date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2024-01-01 | 818,839 | 3 ildir azərbaycanlılar alnıaçıq, üzüağ yaşayır - Əliyev | Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirib. “Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”, - deyə dövlətimizin başçısı xüsusi vurğulayıb. |
2024-01-01 | 818,840 | Bu küçələrdə avtomobillərin hərəkəti dayandırıldı | Bakının bir sıra yollarında avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Axar.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Səbail rayonu, Mikayıl Useynov prospekti, Azneft dairəsi, Xətai rayonu, Babək prospekti - mərkəz, Mikayıl Müşfiq küçəsi ilə Parlament prospektinin kəsişməsində, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov, Üzeyir Hacıbəyli və Keykab Səfərəliyeva küçələrinin kəsişməsində, A.Puşkin və Ə.Xaqani küçələrinin kəsişməsində - Üzeyir Hacıbəyli küçəsi istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib. |
2024-01-01 | 818,841 | Ukraynadan etiraf: Bu raketləri vura bilmirik! | Ukrayna Silahlı Qüvvələri Rusiya raketlərinin əksəriyyətini vurmağa qadir deyil və Qərbin hava hücumundan müdafiə sistemləri yalnız bəzi əraziləri qoruyur. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib. İqnat bildirib ki, Ukrayna ordusu aviasiya, ballistik raketlər, eləcə də S-300 kompleksinin raketlərini vurmağa qadir deyil: “Hamımız başa düşürük ki, biz “Patriot” zenit-raket komplekslərini yalnız may ayında aldıq və yalnız müəyyən ərazidə istifadə etməyə başladıq. Ona görə də başa düşməlisiniz ki, biz yalnız qanadlı raketləri və ya X-59-ları vururuq”. |
2024-01-01 | 818,842 | Ölkəmiz bu sahədə dünya liderləri sırasında olacaq | Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində deyib. Yaşıl enerji keçidinin ölkəmiz üçün prioritet məsələ olduğunu vurğulayan dövlətimizin başçısı bildirib: “İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir”. |
2024-01-01 | 818,843 | Əliyev: Ermənistan rəhbərliyi özünü elə aparmalıdır ki... | Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq, bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib. “Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin”, - deyə dövlət başçısı xüsusi vurğulayıb. |
2024-01-01 | 818,844 | Xətaidə mənzildə yanğın: əraziyə polislər gəldi - Video | 01:12 Xətai rayonunda yerləşən Xətai Park Yaşayış kompleksində eyvana düşən fişəng yanğına səbəb olub. Axar.az xəbər verir ki, hadisə yerinə FHN-in əməkdaşları cəlb edilib. *** Bakının Xətai rayonunda binaların birində baş verən yanğınla əlaqədar saat 00:21 radələrində Daxili İşlər Nazirliyinin 102 Zəng mərkəzinə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumat üzrə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə birgə polis əməkdaşları əraziyə cəlb olunub. Müvafiq təhlükəsizlik tədbirləri görülüb, xəsarət alan yoxdur. *** Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində iyirmimərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in qüvvələri tərəfindən sakinlər təxliyə olunub. |
2024-01-01 | 818,845 | Şuşada da atəşfəşanlıq oldu | Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şuşada atəşfəşanlıq olub. Axar.az xəbər verir ki, bayram atəşfəşanlığını şəhərin bütün ərazisindən izləmək mümkün olub. Atəşfəşanlıq Qarabağın, qədim Şuşanın səmasını al-əlvan rəngə boyayıb. |
2024-01-01 | 818,846 | Tərtərdə 15 yaşlı yeniyetmə 18 yaşlı gənci bıçaqladı | Tərtərdə 18 yaşlı gənc qətlə yetirilib, saxlanılan var. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Axar.az-a bildirilib ki, yanvar ayının 1-də saat 1 radələrində rayon ərazisində yerli sakin, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü Fuad Quliyev saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır. |
2024-01-01 | 818,847 | Azərbaycanda 2024-cü ilin ilk körpəsi dünyaya gəldi - Foto | Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib. TƏBİB-dən Axar.az-a verilən məlumata görə, 01.01.2024-cü il tarixində saat 00:01-də doğulan körpənin cinsi qız, boyu 45 sm, çəkisi 2 580 kq olub. Doğulan uşaq ananın ilk hamiləliyi olub. Qeyd edək ki, 24 yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə təcili olaraq qeysəriyyə əməliyyatına qəbul edilib. Əməliyyat uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir. |
2024-01-01 | 818,848 | Yasamalda sexdə güclü yanğın baş verdi - Video | Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən sexdə yanğın olması barədə ilkin məlumat daxil olub. Nazirlikdən Axar.az-a verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Məlumata əsaəsn, sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2024-01-01 | 818,852 | Laçın sakinləri də Yeni ili atəşfəşanlıqla qarşıladılar | Laçında 2023-ci ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı əsl sahibləri tərəfindən qeyd edilib. 31 ildən sonra bitən yurd həsrəti və doğma elində olan laçınlıların bayramı şəhərdə atəşfəşanlıqla yaddaşlara köçüb. Axar.az xəbər verir ki, Laçın şəhəri bu dəfə Yeni ilə qucaq açdığı 1555 nəfər doğma sakini ilə birlikdə qədəm qoyub. Bayram ərəfələrində təşkil edilən konsert proqramı, yarmarka və bir-birindən maraqlı digər bayram tədbirləri sakinlər üçün əsl əyləncəyə çevrilib. 2023-ci ilin son dəqiqələrində isə göy üzündə müşahidə edilən atəşfəşanlıq daha yaddaqalan olub. |
2024-01-01 | 818,853 | İqtisadçının şok 2024 proqnozu: İnsanlar bankrot olacaq... | 2023-cü il məmləkətimiz üçün tarixi bir il oldu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası məhtəşəm bir hadisədir, Rus və Sovet İmperiyasının basdırdığı separatizm və etnik münaqişələr “minasını” təmizləyə bilən yeganə ölkə Azərbaycan oldu – qürurverici hadisədir. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli 2023-cü ilin yekunu ilə bağlı qeyd edib. O bildirib ki, 2024-cü ildə Azərbaycan və Ermənistan arasında sülh sazişi və ya sazişin onurğasını təşkil edən müxtəlif protokollar imzalanacaq: “Bu da bölgəmizdə dayanıqlı sülhün təməlini yaradacaq. Prezident seçkilərindən sonra hökumətin tərkibi ciddi dəyişəcək. Çox güman, referendum, ardından da növbədənkənar parlament seçkiləri olacaq, Milli Məclisin indiki tərkibinin, ən azı, yarısı növbəti seçiləcək parlamentdə olmayacaq. Məmləkətin təməl sorunu iqtisadiyyatdır, bu məsələnin həlli yolu isə siyasi və hüquqi müstəvidədir, idarəetmənin təkmilləşdirilməsindədir”. Ekspert vurğulayıb ki, gələn il manatın devalvasiyası olmayacaq, amma bu mütləq gələcək illərdə baş verəcək: “Rusiya-Ukrayna münaqişəsi çox güman ki, bu il “dondurulacaq”, sonra hansısa beynəlxalq danışıq qrupu yaradılacaq, mənasız və məzmunsuz danışıqlar sürəci başlayacaq. Ukrayna öz torpaqlarının itirilməsi ilə de-jure barışıb hansısa sənədə imza atmasa da, de-fakto barışıb, yaşamağa çalışacaq, amma Zelenski və komandasının siyasi səhnədə qalması çox böyük problem kimi görünür”. N.Cəfərlinin digər proqnozu AB ilə bağlıdır: “İllərdir xəbərdarlıq etdiyimiz kimi, AB ölkələrinda aşırı sağ-millətçi siyasi qruplar güclənməkdə davam edəcəklər, gələn il AB Parlamentinə və bəzi ölkələrdə baş tutacaq seçki sürəclərini öndə bitirəcəklər. AB ölkələrində siyasi elita dəyişiklikləri başlayacaq, amma, təəssüf ki, yeni iddialı siyasi qruplarda da ciddi liderlik keyfiyyəti olan siyasətçilər azdır. Səbəbi çox sadədir – son 20 ildə Qərbdə siyasətin önəmi, pristiji və maddi qazancı azaldı, yaxşı oxuyan, bilikli, bacarıqlı insanlar böyük biznesə üstünlük verdilər, şirkətlərdə işləməyə can atdılar, çünki böyük şirkətlərdə maaşlar-bonuslar yüksək, daha sərbəst iş qrafiki və medianın, ictimayyətin nəzarətindən kənar yaşamaq imkanı var”. Ekspertin fikrincə, 2024-cü ildə ABŞ dünyada itirməkdə olduğu yerini qaytarmağa, liderlik funksiyası bərpa etməyə çalışacaq: “Demokratlar Partiyası bu işi bacarmadı, seçkilərdə Respublikaçıların qalib olma şansı yüksəkdir, əgər bu baş versə, ABŞ-ın dünya siyasətində dəngəyaradan rolu bərpa oluna bilər ki, bu da zatən qaçılmaz olan qlobal dünyadan fraqmental dünyaya keçidi daha rəvan və məntiqli edə, hətta müharibə və münaqişələri səngidə bilər”. N.Cəfərli vurğulayıb ki, dünya iqtisadiyyatı “ağır xəstədir”, 2008-ci ildə başlanan böhran aradan qaldırılmadı, iqtisadi “yanğın” problemlərin sistemli həlli ilə deyil də, ancaq pul çap etməklə “söndürüldü”: “Bir anlıq əsl yanğın təsəvvür edin – çoxotaqlı evin, məsələn, 2 otağı yanır, yanğınsöndürənlər su, köpük, qum və s. vasitələrlə yanğını söndürməyə çalışırlar, həmin yanan 2 otaqda yanğın söndürülsə də, su, köpük, qum və s. yanğını söndürmək üçün istifadə edilənlər digər otaqlara yanğından çox ziyan vurur – 2008-də məhz bu baş verdi, lokal yanğın “söndürüldü”, amma qlobal iqtisadiyyatda “şarlar” yarandı. Sonra 2020-ci ildə “pandemiya” adlanan sürəci bacarıqsız, hətta insanlıq adına rəzalətlə idarə etdilər, nəticədə dünya iqtisadiyyatına əlavə olaraq 18 trilyon dollar pul axıtdılar, bu dəfə də “yanğını” bərbad üsullarla “söndürdülər”, nəticədə “şarlar” daha da şişdi, partlamağa hazır hala gəldi. Dünya ölkələrinin borcu 310 trilyon dollardır ki, bu da dünya ÜDM-nin 336%-ni təşkil edir – heç vaxt belə təhlükəli vəziyyət olmayıb. Açığı, bu vəziyyətdən ağrısız çıxış yolu yoxdur, dünyada ölkələri, şirkətlər və insanlar bankrot olacaqlar. Dünya ölkələri təməl problemləri həll etməkdənsə mifik, promlemlər uydururlar, bunlardan biri də “iqlim dəyişiklikləri” adı altında insanların başını qatmaqdır. Dünyada ciddi ekoloji problemlər var, insan övladı təbiətlə orqanik yaşamağı, ziyan vurmamağı öyrənməlidir, amma bu vacib məsələni “iqlim dəyişiklikləri” kimi təqdim edərək əsl problemlərdən qaçırlar – bəşəriyyət tarixində iqlim dəyişiklikləri olub, var, olacaq da. Planetin özünü tənzimləmə alətləri var, bunlar işə düşür və problemlər dövri hal alır. Dünyada insan sayı az olanda da qlobal istiləşmə, qlobal buzlaşma olub-olacaq. İnsan övladı təbiəti qorumalı, resurslardan ağılla istifadə etməlidir – bu vacibdir, amma qlobal iqlim dəyişiklikləri adı altında ölkələri, insanları yeni qapanmalara, “gettolara” hazırlamaq cinayətdir. Bir çoxları elə bilirlər ki, məsələn, eloktromobili cərəyana qoşub sürürsən, bununla da iqlim dəyişikliklərinə mane olursan – amma anlamırlar ki, məsələn, “Tesla”nın 20 batareyası var, onlardan birini istehsal etmək üçün 11-12 element, həmin elementləri əldə etmək üçün isə 560 m2 yer-mədən qazılmalı, həmin elementlər sonra su istifadə edilməklə istehsal olunmalıdır. İndi özünüz hesablayın 1 elektromobil üçün nə qədər yer səthi qazılır, nə qədər ekologiyaya ziyan vurulur. Hələ mən həmin maşını elektriklə təmin etmək üçün enerjinin alınması zamanı baş verən ekologiyaya ziyan vuracaq proseslərdən heç danışmadım. Eyni məsələ günəş panelləri və külək stansiyalarının istehsalına da aiddir, hələ bunların, o cümlədən avtomobil batareyalarının utilizasiya problemini, bu sahələrin ancaq subsidiyalarla ayaqda qalmasının mümkün olduğunu məsələsini də işin içinə qatanda planetə vurulan ziyanın mənzərəsi tam fərqli olur...” |
2024-01-01 | 818,860 | Nikol Yeni il müraciətində xalqdan üzr istədi - Video | 09:00 Ermənistan Baş naziri Nikol Paşinyan Yeni il müraciətində xalqdan üzr istəyib. Axar.az xəbər verir ki, əvvəlcə iqtisadi yüksəlişdən, maaşların artmasından, rifahdan danışan baş nazir daha sonra keçilən və qarşıda duran sınaqlardan bəhs edib. “Biz bu yolun böyük hissəsini keçmişik, lakin qarşıda duran yeni sınaqlardan, çətinliklərdən sığortalanmamışıq və müstəqil dövlətə sahib olmaq və o dövləti nəsillərimizə miras qoymaq əzmimizdə tərəddüd etməməliyik. Mən həmçinin son illərdə yaşadığınız ağrılara görə hər birinizdən, Ermənistan Respublikasının bütün vətəndaşlarından, Qarabağdan qaçqın düşmüş bütün qardaş və bacılarımızdan üzr istəmək istəyirəm. Sizdən hər hansı bir cinayət törətdiyim və ya bir anlıq olsa da, sizin qarşınızda hansısa məsuliyyəti və ya öhdəliyi unutduğum üçün deyil, sizin hisslərinizi bildiyim və mən də eyni hissi yaşadığım üçün üzr istəyirəm. Amma bu hiss heç bir halda mənim dövlət başçısı kimi vəzifəmi sarsıda bilməz, bundan belə nəticə çıxır ki, mənim bütün qərarlarım və hərəkətlərim Ermənistan Respublikasının dövlət maraqlarından irəli gəlməlidir. Məhz buna görədir ki, mən regionumuzdakı qonşularımızla münasibətlərin tənzimlənməsi və dərinləşdirilməsi üçün həll yollarının tapılmasını prioritet hesab edirəm və bundan sonra da dövlət naminə, gələcək naminə, gələcək nəsillər naminə o yolu qətiyyətlə gedəcəyəm”, - Paşinyan bildirib. |
2024-01-01 | 818,861 | Biz döyüşməyi bacarırıq, ona görə də… - Simonyan | Bəli, asan deyil, hətta çox çətindir, lakin sülhün mümkünlüyü heç vaxt bu qədər yaxın olmamışdır. Axar.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan Yeni illə bağlı sosial şəbəkə hesabında qeyd edib. “Biz döyüşməyi bilirik və buna görə də Ermənistana, erməni xalqına sülh gətirməyə, uşaqlarımızın arzusunu yerinə yetirməyə borcluyuq. Bir çox məsələlərdə bir-birimizlə razılaşmaya bilərik, amma bu məsələdə həmrəy olmalıyıq. Sülhə nail olmalıyıq və bütün qonşularımızla normal münasibətlər qurmalıyıq. Bəli, çətindir, amma kin-küdurətə, dözümsüzlüyə, tarixdə və reallıqda daha güclü, daha yaxşı nəsə axtarmağa, eləcə də özünü tərifləmək, digərindən üstün tutmaq kimi çirkin vərdişlərə son qoymalıyıq. Gəlin elə bir mühit yaradaq ki, övladlarımız dinc, xoşbəxt və qayğısız həyat yaşasınlar, bunu nəsillərimizə əsl miras olaraq qoymağa çalışmalıyıq”, - o qeyd edib. |
2024-01-01 | 818,870 | Azərbaycanın səfirliklərində seçki məntəqələri yaradılır | Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlik və konsulluqlarında seçki məntəqələri yaradılır. Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə diplomatik mənbələrdən məlumat verilib. Bildirilib ki, növbədənkənar Prezident seçkiləri ilə bağlı xarici ölkələrdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında hazırlıq işləri görülməkdədir. Bu məqsədlə seçki məntəqələri yaradılmaqdadır. Seçki Məcəlləsinə əsasən, konsul qeydiyyatına durmuş seçicilərin sayı 50-dən artıq olan diplomatik nümayəndəlik və konsulluqlarda seçki məntəqələri yaradılır. Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. |
2024-01-01 | 818,872 | 677-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 677-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 360 010 hərbçi, 5 983 ədəd tank, 11 087 ədəd zirehli döyüş maşını, 8482 ədəd artilleriya sistemi, 943 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 625 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 330 ədəd avtomobil texnikası, 6657 ədəd PUA, 1 709 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 277 xüsusi avadanlıq itirib. |
2024-01-01 | 818,873 | Bakıda bayram günü qətl: iki nəfər öldürüldü | Bakıda bayram günü qətl törədilib, tutulan var. Bu barədə Axar.az-a Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, dekabrın 31-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən iaşə obyektlərindən birində 1968-ci il təvəllüdlü Namiq Orucov və 1981-ci il təvəllüdlü Ramil Səfərovun ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 2001-ci il təvəllüdlü Arif Bəhərçiyevin qeyd olunan ünvanda aralarında yaranmış mübahisə zamanı Namiq Orucov və Ramil Səfərova bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki şəxsi qəsdən öldürmə) maddəsilə cinayət işi başlanıb, Arif Bəhərçiyev iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir. |
2024-01-01 | 818,875 | Türkiyə bundan əsla çəkinməyəcək - Fidan | Türkiyə qlobal haqsızlıqlara və səhvlərə qarşı səsini qaldırmaqdan, həqiqəti müdafiə etməkdən əsla çəkinməyəcək. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Yeni illə bağlı sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, indi beynəlxalq siyasi sistemdə qeyri-müəyyənliklər, sabitsizliklər hökm sürür: “Belə bir vaxtda Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirdiyimiz xarici siyasət kursu nəticəsində Türkiyə mühüm regionlarda əhəmiyyətli aktora çevrilib. 2024-cü ildə də əxlaqi dəyərlərə bağlı, rasional və təsirli xarici siyasətimizi davam etdirəcəyik”. |
2024-01-01 | 818,876 | FİDE reytinqi: Məmmədyarov iki pillə irəlilədi | Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2024-cü ilin yanvar ayı üçün reytinq cədvəlini açıqlayıb. Axar.az xəbər verir ki, Azərbaycanın kişi şahmatçılarından ən yaxşı göstəricisi Şəhriyar Məmmədyarova (2726) aiddir. Dekabr ayı ilə müqayisədə iki pillə irəliləyən şahmatçı 24-cü sırada qərarlaşıb. Teymur Rəcəbovun mövqeyi dəyişməyib. Qrosmeyster 2723 xalla 27-ci sıradadır. Arkadi Naydiç (2657) 80-ci, Rauf Məmmədov (2651) 87-cidir. Reytinq siyahısında qadın şahmatçılarımızdan ən yaxşı göstərici Günay Məmmədzadəyə məxsusdur. O, 2449 xalla 26-cı sıradadır. Ülviyyə Fətəliyeva (2384) siyahıda 64-cü, Gövhər Beydullayeva (2374) 77-ci, Gülnar Məmmədova (2351) 97-ci, Xanım Balacayeva (2350) isə 99-cu pillələrdə yer alıblar. Kişi şahmatçıların reytinq siyahısına 2830 xalla Maqnus Karlsen başçılıq edir. Çinli Yifan Hou (2632) qadın, almaniyalı Vinsent Keymer (2743) gənc, qazaxıstanlı Bibisara Assaubayeva (2472) isə qız şahmatçıların siyahılarında ilk pillələrdə yer alıblar. |
2024-01-01 | 818,877 | Azərbaycanda zəlzələ oldu | Ağdaş rayonunda zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, Mingəçevir stansiyasından 23 km cənub-şərqdə Ağdaş rayonunda zəlzələ qeydə alınıb. Maqnitudası 3,4, dərinliyi 30 km olan zəlzələ hiss olunmayıb. |
2024-01-01 | 818,878 | İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi | İsrailin ölkəmizdəki səfirliyi Azərbaycan xalqını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə səfirlik X sosial şəbəkəsindəki hesabında paylaşım edib. “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə hər birinizi təbrik edirik! Qoy bu Yeni il hər birimiz üçün firavanlıq, əmin-amanlıq və sülh gətirsin! Bayramınız mübarək!”, - paylaşımda qeyd olunub. |
2024-01-01 | 818,880 | İlham Əliyev Kuba prezidentini təbrik etdi | Azərbaycan Prezidenti İlham Əliyev Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudesə təbrik məktubu ünvanlayıb. Axar.az məktubun mətnini təqdim edir: "Hörmətli cənab Prezident, Kuba Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Biz Azərbaycan-Kuba ənənəvi dostluq münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik. Bu xoş fürsətdən istifadə edərək Yeni, 2024-cü il münasibətilə də Sizə ən səmimi təbriklərimi çatdırır, dost Kuba xalqına daim əmin-amanlıq və rifah diləyirəm". |
2024-01-01 | 818,882 | FHN sürücülərə xəbərdarlıq etdi | Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar elan edilmiş ardıcıl bir neçə qeyri-iş günü ərzində vətəndaşlar avtonəqliyyat vasitələrini, əsasən binaların həyətyanı sahələrində və ya ətrafında park edirlər. Axar.az xəbər verir ki, bu barədə Fövqalədə Hallar Nazirliyindən bildirilib. Vurğulanıb ki, müşahidələrə, habelə həyata keçirilən yanğın-xilasetmə əməliyyatlarının ümumi təhlilinə əsasən təəssüflə qeyd edilməlidir ki, bir sıra hallarda pərakəndə şəkildə, binaların girişlərində və həyətlərində, avtomobil yollarının hərəkət hissəsində və ya yanğına qarşı su təchizatı sistemlərinin bilavasitə yaxınlığında nizamsız park edilmiş avtomobillər fövqəladə hadisə zamanı yanğınsöndürmə, xilasetmə və digər iriqabaritli xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ hərəkətinə və çevik döyüş vəziyyətinə gətirilməsinə maneə yaradır, habelə yanğınların söndürülməsi zamanı su hovuzları və hidrantlardan suyun götürülməsini çətinləşdirir, bəzi hallarda isə mümkünsüz edir. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bayram günlərində şəxsi avtomobillərin kütləvi parklanması ilə bağlı yarana biləcək mümkün təhlükələri nəzərə alaraq, vətəndaşlara müraciət edərək bildirir ki, yanğın və digər fövqəladə hadisələr zamanı yanğınsöndürmə və xilasetmə avtomobillərinin, digər iriqabaritli xüsusi təyinatlı texnikaların binalara maneəsiz yaxınlaşması, çevik şəkildə döyüş vəziyyətinə gətirilməsi və əməliyyatların effektli keçirilməsi, habelə su hovuzları və hidrantlardan rahat istifadə üçün avtomobillər yalnız təyin olunmuş yerlərdə, bir-biri ilə ara məsafəsi gözləməklə, digər avtomobillərin sərbəst keçid imkanı təmin olunmaqla park edilməlidir. |
2024-01-01 | 818,885 | Hindistan yeni peykini kosmosa göndərdi | Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (İSRO) qara dəliklər üzərində apardığı araşdırmaların bir hissəsi olaraq XPoSat peykini kosmosa göndərib. Axar.az xəbər verir ki, bu barədə təşkilatdan bildirilib. Raket Benqal körfəzindəki Şriharikota adasındakı Satiş Dhavan adına kosmik mərkəzdən buraxılıb. |
2024-01-01 | 818,893 | Ronaldo ötən ilin ən çox qol vuran futbolçusu oldu | 2023-cü ilin ən məhsuldar futbolçularının adları açıqlanıb. Axar.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (İFFHS) istinadən xəbər verir ki, siyahıya portuqaliyalı Kristiano Ronaldo başçılıq edir. Karyerasını Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunda davam etdirən 38 yaşlı hücumçu ilin son günlərində ümumi qol sayını 54-ə çatdıraraq, birinci pilləyə yüksəlib. Siyahının ikinci və üçüncü pilləsində PSJ-nin fransalı hücumçusu Kilian Mbappe, “Bavariya” klubu və İngiltərə millisinin hücumçusu Harri Keyn yer alıb. Hər iki futbolçu mövsümü 52 qolla tamamlayıb. |
2024-01-01 | 818,895 | Lənkəranda pirotexniki vasitələr satanlar tutuldu | Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin gizli şəkildə satışının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı Lənkəran rayonunda müxtəlif ərazilərdə 5 nəfər rayon sakini - E.Əliyev, A.Ağayev, S.Talıbov, E.Heydərov və T.Cabbarovun gizli şəkildə pirotexniki vasitələrin satışını apardığı müəyyən edilib. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. |
2024-01-01 | 818,897 | Kanal-13-ün aparıcısı azadlığa çıxdı | “Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlı yanvarın 1-də həbsdən azad edilib. Axar.az Modern.az-a istinadən xəbər verir ki, R.Muradlının 30 sutkalıq inzibati qaydada həbs müddəti başa çatdığından o sərbəst buraxılıb. Xatırladaq ki, R.Muradlı İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə məsuliyyətə cəlb edilmişdi. Xətai Raon Məhkəməsinin 2 dekabr 2023-cü il tarixli qərarı ilə R.Muradlı 30 sutka inzibati qaydada həbs edilmişdi. |
2024-01-02 | 818,906 | Yaponiyada dəhşətli zəlzələlər: ölənlərin sayı artdı | 2024.01.01 - 12:32 Yaponiyanın mərkəzində ən güclüsü 7,6 bal olan bir neçə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb. Ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib. Milli Meteorologiya İdarəsinin məlumatına görə, bəzi ərazilərdə sunami dalğalarının hündürlüyü 5 m-ə çatır. Yaponiyanın Honsyu adasında müxtəlif maqnitudalarda ən azı beş güclü zəlzələ baş verib. Yeraltı təkanlar hətta Tokioda da hiss olunub. Yerli sakinlər dərhal sahilyanı əraziləri tərk etməyə və ya binaların damlarına çıxmağa çağırılır. Yapon ictimai televiziyasının diktoru canlı yayımda sahilyan ərazilərdə yaşayan sakinləri 2011-ci il zəlzələsini və sunamini xatırlamağa və dərhal qaçmağa çağırıb. Fəlakətlə əlaqədar məlumat toplamaq və təhlil etmək üçün Baş nazir Fumio Kişidanın ofisində böhran qərargahı fəaliyyətə başlayıb. Tələfat və dağıntılar barədə məlumat verilməyib. Baş nazir müvafiq nazirlik və idarələrə fəlakətin nəticələrinin aradan qaldırılması və yerli əhalinin qorunması üçün lazım olan hər şeyi etməyi tapşırıb. *** Yaponiyada baş verən güclü zəlzələlər nəticəsində ən azı iki nəfər ölüb. Bu barədə "Kyodo" agentliyi məlumat yayıb. Son məlumatlara görə, Yaponiyada baş verən güclü zəlzələlər İşikava prefekturasında 30-dan çox taxta ev və yaşayış binasının dağılmasına səbəb olub. Dağıntılar altında qalanlar var. *** Yaponiyada silsilə güclü zəlzələlər nəticəsində İsikava prefekturasında ən azı 4 nəfər ölüb. Bu barədə "Kyodo" agentliyi yerli hökumətə istinadən məlumat yayıb. İsikava və digər prefekturalarda azı 30 nəfər xəsarət alıb. *** Yaponiyada baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb. Bu barədə Kyodo agentliyi məlumat yayıb. Qeyd olunub ki, 50-dan çox insan müxtəlif dərəcəli xəsarətlər alıb. |
2024-01-01 | 818,908 | Sabahın hava proqnozu açıqlandı | Bakıda və Abşeron yarımadasında yanvarın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaq. |
2024-01-01 | 818,910 | Bakının bu ərazilərində elektrik verilişi bərpa olundu | 12:50 Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə vətəndaşın atdığı fişəng nəticəsində “Azərişıq” ASC-yə məxsus yarımstasniyanın transformatorunun qoruyucusu və 5 müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35kV-luq əsas xətt, həmçinin 6 Kv-luq yeraltı kabellər zədələnib. Axar.az xəbər verir ki, nəticədə 31 dekabr saat 23:55-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrində elektrik enerjisi təchizatı dayanıb. “Azərişıq” ASC-dən bildirilib ki, hadisədən dərhal sonra əraziyə təmir-bərpa briqadası göndərilib: “Qeyd edilən ərazilərdən 199 saylı çağrı mərkəzinə daxil olan zənglər əsasında əraziyə dərhal təmir-bərpa briqadası göndərilib. Gecə boyu və səhər saatlarında görülən işlər nəticəsində artıq 3 xəttin fəaliyyəti bərpa edilib. Yanın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək”. *** Abşeron və Binəqədi rayonlarında elektrik enerjisi ilə bağlı yaranan problem aradan qaldırılıb. Abşeron rayonunun Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrinə elektrik enerjisinin verilişi tam bərpa olunub. |
2024-01-01 | 818,912 | Lunyov Bakıdan danışdı: Sürücülər daim siqnal verir | Ünsiyyət baxımından “Qarabağ” “Bayer”dən daha rahatdır. Axar.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Andrey Lunyov “RB Sport” nəşrinə müsahibəsində deyib. Rusiyalı qapıçı mövsümün əvvəlində keçdiyi “Qarabağ”a çox tez uyğunlaşdığını bildirib: “Qarabağ”da uyğunlaşma dönəmim çoxdan geridə qalıb. Burada insanlar rus dilini bilirlər. Bu məqam gündəlik həyatda işimi asanlaşdırır. İlk vaxtlar yerli sürücülük tərzinə uyğunlaşmaq çətin idi. Misirdəki kimi, sürücülər daim siqnal verir, avtomobili istədikləri kimi sürürlər”. UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer” klubu ilə keçirilən oyunda zədələnən 32 yaşlı qolkiper problemin ciddi olmadığını bildirib: “Bayer”lə oyunda rəqibin futbolçusu ilə toqquşmadan sonra zədələndim. Ancaq bu, kritik deyil, oynamağa imkan verir. Ümid edirəm ki, tətil faydalı olacaq və diz daha tez sağalacaq. Düşünürəm ki, formamı bərpa edə bilmişəm. Bundan sonra onu inkişaf etdirməyə çalışacağam”. Rusiya millisinin üzvü sabiq komandası “Bayer”də işlərinin yolunda getmədiyini etiraf edib: “Burada yeni səhifə açmışam, mənim üçün yeni mərhələ başlayıb. İndi itirilənləri qaytarmaq lazımdır. İstənilən halda iki il oynamamaq asan deyil. Əsas odur ki, zədələr təkrarlanmır. “Bayer”dəki karyeram ümidlərimi doğrultmayan, arzularımın reallaşmadığı bir dövr oldu. İndi həyatımın başqa mərhələsindəyəm. Əlimdə olanlardan maksimum yararlanmağa çalışıram”. Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir. |
2024-01-01 | 818,914 | Saxalində sunami təhlükəsi elan edildi | Rusiyanın Saxalin adasında sunami təhlükəsi elan edilib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb. Məlumata görə, bəzi rayonlarda xəbərdarlıq siqnalları işə düşüb. Yerli əhali təhlükəsiz ərazilərə təxliyə olunur. Qeyd edək ki, bu gün Yaponiyada bir neçə güclü zəlzələ baş verib. Yaponiya sahillərində sunami xəbərdarlığı edilib. |
2024-01-01 | 818,915 | Akar, Süleyman Soylu, Bayraqdar İstanbulda yürüş keçirdi | Bu gün İstanbulda Fələstinə dəstək yürüşü keçirilib. Axar.az xəbər verir ki, yürüşdə minlərlə şəxs iştirak edib. Səhər saatlarında başlayan tədbir Qalata körpüsündə başa çatıb. Yürüş zamanı “Azad Fələstin”, “İşğala son”, “Qatil İsrail” şüarları səsləndirilib. Yürüşdə Türkiyənin idman naziri Osman Eşqin Bak, səhiyyə naziri Fəxrəddin Qoca, TBMM-in keçmiş sədri Mustafa Şəntop, deputatlar Hulusi Akar, Nurəddin Nəbati, Süleyman Soylu, “Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraqdar, bir çox digər millət vəkilləri və siyasi partiyaların nümayəndələri qatılıb. |
2024-01-01 | 818,917 | Fransada Yeni il gecəsi 745 avtomobil yandırıldı | Fransada Yeni il gecəsi vandallar tərəfindən 745 avtomobil yandırılıb. Axar.az xəbər verir ki, bunu Fransa daxili işlər naziri Cerald Darmanin deyib. Onun sözlərinə görə, Yeni il gecəsi müxtəlif insidentlər zamanı saxlanılanların sayı 380 nəfəri ötüb. |
2024-01-01 | 818,922 | Putinin 2 rəqibi sənədlərini MSK-ya verdi | Rusiya Liberal Demokrat Partiyasının (LDP) sədri Leonid Slutski yanvarın 1-də Rusiya prezidentliyinə namizəd kimi qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasından məlumat verilib. Rusiya Kommunistləri Partiyasının lideri Sergey Malinkoviç də namizədliklə bağlı sənədlərini Rusiya Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bildirilib ki, Malinkoviçin Rusiya Prezidentliyinə namizədliyinin irəli sürülməsinə dekabrın 28-də partiyanın iclası zamanı qərar verilib. |
2024-01-01 | 818,927 | 30-a yaxın ölkə BRİKS-ə qoşulmağa hazırdır - Putin | 30-a yaxın ölkə bu və ya digər formada BRİKS-ə qoşulmağa hazırdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Ümumilikdə, Rusiya BRİKS çərçivəsində üç əsas sahədə tərəfdaşlıq əməkdaşlığının bütün spektrini inkişaf etdirmək üçün səylərini davam etdirəcək: siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, mədəni və humanitar əlaqələr”, - Putin bildirib. |
2024-01-01 | 818,928 | Keçmiş başçı doğum günündə vəfat etdi | Salyan Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vəlihə Abdullayeva vəfat edib. Axar.az "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, o, Bakı şəhərində 75 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Vəlihə Böyükağa qızı Abdullayeva 1949-cu ilin yanvarın 1-də dünyaya gəlib. O, 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu, 1987-ci ildə isə Bakı Ali Partiya Məktəbini bitirib. 1971-ci ildən Salyan Rayon Maliyyə şöbəsində, Salyan Rayon Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində, Salyan Rayon İcra Hakimiyyəti Aparatında müxtəlif vəzifələrdə çalışıb. 1997-ci ildən Salyan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini yerinə yetirib, 1998-2001-ci illərdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. |
2024-01-01 | 818,930 | İçkinin təsirindən bu cür xilas olmaq olar - Drujinin | İçkinin təsirindən xilas olmaq üçün bədəndən alkoqolu çıxarmaq lazımdır. Axar.az xəbər verir ki, bunu rusiyalı həkim-narkoloq Nikolay Drujinin Yeni il gecəsi çox içki qəbul edənlərə yardım məqsədilə deyib. "Bu məqsədlə 20 ildən artıqdır ki, metadoksin preparatı istifadə olunur. Eləcə də baş ağrıları üçün bol su, C vitamini və ibuprofen içməyi məsləhət görürəm. Bu sizə içkinin təsirindən xilas olmağa kömək edəcək”, - həkim bildirib. |
2024-01-01 | 818,932 | Nikol niyə xalqdan üzr istədi və hansı mesajı verdi? | Ermənistanın Baş naziri Nikol Paşinyanın mücərrəd Yeni il təbrikindən iki nəticə çıxarmaq olar: Birincisi, Paşinyan Qarabağı itirdiyinə görə ermənilərdən üzr istəyib. İkincisi, Paşinyan Qarabağı itirməklə Ermənistanı qoruduğuna diqqət çəkib. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. Onun sözlərinə görə, Paşinyan demək istəyib ki, Qarabağ uğrunda mübarizə aparsaydı, Ermənistanı itirəcəkdi: “Burada həqiqət var, Paşinyan 19 sentyabrda (2023-cü il) Azərbaycan Ordusunun Qarabağdakı antiterror əməliyyatına müdaxilə etsəydi, ən azı Qərbi Zəngəzuru itirəcəkdi. Ona görə də Paşinyan təbrikində “dövlətimizin nəsillərə miras qoymağa imkan verəcək yeganə mümkün yolla gedirik” cümləsini işlədib. Paşinyanın sonrakı cümləsi də maraqlıdır. “Bu yolun böyük hissəsini keçmişik” deyən Paşinyan yolun qalan hissəsi üçün vacib qərarlar verə biləcəyinə eyham vurub. Vacib qərar Paşinyanın Prezident İlham Əliyevlə sülh sazişi imzalaması olacaq. Bu, iki ölkə arasında bütün problemləri həll etməsə də, ən azı növbəti müharibə ehtimalını aradan qaldıracaq. Belə şəraitdə sərhədlərin müəyyənləşdirilməsi və kommunikasiya xətlərinin açılması mövzularını sakit şəraitdə müzakirə etmək olar”. |
2024-01-01 | 818,934 | Ukraynanın cavab zərbəsi: savaş yeni mərhələyə keçdi | Kremlin “məntiqinə” görə Rusiya Ukraynanın cəbhə xəttindən uzaq şəhərlərinə, o cümlədən paytaxt Kiyevə, Odessaya raket zərbəsi endirə bilər, Ukraynanın isə Rusiyanın mövqelərinə zərbə endirmək ixtiyarı yoxdur. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna ordusunun Rusiyanın hücumlarına cavab olaraq Belqoroda zərbə endirməsinə münasibət bildirərkən deyib. O bildirib ki, Kreml Ukraynanın Krım sahilindəki hərbi gəmisinə endirdiyi raket zərbəsinə cavab olaraq Ukraynanın bir çox şəhərinə kütləvi raket və dron zərbələri endirdi, mülki insanlar arasında ölənlər oldu: “Ukrayna da buna cavab olaraq Rusiyanın Belqorod şəhərindəki müxtəlif obyektlərə zərbələr endirdi. Belqrododda da mülki insanlar arasında ölənlər var. Beləliklə, Rusiya-Ukrayna müharibəsi cəbhə xəttindəki döyüşləri aşıb, şəhərlərin bombalanması ilə bu il də davam edəcək. Kreml Ukraynaya dəstək verən Qərbdəki bəzi dairələrin yorğunluğunu nəzərə alaraq müharibənin Rusiyanın xeyrinə dəyişdiyini düşünərkən savaş yeni fazaya daxil olub”. |
2024-01-01 | 818,935 | İranda daha 5 nəfər edam edildi | İranda daha beş nəfər edam edilib. Axar.az verir ki, bu barədə Əlborz vilayətinin baş hakimi Hüseyn Fazili Hərikəndi məlumat verib. Məlumata əsasən, hökm İranın Kərəc Mərkəzi Həbsxanasında həyata keçirilib. Hakimin sözlərinə görə, edam olunan şəxslər Kərəc və digər vilayətlərdə silahlı soyğunçuluqla məşğul olublar. Qeyd edək ki, 2 gün öncə İranın Bircənd, Kaşan, Qorqan və Həmədan şəhərlərinin həbsxanalarında 11 məhkumun edam edildiyi haqda məlumat yayılmışdı. |
2024-01-01 | 818,937 | Prezidentin 2024 hədiyyəsi: artıq qərar verildi | Prezident İlham Əliyev Yeni il təbrikində 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlərin, qaçqınların qayıdacağını söyləyərkən, Kərkicahan, Malıbəyli, Turşsu kəndləri və Xocalı qəsəbəsi ilə yanaşı Xankəndinin də adını çəkdi. “İl ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar” deyən dövlət başçısı bu prosesin sürətlənəcəyini vurğuladı. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin Yeni il müraciətindəki müjdə ilə bağlı qeyd edib. Politoloqun sözlərinə görə, Xankəndinin məskunlaşdırılması o deməkdir ki, rəsmi Bakı ermənilərin Qarabağa qayıdışını gözləyən deyil: “Aydın oldu ki, ermənilər Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirlər. Demək qayıtmayacaqlar. Belə olan halda Xankəndiyə keçmiş məcburi köçkünlərin qaytarılması ilə yanaşı, şəhərin tamamilə məskunlaşdırılması siyasətinə də üstünlük veriləcək. Eyni məntiqlə Hadrutun da məskunlaşdırılması barədə qərar verilməsi mümkündür”. |
2024-01-01 | 818,939 | “ƏDV geri al” gəlirləri bu gündən vergidən azad edildi | Bu güdən etibarən “ƏDV geri al" mexanizmi üzrə əldə edilən gəlirlər vergiyə cəlb edilməyəcək. Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, həmin gəlirlərin vergidən azad olunması qanuniləşdi və hüquqi bazası formalaşdırıldı. Bu da həmin gəlirlərin vergidən azad edilməsinin Vergi Məcəlləsi ilə tənzimlənsinə imkan verəcək. Heç bir halda bu gəlirlər artıq vergiyə cəlb edilməyəcək. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, ƏDV-nin geri qaytarılması layihəsi üzrə ticarət və ictimai iaşə obyektlərində, tibb müəssisələrində və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə ödənilmiş ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i, işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (otellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri qaytarılır. |
2024-01-01 | 818,940 | MDB-yə sədrlik Rusiyaya keçdi | 2024-cü il yanvarın 1-dən etibarən MDB-yə Rusiya sədrlik edəcək. Axar.az xəbər verir ki, MDB-yə sədrlik Qırğızıstandan Rusiyaya keçib. Qeyd edək ki, Vladimir Putin Rusiyanın sədrliyi müddətində iqtisadi sahədə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha aktiv keçid istiqamətində işi davam etdirəcəyini bildirib. O, həmçinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi və korrupsiya ilə mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin vacibliyini qeyd edib. Digər məsələlərlə yanaşı, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsinə, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa diqqət yetirmək niyyətindədir. |
2024-01-01 | 818,941 | Bryanska növbəti PUA hücumu edildi | 15:11 Rusiya radioelektron mübarizə vasitələri Bryansk vilayətində Ukrayna PUA-sını zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Boqomaz məlumat verib. Onun sözlərinə görə, hadisə zamanı tələfat və dağıntı qeydə alınmayıb. *** Aleksandr Boqomaz Bryansk vilayətinin Klimovsk rayonu üzərində Ukrayna Silahlı Qüvvələrinə aid daha bir PUA vurulduğunu bildirib. |
2024-01-01 | 818,943 | HƏMAS-ın Yeni il “təbriki”: 20 raket buraxdı | HƏMAS Yeni ilin ilk dəqiqələrində Qəzza zolağından İsrailə 20-dən çox raket atıb. Axar.az xəbər verir ki, bu barədə “Taysm of İsrail” məlumat yayıb. Bildirilib ki, Dəmir Qübbə raketlərin əksəriyyətini ələ keçirib. Hücumun İsrailin cənub və mərkəzi bölgələrinə edildiyi vurğulanıb. Ölən və yaralananlar barədə məlumat yoxdur. |
2024-01-01 | 818,944 | Saatlıda canavar kəndə hücum etdi, 22 qoyunu parçaladı | Saatlı rayonunun Qara Nuru kəndində bir neçə canavar xırdabuynuzlu heyvan təsərrüfatına hücum edib. Nəticədə 14 baş heyvan tələf olub, daha 8 baş isə yaralı vəziyyətə düşüb. Axar.az xəbər verir ki, hadisə səhər saat saatlarında kənd sakini İlham Şirəliyevə məxsus təsərrüfatda qeydə alınıb. O, səhər vaxtı təsərrüfatda heyvanların yaralı və ölü vəziyyətdə olduğunu görüb. “Yaxınlaşıb baxanda qoyun-quzu qan içində idi. Heyvanları sayarkən 3 baş qoyunun yerində olmadığını, 11 baş heyvanın ölü vəziyyətdə olduğunu, 8 baş isə yaralı qoyun olduğunu gördüm. Mənim təsərrüfatımda ilk dəfədir belə hadisə baş verir. Lakin əvvəlki illərdə kəndimizdə digər təsərrüfatlarda oxşar hadisələr olub. Ötən il qonşu təsərrüfatda canavarlar 7 baş heyvan aparmışdı. Hadisədən məlum olur ki, bu canavar tək gəlmir və sayları çoxdur. Sakinlərdən də kəndin yaxınlığında dəfələrlə canavarlar görən ölüb. Artıq bu vəziyyət təhlükəli hal alıb”. Qeyd edək ki, hadisədən sonra təsərrüfat sahibi kənd baytar həkiminə müraciət edib, ərazidə dezinfeksiya işləri aparılıb, yaralı heyvanlara isə vaksin vurulub. |
2024-01-01 | 818,945 | KTMT-yə sədrlik bu türk ölkəsinə keçdi | 2024-cü ilin yanvarın 1-dən KTMT-yə sədrlik Qazaxıstana keçib. Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin saytında məlumat verilib. Bildirilib ki, KTMT 2024-cü ildə Rusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistanda 7 birgə hərbi təlim keçirməyi planlaşdırır. |
2024-01-01 | 818,948 | Gürcüstan bu avtomobillərin idxalına qadağa qoydu | Yanvarın 1-dən Gürcüstan hakimiyyəti 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin qeydiyyatına qadağa qoyub. Axar.az xəbər verir ki, müvafiq qərar Gürcüstan hökuməti tərəfindən qəbul olunub. Bu qərar avtomobillər üçün Avro 5 standartının tətbiqi ilə əlaqədar və havanın çirklənməsi ilə mübarizə çərçivəsində qəbul edilib. Yenilik Gürcüstanda artıq qeydiyyatda olan 2013-cü ildən əvvəl istehsal olunmuş, həmçinin təkrar ixrac və ya tranzit üçün nəzərdə tutulan avtomobillərə şamil edilməyəcək. Qeyd edək ki, 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalına qadağa qoyulması ideyası Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə məxsusdur. |
2024-01-01 | 818,951 | DİN vətəndaşlara yenidən çağırış etdi | Daxili İşlər Nazirliyi (DİN) növbəti dəfə vətəndaşları qanunsuz saxlanılan odlu silahları könüllü təhvil verməyə çağırıb. Bu barədə Axar.az-a DİN-dən məlumat verilib. "Bir daha vətəndaşlara müraciət edirik ki, qanunsuz saxlanılan odlu silahlar könüllü təhvil verilməlidir. Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər", - məlumatda qeyd edilib. O da vurğulanıb ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında yeni ilin ilk günü həyata keçirilən tədbir zamanı 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rafiq Bağırov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Onun üzərindən 1 ədəd “Makarov” markalı tapança, 6 ədəd patron və patron darağı aşkar edilib. R.Bağırov silahı bir müddət əvvəl əldə etdiyini, polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını, bayram günü həmin tapança üzərində olan zaman polislər tərəfindən saxlanıldığını bildirib. Araşdırmalar davam etdirilir. |
2024-01-01 | 818,965 | Röyanın oğlu Azərbaycan dilində danışa bilmədi - Video | Xalq artisti Röya Ayxanın oğlu Hüseynin Azərbaycan dilində yaxşı danışa bilməməsi sosal şəbəkələrdə müzakirələrə səbəb olub. Kult.az Modern.az-a istinadən xəbər verir ki, Xəzər TV-nin efirində oğlu ilə birlikdə qonaq ollan Röya Ayxan ondan Yeni İl ilə bağlı çıxış etməsini istəyib. Hüseyn çıxışı zamanı Azərbaycan dilində danışmaqda çətinlik çəkib. O, daha çox rus dilində danışıb. Hüseyn 25 oktyabr 2009-cu ildə anadan olub. Xalq artistinin oğlu orta təhsilini əvvəlcə Bakıda “Modern Məktəb”də alıb, sonra Dubayda özəl məktəblərin birində oxumağa gedib. Anasının sözlərinə görə, oğlu ingilis və rus dillərini mükəmməl bilir. Röya Hüseynin ABŞ-da ali təhsil almasını istədiyini bildirib. |
2024-01-01 | 818,967 | Bu gündən GUAM-a sədrlik Azərbaycana keçdi | 2024-cü il yanvarın 1-dən GUAM-a sədrlik Ukraynadan Azərbaycana keçib. Axar.az xəbər verir ki, bu barədə qərar GUAM xarici işlər nazirlərinin Belçikada Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının iclasında qəbul olunub. Qeyd olunub ki, GUAM-ın 2024-cü il üzrə büdcəsi və digər məsələlər üzrə qərarlar da təsdiq olunub. Xatırladaq ki, GUAM — Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna prezidentlərinin 10 oktyabr 1997-ci ildə Strasburqda Birgə Kommunike imzalaması ilə bu dörd dövlətin birliyi kimi fəaliyyətə başlayıb. Azərbaycan 2007-2008, 2012, 2016 və 2020-ci illərdə GUAM-a sədrlik edib. |
2024-01-01 | 818,969 | İsveçin NATO-ya üzv olacağına əminəm - Stoltenberq | İsveçin 2024-cü ildə NATO-ya üzv olacağından əminəm. Axara.z xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. Y.Stoltenberq prosesin bu il ərzində yekunlaşacağına inamını ifadə edib: “Rəsmi Stokholm Ankara qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib”. Eyni zamanda bildirilib ki, hazırda ABŞ və Türkiyə arasında F-16 qırıcı təyyarələrinin tədarükünə dair əlavə danışıqlar aparılır. |
2024-01-01 | 818,970 | “Araz-Naxçıvan” özünə rəqib tapdı | “Araz-Naxçıvan” futbol klubunun qış təlim-məşq toplanışında qarşılaşacağı rəqibi bəlli olub. Klubdan Axar.az-a verilən məlumata görə, komanda yoxlama görüşündə “Qəbələ” ilə gücünü sınayacaq. Yanvarın 12-dən 16-dək Qəbələdə baş tutacaq təlim-məşq toplanışında “qırmızı-ağlar” “Kəpəz”lə yoldaşlıq oyunu keçirməklə bağlı qarşılıqlı razılıq əldə etmişdi. Amma Gəncə təmsilçisi son anda Qəbələyə yollanmaqdan imtina etdiyini bildirib. Yekun qərara əsasən, “Araz-Naxçıvan” - “Qəbələ” matçı yanvarın 15-də oynanılacaq. |
2024-01-01 | 818,971 | Gəncədə 2024-cü ilin ilk körpəsi qız uşağıdır | TƏBİB-in tabeliyində fəaliyyət göstərən Gəncə Regional Perinatal Mərkəzində dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır. Axar.az xəbər verir ki, 2024-cü il yanvarın 1-də saat 09:50 də doğulan körpənin cinsi qız, boyu 54 sm, çəkisi 3 kq 600 qram olub. Qeyd edək ki, Göygöl rayonun Mollacəlili kənd sakini 1989-cu il təvəllüdlü Nurlana Alıyeva təbii doğuşla körpəni dünyaya gətirib və bu ailənin üçüncü övladıdır. Doğuş həkim ginekoloq Məftunə Əlizadə tərəfindən uğurla aparılıb, hazırda ananın və yeni doğulan köpənin vəziyyəti stabildir. |
2024-01-01 | 818,972 | 677-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 677-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 565 təyyarəsi, 263 helikopteri, 10 318 PUA-sı, 445 zenit-raket kompleksi, 14 423 tank və digər zirehli texnikası, 1 194 reaktiv yaylım atəş sistemi, 7 589 artilleriya və minaatanı, 16 925 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2024-01-01 | 818,973 | Formula-1 tarixinin ən nüfuzlu pilotları açıqlandı | Mixael Şumaxer və Fernando Alonso Formula-1 tarixinin ən nüfuzlu pilotları seçiliblər. Axar.az xəbər verir ki, araşdırma "Formula-1 dünyasında ən nüfuzlu beş fiqur” adı altında aparılıb. Sürücülərlə yanaşı, trekdən kənarda F1 tarixinə təsir etmiş personajlar da “beşliy”ə düşüblər. Şumaxer və Alonsodan başqa, Formula-1-in sabiq rəhbəri Berni Ekklstoun, “Benetton” və “Reno”nun keçmiş rəhbəri Flavio Briatore və 1985-1993-cü illərdə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti olmuş Jan-Mari Balestrin də siyahıda var. Fernando Alonso saf sürəti, parlaq şəxsiyyəti, 2007-ci ildə “McLaren”in heyətində Lyuis Hemiltonla rəqabəti, Mixael Şumaxer isə 7 titul qazanması, mübahisəli 1994-cü il mövsümü, “Ferrari”dəki üstünlüyü, detallara və fiziki hazırlığa diqqəti ilə digərlərindən fərqləndirilib. |
2024-01-01 | 818,975 | Ukraynadakı münaqişəni tez bitirmək istəyirik - Putin | Biz də Ukraynada konflikti mümkün qədər tez bitirmək istəyirik. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin əlavə edib ki, bu, yalnız yalnız “bizim şərtlərlə” ola bilər. |
2024-01-01 | 818,978 | AZAL Londonun daha bir hava limanına uçuşa başlayır | Bu ilin mart 31-dən "Azərbaycan Hava Yolları" QSC (AZAL) Böyük Britaniyanın London şəhərində yerləşən Qatvik hava limanına uçuşlara başlayır. Bu barədə Axar.az-a bu barədə AZAL-dan bildirilib. Məlumata görə, AZAL Qatvik hava limanına uçuşları həftədə 3 dəfə (bazar, çərşənbə və cümə günləri) həyata keçirəcək. Qeyd edək ki, bir sıra aviaşirkətlər hava limanı rüsumlarının az olması və London şəhərinin digər hava limanı Hitrouda doluluq səbəbindən Qatvik aeroportuna yönəlir. Londonun Hitrou Beynəlxalq Hava Limanına reyslər üç sinifli – ekonom, Comfort-klub və VIP-klub – salonlarla təchiz edilmiş müasir “Boinq-787 Dreamliner” təyyarəsində həyata keçirilir. Heydər Əliyev Beynəlxalq Aeroportundan Hitrou limanına uçuşlar həftədə 3 dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə həyata keçirilir. Xatırladaq ki, ən son AZAL Doha və Pekin şəhərlərinə yeni reyslərlə şəbəkəsini genişləndirmişdi. |
2024-01-01 | 818,980 | Belqorodda baş verənlər terror aktıdır - Putin | Bu yaxınlarda Belqorodda baş verənlər terror aktıdır. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. “Çünki iki “Olxa” raketinin mühafisəzi altında onlar RYAS-dan atəş açdılar. RYAS-ın nə olduğunu siz hərbçilər daha yaxşı bilirsiniz. Bu silahlarla onlar Yeni il öncəsi şəhərin mərkəzinə, insanların olduğu yerə atəş açdılar. Təbii ki, Rusiya da Kiyevdə və istənilən başqa şəhərdə meydanları vura bilər, lakin hərbi hədəfləri vurur və vuracaq”, - Putin bildirib. Qeyd edək ki, dekabrın 30-da Ukrayna ordusunun Belqoroda endirdiyi zərbələr nəticəsində 24 nəfər ölmüş, 131 nəfər isə yaralanmışdı. |
2024-01-01 | 818,981 | “Çılpaq gecə”yə görə Kirkorov saniyə-saniyə kəsildi | “Çılpaq gecə” mərasiminin iştirakçıları Nastya İvleyeva, Filipp Kirkorov və lolita Milyavskaya rus telekanallarındakı şou proqramlarda yer almayacaqlar. Kult.az xəbər verir ki, bunu “Rossiya Seqodnya” media qrupunun və RT telekanalının baş redaktoru Marqarita Simonyan deyib. “Telekanallar şounu bir ay əvvəl lentə aldılar. Nəticədə "Birinci kanal" və “Rusiya 1” Lolita və Kirkorovu oradan saniyə-saniyə kəsməli oldular. NTV-də onlar ən kəsilmiş formada qalacaqlar, çünki iki şounun finalına ev sahibliyi edirlər. Finalın yayımlanmaması və ya yenidən çəkilişi müsabiqə iştirakçıları üçün ağrılı olardı. Amma sonda bacardıqları qədər kəsiblər. Filmin bütöv bir parçası TNT-də yenidən çəkilib”, - Simonyan bildirib. Simonyan “Çılpaq gecə” iştirakçılarını Rusiya hərbçilərinin hesabına pul köçürməklə günahlarını yumağa dəvət edib. Qeyd edək ki, Nastya İvleyevanın təşkil etdiyi gecəyə F.Kirkorovun açıq-saçıq geyimdə qatılması ciddi etiraza səbəb olub. Hətta ondan "xalq artisti" adının geri alınması tələb edilir. |
2024-01-01 | 818,985 | Bakının bu küçəsində məhdudiyyət tətbiq edildi | Bakının bir küçəsində avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq edilib. Bu barədə Axar.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Bildirilib ki, Cavanşir körpüsünün üzərində, "Azneft" dairəsində sıxlığın qarşısını almaq məqsədilə Xətai rayonu, Afiyəddin Cəlilov küçəsində fasilələrlə məhdudiyyət tətbiq edilir. "Sürücülərdən nəzərə almaları xahiş edilir", - məlumatda qeyd olunub. |
2024-01-01 | 818,986 | BƏƏ-dəki atəşfəşanlıq dünya rekordu qırdı | Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xaymə əmirliyindəki Yeni il atəşfəşanlığı suda ən uzun atəşfəşanlıq xətti və səmada ən uzun atəşfəşanlıq xəttinə görə eyni anda iki kateqoriya üzrə “Ginnesin rekordlar kitabı”na daxil edilib. Axar.az xəbər verir ki, bu barədə Rəs əl-Xəymə şəhərinin Turizmin İnkişafı Departamenti məlumat yayıb. Şou Əl-Mərcan süni arxipelaqı ilə Əl-Hamra ərazisi arasındakı 4,5 km uzunluğunda sahil zolağında baş tutub. Su üzərində quraşdırılan atəşfəşanlıqdan əlavə, şouda mindən çox pirotexniki və LED dronları, eləcə də akrobatik manevrlər yerinə yetirən yüngül təyyarələr iştirak edib. Tədbir zamanı pilotsuz təyyarələr havada əsas komponentləri səhra, Fars körfəzi sahilləri və Həcər dağları olan Ras əl-Xaymənin xarakterik təbii landşaftına istinad edən fiqurlar nümayiş etdirib. Yeni il şousu üçün xüsusi olaraq yazılmış musiqi parçaları ilə pilotsuz təyyarələrin hərəkətləri ahəngdar olub. 8 dəqiqəlik şounu 50 minə yaxın insan izləyib. |
2024-01-01 | 818,987 | ABŞ səfiri Azərbaycan xalqını təbrik etdi | ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Axar.az Azərbaycan dilində səsləndirilən təbriki təqdim edir: “Mən cəmi bir neçə həftə əvvəl Azərbaycana gəldim. Lakin Azərbaycanın zəngin mədəniyyəti, ləziz təamları və Azərbaycan xalqının isti münasibəti məni artıq valeh edib. Mən sizin ölkənizi daha yaxşı tanımaq niyyətindəyəm və bunu Qobustana səfər etməklə başlamaqdan çox məmnunam. Bu qədim daşüstü şəkilləri seyr edərkən mən min illər öncə burada – Cənubi Qafqazda həyatın necə olduğunu təsəvvürümə gətirirəm. Öncə heç zaman görmədiyim açıq vulkanların görüntüsü məni heyran etdi. Rəsmi andiçmə mərasimində iştirak etmək üçün yanvarın əvvəlində ABŞ-da olacam. Lakin 2024-cü ilin əvvəlində həyat yoldaşımla Bakıya qayıtmağı səbirsiziklə gözləyirəm. Yeni ildə mən ABŞ-ın Azərbaycandakı növbəti səfiri kimi dövlətlərimiz arasında 32 illik dostluq əlaqələrinə töhfə vermək, habelə Azərbaycan və ABŞ-a qarşılıqlı fayda gətirən münasibətlərinin gücləndirilməsi istiqamətində çalışmaq niyyətindəyəm. Bu qədim məkan mənə insanların haqqı olan daha dinc və firavan dünyada yaşamaq arzusunu xatırladır. ABŞ-ın Azərbaycandakı səfirliyi adından Sizə sevinc, sağlamlıq və uğur dolu yeni il arzulayıram və Dünya Azərbaycanlılarının Həmrəliyi Günü münasibəti ilə təbrik edirəm”. |
2024-01-02 | 818,988 | Türkiyədə daha bir zəlzələ oldu | 2024.01.01 - 18:11 Türkiyənin Tunceli bölgəsində 4,2 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verir. Bildirilib ki, yeraltı təkanların ocağı 8,7 km dərinlikdə olub. Dağıntı və tələfatla bağlı məlumat yoxdur. *** Hakkari vilayətinin Yüksəkoba rayonunda 3,9 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 9,46 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə məlumat yoxdur. |
2024-01-01 | 818,993 | DİN “yetər” dedi, yüzlərlə nişan qayıtdı | Daxili İşlər Nazirliyi ölkədə yüzlərlə nişanın ləğvinə səbəb olan möhtəşəm addım atdı. Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə deyib. O, ölkədə ilk dəfə kiçik yaşlı qızın nikaha cəlb edilməsinə qarşı sərt tədbir görüldüyünü vurğulayıb: "2024-cü ilin ilk günü bu məlumatı paylaşmağı özümə borc bilirəm. İlk dəfə baş verdi. Azyaşlı övladını məcburi ərə verməyə çalışan atanın həbsi dönüş yaratdı. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu dəfə elə böyük iş gördü ki, artıq yüzlərlə nişan ləğv edilib, geri qaytarılıb. Şamaxı, Ağsu, Sabirabad, Lənkəran, Kürdəmir və digər rayonlardan gələn xəbərlər möhtəşəmdir”. Birliyin sədri bildirib ki, DİN profilaktika tədbirləri ilə erkən yaşda nişanın qarşısını almağın mümkünsüzlüyünü gördükdən sonra sözügedən addımı atıb: "DİN-in bir dəfə “yetər” deməsi kifayət elədi ki, insanlar ayılsın. Çox çalışdıq. İctimai qınağın da faydası olmadı. Həbs - ağır cəza olmalı idi. Biz bacardıq". K.Ağazadə DİN Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevə bu məlumatları daim diqqətdə saxladığına görə təşəkkür edib. Qeyd edək ki, Sabirabad rayonu Məmişli kəndində azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib. |
2024-01-01 | 818,995 | Ukrayna bizim düşmənimiz deyil – Putin | Ukrayna Rusiyanın düşməni deyil. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Putin bildirib ki, Rusiya dövlətçiliyini məhv etmək istəyən Qərbdir: "Ukrayna bizim düşmənimiz deyil. Amma Rusiya dövlətçiliyini məhv etmək istəyən, Rusiyanın döyüş meydanında strateji məğlubiyyətə uğramasına nail olmağa çalışanlar var və onlar Qərbdədirlər. Qərbdə də ruhən bizimlə olan insanlar var, amma elə elitalar var ki, Rusiyanın mövcudluğu onlar üçün qəbuledilməzdir”. |
2024-01-01 | 819,000 | İdarəetmə qülləsinə ildırım düşdü: uçuşlar ləğv olundu | Fransanın şimal-qərbində yerləşən Brest hava limanının idarəetmə qülləsinə ildırım düşməsi səbəbindən onlarla reys ləğv olunub. Axar.az xəbər verir ki, bu barədə Brest hava limanından məlumat yayılıb. Məlumata əsasən, dekabrın 30-na keçən gecə idarəetmə qülləsini ildırım vurub və yaranan nasazlıq səbəbindən reyslər günorta saatlarına qədər ləğv olunub. |
2024-01-01 | 819,001 | Ölkədə çörəyin qiymətinə təsir edən dəyişiklik… | Bu ildən Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha 3 il müddətinə ƏDV-dən azad edilib. Axar.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Bu güzəştin müddəti 2027-ci il yanvarın 1-nə kimi uzadılıb. Qeyd edək ki, Azərbaycanda buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən güzəşt müddətinin iki dəfə uzadılmaqla vergidən azad edilmişdi. Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir. |
2024-01-01 | 819,006 | Bayram günləri parkinqlər pulsuzdur? | Artıq yanvarın 1-i, 2024-cü ildəyik. Hər kəs Yeni il bayramını qeyd edir. Axar.az xəbər verir ki, bayramla bağlı olaraq ölkədə yanvar ayının 7-nə kimi tətildir. İstirahət və tətil günlərində rahatlığını düşünən hər kəs şəhərə şəxsi avtomobili ilə çıxır. Sürücüləri isə bir məsələ düşündürür, bayram günlərində avtomobil dayanacaqları pulsuz olacaqmı? Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, bayram günlərində də parklama pulludur: “Yalnız bazar günləri, eləcə də saat 22:00-dan saat 7:00-dək parklama pulsuzdur”. |
2024-01-01 | 819,009 | Bakı-Ağstafa marşrutu üzrə əlavə reys təyin olundu | "Azərbaycan Dəmir Yolları" QSC (ADY) bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət ekspres sürət qatarını əlavə reysə cəlb edib. Bu barədə Axar.az-a ADY-dən məlumat verilib. Məlumata görə, yanvarın 2, 4 və 5-də qatar saat 16:00-da Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 3, 5 və 6-da isə saat 08:30-da Ağstafadan Bakıya yola düşəcək. “Bundan başqa, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlarımız tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək. Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz”, - məlumatda qeyd edilib. |
2024-01-01 | 819,011 | Azərbaycanda aqrar sektora əlavə güzəştlər verildi | Bu ildən Azərbaycanda yem və yem əlavələrinin satışı üzrə dövriyyələr daha 3 il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Axar.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Azərbaycanda siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrə tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək. Xatırladaq ki, kənd təsərrüfatı məhsullarının istehsalı, satışı vergidən azaddır və bununla bağlı Vergi Məcəlləsində ayrıca maddələrdə izahlar verilib. Ancaq bütün kənd təsərrüfatı məhsullarının sonrakı mərhələdə dövriyyəsi, yəni, tədarükü və ticarəti tam olaraq vergidən azad deyil. Lakin 2020-ci il yanvarın 1-dən heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələr tam olaraq ƏDV-dən azad edilib. Həmin malların siyahısı Nazirlər Kabinetinin 30 iyun 2022-ci il tarixli 251 nömrəli Qərarı ilə təsdiq eidlib. Bu siyahıya yemlərin tərkibinə daxil olan qüvvəli, qaba və sulu şirəli yemlər, bitki və heyvan mənşəli yemlər, heyvandarlıqda və quşçuluqda istifadə olunan müəyyən amin turşuları, həmçinin, yem əlavəsi, müxtəlif təyinatlı minerallar, vitaminlər və digər maddələr daxil edilib. Qeyd edək ki, artıq bu cür məhsulların bütün zəncirlər üzrə dövriyyəsinin ƏDV-dən azad olunması təbii ki, heyvandarlığın inkişafına öz təsirini göstərəcək. Vergi güzəşti ölkədə istehsal edilən mal əti, qoyun əti, həmçinin, quş ətinin bahalaşmasının qarşısını ala biləcək əsas məsələlərdən biridir. Çünki mal əti satan şəxslər hər zaman həmin heyvanı fermerlərdən almırlar. Əsasən, tədarük məntəqələrindən əldə edirlər. Bu halda isə satıcı satış zamanı həm ticarət əlavəsini, həmçinin öz ödədiyi əlavə dəyər vergisini malın üzərinə əlavə edərək satır. Nəticədə mal ətinin və digər heydandarlıq və quşçuluq məhsullarının dövriyyəsinin ƏDV-dən azad olması təbii ki, son istehlakçının həmin məhsulu aşağı dəyərlə əldə etməsinə səbəb olacaq. Beləliklə, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin tam olaraq ƏDV-dən azad edilməsi ümumilikdə kənd təsərrüfatı sektorunda qiymətlərin artımının qarşısını ala bilən mühüm səbəblərdəndir. Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir. |
2024-01-01 | 819,015 | Kiyevdə partlayış səsləri: həyəcan siqnalı verilir | Kiyevdə partlayış səsləri eşidilir. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Publik” telekanalı məlumat yayıb. Bu gün səhər saatlarında Ukraynanın "Zerkalo Nedeli" nəşri də Kiyev vilayətində güclü partlayışlar olduğunu bildirib. Kiyev Şəhər Hərbi Administrasiyasının məlumatına görə, Kiyevətrafı ərazilərdə hava hücumundan müdafiə sistemi fəaliyyət göstərir. Hazırda Kiyevdə və regionda hava hücumu ilə bağlı həyəcan siqnalı verilir. |
2024-01-01 | 819,016 | Bu ölkə vətəndaşları Şengen zonasına vizasız səfər edəcəklər | Kosova vətəndaşları Şengen bölgəsinə vizasız səyahət etmək hüququ qazandıqdan sonra ilk səfərlərə başlayıblar. Axar.az xəbər verir ki, Kosova hökuməti Baş nazir Albin Kurt və xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars hava limanında Vyanaya vizasız gedəcək sərnişinləri yola salıblar. Baş nazir Kurti çıxışında 2024-cü ildən vizasız səyahət imkanının qüvvəyə minməsi ilə Kosovaya edilən ədalətsizliyin aradan qaldırıldığını bildirib: “Uzun müddət gözlədik, bir çox imkanlardan məhrum olduq, ona görə də bu gün əhəmiyyətli bir gündür”. Xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars isə bildirib ki, artıq gərəksiz bürokratiya yoxdur. Onun sözlərinə görə, Kosova biznesmenləri də öz fəaliyyət sahələrini genişləndirmək və ölkəyə daha yaxşı və daha davamlı investisiyalar gətirmək imkanı əldə edəcəklər. Bu gündən etibarən kosovalılar Şengen bölgəsinə 90 günə qədər vizasız gedə bilərlər. Beləliklə, Qərbi Balkanlarda sözügedən bölgəyə vizasız gedə bilməyən ölkə qalmayıb. |
2024-01-01 | 819,022 | Yaponiyada səhvən güclü zəlzələ barədə elan verildi | Yaponiya Milli Meteorologiya İdarəsi səhvən 7 baldan çox yeni güclü zəlzələ barədə elan verib. Axar.az xəbər verir ki, yeni güclü zəlzələ xəbərdarlığından bir neçə dəqiqə sonra yaponiyalı seysmoloqlar yeni zəlzələnin cəmi 4,6 bal gücündə olduğunu bildiriblər. Qeyd edək ki, bu gün Yaponiyada 7,6 bal gücündə zəlzələ də daxil olmaqla, müxtəlif maqnitudalı 40-dan çox zəlzələ baş verib. |
2024-01-01 | 819,025 | Türkiyədə Yeni il gecəsi əməliyyat: 121 nəfər saxlanıldı | Türkiyədə Yeni il gecəsi Ankara, İstanbul və İzmirdə qeyri-qanuni mühacirlərə qarşı keçirilən “Qalxan-6” əməliyyatı və yoxlamalar zamanı 121 qeyri-qanuni mühacir tutulub. Axar.az “TRT Haber”ə istinadən xəbər verir ki, səyyar immiqrasiya məntəqələrində 5 min 179 nəfər yoxlanılıb. İstanbulda 52 Mobil Miqrasiya Məntəqəsində 156 mütəxəssis çalışıb. Bağcılar, Bakırköy, Beşiktaş, Bəyoğlu, Əsənyurd, Fateh, Kadıköy, Şişli və Ümraniyə rayonlarında sosial sahələr, meydanlar, parklar, metro və metrobüs çıxışlarında yoxlamalar aparılıb. |
2024-01-01 | 819,026 | Yük qatarı avtomobillə toqquşdu: maşinistlər öldü | Avstraliyada yük maşını ilə yük qatarı toqquşub. Axar.az xəbər verir ki, bu barədə "Sydney Morning Herald" qəzeti məlumat yayıb. “Lokomotivin relsdən çıxması nəticəsində iki maşinist ölüb" , - məlumatda bildirilib. Qəzetin polisə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində lokomotiv alovlanıb və bir neçə vaqon relsdən çıxıb və magistral yolu tamamilə bağlayıb. |
2024-01-01 | 819,028 | Qəzzada son sutkada ölənlərin sayı açıqlandı | İsrail ordusu Qəzzanı bombardmana davam edir. Son sutkada 156 nəfər dünyasını dəyişib. Axar.az xəbər verir ki, bunu Fələstinin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra keçirdiyi mətbuat konfransında İsrailin hücumları ilə bağlı məlumat verərkən deyib. “İsrail ordusunun həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 156 nəfər artaraq 21 min 978 nəfərə nəfərə çatıb”. Kudra hücumların başladığı 87 gün ərzində 57 min 697 nəfərin yaralandığını bildirib. |
2024-01-01 | 819,029 | Ukrayna Rusiyanın bütün hücumlarını dəf edə bilməyəcək | Ukraynanın hava hücumundan müdafiə sistemi bu qış mərmi çatışmazlığı səbəbindən Rusiya ordusunun bütün hücumlarını dəf edə bilməyəcək. Axar.az xəbər verir ki, bunu ingiltərəli hərbi analitik Cimmi Raşton deyib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin ehtiyatında olan “Patriot” zenit-raket kompleksləri üçün raketlərin potensial çatışmazlığı xüsusi narahatlıq yaradır. |
2024-01-01 | 819,031 | Vəkil özünü yandırdı: Anar Bağırovdan reaksiya | Bakıda intihar hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Özünü yandıran Zaur İsa oğlu Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Nərimanov Prokurorluğunda araşdırma aparılır. Zaur Məmmədovun özünü yandırmasına Vəkillər Kollegiyasının sədri Anar Bağırov münasibət bildirib: “Vəkil Zaur Məmmədovun Vəkillər Kollegiyası ilə hər hansı problemi olmayıb. Onun niyə belə bir addım atması bizi də təəccübləndirdi. Hadisə haqqında eşidəndə Salyan rayon Vəkil Bürosunun müdiri ilə əlaqə saxladım. Büro müdiri dedi ki, son zamanlar gərgin idi. Kollegiya ilə onun arasında hər hansı problem baş verməyib. Barəsində intizam işi olmayıb. Hazırda aidiyyəti üzrə istintaq orqanında araşdırma aparılır. Hər halda araşdırma zamanı onun niyə belə bir hadisəyə əl atması üzə çıxacaq”. Sədr Zaur Məmmədovun yaxınlarına başsağlığı verib. Qeyd edək ki, Zaur Məmmədov Salyan Rayon Bürosunda fəaliyyət göstərirdi. |
2024-01-01 | 819,033 | Çeçenistanda yeni şəhər yarandı | Çeçenistanda yeni Oysxar şəhərinin əsası qoyulub. Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan rəhbəri Ramzan Kadırov deyib. "Çeçenistan Respublikası üçün yeni ilin ilk günü Oysxar şəhərinin yaranması ilə əlamətdar oldu. Mənim əvvəllər imzaladığım müvafiq qanun bu gündən qüvvəyə minib", - Kadırov bildirib. |
2024-01-01 | 819,034 | İranın hərbi gəmisi Qırmızı dənizə daxil oldu | İranın “Əlborz” hərbi gəmisi Babülməndəb boğazından Qırmızı dənizə daxil olub. Axar.az xəbər verir ki, bu barədə "Tayms of İsrail" nəşri məlumat yayıb. Qeyd edək ki, İranın dəstəklədiyi husilər son vaxtlar Qırmızı dənizdə 20-dən çox gəmiyə hücum edib. |
2024-01-01 | 819,035 | Cəlilabadda ağır qəza: yaralıların sayı artdı | 21:21 Cəlilabad rayonunda ağır yol qəzası baş verib. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəlilabad-Yardımlı avtomobil yolunun Şatırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, qəza zamanı VAZ 2107 markalı minik avtomobili ilə VAZ 21011 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində dörd nəfər müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır. *** Cəlilabad rayonunda yol qəzasında xəsarət alanların sayı beş nəfərə çatıb. Məlumata görə, qəza nəticəsində xəsarət alan daha bir nəfər - rayon sakini, 1976-ci il təvəllüdlü Yasər Məmmədov rayon xəstəxanasına müraciət edib. |
2024-01-01 | 819,038 | Zərgərlik məmulatlarının istehsalı ilə bağlı vergi güzəşti | Bu ildən Azərbaycanda zərgərlik məmulatlarının istehsalında istifadə olunan dəzgahların, avadanlıqların və qurğuların idxalı daha üç il müddətinə əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Axar.az xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycanda qızıldan və gümüşdən hazırlanan zərgərlik məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq qurumun təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalına tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam edəcək. Bu güzəşt 2021-ci il yanvarın 1-dən üç il müddətinə nəzərdə tutulmuşdu. Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir. |
2024-01-01 | 819,043 | Türkiyədə zəlzələ - Görür xəbərdarlıq etdi | Tuncelidə 4,2 bal gücündə zəlzələ oldu. Bildiyiniz kimi, bu zəlzələ bizim ən çox qorxduğumuz və diqqət çəkdiyimiz Yeddisu fayında baş verdi. Bu nasazlıq qırılmağa və 7-dən çox zəlzələ yaratmağa hazırdır. Axar.az xəbər verir ki, bunu Tuncelidə baş verən zəlzələdən danışarkən zəlzələ üzrə alim Naci Görür bildirib. "Bir müddətdir Tunceli və Pülümürə diqqət çəkirəm. Hətta bu səhər dedim. Bu bölgədəki yaşayış məntəqələrinə diqqət yetirilməli və lazımı ehtiyat tədbirləri görülməlidir. Zəlzələyə dayanıqlı şəhərlər salınmalıdır”, - alim deyib. Qeyd edək ki, bu gün Tuncelidə baş verən zəlzələ şəhər mərkəzində və ətraf rayonlarda hiss olunub. |
2024-01-01 | 819,046 | Ukrayna ordusu 46 PUA ilə Rusiyaya hücum etdi | Ukrayna ordusu 24 saat ərzində Rusiya ərazisinə 46 PUA ilə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA-lar hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. |
2024-01-01 | 819,047 | Çinlə bu ölkə 2024-cü ili “dostluq ili” elan etdi | Çin son vaxtlar Şimali Koreya ilə yaxınlaşma əlamətləri göstərir. Axar.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyinin məlumatında bildirilib. Məlumatda Çin sədri Si Szinpin və Şimali Koreya lideri Kim Çen İnin yeni il təbrikində 2024-cü ili iki ölkə arasında “dostluq ili” elan etdikləri qeyd olunub. |
2024-01-01 | 819,048 | İsrail ordusuna belə zərbə endirildi - Video | Qəzza zolağında İsrail ordusun ciddi zərbə endirilib. Axar.az xəbər verir ki, bu barədə İzəddin Əl-Qəssam Briqadası görüntülər paylaşıb. Bildirilib ki, İsrail ordusuna həm texnika, həm də canlı qüvvə sarıdan ciddi zərər verilib. |
2024-01-01 | 819,051 | İsraildə mübahisəli məhkəmə qanunu ləğv olundu | İsrailin Ali Məhkəməsi məhkəmə islahatları çərçivəsində Nazirlər Kabinetinin qərarlarına yenidən baxmaq səlahiyyətini məhdudlaşdıran qanunu ləğv edib. Axar.az xəbər verir ki, bu barədə İsrailin "Kan" radiosu məlumat yayıb. Ötən ilin yayında Baş nazir Benyamin Netanyahu hökumətinin məhkəmə islahatları çərçivəsində təsdiqlənmiş ilk qanunun ləğvi barədə qərar Ali Məhkəmə kollegiyasındakı 15 hakimdən 8-nin səs çoxluğu ilə qəbul olunub. |
2024-01-01 | 819,053 | BMT 10 il sonra bu ölkədə missiyasını yekunlaşdırdı | BMT Malidəki 10 illik sabitləşmə üzrə missiyasını rəsmən yekunlaşdırıb. Axar.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antonio Quterreş məlumat verib. Bildirilib ki, Malidə 10 ildən çox xidmət zamanı 311 sülhməramlı ölüb, 700-dən çoxu yaralanıb. |
2024-01-01 | 819,054 | İsrailin yeni xarici işlər naziri təsdiqləndi | İsrail Knesseti İsrail Katzın xarici işlər naziri vəzifəsinə təyin edilməsini təsdiq edib. Axar.az xəbər verir ki, Katz keçmiş xarici işlər naziri Eli Koheni əvəz edib. Qeyd edək ki, 68 yaşlı Katz 1998-ci ildən Likud Partiyasından Knessetə seçilib və əvvəllər müxtəlif nazir vəzifələrində işləyib, o cümlədən 2019-2020-ci illərdə İsrail Xarici İşlər Nazirliyinə rəhbərlik edib. Xatırladaq ki, İ.Katzın ötən gün Nazirlər Kabineti tərəfindən təyinatı irəli sürülüb. |
2024-01-01 | 819,056 | Prokurorluqdan vəkilin intiharı ilə bağlı məlumat | Bakıda vəkilin intihar etməsi faktı ilə bağlı cinayət işi açılıb. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Vurğulanıb ki, Vəkil Zaur Məmmədovun yanvarın 1-də saat 19 radələrində intihar etməsi faktı üzrə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanaraq təxirəsalınmaz istintaq tədbirləri həyata keçirilir. Qeyd edək ki, bu gün vəkil Zaur Məmmədov özünü Nərimanov rayonu ərazisində yandırıb. |
2024-01-01 | 819,060 | ABŞ-ın bazasına PUA hücumu edildi | Suriyanın şimal-şərqindəki Hasekə əyalətində ABŞ qüvvələrinin yerləşdiyi Şəddadi bazasına PUA-larla hücum edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib. İtki və tələfat barədə məlumat yoxdur. |
2024-01-01 | 819,062 | Ukraynanın bu hücumu 100 faiz cəzasız qalmayacaq - Putin | Rusiya bu gün Ukraynadakı hərbi obyektlərə zərbələr endirir və bunu sabah da edəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynanın Belqoroda hücumundan danışarkən deyib. Putin əlavə edib ki, Rusiya Kiyevdəki hərbi obyektlərə hücumları artıracaq: "Onlar bizi qorxutmaq və ölkəmizdə bir növ qeyri-müəyyənlik yaratmaq istəyirlər. Belqoroda hücum təbii ki, dinc əhaliyə qarşı cinayətdir - cəzasız qalmayacaq, 100%, heç bir şübhə ola bilməz". |
2024-01-01 | 819,068 | ABŞ gəmisinə hücum edildi, münaqişə başladı - Video | Husilər Qırmızı dənizdə ABŞ hərbi gəmisinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Teleqram kanallarında görüntülər də yayılıb. Bildirilir ki, bölgədə tərəflər arasında münaqişə yaranıb. |
2024-01-01 | 819,070 | İdman yarışları ilə bağlı vergi güzəşti qüvvəyə mindi | Bu gündən beynəlxalq idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) üçün vergi güzəşti tətbiq ediləcək. Axar.az xəbər verir ki, qanuna əsasən, beynəlxalq, ölkələrarası idman yarışları ilə bağlı respublika idman federasiyaları (assosiasiyaları) tərəfindən verilən mükafatların tam dəyəri gəlir vergisindən azad edilib. |
2024-01-01 | 819,072 | Yaponiyada sunami təhlükəsi: 100 minə yaxın insan... | Yaponiyanın mərkəzində baş verən güclü zəlzələlər nəticəsində sunami təhlükəsi səbəbindən Akita, Yamaqata, Niiqata, İşikava, Fukui, Hyoqo, Tottori, Fukuoka və Saqa prefekturalarının ən azı 97 min sakini evakuasiya əmri alıb. Axar.az xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə idarəsinin məlumatında qeyd edilib. İndiyədək İşikava və Niiqata prefekturalarında 2 minə yaxın insan təxliyə olunub. İnsanlar xüsusi təxliyə mərkəzlərindədir, onların həyatları təhlükədə deyil. |
2024-01-02 | 819,074 | Ronaldo anasına “Porşe” hədiyyə etdi - Foto | Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasının futbolçusu Kristiano Ronaldo anası Maria Dolores Aveyroya ad günündə bahalı hədiyyə alıb. Axar.az xəbər verir ki, portuqaliyalı hücumçu anasının ad gününü qeyd etmək üçün Madeyraya gedib. Məlumata görə, Ronaldo anasına yeni "Porşe Kayenne" hədiyyə edib. Qeyd edək ki, Ronaldo 2023-cü ilin ən yaxşı bombardiri olub. |
2024-01-02 | 819,076 | Şəhid general-mayor Polad Həşimovun doğum günüdür | Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Axar.az xəbər verir ki, P.Həşimovun dünyaya gəlişindən 49 il ötür. P.Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub. General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbərini ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev dərin hüznlə çatdırıb. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda, polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. Prezident İlham Əliyev döyüş zamanı müdafiənin ön xəttində olarkən qəhrəmancasına şəhid olmuş general-mayor Polad Həşimovun anası ilə telefonla danışıb və şəhidin ailə üzvlərinə dərin hüznlə başsağlığı verib. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə P.Həşimova Azərbaycanın Milli Qəhrəman adı verilib. Xatırladaq ki, P.Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə mükafatlandırılıb. P.Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub. 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Ötən ildən Bakı şəhərinin küçələrindən biri Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır. P.Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb. P.Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb. |
2024-01-02 | 819,077 | 2023-cü ildə ölən milyarderlərin sayı | 2023-cü ildə 21 milyarder dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Ölən milyarderlər içərisində yalnız biri qadın olub – Çində əczaçılıq şirkətinin həmtəsisçisi Çjao Nin 56 yaşında xərçəngdən dünyasını dəyişin. 2023-cü ildə məşhur misirli milyarder, şahzadə Diananın sevgilisi Dodi əl-Fayedin atası 94 yaşlı Məhəmməd əl-Fayed də ölüb. Qeyd edilir ki, ölən 21 milyarderdən yarısının yaşı 90-nın üzərində olub. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.