date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-08 | 820,916 | Səudiyyə İsraillə əlaqələri normallaşdırmaq istəyir | Səudiyyə Ərəbistanı və digər Yaxın Şərq ölkələri İsraillə münasibətləri normallaşdırmaqda maraqlıdır. Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanında səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinken deyib. Qeyd edək ki, ABŞ rəsmisi Ərəbistanda səfərdədir. |
2024-01-09 | 820,917 | Ermənistana hücum olsa, İran ordu göndərəcək? - Şafiyi | İran Ermənistana hərbi dəstək vermək və İrəvanı hərbi texnika ilə təmin etmək istəyir. Axar.az xəbər verir ki, bu sözləri İran və Avrasiya Tədqiqatları İnstitutunun eksperti Qüdrətullah Şafiyi erməni mediasına açıqlamasında deyib. O bildirib ki, bunun üçün ilk növbədə Ermənistanın özünün istəyi lazımdır: “Bildiyim qədər, Ermənistanın özü İranın hərbi texnikasını almaqda o qədər də maraqlı deyil”. Onun fikrincə, bu, İrəvanın avropalılar və amerikalılarla münasibətləri korlamaq istəməməsi ilə bağlıdır. Ekspert Ermənistana qarşı müharibə olacağı təqdirdə İranın İrəvana kömək üçün öz qoşunlarını göndərəcəyinə inanmadığını da vurğulayıb: “İran əsgərləri heç vaxt başqa ölkədə - husilərin vuruşduğu Yəməndə, o cümlədən Livanda və ya Suriyada döyüşməyib. Bütün bu hallarda söhbət İrandan alınan hərbi texnika və kəşfiyyat məlumatından gedir, lakin İran ordusu özü döyüşmür. Ona görə də Bakıdan Ermənistana qarşı yeni hərbi təxribat olarsa, İran əsgərləri Ermənistan üçün döyüşməyəcək”. Buna baxmayaraq, ekspert İranın İrəvana dolayısı ilə kömək edəcəyini də istisna etməyib: “Ola bilsin ki, İranın hərbi texnikasından istifadə olunsun. Amma Ermənistanın özü öz maraqlarını qorumalıdır”. |
2024-01-08 | 820,919 | 4 ölkə İrana qarşı bəyanat yaydı | Ukrayna, İsveç, Böyük Britaniya və Kanada 2020-ci ilin yanvarında Tehran səmasında Ukrayna Hava Yollarına məxsus təyyarənin vurulması ilə bağlı Beynəlxalq Mülki Aviasiya Təşkilatına (İCAO) İrana qarşı müzakirə başladılması üçün müraciət edib. Axar.az xəbər verir ki, bu barədə dörd ölkənin xarici işlər nazirləri birgə bəyanat yayıblar. “Bu gün biz Beynəlxalq Mülki Aviasiya Konvensiyasının 3bis maddəsi ilə tanınan beynəlxalq hüquqi öhdəliklərini pozaraq, uçuş zamanı mülki təyyarəyə qarşı silahdan istifadə etməsinə görə İrana qarşı Beynəlxalq Mülki Aviasiya Təşkilatı qarşısında işi birgə başlatdıq", - bəyanatda vurğulanıb. Bəyanatda bildirilir ki, Tehran bütün danışıqlar cəhdlərinə baxmayaraq, dörd ildir ki, PS752 reysinin vurulması ilə bağlı tam beynəlxalq hüquqi məsuliyyəti öz üzərinə götürməkdən imtina edir, buna görə də mübahisənin İCAO Şurasının müzakirəsinə çıxarılmasına qərar verilib. Qeyd edək ki, 2020-ci il yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boinq 737-800" təyyarəsi Tehran hava limanından qalxdıqdan az sonra İran tərəfindən vurulmuşdu. Hadisə zamanı 176 sərnişin həlak olmuşdu. |
2024-01-09 | 820,920 | HƏMAS-ın Suriya qolunun lideri məhv edildi | İsrail ordusu HƏMAS hərəkatının Suriya qolunun lideri Həsən Akaşunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə İsrail mediasının məlumatında deyilir. Bildirilib ki, Həsən Akaşu HƏMAS-ın nəzarətində olan Suriya ərazisindən İsrailə hücumlar təşkil edən qrupa rəhbərlik edirmiş. |
2024-01-08 | 820,924 | Növbəti zərbə: İran və Hizbullah niyə cavab vermir? | Beyrut ətrafına hücumdan bir həftə sonra İsrail pilotsuz təyyarəsi ölkənin cənubundakı Xerbet Selm bölgəsinə növbəti zərbə endirib. Raket hücumu nəticəsində Hizbullahın “Rizvan” xüsusi təyinatlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Hac Cavad ət-Tavil öldürülüb. Axar.az xəbər verir ki, bu barədə “Rıbar”ın şərhində bildirilib. Vurğulanıb ki, Beyrutdakı raket zərbəsini, sonra Kirmandakı terror aktını, indi isə bu hücumu nəzərə alsaq, İsrail ultra-ortadoksal hökumətinin İran və Hizbullahı nə qədər canfəşanlıqla provokasiyaya çəkməyə çalışdığı aydın olur: “Kirmandakı faciə haqda qeyd etdik ki, ultra-ortodoksallar yalnız müharibə davam edərsə və daha yaxşı “qurban” statusunda hakimiyyətdə qala bilərlər. Günün günorta çağı Hizbullahın mühüm üzvlərinə qarşı edilən hücumlar da məhz bu məqsədə xidmət edir”. Vurğulanıb ki, bu vəziyyətdə Hizbullahdan hər hansı kəskin reaksiya gözləmək lazım deyil, çünki ultra-ortodoksallar da məhz bunu istəyir: “Hərbi işlərdə isə əsas qaydalardan biri düşmənin istədiyinə nail olmasının qarşısını almaqdır. Həsən Nəsrullah çox yaxşı başa düşür ki, öz şərtlərini tətbiq etmək lazımdır – baxmayaraq ki, reaksiya olmaması səbəbindən nüfuzunu itirir. Bir adam üçün qisas almaqda çox riskə getmək şübhəli bir hərəkət kimi görünər - xüsusilə həm Fələstində, həm də Livanda on minlərlə mülki vətəndaşın həlak olması fonunda”. |
2024-01-08 | 820,925 | Nikolyan: Fransanın sərhədə göndərdiyi TIR-lar boş idi | Fransanın Ermənistana göndərdiyi “humanitar yardım” TIR-larının içi boş çıxıb. Axar.az xəbər verir ki, bu fikirləri erməni jurnalist Leo Nikolyan Azərbaycan Dövlət Televiziyasında (AzTV) yayımlanan “Əsas Məsələ” verilişində çıxışı zamanı deyib. O bildirib ki, bu sadəcə kommunikasiya təbliğatıdır. Daha ətraflı süjetdə: |
2024-01-08 | 820,927 | Sabiq nazir seçkidən kənarlaşdı: imza toplaya bilmədi | Sabiq maliyyə naziri, professor Fikrət Yusifov seçki marafonundan uzaqlaşıb. Axar.az xəbər verir ki, bu barədə F.Yusifov özü Globalinfo.az-a açıqlamasında deyib. O bildirib ki, namizədliyinin təsdiqlənməsində heç bir problem olmayıb və 27 dekabrda imza vərəqələri götürüblər: “Lakin təəssüf ki, lazım olan sayda imza toplaya bilmədik. Bu səbəbdən imzatoplama müddətinin başa çatdığı vaxtda imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına təqdim edə bilmədik”. Xatırladaq ki, namizədliyin qeydə alınması üçün imza vərəqələri də daxil olmaqla, sənədlərin MSK-ya təqdim edilməsi tarixi bu gün saat 18:00-da başa çatıb. |
2024-01-09 | 820,931 | Belqorod atəşə tutuldu: yaralılar var | Ukrayna Silahlı Qüvvələrinin Belqorodu raket atəşinə tutması nəticəsində 3 nəfər qəlpə yarası alıb. Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib. O bildirib ki, hava hücumundan müdafiə sistemləri 10 hədəfi zərərsizləşdirib: “Operativ xidmətlər yerdə fəsadlar barədə məlumatları dəqiqləşdirir. İlkin məlumatlara görə, üç nəfər xəsarət alıb”. |
2024-01-08 | 820,933 | Heydər Əliyev rəsmi ziyafətdə - Foto | Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın şərəfinə rəsmi ziyafət verilib. Axar.az xəbər verir ki, rəsmi ziyafətə dövlət başçısının oğlu Heydər Əliyev də qatılıb. Heydər Əliyev Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə eyni masada əyləşib. |
2024-01-09 | 820,934 | Oğuzda maşının qarşısına çıxan at qəzaya səbəb oldu | Oğuzda avtomobilin qarşısına çıxan at qəzaya səbəb olub, sürücü xəsarət alıb. Axar.az-ın Report-a istinadən məlumatına görə, Oğuz-Şəki avtomobil yolunun Oğuz şəhəri ərazisindən keçən hissəsində 1998-ci il təvəllüdlü Səbuhi Ceyhun oğlu Adıyevin idarə etdiyi "Khodro Runo" markalı avtomobil qarşısına çıxan atı vurub. Nəticədə at ölüb, sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. |
2024-01-09 | 820,940 | Ostin vəzifəsindən kənarlaşdırılacaqmı? | Lloyd Ostinin vəzifəsində qalmasından başqa heç bir plan yoxdur. Axar.az xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib. C.Kirbi vurğulayıb ki, Pentaqon rəhbəri xəstəxanada olarkən öz vəzifələrini icra etməyə davam edib. Qeyd edək ki, yanvarın 6-da ABŞ-ın müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib. |
2024-01-09 | 820,941 | İrəvan Moskva ilə silah tədarükü danışıqlarını davam etdirir | Ermənistan və Rusiya imzalanmış sazişlər çərçivəsində silah tədarükü məsələsini həll etmək üçün danışıqları davam etdirirlər. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində deyib. “Rusiya ilə təhvil verilməmiş silahlarla bağlı danışıqlar davam edir. 2021-ci ildən Ermənistanın Rusiya ilə çoxlu müqavilələri var ki, bu sənədlərə əsasən silah verilmirdi. Bu müqavilələr üzrə danışıqlar davam edir”, – o söyləyib. Qriqoryan qeyd edib ki, Rusiya ilə hərbi-texniki əməkdaşlıqla bağlı yeni sənədlər yoxdur. “Mövcud razılaşmalar çərçivəsində yenilənmələr aparılır, danışıqlar yenidən aparılır. Bu o deməkdir ki, bəzi hallarda müqavilələr yenilənir, bəzi hallarda maliyyə məsələləri başqa variantlarla həll olunur”, – Qriqoryan bildirib. |
2024-01-09 | 820,942 | Rusiyada 27 vaqon relsdən çıxdı | Zabaykal dəmir yolunun Aleur-Buşuley hissəsində yük qatarının 27 vaqonu yoldan çıxıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Dəmir Yolları məlumat yayıb. Bildirilib ki, hazırda bərpa qatarları hadisə yerinə gedir, 2 saylı Moskva-Vladivostok və 329 saylı Çita-Blaqoveşensk qatarlarının hərəkəti dayandırılıb. "2024-cü il yanvarın 8-də saat 19:17-də (Moskva vaxtı ilə) Zabaykal dəmir yolunun Aleur-Buşuley hissəsində 27 yük qatarı vaqonu relsdən çıxıb. Digər relsin qabariti pozulub. Xəsarət alan olmayıb, ətraf mühit üçün təhlükə yoxdur”, - deyə bildirilib. |
2024-01-09 | 820,943 | "Yuxarı Lars" yük maşınları üçün bağlandı | Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yolu Yuxarı Larsdan yük maşınlarının keçidi növbəti dəfə qadağan edilib. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan deyib. Onun sözlərinə görə, minik avtomobilləri yolun müəyyən edilmiş hissəsi ilə hərəkət edə bilər. Gürcüstanın Avtomobil Yolları Departamentinin məlumata görə, qadağa əlverişsiz hava şəraiti ilə əlaqədar tətbiq edilib. "Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qar səbəbindən qoşqulu və yarımqoşqulu avtomobillər üçün bağlanıb", - məlumatda deyilir. |
2024-01-09 | 820,944 | İrəvan Bakıya təkliflər göndərdi: fikir ayrılığı… | Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının növbəti görüşü yanvarın sonunda keçiriləcək. Bu görüşlərə ehtiyac var, xüsusilə prosesin ikitərəfli formatda davam etdirilməsi baxımından. Axar.az xəbər verir ki, bu sözləri siyasi ekspert Asif Nərimanlı qeyd edib. Ermənistan Təhlükəsizlik Şurası katibi Armen Qriqoryanın yanvarın 4-də İrəvanın Bakıya sülh müqaviləsi ilə bağlı təkliflər təqdim etdiyi barədə ötən gün yaydığı məlumatı xatırladan ekspert bildirib ki, tərəflərin açıqlamaları sülh danışıqlarına dair fikir ayrılığının aradan qalxmadığını deməyə əsas verir: “Bakı sərhədin delimitasiyasını sonraya saxlamağı, sülh sazişinin imzalanmasını, yaxud ən azı bununla bağlı niyyət sənədinin qəbul edilməsini istəyir. İrəvan “güzgü prinsipi”ni – qoşunların qarşılıqlı şəkildə geri çəkilməsini irəli sürür və ikitərəfli formatda danışıqları daha çox sərhəd məsələsi üzərində fokuslamaqla əsas müzakirələri Qərb platformasına daşımağa çalışır. Bu yanaşma sülh sazişinin imzalanmasını gecikdirən amildir. Çünki Bakı “güzgü prinsipi”ni qəbul etməyəcək, bunu İrəvanda da anlayırlar. Bu baxımdan, sərhəd komissiyaların görüşünün müsbət tərəfləri olsa da, əsas diqqətin buna fokuslanmağı prosesin uzanmasına zəmin yaradır”. |
2024-01-09 | 820,945 | İsrail Livanda yeni qarşıdurmanı başlatdı - Ekspert | İsrailin Hizbullah hərəkatının səhra komandirlərindən birini öldürməsi Livanda qarşıdurmanın yeni mərhələsinin başlanğıcından xəbər verir. Axar.az xəbər verir ki, bunu livanlı politoloq Həsən əl-Dürr bildirib. "Tavilin öldürülməsi, şübhəsiz ki, böyük zərbədir və İsrail tərəfinin Livanda yeni qarşıdurma yaratdığına işarədir", - livanlı analitik vurğulayıb. Ekspert yeni mərhələ dedikdə, yerli əməliyyatları və Hizbullah komandanlığı və HƏMAS hərəkatının üzvlərinin məqsədyönlü şəkildə məhvini nəzərdə tutduğunu qeyd edib: “ABŞ Qəzza zolağında ilk atəşkəs başa çatdıqdan sonra bu mərhələyə keçidi müdafiə edərək, İsrailə əvvəlcə Qəzzanı yenidən işğal etməyi, sonra isə bufer zonanı tərk edərək geri çəkilməyi və yerli əməliyyatlara və məqsədyönlü qətllərə keçməyi tövsiyə etdi". Qeyd edək ki, ötən gün “Rizvan” xüsusi təyinatlı qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Hac Cavad ət-Tavil İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb. |
2024-01-09 | 820,946 | Fateh məscidində qanlı olay: imam bıçaqlandı | İstanbulun Fateh məscidində bıçaqlı insident baş verib. Hadisə nəticəsində məscidin imamı və bir vətəndaş yaralanıb. Axar.az-ın məlumatına görə, hadisə ilə bağlı İstanbul Valiliyi açıqlama yayıb. Açıqlamada bildirilib ki, yanvarın 8-i saat 19.15 radələrində naməlum şəxs İstanbuldakı Fateh məscidinin içərisində şüarlar səsləndirərək iğtişaş yaradıb. Məscidin imamı Qalib Usta ona xəbərdarlıq edərək məsciddən çıxmasını istəyib. Bunun ardından imam və Bilal Erdem adlı vətəndaş həmin şəxs tərəfindən bıçaqlı hücuma məruz qalıb. Hadisəni törədən şəxs mühafizəçilər tərəfindən saxlanılaraq nəzarətə alınıb. Xəsarət alan imam və vətəndaş xəstəxanaya yerləşdiriliblər. Xəsarət alan hər iki şəxsin həyati təhlükəsi var. |
2024-01-09 | 820,947 | Qəzzada ən böyük silah anbarı aşkarlandı | İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində HƏMAS-ın ən böyük silah anbarını aşkarlayıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. "Əsgərlərimiz Qəzzanın mərkəzində mülki əhalinin sıx məskunlaşdığı Əl-Bureycdə müharibənin əvvəlindən bəri ən böyük silah anbarını aşkarlayıblar", - məlumatda vurğulanıb. Məlumata görə, İsrail əsgərləri anbarda İsrailin şimalına çata bilən uzaqmənzilli raketlər üçün komponentlər, onların yığılması üçün yeraltı istehsal müəssisələri, partlayıcı maddələr, həmçinin odlu silahlar və PUA-lar tapıblar. |
2024-01-09 | 820,948 | TV proqramlarda xoşagəlməz hallar… - Şura | Media sahəsində fəaliyyət tam olaraq yaradıcılıq və redaksiya müstəqilliyi əsasında həyata keçirilir. Şuranın və ya heç bir dövlət orqanının yaradıcılıq fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur. Bu müddəa da fəaliyyətimizin əsasında bir qırmızı xətt kimi keçir. Bu sözləri Axar.az-a açıqlamasında Audiovizual Şura aparatının rəhbəri Fazil Novruzov bildirib. “Bir sıra proqramlarda xoşagəlməz, cəmiyyətdə böyük qınaq yaradan hallar baş verir. Şura bütün bu halların hamısını araşdırır və hüquqi baxımdan qiymətləndirir, bəzən də yaradıcılıq və redaksiya müstəqilliyinə xələl gətirmədən həmin yayımçılara müvafiq tövsiyələr verir və cəmiyyətin reaksiyasını nəzərə almağı çağırır”, - Fazil Novruzov deyib. Novruzov qeyd edib ki, audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Şura tərəfindən audiovizual yayımçıların, proqramlarının mütəmadi monitorinqləri aparılır və hər hansı proqramda qanun pozuntusu aşkarlandığı təqdirdə müvafiq inzibati tənbeh tədbirləri tətbiq edilir. |
2024-01-09 | 820,949 | Qarabağ qələbəsindən sonra Bakı buna cəhd edə bilər - BBQ | Son on ildə dünya 1990-cı illərin və 2000-ci illərin əvvəllərindəki nisbi sakitlikdən sonra fəal mübarizə aparmağa başlayıb. Rusiyanın Ukraynaya müdaxiləsi, ABŞ-ın İraq və Əfqanıstandakı müharibələri Yaxın Şərq, eləcə də Afrikadakı regional liderlər arasında münaqişələrin güc yolu ilə həlli üçün iştahı artırıb. Putinin ardınca digər avtoritar liderlər də xarici sponsorların dəstəyi ilə hərbi macəralara qarışa bilərlər. Müharibələri diplomatik yolla dayandırmaq cəhdləri hər yerdə uğursuzluqla nəticələnir. Axar.az xəbər verir ki, bu barədə Beynəlxalq Böhran Qrupunun tədqiqatçıları məlumat yayıb. “Siyasi məqsədlərə çatmaq üçün müharibəyə əl atan dövlət başçıları getdikcə çoxalır. Əsas dəhşət planetin iki ən böyük dövləti - ABŞ və Çin arasındakı toqquşmadır. Səbəb Tayvanda seçkinin keçirildiyi yanvar ayında peyda ola bilər. Rusiya-Ukrayna savaşı uzun sürən tükənən müharibə mərhələsinə qədəm qoyub. Əsas risk Avropa və Qərbdə bu müharibədən yorğunluqdur. Çünki bu, Kiyevə hərbi və maliyyə yardımının dayandırılması ilə nəticələnir. İsrailin HƏMAS-la müharibəsinin də sonu görünmür. Bundan əlavə, Yaxın Şərqdə regional münaqişəyə çevrilmək təhlükəsi yaradır. ABŞ qeyd-şərtsiz İsraili, İran isə onun düşmənlərini dəstəkləyir. İsrail artıq Suriya və Livandakı hədəfləri bombalayır”, - məlumatda deyilib. Ekspertlər 2024-cü ildə münaqişələrin sayının artacağından ehtiyat edirlər: “Partlayıcı situasiyalar arasında Ermənistanla Azərbaycan qarşıdurması da yer alır. Qarabağdakı qələbədən sonra Bakı öz uğurlarını möhkəmləndirməyə və Azərbaycanın əsas hissəsini onun anklavından - Naxçıvan Muxtar Respublikasından ayıran Ermənistan torpaqlarına “təcavüz” etməyə cəhd edə bilər”. |
2024-01-09 | 820,950 | Quba ilə Bakıda qaz limiti necə eyni ola bilər? - Ekspert | Həmişə enerjinin limitlə verilməsinin tərəfdarı olmuşam. Dünya təcrübəsində də belədir. Bir şey elə qiymətə olmalıdır ki, onu istehlak edən layiqincə qiymətləndirə bilsin. Qiymət həddən artıq ucuz olarsa, o, izafi xərclənir. Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban əhaliyə verilən təbii qazın limiti haqqında danışarkən deyib. “Azərbaycan 2017-ci ildən indiyə qədər əmtəəlik qaz hasilatını artırıb. İnsanlarda da belə təəssürat var ki, qaz artırsa, bundan da yararlanmalıyıq. Ancaq qazı 10 il əvvəldə olduğu kimi istifadə etməyimiz düzgün deyil. Nə hökumət, nə də Tarif Şurası istehlakçını inadıra bilir. Bu inamı bərpa etmək lazımdır. Bildiyimiz kimi, qazın verilməsi ilə bağlı qiyməti Tarif Şurası təyin edir. Qiymət təyin olunarkən izahedici açıqlama olmur, maarifləndirmə aparılmır”, - İlham Şaban bildirib. Ekpertin sözlərinə görə, Azərbaycan ərazisində fəsillər müxtəlif keçdiyi üçün əhalinin təbii qazdan istifadəsi ilə bağlı limitlər də regionlar üzrə fərqli olmalıdır: “Kəlbəcər, Laçın, Quba, Şamaxı və Azərbaycanın digər rayonlarının sakinləri evlərini 8-9 ay isitməyə məcburdur. Aran rayonlarında yaşayan vətəndaşlar isə evi isitmək üçün qazdan 3-4 ay istifadə edir. Ona görə də qaz limiti bu regionlara eyni tətbiq edilməməlidir. Hökumət bu məsələni nəzərə almalı, qızıl orta tapılmalıdır. Bununla da istehlakçının əlavə rəğbətini qazanmaq olar”. |
2024-01-09 | 820,951 | Ruslar hücuma keçdi, mövqeləri ələ keçirdi | Rusiya ordusu Ukraynanın Marinka şəhərini ələ keçirdikdə sonra Georgiyevka kəndinə hücuma keçərək Kuraxovo şəhərində mövqe tutmuş Ukrayna hərbçilərinin vəziyyətini çətinləşdirib. Axar.az xəbər verir ki, bu barədə "Rusvesna.su" məlumat yayıb. Bildirilib ki, Rusiya hərbçiləri kəndin şərq hissəsində kilsə və bir neçə evi nəzarətə götürüb. Həmçinin, Marinkanın qərbində yerləşən “Vrojay” bağçılıq təsərrüfatının cənub-şərqində rus qoşunlarının irəliləməsi qeydə alınıb. Rusiya Silahlı Qüvvələri həm Vrojay stansiyasında, həm də onun şimalında Georgiyevkanın şərq hissəsində taktiki mövqelərini yaxşılaşdıraraq hücuma keçir. |
2024-01-09 | 820,952 | Putin Odessanı nəzarətə götürə bilər - Kəşfiyyatçı | Rusiya Prezidenti Vladimir Putin lazım gələrsə, Odessanı nəzarətə götürə bilər. Axar.az xəbər verir ki, bunu ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Toni Şaffer deyib. “Putinin bunu istədiyini hesab etmirəm, amma düşünürəm ki, Odessanı almalı olacaq", - Şaffer vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hava hücumlarına nəzarət edə bilmir, xüsusən də söhbət dronlardan gedir. O, həmçinin əlavə edib ki, Ukraynanın nə Rusiya müdafiə xəttini keçmək üçün lazım olan qoşunları, nə də hücumu davam etdirmək üçün hava dəstəyi var. "Rusların davamlı olaraq Ukraynaya güclü raket hücumları təşkil edə bilməsi Baydenin siyasətinin iflasa uğradığını göstərir. Effektiv olacaq heç bir sanksiya yoxdur", - Şaffer söyləyib. |
2024-01-09 | 820,953 | Bu vitamin dağınıq sklerozun dərmanı hesab olunur | Con Hopkins Universitetinin alimləri hələ ki, dağınıq sklerozun müalicəsinin D vitamini ilə mümkünlüyünü araşdırıb. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlərin fikrincə, yüksək doza D vitamini qəbulu dağınıq sklerozun müalicəsində effektiv metod ola bilər. Çünki günəş işığı defisiti bu xəstəliyi artırır. Qanda bu vitamini az olan pasiyentlər daha çox əlilliyə səbəb olan nevroloji problemlərlə üzləşir. Tədqiqat zamanı 40 skleroz xəstəsinə 6 ay hər gün 10 min vahid doza vitamin D verilib. Digər qrupa isə gündəlik norma 800 vahid verilib. Məhz birinci qrupda T immun hüceyrələrin azalması müşahidə olunub. İkinci qrupda dəyişiklik olmayıb. Yüksək doza D vitamini qəbulunun əks təsiri minimal olub. D vitamini gün işığında, pendir, yumurta və balıq yağında var. |
2024-01-09 | 820,954 | Rus jurnalistdən şok: Ruslar heyvandır! | Rusiyalı keçmiş jurnalist, yazar və bloger Bojena Rınska Latviyada yaşayan bütün rusları heyvan adlandırıb. Axar.az Mk.ru-ya istinadən xəbər verir ki, xanım Rınska Latviyada yaşayan rusları “dəhşətli sovet-rus dünyasının qalıqları” hesab edib. “Yalnız latışlar insandır, ruslar isə tamamən heyvandır. Ruslar dələduz və oğrular, mənəvi kateqoriyadan tamam kənar olanlardır”, - deyə o bildirib. |
2024-01-09 | 820,955 | Azərbaycanın məşhur yazıçısı vəfat etdi | Azərbaycan SSR əməkdar incəsənət xadimi, Yazıçılar İttifaqın üzvü, yazıçı Çingiz Hüseynov vəfat edib. Kult.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. O bildirib ki, atası ilə sonuncu dəfə ötən gün axşam danışıblar. Qeyd edək ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Yazıçının bir neçə aydan sonra 95 yaşı tamam olacaqdı. |
2024-01-09 | 820,956 | İtaliyada hava şəraiti ciddi fəsadlara səbəb oldu | İtaliyanın bəzi regionlarında hökm sürən əlverişsiz hava şəraiti fəsadlar törədib. Axar.az xəbər verir ki, İtaliyanın Mülki Müdafiə Agentliyi əlverişsiz hava şəraiti səbəbindən Emiliya-Romaniya, Abruzzo, Bazilikata, Kalabriya, Kampaniya, Molise, Sardiniya və Siciliya bölgələri üçün sarı xəbərdarlıq elan edib. Əhaliyə güclü külək və qar yağması nəticəsində yarana biləcək təhlükəli hava hadisələrinə hazırlıqlı olmaq barədə xəbərdarlıq olunub. Bəzi bölgələrdə güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini qoparıb. |
2024-01-09 | 820,958 | Perinatal Mərkəzdə yanğın: General hadisə yerində | 08:20 Respublika Perinatal Mərkəzində yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, yanğın qısa müddətdə söndürülüb: “Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”. Hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən təxliyə işləri həyata keçirilib. Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir. *** Yanğın Respublika Perinatal Mərkəzinin dördüncü mərtəbəsində baş verib. Bu barədə Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirilib. Bildirilib ki, yanğın bir otaqda 35 kv m sahəni əhatə edib. Binanın dörd və üçüncü mərtəbələrindəki pasiyent və personal təxliyə olunub. Vurğulanıb ki, hadisənin səbəbi hələlik bəlli deyil. *** TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinə müdiri Elnur Hidayətoğlu Oxu.az-a açıqlamasında ilkin ehtimala görə, yanğına qısaqapanmanın səbəb olduğunu bildirib. |
2024-01-09 | 820,961 | TƏBİB sədri hadisə yerindədir - Foto | Respublika Perinatal Mərkəzində yanğınla əlaqədar indiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb. Axar.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova açıqlayıb. "Xəstəxananın müvafiq şöbəsində müalicə alanların təhlükəsiz şəkildə təxliyəsi həyata keçirilib. Yenidoğulmuşların, hamilə və zahı qadınların təhlükəsizlik tədbirləri çərçivəsində TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinə təxliyəsi həyata keçirilir. İndiyədək 50-ə qədər pasiyentin (yenidoğulmuş, hamilə və zahı qadın) təxliyəsi reallaşıb", - mətbuat katibi vurğulayıb. Qeyd olunub ki, yanğın nəticəsində xəsarət alan olmayıb. "1 nəfər - Respublika Perinatal Mərkəzinin mühafizəçisi tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Ona zəruri tibbi xidmət göstərilir. TƏBİB rəhbərliyi hadisə yerindədir", - o diqqətə çatdırıb. |
2024-01-09 | 820,962 | Neft ucuzlaşdı | Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 76,27 dollara, yüngül neftin bir barreli isə 70,80 dollara təklif olunur. |
2024-01-09 | 820,964 | Körpələr xəstəxanadan belə çıxarıldı - Video | Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın baş verib. Axar.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi yeni məlumat yayıb. Bildirilib ki, hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri təxliyə işlərini həyata keçirib. Qeyd edək ki, hazırda körpələr Mərkəzdən təxliyə edilir. |
2024-01-09 | 820,967 | Bakının bu rayonunda qaz olmayacaq | Bu gün Bakının Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilələr yaranacaq. Axar.az xəbər verir ki, bu barədə Azəriqaz İstehsalat Birliyi məlumat yayıb. "Daş Butka” QTM-dən qidalanan orta təzyiqli istismara yararsız yeraltı qaz xəttinin bir hissəsinin əvəzlənməsi, eləcə də yeni çəkilmiş yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Sərdarov zavodu” orta təzyiqli qaz xəttindən 09.01.2024-cü il saat 09:30-dan qaz təchizatının dayandırılması planlaşdırılıb. Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Biləcəri qəsəbəsində Ordubadi küçəsinin, I, II, III Mədən, Baksol yolu və Binəqədi şosesi adlanan yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. |
2024-01-09 | 820,972 | Qusar polisindən əməliyyat: saxlanılanlar var | Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Avaran qışlaq kənd sakin Emin Vəlixanov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində olan bağ massivlərindən bağçılıq təsərrüfatında istifadə edilən müxtəlif avadanlıqlar oğurlaması müəyyən edilib. O, ümumilikdə zərərçəkmişlərə 4136 manatdan çox zərər vurub. Faktlarla bağlı Qusar Rayon Polis Şöbəsində Emin Vəlixanovun barəsində cinayət işi başlanılıb. |
2024-01-09 | 820,975 | Cəbrayılda silah-sursat tapıldı | Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan, patronlar və digər sursatlar aşkar edilərək götürülüb. Bundan əlavə keçirilən profilaktiki tədbirlər nəticəsində rayon sakinləri özlərində olan 3 ov silahını da polis əməkdaşlarına təhvil verib. Bu istiqamətdə tədbirlər davam etdirilir. |
2024-01-09 | 820,977 | Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı | Beyləqanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində, idarəsində olan “Mersedes-Benz” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasını pozduğuna görə, rayon sakini Rahil İsmayılov saxlanılıb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib. Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. O məhkəmənin qərarına əsasən bir ay müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ iki il müddətinə məhdudlaşdırılıb. |
2024-01-09 | 820,980 | Duma təxirə saldı, İrəvan “gündəmdə” saxlayır | Ermənistanın sürücülük vəsiqələrinin Rusiyada tanınması məsələsi ikitərəfli müzakirələrin gündəmindədir. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Ermənistan hakimiyyəti tərəfindən verilmiş sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınması məsələsi ikitərəfli müzakirələrin gündəmindədir”, - məlumatda deyilir. Qeyd edək ki, Rusiyanın Dövlət Duması Ermənistan vətəndaşlarının sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olduqda onların milli sürücülük vəsiqələrinin tanınması haqqında qanun layihəsinə baxılmasını qeyri-müəyyən müddətə təxirə salıb. |
2024-01-09 | 820,981 | İsrail Sinvarın yerini tapdı, ancaq hücuma keçə bilmir | İsrail ordusu HƏMAS təşkilatının lideri Yəhya Sinvarın Qəzza zolağında gizləndiyi yeri müəyyən edib. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata görə, Sinvarın girovlardan canlı qalxan kimi istifadə etməsi hərbçilərin hücuma keçməsinə mane olur. |
2024-01-09 | 820,984 | İsveç bu ölkəyə qoşun göndərəcək | İsveç gələn il Latviyaya qoşun göndərməyi planlaşdırır. Onlar Rusiyanın mümkün hücumunun qarşısını almaq üçün Kanadanın rəhbərlik etdiyi qüvvələrin bir hissəsi olacaqlar. Axar.az xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson məlumat verib. O bildirib ki, İsveç NATO-ya üzvlüyünün yekunlaşmasını gözləməklə vaxt itirmək niyyətində deyil: “Biz və qonşularımız Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bilavasitə kölgəsində yaşayırıq. Lakin Rusiya təhdidlər, dezinformasiya və kiberhücumlarla bütün Avropada sabitliyi pozmağa çalışır”. |
2024-01-09 | 820,988 | 685-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 685-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 365 990 hərbçi, 6 036 ədəd tank, 11 203 ədəd zirehli döyüş maşını, 8 672 ədəd artilleriya sistemi, 954 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 638 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 552 ədəd avtomobil texnikası, 6 823 ədəd PUA, 1 805 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 333 xüsusi avadanlıq itirib. |
2024-01-09 | 820,989 | Görüş gözlənilir: Ərdoğan Putinə bunu təklif edəcək | Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş hazırlanır. Axar.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyası bildirib. “Tarix və yer ilə bağlı hələ konkret bir şey yoxdur. Görüşün gündəliyi var, diplomatik kanallarla müvafiq işlər aparılır”, - məlumatda bildirilib. Bildirib ki, Türkiyə Rusiyaya Ukrayna ilə danışıqların bərpasını təklif edəcək. |
2024-01-09 | 820,990 | Xankəndi və Xocalıda onlarla silah tapıldı | Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 8-də Xankəndi və Xocalıda onlarla silah, sursat tapılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat zamanı 1 ədəd qumbaraatan, 1 ədəd pulemyot, 37 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 10 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 23 ədəd alışdırıcı, 7277 ədəd müxtəlif çaplı patron, 131 ədəd patron darağı, 12 ədəd süngü-bıçaq və digər döyüş sursatları aşkar edilib. Həmçinin, Xocalı şəhəri ərazisində isə 30 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd qumbaraatan, 2 ədəd snayper, 10 ədəd qumbara, 1 ədəd tüfəng, 23300 ədəd patron, 23 ədəd patron darağı və 2 ədəd patron qatarı aşkar olunaraq götürülüb. |
2024-01-09 | 820,994 | Rusiya ordusunun 3 məqsədi var - Markov | Rusiya ordusu aktiv döyüş əməliyyatlarının bütün istiqamətlərində ləng hücumunu davam etdirir. Amma çox yavaş. Ukrayna ordusu hər yerdə müdafiəyə keçib. Kiyevin əks-hücum əməliyyatı nəinki faktiki olaraq dayandı, hətta rəsmi olaraq ləğv edildi. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Rusiya ordusunun güclü zərbələri davam edir. Üç növ məqsəd var: Zelenskinin bərpa etmək istədiyi Ukrayna hərbi-sənaye kompleksi, hərbi anbarlar və hava hücumundan müdafiə sistemləri. Ukrayna Silahlı Qüvvələri isə Krımın hava hücumundan müdafiəsini yarmaq üçün ora zərbələr endirir. Onlar Rusiya əhalisini qorxutmaq üçün Belqorod və Donetsk şəhərlərinin yaşayış məntəqələrində terror aktları həyata keçirir. Hesab olunur ki, hərbi əməliyyatlar texnoloji dalana dirənib. Hamını maraqlandırır ki, Ukraynanın əks-hücumunun məğlubiyyətindən sonra Rusiya döyüşləri texnoloji dalan vəziyyətindən çıxarmaq üçün nəsə fikirləşib, nəticədə hücuma başlayacaq? Yoxsa hər şey bu vəziyyətdə qalacaq və qoşunlar aylarla bir neçə “nöqtə” ətrafında hərəkət edəcəklər? Əksəriyyəti sonuncunu ən çox ehtimal olunan variant kimi görür. Rusiyadakı optimistlər isə hücuma və Ukraynanın resurslarının tükənəcəyinə inanırlar”, - o bildirib. |
2024-01-09 | 820,996 | İrandan 29 kq narkotik gətirən “balıqçı” həbs edildi - Video | Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, narkotacirlər mürəkkəb relyef şəraitindən və digər üsullardan istifadə edərək narkotikləri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirməyə cəhdlər edirlər. Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Neftçala rayonunda keçirilən növbəti tədbir zamanı balıqçılıq fəaliyyəti adı altında narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər məhkum olunmuş rayon sakini 1979-cu il təvəllüdlü Rəşad Nağıyev saxlanılıb. Həmin şəxsin üzərindən və yaşadığı evdən ümumilikdə 29 kiloqram, o cümlədən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 28 kiloqramdan artıq qurudulmuş marixuana və 1 kiloqram tiryək aşkar edilib. R.Nağıyev ölkəyə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Xəzər dənizinin Neftçala rayonu hissəsində qarşılayaraq Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb, o, bunu pul qazanmaq məqsədi ilə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir. |
2024-01-09 | 820,999 | Makron homoseksual gənci baş nazir təyin etdi | 10:27 Qabriel Atal Fransanın Baş naziri təyin olunub. Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron qərar imzalayıb. O, indiyə qədər təhsil naziri vəzifəsində işləyib. 34 yaşlı evli homoseksual Atal Fransa tarixinin ən gənc baş naziridir. Xatırladaq ki, E.Makron yanvarın 8-də 2022-ci ilin mayından Baş nazir vəzifəsində çalışan Elizabet Bornu vəzifəsindən azad edib. |
2024-01-09 | 821,002 | Perinatal Mərkəzdə yanğın: 4 körpə öldü - Rəsmi | Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) birgə məlumatında deyilir. Xəbər verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub. Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir, ambulator müalicə üçün evə buraxılmaları nəzərdə tutulub. Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə mütəmadi olaraq məlumatın verilməsi təmin ediləcəkdir. Hadisə ilə əlaqədar vəfat edənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq. |
2024-01-09 | 821,005 | Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 200-ü ötdü | Yaponiyada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 202 nəfərə çatıb. Axar.az xəbər verir ki, məlumatı hakimiyyət orqanları yayıb. Xatırladaq ki, yanvarın 1-də Yaponiyada 7,6 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar nəticəsində ölkənin qərb sahillərini sunami vurub. |
2024-01-09 | 821,007 | Xandanyan: Bakının bu istəyi qəbuledilməzdir! | İrəvan Bakı ilə sadələşdirilmiş gömrük və sərhəd rejimini müzakirə etməyə hazırdır, lakin maneəsiz hərəkəti yox. Bunlar Ermənistanın qırmızı xətləridir. Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin Xarici əlaqələr komissiyasının rəhbəri Sərkis Xandanyan deyib. O bildirib ki, kommunikasiyaların açılması prosesi aydın prinsiplər - yurisdiksiya, suverenlik və qarşılıqlılıq əsasında həyata keçirilməlidir: “Hər iki ölkənin sərhədlərində gömrük və mallara, eləcə də vətəndaşlara nəzarət üçün bütün digər mexanizmlərin fəaliyyət göstərməsi çox vacibdir. Təbii ki, dünyada gömrük və sərhəd keçidinin müxtəlif üsulları məlumdur, onlar da sadələşdirilmişdir, bəzi müasir texnologiyalardan da istifadə olunur ki, bunlar da müzakirə və danışıqlar mövzusudur. Lakin onların formalaşdırmağa çalışdıqları maneəsiz keçid Ermənistan üçün qəbuledilməzdir, çünki o, müəyyən eksterritoriallığı nəzərdə tutur, bu da suverenliyimizin pozulmasıdır”. |
2024-01-09 | 821,010 | Məşhur rus şairini maşın vurdu, vəziyyəti ağırdır | Məşhur rus şairi Lev Rubinşteyni Moskvada maşın vurub. Axar.az xəbər verir ki, bu barədə onun dostu, şair və jurnalist İqor İrtenyev öz Feysbuk səhifəsində məlumat yayıb. Məlumata görə, şair çoxsaylı sınıqlar və travmatik kəllə-beyin travması alıb. Əməliyyat olunub, vəziyyəti ağırdır. Qeyd edək ki, Lev Rubinstein 76 yaşındadır. O, Moskva konseptualizminin banilərindən biri hesab olunur. |
2024-01-09 | 821,012 | BƏƏ prezidentinin rəsmi qarşılanma mərasimi oldu | Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın yanvarın 9-da rəsmi qarşılanma mərasimi olub. Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə raport verdi. Prezident Şeyx Məhəmməd bin Zayed Ən-Nəhyan Azərbaycan əsgərlərini salamladı. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Birləşmiş Ərəb Əmirliklərinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə, Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Ən-Nəhyanın qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər. |
2024-01-09 | 821,013 | Maduro mübahisəli ərazini 24-cü ştat kimi tanıdı | Venesuela Prezidenti Nikolas Maduro Qayana Kooperativ Respublikası ilə mübahisəli olan ərazilərdə ölkəsinin tarixi hüquqlarını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə Maduro çıxşında bildirib. Maduro bildirib ki, mübahisəli Qayana-Essekibo bölgəsinin ölkənin 24-cü ştatı olaraq təsdiq edilməsini nəzərdə tutan qanun layihəsinə parlamentdə baxılması üçün sənəd imzalayıb: “Öz qanunvericilik planına Qayana-Essekibo Qanununu nəhayət təsdiqləmək qərarını daxil etdiyi üçün Venesuela Milli Assambleyasını alqışlayıram və mən çox məmnunam”. Maduro Qayana hökumətini tənqid edib və bildirib ki, özlərini qrinqoların (ABŞ nəzərdə tutulur – red.) idarəçiliyi altındakı Britaniya müstəmləkəsi kimi aparırlar: “Venesuela haqqında, Amerikanın böyük xilaskarlarını verən insanlar haqqında yanılmayın. Bolivar xalqı Amerikada tarix yazan mübariz xalqdır. Biz özümüzə aid olanı necə qoruyacağımızı bilirik”. Qeyd edək ki, Venesuela ilə Qayana arasında Essekibo çayının qərbindəki Qayana-Essekibo adlanan ərazinin mülkiyyəti ilə bağlı mübahisə 100 ildən artıqdır ki, davam edir. Münaqişə 2015-ci ildə 10 milyard barrellik neft yataqların aşkarlanması və Qayananın “ExxonMobil”ə sərhədləri müəyyən edilməmiş ərazidə neft konsessiyası verməsi səbəbindən kəskinləşib. |
2024-01-09 | 821,017 | ABŞ-ın müdhiş Rusiya planı: Müharibə qaçılmazdır | ABŞ Rusiyaya qarşı həqiqi münasibətini nümayiş etdirdi və Moskva ilə daha böyük qarşıdurmaya getmək niyyətini ortaya qoydu. Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Ronald Reyqan administrasiyasının əməkdaşı Pol Kreyq Roberts öz saytında yazıb. “Əgər Qərbin deqradasiyası onun dağılmasına gətirib çıxarmasa, müharibə qaçılmazdır. Qərb elitası başlayan münaqişələrə görə utanmadıqlarını hamıya nümayiş etdirəndə ABŞ-ın Rusiyaya qarşı niyyətləri, nəhayət, aydın oldu. Vaşinqton nüvə armagedonun ruhunu diriltdi”, - Roberts bildirib. |
2024-01-09 | 821,018 | İranda sərnişin avtobusu aşdı: 7 nəfər öldü | İranda sərnişin avtobusunun aşması nəticəsində 7 nəfər ölüb. Axar.az xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin Loristan üzrə şöbəsinin başçısı Məhəmməd Qadami bildirib. Hadisə Tehran-Xürrəmabad avtomobil yolunda baş verib. M.Qadami deyib ki, avtobus yolda iki yük maşını ilə toqquşaraq aşıb. |
2024-01-09 | 821,020 | Namizədlər Qarabağda seçicilərlə görüşə biləcəklər | Bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlər işğaldan azad edilmiş ərazilərdə təşviqat apara biləcəklər. Axar.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) bunun üçün yerlər ayrıb. Komissiyanın açıqladığı siyahıda Zəngilan rayonunun Ağalı kəndi, Şuşa şəhəri, Laçın şəhəri və Laçın rayonunun Zabux kəndi yer alıb. Belə ki, namizədlər Şuşa şəhər 1 saylı tam orta məktəbin akt zalında, Zəngilan rayonu, Ağalı kəndindəki Fəvvarələr meydanında, Ağalı kənd tam orta məktəbin akt zalında, Laçın şəhəri bulvar ərazisində, Laçın şəhərində yerləşən Lasinema Kino Mərkəzində, Laçın rayon Zabux kənd tam orta məktəbin qarşısında, Zabux kənd tam orta məktəbin akt zalında seçicilərlə görüşə biləcəklər. Xatırladaq ki, bu il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri işğaldan azad edilmiş ərazilərdə keçiriləcək ilk seçkidir. |
2024-01-09 | 821,021 | Azərbaycan və BƏƏ prezidentləri geniş tərkibdə görüşdü | 11:18 Yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan ilə geniş tərkibdə görüşü olub. Axar.az xəbər verir ki, görüşdə Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Divanının rəhbəri Şeyx Mansur bin Zayed ən-Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin qardaşı, xarici işlər naziri Şeyx Abdulla bin Zayed ən-Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin oğlu Şeyx Həmdan bin Məhəmməd Əl Nəhyan iştirak ediblər. Sonra səfər çərçivəsində imzalanmış sənədlərin mübadiləsi mərasimi olub. Qeyd edək ki, səfər çərçivəsində “Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İqlim Dəyişmələri və Ətraf Mühit Nazirliyi arasında Niyyət Protokolu”, “ADA Universiteti ilə Anvar Qarqaş Diplomatik Akademiyası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin İnvestisiya Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 GVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi”, “ADNOC və SOCAR şirkətləri arasında Strateji Əməkdaşlıq Sazişi” imzalanıb. Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib. |
2024-01-09 | 821,029 | Bu şəxslərin kredit borcları silinəcək | Azərbaycan bankları bir sıra əlavə müraciətlər əsasında Vətən müharibəsi qazilərinin kredit borclarını siləcək. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Banklar Assosiasiyası"nın sədri Zakir Nuriyev bildirib. "Son antiterror əməliyyatları zamanı və onda öncə Vətən Müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib. Eyni zamanda qazilərimizin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa bir sıra əlavə müraciətlər əsasında mövcud borcların silinməsi həyata keçiriləcək. Qarşıdakı dövrdə də Azərbaycanın bank və sığorta sistemləri qarşılıqlı şəkildə mövcud olan, meydana çıxan biləcək problemlərin həllinə yaxından dəstək verəcək", - deyə Z.Nuriyev əlavə edib. |
2024-01-09 | 821,031 | 17 namizəddən 10-nu seçkidən uzaqlaşdı | Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyib. Axar.az Report-a istinadən xəbər verir ki, bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyi qeydə alınmayacaq. Çünki həmin şəxslər yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri MSK-ya təqdim etməyiblər. Xatırladaq ki, ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib. Qeyd edək ki, İlham Əliyev, Zahid Oruc, Fuad Əliyev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli, Namizəd Səfərov və Əvəz Temirxanın namizədliyinin irəli sürülməsi təsdiq olunub. İndiyə qədər İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2024-01-09 | 821,033 | Əli Əsədov qərar imzaladı | Nazirlər Kabineti “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”ni və “Elektron satınalmanın keçirilməsi Qaydaları”nı təsdiq edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu il yanvarın 1-dən qüvvəyə minmiş qərara əsasən, bundan sonra Portal şəffaflıq, istifadə asanlığı və rahatlığı, operativlik və fasiləsizlik əsasında fəaliyyət göstərəcək. Portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir: - proqram-texniki vasitələr; - telekommunikasiya kanalları; - elektron xidmətlər modulu; - idarəetmə sistemi; - ehtiyat mərkəzi; - arxiv mərkəzi. |
2024-01-09 | 821,034 | Azad edilmiş ərazilərdə işlə təmin olunan şəxslərin sayı | Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə ilkin mərhələdə köçürülməsi nəzərdə tutulan 1293 min nəfər şəxsin adlı siyahısı üzrə təhlil aparılıb və məlum olub ki, 94,4 min nəfər - 73 faiz əmək qabiliyyətli şəxsin 19,2 faizi peşəsi olanlar, 76,3 min nəfəri isə ixtisassızdır. Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli yanvarın 9-da keçirdiyi brifinqdə deyib. O bildirib ki, köç etmiş 4691 nəfərdən əmək qabiliyyətli olanlar 3116 nəfər, iqtisadi fəal olanlar 1934 nəfər, 0-14 yaşda olanlar 1123 nəfər, 65 yaşdan yuxarı olanlar 452 nəfər, bütün təhsil pillələrinə malik ixtisaslıların sayı isə 977 nəfərdir. Məşğulluğu təmin edilən şəxslər 1138 nəfərdir ki, bu da əmək qabiliyyətlilərin 36,5 faizidir. M.Abbasbəyli qeyd edib ki, proqram çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məşğulluq mərkəzlərinin fəaliyyətinin bərpa olunmasına başlanılıb və peşə hazırlığının təşkili üzrə yol xəritəsi hazırlanıb. |
2024-01-09 | 821,035 | Ermənistanda əsgər zabiti güllələyərək öldürdü - Foto | Ermənistanda müddətli hərbi xidmətdə olan əsgər atəş açaraq zabitlərdən birini öldürüb. Axar.az xəbər verir ki, məlumatı “Hraparak” yayıb. Qeyd edilib ki, hadisə yanvarın 9-da Müdafiə Nazirliyinin Basarkeçər rayonundakı hərbi hissələrindən birində xidməti postda baş verib. Ermənistan MN faktı təsdiqləyərək bildirib ki, bu gün səhər saat 06:20 radələrində N saylı hərbi hissəsinin döyüş mövqeyində müqaviləli əsgər Karen Araikoviç Karapetyanın güllə yarası ilə meyiti aşkar edilib. “Hadisənin baş vermə şəraiti ilə bağlı araşdırma aparılır”, - məlumatda vurğulanıb. |
2024-01-09 | 821,038 | Paşinyan bu nazirləri işdən qovacaq - KİV | Ermənistan Baş naziri Nikol Paşinyanın yerli hakimiyyət orqanlarında və hökumətdə başladığı kadr təmizləmələri davam edəcək və yaxın vaxtlarda yeni istefalar olacaq. Axar.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb. “Paşinyanın sonuncu belə qərarları o qədər tələsik qəbul edilib ki, hökumət rəsmiləri işdən çıxarılan məmurların yerinə namizədlərin adlarını müzakirə etməyə belə vaxt tapmayıblar. Ötən il yazmışdıq ki, Paşinyan işləməyən nazir və məmurlardan yaxa qurtarmaq niyyətindədir. Bütün bunlar seçki kampaniyasının başlanğıcı kimi görünür”, - nəşr bildirib. |
2024-01-09 | 821,042 | Aygün Bəylərin qızı haqda yeni fakt - Video | Aygün Bəylərin qızının bacı və qardaşları var. Kult.az xəbər verir ki, bu sözləri RTV-yə Cananın bibisi Lətafət Barini deyib. O, bir sıra mühüm faktlara toxunub. Daha ətraflı videomaterialda: |
2024-01-09 | 821,044 | Baş nazirdən qərar: bu rüsumlar müəyyənləşdi | Nazirlər Kabineti “Dövlət satınalmalarının vahid internet portalından istifadə üçün ödənilən istifadə haqqının və təklifləri təqdim etmək üçün ödənilən iştirak haqqının məbləğləri, onların ödənilməsi, geri qaytarılması və ödənilmiş vəsaitlərin bölgüsü və onlardan istifadə Qaydaları”nı təsdiq edib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Eyni zamanda Nazirlər Kabinetinin 20 dekabr 2021-ci il tarixli “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” qərarı ləğv olunub. Bu il yanvarın 1-dən qüvvəyə minmiş qərara əsasən, təchizatçı tərəfindən seçilmiş hər hansı bir satınalma üzrə portaldan birdəfəlik istifadə haqqı 25 manat, 30 günlük istifadə haqqı 120 manat, 90 günlük istifadə haqqı 300 manat, 180 günlük istifadə haqqı 550 manat, 365 günlük istifadə haqqı 950 manat olacaq. Bundan başqa, təchizatçılar dəyəri 5 min manata qədər olan təkliflərini təqdim etmək üçün 10 manat, 5-100 min manat aralığındakı təkliflərini təqdim etmək üçün məbləğin 0,2 %-i qədər, 100-200 min manat aralığındakı təkliflərini təqdim etmək üçün 250 manat, 200-500 min manat aralığındakı təkliflərini təqdim etmək üçün 350 manat, 500 min manat - 1 milyon manat aralığındakı təklifləri təqdim etmək üçün 450 manat, 1-2 milyon manat aralığındakı təkliflərini təqdim etmək üçün 600 manat, 2-5 milyon manat aralığındakı təklifləri təqdim etmək üçün 1 000 manat, 5-10 milyon aralığındakı təkliflərini təqdim etmək üçün 1 500 manat, dəyəri 10 milyon manatdan çox olan təkliflərini təqdim etmək üçün məbləğin 0,015 %-i qədər (10 min manatdan çox olmamaq şərti ilə) qədər ödəniş etməli olacaq. |
2024-01-09 | 821,046 | Suriyada SEPAH polkovniki öldürüldü | İsrail hava qüvvələrinin yanvarın 8-də Suriyanın paytaxtı Dəməşqin cənub-qərbinə endirdiyi zərbələr nəticəsində SEPAH polkovniki Həsən Əsgəri həlak olub. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb. Qeyd edək ki, Həsən Əsgəri bundan əvvəl İranın Sənəndəc şəhərinin fərmandarı və həmin şəhərin SEPAH qüvvələrinin komandiri olub. O, İranda 2019-cu ilin noyabr etirazları və 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyalarında repressiyalara başçılıq edənlərdən biri kimi ad çıxarmışdı. |
2024-01-09 | 821,047 | Azərbaycana tez-tez edilən hücumun səbəbi | ABŞ-ın Azərbaycana qarşı guya dini etiqad azadlığının və ya tolerantlığın ciddi şəkildə pozulması ilə bağlı iddiaları tamamilə saxtadır, çünki Azərbaycan multikulturalizm siyasəti ilə dini etiqad azadlığının təmin edilməsi, bütün etnik qrupların nümayəndələrinin öz adət-ənənələri çərçivəsində yaşaması imkanı baxımından başqa ölkələrə nümunə ola bilər. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib. “Son vaxtlar Azərbaycana tez-tez baş verən “hücumlar” ABŞ-a potensial sanksiyaların tətbiqi üçün əsas kimi lazımdır. ABŞ-ın Bakıya təzyiqini artıran bir neçə hal üst-üstə düşdü. Birincisi ABŞ-da güclü erməni lobbisinin, ermənipərəst sistemin olmasıdır. Bu lobbi dövlət orqanlarında fəaliyyət göstərir, ABŞ-da çoxlu sayda erməni iş adamı yaşayır, erməni lobbisi ilə əlaqəli bir çox KİV var. Və ABŞ-dakı bu ermənipərəst sistem nə Azərbaycanın güclənməsi sayəsində Cənubi Qafqazda baş verən geosiyasi dəyişiklikləri, nə də Azərbaycanın nəinki regionda, hətta dünyada rolunun artması və eləcə də Qarabağ münaqişəsinin bitməsi ilə razılaşa bilmir. Son nəticədə Azərbaycanla Ermənistan arasında yaxınlaşan sülh onların xoşuna gəlmir. Rusiya ilə Qərb arasında müharibə var. Bu müharibədə ABŞ başqa vasitələrlə yanaşı, Rusiyanın müttəfiqlərindən də ona qarşı istifadə etməyə çalışır. Cənubi Qafqazda Ermənistan sabitliyi pozmaq vasitəsi kimi istifadə olunur. Qərb, bildiyiniz kimi, onu Rusiyadan qoparmağa, KTMT və Aİİ-dən çıxmasına nail olmağa çalışır. Bu, qərbyönlü siyasətçi Paşinyan hakimiyyətə gəldikdən və İkinci Qarabağ müharibəsində Ermənistanın tam məğlubiyyətindən sonra yaranıb”, - o bildirib. Markovun sözlərinə görə, ABŞ Cənubi Qafqaza nəzarət etmək üçün Azərbaycana təzyiq etmək istəyir: “Amma Bakı ilə bu mümkün olmayacaq. Bu gün Azərbaycan güclü suveren dövlətdir, xüsusən də Qarabağ münaqişəsi həll edildikdən, onun suverenliyi və ərazi bütövlüyü bərpa edildikdən sonra. Yeri gəlmişkən, ABŞ-ın özünün “azadlıqla” ciddi problemləri var. Bunlara afroamerikalı əhalinin polis tərəfindən dəfələrlə öldürülməsi, jurnalistlərin təqib edilməsi və s. nümunədir. Buna görə də əlbəttə ki, burada kimisə mühakimə etmək ABŞ-ın işi deyil. Bundan əlavə, eyni azadlıq məsələsi baxımından Ermənistana diqqət yetirməyə dəyər. Və burada hər şey tamamilə şəffafdır. Axı məhz Ermənistan azərbaycanlı əhalini öz doğma yurdundan didərgin salaraq onlara qarşı soyqırım törədib və məlum olduğu kimi, azərbaycanlı əhali müasir Ermənistan ərazisindən qovulub. Azərbaycanlıların mədəni-tarixi irsi, əsasən də İrəvandakı irs saxtalaşdırılmaq məqsədilə yerlə yeksan edildi ki, orada İrəvan xanlığından əsər-əlamət qalmasın”. |
2024-01-09 | 821,049 | Azərbaycanda 10 min manat təklif olunan işlər var | Ölkənin ən böyük vakansiya bankı Dövlət Məşğulluq Agentliyindədir. Amma oradakı işlərə görə ödənilən əmək haqqı dövlətin öhdəliyi deyil. Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli keçirdiyi brifinqdə deyib. O qeyd edib ki, bu gün vakansiya bankında 345 manatdan başlayaraq 10 min manata qədər əmək haqları olan işlər var: "Lakin əksər hallarda az əmək haqlı vakansiyalar təqdim edilir. Lakin burada vacib bir məqam hər iki tərəfdə - işəgötürən və işaxtaranda inam formalaşmasıdır ki, biz buna nail oluruq". |
2024-01-09 | 821,052 | Həbsdəki oğluna mürəbbənin içərisində narkotik apardı | Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Bu barədə Axar.az-a qurumdan məlumat verilib. Bildirilib ki, həbs edilmiş şəxs Mehman Şöhrət oğlu Səmədova atası Şöhrət Balaəsgər oğlu Səmədov tərəfindən gətirilmiş sovqatdakı əncir mürəbbəsinin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,710 qram heroin və 0,147 qram metamfetamin aşkar olunub. Faktla bağlı araşdırma aparılır. |
2024-01-09 | 821,058 | Bitkoinin qiyməti 10 ayın ən yüksək həddinə qalxdı | Bitkoinin qiyməti 2022-ci ilin 30 martından bəri ilk dəfə 47 min dolları ötüb. Axar.az xəbər verir ki, bu barədə “Coindesk” məlumat yayıb. Bildirilib ki, bitkoinin qiyməti əvvəlcə 6.33 faiz artaraq 47 054 dollar olsa da, sonradan artım yavaşlayaraq, 47 035 dollar olub. |
2024-01-09 | 821,060 | Böyük yazıçımız Qarabağ və yəhudilər haqda… | Böyük yazıçı, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989) Çingiz Həsən oğlu Hüseynov ömrünün 94 yaşında vəfat edib. Yazıçının qələmindən çıxan “Mənim bacım”, “Əriyən heykəl”, “Çətin yoxuş”, “Novruzgülü”, “Adını demədi”, “Küncdəki ev”, “Məhəmməd, Məmməd, Məmiş”, “Adalar”, “Bakı”, “Şərq süjetləri”, “Zərurilik”, “Fətəli Fəthi”, “Ailə sirləri”, “İgra direktoriyası”, “Doktor N”, “Əyilmiş cürdəkdən suyu dağılmağa qoymamalı” kimi əsərləri ona böyük şöhrət qazandırıb. Çingiz Hüseynovun 2017-ci ildə “Görkəmli adamların həyatı” seriyasından Məhəmməd peyğəmbərin həyatından bəhs edən “Məhəmməd” (“Muxammed”) kitabı işıq üzü gördü. Bu kitab məzmununa görə Peyğəmbər haqqında yazılmış ən maraqlı kitablardan biridir. Çingiz Hüseynov böyük yazıçı olmaqla yanaşı dövrümüzün böyük mütəfəkkiri zirvəsini də fəth etmişdi. Yazıçı müsahibələrinin birində deyirdi: “Yəhudilər çox ağıllı millətdir – görün dünyaya nə qədər ixtiralar veriblər. Onun da səbəbini sizə deyim... Təhsil və bayramlar. O bayramların milli ruha təsiri həddən artıq güclüdür. Yəhudilərin təhsilə, hərtərəfli insan yetişdirməyə verdikləri önəmə ancaq həsəd aparmaq olar. Uşaqları kiçik yaşdan musiqi və rəssamlığa cəlb edirlər. Musiqiçi olmayacaq, amma mütləq mükəmməl musiqi təhsili verirlər övladlarına. Çünki səsin insan təbiətinə necə güclü təsir etdiyini bilirlər. Rəsm dərslərinə aparırlar... Rəssam olmayacaq, amma rəngləri duyacaq, dünyanı hiss edəcək, fantaziyası genişlənəcək. Bir var söz, bir də var səs. Səs Allaha daha yaxındır... Bütün həyatları yaşam fəlsəfəsi üzərində qurulub. Fələstinlilərdə isə əksinədir. Onların həyatları ölüm fəlsəfəsinə tabedir. Ona görə də bütün şüarları ölümlə bağlıdır. İsraillilərdə yaşam fəlsəfəsi nə qədər güclüdür... Yəhudilər öz ənənələrinə nə qədər sadiqdirlər... Bu gün də qeyd etdikləri bayramlarının min illərlə tarixi var. Bu bayramlar nəyə bağlıdır - ədalətə, ləyaqətin qorunmasına, təbiətin oyanışına..." Çingiz Hüseynov hələ torpaqlarımız işğal altında olanda deyirdi: “Qarabağ mənim üçün çox əzizdir. Qarabağda, Şuşada çox olmuşam. 14-15 yaşım olanda Şuşada ayaqyalın gəzmişəm. Qarabağı sevirəm... Laçın... Ay Laçın, can Laçın, mən sənə qurban, Laçın... Bu ərazilər olmadan Azərbaycan Azərbaycan deyil. Şuşa olmalıdır, Qarabağ olmalıdır. Biz həmişə Yuxarı Qarabağdan danışırıq. Axı, Qarabağ böyük məkandır! Onun düzən hissələri də var. Orada yüzcə min erməni yaşayırdı. Ermənilərə bir yerdə qələbə çalmaq lazım idi. Çünki onlar bizə azərbaycanlı yox, türk deyirlər. Biz türkük. Düşündülər ki, Türkiyə ilə bacarmayacaqlar, ona görə də rusların köməyi ilə Azərbaycan türklərini əzsinlər. Bütün günahlar Rusiyadadır, çünki Moskva bu məsələni çox asanlıqla həll edə bilər. Qorbaçovun nə bacarığı, nə ağlı çatdı ki, bu məsələni həll etsin. Üstəlik, satqınlıq da oldu”. Allah rəhmət eləsin... |
2024-01-09 | 821,063 | Baş prokuror bugünkü yanğından danışdı | Respublika Perinatal Mərkəzində baş verən yanğın elektrik mənşəlidir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib. “İlkin məlumatlara görə, yanğında ölən uşaqlar yanıq xəsarətləri alıblar. Ekspertizanın rəyindən sonra onların ölüm səbəblərinin yanıq mənşəli, yoxsa boğulma nəticəsində olduğu bəlli olacaq”, - baş prokuror qeyd edib. |
2024-01-09 | 821,065 | Prezident və xanımı bu hadisəni nəzarətə götürdü | Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə hadisə yerindəyik. Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsinin istintaqı ölkə rəhbərliyinin nəzarətindədir. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. “Faktla bağlı yanğın təhlükəsizliyi qaydalarının pozulması, səhlənkarlıq, iki və daha çox şəxsin ölümünə səbəb olma maddələri ilə cinayət işi başlanılıb. Hadisə gecə baş verib. Aidiyyəti qurumlara məlumat verib və tədbirlər görülüb. Qısa müddət ərzində yanğın söndürülüb və digər şöbələrə yayılmasının qarşısı alınıb. Təəssüf ki, dörd körpənin həyatını xilas etmək mümkün olmayıb. Bütün hadisələri diqqətlə araşdırmaq üçün vaxt lazımdır. Təqsirli şəxsləri məsuliyyətə cəlb edilməsi tərəfimizdən təmin ediləcək", - deyə K.Əliyev bildirib. |
2024-01-09 | 821,067 | Sabah Bakıya sulu qar yağacaq | Bakıda və Abşeron yarımadasında yanvarın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gün ərzində arabir yağıntılı olacağı, gündüz bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə və gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər ayı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacaq. |
2024-01-09 | 821,068 | Tokayev Füzulidə açılışda iştirak edəcək | Yaxın zamanda Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq. Axar.az xəbər verir ki, bu barədə Report-a müsahibəsində Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib. O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq. Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb. |
2024-01-09 | 821,070 | "Aztelekom"un əməkdaşını vurub, maşını kanala aşırdı | Oğuz rayonunda avtomobil "Aztelekom"un əməkdaşını vurub. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Padar kəndində baş verib. Hərəkətdə olan "Mersedes" markalı avtomobil Padar kənd sakini, Təvəkkül Qazıyevi vurub. Qəzadan sonra avtomobil yol kənarındakı kanala aşıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan T.Qazıyev Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alan şəxs "Aztelekom"un Oğuz şöbəsinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır. |
2024-01-09 | 821,071 | Neft ucuzlaşır, manata təzyiq artır - Ekspert | Son 10 gündə neftin dünya bazar qiymətində 6% azalma qeydə alınıb. Ötən ayın 28-də 81 dollara təklif edilən “Brent” markalı neftin bir barrelinin qiyməti 76 dollaradək azalıb. Qeyd edək ki, “Brent” markalı neftin 1 barrelinin 2022-ci ildə orta qiyməti 100.93 dollar olmuşdu. İlkin hesablamalara görə, bu rəqəm ötən il 82.56 dollar olub. Göründüyü kimi, neft bazarında qiymət tarazlığında ciddi dəyişiklik müşahidə edilir. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, neftin dünya bazar qiyməti Azərbaycana daxil olan valyutanın həcmi baxımdan vacibdir: “Azərbaycan ixracatının təxminən 80 faizini neft və neft məhsulları təşkil edir. Bu baxımdan neftin qiyməti bir tərəfdən gəlirlərimiz, digər tərəfdən ölkəyə valyutanın daxil olması baxımından vacibdir. Bununla belə, hazırda qiymət 70 dollar üstündədir və bu o deməkdir ki, büdcədə nəzərdə tutulan qiymət və müqayisədə neftin qiyməti hələlik yüksəkdir. Praktik olaraq 60 dollardan üstün qiymət fiskal gəlirlərimizin formalaşmasında çətinlik yaratmayacaq. Amma sözsüz ki, neft ölkəyə valyuta daxil olmasına xüsusi təkan verdiyi üçün 2024-cü ildə ölkəyə daxil olan vəsaitin həcmi, eləcə də təbii balansımızın vəziyyəti birbaşa neftin dünya bazarındakı qiymətindən asılı olacaq”. Neftin qiymətinin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə Bayramov qeyd edib ki, Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında bu ildə də neft gəlirlərimizin manatın məzənnəsinə təsir edən əsas faktor olacağını vurğulayıb: “Manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılıdır. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılıdır. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, neftin qiyməti kəskin azalacağı halda manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”. |
2024-01-09 | 821,073 | Rəsmilər Respublika Perinatal Mərkəzində - Foto | Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla əlaqədar bir sıra rəsmi şəxslər sözügedən xəstəxanaya baş çəkiblər. Axar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Respublika Perinatal Mərkəzinə gələrək hadisə yerinə baxış keçiriblər. Xatırladaq ki, yanğın zamanı mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub. |
2024-01-09 | 821,074 | BƏƏ prezidentinin Azərbaycana səfəri başa çatdı | Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın Azərbaycan Respublikasına rəsmi səfəri yanvarın 9-da başa çatıb. Axar.az xəbər verir ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıb. |
2024-01-09 | 821,078 | Təxliyə olunan 26 körpə KTM-ə yerləşdirildi | Ötən gecə Respublika Perinatal Mərkəzdə baş verən yanğına görə mərkəzdən təxliyə olunan 26 körpə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb. Qeyd olunub ki, körpələrin vəziyyəti stabildir. |
2024-01-09 | 821,080 | “Azercell” artıq Laçındadır! | Lider mobil operator Qarabağda sayca üçüncü rəsmi mağazasını Laçında abunəçilərin istifadəsinə verdi “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə uyğun olaraq “Azercell” Qarabağda üçüncü mağazasını açdı. Laçın şəhərinin mərkəzində - Xosrov bəy Sultanov küçəsində açılmış rəsmi diler mağazası ən müasir avadanlıqlarla təmin olunub. Abunəçilər burada digər müştəri xidmətləri mərkəzlərində həyata keçirilən əksər əməliyyatları həyata keçirə bilərlər. Həmçinin abunəçilər yeni açılmış mağazada gündəlik istifadə üçün bir sıra yeni cihazlar (MiFi, USB modem və s.), müxtəlif aksessuarlar əldə edə, mobil telefonları kredit və nağd şəkildə satın ala bilərlər. Xatırladaq ki, “Azercell”in Laçınla yanaşı, Qarabağda daha iki rəsmi məntəqəsi - Şuşa şəhərində satış və xidmət, Zəngilanın Ağalı kəndində isə diler mağazası fəaliyyət göstərir. “Azercell” Qarabağda bərpa və yenidənqurma işlərinin fəal dəstəkçisidir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell”in hazırda Qarabağda LTE texnologiya əsaslı 147 baza stansiyası fəaliyyət göstərir. Şirkət “yaşıl” texnologiyaların da tətbiqinə başlayaraq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Hazırda digər ərazilərdə də “yaşıl” stansiyaların tətbiq edilməsi və saylarının 35-ə çatdırılması nəzərdə tutulur. “Azercell” həmçinin Qarabağda müştəri xidmətləri mərkəzi və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operatordur. |
2024-01-09 | 821,082 | Prezident tapşırdı ki, günahkar ciddi cəzalandırılsın! | Ölkə rəhbərliyi Perinatal Mərkəzdə bu gecə baş verən hadisənin araşdırılması və günahkarların müəyyən edilərək ciddi şəkildə cəzalandırılmasını tapşırıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu Prezidentin köməkçisi Anar Ələkbərov deyib. O qeyd edib ki, sözügedən hadisə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb. Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub. |
2024-01-09 | 821,088 | Yaponiyada zəlzələdən sonra bu ərazi böyüdü | Yaponiyanın Honsyu adasındakı Noto yarımadasının ərazisi yanvarın 1-də baş verən zəlzələ nəticəsində 4,4 kv.km artıb. Axar.az xəbər verir ki, bu barədə Tokio Universitetinin Coğrafiya Cəmiyyəti və Seysmologiya İnstitutunun mütəxəssiləri məlumat verib. Bildirilib ki, dəniz dibinin qalxması ilə bu ərazinin sahil xətti bəzi yerlərdə şimala doğru 250 m-ə qədər uzanıb. Mütəxəssislər həmin ərazidə ölçmələr aparıb, eləcə də kosmosdan çəkilən görüntüləri analiz ediblər. Yerli sakinlərin sözlərinə görə, yer qabığının qalxması demək olar ki, dərhal və zəlzələ ilə eyni vaxtda baş verib. |
2024-01-09 | 821,089 | Türkiyənin məşhur müğənnisi ilk dəfə Bakıya gəlir | Türkiyənin məşhur müğənnisi Mərd Dəmir ilk dəfə Bakıda konsert verəcək. Kult.az xəbər verir ki, bu barədə “İticket.az” saytı məlumat yayıb. Məlumata görə, konsert 29 mart tarixində Heydər Əliyev Sarayında baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 15, maksimum isə 150 manatdır. Qeyd edək ki, Mərd Dəmir son zamanlar “Antidepresan”, “Atəşə düşdüm” kimi mahnıları ilə gənclərin sevimlisinə çevrilib. |
2024-01-09 | 821,092 | “Brend” Baxşəliyevlər, görün, sizə nələr yazılır... | Zaur Baxşəliyevin verilişlərinin bağlanacağı barədə iddia yayıldı: guya ölkədən xaricə gedəcəkmiş, ona görə də öz istəyi ilə proqramları yayımdan qaldırılırmış. Bu barədə efirdə deyib və yaxud deməyib – ola bilsin ki, piar məqsədilə edilib, hər nədirsə, bir neçə gün media və sosial şəbəkələrin müzakirəsinə düşdü Zaur, onun adaşı və soydaşı... Yalnız sayta buraxa bildiyimiz şərhlərin sayı onlarladır, buraxılması mümkün olmayan (təhqirlərə görə) münasibətlərin sayını hesablamaq isə mümkün deyil. Sosial şəbəkələrdə də bəlkə yüzlərlə münasibət bildirilib: bircə dəstək, bircə rəğbət, bircə xoş söz yoxdur. Tək bir nəfərin bu verilişləri təqdir etməsi faktı qarşımıza çıxmadı - münasibət bildirənlər isə statistik vətəndaşdan tutmuş ziyalıya qədər, bütün təbəqələri əhatə etdi/edir! Görəsən, Zaur və onun adaşı və soydaşı bu münasibətləri görmür, oxumur, izləmir? Necə ola bilər ki, ictimai aktiv kəsimin bu qədər sərt, tənqid sərhədlərini aşacaq səviyyədə ifadə edilən rəylərindən nəticə çıxarmırlar? Və yaxud o verilişləri efirə verən TV rəhbərləri... Doğrudanmı elə hesab edirlər ki, bu qədər mənfi imicli verilişlərlə “reytinqi” saxlamaq daha vacibdir? Doğrudanmı intellektual kəsimi efir önündən qovmaqda bu qədər maraqlıdırlar və TV-ləri bu səviyyəyə endirməkdən mazaxistcəsinə zövq alırlar? Əgər bu şəxslər efirin vazkeçilməzləridirsə, doğrudanmı TV rəhbərləri onların qabiliyyətindən daha məqbul istifadə yollarını axtarmaq, daha intellektual verilişlər ortaya qoymaq imkanlarını araşdırmaq istəmir? Və yaxud bu şəxslərin özləri niyə topladıqları kontingentə daha səviyyəli verilişlər təqdim etmək istəmirlər? Onların özlərini “brend” adlandırmasında qətiyyən aşağılıq kompleksindən əziyyət çəkmələrini və peşəkarların nəzərində hansı kökdə olduqlarını anlamalarından dolayı yaşadıqları kompleksin təzahürlərini axtarmaqdan uzağam: səhv etmirəmsə, onlar “əməkdar adlar”a da layiq görülüblər – fəxri adları da, özləri haqda yüksək təsəvvürləri də haqq edirlər. Çünki təkcə bizim cəmiyyətdə deyil, elə bütün dünyada dəngələr dəyişib – artıq insanlar Kardaşyan olmaqdan xəcalət çəkib ölmür, əksinə, Kardaşyan olmağa can atır; artıq cinsi azlığın nümayəndələri Kanadanı idarə edir, o yekəlikdə Fransanın baş nazirliyinə də 34 yaşlı “gey” gətirilir və bu, beynəlxalq medianın manşetinə adi xəbər kimi daşınır; artıq Azərbaycan auditoriyasına da canlı efirdə “mən geyəm” deyən və müsahibi olan xalq artistini şoka salan jurnalist tapılır... Dəyərlərin aşınması, genefondun məhvi, mentalitetin dağıdılması, kişiliyin əldən getməsi tendensiya halını alıb: artıq qədim peşənin sahibləri və xacələr sosial statuslarını təsdiqlətdikdən sonra ictimai-siyasi statuslar əldə etməyə girişiblər və bu, sürətlə bütün cəmiyyətləri deqradasiyaya uğratmaqdadır. Ona görə biz də efirlərimizin Əliağa Vahidin məşhur beytində dediyi “kimsələrə” möhtac edilən dövründə yaşayırıq. Ancaq bu o demək deyil ki, əlimizi-qolumuzu sallayıb, bu keyləşən və geyləşən, məhz adına uyğun “maviləşən” virtual dünyaya müqavimət göstərməməliyik. Hesab etmirəm ki, xüsusilə Şərqdə bu tendensiya qalib gələcək; əksinə, bəzi xristian ölkələrində artıq buna qarşı məmurlar səviyyəsində sərt münasibət başlayıb – məsələn, Rusiyada; Avropada isə ictimai əks-reaksiyalar “milli ruh oyanışı” deyil, aşırı millətçilik və hitlerizm səviyyəsinə keçir: yada salın ki, Hitler cinsi azlıqları yatdıqları yerdə SS-çilərə məhkəməsiz-qanunsuz-hüquqsuzcasına güllələdəndə xalqdan dəstək alırdı. Yəni bu əxlaqsızlığın qarşısı fəsadları tam üzə çıxandan sonra mütləq alınacaq. Ancaq genefondumuzu məhv etmədən də bu prosesi dayandırmaq imkanımız olduğu halda, niyə hazırda mövcud olan ictimai etirazı dinləmədən efirlərimiz əxlaqsızlığı, ailə dəyərlərinin məhvini bu qədər şiddətlə təbliğ edir, bu maraqlıdır! Onlar Azərbaycan xalqının sayının artmaması, Şuşanın sal qayalarına dırmaşmaq dərəcəsində Diri Ruhu öldürmək və dəyərlərimizi dağıtmaq üçün xaricdən dəstəklənən, bəzi hallarda maliyyələşən çox çirkin “mədəni ixracın” nə vaxta qədər birdəfəlik istifadəçisi olmağa davam edəcəklər? Xalqın mövcudluğu passionarlığından asılıdır: bizim passionarlığımıza hücum edilir – bunu hamınız görürsünüz axı! Bu idxalı bir anda dayandıra, efirləri qısa müddətdə təmizləyə, elə o Zaurlardan tamamilə fərqli istiqamətdə istifadə edə bilərik axı! Əgər bu verilişlərin bağlanması ilə tamaşaçı itirəcəyini düşünən TV rəhbəri varsa, xahiş edirəm, dərhal istefa versin: çünki siz o qədər qeyri-peşəkar, o qədər savadsızsınız ki, intellektual verilişlərin hansı səviyyədə auditoriya toplamaq imkanı olduğunu anlamırsınız. |
2024-01-09 | 821,096 | Prezident BƏƏ ilə əməkdaşlıqdan danışdı | Əməkdaşlığımız çoxşaxəlidir, bir çox sahələri əhatə edir və yaxın keçmişdə enerji sahəsində, xüsusilə yaşıl enerji sahəsində çox önəmli addımlar atılmışdır. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan ilə geniş tərkibdə görüşündə bildirib. Ötən ilin oktyabrında Azərbaycanda 230 meqavat gücündə günəş elektrik stansiyasının açılışının olduğunu xatırladan dövlətimizin başçısı deyib: “Bu stansiyanın yaradılması ölkənizin investisiyaları hesabına mümkün olmuşdur. Bu, sadəcə olaraq, birinci addımdır”. Prezident İlham Əliyev əlavə edib ki, imzalanmış kontraktlar və anlaşma memorandumları əsasında Birləşmiş Ərəb Əmirliklərinin sərmayələri hesabına Azərbaycanda 10 qiqavat yaşıl enerji istehsalı nəzərdə tutulur. |
2024-01-09 | 821,098 | 2024 tarixin ən isti ili olacaq - Şok proqnoz | Alimlər 2024-cü ilin 2023-cü ilin rekordunu qıracağını və ən isti il ola biləcəyini irəli sürüblər. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” yazıb. “Qlobal temperatur Sakit okeanın ekvatorial hissəsində suyun səth qatında temperaturun dəyişməsi ilə əlaqəli olan El Nino təbii hadisəsindən təsirlənməyə davam edəcək. Milli Okean və Atmosfer Administrasiyasının baş elmi işçisi Maykl Makfadenin sözlərinə görə, Sakit okeanda suyun istiləşməsi ilə planetin səthinin temperaturunun yüksəlməsi arasında gecikmə var. Bu səbəbdən El Ninonun təsiri altında olan il əvvəlkindən daha isti keçir”, - məlumatda qeyd olunub. Agentlik bildirib ki, insanın fəaliyyəti Yerin istiliyinə təsir göstərir: “Xüsusilə yanacağın istifadəsi istixana qazlarının həcmini artırır. Planetin yüksək temperaturu normal iqlimi dəyişir və quraqlıqlara, daşqınlara, meşə yanğınlarına və tufanlara səbəb olur. 2023-cü il ən isti il olub. Xüsusilə iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarında temperatur rekordları qırılıb. 2023-cü ildə Yerin temperaturu sənaye inqilabından əvvəlki dövrlə müqayisədə təxminən 1,4 dərəcə artıb. 2024-cü ildə alimlər bu rəqəmin 1,3-1,6 dərəcə olacağını proqnozlaşdırırlar”. |
2024-01-09 | 821,101 | İsrail ordusu ölən hərbçilərinin sayını yenilədi | Qəzzada davam edən əməliyyatlar zamanı daha dörd İsrail hərbçisi həlak olub, 3-ü isə xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir. Bununla da 7 oktyabrdan bəri həlak olan İsrail hərbçilərinin sayı 514-ə çatıb. |
2024-01-09 | 821,105 | Rusiyanın məşhur idmançısı islamı qəbul etdi, adını dəyişdi | Rusiyanın məşhur MMA idmançısı Aleksandr Yemelyanenko islamı qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Vladimir Mineyev və Roman Kopilovun məşqçisi Rəsul Maqomedəliyev məlumat verib. Mütəxəssis bildirib ki, 42 yaşlı rusiyalı artıq Mədinədə olub. O, Aleksandra alkoqol asılılığını aradan qaldırmağa kimin kömək etdiyini də qeyd edib: “İnquş qardaşlarımız onu ayağa qaldırdılar... Və ümid edirəm ki, bir daha buna qayıtmayacaq”. Aleksandr Yemelyanenko keçmiş ProFC dünya çempionudur. Döyüş sambosu üzrə dəfələrlə Rusiya və dünya çempionu, Avropa çempionu olub. Rusiyalı idmançı peşəkar MMA-da 40 döyüş keçirib, 29-da qalib gəlib (20-si nokautla), 10 dəfə uduzub və bir döyüşü heç-heçə başa vurub. Rusiya mətbuatı xəbər verir ki, 2024-cü ilin əvvəlində idmançının Səudiyyə Ərəbistanında müsəlmanların müqəddəs Mədinə şəhərinə səfər etdiyi məlum olub. Sosial şəbəkələrdə onun ərəbcə Abubakar adını seçdiyi video yayılıb. O özü bu məsələ ilə bağlı ictimaiyyətə açıqlama verməyib. |
2024-01-09 | 821,106 | Bu 10 şəxs prezident seçkisindən kənarlaşdı – Siyahı | Xəbər verdiyimiz kimi, qanunvericiliyə uyğun olaraq təyin edilən son müddət - yanvarın 8-i saat 18:00-dək imza vərəqələri və qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri MSK-ya təqdim etməyən 10 şəxsin namizədliyi qeydə alınmayacaq. Axar.az prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməyən şəxslərin adlarını təqdim edir: 1. Sərvan Kərimov, 2. Mətləb Mütəllimli, 3. Abutalıb Səmədov, 4. Fikrət Yusifov, 5. Yusif Bağırzadə, 6. Arzuman Abdulkərimov, 7. Namizəd Səfərov, 8. Əvəz Temirxan, 9. Yunus Oğuz, 10. Qulamhüseyn Əlibəyli. Qeyd edək ki, indiyə qədər İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin namizədliyi qeydə alınıb. Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev və Fuad Əliyevin namizədliyinin qeydə alınması üçün müraciətlərinə baxılacaq. Xatırladaq ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2024-01-09 | 821,108 | İlham Əliyev və oğlu BƏƏ prezidentini belə yola saldı - Foto | Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanla geniş tərkibdə görüşü olub. Axar.az xəbər verir ki, sözügedən görüşdə İlham Əliyevin oğlu Heydər Əliyev də iştirak edib. Görüşdən sonra lentə alınan fotolarda BƏƏ Prezidentinin İlham Əliyev və oğlu tərəfindən birgə yola salındığı əks olunub. Qeyd edək ki, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın Azərbaycana rəsmi səfəri başa çatıb. |
2024-01-09 | 821,111 | Azərbaycanla BƏƏ arasında 4 sənəd imzalandı | Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında energetika sahəsində əməkdaşlığa dair dörd sənəd imzalanıb. Axar.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, bunlar “BƏƏ-nin İnvestisiya Nazirliyi və Azərbaycanın Energetika Nazirliyi arasında elektrik enerjisinin ötürülməsi layihələri üzrə İnvestisiya Əməkdaşlığına dair Anlaşma Memorandumu”, “Azərbaycanın bərpa olunan və təmiz enerji potensialından istifadənin daha da gücləndirilməsi və Yaşıl Enerjinin İxracı Əməliyyatlarına imkan verən Strateji Əməkdaşlıq üzrə Çərçivə Müqaviləsi”, “Azərbaycanda quruda quraşdırılacaq 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)”, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Əbu Dabi Milli Neft Şirkəti (ADNOC) arasında Strateji Əməkdaşlıq Sazişidir. Anlaşma Memorandumu enerji sektorunda, xüsusilə elektrik enerjisinin ötürülməsi layihələrində investisiya əməkdaşlığı üzrə çərçivənin yaradılmasını, şəbəkənin inkişafını, texniki bilik və təcrübə mübadiləsini nəzərdə tutur. Strateji Əməkdaşlıq sənədi isə quruda 2 QVt günəş, 2 QVt külək, dənizdə 6 QVt külək enerjisi layihələri ilə yanaşı, damüstü günəş enerjisi layihələri, “yaşıl hidrogen”, “yaşıl ammonyak,” sintetik metan, dayanıqlı aviasiya yanacağı istehsalı və “yaşıl enerji”nin ixracı kimi yeni istiqamətlər üzrə əməkdaşlığı, investisiya imkanlarının öyrənilməsini əhatə edir. “Azərbaycanda quruda quraşdırılacaq 1 QVt gücündə günəş və külək layihələrinin inşası üçün Tədbirlər Təqvimi (Yol Xəritəsi)” 2 günəş və 1 külək enerjisi layihələrinin 2024-2027-ci illər üzrə icra tədbirlərini əks etdirir. |
2024-01-09 | 821,114 | ADU qış imtahan sessiyasında ilk dəfə bunu tətbiq etdi | Yanvarın 7-dən Azərbaycan Dillər Universitetində 2023/2024-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanlar dörd növbədə (bakalavriat səviyyəsi üzrə imtahanlar müxtəlif fakültələr üzrə saat 09:00-11:00, 12:00-14:00, 15:00-17:00, magistratura səviyyəsi üzrə imtahanlar saat 18:00-20:00-dək) keçiriləcək. Axar.az xəbər verir ki, bakalavriatura səviyyəsində 7567, magistratura səviyyəsində isə 635 tələbə imtahan verəcək. Bu il ADU tarixində ilk dəfə olaraq imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilib. Universitetin iki korpusunda eyni vaxtda 300 tələbə imtahan verib. İmtahan keçirilən zalda imtahanın başlama və bitmə saatlarını göstərən monitorlar yerləşdirilib. Sessiyanın gedişinə operativ nəzarət, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Operativ Qərargah və universitet üzrə Apellyasiya Komissiyası yaradılıb. Komissiya sessiya müddətində imtahanların gedişi ilə əlaqədar ərizə, təklif və Təhsil Nazirliyinin "Qaynar xətt"i vasitəsilə daxil olmuş şikayətlərin araşdırılmasını təmin edəcək. Sessiya fevralın 5-dək davam edəcək. |
2024-01-09 | 821,115 | Sərhədimizi pozaraq Avropaya qaçmaq istədi | Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb. Bu barədə Axar.az-a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib. Araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib. Fakt üzrə araşdırma tədbirləri davam etdirilir. |
2024-01-09 | 821,117 | BƏƏ ilə sənəd: Milyard dollarlıq fond yaradıldı - Prezident | Keçən ay Bakıda daha iki önəmli sənəd imzalanmışdır. Onlardan biri - Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradıldı. İkinci önəmli sənəd informasiya-kommunikasiya sektoruna aiddir. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan ilə geniş tərkibdə görüşündə söyləyib. Birləşmiş Ərəb Əmirliklərinin Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın rəhbərliyi ilə çox böyük uğurlara imza atdığını vurğulayan dövlətimizin başçısı onun Azərbaycana səfərinin iki ölkənin strateji tərəfdaşlığını möhkəmləndirəcəyinə, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərini daha da gücləndirəcəyinə əminliyini ifadə edib. |
2024-01-09 | 821,118 | BƏƏ liderinin Bakı səfəri: Sülh Əbu-Dabidə imzalana bilər? | Birləşmiş Ərəb Əmirliklərinin Cənubi Qafqaza marağı getdikcə artır. Hazırda BƏƏ ilə ölkəmiz arasında geniş iqtisadi əlaqələr qurulub, bir sıra sahələrdə, eyni zamanda alternativ enerji ilə bağlı böyük layihələr həyata keçirilir. Bu sözləri Axar.az-a BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın Azərbaycana rəsmi səfəri haqqında danışan politoloq Elxan Şahinoğlu deyib. Siyasi şərhçi Əbu-Dabinin Ankara, Bakı və İrəvan ilə çoxtərəfli əlaqələr qurduğunu, buna görə də Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə töhfə verə biləcəyini qeyd edib: “Əbu-Dabinin “Abşeron” qaz yatağında payı var. BƏƏ-nin Ermənistanla da çox ciddi iqtisadi əlaqələri mövcuddur. Son on ayda iki ölkə arasında ticarət dövriyəsi 1 milyard dolları keçib. Digər tərəfdən Əbu-Dabinin Ankara ilə ticarət dövriyəsi yaxın illərdə 50 milyard dollara çatacaq. Bütün hallarda BƏƏ Avrasiya və Cənubi Qafqazda öz fəallığını artırıb. Fikrimcə, buna həm siyasi, həm də kommunikasiya xətlərinin açılmasına olan maraq öz təsirini göstərə bilər. BƏƏ Azərbaycanın bölgənin açar dövləti olduğunu anlayır. Qərbi Zəngəzur dəhlizinin də açılması ilə ölkəmizin geostrateji mövqeyi güclənəcək və önəmi artacaq. Fikrimcə, Əbu-Dabinin Zəngəzur dəhlizi layihəsində iştirak etmək istəyi də ola bilər. Bu haqda əvvəl də danışmışdım. Əgər BƏƏ həm Azərbaycan, həm də Ermənistanla əlaqələrini inkişaf etdirirsə, iki ölkə arasında gedən sülh prosesində də hansısa rolu oynamaq təşəbbüsü ilə çıxış edə bilər. Misal üçün, ölkəmizdə sülh müqaviləsinin harada imzalanacağı məsələsi haqda geniş müzakirələr aparılır. ABŞ yaramır, çünki Rusiya buna mane olacaq; Rusiya yaramır, çünki Ermənistan istəmir; Avropa ehtimalı da azdır. Əvvəllər Gürcüstan parametrlərə daha uyğun gəlirdi. Hazırda BƏƏ bitərəf ölkə kimi bu statusa uyğundur. Nəzərə alın ki, az öncə BƏƏ Ukrayna və Rusiya arasında əsir mübadiləsinə də vasitəçilik etdi. Yəni BƏƏ-nin sülh və humanitar missiyası özünü doğruldur”. |
2024-01-09 | 821,121 | Hacı Əliyev Avropa çempionatını buraxacaq | Sərbəst güləş üzrə Azərbaycan millisinin kapitanı Hacı Əliyev Rumıniyada keçiriləcək Avropa çempionatını buraxacaq. Axar.az xəbər verir ki, bu barədə Report-a üçqat dünya və dördqat Avropa çempionu məlumat verib. 32 yaşlı idmançı bildirib ki, apreldə Bakıda təşkil olunacaq Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşmaq məqsədilə Xorvatiyada keçiriləcək “Zaqreb Open” (10-14 yanvar) və Rumıniyanın paytaxtı Buxarestdə (12-18 fevral) baş tutacaq Avropa çempionatına qatılmayacaq: “Əsas məqsədim Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Bu üzdən Avropa Olimpiya Təsnifat turnirinə hazırlaşıram”. Qeyd edək ki, Avropa Olimpiya Təsnifat turniri aprelin 5-7-si aralığında paytaxtımızda təşkil ediləcək. |
2024-01-09 | 821,124 | İsrail səfiri Azərbaycana başsağlığı verdi | İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycana başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə səfir X hesabında yazıb. "Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!",- səfir bildirilib. Qeyd edək ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib. |
2024-01-09 | 821,127 | Bu müharibə dünyaya 10 trilyon dollar ziyan vuracaq | Çin Tayvan üzərində müharibə etmək qərarına gəlsə, potensial münaqişə dünyaya 10 trilyon dollar ziyan vuracaq. Bu isə qlobal ÜDM-in təxminən 10%-nə bərabərdir. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. “Eyni zamanda, bu, Ukraynadakı münaqişənin, kovid pandemiyasının və qlobal maliyyə böhranının təsirindən daha böyük ola bilər. Böhranın kəskinləşməsi üçün ilkin şərtlər artıq mövcuddur. Bu, Çinin iqtisadiyyatının və hərbi potensialının artması, Tayvan əhalisi arasında milli kimliyin çoxalması, eləcə də Çin və ABŞ arasında münasibətlərdəki problemlərdir. Tayvanda qarşıdan gələn seçki də ada ilə Çin arasındakı uçurumun dərinləşməsinə səbəb ola bilər. Vəziyyətin iki ssenari üzrə davam etməsi mümkündür. Birinciyə görə, Tayvanla bağlı münaqişə ABŞ-ın fəal iştirakı ilə baş verəcək. Bu halda dünya iqtisadiyyatı ÜDM-in 10,2%-ə qədər itirəcək və bundan ən çox Tayvanın özü, həmçinin Şərqi Asiya ölkələri zərər görəcək. İkinci ssenaridə dünya iqtisadiyyatının birinci il ərzində ÜDM-in 5%-ə qədərini itirəcəyi hal - Çin tərəfindən Tayvanın blokadası baş verəcək”, - məlumatda deyilir. |
2024-01-09 | 821,128 | Bu təcrübəmizi Azərbaycanla bölüşməyə hazırıq | Birləşmiş Ərəb Əmirlikləri COP29-un keçirilməsində təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi bu il ölkənin COP29 tədbirinin keçirilməsi ilə bağlı seçilməsinə görə təbrik edərkən deyib. İki prezident arasında keçirilən geniştərkibli görüşü zamanı Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan bunun bütün dünyanın Azərbaycana etimadının bir təzahürü olduğunu qeyd edib. “Keçən dəfə Dubayda görüşdüyümüz zaman qeyd etdiyimiz kimi, əlbəttə ki, Azərbaycan bu kimi mötəbər tədbirlərin keçirilməsinə qadirdir və hazırdır. Birləşmiş Ərəb Əmirliklərinin bütün təcrübəsi hesab edin ki, Sizin əlinizdədir. Hər bir sahədə biz öz təcrübəmizi Sizinlə bölüşməyə, xüsusən də COP29-un keçirilməsində öz təcrübəmizi Sizinlə paylaşmağa hazırıq”, - o deyib. |
2024-01-09 | 821,131 | "Atasığorta"nın sədri işdən çıxdı | Atasığorta ASC-nin İdarə Heyətinin sədri Xətai İsmayılov işdən çıxıb. Axar.az xəbər verir ki, bu barədə Report-a şirkətdən bildirilib. Məlumata görə, sədr vəzifəsinin icrası onun müavini Seymur Əliyevə həvalə edilib. Xatırladaq ki, “Atasığorta” 2004-cü ildən fəaliyyət göstərir, Ata Holdinq MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur. |
2024-01-09 | 821,132 | Yeni virus yayıldı, sürprizlərə hazır olun - Həkim | Son günlər mənşəyi bəlli olmayan virus ölkəni cənginə alıb. İddia olunur ki, bu, donuz qripi ilə COVİD-19-un birləşməsindən yaranan yeni xəstəlikdir. Axar.az xəbər verir ki, tibb elmləri doktoru, həkim-cərrah Adil Qeybulla Globalinfo.az-a açıqlamasında COVİD-19 pandemiyasının rəsmən bitməsinə baxmayaraq, epidemiya və omikron ştammının mutasiya variantlarının davam etdiyini bildirib: “Bu gün ayrı-ayrı ölkələrdə identifikasiya olunmuş ştamlar haqqında məlumatlar mövcuddur. Həmçinin pandemiyadan başqa hər il qışda virus infeksiyaları tüğyan edir. İstər qrip, istər inoviruslar, istər koronavirusun soyuqdəymə törədən 4 forması hər il peyda olur və bu vəziyyətlə üzləşirik”. A.Qeybullanın sözlərinə görə, 21-ci əsrin “virus əsri” olduğunu nəzərə alaraq, sürprizlərə hazır olmaq lazımdır: “Karantin, şəxsi gigiyena qaydalarına riayət etməliyik. İnsanlarımız bəzən maska taxmadan, gigiyena qaydalarına riayət etmədən, məsafə gözləmədən yaşayırlar. Ona görə də bu cür yoluxmalar davam edir. Hazırda dünyanın hər yerində yoluxma var. Belə vəziyyətdə yeganə yol şəxsi gigiyena və karantin qaydalarını gözləməkdir”. |
2024-01-09 | 821,137 | “Qalatasaray”-“Fənər” oyunu Bakıda keçiriləcək? - AFFA | AFFA Türkiyə Superkubokunun Azərbaycanda keçirilmə ehtimalı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Axar.az Report-a istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) ilə AFFA arasında hər hansı bir danışıq aparılmadığı bildirilib. “AFFA TFF-yə matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərməyib. Türkiyə qardaş ölkədir, Azərbaycanda həmin ölkə futbolunun, klublarının nə qədər azarkeşinin olduğunu, necə sevildiyini bilirik. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmaldır”, - deyə qurumdan bildirilib. Qeyd edək ki, Türkiyənin “Fotospor” nəşri Azərbaycanın Superkuboka ev sahibliyi etmək üçün TFF-yə məktub göndərdiyini yazıb. Həlledici qarşılaşmada İstanbul nəhəngləri “Qalatasaray”la “Fənərbağça” üz-üzə gəlməlidir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.