date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-02 | 819,310 | Xaçmaz sahilində zəlzələ oldu | Xəzər dənizinin Xaçmaz sahilində 3,3 maqnitudalı zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin dərc etdiyi məlumatda qeyd edilib. "Qusar stansiyasından 63 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb”, – Mərkəzdən bildirilib. Yeraltı təkanların Bakı vaxtı ilə 23:03-də qeydə alındığı vurğulanıb. Zəlzələnin dərinliyi 11 km olub. |
2024-01-03 | 819,312 | Şolts istefa verə bilər: Onu Pistorius əvəz edəcək? | Cari ilin əvvəlində Almaniya kansleri Olaf Şolts postunu vaxtından əvvəl tərk edə bilər. Axar.az xəbər verir ki, bu barədə "Bild" nəşri yazıb. İddiaya görə, Şoltsu bu yaxınlarda ən populyar alman siyasətçilərinin reytinqinə başçılıq edən müdafiə naziri Boris Pistorius əvəzləyə bilər. “Kanslerin vaxtından əvvəl istefasına səbəb "Wirecard" və onun rəhbəri Yan Marsalek (hazırda Moskvada gizlənir - red.) ilə bağlı 2020-ci il qalmaqalı da ola bilər. O zaman İqtisadiyyat Nazirliyinə Şolts rəhbərlik edib və II Dünya müharibəsindən bəri Almaniya tarixindəki ən böyük saxtakarlığı "görməyib", - nəşr vurğulayıb. Bildirilib ki, dekabrın 31-də dərc edilən sorğunun nəticəsinə əsasən, Olaf Şolts partiyasına dəstək 15%-ə düşüb. |
2024-01-03 | 819,313 | Xarkovda partlayışlar baş verdi | Ukraynanın şərqindəki Xarkov vilayətinin Boqoduxov şəhərində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Məlumata görə, Dnepropetrovsk, Kirovoqrad, Nikolayev, Poltava, Sum, Xarkov, Çerkass, Çerniqov vilayətlərində, həmçinin Kiyev vilayətində havadan təhlükə ilə bağlı xəbərdarlıq edilib. |
2024-01-03 | 819,316 | Kommersant: Əliyevlə Paşinyanın bu fotosu… | “Kommersant” nəşri İlham Əliyevlə Nikol Paşinyanın Sankt-Peterburqdakı bu görüntüsünü 2023-cü ilin son həftəsinin ən yaxşı fotosu elan edib. Axar.az xəbər verir ki, sözügedən foto ötən il dekabrın 27-də Sankt-Peterburqda baş tutan MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündən sonra lentə alınıb. |
2024-01-03 | 819,317 | Bakıda beşmərtəbəli yaşayış binasında yanğın | Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Axar.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 48 kvadratmetr olan iki otaqlı mənzilin bir otağında 1 ədəd yataq dəsti, 2 ədəd dolab, 1 ədəd televizor və 1 ədəd kondisioner yanıb. Yüksək temperaturdan otağın lambirdən ibarət tavanı 6 kvadratmetr sahədə və 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2024-01-03 | 819,318 | HƏMAS öncə ultimatum versə də, indi... - Netanyahu | Qəzza zolağındakı girovların azad edilməsi üçün səylərimizi davam etdirirk. Axar.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib. "Səylər davam edir, əlaqələr saxlanılır. HƏMAS əvvəllər ultimatum versə də, indi vəziyyət bir qədər asanlaşıb", - Netanyahu qeyd edib. |
2024-01-03 | 819,320 | Rəisinin Türkiyə səfəri: 10 anlaşma imzalanacaq... | Xəbər verdiyimiz kimi, yanvarın 4-də İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri nəzərdə tutulub. Axar.az xəbər verir ki, səfər çərçivəsində bir çox ikitərəfli və regional məsələlərin müzakirəsi ilə yanaşı, Türkiyə ilə İranın xüsusilə terrorla mübarizədə konkret əməkdaşlıq istiqamətində addımlar atması gözlənilir. Digər tərəfdən, 2012-ci ildə iki ölkə arasında 22 milyard dollara çatan ticarət həcmi sanksiyalar və pandemiya səbəbindən azalaraq təxminən 6 milyard dollara düşüb. Bu rəqəmin 30 milyard dollara yüksəldilməsi hədəflənir. Türkiyənin Ticarət Nazirliyinin məlumatına görə, Türkiyənin podratçı şirkətləri İranda ümumi dəyəri 4,6 milyard dollar olan 56 layihəni öhdəsinə götürüb. Yanvarın sonunda Tehranda keçiriləcək Birgə İqtisadi Komissiyanın iclasında iki ölkə arasında ticarətin inkişafı istiqamətində səylərin artırılması gözlənilir. Səfər zamanı müzakirə olunacaq məsələlərdən biri də Türkiyə ilə İran arasında daha üç sərhəd-keçid məntəqəsi (Gürbulaq, Qapıköy və Əsəndərə) qurmaqla onların sayını artırmaqdır. İran tərəfinin razılığı ilə daha iki məntəqənin açılması nəzərdə tutulur. Səfər zamanı iki ölkə arasında ümumilikdə on anlaşma müqaviləsinin imzalanacağı təxmin edilir. İran Prezidenti ilə Türkiyəyə gedəcək nümayəndə heyətinin tərkibində İranın xarici işlər, yol və şəhərsalma, ticarət, neft, enerji, daxili işlər və müdafiə sahələri üzrə rəsmi şəxslərinin olması gözlənilir. |
2024-01-03 | 819,321 | Belqoroda növbəti hücum: Ukrayna PUA-ları vuruldu | Rusiya ordusu Belqorod vilayətində 9 PUA hücumunun qarşısını alıb. Axar.az xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib. Məlumata görə, son sutkada hücum edən 9 PUA məhv edilib. Dağıntı və tələfat barədə məlumat yoxdur. Qeyd edək ki, 2 yanvarda Ukrayna ordusu Belqorod şəhərini yenidən raket atəşinə tutub. Hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb. |
2024-01-03 | 819,322 | Blinkenin İsrailə səfəri təxirə salındı | ABŞ Dövlət katibi Entoni Blinken İsrailin paytaxtı Təl-Əvivə səfərini təxirə salıb. Axar.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" nəşri məlumat yayıb. Bildirilib ki, bu həftə sonu baş tutmalı olan səfər növbəti həftəyə ertələnib. Səfərin hansı səbəbdən təxirə salındığı barədə məlumat yoxdur. |
2024-01-03 | 819,323 | Hindistanda silahlı toqquşma: 4 ölü, 20 yaralı... | Hindistanın şimal-şərqindəki Manipur ştatında silahlı qruplar arasında toqquşma baş verib. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, baş verən toqquşmalarda 4 nəfər ölüb, 20 nəfər yaralanıb. |
2024-01-03 | 819,324 | Rusiya ən azı 500 raket atıb - Zelenski | Son beş gündə ruslar Ukrayna ərazisinə azı 500 raket və PUA-larla hücum edib. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniya Baş naziri Rişi Sunak ilə telefon danışığı zamanı bildirib. Onun sözlərinə görə, Rusiyanın Ukrayna şəhərlərinə hava terrorunun davam etməsi müzakirə edilib. Zelenski Böyük Britaniyanın Ukraynanın hava hücumundan müdafiə sistemi, xüsusən də radarlar, antidron sistemləri və raketlərlə güclənməsinə əhəmiyyətli dəstəyinə görə təşəkkür edib. |
2024-01-03 | 819,325 | Xərçəng və qocalmaya qarşı 5 ən yaxşı sıyıq | ABŞ Milli Xərçəng Araşdırma Mərkəzinin ekspertləri 20 illik tədqiqatın nəticələrini paylaşıb. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, 400 könüllü üzərində aparılan araşdırmada hansı sıyığın xərçəng əleyhinə təsir etdiyi müəyyənləşib. Bütün iştirakçılar 20 il ərzində müxtəlif vaxtlarda səhərlər nə yediklərini və özlərini necə hiss etdiklərini qeyd ediblər. Səhərlər sıyıq yeməyi sevənlərdə xəstəliklərə qarşı müqavimət, davamlılıq daha çoxdur, bu adamlar daha az xərçəng olur və daha uzun ömür sürürlər. Kim hər gün 20 qram yarma yeyibsə, erkən ölüm riski 20-30% azalır. Eyni tip 20 digər araşdırma da toxum, yarma və buğdadan çox istifadə edənlər, daha az mədə və qida borusu xərçənginə tutulur. Ən faydalı sıyıqlar isə: tam taxıl yarmaları, qarabaşaq, yulaf, qəhvəyi yabanı düyüdür. Amma duru, mannı sıyıqları yalnız mədə əməliyyatı keçirən və müəyyən səbəblərdən yarmalı sıyıq yeyə bilməyənlərə, uşaqlara uyğundur. Ürək-damar xəstələrinə - buğda, sünbül sıyığı; Qanazlığı, qaraciyər probleminə - qarabaşaq sıyığı; Bağırsaq problemində qarğıdalı sıyığı faydalıdır. |
2024-01-03 | 819,326 | İsrail istənilən ssenariyə tam hazırdır - Haqari | İsrail ordusu çox yüksək hazırlıq səviyyəsindədir və istənilən ssenariyə hazırdır. Axar.az xəbər verir ki, bu sözləri İsrail ordusunun sözçüsü Daniel Haqari deyib. "İsrail həm müdafiədə, həm də hücumda bütün cəbhələrdə çox yüksək hazırlıq vəziyyətindədir. İstənilən ssenariyə tam hazırıq. Bu gün lazım olan ən vacib şey HƏMAS ilə mübarizəyə diqqət yetirməyimizdir", - o bildirib. |
2024-01-03 | 819,327 | Rusiya yalnız bu raketlərdən istifadə edəcək | Rus ordusu uzun müddətdir ki, raketlər toplayır. İndi ruslar böyük ehtimalla vurulması çətin olan konkret raketlərin buraxılmasına diqqət yetirəcəklər. Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Denis Popoviç deyib. Ekspert vurğulayıb ki, payızda və qışın əvvəlində ruslar yalnız "Şahid" PUA-larından istifadə edib, kütləvi raket hücumlarına əl atmayıblar və bu müddətdə raket ehtiyatı yaradıblar. Onun sözlərinə görə, ruslar çox güman ki, vurulması çətin olan raketlərə - ballistik "İsgəndər" və ya aeroballistik "Xəncər"ə arxalanacaqlar: "Düşünürəm ki, onlar ballistik və aeroballistik raketlərdən istifadə etməyə davam edəcəklər ki, onlar özləri üçün seçdikləri hədəfləri mümkün qədər məhv edə bilsinlər". |
2024-01-03 | 819,328 | HƏMAS-ın daha 12 batalyonu məhv edildi | İsrail ordusu Qəzza zolağında HƏMAS-ın daha 12 batalyonunu məhv edib. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb. Məsələ barədə danışan İsrailin müdafiə naziri Yoav Qallant qeyd edib ki, bölgədə 15 və ya 18 min terrorçudan bir neçə mini qalıb. |
2024-01-03 | 819,331 | ABŞ İsrailin öldürdüyü şəxsin başına 5 milyon qoyubmuş | Beyrutda öldürülən HƏMAS siyasi bürosunun sədr müavini Salah əl-Aruri haqqında məlumat üçün ABŞ hakimiyyəti 5 milyon dollar mükafat təklif edibmiş. Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. ABŞ hesab edir ki, Aruri İordan çayının qərb sahilində HƏMAS hərbi əməliyyatlarını maliyyələşdirib və ona nəzarət edib, həmçinin çoxsaylı terror hücumları, qaçırma və adam oğurluğu ilə əlaqəli olub. 2015-ci il sentyabrın 10-da ABŞ Maliyyə Nazirliyi Əl-Arurini xüsusi kateqoriyalı beynəlxalq terrorçu kimi tanıdı. Xatırladaq ki, HƏMAS-ın Beyrutdakı ofisinə pilotsuz təyyarənin hücumu nəticəsində HƏMAS siyasi bürosunun sədr müavini Saleh əl-Aruri də daxil olmaqla, 7 nəfər həlak olub. |
2024-01-03 | 819,333 | Tarixi rekord: Putinin imzaladığı fərmanların yarısı… | Rusiya Prezidenti Vladimir Putinin 2023-cü ildə imzaladığı hər ikinci fərman məxfi olub. Axar.az xəbər verir ki, bu barədə “Mediazona” nəşri məlumat yayıb. Nəşr hüquqi aktların rəsmi internet saytındakı məlumatlara əsaslanaraq hesablayıb ki, Putinin 2023-cü ildə məxfi fərmanlarının payı ümumi fərmanların 49,5%-ni təşkil edib. Bildirilib ki, ilk dəfə 2001-ci ildə İkinci Çeçenistan müharibəsi zamanı məxfi fərmanların sayı 47%-ə çatıb. Sonrakı illərdə ən yüksək rəqəm isə 2022-ci ildə - Ukraynada savaşın başladığı il olub – 45%. |
2024-01-03 | 819,335 | Bakı aeroportunda qalmaqal: təyyarə 5 saat gecikir | 03:10 “Peqasus” aviaşirkətinin Bakı-İzmir reysi 5 saata yaxın gecikir. Bu barədə Axar.az-a sərnişinlər məlumat verib. Bildirilib ki, bu gün saat 03:15-də Bakıdan qalxmalı olan təyyarə İzmirin Adnan Menderes hava limanındakı duman səbəbindən 7:50-yə ertələnib. Aviaşirkət reysin gecikməsi ilə bağlı əvvəlcədən heç bir xəbərdarlıq mesajı göndərmədiyindən, sərnişinlər aeroportda gözləməyə məcbur edilib. Bu isə onların ciddi narazılığına səbəb olub. Sərnişinlərə geri qayıdıb, yenidən gəlməyə də izn verilmir. Qeyd edək ki, "Peqasus" aviaşirkəti vaxtaşırı olaraq bu cür gecikmələrlə sərnişinlərində narazılıq yaradır. |
2024-01-03 | 819,341 | Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırıldı | Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb. Bildirilib ki, ərazidəki qatı duman dənizdə görmə məsafəsinin azalmasına səbəb olub. Duman çəkildikdən sonra gəmilərin hərəkəti bərpa olunacaq. |
2024-01-03 | 819,342 | Axtarışda olan 5 nəfər saxlanıldı - DİN | Yanvarın 2-də Azərbaycan ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib. Axtarışda olduğuna görə ümumilikdə 5, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb. |
2024-01-03 | 819,344 | Yaponiyada zəlzələdə ölənlərin sayı 73-ə çatdı | 10:36 Yaponiyanın İşikava əyalətində və bölgənin Noto yarımadasının sahillərində baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 65-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə İşikava əyalət meriyası məlumat yayıb. Dağıntılar altında hələ də vətəndaşların qaldığı bildirilir. Bundan əlavə, aramsız yağışlar səbəbindən də rəsmi qurumlar torpaq sürüşməsi ilə bağlı sakinlərə xəbərdarlıq edib. *** Yaponiyanın mərkəzində baş verən zəlzələlər nəticəsində qurbanların ümumi sayı 73-ə çatıb. 100-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. |
2024-01-03 | 819,349 | "Qarabağ" Çempionlar Liqasının tarixinə düşdü | Ofisi İngiltərədə yerləşən “GiveMeSport” portalı Çempionlar Liqası tarixində oynamış büdcəsinə görə ən kiçik 10 klubun siyahısını tərtib edib. Axar.az Trend-ə istinadən xəbər verir ki, saytın ekspertləri siyahını klubların ilk növbədə iqtisadi vəziyyətini, sonra tarixini, azarkeş bazasını və oyuna gələn fanatlarının sayını nəzərə almaqla hazırlayıb. Bu zaman təsnifat mərhələləri deyil, yalnız qrup mərhələsində iştirak əsas götülüb. Reytinqdə Azərbaycan təmsilçisi “Qarabağ” da yer alıb. Ağdam klubu 4-cü yerdə qərarlaşıb. Bu siyahıya düşən 10 komanda aşağıdakılardır: 1. “Unirya” (Rumıniya) 2. “Şerif” (Moldova) 3. “Astana” (Qazaxıstan) 4. “Qarabağ” (Azərbaycan) 5. BATE (Belarus) 6. “Maribor” (Sloveniya) 7. APOEL (Kipr) 8. “Viktoriya” (Plzen, Çexiya) 9. “Krasnodar” (Rusiya) 10. “Antverpen” (Belçika). Xatırladaq ki, “Qarabağ” 2017/18 mövsümündə Azərbaycan futbolu tarixində ilk və hələlik sonuncu dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanıb. Bu mərhələdə onlar “Çelsi” (İngiltərə), “Roma” (İtaliya) və “Atletiko” (Madrid, İspaniya) ilə mübarizə aparıb. Qurban Qurbanovun komandası “Atletiko” ilə hər iki oyunda heç-heçə edib (0:0, 1:1) digər dörd matçda isə uduzub və qrupu 2 xalla sonuncu yerdə tamamlayıb. |
2024-01-03 | 819,352 | Qazaxıstanda referendum keçiriləcək? - Tokayev açıqladı | Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev konstitusiya referendumunun keçirilməsi və 2026-cı ildə yenidən prezident seçkisində iştirak planları ilə bağlı fikirləri təkzib edib. Axar.az xəbər verir ki, o, bu barədə "Egemen Qazaxıstan" qəzetinə müsahibəsində deyib. "Bu dezinformasiyadır. İndi hər kəs düşündüyünü edib qanuna dəyişiklik edə bilmir. Mən buna qəti əminəm, konstitusiyaya, xüsusən də belə bir fundamental məsələ ilə bağlı özbaşına düzəlişlər etmək artıq mümkün deyil. Konstitusiya islahatı əsas qanuna özbaşına dəyişiklikləri davam etdirmək məqsədi daşımırdı",- o bildirib. Tokayevin sözlərinə görə, konstitusiyada vahid prezidentlik müddəti ilə bağlı müddəa dəyişməyəcək. |
2024-01-03 | 819,354 | Bakıda yeniyetmələr təmir sexindən maşın qaçırdılar | Yanvarın 1-də saat 12 radələrində paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi ərazisində yerləşən avtomobillərin təmiri sexindən “Hunday” markalı avtomobil qaçırılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 2 yeniyetmə müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onların təmiri sexində olan “Mersedes” və “Toyota” markalı avtomobilləri əzmələri və şüşələrini sındırmaları, habelə “Hunday” markalı avtomobilin şüşəsini sındıraraq qeydiyyat nişanlarını oğurlamaları da müəyyən olunub. Faktla bağlı araşdırmalar davam etdirilir. |
2024-01-03 | 819,359 | Belqoroda növbəti hücum: Rusiya raketləri məhv etdi | Rusiyanın növbətçi hava hücumundan müdafiə sistemləri Belqorod vilayəti üzərində altı “Toçka-U” TRK və altı “Olxa” RYAS raketini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Bu gün, yanvarın 3-də səhər saatlarında Kiyev rejiminin “Olxa” reaktiv yaylım atəş sistemi və “Toçka-U” taktiki raket kompleksi ilə Rusiya ərazisindəki hədəflərə növbəti terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - deyə bildirilib. |
2024-01-03 | 819,363 | Azərbaycan neftinin qiyməti açıqlandı | Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb. Axar.az xəbər verir ki, "Azəri Layt" (“Azeri Light”) markalı neftin bir barelinin qiyməti 1,37 ABŞ dolları və ya 1,67 faiz azalaraq 80,19 dollar olub. Qeyd edək ki, “Azəri Layt” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. |
2024-01-03 | 819,366 | Azərbaycanın axtarışa verdiyi şəxs Türkiyədə saxlanıldı | 18 ölkənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X hesabında məlumat yayıb. O qeyd edib ki, ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən 56 nəfər Türkiyənin 11 bölgəsində keçirilən "QƏFƏS-28” əməliyyatı çərçivəsində saxlanılıb. Onların çirkli pulların yuyulması, miqrant qaçaqmalçılığı, narkotik ticarəti, rüşvət, insan alveri, oğurluq, dələduzluq və s. cinayət əməllərinə görə axtarışa verildiyi bildirilib. |
2024-01-03 | 819,368 | Bir daha bəyan edirik: Bakı və İrəvan... - İran XİN | İran Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyini bir daha bəyan edir. Axar.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani deyib. Onun sözlərinə görə, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Ermənistana səfəri çərçivəsində də bu məsələ xüsusi olaraq vurğulanıb. Kənani əlavə edib ki, İran da öz növbəsində bu sülh prosesinin inkişaf etməsinə və bölgədə sülh və stabilliyin möhkəmlənməsinə kömək etməyə hazır olduğunu bildirir. Qeyd edək ki, İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian 27 dekabrda Ermənistana səfər edib. |
2024-01-03 | 819,370 | Binəqədidə evdən külli miqdarda qızıl oğurlandı | Bakının Binəqədi rayonunda evdən külli miqdarda pul və qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 1-də rayon ərazisindəki evlərin birindən 5000 manat, 2000 ABŞ dolları, 100 avro pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və 500 manat dəyərində noutbuk oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Kamil Məmmədov və Qismət Nəcəfli müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır. |
2024-01-03 | 819,373 | ABŞ-ın dövlət borcu 34 trilyonu ötdü | ABŞ-ın dövlət borcu 34 trilyon dolları ötüb. Axar.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi dövlət borcunun 34,001 trilyon dollar təşkil etdiyini açıqlayıb. Bu da dövlət borcunun ötən illə müqayisədə 4 trilyon dollardan çox artımı deməkdir. |
2024-01-03 | 819,379 | Mask bəşəriyyət üçün ən böyük təhlükəni açıqladı | Bəşəriyyət böyük demoqrafik böhran təhlükəsi ilə üz-üzədir. Axar.az xəbər verir ki, bu barədə amerikalı sahibkar İlon Mask X sosial şəbəkə hesabında paylaşım edib. “Bəşəriyyətin üzləşdiyi ən böyük problem demoqrafik çöküşdür”, - deyə İ.Mask paylaşımında bildirib. Qeyd edək ki, Mask bundan öncə demoqrafik problemlər üzündən bütöv xalqların yox ola biləcəyini demişdi. Maskın qeyd etdiyinə görə, İtaliya, Fransa və Yaponiya mədəniyyətləri də təhlükə altındadır. |
2024-01-03 | 819,380 | Polşa: Ukrayna Rusiya ərazisinə zərbə endirməlidir | Ukrayna hələ də Rusiya ilə bərabər şəraitdə mübarizə aparmaq üçün lazımi silahlara malik deyil. Axar.az xəbər verir ki, bunu Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski deyib. O, Qərbi Kiyevə daha çox yardım göstərməyə çağırıb: "Ukraynanın Rusiya ilə münaqişədə gec-tez uduzacağı mövqeyini bölüşmürəm. Kiyevin təkcə Krımda deyil, həm də Rusiyanın ərazisindəki hədəfləri vura biləcək daha yaxşı silahlara və raketlərə ehtiyacı var". |
2024-01-03 | 819,383 | ATƏT Belqorodu vuran Kiyevi dəstəklədi - Bəyanat | Malta və ATƏT Katibliyi mandatlarını tapdalayaraq təşkilatın məcburi şəkildə dağılması istiqamətində səylərini davam etdirir. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının qurumdakı daimi nümayəndəliyinin yaydığı bəyanatda qeyd olunub. Bəyantada bildirilib ki, ATƏT-in Baş katibi Helqa Şmid və Maltanın rəhbərliyi Ukrayna qoşunlarının Belqorodu atəşə tutmasını pisləmədən Kiyevin tərəfini tutub: "Malta Ukraynadakı vəziyyətlə bağlı sələflərinin birtərəfli və qərəzli mövqeyni davam etdirir. ATƏT-in baş katibi Belqorodda ölümlə nəticələnən vəhşi raket hücumlarını pisləmədən açıq şəkildə cinayətkar Kiyev rejiminin tərəfini tutdu. Belə ki, Malta və ATƏT Katibliyi mandatlarını tapdalayaraq, təşkilatın məcburi şəkildə dağılması istiqamətində kursu davam etdirir”. |
2024-01-03 | 819,384 | Britaniyada ilin qadını seçilən azərbaycanlı vəfat etdi | Britaniya və dünyada tanınan xeyriyyəçilərdən olan azərbaycanlı xanım Kamila Batmanqılınc dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə “Quardian” qəzeti məlumat yayıb. Bildirilib ki, 61 yaşlı xeyriyyəçi uzun sürən xəstəlikdən sonra yanvarın 1-də vəfat edib. Qeyd edək ki, Kamila Batmanqılınc 1 yanvar 1963-cü ildə Tehran şəhərində tanınmış ailədə anadan olub. O, İranın o dövrdə ən məşhur sərmayəçi və iş adamlarından olan azərbaycanlı Fridun Batmanqılıncın qızıdır. 12 yaşında İranı tərk edərək təhsil üçün Britaniyaya gedən Kamila ölkədə baş verən inqilab və bunun fonunda sərvətinin müsadirə edilməsi səbəbindən bir daha geri qayıtmayıb. Britaniyada kimsəsiz uşaqlara yardım xeyriyyə cəmiyyəti təsis edən Kamila Batmanqılınc 11 min uşağa himayədarlıq edib. O, geniş maddi imkanının olmasına baxmayaraq, Londonun ən yoxsul məhəllələrindən birində yaşadığı və daima kimsəsiz, yoxsul uşaqların qayğısına qaldığına görə "Pekham məhəlləsinin mələyi" adlandırılıb. Batmanqılınc 2006-cı ildə Britaniyada ilin qadını seçilib və adı Britaniyanın 100 ən nüfuzlu qadınının siyahısına düşüb. |
2024-01-03 | 819,385 | Kreml təkzib etdi: Putinin sensasion bəyanatı... | Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə qlobal təhlükəsizliklə əlaqədar sensasion bəyanat hazırlaması haqda Teleqram kanallarında yayılan məlumatlar saxtadır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Qeyd edək ki, ötən gün 213 min nəfərlik auditoriyaya malik “Politdjoystik” Teleqram kanalında Putinin qlobal təhlükəsizlik məsələləri, o cümlədən Ukrayna ilə bağlı sensasion bəyanatla çıxış edəcəyinə dair məlumat yayılmışdı. |
2024-01-03 | 819,386 | Quru yolla Naxçıvana gedə bilmək üçün... - Əmirbəyov | Bakı yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib. Onun sözlərinə görə, kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında bütün sülh prosesinin tərkib hissəsidir: “Danışıqların əsas qayəsi sülh sazişi mətninin (Bakı ilə İrəvan arasında) razılaşdırılmasıdır. Burada bütün əsas parametrlər, o cümlədən kommunikasiyaların bərpası göstərilir. Digər iki vacib məsələ isə kommunikasiyaların açılması, həmçinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasıdır”. Nəqliyyat kommunikasiyalarının bərpasından danışan E.Əmirbəyov Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin bərpası təşəbbüsünü xatırladaraq qeyd edib ki, bu, Azərbaycan vətəndaşlarının quru yolla maneəsiz Naxçıvan Muxtar Respublikasına gedə bilməsi üçündür: “Söhbət çox təəssüf ki, münaqişə nəticəsində dağılmış 42 kilometr dəmir yolundan gedir. Bu, təkcə çatışmayan sahənin tikintisi ilə bağlı deyil. Yeri gəlmişkən, biz tərəfdən bu iş demək olar ki, yekunlaşıb. Mən Horadiz-Ağbənd hissəsini nəzərdə tuturam. Təəssüf ki, Ermənistan hələ bu layihənin texniki əsaslandırılması üzərində işlərə başlamayıb”. Prezidentin köməkçisi vurğulayıb ki, rəsmi Bakı yaxın gələcəkdə sülh sazişi layihəsinin müzakirəsi üçün Azərbaycan və Ermənistan rəsmiləri arasında danışıqların növbəti mərhələsini keçirməyə ümid edir: “Ümid edirik ki, danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq və yeri gəlmişkən, Azərbaycan tərəfindən hazırlanmış və ilk dəfə bir ildən bir az əvvəl Ermənistana təqdim olunmuş sülh sazişi layihəsinin müzakirəsi bərpa olunacaq. Sazişin mətni üzrə fiziki danışıqlar aparılmadığı halda, iki tərəf arasında layihələrin mübadiləsi davam etdirilir, yəni hər bir tərəf bu sazişin növbəti layihəsinə öz şərhlərini və düzəlişlərini təqdim edir. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra danışıqlar yolunda irəliləyişə nail olmaq şansları xeyli artıb”. |
2024-01-03 | 819,392 | Sabah 15 dərəcə isti olacaq | Sabah havanın əsasən yağmursuz keçəcəyi, temperaturun 15 dərəcə isti olacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometerologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət 50-60% olacaq. Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. |
2024-01-03 | 819,393 | Avtomobillərin qaçırılması ilə bağlı sürücülərə müraciət... | Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, nəqliyyat vasitələrinin qaçırılması ilə bağlı cinayətlərin qarşısının alınması və açılması istiqamətində Daxili İşlər Nazirliyi, o cümlədən Dövlət Yol Polisi ötən il ərzində də bir sıra zəruri tədbirlər həyata keçirib: "Lakin qeyd olunmalıdır ki, bu qəbildən olan hüquqpozmaların baş veməsinə münbit şərait yaradan amillər hələ də mövcuddur. Belə ki, sözügedən cinayət əməlinin obyekti əsasən sutkanın qaranlıq vaxtı yaşayış zonalarından kənarda, eləcə də işıqlandırılmayan yol sahələrində saxlanılan, həyəcan siqnalları ilə təchiz edilməyən, kilit sistemi zəif olan, habelə asan hərəkətə gətirilən nəqliyyat vasitələri olur. Nəqliyyat vasitələri sahiblərinin avtomobillərini müxtəlif şəraitdə, əsasən avtotəmir, yaxud avtoyuma məntəqələrində tanımadıqları şəxslərə etibar etməsi də hüquqazidd əməllərin törədilməsinə şərait yaradır. BDYPİ avtomobil sahiblərinə və sürücülərə müraciət edərək onları bu növ cinayətlərin qarşısının alınması, eləcə də əmlakın hüquqazidd əməllərdən qorunması üçün qeyd olunan xüsusatlara diqqət yetirməyə, qabaqlayıcı tədbirlərin görülməsində polisə dəstək olmağa çağırır". |
2024-01-03 | 819,394 | AB-nin bəzi ölkələri sülhə mane olur - Əmirbəyov | Azərbaycanla Ermənistan arasında sülh sazişi tezliklə imzalansa, Avropa bundan yalnız faydalanacaq. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib. O vurğulayıb ki, Avropa ölkələri buna ciddi kömək edə bilməsələr, Azərbaycan onların, ən azı, buna mane olmayacağını gözləyir. E.Əmirbəyovun sözlərinə görə, Avropa Birliyi (AB) vahid struktur deyil, ayrı-ayrı AB ölkələrinin mövqeləri Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün əldə edilməsi prosesinə mənfi təsir göstərir: “Mən AB ölkələrinə müraciət etmək istərdim ki, onlar Azərbaycanın sülh prosesini tez bir zamanda başa çatdırmaq və Ermənistanla sülh sazişi imzalamaq istəyini dəstəkləsinlər. Bu, bizə düşmənçilik səhifəsini çevirməyə və bütün Cənubi Qafqaza hər üç ölkənin mehriban qonşu olacağı normal həyata başlamağa imkan verəcəkdir. Bu perspektivə xələl gətirə biləcək hər hansı addım və bəyanatlardan çəkinməyi xahiş edirəm. Təəssüf ki, Avropa Birliyi hələ tam vahid struktur deyil və biz ayrı-ayrı ölkələrin mövqelərinin Cənubi Qafqazda uzunmüddətli, ədalətli sülhün əldə olunması prosesinə necə mənfi təsir etdiyini görürük”. Onun sözlərinə görə, Avropa Birliyi xoşbəxt olmalıdır ki, onun birbaşa qonşuluğunda, xüsusən də Cənubi Qafqazda yeni müharibə perspektivi olmasın. |
2024-01-03 | 819,395 | Nazirlik Ombudsman Aparatı ilə tədbirlər planı imzaladı | Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Bu barədə Axar.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Plana əsasən, Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində cari il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyən edilib. Bu il təşkil ediləcək tədbirlər zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə bağlı şəxsi heyətlə bir sıra görüşlər keçiriləcək, müxtəlif mövzularda məruzələr dinləniləcək, həmçinin onlarla ətraflı fikir mübadiləsi aparılacaq. |
2024-01-03 | 819,396 | DSX dənizdə batmaqda olan balıqçıları xilas etdi - Foto | Dövlət Sərhəd Xidməti (DSX) dənizdə batmaqda olan balıqçıları xilas edib. Bu barədə Axar.az-a DSX-dən məlumat verilib. Bildirilib ki, dekabr ayının 26-da saat 15:40-da Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Cənub regional şöbəsinin Kələdəhnə sahil nəzarəti bölməsinə 2 nəfər heyət üzvü olan “KƏ-245” bort nömrəli plastmas tipli qayığın mühərrikində yaranmış nasazlıq səbəbindən dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında qayığın və heyət üzvlərinin xilas edilməsi məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan “Tufan” tipli sərhəd gəmisi qeyd olunan istiqamətə göndərilib. Keçirilmiş axtarış tədbirləri nəticəsində saat 17:30-da dənizdə köməksiz vəziyyətdə qalmış balıqçı qayığında Astara rayon Şahağacı kənd sakinləri 1974-cü il təvəllüdlü Rəhmanov Ramiz Əliağa oğlu və 1982-ci il təvəllüdlü Hümmətov Zərif Əhəd oğlu sərhədçilər tərəfindən xilas edilərək sahilə çıxarılıb. |
2024-01-03 | 819,399 | Güneydə onlarla insan spirtli içkidən zəhərləndi | Qərbi Azərbaycan əyalətinin Maku şəhərində saxta spirtli içki qəbul edən 3 nəfər ölüb, 30 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Maku prokuroru Sabir Cəfəri məlumat verib. O, saxta spirtli içkilər hazırlayan 4 nəfərin həbs edildiyini və barələrində cinayət işinin açıldığını bildirib. Qeyd edək ki, İranda spirtli içki istehsalı qadağan olduğuna görə gizli və standartlara uyğun olmayan şəkildə hazırlanan spirtli içkilər hər il minlərlə insanın zəhərlənməsinə və ölümünə səbəb olur. |
2024-01-03 | 819,405 | Husilər ticarət gəmilərini raket atəşinə tutdular | Qırmızı dənizdəki ticarət gəmiləri "Ənsar Allah" hərəkatı tərəfindən onlara ballistik raketlərin atıldığını bildirib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı X sosial mediada hesabında məlumat yayıb. "İranın dəstəklədiyi husilər Yəməndə nəzarət etdikləri ərazilərdən Qırmızı dənizin cənubuna iki gəmi əleyhinə ballistik raket atıblar. Ərazidəki bir neçə ticarət gəmisi ballistik raketlərin onlara yaxınlaşdığını bildirib", - məlumatda deyilir. |
2024-01-03 | 819,407 | Menendez ifşa olunur: biz də istifadə etməliyik | Ermənipərəst senator və Konqresdə komitə sədri Robert Menendez o qədər acgöz olub ki, rüşvət müqabilində bir neçə dövlət və şirkət üçün qeyri-rəsmi lobbiçilik edib, onların lehinə fəaliyyət göstərib. Menendezin Misirlə bağlılığı aşkar olunandan sonra onun rüşvət müqabilində Qətərə də işlədiyi aşkarlanıb. Bu barədə Nyu Yorkun Cənub Dairə Məhkəməsi məlumat yayıb. Menendez rüşvət kimi puldan başqa avtomobil, bahalı qol saatları və daha nələr qəbul edib. Onun evində axtarış aparılarkən, polisin şkaflardan pulları və hədiyyələri toplamaq üçün xüsusi qrupa ehtiyacı olub. Aar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bu kiriminal olayda başqa məsələ müəmmalıdır: “Menendez Misir və Qətərdən çox Ermənistanın və ermənilərin maraqları üçün var gücüylə çalışıb. Əlbəttə, bu dəstəkdə Menendezin ikinci xanımının erməni mənşəli olmasının rolu olub. Ancaq pulgir Menendezin erməni lobbisindən rüşvət almaması mümkün deyil. Menendez heç bir ölkəyə və millətə təmənnasız dəstək verən birisi deyil. Araşdırmalar hələ davam edir, məhkəmənin Menendezin ermənilərdən pul aldığını sübut edib-etməyəcəyini söyləmək çətindir. Menendezin ifşasında Amerikadakı imkanlarımızdan istifadə etməyə çalışmalıyıq. Onun rüşvətxorluğu o dərəcədə ifşa olunmalıdır ki, digər konqresmenlər erməni lobbisinin pulu müqabilində Azərbaycan əleyhinə çalışarkən, ifşa oluna biləcəklərindən ehtiyat etsinlər”. |
2024-01-03 | 819,411 | İki dünya nəhəngi adaya görə toqquşa bilər | Çin lideri Si Szinpin Yeni il təbrikində Çinin Tayvanla birləşməsinin qaçılmaz olduğunu bildirməsi ciddi hadisədir. Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin şərhində bildirilib. Qeyd edilib ki, bu fakt Tayvan mövzusunun 2024-cü ildə də aktuallığını qoruyacağını deməyə əsas verir: “Pekin Tayvanın Çinə birləşdirmək siyasətini gücləndirəcək. Szinpin hakim Kommunist Partiyasının son qurultayında deyib ki, Tayvanı danışıqlar yolu ilə Çinə birləşdirməyə çalışacaq: “Ancaq əgər danışıqlar nəticə verməsə, başqa üsullardan da istifadə edilə bilər”. Tayvanın güc yolu ilə Çinə birləşdirilməsi bölgədə hərbi toqquşmaya səbəb olacaq və ABŞ müdaxilə etməyə məcbur qalacaq. ABŞ-ın məhşur “NBC Nyus” kanalı belə xəbər yayıb ki, Szinpin ABŞ Prezidenti Co Baydenlə San-Fransiskoda son görüşü zamanı Ağ Ev sahibinə Tayvanı Çinə birləşdirmək planları barədə danışıb. O, Baydeni inandırmağa çalışıb ki, Pekin müharibə istəmir, ancaq Tayvanı Çinə birləşdirmək siyasətindən də imtina edən deyil. Bununla Szinpin Baydenə bu məsələdə qətiyyətini nümayiş etdirməyə çalışıb. Yayılan xəbər görə, Szinpin Tayvanı Çinə birləşdirəcək tarixi də göstərib. Bu ya 2025, ya da 2027-ci ildə baş verəcək. Szinpin Baydeni inandırmağa çalışıb ki, ABŞ Tayvanı müstəqil dövlət kimi tanımaqdan imtina etsin. Bayden onun bu təklifini qəbul etməyib. İki liderin söhbətində Tayvanda 2024-cü ildə prezident seçkiləri də müzakirə edilib. Szinpin bir qisim namizədin açıqlamalarından narahat olduğunu Baydenə bildirib. Ağ Ev sahibi isə Tayvan seçicilərinin qərarına hörmətlə yanaşılması vacibliyini bildirib. Szinpin anlayır ki, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinə mane olacaq. Ona görə də Szinpin Çin ordusunun modernləşdirilməsinin sürətləndirilməsinə qərar verib. Vaşinqton Pekinin planlarından narahatdır. “Röyters”in məlumatına görə, ABŞ Tayvana əlavə olaraq 300 milyon dollar ayırıb. Bu maliyyə Tayvanın müdfiə sistemlərinin gücləndirilməsinə xərclənəcək. ABŞ “Vahid Çin” konsepsiyasını əvvəlki kimi dəstəkləsə də, Tayvanın zorla Çinə biləşdirilməsinin əleyhinədir. ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin 2022-ci ildə Tayvana səfəri bölgədə vəziyyəti daha da gərginləşdirmişdi. Bu gərginlik azalmayıb”. |
2024-01-03 | 819,413 | Ağstafaya daha bir qatar reysi təyin edildi | "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət "Ekspres" sürət qatarını əlavə reysə cəlb edib. Bu barədə Axar.az ADY-ya istinadən xəbər verir. Məlumata görə, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək. Bundan başqa, hər gün ənənəvi cədvəl üzrə, 3, 4, 5 və 6 yanvar tarixlərində isə əlavə reyslərlə Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar hərəkət edəcək. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz. |
2024-01-03 | 819,414 | Əmanətinizi tam halda bir banka qoymayın – Səbəb | Yanvarın 1-dən etibarən fiziki şəxslərin banklarda olan depozit gəlirlərinə vergi güzəştləri qüvvəyə minib. Belə ki, fiziki şəxslərin hər bir bankda milli valyutada 18 ay və daha çox vaxtda yerləşdirdikləri əmanətlər üzrə faiz gəlirləri vergidən tamamilə azad olunacaq. Bu müddətdən az dövrdə bankda saxlanan əmanətlər üzrə isə aylıq 200 manat gəlir vergidən azaddır. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib. O bildirib ki, iki halda vətəndaşlar gəlir vergisi ödəməyəcək: “Birincisi, əgər vətəndaşın əmanət üzrə milli valyutada hesablanan aylıq gəliri 200 manata qədərdirsə, o halda vəsait gəlir vergisindən tamamilə azad ediləcək. Əgər 200 manatdan çoxdursa, bu məbləğədək olan hissəsi gəlir vergisindən azad olunacaq. Misal üçün əgər vətəndaş 10 faizlə 24 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 2400 manat, aylıq gəliri isə 200 manatdır. Yəni, bu o deməkdir ki, bu halda vətəndaşın əmanət gəliri tamamilə vergidən azad ediləcək. Amma əgər vətəndaş 10 faiz ilə 30 min manat əmanət yerləşdiribsə, bu halda onun illik gəliri 3 min manatdır və bu məbləğdən 2400 manat çıxılır, qalan hissə 10 faiz gəlir vergisinə cəlb edilir. Bu halda vətəndaşın ödədiyi cəmi vergi 60 manat olur. Burada digər sual aylıq depozit gəliri 200 manatdan çox olan vətəndaşlarımızın vergi güzəştlərindən necə tam istifadə etməsi ilə bağlıdır. Belə ki, dəyişikliyə əsasən, fiziki şəxslərin hər bir bankda (xarici bankın Azərbaycan Respublikasındakı filialında) milli valyutada olan depozitlər üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək olan hissəsi vergidən azaddır. Bu o deməkdir ki, əgər vətəndaşın 50 min manat pulu varsa və onu 8 faizlə depozit kimi yerləşdirərsə, onun illik gəliri 4 min manat olacaq. Həmin vəsait bir bankda yerləşdirilərsə, o zaman 4 min manatlıq gəlirin 1600 manatı vergiyə cəlb olunacaq. Vergi güzəştindən tam istifadə etmək üçün daha məqsədəuyğun olardı ki, vəsait bir deyil, iki bankda yerləşdirilsin. Belə olan halda 50 min manat pul hər biri 25 min manat olmaqla 8 faizlə 2 bankda yerləşdirilərsə, vətəndaş gəlirindən heç bir vergi ödəməyəcək. Vəsait daha böyük olarsa, məsələn, 100 min manat, o halda bir neçə bankda yerləşdirilə bilər. Bu, bir tərəfdən imkan verəcək ki, vətəndaş vergi güzəştindən tam istifadə etsin və hər hansı vergi ödəməsin, digər tərəfdən isə bank sektorunda təmərküzləşmə səviyyəsini azaldacaq. Bu isə o deməkdir ki, vəsaitiniz hətta böyük olduğu halda belə depozit gəlirlərinizin vergidən tam azad olunması mümkündür”. |
2024-01-03 | 819,419 | Tokayev Putindən danışdı: Sözləri və hərəkətləri ilə… | Başa düşməliyik ki, Rusiya dünya siyasətində son dərəcə mühüm rol oynayır və BMT Təhlükəsizlik Şurasının daimi üzvü statusuna malikdir. Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Egemen Qazaxıstan” qəzetinə müsahibəsində deyib. “Rusiya Prezidenti Vladimir Putin öz sözləri və hərəkətləri ilə mahiyyətcə qlobal gündəmi formalaşdıran liderdir. Rusiyanın rəyi bütün dünyada nəzərə alınır, bu dövlətin iştirakı olmadan heç bir dünya problemi həll edilə bilməz və bu bir faktdır", - o vurğulayıb. |
2024-01-03 | 819,421 | "Grand Həyat"da yanğın baş verdi - Video | Bakı şəhərində yanğın hadisəsi baş verib. Axar.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, yanğın hadisəsi “Grand Həyat” yaşayış kompleksində olub və qısa zamanda söndürülüb. Həmin görüntüləri təqdim edirik: |
2024-01-03 | 819,422 | İran səfiri: Ermənistandan dəhliz ola bilməz! | Mövqeyimiz dəyişməyib: biz sərhədlərin dəyişdirilməsinin, regionda geosiyasi dəyişikliklərin əleyhinəyik. Sərhədlərin dəyişdirilməsi bizim üçün qırmızı xəttdir, bu, İranın ən yüksək hakimiyyət orqanları səviyyəsində elan edilib və heç kim bundan yayına bilməz. Axar.az xəbər verir ki, bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mehdi Sübhani deyib. Onun sözlərinə görə, başqa ölkənin ərazisində eksterritorial dəhliz yaratmağın mənası yoxdur. “Hesab edirəm ki, Ermənistan ərazisində eksterritorial dəhliz məsələsinin qaldırılmasının beynəlxalq hüquqa, ölkələrin ərazi bütövlüyünə və milli suverenliyinə heç bir aidiyyəti yoxdur. Ermənistanın baş nazirinin “Dünyanın kəsişməsi” proqramında qeyd edildiyi kimi, Ermənistan ərazisində istənilən ərazi əlaqəsi bu ölkənin milli suverenliyi altında fəaliyyət göstərməlidir. Ermənistan ərazisində eksterritorial dəhlizdən danışan dövlətlər öz ərazilərində də eyni dəhlizləri yaratmağa hazırdırlarmı? Məncə, xeyr. Ona görə də özləri üçün istəmədiklərini başqaları üçün istəməməlidirlər”, - deyə Sübhani bildirib. |
2024-01-03 | 819,425 | Türkiyədə illik inflyasiya açıqlandı | Türkiyədə illik inflyasiya dekabrda 64,77% təşkil edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Statistika İnstitutu (TUİK) məlumat yayıb. “Dekabr ayında istehlak qiymətləri indeksi 2,93% artaraq, illik hesablamada 64,77% təşkil edib”, - deyə hesabatda bildirilir. Bundan əlavə, Türkiyə Müstəqil İqtisadçılar Qrupu (ENAG) dekabrda illik inflyasiyanın 127,21% təşkil etdiyini qeyd edir. Qeyd edək ki, Türkiyənin maliyyə naziri Mehmet Şimşək inflyasiyanın 2024-cü ilin sonuna qədər təxminən iki dəfə azalaraq 34%-ə çatacağını söyləmişdi. |
2024-01-03 | 819,426 | Seçkilər: MDB missiyasına Lebedev rəhbərlik edəcək | Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB-dən müşahidəçilər missiyasına qurumun Baş katib Sergey Lebedev rəhbərlik edəcək. Axar.az MDB İcraiyyə Komitəsinə istinadən xəbər verir ki, onun namizədliyi MDB ölkələrinin Birliyin nizamnamə və digər orqanlarındakı Daimi Səlahiyyətli Nümayəndələr Şurasının qərarı ilə təsdiq edilib. Bildirilib ki, MDB müşahidə missiyası Azərbaycan hökumətinin dəvəti ilə seçki prosesini izləyəcək. MDB İcraiyyə Komitəsi Birlik ölkələrinə öz nümayəndələrinin müşahidə missiyasına namizədliyini irəli sürmək xahişi ilə dəvət göndərib. Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2024-01-03 | 819,427 | DYP təmizlik işçilərinə işıqqaytaran jiletlər verdi | Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) təmizlik işçilərinə işıqqaytaran jiletlər verib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib. "Yollarımızın, küçələrimizin, yaşadığımız şəhərlərin təmizliyini təmizlik işçilərinə borcluyuq. Bayram günlərində BDYPİ yollarda çalışanlara təhlükəsizlik məqsədilə işıqqaytarıcı elementləri olan jiletlər və müxtəlif hədiyyələr təqdim edib. Yollarda çalışan istənilən şəxs BDYPİ-yə müraciət etməklə bu jiletlərdən əldə edə bilər. Günün qaranlıq vaxtı bu jiletlərin istifadəsi təhlükəsizlik baxımından mütləqdir”, - o qeyd edib. |
2024-01-03 | 819,429 | Fransada Natəvanın abidəsi söküləcək - Foto | İsmayıllı şəhəri ilə Fransanın Evian-Le Ba şəhəri arasında əməkdaşlıq nizamnaməsi çərçivəsində təməli qoyulan Xurşidbanu Natəvanın abidəsi şəhər meriyası tərəfindən söküləcək. Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Heykəl artıq parça ilə örtülüb. Qeyd edək ki, abidənin stendlərinin yerləşdiyi “Azərbaycan parkı” adını bildirən bütün lövhələr sökülüb. |
2024-01-03 | 819,430 | Mahaçqalaya uçan təyyarə təcili eniş etdi | Moskvadan Mahaçqalaya uçan Ural Hava Yollarına məxsus təyyarə texniki səbəblərdən Volqoqrad hava limanına məcburi eniş edib. Axar.az xəbər verir ki, bu barədə hava limanının sözçüsü Anastasiya Qolodova deyib. Onun sözlərinə görə, təyyarə təhlükəsiz eniş edib: "Ural Hava Yollarına məxsus A320 təyyarəsinin ekipajı sərnişin salonunda təzyiqin düşdüyünü bildirib və Volqoqradın alternativ aerodromuna getmək qərarına gəlib. Digər uçuş səviyyəsinə endikdən sonra kabinədəki təzyiq normal vəziyyətə düşüb. Təyyarə Moskva vaxtı ilə saat 11:54-də Volqoqradda təhlükəsiz eniş edib". |
2024-01-03 | 819,431 | “Neftçi”nin Antalyadakı ilk rəqibi bəlli oldu | “Neftçi” futbol klubunun Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında ilk yoxlama oyunu keçirəcəyi rəqibin adı məlum olub Klubdan Axar.az-a verilən məlumata görə, “ağ-qaralar” yanvarın 6-da Türkiyənin 1-ci liqa təmsilçisi “Ərzurumspor” komandası ilə üz-üzə gələcək. Bakı klubunun yanvarın 13-nə nəzərdə tutulan digər yoldaşlıq görüşündə qarşılaşacağı rəqibin adı isə hələ məlum deyil. Qeyd edək ki, “Neftçi” yanvarın 4-dən 14-dək Antalyanın Belek bölgəsində hazırlıq keçəcək. |
2024-01-03 | 819,433 | "Shokki Mokki" şagirdlər üçün Yeni il tədbiri təşkil etdi | “Shokki Mokki” “Məktəbim” şagirdləri üçün Yeni il tədbiri təşkil edib. “Azersun Holding”in ilk uşaq brendi olan “Shokki Mokki” Gəncə şəhərində yerləşən 4 “Məktəbim” məktəbəqədər təhsil ocağının şagirdləri üçün Yeni il tədbiri təşkil edib. Şənlikdə 100-dən çox uşaq üçün əyləncəli şou proqram, boyama master-klasları və maraqlı səhnəciklər qurulub. Tədbirə müxtəlif dövlət qurumlarının və təşkilatların rəsmi nümayəndələri qonaq qismində qatılaraq, uşaqların sevincini bölüşüblər. Qeyd edək ki, milli markamız “Shokki Mokki” “Xoşbəxt gələcəklər” şüarı altında UAFA təşkilatı ilə bərabər yola çıxaraq, Azərbaycanın fərqli bölgələrində artıq 70 “Məktəbim” təhsil müəssisəsinin fəaliyyətə başlamasına dəstək verib. Layihə çərçivəsində 70-dən çox qadın sahibkarın şəxsi biznes qurmağa və 100-lərlə azyaşlının məktəbəqədər təhsilə çıxışına şərait yaradıb. Layihənin məqsədi bölgələrdə keyfiyyətli təhsil ilə yanaşı, xüsusi qayğıya ehtiyac duyan uşaqlar üçün də individual tədris imkanları yaratmaqdır. |
2024-01-03 | 819,435 | Neft daşlarında dalğanın hündürlüyü 3,4 metrə çatdı | 16:07 Saat 15:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində küləkli hava müşahidə olunur. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 20 m/s, Şamaxı, Qobustan, Naftalan Altıağacda isə 18 m/s çatır. Neft Daşlarında stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrdir. "Hazırda havanın temperaturu Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında 6, Aran rayonlarında 13 dərəcəyədək, dağlıq rayonlarda isə 9 dərəcə isti qeydə alınıb", - G.Məmmədova vurğulayıb. O bildirib ki, ölkə ərazisində müşahidə olunan şimal-qərb küləyi yanvarın 4-ü gecə saatlarında tədricən zəifləyəcək: "Yanvarın 4-ü gündüz və 5-də Bakıda və Abşeron yarımadasında arabir güclənən cənub-qərb küləyi əsəcək". *** Saat 20:00-a olan məlumatına əsasən ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Mingəçevirdə 22 m/s, Bərdə, Göyçay, Şamaxı, Qobustan, Naftalanda 18 m/s, Altıağacda 17 m/s, Ağdam, Tərtərdə 16 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3,4 metrə çatıb. Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Naxçıvan MR-da 10 dərəcəyədək isti, aran rayonlarında 18 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub. |
2024-01-03 | 819,442 | DYP-dən dumanlı hava ilə bağlı sürücülərə müraciət | Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi gözlənilir. Yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görmə məsafəsinin 300-800 metrədək məhdudlaşacağı ehtimal olunduğundan, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edərək onları yola çıxarkən diqqətli olmağa, xüsusilə sürücüləri yol və meteoroloji şəraiti nəzərə almağa, sürət həddini minimuma endirməyə, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağa, təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırır. |
2024-01-03 | 819,447 | Süleymani ilə bağlı mərasimdə partlayış: dəqiq ölü sayı... - Video | 16:21 Yanvarın 3-də İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Axar.az xəbər verir ki, partlayışlar general Qasım Süleymaninin dördüncü ildönümünü ilə bağlı keçirilən yürüş zamanı qəbiristanlığa gedən yolda olub. İran mediasının məlumatına görə, azı 15 nəfər yaralanıb. Partlayışın səbəbləri hələlik məlum deyil. *** Partlayış nəticəsində azı 20 nəfər ölüb. Bu barədə İRİB telekanalı məlumat yayıb. *** Ölənlərin sayı azı 50 nəfərə çatıb. Hakimiyyət orqanları baş verən partlayışı terror aktı adlandırıb. *** Partlayışlarda ölənlərin sayı 73-ə, yaralananların sayı isə 170-ə çatıb. *** Kirman fövqəladə hallar şöbəsinin rəhbəri ölənlərin sayının 103-ə qalxdığını açıqlayıb. Yaralananların isə 170 nəfərdən çox olduğu bildirilir. *** İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralananların sayı 188 nəfərə çatıb. *** İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində yaralıların sayı 211 nəfərə çatıb. *** Bu gün baş verən terror hücumunda ölənlərin dəqiq sayı 95 nəfərdir. Bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb. Ölənlərin sayının çox çıxmasının səbəbi bəzi şəxslərin adlarının səhvən iki dəfə qeydə alınması olub. |
2024-01-03 | 819,448 | Əfqanıstanda 5,9 bal gücündə zəlzələ oldu | Əfqanıstanda 5,9 bal gücündə zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin Eksperimental-metodiki seysmoloji ekspedisiyası məlumat yayıb. Zəlzələnin episentri Əfqanıstanın Almatı şəhərindən 835 km cənub-qərbdə yerləşib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur. |
2024-01-03 | 819,450 | İran ABŞ-a xəbərdarlıq etdi | İranın müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştiani ABŞ-a xəbərdarlıq edib. Axar.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb. O bildirib ki, Vaşinqton HƏMAS-ın siyasi büro rəhbərinin müavini Saleh əl-Arurini öldürməsinin nəticələrinə hazırlaşsın: "HƏMAS-ın yüksək rütbəli rəsmisinin öldürülməsi ABŞ-da qarışıqlıq yaradacaq. ABŞ regional tarazlığı pozdu və bu sui-qəsdin (Aruri) nəticələri onların üzərinə düşəcək". Nazir qeyd edib ki, müqavimət qüvvələrinə qarşı bu cür addımlar Amerika siyasətinə qarşı regional həmrəyliyi gücləndirəcək: "Vaşinqtonun strateji səhvləri ABŞ-ın planlarına əks nəticə verəcək". Qeyd edək ki, HƏMAS-ın yüksək rütbəli rəsmisi Saleh əl-Aruri çərşənbə axşamı günü İsrailin pilotsuz təyyarəsinin Beyrutun cənubundakı Dahiya ətrafına endirdiyi zərbə nəticəsində öldürülüb. |
2024-01-03 | 819,456 | İsrail bu bölgədə antiterror əməliyyatına başladı | İsrail İordan çayının qərb sahilindəki Tulkarm şəhəri yaxınlığındakı fələstinlilərin "Nur Şəms" qaçqın düşərgəsində genişmiqyaslı antiterror əməliyyatı keçirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. "İsrail ordusu, Sərhəd Polisi və Baş Təhlükəsizlik bölmələri "Nur Şəms" qaçqın düşərgəsində genişmiqyaslı antiterror əməliyyatına başlayıb, bu əməliyyat zamanı onlarla şübhəli şəxs dindirilib, 6 axtarışda olan şəxs saxlanılıb, hərbi texnika müsadirə edilib. Əməliyyat zamanı İsrail hərbçilərinə partlayıcı atan terrorçular PUA vasitəsilə zərərsizləşdirilib. Hazırda əməliyyat davam edir", - məlumatda deyilir. Qeyd olunur ki, İsrail təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində gecə basqınları zamanı terror fəaliyyətində iştirakda şübhəli bilinərək axtarışda olan 18 fələstinlini saxlayıblar. |
2024-01-03 | 819,461 | Rusiyanın məşhur almaz şirkətinə sanksiya tətbiq edildi | Avropa Birliyi (AB) Rusiyadan almaz idxalına qoyulan qadağa çərçivəsində "Alrosa" və onun baş direktoru Pavel Marinşevi qara siyahıya salıb. Axar.az xəbər verir ki, bunu AB-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrell bildirib. "12-ci sanksiya paketində Rusiyadan almaz idxalına qoyulan qadağaya uyğun olaraq, AB bu gün dünyanın ən böyük almaz hasilatı şirkəti olan "Alrosa"nı və onun baş direktorunun adını qara siyahıya salıb",- o qeyd edib. Borrel vurğulayıb ki, AB Rusiya almazlarına qarşı sanksiyaları Böyük Yeddilik (G7) ölkələri ilə koordinasiyalı şəkildə qəbul edir. |
2024-01-03 | 819,463 | Rusiya bu gün Ukraynanı “darmadağın” edib… | Rusiya Müdafiə Nazirliyi Ukraynadakı savaşın gedişi ilə bağlı ən son məlumatı dərc edib. Axar.az xəbər verir ki, Rusiya MN yalnız son sutkada Ukraynanın Zaporojye istiqamətində 55, Kupyansk istiqamətində 35-dən çox, Cənubi Donetsk istiqamətində 115, Xerson istiqamətində 50-dən çox, Donetsk istiqamətində 310-dan çox, Qırmızı Liman istiqamətində 40-a qədər əsgərinin məhv edildiyini bildirib. Həmçinin çoxsaylı zirehli maşın, artilleriya, tank, PDM və s. məhv edildiyini vurğulayıb. Eyni zamanda Rusiya artilleriyası Rabotino, Verbovoye və Lukyanskda Ukraynanın 3 briqadasına ağır zərbələr endirib, texniki və heyət itkisinə məruz qoyub. Rus ordusu əcnəbi muzdlulara da Xarkovda zərbə endirib, onların aviasilah anqarı, radiolokasiya stansiyası və digər sistemləri sıradan çıxarılıb, canlı itkiyə məruz qalıblar. Qeyd edək ki, bu məlumat Rusiya MN-in son sutkada baş verənlərlə bağlı açıqladıqlarının hələ hamısı deyil və buna görə də səhihliyi ilə bağlı şübhə yaradır. |
2024-01-03 | 819,466 | Husilər Fransanın ticarət gəmisinə hücum etdi | Husilər Fransanın CMA CGM şirkətinə məxsus “Tage” ticarət gəmisinə hücum ediblər. Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya bildirib. “Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstinin limanlarından birinə gedən CMA CGM şirkətinin “Tage” gəmisinə qarşı məqsədyönlü əməliyyat keçirib”, - o əlavə edib. Qeyd edilib ki, husilər gəmiyə hücum edib, çünki gəmi heyəti xəbərdarlıqlara cavab verməkdən imtina edib. İsrailə gedən gəmilərə hücumların davam etdiriləcəyi də vurğulanıb. Y.Sariya bildirib ki, ABŞ-ın husilərə qarşı mübarizə cəhdləri cavabsız qalmayacaq. Qeyd edək ki, bundan öncə ABŞ hərbi komandanlığı husilərin ticarət gəmilərinə atəş açdığını açıqlamışdı. |
2024-01-03 | 819,468 | Tokayev: Nazarbayevə birbaşa dedim ki... | Qazaxıstanda həqiqətən də ikili hakimiyyət modelini tətbiq etmək cəhdləri olub və deməliyəm ki, bu cəhdlər məqsədyönlülüyü və təşkilatçılığı ilə seçilirdi. Axar.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Egemen Qazaxıstan” qəzetinə müsahibəsində deyib. "Prezident Konstitusiyaya uyğun olaraq ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyən edir, yüksək vəzifəli dövlət məmurlarını və Silahlı Qüvvələrin ali komandanlığını vəzifəyə təyin və vəzifədən azad edir. Dövlət başçısı Ali Baş Komandandır. Həqiqətən də ölkəmizdə ikili hakimiyyət modelini tətbiq etməyə cəhdlər olub. Deməliyəm ki, bu cəhdlər məqsədyönlü və mütəşəkkil idi. “Hakimiyyət tranziti”nin siyasi vəziyyətində siyasi manipulyatorlar bir növ paralel güc mərkəzi formalaşdırıblar. Ölkəmizdə Prezident və Ali Baş Komandan, həmçinin eks-prezidentin təmsil etdiyi Təhlükəsizlik Şurasının sədri fəaliyyət göstərirdi. Bu, son nəticədə güc toqquşmasına gətirib çıxarmaya bilməzdi. Daha ətraflı desəm: bu vəziyyət yanvar böhranı üçün ilkin şərtlərdən birinə çevrildi. Çünki onlar ikili hakimiyyət və ya “tandem” modelindən öz xeyirlərinə istifadə etməyə çalışırdılar. Yəqin ki, bir sıra məmurların, o cümlədən keçmiş ədliyyə nazirinin Elbasının statusunun prezidentdən yüksək olması ilə bağlı açıqlamalarını xatırlayırsınız. Bəzi məmurlar bir-bir kabinetlərinin ətrafında qaçırdılar. Bunun üzərində oynadılar və sonda ağır şəkildə uduzdular. Sonralar mən birbaşa Nursultan Nazarbayevə dedim ki, siyasi oyunçular, ilk növbədə onun ən yaxın adamları - az qala ölkəni parçalayacaqdılar. Hesab edirəm ki, “böyük və kiçik prezidentlər” ümumiyyətlə olmamalıdır. Bu, gələcək nəsil rəhbərlər üçün ciddi dərsdir ki, onlar belə şeylərdən çəkinməlidirlər, həmişə yalnız dövlətin mənafeyini, cəmiyyətin rifahını düşünməlidirlər. Təəssüf ki, daxili siyasi böhranın həlledici məqamlarında əsas hüquq-mühafizə orqanlarının rəhbərləri qeyri-peşəkarlıqlarını, hətta xəyanətlərini nümayiş etdirdilər", - o bildirib. |
2024-01-03 | 819,469 | Zaxarova 34 trilyon borcu olan ABŞ-ı təbrik etdi | Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-ı dövlət borcunun 34 trilyon dolları ötməsi münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb. “ABŞ-ın dövlət borcu 34 trilyon dolları keçib. Yeni iliniz mübarək!" - XİN sözçüsü yazıb. Qeyd edək ki, ABŞ-ın dövlət borcu 34 trilyonu ötüb. |
2024-01-03 | 819,472 | Türkiyədə 25 terrorçu həbs edildi - Şok plan | Türkiyədə sinaqoqlara, kilsələrə, həmçinin bəzi səfirliklərə hücumlar hazırlayan İŞİD terror qruplaşmasının üzvləri həbs ediliblər. Axar.az xəbər verir ki, Milli İstehbarat Təşkilatı (MİT) doqquz vilayətdə şübhəlilərin yaşayış yerlərinə reydlər keçirib. Ümumilikdə hüquq-mühafizə orqanları 32 nəfəri saxlayıb, ifadələri alındıqdan sonra onlardan 25-i həbs edilib. Dindirilmələr zamanı saxlanılanlar terror aktlarının hazırlanmasının təfərrüatını, liderlərinin adlarını, Türkiyə və Suriyada əlaqələrini açıqlayıblar. Bundan əlavə, polis həbslərin və bu şəxslərin hücum etmək niyyətində olduqları ərazilərdə necə araşdırma apardıqlarının görüntülərini paylaşıb. |
2024-01-03 | 819,474 | 679-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 679-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 565 təyyarəsi, 263 helikopteri, 10 367 PUA-sı, 446 zenit-raket kompleksi, 14 447 tank və digər zirehli texnikası, 1 194 reaktiv yaylım atəş sistemi, 7 618 artilleriya və minaatanı, 17 040 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-03 | 819,475 | Naxçıvanda bir ailənin dörd üzvü salatdan zəhərləndi | Naxçıvan Muxtar Respublikasında bayram günlərində zəhərlənmə halları qeydə alınıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Axar.az-a verilən məlumata görə, bayram günlərində muxtar respublikada səkkiz zəhərlənmə halı baş verib. Onlardan dördü bir ailənin üzvləridir və salatdan zəhərləniblər. Digər zəhərlənmələr xiyar turşusu, qarışıq qida, istidə qalmış ət yeməyindən olub. Xəstələrdən ikisinə stasionar, altısına isə ilkin yardım edildikdən sonra ambulator müalicə təyin edilib. Hazırda hamısının vəziyyəti normaldır. |
2024-01-03 | 819,476 | Blinken Kemeronla husilərin hücumunu müzakirə etdi | ABŞ Dövlət katibi Entoni Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronla telefon danışığında husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını və Qəzza zolağındakı humanitar vəziyyəti müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Bildirilib ki, ABŞ Dövlət katibi və Böyük Britaniyanın xarici işlər naziri husilərin törətdiyi qlobal təhdidlərə qarşı qarşı kollektiv tədbirlər görməyin zəruriliyini qeyd ediblər. Bundan başqa, telefon danışığında Qəzza zolağında ərzaq təhlükəsizliyinin pisləşməsi və mülki əhaliyə yardımın həcmini əhəmiyyətli dərəcədə artırmağın zəruriliyi məsələsi qaldırılıb. |
2024-01-03 | 819,477 | DYP səfərdə olan sürücülərə müraciət etdi | Baş Dövlət Yol Polisi İdarəsi avtonəqliyyat vasitələri ilə səfərdə olan sürücülərə müraciət edib. Axar.az müraciətin mətnini təqdim edir: "Hazırda davam edən qeyri-iş günlərində doğmalarını ziyarət etmək, istirahət və ya əyləncə məqsədilə respublikanın ayrı-ayrı şəhər və rayonlarına avtomobillə səfər edənlərin sayının artması, xüsusilə rekreasiya əhəmiyyətli bölgələrdə hərəkət intensivliyinə bilavasitə təsir göstərib. Bununla bağlı DYP tərəfindən gücləndirilmiş iş rejimində zəruri təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, bəzən özünün, doğmalarının və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşaraq səfər etdikləri yaşayış məntəqələrində, eləcə də istirahət və ya əyləncə mərkəzlərinin yerləşdiyi ərazilərdə sərxoş halda sükan arxasına əyləşən, avtomobili azyaşlı övladlarına həvalə edən, yaşı on ikidən az olan uşaqları ön oturacaqda daşıyan, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamayan, mobil telefondan istifadə edən, sürət həddini aşan, xüsusilə dağlıq relyefli ərazilərdə ötmə və manevretmə qaydalarını kobud şəkildə pozan, yol və hava şəraitini nəzərə almayan sürücülərə rast gəlinir ki, bütün bunlar sonda xoşagəlməz yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tətil günlərinin arzuolunmaz hadisələr fonunda bitməməsi üçün bir daha hərəkət iştirakçılarına müraciət edərək onlardan təhlükəsizlik qaydalarına əməl etməyi, nümunəvi sürücü davranışı sərgiləməklə digər hərəkət iştirakçılarına örnək, intizamsız sürücülərə münasibətdə isə səbrli və təmkinli olmağı xahiş edir". |
2024-01-03 | 819,478 | Türkiyənin daha bir məşhur müğənnisi Bakıya gəlir | Türkiyənin məşhur müğənnisi Güliz Ayla Bakıda konsert verəcək. Axar.az xəbər verir ki, bu barədə “İticket.az” saytı məlumat yayıb. Məlumata görə, konsert 27 yanvar tarixində “Hayal Kahvesi”də baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 25, maksimum isə 50 manatdır. |
2024-01-03 | 819,479 | Hava soyuyur: İntensiv qar, güclü külək... | Bakıda və Abşeron yarımadasında yanvarın 4-5-i gündüz saatlarında cənub-qərb küləyinin 15-18 m/s, bəzi yerlərdə arabir 20-23 m/s, 6-da gecə və səhər isə şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Azərbaycanın rayonlarında yanvarın 5-i əsasən qərb rayonlarında, 6-da isə gecə və səhər əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar, Lənkəran-Astara) intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü axşam, 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, bəzi yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir. |
2024-01-03 | 819,480 | Blinken Türkiyəyə səfər edəcək | ABŞ Dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. O, Blinkenin şənbə günü Türkiyədə olacağını deyib. |
2024-01-03 | 819,481 | Azərbaycanda 7 baldan artıq zəlzələ... - Yetirmişli danışdı | Yaponiya ilə Azərbaycanda baş verən zəlzələlər tamamilə fərqlidir. Birincisi, bizdə tektonik qırılmalarla bağlı bloklar arasında gedən proseslər fərqlidir. İkincisi, sunami söhbəti ola bilməz. Çünki Xəzər qapalı göldür. Sinoptiklərin məlumatına əsasən, Xəzərdə 3-5 metr dalğa qalxır. O dalğanın sahil boyu yaşayış məntəqələrinə heç bir fəsadı olmur. Zəlzələ vertikal təsir nəticəsində dalğanı qaldırır, sonra o dalğa sahil boyu yayılmağa başlayır. Axar.az xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, Yaponiya subduksiya zonasında yerləşir: "Şimal Buzlu okean bir tərəfdən, Avrasiya plitəsi bir tərəfdən, Sakit okean plitəsi bir tərəfdən, beləliklə, plitələr arasında gedən parçalanmalar böyük olur, onun da güclü təsiri yaranır. İyulun 4-də Xəzərdə baş verən zəlzələ ilə əlaqədar millət küçələrə tökülmüşdü. Orada 6 km uzunluğunda, Yaponiyada isə 100 km dərinlikdə subduksiya zonasında parçalanmalar gedib. Ona görə onun təsiri də, orada ayrılan enerjinin gücü də çox yüksəkdir. Bizdə ən böyük zəlzələni götürdükdə 1902-ci ili müqayisə edirlər. Rixter cədvəlinə əsasən, maqnitudası 6,9-7 bal olub. Mən inanmıram ki, Azərbaycanda 7,6, 7,8 maqnitudalı zəlzələ baş versin. 6-7 bal arasında baş verən zəlzələlər tarixən də olub. 2000-ci il zəlzələsi də 6,2 maqnitudalı, 33 km dərinliyə malik olub. O qədər də böyük zəlzələ olmamışdı. Bir sözlə, Yaponiyada, İndoneziyada, ümumiyyətlə, Sakit okeanda, Atlantik okeanda, Hind okeanında baş verən zəlzələlər tamamilə fərqlidir". |
2024-01-03 | 819,482 | Ukrayna bu istiqamətdə 7 PUA-nı məhv etdi | Rusiya ordusu Ukraynanın Zaporojye istiqamətinə PUA-larla hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. Məlumata görə, Ukrayna ordusu Zaporojye istiqamətində Rusiyanın 7 PUA-sını məhv edib. |
2024-01-03 | 819,485 | Türkiyə Rusiyaya ilk yumurta partiyasını tədarük etdi | Türkiyə Rusiyaya ilk partiya - 316,8 min ədəd yumurta ixrac edib. Axar.az xəbər verir ki, bu barədə "Rosselxoznadzor" məlumat yayıb. Məlumata görə, yumurtanın ilk partiyası Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə qəbul edilib. |
2024-01-03 | 819,489 | İranda matəm elan olundu | İranın Kirman şəhərində baş verən terror aktı ilə əlaqədar ölkədə matəm elan edilib. Axar.az xəbər verir ki, bu barədə Fars Agentliyi məlumat yayıb. Qeyd edək ki, SEPAH-ın Qüds Qüvvələrinin keçmiş komandanı Qasım Süleymaninin anım mərasimində iştirak edən yürüş iştirakçıları onun Kirmandakı məqbərəsinə gedərkən terror hücumuna məruz qalıb, nəticədə 103 nəfər ölüb. |
2024-01-03 | 819,492 | Ərdoğan İrana başsağlığı verdi | Dost və qardaş İran xalqına başsağlığı verirəm. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında qeyd edib. “İranın Kirman vilayətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş İran xalqına başsağlığı verirəm”, - Ərdoğan bildirib. Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. |
2024-01-03 | 819,499 | Batabatın donmuş gölləri və qış mənzərəsi - Foto | Şahbuz rayonu ərazisində, Kiçik Qafqaz dağlarında yerləşən, dillər əzbəri olan Batabat yaylağı ilin bütün fəslində özünəməxsus gözəlliyi ilə seçilir. Batabat yaylağının qış mənzərələri müxtəlif çalarların ahəngidir. Yay aylarında min bir rəngə çalan dağ yamacları, çəmənlər, meşələr indi bəyaz qarla örtülüb. Axar.az xəbər verir ki, Report Batabatın donmuş göllərini və qış mənzərələrini əks etdirən fotoreportaj hazırlayıb. Qeyd edək ki, Batabat gölü Naxçıvan Muxtar Respublikasının dağlıq hissəsində, dəniz səthindən 2 424 m yüksəklikdədir. O, uçqun və sürüşmədən yaranan şirinsulu göldür. Yaylaq dəniz səviyyəsindən 3 100-3 200 metr hündürlüyü olan “Qonaqgörməz”, “Səbətkeçməz”, “Təkəli”, “Əyriqar”, “Çaldağ” adı ilə tanınan dağlarla əhatələnir. |
2024-01-03 | 819,502 | Fransadakı soydaşlarımız meriyaya etiraz etdi | Fransanın Evian-lö Bən şəhər meriyasının “Azərbaycan Parkı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına dair qərarı bu ölkədə yaşayan Azərbaycan icmasını hiddətləndirib. Axar.az xəbər verir ki, Fransa Azərbaycanlıları Koordinasiya Şurası adından Fransa Xarici İşlər Nazirliyinə, Fransa parlamentinə, Evian-Lö Bən şəhər meriyasına ünvanlanan bəyanatda bu yolverilməz hadisə Azərbaycanın İsmayıllı şəhəri ilə Fransanın Evian-lö Bən arasında 2015-ci ildə imzalanmış qarşılıqlı dostluq və əməkdaşlıq xartiyasının kobudcasına pozulması kimi qiymətləndirilib. Nəzərə çatdırılıb ki, məhz həmin xartiyaya əsasən 2017-ci ildə bu şəhərdə “Azərbaycan Parkı” açılıb və parkda dünya qadınlarının azadlıq rəmzi olan görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsi ucaldılıb. Azərbaycanla Ermənistanın artıq sülh müqaviləsinin imzalanması üzrə danışıqlar mərhələsində olduğunu, İsmayıllı şəhərinin heç bir vaxt iki ölkə arasında mübahisə obyekti olmadığını xatırladan Koordinasiya Şyrası qeyd edib ki, meriyanın qərarı Ümumi İcma Məcəlləsinin L. 1115-1 maddəsinə ziddir. |
2024-01-03 | 819,503 | Azərbaycan İrana başsağlığı verdi | Azərbaycanın Xarici İşlər Nazirliyi İrana başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə nazirliyin X sosial şəbəkəsindəki hesabında paylaşım edilib. "İranın Kirman əyalətində törədilən terror aktı nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq. Azərbaycan terrorizmdən çox əziyyət çəkən ölkə kimi onun bütün forma və təzahürlərini pisləyir", - Azərbaycanın Xarici İşlər Nazirliyinin paylaşımında bildirilir. Qeyd edək ki, partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. |
2024-01-03 | 819,505 | Ölkəmizdə siqaretlərin qiyməti qalxdı - Siyahı | Bu gündən etibarən Azərbaycanda siqaretlərin qiyməti yenidən artırılıb. Ümumilikdə siqaretlərin qiymətində 20 qəpik artım müşahidə olunur. Axar.az siqaretlərin yeni və əvvəlki qiymətlərini təqdim edir: “Pall Mall” – 3,1 manat (2,9 manat) “Vinston” – 4 manat (3,8 manat) “Sobranie” – 4,5 manat (4,3 manat) “Vest” – 2,9 manat (2,7 manat) “Prima” – 2,6 manat (2,4 manat) “Kent” – 4,2 manat (4 manat) “Argo” – 2,4 manat (2,2 manat) LD – 3,4 manat (3,2 manat) |
2024-01-03 | 819,507 | Bu, Qəzzadakı böhranı daha da pisləşdirdi - Fidan | Beynəlxalq ictimaiyyətin hərəkətsizliyi, ABŞ və bəzi Qərb ölkələrinin İsrailə verdiyi dəstək Qəzzadakı böhranı daha da pisləşdirdi. Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib. "Beynəlxalq ictimaiyyət bu prosesin qarşısını almaq üçün heç bir səy göstərməyib. Bunun nəticələri hələ qiymətləndirilməli və müzakirə edilməlidir. Lakin hər bir ölkə böhrandan ciddi dərslər almalıdır”, - nazir bildirib. |
2024-01-03 | 819,513 | Süleymaninin anım günündə terror: nə baş verir? | İranın Kirman şəhərində general Qasım Süleymaninin öldürülməsinin ildönümü mərasimində baş verən partlayış nəticəsində onlarla iranlının həlak olması bölgədəki gərginliyi daha da artıracaq. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, bu partlayış İran Prezidenti İbrahim Rəisinin Türkiyəyə səfəri ərəfəsində baş verdi (Rəisinin Türkiyəyə səfəri sabaha nəzərdə tutulub): “Tehranın bu partlayışda İsraili ittiham edəcəyi ehtimalı az deyil. Bu isə o deməkdir ki, İran ərazisində İsrail kəşfiyyatına bağlı olduğu iddia edilən şəxslərin çoxsaylı həbslərinə rəğmən, şəbəkə gücünü itirməyib. Türkiyənin özündə də İsrail kəşfiyyatına bağlı şəxslərin kütləvi həbsi həyata keçirilib. Qasım Süleymanini amerikalılar öldürdülər. Tehran intiqam vədi versə də, Amerikaya zərər verər bilmədi. Əsl zərər HƏMAS qruplaşmasının oktyabrın əvvəlində İsrailə hücumu ilə Təl-Əvivə dəydi. Təsadüfi deyil ki, hücumun arxasında Tehranın dayandığına dair mülahizələr səsləndi. Görünür, İran Süleymaninin mərasimidəki partlayışa da adekvat cavab verməyə çalışacaq, bölgədə İrana bağlı silahlı qruplaşmaların daha da fəallaşacağını proqnozlaşdırmaq olar”. Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. |
2024-01-03 | 819,515 | Xarkovda partlayış baş verdi | Ukraynanın Xarkov vilayətində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri məlumat yayıb. Hazırda bölgədə hava hücumu xəbərdarlığı elan edilib. |
2024-01-03 | 819,517 | Fransada Natəvanın heykəlini sökən ermənilər deyil | Fransada Natəvanın heykəlinin sökülməsi iki ölkə arasında siyasi gərginliyi üst səviyyəyə daşıyacaq. Halbuki siyasi münasibətlərdəki gərginliyin Natəvanın heykəlinə dəxli yoxdur. Fransada Natəvanın heykəlinin bağdan götürülməsinə etiraz edən cəmi bir neçə nəfər var. Bəs Parisdə illər boyu Azərbaycanın mədəniyyət tədbirlərinə qatılanlardan, musiqimizi alqışlarla qarşılayanlardan, muğamımızı yüksək qiymətləndirənlərdən niyə səs çıxmır? Onlar hardadır, niyə Fransanın Cənubi Qafqaz siyasətinin korrektə edilməsi barədə Prezident Emmanuel Makrona etiraz məktubu yazmırlar? Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib. O deyib ki, bu şəxslər etiraz etmirlərsə, demək, Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyinin bərpası məsələsində onlar da Makron kimi düşünürlər: “Fransadakı erməni lobbisi bəhanədir, Natəvanın heykəlinin götürülməsi fransalıların öz təşəbbüsüdür. Münasibətlər nə zamansa normallaşsa belə, heykəlin yerinə qaytarılacağı şübhə doğurur”. Qeyd edək ki, Fransanın Evian-lö Bən şəhər meriyası “Azərbaycan Parkı” adı ilə bağlı şəhərdəki bütün lövhələrin yığışdırılmasına və parkdan Natəvanın heykəlinin sökülməsinə dair qərar qəbul edib. |
2024-01-03 | 819,518 | Bakı hücumlarını kəskin şəkildə gücləndirib - Abramyan | Azərbaycan Ermənistanın müxtəlif bölgələrini, o cümlədən İrəvanı azərbaycanlıların tarixi məskənləri kimi təqdim edərək təbliğat hücumlarını kəskin surətdə gücləndirib. Axar.az xəbər verir ki, bu iddianı Ermənistan parlamentinin deputatı, müxalif siyasətçi Tiqran Abramyan sosial şəbəkə hesabında yazıb. O bildirib ki, “bu istiqamətə yatırılan vəsait” dəfələrlə artırılıb, “istifadə olunan arsenal” genişləndirilib: “Söhbət Azərbaycanın başqa istiqamətlərə maraq göstərməməsində deyil, problem indidir: təbliğat birbaşa Ermənistana qarşı artan yeni siyasi ambisiyalar ilə bağlıdır”. |
2024-01-03 | 819,519 | İsveçdə 136 ilin ən aşağı temperaturu qeydə alındı | 2 yanvar axşam saatlarında İsveçdə yeni temperatur rekordu qeydə alınıb. Axar.az xəbər verir ki, İsveç mediası Şimali Norrbotten bölgəsindəki Kvikkökk-Orenjarka şəhərində temperaturun mənfi 43,6 dərəcəyə düşdüyünü yazıb. Bu, İsveçdə 1888-ci ildən bəri ən aşağı temperaturdur. Soyuq hava ilə əlaqədar krallığın şimalındakı bir neçə nöqtədə qatar və avtobus marşrutları ləğv edilib. Rekord aşağı temperaturun səbəbi İsveçin şimal-şərqində və Finlandiyanın şimalında yüksək təzyiqdir. Meteoroloqlar yüksək təzyiq zonasının bu həftənin sonunda cənuba doğru hərəkət edəcəyini proqnozlaşdırırlar. |
2024-01-03 | 819,520 | Rəisidən Kirmandakı teraktla bağlı açıqlama | Kirman şəhərində SEPAH generalı Qasım Süleymaninin ölümünün ildönümü ilə əlaqədar matəm yürüşləri zamanı baş verən terror aktının təşkilatçıları və icraçıları İranın təhlükəsizlik qüvvələri və hüquq-mühafizə orqanları tərəfindən müəyyən edilərək, öz cinayətlərinə uyğun cəzalandırılacaqlar. Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi deyib. O, Kirmanda “antiiran cinayətkarları”nın “terror cinayəti”ni pisləyib və yerli hakimiyyət orqanlarını zərərçəkənlərə kömək etmək üçün lazımi tədbirlər görməyə çağırıb. Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. |
2024-01-03 | 819,521 | Ermənistan XİN şok olduğunu açıqladı | Ermənistan Xarici İşlər Nazirliyi İranın Kirman şəhərində 100-dən çox insanın ölümü ilə nəticələnən partlayışlar xəbərindən şoka düşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in X sosial şəbəkəsindəki səhifəsində yazılıb. Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində 103 nəfər ölüb, 211 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. |
2024-01-03 | 819,522 | BƏƏ vasitəçilik etdi, Rusiya 248 əsiri geri aldı | BƏƏ-nin vasitəçiliyi sayəsində 248 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Yanvarın 3-də Kiyev rejiminin nəzarətində olan ərazi ilə aparılan mürəkkəb danışıqlar prosesi nəticəsində 248 rusiyalı hərbi qulluqçu geri qaytarılıb. Rusiya hərbçilərinin əsirlikdən qayıtması Birləşmiş Ərəb Əmirliyinin humanitar vasitəçiliyi sayəsində mümkün olub”, - Müdafiə Nazirliyi bildirib. Qeyd olunur ki, azad edilən bütün Rusiya hərbçiləri lazımi tibbi və psixoloji yardım alırlar. |
2024-01-03 | 819,525 | Əsir mübadiləsi: Ukrayna bu qədər əsgərini geri aldı | Bu gün Rusiya ilə baş tutan əsir mübadiləsi nəticəsində Ukrayna əsirlikdə olan 230 hərbçi və mülki şəxsini geri alıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müharibə Əsirlərinin Müalicəsi üzrə Koordinasiya Qərargahı məlumat yayıb. Bildirilib ki, bu, indiyə qədər baş tutan ən böyük əsir mübadiləsidir. Azad edilənlərdən 6-sı mülki şəxs, 213-ü sıravi və çavuş, 11-i zabitdir (225 kişi, 5 qadın). Qeyd edək ki, BƏƏ-nin vasitəçiliyi ilə baş tutan əsir mübadiləsində Rusiyanın 248 əsgəri azad edilib. |
2024-01-03 | 819,527 | Fidan xəbərdarlıq etdi: Münaqişə regiona yayılır | Türkiyə hökuməti HƏMAS-ın yüksək rütbəli rəsmilərinə və İrandakı hədəflərə hücumlar nəticəsində yaranan hərbi eskalasiya fonunda İsrail və HƏMAS arasında davam edən müharibənin Yaxın Şərqə potensial yayılması ilə bağlı artan narahatlığını ifadə edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 3-də Ankarada media bürolarının rəhbərləri ilə görüşündə deyib. “Qırmızı dənizdə ticarət gəmilərinə edilən hücumlar çoxdan xəbərdar etdiyimiz bölgədəki eskalasiyanın miqyasını nümayiş etdirir. Müharibənin regiona yayılması ciddi risk yaradır. Bildiyiniz kimi, Fələstin məsələsindən asılı olmayaraq, bəzi region ölkələrinin Qərb və ABŞ ilə müxtəlif problemləri var. Bu, çoxölçülü münaqişədir və zaman-zaman kəşfiyyat sferasından silahlı münaqişəyə çevrilir”, - deyə Fidan bildirib. |
2024-01-03 | 819,528 | Xamenei hədələdi: Cavab çox ağır olacaq! | İran millətinin şər və cinayətkar düşmənləri daha bir fəlakət yaradaraq, Kirmanda şəhid məzarlarının ətirli havasında çoxlu sayda əziz insanı şəhid etdilər. Axar.az xəbər verir ki, bu sözlər İranın dini lideri Əli Xameneinin Kirman şəhərində baş verən terror aktı ilə bağlı yaydığı müraciətdə əks olunub. Xamenei bildirib ki, cinayətkarlar xalqın öz böyük sərkərdəsi Qasım Süleymaninin məqbərəsini ziyarət etmək sevgisinə və həvəsinə dözə bilmədilər: “Bilsinlər ki, Süleymaninin əsgərləri onların rəzilliyinə və cinayətinə dözməyəcəklər. Günahsızların qanına bulaşmış əllər də, onları bu yanlışlığa sürükləyən pozğun beyinlər də bundan sonra qəti repressiya və ədalətli cəza hədəfi olacaq. Bilsinlər ki, bu fəlakətin cavabı ağır olacaq, inşallah”. Qeyd edək ki, bu gün İranın Kirman şəhərində general Qasım Süleymaninin anım mərasimi zamanı ard-arda iki partlayış baş verib. Partlayışlar nəticəsində ölənlərin sayı 103, yaralananların sayı isə 211-ə çatıb. Terror aktı ilə əlaqədar sabah ölkədə matəm elan edilib. |
2024-01-04 | 819,529 | Türkiyə Qara dənizdə üçtərəfli təşəbbüsə start verdi | Qara dənizdə sülhün və sabitliyin bərpası bütün dünya, xüsusilə də sahilyanı dövlətlər üçün vacibdir. Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ölkə mediasına açıqlamasında deyib. “Türkiyə olaraq Qara dənizdə tarazlığı təmin edən Montrö Konvensiyasını diqqətlə, məsuliyyətli və qərəzsiz şəkildə həyata keçiririk və keçirməkdə davam edəcəyik. Digər tərəfdən, ölkəmizin liderliyi ilə Qara dənizdə mina təhlükəsinə qarşı Türkiyə, Bolqarıstan və Rumıniyanın da daxil olduğu “üçtərəfli təşəbbüs”ə start vermişik”, - nazir açıqlayıb. |
2024-01-04 | 819,530 | İsrail məhkəməyə verilir - Ankaradan reaksiya | Türkiyə Cənubi Afrika Respublikasının (CAR) İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini müsbət qarşılayır. Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib. “Ankara CAR-ın 1948-ci ildə qəbul edilən “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya” çərçivəsində öhdəliklərin pozulması ilə bağlı İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə müraciətini alqışlayır. İsrailin son 3 ay ərzində Qəzzada törətdiyi qətliamlar cəzasız qalmamalı və günahkarlar beynəlxalq hüquq qarşısında cavab verməlidir. Bu prosesin ən qısa zamanda müsbət tamamlanacağına ümid edirik. Buna görə də Beynəlxalq Ədalət Məhkəməsinin İsrailə Qəzzaya hücumlarını dayandırmağı tələb edən müvəqqəti qərar verməsi gözlənilir. Türkiyə bu qərarın icrasını təqib edəcək”, – XİN rəsmisi vurğulayıb. |
2024-01-03 | 819,531 | Cənubi Qafqazda sülhün bərqərar olması... – Gülər | Cənubi Qafqaz regionunun artıq münaqişəyə deyil, dostluq və əməkdaşlığa ehtiyacı var. Axar.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Yaşar Gülər ölkə mətbuatına açıqlamasında deyib. O qeyd edib ki, Cənubi Qafqazda təhlükəsizliyin və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında sülh müqaviləsindən aslıdır: “Türkiyə olaraq bu istiqamətdə atılan səmimi səyləri dəstəkləyirik və mümkün qədər tez müsbət nəticə əldə etməyi arzulayırıq”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.