date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-07 | 820,453 | Kim Çen İnin varisi o olacaq - Kəşfiyyat | Şimali Koreyanın növbəti lideri ilk dəfə olaraq qadın təyin edilə bilər. Söhbət hazırki ölkə rəhbəri Kim Çen İnin qızından gedir. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti Cənubi Koreya kəşfiyyatına istinadən məlumat yayıb. “Şimali Koreya liderinin ən çox ehtimal olunan varisi hazırkı lider Kim Çen İnin qızı Kim Cju Edir. O, tez-tez rəsmi tədbirlərdə atasını müşayiət edir. Şimali Koreya dövlət mediası onu Kim Çen İnin ən sevimli və ya hörmətli övladı adlandırır. Hazırda qızın 10 yaşı var. Şimali Koreya liderinin Kim Çju Edən kiçik başqa övladı da var. Amma hazırda Kim Çju E ən çox ehtimal olunan varis kimi görünür”, - məlumatda deyilir. |
2024-01-07 | 820,456 | Ordumuz Zod kəndinə girib? - Video | 14:56 Erməni mediası guya Azərbaycan Ordusunun əsgərlərinin Göyçə mahalının Zod kəndinə girməsi barədə iddia yayıb. Axar.az xəbər verir ki, “Hraparak” “öz mənbəsinə istinadla” Azərbaycan əsgərlərinin 31 dekabr 2023-cü il saat 22:00-dan 1 yanvar 2024-cü il səhərə qədər Zod kəndi istiqamətində erməni hədəflərini atəşə tutduğunu, “xoşbəxtlikdən” heç bir itki olmadığını iddia edib. Hətta Azərbaycanlı əsgərləri Zod mədəninin tualetinə girərək, “ermənilər üçün” siqaretlər qoyduğunu və təhqiramiz sözlər yazdığını da bildirib. Hərbi mənbələrdən əldə etdiyimiz məlumatda isə qeyd edilib ki, bu, tamamilə yalan, sülh sazişi ilə bağlı danışıqların sürətləndiyi indiki mərhələdə Ermənistan müxalifətinə bağlı media qurumlarının uydurduğu və daxili auditoriyanı çaşdırmağa istiqamətlənən feykdir. Mənbə həmçinin vurğulayıb ki, artıq aylardır sərhəddə heç bir gərginlik yaşanmır və görünür, bu sakitlik və müsbət notlar kimlərisə narahat edir. Xatırladaq ki, erməni nəşri də Ermənistan Müdafiə Nazirliyinə sorğu verdiyini, ancaq təsdiq ala bilmədiyini yazmaqla, məlumatın feyk olduğunu dolayısı ilə təsdiqləyib. |
2024-01-07 | 820,461 | Ukrayna ordusunun sursat anbarları məhv edildi | Rusiya Silahlı Qüvvələrinin raket qoşunları, artilleriya və PUA-ları Ukrayna ordusunun Nikolayev vilayətindəki və 109-cu artilleriya bölməsinin sursat anbarını məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ukrayna ordusunun 117 ərazidə canlı qüvvəsi və texnikası da məhv edilib. |
2024-01-07 | 820,463 | Mərkəzi Banka 3 yeni baş direktor təyin edildi | Azərbaycan Mərkəzi Bankının (AMB) Hüquq departamentinin direktoru Rəna Məlikova vəzifəsindən azad olunaraq qurumun baş direktoru təyin olunub. Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə, onun əvvəlki vəzifəsinə hələ ki, təyinat olmayıb. Bundan başqa, indiyə qədər AMB sədrinin müşavirləri olan Rəşad Məmmədov və Şahin Məmmədzadə də baş direktor təyin edilib. Bununla da qurumun baş direktorlarının sayı 9-a çatıb. |
2024-01-07 | 820,467 | AB öz ordusunu yaratmalıdır - Tayani | AB sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək birgə ordusunu yaratmalıdır. Axar.az xəbər verir ki, bunu İtaliya xarici işlər naziri Antonio Tayani bildirib. “Biz dünyada sülhməramlı olmaq istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu isə effektiv Avropa xarici siyasətini həyata keçirə bilmək üçün əsas şərtdir. ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların olduğu, Yaxın Şərqdən Hind-Sakit okean hövzəsinə qədər böhranların yaşandığı bir dünyada İtaliya, Almaniya, Fransa və ya Sloveniya vətəndaşlarını yalnız artıq mövcud olan qurum, yəni Avropa Birliyi qoruya bilər”, - o bildirib. |
2024-01-07 | 820,472 | MN-in keçmiş idarə rəisi 15 milyon mənimsəyib - İttiham | Müdafiə nazirinin sabiq müavini, Maddi-Texniki Təminat Baş İdarəsinin keçmiş rəisi, mərhum general-leytenant Fuad Məmmədov, iki şirkət əməkdaşı - Fuad Şeydabəyov və Azər Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Axar.az Report-a istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edib. İttihama görə, mərhum general Fuad Məmmədov iki nəfər şirkət rəsmisi - Fuad Şeydabəyov və Azər Xəlilovla əlbir olaraq 15 milyon manata yaxın dövlət vəsaitini mənimsəyiblər. Müttəhim Fuad Məmmədovun oğlu hüququ varisi kimi tanınıb. O, ittihama münasibət bildirərkən, atasının təqsirsiz olduğunu deyib. Hüquqi varis cinayət işinə xitam verilməsini xahiş edib. Məhkəmədə o da məlum olub ki, mərhum generalın külli miqdarda qiymətləndirilən əmlakları üzərinə də həbs qoyulub. Hazırda həbsdə olan digər təqsirləndirilənlər də ittihama münasibətdə özlərini təqsirli bilməyiblər. Prosesin sonunda məhkəmə araşdırmasının qapalı keçirilməsi ilə bağlı qərar qəbul edilib. Qeyd edək ki, general Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini- Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib. |
2024-01-07 | 820,473 | Sərhəddə gözləyən yük maşınlarının sayı açıqlandı | Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda gözləmədə olan yük maşını yoxdur. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, hazırda ölkənin sərhəd-keçid məntəqələrində 100 ədəd yük maşını gözləyir: “Astara” gömrük postunda 9, “Biləsuvar” gömrük postunda 28, “Mazımqara” gömrük postunda 17, “Samur” gömrük postunda 40, “Xanoba” gömrük postunda isə 6 yük maşını. "Gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılması onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır", - AYNA bildirib. |
2024-01-07 | 820,477 | Emin elan etdi: Beynəlxalq festivala start verilir | ubayda keçirilən “ZHARA FEST” musiqi festivalı zamanı tədbirin təşkilatçısı və təşəbbüskarı Emin Ağalarov iyulun 24-dən 28-dək Sea Breeze Resort kurort şəhərinin səfalı sahilində təşkil olunacaq “DREAM FEST 2024” beynəlxalq festivalına start veriləcəyi ilə bağlı rəsmi açıqlama verib. Emin Ağalarovun mətbuat xidmətindən Kult.az-a bildirilib ki, “DREAM FEST” iştirakçılarının coğrafiyası dünya miqyasında təqdim olunacaq: Rusiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri. Tamaşaçılar beş gün ərzində Xəzər dənizinin sahilində açıq havada möhtəşəm, inanılmaz şoudan və 250 artistin çıxışından həzz alacaqlar. “Yayda “Sea Breeze Resort”da dünya musiqi festivalları tarixində heyranedici hadisə - “DREAM FEST” musiqi festivalı keçiriləcək. Biz festival mədəniyyətinə tamamilə yeni baxış tətbiq etmək istəyirik. “DREAM FEST”də bir çox ölkələrdən musiqiçilər, müxtəlif illərin “Eurovision” ulduzları iştirak edəcəklər. İnanılmaz miqyas və həmişəki kimi nəhəng planlar”, - deyə festivalın təşkilatçısı Emin Ağalarovun şərhində bildirilir. TV tamaşaçıları da festivalın televiziya versiyasını izləyəcək, özlərini tədbirin birbaşa iştirakçıları kimi hiss edə biləcəklər. |
2024-01-07 | 820,478 | Ukraynanın iki təyyarəsi vuruldu | Rusiya hava hücumundan müdafiə sistemləri ötən gün Ukraynanın Su-25 və Su-27 təyyarələrini vurub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Su-25 Dnepr, Su-27 isə Krivoy Roq şəhəri yaxınlığında vurulub. |
2024-01-07 | 820,479 | 683-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 683-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 526 PUA-sı, 447 zenit-raket kompleksi, 14 506 tank və digər zirehli texnikası, 1 201 reaktiv yaylım atəş sistemi, 7 656 artilleriya və minaatanı, 17 170 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-07 | 820,480 | Netanyahu Hizbullaha xəbərdarlıq etdi | İsrail Hizbullahla münaqişəni siyasi yolla həll etməyə hazırdır, lakin onlar buna kömək etməsələr, digər variantlardan istifadə olunacaq. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. “Hizbullaha HƏMAS-ın son aylarda öyrəndiyi dərsdən nəticə çıxarmağı təklif edirəm - heç bir terrorçu təhlükəsizlikdə deyil. Vətəndaşlarımızı qorumaq və şimallıları sağ-salamat evlərinə qaytarmaq əzmindəyik. Bu, hamının paylaşdığı milli məqsəddir və biz buna nail olmaq üçün məsuliyyətlə hərəkət edirik”, - o bildirib. |
2024-01-07 | 820,483 | Türk nazirin Zəngəzur açıqlaması təsadüf deyil | Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlunun Zəngəzur dəhlizinin 2028-ci ildə həyata keçiriləcəyini söyləməsi iddialı açıqlamadır. Yəni bu məntiqlə 4 ildən sonra dəhliz işə düşməlidir. Ermənistan rəsmiləri Zəngəzur dəhlizində maraqlı olduqlarını ifadə etsələr də, “dəhlizin Ermənistandan keçən hissəsi Ermənistanın yurisdiksiyası əsasında həyata keçirilməlidir” yanaşmasından imtina etməyiblər. Buna baxmayaraq, türkiyəli nazir Ermənistandan müsbət mesajlar aldıqlarını deyib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, Ermənistan rəsmilərinin türkiyəli həmkarları ilə qapalı dialoqlarında “müəyyən şərtlər daxilində açıq dəhlizə icazə verə bilərik” cümləsini işlətmələri mümkündür: “Çünki rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizindən istifadə edərkən yoxlamadan keçməməlidirlər. Rəsmi Bakı bununla yanaşı, başqa ölkələrin yüklərinin Zəngəzur dəhlizindən daşınmasının Ermənistan yurisdiksiyasına uyğun həyata keçirilməsinin əleyhinə deyil. Yəni bu “mənim vətəndaşlarım dəhlizdən yoxlanılmadan keçməlidir, digər ölkələrin yüklərini isə yoxlaya bilərsiniz” deməkdir. Bunun qarşılığında Ermənistan rəsmilərindən biri bugünlərdə verdiyı açıqlamada Azərbaycan vətəndaşlarının Naxçıvana keçərkən və geri qayıdarkən Zəngəzur dəhlizindən rahat istifadəsinin müzakirə oluna biləcəyinə eyham vurub. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi mövzusunda irəliləyiş əldə etmək mümkündür. Odur ki, Türkiyənin nəqliyyat və infrastruktur nazirinin dəhlizlə bağlı optimist açıqlaması üçün zəmin var”. |
2024-01-07 | 820,485 | Qaradağda əməliyyat: KİA-dan 6 kq narkotik çıxdı - Video | İran vətəndaşı vasitəsilə əldə etdiyi narkotiki satmaq istəyən azərbaycanlı saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Qeyd edilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Səngəçal qəsəbəsi ərazisində həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan Lənkəran şəhər sakini, 1992-ci il təvəllüdlü Fəxrəddin Bağırlı saxlanılıb. Həmin şəxsdən və idarə etdiyi KİA markalı avtomobildən 6 kiloqrama yaxın qurudulmuş marixuana və 700 ədəd psixotrop tərkibli metadon həbi aşkar olunaraq götürülüb. F.Bağırlı ondan aşkar olunan narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisində gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir. |
2024-01-07 | 820,491 | Əfsanəvi futbolçu klub prezidenti oldu | Braziliya millisinin keçmiş üzvü Romario "Amerika" klubunun prezidenti olub. Axar.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, Braziliya təmsilçisi ölkəsinin ən köklü komandalarından biridir. Qeyd edək ki, Romario 1994-cü ildə Braziliya yığması ilə dünya çempionu olub. Əfsanəvi forvard karyerasında İspaniyanın "Barselona" və Niderlandın PSV klublarının da formasını geyinib. |
2024-01-07 | 820,497 | Almaniya Rusiyadan gələn təhlükəyə hazır deyil - Qauk | Almaniya Rusiyadan gələn potensial hərbi təhlükəni dəf etmək üçün kifayət qədər hazır deyil və indiki dövr Soyuq müharibə dövründən daha təhlükəlidir. Axar.az xəbər verir ki, bunu Almaniyanın keçmiş prezidenti İoahim Qauk deyib. “Biz həqiqətən mövcud olan, məsələn, Rusiyadan gələn hərbi təhlükəyə kifayət qədər hazır deyilik. Bu da əksər mütəxəssisləri narahat edir. Biz soyuq müharibə dövründən bəlkə də daha təhlükəli dövrlərdə yaşayırıq. O vaxtlar müəyyən bir proqnozlaşdırıla bilən nələrsə var idi, çünki nüvə çəkindirmə elə bir şəkildə hərəkət edirdi ki, tərəflər öz maraqlarını hərbi yolla inkişaf etdirmək istəyini itirirdi”, - Qauk bildirib. |
2024-01-07 | 820,498 | İsrail ordusu Hizbullahın mövqelərinə zərbələr endirdi | İsrail ordusu Hizbullah qruplaşmasının Livanın cənubundakı obyektlərinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusundan bildirilib. Məlumata görə, Hizbullahın bir neçə obyekti vurulub. Hücumun nəticələri məlum deyil. |
2024-01-07 | 820,501 | Blinken İordaniyada səfərdədir | ABŞ dövlət katibi Entoni Blinken İordaniyada səfərdədir. Axar.az xəbər verir ki, Blinken bu barədə X-də paylaşım edib. “Bu gün Əmmanda əlahəzrət Kral II Abdullah ilə Qəzzada və İordan çayının qərb sahilində mülki əhalinin müdafiəsi səylərini müzakirə etmək üçün görüşdüm. Qəzzada fələstinlilərə humanitar yardım göstərdiyinə görə ona təşəkkür etdim. Münaqişə regionda daha da genişlənməməlidir”, - E.Blinken bildirib. |
2024-01-07 | 820,504 | Bakıda evdən meyit tapıldı | Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-dən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. |
2024-01-07 | 820,507 | HƏMAS-ın qurucusunun nəvəsi Qəzzada öldürüldü | HƏMAS-ın mənəvi lideri Şeyx Əhməd Yasinin nəvəsi Əli Əbu Aca Qəzza zolağının bombalanması nəticəsində ölüb. Axar.az xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb. Bildirilib ki, Əli Əbu Aca jurnalist olaraq fəaliyyət göstərirmiş. Qeyd edək ki, Əhməd Yasin HƏMAS-ın qurucularındandır. O, 1937-ci il yanvarın 1-də Əl-Curada anadan olub. 2004-cü il martın 22-də Qəzza zolağında 67 yaşında İsrail hərbçiləri tərəfindən öldürülüb. |
2024-01-07 | 820,510 | Ruslar miqrantlardan daha çox cinayət törədir - Titov | Rusiya vətəndaşları miqrantlardan qorxmamalıdır, çünki ruslar gəlmələrdən daha çox cinayət törədirlər. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil Boris Titov deyib. “Rusların miqrantlardan qorxduğu mənə yaxşı məlumdur. Baxmayaraq ki, tamamilə əsassızdır. Daxili İşlər Nazirliyinin statistikasına görə, Rusiya vətəndaşları miqrantlardan daha çox cinayət törədirlər”, - Titov bildirib. Onun sözlərinə görə, hazırda rusların istənilən sahədə işləmək imkanı var, ona görə də onlar miqrantların iş yerlərini tutacağından qorxmamalıdır. |
2024-01-07 | 820,515 | Aygün Bəylərin dəfn olunacağı yer məlum oldu | Əməkdar artist Aygün Hümbətova (Bəylər) Suraxanı qəbiristanlığında dəfn olunacaq. Kult.az xəbər verir ki, bu barədə Trend-ə mərhumun yaxınları məlumat veriblər. Qeyd edək ki, Aygün Hümbətova dünən Türkiyənin Ankara şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. |
2024-01-07 | 820,520 | ATU-nun tələbəsi infeksiyadan vəfat etdi - Foto | Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinin 3-cü kurs tələbəsi Aytən İlkin qızı Musayeva vəfat edib. Axar.az xəbər verir ki, bu barədə ali məktəb məlumat yayıb. Məlumata görə, A.Musayeva iki gün öncə yüksək temperaturla xəstəxanaya yerləşdirilib. Onun sepsis (kəskin iltihab) infeksiyasından vəfat etdiyi bildirilib. |
2024-01-07 | 820,522 | Qəzzada ölənlərin sayı açıqlandı | Qəzza zolağında ölən fələstinlilərin sayı 22 835 nəfərə yüksəlib. Axar.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, həlak olan fələstinlilərin sayı son 24 saatda 113 nəfər artıb. |
2024-01-07 | 820,524 | Bayram günlərində regionlara neçə reys həyata keçirilib? | Respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalardan bayram ərəfəsində və bayram günlərində 2 681 reys həyata keçirilib, 72 min 615 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Dekabrın 28-dən yanvarın 7-nə bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Adi günlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) reysə 200-ə yaxın avtobus çıxırdısa, qeyd edilən tarixlərdə xətlərə əlavə 100-dən çox avtobus buraxılıb, 300-dən artıq əlavə reys təşkil olunub", - məlumatda deyilir. AYNA-dab bildirilib ki, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub: "Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. Dekabrın 28-dən yanvarın 7-nə kimi 14 min 391 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb". |
2024-01-07 | 820,525 | Şagird yerdəyişməsi müvəqqəti dayandırılır | 10 yanvar saat 17:00-dan etibarən 2023-2024-cü tədris ilinin I yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq. Axar.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Qeyd edilib ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq XI sinif üzrə yerdəyişmə prosesi 10 yanvar 2024-cü il tarixindən tədris ilinin sonunadək aktiv edilməyəcək. Məktəbəhazırlıq qrupları və I-X siniflər üzrə elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək. |
2024-01-07 | 820,526 | Yaponiya Ukraynaya 37 milyon ayıracaq | Yaponiya hökuməti Ukraynanın pilotsuz uçuş aparatlarını aşkarlama sistemləri ilə təmin olunması üçün 37 milyon dollar ayıracaq. Axar.az xəbər verir ki, bu barədə Kiyevdə səfərdə olan Yaponiyanın xarici işlər naziri Yoko Kamikava ukraynalı həmkarı Dmitri Kuleba ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu vəsait NATO fonduna yönəldiləcək. |
2024-01-07 | 820,527 | Bu ölkələrdən quşçuluq məhsullarının idxalına qadağa... | Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Tunisin Sidi-Bu-Zid vilayətində dabaq, Moldovanın Ştefan-Voda, Drokiya, Rezina rayonlarında, Polşanın Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Amerika Birləşmiş Ştatlarının Pensilvaniya ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Axar.az-a Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Sidi-Bu-Zid vilayətində xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Ştefan-Voda, Drokiya, Rezina rayonlarında, Dolnoslask Nijnesilezsk inzibati ərazisində, Pensilvaniya ştatında xəstəlik baş vermiş təsərrüfatın 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq edilib. Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə həmin inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub. |
2024-01-07 | 820,530 | Makron hökumətdə böyük dəyişikliyə gedəcək - İddia | Fransa Prezidenti Emmanuel Makron hökuməti yenidən təşkil etmək niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə həftəlik "Journal du Dimanche" qəzeti məlumat yayıb. Qeyd edilib ki, baş nazir və bəzi əsas qurumların rəhbərləri dəyişə bilər: “Fransa Prezidenti həmvətənlərinə Yeni il müraciətində yeni siyasi kurs elan edib”. Bildirilib ki, baş nazir vəzifəsini tuta biləcək dörd namizəd var. Siyahıya prlamentin aşağı palatasının keçmiş spikeri, 61 yaşlı Riçard Ferran, Nazirlər Kabinetinin ən gənc üzvü 34 yaşlı təhsil naziri, analitiklər tərəfindən yüksək qiymətləndirilən Qabriel Attal da daxildir. İlk dördlüyü tamamlayan E.Makronun yaxın çevrəsindən olan daha iki nüfuzlu məmurdur. Onlar müdafiə naziri 37 yaşlı Sebastyan Lekornu və keçmiş kənd təsərrüfatı naziri 43 yaşlı Julyen Denormandidir. Qeyd edək ki, Elizabet Born 2022-ci ilin mayından baş nazir vəzifəsində çalışır. |
2024-01-07 | 820,532 | Şəhid pilot Rəşad Atakişiyevin məzarı ziyarət edildi - Video | Təlim-məşq zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin hərbi pilotu şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü münasibətilə anım tədbiri keçirilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib. Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusu İkinci Şəhidlər xiyabanını ziyarət edərək şəhid pilotun məzarı üzərinə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla yad ediblər. Anım mərasimində polkovnik-leytenant R.Atakişiyevin şərəfli döyüş yolundan söhbət açılıb, Vətənə olan sədaqətindən, xidmət müddəti ərzində nümayiş etdirdiyi yüksək peşəkarlığından danışılıb. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. |
2024-01-07 | 820,536 | Baydenə çağırış: Ukraynada nəyə nail olmağa çalışırıq? | ABŞ Prezidenti Co Bayden administrasiyası ölkənin Ukrayna ilə bağlı strategiyasının nədən ibarət olduğuna aydınlıq gətirməlidir. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson (respublikaçı, Luiziana) deyib. Onun sözlərinə görə, Konqresin aşağı palatasında Ukraynaya yardım üçün əlavə maliyyə ayrılmasına qarşı çıxan respublikaçılar Ağ Evə “amerikalılarla dürüst danışmadığına dair siqnal” göndərirlər: "Biz Ukraynada nəyə nail olmağa çalışırıq? Strategiyamız nədir? Məqsədimiz nədir?" Conson xatırladıb ki, ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb və Kiyevi dəstəkləmək üçün əlavə vəsaitin ayrılması bu borcun daha da artması demək olacaq. |
2024-01-07 | 820,537 | “Fənərbağça” yeni ilə darmadağınla başladı | Futbol üzrə Türkiyə Superliqasında XIX turun oyunları davam edir. Axar.az xəbər verir ki, bu gün daha iki qarşılaşma keçirilib. Günün ilk matçında “Sivasspor” səfərdə “Kayserispor”a 3:1 hesabı ilə qalib gəlib. Digər qarşılaşmada isə çempionluğa iddialı “Fənərbağça” rəqib meydanında “İstanbulspor”u darmadağın edib – 5:1. Qonaqların heyətində qollardan dördünü Cingiz Ünder vurub. Digər qola Edin Ceko imza atıb. Meydan sahiblərinin heyətində isə Muammer Sarıkaya fərqlənib. Bu qələbədən sonra xallarını 47-yə çatdıran “Fənərbağça” liderliyini davam etdirir. 5 xalı olan “İstanbulspor” isə sonuncu – 18-ci sırada qərarlaşıb. Qeyd edək ki, tura bu gün keçiriləcək “Qalatasaray” – “Konyaspor” görüşü ilə yekun vurulacaq. |
2024-01-07 | 820,538 | Zaxarovadan AB-yə: Əvvəlcə vaksin yaradın, sonra ordu... | Avropa Birliyi ordu yaratmazdan əvvəl koronavirusa qarşı peyvənd yaratmaq barədə düşünməlidir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Teleqram kanalında yazıb. "AB ordusu? Bəlkə kovidə qarşı öz peyvəndinizi yaratmaqla başlamalısınız? Yaxud beynəlxalq öhdəliklərimizə uyğun olaraq AB sərhədlərini humanist şəkildə qorumağı öyrənəsiniz? Qaçqınlar və miqrantlar məsələsini həll edəsiniz? Və yalnız bundan sonra ordu...” - Zaxarova Teleqram kanalında yazıb. Qeyd edək ki, İtaliya xarici işlər naziri Antonio Tayani bildirib ki, ittifaq sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrini formalaşdırmalıdır. |
2024-01-07 | 820,539 | Yaponiya XİN rəhbəri Türkiyəyə səfər edəcək | Yaponiyanın xarici işlər naziri Yoko Kamikava yaxın günlərdə Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, məlumatı “Nikkei Asia” yayıb. Onun iki ölkə arasında əlaqələrin genişləndirilməsini, Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəyi gözlənilir. |
2024-01-07 | 820,540 | Ötən ay dünyada ərzaq qiymətlərində ucuzlaşma olub | Dekabr ayında dünyadakı ərzaq qiymətlərinin indeksi əvvəlki ayla müqayisədə 1,5 faiz azalıb, şəkərin qlobal qiymətlərində kəskin azalma baş verib. Axar.az BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadla xəbər verir ki, FAO indeksi ötən ilin dekabr ayı ilə müqayisədə 10,1 faiz aşağı düşüb. Taxılın – buğda, qarğıdalı, düyü və arpanın qiymətlərində 1,5 faiz artım qeydə alınıb. FAO-nun yaydığı məlumatda qeyd edildiyi kimi, bu, qismən əsas ixracatçı ölkələrin tədarükünə mane olan logistika çatışmazlığı ilə əlaqədardır. Bununla yanaşı, taxıl üçün də 12 aylıq orta qiymət göstəricisi keçən il ilə müqayisədə 15,4 faiz azalıb. 2023-cü ildə yalnız düyünün qiyməti, əsasən, El Nino təbii fenomeninin düyü istehsalına təsiri və Hindistanın tətbiq etdiyi ixrac məhdudiyyətləri ilə bağlı narahatlıqlar səbəbindən bahalaşıb. Bitki yağı noyabr ayı ilə müqayisədə 1,4 faiz ucuzlaşıb, ümumilikdə isə 2023-cü ildə bu göstərici əvvəlki illə müqayisədə 32,7 faiz aşağı düşüb. Şəkər qiymətləri üzrə indeks noyabr ayı ilə müqayisədə 16,6 faiz azalaraq doqquz aylıq minimuma çatıb, lakin bu rəqəm hələ də 2022-ci ilin dekabr ayındakı göstəricidən 14,9 faiz çoxdur. Şəkər kotirovkalarının aşağı düşməsi, əsasən, Braziliyada yüksək istehsal templəri və Hindistanda etanol istehsalı üçün şəkər qamışından istifadənin azalması ilə əlaqədardır. Ət qiymətləri üzrə indeks isə cari ilin noyabr ayı ilə müqayisədə 1 faiz, 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,8 faiz azalıb. FAO-nun məlumatına əsasən, bu, Asiya ölkələrinin donuz ətinə idxal tələbatının az olması ilə əlaqədardır. İri istehsal bölgələrində bol ixrac tədarükünə baxmayaraq, mal və quş ətinə də müştərilərin tələbatı azalmağa doğru gedib. Qoyun ətinin qiymətləri, əksinə, bayram günləri ərəfəsində yüksəlib. Ümumi tendensiyanın əksinə olaraq, süd məhsulları üzrə qiymət indeksi noyabr ayı ilə müqayisədə 1,6 faiz artıb, lakin onun qiyməti hələ də 2022-ci ilin dekabrındakı göstəricidən 16,1 faiz azdır. Aylıq artım, Qərbi Avropada bayram günləri ərəfəsində yüksək istehlakçı tələbatının olduğu kərə yağı və pendir qiymətlərinin artması ilə əlaqədardır. FAO-nun məlumatına əsasən, eyni zamanda, yüksək qlobal idxal tələbi bütün dünyada quru süd tədarükünün artmasına səbəb olub. |
2024-01-07 | 820,541 | Xaçmazda zəncirvari qəza: yaralılar var | Xaçmazda zəncirvari avtomobil qəzası baş verib. Axar.az xəbər verir ki, qəza zamanı iki nəfər xəsarət alıb. Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində VAZ 2107 və "Mersedes" markalı avtomobillər toqquşub. Qəzaya uğrayan VAZ 2107 sonradan yolun kənarında dayanan başqa bir minik avtomobilinə də çırpılıb. Hadisə zamanı xəsarət alan iki nəfər təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-07 | 820,543 | Rusiya HHM-lər daha bir Ukrayna PUA-sını məhv etdi | Rusiyanın hava hücumundan müdafiə sistemləri Bryansk vilayəti üzərində Ukraynaya məxsus daha bir PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, Kiyev rejiminin PUA ilə terror aktı törətmək cəhdinin qarşısı alınıb. |
2024-01-07 | 820,544 | İsraildə nazirlər yalan detektorundan keçəcək | İsrailin Baş naziri Benyamin Netanyahu hökumət iclaslarına qatılan nazirlər üçün yalan detektoru testləri ilə bağlı qanun layihəsi təklif etmək istədiyini bildirib. Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri məlumat yayıb. Netanyahu İsrail hökumətinin konfidensiallıq baxımından çətin vəziyyətdə olduğunu qeyd edib və bunun belə davam etməyəcəyini bildirib. Qeyd edilir ki, Təhlükəsizlik Kabinetinin yanvarın 4-də keçirilən iclasında Baş Qərargah rəisi Herzi Halevi başda olmaqla, bir çox nazir və ordu nümayəndəsi arasında qızğın müzakirələr yaşanıb. |
2024-01-07 | 820,546 | Bu rayonlara qadın prokurorlar təyin edildi | Samux və Xızı rayonlarına yeni prokurorlar təyin olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib. Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin рrоkuroru vəzifəsində çalışıb. Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib. Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib. |
2024-01-07 | 820,548 | AB niyə öz ordusunu yaratmağa risk etmir? | Həqiqətən Avropa İttifaqının qeyri-rəsmi paytaxtı, pul vahidi, parlamenti və nazirləri varsa, ordusu niyə olmasın? Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu İtaliyanın xarici işlər naziri Antonio Tayaninin AB-nin ordusunun vacibliyi haqda açıqlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu yeni mövzu deyil, avropalı rəsmilər və diplomatlar ara-sıra vahid ordu barədə fikirləri söyləyirlər: “Ancaq bu mövzu açıqlamalardan o yana keçmir, heç kim Avropada vahid ordu məsələsində geniş müzakirə açmaq istəmir. AB vahid ordunu ona görə yaratmağa risk etmir ki, bunun, birincisi, NATO-dan nə ilə fərqlənəcəyi bilinmir, ikincisi, ətrafda baş verən hadisələrə vahid ordu ilə reaksiya vermək üçün bütün üzv dövlətlərin ortaq qərarını ala bilməyəcək. Misal üçün Fransa vahid ordunun harasa müdaxiləsinə dəstək verəcəyi halda, Macarıstan və ya Çexiya bunun əleyhinə çıxacaq. İndinin özündə Rusiya-Ukrayna müharibəsi ilə bağlı AB-də fərqli yanaşmalar var”. |
2024-01-07 | 820,550 | Ankarada zəncirvari qəza: 26 avtomobil toqquşdu | Türkiyənin paytaxtı Ankaranın Yeniməhəllə ərazisində 26 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Axar.az yerli mediaya istinadən xəbər verir ki, yağışlardan dolayı sürüşkən hala düşən Konya magistralı qəza səbəbindən bir müddət bağlı qalıb. Qəza zamanı 3 nəfər yüngül xəsarət alıb, avtomobillərə isə ciddi ziyan dəyib. Deformasiyaya uğramış bəzi nəqliyyat vasitələri xüsusi texnikaların köməyi ilə ərazidən götürülüb. |
2024-01-07 | 820,555 | Entoni Blinken Qətərə getdi | ABŞ Dövlət katibi Entoni Blinken Qətərin paytaxtı Dohaya səfər edib. Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller X sosial şəbəkəsindəki səhifəsində yazıb. "Qətər HƏMAS-ın girovlarını azad etmək üçün göstərilən səylərdə mühüm tərəfdaşdır. Blinken ABŞ və Qətər arasında möhkəm münasibətlərin nəticəsi olan kritik koordinasiya səylərini davam etdirmək üçün bu gün Dohadadır", - Miller qeyd edib. |
2024-01-07 | 820,556 | O nə Dəsmal idi, İlahi? | (Tut ağacı üçün elegiya_ …Ömürlə ölüm hər kəsdə birlikdə yaşayır. Yeni doğulmuş uşaqda da, yaşı yüzü adlamış qocada da. Amma həyatın işlək, adi, cari çağlarında bu daimi müttəfiqliyin yalnız bir üzünü görürsən. Səninlə ünsiyyətdə yalnız qarşı tərəfin ömür tayı qüvvədə olur. Ölüm üzü yada düşmür. …Amma istisnalar var! Şəxsən mən ölüm-dirim cütlüyü haqqında yalnız xərçəng xəstələri ilə danışanda, onlara baxanda fikirləşirəm. Yalnız onlarla ünsiyyətdə olarkən görürəm ki, qarşımda hər iki dünyanı bir yerdə daşıyan İNSAN var. Onlarda həm ömür, həm ölüm birlikdə dilə gəlir, birlikdə gülür, birlikdə hərəkət edir… birlikdə bişirir, birlikdə yazır, birlikdə uşağı bağçadan götürür… birlikdə… birlikdə… birlikdə… Ömür-ölüm tandemi ilə bir yerdə “salam!”laşır, bir yerdə “sağol!”laşırıq. Etiraf edim ki, olduqca qəribə hissdir. Bir tərəfdən bilirik ki, onsuz da hamımız öləcəyik. Amma fərdi təqviminin ölüm vərəqini hər dəfə hiss etdiyin, virtual şəkildə “gördüyün” o şəxslərin yaratdığı hisslər, oyatdığı təəssüratlar, etdiyi əməllər sanki iki dəfə artıq olur. Hər iki aləmə vurulduğuna görə çəki, miqyas, miqdar, həcm də artır… hasilləşir! …Aygün Bəylər özündə iki aləm daşıyırdı. Bəylər vəfat edəndən sonra adını özünə soyad götürmüşdü… Aygün ömür, Bəylər ölüm hissəsi tək Tək Vücudda yaşayırdı. Xərçəng xəstəliyi onu hər dəfə həyatın ölüm payını da özü ilə gəzdirməyə vadar edirdi. Qızının əlindən yapışanda ölümlə-xərçənglə yapışırdı… Mikrofonu tutanda ölümlə-xərçənglə tuturdu. Müsahibə verəndə ölümlə-xərçənglə verirdi… Azərbaycanda çox mədəniyyət adamı xərçəngdən vəfat edib. Amma heç biri ölümlə duetdə konsert verib getməyib. O nə oxumaq, o nə qüdrətli Səs, hələ O nə Dəsmal idi, İlahi!??! Aygünün son konsertinə getmək istəmişdim. Mədəniyyət və incəsənət sahəsində yaxşı əlaqələrə malik olan Tarixi (MTV-nin aparıcısı) axtarmışdım. Bilmirəm, zəng çatmamışdı, ya başqa bir səbəbdən - hər halda sonda bilet tapmadım… Və mən o konsertə düşə bilmədim. Sonra onun konsertindən bəzi parçalar gördüm: əlində dəsmalla. Sanki ayrılığın rəmzi idi. Aygün Bəylər mənim məsuliyyətlə “Dahi!” deyə bildiyim nadir musiqi varlığı idi. Həmişə ona vəcdlə, emosiyalarımın Everestində qulaq asmışam. İstənilən yüksəklik üçün təbii olan hallar da yaşamışam. Məsələn, ya başım gicəllənib, ya havam çatmayıb. Amma dərk etmişəm ki, Aygün Bəylərdə ifa edən, oxuyan, yaradan İki Aləmdir: həm Olum, həm Ölüm! Ona görə Aygün iki dəfə çoxdur! İki dəfə artıqdır! Aygün “Tut ağacı!” deyə bütün insanlığa, canlılığa, cansızlığa müraciət edir, hər dəfə sanki hər kəsdən, hər nədən halallıq alırdı… “Neçə körpə budağını mən əzmişəm…!?!” Bu hər birimizin bir Ömür və bir Ölüm boyu hər kəs və hər nə qarşısında etməli olduğumuz yeganə etiraf olmalıdır… Qəribədir… Aygün Bəylər xərçəngdən vəfat etdi. Amma ilk dəfədir ki, məni “Şiş harasında idi?” kimi bəsit sualın maraqlandırmadığının fərqinə varıram. Bəlkə şiş onun Ömür yerində deyildi, elə Ölüm hissəsində idi…!? Biz Aygün Bəylərin səsini hər dəfə eşidəcək, amma o DƏSMAL-ın timsalında həm də görəcəyik… Tarixdən isə həmişə soruşmaq istəyəcəyəm: Aygün Bəylərin son konsertinə bileti hardan tapa bilərəm!? |
2024-01-07 | 820,559 | Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirildi | Yanvarın 7-də Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib. Axar.az xəbər verir ki, müşavirədə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinin Azərbaycan xalqı tərəfindən böyük coşqu ilə qeyd edildiyi 2023-cü ilin parlaq illərdən biri olduğunu qeyd edib. Azərbaycan Respublikasının bütün ölkə ərazisi üzrə suverenliyinin bərpa edildiyini diqqətə çatdıran Baş prokuror 2023-cü ildə ardıcıl hərbi-siyasi uğurların baş verməsi, o cümlədən 2023-cü ilin aprel ayında Ermənistan və Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulması, daha sonra isə 19 sentyabr 2023-cü il tarixdə 24 saatdan da az davam etmiş lokal xarakterli antiterror əməliyyatının keçirilməsi nəticəsində Respublikamızın ərazisində olan bütün terror yuvalarının tamamilə ləğv edildiyini, separatçılıq meyllərinə birdəfəlik son qoyulduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, ötən il oktyabr ayının 15-də Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydanına çevrilib, şəhərlərimiz və kəndlərimiz yenidən qurulmaqla, 5 mindən artıq məcburi köçkün öz doğma yurd-yuvalarına qayıdıb və bu proses davam etməkdədir. Vurğulanıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Müşavirədə diqqətə çatdırılıb ki, 2023-cü il prokurorluq orqanları üçün də uğurlu il olub. Əlavə edilib ki, 2023-cü ildə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qəsdən adam öldürmə faktları üzrə ötən illərdən bağlı qalmış 7 iş, rayon (şəhər) prokurorluqları tərəfindən 3 iş, (Ordubad, Bakı şəhər Nizami, Sumqayıt şəhər prokurorluqları), Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən isə 1 iş olmaqla, ümumilikdə 11 iş daxili işlər, dövlət təhlükəsizliyi və penitensiar xidmət orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə açılıb. Azərbaycan Respublikası Prezidentinin 07 may 2021-ci il tarixli Fərmanı ilə yaradılmış “Elektron prokurorluq” informasiya sisteminin əsas modullarının ötən il aprelin 1-dən istifadəyə verildiyini qeyd edən Baş prokuror hazırda yeni modulların yazılması və işlək modulların isə təkmilləşdirilməsi işləri aparıldığını vurğulayıb. Xüsusi ilə vurğulanıb ki, tabe qurumların infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlər çərçivəsində 2023-cü ildə Laçın və Qəbələ rayon prokurorluqlarının yeni inzibati binaların açılışı baş tutub, hazırda isə Kürdəmir, Şəki və Bakı şəhəri Nəsimi, Nərimanov və Pirallahı rayon prokurorluqlarının yeni inzibati binalarının tikintisi davam etdirilir. 2023-cü ildə Baş Prokurorluğun digər dövlətlərin prokurorluq orqanları ilə beynəlxalq hüquqi əməkdaşlığına toxunan Baş prokuror qeyd edib ki, 2023-cü il ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun Beynəlxalq Prokurorlar Assosiasiyası, Avropa Prokurorlarının Məşvərətçi Şurası, Avropa Birliyinin Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi (Eurojust), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin baş prokurorlarının Əlaqələndirmə Şurası və digər beynəlxalq təşkilatlarla, eləcə də xarici ölkələrin hüquq mühafizə orqanları ilə əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlərin görülməsi davam etdirilib, Baş Prokurorluğun rəhbərliyinin və digər məsul şəxslərinin xarici ölkələrə 16 səfəri, xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndə heyətlərinin Baş Prokurorluqda 35 qəbulu təşkil olunub, bir sıra xarici ölkələrin prokurorluq və digər hüquq-mühafizə orqanları ilə ikitərəfli əməkdaşlıq barədə sənəd layihələrinin hazırlanması, razılaşdırılması və bağlanmasının təşkili təmin edilib. Vurğulanıb ki, 2023-cü il sentyabrın 15-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü görüşü keçirilib, 2024-cü ildə beynəlxalq əməkdaşlıq çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransının və ümumi yığıncaq mərasiminin 2024-cü ilin 27 sentyabr – 02 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. 2023-cü ildə normayaratma təşəbbüsü ilə bağlı fəaliyyətə toxunan Kamran Əliyev Baş Prokurorluq tərəfindən 28 normativ hüquqi akt layihəsi hazırlanaraq göndərildiyini, ötən il ərzində Baş Prokurorluqdan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə 6 sorğu və 8 rəy verildiyini, Baş Prokurorluq tərəfindən hazırlanmış qiyabi məhkumetmə ilə bağlı Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin Milli Məclis tərəfindən qəbul edildiyini nəzərə çatdırıb. Bildirilib ki, qarşıda duran əsas vəzifələrdən biri Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələrindən ibarət cinayətkar birlik (təşkilat) tərəfindən törədilmiş cinayət faktlarına görə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin icraatında olmaqla birgə vahid istintaq qrupu tərəfindən istintaqı aparılan cinayət işinin yekunlaşdırılması və təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verilməsidir. Əməliyyat müşavirəsində Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə 2023-ci ilin nəticələrinə görə artım müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunmaları üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb. Eyni zamanda, hesabat dövründə görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar Baş Prokurorluğun müvafiq struktur qurumlarının rəhbərlərinin iştirakı ilə ətraflı təhlil olunub. Sonda 2023-cü ildə görülmüş işlərin vəziyyətinin ümumiləşdirilərək nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib. Əməliyyat müşavirəsinə yekun vuran Baş prokuror Kamran Əliyev bildirib ki, Azərbaycan Respublikası Prokurorluğunun kollektivi 2024-cü ildə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlərin reallaşdırılmasında, cinayətkarlığa qarşı digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə mübarizənin gücləndirilməsində, dövlətçiliyimizin maraqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlığın qorunmasında zəruri tədbirlərin görülməsini təmin edəcək. |
2024-01-07 | 820,561 | Çin ABŞ-a sanksiya ilə cavab verdi | Çin hakimiyyəti ABŞ-ın Tayvan hökumətinə silah tədarükü və Vaşinqtonun Çin şirkətləri və fiziki şəxsləri üzərindəki məhdudiyyətlərinə görə Amerikanın beş şirkətinə qarşı cavab sanksiyaları tətbiq edəcək. Axar.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb. “ABŞ Çinin Tayvan bölgəsinə silah satmaqla, müxtəlif bəhanələrlə Çin müəssisə və şəxslərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq etməklə “Vahid Çin” prinsipini açıq-aşkar pozur”, - deyə bəyanatda bildirilib. |
2024-01-07 | 820,566 | Prokurorlar Assosiasiyasının konfransı Bakıda keçiriləcək | Bu il Bakıda Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransı keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib. Vurğulanıb ki, 2023-cü il sentyabrın 15-də Bakıda Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 33-cü iclası və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü görüşü keçirilib, 2024-cü ildə beynəlxalq əməkdaşlıq çərçivəsində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu konfransının və ümumi yığıncaq mərasiminin 2024-cü ilin 27 sentyabr – 02 oktyabr tarixlərində Bakı şəhərində keçirilməsi nəzərdə tutulub. |
2024-01-07 | 820,568 | Tiflis məbədində Stalinin ikonası peyda oldu - Video | Tiflisdəki Tsminda Sameba kilsəsində (Müqəddəs Üçlük Katedralı) İosif Stalinin təsviri olan ikona peyda olub. Axar.az xəbər verir ki, bu barədə gürcü tarixçisi və siyasətçisi Georgi Kandelaki öz Feysbuk səhifəsində məlumat yayıb. Tarixçi bununla bağlı görüntülər də paylaşıb. Həmin kadrlarda Stalinin də şəkli olan ikona görünür. Kandelaki Stalini Gürcüstanın müstəqilliyinin məhv edilməsinin təşəbbüskarı adlandırıb və onu ruhaniləri təqib etməkdə ittiham edib. O, ikonanın meydana çıxmasını “Rusiya informasiya müharibəsi maşınının uğuru” kimi izah edib. |
2024-01-07 | 820,571 | Azərbaycan pasportu ilə neçə ölkəyə vizasız getmək olar? | Kanadanın "Arton Capital" konsaltinq şirkəti 2023-cü il üçün dünya pasportlarının (Qlobal Pasport Rank) reytinqini açıqlayıb. Axar.az xəbər verir ki, Azərbaycan pasportu dünya reytinqində 61-ci yerdə qərarlaşıb. Ermənistan və Lesoto da Azərbaycanla eyni yeri bölüşür. Bu reytinqin göstəricisi müxtəlif ölkələrə vizasız səyahət etmək imkanıdır. Bu reytinqə əsasən, 37 ölkə Azərbaycan Respublikasının pasport sahibləri üçün vizasızdır, 46 ölkədə viza gəldikdən sonra əldə edilə bilər, 155 ölkədə isə viza öncədən tələb olunur. Ermənistan vətəndaşları üçün də analoji vəziyyətdir. Lesotoya gəlincə isə 49 ölkə bu ölkənin pasport sahibləri üçün vizasızdır, 34 ölkəyə gəliş zamanı viza verilir, 115 ölkə isə öncədən viza tələb edir. Hər üç ölkənin mobillik balı 83 olub. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) qlobal reytinqdə 180 mobillik balı ilə birinci yeri tutub. Bu ölkənin vətəndaşları 132 ölkəyə vizasız gedə bilirlər, 48 ölkəyə gələrkən viza ala bilirlər və yalnız 18 ölkədə Əmirlik vətəndaşları üçün viza tələb olunur. Sonuncu, 96-cı yerdə Suriya pasportu yer alıb. Suriya pasportuna sahib şəxslərin dünyanın yalnız 9 ölkəsinə vizasız səyahət etmək imkanı var. |
2024-01-07 | 820,573 | Suriyada aeroport yaxınlığında güclü partlayış baş verdi | Suriyanın Dəra vilayətində yerləşən Korniş hava limanı yaxınlığında partlayış baş verib. Axar.az xəbər verir ki, bu barədə Suriya polisi məlumat yayıb. Partlayıcı qurğunun işə düşməsi nəticəsində bir neçə nəfər yaralanıb. İnsidentlə bağlı ətraflı məlumat verilmir. |
2024-01-07 | 820,574 | Bakıda adambaşına 8 m2 yaşıllıq olacaq | Bakıda təbii və açıq yaşıllıq ərazilərin əlavə olaraq 9 370 ha artırılması tələb olunur. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, bir qayda olaraq, layihə ərazisinin 10%-i açıq təbii və yaşıllıq ərazilər kimi nəzərdə tutulmalıdır. Yaşayış zonaları daxilindəki ictimai parklar və meşə-parklardan başqa, bu kateqoriyaya açıq sahil zonaları və ekoloji əhəmiyyətə malik təbii landşaft əraziləri də daxildir. Hal-hazırda ictimai parklar (oyun meydançaları, idman, istirahət sahələri), meşə-parklar və yenidən əkilmiş ağaclıq əraziləri, qəbiristanlıqlar, turizm sahələri (ictimai çimərliklər) və mühafizə olunan təbiət əraziləri daxil olmaqla təbii və açıq yaşıllıq ərazilər təqribən 11 830 ha ərazini əhatə edir və bu ümumi layihə ərazisinin 5,56%-ni təşkil edir. Baş plan çərçivəsində təbii və açıq yaşıllıq ərazilərin əlavə olaraq 9 370 ha artırılması tələb olunur. |
2024-01-07 | 820,577 | Aygün Bəylərlə vida mərasiminin keçiriləcəyi yer açıqlandı | Mərhum əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi sabah saat 11:00-da Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Report-a sənətçinin yaxınları bildirib. Vida mərasimindən sonra mərhum saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist ötən gecə Türkiyədə xəstəxanada vəfat edib. |
2024-01-07 | 820,578 | 2040-cı ilə qədər Bakı əhalisinin sayı... | Bakıda 2040-cı ilədək əhalinin sayının 3,17 mln. nəfər olacağı proqnozlaşdırılır. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Baş plana əsasən, 2020-2040-cı illər arasında Bakı əhalisinin sayı 542,7 min nəfər artacaq. |
2024-01-07 | 820,579 | Bakıda məzarlıqlar üçün tələb olunan sahə açıqlandı | 2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 130 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb olunacaq. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, qəbiristanlıqlar üçün ayrılmalı ərazi sahəsi ilə bağlı qiymətləndirmələr beynəlxalq normalar üzrə adambaşına qəbul edilən sahəyə əsaslanır. Bu standartların qiymətləndirilməsi yerli normalarla beynəlxalq normalar arasında fərqin çox kiçik olduğunu göstərir. Qəbiristanlıqlar üçün sahə, bir qayda olaraq, adambaşına 2,4 m2 qəbul edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nda qeyd edilən normalarla uyğunluq təşkil edir. Baş Plan çərçivəsində əhalinin hər 1000 nəfərinə 0,24 ha qəbiristanlıq sahəsi qəbul edilib. Hazırda Bakı şəhərinin inzibati hüdudları daxilində qəbiristanlıqlar təqribən 800 ha ərazini əhatə edir. Bundan təqribən 702 ha aktiv qəbiristanlıq və ya xiyabanlar kimi istifadə olunur. Yerdə qalan təqribən 98 ha qəbiristanlıq ərazi aktiv istifadə olunmur və ehtiyat kimi nəzərdə tutulur. 2040-cı ilədək gözlənilən əhali artımını nəzərə alaraq, qəbiristanlıq ərazilərin təqribən 130 ha genişləndirilməsi və şəhər üzrə qəbiristanlıqların ümumi sahəsinin təqribən 832 hektara çatdırılması tələb olunacaq. Mövcud qəbiristanlıqlarda fəal istifadə olunmayan ərazilərin olduğunu nəzərə alaraq, növbəti iyirmi ilin tələbatını qarşılamaq üçün hazırki qəbiristanlıqların sahəsinin təqribən 32 ha genişləndirilməsi tələb olunacaq. Bununla yanaşı, uzunmüddətli perspektivdə qəbiristanlıqlar üçün kifayət qədər sahənin nəzərdə tutulmasını təmin etmək üçün Bakı şəhərinin Baş Planı çərçivəsində qəbiristanlıqların genişləndirilməsi üçün müvafiq sahələr müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən qəbiristanlıqların torpaq sahələri ən azı 300 m-lik sanitariya-mühafizə zonası nəzərdə tutulmaq şərtilə ayrılır. Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra sanitariya-mühafizə zonasının eni Səhiyyə Nazirliyinin rəyi əsasında 100 m-dək azaldıla bilər. |
2024-01-07 | 820,582 | Qüds yaxınlığında hücum cəhdinin qarşısını alındı | İsrailin təhlükəsizlik qüvvələri Qüds yolunda avtomobillə hücum cəhdinin qarşısını alıb. Hadisə nəticəsində bir fələstinli uşaq güllə yarasından ölüb. Axar.az xəbər verir ki, bu barədə “Kan” dövlət televiziya və radio şirkəti məlumat yayıb. Məlumata əsasən, insident İordan çayının qərb sahilində, Qüds yaxınlığında yerləşən yəhudi Givat Zeev qəsəbəsindəki keçid məntəqəsində baş verib. Avtomobilin toqquşması nəticəsində iki nəfər yüngül bədən xəsarətləri alıb. Polis hadisəni terror aktı kimi qiymətləndirib, sürücü sərhədçilər tərəfindən zərərsizləşdirilib. Hadisə nəticəsində üç yaşlı fələstinli qız yaralanıb və onun ölüm xəbəri hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən təsdiqlənib. |
2024-01-07 | 820,584 | Blinken israilli nazirlərə qarşı çıxdı: Onlar geri qayıtmalıdır | Biz bəzi israilli nazirlərin və qanunvericilərin fələstinlilərin Qəzzadan kənara köçürülməsinə çağıran bəyanatlarını rədd edirik. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əs-Sani ilə birgə mətbuat konfransında deyib. O qeyd edib ki, fələstinlilər şərait imkan verən kimi evlərinə qayıtmalıdırlar. |
2024-01-07 | 820,586 | Blinken Pentaqon rəhbərinin səhhətindən xəbərsizdir | Lloyd Ostinin xəstəxanaya yerləşdirilməsindən xəbərsizəm. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Qətər səfərində deyib. “Mən onun səhhətindəki problemlərdən xəbərsiz idim", - Blinken bildirib. Blinken də Ostini görkəmli lider adlandırıb və onun sağalmasını səbirsizliklə gözlədiyini söyləyib. Qeyd edək ki, ötən gün ABŞ-ın müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib. |
2024-01-07 | 820,588 | Maska qarşı narkotik ittihamı irəli sürüldü | “Tesla” elektrik avtomobilləri şirkətinin keçmiş direktoru Linda Conson Rays şirkətin milyarder sahibi İlon Maskın narkotik istifadəsi və qeyri-sabit davranışından o qədər narahat idi ki, o, şirkətin direktorlar şurasına yenidən seçilmək üçün namizəd olmamaq qərarına gəldi. Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” yazıb. İddia edilib ki, Rays Maskın narkotik istifadəsi ilə bağlı narahatlıqlarını dəfələrlə “Tesla” idarə heyəti üzvləri ilə bölüşüb. Qəzet yazıb ki, Raysın “narahatlığına” heç kim məhəl qoymayıb. Milyarderin vəkili isə bildirib ki, Mask mütəmadi olaraq narkotik testindən keçir və heç vaxt testdən imtina etməyib. |
2024-01-07 | 820,590 | Bakının mərkəzindəki bu müəssisələr köçürüləcək | Ətraf mühit baxımından zərərli olan mövcud neft-kimya məhsullarının istehsalı müəssisələrinin (təqribən 510 ha) Bakının mərkəzindən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd olunub ki, Səngəçal və Ələt ağır sənaye sahələrinin yerləşdirilməsi üçün əlverişlidir. Belə ki: - burada neft və neft-kimya məhsulları terminalı kimi müəssisələr fəaliyyət göstərir; - burada neft-kimya və neft məhsulları (dövlət ehtiyatları daxil olmaqla), mayeləşdirilmiş qaz, həmçinin partlayıcı maddələr və zəhərli məhsullar üçün anbarlar mövcuddur; - ərazidə yüksək səs-küy olan maşınqayırma və metallurgiya müəssisələri fəaliyyət göstərir; - ərazidə tikinti materiallarının (məsələn, sement zavodları) istehsalı müəssisələri fəaliyyət göstərir. |
2024-01-07 | 820,593 | Səudiyyə Ərəbistanı neftin qiymətini aşağı salacaq | Səudiyyə Ərəbistanı bütün bölgələrdə, o cümlədən Asiya bazarında alıcılar üçün neftin qiymətlərini aşağı salacaq. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" agentliyi məlumat dərc edib. Məlumata görə, “Saudi Aramco” “Arab Light” markalı yanacağın maya dəyərini bir barrel üçün 1,5-2 dollar ucuzlaşdıracaq. Neft nəhəngi həmçinin Şimal-Qərbi Avropa, Aralıq dənizi və Şimali Amerikaya fevral ayı tədarüklərinə endirim edib. "Neft istehlakı adətən fevral və mart aylarında azalır. Neft emalı zavodları bu müddətdən bəzi zavodları təmirə bağlamaq üçün istifadə edir", - hesabatda deyilib. |
2024-01-07 | 820,596 | Abşeron yarımadasının su qıtlığı riski daha da artacaq | İqlim dəyişikliyinin qlobal təsirləri fonunda Azərbaycanın da təsirə məruz qalacağı qaçılmazdır. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Bildirilib ki, proqnozlara görə 2040-cı ilə qədər illik istiliyin 1.5 dərəcə, 2100-cü ilədək isə 4 dərəcə yüksələcəyi gözlənilir: “2040-cı ilə qədər illik yağıntı miqdarının 5%-ə qədər, 2100-cu ilə qədər isə 10%-ə qədər azalacağı proqnozlaşdırılır. Abşeron yarımadasını içməli və suvarma suyu ilə təmin edən Azərbaycanın dağlıq bölgəsində yağıntı miqdarının daha ciddi dərəcədə azalması gözlənilir (20%-ə qədər azalma) ki, bu da gələcək su qıtlığı riskini daha da artırır”. |
2024-01-07 | 820,600 | Rusiya 7 ballistik raket sınağı keçirəcək | Rusiya cari ildə qitələrarası ballistik raketlərin 7 buraxılışını həyata keçirməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, son 5 il ərzində Rusiya qitələrarası ballistik raketlərin ümumilikdə 20 sınaq buraxılışını həyata keçirib. |
2024-01-08 | 820,601 | Ordumuzun “Zoda girməsi” feykinin məqsədi | Ermənistanın xüsusilə müxalif mediasında Azərbaycan ordusunun Zod (Söyüdlü) kəndinə və mədəninə daxil olduğu haqda tirajlanan iddia ilk baxışdan Paşinyan hakimiyyətinə qarşı ittiham kimi görünür. Və belə bir iddianı gündəmə gətirməklə “Paşinyan Bakı ilə sülh danışıqları aparır, amma Azərbaycan Ordusu irəliləyir” tezisini təbliğ etməyə çalışırlar. Lakin burada bir məqam şübhələr də yaradır: Ermənistan Xarici İşlər Nazirliyi dünən sərhəddə qoşunların “güzgü prinsipi” əsasında çıxarılması haqda təkliflərinin qüvvədə olduğunu bəyan etdi. İrəvan Azərbaycan Ordusunun sərhəd boyu ərazilərdə mövqeləndiyi strateji yüksəkliklərdən geri çəkilməsinə nail olmağa hesablanmış bu təklifini daim səsləndirir, lakin dünən, yaxud ondan öncəki günlər bu haqda danışmağa zəmin yaradan hansısa hadisənin baş verməməsi xüsusilə diqqət çəkir. İrəvan “güzgü prinsipi”nin vacibliyini göstərmək üçün sərhəddə gərginliyin olmasında maraqlıdır. Bu baxımdan, Ermənistan XİN-in dünənki bəyanatından sonra “Azərbaycan Ordusunun Zoda daxil olması” iddiasının tirajlanması diqqəti rəsmi İrəvanın üzərinə yönəldir. İstisna deyil ki, “güzgü prinsipi”ni yenidən gündəmə gətirən Ermənistan hakimiyyəti belə bir iddia ilə sərhəddə gərginliyin davam etdiyini və yeganə çıxış yolunun qoşunların geri çəkilməsi olduğunu göstərmək istəyir. İddianın müxalif mediada tirajlanması iz azdırmaq məqsədi daşıya bilər. |
2024-01-07 | 820,602 | Bakıda metrostansiyaların sayı 46-a çatdırılacaq | Bakıda metrostansiyaların sayının 25-dən 46-ya çatdırılması nəzərdə tutulur. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, metro nəqliyyatı sistemi Bakı şəhərinin ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək və aqlomerasiyanın ən sıx məskunlaşmış əraziləri ilə mərkəz ərazilər arasında əsas ictimai nəqliyyat əlaqəsini təmin edəcək. “28 May” stansiyası metro şəbəkəsinin mühüm əhəmiyyətə malik mərkəzi qovşağı olaraq qalacaq. 2027-ci ilədək “28 May”-“Cəfər Cabbarlı” keçid stansiyasında yaşıl və qırmızı xətlərinin bir-birindən ayrılması və yeni dəstəkləyici infrastrukturun yaradılması planlaşdırılır. 2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırki 36,6 km-dən 73.4 km-ə, stansiyaların sayının isə 25-dən 46-a çatdırılması nəzərdə tutulur. |
2024-01-07 | 820,604 | Penitensiar Xidmətin keçmiş əməkdaşı metroda qəfil öldü | Bakı metrosunda ölüm hadisəsi baş verib. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl axşam saatlarında metronun "İnşaatçılar" stansiyasında qeydə alınıb. Belə ki, sərnişin 1957-ci il təvəllüdlü Həqiqət Rabil oğlu Quliyevin stansiyada olarkən qəfildən halı pisləşib. Təcili yardım gələnə qədər onun artıq dünyasını dəyişdiyi məlum olub. "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiq edib. Qeyd edək ki, H.Quliyev uzun illər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsində ("Xələc türməsi") zabit kimi işləyib. O, təqaüdə çıxdıqdan sonra isə bir müddət Salyan şəhərindəki "Kür" otelinin direktoru vəzifəsində çalışıb. |
2024-01-08 | 820,605 | Bakı bulvarı Zığa qədər genişləndiriləcək | Bakı bulvarının cənub istiqamətində uzadılması uzunluğu təqribən 5,7 km olan 10,7 ha əlavə ictimai yaşıllığın təmin edilməsinə imkan verəcək. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Bakı bulvarının “Ağ şəhər”dən Zığa doğru uzadılması uzunluğu təqribən 8 km, sahəsi isə 247,8 ha olan əlavə bulvar sahəsinin yaradılmasına imkan verəcək. Bu ərazilər aktiv ictimai yaşıllıqlara çevrilə bilər. Təklif olunan genişləndirmə layihələri həyata keçirildikdən sonra (ümumilikdə təxminən 258,5 ha ərazidə), yüksək keyfiyyətli ictimai yaşıllıqları olan Bakı bulvarının ümumi uzunluğu 2040-cı il və ondan sonrakı illərdə 25 km-dən çox olacaq. Bu yanaşmanı tətbiq etməklə, Baş Plan çərçivəsində yaşıllıqların (parklar, meydançalar və Hibrid Yaşıl Dəhlizlər) sahəsi hazırki 920 hektardan 2040-cı ilə qədər 2757,3 hektara çatacaq. Bunun sayəsində adambaşına düşən ümumi istifadədə olan yaşıllığın sahəsi 8,7 m2 qədər artacaq. |
2024-01-08 | 820,606 | "Togg"un yeni modeli belə olacaq - Video | "Togg" avtomobilinin yeni modelinin tanıtım videosu paylaşılıb. Axar.az xəbər verir ki, görüntülər "Togg"un X hesabında yayılıb. Yeni modelin sedan olacağı bildirilib. |
2024-01-08 | 820,607 | Bakıda bu ərazilərdə yeni məhəllələr olacaq | Keçmiş dəmir yolu dəhlizləri, sənaye əraziləri və hərbi rejimli ərazilər yeni məhəllələrin inkişafı üçün istifadə ediləcək. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Bildirilib ki, daha əvvəl hər hansı bir təyinatla inkişaf etmiş və hazırda istifadə olunmayan ərazilərin yeni məhəllələrin inkişafı üçün istifadəsi təklif olunur. Buraya keçmiş dəmir yolu dəhlizləri, sənaye əraziləri və hərbi rejimli ərazilər, eləcə coğrafi mövqeyinin əlverişli olmaması ilə əlaqədar artıq istifadə olunmayan digər ərazilər daxildir. Yalnız bir neçə halda, yeni şəhər məhəllələrinin inkişafı üçün yaşıllıq ərazilərdən istifadəyə yol verilir. Buna misal olaraq Ələt qəsəbəsinin cənubundakı yeni şəhər məhəlləsini və ya Mərdəkanın qərbində yeni Qala məhəlləsini göstərmək olar. Vurğulanıb ki, mövcud kənd təsərrüfatı torpaqlarında yeni inkişafa, ümumiyyətlə, yol verilməməlidir. Qeyd olunub ki, Bakının mənzil tələbatını ödəmək üçün Baş Plan hazırlanan dövrdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) arasında aparılmış əməkdaşlıq görüşlərində mənzil tikintisi üçün əlverişli 125 hektar torpaq sahəsi müəyyən edilib. Aşağı və orta gəlirli gənc ailələrin mənzil tələbatını ödəmək üçün bu ərazilərdə müasir yaşayış mühitinin yaradılması təklif olunur. Davamlı və hərtərəfli imkanların olduğu şəhər məhəllələrinin yaradılması üçün Hövsanda və Bakının Yasamal rayonunda MİDA tərəfindən münasib qiymətə mənzillərin tikintisi məqsədilə 46 hektar ərazidə iki mənzil layihəsi həyata keçirilir. Bundan əlavə, Şəhər Göllərinin Bərpası Proqramı ilə paralel olaraq, həyata keçiriləcək Zığ gölünün (yaşayış və çoxfunksiyalı ərazi üçün uyğun təqribən 29 hektar torpaq sahəsi) və Böyükşor gölü (yaşayış ərazisi üçün uyğun təqribən 50 hektar torpaq sahəsi) ərazisində yaşayış üçün əlverişli iki yeni ərazi təklif edilir. Yeni inkişaf ərazilərində ümumilikdə 620 min insanın yaşayış yeri ilə təmin edilməsi mümkün olacaq və nəticədə şəhər əhalisinin 3,25 milyon nəfərə qədər artmasına imkan yaranacaq. Bu ümumi çərçivəyə və gələcək əhalinin ərazi üzrə məskunlaşmasına əsaslanaraq, Bakı şəhərinin Baş Planı çərçivəsində sosial təyinatlı müəssisələrə tələbat xidmət radiusları nəzərə almaqla qiymətləndirilib. Bu göstərici, əhali proqnozu ilə müəyyən edilmiş 3,169 milyon nəfərdən bir qədər yüksəkdir ki, bu da əlavə ehtiyat imkanlarına şərait yaradır. |
2024-01-08 | 820,608 | Bakıda universitet şəhərciyi yaradılacaq | Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd olunub ki, Universitet şəhərciyi Hibrid Yaşıl Dəhlizlər şəbəkəsinə bütünlüklə inteqrə ediləcək ki, bu da əraziyə aşağı sürətli nəqliyyat vasitələri ilə gediş-gəliş imkanı yaradacaq. “Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək. Universitet şəhərciyi yaxınlıqda cəlbedici ticarət və qarışıq istifadə xidmətləri təklif edən yeni İNYŞ sistemlərinin (dəmir yolu, metro və avtobus xidmətləri) üstünlüklərindən faydalanacaq. Mərkəz daxilində həmçinin əraziyə əlavə inzibati xidmətlər göstərən özəl və dövlət qurumları yerləşəcək. Nəticədə, tədqiqat klasteri və İNYŞ sistemi birləşərək universitet şəhərciyini Bakının yeni Bilik Biznes Mərkəzinə çevirəcək”. |
2024-01-08 | 820,609 | Gənc əsgərlərə hərbi maşın verilməsi... - MN | Döyüş hazırlığı proqramında bütün ixtisas və vəzifələr üzrə dərslər keçirilir. Hərbi vəzifəsi sürücü olan əsgərlər də həmin proqram əsasında keçirilən dərslər və məşğələlərdə iştirak edir. Bu sözləri Axar.az-a açıqlamasında Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Anar Eyvazov gənc əsgərlərin sürücü kimi qeyri-peşəkar olması və buna görə də xüsusilə çətin relyef şəraitində tez-tez qəzalar baş verməsi haqda sosial şəbəkələrdə səsləndirilən iddialara cavab olaraq deyib. A.Eyvazov bildirib ki, gənc əsgərlərə avtomobil və ya hərbi texnika verilmir: "Ümumiyyətlə avtomobil və ya hərbi texnika yalnız müvafiq döyüş hazırılığı üzrə məşğələlər keçirildikdən sonra əsgərlərə təhkim edilir". A.Eyvazovun sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən müxtəlif ixtisaslar, həmçinin sürücü ixtisası üzrə də mütəmadi kurslar təşkil olunur: "Sürücü ixtisası üzrə "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət edən vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi həkim komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər qəbul imtahanlarına buraxılır". A.Eyvazov qeyd edib ki, fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə verən namizədlər kursa qəbul edilir: "Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar hərbi hissələrdə müvafiq vəzifələrə təyin olunur". |
2024-01-08 | 820,611 | "Liverpul" "Arsenal"ı kubokdan kənarlaşdırdı | İngiltərə kubokunun 1/32 final mərhələsində "Arsenal" və "Liverpul" qarşılaşıb. Axar.az xəbər verir ki, matç "Liverpul"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Liverpul" İngiltərə kubokunun 1/16 finalına yüksəlib, "Arsenal" isə turnirdə mübarizəni dayandırıb. Qeyd edək ki, İngiltərə Premyer Liqasında "Liverpul" 45 xalla 1-ci, "Arsenal" 40 xalla 4-cüdür. |
2024-01-08 | 820,614 | İsrailin başqa ölkədə HƏMAS liderini öldürməsi... | İsrailin suveren bir dövlətdə bunu etməsini pisləyirəm. Əslində, İsrail Baş naziri Benyamin Netanyahunun ifrat sağçı hökumətinin zərbələr endirmək üçün qonşu ölkələrə sızmasını qəbul etmirəm. Axar.az xəbər verir ki, bunu fransalı siyasətçi Matilde Panot HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Arurinin Livanda öldürülməsinə münasibət bildirərkən deyib. O, bu cür hərəkətlərin beynəlxalq hüquqa uyğun olmadığını, Livanın suveren dövlət olduğunu vurğulayıb: “Baxın, məsələn, belçikalı hərbi cinayətkar və ya terror aktı törətdiyi iddia edilən biri Parisdə gizlənsəydi və Belçika bu şəxsi Parisdə öldürmək üçün pilotsuz təyyarələr göndərsəydi, mən sevinməzdim". Qeyd edək ki, HƏMAS-ın Beyrutdakı ofisinə pilotsuz təyyarənin hücumu nəticəsində HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Aruri də daxil olmaqla, 7 nəfər həlak olub. |
2024-01-08 | 820,616 | Paytaxtda bu məqsədlə anbarlar tikiləcək | Bakıda yağış sularının saxlanması üçün yeraltı anbarlar tikiləcək. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd olunub ki, Bakının şəhər ərazisi üçün aşağıdakı qısamüddətli tədbirlərin görülməsi təklif olunur: • Mərkəzi park üçün susaxlayıcı sistemin qurulması. İntensiv yağıntılar zamanı yağış sularının saxlanması və daha sonra suvarmada istifadə edilməsi üçün yeraltı anbarın inşası və güclü yağıntılar zamanı suyun park ərazisində saxlanılması; • Qış Parkı. Yeraltı dayanacaqda yeraltı anbarın inşası; • Atatürk Parkı. Güclü yağış hadisələri üçün parkda sututucu qurğuların quraşdırılması; • Xətai prospekti. Suburaxma gücünün artırılması üçün su novlarının quraşdırılması; • Neftçilər prospekti. Neftçilər prospektinin alçaq sahələrində, bulvarda drenajların qurulması, Xəzər dənizinə axıtma məntəqələrinin inşası; • Kommersiya rayonu. Tamamilə ayrı yağış kanalizasiya sisteminin qurulması və bu sistemə kanalizasiya xətlərinin birləşdirilməsinin qarşısının alınması. |
2024-01-08 | 820,617 | Xarkovda bir neçə partlayış oldu | Ukraynanın Xarkov şəhərində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov məlumat yayıb. “Şəhərdə artıq bir neçə partlayış olub”, - o bildirib. İ.Terexov partlayışlar barədə ətraflı məlumat verməyib. |
2024-01-08 | 820,618 | Bakıda tıxaclar belə aradan qaldırılacaq | Bakıda tıxacların aradan qaldırılması üçün görüləcək işlər açıqlanıb. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd olunub ki, hazırda paytaxtın küçə-yol şəbəkəsi əsasən radial-həlqəvi nəqliyyat marşrutları üzrə təşkil edilib və bu marşrutlar şəhərətrafı ərazilərlə şəhər mərkəzinin birbaşa nəqliyyat əlaqələndirilməsinin təmin edilməsinə xidmət edir. Belə ki, həmin nəqliyyat marşrutlarının şəhər mərkəzindən kənar keçməklə davam etdirilərək tangensial marşrutlara çevirməsi ilə məntiqi tamamlandırılması layihələndirilib. Paytaxtın yol-nəqliyyat problemlərinin həlli və inkişafı məqsədilə küçə-yol şəbəkəsinin 114 sıxlığının optimallaşdırılması üçün mühüm tədbirlər nəzərdə tutulub. Hazırda Bakı şəhəri üzrə küçə-yol şəbəkəsinin sıxlığı magistral yollara nisbətdə 0,35 km/km2, ümumi küçə-yol şəbəkəsinə nisbətdə isə 1,02 km/km2 təşkil edir. Hədəflər • Şəhərin mərkəzi ərazilərində fərdi nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azaldılması. • Nəqliyyat axınlarının nizamlanması. • Hərəkət sıxlığının şəhərin kənarına - periferiyalara ötürülməsi. • İntensiv nəqliyyat tıxaclarının olduğu ərazilərin aradan qaldırılması. • Təyinat məntəqəsi şəhər mərkəzinə olan yanaşma yollarının şaxələndirilməsi. Gələcək inkişaf – 2027-ci il Şəhərin periferiyasından keçən dairəvi magistral yolların tamamlanması: • şəhərdənkənar nəqliyyat axınlarının şəhərə daxil olmaması üçün yeni həlqəvi marşrutların planlaşdırılması, xarici həlqəvi nəqliyyat yollarının tamamlanması və onların işləkliyinin təmin edilməsi. Aeroport yolunun respublika əhəmiyyətli yollara (M-1 “Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi” avtomobil yolu) birbaşa əlaqələndirilməsi: • şimaldakı şəhər mərkəzli (Sumqayıt) və hava limanı (Heydər Əliyev Beynəlxalq Hava Limanı) arasında birbaşa qarşılıqlı əlaqənin qurulması; • hava limanından yükdaşımalar üçün başqa (alternativ) yoldan istifadə/Bakının şimalındakı əsas magistral yollarının yükünün azaldılması. Dairəvi yolların tamamlanması/yenidən qurulması: • şəhərin magistral yollarında tranzit məqsədli hərəkətinin periferiyalara çıxarılması; • şəhərin nəqliyyat yükünün azaldılması üçün dairəvi yolların tam işləkliyinin təmin edilməsi. Əsas giriş marşrutları boyu yerli sistemlərin yenilənməsi: • spesifik nəqliyyat axınlarının qruplaşdırılması (siniflərə bölünməsi); • əsas qovşaqlarda buraxıcılıq qabiliyyətinin artırılması; • nəqliyyat hərəkətinin sadələşdirilməsi/gözlənilən nəqliyyat axını həcminə hazırlıq (yeni inkişaf fəaliyyətləri ilə əlaqədar) tədbirlərinin görülməsi. Bakının mərkəzinin şərq hissəsində müasir yol sisteminin yaradılması: • “Ağ şəhər”in daha geniş ərazisi üçün yol əlaqəsinin əsasının yaradılması; • dairəvi yolların tamamlanması, onların fəaliyyətliliyinin və tamlığının təmin edilməsi; • şərqdəki yarımdairəvi yolun işləkliyinin təkmilləşdirilməsi. Alternativ nəqliyyat marşrutlarının yaradılması: • əsas nəqliyyat istiqamətləri üzrə hərəkət yükünün azaldılması; • şəhər mərkəzinin müxtəlif ərazilərinə giriş/çıxış edən nəqliyyat axınlarının bir-birindən ayrılması. 115 Nəqliyyat hərəkətinin gərgin nöqtələrində yerli sistemlərin təkmilləşdirilməsi: • “dar boğaz” effektinin və konflikt nöqtələrinin aradan qaldırılması; • alternativ nəqliyyat marşrutlarının yaradılması; • küçə-yol şəbəkəsinin daha da təkmilləşdirilməsi üçün əsasın qurulması. Əlavə yeni yolların və yol hissələrinin inşası: • strateji əhəmiyyət daşıyan yol əlaqələrinin yaradılması; • magistral yol şəbəkəsinin genişləndirilməsi; • əlavə diaqonal və dairəvi yol əlaqələrinin qurulması. Gələcək inkişaf – 2040-cı il Dairəvi nəqliyyat marşrutlarının tamamlanması/yenidən qurulması: • radial yolların əlaqələndirilməməsi nəticəsində yaranan nəqliyyat sıxlığının azaldılması üçün dairəvi yol sisteminin tam işləkliyinin təmin edilməsi; • müxtəlif istiqamətlərdə nəqliyyat yerdəyişmələri üçün alternativ seçimlərin təmin edilməsi. Bakının mərkəzinin şərq hissəsində və şimal-şərq hissəsində müasir yol sisteminin yaradılması: • inkişaf etməkdə olan yeni şəhər ərazilərinin yol əlaqələndirməsinin təmin edilməsi; • dairəvi yolların tamamlanması və onların fəaliyyətliliyinin və tamlığının təmin edilməsi. Diaqonal, tangensial və dairəvi yol sisteminin yenilənməsi/birbaşa əlaqələndirmə yolların salınması: • dairəvi yollar arasında yeni marşrutların salınması; • dairəvi yol sisteminin işləkliyinin optimallaşdırılması. Alternativ nəqliyyat marşrutlarının əlavə edilməsi: • əsas nəqliyyat istiqamətləri üzrə hərəkət yükünün azaldılması; • şəhər mərkəzinin müxtəlif ərazilərinə yerdəyişmə edən nəqliyyat axınlarının bir-birindən ayrılması. Əlavə yeni yolların və yol hissələrinin inşası: • strateji əhəmiyyət daşıyan yeni yol əlaqələrinin yaradılması; • magistral yol şəbəkəsinin genişləndirilməsi; • əlavə diaqonal, tangensial və dairəvi yol əlaqələrinin qurulması; • Abşeron yarımadasının sahilləri boyu kəsintisiz magistral yol əlaqəsinin təmin edilməsi üçün çatışmayan yol hissələrinin inşası. Gələcək inkişaf - 2027-ci il • Şəhərin mərkəzi ərazilərində avtomobil yollarında sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 50 km/saat müəyyən edilməsi. • Piyada zonasının genişləndirilməsi. • İçərişəhərə bitişik ərazilərdə və piyada zonasında piyada hərəkətliliyi üçün imkanlarının genişləndirilməsi: - avtomobil nəqliyyatından azad sakit küçənin yaradılması ilə piyada zonasının İçərişəhər ərazisi ilə birləşdirilməsi; - İçərişəhərə yaxın ərazilərin (şərq) avtomobil nəqliyyatından azad sakit ərazilərə çevrilməsi; - yaxınlıqdakı yolların avtomobil nəqliyyatından azad sakit küçələr kimi inkişaf etdirilməsi ilə "Dağüstü park" (funikulyor ətrafı ərazi daxil olmaqla) ərazisinin İçərişəhər ilə əlaqələndirilməsi; - İçərişəhərə bitişik ərazilərdən Nəriman Nərimanov prospektinə qədər yollarda sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 30 km/saat müəyyən edilməsi. • Magistral küçələrdə sistem təkmilləşdirmələrinin nəzərdə tutulması. Gələcək inkişaf – 2040-cı il • Bakının Mərkəzi Planlaşdırma Rayonunun digər hissələrində piyadalar üçün imkanlarının genişləndirilməsi: - şimaldakı dar küçələrin avtomobil nəqliyyatından azad sakit ərazilərə çevrilməsi; - magistral küçələr kimi təsnif olunmayan, giriş-çıxış üçün üstünlük verilən və ya avtomobil nəqliyyatından azad sakit ərazilər ətrafında sərhədləyici rol oynayan və ya magistral küçələr arasında ayrıcı rolu oynayan küçələrdə sürət həddinin normallaşdırılması, ayrıca əsaslandırmalarla sürət həddinin 30 km/saat müəyyən edilməsi; - magistral küçələrin digər hissələrində sistem təkmilləşdirmələrinin nəzərdə tutulması. • Mövcud yerüstü və yeraltı piyada keçidlərində yenidənqurma işlərinin aparılması ilə müyəssərliyin təmin edilməsi (eskalatorların quraşdırılması və s.). |
2024-01-08 | 820,619 | Mişel: Orban AB Şurasının sədri olmayacaq | Macarıstan Baş naziri Viktor Orban Avropa Şurasının hazırkı prezidenti Şarl Mişel istefa verəcəyi təqdirdə quruma rəhbərlik edə bilməyəcək. Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə AB Şurasının Prezidenti Şarl Mişel özü danışıb. “Açıq bildirmək istəyirəm ki, istənilən halda mənim varisimlə bağlı qərar iyunda verilməlidir və Avropa Parlamentinə keçidimlə bağlı qərar iyulda veriləcək. AB-nin başqa varis seçmək üçün kifayət qədər vaxtı var", - Mişel vurğulayıb. O qeyd edib ki, Avropa Şurasının bu strukturun prezidenti kimi Viktor Orbandan qaçmaq üçün çox yolları var. Xatırladaq ki, Şarl Mişelin vaxtından əvvəl istefa verərək Avropa Parlamenti sədrliyinə namizəd olacağını açıqlaması AB Şurası rəhbəri vəzifəsini Viktor Orbanın ilin sonuna qədər tuta biləcəyi ehtimalını gündəmə gətirib. |
2024-01-08 | 820,621 | İran ABŞ və İsraildən bu cür qisas alacaq | İran hakimiyəti və dini dairələri 4 il əvvəl də general Qasım Süleymani öldürüləndə intiqam vədi vermişdi. Amma bu illər ərzində heç nə edə bilmədilər. Sadəcə ABŞ-ın İraqdakı boş hərbi bazasına raket zərbələri endirdilər. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu İranın “qırmızı bayraq” qaldırması ilə bağlı danışarkən deyib. “Bu günlərdə də ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu sirrin üstünü açdı ki, o zaman İrandan müəyyən mesajlar alıblar. Mesajda bildirilib ki, “intiqam olaraq” sizin boş hərbi bazalarınızı vuracağıq. Bunun üstündən 4 il keçib, yenə də bomba partlayışı, itkilər və yenə də İran intiqam vədi edir. Düzdür, partlayışı İŞİD öz boynuna götürüb, amma ABŞ və İsrailin adı İranda sürəkli çəkilir. İranın ABŞ-a və İsrailə qarşı birbaşa hansısa əməliyyat keçirməsi istisna olunur. Ehtimal ki, İran özünün təsir dairəsindəki silahlı və terrorçu qruplar vasitəsilə ABŞ və İsrailin maraqlarına zərbə vurmağa çalışacaq. Amma bu gizli qalmayacaq, hamı biləcək ki, bunun arxasında İran dayanır”, - Elxan Şahinoğlu qeyd edib. Politoloq bildirib ki, Kirmandakı çoxsaylı insan tələfatına və yaralanmasına səbəb olan terror aktı ilə İrana bir mesaj da göndərilə bilər: “Bu partlayış vasitəsi ilə İrana “Sən başqa ölkələrin daxili işlərinə qarışırsan, müxtəlif qrupları silahlandırırsan. Biz də sənin daxilini qarışdıra bilərik” mesajı verilə bilər. Bu, əlbəttə ki, İranın ABŞ və İsraillə aralarındakı mövcud gərginliyi daha da artıracaq. Tehranın “proksi qruplar”dan istifadəsi isə İsrailin İranın Suriyadakı mövqelərinə zərbələri ilə nəticələnəcək. Hətta mümkündür ki, İranın daxilində hərbi obyektlərə də zərbə endirsin. Biz İranın nüvə alimlərinin qətlini də, İranın dərinliklərində hərbi obyektlərə dron hücumlarını da müşahidə etmişik. Yəni MOSSAD İran daxilində çox aktiv işləyir və İranın dolayısı “qisası” ilə bütün gücünü işə sala bilər”. |
2024-01-08 | 820,622 | Yeni Nəbatat Parkı harada salınacaq? | Xocəsən gölünün yaxınlığında əsas yerli bitki növlərinin yetişdiriləcəyi və köçəri su-bataqlıq quşlarının miqrasiya məskəni olacaq yeni Nəbatat Parkının yaradılması nəzərdə tutulur. Axar.az xəbər verir ki, bu, Bakının 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, Xocəsən gölünün bərpa layihəsi Xocəsən-Lökbatan hibrid yaşıl dəhlizinin inkişafı üçün əlverişli şərait yaradır. Mövcud konsepsiyaya gölün şimal hissəsində aparılan neft hasilatı işlərinin dayandırılması, ərazilərin təmizlənməsi və kanalizasiya sisteminin yenidən qurulması daxildir. Ərazinin nəqliyyat əlaqəsi mövcud dəmir yolu üzərində yerləşən sərnişin dəmir yolu stansiyası vasitəsilə təmin ediləcək. Bildirilib ki, Qu gölü ərazisi köçəri quş populyasıyalarının məskəni siyahısına daxildir. Bu təbii sərvəti fəal şəkildə idarə etməklə, ərazidə turistik əhəmiyyətə malik ornitoloji mərkəz yaradıla bilər. Bu baxımdan, ərazidə tətbiq olunan tipoloji mühafizə parametrləri və sanitar-mühafizə zonası əraziyə xas xüsusiyyətlərin nəzərə alınması ilə yenidən nəzərdən keçirilməlidir: ekoloji funksiyaların yerinə yetirilməsinin təmin edilməsi, o cümlədən təbii sahilyanı ərazilər və su-bataqlıq sahələri yaratmaqla biomüxtəlifliyin çoxaldılması və suyun keyfiyyətinin artırılması; müxtəlif, yüksək standartlara cavab verən və maraqlı sahil ərazilərinin yaradılması. Buna yaşıllıqlardan və kiçik memarlıq formalarından ibarət kompozisiyalarla təchiz edilən sahilyanı ərazilərin yaradılması, ərazinin özünəməxsusluğunu ortaya qoyan nadir layihələndirmə həlllərinin nəzərdə tutulması və müxtəlif passiv və aktiv istirahət məkanlarının yaradılması ilə nail olmaq mümkündür. Böyük şəhər parkı tipinə aid edilən Xocahəsən gölü ətrafındakı parkda mövsümi və ya müvəqqəti tədbirlər, avarçəkmə klubu kimi daimi fəaliyyətlər üçün imkanlar yaradıla bilər. |
2024-01-08 | 820,624 | Konqreslə razılığa gəldik - Bayden | Konqres hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gəlib. Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib. "Konqres liderlərinin əldə etdiyi ikitərəfli maliyyə razılaşması bizi mühüm milli maraqları qorumağa bir addım da yaxınlaşdırır", - Bayden qeyd edib. |
2024-01-08 | 820,625 | Bakı aeroportuna gediş-gəliş tam yenidən qurulacaq | Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sistemi tam yenidən qurulacaq. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd olunub ki, hava limanının dəmir yolu əlaqələndirməsi təmin ediləcək, avtomobil nəqliyyatı üçün parklanma imkanları genişləndiriləcək, 2-ci terminalın ehtiyat imkanlarından istifadə edilərək sərnişinlərə tələbata uyğun xidmət göstəriləcək. Gələcək inkişaf – 2040-cı il Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gediş-gəliş sisteminin yenidən qurulması prosesinin davam etdirilməsi: • Hava Limanında dəmir yolu xidmətlərinin intensivləşdirilməsi; • avtomobil nəqliyyatı üçün parklanma imkanlarının daha da genişləndirilməsi. Heydər Əliyev adına Beynəlxalq Hava Limanının terminal imkanlarından daha optimal birgə istifadə: • sərnişinlərə xidmətlərin daha optimal şəkildə göstərilməsi; • tələb olunan əməliyyatlar üzrə terminal imkanlarının təkmilləşdirilməsi (baqajın daşınması, qeydiyyat və s.). |
2024-01-08 | 820,626 | Bakıda “tikinti bumu” bitir: “Ulduz”da 100 ha-lıq… - Mühüm | Bakı şəhərinin Baş Planı təqdim olunub. Baş Plan “AS+P Albert Speer+Partneer GMBH” şirkəti (Almaniya) tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sifarişi əsasında hazırlanıb. Layihə qrafika və mətn hissədən ibarət olmaqla 226 səhifəlik bir sənəddir. Əsasən Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələni nəzərdə tutur. Qeyd olunacaq müddət ərzində ümumilikdə paytaxtın müxtəlif istiqamətli inkişaf-şəhərsalma konsepsiyası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği 93,5 milyard manatdan bir qədər artıqdır. Həmin məbləğin 33 milyard manatdan çoxu bilavasitə özəl investisiya mənbələri hesabına, qalan 60,5 milyard manatı isə dövlət (büdcə və s.) və dövlət+özəl maliyyə mənbələri hesabına qarşılanacaq. Axar.az xəbər verir ki, bu barədə əmlək eksperti Ramil Osmanlı Bakının ötən gün təqdim edilən Baş Planı haqda ilkin təəssüratını bölüşərkən qeyd edib. Ekspert bildirib ki, layihənin icrasına iki qurumun nəzarət edəcəyi sənəddə öz əksini tapır ki, burada da əsas arbitr Şəhərsalma Komitəsidir: “Əsas oyunçuların və bir sıra icraçı qurumların proqramdan sıxışdırılıb çıxarılmasını sürpriz hesab etmək olar. Diqqəti çəkən ikinci - İnvestisiya Holdinqinin nəzdində yaradılması nəzərdə tutulan Azərbaycan İnkişaf Korporasiyası adlı (!) yeni qurumdur. Mənə tam aydın olmayan Bakının Baş Planının icrası ilə bağlı nəzərdə tutulan ikinci dərəcəli qurumun bütün ölkə coğrafiyasına hesablanması ilə bağlı olan məqamdır. Nəhayət burada bir istiqamət də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunmalı olan vacib bir sənədin – CİS-in (Coğrafi İnformasoya Sistemi) hələ ki, hazır olmamasıdır. Arzu edək ki, Xidmət bu sənədi tez bir zamanda ortaya qoysun, çünki bu, layihənin ərazi fəaliyyət planlaması və rayonlar və fərdi torpaq sahələrinin müəyyən olunması üçün çox vacibdir”. R.Osmanlının vurğulayıb ki, layihədə ən diqqət çəkən məqamlardan biri də DÖƏ-nin (dövlət-özəl əməkdaşlığı) qurulması məqsədi ilə Köməkçi Korporasiyaların yaradılması məsələsidir: “Açığı bu layihəni əvvəlki kimi Asiya ölkələrindən birində fəaliyyət göstərən bir şirkət hazırlamış olsaydı, bu məsələnin üzərindən sakit keçmək olardı. Amma Almaniyada fəaliyyət göstərən bir şirkətin hər fürsətdə əlini dövlətə tərəf, büdcə vəsaitlərinə uzatması maraqlı görünür. Baş Planda infrastrukturla bağlı geniş proqramların nəzərdə tutulması, ictimai nəqliyyatın inkişafı, alternativ enerjiyə diqqətin artırılması, yaşıl və sağlam ətraf mühitin inkişaf etdirilməsi təqdirəlayiqdir və qeyd olunan rəqəmlər reallaşarsa, ümid edirəm ki, 2040-cı ilin Bakısı tamamilə fərqli bir şəhər olacaqdır. Amma ekosistemin əsas sahələrindən biri olan tikinti sektoru, xüsusilə mənzil tikintisi, deyəsən, priorotetlərdən uzaqlaşıb, ya da başqa şəhərlərə doğru uzanıb. Belə olmasaydı, 2027-ci ildə adambaşına düşən mənzil sahəsi 23,6 kv.m-dən cəmi 1,2 kv.m artımla 2040-cı ildə 24,8-də dayanmazdı… Ən maraqlı və layihənin ilkin mərhələsi üçün nızərdə tutulan “Ulduz” metrostansiyası ətrafındakı 100 ha-lıq sənaye ərazisinin yenidən qurulması və Heydər Əliyev Beynəlxalq Hava Limanı yaxınlığında yeni xidmət sahələrinin inkişafı ilə bağlı prioritetlərdir. Xüsusilə “Ulduz” metrosu tərəfdəki sənaye istiqamətinin içərisində ölkənin inşaat materialları idxalının azaldılması sənəddə xüsusi olaraq qabardılır, amma bunun təqribən 3-4 kilometr ərazidə yaradılacaq 60 ha-lıq Böyükşor ekoloji parkına uyğun olub-olmaması yaddan çıxarılır…” |
2024-01-08 | 820,627 | Bakıda yeni ictimai nəqliyyat növləri yaradılacaq | Bakıda tramvay və metrobus ictimai nəqliyyat növləri yaradılacaq. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Qeyd edilib ki, mövcud metro nəqliyyatı sistemi yüksək sərnişindaşıma qabiliyyətinə malik ictimai nəqliyyat sistemində aparıcı rol oynamağa davam edəcək. Lakin, metronun tikinti xərclərinin yüksək olması və tikinti işlərinin gec icra olunması yalnız şəhərətrafı ərazilərdə deyil, eyni zamanda şəhər daxilində də tamamlayıcı ictimai nəqliyyat sistemlərinin tətbiqini şərtləndirir. Xərclər və icra müddəti baxımından ən perspektivli alternativ dəmir yolu şəbəkəsinin yenidən qurulması və şəhər daxilində genişləndirilməsidir. Hazırda şəhər ərazisində çoxlu sayda istifadə olunmayan dəmir yolu təhkim zolağı və istifadə olunmayan yük xətləri vardır. Qeyd olunan infrastruktur yenidən aktivləşdirilə və daha səmərəli istifadə oluna bilər. Tramvay- elektrik qatarı sisteminin tətbiqində mövcud və yenidən qurulan dəmir yolu infrastrukturunun imkanlarından istifadə oluna bilər, həmçinin sürətli tramvay nəqliyyatı (STN) infrastrukturun genişlənməsi imkanı yarana bilər. İctimai nəqliyyat sisteminin səmərəli fəaliyyətinin (rentabelli, yüksək tutumlu, sürətli, rahat, etibarlı, dəqiq, əhatə dairəsi geniş və s.) təmin edilməsi, o cümlədən artan tələbatın ödənilməsi, fərdi nəqliyyat vasitələrinin xüsusi çəkisinin azaldılması yalnız metro, metrobus, sürətli dəmir yolları və tramvay-elektrik qatarı sistemlərinin inteqrasiyası yolu ilə mümkün ola bilər. Buna baxmayaraq, gələcəkdə də fərdi minik avtomobillər nəqliyyat sistemində mühüm paya sahib olmağa davam edəcəyi proqnozlaşdırılır. Bu, eyni zamanda şəhərin küçə-yol şəbəkəsi sisteminin yenidən qurulmasını zəruri edəcək. Növbəti mərhələlərdə təkmilləşdirmə tədbirləri yalnız yolların genişləndirilməsi deyil, mövcud sistemlərdən səmərəli istifadəni də nəzərdə tutacaq. Ümumi nəqliyyat sisteminin əsas elementlərindən biri nəqliyyat mübadilə mərkəzləri və ya ictimai nəqliyyat qovşaqları adlanan alt sistemlər arasındakı qarşılıqlı əlaqənin qurulmasıdır. İctimai nəqliyyat qovşaqları/nəqliyyat mübadilə mərkəzləri ictimai nəqliyyat imkanlarını (avtobuslar), yüksək sərnişindaşıma qabiliyyətinə malik sürətli ictimai nəqliyyat sistemlərini (metro, dəmir yolu, mertobus, tramvay sistemi, tramvay-elektrik qatarı sistemi) və/və ya fərdi avtomobil nəqliyyatından "yaşıl" nəqliyyata keçid imkanlarını bir mərkəzdə birləşdirməyə imkan verən ünsürlərdir. Bundan əlavə, əsas ictimai nəqliyyat qovşaqları müxtəlif nəqliyyat vasitələrindən istifadəni təklif etməklə İctimai Nəqliyyat Yönümlü Şəhərsalma (İNYŞ) inkişafı üçün şərait yaradacaq. |
2024-01-08 | 820,628 | Szinpin orduda kütləvi təmizləmə aparır - Səbəb | Pekinin Tayvanda ekspansionist ambisiyalarına şübhə yaradan geniş yayılmış korrupsiyanın aşkarlanmasından sonra Çin hərbi komandirlərə qarşı kütləvi repressiyaya başlayıb. Axar.az xəbər verir ki, bu barədə "Blumberq" Amerika kəşfiyyatının informasiyalarına istinadən məlumat yayıb. “Sədr Si Szinpin kütləvi hərbi təmizləməyə geniş yayılmış korrupsiyanın onun ordunu modernləşdirmək səylərini sarsıtması və Çinin müharibə aparmaq qabiliyyətinə şübhə yaratmasından sonra başlayıb", - məlumatda qeyd olunub. Bildirilib ki, korrupsiya xüsusilə Çin Raket Qüvvələrində və hərbi-sənaye kompleksinin müvafiq seqmentində geniş miqyasda olub. |
2024-01-08 | 820,629 | Ukrayna işğalçıların hücumuna tab gətirməsə... | Ukrayna işğalçıların hücumuna tab gətirməsə, Rusiya ordusu dayanmayacaq. Moskvanın növbəti qurbanları Moldova və ya Baltikyanı ölkələrdən biri ola bilər. Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Devid Petreus bildirib. O qeyd edib ki, NATO-nun müdafiə xəttinin hazırda Ukrayna-Rusiya sərhədində olduğunu bildirib: "Rusiya qalib gəlsə, Putin Ukraynada çox böyük məqsədinə çata bilsə, bununla da dayanmayacaq. Moldova keçid nöqtəsində növbəti olacaq - bəlkə də Baltikyanı ölkələrdən biri...". |
2024-01-08 | 820,630 | Yaponiyada zəlzələdə ölənlərin sayı 160-ı keçdi | Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb. Qeyd edilib ki, təbii fəlakət nəticəsində ən azı 560 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Səlahiyyətli qurumlar 195 nəfərin hələ də itkin hesab olunduğunu bildirir. |
2024-01-08 | 820,631 | Neftin bu günə olan qiyməti | Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 77,87 dollara, yüngül neftin bir barreli isə 72,91 dollara təklif olunur. |
2024-01-08 | 820,636 | Bakıda yeniyetmə qız dəm qazından öldü | Bakıda yeniyetmə qız dəm qazından ölüb. Axar.az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Fidan Qarayevanın nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək vəfat etməsi barədə Binəqədi rayon prokurorluğuna məlumat daxil olub. Faktla bağlı araşdırma aparılır. |
2024-02-05 | 820,637 | Gələn ayın yarısından çoxu qeyri-iş günüdür | Gələn ay Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı məlum olub. Axar.az xəbər verir ki, Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq. Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək. Qeyd edək ki, bundan əlavə, 8 mart Beynəlxalq Qadınlar Günüdür və həmin gün qeyri-iş günüdür. Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında ümumilikdə 16 gün iş olmayacaq. |
2024-01-08 | 820,638 | Ordumuzda komandir heyəti ilə toplanış keçirilir | Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü il üçün hazırlıq planına əsasən, Azərbaycan Ordusunda komandir heyəti ilə toplanış keçirilir. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Toplanışa cəlb edilən şəxsi heyətin nəzəri və praktiki məşğələlərdə müasir ümumqoşun döyüşünün təşkili, aparılması üzrə bilik və bacarıqları, həmçinin fiziki və sıra hazırlıqları yoxlanılacaq. O cümlədən iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi sənədlər üzrə məqbullar qəbul ediləcək, atıcı silahlardan atışlar icra olunacaq. Keçirilən toplanışın əsas məqsədi zabitlərin bölmələri idarəetmə üzrə nəzəri biliklərinin və peşəkarlıq səviyyələrinin artırılması, qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsidir. |
2024-01-08 | 820,641 | Xankəndi və Xocalıda silah-sursat aşkarlandı | Xankəndidə və Xocalıda xeyli silah-sursat aşkarlanıb. Axar.az xəbər verir ki, bu barədə DİN-in məlumatında bildirilib. Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 ədəd pulemyot, 33 ədəd müxtəlif markalı avtomat silahı, 2 ədəd tapança, 7 ədəd tüfəng, 22 ədəd qumbara, 23 ədəd qumbara alışdırıcısı, 10.665 ədəd müxtəlif çaplı patron, 2 ədəd optik nişangah, 5 ədəd penal dəsti, 1 ədəd “Kalaşnikov” pulemyotuna aid sursat , 186 ədəd patron darağı, 1 ədəd süngü-bıçaq, 27 ədəd daraq üçün çanta, 3 ədəd binokl və 4 ədəd rabitə qurğusu, Xocalı rayonu ərazisindən isə 3270 ədəd müxtəlif çaplı patron, 1 ədəd tank əleyhinə mina, 4 ədəd əl qumbarası, 12 ədəd “RPQ-7” mərmisi və 8 ədəd avtomat darağı aşkar olunaraq götürülüb. |
2024-01-08 | 820,643 | Bu nazirliyin 2 zavodu ləğv edilir | Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə qurumun tabeliyində olan Çaykənd və Tovuz Balıqartırma zavodları ləğv edilir. Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Ləğvetmə Komissiyası yaradılıb. Kreditorlar tələblərini 2 ay müddətində Komissiyaya (Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, 35 ünvanına) təqdim edə bilərlər. |
2024-01-08 | 820,646 | Rusiya bir daha Qərbə üz tutmayacaq - Titov | Hətta sabah Vaşinqton və Brüssel bütün sanksiyaları aradan qaldırsalar belə, Rusiya bir daha Qərbə üz tutmayacaq. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti yanında Sahibkarların Hüquqlarının Müdafiəsi üzrə Müvəkkil Boris Titov deyib. “İnanın ki, artıq geri qayıdış olmayacaq. Məsələ küsülülük və ya inciklikdə deyil. Sadəcə olaraq Qərb artıq keçmiş mərhələdir. Bəşəriyyətin gələcəyi Şərqdə yerləşir, burada təkcə Moskva ilə dost olmaq istəmirlər, həm də ticarət-iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədirlər”, - Titov bildirib. |
2024-01-08 | 820,648 | Bakıda yeni turistik istiqamətlər yaradılacaq | Bakı şəhərinin Baş Planı turizmin inkişafı ilə əlaqədar yeni turistik istiqamətlərin yaradılması və Bakının turistik təkliflərinin şaxələndirilməsi məqsədi daşıyır. Axar.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Sənədə əsasən, 2040-cı ilə qədər turizm və otelçilik sahəsində 4% artımın olacağı proqnozlaşdırılır. Bu iqtisadi sektor ilə əlaqədar Baş plan çərçivəsində qarşıya qoyulmuş əsas məqsədlər davamlı və iqtisadi cəhətdən səmərəli turizm investisiyaları üçün prioritet sahələrin müəyyən edilməsi, həmçinin insanların bütün il boyu bu sahədə fəaliyyət göstərə bilməsi üçün turistik fəaliyyətlərin və xidmət strukturlarının daha çox şaxələndirilməsindən ibarətdir. Bu təkliflər həm ümumi, həm də müxtəlif seqmentlər üzrə turizm fəaliyyətlərinə tətbiq edilməli, habelə yerli və xarici turistlərə uyğun şəkildə təşkil edilməlidir: - Şəhərin dayanıqlı inkişafı - Sovet irsinin müasir mədəni irs kimi təqdim edilməsi məqsədi ilə qorunması; - Piyada yolları sisteminin genişləndirilməsi. Piyada yolları mühitinin yaxşılaşdırılması, piyada gəzintinin və velosipedin nəqliyyat vasitəsi kimi istifadəsinin təşviqi. Şəhər və ətraf mühitin regenerasiyası - Göllərin su mühitinin və təbii dəyərinin bərpası, onların rekreasiya ərazisi və təbii yaşayış mühiti kimi yenidən canlanması, su-bataqlıq mühitinin sağlamlaşdırılması; - Yaşıllıq mərkəzləri və rekreasiya ərazilərinin genişləndirilməsi, təbii landşaft ərazilərinin mühafizə zonasının müəyyən edilməsi. Şəhərin memarlıq siması və tarixi irsə qayğı; - Bakının səciyyəvi xüsusiyyətlərinin qorunub saxlanılması; - Abşeronun yerli memarlıq üslubunun qorunub saxlanılması və yeni tikililərin layihələndirilməsində onların müasir interpretasiyasına uyğun həllərin verilməsi. Yeni şəhər iqtisadiyyatı: - Mədəniyyət və yaradıcı sənayelər kimi əlavə yeni iqtisadi qruplar təqdim edərək turizm və mədəniyyət sektorunun gücləndirilməsi; - Sahilyanı yaşayış məntəqələrinin və yeni istirahət fəaliyyətlərinin ahəngdar inkişafı. Bakının ilin hər fəsli üçün turistik təyinata çevrilməsi, turistik fəaliyyətlərin şaxələndirilməsi və genişləndirilməsinə aşağıdakılar daxildir: - çimərlik turizmi; - mədəni ekoturizm; - Bakı bulvarı; - milli parklar; - yaradıcı turizm; - təcrübi turizm (ölkə tarixinin, insanların, yerli mətbəxin və mədəniyyətin öyrənilməsi məqsədilə səyahət); - iş səyahətləri; - rekreasiya; - idman turizmi; - asudə vaxtın təşkili; - muzeylər; - “MICE” turizmi (görüşlər, tədbirlər); - konfranslar və sərgilər; - tibbi turizm. Bütün bu sahələrin inkişaf etdirilməsi üçün şəhər əraziləri ilə Abşeronun təbii dəyərə malik əraziləri arasında əlaqələndirmə imkanlarının olması tələb olunur. |
2024-01-08 | 820,653 | “Qızıl Qlobus” sahibləri məlum oldu | Rejissor Kristofer Nolan “Oppenhaymer” filminə görə “Qızıl Qlobus” mükafatını alıb. Onun filmi “ən yaxşı dramatik film” nominasiyasında mükafata layiq görülüb. Kult.az xəbər verir ki, mükafat Los-Ancelesdə keçirilən 81-ci “Qızıl Qlobus” mərasimində təqdim olunub. Filmdə baş rolu canlandıran Killian Mörfi “ən yaxşı aktyor”, kiçik Robert Dauni isə “ən yaxşı ikinci plan aktyoru” adını qazanıb. “Barbi” filmi kinematoqrafiya sahəsindəki naliyyətlərinə və ən çox gəlir gətirən film kimi mükafatlandırılıb. Emma Stoun “Kasıb bədbəxtlər” filmindəki baş roluna görə komediya/musiqili kateqoriyasında “ən yaxşı qadın rolu” tituluna layiq görülüb. “Tac” filmində Şahzadə Diana rolunu oynayan Elizabet Debiki “ən yaxşı ikinci plan qadın rolu” nominasiyasında “Qızıl Qlobus” mükafatı əldə edib. Castin Triye və Artur Harari “Enişin anatomiyası” filminə görə “ən yaxşı ssenari” nominasiyasında “Qızıl Qlobus”u qazanıblar. Bundan əlavə, film “ingilis dilində olmayan ən yaxşı film” nominasiyasında “Qızıl Qlobus” mükafatını qazanıb. Yapon rejissoru Hayao Miyazakinin son cizgi filmi “Oğlan və quş” “ən yaxşı cizgi filmi” nominasiyasında mükafata layiq görülüb. Ceremi Allen Uayt “Ayı” serialındakı roluna görə “ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus”u qazanıb. Lili Qladstoun isə “Bədirlənmiş ay qatilləri” filmindəki obrazına görə “ən yaxşı dramatik aktrisa” adına layiq görülüb. |
2024-01-08 | 820,654 | Bakıda qanunsuz tikili söküldü - Video | Bakı şəhərinin Binəqədi rayonu, Biləcəri qəsəbəsinin ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb. |
2024-01-08 | 820,658 | ABŞ 1,6 trilyon dollarlıq hökumət büdcəsini təsdiqlədi | ABŞ-ın Respublikaçı və Demokrat partiyaları nümayəndələri 2024-cü ildə federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gəliblər. Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Baydenin yazılı bəyanatında deyilir. “ABŞ hökumətinin 2024-cü il üçün ümumi büdcəsi 1,6 trilyon dollar təşkil edəcək. Bunun 886 milyard dolları maliyyə dəstəyinə, 704 milyard dolları başqa xərclərə sərf olunacaq. Maliyyələşdirmə layihəsində nəzərdə tutulan büdcə Ağ Evin tələblərinə cavab verir”, - bəyanatda qeyd olunur. |
2024-01-08 | 820,663 | Türkiyədə irimiqyaslı əməliyyat: 2157 şəxs saxlanıldı | Türkiyə polisinin ölkənin 27 vilayətində keçirdiyi əməliyyat zamanı iki mindən çox qeyri-qanuni miqrant saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya məlumat yayıb. “27 vilayətdə keçirilən “Qalxan-7” əməliyyatı çərçivəsində 80 qaçaqmalçı və 2155 qanunsuz miqrant saxlanılıb. Miqrantların qanunsuz daşınmasını təşkil edən 6 nəfər həbs olunub. Əməliyyatlar davam edəcək”, - nazir bildirib. |
2024-01-08 | 820,665 | 3 ardıcıl aviaqəza baş verdi | Kanadanın Britaniya Kolumbiyası dağlarında qəzaya uğrayan helikopter tapılıb, onun pilotu həlak olub. Axar.az xəbər verir ki, bu barədə CTV məlumat yayıb. “Cümə günündən bəri Kanadanın Qleyşer Milli Parkının dağlarında helikopterin axtarışları davam edirdi. Modeli göstərilməyən helikopter qonşu Alberta əyalətində yerləşən Kalqaridən havaya qalxıb. Ölən pilotun kimliyi açıqlanmır”, - məlumatda deyilir. Daha bir qəza Avstraliyada baş verib. Ölkənin şimal-şərqində göyərtəsində 10 sərnişinin olduğu təyyarə qəzaya uğrayıb, iki nəfər xəstəxanaya yerləşdirilib. Kiçik təyyarə Kernsdən 250 kilometr şimalda, okeanda yerləşən Lizard adasına enərkən qəzaya uğrayıb. Qəza nəticəsində iki sərnişin ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib, qalanlarına isə yerindəcə tibbi yardım göstərilib. Kolumbiyanın Valledupar şəhəri yaxınlığında göyərtəsində tibb işçiləri olan “Cessna-421” təyyarəsinin qəzaya uğraması nəticəsində isə azı bir nəfər ölüb. 11 yaşlı uşağı müalicə üçün Boqotaya aparmalı olan təyyarənin göyərtəsində 6 nəfər olub. Uşağı müşayiət edən həkimlərdən biri hadisənin qurbanı olub. Sağ qalanlar xəstəxanaya yerləşdirilib. |
2024-01-08 | 820,666 | 684-cü gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 684-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 365 170 hərbçi, 6 031 ədəd tank, 11 194 ədəd zirehli döyüş maşını, 8 666 ədəd artilleriya sistemi, 953 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 638 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 542 ədəd avtomobil texnikası, 6 822 ədəd PUA, 1 787 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 328 xüsusi avadanlıq itirib. |
2024-01-08 | 820,668 | Röya Aygünü buna görə məhkəməyə vermişdi - Video | Aygün Bəylərin vəfatından sonra onun Röya Ayxan haqda efirdə dediyi sözlər sosial şəbəkələrdə paylaşılıb. Axar.az xəbər verir ki, ötən il ARB-də “Səhər-səhər” verilişinin qonağı olan Aygün Bəylər xalq artisti Röya Ayxanı sənətkar hesab etmədiyini bildirir və sənətdən biznes kimi istifadə edənlərlə sənətkarın bir-birindən ayrılması gərəkdiyini vurğulayır. Aygün Bəylər çıxışına rəğmən, aparıcı Elgiz Əkbərin yenə də Röyaya “sənətkar” deməsi ilə razılaşmır və nəhayət, qavalını da götürərək, verilişi tərk edir. Qeyd edək ki, Röya Ayxan buna görə Aygün Bəyləri məhkəməyə vermişdi. Xatırladaq ki, Aygün Bəylər 6 yanvar 2024-cü ildə müalicə üçün getdiyi Ankaradakı klinikaların birində dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. 48 yaşlı əməkdar artistin bir övladı qalıb. |
2024-01-08 | 820,673 | Azərbaycanda oğul atasını öldürdü | Yanvarın 8-də saat 10 radələrində Şirvan şəhərində 1950-ci il təvəllüdlü Allahverdi Şərif oğlu Şərifovun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin regional qrupundan Axar.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən, onun oğlu 1979-cu il təvəllüdlü Seymur Allahverdi oğlu Şərifov saxlanılıb. Araşdırma aparılır. |
2024-01-08 | 820,678 | Bakı və İrəvanı müharibəyə kimlər sürükləyir? | Rusiya və Qərb arasında kəskin qlobal qarşıdurma davam edəcək, Cənubi Qafqazda sabitlik olmayacaq. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu gürcü politoloq Soso Tsintsadze 2024-cü ildə bölgədə gözlənilən prosesləri şərh edərkən deyib. Gürcü politoloq hesab edir ki, Ukrayna müharibəsi əvvəlki illərdə olduğu kimi bu il də beynəlxalq münasibətlərdə həlledici mövqeyə malik olacaq: “Rusiyanın geri çəkiləcəyi və Ukrayna müharibəsini qarşılıqlı məqbul şərtlərlə dayandıracağına dair heç bir əlamət yoxdur. Bu o deməkdir ki, Rusiya və Qərb arasında qlobal qarşıdurma davam edəcək. Vəziyyət uzandıqca, görürük ki, Rusiya sanksiyalara, geosiyasi təzyiqlərə uyğunlaşır, yeni koalisiyalar, tərəfdaşlar, yeni bazarlar tapmağa çalışır, ona görə də münaqişənin bu cür uzanması Moskvaya sərf edir. Qərb çalışırdı ki, hər şey intensiv və böyük sürətlə Ukraynanın xeyrinə tamamlansın. Bu baş vermir və belə vəziyyət nə Avropa, nə də Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir”. S.Tsintsadze bildirib ki, Rusiyanın Cənubi Qafqazda təsir imkanlarının zəifləməsi də baş vermədi: “Rusiyanın mövqeyini gücləndirmək prosesinə İran da qoşulub və Türkiyənin də gizli şəkildə dəstəyi var. Qərb çalışacaq ki, Cənubi Qafqazda təsirini tarazlaşdırsın. Bu prosesdə region ölkələrini risklər gözləyir. Gürcüstan və Ermənistan bir sıra geosiyasi qüvvələrin təzyiq hədəfi olacaq. Bir tərəfdən Qərb, digər tərəfdən Rusiya-İran-Türkiyə təzyiq edəcək. Gürcüstan və Ermənistan Qərbin istəklərinə açıqdır, lakin Qərb hər iki ölkədən daha böyük cəsarət gözləyir. Rusiya-İran-Türkiyə koalisiyası isə bununun əksini istəyir və bu istiqamətdə səylər göstərəcəklər”. Azərbaycan-Ermənistan münasibətlərinə gəlincə, gürcü politoloq hesab edir ki, ABŞ və Rusiya danışıqlar prosesini idarə etməyə çalışsalar, regionda problemlər yaranacaq: “Zaman göstərir ki, tərəflər birbaşa formatda danışıqlar apara, yaxud Gürcüstanın təklifi ilə razılaşa bilərlər. İnkar etmirəm ki, bunun çətinlikləri var, lakin real sülh üçün bütün tərəflər birbaşa formatda razılığa gəlməlidir, əks təqdirdə, münaqişə sonsuza qədər uzanacaq. Azərbaycan-Ermənistan danışıqları ötənilki məntiqlə davam edərsə, Cənubi Qafqazda sabitlik olmayacaq”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.