date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-10
821,352
Azərbaycanda casus əməliyyatı: 20 nəfər tutuldu - Video
Azərbaycanda İranın casus şəbəkələrinin ifşa olunması istiqamətində yeni əməliyyat keçirilib. Axar.az "Mouze" Teleqram kanalına istinadən xəbər verir ki, Gəncədə həyata keçirilən əməliyyat zamanı İranın molla rejimini təbliğ edən daha bir şəbəkə ifşa olunub. Nəticədə 20 nəfər şübhəli şəxs qismində saxlanılıb. Əməliyyat tədbirləri davam edir.
2024-01-10
821,354
Kamran Əliyev onu yüksək vəzifəyə təyin etdi
Rahim Səfəralıyev Bakı şəhər prokurorunun böyük köməkçisi təyin olunub. Axar.az Report-a istinadən xəbər verir ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. O, bu təyinatadək Xızı rayonunun prokuroru vəzifəsində işləyirdi. Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumatı təsdiqləyiblər.
2024-01-10
821,357
686-cı gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 686-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 366 790 hərbçi, 6 038 ədəd tank, 11 216 ədəd zirehli döyüş maşını, 8 684 ədəd artilleriya sistemi, 956 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 639 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 575 ədəd avtomobil texnikası, 6 834 ədəd PUA, 1 805 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 336 xüsusi avadanlıq itirib.
2024-01-10
821,360
İran terakta görə 7 tanınmış şəxsi həbs etdi
Yanvarın 3-də Kirman şəhərində Qasım Süleymaninin anım günündə baş verən partlayışlarla bağlı daha 7 nəfər həbs edilib. Axar.az xəbər verir ki, bu barədə Tehran prokuroru Əli Salehi məlumat verib. O, həbs edilənlərin kimliyini açıqlamadan onların tanınmış şəxslər olduqlarını və barələrində cinayət işinin açıldığını deyib. Salehi saxlanılan şəxslərin Kirmandakı partlayışlardan sonra kiber məkanda yalan məlumatlar yaydıqlarını və hökumətə qarşı təbliğat apardıqlarına görə həbs edildiklərini bildirib. Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 91 nəfər ölüb, 284 nəfər yaralanıb.
2024-01-10
821,362
Ekvadorda daha bir mafiya lideri həbsdən qaçdı
Ekvadordakı ikinci ən böyük cinayətkar qruplaşma hesab olunan “Los Lobos”un rəhbəri Fabrisio Kolon Piko da həbsdən qaçıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Penitensiar Xidməti məlumat yayıb. ”Çimboraso həbsxanasında yanvarın 9-da dustaqlarla milli polis və həbsxana işçiləri arasında toqquşma baş verib. Bundan sonra Kolon Piko digər məhbuslarla birlikdə həbsxanadan qaçıb”, - məlumatda qeyd olunub. Bildirilib ki, aparılan əməliyyat zamanı qaçanların 12-si ələ keçib. Lakin Kolon Pikonu tapmaq mümkün olmayıb. Polis və ordu onun axtarışını davam etdirir. Qeyd edək ki, bir neçə gün öncə Ekvadorun ən böyük cinayətkar qruplaşması olan “Los Çoneros”un rəhbəri “Fito” ləqəbli Adolfo M.V də həbsdən qaçmışdı.
2024-01-10
821,365
Qeyri-sabit hava neçə gün davam edəcək?
Milli Hidrometeorologiya Xidməti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi yanvarın 10-da ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur. Müşahidə olunan yağıntılı hava şəraiti isə yanvarın 12-dək fasilələrlə davam edəcək. Axar.az xəbər verir ki, bu barədə Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev məlumat verib. O bildirib ki, yağıntılı və şaxtalı hava şəraiti ilə əlaqədar yanvarın 11-i gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
2024-01-10
821,366
Rəsulzadə ilə bağlı sərəncam: AMEA işə başlayır
AMEA Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayacaq. Bu barədə Axar.az-a akademiyadan məlumat verilib. Bildirilib ki, AMEA-nın Rəyasət Heyətinin iclasında Azərbaycan Prezidenti İlham Əliyevin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr haqqında müzakirələr aparılıb. AMEA prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamın 1-ci bəndində Mədəniyyət Nazirliyinə Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri kimi XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçilik quruculuğu prosesində yaxından iştirak etdiyini deyən akademik İsa Həbibbəyli Akademiyanın bir sıra elmi müəssisələrində Rəsulzadənin yaradıcılığı ilə bağlı tədqiqatların aparıldığını, sözügedən Sərəncamın onun irsinin yenidən araşdırılmasına işıq salacağını söyləyib. Daha sonra Sərəncamın icrasını təmin etmək məqsədi ilə Akademiyanın Humanitar Elmlər və İctimai Elmlər bölmələrinə AMEA-nın Tədbirlər planının hazırlanması üçün müvafiq tapşırıqlar verilib. İclasda, o cümlədən AMEA-nın elmi tədqiqat müəssisələrinin strukturunun AMEA-nın yeni Nizamnaməsinə uyğun təşkili haqqında da müzakirələr aparılıb.
2024-01-10
821,367
Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…
… İdeallaşdırırıq. … Şişirdirik. … Özünü yox, onda yaratdığımız obrazı sevirik. Çingiz Hüseynov vəfat edib. Yaşı 95-i haqlamış bir yazıçı ölüb. Azərbaycan yazıçısı. Amma əsil yox, əslən Azərbaycan yazıçısı… Nə vaxtsa bəlkə də böyük yazıçımız olmuş, sonradan Moskva ədəbi mühitində demək olar ki, assimlyasiyaya uğramış, son 30 ildə isə Başından daha artıq Yaşı ilə diqqəti cəlb edən bir ədəbiyyat qocalmışını kimlərsə dilimizin bütün imkanları ilə tərifləyir. Öləndən sonra sifətinin bütün xallarını pozmaqdadırlar. Amma məncə, soyuqqanlı olmaq və yaxşıca düşünmək lazımdır. Məsələn bu sual ətrafında: Çingiz Hüseynov yaşadığı Moskvada və 95 yaşlıq ömrünün içində Azərbaycan üçün nə edib? (Ortabab bir əsər olan “Fətəli fəthi”ni istisna etsək…) Bizim ölkəni qaralamaqdan, bir ovuc qaragüruhun zövqünü oxşamaqdan başqa nə etdi Çingiz Hüseynov? Bu gün inkişafının ən sürətli, tarixinin ən qüdrətli çağını yaşayan Azərbaycanın 100 il geri atıldığını iddia etməkdən başqa nə etdi? “Ermənilər unikal millətdir”, “Ermənistanı başa düşmək olar, onların əraziləri Türkiyədədir” - deyə xəstə qonşularımızın cəfəngiyyatına dəstək verməkdən başqa nə etdi? Ermənistan-Azərbaycan münaqişəsi başlayandan bəri siz onu Qarabağın Azərbaycana məxsus olduğunu sübut etməkdən ötrü hardasa bir mətbuat konfransı keçirən gördünüzmü? Nifrət, böhtan püskürən Zori Balayanın cavabını heç olmasa mövcud olduğu ədəbi məkanda verdimi? Ya torpaqlarımızın işğaldan azad edilməsindən, Şuşada, Xankəndidə dalğalanan bayrağımızdan xoşbəxtcəsinə nəsə yazdığını gördünüzmü? Azərbaycan xalqına bir təbrik məktubu yazdımı, dərc etdirdimi bu adam? Mən görməmişəm... Yəqin elə siz də! 44 günlük müharibədə siz onun heç olmasa yaşadığı Moskvada, Rusiya telekanallarından hansısa birində Azərbaycanın maraqlarını müdafiə etdiyini gördünüzmü (lap elə yazıçı Çingiz Abdullayev kimi)? Adam solğun bir Rüstəm İbrahimbəyovvari ömür yaşadı. Niyə solğun, ona görə ki, Rüstəm ondan istedadlı idi və erməniləri də istedadlı şəkildə, altdan-altdan öyürdü və ölənə yaxın heç olmasa özünü xalqa əfv etdirməyi bacardı. Ona görə məzarı Fəxri Xiyabandadır. Çingiz Hüseynov ömrünün sonlarında qaragüruhçu osmanqızı səviyyəsinə düşmüş biri idi və ordan da getdi. Böhtançı, qərəzli, antihəqiqət biri kimi. Onun bir məşhur əsəri də var idi: “Məhəmməd, Məmməd, Məmiş”… Əsər bir insanın deqradiyasından, zəifliyə, cılızlaşmağa gedən yolundan - Məhəmmədlikdən Mamedliyə, ordan da Məmişliyə yuvarlanmasından bəhs edirdi… Çingiz Hüseynovdan Məhəmməd olmadı. Mamed kimi yaşadı. Və Məmiş kimi öldü...
2024-01-10
821,369
İranda polis bölməsinə hücum edildi: ölən var
Yanvarın 9-dan 10-a keçən gecə Sistan və Bəlucistan əyalətinin Rask şəhərinin yaxınlığında yerləşən Bideld polis bölməsinə silahlı hücum edilib. Axar.az xəbər verir ki, bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb. Bildirilib ki, avtomat silahlar və minaatandan edilən hücum nəticəsində Əmirhüseyn Hüseynabadi adlı polis öldürülüb. Hücumun kimlər tərəfindən edildiyi və təfərrüat barədə məlumat verilməyib.
2024-01-10
821,370
MB-nin faiz siyasəti əks-effekt verir – Millət vəkili
2023-cü ilin noyabr ayından başlayaraq Mərkəzi Bank uçot faiz dərəcəsinin azaldılması ilə bağlı 2 dəfə qərar qəbul edib. Noyabrın 2-də faiz dərəcəsini 9-dən 8.5-ə endirən Mərkəz Bank ötən ilin son ayında əlavə 0.5 faizlik azalmaya getdi. Adətən Mərkəzi Banklar uçot faiz dərəcəsini azaldan zaman depozit və kredit faizlərində də enişlər müşahidə edilir. Azərbaycan Mərkəzi Bankının uçot faiz dərəcəsinin azaldılması ilə bağlı qərarlarından sonra, əksinə, depozit faizlərində artım müşahidə olunmaqdadır. Əvvəllər 5.0-6.0 faiz dərəcəsi ilə depozit qəbul edən sistem əhəmiyyətli banklarda müddətindən asılı olaraq depozit faizləri 8.0-9.5 faiz arasında dəyişir. Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar bayramov qeyd edib. O bildirib ki, depozitlər üzrə ödənilən faiz dərəcələrinin artırılması əmanətçilərin gəlirlərinin çoxalması baxımindan müsbət olsa da, bu, banklarda daha bahalı borclanma və daha yüksək kredit faizlərinə səbəb olur: “Kredit faizlərinin yüksəlməsi ehtimalı isə heç bir halda arzuolunan deyil. Depozit faizlərindəki artımlara Blumberq platformasında banklar arasında milli valyutada bağlanan əqdlərin sayı və eləcə də onların ortaçəkili faiz dərəcəsi də təsirsiz ötüşmədi. Belə ki, Mərkəzi Bank bankların passiv aktivlərinin bir hissəsini öz notları vasitəsi ilə cəlb edə bildi və bu da banklarda əlavə vəsaitlərə tələb yaratdı. Bununla belə, banklardan kənarda nağd pulun həcmi də kifayət qədər böyükdür. 15 milyard manatlıq M0 bankları daha aktiv kampaniyalara sövq edir. Bu arada Mərkəzi Bankın notları üzrə son faiz dərəcəsində də azalmaq qeydə alınmaqdadır. Göründüyü kimi, Mərkəzi Bankın “faiz azalma siyasəti“ hələlik banklarda “faiz artımı strategiyası” ilə müşahidə olunmaqdadır”.
2024-01-10
821,371
Ölkədə son hava durumu
11:16 Hazırda Bakıda və Abşeron yarımadasına sulu qar yağır. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Bərdə, Naftalan, İmişli, Qazıməmməd, Biləsuvar, Yardımlı, Lerik, Oğuz, Qusar, Quba, Sarıbaş, Şəki, Gədəbəy, Şamaxı, İsmayıllı, Ağdam, Xaltan, Qax, Sabirabad, İmişli, Cəfərxan, Qəbələ, Qobustan, Tərtər, Şirvan, Mingəçevirdə qar, Zaqatala, Balakən, Yevlax, Tovuz, Şəmkir, Göyçay, Ağstafa, Neftçala, Zərdab, Beyləqan, Lənkəran, Astara, Gəncə, İsmayıllı, Naxçıvan, Şahbuz, Ceyrançöl, Kürdəmirdə isə yağış yağır. Sumqayıt, Şərur, Daşkəsən, Şəki, Qax, Şamaxı, Qrızda duman müşahidə olunur. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 15-18 m/s, Beyləqanda 22 m/s, Naftalan, Balakən, Zaqatalada 18 m/s, Mingəçevirdə 17 m/s, Biləsuvarda 16 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3.5 metrdir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 5, dağlıq rayonlarda 2 dərəcəyədək isti, Naxçıvan MR-da 5-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb. *** Yanvarın 10-u saat 18:00-a olan məlumata əsasən Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, Quba, Qobustan, Yevlax, Kürdəmir, Şamaxı, Beyləqan, Gədəbəy, Hacıqabul, Mingəçevir, Naftalan, Şəmkir, Sabirabad, Xaltan, Zərdab, Daşkəsən, Goranboy, Yardımlı, Qax, Göygöl, Salyan, İmişli, İsmayıllı, Biləsuvar, Ağdam, Şəki, Cəfərxanda qar, Zaqatala, Gəncə, Göyçay, Lənkəran, Astara, Neftçala, Şərur, Ordubad, Culfa, Şahbuz, Oğuz, Balakəndə isə yağış yağır. Şəki, Quba, Oğuz, Xaltan, Daşkəsən, Lerik, Göygöl, Qax, Hacıqabul, Şamaxıda duman müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2-8 dərəcə isti, dağlıq rayonlarda 0 dərəcəyə yaxın, yüksək dağlıq ərazilərdə isə 5 dərəcəyədək şaxta qeydə alınıb.
2024-01-10
821,374
İsraildən şok: Xəstəxanalar boşaldılır, minlərlə yaralı...
İsrail-Livan sərhədində gərginliyin artması fonunda İsrail Səhiyyə Nazirliyi ölkənin xəstəxanalarına minlərlə yaralının qəbuluna hazırlaşmağı tapşırıb. Axar.az xəbər verir ki, bu barədə İsrailin “Kan” radiosu məlumat yayıb. Məlumata görə, bütün xəstəxanalar Səhiyyə Nazirliyinin baş direktoru Moşe Bar Siman Tovdan müvafiq göstərişlər aldıqdan sonra 24 saat ərzində zəruri hallarda təcili iş rejiminə keçməyə hazırlaşmalıdır: “Xəstəxanalar tibb işçilərinin və xəstələrin qorunan ərazilərə köçürülməsinə, yüngül simptomları olan bütün xəstələrin dərhal evə buraxılmasına və çoxlu sayda yaralının müalicəsinə hazır olmalıdır. Nahariya və Safad şəhərlərindəki böyük xəstəxanalar lazımi avadanlıq, dərman və ərzaq almaq imkanı olmadan tam təcrid olunmuş vəziyyətdə işləməyə, çoxlu sayda yaralını qəbul etməyə hazır olmalıdır”. “Kan” bildirib ki, Səhiyyə Nazirliyi tibb işçiləri arasında itkilərlə bağlı ssenarilər üzərində də işləyir və bununla əlaqədar olaraq xaricdən həkimlərin çağırılmasının mümkünlüyü nəzərdən keçirilir. Artıq 7 minə yaxın yəhudi həkim yardım göstərmək üçün könüllü olaraq İsrailə gəlməyə hazır olduğunu bildirib.
2024-01-10
821,375
İmaməli Rəhman Fidanı qəbul etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan Düşənbədə Tacikistan Prezidenti İmaməli Rəhman tərəfindən qəbul edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi X hesabında paylaşım edib.
2024-01-10
821,379
“Kontakt”ın “Nağıl kimi” kampaniyasının bitməsinə son 5 gün
Yeni İl bayramı bitsə də, “Kontakt”da bayram kampaniyası hələ də davam edir. “Fürsət bu fürsətdir” deyib kampaniyanın son 5 gününü ən səmərəli şəkildə dəyərləndirmək üçün elə indi şəbəkənin mağazalarına üz tutun. Çünki yalnız yanvarın 14-dək nağd alış zamanı 50%-dək endirimlərdən yararlanmaq şansınız var. Hissəli alışda da cibinizə uyğun fürsətlər davam edir. Belə ki, əgər siz smartfon, notbuk və ya planşet əldə etmək istəyirsinizsə ilkin ödənişsiz, 12 ay faizsiz; televizor, məişət texnikası, qab-qacaq və ya ev tekstili almaq istəyirsinizsə 18; mebelinizi dəyişmək istəyirsinizsə 24 ay ilkin ödənişsiz, faizsiz hələ üstəlik komissiyasız şərtlərdən yararlana bilərsiniz. Bütün əlverişli imkanlar eynilə kontakt.az saytında da keçərlidir. İndi isə gəlin nağıl kimi kampaniyanın bəzi təkliflərinə nəzər salaq: - 128 GB yaddaşlı Xiaomi Redmi Note 12 smartfonunu nağd alışda 420 deyil, 340 manata; - 109 sm ekranlı, smart Toshiba televizorunu 900 deyil, cəmi 500 manata; - Quru və nəm təmizləmə növünə uyğun Dreame tozsoranını 700 deyil, cəmi 500 manata; - 66 l tutumlu Bosch sobasını hissəli alışda ayda cəmi 55 manata; - Yataq və sandıq mexanizmli Arizona künc divanını isə ayda cəmi 40 manata ala bilərsiniz. Odur ki, bütün fürsətlərdən kampaniya bitmədən yararlana bilmək üçün şəbəkənin sizə yaxın olan mağazasına tələsin! Ətraflı məlumat üçün isə *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
2024-01-10
821,382
"Mersedes" ağaca çırpıldı: ölən var - Foto
Lənkəranda avtomobil ağaca çırpılıb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Lənkəran - Boradigah - Masallı yolunun Lənkəran rayonu Vilvan kəndi ərazisində baş verib. Belə ki, Lənkəran rayon Xarxatan kənd sakini, 1968-ci il təvəllüdlü Natiq İltifat oğlu Məmmədov idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca və elektrik dirəyinə çırpılıb. Ağır bədən xəsarətləri alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
2024-01-10
821,383
Restoranda başlayan yanğın yolda sıxlığa səbəb oldu
Bakıda restoranda başlayan yanğın yolda sıxlığa səbəb olub. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində baş verən yanğın səbəbindən Mətbuat prospekti istiqamətində yolda sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə yol polisi əməkdaşları tərəfindən tədbirlər görülür.
2024-01-10
821,384
Ekvadorda gərginlik: Boliviya lideri birləşməyi təklif etdi
Boliviya Prezidenti Luis Arse Ekvadorda vəziyyətin pisləşməsi fonunda region ölkələrini narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə təcili olaraq qüvvələri birləşdirməyə çağırıb. Axar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb. “Narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də digər cinayətlərə qarşı mübarizənin regionallaşdırılması və bunun Latın Amerikası narkotiklərlə mübarizə alyansı kimi dövlət təşkilatının yaradılması yolu ilə həyata keçirilməsinə təcili ehtiyac var. Vətənimizin ərazisində bu transmilli cinayətlərə qarşı birgə mübarizə aparmağın vaxtı çatıb”, - o bildirib. Arse həmçinin kritik təhlükəsizlik vəziyyəti ilə üzləşən Ekvador xalqı və hökuməti ilə tam həmrəy olduğunu qeyd edib: “Biz Ekvador küçələrində sülhün bərpasına kömək etməyə hazır olduğumuzu bəyan edirik”.
2024-01-10
821,387
Əliyev bu kəşfiyyatı darmadağın etdi - Tarasov
Makron özünü Ermənistanın mühafizəçisi, qoruyucu mələyi kimi göstərməyə başladığı üçün Azərbaycan Fransa ilə kəskin qarşıdurmaya girir. Makron kəşfiyyatının işini gücləndirdi, Ərdoğanın MOSSAD agentlərinin dəstələrini həbs etdiyi kimi, Əliyev də bütün Fransa kəşfiyyat stansiyasına zərbə endirdi. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib. “Türkiyənin Bakını himayə etməsi məsələsinə gəlincə, demək istəyirəm ki, fakt budur ki, Azərbaycanın müdafiəyə ehtiyacı yoxdur. Kimdən qoruyurlar? Rusiya Azərbaycanı hədələyir? Yox. İstisna etmirəm ki, Türkiyə ilə Rusiya arasında müəyyən razılaşmalar var. İran hədələyir? Yox. Azərbaycandan İrana Şimal-Cənub dəhlizi ilə bağlı razılaşmalar əldə edildikdən, Bakı Zəngəzur problemini gündəmdən çıxarıb İran ərazisindən kommunikasiyalar quracağını və Tehranın prosesə inteqrasiya edəcəyini bəyan etdikdən sonra Ermənistan özünü boşluqda tapdı. İrəvan özünü təcrid etdi. Bəli, Parislə Bakının münasibətləri Ermənistana görə gərginləşib. Burada daha gizli səbəblər yoxdur, bu, ən çox Ermənistanla bağlıdır. Əliyevin xarici siyasətini həmişə skeptisizmlə qiymətləndirirəm, lakin etiraf etməli və obyektiv olmalıyıq, o mənada ki, Əliyev xarici siyasətdə çox parlaqdır. O, Qərblə məsələni mükəmməl şəkildə həll etdi, gücün mərkəzini hiss edib siyasətini yenidən formatladı”, - o bildirib.
2024-01-10
821,390
Elman Nəsirova ağır itki
Deputat Elman Nəsirovun anası dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə deputat özü məlumat yayıb. “Bu gün mənim üçün müqəddəs olan varlığı-anamı itirdim...Elə bilirdim həmişə mənimlə olacaq...” - deyə o qeyd edib. Allah rəhmət eləsin!
2024-01-10
821,391
Pensiya alanlara şad xəbər
Bu gün Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını ala bilər. Axar.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
2024-01-10
821,393
Putin ilin ilk səfərinə getdi
Rusiya Prezidenti Vladimir Putin Anadır şəhərinə gedib. Bu, dövlət başçısının 2024-cü ildə ilk səfəridir. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. Qeyd edək ki, daha əvvəl Rusiya lideri dəfələrlə Çukotkada olmadığını və bölgəyə səfər etmək istədiyini bildirmişdi.
2024-01-10
821,395
Bağırov "Trendyol" məhsullarının gecikməsindən danışdı
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Azərbaycan vətəndaşlarının Türkiyənin məşhur "Тrendyol" elektron ticarət platforması üzərindən sifariş verdiyi məhsulların ölkəyə gətirilməsi ilə bağlı baş verən yubanmalara münasibət bildirib. Axar.az Azərtac-a istinadən xəbər verir ki, DGK sədri bu məsələyə kompleks yanaşılmasının zəruriliyini vurğulayıb. “Kompleks yanaşıldıqda fiziki şəxslər tərəfindən sifariş olunan bağlamaların xarici satıcıdan yerli alıcılara çatdırılması bütöv bir zəncirdir və gömrük orqanları bu zəncirin yalnız “gömrük nəzarəti” hissəsində yer alır. Xaricdən sifariş olunan bütün digər bağlamalara olduğu kimi, “Тrendyol”dan sifariş olunan bağlamalara da gömrük orqanları tərəfindən gömrük nəzarəti qanunvericiliklə müəyyən olunmuş qaydada, qısa zaman kəsiyində tamamlanır. Nəzərə alınmalıdır ki, bağlamaların tədarükçüdən yerli daşıyıcı şirkətlərin xaricdəki ünvanlarına və ölkəyə daşınması, eyni zamanda gömrük nəzarəti tamamlandıqdan sonra sifariş edən şəxslərin qeyd etdikləri ünvanlara təhvil verilməsi də müəyyən zaman kəsiyində tamamlanır”, - deyə Şahin Bağırov əlavə edib.
2024-01-10
821,398
Azərbaycanda özəl pensiya fondu yaradılır
Azərbaycanda özəl pensiya fondu ilə bağlı normativ sənədlər tam yekunlaşıb. Axar.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov qurumun 2023-cü il üzrə hesabat tədbirində deyib. O bildirib ki, sənədlər razılaşdırılması üçün bir ay ərzində dövlət qurumlarına göndəriləcək.
2024-01-10
821,404
İran İraq sularında ticarət gəmisini ələ keçirdi
Yanvarın 9-da İranın hərbi dəniz qüvvələrinə məxsus qayıqlar İraq sularında Tanzaniya bayrağı altında üzən ticarət gəmisini ələ keçiriblər. Axar.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə" məlumat yayıb. Bildirilib ki, İran hərbçiləri gəmidən Tanzaniya bayrağını çıxararaq, İran bayrağını sancıblar. Hadisənin təfərrüatı barədə açıqlama verilməyib.
2024-01-10
821,406
Fələstinə bir şekel də verməyəcəyik - İsrail
İsrail Fələstin Administrasiyasına bir şekel (İsrailin pul vahidi – red.) belə köçürmək niyyətində deyil. Axar.az xəbər verir ki, bunu İsrailin maliyyə naziri Betsalel Smotriç ABŞ Dövlət katibi Entoni Blinkenə ünvanladığı müraciətində deyib. “ABŞ Dövlət katibi Entoni Blinken İsrailə xoş gəlib. Biz ABŞ-ın İsrailə dəstəyini çox yüksək qiymətləndiririk, lakin ölkəmizdə mövcudluğumuza gəldikdə, biz həmişə İsrailin maraqlarına uyğun hərəkət edəcəyik. Biz HƏMAS-ı məhv etmək üçün var gücümüzlə mübarizəyə davam edəcəyik. Qəzzanın qapılarını qaçqınların könüllü köçmələri üçün açmağa çalışacağıq”, - Smiotriç bildirib. Qeyd edək ki, Blinken İsrailin Fələstin Muxtariyyətinə münaqişənin başlanmasından bəri dondurulmuş vəsaitlərə çıxışını təmin etməli olduğunu bildirmişdi.
2024-01-10
821,408
Xankəndidə ilin ilk qarı - Video
Xankəndi şəhərinə qar yağıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, hava şəraitindən asılı olmayaraq, polis xidmətini davam etdirir.
2024-01-10
821,410
Bono niyə ilk İrəvana gəldi? Bakıya səfər edəcək?
ABŞ-ın nümayəndəsinin danışıqlar üçün ilkin olaraq Ermənistana gəlməsi o deməkdir ki, Bakının mövqeyi göründüyündən qat-qat sərtdir. Ona görə də İrəvan və Vaşinqton əlavə müzakirə yolu ilə vəziyyətin həllini tapmağa çalışır. Amerika təmsilçisinin Bakıya gedib-getməyəcəyi hələlik məlum deyil, çox güman ki, gedəcək, lakin daha bir hal diqqətəlayiqdir: bir neçə ay əvvəl Bakıda yalnız Rusiya nümayəndəsi olub. Bu, onu göstərir ki, Azərbaycan danışıqlar prosesində Rusiyanın, Ermənistan isə Vaşinqtonun iştirakına meyillidir. Axar.az xəbər verir ki, bunu Almaniya Beynəlxalq və Təhlükəsizlik Siyasəti İnstitutunun analitiki Syuzan Stüart ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvana səfəri ilə bağlı deyib. “Bu mövqenin səbəbləri çoxdur, lakin onların hamısı bir-biri ilə bağlıdır, əsas odur ki, Kreml Cənubi Qafqazdan çəkilsin. Rusiyanın buna qarşı çıxacaq ciddi qüvvələri yoxdur. Moskva sadəcə olaraq, tərəflər arasında uzun müddətdir davam edən ziddiyyətlərə yatırım etdi və onların bu mərhələdə həll olunmama ehtimalı yüksəkdir. ABŞ isə Cənubi Qafqazda yaxşı işləyir. Lakin onlar başa düşmür ki, dövlət katibi vasitəçi olsa da, danışıqlar uğursuz da yekunlaşa bilər. Rusiya isə bunu çox gözəl anlayır və digər ölkələrdən regionun xüsusiyyətlərinə daha çox bələddir. Tərəflərin birbaşa görüşmə ehtimalı vasitəçilərin iştirakı ilə olan versiyadan daha çoxdur. İrana gəlincə, Tehranın regiondakı nüfuzuna baxmayaraq, o, heç vaxt fürsət tapmayıb və danışıqlarda iştirak etməyib. Əvvəllər Minsk qrupu olduğuna, indi isə prosesdə Qərbin, qismən də Rusiyanın iştirak etdiyinə görə İranın bu prosesdə iştirak üçün lazımi təcrübəsi yoxdur. Ona görə də bu məsələni yeni formatlar çərçivəsində müzakirə obyektinə çevirməyə çalışır. İrəvan ümidlərini Vaşinqtona bağladıqca, İranın bu ambisiyaları heç kimi maraqlandırmır. Qərb uğursuzluğa düçar olarsa, bəlkə də İrəvan İrana tərəf dönəcək. Niyə Azərbaycan haqqında danışmıram, çünki başa düşdüyüm qədəri ilə Bakıya mümkün qədər az vasitəçi lazımdır. Azərbaycan hesab edir ki, vasitəçilərə ehtiyac varsa, onlar regiondan olmalıdır. Son açıqlamalar bunu göstərir”, - o bildirib.
2024-01-10
821,413
Zaxarova: Ukrayna ilə bağlı gizli görüşün məqsədi...
Ər-Riyadda Ukrayna ilə bağlı gizli görüşün məqsədi diqqəti Vladimir Zelenski rejiminə çəkmək cəhdidir. Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Bu köhnə və işlənmiş bir konsepsiyadır - Zelenski rejiminə siyasi diqqətin cəlb edilməsi. Bu, Zelenski rejimi üçün bir piardır”, - o bildirib. O qeyd edib ki, bu cür informasiya səs-küyü siyasi fəaliyyət illüziyasını saxlamaq, dünya auditoriyasının diqqətini mümkün nizamlanmanın real proseslərindən yayındırmaq məqsədi güdür. Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Lavrov dekabrın sonunda bildirib ki, Zelenskinin sülh formulu ilə bağlı daha bir görüş Qərb dövlətləri və qlobal cənubun bəzi ölkələrinin iştirakı ilə tam məxfi şəraitdə keçirilib.
2024-01-10
821,414
Komandolarımız “düşmən”i mühasirəyə aldı - Foto
Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Əməliyyat (Komando) bölmələrində taktiki-xüsusi hazırlıq üzrə məşğələlər keçirilir. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Plana uyğun olaraq, komandolar əldə edilən kəşfiyyat məlumatına əsasən daimi dislokasiya məntəqəsini tərk edərək şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi istiqamətində hərəkət ediblər. Əməliyyat rayonunun dərinliyinə sızan komandolar şərti düşmənin müvəqqəti sığınacaqlarının müəyyən edilərək mühasirəyə alınması və zərərsizləşdirilməsi, yaralıların təxliyə edilməsi və digər fəaliyyətlər üzrə tapşırıqları uğurla yerinə yetiriblər. Sərt iqlim şəraitində komando bölmələri ilə keçirilən taktiki-xüsusi məşğələlərin əsas məqsədi hərbi qulluqçuların praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, eləcə də relyefə və hava şəraitinə uyğun maskalanma tədbirlərinin tətbiq edilməsidir.
2024-01-10
821,417
Sülh sazişində bu prinsiplər vacibdir - Mirzoyan
12:54 Ümid edir ki, Azərbaycan konstruktiv yanaşma nümayiş etdirəcək, Bakı ilə danışıqlar və görüşlər davam edəcək. Axar.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. “Görüşlərdən imtina edən Bakıdan, eyni zamanda, konstruktiv addımlar da gördük. Məsələn, hərbi əsirlərin azad edilməsi buna misal ola bilər”, - o bildirib. Mirzoyan iddia edib ki, Azərbaycanın təkliflərində məzmun baxımından müəyyən qədər geriləmə var: “Bununla belə, vacib olan geriləmə və ya hansısa mərhələdə irəliləyiş deyil, sülh sazişinin əsas götürülməli olduğu başlıca prinsiplərin konsolidasiyasıdır. Bu prinsiplər dəfələrlə səsləndirilib: ərazi bütövlüyünün heç bir qeyd-şərt və qeyri-müəyyənlik olmadan qarşılıqlı tanınması. Sazişdə sərhədlərin delimitasiyası prosesinin davam edəcəyi aydın əsaslar müəyyən edilməlidir. Yəni bu, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və delimitasiya prinsipləridir, İrəvan bunu ön plana çıxarır. Digər prinsip regional iqtisadi kommunikasiyaların blokdan çıxarılması ilə bağlıdır. Axı sülh təkcə atəşin olmaması deyil. Bunlar açıq sərhədlər, malların və insanların hərəkətidir. Ermənistanın blokadada qalması vəziyyətini sülh adlandırmaq çətindir. Kommunikasiyaların açılması da bir neçə prinsip əsasında aparılmalıdır, onlar da məlumdur: kommunikasiyalar üzərində ölkələrin suverenliyi, bərabərlik və qarşılıqlılıq. Azərbaycanın Ermənistan rabitə və dəmir yollarına çıxışı varsa, Ermənistan da Azərbaycan dəmir yollarından istifadə edə bilməlidir”. Danışıqlara gəlincə, o, qeyd edib ki, bütövlükdə danışıqlar həmişə birbaşa olub: “Təşkilatda köməklik göstərən və ya təkliflər verməyə çalışan vasitəçilər var idi. Biz danışıqlar prosesinin davam etdirilməsində maraqlıyıq. Gözləyirik ki, gələcəkdə görüşlərin və danışıqların davam etdirilməsi üçün Bakının da razılığı olacaq”.
2024-01-10
821,422
Əliyev vəziyyətə təzyiq göstərəcək - Solonnikov
Çox yaxşı başa düşürük ki, sülh müqaviləsi çoxdan imzalana bilərdi. Ermənistan rəhbərliyi Azərbaycanla hər hansı ciddi sənədin imzalanmasını ləngidir. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Solonnikov deyib. “Paşinyan hesab edir ki, onun üçün sənədlərin imzalanması status-kvonun yekun təsdiqi və Ermənistanın məğlubiyyətinin hüquqi tanınması olacaq. O zaman Baş nazir olaraq, Nikola artıq nə ölkə daxilində, nə də xarici kuratorların ehtiyacı olacaq. Azərbaycan səbirlə Ermənistanla sülh sazişi imzalamaq üçün ona rahat olan şərtləri gözləyir. Bakı tələsmir və danışıqlar prosesində vasitəçilərə ehtiyac yoxdur. Hətta İrəvanın Zəngəzur dəhlizinin işə düşməsi ilə razılaşmaması məsələsi də Bakıda öz həllini tapdı. Azərbaycan İran ərazisindən Naxçıvana alternativ nəqliyyat yolunun tikintisinə başlaya bilər. Ümid edirik ki, sonda hər iki tərəfin maraqlarını əks etdirən sülh müqaviləsi imzalanacaq. Hər halda Azərbaycan təklif etdiyi beş prinsip əsasında sülh sazişi imzalamağa çoxdan hazırdır. Ermənistan hakimiyyəti böyük ehtimalla mövcud vəziyyətə uyğun hərəkət edəcək. Mümkündür ki, Əliyev özü də sülh müqaviləsi ilə bağlı vəziyyətə təzyiq göstərsin. Amma bu, sülhü istəməyən və ya onun imzalanmasına öz şərtləri, maraqları ilə nail olmaq istəyənlərlə üzləşmək üçün çox ciddi, sözün əsl mənasında ustalıqla yanaşmalar tələb edəcək”, - o bildirib.
2024-01-10
821,423
Bakı ilə danışıqlar üçün Qərb platforması... - İrəvan
Ermənistan hesab edir ki, Azərbaycanla danışıqlar əvvəllər olduğu kimi Qərb platformalarında davam etdirilməlidir. Axar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentin Xarici əlaqələr daimi komissiyasının rəhbəri Sərkis Xandanyan deyib. “Artıq formalaşmış danışıqlar formatlarını davam etdirmək bizim üçün çox vacibdir. Vaşinqtonda xarici işlər nazirlərinin görüşləri, eləcə də AB-nin vasitəçiliyi ilə ölkə liderləri arasında danışıqlar formatı formalaşdırılıb. Bu, danışıqlara legitimlik əlavə edir”, - o bildirib.
2024-01-10
821,424
Bakı bunları qəbul etməsə, saziş imzalana bilməz
Biz Azərbaycandan və bu danışıqlar prosesindən gözləyirik ki, Ermənistan tərəfinin düzəltməkdə davam etdiyi razılaşmalar son nəticədə Azərbaycan tərəfindən qəbul olunacaq və onları qəbul etdiklərini açıq şəkildə bəyan edəcəklər. Əgər onlar qəbul edilmirsə, bu o deməkdir ki, hazırda müqavilə imzalana bilməz. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici Əlaqələr üzrə daimi komitəsinin sədri Sərkis Xandanyan deyib. “Ermənistan bu prinsipləri müdafiə etməyə israr edəcək. İrəvanın bu yaxınlarda Bakıya göndərdiyi müqavilənin son variantında yenə bizim üçün çox vacib olan müddəalar var”, - Xandanyan bildirib. Xandanyan Ermənistan tərəfi üçün vacib olan prinsipləri - yurisdiksiya, qanunvericilik, qarşılıqlılıq və ölkələrin bərabərliyi prinsiplərini bir daha xatırladıb: “Bu prinsiplər müqavilədə öz əksini tapmalıdır, bu barədə ötən ilin iyulunda razılıq əldə olunub. Bundan sonra bizim dəhliz məntiqi çərçivəsində danışmaq sadəcə olaraq qəbuledilməzdir. Ermənistanın qanunvericiliyinə və yurisdiksiyasına uyğun olaraq yolların blokdan çıxarılmasının vacibliyi qeyd edilirsə, bu o deməkdir ki, Ermənistan ərazisində təhlükəsizlik respublikanın müvafiq orqanları tərəfindən təmin edilməlidir. Amma bu parametrlər razılaşdırılmalı və müzakirə edilməlidir. Biz gözləyirik ki, Azərbaycan öz razılığını təsdiqləyəcək və bundan sonra bu parametrləri işlək şəkildə müzakirə etmək mümkün olacaq”. O vurğulayıb ki, digər əsas prinsip bir-birinin ərazi bütövlüyünün tanınmasıdır: “Ərazi bütövlüyünü Ermənistanın indiyədək Azərbaycandan eşitməyib. Bizim sülh müqaviləsi variantımızda ifadə olunan prinsiplər Azərbaycan üçün məqbul olanda, o zaman sülh müqaviləsini imzalamaq mümkün olacaq və bu prinsiplərdən biri də ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasıdır”.
2024-01-10
821,427
Bakıda temperatur 0 dərəcəyə düşəcək
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq. Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
2024-01-10
821,430
DSMF: Pensiyalar bu qədər artacaq - Video
Pensiyaların 10,8 faiz indeksləşdirilməsi gözlənilir. İndeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək. Axar.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib. H.Məmişov qeyd edib ki, mütəmadi olaraq pensiyalar artırılır. Dövlət başçısının bu istiqamətdə tapşırıqları var.
2024-01-10
821,432
Rüstəmxanlı: Hüseynova qarşı münasibət... - Video
Xalq şairi Sabir Rüstəmxanlı müəllifi olduğu “Rüstəmxanlı söhbətləri” verilişinin budəfəki buraxılışını ötən gün dünyasını dəyişən görkəmli yazıçı Çingiz Hüseynova həsr edib. Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, verilişdə o, mərhum yazıçı ilə dostluq əlaqələrindən, onun yazıçı və ədəbiyyatşünas kimi xidmətlərindən söz açıb. Çingiz Hüseynovun əsərləri haqqında fikirlərini bölüşən S.Rüstəmxanlı eyni zamanda ona qarşı haqlı və haqsız münasibətlərdən söz açıb. Bildirib ki, Çingiz Hüseynova qarşı münasibət onun ədəbiyyatımızdakı yerini dəyişə bilməz. Həmin verilişi təqdim edirik:
2024-01-10
821,433
İlham Əliyev müsahibə verdi
null
2024-01-10
821,443
İranda təyyarə qəzasında iki pilot həlak oldu
İranın Elborz əyalətində ötən gün qəzaya uğrayan “Piper 28” təlim təyyarəsinin qalıqları tapılıb. Axar.az xəbər verir ki, bu barədə əyalətin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, qəza nəticəsində həlak olan pilot Ümid Haşimian və köməkçisi Əli Fərahaninin meyitləri aşkar edilib.
2024-01-10
821,446
ADPU-da Qərbi Azərbaycan Mərkəzi yaradıldı
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Qərbi Azərbaycan Araşdırma Mərkəzi yaradılıb. Bu barədə Axar.az-a universitetdən məlumat verilib. Məlumata görə, ADPU-nun rektoru, professor Cəfər Cəfərovun əmri ilə universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun nəzdində yaradılan mərkəzdə Qərbi Azərbaycanla bağlı simpozium, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur. Mərkəzin rəhbəri tarix üzrə fəlsəfə doktoru Leyla Cəlalova təyin edilib.
2024-01-10
821,447
10 min erməni Ukraynaya qarşı döyüşür
Rusiyalı hüquqşünas Ruben Kirakosyan Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfində 10 min erməninin döyüşdüyünü bildirib. Axar.az xəbər verir ki, bunu erməni bloger Roman Baqdasaryan deyib. “Və onlar Feysbukda aktiv şəkildə Ermənistanın nə etməli olduğu, erməni xalqının özünü necə aparması barədə post yazırlar. Ötən ilin yayında Saratovda Qarabağda hərbi xidmətdən rüşvət müqabilində yayınmış bir qarabağlı tanış dəfn edilib. Dəhşətli reallıqdır”, - o bildirib.
2024-01-10
821,449
Almaniya Nikolu Kremlə qarşı qaldırır – Şok plan
Almaniya Ermənistanı Qərbin antirusiya siyasətinə sürükləməyə çalışır, Berlinin vəzifəsi isə İrəvanla Moskva arasında mümkün qədər nifaq yaratmaqdır. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” mənbəyə istinadla məlumat yayıb. Mənbənin sözlərinə görə, almanlar Rusiya sərhədçilərinin Ermənistan ərazisindən tezliklə çıxarılmasında və ölkə hakimiyyətinin öz dövlət aparatını Rusiyaya dost şəxslərdən təmizləməsində, o cümlədən silahlı qüvvələrin, kəşfiyyat və hüquq-mühafizə orqanlarının lüstrasiyasında maraqlıdırlar: “Bunun müqabilində Berlin İrəvana maliyyə və texniki yardım göstərməyi, o cümlədən Nikol Paşinyan hökumətinin Qarabağ ermənilərini Avropa Birliyi ölkələrinə kütləvi mühacirətdən saxlamaq səylərinə dəstək verməyi təklif edib”.
2024-01-10
821,452
Ekvadordan qan donduran görüntülər... – Video/18+
Xəbər verdiyimiz kimi, Ekvadorda fövqəladə vəziyyət elan olunub. Hazırda ölkə ərazisində mafiya qruplaşmaları və təhlükəsizlik qüvvələri arasında ciddi toqquşmalar baş verir. Axar.az xəbər verir ki, baş verən toqquşmalarla bağlı Teleqram kanallarında görüntü paylaşılıb. Cinayətkarlar xalqda qorxu yaratmaq üçün ələ keçirdikləri polis və hərbçiləri xüsusi amansızlıqla qətlə yetirib, görüntüsünü yayırlar.
2024-01-10
821,453
İsrail savaşı genişləndirmək istəsə… - Hizbullah
Biz müharibəni genişləndirmək niyyətində deyilik. Axar.az xəbər verir ki, bu sözləri Hizbullah baş katibinin köməkçisi Naim Qasım televiziya proqramında çıxışı zamanı deyib. “Livan Hizbullahı müharibəni genişləndirmək niyyətində deyil, lakin İsrail müharibəni genişləndirmək istəsə, Hizbullah bunun qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görəcək və maksimum reaksiya göstərəcək”, - o əlavə edib. Qeyd edək ki, Naim Qasım bu açıqlamanı Hizbullahın İsrail hərbi bazasına dron hücumundan sonra edib və bunu İsrailin Livandakı son hücumlarına verilən cavabın bir hissəsi adlandırıb.
2024-01-10
821,454
Göygöldə 2 maşın toqquşdu: ölənlər var
Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Quşqara kənd yaxınlığından keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. Axar.az xəbər verir ki, qəza zamanı 2 maşın toqquşub. Nəticədə 1986-cı il təvəllüdlü Nüsrət Nüsrətzadə, 1985-ci il təvəllüdlü Elimxan Şabanov aldıqları xəsarətlərdən ölüblər. Daha bir nəfər isə xəsarət alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
2024-01-10
821,455
Ermənistan Zod mədənində yoxlama aparır
Hazırda yerüstü üsuldan yeraltı qızıl hasilatı üsuluna keçid aparılan Zod (Sotk) mədənində yoxlamalar aparılır. Axar.az xəbər verir ki, bunu Ermənistanın Təbiəti Mühafizə və Mineral Ehtiyatlar üzrə Müfəttişlik Orqanının rəhbəri ​Ovannes Martirosyan deyib. “Mədənin istismarında heç bir problem yoxdur, sadəcə olaraq, iş üsulu dəyişir. Məhz buna görə mədən işləmir. Başqa problemi yoxdur”, - o bildirib. Martirosyan qeyd edib ki, Azərbaycanın mədənlə bağlı hərəkətlərində heç bir problem yoxdur.
2024-01-10
821,457
“Sülhə hazırlaşan” İrəvan, görün, hansı proses başladır…
Ermənistan xarici işlər naziri Mirzoyanın söylədiklərində qeyri-adi heç nə yoxdur. Aydındır ki, Azərbaycan Zəngəzur dəhlizindən istifadə edərsə, Ermənistan da eyni dəmiryol ilə Rusiya və Mərkəzi Asiya bazarlarına çıxış imkanı əldə edə bilər, hətta Ələt limanının imkanlarından istifadəsi də mümkündür. Ancaq bunun üçün Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizindən yoxlamadan keçmədən istifadə imkanları olmalıdır. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ararat Mirzoyanın “Ermənistanın Azərbaycanın kommunkasiya xətlərindən istifadə etmək imkanı olmalıdır” sözlərinə münasibətində qeyd edib. O bildirib ki, rəsmi İrəvan Azərbaycanla hərtərəfli sülhün vacibliyindən danışarkən, gələcək sülhə təhlükə yaradan həmləyə hazırlaşır: “Ermənistanın ədliyyə naziri Qriqor Minasyan mətbuat konfransında bildirib ki, Ermənistan Roma Statutu vasitəsilə Azərbaycana qarşı “hərbi cinayətlərin araşdırılmasına” çalışacaq. Erməni nazirin sözlərinə görə, Ermənistanın istintaq orqanları Azərbaycana qarşı proseslərə beynəlxalq prokurorları cəlb edəcək. Deməli, Ermənistan bir tərəfdən Azərbaycanla sülh sazişi imzalayacaq, digər tərəfdən beynəlxalq səviyyədə bizə qarşı iddialar qaldıracaq. Bu, sülh deyil, növbəti qarşıdurmanın anonsudur. Ona görə də Bakıdan İrəvana iki mesajın göndərilməsinə ehtiyac var. Birincisi, Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını və əməkdaşlığı arzulayırsa, ölkəmizə qarşı beynəlxalq aləmdə çirkin təbliğatdan əl çəkməlidir. İkincisi, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı çirkin təbliğatdan imtina etməzsə, Azərbaycan da əlində olan sübut və rəqəmlərlə işğal dövründə Ermənistanın törətdikləri cinayətləri müxtəlif təşkilatların gündəminə daşıyacaq”.
2024-01-10
821,458
TƏBİB-dən qızılca ilə bağlı orta yaşlı əhaliyə çağırış
2023-cü ilin payız mövsümü başlayandan etibarən ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinin yayılması davam edir. Epidemioloji vəziyyətin təhlili xəstəlikdən ağırlaşma hallarının, əsasən, qızılcaya qarşı vaksinasiya olunmayan şəxslərdə müşahidə olunduğunu göstərir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən Axar.az-a bildirilib ki, əhalinin sağlamlığının qorunması və yoluxmaların, həmçinin xəstəliyin ağırlaşmalarının və ölüm hallarının qarşısının alınması məqsədilə əks-epidemik, profilaktik tədbirlər çərçivəsində 10 yaşadək uşaqların Milli Peyvənd Proqramına əsasən peyvəndlənməsi ilə yanaşı, 11-40 yaşlı əhali arasında da peyvəndlənmə tədbirləri aparılır. Vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali arasında peyvəndlənmənin aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatlarının tətbiqinə ötən il dekabrın 27-dən başlanılıb. Peyvəndlənmə prosesi Bakı şəhəri və regionlarda uşaq, böyük əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır.
2024-01-10
821,460
Bakıdan Naxçıvana iki dəhliz olacaq - TRT
Azərbaycan qərb rayonlarını Naxçıvanla birləşdirəcək və Çindən Mərkəzi Asiyaya, Xəzər dənizinə, Qafqaza, eləcə də Türkiyəyə uzanan Orta Dəhliz üçün marşrut rolunu oynayacaq Zəngəzur dəhlizi avtomobil və dəmir yollarının tikintisini davam etdirir. Axar.az xəbər verir ki, bu barədə “TRT World” məlumat yayıb. Qeyd olunur ki, Qarabağ müharibəsindən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək quru və dəmir yolu marşrutlarının açılmasına razılıq verən bəyannamə imzalayıb: “Müharibədən sonra Azərbaycan Ermənistanla sərhədə qədər avtomobil və dəmir yollarının tikintisinə başlayıb. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir yolu və avtomobil yolunun tikintisi sürətlə davam etsə də, Ermənistan bu layihə ilə bağlı heç bir addım atmayıb. Ermənistanla razılaşma olmadığından Azərbaycan da alternativ yollar üzərində işləyir. İran ərazisi nəzərdə tutulan dəhlizin cənubunda, yaxınlıqda yerləşdiyi üçün Bakı Tehranla ölkəni İran vasitəsilə Naxçıvana birləşdirən avtomobil və dəmir yollarının tikintisi barədə razılıq əldə edib. İki ölkə arasında imzalanmış sazişlərə əsasən, Araz çayı üzərindən avtomobil və dəmir yolları üçün körpülər tikiləcək. Ermənistanla razılıq əldə olunarsa, Azərbaycanın Naxçıvana iki alternativ nəqliyyat yolu olacaq: həm Ermənistan, həm də İran vasitəsilə. Minalar və çətin relyef şəraitinə görə xəttin 2024-cü ilin sonunadək tamamlanması gözlənilir”. Məlumata görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin koordinasiya etdiyi tikintini Türkiyə şirkətləri həyata keçirir: “Bu, bəzi hissələri dörd, digərləri isə altı zolaqlı olan yol 58 yeraltı keçid, 27 körpü və üç tuneldən ibarətdir. Yolun tikintisinin artıq 80%-dən çoxu tamamlanıb. Türkiyə və Azərbaycanın da Türkiyənin Qars şəhərini Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi var. Layihənin icrasına bir il ərzində başlanacaq. Bu layihələr başa çatdıqdan sonra Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi yaradılacaq. Eyni zamanda, Azərbaycan ərazisindən Türkiyə ilə Rusiya arasında fasiləsiz avtomobil və dəmir yolu əlaqəsi təmin ediləcək”.
2024-01-10
821,461
Blinken Mahmud Abbasla görüşdü
Fələstin Prezidenti Mahmud Abbas Ramallahdakı iqamətgahında ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Misir mətbuatı məlumat yayıb. Məlumata görə, görüş zamanı Qəzza zolağındakı və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə olunub. Qeyd edək ki, Entoni Blinken bundan əvvəl İsraildə səfərdə olub.
2024-01-10
821,463
Kim Çen: Cənubi Koreyanı məhv edərik!
Pxenyanla qarşıdurma siyasəti Seul üçün intihardır, hərbi təxribat olarsa, KXDR Koreya Respublikasını məhv etmək üçün bütün arsenalından istifadə edəcək. Axar.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn deyib. “Cənubi Koreya xalqımıza qarşı hərbi güc tətbiq etməyə cəhd edərsə və ya suverenliyimizi və təhlükəsizliyimizi təhdid edərsə, onları tamamilə məhv etmək üçün mövcud vasitə və qüvvələrin tam arsenalından istifadə edəcəyik. Koreya Respublikasının hakim qanqsterləri KXDR ilə qarşıdurma kimi intihar siyasətinin yanlışlığını dərk edənə qədər respublikamız ədalətli mübarizə prinsiplərinə əsaslanan aşkar əməli hərəkətləri davam etdirəcək”, - o bildirib.
2024-01-10
821,464
Natəvanın heykəlinə aşağılayıcı münasibət... - Xalq yazıçısı
Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı aşağılayıcı münasibət vəhşilikdir. Kult.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, xalq yazıçısı Çingiz Abdullayev AYB-nin brifinqində deyib. Onun sözlərinə görə, bu hadisə Azərbaycan-Fransa əlaqələrinə böyük zərbə vurur. "Biz Fransa cəmiyyətinin mədəniyyətini yüksək qiymətləndiririk, ancaq onların münasibəti göz qabağındadır. Mən inanmıram ki, Azərbaycanda Fransaya qarşı belə şeylər edilsin. Amma təəssüflər olsun ki, Fransanın siyasəti belədir", - Ç.Abdullayev qeyd edib. Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev isə deyib ki, Xurşidbanu Natəvanın abidəsinə qarşı edilən hərəkət yolverilməzdir: Tələb edirik ki, Natəvanın heykəlinə qarşı olan ədəbsiz hərəkətlərə son qoyulsun".
2024-01-10
821,465
Bakı Dövlət Sirki fəaliyyətini dayandırdı
Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri Bakı Dövlət Sirkinə baxış keçirib. Axar.az xəbər verir ki, bu barədə Bakı Dövlət Sirkindən Report-a bildirilib. Məlumata əsasən, binada müəyyən texniki nasazlıqlar aşkar edilib və müvafiq göstərişlər qeyd olunub. “Mədəniyyət Nazirliyi tərəfindən həmin nasazlıqlar aradan qaldırılanadək binada kütləvi tədbirlərin keçirilməməsi ilə bağlı qərar qəbul olunub və bu barədə Bakı Dövlət Sirkinə müvafiq tapşırıqlar verilib. Yanvarın 7-dən sirkin fəaliyyəti müvəqqəti dayandırılıb. Binada işlər yekunlaşdırıldıqdan sonra sirk yenidən qapılarını tamaşaçılara açacaq”, - xəbərdə deyilir. Qeyd edək ki, Bakı Dövlət Sirki SSRİ dövründə tikilən unikal memarlığa malik bu binada 1967-ci ildən fəaliyyət göstərir.
2024-01-10
821,469
Dəqiq qərar var: Ermənistan ləğv ediləcək - Qriqoryan
Kremldə artıq Ermənistan dövlətçiliyinin ləğvi ilə bağlı dəqiq qərar var. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni politoloq Stepan Qriqoryan deyib. “Azərbaycanla aparılan sülh danışıqları prosesinə Qərbin müdaxilə etməməsi üçün çalışılır. Bu il ABŞ, Rusiya, Avropa, eləcə də Azərbaycanda seçkilər keçiriləcək. Yəni Ermənistan üçün təhlükəli vəziyyət yaranıb. Aydındır ki, Bakı proseslərdə genişmiqyaslı şəkildə hərəkətə keçəcək”, - S.Qriqoryan bildirib.
2024-01-10
821,470
Sərhəd hansı xəritələrlə çəkilməlidir? – Prezidentdən mühüm
23:41 Nə üçün 1975-ci ilin, hətta bəzi təkliflərdə 70-90-cı illərin xəritələrinin əsas götürülməsi təklif edilir? Cavab çox sadədir və mən bu gün bu barədə açıq danışmaq istəyirəm: sirr deyil ki, 20-ci əsrdə Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilmişdir. Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. "1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra (29 mayda – red.), əfsuslar olsun ki, İrəvan şəhəri ermənilərə verildi. Halbuki bunun heç bir əsası yox idi. İrəvan qədim Azərbaycan şəhəridir, Azərbaycan xalqı əsirlər boyu orada yaşayıb və İrəvanın bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin çoxəsirlik mövcudluğunu təsdiqləyir. Və İrəvan o şəhərlərdəndir ki, sanki orda “köhnə şəhər” yoxdur. Sadəcə ona görə ki, ora Azərbaycan şəhəri olub və o da sökülüb-dağılıb. O qərara gəldikdə isə - yəqin hamı mənimlə razılaşar – o böyük bir tarixi cinayət idi, səhv yox, cinayət. Birincisi, o vaxt İrəvanda yaşayan azərbaycanlılardan soruşulmadı; ikincisi, nə qaçaqaç idi, hara tələsirdilər? Yəni 28 mayda respublika elan olunur, 29 mayda İrəvan ermənilərə verilir. Onun izahatı heç bir məntiqə sığmır: guya bunu verməklə ermənilər Azərbaycana ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox. Daha da azğınlaşdılar. İrəvandan Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunan nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni böyük tarixi cinayət idi. Və o bir başlanğıc idi. 1920-ci ilin aprelində sovetləşmədən sonra, noyabr ayında artıq Sovet hökuməti Qərbi Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistana vermişdir. Bu da tarixi faktdır, xəritələr var, 20-ci əsrin xəritələrində görünür, Azərbaycan xalq Cümhuriyyətinin xəritəsi var və orada Qərbi-Şərqi Zəngəzur yoxdur, bütün Zəngəzur Azərbaycan ərazisidir. Belə torpaq hədiyyələri illər keçdikcə davam edirdi. Sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında edilmişdir. O vaxta qədər bizim torpaqlarımız Ermənistana verilirdi və təxminən 100 min kv.km-dən çox ərazi 86,6 min kv.km-ə düşdü. Heydər Əliyev 1969-cu ilin iyul ayında rəhbər seçiləndən sonra artıq torpaq hədiyyələri dayandı. Məhz buna görə 70-ci illərin xəritələrini onlar əsas götürmək istəyirlər. Mən sual verəndə ki, yaxşı, niyə 70-ci illərin? Deyirəm, mənə izah edin: bunun hansı metodoloji əsasları var? Siyasi əsasları var? Yoxdur! Əgər siyasi əsaslara istinad etsək, onda ya Azərbaycan Xalq Cümhuriyyətinin xəritəsini götürməliyik istinad nöqtəsi kimi, ya da sovetləşmə dövrünü (28 aprel 1920-ci il – red.). Bu olar siyasi metodologiya. Əgər biz xronoloji metodologiyaya üstünlük versək, onda gəlin baxaq 20-ci əsrin əvvəlindəki xəritələrə - gəlin, bu xəritələrin üzərində işimizi quraq. Yəni siz 50, 60 ili kənara qoyursunuz, məhz 70-ci illərə istinad etmək istəyirsiniz. Məhz ona görə ki, o vaxt artıq bizim tarixi torpaqlarımız onlara verilmişdi. Ona görə biz buna qəti surətdə etiraz etmişik və edirik. Və əfsuslar olsun ki, bu 70-ci illərin xəritəsini əsas götürmək istəyən təkcə Ermənistan deyil, “Ermənistan+” qruplaşmasıdır. Və buna heç vaxt biz razılıq verə bilmərik. Bizim mövqeyimiz çox ədalətli və məntiqlidir: ya siyasə metodologiya əsas götürülməlidir, ya xranalogiya əsas götürülməlidir, ya da bütövlükdə, heç bir xəritə əsasında biz işimizi qurmamalıyıq. Komissiya yaradılıb, komissiyanın işini fəallaşdırmaq üçün ekspert qrupları yaradılmalıdır, getsinlər qarışqarış o yerləri gəzib, sərhədi müəyyən etsinlər. Çünki bu gün bizim sərhədimiz şərti xarakter daşıyır", - İ.Əliyev qeyd edib.
2024-01-10
821,475
UEFA “Qarabağ”ın bu qolunu paylaşdı - Video
"Qarabağ"ın ötən mövsüm Avropa Liqasının qrup mərhələsində Fransanın "Nant" komandasına 3:0 hesabı ilə qalib gəldiyi matçın qollarından birinin videosu yayımlanıb. Axar.az xəbər verir ki, bu barədə UEFA Avropa Liqasının rəsmi Feysbuk səhifəsində paylaşım edib. Qeyd edək ki, sözügedən qolun müəllifi olan Kvabena Ovusu hazırda Macarıstan təmsilçisi "Ferentsvaroş"un formasını geyinir.
2024-01-10
821,476
“İnqilab” və kapitulyasiya təsadüfi deyildi - Danielyan
Ermənistan ictimaiyyəti yönünü itirmiş və deqradasiyaya uğramış vəziyyətdədir. Bu deqradasiya artıq mənfi nəticələrə gətirib çıxarıb və sözügedən proses davam edərsə, daha da dərinləşəcək. Axar.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib. “Cəmiyyət yönünü itirib, siyasi sistem mahiyyət etibarilə dağılıb, vətəndaşlarda həm dövlət institutlarına, həm də bütövlükdə siyasi sistemə inamsızlıq yaranıb. İctimai diskurs müxalifətin formalaşması, xalqı birləşdirib liderlik edə biləcək güclü və bacarıqlı liderin meydana çıxması çağırışları istiqamətinə yönəlib. Bəziləri bu rolda kilsəni görürlər. Ancaq bu söhbətlər heç yerə aparmır və milli qüvvələri formalaşdırmır”, - o bildirib. Danielyan qeyd edir ki, bu gün çoxlarının qorxusu var ki, indiki hökumət xarici qüvvələrin göstərişi ilə milli kimliyi parçalamağa çalışır: “Kilsəyə güzəştə gedir, yeni dərsliklər nəşr edir, erməni milli rəmzlərini şübhə altına alır”. O əmindir ki, “məxməri inqilab” və müharibədəki məğlubiyyət təsadüfi deyil, kənardan planlaşdırılmış bir proqram idi.
2024-01-10
821,477
İran Rusiya üçün yeni “Şahid” hazırladı
İran Rusiya üçün yeni “Şahid-107” PUA-sı hazırlayıb. Axar.az xəbər verir ki, bu barədə “Skay Nyus” məlumat yayıb. “Şahid-107” partlayıcı və kəşfiyyat PUA kimi təsvir edilib. Ola bilsin ki, PUA döyüş meydanında yüksək dəyərli hədəfləri, məsələn, Ukrayna tərəfindən istifadə edilən Qərb reaktiv yaylım atəş sistemlərini axtarmaq üçün texnologiya ilə təchiz edilib. Dəyəri 2 milyon dollardan çox olduğu təxmin edilən sövdələşmə çərçivəsində xüsusi hazırlanmış PUA-nın bir neçəsi Rusiyaya təklif oluna bilər”, - məlumatda qeyd olunub.
2024-01-10
821,480
SEPAH öz neft-kimya zavodunu raketlə vurdu
Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində yerləşən neft-kimiya müəssisəsinə 3 raket düşüb. Axar.az xəbər verir ki, bu barədə “Balatərin” yerli mənbələrə istinadən məlumat yayıb. Yerli şahidlərin dediyinə görə, Çabahar şəhərinin şərqindən buraxılan 5 raketdən ikisi havada zərərsizləşdirilib, biri zavoda, ikisi isə zavodun yaxınlığına düşüb. Raketlərin SEPAH tərəfindən buraxıldığı və texniki nasazlıq səbəbindən zavoda düşdüyü bildirilib. Hadisənin təfərrüatı və insan itkisi barədə əlavə məlumat verilməyib. Qeyd edək ki, bu gün SEPAH Çabahar bölgəsində “Peyambər-i Əzəm 18” adı altında genişmiqyaslı hərbi təlim keçirir.
2024-01-10
821,483
Zirehli texnikalarımız atəş tapşırıqlarını yerinə yetirdi
Azərbaycan Ordusunun zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə cari ilin hazırlıq planına əsasən keçirilən sınaq imtahanları davam edir. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Müxtəlif təlim mərkəzlərində keçirilən imtahanların növbəti günündə çətin keçilən ərazilərdə tank və piyadanın döyüş maşınlarının (PDM) idarə edilməsi, eyni zamanda, zirehli texnikalardan və atıcı silahlardan atəş hazırlığı üzrə tapşırıqlar yerinə yetirilib. Qeyd edək ki, Azərbaycan Ordusunda məharət dərəcələrinin verilməsi üzrə keçirilən sınaq imtahanlarının əsas məqsədi hərbi qulluqçuların döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsidir.
2024-01-10
821,490
Universitetlər bu şəhərlərə köçürülməlidir - Əhmədov
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının təsdiq olunmasında əsas məqsəd həm də şəhərin tıxac probleminin həll olunmasıdır. Bunu Axar.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. V.Əhmədovun sözlərinə görə, bunun üçün ilk növbədə mərkəzdə yerləşən universitetlər köçürülməlidir: “Çünki tələbələrin əksəriyyəti universitetlərə şəxsi avtomobilləri ilə gəlir. Şəhərin yükünü azaltmaq və tıxac problemini həll etmək üçün universitetlər Abşeron və Qaradağ rayonuna köçürülməlidir. Çünki digər şəhər və rayonların əksəriyyətində universitet var. Qardağ və Abşeron rayonlarında universitet şəhərcikləri də yaradılmalıdır. Orada kifayət qədər boş yerlər var. Əhalinin gediş-gəlişi üçün də əlverişlidir”.
2024-01-10
821,492
Ramil Şeydayev Türkiyə klubuna keçdi - KİV
Millimizin hücumçusu Ramil Şeydayev Türkiyənin “Kocaelispor” klubu ilə razılaşıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, futbolçu ilə klub arasında 1,5 illik müqavilə bağlanıb. Onun yaxın zaman ərzində Kocaeliyə gələrək komandaya qoşulması planlaşdırılır. Qeyd edək ki, millimizin hücumçusu bundan əvvəl Tailandın “Buriram Yunayted” klubunda çıxış edib. R.Şeydayev 2016-2018-ci illərdə isə Türkiyənin “Trabzonspor” klubunun şərəfini qoruyub. Əlavə edək ki, hazırda “Kocaelispor” TFF-nin 1-ci liqasında çıxış edir.
2024-01-10
821,495
İrəvanın ritorikası “sərtləşir”: nəyə nail olmaq istəyir?
Ermənistan rəsmilərinin bu gün verdiyi bəyanatlarda sülh sazişi ilə bağlı İrəvanın mövqeyi əksini tapıb. Əlbəttə, sülh sazişində qarşılıqlı maraqlar nəzərə alınmalıdır, ancaq xarici işlər naziri Ararat Mirzoyanın və son vaxtlar Baş nazir Paşinyanın “danışan dilinə” çevrilən deputat Sərkis Xandanyanın ritorikası qəbuledilməzdir və meydandakı razılaşmaların masada davam etdirilməsinə qarşı çıxmaq təəssüratı daşıyır. Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Sərkis Xandanyanın bugünkü açıqlamalarına münasibət bildirərkən deyib. A.Camal qeyd edib ki, Ermənistan Naxçıvana maneəsiz keçid öhdəliyinin icrasından yayınmağa çalışır: “Mirzoyan bildirir ki, sülh sazişi ərazi bütövlüyü, sərhəd toxunulmazlığı və delimitasiya məsələsini əhatə etməlidir. Azərbaycan bunun əksini demir. Rəsmi Bakı əvvəldən bəyan edir ki, qarşılıqlı şəkildə ərazi bütövlüyü tanınmalı və iki ölkənin heç vaxt müəyyən edilməmiş sərhədləri delimitasiya olunmalıdır. Hətta Azərbaycan sərhədin delimitasiyasının uzunmüddətli proses olduğunu nəzərə alaraq, sülh sazişinin daha tez imzalanması üçün bunu ayrı müzakirə etməyi təklif edib. İlk baxışda Bakı və İrəvanın ortaq mövqedən çıxış etdiyi görünsə də, Ermənistan yenə siyasi oyun oynayır. Birincisi, delimitasiya məsələsinin uzun proses olduğunu etiraf etsə də, bununla bağlı sülh sazişində “istiqamət olmasını”, başqa sözlə, delimitasiya məsələsini də sülh sazinə daxil etməyə çalışır. Burada isə hiyləgər məqsəd var: bir tərəfdən sərhəddən qoşunların “güzgü prinsipi” ilə geri çəkilməsini istəməklə strateji yüksəkliklərin boşaldılması və bununla da meydanda düşdüyü məğlub durumdan çıxmağı hədəfləyir, digər tərəfdən isə Azərbaycanın tələb etdiyi 8 kəndin anklav olan 4-nə gedəcək yolun gələcək müzakirəsində “ərazi bütövlüyünü” əsas gətirərək, o kəndlərə dəhliz verməkdən imtina etməklə, işğalı davam etdirməyə çalışır. İkincisi, kommunikasiyanın açılmasında “yurisdikasiya” məsələsini əsas gətirərək, Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etmək də istəmir”. A.Camal hesab edir ki, Ermənistanın yanaşması sülhün əldə edilməsinə ciddi maneələr yaradır: “Azərbaycan iki ölkə arasında münasibətlərin qurulması, regional kommunikasiyanın açılması və sülhün əldə edilməsi məqsədilə dəhliz məsələsində israr etmir. Əvəzində daha məqbul olan yeni təklif irəli sürür. Bu, “Azərbaycandan Azərbaycana çıxış” prinsipidir, yəni Naxçıvan Azərbaycan torpağıdır, biz muxtar respublikaya səfər edəndə, yaxud ora yük aparanda başqa ölkəyə getmirik, respublikanın bir hissəsindən digər hissəsinə səfər edirik. Buna görə Azərbaycandan Naxçıvana gedən sərnişinlər və aparılan yüklər gömrük rüsumundan, sərhəd yoxlanışından azad edilməlidir. Kalininqrad dəmir yolu modeli dünyada belə bir təcrübənin olduğunu göstərir. Amma Zəngəzur marşrutu üzrə Ermənistana, yaxud Avropaya daşınan yüklərə İrəvanın dediyi “yurisdikasiya” prinsipi tətbiq edilə bilər. Bu ən məqbul seçimdir. Ermənistanın bunu da qəbul etməməsi təsdiq edir ki, rəsmi İrəvan sülhdə maraqlı deyil”. A.Camal vurğulayıb ki, İrəvan Azərbaycanın hərbi uğurlarından imtina edərək, sülh danışıqlarına “sıfır nöqtəsindən” başlamasına və öz şərtlərini qəbul etdirməyə meyillidir: “Bütün dünyada sülh qalib tərəfin şərtləri ilə müəyyən edilib və edilir. Azərbaycan isə qalib tərəf olmasına baxmayaraq, tam ədalətli, qarşı tərəfin də maraqlarını nəzərə alan, eyni zamanda, öz milli mənafeyini əsas götürən prinsiplər təqdim edir və bir an tez iqtisadi layihələrə başlamağa çalışır. Ancaq sülh sazişi və Zəngəzur dəhlizi ilə Rusiyanın da iqtisadi imkanlarının genişlənəcəyini nəzərə alan Qərb İrəvanın daha fərqli şərtlər irəli sürməsinə imkan tanıyır. Eyni zamanda, İran da dəhlizin öz ərazisindən keçməsini təmin etmək üçün Ermənistanın “sərhəd toxunulmazlığı” üzərində manipulyasiyasını davam etdirir və İrəvana təzyiq göstərir. Rəsmi İrəvan isə regiona daxil olmağa çalışan güclərin maraqları daxilində manevr edərək, əlavə güzəştlər və tələblər irəli sürür və nə qədər qəribə də olsa, bu istəklərini fərqli ritorikaya daşımağa başlayıblar. Bu isə İrəvana yaxşı heç nə vəd etmir. Kreml faktorunu da nəzərə alsaq, Qərbin Ermənistandakı Rusiya sərhədçilərini bölgədən çıxarmaq oyununa can-başla xidmət edən və buna görə də sülh sazişini “hansısa ümidlə” gecikdirən Ermənistan ciddi siyasi, iqtisadi və ən nəhayət, hərbi sarsıntıya məruz qalacaq”.
2024-01-10
821,496
Sumqayıtın bu ərazilərində gecə su olmayacaq
Sumqayıtın bir hissəsinə suyun verilişində fasilə yaranacaq. Axar.az xəbər verir ki, bu barədə Sumqayıt Sukanal İdarəsi məlumat yayıb. Bildirilib ki, Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə qidalandıran Saray 85.75 səviyyəsindən gələn d450mm-lik su kəmərində baş vermiş qəza ilə əlaqədar olaraq bu gün saat 21:00-dan səhər saat 06:00-a qədər şəhərin bəzi ünvanlarında suyun verilişi dayandırılacaq. Kəmərin su ilə təmin etdiyi 48, 50, 51-ci məhəllələrdə, 16, 17, 18, 20 və 21-ci mikrorayonların bir hissəsi və Corat qəsəbəsinin bir hissəsinə suyun verilişində fasilələr yaranacaq.
2024-01-10
821,498
Şahdağ Milli Parkından füsunkar görüntülər - Video
Bu gün bir çox yerlərdə olduğu kimi, Şahdağ Milli Parkına da qar yağıb. Axar.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi parkın füsunkarlığı ilə göz oxşayan videosunu yayıb. Parka yağan qar bu gün nəcib marallarla daha ecazkar görünüb. Qar təbiəti ilə göz oxşayan bu yerlərə özünəməxsus gözəllik qatıb. Həmin görüntüləri təqdim edirik:
2024-01-10
821,500
Bakı ərazi bütövlüyünə zəmanət vermir - Vardanyan
Bakının sülh müqaviləsi ilə bağlı təkliflərində Ermənistanın ərazi bütövlüyünün tanınmasına dair heç bir təminat yoxdur. Axar.az xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının deputatı Kristin Vardanyan deyib. O, bu sənəddə heç bir sülh istəyinin olmadığını vurğulayıb: “Biz əldə etdiyi nailiyyətləri ratifikasiya olunmuş sənədlə möhkəmləndirmək istəyən tərəf görürük. Sənəddə Ermənistan üçün nailiyyət adlandırıla biləcək heç bir məqamı qeyd edə bilmərəm. Məsələn, Bakının Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvana gedən yük maşınlarının nəzarətdən keçməməsi ilə bağlı bəyanatını İrəvan üçün nailiyyət hesab etmək olmaz”. Erməni deputat iddia edib ki, Ermənistan qoşunları onun “suveren ərazisində” yerləşən ölkə ilə sülh müqaviləsi bağlaya bilməz: “Sülh müqaviləsində 29,8 min kv.km olan Ermənistan ərazisinin Azərbaycan tərəfindən tanınmasına dair heç nə yoxdur. Gördüyümüz sənədlərdə belə bir təminat görmədik. Bu müqavilə Ermənistan cəmiyyətinə “zəmanətlərlə konkretləşdirilmiş” kimi “satılır”, amma onun necə həyata keçiriləcəyi barədə heç nə yoxdur. 9/10 noyabr sənədindən daha etibarlı olacaq heç bir zəmanət də mövcud deyil”.
2024-01-10
821,504
İŞİD Kabil teraktını üstləndi
İŞİD Kabilin şərqində avtomobili hədəf alan və azı 3 nəfərin ölümü ilə nəticələnən partlayışa görə məsuliyyəti öz üzərinə götürüb. Axar.az xəbər verir ki, bu barədə Kabil polisinin sözçüsü Xalid Zadran məlumat yayıb. Məlumata əsasən, İŞİD qruplaşması öz Teleqram kanalında "Polçarxi” həbsxanasının əməkdaşlarını daşıyan avtomobilə partlayıcı yerləşdirdiyini etiraf edib. Bu, son günlər İŞİD-in məsuliyyəti üzərinə götürdüyü ikinci terror aktıdır. Qeyd edək ki, Əfqanıstanın paytaxtı Kabil şəhərində mikroavtobusa quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
2024-01-10
821,506
Qeyri-leqal və leqal kəşfiyyat hazırlığım var
Mənim bioqrafiyam hər kəsə məlumdur. Leninqrad Dövlət Universitetini və DTK-nın xüsusi məktəbini bitirmişəm. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Həyatımda hər şey sadədir. Bioqrafiyam yaxşı məlumdur. Məktəb, universitet, hüquqşünaslıq, Leninqrad Dövlət Universiteti, ardınca DTK-nın xüsusi məktəbində qeyri-leqal kəşfiyyat xətti üzrə, daha sonra isə kəşfiyyatın akademiyası və ya universiteti sayılan leqal kəşfiyyat xətti üzrə xüsusi hazırlıq. Ondan sonra dissertasiya müdafə elədim. İqtisad elmləri namizədi kimi mülkidə iqtisadiyyat üzrə işləmişəm”, - Putin bildirib.
2024-01-10
821,511
Azərbaycanda qəzetlərin qiyməti bahalaşdı
Azərbaycanda qəzetlərin qiyməti bahalaşıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda yayımlanan qəzetlərin qiymətlərində ortalama 20 qəpik artım olub. Belə ki, “Azərbaycan”, “Bakinskiy raboçi”, “İki sahil”, “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan” qəzetləri 20 qəpik bahalaşaraq 60 qəpiyə satılır. “Yejednevnıye Novosti” qəzetinin qiyməti isə 30 qəpik bahalaşaraq 80 qəpik olub. “Xalq Cəbhəsi” qəzeti isə 10 qəpik bahalaşaraq 40 qəpiyə satılır.
2024-01-10
821,513
Rəsulzadə sağ olsaydı, İlham Əliyevə səs verərdi
Axar.az Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından və əsas simalarından olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rais Rəsulzadə Modern.az-a müsahibəsini təqdim edir: - Rais bəy, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi ilə əlaqədar sərəncam verib. Qərarı necə qarşıladınız? - Prezidentin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd olunması ilə bağlı qərarı çox böyük hadisədir. Rəsulzadənin 140 illiyinin məhz bu ildə keçirilməsi onun ruhunu şad edir. Çünki artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edilib. - Bu il həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Siz İlham Əliyevə səs verəcəyinizi açıqlamısınız. - Bilirsiniz, Rəsulzadənin istəyi ərazi bötüvlüyümüz, suverenleyimiz, müstəqilliyimiz olub. Əminəm ki, Rəsulzadə də sağ olsaydı, bu məsələləri həll edən liderə səs verərdi… - Prezidentin sərəncamında bir sıra tədbirlərin keçirilməsi tapşırılıb. Rəsulzadənin 140 illiyi çərçivəsində hansı tədbirlər keçiriləcək? - Rəsulzadənin həqiqətən də zəngin irsi var. Gəlin düşünək, sovet vaxtı deyirdilər ki, 1918-1920-ci illər yoxdur, olmayıb. Bununla biz qazanırıq? Əlbəttə, yox. Əksinə, bu illər sayəsində mədəniyyətimiz, siyasətimiz zənginləşir. Ona görə də 140 illiyin qeyd edilməsi böyük hadisədir. Bundan gözəl yararlanmaq lazımdır. Prezidentin bununla bağlı verdiyi sərəncam çox önəmlidir. Bəzi strukturlar bunu yola verdi etməsinlər. Rəsulzadənin 130 illiyində onun əsərlərini çap etdilər. Məsələn, bu il ev muzeyi açmaq, eləcə də onun adını dərsliklərə salmaq olar. - Ev muzeyindən söhbət düşmüşkən, bir müddət əvvəl mətbuatda Rəsulzadənin ev muzeyinin yaradılması ilə bağlı xəbərlər yayılmışdı. Ev muzeyi ilə bağlı təşəbbüsləriniz olubmu və ya olacaqmı? - Ev muzeyi ilə bağlı təşəbbüsümüz olmuşdu. Mədəniyyət Nazirliyinə bununla bağlı müraciət etmişdik. Dedilər ki, məsələlərə baxırıq. Lakin… Çörək muzeyi, futbol muzeyləri var. Rəsulzadə bu dövlətin qurucularındandır. Onun muzeyi niyə olmasın? Əminəm ki, Prezidentimizin sərəncamı bütün bu məsələlərin həllinə dəstək olacaq. - Bəs, Rəsulzadənin məzarının Ankaradan Bakıya qaytarılması gözlənilirmi? - Rəsulzadənin qəbirinin Bakıya köçürülməsi qısa müddətə çətin həll oluna bilər. Bu, adi məsələ deyil. Əsas odur ki, dövlət səviyyəsində Rəsulzadənin 140 illiyi keçiriləcək. Bu, həm də o deməkdir ki, zamanla hər şey öz həllini tapacaq. - Rais bəy, siz həm də əməkdar rəssamsınız. Rəssamlıq fəaliyyətinizi davam etdirirsiniz? - Rəssamlıq fəaliyyətim davam edir. Rəssamlara rəssamlığı, müəllimlərə də müəllimliyi öyrədirəm. Mənim yaradıcılığımda portret, notrimot, tematik tablolar və mənzərə xüsusi yer tutur. Xəstələnəndən sonra təbiətə getmək lazım idi. Qəbələyə getmişdim. Orada mənzərə üzərində çalışdım. Mənzərələrimi bəyənirlər. Yaxşı rəylər yazırlar.
2024-01-10
821,515
Paşinyan Gevorqyanı vəzifəsindən azad etdi
Ermənistan Baş naziri Nikol Paşinyan xarici işlər nazirinin müavini Vahe Gevorqyanı vəzifəsindən azad edib. Axar.az xəbər verir ki, baş nazirin qərarı hökumət saytında dərc olunub. Qeyd edək ki, Gevorkyan 2021-ci il sentyabrın 7-dən xarici işlər nazirinin müavini vəzifəsində çalışırdı. Bundan əvvəl o, XİN rəhbərinin müşaviri olub.
2024-01-10
821,516
686-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 686-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 580 PUA-sı, 447 zenit-raket kompleksi, 14 554 tank və digər zirehli texnikası, 1 202 reaktiv yaylım atəş sistemi, 7 685 artilleriya və minaatanı, 17 278 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-01-10
821,520
Göyçədə hərbi komissarlığa hücum edildi
Ermənistanın Göyçə mahalında yerləşən hərbi komissarlıqda insident baş verib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Qagik Şamşyan məlumat yayıb. Qeyd olunub ki, yanvarın 5-i axşam saat 17:00 radələrində 37 yaşlı Husik Sərkisyan Göyçə hərbi komissarlığına gələrək, 2021-ci ildə keçdiyi təlimlər zamanı ona təhkim edilən avtomatı istəyib. Lakin tələbi rədd edildikdən sonra komissarlıq ofisində iş masasını, kompüterin monitorunu sındırıb. Daha sonra orada olan N.Xaçatryan adlı şəxsə hücum edib və ona ciddi xəsarət yetirib. Zərərçəkmiş Ermənistan Daxili İşlər Nazirliyinə zəng edərək hadisə ilə bağlı məlumat verib. Komissarlığa gələn polis H.Sərkisyanın üzərində axtarış aparıb, nəticədə bir kağız və yaşıl maddə aşkar edilib. O, həmin əşyaların özünə aid olduğunu, evinin həyətində həmin maddənin bitkisini əkib-becədiyini bildirib. H.Sərkisyan Göyçə Polis İdarəsindən Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 5-ci Qarnizonuna təqdim edilib.
2024-01-10
821,521
Abşeron polisindən əməliyyat: narkokuryer saxlanıldı
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları rayon ərazisində saxlanılan narkokuryerdən 3 kiloqrama yaxın marixuana aşkar edərək götürüb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, tədbir zamanı Ağdam rayon sakini Aslan Hacıyev saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış zamanı 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, A.Hacıyev paytaxt və Abşeron rayonu ərazisində narkokuryerlik edərək ondan aşkar edilən marixuananın satışını təşkil edib. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
2024-01-10
821,523
Azərbaycanda lizinq ƏDV-dən azad edilib? - Rəsmi
Azərbaycanda lizinq şirkətlərinə, həm də lizinq alan sahibkarlara aktivləri əldə edərkən ödənilmiş ƏDV məbləğləri əvəzləşdiriləcək. Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Vergi Məcəlləsinə edilən dəyişikliyin əsas məqsədi maliyyələşmə alətləri üzrə bərabər vergi rejiminin yaradılması, səmərəliliyin artırılması, ƏDV-nin dəyər zənciri üzrə son istehlakçıya ötürülməsi yolu ilə vergi yükünün azaldılması, biznes subyektlərinə ödənilmiş ƏDV-ni əvəzləşdirmək hüququ verməklə vergi yükünün optimallaşdırılmasıdır. Son dəyişikliklərə qədər lizinq şirkətləri lizinqə verdikləri aktivləri əldə edərkən ödədikləri ƏDV məbləğlərini əvəzləşdirə bilmədiklərindən vergi məbləği aktivin dəyərinə daxil olurdu. Bu isə aktivi maliyyə lizinqi çərçivəsində əldə edən biznes subyektlərinin ƏDV-ni əvəzləşdirmək imkanını məhdudlaşdırır və kapital qoyuluşu üzrə vergi yükü yaradırdı. Lakin aktivlər bank kreditləri hesabına əldə edildiyi halda, biznes subyektləri həmin aktivlərə görə ödənilən ƏDV məbləğlərini əvəzləşdirə bilirdi və nəticədə maliyyə sektorunda maliyyələşmə alətləri üzrə vergi yükü fərqləri yaranmış olurdu ki, bu da lizinq bazarının rəqabətliliyinə mənfi təsir göstərirdi. Lizinq şirkətlərinin gəliri olan ssuda faizlərinin isə maliyyə xidmətləri kimi ƏDV-dən azad olunması davam etməkdədir. Bununla yanaşı, lizinq şirkətləri tərəfindən aktivlər ƏDV ödənilmədən əldə edilibsə, həmin aktivlərin maliyyə lizinqi çərçivəsində biznes subyektlərinə təqdim edilməsi üzrə həm aktivin dəyəri, həm də ssuda faizlərinin tam şəkildə ƏDV-dən azad olunması davam etdiriləcək. Daha bir vacib dəyişiklik lizinq alanın maliyyə lizinqi müqaviləsi üzrə hüquq və öhdəliklərini digər şəxsə ötürdüyü halda lizinq verənlə yeni alıcı arasında yaranan münasibətlərin maliyyə lizinqi hesab olunması, əvvəlki müqavilənin davamı sayılmasıdır. Maliyyə lizinqi müqaviləsinə vaxtından əvvəl xitam verildikdə və həmin əməliyyat Vergi Məcəlləsinin 140.2-ci maddəsinin tələblərinə uyğun gəlmədiyi təqdirdə, belə əməliyyat maliyyə lizinqi hesab edilməyəcək. Bu zaman vergilərin dəqiqləşdirilməsi Vergi Məcəlləsinə əsasən aparılacaq. Beləliklə, dəyişikliklərin yekun nəticəsində lizinq alətinin təşviqi və bu prosesdə iştirak edəcək subyektlərin bu alətdən daha çox istifadə etməsinə şərait yaranacaq. Azərbaycanda ƏDV dərəcəsi 18%-dir.
2024-01-10
821,524
Perinatal Mərkəzdə yanğın: 3 vəzifəli məsuliyyətə cəlb edildi
“Respublika Perinatal Mərkəzi” Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı 3 vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Xəbər verildiyi kimi yanvarın 9-da “Respublika Perinatal Mərkəzi” PHŞ-nin inzibati binasında baş vermiş yanğınla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb. İlkin istintaq tədbirləri nəticəsində tibb müəssisəsinin 3 vəzifəli şəxsinin qanunsuz əməlləri ifşa edilib. Belə ki, toplanmış sübutlarla Mərkəzin direktoru Mehriban Abasquliyeva tərəfindən müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işinin düzgün təşkil olunmaması, hadisənin baş verdiyi Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında tibbi avadanlıqların düzgün istismar olunmaması, palatada normadan artıq tibbi avadanlıqların istifadə edilməsi, habelə elektrik qidalandırıcılarda əvvəlki günlərdən yaranmış nasazlığın vaxtında aradan qaldırılmasını təmin etməməsinə əsaslı şübhələr müəyyən edilib. Həmçinin, istintaqla Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin yanğın təhlükəsizliyinin təmin edilməsinə dair qaydaları pozmaları nəticəsində müəssisədə standartlara uyğun olmayan elektrik cihazlarından istifadə edilməsi, habelə istismara yararsız olan və qəza törədə bilən elektrik cihazlarındakı nöqsanların vaxtında aradan qaldırılmaması, bundan başqa çoxsaylı tibbi avadanlıqların elektrik xəttlərinin gücü və dözümlülüyü nəzərə alınmadan davamlı və nizamsız şəkildə xəstələrin müalicə alındığı palatalarda yerləşdirilməsi və istismarına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlar nəticəsində infant inkubator körpə küvezi və yeni doğulmuş körpələrin müalicəsi üçün nəzərdə tutulmuş digər tibbi avadanlıqlarından təhlükəli şəkildə və standartlara uyğun olmadan istifadə edilib, yanğın xəbərdarlığı vasitələri işlək vəziyyətdə olmayıb, elektrik xətlərində baş vermiş normadan artıq yüklənmədən törəyən yanğın otağa yayılıb, bununla da 4 körpə ölüb və müəssisəyə ciddi əmlak ziyanı dəyib. İş üzrə Hamlet Mustafayev və Elnur Əhmədli Cinayət Məcəlləsinin 225.3-cü, Mehriban Abasquliyevaya isə həmin Məcəllənin 314.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, məhkəmənin qərarı əsasında hər üç təqsirləndirilən şəxs barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilmişdir. Hazırda təqsirləndirilən şəxslərin digər qanunazidd əməllərinin, iş üzrə qanun pozuntularına yol vermiş digər şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, habelə bu kimi yanğının baş verməsinin səbəb və şəraitinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
2024-01-10
821,529
Tanınmış aparıcı bu kanala direktor təyin edildi
Tanınmış teleaparıcı Dilarə Səlim “Mədəniyyət” telekanalına direktor təyin edilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Rövşən Məmmədov sərəncam imzalayıb. Qeyd edək ki, D.Səlim 2020-ci ildə AzTV-yə yenidən çalışmağa başlayıb.
2024-01-10
821,530
Öyülən və söyülən Çingiz Hüseynov kimdir?
Azərbaycanın tanınmış yazıçısı Çingiz Hüseynov 2024-cü ilin yanvar ayının 8-də vəfat edib. O, uzun illərdir yaşadığı İsraildə ömrünü başa vurub. Vəfatından sonra sevənləri ilə yanaşı, onu tənqid edənlər də oldu. Bəs Çingiz Hüseynov kimdir? Niyə o, uzun illərdir Vətəndən kənarda yaşayıb? Nədən ömrünü qürbətdə başa vurdu? Bakıya dönməsinə, burda yaşamasına nə mane olub? Kult.az Globalinfo.az-a istinadən yazıçının ömür yolundan bəzi məqamları təqdim edir: Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakı şəhərində anadan olub. Burada orta məktəbi bitirdikdən sonra ADU-nun (indiki BDU-red.) filologiya fakültəsinə daxil olub, ikinci kursdan Lomonosov adına Moskva Dövlət Universitetinə dəyişilib, oranı bitirib (1952). SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, burada namizədlik dissertasiyası müdafiə edib. Sonra SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub (1955–1972). Sov. İKP MK nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib. İlk mətbu əsəri “Bakinski raboçi” qəzetində (16 oktyabr 1955) işıq üzü görüb. Bundan sonra ədəbi yaradıcılıqla müntəzəm məşğul olub. Əsərlərini iki dildə – Azərbaycan və rus dillərində yazıb. Yazıçının əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə edilib. Ən məşhur əsəri isə “Fətəli fəthi” romanıdır. Bu əsəri böyük mütəfəkkir, dramaturq Mirzə Fətəli Axundovun həyatından bəhs edir. Onun əksər əsərləri əvvəl Rusiyada, rus dilində çap olunub, sonradan Çingiz Hüseynov özü əsərlərini dilimizə tərcümə edərək çap edib. Onu da qeyd edək ki, Ç.Hüseynov Bakıda doğulsa da ömrünün 60 ilini Rusiyada yaşayıb. Ardınca isə İsraildə məskunlaşıb və 94 yaşında vəfat etdikdən sonra elə orada da dəfn edilib. Xatırladaq ki, o, 2014-cü ildə AYB-dən istefa verib. Yazıçı Çingiz Hüseynovun fəaliyyəti ilə bağlı fikirlər də birmənalı deyil. Bir qisim şəxs onun Azərbaycana laqeyd olduğunu, bir qismi isə əksini düşünür. Real TV-nın rəhbəri Mirşahin Ağayev də yazıçının vəfatı ilə bağlı etdiyi paylaşımda bu nüanslara diqqət çəkib. Onu əsil yox, əslən Azərbaycan yazıçısı kimi təqdim və tənqid edib. Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Çingiz Hüseynovun vaxtilə Mirzə Fətəli Axundov haqqında yazdığı “Fərəli fəthi” romanını gənclik illərində oxuduğunu qeyd edib: “Bu, oxuduğum ən sanballı romanlardan biri idi. İndi də Azərbaycan ədəbiyyatı üçün belə hesab edilir. Çingiz Hüseynov böyük intellektual, ziyalı idi. Mirşahin Ağayevin yanaşmasında da özü üçün haqlı olduğu məqamlar var. Ola bilər ki, Çingiz Hüseynov hansısa həqiqətləri bariz formada səsləndirməyib. Amma onun kimi bir yazıçının olması xalqımız üçün hörmət və nüfuz gətirib. Bunu da heç kim danmır. O, yaşadığı digər ölkələrdə də bu hörməti qoruyub saxlayıb. Doğrudur, onun Qarabağ məsələsinə səthi yanaşdığı, Azərbaycanın haqlı mövqeyi ilə bağlı səssiz qalması da mediada müzakirə olunub”.
2024-01-10
821,531
Fransanın qərəzli ermənipərəst mövqeyi… - Əmirbəyov
Fransa vətəndaşı Martin Rayan Azərbaycanda gizli fəaliyyət göstərən ölkəsinin kəşfiyyatının əməllərinin qurbanı olub. Bu isə rəsmi Parisin ermənipərəst mövqeyi və addımları ilə Cənubi Qafqazda sülhün əldə olunması perspektivlərini necə sarsıtmasının sadəcə bir nümunəsidir. Axar.az Report-a istinadən xəbər verir ki, bu gün Fransanın “L’Opinion” nəşrində dərc olunan məqalədə Paris və Bakı arasında münasibətlərin növbəti dəfə kəskin pisləşməsi son “casus qalmaqalı” fonunda təhlil olunub. Məqalənin müəllifi Jan-Dominik Merşe (Jean-Dominique Merchet) Azərbaycana qarşı casusluqda ittiham olunan M.Rayanın ötən ilin dekabrında Bakıda saxlanması barədə ətraflı danışıb. Müəllif saxlanılan şəxsin yaxın ətrafına istinad edərək vurğulayıb ki, M.Rayan Fransanın Bakıdakı səfirliyində işləyən, Azərbaycan tərəfindən rəsmi statusuna uyğun olmayan fəaliyyətlərinə görə ölkədən çıxarılan iki fransız xarici kəşfiyyatçısının manipulyasiyasının qurbanı olub. Məqalədə qeyd olunur ki, sözügedən səfirlik əməkdaşları M.Rayanı üçüncü ölkələr, xüsusən də İran və Türkiyə ilə bağlı həssas məlumatları toplayıb ötürməyə məcbur edib, onu təhlükəli oyunlarında istifadə ediblər. Bu fonda Paris və Bakı arasında ikitərəfli münasibətlərin ciddi şəkildə pisləşməsinə toxunan müəllif Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Fransanın qərəzli ermənipərəst mövqeyini, o cümlədən onun İrəvana silah və texnika tədarükünü davam etdirməsini, habelə BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamə layihəsini irəli sürmək cəhdlərini qınayan ifadələrini sitat gətirib: “Nəticədə Fransa Ermənistanla Azərbaycan arasında normallaşma prosesindən kənarda qaldı. Bundan başqa, o, öz davranışı ilə Avropa İttifaqının bu məsələdəki roluna mənfi təsir göstərir”.
2024-01-10
821,534
2024-cü ildə dünya iqtisadiyyatı necə olacaq? - Hesabat
2024-cü il dünya iqtisadiyyatı üçün pis proqnozlarla başlayır. Axar.az xəbər verir ki, bu barədə Dünya Bankının son hesabatında bildirilib. Dünya Bankı Qrupunun baş iqtisadçısı İndermit Qillin sözlərinə görə, qısamüddətli perspektivdə geosiyasi gərginliyin bərpası və ortamüddətli perspektivdə inkişaf etməkdə olan ölkələrin əksəriyyətinin gözləntisi təhlükə yaradır ki, 2020-ci illər fürsətlərin əldən verildiyi onillik olacaq. Ətraflı artım proqnozu regionlar üzrə belədir: Şərqi Asiya və Sakit okean regionu – 2024-cü ildə 4,5 faiz və 2025-ci ildə 4,4 faiz; Avropa və Mərkəzi Asiya – 2024-cü ildə 2,4 faiz və 2025-ci ildə 2,7 faiz; Latın Amerikası və Karib hövzəsi – 2024-cü ildə 2,3 faiz və 2025-ci ildə 2,5 faiz; Yaxın Şərq və Şimali Afrika – 2024-cü və 2025-ci illərdə 3,5 faiz; Cənubi Asiya – 2024-cü ildə 5,6 faiz və 2025-ci ildə 5,9 faiz; Afrika qitəsində Böyük Səhradan cənubda yerləşən ölkələrdə - 2024-cü ildə 3,8 faiz və 2025-ci ildə 4,1 faiz.
2024-01-10
821,535
Naxçıvanda Data Mərkəz inşa olunacaq
Naxçıvanda Data Mərkəz inşa ediləcək. Axar.az xəbər verir ki, 2024-cü il ərzində Naxçıvan Muxtar Respublikasında Data Mərkəzin inşa edilməsi və müvafiq texniki infrastrukturun yaradılması planlaşdırılır. Bununla bağlı tender proseduru artıq yekunlaşıb və Data Mərkəzin inşası və müvafiq texniki infrastrukturun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 2 000.000.0 manat vəsaitin tam hissəsi Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən sifariş edilib. Bu layihə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.
2024-01-10
821,536
Sabah Türkiyə bu ölkələrlə saziş imzalayacaq
Sabah Türkiyə Rumıniya və Bolqarıstanla İstanbulda Qara dənizdə mina əleyhinə hərbi dəniz qrupunun yaradılmasına dair anlaşma imzalayacaq. Axar.az xəbər verir ki, bu barədə Bolqarıstan Müdafiə Nazirliyi məlumat yayıb. "Qrupun fəaliyyəti yalnız dinc xarakter daşıyır və heç bir ölkəyə qarşı yönəlməyib", - məlumatda qeyd olunub.
2024-01-10
821,537
DYP hava şəraiti ilə bağlı piyadalara müraciət etdi
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı piyadalara müraciət edib. Axar.az xəbər verir ki, müraciətdə qeyd olunur: Hazırda mövsümlə əlaqədar havanın tez qaralması, əsasən yağışlı, çiskinli olması digər hərəkət iştirakçıları kimi piyadalar üçün də bir sıra çətinliklər yaradır. Təsadüfi deyil ki, mövcud meteoroloji şəraitdə yolların sürüşkənliyi, məhdudiyyətli görünmə məsafəsinin artması piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayına əhəmiyyətli dərəcədə təsir göstərir. Bununla yanaşı, əksər hallarda piyadalar tərəfindən qeyri-sabit hava şəraitinin düzgün qiymətləndirilməməsi, yolu keçərkən təhlükəsizlik qaydalarına əməl olunmaması, həmçinin sutkanın qaranlıq vaxtı əlvan geyimlərə, üzərində işıqqaytarıcı elementləri olan əşyalara üstünlük verilməməsi sonda xoşagəlməz hadisələrə gətirib çıxarır. Lakin bəzən qar və ya yağış səbəbindən səkilərin, piyada keçidlərinin, onların konstruksiya elementlərinin sürüşkənliyi, yaxud yağmurlu havalarda intizamsız sürücülərin yolun ən müdafiəsiz iştirakçısı olan piyadalara qarşı məsuliyyətsiz davranışı piyadalar üçün əlavə çətinliklər yaradır. Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları hazırda ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraitində öz həyat və sağlamlıqlarına qarşı daha diqqətli olmağa, yuxarıda sadalanan xüsusatları nəzərə alaraq, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır.
2024-01-10
821,538
Rövnəq Abdullayev xəstəxanaya yerləşdirildi
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti toplantısı baş tutmayıb. Toplantı yanvarın 11-də Gəncədə keçirilməli idi. Axar.az xəbər verir ki, federasiyanın rəsmi saytı iclasın təxirə salındığını açıqlayıb. Səbəblər barədə məlumat verilməyib. Publika.az-ın məlumatına görə, toplantı AFFA prezidenti Rövnəq Abdullayevə görə baş tutmayıb. Belə ki, Abdullayevin səhhəti qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib. Onun indi özəl klinikalardan birində həkim nəzarətində olduğu bildirilir.
2024-01-10
821,539
Əfqanıstanda daha bir güclü partlayış: yaralılar var
Əfqanıstanın Herat şəhərində güclü partlayış olub. Axar.az xəbər verir ki, bu barədə “Haşt-i Subh” qəzeti məlumat yayıb. Məlumata görə, Talibana aid avtomobilin yanında qumbara partlayıb. Nəticədə 8 nəfər yaralanıb. Qeyd edək ki, ötən gün də Kabildə partlayış törədilib.
2024-01-10
821,541
Xaricdə prezident seçkilərinə əngəl törədilir - Rusiya XİN
Rusiyada qarşıdan gələn prezident seçkilərinə hazırlıq xaricdə artıq ciddi maneələrlə üzləşib Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib. Vurğulanıb ki, seçkilərlə bağlı tədbirlərə hər cür maneə törədilir. Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.
2024-01-10
821,543
“Neftçi” Almaniya klubu ilə qarşılaşacaq
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Neftçi”nin növbəti rəqibi müəyyənləşib. Klubdan Axar.az-a verilən məlumata görə, “ağ-qaralar” ikinci yoxlama oyununda Almaniyanın III Liqa təmsilçisi “Sportverein Valdhof” komandası ilə qarşılaşacaq. Yanvarın 13-də oynanılacaq görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Qeyd edək ki, “Neftçi” Antalyadakı ilk oyununda Türkiyənin “Ərzurumspor” klubuna 1:3 hesabı ilə məğlub olub.
2024-01-10
821,544
Kiyev danışıqlardan imtina edir - Kreml
Bununla bağlı ciddi heç nə yoxdur. Faktiki olaraq Kiyevin hələ də danışıqlardan imtinası var. Biz xüsusi hərbi əməliyyatımızı davam etdiririk. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə sülh müqaviləsi ehtimalı ilə bağlı danışarkən bildirib. "Bəzi sülh proseslərinə gəlincə, burada hələ də boşluq var. Siz Zelenskinin bu sülh düsturuna görə tamamilə izaholunmaz proseslər görürsünüz. Rusiyanın iştirakı olmadan hansısa sülh formulunu müzakirə edən ölkələrin birləşməsi çox qəribə prosesdir", - Peskov qeyd edib.
2024-01-10
821,545
Milli komandamıza yeni təyinat oldu
Taekvondo üzrə kişilərdən ibarət milli komandaya yeni böyük məşqçi təyin olunub. Axar.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Azərbaycan Taekvondo Federasiyasında kişilərdən ibarət yığma komandanın böyük məşqçisi vəzifəsi Elnur Amanova həvalə edilib.
2024-01-10
821,547
Peskovun maraqlı görüntüləri yayıldı - Video
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinlə birlikdə Çukotkaya səfər edib. Axar.az xəbər verir ki, səfərdən ilk görüntüləri rusiyalı jurnalist Pavel Zarubin özünün Teleqram kanalında paylaşıb. Anadır hava limanında çəkilən kadrlarda Peskovun narıncı rəngdə “Xişnik” (“Yırtıcı”) adlı böyük maşının kabinəsinə qalxması əks olunub. “Yerli malı öyrənirik”, - deyə Peskov bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ilk dəfə Çukotkaya səfər edib. Dövlət başçısının regiona sonuncu səfəri 2008-ci ildə, Dmitri Medvedyevin prezidentliyi dövründə olub. Anadıra səfərin Putinin 2024-cü ildə ilk regional səfəri olduğu bildirilir.
2024-01-10
821,550
AŞ-ın baş katibi vəzifəsinə onun namizədliyi irəli sürüldü
Avropa Birliyinin ədliyyə və qanunun aliliyi üzrə komissarı Didye Reyndersin Avropa Şurasının (AŞ) baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb. Axar.az xəbər verir ki, bu barədə Belçikanın “Le Soir” nəşri məlumat yayıb. Qeyd edək ki, AŞ baş katibi seçkiləri iyun ayında keçiriləcək.
2024-01-10
821,551
Putin Ərdoğanla görüş üçün buna hazırdır
Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında daim ünsiyyətə ehtiyac var. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. “Putin və Ərdoğan arasında hər zaman ünsiyyətə ehtiyac var və siz bilirsiniz ki, onların görüşəcəyi barədə razılıq mövcuddur”, - deyən Peskov Putinin vaxt təyin edilən kimi Türkiyəyə gəlməyə hazır olduğunu vurğulayıb. “Vaxt hələ müəyyən edilməsə də, diplomatik kanallar vasitəsilə razılaşdırılacaq və gec-tez bu əlaqə baş tutacaq”, - Peskov bildirib.
2024-01-10
821,552
ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri istefa verəcək
ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri Pol Nakason təqaüdə çıxacaq. Axar.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilib ki, Nakason fevralın əvvəlində təqaüdə gedəcək.
2024-01-10
821,554
Müstəqil tariximizin ən həlledici məqamı 2003-cü il idi
Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Çünki hesab edirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi”, - deyə dövlətimizin başçısı vurğulayıb.
2024-01-10
821,555
Dünya miqyasında güclü ölkələr sırasındayıq - Prezident
Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib. Bu gün ölkə qarşısında duran yeni vəzifələrin yeni dövrün vəzifələri olduğunu diqqətə çatdıran dövlətimizin başçısı qeyd edib: “Biz əsas vəzifəni bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz”.
2024-01-10
821,557
Hazırlıq keçməyən taksi sürücülərinə pis xəbər
Avtomobil nəqliyyatı haqqında” Qanuna əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər. Təlimləri müvəffəqiyyətlə bitirən taksi sürücülərinə şəhadətnamələr təqdim olunur. Bu barədə Axar.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartı da alınmalıdır. Xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücülər buraxılış vəsiqəsi və buraxılış kartının alınması üçün müraciət edə bilməyəcək və onların taksi fəaliyyəti göstərməsi mümkün olmayacaq. Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələbləri, həmçinin sürücü barədə məlumatların siyahısı ilə bağlı təkliflər təsdiq olunandan sonra taksi nəqliyyat vasitələrinə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən müvafiq icazə veriləcək.
2024-01-10
821,558
Bu, Zəfərimizin son nöqtəsi idi - İlham Əliyev
Xocalıda Bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xankəndidə isə Bayrağın qaldırılması ədalətin tam bərpası idi və Zəfərimizin son nöqtəsi idi. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Bunların tarixi anlar olduğunu bildirən dövlətimizin başçısı qeyd edib: “Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik”. Xalqımızın bütün təbəqələrinin öz işi ilə bu Qələbəni yaxınlaşdırdığını söyləyən Prezident vurğulayıb ki, bu, ümummilli bir məsələyə, ümummilli hərəkata çevrildi və 30 il ərzində bu mövzu unudulmadı.
2024-01-10
821,560
İlham Əliyevin yerli kanallara müsahibəsi - Video
20:30 Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. Axar.az müsahibənin tam videosunu təqdim edir:
2024-01-10
821,561
Natəvanın heykəli bağda qalacaq - Meriya
Xurşidbanu Natəvanın heykəlinin olduğu bağın ləğv olunacağı, heykəlin oradan götürüləcəyi barədə mətbuatda yayılan xəbərlər həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu barədə eksklüziv olaraq Azərtac-a Fransanın Evian-lö Bən şəhər meriyasının ümumi şöbəsindən bildirilib. Qeyd edilib ki, Evian-lö Bən şəhərindəki görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib, daş lövhələr sındırılıb. “Meriya heykəlin təmir edilməsi və təmizlənməsi, eləcə də bağın adını daşıyan daş lövhələrin bərpası üçün mütəxəssislər axtarır. Bərpa edildikdən sonra lövhələr də, heykəl də öz yerində qalacaq”, - deyə açıqlamada vurğulanıb. Meriyadan o da bildirilib ki, Evian-lö Bən meri heykəlin vandalizmə məruz qalması ilə bağlı polisə müraciət edib: “Biz hesab edirik ki, bu heykəl iki xalq arasında mədəni birliyi əks etdirir və xalqlar arasında mədəni körpüdür. Bu, şəhərimizin bağıdır və bu, bizə hədiyyə olunub”. Evian şəhər meriyasından verilən açıqlamada İsmayıllını qardaş şəhər saydıqları vurğulanıb və qeyd edilib: “Bu gün vəziyyət siyasi səviyyədə səslənir, ancaq biz siyasətçi deyilik və şəhərimiz qardaşlaşdığı şəhərlə əlaqələri qoruyub saxlayır və saxlayacaq. Sabah İsmayıllıdan nümayəndə heyəti gələrsə, onları qarşılamağa hazırıq. Təəssüf ki, İsmayıllı ilə əlaqələrimiz bayramlarda təbrik mübadiləsi səviyyəsində qalıb. Koronavirus pandemiyasından sonra əlaqəmiz olmayıb. Fransız dilində yazılan məqalə bələdiyyə şurasının iclasında söylənilənləri tamamilə təhrif edib. Ondan sonra belə bir məsələ qaldırılıb, amma meriya bütün bu təklifləri rədd edib və bağın, eləcə də heykəlin qalacağını, dostluğun davam edəcəyini bildirib. Mətbuatda yayılan xəbərlərdə deyilir ki, bu bağ ləğv olunacaq, amma biz belə sözlər deməmişik və bu xəbər həqiqəti əks etdirmir”.
2024-01-10
821,562
O hərbi əməliyyatlar kortəbii deyildi - Prezident
23 aprel hadisələri çox önəmli bir tarixdir. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik. Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. Aprelin 23-nə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara bunun (Qarabağın – red.) bizim torpağımız olduğunu nümayiş etdirdiyimizi, “Fərrux”, “Sarıbaba-Qırxqız”, “Qisas” əməliyyatlarının tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar olduğunu xatırladan dövlətimizin başçısı diqqətə çatdırıb: “Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi. Yəni, o əməliyyatlar, sadəcə olaraq, kortəbii seçilməmişdi, məqsədyönlü əməliyyatlar idi”.
2024-01-10
821,565
Prezident separatçı liderlərlə bağlı mövqeyini açıqladı
Təbii ki, günahı olmayan hərbçilərə qarşı biz hər hansı bir sanksiya tətbiq etmək fikrində deyilik. Halbuki separatçıların başçıları ilə bağlı bizim mövqeyimiz birmənalı idi – onların tutulması. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib. “Bəziləri artıq Laçın yolunda oradan qaçmağa cəhd edəndə, bəziləri Xankəndidə, bəzilərini də başqa yerlərdə biz tapıb tutmuşduq. Biz onların yerlərini bilirdik”, - dövlət başçısı vurğulayıb.