date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-12
822,017
ABŞ husilərə zərbələrin əsas hədəflərini açıqladı
ABŞ Mərkəzi Komandanlığı və Böyük Britaniya qüvvələri Avstraliya, Kanada, Niderland və Bəhreynin dəstəyi ilə Qırmızı dənizdə beynəlxalq gəmilərə “qanunsuz və məsuliyyətsiz” hücumları dayandırmaq üçün Yəməndəki Husi hədəflərinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının X səhifəsində yaydığı məlumatda deyilir. Açıqlamada qeyd edilir ki, zərbələrin hədəfi radar sistemləri, pilotsuz uçan aparatların olduğu anbarlar, ballistik və qanadlı raketlər, eləcə də onların buraxılış məntəqələri olub.
2024-01-12
822,019
Ölkəmizdə ilk dəfə bu təyyarələrin istehsalına başlanıldı
Azərbaycanda aviasiya mühərrikləri və kiçik mülki aviasiya təyyarələrinin istehsalı üzrə işlərə başlanılıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, “Global Force Technology” şirkətinin nümayəndələri şirkətin Azərbaycan Respublikası ərazisində aviasiya mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalının yaradılması üzrə layihə hazırladığını açıqlayıb. Layihənin məqsədi dünyanın ən aparıcı istehsalçıları ilə birgə sənayenin ən son texnologiyalarından istifadə etməklə təyyarə mühərrikləri və kiçikölçülü mülki aviasiya təyyarələrinin istehsalıdır. “Global Force Technology” şirkəti iki il ərzində bu layihənin hazırlanması üçün səy göstərib və bu müddət ərzində beynəlxalq tərəfdaşlarla bir sıra müqavilələr bağlanıb. Aparılan bazar tədqiqatları əsasında bu istehsal regionda ilk olacaq və onun həyata keçirilməsi dünya bazarına çıxmağa imkan verəcək. Bu da yüksək texnologiyalı aviasiya məhsullarının istehsalçısı kimi Azərbaycanın imicini artıracaq. Hazırda layihənin icrası üçün icazə və sertifikatlar almaqla bağlı müvafiq dövlət orqanlarına lazımi sənədlər qeydiyyat olunur. Qeyd edək ki, “Global Force Technology” şirkəti 2020-ci ildə Azərbaycanda qeydiyyata alınıb. Şirkətin əsas fəaliyyəti aviasiya texnikasına xidmət göstərmək həmçinin komponentlərin və ehtiyat hissələrinin təchizatıdır.
2024-01-12
822,021
688-ci gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 688-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 368 460 hərbçi, 6 060 ədəd tank, 11 254 ədəd zirehli döyüş maşını, 8 710 ədəd artilleriya sistemi, 957 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 642 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 612 ədəd avtomobil texnikası, 6 836 ədəd PUA, 1 806 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 339 xüsusi avadanlıq itirib.
2024-01-12
822,024
Ərdoğan Azərbaycanla bu sazişi təsdiqlədi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Türkiyə arasında imzalanan qrant sazişini təsdiqləyib. Axar.az Report-a istinadən xəbər verir ki, sənəd 10 maddədən ibarətdir. Sazişi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Türkiyə tərəfdən isə xəzinə və maliyyə naziri Mehmet Şimşek imzalayıb. Sazişin icrasına cavabdeh qurum olaraq Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi və Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən olunub. Sazişə əsasən, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 250.000.000.00 TL-yə (14,111 milyon manat) qədər vəsait ayıracaq. Məqsəd Türkiyə-Azərbaycan Beynəlxalq Meşə Təlim Mərkəzi və Tingçilik Müəssisəsi layihəsinin həyata keçirilməsinin maliyyələşdirilməsidir. Layihənin ümumi dəyəri (Tikinti+konsaltinq) 250.000.000.00 TL-dən az olduğu halda, Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi qrantdan qalan qalıq hissəni istifadə etmək hüququnu tələb etməyəcək. Qrant verən qrant məbləğini birbaşa və ya dolayı yolla aşan heç bir əlavə xərci ödəməyəcək. Qrant çərçivəsində bütün ödənişlər və əməliyyatlar hər növ vergilərdən, rüsumlardan, xərclərdən və fond ödəmələrindən azad ediləcək. Qrant sazişi 2025-ci ilin dekabrın 31-dək qüvvədə olacaq. Qeyd edək ki, 2022-ci il oktyabrın 20-də Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə iştirak ediblər.
2024-01-12
822,030
FHN Bakıda bu restoranı bağladı - Video
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən Axar.az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 17 ünvanında yerləşən “Al Divan” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki: - obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğuları yararsız vəziyyətdədir; - yaşayış binasının qeyri-yaşayış sahəsində - restoranın daxilində təbii qazla işləyən kombi qurğusundan istifadə olunur; - obyektin arxa hissəsində layihədənkənar yüngül konstruksiyadan ibarət əlavə artırma işləri aparılıb, artırılmış sahədə 1 ədəd odunla işləyən təndir qurğusu quraşdırılıb; - elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb; - obyektin daxilinə çəkilmiş elektrik xətlərinin izolyasiyasının gərginliyə qarşı müqaviməti yoxlanılmayıb; - mətbəxdə quraşdırılmış tüstü borusu yanar tozlardan, yağ qalıqları və istehsalat tullantılarından təmizlənməyib; - obyektdə təxliyə planı mövcud deyil; - yanğın təhlükəsizliyinin təmin edilməsi üçün əmrlə yanğına qarşı rejim müəyyənləşdirilməyib; - obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi, 17 ünvanında yerləşən “Al Divan” restoranının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib, həmçinin artırma hissədəki təndir sökülərək kənarlaşdırılıb.
2024-01-12
822,032
Putin Kurilə getmək istəyir - Tokiodan reaksiya
Yaponiya Rusiya Prezidenti Putinin Kuril adalarına səfər etmək niyyətini elan etməsindən sonra vəziyyəti izləyəcək. Axar.az xəbər verir ki, bunu Yaponiya hökumətinin başçısı Yosimasa Hayaşi bildirib. Hayaşi qeyd edib ki, Rusiya hökumət rəsmilərinin bəyanatını şərh etməyəcək: “Lakin hökumət vəziyyətə nəzarət edib, buna uyğun reaksiya verəcək”.
2024-01-12
822,033
ABŞ-da Yəmənin bombalanmasına qarşı etiraz aksiyası
Nyu Yorkda ABŞ və Böyük Britaniyanın Yəməndə husilərə qarşı hərbi əməliyyatlarını pisləyən etiraz aksiyaları keçirilib. Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Manhettenin mərkəzindəki Tayms-skver meydanına toplaşan etirazçılar Yaxın Şərq ölkələrinin bombalanmasını dayandırmağı tələb ediblər. Onlardan bəziləri əllərində Fələstin bayrağı və plakatlar tutaraq İsrailin Qəzza zolağındakı əməliyyatını dayandırmasını istəyib. Analoji etiraz aksiyası Ağ Evin yaxınlığında da keçirilib.
2024-01-12
822,037
Husilərə hücumdan az öncə İran gəmisi aradan çıxıb
ABŞ və Britaniyanın İrana bağlı Husi üsyançılarının mövqelərinə hava hücumundan əvvəl İranın “Behşad” kəşfiyyat gəmisi bölgəni tərk edib. Axar.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb. Bildirilib ki, kəşfiyyat gəmisi əməliyyatın başlamasından az əvvəl İran sularına qayıdıb.
2024-01-12
822,041
Yaxın Şərqdəki vəziyyət Bakının xeyrinədir - Xaçikyan
Yaxın Şərqdə ciddi eskalasiyaya doğru yeni addım atılıb. Yəməndə müharibə başlayır. Axar.az xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib. “Artıq müharibədə Livan, Suriya və İraq iştirak edir. Növbəti dayanacaq və ən mühüm hədəf – İrandır. İranın müdaxiləsi ilə bütün bölgə partlayacaq. Türkiyə və Azərbaycan yaranmış vəziyyətdən öz xeyrinə istifadə edəcək”, - o idda edib.
2024-01-12
822,043
Səbuhi Məmmədli süni tənəffüs aparatına qoşuldu
11:06 Tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. TƏBİB-dən Axar.az-a verilən məlumata görə, qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə yerləşdirilib. Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir. Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır. *** Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb. TƏBİB-dən verilən məlumata görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir. *** Jurnalist Səbuhi Məmmədlinin son durumu açıqlanıb. TƏBİB-dən verilən məlumata görə, jurnalistin vəziyyəti ağır olaraq qalır. O, süni tənəffüs aparatına qoşulub.
2024-01-12
822,048
Prezident seçkiləri qeyri-rəsmi olaraq belə adlanacaq
Prezident seçkilərini qeyri-rəsmi olaraq "Zəfər seçkiləri" adlandırırıq. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib. MSK sədri qeyd edib ki, çünki bu, azad olunmuş ərazilərdə və bütün Azərbaycanda keçirilən ilk seçkidir. O xatırladıb ki, azad olunan ərazilərdə yaradılan 26 seçki məntəqəsinin 20 mindən artıq seçicisi var. M.Pənahov qeyd edib ki, səsvermədə artıq öz doğma yurduna qayıdanlarla birlikdə, azad olunmuş ərazilərdə tikinti-quraşdırma işlərinə cəlb olunmuş insanlar da seçki hüququ olan şəxslərdir. “Onlar da səsvermədə iştirak edəcəklər. Prezident seçkilərini Azərbaycanda son illərdə formalaşmış yüksək əhvali-ruhiyyəyə uyğun başa vurmalıyıq. Azərbaycanın ərazi bütövlüyü artıq təmin olunub. İlk dəfə olaraq Azərbaycanın bütün bölgələrində, beynəlxalq miqyasda tanınan ərazilərində seçki keçiriləcək". Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
2024-01-12
822,050
Magistraturaya qəbul imtahanının vaxtı açıqlandı
Magistraturaya qəbul imtahanının (I cəhd) fevralın 11-də keçirilməsi nəzərdə tutulur. Bu barədə Axar.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, imtahanda iştirak etmək istəyənlərin elektron sənəd qəbulu yanvarın 15-dən 29-dək aparılacaq. “Magistr” jurnalının 2 nömrəli buraxılışı nəşr edilib. Jurnalda ali təhsil müəssisələrinin magistraturalarına qəbul haqqında elanın tam mətni, “Şəxsi kabinet”in yaradılma və istifadə qaydası, müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi” formasının doldurulma qaydası və onun nümunəsi, magistratura səviyyəsinə qəbula hazırlaşan bakalavrlara kömək məqsədilə ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü), informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri dərc edilib. Jurnalda həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. Hər bir fənn üzrə jurnalda verilən "QR" kodu "skan" etməklə müvafiq audiofayla birbaşa keçid edə və bu audiofayla qulaq asmaqla verilən tapşırıqları yerinə yetirə bilərsiniz. Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
2024-01-12
822,051
İsrail husilərin hücumuna hazırlaşır
İsrail ABŞ-ın Yəmən ərazisinə zərbələri barədə əvvəlcədən xəbərdar edilib və “Ənsar Allah” üsyançılarının cavabına hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. “Yəhudi dövləti üsyançılar və digər iranpərəst qruplar tərəfindən istənilən hərəkətə cavab vermək üçün yüksək hazırlıq vəziyyətindədir”, - mənbə bildirib.
2024-01-12
822,055
Hikmət Mirzəyev Zakir Həsənovun müavini təyin edildi - Video
General-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. Axar.az Pravda.az-a istinadən xəbər verir ki, general-leytenant Ənvər Əfəndiyev isə ehtiyata buraxılıb. Sözügedən təyinatı Müdafiə Nazirliyi təsdiqləyib.
2024-01-12
822,060
ABŞ bu hücumla Ərəbistanı təhqir etdi - Markov
ABŞ-ın Yəmənə indiki zərbəsi Səudiyyə Ərəbistanına təhqirdir. Axı Səudiyyə Ərəbistanı uzun illərdir Yəməndə husilərə qarşı intensiv hərbi əməliyyatlar aparır və dəfələrlə ABŞ-ı husilərə zərbələrə qoşulmağa çağırıb. Vaşinqton isə həmişə bu çağırışdan imtina edib. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Amma təxminən bir il əvvəl krallıq husilərlə barışıq elan etdi və daimi sülh formulu tapmaq üçün danışıqlar gedir. Lakin husilər İsrailə toxunan kimi ABŞ bir neçə həftə ərzində işə qarışdı. Beləliklə, onların regionda əsl müttəfiqinin yalnız İsrail olduğunu, hələ də ərəblərə imperialistlərin və irqçilərin təkəbbürü ilə yanaşdıqlarını göstərdilər. Ərəblərdən istifadə edirlər, dostluq etmirlər. Bu, Səudiyyə Ərəbistanı və BƏƏ-nin heç də xoşuna gəlməyəcək. Mövcud hadisə krallıqla Rusiya arasında münasibətləri daha da gücləndirəcək. Bəli, Səudiyyə Ərəbistanı husilərə zərbə endirmək üçün ABŞ hərbi təyyarələrini hava məkanını ilə təmin etdi​. Lakin ərəblər ABŞ-ın bu zərbələrini təhqiredici və son dərəcə gecikmiş zərbə kimi qəbul edir”, - o bildirib.
2024-01-12
822,062
Husilərə hücum: İran bu cür "qisas aldı" - Video
ABŞ və Britaniyanın Yəmən husilərinə qarşı hava hücumlarına SEPAH cavab verib. Axar.az xəbər verir ki, bu barədə SEPAH-in sosial media hesablarında paylaşımlar edilib. Paylaşımlarda yayılan animasiyalarda SEPAH PUA-larının ABŞ və Britaniya qüvvələrinə qarşı genişmiqyaslı hücumları simulyasiya edilib. İranlı internet istifadəçiləri bunu istehza ilə “İranın ağır qısası” adlandırıblar.
2024-01-12
822,064
Blinken ərəb dövlətlərini husilərə qarşı qaldıra bilmədi
ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərqə səfəri zamanı Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı da daxil olmaqla, ərəb ölkələrini Yəməndəki husi qiyamçılarına qarşı beynəlxalq koalisiyaya qoşulmağa razı sala bilməyib. Axar.az xəbər verir ki, bu barədə “Semafor” portalı mənbələrinə istinadla məlumat yayıb. “Husilərə qarşı mübarizədə xüsusilə mühüm tərəfdaşlar kimi qəbul edilən BƏƏ və Səudiyyə Ərəbistanı hərbi əməliyyatlara dəstək verməkdə maraqlı olmayıblar. Misir və Qətər də bu cür əməliyyatlara qoşulmaq niyyətində deyil, çünki bu, Yaxın Şərq münaqişəsində İsrail və onun Qərb müttəfiqlərinin tərəfini tutmaq kimi görünə bilər”, - mənbə bildirib. Portal qeyd edib ki, regional tərəfdaşların dəstəyinin olmaması ABŞ-ın husilərə qarşı həm döyüş meydanında, həm də ritorika baxımından əməliyyat keçirmək planlarını poza bilər. Qeyd edək ki, ABŞ-ın husilərə qarşı əməliyyatına yeganə dəstək verən ölkə Bəhreyn olub.
2024-01-12
822,067
Xərçəng xəstəliyi cavanlaşır, həkimlər səbəbi bilmir
Xərçəng artıq yaşlı insanların xəstəliyi sayılmır, bu xəstəliyə daha çox gənclər tutulur. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” məlumat yayıb. “Həkimlər bu vəziyyətin səbəbini izah edə bilmirlər. Sağlam olmayan həyat tərzi də bu yoluxmanın dəqiq səbəbi sayılmır. Şimali Amerika, Qərbi Avropa və Avstraliyada 50 yaşa qədər xərçəng xəstələrinin sayında kəskin artım qeydə alınıb. Xərçəng diaqnozu qoyulan xəstələr arasında gənclər daha çoxdur. Bu, yəqin ki, bir növ ətraf mühit dəyişikliyindən, yemək, dərman və ya hələ müəyyən edilməyən başqa bir amilə görə yaranır”, - məlumatda deyilir.
2024-01-12
822,070
Rusiya: Bu hücum BMT TŞ-nin qətnamələrini təhrif edir
ABŞ-ın Yəmənə zərbə endirməsi regionda vəziyyəti gərginləşdirməklə beynəlxalq hüquqa tamamilə məhəl qoymamaqdır. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “ABŞ-ın Yəmənə aviazərbələri anqlo-saksonların dağıdıcı məqsədləri üçün regionda vəziyyəti gərginləşdirmək adına BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmələrinin və beynəlxalq hüquqa tam məhəl qoymamasının daha bir nümunəsidir”, - o bildirib.
2024-01-12
822,072
Sunak 3 milyardlıq yardım paketi ilə Kiyevə gəlir
Böyük Britaniya Baş naziri Rişi Sunak bu gün Kiyevə səfər edəcək və 3 milyard dollar dəyərində hərbi yardım, təhlükəsizlik zəmanətləri və humanitar yardımların yeni paketini elan edəcək. Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb. Yardım paketinə uzaqmənzilli raketlər, hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları daxildir. Eləcə də PUA-ların alınmasına 200 milyon dollar sərf olunacaq. Bildirilib ki, bu, indiyədək Ukraynaya edilən ən böyük PUA yardımıdır. Həmin PUA-ların əksəriyyəti Britaniya istehsalıdır.
2024-01-12
822,075
ABŞ-ın ”üzən ordusu” gecə zərbəsinə belə başladı - Video
ABŞ-ın Yaxın Şərqdə yerləşən təyyarədaşıyan gəmilərindən husilərə qarşı başlayan əməliyyatın görüntüləri yayılıb. Axar.az xatırladır ki, Yəmən husələrinə qarşı ABŞ və Britaniya qüvvələrinin zərbələri qruplaşmanın gəmiçilik və beynəlxalq ticarəti təhdid etmək qabiliyyətini azaltmaq məqsədi daşıyır.
2024-01-12
822,076
İsrail “Nuxba” komandirini məhv etdi
İsrail ordusu HƏMAS-ın “Nuxba” elit bölməsinin komandirini məhv edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. “Ötən gün Mahqazidə ÇAXAL “Huxba” bölməsinin komandiri də daxil olmaqla, 20 terrorçunu məhv edib. Xan-Yunisdə İsrail qırıcısının HƏMAS-ın hərbi obyektinə zərbəsi nəticəsində 7 terrorçu məhv edilib. Öldürülən terrorçulardan biri “Nuxba”nın komandirlərindən olub və 7 oktyabr hücumunda iştirak edib”, - məlumatda qeyd olunub.
2024-01-12
822,079
Riad Qasımov rəis təyin edildi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə rəis təyin edilib. Axar.az xəbər verir ki, bu vəzifə Riad Qasımova həvalə edilib. O, 2023-cü ildən Baş idarə rəisi vəzifəsini müvəqqəti icra edirdi.
2024-01-12
822,081
Yanacaq maşını aşdı, 40 ton benzin yola dağıldı
Gəncə-Samux yolunun Samux rayon ərazisindən keçən hissəsində yanacaq daşıyan maşın aşıb. Axar.az Report-a istinadən xəbər verir ki, nəticədə 40 tona yaxın yanacaq yola dağılıb. Qəza səbəbindən avtomobil yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası və Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. Bir müddətdən sonra yolda avtomobillərin hərəkəti bərpa olunub. Yük avtomobilin sürücüsü, Kürdəmir rayon sakini, 1993-cü il təvəllüdlü S.Qurbanov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
2024-01-12
822,082
Hindistan XİN başçısı İrana gəlir
Hindistan xarici işlər naziri Subramanyam Cayşankar yaxın günlərdə İrana səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə “Hindustan Tayms” məlumat yayıb. Məlumata görə, səfər zamanı Cayşankar Yaxın Şərqdə kəskinləşən böhranı müzakirə etmək və İran rəhbərliyini Yaxın Şərq regionunda qlobal problemlərin yumşaldılması üçün fəaliyyətə cəlb etməyə çalışacaq. Qəzet yazıb ki, səfər ABŞ və Böyük Britaniyanın Yəməndəki husilərin mövqelərinə vurduğu zərbə fonunda baş tutacaq.
2024-01-12
822,085
Ordumuzun bir neçə vəzifəli şəxsi istefaya göndərildi
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
2024-01-12
822,086
Dağıstanda zəlzələ baş verdi
Dağıstanın Xasavyurt şəhərində 4,4 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə baş idarəsinin mətbuat xidməti məlumat yayıb. Yeraltı təkanlar 27 kilometr dərinlikdə meydana gəlib. Tələfat və dağıntı barədə məlumat yoxdur.
2024-01-12
822,088
İlham Əliyev mesaj verdi: Bakı alt-üst edir... - Video
13:10 Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinin bir neçə səbəbi var. Bu, Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü bərpa etməsi, regionda, eləcə də dünyada nüfuzunun artması səbəbindən Bakıya qarşı artan çağırış və təzyiqlər sayəsində regionda yaranan yeni reallıqda ölkənin yeni inkişaf səviyyəsinə qalxmasıdır. İlham Əliyev yenidən işə başlamağı zəruri hesab edir. Əliyev siqnal verdi: yeni Azərbaycan heç kimin özünə təzyiq göstərməsinə imkan verməyəcək, barışmaz və daha da güclü olacaq. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib. “Növbədənkənar prezident seçkisi məntiqi həll yoludur. Əliyev hesab edir ki, dost olmayan dövlətlər fəallaşıb və artıq regionda vəziyyəti silkələmək cəhdləri edilir, eyni zamanda, Bakıya təzyiqlər davam edir. Son vaxtlar ABŞ və Fransanın Bakıya qarşı tamamilə qeyri-dost siyasətini, AB-nin isə kifayət qədər ziddiyyətli mövqeyini görürük. Belarusda, ən son isə Serbiyada vəziyyəti sarsıtmaq cəhdlərini gördük. Bu, Qərb təzyiqinin ümumi alətidir. Bu yaxınlarda Azərbaycanda Fransa xarici kəşfiyyatının agent şəbəkəsi üzə çıxıb. Ona görə də seçki Qərbin planlarını, o cümlədən ölkədə sabitliyi pozmaq üçün “beşinci kolon” ​​yaratmaq planlarını alt-üst etməkdir. Bakı əvvəllər Ermənistana səfər etmiş və Bakıya gəlməyi planlaşdıran Dövlət Departamentinin nümayəndəsi Bononun səfərindən indi imtina edib. Bəli, Azərbaycan suverenliyini bərpa etdikdən sonra ölkə əleyhinə siyasət nümayiş etdirən dövlətləri indi açıq şəkildə yerinə oturdur. Amma aydın şəkildə anlamaq lazımdır ki, Bakıya təzyiq yalnız artacaq”, - o bildirib. Korotçenko qeyd edib ki, Vaşinqton Bakı ilə enerji layihələrində iştirak edən digər Qərb ölkələrinə - Azərbaycan nefti və qazının alıcılarına təzyiq göstərməyə çalışacaq: “Bu vəziyyətdə Azərbaycan təhlükəsizlik məsələlərini kompleks şəkildə həll etməlidir. Rəqib o qədər də sadə deyil: ABŞ-a meydan oxumaq, Fransaya meydan oxumaq - bu, çox ciddidir”.
2024-01-12
822,090
Hikmət Mirzəyevin əvəzlədiyi general kimdir? - Dosye
Xəbər verdiyimiz kimi, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib. Axar.az xəbər verir ki, ehtiyata buraxılanlardan birinin də müdafiə nazirinin müavini, general-leytenan Ənvər Zəkəriyyə oğlu Əfəndiyevdir. Ənvər Əfəndiyevi Azərbaycanın nüfuzlu generallarından olan, XTQ sabiq komandanı Hikmət Mirzəyev əvəzləyib. Ənvər Əfəndiyev 18 noyabr 1965-ci ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub. 1987-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini bitirib. 1987-ci ildən SSRİ Silahlı Qüvvələri tərkibində motoatıcı taqım komandiri, motoatıcı bölük komandiri, motoatıcı taborun qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 1992-1998-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində motoatıcı tabor komandiri, qərargah rəisi, hərbi hissənin əməliyyat bölməsi rəisinin köməkçisi, hərbi hissənin qərargah rəisinin müavini, alay komandirinin müavini, briqada komandirinin müavini, hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib. 1998-1999-cu illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında, 1999-2000-ci illərdə isə Türkiyə Respublikasının Quru Qoşunları Hərbi Akademiyasında təhsil alıb. 2000-ci ildən Azərbaycan Ordusunun hərbi hissə, birləşmə və birlikləri, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində müxtəlif vəzifələrdə xidmət edib. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafatlara və medallara layiq görülüb. Azərbaycan Respublikası Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı, 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı və 24.06.2021-ci il tarixli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. 13.08.2015-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsinə təyin edilib. 23.07.2021-ci il tarixdən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib. Ailəlidir. İki övladı var.
2024-01-12
822,092
Hikmət Mirzəyevin təyinatına rus hərbi ekspertdən reaksiya
Azərbaycan Silahlı Qüvvələrində mühüm təyinat olub. General-leytenant Hikmət Mirzəyev Azərbaycan müdafiə nazirinin müavini təyin edilib. Axar.az xəbər verir ki, bu barədə rusiyalı politoloq İqor Korotçenko deyib. “Bu, həm xidmətlərin, həm də Azərbaycan Ordusunun gələcək inkişaf meyillərinin göstəricisidir. Mirzəyevin təyinatı Prezident İlham Əliyevin son dərəcədə uğurlu, əsaslı, dəqiq və “onluq” adlanacaq kadr qərarıdır”, - o bildirib.
2024-01-12
822,094
İranın cəzalandırılması əməliyyatı başladı
ABŞ və Böyük Britaniyanın Yəmənə hücumu İrana qarşı əməliyyatların başlanğıcıdır. Bu sözləri Axar.az-a açıqlamasında siyasi şərhçi Turab Rzayev deyib. Siyasi şərhçi Qərbin İsrail və Ukraynaya görə İranı cəzalandırdığını bildirib: “Qərb İranı iki məsələyə görə cəzalandırmaq istəyirdi. Bunlardan birincisi Ukrayna məsələsidir. İranın müharibədə Rusiyaya dəstəyi hamımıza məlumdur. İkincisi isə HƏMAS-ın İsrailə hücumudur. Bu, Qərbdə çox ciddi narahatlıq və neqativ reaksiya doğurdu. Çünki sözügedən hücumla Qərbin ərəb ölkələri ilə İsrailin münasibətlərini normallaşdırma planları, eyni zamanda ABŞ-ın təklif etdiyi Hindistan, Səudiyyə Ərəbistanı, İsrail və Yunanıstan üzərindən Avropaya birləşəcək İMEC layihəsinin gələcəyi təhlükə altında düşdü. Digər tərəfdən Ukrayna müharibəsindən diqqət yayındı və Yaxın Şərqə yönəldi. Fikrimcə, Qərb Ukrayna məsələsində geriləməni və İsrailə hücumu İrana bağışlamayacaq. Sizinlə müsahibələrimizdə İrana mütləq şəkildə hücumun olacağı haqqında danışmışdıq. Sadəcə hücumun motivi və kim tərəfindən hansı formada ediləcəyi bəlli deyildi. Suriya, İraq və Livanda İranın proksilərinə qarşı və son həyata keçirilən əməliyyat Qərbin rəsmi Tehranın tabeliyində olan bütün proksi qüvvələri regiondan söküb atmaq istədiyindən xəbər verir. Ölkə daxilində törədilən terror aktları İranın özünə qarşı hücum ehtimalını gücləndirir. İranı yeni bir münaqişəyə cəlb etmək üçün də proksilərə hücum edilə bilər. Bütün hallarda məqsəd İranı cəzalandırmaqdır”.
2024-01-12
822,095
Sabah Bakıya qar yağacaq
Bakıda və Abşeron yarımadasında yanvarın 13-də havanın gün ərzində arabir yağıntılı olacağı, gündüzdən bəzi yerlərdə sulu qara, qara keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və gündüz 4°-yə yaxın isti, axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
2024-01-12
822,101
İş və pensiya adı ilə 163 min manat mənimsədilər
İşə düzəltmək və pensiya təyin edilməsi adı altında çoxsaylı vətəndaşın pulunun ələ keçirilməsi faktı ilə bağlı cinayət işinin istintaqı tamamlanıb. Bu barədə Axar.az-a Baş Prokurorluqdan məlumat verilib. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən regionlarda keçirilmiş vətəndaş qəbulu zamanı zərərçəkmiş şəxslərin müraciətləri nəzarətə götürülərək cinayət işinin ibtidai istintaqının davam etdirilməsi Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib və istintaqın gedişində ayrı-ayrı istintaq qurumları tərəfindən başlanmış dələduzluq faktları üzrə başlanmış 8 cinayət işi bir icraata birləşdirilib. İstintaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan rayon bölməsinin sabiq sədri Ülviyyə Balayeva və Azərbaycan Respublikası Şəhid ailələri, Əlilləri, Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyinin Gədəbəy rayon şöbəsinin sədri vəzifəsində işləyən İbrahim Əliyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında 32 nəfər şəxsə işə düzəltmək və pensiya təyin edilməsinə dair yalan vədlər verməklə müxtəlif vaxtlarda onlara məxsus ümumilikdə 163 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. İş üzrə Ülviyyə Balayeva və İbrahim Əliyev Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə təkrar dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində müvafiq olaraq həbs və polisin nəzarəti altına vermə növündə qətimkan tədbirləri seçilib. Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
2024-01-12
822,103
Nazir müavini təyin edilən Hikmət Mirzəyev... - Dosye
Xəbər verdiyimiz kimi, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini vəzifəsinə təyin edilib. Axar.az xəbər verir ki, Hikmət Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar rayonunda anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi təyinatlı taborun üzvü olub. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki o zaman Ağdam üçün böyük təhlükə təşkil edən Fərrux yüksəkliyini azad etmək üçün Müdafiə Nazirliyinin göstərişi ilə Mehman Səlimovun komandanlığı altında aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi verilib. Hikmət Mirzəyev 24 iyun 2003-cü ildə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlərinə, özünün xidməti vəzifələrini və hərbi hissəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə Heydər Əliyevin fərmanı ilə “İgidliyə görə” medalı ilə təltif edilib. 24 iyun 2015-ci ildə isə Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2016-cı ilin aprelində və 2020-ci ildə Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindən olub. Müasir Azərbaycanın sevilən generallarından olan Hikmət Mirzəyev Vətən müharibəsi zamanı Cəbrayıl rayonu və Şuşa şəhərinin azad edilməsi əməliyyatına başçılıq edib. Onun rəhbərliyi altındakı xüsusi təyinatlı qüvvələrimiz yalnız atıcı silahlarla və əlbəyaxa döyüşlə Şuşanı düşməndən azad ediblər. General Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevin ən güvəndiyi sərkərdələrdən biridir. Məhz Cəbrayıl rayonunun işğaldan azad edilməsindən dərhal sonra Prezident İlham Əliyev Hikmət Mirzəyevə zəng edərək, onu təbrik etmişdi.
2024-01-12
822,107
Husilər hədələdi: ABŞ bunun bədəlini ödəyəcək
ABŞ və İngiltərənin Yəmənə təcavüzünün heç bir əsası yoxdur və Səna Qəzzanın məzlum xalqına dəstək və cinayətlərlə mübarizə üçün rejimin gəmilərinə hücumu dayandırmayacaq. Axar.az xəbər verir ki, bu sözləri Yəmən husilərinin sözçüsü Məhəmməd Əbdülsəlam söyləyib. O bildirib ki, şəraitdən asılı olmayaraq, ölkəsinin Qəzzaya dəstək mövqeyi sabitdir və dəyişməyəcək, İsrailin bunun əksini düşünməsi yanlışdır: “ABŞ və İngiltərənin Yəmənə son hücumu əsassızdır. Yəmən qüvvələrinin Qırmızı dənizdəki hərbi əməliyyatları sadəcə İsrail gəmiləri və işğal olunmuş Fələstinin limanlarını hədəf alır və bunu davam etdirəcəyik. Qırmızı dəniz və Ərəb dənizində beynəlxalq gəmiçilik üçün heç bir təhlükə olmayıb və yoxdur”. Yəmənin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzi də Qırmızı dənizdə ABŞ və Britaniya hərbi obyektlərini və bazalarını hədəfə aldıqlarını deyib: “Ölkəmiz Amerika və Britaniya hərbi gəmiləri, sualtı qayıqları və hərbi təyyarələri tərəfindən geniş hücuma məruz qalıb və şübhəsiz ki, Amerika və Britaniya böyük bədəl ödəməyə və bu açıq təcavüzün bütün ağır nəticələrini çəkməyə hazır olmalıdır”.
2024-01-12
822,108
Maykrasoft Əpl şirkətini geridə qoydu
“Maykrasoft” “Əpl” şirkətini geridə qoyaraq, dünyanın ən dəyərli şirkəti olub. Axar.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Qeyd olunur ki, “Maykrasoft”un səhmləri yeni ildə 1,5% artaraq 2,888 trilyon dollar bazar dəyəri qazanıb: “Əpl” şirkətinin dəyəri isə 0,3% azalaraq, 2,887 trilyon dollara düşüb. Beləliklə də “Maykrasoft” son üç ildə bazar lideri olan “Əpl” şirkətini geridə qoyub”.
2024-01-12
822,111
Qarabağ ermənisini güllələyən general saxlanıldı
Polisdən gizlənən Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, bir gün əvvəl restoranda ziyafət zamanı mübahisə baş verib və general Xaçatryan atəş açıb: “Xaçatryan keçmiş müdafiə naziri David Tonoyanın ona verdiyi fərdi silahla atəş açıb. Atışma nəticəsində Qarabağ ermənisi Rayr Mnatsakanyan yaralanıb. Hazırda istintaq prosesi davam edir”.
2024-01-12
822,112
Xaçatryan azad etdi, Paşinyan vəzifəyə qaytardı
14:06 Ermənistan Baş naziri Nikol Paşinyan bu gün onun təqdimatı ilə vəzifədən azad edilən Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı vəzifəsinə qaytarıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Paşinyan sərəncam imzalayıb. Qeyd edək ki, Ermənistan parlamenti baş nazirin səlahiyyətlərini genişləndirib. Bu genişləndirmə ilə MTX direktorunun təyinatı da Ermənistan baş nazirinə keçib. Bundan öncə isə baş nazirin təqdimatı ilə MTX rəhbəri prezidentin sərəncamı ilə təyin edilirdi. Paşinyan yeni səlahiyyətinə uyğun olaraq, Prezident Xaçatryanın Abovyanı vəzifədən azad etməsi üçün təqdimat hazırlayıb, daha sonra isə öz sərəncamı ilə onu vəzifəyə təyin edib.
2024-01-12
822,113
Bakının İrəvana qarşı qaldırdığı iddia üzrə iclas keçirildi
Niderlandın Haaqa şəhərində yerləşən Daimi Arbitraj Məhkəməsinin mənzil-qərargahında Enerji Xartiyası Müqaviləsinə əsasən Azərbaycanın Ermənistanna qarşı qaldırdığı dövlətlərarası arbitraj çərçivəsində prosessual iclas keçirilib. Xarici İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, iclasda ölkəmizi Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Bildirilib ki, ötən ilin fevral ayının 27-də Azərbaycan Ermənistanın Enerji Xartiyası Müqaviləsinin çoxsaylı müddəalarını və beynəlxalq hüququn prinsiplərini pozmasına əsasən kompensasiya tələbi ilə arbitraj prosesinə başlayıb. Azərbaycanın arbitraj bildirişində, Ermənistanın 30 ilə yaxın qanunsuz işğal etdiyi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağ bölgəsində yerləşən enerji resursları üzərində ölkəmizin suveren hüquqlarını tanımaqdan və onlara hörmətdən imtina edərək, beynəlxalq öhdəliklərini pozduğu izah edilib. Qeyri-qanuni işğal dövründə Ermənistan, Azərbaycanı qanunsuz olaraq öz enerji resurslarına çıxış və onları inkişaf etdirmək imkanlarından məhrum edib, habelə həmin resursları öz istifadəsi və mənfəəti üçün zəbt edib. Azərbaycanın Qarabağ bölgəsində mövcud zəngin su, külək və günəş enerjisi ehtiyatlarından istifadəsinin də qarşısı alınıb. Arbitraj prosesi, məsələnin Azərbaycan və Ermənistan arasında diplomatik danışıqların bir neçə raundunda qənaətbəxş həllin tapılmamasından sonra Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq başlanıb. İş üzrə qərar hər iki tərəfdən təyin edilmiş üç hakimdən ibarət arbitraj məhkəməsi tərəfindən qəbul ediləcək. Arbitraj məhkəməsindən Ermənistanın Enerji Xartiyası Müqaviləsi üzrə qanuni öhdəliklərinə əməl etməməsi ilə bağlı qəti qərarın verilməsi və beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli təzminat tələb edilməsi sorğu olunub.
2024-01-12
822,117
Qarabağda “etnik təmizləmə” mifdir - Zaxarova
Ermənistanın Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ bölgəsində fəaliyyəti ilə bağlı bəyanatları dağıdıcıdır. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Bu bəyanatları görürük. Onları dağıdıcı, ən əsası isə həqiqətə uyğun olmayan hesab edirik. Onların davam etməsi qəribədir. Bu cür bəyanatlar özünü məsuliyyətdən azad etmək üçün faktlarla manipulyasiya etmək cəhdləridir”, - o bildirib. Zaxarova Qarabağda “etnik təmizləmə” ilə bağlı erməni mifinə də reaksiya verib: “İrəvanda nüfuzlu sayılan hansısa beynəlxalq təşkilatdan buna dair heç olmasa bir sənədi varsa, mən faktı görmək istərdim. Əgər bu cür “etnik təmizləmə”nin baş verdiyini göstərən hər hansı sənəd və ya bəyanat varsa, bu sənədin linklərini bizə təqdim edin”.
2024-01-12
822,120
Dini konfessiyalar ABŞ-ın bu hesabatını pislədi
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Məşvərət Şurasının üzvləri ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin ölkəni 2023-cü ildə dini etiqad azadlığı üzrə “xüsusi izləmə siyahısı”na salmaq barədə qərarını qətiyyətlə pisləyib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin ABŞ Dövlət Departamentinə ünvanladıqları etiraz bəyanatında qeyd olunub. "Biz bunu birmənalı şəkildə subyektiv və qərəzli yanaşma hesab edirik. Etiraz bəyanatımızın məramı Azərbaycan reallıqlarına istinadən obyektiv mövqe ifadə etməkdir. Azərbaycanda hazırda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərinə, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı prosesinə beynəlxalq ictimaiyyətin humanitar və mənəvi dəstəyini gözlədiyimiz bir zamanda revanşist erməni dairələrinin haqsız, yalan və iftira dolu iddialarından qaynaqlanan bu kimi qərəzli hesabatlarla qarşılaşmağımızı ədalətsizlik kimi dəyərləndiririk. Əfsuslar olsun ki, beynəlxalq hüquq çərçivəsində dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı ABŞ Konqresinin qərarı ilə 907-ci maddənin yenidən tətbiqinin ardınca dini etiqad sahəsinə dair qərəzli hesabat və siyahı gündəmə gəlmişdir. Burada diqqət çəkən məqam bundan ibarətdir ki, bir il öncə - 2022-ci ilin analoji hesabatında Azərbaycana dair müsbət tendensiyalar etiraf edildiyi halda, 2023-cü ildə Azərbaycanın hansısa şübhəli izləmə siyahısına salınması nədən vacib sayıldı? Buradan görünən odur ki, Azərbaycanın zəfərləri, dövlət bayrağımızın Xankəndində ucaldılması, ölkəmizin müstəqil siyasəti müəyyən dairələri narahat edir. Biz birmənalı şəkildə bəyan edirik ki, Azərbaycanın dini-mənəvi həyatında, dövlət-din münasibətləri müstəvisində heç bir problem mövcud deyildir. Hesabatdakı iddiaların əksinə, Azərbaycan hüquqi-demokratik, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən dünyəvi dövlət olaraq dini icmaların normal fəaliyyətinə hər cür şərait yaradır", - sənəddə bildirilib. Bəyanatda vurğulanıb ki, Azərbaycanda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilir: "Biz heç bir fərq qoyulmadan, milli, dini, irqi ayrı-seçkilik edilmədən cəmiyyətin ictimai həyatında təmsil olunur, iştirak edirik. Ölkədə fəaliyyət göstərən bütün dini konfessiya və icmalara dövlət tərəfindən hər il müvafiq maddi yardım ayrılır, dini ibadət və ayinlərimiz sərbəst icra olunur, dövlət başçımız bayramlarımız və mərasimlərimizə özəl diqqətlə yanaşır, ölkədaxili və beynəlxalq tədbirlərdə nümayəndələrimiz birgə iştirak edir. Dini ibadət məkanlarımıza gəlincə, ölkəmizdə müstəqillik dönəmində son illər ərzində tarixi məscid və ziyarətgahlarla yanaşı, kilsə və sinaqoqlar da təmir olunmuş, yeniləri inşa edilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi “Tolerantlıq ünvanı - Azərbaycan” layihəsi çərçivəsində ölkəmizin bölgələrində, o cümlədən xaricdə onlarla tarixi-dini abidə bərpa olunmuş və yenidən qurulmuşdur. Qeyd olunmalıdır ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2022-ci il hesabatında Ermənistan tərəfindən vaxtilə işğal altında olmuş ərazilərdə 403 tarixi və dini abidənin olmasını və 67 məsciddən 63-ünün tamamilə dağıdılması, dördünün isə qismən dağıdılmasını və yararsız hala düşdüyünü təsdiq etmişdir. Azərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlərlə bərabər xristian məbədləri və digər bölgələrdəki qədim Qafqaz alban kilsələri qəsb edilmiş, onların mənşəyi dəyişdirilərək qriqoryanlaşdırılmış, Xocavənd pravoslav kilsəsi isə dağıdılmışdır. Təəccüblüdür ki, bu vandalizm hallarını törətmiş və 30 il ərzində əzəli Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistana qarşı Dövlət Departamenti tərəfindən hər hansı qınaq ifadə olunmamış, onu öz “qara siyahısı”na daxil etməmişdir. 2022-ci il hesabatında qeyd olunub ki, Azərbaycan dəfələrlə beynəlxalq səviyyədə, o cümlədən BMT Baş Assambleyasında onilliklər ərzində Ermənistanın Azərbaycanda törətdiyi vandalizm aktlarına hüquqi qiymət verilməsi, UNESKO-nun regionda mədəni irsin qorunması məsələlərinin qiymətləndirilməsi və məsləhətləşməsi üzrə müstəqil, şəffaf missiyasını dəstəkləməyə çağırmış, lakin nə UNESKO, nə də Beynəlxalq Din Azadlığı Komissiyası bu təkliflərə hələ də cavab verməmişdir". "Bizi narahat edən daha bir məsələ 2023-cü il hesabatında erməni dini abidələrinin qorunacağına dair şübhələrin ifadə olunmasıdır. Halbuki ərazilərimiz Ermənistanın işğalında olan dövrdə, müharibə dönəmində və bu gün də Bakının mərkəzi meydanında erməni kilsəsi dövlət tərəfindən qorunmaqdadır, hətta 2010-cu ildə erməni katolikosu şəxsən ziyarət edərək orada ibadət ayini həyata keçirmiş, kilsə nəzdində kitabxana ilə tanış olmuşdur. ABŞ rəsmilərinə obyektivlik naminə Ermənistanda tarixən azərbaycanlılara məxsus dini abidələrin dağıdılması faktlarını araşdırmağı məsləhət görərdik. Sülh müqaviləsi bağlanmasında vasitəçi olmağa iddialı dövlət məsələlərə qərəzsiz yanaşmalıdır. Hesabat tərtib edənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanın dinlərarası mühitini, dini vəziyyətini izləmək üçün həyata keçirilən gündəlik tədbirlərdə iştirak etmək, dini konfessiyaların həyat və fəaliyyəti ilə yerində tanış olmaq, işğaldan azad edilmiş ərazilərimizə səfərlər etmək lazımdır. Əminik ki, diplomatik korpus nümayəndələrinin azad olunmuş Şuşaya və s. şəhərlərinə çoxsaylı səfərlərində amerikalı diplomatlar da iştirak etsəydilər orada məscidlərlə yanaşı xristian və digər dinlərə məxsus məbədlərin necə qayğı ilə bərpa olunduğunun canlı şahidi olardılar və ABŞ diplomatlarının hesabatlarında bu faktlar öz əksini tapardı. Azərbaycanı peyklər vasitəsilə deyil, dost səfərləri ilə öyrənmək saxta, məkrli erməni qarayaxmalarının təsirindən azad, obyektiv münasibət nümayiş etdirməni təmin edərdi. ABŞ dövlət katibinin bəyanatı Azərbaycanın nüfuzdan salınmasında, beynəlxalq siyasi və ictimai müstəvidə onun mənfi imicinin yaradılmasında maraqlı olan anti-Azərbaycan lobbiçilərin, eləcə də erməni revanşist təbliğatının nəticəsidir və bölgədə sülhün əldə olunması işinə xələl gətirir. Aşkar faktdır ki, Azərbaycan 2020-ci ildə əzəli torpaqlarını işğaldan qurtardıqdan və 2023-cü ildə öz qanuni əraziləri üzərində tam suverenliyini bərpa etdikdən sonra erməni kilsəsinin rəhbərləri revanşizmin önündə gedir, aktiv şəkildə nifrət çağırışları ilə etnik dözümsüzlüyü təşviq edir, aqressiv sepratizmi dəstəkləyirlər. Erməni dini liderləri öz xalqını sülhə dəvət etmək əvəzinə yeni müharibələrə, özgə ərazilərini işğala çağırırlar ki, bu da fundamental insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa və dini dəyərlərə ziddir. Hesabatda ölkəmizin dini kəsimində məzhəb ayrı-seçkiliyi ilə bağlı əsassız iddiaları, o cümlədən həqiqəti əks etdirməyən uydurma “statistikanın” müxtəlif xarici ölkə, beynəlxalq qurum hesabatlarına məkrli şəkildə daxil olunmasını qeyri-etik və təxribat hesab edirik. Dinlərarası harmoniya mühiti, multikultural həyat tərzi, tolerantlıq dəyərləri ilə tanınan Azərbaycanın son dövrlərdə birtərəfli erməni mövqeyindən çıxış edən qüvvələr və dini amildən fəal istifadə edən dairələr tərəfindən hədəfə alınmasını qətiyyətlə pisləyir, bu manipulyasiya hallarına son qoymağa çağırırıq. ABŞ Dövlət Departamentinin Azərbaycanı 2024-cü ildə dini etiqad azadlığı pozulmuş ölkələr qismində xüsusi izləmə siyahısına salmaq barədə qərarını birmənalı şəkildə rədd edirik", - sənəddə qeyd olunub. Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili imzalayıblar.
2024-01-12
822,122
Daha bir general vəzifəsindən azad edildi
General-leytenant Heydər Piriyev Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilib. Axar.az Bizim.media-a istindən xəbər verir ki, Milli Müdafiə Universitetinə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki Gündüz Əbdülov rektor təyin edilib. Gündüz Əbdülov daha əvvəl Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin rəisi və TƏBİB-də aparat rəisi kimi vəzifələrdə çalışıb. Bu təyinata qədər isə o, Elm və Təhsil Nazirliyinin Daxil Nəzarət şöbəsinin müdiri olub.
2024-01-12
822,126
Hava kəskin soyuyacaq - Daha bir xəbərdarlıq
Fövqəladə Hallar Nazirliyi (FHN) hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Bu barədə Axar.az-a FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində hava şəraiti kəskin dəyişərək temperaturun xeyli enəcəyi, sulu qar, qar yağacağı və ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı, güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Belə ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir. Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik. Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
2024-01-12
822,128
ABŞ “Husi əməliyyatına” bu qədər xərc çəkib
Yəməndəki Husi hədəflərinə zərbələr ABŞ-a təxminən 200 milyon dollara başa gələ bilər. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Poletayev deyib. “ABŞ-ın hərbi büdcə miqyasında bu, rəqəm demək olar ki, qəpik-quruşdur. Lakin münaqişə böyüyərsə, xərclər on milyardlarla dollar təşkil edə bilər”, - o bildirib. Qeyd edək ki, ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə Husi hədəflərinə bu gecə zərbələr endirib.
2024-01-12
822,135
Bölgədə gərginliyi yaradan İrandır - Dannatt
Təhlükə ondan ibarətdir ki, mövcud vəziyyət davam edəcək və bu, bütün dünyanın başqa bir münaqişə zonasına çevirələcək. Axar.az xəbər verir ki, bu sözləri Britaniya ordusunun keçmiş rəhbəri Riçard Dannatt BBC-yə deyib. Dannatt bildirib ki, İran təkcə husiləri deyil, ABŞ və Böyük Britaniya tərəfindən terror qrupu olaraq bilinən Hizbullah və HƏMAS-ı da dəstəkləyir: “Hər hansı bir uğurlu əməliyyat ABŞ və Böyük Britaniyanın əldə edə bildiyi kəşfiyyat məlumatlarının keyfiyyətindən asılı olacaq”.
2024-01-12
822,137
MSK və MEDİA birgə seminar keçirdi
Mərkəzi Seçki Komissiyası (MSK) və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə yanvarın 12-də “Prezident seçkilərində medianın rol və vəzifələri” mövzusunda praktiki seminar keçirilib. Axar.az xəbər verir ki, media nümayəndələrinin prezident seçkilərində məlumatlılığının artırılması və fəaliyyətlərinin səmərəliliyinin daha da yüksəldilməsi məqsədilə təşkil olunan tədbirdə MSK və MEDİA rəsmiləri ilə yanaşı, 20 media subyektinin nümayəndələri iştirak edib. Seminarda çıxış edən Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli seçki prosesi ilə bağlı məlumatların ictimaiyyətə düzgün və effektiv çatdırılmasının vacib olduğunu deyib. MSK-nın üzvü İlkin Şahbazov seminarda çıxış edərək, seçki hüququnun nəzəri aspektləri, mənsubiyyəti və realizə imkanlarından danışıb. MSK Katibliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Şahin Əsədli isə seminarda seçki günü prosedurları ilə bağlı məlumat verib: “Prezident seçkilərində qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, eləcə də namizədi qeydə alınmış siyasi partiyaların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri qanunla qadağan edilməyən forma və üsullarını müstəqil müəyyənləşdirməklə, azad və sərbəst şəkildə seçkiqabağı təşviqat aparmaq hüququna malikdir”. Seminarın sonunda jurnalistlərin sualları cavablandırılıb və onları maraqlandıran məsələlərə aydınlıq gətirilib.
2024-01-12
822,139
Füzuli parkında təmir zamanı ağaclar belə qorunur - Foto
Qarabağ Dirçəliş Fondunun sifarişi əsasında Füzuli şəhərində salınacaq Mərkəzi Parkın ərazisinin tikili qalıqlarından və digər tullantılardan təmizlənməsi və ərazinin müvəqqəti hasara alınması işləri davam etdirilir. Axar.az xəbər verir ki, görülən işlər zamanı ərazidə mövcud olan ağacların qorunmasına da xüsusi diqqət yetirilir. Belə ki, “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Parkın salınacağı ərazidə monitorinq keçirilib. Monitorinqin nəticəsi ilə bağlı verilən müvafiq rəyə uyğun olaraq Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə Fondun əməkdaşlarının, Parkın tikintisi üçün layihə-smeta sənədlərini hazırlayan “By Medgalchi” şirkətinin cəlb etdiyi ekspertlərin və təmizlik işlərinin icraçısı olan “RAMCO” QSC şirkətinin müvafiq əməkdaşlarının iştirakı ilə ərazidə aparılan növbəti monitorinqlər zamanı saxlanılması tələb olunan 80-dən çox ağac müəyyənləşdirilib və onların qorunması üçün müvafiq işlər görülüb. Ərazidə olan Dağdağan, Göyrüş, Zoğal, Fındıq, Sofora, Ağcaqayın, Qoz, o cümlədən Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşmüş Şərq Çinarı, Əncir və Nar ağacları xüsusi nəzarətə götürülərək işarələndikdən sonra ətrafı hasara alınıb və onlara zəruri aqrotexniki qulluğun göstərilməsi qərara alınıb. Qeyd edək ki, Füzuli şəhərinin yeni Baş plan layihəsinə əsasən, orada məskunlaşacaq əhalinin kütləvi istirahətinə olan tələbatını nəzərə alaraq 22,47 hektar ərazidə Mərkəzi Parkın salınması nəzərdə tutulur. Park şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq. Parkın salınması zamanı nəzərə alınacaq müasirliyin və milli-mədəni irsin vəhdəti Füzuli şəhərinin daha da gözəlləşməsinə xidmət etməklə yanaşı, bölgənin ekoloji tarazlığının bərpasına da böyük töhfə verəcək. Burada istirahət zonaları, multifunksional açıq yaşıllıq sahələri, iaşə zonaları, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, qaçış üçün cığırlar, velosiped yolları, amfiteatr və digər obyektlərin yaradılması nəzərdə tutulub. Layihə ilə daha ətraflı Qarabağ Dirçəliş Fondunun rəsmi saytının “Layihələr” bölməsində tanış ola bilərsiniz.
2024-01-12
822,140
İrəvanın faşist yürüşünə reaksiya verməməsi... - Zaxarova
Yanvarın 1-də İrəvanın mərkəzində faşist gənclərdən ibarət dəstələrin yürüşünü dərin narahatlıqla qarşıladıq. Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Təəccübləndik ki, Ermənistan hüquq-mühafizə orqanları media nümayəndələrinin iştirakı ilə kamera qarşısında aksiya iştirakçılarının nasist salamı ilə əllərini qaldırmasına heç bir şəkildə mane olmadı. Təəssüf ki, İrəvan hakimiyyəti və hüquq-müdafiə strukturları tərəfindən heç bir lazımi cavab yoxdur. Nasizmin istənilən təzahürünü boğmaq, tarixin saxtalaşdırılmasına qarşı yorulmadan mübarizə aparmaq lazımdır”, - o bildirib.
2024-01-12
822,143
Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yandı
15:16 Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yanıb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 4 ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Hadisə yerinə Oğuz və Şəkidən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və 4 yanğınsöndürən texnika cəlb olunub. Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır. *** Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Oğuz şəhəri, 20 Yanvar küçəsində yerləşən kürsülü birmərtəbəli tikilidə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. *** Oğuz şəhəri, 20 Yanvar küçəsində yerləşən kürsülü birmərtəbəli tikilidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə Nazirlikdən bildirilib.
2024-01-12
822,144
General Piriyev vəzifədən niyə azad edildi? - Dosye
Xəbər verdiyimiz kimi, general-leytenant Heydər Piriyev Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsindən azad edilib. Axar.az xəbər verir ki, Heydər Piriyev 1959-cu ildə Ermənistanın Dağ Borçalının (Kalinino rayonu) Soyuqbulaq kəndində anadan olub. 1974-1976-cı illərdə Bakı şəhərində 1 saylı fizika-riyaziyyat təmayüllü məktəbdə təhsil alıb. 1976–1980-ci illərdə Bakı Ali Ümumqoşun Komandirlər məktəbində təhsil alan Piriyev 1980–1991-ci illərdə SSRİ Silahlı Qüvvələrinin tərkibində müxtəlif vəzifələrdə xidmət edib. 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Azərbaycan Respublikasının Ümumilli lideri Heydər Əliyev tərəfindən 2003-cü ildə ona general-mayor rütbəsi verilib. 2002–2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında Ordu Korpusunun qərargah rəisi vəzifələrində xidmət edib. 2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin İlham Əliyevin sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Universitetinin rəisi təyin edilib. Heydər Piriyev 2022-ci ilin iyun ayından Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsində çalışırdı. Heydər Piriyev yaş həddi ilə bağlı təqaüdə göndərilib.
2024-01-12
822,148
Hikmət Mirzəyevin gəlişi: Yeni dövr başlayır - Ekspertlər
General-leytenant Hikmət Mirzəyev çox vətənpənvər və peşəkar zabitdir, yeni təyin olunduğu vəzifəyə qat-qat layiqdir. Bu sözləri Axar.az-a Hikmət Mirzəyevin müdafiə nazirinin müavini və Quru Qoşunları komandanı təyin edilməsi haqqında danışan ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. Hərbi ekspert Hikmət Mirzəyevin ölkə rəhbərliyinin ən çox etimad etdiyi generallar arasında olduğunu vurğulayıb: “Hikmət Mirzəyev həm cəmiyyətdə, həm də Silahlı Qüvvələrdə kifayət qədər nüfuzu olan şəxsdir. Düşünürəm ki, Quru Qoşunları komandanlığı onun üçün sonuncu pillə deyil. Çünki hörmətli generalımızın həyat təcrübəsi, ordu quruculuğundakı rolu, Birinci və İkinci Qarabağ müharibələrində, antiterror tədbirlərində göstərdiyi xidmət buna imkan verir. Hikmət Mirzəyev kifayət qədər prinsipial və savadlı zabitdir. Eyni zamanda Hikmət Mirzəyevin yeni ordu modellərinin tətbiqinə, hərbi quruculuğa dair özünəməxsus və çox ciddi yanaşmaları var. Bununla yanaşı, general həm Türkiyədə, həm də MDB məkanında hərbi dairələr tərəfindən qəbul olunur, ona hörmətlə yanaşılır”. Hərbi ekspert Ədalət Verdiyev də Hikmət Mirzəyevin peşəkarlığından, vətənpərvərliyindən bəhs edib, ona ölkə rəhbərliyinin böyük etimadından danışıb: “Hikmət Mirzəyevi 1992-ci ildən tanıyıram. Birinci və İkinci Qarabağ müharibələrinin, Aprel döyüşlərinin, 2023-cü il antiterror tədbirlərinin, digər toqquşmaların iştirakçısıdır. General hərbi məktəbi Rusiyada bitirib, akademik təhsili isə Türkiyədə alıb. Yəni həm SSRİ, həm də NATO hərb sistemini çox yaxşı bilir, üstəlik, ölkəmizdə hər kəs tərəfindən qəbul olunan şəxsdir. İkinci Qarabağ müharibəsi dövründə Ali Baş Komandanın strategiyasını yüksək səviyyədə icra edən yüksək rütbəli hərbçilərimizdən biridir. XTQ bütün düşmənlərimizin kabusudur. Bu peşəkarlığı, qəhrəmanlığı, ölümün gözünə dik baxmağı məhz Hikmət Mirzəyev onlara öyrədib. Onun kimi xalqın qəlbində yer tutmaq hər zabitə nəsib olmur. Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevə müharibə gedə-gedə general-leytenant rütbəsi verməsi ölkə rəhbərliyinin ona olan böyük etimadından xəbər verir. Təyinat çox uğurludur və Türkiyə ordu modelinə keçid, döyüş potensialının artırılması, müasir təcrübənin, yanaşmaların tətbiqi sahəsində general-leytenant Hikmət Mirzəyevin məhsuldar xidmət göstərəcəyinə əminəm”.
2024-01-12
822,152
Bu tarixə kimi yağış, qar yağacaq - Rəsmi
Yanvarın 12-si gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq 15-i səhərədək yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir, ayrı-ayrı yerlərdə yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 15-i səhər saatlarından yağıntılar tədricən kəsiləcək, gündüz əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq Axar.az xəbər verir ki, bu barədə Report-a Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara, bəzi ərazilərdə qara keçəcəyi gözlənilir: "Yanvarın 14-ü isə gecə və səhər yarımadanın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək". Sinoptik bildirib ki, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir: "Yanvarın 12-dən 13-nə keçən gecə və səhər havanın 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun ötən günlərlə müqayisədə 5-8° enərək, 13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Yanvarın 14 və 15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq". G.Məmmədova əlavə edib ki, güclü küləkli və yağıntılı hava şəraitində yarana biləcək çovğunla əlaqədar yollarda görünüşün məhdudlaşacağı ehtimal olunur: “Küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur”.
2024-01-12
822,154
İranın Firdovsi mükafat təsis etmək cəhdi baş tutmadı
İran hökumətinin Firdovsi adına beynəlxalq mükafat təsis etmək cəhdi uğursuz olub. Belə ki, UNESKO bu mükafatın təsis edilməsinə razılıq verməyib. Kult.az xəbər verir ki, bu barədə İran Milli Arxiv və Kitabxana Təşkilatının rəhbəri İshaq Salahi açıqlama verib. O, bunun baş tutmamasının səbəbini Tacikistan və Əfqanıstanın Firdovsi ilə bağlı iddialarının olması ilə əlaqələndirib. Salahi Firdovsi mükafatının təsis edilməsinin baş tutması üçün UNESKO-nun Tehrandakı nümayəndəliyi ilə müzakirələr aparıldığını bildirib.
2024-01-12
822,155
MN-də sensasion dəyişikliklər... - Ekspert açıqladı
Müdafiə nazirinin müavini general-leytenant Ənvər Əfəndiyevin, Milli Müdafiə Universitetinin rektoru general-leytenant Heydər Piriyevin və digər zabitlərin istefaya göndərilməsi yaş həddi ilə bağlıdır. Onların Müdafiə Nazirliyində son aparılan yoxlamalar zamanı üzə çıxan neqativ hallara zərrə qədər aidiyyəti yoxdur. Bu sözləri Axar.az-a Müdafiə Nazirliyində edilən dəyişikliklər haqda danışan istefada olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov deyib. “Biz yaxın həftələrdə daha böyük simaların adını eşidəcəyik. Növbəti ayda Müdafiə Nazirliyində yerdəyişmələr və yeni təyinatlarla bağlı sensasion xəbərlər olacaq. Çünki ölkə başçısının Ordumuzun 2025-ci ilədək Türkiyə Silahlı Qüvvələri modelinə keçidin tamamlaması ilə bağlı qəti əmri, tapşırığı var. Keçid zamanı isə bəzi ştatların ixtisarı, struktur dəyişikliyi və yeniliklərin tətbiqi qaçılmazdır”, - polkovnik vurğulayıb. Qeyd edək ki, XTQ-nin sabiq komandanı general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini və Quru Qoşunların komandanı təyin edilib.
2024-01-12
822,158
Sülh üçün Brüsselə “qaçan” İrəvana Kremlin cavabı
Qərbi razı salmaq üçün uçurumun kənarına getmək və absurdluğa düşmək lazım deyil. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri Sərkis Xandanyanın bəyanatına münasibət bildirərkən deyib. “Təəssüf ki, bu cür sözlər deyən insanlar sadəcə olaraq ölçü hissini itiriblər. Qafqazda həqiqətən davamlı sülhün bərqərar olması üçün qeyri-alternativ yol xəritəsi Rusiya, Azərbaycan və Ermənistan arasında 2020-2022-ci illər arasında bağlanmış ən yüksək səviyyədə üçtərəfli sazişlər toplusudur. Vaşinqton və Brüssel platformalarını daha çox legitim görənlərə xatırlatdım ki, Vaşinqton və Brüssel bu sazişləri ya birbaşa kopyaladı, ya da öz fürsətçi maraqları üçün dəyişdirdi. ABŞ başda olmaqla kollektiv Qərb beynəlxalq hüququ açıq şəkildə pozmaqla məşğul olur, müharibələr, münaqişələr törədir, rəngli inqilablar təşkil edir, özlərinin uydurduğu qaydaları hamıya tətbiq edir. Bunları nəzərə alsaq, bu cür psevdovasitəçilərlə hansı legitimlikdən danışmaq olar? Digər çox vacib məqam isə odur ki, Vaşinqton və Brüssel platformalarında, məsələn, Ermənistanın milli maraqlarına zidd olacaq nəsə müzakirə olunarsa, o zaman həmin siyasətçilər bu platformaları daha legitim adlandırdıqlarını xatırlamayacaqlarmı?” - o bildirib. Qeyd edək ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının sədri, hakim “Mülki Müqavilə” partiyasından olan deputat Xandanyan Bakı və İrəvan arasında Vaşinqton və Brüsseldə keçirilən danışıqların beynəlxalq nüfuza malik olub, legitimlik daşıdığını demişdi.
2024-01-12
822,162
Bu hərbçilərin maaşı artırıldı - Qərar
Baş nazir Əli Əsədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunların (DQ) Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının artırılması ilə bağlı Qərar imzalayıb. Axar.az xəbər verir ki, Qərarla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada verilir. Yeni redaksiyaya əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılır ki, bu Qərarın icrası ilə əlaqədar tələb olunan əlavə vəsaitin maliyyələşdirilməsini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində müvafiq məqsədlər üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirsin. Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir. Qeyd edək ki, hərbi qulluqçuların aylıq vəzifə maaşlarının məbləği məxfi olduğu üçün açıqlanmır.
2024-01-12
822,163
“Marqara” məntəqəsində bərpa işləri başa çatdı
Ermənistan-Türkiyə sərhədindəki “Marqara” keçid məntəqəsində tikinti və bərpa işləri başa çatdırılıb. Axar.az xəbər verir ki, bunu Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədr müavini Karen Tamazyan deyib. “Gömrük-texniki imkanlar, pasport nəzarəti, eləcə də sərhəd xidməti nöqteyi-nəzərindən sərnişinlərə lazımi şəkildə xidmət göstərilməsi üçün bütün infrastruktur hazırdır”, - o bildirib. Qeyd edək ki, Ermənistanla Türkiyə arasında sərhəd 1993-cü ildən, İrəvanın Qarabağa təcavüzündən sonra bağlanıb.
2024-01-12
822,165
Prokuror Əvəz Zeynallıya 10 il həbs istədi
Prokuror Əvəz Zeynallının 10 il, Elnur Şükürovun da 5 il azadlıqdan məhrum edilməsini istəyib. Axar.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bildirilib. Məhkəmənin növbəti iclası yanvarın 26-na təyin edilib.
2024-01-12
822,167
Azərbaycanda bu qayda dəyişdi - Yeni qərar
Nazirlər Kabineti 23 dekabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bütün növ radiovericilərin və digər radiotezlikli qurğuların yaratdığı radiomaneələrin qarşısının alınması Qaydası”nda dəyişiklik edib Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Radiotezliklər İdarəsinin nümayəndələrinin ehtimal edilən radiomaneə mənbəyinin yerləşdiyi dövlət idarə, təşkilat və müəssisələrinin ərazilərinə onların tabe olduqları dövlət orqanlarının razılığı ilə, sahibkarlıq subyektlərinin ərazisinə isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələblərinə əsasən daxil olması üçün maneə təsiri yaratması ehtimal edilən qurğunun sahibi və ya maneə təsiri yaratması ehtimal edilən qurğunun yerləşdiyi ərazinin sahibi tərəfindən şərait yaradılır və müvafiq tədbirlər görülür. Beynəlxalq və dövlət əhəmiyyətli tədbirlər və idman yarışları üçün istifadəsinə icazə verilmiş radiotezliklərə radiomaneə təsiri yaradan qurğunun fəaliyyəti Dövlət Radiotezliklər İdarəsi tərəfindən həmin qurğunun sahibinə verilmiş göstərişə (şifahi və ya yazılı) əsasən ən geci bir saat ərzində dayandırılır. Radiomaneə təsiri Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə Reqlamentinin 5-ci maddəsinin 5.2-ci bəndi ilə müəyyən olunmuş radiotezliklərin idarəolunması üzrə Azərbaycann da daxil olduğu birinci region ölkələri üçün Radiorabitə Reqlamentinin həmin maddəsinin dördüncü bölməsində nəzərdə tutulmuş tezlik bölgüsünə uyğun şəkildə istifadə olunmayan qurğudan (o cümlədən qeyri-standart qurğudan) yarandığı təqdirdə həmin qurğunun istifadəsinin təxirəsalınmadan dayandırılması qurğunun sahibindən tələb olunur və standartlara uyğun analoji qurğu ilə əvəz edilməsi qurğunun sahibinə tövsiyə edilir. Televiziya və radio yayımlarına radiomaneə təsiri ilə bağlı müraciətlərə baxılarkən Dövlət Radiotezliklər İdarəsi tərəfindən teleradio yayım şirkətlərinin və infrastruktur operatorunun həmin işlərə cəlb olunmasına yol verilir.
2024-01-12
822,171
ABŞ Xameneinin planına zərbə endirdi - Kazimian
Xamenei sadəcə husiləri himayə etmir, hətta husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə hücum strategiyasını təqib edir. Bu cəhətdən məsələyə yanaşdıqda aydın olur ki, ABŞ və Britaniyanın Yəməndə husilərə hücumu ilk növbədə İrana mühüm bir mesajdır, nəinki Yəmənə. Axar.az xəbər verir ki, bu sözləri iranlı ekspert Mürtəza Kazimian ABŞ və Britaniyanın Yəməndə Husi mövqelərinə hücumunu şərh edərkən söyləyib. Britaniyanın “Teleqraf” nəşrinə istinad edən ekspert bildirib ki, bütün bu illər ərzində Husi rəhbərləri İrana gəlib, Rəşd şəhəri başda olmaqla, İranın şimal şəhərlərində gizli təlim və təhsillə məşğul olub: “ABŞ zahirən hüquqi-siyasi ritorikada danışsa da, bu mesaj SEPAH-ın regionda fəaliyyətinə, Xameneinin xəyalpərəst planına reaksiya idi. Bu mesaj mövcud böhranlı vəziyyəti dayandırmaq məqsədi daşıyır”. O, İran Xarici İşlər Nazirliyi ilə yanaşı SEPAH-ın yüksək rütbəli komandiri Möhsün Rizayinin reaksiyasına diqqət çəkib: “SEPAH məsuliyyətsizcə Amerikanı təhdid edir. Bu təhdidlərin İran və region üçün qorxulu nəticələrini nəzərə almır. Həqiqət budur ki, İran ehtiyatlı davranmağa çalışsa da, iddialarından əl çəkməyəcək və regiondakı fəaliyyətlərini dayandırmayacaq”.
2024-01-12
822,176
Birbank Biznes sahibkarlara yeni onlayn imkanlar yaradır
Birbank Biznes hüquqi şəxslər və fərdi sahibkarlar üçün kredit xəttindən istifadəyə dair yeni onlayn xidmət təqdim edir. Belə ki, Birbank Biznes istifadəçiləri artıq kredit xəttindən istifadəni tam olaraq onlayn formada edə biləcək, əlavə vaxt itkisinin qarşısını almış olacaqlar. Xidmət tam rəqəmsal olaraq məsafədən həyata keçirildiyi üçün müraciəti həm ölkə daxilində, həm də ölkə xaricindən etmək mümkündür. Artıq kredit xəttinin istifadəsi üçün vaxt itirərək bank filialına gəlməyə, müştəri menecerinə müraciət etməyə ehtiyac yoxdur. Müraciət üçün link: https://my.birbank.business/login Qeyd edək ki, Birbank Biznes-də biznes sahiblərinin mütəmadi istifadə etdiyi bir sıra xidmətlər var: - Biznes bank hesablarının açılması - Təcili köçürmələr, milli və xarici valyutada köçürmələr - Nağdsız ödənişlər - Əməkhaqqı və biznes kartların sifarişi, çatdırılması və onlara mədaxil - POS-terminal sifarişi, POS əməliyyatlarının onlayn izlənilməsi və çıxarışların əldə olunması - Cari və kart hesabından QR-nağdlaşdırma - Sənəd dövriyyəsi və sənədlərin kütləvi imzalanması - Biznes krediti və bank qarantiyaları - Mobil POS, e-ticarət və “Kliklə ödə” xidmətləri - Açıq Bankçılıq Xidmətləri - Özəl tarif paketləri və s. Birbank Biznes müştərilərində suallar yaranarsa, onlara istənilən vaxt canlı çat vasitəsilə dəstək göstərilir. Sahibkarlara vaxta qənaət etmək imkanı verən Birbank Biznes sistemi haqqında ətraflı məlumat üçün https://bir.bank/bbfipr saytına keçid edin və ya 896 məlumat mərkəzinə zəng edin.
2024-01-12
822,178
Mingəçevirdə bu şirkət 20 min manat cərimələndi
Əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb. Bu barədə Axar.az-a Mingəçevir Şəhər prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırma zamanı Baksel Tele Satış Mərkəzi MMC-nin direktoru Səyyad İbrahimlinin əmək müqaviləsi bağlamadan Pəri Orucovanı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib. Fakt üzrə Mingəçevir şəhər prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib. Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
2024-01-12
822,179
İranlılar da parlament seçkilərini boykota çağırdılar
İran hökumətinə müxalif olan onlarla təşkilatın və çox sayda hüquq müdafiəçisinin, siyasi-ictimai şəxsin və ziyalıların birləşdiyi Birləşmiş İranlılar Federasiyası ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlı müraciət edib. Axar.az xəbər verir ki, bu barədə qurumun sosial media hesabında yazılıb. Müraciətdə qurum iranlıları 12-ci parlament seçkilərini boykot etməyə çağırıb. “Keçirilməsi planlaşdırılan parlament seçkiləri mənasızdır və bu xalqın iradəsini əks etdirmir. Seçkilərdə iştirak etməməklə İslam Respublikasına layiqli cavab verilməlidir”, - müraciətdə bildirilib. Qeyd edək ki, bundan əvvəl İran daxilində olan bir sıra qruplar və müxalif cərəyanlar da martın 1-də İranda keçiriləcək parlament seçkilərində iştirak etməməyə çağırıblar. Müstəqil mərkəzlərin keçirdiyi rəy sorğularının nəticələrinə görə, 12-ci parlament seçkilərində vətəndaşların iştirakı ən aşağı səviyyədə olacaq.
2024-01-12
822,181
Zaur Mikayılov Lənkəranda vətəndaşlarla görüşdü
Bu gün Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov Yuxarı Xanbulançay Hidroqovşağının İstismarı İdarəsininin inzibati binasında Lənkəran, Astara, Lerik və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb. Axar.az xəbər verir ki, qəbuldan öncə ADSEA-nın sədri Zaur Mikayılov və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, mühafizə bəndlərinin tikilməsi və təmiri, içməli suya olan tələbatın ödənilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
2024-01-12
822,182
Ərəbistan İsraillə əlaqələr üçün şərtini açıqladı
Səudiyyə Ərəbistan Qəzzadakı müharibədən sonra İsraillə münasibətlərin normallaşdırılmasında maraqlıdır, lakin istənilən razılaşma Fələstin dövlətinin yaradılmasına gətirib çıxarmalıdır. Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Şahzadə Xalid bin Bəndər BBC-yə açıqlamasında deyib. “Səudiyyə Ərəbistanı hələ də İsraillə əlaqə qurmağa hazırdır. Lakin bu, Fələstin xalqının hesabına olmayacaq. Beynəlxalq ictimaiyyət Qəzzada döyüşləri dayandırmaq üçün kifayət qədər səy göstərmir”, - səfir bildirib.
2024-01-12
822,185
Füzuli şəhərinə daha 147 ailə köçürüləcək
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Füzuli şəhərinə növbəti mərhlədə köçürüləcək ailələr arasında püşkatma keçirib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəliyinin, Füzuli Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri iştirak ediblər. Püşkatmada 147 ailə iştirak edib. Ailə tərkibinə uyğun olaraq, onlardan 57-i ikiotaqlı, 75-i üçotaqlı, 15-i dördotaqlı mənzil ilə təmin olunub. Həmin ailələr indiyədək respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar. Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri tərəfindən püşkatma vasitəsilə onlara verilən evlərin dəqiq ünvanını müəyyənləşdirirlir. Tezliklə daimi yaşayış üçün Füzuli şəhərinə qayıdacaq keçmiş məcburi köçkünlər çox böyük sevinc hissi keçirdiklərini, işğaldan azad olunmuş ərazilərdə yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Püşkatmada iştirak etmiş ailələr yaxın günlərdə Füzuli şəhərinə yola salınacaqlar.
2024-01-12
822,187
Ənsarullah itkilərini açıqladı
ABŞ və Böyük Britaniyanın 73 zərbəsi nəticəsində 5 Ənsarullah döyüşçüsü öldürülüb. Axar.az xəbər verir ki, bu barədə üsyançı hərəkatın nümayəndəsi Yəhya Səriya açıqlama verib. “ABŞ və Böyük Britaniya qüvvələri cümə günü səhər Yəmənin Ənsarullah döyüşçülərinə qarşı havadan, gəmidən və sualtı qayıqlardan silah anbarı, hava hücumundan müdafiə və logistika obyektlərinə zərbələr endirib. Bu hücumlar 5 yəmənli döyüşçünün ölümünə və daha 6 nəfərin yaralanmasına səbəb olub”, - o bildirib.
2024-01-12
822,192
İnşaatçılar Mədəniyyət Sarayı xarabalığı xatırladır - Foto
İnşaatçılar Mədəniyyət Sarayı yerli əhəmiyyətli memarlıq abidəsidir. Hazırda bina istifadə olunmur və təmir-bərpa olunmasına ehtiyac var. Bu sözləri Axar.az-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib. “Tarixi abidə xüsusi mülkiyyətdədir. Qanunvericiliyə uyğun olaraq istifadəsində və ya mülkiyyətində tarixi abidə olan hüquqi və ya fiziki şəxslər həmin abidəni öz vəsaiti hesabına bərpa etməlidirlər. Bununla yanaşı istifadəsiz qalan və qanunvericilik çərçivəsində bərpa olunaraq təyinatına uyğun şəkildə istifadə oluna bilən tarixi abidələrlə bağlı Dövlət Xidməti tərəfindən təşviqat işləri aparılır. Belə tarix-memarlıq abidələrinin dövlət-özəl tərəfdaşlığı çərçivəsində bərpası və istifadəsi imkanları araşdırılır”, - Fariz Hüseynli bildirib.
2024-01-12
822,193
Rusiya təyyarələrinə Yəməndən uçmağı qadağan etdi
“Rosaviasiya” Rusiya aviaşirkətlərinə Yəmən üzərindən uçmağı qadağan edib. Axar.az xəbər verir ki, bu barədə qurumdan məlumat verilib. “Yəməndə baş verən hadisələr və uçuşların təhlükəsizliyi üçün yaranmış risklərlə əlaqədar Federal Hava Nəqliyyatı Agentliyi bu dövlətin hava məkanından Rusiya mülki təyyarələrinin uçuşları üçün istifadəni qadağan edib”, - məlumatda qeyd olunub.
2024-01-12
822,195
HƏMAS İsrailə qarşı bu silahlardan istifadə edir
HƏMAS-ın İsraillə müharibədə qabaqcıl silahlardan istifadə etdiyi üzə çıxıb. Axar.az xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb. Məlumata görə, təşkilatın istifadə etdiyi bəzi silahlar əvvəlki hücumlarla müqayisədə daha öldürücüdür: “Əl-Qəssam Briqadası Qəzzada 105 mm-lik tank əleyhinə “Yasin” raketlərindən fəal istifadə edir. Təşkilat bu raketlə İsrailin “Merkava” tanklarını hədəfə alır. Raket Rusiya istehsalı olan RPQ qumbaraatanlarından buraxılır. Növbəti bir silah isə “Əl-Asif” torpedosudur. Bu silah pilotsuz dəniz vasitəsidir və su hücumları üçün nəzərdə tutulub. Sözügedən pilotsuz aparat sadə dizaynlı sualtı avtomobil kimi təsvir edilir. Eyni zamanda, Şimali Koreya istehsalı “F7” qumbaraatanları da HƏMAS-ın istifadə etdiyi silahlar arasında yer alır. Başqa bir silah isə “Şəvaz”dır. Bu, Qəzza istehsalı olan partlayıcıdır. Silah yaxın məsafədən hərbi texnikanı pusquya salmaq üçün istifadə olunur. “Şəvaz” bombaları İsrail zirehli maşınlara zərər vermək üçün hazırlanıb. Onun tərkibində partlayış zamanı zirehdeşici cihaz rolunu oynayan metal disk yerləşir”.
2024-01-12
822,197
Baş nazir daha üç qərar imzaladı
17:41 Nazirlər Kabineti “Satınalmalara cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”ni təsdiqləyib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Eyni zamanda Nazirlər Kabinetinin 19 mart 2019-cu il tarixli “Dövlət satınalmalarına cəlb olunan vəzifəli şəxslərin Davranış Kodeksi”nin təsdiq edilməsi haqqında” qərarı ləğv olunub. Qərara əsasən, bundan sonra, satınalmalara cəlb olunan vəzifəli şəxslərdən qanunun aliliyinə hörmət, vicdanlılıq, peşəkarlıq və fərdi məsuliyyət, loyallıq, qərəzsizlik, ictimai etimad, mədəni davranış və konfidensiallıq tələb ediləcək. Bundan başqa, satınalmalara cəlb olunan vəzifəli şəxslərə qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, qərarlar qəbul etməməlidir. *** Nazirlər Kabineti “Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nı təsdiqləyib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Eyni zamanda Nazirlər Kabinetinin 18 mart 2019-cu il tarixli “Mülki Məcəllənin 422-ci maddəsində nəzərdə tutulmuş halların satınalma müqaviləsinə təsirinin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarı ləğv olunub. Yeni qərara əsasən, bundan sonra, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi satınalma predmetinin qiymətlərinin azalmasına və artmasına səbəb olduqda - təchizatçı dəyişikliyin baş verdiyi gündən 20 iş günü müddətində satınalan təşkilat qarşısında qiymətlərə yenidən baxılması barədə məsələ qaldıra biləcək. İndiyə qədər bu müddət 20 bank günü idi. Qiymətlərə yenidən baxılması barədə məsələ ilə bağlı tərəflər öz qərarı barədə 10 iş günü müddətində qarşı tərəfə rəsmi məlumat verməlidir. *** “Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Qərarla, həmçinin “Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 yanvar tarixli 8 nömrəli Qərarı ləğv edilib. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının satın alınması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin birbaşa hakimlərin bank hesablarına köçürülməsi QAYDASI 1. Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət büdcəsində birinci instansiya məhkəmələrinin saxlanılması xərclərinin tərkibində kargüzarlığın aparılması ilə bağlı dəftərxana ləvazimatlarının (bundan sonra - ehtiyatlar) satın alınması üçün nəzərdə tutulmuş vəsaitin (bundan sonra - dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait) birbaşa hakimlərin bank hesablarına köçürülməsinə dair məsələləri tənzimləyir. 2. Bu Qaydanın məqsədi dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsaitin birinci instansiya məhkəmələrinin maddi-texniki təminat məsələlərini həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən birbaşa hakimlərin bank hesablarına köçürülməsini təmin etməkdən ibarətdir. 3. Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait bu Qaydanın 4-cü hissəsi nəzərə alınmaqla, Nazirlik tərəfindən hər ay hakimlərin əməkhaqqı kartlarına (bank hesablarına), bu məhkəmələrin aparatlarında kargüzarlığın aparılması ilə bağlı vəsaitlər isə əlavə olaraq müvafiq məhkəmə sədrlərinin əməkhaqqı kartlarına köçürülür. Həmin vəsaitlər təyinatı üzrə xərclənməlidir. 4. Dövlət büdcəsində kargüzarlığın aparılması ilə bağlı nəzərdə tutulmuş vəsait Nazirlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş bölgü sxemi əsasında bölüşdürülür. Həmin bölgü sxemi il ərzində müvafiq məhkəmələr tərəfindən baxılmış işlərin orta sayı, məhkəmə işlərinin növündən (cinayət işi, mülki iş, inzibati iş, inzibati xətalara dair iş və 3 s.) asılı olaraq, ona sərf olunan ehtiyatların orta həcmi və həmin məhkəmənin aparat işçilərinin sayı nəzərə alınmaqla tərtib edilir. 5. Bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulmuş növbəti il üçün bölgü sxemi hər il dekabrın 31-dək təsdiq edilir. 6. Birinci instansiya məhkəmələrində kargüzarlığın aparılması ilə bağlı hakimlərin bank hesablarına köçürülən vəsaitin xərclənməsi ilə bağlı hakimlər hesabat vermir, lakin bu vəsaitin xərclənməsi yalnız nağdsız qaydada həyata keçirilir. 7. Kargüzarlığın aparılması ilə bağlı dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitin həcmi hər il üçün “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dəqiqləşdirilir.
2024-01-12
822,198
Ev alanlardan gəlir sənədi tələb olunur? - Açıqlama
Son günlər bəzi KİV orqanları və sosial media hesablarında əmlak alqı-satqısı zamanı 20 min manatdan yuxarı əməliyyatlar üçün notariat kontorları tərəfindən deklarasiyanın tələb olunmasına dair məlumatlar yayılır və bu məlumatlar geniş müzakirə olunur. Axar.az xəbər verir ki, bu sözləri Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. O bildirib ki, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi” ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası istiqamətində dövlət qurumları öz fəaliyyət proqramlarında bu məsələni prioritet olaraq qəbul edir və mübarizə üsullarını ölkə qanunvericiliyinin imkan verdiyi formada həyata keçirməyə çalışır: “Apardığımız monitorinq və söhbətlərdən məlum olur ki, notariat kontorlarına mübarizə proqramı çərçivəsində diqqətli olmaq və müxtəlif anket məlumatları əsasında dövriyyədə olan pul vəsaitlərinin mənbəyinə dair məlumatların toplanmasında vətəndaşlarla birgə fəal iştirak etmək tövsiyə olunub. Bu zaman sadəcə anket məlumatı formasında pulun haradan əldə olunması soruşula bilər ki, bu rəsmi sənəd, deklarasiya formasında deyil. Bu baxımdan notariat kontorlarında daşınmaz əmlaklarla bağlı əməliyyatların aparılmasında gecikmə halları nəzərə alınmır və narahatlıq üçün əsas yoxdur”.
2024-01-12
822,202
Prezidentdən Hikmət Mirzəyevlə bağlı sərəncam
Xəbər verdiyimiz kimi, general-leytenant Hikmət Mirzəyev Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib. Axar.az xəbər verir ki, bu bərədə Prezident İlham Əliyev ötən gün sərəncam imzalayıb. Sərəncam və təyinatla bağlı məlumat Müdafiə Nazirliyinin saytına bir neçə dəqiqə öncə əlavə edilib.
2024-01-12
822,204
Prezident Yəhya Musayevi vəzifədən azad etdi
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub. O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu. Qeyd edək ki, Prezident İlham Əliyevin ötən il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.
2024-01-12
822,206
Daşkəsəndə bələdiyyə sədri barədə cinayət işi başlandı
Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədri Sərvaz Quliyevin qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Bu barədə Axar.az-a Daşkəsən Rayon Prokurorluğundan məlumat verilib. Araşdırma zamanı Sərvaz Quliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan Əhmədli bələdiyyəsinin adından təkbaşına qərarlar qəbul edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verərək dələduzluq yolu ilə vətəndaşa məxsus pul vəsaitini əla keçirməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
2024-01-12
822,208
Həbsdə olan xanım jurnalistə təzyiq göstərilir
Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı jurnalist və ictimai fəal Nəsim Sultanbeygiyə qarşı təzyiqlər artıb. Axar.az xəbər verir ki, bu barədə onun anası İran Sultanbeygi məlumat yayıb. O bildirib ki, məhbus jurnalistlə görüş və telefon əlaqəsinə qadağa qoyulub, həbsxana rəsmiləri onun durumu ilə bağlı açıqlama verməkdən imtina edirlər. Qeyd edək ki, Nəsim Sultanbeygi “hökumət əleyhinə təbliğat”, “toplaşmaq və əlbir olmaq” ittihamlarına görə 3 il 6 ay həbs cəzasına məhkum edilib. Sultanbeygi 22 dekabr 2022-ci ildə ölkədən çıxmaq istədiyi vaxt Tehran hava limanında saxlanılıb.
2024-01-12
822,209
Şaxtalı hava ilə bağlı abonentlərə müraciət
Qarşıdakı günlərdə ölkə ərazisində, xüsusilə Abşeron yarımadasında gözlənilən qeyri-sabit və şaxtalı hava şəraiti ilə əlaqədar içməli su xətlərinin və sayğacların donvurmadan qorunmasına ciddi diqqət yetirilməlidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) Axar.az-a bildirilib ki, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. “Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutusunun içi ağac yonqarı ilə mühafizə olunmalıdır. Eyni zamanda fərdi həyət evlərində açıq boruların izolyasiya edilməsi vacibdir. Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı 24 saat fəaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər”, - məlumatda qeyd olunub.
2024-01-12
822,210
Fazil Mustafaya sui-qəsdlə bağlı məhkəmə başladı
Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi məhkəmənin hazırlıq iclası keçirilib. Axar.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkilləri müvəkillərinin həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi və zərərçəkmiş şəxsin prosesə gətirilməsi ilə bağlı vəsatətlər qaldırıblar. Hər iki vəsatət təmin olunmayıb. Daha sonra prokuror Orxan Kəngərli prosesin məhkəmə baxışına verilməsini təklif edib. Müşavirədən qayıdan məhkəmə heyəti prosesin baxışa verildiyini elan edib. Məhkəmənin ilk baxış iclası yanvarın 22-də keçiriləcək.
2024-01-12
822,211
Fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq
Fırtınalı hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi məlumat yayıb. Xəbərdarlıqda vurğulanır ki, sabah səhər saatlarında Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhərə kimi davam edəcək. Açıq dənizdə küləyin sürəti arabir 30-32 m/s-dək güclənəcək. Dalğanın hündürlüyü 3.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacaq.
2024-01-12
822,212
“Azəristiliktəchizat”ın Çağrı Mərkəzi fəaliyyətini dayandırır
Sabahdan başlayaraq 2 gün ərzində “Azəristiliktəchizat” ASC-nin 956 Çağrı Mərkəzinin və istilik haqlarının ödəniş sistemlərində müvəqqəti fasilə yaranacaq. Bu barədə Axar.az-a səhmdar cəmiyyətindən bildirilib. Məlumata görə, buna səbəb abonentlərə göstərilən xidmət keyfiyyətinin artırılması məqsədilə texniki təkmilləşdirmə və profilaktika işlərinin aparılmasıdır. Abonentlər üzləşdikləri çətinliklərlə bağlı Cəmiyyətin rəsmi internet səhifəsinə, elektron ünvanına, “Azəristiliktəchizat”ın rəsmi sosial media hesablarına müraciət edə bilərlər.
2024-01-12
822,213
Komandolarımız şərti düşmən müdafiəsini yardı - Video
Azərbaycan komandoları şərti düşmən müdafiəsinin yarılması tapşırığını icra ediblər. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2024-cü ilin hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrinin peşəkarlığının artırılması üzrə taktiki-xüsusi məşğələlər davam etdirilir. Məşğələlərin növbəti günündə tapşırıqları dəqiqləşdirən komandolar çətin relyefli ərazilərdə taktiki yerdəyişmə fəaliyyətləri icra ediblər. Şərti düşmən müdafiəsinin yarılması və dayaq məntəqəsinin ələ keçirilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib. Hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən taktiki-xüsusi məşğələlərdə komandolar tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.
2024-01-12
822,214
Ukrayna və Britaniya təhlükəsizlik sazişi imzaladı
Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Rişi Sunakla görüşüb. Axar.az xəbər verir ki, tərəflər arasında keçirilən görüşdən sonra təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlıq sazişi imzalanıb. Sənədlərə əsasən, rəsmi London Kiyevlə kəşfiyyat məlumatlarını mübadilə edəcək, kibertəhlükəsizlik, hərbi təlimlərə kömək edəcək və müdafiə-sənaye əməkdaşlığını gücləndirəcək. Belə ki, Böyük Britaniyanın bu sənəd üzrə təhlükəsizlik öhdəlikləri Ukrayna NATO-ya daxil olana qədər qüvvədə olacaq. Ukrayna NATO-ya müddət bitməmiş üzv olarsa, təhlükəsizlik öhdəlikləri sona çatacaq və NATO sisteminə daxil ediləcək.
2024-01-12
822,218
XİN prezident seçkiləri ilə bağlı məlumat yaydı
Azərbaycan Xarici İşlər Nazirliyi fevralın 7-nə təyin olunmuş növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan vətəndaşların seçki hüququnun təmin edilməsi məqsədilə müvafiq tədbirlər görür. Bu barədə Axar.az-a XİN-dən məlumat verilib. Bildirilib ki, Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqları ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan 18 yaşına çatmış vətəndaşlardan ibarət seçici siyahılarını hazırlayaraq Mərkəzi Seçki Komissiyasına təqdim ediblər. Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda səsvermə həyata keçiriləcək. MSK-ya təqdim edilmiş məlumatlar əsasında seçkilərin ölkə hüdudlarından kənarda təşkili məqsədilə ümumilikdə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. ​Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq saat 08:00-19:00 aralığında seçki məntəqələri yaradılmış diplomatik missiyalarında keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycanın Çindəki səfirliyindən başlayaraq ABŞ-nin Los Anceles şəhərindəki Baş Konsulluqda tamamlanacaq.
2024-01-12
822,220
HƏMAS-ın məqsədi budur - Almaniyadan bəyanat
İsrailə qarşı irəli sürülən soyqırımı qəti şəkildə rədd edirik. Axar.az xəbər verir ki, bu barədə Almaniya federal hökuməti bəyanat yayıb. "Ötən ilin 7 oktyabrından HƏMAS terrorçuları İsraildə günahsız insanlara vəhşicəsinə hücum edərək, onlara işgəncə verib, öldürüb və oğurlayıblar. HƏMAS-ın məqsədi İsraili yer üzündən silməkdir. İsrail HƏMAS-ın qeyri-insani hücumuna qarşı özünü müdafiə edir", - bəyanatda qeyd olunub.
2024-01-13
822,221
Rusiya bu raketlərdən dərhal istifadə edir - Yusov
Rusiya Ukraynaya hücumlar üçün bu yaxınlarda istehsal olunmuş yüksək dəqiqlikli raketlərdən dərhal istifadə edir, lakin təcavüzkar ölkə bu raketlərin müharibədən əvvəlki ehtiyatlarını bərpa edə bilmir. Axar.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov Almaniyanın "Velt" telekanalının Rusiyanın 2024-cü ildə ayda 200 raket istehsal etmək səviyyəsinə çata biləcəyi barədə məlumatı şərh edərkən deyib. “Əgər söhbət raket ehtiyatlarından, xüsusən də onların adlandırdıqları kimi, "yüksək dəqiqlikli" silahlardan gedirsə, onların istehsal etdiyi hər şey faktiki olaraq dərhal Ukraynaya qarşı cinayətkar müharibəni davam etdirmək üçün istifadə olunur. Lakin onların hələ də əhəmiyyətli potensialı var və təbii ki, bu, Ukrayna üçün təhlükə yaradır. Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə bağlı əlavə dəstəyə ehtiyacı var", - Yusov vurğulayıb.
2024-01-12
822,222
Rus ordusu Xarkova hücuma hazırlaşır?
Düşmənin yaxın gələcəkdə Xarkova mümkün hücumu barədə söhbət daha çox informasiya hiyləsidir. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Vladimir Fityo deyib. O qeyd edib ki, Müdafiə Qüvvələri həm Kupyansk istiqamətində, həm də Rusiya ilə şimal sərhədində düşmən ordusunun tərkibinə nəzarət edir: "Yerli əhalinin narahat olması üçün heç bir əsas yoxdur, vəziyyət nəzarət altındadır. İndi görürük ki, bu, çox güman ki, məlumat saxtakarlığıdır".​
2024-01-12
822,224
Bu vandalizm aktı cəzasız qalmamalıdır - Reytzer
Evianda azərbaycanlı şairə Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilmiş vandalizm aktına çox kədərləndim və bunu təəccüblə qarşıladım. Təəssüf ki, Fransada Azərbaycana qarşı olan digər mənfi hallar kimi, bu vandalizm aktı da Azərbaycan qarşı qarayaxma kampaniyasının ifadəsidir. Bunun səbəbi Azərbaycanla bağlı reallıqların yayılmasına mane olmaq və əsl vəziyyəti tamamilə təhrif edən medianın manipulyasiyasıdır. Axar.az xəbər verir ki, bunu sabiq fransalı parlamentari Jan-Lük Reytzer Evian şəhərində tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin vandalizm aktına məruz qalması ilə bağlı Azərtac-ın sualına cavab olaraq söyləyib. Sabiq deputat bildirib ki, nüfuzlu beynəlxalq təşkilatlarda aparılan müzakirələrdə Qarabağdakı separatçılara qarşı Azərbaycanın mübarizəsinə, eləcə də bu ölkənin öz suverenliyini və bütövlüyünü bərpa etməsinə haqq qazandırılıb. Bu separatçı qrupun qondarma “respublikası” dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən də tanınmamışdı. Bu ərazilər Azərbaycanın tarixi torpaqlarıdır. Məhz buna görə də Azərbaycan hakimiyyətinin bu mövzu ilə bağlı mövqeyi ədalətli və haqlıdır. “Ancaq təəssüf ki, bu reallıqların fransız mediasında tamamilə təhrif edilməsi bu gün Fransada antiazərbaycan reaksiyanın yaranmasına gətirib çıxarıb. Evianda Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktı Azərbaycanın zəngin mədəniyyətinə, eləcə də mədəni irsə qarşı yönəlib. Bu vandalizm aktı cəzasız qalmamalıdır”, - deyə fransalı siyasətçi vurğulayıb.
2024-01-12
822,227
"Sumqayıt" Rumıniya komandasına böyük hesabla uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" klubu ilk yoxlama görüşünü keçirib. Axar.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Rumıniyanın “Hermanştadt” komandası ilə görüşüb. Görüş rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, “Sumqayıt” ikinci yoxlama matçını yanvarın 16-da keçirəcək. Rəqib Özbəkistan təmsilçisi “Soqdiana” olacaq.
2024-01-12
822,229
İsrailin şəhərlərini vura bilərik - Ansi
Yəmənin Ənsarullah hərəkatı İsrail şəhərlərinə zərbələr endirmək üçün bütün lazımi hərbi-texniki imkanlara malikdir. Axar.az xəbər verir ki, bunu yəmənli siyasi şərhçi Əbdül Kərim əl-Ansi deyib. "Yəmən silahlı qüvvələri (husilər - red.) onların (ABŞ-ın - red.) gözləmədiyi cavabı verə bilirlər. ABŞ kəşfiyyatı, böyük ehtimalla, qış yuxusuna gedib, çünki Səna Aşdoda zərbə endirməyə qadirdir. Təl-Əviv və İsrailin digər şəhərləri təəccüblənəcəklər. Onlar Yəmən silahlı qüvvələrinin silahlarının texnoloji potensialını və yüksək döyüş hazırlığını lazımi səviyyədə qiymətləndirmirlər", - Ansi qeyd edib.
2024-01-12
822,231
Ağdam-Əsgəran yolundan son görüntülər - Video
Qarabağ iqtisadi rayonu ərazisində işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılan Ağdam-Əsgəran avtomobil yolunun inşasına başlanılıb. Axar.az xəbər verir ki, bu barədə AzTV məlumat yayıb. Qeyd edilib ki, sözügedən avtomobil yolunda torpaq və qrunt işlərinə start verilib. O da bildirilib ki, Ağdamda şəhərdaxili avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. İnşa edilən şəhərdaxili yollarda öncə su, kanalizasiya, rabitə və qaz xəttləri çəkilir. Ətraflı süjetdə:
2024-01-12
822,232
Rusiya hərbi hədəflərə ciddi ziyan vurub - Kiviselq
Son həftələr Rusiya Ukraynaya zərbələr endirmək üçün uzaqmənzilli bombardmançı təyyarələrdən və “Kalibr” raketlərindən fəal şəkildə istifadə edir ki, bu da hərbi hədəflərə ciddi ziyan vurur. Axar.az xəbər verir ki, bunu Estoniya hərbi kəşfiyyatının rəhbəri Ants Kiviselq deyib. “Ölkə boyu enerji, liman və dəmir yolu infrastrukturu obyektləri, hərbi aerodromlar, silah və sursat anbarları, hərbi təlim müəssisələri və silah istehsalı və təmiri ilə məşğul olan müdafiə sənayesi müəssisələri vurulub”, - Kiviselq qeyd edib. O hesab edir ki, Rusiya taktikası Ukraynanın hava hücumundan müdafiə sistemlərini tükəndirməyə yönəlib.
2024-01-12
822,233
Biz onları husilərdən geri almalıyıq - Zelenski
Husilərin girovluğunda dörd Ukrayna dənizçisi də var. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdə Britaniya Baş naziri Rişi Sunakla görüşdə deyib. "Biz onları geri qaytarmaq üçün çalışırıq", - Zelenski bildirib. Qeyd edək ki, Zelenski və Sunak Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli saziş imzalayıblar.
2024-01-12
822,235
Rusiya bu islahatların qarşısını ala bilmədi - Muresan
Moldova Rusiyanın təsir dairəsindən çıxa bilib. Axar.az xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Ziqfrid Muresan deyib. “Biz Moldovanın Rusiyanın təsir dairəsini tərk edə bildiyini təsdiqləmişik. Son 2 ildə islahatların tempi həmişəkindən daha yüksək olub", - deputat vurğulayıb. O bildirib ki, Rusiya respublikanın Avropaya inteqrasiyasına mane olmağa çalışıb, lakin Moskva buna nail ola bilməyib, çünki Moldova hökuməti islahatlar aparmaqdan imtina etməyib.
2024-01-12
822,236
Ermənistanda bu fəxri adlar ləğv olunacaq
Ermənistanda bir sıra fəxri adlar ləğv olunacaq. Axar.az xəbər verir ki, bunu Ermənistan ədliyyə nazirinin müavini Armenui Arutyunyan deyib. "Xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar jurnalist, əməkdar mədəniyyət xadimi, əməkdar iqtisadçı... Bütün bunlar ləğv olunacaq. Yalnız bir ad qalacaq: Əməkdar kollektiv", - nazir müavini vurğulayıb. Nazir müavininin sözlərinə görə, bu rütbələrin peşəkarlıqla heç bir əlaqəsi yoxdur.
2024-01-12
822,237
ABŞ Yaxın Şərqə əlavə hərbi qüvvələr göndərir?
ABŞ hələlik Yaxın Şərq regionuna əlavə hərbi birləşmələr köçürməyi planlaşdırmır. Axar.az xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib. "Bölgəyə əlavə ABŞ qüvvələrinin göndərilməsi kontekstində elan edəcək heç nəyimiz yoxdur”, - Rayder qeyd edib.
2024-01-12
822,238
Türkiyədə prezidentin oğlu sərbəst buraxıldı
Türkiyədə həbsdə olan Somali prezidentinin oğlu Məhəmməd Həsən Şeyx Mahmud sərbəst buraxılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat paylaşıb. Qeyd edək ki, ötən il noyabrın 30-da İstanbul şəhərində Məhəmməd Həsən Şeyx Mahmudun idarə etdiyi avtomobil motosikletlə toqquşub. Motosiklet sürən 38 yaşlı kuryer Yunus Göçər yolun kənarında dayanmaq üçün tunelin çıxışında sürəti azaltmağa başlayıb. Sükanda Məhəmməd Həsən Mahmudun olduğu avtomobil isə eyni istiqamətdə hərəkət edərək motosikletə çırpılıb. Ciddi zədə alan Göçər həlak olub. Bundan sonra prezidentin oğlunun həbsi tələb edilmişdi.
2024-01-12
822,239
Kolonna postunu itirdi, yeni nazir Ukraynaya gəlir
Fransanın yeni xarici işlər naziri Stefan Sejurne Ukraynaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri məlumat yayıb. Səfərin tarixi barədə məlumat verilməyib. Qeyd edək ki, bundan öncəki XİN başçısı olan Ketrin Kolonnanın Ukraynaya səfəri nəzərdə tutulmuşdu, lakin o, vəzifəsindən kənarlaşdırıldığı üçün səfəri yeni nazir həyata keçirəcək.
2024-01-12
822,240
Çində mədəndə qəza: 8 nəfər öldü, 15-i itkin düşdü
21:07 Çinin Henan əyalətinin Pindinqşan şəhərində kömür mədənində baş verən qəzada azı 14 nəfər itkin düşüb. Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. Mədəndə 61 nəfər olub. Ərazidə xilasedicilər işləyir. Qəzaya səbəbin havalandırma sistemində baş verən qaz sızıntısı olduğu ehtimal edilir. *** Kömür mədənində baş vermiş qəza nəticəsində 8 nəfər ölüb, 15 nəfər itkin düşüb. Bu barədə yerli hakimiyyət orqanları məlumat verib. Xilasedicilər mədəndə qalan 22 nəfərlə əlaqə yarada biliblər.
2024-01-12
822,242
Batyadan xəbərdarlıq: Bütün planet alovlana bilər...
Dünya böyük hadisələrin baş verməsi ərəfəsindədir, bütün planet alovlana bilər. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib. "Sizi xəbərdar etmək istəyirəm: dünya ən monumental hadisələr ərəfəsindədir. Biz bu gün o qədər çətin vəziyyətdəyik ki, sanki nazik buzun üzərində gedirik. Ehtiyatsız addım atsaq, boğula, dövləti alt-üst edə bilərik. Ona görə də bu il çox çətin olacaq. Ancaq biz onu stabil saxlamaq üçün hər şeyi etməliyik. Faktlar göstərir ki, dünya nizamsızdır", - Lukaşenko qeyd edib.
2024-01-12
822,246
Bu məqalənin yazılması təəssüf doğurur - Səfir
Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanovun “Ekonomist” jurnalına ünvanladığı məktub dərc edilib. Bu barədə Axar.az-a Azərbaycanın Britaniyadakı səfirliyindən məlumat verilib. Məktubda yanvarın 1-də “Ekonomist” jurnalının nəzdində fəaliyyət göstərən “1843” onlayn nəşrində dərc olunmuşVWendell Stavensonun müəllif məqaləsinə etiraz edilib. Bildirilib ki, erməni separatçılarının Azərbaycan tərəfindən göndərilmiş yükləri və yardımları qəbul etməkdən və Azərbaycanın suverenliyini tanımaqdan imtina etməsini müəllif məqaləsində düzgün qeyd edib. Halbuki beynəlxalq hüquq bu əraziləri Azərbaycan torpağı kimi tanıyır və buna riayət etməyi tələb edir. Qeyd olunub ki, ötən əsrin 90-cı illərində yüzminlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsini müəllifin özünün də etiraf etməsinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını o, aydın şəkildə izah etməli idi. Diqqətə çatdırılıb ki, erməni separatizmi Sovet İttifaqının son illərində qurulmuş bir layihə idi və bu kimi separatçı rejimlər Avrasiyanın digər yerlərində də təkrarlanıb. Məktubda Ukrayna müharibəsi ilə bağlı davamlı məqalələrlə çıxış edən və etnik separatizmin nəticələrindən yaxşı məlumatı olan müəllifin bu məsələdə Azərbaycanla bağlı fərqli mövqe nümayiş etdirməsinin təəccüb doğurduğu qeyd olunub. Azərbaycan və Ermənistanın münaqişəni arxada qoyub davamlı sülh naminə tarixi addımlar atdığı bir zamanda keçmiş münaqişəyə həsr edilmiş məqalənin yazılmasının təəssüf doğurduğu və pozucu xarakter daşıdığı vurğulanıb.