date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-06
820,230
Yuxarı Şirvan kanalında qadın meyiti aşkarlandı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Şirvan kanalının Göyçay rayonunun Ulaşlı Şıxlı kəndi ərazisindən keçən hissəsində suyun üzündə naməlum qadın meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub. Axar.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
2024-01-06
820,231
Livandan İsrailə: Bu, regional müharibəyə səbəb olacaq!
Livan İsraildən respublikanın suverenliyini pozmaqdan əl çəkməyi və qoşunların ölkənin cənub rayonlarından çıxarılmasını tələb edir. Çünki sərhəddə vəziyyətin daha da gərginləşməsi regional müharibənin başlanmasına səbəb ola bilər. Axar.az xəbər verir ki, bu barədə Livanın Baş naziri Nəcib Mikati AB diplomatiyasının rəhbəri Jozep Borrell ilə görüşdə bildirib. Mikati Livan vətəndaşlarının istənilən tərəflə silahlı qarşıdurmanın əleyhinə olduğunu və dinc yanaşı yaşamaya sadiq olduqlarını vurğulayıb: "Biz vəziyyəti sabitləşdirməyə çalışırıq, çünki Livanın cənubunda sərhəd münaqişəsinin daha da gərginləşməsinin regional müharibəyə səbəb olacağını başa düşürük". Qeyd edək ki, Borrell Livanda səfərdədir.
2024-01-06
820,232
Seuldən Pxenyana xəbərdarlıq: Müharibəyə başlayacağıq!
Şimali Koreya Cənubi Koreya əhalisini təhdid etməyə davam edərsə, ordumuz hərbi əməliyyatlara əl atacaq. Axar.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Baş Qərargah Rəisləri Komitəsinin məlumatında deyilir. "Şimali Koreyanın artilleriya atəşini davam etdirməsi gərginliyin artmasına səbəb olur və Koreya yarımadasında sülhü təhdid edir. Əgər Şimali Koreya əhalimizi artilleriya atəşi ilə hədələməkdə davam edərsə, silahlı qüvvələrimiz də lazımi hərbi tədbirləri görəcək”, - komitənin açıqlamasında deyilir. Qeyd edək ki, Şimali Koreya yanvarın 6-da da Sarı dəniz istiqamətində 60-a yaxın artilleriya mərmisi atıb.
2024-01-06
820,233
Qəzzada ölənlərin sayı artdı
Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan indiyədək Qəzza zolağında ölənlərin sayı 22 722 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, daha 58 166 nəfər xəsarət alıb.
2024-01-06
820,235
Zelenskidən Qərbə: O milyardları bizə verin!
Ukrayna Prezidenti Vladimir Zelenski Qərb siyasətçilərini dondurulmuş Rusiya aktivlərini mümkün qədər tez Kiyevə köçürməyə çağırıb. Axar.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Qərb hökumətləri Moskvanın əngəllənmiş aktivlərinin Kiyevə ötürülməsi üçün hüquqi bazanın yaradılması prosesini sürətləndirməlidir. Zelenski ilin sonunadək bu məsələdə irəliləyiş gözlədiyini vurğulayıb. Ukrayna lideri qeyd edib ki, söhbət 300 milyard dollarlıq məbləğdən gedir: "Ukrayna Rusiyanın dondurulmuş aktivlərinin ona ötürülməsi məsələsində G7-yə üzv ölkələrin səylərinə ümid edir".
2024-01-06
820,241
Rusiya daha 6 "Neptun" raketini məhv etdi
Rusiyanın havadan müdafiə sistemləri Qara dənizin şimal-qərb bölgəsi üzərində Ukraynaya məxsus 6 gəmi əleyhinə “Neptun” raketini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Qeyd edək ki, ötən gün də Rusiya qüvvələri “Neptun” raketini zərərsizləşdirmişdi.
2024-01-07
820,242
ABŞ NATO-dan çıxacaq - Ramasvamidən şok
Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlərdən biri Vivek Ramasvami bəyan edib ki, prezident olduqdan sonra ABŞ-ı NATO-dan çıxaracaq. Axar.az xəbər verir ki, bu barədə "Politiko" məlumat yayıb. Qeyd olunur ki, Ramasvami respublikaçı tərəfdarlar arasında populyarlıq baxımından ilk dördlükdədir. Prezidentliyə namizəd kampaniyasının sözçüsü Trişa Maklaflin alyans haqqında nə edəcəyini birbaşa şərh etməkdən imtina edib, lakin Ramasvaminin mövqeyini inkar etməyib: "Vivek NATO müttəfiqlərinin əksəriyyətinin hərbi investisiya öhdəliklərini yerinə yetirməməsindən ciddi narahatdır və lazım gələrsə, öz dəstəyimizi nəzərdən keçirəcək. O, həmçinin hesab edir ki, Soyuq müharibədən sonra NATO-nun ekspansionizmi Rusiya ilə böyük münaqişə riskini əsassız olaraq artırıb".
2024-01-06
820,243
İraq neft məhsullarının idxalını dayandıracaq
İraq 2024-cü ildə ölkəyə neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır. Axar.az xəbər verir ki, bu barədə İraqın Neft Nazirliyinin rəsmi nümayəndəsi Asem Cihad bildirib. “2024-cü ildə İraq daha çox yerli istehsala əsaslanacaq və bir sıra neft emalı zavodları istehsala başladıqdan sonra idxalda azalma olacaq”, - deyə o vurğulayıb. Qeyd edək ki, İraq yerli bazar çatışmazlığını doldurmaq üçün bəzi neft məhsullarını idxal edir.
2024-01-06
820,244
İsrail Livan şəhərlərinə zərbələr endirdi
İsrail qırıcıları Livanın Tir və Sayda şəhərləri yaxınlığındakı ərazilərə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. “İsrail aviasiyası Livanın Tir şəhərinin cənubundakı Əl-Xəlilə zərbə endirib. İsrail hava qüvvələri həmçinin Sayda şəhərinin cənubundakı Qeysəriyə əs-Siyad və əl-Şərqiyyə bölgələri arasındakı ərazini vurub”, - deyə məlumatda bildirilir.
2024-01-07
820,245
Aygün Bəylər vəfat etdi - Nazirlik
2024.01.07. 20:52 Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümbətova Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd edək ki, bundan öncə əməkdar artistin vəfat etdiyi barədə xəbər yayılsa da, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova məlumatı təkzib etmiş, sənətçinin saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcəyini bildirmişdi. Buna baxmayaraq, onun süni tənəffüs aparatına qoşulduğu da təsdiqlənmişdi. Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov isə əməkdar artistin Bakıya çatan kimi xəstəxanaya yerləşdiriləcəyini və onun müalicəsinə başlanılacağını demişdi. Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına həmin il – 13 yaşında qəbul edilib. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb. 1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylər görkəmli sənətkarlar Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan dərs alıb. 2002-ci ildə “əməkdar artist” fəxri adına layiq görülüb. 2005-ci ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən beynəlxalq folklor festivalında birinci mükafata layiq görülüb. Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və s. ölkələrdə solo konsertlər verib. A.Bəylər həmçinin “Qış nağılı. I film” (2002), “Qış Nağılı. II film” (2003) və “Bakı bağları. Buzovna” (2007) filmlərində çəkilib.
2024-01-06
820,247
"Neftçi" Türkiyədə yoxlama oyununda məğlub oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən "Neftçi" klubu ilk yoxlama oyununa çıxıb. Axar.az xəbər verir ki, "ağ-qaralar" yerli komanda olan "Ərzurumspor"la qarşılaşıb. Görüş paytaxt təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Matçda hesabı 10-cu dəqiqədə Rəhman Hacıyev açıb. Rəqibin heyətində 58-ci dəqiqədə Eren Tozlu penaltidən fərqlənərək tablodakı rəqəmləri bərabərləşdirib. Digər qolları isə 77-ci dəqiqədə Muhammed Özhan və 79-cu dəqiqədə Özger Sərt vurub. Qeyd edək ki, "Neftçi" yanvarın 14-dək Türkiyədə toplanış keçəcək.
2024-01-07
820,249
Rusiyanın zərbələri Qərbdə panika yaratdı - Merkuris
Rusiyanın Kiyevdə yerləşən strateji hədəflərə raket hücumu Avropa ölkələrində panikaya səbəb olub. Axar.az xəbər verir ki, bunu britaniyalı analitik Aleksandr Merkuris deyib. Ekspertin sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin hücumları nəticəsində Ukraynanın hərbi infrastrukturuna xeyli ziyan dəyib: "Rusiya tərəfindən geniş miqyasda və yüksək texnologiyalı silahlardan istifadə etməklə həyata keçirilən hücumlarla Amerika və Avropanın hava hücumundan müdafiə sistemləri həddən artıq "yüklənib". AB-nin yeni "Patriot" zenit sistemlərinin istehsalı haqqında düşünməyə başladığı bir vaxtda biz həyəcan və panika əlamətləri görürük".
2024-01-06
820,255
Türk qırıcılarından İraqda növbəti əməliyyat...
Türkiyə hərbi aviasiyası İraqın şimalında terrorçu qruplara qarşı növbəti əməliyyat icra edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Asos bölgələrində təşkil edilən əməliyyatlarda yüksək rütbəli terrorçular da daxil olmaqla, 15 hədəf məhv edilib.
2024-01-06
820,259
Lənkəranda avtomobillər toqquşdu: yaralılar var
Lənkəranda avtomobillər toqquşub, yaralılar var. Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Ələt-Astara-İran dövlət sərhəd yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. VAZ-2107 və "Ford" markalı avtomobillərin toqquşması nəticəsində Astara rayonunun Çayoba kənd sakinləri - 2004-cü il təvəllüdlü İlqar İlham oğlu Səfərzadə, 2006-cı il təvəllüdlü Şahlar Şahmar oğlu Əliyev və 2006-cı il təvəllüdlü Seydəmir Anar oğlu Quliyev müxtəlif xəsarətlər alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.
2024-01-06
820,264
Ruslar S-300-lə zərbə endirdi: 11 nəfər öldü
Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətinin Pokrov rayonuna zərbələr endirməsi nəticəsində 5-i uşaq olmaqla, 11 nəfər həlak olub, 8-i xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin deyib. O, rusların S-300-lə zərbə endirdiyini bildirib.
2024-01-06
820,265
Rusiyadan miqrant adı ilə kəşfiyyatçılar gəlir - Norveç
2015-ci ildə Storskoq sərhəd-keçid məntəqəsi vasitəsilə Rusiyadan Norveçə gələn miqrantlar arasında xarici kəşfiyyat xidmətlərindən tapşırıq almış şəxslər də olub. Axar.az xəbər verir ki, bunu ölkənin əks-kəşfiyyatının rəhbəri Atle Tangen deyib. "Norveçə üz tutan qaçqınların orada qeyri-qanuni kəşfiyyat aparmağa cəlb edilməsi hələ də davam edir. Bu səbəbdən indi bu barədə ətraflı danışa bilmərik", - o bildirib.
2024-01-06
820,267
Bakıda ən soyuq yanvar ayı...
Yanvar ayının bəzi günlərində hava şəraiti mülayim, bəzi günlərində isə soyuq keçir. Bir neçə gündür ki, ölkə ərazisində mülayim hava şəraiti müşahidə olunurdu. Lakin yanvarın 6-sı gecə və səhər saatlarında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir güclənib. Yanvarın 7-dən 10-dək ölkə ərazisində hava şəraitinin, əsasən, yağmursuz keçəcəyi gözlənilir, lakin ilkin məlumatlara görə, yanvarın 10-u gündüzdən 12-si səhərədək hava şəraitinin yenidən dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin ayrı-ayrı günlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir. Qeyd edək ki, uzunmüddətli hava proqnozlarının özünü doğrultması aşağı olduğundan hava proqnozları, adətən, sutkalıq, iki sutkalıq və yeddigünlük dövrü əhatə edir. Axar.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Bölgələrdə yanvar ayı üçün qarşıdakı günlərdə gözlənilən hava şəraitinə gəlincə N.Mahmudov bildirib ki, yanvarın 10-u səhərdən 13-dək hava şəraiti qeyri-sabit keçəcək: “Havanın arabir yağıntılı olacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, qərb küləyinin sürətinin saniyədə 15-20 metrədək güclənəcəyi ehtimalı var. Qeyd edim ki, Bakıda və Abşeron yarımadasında 2023-cü ilin yanvar ayının ilk günlərində havanın maksimal temperaturu 18 dərəcə isti olduğu halda, minimal temperatur ayın 11-də 3 dərəcəyədək şaxta qeydə alınıb”. Xidmət rəisinin sözlərinə görə, son 20 ilin məlumatlarına əsasən, Bakıda ən soyuq yanvar 2008-ci ildə müşahidə olunub: “Həmin il Bakıda havanın minimal temperaturu 8,7 dərəcə şaxta olub. Ən isti yanvar isə 2007 və 2019-cu illərdə qeydə alınıb. Həmin illərdə havanın maksimal temperaturu 20 dərəcə istiyədək yüksəlib. 2024-cü ilin yanvar ayının bəzi günlərində də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə qar yağacağı istisna olunmur”.
2024-01-06
820,268
ABŞ Yəməndən buraxılan PUA-nı məhv etdi
ABŞ hərbçiləri Yəməndən buraxılan pilotsuz uçuş aparatını məhv edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb. “PUA Qırmızı dənizin cənubunda beynəlxalq sularda “Laboon” esminesi tərəfindən özünümüdafiə məqsədilə vurulub”, - deyə məlumatda bildirilir.
2024-01-06
820,270
Qoşunların sərhəddən geri çəkilməsi… - Ermənistan XİN
Qoşunların Ermənistan-Azərbaycan sərhədindən güzgü prinsipi ilə çıxarılması təklifi qüvvədə qalır. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. “Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar zamanı Ermənistan tərəfi həmişə qoşunların Ermənistan-Azərbaycan dövlətlərarası sərhədindən güzgü prinsipi ilə çıxarılmasının güzgü tərəfdarı olub və bu, hələ də qüvvədədir”, - deyə məlumatda bildirilir.
2024-01-06
820,271
Şumaxer qəzadan 10 il sonra: vəziyyəti açıqlandı
2013-cü il dekabrın 29-da Alp dağlarında xizək sürərkən yıxılaraq ağır kəllə-beyin travması alan əfsanəvi Formula-1 pilotu Mixael Şumaxerin son vəziyyəti açıqlanıb. Axar.az xəbər verir ki, uzun müddət komada qalan Şumaxerin qardaşı Ralf Şumaxer müasir tibbin nailiyyətləri sayəsində onun səhhətində müəyyən irəliləyişlər olduğunu bildirib. Buna baxmayaraq, Ralf qardaşında “heç nəyin əvvəlki kimi olmadığını” vurğulayıb.
2024-01-07
820,272
Almaniya qorxduğu üçün bu silahı Kiyevə vermir - Qressel
Berlin qorxduğu üçün “Taurus” qanadlı raketlərini Ukraynaya ötürmür. Almaniya təkcə ehtiyatlarının tükənməsindən deyil, həm də texnologiyanın rusların əlinə keçməsindən qorxur. Axar.az xəbər verir ki, bunu Avropa Birliyinin (AB) Xarici Əlaqələr Şurasının üzvü, hərbi ekspert Qustav Qressel deyib. "Taurus"un köhnə nəsilləri Ukraynaya köçürülə və beləliklə sınaqdan keçirilə bilər. Ukrayna təcrübəsinə əsaslanaraq, raketlər süni intellektlə hədəfləməni və Rusiyanın hava hücumundan müdafiə sistemlərinə daha yaxşı nüfuz etmək üçün əks tədbirləri təkmilləşdirə bilər", - o bildirib. Onun sözlərinə görə, Berlinin bu raketlərin tədarükü məsələsində rasional müzakirələrə ehtiyacı var: "Onların dəyişdirilməsini nəzərdən keçirərək, müdafiə və çəkindirmə gücünü Ukraynaya dəstək tələblərinə uyğunlaşdırmaq lazımdır".
2024-01-06
820,274
Kabildə avtobus partladıldı: ölənlər var
Əfqanıstanın paytaxtı Kabildə partlayış olub. Axar.az xəbər verir ki, bu barədə "TOLO Nyus" telekanalı məlumat yayıb. Avtobusda baş verən partlayışda iki nəfər ölüb, 14 nəfər yaralanıb.
2024-01-06
820,276
Yaponiyada qeyri-adi zəlzələlər baş verdi
Yaponiyanın mərkəzi bölgəsində ziddiyyətli xüsusiyyətlərə malik qeyri-adi zəlzələ baş verib. Axar.az xəbər verir ki, ölkənin Meteorologiya İdarəsinin məlumatına görə, zəlzələnin maqnitudası 4,4 olub ki, bu, orta ölçülü afterşoklar üçün tipik göstəricidir. Lakin seysmik intensivliyin səviyyəsi Yaponiya şkalası üzrə altı olub ki, bu da adətən altı baldan yuxarı güclü zəlzələyə uyğun gəlir. Eyni zamanda hadisə yerində olan şahidlər orada güclü təkanların hiss olunmadığını vurğulayıblar. İstisna olunmur ki, məlumatların uyğunsuzluğu seysmoloqların avadanlıqlarında hansısa nasazlıqla bağlı ola bilər. Qeyd edək ki, ardıcıl bir neçə gündür Yaponiyanın müxtəlif regionlarında güclü yeraltı təkanlar qeydə alınmaqdadır.
2024-01-06
820,277
İranda güclü partlayış: şayiələr yayıldı
İranın Fars əyalətində güclü partlayışlar baş verib. Axar.az xəbər verir ki, partlayışlardan sonra sosial mediada Bəxteqan gölü yaxınlığında təyyarənin qəzaya uğradığı haqda məlumat yayılıb. Fars əyalətinin böhran idarəsinin rəhbəri Qulamrza Qulami bildirib ki, təyyarənin qəzaya uğraması xəbəri həqiqəti əks etdirmir, bu şayiə Bəxteqan gölü ərazisində güclü partlayış səsi eşidildikdən sonra yayılıb. O, yaxınlıqdakı şaxtada partlayış baş verməsi nəticəsində yüksək səsin gəlməsini istisna etməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
2024-01-06
820,278
Türkiyənin iki vilayətində zəlzələ baş verdi
Türkiyədə iki vilayətində - Malatya və Manisada 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, Malatyada baş verən zəlzələ şəhər mərkəzindən 31 km məsafədə, 9 km dərinlikdə qeydə alınıb. Manisada isə qeydə alınan təkanların ocağı mərkəzdən 45 km uzaqlıqda yerləşib. Zəlzələnin episentri 12 km dərinlikdə qeydə alınıb.
2024-01-06
820,281
Fransa Afrikada ciddi zərbə aldı
2023-cü ildə Fransa diplomatiyası Afrikada təsirini xeyli itirdi. Axar.az xəbər verir ki, bu barədə Fransanın RFI radiostansiyası məlumat yayıb. Məlumata görə, Fransa diplomatiyası 2023-cü ildə Afrikada əhəmiyyətli zərbə alıb: "Çünki keçmiş müttəfiqlər bir sıra hərbi çevrilişlərdən və ümumi siyasi təlatümlərdən sonra xarici siyasət vektorunu başqa yerlərə yönləndirdilər. Fransanın Afrikadakı maraqları 2024-cü ildə böyük problemlərlə üzləşəcək - xüsusilə Mali kimi, Sahel bölgəsində Fransa hərbi varlığının keçmiş qalaları olan Niger və Burkina Fasoda liderlərin devrilməsindən sonra. Gözlənilməz çevriliş Mərkəzi Afrikanın əsas oyunçusu olan Qabon ilə uzunmüddətli tərəfdaşlığa da son qoydu".
2024-01-06
820,282
Netanyahu: Müharibəni dayandırmaq olmaz
HƏMAS məhv edilməyənə və bütün girovlar azad olunmayana qədər İsrailin Qəzza zolağında müharibəsini dayandırmaq olmaz. Axar.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "İsrail həm cənubda, həm də şimalda təhlükəsizliyi bərpa etmək niyyətindədir. O vaxta qədər hər şeyi bir kənara qoyub, tam qələbə qazanana qədər birlikdə hərəkət etməyə davam etməliyik”, - o bildirib.
2024-01-06
820,284
İranda nazir müavini sui-qəsddən sağ çıxdı
İranda nazir müavini sui-qəsddən sağ çıxıb. Axar.az xəbər verir ki, dünən İranın sənaye, mədən və ticarət nazirinin müavini Məhəmmədmehdi Bəradəran Qəzvin yolunda sui-qəsd nəticəsində avtomobil qəzası keçirib. Məlumata görə, qəzaya səbəb olan avtomobil toqquşmadan sonra hadisə yerindən qaçıb.
2024-01-06
820,290
Qəbələdə "Mersedes" ağaca çırpılaraq yandı: ölən var
Yanvarın 6-sı saat 21 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində “Mersedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin - 1970-ci il təvəllüdlü Rafael Mirzəliyev aldığı xəsarətlərdən ölüb. Araşdırma aparılır.
2024-01-07
820,296
İranda “qırmızı bayraq” qaldırıldı: “qisas” olacaq?
İranın Qum şəhərində “şiələr üçün müqəddəs” olduğu iddia edilən Çəmkəran məscidində qırmızı bayraq qaldırılıb. Kirmandakı çoxsaylı insan tələfatına və yaralanmasına səbəb olan terror aktından sonra 3 gündür qaldırılan qırmızı bayraq “qisasa çağırışdır”. İran rəsmilərinin terakt baş verən gün – 3 yanvarda elan etdiklərinə uyğun olaraq, İranın bu qətliama cavab verəcəyi gözlənilir. Son illər İranda qırmızı bayrağın qaldırılması ikinci dəfədir baş verir. İlk dəfə Qasım Süleymaninin 3 yanvar 2020-ci ildə Bağdad aerodromundan aviazərbə nəticəsində öldürülməsindən sonra qırmızı bayraq qaldırılmışdı. Yaxın tarixdə ilk dəfə “qisas bayrağının qaldırılması” İranın əfsanəvi general hesab etdiyi Qasım Süleymaniyə görə dəhşətli qisas alacağı haqda rəy yaratmışdı. Ancaq aradan 4 il vaxt keçəndən sonra məlum oldu ki, İran yalnız ABŞ-ın bir neçə bazasına proksi qrupları vasitəsilə uğursuz hücumlardan o tərəfə keçə bilmir və yaxud buna qadir deyil: qisas alacağı haqda daxili auditoriyaya informasiya ötürən İran rəhbərliyi əslində qətiyyətli addım atmaqdan çox uzaqdır. Eyni proses bu gün artıq 3 ayı tamam olan HƏMAS-İsrail savaşı ilə bağlı İranın tutduğu mövqeyə də aiddir. İran HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumunu birmənalı dəstəkləsə də, Fələstin radikal qrupuna yardımı siyasi bəyanatlardan o yana keçmir. Əslində İranın mövqeyini “böyük dövlətlərə xarakterik” saymaq mümkün olardı – adətən, böyük dövlətlər də birbaşa qarşıdurmadan çəkinərək, digər dövlətlərin və qrupların əli ilə siyasi-hərbi ambisiyalarını həyata keçirir. Ancaq məsələ bundadır ki, İsraildə savaş başlayandan dərhal sonra Təl-Əvivin strateji müttəfiqi ABŞ “üzən ordusunu” – təyyarədaşıyan gəmilərini anında bölgəyə göndərdi və hazırda bu ordu İsrailə qarşı kənar müdaxilələrin qarşısını almaqla məşğuldur. Ən azı, hər gün Yəmən husilərinin atdığı raketlərin ABŞ donanması tərəfindən məhv edildiyini müşahidə edirik. Üstəlik, region sularını nəzarət altına alan ABŞ donanması HƏMAS-a istənilən hərbi yardımın önündə ən ciddi baryerdir. ABŞ-ın birbaşa hərbi dəstəyinı qarşılıq İranın hansı real addımı müşahidə edilib? Heç bir! İsrail isə nəinki İranın dəstəklədiyi qruplara, hətta İranın İraq və Suriyada “məsləhətçi-məşvərətçi” kimi yerləşən hərbçilərinə, yəni İrana bağlı olan deyil, birbaşa İran ordusuna aid qüvvələrə açıq şəkildə zərbə endirməyə davam edir. 3 aylıq müharibə müddətində İsrailin İranın ölkədən kənarda yerləşdirilən SEPAH güclərinə ciddi itkilər verdiyini müşahidə etmək mümkündür. Ən son belə hadisə isə 25 dekabr 2023-cü ildə Suriyada SEPAH-ın Qüds briqadasının yüksək rütbəli zabiti Seyidrza Musəvinin məhv edilməsidir. S.Musəvi sıradan general deyildi – Qasım Süleymaninin silahdaşı, İran siyasi-hərbi ambisiyalarını ölkə sərhədlərindən kənarda həyata keçirənlərdən (Qasım Süleymani kimi) idi. Təsadüfi deyil ki, S.Musəvi Suriyada yerləşmişdi və “İranın proksi qrupları” kimi ümumiləşdirilən qüvvələri də koordinasiya edirdi. Eyni zamanda, Suriyada İranın hərbi varlığının ifadəçilərindən sayılırdı. İsrail-ABŞ ittifaqı İranın sərhədlərini aşan ambisiyalarına qarşı ən sərt tədbirləri hər zaman konkret şəkildə görür və bu qüvvə və şəxsləri məhv edir. İran isə hər dəfə qisas vəd edir – 4 ildən sonra 4 yanvarda Qumda qaldırılan “ikinci qırmızı bayraq” misalı. Yeri gəlmişkən, “Nyu York Tayms” Əli Xameneinin Kirman teraktından sonra ABŞ-la birbaşa qarşıdurmadan qaçmağı, bu azmış kimi, İrana bağlı proksi qrupların ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücumlarını məhdudlaşdırmağı tapşırdığını yazıb. Belə çıxır ki, İran nəinki qisas alacaq, əksinə, sərhədlərindən kənarda başqa qüvvələrin əli ilə davam etdirdiyi hərbi fəaliyyətini də məhdudlaşdıracaq. Ona görə də Qumda qaldırılan qırmızı bayrağın yalnız ölkə daxilinə bir təsəlli mesajı kimi qəbul etmək mümkündür.
2024-01-07
820,297
Obama Trampa qarşı Baydenlə birləşir
ABŞ-ın keçmiş prezidenti Barak Obama eks-prezident Donald Trampın ölkədə hakimiyyətə qayıdışı ehtimalından narahatdır və hazırkı lider Co Baydeni seçki kampaniyasını gücləndirməyə çağırıb. Axar.az xəbər verir ki, bu barədə "Vaşinqton Post" məlumat yayıb. Nəşrin yazdığına görə, Obama və Bayden birbaşa olaraq seçki kampaniyasının yenidən qurulmasının zəruriliyini müzakirə ediblər. Qeyd edək ki, Obama və Bayden Demokratlar Partiyasını, Tramp isə Respublikaçılar Partiyasını təmsil edir.
2024-01-07
820,299
Türk və hindu dillərinin kök yaxınlığı
Amerikan hinduları ilə türklərin kök birliyi haqda zaman-zaman bir-birinə yaxın və bir-birindən fərqli mülahizələr, hipotezlər irəli sürülüb. Amerikanın qırmızıdərili yerli sakinlərinin mənşəyi elmi və qeyri-elmi fikri uzun illər məşğul edib. Bəs xalqların bir-biri ilə doğma və yad münasibətləri hansı müstəvidə çözülməlidir? Zira bu iki etnosun birbaşa əlaqə və vəhdətini təsdiq edən rəsmi, tutarlı və elmi dəlillər yoxdur. Amma... ortada maraqlı hipoteza və fikirlər də yox deyildir. Hesab edirəm ki, bu məsələdə dil faktoru önəmli rol oynaya bilər. Amerikan alimlərinin Miçiqan Universitetində apardığı tədqiqatlara görə, müasir hindular bu qitəyə “Berinq körpüsü” vasitəsilə gəliblər. Adıçəkilən ərazi vaxtilə Amerika və Asiya arsında geniş bir dəhliz olub. 12 min il əvvəl həmin “körpü” yox olmuşdur. Hazırda həmin ərazidə Berinq körfəzi yerləşir. Bu miqrasiya uzun bir zaman ərzində davam edib. Təxminən 20-25 min əvvəl indiki hinduların ulu babaları Altaydan köç edərək Amerikada məskunlaşıblar. Yeri gəlmişkən, mən özümü dil mütəxəssisi hesab etməsəm də, dillərin “dialektikasını” və “nəfəsini” pis duymuram, bu barədə öz fərdi və fərqli düşüncələrim var. Hətta dünyaya səpələnmiş türklərlə və türk dilləri ilə bağlı “Yüz türk etnosu” («Сто тюркских этносов» (“Araz” nəşriyyatı, 2012)) adlı kitabın tərtibçisiyəm. Özümü “Ural-Altay” dil nəzəriyyəsinin (bəzən buna hipotez də deyirlər) tərəfdarı hesab edirəm. Və belə düşünürəm ki, hindu dilləri məhz bu ailəyə daha yaxındır. Düzdür, bu dili 150 ildən bəri tədqiq edən alimlər onu (daha doğrusu, bütün hindu dillərini) vahid bir mikroailəyə daxil edir və bunu “amerinds” adlandırırlar. Məsələ burasındadır ki, “amerinds” nəzəriyyəçiləri hindularla türklərin tarixən həm fiziki, həm də dil cəhətdən qohum olduqlarını inkar etmir. Qırmızıdırililərlə bağlı bir neçə il əvvəl Amerikada “Şimali Amerika hinduları haqda məlumat” adlı kitab nəşr edilib və o kitabda hindu dilləri ailəsi haqda geniş məlumatlar verilib. Bəli, bü gün dünyanın əksər alimləri müasir hinduların türk kökənli olduğunu irəli sürür. Elə hindu tayfalarının dilindəki bir çox türk sözləri də deyilənlərə illüstrasiya ola bilər. Onu da qeyd edək ki, vahid hindu dili mövcud deyildir. Təkcə Şimalı Amerikada 400-dən çox hindu tayfası yaşayır və onların əksəriyyətinin öz danışıq dili vardır. Amma bir çox söz və ifadələr əksər tayfalar üçün səciyyəvidir. Gəlin, bəzi sözləri qarşılıqlı şəkildə (hindu və turk dilləri əsasında) nəzərdən keçirək. Vakan - kaqan, xan Tanı - tanımaiçi-içmək kapsun - qapmaq, dişləmək kan – qan mi - mən baha – baba ike - iki. Mövcud sahənin görkəmli tədqiqatçısı avropalı O.Reriqin və rus alimi Y.Knorozovun mülahizələri ilə tanışlıq da diqqəti özünə çəkir. Gəlin, yenə mövcud leksemlərlə paralel şəkildə tanış olaq: Yaş - gənc yaşel - yaşıl, cavan iç - daxil, iç oş (uş) – üç kuç – güc kol – qol çab - çap, kəs, doğra ax(çı) - ov(çu) koş – quş aak – ağ çul - sutur - dur, dayan imi – döş imu - əmmək (döş) çalan – ilan ooç – aş ba – balıq akan – ağa al - oğul. Orientalist alim S.Vikavder Altay ailəsinə mənsub olan dillərlə mayya hindularının dili arasında paralellər görür. Yenə bəzi sözləri müqayisəli şəkildə nəzərdən keçirək: Bet - bitmək Bllim – bilik vox – boş qanlı – qanlı yaklel – yandırmaq tas – daşımaq boya - boya, rəng. Uruqvay alimi B.Ferrario mayya qrupuna daxil olan keçuaların dili ilə türk dili arasında oxşarlıq olduğunu irəli sürməklə yanaşı, söz köklərinin yaxınlığını da qeyd edir. Bəzi leksemləri nəzərdən keçirmək pis olmazdı. Kok - göy, səma vaqe – dayı tata – ata misi – pişik ari – arıq qo – qovmaq kasa - qaç(an). Fransalı orientalist G.Dümezel də hər iki dil arasında oxşarlığı qeyd edərək müqayisələr gətirir. Buyurun, tanış olaq: Caqla – saqqal Tuqu - tökmək Tavqa - dağ, dağ-daş Qarvin - mədə, qarın Cunqa - son(da), axır. Hesab edirəm ki, gətirilən misallar hindu və türk dilllərinin kök və mənşə yaxınlığı barədə düşünməyə, tədqiqatlar, axtarışlar aparmağa imkan verə bilər.
2024-01-07
820,300
Bank kartları ilə bağlı yaranan problem aradan qaldırıldı
00:06 Yanvarın 6-da axşam saatlarında “Azərikard” prosessinq mərkəzinin xidmət göstərdiyi bankların bankomatlarından, POS terminallarından və mobil proqramlarından istifadə zamanı müşahidə olunan texniki nasazlıqlar aradan qaldırılıb. Bu barədə Axar.az-a “Azərikard”dan məlumat verilib. Qeyd edək ki, ötən gecə “Azərikard”ın xidmət göstərdiyi bankların bankomatlarından və mobil proqramlarından istifadə zamanı bəzi problemlər yaranıb (23 bankdan 13-nə xidmət göstərilir). "Rabitəbank" və ABB texniki problemlərin aradan qaldırılması ilə bağlı məlumatı təsdiqləyiblər.
2024-01-07
820,301
İsrail Qəzzanın şimalını HƏMAS-dan tamamən təmizlədi
İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS hərəkatının hərbi strukturlarının dağıdılmasını başa çatdırıb. Axar.az xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari deyib.
2024-01-07
820,302
Kilsənin çağırışı: Bakı İrəvanı o qədər zəiflətməlidir ki… - Video
Paşinyan hakimiyyəti II Qareginin bu mövqeyini bölüşmür. Qareginin Yeni il günü müraciətinin İctimai TV-də yayımlanmasına icazə verilməməsi də təkcə kilsə-hakimiyyət qarşıdurmasından yox, həm də katolikosun qondarma “artsax”dan bəhs etməsindən qaynaqlanır. Axar.az xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı erməni katolikosu II Qareginin İrəvanın əsas kilsəsində keçirilən mərasimində qondarma “artsax”ın onlar üçün heç vaxt keçmişə çevrilməyəcəyi haqda açıqlamasına münasibətində qeyd edib. “Baş verənlər Ermənistanda kilsə-iqtidar davası kimi görünsə də, Azərbaycan üçün bir nəticəni də ortaya çıxarır: ermənilər Qarabağ iddiasından asanlıqla əl çəkməyəcək, çünki erməni terroru və separatizminin mənbəyi həmişə kilsə olub və onların siyasətə də, diaspora da kifayət qədər təsiri var. Və bu, Azərbaycanı iki istiqamətdə hərəkət etməyə vadar edir: 1. Ermənistanla sülh sazişini revanşizm meyillərinin olmayacağı zəmanəti ilə imzalamaq və bu ölkənin üzərinə maksimum öhdəlik qoymaq; 2. Sülh sazişi imzalansa belə, daim “tətikdə” dayanmaq, Ermənistanı ərazi iddialarını yenidən dilə gətirmək imkanı olmayacaq qədər zəiflətmək. Əks təqdirdə, məhz sülh naminə sülh bağlamaq ermənilərə zaman qazandıra bilər”, - politoloq vurğulayıb.
2024-01-07
820,303
Kirmanda partlayış anından daha bir görüntü - Video
Yanvarın 3-də İranın Kirman şəhərində Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində baş verən partlayışlarla bağlı daha bir videogörüntü yayılıb. Axar.az həmin görüntünü təqdim edir: Qeyd edək ki, baş verən ardıcıl iki partlayış nəticəsində ölənlərin sayı 91 nəfərə qalxıb.
2024-01-07
820,304
Aygün süni tənəffüs aparatında: müalicə edəcəm - Həkimi
Türkiyəyə gəzməyə getmişdi. İndi Ankaradan Bakıya gəlir. Onu mən müalicə edəcəm. Vəziyyəti ağırdır. Yarım saat əvvəl danışmışam, gecə saat 3-4 arası bizim xəstəxanada olacaq. Axar.az xəbər verir ki, bunu Aygün Bəylərin həkimi, Milli Onkologiya Mərkəzinin kimyaterapevti Anar Məmmədov Moderator.az-a deyib. Qeyd edək ki, sənətçinin ölüm xəbəri yayılsa da, sonradan Mədəniyyət Nazirliyi xəbəri təkzib edərək onun süni nəfəs aparatına qoşulduğunu və Vətənə gətirildiyini açıqlamışdı.
2024-01-07
820,305
HƏMAS İsrail tanklarını belə məhv edir - Video
HƏMAS-ın silahlı qanadı Əl-Qəssam Briqadası Qəzzadakı döyüşlərlə bağlı növbəti videogörüntü paylaşıb. Axar.az xəbər verir ki, görüntülərdə HƏMAS yaraqlılarının küçə döyüşlərində İsrail hərbçilərinə qarşı müqaviməti əks olunub. Görüntüləri təqdim edirik:
2024-01-07
820,306
Paşinyan: İcraçılar cibindən ödəyəcək!
Məktəblərin təmirindəki çatışmazlıqların aradan qaldırılması üçün inşaatçılar özləri pul ödəməlidirlər. Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Armavir vilayətinə səfəri zamanı deyib. O, məktəbin idman və mərasim zalının əsaslı təmir olunduğu, 362 milyon dram vəsait xərclənən Canfida kəndində olub. "Bu məktəbdə bir sıra problemlər var. Dövlət büdcəsindən maliyyələşən proqramlarda çatışmazlıqlar yolverilməzdir. Belə layihələri başa çatmış hesab etmək olmaz", - deyə baş nazir bildirib. Onun sözlərinə görə, oxşar problemlər Artimetdəki məktəbin yeni idman zalında da mövcuddur (qiyməti 198 milyon dram). Qeyd edək ki, Lori və Armavir bölgələrinə analoji səfərlərdən sonra qubernatorlar, eləcə də Şəhərsalma Komitəsinin rəhbəri işdən çıxarılıb.
2024-01-07
820,307
Zaporojyedə partlayışlar baş verdi
Ukraynanın Zaporojye şəhərində partlayışlar baş verib. Axar.az xəbər verir ki, bu barədə “Ukrinform” məlumat yayıb. Partlayışların nədən qaynaqlandığı açıqlanmır. Bundan öncə şəhərdə hava həyəcanı siqnalı elan edilmişdi.
2024-01-07
820,308
Bu, Rusiyadır, həmişə döyüşəcək - Ukraynalı komandir
Cəbhə xəttindəki ukraynalı müdafiəçilərin istirahətə ehtiyacı var. Bu baxımdan Ukrayna hərbçilərinin heç olmasa müvəqqəti dəyişməsi üçün səfərbərlik lazımdır. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın 59-cu "Maksim Kondor" briqadasının atıcı batalyonunun komandiri deyib. "Hərbçiləri əvəz edəcək kimsə olmadığı üçün çox nadir hallarda onları tətilə buraxmalı və ya dəyişdirməli oluram. Demobilizasiya üçün mitinqlər aparılır. Bəs bu adamları kim gəlib əvəz edəcək? Biz burada yorulmamışıq, amma mülkilər yorulub. Müharibədən ən çox bezənlər bu müharibə üçün heç nə etməyənlərdir. Hərbi xidmətə cəlb olunanlar indi cəbhədə olan müdafiəçiləri əvəz etməsələr, o zaman bütün Ukrayna işğala məruz qala bilər və o zaman ukraynalılar əllərində pulemyotlarla Rusiya bayrağı altında başqa yerə aparılacaqlar. Biz ərazini işğaldan azad etsək belə, 50-100 ildən sonra yenə bizə hücum edəcəklər. Övladlarım, nəvələrim Rusiya ilə vuruşmasalar, bu, mənim üçün böyük nəticə olacaq. Bu, Rusiyadır - həmişə döyüşüb və döyüşəcək", - o bildirib.
2024-01-07
820,309
Borrell Hizbullah nümayəndələri ilə görüşdü
Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Hizbullahın maraqlarını təmsil edən nümayəndələrlə görüşüb. Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb. Hizbullah nümayəndə heyətinə livanlı deputat Məhəmməd Raad başçılıq edib. Təşkilat Qəzza zolağında müharibə başa çatana qədər Livanın cənubundakı vəziyyəti avropalı diplomatlarla müzakirə etməkdən imtina etdiyini açıqlayıb. Qeyd edək ki, J.Borrell yanvarın 5-də Livana səfərə gəlib.
2024-01-07
820,310
Blinken Miçotakislə razılığa gəldi
Yunanıstanın Baş naziri Kiriakos Miçotakis və ABŞ Dövlət katibi Entoni Blinken müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi barədə razılığa gəliblər. Axar.az xəbər verir ki, bu barədə Yunanıstanın Baş nazirinin rəsmi saytında məlumat verilib. Məlumatda ikitərəfli münasibətlərin “əla” vəziyyəti qeyd edilib və müdafiə sahəsində əməkdaşlıqla bağlı gələcək müsbət addımların atılacağı bildirilib. Blinken və Miçotakis həmçinin Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər. Yunan Baş nazir Qəzza zolağına humanitar yardımın maneəsiz axınının təmin edilməsinin vacibliyini bildirib və böhranın həllinin yalnız siyasi yolla ola biləcəyini qeyd edib.
2024-01-07
820,311
Nazirlik Aygün Bəylərin vəfatı ilə bağlı nekroloq yaydı
Azərbaycanın Mədəniyyət Nazirliyi Əməkdar artist Aygün Hümmətovanın vəfatı ilə əlaqədar mərhumun ailəsinə və yaxınlarına başsağlığı verib. Bu barədə Axar.az-a nazirlikdən bildirilib. “Bir qədər əvvəl Azərbaycan Respublikasının Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində vəfat edib. Mədəniyyət Nazirliyinin kollektivi və mədəniyyət ictimaiyyəti adından sənətkarın vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, - nazirlikdən bildirilib. Qeyd edək ki, Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb. 1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyası elə həmin ildə istedadlı uşaqların müsabiqə yolu ilə fiarmoniyaya qəbulunu keçirib və Aygün Hümmətova filarmoniyaya qəbul olunub. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edib. Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə ilk peşəkar çıxışlar, xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərləri bu zamandan başlayıb. 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edir. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə əməkdar artist fəxri adına layiq görülüb.
2024-01-07
820,314
Neft bahalaşdı
Dünya birjalarında neft bahalaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 78,76 dollara, yüngül neftin bir barreli isə 73,81 dollara təklif olunur.
2024-01-07
820,316
Mikroavtobus piyadanı vuraraq öldürdü
Balakəndə mikroavtobus piyadanı vuraraq öldürüb. Bu barədə Axar.az-a DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, yanvarın 6-sı rayonun Püştətala kəndində Ülvi İsmayılov idarə etdiyi “Mersedes” markalı mikroavtobus ilə yolu keçən piyada, 2001-ci il təvəllüdlü Abdulla Kənan oğlu Alqayevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Araşdırma aparılır.
2024-01-07
820,319
Kirman terroru: 32 nəfər həbs olundu
İranın Kirman şəhərində baş vermiş terror aktı ilə əlaqədər həbs olunanların sayı 32-yə qalxıb. Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilib ki, tədbirlər davam edir. Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 84 nəfər ölüb, 284 nəfər yaralanıb. Sonradan daha 7 yaralı həyatını itirib və ölənlərin sayı 91-ə çatıb. Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib.
2024-01-07
820,321
Qazaxıstanda zəlzələ oldu
Qazaxıstanın Almatı şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri Almatıdan 55 kilometr şərqdə, 10 kilometr dərinlikdə yerləşib.
2024-01-07
820,325
Bayden ABŞ-ı məhv etməyə qadirdir - Tramp
Prezident Co Bayden ölkədə prezident seçkilərinə qədər III Dünya müharibəsini başlatmağa və ABŞ-ı məhv etməyə qadirdir. Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib. "Onlar heç kimə düzgün münasibət göstərmir. Beləliklə, özünüzü Üçüncü Dünya müharibəsində tapa bilərsiniz. On ay ərzində ölkəmizi tamamilə məhv edə bilərlər", - Tramp bildirib. Tramp seçiləcəyi təqdirdə Ukrayna və Yaxın Şərqdə münaqişələrin qarşısını alacağını və Koreya yarımadasındakı vəziyyəti nəzarətdə saxlayacağını iddia edib.
2024-01-07
820,333
Uraloğludan Zəngəzur açıqlaması: Bu tarixdə... - Video
Türkiyəni türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsi 2028-ci ildə həyata keçirilə bilər. Axar.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlu “Tvnet”ə müsahibəsində deyib. Nazir bildirib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”. Ə.Uraloğlu diqqətə çatdırıb ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir: “Bunun üçün İranla Türkiyə arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işləri tamamlayacağıq”.
2024-01-07
820,335
Bu “Boinq”lərin Avropada istismarı dayandırıldı
Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi “Boinq” sərnişin təyyarəsi ilə bağlı son insidentdən sonra “Boinq” 737 MAX 9 təyyarəsinin istismarının dayandırılması barədə göstəriş verib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, qərar ABŞ Federal Aviasiya Administrasiyasının əmri əsasında qəbul edilib. Qərara səbəb isə Amerikanın “Alaska Airlines” aviaşirkəti ilə əlaqədar insident olub. Bildirilir ki, hazırda AB-yə üzv ölkələrin heç bir aviaşirkəti bu konfiqurasiyada olan təyyarələri istismar etmir. Türk Hava Yolları da özünün 5 ədəd “Boinq” 737 MAX 9 təyyarəsinin texniki baxışdan keçirilməsi məqsədi ilə istismarını dayandırıb. Qeyd edək ki, “Alaska Airlines” şirkətinə məxsus “Boinq” 737-9 təyyarəsi ABŞ-ın Oreqon ştatının Portlend şəhərində məcburi eniş edib: uçuş zamanı təyyarənin gövdəsinin bir hissəsi laynerdən qopub və sərnişin salonunda təzyiq azalıb.
2024-01-07
820,338
683-cü gün: Rusiyanın itkiləri açıqlandı
Ukrayna müharibənin 683-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 364 730 hərbçi, 6 022 ədəd tank, 11 180 ədəd zirehli döyüş maşını, 8 653 ədəd artilleriya sistemi, 951 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 637 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 523 ədəd avtomobil texnikası, 6 811 ədəd PUA, 1 786 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 327 xüsusi avadanlıq itirib.
2024-01-07
820,339
Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər
AB Şurasının sədri Şarl Mişel iyunda keçiriləcək Avropa Parlamentinə seçkidə iştirak etmək niyyətində olduğu üçün istefa verə biləcəyini bildirib. Axar.az xəbər verir ki, o, bu barədə Belçikanın “De Standaard” qəzetinə müsahibəsində deyib. “2024-cü ildə keçiriləcək Avropa seçkisində iştirak etmək qərarındayam”, - Mişel bildirib. AB Şurasının sədri vəzifəsini vaxtından əvvəl tərk edib, iyun ayında Avropa Parlamentinə keçiriləcək seçkidə iştirak etmək üçün Belçikanın liberal partiyası “İslahat Hərəkatı”na (“Mouvement Réformateur”) qoşulmaq niyyətində olduğunu açıqlayıb. Bu qərarla əlaqədar Mişel ilin sonunadək, mandatı başa çatmamış Avropa Şurasına sədrlik vəzifəsini tərk edəcək: “İyunun sonu və ya iyulun əvvəlində Avropa Şurası yeni sədr barədə qərar verə biləcək”.
2024-01-07
820,343
Rusiya 28 PUA ilə Ukraynaya hücum etdi
Rusiya ordusu Primorsko-Axtarsk bölgəsindən Ukraynaya 28 PUA ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Məlumata görə, hücum zamanı Ukrayna ordusu atılan 28 “Şahid” PUA-ından 21-ni vurub.
2024-01-07
820,347
Bayram günləri təcili yardıma 18 min müraciət edilib
Yeni il bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. TƏBİB-dən Axar.az-a verilən məlumata görə, təcili tibbi yardım xidmətinə 31.12.2023-06.01.2024-cü il tarixlərində ümumi çağırışların sayı 18 351, hospital olunanların sayı isə 1 840 olub. Çağırışların sayı ən çox 01.01.2024-cü il (çağırış sayı 2 723, hospital olunanların sayı 305 olmaqla), 02.01.2024-cü il (çağırış sayı 2 713, hospital olunanların sayı 274 olmaqla) və 31.12.2023-cü il tarixində (çağırış sayı 2 639, hospital olunanların sayı 242 olmaqla) qeydə alınıb. Çağırış səbəbləri əsasən arterial təzyiqin qalxması, kardioloji problemlər, travmalar, dispeptik əlamətlər, respirator xəstəliklər və s. ilə bağlı olub.
2024-01-07
820,349
Türkiyə “Qızılalma”nın kütləvi istehsalına başlayır
Türkiyənin ilk döyüş pilotsuz təyyarəsi “Bayraqdar Qızılalma”nın bu il kütləvi istehsalına başlanılması planlaşdırılır. Axar.az xəbər verir ki, bu barədə “SavunmaSanayiST.com” X sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb. Məlumata görə, “Qızılalma” manevr qabiliyyəti sayəsində hava-hava raketləri və AESA radarlarının inteqrasiyasından sonra hava döyüşlərində mühüm rol oynayacaq: “Qızılalma” yer hədəflərini vurmaq üçün gövdədə sursat daşıya biləcək”.
2024-01-07
820,350
Belqorodun təxliyəsinə başlanıldı
Müvəqqəti olaraq şəhəri tərk etmək qərarına gələn Belqorod sakinlərinə həm vilayətin öz ərazisində, həm də qonşu bölgələrdə təşkil edilmiş müvəqqəti yaşayış mərkəzlərinə köçməyə kömək edilir. Axar.az xəbər verir ki, bunu Belqorod vilayətinin Starıy Oskol şəhər dairə administrasiyasının rəhbəri Andrey Çesnokov məlumat verib. Onun sözlərinə görə, 100-dən çox insan müvəqqəti yerləşdirmə mərkəzlərinə yerləşdirilib. Qeyd edək ki, yanvarın 5-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov şəhəri tərk etmək istəyənlərin təhlükəsiz yerlərə köçürüləcəyini demişdi.
2024-01-07
820,353
MN bu komitə ilə birgə tədbirlər planı imzaladı
Müdafiə Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb. Bu barədə Axar.az nazirlikdən məlumat verilib. Birgə tədbirlər planına əsasən Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair keçiriləcək tədbirlərin yeri, icra vaxtı və icraya məsul şəxslər müəyyən olunub. Tədbirlərin Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə, hərbi hissələr və xüsusi təyinatlı təhsil müəssisələrində təşkil olunması nəzərdə tutulub. Cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə Azərbaycançılıq ideyası, milli-mənəvi, mədəni dəyərlərin qorunub saxlanılması, inkişafı, radikal dini cərəyanlar və ekstremizmlə mübarizə, mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında əməkdaşlıq, o cümlədən digər mövzularda tədbirlər keçiriləcək, maarifləndirici söhbətlər aparılacaq.
2024-01-07
820,355
“Qızıl Qlobus” mükafatının açılış mərasimi keçiriləcək
Bu gün Los-Ancelesdə kino və televiziya seriallarındakı nailiyyətlərə görə “Qızıl Qlobus” mükafatları mövsümünün açılış mərasimi keçiriləcək. Kult.az xəbər verir ki, “Qızıl Qlobus”a namizəd filmlər arasında “Barbi” (Barbie), “Oppenhaymer” (Oppenheimer), “Kasıb bədbəxtlər” (Poor Things), “Bədirlənmiş ay qatilləri” (Killers of the Flower Moon) və “Enişin anatomiyası”( Anatomy of a Fall) yer alır.
2024-01-07
820,356
Bayram günlərində 3 nəfərin meyiti aşkarlanıb
Bayram günlərində 5-i azyaşlı olmaqla 33 nəfər xilas edilib, 16 nəfər təxliyə olunub, 2 nəfər tüstüdən zəhərlənib, 3 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 290 yanğına çıxış, 22 köməksiz vəziyyətdə qalma və 1 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
2024-01-07
820,359
MSK sabahdan sənədlərin qəbulunu dayandıracaq
7 fevral 2024-cü ildə keçiriləcək prezident seçkilərinə namizədliyi təsdiqlənən şəxslərin namizədliyin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin (o cümlədən imza vərəqələrinin) Mərkəzi Seçki Komissiyasına təqdim edilmə tarixi 8 yanvarda bitəcək. Axar.az xəbər verir ki, bu barədə məlumat MSK-nın dərc etdiyi Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planında əks olunub.
2024-01-07
820,363
Ərdoğan təsdiqlədi: İmamoğlunun rəqibi o seçildi
11:09 Türkiyədə keçiriləcək bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiyasından (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə namizədin deputat, sabiq ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurumun olacağı iddia edilir. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Artıq Kurumun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən məlumatlandırıldığı da irəli sürülüb. Qeyd edək ki, İstanbul da daxil olmaqla, AKP-MHP ittifaqının Türkiyənin 12 böyükşəhər və 16 il bələdiyyə başqanlığına namizədlərini Prezident Rəcəb Tayyib Ərdoğanın bu gün açıqlayacağı gözlənilir. *** Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədinin adını açıqlayıb. Ərdoğan namizədin hazırkı deputat Murad Kurum olduğunu deyib. Qeyd edək ki, bu il martın 31-də Türkiyədə bələdiyyə seçkiləri baş tutacaq. Xatırladaq ki, hazırda İstanbul bələdiyyəsinin sədri CHP-çi Əkrəm İmamoğludur.
2024-01-07
820,364
Aygün Bəylər bu xəstəlikdən vəfat edib
Xəbər verdiyimiz kimi, əməkdar artist Aygün Bəylər (Hümbətova) dünən Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. Kult.az xəbər verir ki, süd vəzi xərçəngindən əziyyət çəkən əməkdar artist bir neçə ildir müalicə alırdı. Hətta bununla bağlı mütəmadi olaraq Türkiyəyə müalicəyə də gedirdi. Hələ 2023-cü ilin martında Aygün Bəylər mətbuata açıqlamasında xəstəliyindən 1 il əvvəl xəbər tutduğunu demişdi. Qeyd edək ki, 1975-ci ilin avqustun 22-də Bakıda anadan olan Aygün Bəylər ötən gün Türkiyənin Ankara şəhərində vəfat edib.
2024-01-07
820,368
Yaponiyanın XİN rəhbəri gözlənilmədən Ukraynaya getdi
Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yyaıb. Məlumata görə, nazir ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparacaq: “Kamikava bir sıra Avropa ölkələrinə - Polşa, Finlandiya, həmçinin ABŞ və Türkiyəyə səfər edəcəyinin anonsunu verib. Lakin Ukraynaya səfər barədə əvvəlcədən məlumat verilməyib”.
2024-01-07
820,369
Prezident seçkisi: Təbliğat kampaniyası bu tarixdə başlayır
7 fevral 2024-cü ilə təyin edilən növbədənkənar prezident seçkisi üçün qeydə alınan namizədlərin təbliğat kampaniyası 15 yanvarda başlayacaq. Axar.az xəbər verir ki, bu barədə məlumat MSK-nın dərc etdiyi Növbədənkənar prezident seçkiləri ilə bağlı Təqvim Planında əks olunub. Təbliğat kampaniyası seçki gününə 24 saat qalmış – 6 fevral saat 8:00-da dayandırılacaq. Qeyd edək ki, MSK qeydə alınan namizədlərin siyahısını ən geci 18 yanvara qədər dərc etməlidir. İndiyə qədər yalnız 3 namizəd – İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin namizədliyi qeydə alınıb. Ümumilikdə 17 nəfər namizədliyini irəli sürüb.
2024-01-07
820,370
Zaurun verilişi bağlanır, ölkədən gedir - ATV-dən təsdiqləndi
Tanınmış telejurnalist, ATV-nin "Bizimləsən" və "Zaurla Günaydın" verilişlərinin aparıcısı Zaur Baxşəliyevin müəllifi olduğu proqramların bağlanacağına dair açıqlaması müzakirəsiz ötüşmədi. Bunu Zaurun "bayram zarafatı" kimi qəbul edənlər də olub. Kult.az xəbər verir ki, ATV-də məsul vəzifə tutan şəxslərdən biri Yenisabah.az-a açıqlamasında bu xəbəri təsdiq edib. Mənbənin dediyinə görə, yaxın vaxtlarda, ən gec sezon sonunda Zaur Baxşəliyevin müəllifi olduğu hər iki veriliş bağlanacaq. ATV rəsmisi telekanal rəhbərliyinin Zaur-Günay cütlüyünün fəaliyyətindən razı olduğunu bildirib. Qeyd edib ki, Zaurun verilişlərinin bağlanması ATV-nin yayım siyasəti ilə əlaqəli deyil. Onun sözlərinə görə, Zaur ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşdığı üçün telekanalla yollarını ayırır. Mənbə Zaur Baxşəliyevin hansı səbəbdən ölkəni tərk etdiyinə dair məlumatlı olmadığını bildirib.
2024-01-07
820,372
Rusiya ilə Krımı birləşdirən dəmir yolu bombalandı
Ukrayna Silahlı Qüvvələri Rusiyanı Krım yarımadası ilə birləşdirən dəmir yolunu dağıdıb. Axar.az xəbər verir ki, bunu Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko Teleqramda yazıb. O bildirib ki, Ukrayna ordusu Qranitnoye kəndi ərazisinə məqsədyönlü və dəqiq zərbələr endirib. Məlumata görə, ərazidəki yanacaq çənləri də hədəf alınıb. Qeyd edək ki, Ukrayna son günlər Krım yarımadasına müntəzəm zərbələr endirir.
2024-01-07
820,376
Elxan Səmədov Türkiyədə yenidən əməliyyat olunacaq
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov Türkiyədə yenidən əməliyyat olunacaq. Axar.az xəbər verir ki, bu barədə Report-a PFL-in media və marketinq direktoru Sənan Abdullayev açıqlamasında bildirib. Qurum rəsmisi əməliyyatın yanvarın 8-də olacağını söyləyib: "Deyilənə görə, durumu yaxşılaşır". Abdullayev vitse-prezident Aslan Şahgəldiyevin vəziyyəti haqqında da danışıb: "Aslan müəllim fizioterapiya mərhələsindədir. Eyni zamanda müayinələr davam edir. Asta-asta fizioterapiya icra olunur. Ayağa qalxmaq üçün tam risk edilmir. Çünki uzun müddət yataqdan durmadığı üçün bədəni zəifdir. Ümumi tikişləri sökülüb, çox ehtiyatla bərpası keçir". O, qəzada xəsarət alan digər əməkdaşlar - icraçı direktor Zaur Hacı-Məhərrəmov, texniki-idman direktoru Elgiz Abbasov, sürücü Rasim Qafarlı və özünün müalicəsinin ev şəraitində davam etdiyini deyib: "Sabah Elgizlə mən son yoxlamalar üçün xəstəxanaya yollanmalıyıq". Xatırladaq ki, hadisə dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Qeyd edək ki, PFL prezidenti Elxan Səmədov üçüncü dəfə əməliyyat olunacaq. O, bir dəfə Bakıda, daha sonra Türkiyədə cərrahi müdaxiləyə ehtiyac duyub.
2024-01-07
820,379
Bakıda maşının şüşələrini sındırıb, salonunu yandırdılar
Bakı şəhərinin Nərimanov rayonu ərazisində MAZ markalı avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, yanvarın 4-nə keçən gecə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
2024-01-07
820,380
Orban AB Şurasının sədri ola bilər
AB Şurasının sədri Şarl Mişelin vəzifədən getməsindən sonra yeni sədr təyinatı barədə qısa zamanda razılıq əldə olunmasa, Şuraya Macarıstanın Baş naziri Viktor Orban rəhbərlik edəcək. Axar.az xəbər verir ki, bu barədə “Politiko” məlumat yayıb. “İlk dəfədir ki, AB Şurasının hazırkı sədri Avropa Parlamentinə seçkidə namizəd olacaq, həm də ilk dəfədir ki, vəzifəsini vaxtından əvvəl tərk edəcək”, - məlumatda deyilir. Qeyd edək ki, Macarıstan Belçikadan sonra cari ilin iyulundan dekabrına qədər AB Şurasına sədrlik edəcək.
2024-01-07
820,381
Yeni doğulan uşağıma görə içmişdim - Həbs olunan sürücü
Bu ilin 3 yanvar tarixində Bakıda 77 MF 774 dövlət qeydiyyat nişanlı "Rənc Rover" markalı avtomobilin sürücüsü içkili vəziyyətdə yolun əksi ilə istiqamət hərəkət etdiyi üçün həbs edilib. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş Adil Mayıl oğlu Əliyevin məhkəmə ifadəsi məlum olub. O deyib ki, 3 yanvar 2024-ci il tarixdə "Rənc Rover" markalı avtomobili idarə edərkən içkili imiş. Buna səbəb isə yeni doğulmuş uşağı üçün məclis təşkil etməsi olub. Adil Əliyev yol polisi əməkdaşlarını təhqir etməsi, söyüş söyməsini şəkər xəstəsi olduğu üçün xatırlamır: "Belə hal baş veribsə, onlardan üzr istəyirəm". Həmçinin o öz izahatında qeyd edib ki, polis əməkdaşlarının qanuni tələbələrinə tabe olmadığı üçün peşmandır: "Qeyd olunanların nəzərə alınmasını xahiş edirəm". DYP rəsmisi məhkəmədə bildirib ki, təxminən saat 01:45 radələrində xidmət apardıqları vaxt Adil Əliyev yolun əksi ilə istiqamət etdiyini gördükdən sonra ona saxla işarəsi verilib, lakin əmrə tabe olmayıb. Daha sonra işıqforun qadağanedici işarəsinə məhəl qoymayıb. Sürücü saxlanıldıqdan sonra polisləri söyüb və bu səbədən hadisə yerinə post patrul xidməti dəvət edilib. Məhkəmənin qərarı ilə Adil Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 15 gün müddətinə inzibati qaydada həbs edilib. Onun nümayəndəsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
2024-01-07
820,383
İranda azərbaycanlı tələbə sərhəddə saxlanıldı
İranda dini təhsil alan Davud Səfər oğlu Səfərov Azərbaycana qayıtmaq istəyərkən İran sərhədçiləri tərəfindən saxlanılıb. D.Səfərovun bu ölkədə üzləşdiyi haqsızlıqlardan, qeyri-insani davranışlardan bezərək vətəninə qayıtmaq istəyib, lakin nəzarət buraxılış məntəqəsindən keçidinə icazə verilməyib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, azərbaycanlı tələbə İranda qalmağa məcbur edilir, həmçinin “Hüseyniyyun” təşkilatına qoşulması üçün ona təzyiq göstərilir. 2021-ci ildə İranın Qum şəhərində “İmam Xomeyni” mədrəsəsində dini təhsil alan D.Səfərov təhsilini yarımçıq saxlayaraq Azərbaycana qayıtmaq istəyərkən sənədlərinin düzgün olmadığı bəhanəsi ilə saxlanılıb. Yaxınlarının bildirdiyinə görə, tədris prosesində siyasi mövzular, antiazərbaycan mövqeyi təbliğ olunduğu, eyni zamanda tələbələrin sosial vəziyyəti pis olduğu üçün tələbə İranı tərk edərək ölkəyə qayıtmaq istəyib. Hətta İranın hüquq-mühafizə orqanlarının Davuda qanunsuz silahlı qruplaşma kimi fəaliyyət göstərən “Hüseyniyyun” a qoşulması üçün təzyiq göstərilib. Buna görə onun xarici pasportu əlindən alınıb və azadlığı məhdudlaşdırılıb. Məlumata əsasən, son zamanlarda İranda dini təhsil alan azərbaycanlıların vətənə qayıtmasına maneələr yaradılır. Onların hədə-qorxu ilə İranda qalmağa, orada sosial şəbəkələr və KİV-lər vasitəsi ilə Azərbaycan əleyhinə radikal dini fəaliyyət göstərməyə məcbur edildikləri bildirilir.
2024-01-07
820,385
Aygün Bəylərin nəşi ölkəmizə gətirildi
11:59 Aygün Bəylərin nəşi Azərbaycana yola salınmayıb. Bu barədə Axar.az-a Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. Səfirlikdən qeyd edilib ki, əməkdar artistin nəşi bu gün sənədləşmə işləri yekunlaşdıqdan sonra Mədəniyyət Nazirliyinin xətti ilə Azərbaycana yola salınacaq. *** Əməkdar artist Aygün Bəylərin cənazəsi Türkiyədən Azərbaycana gətirilib. Mərhumun nəşi ailəsinə təhvil verilib. Xatırladaq ki, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Azərbaycan Respublikasının əməkdar artisti Aygün Hümbətova (Bəylər) Türkiyənin paytaxtı Ankara şəhərində müalicə aldığı klinikada ötən gün vəfat edib.
2024-01-07
820,386
Azərbaycanda quzu əti bahalaşdı
Azərbaycanda quzu əti bahalaşıb. Axar.az bu barədə şəhərin bir neçə ət kəsmə müsəssələrində araşdırma aparıb. Bildirilib ki, ölkədə quzu ətinin qiyməti Yeni ildən əvvəl 16-17 manata təklif olunurdusa, hazırda bu qiymət 18 manata qalxıb.
2024-01-07
820,387
Yaponiyada zəlzələdən ölənlərin sayı artdı
Yanvarın 1-də Yaponiyanın İşikava prefekturasının Noto yarımadasında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 128-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb. Məlumata görə, hadisə zamanı 560 nəfər yaralanıb. Qeyd edək ki, bu ilin ilk günündə Yaponiyanın İşikava prefekturasının Noto yarımadası ərazisində bir neçə zəlzələ baş verib. Onlar arasında ən güclüsü 7,6 bal gücündə qeydə alınıb.
2024-01-07
820,391
"Vicdanıma" and olsun ki, günahsızam - Xaçatryan
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırım törətməkdə təqsirləndirilən Vaqif Xaçatryan barəsində olan hökmdən apellyasiya şikayəti üzrə məhkəmənin baxış iclası keçirilib. Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Vaqif Xaçatryan ifadə verib. O bildirib ki, barəsində olan hökmdən apellyasiya şikayətini həm özü, həm də müdafiəçisi Radmila Abılova verib: "Vicdanıma and olsun ki, günahsızam. Məndən şikayətçi olanların heç birini tanımıram. İttiham aktında qeyd olunur ki, mən silah əlimə alıb camaatı öldürmüşəm. Mən nə orda olmuşam, nə də kimisə görmüşəm". V.Xaçatryanın vəkili Radmila Abılova isə çıxışı zamanı məhkəmədən müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Prosesdə zərərçəkmiş şəxs qismində isə Xocalı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Murad Hüseynov, eləcə də dövlət ittihamçısı şikayətinin təmin olunmamasını istəyib. Proses yanvarın 15-nə təyin edilib. Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin elan etdiyi hökmə əsasən o, 15 il müddətə azadlıqdan məhrum edilib. V.Xaçatryan cəzasının ilk 5 ilini həbsxanada, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edək ki, V.Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub. 12 noyabr 2013-cü il tarixdə Xaçatryan Vaqif Çerkezoviç barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
2024-01-07
820,392
Aygün Bəylərin son fotosu ürək dağladı
Xəbər verdiyimiz kimi, uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən əməkdar artist Aygün Bəylər Türkiyənin paytaxtı Ankara şəhərində müalicə aldığı klinikada ötən gün vəfat edib. Kult.az mərhum sənətkarın ölümündən bir müddət əvvəl qızı ilə birgə Vatsapda paylaşdığı son fotosunu təqdim edir: Qeyd edək ki, Aygün Bəylərin Almaniyada yaşayan və milliyətcə türk olan Rəsul Vilayət adlı müsiqiçidən Canan adlı bir qızı var.
2024-01-07
820,394
Novruzun ilk çərşənbəsi nə vaxt olacaq?
Azərbaycanda Novruzun ilk çərşənbəsi (Su çərşənbəsi) fevralın 27-də olacaq. Axar.az xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Qeyd olunub ki, Od çərşənbəsi martın 5-də, Yel çərşənbəsi martın 12-də, sonuncu - Torpaq çərşənbəsi isə martın 19-da olacaq. Xatırladaq ki, martın 20-si saat 07:06:21-də Azərbaycanda yaz fəsli başlayır. Həmin vaxt gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir və həmin andan şimal yarımkürəsində yaz fəsli, cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 44 dəqiqə 35 saniyə olacaq.
2024-01-07
820,395
Kinoçəkənlərə müjdə: güzəştlər başladı
Azərbaycanda film istehsalı üçün vergi güzəştlərinin tətbiqinə başlanıldı. Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkəmizdə qeydiyyatdan keçən və filmin istehsalını, habelə dublyajını həyata keçirən kinematoqrafiya müəssisəsinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi bu il yanvarın 1-dən etibarən vergidən azad olunub. Kult.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, güzəştlər mikro sahibkarlıq subyekti olmayan müəssisələrə şamil olunmaqla yanaşı növbəti 3 ildə qüvvədə olacaq: “bu güzəştlər sözügedən məcəllənin “Azadolmalar və güzəştlər” adlı 106-cı maddəsinə daxil edilib. Bu güzəştlərin tətbiqi yerli film istehsalının dəstəklənməsi baxımından vacib idi. Son illər bu sektorda müəyyən aktivlik müşahidə olunsa da, hələ də fundamental məhsulların təqdimatında çətinliklər var. Yeni güzəştlər kinematoqrafiya müəssisələrinin gəlirlərini artırmaqla yanaşı, onlara re-investisiya imkanları da yaradacaq. Bunun isə film sənayesinin inkişafına müsbət təsir edəcəyi gözlənilir. Bütün bunlarla yanaşı, bu sektorda vergi güzəştlərinin dairəsinin daha da genişləndirilməsi məqsədəuyğundur. Xüsusən də kinematoqrafiya müəssisələrinin xərclərinin minimumlaşdıran güzəştlərin tətbiqinə ehtiyac var. Bu istiqamətdə müzakirələr davam etdiriləcək”.
2024-01-07
820,399
Hacı Şahin, Qənirə və Aygünün ölümündə şok detal - Video
Azərbaycanda son bir ildə vəfat edən üç tanınmış sima – Məşədi Dadaş məscidinin imamı Hacı Şahin Həsənli, deputat Qənirə Paşayeva və əməkdar artist Aygün Bəylərin ölümündə qəribə məqam üzə çıxıb. Kult.az Globalinfo.az-a istinadən xəbər verir ki, ictimaiyyətdə kifayət qədər tanınan hər üç şəxs ömrünün 48-ci ilində vəfat edib. Belə ki, 1974-cü il təvəllüdlü Hacı Şahin Həsənli və 1975-ci il təvəllüdlü deputat Qənirə Paşayeva 2023-cü ildə – 48 yaşlarını tamamladıqdan sonra dünyalarını dəyişiblər. Ötən gün isə Əməkdar artist Aygün Bəylər 48 yaşında həyatını itirib. Üç məşhur şəxsin eyni yaşda vəfat etməsi diqqət çəkib. Allah rəhmət eləsin!
2024-01-07
820,401
Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım etdi
Birinci vitse-prezident Mehriban Əliyeva Milad bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib. Axar.az xəbər verir ki, M. Əliyeva bu barədə İnstaqram hesabında paylaşım edib.
2024-01-07
820,406
Bütün Ukrayna ərazisində hava həyəcanı elan edildi
Rusiyanın raket hücumu ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin məlumatında qeyd olunub. Məlumata görə, hava həyəcanı ilk olaraq yerli vaxtla saat 09:30-da (Bakı vaxtı ilə 11:30) Kiyev və Vinnitsa vilayətlərində, daha sonra isə bütün ölkə boyu elan olunub.
2024-01-07
820,408
Sabah hava necə olacaq?
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi səhər şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-12° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 8-13° isti olacaq.
2024-01-07
820,413
Süleymaninin anım mərasimində 64 bomba partlamalı idi
Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimindəKirmanda 16, ümumilikdə isə ölkənin müxtəlif yerlərində partlaması nəzərdə tutulan 64-dən çox bomba aşkar edilib. Axar.az xəbər verir ki, bu sözləri Kirman əyalətinin ədliyyə təşkilatının rəhbəri Əli Təvəkküli Kirmanda törədilən terror barədə danışarkən söyləyib. “Hadisə baş verən gün mərasimdən əvvəl Qasım Süleymaninin məqbərəsinin olduğu “Qolizar Şühəda”da 16 partlamağa hazır bomba da aşkar edilərək zərərsizləşdirilib. Təhlükəsizlik qüvvələri bu mərasimin baş tutması üçün əlindən gələni edib. Giriş qapısına yoxlanış üçün qüvvə lazım olub. Lakin həmin qüvvələr gələnə qədər kamikadze özünü partladıb”, - Təvəkküli bildirib.
2024-01-07
820,414
Pxenyan Sarı dənizdə yenidən təlimlər keçirir
Şimali Koreyanın Silahlı Qüvvələri ölkənin qərb sahillərində yenidən artilleriya təlimləri keçirir. Axar.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. “Sarı dənizdə yerləşən Yeonpyeongdo adasının şimalında artilleriya atəşi aparılır”, - məlumatda deyilir.
2024-01-07
820,417
Abdullahian Kolonna ilə danışdı
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahianla Fransa xarici işlər naziri Ketrin Kolonna arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Telefon danışığı zamanı yanvarın 3-də Kirman şəhərində baş vermiş terror aktı, Qəzzadakı vəziyyət və Qırmızı dənizdəki təhlükəsizlik məsələləri müzakirə olunub.
2024-01-07
820,419
Trudonun təyyarəsi növbəti dəfə xarab oldu
Kanadanın Baş naziri Castin Trudonun təyyarəsi Yamayka səfəri zamanı xarab olub. Bu, onun son dörd ayda ikinci yol qəzası hesab olunur. Axar.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb. “Kanada Silahlı Qüvvələri problemi həll etmək üçün təmir heyəti ilə birlikdə ikinci təyyarə göndərmək məcburiyyətində qalıb”, - məlumatda deyilir. Qeyd olunur ki, Trudo ailəsi ilə birlikdə Karib dənizində istirahət edirmiş: “Təhlükəsizlik səbəbindən hərbi təyyarə ilə getməli olan Baş nazir dekabrın 26-da Yamaykaya uçub. Problem isə yanvarın 2-də aşkarlanıb”. Xatırladaq ki, ötən ilin sentyabrında da nəqliyyatdakı mexaniki problem səbəbindən Trudo Hindistanı iki gün gec tərk etmişdi. Nasazlıq yaranan hər iki təyyarə Kanada Silahlı Qüvvələrinin istifadəsində olan “CC-144 Challengers”dir.
2024-01-07
820,424
Nicat Abbasov bu turnirdə Karlseni əvəz edəcək
Norveçli qrossmeyster Maqnus Karlsen bu ilin arelin 24-də keçiriləcək İddiaçılar Turnirində iştirakdan imtina edib. Axar.az xəbər verir ki, “Chess.com” məlumat yayıb. “Bəli, mən İddiaçılar Turnirində oynamaq fikrində deyiləm. Bu məsələdə narahat olmayın”, - Karlsen bildirib. Turnirdə Karlseni 28 yaşlı azərbaycanlı qrossmeyster Nicat Abbasovun əvəz edəcəyi bildirilib.
2024-01-07
820,425
Xoşqədəmin verilişi də bağlanır?
ATV kanalında Zaur Baxşəliyevin verilişinin bağlanacağı haqda xəbərlərin ardınca Xoşqədəm Hidayətqızının aparıcısı olduğu "Səni axtarıram" verilişinin də (ARB kanalı) yayımının dayandırılacağı ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Məsələ ilə bağlı Kult.az-a açıqlama verən ARB Media Qrupunun mətbuat katibi Mail Əsgərov bildirib ki, verilişin bağlanılması ilə bağlı iddialar əsassızdır. “Bu şayiədir. Hər bir verilişin bağlanması ilə bağlı qərarın əsaslı səbəbləri olmalıdır. “Səni axtarıram” verilişinin bağlanılması üçün isə heç bir səbəb yoxdur. Verilişin yayımı zamanı hər hansı ciddi problem və efir səhvi qeydə alınmayıb”, - M.Əsgərov vurğulayıb. Qeyd edək ki, tanınmış telejurnalist, ATV-nin “Bizimləsən” və “Zaurla Günaydın” verilişlərinin aparıcısı Zaur Baxşəliyev müəllifi olduğu proqramların bağlanacağını deyib. Məlumatı təsdiq edən ATV rəsmisi bildirib ki, verilişlərin bağlanması ATV-nin yayım siyasəti ilə yox, Zaur Baxşəliyevin ailəsi ilə birlikdə xaricə köçməyə hazırlaşması ilə əlaqəlidir.
2024-01-07
820,427
Zahid Oruc STM-dəki fəaliyyətini dayandırdı
Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri vəzifəsinin icrasını dayandırıb. Bu barədə Axar.az-a STM-dən bildirilib. Qeyd edilib ki, Mərkəzi Seçki Komissiyasının 06 yanvar 2024-cü il tarixli qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Məhərrəm oğlu Oruc namizəd kimi qeydə alınıb. "7 yanvar 2024-cü il tarixindən Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi qeydə alınmış Zahid Məhərrəm oğlu Oruc Sosial Tədqiqatlar Mərkəzi Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri kimi vəzifəsinin icrasını ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb. Zahid Oruc Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb", - məlumatda vurğulanıb.
2024-01-07
820,428
Zahid Orucu o əvəz edəcək
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri kimi vəzifəsinin icrasını dayandırıb. Mərkəzdən Axar.az-a bildirilib ki, STM-in sədri vəzifəsi mərkəzin İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğluna həvalə edilib.
2024-01-07
820,433
Prezident Muxtar Babayevə yüksək vəzifə verdi
M.B.Babayevin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının prezidenti müəyyən edilib. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamda bildirilib ki, Azərbaycan Respublikası ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verir: "Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür. İqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcəkdir. Azərbaycan beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görəcəkdir". Sərəncama əsasən, Muxtar Bahadur oğlu Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının prezidenti müəyyən edilib. Müəyyən edilmiş prezidentə (President-Designate) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasına və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasına hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilib. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
2024-01-07
820,434
Rusiya və Ukrayna arasında “yeni masa” hazırlanır
Rusiyanın aqressiyasının artması qarşı tərəfdə də əks effekt doğurur. Ukrayna da öz növbəsində haqlı şəkildə Belqorod və digər sərhəd əraziləri atəşə tutur. Bu sözləri Axar.az-a son günlərdə Rusiyanın Ukraynaya raket hücumlarının artmasının səbəbləri haqqında danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib. Ekspert Rusiyanın silah istehsalında sanksiyalar nəticəsində yaşanan problemləri Ermənistan kimi ölkələr vasitəsilə həll etdiyini bildirib: “Qarşılıqlı şəkildə aqressiyanın artması yaxın zamanda hansısa bir masanın qurulmasına hazırlıq getdiyindən xəbər verir. Tarixi təcrübə də bunu göstərir. Aqressiya, faciəli insan ölümləri artanda həmişə sülh çağırışları da artır. Son aparılan araşdırmalarda Rusiyanın hücumda istifadə etdiyi raket və dronların bir çox komponentlərinin elə Qərb istehsalı olduğu üzə çıxıb. Rusiya sanksiyalardan yayınmaq üçün Ermənistandan istifadə edir və onun üzərindən yarımkeçiricilər, mikrosxemlər və digər elektronik avadanlıqlar alaraq raket və dron istehsalını artırır. Əvvəl bu sahədə problemlər yaşanırdı, indi aradan qaldırılıb”.
2024-01-07
820,435
Sarıqamış şəhidləri 2200 metr yüksəklikdə anıldı - Foto
Türkiyənin Trabzon vilayətinin Şalbazarı rayonunda Sarıqamış əməliyyatının 109-cu ildönümü münasibəti ilə anım yürüşü keçirilib. Axar.az xəbər verir ki, yürüş iştirakçıları Şıxkıranı mövqeyindən 2200 metr yüksəklikdəki Sis dağına təxminən 200 metr uzunluğunda olan Türkiyə bayrağını daşıyıblar. Qeyd edək ki, Osmanlı ordusu Birinci Dünya müharibəsində - 1914-cü il dekabrın 22-dən 1915-ci il yanvarın 6-dək davam edən Sarıqamış əməliyyatı zamanı şaxtalı hava səbəbindən onminlərlə hərbçisini itirib. Bu ağır fəlakət Osmanlı dövlətinin süqutuna əhəmiyyətli təsir göstərib.
2024-01-07
820,436
Fransalı nazirdən İsrailə sərt reaksiya
Qəzzanın gələcəyini təyin etmək İsrailə düşməz. Axar.az xəbər verir ki, bu sözləri Fransanın xarici işlər naziri Ketrin Kolonna CNN televiziyasına açıqlamasında bildirib. O, israilli rəsmilərin son zamanlar tez-tez dilə gətirdiyi Qəzza sakinlərinin “könüllü köç” planıyla əlaqədar açıqlamalarını “məsuliyyətsizlik” adlandırıb, məsələyə bu tərz yanşmanın hər iki tərəfi münaqişənin həlli yolundan uzaqlaşdırdığını bildirib: “Beynəlxalq hüquq prinsipinə geri dönülməlidir. Qəzza gələcəkdə Fələstin dövlətinin bir parçası olmaq istəyən Fələstin torpağıdır. Hər iki tərəf üçün yeganə əlverişli variant olan ikidövlətli həll yolunu dəstəkləyirik”.
2024-01-07
820,440
Kəşfiyyat: Rusiya qvardiyası döyüş qabiliyyətini gücləndirir
Rusiya qvardiyası öz resurslarını, eləcə də şəxsi heyətini gücləndirir. Özəl hərbi şirkətləri quruma cəlb edir. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi X şəbəkəsində məlumat yayıb. “Rusiya qvardiyası Ukraynaya qarşı müharibə ilə əlaqədar Rusiyanın daxili təhlükəsizliyində baş verən hadisələr nəticəsində resurslarını və şəxsi heyətini gücləndirməyə başlayıb. Belə ki, 3 oktyabr 2023-cü ildə “Vaqner”in bölmələri Rusiya qvardiyasının tərkibinə daxil oldu, 3 yanvar 2024-cü ildə isə “dxr”in “Şərq” batalyonu Rusiya qvardiyasının tərkibinə qatıldı. “Kaskad” qrupunun da Rusiya qvardiyasına cəlb edilməsi planlaşdırılır. 2023-cü ilin iyulunda Dövlət Duması Rusiya qvardiyasına daha ağır silahlardan istifadə etməyə icazə verib. Təcrübəli veteranların da qvardiyaya cəlb edilməsi, eyni zamanda, qurum üçün tanınan yeni imkanlar, ehtimal ki, qvardiyanın döyüş effektivliyinin əhəmiyyətli dərəcədə artmasına hesablanıb”, - məlumatda deyilir.
2024-01-07
820,442
Prezidentdən Mübariz Qurbanlı ilə bağlı sərəncam
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mübariz Qəhrəman oğlu Qurbanlı 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Axar.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, bu gün Mübariz Qurbanlının 70 yaşı tamam olur.
2024-01-07
820,444
Kim Çenin bacısı da Cənubu hədələdi: Ani ölüm...
Cənubi Koreya ordusu öz hərəkətləri və əsassız bəyanatları ilə yalnız özləri üçün ani ölümə çevrilə biləcək düzəlməz fəlakətlər gətirir. Axar.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İnin bacısı Kim Yo Çjon deyib. “Artıq açıq şəkildə qeyd edildiyi kimi, ordumuz ən kiçik təxribata dərhal atəşlə cavab verəcək. Son zamanlar hərbi qanqsterlərin (Cənubi Koreya hərbçiləri nəzərdə tutulur – red.) müəyyən reaksiya prinsipini ifadə edən sevimli sözləri “dərhal, güclü və sona kimi”dir. Onlar yadda saxlamalıdırlar ki, bu sözləri təkrarlamaqda israrlı olmaları “ani ölüm, məcburi ölüm və tam son” ilə nəticələnə bilər. Şimali Koreya hərbçiləri heç bir artilleriya atəşi həyata keçirməyib, yalnız 130 mm-lik artilleriyasının yaylım atəşini simulyasiya edən 60 partlayıcını işə salıb. Cənubi Koreya hərbçiləri də şimalı dərhal təxribatçı və gərginliyin artmasında əsas günahkar kimi göstərməyə çalışaraq bu tələyə düşdülər”, - Çjon bildirib.
2024-01-07
820,447
Türkiyə ordusu 6 terrorçunu məhv etdi
Türkiyə ordusu Suriyanın şimalında 6 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Zeytun budağı” və “Fərat qalxanı” əməliyyat bölgələrində məhv edilib.
2024-01-07
820,451
Prezident yeni səfirləri qəbul etdi
14:45 Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabenin, Lüksemburq Böyük Hersoqluğunun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alain de Muyserin və Peru Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sezar Auqusto de las Kasas Diasın etimadnaməsini qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.