date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-09 | 821,138 | Bu ölkələrdə yaşayan ruslar səs verə bilməyəcək | Rusiya hakimiyyəti “dost olmayan” ölkələrdə yerləşən konsulluqlarında prezident seçkilərində səsverməni ləğv etməyə hazırlaşır. Axar.az xəbər verir ki, bu barədə “Vedomosti” diplomatik mənbəyə istinadla məlumat yayıb. “Hələlik bununla bağlı yekun qərar verilməyib və hakimiyyət yanvarda başa çatmalı olan məsləhətləşmələri davam etdirir. Hökumət rəsmiləri konsulluqlarda seçki məntəqələrinin açılmasından mümkün imtinanı seçicilərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar, eləcə də konsulluq işçilərinin sayının azalması ilə əlaqələndirir”, - mənbə bildirib. Rusiya Mərkəzi Seçki Komissiyasının beynəlxalq əməkdaşlıqdan məsul olan üzvü Pavel Andreyev deyib ki, xaricdə seçki məntəqələrinin yaradılması üçün son tarix yanvarın 24-dür: “Xarici İşlər Nazirliyi və Rusiya diplomatik qurumları bir sıra ölkələrdə seçicilərin və səsvermə məntəqələrinin təhlükəsizliyinin necə təmin olunacağını qiymətləndirmək üçün ev sahibi ölkələrin hakimiyyət orqanları ilə qarşılıqlı əlaqə yaratmaq, riskləri və imkanları təhlil etmək üçün çox iş görür”. Rusiyalı hüquqşünas Oleq Zaxarov isə bildirib ki, “dost olmayan” ölkələrdə seçki məntəqələri yaradılmasa, rusların yaşadıqları yer üzrə səs vermək imkanı qalmayacaq: “Çünki buna qədər Mərkəzi Seçki Komissiyası rusiyalıların uzaqdan elektron səsvermədən istifadə etməklə internet vasitəsilə seçkilərdə səs verməsini qadağan edib”. |
2024-01-09 | 821,140 | Blinken Netanyahu ilə görüşdü | ABŞ dövlət katibi Entoni Blinken Təl-Əvivdə İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Axar.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb. Onlar Qəzzadakı son durumu və ABŞ-ın İsrailə dəstəyini müzakirə ediblər. Qeyd edək ki, E.Blinken İsraildə səfərdədir. O, daha əvvəl Prezident İshaq Hersoqla görüşüb. |
2024-01-09 | 821,141 | Çağırışa getməyən həkim işdən çıxarıldı | Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetməyə yardıma gəlməyən təcili tibbi yardım əməkdaşı işdən çıxarılıb. Axar.az xəbər verir ki, bu barədə Bakupost.az-a Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev bildirib. Onun sözlərinə görə, yayılan məlumatlardan sonra dərhal araşdırma aparılıb: “Biz məsələni hərtərəfli araşdırdıq. Həmin tibb işçisinin üzərinə düşən vəzifəni yerinə yetirmədiyi təsdiqləndi. Ona görə də o, işdən uzaqlaşdırıldı”. Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb. TƏBİB isə Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi. Eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. |
2024-01-09 | 821,148 | Əməkdar artistdə xərçəng tapıldı, əməliyyat olundu | Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradovda xərçəng xəstəliyi aşkarlanıb və bu yaxınlarda əməliyyat olunub. Bu barədə Kult.az-a sənətkarın dostlarından olan prodüser Vasif Ayan məlumat verib. O bildirib ki, aktyorun qalxanabənzər vəzisi inkişaf edib, limfa düyünləri yaranıb: “Nəticədə xərçəng xəstəliyinə tutulan sənətkar təcili əməliyyat olunub. Səs telləri zədələndiyinə görə də səsini qismən itirib. Hazırda həkim nəzarəti altında saxlanılır”. |
2024-01-09 | 821,151 | Şirvanda saxta dollar satan dəstə üzvləri saxlanıldı - Video | Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə şəhər ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Şöbə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Abdullayev Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 37 ədəd saxta 100 dollarlıq əskinazlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində saxta əskinasları birgə qazanc əldə etmək məqsədilə tanışı Elyanur adlı şəxsdən əldə etdiyini bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Elyanur Mirzəyev də saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər. |
2024-01-09 | 821,152 | "Sabina" mağazalar şəbəkəsi bağlanıb? | 15:58 “Sabina” parfümeriya və kosmetika mağazalar şəbəkəsinin bağlanması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil. Axar.az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında “Adore Kompani” MMC-nin baş direktoru Nərmin İsmayılova bildirib. O deyib ki, “Adore Kompani” MMC “Sabina” və “Adore” ticarət nişanı altında öz fəaliyyətinə davam etməkdədir. “Mətbuatda və sosial şəbəkələrdə “Sabina P və C MMC”-nin ləğvi ilə əlaqədar yayılan xəbərlərə münasibətdə bildiririk ki, 2019-cu ildə “Adore Kompani” MMC tərəfindən “Sabina P və C” MMC-nin inventarını təşkil edən maddi və qeyri-maddi əmlak hüquqları “Adore Kompani” MMC tərəfindən alqı-satqı müqaviləsi əsasında əldə edilib. “Sabina P və C” MMC müstəqil hüquqi şəxs olmaqla, “Adore Kompani” MMC ilə heç bir hüquqi bağlantıya malik deyil”, - deyə N.İsmayılova əlavə edib. |
2024-01-09 | 821,155 | Təbrizdə “Birləşək” aksiyası keçirildi - Foto | Mədəni fəallar yanvarın 8-də Təbrizdə çox sayda poster yayaraq, Azərbaycan dili və mədəniyyətinə qarşı təzyiqlərə etiraz edib və Arazın hər iki tayında olan azərbaycanlıların birliyinə diqqət çəkiblər. Axar.az xəbər verir ki, bu barədə fəallar sosial media kanallarında paylaşım ediblər. Şəhərin bir çox məhəlləsində paylanılan və ictimai yerlərə yapışdırılan posterlərdə “Birləşək” başlığının altında Xudafərin körpüsünün rəsmi və Bəxtiyar Vahabzadənin məşhur şeiri yazılıb: Ağalar bilmədi birdir bu torpaq Bakı da, Təbriz də Azərbaycandı, Bir elin dilini, ruhunu ancaq Kağızlar üstündə bölmək asandı. Fəallar bunun həm də son vaxtlar İran mediasının yenidən Azərbaycan Respublikasına qarşı təbliğatının gücləndirilməsi və milli-mədəni fəalların həbs edilməsinə qarşı cavab olduğunu bildiriblər. |
2024-01-09 | 821,156 | Paşinyan siyasi şou göstərir - Matevosyan | Ermənistanın Baş naziri Nikol Paşinyan “yazıq adam” imicindən sui-istifadə edərkən, Türkiyə və Azərbaycan öz məqsədlərinə, yəni ölkəmizin “suverenliyinin məhvinə” doğru sistemli şəkildə irəliləməkdə davam edirlər. Axar.az xəbər verir ki, bunu erməni politoloq Benyamin Matevosyan iddia edib. “Bir anlıq təsəvvür edək ki, rayon məktəblərində təmirin keyfiyyətinə, zibil qablarının hündürlüyünə də özü nəzarət edən Paşinyan bədbəxt zavallıdır. Onda ən azı 2 məntiqi sual yaranır. Birincisi, Ermənistanın indiki vəziyyətində (və hər hansı digər tarixi məqamda) doğrudanmı dövlətin başında “yazıq adam” olmalıdır? İkincisi, Bakı və Ankara İrəvanla sərhədi ən azı 2028-ci ilə qədər açmaq niyyətində olmasa, yəni Paşinyan vəd etdiyi iqtisadi bum ən azı 4 il təxirə salınsa, bu vəd üçün “artsax”ı təslim edən Nikol 4 il ərzində daha nələri Türkiyə və Azərbaycana təslim etməyə hazırdır?”, - o bildirib. |
2024-01-09 | 821,159 | Gürcüstanın yeni prezidenti o olacaq – KİV | Hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri olmuş milyarder və xeyriyyəçi Bidzina İvanişvili 2024-cü ilin sonunda Gürcüstanın prezidenti ola bilər. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb. “Bidzina İvanişvili üçün hadisələrin bu cür inkişafı o deməkdir ki, o, növbəti beş il ərzində ciddi siyasi toxunulmazlıq əldə edəcək”, - məlumatda deyilir. Qeyd olunur ki, Gürcüstan Konstitusiyasına əsasən, 2024-cü ilin sonunda prezident Gürcüstan parlamentinin deputatları və yerli hakimiyyət orqanlarının nümayəndələrindən ibarət seçki kollegiyası tərəfindən seçiləcək: “Hazırda Gürcüstanda siyasi qüvvələr ümumxalq prezident seçkisinin saxlanılması imkanlarını müzakirə edirlər”. Hakim partiyanın nizamnaməsində edilən dəyişikliyə də diqqət çəkilir: “Bundan sonra baş nazirliyə namizədi partiyanın fəxri sədri irəli sürəcək. İvanişvili hazırkı Baş nazir İrakli Qaribaşvilini Tiflisin meri Kaxa Kaladze ilə əvəz edə bilər. Bu da 2024-cü ilin oktyabrında keçiriləcək parlament seçkisinə qədər faydalı olacaq”. |
2024-01-09 | 821,161 | Oryola PUA hücumu: Yanacaq-energetika kompleksi vuruldu | Rusiyanın Oryol vilayətinə PUA ilə hücum olub. Axar.az xəbər verir ki, bunu vilayətin qubernatoru Andrey Klıçkov deyib. O qeyd edib ki, PUA-lar yanacaq-energetika kompleksinə zərbələr endirib və yanğın baş verib. A.Klıçkov yanğının lokallaşdırıldığını və 2 PUA-nın zərərsizləşdirdiyini söyləyib. Qubernatorun sözlərinə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub. Vəziyyət nəzarət altındadır. O, şəhər sakinlərinə ayıq-sayıq olmaları barədə çağırış edib. |
2024-01-09 | 821,165 | Füzuli şəhərində yeni içməli su infrastrukturu yaradılır | Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən işğaldan azad olunmuş ərazilərdə içməli və tullantı su sistemlərinin yaradılması layihələrinin icrası intensiv qaydada davam etdirilir. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahından verilən məlumata görə, 05 may 2023-cü il tarixində Prezident İlham Əliyev tərəfindən təməli qoyulmuş Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin yaradılması layihəsinin birinci mərhələsi icra olunur. Axar.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən icra olunan layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. İlkin mərhələdə şəhərin xarici su təchizatı sistemlərinin və mərkəzi anbarların tikintisi işləri həyata keçirilir. Füzuli şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə Zərgər kəndi yaxınlığında ümumi tutumu 20 min kubmetr olan mərkəzi su anbarları inşa edilir. Layihəyə əsasən, Füzuli şəhərinin su mənbəyindən götürülən suyun şəhərə çatdırılmasını təmin etmək üçün 10,7 km uzunluğunda magistral su kəmərinin inşası yekunlaşıb. Füzuli şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə növbəti mərhələdə Gövşadlı kəndi yaxınlığında 15 subartezian quyusu qazılacaq. Bu mənbə hesabına Füzuli şəhəri ilə yanaşı, rayonun bir neçə kəndi də içməli su ilə təmin olunacaq. |
2024-01-09 | 821,166 | ABŞ səfirliyi Azərbaycana başsağlığı verdi | ABŞ səfirliyi Respublika Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə səfirliyin X hesabında paylaşım edilib. "Bu gün Respublika Perinatal Mərkəzində baş verən yanğında həyatını itirən dörd körpənin ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik", - bildirilib. |
2024-01-09 | 821,168 | Rusiyada gənclər orduya zorla aparılır - Hesabat | 2023-cü ilin payız hərbi çağırışı rusların hüquqlarının pozulmasına görə rekordlar qırdı və ölkənin bütün müasir tarixində ən sərt mövsüm oldu. Axar.az xəbər verir ki, bu barədə Rusiyada çağırışdan yayınmaq istəyən vətəndaşlara yardım edən “Meşə ilə gedin” (“İdite lesom”) layihəsi məlumat verib. Layihənin təqdim etdiyi statistikada qeyd olunub ki, oktyabrın 1-dən dekabrın 31-dək təhlükəsizlik qüvvələri hərbi mükəlləfiyyətli kişilərə qarşı 90 reyd keçirib. Küçədə, metroda, ticarət mərkəzlərində, klublarda, yataqxanalarda insanlar saxlanılıb. Eyni zamanda bir çoxu səhhətində problem və digər amillərlə bağlı sənədlər nəzərə alınmadan xidmət üçün qeydiyyata alınıb. Bununla bağlı ən azı 65 hal var. Məsələn, astma xəstəliyindən əziyyət çəkən və işəgötürən tərəfindən möhlət almış İT mütəxəssislərindən biri saxlanılıb və bir neçə saat sonra toplanış məntəqəsinə göndərilib. Digər kömək çağırışında isə qeyd olunub ki, 21 yaşlı gənci düz evinin girişində ələ keçiriblər. Onun telefonunu və pasportunu əlindən alıblar, daha sonra cinayət işi ilə hədələyərək hərbi çağırış vərəqini imzalamağa məcbur etdikdən sonra toplanış məntəqəsinə göndəriblər. Ertəsi gün tibbi müayinədən keçdikdən sonra dərhal hərbi hissəyə aparılıb. Layihə həmçinin qeyd edib ki, hərbi komissarlıqlarda 109 zor gücünə saxlama halları qeydə alınıb. Məsələn, noyabrın 24-də Moskvadakı universitetlərinin birinin tələbəsi magistratura təhsilini təsdiqləyən sənədi təqdim etmək üçün hərbi komissarlığa gəlib. 25 yaşlı gənc geri buraxılmayıb və çağırış vərəqəsini imzalamaqdan imtina etməsinə baxmayaraq, səhəri gün axşama qədər komissarlıqda saxlanılıb. Daha sonra onun qollarına qandal taxaraq toplanış məntəqəsinə aparıblar. Payız çağırışı müddətində “Meşə ilə gedin” 2981 çağırışçıya hüquqi, psixoloji və konsultasiya yardımı edib. Eləcə də layihə Ukrayna ilə müharibədə iştiraka məcbur edilən 15 çağırışçıdan şikayət məktubu alıb. Sonda qeyd olunub ki, payız çağırışı müddətində 130 min rusiyalı orduya göndərilib. Bu, son 4 il ərzində rekord göstəricidir. |
2024-01-09 | 821,174 | Daha 4 nəfərin prezidentliyə namizədliyi qeydə alındı | Mərkəzi Seçki Komissiyası (MSK) daha dörd nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Axar.az xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar qəbul edilib. Məsələ barədə qurumun katibi Arifə Muxtarova məlumat verib. Belə ki, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülməsi təsdiqlənən Fuad Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. Bununla da prezidentliyə namizədliyi qeydə alınan şəxslərin sayı 7-yə çatıb. Qeyd edək ki, bugünədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. MSK tərəfindən indiyədək İlham Əliyev, Zahid Oruc və Razi Nurullayevin prezidentliyə namizədliyi qeydə alınıb. |
2024-01-09 | 821,175 | Ən çox şikayət edilən sığorta şirkətləri - Foto | Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Xalq Sığorta" (3,80 indeksi ilə) olub. Ötən aya nisbətən sığorta şirkətindən edilən şikayətlərin həcmi 6%-dən çox artıb. Belə ki, “Xalq Sığorta” üzrə şikayət indeksi ötən ay 3,58 təşkil edib. Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının dekabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib. Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər siyahısında - “Bakı Sığorta” 1.65 indeksi ilə ikinci (əvvəlki ayla müqayisədə 0,20 bənd azalma), " Azərsığorta" isə 1.59 indeksi ilə (0,42 bənd artım) siyahıda üçüncü olub. Qeyd edək ki, avto-icbari sığorta icazəsi ləğv edilən AZSIĞORTA, "İpək Yolu Sığorta", "A-Qroup Sığorta", lisenziyası ləğv olunmuş "Günay Sığorta" və "Naxçıvan Sığorta" üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. Digər sığorta şirkətləri üzrə göstəriciləri aşağıdakı kimidir: |
2024-01-09 | 821,177 | Prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatdı | Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi başa çatıb. Axar.az xəbər verir ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 6. Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev; Qeyd edək ki, ümumilikdə 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənib. Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən 10 nəfər prezidentliyə nаmizədliyinin qeydə alınması üçün zəruri olan seçki sənədləri yanvarın 8-i saat 18:00-dək imza vərəqələri ilə birlikdə qanunvericilikdə nəzərdə tutulmuş digər zəruri sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etməyiblər. Bu səbəbdən həmin şəxslərin prezidentliyə namizədliyinin qeydə alınması mümkün olmayıb. |
2024-01-09 | 821,179 | İran KİV İsraili cəsarətsizlikdə ittiham etdi | İsrail mediası rəsmi Təl-Əvivin məqsədlərinə çata bilməməsinə, xüsusən də Yəhya Sinvarın hədəf alınsa belə, hücum üçün cəsarətsizliyinə bəraət qazandırır. Axar.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb. “İsrailin bu iddiasının əsas səbəbi müharibənin bəyan edilmiş məqsədlərindən biri olan HƏMAS liderlərinin aradan götürülməsi planının yerinə yetirilməməsinə haqq qazandırmaqdır. Bu liderlər siyahısının başında isə Yəhya Sinvar dayanır”, - məlumatda bildirilib. Qeyd edək ki, İsrail ordusu HƏMAS təşkilatının hərbi lideri Yəhya Sinvarın Qəzza zolağında gizləndiyi yeri müəyyən edildiyini, lakin girovlardan canlı qalxan kimi istifadə edildiyi üçün hücuma keçmədiklərini bildirib. |
2024-01-09 | 821,183 | Bakıda özəl klinikada ölüm... - Rəsmi | Bakıda özəl klinikada ölüm faktı ilə bağlı araşdırma aparılır. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd olunub ki, 2023-cü il dekabrın 21-də 1971-ci il təvəllüdlü Lətafət Məmmədovanın "Medicare" klinikasında ölməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır. “Hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək”, - məlumatda vurğulanıb. |
2024-01-09 | 821,186 | Bakıda su taksiləri uğur qazana bilər - Ekspert | Bakının Baş planına əsasən, Xəzər dənizi üzərindən gəmi nəqliyyatının olması nəzərdə tutulmayıb. Lakin bu, şəhərimiz üçün reallaşdırıla bilən ideyadır. Bunun üçün maliyyə resursu, işçi qüvvəsi və texniki baza lazımdır. Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. O bildirib ki, Bakının Baş planına görə, dənizə yaxın ərazilərin, əsasən də adaların inkişafı turizm baxımından önəmlidir: “Dəniz nəqliyyatı dedikdə, gəmi və su taksilərini misal çəkə bilərik. Dəniz nəqliyyatı olsa, şəhərdəki tıxacların qarşısı xeyli alınardı, insanlar getdikləri ünvanlarına daha rahat və tez çatardı”. Mütəxəssis vurğulayıb ki, layihə Baş plandan aslı olmayaraq da həyata keçirilə bilər: “Baş planda əsasən dövlət hesabına görülən layihələr öz əksini tapır. Amma bunu böyük korporativ şirkətlər, xarici investorlar həyata keçirsə, böyük uğur əldə edilər. Dövlətimiz də bunu dəstəkləyər və maraqla qarşılayar. Şəhərimizdə 3-4 iri liman var. Ən böyüyü Bakı dəniz limanıdır. Həmçinin Zirə, Hövsanda liman kimi yanalma nöqtələri var. Həmin bu ərazilərdən gəmi nəqliyyatı üçün istifadə etmək olar. Bu, həm ölkənin turizm potensialına, həm də Bakıdakı tıxacların aradan qaldırılmasına müsbət təsir edə bilər”. O bildirib ki, Bakıdan rayonlara da gəmi səyahəti mümkündür: “Təkcə Bakı-Lənkəran-Astara deyil, Xəzər boyu Neftçala, Salyan və digər rayonlar var ki, həmin ərazilərə gəmi ilə getmək maraqlı olardı. Sadəcə həmin ərazilərdə dəniz vağzalı, limanlar salınmalıdır. Sərnişin və yük daşınması üçün normal gəmilər gəlməlidir. Bu, həm də büdcə gəlirlərinə müsbət təsir edər. Gələcəkdə Xəzəryanı dövlətlərin də bura marağını artıra, insanların gediş-gəlişini gəmi yolu ilə təmin edə bilərik”. |
2024-01-09 | 821,188 | Xamenei seçkilərə qatılmayanları təhdid etdi | İranın ali dini lideri Əli Xamenei seçkilərdə iştirak etməyən vətəndaşları təhdid edib. Axar.az xəbər verir ki, o, bu barədə bu gün Qum şəhərindən olan bir qrup şəxslə görüşündə deyib. "Düşmənin strateji siyasəti vətəndaşları seçkilərdən uzaq saxlamaqdır. Seçikərdə iştirak etməmək düşmənə xidmət etməkdir", - Xamenei bildirib. Qeyd edək ki, siyasi qruplaşmalar və müxalif cərəyanlar martın 1-də İranda keçiriləcək parlament seçkilərində iştirak etməməyə çağırıb. Müstəqil mərkəzlərin keçirdiyi rəy sorğularının nəticələrinə görə, 12-ci parlament seçkilərində vətəndaşların iştirakı ən aşağı səviyyədə olacaq. |
2024-01-09 | 821,189 | Seçkini bu qədər müşahidəçi izləyəcək | Bu günə qədər növbədənkənar prezident seçkiləri ilə əlaqədar akkreditasiyadan keçən beynəlxalq müşahidəçilərin sayı açıqlanıb. Axar.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov bildirib. MSK sədrinin sözlərinə görə, 8 beynəlxalq təşkilat və 21 ölkəni təmsil edən 78 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib. |
2024-01-09 | 821,192 | “Qırmızı Körpü”dəki yük maşınlarının sayı 3 dəfə artdı | Hazırda "Xanoba" gömrük postunda yük maşını yoxdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Axar.az-a verilən məlumata görə, "Samur" gömrük postunda 46, "Mazımqara" gömrük postunda 26, "Qırmızı Körpü" gömrük postunda 180, "Biləsuvar" gömrük postunda 60, "Astara" gömrük postunda 4 yük maşını gözləyir. |
2024-01-09 | 821,193 | 685-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 685-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 567 təyyarəsi, 265 helikopteri, 10 546 PUA-sı, 447 zenit-raket kompleksi, 14 538 tank və digər zirehli texnikası, 1 201 reaktiv yaylım atəş sistemi, 7 676 artilleriya və minaatanı, 17 223 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-09 | 821,194 | Ukrayna bu istiqamətdə 240 hərbçi itirdi | Rusiya ordusu bir sutka ərzndə Ukrayna Silahlı Qüvvələrinin 240 hərbçisini öldürüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Donetsk istiqamətində “Cənub” qüvvələri bölmələrinin aktiv hərəkətləri Ukraynanın 22-ci və 72-ci mexanikləşdirilmiş və 95-ci hava hücumu briqadalarının canlı qüvvəsini məhv edib. Ukrayna Silahlı Qüvvələri canlı qüvvə itkiləri ilə yanaşı, dörd pikap, eləcə də D-30 haubitsasını itirib”, - məlumatda bildirilib. |
2024-01-09 | 821,196 | Rauf Nağıyev klinikada nələr edib? - Şikayət | Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev 2015-ci ildə vəzifəyə təyin olunandan sonra burada uzun illər çalışan peşəkar və savadlı şəxsləri işdən çıxarıb yerinə öz qohumlarını və yaxın ətrafını işə götürdü. O, vəzifəyə gətirdiyi şöbə və bölmə müdirləri ilə birlikdə burada korrupsiya şəbəkəsi quraraq həkim və orta tibb işçilərindən aylıq haqq toplayırdı. R.Nağıyev işdən çıxarılsa da, onun yaxın ətrafı hələ də burada çalışır. Bu sözləri Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı ərazi bölməsinin sürücüsü Kərim Rəşidzadə Axar.az-a ünvanladığı şikayət məktubunda bildirib. “R.Nağıyev islahatlar adı ilə “103”ün bölmələrində dispetçer xidmətini ləğv etdirib “Vahid dispetçer mərkəzi” yaratdı. Lakin bölmələrdə həkimləri dispetçer əvəzi işlədirdi. Nəticədə təcili yardımın operativliyi xeyli aşağı düşdü və təcili yardım avtomobilləri saatlarla gecikirdi”, - şikayətçi bildirib. Onun sözlərinə görə, R.Nağıyev COVİD-19 pandemiyasının Azərbaycanda yayıldığı dövrdə əslində pulsuz olan analizlərin verilməsi üçün 100 manat, virusa yoluxan xəstəni Yeni Klinikaya göndərmək üçün 5000 manat, Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanaya hospitalizasiya üçün isə 3000 manat pul tələb edirdi: “Təbii ki, belə korrupsiya halları TƏBİB-in və hüquq-mühafizə orqanlarının nəzərindən yayınmadı. O zaman Nağıyevin işdən çıxarılması barədə qərar verilsə də, hospitalın bəzi əməkdaşlarını həbs etdirərək özünü xilas etdi. Bundan sonra R.Nağıyev daha da irəli gedərək birbaşa COVİD-ə yoluxmuş xəstə ilə işləyən həkimlərin və təcili yardım xidmətinin əməkdaşlarının artan əmək haqlarını mənimsədi. Sonradan həmin həkimlərə və tibb işçilərinə saathesabı ilə maaşlarının verilməsi haqda qərar verdi. O zaman bu qərardan narazı qalan Təcili Tibbi Yardım Stansiyasının 9 və 7 saylı ərazi bölmələrinin əməkdaşları işə çıxamaqdan imtina edərək tətil etdilər. Lakin R.Nağıyev yalan vədlər verməklə işçiləri sakitləşdirsə də yenə də haqqımızı ala bilmədik”. Şikayətçi yaxın zamanda məhkəməyə müraciət edəcəyini bildirib. TƏBİB-dən sorğumuza cavab olaraq bildirildi ki, Rauf Nağıyev artıq işdən çıxdığı üçün bu barədə açıqlama vermək səlahiyyətləri yoxdur: "Rauf Nağıyev artıq işdən çıxıb, bu barədə yalnız məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət etmək doğru olardı". |
2024-01-09 | 821,198 | Bakının Baş Planı sənədsiz ev problemini həll edəcəkmi? | Bakının Baş Planının təsdiq edilməsi sənədsiz evlərin sənədləşməsi prosesini gündəmə gətirib. Axar.az xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib. Onun sözlərinə görə, Baş Planın təsdiq edilməsinin sənədsiz evlərə çıxarış verilməsinə ciddi təsiri olmayacaq: "Ölkədə qanunsuz tikililər ən çox Bakı və Abşeron yarımadasının payına düşür. Sənədsiz evlər paytaxtın mərkəzi hissələrində deyil, kənar hissələrində yerləşir. Sənədsiz evlərə çıxarış verilməsi üçün qanunda müvafiq dəyişikliklər aparılmalıdır. Hökumət artıq bununla bağlı ilk addımlar atır", - o vurğulayıb. Ekspert qeyd edib ki, paytaxın mərkəzi hissəsinə yaxın sənədsiz evlərin çoxu Keşlə, NZS, Xutor qəsəbələrində və az sayda Yasamal rayonu ərazisindədir. "Belə yerlərdəki sənədsiz evlərə gələcəkdə baxış keçiriləcək. Yaşayış təyinatlı torpaqlardırsa, statusu olduğu kimi qalacaq. Torpaqların təyinatı başqadırsa, Azәrbaycan Respublikasının Şәhәrsalma vә Tikinti Mәcәllәsinə uyğun olaraq həmin torpaqların təyinatı dəyişdirilməlidir. Qanunla beş ildən bir torpaqların təyinatına baxılmalıdır. Bu qanunda nəzərdə tutulsa da, ancaq baxılmır. Bakının Baş Planının təsdiq edilməsindən sonra artıq buna əsas yaranıb", - deyə o, əlavə edib. Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova bildirmişdi ki, sənədsiz evlərlə bağlı ilkin konsepsiya sənədi hazırlanıb. |
2024-01-09 | 821,199 | Hakan Fidan Sadır Japarovla görüşdü | Qırğızıstan Prezidenti Sadır Japarov Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib. Tərəflər ikitərəfli və regional məsələləri müzakirə ediblər. H.Fidan həmçinin Qırğızıstan parlamentinin sədri Nurlanbek Şakiyev ilə də görüşüb. Qeyd edək ki, H.Fidan Qırğızıstanda səfərdədir. O, daha əvvəl həmkarı Jeenbek Kulubayevlə görüşüb. |
2024-01-09 | 821,200 | Kiyevə hücum: ölənlərin sayı 33-ə çatdı | Dekabrın 29-da Kiyevə edilən kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 33 nəfərə yüksəlib. Axar.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası Teleqram kanalında məlumat yayıb. “Şevçenko rayonundakı anbarda dağıdılmış tikinti konstruksiyalarının sökülməsi zamanı daha bir nəfərin cəsədi aşkarlanıb”, - məlumatda belə deyilir. Bununla da Kiyevə raket hücumu nəticəsində həlak olanların sayı 33 nəfərə çatıb. Xatırladaq ki, Rusiya ordusu dekabrın 29-da Ukrayna ərazisinə kamikadze dronları və müxtəlif tipli raketlərlə hücum etmişdi. |
2024-01-09 | 821,201 | Vətəndaşlarımız bu ölkəyə vizanı sərhəddə alacaq | Azərbaycan vətəndaşları İraqa səyahət edərkən giriş vizalarını artıq bu ölkənin sərhəd-keçid məntəqələrində əldə edə biləcək. Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov X sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, bununla bağlı İraq daxili işlər naziri müvafiq əmr imzalayıb. "Bununla əlaqədar başda İraq Respublikasının Baş naziri olmaqla, bu ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinə təşəkkürümüzü bildiririk", - səfir yazıb. |
2024-01-09 | 821,203 | Azərbaycan ERBD ilə COP29-u müzakirə etdi | Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) COP29 (BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası) çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk sosial şəbəkəsindəki hesabında yazıb. "EBRD-nin birinci vitse-prezidenti Yurgen Riqterink ilə videokonfrans formatında keçirdiyimiz görüşdə Bankın dəstəyi ilə ölkəmizdə reallaşdırılan layihələri, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) ilə tərəfdaşlığı, həmçinin Azərbaycanda keçiriləcək COP29 çərçivəsində əməkdaşlığa dair məsələləri müzakirə etdik", - nazir qeyd edib. |
2024-01-09 | 821,204 | Şeyxzamanlının nəvəsi İlham Əliyevə dəstəyini ifadə etdi | Nağı bəy Şeyxzamanlının nəvəsi Prezident İlham Əliyevə dəstəyini ifadə edib. Bu barədə Axar.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, ABŞ-da fəaliyyət göstərən Azərbaycan-Amerika Cəmiyyətinin (ASA) rəhbəri Tomris Azeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini dəstəklədiyini bəyan edib. Azərbaycan Xalq Cümhuriyyətinin ilk təhlükəsizlik orqanına rəhbərlik etmiş Nağı bəy Şeyxzamanlının nəvəsinin dövlət başçımıza ünvanladığı müraciətdə soydaşlarımızın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən tarixi vətəni ilə qürur duyduğu diqqətə çatdırılıb və xoş arzular ifadə edilib: “Babam Nağı bəy Şeyxzamanlı Azərbaycan və onun gözləri önündə dəyişən ölkə ilə bağlı xatirələrindən ağızdolusu danışırdı. O, həmişə bizə deyirdi ki, biz Azərbaycana məxsusuq, harada yaşamağımızdan asılı olmayaraq, hər zaman Azərbaycana dəstək olmalıyıq. Bu güclü mənsubiyyət hissi bizi həmişə Azərbaycanın yenidən müstəqil olacağına inandırırdı. 1991-ci ildə Azərbaycanın müstəqilliyini bərpa etməsini eşidəndə qürur hissimizin həddi-hüdudu yox idi, amma xoşbəxtliyimiz qısa sürdü. Müstəqilliyini elan edəndən az sonra Azərbaycan Qarabağ uğrunda müharibə şəraitinə düşdü və bu da torpaqların növbəti 30 il ərzində işğalı ilə nəticələndi”. ASA rəhbəri xatırladıb ki, Qarabağın işğaldan azad olunması dövlət başçımızın əsas prioriteti olub və soydaşlarımız Prezident İlham Əliyevin fəaliyyətini hər zaman yüksək qiymətləndirirlər: “Təbii ki, 44 günlük hərbi əməliyyatların nəticəsi, işğal olunmuş torpaqlarımızın azad edilməsi bizə ifadəsi mümkün olmayan sevinc və qürur hissi bəxş etdi. Bu böyük günü görəcəyimizi düşünmürdük. Torpaqlarımızı işğaldan azad etmək əzmi hər zaman Prezident İlham Əliyevin əsas prioriteti olub. Biz bunu həmişə bilmişik və yüksək qiymətləndirmişik”. O qeyd edib ki, Azərbaycan bu qələbəyə nail olmaq üçün bir çox maneələri dəf edib, daxildə və xaricdə Azərbaycan vətəndaşlarının ümidlərini doğruldub: “Mən Azərbaycan əsilli amerikalı kimi fəxr edirəm və harada olmağımdan asılı olmayaraq Azərbaycanı ürəyimdə daşıyıram. Mən hər zaman Azərbaycanı dəstəkləyəcəm”. |
2024-01-09 | 821,207 | İranda daha bir partlayış: 53 yaralı var | 19:10 İranın Fərdis şəhərində kosmetika istehsal edilən müəssisədə güclü partlayışın baş verməsi nəticəsində 20-dən çox insan xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. “Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Fərdis bölgəsində (İranın şimalında, Əlborz əyalətində yerləşir - red.) Simin kosmetika müəssisəsində baş verən partlayışda yaralanan 23 nəfəri xəstəxanaya çatdırıblar”, - məlumatda deyilir. Qeyd olunur ki, bu hadisə nəticəsində zərərçəkənlərin ümumi vəziyyəti kritik qiymətləndirilir. *** Zavodda baş verən partlayış, ardınca müşahidə olunan yanğın nəticəsində yaralananların sayı 53-ə çatıb. |
2024-01-09 | 821,208 | Cəlilabadda bir ayda 1962 uşağa qızılca peyvəndi vuruldu | Cəlilabad rayonunda qızılcaya qarşı peyvənd işləri davam edir. Axar.az-ın Report-a istinadən məlumatına görə, ötən ilin dekabrın 1-dən 1 962 uşağa qızılca peyvəndi (QPM) vurulub. Qeyd edək ki, Cəlilabadda noyabr ayından etibarən 273 nəfər (18 yaşdan kiçik - 194 nəfər, 18 yaşdan böyük - 79 nəfər) bu virusa yoluxub. Hazırda aktiv xəstə sayı 41 nəfərdir. Ötən gün daha 4 nəfər bu xəstəliyə yoluxub. |
2024-01-09 | 821,211 | Tiflisdə Stalinin təsviri olan ikona təhqir olundu - Video | Tiflisdəki Tsminda Sameba kilsəsində (Müqəddəs Üçlük Katedralı) İosif Stalinin ikonası ilə yanaşı olan Müqəddəs Matrona ikonasına naməlum şəxslər göy boya töküblər. Axar.az xəbər verir ki, bu barədə gürcü eko-aktivist Nata Peradze sosial şəbəkədə görüntülər paylaşıb. Maraqlı məqam ondan ibarətdir ki, Stalinin təsvir olan hissəyə boya düşməyib. Gürcüstan Patriarxlığının nümayəndələri insidentlə bağlı hələlik şərh verməyiblər. Qeyd edək ki, bundan öncə siyasətçi Georgi Kandelaki katedralda Stalinin ikonasının peyda olmasını kəskin tənqid etmişdi. |
2024-01-09 | 821,218 | Bakıda daha 3 nəfər silahlarını polisə təhvil verdi | Yeni Günəşli və Zığda 3 nəfər qanunsuz odlu silahları polisə təhvil verib. DİN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət edən Yeni Günəşli və Zığ qəsəbəsində yaşayan 3 nəfər dünyasını dəyişən qohumlarından qalan qanunsuz saxladıqları ümumilikdə 3 ədəd ov tüfəngini könüllü olaraq bölmə əməkdaşlarına təhvil veriblər. Əhalidə saxlanılan qanunsuz odlu silahların təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün hər 3 vətəndaşa təşəkkür edilib. |
2024-01-09 | 821,219 | Mahmud Abbas fevralda Rusiyaya səfər edəcək | Fələstin lideri Mahmud Abbas fevral ayında Rusiyaya səfər edəcək. Axar.az xəbər verir ki, bu barədə Fələstin administrasiyası məlumat yayıb. Səfər çərçivəsində Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq. "Konkret tarix hələ ki, təyin edilməyib. Lakin çox güman ki, səfər fevral ayında baş tutacaq", - deyə bildirilib. |
2024-01-09 | 821,222 | Ermənilərin 250-yə yaxın TIR-ı "Yuxarı Lars"da gözləyir | Ermənistanın 250-yə yaxın yük maşını “Yuxarı Lars” beynəlxalq keçid məntəqəsinə gedən yolda gözləyir. Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Rusiyadakı səfirliyinin gömrük attaşesi Vaan Akopyan məlumat verib. O bildirib ki, hazırda Ermənistandan Rusiyaya gedən 150-yə yaxın, Rusiyadan Ermənistana gələn 100-ə yaxın yük maşını “Yuxarı Lars”da dayanıb. Qeyd edək ki, ötən gün axşam saatlarından Gürcüstandan Rusiyaya gedən və əks istiqamətdə olan yol əlverişsiz hava şəraiti ilə əlaqədar bağlanıb. |
2024-01-09 | 821,223 | İstanbulda imamı bıçaqlayan şəxs həbs edildi | Türkiyənin İstanbul şəhər məhkəməsi məsciddə imamı bıçaqlayan şəxsi həbs edib. Axar.az xəbər verir ki, bu barədə "Habertürk" telekanalı məlumat yayıb. İstintaqın məlumatına görə, hücum edən şəxs Bursa şəhərindən İstanbula gəlib və onun kriminal keçmişi var. Həmçinin psixoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, hadisə ötən gün baş verib. Bıçaqlı hücum nəticəsində Fateh məscidinin imamı və daha bir şəxs xəsarət alıb. |
2024-01-09 | 821,225 | Fransada ilk: Əks-kəşfiyyata qadın rəhbər təyin edildi | Selin Berton Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsinə (əks-kəşfiyyat) rəhbər təyin edilib və bu postu tutan ilk qadın kimi tarixə düşüb. Axar.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin X sosial şəbəkə hesabında məlumat verib. “Bu gündən etibarən Selin Berton Daxili Təhlükəsizlik Baş İdarəsinin yeni baş direktorudur”, - o yazıb. Qeyd edək ki, əks-kəşfiyyatın rəhbəri kimi Berton dekabr ayında Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin rəisi təyin edilmiş Nikolya Lerneri əvəz edib. |
2024-01-09 | 821,226 | Komitə Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yaydı | Diasporla İş üzrə Dövlət Komitəsi İsraildə yaşayan yazıçı Çingiz Hüseynovun vəfatı ilə bağlı nekroloq yayıb. Axar.az xəbər verir ki, nekroloqda deyilir: "Görkəmli Azərbaycan yazıçısı, Azərbaycan diasporunun tanınmış nümayəndələrindən biri Çingiz Hüseynov ömrünün 94-cü ilində dünyasını dəyişib. Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda anadan olub. Nasir, tənqidçi, ədəbiyyatşünas, tənqidçi və tərcüməçi kimi fəaliyyət göstərən görkəmli yazıçı Lomonosov adına Moskva Dövlət Universitetininin filologiya fakültəsini bitirib. 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1979), professor (1980), əməkdar incəsənət xadimi Çingiz Hüseynov əsərlərini iki dildə - Azərbaycan və rus dillərində yazıb. Qeyd edək ki, XX əsr Azərbaycan bədii fikrinin aparıcı simalarından olan Çingiz Hüseynov uzun illərdir İsraildə yaşayırdı. Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və oxucularına dərin hüznlə başsağlığı verir". |
2024-01-09 | 821,227 | İmişlidə ağac kəsən şəxs məsuliyyətə cəlb edildi | İmişlidə qanunsuz olaraq ağac kəsən şəxs məsuliyyətə cəlb olunub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində qanunsuz olaraq ağac kəsərək yük avtomobili ilə daşıyan şəxs saxlanılıb. Araşdırmalarla onun Saatlı rayon sakini R.Rəcəbov olduğu müəyyən edilib. Sonuncunun idarə etdiyi nəqliyyat vasitəsinə keçirilən baxış zamanı qanunsuz olaraq kəsilmiş ağaclar aşkarlanaraq maddi sübut kimi götürülüb. Təbiətə ziyan vuran R.Rəcəbov barəsində İXM-nin 252-ci maddəsinə əsasən protokol tərtib olunub və o, qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunub. |
2024-01-09 | 821,229 | ABŞ-ın Rusiyaya ixracı bir ayda 98 faiz artdı | 2023-cü ilin noyabrında ABŞ-ın Rusiyadan idxalı 362,4 milyon, Rusiyaya ixracı isə 69 milyon dollara qədər artıb. Axar.az xəbər verir ki, bu barədə ABŞ Statistika Bürosunun məlumatında deyilir. Belə ki, noyabrda Rusiyadan mal idxalı oktyabr ayı (274,4 mln) ilə müqayisədə 32% artıb. Noyabrda ABŞ-ın Rusiyaya ixracı 69 milyon dollara çatıb ki, bu da oktyabr ayı ilə müqayisədə (34,8 dollar) 98,3% çoxdur. |
2024-01-09 | 821,230 | Paytaxtda daha iki həyət abadlaşdırıldı | Paytaxtın Nəsimi rayonu, Bakıxanov küçəsi 42 və Bakıxanov qəsəbəsi Sakit Qocayev 25, 25a, 25b, 27 və 27c ünvanlarında 4600-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq, sakinlərin istifadəsinə verilib. Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib. Yeni il bayramı ərəfəsində keçirilən tədbir zamanı abadlaşdırılan həyətin azyaşlı sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, onlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib. “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə 16 söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik xətləri yenidən çəkilib. Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 650 ədəd müxtəlif növ ağaclar, 19100 ədəd kol əkilib, 3542 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb. Məlumat üçün bildirək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim Həyət” layihəsi çərçivəsində bu günədək 149 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Xüsusi olaraq qeyd edək ki, IDEA İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi IDEA İctimai Birliyinin qaynar xətti 1113 və ya e-mail ünvanına ([email protected]) göndərməyiniz xahiş olunur. |
2024-01-09 | 821,231 | Finlandiya Rusiya ilə sərhədi açmayacaq | Finlandiya yanvarın 14-dən sonra da Rusiya ilə sərhəddə keçid məntəqələrini açmayacaq. Axar.az xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen deyib. “Bu, məhz belə olmalıdır. Rusiya ilə sərhəddə miqrantlarla bağlı vəziyyətdə heç bir dəyişiklik olmayıb, ona görə də sərhəd açıq olarsa, Rusiyanın oxşar fəaliyyətləri davam etdirməsi riski var”, - deyə nazir bildirib. Qeyd edək ki, miqrantlarla bağlı vəziyyətdən dolayı Finlandiya hökuməti Rusiya ilə sərhədi noyabr ayından bəri bağlayıb. |
2024-01-09 | 821,232 | Nikol sülh sazişinin mətni ilə onları tanış etdi – Səbəb | Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanla sülh sazişinin ilkin mətnini radikal müxalifətin nümayəndələri ilə tanış edib. Bu, Baş nazir Nikol Paşinyanın təlimatı əsasında həyata keçirilib. Paşinyanın məqsədi aydındır. O, əvvəlcədən sülh sazişinin mətnini rəqibləriylə tanış edib ki, sənəd imzalanandan sonra “bundan xəbərimiz yox idi”, “sənəd məxfi hazırlanıb” kimi ittihamların əsası olmasın. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun fikrincə, radikal müxalifət sülh sazişinin mətni ilə tanış olduqdan sonra Paşinyandan tələb edəcək ki, o Ermənistanın məğlubiyyəti kimi qiymətləndirdikləri sazişə imza atmasın: “Paşinyan radikal müxalifətə anlatmağa çalışacaq ki, sülh sazişinin imzalanması yubanarsa bu, bölgədə yeni müharibə riskini artıracaq və Ermənistan üçün yeni fəlakətlər gətirəcək. Bütün hallarda sülh sazişinin imzalanması üçün ciddi maneə qalmayıb. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanımağa hazırdır, sülh sazişinin əsasını bu bənd təşkil edəcək. Ermənistanın radikal müxalifəti zəifdir, ictimai rəydə dəstəyi azdır. Ona görə Nikol Paşinyan radikal müxalifətə boylanmadan sülh sazişini imzalaya bilər. Bu, həm də İkinci Qarabağ müharibəsindən dərs alan Ermənistan cəmiyyətinin əksər hissəsinin sifarişidir. Bu arada, Nikol Paşinyan Xarici İşlər Nazirliyində qurumun 2023-cü ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı “xarici siyasətin ali məqsədi Ermənistanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü təmin etməkdir” cümləsi də baş nazirin sülh sazişini imzalamağa hazırlaşmasından xəbər verir”. |
2024-01-09 | 821,234 | Ötən il Biləsuvarda partlayışın baş verdiyi bina sökülür | Ötən il Biləsuvar şəhərində qaz sızması nəticəsində qəzalı vəziyyətə düşən binada söküntü işləri aparılır. Axar.az-ın Report-a istinadən məlumatına görə, bina ikigirişli və beşmərtəbəli olub. Gələcəkdə binanın yerində parkın salınması gözlənilir. Binada yaşamış 37 ailənin hər birinə kompensasiya da artıq ödənilib. Belə ki, hər ailəyə sahib olduğu mənzilin real qiymətinə uyğun ikiotaqlı üçün 35 min, üçotaqlı üçün isə 45 min manat verilib. Qeyd edək ki, ötən ilin aprel ayında binanın 5-ci mərtəbəsində qaz sızması nəticəsində baş verən partlayış zamanı 1 nəfər ölmüş, bir neçə nəfər isə xəsarət almışdı. |
2024-01-09 | 821,235 | ABŞ Bakıya qarşı “hesabat” yayıb, sonra Bononu göndərir… | ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bölgəyə səfərini Ermənistandan başlayıb. Onun bölgəyə səfərinin məqsədi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünü təşkil etməkdir. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Dövlət Departamenti artıq ikinci dəfə bu görüşün baş tutma ehtimalına zərbə vurub: “Dövlət Departamentinin dini mövzuda Azərbaycan əleyhinə hazırladığı hesabatı bundan xəbər verir. Nazirlərin Vaşinqtondakı birinci görüşünü də dövlət katibinin müavini Obrayen Konqresin komitəsində Azərbaycan əleyhinə çıxışı zamanı heçə endirmişdi”. |
2024-01-09 | 821,236 | “Greencard Azerbaijan” şirkətinin direktoru saxlanıldı | Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Rüfət Piriyev polis əməkdaşları tərəfində müəyyən olunaraq saxlanılıb. Daxili İşlər Nazirliyindən Axar.az-a bildirilib ki, onun barəsində qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, “Abroad” MMC-nin rəhbəri və “Greencard Azerbaijan” şirkətinin direktoru kimi tanınan adıçəkilən şəxs barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Saylarının 200 nəfərdən çox olduğunu bildirən şikayətçilər R.Piriyevin ABŞ və Kanadaya köçmək, orada şirkətlərin qurulması və digər vədlərlə onlardan pul aldığını, lakin vədinə əməl etmədiyini, pulları da geri qaytarmadığını bildiriblər. Bildirək ki, greencard.az saytında "Greencard Azerbaijan"ın şirkət olaraq "Abroad" MMC-yə məxsus olduğu, rəsmi dövlət qeydiyyatından keçdiyi yazılıb. |
2024-01-09 | 821,237 | Erməni ordusunda eyni mövqedə bu gün ikinci zabit öldürüldü | Bu gün Ermənistan ordusunun daha bir zabiti öldürülüb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, yanvarın 9-da ikinci ordu korpusunda xidmət edən leytenant Mikael Danielyan Basarkeçərdə yerləşən mövqelərdən birində öldürülüb. Ölən zabitin meyiti səhər saat 11 radələrində tapılsa da, yollar keçilməz olduğundan əsgərin meyiti saatlarla ərazidə qalıb. Ermənistan MN faktı təsdiqləyərək bildirib ki, M.Danielyanın ölümü ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, bu gün səhər saatlarında Basarkeçərdəki mövqelərdə daha bir zabitin - Karen Araikoviç Karapetyanın güllələnərək öldürüldüyü haqda məlumat yayılmışdı. Daha sonra Ermənistan MN faktı təsdiqləmişdi. Erməni mediası orduda nəsələrin baş verdiyini aydınlaşdırmağa çalışır. |
2024-01-09 | 821,241 | Gürcüstanın yalnız bir düşməni var: qonşusu - Zurabişvili | Gürcüstanın yalnız bir düşməni var - Rusiya. Axar.az xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili “Azadlıq” radiosunun gürcü xidmətinə müsahibəsində deyib. “Bəlkə kimsə bunu başa düşmür, ya kimsə anlamaq istəmir, ya da başa düşməmək kiminsə xeyrinədir. Amma Rusiyanın düşmən olması faktdır. Rusiya bunu gizlətmir və bu fakt hər şeydə görünür”, - Zurabişvili əlavə edib. O bildirib ki, bu gün Rusiyanın qonşuları ilə bərabərhüquqlu münasibətlər qurmaq niyyəti və ya istəyi olduğuna dair heç bir əlamət yoxdur. |
2024-01-09 | 821,246 | Britaniyadan Putinə: Ukraynaya uzun illər... | Qərb ölkələri bir neçə il Ukraynaya dəstək verməyə hazırdır. Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib. “Müttəfiqlərimizlə birlikdə Putinə aydın şəkildə bildirmək istəyirik ki, onun “gözlə-gör” siyasəti işə yaramayacaq. Biz 2024, 2025, 2026-cı illərdə Ukraynanı dəstəkləməyə, onlara bu dəstəyi verməyə hazırıq, çünki bu, bizim nəsil üçün əsas problemdir”, - deyə Kemeron bildirib. Kemeron əlavə edib ki, Qərb koalisiyasına daxil olan ölkələrin ümumi ÜDM-i Rusiyanı 25 dəfə üstələyir. |
2024-01-09 | 821,249 | Kabildə mikroavtobus partladıldı: 3 ölü, 4 yaralı | Əfqanıstanın paytaxtı Kabil şəhərinin Alohail bölgəsində mikroavtobusa quraşdırılmış partlayıcının işə düşməsi nəticəsində azı 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Axar.az xəbər verir ki, bu barədə Əfqanıstanın yerli hakimiyyət orqanları məlumat yayıb. Kabil Polis Departamentinin nümayəndəsi Xalid Zadran bildirib ki, səlahiyyətlilər partlayışla bağlı bir şübhəlini saxlayıb. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib. |
2024-01-09 | 821,252 | Qəzza əhalisinin 1 faizi öldürülüb - Diplomat | Qəzza zolağında son 3 aydır ki, hər saatda 11 fələstinli öldürülür. Axar.az xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur deyib. O bildirib ki, bu zaman kəsiyində Qəzzada fələstinli əhalinin 1 faizi öldürülüb: “Bunu ABŞ əhalisi ilə müqayisə etdikdə nə demək olduğunu anlayın. Bu, 3 milyon amerikalı deməkdir”. Diplomat həmçinin Qəzza əhalisinin 3 faizinin də yaralı olduğunu qeyd edib. |
2024-01-09 | 821,253 | İsveç Kiyev üçün silah istehsalını üçqat artırır | İsveç hökuməti yaxın illərdə artilleriya sursatlarının istehsalını üç dəfə, istehsal tempini isə əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Axar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Pol Conson deyib. O bildirib ki, söhbət ilk növbədə Ukraynaya tədarük edilən 155 mm çaplı mərmilərdən gedir: "Əslində onların istehsalı artıq artırılıb, lakin hökumətin fikrincə, bu, kifayət deyil". |
2024-01-09 | 821,254 | İrəvanda avtobus yenidən atəşə tutuldu | İrəvanda paytaxt meriyasının balansında olan "Zhongtong" sərnişin avtobusuna növbəti dəfə atəş açılıb. Axar.az xəbər verir ki, bu barədə erməni mediası yazıb. Hadisə yerində məlum olub ki, sürücü nəqliyyat vasitəsini Rostovyan-Belinski kəsişməsindən Belinski küçəsinə istiqamətləndirərkən naməlum şəxs pnevmatik silahdan avtobusa atəş açıb. Güllə avtobusun arxa şüşəsini sındırıb. Faktla bağlı Ermənistan İstintaq Komitəsinin Erebuni və Nubaraşen rayonlarının istintaq idarəsinin istintaq şöbəsində cinayət işi başlanıb. Qeyd edək ki, yanvarın 5-də də avtobus atəşə tutulmuşdu. |
2024-01-09 | 821,256 | Lerikdə meşə sahəsində yanğın baş verdi | Lerik rayonunun Gürdəsər kəndi yaxınlığında Meşə Təsərrüfatı Mərkəzinə aid ərazidə 9,8 ha və Hirkan Milli Parkının ərazisində 0,2 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. FHN-in yanğından mühafizə bölmələri mürəkkəb relyef şəraitində əsasən əl əməyindən istifadə edərək yanğını söndürüblər. Ətraf ərazilər yanğından mühafizə olunub. |
2024-01-09 | 821,259 | İsraillə bağlı proqnozlar özünü doğruldur - Xamenei | İsrailin Qəzza zolağına təxminən 100 günlük hücumundan sonra onun məğlubiyyəti ilə bağlı proqnozlar özünü doğruldur, çünki Fələstin Müqaviməti qalib gələcəkdir. Axar.az “Tasnim”ə istinadla xəbər verir ki, bu sözləri İranın dini lideri Əli Xamenei deyib. Xamenei Qəzzada üç aydır davam edən münaqişəni “tarixdə əbədi qalacaq unudulmaz hadisə” kimi qiymətləndirib: “Bu rejim məhv edilib Yer üzündən silindikdən sonra da bu cinayətlər unudulmayacaq və tarixə düşəcək. Bir neçə həftə ərzində minlərlə uşağı öldürdülər. Lakin Fələstin xalqının səbri və müqaviməti onları geri çəkilməyə məcbur etdi”. O vurğulayıb ki, İsrail hələ də HƏMAS-ı məhv etməyi bacarmayıb: “Onlar HƏMAS-ı və müqaviməti məhv edəcəklərini və qəzzalıları sıxışdıracaqlarını söylədilər. Lakin uğursuzluğa düçar oldular və bu gün müqavimət güclü, enerjili və tam hazırlıqlı olaraq qalır və sionist rejim tükənmiş, alçaldılmış və peşmançılıqla doludur. Sionist rejimin əsl mahiyyəti üzə çıxdı”. |
2024-01-09 | 821,261 | Lavrov Abdullahiana başsağlığı verdi | Rusiya xarici işlər naziri Sergey Lavrov telefon danışığı zamanı iranlı həmkarı Hüseyn Əmir Abdullahiana Kirmanda baş vermiş qanlı terror aktından dolayı başsağlığı verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Tərəflər beynəlxalq terrorizmə qarşı mübarizədə səylərin koordinasiyasına bundan sonra da hazır olduqlarını bildiriblər. XİN rəhbərləri “Yaxın Şərq və beynəlxalq problemlər” ətrafında fikir mübadiləsi aparıb, həmçinin siyasi dialoqun və praktiki əməkdaşlığın qurulmasının aktuallığını vurğulayıblar. Qeyd edək ki, yanvarın 3-də İranın Kirman şəhərində Qasım Süleymaninin ölümünün 4-cü ildönümü ilə bağlı keçirilən kütləvi mərasimdə baş verən teraktda azı 91 nəfər həlak olmuşdu. |
2024-01-09 | 821,262 | İsrail Arurinin dəfn mərasimini də vurdu: 4 nəfər öldü | Ötən həftə HƏMAS-ın yüksək rütbəli lideri Saleh əl-Aruri öldürülüb. Cəmi 24 saat əvvəl Hizbullah şiə təşkilatının “Rizvan” bölməsinin komandiri Hac Cavad ət-Tavil öldürülüb. İndi isə onun dəfn mərasimi zamanı zərbələr endirilib. Axar.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb. Bildirilib ki, birinci zərbə zamanı bir nəfər ölüb, növbəti zərbə isə üç nəfərin ölümünə səbəb olub. “Hizbullahın səhra komandirlərinə qarşı bu zərbələr Livan ərazisində həyata keçirilib. Buna cavab olaraq Hizbullah İsrail ərazisinin 40 km dərinliyinə zərbə endirib”, - məlumatda qeyd edilib. |
2024-01-09 | 821,264 | İzmirdə gəmi sahilə çırpıldı | İzmir sahilində 80 sərnişin daşıyan bərə sahilə çırpılıb. Axar.az "TRT Haber"ə istinadən xəbər verir ki, Konaklı-Bostanlı marşrutu üzrə irəliləyən “Mustafa Günay” adlı gəminin kapitanı huşunu itirib və bu səbəbdən gəmi quruya çırpılıb. Hadisə zamanı gəmidəki sərnişinlər arasında panika yaşanıb, xəsarət alan olmayıb. Əraziyə xeyli sayda xilasedici cəlb edilib, sərnişinlər digər gəmi ilə yola salınıb. |
2024-01-10 | 821,265 | Litva ordunu PUA-larla tam təchiz edəcək | Üç il ərzində Litva ordusu geniş spektrli kəşfiyyat xarakterli PUA ilə tam təchiz olunacaq. Axar.az xəbər verir ki, bu barədə Litva Silahlı Qüvvələri Baş Qərargahının Planlaşdırma şöbəsinin rəisi, polkovnik Rolandas Qreybus məlumat verib. “Yaxın üç il ərzində ordunun bütün bölmələrinin bu effektiv kəşfiyyat vasitələri ilə təchiz edilməsi problemini həll edəcəyik. Çəkisi 15 kiloqramdan 150 kiloqrama qədər olan PUA-ların satınalma prosedurları başa çatmaq üzrədir. Növbəti mərhələ 2 kiloqramdan 15 kiloqrama qədər olan cihazların alınmasıdır”, - polkovnik vurğulayıb. |
2024-01-10 | 821,268 | Şirvanda neft quyusundan qaz püskürdü | 2024.01.09 23:37 Şirvanda neft quyusundan qaz püskürüb. Axar.az xəbər verir ki, hadisə yerinə FHN-nin Şirvan YMX-nin texnikası və canlı qüvvəsi cəlb olunub. Püskürmənin yanğına keçməməsi üçün preventiv tədbirlər həyata keçirilir. *** Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şirvan şəhəri yaxınlığında neft quyusunda dəlmə işləri aparılan zaman qaz fontanı baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. Bu barədə FHN-dən bildirilib. Təhlükəsizlik tədbirləri çərçivəsində hazırda yanğından mühafizə bölmələri ərazidə növbə çəkir, həmçinin fontanın qarşısının alınması üçün aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər görülür. |
2024-01-09 | 821,270 | Asryan sərhədimizə gəldi: orduda nə baş verir? | Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan 2-ci Ordu Korpusunda olub və bölmələrdə baş vermiş insidentləri (iki zabitin güllələnərək öldürülməsini – red.) komandanlıqla müzakirə edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Asryan baş verənlərin səbəblərini düzgün aydınlaşdırmaq, eləcə də gələcəkdə bunun baş verməməsi üçün mümkün olan hər şeyi etməyi tapşırıb. Qeyd edək ki, bu gün Göyçə bölgəsində, Basarkeçər rayonundakı mövqelərdə (2-ci Korpusun məsuliyyət zonasına daxildir) iki ölümcül insident baş verib. Belə ki, yanvarın 9-da saat 06:20-də döyüş mövqeyində müqaviləli əsgər Karen Karapetyanın güllə yarası ilə meyiti aşkar edilib. Həmin gün saat 11:30-da isə baş leytenant Mikael Danielyanın güllə yarası ilə meyiti başqa mövqedən aşkar edilib. |
2024-01-10 | 821,275 | Türkiyənin iki vilayətində zəlzələ baş verdi | 2024.01.09. 23:46 Türkiyənin Qəhrəmanmaraş vilayətinin Nurhak ilçəsində 4,1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Zəlzələnin 6,97 km dərinlikdə meydana gəldiyi bildirilib. *** Türkiyənin Çorum vilayətininn Mecitözü ilçəsində də 4,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə AFAD məlumat yayıb. Təkanlar yerin 16.81 km dərinliyində meydana gəlib. |
2024-01-10 | 821,277 | Yaxın Şərq liderləri Aqabadda bir araya gəlir | İordaniya kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah Sisi və Fələstin lideri Mahmud Abbasın iştirakı ilə yanvarın 10-da Aqabada üçtərəfli sammit keçiriləcək. Axar.az xəbər verir ki, bu barədə İordaniya monarxının ofisi məlumat yayıb.. Bildirilib ki, tərəflər Qəzza zolağı və İordan çayının qərb sahilindəki son hadisələri müzakirə edəcəklər. Yaxın Şərq liderlərinin gözlənilən görüşünün digər təfərrüatı barədə məlumat verilməyib. |
2024-01-10 | 821,279 | İranda təlim təyyarəsi qəzaya uğradı | İranın Elborz əyalətinin Savucbulaq şəhərində “Piper 28” təlim təyyarəsi qəzaya uğrayıb, onun axtarışları aparılır. Axar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb. Bildirilib ki, təyyarə Nəzərabad şəhərindən havaya qalxıb və bir müddət sonra onunla əlaqə kəsilib. Xilasedicilər təyyarənin qəzaya uğradığı ehtimal edilən ərazilərdə axtarışlar aparır, lakin hələ ki, onun izinə rast gəlinməyib. |
2024-01-10 | 821,280 | Azərbaycanda generalın qardaşı oğlu həbs edildi | İmişli şəhər icra nümayəndəsinin müavini Elvin Heydər oğlu Babayev həbs edilib. Axar.az Unikal-a istinadən xəbər verir ki, Elvin Babayevə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Qeyd edək ki, Elvin Babayev Azərbaycan Ordusunun general-mayoru Münasib Babayevin qardaşı oğludur. |
2024-01-10 | 821,283 | Ukrayna üçün daha 65 milyard? - Mask | Ukrayna üçün daha 65 milyard? Çıxış strategiyası nədir? Axar.az xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask ABŞ-ın Ukraynaya 65,5 milyard dollar yardım ayırması ehtimalına münasibət bildirərkən X hesabında yazıb. "Mən Ukraynanı dəstəkləyirəm, lakin görünən odur ki, bu, heç bir irəliləyiş olmayan əbədi müharibədir. Ölkənin gəncləri heç bir ərazi qazancı olmadan sadəcə qurban verilir", - o əlavə edib. |
2024-01-10 | 821,285 | Ukrayna MN-dən 10 milyard oğurlanıb – Umerov | Ukrayna Müdafiə Nazirliyindən oğurlanan pulun məbləği 10 milyard qrivnadır. Axar.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rüstəm Umerov sosial şəbəkədəki səhifəsində yazıb. O, daxili audit və ümumi audit nəticəsində çoxlu maliyyə pozuntularının aşkar edildiyini bildirib. Xatırladaq ki, 2023-cü ildə Aleksey Reznikov korrupsiya qalmaqalı nəticəsində bu vəzifəni tərk etdikdən sonra Umerov Ukraynanın müdafiə naziri təyin edilib. |
2024-01-10 | 821,286 | Milliyə baş məşqçinin gətirilməsi niyə gecikir? - AFFA | Azərbaycan futbolunda yerli və ya əcnəbi baş məşqçi məsələsindən daha çox illərdir ölkə futbolunda cərəyan edən sistemsizlik, AFFA-da cavabdeh şəxslərin şəxsi maraqlardan çıxış etməsi müzakirələri aparılmalı və həll yolu tapılmalıdır. Federasiyada fikir ayrılığı yaranıb. AFFA-da yaradılan işçi qrupunun kökündə də bu amillər dayanır. Bu sözləri Axar.az-a açıqlamasında “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov Azərbaycan milli komandasına baş məşqçi təyinatının gecikməsi ilə bağlı danışarkən deyib. “Dövlətin göstərdiyi qayğıya, ayırdığı vəsaitə, yaradılan şəraitə baxmayaraq, Azərbaycan futbolunun problemləri həll edilmir, çünki daha dərin və qlobaldır. Qarşıdan ölkə futbolu üçün taleyüklü hesabat-seçki konfransı gəlir. Bütün fikirlər, müzakirələr, debatlar bu yöndə aparılmalıdır. Strateji olaraq qarşıdakı illərdə Azərbaycan futbolunun müqəddəratı konfransda qəbul ediləcək qərarlardan asılıdır. Millinin baş məşqçisi məsələsi AFFA rəhbərliyinə seçkilərdən sonra həll edilməlidir”, - o bildirib. Süleymanovun sözlərinə görə, marta kimi baş məşqçi təyinatının reallaşması ümumi futbola deyil, müəyyən qrupa sərfəlidir: “Futbolda yaradıcılıq mərhələsinə qədəm qoymaq üçün öncə ciddi addımlar atılmalı, futbolu düşünən, dirçəlişə nail ola biləcək strateji kadr islahatları aparılmalı, gələcəyə inam yaradılmalı, bu xəttə uyğun qəti seçimlər edilməlidir. Hazırkı mərhələdə milli komandaya əcnəbi və ya yerli məşqçinin gətirilməsi kosmetik xarakter daşıyır və bu, futbolumuzun gələcək inkişafına ciddi xeyir verə bilməz. Azərbaycan futbolunda ilk olaraq təfəkkür, düşüncə, beyin dəyişməlidir”. Məsələ ilə bağlı AFFA-nın mətbuat katibi Elnur Məmmədli bildirib ki, milli komandanın baş məşqçisi üçün hələ ki, heç bir mütəxəssislə danışıqlar aparılmır və heç bir mütəxəssisə rəsmi dəvət göndərilməyib: “Milli komandanın baş məşqçi postuna namizədləri müəyyənləşdirmək üçün işçi qrupu yaradılıb. Bu işci qrupunun iki iclası olub və həmin iclasda da yalnız milli komandanın baş məşqçisi ilə bağlı kriteriyalar müzakirə edilib. İclasda həmçinin gələcəkdə icraiyyə komitəsinin toplantısına həm yerli, həm də xarici məşqçilərin namizədliklərinin təqdim olunması ilə bağlı məsələnin müzakirəsi olub. Amma burda da heç bir məşqçinin adı çəkilməyib”. |
2024-01-10 | 821,288 | Ukrayna bu əraziləri itirəcək: NATO savaşa girə bilər | 2024-cü ildə Ukraynanın yeni ərazi itkiləri ola bilər. Axar.az xəbər verir ki, bu barədə “Taym” jurnalında dərc olunan analizdə bildirilib. Qeyd edilib ki, Kiyev artıq itirilmiş əraziləri qaytara bilməyəcək. Avrasiya Qrup (Eurasia Group) analitik agentliyinin rəhbəri olan köşə yazarı Yan Bremerin fikrincə, bu il Ukrayna böhranı son dərəcə çətin və dönüş nöqtəsi olacaq: “Kiyev hakimiyyəti Rusiya ərazisinə yeni zərbələr vurmaqla böyük hərbi risklərə gedəcək. Bu, Rusiyanın görünməmiş şəkildə cavab verməsinə səbəb olacaq. Münaqişəyə NATO-nun da cəlb olunması mümkündür”. Qeyd edək ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter Ukraynanın Rusiya üçün məqbul şərtlərlə sülh imzalamaması halında ərazisinin daha 30 faizini itirəcəyini açıqlamışdı. |
2024-01-10 | 821,290 | Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlər var - Yılmaz | Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan Vətən müharibəsinin bir qrup iştirakçısı yanvarın 9-da Türkiyə Respublikasının vitse-prezidenti Cövdət Yılmaz ilə görüşüb. Axar.az xəbər verir ki, Türkiyə Respublikası Prezidenti Administrasiyasında keçirilən görüşdə vitse-prezident Cövdət Yılmaz 30 ilə yaxındır işğalda olan torpaqların azad olunması münasibətilə Azərbaycanın Vətən müharibəsi iştirakçılarını təbrik edib, son antiterror əməliyyatlarının da bu Zəfəri möhkəmləndirdiyini vurğulayıb. O, Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü barədə öz təəssüratını bölüşüb. Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi üçün ölkəmizə geniş heyətlə səfər edəcəklərini bildirib. Vitse-prezident Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlərin olduğunu deyib: "Azərbaycan ilə Türkiyə Türk Dövlətləri Təşkilatının (TDT) ən fəal üzvlərindəndir. Azərbaycanın Qarabağdakı Qələbəsi TDT-nin bugünkü inkişafına böyük töhfələr verib". Qeyd edək ki, görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndəsi, ölkəmizin hərbi attaşesi və qardaş ölkənin hərbyönümlü dərnəklərinin rəhbərləri də iştirak ediblər. |
2024-01-10 | 821,291 | Fransa Martin Rayandan istifadə etdi - Atası | Azərbaycanda casusluqda ittiham olunaraq saxlanılan Fransa vətəndaşı Martin Rayan ölkəsi tərəfindən istifadə edilib. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə onun atası Riçard Rayan Frans Press Agentliyinə (Agence France-Presse) (AFP) danışıb. "Oğlum bir dəfə mənə ondan istifadə etdikləri barədə danışıb. Bununla oğlum onu məxfi əməkdaşlığa məcbur edən, sonradan Bakıdan qovulmuş iki diplomata işarə edib", - R.Rayan deyib. Qeyd edək ki, Martin Rayan 2023-cü ilin dekabrında Bakıda saxlanılan casusluqda ittiham olunan Fransa vətəndaşı məhkəmə tərəfindən 4 ay müddətinə həbs edilib. Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AFP-yə müsahibəsində Fransanın Bakıdakı səfirliyinə bu barədə dərhal məlumat verildiyini deyib. Martin Rayanın atası Riçard isə bildirib ki, ailə artıq onunla danışıb: “Onunla hər dəfə iki dəqiqə olmaqla dörd dəfə danışmışıq. Oğlum deyir ki, onunla yaxşı rəftar olunur və vəkili ilə əlaqə saxlayır”. |
2024-01-10 | 821,292 | “Beşiktaş” darmadağınla qalib gəldi | Futbol üzrə Türkiyə Super Liqasında XVI turdan təxirə salınmış oyunlara start verilib. Axar.az xəbər verir ki, ilk gündə dörd qarşılaşma baş tutub. Matçların üçündə qonaqlar qələbə qazanıblar. Bir görüşdə isə heç-heçə qeydə alınıb. Bu mövsüm qeyri-sabit çıxışı ilə diqqət çəkən "Beşiktaş" səfərdə "Çaykur Rizəspor"u 4 cavabsız qolla üstələyib. Qonaqların heyətində Miloş Raşitsa, Semih Kılıçsoy (2) və Cenk Tosun fərqləniblər. Bu qələbə ilə xallarını 32-yə çatdıran "Beşiktaş" dördüncü pilləyə yüksəlib. 29 xalı olan "Çaykur Rizəspor" isə altıncıdır. Günün digər oyunlarında "Başakşehir" "Kasımpaşa"nı 3:0, "Alanyaspor" "Pendikspor"u 1:0 hesabı ilə məğlub edib, "Alanyaspor" - "Ankaragücü" görüşündə isə qalib müəyyənləşməyib - 1:1. |
2024-01-10 | 821,293 | Fələstinin bu addımı İsrailin maraqlarına uyğundur | İsrail Fələstin Muxtariyyətinə münaqişənin başlanmasından bəri dondurulmuş vəsaitlərə çıxışını təmin etməlidir. Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken deyib. "Onlar lazımi xidmətləri göstərən işçilərinə pul ödəyə bilmək üçün onları almalıdırlar", - deyə Blinken bildirib. Amerikalı diplomat qeyd edib ki, Fələstin hakimiyyəti İordan çayının qərb sahilində sülh və təhlükəsizliyin qorunmasına səy göstərməkdə çox mühüm rol oynayır və bu, İsrailin maraqlarına uyğundur. |
2024-01-10 | 821,294 | Bakıda külək gücləndi, rayonlara qar yağdı | Ölkə ərazisində yanvarın 9-u axşam saatlarından başlayaraq havə şəraiti dəyişib, şimal-qərb küləyi bəzi yerlərdə güclənib. Bu barədə Axar.az-a ETSN-in Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yanvarın 10-u saat 00.00-a olan məlumata əsasən hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s, Şəkidə 18 m/s, Şabranda 16 m/s-dək çatıb. Zaqatala, Xaçmaz, Ceyrançöl, Qubaya yağış, Qaxın dağlıq ərazilərinə qar yağıb. |
2024-01-10 | 821,295 | Ekvadorda silahlı şəxslər telekanala soxuldu - Video | 01:10 Silahlı şəxslər Ekvadorun “TC Television” telekanalının studiyasına soxularaq canlı efirdəki aparıcıları girov götürüblər. Axar.az-ın xəbərinə görə, bu barədə yerli mətbuat məlumat yayıb. Canlı yayımdan olan görüntülərdə altı maskalı şəxsin yerdə uzanmış telekanal işçilərinə silah tuşlaması görünür. *** Ekvadorun “TC Television” telekanalına hücumun bir neçə iştirakçısı polis tərəfindən zərərsizləşdirilib. Bu barədə polisin X səhifəsində məlumat verilib. |
2024-01-10 | 821,300 | Ermənilər Azərbaycandan ən qədim İncili necə oğurlayıb? | Ermənistanda rəsmi andiçmə mərasimində üzərinə əl basılan xristianlığa aid ən qədim İncil var. İki hissədən ibarətdir: “Müqəddəs Yevangiliya” və “Qoruyucu”. Ermənistanda Matenadaran və ya Mesrop Maştots adına İrəvan Əlyazmalar və Sənədlərin Qorunma və Tədris Mərkəzində tam məxfi seyfdə qorunur və qeydiyyat nömrəsi 10680-dır. Bu kitabı qorumaq üçün xüsusi mühafizə qrupu var və ona yalnız xüsusi icazəsi olan adamlar yaxınlaşa bilər. Bu günə qədər kitabın içi açılmayıb və heç kim orda hansı dildə yazıldığını görməyib - təkcə erməni kilsəsinin baş katolikoslarından başqa. Uzun araşdırma aparsaq da, kitabın hansı əlifba ilə yazılmasını öyrənə bilmədik. Amma tam əminik ki, nə qədim, nə də müasir erməni dilindədir; aramey və latın dilində də deyil. Əldə etdiyimiz məlumatlar isə daha önəmli mətləbləri üzə çıxarır. Bu kitab V əsrdə Daşkəsən rayonunun Bayan kəndində hazırlanıb və orda uzun əsrlər saxlanılıb. Azərbaycandakı tarixi abidələrin müəyyən bir qismi xristianlıqla bağlıdır. Təxminən 3-4-cü əsrlərdə ölkə ərazisində bu qəbildən inşa edilən kilsə və monastırlar ərəb yürüşləri nəticəsində dağıdılıb. Dağlara çəkilən xristian əhali 7-8-ci əsrlərdə burada yenidən tikinti işləri aparıb. Tarixçilərin fikrincə, Daşkəsən rayonunun Bayan kəndi ərazisindəki 3 Alban məbədi də (Bayan monastırı, Çiçərvəng məbədi, Bayan kilsəsi) məhz bu tarixdən günümüzə qədər gəlib çatan abidələrdir. Məhz Bayan monastırı üçün hazırlanan bu qədim və nadir kitab V əsrdən 1625-ci ilə qədər burada saxlanılıb. Sonradan onun restavrasiya edilməsi lazım olub və bunun üçün Qüdsdən dəvət edilən mütəxəsislər kitabın burda qalmasını mühüm hesab ediblər. Bayan kəndində saxlanılan bu qədim kitabın əfsanəsi o qədər yayılıb ki, Şərqin və Avropanın bir çox yerindən zəvvarlar Daşkəsənin Bayan kəndinə gəlirdilər. Buna səbəb həmin kitabın sağlamlıq bəxş edib, xəstə insanlara kömək etməsi barədə şayiə idi. Bu kitab XIX əsrə qədər, Makar Barxudaryan adlanan yepiskopun bura gəlməsinə qədər qorunub saxlanılır. 1895-ci ildə o, təcili Üçmiədzin kilsəsinə məktub yazır ki, bu kitab mütləq ermənilərə verilməlidir. 1974-cü ildə Bayan kəndində yaşayan Asi Qriqoryan adlı şəxs kitabı oğurlayıb Bakıya gəlir və onu Azərbaycanda erməni kilsəsinin katolikoslarından olan Vaqan Teryana verir. O da öz növbəsində 1 yanvar 1975-ci ildə Azərbaycan xüsusi xidmət orqanlarının diqqətini cəlb etməmək üçün onu 1955-1994-cü illər arasında bütün ermənilərin katolikosu olan I Vazgenə (Levon Garabed Baljian) - anasının xatirəsinə - hədiyyə edir. Vazgen qədim kitabı hədiyyə alır, açır və həmin ilin 25 iyulunda Matenadarana göndərir və tapşırıq verir ki, heç bir zaman açılmasın, onun surətini erməni dilində yazsınlar və oxşarını hazırlasınlar. Hazırlanan surətinə isə “Vexamor” adı verirlər. Bu ad I Vazgenin Buxarestdə müəllimə işləyən və 1974-cü ildə ölən anası Siranuş Palçyanın xatirəsini yaşatmaq üçün seçilir. Hazırda Azərbaycan dövlətinə, xalqına və qədim Bayan monastırına məxsus bu qədim və nadir kitab Matenadaranda tam məxfi saxlanılır və onun surətini (saxta və ermənicə yazılan) qonaqlara göstərirlər. Bu qədim kitabın hansı dildə yazılması isə bu günə qədər gizli saxlanılır. Ümid edirik ki, nə zamansa bu kitab üzə çıxacaq və böyük ehtimalla Alban dövlətinə daxil olan Qarqarlardan olan Benyaminin 52 hərfdən ibarət hazırladığı əlifba ilə yazıldığı sübut ediləcək. |
2024-01-10 | 821,302 | Ostinin xəstəliyi məlum oldu: xərçəng imiş | 2023-cü ilin dekabrında mütəxəssislər ABŞ-ın müdafiə naziri Lloyd Ostinə prostat xərçəngi diaqnozu qoydular, o, əməliyyat olundu, yanvarın əvvəlində Pentaqonun rəhbəri ağırlaşmalara görə xəstəxanaya yerləşdirildi. Axar.az xəbər verir ki, bu barədə Merilənd ştatındakı Uolter Rid Tibb Mərkəzinin açıqlamasında deyilib. Bildirilib ki, 2023-cü ilin dekabr ayının əvvəlində keçirilən müntəzəm müayinə zamanı Ostinə “müalicə tələb edən prostat xərçəngi” diaqnozu qoyulub. Bununla əlaqədar dekabrın 22-də o, “minimal invaziv” cərrahi əməliyyatı keçirib. 2024-cü il yanvarın 1-də Ostin dekabrın 22-də keçirilən prosedurdan yaranan fəsadlar səbəbindən Valter Rid Tibb Mərkəzinə aparılıb. İlkin müayinə zamanı sidik yollarının infeksiyası aşkar edilib. Mütəxəssislər Ostinin tam sağalmasını gözlədiklərini, lakin bunun uzun proses olduğunu qeyd ediblər. |
2024-01-10 | 821,303 | Bakıdan köçürülməsi gözlənilən 4 universitet – Ekspert | Ali təhsil müəsissələrinin şəhərdən kənara köçürülməsi paytaxtda tıxac probleminin həllində vacib amillərdən biri ola bilər. Bu sözləri Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapan universitetlərin köçürülməsinə münasibət bildirərkən deyib. “Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Paytaxtdakı universitetlərin əksəriyyətinin şəhərin mərkəzində yerləşməsi avtomobil sıxlığının daha da artmasına səbəb olur. Belə ki, bu universitetlərdə təhsil alan tələbələrin də öz şəxsi avtomobillərindən istifadə etməsi, ya da valideynlərin övladlarını maşınla gətirməsi şəhərdə sıxlığı artırır. Ona görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Hesab edirəm ki, paytaxtdan kənara köçürülməyə ehtiyac olan univerisitetlər əsasən Dillər Universiteti, İqtisad Univeristeti, Slavyan Universiteti və Pedaqoji Universitetdir. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu yerlərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməi daha effektiv olar. Bu Bakıətrafı ərazilərin də inkişafına təkan verər. Şəraiti olmayan ali təhsil ocaqlarının da şəhər kənarında ayrıca bir şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğun olardı”, - Kamran Əsədov bildirib. Ekspertin sözlərinə görə, Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var: “Tələbə şəhərcikləri tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub”. |
2024-01-10 | 821,304 | Hizbullahın hərbi hava qüvvələri komandiri öldürüldü | Livanın Hizbullah hərəkatının hərbi hava qüvvələri komandiri, son aylarda İsrailin şimalında çoxsaylı pilotsuz təyyarə hücumlarına cavabdeh olan Əli Hüseyn Barci öldürülüb. Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. Barcinin hansı şəraitdə öldürüldüyü barədə məlumat verilməyib. Qeyd edək ki, "Əl-Cəzirə" Arurinin dəfn mərasiminə İsrailin zərbə endirdiyi haqda məlumat yaymışdı. |
2024-01-10 | 821,305 | Təşəbbüs Rusiyadadır, razılaşma olmayacaq - Ritter | Rusiya ordusu cəbhə xəttində təşəbbüsü ələ alıb və Ukraynanın şərtləri ilə razılaşmayacaq. Axar.az xəbər verir ki, bunu ABŞ-ın keçmiş kəşfiyyatçısı Skot Ritter deyib. “Rusiya döyüşün tempini diktə edir, heç bir fasilə olmayacaq”, - o qeyd edib. Ritterin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrini panika bürüyüb. Onun fikrincə, Rusiya ordusu artıq Ukraynanı strateji məğlubiyyətə uğradıb. |
2024-01-10 | 821,306 | Risklər artır, ərzaq bahalaşacaq – DB hesabat yaydı | Yaxın Şərqdə münaqişənin kəskinləşməsi dünyada geosiyasi riskləri artırıb və onun daha da genişlənməsi enerji daşıyıcılarının qiymətlərinin artmasına və qlobal aktivlik və inflyasiya üçün böyük mənfi nəticələrə gətirib çıxara bilər. Axar.az xəbər verir ki, bu barədə Dünya Bankının hesabatında bildirilib. “Yaxın Şərqdə baş verən son münaqişə... geosiyasi riskləri artırıb. Münaqişənin artması enerji qiymətlərinin artmasına gətirib çıxara bilər ki, bu da qlobal aktivliyə və inflyasiyaya böyük təsir göstərə bilər", - hesabatda deyilir. Qeyd olunur ki, enerji qiymətlərinin artması istehsal və çatdırılma xərclərinə də təsir edəcək və bu da ərzaq və digər malların bahalaşmasına səbəb olacaq. Dünya Bankı əlavə edib ki, qlobal iqtisadiyyat hələ də son illərin şoklarının - koronavirus pandemiyası, artan inflyasiya və qlobal monetar şərtlərin kəskin sərtləşməsi və s. - uzunmüddətli təsirlərini yaşamaqda davam edir. Qlobal iqtisadiyyat üçün əlavə risklər sırasına yüksək faiz dərəcələri, davamlı inflyasiya, Çinin zəif artımı, ticarətin parçalanması və iqlim dəyişikliyinin təsirləri səbəbindən maliyyə şərtlərinin pisləşməsi daxildir. |
2024-01-10 | 821,307 | ABŞ Qəzza qətliamına "lizensiya" verdi - Rus diplomat | ABŞ BMT Təhlükəsizlik Şurasını Yaxın Şərq qətnaməsinin orijinal mətnini dəyişdirməyə və oraya Qəzzada fələstinli mülki vətəndaşları öldürmək üçün “faktiki olaraq lisenziya” daxil etməyə məcbur etdi. Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Anna Yevstiqneyeva deyib. “Amerikalı həmkarlarımızın hiyləgərcəsinə "effektiv ikitərəfli diplomatiya" adlandırdıqları ən çirkin təzyiq və şantaj alətlərindən istifadə edilib. Qətnamədə döyüşlərin dayandırılmasına çağırış əvəzinə, döyüşlərin dayandırılması üçün şərait yaradılması ifadəsi yer alır və bu, əslində İsrailin Qəzzada fələstinli mülki vətəndaşları öldürmək üçün bir “lisenziyadır” və bu, guya qeyd olunan şəraitin yaradılması istiqamətində atılan addımlardır”, - diplomat bildirib. |
2024-01-10 | 821,308 | Sumqayıtda 34 yaşlı kişi öldürüldü | Yanvarın 10-u saat 02 radələrində Sumqayıt şəhəri ərazisində 1990-cı il təvəllüdlü Həsənalı Piriyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Sumqayıt şəhər Prokurorluğundan Axar.az-a verilən məlumata görə, araşdırma zamanı 1983-cü il təvəllüdlü Seymur Quliyevin aralarında yaranmış mübahisə zamanı Həsənalı Piriyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Quliyev iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir. |
2024-01-10 | 821,311 | Rəsmi Bakıdan Fransaya: Heç bir əsası yoxdur! | Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir. Axar.az xəbər verir ki, bunları Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması haqda yerli mətbuatın sualına cavabında deyib. "Fransa Respublikasının vətəndaşı Martin Rayan 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar. Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvanlamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqla əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər. Biz bir daha Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq", - A.Hacızadə deyib. |
2024-01-10 | 821,313 | Bu ərazilərimizə qar yağdı | Ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, əvvəlcədən xəbər verildiyi kimi, yanvarın 10-u səhər saatlarına olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur: “Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasıında 30-33 m/s, Şirvan, Beyləqan, Neftçalada 20 m/s, Yardımlı, Şəkidə 18 m/s, Mingəçevir, Şabran, Ağdamda 16 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.8 metrə çatıb. Qar örtüyünün hündürlüyü: Sarıbaş (Qax), Quba, Ordubadda 1 sm olub. Düşən yağıntının miqdarı: Sarıbaş (Qax), Lənkəran, Astarada 5 mm, Sədərəkdə 4 mm, Şahbuz, Ordubadda 3 mm, Şəki, Quba, Qusarda 2 mm, Neftçala, Göytəpə, Yardımlı, Kəlvəz, Şirvan, Qəbələ, Balakən, Ceyrançöl, Zaqatala, Oğuz, Qobustan, Xaltan, Şabran, Şərur, Naxçıvan və Abşeron yarımadasının bəzi yerlərində 1 mm-dək olub. Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 3 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, Aran rayonlarında 4 dərəcəyədək isti, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta olub”. G.Məmmədovanın sözlərinə görə, ölkə ərazisində müşahidə olunan güclü külək yanvarın 10-u gündüz saatlarından zəifləyəcək. Yağıntılı hava şəraiti isə 12-dək fasilələrlə davam edəcək . |
2024-01-10 | 821,318 | Ukrayna PUA-ları Saratova hücum etdi | Ukrayna ordusu pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Saratov vilayətinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PUA-lar məhv edilib. Regionun qubernatoru Roman Busarginin sözlərinə görə, xəsarət alan və dağıntı olmayıb. |
2024-01-10 | 821,322 | Yunanıstanın XİN başçısı İrəvanda səfərdədir | Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Ermənistana rəsmi səfər edib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilib ki, G.Gerapetritisin təyyarəsi Zvartnots hava limanına enib. Yunan nazir səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcək. Daha sonra XİN rəhbərləri birgə mətbuat konfransı keçirəcəklər. |
2024-01-10 | 821,325 | ABŞ husilərin 24 raket və PUA-sını məhv etdi | ABŞ Hərbi Dəniz Qüvvələri Yəmən ərazisindən hüsilərin buraxdığı 24 raket və PUA-nı məhv edib. Axar.az xəbər verir ki, bu barədə CNN Pentaqondakı mənbələrinə istinadla məlumat yayıb. Mənbə hücumun bu gün baş verdiyini deyib. Məlumata görə, 24 raket və PUA 3 esmines tərəfindən vurulub. |
2024-01-10 | 821,326 | Bakıda kişi arvadını bıçaqladı | Bakıda kişi arvadını bıçaqlayıb. Axar.az Trend-ə istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Salatın Əsgərova küçəsi 62 ünvanında qeydə alınıb. Orada yaşayan Namiq Şirinov qısqanclıq zəminində arvadı Oleysa Şirinovanı bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb. |
2024-01-10 | 821,328 | Xankəndidə 17 avtomat, 11 qumbara tapıldı | Yanvarın 9-da Xankəndi şəhəri ərazisində 11 ədəd qumbara, 17 ədəd müxtəlif markalı avtomat silahı aşkarlanıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bundan başqa, şəhərdə 2 ədəd tapança, 10 ədəd tüfəng, 12 ədəd alışdırıcı, 84 ədəd patron darağı, 2 ədəd patrondaş, 12 ədəd süngü-bıçaq, 6635 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb. |
2024-01-10 | 821,331 | Bakı iki fransız diplomatı buna görə ölkədən qovub - XİN | Azərbaycan Xarici İşlər Nazirliyinin həbs olunan Martin Rayanın Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvanlamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqla əməkdaşlıqdan imtina edib. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə deyib. O bildirib ki, buna görə də səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər. Qeyd edək ki, Martin Rayan Fransa Xarici Kəşfiyyat Baş İdarəsinin Azərbaycanda apardığı casusluq fəaliyyətinə görə həbs olunub. |
2024-01-10 | 821,334 | DYP-dən hava şəraiti ilə bağlı sürücülərə müraciət | Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Axar.az-a qurumdan məlumat verilib. Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvar ayının 10-dan başlayaraq ölkə ərazisində havanın küləkli və yağıntılı olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir. Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yağıntılı havalarda yolların sürüşkənliyini nəzərə almağı, sürət həddini minimuma endirməyi, ara məsafəsini normadan artıq saxlamağı, avtomobilin şüşəsilənlərinin, işıq cihazlarının saz vəziyyətdə olmasına, eləcə də dövlət nömrə nişanlarının təmizliyinə nəzarət etməyi, küləkli havada avtomobillərini aşma, yaxud qopma ehtimalı olan obyektlərin yaxınlığında və ya altında saxlamamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi xahiş edir. İdarə əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırıb. |
2024-01-10 | 821,335 | Bakı “zaminləri” ləğv etdi, dəhliz isə... - Surenyants | Bakı ikitərəfli dialoq institutunu tətbiq etməklə, beynəlxalq zaminlər institutunun ləğvinə və Zəngəzur dəhlizi məsələsində beynəlxalq konsensusa nail olub. Axar.az xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib. “Azərbaycan ikitərəfli danışıqlar institutunu tətbiq etmək üçün hərbi personal mübadiləsi məsələsindən (hərbi əsirlərin dəyişdirilməsi - red.) istifadə etdi. Bakı kifayət qədər inandırıcı şəkildə beynəlxalq ictimaiyyətə deyir: “Baxın, ikimiz razılığa gələ bilərik”. Amma mövcud güc balanssızlığı şəraitində ikitərəfli razılaşma sülhdən deyil, məğlub tərəfin təslim olmaq üçün yol xəritəsindən danışmaq deməkdir”, - o bildirib. Ekspert qeyd edib ki, Zəngəzur dəhlizindən təkcə Azərbaycan deyil, AB də danışır: “Aydın idi ki, 44 günlük müharibədə sarsıdıcı məğlubiyyətdən sonra Zəngəzur Ermənistan-Azərbaycan münaqişəsinin obyektinə çevrildi və Bakı heç vaxt kommunikasiya iddialarından əl çəkməyəcək. Və bu gün Zəngəzur dəhlizindən təkcə Azərbaycan danışmır. Mişel də müxtəlif nəqliyyat modellərini müzakirə edir”. Onun fikrincə, AB-nin təklif etdiyi nəqliyyat kommunikasiya modelləri Ermənistanın ərazi bütövlüyünü pozmur: “Lakin onlar daha bir mühüm prinsipi – suverenliyi və səlahiyyətləri pozur. Beləliklə, Ermənistan bu ərazi üzərində nüfuzunu itirir. Regionda nəqliyyat kommunikasiyalarına daha yaxşı nəzarət 9/10 noyabr üçtərəfli bəyanatın 9-cu bəndində nəzərdə tutulmuşdu, baxmayaraq ki, bu, nəticə vermədi. Bu gün Ermənistan hakimiyyətinin səyləri sayəsində ölkənin problemləri nəinki azalıb, hətta artıb və 2024-cü il siyasi baxımdan əvvəlkindən daha çətin olacaq”. |
2024-01-10 | 821,337 | ABB “ƏDV geri al”maq imkanını daha da genişləndirdi | “ƏDV geri al” xidməti istifadəçilərinin imkanlarını genişləndirmək üçün ABB partnyor qurumlarla inteqrasiya proseslərini davam etdirir. Artıq Golden Pay şirkətinə məxsus Hesab.az saytı və tətbiqində də ABB-yə aid virtual ƏDV kartını aktivləşdirmək və alış-veriş çeklərini oxutmaq mümkündür. Beləliklə, müştərilər bundan sonra çekləri həm ABB mobile tətbiqi, həm Azercell, həm də Hesab.az vasitəsilə oxudaraq ƏDV qazanclarını eyni kartda toplaya bilərlər. Bu cür inteqrasiya layihələri ilə ABB öz tərəfdaşlarına da yeni imkanlar yaratmış olur. Qeyd edək ki, “ƏDV geri al” Azərbaycanda pərakəndə ticarət və ya iaşə müəssisələrindən əldə edilmiş mallara görə ödənilmiş ƏDV-nin müəyyən hissəsinin müştəriyə geri qaytarılması xidmətidir. Nağdsız qaydada ödənilmiş ƏDV-nin 15%-i, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10%-i geri qayıdır. ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. |
2024-01-10 | 821,339 | Bu tarixdən seçkiqabağı təşviqatın aparılmasına başlanılır | Gələn həftədən növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq. Axar.az xəbər verir ki, prosesə yanvarın 15-də start veriləcək. Fevralın 6-sı saat 8:00-da təşviqatın aparılması dayandırılacaq. Qeyd edək ki, Azərbaycanda prezidentliyə namizədliyin qeydə alınması prosesi yanvarın 9-da başa çatıb. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Prezidentliyə namizədliyi qeydə alınan şəxslər isə aşağıdakılardır: 1. Hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev; 2. Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc; 3. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev; 4. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa; 5. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev; 6. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 7. Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev; |
2024-01-10 | 821,344 | Ekvadorda fövqəladə vəziyyət: Paytaxta ordu yeridildi | Ekvadordakı cinayətkar qruplaşmalar artıq bizim hədəfimiz hesab olunur. Axar.az xəbər verir ki, bu barədə Ekvador Silahlı Qüvvələrinin komandanı Hayme Vela Eraso deyib. “Respublika Prezidenti Daniel Noboa özünün 111 saylı əmri ilə bizə dəqiq missiya tapşırdı. Bu andan etibarən əmrdə qeyd olunan hər bir terrorçu qruplaşma hədəfimizə çevrilib. Ölkəmizin bu günü və gələcəyi təhlükə altındadır və heç bir terror aktı bizi təslim olmağa məcbur etməyəcək. Geri çəkilməyə və terrorçularla danışıqlar aparmağa hazırlaşmırıq”, - Eraso bildirib. Ekvador mətbuatının məlumatına görə, hazırda paytaxt Kitonun mərkəzinə ağır texnika yeridilib. Bildirilib ki, texnikalar paytaxtın strateji əhəmiyyətli bölgələrinə yerləşdirilib. Hərbçilərə qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi üzrə əməliyyatların aparılması barədə göstərişlər verilib. “Primicias” qəzeti yazıb ki, Ekvador Prezidenti Daniel Noboa ölkədəki vəziyyət fonunda strateji təhlükəsizlik kabinetinə daxil olan yüksək rütbəli məmurların, habelə onların ailə üzvlərinin təhlükəsizliyini gücləndirməyi əmr edib. Nəşrin məlumatına görə, Ekvadorun Strateji Təhlükəsizlik Kabinetinə daxili işlər naziri, müdafiə naziri, həmçinin Strateji Kəşfiyyat Mərkəzinin, SNAİ Penitensiar Xidmətinin və “Ecu911” Birləşmiş Təhlükəsizlik Xidmətinin rəhbərliyi daxildir. Bu arada Çin baş verənlərlə əlaqədar olaraq Ekvadordakı səfirlik və konsulluq fəaliyyətini dayandırıb. ABŞ səfirliyi də bu ölkədə konsulluq fəaliyyətini dayandırdığını elan edib. Qeyd edək ki, dünən silahlı şəxslər Ekvadorun “TC Television” telekanalının studiyasına soxularaq canlı efirdəki aparıcıları girov götürüblər. Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi əməliyyat nəticəsində terrorçuların hamısı məhv edilib, girovlar xilas olunub. Ekvadir mətbuatının məlumatına görə, Quayakil və qonşu Nobol şəhərində baş verən toqquşmalar nəticəsində ikisi polis olmaqla, 10 nəfər ölüb. Xatırladaq ki, bir neçə gün öncə Ekvadorun ən məşhur “Los Çoneros” cinayətkar qruplaşmasının “Fito” ləqəbli rəhbəri Adolfo M.V həbsdən qaçmışdı. Ekvador Prezidenti Daniel Noboa mafiya liderinin həbsdən qaçması ilə bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırmış, ölkədə 60 günlük fövqəladə vəziyyət elan etmişdi. |
2024-01-10 | 821,347 | Bu yolda sürət həddi endirildi | Bakıda Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Bu barədə Axar.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib. Bildirilib ki, hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar Zığ dairəsi - Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub. Sürücülərdən müəyyənləşdirilən sürət həddinə əməl etmələri xahiş olunur. |
2024-01-10 | 821,351 | İmişlidə qanunsuz tikili söküldü - Video | İmişli rayonunun Xubyarlı kəndi ərazisində su fonduna aid torpaq sahəsində fiziki şəxs tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.