date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-31 | 818,598 | Qəzzada müharibə nə zaman bitəcək? | Qəzzada döyüş əməliyyatları daha bir neçə ay davam edəcək. Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu deyib. Onun sözlərinə görə, hərbi əməliyyatlar Qəzzada HƏMAS-ın tam məhv edilməsinə kimi aparılacaq. |
2023-12-31 | 818,599 | Yeni il gecəsi necə geyinmək lazımdır? - Uğurlu rənglər | 2024-cü ilin xoşbəxtlik və firavanlıq gətirməsi üçün onun başlanğıcını düzgün geyimdə qarşılamaq vacibdir. Kult.az xəbər verir ki, ukraynalı astroloq və ekstrasens Maks Qordeyev Yeni il paltarının uğurlu rənglərindən danışıb. “Yaşıl - ilin simvolu Yaşıl Əjdaha olduğundan, Yeni il paltarının ən xoşbəxt rəngidir. Yaşıl bolluq, firavanlıq, harmoniya və həyatın yenilənməsi simvolu hesab olunur. Bənövşəyi - parlaq və xoşbəxt rəng olaraq Çin bürcünün zövqlərinə tam uyğun gəlir. Geyimdəki bənövşəyi rəng mənəvi enerjini və mənəvi yaraların sağalmasını simvollaşdırır. Qızılı - 2024-cü ildə həyatınıza maliyyə bolluğu və maddi rifah cəlb edəcək”, - o bildirib. Qordeyevin fikrincə, Yeni il geyimində istifadəsi tövsiyə edilməyən rənglər ağ, sarı, qəhvəyi və mavidir. |
2023-12-31 | 818,601 | Bayramda çox içməyin, xərçəng riski var… - Kurekov | İstehlak olunan alkoqol miqdarı artdıqca, xərçəngə tutulma riski əhəmiyyətli dərəcədə artır. Axar.az xəbər verir ki, bunu rusiyalı narkoloq İqor Kurekov deyib. “Çox vaxt bayrama şampanla başlayan insanlar vaxtında dayana bilmirlər. Yeni il tətilləri üçün əsas tövsiyə spirtli içkilərdən imtina etməkdir. Amma bir şəxs buna baxmayaraq içməyə qərar verirsə, bədənə zərər verməməsi və müxtəlif mənfi nəticələrə səbəb olmaması üçün alkoqolun miqdarına nəzarət etmək vacibdir. Bundan başqa, alkoqollu içkiləri qarışdırmamaq vacibdir”, - Kurekov bildirib. |
2023-12-31 | 818,604 | Papikyan sərhədimizə gəldi, döyüş mövqeyinə baş çəkdi | Ermənistanın müdafiə naziri Suren Papikyan ölkə sərhədinin şərq tərəfindəki hərbi hissələrdən birinə baş çəkib. Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb. Bildirilib ki, nazir döyüş mövqeyini də yoxlayıb. O, şəxsi heyətlə söhbət edib, yeni modul tipli kazarmalara baxıb, xidməti və döyüş növbətçiliyinin şəraiti ilə tanış olub. Nazir xidmətdə fərqlənən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edib. |
2023-12-31 | 818,605 | Ərdoğandan Ər-Riyaddakı insidentlə bağlı açıqlama... | Biz Türkiyə idmanlarının mübahisələrlə deyil, nailiyyətlərlə gündəmə gəlməsini istəyirik. İdmanın gündəlik siyasətin alətinə çevrilməsi yanlışdır. Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün “Qalatasaray”-“Fənərbağça” matçınının ləğvi və bunun fonunda yaşanan müzakirələrlə bağlı açıqlamasında deyib. Dövlət başçısı müxalif kəsimin bu olaydan sui-istifadə etdiyini vurğulayıb. “Dünənki hadisənin məcrasından çıxarılaraq şou və provokasiya vasitəsi edilməsinə icazə vermərik. Bu məsələdə lazımi addımı atmaqdan çəkinməyəcəyik. İdman camiəsinə keçmiş olsun deyirəm”, - deyə Ərdoğan bildirib. Qeyd edək ki, dünən Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib. |
2023-12-31 | 818,606 | Putin Köçəryan və Sərkisyanı təbrik etdi | Rusiya lideri Vladimir Putin Ermənistanın sabiq prezidentləri Robert Köçəryan və Serj Sərkisyanı da Yeni il münasibəti ilə təbrik edib. Axar.az xəbər verir ki, bu barədə Kremlin saytında yayılan məlumatda bildirilib. Qeyd edək ki, Putin Ermənistan Baş naziri Nikol Paşinyanı və Prezident Vaaqn Xaçatryanı da təbrik etmişdi. |
2023-12-31 | 818,607 | Medvedyevdən "proqnoz": Bayden axtarışa veriləcək! | Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Teleqram kanalında 2024-cü il üçün zarafatyana proqnozunu paylaşıb. Axar.az-ın məlumatına görə, Medvedyev bildirib ki, ABŞ-ın hazırkı Prezidenti Co Bayden beynəlxalq axtarışda olacaq və onun yerinə 99 il həbs cəzası alan Donald Tramp gələcək. Medvedyevin sözlərinə görə, onun ötən il verdiyi proqnozların bir çoxu özünü doğruldub. O hesab edir ki, "Tesla"nın qurucusu İlon Mask vəzifəcə deyil, təsir gücü ilə ABŞ-ın prezidenti olub, Polşa Ukraynanın qərbini ələ keçirməyə hazırlaşır, Şimali İrlandiya isə Böyük Britaniyadan müstəqillik əldə etmək niyyətindədir. Gələn il üçün Medvedyev bütün müdafiə məhsullarının Ukraynaya daha çox bağışlanması üçün Avropa Birliyi, ABŞ və Kanada ölkələrinin hərbi sənaye kompleksinin milliləşdirilməsini və AB ölkələrində nizami polis qüvvələrinin ləğvini "proqnozlaşdırıb". Medvedyev həmçinin Qodzillanın (film personajı – red.) Yaponiyada hakimiyyəti “ələ keçirəcəyini” də proqnozlaşdırıb. |
2023-12-31 | 818,608 | QNET-in Avropa bölməsi Lüksemburq AVDL-nin üzv oldu | QNET beynəlxalq sağlamlıq və həyat tərzi şirkətinin Avropa bölməsi Lüksemburq Birbaşa Satış Assosiasiyasının (AVDL) üzvü olub. Axar.az xəbər verir ki, AVDL Birbaşa Satış sahibkarlarını tandemdə hərəkət edən alpinistlərlə müqayisə edir: yanlış addımlar dağılmağa, razılaşdırılmış addımlar zirvələri fəth etməyə səbəb ola bilər. Lüksemburq Birbaşa Satış Assosiasiyası Müstəqil Nümayəndələrin biznes etikasının qanunlarına uyğunluğuna nəzarət edir, QNET-in Avropa bölməsi Müstəqil Nümayəndələrindən etik standartlara riayət etməyi tələb edir, ona görə də onlar sözügedən sənaye təşkilatı ilə eyni yolda olduqlarına qərar verirlər. Assosiasiyaya üzv olmaq QNET-in Avropa bölməsinin Avropa ölkələrində işinin qanuniliyini və şəffaflığını təsdiqləyir. “AVDL-ə üzvlüyümüz Lüksemburqda və Avropada mükəmməlliyə və etik iş təcrübələrinə sadiqliyimizə sübutdur. Lüksemburqda birbaşa satış sənayesinin yaxşı adını gücləndirməyə kömək etmək üçün AVDL və digər üzv şirkətlərlə işləməyi səbirsizliklə gözləyirik. AVDL-nin üzvü kimi QNET-in Avropa bölməsi Lüksemburqda birbaşa satış mühitinin yaxşılaşdırılması təşəbbüslərində iştirak edir. Bunlara istehlakçıların maarifləndirilməsi kampaniyaları, qanunlara uyğunluq və ən yaxşı sənaye təcrübələri daxildir. QNET-in Avropa bölməsi biznes etikasının, peşəkarlığın, Müstəqil Nümayəndələrin və müştərilərin qorunmasının ən yüksək səviyyələrini təmin etmək üçün assosiasiyanın digər üzvləri ilə bilik və təcrübə mübadiləsinə sadiqdir”, – QNET-in Avropa bölməsinin İdarəedici direktoru Çirikos Lazarou bildirib. Qeyd etmək vacibdir ki, 2021-ci ildən QNET-in Avropa bölməsi İspaniya Birbaşa Satış Assosiasiyasının (Asociación de Empresas de Venta Directa) və Fransa Birbaşa Satış Assosiasiyasının (De La Vente Directe) üzvüdür. Lüksemburq Birbaşa Satış Assosiasiyası haqqında məlumat Lüksemburq Birbaşa Satış Assosiasiyası 1996-cı ildə yaradılıb. Təşkilat sənayenin maarifləndirilməsini, Birbaşa Satış sahibkarı peşəsinin nüfuzunu artırır, səlahiyyətli orqanlarla əlaqələr qurur və saxlayır, Assosiasiya üzvləri arasında əməkdaşlığı stimullaşdırır, bazarı və istehlakçıların məhsullardan məmnunluğunu öyrənir, etik standartlara və hüquqi normalara riayət olunmasına nəzarət edir və Avropa Birbaşa Satış Federasiyası ilə əməkdaşlıq edir. QNET-in Avropa bölməsi haqqında QNET-in Avropa bölməsi QNET beynəlxalq birbaşa satış şirkətinin sağlamlıq və həyat tərzinə yönəlmiş bölməsidir. 2014-cü ildən Avropa bazarında fəaliyyət göstərir. QNET-in Avropa bölməsi Müstəqil Nümayəndələr üçün təlim imkanları və keyfiyyətli təqdimat məhsulları təklif edir. Şirkət haqqında məlumat: QNET sağlam həyat tərzini və premium məhsulları dəstəkləmək üçün geniş çeşiddə məhsullar təklif edən böyük beynəlxalq şirkətdir. QNET brendi 1998-ci ildə Honkonqda yaradılıb. Distribüter 100-dən çox ölkədə həyata keçirilir. Şirkət Malayziya, Sinqapur, Filippin və İndoneziyada Birbaşa Satış Assosiasiyasının üzvüdür. Şərq bazarında birbaşa satış üzrə lider olan QNET sosial məqsədlərə sadiqdir, müntəzəm olaraq xeyriyyə proqramlarında iştirak edir, imkansızlara dəstək verir və “Mançester Siti” FK-ya sponsorluq edir. |
2023-12-31 | 818,609 | Güneydə yeni bir sərhəd hərəkatı başlayır - Bilgin | 1989-cu ildə Quzey Azərbaycanda başlayan Azərbaycan Milli Hərəkatı 31 dekabrda yeni bir oyanışa, sərhəd hərəkatına səbəb oldu. Güney və Quzey həsrətə son qoymağa ümidləndi. Birləşmənin, qovuşmanın vədəsi verildi. Bu sözləri Axar.az-a Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin 31 Dekabr Həmrəylik Gününün dünya azərbaycanlıları üçün əhəmiyyətindən danışarkən deyib. O bildirib ki, bu gün bütün azərbaycanlılar üçün həqiqi bayramdır: “Həmin günlərdə insanlar sevinc və həyəcanla şüarlar səsləndirir, bir-biri ilə öz doğma dillərində söhbət edir, uzun ayrılıqdan sonra dərdləşirdilər. Sərhədi aşmaqla, tikanlı məftiləri söküb ataraq, bir-birlərini ucadan haraylaraq, birlik əhval-ruhiyyəsinə doğru uğurlu addım atılırdı. Bunu Azərbaycanımızın tarixində yaddaqalan günlərdən hesab edirəm. Sevindirici haldır ki, məhz 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Sərhəd hərəkatından az müddət sonra Quzey Azərbaycanımız müstəqil dövlət oldu. Bu istiqlaliyyətin əldə olunmasında 31 Dekabrın böyük rolu var idi. Bu, həm də göstərir ki, iki tərəfdə də istək olanda, bütövlüyümüzə doğru yol açılır”. Güneyin yeni bir 31 dekabrın astanasında olduğunu deyən Bilgin bildirib ki, sözün əsl mənasında bütöv olmağımıza çox da uzun vaxt qalmayıb: ”O zamanlar bizdə - Güneydə hərəkat o qədər də güclü deyildi. İndi isə durum çox dəyişib. Bizdə “Azadlıq, Ədalət, Milli Hökumət” adlı milli oyanış yaranıb. İndi durum 1989-cu il ilə müqayisəolunmaz dərəcədə fərqlidir. Qarabağın işğaldan azad olunması Güneydə inanılmaz ümidlər yaratdı. Xankəndidə üçrəngli bayrağımızın dalğalanması Güneyə xüsusi özgüvən verdi. Quzeyimizin bərpa etdiyi ərazilər, Güneydə başlayan milli düşüncə bu il 31 dekabrı daha ümidlə qeyd etməyimizə səbəb olub. Azərbaycanımızın Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, 2024-cü il dünya azərbaycanlılarının birlik ili olacaq. Bu sözün arxasında böyük bir məna dayanır. Güney Azərbaycanda çoxsaylı milli fəallarımız zindana atılır. Lakin bu, bizim qəhrəman oğullarımızı yolundan döndərmir. Başda Yürüş Mehrəlibəyli olmaqla, milli fəllarımız arasında təşkilatlanmaq uğrunda yeni ümidlər yaranıb. Bu isə bizi illər öncəki 31 dekabrdan yeni bir sərhəd hərəkatına doğru aparır. Bu fürsətdən istifadə edib, hər bir azərbaycanlının Həmrəylik Gününü təbrik edirəm və milli fəallarımızın önündə baş əyirəm”. |
2023-12-31 | 818,610 | ABŞ-a rekord sayda qeyri-qanuni miqrant gəldi | Meksikada ABŞ-a gələn qeyri-qanuni miqrantların sayında 2000-ci ildən bəri rekord qeydə alınıb. Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Belə ki, 225 min miqrant qeyri-qanuni şəkildə ABŞ sərhədini keçib. Hər gün ortalama 10 minə yaxın miqrant Meksikadan qanunsuz şəkildə ABŞ-a daxil olur. Qeyd edilir ki, 2000-ci ildən bəri Meksikadan ABŞ-a bu sayda qeyri-qanuni miqrant axını qeydə alınmamışdı. |
2023-12-31 | 818,611 | 2023 Güney Azərbaycanda necə yadda qaldı? | 2023-cü il Güney Azərbaycan üçün bir çox hadisələrlə yadda qaldı. Güneydə “Milli hökumət” çağırışları daha çox eşidilməyə, Azərbaycan Respublikası ilə əlaqələr daha da dərinləşməyə doğru getdi. Bu sözləri Axar.az-a açıqlamasında milli fəal Qədir Cəliloğlu ilin yaddaqalan hadisələri haqda danışarkən deyib. O bildirib ki, 2023 həm sevincli, həm də qəmli notları ilə xatırlanacaq: “Prezident İlham Əliyev Novruz bayramında dünya azərbaycanlılarını təbrik etdi və Azərbaycan dövlətinin onların yanında olduğunu bildirdi. Həmçinin Prezidentin TDT konfransında İranda 40 milyon Azərbaycan türkünün olduğunu, dünya azərbaycanlılarının yalnız 10 milyonunun Azərbaycan Respublikasında yaşadığını qeyd etməsi mühüm hadisələrdən idi”. Milli fəal qeyf edib ki, bu il İran və Azərbaycan arasında münasibətlərin gərginliyi ilə də yadda qaldı: “2023-cü ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə hücum edildi, Orxan Əsgərov həlak oldu, Vasif Tağıyev qəhrəmanlığı ilə qürur verdi. Bu hadisədən sarsılan güneylilər xain hücumu pislədi. Onlar Azərbaycanın Təbrizdəki konsulluğuna gələrək, ora gül dəstələri qoydu və başsağlığı verdilər”. O, Güneydə ağrılı hadisələrin, təbii fəlakətlərin 2023-cü ildə də dərin iz buraxdığını bildirib: “Ərdəbilin Fərzanegan qız məktəbində təbii qaz sızması nəticəsində 70 azərbaycanlı tələbə xəsarət aldı. Xoy şəhərində 5.4 bal gücündə baş verən zəlzələ ilin ən kədərli hadisələrindən biri idi: 2093 ev dağıldı, 133 yaralımız oldu. Aradan çox keçməmiş Təbriz, Urmu, Xoy, Culfa, Şəbistər şəhərlərində baş verən 5.9 bal gücündə zəlzələ yenə də ciddi fəsadlara səbəb oldu. Nəticədə Xoy şəhərində 3 nəfər öldü, 973 nəfər yaralandı. Evlərə ciddi ziyan dəydi. Şaxtalı-qarlı havada dövlətin Azərbaycan türklərinə yardım etməməsi onların həyatını daha da çətinləşdirdi. Azərbaycan milli hərəkətının fəalları Xoy zəlzələsindən əziyyət çəkənlərə “Vətən Adına Birlik Yaraşar” kampaniyası başlatdı. İran rejimi Azərbaycan və Türkiyədən kömək gəlməsinə icazə vermədi. Türkiyənin Qəhrəmanmaraş şəhərində baş verən dağıdıcı zəlzələ də Güneydə çox böyük kədərlə qarşılandı. Azərbaycan Respublikası ilk yardıma gedən oldu, Güney Azərbaycan milli hərəkatının fəalları da səfərbər olaraq, yaralılara yardım etmək üçün bölgəyə getdi. Güney Azərbaycandan xeyli yardım toplandı. Germidə yağan aramsız yağışlar isə sel fəlakətinə səbəb oldu. Maddi ziyandan əlavə bu bölgədə yaranan içməli su problemi əhalinin vəziyyətini çətinləşdirdi. İran dövləti yenə də azərbaycanlıları taleyin ümidinə buraxdı. Lakin güneylilər səfərbər olaraq “Vətən Adına Birlik Yaraşar“ kampaniyası çərçivəsində zərərçəkənlərə yardım etdilər. Bölgəyə lazım olan ərzaq və su göndərildi”. Güney Azərbaycan siyasi təşkilatlarının bu il fəallıqları ilə yadda qaldığını deyən milli fəal bildirib ki, dünyanın bir çox yerində aksiya keçirilib: “Bu il Güney Azərbaycan təşkilatları Avropada yaşayan türklərlə birlikdə aksiyalar keçirmək qərarı verdi. 25 martda Brüsseldə baş tutan “Azadlıq və Ədalət yürüşü” ilə Güney məsələsi dünyanın diqqətinə çatdırıldı. Onun ardınca 20 may - Xordad qiyamı ərəfəsində Berlində Güney azərbaycanlılar ikinci aksiyanı keçirməyə nail oldu. Həmçinin, İstanbulda Güney Azərbaycan 3-cü Forumu, İzmirdə Azərbaycan kültür və sənət festivalı baş tutdu”. Qədir Cəliloğlunun sözlərinə görə, il daha çox etiraz aksiyaları ilə xarakterik idi: “Urmu gölünün qəsdən qurudulması ilin əsas hadisələri sırasında sayıla bilər. Bu səbəbdən Güney Azərbaycanda ekofəallar Urmu gölünün ətrafında toplanıb, gölün qurudulmasına etiraz etdilər. Silsilə etiraz aksiyalarının kuliminasiya nöqtəsi isə sentyabrın 2-də oldu və xeyli sayda insan xaricdəki Güney Azərbaycan təşkilatlarının çağırışı ilə küçələrə çıxdı. İran rejimi çoxsaylı hərbi qüvvələrini küçələrə tökərək, aksiyanın keçirilməsinə əngəl törətdi. Təbriz, Urmu və digər şəhərlərdə etirazlarda iştirak edən xeyli vətəndaş həbs olundu”. O qeyd edib ki, Qarabağda aparılan antiterror hadisələri güneylilər üçün xüsusilə yaddaqalan idi: “Azərbaycan Şanlı Ordusu Xankəndidə separatçıların varlığına son qoyaraq, antiterror tədbirlərini bircə günün içində uğurla sona çatdırdı. Güney Azərbaycanda bu zəfər sevinclə qarşılandı. Siyasi partiyalar və xalqımız dəstək nümayiş etdirərək, iri şəhərlərdə bu münasibətlə atəşfəşanlıq etdi. Bəzi yerlərdə Azərbaycan bayrağı asıldı”. Onun bildirdiyinə görə, ilin son ayları isə milli fəalların həbsi ilə narahatlıq doğurdu: “Artıq son üç aydan çoxdur ki, Güney Azərbaycan milli fəalları səbəbsiz yerə tutularaq, həbsə göndərilir. Onların hansı şəraitdə saxlanması, durumu barədə məlumatsızlıq ailə üzvləri tərəfindən böyük narahatlığa səbəb olur. Təəssüf ki, bəziləri bayramı hələ də zindanda keçirəcək”. |
2023-12-31 | 818,612 | Serbiyada rəngli inqilab cəhdi... - Vuçiç | Serbiyada rəngli inqilab cəhdi vətəndaşların müxalifətə zəif dəstəyinə görə uğur qazanmayacaq. Axar.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç müxalifətin mitinqləri barədə danışarkən deyib. "İnqilab olmayacaq. İnqilabın gerçəkləşməsi üçün texnologiya və riyaziyyat kifayət deyil. Siyasət mahiyyətdir, həyatdır, qanunauyğunluqdur. Bu qədər az dəstək faizi ilə güc əldə edə bilməzsiniz. İnsanlardan daha çox müqavimət alacaqsınız", - prezident vurğulayıb. Qeyd edək ki, 24 dekabrdan Serbiyada seçki nəticələrinə etiraz edən qərbyönlülərin aksiyaları başlayıb və sonradan iğtişaşlara çevrilib. Serbiya Prezidenti Aleksandr Vuçiç ölkə vətəndaşlarına müraciətində Belqradı gözlənilən iğtişaşlarla bağlı xəbərdar edən digər dövlətlərin partnyor xüsusi xidmət orqanlarına təşəkkür edib. Serbiyanın Baş naziri Ana Brnabiç isə gözlənilən iğtişaşlarla bağlı məlumatlara görə Rusiya kəşfiyyat xidmətlərinə təşəkkür edib. Serbiya müxalifəti isə etirazları yeni ildən fərqli formada keçirəcəklərini bildirib. |
2023-12-31 | 818,613 | Ukrayna Belqoroda bu bombalarla zərbə endirib | Kiyev hakimiyyəti Belqoroda hücum vasitəsilə cəbhədəki məğlubiyyətlərindən diqqəti yayındırmağa və Rusiyanı da analoji hücumlara təhrik etməyə çalışır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, Ukraynanın hücumu cavabsız qalmayacaq. Rusiya MN-in məlumatında həmçinin deyilir ki, zərbə iki raketlə - “Olxa” qadağan olunmuş kasset mərmisi, həmçinin Çexiya istehsalı “Vampire” reaktiv mərmiləri ilə endirilib. Qeyd edək ki, son məlumata görə, hücumda 20 nəfər həlak olub, 111 nəfər yaralanıb. |
2023-12-31 | 818,614 | Biz Quterreşin bu hücuma susmasına təəccüblənirik | Biz BMT Baş katibinin bu məsələdə susmasına təəccüblənirik. Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Ukraynanın Belqoroda hücumu ilə bağlı danışarkən deyib. O bildirib ki, Belqorodda hücumun bütün təşkilatçıları və günahkarları cəzalandırılacaq. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Belqorodun mərkəzinə endirdiyi zərbələr nəticəsində 20 nəfər ölüb, 111 nəfər isə yaralanıb. |
2023-12-31 | 818,627 | Bərbər pirotexniki vasitələr satırmış | Balakən rayonunun Püştətala kəndində yerləşən bərbərxanada bərbər O.Gondolov tərəfindən pirotexniki vasitələrin gizli şəkildə satıldığı müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, bərbərxanadan müxtəlif növ pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Şöbənin Qabaqçöl Polis Bölməsinin əməkdaşları isə istifadəsində olan VAZ markalı avtomobillə səyyar şəkildə pirotexniki vasitə, partlayıcı və tezalışan maddələr satan şəxs müəyyən olunub. Hər iki nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (istehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. |
2023-12-31 | 818,628 | Gəncədə avtomobil piyadanı vurub öldürdü | Gəncədə piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib. Axar.az xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan “Hunday” markalı minik maşını 1976-ci il təvəllüdlü İlkin Abdulayevi vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-31 | 818,629 | Belqoroda hücum: ölənlərin sayı 24-ə qalxdı | 10:39 Ukraynanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb, 108 yaralı var. Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat yayıb. O qeyd edib ki, 37 çoxmənzilli yaşayış binaya, 453 mənzilə, 3 fərdi təsərrüfata, 7 sosial obyektə, 53 avtomobilə ziyan dəyib. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiyanın Belqorod şəhərindəki hərbi obyektlərə raket zərbəsi endirib. |
2023-12-31 | 818,633 | Mənzil başına salamat çatmaq üçün buna riayət edin! | Baş Dövlət Yol Polisi İdarəsi Bayramla əlaqədar hərəkət iştirakçılarına müraciət edib. Axar.az sözügedən müraciəti təqdim edir: “31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bütün yol hərəkəti iştirakçılarını ürəkdən təbrik edir, bayram günlərinin xoş əhvali-ruhiyyə ilə keçirilməsi üçün hər kəsi küçə və yollarda təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırırıq. Qeyri-iş günlərində rayonlararası yollarda hərəkət intensivliyinin yüksələcəyi ehtimal olunur. Mənzil başına sağ-salamat çatmağınız, bayramı xoş əhval-ruhiyyə ilə keçirməyiniz üçün səfərə çıxmazdan əvvəl avtomobilin texniki vəziyyətinə diqqət yetirməyi, yolboyu qaydalara ciddi riayət etməyi, sürücülərlə yanaşı sərnişinlərin də təhlükəsizlik kəmərlərini bağlamalarını, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi xahiş edirik". |
2023-12-31 | 818,638 | Burkina-Fasoda fransızcanın rəsmi statusu ləğv edildi | Burkina-Fasoda fransız dili rəsmi dil statusunu milli dillərin xeyrinə itirib, ingilis dili isə Burkina-Faso administrasiyasında işgüzar statusu qazanıb. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Qərbi Afrika dövlətinin Keçid Qanunverici Assambleyası konstitusiya dəyişikliyini qəbul edib. “Milli dillərin rəsmi dil kimi bərqərar olması xalqın böyük diləyidir, hökumət də əmindir ki, xalq başqalarının dilində inkişaf edə bilməz”, – qəbul edilmiş sənəddə vurğulanıb. Dəyişikliyə görə, milli dillər təhsil, ədliyyə və dövlət idarəçiliyi sahələrində ünsiyyət vasitəsinə çevriləcək. Qeyd edək ki, Burkina-Fasoda əhalinin təxminən 90%-nin danışdığı 60-dan çox milli dil var. Onlardan ən çox yayılmışları mur, diula, bissa, daqara, fulfulde, qurmançemadır. |
2023-12-31 | 818,641 | Bu ölkələrə Şengen icazəsi verildi | Rumıniya və Bolqarıstana Şengen vizasına icazə verilib. Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. "Lakin icazə hələ də natamam formadadır. Belə ki, AB bu ölkələr üçün dəniz və hava sərhədlərində sərhəd nəzarətini ləğv etməyə razılaşıb, amma quru sərhədlərində nəzarət qüvvədədir. Şengen vizası mart ayından tətbiq oluna bilər. Aviaşirkətlər uçuş planlarını dəyişdirməlidir. Çünki müqavilə pasport nəzarətindən keçmədən gəliş terminalının dəyişdirilməsini nəzərdə tutur", - məlumatda deyilir. Qeyd edək ki, sözügedən ölkələrə Şengen vizasına icazə verilmə prosesi 12 il çəkib. |
2023-12-31 | 818,646 | FHN əhaliyə təkrar müraciət etdi | Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər. Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki, - evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı; - işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, nəzarətsiz qoyulmamalı; - ağac tezalışan oyuncaqla bəzədilməməli; - qapalı məkanda atəşfəşanlıq edilməməlidir. Həmçinin, bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin! |
2023-12-31 | 818,647 | Bayram günlərində ASAN Xidmət işləyəcək? - Rəsmi | Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın beşinədək ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində qeyri-iş günü olacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, yanvarın altısından etibarən vətəndaşlar mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər. |
2023-12-31 | 818,650 | Bu şəxslər iki min manatadək cərimələnəcək | Sabahdan buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə ediləcək. Axar.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkil edib inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə qırx manat məbləğində cərimə ediləcək. Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin və yük daşıma qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə səksən manat məbləğində cərimə ediləcək. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. |
2023-12-31 | 818,665 | Kikboksçu qızı sevgilisi vəhşicəsinə döydü - Video | Kikboksçu Tulin Ələkbərova sevgilisi tərəfindən ölümcül döyülüb. Kult.az xəbər verir ki, o, bu barədə İnstaqram hesabında yazıb. O bildirib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili ərazidə baş verib. Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən Tulin danışmaq üçün onu çağırıb. Nəticədə aralarında mühabisə yaranıb. Kikboksçu bildirib ki, zərbələr nəticəsində çoxsaylı bədən xəsarətləri alıb. |
2023-12-31 | 818,667 | ABŞ Rusiyaya qarşı buna hazır deyil - Lavrov | ABŞ-da prezident seçkisində kimin qalib gələcəyi Moskva üçün əhəmiyyətli deyil. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. "Vaşinqtondakı siyasi elita Rusiyanı düşmən və ekzistensial təhlükə kimi görür. Amerika Moskva ilə münasibətləri tamamilə silməkdən ehtiyatlanır, lakin ABŞ hələ də Rusiyanın maraqlarına hörmət etməyə hazır deyil", - o bildirib. |
2023-12-31 | 818,669 | Türk diplomatı qətlə yetirmiş terrorçu məhv edildi | İraqda türkiyəli diplomat Osman Kösenin qətlə yetirildiyi cinayətin iştirakçısı "Renas Derik" kod adlı PKK-çı Cəmil Akar Milli İstehbarat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi birgə hava əməliyyatı nəticəsində zərərsizləşdirilib. Axar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd edək, Cəmil Akar 2014-cü ilin sonlarında qanunsuz şəkildə Türkiyədən Suriyaya keçib və terror təşkilatına qoşulub. O, PKK/KCK-nın "xüsusi qüvvələr" adlanan strukturunda fəaliyyət göstərib. 2017-ci ildə Mahmurda kəşfiyyat təlimi keçib. Ərbil hücumundan əvvəl o, digər cinayət iştirakçıları ilə görüşmək və aksiyanı planlaşdırmaq üçün kənddən Mahmur düşərgəsinə gedib. Xatırladaq ki, 2019-cu ilin iyulun 17-də türkiyəli diplomat Osman Köse İraqın Ərbil şəhərində restoranda terrorçuların hücumuna uğrayaraq şəhid olub. |
2023-12-31 | 818,671 | 2024-ün ilk günü hava necə olacaq? | Yanvarın 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Bəzi rayonlarda arabir duman. Qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq. |
2023-12-31 | 818,677 | Mənə nə olub ki – idmançı adamam… | Özümü çox yaxşı hiss edirəm, səhhətim də yaxşıdır. Mənə nə olub ki - idmançı adamam! Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov səhhəti ilə bağlı vaxtaşırı sosial şəbəkədə yayılan iddialara cavabında deyib. O, guya ağır xəstəlikdən əziyyət çəkməsi barədə iddiaları təkzib edib: “Səhhətimlə bağlı heç bir problem yoxdur”. |
2023-12-31 | 818,679 | Putinin Paşinyana “Köçəryan mesajı”… | Rusiya Prezidenti Vladimir Putin Yeni il münasibətilə Avropa liderlərindən yalnız Serbiya Prezidenti Aleksandr Vuçiçi və Macarıstanın Baş naziri Viktor Orbanı təbrik edib. Rusiyanın Ukraynaya qarşı işğalçı müharibə və üzləşdiyi sanksiyalar fonunda bu təbiidir. Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Kreml sahibinin Ermənistanın keçmiş prezidentləri Robert Köçəryanla Serj Sərkisyanı təbrik etməsi də qeyri-adi deyil: “Putin bununla demək istəyib ki, Rusiya öz adamlarını unutmur. Putinin imkanı olsaydı, Baş nazir Nikol Paşinyanı devirib yaxın dostu Köçəryanı Ermənistanda hakimiyyətdə oturdardı. Ancaq Köçəryanın və Sərkisyanın erməni cəmiyyətində heç bir nüfuzu qalmayıb. Buna baxmayaraq, Putin Köçəryanı hələ dəftərindən silməyib və bu təbrik də Paşinyana mesajdır”. |
2023-12-31 | 818,681 | Ermənistanda partiya sədri saxlanıldı | Ermənistanda "Zvartnots" hava limanında "Vətənin Gücü" partiyasının sədri Tiqran Arzakantsyan Dubaya gedərkən saxlanılıb. Axar.az xəbər verir ki, bu haqda erməni mətbuatı məlumat yayıb. Onun çantasında naməlum növ odlu silah üçün 16 patron aşkar edilib. Faktla bağlı cinayət işi açılıb. |
2023-12-31 | 818,683 | Çin HƏMAS-a silah göndərib? | İsrail ordusu HƏMAS tərəfindən istifadə edilən xeyli sayda Çin silahını ələ keçirib. Axar.az xəbər verir ki, bununla bağlı İsrailin "N12" kanalı məlumat yayıb. İddiaya görə, silahların növləri və sayı onların qaçaqmalçılıq yolu ilə yox, planlı şəkildə gətirildiyini ciddi şübhə yaradır. |
2023-12-31 | 818,684 | Belqorodda yeni hücum: sirenlər işə düşdü | Belqorodda raket xəbərdarlığı sirenləri işə düşüb. Axar.az xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov öz Teleqram kanalında bildirib. “Belqorodda raket təhlükəsi sirenası işə salınıb. Bütün sakinlər sığınacaqlara enməlidir”, - Qladkov qeyd edib. Qeyd edək ki, ötən gün Ukrayna Belqoroda raket zərbələri endirib. |
2023-12-31 | 818,685 | Abşeronda şəhid övladları üçün bayram şənliyi keçirildi | “Heydər Əliyev İli” çərçivəsində Abşeron rayonunda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə şəhid övladları üçün bayram şənliyi keçirilib. Axar.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə şəhid ailələri, onların bizə əmanət qalan övladları və müharibə iştirakçıları iştirak edib. İştirakçılar əvvəlcə Xırdalan şəhərində Ulu Öndərin adını daşıyan parkda abidəsinin önünə tər güllər düzərək xatirəsini dərin ehtiramla yad ediblər. Tədbir çərçivəsində incəsənət nümayəndələrinin, sehirbazların, Yeni İl personajlarının iştirakı ilə uşaqlar üçün bədii-əyləncəli proqram təşkil olunub, uşaqların hazırladıqları kompozisiyalar, rəqs nümunələri nümayiş etdirilib. Uşaqlara hədiyyələr və bayram sovqatları təqdim olunub. Tədbir zamanı bildirilib ki, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə uşaqların xoşbəxt və firavan yaşaması üçün bütün lazım olan hər bir şərait təmin edilir. Sonda Heydər Əliyev Parkında Yeni İl atəşfəşanlığı keçirilib. Şəhid ailələri də öz növbəsində Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva hər zaman onları diqqətdə saxladıqlarına və göstərdikləri qayğıya görə öz təşəkkürlərini bildiriblər. |
2023-12-31 | 818,693 | Britaniya səfiri azərbaycanca təbrik etdi - Video | Britaniyanın ölkəmizdəki səfiri Ferqus Auld hər kəsi qarşıdan gələn yeni il münasibətilə Azərbaycan dilində təbrik edib. Axar.az xəbər verir ki, bu barədə səfir X hesabında bildirib. O, bu il həm faciəli hadisələrlə, həm də təəccüblü anlara şahid olduğumuza baxmayaraq, ili nikbinliklə başa vurduğunu bildirib. Səfir həmçinin bu il ölkələrimiz arasında ortaq maraqlar üzrə əməkdaşlığın artıdığı bir il olduğunu da xüsusilə vurğulayıb və Azərbaycan-Ermənistan münasibətlərinə toxunub. “Hər iki istiqamətdə dialoq və səfərlər daha dərin anlaşmaya təkan verdi və qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaratdı. Yeni ildən gözlədiyimiz çox şey var. Azərbaycanın və Ermənistanın elan etdiyi cəsarətli və etimadverici addımlar sayəsində sanki Cənubi Qafqazda sülhün bərqərar olmasına çox yaxınlaşmışıq!”, – deyə o bildirib. Ferqus Azərbaycanın COP-29-a ev sahibliyi etməsi üçün seçilməsinin böyük şərəf olduğunu və həmçinin planet və gələcək nəsillər üçün məsuliyyət olduğunu qeyd edib və Azərbaycanın bu təntənəli vəzifəni öz üzərinə götürəcəyinə əminliyini vurğulayıb. |
2023-12-31 | 818,694 | Bu sürücülərlə müqavilə bağlayanlar cərimələnəcək | Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə yeni cərimə müəyyənləşib. Axar.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində hazırlıq və xüsusi hazırlıq keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanmasına görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə ediləcək. Yuxarıda nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər iki min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə ediləcək. Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir. |
2023-12-31 | 818,695 | Kim Çen hədələdi: Bu halda nüvə zərbəsi endiriləcək | KXDR əleyhdarlarının ehtiyatsız siyasəti hər an Koreya yarımadasında müharibəyə səbəb ola bilər. Axar.az xəbər verir ki, bu sözləri Şimali Koreya lideri Kim Çen İn deyib. Kim Çen İn bəyan edib ki, ABŞ və Cənubi Koreya Pxenyanla hərbi qarşıdurmaya cəhd etsə, ölkənin nüvə müharibəsindən çəkindirici qüvvələri ciddi tədbir görəcək. Eyni zamanda, Kim Çen silahlı qüvvələrə qətiyyətli hərəkətə hazırlamaq barədə göstəriş verib: "Əgər düşmən qüvvələrin atdığı qarşıdurma xarakterli hərbi addımlara və Koreya yarımadasında hər saat pisləşən təhlükəli vəziyyətə yaxından nəzər salsaq, bizim üçün müharibə sözü abstraksiya deyil, faktiki yaxınlaşan reallıqdır". |
2023-12-31 | 818,697 | ABŞ husilərin ballistik raketini vurdu | Amerikanın "Qreyvli" hərbi gəmisi husilərin "Maersk" şirkətinin "Hangzhou" ticarət gəmisinə hücumuna cavab olaraq Qırmızı dənizdə iki gəmi əleyhinə ballistik raketi vurub. Axar.az xəbər verir ki, bu barədə Amerika Mərkəzi Komandanlığının X sosial media hesabında məlumat yayılıb. "ABŞ-ın "Qreyvli" hərbi gəmisi husilərin ticarət gəmisinə hücumuna cavab olaraq, iki ədəd gəmi əleyhinə ballistik raketi vurub", - məlumatda deyilir. Qeyd olunur ki, daha əvvəl Sinqapur bayrağı altında üzən Danimarkanın "Maersk" gəmiçilik şirkətinin “Hangzhou” konteyner gəmisi Qırmızı dənizin cənubundan tranzit keçərkən raketlə vurulub və yardım istəyib. ABŞ Mərkəzi Komandanlığı sözügedən gəminin istifadə üçün hələ də yararlı olduğunu və itkilərin olmadığını vurğulayıb: "Bu, husilərin 19 noyabrdan bəri beynəlxalq gəmiçiliyə 23-cü qanunsuz hücumudur". |
2023-12-31 | 818,701 | Şolts Putini tənqid etdi: Krantı bağladı | Almaniya kansleri Olaf Şolts Yeni il müraciətində Rusiya Prezidenti Vladimir Putin və Ukraynadakı münaqişə haqqında sərt danışıb. Axar.az xəbər verir ki, bu barədə "Die Welt" məlumat yayıb. "Kovid-19-un təsiri azalan kimi Rusiya Avropanın mərkəzində amansız qarşıdurmaya başladı", - o bildirib. Şolts vurğulayıb ki, Ukraynada münaqişə başlayandan sonra Putin qaz krantını bağladı. |
2023-12-31 | 818,703 | Estoniya orduya bu qədər pul ayıracaq | Estoniya Müdafiə Qüvvələrinin komandanı, general general Martin Herem ölkəsinin ümumi daxili məhsulunun (ÜDM) 3%-ni milli müdafiəyə sərf etmək niyyətində olduğunu bildirib. Axar.az xəbər verir ki, bu barədə "Louna-Eesti Postimees" qəzeti məlumat yayıb. Onun sözlərinə görə, müdafiə büdcəsi 1,3 milyard avro təşkil edəcək: "Bu məbləğin yarısı növbəti 4 il ərzində silah və sursatların alınmasına sərf olunacaq. 240 kilometrə qədər məsafədə fəaliyyət göstərmək üçün kifayət qədər imkanlarımız var. Bu bizi ölkəmizə hücum etmək istəyənlər üçün daha təhlükəli edir", - o bildirib. |
2023-12-31 | 818,704 | İsrail tankları belə vuruldu - Video | HƏMAS Qəzzada gedən döyüşlər zamanı xeyli sayda İsrail tankını və hərbi texnikasını vurub. Axar.az xəbər verir ki, bununla bağlı Teleqram kanallarında yeni görüntülər yayılıb. |
2023-12-31 | 818,707 | YAP-ın seçkilərdə məşvərətçi səs hüquqlu üzvü... | Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Mərkəzi Seçki Komissiyasına (MSK) təyin edilmiş məşvərətçi səs hüquqlu üzvü təsdiq edilib. Axar.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova qurumun bu gün keçirilən iclasında məlumat verib. Onun sözlərinə görə, Milli Məclisin deputatı Kamal Cəfərov məşvərətçi səs hüquqlu üzv olmaq üçün müraciət edib. Müzakirələrdən sonra məsələ səsə qoyularaq təsdiq edilib. Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub. MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. |
2023-12-31 | 818,709 | Əvəz Temirxan da təsdiqləndi - say 17-yə çatdı | Mərkəzi Seçki Komissiyası (MSK) daha bir şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Əvəz Bəbirxan oğlu Temirxanın namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 17-yə çatıb. Xatırladaq ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. MSK-nın dekabrın 30-da keçirilən iclasında isə İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb. Daha əvvəl isə MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunub. MSK-nın dekabrın 26-da keçirilən iclasında isə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Dekabrın 30-da isə Namizəd Heydər oğlu Səfərov namizədliyinin irəli sürülməsini təsdiq edib. Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. |
2023-12-31 | 818,710 | ABŞ Camal Qaşıqçının xanımına sığınacaq verdi | ABŞ 5 il əvvəl öldürülən jurnalist Camal Qaşıqçının həyat yoldaşına siyasi sığınacaq verib. Axar.az xəbər verir ki, jurnalistin həyat yoldaşı Hanan Elatr ərinin ölümündən sonra ABŞ-a sığınmışdı. Qeyd edək ki, ABŞ kəşfiyyat orqanları “Vaşinqton Post”un səudiyyəli köşə yazarı Camal Qaşıqçının Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın əmri ilə bu ölkənin İstanbuldakı Baş Konsulluğunda öldürüldüyü qənaətinə gəlib. |
2023-12-31 | 818,711 | Ölkəmiz üçün 2023-cü ilin 7 əsas hadisəsi | 2023-cü il Azərbaycan siyasi meydanında bir çox ciddi və taleyüklü hadisələrlə yadda qaldı. Axar.az cari il ərzində ölkəmizdə baş verən mühüm siyasi hadisələrin bəzilərinin siyahısını təqdim edir: 1. İsraildə səfirliyimiz fəaliyyətə başladı və yanvarın 11-də Azərbaycan Prezidentinin sərəncamı ilə Muxtar Məmmədov İsrailə səfir təyin edildi; 2. Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədildi. Hücumun dəf edilməsi zamanı diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid oldu və 2 mühafizəçi yaralandı; 3. Aprel ayının 23-də Ermənistanla sərhəddə, Laçından Yuxarı Qarabağa gedən yolun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qoruldu; 4. 19 sentyabr tarixində Azərbaycan Ordusu tərəfindən ölkəmizin konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağdakı separatçılara qarşı antiterror əməliyyatı aparıldı və 23 saat 43 dəqiqəyə əməliyyat uğurla başa çatdı, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edildi; 5. Sentyabrın 28-də separatçıların lideri Samvel Şahramanyan "fərman" imzalayaraq qondarma “artsax respublikasını” buraxdı; 6. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq separatçılardan təmizlənmiş Xankəndidə 8 noyabr - Zəfər Günü ilə bağlı möhtəşəm hərbi parad keçirildi. 7. Dekabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev 7 fevral 2024-cü il tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. |
2023-12-31 | 818,715 | Moskva təhdid edildi: "Taurus" raketləri... | Münhen Təhlükəsizlik Konfransının keçmiş rəhbəri Volfqanq İşinger Qərb ölkələrinin Ukraynaya dəstək mövqeyini tənqid edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. O, Kiyevin müttəfiqlərini bu məsələdə passiv mövqedən aktiv mövqeyə keçməyə çağırıb: "Moskvaya qarşı niyə bu qədər yumşaq davranırıq? Bu, çox pis strategiyadır". İşinger qeyd edib ki, Rusiya Prezidenti Putinə, Ukraynaya hava hücumları davam edərsə, uzaqmənzilli “Taurus” raketlərinin Kiyevə çatdırılacağına dair siqnal göndərməlidir. |
2023-12-31 | 818,717 | Yeni ildə uşaqlar üçün tamaşalar - Qiymət | 2024-ci ilin ilk həftəsi teatrlar xüsusilə uşaqlar üçün bayram proqramı hazırlayıb. Kult.az mədəniyyət mərkəzlərinin və teatrların bayram repertuarını təqdim edir: - 1-5 yanvar: Akademik Milli Dram Teatrı (”Şaxta Baba buzlar ölkəsində”), 10 manat; - 1-2-3 yanvar: Bakı Konqres Mərkəzi (“Cırtdan nağıllar aləmində”), 8-40 manat; - 1-6 yanvar: Lənkəran Dövlət Dram Teatrı (“Qış nağılı”), 3-4-5 manat; - 2-3 yanvar: Heydər Əliyev Sarayı (“Yeni il şənlikləri 2024”), 6-10 manat; - 4 yanvar: Heydər Əliyev Sarayı (“Şaxta babanın axtarışında”), 5-35 manat; - 5 yanvar: Azərbaycan Dövlət Kukla Teatrı (“Qar kraliçası”), 5 manat; - 5 yanvar: Azərbaycan Dövlət Kukla Teatrı (“Düyməcik”), 5 manat; - 6 yanvar: Azərbaycan Dövlət Kukla Teatrı (“Ağca və yeddi cırtdan”), 5 manat; - 6 yanvar: Azərbaycan Dövlət Kukla Teatrı (“Çippolino”), 5 manat; - 7 yanvar: Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı (“Qar kraliçası və 7 gözəl”), 8-25 manat; - 7 yanvar: Azərbaycan Dövlət Kukla Teatrı ("Qoğal"), 5 manat: |
2023-12-31 | 818,720 | İsrail XİN-ə yeni rəhbər təyin edildi | Əvvəllər İsrailin energetika naziri vəzifəsində çalışmış İsrail Katz ölkənin xarici işlər naziri təyin edilib. Axar.az xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, bugünədək sözügedən nazirliyə Eli Kohen rəhbərlik edib. |
2023-12-31 | 818,723 | Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edildi | Ukraynada sutka ərzində ikinci dəfə hava hücumu xəbərdarlığı elan edilib. Axar.az xəbər verir ki, Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələri Komandanlığı raketin Kirovoqrad vilayətində şimal-qərbə doğru atıldığı barədə məlumat verib. İlkin olaraq Dnepropetrovsk, Kirovoqrad və Nikolayev vilayətlərində yerli vaxtla saat 13:10-da hava hücumu xəbərdarlığı elan edilib. 15 dəqiqədən sonra - Kiyevdə və digər bölgələrdə də xəbərdarlıq olub. Bazar günü səhər saatlarında Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib və bu, təxminən bir saat davam edib. |
2023-12-31 | 818,728 | Bayram ab-havalı Bakı... - Foto | Bakı Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü və Yeni ilin gəlişini qeyd edir. Axar.az bayram ab-havalı şəhərimizdən fotoları təqdim edirik: |
2023-12-31 | 818,729 | Son 7 gündə məhv edilən silahlıları sayı… - Netanyahu | Son 7 gündə İsrail qüvvələri Qəzza zolağında 100-dən çox silahlı radikalı məhv edib. Axar.az xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin iclasında deyib. "Hər gün onlarla, bəzən daha çox terrorçu məhv edilir. Biz HƏMAS-ı məhv edəcəyik, girovlarımızı geri qaytaracağıq və bu müharibədə qalib gələcəyik”, - Benyamin Netanyahu bildirib. |
2023-12-31 | 818,730 | İraqın şimalında iki terrorçu zərərsizləşdirildi | İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində PKK-nın iki terrorçusu zərərsizləşdirilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. “PKK terror təşkilatına qarşı əməliyyatlarımız qətiyyətlə davam edir. İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat bölgəsində müəyyən edilən PKK-nın iki terrorçusu Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib”, – müdafiə qurumu diqqətə çatdırıb. |
2023-12-31 | 818,734 | Şuşa və Suqovuşana gedənlərin təhlükəsizliyinə nəzarət - Video | Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən bayram günlərində Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfər edən şəxslərin təhlükəsizliyi məqsədilə zəruri tədbirlər davam etdirilir və nəzarətdə saxlanılır. Gedişənə icazə verilən bütün vətəndaşların və turistlərin sərbəst keçidi təmin edilir. DİN-in mətbuat xidmətindən Axar.az-a bildirilib ki, fərdi minik avtomobilləri ilə səfər edən və müvafiq portaldan (www.yolumuzqarabaga.az) qeydiyyatdan keçən vətəndaşların Şuşa şəhərinə səfəri Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonları istiqamətindən müəyyən edilən marşrut üzrə təşkil edilir. Təhlükəsizlik məqsədilə marşrutdan kənar ərazilərə insanların hərəkətinə icazə verilmir. Bununla bağlı müvəqqəti polis postlarında sürücülərə təlimat-bildirişlər təqdim olunur. |
2023-12-31 | 818,735 | Kəmaləddin Heydərov yeni rəis təyin etdi | Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinə yeni rəis təyin edilib. Axar.az Report-a istinadən xəbər verir ki, Mirfuad Mahmudov Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəisi təyin olunub. İdarənin rəisi Tahir Quliyev isə işdən azad edilib. Bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov əmr imzalayıb. Xatırladaq ki, M.Mahmudov daha öncə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə idarəsinin rəis müavini işləyib. |
2023-12-31 | 818,737 | Bayram günlərində bu cür qidalanın - Diyetoloq | Bayram günlərində istəyirik ki, süfrəmizdə bütün təamlar olsun və onlardan bol-bol istifadə edək. Lakin yediklərimizin sağlamlıq problemi yaratmaması üçün bayram süfrəsində diqqət yetirilməsi gərəkən bir sıra məqamlar var. Bu sözləri Axar.az-a açıqlamasında diyetoloq Tutu Zeynalova deyib. Diyetoloq bildirib ki, bayram günlərində gündəlik qidalanmanı azaltmalıyıq: “Normalda gün ərzində 3-4 dəfə qidalanırıqsa, bayram günlərində gec oyandığımız üçün 2 dəfə qidalanmalıyıq. Bu, artıq çəki almamaq üçün lazımdır”. Zeynalovanın sözlərinə görə, süfrədə yemək sıralaması bu cür olmalıdır: “Bayram süfrəsinə əyləşərkən ilk növbədə yeməyə salatla başlamalıyıq. Çalışaq ki, bayrama hazırladığımız salatlar mayonezsiz olsun. Mayonez və xamadan minimum istifadə etmək lazımdır. Yeməkləri bəyaz ətdən – toyuq, balıq, hind quşu ətindən hazırlasaq daha yaxşı olar. Çünki axşam saatlarında qırmızı ət daha çətin həzm olunur. Yeməyə salatla başlayıb, ətlə davam edib, karbohidratları (çörək, düyü, kartof) sona saxlamalıyıq. Bundan əlavə yeməkdən öncə həzmsizlik və köp problemlərinin aradan qaldırılması üçün evdə hazırlanmış 1 stəkan suya 1 çay qaşığı sirkə töküb içməliyik. Yemək yeyərkən tələsməməli, yeməyi yaxşı-yaxşı çeynəməliyik. Bu qidanın daha yaxşı həzm olunmasına xidmət edəcək. Yemək yedikdən sonra şirniyyatları növbəti günə saxlamaq daha əlverişli olar. Əgər şirniyyat yemək istəyirsinizsə, meyvə yeməməyiniz və karbohidratlardan az istifadə etməyiniz daha uyğun olar. Şirniyyat alarkən və ya hazırlayarkən çalışmalıyıq ki, onlar südlü şirniyyatlar olsun, bol kremli və biskvitli şirniyyatlardan uzaq olmalıyıq. Süfrədə əsas içki kimi sudan istifadə etmək lazımdır. Yeməkdən sonra yaxşı olar ki, 15 dəqiqə piyada gəzək. Bu da qan şəkərimizin dalğalanmasının və bayramın səhərisi günü başağrı olmadan oyanmağımıza səbəb olacaq. Bayram günlərində bol su içməli, bol hərəkət etməliyik”. |
2023-12-31 | 818,738 | BMT Azərbaycan xalqını təbrik etdi - Foto | Birləşmiş Millətlər Təşkilatı Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni İl münasibətilə təbrik edir. Axar.az xəbər verir ki, bu barədə BMT-nin Azərbaycan nümayəndəliyi sosial şəbəkədə paylaşım edib. 2024-cü il hər birini üçün sülh və sevgi dolu olsun! Bayramınız mübarək! |
2023-12-31 | 818,740 | Uğur gətirməsi üçün əjdaha hara qoyulmalıdır? | Şərq təqviminə görə, 2024-cü il Yaşıl Taxta Əjdaha ili olacaq. Əjdaha gücün, zadəganlığın, şərəfin, uğurun simvoludur. Kult.az xəbər verir ki, ilin rəmzinin evə firavanlıq gətirəcəyi və onu çətinliklərdən qoruyacağına inanılır. Astrologiyanın müəyyən etdiyi qaydaya görə, bu il Yaşıl Əjdahanın ağacdan olması daha düzgündür. İlin rəmzi bütün ailənin toplaşdığı yerə qoyulmalıdır. Məsələn, qonaq otağında və ya mətbəxdə. Amma keçmiş illərin rəmzlərini uzaqlaşdırmaq daha yaxşıdır. |
2023-12-31 | 818,741 | Ukrayna bu istiqamətdə 300 hərbçi itirdi | Rusiya Silahlı Qüvvələri Kupyansk istiqamətində dörd hücumu dəf edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, gün ərzində sözügedən istiqamətdə Ukrayna ordusu 120 hərbçisini itirib: "Donetsk istiqamətində isə Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin 3 hücumunu dəf edib. Bu istiqamətdə Ukrayna 300-ə qədər itki verib". |
2023-12-31 | 818,742 | Hərbçilərimiz bayramı uşaqlarla qeyd etdi - Video | Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmələr, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib. Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən bildirilib. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Bayram tədbirlərində çıxış edənlər həmrəylik gününün yaranma tarixi, əhəmiyyəti, respublikamızın inkişafının möhkəm təməlini qoyan Ulu Öndərin əvəzsiz xidmətlərindən və onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasını Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi və digər uğurlu döyüş əməliyyatlarında qazanılan qələbələrdən, eləcə də bütün sahələrdə tərəqqinin təmin edilməsindən söz açıblar. Tədbirlər çərçivəsində hərbi qulluqçular üçün sənədli filmlər, videoçarxlar, foto və kitab sərgiləri nümayiş etdirilib, yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə görüşlər, mədəni-kütləvi, vətənpərvərlik tədbirləri keçirilib. Müdafiə nazirinin tapşırığına əsasən, həmçinin hərbi qulluqçular tərəfindən uşaq evləri ziyarət olunub, bayram süfrələri açılıb, uşaqlara müxtəlif hədiyyələr və əyləncəli proqram təqdim edilib. Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, eləcə də rayon mədəniyyət şöbələrinin yaradıcı kollektivləri maraqlı konsert proqramları ilə çıxış ediblər. |
2023-12-31 | 818,743 | Qəzzada ölənlərin sayı 22 minə yaxınlaşır | Bu il oktyabrın 7-də HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin kəskinləşməsindən bəri Qəzza zolağında ölənlərin sayı 21 min 822 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb. |
2023-12-31 | 818,749 | Sabahdan pensiya, maaş və sosial yardımda artımlar... | 2024-cü ilin ilk günündən etibarən bir sıra sosial ödənişlərdə yeni artımlar hesablanacaq. Belə ki, yanvar ayından başlayaraq indeksasiya sisteminə uyğun olaraq pensiyalarda artımların hesablanması həyata keçiriləcək. 2024-cü ildə əmək pensiyalarındakı artım məhz 2023-cü ilin orta aylıq əmək haqqına edilən artım faizinə uyğunlaşdırılacaq. Belə ki, 2023-cü ilin geridə qalan aylarında orta aylıq əmək haqqında 11,3% artım qeydə alınıb. Bu, o deməkdir ki, mövcud tendensiya davam edəcəyi halda 2024-cü ilin yanvarında pensiyalar orta hesabla 11% artırılacaq. Artımlar əmək pensiyası alanların hamısına şamil ediləcək. Yəni məbləğdən asılı olmayaraq əmək pensiyası alan vətəndaşlarımızın pensiyasının gələn aydan etibarən 11% artırılacağı gözlənilir. Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı-alim, deputat Vüqar Bayramov qeyd edib. O bildirib ki, vahid indeksasiya mexanizmi formalaşdırıldığı üçün indeksasiya yolu ilə artımlar bütün əmək pensiyası alanları əhatə edir: "Hər bir pensiyaçı öz pensiyasındakı artımları asanlıqla hesablaya bilər. Məsələn, vətəndaş 500 manat pensiya alırsa, onun pensiyasında, təxminən, 55 manat artım olacaq. İndeksasiya ilə artım fevralın əvvəlində reallaşsa da, artımlar məhz yanvar ayından hesablanır. Pensiyaçı yanvar ayında 500 manat pensiya alacaq, yanvar ayı üçün artırılmış 55 manatı isə fevral ayının pensiyası ilə birlikdə alacaq. Beləliklə, yanvar ayından qalan 55 manatla fevral ayının artımını birlikdə hesablasaq, vətəndaş fevral ayında 555 manat deyil, 610 manat pensiya alacaq. Mart ayında isə 555 manat artırılmış pensiyanı almağa davam edəcək. Sosial yardımlara gəldikdə isə sabahdan ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq. Yeni ehtiyac meyarının müəyyənləşdirilməsi ünvanlı sosial yardımın aylıq məbləğinin artırılması və müraciətin genişləndirilməsi baxımdan vacibdir. Bu kontekstdən ehtiyac meyarının artırılması ünvanlı sosial yardım proqramı çərçivəsində vətəndaşlarımızın aldığı yardım məbləğinin gələn ildən artmasına səbəb olacaq. Eyni zamanda, ehtiyac meyarı artırıldığı üçün daha çox ailə ünvanlı sosial yardıma müraciət edə biləcək. Aydınlıq üçün: ailənin 5 üzvü var və həmin ailənin rəsmi aylıq gəliri 800 manatdır. Bu il həmin ailə üçün 1230 manat (5 nəfər X 246 manat) ehtiyac meyari, yəni xərc hesablanır. Bu zaman ailənin xərci ilə gəliri arasındakı fərq 430 manat (1230 manat- 800 manat) olur. Həmin ailənin ünvanlı sosial yardıma müraciət hüququ olduğu halda o proqram çərçivəsində ayda dövlətdən 430 manat yardım ala bilir. Amma bu rəqəm gələn ildən artacaq. Belə ki, həmin ailə üçün ehtiyac meyar gələn ildən 1350 manata yüksəlir (5 nəfər X 270 manat) və nəticədə həmin ailənin gəliri dəyişmədiyi halda aldığı aylıq yardım 430 manat deyil, 550 manat (1350 manat- 800 manat) olur. Minimum əmək haqqına gəldikdə isə, bu artımlar isə büdcə paketi ilə deyil, il ərzində ölkə Prezidentinin imzaladığı sərəncamlarla reallaşır. Son illər mütəmadi olaraq minimum əməkhaqqıda artımlar həyata keçirilir. Bunlar isə vətəndaşların sosial təminatının gücləndirilməsi baxımından vacib addımlardır. 2024-cü ildə minimum əməkhaqqı məbləğinin fiskal gəlirlərimizdən asılı olacağı gözlənilir. Gələn ilin büdcəsində ümumi xərclərin 45%-ni sosial xərclər təşkil etdiyindən sosial paketin genişlənmə imkanları yüksəkdir". |
2023-12-31 | 818,751 | Pirotexnika satan şəxs məsuliyyətə cəlb edildi | Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən sakinlərin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Axar.az-a verilən məlumata görə, şəhər ərazisində keçirilən tədbirlər zamanı pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən bir nəfər müəyyən edilib. Həmin şəxsdən müxtəlif növ pirotexniki vasitələr, partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb. Faktla bağlı qaydaları pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək baxılması üçün şəhər məhkəməsinə göndərilib. |
2023-12-31 | 818,753 | Szinpindən tarixi müraciət: Çin və Tayvan birləşəcək! | Çin və Tayvanın birləşməsi tarixi zərurətdir. Axar.az xəbər verir ki, bu sözləri Çin dövlət rəhbəri Si Szinpin xalqa Yeni il müraciətində deyib. “Tayvan boğazının hər iki tərəfindəki soydaşlar birləşməli və milli dirçəlişin böyük şöhrətini paylaşmalıdırlar", - deyə Szinpin bildirib. |
2023-12-31 | 818,756 | Ruslar zərbə endirdi, alman jurnalistlər yaralandı | Ötən gün Rusiya Silahlı Qüvvələrinin Xarkova zərbələri nəticəsində oteldə olan ZDF (Almaniya) telekanalının əməkdaşları xəsarət alıb. Axar.az xəbər verir ki, bu barədə jurnalistlərdən biri sosial şəbəkə səhifəsində yazıb. Bildirilib ki, hücum zamanı beş jurnalist oteldə olub. Əlavə məlumat verilmir. |
2023-12-31 | 818,758 | İranda çirkli hava 27 min insanı öldürdü | İranda çirkli hava səbəbindən bu il 27 mindən çox insan ölüb. Axar.az xəbər verir ki, bunu Tehranın Ətraf Mühit və Şəhərsalma Xidmətləri Komissiyasının sədri Mehdi Pirhadi deyib. Məlumata görə, təkcə Tehranda 6 min 398 adam bu səbəbdən dünyasını dəyişib. Ölkədə əhali sıxlığının, köhnə model avtomobillərin və motosikletlərin buraxdığı qazların hava çirklənməsinə səbəb olduğu bildirilir. |
2023-12-31 | 818,759 | Laçında iki mərkəzin açılışı oldu - Video | Laçın şəhərində "Gilabi Ceramics" Yaradıcılıq Mərkəzinin və "İslimi" Xalçaçılıq Mərkəzinin açılışı olub. Axar.az xəbər verir ki, açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, "Bakı Abadlıq Xidməti" MMC-nin, "Laçın Abadlıq Xidməti" ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər. Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanış olublar. Qeyd edək ki, "Gilabi Ceramics" Mərkəzidə bir vaxtlar Laçında hazırlanan müxtəlif əl işləri yenidən ərsəyə gətiriləcək, həm də sakinlər iş yerləri ilə təmin olunacaqlar. "İslimi" Xalçaçılıq Mərkəzində isə Qarabağ xalçaçılıq məktəbinə aid "Qasımuşağı" xalçaları toxunacaq. |
2023-12-31 | 818,760 | 676-cı gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 676-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 359 230 hərbçi, 5 977 ədəd tank, 11 070 ədəd zirehli döyüş maşını, 8434 ədəd artilleriya sistemi, 943 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 623 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 292 ədəd avtomobil texnikası, 6591 ədəd PUA, 1 709 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 268 xüsusi avadanlıq itirib. |
2023-12-31 | 818,761 | Azərbaycanda 2 nəfər koronadan öldü | Azərbaycanda son 20 gün ərzində (11-31 dekabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 116 yeni yoluxma faktı qeydə alınıb. COVID-19-a yoluxan 102 nəfər sağalıb. Həftə ərzində analiz cavabı müsbət çıxan 2 nəfər ölüb. İndiyədək ölkədə ümumilikdə 834 305 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 872 nəfər müalicə olunaraq sağalıb, hazırda 54 aktiv xəstə var. Bu günə qədər 10 379 nəfər vəfat edib. Məlumata görə, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 149, bu günə qədər isə ümumilikdə 7 733 717 test icra olunub. |
2023-12-31 | 818,762 | 676-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı | Rusiya müharibənin 676-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 564 təyyarəsi, 263 helikopteri, 10 272 PUA-sı, 445 zenit-raket kompleksi, 14 412 tank və digər zirehli texnikası, 1 194 reaktiv yaylım atəş sistemi, 7 578 artilleriya və minaatanı, 16 905 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib. |
2023-12-31 | 818,767 | Yollarda görünüş məsafəsi məhdudlaşacaq | Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən xəbərə görə, yanvarın 1-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimal olunur. |
2023-12-31 | 818,769 | Bundan sonra da Azərbaycanın yanında olacağıq – Gülər | Bu günə qədər olduğumuz kimi, bundan sonra da can qardaşlarımızın yanında olacağıq. Axar.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib. Nazir bildirib ki, Türkiyə ilə Azərbaycanın əlaqəsi sarsılmazdır: "Türkiyə və Azərbaycan arasında qardaşlıq bağı var. Bu sarsılmaz qardaşlıq bağı Qafqazdakı problemlərin həlli üçün önəmli qapı açıb". |
2023-12-31 | 818,770 | Putin Rusiyanın gələcəyindən danışdı | Rusiya irəli getməli və gələcəyi qurmalıdır. Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Yeni il müraciətində deyib. “Biz irəli getməliyik, gələcəyi yaratmalıyıq. Ötən il biz çox çalışdıq və çox şey etdik”, - Rusiya lideri vurğulayıb. |
2023-12-31 | 818,773 | Çində güclü zəlzələ baş verdi | Çində 5,3 bal gücündə zəlzələ qeydə alınıb. Axar.az xəbər verir ki, zəlzələnin episentri Qansu əyalətinin Baiyin şəhərindən 81 km şimal-şərqdə yerləşib. Dağıntı və tələfat barədə məlumat verilməyib. |
2023-12-31 | 818,781 | Azərbaycanlı qanuni oğruların qanlı "razborkası"... | Moskva vilayətinin Leninski rayonunda, “Vidnaya Zastava” restoranını yaxınlığında Azərbaycandan olan kriminal qruplar arasında qanla bitən “razborka” olub. Axar.az Musavat.com-a istinadən xəbər verir ki, hadisənin bir neçə gün əvvəl baş verdiyi deyilir. Məlumata görə, kriminal aləmdə daha çox “Rufo Gəncinski” kimi tanınan 42 yaşlı qanuni oğru Ülfət Tağıyev “Dato Ağcabədinski” kimi tanınan 38 yaşlı qanuni oğru Cavid Məmmədovla “razborka” edib. Onların hər ikisinin yanında öz adamları olub. Mübahisə sonradan silahlı atışmaya çevrilib, nəticədə bir azərbaycanlı öldürülüb, biri isə çiynindən yaralanıb. İddiaya görə, Rufo Gəncinski narkotikin güclü təsiri altında olub. Belə ki, əməliyyatçıların suallarını cavablandırarkən qeyri-adekvat olub. Eyni zamanda, ondan “qanuni oğru” olub-olmaması barədə soruşulduqda tərəddüd etmədən oğru statusunu təsdiqləyib. Bununla belə, azərbaycanlı qanuni oğru haqda sərt tədbir görülməyib. Bildirilir ki, Moskvada cinayət aləminə nəzarət etmək üçün asayiş keşikçiləri hər millətdən bir və ya iki qanuni oğrunun azadlıqda qalmasında maraqlıdır. İndi Qafqazda kriminal qruplar arasında azərbaycanlılar ən zəngin və təhlükəli sayılırlar. İndi onlara eyni anda üç qanuni oğru nəzarət edir: Rufo, Taleh və Vaqif. Sonuncu ikisinin bir-biri ilə münasibətləri yaxşıdır, Rufoya isə məsafəli davranırlar. Xatırladaq ki, Rufo Gəncinski 1981-ci il aprelin 12-də Gəncə şəhərində anadan olub, mərhum qanuni oğru Rövşən Canıyevin (Lənkəranski) ən yaxın adamlarından sayılırdı. Gəncinski 2012-ci ildə Dubayda Lənkəranskinin Moskvada hökmranlıq edən Ded Xasan klanı ilə qarşıdurmanın qızğın vaxtında qanuni oğru adı alıb. 2013-cü ilin sentyabrında DİN və FTX əməkdaşları tərəfindən Moskvada saxlanılıb. O, Lyublinsk bazarının təsisçilərindən birini, öz həmvətəni olan Elham Əliyevi güllələyib. 8 illik cəzasını çəkdikdən sonra onun Rusiyadan deportasiya ediləcəyi gözlənilirdi. Rufonun deportasiyası ilə bağlı hüquq-mühafizə orqanlarında fikir ayrılığı yaranıb. Nəticədə o, məntəqədən buraxılıb və hazırda Moskvada yaşayır. Başqa bir məlumata görə, Rufo Rövşən Lənkəranskinin yaxın qohumu Zaurun yanındadır. Onun tez-tez Moskvanın mərkəzindəki Novıy Arbat küçəsində yerləşən “Matç Point” restoranında olduğu da deyilir. Cavid İltizam oğlu Məmmədov isə 1985-ci il martın 14-də Ağcabədidə anadan olub. Bir müddət sonra o, Moskvaya köçüb, orada yaşayıb. Burada kriminal aləmə qoşulub. 2002-ci ildə Moskvada bir nəfəri öldürməyə cəhddə təqsirləndirilərək həbs edilib. Moskva şəhər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 2006-cı ildə Rusiyanın ən ağır cəzaçəkmə müəssisəsi olan "Vladimir Sentral"a göndərilib. 2013-cü iyunun 27-də Yunanıstanda keçirilən "sxodka"da ona "qanuni oğru" adı verilib. |
2024-01-01 | 818,782 | Rus ordusu yenilməzliyini bir daha göstərdi - Şoyqu | Rusiya ordusu Qərbin bütün ümidlərinin əksinə olaraq, 2023-cü ildə düşməni istənilən şəraitdə məğlub etmək qabiliyyətini və yenilməzliyini bir daha nümayiş etdirdi. Axar.az xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib. Şoyqunun sözlərinə görə, Rusiya hərbçilərinin cəsarəti sayəsində düşmənin bütün planları toz oldu: "Məğlubedilməz qətiyyət və qələbə iradəsi həmişə Rusiya ordusunun əsgərində olub və qalmaqdadır”. |
2023-12-31 | 818,783 | Ukrayna ötən il Qərbdən nə qədər yardım aldı? | Kiyev 2023-cü ildə Qərb tərəfdaşlarından 42,5 milyard dollar alıb, lakin bu məbləğin yalnız dörddə biri qrant şəklində, yəni qarşılıqsız verilib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib. "2023-cü ildə beynəlxalq tərəfdaşlarla 300-dən çox işçi görüşü keçirildi. Biz Ukraynanın büdcə ehtiyacları üçün 42,5 milyard dollar topladıq, bunun 25%-i qrant dəstəyi olub", - nazir bildirib. Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, daxili bazarda borclanma ötən illə müqayisədə iki dəfə artıb və 15,5 milyard dollar təşkil edib. |
2023-12-31 | 818,789 | Şuşaya avtomobillərin girişi qadağan olunacaq - Ekspert | Şuşaya dəmiryol xəttinin çəkilməsi hələ ki, planda yoxdur. Axar.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı Globalinfo.az-a açıqlamasında deyib. O, dəmir yolu xətti ilə bağlı kiçik araşdırma apardığını bildirib: “Bu, gələcəkdə reallaşdırıla bilər. Bir çox ölkədə turistik bölgələrə dəmiryol xətləri çəkirlər. Burada əsas hədəf odur ki, insanlar dəmir yolu ilə bilet alırlar, səyahət edirlər, o gözəl yerləri görürlər, təbiəti seyr edirlər və rahat şəkildə mənzil başına çatırlar, istirahətlərini edirlər. Qatar səfərləri adətən mənzərəli yerlərə ona görə istiqamətləndirilir ki, turizm baxımından effekt versin. Daha sərnişin oturub fikirləşməsin ki, buradan Qəbələyə avtomobillə tez çataram və ya 10 manat irəli düşərəm. Sərnişin düşünür ki, dəmir yolu ilə gedəcək, söhbət edəcək, kitab oxuyacaq, işıqlı havada da təbiəti seyr edəcək. Bir sözlə, özünə, zövqünə uyğun bir planı olur. Dəmir yolunun üstünlüyü odur ki, həm də ətraf mühiti qoruyuruq”. E.Muradlı deyib ki, planda Xankəndiyə qədər dəmir yolu xəttinin çəkilməsi var: “Artıq bununla bağlı işlər gedir. Ağdam istiqamətində dəmir yolu xeyli inkişaf etdirilib, üzü Xankəndiyə də istiqamət götürülüb. Antiterror əməliyyatlarından sonra artıq yolumuz açıqdır, hər tərəf doğma yurdumuzdur, istədiyimiz işləri də orada rahat görə bilirik. Çox güman ki, Azərbaycan Dəmir Yolları 2024-cü və növbəti illərdə bizi sevindirəcək, qərarlar veriləcək, işlər icra ediləcək. Bu işlərin daha sürətli şəkildə görüləcəyini ümid edirik. Çünki o istiqamətlərdə vaxtı ilə dəmiryol xətti olub, indi də onların bərpasına ehtiyac var. Bunun özü həmin istiqamətdə yaşayan insanların rahat və təhlükəsiz hərəkətini təmin edəcək. Eyni zamanda orada quruculuq, abadlıq işlərində yüklərin daşınması daha təhlükəsiz və yol infrastrukturuna ziyan vurmadan çatdırılacaq. Bunun əhəmiyyəti çox böyükdür və dediyim kimi, gələcəkdə orada yaşayış tam bərpa olunandan sonra da turistlər üçün çox sərfəli olacaq”. Ekspert gələcəkdə Şuşa istiqamətində avtomobillərin hərəkətinin ümumiyyətlə məhdudlaşdırılacağını deyib: “Planda Şuşaya hər hansı bir avtomobillə getmək yoxdur. Yalnız elektrik avtomobilləri ilə gedilə biləcək. Ona görə də biz rahat şəkildə Xankəndiyə qədər qatarla səyahət edib, oradan da Şuşaya müxtəlif marşrutlarla qalxa biləcəyik. Bu, çox gözəl bir marşrut olacaq və hər birimiz də bundan yəqin ki, sevərək istifadə edəcəyik”. |
2023-12-31 | 818,790 | Estoniya ukraynalı qaçqınlar üçün 730 min avro ayırdı | Estoniya ukraynalı qaçqınlar üçün 730 min avro ayırıb. Axar.az xəbər verir ki, bu barədə Estoniyanın Sosial İşlər Nazirliyi məlumat yayıb. "Biz müharibə qaçqınlarına psixoloji yardımı və icmaların inteqrasiyası üçün 730 min avro ayırdıq", - məlumatda bildirilib. |
2023-12-31 | 818,791 | Mənzildən külli miqdarda pul oğurlayan xadimə tutuldu | Yasamal rayonu ərazisində yerləşən mənzillərin birindən 2000 manat, 6500 ABŞ dolları və 8000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən həmin mənzildə xadimə işləyən qadın müəyyən olunaraq saxlanılıb. |
2024-01-01 | 818,793 | Bu Kremlin deyil, rusların müharibəsidir - Latviya | Ukrayna işğal olunmuş bütün əraziləri azad etsə də, Rusiyanın Avropaya hərbi təhdidi davam edəcək. Axar.az xəbər verir ki, bunu Latviyanın xarici işlər naziri Krişjanis Karins deyib. Nazir bildirib ki, Ukraynada müharibə bitən kimi Rusiya ordusunu bərpa etməyə davam edəcək: "Rusiya öz əhalisinin rifahını artırmağa qadir deyil. Bütün kartlar xarici düşmən axtarmağa və SSRİ-nin dağılmasının ən böyük bəla olması fikrini aşılamağa yönəlir. Buna görə itirilmiş əraziləri faizlə qaytarmaq lazımdır. Təəssüf ki, bu, Kremlin müharibəsi deyil, bu, rusların dəstəklədiyi müharibəyə çevrildi. Rusiya imperialist genişlənmə ilə irəliləyir və Avropa üçün təhlükə olaraq qalır". |
2023-12-31 | 818,794 | Bakıda sərnişin qatarı piyadanı vurdu | Saat 20:05 radələrində ADY-yə məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Axar.az-a verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs ağır xəsarətlər alıb. ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb: “Unutmayın: "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək hər bir vətəndaşın borcudur”. |
2023-12-31 | 818,796 | Bakıda pirotexnika satan 3 nəfər saxlanıldı | Bakının Xətai rayonunda pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən Axar.az-a bildirilib ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində rayon ərazisində yerləşən insanların istirahət etdiyi park və xiyabanlarda pirotexniki vasitələrin satışını təşkil edən daha 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 500 ədəd yüksək səs effektləri ilə təchiz olunan müxtəlif növ pirotexniki vasitə aşkar edilib. Həmin şəxslər barəsində qanunauyğun tədbirlər görülüb. Polis əməkdaşları tərəfindən pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər hal-hazırda da davam etdirilir. |
2023-12-31 | 818,797 | Türkiyədə zəlzələ baş verdi | Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda 4,4 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Bundan sonra 3,5 və 4,5 bal gücündə daha iki zəlzələ olub. Dağıntı və tələfat barədə məlumat yoxdur. |
2024-01-01 | 818,803 | İlham Əliyev xalqa müraciət etdi - Video | 2023.12.31. 23:42 Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. Axar.az müraciəti təqdim edir: “Əziz həmvətənlər. 2023-cü il arxada qalır. 2023-cü ildə ölkəmizin həyatında bir çox önəmli hadisələr baş vermişdir. Ancaq bu hadisələrin arasında dövlət suverenliyimizin bərpası Azərbaycan xalqının yaddaşında əbədi qalacaqdır. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Bu tarixi hadisə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda bizim Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda biz hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Üç il ərzində biz bunu sülh yolu ilə həll etmək istəyirdik. Hesab edirdik ki, Ermənistan rəhbərliyi İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracaq. Əfsuslar olsun ki, bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, bizə qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və bizə qarşı mina terroru davam etdirildi. Təbii ki, biz bu vəziyyətlə barışa bilməzdik. Dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq etmişdik ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu bizim ərazimizdən çıxarılmalıdır, ya da ki, biz güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Əfsuslar olsun ki, bizim sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz. Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır. 2023-cü ilin aprel ayında isə biz ərazi bütövlüyümüzü tam bərpa etmişdik. Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsi qurulmuş və o gündən bəri Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilmişdir. Azərbaycan xalqı yaxşı xatırlayır ki, dünyada, xüsusilə Qərb ölkələrində Ermənistanın arxasında dayanan, onlara daim dəstək göstərən ölkələrdə nə qədər hay-küy qaldırılmışdı, bizə qarşı əsassız ittihamlar irəli sürülmüşdü. Heç bir ittiham, heç bir təzyiq bizim iradəmizə təsir edə bilmədi. Mən o vaxt da demişdim ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq, öz sərhədimizi özümüz nəzarətə götürmüşük və heç kimə imkan vermərik ki, bizim torpağımızda at oynatsın. Bu, bizim torpağımızdır, bu torpağın sahibi bizik, nə lazım biliriksə, onu da edəcəyik, beynəlxalq hüquq çərçivəsində, o cümlədən beynəlxalq humanitar hüquq çərçivəsində. O da dərs olmadı işğalçılara, o da dərs olmadı onların arxasında dayanan anti-Azərbaycan qüvvələrə. Ona görə sentyabr ayında keçirilmiş antiterror əməliyyatı labüd idi və biz bunu keçirdik, bununla da fəxr edirik, qürur hissi keçiririk. Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı haqlı olaraq qürur hissi keçirir. Qarabağ və Şərqi Zəngəzur bu gün böyük tikinti meydançasına çevrilmişdir. Biz şəhərlərimizi, kəndlərimizi yenidən qururuq və artıq bu il 5 minə yaxın keçmiş köçkün öz doğma torpaqlarına qayıtmışdır. Bu ilin mart ayında - Novruz bayramı ərəfəsində Talış kəndində bayram sevinci yaşandı, köçkünlər öz doğma evlərinə qayıtmışdılar. Avqust ayında Füzuli şəhəri və Zabux kəndi bayram içində idi. Bu il Laçın şəhərinə Müstəqillik Gününü qeyd edərkən köçkünlər qayıtmışdır - 28 May tarixində Laçında böyük bayram günü idi. Ondan əvvəl, bildiyiniz kimi, Ağalı kəndində köçkünlər məskunlaşmış və beləliklə, beş yaşayış məntəqəsində indi həyat bərpa edilib. Onu da bildirməliyəm ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. Biz - bu torpaqların sahibləri qurub-yaradanıq. Biz qurub-yaradan xalqıq. Ermənilər 30 il ərzində bizim torpaqlarımızı dağıdaraq bütün evləri, tarixi binaları, məscidlərimizi yerlə-yeksan etmiş, bizə qarşı soyqırımı, eyni zamanda, urbisid, ekosid törətmişlər. Bizim çaylarımız zəhərləndi, bizim meşələrimiz qırıldı. Bütün bunları edən Ermənistan dövləti idi. Əfsuslar olsun ki, bu cinayətlərə görə onlar bu günə qədər Qərbdə qınaq obyektinə çevrilmədi. Bu gün Qərbdə ikili standartlar hökm sürür. Azərbaycan xalqı bunu yaxşı bilir və eyni zamanda, yaxşı bilir ki, biz bütün təzyiqlərə, bütün hədə-qorxulara, əsassız ittihamlara baxmayaraq bildiyimizi edəcəyik. Necə ki, etmişik, bundan sonra da edəcəyik. Ermənistan rəhbərliyi də bu tarixi dərslərdən nəticə çıxarmalıdır və özünü elə aparmalıdır ki, bizim qəzəbimizə tuş gəlməsin. Biz bu il iqtisadi sahədə öz siyasətimizi uğurla aparmışıq. Müstəqil iqtisadiyyat bizə imkan verir ki, heç kimdən asılı olmayaq, heç bir beynəlxalq maliyyə institutundan asılı olmayaq və asılı deyilik. Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, həm peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. Onu da bildirməliyəm ki, gələn il hərbi təyinatlı yerli istehsal böyük dərəcədə artacaq. Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq. Bizim beynəlxalq nüfuzumuz gündən-günə artır. Dekabr ayında dünyanın ən böyük beynəlxalq konfransının Azərbaycanda keçirilməsi haqqında bütün dünya ölkələri yekdil qərar qəbul etmişlər - COP29 gələn il Azərbaycanda keçiriləcək. Bu, bizə dünya ictimaiyyəti tərəfindən göstərilən böyük hörmət və rəğbətdir, eyni zamanda, bizim yaşıl enerjiyə keçidimizə olan böyük qiymətdir. Yaşıl enerji keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir. Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu Öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən mənim üçün bu əziz günü - atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, Ulu Öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir. Mən hesab edirəm ki, oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda, Xankəndidə qaldırdığım Dövlət Bayrağımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir. Noyabrın 8-də Xankəndinin mərkəzi meydanında Zəfər paradımız Ulu Öndərin xatirəsinə ən böyük hörmətimizin əlamətidir. Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar. Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq. Əziz bacılar və qardaşlar, sizə cansağlığı, uğurlar arzulayıram. Arzu edirəm ki, 2024-cü il də ölkəmiz üçün, xalqımız üçün uğurlu olsun. Bayramınız mübarək olsun!" |
2023-12-31 | 818,804 | Odessada partlayışlar: HHM-lər işə düşdü | Ukraynanın Odessa vilayətində ardıcıl partlayışlar baş verib, hava hücumundan müdafiə sistemləri işə düşüb. Axar.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb. Əlavə məlumat verilmir. Qeyd edək ki, bundan öncə Ukraynanın bütün regionlarından hava həyəcanı siqnalı elan edilmişdi. |
2023-12-31 | 818,806 | Kürdüstanda aviabazaya PUA hücumu... | ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya qüvvələrinin İraq Kürdüstan Regional Administrasiyasının Ərbil şəhərində yerləşən aviabazası PUA hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Bildirilib ki, hücumu qeyri-qanuni silahlı qruplaşmalar həyata keçirib. Əlavə məlumat verilmir. |
2024-01-01 | 818,807 | Bu il sağ qaldıq, 2024-də isə... - Zalujnı | 2024-cü il asan olmayacaq. Lakin Ukrayna hərbçiləri qələbəni addım-addım yaxınlaşdırmağa davam edəcək. Axar.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrin baş komandanı Valeri Zalujnı Yeni il müraciətində bildirib. "2023-cü il bitdi. Torpağımız və azadlığımız uğrunda mübarizəmizin başqa bir çətin ili. Bu, Ukraynanın sağ qaldığı il oldu. Ukrayna sizin sayənizdə - ukraynalı əsgər və matrosların, çavuşların və zabitlərin sayəsində sağ qaldı. Hər birinizə təşəkkür edirəm. İnanıram ki, biz bütün sınaqlardan ləyaqətlə çıxacağıq və qələbəmizi addım-addım yaxınlaşdırmağa davam edəcəyik", - Zalujnı bildirib. |
2023-12-31 | 818,808 | Rusiya Xarkova belə zərbə endirdi - Anbaan görüntülər | Ötən gün Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərinə - otelə endirdiyi raket zərbəsinin görüntüləri yayılıb. Axar.az xəbər verir ki, görüntüləri hərəkətdə olan avtomobilin registratoru qeydə alıb. Qeyd edək ki, raket zərbəsi nəticəsində 28 nəfər xəsarət alıb ki, onların arasında Almaniyadan olan jurnalistlər də var. |
2023-12-31 | 818,810 | Avropanı qana boyamaq istəyən 3 nəfər ələ keçdi | Almaniyada avtomobildən istifadə edərək terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə Köln polisinin məlumatında deyilir. Məlumata görə, həmin şəxslər Köln, Vyana və Madriddə terror aktları planlaşdırıblar. Bununla bağlı əvvəllər bir nəfər saxlanılıb. Daha sonra məlum olub ki, o, terror hücumunu planlaşdıran yeganə şəxs deyil. Potensial hədəflərdən biri kimi şəhərin simvolu və Almaniyanın ən məşhur görməli yerlərindən biri olan Köln Katedrali seçilib. Dünyanın ən hündür üç kilsəsindən biri olan Köln Katedrali UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. |
2023-12-31 | 818,811 | Leyla Əliyeva Azərbaycan xalqını təbrik etdi | Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Azərbaycan xalqını Yeni il münasibətilə təbrik edib. Axar.az xəbər verir ki, Leyla Əliyeva bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Paylaşımda deyilir: "Yeni iliniz mübarək! Sizə cansağlığı, xoşbəxtlik və bol sevgi arzu edirəm! Allah hamınızı qorusun! Çox sağ olun!" |
2023-12-31 | 818,815 | Kiyevin enerji obyektlərinin 63%-i zədələnib - Popko | 2023-cü ildə Kiyevin enerji obyektlərinin 63%-i zədələnib. Axar.az xəbər verir ki, bu barədə Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko deyib. |
2023-12-31 | 818,818 | Kamçatkaya Yeni il zəlzələ ilə gəldi | Kamçatkada 4,8 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb. Bildirilib ki, yerli sakinlər Yeni ilin gəlişindən üç dəqiqə sonra yeraltı təkanları hiss ediblər. “Zəlzələnin episentri rayon mərkəzindən 67 kilometr aralıda, Avaça buxtasında yerləşib”, - məlumatda deyilir. Bildirilir ki, zəlzələ ocağı təxminən 60 kilometr dərinlikdə olub. Təkanlar nəticəsində dağıntı və tələfat olmayıb. Sunami təhlükəsi elan edilməyib. |
2023-12-31 | 818,819 | Sumqayıtda mənzildən meyit tapıldı | Sumqayıtda mənzildən meyit aşkarlanıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib. |
2023-12-31 | 818,821 | Oğuzda Şaxta baba öldü | Oğuzda Yeni il şənliyində Şaxta baba qismində çıxış edən 74 yaşlı kişi ölüb. Axar.az-ın məlumatına görə, hadisə rayon ərazisində keçirilən Yeni il şənliklərindən birində baş verib. Belə ki, Şaxta baba qismində çıxış edən Sincan kənd sakini, 1949-cu il təvəllüdlü Şahin Məhəmməd oğlu İsmayılovun halı pisləşib. O, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 74 yaşlı Ş.İsmayılov əvvəllər mədəniyyət sahəsində çalışıb. |
2023-12-31 | 818,822 | İsrail Qəzza zolağından 5 briqadasını geri çəkir | İsrail ordusu Qəzza zolağında döyüşən 5 briqadasını geri çəkmək qərarına gəlib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. "Qəzzə zolağında vəziyyətin inkişafının qiymətləndirilməsinə əsasən, ordu Qəzzada 5 döyüş briqadasını çıxarmaq qərarına gəlib", - məlumatda qeyd edilib. |
2024-01-01 | 818,826 | II Marqret taxtdan imtina etdi | 52 ildir ölkəni idarə edən Danimarka kraliçası II Marqret yanvarın 14-də kral taxtını tərk edəcək. Axar.az xəbər verir ki, II Marqret Yeni il çıxışı zamanı bu barədə deyib. "Mən taxt-tacı oğlum vəliəhd şahzadə Frederikə həvalə edirəm”, - deyə o bildirib. Xatırladaq ki, 83 yaşlı II Marqret 1972-ci ildən Danimarka kraliçasıdır. |
2023-12-31 | 818,829 | Onların qisası alındı - İlham Əliyev | Sentyabrın 19-da başlamış və cəmi bir gün, ondan da az davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələnmişdir. Separatçı rejim çökmüş, bizim qarşımızda diz çökmüş, ağ bayraq qaldırmış, təslim olmuş, torpaqlarımızdan əbədi olaraq çıxarılmış və tarixin zibilxanasına atılmışdır. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və separatizm - bu bəla bizim torpağımızda bir daha baş qaldıra bilməz. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib. “Azərbaycan Ordusu bir daha peşəkarlıq, qəhrəmanlıq, əsgər və zabitlərimiz fədakarlıq göstərmişlər. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Onu bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə qalmadı. Həm Birinci, həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı zamanı şəhid olmuş əsgər, zabitlərimizin, mülki şəxslərin, Xocalı qurbanlarının qisası döyüş meydanında alınmışdır”, - deyə dövlətimizin başçısı qeyd edib. |
2023-12-31 | 818,830 | Prezidentdən müjdə: Xankəndi və Xocalı sakinləri... | 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar. Bu müjdəni mən bu gün onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində deyib. Dövlətimizin başçısı vurğulayıb ki, bundan başqa, bir neçə yaşayış məntəqəsi də keçmiş köçkünləri qəbul etməyə hazır olacaq. |
2024-01-01 | 818,834 | Bu məhsulların istehsalına bir milyard vəsait qoyulacaq - Əliyev | Biz Ordumuzu böyük dərəcədə gücləndirmişik, peşəkarlıq artdı, yeni silahlı birləşmələr yaradıldı və bu silahlı birləşmələr digər silahlı birləşmələrlə birlikdə antiterror əməliyyatında çox böyük peşəkarlıq göstərmişlər. Yeni silahlar, hərbi texnika alındı, gətirildi, bir çox yeni kontraktlar imzalandı. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirib. Gələn il hərbi təyinatlı yerli istehsalın böyük dərəcədə artacağını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Gələn il həm dövlət, həm özəl sektor tərəfindən hərbi təyinatlı məhsulların istehsalına ən azı bir milyard manat sərmayə qoyulacaq. Beləliklə, biz nəinki özümüzü əsas vasitələrlə təmin edəcəyik, Azərbaycan dünya miqyasında çox ciddi ölkəyə çevriləcək, bizim hərbi təyinatlı məhsulların həcmi və sayı böyük dərəcədə artacaq”. |
2024-01-01 | 818,836 | Bulvarda atəşfəşanlıq keçirildi - Video | Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm bayram atəşfəşanlığı keçirilib. Axar.az xəbər verir ki, atəşfəşanlığı Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri böyük maraqla izləyiblər. Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb. Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan sakinlər və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa ediblər. Ötən Qələbə və Zəfər ilini xoş ovqatla yola salan xalqımız 2024-cü ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb. |
2024-01-01 | 818,838 | Dünya azərbaycanlılarını əmin edirəm ki… - Prezident | Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində bildirib. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir. Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq”, - deyə dövlətimizin başçısı qeyd edib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.