date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-05 | 819,997 | “Tesla” Çində 1.6 milyon avtomobilini geri çağıracaq | ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” proqram təminatı ilə bağlı problemlər səbəbindən Çində 1,6 milyondan çox avtomobili geri çağıracaq. Axar.az xəbər verir ki, bu barədə Çinin Bazarın Tənzimlənməsi üzrə Dövlət İdarəsi məlumat yayıb. Məlumata görə, söhbət idxal olunan “Model S”, “Model X” və “Model 3”, eləcə də Çində istehsal edilən “Model 3” və “Model Y” elektromobillərindən gedir. Geri çağırılma 26 avqust 2014-cü ildən 20 dekabr 2023-cü ilə qədər istehsal edilmiş avtomobillərə aid olacaq. |
2024-01-05 | 819,999 | 4 nepallı Ukraynaya əsir düşdü, hökumət qadağan etdi | Nepal hökuməti öz vətəndaşlarının dövlətlər arasında münaqişənin iştirakçısına çevriləcəyindən qorxduğu üçün Rusiya və Ukraynada işləməyi qadağan edib. Axar.az xəbər verir ki, bu barədə “Himalayan Tayms” məlumat yayıb. Nəşrin məlumatına görə, Nepalın Məşğulluq Departamenti vətəndaşlarının Rusiya ordusu sıralarında xidmət etməsi ilə bağlı məlumat əldə edib. Hətta 4 Nepal vətəndaşı Ukrayna tərəfindən əsir götürülüb. Qurum məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Nəşr nepallı muzdluların Ukrayna Silahlı Qüvvələri sırasında da xidmət etməsi ilə bağlı məlumat yayıb. Lakin Nepal hökuməti bu məlumatı təqdiqləməyib. |
2024-01-05 | 820,001 | Blinken Türkiyəyə gəldi | ABŞ Dövlət katibi Entoni Blinken Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə və Yunanıstanı əhatə edən səfər çərçivəsində İstanbula gəlib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Blinkeni İstanbul hava limanında Türkiyə Xarici İşlər Nazirliyinin ABŞ məsələləri üzrə ikili siyasi işlər müdiri Yaprak Balkan, ABŞ-ın Türkiyədəki səfiri Cefri Flek, ABŞ-ın İstanbuldakı baş konsulu Ciliya İdeh qarşılayıb. Blinkenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilir. |
2024-01-05 | 820,003 | Gülbahar Şükürlü vəfat etdi | Əməkdar artist Gülbahar Şükürlü vəfat edib. Kult.az xəbər verir ki, bu barədə aparıcı Nuran Hüseynov (Hacı Nuran) İnstaqram səhifəsində məlumat yayıb. Qeyd edək ki, 62 yaşlı qarmon ustası xərçəng xəstəliyindən əziyyət çəkirdi. |
2024-01-05 | 820,004 | “Zirə” bu futbolçu ilə yollarını ayırdı | “Zirə” PFK Andriya Lukoviçlə yollarını ayırıb. Axar.az xəbər verir ki, bu barədə klubun rəsmi İnstaqram hesabında məlumat verilib. Bildirilib ki, yarımmüdafiəçiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında son qoyulub. “Zirə” PFK Andriya Lukoviçə göstərdiyi xidmətlərə görə təşəkkür edib. |
2024-01-05 | 820,005 | Cəlilabadda qəza: yaralılar var | Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun Abdullu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, VAZ 2107 markalı minik avtomobili yolun kənarında, dayanmış vəziyyətdə olan “Qazel” markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində Cəlilabad rayon sakinləri olan iki nəfər xəsarət alıb. Onlardan biri - 1997-ci il təvəllüdlü Musayev Fərid Qərib oğlu ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-05 | 820,006 | Rusiya Xersonu vurdu: 1 ölü, 1 yaralı | Rusiya ordusu Xerson vilayətinin İnqulets yaşayış məntəqəsindəki aqrar müəssisəyə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Xerson vilayət administrasiyasının rəhbəri Aleksandr Prokudin məlumat yayıb. “Zərbələr nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb. Yaralı xəstəxanaya çatdırılıb və orada müalicə olunub”, - Prokudin bildirib. |
2024-01-05 | 820,008 | Bu ölkə Rusiyadan qaz idxalını dayandırır | Finlandiya hökuməti 2025-ci ildən etibarən Rusiyadan mayeləşdirilmiş qazın idxalını qadağan etmək niyyətindədir. Axar.az xəbər verir ki, bunu Finlandiyanın iqlim və ətraf müfit naziri Kay Myukannen deyib. “Konkret tarix vəd etmək istəmirəm, amma gələn il qadağanın tətbiq ediləcəyi bir vəziyyətdə olacağıq. Finlandiyaya mayeləşdirilmiş qaz idxalı kiçik həcmdədir, lakin məsələ prinsipialdır”, - nazir bildirib. |
2024-01-05 | 820,017 | Həşdi-Şabi komandirini biz öldürmüşük - ABŞ | ABŞ Həşdi-Şabi şiə qoşunlarının 12-ci briqadasının komandiri Əbu Təqva əl-Saidi və onun silahdaşının ölümü ilə nəticələnən hücumu öz üzərinə götürüb. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder jurnalistlərə açıqlamasında deyib. Rayder Əbu Təqvanın İraqdakı ABŞ bölmələrinə qarşı hücumlarda aktiv rol oynadığı üçün öldürüldüyünü bildirib. “Hücum müdafiə məqsədilə həyata keçirilib və heç bir mülki şəxsə zərər verilməyib”, - Rayder qeyd edib. Qeyd edək ki, Bağdadın şərqində yerləşən Həşdi-Şabi (Əl-Həşd əş-Şaabi) bölmələrindən birinin qərargahına pilotsuz təyyarənin zərbə endirilməsi nəticəsində 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdı. |
2024-01-05 | 820,019 | Nazirlik əməkdar artistin vəfatı ilə bağlı nekroloq yaydı | Mədəniyyət Nazirliyi tanınmış qarmon ifaçısı Gülbahar Şükürlünün vəfatı ilə bağlı nekroloq yayıb. Kult.az nekroloqun mətnini təqdim edir: “Əməkdar artist, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü vəfat edib. Mədəniyyət Nazirliyinin kollektivi sənətkarın vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!” |
2024-01-05 | 820,020 | Ukrayna ordusu bu istiqamətdə 690 əsgər itirdi | Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Krasnolimansk istiqamətində dörd hücumunu dəf edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Nəticədə Ukrayna ordusu 690-dan çox hərbi qulluqçu və 42 texnika itirib”, - məlumatda qeyd olunub. |
2024-01-05 | 820,022 | Ərdoğan Zelenski ilə danışdı | Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, telefon danışığı zamanı regional və qlobal problemlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi müzakirə edilib. |
2024-01-05 | 820,024 | 30-dan çox ölkə Ukrayna ordusuna təlim keçir | Ukrayna hərbçilərinin təlimində 30-dan çox ölkə iştirak edir. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Doktrinalar və Hazırlıq Baş İdarəsinin rəisi Aleksey Taran bildirib. "Hazırda 34 ölkədən ibarət tərəfdaş koalisiyası Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti üçün xaricdə təlim tədbirlərinin təşkilində iştirak edir. Bunlar ABŞ, Böyük Britaniya, AB ölkələrinin əksəriyyəti, Kanada, Norveç, Avstraliya, Kosova, Şimali Makedoniya, Gürcüstan, Moldova və Albaniyadır", - Taran qeyd edib. |
2024-01-05 | 820,026 | Ərdoğan "Superkubok təxribatı"nın sirrini açdı | Səudiyyə Ərəbistanında yaşanan “Super Kubok böhranı” ilə bağlı Türkiyə və ölkənin maraqlarına qarşı gizli əməliyyat, təxribat cəhdi var. Axar.az Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Ölkəmizi müxtəlif təxribatlarla regiondakı tərəfdaşlarından, çox güclü tarixi, dini, insani, iqtisadi və ticari əlaqələri olan qardaş ölkələrdən ayırmaq cəhdlərindən xəbərdarıq. Yay aylarında Türkiyənin ən mühüm gəlir mənbələrindən biri olan turizmi sarsıtmaq üçün kampaniya aparıldı. İndi müxalifət partiyalarının dəstəyi ilə idman vasitəsilə də analoji dalğanın yaradılmasına çalışıldığını görürük. Təsadüfi deyil ki, bu nifrət dalğası Türkiyəyə sərmayə qoyan, zəlzələ faciəsi də daxil olmaqla, çətin anlarda yanımızda olan, ən mühüm ticarət tərəfdaşlarımızdan olan qardaş ölkələri hədəf alır. Türkiyənin maraqlarına qarşı gizli əməliyyat, təxribat cəhdləri var. Əvvəlki çirkin ssenariləri məhv etdiyimiz kimi, Allahın izni ilə bu oyunu da mütləq məhv edəcəyik”, – deyə Ərdoğan bildirib. Qeyd edək ki, Ər-Riyadda keçirilməsi nəzərdə tutulan “Qalatasaray”-“Fənərbağça” Super Kubok matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib. |
2024-01-05 | 820,027 | Qəzza ölüm və ümidsizlik yerinə çevrilib - Qriffits | Oktyabrın 7-də baş verən dəhşətli hücumdan üç ay sonra Qəzza ölüm və ümidsizlik yerinə çevrilib. Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib. "Tibbi müəssisələr davamlı hücuma məruz qalır. Qismən fəaliyyət göstərən bir neçə xəstəxana travma xəstələri ilə doludur və bütün lazımi təchizatlarda ciddi çatışmazlıqlar var", - Qriffits qeyd edib. |
2024-01-05 | 820,029 | Əfqanıstanda daha bir güclü zəlzələ oldu | Əfqanıstanda 5,1 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ ocağı əhalisi təqribən 161 min nəfər olan Künduz şəhərindən 116 km uzaqlıqda yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilməyib. Qeyd edək ki, yanvarın 3-də də Əfqanıstanda 5,9 bal gücündə yeraltı təkan olub. |
2024-01-05 | 820,032 | Qırmızı dənizdəki durum ABŞ-da qiymətlərə təsir edir? | Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar ölkədə enerji qiymətlərinin artmasına səbəb olmur. Axar.az xəbər verir ki, bunu ABŞ maliyyə naziri Canet Yellen bildirib. "Vəziyyəti çox diqqətlə izləyirik, ancaq yetərincə zəngin neft ehtiyatlarımız var və biz heç bir təsir görmürük. Enerji qiymətləri sabitdir", - nazir qeyd edib. |
2024-01-05 | 820,034 | İsrail Hizbullahın komandanlıq mərkəzini vurdu | İsrail ordusu bu gün sərhəddəki hücumlara cavab olaraq Livanın cənubundakı Hizbullah komandanlıq mərkəzinə hava zərbəsi endirib. Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb. Məlumata görə, Hizbullahın planlaşdırılan hücumlarının qarşısını almaq üçün tanklar və artilleriya sərhəd boyu bir sıra əraziləri atəşə tutub. |
2024-01-05 | 820,036 | Əgər Ukrayna ilə bağlı razılığa gələ bilməsək... - Leyen | Ümumavropa büdcəsindən Ukraynaya vəsaitin ayrılması ilə bağlı danışıqlar nəticəsiz qalacağı təqdirdə alternativ variantlar hazırlanacaq. Axar.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib. "Əlbəttə, ən yaxşı həll yolu bütün 27 ölkənin konsensusa gəlməsi olardı. Amma biz başqa variantları hazırlamalıyıq. Biz indi operativ qərarlar hazırlayırıq", - Leyen qeyd edib. Onun sözlərinə görə, ötən ilin sonunda köçürülən vəsait Ukraynanın 2024-cü ilin əvvəlində xərclərini ödəməsi üçün kifayət etməlidir. |
2024-01-05 | 820,038 | Kolonna fələstinli həmkarı ilə danışdı | Fransanın xarici işlər naziri Ketrin Kolonna Fələstin xarici işlər naziri Riyad əl-Malik ilə telefon danışığı aparıb. Axar.az xəbər verir ki, bu barədə Kolonna X hesabında paylaşım edib. Məlumata görə, telefon danışığı zamanı tərəflər Qəzza zolağındakı vəziyyəti və anklav əhalisinə humanitar yardımın çatdırılmasını müzakirə ediblər. |
2024-01-06 | 820,039 | Trampdan 370 milyon dollar tələb edilir | Nyu York əyalətinin Baş prokuroru Letitia Ceyms ABŞ-ın keçmiş prezidenti Donald Trampın fırıldaqçılıq işi ilə bağlı ondan 370 milyon dollar ödəməsi tələb edib. Axar.az xəbər verir ki, bu barədə ABC televiziyası məlumat yayıb. Bildirilib ki, bu məbləğ keçmiş ABŞ liderinin aktivlərinin şişirdilmiş dəyəri sayəsində əldə etdiyi gəlirdir. |
2024-01-05 | 820,040 | Qara dəniz üzərində Ukraynanın 5 PUA-sı vuruldu | Rusiyanın hava hücumundan müdafiə sistemləri Qara dəniz üzərində Ukraynaya məxsus 5 PUA-nı vurub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri mütəmadi olaraq Rusiya ilə sərhəd əraziləri atəşə tutur, pilotsuz təyyarələrdən zərbələr endirir. |
2024-01-06 | 820,046 | Kiyev ağır vəziyyətlə bağlı NATO-ya məlumat verdi | Ukrayna Ordusunun baş komandanı Valeri Zalujnı NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı general Kristofer Kavoli ilə telefon danışığı aparıb. Axar.az xəbər verir ki, bu barədə Zalujnı məlumat verib. O bildirib ki, Kavoliyə döyüş bölgəsindəki ağır taktiki vəziyyət haqda danışıb: "Cəbhədəki vəziyyətdən danışdıq. Əməliyyat-strateji vəziyyət mürəkkəbdir, lakin nəzarət altındadır”. |
2024-01-06 | 820,047 | Füzulidə 20 yaşlı gənc öldürüldü | Yanvarın 5-də saat 23 radələrində Füzuli rayonunun Kürdmahmudlu kəndində 2003-cü il təvəllüdlü Azər Cahid oğlu Allahverdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür. |
2024-01-06 | 820,050 | Səfirimiz Hindistan prezidenti ilə görüşdü - Foto | Azərbaycanın Hindistandakı səfiri Elçin Hüseynli Hindistan Prezidenti Draupadi Murmaya etimadnamə təqdim edib. Axar.az xəbər verir ki, bu barədə səfir sosial şəbəkə hesabında paylaşım edib. “Bu gün Hindistanın möhtərəm Prezidenti Draupadi Murmaya etimadnamə məktubunu təqdim etmək şərəfinə nail oldum. Azərbaycanın Hindistandakı səfiri kimi ölkəmə xidmət etməkdən və qarşılıqlı əlaqələrin inkişafı üzərində çalışmaqdan şərəf duyuram!”, - səfir qeyd edib. |
2024-01-06 | 820,051 | Şəhidimizin tabutunu həyat yoldaşı daşıdı - Video | Xəbər verdiyimiz kimi, Laçın rayonunda çətin relyefli dağlıq ərazidə ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan hərbçimiz Həsən İsmayılov ötən gün Gəncədə dəfn edilib. Axar.az xəbər verir ki, dəfn mərasimində şəhidin yaxınları, şəhər ictimaiyyəti və hərbçilər iştirak edib. 28 yaşlı gizir Həsən İsmayılov ailəli idi. Onun iki övladı yadigar qalıb. Dəfn mərasimi zamanı şəhid gizirin tabutunu onun həyat yoldaşı daşıyıb. Sözügedən görüntüləri təqdim edirik: |
2024-01-06 | 820,052 | ÜST-dən korona xəbərdarlığı | Bir çox ölkədə koronavirus və qripin yaratdığı tənəffüs yoluxucu xəstəliklərin sayı artmaqdadır. Bunun bayramlardan sonra da davam edəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus deyib. O qeyd edib ki, maskalardan, havalandırmadan mütəmadi istifadə etmək lazımdır. |
2024-01-06 | 820,053 | Gerasimov Krımda öldürülüb? | Ukraynadan Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun öldürülməsi ilə bağlı açıqlama verilib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov danışıb. O, yayılan informasiyanı təsdiq edə bilməyəcəyini vurğulayıb. Qeyd edək ki, bir müddət öncə Krıma edilən hücum zamanı Gerasimovun öldüyü barədə xəbərlər yayılıb. |
2024-01-06 | 820,055 | Türkiyədə İsrailə casusluq edən 15 nəfər həbs olundu | İstanbul məhkəməsi Türkiyədə İsrailə casusluqda şübhəli bilinərək saxlanılan 34 nəfərdən 15-i barəsində həbs qətimkan tədbiri seçib. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, 26 nəfər məhkəməyə gətirilib. Onlardan 15-i barəsində həbs qətimkan tədbiri seçib, 11 nəfər isə məhkəmə nəzarəti tədbirləri ilə azadlığa buraxılıb. 8 nəfər deportasiya olunmaq üçün miqrasiya orqanlarına təhvil verilib. |
2024-01-06 | 820,056 | Prezident elan etdi: rekord miqdarda kokain... | Boliviyanın hüquq-mühafizə orqanları ölkə tarixində ən böyük miqdarda - 8,7 ton kokaini müsadirə edib. Axar.az xəbər verir ki, bu barədə Boliviya Prezidenti Luis Arse X sosial şəbəkə hesabında məlumat verib. “Biz Boliviya xalqına və beynəlxalq ictimaiyyətə bildiririk ki, Niderlanda göndəriləcək 8,7 ton kokaini müsadirə etdik”, - dövlət başçısı yazıb. Onun qeyd etdiyinə görə, bu, Boliviya tarixində ən böyük narkotik müsadirəsidir. Boliviya Prezidentinin sözlərinə görə, ələ keçirilən yükün dəyəri 526 milyon dollar qiymətləndirilir. |
2024-01-06 | 820,058 | Yaponiyada növbəti güclü zəlzələ baş verdi | Yaponiyanın Honsyu adasının qərb sahillərində 5,3 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın Yer Elmləri Tədqiqat Mərkəzi (GFZ) məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 38 kilometr dərinliyində qeydə alınıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib. |
2024-01-06 | 820,061 | Spiker Baydenlə görüş imkanını dəyərləndirir | Konqresin Nümayəndələr Palatasının spikeri Mayk Conson Ağ Ev rəhbərinin əlavə maliyyə, o cümlədən Ukraynaya yardım üçün müraciəti əsasında Co Baydenlə görüş keçirmək imkanını hələ də nəzərdən keçirir. Axar.az xəbər verir ki, bu barədə Konqresdəki mənbə bildirib. Mənbə əlavə edib ki, bu mövzunu Conson Konqres üzvləri ilə müzakirə edib, lakin Baydenin tələbi hələ də Senatdadır. |
2024-01-06 | 820,062 | Neft qiymətləri kəskin qalxacaq - Şostak | Yaxın Şərq münaqişəsinin eskalasiyası uzun müddət davam edərsə, dünyada neft qiymətləri kəskin şəkildə arta bilər. Axar.az xəbər verir ki, bunu ABŞ-ın “Naviqator Principal İnvestors” investisiya şirkətinin direktoru Kayl Şostak deyib. “Yaxın Şərq münaqişəsi uzanarsa və Hörmüz boğazı yenidən bağlanarsa və ya Qırmızı dənizə yaxınlaşan tankerlərin ələ keçirilməsi güclənərsə, logistika və sığorta xərclərinin artması səbəbindən neft qiymətləri yüksələcək. Regiondakı vəziyyəti nəzərə alsaq, bu ssenari çox aktualdır”, - Şostak bildirib. |
2024-01-06 | 820,063 | İranda həbs edilən Fəridin anasından xahişi… | Fərid bayramda zəng etmişdi. Yeni ilimi təbrik etdi. Dedim ki, mənim bayramım sən gələndə olacaq. Xahiş etdi ki, bacısının xətri üçün bayramı keçirdim. Bu sözləri Axar.az-a İranda həbs olunan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib. D.Əsgərova bildirib ki, Fərid onunla türmədə görüşmək istəmir: “İrana gedib, oğlumla görüşmək üçün SEPAH-dan icazə almaq lazımdır. Oğlum bunu istəmir. Vəziyyətinin yaxşı olduğunu deyir”. Onun sözlərinə görə, oğlu istədiyi kitabla təmin edilmir: “Yalnız fars dilində kitablar oxumaga icazə verirlər. Onları da yaxsı başa düşmür. İngilis, alman dilində kitablara isə qadağa qoyublar”. Qeyd edək ki, F.Səfərli ötən il fevralın 20-də Yena Universitetində təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri dönməyib. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib. Sonradan bəlli olub ki, Fərid “casusluq” iddiası ilə saxlanılıb. İran məhkəməsi daha sonra “casusluq” ittihamını “casusluğa cəhd” ilə əvəzləyib və ona 2 il həbs cəzası verilib. |
2024-01-06 | 820,064 | ABŞ-dan Bakıdakı İran casuslarına inanılmaz dəstək… | Blinken Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına” daxil etdiklərini bəyan edib. ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü il hesabatında da Azərbaycan iki iddia ilə ittiham olunur: - Qarabağda xristian dini irsinin qorunmadığı, erməni əhalisinin hüquqlarının pozulduğu iddia edilir; Halbuki işğal dövründə Azərbaycanın dini abidələri tamamilə məhv edilib, məscidlər donuz damına çevrilib. Bu faktların dilə gətirilmədiyi halda ermənilərin dini hüquqlarının pozulmasından bəhs olunması hesabata şübhə ilə yanaşmağa əsas verir. - Azərbaycanda İrana bağlı şəbəkəyə (Müsəlman Birliyi, “Hüseyniyyun” qruplaşmasının tərəfdarları) qarşı keçirilən əməliyyatlar dini etiqad azadlığının pozulması kimi qeyd olunur, həbs edilən İran casusları “vicdan məhbusu” adlandırılır; USCIRF-nin bundan əvvəlki hesabatlarında da İrana bağlı şəbəkəyə qarşı addımlar din azadlığının pozulması olaraq göstərilib. Bu məqam xüsusilə maraqlıdır və həmişə bir sualı ön plana çıxarır: İranla düşmən mövqedə olan ABŞ Azərbaycanda molla rejiminə işləyənləri niyə müdafiə edir? Yaxud dünyəvilikdən yana olan Vaşinqton Azərbaycanda “şəriət hökuməti” qurmaq istəyənlərə (İranın dini qüvvələrinə bağlı olanlar bunu gizlətmirlər) niyə bu formada dəstək verir? Cari hədəfin rəsmi Bakıya təzyiq məqsədi daşıdığı bəllidir, xüsusilə regional proseslər fonunda bu aydın görünür. Lakin burada kökləri daha dərinə gedən səbəblər də var. Birincisi, Azərbaycanda “dini müxalifətin” formalaşması planıdır: siyasi-ideoloji olaraq Qərbə yaxın liberal müxalifətin xüsusilə 2005-ci ildən sonra yüksəlişə keçən “siyasiləşmiş dindarlar”la dərin əməkdaşlığı da bundan qaynaqlanırdı; İkincisi, tarixi ənənənin davam etdirilməsidir: İranda 1979-cu il İslam inqilabının əsas hədəflərindən biri SSRİ-nin sərhədlərində dini rejimin yaradılması, kommunizmin yayılması önünə səddin çəkilməsi idi, indi hədəflər dəyişsə də, bu coğrafiyada “siyasi islamın” dəstəklənməsi ənənəsi davam etdirilir. |
2024-01-06 | 820,065 | Cənubi Koreyaya doğru 200 mərmi atılmasının səbəbi… | Yanvarın 5-də yerli vaxtla saat 09:00-dan 11:00-dək Şimali Koreya ordusunun bölmələri ölkənin cənub-qərb sahillərində döyüş atışlı dəniz təlimləri keçirib. Axar.az xəbər verir ki, bu barədə Koreya Xalq Ordusunun Baş Qərargahının məlumatında deyilir. Bildirilib ki, dəniz qüvvələrinin döyüş atışlı təlimi ilin əvvəlindən bütün sərhəd bölgəsi yaxınlığında irimiqyaslı artilleriya atəşi və manevrlər həyata keçirən Cənubi Koreya ordusuna qarşı görülən təbii cavab tədbiridir. “Döyüş mərmilərinin atış istiqaməti hətta Panqnendo və Yeonfendo adalarına dolayı təsir belə göstərməyib", - hesabatda deyilir. Xatırladaq ki, Şimali Koreya yanvarın 5-də səhər öz qərb sahillərindəki sulara 200-ə yaxın artilleriya mərmisi atıb. Buna cavab olaraq Cənubi Koreya Şimali Koreya istiqamətində 400-ə yaxın atəş açıb. |
2024-01-06 | 820,066 | Bu məlumatlar həqiqəti əks etdirmir - Turizm Agentliyi | “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi sosial şəbəkədə açıqlayıb. Bildirilib ki, milli kulinariyamızın təbliğinin bir hissəsi kimi 2023-cü ilin dekabrın 30-da elan edilən “Qərbi Azərbaycan mətbəxinin təqdimatının təşkili ilə bağlı xidmətlərin satın alınması” adlı tenderlə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirməyərək süni ajiotaja və yanlış anlaşılmaya səbəb olub. “Tenderdə qeyd olunan balıq, kərə yağı, turşu, ərik arağı və digər kulinariya məhsullarının satın alınması xidməti ilə bağlı yayılan məlumatlar düzgün anlaşılmayıb, ölçülər kiloqramla və litrlə göstərilsə də, təəssüf ki, “ton” olaraq başa düşülüb. Qeyd edək ki, Dövlət Turizm Agentliyinin fəaliyyətinin əsas prinsiplərindən biri daim ictimaiyyətə və mediaya açıq olmaqdır. Hər zaman olduğu kimi, bir daha media nümayəndələrindən Dövlət Turizm Agentliyinin fəaliyyəti ilə bağlı istənilən məlumatın dəqiqləşdirilməsi üçün ilk növbədə Agentliyə müraciət edilməsini xahiş edirik”, - deyə məlumatda bildirilib. |
2024-01-06 | 820,067 | Ukrayna darmadağın, Qəzzada rəzalət, Çinin hazırlığı… | Rusiyanın vəhşi təcavüzü, Ukrayna kimi ölkənin darmadağın olması, Qərbin Ukraynaya yardımlarının azalması fonunda Kiyevin güzəştlərə məcbur edilməsi, Yaxın Şərqdə, Qəzzada insanlıq adına rəzalət olan kütləvi qətllər, hibrid-proksi müharibələr… – bütün bunlar azmış kimi, indi də Şimali Koreya sağa-sola raket atır, Çin Tayvanın işğalına hazırlaşır, İordaniya Suriyanı bombalayır, 21-ci əsrdə dəniz quldurları gəmilərə hücum edir, Venesuela qonşu ölkənin ərazisini zəbt edir, Avropa axmaq qərarların, miqrant probleminin içində boğulur, Afrika ölkələrində həftədə bir dövlət çevrilişləri olur. Yəni, dünya tam bir xaosun içindədir. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli qeyd edib. O bildirib ki, İkinci Dünya savaşından sonra alınan qərarlar və 1975-ci il Helsinki aktının müddəaları artıq işləmir, beynəlxalq hüquq çöküb: “Yeni “oyun qaydaları” lazımdır, başqa yol yoxdur. Dünyanın aparıcı ölkələri məsuliyyətlərini hiss edib yeni masa qurmalı, bütün problemlərin masada çözülməsinə çalışmalı, ən azı, 50-60 il işlək olacaq, heç kim tərəfindən pozulmasına imkan verilməyəcək yeni qaydalar müəyyənləşməli, beynəlxalq hüquq toxunulmaz şəkildə bərqərar olunmalıdır. Zatən sonda məhz belə olacaq, yaxın 1-2 ildə o masa qurulacaq, amma o vaxta qədər hər gün minlərlə insan öləcək”. Onun sözlərinə görə, insan övladı öz azadlığı, hüquqları uğrunda minillərlə vuruşub, qazanıb, bunlardan ən vacibi yaşamaq hüququdur - bir ovuc beynəlxalq dələduzun insan övladının əlindən yaşamaq hüququnu almasına imkan vermək olmaz: “Dünyada təhlükə insanların say artımı deyil, dünyanın resurları 100 milyard insana da bəs edər, əsas təhlükə beynəlxalq dələduzlar, bir qrup manyakdır ki, bəşəriyyəti saxta gündəmlərlə məşğul edib insan haqq və azadlıqlarını boğmağa çalışırlar...” |
2024-01-06 | 820,068 | Urmu gölü litiuma görə qurudulur – Sensasion iddia | Urmu gölünün qurudulmasının əsl mahiyyəti ilə bağlı bir çox versiyalar var. İran bu layihəni 20 ildir ki, başladıb. Nə qədər çalışsaq da, bunun qarşısını ala bilməmişik. Bu sözləri Axar.az-a Güney Azərbaycan Cümhuriyyət Partiyasının sədri, kimya mühəndisi Araz Ataxan Urmu gölünün qəsdən qurdulmasının litium maddəsi ilə bağlı olması fikirlərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, rejimin Urmu gölünü qəsdən qurutması ilə bağlı müxtəlif fikirlər var: “Son zamanlar gölün qəsdən qurudulmasını litium maddəsinin oradakı mövcudluğu ilə də əlaqələndirirlər. Bunun dəqiqliyi haqda nəsə demək çətindir. Lakin hökumətin atdığı addımlara baxanda bu fikir də ağlabatan görünür. Hətta deyilir ki, Urmu gölü tamamilə qurusun deyə gölün üzərindəki buludlar qəsdən dağıdılır. Ətraf bölgələrə qar yağsa da, ora heç yağış da yağmır. Bu versiyaların hamısı doğru ola bilər. Lakin sübutumuz yoxdur. Son bir həftədir göldən maşınlarla yük daşınır. 180-ə yaxın iritutumlu maşın Urmu gölündən nəsə daşıyır. İranın Ekologiya Nazirliyi isə açıqlamasında bildirib ki, onlar göldən litium daşımırlar, quruyan ərazilərdən duzu aparırlar ki, ətrafa səpələnməsin. Lakin duzların hara daşınması ilə bağlı suala aydınlıq gətirilməyib. Ona görə də litimun daşınması ilə bağlı ehtimallar artıb və əhali hesab edir ki, göl bu səbəbdən qurudulur. Hətta çinlilərin ixtiyarına verildiyi də söylənilir. Bilirik ki, rejim bu gölün qurudulmasında başqa hədəflər güdür. Son beş ildir mədənlərimiz amansızcasına talan edilir. İstər qızıl, istər mis sərvətlərimiz fars bölgələrinə daşınır. Lakin bu hansı məqsədlə həyata keçirilir, bilmirik. Ya Azərbaycanın sərvətini qəsdən dağıdırlar, ya da həqiqətən litiuma görə belə edirlər. Suallarımız var: bura niyə qar yağmır və duzu niyə yayda daşımırdılar?” Araz Ataxanın sözlərinə görə, Urmu gölü ətrafında bir çox qiymətli yataqlar mövcuddur: “Urmu gölünün yatağında bir çox mədən var. Orda mövcud olan istər kimyəvi, istər digər maddələr çox qiymətlidir. Bu yataqlarda çoxlu litium olduğu deyilir. Litium hazırda elektrik sənayesində, avtomobildə, aerokosmik sənayedə çox istifadə olunan maddədir. Tibb sahəsində də geniş istifadə olunur. Hətta xərçəng xəstəliyinin müalicəsində də effektlidir. Kimya mühəndisi olaraq litiumun dəyərini çox yaxşı bilirəm”. Onun sözlərinə görə, Urmu gölünün qurudulması ilə bağlı ekoloji fəlakət xəbərdarlığı da rejimi siyasətindən çəkindirmir: “Böyük ekoloji fəlakətlə bağlı dəfələrlə xarici ekspertlər də öz rəylərini verib. Hətta BMT-yə kimi müraciətlərimiz olub. Lakin hamının ekoloji fəlakət kimi qəbul etdiyi bu hadisəni İran rejimi görməzdən gəlir. Bu da əsas verir ki, rejimin bu gölü qəsdən qurutması haqqında ümumi bir fikir formalaşsın. İranın ən quraqlıq bölgələrinə Ərəb körfəzindən milyardlarla vəsait xərcləyib su çəkildiyi halda, Urmu gölü üçün heç bir addım atılmır. Millətin etirazlarının da bir faydası olmadı, əksinə, etiraz edənləri siyasi adla tutaraq həbsə atdılar. İkili siyasət göz önündədir. Məmurlar gölün quruması ilə bağlı əsassız fikirlər səsləndirir, yalan vədlər verirlər. İndi də litium məsələsi ortaya çıxdıqdan sonra xalqın etirazları daha da artıb. Rejim də təzyiqlərini artırır”. Onun sözlərinə görə, istənilən halda, gölün qəsdən qurudulmasının arxasında Azərbaycanla bağlı məkrli siyasət dayanıb: “Urmu gölünün qurdulmasından sonra bu bölgədə yaşayan türk əhali köçməyə məcbur qalacaq. Vilayətinin sözləri ilə desək, İran hökuməti anlayır ki, gec-tez Güney Azərbaycan ayrılacaq və ora sərmaya qoymaq lazım deyil. Bunu müxtəlif iranlı ekspertlər də dilə gətiriblər. Azərbaycana qarşı bu səbəbdən düşmənçilik siyasəti yürüdürlər və onların sırasında Urmu gölünün bilərəkdən qurudulması və talanması planı dayanır. Elə 15 milyon Azərbaycan türkünü həmin bölgədən köçürtmək də layihənin bir hissəsidir”. |
2024-01-06 | 820,070 | Voskanyan tarixi xəritəni yaydı: Ermənistan budur – Foto | İranşünas kimi təqdim edilən Vardan Voskanyan Ermənistanın 29,8 min kv.km ərazisinin hələ də Azərbaycan tərəfindən tanınmadığını bildirib. Axar.az xəbər verir ki, Bakının ünvanına kəskin ifadələr işlədən Voskanyan bir xətirə də paylaşıb və Azərbaycanın məhz belə bir Ermənistan görmək istədiyini deyib. Voskanyanın ifadə tərzindən asılı olmayaraq, məsələ budur ki, sözügedən xəritə 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti və Ermənistan Respublikasının real ərazilərini əhatə edir. Görünür, Voskanyan özü də Ermənistanın ərazisinin hara qədər olduğunu yaxşı bilir və iranşünas olaraq anlayır ki, Göyçə, Zəngəzur, Vedibasar ərazilərini Sovet imperiyası 1920-ci il işğalından sonra Azərbaycandan qopararaq Ermənistana birləşdirib. |
2024-01-06 | 820,084 | ABŞ müdafiə naziri xəstəxanaya yerləşdirildi | ABŞ-nin müdafiə naziri Lloyd Ostin planlı tibbi prosedurdan sonra ağırlaşmalarla xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Patrik Rayder məlumat yayıb. “Yanvarın 1-də axşam müdafiə naziri Lloyd Ostin son planlı tibbi prosedurdan sonrakı ağırlaşmalar səbəbindən Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib”, – məlumatda deyilib. Pentaqon sözçüsü Ostinin sağalmağa doğru getdiyini və çox güman ki, şənbə günü işə qayıdacağını qeyd edib. |
2024-01-06 | 820,085 | Faktiki hava: Bu ərazilərimizə qar yağdı | Yanvarın 6-sı saat 9:00-a olan məlumata əsasən yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 25-28 m/s, bəzi yerlərdə arabir 31 m/s, Daşkəsəndə 23 m/s, Altıağac, Göyçayda 21 m/s, Göygöldə 20 m/s, Goranboyda 19 m/s, Şəmkir, Şamaxı, Yevlax, Şabran, Naftalan, Tərtər, Mingəçevir, Ağdamda 18 m/s, Lerikdə 17 m/s, Yardımlı, Bərdədə 16 m/s, Şəkidə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb. Qar örtüyünün hündürlüyü Lerikdə 7 sm, Ordubadda 4 sm, Sarıbaş (Qax), Şahdağda 2 sm, Əlibəydə (Zaqatala) 1 sm olub. Düşən yağıntının miqdarı Ordubadda 17 mm, Lerikdə 15 mm, Naxçıvanda 12 mm, Biləsuvar, Culfada 10 mm, Şahbuzda 8 mm, Yardımlı, Sarıbaş(Qax), Şərur, Balakən, Astara, Şəki, Zaqatala, Gədəbəy, Lənkəran, Sədərək, Şahdağ, Tovuz, Ceyrançöl, Gəncə, Oğuzda 6 mm-dək olub. Qəbələ, Qrız, Şəmkir, Balakən, Oğuz, Zaqatala, Şəki, Sumqayıtda duman müşahidə olunub. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 1-5 dərəcə isti, dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta, aran rayonlarında 7-9 dərəcə isti, dağlıq rayonlarda 1-3 dərəcə isti, yüksək dağlıq ərazilərdə 6 dərəcəyədək şaxta olub. Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti yanvarın 6-sı günün ikinci yarısınadək davam edəcək. 7-8-də hava şəraiti əsasən yağmursuz keçəcək. |
2024-01-06 | 820,090 | Yol polisi rayonlardan qayıdanlara müraciət etdi | Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) bayram günlərində bölgələrə səfər etmiş sürücülərə müraciət edib. İdarədən Axar.az-a daxil olan müraciətdə qeyd olunub ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar müəyyən edilmiş qeyri-iş günlərində ölkənin müxtəlif bölgələrinə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması avtomobil yollarında nəqliyyat vasitələrinin sıxlığının və hərəkət intensivliyinin artmasına səbəb olacaq. BDYPİ bayram günlərinin yol qəzası nəticəsində arzuolunmaz bitməməsi üçün hərəkət iştirakçılarına müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyi, yorğun, yuxusuz və ya sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməkdən çəkinməyi və belə hallara yol verən sürücülərə qarşı biganə qalmamağı tövsiyə edib: "Xüsusilə sürücülərə xitab edərək onları yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq. Uzaq məsafə qət edən sürücü və sərnişinlərin nəzərinə çatdırırıq ki, qısamüddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər". |
2024-01-06 | 820,095 | 682-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 682-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 363 870 hərbçi, 6 018 ədəd tank, 11 158 ədəd zirehli döyüş maşını, 8 617 ədəd artilleriya sistemi, 950 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 633 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 478 ədəd avtomobil texnikası, 6 787 ədəd PUA, 1 786 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 317 xüsusi avadanlıq itirib. |
2024-01-06 | 820,097 | Şəmkirdə dəmir yolu xəttinin yaxınlığında silah tapıldı | Şəmkirdə dəmir yolu xəttinin yaxınlığında silah-sursat tapılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir rayonunun Keçili kəndi ərazisindəki dəmir yolu xəttinin yaxınlığında 1 ədəd F-1 qumbarası, 2 ədəd tüstüverici şaşka, 1 ədəd alışdırıcı, 42 ədəd müxtəlif çaplı patron və 2 ədəd patron darağı tapılıb. |
2024-01-06 | 820,101 | Rusiya bu şəhərləri tutmağa hazırlaşır | Rusiya ordusu yaxın həftələrdə Xarkov vilayətində Kupyanskın ələ keçirilməsi üçün səyləri artıra bilər, lakin vilayətin başqa istiqamətlərində genişmiqyaslı hücum əməliyyatlarına hazır deyil. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun hesabatında qeyd olunub. İnstitut ukraynalı rəsmilərə istinadla qeyd edib ki, rus qoşunları 2024-cü ilin qışında Kupyansk və Borovoyu tutmağı hədəfləyir: “Bu şəhərlərin tutulması çox güman ki, Ukrayna qüvvələrini Xarkov vilayətindəki Oskol çayının şərq sahilindən sıxışdırıb çıxaracaq və Rusiyanın Kupyansk-Svatovo-Kremennoy xətti boyunca gələcək hücum əməliyyatları üçün şərait yaradacaq”. |
2024-01-06 | 820,104 | ABŞ Arktikanı özünə Milad hədiyyəsi etdi - Denninq | ABŞ-ın Arktikada kontinental şelfini birtərəfli qaydada genişləndirmək istəyi bütün dünya üçün narahatedici əlamətdir. Axar.az xəbər verir ki, bunu “Blumberq” agentliyinin şərhçisi Liam Denninq deyib. “ABŞ-ın təxminən 380 min kvadrat mil (984 min kv.km) ərazini təktərəfli ələ keçirməsi bütün dünya üçün narahatedici əlamətdir. Bununla Vaşinqton özünə Texas və Nyu-Meksiko ştatları böyüklüyündə bir ərazini Milad hədiyyəsi etməyə qərar verdi”, - Denninq bildirib. |
2024-01-06 | 820,108 | Kim Çen İn qızı ilə raket zavoduna getdi | Şimali Koreya lideri Kim Çen İn qızı Kim Çju Ye ilə ballistik raketlər üçün mobil raket buraxılış qurğuları istehsal edən zavoda gedib. Axar.az xəbər verir ki, bu barədə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb. Kim Çen İn bildirib ki, zavod 2023-cü ildə istehsal planını artıqlaması ilə yerinə yetirə bilər. |
2024-01-06 | 820,111 | Şoltsun rezin çəkmələri qəzəbə səbəb oldu - Foto | Almaniyanın daşqınlardan əziyyət çəkən Saksoniya-Anholt əyalətinə səfəri zamanı kansler Olaf Şolts xarici görünüşü ilə yerli sakinləri qəzəbləndirib. Axar.az xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb. “Bu dəfə Şoltsun ayağında sukeçirməz ayaqqabılar var idi. Su basan ərazilərə ikinci səfərində kansler siyasi xal toplamaq istəyirdi. Amma Saksoniya-Anholt əyalətində onu yağış və qəzəbli şəhərlilər gözləyirdi”, - nəşr bildirib. |
2024-01-06 | 820,112 | Xankəndi və Ağdərədə xeyli silah-sursat tapıldı | Xankəndi şəhərində polis əməkdaşları döyüş silah-sursatları aşkarlayıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Şəhər ərazisində 2 ədəd AKS-74, 1 ədəd AK-74M, 4 ədəd AK-47, 1 ədəd AK-103, 4 ədəd AKMS, 5 ədəd AK-74 markalı avtomat silah, 2 ədəd TOZ markalı ov tüfəngi, 1 ədəd APS markalı tapança, 2 ədəd “Makarov” markalı tapança, 6 ədəd qumbara, 1 ədəd PK markalı pulemyot, 2536 ədəd müxtəlif çaplı patron, 4 ədəd süngü-bıçaq, 39 ədəd patron darağı və 30 ədəd daraq aşkar olunub. Ağdərə şəhəri ərazisində də 1 ədəd F-1 qumbarası, 919 ədəd avtomat patronu, 9 ədəd patron darağı və 1 ədəd süngü bıçaq tapılıb. Silah-sursat Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aşkarlanıb. |
2024-01-06 | 820,113 | Ukrayna Krımda aerodromu vurdu | Ukrayna Silahlı Qüvvələri işğal altındakı Krım yarımadasında Saki hərbi aerodromuna zərbələr endirib. Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk özünün rəsmi Teleqram kanalında yazıb. “Saki aerodromu! Bütün hədəflər vuruldu”, - Oleşşuk bildirib. |
2024-01-06 | 820,114 | Ötən il ölkədə dosent adı alanların adı açıqlandı | Keçən il 190 nəfərə dosent elmi adı verilib. Bu barədə Axar.az-a Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib. Həmin müddət ərzində ən çox filologiya elmləri üzrə dosent elmi adı alanlar olub. Belə ki, həmin rəqəm 36 olub. Qeyd edək ki, keçən il 99 nəfərə elmlər doktoru, 526 nəfərə isə fəlsəfə doktoru elmi dərəcəsi verilib. |
2024-01-06 | 820,116 | Ruslar Avdeyevkaya bütün istiqamətlərdən hücuma keçdi | Rus ordusu Avdeyevkaya bütün istiqasmətlərdən hücuma keçib. Axar.az xəbər verir ki, bu barədə “Russkaya vesna” Teleqram kanalı məlumat yayıb. “Rusiya ordusu bütün istiqamətlərdən Avdeyevkaya hücuma keçib. Hücumda böyük sayda texnika və canlı qüvvə iştirak edir”, - məlumatda qeyd olunub. Bildirilib ki, hücum kütləvi artilleriya atəşi ilə müşayiət olunur. |
2024-01-06 | 820,117 | Blinkenə ravvinin cavabı: Azərbaycanda bütün dinlər… | Azərbaycanda bütün dinlər üçün hər cür şərait yaradılıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Təl-Əvivdəki Dağ Yəhudiləri Sinaqoqunun baş ravvini Şmuel Simantov ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına” daxil etdikləri ilə bağlı bəyanatı haqqında danışarkən deyib. Baş ravvin ölkəmizdə bütün dinlərə şərait yaradıldığını vurğulayıb və öz təcrübələrindən danışıb: “Mən Bakıda anadan olmuşam. İki il əvvəl Azərbaycanda işim başa çatıb, indi İsraildəyəm. Azərbaycanda Oğuz rayonunda ravvin, Bakıda gürcü yəhudilərinin sinaqoqunda ravvin, 46 saylı məktəbdə ivrit sektorunun müdiri olmuşam. Mən dindar adamam və Azərbaycanda heç vaxt bu sahədə problemlə rastlaşmamışam. Xarici təsir cəhdlərinə baxmayaraq, Azərbaycanda təkcə yəhudiliyin deyil, bütün dinlərin azad şəkildə yaşaması üçün hər cür şərait yaradılıb. Azərbaycanda hər zaman bütün dini bayramlarımızı heç bir maneə olmadan tam şəkildə qeyd edir, əlimizdə Tövratla küçələrdə sərbəst gəzirdik. Azərbaycanda sinaqoqlara, kilsələrə, məscidlərə hər il vəsait ayrılır. Oğuzda 2, Qubada 5, Bakıda isə 3 sinaqoq var, hamısına vəsait ayrılıb. Bundan əlavə, dövlət onların təhlükəsizliyini təmin edir”. |
2024-01-06 | 820,118 | Əfsanəvi futbolçu öldü | Əfsanəvi braziliyalı futbolçu və məşqçi Mario Zaqallo 93 yaşında vəfat edib. Axar.az xəbər verir ki, bu barədə onun İnstaqram səhifəsində məlumat yayılıb. Qeyd edək ki, Mario Zaqallo həm oyunçu (1958-1962), həm baş məşqçi (1970), həm də baş məşqçi köməkçisi (1994) kimi dünya kubokunu qazanan nadir futbolçulardan idi. |
2024-01-06 | 820,120 | Kreml Kiyevlə bağlı BMT TŞ-dən bunu tələb edir | Rusiya BMT Təhlükəsizlik Şurasında Qərbin Ukraynaya hərbi texnika göndərməsi mövzusunu müzakirəyə çıxarmaq istəyir. Müzakirələrin yanvarın 22-də keçirilməsi planlaşdırılır. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Rusiyanın bu məntiqi anlaşılmazdır: “Ukrayna ərazisinə müdaxilə edir və sonra dünyadan Ukraynaya hərbi texnika göndərməməyi tələb edir. Kreml Ukraynaya hərbi texnika göndərən ölkələrə həm də demək istəyir ki, işğalı bitirməyə imkan verin. Rusiya özü Ukrayna şəhərlərini bombalamaq üçün İran və Şimali Koreyadan aldığı raketlərdən istifadə edir. Aydındır ki, BMT Təhlükəsizlik Şurasında Ukrayna əleyhinə qətnamənin qəbulu mümkün deyil. Kremlin məqsədi fərqlidir. Rusiya BMT-də irəli sürdüyü sənədə səsvermə keçirməklə iki məqsəd güdür: birincisi, işğalçı müharibədə “haqlı” olduğunu göstərmək, ikincisi, BMT üzvləri arasında müharibəylə bağlı öz xeyrinə fikir ixtilafını dərinləşdirmək”. |
2024-01-06 | 820,121 | MN-lə Hərbi Prokurorluq arasında tədbirlər planı imzalandı | 2024-cü ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Plana müvafiq olaraq cari ildə nəzərdə tutulan birgə tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib. 2024-cü il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində müxtəlif kateqoriyalardan olan hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi biliklərinin artırılması, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlər və digər fəaliyyətlər icra olunacaq. |
2024-01-06 | 820,123 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında yanvarın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-80% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. |
2024-01-06 | 820,128 | Kim Çendən tarixi addım: Yapon baş nazirə məktub... | Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 110 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat verib. Şimali Koreya lideri Kim Çen İn də baş vermiş faciə ilə bağlı Yaponiya Baş naziri Fumio Kişidaya başsağlığı verib. Kim Çen İn məktubunda zəlzələdən zərər çəkən insanların qısa müddətdə stabil həyata qayıdacaqlarına ümid etdiyini bildirib. Şimali Koreya lideri Baş nazir Kişida, eləcə də həlak olan və xəsarət alanların ailələrinə dərin hüznlə başsağlığı verdiyini bildirib. Şimali Koreyanın rəsmi məlumatlarını izləyən “Radio Press” agentliyinin məlumatına görə, bu, Kim Çen İnin Kişidaya ünvanladığı ilk məktubdur. Çünki iki ölkə arasında diplomatik əlaqələr yoxdur. |
2024-01-06 | 820,130 | Almaniya 221 min kişini Ukraynaya verməyəcək | Almaniya qanunvericiliyi səfərbərlikdən yayınmaq üçün ölkəyə gələn kişilərin Ukraynaya ekstradisiyasına icazə vermir. Axar.az xəbər verir ki, bu sözləri “Velt am Sonntag” qəzetinə müsahibəsində Almaniyanın ədliyyə və istehlakçıların hüquqlarının müdafiəsi naziri Marko Buşman deyib. “Mən Ukrayna hökumətinin ukraynalı kişilərin orduda xidmət etmək üçün vətənlərinə qayıtmaq istəyini başa düşürəm. Amma bu ölkənin ədliyyə naziri kimi deyirəm ki, Almaniyadakı hüquqi vəziyyət bu şəxslərin ekstradisiyasına imkan vermir”, - nazir bildirib. Qeyd edək ki, Almaniya hökumətinin məlumatına görə, 2022-ci ilin fevralından bəri Ukraynadan Almaniyaya 18-60 yaş arası 221 571 kişi gedib. |
2024-01-06 | 820,131 | Rusiyanın bu şəhərlərində toyuq əti yoxa çıxdı - Foto | Rusiyanın bir sıra şəhərlərindəki iri supermarketlərin rəflərində toyuq əti tapılmır. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Məlumata görə, toyuq əti qıtlığından Yekaterinburq, Çelyabinsk, Samara və Ulyanovsk şəhərlərinin sakinləri şikayət edir. Bildirilib ki, satışda nə toyuq budu, nə qanadı, nə də filesi var. |
2024-01-06 | 820,133 | İsrail səfirlərinə çağırış etdi: Siyasətçilərə təzyiq göstərin | İsrail Xarici İşlər Nazirliyi Cənubi Afrika Respublikasının (CAR) Qəzza zolağında soyqırım ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsində başlatdığı prosesə qarşı çıxmaq üçün digər ölkələrə müraciət edib. Axar.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb. Məlumata görə, İsrail Xarici İşlər Nazirliyi səfirlərdən ev sahibi ölkələrdəki diplomatlara və siyasətçilərə təzyiq göstərmələrini istəyib. Qeyd edək ki, CAR 2023-cü ilin dekabrında Qəzza zolağında soyqırım ittihamı ilə İsrailə qarşı iddia qaldırmışdı. Beynəlxalq Ədalət Məhkəməsi yanvarın 11-12-də CAR-ın İsrailə qarşı iddiası ilə bağlı dinləmələr keçirəcək. |
2024-01-06 | 820,134 | Gülbahar Şükürlü dəfn edildi | Azərbaycanın əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü dəfn edilib. Kult.az xəbər verir ki, sənətçi İkinci Buzovna qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb. Mərasimdə incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak ediblər. Qeyd edək ki, əməkdar artist, qarmon ustası Gülbahar Şükürlü ötən gün vəfat edib. 62 yaşlı sənətçi xərçəng xəstəliyindən əziyyət çəkirdi. |
2024-01-06 | 820,135 | Ağsuda narkotik satan şəxslər tutuldu | Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakinləri - Natiq Nuriyev və Zamiq Müslümov saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Nuriyevdən heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitə və psixotrop maddəni birlikdə paytaxtdan Ağsuya satış məqsədilə gətirdikləri məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. |
2024-01-06 | 820,138 | Hakan Fidanla Blinkenin görüşü başa çatdı | 13:53 Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb. Axar.az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb. Məlumata görə, Fidanla görüşdən sonra Blinkenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. *** Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başa çatıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə və Yunanıstanı əhatə edən səfər çərçivəsində dünən İstanbula gəlib. |
2024-01-06 | 820,141 | Bayram günlərində zəhərlənənlərin sayı açıqlandı | Bayram günlərində (31.12.2023-05.01.2023) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 56 müraciət daxil olub. KTM-dən Axar.az-a verilən məlumata görə, müraciət edənlərdən 37-si alkoqol, 11-i dərman, 4-ü sirkə turşusu, 2-si dəm qazı, 1-i botulizm, 1-i isə pestisiddən zəhərlənib. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər qadın pestisid zəhərlənməsindən ölüb. Hazırda 15 nəfərin müalicəsi mərkəzdə davam etdirilir, digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar. |
2024-01-06 | 820,142 | Şoltsa təzyiqlər başladı: Bu raketləri Ukraynaya ver! | “Taurus” qanadlı raketlərinin Kiyevə tədarükü ilə bağlı Almaniya kansleri Olaf Şoltsa hakim koalisiyanın tərkibində yer alan Almaniya Sosial Demokrat Partiyası, Yaşıllar Partiyası, Azad Demokratik Partiyası və liberallar tərəfindən təzyiqlər güclənir. Axar.az xəbər verir ki, bu barədə “Rheinische Post” məlumat yayıb. Məlumata görə, Yaşıllar, Azad Demokratik Partiyası və müxalif Xristian Demokrat İttifaqının bir neçə nümayəndəsi raketlərin Ukraynaya tədarükünün zərurətindən danışıb və Şoltsu həddən artıq təmkinli olmaqda ittiham edib. “Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü çoxdan yetişib. Passivlik kanslerindir və hökumətin ümumi mövqeyi hesab edilmir”, - Bundestaqdakı “İttifaq-90/ Yaşıllar” fraksiyasından olan deputat Sara Nanni deyib. Xristian Demokrat İttifaqının xarici siyasət məsələləri üzrə eksperti Roderix Kizeveter isə bildirib ki, Kiyevə kifayət qədər hərbi yardımın göstərilməməsi faktiki olaraq Rusiyaya dəstək deməkdir: “Rusiya Qərbin zəifliyi səbəbindən özünü güclü hiss edir”. |
2024-01-06 | 820,152 | BMT-nin bu agentliyi təcili məhv edilməlidir – İsrailli ekspert | BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyi yox edilmədən qələbə qazanmağımız mümkün deyil. Axar.az xəbər verir ki, bu sözləri israilli geosiyasət və sosial siyasət üzrə ekspert Noqa Arbel Knessetdə çıxışı zamanı deyib. Agentliyin təcili şəkildə məhv edilməsini istəyən ekspert bunun müharibənin sonuna buraxılmamasının vacibliyindən danışıb. |
2024-01-06 | 820,155 | Şəkidə 6 yaşlı uşaq qızılcadan öldü – TƏBİB-dən açıqlaqma | TƏBİB Şəkidə 6 yaşlı uşağın ölüm səbəbini açıqlayıb. TƏBİB-dən Axar.az-a bildirilib ki, valideynlərinin söylədiyinə görə, 2023-cü il dekabr ayının son günlərindən Şəkinin Sarıca kənd sakinləri Yusi Məmişov və Əli Məmişov qardaşlarında öskürmə, yüksək hərarət, halsızlıq, tərləmə əlamətləri olub. Qeyd olunub ki, hər iki uşaqla bağlı 03.01.2024-cü il tarixində saat 15:16 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib, daxil olarkən Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağır olub, ətraflı laborator, diaqnostik müayinələr aparılıb, xəstəyə venadaxili infuziya inhalyasiya olunub, Yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib. 05.01.2024 tarixində saat 16:00 radələrində Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağırlaşıb. Xəstəyə pediatrın, reanimatoloqun baş həkimlə birgə baxışı keçirilib, əlavə müayinələr, qan analizləri aparılıb, Reanimasiya şöbəsinə köçürülüb. Müşahidələr və müalicələr davam etdirilib. Pnevmoniya ilə ağırlaşmış qızılca diaqnozu qoyulan azyaşlı gecə saatlarında intubasiya olunaraq süni tənəffüs aparatına qoşulub, bütün reanimasyon və intensiv terapiya tədbirlərinə baxmayaraq, azyaşlı 6 yanvar tarixində saat 05:50 radələrində ağciyər-ürək çatışmamazlığından dünyasını dəyişib. Qardaşı Məmişov Əli İsmayıl oğlu 03.01.2024-cü il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə gətirilib, xəstə ilk yardım və müayinələrdən sonra Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Daxil olarkən vəziyyəti orta ağır olub. Xəstənin valideynləri müalicədən imtina edərək onu şöbədən çıxarıblar, daha sonra yenidən təcili yardım bölməsinə gətiriblər. Təcili yardım bölməsində xəstəyə yenidən ixtisaslı həkim müayinələri, laborator analizləri və tibbi yardımlar göstərilib, xəstə orta ağır stabil vəziyyətdə təcili yardım briqadası ilə Bakıdakı tibb müəssisəsinə təxliyə olunub. Qeyd edək ki, Şəkinin Sarıca kəndinin tibb məntəqə rəhbəri azyaşlının ailə üzvləri ilə uşaqlarının peyvəndə cəlb olunması zərurəti ilə əlaqədar dəfələrlə profilaktik söhbətlər aparıb, ancaq valideynlər peyvənddən imtina ediblər və bu barədə izahatları da alınaraq sənədləşdirilib. |
2024-01-06 | 820,159 | Rusiyanın Xarkova hücum üçün qüvvəsi yoxdur - Maşovets | Yanvarın ortasında Xarkova hücuma başlamaq üçün Rusiyanın kifayət qədər qoşunu yoxdur. Axar.az xəbər verir ki, bu sözləri ukraynalı hərbi ekspert Konstantin Maşovets deyib. Ekspertə görə, sərhəddə yerləşən Belqorod vilayətindəki rus qoşunu 12 minə yaxın hərbçidən ibarətdir. Bu da hücum üçün deyil, müdafiə üçün kifayət edir. Onlar da Kupyanskdan gələn həmlələrə cavab verməklə məşğuldur. “Hazırda düşmənin Slobojanski əməliyyat bölgəsi istiqamətində yerləşdirilmiş Belqorod qüvvələrinin əsas məqsədi məhdudlaşdırıcı tədbirlər keçirmək və Ukrayna ordusunun müəyyən qüvvələrinin əməliyyatlar keçirməsinin qarşısını almaqdır”, - Maşovets bildirib. Qeyd edək ki, bu gün ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu Rusiyanın Kupyansk istiqamətində hücuma hazırlaşdığını yazmışdı. |
2024-01-06 | 820,162 | Xruşşovun nəvəsi öldü | Sov İKP MK-nın keçmiş katibi Nikita Xruşşovun nəvəsi Aleksey Acubey Moskvadakı evində vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. |
2024-01-06 | 820,165 | Şimali Koreya bu istiqamətdə yenidən atəş açdı | Şimali Koreyanın sahil artilleriyası Sarı dəniz istiqamətində 60 yaylım atəş açıb. Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Qərargah Rəisləri Komitəsi məlumat yayıb. Qeyd edək ki, dünən Şimali Koreya Cənubi Koreyanın Sarı dənizdə yerləşən adaları istiqamətində 200 artilleriya atəşi açmışdı. |
2024-01-06 | 820,166 | 682-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 682-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 565 təyyarəsi, 265 helikopteri, 10 488 PUA-sı, 447 zenit-raket kompleksi, 14 494 tank və digər zirehli texnikası, 1 201 reaktiv yaylım atəş sistemi, 7 645 artilleriya və minaatanı, 17 121 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-06 | 820,167 | İcmadan fransız səfirə cavab: Şarlatanlıq... | Fransanın Ermənistandakı səfiri Azərbaycan əleyhinə fəaliyyəti özünün həyat tərzinə çevirib. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. Qeyd olunub ki, ksenofob tvitlər və açıqlamalarla öz aləmində guya Azərbaycanı “sancdığını” düşünən fransız səfirin yanaşması sadəcə gülüş doğurur: “Bu ştatlı azərbaycanofob özünü belə yolla Ermənistan cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışır. Görünür, fransız səfir ölkəsinin bir neçə aydır ki BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul etdirə bilməməsinin acığını və qəzəbini belə düşük tvitlər yazmaqla çıxmağa çalışır”. “Səlibçi mentalitetli səfir başa düşməlidir ki, o, Ermənistanda akkreditə olunub və başqa ölkənin - Azərbaycanın suverenliyinə aid məsələlərə baş qoşmamalıdır. O, səfir kimi məhz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsindən, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin, məscidlərin dağıdılmasının, təhqir olunmasının, Göy Məscid kimi təhrif edilməsinin yolverilməz olmasından danışmalıdır. Lakin etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya, islamofobiya, şarlatanlıq buna imkan vermir”, - Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb. |
2024-01-06 | 820,168 | Bakıda güclü külək reklam lövhəsini aşırdı - Foto | Bakıda güclü külək reklam lövhəsini aşırıb. Axar.az Oxu.az-a istinadla xəbər verir ki, gecə saatlarından başlayan güclü külək Bakının 8-ci mikrorayon ərazisində, yol kənarında olan reklam lövhəsini aşırıb, lövhənin dirəyi qırılıb. |
2024-01-06 | 820,171 | Azərbaycan Yaponiyaya başsağlığı verdi | Azərbaycan Xarici İşlər Nazirliyi Yaponiyaya başsağlığı verib. Axar.az xəbər verir ki, başsağlığı mətni nazirliyin X hesabında paylaşılıb. “Yaponiyanın Noto yarımadasında baş verən zəlzələ nəticəsində qeydə alınan insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirik”, - nazirlikdən bildirilib. |
2024-01-06 | 820,172 | Vatsapla bağlı xəbərdarlıq: Bu tətbiqi istifadə edənlər... | Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi saxta Vatsap tətbiqlərinin yaratdığı təhlükə barədə vətəndaşları yenidən xəbərdar edib. Axar.az xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub. "Belə ki, saxta Pink Vatsap, Vatsap+ kimi rəsmi vendor tərəfindən təqdim edilməyən tətbiqlər orijinal tətbiqdən fərqlənmək və cəlbedicilik üçün bir sıra əlavə funksionallıqlar təklif etməklə insanların marağına səbəb olur. Qarşı tərəfin sildiyi statusları və mesajları yadda saxlama, oxunmuş mesajların gizlədilməsi, onlayn olmanın izlənilməsi kimi əlavə funksionallıqlar təklif edən belə saxta tətbiqlər əslində istifadəçilərini yoluxduraraq onların məlumatlarını oğurlamaq, bəzən isə həmin tətbiqlər quraşdırılmış mobil telefonların emal gücündən “mining” və ya “proxy” kimi istifadə edilmək məqsədi ilə yaradılır. Təəssüflə bildirmək lazımdır ki, Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin 26 aprel 2021-ci il tarixində (https://t.me/certgovaz/12) etdiyi xəbərdarlığa baxmayaraq, saxta Votsap tətbiqlərinin istifadəsi vətəndaşlar arasında artmaqda davam edir. Bunu “Kasperski Laboratoriya”sının oktyabr 2023-cü il tarixi üçün təqdim etdiyi araşdırmadan da aydın görmək olur. Belə ki, təqdim edilən araşdırmada Azərbaycan vətəndaşlarının saxta Vatsap tətbiqi yükləyənlərin sayına görə 45,64% ilə regionda ilk yerdə olması vətəndaşlar üçün kibergigiyena kimi maarifləndirmə tədbirlərinin genişləndirilməsinə ciddi ehtiyac olduğundan xəbər verir", - açıqlamada qeyd olunub. |
2024-01-06 | 820,179 | Bu ölkə Ukraynaya F-16 tədarükünü təxirə saldı | Danimarkanın F-16 qırıcılarını Ukraynaya təhvil verməsi təxminən yarım ilə yaxındır ki, gecikir. Axar.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə qırıcıların tədarükü yeni ilin əvvəlinə planlaşdırılsa da, indi ikinci rübə keçirilib. Nazirlik bunu Ukrayna tərəfinin bu qırıcıları cəbhədə istifadə etməyə hazır olmaması ilə izah edib. |
2024-01-06 | 820,181 | Ərdoğan Blinkenlə nələri müzakirə etdi? | 16:15 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda səfərdə olan ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilib ki, görüş mətbuata qapalı şəraitdə keçirilib. *** Təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib. Bu barədə ABŞ Dövlət katibi Entoni Blinken sosial şəbəkə səhifəsində yazıb. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı münaqişəni, NATO müttəfiqləri olaraq ümumi təhlükəsizlik prioritetlərini və ikitərəfli ticarət və investisiyalarımızı genişləndirmək istəyimizi müzakirə etdik", - Blinken bildirib. |
2024-01-06 | 820,182 | Zahid Oruc və Nurullayevin namizədlikləri qeydə alındı | Mərkəzi Seçki Komissiyası (MSK) Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb. Axar.az xəbər verir ki, qərar komissiyanın bu gün keçirilən iclasında qəbul edilib. Beləliklə prezidentliyə namizədliyi qeydə alınanların sayı 3-ə çatıb. MSK-nın 2023-cü il dekabrın 30-da keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. |
2024-01-06 | 820,187 | Qonşuda xəbərdarlıq: Virusa yoluxma halları artacaq | Gürcüstanda qrip virusuna yoluxma halları artacaq, lakin 2023-cü ildə olduğu kimi kəskin xəstəliklərin sayı az olacaq. Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında İaşvili adına Tiflis Mərkəzi Uşaq Xəstəxanasının tibbi direktoru İvan Çxaidze söyləyib. Onun sözlərin görə, Gürcüstanda əsasən H1N1 və H1N3 viruslarına rast gəlinir ki, bu viruslar yüksək hərarət, baş, oynaq, əzələ ağrıları, halsızlıq kimi əlamətlərlə səciyyələnir. O, xəstəlik zamanı bədən istiliyinə nəzarət etməyi, çoxlu maye içməyi və ağır fəsadlar yarandıqda həkimə müraciət etməyi tövsiyə edib. “Yanvarın ilk həftəsində bütün dünyada olduğu kimi, Gürcüstanda da virus xəstəliklərinə yoluxma halları artıb. Qrip dominant virusa çevrilib. Keçən il dekabrın əvvəlində qripə yoluxma halları 16 faiz təşkil edirdisə, hazırda bu rəqəm 26 faizə çatıb”, - Çxaidze vurğulayıb. Tibbi direktor bildirib ki, virusun yayılmasında hava şəraiti də mühüm rol oynayır. Güman ki, soyuq günlərin başlaması ilə virus və soyuqdəymə halları artacaq. O qeyd edib ki, Gürcüstanda qrip virusu ilə yanaşı, rinovirus, respirator virus və s. kimi viruslar da yayılır. COVİD-19 koronavirusuna gəlincə, Çxaidzenin sözlərinə görə, o, daha az aktivdir və onun nisbəti xəstəlik hallarının ümumi sayının 2,5 faizdən azdır. |
2024-01-06 | 820,189 | Bayden Trampı böyük təhlükə adlandırdı | ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün Pensilvaniya ştatında kampaniyaya başlayan Prezident Co Bayden ilk çıxışında keçmiş həmkarı Donald Trampı hədəfə alıb. Axar.az xəbər verir ki, Bayden builki seçkilərdə rəqibi olacağı gözlənilən Trampı “Amerika demokratiyası üçün böyük təhlükə” adlandırıb. Bayden bu il keçiriləcək prezident seçkilərinin demokratiya üçün bir sınaq olacağını vurğulayıb. “Seçkidə demokratiya olacaq, azadlığınız seçki bülletenində olacaq”, - deyən Co Bayden seçiciləri ona səs verməyə çağırıb. |
2024-01-06 | 820,193 | “Qarabağ”ın qapıçısı: Hər şey o qədər iyrənc idi ki... | Əziyyətimin hədər getməməsi məni sevindirir. Axar.az xəbər verir ki, bunu Matç TV-yə açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib. Ağdam təmsilçisinin rusiyalı qolkiperi 2023-cü ilin onun üçün çox pis başladığını bildirib: "İlin əvvəli o qədər iyrənc idi ki, bundan pis olacağını düşünmək belə mümkün deyildi. Amma ilin sonunda hər şey düzəldi. İnanırdım ki, hər şey yoluna düşəcək. Bunun üçün bütün imkanlarımı səfərbər etmişdim". 32 yaşlı qolkiper öz çıxışını dəyərləndirib: "Zədədən sonra futbola qayıtdım. Bu da mənim üçün ən vacibidir. Çoxları zədənin ağır nəticələr verə biləcəyini deyirdi. Lakin hər şey yaxşı qurtardı. Ona görə də özümə "4+" qiymətini verərdim". Lunyov 2024-cü ildən gözləntilərini də açıqlayıb: "Qarşıma konkret hədəf qoymuram. Əvvəllər necə çalışırdımsa, yeni ildə də maksimum məşq edəcəm. Əsas odur ki, zədə olmasın". Qeyd edək ki, "Qarabağ" Andrey Lunyovu 2023-cü ilin avqustunda Almaniyanın "Bayer 04" klubundan 1 illik icarəyə götürüb. |
2024-01-06 | 820,195 | Naxçıvanda jurnalist və iki qızı dəm qazından zəhərləndi | Naxçıvanda dəm qazından 3 nəfər zəhərlənib. Axar.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün Naxçıvan şəhərində qeydə alınıb. Belə ki, şəhər sakinləri 1977-ci il təvəllüdlü Ruhiyyə Hacı qızı Rəsulova və qızları 2000-ci il təvəllüdlü Jalə Vüqar qızı Mirzəyeva və 2011-ci təvəllüdlü Fidan Vüqar qızı Mirzəyeva evdə dəm qazından zəhərləniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, R.Rəsulova Naxçıvan televiziyasının əməkdaşıdır. |
2024-01-06 | 820,196 | MSK 72 beynəlxalq müşahidəçini qeydə aldı | Fevralın 7-də Azərbaycanda keçirilicək prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib və hamısı da müsbət qarşılanıb. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib. MSK sədri bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları bürosu (DTİHB) prezident seçkilərində 37 nəfərlə, MDB Parlament Assambleyası 17 nəfərlə, Türkiyə 5 nəfərlə, MDB 9 nəfərlə, o cümlədən Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası üşün artıq məlumatlar göndərib. Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir. Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2024-01-06 | 820,197 | 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb – MSK sədri | Ölkədən kənarda yaşayan seçicilərin səsvermə hüququnu təmin etmək üçün 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında məlumat verib. O bildirib ki, həmin məntəqələrdə xaricdə olan vətəndaşlarımız səs verə biləcəklər. |
2024-01-06 | 820,198 | Şirvanda silah-sursat tapıldı | Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 28 ədəd patron aşkarlanaraq götürülüb. Faktlarla bağlı araşdırmalar aparılır. |
2024-01-06 | 820,199 | Külək Bakıda binanın damını uçurdu - Video | Güclü külək Bakıda yaşayış binasının damını uçurub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Bakı şəhərinin Pirallahı rayonu, Pirallahı qəsəbəsi, 28-ci məhəllə, bina 4 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dam örtüyünün bir hissəsinin qoparaq asılı vəziyyətdə qalması və sakinlər üçün təhlükəli vəziyyətin yaranması barədə məlumat daxil olub. Dərhal əraziyə cəlb edilən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi texnikanın köməkliyi ilə dam örtüyünün asılı vəziyyətdə qalmış hissəsini kəsib götürərək təhlükəni aradan qaldırıblar. |
2024-01-06 | 820,200 | ABŞ Ukraynaya "Patriot" raketləri verə bilməyəcək | ABŞ yaxın zamanda Ukraynanı "Patriot" raketləri ilə təmin edə bilməyəcək. Axar.az xəbər verir ki, bu barədə "Nyu York Tayms" öz mənbələrinə istinadən məlumat yayıb. Səbəb olaraq isə maliyyə çatışmazlığı göstərilib. Məlumatda raketlərin birinin qiymətinin 2-4 milyon dollar arasında dəyişdiyi bildirilib. |
2024-01-06 | 820,201 | Bayden bunu edə bilmədi, Putin qalib gəldi - Mettyus | Ukraynanın təmas xətti boyunca faktiki bölünməsi Rusiya ilə genişmiqyaslı münaqişədə maraqlı olmayan Qərb üçün yeganə həll yolu olaraq qaldı. Axar.az xəbər verir ki, bunu britaniyalı jurnalist Ouen Mettyus “Spectator” nəşrində yazdığı məqaləsində bildirib. “Qərb siyasətçilərinin qarşısında duran problem ondan ibarətdir ki, Rusiya sanksiyalardan və Ukraynadakı münaqişənin digər nəticələrindən nə qədər əziyyət çəksə də, məğlubiyyətə uğramaması Rusiya Prezidenti Vladimir Putinin qələbəsi deməkdir. ABŞ Prezidenti Co Bayden ya Ukraynanı demokratiya uğrunda qlobal müharibəyə çevirmək, ya da Qərbi Ukraynanın arsenalına çevirmək üçün kifayət qədər siyasi iradə toplaya bilmədi”, - müəllif bildirib. Onun sözlərinə görə, münaqişənin taleyi Kiyevdə yox, Vaşinqtonda həll olunacaq. |
2024-01-06 | 820,202 | Belqorod üzərində hava hədəfi vuruldu | Rusiya hava hücumundan müdafiə vasitələri Belqorod üzərində hava hədəfini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb. Onun sözlərinə görə, tələfat və dağıntı qeydə alınmayıb. |
2024-01-06 | 820,203 | BDU-nun tələbəsi dəm qazından boğuldu | Bakı Dövlət Universitetinin tələbəsi dəm qazından boğulub. Axar.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib. Məlumata görə, BDU-nun SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Sənan Mahir oğlu Qasımov dəm qazından boğularaq vəfat edib. BDU rəhbərliyi tələbənin faciəli vəfatı ilə bağlı başsağlığı verib. |
2024-01-06 | 820,210 | Dünya birliyi bunu etməyə borcludur - Borrell | Beynəlxalq ictimaiyyət Qəzza zolağında döyüşlərə son qoymaq və bu ərazidə yaşayan fələstinlilərin daha çox əzab çəkməsinin qarşısını almaq üçün effektiv addımlar atmağa borcludur. Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib. |
2024-01-06 | 820,211 | Ukraynada bu tarixdə səfərbərlik qanunu qəbul edilə bilər | Ukrayna Ali Radasının müvafiq komitəsi yanvarın 8-9-da yeni səfərbərlik qaydaları haqqında qanun layihəsi ilə bağlı qərar qəbul edə bilər. Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə komitənin katibi Roman Kostenko deyib. O bildirib ki, təmsil etdiyi komitə qanun layihəsi üzərində işləyir və Maliyyə Nazirliyi öz mövqeyini təqdim etməlidir. |
2024-01-06 | 820,213 | Bakıda "Prius"u pilləkənlərlə sürən şəxs həbs edildi | Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan "Toyota Prius" markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Rəsul Rövşən oğlu Novruzov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib. Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib. |
2024-01-06 | 820,216 | Kirman teraktında ölənlərin sayı artdı | İranın Kirman şəhərində qəbiristanlıq yaxınlığında törədilən partlayışlar nəticəsində ölənlərin sayı 91-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Məlumata görə, partlayışlar nəticəsində daha iki yaralı ölüb "Hazırda xəstəxanalarda 102 nəfərin müalicəsi davam etdirilir, onlardan 11-nin vəziyyəti ağırdır", - deyə bildirilib. Qeyd edək ki, 3 yanvarda Qüds briqadasının sabiq generalı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində baş verın partlayışlarda əvvəlcə 103 nəfərin öldüyü bildirilsə də, daha sonra 84 nəfərin öldüyü, 284 nəfərin yaralandığı açıqlandı. |
2024-01-06 | 820,223 | Fidan və Blinken Bakı və İrəvanı müzakirə etdi | Xəbər verdiyimiz kimi, İstanbulda ABŞ Dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Hakan Fidan arasında görüş baş tutub. Axar.az diplomatik mənbələrə istinadən xəbər verir ki, rəsmilər ikitərəfli əlaqələri, o cümlədən Türkiyənin ABŞ-dan F-16 qırıcılarının alışı prosesinin tamamlanması ilə bağlı gözləntilərini müzakirə edib, İsveçin NATO-ya üzvlüyü məsələsində yekun qərarın Türkiyə parlamentində (TBMM) qəbul ediləcəyi vurğulanıb. Fidan Qəzzada dərhal atəşkəsin təmin edilməsi və bunun fonunda anklava humanitar yardımın fasiləsiz çatdırılmasının vacibliyini bildirib. Görüşdə həmçinin Azərbaycan və Ermənistan arasında müzakirələr, Suriya və İraq kimi regional məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. |
2024-01-07 | 820,226 | Rusiya bu PUA ilə İran asılılığından qurtulmaq istəyir | Rusiya "Klin” PUA-sını ucuz, lakin son dərəcə təhlükəli pilotsuz təyyarə kimi təqdim edir. Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib. Kovalenkonun fikrincə, “Klin” daha çox İran "Şahid 131/136" pilotsuz təyyarələri üslubunda hazırlanıb: "Düşmən Tehrandan asılı olmadan istehsal qurmağa çalışır. Dərhal qeyd etməliyəm ki, bu məhsul ZALA AERO-nun “Cub” PUA-sına çox bənzəyir. Lakin “Cub” PUA-sı o zaman yaradıcılarının ümidlərini doğrultmadı, çünki onun döyüş başlığının kütləsi az idi və məhdud uçuş müddəti var idi, 30 dəqiqə". Ekspert istisna etmir ki, Rusiya indi “qızıl orta” tapmağa çalışır: "İran konsepsiyasından istifadə edərək, öz məhsullarını mövcud proqramlarda birləşdirir". |
2024-01-06 | 820,228 | "Neftçi" Olanare ilə yollarını ayırdı | "Neftçi" futbol klubu 29 yaşlı nigeriyalı hücumçu ilə yollarını ayırıb. Klubdan Axar.az-a verilən məlumata görə, "ağ-qaralar" hücumçu Aaron Olanare ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Qeyd edək ki, A.Olanare bu mövsüm paytaxt klubunun heyətində 15 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib. |
2024-01-06 | 820,229 | "Çılpaq gecə"ni təşkil edən aparıcı Rusiyadan qaçdı | Bir müddət öncə Rusiyada “Çılpaq gecə” mərasiminin təşkili ilə böyük səs-küyə səbəb olan bloger Anastasiya İvleyeva ölkədən qaçıb. Axar.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Kseniya Sobçak Teleqram kanalında yazıb. Onun hansı ölkəyə getdiyi açıqlanmayıb. Qeyd edək ki, Moskva məhkəməsi “Çılpaq gecə” mərasimini təşkil etdiyinə görə İvleyevanı 100 min rubl (təxminən 1880 manat - red.) məbləğində cərimələmişdi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.