date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-04 | 819,763 | “Qarabağ” bu futbolçunu transfer etdi | "Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib. Axar.az xəbər verir ki, ölkə çempionu “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb. O, 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və ”Zenit-2” (2016-18), ölkəmizdə “Sumqayıt”da (2018-20) çıxış edib. |
2024-01-04 | 819,766 | Blinken Kolonna ilə Yaxın Şərqi müzakirə etdi | ABŞ dövlət katibi Entoni Blinken Fransa xarici işlər naziri Ketrin Kolonna ilə Yaxın Şərqdə gərginliyin artmasını müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub. "Görüş zamanı Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısını almaq üçün tədbirlərin, o cümlədən İordan çayının qərb sahilində gərginliyin azaldılması, Livan və İranda gərginliyin qarşısının alınması üçün konstruktiv addımların vacibliyi müzakirə olunub”, - məlumatda bildirilib. Qeyd olunub ki, Blinken husilərin Qırmızı dənizdə ticarət gəmilərinə edilən qanunsuz hücumların dərhal dayandırılması, qeyri-qanuni saxlanılan gəmi və ekipajın sərbəst buraxılmasının zəruri olduğunu bildirib. |
2024-01-04 | 819,767 | İranda terakt nəticəsində ölənlərin sayı yenə azaldı... | İranın Kirman şəhərində ötən gün baş verən terakt nəticəsində ölən və yaralananların sayında növbəti dəfə azalma baş verib. Axar.az xəbər verir ki, İran rəsmi olaraq terakt zamanı 84 nəfərin öldüyünü, 284 nəfərin yaralandığını elan edib. Buna baxmayaraq, hər ehtimala qarşı “ağır yaralılar olduğu üçün” ölü sayının arta biləcəyini də istisna etməyib. Qeyd edək ki, 3 yanvarda general Qasım Süleymaninin 4-cü ildönümü mərasimi zamanı Kirmanda baş verən ardıcıl iki partlayışda əvvəlcə 103 ölü olduğu bildirilsə də, sonradan həlak olanların sayının 95, yaralıların isə 211 olduğu elan edildi. Ölənlərin sayının çox çıxmasına səbəb kimi isə ölənlərdən bəzilərinin iki dəfə sayılması ilə əlaqələndirdilər. Bu gün isə ölənlərin sayı 84-ə düşsə də, yaralıların sayı 284-ə qalxıb. |
2024-01-04 | 819,770 | Qazaxıstan Rusiya kanallarını bu səbəbdən bağladı | Bu ilin ilk ayından etibarən Qazaxıstanda Rusiya telekanallarının, o cümlədən “Kanal-1”in yayımının dayandırılması iqtisadi səbəblərlə bağlıdır. Yerli operatorun borcu səbəbi ilə 2024-cü il müqaviləsi bağlanmayıb. Axar.az xəbər verir ki, “First Channel” Ümumdünya Şəbəkəsinin Qazaxıstandakı rəsmi nümayəndəsi İrina Kalaşnikova bu barədə məlumat verib. “2024-cü ildə ortaq məxrəcə gələ bilmədiyimiz üçün saziş imzalanmadı. Əsas səbəb operatorun müəllif hüququ sahibinə olan borcudur. Bununla əlaqədar olaraq biz bir neçə TV kanalın yayımını bağlamaq məcburiyyətində qaldıq”, - Kalaşnikova bildirib. |
2024-01-04 | 819,771 | "Bayraqdar" daha bir ölkənin sərəncamına verildi | Türkiyənin "Bayraqdar TB2" PUA-sı Mali ordusunun inventarına daxil edilib. Axar.az "TurkicWorld"a istinadən xəbər verir ki, Mali "Bayraqdar TB2"dən son vaxtlar artan terror hücumlarının qarşısını almaq üçün istifadə edəcək. Meydanda hava üstünlüyünü və əməliyyat qabiliyyətini sübut edən "Bayraqdar TB2" silahlı pilotsuz uçuş aparatları indiyədək onlarla ölkəyə ixrac olunub. |
2024-01-04 | 819,772 | Rusların Sevastopoldakı komanda məntəqəsi vuruldu | Bu gün Ukrayna hərbçiləri Sevastopol yaxınlığındakı Rusiya hərbi birləşməsinin komanda məntəqəsini vurub. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Nikolay Oleşşuk məlumat verib. “Bu gün Ukrayna Silahlı Qüvvələri Sevastopol yaxınlığındakı Rusiya işğalçı qüvvələrinin birləşməsinin komanda məntəqəsinə zərbələr endirib”, - Oleşşuk bildirib. Oleşuk Ukrayna Hava Qüvvələrinə təşəkkür edib. Qeyd edək ki, bu gün Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusunun Sevastopola PUA hücumu etdiyi haqda məlumat yaymışdı. |
2024-01-04 | 819,774 | İran teraktda ölənlərin sayını niyə azaldır? - Talibi | Kirmanda baş verən partlayışın əvvəlcə qaz balonundan qaynaqlandığını bildirib, daha sonra terror hadisəsi olduğunu etiraf edən İran gerçəkləri gizlətməyə davam edir. Həlak olanların sayı Daxili İşlər Nazirliyi tərəfindən verilən açıqlamada əvvəlcə 103, sonra 95, daha sonra isə 84 nəfər elan edilir. Həlak olanların sayını azaltmaqla İran nəyə nail olmağa çalışır? Axar.az xəbər verir ki, iranlı jurnalist Rza Talibi bu barədə “İran İnternational”a müsahibəsində danışıb. “Bugün fövqaladə hallar naziri elan etdi ki, bəzi cəsədlərin paralanması nəticəsində ölənlərin sayı barədə verilən məlumatda yanlışlıq olub. Ancaq deyərdim ki, bu, məsələnin sadəcə bir üzüdür, bunun müxtəlif səbəbləri var. Media prinsipinə zidd olsa da, İran hökuməti həqiqəti gizlətmək və qeyri-şəffaflığını davam etməkdən ötrü yalnız öz hakimiyyəti üçün əlverişli xəbərləri məqbul hesab edir”, - jurnalist söyləyib. O bildirib ki, İranda çox sayda təhlükəsizlik qüvvələri var və onlar kifayət qədər yüksək büdcə hesabına fəaliyyət göstərir. Bununla belə, ölkədə milli təhlükəsizlik baxımından çox şiddətli boşluqlar mövcuddur. Bunun əsas səbəbi də gərəkli mütəxəsislərin yoxluğu, təhlükəzislik üçün ayrılan büdcənin düzgün istifadə olunmamasıdır: “İran daxili sabitliyini qorumaq üçün öz içində mübarizə aparır. Hökumət vətəndaşlarının təhlükəsizliyini qorumaq əvəzinə bu qüvvələri hicab mitinqlərini yatırmaq üçün istifadə edir. Bu da öz növbəsində ölkədə inamsızlıq mühitinin formalaşmasına və ikitirəliyə səbəb olur”. Həmçinin o, bu hadisəylə bağlı heç bir hökumət nümayəndəsinin istefa verməyəcəyinə və yaxud üzrxahlıq etməyəcəyinə diqqət çəkib: “Mən artıq buna təəccüb etmirəm. Onsuz da İran həmişə öz məsuliyyət topunu düşmən meydançasına atmağa adət edib”. |
2024-01-04 | 819,775 | Həsən İsmayılovun nəşi Gəncədə dəfn olunacaq | Laçında avtomobil qəzasında həlak olan hərbçilərdən biri, gizir Həsən Ümid oğlu İsmayılov Gəncə şəhərində dəfn ediləcək. Axar.az Report-a istinadən xəbər verir ki, 28 yaşlı Həsən İsmayılov bir qız, bir oğul atası olub. Xatırladaq ki, yanvarın 4-ü Laçın rayonunda çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsi qəzaya uğrayıb. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, qəza nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları İsmayılov Həsən Ümid oğlu və Axundov Səxavət Fərasət oğlu həlak olublar. |
2024-01-04 | 819,782 | "B" variantımız yoxdur: əgər Qərb dəstəyi dayandırsa... | Qərb ölkələrinin yardım və silah tədarükü azalacağı təqdirdə ehtiyat planımız yoxdur. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba CNN telekanalına müsahibəsində bildirib. Kuleba söyləyib ki, Kiyev Qərb müttəfiqlərinin hərbi dəstəyi davam etdirəcəyini gözləyir: "Bizim "B" planımız yoxdur, "A" planına arxayınıq”. O qeyd edib ki, Ukrayna həmişə malik olduğu resurslarla mübarizə aparacaq. |
2024-01-04 | 819,785 | Argentina Folklend adalarını tələb edir | Argentina Folklend adaları məsələsinin həlli üçün Böyük Britaniyaya danışıqları bərpa etməyi təklif edib. Axar.az xəbər verir ki, bu barədə Argentina Xarici İşlər Nazirliyi bəyanat yayıb. “Argentina hökuməti və xalqı qeyri-qanuni işğalından 191 il sonra Folklend adaları, Cənubi Corciya, Cənubi Sandviç adaları və onlara bitişik dəniz əraziləri üzərində qanuni və ayrılmaz suverenlik hüquqlarını bir daha təsdiqləyir”, - bəyanatda bildirilib. |
2024-01-05 | 819,786 | Baxmutda Rusiyanın məqsədi budur | Baxmut istiqamətində rus işğalçıların məqsədi Ukrayna ordusu tərəfindən geri alınan bütün itirilmiş mövqeləri qaytarmaqdır. Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı komandir Yuri Fedorenko çıxış edib. "Düşmən Konstantinovka, Drujkovka, Kramatorsk və Slavyansk istiqamətində də uğurlarını inkişaf etdirmək istəyir", - Y.Fedorenko bildirib. O qeyd edib ki, Rusiyanın planı Müdafiə Qüvvələrinin Xarkov və Xerson əks-hücum əməliyyatlarını həyata keçirməsindən bir il sonra dəyişməz olaraq qalır: "Düşmən Luqansk və Donetsk vilayətlərini tamamilə işğal etmək, həmçinin Xarkov vilayətində öz mövqelərini bərpa etmək niyyətindədi"r. Fedorenko xatırladıb ki, ötən ilin sonunda ruslar cüzi taktiki uğurlar əldə ediblər və indi öz səylərini artırmağa çalışırlar. "2023-cü ilin yazında bizdə də oxşar vəziyyət yaranmışdı. Məhz o zaman biz Çasov Yar və Baxmut arasındakı yol uğrunda döyüşdük. Biz düşməni dayandıra bildik və nəticədə onu xeyli geriyə (1,5-2 km - red.) çəkilməyə məcbur etdik", - o qeyd edib. |
2024-01-04 | 819,791 | Rusiya Bakı və İrəvanla bağlı bizə mane olmur - ABŞ | Rusiya ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində mühüm diplomatik səylər göstərməsinə mane olmur. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib. “Rusiya Ermənistan və Azərbaycan üçün zəruri hesab etdiyimiz mühüm diplomatik səyləri həyata keçirməyə heç bir şəkildə mane olmur və biz onları həyata keçirməyə davam edəcəyik”, - Miller vurğulayıb. Miller Vaşinqtonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da görüşü təyin olunanda açıqlama verəcəyini bildirib. |
2024-01-04 | 819,792 | Kirman teraktından sonra çox sayda insan itkin düşüb | Yanvarın 3-də İranın Kirman şəhərində baş verən partlayışdan sonra çox sayda insan itkin düşüb. Axar.az xəbər verir kİ, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sədri Əşkan Musəvi deyib. Qeyd edək ki, dünən Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Son məlumata görə, 84 nəfər ölüb, 284 nəfər yaralanıb. |
2024-01-04 | 819,794 | ABŞ-da neft ehtiyatları kəskin azaldı | ABŞ-ın Energetika Nazirliyinin həftəlik hesabatında qeyd olunur ki, ölkədə kommersiya neft ehtiyatları 5,5 milyon barrel azalıb. Axar.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb. Qeyd olunur ki, ekspertlər daha öncədən 3,73 milyon barrel azalma proqnozlaşdırırdı: "Benzin ehtiyatları 10,9 milyon barrel, distillatlar isə 10,09 milyon barrel artıb. Nyu York əmtəə birjasında ticarət edilən neftin saxlandığı "Cushing" terminalında ehtiyatlar keçən həftə 706 min barrel artıb". |
2024-01-04 | 819,796 | Ukraynanı ötənilki səviyyədə dəstəkləməyəcəyik - Miller | ABŞ Ukraynanı lazım olduğu qədər dəstəkləyəcək. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. "Biz Ukraynanı lazım olduğu müddətcə dəstəkləməyə davam edəcəyik. Bu o demək deyil ki, biz onları 2022 və 2023-cü illərdə olduğu kimi hərbi maliyyələşdirmə səviyyəsində dəstəkləməyə davam edəcəyik", - Miller qeyd edib. |
2024-01-04 | 819,802 | BMT-dən hərbi əsir mübadiləsinə reaksiya | BMT Baş katibi Antonio Quterreş Moskva ilə Kiyev arasında hərbi əsir mübadiləsini alqışlayır və bu səylərin davam edəcəyinə ümid edir. Axar.az xəbər verir ki, bunu BMT-nin mətbuat katibi Stefani Tremblay brifinqdə deyib. “BMT-nin baş katibi Ukrayna və Rusiya arasında 230 ukraynalının 248 rus hərbi əsirinə dəyişdirilməsini dəstəkləyir. O, hər iki tərəfin səylərini və bunların həyata keçirilməsinə kömək edən üçüncü tərəfin - BƏƏ-nin yardımını alqışlayır", - BMT rəsmisi bildirib. |
2024-01-04 | 819,803 | Məşhur aktrisa beyin qanamasından vəfat etdi | Türkiyənin məşhur aktrisası Ayla Alqan 87 yaşında beyin qanaması nəticəsində dünyasını dəyişib. Kult.az Publika.az-a istinadən xəbər verir ki, 2022-ci ildə Prezidentin Mədəniyyət və İncəsənət Böyük Mükafatına layiq görülən Alqan "Ah, gözəl İstanbul" filmi və "Qurdlar vadisi pusu" serialındakı Anadolu hoca" obrazı ilə yaddaşlara köçüb. O, bir çox kinoda və serialda da çəkilib. |
2024-01-05 | 819,805 | Bu, İranla İsrail arasında yeni müharibədir - Arakelyan | Kermandakı partlayışlar İran-İsrail arasında proksi müharibənin növbəti təzahürü sayıla bilər. Axar.az xəbər verir ki, bunu erməni iranşünas Artur Artin Arakelyan deyib. Onun sözlərinə görə, baş verənlərin arxasında İsrail dayanır və onun bu kimi hərəkətləri uzun müddətdir ki, analitiklər tərəfindən proqnozlaşdırılıb: “Bu, İranla İsrail arasında növbəti toqquşma sayıla bilər. Təl-Əviv daim Tehranı Qəzzada vəziyyəti gərginləşdirməkdə ittiham edir. Baş verənləri isə İran ərazisinə İsrailin terror hücumu hesab etmək olar". Tehranın mümkün cavab addımlarına gəlincə, iranlı ekspert general Qasım Süleymaninin öldürülməsindən sonra İraqdakı Amerika bazalarının atəşə tutulmasını xatırladıb: “Son günlər İranın proksi qüvvələri də Suriya və İraqdakı Amerika mövqelərini atəşə tutur. İranın reaksiyasını gözləmək lazımdır. Hər halda, İran diplomatiyası hərbi əməliyyatları öz ərazisindən mümkün qədər uzaqlaşdırmağa çalışır. Suriyada gərginlik ola bilər. Məsələn, Qolan təpələrində İsrailə qarşı addımlar atıla bilər". Ekspert hesab edir ki, üsullar fərqli ola bilər: “Çünki hər iki ölkənin bir-birinin ərazisində fəaliyyət göstərən casusları var”. Qeyd edək ki, 3 yanvarda Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Son rəsmi məlumata görə, 84 nəfər ölüb, 284 nəfər yaralanıb. |
2024-01-05 | 819,806 | ABŞ BMT-nin Konvensiyasına zidd qərar qəbul etdi | ABŞ ilk dəfə olaraq edam cəzasını azot qazından istifadə etməklə həyata keçirməyi planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb. Məlumata görə, azot qazı ilə edam ediləcək ilk məhbus 58 yaşlı Kennet Smit olacaq: "O, 1988-ci ildə sifarişlə adam öldürməkdə təqsirli bilinib. Edamın 2024-cü il yanvarın 25-də həyata keçirilməsi planlaşdırılır. Məhkumun üzünə qaz balonuna qoşulmuş maska taxılacaq". Qeyd edək ki, BMT ekspertləri ABŞ hakimiyyətini azot qazından istifadə etməməyə çağırır, çünki bu edam üsulu məhbusu qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və hətta işgəncəyə məruz qoya bilər. BMT-nin dörd xüsusi məruzəçisi bəyanatında bu növ edamın işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və ya cəzaya qarşı beynəlxalq Konvensiyaya zidd olduğunu bildirib. |
2024-01-05 | 819,807 | Avtomobil qəzası Xaçmazı işıqsız qoydu - Foto | Yanvarın 4-ü axşam saatlarında Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, H.Z.Tağıyev küçəsində "Ford" markalı yük avtomobili işıqforda idarəetməni itirərək kommunikasiya dirəklərinə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, Xaçmaz şəhərinin böyuk bir hissəsi işıqsız və internetsiz qalıb. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq qurumlar tərəfindən iş aparılır. Faktla bağlı araşdırmaya başlanılıb. |
2024-01-05 | 819,810 | İrandakı partlayışları kamikadzelər törədib | İranın Kirman şəhərindəki partlayışları kamikadzelər törədib. Axar.az xəbər verir ki, bu barədə İRNA agentliyi mənbəyə istinadən məlumat yayıb. "Hadisə yerinin və video görüntülərin ətraflı öyrənilməsindən sonra əminliklə deyə bilərik ki, birinci partlayış kamikadze tərəfindən törədilib, ikinci partlayış da çox güman ki, eyni formada baş verib", - mənbə bildirib. Qeyd edək ki, 3 yanvarda Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Son məlumata görə, 84 nəfər ölüb, 284 nəfər yaralanıb. |
2024-01-05 | 819,812 | 1924-də insanlar 2024-ü necə görürdü? | 1924-cü ildə insanların 100 il sonra dünyanı necə təsəvvür etdiyinə dair sübutlar toplanıb. Axar.az xəbər verir ki, bu barədə “Bild” nəşri araşdırma aparıb. 1924-cü ildə yeddi proqnoz var ki, onlardan bəziləri təəccüblü şəkildə reallıqla üst-üstə düşür. 1924-cü ildə Kaliforniya Universitetindən paleontoloq Edvard Ferlonq 2024-cü ilə qədər atların kənd təsərrüfatında istifadə edilməyəcəyi fikri ilə hər kəsi şoka salmışdı. “Kansas City Post” qəzetindəki məqaləsində o, kənd təsərrüfatında traktor və avtomobillərin onları tamamilə əvəz edə biləcəyini və atların əsasən zooparklarda tapılacağını yazmışdı. Britaniyalı siyasətçi Kinqsli Vud 1924-cü ildə 2024-cü ilə qədər insanların orta hesabla ən azı 100 il yaşayacağını, 75 yaşda “nisbətən gənc” hesab ediləcəyini söyləyib. Mühəndis Arçibald Lou 100 il əvvəl “Simsiz imkanlar” kitabında 2024-cü ildə insanların əksəriyyətinin evdən işləyə biləcəyini irəli sürmüşdü. İsveçli memar Ben Byorkson böyük şəhərlərdə üçsıra magistral yolların görünəcəyini proqnozlaşdırmışdı. Yüz il əvvəl “Olderman Nyuton” qəzetinin müəllifi inanırdı ki, 2024-cü ildə uşaqlar yuyulması lazım olmayan asbest kostyumları geyinəcək, ingilis dili dərslərində isə Şekspirin qrammofon valına yazılmış pyeslərinə qulaq asacaqlar. Nyu York maqnatı Cozef Day yüz il əvvəl əmin idi ki, 2024-cü ildə hamı işə hər gün hava gəmiləri və təyyarələrlə gedəcək. Hollivud rejissoru David Qriffit 1924-cü ildə demişdi ki, filmlər sayəsində insanlar başqa mədəniyyətlər haqqında daha çox şey öyrənəcəklər və artıq yad insanlardan qorxmağa ehtiyac qalmayacaq - beləliklə, onun fikrincə, filmlər bütün müharibələrə son qoymalı idi. |
2024-01-05 | 819,813 | “Baharın on yeddi anı” filminin məşhur aktyoru öldü | Rusiyanın əməkdar artisti Konstantin Jeldin 91 yaşında vəfat edib. Kult.az xəbər verir ki, bu barədə Rusiyanın əməkdar incəsənət xadimi Qriqori Zaslavski məlumat verib. Qeyd edək ki, K.Jeldin daha çox “Baharın on yeddi anı” çoxseriyalı bədii filmi və “Likvidasiya” serialında yaratdığı obrazlarla məşhurlaşıb. |
2024-01-05 | 819,815 | Ukraynanın hücumu mülki itki ilə nəticələnməməlidir - ABŞ | Ukraynanın əməliyyatları mülki əhalinin itkisi ilə nəticələnməməlidir. Axar.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib. “Ukraynanın mülki itkilərdən yayınmasına gəlincə, biz həmişə münaqişələrdə iştirak edən ölkələrin hərbi vəziyyətə və beynəlxalq qanunlara riayət etmələrini və mülki itkiləri minimuma endirmək üçün mümkün olan hər şeyi etməsini istəyirik", - M.Miller vurğulayıb. Qeyd edək ki, dekabrın 30-da Ukrayna ordusunun Belqoroda endirdiyi zərbələr nəticəsində 24 nəfər ölmüş, 131 nəfər isə yaralanmışdı. |
2024-01-05 | 819,816 | Kirman teraktını İran özü törədib – Sensasion iddia | Kirmanda baş verən partlayışı İran hakimiyyətindəki qrupun törətdiyi haqda informasiyalar gəzir. Çünki hadisə ilə bağlı mövcud rejim tərəfindən müxtəlif iddialar irəli sürüldü. Əvvəl 4 bomba partlaması xəbəri yayıldı, ardınca iki elədilər. Daha sonra qaz partlayışı ilə əlaqələndirdilər. Bu cür şübhəli açıqlamalar cəmiyyətdə müxtəlif şayiələrin yaranmasına səbəb oldu. Bu sözləri Axar.az-a güneyli jurnalist, siyasi şərhçi Əli Süleymani İranda baş verən partlayışla bağlı danışarkən deyib. O bildirib ki, bu hücumda nə İŞİD, nə İsrail, nə də digər adıçəkilən ölkələr günahkardır: “Hadisədən öncə və sonra baş verən olaylara nəzər salsaq, bir çox şübhəli məqamlar ortaya çıxır. Niyə hücum baş verməzdən bir neçə gün əvvəl İran hakimiyyəti xəstəxanalarının hazırlıq vəziyyətinə gətirildiyini elan edib? Hadisə baş verən yerdə bir həftə boyunca pulsuz ehsan paylayıb, imkansız insanların orada qarnını doyururdular. Belə izdihamlı yerdə təhlükəsizlik qüvvələri yoxlanış aparmalı idi. Lakin necə olub ki, iki kamikadze gözlərindən yayınıb? Bunlar hamısı sual doğurmaqla yanaşı, partlayışda hakimiyyətin barmağının olduğu şübhəsini doğurur. Hələ də ölənlərin dəqiq sayını demirlər. Müxtəlif rəqəmlər səsləndirirlər. Qeyri-rəsmi mənbələr ölənlərin sayının azı 150 nəfər olduğunu bildirir. İsrail İranda mülki əhalini öldürməklə, qorxutmaqla nə əldə edir? Yaxud da Amerikanın bu cür qanlı hadisəni törətməkdə məqsədi aydın deyil. Bu hücumda yeganə maraqlı tərəf Tehran rejimi özüdür. Terror onun siyasətidir və bundan da öz maraqları üçün istifadə edir”. Onun sözlərinə görə, İran əhalisi dəfələrlə bu cür hadisələrdə rejimin əlinin olmasının şahidi olub: “Keçmişdə də belə hadislər çox olub. İmamiyyənin hərəmini partlatdıb, Xalq Mücahidlərini günahlandırdılar. Bu hadisədən 6 ay öncə zindana atdıqları bir nəfərin əli ilə partlayışın baş verdiyini idda etdilər. Bu haqda İran hakimiyyətinə yaxın olan Əkbər Gənci adlı bir nəfər öz kitabında yazmışdı. Rejim onun yazdıqları ilə bağlı heç bir açıqlama vermədi. Sadəcə, həmin kitab müəlifini başqa ittihamla tutub, həbsə atdılar. Şirazda da bomba partlaması zamanı yüzlərlə günahsız insanın ölməsində hakimiyyətin özünün əli var idi. Gah İŞİD-i, gah Azərbaycan Respublikasının vətəndaşını günahlandırdılar. Yaxud İran parlamentinə hücumda İŞİD-i günahkar bildilər. Ört-basdır etdilər. Sonradan üzə çıxdı ki, bu hücumların hamısını İran hakimiyəti özü planlaşdırıb”. Kirmanda baş verən hadisənin, sadəcə, cəmiyyəti, xarici qüvvələri çaşdırmaq məqsədi ilə törədildiyini deyən siyasi şərhçi hesab edir ki, rejim problemlərdən yayınmaq üçün bu addımı atıb: “İran daxilində sosial və iqtisadi problemlər durmadan artır. Səfalət, uşaqların zibil qablarında yemək axtarması, azyaşlıların özünü satması, intiharların artması, işçilərin etirazları, büdcədən oğurluq, korrupsiya adi hal alıb. Hətta Xameneinin bu yaxınlarda Allahla birbaşa danışdığını iddia etməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Dindarlar da buna qətiyyətlə etiraz etdi ki, heç Məhəmməd peyğəmbər özü belə Allahla birbaşa danışmayıb, Xameneinin belə bir iddiası qəbuledilməzdir. Cəmiyyətdə biabır olduqları ortadadır. Onları qınayanların sayı artıb. Digər tərəfdən, mövcud rejim dəstəklədiyi proksi qruplarına görə dünya güclərinin qəzəbinı tuş gəlib. Həmçinin Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının arxasında Tehran hakimiyyətini günahlandırırlar. İrana qarşı birlik də yaradılıb. Düşünürəm ki, İran hakimiyyəti hazırkı durumdan çıxış yolu axtarır. Odur ki, bu cür böhranlardan yaxa qurtarmaq, özünü qurban kimi təqdim etmək üçün İsraili bir nömrəli düşmən göstərir. İnsanların hissləri ilə alver edir. Elə görüntü yaratmağa çalışırlar ki, İsrail Qəzzada olduğu kimi, İranda da müsəlmanları qırır. İsrail isə ilk gündən Kirmanda baş verən hücumda əlinin olmadığını bildirib. İranda İsrail tərəfindən bir çox əməliyyatlar keçirilsə də, dinc əhaliyə qarşı hücum olmayıb. İsrailin əməliyyatlarında heç zaman günahsız İran vətəndaşları həlak olmayıb. Hətta nüvə alimi Möhsün Fəxrizadəyə qarşı olan hücumda onun yanında olan qadın öldürülmədi. Odur ki, hadisələrin bu cür ardıcıllığına nəzrə saldıqda, yenə də Tehran rejimiminin bu işdə daha çox maraqlı olduğu görünür”. |
2024-01-05 | 819,817 | Ukrayna PUA-larla Krıma hücuma keçdi - Video | Ukrayna Rusiyaya PUA-larla hücum edib. Axar.az xəbər verir ki, PUA hücumları zamanı Kerç, Cankoy və Novorossiyskdə həyəcanlı anlar yaşanıb. Bildirilib ki, öncə Krım hücuma məruz qalıb, daha sonra Belqoroda da hücum edilib. |
2024-01-05 | 819,818 | İran yeni “Şahid-238” PUA-sını təqdim etdi - Foto | İran mediası yeni “Şahid-238” kamikadze-dronunun fotolarını dərc edib. Axar.az xəbər verir ki, yeni PUA-nın “Şahid-136”-nın bazasında hazırlandığı qeyd edilib. Yeni dron reaktiv mühərriklə təchiz edilib və qara rəngdədir. |
2024-01-05 | 819,821 | Rusiya Şimali Koreya raketləri ilə hücum edir - ABŞ | Rusiya Ukraynaya hücum etmək üçün Şimali Koreyadan aldığı raketlərdən istifadə edir. Axar.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Bizim məlumatımız göstərir ki, Şimali Koreya bu yaxınlarda Rusiyaya ballistik raketlər verib, ən azı birini Rusiya qüvvələri dekabrın 30-da Ukraynaya atıb", - Kirbi vurğulayıb. |
2024-01-05 | 819,823 | Hesabladıq: Rusiya iqtisadiyyatı böyüyür - BMT | Rusiya iqtisadiyyatı 2023-cü ildə 2,7 faiz artıb və 2024-cü ildə 1,3 faiz artacağı gözlənilir. Axar.az xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin İqtisadi Təhlil və Siyasət şöbəsinin direktoru Şantanu Mukerci bildirib. “Biz hesabladıq ki, Rusiya iqtisadiyyatının artımı təqribən 2,7 faiz olub, 2024-cü ildə artım 1,3 faizə qədər yavaşlayacaq”, - Mukerci qeyd edib. |
2024-01-05 | 819,826 | Hakan Fidan Abdullahianla danışdı | Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla telefon danışığı aparıb. O, İranın Kirman şəhərində törədilən terror aktında həyatını itirənlərə görə başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib. Telefon danışığında İran Prezidenti İbrahim Rəisinin sözügedən terror aktı ilə bağlı Türkiyəyə təxirə salınan və qarşıdakı dövrdə reallaşacaq səfəri gündəmə gətirilib. Qeyd edək ki, 3 yanvarda Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı Kirmanda keçirilən mərasimdə ard-arda iki partlayış baş verib. Son məlumata görə, 84 nəfər ölüb, 284 nəfər yaralanıb. |
2024-01-05 | 819,828 | Belqoroda hücum xəbərdarlığı: təcili sığınacaqlara... | Rusiyanın Belqorod vilayətinə raket hücumu barədə xəbərdarlıq edilib. Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. O, sakinləri bayıra çıxmamağa, təhlükəsiz yerlərə sığınmağa çağırıb: "Əgər küçədəsinizsə, təcili olaraq sığınacaq və ya başqa təhlükəsiz yerə getməlisiniz". Qeyd edək ki, dekabrın 30-da Ukrayna ordusunun Belqoroda endirdiyi zərbələr nəticəsində 24 nəfər ölmüş, 131 nəfər isə yaralanmışdı. |
2024-01-05 | 819,830 | Ukrayna dövləti qısa zamanda yox ola bilər – “Aydar” zabiti | 2024 səfərbərliyinə diqqət edin: əgər arxa cəbhədəki insanlar səfərbərlik tədbirlərinin zəruri olduğunu başa düşməsələr, Ukrayna tez bir zamanda yox ola bilər. Axar.az xəbər verir ki, bu sözləri "Aydar" alayının keçmiş tağım komandiri, Rusiya-Ukrayna müharibəsi veteranı Yevgeni Dikiy deyib. O bildirib ki, səfərbər olunan vətəndaşların hamısının cəbhəyə göndərilməsinə ehtiyac olmadığı aydındır: “Silahlı Qüvvələr nəhəng mexanizmdir və bütün ordu döyüşçü deyil. “Aysberq” arxada öz işini görən insanlardır, “sıfır”dakı döyüşçü isə onun zirvəsidir”. Onun sözlərinə görə, insanlar anlamasalar ki, səfərbərlik orduya deyil, arxa cəmiyyətin özünə lazımdır, o zaman səfərbərlik haqqında qanun işləməyə bilər: “O zaman bu, Ukrayna tarixində qəbul edilən sonuncu qanunlardan biri olar. Çünki dövlətin mövcudluğu qısa müddətdə başa çatar”. |
2024-01-05 | 819,831 | Mark “Meta”nın 1,28 milyon səhmini 428 milyona satdı | “Meta”nın təsisçisi və baş direktoru Mark Zukerberq 2023-cü ilin son iki ayında şirkətinin təxminən 1,28 milyon səhmini sataraq, ümumilikdə 428 milyon dollar qazanıb. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Bildirilib ki, 2023-cü ilin noyabr-dekabr aylarında həyata keçirilən əməliyyatların hər biri Zukerberqə 10,4 milyon dollar qazandırıb, maksimal həcm isə dekabrın 28-də qiymətli kağızların satışı olub. Həmin gün Zukerberq 47 664 səhmə görə təxminən 17,15 milyon dollar əldə edib. İki ildir “Meta” səhmlərini satmayan Zukerberq səhmlərinin bir hissəsini satmaq qərarını son bir ildə qiymətin xeyli yüksəlməsi və hazırda 2021-ci ildə əldə edilən maksimum səviyyəyə yaxınlaşması ilə izah edir. Markın hazırda sərvəti 125 milyard dollar olaraq qiymətləndirilir. |
2024-01-05 | 819,832 | Pentaqon İranı hədələdi: İmkan verməyəcəyik! | ABŞ İranla münaqişəyə can atmır. Axar.az xəbər verir ki, bunu Pentaqon sözçüsü Patrik Rayder deyib. "İranla genişmiqyaslı münaqişə axtarmırıq. Bununla belə, biz qüvvələrimizin təhdid edilməsinə imkan verməyəcəyik", - o deyib. Rayder əlavə edib ki, ABŞ bölgədəki qüvvələrinin təhlükəsizliyini təmin etmək üçün iraqlı tərəfdaşları ilə işləməyə davam edəcək. Qeyd edək ki, Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İraqdakı beynəlxalq koalisiyaya rəhbərlik edən ABŞ-ın bazalarına, eləcə də Suriyadakı Amerika hərbçilərinə İranın proksi qrupları mütəmadi olaraq hücumlar edir. |
2024-01-05 | 819,833 | Daha 4 namizədin imza vərəqələri MSK-ya təqdim olundu | Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 4 şəxsin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub. Axar.az xəbər verir ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyevin imza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib. Xatırladaq ki, bundan əvvəl namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin imza vərəqələri seçki qurumuna təqdim olunmuşdu. Prezident İlham Əıiyevin namizədliyi isə artıq qeydə alınıb. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2024-01-05 | 819,834 | KXDR Cənubi Koreya adalarına 200 mərmi atdı: təxliyə... | Koreya Xalq Demokratik Respublikası (KXDR) qərb sahilindən Cənubi Koreya adalarına doğru 200-ə yaxın artilleriya mərmisi atıb. Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. Yerli hakimiyyət orqanları Cənubi Koreya hərbçilərindən göstəriş aldıqdan sonra kütləvi evakuasiya elan edib. |
2024-01-05 | 819,839 | Xaçmazda elektrik enerjisinin verilişi bərpa olundu | Xaçmaz şəhərində yol-nəqliyyat hadisəsi səbəbindən elektrik enerjisinin verilişində yaranan məhdudiyyət aradan qaldırılıb. Axar.az xəbər verir ki, müvafiq dövlət qurumlarının nümayəndələri gecə saatlarında əraziyə cəlb olunub və qəzanın nəticələri aradan qaldırılıb. Elektrik enerjisi və internetin verilişi bərpa olunub. Qeyd edək ki, yanvarın 4-ü gecə saatlarında “Ford” markalı yük avtomobilinin kommunikasiya dirəklərinə çırpılması nəticəsində Xaçmaz şəhərinin böyük bir hissəsində işıqlar sönmüşdü. Faktla bağlı araşdırma aparılır. |
2024-01-05 | 819,840 | Almaniya Ukraynaya 10 “Marder” göndərdi | Almaniya Ukraynaya 10 ədəd “Marder” zirehli döyüş texnikası və “Leopard-2” tankları üçün döyüş sursatı göndərib. Axar.az xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, yeni yardım paketinə qış geyimləri, MK 556 hücum silahları və 115 mm-lik döyüş sursatı daxildir. Qeyd edək ki, 2023-cü ildə Almaniya Ukrayna Silahlı Qüvvələrinin modernləşdirilməsinə 5,4 milyard avro yardım edib. 2022-ci ildə isə bu yardım 2 milyard avro təşkil edib. |
2024-01-05 | 819,843 | Yaponiyada zəlzələdə ölənlərin sayı 90-ı keçdi | Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 92 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanları məlumat yayıb. Bildirilib ki, 250-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunub ki, 179 nəfərin həyatı barədə isə məlumat yoxdur. |
2024-01-05 | 819,846 | Sabirabadda qanunsuz ov edənlər saxlanıldı | Sabirabadda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Şıxlar kəndi ərazisində müvafiq icazə olmadan qanunsuz ov etmək istəyən dörd nəfər saxlanılıb. Həmin şəxslərdən ov silahları, patronlar və ov qurğuları aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır. |
2024-01-05 | 819,847 | Bu ərazilərimizə qar yağdı | 10:43 Yanvarın 5-i saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçsə də, gecə Naxçıvan MR-da qısamüddətli yağıntı olub. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Ordubadda 5 mm, Şahbuz, Naxçıvan 1 mm-dək olub. Zərdab, Biləsuvar, Gəncə, Yevlax, Şamaxı, Qobustanda duman müşahidə olunub. Şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 16-21 m/s-dək, Lerikdə 18 m/s, Altıağacda 17 m/s, Şəkidə isə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.7 metrə çatıb. Bakıda və Abşeron yarımadasında 17, Naxçıvan MR-da 10, aran rayonlarında 16, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti olub. *** Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:00-a olan məlumatına əsasən Şahbuz, Naxçıvan, Gədəbəy, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Şəki, Zaqatala, Oğuz, Balakəndə arabir yağış, Şahdağ, Sarıbaşda (Qax) qar yağıb. Xidmətdən bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12-15 dərəcə isti, Naxçıvan MR-da 7-12 dərəcə isti, aran rayonlarında 12-15 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək isti qeydə alınıb. |
2024-01-05 | 819,852 | İrəvana silah satan Dehlinin Bakıya ehtiyacı yaranır | Rusiya 2024-cü ildə də Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək. Bunu Rusiya Prezidenti Vladimir Putinin və digər rusiyalı rəsmilərin açıqlamalarından müəyyənləşdirmək olar. Müharibənin səngiyəcəyinə və tərəflər arasında danışıqların başlayacağına dair heç bir əlamət yoxdur. Axar.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində qeyd olunub. Bildirilib ki, Rusiya müharibə şəraitində əsas ixrac məhsulu olan neft və qazının davamlı satışı üçün bazarlar uğrunda mübarizəni davam etdirəcək: “Rusiya Avropa bazarını itirdikdən sonra enerji resurslarını əsas iki istiqamətə - Çin və Hindistana yönəldib. Ancaq bu iki bazar Rusiya üçün böyük Avropa bazarını tam əvəz edə bilmir. Nəticədə Rusiyanın 2023-cü ildə qaz satışı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Bu, Rusiyanın gəlirlərinin azalmasına gətirib çıxarıb. Çin Rusiya ilə yanaşı, mavi yanacağı Mərkəzi Asiya ölkələrindən də almaqda davam edir. Çin qazın alışında Rusiyadan asılı olmaq istəmir. “Faynənşl Tayms” dərgisində yayımlanan məqalədə Çinin Rusiya neftini rekord həcmdə aldığı yazılıb. Bu, Çinə imkan verir ki, başqa ölkələrdən aldığı neftin qiymətini ucuzlaşdırsın. Ukrayna müharibəsinə qədər Çin neftin əsas həcmini Səudiyyə Ərəbistanından alırdı. Ancaq iqtisadi ekspertlər bu gedişatın müvəqqəti olduğu qənaətindədirlər. Ekspertlərin fikrincə, Çinin Səudiyyə Ərəbistanından neft alışını azaltması müvəqqəti xarakter daşıyır”. Analizdə xatırladılıb ki, “Röyters” Hindistanın Rusiyadan aldığı neftin həcmini azaltdığını bildirib: “Hindistanın neft naziri bildirib ki, ölkəsinin Rusiyadan neft alışını azaltması qeyri-münasib qiymətlərlə bağlıdır. Nazirin sözlərinə görə, Dehli Hindistanın neftayırma zavodlarının qərarlarına qarışmır, neftayırma zavodları hansı ölkədən neft almaq məsələsini müstəqil həll edirlər, hökumətin onlardan yeganə tələbi ölkədə yanacağın münasib qiymətlərlə satılmasını təmin etməkdir. Hindistan Rusiyadan gündəlik 1.5 milyon barrel neft alır. Hindli nazirin sözlərindən belə çıxır ki, əgər Rusiya qiymətdə endirim etməsə, Hindistan başqa ölkələrdən daha çox neft almağa başlayacaq. “Blumberq” agentliyi ötən ilin dekabrında belə bir xəbər yaymışdı ki, Rusiyanın neft daşıyan 6 tankeri Hindistan limanlarında qəbul olunmamışdı. Bu, Rusiya üçün yeni çətinliklər yaradır. Hindistan Rusiyadan neft alışını azaldarsa, başqa ölkələrlə yanaşı, Azərbaycandan da neftin alışını artıra bilər. Hindistan 10 ay ərzində Azərbaycandan 500 milyon dollar dəyərində neft alıb. Bu göstəriciyə görə, Hindistan Azərbaycanın neft alıcıları sırasında üçüncü sırada qərar tutub. Azərbaycan neftinin əsas alıcısı İtaliyadır, ikinci sırada isə İsraildir”. Qeyd edək ki, Dehli son aylar Ermənistanın əsas silah ixracatçısına çevrilib. |
2024-01-05 | 819,854 | DSX-dən əməliyyat: axtarışda olan 404 nəfər saxlanıldı | Dövlət Sərhəd Xidməti (DSX) 2023-cü ilin dekabr ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 41 nəfəri saxlayıb. Axar.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb. Qeyd olunub ki, оnların 20-si Azərbaycan, 6-sı Pakistan, 7-si İran, 3-ü Hindistan, 2-si Əlcəzair, 1-i Tacikistan, 1-i Gürcüstan və 1-i Türkiyə vətəndaşı оlub. Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 22 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport və özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb. Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 834 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb. Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 404 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 419 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin Azərbaycan Respublikasına daxil olmasının qarşısı alınıb. Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 155 kiloqram 280 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 100 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb. Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata kеçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 357 min 830 manat оlan qaçaqmal, о cümlədən narkotik vasitə, pnevmatik tapança, gözyaşardıcı qaz balonu, ov tüfənginə məxsus patronlar, spirtli içkilər, müxtəlif adda dərman preparatları, tütün məmulatları və külli miqdarda priotexniki vasitələr saxlanılıb. |
2024-01-05 | 819,855 | Bakıda çay evində dava: 3 nəfər saxlanıldı | Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən çay evlərinin birində şəxsiyyəti məlum olmayan 3 nəfərin xuliqanlıq zəminində Laçın rayon sakini olan bir nəfəri döydükləri barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Kərimli, Abşeron rayon sakinləri V.İsmayılov və E.Süleymanov müəyyən olunaraq saxlanılıb. |
2024-01-05 | 819,857 | İran israr edir: İŞİD-in “dəst-xətti” deyil | Kirmanda Süleymaninin ildönümündə törədilən terakt sionist rejim tərəfindən planlaşdırılıb və İŞİD-in köməyi ilə həyata keçirilib. Axar.az xəbər verir ki, bu barədə "Tasnim"in yaydığı təhlildə bildirilib. Qeyd edilib ki, əməliyyatın həyata keçirilməsindən bir neçə saat sonra İsrail İŞİD qruplaşmasına məsuliyyəti öz üzərinə götürməyi əmr edib: “İŞİD-in məsuliyyəti üzərinə götürən bəyanatı heç vaxt 30 saat gecikmə ilə verilmir. Bu qruplaşmanın əməliyyat keçirmə üsulu belədir: əvvəlcə təhdid etmək, sonra fitva vermək, sonra icra etmək və dərhal məsuliyyəti üzərinə götürən bəyanat yaymaq. Bu əməliyyatda isə əvvəl terror aktı həyata keçirildi, sonra fitva, sonda hədə-qorxu və 30 saat sonra bəyanat verildi". Həmçinin bu bəyanatda terrorçuların siyasi ritorikadan istifadə etdiyi və bunun İŞİD-in normal ritorikasından əsaslı şəkildə fərqləndiyi iddia edilib: "İŞİD-in məsuliyyəti öz üzərinə götürməkdə gecikdiyi teraktın bəyanatını sionist rejimin kəşfiyyat xidməti hazırlayıb və İŞİD qruplaşması bunu yalnız rəsmi media vasitəsilə yayımlamaqda məsuliyyət daşıyıb". Digər tərəfdən, radikal qruplaşmanın əvvəlki bəyanatlarında İranı “Blad Fars” və ya “Xorasan vilayəti” adlandırdığına, lakin bu dəfə “İran” sözünü işlətdiyinə diqqət çəkilib. Öldürülən terrorçunun şəklinin solğun şəkildə dərc olunmasının da İŞİD üslubuna uyğun olmadığı bildirilib: "İsrailin bütün bu hərəkətləri hər şeydən əvvəl öz əməlinin nəticələrindən qorxduğunu göstərir və eyni zamanda terrorçu İŞİD qruplaşmasının əslində sionist rejimin aləti olduğunu sübut edir". |
2024-01-05 | 819,858 | Bakıda evdən pul və qızıl oğurlandı | Bakının Binəqədi rayonu ərazisində evdən pul və qızıl oğurlanıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Rayon ərazisindəki evdən 1700 manat, 2900 dollar pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-05 | 819,861 | İcmadan Blinkenə cavab: Bakıya qarşı düşmən addımlar... | ABŞ Dövlət katibi Entoni Blinken təkəbbürlə Azərbaycanı din azadlığı ilə bağlı hansısa qondarma siyahıya daxil etmişdir. Əvvəla, heç kim ABŞ-a dünya ölkələrində din azadlığına dair ağlına gələn hesabatlar, siyahılar hazırlamaq səlahiyyəti verməyib və ABŞ-ın belə bir praktikadan istifadə etməsi yalançı “amerikan müstəsnalığı”nın təzahürüdür. Axar.az xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında əksini tapıb. Bildirilib ki, ABŞ özünə düşmən hesab etdiyi, siyasətini bəyənmədiyi ölkələri belə düşük siyahılara salaraq öz aləmində onlarla “haqq-hesab çəkir”. Ermənistanın Azərbaycan xalqının mədəni irsini, məscidlərini, qəbiristanlıqlarını dağıtmasına, təhqir etməsinə göz yumanların riyakarlığı, dini və etnik təəssübkeşlik əsasında, səlibçi mentaliteti ilə hərəkət etmələri ikrah hissi doğurur: “Amerikan ictimaiyyətinin “Epstein siyahısı”, yalandan dünyaya əxlaq, vicdan, insan hüquqları, qanunun aliliyi “dərsi keçənlər”in yaramaz əməlləri ilə sarsıldığı bir vaxtda ABŞ-ın özü kimdən, nədən “narahatdır”, bax, bunu başa düşmək olmur. ABŞ başqa ölkələrin işlərinə qarışmaq əvəzinə, qoy gedib tarixən sıxışdırdığı yerli xalqların hüquqlarının təmin edilməsi də daxil olmaqla, özünün daxili problemləri ilə məşğul olsun. ABŞ diplomatiyasının “məntiq”i də “heyrət doğurur”. ABŞ bir tərəfdən Azərbaycanı Vaşinqton platformasına dəvət edir, digər tərəfdən Azərbaycana qarşı bir-birinin ardınca düşmən addımlar atır. ABŞ-ın din azadlığına dair siyahısının heç bir qüvvəsi, çəkisi yoxdur və onu qətiyyətlə rədd edirik”. |
2024-01-05 | 819,862 | Türkiyədə daha bir avtobus qəzası: ölənlər var | Türkiyənin Qars vilayətinin Sarıqamış rayonunda iki avtobus və bir yük maşını toqquşub. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb. Hadisə yerinə jandarma qüvvələri və təcili tibbi yardımı briqadaları cəlb olunub. |
2024-01-05 | 819,864 | İndoneziyada 2 sərnişin qatarı toqquşdu: ölənlər var | İndoneziyanın Yava adasının Çikalenqka-Haurpuqur hissəsində iki sərnişin qatarı toqquşub. Axar.az xəbər verir ki, qəza nəticəsindən 4 nəfər həyatını itirib. Məlumata görə, ölənlərdən 3 nəfəri dəmir yolunun əməkdaşı olub. Hadisə nəticəsində 28 nəfər də xəsarət alıb. |
2024-01-05 | 819,867 | 2024-cü ildə möhtəşəm uğurlarımız davam edəcək | Ölkəmizdə “Heydər Əliyev İli” elan olunmuş 2023-cü il Azərbaycanın ictimai-siyasi həyatında bir çox önəmli hadisələrlə zəngin olmuşdur. Dekabrın 31-də Həmrəylik Günü və Yeni il bayramı münasibətilə xalqa müraciət edən Ölkə Prezidenti İlham Əliyev il ərzində əldə olunmuş ən mühüm uğur və qələbələrin mahiyyəti barədə önəmli açıqlamalar verərək, bu hadisələrin arasında dövlət suverenliyimizin bərpasını xüsusi qeyd etmiş və bu parlaq Zəfərin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını vurğulamışdır. Axar.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib. Deputat bildirib ki, Ermənistan 2020-ci ildə qarşılaşdığı Vətən müharibəsindəki acı məğlubiyyətindən düzgün nəticələr çıxara bilmədi: “Ehtimal etmək olar ki, düzgün qərarlar qəbul etməsinə, Azərbaycanla sülh sazişini imzalamasına bir tərəfdən daxildə olan revanşist ruhlu qüvvələr, digər tərəfdən də bəzi xarici dairələr imkan vermədilər. İstənilən halda, son üç ildə Ermənistan, demək olar, bütün vacib məsələlərdə destruktiv mövqe tutdu, Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirdi. 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanatın şərtlərini kobud şəkildə pozaraq erməni silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmadı. Məhz bundan sonra Azərbaycan Ordusu Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi bir gün ərzində qəhrəman hərbçilərimiz qarşıya qoyulmuş bütün vəzifələri uğurla yerinə yetirdilər. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etdi, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin olundu”. Deputat Həmrəylik Gününün tarixi və mahiyyəti ilə bağlı deyib ki, 1991-ci il dekabrın 16-da, Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi: “Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi və artıq 33 ildir ki, bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər. Vətən müharibəsinin davam etdiyi 44 gün ərzində xaricdə yaşayan soydaşlarımız öz birliklərini və Azərbaycanla həmrəyliklərini düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları ilə, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri ilə nümayiş etdirdilər. Müharibə zamanı siyasi əqidəsindən, statusundan, vəzifəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı milli həmrəylik nümayiş etdirdi. Vətən müharibəsi müddətində xalqımız hər gün öz Ali Baş Komandanının yenilməz qətiyyətinə, siyasi iradəsinə şahidlik etdi. Məhz cənab Prezident İlham Əliyevin ortaya qoyduğu nümunə xalqımızı bu müharibədə qələbəyə ruhlandırdı”. K.Qafarov ölkəmizin 2024-cü ildə daha güclü və daha nüfuzlu bir dövlətə çevirəcəyini qeyd edib: “Bu gün Qarabağ və Şərqi Zəngəzur böyük tikinti meydançasına çevrilmişdir. Azərbaycan şəhərlərini, kəndlərini yenidən qurur və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Cənab Prezident İlham Əliyev öz müraciətində xüsusi olaraq qeyd etdi ki, 2024-cü ildə daha bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. İl ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Dekabr ayında bütün dünya ölkələrinin qəbul etdikləri yekdil qərara əsasən, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası gələn il Azərbaycanda keçiriləcək. COP 29 beynəlxalq konfransının Bakıda keçirilməsinə dair qərar qəbul etməklə dünya ölkələri Azərbaycana növbəti dəfə böyük etimad və hörmət göstərmişlər. Möhtərəm dövlət başçımızın dediyi kimi, ölkəmizin imzaladığı kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə ölkəmizin uğurlarını əyani şəkildə sübut edir”. |
2024-01-05 | 819,869 | Güclü küləklə bağlı daha bir xəbərdarlıq | Bakıda və Abşeron yarımadasında yanvarın 6-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir, günün ikinci yarısından zəifləyəcək. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı var. Yanvarın 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-sı gecə və səhər bəzi yerlərdə arabir 30 -32 m/s-dək güclənəcəyi gözlənilir. |
2024-01-05 | 819,871 | ABŞ-a məxsus bombardmançı təyyarə qəzaya uğradı | ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1B Lancer” strateji bombardmançı təyyarəsi təlim uçuşu zamanı Cənubi Dakotadakı “Ellsvort” bazasına enməyə cəhd edərkən qəzaya uğrayıb. Axar.az xəbər verir ki, bu barədə ABC Nyus məlumat yayıb. Bildirilib ki, təyyarədə 4 pilotdan ibarət ekipaj katapult edərək xilas ola bilib. |
2024-01-05 | 819,873 | Bakıda bu hündürmərtəbəli binanın pilləkəni yoxdur - Video | Bakıda hündürmərtəbəli binanın birinci mərtəbəsində pilləkən yoxdur. Axar.az ATV-yə istinadən xəbər verir ki, söhbət Səbail rayonu Rostoropoviç küçəsində yerləşən yaşayış binasından gedir. Burada yaşayan sakinlərin yeganə ümid yeri lifdir. Lift işləməsə, mənzillərə düşüb-qalxmaq mümkün olmayacaq. Sakinlərin iddiasına görə, “Pilot Residence” MTK binadan mənzil alarkən onlara başqa layihə təqdim edib, indi isə ondan əsər-əlamət yoxdur. “Evimizə girişi də satıblar”, - sakinlər bildirir. |
2024-01-05 | 819,875 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında yanvarın 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısından zəifləyəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq. |
2024-01-05 | 819,877 | Qəzada həlak olan hərbçilərimiz dəfn olundu - Foto | 12:45 Azərbaycan Ordusunun Laçında avtomobil qəzasında həlak olan hərbi qulluqçusu Səxavət Axundov yanvarın 5-də Xaçmaz rayonunun Sayad kəndinin qəbiristanlığında dəfn olunub. Axar.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər. S.Axundovun tabutuna sarılmış Azərbaycan bayrağı hərbçinin atasına təqdim olunub. Qeyd edək ki, S.Axundov 2004-cü ildə Sayad kəndində doğulub. Ailənin ikinci övladı olub. Hərbi xidmətini bitirməyinə 3 ay qalmışdı. *** Azərbaycan Ordusunun Laçın rayonunda avtomobil qəzasında həlak olan hərbçisi Həsən İsmayılov yanvarın 5-də Gəncədə dəfn olunub. Dəfn mərasimdə onun yaxınları, ictimaiyyət nümayəndələri, hərbiçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və sakinlər iştirak edib. |
2024-01-05 | 819,881 | Rəisi Kirmana getdi | İran Prezidenti İbrahim Rəisi terror aktı törədilən Kirman şəhərinə səfər edib. Axar.az xəbər verir ki, məlumatı İran mediası yayıb. Bildirilib ki, İ.Rəisi şəhərin təhlükəsizlik orqanlarının rəhbərləri ilə görüşüb. Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 84 nəfər ölüb, 284 nəfər yaralanıb. |
2024-01-05 | 819,882 | Türkiyə ordusu 2 terrorçunu məhv etdi | Türkiyə ordusu İraqın şimalındakı “Pənçə-Kilid” əməliyyatı bölgəsində 2 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. |
2024-01-05 | 819,885 | Ukrayna Krımı vurdu: 23 hərbçi öldü | Ukrayna ordusu ilhaq olunmuş Krım yarımadasına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Məlumata görə, hücum nəticəsində Rusiya ordusunun 23 hərbçisi ölüb. Ölənlərdən 5-nin zabit olduğu bildirilib. Həlak olanların sayının artacağı istisna deyil. Ukrayna Silahlı Qüvvələrinin konkret olaraq hansı hədəfləri vurduğu açıqlanmayıb. |
2024-01-05 | 819,888 | Prezident pravoslav xristian icmasını təbrik etdi | Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli həmvətənlər! Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik. Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər. Əziz həmvətənlər! Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!". |
2024-01-05 | 819,892 | Xidməti başa vuran hərbçilər ehtiyata buraxıldı - Video | Müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış daha bir qrup hərbi qulluqçu ehtiyata buraxılıb. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan vətəndaşlarının 2024-cü il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamının icrasının təmin edilməsi ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun qoşun (qüvvə) növləri, birlik, birləşmə və əlahiddə hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət müddəti başa çatmış hərbi qulluqçuların tərxis edilməsi ilə bağlı tədbirlər davam etdirilir. Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yola salma mərasimlərində çıxış edənlər Azərbaycan Silahlı Qüvvələrindən ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularını hərbi xidmətlərini layiqincə başa vurduqlarına görə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıblar. Xidmət müddəti başa çatmış hərbi qulluqçular isə öz növbələrində Azərbaycan Ordusu sıralarında xidmət etməkdən qürur duyduqlarını bildirərək, hərbi xidmət dövründə qazandıqları müsbət keyfiyyətlərin və təcrübənin onların gələcək həyatlarında faydalı olacağına əminliklərini ifadə ediblər. Xidmət müddəti ərzində fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri fərman və digər mükafatlar təqdim edilib. Tərxis olunan hərbi qulluqçular yaşadıqları bölgələrə yola salınıblar. |
2024-01-05 | 819,899 | Minimum əmək haqqı vergidən azad edilsin | Bizim hökumətə təqdim etdiyimiz təkliflərdən biri də minimum əmək haqqının vergidən azad olmasıdır. Nəzərə alsaq ki, hazırda minimum maaş 345 manatdır, amma vergi güzəştləri 200 manata qədər tətbiq olunur. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov deyib. “Bu səbəbdən təklif edirik ki, digər inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da minimum əmək haqqı vergidən azad olunsun və vergidən azadolmalar 200 manat deyil, 345 manatdan hesablansın. Nəticədə bu hadisə minimum maaş alan vətəndaşlarımızın maaşlarının vergiyə cəlb olunmamasına imkan verəcək. Eyni zamanda, bunun digər özəlliyi ondan ibarətdir ki, orta aylıq əmək haqqı alan vətəndaşlarımızda da vergi məbləği bu halda azalacaq və nəticədə əmək haqqının artmasına gətirib çıxaracaq”, - o bildirib. |
2024-01-05 | 819,900 | Kılıçdaroğlunun bu addımı məni məyus etdi | Türkiyədə prezident seçkilərinin 2-ci turunda CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu ilə Zəfər Partiyasının rəhbəri Ümid Özdağ arasında əldə olunan anlaşma məni çox məyus etdi. Axar.az xəbər verir ki, bunu Gələcək Partiyasının sədri Əhməd Davudoğlu deyib. Ə.Davudoğlu bildirib ki, biz “Altılı masa”da Türkiyənin gələcəyi ilə bağlı sənədlər hazırlamışdıq: “O sənədlərlə ölkəni idarə etməyi planlaşdırırdıq. Lakin Ümid bəyin siyasi yanaşması ilə “Altılı masa”nın yaratdığı sənədlər arasında ortaq bir əlaqə görmədim. Çünki Ü.Özdağ həmin sənədlərin ruhuna zidd yanaşmaları ilə tanınırdı. Kılıçdaroğlunun bu addımı əlbəttə ki, məni məyus etdi. Çünki biz necə birlikdə hərəkət edə bilərik? Mən ksenofobiyanın əleyhinəyəm, Türkiyədə etnik və məzhəb çatışmazlıqlarının provokasiyasına qarşıyam. Daha əvvəl mən buna etiraz edəndə Kılıçdaroğlu belə bir anlaşmanın olmadığını demişdi”. |
2024-01-05 | 819,904 | Cənubi Koreyadan KXDR-ə cavab: 400 mərmi… | Cənubi Koreya hərbçiləri Sarı dənizdəki adalarda təlimlər zamanı 400-ə yaxın mərmi atıblar ki, bu da Koreya Xalq Demokratik Respublikasının (KXDR) demarkasiya xəttinin şimalındakı suları atəşə tutduğu saydan iki dəfə çoxdur. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə “The Chosun Ilbo” qəzeti məlumat yayıb. Hərbi mənbə bildirib ki, Cənubi Koreya tərəfi Seulun faktiki dəniz sərhədi hesab etdiyi şimal demarkasiya xəttinin cənubundakı sularda şərti hədəfləri vurub. Qəzet onu da yazıb ki, Cənubi Koreya hərbçiləri təlimlərə başlamazdan əvvəl Yeonfendo adasında əhali təxliyə edilib. Sakinlərdən sığınacaqlara getmələri istənilib. |
2024-01-05 | 819,905 | Kirman terroru: 11 nəfər həbs edildi | 14:18 İranın Kirman şəhərində törədilən terror aktlarında iştirakda şübhəli bilinən 11 nəfər həbs olunub. Axar.az xəbərə verir ki, bu barədə ETTELAAT məlumat yayıb. Məlumata görə, Kirmanda partlayışı törədən kamikadzelərdən ikisinin yaşadığı ev də tapılıb. Evdə istifadəyə hazır partlayıcı qurğular, o cümlədən partlayıcı kəmərlər olub. İran Daxili İşlər Nazirliyi isə partlayışların baş verdiyi ərazilərdə iki kamikadzenin qalıqlarının tapıldığını bildirib. Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 84 nəfər ölüb, 284 nəfər yaralanıb. |
2024-01-05 | 819,906 | Çin ordusu Cənubi Çin dənizində təlimlərə başladı | Çin Silahlı Qüvvələri Cənubi Çin dənizində ordunun müxtəlif qolları arasında qarşılıqlı əlaqəni təmin etmək üçün təlimlərə başlayıb. Axar.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) Döyüş Komandanlığının Cənub Zonası məlumat yayıb. Qeyd edilib ki, təlimlərdə ÇXAO-nun Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin bölmələri iştirak edir. Manevrlərin aparıldığı akvatoriyanın koordinatları göstərilməyib. |
2024-01-05 | 819,907 | “Qarabağ” son 25 ilin rekorduna imza atdı | Premyer Liqanın 2023-cü ildə keçirilən oyunlarında “Qarabağ” hamıdan çox qol (88) vurmaqla Azərbaycan çempionatlarında son 25 ilin rekorduna imza atıb. Axar.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu toplardan 45-i cari mövsümün ilk, 43-ü isə ötən mövsümün ikinci yarısına təsadüf edib. 1998-ci ildən sonrakı dövr üçün əvvəlki rekord 87 qola bərabər idi. Buna 2022-ci ildə nail olan Ağdam klubu öz göstəricisini 2023-cü ildə yaxşılaşdırıb. Daha çox qola sonuncu dəfə 1998-ci ildə “Kəpəz” imza atıb. Qərblilər həmin vaxt 91 dəfə fərqləniblər. “Qarabağ”ın ötənilki məhsuldarlığı ölkə çempionatları tarixində ümumilikdə 4-cü nəticənin təkrarıdır. 1995-ci ildə “Kəpəz” eyni sayda fərqlənib. Qeyd edək ki, mütləq rekord 1992-ci ildə 104 qol vuran “Neftçi”yə məxsusdur. Bir təqvim ilində 75 və daha çox qol vuranlar: 1. “Neftçi” – 104 (1992) 2. “Xəzər” (Sumqayıt) – 100 (1992) 3. “Kəpəz” – 91 (1998) 4-5. “Kəpəz” – 88 (1995) 4-5. “Qarabağ” – 88 (2023) 6. “Qarabağ” – 87 (2022) 7. “Neftçi” – 78 (1996) 8. “Kəpəz” – 76 (1992) |
2024-01-05 | 819,911 | İki yük maşını toqquşdu: ölən var | Ağdaş rayonunun Əmirarx kəndi ərazisində Əkbər Süleymanovun idarə etdiyi “Mersedes Atego” markalı yük avtomobili qarşısında hərəkətdə olan “KamAZ”a çırpılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a bildirilib ki, hadisə nəticəsində “Mersedes”də sərnişin qismində olan Bakı şəhər sakini 1976-cı il təvəllüdlü Elşən Qocayev aldığı xəsarətlərdən ölüb. Faktla bağlı araşdırma aparılır. |
2024-01-05 | 819,915 | Halevi Livanla sərhəddə: Hizbullahla toqquşmalar... | Livanla sərhədə səfər edən İsrailin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi yüksək rütbəli hərbçilərlə bölgədəki vəziyyəti dəyərləndirib. Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Halevi görüşdə Hizbullahla toqquşmaların davam etdiyini bir daha xatırladıb: “Mənim təəssüratım belədir ki, biz şimalda çox güclü hazırlıq vəziyyətindəyik. Bu bölgəyə tez-tez baş çəkirəm. Düşünürəm ki, hazırlıq ən yüksək səviyyədədir”. |
2024-01-05 | 819,917 | Rəisi təhdid etdi: Hücuma cavab veriləcək! | Kirmandakı partlayışların məsuliyyətini üzərinə götürən İŞİD ABŞ və İsrail tərəfindən yaradılıb və idarə edilir. Axar.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi terror aktlarında ölənlərin dəfn mərasimində çıxış edərkən deyib. O bildirib ki, ABŞ bölgədə islami dəyərlərə sahib başqa bir İsrail (İŞİD nəzərdə tutulur - red.) formalaşdırmağa çalışırdı: “Bu planları isə alınmadı. Mən bu hadisə ilə bağlı xalqımızı arxayın edirəm. Qisas təşəbbüsü İran Silahlı Qüvvələrinin əlindədir. Hücuma cavab veriləcək. Yer və vaxt ordumuz tərəfindən müəyyən ediləcək”. |
2024-01-05 | 819,919 | MSK müşahidəçilər üçün yaddaş kitabçası hazırladı | Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya şöbəsindən Axar.az-a verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında başlıca məqsəd qarşıdan gələn Prezident seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaq, onlara metodiki kömək göstərməkdən ibarətdir. Nəşrdə seçkilərə dair bir sıra əsas anlayışların izahı verilib, müşahidə aparılmasının prinsipləri əks olunub, habelə müşahidəçilərin hüquq və vəzifələri aydın şəkildə göstərilib. Yaddaş kitabçası Seçki Məcəlləsinin müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında tərtib olunub. Üç dildə - Azərbaycan, ingilis və rus dillərində hazırlanan “Müşahidəçilər üçün yaddaş” kitabçasını aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən (www.msk.gov.az) əldə etmək mümkündür. |
2024-01-05 | 819,922 | 681-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 681-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 363 070 hərbçi, 6 011 ədəd tank, 11 142 ədəd zirehli döyüş maşını, 8 604 ədəd artilleriya sistemi, 949 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 631 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 463 ədəd avtomobil texnikası, 6 771 ədəd PUA, 1 786 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 313 xüsusi avadanlıq itirib. |
2024-01-05 | 819,926 | Prezident seçkisi: YAP maliyyə hesabatını təqdim etdi | Hakim Yeni Azərbaycan Partiyası prezidentliyə qeydə alınmış namizədinin seçki fondlarının gəlir və xərclərinin ilkin maliyyə hesabatını açıqlayıb. Axar.az xəbər verir ki, YAP bununla bağlı sənədi Mərkəzi Seçki Komissiyasına təqdim edib. İlkin maliyyə hesabatında YAP-ın gəlirləri cəmi 250 min manat həcmində göstərilib. Bundan sonra YAP ikinci və yekun maliyyə hesabatlarını təqdim edəcək. Qeyd edək ki, MSK YAP-ın prezidentliyə namizədi İlham Əliyevin namizədliyini qeydə alıb. Xatırladaq ki, Azərbaycanda 2024-cü ilin fevralın 7-də növbədənkənar prezident seçkisi keçiriləcək. |
2024-01-05 | 819,933 | Antiterror tədbirləri: İrəvan itkilərini yenilədi | Azərbaycan Ordusunun 2023-cü ilim 19-20 sentyabrında Qarabağda keçirdiyi 23 saat 43 dəqiqəlik antiterror tədbirləri zamanı məhv edilən erməni hərbçilərin sayı yenilənib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin sədri Argişti Karamyan məlumat verib. O bildirib ki, toqquşmalar nəticəsində 223 hərbçi ölüb, 244 hərbçi isə yaralanıb. |
2024-01-05 | 819,934 | Türkiyəyə təzyiqlər artır, səbəb... - Ərdoğan | Son vaxtlar Türkiyəyə təzyiqlər artıb. Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Ortaq paylaşım” konfransında çıxışı zamanı deyib. O bildirib ki, bunun əsas səbəbi Ankaranın Yaxın Şərqdəki durumla bağlı ortaya qoyduğu mövqedir: “Milli İstehbarat Təşkilatı (MİT) həm daxildə, həm də xaricdə düşmənə layiqli cavab verir. Türkiyə Silahlı Qüvvələri terrorçuları məhv edir. Türkiyə artıq tam müstəqildir. Əvvəlki Türkiyəyə öyrəşənlərin bundan narahat olmaları təbiidir”. |
2024-01-05 | 819,936 | 681-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 681-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 565 təyyarəsi, 264 helikopteri, 10 459 PUA-sı, 447 zenit-raket kompleksi, 14 483 tank və digər zirehli texnikası, 1 200 reaktiv yaylım atəş sistemi, 7 639 artilleriya və minaatanı, 17 100 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-05 | 819,938 | Şəmkirdə dəmir yolu xəttində qumbara tapıldı | DİN-in Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinə Şəmkir rayon ərazisindən keçən dəmir yolunun yaxınlığında silah-sursat olması barədə məlumat daxil olub. Axar.az xəbər verir ki, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və sözügedən ərazidən 2 ədəd “F1” əl qumbarası, 1 ədəd “UZRMQ” markalı partladıcı, 2 ədəd “DQ Çeremuxa” tüstü qumbarası, 4 ədəd avtomat darağı və müxtəlif kalibrli avtomat patronları aşkar olunub. Əraziyə ANAMA-nın əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırmalar davam etdirilir. |
2024-01-05 | 819,943 | Qəzzada ölənlərin sayı artdı | Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 22 600-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, yaralananların sayı isə 57910 nəfərdir. |
2024-01-05 | 819,946 | Rusiya Qara dəniz üzərində Ukrayna raketini vurdu | Rusiya Qara dəniz üzərində Ukrayna raketini vurub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Yerli vaxtla saat 12:30 radələrində Ukrayna ordusunun Rusiya ərazisindəki hədəflərə qarşı “Neptun” gəmi əleyhinə raketindən istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Ukrayna raketi Qara dənizin şimal-qərb hissəsində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edilib”, - məlumatda bildirilib. |
2024-01-05 | 819,948 | Almaniya nə qədər azərbaycanlıya sığınacaq verməyib? | Ötən il 1438 nəfər Azərbaycan vətəndaşı Almaniyaya gedərək rəsmi Berlindən sığınacaq istəyib. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) məlumat yayıb. Qeyd olunub ki, keçən il ümumilikdə 1222 Azərbaycan vətəndaşının müraciətinə baxılıb. Onlardan yalnız 53-ü qaçqın kimi tanınaraq, Almaniyada yaşamaq icazəsi alıb. 6 nəfərin deportasiya qərarı ləğv edilib, 10 nəfər isə ailə birləşməsi əsasında yaşamaq icazəsi əldə edib. Federal idarədən bildirilib ki, ötən il 667 Azərbaycan vətəndaşının qaçqın statusu ilə bağlı ərizəsinə mənfi cavab verilib. Onlara ölkəni könüllü tərk etmələri ilə bağlı müraciət olunub. Bəziləri isə edilən xəbərdarlığa baxmayaraq Almaniyada qanunsuz şəkildə yaşayıblar. Həmin şəxslərin işləri yerli inzibati məhkəmələrə göndərilib. BAMF-nin məlumatına görə, 2023-cü ildə ümumilikdə 325 801 nəfər Almaniyaya gələrək sığınacaq üçün müraciət edib. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu, 60,3 faiz artım deməkdir. 2023-cü ildə ilkin müraciətlərin 21 287-si Almaniyada bir yaşa qədər doğulmuş uşaqlara aid olub. |
2024-01-05 | 819,951 | Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı | Açıqlanmayan səbəblərdən Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın Sevastopol vilayətində sutka ərzində üçüncü dəfə hava hücumu xəbərdarlığı elan edilib. Başqa bir məlumata görə, Ukraynanın Xmelnitski vilayətində silsilə partayışlar olub. Buna səbəb kimi əraziyə PUA-larla hücum göstərilir. İtki və dağıntılar barədə hələ ki, məlumat yoxdur. Qeyd edək ki, daha əvvəl Ukrayna Krımdakı Rusiya aviabazasını vurub. Nəticədə 5-i zabit olmaqla, 23 hərbçi ölüb. |
2024-01-05 | 819,954 | Erməni generala yeni cinayət işi açıldı | Ermənistan Baş Prokurorluğu Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Aykaz Baqmanyana qarşı yeni iş açıb. Axar.az xəbər verir ki, məlumatı erməni mediası yayıb. O, 251 milyon dram (600 min ABŞ dolları) məbləğində çirkli pulun yuyulmasında ittiham olunur. Qeyd edək ki, adıçəkilən general ötən ilin əvvəlindən əmlakını və külli miqdarda gəlirini gizlətməkdə, habelə qanunsuz yollarla varlanmaqda ittiham olunurdu. Xatırladaq ki, Baqmanyan eyni zamanda 2018-ci ilin martından 2020-ci ilin dekabrına kimi KTMT-nin birgə qərargahının rəis müavini olub. |
2024-01-05 | 819,957 | Talıbovun daha bir obyektində problem: İş məhkəmədədir | Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov sabiqlərin sırasına qoşulduqdan sonra nəzarətində olan biznes obyektlərini itirməyə başlayıb. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, "Gəmiqaya Holding”, "Cahan Holding” və Naxçıvanbank ASC kimi iri biznes obyektlərinə nəzarəti itirən Vasif Talıbovun daşıma şirkəti ilə bağlı da problem yaranıb. Söhbət Bahar Karqo MMC-dən gedir. Barəsində inzibati iş başlanan bu şirkətin də Vasif Talıbova məxsus olduğu iddia edilir. Şirkət İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi) maddəsi ilə ittiham edilir. İşə Naxçıvan Şəhər Məhkəməsində baxılır. Artıq iş üzrə bir dəfə məhkəmə baxış iclası keçirilib. Növbəti iclas yanvarın 9-na təyin edilib. İş hakim Gülnar Səfərəliyevin icraatındadır. Bahar Karqo MMC 4 may 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Qəhrəmanov Elgün Elçin oğludur. Elgün Qəhrəmanovun uzun müddət Naxçıvanın Tikinti və Arxitektura Komitəsinin sədri olmuş Elçin Qəhrəmanovun oğlu olduğu bildirilir. Onun digər oğlu Hümbət Qəhrəmanov Vasif Talıbovun oğlu Seymur Talıbovun bacanağıdır. Mediada gedən məlumatlardan aydın olur ki, Elçin Qəhrəmanov Bahar Karqo MMC-nin idarəçilərindən olub. Bu fakt Elgün Qəhrəmanovun onun oğlu olması barədə iddianın əsassız olmadığına şübhələri artırır. Bu arada yada salaq ki, Vasif Talıbovun qızının adı Baharxanım Talıbovadır. Şirkətin adının da onun adına uyğunlaşdırıldığı iddia edilir. |
2024-01-05 | 819,958 | Ağdamda 5 otaqlı ev külə döndü - Video | Ağdamda 5 otaqlı ev əşyaları ilə birlikdə yanıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndində qeydə alınıb. Kənd sakini Emin Səlahəddin oğlu Həmidova məxsus 5 otaqlı evdə baş verən yanğın zamanı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Hadisə yerinə FHN-nin yanğınsöndürənləri gələrək yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısını alıb. Faktla bağlı araşdırma başlanıb. |
2024-01-05 | 819,963 | Bakıda oteldə yanğın oldu - Video | Bakıda oteldə yanğın olub. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, qurumun "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən üçmərtəbəli otelin birinci mərtəbəsində yerləşən restoranın tüstü bacasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində tüstü bacasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Obyekt yanğından mühafizə olunub. |
2024-01-05 | 819,965 | Rusiya Xarkovu xarici ölkəyə məxsus raketlərlə vurub | Ruslar Xarkov ərazisinə xaricdə istehsal olunan raketlərlə hücum edib. Axar.az xəbər verir ki, bunu Xarkov vilayətinin qubernatoru Oleq Sinequbov deyib. Onun sözlərinə görə, dekabrın sonu - yanvarın əvvəlində rusların Xarkova atdığı raketləri istehsal edən ölkə hələ müəyyən edilməyib: “Biz bütün lazımi araşdırmaları həyata keçiririk. Onu deyim ki, bu raketlərin üzərindəki işarələr silinib, lakin biz istehsal edən ölkənin Rusiya Federasiyası olmadığını bilirik”. |
2024-01-05 | 819,967 | Kadırovdan ABŞ-a: Sanksiyaları götürün, əvəzində... | Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a ukraynalı məhbusların əvəzində onun qohumlarına qarşı sanksiyaları ləğv etməyi təklif edib. Axar.az xəbər verir ki, bu barədə Kadırov Qroznıda güc strukturlarının nümayəndələri ilə görüşdə deyib. Kadırov əsirlərin siyahısını Qroznıya gələn keçmiş amerikalı kəşfiyyatçı Skott Ritterə verib. “Qonağımıza maraqlı təklif veririk. Donetskdən, Luqanskdan götürdüyümüz əsirlərimiz var. Mən istisna olmaqla, anamdan, qızlarımdan və günahsız insanlardan, atlardan sanksiyaları götürsələr, o zaman bu adamları təhvil verərik. Mənə qarşı bir az da sanksiyalar əlavə edə bilərlər. Əgər bu şərtləri yerinə yetirsəniz, o zaman 20 ukraynalı əsgər öz evinə qayıdacaq”, - Kadırov bildirib. |
2024-01-05 | 819,968 | İŞİD-çilər ukraynalı qaçqın kimi Almaniyaya keçir | Almaniya hüquq-mühafizə orqanları bu yaxınlarda ölkə ərazisində terror aktları planlaşdıran Tacikistandan olan bir neçə islamçını saxlayıb. Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, islamçılar tez-tez özlərini Ukraynadan olan qaçqın kimi təqdim edir, saxta sənədlərdən istifadə edir, hüquq-mühafizə orqanlarına işgəncə və təqiblərlə bağlı uydurma hekayələr danışırlar. Onların Almaniyada üç dəfə hücuma cəhd etdiyi bildirilib. |
2024-01-05 | 819,969 | Rusiya Belqorodun təxliyəsinə hazırlaşır | Ukrayna ordusunun atəşi səbəbindən Belqorodu tərk etmək istəyənlər təhlükəsiz yerlərə aparılacaq. Axar.az xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov deyib. Onun sözlərinə görə, şəhərdə vəziyyət ağır olaraq qalır. Qubernator qeyd edib ki, şəhər sakinləri ilə görüş keçirib, onlar öz canları və malları ilə bağlı qorxularını bildiriblər: “Artıq bir neçə ailə köçürülüb. Mənimlə əlaqə saxlamalısınız, getməyə hazır olduğunuzu bildirməlisiniz”. Qladkov vurğulayıb ki, hökumət şəhər sakinlərini Starıy Oskol və ya Qubkinə köçürməyə hazırdır. |
2024-01-05 | 819,970 | Zelenski ilə Zalujnı arasında fikir ayrılığının səbəbi... - Şuster | Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı arasında getdikcə artan fikir ayrılığı birincinin özünə inamı səbəbindən baş verib. Axar.az xəbər verir ki, bunu amerikalı jurnalist, Zelenski haqqında kitabın müəllifi Saymon Şuster deyib. “Zelenski daha inamlı olmağa başladı. O öz hərbi prioritetlərini müəyyənləşdirdi və onlar həmişə Zalujnının prioritetləri ilə üst-üstə düşmürdü. Tezliklə çatlar gücləndi”, - Şuster bildirib. Amerikalı jurnalistin sözlərinə görə, Zalujnı hələ 2022-ci ildə Zelenskinin potensial rəqibi hesab olunurdu və Silahlı Qüvvələrin baş komandanı Ukrayna lideri ilə münasibətlərini əlverişsiz tərəfdaşlıq adlandırmışdı. |
2024-01-05 | 819,971 | Berbok İsrailə gedir | Almaniya xarici işlər naziri Annalena Berbok bazar günü Yaxın Şərqə səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, səfər zamanı Berbok İsraildə yeni xarici işlər naziri İsrail Katz və Prezident İshaq Hersoqla görüşəcək. Daha sonra almaniyalı nazir Fələstinə gedəcək və orada Mahmud Abbas və xarici işlər naziri Riyad əl-Maliki ilə görüş keçirəcək. Qeyd edək ki, bu, Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən bəri Berbokun bölgəyə dördüncü səfəri olacaq. |
2024-01-05 | 819,972 | Paşinyan daha bir qubernatoru istefaya göndərdi | Ermənistan Baş naziri Nikol Paşinyan Armavir vilayətinin qubernatoru Eduard Ovannisyanı vəzifəsindən azad edib. Axar.az xəbər verir ki, Paşinyan bununla bağlı sərəncam imzalayıb. Qeyd edək ki, Paşinyan ötən gün Lori qubernatorunu istefaya göndərmişdi. |
2024-01-05 | 819,973 | Göyçay sakinindən qanunsuz saxladığı silah götürüldü | Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinindən qanunsuz saxladığı TOZ markalı ov tüfəngi aşkar edilərək götürüb. |
2024-01-05 | 819,974 | Qazaxıstan ukraynalı milyonçunu axtarışa verdi | Qazaxıstan ukraynalı milyonçu Vadim Maşurovu axtarışa verib. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb. Məlumata görə, Vadim Maşurovun rəhbəri olduğu "Sinre System Group" (S-Group) şirkətinə qarşı Qazaxıstanın Maliyyə Monitorinqi Agentliyi 2023-cü ilin iyulunda istintaq başladılması təşəbbüsü ilə çıxış edib. Bildirilib ki, şirkətin nümayəndələri maliyyə piramidası yaratmaqda və idarə etməkdə şübhəli bilinirlər. Maşurova qarşı axtarış işi isə 2023-cü ilin dekabrın 28-də Almatıda qeydə alınıb. |
2024-01-05 | 819,980 | Məhərrəm Əliyev etimadnaməsini Aleynikə təqdim etdi | 2024-cü il yanvarın 5-də Belarus xarici işlər naziri Sergey Aleyniklə Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Məhərrəm Əliyev arasında görüş keçirilib. Axar.az xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Məhərrəm Əliyev Belarus XİN başçısı Sergey Aleynikə etimadnaməsinin surətini təqdim edib. “Görüş zamanı tərəflər Belarus-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparıblar. Onlar ikitərəfli gündəlikdəki məsələlərin geniş spektrini müzakirə ediblər. Bundan başqa, diplomatlar yüksək və ən yüksək səviyyədə qarşıdan gələn səfərlərin təşkilinə, ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, iki ölkə arasında əməkdaşlığın inkişafına dair Yol Xəritəsinin razılaşdırılmasına xüsusi diqqət yetirib”, - məlumatda qeyd olunub. Sergey Aleynik Məhərrəm Əliyevə diplomatik fəaliyyətində uğurlar arzulayıb. |
2024-01-05 | 819,983 | Hizbullahın İsrailə qarşı əməliyyatlarının sayı... | Hizbullah üç ay ərzində İsrailə qarşı 670-dən çox əməliyyat həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə hərəkatın baş katibi Həsən Nəsrullah məlumat verib. Nəsrullahın sözlərinə görə, bu müddət ərzində Hizbullah döyüşçüləri İsrailin 48 sərhəd mövqeyinə zərbə endirib. |
2024-01-05 | 819,987 | Cəlilabada yeni yol polisi rəisi təyin edildi | Cəlilabad rayonuna yeni yol polisi rəisi təyinatı olub. Axar.az xəbər verir ki, müvafiq əmrlə Şəhmir Uluxanov Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, bu vəzifəyədək mayor Ş.Uluxanov Şəki rayonunun Dövlət Yol Polisi İdarəsinin rəisi vəzifəsində çalışıb. Ötən ilin may ayından etibarən polis mayoru Şəhmir Uluxanov sərəncama götürülmüşdü. |
2024-01-05 | 819,988 | ABŞ hərbi bazasına PUA hücumu edildi | ABŞ-ın İraqın Ərbil şəhəri yaxınlığındakı Hərir hərbi bazası PUA hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə “Şəfəq Nyus” portalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, bazanın ərazisində partlayış səsi eşidilib. Hücumun nəticələri barədə məlumat verilməyib. |
2024-01-05 | 819,990 | ABŞ HƏMAS-a görə 10 milyon dollar mükafat təyin etdi | HƏMAS-ın maliyyələşdirmə mexanizmlərini dayandırmağa kömək edəcək məlumatlara görə ABŞ 10 milyon dollar ödəməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. “ABŞ Dövlət Departamentinin Ədalət üçün Mükafat Proqramı xarici terror təşkilatı HƏMAS-ın maliyyə tənzimləmələrinin pozulmasına səbəb olan məlumatlara görə 10 milyon dollara qədər mükafat təklif edir”, - məlumatda qeyd olunub. |
2024-01-05 | 819,991 | Ukrayna ordusu Belqoroda hücum etdi: yaralanan var | Ukrayna ordusu Belqorod vilayətinin Şebekino şəhərini atəşə tutub. Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat verib. Onun sözlərinə görə, hücum zamanı sənaye müəssisələrindən birinin mühafizəçisi yaralanıb. Qladkov şəhərdəki 3 sənaye müəssisəsinə də ziyan dəydiyini bildirib. Qeyd edək ki, bu gün Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov vəziyyətin ağır olduğunu və buna görə də sakinlərin təxliyəsini həyata keçirməyə hazır olduqlarını bildirmişdi. |
2024-01-05 | 819,995 | On və on birinci siniflər nə üçündür? - Əmrullayev | Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür? Axar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib. “Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik”, – nazir vurğulayıb. O qeyd edib ki, bu istiqamətdə müəyyən ilkin çalışmalar var. Nazir detalları açıqlamayıb: “Amma inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır”. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.