. “Rusiya Hərbi Dəniz Qüvvələrinin Müqəddəs Andreyev bayrağı altında üzən istənilən gəmisi bizim üçün qanuni hədəfdir. O, harada olursa-olsun..." - deyə komandan bildirib. |
2024-01-11 | 821,888 | Əli Əsədov UNİSEF-in regional direktoru ilə görüşdü | Yanvarın 11-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, UNİSEF-in Cenevrədəki BMT ofisində Nümayəndəsi və Avropada Qaçqınlar və Miqrant məsələləri üzə xüsusi koordinatoru Recina De Dominişislə görüşüb. Bu barədə Axar.az-a Nazirlər Kabinetindən bildirilib. Görüşdə Azərbaycanın BMT və onun ayrı-ayrı təsisatları ilə tərəfdaşlığa böyük önəm verdiyi və bu baxımdan UNİSEF ilə əməkdaşlığın xüsusi önəm kəsb etdiyi bildirilib. Azərbaycanla BMT-nin Uşaq Fondu arasında uzunmüddətli və müxtəlif sahələri əhatə edən səmərəli tərəfdaşlığın mövcud olduğu vurğulanıb. Azərbaycanda uşaqların müdafiəsinin və uşaq hüquqlarının təmin olunmasının diqqət mərkəzində olduğu bildirilərək ötən dövrdə ölkəmizin BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyası daxil olmaqla bir sıra beynəlxalq sənədlərə qoşulduğu vurğulanıb. Bildirilib ki, 2020-ci ildə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və bu çərçivədə 5 illik Fəaliyyət Planı qəbul edilmişdir. Eyni zamanda Azərbaycanda sağlamlıq imkanları məhdud, eləcə də həssas təbəqədən olan uşaqlara dövlət tərəfindən böyük qayğı göstərildiyi vurğulanıb. Görüşdə həmçinin keçmiş münaqişədən əziyyət çəkmiş uşaqlara yardım, işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirmə, cari ildə Azərbaycanda keçiriləcək İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində uşaq hüquqlarının qorunması və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. |
2024-01-11 | 821,892 | Cakartada "Böyük dəniz divarı" inşa edilir | İndoneziyanın paytaxtı Cakarta ətrafında “Böyük dəniz divarı” ucaldılacaq. Axar.az xəbər verir ki, bu barədə “Blumberq”in məlumatında deyilir. Bildirilib ki, bu divar sayəsində hakimiyyət orqanları Cakartanı subasmadan xilas etməyə ümid edirlər. Ölkənin İqtisadiyyat Nazirliyi səddin inşasının üç mərhələdə 2040-cı ilə qədər davam edəcəyini açıqlayıb. Lakin Müdafiə Nazirliyi tikintinin azı 40 il uzanacağını bildirir. İlk iki mərhələyə təqribən 10,5 milyard dollar vəsait xərclənəcək. Qeyd edək ki, Cakarta dünyada ən sürətlə batmaqda olan şəhər kimi tanınıb. Dəniz səviyyəsinin hər il yüksəlməsi səbəbindən şəhər su altında qalmaqdadır. |
2024-01-11 | 821,893 | Kabildə növbəti partlayış: ölənlər var | Əfqanıstanın paytaxtı Kabilin qərbində baş verən partlayış nəticəsində azı 2 nəfər ölüb, 12 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə “Tolonyus” telekanalı məlumat yayıb. Ticarət mərkəzinin ərazisində əl qumbarasının partladığı bildirilib. Partlayışla bağlı hələ ki, heç kim məsuliyyəti öz üzərinə götürməyib. Qeyd edək ki, bu gün Əfqanıstanda üç partlayış baş verib. Onlardan ikisi Kabildə, digəri isə ölkənin şimalındakı Məzari-Şərif şəhərində qeydə alınıb. |
2024-01-11 | 821,899 | Ağdaşda qanunsuz silahlar polisə təhvil verildi | Ağdaş rayon sakinləri qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon sakinləri qanunsuz saxladıqları 2 ədəd ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər. |
2024-01-11 | 821,900 | Bakıda mənzildən meyit tapıldı | Bakıda mənzildə meyit tapılıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. |
2024-01-11 | 821,902 | Rusiyanın "224-cü uçan dəstə"sinə sanksiya... | ABŞ Maliyyə Nazirliyi Rusiyanın sanksiyalar siyahısına iki şirkət və üç təyyarə əlavə edib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Onların arasında Rusiyanın dövlət aviaşirkəti “224-cü uçan dəstə”nin direktoru Vladimir Mixeyçik də var. |
2024-01-11 | 821,904 | Zelenskidən səfərbərliklə bağlı çağırış... | Ukrayna Prezidenti Vladimir Zelenski ölkədə səfərbərliklə bağlı yaşanan problemlərdən dolayı xaricdə hərbi çağırış yaşında olan ukraynalıları ölkəyə qayıtmağa çağırıb. Axar.az xəbər verir ki, bu sözləri Estoniyada səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski deyib. O bildirib ki, Ukraynada xidmət təkcə cəbhə üçün deyil, bütün ölkə sakinləri üçün vacibdir: "Əgər onlar hərbi xidmətə çağırış yaşındadırlarsa, Ukraynaya kömək etməlidirlər və Ukraynada olmalıdırlar. İndi mən cəbhədə kimin olması barədə danışmıram. Əgər xaricdəsinizsə və hərbi xidmətə çağırış yaşındasınızsa, cəbhədə deyilsinizsə, vergi ödəmirsinizsə, qanundan kənar səfərlər etmisinizsə, o zaman suallar yaranır”. |
2024-01-11 | 821,907 | "Sputnik V" peyvəndinin yaradıcısı öldü | Rusiyanın koronavirus əleyhinə "Sputnik V" peyvəndinin yaradıcısı Boris Naroditski vəfat edib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 82 yaşlı alimin Botkino adına xəstəxanada axşam saatlarında dünyasını dəyişdiyi bildirilib. |
2024-01-11 | 821,909 | Biz çox həvəslənirik ki, Bakı və İrəvan... - ABŞ | ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesini və münasibətlərin normallaşdırılmasını dəstəkləməkdə davam edir və bu istiqamətdə istənilən şəkildə köməkdən məmnundur. Axar.az-ın məlumatına görə, bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen onlayn brifinq zamanı deyib. Onun sözlərinə görə, sevindirici haldır ki, tərəflər aralarında qalan məsələlərin həlli üçün ikitərəfli əsasda müzakirələr davam edir. “Biz çox həvəslənirik ki, onlar (Azərbaycan və Ermənistan - red.) ikitərəfli səviyyədə fəal gündəliyə sahib olmaqda və qalan məsələlərin həllinə davam edirlər. Hələ görüləsi işlər var və kömək edə biləcəyimiz dərəcədə dəstək verməkdən məmnunuq", - C.Obrayen bildirib. Dövlət katibi köməkçisinin sözlərinə görə, ABŞ Azərbaycan və Ermənistanla yaxşı əlaqələrə malikdir və onlar arasında sülhün regionda inkişaf üçün yaxşı imkanlar yaradacağına inanır. |
2024-01-11 | 821,910 | Azərbaycanda 700 min manata Quran satılır - Foto | Azərbaycanda dünyanın ən kiçik ölçülü Quranı satılır. Axar.az xəbər verir ki, bu barədə Tap.az saytında elan yerləşdirilib. Quranın qiyməti 700 000 AZN-dir. |
2024-01-11 | 821,911 | 17 yaşlı oğlan dəm qazından boğuldu | Naxçıvanda dəm qazından zəhərlənən 17 yaşlı oğlan ölüb. Axar.az Report-a istinadən xəbər verir ki, şəhər sakini, 2006-cı il təvəllüdlü Cəfərov Rövşən Bəşir oğlu dəm qazından zəhərlənərək dünyasını dəyişib. Faktla bağlı Naxçıvan şəhər Prokurorluğunda araşdırma aparılır. |
2024-01-11 | 821,913 | İsrail Qəzzada 380 məscidi dağıtdı | İsrail hərbçilərinin Qəzzada əməliyyatları zamanı təxminən 380 məscid ya tamam, ya da qismən dağıdılıb. Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilib ki, İsrail hərbçiləri 140 məscidi tam, 240-nı da qismən dağıdıb. Həmçinin 3 kilsənin də zərər gördüyü bildirilib. Məlumata görə, atışmalar nəticəsində yaşı min ildən çox olan tarixi tikilələr də dağıntılara məruz qalıb. |
2024-01-11 | 821,914 | Yaponiyada zəlzələdə ölənlərin sayı artdı | Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 213-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə NHK məlumat yayıb. Daha 52 nəfərin itkin düşdüyü bildirilib. Yaralıların sayı isə 567 nəfərə çatıb. Qeyd edək ki, 1 yanvarda Yaponiyada ən böyüyünün gücü 7,6 bal olan ardıcıl zəlzələlər baş verib. |
2024-01-11 | 821,917 | Blinken Sisi ilə Qəzzanı müzakirə etdi | ABŞ Dövlət katibi Entoni Blinken Misir Prezidenti Əbdülfəttah Sisi ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin açıqlamasında bildirib. Onun sözlərinə görə, tərəflər HƏMAS-ın əlində olan girovların azad edilməsi və Fələstin-İsrail münaqişəsinin həlli üsulları barədə müzakirə aparıblar. “Blinken və Prezident Sisi qalan bütün girovların azad edilməsi üçün davam edən səyləri müzakirə ediblər”, - M.Miller deyib. |
2024-01-11 | 821,918 | BMT bu il Ukraynaya 3,1 milyard ayıracaq | BMT Ukraynada 8,5 milyon insana yardım üçün 2024-cü ildə bu ölkəyə 3,1 milyard dollar ayırmağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat verib. Bildirilib ki, 2024-cü ildə Rusiyanın genişmiqyaslı işğalı səbəbindən 14,6 milyondan çox insan və ya Ukrayna əhalisinin 40%-i humanitar yardıma ehtiyac duyacaq. Münaqişə həmçinin 6,3 milyon insanı xaricə qaçmağa məcbur edib. Dörd milyon insan, o cümlədən bir milyona yaxın uşaq ölkədə məcburi köçkün olaraq qalır. |
2024-01-11 | 821,919 | Vətən müharibəsi qazisi naməlum səbəbdən öldü | Gəncədə 44 günlük Vətən müharibəsinin qazisi naməlum səbəbdən ölüb. Axar.az-ın Unikal-a istinadən məlumatına görə, şəhər sakini 2001-ci il təvəllüdlü Əli Mehman Vəliyev oğlu huşsuz vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin müayinəsi zamanı Əli Vəliyevin dünyasının dəyişdiyi məlum olub. Qazinin hansı səbəbdən ölməsi hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Prokrorluğunda araşdırma aparılır. Xatırladaq ki, Əli Vəliyev 44 günlük Vətən müharibəsinin qazisi, III qrup əlilldir. Əli Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib. |
2024-01-11 | 821,921 | Əliyevin İrəvana xəbərdarlığı: Ordumuz tədbir görə bilər! | Azərbaycan Prezidenti İlham Əliyev də il ərzində bir neçə dəfə mövcud vəziyyət və aktual məsələlər barədə toplam şəkildə ictimaiyyəti məlumatlandırmağı lazım bilir. İlham Əliyev bu yolla həm də dost və düşmənlərə, o cümlədən Ermənistana mesajlarını göndərmiş olur. Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin Prezident İlham Əliyevin 10 yanvar 2024-cü ildə yerli televiziyalara geniş müsahibəsi haqda analizində əksini tapıb. Təhlildə bildirilib ki, Prezidentin geniş müsahibəsindən əsasən bu nəticələri çıxarmaq mümkündür: 1. Fransa antiazərbaycan mövqeyindən geri çəkilməyincə rəsmi Bakı da beynəlxalq aləmdə Fransanın kolonial siyasətinə qarşı mübarizəsini davam etdirəcək. Azərbaycanın Qoşulmayanlar Hərəkatında sədrliyi başa çatmaq üzrə olsa da, rəsmi Bakı hərəkat çərçivəsində Fransanın kolonial siyasətinə qarşı formalaşdırdığı “Bakı təşəbbüsü” çərçivəsində fəaliyyətini davam etdidəcək. Bununla İlham Əliyev fransalı həmkarı Emmanuel Makrona mesaj göndərdi ki, siz bizə problem yaratmaqda davam edəcəyiniz halda, biz də sizə beynəlxalq aləmdə problem yaratmaqda davam edəcəyik; 2. İlham Əliyev Nikol Paşinyanın təbliğat məqsədilə irəli sürdüyü “Sülh qovşağı” ideyasını qəbul etmir. Paşinyan “Sülh qovşağı” təşəbbüsü altında bölgə ölkələri arasında kommunikasiya xətlərinin hər bir ölkənin suverenliyi çərçivəsində açılmasının tərəfdarıdır. Rəsmi Bakı Paşinyanın təklifinə o halda razılaşmağa hazırdır ki, Ermənistan Azərbaycan vətəndaşlarına Zəngəzur dəhlizi ilə rahat gediş-gəliş imkanı yaratsın. Bu olmadan Azərbaycan Ermənistanla sərhədin heç bir məntəqəsini açmayacaq; 3. İlham Əliyev Azərbaycanın tarixi qələbəsindən sonra yeni hədəflər barədə düşünülməsinin tərəfdarıdır. Prezidentin “tarixi zəfəri istismar etmək olmaz” tezisini “tənbəlləşmək olmaz” kimi oxumaq lazımdır. Prezidentin bu tezisindən çıxış edərək Azərbaycan diplomatiyasının və diasporunun fəallaşmasına ehtiyac var. Çünki Ermənistan və bu ölkənin havadarları Azərbaycana qarşı informasiya savaşını genişləndiriblər; 4. İlham Əliyev 2024-cü ildə Ermənistanla sülh sazişinin imzalanması üçün şəraitin yarandığı qənaətində olsa da, Ermənistanın silahlanmağa çalışmasının bu prosesi əngəlləyə biləcəyinə diqqəti çəkib. Prezident bir daha o fikri xatırladıb ki, əgər Ermənistan Azərbaycana təhlükə yaradan silah və ya raketlər əldə edərsə, Azərbaycan buna qarşı qabaqlayıcı addımlar atacaq. İlham Əliyevin bu xəbərdarlığı Ermənistanı xarici ölkələrdən hücum xarakterli silah və hərbi texnika almaqdan çəkindirməlidir. Əks halda müharibə qaçılmaz olacaq. Halbuki, Azərbaycan yeni müharibədə maraqlı deyil; 5. İlham Əliyev iki ölkə arasında sərhədlərin müəyyənləşməsinin sülh sazişinin imzalanmasına mane olmayacağı qənaətindədir. Həqiqətən sərhədlərin müəyyənləşməsi ilə bağlı danışıqlar uzun illər davam edə bilər və bu sülh sazişinin xaricində qalacaq. Azərbaycanın sərhəddəki strateji yüksəkliklərdən geri çəkilməyəcəyi bir daha vurğulandı. Sülh sazişinin imzalanması üçün təminatçı dövlətlərə də ehtiyac yoxdur. Azərbaycan anklav kəndləri geri qaytarmaq siyasətindən imtina etməyəcək. Azərbaycana bitişik kəndlər təhvil verilməli, Ermənistanın içində qalan kəndlərlə bağlı vəziyyət isə iki tərəfin formalaşdırdığdığı komissiyasının müzakirə predmeti olmalıdır. 6. Azərbaycan Cənubi Qafqazda böyük dövlətlər arasında gesosiyasi rəqabətin əleyhinədir. Çünki bu rəqabət bölgə üçün əlavə problemlər yaradır. Bu mənada sülh sazişinin harada imzalanması mübahisə predmeti olmamalıdır. Önəmli olan heç bir dövlətin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına və sonrakı danışıqlar prosesinə mane olmamasıdır. |
2024-01-11 | 821,923 | Prezidentin müsahibədəki təklifini İrəvan qəbul etdi | Prezident İlham Əliyevin dünənki geniş müsahibəsi Ermənistanda da ciddi müzakirə edilir, Azərbaycan dövlət başçısının mesajlarının mahiyyətini anlamağa çalışırlar. Ermənistanın radikal müxalifəti ilə hər şey aydındır, Azərbaycanla sülhü məğlubiyyətin rəsmiləşdirilməsi kimi qiymətləndirir, taqətdən düşən erməni cəmiyyətini hədəfləri özləri üçün də təhlükəli olan “mübarizəyə” səsləyirlər. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb. O bildirib ki, radikallardan fərqli olaraq, Ermənistanın hakim partiyasının üzvləri, o cümlədən deputatları İlham Əliyevin vasitəçilər olmadan birbaşa danışıqların davamı təklifinə müsbət yanaşıblar: “Halbuki Ermənistanın hakim partiyasının üzvləri və elə Baş nazir Nikol Paşinyanın özü təminatçı dövlətlərin vacibliyindən danışırdılar. Onlar eyni zamanda vasitəçilərlə bağlı gərəksiz inadkarlığın gecikməyə səbəb olacağını da anlamağa başlayıblar. Deməli, Paşinyan və onun komandası sülh sazişinin imzalanması naminə İlham Əliyevin “təminatçılara ehtiyac yoxdur” tezisini qəbul edə bilər. İlham Əliyevin ritorikasından anlayıblar ki, sülh sazişinin imzalanmasını gecikdirmək olmaz, Ermənistana Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması lazımdır”. |
2024-01-11 | 821,924 | Dollara tələb 50% artdı – Ekspert xəbərdarlıq edir | Mərkəzi Bankın bu gün təşkil etdiyi hərracda 80.4 milyon dollarlıq sifarişin qeydə alınması valyuta bazarında tələbin hələ də yüksək olduğundan xəbər verir. Srağagün keçirilən hərracda isə 74.9 milyon dollar satılmışdı. Bu o deməkdir ki, son 2 hərracda 155.3 milyon dollar satılıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin birinci ayında keçirilən ilk 2 hərracda 103.9 milyon dollar satılmışdı. Yəni iki hərraclıq müqayisədə tələb 50 faizə yaxın artıb. Axar.az xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib. “Azərbaycanda idxalın artması dollara tələbi yüksəldir. Doğrudur, 1 həftəlik bayram günləri də dollar sifarişlərinə təsirsiz ötüşmədi. Bununla belə, xüsusən real sektorda dollar tələbində artımlar müşahidə olunmaqdadır. Bu baxımdan, Mərkəzi Bank tərəfindən dollara tələbin artacağı ayların öncədən proqnozlaşdırılması, kommunikasiyanın gücləndirilməsi və hərracların mütəmadiliyinin tənzimlənməsi vacibdir. Hərracların keçirilməsi mütəmadiliyi tələbin daha çevik tənzimlənməsinə səbəb ola bilər”, - o qeyd edib. Millət vəkili bildirib ki, bunlar manata təzyiqi artırsa da, ölkə üzən məzənnəyə keçmədiyindən, dolların kursunu MB təyin edir. |
2024-01-11 | 821,926 | İranı təcrid etməyin ən yaxşı yolu… - Blinken | İsrailin bölgə ilə əlaqəsi və Fələstin dövlətinin yaranması üçün şərait yaratması İranı və onun proksi qruplarını təcrid etməyin ən yaxşı yoludur. Axar.az xəbər verir ki, bu sözləri yanvarın 11-də Yaxın Şərq turunu başa vuran ABŞ Dövlət katibi Entoni Blinken deyib. Blinken əlavə edib ki, ABŞ bütün diqqətini İordan çayının qərb sahilindəki vəziyyətin “patlamamasına” yönəldib. |
2024-01-11 | 821,927 | "Qarabağ"dan böyükhesablı qələbə... | Təlim-məşq toplanışını Bakıda davam etdirən "Qarabağ” klubu ilk yoxlama oyununda böyükhesablı qələbə qazanıb. Axar.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri bu gün “Qarabağ-2” ilə üz-üzə gəliblər. Görüş Premyer Liqanın liderinin 7:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Leandro Andrade, Olavio Juninyo, Abdullah Zubir, həmçinin hərəyə iki dəfə Nəriman Axundzadə və Hamidu Keyta fərqləniblər. Əvəzedicilər Liqası təmsilçisinin qollarına isə Musa Musazadə və Nurlan Şabanov imza atıblar. Qeyd edək ki, “Qarabağ” yanvarın 15-də “Zirə” ilə yoxlama oyununda münasibətləri aydınlaşdıracaq. |
2024-01-11 | 821,931 | "Azərbaycan mafiyası"nın rəhbəri həbsdə qaldı | Sankt-Peterburq şəhərinin Oktyabrski Rayon Məhkəməsi “Azərbaycan mafiyası"nın rəhbəri Tural Məmmədovun barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb. Axar.az xəbər verir ki, bu barədə Sankt-Peterburq məhkəmələrinin birgə mətbuat xidmətinin məlumatında deyilir. “İstintaq göstərib ki, Məmmədov heç bir səbəb olmadan əxlaq normalarına zidd olaraq cinayətlər törətməkdə ittiham olunur”, - deyə məlumatda bildirilir. Qeyd olunur ki, Məmmədov və müdafiə tərəfi həbs qətimkan tədbirinin uzadılmasına etiraz edərək ev dustaqlığı istəyib. Təqsirləndirilən şəxs gizlənmək fikrində olmadığını bildirib. Xatırladaq ki, Məmmədov və daha 15 nəfər küçədə tanımadığı şəxsləri döyüb, daha sonra bu əməllərini lentə alaraq Teleqram kanalında yerləşdiriblər. |
2024-01-12 | 821,933 | Azərbaycanla müharibə ola bilərmi? - Ağazaryan | Həmişə demişəm ki, yaxın gələcəkdə sülh müqaviləsinin imzalanması üçün heç bir ilkin şərt görmürəm. Bu gün fikrim bir qədər fərqlidir. Bu gün düşünürəm ki, ilkin şərtlər var, amma vaxt haqqında heç nə deyə bilmərəm. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim partiyadan olan deputatı Ovik Ağazaryan deyib. O bildirib ki, bu qənaətinin iki səbəbi var: “Birincisi, bir-birimizlə ikitərəfli dialoqa başlamağımızdır. İkincisi, müharibəyə başlamaq üçün heç bir səbəb yoxdur. Düzdür, Azərbaycan və Türkiyə həm Zəngəzur dəhlizi, həm də ümumən Ermənistanın mövcudluğu baxımından əsas ambisiyalarından əl çəkmirlər, amma qonşu və ya başqası ilə döyüşmək üçün iki amildə daha güclü olmaq lazımdır. Biri hərbi faktor, ikincisi siyasi komponentdir. Yəni dünyaya təqdim etmək lazımdır ki, niyə belə edirsən? Bu iki amilin birləşməsinə əsaslansaq, biz Azərbaycandan çox da geri qalmırıq. Bu, sülhün bərqərar olması üçün ən mühüm amildir. Bu mənada indi elə bir vəziyyət yaranıb ki, istəsək də, istəməsək də, sülh şəraitində yaşamalıyıq. Amma bunun (sazişin – red.) nə vaxt olacağını deyə bilmərəm: bu, illər çəkə bilər, çünki bu sənəd Azərbaycan üçün sərfəli deyil. O, Bakıya nə verəcək? Heç nə verməyəcək. Amma dünyada hər şey ola bilər və Bakı hansısa bəhanə ilə Türkiyə ilə birlikdə indi həlli mümkün olmayan məsələni həll etməyə cəhd edə bilər”. |
2024-01-11 | 821,935 | ABŞ-dan İrana: Dərhal tankeri azad edin! | ABŞ İranı "St Nikolas" neft tankerini və heyətini dərhal azad etməyə çağırıb. Axar.az-ın Trend-ə istinadla məlumatına görə, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib. Patel gəminin ələ keçirilməsinin qanunsuz olduğunu vurğulayıb. O qeyd edib ki, İranın bu cür hərəkətləri beynəlxalq ticarəti pozmağa yönəlib. Xatırladaq ki, İran hərbi dəniz qüvvələri Oman körfəzində Amerika neft tankerini məhkəmənin qərarı ilə saxladığını təsdiqləmişdi. |
2024-01-11 | 821,938 | Zelenskidən şok: Rusiya Özbəkistana hücum edəcək! | Biz birlikdə Putini dayandırmayana qədər, o, müharibəni dayandırmayacaq. Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Bu yaxınlarda o, Finlandiya və Özbəkistandan danışmağa başladı. Biz hamımız birlikdə onu dayandırmayana qədər Putin dayanmayacaq”, - deyə Zelenski bildirib. Dövlət başçısı Ukraynadan sonra Rusiyanın Baltikyanı ölkələrə və Moldovaya hücumunu da istisna etməyib. |
2024-01-11 | 821,939 | Rusiya Şimali Koreya istehsalı raketlə zərbə endirdi | Rusiya hərbçiləri yanvarın 2-də Xarkovu atəşə tutarkən Şimali Koreya istehsalı olan raketlərdən istifadə ediblər. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru Andrey Kostin deyib. “İlkin elmi-texniki ekspertizanın nəticələri təsdiq edir ki, yanvarın 2-də Xarkov şəhərinin mərkəzi hissəsinə atılan mərmi Şimali Koreya tərəfindən hazırlanmış qısamənzilli raketdir”, - deyə Kostin bildirib. Onun sözlərinə görə, hazırda hərtərəfli ekspertiza aparılır ki, bu da raketi identifikasiya etməlidir. Kostin əlavə edib ki, prokurorlar hazırda Xarkov və Odessa vilayətlərində son hücumlarda istifadə edilən digər döyüş sursatı fraqmentlərini axtarırlar. Qeyd edək ki, ABŞ Rusiyanın 30 dekabr 2023-cü ildə Ukraynaya gerçəkləşdirdiyi hücumu zamanı Şimali Koreya raketindən istifadə etdiyini açıqlamışdı. |
2024-01-11 | 821,940 | Azərbaycanda yeni polis strukturu yaradılacaq? | Azərbaycanda turizm polisinin yaradılması təklif olunur. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Turizm Blogerləri Assosiasiyası” (ATBA) İctimai Birliyinin İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli bildirib. “Bir çox xarici ölkədə – Malayziya, Tailand, hətta Özbəkistanda turizm polisi fəaliyyət göstərir. Yaxşı olardı ki, Azərbaycanda da turizm polisi yaradılsın”, – deyə o qeyd edib. |
2024-01-11 | 821,943 | ABŞ inanır ki, Bakı və İrəvan... - Patel | ABŞ Bakı ilə İrəvan arasında davamlı sülhün bərqərar olmasının mümkünlüyünə inanır. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib. "Ermənistanla Azərbaycan arasında davamlı sülhün mümkün olduğuna hələ də inanırıq. Bu, Dövlət Departamentinin çalışacağı bir məsələdir. Lui Bono, dövlət katibi və digərləri bu işlə fəal məşğuldurlar", - diplomat diqqətə çatdırıb. Qeyd edək ki, rəsmi Vaşinqton Ermənistandakı səfirliyi vasitəsilə yanvarın 9-da bildirib ki, Cənubi Qafqazda sülhə nail olmaq üçün səyləri dəstəkləyəcək. Bu bəyanat ABŞ-nin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvana səfərindən dərhal sonra verilib. Xatırladaq ki, L.Bono yanvarın 8-dən İrəvanda səfərdədir. O, Ermənistanın bir sıra rəsmiləri ilə görüşüb. |
2024-01-11 | 821,944 | Tolstoyun arvadının meyiti tapıldı | Moskvanın mərkəzindəki mənzillərin birində Dövlət Dumasının sədr müavini Pyotr Tolstoyun keçmiş həyat yoldaşının meyiti tapılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb. Bildirilib ki, 54 yaşlı Daria Tolstayanın (Evenko) meyiti yanvarın 10-da yatağında tapılıb. Hadisə yerinə gələn polis əməkdaşları heç bir zorakılıq izi aşkar etməyiblər. Cütlüyün əvvəllər həmin mənzildə birlikdə yaşadığı bildirilir. 2016-cı ildə boşandıqdan sonra Tolstoy mənzili keçmiş həyat yoldaşına verib. Onlar 24 il evli olublar, üç övladları var. |
2024-01-11 | 821,945 | Ərəb əsilli qadın Fransada nazir oldu | Fransanın sabiq prezidenti Nikola Sarkozinin dövründə ədliyyə naziri olmuş ərəb əsilli Rəşidə Dati Qabriel Attal hökumətində mədəniyyət naziri postunu tutub. Axar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. O, bu vəzifədə Rima Abdu-Malakı əvəz edib. Qeyd edək ki, Fransada yeni hökumət formalaşıb. |
2024-01-11 | 821,947 | Kolonna vəzifədən getdi: Fransanın yeni "gey" XİN başçısı... | Fransanın İntibah Partiyasının lideri Stefan Sejurne Fransa Xarici İşlər Nazirliyinin yeni rəhbəri olub. Axar.az xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. “Stefan Sejurne xarici işlər naziri vəzifəsində Ketrin Kolonnanı əvəz edib”, - bildirilib Qeyd edək ki, 38 yaşlı siyasətçi 2022-ci ilin sentyabrından Prezident Emmanuel Makronun İntibah Partiyasının lideridir. O, həmçinin çərşənbə axşamı baş nazir təyin edilən 34 yaşlı homoseksual Qabriel Attalın "əridir". |
2024-01-11 | 821,949 | Paşinyan 3 strukturu birləşdirdi, polisdə isə ixtisar aparır | Ermənistan Daxili İşlər Nazirliyinin şəxsi heyətində ixtisarlar olacaq. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan deyib. O bildirib ki, Ermənistan DİN-də 629 ştat ləğv ediləcək. “Optimallaşdırmanın məqsədi idarəetmənin keyfiyyətinin yüksəldilməsi və müxtəlif şöbələrin funksiyalarının təkrarlanması hallarının aradan qaldırılmasıdır. Buna zərurət polisin (Ermənistanda polis ayrıca struktur idi – red.), Fövqəladə Hallar və Miqrasiya Xidmətinin Daxili İşlər Nazirliyinə birləşdirilməsindən sonra yaranıb. İslahat çərçivəsində polis dörd əsas sahədə inkişaf edəcək: kriminal polis, patrul xidməti, polis mühafizəsi və bələdiyyə polisi”, - məlumatda bildirilib. |
2024-01-12 | 821,952 | ABŞ bazası 4 raketlə vuruldu | Suriyanın şimal-şərqindəki Şəddadi şəhərində yerləşən ABŞ bazası dörd raketlə vurulub. Axar.az xəbər verir ki, bu barədə mənbə "RİA Novosti"yə bildirib. Xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib. Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsinin əvvəlindən İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə mütəmadi olaraq hücumlar edilir və məsuliyyəti İraqda fəaliyyət göstərən silahlı şiə qrupları öz üzərinə götürür. |
2024-01-12 | 821,955 | ABŞ Kosovaya 75 milyon dollarlıq silah satacaq | ABŞ Dövlət Departamenti Kosovaya ümumi məbləği 75 milyon dollar olan tank əleyhinə “Javelin” raket komplekslərinin mümkün satışını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir. Priştinaya 246 “Javelin” raketi və 24 yüngül nişangah və buraxılış qurğusunun satışı nəzərdə tutulur. |
2024-01-12 | 821,956 | Conson Rusiya-Ukrayna danışıqlarını buna görə pozub | Ukrayna münaqişəsi Boris Conson üçün bir şans idi. Axar.az xəbər verr ki, bunu Rusiyanın Londondakı səfirliyi Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun Moskva ilə Kiyev arasında sülh sazişinin pozulmasına görə özünə bəraət qazandırmaq cəhdlərini şərh edərkən bildirib. "Xatırlatmaq istərdik ki, Boris Consonun baş nazirliyi ipdən asılı idi. Ona görə də o, Ukrayna münaqişəsini karyerasını canlandırmaq üçün perspektivli şans kimi qəbul edirdi", - şərhdə vurğulanıb. Bildirilib ki, hazırki vəziyyət Consonu maraqlandırmır. Qeyd edək ki, Conson 2022-ci ilin yazında Rusiya və Ukrayna arasında sülh danışıqlarının pozulmasında iştirakını inkar edib. Siyasətçi bütün ittihamları tam cəfəngiyyat və Rusiya təbliğatı adlandırıb. |
2024-01-12 | 821,957 | Husilər səfərbərlik elan etdi | Yəmənin husilərin nəzarətində olan əksər əyalətlərində səfərbərlik elan edilib. Axar.az xəbər verir ki, bu barədə “Ənsar Allah” üsyançı hərəkatının lideri Əbdülməlik əl-Husi “Al Masirah” telekanalında çıxışı zamanı bildirib. "Xalqımız əksər əyalətlərdə hərbi səfərbərlik fəaliyyətlərinə keçdi və çağırışçıların sayı minlərlədir", – deyə o qeyd edib. O, həmçinin “Ənsar Allah” tərəfdarlarını çətin şəraitə baxmayaraq, hərbi təlimlərə, nümayişlərə, yürüşlərə və pul ianələrinə davam etməyə çağırıb. |
2024-01-12 | 821,959 | Londonda xüsusi iclas: "Kobra" husilərə zərbə endirəcək! | İngiltərənin paytaxtı Londonda Milli Təhlükəsizlik Şurasının, eləcə də "Kobra" güc strukturunun iclası keçirilib. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. İclasda Yəməndə husilərə zərbə endirilməsi ilə bağlı qərarın veriləcəyi gözlənilir. Qeyd edilir ki, “Ənsar Allah” qruplaşması ABŞ və Britaniya qüvvələrinin zərbələrindən yayınmaq üçün raket qurğularının mövqelərini gizlətməyə başlayıb. |
2024-01-12 | 821,961 | Qobustanda ər arvadını öldürüb, könüllü təslim oldu | Yanvarın 11-i saat 20 radələrində 1974-cü il təvəllüdlü Pərvanə Zeynalovanın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində yerləşən evində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Axar.az-a Qaradağ rayon prokurorluğundan bildirilib. Aparılan araşdırma zamanı 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Zaman Zeynalov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. |
2024-01-12 | 821,964 | Zabratda güclü yanğın baş verdi | Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Zabrat-2 qəsəbəsi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 800 kv.m sahədə kol-kos və qamışlıq ərazi yanıb, yaxınlıqdakı tikililər və yaşayış evləri yanğından mühafizə olunub. |
2024-01-12 | 821,966 | Bu halda Qərb Rusiya ilə birbaşa qarşıdurmaya girəcək | Rusiyaya Qərb silahları ilə hücumlar Qərbi Rusiya ilə birbaşa qarşıdurma vəziyyətinə gətirəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Estoniya Prezidenti Alar Karisin Rusiya ərazisinə Qərb silahları ilə zərbələr endirilməsinə qoyulan məhdudiyyətlərin əleyhinə olması barədə açıqlamasını şərh edərkən deyib. "Sual olunur: Karis yaxşı düşünüb, nəticələrini hesablayıb? Qərb silahlarının Rusiya ərazisinə zərbələri Qərb ölkələrini birbaşa qarşıdurma və münaqişədə birmənalı iştirak vəziyyətinə salacaq", - L.Slutski qeyd edib. |
2024-01-12 | 821,967 | Azad olunmuş torpaqlarda fərdi ev tikmək... - Ekspert | Fikirləşmirəm ki, indi kimsə gedib, orada torpaq alıb, nəsə tikə bilər. Bunun zamana ehtiyacı var. Torpaqlar reyestrin kadastr planına düşməlidir. Ölçüləri, kateqoriyaları hamısı bilinməlidir. Sonra isə orda bələdiyyələr fəaliyyətə başlamalıdır. Ondan sonra Qarabağda və Şərqi Zəngəzurda torpaq alıb, nəsə tikmək olar. Bu sözləri Axar.az-a əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, Qarabağda fərdi ev tikmək üçün müəyyən şərtlər lazımdır: “Bu evlər təbii ki, Baş Plana uyğun tikiləcək. Əgər orda qeyd olunubsa ki fərdi ev tikmək olar, deməli, tikilə bilər. Düzdür, dövlət başçısı ilkin tapşırıqlarını yəqin ki, verib. Amma alt sənədlər hazır deyil. Hazır olduqdan sonra o bölgələrə daha çox adam köçə, ev tikə bilər. Bu gün üçün isə mümkün sayılmır”. Ekspertin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə iş yerlərinin çox olması tikiləcək evlərin də sayına təsir edəcək: “İş yerləri çox və insanlar üçün cazibədar olsa, o ərazilərə axın ola bilər. Çünki o ərazilərdə yaşamaq istəyən insan çoxdur. Bakıdan da müəyyən əməkçi qüvvəsi yəqin ki, o zonalara gedəcək”. |
2024-01-12 | 821,969 | Prezident tapşırıq verdi, yer ayırdı, amma... – Ekspert | Dünyanın yeganə neft ölkəsiyik ki, paytaxtın mərkəzində neftayırma zavodu var. Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan Neft Emalı Zavodunun köçürülməsinə münasibət bildirərkən deyib. İlham Şaban bildirib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun tam şəkildə modernizasiyası hələ 2027-ci ilin IV rübündə başa çatacaq: “2015-ci ildən 2027-ci ilə qədər 12 il modernizasiya edilən, milyardlarla dollar qoyulan bir obyekti belə asanlıqla köçürmək mümkün deyil. Bu hansısa mağaza deyil ki, buradan götürüb başqa yerə qoysunlar. Neft Emalı Zavodu 1953-ci ildə istifadəyə verilib və istismarda olduğu 70 illik müddəti başa vurub. Hesab edilir ki, tam modernizasiyası başa çatandan sonra 20 il istismarda olacaq və köçürülməyəcək”. O bildirib ki, Bakı şəhərinin mərkəzində bu kimi obyektin olması təəssüfləndirici haldır: “Prezident hələ 2008-ci ilin mayında hökumətə tapşırıq vermişdi, Neft Emalı Zavodu Bakı şəhərinin kənarına köçürüləcəkdi. Hətta Səngəçal terminalından 5 km cənub-qərb istiqamətində yer də ayrılmışdı. Təəssüf ki, məsələ həllin tapmadı”. |
2024-01-12 | 821,971 | Türkiyə ordusunun əsgəri İraqda şəhid oldu | "Pəncə-Kilid" əməliyyat zonasında (İraqda) Türkiyə ordusunun bir hərbçisi şəhid olub, daha biri isə yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. “11 yanvar 2024-cü ildə "Pəncə-Kilid" əməliyyatı bölgəsində terror qruplarının təxribatı nəticəsində hərbçimiz Samət Aslan şəhid olub, daha bir qəhrəman silahdaşımız da yaralanıb”, - deyə bildirilib. |
2024-01-12 | 821,975 | Azərbaycanlılar boykot qərarı verdi, hakimiyyət narahatdır | İranda parlament seçkilərində iştirak edən namizədlər hakimiyyətə bağlı insanlardır. Yalnız Nigəhban Şurasının süzgəcindən keçən insanların namizəd kimi iştirakına icazə verilir. Həmin namizədlər isə xalqın deyil, hakimiyyətin yanındadır. Bu sözləri Axar.az-a güneyli milli fəal Sürgün Günəş İranda mart ayında keçiriləcək parlament seçkiləri haqqında danışarkən deyib. Günəş Güney Azərbaycan türklərinin əksəriyyətinin bu seçkilərdə iştirak etməyəcəyini bildirib: “Biz seçkiləri boykot edirik. Xalqımızın çoxu seçkilərə qatılmayacaq. İndiki vaxtda seçkilərdə iştirak etməyimiz Urmiya gölünün qurudulmasına, ekoloji fəlakətə, iqtisadi problemlərə səs vermək olardı”. Sürgün Günəş hesab edir ki, boykot qərarı böyük mənada seçkilərin nəticəsinə təsir etməsə də, milli hərəkat üçün müsbət təsir buraxacaq: “Daxildə hakimiyyətin çirkin siması açıldıqca millətimiz də onlardan üz döndərir. Hətta deyərdim ki, Güney Azərbaycanda millətimizin böyük əksəriyyəti daha seçkilərdə öz səsini kiməsə vermək istəmir. Həm namizədlərə, həm də parlamentdə qəbul ediləcək qərarlara güvən itib. Çünki Məclis xalqın səsini təmsil etmir. Biz buna Urmiya gölündən sonra bir daha əmin olduq. Hökumətin qərarsızlığı Azərbaycan millətini yenidən düşünməyə vadar etdi. On illərdir etiraz edirik, lakin müsbət bir nəticə əldə olunmayıb. Bilirik ki, hakimiyyət bizə istədiyimizi verməyəcək. Odur ki, milli fəallarımız buna etiraz olaraq seçkiləri boykot edir. Hakimiyyət bizim boykot qərarımıza hər hansısa siyasi don geyindirib, öz xeyirinə çıxacaq. Belə olacağına şübhəmiz yoxdur. Amma ən azından hakimiyyətdə bir sual da yaranacaq ki, insanlar niyə seçkiyə qatılmaq istəmir? Ümid edirik ki, bunun bir təsiri olacaq”. Onun sözlərinə görə, artıq hakimiyyətdə onların boykot qərarı narahatlıq yaradıb və hər vasitə ilə xalqın seçkilərə getməsini istəyirlər: “İndi də milləti hədələməyə başlayıblar. Yüksək rütbəli məmurlar seçkilərə qatılmayanları cəzalandıracaqlarını deyirlər. Müxtəlif yollarla xəbərdarlıq göndərib, boykot qərarından vaz keçməyə çağırırlar. Biz isə qərarımızdan dönmək niyyətində deyilik. Mənə bir neçə dəfə dolayısı ilə xəbər çatdırıblar ki, boykot çağırışlarından imtina edim və xalqı da seçkilərdə iştiraka inandırım. Lakin cavabım birmənalı şəkildə belə oldu ki, Qərbi Azərbaycanda kürd–türk problemi və bizi narahat edən onlarla məsələ həll olunmayınca, heç bir seçkidə iştirak etməyəcəm. Nə qədər ki, səsimizi eşitməyiblər, seçkilərə getməyəcəyik və nəticələri də bizim üçün maraqlı deyil”. |
2024-01-12 | 821,977 | ABŞ Ukraynaya hərbi yardımı dayandırdı | ABŞ-ın Ukraynaya hərbi yardımı dayanıb. Axar.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin milli təhlükəsizlik üzrə koordinatoru Con Kirbi brifinqdə açıqlayıb. “Göstərdiyimiz yardım hazırda dayandırılıb”, – Kirbi vurğulayıb. |
2024-01-12 | 821,980 | Rusiyadan Argentinaya: BCM-i yenidən götür-qoy et! | Keçmiş illərin dövlət siyasətini nəzərdən keçirən Argentinanın yeni hökuməti özünü səmərəsiz və həmişə qərəzsiz göstərmiş Beynəlxalq Cinayət Məhkəməsinin işində iştirakın faydalarını təhlil etməlidir. Axar.az xəbər verir ki, bunu Rusiyanın Buenos-Ayresdəki diplomatik missiyasının rəhbəri Dmitri Feoktistov bildirib. "Bəzi hallarda məhkəmələrin müxtəlif ölkələrin liderlərinə və ya müharibə edən tərəflərə qarşı ittihamlar irəli sürməsi münaqişələrin siyasi həllinə, dövlətlərarası və milli barışığa ciddi maneə olduğu sübuta yetirilib", - o deyib. O qeyd edib ki, Argentina bu gün yeni hakimiyyət orqanlarının keçmişdə qəbul edilmiş bir çox baha başa gələn və səmərəsiz qərarlara yenidən baxmaq iradəsi ilə böyük dəyişikliklərdən keçir. |
2024-01-12 | 821,981 | Nazir haqlıdır: 10-11-ci siniflərin məzmunu dəyişməlidir | Hər il məktəbdən məzun olan 80 minə yaxın şagirdin hamısı ali məktəbə qəbul olmaqdan ötrü repetitor, hazırlıq kurslarından əldə etdikləri bilik və bacarıqlardan istifadə edir. Ali məktəbə qəbul imtahanlarının nəticələri də hazırlıq kursları və repetitorların nəticəsidir. Emin Əmirullayev düzgün qeyd edir ki, 10-11-ci siniflərlə bağlı dəyişiklik edilməlidir. Bu sözləri Axar.az-a təhsil üzrə mütəxəssis Kamran Əsədov elm və təhsil nazirinin on və on birinci siniflərlə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib. Onun sözlərinə görə, nazirin bu siniflərlə bağlı irəli sürdüyü məzmun dəyişikliyi müsbət nəticə verə bilər: “Biz orta məktəblərə günün istənilən saatında gedib, monitorinq aparsaq, görərik ki, şagirdlərin böyük əksəriyyəti məktəblərdə yoxdur. Əsasən də 10 və 11-ci sinif şagirdləri direktorla bu və digər formada razılaşaraq hazırlığa gedirlər. Bu gün məktəblərdə davamiyyət olduqca aşağıdır. Baxmayaraq ki, dövlət həmin şagirdlərin müəllimlərinə tam maaş ödəyir. Əgər 10-11-ci siniflərin məktəb proqramı şagirdlərin ali məktəblərə və əmək bazarına qəbul olunan zaman bilik və bacarıqlarına kömək göstərmirsə, biz məzmunu dəyişməliyik. Nazir də bunda haqlıdır. Dəyişikliyin mahiyyəti o olacaq ki, 10-11-ci siniflərin qəbul proqramına uyğunlaşdırılması üzərində iş gedəcək. Düzdür, 2018-ci ildən sonra orta məktəblərdə təmayülləşmələr həyata keçirildi. Şagirdlərin bilik və bacarıqlarına, maraqlarına uyğun olaraq müxtəlif təmayüllü siniflər var. Şagirdlər daha çox arzuladıqları istiqamət üzrə oxuyurlar. Əsas fənləri isə ali məktəbin qəbul imtahanlarında lazım olan fənlərdir. Proqram və saat uyğundur. Amma məzmunda yanlışlıq var. Tədrisdə istifadə olunan kitablar orta məktəb üçündür. Ali məktəblərə qəbul olmağa imkan vermir. Hesab edirəm ki, müəyyən qədər dəyişiklik bunun üzərində olacaq və orta məktəblər ali məktəblərə hazırlığın müəyyən qismini həyata keçirəcək. Bu da repetitorluğun sayına getdikcə təsir göstərəcək. Valideynlərin vəsaitinin itkisinin qarşısı alınacaq”. Təhsil eksperti bildirib ki, ödənişli əsaslarla xidmət də nəzərdən keçirilə bilər: “Biz bilirik ki, valideynlər direktorlarla müəyyən razılığa gəlirlər. Emin müəllimin də təklifi bundan ibarətdir ki, bəlkə dərsdə iştirak etməyənlər üçün ödənişli əsaslarla xidmət göstərilsin. Həmin pulu məktəbdə müəllimlər daha yaxşı dərs keçməyə sərf etsin. Bu, yaxşı haldır. Yəni kimlər məktəbə gəlmir, amma yekunda təhsil sənədi almaq istəyir, buna dövlət rüsumu ilə, ödənişli əsaslarla imkan vermək olar. Yekun nəticədə alınan vəsait müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilsin. Müşahidə olunur ki, 10-11-ci sinif şagirləri adlarını rayon məktəblərinə, yaxud məcburi köçkün məktəblərinə yazdırırlar. Amma özləri bu məktəblərə getmirlər. Bu, ciddi problemə çevrilib və nazir də onu qeyd edir ki, şagirdlər məktəbə gəlmirsə, burada bir dəyişiklik olmalıdır. Yəni şagirdləri məktəblərə qaytarmaq lazımdır. Bu məzmun dəyişikliyi isə şagirdlərin məktəblərə qayıtmasına və kifayət qədər yaxşı nəticələlər əldə olunmasına kömək edə bilər”. |
2024-01-12 | 821,982 | "Barselona" finalda: "Real"la qarşılaşacaq | İspaniya Superkubokunun son finalçısının adına aydınlıq gəlib. Axar.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yarımfinal mərhələsinin ikinci cütündə "Barselona" ilə "Osasuna" üz-üzə gəlib. Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qarşılaşmadakı qolları 59-cu dəqiqədə Robert Levandovski və 90+3-cü dəqiqədə Lamine Yamal vurub. Qeyd edək ki, "Barselona"nın finaldakı rəqibi "Real Madrid" olacaq. |
2024-01-12 | 821,983 | Çindən ABŞ-a: Bu qırmızı xətti keçmək olmaz! | Tayvanın kimə məxsusluğu Çin ilə ABŞ arasında münasibətlərdə Vaşinqtonun keçməməli olduğu “qırmızı xətt”lə qeyd olunur. Axar.az xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin deyib. "Tayvan məsələsi Çinin əsas maraqlarının ən mühümüdür və Çin-ABŞ münasibətlərində keçilməməsi lazım olan ilk qırmızı xəttdir", - deyə M.Nin qeyd edib. Diplomat vurğulayıb ki, ABŞ Tayvanda seçkilərə müdaxilənin yolverilməzliyi ilə bağlı tələsik bəyanatlar verir. Mao Ninqin sözlərinə görə, Çin tərəfi bununla bağlı kəskin narazılığını bildirir və qətiyyətlə buna qarşı çıxır. |
2024-01-12 | 821,984 | Dişləriniz nə qədər ömür sürəcəyinizi göstərir | Alimlər ağızda itirilən dişlərin sayına görə insanın ömrünə nə qədər qaldığını müəyyən edə biliblər. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu metod yalnız ahıl insanlar üçün keçərlidir. Sübut olunub ki, 70 yaşa qədər insanda nə qədər az diş itirilibsə, onun 90 yaşa çatma ehtimalı bir o qədər yüksəkdir. Əgər 60-70 yaşa qədər ağızda daha çox diş qorunub saxlanılıbsa, deməli, orqanizm yaxşı vəziyyətdədir. Dişlər erkən yaşdan tökülübsə, bu o deməkdir ki, insan həyatı boyu çox stress keçirib və sağlamlığına fikir verməyib. |
2024-01-12 | 821,985 | Zelenskiyə qarşı hərbi çevriliş olacaq - Ritter | Yaxın aylarda Ukrayna ordusu ilə Prezident Vladimir Zelenski arasında münaqişə mümkündür. Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş kəşfiyyatçısı Skot Ritter deyib. Ritter bildirib ki, ölkədə vəziyyət yaxşılaşmasa, yanvar-fevral aylarında hərbi çevriliş baş verə və Prezident Zelenski Nikolay Çauşeskunun taleyi ilə üzləşə bilər. Ekspert hesab edir ki, Ukrayna ölkə daxilində dərin parçalanma səbəbindən təkcə hərbi deyil, həm də siyasi fəlakətlə üz-üzədir. |
2024-01-12 | 821,986 | Əliyev “geri çəkilməyəcəyik” dedi - İrəvandan reaksiya | Azərbaycanla düşmənçilik münasibətlərini tədricən yumşaltmağa və yeni birgəyaşayış normaları əsasında yaşamağa yönəlməli olan ikitərəfli münasibətlərə böyük əhəmiyyət verirəm. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputatı Ovik Ağazaryan erməni mediasına açıqlamasında deyib. “Amma ciddi beynəlxalq təşkilatların və fövqəldövlətlərin iştirakı olmadan sülh müqaviləsinin imzalanmasının mənası yoxdur. Əgər saziş beynəlxalq qarantlar olmadan imzalansa, bu, mənasız sənəd olacaq”, - Ağazaryan bildirib. Millət vəkili Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında tutduqları mövqelərdən bir addım da geri çəkilməyəcəkləri barədə bəyanatına da toxunub: “Hazırda bu, o qədər də qorxulu məsələ deyil, çünki qalan bütün məsələlərdə razılığa gəlsək, onda bu problem sərhədin demarkasiyası prosesinin bir hissəsi kimi tənzimlənə bilər. Qoşunların “güzgü prinsipi” ilə çıxarılması özlüyündə məqsəd deyil, bu, iki ölkə arasında sülhün bərqərar olmasına yönəlmiş addımdır”. |
2024-01-12 | 821,987 | Narkotik çəkib avtoşluq edən şəxs həbs olundu - Video | Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi etdiyi üçün “Tofaş” markalı, 90 NY 387 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Bu barədə Axar.az-a Respublika Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin baş inspektoru, polis kapitanı Toğrul Nəsirli bildirib. Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Mahir Tahir oğlu Qasımov saxlanılıb. Sənədləri yoxlanılan zaman M.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının başqa avtomobilə məxsus olduğu aşkarlanıb, eləcə də sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı M.Qasımovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə M.Qasımovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 30 sutka inzibati qaydada həbs edilib. |
2024-01-12 | 821,989 | Neft sürətlə bahalaşır - Qiymət | Dünya birjalarında neft bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,75 dollara, yüngül neftin bir barreli isə 73,36 dollara təklif olunur. |
2024-01-12 | 821,992 | Gəncədə kişi hamam otağında yanaraq öldü | Gəncə şəhər sakininin hamam otağında yanmış meyiti aşkarlanıb. Axar.az xəbər verir ki, Gəncə şəhəri, İstanbul küçəsi, ev 23-də Sadıqov Nəsrəddin Mirzə oğlunun yaşadığı evin hamam otağında natamam yanmış meyiti aşkar olunub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. |
2024-01-12 | 821,995 | Rusiya ABŞ-a görə TŞ-nin təcili iclasını tələb etdi | Rusiya ABŞ və Böyük Britaniyanın Yəməndəki hədəflərə endirdiyi zərbələrlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib. Axar.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəliyi məlumat yayıb. Bildirilir ki, görüş Nyu York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 00:00) başlayacaq. Qeyd edək ki, bu gecə ABŞ və tərəfdaşları Yəmənin müxtəlif bölgələrində, o cümlədən paytaxt Sənada olan hədəflərə hava zərbələri endirib. |
2024-01-12 | 821,996 | Yunanıstanda zəlzələ baş verdi | Yunanıstanın Krit adasının sahillərində 4,8 maqnitudalı zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələnin episentri təxminən 2,3 min insanın yaşadığı Paleoxora şəhərindən 78 kilometr cənub-qərbdə, ocağı 10 kilometr dərinlikdə yerləşib. İtki və dağıntılar barədə məlumat daxil olmayıb. |
2024-01-12 | 821,999 | Lerik sakinində silah-sursat və narkotik aşkarlandı | Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və qanunsuz odlu silah saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Nicat Quliyev saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsin Lerik şəhəri ərazisindəki zibil poliqonunda yerləşən köhnə tikilinin damında gizlətdiyi "AK-74" markalı avtomat, həmin silaha aid daraq, 17 ədəd patron və sellofan bükümdə marixuana aşkarlanaraq götürülüb. N.Quliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Lerik RPŞ-də araşdırma aparılır. |
2024-01-12 | 822,000 | İrandan ABŞ və Briyaniyanın Yəmənə hücumuna reaksiya | ABŞ və Böyük Britaniyanın Yəmənin bir neçə şəhərinə hərbi hücumlarını kəskin şəkildə pisləyirik. Bu özbaşına hərəkət Yəmənin suverenliyi və ərazi bütövlüyünün, beynəlxalq qanun və qaydaların pozulmasıdır. Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib. Qeyd edək ki, bu gecə ABŞ və tərəfdaşları Yəmənin Səna, Hüdeydə, Saada və Dhamar şəhərləri ətrafında husilərin logistika mərkəzləri, hava hücumundan müdafiə sistemləri və silah anbarlarına zərbələr endiriblər. |
2024-01-12 | 822,003 | Bakıda ağır qəza: maşın iki qadını vurdu, biri öldü | Ötən gün Xəzər rayonu ərazisində ağır yol qəzası baş verib. Axar.az Trend-ə istinadən xəbər verir ki, Qala-Pirallahı yolunda Elçin Eldar oğlu Səmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə yolu keçən Rəqsanə Ələsgər qızı Əhmədova və Tərgül Qəşəm qızı Zamanovanı vurub. Rəqsanə Əhmədova hər iki ayağın sınığı, Tərgül Zamanova isə başın əzilmiş yarası xəsarəti ilə Xəzər Tibb Mərkəzinə aparılıb. Tərgül Zamanova aldığı xəsarətlərdən reanimasiya şöbəsində dünyasını dəyişib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanıb, araşdırma aparılır. |
2024-01-12 | 822,004 | ABŞ Yəməni bu raketlərlə vurub - Video | ABŞ-ın Yəməndə husi qiyamçılarına qarşı başlatdığı “Rifah keşikçisi” adlı əməliyyata Böyük Britaniya, Kanada, Niderland, Bəhreyn və Avstraliya dəstək verib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin rəsmi saytı məlumat yayıb. Məlumata görə, gecə saatlarında Yəmənin paytaxtı Səna, eyni zamanda Hüdeyda şəhərləri bombalanıb. Bildirilib ki, ABŞ və müttəfiqləri Yəməndə 16 rayonda 60-dan çox hədəfə zərbələr endirib. Zərbələr döyüş təyyarələri və sualtı qayıqlardan və “Tomahavk” raketlərindən istifadə etməklə həyata keçirilib. |
2024-01-12 | 822,006 | Tiflisdən Bakıya uçuşlar ləğv edildi - Səbəb | 10:06 Əlverişsiz hava şəraiti ilə əlaqədar Tiflis Beynəlxalq Hava Limanından bir sıra istiqamətlərə uçuşlar həyata keçirmək baş tutmayıb. Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb. Bildirilib ki, xüsusilə də Bakı, İstanbul, Münhen, Riqa, Dubay istiqamətlərində uçuşlar ləğv edilib. *** Tiflisdə əlverişsiz havaya baxmayaraq Azərbaycan Hava Yolları QSC (AZAL) Bakı-Tiflis və əks istiqamətdə bu günə olan bütün uçuşlarının cədvəl üzrə yerinə yetirilməsi nəzərdə tutur. Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib. Məlumata görə, “Georgian Wings” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Aeroportuna bu günə nəzərdə tutulan reysi ləğv edilib. Qeyd edək ki, sərnişinlər uçuş statusu haqqında əlavə məlumatı Bakı hava limanının veb-saytında və ya aviaşirkətlərlə əlaqə saxlayaraq əldə edə bilərlər. |
2024-01-12 | 822,007 | Ordumuzun komandirlərinə tapşırıq verildi - Video | Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir toplanışları davam edir. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Toplanışlarda iştirakçılara müxtəlif mühəndis maneələri və minaaxtaran vasitələri ilə bağlı ətraflı məlumat verilib, piyada və tank əleyhinə minaların zərərsizləşdirilməsi qaydaları izah edilib. Bundan başqa, komandir heyətinə döyüş hazırlığı üzrə müxtəlif mövzularda məşğələlər nümayiş etdirilib. O cümlədən şərti dayaq məntəqəsinin normativlərə uyğun olaraq tutulması tapşırıqları yerinə yetirilib. Qeyd edək ki, toplanışlarda əsas diqqət Azərbaycan Ordusunda komandir heyətinin fərdi hazırlığının və peşəkarlıq səviyyələrinin artırılması, eləcə də liderlik keyfiyyətlərinin təkmilləşdirilməsinə yönəldilib. |
2024-01-12 | 822,012 | Qohumlar azalır, qocalar artır - Araşdırma | 2024-cü ilin yanvar ayına olan məlumata görə, dünya əhalisinin sayı 8,09 milyard nəfərdir. 1970-ci illərə qədər dünya əhalisi hiperbolik qanuna uyğun olaraq artıb, 1988-ci ildən isə artım templərində yavaşlama müşahidə olunub. Buna baxmayaraq, mütləq mənada əhali sürətlə artır. BMT-nin məlumatına görə, 1994-cü ildən 2014-cü ilə qədər 60 yaşdan yuxarı insanların sayı iki dəfə artıb. Dünyada beş yaşınadək uşaqlardan daha çox qoca var. Axar.az xəbər verir ki, bu barədə Almaniya, Argentina və Niderland alimlərinin birgə araşdırmasında qeyd edilib. Alimlər, həmçinin dünya üzrə qohumluq əlaqələrinin təkamülünü izləyib maraqlı fakt üzə çıxarıblar. Məlum olub ki, dünyada bir çox insanın yaşayan qohumlarının sayı kəskin şəkildə azalacaq. Beləliklə, əgər 1950-ci ildə orta hesabla 65 yaşlı qadının 41 qohumu var idisə, 2095-ci ildə eyni yaşda olan bir xanımın cəmi 25 qohumu olacaq. Bu, yaşayan qohumların sayının 38% azalacağı deməkdir. Ailə tərkibi də dəyişəcək: yaşayan nənə və babaların sayı nəzərəçarpacaq dərəcədə artacaq, əmioğluların, bacı-qardaşların və nəvələrin sayı isə azalacaq. |
2024-01-12 | 822,014 | Pentaqon hərbi bazalara hücumların sayını açıqladı | Ötən ilin oktyabrın 17-dən etibarən ABŞ-ın İraq və Suriyadakı bazalarına edilən hücumların sayı 130-a çatıb. Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun sözçüsü Patrik Reyder bildirib. “Bu günə kimi hücumların ümumi sayı 130-dur. ABŞ-ın İraqdakı bazalarına 53, Suriyadakı bazalara isə 77 hücum təşkil edilib. Yəmən husilərinin Qırmızı dənizdəki gəmilərə hücumlarının sayı isə ötən ilin noyabr ayından bugünədək 27-yə çatıb”, - o bildirib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.