date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2024-01-08
820,679
Aygün Bəylər dəfn olundu - Foto
11:02 Azərbaycanın əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) ilə vida mərasimi keçirilir. Axar.az xəbər verir ki, mərasim Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evində keçirilir. Vida mərasimində mərhumun ailə üzvləri, sənət adamları iştirak edir. Əməkdar artist saat 13:00-da Suraxanı kənd qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, A.Bəylər 1975-ci ildə Bakıda anadan olub. O, uzun müddətdir onkoloji xəstəlikdən müalicə olunurdu. Əməkdar artist yanvarın 7-də Türkiyədə xəstəxanada vəfat edib. *** Azərbaycanın əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi başa çatıb. *** Azərbaycanın əməkdar artisti Aygün Bəylər (Hümmətova) dəfn olunub. Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində A.Bəylərin ailə üzvləri, sənət adamları iştirak ediblər.
2024-01-08
820,681
Cənubi Qafqaz üçün yeni təhlükəli ssenari var - Tarasov
Cənubi Qafqaz üçün yeni ildə təhlükəli ssenarilər var. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov deyib. O, Bakı və İrəvan arasında bir sıra sualların cavabsız qaldığını bildirib: “Burada əsas rəqabət geosiyasi marşrutlar və onların sponsorları arasında cərəyan edəcək. Cənubi Qafqazda ötənilki proseslərin davamını görəcəyik. Danışıqlarda eyni məntiq hakim olacaq. Ötən il hər iki tərəf bir çox məsələlərdə razılığa gəldiklərini və sazişi imzalamağa yaxın olduqlarını açıqlayıblar. Lakin hesab edirəm ki, saziş imzalansa belə, münaqişə yekunlaşmayacaq. Regionu “qaynadacaq” bəzi suallar var. Bir sıra razılaşdırılmayan məsələlər qalsa da, Bakı və İrəvan sülh sənədini imzalamaq istəyirlər. Rusiya, İran, Gürcüstan, AB, ayrı-ayrı ölkələr prosesə müdaxiləyə və görüşlər təşkil etməyə çalışırlar. Bu, yəqin ki, sənəd imzalanana kimi davam edəcək. Lakin bəzi məsələlər regional atmosferin sabitləşməsinə imkan verməyəcək”.
2024-01-08
820,684
Mehriban Əliyeva Aygünün vida mərasiminə əklil göndərdi
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əməkdar artist Aygün Bəylərin vida mərasiminə əklil göndərib. Axar.az xəbər verir ki, əklil vida mərasiminin keçirildiyi Əmircan qəsəbəsində yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət evinə gətirilib. Əklil mərhumun məzarının üzərinə qoyulacaq.
2024-01-08
820,685
Qarabağda məntəqə seçki komissiyaları yaradıldı
Artıq azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları yaradılıb. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov yanvarın 8-də jurnalistlərə açıqlamasında deyib. MSK sədri bildirib ki, ilk məntəqələr lazımi ləvəzimatlarla təchiz edilib.
2024-01-08
820,686
“Nar” “Baku Open 2023” Şahmat turnirinin rəsmi tərəfdaşıdır
“Nar” ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təşkil olunan “Baku Open 2023” beynəlxalq şahmat turnirinin rəsmi kommunikasiya tərəfdaşıdır. Gənclər və İdman Nazirliyi və Azərbaycan Şah­mat Federasiyasının birgə təşkil etdiyi və 600-dən çox şahmatçının iştirak etdiyi turnir 3-12 may tarixlərində Bakı Kristal zalında baş tutacaq. Ümumi mükafat fondu 55 min ABŞ dolları olan turnir 3 kateqoriyadan ibarət olan 9 tur üzrə isveçrə sistemi ilə oynanılacaq. Oyunları izləmək istəyən şahmat həvəskarları üçün giriş sərbəstdir. “Baku Open 2023” Şahmat turnirinə dəstək “Nar”ın Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasının təhsil istiqaməti çərçivəsində həyata keçirilir. Mobil operator KSM strategiyası çərçivəsində bir sıra davamlı layihələr gerçəkləşdirir. “Nar”ın sosial layihələri haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz. “Nar” hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
2024-01-08
820,690
Xəzərə axıdılan tullantı suları təmizlənmirmiş
Hazırda Abşeron yarımadasında məskunlaşmış əhalinin 72%-ə qədərinin mərkəzləşdirilmiş kanalizasiya sisteminə çıxışı yoxdur. Axar.az xəbər verir ki, bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında qeyd olunub. Məlumata görə, tullantı sularının yalnız bir hissəsi (435 min m3/gün) təmizlənərək Xəzər dənizinə buraxılır. Layihədə kanalizasiya sisteminin imkanlarının artırılması çərçivəsində 4 yeni lokal sutəmizləyici qurğunun inşası təklif edilir. Bu layihələrin icrası Bakı şəhəri üzrə tullantı sularının təmizlənməsi sisteminin məhsuldarlığını 2,5 dəfədən çox artırmağa imkan verəcək.
2024-01-08
820,693
Bu, Aygünün başına bəla oldu - Cavanşir Quliyev
Deməyə söz tapmıram. Biz ən böyük sənətçilərimizdən birini itirdik. Aygün Bəylər bizi çox tez tərk etdim. Axar.az xəbər verir ki, bu sözləri mərhum xanəndə Aygün Bəylərin vida mərasiminə qatılan əməkdar incəsənət xadimi Cavanşir Quliyev deyib. O bildirib ki, Aygünün ilk addımlarından yanında olub: “Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə onu musiqiyə nahaq gətirdim. İnsanın başına min cür fikirlər gəlir. Ona da, bizə də çox heyif oldu. Bizim onunla çox böyük layihələrimiz var idi. Bir qismini həyata keçirmişdik, bir qismini yox. Aygünlə bağlı hər şey xatirədir. O, heç kimə bənzəmirdi. Aygün daxilən çox azad adam idi, ipə-sapa yatmırdı. Ona görə də elə yaxşı oxuyurdu. Onun sənəti daxili azadlığından irəli gəlirdi. Bu da onun başına bəla olurdu. Bax belə bir həyat yaşadı. Heç kimə tabe olmayan, öz həyatını yaşamaq istəyən, amma ətrafda bir çox ona mane olan amillərin içində keçdi ömrü. Son dəfə 10 gün əvvəl konsertində iştirak etdim. Xəstə olduğunu bilirdik. Səhnədə çox mərd dayandı. Hərdən tərləyirdi, ağrıları var idi”. Qeyd edək ki, Aygün Bəylərlə vida mərasimi Əmircan qəsəbəsində Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçirilir.
2024-01-08
820,695
Ukrayna ABŞ-dan 60 milyard gözləyir
Kiyev ABŞ-dan 60 milyard dollardan çox maliyyə yardımı gözləyir. Axar.az xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib. Deputatın sözlərinə görə, çox güman ki, bu həftə ABŞ Senatından Ukraynaya maliyyə yardımının mətni təqdim olunacaq: “Kiyev yaxın vaxtlarda Ukraynaya dəstək haqqında qanun layihəsinin mətnini gözləyir. Eyni zamanda Ukraynanın fikrincə, ABŞ-dan Kiyevə ayrılan maliyyə yardımının həcmi dəyişməz qalacaq və 60 milyard dollardan çox olacaq”.
2024-01-08
820,697
Ermənistan İsraildən PUA əleyhinə sistemlər alır
Ermənistan Ədliyyə Nazirliyi PUA-larla mübarizə məqsədilə avadanlıqlar alacaq. Axar.az xəbər verir ki, bunu Ermənistanın ədliyyə naziri Qriqor Minasyan deyib. “Biz PUA-ların cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmasının qarşısını almaq üçün İsrail istehsalı olan xüsusi avadanlıq almalıyıq”, - Minasyan bildirib. Onun sözlərinə görə, müasir texnologiyalar kifayət qədər böyük məsafədən bir metrə qədər dəqiqliklə narkotiklərin cəzaçəkmə müəssisəsinin ərazisinə atılmasına imkan verir. Qeyd edək ki, son vaxtlar dronlar vasitəsilə Ermənistandakı cəzaçəkmə müəssisələrinin ərazisinə narkotik vasitələrin atılması halları artıb.
2024-01-08
820,700
Azərbaycanın Dini Komitəsi ABŞ-a cavab verdi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi ilə bağlı bəyanat yayıb. Axar.az bəyanatın mətnini təqdim edir: "ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) hesabatını, eləcə də, ABŞ Dövlət Departamentinin bəyanatını qəti surətdə pisləyirik. Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyil. 2013-cü ildən bəri BDAK hər il öz hesabatlarında ölkəmizdə dini azadlıqların pozulduğu iddiası ilə Azərbaycanın Dövlət Katibi tərəfindən “xüsusi izləmə siyahısı”na daxil olan ölkələr kimi təyin edilməsini Dövlət Departamentinə tövsiyə etmiş, Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yaymışdır. Dövlət Komitəsi olaraq dəfələrlə bu Komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların göstərdikləri heç bir fakta söykənməyən şaiyə xarakterli, uydurma məsələlərlə bağlı mövqeyimiz müxtəlif səviyyələrdə diqqətə çatdırılıb. Habelə rəsmi məktublarla hesabatda qaldırılan məsələlərin doğru olmadığı və qərəzliliyi maddə-maddə onların diqqətinə çatdırılaraq etiraz ifadə edilmişdir. Eyni zamanda Azərbaycanda olan müsəlman və qeyri-müsəlman icmalarının aparıcı qurumları həm sonuncu, həm də əvvəlki hesabatlarla bağlı xüsusi etiraz bəyanatları yayıb, Komissiyaya göndərmiş, o cümlədən müxtəlif din xadimləri fərdi olaraq da mətbuatda açıqlamalar veriblər. ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim edilən “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana ziddiyyət təşkil edir. BDAK-nın məlum hesabatlarında bir çox məqamların araşdırılmadığı, qeyri-müstəqil və ənənəvi olaraq ermənipərəst mərkəzli məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu, hesabatların obyektivliyinə ciddi xələl gətirir, ümumiyyətlə, onların hazırlanmasında ifadə edilən məqsəd və məramlara qətiyyən uyğun gəlmir. Bu gün Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin qarşısında duran əsas vəzifə hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığının təmin edilməsidir. Bu azadlığın təmin edilməsində dini sahədə insanların hüquq və azadlığı, həmçinin ictimai və dövlət təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısının alınması mühüm məsələdir. Hesabatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sözdə erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlıq, müsəlman abidələrinə qarşı törədilmiş vandalizmə münasibətdə isə dözümlü yanaşma sezilir. Eyni zamanda Komissiya üzvlərini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə dəvət edirik. Belə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları vardır. Abidələrlə bağlı sözügedən təşkilatın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu dövrdə ərazilərimizdəki tarixi-mədəni və dini abidələrlə bağlı hansısa məlumatına rast gəlməmişdik. Baxmayaraq ki, Azərbaycan dövləti həmişə həmin ərazilərdəki xalqımıza məxsus tarixi-mədəni və dini abidələrin erməni silahlı birləşmələri tərəfindən vandalizm aktlarına məruz qalması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar etmişdir. Hətta məscidlərimizin heyvan saxlama yerlərinə çevrilməsi, onların yararsız vəziyyətə salınması, təmir adı altında özgəninkiləşdirilməsi, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyası irsinə aid abidələrin erməniləşdirilməsi, müsəlman qəbiristanlıqlarında insan qalıqlarına qarşı təhqiramiz hərəkətlərə yol verilməsi və bu kimi hallar barədə sübutlar təqdim etmişdir. Bildiyiniz kimi, 2020-ci ildə 44 günlük müharibədən sonra vəziyyət tamamilə dəyişdi. İşğalın bitməsilə buradakı abidələrin, o cümlədən dini məbədlərin vəziyyəti, onların necə xarabalığa çevrilməsi gerçəkliyi öz təsdiqini tapdı. Təkcə onu demək kifayətdir ki, 67 məsciddən yalnız 2-si saxlanılmışdır. Onlardan da Ağdam Cümə məscidi hərbi oriyentir məqsədilə yararsız vəziyyətdə, Şuşadakı Yuxarı Gövhər Ağa məscidi də qısmən yararlı olub ki, onu da dünyaya özlərini “tolerant” göstərmək məqsədilə İran məscidi kimi təqdim etməyə çalışıblar. Qalanları isə Ermənistan silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmışdır. Amma hələ dünya ictimaiyyətinin bunu obyektiv araşdırması niyyətini müşahidə etməmişik. Buna baxmayaraq, Azərbaycan Bakının mərkəzindəki erməni-qriqoryan kilsəsini, hətta oradakı minlərlə erməni dilində olan kitabları qoruyub saxlamışdır. Komissiyanın hesabatında Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin oktyabrında başa çatan Qarabağdakı missiyası tərəfindən “mədəni və ya dini strukturların heç bir ziyan görmədiyi” məlumatı bildirilsə də, hansısa naməlum insan hüquqları təşkilatlarının iddiaları əsas gətirilməklə ali beynəlxalq təşkilatın hesabatına belə skeptik yanaşılması təəccüb doğurur. O cümlədən, Dövlət Departamentinin bəyanatında da bu məsələyə toxunulmamışdır. Eyni zamanda Azərbaycan əleyhinə kampaniyalarda erməni lobbisi aktiv şəkildə iştirak edir. Komissiyanın heyətinə qərəzli erməni əməkdaşın cəlb edilməsi onun mahiyyətini bir daha sübut edir. Reallıqda Azərbaycanda dini vəziyyət... Azərbaycan müstəqilliyini bərpa etdiyi dövrdən etibarən bəzi xarici dairələr ölkəmizdə radikal və ekstremist dini ideyaların daşıyıcıları olan qrupların yaradılmasında maraqlı olublar. Azərbaycanda dini sahədə, insanların dini etiqad azadlığının təmin edilməsində hər il mütərəqqi yeniliklər baş verir. Qanunvericilik bazası mütəmadi təkmilləşdirilir, islahat aparılır və dini icmaların fəaliyyətinə dəstək verilir. Bildiyiniz kimi hər il cənab Prezident İlham Əliyev tərəfindən rəsmi qaydada ölkədəki dini konfessiyalara maliyyə yardımı ayrılır ki, bu yardımın əhatə dairəsi bütün dini icmalara, o cümlədən qeyri-müsəlman icmalarına şamil edilir. Heydər Əliyev Fondu tərəfindən tarixi-mədəni abidələr bərpa olunur, yeni ibadət ocaqları inşa edilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgələrə səfər edərkən mütləq həmin ərazidə yerləşən dini ibadət yerlərini ziyarət edir, dindarlarla söhbətlər edir, onları dinləyirlər. Eyni zamanda, dövlət başçısı tərəfindən işğaldan azad olunmuş ərazilərdəki dini abidələr xüsusi nəzarətə götürülmüşdür. İstisnasız olaraq, həmin ərazilərdə yerləşən dini ibadət ocaqlarının bərpası üçün göstəriş verilmişdir. Artıq Şuşada dağıdılmış bəzi məscidlər, kilsələr bərpa edilmişdir. Şuşada Yuxarı Gövhərağa məscidinə din xadimi təyin edilmişdir. Həmçinin bildirməliyik ki, neçə illərdir din xadimlərinə dövlət tərəfindən maddi yardımlar olunur. Onların sosial layihələri maliyyələşdirilir. Onlarla birgə tolerantlığı, birgəyaşayışı əks etdirən konfranslar və s. tədbirlər təşkil edilir. Ötən ildə Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icması və digər qeyri-islam dini icmaları tərəfindən Azərbaycanda fəaliyyətdə olan dini konfessiyaların nümayəndələrinin iştirakı ilə Quba, İsmayıllı, Kəlbəcər və s. rayonlara səfərlər təşkil olunub. Belə səfərlər icmalar arasında dostluq və mehribanlıq münasibətlərini möhkəmləndirir. Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinin inkişaf etdirilməsində, dünyaya yayılmasında mühüm işlər görülür. Xatırladırıq ki, bu məqsədlə Dövlət Komitəsi tərəfindən təkcə 2022-ci ildə ABŞ-də - Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” və Belçikada - Brüssel şəhərində “Daha təhlükəsiz dünya naminə dinlərarası və mədəniyyətlərası dialoqun təşviqi” adlı konfranslar təşkil olunub. Beynəlxalq institutlarla, o cümlədən ABŞ-nin adıçəkilən təşkilatı ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir, onların rəhbərləri və mütəxəssisləri ilə müxtəlif səviyyələrdə görüşlər keçirilir və fikir mübadiləsi aparılır. Beləliklə, Dövlət Departamenti hər il sözügedən hesabatlar əsasında ayrı-ayrı ölkələrdəki dini durumla bağlı açıqlamalar verir. Qeyd edək ki, Kommissiyanın 10 il ərzində tövsiyələrinə baxmayaraq, 04.01.2024-cü il tarixinədək Departament tərəfindən ölkəmiz “xüsusi izləmə siyahısı”na daxil olan ölkə kimi müəyyən edilməmişdir (Azərbaycan ilə yanaşı Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnam da sözügedən “siyahı”da olan ölkə kimi təyin edilmişdir). Hesab edirik ki, bütün bunlar Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpasına yönəlik uğurlu addımlarını həzm edə bilməyənlərin ölkəmizə qarşı atdığı qərəzli addımlarından biridir. Dini baxımdan “nəzarətə götürülməli” olan ölkələrdən biri Ermənistan və ABŞ-dir. Lakin erməniləri himayə edənlər onu görmək əvəzinə Azərbaycana hücum edirlər. Monoetnik Ermənistanda ayrı-ayrı din nümayəndələrinin təqib edilməsi faktlarını heç kim gizlədə bilməz. 30 il ərzində 20 faiz ərazimizi işğal altında saxladığı zaman həm müsəlman, həm də digər dinlərə, o cümlədən Qafqaz Albaniyasına aid dini abidələrə qarşı vandalizm aktı törədənin Ermənistan olduğunu hamı bildiyi halda, Azərbaycanı izləmə siyahısına daxil etmək qərəzli yanaşmadır. Elə ABŞ-nin özündə də müsəlmanlara və digər dini icmalara, habelə qaradərililərə qarşı nə qədər hadisələrin olduğu hamıya bəllidir. ABŞ-li hüquq müdafiəçilərinin məlumatlarına görə, 2021-ci ildə ABŞ-də dini dözümsüzlük zəminində yəhudi və müsəlmanlara qarşı törədilmiş 1005 cinayət faktı qeydə alınıb. Eləcə də, 2022-ci ildə 6720 müsəlman dini ayrı-seçkiliyə məruz qalıb. Anti-İslam əhval-ruhiyyəsinin həyəcanverici həddə çatması barədə məlumatlar Amerika reallıqlarının kiçik bir hissəsini əks etdirir. Beləliklə, Komissiya və Dövlət Departamentinin müsəlman abidələrinə qarşı edilmiş vandalizmi görməzdən gələrək Azərbaycanın müstəqil siyasətinə təsir göstərmək cəhdi yolverilməzdir. Sözsüz ki, bu, ABŞ-Azərbaycan münasibətlərinə də xələl gətirir. Fürsətdən istifadə edərək Dövlət Departamentinə regionda yaranmış yeni reallıqlardan çıxış edərək Azərbaycana qarşı qarayaxma aparan ermənipərəst qüvvələrin dəyirmanına su tökməməyi, ikili standartlardan uzaq olmağı və beynəlxalq hüquq normalarına uyğun addımlar atmağı tövsiyə edirik".
2024-01-08
820,702
Mafiya rəhbəri həbsdən qaçdı, prezident təcili iclas çağırdı
Ekvadordakı “Los Çoneros” cinayətkar qruplaşmasının rəhbəri həbsdən qaçıb. Axar.az xəbər verir ki, bu barədə həbsxanadan məlumat verilib. “Los Çoneros” qruplaşmasının “Fito” ləqəbli rəhbəri Adolfo M.V-nin Quyakilyadakı həbsxanadan qaçması ilə bağlı ölkənin Baş Propkurorluğu cinayət işi açıb”, - məlumatda qeyd olunub. “Expresso” qəzetinin məlumatına görə, Fito bazar günü səhər ciddi rejimli “La Roka” həbsxanasına köçürülməli idi, lakin onu kamerasında tapmaq mümkün olmayıb. Ekvador Prezidenti Daniel Noboa məsələ ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Qeyd edək ki, “Los Çoneros” Ekvadorun ən böyük narkokartelidir. Onun rəhbəri olan Fito 2011-ci ildə narkoticarət, cinayətkar qruplaşma yaratmaqda və qətldə günahlandırılaraq həbs edilmişdi. 2013-cü ilin fevralında qaçmağa cəhd göstərsə də, elə həmin ilin mayında ələ keçmişdi. 2023-cü ilin avqustun 9-da qətlə yetirilən prezidentliyə namizəd Fernando Vilyavisensio ölümündən bir neçə gün öncə Fito tərəfindən təhdidlər aldığını bildirmişdi.
2024-01-08
820,705
Bu il böyük alovlar, maqnit qasırğası gözlənilir
2024-cü ildə hazırkı günəş tsiklinin bir hissəsi olaraq Yer kürəsində hər ay maqnit qasırğaları baş verəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Milli Elmlər Akademiyasının Günəş-Yer Fizikası İnstitutu və Kosmik Araşdırmalar İnstitutunun Günəş Astronomiya laboratoriyasının rəhbəri Sergey Boqaçyov deyib. “2024-cü ilin maksimum günəş aktivliyi ili olacağını gözləyirik. Bu, böyük alovlar, böyük maqnit qasırğaları deməkdir. Günəş alovlarını dəqiq proqnozlaşdırmaq mümkün deyil, lakin hazırda günəş aktivliyinin dövri maksimumu yaxınlaşır, ona görə də ayda iki-üç qasırğa gözləməliyik. Maksimum qasırğalar may və iyun ayları arasında olacaq”, - Boqaçyov bildirib.
2024-01-08
820,708
Azərbaycanlı xanım alpinistlər Savalanda öldülər
Savalan dağında itkin düşən 3 təbrizli dağçının ikisinin meyiti tapılıb, ağır vəziyyətdə olan üçüncü dağçı isə xilas edilib. Axar.az xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Alpinizm Federasiyasının başçısı Mirağa Seyyidi məlumat verib. O, həyatını itirən xanım alpinistlərin -30 dərəcə şaxtada soyuqdan donaraq öldüklərini, başqa alpınıstin isə yaralı vəziyyətdə tapıldığını deyib. Həyatını itirən alpinistlərin kimliyi barədə açıqlama verilməyib.
2024-01-08
820,709
Bakı Metrolopiteni 9 aya bir stansiya tikə bilməyəcək
Bakının təsdiq edilmiş Baş planına əsasən, 2025-2039-cu illərdə 21 metro stansiyası istifadəyə verilməlidir. Yəni orta hesabla hər 9 aya bir stansiya tikilməlidir ki, bu plan reallığa çevrilsin. Axar.az xəbər verir ki, bu sözləri enerji və nəqliyyat məsələləri üzrə ekspert İlham Şaban Bakının ötən gün təqdim edilən Baş planı haqda fikirlərini bölüşərkən qeyd edib. “Reallıq isə ondan ibarətdir ki, indiyə qədər inşası orta hesabla 40 aydan tez yekunlaşan stansiya olmayıb. 2012-ci ildə də hökumət proqnozlaşdırırdı ki, 2030-cu ildə Bakıda 70 metro stansiyası olacaq”, - ekspert bildirib.
2024-01-08
820,713
Xaçaturovun general oğlu yenidən həbs edilə bilər
Prokurorluq Ermənistan ordusunun Baş Qərargahının keçmiş rəisi Yuri Xaçaturovun oğlu, üçüncü ordu korpusunun keçmiş komandiri, general-mayor Qriqori Xaçaturovun yenidən həbs olunmasını tələb edir. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məlumata görə, Ermənistan Baş Prokurorluğu Xaçaturovun barəsində seçilmiş həbs qətimkan tədbirinin həbsdən girov və inzibati nəzarətə dəyişdirilməsi barədə Korrupsiyaya qarşı mübarizə məhkəməsinin qərarının ləğv edilməsini tələb edərək kassasiya şikayəti verib.
2024-01-08
820,717
ABŞ hərbi bazasına 30 raket atıldı
Suriyanın Deyr əz-Zor əyalətindəki ABŞ hərbi bazası raket atəşinə tutulub. Axar.az xəbər verir ki, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb. Məlumata görə, bazaya 30 raket atılıb. Əlavə informasiya verilmir.
2024-01-08
820,721
Tapdıqları mərmini hissələrə ayırdılar – Video
Faciəyə səbəb ola biləcək döyüş sursatı ilə ehtiyatsız davranma halını əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Bu sözləri Axar.az-a açıqlamasında DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev deyib. “Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”, - Nurlan Əliyev bildirib. Qeyd edək ki, sosial şəbəkələrdə bir neçə şəxsin qumbaraatan mərmisini müxtəlif alətlərlə hissələrə ayırmasını əks etdirən video yayılıb.
2024-01-08
820,724
Bakının yeni Baş Planının dəyəri: 93,6 milyard...
Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının icrasına ümumilikdə 93,6 milyard manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Axar.az xəbər verir ki, bu, Baş Planda əksini tapıb. Sənədə əsasən, bunun 60,5 milyard manatı dövlət büdcəsindən ayrılacaq, qalan 33,1 milyard manatı isə özəl sektorun payına düşəcək.
2024-01-08
820,725
Çində Mİ6-ya casusluq edən şəxs yaxalandı
Çinin Dövlət Təhlükəsizlik Nazirliyi Böyük Britaniyaya casusluq edən şəxsi saxlayıb. Axar.az xəbər verir ki, müvafiq məlumat Nazirliyin saytında dərc olunub. “Üçüncü ölkə vətəndaşı Çin tərəfindən Britaniyanın xarici kəşfiyyat xidməti Mİ6-ya casusluq ittihamı ilə saxlanılıb. Huan soyadlı saxlanılan şəxs xarici konsaltinq təşkilatının rəhbəri olarkən dövlət sirlərinə aid sənədləri Britaniya kəşfiyyatına təhvil verib”, - məlumatda deyilir. Onun İngiltərədə müvafiq təlim keçdiyi, casus avadanlığı ilə təmin edildiyi və Mİ6-nın göstərişi ilə Çinə gəldiyi iddia edilir.
2024-01-08
820,726
Aygün Bəylərin ən böyük arzusu...
Aygünün ən böyük arzusu Şuşaya getmək idi. Axar.az xəbər verir ki, bu sözləri Avroviziya-2011-in qalibi Nigar Camal əməkdar artist Aygün Bəylərin vida mərasimində deyib. “Aygün Bəylərin vəfatı çox böyük itkidir. Sonuncu dəfə dekabrın 30-da danışmışıq. Türkiyəyə yola düşürdü. Ən böyük arzusu Şuşaya bir daha getmək idi. Dedi ki, hər şey yaxşı olsa, Şuşaya gedəcəyəm. Çox təəssüf belə oldu. Çox çətindir. Allah rəhmət eləsin”. Qeyd edək ki, Aygün Bəylər 6 yanvarda Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
2024-01-08
820,731
Donuz tövləsinə çevrilən Şah Abbas məscidi... - Foto
1683-ci ildə Füzuli rayonunun Qarğabazar kəndində inşa edilən Şah Abbas məscidi 30 illik Ermənistan işğalı nəticəsində dağıdılaraq donuz tövləsinə çevrilib. Kult.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib. Bayramov bildirib ki, Şah Abbas məscidi doğulduğu Füzuli rayonunun Aşağı Güzdək kəndinin yaxınlığında yerləşirdi: “Tarixiliyi ilə seçilən abidələrdən idi. İndi məscidin sadəcə qalıqları qalıb”. Millət vəkilinin sözlərinə görə, Şah Abbas məscidi Qarabağda işğal müddətində dağıdılan yeganə məscid deyil: “Ermənistan işğalı müddətində 403 tarixi və dini abidələr tamamilə dağıdılıb. İkili standartlara söykənərək Azərbaycanı “izləmə siyahısı”na daxil edən ABŞ Beynəlxalq Dini Azadlıq Komissiyası ölkəmizin dini və tarixi abidələri dağıdılan zaman görəsən niyə göz yumurdu? Aydındır ki, bu qərəzli hesabatlarda məqsəd tamamilə fərqlidir. Amma Azərbaycan bu tip təhdidlərə hər zaman cavab vermək gücündədir və hansı hesabatlarda nələrin yazılmasından asılı olmayaraq, ölkəmizdə dini etiqad azadlığı hər zaman müdafiə olunur. Elə dünən pravoslavlar ən vacib xristian bayramlarından birini – Milad bayramını pravoslav kilsələrində təntənəli ibadət mərasimləri ilə qeyd etdilər: bu hesabat müəlliflərinin görmək istəmədiyi çoxsaylı faktlardan sadəcə biridir”.
2024-01-08
820,737
Sabahın hava proqnozu açıqlandı
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi axşama doğru bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq.
2024-01-08
820,739
Blinken BƏƏ-də səfərdədir
ABŞ Dövlət katibi Entoni Blinken Yaxın Şərq turnesi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir. Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmisi Metyu Miller (Matthew Miller) X hesabında yazıb. "ABŞ və Birləşmiş Ərəb Əmirlikləri regionda və onun hüdudlarından kənarda strateji tərəfdaşlığı bölüşürlər. Dövlət katibi Entoni Blinken regionda münaqişənin genişlənməsinin qarşısını almaq səylərini və davamlı sülhə nail olmaq üçün işimizi müzakirə etmək məqsədilə Əbu-Dabidədir", - o bildirib. Qeyd edək ki, ABŞ-ın dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Yaxın Şərq ölkələrinə səfərə çıxıb. E.Blinken turne çərçivəsində artıq Türkiyə, Yunanıstan, Qətərdə səfərdə olub. BƏƏ-dən sonra növbəti ziyarət isə Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə olacaq.
2024-01-08
820,741
Qırğızıstanın yeni bayrağı qaldırıldı - Foto
Qırğızıstanın yeni bayrağı paytaxt Bişkekdə təşkil edilən mərasimlə qaldırılıb. Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Qırğızıstan 2023-cü il dekabrın 26-da rəsmi olaraq bayrağını dəyişib. Yeni rəmzdə bayraqdakı Günəş şüalarının dalğavari forması düz formaya dəyişdirilib və şüaların sayı çoxaldılıb.
2024-01-08
820,742
Ukraynanın uduzmaq riski var - Alman mediası
Ukrayna yardımların kəsilməsi səbəbindən ərazilərini itirə bilər. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Berliner Zeitung” qəzeti yazıb. “Bu il Kiyev daha çox təzyiq altında olacaq, ehtimal ki, hücuma keçə bilməyəcək və daha çox müdafiə mövqeyi tutacaq. Ola bilsin ki, Ukrayna Qərb dövlətlərinin yardımının azalması səbəbindən 2024-cü ildə ərazilərini itirsin”, - məqalədə bildirilib. Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa Birliyinin maliyyə yardımı göstərməyəcəyi təqdirdə Kiyevin ehtiyat planının olmayacağını bildirmişdi.
2024-01-08
820,744
Azərbaycanda bu yol əsaslı təmir edilir - Video
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Astara rayonunun Düriyyə-Şümrüd avtomobil yolunun əsaslı təmirinə start verib. Axar.az agentliyə istinadən xəbər verir ki, ümumi uzunluğu 5 km təşkil edən yolun eni 8 metrə qədər genişləndirilir, bura 4 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılır, kipləşdirmə işləri aparılır, zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların quraşdırılır. Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Yenidənqurma işləri çərçivəsində əsasən torpaq əsaslı və çınqıl örtüklü olan yollar 5-ci texniki dərəcəyə uyğun təkmilləşdirilir. “İnşaat Norma və Qaydaları”na əsasən layihənin sonuncu mərhələsində qum-çınqıl qarışığından ibarət yol geyiminin tikintisi aparılacaq. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yolboyu 2 yaşayış məntəqəsinin əhalisinin rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqdır.
2024-01-08
820,746
Rusiya Ukraynanı yenə vurdu: ölənlər var
Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb. Bildirilib ki, raket zərbələri nəticəsində 4 nəfər ölüb, 34 nəfər yaralanıb. Məlumata görə, Novomoskovskda partlayış dalğası nəticəsində mikroavtobusun aşması səbəbindən 5-i uşaq olmaqla 24 nəfər xəsarət alıb. Xarkovda mülki obyektlərə ziyan dəyib. Zaporojye və Krivoy Roqda da xəsarət alanların olduğu bildirilir.
2024-01-08
820,751
Seçicilər səs verəcəkləri məntəqələri bu yolla öyrənəcək
Seçicilər ölkə üzrə bütün ASAN Xidmət mərkəzlərində seçici statusunu yoxlaya biləcəklər. Axar.az Report-a istinadən xəbər verir ki, bununla bağlı ASAN Xidmət mərkəzlərindəki ASAN Növbə terminallarında "Seçici statusunu yoxla" adlı xüsusi bölmə yaradılıb. Belə ki, seçicilər həmin cihazlara yaxınlaşıb, tək şəxsiyyət vəsiqəsini oxutduraraq, harada səs verəcəkləri - qeydiyyatda olduqları seçki dairəsi və seçki məntəqəsi haqqında məlumatı, onların ünvanını öyrənə bilərlər. Sistemdə adı çıxmayan seçicilər isə mobil nömrə daxil edərək, məlumatlarının sistemdə əks olunması üçün müraciət edə bilərlər. Qeyd edək ki, hazırda ölkə üzrə 26 ASAN Xidmət mərkəzi fəaliyyət göstərir.
2024-01-08
820,755
Bono yenidən İrəvanda: Qriqoryanla görüşdü
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Dövlət katibinin Qafqaz məsələləri üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb. “Həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesini müzakirə edib, son danışıqlara və onlar çərçivəsində əldə olunmuş razılaşmaların icrasının gedişinə toxunublar”, - məlumatda deyilir.
2024-01-08
820,757
Tehranda bina uçdu: ölü və yaralılar var
İranın paytaxtı Tehran şəhərinin cənubunda yaşayış binası uçub. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. Bildirilib ki, səhər saatlarında üçmərtəbəli yaşayış binasının uçması ilə bağlı məlumat daxil olub. Hadisə nəticəsində 1 nəfərin ölüb, 2 nəfər yaralanıb. Yaralananlar tibb müəssisələrinə çatdırılıb, qəza baş verən ərazidə axtarış-xilasetmə işləri davam etdirilir və hadisənin başvermə səbəbləri araşdırılır.
2024-01-08
820,759
İsveç bu ölkələrə 6 milyon hərbi yardım ayırır
İsveç hökuməti Ukraynaya 50 milyon kron (4,86 milyon dollar), Moldova və Gürcüstana isə hər birinə 5 milyon kron (0,49 milyon dollar) məbləğində hərbi yardım göstərəcək. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. “Yardım müxtəlif NATO fondları vasitəsilə təmin edilir. Bu vəsait minalardan təmizləmə, böhranların idarə edilməsi, kibertəhlükəsizlik, təhsil və digər məsələlər üçün istifadə olunacaq”, - məlumatda qeyd edilib.
2024-01-08
820,763
Razi Nurullayevin “nüvə silahı” vədi... - Foto
Bizim adımızdan dünən saxta bir X səhifəsi açıblar və orada belə şeylər paylaşıblar. Yəqin ki, Teleqramın erməni seqmentindəki səhifələr də bundan istifadə edib dezinformasiya ilə məşğul olurlar. Bu sözləri Axar.az-a erməni Teleqram kanallarında haqqında saxta məlumat yayılması barədə danışan Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev deyib. Partiya sədri lazımi addımların atıldığını bildirib: “Partiyamız artıq sözügedən səhifə ilə bağlı təkzib verib. Yayılan məlumat qətiyyən həqiqəti əks etdirmir və tamamilə yalandır. Ermənilər də belə şeylərdən sui-istifadə edirlər. Təəssüflər olsun ki, müasir sosial media dövründə məsələləri nəzarətdə saxlamaq imkanımız xaricindədir. Ona görə belə məsələlər artıq insanların vicdanına qalıb. Gərək bu cür vicdansızlıq edilməsin”. Qeyd edək ki, ötən gün Razi Nurullayevin “təbliğat şüarı” kimi seçiləcəyi təqdirdə Azərbaycanın nüvə silahı olacağı haqda vəd verdiyi iddiası yayılıb. Erməni mediası bunu “məmnuniyyətlə” tirajlayıb və əks-təbliğata başlayıb.
2024-01-08
820,765
684-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 684-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 540 PUA-sı, 447 zenit-raket kompleksi, 14 536 tank və digər zirehli texnikası, 1 201 reaktiv yaylım atəş sistemi, 7 666 artilleriya və minaatanı, 17 210 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2024-01-08
820,766
Atakişiyevin təyyarəsinə atəş açılıb… - Qayınatası sirləri açdı
14:40 Ötən gün Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin pilotu, şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin doğum günü idi. 7 yanvar 1985-ci ildə Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olan Rəşad Saləddin oğlu Atakişiyev ilk təhsilini Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbində, daha sonra Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. 2002-2006-cı illərdə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbində təhsil alıb, uçuş mühəndisi ixtisasına yiyələnib, pilot kimi fəaliyyətə başlayıb. 2019-cu il iyulun 24-ü saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Azərbaycan Müdafiə Nazirliyinin həmin il avqustun 19-da verdiyi məlumata görə, təyyarənin qara qutusu tapılıb. Bir gün sonra isə pilotun nəşi tapılıb. 2019-cu ilin 21 avqust tarixində Rəşad Atakişiyevin nəşi İkinci Fəxri xiyabanda dəfn edilib. 7 may 2021-ci ildə hərbi pilot polkovnik-leytenant Rəşad Atakişiyevə şəhid statusu verilib. Axar.az xəbər verir ki, politoloq Qabil Hüseynli kürəkəni – şəhid pilot R.Atakişiyevin təyyarəsinin Xəzər dənizinə düşməsi hadisəsi ilə bağlı bəzi məqamları Medianews.az-a açıqlayıb. O, pilotun komandirinin söylədiklərinə istinad edərək, həmin gün şərti düşmənin məhv edilməsi üçün təlimlər keçirildiyini dilə gətirib: “Hərbi hissə komandiri bildirib ki, həmin vaxt real döyüş şəraitinə uyğun təlim keçirilib. Təlim zamanı şərti düşmən təyyarəsinin vurulması Rəşad Atakişiyevə tapşırılıb. O, şərti düşmən təyyarəsinin ətrafında 360 dərəcə dövrə vurduqdan sonra top atəşi ilə hədəfi məhv edib. Komandir əməliyyatın uğurla başa çatdığını söyləyərək hər üç pilota bazaya dönmək əmri verib. İki təyyarənin pilotu əmrə reaksiya verib və bazaya geri döndüyünü bildirib. Lakin Rəşadın təyyarəsindən hər hansı cavab verilməyib. Komandir yenə rabitə əlaqə vasitəsi ilə bazaya qayıtmaq barədə əmr verib və əmrin eşidilib-eşidilmədiyini soruşub. Yenə də Rəşadın təyyarəsindən əmrə hər hansı cavab verilməyib. Dərhal hərbi hissə ilə əlaqə saxlanılıb və bildiriblər ki, Rəşadın təyyarəsi radarlardan bir an öncə itib. Bundan sonra digər təyyarələr uçuş aparılan ərazidə bir neçə dövrə vurublar, yanacaq az olduğuna görə bazaya qayıdıblar. Axtarış helikopterləri və əlavə təyyarələr havaya qaldırılıb, təlim akvatoriyası araşdırılıb, amma Rəşadın təyyarəsinin izinə rast gəlinməyib. Təxminən bir ay davam edən axtarışlardan sonra təyyarənin Xəzər dənizinə düşdüyü yer müəyyən olunub, həm Rəşadın nəşi, həm də təyyarənin qara qutusu tapılıb”. Baş vermiş hadisədə xarici ölkə izinin olub-olmamasına aydınlıq gətirən politoloq Q.Hüseynli bildirib ki, təyyarə deyildiyi kimi quş sürüsünə çırpılmayıb, ona kənardan müdaxilə olunub, uzaq məsafədən atəş açılıb: “Rəşad Atakişiyevin həmin gün idarə etdiyi MiQ-29 təyyarəsi yeni təmirdən çıxmışdı. Hərbi nəqliyyat vasitəsində hər hansı texniki nasazlıq yox idi. Üstəlik, pilot Rəşad Atakişiyevin peşəkarlığına söz ola bilməzdi. Onun kimi peşəkar ikinci pilot tanımıram. Müdafiə Nazirliyi təyyarəyə kənardan müdaxilə faktını önə sürmüş, təyyarənin quş sürüsü ilə rastlaşdığını bildirmişdi. Əgər quş sürüsü ilə rastlaşma varsa, pilot bunu dərhal bilir və təyyarəni xilas etməyin mümkünsüzlüyünü başa düşərək katapult edir. Nəticədə texnika sıradan çıxsa da pilot özünü qoruyub saxlaya bilir. Lakin təəssüf ki, bu, belə olmayıb. Ona görə də ehtimal edirəm ki, təyyarəyə quş sürüsü çırpılmayıb, ona kənardan hansısa formada müdaxilə olunub, uzaq məsafədən atəş açılıb. Məhz bu atəş nəticəsində hərbi təyyarə sıradan çıxmaqla yanaşı, pilot ölümcül xəsarət alıb. Prokurorluq və Müdafiə Nazirliyinin apardığı araşdırmalarda isə gəlinən qənaət budur ki, təyyarə quş sürüsü ilə qarşılaşıb, quşların təyyarənin pərlərinə daxil olması nəticəsində texnika sıradan çıxıb”.
2024-01-08
820,768
Kamran Əliyev onları təqaüdə göndərdi
Qulluqda olmanın son yaş həddinə çatmış prokurorluq işçiləri təltif olunub. Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, yanvarın 8-də Baş prokuror Kamran Əliyev rəhbər işçilərin iştirakı ilə “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatmış Azərbaycan Respublikası Baş prokurorunun köməkçisi Müqəddəs Sultanov, Samux rayon prokuroru Mayıl Hacıyev və Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin prokuroru İlham Səlimovu qulluq keçmələrinə xitam verilməsi ilə əlaqədar qəbul edib. Görüşdə Baş prokuror tərəfindən prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib. Daha sonra tədbir iştirakçıları xatirələrini bölüşərək səmimi söhbətlər edib və xatirə şəkli çəkilib.
2024-01-08
820,771
Hava kəskin soyuyur: Bakıya qar yağacaq - Xəbərdarlıq
14:54 Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 15-dək bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib. Onun sözlərinə görə, dünyada son illərin meteoroloji tədqiqatları göstərir ki, son onilliklərdə qış fəslində soyuq günlərin sayı azalır, isti günlərin sayı isə artır: "Ölkəmizdə şaxtalı, qarlı günlərin sayının azalması, qışın daha mülayim keçməsi müşahidə olunur. Çoxillik meteoroloji muşahidələrə görə son 10 ildə yanvar ayında havanın orta aylıq temperaturu iqlim normasindan 0.1-2.1 dərəcə yüksək olub. Lakin bəzi illərdə bununla yanaşı, anomal soyuq proseslər də müşahidə olunur. Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra ölkəmizdə qış fəslinə xarakterik, qarlı hava şəraitinin müşahidə olunacağı gözlənilir. Belə ki, yanvarın 10-u şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir”. Xidmət rəisinin sözlərinə görə, yağıntılı hava şəraiti yanvarın 12-si səhərədək fasilələrlə davam edəcək: "Yanvarın 12-si axşam əsasən şimal və qərb rayonlarında, 13-ü axşamdan isə əksər rayonlarda havanın yenidən yağıntılı olacağı və 15-dək davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Dağlıq Şirvan, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgələrində yağıntıların intensiv olacağı ehtimalı var. Yanvarın 14-15-də gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var. Bakıda və Abşeron yarımadasında yanvarın 10-da axşam hava şəraitinin yağıntılı olacağı, bəzi şəhərətrafı ərazilərdə sulu qara keçəcəyi, 13-ü axşamdan 15-dək isə bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir”. N.Mahmudovun sözlərinə görə, yanvar ayının 10-da günün birinci yarısında Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, maksimal sürətinin 18-23 m/s, gecə və səhər bəzi yerlərdə arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Əhalini bir daha küləkli günlərdə ehtiyatlı olmağa çağırırıq.
2024-01-08
820,772
Kirkorov qazancını bu şəxslərə xərcləyəcək
Rusiyalı müğənni Filipp Kirkorov NTV kanalındakı “Yeni il maskası” şousundan əldə etdiyi qonorarı Ukraynanın Belqorod şəhərinə zərbələri nəticəsində zərər çəkmiş insanlara verəcək. Axar.az xəbər verir ki, bu barədə Kirkorov özünün Vkontakte səhifəsində yazıb. Qeyd edək ki, teleaparıcı Anastasiya İvleyevayanın qalmaqallı “Çılpaq gecə”sində iştirak edənlər arasında F.Kirkorov da olub. Rəsmi səviyyədə onun xalq artisti titulundan məhrum edilməsi təklifi səsləndirilirdi. Kirkorov bu hərəkətlərinə görə ictimaiyyətdən üzr də istəmişdi.
2024-01-08
820,778
Xamenei ofisinin müşaviri edam edildi
İranın dini rəhbəri Əli Xameneinin ofisinin müşaviri Möhsün Səravani İsrailə casusluq ittihamına görə edam edilib. Axar.az xəbər verir ki, bu barədə “İran İnternathional” məlumat yayıb. Bildirilib ki, noyabrın 16-da gizli şəkildə ica edilən gənc müşavirin edamı haqda bu gün xəbər sızdırılıb. Möhsün Səravani 2017-ci ildə Sistan və Bəlucistan əyalətinin valisinin müşaviri kimi rəsmi fəaliyyətə başlayıb. Qısa müddət sonra Əli Xameneinin xüsusi işlər üzrə müavini Vəhid Həqqanianla yaxın əlaqə quran Səravani rəhbərlik ofisində işə götürülüb. 2022-ci ilin aprel ayında həbs edilən Möhsün Səravani barəsində “MOSSAD-a casusluq və İranın nüvə alimlərinə terror planlaşdırmaq” ittihamları irəli sürülmüşdü.
2024-01-08
820,780
Berbok İsrailə və Hizbullaha çağırış etdi
Almaniya xarici işlər naziri Annalena Berbok bildirib ki, hazırki geosiyasi böhran Şərqdə dinc nizam yaratmaq üçün yeni cəhd kimi istifadə edilə bilər. Axar.az xəbər verir ki, bu barədə DW məlumat yayıb. O qeyd edib ki, Qəzza İsrailin varlığına təhlükə yaratmamalı, HƏMAS yaraqlıları silahlarını yerə qoymalıdırlar: “Region davamlı zorakılıq dövrünə son qoymalıdır”. Almaniyalı nazir vurğulayıb ki, Qəzza sakinlərinin daha çox humanitar yardıma ehtiyacı var. Berbork İsraili Qəzzada mülki insanları qorumağa çağırıb: “Bölgənin, eləcə də İordan çayının qərb sahilinin sakinlərinin təhlükəsizlik və öz müqəddəratını təyinetmə şəraitində yaşamaq şansına ehtiyacı var. Terrora qarşı müdafiə hüququ və məsuliyyəti olan İsrail hərbi əməliyyatlar zamanı mülki insanları daha yaxşı müdafiə etməlidir”.
2024-01-08
820,781
Prezidentliyə namizədlərlə bağlı saxta hesablar yaradılır
Bir sıra sosial şəbəkə seqmentlərində Prezident seçkilərində namizədlikləri qeydə alınmış şəxslərlə bağlı saxta hesablar yaradılır və onların adından həqiqətə uyğun olmayan məlumatlar yayılır. Axar.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə yaydığı açıqlamada bildirilir. "Seçkilər ərəfəsində bu tipli fəaliyyət məqsədyönlü şəkildə ictimai rəyi çaşdırmağa, namizədlərin reputasiyasını ləkələməyə yönəlmiş addımdır. İctimaiyyəti belə yalan və təxribat xarakterli paylaşımlara inanmamağa, yalnız prezidentliyə namizədliyi qeydə alınmış şəxslərin rəsmi açıqlamalarını və onların sosial media hesablarında yerləşdirilmiş məlumatları əsas götürməyə çağırırıq. Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa səsləyirik. Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir", - deyə açıqlamada qeyd olunub.
2024-01-08
820,783
Nazirlikdən küləkli hava ilə bağlı daha bir xəbərdarlıq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib. Axar.az xəbər verir ki, ETSN-in mətbuat katibi İradə İbrahimova ölkə ərazisində havanın dəyişməsi ilə bağlı əhaliyə ehtiyatlı davranmaları üçün zəruri məqamları diqqətə çatdırıb. "Küləkli hava şəraiti ilə bağlı insanlara tikinti aparılan yerlərdən, iri gövdəli ağaclardan aralıda durmağı, avtomobillərini ağacların altında saxlamamağı məsləhət görürük. Küləyin təsirlərindən qorunmaq üçün xəbərdarlıqlara əməl olunmasını bir daha rica edirik. Gözlənilən hava şəraiti ilə bağlı yenilənən məlumatları meteo.az saytından əldə edə bilərsiniz", - nazirlik rəsmisi vurğulayıb. Qeyd edək ki, yanvarın 10-da hava şəraitinin dəyişəcəyi, qısamüddətli güclü şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 18-23 m/s, arabir 25-28 m/s, gecə yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.
2024-01-08
820,785
Azərbaycanda həbsdə olan Fransa casusu kimdir? - Foto
Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunmuş şəxslərdən birinin şəxsiyyəti məlum olub. Onun adı Martin Rayandır. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə erməniəsilli fransız jurnalist Leo Nicolian yanvarın 7-də X sosial platformasındakı rəsmi səhifəsində məlumat verib. O qeyd edib ki, M.Rayan dekabrın 4-də Bakıda həbs edilib. Merkorama MMC-nin baş direktoru Martin Rayan casusluqda ittiham olunur. O, onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş Fransanın 2 DGSE (Xarici Kəşfiyyat Baş İdarəsi) agenti tərəfindən istifadə (manipulyasiya) edilib. Fransa vətəndaşı M.Rayanın dekabrın 4-də Fransa kəşfiyyatının xeyrinə casusluğa görə həbs olunmaqla, hazırda Bakıda həbsdə olduğu məlum olur. Qeyd edək ki, daha əvvəl qərb mətbuatında yayılmış məlumatlara əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 2023-cü il dekabr ayının əvvəlində həyata keçirdiyi araşdırmalar və həbslər nəticəsində Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub. Qısa müddət ərzində bir qismi həmin vaxt və ya əvvəllər Azərbaycanda xidmət etmiş, bəziləri müxtəlif ölkələrdə və nüfuzlu beynəlxalq təşkilatlarda örtülü işi davam etdirən onlarla Fransa xəfiyyəsi aşkarlanıb. Azərbaycan tərəfi qeyd olunan həbslərlə bağlı hələ ki rəsmi açıqlama verməyib.
2024-01-08
820,786
İrandan Türkiyəyə Zəngəzur mesajı
İran Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni nəqliyyat və infrastruktur naziri Əbdülqədir Uraloğlunun Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə reallaşdırılması ehtimalı haqda açıqlamasına münasibət bildirib. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, İran XİN sözçüsü Nasir Kənani bu məsələdə Tehranın mövqeyinin aydın və dəqiq olduğunu deyib. “Qafqazdakı vəziyyət, sülh və sabitlik, dəhlizlər və tranzit keçidləri ilə bağlı aydın mövqeyimiz var. Tehran sülh və sabitlik naminə regional, eləcə də ticarət, nəqliyyat və tranzit sahələrində əməkdaşlığın genişləndirilməsinin tərəfdarıdır. Həmişə qeyd etmişik ki, ticarət-iqtisadi əməkdaşlığın inkişafı regionda geosiyasi dəyişikliklərə, müxtəlif ölkələrin suverenliyinin və ərazi bütövlüyünün pozulması üçün bəhanə ola bilməz”, - N.Kənani bildirib.
2024-01-08
820,787
Türkiyə ordusu 2 terrorçunu məhv etdi
Türkiyə ordusu İraqın şimalında 2 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb. Məlumata görə, terrorçular “Pəncə-Kilid” əməliyyatı bölgələrində məhv edilib.
2024-01-08
820,789
Kiprin yeni müdafiə naziri bəlli oldu
Kipr Prezidenti Nikos Xristodulidis Nazirlər Kabinetinin tərkibində dəyişiklik edib. Axar.az xəbər verir ki, bu barədə Kipr hökumətinin rəsmisi Konstantinos Letimpiodis məlumat yayıb. Məlumata görə, Vasilis Palmas ölkənin yeni müdafiə naziri təyin edilib. Palmas bu postda Mixalis Yorqallası əvəz edib. Bundan başqa, Marios Xarçiotis yeni ədliyyə və ictimai asayiş naziri, Mariya Panayotu kənd təsərrüfatı, regional inkişaf və ətraf mühitin mühafizəsi naziri, Mixalis Damianos səhiyyə naziri təyin edilib. Yeni təyinatlar yanvarın 10-da qüvvəyə minəcək.
2024-01-08
820,790
İsrail bacarmadı, çökür: Blinken Ankaraya gəldi ki...
İsrail qırğınının dördüncü ayında Blinken “ayıldı”. Əslində o, HƏMAS-la müharibənin bu qədər uzanacağını düşünmürdü. O, öz səfər turuna Türkiyə ilə başladı. Türkiyə mətbuatını diqqətlə oxusanız, görərsiniz ki, Blinken tonunu kökündən dəyişib. O, sonuncu dəfə noyabr ayında burada olarkən demişdi: “ABŞ Qəzzada atəşkəsə qarşıdır və hesab edir ki, HƏMAS-ı məğlub etmədən bu, yalnız problemi davam etdirəcək”. Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko Blinkenin Türkiyə səfərinin səbəbini şərh edərkən deyib. “İndi o, yalnız sülhdən danışır. Əgər əvvəllər Türkiyə danışıqlar prosesindən kənarlaşdırılırdısa, bu dəfə Ankara Yaxın Şərq turunda ilk ölkə oldu. Ərdoğanın HƏMAS ilə sıx əlaqələri var, bu da onun vəziyyətə təsir etmək üçün yaxşı imkanlara malik olması deməkdir. Amma türklər birmənalı cavab verirlər: “Qəzza və HƏMAS birdir və müqavimət hərəkatı Qəzzanı idarə edəcək”. ABŞ saysız-hesabsız müasir silah və maliyyə dəstəyinə baxmayaraq, Yaxın Şərqdəki quduz itinin bu qədər zəif olduğunu təsəvvür edə bilməzdi. Üç aydır ki, HƏMAS ilə döyüşdə heç bir nailiyyət yoxdur! Ancaq böyük personal itkiləri, avadanlıq itkiləri, iqtisadi çöküş, Netanyahunun devrilməsi ilə bağlı etirazlar... Bir tərəfdən də Livan Hizbullahı döyüşə hazırdır. İndiki şəraitdə ABŞ Ukrayna, Fələstin və Livan, qismən də İran və Suriyanın öhdəsindən gələ bilməyəcək. Blinken, ümumiyyətlə, sülhə çağırır”, - o bildirib.
2024-01-08
820,793
Hizbullah komandiri öldürüldü
Livanda Hizbullahın yüksək rütbəli komandiri öldürülüb. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Məlumata görə, komandir İsrailin endirdiyi zərbə nəticəsində ölüb. Komandirin adı açıqlanmayıb.
2024-01-08
820,799
Bu şəxslərin maaşında yüksək artım olacaq
2023-cü ildə müzakirə etdiyimiz məsələlərdən biri də sertifikasiyada yüksək maaş mexanizminin tətbiq edilməsi ilə bağlıdır. Bununla bağlı Milli Məclisdə müzakirələr aparıldı, eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə rəsmi olaraq təkliflərimizi təqdim etdik. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib. Bayramovun sözlərinə görə, bu il də təhsilə ayrılan vəsaitlərin həcmində artımlar qeydə alınıb: “Daha çox vəsaitin təhsilə yönəldilməsi sertifikasiyada qiymətləndirmə mexanizminin təkmilləşdirilməsinə imkan yaradıb. Buna görə də bu istiqamətdə müzakirələr, eyni zamanda rəsmi səviyyədə mexanizmlərin hazırlanmasıyla bağlı yeni təkliflərin təqdimatı gündəmdə qalacaq. Çalışacağıq ki, 2024-cü ildə də bu istiqamətdə müzakirələrin genişləndirilməsi bütövlükdə yeni və təkmil mexanizmin yaradılmasına imkan yaratsın. Söhbət təbii ki, 50 və daha yüksək bal toplamış müəllimlərimizin maaş artımlarından, 48-dən çox bal toplamış müəllimlərimiz üçün isə 35%-lik artımın tətbiq edilməsindən gedir. Eyni zamanda 30-dan yüksək bal toplamış müəllimlərimiz üçün də yeni mexanizmin tətbiqi məqsədəuyğundur. Müsahibə mərhələsində nəticələrin nəzərə alınması da olduqca vacibdir”.
2024-01-08
820,800
Tehranda kollektiv depressiya yaşanır
İranın paytaxtı Tehran şəhərində yaşayanların 99 faizi depressiyadadır. Axar.az xəbər verir ki, bu barədə Tehran Araşdırmalar və Planlaşdırma Mərkəzi məlumat yayıb. Bildirilib ki, istirahət və ictimai məkanların az olması və digər başqa problemlərdən də irəli gələn təsirlər kollektiv depressiya şəklində özünü göstərir.
2024-01-08
820,807
Hakan Fidan bu türk ölkəsinə gedir
Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 9-da Qırğız Respublikasının XİN rəhbəri Jeenbek Kulubayevin dəvəti ilə Qırğızıstana rəsmi səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşlər zamanı Türkiyə-Qırğızıstan ikitərəfli münasibətlərinin bütün aspektlərinin müzakirəsi, eləcə də cari regional hadisələr və beynəlxalq problemlər ətrafında fikir mübadiləsinin aparılması nəzərdə tutulur.
2024-01-08
820,810
Ölkədə bir sıra məktəblər bağlanacaq? - Rəsmi
Cari tədris ilində ləğv edilən və ya birləşdirilən ümumtəhsil məktəbləri olmayıb. Axar.az xəbər verir ki, bu barədə Trend-ə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib. "2023-2024-cü tədris ilinin əvvəlində işğaldan azad olunmuş ərazilərdə məskunlaşma ilə əlaqədar yeni ümumi təhsil məktəbləri açılıb. Belə ki, Füzuli şəhərində Mirzə Uluqbəy adına 1, Laçın şəhərində 2, Şuşa şəhərində 1 nömrəli və Laçın rayonunun Zabux kəndində tam orta məktəblət fəaliyyətə başlayıb, Bakı şəhərində fəaliyyət göstərən eyni adlı məktəblər isə ləğv edilib. Eyni zamanda Abşeron rayonunun Masazır kəndində yeni 6 nömrəli tam orta məktəb açılıb", - deyə əlavə edilib. Qeyd edək ki, bir müddət öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınmasının nəzərdə tutulduğunu bildirmişdi. "Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərəli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə onların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini məqsədəmüvafiq hesab edirik", - deyə o, əlavə edib.
2024-01-08
820,815
İrəvan Bakının bu tələblərini qəbul edəcək - Stratfor
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə irəliləyiş ehtimalı var, lakin genişmiqyaslı müharibənin yenidən başlanması riski yüksək olaraq qalacaq. Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın “Stratfor” analitik mərkəzinin 2024-cü illə bağlı hesabatında qeyd olunub. “Ermənistan Qərblə artan siyasi əlaqələrindən və sonuncunun hərbi dəstəyindən Bakının tələblərinə qarşı çıxmaq üçün istifadə edəcək. Lakin İrəvanın təsir rıçaqlarının az olduğunu nəzərə alsaq, o, Bakının Ermənistanın cənubundan tranzit və sərhədlərin demarkasiyası tələblərini qəbul edəcək”, - hesabatda qeyd olunub. Mərkəz bildirib ki, eyni zamanda, Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlər və ticarət əlaqələri yeni səviyyəyə qalxacaq: “Cənubi Qafqazda Şərq-Qərb tranziti əsasən Gürcüstan ərazisindən keçməklə davam edəcək və Bakı Rusiyanı İranla birləşdirən Şimal-Cənub infrastrukturunun inkişafına töhfə verəcək”.
2024-01-08
820,817
Jdanov: Rusiyada “Priqojinin yeni yürüşü” başlayır
Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-a qohumlarına qarşı sanksiyaların ləğvi üçün ukraynalı əsirləri dəyişdirməyi təklif edir, lakin ertəsi gün sözlərindən imtina edir. Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. Hərbi ekspert Kadırovun belə qəribə davranışını Putinin nəzarətindən çıxmağa çalışması ilə izah edir: “Lakin o, indiyə qədər buna nail ola bilməyib. Kadırovun bu addımı Priqojinin üsyan təşkil edib Moskvaya yürüş edərkən etdiyi hərəkətləri xatırladır. Kadırovun Rusiyada əsas “çat” olacağı qənaətindəyəm, hər şey ondan başlayacaq. Bir dəfə demişdim ki, Putinə ilk xəyanət edən Kadırov olacaq və Rusiyanın dağılması ondan başlayacaq. İndi təxminən belə də olur. Kadırov ailə üzvlərinə qarşı sanksiyaların ləğvi müqabilində əsirlərin dəyişdirilməsini təklif edib. Birincisi, bu, Rusiyanın terrorçu ölkə olduğunu göstərir və biz bu faktın tanınmasını tələb etməliyik, çünki onlar məhbus alveri ilə məşğuldurlar”, - o bildirib.
2024-01-08
820,820
Xərçəngə yoluxan tut ağaclarının ömrü… - Professor
Vida mərasimində artıq deyilmiş həqiqəti bir daha ifadə etmək günah yox, savabdır. Kult.az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Dillər Universitetinin professoru Qorxmaz Quliyev əməkdar artist Aygün Bəylərin vəfatı ilə bağlı qeyd edib. “Hər bir nəğmənin üç yaradıcısı olur - sözlərini yazan şair, melodiyasını nizamlayan bəstəkar və ifa edən müğənni. "Tut ağacı" həm sözləri, həm melodiyası, həm də ilk ifaçısı baxımından şedevrdir. Özü də şairin səmimi sözlərinə məhrəmlik verən, hər bir insan üçün özünəməxsus şəkildə fərdiləşən musiqi və ruhi qısaqapanma yolu ilə dinləyicinin ürəyinə yol tapan ifa. Bu üç nəfərin əl-ələ, könül-könülə verib yaratdıqları nəğmənin sözləri də, bəstəsi də möcüzədir. Əgər "Tut ağacı"nın kulminasiyası onun ifasındadır desəm, nə şair (Zakirə Allahverdiyeva), nə də bəstəkar (Aygün Səmədzadə) məndən inciməz. Özü də bu gündə. Aygün özünün "Tut ağacı"nı oxuyurdu/oxuyur. Lakin səbəbini axıra kimi dəqiqləşdirə bilmədiyim möcüzə ilə mənim - İkinci Dünya savaşının qurtarar-qutarmazında balaca Qorxmazın həqiqətlərini də canlandırır. Bəlkə elə möcüzə Bakı kəndlərinin küçələrinə ehsan kimi əkilən, bütün yoldan keçənlərə öz nemətini təklif edən tut ağaclarındadır?! Son illərdə kəndlərimizdə bitki xərçənginə (zəhrimara!) yoluxmuş xeyli möhtəşəm və xeyirxah tut ağacı məhv oldu, Aygün həmin ağacların taleyini yaşadı. Lakin insanlar yeni ağaclar əkdilər. Artıq onların meyvəsini dadmaq mümkündür. Bu məndə nikbin ovqat yaradır - Aygünün nəğməsini də onun dünyasını dəyişməsi ilə məhv emək mümkün deyil. Onun möcüzəsi fidan-fidan könülləri oxşayacaq. Əminəm! Allah rəhmət eləsin”, - professor bildirib.
2024-01-08
820,821
Güləşçimiz “Zaqreb Open”ə niyə qatılmır? – Rəsmi
Yunan-Roma güləşi üzrə üçqat dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizlinin Xorvatiyada keçiriləcək “Zaqreb Open”də iştirak etməməsinin səbəbi bəlli olub. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. "Bu, idmançının məşqçilər korpusu ilə ortaq qərarıdır. Eldəniz komanda ilə Zaqrebə yollanır. Yarışdan sonra sözügedən şəhərdə yığmamızın təlim-məşq toplanışı gerçəkləşəcək. Eldəniz də orada olacaq", - deyə qurumdan bildirilib. Qeyd edək ki, yanvarın 10-14-ü aralığında keçiriləcək “Zaqreb Open” turniri reytinq xarakterlidir.
2024-01-08
820,823
Roma Papasından Bakı və İrəvana çağırış
Roma Papası Fransisk Azərbaycan və Ermənistanı sülhə çağırıb. Axar.az xəbər verir ki, o, bu barədə Vatikanda akkreditə olunmuş diplomatlara müraciət edərkən bildirib. O, həmçinin Cənubi Qafqazdakı durumdan narahatlığını ifadə edib. Fransisk dini abidələrə hörmətlə yanaşmağın vacibliyini vurğulayıb.
2024-01-08
820,824
2024-cü ilin ən böyük təhlükəsi budur
2023-cü ildən bəşəriyyət üçün miras qalan iki əsas təhlükə - müharibələr və iqlim dəyişikliyi ilə yanaşı analitiklər və media daha bir böyük yeni təhlükənin olduğunu vurğulayır. Bu, ilk növbədə Qərbə aiddir, lakin bunun nəticələrini bütün dünya hiss edəcək. Axar.az xəbər verir ki, bu barədə BBC-nin 2024-cü illə bağlı hazırladığı araşdırmada qeyd olunub. “Söhbət seçkilərdən gedir. Seçkilər ABŞ və AB-də hakimiyyətin dəyişdirilməsini vəd edir ki, bu da digər məsələlərlə yanaşı, Rusiyanın təcavüzünə qarşı çıxan Ukraynaya dəstəyin azalması ilə nəticələnə bilər”, - məqalədə bildirilib.
2024-01-08
820,827
Sərhəddə gözləyən yük maşınlarının sayı...
17:38 Son bir ayda sıxlıq müşahidə edilən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 65 yük maşını gözləyir. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. "Ölkənin sərhəd-keçid məntəqələrində ümumilikdə 176 ədəd yük maşını gözləyir: "Qırmızı Körpü" gömrük postunda 65, “Samur” gömrük postunda 45, “Biləsuvar” gömrük postunda 38, “Mazımqara” gömrük postunda 16, "Astara" gömrük postunda 7 və “Xanoba” gömrük postunda 5 yük maşını var", - məlumatda bildirilib. Xatırladaq ki, “Qırmızı Körpü” gömrük postunda ötən gün gözləmədə yük maşını olmayıb.
2024-01-08
820,828
Masallıda meşə yandı - Video
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonunun Şıxlar kəndi yaxınlığında meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Axar.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində, ilkin məlumata əsasən, meşə ərazisində 800kv.m. sahədə kol-kos və xəzəl yanıb, ağaclar yanğından mühafizə olunub.
2024-01-08
820,829
İsveç müharibəyə hazır olmalıdır - Bollin
İsveç müharibəyə hazır olmalıdır. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin mülki müdafiə naziri Karl-Oskar Bollin deyib. O bildirib ki, İsveçdə müharibə ola bilər: “Bütün isveçlilər ölkənin müdafiə qabiliyyətini gücləndirmək üçün hərəkətə keçməlidirlər”. İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Büden isə düşünür ki, artıq hərəkətə keçmək vaxtıdır. Onun sözlərinə görə, son illərdə İsveçin təhlükəsizliyini gücləndirmək üçün çox işlər görülüb: “Eyni zamanda İsveç NATO-ya üzv olmaq ərəfəsindədir. Biz Alyansa nə qədər tez tamhüquqlu üzv olarıqsa, bir o qədər yaxşıdır. Vəziyyətin nə qədər ciddi olduğunu dərk etməliyik”. M.Büden indi Ukraynada baş verənlərin gələcəkdə İsveçdə də təkrarlana biləcəyini istisna etməyib. İsveçin xarici işlər naziri Tobias Billström daha əvvəl bildirib ki, Rusiya yaxın gələcəkdə İsveç və Avropanın təhlükəsizliyinə ciddi təhdid olaraq qalacaq.
2024-01-08
820,831
Ordumuzda sınaq imtahanları keçirilir - Video
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir. Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. İmtahanlar Azərbaycan Ordusunun müxtəlif təlim mərkəzlərində sinif otaqları və çöl-səhra şəraitində keçirilir. Sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, həmçinin rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır. Eyni zamanda, hərbi qulluqçular silahlanmada olan döyüş texnikasının ştat silahından və atıcı silahlardan təyin edilmiş hədəflərə müxtəlif məsafələrdən atəş açılması, eləcə də döyüş maşınlarının və avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqlarını yerinə yetirirlər. Şəxsi heyətin döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar davam edir.
2024-01-08
820,832
Qəzzada ölənlərin sayı 23 mini keçdi
Qəzza zolağında ölən fələstinlilərin sayı 23 084 nəfərə yüksəlib. Axar.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb. Yaralıların sayı isə 58 926 nəfərdir.
2024-01-08
820,833
BƏƏ prezidenti Azərbaycana gəldi
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan yanvarın 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Axar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər qarşılayıblar.
2024-01-08
820,838
Bəzi liseylərdə ibtidai siniflərə şagird qəbulu dayandırıldı
Ölkənin bir sıra liseylərində mövcud qaydalar gözlənilməklə ibtidai siniflərə şagird qəbulu dayandırılıb. Axar.az xəbər verir ki, bu barədə Trend-ə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyindən bildirilib. Bildirilib ki, bununla həmin müəssisələrin V siniflərinə şagird qəbulunun müsahibə yolu ilə aparılmasına, istedadı ilə fərqlənən şagirdlərin seçilməsinə şərait yaradılıb. "Ümumi təhsil müəssisələri ilə bağlı rasionallaşdırma tədbirləri (məktəblərin açılması, bağlanılması, tipinin dəyişdirilməsi) zərurət yarandığı hallarda həyata keçirilir ", - deyə əlavə edilib.
2024-01-08
820,845
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan olundu
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Agentlikdən Axar.az-a verilən məlumata görə, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, boyu 1.85 sm-dən aşağı olmayan (təsdiq edici sənəd təqdim etmiş Vətən Müharibəsi iştirakçıları boyu 1.80 sm-dən aşağı olmayanlar) və 27 yaşınadək hərbi vəzifəlilər (qadınlar istisna olmaqla) yanvarın 15-dən yanvarın 26-dək Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Agentliyə müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcəsinin müəyyən edilməsi məqsədi ilə müvafiq tibb müəssisəsinə göndərilir. Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər Agentliyə qəbul edilir. Agentliyə qəbul edilən şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və müvafiq vəzifələrə təyin olunur. Namizədlər qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir: - şəxsiyyət vəsiqəsinin əsli və surəti. - hərbi biletin əsli və hərbi biletin bütün vərəqlərinin surəti. - bitirdiyi təhsil müəssisəsi haqqında sənəd və onun surəti. Sənədlər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Sumqayıt regional idarəsində (Sumqayıt şəhər 11-ci mkr Üzeyir Hacıbəyov küçəsi 1. Sumqayıt Dəmir yol vağzalının yanı) qəbul olunacaq. Müraciətlər yanvarın 15-dən yanvarın 26-dək təyin olunmuş günlər (bazar ertəsindən cümə gününədək digər günləri istisna olmaqla) saat 15:00-dan 18:00-dək qəbul olunur. Qeyd edilib ki, müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçular və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş (ailə üzvləri daxil olmaqla) hərbi vəzifəlilər qəbul üçün müraciət edə bilməzlər.
2024-01-08
820,846
MSK sənədlərin qəbulunu dayandırdı
Prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilməsi müddəti başa çatıb. Axar.az xəbər verir ki, prezidentliyə nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsinə 2023-cü il dekabrın 19-dan başlanılıb. Bu müddət bu il yanvarın 8-i saat 18:00-dək davam edib. Qeyd edək ki, bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. MSK hazırki ana qədər İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyini qeydə alıb.
2024-01-08
820,847
Mülki müdafiə təyinatlı əmlakların siyahısı təsdiqləndi
“Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısı” təsdiq edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların siyahısı aşağıdakı kimidir: 1. Mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya əleyhinə daldalanacaqlar) və onların daxili avadanlıqları. 2. Metropolitenin xətləri, həmin xətlər üzərindəki və bu xətlərə bitişik stansiyalar, yol tunelləri, tunelətrafı qurğular və yeraltı əmlaklarla bilavasitə bağlı olan keçidlər. 3. Metropolitenin elektrik depolarının ərazisində yerləşən saxlamatəmir korpusları, təmir sexləri, emalatxanalar və vaqonları yuma və qurutma kameraları. 4. Metropolitenin idarəetmə məntəqələri (metro stansiyaları və tunellərin havalandırılması, elektrik enerjisi və su ilə təmin edilməsi, rabitə əlaqəsinin yaradılması, qatarların və eskalatorların hərəkətinin idarə olunması üzrə) və onların avadanlıq və qurğuları. 5. Metropolitenin həyat təminatlı obyektləri (elektrik yarımstansiyaları, ventilyasiya kameraları və şaxtaları, su təchizatı və kanalizasiya sistemləri, işarəvermə və rabitə qovşaqları, hermetik kip qapılar, bütün təxliyə keçidləri) və onların avadanlıq və qurğuları. 6. Metropolitenin sərnişin və təsərrüfat qatarları, motodrezin və digər rels nəqliyyatları, video-müşahidə və yanğından mühafizə sistemləri və avadanlıqları. 7. Mülki müdafiə vasitələri saхlanılan ixtisaslaşmış anbarlar. 8. Gеyim və nəqliyyat vasitələrinin zərərsizləşdirilməsi stansiyaları. 9. Avtomobil filtr stansiyaları. 10. Sanitar-təmizləmə məntəqələri. 11. Kimyəvi kəşfiyyat maşınları. 12. Avtoçiləyici stansiya maşınları. 13. Deqazasiya duş qurğuları və tüstü maşınları. 14. Səhra-kimya laboratoriya maşınları. 15. Səyyar su nasosları və pompaları. 16. Radioaktiv, kimyəvi və bioloji vasitələrdən mühafizə üçün nəzərdə tutulan respiratorlar. 17. Kimyəvi və bioloji zəhərləyici vasitələrdən mühafizə kostyumları. 18. Süzücü əleyhqazlar. 19. Süzücü əleyhqazlar üçün çantalar və qablar. 20. Süzücü əleyhqazlar üçün filtrlər. 21. İzoləedici (təcridedici) əleyhqazlar. 22. İzoləedici (təcridedici) əleyhqazlar üçün regenerativ patronlar. 23. İzoləedici (təcridedici) əleyhqazlar üçün əlavə hava balonları. 24. Uşaq mühafizə kameraları. 25. Karabinlə xilasetmə kəmərləri. 26. Meteokomplektlər (müxtəliftipli). 27. Hava ilə doldurulan motorlu qayıqlar. 28. Pnevmoçərçivəli modullar (çadırlar). 29. Əleyhqazların texniki yoxlanması üçün çadırlar. 30. Radiasiya kəşfiyyat və dozimetrik nəzarət cihazları. 31. Kimyəvi kəşfiyyat cihazları. 32. İndikator-siqnalizatorlar. 33. Qazanalizator-siqnalizatorlar. 34. Avtomatik qazosiqnalizatorlar. 35. Rentgenometr-radiometrlər. 36. Fərdi kimya əleyhinə paketlər. 37. Sirkulyar çağırış dayaqları. 38. Sirenlər. 39. Xərəklər. Qərarda qeyd olunub ki, bu siyahı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199.4.1-1- ci maddəsinin məqsədləri üçün hazırlanmışdır və əmlak vergisindən azad edilən mülki müdafiə təyinatlı əmlakları müəyyən edir.
2024-01-08
820,849
BƏƏ lideri Bakıda şəhidlərin xatirəsini andı - Foto
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib. Axar.az xəbər verir ki, Prezident Şeyx Məhəmməd bin Zayed ən-Nəhyan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
2024-01-08
820,850
DTX-nin səlahiyyətləri artırıldı - Qərar
Nazirlər Kabineti “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” qərar verib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının (Xidmətdən pensiyaya çıxmış əməkdaşlar da daxil olmaqla) və onların ailə üzvlərinin sanitar-epidemioloji, ambulator-poliklinik və stasionar yardım üzrə tibb xidmətləri ilə təmin olunması “Hərbi qulluqçuların statusu haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının və “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 186 nömrəli Fərmanının tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçiriləcək. Maliyyə Nazirliyinə bu Qərarın icrası ilə əlaqədar müvafiq vəsaitin hər il növbəti ilin dövlət büdcəsi layihəsinin tərtibi zamanı Azərbaycan Respublilkası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmış təklifləri əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin saxlanılması xərclərinin tərkibində nəzərdə tutulmasını təmin etmək tapşırılıb.
2024-01-08
820,851
Su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanıldı
Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Qeyd olunub ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Mingəçevir su anbarında keçirdikləri növbəti yoxlamalar zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Məmmədovu müəyyənləşdirərək saxlayıb. Onun ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb.
2024-01-08
820,852
Bu nazirliyin kollegiyasında dəyişiklik olundu
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, kollegiya üzvlərinin sayı 11-dən 9-a endirilib. Nazir müavinləri kollegiyanın tərkibindən çıxarılıb.
2024-01-08
820,854
Cənub Qaz Dəhlizinin növbəti iclası nə vaxt olacaq?
Martın 1-də Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə Report-a energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasıda iştirak edəcək mötəbər qonaqların siyahısı hələ ki dəqiqləşdirilir. Tədbirdə beynəlxalq enerji şirkətlərinin və maliyyə qurumlarının iştirakı gözlənilir. Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı 2018-ci il fevralın 15-də, beşinci toplantı 2019-cu il fevralın 20-də, altıncı toplantı 2020-ci il fevralın 28-də, yeddinci toplantı 2021-ci il fevralın 11-də, səkkizinci toplantı 2022-ci ilin fevralın 4-də, doqquzuncu toplantı isə 2023-cü ilin fevralın 3-də keçirilib. SGC layihəsinə “Şahdəniz-2” layihəsi, Bakı-Gürcüstan-Türkiyə sərhədi Cənubi Qafqaz boru kəməri magistralının genişləndirilməsi, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər Trans-Anadolu Qaz Kəmərinin (TANAP) və Yunanıstan, Albaniya və İtaliyanın cənubunu birləşdirən Trans-Adriatik Qaz Kəmərinin (TAP) tikintisi daxildir. Layihənin ümumi dəyəri 33 milyard ABŞ dolları təşkil edir. Azərbaycan qazının Avropaya ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. 2021-ci ildə Avropaya ixrac 8,1 milyard kubmetr, 2022-ci ildə 11,4 milyard kubmetr, 2023-cü ildə isə təxminən 12 milyard kubmetr təşkil edib. Hazırda Avropada Azərbaycan qazının alıcıları İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya və Macarıstandır. 2024-cü ildə isə Serbiyaya qaz ixracına başlanılacaq.
2024-01-08
820,856
Vəfat edən əlilliyi olan şəxsin ailə üzvlərinin diqqətinə!
Nazirlər Kabinetinin “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması Qaydası”nda dəyişikliklər edilib. Axar.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliyə əsasən, bu qaydanı nəzərdə tutulan sənədlərin və ya məlumatların (təmsilçinin və digər ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surətləri, təmsilçilik barədə ərizə (2 nömrəli əlavə), əlilliyi olan şəxsin ölümü haqqında şəhadətnamənin surəti) Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar təmsilçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi təmsilçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya təmsilçi tərəfindən təmin edilir.
2024-01-08
820,857
ABŞ səfirliyi ermənilərin yalanlarını ifşa etdi: Bakı ilə...
ABŞ-ın Azərbaycandakı səfirliyi Ermənistan mətbuatında Bakı ilə Vaşinqton arasında münasibətlərə dair əsassız və yalan məlumatları ifşa edib. Axar.az xəbər verir ki, bununla bağlı səfirlik sosial şəbəkə hesabında açıqlama yayıb. "Yanvarın 4-də ABŞ Dövlət katibinin köməkçisi Cülyetta Noyesin iştirak etdiyi mərasimdə yeni təyin olunmuş səfir Libbi and içib. Tədbirdə onun həyat yoldaşı Danusia və oğlu Endryu da olub. O, Bakıya qayıtmağı və ABŞ-ın Azərbaycandakı on birinci səfiri kimi etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməyi səbirsizliklə gözləyir", - açıqlamada vurğulanıb. Qeyd edək ki, Ermənistan KİV iddia edir ki, səfir Mark Libbi bir aydır Bakıdadır, lakin o, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsi üçün dəvət olunmayıb. Diplomat isə hazırda ABŞ-dadır.
2024-01-08
820,858
Bu ölkədə məktəblər bağlandı
Moldovanın paytaxtı Kişinyovda güclü qar səbəbindən məktəblər və uşaq bağçaları bağlanıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Komissiyası məlumat verib. Kişinyov meri İon Çebanın sədrliyi altında komissiyanın iclasında həmçinin, qarın və buzun təmizlənməsi ilə məşğul olan xidmətlər istisna olmaqla, dövlət müəssisələrinin fəaliyyətini dayandırmaq barədə qərar qəbul olunub.
2024-01-08
820,860
Nigeriya və Çin 1 milyardlıq saziş imzaladı
Nigeriya və Çin arasında səmt qazından istifadəni nəzərdə tutan 1 milyard dollarlıq saziş imzalanıb. Axar.az xəbər verir ki, sazişi Nigeriyanın “NIGUS International”, Çinin isə “Zhongmin Xinjunlong” şirkəti imzalayıb. “Bu bərpa olunan enerji sahəsində ixtisaslaşan NIGUS-a Nigeriyada ekoloji cəhətdən təmiz iqtisadiyyatı inkişaf etdirməyə imkan verəcək. Hazırda Nigeriyada səmt qazının 90 faizi lazımsız yerə yandırılır”, - şirkətin rəhbəri Malik Ado İbrahimi qeyd edib.
2024-01-08
820,864
Rusiyada 50 avtomobil toqquşdu: 4 ölü, 16 yaralı
19:59 Rusiyanın Novqorod vilayətində M-11 magistral yolunda 50-dən çox yük və minik avtomobilinin iştirakı ilə ağır qəza baş verib. Axar.az xəbər verir ki, bu barədə vilayətin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qəza nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Hadisə yerinə Rusiya Fövqəladə Hallar Nazirliyi və Fəlakət Təbabəti Mərkəzinin helikopterləri göndərilib. Bildirilir ki, hadisə yerində ümumilikdə 45 mütəxəssis və 15 texnika işləyir. *** Novqorod vilayətinin M-11 şossesində baş vermiş güclü yol qəzasında yaralıların sayı 16-ya çatıb. Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
2024-01-08
820,865
Fələstinlilərin köçürülməsini rədd edirik - Sisi
Qəzzada atəşkəsin əldə edilməsi və humanitar yardımın dərhal çatdırılması üçün mühüm səylər göstəririk. Axar.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Sisi Qahirədə fələstinli həmkarı Mahmud Abbasla görüşdə deyib. Sisi danışıqlar zamanı fələstinlilərin istənilən şəkildə köçürülməsini qəti şəkildə rədd etdiyini bildirib.
2024-01-08
820,866
Ermənistan Rusiyaya bərə daşımalarını dayandırdı
Ermənistan Gürcüstanın Poti limanından Rusiyanın Qafqaz limanına bərə daşımalarını dayandırıb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan iqtisadiyyat naziri Vaan Kerobyan məlumat verib. Nazir qeyd edib ki, bərə bir neçə ay işləyib: "Bu daşımalar ixracatçılar və idxalçılar arasında kifayət qədər maraq oyatmadı. Şirkətlər bərə daşımalarından yetərincə istifadə etmədilər".
2024-01-08
820,870
Bərdə-Ağdam dəmir yolunda son vəziyyət nə yerdədir?
Bərdə-Ağdam dəmir yolu layihəsi vacib layihələrdən biridir və artıq demək olar ki, Ağdam şəhərinin mərkəzinə qədər dəmir yolu xətti tikilib. Axar.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib. Onun sözlərinə görə, 2023-cü il Qarabağda dəmir yolu infrastrukturunun qurulması baxımından da əlamətdar bir il olub: “2020-ci ildən başlayaraq biz işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində işlərimizi davam etdiririk. Bərdə-Ağdam layihəsi vacib layihələrdən biridir və artıq demək olar ki, biz Ağdam şəhərinin mərkəzinə kimi dəmir yolu xəttini artıq hazırlamışıq, tikilib inşa edilib. Hazırda Bərdə,Təzəkənd və Köçərli stansiyalarının yekunlaşması başa çatmaq üzrədir. Ümumilikdə ümumi oxu üzrə 47,1 uzunluğunda olan dəmir yolu xəttinin inşaası yekunlaşır. Təbii ki, onun təsərrüfat obyektləri, ümumiyyətlə digər infrastruktur yeni yardımçı infrastruktur layihələri tamamlandıqdan sonra layihə üzrə yekunlaşması nəzərdə tutulub”. O qeyd edib ki, artıq layihə üzrə işlərimizin 90 faizi icra olunub: “Həmçinin dəmir yolu və avtovağzal kompleksinin yeni vahid nəqliyyat qovşağı olaraq onların hazırlanmasının layihələndirmə işləri yekunlaşıb. Bu il ərzində artıq həmin kompleksin tikintisinə start veriləcək. Bununla yanaşı, biz Bakı-Böyük Kəsik dəmiryolu xəttinin Qarabağ qolu hesab olunan Yevlax-Bərdə yolunda layihələndirilməsi üzərində iş aparırıq və məqsədimiz mərhələli şəkildə ölkə boyu dəmir yolu xəttinin xüsusilə də işğaldan azad olunmuş ərazilərdə dəmir yolu infrastrukturunu yenidən qurmaq, infrastrukturu sağlamlaşdırmaqdır”.
2024-01-08
820,871
Leyla Əliyeva Uşaq Onkologiya Klinikasında - Foto
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında olub. Axar.az xəbər verir ki, bu barədə Leyla Əliyeva İnstaqram hesabında paylaşım edib.
2024-01-08
820,873
Rusiya kritik hədəfləri "Xəncər"lə vurdu
Ukrayna Silahlı Qüvvələrinin hədəflərinə “Xəncər” raketlərindən zərbələr endirilib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. MN bu gün səhər saatlarında Ukraynadakı hərbi obyektlərin hipersəs "Xəncər"lər ilə vurduğunu bildirib. Qeyd edək ki, bu gün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib və iki saatdan sonra ləğv edilib. Yerli media və hakimiyyət orqanları Krivoy Roq, Xarkov, Dnepropetrovsk və Xmelnitskidə partlayışların baş verdiyini bildiriblər. Zərbələr barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı da təsdiqləyib.
2024-01-08
820,874
Blinken BƏƏ-dən Səudiyyəyə getdi
ABŞ Dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanına səfər edib. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller məlumat verib. “Dövlət katibi Qəzza zolağında münaqişənin genişlənməsinin qarşısının alınması da daxil olmaqla kritik regional problemləri müzakirə etmək üçün Səudiyyə Ərəbistanındadır”, - Miller qeyd edib. Qeyd edək ki, daha öncə Blinken Türkiyə, Qətər və BƏƏ-də olub.
2024-01-08
820,876
Əfsanəvi futbolçu dünyasını dəyişdi
Futbol dünyasının əfsanəvi oyunçularından hesab edilən almaniyalı Frans Bekkenbauer 78 yaşında vəfat edib. Axar.az xəbər verir ki, bu barədə Almaniya mətbuatında məlumat yayılıb. Qeyd edək ki, Bekkenbauer Almaniya millisinin tərkibində 1974-cü ildə dünya çempionu və 1972-ci ildə Avropa çempionatının qalibi olub. Bekkenbauer futbol tarixinin ən yaxşı müdafiəçilərindən biri hesab olunur. O, iki dəfə - 1974 və 1976-cı illərdə müdafiəçi kimi "Qızıl top"u qazanan yeganə oyunçudur.
2024-01-08
820,882
Baş plan təsdiq edildi: evlərin qiyməti bahalaşacaq?
Əhali proqnozları əsasında aparılmış hesablamalara görə, 2040-cı ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə tələbat yaranacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Baş planın təsdiqi Bakıda mənzillərin qiymətinə necə təsir edəcək? Axar.az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə paytaxtın mərkəz hissələrində demək olar boş yer olmadığını bildirib. "Baş planın təsdiqi ilə 2040-cı ilə qədər paytaxtda söküntü və tikinti işləri aparılacaq. Bu da öz növbəsində mənzil qiymətlərinə öz təsirini göstərəcək. Plandan görünür ki, paytaxtın mərkəzi hissələrində binalar az sayda tikiləcək. Ümumilikdə isə fərdi evlərin söküntüsü, onların yerində yenilərinin tikilməsi aparılacaq. Bu özü də bir xərc yaradacaq. Bina tikintisi ilə məşğul olan sahibkarlar özləri də qeyd edirlər ki, xərclər artıb. Əsasən torpağın və inşaat materiallarının qiyməti bahalaşıb. Ola bilər ki, Bakının mərkəzi hissələrində hündürmərtəbəli binaların tikintisinə məhdudiyyət qoyulacaq. Az miqdarda binanın tikilməsi, ancaq bunun qarşılığında tələbin yüksək olması qiymətlərə təsir göstərəcək", - deyə o, əlavə edib. Ekspert bu il paytaxtda mənzillərin qiymətinin necə olacağına da toxunub: "Bu il paytaxtın mərkəzinə yaxın yeni hündürmərtəbəli binalarda bir kvadratmetrin qiymətinin 2000 manatdan yuxarı, tam mərkəzdə isə 3000 mindən yuxarı olacağı gözlənilir. Yeni tikililərin qiymətinin bahalaşması köhnə binalardakı mənzillərin də qiymətinin bahalaşmasına səbəb olacaq". Qeyd edilib ki, Baş planda əhalinin mənzil tələbatının ödənilməsi üçün təqribən 9 000 ha sahə nəzərdə tutulub. Bu ərazi isə təxminən 200,0 min mənzil deməkdir. Bu, 2027-ci ilədək yaranacaq 49,97 min, 2040-cı ilədək yaranacaq 92,85 min mənzil tələbatını ödəmək üçün kifayət edəcək.
2024-01-08
820,885
Abşeronda şəhid ailələri ilə görüş keçirildi - Foto
Abşeron rayonunda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib. Axar.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə RİH başçısı Abdin Fərzəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən - mayor Beytulla Quliyev, Abşeron rayon İcra Hakimiyyəti Yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron Rayon Ağsaqqallar Şurasının sədri, şəhid Vidadi Zalovun atası Nizami Zalov, şəhid ailələri və müharibə iştirakçıları iştirak edib. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən torpaqlarımızda geniş vüsət alan yenidənqurma, abadlıq-quruculuq işlərindən danışan RİH başçısı bildirib ki, artıq soydaşlarımız öz yurdlarına dönür və Qarabağa həyat yenidən qayıdır. Qeyd edib ki, Ali Baş Komandanın “Dəmir yumruğ”u altında sıx birləşən minlərlə igid oğullarımızın, şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində düşmən döyüş meydanında diz çökdürülüb, Ermənistan Kapitulyasiya Aktına imza atmağa məcbur olub. Ötən il antiterror əməliyyatından sonra ərazi bütövlüyümüzün və ilahi ədalətin bərqərar olduğu vurğulanaraq Silahlı Qüvvələrimiz bundan sonra da baş verəbiləcək bütün hərbi təxribatları yerində qarşısını almağa və layincə cavab verməyə qadirdir. Daha sonra RİH yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək ölkəmizdə şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən yüksək diqqət və qayğıdan danışıb və bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildirib. Sonda Dövlət başçısının müvafiq sərəncamları ilə təltif olunan Vətən Müharibəsi iştirakçısı, I qrup müharibə əlili Əliyev Vidadi Rizvan oğluna 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Xocavəndin azad olunmasına görə” medalı təqdim olunub.
2024-01-08
820,887
Fransa baş naziri istefaya getdi
Fransa Baş naziri Elizabet Born istefa verib. Axar.az xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb. Fransa Prezidenti Emmanuel Makron Borna fəaliyyətinə görə təşəkkür edib.
2024-01-08
820,888
Lukaşenko özünə ömürlük toxunulmazlıq verdi
Belarus Prezidenti Aleksandr Lukaşenko özünü və ailəsini ömürlük toxunulmaz edib. Axar.az xəbər verir ki, bununla bağlı Lukaşenko qanun imzalayıb. Yeni qanuna əsasən, prezidentin səlahiyyət müddətini başa vurduqdan sonra Belarus parlamentinin yuxarı palatasının daimi üzvü olmasını nəzərdə tutan qanun Lukaşenkonun cinayət məsuliyyətinə cəlb olunmasının qarşısını alacaq. Yeni qanun həmçinin prezidentliyə namizədlərin ən azı 40 yaşını və Belarusda 20 il yaşamasını tələb edir.
2024-01-08
820,889
Əgər dəstək dayansa, rus ordusu cəbhə xəttini keçəcək
Əgər indi dəstəyi dayandırmaq və ya geri götürmək qərarı verilərsə, Rusiya döyüş meydanında uğur qazana və cəbhə xəttini keçə bilər. Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Qərbin dəstəyi barədə danışarkən bildirib. O, müttəfiqlərdən gələcəkdə böhranın qarşısını almaq üçün Kiyevi daha çox silahla təmin etməyi tələb edib.
2024-01-08
820,890
İlham Əliyevə uduzan şəxs niyə yenidən seçkiyə girir?
Şəxsən və BAXCP olaraq əvvəlki seçkiləri uduzmuşuq, amma siyasi partiya olaraq ölkənin ictimai-siyasi həyatında yerimizi qoruyub saxlamışıq. Digər sağlam siyasi qüvvələrlə birlikdə şərbaz, tərbiyəsiz, qisas almaq üçün hakimiyyətə can atan mənsəbpərəst, ikiüzlü, hazırlıqsız, xarici ermənipərəst dairələrin əlində alət olan şəxslərin hakimiyyətə gəlişinin qarşısını almışıq, bu işə töhfə vermişik. Təsəllimiz budur. Bunun özü belə siyasi baxımdan çox da hazırlıqlı olmayan cəmiyyətdə böyük uğurdur. Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bundan öncə də seçkilərdə İlham Əliyevə uduzmasına rəğmən, yenidən seçkilə qatılmasıın səbəbləri haqda danışarkən deyib. Onun sözlərinə görə, əvvəlki seçkilərin nəticələrinin təhlili göstərir ki, insanlar əsasən ya iqtidarın namizədinə, ya da onu ağır ittiham edənlərə səs verir: “Kim hansı platforma ilə çıxış edir, hansı müddətə nələri edəcək, vəziyyəti yaxşıya doğru necə dəyişəcək kimi məsələlərə əhəmiyyət verən çox azdır. Məsələn, deputat olarkən hökumət üzvlərinin sifarişi ilə yazdığı kitablarda İlham Əliyevi öyüb göylərə qaldıran, deputat mandatına görə Əli Kərimlinin müavinliyindən və üzvü olduğu partiyadan imtina edən, AXC hakimiyyətə gələndən sonra AMİP-dən imtina edib yenidən geriyə, vaxtilə AMİP-in xeyrinə imtina etdiyi AXC-yə qayıtmış Cəmil Həsənli yenidən deputat seçilməyəndən sonra iqtidarın onu “atdığını” düşünərək qisas hissi ilə Əli Kərimlinin yanına qayıdır və onun namizədi kimi prezident seçkilərinə qatılır, heç bir ağıllı təklifi ilə özünə diqqət cəlb edə bilməsə də, məhz iqtidarın namizədini ağır ittiham, bəzən təhqir etdiyinə görə ikinci nəticə göstərir. Növbəti kitablarında bu barədə də yazsa, yaxşı olar. Budur bizim acı reallıq. Bu reallıq insanlarımızın bir-birinə acıqlı, mövqe fərqliliyinə görə digərini əzməyə, alçaltmağa meyilli olmasından, uduzmağa hazır olmamalarından qaynaqlanır. Amma böyük qələbələr üçün maksimalist olmamalı, uduzmağı, məğlubiyyətlə, reallıqlarla barışmağı öyrənməlisən. Əsl demokrat olmağın, hədəflər uğrunda mübarizə aparmağın yolu budur. Biz, hakimiyyəti hədəflərimizə çatmağımız üçün vasitə hesab edirik. Hədəfimiz ədalətli cəmiyyətdir, hüquq dövlətidir, demokratiyadır. Bu dəyərlər cəmilkimilər üçün hakimiyyətə çatmaq vasitəsidir, hədəf isə hakimiyyətdir. Biz dəyərlərimizi təbliğ edirik, təkamül yolu ilə inkişafın tərəfdarıyıq. Fərqindəyik ki, xalqı demokratik dəyişikliklərə hazırlamadan ölkədə zorakı yolla hakimiyyət dəyişikliyi demokratik cəmiyyət, hüquqi dövlət quruculuğuna yalnız ziyan vura bilər. Misir, Əfqanıstan, İraq buna bariz nümunədir. Xalqımız hədəflərimizə çatmaq üçün böyük bir inkişaf yolu keçməlidir. Elan etdiyimiz hədəflərə doğru yürüyərkən seçki uğursuzluqları bizi ruhdan salmamalıdır və salmayıb. Elçibəy demişkən “bəzi məsələlərin həllinin zamana ehtiyacı var”. Zamanla bizim müdafiə etdiyimiz dəyərləri, “böyük dəyişikliklər” adlı seçki platformamızın prinsip və istiqamətlərini daha çox insan dəstəkləyəcək”. Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri 7 fevral 2024-cü ildə keçiriləcək.
2024-01-08
820,891
Horadiz-Ağbənd dəmir yolu ilə bağlı rəsmi açıqlama
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə tikinti işlərinin 45%-i tamamlanıb. Axar.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova deyib. O qeyd edib ki, Horadiz-Ağbənd dəmir yolunun 72-ci kilometrə qədər hissəsinə dəmir yolu xətti çəkilib: “Bərdə-Ağdam layihəsindən fərqli olaraq, Horadiz-Ağbənd dəmir yolu xəttinin inşa olunduğu ərazi çətin relyefə malikdir”. Qeyd edək ki, 2021-ci ilin fevral ayında ölkə Prezidenti tərəfindən təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin ox üzrə uzunluğu 110,4 km təşkil edir. Layihə çərçivəsində 9 stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 3 ədəd tunel, 41 ədəd körpü, 3 ədəd qalereya, 7 ədəd yolötürücü və ümumilikdə isə 300-ə yaxın süni mühəndisi qurğunun tikintisi planlaşdırılır.
2024-01-08
820,892
İslahat olmasa, devalvasiya, inflyasiya, gərginlik olacaq
Kimin seçilməsindən asılı olmayaraq, ölkəmizdə islahatlar qaçılmazdır. Əks halda ciddi problemlərlə üz-üzə qalacağıq, devalvasiya və infilyasiyadan yayınmaq mümkün olmayacaq, ölkəmizdə sosial və ardınca siyasi gərginlik yaşanacaq. Axar.az xəbər verir ki, bu sözləri BAXCP sədri, prezidentliyə namizədliyini irəli sürən Qüdrət Həsənquliyev deyib. O bildirib ki, ölkədə müasir texnologiya əsasında yüngül və ağır sənaye, maşınqayırma, kimya və emal sənayesi, kənd təsərrüfatı inkişaf etdirilməli, əlverişli biznes mühiti yaradılmalı, investisiya cəlb olunmalı, iqtisadi azadlıqlar, mülkiyyət toxunulmazlığı olmalıdır.
2024-01-08
820,899
Mirzoyan ABŞ rəsmisi ilə görüşdü: Bakı ilə əlaqələr...
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono arasında İrəvanda görüş olub. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bono ilə Mirzoyan Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.
2024-01-08
820,903
Ukrayna yeni böyük hücuma keçə bilər
Ukrayna F-16 təyyarələrini aldıqdan sonra hücum edə bilər. Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Velt” (Welt) nəşri yazıb. Nəşr xatırladıb ki, Ukrayna qoşunları Xerson vilayətinin Krinki kəndi yaxınlığında sol sahildə döyüş meydanını saxlayır. Oradan müvəqqəti işğal olunmuş Krıma cəmi 60 kilometrə yaxındır. Qeyd olunub ki, bu yaxınlarda Ukrayna yenidən Rusiya Hərbi Hava Qüvvələrinin bazasına uğurla hücuma keçə bilib. Ukrayna ordusu da hava hücumundan müdafiə və radiolokasiya stansiyalarını fəal şəkildə məhv edə bilir.
2024-01-08
820,904
Yaşar Gülər azərbaycanlı hərbçilərlə görüşdü - Foto
Türkiyə milli müdafiə naziri Yaşar Gülər qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, nazirlikdə keçirilən görüşdə Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Metin Gürak, Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu, Quru Qoşunları komandanı general Səlcuq Bayraktaroğlu və Hərbi Hava Qüvvələri komandanı Ziya Camal Kadıoğlu da iştirak edib. Xatırladaq ki, Azərbaycanın bir qrup Vətən müharibəsi qazisi Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyədə səfərdədir.
2024-01-08
820,905
Lirə növbəti antirekorda doğru – Son məzənnə
Türkiyədə lirə növbəti dəfə ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda bir dollar 29,89 lirə, avro isə 32,78 lirəyədir. Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı 2023-cü il 21 dekabrda uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırıb.
2024-01-09
820,906
Qüdsdə tarixi dəyişən tapıntı: Ədərbəycan 74-cü ildə… - Foto
Uzun illərdir ermənilər tarix elmində manipulyasia edərək guya “ilk xristian xalq” imici yaradırlar. Tarixi qaynaqlara çıxışı olan dünya alimləri bilirlər ki, hay-boşa tayfası, makiavellist bir yanaşma ilə bir sıra siyasi hesablardan ötəri albanların mirasına sahiblənməyə çalışıblar. Xüsusilə erməni tarixçilərin; ermənilərin tarixin ilk xristian dövləti olduğunu vurğulaması xristian dünyasından dəstək ala bilmək üçün tətbiq olunan bir strategiyadır. Özünə “hay” deyən, “Hayk/Haik” adlı bir atadan törədikləri əfsanəsini yaşadan və bu gün dünyanın “erməni” adlandırdığı millətin tarixdə coğrafi bir termin olaraq istifadə olunan Ermənistan/Armenia adı ilə heç bir əlaqəsi yoxdur. Bölgədə uzun illər hakimiyyət quran Assuriya, Midiya, Fars, Part yazıları ilə Ksenofonun “Anabasi”si və Strabonun “Coğrafyası”nda "hay”dan və yüksək ölkə mənasını verən “Hayastan”dan bəhs edilməməkdədir. (Bax: Erdal İlter, “Ermenistan adı, menşei ve bazı ermeni iddiaları üzerine”, Ermeni Araştırmaları, sayı 6, yaz 2002). Ermənilər bütün dünyaya albanlara məxsus monastırları öz kilsələri kimi təqdim edirlər. Bu kimi onlarla erməniləşdirilmiş kilsə və monastır göstərmək olar. Mila Avraam “İnternational Society Projects”də yazır ki, gürcü kilsəsindən fərqli olaraq, alban kilsəsi Qafqaz Albaniyasında “eyni dindənik” deyərək albanları erməniləşdirməyə çalışan erməni keşişlərin tələsinə düşüb. 1917-ci ildə “Rus-Çin lüğəti” adlı kitab nəşr edilir. Bu kitabda bizi maraqlandıran bir məqam var. Rus dilindən Çin dilinə tərcümədə “Alban” sözünü “Azərbaycan” deyə tərcümə edirlər. Bu barədə Oljas Süleymenov da öz əsərində qeyd edir. (Bax: Олжас Сулейменов. «Литература – это жизнь: о литературе и литераторах», Издательский дом «Библиотека Олжаса», Алматы, 2011 г). Fransız şərqşünası Ejen Bore bu sahədə tədqiqatlarını Qafqazda aparıb və bu günə qədər öz sənədlərini üzə çıxarmayan ermənilərin məşhur Matedaran arxivində çalışandan sonra etiraf etmişdir ki, onu məcbur edirdilər ki, alban dilini erməni dili kimi tədqiq etsin, lakin o bunu etməyib. 1838–ci ildə Fransa Elmlər Akademiyasına ünvanladığı bir məruzəsində bildirirdi ki, əlyazmaların birində o, alban əlifbasını aşkara çıxarıb. Onun yazdığına görə, bu əlifbanın erməni əlifbası ilə heç bir əlaqəsi yoxdur. Bu yazıda əsas hədəfimiz budur: İlk xristianlıq harda yayılıb və hansı xalq onu qəbul edib? Bu sualın cavabına keçməzdən öncə qısa haşiyə çıxaq ki, xristianlıq Şərq dinidir. Yerusəlimdə İsa Məsihlə başlayan hərəkat həvariləri ilə genişlənmə prosesinə qədəm qoyub. Bizim sualını cavabını isə nə AMEA, nə bizim tarixçilər, nə də din üzrə ekspertlər yox, 2022-ci ilin dekabrında köhnə Qüds şəhərinin yaxınlığında eramızın I əsrinə aid əlyazma aşkar edərək, onu tədqiq edən alman arxeoloqu Harald Lyubke, fransız tədqiqatçı Savari Pier Etyen və italyan tarixçisi Akkolti Mariani Benedetto verir. (Şəkildə Harald Lubke, Kristian Monet, Savari Pierre Etienne və Akkolti Mariani Benedetto qazıntılar zamanı. Dekabr 2022). Harald Lyubkenin tərcümə etdiyi əlyazmada yazılır: “Orada Araks çayının cənubunda və müasir Qərbi İran ərazisində yerləşən Aderbeican dövləti var. Söhbət elə bir dövlətdən gedir ki, qonşuları – bütpərəst İran, o zamanlar Yaxın Şərqin mühüm ərazilərinə sahib olan Roma İmperiyasının düşmənçiliyinə və basqısına baxmayaraq, xristianlığı satrapları ilə birgə əsas dini elan etmişdi“. Mətninin tərcüməsini olduğu kimi yazıram: “Araks çayının cənubunda, Böyük Ədərbəycan şahı Mülbək Finar-oyqulu (oğlu), Banoi-R ayında bir yay günündə (74-cü ildə) Xristianlığı bütün Katamera'nın dini olaraq elan etdi”. Əlyazmadan tərcümədən bəli olur ki, Ədərbəycan dövləti xristianlığı, “bütün katameranın dini” kimi eramızın 74-cü ildə dövlət dini elan edib. Arxeoloq Savari Pyer Etyenin fikrincə, söhbət “İranın” indiki şimal-qərb hissəsinin müasir Cənubi Qafqaz Azərbaycan dövlətindən gedir. O, həmçinin qeyd edib ki, müasir Azərbaycan birbaşa Ədərbəycan dövlətinin nəslindəndir və alman və fransız mütəxəssislərinin sonrakı araşdırmaları zamanı ilk dəfə xristianlığı dövlət dini kimi qəbul etmiş qədim Azərbaycan dövləti haqqında yeni fikirlər kəşf edilir. Qısa olaraq qeyd etmək lazımdır ki, xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimindən (Qüdsdən) yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar, İsanın Məsih olduğu haqqında müjdəni yayırdılar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Albaniyada xristianlığın yayılması həvarilərdən Varfolomey və Faddeyin adları ilə bağlıdır. Həvari Faddeyin şagirdlərindən biri olan Yelisey Yerusəlimin birinci patriarxı Yəqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kiş adlı yerdə kilsə tikmişdir. Bu kilsə Ermənistandakı birinci xristian kilsəsindən qabaq tikilmişdir. Alban Apostol kilsəsi öz mənşəyinə görə ilkin çağından bilavasitə Yerusəlimlə, Yerusəlimin kilsəsi ilə, sonralar isə Yerusəlimin patriarxlığı ilə bağlı olub. Qafqaz Albaniyası haqqında yazılmış tədqiqatlara görə, V–VIII əsrlərdə bu ərazilərdə 12 yepiskopluq fəaliyyət göstərir: Kabalaka (Qəbələ), Qaşua, Yeuta, Amaras, Tsri, Balasakan (Şəki), Girdiman, Mets-Koqmank, Mets-İrank, Haband, Partav (Bərdə) və Gəncəsər (Kəlbəcər). 552-ci ildə Alban kilsəsinin başçısı Müqəddəs Ata Abbas iqamətgahını Çoladan Bərdəyə köçürdükdən sonra Bərdə kilsəsi böyük monastıra çevrilir.
2024-01-08
820,908
İlham Əliyev BƏƏ liderinin şərəfinə ziyafət verdi - Foto
Yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed ən-Nəhyanın şərəfinə rəsmi ziyafət verilib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
2024-01-08
820,909
Daşkəsəndə kömür istehsalının qarşısı alındı - Foto
Daşkəsən Rayon Polis Şöbəsinin və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirilən növbəti nəzarət tədbirləri zamanı vətəndaşların qanunsuz yolla istismar etdikləri kömür quyuları aşkar edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, qanunsuz kömür istehsal edən üç nəfərin rayonun Tapan kənd sakinləri olduqları müəyyən edilib. Faktlarla bağlı protokol tərtib olunub, təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb və aşkar olunan kömür quyuları ləğv olunub. Bundan başqa, Rayon Polis Şöbəsinə Rayon Xəstəxanasının arxa hissəsindəki məişət tullantıları üçün nəzərdə tutulmuş ərazidə silah-sursat olması barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmlar həyata keçirib və ərazidən bir ədəd 7.62 mm-lik “Kalaşnikov” avtomatı və həmin avtomatın üzərinə quraşdırılmış qumbaraatan aşkar edilərək götürülüb. Bununla bərabar polis əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində altı nəfər rayon sakini saxladıqları müvafiq sənədləri olmayan, müxtəlif kalibirli ov silahlarını polisə könüllü təhvil verib. Faktlarla bağlı araşdırmalar davam etdirilir.
2024-01-08
820,914
Azərbaycan-Ermənistan komissiyasının iclası olacaq
Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işi çərçivəsində yanvarın sonunda növbəti görüş keçirəcək. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib. O bildirib ki, yanvarın 4-də İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı təkliflər təqdim edib.