date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-29 | 818,198 | Şuşa yolunda yük maşını aşdı: ölən var | Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ölümlə nəticələnən qəza baş verib. Axar.az xəbər verir ki, bununla bağlı AzTV məlumat yayıb. Belə ki, yolun 64-cü kilometrliyində 99-XU-742 dövlət nömrəli yük maşınının sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi uçuruma yuvarlanıb. Qəza nəticəsində sürücü həlak olub. |
2023-12-29 | 818,200 | Azərbaycan rekordçusu vəfat etdi | Azərbaycanın atletika üzrə əməkdar məşqçisi Nikolay Pavlov dünyasını dəyişib. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyası məlumat yayıb. Keçmiş idmançı 69 yaşında vəfat edib. Qeyd edək ki, Nikolay Pavlov 3000 metr məsafəyə maneələrlə qaçışda gənclər arasında (U-23) Azərbaycan rekordçusudur. O, 1972-ci ildə 9 dəqiqə 23 saniyə ilə bu göstəriciyə imza atıb. |
2023-12-29 | 818,205 | Cəlilabadda iki azyaşlı kanalda batdı | 16:55 Bu gün Cəlilabad rayonun Uzuntəpə kəndi ərazisindən keçən su kanalında 2016 və 2019-cu il təvəllüdlü 2 azyaşlı uşağın meyiti aşkar olunub. Axar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. |
2023-12-29 | 818,206 | Şəhid ailələri “Şahdağ” Turizm Mərkəzinin qonağı olublar | Dövlət Turizm Agentliyinin və “Fireland group”un birgə təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir baş tutub. Artıq 3 ildən çoxdur ki, “Mənim atam qəhrəmandır”, “Mənim oğlum qəhrəmandır” layihələri çəçivəsində 2800-dən çox şəhid əmanəti 40-dan çox tədbirdə iştirak edib. Yüksək səviyyədə təşkil olunan və şəhid ailələrini qürurlandıran bu tədbirlər hər zaman müxtəlif dövlət qurumlarının, ictimayiyyətin diqqətində olub. Dekabrın 26-da Dövlət Turizm Agentliyinin tabeliyindəki "Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı və "Fireland group"un dəstəyi ilə Quba, Qusar və Xaçmaz rayonlarından olan Vətən müharibəsi şəhidlərinin ailə üzvləri üçün tədbir təşkil edilib. Sosialyönümlü tədbirdə 50-dən çox şəhid ailəsinin üzvü iştirak edib. Tədbir çərçivəsində şəhid ailələri üçün Kompleks ərazisinə ekskursiya təşkil edilib, müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə imkanı yaradılıb, təlimçilər tərəfindən xizəksürmə vərdişləri və texnikası öyrədilib, musiqili-əyləncəli proqramlar təşkil edilib. Tədbirin bədii hissəsi axşam saatlarında baş tutub. Qeyd edək ki, ilk dəfə olaraq bu tədbiri şəhid leytenant Teymur Abbasovun həyat yoldaşı olmuş Sonaxanım Abbasova aparıcı qismində idarə edib. Layihəyə dəvət olunan populyar sənətçi, əməkdar artist Xəyyam Nisanov şəhid ailələri qarşısında 1 saata yaxın öz repertuarı ilə çıxış edərkən həm də onlara olan borcluluq duyğusunu dilə gətirib, xüsusilə “Sənə ehtiyacım var” mahnısını ifa edərkən kövrək anlar yaşanıb. Daha sonra şəhid övladlarına Şahdağ Turizm Mərkəzi tərəfindən hədiyyələr təqdim olunub. Şahdağ Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov şəhid ailələrinə bu istirahət mərkəzinin qapısının hər zaman açıq olduğunu bildirib. Tədbirin sonunda şəhid anaları qürur dolu sözlərlə təşkilatçılara və onlara olan dövlət qayğısına görə Dövlət başçısı cənab prezident İlham Əliyevə təşəkkür ediblər. Şəhid Tural Ağcabəyovun anası Səmayə Ağcabəyova fikrini bu sözlərlə ifadə edib: “Biz bu dövlətdən çox böyük qayğı görmüşük. Başda cənab Prezident İlham Əliyevə, Mehriban Əliyevaya təşəkkür edirəm. Mənim nəvələrim gəlinimlə Xankəndiyə gedib çıxıblar. Xankəndidə futbol yarışında iştirak ediblər. Dövlətimiz qoy bütöv olsun, bayrağımız yüksəklərdə dalğalansın. Bir daha müharibə olmasın, analar övladsız, yarlar yarsız qalmasın”. “Fireland group”un rəhbəri, AYB-nin üzvü Cəlal Qurbanov da çıxış edərkən dövlətin şəhid ailələrinə qayğısının yüksək səviyyədə olduğunu vurğulayıb: “Hər işdə örnək olan cənab Prezident şəhid ailələrinə olan diqqəti ilə də vətəndaşlara mənəvi borcluluq duyğusunu xatırladır. Onun tapşırıqları əsasında dövlət qurumları hər biri öz sahəsinə uyğun dəstək tədbirlərini görürlər. Xüsusilə mən Dövlət Turizim Agentiyinin, onun rəhbəri Fuad Nağıyevin təşəbbüslərini vurğulamaq istərdim. Fuad müəllim hər zaman bizim yanımızda olub. Şəhid əmanətlərini baş tacı bilib, onlara ehtiramını ifadə edib. Qarşıda bizim birgə layihələrimiz çox olacaq. Məqsədimiz güclərimizi və şəhid ailələrinə olan sevgimizi birləşdirərək özümüzə borc bildiyimiz qayğıkeşlik, dəstək formasında bu əmanətlərə təqdim etməkdir”. Tədbirin keçirilməsinin əsas məqsədi 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütovlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban verən qəhrəmanların bizə əmanəti olan övladlarını sevgi və qayğı ilə əhatə etmək, onlara xoş və maraqlı günlər bəxş etməkdir. Qeyd edək ki, bu günə kimi “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində 3-cü dəfədir ki, şəhid ailələrini qonaq edən "Şahdağ” Turizm Mərkəzi tərəfindən 2024-cü ildə bu tipli daha dörd tədbirin təşkil olunması nəzərdə tutulub. |
2023-12-29 | 818,208 | Kazımovdan valyuta əməliyyatları ilə bağlı qərar | Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Valyuta əməliyyatları barədə vahid informasiya sistemi haqqında Əsasnamə”ni təsdiqləyib. Axar.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Yeni qərara əsasən, Azərbaycanda rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları barədə vahid informasiya sistemi formalaşdırılacaq. İnformasiya sisteminə Azərbaycan bankları, xarici bankların yerli filialları, milli poçt operatoru, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış hüquqi şəxslər valyuta əməliyyatları barədə məlumatlar təqdim ediləcək. İnformasiya sisteminin saxlanılması və fəaliyyət xərclərini AMB maliyyələşdirəcək. Bu sistemdən istifadə ödənişsiz olacaq və qeyri-iş günləri də daxil olmaqla günün istənilən vaxtı real vaxt rejimində fəaliyyət göstərəcək. Bundan başqa, informasiya sistemindən istifadə elektron kabinet və/və ya elektron məlumat sorğulama modulu vasitəsilə həyata keçiriləcək. İştirakçılar informasiya sistemindən gücləndirilmiş elektron imza ilə eyniləşdirildikdən sonra elektron kabinet və ya elektron məlumat sorğulama modulu vasitəsilə istifadə edə və digər əməliyyatları həyata keçirə bilər, müştərilər isə AMB-nin Elektron xidmətlər portalında Vahid Giriş Sistemi (“ASAN login”) ilə eyniləşdirildikdən sonra informasiya sistemindən müştərilər üçün məlumat pəncərəsi vasitəsilə özlərinə dair valyuta əməliyyatları barədə məlumatları əldə edə biləcəklər. Əsasnaməyə əsasən, informasiya sisteminə valyuta mübadiləsi əməliyyatları barədə məlumatlar gələn il martın 1-dən, Azərbaycandan kənara xarici valyutanın köçürülməsi əməliyyatları barədə məlumatlar isə gələn il iyulun 1-dən təqdim ediləcək. AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb. |
2023-12-29 | 818,210 | Bayram günlərində hava necə olacaq? | Bayram günlərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, dekabrın 31-də Bakıda və Abşeron yarımadasında havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək. Bakıda və Abşeron yarımadasında yanvarın 1-də gecə və səhər arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 11-16 dərəcə isti olacaq. Qarabağ və Şərqi Zəngəzurda 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 16 dərəcə isti olacaq. Balakən-Şəki bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s. olacaq. Havanın temperaturu gecə 0-5, gündüz 11-16 isti olacaq. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti olacaq. Lənkəran-Astara bölgəsində dekabrın 31-də havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu 3-8, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 0-3, gündüz 6-11 dərəcə isti olacaq. Mərkəzi Aran bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 13-18 dərəcə isti olacaq. Qazax-Gəncə bölgəsində 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi gündüz arabir 15-18 m/s olacaq. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Naxçıvan Muxtar Respublikasında 31 dekabrda havanın sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Zəif qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacaq. |
2023-12-29 | 818,213 | Kütləvi raket hücumları təkrarlana bilər - Umerov | Ukraynanın müdafiə naziri Rüstəm Umerov Rusiyanın kütləvi raket hücumlarının təkrarlana biləcəyi ilə bağlı xəbərdarlıq edib. Axar.az xəbər verir ki, o, bu barədə Feysbukda yazıb. Nazir bildirib ki, Rusiyanın kifayət qədər raket ehtiyatı var: “Qarşı tərəf belə hücumları təkrarlaya bilər və təkrarlayacaq”. Qeyd edək ki, bu gün Ukraynaya kütləvi raket hücumu həyata keçirilib. Nəticədə 19 adam həlak olub. |
2023-12-29 | 818,215 | Sumqayıtda zəncirvari qəza: yaralananlar var - Foto | Sumqayıtda “Toyota Prius”, “Mersedes” və “ Nissan” markalı avtomobillər toqquşub. Axar.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, qəzaya səbəb “Toyota” markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsidir. Faktla bağlı araşdırma aparılır. |
2023-12-29 | 818,216 | Rusiyanın sanksiyalara cavabı hazırdır - Peskov | Rusiya aktivlərinin digər ölkələr tərəfindən müsadirəsi qanunsuzdur və ciddi zərərli nəticələrlə doludur. Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, belə bir hərəkətin qlobal iqtisadiyyata növbəti zərbə ilə nəticələnəcəyini vurğulayıb: “Bu cür hərəkətlər çox, çox ciddi nəticələrlə doludur. Rusiyanın Qərb ölkələrinin oxşar hərəkətlərinə cavab olaraq müsadirə edə biləcəyi aktivlərin siyahısı var”. |
2023-12-29 | 818,218 | Sumqayıtda binada yanğın: iki nəfər tüstüdən zəhərləndi | Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd elektrik sayğacı, 1 ədəd qoruyucu açar və 3 p.m giriş-çıxış kabeli yanıb. Axar.az xəbər verir ki, yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2023-12-29 | 818,219 | İsraildən zərbə: SEPAH-ın 11 yüksək rütbəli zabiti öldü | İsrail aviasiyasının Suriyanın Dəməşq şəhərindəki beynəlxalq hava limanına hava zərbəsi endirməsi nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) azı 11 yüksək rütbəli hərbçisi ölüb. Axar.az xəbər verir ki, məlumatı TASS yayıb. |
2023-12-29 | 818,220 | “Qırmızı Körpü”də neçə maşın gözləyir? | Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 230 avtomobil gözləyir. Bu barədə Axar.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 35, “Mazımqara” gömrük postunda 44, “Samur” gömrük postunda 20 və “Xanoba” gömrük postunda 6 yük maşını var. “Astara” gömrük postunda keçid gözləyən yük maşını yoxdur. |
2023-12-29 | 818,222 | AQTA Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər keçirir | İstehlak bazarına nəzarət və bayram günlərində əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması məqsədilə ölkədə fəaliyyət göstərən bir çox ticarət şəbəkəsində satışı həyata keçirilən Yeni il hədiyyə qutuları ilə bağlı monitorinq aparılıb. Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib. Bildirilib ki, monitorinqlər çərçivəsində bu vaxtadək 299 sahibkarlıq subyektində 4220 məhsula baxış keçirilib. Yoxlamalar zamanı müəyyən olunan uyğunsuzluqlar əsasən məhsulları qablaşdıran müəssisələrin qida təhlükəsizliyi qeydiyyatından keçməməsi, qutuların üzərində qablaşma, məhsulun üzərində son istifadə tarixi barədə məlumatların yazılmaması, markalanmanın olmaması və yaxud düzgün aparılmaması və digər hallarla bağlı olub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar Agentliyin Bakı regional bölməsi tərəfindən 17 sahibkarlıq subyektindən 403, Qazax-Tovuz regional bölməsi tərəfindən 14 sahibkarlıq subyektindən 789, Dağlıq-Şirvan regional bölməsi tərəfindən 13 sahibkarlıq subyektindən 654, Mil-Muğan regional bölməsi tərəfindən 10 sahibkarlıq subyektindən 158, Mərkəzi Aran regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektindən 62, Qarabağ regional bölməsi tərəfindən 7 sahibkarlıq subyektindən 43, Gəncə-Daşkəsən regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 140, Şəki-Zaqatala regional bölməsi tərəfindən 1 sahibkarlıq subyektində 60, Şirvan-Salyan regional bölməsi tərəfindən 3 sahibkarlıq subyektində 171, Quba-Xaçmaz regional bölməsi tərəfindən 2 sahibkarlıq subyektində 45, Abşeron-Xızı regional bölməsi tərəfindən 4 sahibkarlıq subyektində 85 qutu məhsul satışdan kənarlaşdırılıb. Hazırda Yeni il hədiyyə qutuları ilə bağlı monitorinqlər davam etdirilir. AQTA bir daha vətəndaşları ticarət şəbəkələrindən Yeni il hədiyyə qutuları alarkən diqqətli olmağa çağırır. Eyni zamanda hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələri yarandığı təqdirdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş edilir. |
2023-12-29 | 818,223 | AZAL-ın təyyarəsinə dəyən zərərə görə 431 min ödənildi | “İpək Yolu Sığorta” ASC Azərbaycana məxsus sərnişin təyyərəsinin zədələnmiş mühərrikinə görə 431 min manatdan çox sığorta ödənişi verib. Axar.az-ın Report-a istinadən məlumatına görə, ödəniş Azərbaycan Hava Yolları QSC-yə (AZAL) ödənilib. Belə ki, aviaşirkətə məxsus sığortalı təyyarə ötən il Naxçıvan-Bakı reysi üzrə uçuş həyata keçirərkən onun mühərrikinə yad cisim düşüb və mühərrik zədələnib. Araşdırmalar və qiymətləndirilmələr bitdikdən sonra bu il dəymiş zərərin dəqiq məbləği müəyyənləşdirilib və ödəniş həyata keçirilib. |
2023-12-29 | 818,224 | Sumqayıtda 38 500 abonentin qazı kəsiləcək | Sumqayıtda 38 500 abonentə qazın verilişində məhdudiyyət yaranacaq. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhəri, "Şəhər-4" orta təzyiqli qaz kəmərində qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq dekabrın 30-da saat 10:00-dan etibarən işlər yekunlaşana qədər Sumqayıt şəhərinin Corat bağları, Novxanı bağları, Saray bağları, Ceyranbatan, Yaşıldərə yaşayış massivləri, Qurd dərəsi, Novruz qəsəbəsi, Təzə və köhnə Corat, 10, 11, 12, 13, 16, 17, 18, 20, 21-ci mikrorayonlar, 47, 48, 49, 50, 51, 52-ci məhəllə ərazilərinin 38 500 sayda əhali abonentlərin qaz təminatında məhdudiyyət yaranacaq. |
2023-12-29 | 818,225 | Belqoroda Amerika raketləri ilə hücum edildi | Rusiyanın Belqorod vilayəti ABŞ-ın HARM anti-radar raketlərinin hücumuna məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Üç raketin vurulduğu bildirilib. Raket hücumunun günorta saatlarında həyata keçirildiyi vurğulanır. |
2023-12-29 | 818,226 | Orduda ilin yekunu ilə əlaqədar iclaslar keçirildi | Azərbaycan Ordusunun Baş Qərargahı, Müdafiə Nazirliyinin baş idarə, idarə, xidmət və müstəqil şöbələri, eləcə də bütün qoşun növləri və xüsusi təyinatlı təhsil müəssisələrində 2023-cü ilin yekunları ilə əlaqədar iclaslar keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, iclaslarda Azərbaycan Ordusunun cari ildəki fəaliyyəti geniş təhlil edilib. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ordu qarşısında qoyduğu tapşırıqlar bir daha şəxsi heyətə çatdırılıb. Hərbi qulluqçuların döyüş hazırlığının və mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olduğu bildirilib. Şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərtərəfli təminatı, o cümlədən qoşunların peşəkar kadrlarla komplektləşdirilməsi sahəsində görülən işlərdən danışılıb. Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar nəticəsində qazanılan nailiyyətlər qeyd edilib və şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın istənilən tapşırığına hər an hazır olduğu xüsusi vurğulanıb. İclaslarda növbəti ildə şəxsi heyətin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili, sosial-məişət şəraitinin yaxşılaşdırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçiriləcək tədbirlər və perspektiv planlar müzakirə olunub. Sonda cari ilin yekununa əsasən hərbi xidmətdə fərqlənən hərbi qulluqçular təltif ediliblər. |
2023-12-29 | 818,227 | Ukraynadakı idmançımız alimlik dərəcəsi aldı | Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini, Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Elşad İbrahimov alimlik dərəcəsi alıb. Axar.az xəbər verir ki, E.İbrahimov Taras Şevçenko adına Kiyev Milli Universitetində “Yerli idarəetmə orqanlarının fəaliyyətində qanunçuluğun təmin edilməsinin inzibati-hüquqi üsulları” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Qeyd edək ki, E.İbrahimov həm də Ukrayna Kikboksinq Federasiyasının vitse-prezidentidir. |
2023-12-29 | 818,230 | Rusiya raketi Polşa hava məkanına daxil oldu | Rusiyaya məxsus raket Polşa hava məkanına daxil olub. Axar.az xəbər verir ki, bu barədə Polşa Baş Qərargah rəisi Veslav Kukula deyib. “Hər şey Rusiya raketinin Polşa ərazisinə uçduğunu göstərir. O, izlənildi, sonra bizim ərazimizi tərk etdi. Dəqiqləşdirilmə üçün axtarışlar aparırıq", - deyə Kukula bildirib. Qeyd edək ki, Polşa Silahlı Qüvvələri cümə günü səhər saatlarında naməlum hava obyektinin Ukrayna ərazisindən Polşa hava məkanına daxil olduğunu açıqlayıb. Naməlum obyekt sonradan radarlardan itib. Bundan sonra Polşa Prezidenti Andjey Duda ordu rəhbərliyi ilə təcili görüşlər keçirib. |
2023-12-29 | 818,232 | Sabah İranla sərhəddə yeni keçid məntəqəsi açılacaq | Sabah İran və Azərbaycan arasında Astarada yeni sərhəd-keçid məntəqəsinin açılışı olacaq. Axar.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və Yol və Nəqliyyat Təşkilatının sədri Dariuş Amani deyib. Onun sözlərinə görə, yeni sərhəd-keçid məntəqəsinin açılışı ilə əlaqədar təşkil olunacaq tədbirə iki ölkə rəsmiləri qatılacaqlar. Amani deyib ki, ilk mərhələdə yeni sərhəd keçid məntəqəsindən boş yük maşınlarının keçidi təşkil olunacaq. Gələn 10 gün ərzində sərhəd-keçid məntəqəsindən yükdaşıyan yük maşınlarının keçidinə şərait yaradılacaq. "Yeni sərhəd-keçid məntəqəsi İran Astarasında yük maşınlarının növbələrinə son qoyacaq və Astara şəhərində tıxac olmayacaq", - deyə o qeyd edib. |
2023-12-29 | 818,234 | Putinin rəsmi saytı hücuma məruz qaldı | Rusiyanın dövlət başçısı, prezidentliyə namizəd Vladimir Putinin rəsmi saytı (www.putin2024.ru) xaricdən DDoS hücumlara məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə Putinin seçki qərargahı məlumat yayıb. Bildirilib ki, hücumun qarşısının alınması ilə bağlı tədbirlər görülür. Qeyd edək ki, bu gün sözügedən saytın fəaliyyətə başlaması ilə bağlı məlumat yayılmışdı. |
2023-12-29 | 818,236 | İsrail qırıcıları Livana daxil oldu: Hizbullaha zərbə... | İsrailə məxsus qırıcılar Livan hava məkanına daxil olaraq ölkənin cənub rayonlarında Hizbullahın atəş nöqtələrinə zərbələr endirib. Axar.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb. Zərbələr nəticəsində bir neçə evdə yanğının baş verdiyi bildirilib. Əraziyə yanğınsöndürənlər cəlb edilib. |
2023-12-29 | 818,237 | Pirotexnika satanların işi məhkəməyə göndərildi | Tərtər rayonunda pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində pirotexniki vasitələrin satışını təşkil edən şəxslər müəyyən edilib. Həmin ṣəxslərdən aşkarlanan vasitələr götürülüb. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib. |
2023-12-29 | 818,241 | Belqradda etiraz: tələbələr çadırlar qurdu | “Serbiya zorakılığa qarşı” müxalifət koalisiyasını dəstəkləyən “Mübarizə” tələbə təşkilatının tərəfdarları Xarici İşlər Nazirliyi və Dövlət İdarəçilik Nazirliyinin binaları yaxınlığında çadırlar quraraq etiraz aksiyasına başlayıblar. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, etirazçılar Knez Miloş küçəsini bağlayıblar. Polis avtomobillərin hərəkətini yönləndirir. Hüquq-mühafizə orqanları etirazçılara mane olmur. Müxalifətçilər çadır şəhərciyində 24 saat qalmaq niyyətindədirlər. |
2023-12-29 | 818,244 | "Çılpaq gecə"ni təşkil etdiyinə görə 100 min cərimələndi | Moskva məhkəməsi rusiyalı bloger, teleaparıcı Nastya İvleyevanın "Mutabor" klubunda “Çılpaq gecə” mərasimini təşkil etdiyinə görə 100 min rubl (təxminən 1880 manat - red.) məbləğində cərimələnməsi barədə qərar çıxarıb. Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, teleaparıcı Anastasiya İvleyevayanın qalmaqallı “Çılpaq gecə”sində tanınmış incəsənət xadimləri də olub. Mərasim şimal qonşumuzda ciddi rezonans doğurub. |
2023-12-29 | 818,247 | Türk qırıcıları İraqda 16 hədəfi məhv etdi | Türkiyə Hərbi Hava Qüvvələri İraqın Metina, Qara, Hakurk və Asos bölgələrində növbəti əməliyyat keçirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, əməliyyat nəticəsində 16 hədəf məhv edilib, xeyli sayda terrorçu da zərərsizləşdirilib. |
2023-12-29 | 818,249 | Mobil operatorlar bu il nə qədər gəlir əldə edib? | Azərbaycanda fəaliyyət göstərən mobil rabitə opratorlarının bu il əldə etdiyi gəlir açıqlanıb. Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023-cü ilin yanvar-noyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,1 faiz artaraq, 2 milyard 826,6 milyon manat təşkil edib ki, onun da 72 faizi əhali tərəfindən istehlak olunub. Xidmətlərdən əldə edilən gəlirin 37,3 faizi və ya 1055,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11 milyona yaxındır. |
2023-12-29 | 818,250 | Kürdüstanda İsrail bazası yerləşir? - Açıqlama | Bölgəmizdə İsrailə məxsus hər hansı qərargah, yaxud hərbi baza yerləşmir. Axar.az xəbər verir ki, bu barədə İraq Kürd Administrasiyasının sözçüsü Peşava Hervamani sosial şəbəkə səhifəsində yazıb. “Qeyri-qanuni bir qrupun Ərbildə PUA ilə İsrail qərargahını hədəf alması ilə bağlı açıqlaması həqiqətdən uzaqdır və əsası yoxdur. İsrailin burada heç bir bazası, yaxud qərargahı yoxdur”, - deyə o bildirib. |
2023-12-29 | 818,253 | Şəhid polislərin ailə üzvlərinə ali mükafatlar verildi - Foto | Dekabrın 29-da Daxili İşlər Nazirliyində Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında şəhidlik zirvəsinə ucalmış əməkdaşların ailə üzvlərinə, həmçinin qarşıya qoyulan tapşırıqların icrasında fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup əməkdaşa dövlət mükafatlarının təqdim olunmasına həsr edilmiş tədbir keçirilib. Axar.az xəbər verir ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimizin, o cümlədən Daxili İşlər Nazirliyinin hərbi qulluqçularının Vətən müharibəsində şərəfli döyüş yolu keçdiyini vurğulayıb. Hərbi qulluqçularımızın Murovdağdan Şuşaya qədər gedən döyüşlərdə iştirak etdiyini qeyd edən nazir torpaqların azad olunması zamanı şəxsi heyətdən 66 nəfərin şəhidlik zirvəsinə ucaldığını, 346 nəfərin yaralandığını qeyd edərək, 4 hərbi qulluqçunun “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görüldüyünü, minlərlə hərbi qulluqçumuzun isə orden və medallarla təltif olunduğunu diqqətə çatdırıb. General-polkovnik V.Eyvazov Vətən müharibəsində olduğu kimi, bu ilin sentyabr ayında lokal xarakterli antiterror tədbirləri zamanı Daxili İşlər Nazirliyinin 20 əməkdaşının şəhid olduğunu, qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi zamanı hərbi qulluqçuların, eləcə də polis əməkdaşlarının yüksək peşəkarlıq göstərdiklərini, şəxsi heyətin bundan sonra da Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır olduğunu bildirib. Sonra nazir V.Eyvazov antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış polis əməkdaşlarının və hərbi qulluqçuların ailə üzvlərinə, döyüş tapşırıqlarının icrası zamanı fədakarlıq göstərən, eləcə də xidməti vəzifələrin öhdəsindən layiqincə gələn əməkdaşlara ali mükafatları təqdim edib. Nazir hər bir təltifin, eyni zamanda, məsuliyyət doğurduğunu xatırladıb, öz andına həmişə sadiq olan daxili işlər orqanları əməkdaşlarının bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcəyinə, bu yolda qüvvə və bacarığını əsirgəməyəcəyinə əminliyini bildirib. |
2023-12-29 | 818,255 | Dünyanın ən zəngin 500 adamının sərvəti 1,5 trilyon artdı | Planetin ən zəngin 500 adamının ümumi sərvəti 2023-cü ildə 1,5 trilyon dollar artıb. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə illik “Blumberq Milyarderlər” reytinqində göstərilir. Reytinqdə birinci yeri yenidən amerikalı milyarder İlon Mask tutub. “Tesla” şirkətinin rəhbərinin xalis sərvəti bu il 95,4 milyard dollar artaraq 232,393 milyard dollara çatıb. Buna şirkətin səhmlərinin dəyərinin 105% (iki dəfədən çox) artması birbaşa təsir edib. Nəticədə o, keçən il reytinqdə birinci olmuş fransalı milyarder Bernar Arnonu geridə qoyub. Arno dünyanın ən böyük lüks mallar istehsalçısı “LVMH Moet Hennessy Louis Vuitton SA” şirkətinə rəhbərlik və nəzarət edir. Qlobal iqtisadiyyatda ümumi tənəzzül və dəbdəbəli mallara tələbatın azalması LVMH səhmlərinin dəyərinin artımını məhdudlaşdırıb, şirkətin səhmləri bu il 8,4% bahalaşa bilib. Hazırda Maskın sərvəti Arnonunkunu (178,979 milyard dollar) 50 milyard dollardan çox üstələyir. “Amazon”nun təsisçisi Ceff Bezos bu il sərvətinə 70 milyard dollar əlavə edərək, onu təxminən Arnanun sərvətinə bərabər hala gətirib. “Maykrosoft” korporasiyasının təsisçisi Bill Qeytsin sərvəti 2023-cü ildə 140,511 milyard dollara qədər artıb. “Maykrosoft”un keçmiş baş direktoru Stiv Balmerin sərvəti isə 130,529 milyard dollara bərabər olub. |
2023-12-29 | 818,256 | Rus raketlərini dəqiqliklə məhv etmək üçün... - Britaniya | Böyük Britaniya Ukraynaya yüzlərlə hava hücumundan müdafiə raketləri göndərəcək. Axar.az xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Qrant Şepps deyib. “Ukraynanın müdafiəsini dəstəkləməyə davam edirik. Ona görə də Rusiyanın PUA və raketlərini inanılmaz dəqiqliklə məhv etmək üçün Britaniya Ukraynaya hava hücumundan müdafiə raketləri göndərir”, - deyə nazir bildirib. |
2023-12-29 | 818,258 | Əhaliyə satılan malların dəyəri açıqlandı | 2023-cü ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 63,2 milyard manat olmaqla 2022- ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 5,6 faiz artıb. Axar.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2022-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 5,4 faiz artaraq, 60,8 milyard manata bərabər olub, onun 47,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb. Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 566,1 manat və ya 2022-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 74,1 manat çox vəsait xərcləyib. |
2023-12-29 | 818,260 | Zelenski qızğın döyüşlərin getdiyi şəhərə gəldi | Ukrayna Prezidenti Vladimir Zelenski qızğın döyüşlərin davam etdiyi Avdeyevka şəhərinə gəlib. Axar.az xəbər verir ki, bununla bağlı dövlət başçısı Teleqram səhifəsində paylaşım edib. O, burada hərbçilərlə cəbhədəki vəziyyəti, onların ehtiyaclarını müzakirə edib. Zelenski həmçinin hərbçiləri mükafatlandırıb. |
2023-12-29 | 818,264 | Dəhşətli qəza: Maşın 4 piyadanı vurdu | Biləsuvar rayonunda 4 piyadanı avtomobil vurub. Axar.az-ın Report-a istinadən məlumatına görə, rayon sakini Rəfail Qubadov idarə etdiyi "Nissan X Trail" markalı avtomobillə şəhər ərazisində Nemət Məmmədovu, Nurlan Abdullayevi, Səyyar Paşayevi və Zabil Mirzəyevi vuraraq xəsarət yetirib. Yaralılar rayon xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. |
2023-12-29 | 818,265 | Bu ölkədə səfirliyimizin bərpa edilmə səbəbi... | Azərbaycanın Əfqanıstanda səfirliyi 2024-cü ildən yenidən fəaliyyətə başlayacaq. Doğru qərardır. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Taliban paytaxt Kabili ələ keçirməmişdən əvvəl Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyət göstərirdi: “Azərbaycan Əfqanıstanın keçmiş hakimiyyətləri ilə sıx əməkdaşlıq edir, bu ölkəyə maliyyə dəstəyi verir, humanitar yardımlar göndərir, əfqan bürokratlar Bakıda ixtisasartırma kurslarında iştirak edirdilər. Taliban Əfqanıstanda real gücdür və bununla hesablaşmaq məcburiyyətindəyik. Talibanın Əfqanıstandakı sərt idarəetməsi xoşumuza gəlməyə bilər, ancaq mövcud rejimlə dialoq imkanlarından imtina etməməliyik. Taliban rəhbərliyi də Azərbaycanın Kabildə səfirliyinin fəaliyyətə başlaması arzusunu bir neçə dəfə ifadə edib. Bir qisim ölkə Kabildə səfirliyini bərpa edib. Biz bu prosesdə gerə qala bilmərik. Çin Əfqanıstanda böyük layihələr reallaşdırmaq istəyir. Pekin Əfqanıstandan kommunikasiya xətlərinin keçməsini planlaşdırır. Gələcəkdə Əfqanıstanla Azərbaycanı birləşdirən ortaq layihələrin reallaşdırılması da mümkündür”. |
2023-12-29 | 818,271 | "Qalatasaray"-"Fənərbağça" final matçı ləğv edildi - Şok səbəb | Səudiyyə Ərəbistanında keçirilməsi nəzərdə tutulan futbol üzrə Türkiyə Superkubokunun final matçı ləğv edilib. Axar.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb. İddia edilir ki, Ər-Riyadda matçdan əvvəl anlaşılmazlıq yaşanıb. Belə ki, hər iki komandaya Atatürklə bağlı pankarta, tişörtə və İstiqlal Marşının oxunmasına icazə verilməyəcəyi bildirilib. Belə ki, qadağanı bilavasitə Səudiyyə hökuməti tətbiq edib. Bundan sonra TFF və klub rəhbərləri ilə görüşdən sonra matça başlamaq barədə qərar qəbul olunsa da, hər iki komandanın oyunçuları qaldıqları oteldən çıxmayıblar və nəticədə final oyunu ləğv edilib. |
2023-12-29 | 818,272 | Paşinyan İraqı bu cür təhqir etdi - Kazaryan | Samvel Balasanyanın oğlu, iş adamı Misak Balasanyan 4 sentyabr 2023-cü ildə Ermənistanın İraqdakı səfiri vəzifəsinə təyin edilib. Bu gün – 29 dekabr 2023-cü ildə isə o, həmin vəzifədən geri çağırılıb. Balasanyan 2 noyabrda etimadnaməsini İraq Prezidenti Əbdüllətif Rəşidə təqdim edib. Yəni faktiki olaraq bu vəzifədə 57 gün çalışıb. Axar.az xəbər verir ki, bu sözləri erməni siyasi şərhçi Edqar Kazaryan qeyd edib. O bildirib ki, bu, diplomatiya tarixində nadir hadisədir: “Səfirin fəaliyyətə başladıqdan 57 gün sonra geri çağırılması ümumilikdə diplomatiyaya, xüsusən də İraqa hörmətsizlikdən başqa bir şey deyil”. |
2023-12-29 | 818,274 | "Qısa müddət sonra" sülh bağlanacaq? - Kommersant | Yeni ilin gəlişindən qısa müddət sonra Azərbaycan və Ermənistan sülh sazişi imzalaya bilər. Axar.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri yazıb. Bildirilib ki, sülh sazişi üzərində hazırda tərəflər fəal işi davam etdirirlər. Nəşr vurğulayıb ki, ilin sonunda Cənubi Qafqaz danışıqları prosesində davamlı uğursuzluqlara və fasilələrə baxmayaraq, MDB dövlət başçılarının Sankt-Peterburqda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində görüşən Nikol Paşinyan və İlham Əliyev sülh müqaviləsinin imzalanmasına və münaqişəyə son qoymağa həmişəkindən daha yaxın idilər. |
2023-12-29 | 818,275 | Rusiya HHM-lər Ukrayna PUA-sını məhv etdi | Rusiyanın daha bir vilayətinə - Bryanska PUA hücumuna cəhd edilib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, hava hücumundan müdafiə sistemləri PUA-nı məhv edib. Qeyd edək ki, bundan öncə Belqoroda PUA-larla hücum edilmişdi. |
2023-12-29 | 818,278 | Xocavənddə yük maşını aşdı, sürücü öldü | Xocavənd rayonunda yük avtomobili aşıb, 44 yaşlı sürücü ölüb. Axar.az xəbər verir ki, hadisə rayonun Böyük Tağlar kəndində qeydə alınıb. Abşeron rayon sakini Həsənov Adil Qardaşxan oğlu idarə etdiyi "Hova" markalı 99-XU-742 nömrə nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə yük avtomobili aşıb. Sürücü 1979-cu il təvəllüdlü A.Həsənov hadisə yerində ölüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. Bildirib ki, faktla bağlı Xocavənd RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. |
2023-12-29 | 818,279 | Rusiya vurdu, Qərb raketlərin pulunu hesabladı | Ukraynaya bugünkü kütləvi raket zərbəsi Rusiyaya 1,2 milyard dollara başa gələ bilər. Axar.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb. Qeyd edək ki, Rusiya bu gün Ukraynaya çoxsaylı PUA hücumunun ardınca kütləvi raket zərbəsi endirib. BBC müxtəlif tipli 100-dən çox raket atıldığını yazıb. Ukrayna Prezidenti Zelenski isə “Xəncər”, S-300, qanadlı raket, X-101/X-505 də daxil olmaqla, 110 raket atıldığını bildirib. |
2023-12-29 | 818,282 | 11 ayda qazı 12 qəpikdən alan abonentlərin sayı... | 2023-cü ilin yanvar-noyabr ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 1 408 688 abonent 12 qəpik tariflə (ümumi abonentlərin 55,6%-i), 932 368 abonent 20 qəpik tariflə (ümumi abonentlərin 36,8%-i) və 192 554 abonent 25 qəpik tariflə (ümumi abonentləin 7,6%-i) təbii qazdan istifadə edib. Axar.az xəbər verir ki, bu sözləri SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib. Qurum rəsmisi cari ilin 11 ayı ərzində 104/185 Çağrı Mərkəzinə daxil olan müraciətlərlə bağlı məlumatı da media nümayəndələrinin diqqətinə çatdırıb: “2023-cü ilin əvvəlindən dekabr ayına qədər 857 692 müraciət daxil olub ki, əsasan sayğaclarla bağlı və məlumat xarakterli müraciətlərin sayı üstünlük təşkil edib”. Daha sonra görüş jurnalistlərin suallarının cavablandırılması ilə davam edib. |
2023-12-29 | 818,285 | Rusiyanın bu imkanlarını nəzərə almadıq - Alman general | Ukrayna müharibəsində Rusiyanın bəzi imkanları nəzərə alınmayıb. Axar.az xəbər verir ki, bu sözləri Almaniya ordusunun general-mayoru Kristiana Froydinq yerli mediaya açıqlamasında deyib. O bildirib ki, rusların dözümlülük qabiliyyəti əvvəlcədən düzgün qiymətləndirilməyib: “Rusiyanın indi müşahidə etdiyimiz şəkildə uğur qazanacağını Bundesver də təsəvvür etmirdi. Ən sərt sanksiyalar rejiminə baxmayaraq, onlar öz hərbi-sənaye kompleksini qurur, genişləndirir, istehsal gücünü artırırlar”. General əlavə edib ki, Almaniya Müdafiə Nazirliyi Rusiyanın müttəfiqlərindən tədarük axtarışlarını görməyib, yaxud görmək istəməyib. |
2023-12-29 | 818,287 | Qırmızı Meydan Yeni il günü bağlanacaq | Moskvanın məşhur Qırmızı Meydanı Yeni il ərəfəsində ziyarətə bağlı olacaq. Axar.az xəbər verir ki, bu barədə Moskva Daxili İşlər Nazirliyinin məlumatında deyilir. Məhdudiyyətin dekabrın 31-i yerli vaxtla saat 18:00-dan yanvarın 1-i saat 8:00-dək qüvvədə olacağı bildirilib. Bununla belə, konkisürmə meydançası ziyarət üçün açıq qalacaq. |
2023-12-29 | 818,288 | Ər-Riyad fiaskosu: Bakıdan möhtəşəm çağırış – Video | Ər-Riyadda bu gün ləğv edilən Türkiyə Superkubokunun “Qalatasaray”-“Fənərbağça” final oyunu üçün Azərbaycan sosial şəbəkələrində kampaniya başladılıb. Axar.az xəbər verir ki, azərbaycanlı azarkeşlər və sosial media fəalları qardaş ölkənin final matçının Bakıda keçirilməsini təklif ediblər. Qeyd edilir ki, qardaş ölkə komandalarını sevə-sevə qarşılamağa, o cümlədən Atatürkün pankartını özümüz qaldırmağa, İstiqlal Marşını isə bütün stadion boyu oxumaqla birliyimizi bütün dünyaya nümayiş etdirməyə hazırıq. Xatırladaq ki, bu gün Ər-Riyadda keçirilməsi nəzərdə tutulan Türkiyə Superkubokunun “Qalatasaray”-“Fənərbağça” final matçı ləğv edilib. Buna səbəb kimi isə hər iki komandaya Atatürklə bağlı pankarta, tişörtə və İstiqlal Marşının oxunmasına qoyulan qadağa göstərilir. Bu qadağadan sonra hər iki komandanın oyunçuları qaldıqları oteldən çıxmaqdan imtina ediblər. Nəticədə matç ləğv edilib. |
2023-12-29 | 818,291 | "Qalatasaray"-"Fənər" matçı: Azarkeşlər stadionu tərk etdi | Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda “Qalatasaray”-“Fənərbağça” final matçının ləğvi səbəbindən azarkeşlər stadionu tərk etməyə başlayıblar. Axar.az xəbər verir ki, bu barədə "TRT Sport" məlumat yayıb. Türkiyə Futbol Federasiyasının məsələ ilə bağlı açıqlama verəcəyi gözlənilir. |
2023-12-29 | 818,292 | Piyadanı avtomobil vurdu, ölənin kimliyi müəyyənləşdirilir | Cəlilabad rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Axar.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, gecə saatlarında "Mersedes" markalı nəqliyyat vasitəsi piyadanı vuraraq öldürüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad Rayon Şöbəsinə təhvil verilib. Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır. |
2023-12-29 | 818,294 | TFF və klublardan final matçı ilə bağlı birgə açıqlama | Türkiyə Futbol Federasiyası, “Qalatasaray” və “Fənərbağça” Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilməsi nəzərdə tutulan final matçının ləğvi ilə bağlı birgə açıqlama yayıb. Axar.az xəbər verir ki, açıqlamada final matçının qeyri-müəyyən bir tarixə qədər təxirə salındığı bildirilib. Həmçinin evi sahibliyi edən ölkənin (Səudiyyə Ərəbistanı – red.) Futbol Federasiyasına, müvafiq qurumlarına Superkubok üçün göstərdiyi səylərdən dolayı təşəkkür edilib. Qeyd edək ki, bu gün Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçının Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edildiyi bildirilir. |
2023-12-30 | 818,295 | Şərqdə və cənubda vəziyyət ağırdır - Baş Qərargah | Ukraynanın şərqində və cənubunda əməliyyat vəziyyəti ağır olaraq qalır. Gün ərzində hərbi toqquşmalar baş verib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. “Müdafiəçilərimiz Stepovoy, Avdeyevka ərazilərində düşmənin üç həmləsini, Donetsk vilayətinin Severnı, Pervomayski və Nevelski rayonlarında isə daha 12 həmləni dəf edib. Burada düşmən taktiki vəziyyəti yaxşılaşdırmağa uğursuz cəhd edib. Müdafiə Qüvvələri Donetsk vilayətinin Marinka və Novomixaylovka rayonlarında düşməni mühasirəyə almaqda davam edir, burada düşmən müdafiəçilərimizin mövqelərinə beş uğursuz hücum təşkil edib”, - məlumatda deyilib. |
2023-12-29 | 818,297 | 12 yaşlı qızın nişanlanmasında hüquq pozuntusu yoxdur | Təbii ki, 12 yaşlı qız valideynlərinin arzusu ilə nişanlanıb. Burada hüquqa və milli əxlaqa zidd nəsə axtarmaq düzgün deyil. Bu sözləri Axar.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın nişanlanması ilə bağlı yayılan məlumata münasibəıt bildirərkən deyib. S.Vəkilov bildirib ki, əgər söhbət nikaha girməkdən gedirsə, nikah yaşı (18 yaş) Ailə Məcəlləsi ilə tənzimlənir: “Əgər nikaha daxil olmursa, 12 yaşlı qızın nişanlanmasında hüquqi, milli və əxlaqi cəhətdən heç bir pozuntu yoxdur. Lakin bu yaşda uşaq özü sərbəst qərar verə bilmək ixtiyarında olmadığından yaxşı olar ki, yetkinlik yaşına çatsın və ailə quracağı şəxsə özünün münasibəti olsun. Ümumiyyətlə, 12 yaş Ailə Məcəlləsinə görə də uşaq sayılır. Bu baxımdan ailələr uşaqların taleyi ilə bağlı bu cür tələsik qərar verməməlidir”, - S.Vəkilov vurğulayıb. |
2023-12-29 | 818,301 | Ukrayna bu ölkədən BMT TŞ-nin iclasını çağırmağı istədi | Ukrayna BMT-nin 30 üzvü ilə birgə BMT Təhlükəsizlik Şurasına sədrlik edən Ekvadora müraciət edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba X hesabında məlumat yayıb. Bildirilib ki, Rusiyanın Ukraynaya raket və dron hücumunu nəzərdən keçirmək üçün BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırmaq xahişi ilə müraciət edib. "Hücumlar çoxsaylı mülki əhalinin tələfatı və mülki infrastrukturun ciddi şəkildə məhv edilməsi ilə nəticələnib", - nazir bildirb. Qeyd edək ki, bu gün səhər Rusiya 36 PUA və 122 müxtəlif növ raketlə Ukrayna şəhərlərinə ağır zərbələr endirib. Nəticədə ən azı 30 nəfər ölüb, 160 nəfər yaralanıb. |
2023-12-30 | 818,303 | Quqlda ən çox bunlar axtarıldı | Quql sistemi 2023-cü ildə ən çox axtarılan mövzuların reytinqini dərc edib. Axar.az ilk onluğun siyahısını təqdim edir: 1. İsrail və Qəzza müharibəsi 2. “Titan” batiskafının batması 3. Türkiyə və Suriya zəlzələsi 4. Hillari qasırğası 5. İdalia qasırğası 6. Lii qasırğası 7. Men ştatında 22 nəfərin ölümü ilə nəticələnən silahlı atışma 8. Neşvill şəhərində yerləşən məktəbdə atışma... Burada 6 nəfər həlak oldu. 9. Ay səthinə eniş edən “Çandrayan-3” kosmik aparatı 10. Sudan müharibəsi. |
2023-12-30 | 818,306 | NATO-dan Bakı-İrəvan münasibətləri ilə bağlı açıqlama | NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində səyləri dəstəkləyir. Axar.az xəbər verir ki, bunu NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib. O qeyd edib ki, Alyans Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həm Avropa Birliyinin, həm ABŞ-ın, eləcə də Azərbaycan və Ermənistanın ikitərəfli qaydada atdığı addımları dəstəkləyir. Kolomina həmçinin xatırladıb ki, bu yaxınlarda Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT nazirlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşüb. “Biz öz dəstəyimizi davam etdirəcəyik və ən yaxşısına ümid edəcəyik. Əsas odur ki, Qafqazda sabitlik təkcə bizim Gürcüstanda gördüyümüz işlərlə deyil, həm də Ermənistan və Azərbaycanın gətirə biləcəyi sabitlik hesabına qorunur”, - o vurğulayıb. |
2023-12-30 | 818,310 | Rusiyanın Polşadakı diplomatı XİN-ə çağırıldı | Rusiyanın Polşadakı müvəqqəti işlər vəkili Andrey Ordaş Xarici İşlər Nazirliyinə çağırılıb. Axar.az xəbər verir ki, bu barədə Polşa Xarici İşlər məlumatında deyilir. “Axşam xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski Rusiya müvəqqəti işlər üzrə vəkili Andrey Ordaşı çağıraraq Rusiyanın qanadlı raketinin Polşanın hava məkanına daxil olmasını izah etməsini və bu cür hərəkətləri dərhal dayandırmağı tələb edib”, - deyə qeyd olunur. Qeyd edək ki, Rusiyaya məxsus raket Polşa hava məkanına daxil olub və qısa müddətdə ərazini tərk edib. |
2023-12-30 | 818,311 | Yəhya Sinvarın sığınacağı məhv edildi | İsrail ordusu Qəzza zolağının şimal hissəsində HƏMAS hərəkatı rəhbərliyinin qərargahını və ona bağlı tunellər şəbəkəsini aşkar edərək məhv edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. "14-cü Rezerb Briqadanın döyüş qrupu HƏMAS təşkilatının lideri Yəhya Sinvarın Qəzza zolağındakı sığınacaqlarından birini aşkar edərək məhv edib. Qərargah Qəzza şəhəri yaxınlığında yerləşirdi", - məlumatda deyilir. |
2023-12-30 | 818,312 | Cənubi Afrikada daşqınlar: 14 nəfər öldü | Cənubi Afrikanın şərqində Ladysmith şəhəri yaxınlığında yağışın səbəb olduğu daşqın qurbanlarının sayı 14-ə çatıb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Yerli hakimiyyət orqanları yaxın 24 saat ərzində daşqın qurbanlarının sayının arta biləcəyini istisna etmirlər. Çünki sinoptiklər Cənubi Afrikanın bu hissəsində həftənin əvvəlindən yağan güclü yağışların davam edəcəyini proqnozlaşdırırlar. |
2023-12-30 | 818,313 | 12 illik tədrisə keçməliyik - Ekspert | Orta məktəblərdə təhsilin müddətinin uzaldılması tədris yükünün paylanmasına və yüngülləşməsinə gətirib çıxaracaq. Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov 12 illik təhsil sisteminə keçidin əhəmiyyətindən bəhs edərkən deyib. “Ölkəmizdə 11 illik sistem tətbiq olunur və 12 illik təhsilə keçilməsi planlaşdırılıb. Bu müddəanı bir neçə şərtlə əsaslandırmaq olar. Əvvəla, Dövlət Strategiyasında göstərildiyi kimi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər hansı ölkədə istənilən təhsil pilləsi üzrə təhsil müddətinin bir il artırılması ölkədə ümumi daxili məhsulun 3-6 faiz artmasına gətirib çıxarır. İkinci, 12 illik ümumi təhsil sisteminə keçid dünyanın bu standartlarla işləyən çox sayda ölkələri ilə müəyyən təhsil mübadilələrinin səmərəli qurulmasına imkan yaradır. Üçüncü, ümumi təhsilin dəyəryönümlü məqsəd daşıması, şəxsiyyətin, vətəndaşın formalaşmasına xidmət etməsi missiyası özlüyündə təhsil müddətinin uzun olmasını tələb edir. Başqa sözlə, dəyərlərin mənimsənilməsinin keyfiyyəti xarakter etibarı ilə ümumi təhsilin müddətindən daha çox asılıdır. Belə olduğu təqdirdə davamlı təhsilin daha möhkəm bünövrəsinin yaradılması üçün imkan yaranmış olur”, - Kamran Əsədov bildirib. Ekspertin sözlərinə görə, təhsil modelləri yaradılarkən vəzifələr düzgün müəyyənləşməli, şərtlər nəzərə alınmalıdır. “Təhsil haqqında” Qanunda ümumi təhsilin məqsədi xüsusi olaraq göstərilmişdir: “Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını tələb edir. Bunların təmin olunması üçün isə müddət əsas şərtlərdən biridir”. |
2023-12-30 | 818,314 | Argentina BRİKS-dən rəsmən imtina etdi | Argentina Prezidenti Xavyer Miley BRİKS üzvlərinə (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) qrupa qoşulmaqdan imtina etdikləri barədə rəsmi məlumat verib. Axar.az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb. Prezident məktubunda Argentinanın BRİKS-də iştirak etməsi üçün münasib vaxt olmadığını bildirib. Qeyd edək ki, Argentina BRİKS-ə üzvlük üçün 2023-cü ilin yayında, ölkənin sabiq prezidenti Alberto Fernandezin vaxtında müraciət edib. Seçkilərdə qalib gəldikdən sonra Xavyer Millay Argentinanın BRİKS-ə üzvlüyünə qarşı olduğunu açıqlayıb. |
2023-12-30 | 818,315 | AB missiyası Bakıya yox, İrana qarşıdır - Kiviryan | İran Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün kəskin addımlar atmayacaq. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya açıqlamasında deyib. O bildirib ki, Rusiya, İran və Türkiyə regiondankənar qüvvələrin – yəni Qərbin Cənubi Qafqaza müdaxiləsinə qarşıdır: “Tehran çox gözəl başa düşür ki, AB müşahidəçilərinin fəaliyyəti Azərbaycana qarşı deyil, İran qoşunlarının Ermənistan ərazisinə mümkün nüfuzuna nəzarətlə bağlıdır. Görünən odur ki, bu müşahidəçilər mahiyyət etibarilə kəşfiyyatçılardır. Neçə dəfə Azərbaycanın Ermənistana hücumlarının qarşısını alıblar? Heç vaxt. Əgər Rusiyanın Cənubi Qafqazda mövqeyi zəifləsə, o zaman İran ilk növbədə bu müşahidəçilərin regiondan çıxmasına nail olmaq üçün hərəkətə keçəcək”. |
2023-12-30 | 818,316 | Fransada əcnəbi imamlara qadağa... | Fransada əcnəbi imamlar 2024-cü il aprelin 1-dən öz səlahiyyətləri çərçivəsində işləyə bilməyəcəklər. Axar.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin deyib. “2024-cü il aprelin 1-dən sonra ölkədə olan əcnəbi imamlar bu statusda işlərini davam etdirə bilməyəcəklər”, - nazir bildirib. Qeyd olunur ki, yeni ilin yanvarın 1-dən Fransa yeni əcnəbi imamları qəbul etməyəcək, aprelin 1-dən isə ölkədə yerləşən bütün əcnəbi imamların bu statusda fəaliyyəti qanunla qadağan ediləcək. Bildirilib ki, qadağalar əcnəbi imamların Fransada moizə oxumasının qarşısını almaq üçün deyil, heç bir imamın başqa dövlətə qulluq etməməsi və xüsusən də ondan pul mükafatı almaması məqsədi güdür. |
2023-12-30 | 818,317 | ABŞ hücumlara kəskin cavab verməyənə qədər... - Rocers | Prezident Co Baydenin zəifliyi Yaxın Şərqdə ABŞ qüvvələrinə hücumlara səbəb olur. Axar.az xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Mayk Rocers deyib. Rocers bildirib ki, oktyabr ayından bəri ABŞ-ın Yaxın Şərqdəki qüvvələri yüzdən çox hücuma məruz qalıb və dəniz nəqliyyatı İranın dəstəklədiyi qruplar tərəfindən dayandırılıb: “Prezident Baydenin zəifliyi hərbi və qanuni ticarət gəmilərimizə hücumların artmasına səbəb olur. Hücumlar bu terrorçular öz hərəkətlərinin ciddi nəticələr verəcəyini anlayana qədər davam edəcək”. |
2023-12-30 | 818,318 | Kreml Nikolu Azərbaycana hücuma təhrik edib, ancaq… - Şok | Nikol Paşinyan son müsahibəsində açıq şəkildə anlatdı ki, Moskva Ermənistanı Azərbaycana hücuma təhrik edib və o, Rusiyanın tələbini yerinə yetirməyib. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya müsahibəsində deyib. “Yəni Paşinyan Azərbaycana Moskvaya qarşı istifadə edə biləcəyi alətlər verir, Rusiyanın Bakıya təzyiq etmək imkanlarını zəiflədir. Sonra Paşinyan şikayət edir ki, Bakı Moskvanın tələblərinə əməl etmir. Rusiya bir neçə dəfə eyham vurub ki, Ermənistan öz davranışını dəyişməlidir ki, Moskva Azərbaycanla münasibətlərdə əlində olan vasitələrdən istifadə edə bilsin”, - ekspert qeyd edib. Onun iddiasına görə, Ermənistan hakimiyyətinin “artsax”ın buraxılması haqqında fərmanı ləğv etmək cəhdlərinə fəal müqavimət göstərməsi Paşinyanın Bakı qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlıdır. O hesab edir ki, Azərbaycan heç vaxt öz iddialarından əl çəkməyəcək və İrəvana təzyiqlərini dayandırmayacaq: “Bakı üçün əsas problem Ermənistandan keçən dəhlizidir. O, bu ən vacib məsələni aydın şəkildə həll etməyincə, sənədin imzalanmasını daim gecikdirəcək”. |
2023-12-30 | 818,319 | Rusiyada Putinin reytinqi kəskin artdı | Rusiya vətəndaşlarının Prezident Vladimir Putinə etimadı daha 3 faiz artıb və 80%-ə çatıb. Axar.az xəbər verir ki, bu, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin dekabrın 18-dən 24-dək keçirdiyi son sorğuların nəticələrində əksini tapıb. Belə ki, sorğu iştirakçılarının 80%-i “Prezident Putinə güvənirsinizmi” sualına, 77,1%-i isə “Prezidentin işindən razısınızmı” sualına müsbət cavab verib. |
2023-12-30 | 818,320 | AKP-dən Ər-Riyaddakı insidentlə bağlı açıqlama... | Qazi Mustafa Kamal Atatürk ölkəmizin qurucu lideri və ortaq dəyəridir. Atatürk mövzusunda həssaslıq göstərən bütün vətəndaşlarımıza təşəkkür edirəm. Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik X səhifəsində yazıb. Qeyd edək ki, bu gün Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçının Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edildiyi bildirilir. |
2023-12-30 | 818,321 | Bayden: Rusiya artıq NATO ölkələrini təhdid edir | Rusiya-Ukrayna münaqişəsi Ukraynanın hüdudlarından kənara çıxır və NATO üçün təhlükə yaranır. Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib. “Bu, NATO-ya, Avropanın təhlükəsizliyinə və gələcək transatlantik münasibətlərə təsir edir. Rusiya bəzi NATO müttəfiqlərini təhdid edir”, - deyə Ağ Ev rəhbəri bildirib. Dövlət rəhbərinin bu açıqlamasını şərh edən Rusiya mediası isə iddia edir ki, Bayden bu açıqlama ilə Konqresdən Ukrayna üçün əlavə maliyyə yardımı almağı hədəfləyib. |
2023-12-30 | 818,322 | Kimlərə kürü yemək olmaz? | Yeni il süfrəsində çox insanın süfrəsinə layiq bildiyi delikates kürü bir çox hallarda zərərli ola bilər. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq Anastasiya Çijikova qırmızı kürünün kimlərə təhlükəli olduğunu açıqlayıb. “Qırmızı kürüdə çox miqdarda duz var. Bu səbəbdən təzyiqi qaldırır. Sutkada 20 qramdan artıq yemək olmaz. Çox yedikdə ürək-damarlara zərərdir. Qırmızı kürü allergiya da yaradır. Çox yedikdə xüsusən uşaqlarda ürəkbulanma, qusma, qıcqırma da verə bilir. İçki ilə çox yedikdə toksiki təsir edir. Acqarına kürü yemək olmaz. Yağlı yeməklərlə kürünü qarışdırmaq olmaz”, - Çijikova qeyd edib. |
2023-12-30 | 818,323 | Rusiya hökumətindən yumurta ilə bağlı növbəti qərar | Rusiyaya yumurta idxalına rüsumlar 2024-cü il yanvarın 1-dən iyunun 30-dək ləğv edilib. Axar.az xəbər verir ki, müvafiq sənəd Rusiyanın hüquq-informasiya portalında dərc olunub. Bildirilib ki, bu qərar 1,2 milyard yumurtanın idxalına imkan verəcək və kəskin bahalaşan qiymətləri sabitləşdirəcək. Belə ki, ötən ay Rusiyada yumurta illik ifadədə 40 faizdən çox bahalaşıb. Qeyd edək ki, Rusiya hökumət ölkədə yaşanan yumurta qıtlığının qarşısını almaq üçün Azərbaycan və Türkiyədən idxala başlayıb. |
2023-12-30 | 818,324 | Putin Ukraynadan ağır qisas aldı | 29 dekabr 2023-cü ildə Rusiyanın Ukraynaya kütləvi PUA və raket hücumu 26 dekabrda Qara dəniz Donanmasına məxsus “Novoçerkassk” böyük desant gəmisinin məhv edilməsinə cavabdır. Axar.az xəbər verir ki, bu fikri Qərb ekspertləri səsləndiriblər. Onların fikrincə, hər dəfə Rusiya Ukrayna tərəfdən gözlənilməz zərbə alanda buna Ukrayna şəhərlərinə dağıdıcı hücumla cavab verir. Qeyd edək ki, 29 dekabrda Rusiya Ukraynanın iri şəhərlərinə kütləvi hücum həyata keçirib. BBC-nin məlumatına görə, Rusiya 36 “Şahid” PUA-sı və “Xəncər”, S-300, qanadlı raket, X-101/X-505 də daxil olmaqla, 122 raketdən istifadə edib. Nəticədə ən azı 30 nəfər ölüb, 160 nəfər yaralanıb. Ölənlərin sayının artacağı istisna edilmir. Kiyev, Odessa, Dnepr, Zaporojye, Xarkov, Poltava, Sum və digər şəhərlərdə ciddi dağıntılar var. |
2023-12-30 | 818,325 | Ukrayna ilə bağlı hələ də razılaşma yoxdur - Senator | ABŞ-ın cənub sərhədində təhlükəsizliyin gücləndirilməsi, Ukraynaya yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı razılaşma hələ də əldə olunmayıb. Axar.az xəbər verir ki, bunu amerikalı senator Kris Mörfi bildirib. “Bu sazişin mahiyyəti o qədər mürəkkəb olacaq ki, biz görüşlərə qayıdana qədər onun kifayət qədər səs toplayıb-toplamadığını bilməyəcəyik", - senator vurğulayıb. Qeyd edək ki, ABŞ Konqresi Ağ Evin Kiyevə yeni yardım tələbi ilə razılaşmayıb. Administrasiya bildirib ki, qanunvericilərin razılığı olmadan onlar Ukraynaya silah göndərə bilməyəcəklər. |
2023-12-30 | 818,326 | İşğalda olan 8 kənd bu cür qaytarılacaq – Aynur Camal | Rəsmi açıqlamalar və proseslərin inkişafı deməyə əsas verir ki, Azərbaycanın cari dövrdə növbəti hədəfi hələ də Ermənistan işğalında qalan 8 kəndin azad edilməsi olacaq. Bu sözləri Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal xarici işlər naziri Ceyhun Bayramovun sərhədin delimitasiyası prosesində 8 kəndin qaytarılmasının müzakirə edildiyi haqda fikirlərini şərh edərkən deyib. Onun sözlərinə görə, Kərki və Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndlərinin qaytarılması məsələsi 10 noyabr bəyanatının qəbul edildiyi zaman rəsmi Bakı tərəfindən irəli sürülmüşdü: “Ermənistan tərəfinin bu kəndlərin qaytarılması ilə bağlı şifahi öhdəlik götürdüyü haqda da məlumat vardı. Sonradan rəsmi İrəvan sülh sazişinin imzalanmasında qeyri-konstruktiv mövqe sərgilədiyi kimi, bu məsələdə də öhdəliyindən yayınmağa çalışdı. Ancaq Ceyhun Bayramovun açıqlaması bir daha təsdiqləyir ki, bu məsələ bütün danışıqların əsas predmetidir, daim gündəmdə saxlanılır. Azərbaycanın bir qarış torpağından da imtina etməyəcəyi də artıq hər kəsə gün kimi aydındır. Hətta Ermənistanın 8 kəndin işğalını davam etdirməsi və öhdəliyindən yayınması məsələnin hərbi həllini də gündəmə gətirmişdi”. A.Camalın fikrincə, 8 kəndlə bağlı vəziyyətin hərbi müstəvidən diplomatik müstəviyə qayıtmasının bir neçə səbəbi var: “Birincisi, Ermənistan tərəfi mümkün hərbi variantın onlar üçün ağır nəticələrinin olacağını anladıqları üçün məsələnin delimitasiya prosesində həllinə razılaşmış kimi görünür. Baş nazir Nikol Paşinyan da daxil olmaqla, erməni rəsmilərin verdikləri açıqlamalar göstərir ki, Ermənistan artıq bu istiqamətdə ictimai rəyi hazırlamaqla məşğuldur. İkicisi əsas məqam Bakı-İrəvan xəttində sülh gündəliyinin ön plana keçməsidir. Artıq ikitərəfli formatda sülh danışıqlarının aparılması və sazişin imzalanması perspektivi yaranıb və bu perspektivin sıradan çıxmaması üçün Azərbaycanın haqlı tələbinin diplomatik həll variantı aktuallaşıb”. A.Camal Ermənistanın 8 kəndlə bağlı manipulyasiyalarına da diqqət çəkib: “Bir müddət öncə “ərazi mübadiləsi” ifadəsindən tez-tez istifadə edirdilər. Ancaq Azərbaycanın qəti mövqeyindən sonra bu müzakirələrin “uzun müddət davam etməli” olduğu tezisi ortaya atıldı. Bildirildi ki, kəndlərə dəhlizlər məsələsi də sıradan iş deyil. Buna görə də Azərbaycan bu prosesi sülh sazişindən çıxarıb, delimitasiya və demarkasiya müstəvisinə keçirdi. Bakının anklav olmayan, Qazaxın digər kəndlərinə bitişik 4 kəndin - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin ilkin mərhələdə qaytarılması, anklav olan digərlərinin – Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Kərkinin ikinci mərhələdə qaytarılması təklifi də bundan qaynaqlanır. Fikrimcə, Ermənistan nəticədə bu reallıqla barışmalı olacaq və 8 kəndin azad edilməsi ikimərhələli şəkildə həyata keçiriləcək. Çünki bunun əksi yeni hərbi ssenarinin aktuallaşması deməkdir. Xatırladım ki, Ermənistan Baş naziri də Ermənistanın 29,8 min kv.km ərazisinə anklavların daxil olmadığını etiraf etmiş, başqa sözlə desək, 8 kəndin işğalda olduğunu faktiki təsdiqləmişdi. İşğalda olan ərazi isə ya sülhlə, ya da hərbi yolla azad edilməlidir və bunu İrəvan da anlayır. Rəsmi Bakı sülh prosesinə xələl gəlməməsi üçün hərbi ssenarinin akivləşməsini istəmir. İrəvan da anlayır ki, hərbi variantda artıq Azərbaycan eksklavlara dəhlizi özü təmin edəcək və bu, Ermənistan üçün qətiyyən münasib ssenari deyil. Ona görə də bu prosesin sülhlə tamamlanacağını düşünürəm”. |
2023-12-30 | 818,331 | Fransanın Ermənistanı silahlandırması... - Hacıyev | Fransanın hərəkətlərində müşahidə etdiyimiz Ermənistanın silahlandırılması proqramı, bu ölkədə revanşist əhval-ruhiyyənin qızışdırılması əks effekt verir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması çərçivəsində etimadın möhkəmləndirilməsi tədbirləri fonunda Parisin İrəvana hərbi texnika partiyasını tədarük etməsi ilə bağlı suala cavab verərkən deyib. Prezidentin köməkçisinin sözlərinə görə, Fransa hökumətinin Cənubi Qafqaz regionunda son məqsədlərini başa düşmək çətindir. “Biz bildirdik ki, başqa dövlətlər öz geosiyasi intriqalarını və daxili siyasi gündəmlərini Cənubi Qafqaz regionuna ixrac etməməlidirlər”, - H.Hacıyev vurğulayıb. |
2023-12-30 | 818,332 | Bayram tətili başlayır: 1 həftə iş olmayacaq | Sabahdan - dekabrın 31-dən Azərbaycanda bir həftə ardıcıl iş olmayacaq. Axar.az xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib. Belə ki, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 2023-cü ilin 31 dekabr və 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir. Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni ildə bir həftə - 31 dekabr 2023-cü il 1, 2, 3, 4, 5 və 6 yanvar 2024-cü il qeyri-iş günü olacaq. Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq. |
2023-12-30 | 818,333 | Bakıda 30 yaşlı kişi dəm qazından öldü | Bakı şəhəri Yasamal rayonunda 30 yaşlı Nicat Ağanemət oğlu Bayramov evinin hamam otağında çimərkən ölüb. Axar.az Report-a istinadən xəbər verir ki, hadisənin baş verməsinin ilkin səbəbi olaraq dəm qazı zəhərlənməsi ehtimal edilir. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. |
2023-12-30 | 818,334 | Neft həftəni bu qiymətlə yekunlaşdırdı | Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 77,04 dollara, yüngül neftin bir barreli isə 71,65 dollara təklif olunur. |
2023-12-30 | 818,335 | Bu nazirlikdə Ekspert Şurası yaradıldı | Mədəniyyət Nazirliyi yanında daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. Şura “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarına müvafiq əlavə və dəyişikliklər edilməsi məqsədilə təsis olunub. Ekspert Şurasında Mədəniyyət Nazirliyi, nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, komitənin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Bakı Şəhər İcra Hakimiyyəti, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Dövlət Turizm Agentliyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlar İttifaqı, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi və Naxçıvan MR Mədəniyyət Nazirliyi təmsil olunur. Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədova Ekspert şurasının sədri seçilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində şuranın katibliyi yaradılıb. Mədəniyyət Nazirliyi yanında memarlıq və arxeoloji abidələr üzrə mütəxəssislərdən ibarət işçi qrupu formalaşdırılıb. Artıq işçi qrup tərəfindən Bakı şəhərində daşınmaz mədəni sərvətlərin monitorinqi, aşkarlanması və inventarlaşdırılması həyata keçirilir. |
2023-12-30 | 818,336 | Rusiyanın 4 vilayətinə kütləvi PUA hücumu edildi | Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində Moskva, Bryansk, Kursk və Oryol vilayətləri üzərində Ukraynanın 32 PUA-sını vurub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Ötən gecə Ukraynanın Rusiya ərazisindəki hədəflərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - məlumatda qeyd olunub. |
2023-12-30 | 818,337 | Bu xəstəxanada rentgen fəaliyyəti dayandırıldı | Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. FHN-dən Axar.az-a verilən məlumata görə, bu çərçivədə, agentlik tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 2 saylı Klinik Psixiatriya Xəstəxanasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib. Aşkar edilmiş pozuntularla əlaqədar agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb. |
2023-12-30 | 818,338 | Mingəçevirdə yanğın: zərərçəkən var | Mingəçevir şəhərində ümumi sahəsi 24 m² olan dəmir və taxta konstruksiyadan ibarət 3 otaqlı vaqon tipli evin 1 otağında döşəmə 4 m² sahədə yanıb. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
2023-12-30 | 818,339 | 675-ci gün: Rusiyanın itkiləri açıqlandı | Ukrayna müharibənin 675-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb. Məlumata əsasən, Rusiya indiyə qədər 358 270 hərbçi, 5 969 ədəd tank, 11 053 ədəd zirehli döyüş maşını, 8434 ədəd artilleriya sistemi, 939 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 621 hava hücumundan müdafiə sistemi, 329 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 11 244 ədəd avtomobil texnikası, 6554 ədəd PUA, 1 708 qanadlı raket, 23 gəmi/kater, 1 sualtı qayıq, 1 260 xüsusi avadanlıq itirib. |
2023-12-30 | 818,345 | Cəlilabadda toya gedən şəxsi maşın vurub öldürdü | Cəlilabadda yol qəzasında ölən piyadanın kimliyi məlum olub. Axar.az Report-a istinadən xəbər verir ki, həmin şəxs 1985-ci il təvəllüdlü Balala Məmmədağa oğlu Abbasəliyevdir. Mərhum Bakı şəhərindən Cəlilabad rayonuna toy məclisinə gedibmiş. Faktla bağlı araşdırma aparılır. |
2023-12-30 | 818,348 | Türkiyədə daha bir güclü zəlzələ oldu | 11:23 Türkiyənin Hatay vilayətinin Qırıqxan rayonunda 3,9 bal gücündə zəlzələ olub. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ yerin 8,94 km dərinliyində meydana gəlib. Dağıntı və tələfat qeydə alınmayıb. *** Elazığ vilayətində 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə AFAD məlumat yayıb. Zəlzələ ocağı 9,36 kilometr dərinlikdə olub. Dağıntılar qeydə alınmayıb. |
2023-12-30 | 818,350 | ABŞ İsrailə 155 mm-lik mərmilər göndərir | ABŞ Dövlət katibi Entoni Blinken 155 mm-lik mərmilərin İsrailə 147,5 milyon dollara mümkün satışını təsdiqləyib. Axar.az xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan Pentaqonun Təhlükəsizlik sahəsində Əməkdaşlıq Agentliyi məlumat verib. Sənəddə vurğulanıb ki, söhbət 155 mm kalibrli M107 yüksək partlayıcı parçalanma mərmilərinin və müvafiq avadanlıqların tədarükündən gedir. “Birləşmiş Ştatlar İsrailin təhlükəsizliyinə sadiqdir və İsrailin özünümüdafiə imkanlarının inkişafı və saxlanmasına yardım ABŞ-ın əsas milli maraqlarına cavab verir”, - deyə Pentaqon qeyd edib. |
2023-12-30 | 818,352 | Hacıyev: Sazişlə bağlı ciddi maneə görmürük | Azərbaycan Ermənistanla sülh müqaviləsi bağlamaq üçün ciddi maneə görmür. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sankt-Peterburqda MDB dövlət başçılarının görüşü çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla qeyri-rəsmi söhbəti Azərbaycan tərəfindən iki ölkə arasında sülh gündəliyinin təşviqi istiqamətində səmərəli və konstruktiv təmas kimi qiymətləndirilib. "Biz iki ölkə arasında sülh müqaviləsinin bağlanması üçün əlavə ciddi maneə görmürük. Konkret tarixlər barədə danışmaq bir az çətindir, çünki prosesi başa çatdırmaq üçün Ermənistan və Azərbaycan arasında hələ də əlavə danışıqlara ehtiyac var", - H.Hacıyev vurğulayıb. |
2023-12-30 | 818,359 | Rusiya sülhməramlı məsələsini Bakı ilə həll edir - Qaluzin | Moskva Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaq qərarından sonra bölgədəki Rusiya sülhməramlıları ilə bağlı bütün məsələləri yalnız Bakı ilə həll edir. Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. Qaluzin bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatına əsasən, Rusiya sülhməramlıları 2025-ci ilin noyabr ayına qədər bölgədə qalma müddətinin daha da uzadılması imkanı ilə yerləşiblər: “İndi biz Qarabağda sülhməramlıların olması ilə bağlı bütün məsələləri sırf Azərbaycan tərəfi ilə nəzərdən keçiririk”. |
2023-12-30 | 818,365 | Ordumuzda zabit olmaq istəyənlərin nəzərinə - Video | Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 35 yaşınadək olan vətəndaşlar 2024-cü il yanvarın 19-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər. Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib. “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir. “Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara "leytenant" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar. Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər: - kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə); - şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə; - xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə; - ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd; -xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti; - doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd; - nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 ədəd; - uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd; - evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd; - 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə); - psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar; - qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış; - qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış; - hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 ədəd. Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi). Telefon: (012) 538-35-70. Müraciət etmə vaxtı: 2024-cü il yanvarın 19-dək hər gün saat 09:00-dan 17:00-dək. |
2023-12-30 | 818,369 | Azərbaycanlı alimin qızı Fransada faciəvi şəkildə öldü | Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Axundovanın qızı Dilavər Axundova faciəli şəkildə vəfat edib. Axar.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Fransada baş verib. Belə ki, orada təhsil alan D.Axundova yol qəzasında dünyasını dəyişib. O, bu ölkədəki universitetlərin birində ikinci kurs tələbəsi imiş. Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi prosesi aparılır. Məlumata görə, həmin vaxt N.Axundova özü də Polşada ezamiyyətdə olub. Qeyd edək ki, N.Axundova İnstitutun Azərbaycanın XV-XVIII əsrlər tarixi şöbəsinin aparıcı elmi işçisidir. |
2023-12-30 | 818,370 | İsraildən növbəti zərbə: "Fatimiyyun"un 5 silahlısı öldü | Dekabrın 30-u səhər saatlarında İsrailin Suriya-İraq sərhədinə hava zərbələri nəticəsində İrana bağlı "Fatimiyyun" silahlı qruplaşmasının 5 üzvü həlak olub. Axar.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb. Qruplaşma üzvlərinin 8 hərbi avtomobillə İraqdan Suriyaya keçmək istədikləri vaxt hədəf alındıqları bildirilib. Qeyd edək ki, dekabrın 29-da İsrail aviasiyasının Suriyanın Dəməşq şəhərindəki beynəlxalq hava limanına hava zərbəsi endirməsi nəticəsində SEPAH-ın 11 yüksək rütbəli hərbçisi ölüb. |
2023-12-30 | 818,371 | Milli Məclisin payız sessiyasının sonuncu iclası başladı | Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası başlayıb. Axar.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Avropa Şurasının “Terrorçuluğun qarşısının alınması haqqında” Konvensiyasına Əlavə Protokol”un təsdiq edilməsi haqqında” qanun layihəsi 2. “Elektroenergetika haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi 3. Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 4. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 5. “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 6. Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 7. Dünya azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə Milli Məclisin müraciətinin təsdiq edilməsi haqqında |
2023-12-30 | 818,372 | Yaxında Ukrayna üçün pis xəbərlərə hazırlaşın - Nebenzya | Çox yaxın gələcəkdə Qərb və Ukrayna üçün pis xəbərlərə hazırlaşın. Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya TŞ-nin iclasında deyib. “Kiyev rejiminin hərbi planları tam fiaskoya uğradı. Ona görə də Zelenski və onun dəstəsi üçün yeni hərbi və maliyyə yardım paketlərinin Vaşinqtonda və ya Brüsseldə təsdiq edilib-edilməməsindən asılı olmayaraq, çox yaxın gələcəkdə ən pis xəbəri gözləyin”, - Nebenzya bildirib. Diplomat Rusiya üzərində hərbi qələbəni əlçatmaz adlandırıb. |
2023-12-30 | 818,374 | Səfərbərlik elan olunmalıdır: sağlam insan… - Deputat | Azərbaycanda sağlam insan naminə səfərbərlik elan edilməlidir. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. Deputat bildirib ki, bu gün ölkəmizdə narkomaniya ilə bağlı vəziyyət buna qarşı adekvat addımlar atmağa sövq edir: “Bu sahədə təsirli addımlar atılmalıdır. Bütün narkoaludəçiləri reabilitasiya mərkəzlərinə yerləşdirmək olmur. Bunun qarşısı indidən alınmasa, bir neçə ildən sonra ağır fəsadları yaranacaq”. |
2023-12-30 | 818,375 | Türkiyəli kosmonavtın uçuşu bu tarixə keçirildi | İlk türkiyəli kosmonavt Alpər Gezeravcının uçuşu yanvarın 17-nə təxirə salınıb. Axar.az xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fateh Kacır deyib. "Uçuş 17 yanvar 2024-cü ildə baş tutacaq. Əvvəllər bunun yanvarın 9-na planlaşdırıldığını bildirmişdik. Lakin "Speys X"in uçuşumuzdan əvvəl planlaşdırdığı buraxılışı daha gec həyata keçirəcəyinə görə, astronavtımızın yola düşmə tarixi 7-8 gün ertələnir", - nazir bildirib. Nazir qeyd edib ki, missiya zamanı bir sıra elmi təcrübələrin və müşahidələrin aparılması planlaşdırılır. |
2023-12-30 | 818,378 | "Qalatasaray"-"Fənər" oyunu Xankəndidə keçirilsin - Oğan | Türkiyəli siyasətçi Sinan Oğan "Qalatasaray"- "Fənərbağça" oyununun Xankəndi stadionunda keçirilməsini təklif edib. Axar.az xəbər verir ki, bu barədə o, X sosial hesabında bildirilib. “Mütləq ölkə xaricində oynamaq istəyirsinizsə, Xankəndi stadionunu tövsiyə edirəm”, - paylaşımda qeyd olunub. Qeyd edək ki, dünən Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final matçı Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib. |
2023-12-30 | 818,379 | Bahalığı idarə etmək olar - Deputat | Bahalığı idarə etmək və bununla bağlı minitorinq aparmaq olar. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. O bildirib ki, bununla bağlı ictimai dinləmələrin də keçirilməsi mümkündür: "Hazırda tikinti sektorunda balanslaşma yaranır. Bunun ərzaq məhsullarınını satışı ilə bağlı da aparılması daha yaxşı olardı”. |
2023-12-30 | 818,380 | Qırğızıstan bu heyvanı milli rəmzi elan etdi | Qar bəbiri rəsmi olaraq Qırğızıstanın milli rəmzi elan edilib. Axar.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. “Qırğızıstan Prezidenti Sadır Japarov “Qar bəbirinin Qırğızıstan Respublikasının milli rəmzi kimi tanınması haqqında” fərman imzalayıb. Fərmanda Nazirlər Kabinetinə Qırğızıstanda qar bəbirinin milli rəmzinin statusunun tanınması, eləcə də onun sayının mühafizəsi ilə bağlı zəruri tədbirlərin görülməsi tapşırılıb”, - məlumatda qeyd olunub. Bildirilib ki, qar bəbiri Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına daxil edilib və 12 ölkədə nadir və ya nəsli kəsilməkdə olan növ statusuna malikdir. |
2023-12-30 | 818,381 | Səudiyyə Ərəbistanına belə cavab verildi - Video | Ankara Bələdiyyəsi Səudiyyə Ərəbistanın səfirliyinin qarşısına Atatürkün böyük rəsmini və Türkiyə bayrağını asıb. Axar.az xəbər verir ki, bununla bağlı yerli mediada görüntü paylaşılıb. Qeyd edək ki, Ər-Riyadda keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbağça" final oyunu ötən gün Atatürkün pankartına və İstiqlal marşının oxunmasına qoyulan qadağaya görə ləğv edilib. |
2023-12-30 | 818,382 | Yoluxma artdı, maskadan istifadə edin! - Xəbərdarlıq | Qış mövsümi və havaların qeyri-stabil keçməsi ilə əlaqədar bütün respirator xəstəliklər, həmçinin mövsümi qrip və hazırda ölkə ərazisində yayılmış qızılca infeksiyasına yoluxma hallarının artması daha çox müşahidə edilir. Axar.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin bayram günləri ilə əlaqədar əhaliyə müraciətində bildirilib. Qeyd olunub ki, hər hansı səbəbdən profilaktik peyvəndlərdən kənarda qalan uşaqlar və yanaşı xəstəlikləri olan risk qrupuna aid şəxslər mövsümi respirator xəstəliklərə, həmçinin qızılcaya qarşı yüksək həssaslığa malik əhali qrupları hesab edilir: "Əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində xüsusilə yüksək həssaslığa malik şəxslərə kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyi, əl gigiyenasına riayət etməyi, həmçinin gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqların daxil edilməsini tövsiyə edir. Hər bir vətəndaş sağlamlığına xüsusi həssaslıq və məsuliyyətlə yanaşmalı, özünü və ətrafındakıları infeksiyalara yoluxmadan qorumalıdır". |
2023-12-30 | 818,383 | Bakıda tarixi abidəyə müdaxilənin qarşısı alındı | Bakıda tarixi abidəyə müdaxilənin qarşısı alınıb, obyekt sahibinə xəbərdarlıq edilib. Axar.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məlumat verib. Onun sözlərinə görə, Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsi 21 ünvanında yerləşən 3350 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə olunduğu aşkar olunub: "Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşları yol verilmiş müdaxilə faktının qarşısını alıb. Tarixi abidənin birinci mərtəbəsində fasad hissəyə bərkidilmiş əlüzyuyan çanaq sökülüb. Yol verilmiş qanun pozuntusu ilə bağlı obyekt sahibinə xəbərdarlıq edilib. Bir daha vətəndaşlarımızı mədəni irsin qorunmasına həssas yanaşmağa çağırırıq". |
2023-12-30 | 818,384 | Qonşuda zəlzələ oldu | Gürcüstanda 4.1 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar dekabrın 30-da səhər saat 08:58-də Gürcüstan paytaxtından 53 km aralıda, Bolnisi şəhəri yaxınlığında qeydə alınıb. Tələfat və dağıntı barəsində məlumat verilməyib. |
2023-12-30 | 818,386 | Ermənilərin etiraf etdiyi cinayətlər… - Deputat | Ermənilərin özlərinin etiraf etdiyi cinayətləri Avropa Məhkəmələrində qaldırmaq lazımdır. Axar.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib. O bildirib ki, qaniçən Zori Balayan azərbaycanlılara qarşı qəddarlığını özünün kitabında da qeyd edib: “Bu kimi faktlardan istifadə edib, vətəndaşlarımızın başına gətirilmiş müsibətlərə görə erməni canilərinin məsuliyyət məsələsi qaldırılmalıdır”. Siyavuş Novruzov deyib ki, Azərbaycana ədalətsiz hücumların qarşısı alınmalıdır. |
2023-12-30 | 818,390 | Yol polisindən bayramla bağlı sürücülərə müraciət | Daxili İşlər Nazirliyi Baş Dövlət Yol İdarəsinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib. Bu barədə Axar.az-a BDYPİ-dən məlumat verilib. "Dünya Azərbaycanlılarının Həmrəylik Günü və yeni il bayramı ilə əlaqədar 2023-cü il dekabr ayının 31-dən 2024-cü il yanvar ayının 7-dək ölkədə qeyri-iş günü olması və ötən illərin təcrübəsi deməyə əsas verir ki, belə uzunmüddətli qeyri-iş günlərində şəhər əhalisi respublikanın müxtəlif regionlarına səfər edir və bu səbəbdən yollarda nəqliyyatın hərəkət intensivliyi bir qədər də artır. Lakin təəssüflər olsun ki, bəzi sürücülərin tələskənliyi, yollarda müəyyən edilmiş hərəkət sürətini aşmaları, ötmə və manevretmə qaydalarını pozmaları yollarda qəzaların baş vermə ehtimalını artırır. Belə qəzaların qarşısının alınması, hərəkət iştirakçılarının təhlükəsizliyinin, onların rahat və fasiləsiz hərəkətinin təmin olunması, hər kəsin mənzil başına sağ-salamat çatması, eləcə də bayramın xoş əhval-ruhiyyə ilə keçirilməsi üçün Dövlət Yol Polisinin şəxsi heyəti bu müddət ərzində gücləndirilmiş iş rejimində xidmət aparacaq, küçə və yollarda nəzarət gücləndiriləcək. Qeyd olunanları nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına, xüsusilə də işğaldan azad olunmuş rayonlara ilk dəfə gedən sürücülərə yollarda son dərəcə diqqətli olmağı, sükan arxasına yorğun, yuxulu və ya hər hansı dərman preparatlarının təsiri altında əyləşməməyi, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığını yoxlamağı, mövcud hava şəraitini və yolun dağlıq relyefdən keçmə ehtimalını nəzərə alaraq, enişli ərazilərdə daha çox avtomatik transmissiyalı avtomobillərdə tiptronik funksiyasından, mexaniki transmissiyalı nəqliyyat vasitələrində isə aşağı sürətli ötürücülərdən istifadə etməyi tövsiyə edir, eləcə də hər bir hərəkət iştirakçısını özünün və doğmalarının həyatını təhlükə qarşısında qoymamaq üçün yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırır", - müraciətdə bildirilib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.