date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-03
819,533
Quterreşdən İrandakı terakta reaksiya
İranda baş verən terror aktını pisləyirik. Axar.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş deyib. “Terror aktını törədən icraçılar məsuliyyətə cəlb edilməlidir”, - baş katib bildirib.
2024-01-03
819,535
Türkiyəli məşhur referi karyerasını bitirdi
Türkiyəli tanınmış futbol hakimi Mete Kalkavan karyerasını bitirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası (TFF) məlumat yayıb. “Kalkavan “Hakimlər Akademiya”ında VAR təlim cavabdehi vəzifəsinə təyin edilib. Ona xidmətlərinə görə təşəkkür edir və yeni vəzifəsində uğurlar arzulayırıq”, - məlumatda qeyd edilib. Qeyd edək ki, M.Kalkavan 2017-ci ildə UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan “Qarabağ”- "Samtredia" (Gürcüstan) oyununun baş hakimi olub.
2024-01-03
819,537
Fransada Natəvanın heykəlinə qırmızı boya atıldı
Son günlər sosial şəbəkələrdə Fransanın Evian-lö Bən şəhərində 2017-ci ildə ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin tezliklə götürüləcəyi ilə bağlı məlumatlar işıqlandırılır. Axar.az Report-a istinadən xəbər verir ki, Natəvanın heykəlinə qarşı vandalizm aktı törədilib və üzərinə qırmızı boya atılıb. Heykəlin mühafizəsi məqsədilə sonradan üzərinə qoruyucu örtük sarılıb. Qeyd edək ki, Fransanın son zamanlar kəskin şəkildə güclənən Azərbaycan əleyhinə siyasəti indi mədəniyyət və incəsənət sahəsinə də keçib. Fransanın “Le Messager” nəşrinin məlumatına görə, 2023-cü il dekabrın 18-də müxalifət nümayəndələri bələdiyyə şurasından şəhərdə bu parkın adı çəkilən bütün lövhələrin rəsmən götürülməsini tələb ediblər. Şəhərin meri Jozian Leyin sözlərinə görə, artıq “Azərbaycan parkı” ilə bağlı bütün istinadlar silinib. Bunun ardınca İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura dekabrın 28-də İsmayıllı şəhəri ilə Evian-lö Bən şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda İsmayıllı şəhər mərkəzi parkına Azərbaycan şairi Xurşidbanu Natəvanın adının verilməsi təklif olunur. Qəribədir ki, məsələ ilə bağlı hələlik nə rəsmi Paris, nə də mədəni irsin mühafizəsinə cavabdehlik daşıyan və Fransanın ev sahibliyi etdiyi UNESKO reaksiya verib. Xatırladaq ki, 2015-ci ildə Azərbaycanın İsmayıllı şəhəri ilə dostluq və əməkdaşlıq xartiyası imzalayan Fransanın Evian-lö Bən şəhərinin meriyası bu yaxınlarda mədəniyyətə düşmən münasibət bəsləyən qərar qəbul edib. 2017-ci ildə burada “Azərbaycan Parkı” açılıb. 2015-ci ildə imzalanan xartiyaya əsasən İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi də yerləşdirilib.
2024-01-03
819,541
Rəisinin Türkiyəyə səfəri yenə təxirə düşdü
İran Prezidenti İbrahim Rəisi yanvarın 4-də Türkiyəyə planlaşdırılan səfərini təxirə salıb. Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Səfərin təxirə salınmasına səbəb kimi Kirman şəhərində baş verən terror aktı göstərilir. Xatırladaq ki, Rəisinin Ankaraya səfəri 2023-cü il noyabrın 28-nə planlaşdırılsa da, təxirə salınmışdı. Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.
2024-01-04
819,542
Ekstrasensin Moskva və Bakı ilə bağlı 2024 proqnozu
Ekstrasens, psixoloq, “Ekstrasenslər döyüşü”nün qalibi Mehdi İbrahimi Vəfa Rusiya və Azərbaycanla bağlı 2024 proqnozlarını “Moskva-Bakı” ilə bölüşüb. Axar.az sözügedən müsahibəni ixtisarla təqdim edir: - 2024-cü ildə Rusiya və Azərbaycanda iqtisadi vəziyyət necə olacaq? - 2024-cü ildə Rusiyada iqtisadi vəziyyət normallaşacaq. Bəzi ölkələr ilin sonuna kimi Rusiyaya sanksiyaları ləğv edə bilər. Azərbaycana gəlincə: əgər ölkə Türkiyə ilə dost olduğu kimi Rusiya, İran, Çinlə yaxın dost olmağa başlasa, iqtisadiyyat daha da inkişaf edəcək. - 2024-cü ildə həm Rusiyada, həm də Azərbaycanda prezident seçkiləri keçiriləcək. Ölkələrimizi hansı siyasi dəyişikliklər gözləyir? - Nə Azərbaycanda, nə də Rusiyada heç bir siyasi dəyişiklik olmayacaq. Hər şey olduğu kimi qalacaq. - 2024-cü ildə Rusiya və Azərbaycanı iqlim problemi ilə bağlı nə gözləyir? Zəlzələlər, vulkanlar, daşqınlar və ya qlobal faciələr… - Yalnız onu deyə bilərəm ki, planetdə vəziyyət artıq nəzarətdən çıxıb. Bir misal: biz öz torpağımızda boşluqlar yaradırıq, yerin xəzinəsini (neftini) soruruq və bu boşluqları heç bir şeylə doldurmuruq, bəzən onları yalnız su ilə doldururuq. Ancaq su və yağ fərqli şeylərdir. Və bu boşluqlar maqmanın qaçması üçün qapıdır. Bu o deməkdir ki, maqma sonradan təkcə vulkanda deyil, hər yerdə, hətta səhrada da çıxa bilər. Bu o deməkdir ki, iqlim dəyişikliyi dünyanın hər yerində, hətta gözlənilməyən yerdə də ola bilər. Və bütün bunlar yerin tarazlığının dəyişməsi ilə bağlı olacaq. Hər bir zərbə, məsələn, hər hansı silahı sınaqdan keçirmək bizi nəticəsiz qoymur. Həm də anlamaq lazımdır ki, səhralar təbiət tərəfindən yaradılıb və onlar səhra olaraq qalmalı, şəhərə çevrilməməlidir (məsələn). Əks halda Yerin hərəkət oxu və sürəti dəyişəcək. Və bu, böyük ziyana səbəb olacaq. - Kəskin münaqişələrlə bağlı 2024-cü il Rusiya və Azərbaycan üçün necə olacaq? - 2024-cü il sabit siyasi və iqtisadi vəziyyətə malik Rusiya üçün çox firavan bir il olacaq. Azərbaycanda isə hər şey düzgün qonşularla - Rusiya, Çin, Türkiyə, İran kimi dövlətlərlə dostluqdan asılıdır. - Ümumilikdə 2024-cü il adi insanlara nə verəcək? - Əjdaha ili oyanış ilidir. Bu günə qədər yatan bir çox insan oyanır. Bu, həqiqət və ədalət ilidir. Bir çox sirrin və məxfiliklərin pərdəsi qalxacaq. Dünya üç mövqeyə bölünəcək: “lehinə”, “əleyhinə”, “neytral”.
2024-01-03
819,544
Ərdoğan Rəisi ilə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Ərdoğan Kirmanda baş verən terror aktı ilə bağlı Rəisiyə başsağlığı verib. O, dinc əhalini hədəf alan terror aktını qınayıb, Türkiyənin terrorla mübarizədə İranın yanında olduğunu bildirib, itkilərinə görə İran xalqına səbir diləyib. Türkiyə lideri İranı terrorla mübarizədə birgə hərəkət etməyə çağırıb.
2024-01-04
819,548
Bunun üçün çoxlu əsir götürməliyik - Zelenski
Yanvarın 3-də baş vermiş hərbi əsirlərin mübadiləsi Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlanmasından bəri ən böyük əməliyyatlardan biridir. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. "Bu gün hər şeyə, bütün çətinliklərə baxmayaraq, 200-dən çox insanımızı rus əsirliyindən azad edə bildik. Ukrayna mübadilə üçün bütün imkanlardan istifadə edir. Ukrayna hər bir beynəlxalq görüşdə məhbusların qaytarılması mövzusunu qaldırır. Biz nə qədər çox rusu əsir götürsək, mübadilə danışıqları bir o qədər effektiv olar”, - prezident bildirib. Qeyd edək ki, ötən gün BƏƏ-nin vasitəçiliyi ilə aparılan əsir mübadiləsi danışıqları nəticəsində Rusiya 248, Ukrayna isə 230 əsiri geri alıb.
2024-01-03
819,551
NATO Ukraynanın tələbi ilə iclas keçirəcək
NATO Kiyevin tələbi ilə alyansın təcili iclasını keçirəcək. Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba məlumat yayıb. Kulebanın sözlərinə görə, əsas müzakirə mövzularından biri Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi olacaq. Qeyd edək ki, iclasın vaxtı təyin edilməyib.
2024-01-03
819,552
İrandakı partlayışlarda ABŞ və İsrailin əli var? - Miller
İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi növbəti brifinqdə İranın Kirman əyalətində qəbiristanlıq yaxınlığında baş verən partlayışları şərh edərkən bildirib. ABŞ administrasiyası İrandakı partlayışlarda Vaşinqtonun əli olmadığını bəyan edir və İsraili bu partlayışlara görə məsuliyyət daşımaq üçün heç bir səbəb görmür. "Bu partlayışlara nəyin səbəb ola biləcəyini söyləmək hələ tezdir, lakin demək istəyirəm ki, ilk növbədə ABŞ bu işdə iştirak etmir. İkincisi, İsrailin partlayışlarda əli olduğuna inanmağa heç bir əsasımız yoxdur”, - diplomat deyib. Qeyd edək ki, İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasım Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib. Partlayışlar nəticəsində ölənlərin sayı 103 nəfərə, yaralıların sayı 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib.
2024-01-03
819,555
Fələstinə dəstək verən Atala cəza verildi: 8 ay həbs aldı…
Fransanın "Nitsa" futbol klubunda çıxış edən Yusif Atal Fələstinə dəstək paylaşdığı üçün "dini zəmində nifrət salmaq" ittihamı ilə 8 ay şərti həbs və 45 min avro pul cəzasına məhkum edilib. Axar.az xəbər verir ki, 27 yaşlı əlcəzairli futbolçu paylaşımından sonra klubu tərəfindən heyətdən müddətsiz olaraq uzaqlaşdırılıb. Futbolçunun 10 gün ərzində hökmdən apellyasiya şikayəti verəcəyi bildirilir.
2024-01-04
819,558
Onlar Azərbaycana təzyiq göstərirlər... - Kalaşnikov
2024-cü ildə Azərbaycanda və Rusiyada prezident seçkiləri keçiriləcək. Həm İlham Əliyevin, həm də Vladimir Putinin nüfuzu göz qabağındadır, onları əhalinin böyük əksəriyyəti dəstəkləyir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbəri Leonid Kalaşnikov “Moskva-Bakı” nəşrinə geniş müsahibəsində deyib. “Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev beynəlxalq hüquq baxımından suveren Azərbaycan torpaqları olan əraziləri öz nəzarətinə qaytardı. O, bu məsələyə son qoydu. O, bunu 9 (10) noyabr 2020-ci il tarixində üçtərəfli bəyanatın imzalanmasının qarantı olan Vladimir Putinin köməyi və obyektiv iştirakı ilə etdi. Təcrübə və tarixin göstərdiyi kimi, müxtəlif zəmanətlər var. Biz xatırlayırıq ki, Ukraynada Yanukoviçin devrilməsindən üç gün əvvəl Avropadan olan zaminlər hansısa sabitliyə zəmanət verən sənədlərə necə imza atmışdılar... Üç gün sonra isə özləri çevriliş etdilər. Bu da sizin üçün zəmanət! Yaxud ATƏT-in Qarabağ üzrə Minsk qrupunun eyni “zaminləri”. Ümumiyyətlə, bu qrup məsələnin yekun həlli baxımından barmağını belə tərpətməyib”, - o bildirib. Kalaşnikovun sözlərinə görə, Rusiya həmişə Cənubi Qafqazda sülhün tərəfdarı olub və tərəfdarıdır: “Bu gün region dövlətləri arasında sülh və konstruktiv qarşılıqlı fəaliyyət üçün belə imkanlar yaranıb. Rusiya bu gün bizə qarşı niyyətləri sülhpərvər olmaqdan uzaq olan kollektiv Qərblə qarşıdurmadadır. Onlar da Azərbaycana təzyiq göstərirlər. Ona görə də ölkələrimiz üçün 2024-cü ildə xüsusi çağırışlar olacaq. Bir çox qüvvə cəmiyyətlərimizi silkələmək istəyir. Ona görə də hesab edirəm ki, konsolidasiya lazımdır. Vladimir Putin və İlham Əliyevin rəhbərlik etdiyi Rusiya və Azərbaycanı bu gün həqiqətən də əsl suveren ölkələr adlandırmaq olar. Putin də, Əliyev də bundan çox-çox əvvəl müstəqil siyasət yürüdürdülər və nümayiş etdirirdilər ki, bizim ölkələr heç bir qütbə tabe olmayacaq, öz ölkələrinin mənafeyinə uyğun olmayan bir iş görməyəcək - çoxqütblülük uğrunda mübarizə o vaxtından başlamışdı. O mübarizə bu gün də davam edir. Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür və son illər bu struktura rəhbərlik edir. Və Hərəkat ölkələri də bu gün heç kim tərəfindən idarə olunmaq istəmədən öz siyasətlərini həyata keçirməyə çalışırlar”.
2024-01-03
819,563
İranda ilk: Azərbaycanca jurnala icazə verildi
İranda ilk dəfə Mədəniyyət Nazirliyinin icazəsi ilə türkcə yayımlan “Azərbaycan və türk tarixi araşdırmaları” adlı elektron jurnal işıq üzü görüb. Artıq dərginin ilk sayı təqdim olunub. Bir sıra yeniliklər də nəzərdə tutmuşuq. Bu sözləri Kult.az-a dərginin müdiri və baş redaktoru Tohid Məlikzadə deyib. Onun sözlərinə görə elektron məcmudə yer alan məqalələri bu ünvana daxil olaraq oxumaq mümkündür: “Yenilik dedikdə, nəzərdə tutmuşuq ki, məqalələr üç dildə - fars, ingilis və Azərbaycan türkcəsində yayımlansın. Jurnalda yer alan yazılar ərəb əlifbası ilə yanaşı, latın əlifbası ilə də nəşr olunacaq. Birinci sayını dərc etmişik. Azərbaycan türkcəsində ərəb əlifbasında yayılıb. İkinci nömrəsi isə fevralın sonlarında çıxacaq. İkinci nömrədə latın qrafikasında da yazıların işıq üzü görməsi nəzərdə tutulub. Ümid edirəm ki, bu cəhdimiz uğurlu olacaq. İlk dəfədir ki, burada Azərbaycan türkcəsi əski əlifba ilə yanaşı, latın qrafikasında da dərc olunur. İranda, adətən saytlar iki dildə - fars və ingilis dilində yayımlanır”. Tohid Məlikzadənin sözlərinə görə, jurnal mədəni, tarixi və araşdırma yazılarına açıqdır və arzu edən hər kəs onlarla əməkdaşlıq edə bilər: “Bizim işimiz, sadəcə, mədəniyyətimizi yaymaqdır. Azərbaycanımızın mədəniyyətini, burda olan varlığımızı, yazıçı və araşdırmaçıları tanıtmaqdır. Bu jurnal bir növ körpü rolu oynayacaq. İnternet vasitəsi ilə qurulan bir körpüdü. Bu, dünyanın istənilən yerindən jurnalı oxumağa və hətta müəllifi ilə əlaqə yaratmağa imkan verir. Xaricdə əski əlifbanı bilmirlər, lakin latın qrafikasında olan məqalələri digər soydaşlarımız da rahat bir şəkildə oxuya biləcəklər. Qeyd edim ki, Azərbaycan türkcəsi, ingilis və farsca məqalələr qəbul olunur. Odur ki, növbəti sayımızadək dünyanın istənilən yerindən olan alimlərimiz, yazıçılarımız öz məqalələrini göndərməyə tələssələr, yaxşı olar”.
2024-01-04
819,565
İsrailin yeni XİN başçısı Kemeronla danışdı
İsrail xarici işlər naziri İsrail Katzla Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Telefon danışığı zamanı tərəflər İranı, HƏMAS və Hizbullah hücumlarını, eləcə də İsrail ordusunun Qəzza zolağındakı əməliyyatlarına qarşı Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini müzakirə ediblər.
2024-01-04
819,570
Abdullahian Naxçıvana təyin edilən baş konsulla görüşdü
Bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına təyin edilmiş yeni baş konsulu Əziz Mənsurini qəbul edib. Axar.az xəbər verir ki, məlumatı İran Xarici İşlər Nazirliyi yayıb. Görüşdə Abdullahian İran ilə Azərbaycan arasında qonşuluq siyasəti çərçivəsində əlaqələrə toxunaraq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir bu xüsusda diplomatik nümayəndəliklərin əhəmiyyətini xatırladıb. Ə.Mənsuri yeni vəzifəsi ilə bağlı iş planını nazirə təqdim edib. Qeyd edək ki, Əziz Mənsuri bundan əvvəl İran XİN-də çoxtərəfli maliyyə-kommersiya, enerji və nəqliyyat əməkdaşlığı departamentinin rəhbəri vəzifəsində çalışıb.
2024-01-04
819,573
İranda partlayış necə baş verib? – 6 versiya
İranda baş verən partlayışla bağlı bu dəqiqəyə qədər müxtəlif ehtimallar səsləndirilib. Axar.az xəbər verir ki, məlumatlar sosial şəbəkədə cəmləşdirilib. İddialar belədir: - qaz balonları partlayıb; - partlayışı kamikadze törədib (media əməkdaşı iddia edib); - bomba partlayıb (Qızıl Aypara); - partlayış zibil qutusunda baş verib (hadisə şahidləri); - iki çantadakı bomba uzaqdan idarəetmə vasitəsi ilə partladılıb (İran mediası); - iki kamikadze partlayıcı kəmərlə özünü partladıb (Cəlali, Kirman nümayəndəsi); - iki avtomobil partladılıb (sosial media). Qeyd edək ki, hadisənin dəqiq səbəbi ilə bağlı araşdırma aparılır və rəsmi açıqlama yoxdur. Xatırladaq ki, bu gün Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Nəticədə, son məlumata görə, 95 nəfər ölüb, 211 nəfər yaralanıb.
2024-01-04
819,574
Kirman partlayışında SEPAH generalının ölümü… - Rəsmi
Kirmanda baş verən terror aktlarından sonra bəzi İsrail hesabları partlayış zamanı SEPAH-ın yüksək rütbəli komandirlərindən birinin öldüyünü iddia edib. Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. Bildirilib ki, araşdırmalar bu xəbərin yalan olduğunu və SEPAH-ın yüksək rütbəli komandirlərindən heç birinin partlayış baş verdiyi ərazinin ətrafında olmadığını göstərir. Vurğulanıb ki, birinci partlayış Süleymani məqbərəsinin 700 metrliyində, ikinci partlayış isə ziyarətgahdan 1 kilometr aralıda olub. Birinci partlayışdan sonra hadisə yerinə təcili yardım gəlib, ikinci partlayışda isə bir tibb işçisi ölüb, ikisi yaralanıb. Həmçinin 3 (bəzi mənbələrə görə 5) polis əməkdaşı da həyatını itirib. Qeyd edək ki, bu gün Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Nəticədə, son məlumata görə, 95 nəfər ölüb, 211 nəfər yaralanıb.
2024-01-04
819,576
Mikroavtobusla "Niva" toqquşdu: xəsarət alanlar var
Zaqatalada mikroavtobusla "Niva" markalı avtomobil toqquşub. Axar.az xəbər verir ki, qəza Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı Muğanlı kənd sakinləri - 1994-cü il təvəllüdlü Yusif Bayram oğlu Əliyev, 1987-ci il təvəllüdlü Səxavət Qəhrəman oğlu Qurbanov və 2014-cü il təvəllüdlü Ziya Saleh oğlu Dəmirov xəsarət alıblar. Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktala bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.
2024-01-04
819,577
Fələstinlilərin Qəzzada təhlükəsizliyi... - BMT
Fələstinlilər Qəzzada təhlükəsiz şəraitdə yaşamalıdır. Axar.az xəbər verir ki, bunu BMT Baş katibinin müavini Florensiya Soto Nino deyib. Nino həmçinin Qəzzada epidemioloji vəziyyətinin getdikcə pisləşdiyinə diqqət çəkib: “Cənuba doğru yerdəyişmə xəstəlikləri də artırır. Biz insanların yerindən-yurdundan məcburi köçürülməsinə tamamilə qarşıyıq. Bu, çox açıqdır. Mülki insanların Qəzzada təhlükəsizliyi təmin edilməlidir".
2024-01-04
819,578
Türkiyəyə F-16-ların satışı... - ABŞ-dan açıqlama
10:00 ABŞ administrasiyası Türkiyəyə F-16-ların satışını və İsveçin NATO-ya üzvlüyünü bir-biri ilə əlaqəli məsələlər kimi görmür. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib. “Bu iki məsələni bir-biri ilə bağlı görən ABŞ Konqresinin üzvləridir. Məsələ ilə bağlı Konqresdə bəzi problemlər mövcuddur. Biz F-16-lar da daxil olmaqla, iki ölkə ilə bağlı məsələlər üzərində həssaslıqla çalışırıq”, - Miller bildirib.
2024-01-04
819,579
Ali məktəblərə qəbul balları enəcək - Video
Ali məktəblərə qəbul zamanı bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi gözlənilir. Axar.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, keçid ballarında hər il müşahidə olunan dəyişiklik bu dəfə abituriyentləri sevindirəcək şəkildə ola bilər. Təhsil məsələləri üzrə mütəxəssis Vüsal Kərimli bildirib ki, bu il bəzi ixtisaslar üzrə plan yerlərinin artırılması nəzərdə tutulub. Bu da keçid ballarına təsirsiz ötüşməyəcək. Yeni universitetlərin və ya filialların açılması da öz növbəsində balların enməsinə səbəb ola bilər. Vüsal Kərimli qeyd edib ki, balların enməsinə səbəb ola biləcək digər amil isə tələbə sayı ilə bağlı qarşıya qoyulan hədəfdir. Çünki 2026-cı ilə qədər hədəflənən rəqəmə çatmaq üçün tələbə sayı xeyli artırılmalıdır. Təhsil üzrə mütəxəssis vurğulayıb ki, plan yerlərinin hansı ixtisaslarda artırılacağı hələlik dəqiq bilinmir. Bu səbəbdən də keçid ballarının hansı ixtisaslarda və nə qədər enəcəyi də məlum deyil.
2024-01-04
819,580
Medvedyevdən Fransaya: Qurbağa yeyənlər...
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Fransa Xarici İşlər Nazirliyinin Belqoroda hücumla bağlı mövqeyini sərt şəkildə tənqid edib. Axar.az xəbər verir ki, D.Medvedyev bu barədə Teleqram hesabında yazıb. “Biz fransızları heç vaxt sevməmişik. Qurbağa yeyənlər bizimlə döyüşüblər”, - Medvedyev bildirib. Qeyd edək ki, sədr müavini Fransa XİN-in Kiyevin kassetli sursatlardan istifadə etməklə Belqoroda hücumunu Ukraynanın özünümüdafiə hüququ kimi şərh etməsindən narazı qalıb.
2024-01-04
819,581
Rəisini Türkiyəyə getməyə qoymayan kimlərdir?
İranın Qasım Süleymaninin anım mərasimində baş verən partlayışlardan xarici düşmən obrazını gücləndirmək və ictimai rəyi rejim ətrafında birləşdirmək üçün istifadə edəcəyi bəllidir. Bu baxımdan, baş verən partlayışın arxasında xarici oyunçuların olması versiyası ilə yanaşı, rejim daxili qüvvələrin ola biləcəyi istisna deyil. Süleymaninin ölümdən də xarici düşmən obrazını gücləndirmək və cəmiyyəti rejim ətrafında birləşdirmək məqsədilə istifadə etmişdilər. Hərçənd, artan nüfuzunun İran elitasında narahatlıq yaratdığı üçün Süleymaninin yerini ABŞ-a rejim daxili qüvvələrin satdığı haqda müəmmalar hələ də qalır. Partlayış fonunda iki məqam xüsusilə diqqət çəkir. Birincisi, bunun İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə planlaşdırılan səfərindən bir gün öncə baş verməsi, nəticədə səfərin təxirə salınmasıdır; İkincisi, partlayışı törədənlərin kim olduğu və haradan gəldiyinə dair hansı versiyaların irəli sürüləcəyidir. Rəisinin Ankara səfəri İran-Türkiyə xəttində problemlərin aradan qaldırılması, münasibətlərin normalaşmasına imkan yaradacaqdı. Və bu, həm də İran-Azərbaycan münasibətləri baxımından da əhəmiyyətlidir. İran daxilində Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasına qarşı olanlar var. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktının törədilməsi də Ankarada Əliyev-Ərdoğan-Rəisi görüşünə hazırlıq ərəfəsində baş vermiş və hər şeyi arxa plana keçirmişdi. Kirman partlayışının ilk nəticəsi isə Rəisinin Ankara səfərinin təxirə düşməsi oldu. Bundan sonra əsas məsələ baş verənlərlə bağlı İranın rəsmi və qeyri-rəsmi dairələrində hansı versiyaların irəli sürüləcəyidir. Və bu, çox şeyə aydınlıq gətirəcək.
2024-01-04
819,582
“Real” “Malyorka”nı tək qolla keçdi - Video
İspaniya La Liqasının 19-cu turunda lider “Real Madrid” “Malyorka”nı qəbul edib. Axar.az xəbər verir ki, Santyaqo Bernabeuda baş tutan matç bir qolla əlamətdar olub. 78-ci Antonio Rüdiger topu qonaqların qapısına göndərib - 1:0. Hazırda İspaniya Primerasında keçirilən 19 matçdan sonra “Real Madrid” 48 xalla liderdir. “Malyorka” isə 18 xalla 14-cü yerdədir.
2024-01-04
819,583
İrəvanda keçirilən bu aksiya qəbuledilməzdir - İsrail
Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Axar.az xəbər verir ki, bu barədə İsrailin Ermənistan və Moldovadakı qeyri-rezident səfiri Coel Lion X hesabında İrəvanda Njdenin şərəfinə yürüşü şərh edərkən yazıb. “2024-cü il yanvarın 1-də İrəvanda “Sieg Heil” şüarı altında keçirilən yürüşdən çox narahatam. Nasist təəssübkeşi Qaregin Njdenin təbliği qəbuledilməzdir. Hakimiyyət neonasizmin və antisemitizmin bütün formalarına qarşı qəti mövqe tutmalıdır”, - o yazıb. Qeyd edək ki, İrəvanda neonasistlər faşist Reyxi ilə əməkdaşlıqda günahlandırılan erməni nasisti Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçiriblər.
2024-01-04
819,584
ABŞ-da prezidentliyə yeni namizəd bəlli oldu
ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək yeni namizəd müəyyənləşib. Axar.az xəbər verir ki, kiçik Robert Kennedi ABŞ prezidentliyinə namizədliyini irəli sürmək üçün Yuta ştatında lazımi sayda imza toplayıb. Qeyd edək ki, kiçik Kennedinin 50 ştatın hamısında səsvermə bülleteni ilə bağlı planlarını açıqlayacağı gözlənilir.
2024-01-04
819,585
Çexiya bütün Dana-M2-lərini Ukraynaya verdi
Çexiya Ukraynaya modernləşdirilmiş Dana-M2 özüyeriyən artilleriya və sursatlar tədarük edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb. Bildirilib ki, Çexiya inventarında olan 26 ədəd Dana-M2-nin hamısını və minlərlə DN1CZ mərmisi tədarük edib. Dana-M2-nin mənzili 25,5 km-ya qədərdir.
2024-01-04
819,596
ABŞ-ın Suriyadakı bazasına hücum edildi
“İraqın İslami Müqaviməti” silahlı təşkilatının nümayəndələri ABŞ-ın Suriyadakı Ət-Tanf bazasına hücum edib. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, ABŞ-ın Suriyadakı hədəflərinə hücum İsrailin Qəzza zolağındakı hərəkətlərinə cavab, eləcə də Amerikanın İraq və Yaxın Şərqin digər bölgələrində işğalına qarşı ümumi səylərin bir hissəsidir.
2024-01-04
819,599
Qazaxıstanda partlayış: ölənlər var - Video
10:30 Qazaxıstanın Uralsk şəhərində kafelərdən birində partlayış baş verib. Axar.az xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Partlayış zamanı kafenin binası uçub. Bildirilib ki, dağıntılar altından 6 nəfər xilas edilib, onlardan 5-i hospitala yerləşdirilib. *** Qazaxıstanda kafedə baş verən partlayış nəticəsində uçan binadan daha bir nəfərin meyiti tapılıb.
2024-01-04
819,602
Yaponiyada zəlzələdə ölənlərin sayı artdı
10:39 Yaponiyanın İşikavada prefekturasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 84-ə çatıb. Axar.az xəbər verir ki, məlumatı NHK rəsmi şəxslərə istinadla yayıb. Bildirilib ki, yaralıların sayı 305 nəfərdir, 179 nəfər itkin düşüb. Qeyd edək ki, yanvarın 1-də Yaponiyanın qərbində bir neçə güclü zəlzələ baş verib. Ümumilikdə, iki saat ərzində İşikava və Niiqata prefekturalarında 30-a yaxın yeraltı təkan qeydə alınıb, ən güclü yeraltı təkanların maqnitudası 7,6 olub. Yaponiya Meteorologiya Agentliyi zəlzələnin 1885-ci ildən bəri Noto bölgəsində baş verən ən güclü yeraltı təkan olduğunu bildirib.
2024-01-04
819,608
Xameneinin "qisas" tapşırığı: ABŞ-la döyüşdən qaçın!
İranın dini lideri Əli Xamenei Kirmanda törədilən bombalı hücumla əlaqədar çağırış edib. Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb. Bildirilib ki, Xamenei ABŞ ilə birbaşa hərbi qarşıdurmadan çəkinməyi, İsrailə qarşı cavab əməliyyatlarını və iranyönümlü “proksi qrupların” ABŞ bazalarına hücumunu məhdudlaşdırmağı əmr edib. Qeyd edək ki, dini lider ötən gün hadisə ilə bağlı sərt cavab veriləcəyini vurğulamışdı.
2024-01-04
819,610
Sumqayıtda 61 yaşlı kişinin meyiti tapıldı
Sumqayıtda 61 yaşlı kişinin meyiti aşkarlanıb. Axar.az verir ki, hadisə "Kotec yaşayış massivi"ndə qeydə alınıb. Şəhər sakini, 1963-cü il təvəllüdlü Əlixan Ələmdar oğlu Baxşəliyevin üzərində zorakılıq əlamətləri olmayan meyiti yaşadığı evdə aşkarlanıb. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.
2024-01-04
819,613
MİT-dən İraqda əməliyyat: Sadiq Şeyx Əhməd məhv edildi
Türkiyənin Milli İstehbarat Təşkilatı (MİT) İraqda terrorçulara qarşı əməliyyatlarını davam etdirir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, MİT-in Süleymaniyə şəhərində keçirdiyi əməliyyat çərçivəsində Türkiyəyə qarşı təxribat planları hazırlayan PKK/KCK-nın əsas üzvlərindən sayılan “Eriş Berxvedan” kod adlı Sadiq Şeyx Əhməd zərərsizləşdirilib.
2024-01-04
819,616
Bakıda evdən 20 minlik oğurluq edildi
Xətai rayonu ərazisində mənzillərin birindən 14 000 manat pul və 6 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini Şəadət Həsənov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
2024-01-04
819,619
İlin ən yaxşı referisi o seçildi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı hakimlərini açıqlayıb. Axar.az xəbər verir ki, bu ada polşalı Şimon Marçinyak layiq görülüb. 43 yaşlı ədalət təmsilçisi 175 xalla birinci pillədə qərarlaşıb. İtaliyalı Daniele Orsato (95) ikinci, fransalı Klemen Turpin (64) üçüncü olub.
2024-01-04
819,621
İsrailin bu şəhərində hava həyəcanı elan edildi
İsrailin cənubunda hava hücumu xəbərdarlığı elan edilib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Bildirilib ki, hücum Aşkelon şəhərinə edilir.
2024-01-04
819,622
Millət vəkili namizədlərə səsləndi: İmtina edin…
Bu acımasız qanlı cinayətin motivini daxildəki zidiyyətlər də təşkil edə bilər, İranın düşmən olduğu xarici dövlətlərin xüsusi xidmət orqanları da törədə bilər. Amma kimin hansı motivlə törətməsindən asılı olmayaraq, Allah onların cəzasını verəcək. Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın Kirman şəhərində Qasım Süleymaninin anım mərasimi zamanı baş verən terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı danışarkən deyib. Millət vəkili bildirib ki, bu gün hətta dünyanın demokratik, inkişaf etmiş ölkələri belə siyasi məqsədlərlə terrordan, terror təşkilatlarından istifadə edirlər: “Türkiyəyə qarşı terror aktları törədən PKK-nın onun NATO üzrə “müttəfiqi” ABŞ tərəfindən dəstəklənməsi gözümüzün önündə baş verir. O cümlədən, İran da zaman-zaman terrora əl atır. Azərbaycan səfirliyinə və deputat Fazil Mustafaya qarşı törədilən son terror aktları bunun əyani sübutudur”. Q.Həsənquliyev heç bir ölkənin, o cümlədən Azərbaycanın da belə hadisələrdən tam sığortalanmasının mümkün olmadığını bildirib: “Ölkəmizdə prezident seçkiləri kampaniyası başlanıb, istisnasız olaraq böyük qonşularımızın hamısı, Rusiya və İran müharibə və münaqişələrin, Türkiyə terrorla mübarizənin aktiv iştirakçısıdır. Ermənistanla sülh sazişi imzalanmayıb, müharibə vəziyyətindəyik. Ona görə hər birimiz son dərəcə ayıq-sayıq olmalıyıq. Xüsusilə, kütləvi siyasi tədbirlərin keçirilməsi təhlükəlidir. Ona görə ki, adətən kütləvi siyasi tədbirlər bu cür terror aktlarının hədəfi olur. Bütün bunları nəzərə alaraq namizədlərə səslənirəm ki, təbliğat kampaniyası zamanı açıq havada kütləvi tədbirlərin təşkilindən imtina etsinlər. MSK isə bunun qarşılığında namizədlərə daha çox efir vaxtı ayırsın”.
2024-01-04
819,623
ABŞ-dan İrana husilərlə bağlı xəbərdarlıq: İki yolunuz var...
ABŞ İrana himayə etdiyi husilərlə bağlı xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın BMT-də İslahat və İdarəetmə üzrə məsul nümayəndəsi səfir Kristofer Lu Şuran məlumat yayıb. O bildirib ki, ABŞ İranla münaqişəyə can atmır, lakin Tehranın iki yolu var: "Ya hazırkı mövqeyini saxlamaq, ya da husilərin hücumlarına dəstəyini geri çəkmək". ABŞ rəsmisi Qırmızı dənizdə husilərin hücumları ilə bağlı BMT Təhlükəsizlik Şurasını təcili tədbirlər görməyə çağırıb. Xatırladaq ki, husilər dekabrın 31-də Qırımızı dənizdə ABŞ-nin yük gəmisini ələ keçirməyə cəhd etdikdən sonra ABŞ qüvvələri ilə toqquşmada 10 üzvünü itirib. Ötən ilin noyabrın 19-dan bu yana 20-dən çox hücum həyata keçirilib. Həmçinin, yanvarın 3-də başqa bir ABŞ gəmisi hədəfə alınıb.
2024-01-04
819,629
2023-cü ildə "elmlər doktoru" adı alanların sayı...
2023-cü ildə Azərbaycanda 99 nəfərə elmlər doktoru elmi dərəcəsi verilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasından məlumat verilib. Elmi dərəcələrin 5-i riyaziyyat, 5-i fizika, 7-si texnika elmləri, 7-si iqtisad elmləri, 9-u tarix üzrə, 11-i tibb elmləri, 32-si filologiya elmləri və başqa sahələr üzrə verilib.
2024-01-04
819,631
İran parlamenti partlayışlara görə İsraili təhdid etdi
Partlayışların qeyri-intihar aktı mahiyyətini nəzərə alsaq, deyə bilərik ki, bu İsrailin işidir. Axar.az xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Müctəba Zülnuri deyib. "İsraili beynəlxalq əməliyyat dəyərinə malik olacaq qisasla cəzalandıracağıq", - sədr müavini təhdid edib. Qeyd edək ki, 3 yanvarda Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Nəticədə, son məlumata görə, 95 nəfər ölüb, 211 nəfər yaralanıb.
2024-01-04
819,633
Musəvi, Aruri qətli və İranda terakt: “simvollar savaşı"…
Qasım Süleymani 3 yanvar 2020-ci ildə ABŞ tərəfindən Bağdadda öldürüldü. Arxasınca isə çox maraqlı hadisələr silsiləsi yaşandı. Bu sözləri Axar.az-a Yaxın Şərqdə baş verən proseslər haqqında danışan Türkiyənin terror və təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib. Ekspert İran, İsrail və ABŞ-ın davamlı şəkildə simvolik tarixlər üzərindən bir-birinə mesaj göndərdiyini qeyd edib: “İran Qasım Süleymaninin intiqamını almaq, siyasi şiəliyi yaymaq və Livanın şərqindəki Fatima sərhəd-keçid məntəqəsi üzərindən Aralıq dənizinə çıxmaq üçün öz proksiləri vasitəsilə cidd-cəhdlər edir. Qəzzadakı müharibədən öncə, 2021-ci ildə HƏMAS Qasım Süleymaninin doğum günündə İsrailə qarşı “Qüds qılıncı” hərəkatına başladı. HƏMAS-ın İsrailə son hücumu isə 7 oktyabrda, yəni Putinin ad günündə baş verdi. ABŞ-ın “USS Duayt Eyzenhauer” təyyarədaşıyan gəmisinin başçılıq etdiyi zərbə qrupu Yaxın Şərqə donanmanın qurulmasının 248-ci ili və general Duayt Eyzenhauerin doğum günü ərəfəsində gəldi. Yəni burada simvollar üzərindən də bir mübarizə var. İsrail və ABŞ HƏMAS-ın hücumlara davam gətirməsinin arxasında İranın olduğunu bilir. Qəzzada əvvəldən vəkalətlər müharibəsi özünü göstərdi. Ancaq İsrail ilk dəfə ABŞ-ın bu qədər böyük miqyaslı dəstəyini əldə etdi. Əvvəllər nüvə potensialının azaldılması məsələsi ilə başlayan proses daha fərqli hal aldı. Ən son Süleymaninin dostu general Rza Musəvi öldürüldü. Musəvi kiçik fiqur deyildi, o, İran dövlətinin “Zeynəbiyyun”, “Fatimiyyun”, Hizbllah və şiə milisləri üzərindəki qılıncı idi. Sonra İran üç israillini öldürdüyünü açıqladı, amma bu təsdiqlənmədi. Arxasınca husilər ortaya çıxdı və Qırmızı dənizdə ABŞ-la daha güclü şəkildə toqquşma oldu. Vaşinqton isə hücumun dəf edildiyini, uğursuz olduğunu açıqladı. İki gün əvvəl İsrailin Beyruta hava hücumu zamanı HƏMAS-ın İordan çayının Qərb sahilindəki nümayəndəsi Saleh əl-Aruri öldürüldü, dünən də Kirmanda Qasım Süleymaninin anım mərasimində terror aktı törədildi”. Abdullah Ağar vurğulayıb ki, ABŞ-ın rəsmi mövqeyi bizi yanıltmamalıdır: “ABŞ İsrailə onun üçün həssas olan nöqtələrə diqqət yetirmək şərtilə istədiyini etməyə imkan verir, hətta ona zaman qazandırır. ABŞ və İsrailin hansı plan üzərində razılaşdığını bilmirik. Amma Vaşinqton bu müharibənin günahkarı kimi görünmək istəmir. Digər tərəfdən müharibənin genişlənmə və ABŞ-ın hegemonluğuna təhdid etmə riski var. Fikrimcə, ABŞ bütün dünyada qlobal güc kimi problemə müdaxilə yolu ilə onu həll etdiyi mənzərəsi formalaşdıra biləcəyi anda prosesə daxil olacaq”.
2024-01-04
819,634
Putin danışıqlar istəmir, diz çökdürməyə çalışır
ABŞ Putinin danışıqlara hazır olduğuna inanmır. Axar.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə deyib. “Putin danışıqlara hazır olan adam kimi davranmır. O, ukraynalıları diz çökdürməyə çalışmaq üçün əlindən gələni edir. Ona görə də əlavə maliyyə tələbinin təsdiqlənməsi çox vacibdir”, - Kirbi deyib. Ağ Ev rəsmisi Ukraynaya son hücumları xatırladıb və Rusiya ordusunun cəbhədə uğur qazanmadığını qeyd edib.
2024-01-04
819,635
Sabah rayonlara qar yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Axar.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-14° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.
2024-01-04
819,637
Xocavənddə silah-sursat aşkarlandı
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, polis əməkdaşları rayon ərazisində 7 avtomat, 2 əl qumbarası, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edərək götürüb.
2024-01-04
819,639
Növbəti 3 gündə hava necə olacaq?
Qarşıdakı 3 gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. Onun sözlərinə görə, 5 və 6 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir: "Lakin 6-sı səhər saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi altısında arabir güclənən şimal-qərb küləyi əvəz olunacaq. Küləyin maksimal sürəti bəzi yerlərdə 25-30 m/s-yə çıxacaq. Axşama doğru külək zəifləyəcək. Havanın temperaturu günorta saatlarında 8-13 dərəcə isti olacaq". G.Məmmədova qeyd edib ki, bölgələrdə də yanvarın 5-i günün birinci yarısında əsasən yağmursuz hava şəraiti proqnozlaşdırılır: "Lakin gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir". Xidmət rəsmisi bildirib ki, Ayrı-ayrı yerlərdə, Naxçıvan Muxtar Respublikasının Qarabağ və Şərqi Zəngəzur bölgəsində və Quba Qusar zonasında yağıntıların intensiv olacağı ehtimal olunur: "6 yanvarda gündüz saatlarından yağıntıların kəsilə, 7 yanvar tarixində isə əksər rayonlarda yağmursuz hava şəraitinin olacağı gözlənilir. Qərb küləyi bəzi bölgələrdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu Aran rayonlarında günorta saatlarında 10 -15 dərəcə isti, dağlıq rayonlarda isə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq".
2024-01-04
819,640
İrandakı terrorun günahkarı bu ölkədir - Şxaqoşev
İranda baş verən terror aktı Qərb siyasətinin regionda yaratdığı xaosun nəticəsidir. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Adalbi Şxaqoşev RİA-ya açıqlamasında deyib. “Mövcud Qərb siyasəti regionda idarəolunmaz xaosa gətirib çıxarır. Xaos isə terror aktları üçün bir məkandır. Bunun nəticəsi İranda terror aktıdır... Yaxın Şərqdə və xüsusən də İranda aktiv təxribatlar terrorçuluğun yenidən başlamasından, regionda qeyri-sabitliyin yaratdığı terror fəaliyyətinin yeni raundundan başqa bir şey deyil”, - o bildirib. Onun sözlərinə görə, əvvəllər Suriyada terror dövlətinin yaradılmasının qarşısını alan Rusiya dünyaya “ciddi terror təzahürlərini uzun müddət unutmaq” imkanı verib: “ABŞ-ın, İsrailin və onların Yaxın Şərqdəki müttəfiqlərinin siyasəti yeni terror dövləti yaratmaq istəyən və müharibənin Yaxın Şərqə yayılması riski doğuran beynəlxalq terrorizmə imkanlar tanıyır”.
2024-01-04
819,643
Qeyri-sabit hava ilə bağlı nazirlikdən xəbərdarlıq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 6-sı gündüzədək ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, bir sıra rayonlarda hava şəraitinin yağıntılı keçəcəyi və qar yağacağı proqnozlaşdırılır. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) əhaliyə müraciətində bildirilib. Müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir. "Bundan əlavə, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğınla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, bunların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlamamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - müraciətdə qeyd olunub.
2024-01-04
819,645
Azərbaycanlı iş adamını arvadı döyüb öldürübmüş - Təfərrüat
Dağıstanın Xasavyurt şəhərində Cabir adlı azərbaycanlı iş adamının qətlinin təfərrüatı məlum olub. Axar.az xəbər verir ki, dekabrın 25-də iş adamını öz evində arvadı Röyanın döyərək öldürdüyü üzə çıxıb. Milli.az-ın məlumatına görə, əvvəlcə qadın ərinin Dubaydan qayıtdıqdan sonra ailəliklə onun qayıdışını qeyd etdiklərini, bu zaman iki naməlum şəxsin evə girərək, Cabiri döyüb öldürdüyünü deyib. Lakin polis binadakı müşahidə videokameralarının çəkdiyi görüntüləri yoxlayanda məlum olub ki, həmin gecə evə heç bir " qonaq" gəlməyib. Bundan sonra Röya qətli etiraf edib. "Cabir həmişə məni vəhşicəsinə döyürdü. Həmin gecə yatanda onu dəmir plintusla döyüb öldürdüm, qisasımı aldım", - o bildirib.
2024-01-04
819,647
Paşinyan bərk əsəbiləşdi, iki nəfəri işdən qovdu - Video
Ermənistan Baş naziri Nikol Paşinyan Lori rayonunun Medovka kəndindəki məktəbə səfəri zamanı çatışmazlıqlara görə yerli idarəçilərə əsəbiləşib. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. N. Paşinyan məktəblərdə yeni idman zallarının keyfiyyətindən son dərəcə narazı olduğunu bildirib. Paşinyan bu gün Lori vilayətinin qubernatoru Aram Xaçatryan və Şəhərsalma Komitəsinin sədri Armen Qularyanı tutduqları vəzifələrdən azad edib.
2024-01-04
819,653
Sabirabad sakininin evindən 4 kq narkotik çıxdı
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayonun Ulacalı kənd sakini Taleh Mikayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı iki kibrit qutusunda qablaşdırılmış narkotik vasitə olan marixuana aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq sonuncunun yaşadığı ünvana keçirilən baxış zamanı isə çəkisi 4 kiloqramdan artıq olan marixuana götürülüb. Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
2024-01-04
819,656
Xidmət müddəti başa çatmış hərbçilər tərxis olunur
Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi hissələrində müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər keçirilir. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Keçirilən tədbirlərdə çıxış edənlər Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində müvəffəqiyyətlər arzulayıblar. Xidmət müddəti başa çatan əsgərlər isə öz növbələrində Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur duyduqlarını bildiriblər. Hərbi xidmətdə olduqları müddət ərzində əldə etdikləri müsbət keyfiyyətlərin onların gələcək həyatlarında faydalı olacağına əminliklərini bildiriblər. Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya mükafatlar təqdim edilib. Tərxis olunan hərbi qulluqçularla xatirə şəkilləri çəkdirildikdən sonra onlar yaşadıqları bölgələrə yola salınıblar.
2024-01-04
819,658
Cəlilabadda bir ailə qidadan zəhərləndi
13:52 Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Belə ki, ailə üzvləri - 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib. İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər. Faktla bağlı araşdırma aparılır. *** Cəlilabadda qidadan zəhərlənən ailə üzvlərinin son durumu məlum olub. Bildirilib ki, ailə üzvlərindən ikisi ambulator müalicə üçün evə yazılıb. Bir nəfərin isə müalicəsi Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
2024-01-04
819,662
Azərbaycan da daxil olmaqla... - Aktürk
Türkiyə, Azərbaycan da daxil olmaqla, dost və müttəfiq ölkələrin haqlı davalarına dəstək verməyə davam edəcək. Axar.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zəki Aktürk deyib. "Türkiyə Silahlı Qüvvələri Kipr, Azərbaycan, Liviya, Kosova, Bosniya və Herseqovina, Qətər, Somali və bir çox başqa bölgədə uğurla xidmət edir. Qardaş, dost və müttəfiq ölkələrin ədalətli mübarizəsinə dəstək verməkdə davam edirik", - deyə o vurğulayıb.
2024-01-04
819,664
Biləsuvarda 4 nəfər dəm qazından zəhərləndi
Biləsuvar rayonunda dəm qazından zəhərlənmə üzrə 3 fakt qeydə alınıb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisələr son 3 gün ərzində baş verib. Belə ki, ayrı-ayrı ünvanlarda qeydə alınan hadisələr zamanı ümumilikdə 4 nəfər dəm qazından zəhərlənib. Hər bir xəstəyə rayon xəstəxanasında tibbi yardımlar göstərilib. Faktlarla bağlı araşdırma aparılır.
2024-01-04
819,665
Yanvarın 6-da külək, qar gözlənilir - Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında yanvarın 6-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir, axşama doğru zəifləyəcək. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq, 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü axşam, 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-sı gecə və səhər bəzi yerlərdə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
2024-01-04
819,666
Ağdamda 5 otaqlı ev yandı
Ağdamda 5 otaqlı ev yanıb. Axar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirib ki, Ağdam rayonunun Qaradağlı kəndində ümumi sahəsi 150 m² olan kürsülü birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
2024-01-04
819,667
Polşa-Ukrayna sərhədindəki keçid məntəqəsi bağlandı
Polşa-Ukrayna sərhədindəki Medyka-Şeqini keçid məntəqəsi yenidən polşalı fermerlər tərəfindən bağlanıb. Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Hazırda iki ölkə sərhədində fəaliyyət göstərən 8 keçid məntəqəsindən 4-ü bağlıdır. Bildirilib ki, bu istiqamətdə 800-ə yaxın yük maşını Ukraynaya daxil olmaq üçün gözləyir.
2024-01-04
819,669
Hatayda yollar, evlər və iş yerləri su altında qaldı
Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunda leysan gündəlik həyatı iflic edib. Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Qeyd edilib ki, güclü yağış səbəbindən yolları, bəzi evləri və iş yerlərini su basıb. Bələdiyyə işçiləri su toplanmasının baş verdiyi ərazilərdə təxliyə işlərinə başlayıb. Leysan yağışlar rayonun bəzi yerlərində davam edir.
2024-01-04
819,670
Müğənninin 15 mini oğurlandı, polisə vermədi
Azərbaycanlı müğənni Elvin Abdullayevin 15 min manat pulu oğurlanıb. Kult.az xəbər verir ki, bu barədə müğənni özü məlumat verib. O, pulu oğurlayan şəxsin yeni tanış olduğu adam olduğunu bildirib. Müğənni həmçinin hadisə ilə bağlı polisə müraciət etmədiyini söyləyib.
2024-01-04
819,672
Evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq öldü
Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb. 1962-ci il təvəllüdlü Semur Dadaş oğlu Adıgözəlov öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb. Faktla bağlı Sumqayıt şəhər prokuroluğunda araşdırma aparılır.
2024-01-04
819,674
Türkiyə Qəzzaya yardım göndərdi
Türkiyə Qəzzaya dördüncü humanitar yardım gəmisini göndərib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 2334 tonluq humanitar yardım içməli su, çadır, adyal və qida məhsullarından ibarətdir. Gəmi artıq Mersin limanından yola düşüb və sabah sabah Misirin Əl-Ariş limanına çatacaq.
2024-01-04
819,676
Kəşfiyyatçılar Çelyabinskdə Su-34-ü yandırdı - Video
Ukrayna kəşfiyyatçıları Rusiyanın Çelyabinsk vilayətində yerləşən aerodromda xüsusi əməliyyat keçirib. Axar.az xəbər verir ki, bununla bağlı Ukraynanın Baş Kəşfiyyat İdarəsi görüntü paylaşıb. Keçirilən əməliyyat nəticəsində Su-34 qırıcı təyyarəsi yandırılıb.
2024-01-04
819,680
Azərbaycan dronları İrəvan səmasında... - Ermənilər təlaşda
CBC telekanalının İrəvan səmasında dronla çəkiliş aparması Ermənistanda “Azərbaycan dronları başımızın üzərində gəzir” müzakirələrinə səbəb olub. Axar.az Publika.az-a istinadən xəbər verir ki, Ermənistan mediası Azərbaycan telekanalına məxsus dronun İrəvan səmasında necə çəkiliş apardığını anlamağa çalışır. “Nyus.am” yazır ki, dron çəkilişinin aparılması iki halda mümkün ola bilər: ya Azərbaycan dronları həqiqətən də İrəvan səmasında uçuşlar həyata keçirib, ya da burada “vasitəçilər” var. Azərbaycan dronlarının İrəvan səmasında çəkiliş aparması Ermənistanın təhlükəsizliyindəki boşluq kimi qiymətləndirilir. Lakin erməni mediası bunu qəbul etmək istəmir, ona görə əsasən “vasitəçilər” versiyası üzərində dayanır. “Yəqin ki, bu işdə onlara “vasitəçilər” kömək edib. Lakin Azərbaycan telekanalının İrəvanda və Ermənistanın digər yerlərində çəkilişləri necə təşkil etdiyi hələ də müəmmalı olaraq qalır”, - sayt yazır. Hətta iddia edirlər ki, Azərbaycana İrəvan səmasından çəkiliş aparmağa ABŞ şirkətləri kömək edib. Ermənistan mediasında dron çəkilişini hətta Azərbaycanın “xüsusi əməliyyatı” kimi təqdim edənlər də var. Qeyd edək ki, CBC-nin çəkiliş qrupunun Ermənistana səfər etdiyi və görüntüləri oradan çəkdiyi bildirilir. Məlumata görə, CBC ekspedisiyası İrəvanda azərbaycanlıların memarlıq irsinin qəsdən dağıdılması faktlarını aşkara çıxarmaq məqsədilə dronlardan istifadə edərək havadan çəkiliş aparıb. Çəkilişlər hərtərəfli hazırlıq sayəsində mümkün olub. Bu məqsədlə çəkiliş əraziləri müəyyən edilərək öyrənilib, dronun uçuş marşrutu elə planlaşdırılıb ki, artıq diqqət cəlb etməsin. Nəticədə unikal videoçəkiliş aparmaq və Ermənistan hakimiyyətinin İrəvanın tarixi ilə bağlı həqiqətləri gizlətməsinə dair əsaslı sübutlar aşkarlanıb.
2024-01-04
819,683
15 yaşlı qız eyvandan yıxıldı, təcili yardım gəlmədi
Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar hazırda müvafiq araşdırma aparılır. Axar.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, araşdırmanın nəticəsinə uyğun olaraq aidiyyəti üzrə tədbirlər görüləcək: “Zərurət yaranarsa, hüquq-mühafizə orqanlarına müraciət olunacaq. Hazırda Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanovaya EKQ, KT, ultrasəs və laborator müayinələri, uşaq cərrahının, torakal cərrahın, reanimatoloqun, travmatoloqun və neyrocərrahın baxışı təmin olunub. Birgə konsiliumun nəticəsinə uyğun olaraq hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir”, - deyə məlumatda qeyd olunub. Qeyd edək ki, sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasına görə təcili yardım çağırılmasına baxmayaraq, həkimin gəlmədiyi haqda məlumat yayılıb.
2024-01-04
819,686
CIES dünyanın ən bahalı futbolçularını açıqladı
Dünyanın ən bahalı 100 futbolçusunun adı bəlli olub. Axar.az Report-a istinadən xəbər verir ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) yeni siyahını açıqlayıb. CIES-in versiyasına əsasən, İspaniyanın "Real" klubunda çıxış edən ingiltərəli Cud Bellinqem ilk pillədə qərarlaşıb. 20 yaşlı oyunçunun dəyəri 267.5 milyon avro olaraq qiymətləndirilib. İngiltərə təmsilçisi "Mançester Siti"dən norveçli Erlinq Holann (251,2 milyon avro) ikinci, Bellinqemin komanda yoldaşı braziliyalı Vinisius Junior (250,3 milyon avro) üçüncü olub. "Real"dan Rodriqo (247,9 milyon avro), İngiltərənin "Arsenal" klubundan Bukayo Saka (223 milyon avro), "Mançester Siti"dən Fil Foden (195,8 milyon avro), İspaniya çempionu "Barselona"dan Qavi (175,4 milyon avro), "Mançester Siti"dən Xulian Alvares (164,7 milyon avro), Almaniyanın "Bavariya" komandasından Camal Musiala (152,4 milyon avro) və "Arsenal"dan Martin Edeqor (150,6 milyon avro) ilk "10-luğ"u tamamlayıblar.
2024-01-04
819,689
Kirmanda partlayış xəbəri məni şoka saldı - Szinpin
Çin Prezidenti Si Szinpin İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində həlak olanlarla bağlı başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. "Kirmanda partlayış xəbəri məni şoka saldı. Çin hökuməti və xalqı adından bu hadisənin qurbanlarının ailəsinə başsağlığı verirəm. Çin terrorizmin bütün növlərinə qarşıdır və İranın milli təhlükəsizliyini, sabitliyini qorumaq səylərini qətiyyətlə dəstəkləyir", - deyə o vurğulayıb. Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində Qasım Süleymaninin anım mərasimi zamanı baş verən iki partlayış nəticəsində 95 nəfər ölüb, 211 nəfər yaralanıb.
2024-01-04
819,690
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Hava şəraiti ilə əlaqədar yanvarın 5-də bəzi avtomobil yollarında görünüş məsafəsi məhdud olacaq. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilir ki, yanvarın 5-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimal olunur.
2024-01-04
819,693
Türkiyə XİN İranda baş verən terror aktını pislədi
Türkiyə Xarici İşlər Nazirliyi İranın Kirman şəhərində baş verən terror aktını pisləyib. Axar.az xəbər verir ki, bu barədə nazirliyin yaydığı açıqlamada qeyd olunub. "İranın Kirman şəhərində törədilən terror aktı nəticəsində çoxlu sayda ölən və yaralananların olduğunu təəssüflə öyrəndik. Bu dəhşətli terror aktını qətiyyətlə pisləyir, dost və qardaş İran xalqına və hökumətinə başsağlığı veririk. Həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirik", - açıqlamada bildirilib. Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimində iki partlayış baş verib, nəticədə 95 nəfər ölüb, 211 nəfər yaralanıb.
2024-01-04
819,695
Cəlilabadda tələbə qızılcadan vəfat etdi
Cəlilabad rayon sakini qızılca xəstəliyindən vəfat edib. Axar.az Report-a istinadən xəbər verir ki, rayonun Sabirabad kənd sakini Sevil Cabbar qızı İbayeva bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib. Məlumata görə, o, ötən ayın 26-da xəstəxananın infeksion xəstəliklər şöbəsində qızılca xəstəliyindən müalicə alırmış. Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Pedaqoji Universitetinin sonuncu kursunda təhsil alırdı.
2024-01-04
819,698
Fazil Mustafa İrandakı teraktı necə qiymətləndirir?
Bizim kifayət qədər faktlarımız var ki, İran başqa ölkələrdə bir sıra terror aktlarına imza atmış ölkədir. İndi isə öz ölkəsində terror baş verib. Və bununla İran anlamalıdır ki, terror ən murdar yoldur. Bu sözləri Axar.az-a Milli Məclisin deputatı Fazil Mustafa İranın Kirman şəhərində çoxsaylı insan ölümü ilə nəticələnən terror aktı barədə danışarkən deyib. Millət vəkili bildirib ki, bu murdar yolu seçdiyinə görə artıq bir neçə dəfədir ki, İranda da terror aktı baş verir: “Buna baxmayaraq yenə də harada keçirilməsindən asılı olmayaraq, terror aktlarını pisləyirik, lənətləyirik. Çünki çox üzücüdür, nəticədə günahsız insanlar həyatını itirir”. F.Mustafanın sözlərinə görə, bu terror aktı İrana bir mesajdır: “Başqa ölkələrdə terroru dəstəkləyənlər hər zaman öz ölkələrində də belə bir hadislərin baş verə biləcəyi ehtimalını diqqətdən qaçırmamalıdırlar. Ona görə də bütövlükdə danyada terror hadisələrinin qarşısını almaq üçün ciddi addımların atılması vacibdir. Terror hadisəsi bir vəhşilikdir və hər yerdə böyük facilərə səbəb olur. Düşünürəm ki, terrora qarşı mübarizədə hər kəs səfərbər olmalıdr”. Qeyd edək ki, 3 yanvar 2024-cü ildə Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimi zamanı iki ardıcıl partlayış baş verib. Məlumata görə, 95 nəfər ölüb, 211 nəfər yaralanıb. Fazil Mustafa isə ötən il İrana bağlı şəxslər tərəfindən teror hücumuna məruz qalmışdı.
2024-01-04
819,700
Sosial partlayış olacaq, Xamenei gedəcək - Sohtaoğlu
İran Qasım Süleymani sui-qəsdinə Ukrayna sərnişin təyyarəsini vuraraq cavab verdi. Əvvəlki təcrübələri nəzərə alsaq, indi də İranın lazımi cavab verə biləcəyini düşünmürəm. Axar.az xəbər verir ki, bu sözləri türkiyəli jurnalist Mete Sohtaoğlu İranda baş verən terror aktını şərh edərkən deyib. Onun sözlərinə görə, İranın bu məsələlərə baxışı Qərbdən fərqlidir: “İran hadisələrə Qərb kimi yanaşmır, ondan öz mənfəətlərinə uyğun şəkildə daxili və regional siyasətdə təsirini artırmaq üçün necə istifadə edəcəyi haqqında düşünür. Ona görə ölənlərin sayı üzərindən özünə hədəf təyin edəcək. Hətta Pakistanı, regional siyasətə uyğun şəkildə İsraili də hədəf göstərə bilər”. Sohtaoğlu rəsmi Tehranın teraktdan dövlətin öz nüfuzunu bərpa və cəmiyyətdə birliyi təmin etmək üçün istifadəyə çalışacağını, lakin bunun mümkün olmayacağını bildirib: “90 gündə İran video və poster yayımlamaqdan, özünə bağlı Livan Hizbullahı tərəfindən atılan raketlərdən başqa heç nə etmədi. Ona görə, bir şey edə bilməməyin əzikliyi ilə tənqidlər qarşısında bundan istifadə etməsi mümkündür. Hadisədən kimə qarşı istifadə ediləcəyi bəlli olmasa da, Tehran və ölkə küçələrində ilk növbədə İsrail, ikinci növbədə ABŞ lənətləndi. Etirazlar bu ölkələrə qarşı istiqamətləndirilir. Qəzza məsələsi ilə bərabər, əgər xatırlayırsınızsa, İran küçələrində sosial etirazlar var idi. Rəsmi Tehran etirazları hansısa bir formada yatırtdı və onlar kəsildi. Mən 2024-cü ildə Əli Xameneinin də səhhətindəki problemlərlə əlaqədar vəzifəsini buraxacağını, dini lider dəyişikliyi olacağını düşünürəm, etirazların davam edəcəyini proqnozlaşdırıram. Nəticə etibarilə bu hadisə də İsrail və ABŞ-ın hücumu üzərindən İranda cəmiyyəti konsolidasiya etmək üçün yararlı deyil. Çünki texnologiyanın inkişafı ilə birlikdə yoxsulluq içində və embarqolar altında olan İran xalqı öz pulunun İraq, Suriya, Yəmən, Livan və Afrikanın bəzi ölkələrində xərclənməsindən xeyli şikayətçidir. Buna görə mən İran xalqının bu məsələdən ayrı şəkildə iqtisadi sıxıntı və təzyiqlər səbəbindən küçələri dolduracağına inanıram”.
2024-01-04
819,703
Putinin Rusiya vətəndaşlığı üçün təhlükəli fərmanı…
Kreml sahibi Vladimir Putinin orduda hərbi xidmət keçmək üçün müraciət edən əcnəbilərə və onların ailə üzvlərinə Rusiya vətəndaşlığının verilməsi haqqında fərmanı Rusiya vətəndaşlığı barədə düşünənlər üçün təhlükəli gedişdir. Çünki Kreml bu üsulla Ukrayna ilə müharibədə müxtəlif millətlərin nümayəndələrini Rusiyanın işğalı naminə ölümə göndərmək istəyir. Aar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. “Putinin bu qərarı həm də onun təsdiqidir ki, Rusiyanın müharibədə itkilərinin miqyası böyükdür, ölənlərin yerini doldurmağa çalışır. Ancaq ölənlərin yerinə gələnlərin çox as hissəsi Rusiya vətəndaşlığından faydalana biləcək, çünki onları da mənasız müharibədə ölüm gözləyir, Rusiyaya apardıqları ailələri isə başsız qalacaq. Odur ki, müharibədə iştirak yolu ilə Rusiya vətəndaşlığına yiyələnməyə dəyməz”, - politoloq vurğulayıb. Qeyd edək ki, Vladimir Putinin fərmanına əsasən, 2014-cü il martın 18-dən əvvəl doğulmuş, Krım və Sevastopolda yaşayan Ukrayna vətəndaşları Rusiya vətəndaşlığı üçün müraciət etmək hüququ qazanacaqlar. Vətəndaşlığı olmayan Krım vətəndaşları da eyni hüquqa malik olacaqlar. Eyni zamanda, fərmanla Rusiya Silahlı Qüvvələrinin müqaviləli əsgəri kimi Rusiya-Ukrayna münaqişəsində iştirak etmiş və ya iştirak edən əcnəbilər və onların ailə üzvləri də daxil olmaqla, bir sıra kateqoriyadan olan şəxslərin ailə üzvləri də Rusiya vətəndaşlığı hüququ əldə ediblər.
2024-01-04
819,705
Biz də Bakıda Şarl de Qollun barelyefini sökək? - Foto
Fransanın Evian-lö Bən şəhərində 2017-ci ildə ucaldılmış Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin sökülməsi barədə şəhər meriyasının qərarı Azərbaycanda müxtəlif reaksiyalar doğurub. Axar.az xəbər verir ki, tarixçi alim, dosent Zaur Əliyev Xurşidbanu Natəvanın vaxtilə fransız yazıçısı Aleksandr Dümanı qonaq etdiyini, onu bahalı hədiyyələrlə yola saldığını xatırladaraq, Xan qızının Fransaya və ədəbiyyata, mədəniyyətə dəyərini xatırladıb. Eyni zamanda bildirib ki, Qız qalası yaxınlığında İsa bəy Hacınskinin evinin üzərində bir müddət burda qonaq qalmış keçmiş fransız prezidenti Şarl de Qollun da barelyefi var: “Xurşidbanu Natavanın heykəlinin sökülməsi barədə qərar, hələ bu az imiş kimi, üstünə qırmızı boya atıb təhqir edilməsi cavabsız qalmalı deyil. Hesab edirəm ki, bizim meriya da Şarl de Qollun barelyefini sökərək, Fransa səfirliyinə göndərə bilər”.
2024-01-04
819,706
Laçında hərbçilər qəzaya düşdü: ölənlər var - Yeniləndi
17:28 Laçın rayonunda hərbi avtomobil qəzaya uğrayıb. Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Minkənd kəndində baş verən hadisə zamanı “Ural” markalı avtomobil qəzaya düşüb. Hadisə yanvarın 4-də səhər saat 09:30 radələrində baş verib. Qəza nəticəsində iki nəfər hərbçinin öldüyü, 9 nəfərin isə yaralandığı bildirilir. Yaralılar Bərdədəki xəstəxanaya aparılıblar. *** Yanvarın 4-ü Laçın rayonunda, çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Həsən Ümid oğlu İsmayılov və Səxavət Fərasət oğlu Axundov həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə Nazirliyinin rəhbərliyi bədbəxt hadisə nəticəsində həlak olanların yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin! Faktla bağlı araşdırma aparılır. *** Report-un məlumatına görə, maşında 11 nəfər olub. Onlardan 2-si həlak olub, 2-si ağır vəziyyətdə Xankəndi xəstəxanasına yerləşdirilib. Digər xəsarət alanlar isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına gətirilib.
2024-01-04
819,708
İstanbulda şagirdləri daşıyan avtobus qaçırıldı
Türkiyədə İstanbul şəhərinin Kadıköy ərazisində şagirdlərin olduğu avtobus naməlum şəxs tərəfindən qaçırılıb. Axar.az xəbər verir ki, bu barədə "A Haber" məlumat yayıb. Məlumata görə, servis maşını işıqforda dayanarkən naməlum şəxs sürücüyə arxa təkərinin partladığı barədə xəbərdarlıq edib. Sürücü təkəri yoxlamaq üçün düşən zaman həmin şəxs sükana əyləşərək avtobusu qaçırıb. Naməlum şəxs sonradan 10 şagirdi düşürərək, özü avtobusla qaçmağa davam edib.
2024-01-04
819,710
İrana daha bir zərbə: “Ən-Nücəba” komandiri öldürüldü
Bağdadın şərqində yerləşən Həşdi-Şabi (Əl-Həşd əş-Şaabi) bölmələrindən birinin qərargahına pilotsuz təyyarənin zərbə endirilməsi nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb. Bildirilib ki, zərbə nəticəsində ölənlər Həşdi-Şabi şiə qoşunlarının 12-ci briqadasının komandiri Əbu Təqva əl-Saidi və onun silahdaşıdır. “Əl-Mayadin” isə öz mənbələrinə istinadən “Ən-Nücəba” hərəkatının komandiri və köməkçisinin Həşdi-Şabinin Bağdaddakı qərargahına hava hücumu nəticəsində öldürüldüyünü yazıb. Hizbullah “Ən-Nücəba” komandirinin ölümünü təsdiqləyib və baş verənlərə görə ABŞ-ı günahlandırıb.
2024-01-04
819,711
İrəvan Bakını dəstəklədi: Fürsəti qaçırmayaq - Hacıyev
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibə verib. Axar.az Azərtac-a istinadən müsahibəni təqdim edir: - Cənab Hacıyev, “Röyters” agentliyinin dekabrın 19-da verdiyi məlumata görə, siz demisiniz ki, Ermənistanla Azərbaycan arasında münaqişə 35 ildən sonra başa çatıb. Azərbaycan hazırda “sülhün təmin olunması” strategiyasını həyata keçirir. Həmçinin sülh sazişinin imzalanmasının çətin olmadığı bildirilib. Ermənistanla sülh sazişi real olaraq nə vaxt imzalana bilər? - 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra məhz Azərbaycan beynəlxalq hüququn hamılıqla tanınmış normalarına uyğun olaraq suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət olunması, bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiq edilməsi və diplomatik münasibətlərin qurulmasını ehtiva edən beş əsas prinsipi təqdim etməklə Ermənistanla sülh danışıqlarının təşəbbüskarı kimi çıxış edib. Azərbaycan regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün Ermənistanla müxtəlif məkanlarda xoşniyyətli danışıqlar aparır. Biz həqiqətən də sülh sazişinin imzalanması üçün tarixi şansın olduğuna inanırıq və bu fürsəti əldən verməməliyik. Sülh sazişinin mətni ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub, ancaq hələ də həllini gözləyən bir neçə məsələ mövcuddur. Son vaxtlar hər iki ölkə müsbət gündəmi ilə dünyanı təəccübləndirməyi bacarıb. Mən Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatının dekabrın 7-də yaydığı mühüm birgə açıqlamaya istinad edirəm. Bunun nəticəsində mübadilə sazişi çərçivəsində 34 hərbçi qarşılıqlı şəkildə azad edilib. Bundan başqa, Azərbaycan Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini, Ermənistan isə Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyini dəstəkləyib. Bu, Azərbaycanın və Ermənistanın vasitəçi olmadan birbaşa ikitərəfli danışıqlar aparmağa qadir olduğunu göstərir. - Əgər gündəm belə müsbətdirsə, siz real olaraq sülh sazişinin nə vaxt imzalanmasını gözləyirsiniz? - Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən və Azərbaycanın suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb. Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı. - Hər iki ölkə sərhədin demarkasiyası və Zəngəzur dəhlizinin yekun həlli olmadan sülh sazişi bağlamağa hazırdırmı? - Sərhədin delimitasiyası texniki və vaxt aparan uzun prosesdir, sülh sazişi isə çətin deyil və sadəcə olaraq, dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn norma və prinsiplərinin qarşılıqlı şəkildə qəbul olunmasına əsaslanır. Fikrimizcə, sülh sazişi sərhədin delimitasiyasından asılı olmamalıdır. Sülh sazişi ilə sərhədin delimitasiyası və demarkasiyası barədə danışıqlar paralel getsə də, bunlar iki fərqli formatda aparılır. İndiyədək hər iki ölkənin delimitasiya üzrə komissiyaları prosesin əsaslarını müzakirə etmək üçün beş dəfə görüş keçirib. Sonuncu görüş bu ilin noyabrında Azərbaycan-Ermənistan sərhədində baş tutub. Bu görüş zamanı tərəflər Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinə dair razılaşdırma işinə başlanılması və komissiyalar arasında görüşlərin intensivləşdirilməsi barədə razılığa gəliblər. Biz bu razılaşmanı da müsbət əlamət kimi qiymətləndiririk, ən azı ona görə ki, bu, ikitərəfli formatda əldə olunub. - Dekabrın 6-da Prezident Əliyev Azərbaycandan Naxçıvan anklavına “asan gediş-gəliş”lə bağlı çağırış edib. Orada “yoxlamalar və müdaxilələr” olmamalıdır. Bu, Azərbaycanın legitim hüququdur. Bu, gömrük və sərhəd nəzarəti olmadan nəqliyyat əlaqəsi deməkdirmi? Bu iddianın Azərbaycanın legitim hüququ olması barədə müddəası qüvvədə olan beynəlxalq hüququn hansı müddəasına istinad edir? - Azərbaycanın Naxçıvan regionu 30 ildir ki, blokadadadır. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət vermək barədə öhdəlik götürüb. Prezident İlham Əliyev bu öhdəliyə istinad edib. Azərbaycan Naxçıvanla lazımi əlaqənin yaradılmasında maraqlıdır, ancaq Ermənistan öhdəlik götürməsinə baxmayaraq, artıq üç ildir ki, bu prosesə mane olur. Ona görə də Azərbaycan artıq İranla onun ərazisindən keçən alternativ marşrut barədə razılığa gəlib. Biz Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmək niyyətində deyilik. - Siz Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış Bəyanatın 9-cu maddəsini nəzərdə tutursunuz: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Azərbaycan bu maddəni belə şərh edir ki, Ermənistan gömrük və sərhəd nəzarətindən imtina edəcək? - Sualınıza qısa cavab olaraq, bəli deyirəm. Məhz buna görə də sənəddə sərnişinlərin və yüklərin “maneəsiz” hərəkəti ifadəsi işlənir. Bu, Ermənistanın imzaladığı öhdəlikdir. Bununla belə, bir məsələyə aydınlıq gətirmək lazımdır ki, biz malların gömrük və sərhəd nəzarətindən yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyirik. Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq. - İstinad edilən 9-cu maddədə, həmçinin qeyd olunur: “Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Bu arada Rusiya-Ermənistan münasibətləri xeyli soyuyub. Azərbaycan nöqteyi-nəzərindən, 2020-ci ildəki bənd sizin üçün hələ də aktualdırmı? - Mən Rusiya-Ermənistan münasibətlərini şərh etmək istəmirəm. Vurğulamaq istədiyim odur ki, ortada danılmaz konkret faktlar var. Əvvəla, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. İkincisi, Ermənistanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin qoşunları qoruyur. Üçtərəfli Bəyanatda xüsusi olaraq Federal Təhlükəsizlik Xidmətinin qüvvələrinə istinad edilir. Amma burada mənim vəzifəm bölgədə sərhəd qoşunlarının müdafiəçisi kimi danışmaq deyil. Bizim narahatçılığımız ondan ibarətdir ki, biz Azərbaycan yüklərini və sərnişinlərini Ermənistanın hüquq-mühafizə orqanlarının rəhminə buraxa bilmərik. Bizim narahatlıqlarımızın əsası var. Bu il İrəvanda Ermənistan baş nazirinin iştirakı ilə keçirilən ağır atletika yarışında Azərbaycan Bayrağı yandırılıb. Dumanlı havada itən Azərbaycan əsgərinin Ermənistanda vəhşicəsinə döyülməsi ilə bağlı internetdə çoxlu kadrlar var. Ancaq önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə, “Pacta sunt servanda” (Razılaşmalar yerinə yetirilməlidir) . Beynəlxalq təcrübə, humanitar prinsiplər də Ermənistandan Naxçıvanı Azərbaycanın əsas hissəsindən blokadaya almağı dayandırmağı tələb edir. Hələlik biz Ermənistandan heç bir səy görmürük. Əksinə, Ermənistan “Sülhün kəsişməsi” layihəsinin təşəbbüskarı olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyindən boyun qaçırmağa və yalandan özünü regional blokadanın açılmasını fəal şəkildə dəstəkləyən tərəf kimi təqdim etməyə çalışır. Ancaq reallıqda isə regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır. - “Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi” dedikdə Ermənistan-İran sərhədi boyunca köhnə sovet marşrutunu, yoxsa daha şimalda yerləşən dəhlizi nəzərdə tutursunuz? - Sovet dövründə və hətta ölkələrimizin müstəqilliyinin ilk illərində istismarda olan dəmir yolu ilə keçməli olan ən qısa marşrutu nəzərdə tuturuq, bu marşrutla sonuncu yük qatarı 1992-ci ildə keçib. Ermənistan bu dəmir yolu əlaqəsini bərpa etməkdə maraqlı olduğunu desə də, onlar paralel magistralın tikintisinə qarşı çıxırlar və bunun əvəzində Azərbaycana uzun, əlverişsiz və hava şəraitindən asılı olan şimal marşrutunu təklif edirlər. Bu, bir daha Ermənistanın nəqliyyat əlaqələrini açmaq istəmədiyini nümayiş etdirir. - Belə bir nəqliyyat dəhlizinin Ermənistanın suverenliyini və Ermənistan-İran əlaqələrini məhdudlaşdırmasının qarşısını necə almaq fikrindəsiniz? - Biz Ermənistan ərazisi ilə daşımaları nə Ermənistanın suverenliyinə, nə də Ermənistan-İran əlaqələrinə təhlükə kimi görmürük. Çünki Azərbaycandan Naxçıvana - Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla İran arasında olan ticarət yoluna təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Əgər siyasi iradə mövcuddursa, məqbul üsullar tapmaq həmişə mümkündür. “Dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək. Təəssüflər olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmə qarşı geniş şər-böhtan kampaniyasının aparıldığını görürük. - Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan ərazisində Azərbaycanla Naxçıvan və ya Türkiyə arasında bir neçə şərq-qərb əlaqəsinin yaradılması təklifi ilə çıxış edib. Bakının bununla bağlı mövqeyi necədir? - Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri - Qarabağın və Şərqi Zəngəzurun Ermənistan tərəfindən qeyri-qanuni işğalı səbəbindən Ermənistan regionumuzun əsas enerji və kommunikasiya layihələrindən kənarda qalıb. Ermənistan uzun illər özünü təcrid vəziyyətində saxlayıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində regional kommunikasiyaların açılması üçün müxtəlif layihələr də müzakirə oluna bilər. Ermənistan ərazisindən Naxçıvana nəqliyyat xəttinin istifadəyə verilməsi Ermənistanın Orta Dəhliz layihəsinə daxil edilməsində mühüm rol oynayacaq. Ancaq Ermənistan nəhayət ki, nə istədiyini aydın şəkildə bəyan etməlidir. - Gömrük və sərhəd nəzarəti olmayan Zəngəzur dəhlizinə tələbin Orta Dəhlizin reallaşmasını ləngitməsi riski mövcuddurmu? Belə bir siyasət Çindən tutmuş Avropaya qədər maraqlı tərəfləri Azərbaycana qarşı qoymaq riski yarada bilərmi? - Artıq üç ilə yaxındır ki, Azərbaycan Ermənistanın Naxçıvanla nəqliyyat əlaqəsini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyir. Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq. Biz, həmçinin Dünya Gömrük Təşkilatını öz nou-hau və standartlarını bölüşmək üçün dəvət etmişdik. Lakin Azərbaycan heç vaxt bütün səylərini bir istiqamətdə qurmur, ona görə də biz paralel olaraq alternativ həllər üzərində işləyirik. Biz, həmçinin Bakı-Tiflis-Qars dəmir yolunun ötürücülük qabiliyyətini ildə 5 milyon tona çatdırmaq istiqamətində işlər görürük. Biz iranlı tərəfdaşlarımızla birlikdə İran ərazisindən keçməklə Naxçıvana alternativ marşrut yaradırıq. İrəvanın bu halda yeni regional kommunikasiya layihəsindən kənarda qalması yalnız onun öz siyasətindən asılı olacaq. Onu da deyim ki, İran ərazisindən keçən nəqliyyat layihəsinin reallaşması Ermənistandan keçən marşrutun gündəmdən çıxarılması demək deyil. Biz bu istiqamətdə Ermənistanla işləməyə hazırıq. Daha çox alternativin olması həmişə daha yaxşıdır. Ermənistan vasitəsilə Naxçıvana nəqliyyat əlaqəsi onun suverenliyinə təsir etməyəcək. Bu mövzu ətrafında yaranmış isteriya tamamilə əsassızdır. - Dağlıq Qarabağ münaqişəsində, beynəlxalq hüquq çərçivəsində sərhədlər bərpa edilib, lakin dərin humanitar yaralar qalmaqdadır. Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanı Dağlıq Qarabağın etnik erməni əhalisinin geri qayıtması üçün “etimad mühiti və maddi şərait yaratmağa”, o cümlədən Azərbaycanın onları həvəsləndirməsi və onlar üçün imkanlar yaratması istiqamətində fəal addımlar atmağa çağırıb. Azərbaycan hökuməti bu çağırışa cavab olaraq hansı addımlar atmağı planlaşdırır? - Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra ölkəmiz Qarabağın erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası üçün portal yaradıb. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasının mətbuata yaydığı məlumatda bildirilib və həmçinin bu məsələ regional mediada geniş yer alıb. Azərbaycan qürur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən öz təsdiqini tapdığı kimi ildırımsürətli antiterror tədbirləri zamanı və ondan sonrakı dövrdə mülki şəxslərə qarşı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib. Başqa sözlə desək, dinc əhalinin olduğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna baxmayaraq, erməni sakinlərin əksəriyyəti Qarabağı tərk etmək qərarına gəldilər. Sadəcə olaraq, onlar Azərbaycan Bayrağı və vətəndaşlığı altında yaşamaq istəmirlər və bu, onların bölgəni tərk etmək barədə qərar vermələrinə səbəb olub, əsasən azərbaycanlılara qarşı etnik nifrətə görə. Yeri gəlmişkən, iyirmi il əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan sizin istinad etdiyiniz Avropa Şurası Parlament Assambleyasındakı bəyanatında “ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluqdan” danışmışdı. AŞPA rəsmiləri bəyan ediblər ki, “Avropa Şurası yarandığı gündən indiyədək heç vaxt “etnik uyğunsuzluq” ifadəsini eşitməyib. Erməni sakinlərinin əksəriyyəti qorxurdular ki, Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiklərinin qisasını ala bilər, lakin bizim niyyətimiz bu deyildi. Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır. Beləliklə, Azərbaycan Laçın yolu vasitəsilə Ermənistana təhlükəsiz keçid təmin etdi. Erməni sakinlərin çox kiçik bir hissəsi Qarabağda qalmaq qərarına gəlib və hazırda onların ehtiyacları ödənilir. Reinteqrasiya portalı fəaliyyətini davam etdirir. Eyni zamanda, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində Ermənistandakı kompakt şəkildə yaşadıqları məskənlərindən kütləvi şəkildə qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu rədd etməsi narahatedici məqamdır. Ermənistanın baş naziri onları “Ermənistanın milli təhlükəsizliyinə təhdid” adlandırıb ki, bu da tamamilə qəbuledilməzdir. Bir tərəfdən “sülh dövrü” elan etmək, digər tərəfdən də öz tarixi vətənlərinə qayıdıb yaşamaq istəyən azərbaycanlı qaçqınları “ölkənin milli təhlükəsizliyinə təhdid” adlandırmaq olmaz. Ermənistandan qovulmuş azərbaycanlı qaçqınları təmsil edən Qərbi Azərbaycan İcması hər zaman Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşdığını vurğulayır. Onların məqsədləri, sadəcə olaraq, Ermənistandakı doğma torpaqlarına sülh yolu ilə qayıtmaqdır. Siz humanitar yaralar barədə qeyd etdiniz. Həqiqətən də Qarabağ münaqişəsi Azərbaycan xalqının faciəsinə çevrilmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Yüz minlərlə insanın taleyi məhv edilib. Dörd minə yaxın azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır. Azərbaycanda valideynlər var ki, itkin düşən oğullarının şəkillərini öz məzar daşlarının üzərinə həkk etməyi mənəvi təsəlli olaraq vəsiyyət edirlər. Siz özünüz də regiona səfər etmisiniz və bu işğalın Azərbaycan şəhərlərini, kəndlərini nəyə çevirdiyini görmüsünüz. Bir vaxtlar inkişaf edən şəhərlər tamamilə məhv edilib və onlar artıq mövcud deyildir. Əvəzində isə erməni işğalçıları dəqiq mina xəritələri olmadan bizə bir milyondan çox minadan ibarət ölümcül miras qoyublar. Təsəvvür edirsiniz ki, XXI əsrdə azərbaycanlılar öz suveren ərazilərində mina partlayışlarının qurbanına çevrilirlər. Hazırda azərbaycanlıların qarşısında ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, yaşayış və iş şəraitinin yaradılması və əhalinin geri qaytarılması kimi böyük bir vəzifə dayanır. Digər humanitar yara isə mədəni irsimizin - abidələrimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın məqsədyönlü şəkildə dağıdılmasıdır. Məscidlərimiz donuzların və inəklərin saxlanılması üçün tövlə kimi istifadə edilib. Ermənistan bununla Azərbaycan xalqının izini silməyə çalışıb. - Dediniz ki, hər iki ölkə vasitəçisiz məhsuldar danışıqlar aparmağa qadirdir. Sizin təcrübənizdə hansı format daha effektivdir: Azərbaycan-Ermənistan danışıqları, qonşu İran, Rusiya və Türkiyə ilə 3+3 formatı, yoxsa Qərbin iştirakı ilə danışıqlar, istər ABŞ, istərsə də Aİ olsun? - Hər bir formatın öz üstünlükləri var və onların effektivliyini müqayisə etmək düzgün olmazdı. Müxtəlif mərhələlərdə müxtəlif formatlar bizə irəli getməyə imkan verib və biz iştirak edən bütün vasitəçilərə minnətdarıq. Məkan bizim üçün önəmli deyil, ən əsası nəticədir. Biz nəticəyönümlü danışıqların tərəfdarıyıq. Prinsipcə, biz səmimi vasitəçiliyin əleyhinə deyilik, lakin birbaşa danışıqlara üstünlük veririk. Bu gün sülh sazişinin mətni üzərində iş birbaşa olaraq Bakı ilə İrəvan arasında aparılır.
2024-01-04
819,712
Hər iki ordu öz kazarmalarına qayıdıb, atışma yoxdur - Hacıyev
Sentyabrın 19-20-də keçirilən antiterror tədbirlərindən və Azərbaycanın suverenliyinin tam bərpasından sonra Azərbaycanla Ermənistan arasında gərginliyin əsas mənbəyi olan Qarabağ məsələsi gündəmdən tamamilə çıxarılıb. Beləliklə, hazırda biz sülh sazişinin bağlanmasına ciddi maneə görmürük. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. "İndi biz iki ölkə arasında son 30 ilin ən sakit günlərini müşahidə edirik. Hər iki ordu öz kazarmalarına qayıtdığı gündən hətta atışma da baş vermir. Bu yaxınlarda Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında Sankt-Peterburqda baş tutan qeyri-rəsmi görüş də müsbət məcrada keçib. Amma konkret tarix barədə danışmaq bir qədər çətindir, çünki prosesi yekunlaşdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var. Düzünü desəm, mən düşünmürəm ki, hər hansı vaxt qrafiki qoyub, məhdud zaman çərçivəsində işləmək düzgün olardı", - o bildirib.
2024-01-04
819,714
2024-cü il Ukraynada həlledici olacaq - Kater
2024-cü il Ukrayna münaqişəsində həlledici il olacaq. Axar.az xəbər verir ki, bunu ehtiyatda olan almaniyalı general Roland Kater deyib. “Fikrimcə, bu il hərbi müstəvidə həlledici il olacaq. Ukrayna təşəbbüsü ələ keçirə biləcəkmi? Hazırda məndə belə bir təəssürat var ki, təşəbbüs rusların əlindədir. Bununla paralel olaraq 2024-cü ildə münaqişənin diplomatik yolla həlli imkanları məsələsi də qaldırılacaq”, - general bildirib.
2024-01-04
819,716
Onları ermənilərin rəhminə buraxa bilmərik - Hacıyev
Mən Rusiya-Ermənistan münasibətlərini şərh etmək istəmirəm. Vurğulamaq istədiyim odur ki, ortada danılmaz konkret faktlar var. Əvvəla, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvüdür. İkincisi, Ermənistanın sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin qoşunları qoruyur. Üçtərəfli Bəyanatda xüsusi olaraq Federal Təhlükəsizlik Xidmətinin qüvvələrinə istinad edilir. Amma burada mənim vəzifəm bölgədə sərhəd qoşunlarının müdafiəçisi kimi danışmaq deyil. Bizim narahatçılığımız ondan ibarətdir ki, biz Azərbaycan yüklərini və sərnişinlərini Ermənistanın hüquq-mühafizə orqanlarının rəhminə buraxa bilmərik. Bizim narahatlıqlarımızın əsası var. Bu il İrəvanda Ermənistan baş nazirinin iştirakı ilə keçirilən ağır atletika yarışında Azərbaycan Bayrağı yandırılıb. Dumanlı havada itən Azərbaycan əsgərinin Ermənistanda vəhşicəsinə döyülməsi ilə bağlı internetdə çoxlu kadrlar var. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. "Ancaq önəmli olan Ermənistanın həqiqətən də bu layihədə maraqlı olub-olmamasıdır. Xoşniyyətli istək olduqdan sonra texniki məsələlər yaradıcı təfəkkür vasitəsilə tapıla bilər. Velosiped icad etməyə ehtiyac yoxdur. Ermənistandan keçən marşrut İrəvanın öhdəliyidir və onlar buna əməl etməlidirlər. Başqa sözlə, “Pacta sunt servanda” (Razılaşmalar yerinə yetirilməlidir) . Beynəlxalq təcrübə, humanitar prinsiplər də Ermənistandan Naxçıvanı Azərbaycanın əsas hissəsindən blokadaya almağı dayandırmağı tələb edir. Hələlik biz Ermənistandan heç bir səy görmürük. Əksinə, Ermənistan “Sülhün kəsişməsi” layihəsinin təşəbbüskarı olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliyindən boyun qaçırmağa və yalandan özünü regional blokadanın açılmasını fəal şəkildə dəstəkləyən tərəf kimi təqdim etməyə çalışır. Ancaq reallıqda isə regionda kommunikasiyanın açılmasına hələ də mane olan məhz Ermənistandır", - Hacıyev bildirib.
2024-01-04
819,717
Laçında hərbçilərin qəzaya düşməsilə bağlı cinayət işi açıldı
Laçında hərbçilərin avtoqəzaya düşməsi ilə bağlı cinayət işi açılıb. Azərbaycan Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, daxil olan məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilmiş, izahatlar alınmış və digər hərəkətlər icra edilib. Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər zəruri istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək. Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
2024-01-04
819,718
Ermənistan-İran əlaqələrinə təhlükə...
Biz Ermənistan ərazisi ilə daşımaları nə Ermənistanın suverenliyinə, nə də Ermənistan-İran əlaqələrinə təhlükə kimi görmürük. Çünki Azərbaycandan Naxçıvana - Ermənistanın ucqar cənubundan keçən nəqliyyat əlaqəsi Ermənistanla İran arasında olan ticarət yoluna təsir etməyəcək. İki marşrut bir-birinə mane olmadan kəsişir. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. "Əgər siyasi iradə mövcuddursa, məqbul üsullar tapmaq həmişə mümkündür. “Dəhliz” termini Ermənistanı qorxutmamalıdır, çünki bu, nəqliyyat marşrutları kontekstində geniş istifadə olunur. Bu nəqliyyat əlaqəsi Ermənistanı İranla sərhədindən məhrum etməyəcək. Bu marşrut Ermənistanı iki hissəyə də bölməyəcək. Təəssüflər olsun ki, bununla bağlı xüsusən də bəzi Qərb mediasında ölkəmə qarşı geniş şər-böhtan kampaniyasının aparıldığını görürük", - H.Hacıyev bildirib.
2024-01-04
819,720
23 saatlıq əməliyyatdan dərhal sonra… - Hacıyev
Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi 23 saatlıq antiterror tədbirlərindən dərhal sonra ölkəmiz Qarabağın erməni sakinlərinin Azərbaycan dövlətinə reinteqrasiyası üçün portal yaradıb. Bu barədə Azərbaycan Prezidentinin Administrasiyasının mətbuata yaydığı məlumatda bildirilib və həmçinin bu məsələ regional mediada geniş yer alıb. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib. "Azərbaycan qürur hissi ilə qeyd edir ki, BMT-nin üç missiyası və Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən öz təsdiqini tapdığı kimi ildırımsürətli antiterror tədbirləri zamanı və ondan sonrakı dövrdə mülki şəxslərə qarşı zorakılıq halları qeydə alınmayıb. Azərbaycan hərbi əməliyyatların dinc əhaliyə zərər vurulmadan necə aparılmalı olduğunu bütün dünyaya nümayiş etdirib. Başqa sözlə desək, dinc əhalinin olduğu yerdə qalması üçün hər cür şərait yaradılmışdı. Buna baxmayaraq, erməni sakinlərin əksəriyyəti Qarabağı tərk etmək qərarına gəldilər. Sadəcə olaraq, onlar Azərbaycan Bayrağı və vətəndaşlığı altında yaşamaq istəmirlər və bu, onların bölgəni tərk etmək barədə qərar vermələrinə səbəb olub, əsasən azərbaycanlılara qarşı etnik nifrətə görə. Yeri gəlmişkən, iyirmi il əvvəl Ermənistanın sabiq prezidenti Robert Köçəryan sizin istinad etdiyiniz Avropa Şurası Parlament Assambleyasındakı bəyanatında “ermənilərlə azərbaycanlılar arasında etnik uyğunsuzluqdan” danışmışdı. AŞPA rəsmiləri bəyan ediblər ki, “Avropa Şurası yarandığı gündən indiyədək heç vaxt “etnik uyğunsuzluq” ifadəsini eşitməyib. Erməni sakinlərinin əksəriyyəti qorxurdular ki, Azərbaycan Birinci Qarabağ müharibəsi zamanı ermənilərin törətdiklərinin qisasını ala bilər, lakin bizim niyyətimiz bu deyildi. Azərbaycan heç vaxt mülki əhalini hədəfə almır. Beləliklə, Azərbaycan Laçın yolu vasitəsilə Ermənistana təhlükəsiz keçid təmin etdi. Erməni sakinlərin çox kiçik bir hissəsi Qarabağda qalmaq qərarına gəlib və hazırda onların ehtiyacları ödənilir. Reinteqrasiya portalı fəaliyyətini davam etdirir. Eyni zamanda, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində Ermənistandakı kompakt şəkildə yaşadıqları məskənlərindən kütləvi şəkildə qovulmuş yüz minlərlə azərbaycanlının geri qayıtmaq hüququnu rədd etməsi narahatedici məqamdır. Ermənistanın baş naziri onları “Ermənistanın milli təhlükəsizliyinə təhdid” adlandırıb ki, bu da tamamilə qəbuledilməzdir. Bir tərəfdən “sülh dövrü” elan etmək, digər tərəfdən də öz tarixi vətənlərinə qayıdıb yaşamaq istəyən azərbaycanlı qaçqınları “ölkənin milli təhlükəsizliyinə təhdid” adlandırmaq olmaz. Ermənistandan qovulmuş azərbaycanlı qaçqınları təmsil edən Qərbi Azərbaycan İcması hər zaman Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşdığını vurğulayır. Onların məqsədləri, sadəcə olaraq, Ermənistandakı doğma torpaqlarına sülh yolu ilə qayıtmaqdır. Siz humanitar yaralar barədə qeyd etdiniz. Həqiqətən də Qarabağ münaqişəsi Azərbaycan xalqının faciəsinə çevrilmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Yüz minlərlə insanın taleyi məhv edilib. Dörd minə yaxın azərbaycanlının taleyi hələ də naməlum olaraq qalır. Azərbaycanda valideynlər var ki, itkin düşən oğullarının şəkillərini öz məzar daşlarının üzərinə həkk etməyi mənəvi təsəlli olaraq vəsiyyət edirlər. Siz özünüz də regiona səfər etmisiniz və bu işğalın Azərbaycan şəhərlərini, kəndlərini nəyə çevirdiyini görmüsünüz. Bir vaxtlar inkişaf edən şəhərlər tamamilə məhv edilib və onlar artıq mövcud deyildir. Əvəzində isə erməni işğalçıları dəqiq mina xəritələri olmadan bizə bir milyondan çox minadan ibarət ölümcül miras qoyublar. Təsəvvür edirsiniz ki, XXI əsrdə azərbaycanlılar öz suveren ərazilərində mina partlayışlarının qurbanına çevrilirlər. Hazırda azərbaycanlıların qarşısında ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, yaşayış və iş şəraitinin yaradılması və əhalinin geri qaytarılması kimi böyük bir vəzifə dayanır. Digər humanitar yara isə mədəni irsimizin - abidələrimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın məqsədyönlü şəkildə dağıdılmasıdır. Məscidlərimiz donuzların və inəklərin saxlanılması üçün tövlə kimi istifadə edilib. Ermənistan bununla Azərbaycan xalqının izini silməyə çalışıb", - Hikmət Hacıyev qeyd edib.
2024-01-04
819,721
680-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 680-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 565 təyyarəsi, 263 helikopteri, 10 404 PUA-sı, 446 zenit-raket kompleksi, 14 472 tank və digər zirehli texnikası, 1 198 reaktiv yaylım atəş sistemi, 7 623 artilleriya və minaatanı, 17 075 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-01-04
819,722
Hindistan Kiyevə mərmi verib? – Açıqlama
Hindistan Kiyevə artilleriya mərmiləri tədarük etməyib. Axar.az xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb. "Bu məsələ ilə bağlı mətbuatda da yazılanları gördük. Amma biz bu informasiyanı qəti şəkildə rədd edirik", - məlumatda bildirilib. Qeyd edək ki, Hindistanın "EurAsian Times" nəşri ölkəni Ukrayna-Rusiya müharibəsində tərəf tutmaqda ittiham edib. Eyni zamanda, Ukrayna ordusunun Hindistan istehsalı olan artilleriya mərmilərindən istifadə etməsi ilə bağlı videolar yayımlanıb.
2024-01-04
819,725
Sevastopola PUA hücumu edildi: yaralanan var
Sevastopol üzərində bir neçə PUA vurulub. Axar.az xəbər verir ki, bu barədə Sevastopol qubernatoru Mixail Razvojayev məlumat verib. "İlkin məlumata görə, artıq bir neçə PUA vurulub. Bütün xidmətlər döyüş vəziyyətinə gətirilib. PUA qalıqlarının yaşayış evinə düşməsi nəticəsində 1 nəfər sakin yaralanıb”, - Razvojayev bildirib.
2024-01-04
819,732
Laçında qəzada ölən hərbçilərə şəhid statusu veriləcək?
Şəhid statusu qanuna uyğun olaraq hərbi hissə tərəfindən verilən bildiriş əsasında verilir. Axar.az xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidən verilən açıqlamada qeyd olunub. “Laçında həlak olan hərbi qulluqçular - Həsən İsmayılov və Səxavət Axundova xidmət vaxtı həlak olmalarını təsdiq edən rəsmi arayış təqdim olunduqdan sonra şəhidlik statusu veriləcək”, - məlumatda bildirilib. Qeyd edək ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar.
2024-01-04
819,736
İŞİD İrandakı partlayışların məsuliyyətini üzərinə götürdü
İŞİD İranın Kirman şəhərində baş verən 2 partlayışa görə məsuliyyəti üzərinə götürdüyünü açıqlayıb. Axar.az xəbər verir ki, bu barədə "Terror Alarm" X hesabı məlumat yayıb. İranın "Həmşəhri" qəzeti partlayışlardan birinin kamikadze tərəfindən törədildiyini, ikinci partlayış barədə araşdırmaların davam etdiyini yazıb. Qeyd edək ki, yanvarın 3-də ölkənin Kirman şəhərində general Qasım Süleymaninin 4-cü ildönümü mərasimində iki partlayış baş verib, nəticədə 95 nəfər ölüb, 211 nəfər yaralanıb.
2024-01-04
819,737
Rusiya Ukraynada öldürülən muzdluların sayını açıqladı
Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşlərdə iştirak edən 5,9 mindən çox muzdlu hərbçini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib. “Ümumilikdə Ukraynaya 13,5 mindən çox muzdlu gəlib. Onların 8,5 mindən çoxu Avropadan, 1,7 mindən çoxu Asiyadan, 2,7 mindən çoxu Şimali və Cənubi Amerika ölkələrindən, 220-dən çoxu Afrikadan gələnlərdir. İndiyədək muzdluların 5,9 mindən çoxu öldürülüb, 5,6 mindən çoxu isə qaçıb. Hazırda 1,9 mindən çoxu hələ də döyüşür”, - məlumatda qeyd olunub.
2024-01-04
819,739
Putin azərbaycanlı həkimi təltif etdi
Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həkimi təltif edib. Axar.az xəbər verir ki, bu barədə sərəncam Rusiya Prezidentinin rəsmi internet səhifəsində yerləşdirilib. Səhiyyə sahəsində xidmətlərinə və uzun illər vicdanlı əməyinə görə Moskvanın N.V.Sklifosovski adına Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutunun (ETİ) şöbə müdiri Ruslan Bayramov “Təşəkkürnamə” ilə təltif olunub. Qeyd edək ki, Ruslan Bayramov institutda 2011-ci ildən cərrah, 2019-cu ildən isə şöbə müdiri kimi fəaliyyət göstərir. Babası Əmir Bayramov Sklifosovski adına Elmi-Tədqiqat İnstitutunun əfsanəsi hesab olunur. Əmir Bayramov bu institutda 50 ilə yaxın fəaliyyət göstərib.
2024-01-04
819,740
Cəlilabadda qızılcaya yoluxanların sayı açıqlandı
Cəlilabad rayonunda bu günə qədər 252 nəfər qızılca virusuna yoluxub. Axar.az Report-a istinadla xəbər verir ki, onlardan 182 nəfəri 18 yaşdan kiçik, 70 nəfəri isə 18 yaşdan böyüklərdir. Hazırda 55 aktiv xəstə müalicə olunur. Xəstələrdən 51 nəfəri ambulator şəraitdə, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır. Ötən gün rayon üzrə 4 yoluxma hadisəsi qeydə alınıb. Qeyd edək ki, bu gün Cəlilabad rayon sakini Sevil Cabbar qızı İbayeva qızılca xəstəliyindən dünyasını dəyişib.
2024-01-04
819,741
“İslami Cihad”ın mühüm üzvlərindən biri məhv edildi
İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı “İslami Cihad” qruplaşmasının mühüm üzvlərindən biri olan Məmduh Lulunu öldürülüb. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib. Onun Ümumi Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatları əsasında İsrail aviasiyasının endirdiyi zərbələr nəticəsində məhv edildiyi bildirilib.
2024-01-04
819,743
“Neftçi” təlim-məşq toplanışına start verdi
“Neftçi” Türkiyənin Antalya şəhərinin Belek bölgəsində qış təlim-məşq toplanışına start verib. Axar.az xəbər verir ki, “Gloria Sport Arena”da keçirilən ilk məşq günündə bir müddətdir zədəli olan Qara Qarayev və Fərid Yusifli fərdi olaraq hazırlıq keçiblər. Azərbaycan Premyer Liqasının 18-ci turunda “Kəpəz”lə oyunda sıradan çıxan Reziuan Mirzov hələlik müalicəsini davam etdirir. Komandanın daha 3 üzvü - Klian Lebon, Andre Şinyaşiki və Yuri Matias isə toplanışın növbəti günlərində kollektivə qoşulacaqlar.
2024-01-04
819,744
Stoltenberqi NATO-da onlardan biri əvəz edəcək
Nəhayət, məlum oldu ki, NATO-nun yeni baş katibi olacaq. Yens Stoltenberq bu vəzifədə təxminən 10 il işlədikdən sonra tezliklə təqaüdə çıxacaq, bu müddət ərzində ondan dörd dəfə vəzifədə qalması istənilib. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Döyçe Velle” nəşri yazıb. Nəşrin məlumatına görə, alyansın yeni rəhbəri olaraq bir neçə şəxsin adı hallanır. "Hazırda Estoniyanın Baş naziri Kaya Kallas, Latviyanın xarici işlər naziri Krişyanis Karinş və Niderlandın istefaya göndərilən baş naziri Mark Ruttenin adı NATO-nun yeni baş katibi vəzifəsinə namizəd olaraq göstərilir",- məlumatda qeyd olunub.
2024-01-04
819,747
Ukraynada sülhə aparan yol buradan keçir - Meloni
Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə aparan yol döyüş meydanında tarazlığın qorunmasından keçir. Axar.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corciya Meloni deyib. Meloni qeyd edib ki, Ukraynaya silah göndərməyi davam etdirmək lazımdır: "İstənilən danışıq masasına və ya diplomatik həllə nail olmaq üçün yeganə fürsət meydanda qüvvələr arasında balansı saxlamaqdır".
2024-01-04
819,751
X sosial şəbəkəsi 71,5% ucuzlaşdı
İlon Mask 2022-ci ilin sonunda X sosial şəbəkəsini satın aldıqdan sonra şəbəkə 71,5% ucuzlaşıb. Axar.az xəbər verir ki, bu barədə "Fidelity" məlumat yayıb. "Təkcə ötən ilin noyabr ayında X sosial şəbəkəsi dəyərinin 10%-dən çoxunu, yəni 12,5 milyard dolları itirib. Lakin Maskın özü təxminən 232 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamı kimi ili başa vurub", - məlumatda deyilib.
2024-01-04
819,752
İsrail Fələstin xalqının ruhunu qıra bilmədi – Haniyə
İsrailin Qəzza zolağına təcavüzü fələstinliləri öz milli məqsədləri uğrunda silahlı mübarizədən əl çəkməyə məcbur etməyəcək. Axar.az xəbər verir ki, bunu HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə deyib. “İsrail işğala qarşı bütün cəbhələrdə mübarizəni davam etdirən Fələstin xalqının müqavimət ruhunu qıra bilmədi”, - Haniyə bildirib.
2024-01-04
819,754
Ukrayna baş naziri Yaponiyaya gedir
Ukrayna Baş naziri Denis Şmıqal fevral ayında Tokioda iqtisadi inkişaf və dirçəliş üzrə ikitərəfli konfransın keçirilməsi ilə əlaqədar Yaponiyaya səfər edə bilər. Ukraynanın Yaponiyadakı səfirliyi onun səfərinə hazırlaşır. Axar.az xəbər verir ki, bunu Ukraynanın Yaponiyadakı səfiri Sergey Korsunski deyib. “2024-cü il fevralın 19-da Ukrayna baş naziri Tokioya səfər edəcək və Ukraynanın bərpası ilə bağlı ikitərəfli konfrans keçiriləcək. Bu, bir nömrəli tapşırıqdır”, - səfir bildirib.
2024-01-04
819,755
Balans Rusiyanın xeyrinədir, mümkün deyil... - Liven
Rusiya-Ukrayna münaqişəsində hərbi və iqtisadi balans xeyli dərəcədə Moskvanın xeyrinə dəyişib və bu tendensiyanın öhdəsindən gəlmək mümkün deyil. Axar.az xəbər verir ki, bunu ABŞ-ın Kuinsi İnstitutunun Avrasiya layihələrinin rəhbəri Anatol Liven “Responsible Statecraft”da dərc olunan məqaləsində bildirib. Onun sözlərinə görə, mövcud vəziyyət danışıqlara mümkün olduğu halda başlamaq lazım olduğunu söyləməyə imkan verir: “Vaşinqtonun Kiyevə yardımına əvvəllər olduğu səviyyədə, hətta ortamüddətli perspektivdə də zəmanət vermək artıq mümkün deyil. Bu, həm də Yaxın Şərqdə vəziyyətin qızışması ilə əlaqədar ABŞ hakimiyyətinin İsrail qarşısında götürdüyü öhdəliklərlə bağlıdır. ABŞ və ya Avropa ölkələri nə qədər artırsalar belə, Rusiya hərbi istehsalının həcminə çata bilməyəcəklər, çünki rusların tempi ukraynalılarınkından 3-5 dəfə yüksəkdir. Bundan əlavə, Ukraynada işçi qüvvəsi çatışmazlığı var və hərbi xidmətə çağırış və onunla bağlı sərtliklər Ukrayna üçün daha pis vəziyyətlər yaradacaq”.
2024-01-04
819,758
Rusiyanın bu vilayətinə PUA hücumu edildi
Rusiyanın Lipetsk vilayətində Ukrayna ordusuna məxsus PUA vurulub. Axar.az xəbər verir ki, bu barədə Lipetsk vilayətinin qubernatoru İqor Artamonov məlumat yayıb. “Lipetsk vilayətində Ukraynaya məxsus PUA aşkar edilib. Radioelektron mübarizə vasitələrinin köməyi ilə PUA-nı zərərsizləşdirmək mümkün olub. Tələfat və dağıntı qeydə alınmayıb”, - qubernator bildirib.
2024-01-04
819,761
Azərbaycan gözəlinin səhhəti ağırlaşdı: Ağrılarım var...
“Miss Azerbaijan-2019” model müsabiqəsinin qalibi Səmra Hüseynovanın səhhətində problem yaranıb. Axar.az xəbər verir ki, model bu barədə Feysbukda yazıb. “Artıq məcbur qaldım çünki çarə tapılmır. 10 ildən çoxdur bədən ağrılarım var. Oynaqlarım göynəyir. Ancaq antidepresantlarla keyidilirəm. Amma sağalmıram. Bədənim ağrılara tab gətirmir”, – o qeyd edib.