date
stringlengths 10
10
⌀ | id
int64 20
839k
| title
stringlengths 5
83
| text
stringlengths 1
32.8k
⌀ |
---|---|---|---|
2023-12-28 | 817,961 | Speys TV-yə xəbərdarlıq edildi | Audiovizual Şura materialı icazəsiz və istinadsız yayımladığına görə “Speys TV”yə xəbərdarlıq edib. Axar.az xəbər verir ki, Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib. İclasda Audiovizual Şuraya 26 dekabr 2023-cü il tarixdə aparılmış monitorinq zamanı Speys TV kanalının efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub. Şuradan verilən xəbərə görə, 11 dekabr 2023-cü il tarixində APA TV-nin efirində yayımlanmış “Ekstra müsahibə” proqramından video-görüntülər 25 dekabr 2023-cü il tarixdə saat 22.09-da “Speys Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin Speys TV televiziya redaksiyasının efirində “Gül kimi Şou” proqramında müəllifə istinad edilməyərək yayımlanıb. Bununla da “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbi (abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) pozulub. Aparılan müzakirələrdən sonra Audiovizual Şura “Speys Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən “APAMARK” MMC-nin bu halla əlaqədar məhkəmə qaydasında öz hüquqlarının müdafiə etmək səlahiyyəti də var. Azərbaycan Respublikası Audiovizual Şurası bütün yayımçılardan bir-birinin müəllif hüquqlarına hörmət etməyə, digər yayımçıların proqramlarını (və ya onların hissələrini) yayımlayarkən mütləq şəkildə onlara istinad verilməsini təmin etməyə çağırıb. |
2023-12-28 | 817,964 | Əli Əsədovdan yeni qərar... | Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensasiyanın verilməsi şərtləri və mexanizmi təsdiq edilib. Axar.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Kompensasiya Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Radiotezliklər İdarəsinin hesabına maliyyələşdiriləcək. Ayrılmış radiotezliklərin (radiotezlik zolaqlarının) qüvvədə olan tezlik zolaqlarının ayrılması cədvəlinə və radiotezliklər spektrinin perspektiv istifadə planına uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müvafiq qərar qəbul edilir. Dövlət Komissiyasının qəbul etdiyi qərar 10 iş günü müddətində keçid ilə əlaqədar radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləğinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə göndərilir. Radiotezlik istifadəçisinə vurulan zərərə görə kompensasiyanın məbləği Nazirlik tərəfindən müəyyən edilir. Nazirlik kompensasiya məbləğini müəyyən etmək üçün Aşağıdakı tədbirləri həyata keçirir: - radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotezliklərdə (radiotezlik zolaqlarında) istifadə olunan dövlətqeydiyyatında olan radioelektron vasitələrinin mövcudluğu və onların sayı haqqında məlumat toplayır və təhlil edir; - radioelektron vasitələrin bazar qiymətləri və amortiza-siyası haqqında məlumat toplayır və təhlil edir; - radiotezlik istifadəçisinə ödəniləcək kompensasiya ilə əlaqədar müzakirələr aparır; - razılaşma əldə edilmədikdə və ya kompensasiya məbləğinin müəyyən edilməsində əlavə mütəxəssis rəyinə ehtiyac yarandıqda, radiotezlik istifadəçisinin hesabına müstəqil qiymətləndirici cəlb edir; - radiotezlik istifadəçisi tərəfindən istifadə edilən radiotez-liklərdə (radiotezlik zolaqlarında) işləyən radioelektron vasitələri, onların sayı, bazar qiymətləri, amortizasiyası haqqında toplanılmış məlumatları təhlil edir və vurulmuş zərər üzrə ödəniləcək kompensasiyanın məbləğini müəyyən edir. Dövlət Komissiyasının qərarı qeydiyyata alındığı tarixdən 30 iş günü müddətində qiymətləndirmə təşkil olunur. |
2023-12-28 | 817,968 | Rusiyada Teleqram çökdü | Rusiya ərazisində Teleqramın fəaliyyətində nasazlıq yaranıb. Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat verib. Teleqram mesencerinin fəaliyyətində problemlərin olması ilə bağlı artıq 958 rəy daxil olub. Bəzi istifadəçilər messencerin ümumiyyətlə işləmədiyini bildirirlər. |
2023-12-28 | 817,970 | Rusiyanın yeni “Pantsir”ləri cəbhədə göründü | Rusiyanın “Pantsir” sisteminin yenilənmiş versiyası artıq cəbhə xəttindədir. Axar.az xəbər verir ki, bu barədə Polşanın “İnteria” portalı məlumat yayıb. Bildirilib ki, modernləşdirilmədən sonra sistemin hədəfi aşkar etmək və vurmaq məsafəsi xeyli təkmilləşdirilib. Hədəf aşkarlama və izləmə sistemi, eləcə də optik-elektron kompleks 75 kilometrə qədər məsafədə kiçik hədəfləri müəyyən etməyə qadirdir və yeni idarə olunan raketlərin istifadəsi vurma məsafəsini 10 kilometr əvəzinə 40 kilometrə qədər artırıb. |
2023-12-28 | 817,972 | ATƏT-in seçkiləri izləyəcək müşahidəçilərinin sayı... | ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) gələn il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı məlum olub. Axar.az Report-a istinadən xəbər verir ki, ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq. Qurum 250 nəfərdən ibarət isə qısamüddətli müşahidə missiyasının təmin edilməsi ilə bağlı ATƏT-ə daxil ölkələrə sorğu göndərib. ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçilərinin ölkəyə 2024-cü ilin yanvarında, qısamüddətli müşahidə missiyasının üzvlərinin isə seçkilərə 3-4 gün qalmış gəlməsi gözlənilir. Qeyd edək ki, ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbər təyin olunub. |
2023-12-28 | 817,974 | Orban və Zelenski nə zaman görüşəcək? | Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak ilə Macarıstanın xarici işlər naziri Peter Siyarto arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, tərəflər Ukrayna Prezidenti Vladimir Zelenski ilə Macarıstanın Baş naziri Viktor Orban arasında gözlənilən görüşü müzakirə ediblər. “Yaxın vaxtlarda iki lider arasında görüş təşkil etmək üzərində işləyirik”, - A.Yermak telefon danışığından sonra sosial şəbəkə səhifəsində yazıb. |
2023-12-29 | 817,975 | Bakı 3 rayonu bir güllə atmadan alacaq - Qambaryan | Qərb Paşinyanı çox pis aldadıb, onu Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədi imzalamağa məcbur edib, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıyacağına söz verib, lakin bu, baş tutmayıb. Axar.az xəbər verir ki, bu sözləri erməni politoloq Qagik Qambaryan erməni mediasına deyib. O bildirib ki, bundan sonra Avropa Şurasının rəhbəri Şarl Mişel kənara çəkilib: “Bakı indi bəyan edir ki, sərhədlərin demarkasiyası və delimitasiyası olmadan sülh müqaviləsi imzalana bilər. Bu o deməkdir ki, Azərbaycan öz qoşunlarını Ermənistanın “işğal etdiyi ərazilərin”dən çıxarmayacaq. Eyni zamanda, Bakı Ermənistandan qoşunlarını anklavlardan çıxarmağı tələb edir. Beləliklə, Azərbaycan Ermənistana heç nə vermədən Ermənistandan İrana və Gürcüstana gedən yollara nəzarət etməyə çalışır”. Qambaryan iddia edib ki, Bakı həmçinin Zəngəzur, Göyçə və Dərələyəzdə demoqrafik mənzərəni dəyişmək üçün Ermənistana 130-140 min nəfərlik azərbaycanlı qaçqını məskunlaşdırmağa cəhd edir: “Məqsəd gələcəkdə bu bölgələri bir güllə belə atmadan ələ keçirməkdir”. Onun qiymətləndirməsinə görə, sülh müqaviləsi üçüncü Ermənistan Respublikasının ən yaxşı halda 10, ən pis halda isə 5 il ərzində dağılmasına gətirib çıxaracaq. "Azərbaycan və Türkiyə heç vaxt Ermənistanın inkişafına imkan verməyəcək", - Qambaryan vurğulayıb. |
2023-12-28 | 817,976 | "KamAZ"la qanunsuz torpaq daşıyan şəxs aşkarlandı | Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən istifadə qaydalarının pozulmasının qarşısının alınması istiqamətində tədbir keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, keçirilən tədbir nəticəsində rayonun Kürdəmiş kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə qanunsuz torpaq daşınması faktı aşkarlanıb. İcazə şərtlərini pozmaqla yerin təkindən istifadə edən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. |
2023-12-28 | 817,977 | Yəhudilərlə ermənilər arasında “əsl döyüş” oldu - Video | 22:46 Qüdsdə ermənilərə nifrət edən yəhudilərin növbəti aksiyası baş tutub. Axar.az xəbər verir ki, bu gün günorta saatlarında 30-a yaxın qara geyimli və maskalı qrup Qüdsün “İnək bağı” adlanan və ermənilərin özlərinə aid etdiyi məhəlləsində yerləşən ermənilərə hücum edib, onları daşa basıblar. Erməni mediası yazır ki, erməni din xadimləri gənclərlə birgə hücuma qarşılıq veriblər və “əsl döyüş” baş verib. Ənənəvi olaraq ermənilər iddia edib ki, cəmi 200 metrlikdə olan polis bölməsindən polislərin gəlməsi çox çəkib, təxminən 20 dəqiqə. Bu müddət ərzində ermənilər “öz məkanlarını qorumağı” bacarıblar. Erməni patriarxlığı bir neçə keşiş də daxil olmaqla, ermənilərin yaralandığını iddia edib. Bildirib ki, bu, ötən gün İnək Bağı məhəlləsi ilə bağlı Qüds Məhkəməsində iddia qaldırmağımızın cavabıdır. Erməni patriarxlığı fiziki mövcudluqlarının təhlükədə olduğunu bildirərək, kömək istəyib. Hadisə yerinə gələn polis isə 8 yəhudi və 2 erməni gənci saxlayıb. Qeyd edək ki, Qüdsdə yəhidilərin ermənilərə hücumu vaxtaşırı baş verir. Ermənilərin qədim məhəllədə məskunlaşması və özlərini “yerli” sayması yəhudiləri qıcıqlandırır. Ermənilərə yəhudilər arasında nifrət həm də buna görədir. |
2023-12-28 | 817,978 | Mixail Boyarski infarkt keçirdi | Rusiyanın xalq artisti, məşhur aktyor və müğənni Mixail Boyarski Peterburqda Marinski xəstəxanasına yerləşdirilib. Kult.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Aktyorun oğlu Sergey bildirib ki, atası infarkt keçirib, həkimlər onun vəziyyətini orta-ağır olaraq qiymətləndirir. Qeyd edilir ki, bu ay ikinci dəfə xəstəxanaya yerləşdirilən M.Boyarskinin 26 dekabrda 74 yaşı tamam olub. O, hələ də teatr və kinoda fəaliyyətinə davam edirdi. |
2023-12-28 | 817,981 | Putin: Ukrayna müharibəsi bu qədər davam edəcək | Rusiya Prezidenti Vladimir Putin 2023-cü ilin martında Moskvada keçirilən görüşdə Çin dövlət rəhbəri Si Sziinpinə Rusiyanın Ukraynada ən azı beş il döyüşəcəyini deyib. Axar.az xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei Asia” nəşri öz məlumatlı mənbələrinə istinadən məlumat yayıb. Nəşr yazır ki, görünür, bu yolla Putin hərbi əməliyyatlar zamanı o vaxt (2023-cü ilin martında - red.) Rusiyanın xeyrinə olmayan vəziyyəti qısaca təsvir etməyə çalışıb və Szinpini əmin edib ki, sonda Rusiya qalib gələcək. Qeyd edək ki, Ukraynanın əks-hücumu iflasa uğrayandan sonra hazırda Rusiya müharibədə təşəbbüsü ələ alıb və bir neçə istiqamətdə Ukrayna ordusunun müdafiəsini yarıb. Hətta Marinka şəhərini də tam işğal edib. |
2023-12-28 | 817,982 | Kim Çen orduya müharibəyə hazırlaşmaq əmri verdi | Şimali Koreya lideri Kim Çen İn ABŞ-ın misli görünməmiş qarşıdurma hərəkətlərinə qarşı çıxmaq üçün hərbi, sursat sənayesi və nüvə sektoruna müharibə hazırlığını gücləndirməyi əmr edib. Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb. Bildirilib ki, Yeni il öncəsi hesabatla çıxış edən və siyasi istiqamətləri müəyyənləşdirən Kim Çen Pxenyanın imperializmə qarşı olan müstəqil ölkələrlə strateji əməkdaşlığı genişləndirəcəyini vurğulayıb. Həmçinin Kim Çen orduya və döyüş sursatları, nüvə silahları və mülki müdafiə sənayesinin müharibə hazırlıqlarını daha da sürətləndirmək göstərişi verib. |
2023-12-28 | 817,983 | Zelenski Roma Papası ilə danışdı | Ukrayna Prezidenti Vladimir Zelenski və Roma Papası Fransisk arasında telefon danışığı baş tutub. Axar.az xəbər verir ki, bu barədə V.Zelenski axşam müraciətində deyib. “İndicə Papa Fransisk ilə danışdım. Mən ona Ukrayna və ukraynalılar üçün Milad bayramı təbrikinə, hamımız üçün ədalətli dünya arzuladığına görə təşəkkür etdim", - Zelenski bildirib. Dövlət başçısı Papa ilə həmçinin sülh formulunu da müzakirə etdiyini əlavə edib. |
2023-12-29 | 817,984 | Ukrayna Rusiyaya məxsus iki təyyarəni müsadirə edir | Ukrayna Rusiyaya məxsus iki şərnişin təyyarəsini müsadirə etməyi planlaşdırır. Axar.az xəbər verir ki, bununla bağlı Ukrayna Ədliyyə Nazirliyi Ali Antikorrupsiya Məhkəməsində iddia qaldırıb. Nazirlik “İlyuşin Finans Ko” lizinq şirkəti ASC-yə məxsus An-148-100E sərnişin təyyarələrini dövlətin hesabına keçirməyi hədəfləyir. Qeyd edək ki, 2022-ci ilin avqustunda Ukrayna Nazirlər Kabineti Vladimir Zelenskinin Rusiya əmlakının və Ukrayna ərazisindəki aktivlərinin müsadirə edilməsi haqqında fərmanını təsdiqləyib. |
2023-12-28 | 817,987 | Levon sərhədimizə gəldi, döyüş mövqelərinə qalxdı | Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbsdən çıxarılandan sonra siyasətlə məşğul olan və deputat mandatı verilən oğlu Levon Köçəryan sərhədimizə gəlib. Axar.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, L.Köçəryan dostları ilə Zəngəzur istiqamətində döyüş mövqelərini ziyarət edib. “Bu gün biz Zəngəzurun döyüş mövqelərinə baş çəkdik. Ön cəbhədə dayanan əsgər və zabitlərimizlə söhbət etdik, vəziyyətlə tanış olduq. Vətənimizin müdafiəsi üçün ön cəbhədə dayanan hər kəsə problemsiz xidmət”, - deyə Levon sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, Ermənistanda hakimiyyətə qayıtmaq potensialı olmayan R.Köçəryandan əlini üzən rusiyameyilli qüvvələr Levon Köçəryandan lider düzəltmək üçün can-başla çalışır və onun təbliğatını aparırlar. Hakimiyyətdə olduğu müddətdə erməni xalqından talayaraq topladığı külli miqdarda mirası atasından qəbul edən Levonun öz təbliğatına ciddi maliyyə xərclədiyi də görünür. |
2023-12-29 | 817,992 | ABŞ-ın ərazi iddiası - Rusiya ordusu hazırdır | Moskvanın Artikada ciddi qoşun qrupu vardır ki, Vaşinqton bununla hesablaşmalı olacaq. Axar.az xəbər verir ki, bu barədə “Military Watch Magazine” nəşrinin ABŞ-ın Artika regionuna iddiaları ilə bağlı məqaləsində yazılıb. Bildirilib ki, Birləşmiş Ştatlar 10 ildir regionda mövcudluğunu genişləndirir. Xüsusən, ABŞ-ın Alyaskaya 100 ədəd F-22 və F-35 qırıcısı yerləşdirməsi bunu təsdiqləyir: “Rusiyanın ABŞ-ın ərazi iddialarına cavab verməyə vasitələri də var. Xüsusən, Yeni Torpaq və Tiksi limanında S-400 sistemləri, həmçinin Arktika şəraitinə uyğunlaşdırılmış “Tor” və “Pantsir” yaxınmənzilli zenit-raket komplekslərinin yüksək ixtisaslaşdırılmış versiyaları yerləşdirilib. Birləşmiş Ştatlar tərəfindən iddia edilən kontinental şelfin sahəsi təxminən bir milyon kvadrat kilometr təşkil edir və yeddi bölgədə paylanır. Bu, ABŞ Dövlət Departamentinin nəşrində öz əksini tapıb”, - deyə bildirilib. |
2023-12-29 | 817,994 | Millət vəkili söz verdi: Kim istəsə, gəlsin “Çay evi”nə… | Əvvəllər həmin ərazi bağ idi. Məscidin qarşısındakı böyük bir bağda Xudu Məmmədovun təşəbbüsü və layihəsi ilə “Çay evi” tikilmişdi. İndi yenidən həmin ərazidə beş hektarlıq bağ salınır. Bu sözləri Axar.az-a millət vəkili Aqil Abbas Ağdamın “Çay evi”ndən danışarkən deyib. O bildirib ki, şəhərin işğalından əvvəl mövcud olan bu “Çay evi” tamamilə dağıdılıb. “Ağdamdakı “Çay evi” 3 mərtəbə idi. Zirzəmisində yeməkxana var idi. Bayırda da çay içmək olurdu. Bura Ağdamın məşhur yerlərindən sayılırdı. O “Çay evi”nin oxşarı Quzanlıda tikilmişdi, amma əlbəttə ki, özü deyil, oxşarıdır. Məsləhət olunub ki, həmin “Çay evi” olduğu kimi tikilsin. Hələ tikilsin, Ağdama əhali yığılsın, şəhər nəfəs alsın, insan nəfəsi ilə isinsin, geri dönəndən sonra mən də gedəcəm, Ağdamda yaşamaq istəyirəm. Kim istəsə, həmin “Çay evi”ndə qonaqlıq verəcəm. Nəinki “Çay evi”ndə, Ağdamın istənilən restoranında qonaqlıq verməyə hazıram”. “Çay evi”nin memarı Naiq Səmədov bildirib ki, məsələ ilə bağlı təkliflərini bir müddət öncə verib: “Əvvəllər də məsələ qaldırmışdım. Elbay Qasımzadə ilə görüşümüz də olmuşdu və təkliflər etmişdim. Bildirmişdim ki, bir neçə obyektin öz yerində, əvvəlki görüntüsü ilə qalması yaxşı olardı. Çünki Ağdam camaatı ora gedəndə ona bu yerlər nəsə xatırlatmalıdır. Yəni, bəzi unikal binalar var ki, onları saxlamaq lazımdır. Onlardan biri də “Çay evi”dir. Bilmirəm, bu, nə dərəcədə icra olunacaq? Rəsmi bir şey yoxdur. Bir-iki il bundan əvvəl belə bir məsələ qaldırıldı. Mənə dedilər ki, səni də dəvət edəcəyik. Sonra bu barədə söhbət olmadı. Mənə hazırda müraciət etməyiblər. Edərlərsə, öz təkliflərimi verərəm. Məsələn, mən ölçülərini dəyişməzdim, olduğu kimi qalardı. Proporsiyaları çox gözəldir. İndi o qədər müasir materiallar çıxıb ki, onlardan istifadə edərdim, lazımdır. 40 il bundan öncənin materialı ilə indiki bir deyil. Fasadında, içərisində isə müasir materiallardan istifadə etmək lazımdır”. “Çay evi”nin bənzərinin Ağdamın Quzanlı kəndində olduğunu xatırladan Naiq Səmədov bildirib ki, o tikili uğurlu alınmayıb: “Quzanlıda əvvəlki icra başçılarından biri mənə müraciət elədi. Elə başa düşdüm ki, özünə obyekt tikir. Təxmini eskiz elədim, layihəsini göndərdim. Özüm Bakıda yaşayıram, amma Quzanlıya gedib, tikinti prosesində iştirak edə bilmədim. Çox dəyişiklik oldu, proporsiyaları itirdilər, sütunlar qoydular. Tikinti şirkəti məsuliyyəti üzərinə görürmədi, bir sözlə, yaxşı alınmadı. Ağdamdakı “Çay evi” ilə Quzanlıda tikilənin arasında çox fərq var”. |
2023-12-29 | 817,995 | İsrail Hizbullahın düşərgəsinə cavab zərbəsi endirdi | İsrail Müdafiə Qüvvələri Hizbullahın Livandakı hərbi obyektlərinə cavab zərbələri endirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. "Livanın cənubundakı Ayta əş-Şab və Ramya yaşayış məntəqələrindən İsrail ərazisinə doğru çoxlu sayda mərmi və raketlər atılıb. İsrail ordusunun aviasiyası, tankları və artilleriya qurğuları bu ərazilərdə Hizbullah terrorçularının hədəflərinə zərbələr endirib. Bir müddət əvvəl İsrailə raket buraxılışına cavab olaraq, aviasiya Hizbullah hərbi düşərgəsinə zərbə endirib”, - deyə məlumatda bildirilir. |
2023-12-29 | 817,997 | Rusiya 31 il sonra bu ölkədə səfirliyini bərpa etdi | Rusiya Burkina-Fasonun paytaxtı Uaqaduquda 31 il sonra səfirliyin fəaliyyətini bərpa edib. Axar.az xəbər verir ki, bu barədə Burkina-Fasonun xarici işlər naziri Karamoko Jan-Mari Traore məlumat verib. |
2023-12-29 | 817,998 | HƏMAS İsrailin 825 texnikasını məhv etdi | Münaqişənin başladığı andan bəri (7 oktyabr 2023-cü il) HƏMAS-ın hərbiləşdirilmiş qrupları İsrailə məxsus 800-dən çox hərbi texnikanı məhv edib, yaxud onlara ciddi zərər vurub. Axar.az xəbər verir ki, bu barədə HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadasının nümayəndəsi Əbu Ubeyda deyib. “İsrail təcavüzünün Qəzzada başlamasından bəri 825 texnika məhv edilib”, - deyə o bildirib. |
2023-12-29 | 817,999 | İranın bu qərarı Güneyi təhqir etməkdir - Cavadi | İran xarici işlər naziri Abdullahian Ermənistana Təbrizdə konsuluq açılmasının təklif edildiyini və bunun razılaşdırıldığını bildirib. Bu, əlbəttə ki, Təbrizdə normal qarşılana bilməz. Bu sözləri Axar.az-a Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib. O bildirib ki, bu, əslində Quzeydən daha çox, Güney Azərbaycana bir mesajdır: “Hətta bizi təhqir etmək və aşağılamaqdır. Son aylar Milli Hərəkatda canlanma müşahidə edirik, bu səbəbdən İran Güney Azərbaycana Təbrizdə söz haqqının kimdə olduğunu göstərmək istəyir. Təbii ki, Təbriz buna razı deyil və bunun nəticələrini tez bir zamanda görəcəyik. İstər siyasi qurumlar, istər xalqımız buna reaksiya verəcək”. Güney Azərbaycan Cümhuriyyət Partiyasının media təmsilçisi Barış Bozqurd isə İranın illərdir yürütdüyü antiazərbaycan siyasətinə toxunub: “Təbrizdə Ermənistan konsulluğunun açılması qərarı bu təxribatların növbəti nümunəsidir. Özünü şiə və müsəlman adlandırmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də Azərbaycanın deyil, Ermənistanın yanında oldu. Bu, Güney Azərbaycanda narahatlıq yaratdı. İranın belə siyasətinə qarşı güneylilər küçələrə çıxıb, öz etirazını bildirdi. İndi də İranın atdığı son addım istər xalq, istərsə də sosial mediada kəskin etiraz yaradıb. Güney Azərbaycanın siyasi təşkilatı olaraq belə bir işin olmasına qarşıyıq. Buna var gücümüzlə etirazımızı bildiririk. Çünki bütün İran ərazisində olan ermənilərin sayı 20-25 min arasındadır. Bu rəqəmlərin özü də şübhəlidir. Ola bilsin ki, daha azdır. Şərqi Azərbaycanda yaşayan erməni əhalisinin dəqiq sayına isə rast gələ bilmədim. Ermənilər, əsasən Tehran və İsfahanda yaşayır. Şərqi Azərbaycanda isə sayları o qədər deyil ki, Təbrizdə onlar üçün konsulluq yaradılsın. Biz yaxşı başa düşürük ki, bu siyasət Azərbaycanın bütövlüyünə qarşıdır. Buna isə təəccüblənmirik, İranın ənənəvi siyasəti həmişə bu cür olub. Bu addım, eyni zamanda Milli Hərəkata qarşı psixoloji təzyiqdir. Bununla da bizə qarşı savaş açdığını göstərir”. |
2023-12-29 | 818,004 | Nikolun Bakıya “təsir” üçün əldə etmək istədiyi “rıçaq” | Ermənistan hakimiyyəti separatçıların mövcudluğunu davam etdirməsi məsələsində ikiliyanaşma sərgiləyir: separatçı rejimin ləğvi ilə bağlı qərardan imtina edən Şahramanyanı “vurur”, bu qərarın qüvvədə olmadığını dilə gətirən Samvel Babayana heç nə etmir, əksinə, ona “qucaq” açır. Bu, rəsmi İrəvanın hazırki mərhələdə qondarma “artsax” ideyasını tamamilə sıradan çıxarmaqdan daha çox, Babayanın üzərindən nəzarətə götürmək istəyindən xəbər verir. Birincisi, Şahramanyanın rəhbərlik etdiyi qrupun radikal yanaşması təkcə Bakı ilə sülh prosesinə yox, Paşinyanın hakimiyyətinə də təhdid yaradır; İkincisi, Babayanın rəhbərlik etdiyi qrupun yumşaq yanaşması hakimiyyətə təhdid yaratmır, amma Qarabağ məsələsini də Ermənistanın nəzarətində daim gündəmdə saxlamağın tərəfdarıdır; Babayan “Azadlıq” radiosunun erməni xidmətinə sonuncu müsahibəsində bildirir ki, “mühacir hökumətə” qarşıdır, əvəzində Ermənistan hakimiyyətinə tabe olan Qarabağla bağlı danışıqlar aparacaq xüsusi komitə yaradılmalıdır. Görünən budur ki, Ermənistan hakimiyyətinin Qarabağ məsələsi üzərindən daxili təhdidləri aradan qaldırmaq planı var və nəzarətə götürdüyü qondarma “artsax” ideyasından sonrakı mərhələdə Bakıya qarşı mümkün kart kimi də əlində saxlaya bilər. Bu kartdan necə istifadə edəcəyi, yaxud bunu bacaracağı proseslərin inkişafında aydın olacaq. Ermənistanda Qarabağla bağlı mövcud siyasi mənzərə isə Azərbaycanın istəyinə uyğun görünür. Çünki Babayan olmasaydı, məsələ Şahramanyanın timsalında radikalların tam nəzarətində olacaqdı, eləcə də əksinə, Şahramanyan oyundan kənarlaşdırılsaydı, Babayanın timsalında Ermənistan hakimiyyəti istədiyi kartı tamamilə ələ alacaqdı. Bu baxımdan, Babayan və Şahramanyanın Qarabağdan İrəvana gedə bilməsinin arxasında bu gün Ermənistanın daxili siyasi seqmentində baş verənlərin istiqamətləndirilməsi ssenarisi də görünür. |
2023-12-29 | 818,005 | “Xalq artisti” adı bu şəxslərdən alına bilər | Məşhur müğənni Filip Kirkorovun bloger Anastasiya (Nastya) İvleyevanın təşkil etdiyi “Çılpaq gecə” adlı tədbirdə iştirakı zamanı istifadə etdiyi geyim Rusiya ictimaiyyətinin kəskin reaksiyalarına səbəb olub. Hətta aralarında deputatların da olduğu bir sıra şəxslər Kirkorovun “xalq artisti” adının məsuliyyətinə yaraşmayan hərəkətlərinə görə bu adın ondan geri alınmasını tələb edib. Bəs, Azərbaycanda da “xalq artisti” adına yaraşmayan hərəkətlər edən şəxslərə qarşı hansısa tədbirlər görülə bilərmi? Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Kult.az-a açıqlamasında “xalq artisti”nin “xalq şairi”, “xalq yazıçısı” fəxri adı ilə eyni çəkidə olmadığını deyib: “Təəssüflər olsun ki, bu gün daşıyıcıları arasında çox görkəmli sənətkarlarımız olan bu adı elə onu daşıyanların bəziləri yüngülləşdirib. Bu gün ekranın, sosial şəbəkələrin, medianın cəmiyyətin aşınmasında ciddi rolu var. Boşanmalar, intiharlar, əhali artımının dayanması, milli əxlaqla düz gəlməyən yaşayış tərzi birbaşa bu kimi şeylərdən qaynaqlanır. Bu, yad mədəniyyətin gətirdiyi ölümdür, mədəniyyət adına antimədəniyyətin cəmiyyətin mədəni-əxlaqi dəyər dayaqlarını sarsıtmasıdır. Düşünürəm ki, bu adların verilib-alınması məsələsi incəsənət aləmində söz-söhbətə səbəb olan mübahisəli mövzudur. Hər halda dövlət, xalq sənətkara etimad göstərir, ona fəxri ad verirsə, o da təkçə ekranda yox, həyatda da bu adın şərəfini, yüksəkliyini qorumalıdır”. Xalq artisti Nurəddin Mehdixanlı da saytımıza açıqlamasında bu məsələdə ümumi cəmiyyət qınağının vacibliyini vurğulayıb: “Əgər bir nəfərə fəxri ad verilirsə, bilməlidir ki, ona verilən bu ad sıradan titul deyil, xalqın məsuliyyəti, dövləti təmsil edən şəxsin imzası ilə verilən bir addır və özünü buna uyğun aparmalıdır. Mən düşünmürəm ki, bizim fəxri ad almış sənətkarlarımızın mütləq əksəriyyəti bu adı doğrultmur. Cəmiyyət kimlərin necə olduğunu görür. Ancaq bu adı doğrultmayanlara ümumi cəmiyyət qınağı da olmalıdır. Hamı bilməlidir ki, dövlətin, millətin, xalqın mənafeyinə, adət-ənənəsinə, mədəniyyətinə, dəyərlərinə zidd olan davranış və əməllərinə görə cəzalandırılıb, aldıqları adlardan, orden və medallardan, rütbələrdən məhrum edilən hərbi rütbəlilər, ədəbiyyat, sənət adamları var. Təcrübədə bu varsa, demək, hüquqi bir presedent, qanun, nizam var və buna uyğun davranmaq lazımdır”. |
2023-12-29 | 818,006 | Britaniya gəmisi sərhədə gəldi, Maduro orduya əmr verdi | Venesuela Prezidenti Nikolas Maduro Britaniyaya məxsus "Trent" gəmisinin Qayana sahillərinə gəlməsinə kəskin reaksiya verib və bunun fonunda Karib dənizinin şərqində müdafiəni gücləndirməyi və Atlantik okeanı sahillərində hərbi təlimlərə başlamağı əmr edib. Axar.az xəbər verir ki, bu barədə “Venezolana de Televisión” məlumat yayıb. "Venesuela müdafiə, sabitlik və sülh hüququna malikdir. Biz heç kimin təxribat və təhdidlərini qəbul etmirik. Venesuela təhdid və təxribatlara qətiyyət və vətənpərvərliklə cavab verir", - Maduro vurğulayıb. Qeyd edək ki, Venesuela ilə yaranmış gərginlik fonunda Britaniya Qayana sahillərinə “Trent” patrul gəmisini göndərib. |
2023-12-29 | 818,008 | Ostin Qallantla danışdı: İrana bağlı silahlılar... | ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qallant ilə telefon danışığı aparıb. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidmətindən verilən məlumatda bildirilib. Ostin ABŞ-ın HƏMAS-ın İsrailin təhlükəsizliyini bir daha təhdid edə bilməyəcəyini təmin etməkdə qətiyyətini bir daha təsdiqləyib. Həmçinin o, Qəzzanın mülki əhalisinin qorunmasının və humanitar yardımın çatdırılmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda, nazirlər Yaxın Şərqdəki təhlükəsizlik təhdidləri, o cümlədən Hizbullahın Livanın cənubunda sabitliyi pozan fəaliyyəti, İranla əlaqəli silahlıların İraq və Suriyadakı ABŞ əsgərlərinə hücumları və husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını müzakirə ediblər. |
2023-12-29 | 818,009 | Leyla Əliyeva "Ürəkdən-ürəyə" proqramında iştirak etdi | Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dekabrın 28-də SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində pianoçu Ruslan Ağababayevin “Ürəkdən-ürəyə” adlı konserti keçirilib. Axar.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva konsertdə iştirak edib. ABŞ-da tanınmış pianoçu və bəstəkar olan Ruslan Ağababayev konsertdə müxtəlif kompozisiyalarını səsləndirib. Əməkdar artistlər Sevda Ələkbərzadə, Ceyla Seyidova, Eyyub Əliyev konsertin qonaq ifaçıları olublar. Ruslan Ağababayev Bakıda anadan olub, Bakı Musiqi Akademiyasının məzunudur. 1997-ci ildə o, ABŞ-a gedərək təhsilini orada davam etdirib, caz və kompozisiya üzrə Ron Karter, Bryus Bars, Devid Loub və Devid Del Tredicdən dərs alıb. Tədbir çərçivəsində gənc rəssamların sərgisi də təşkil olunub. Sərgidə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının üzvləri, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin tələbələri və uşaq evinin sakinlərinin əsərləri nümayiş olunub. Eyni zamanda, vətənpərvərlik mövzusu ilə yanaşı, müxtəlif janrlarda çəkilmiş 17 rəsm əsəri və əl işləri təqdim edilib. Rəssamların əsərlərində Qarabağ, Azərbaycanın göz oxşayan abidələri boyalarla özünəməxsus formada izləyicilərə çatdırılıb. |
2023-12-29 | 818,013 | İranla Rusiya arasında mühüm saziş | İran və Rusiya arasında rubl və rialla ticarətə icazə verəcək valyuta sazişi 2024-cü ilin birinci rübündə imzalanacaq. Axar.az xəbər verir ki, bunu İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin bildirib. "Rusiyaya ixracımız idxaldan azdır. Bizim yaxşı tədbirlərimizdən biri də odur ki, gələn ilin birinci rübündə İranla Rusiya arasında valyuta sazişi imzalanacaq. Bu da o deməkdir ki, rubl və rialla ticarət etmək mümkün olacaq", - Fərzin söyləyib. |
2023-12-29 | 818,015 | İsrail Dəməşqə zərbələr endirir | İsrail Hərbi Hava Qüvvələri Suriyanın paytaxtı Dəməşqin ətrafına raket zərbələri endirir. Axar.az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb. Bildirilir ki, Suriya zenitçiləri İsrailin hücumlarını dəf edirlər. Dağıntı və tələfat barədə məlumat yoxdur. |
2023-12-29 | 818,016 | 2023-də ABŞ-ın Ukraynaya etdiyi yardımın həcmi... | Bu il ərzində ABŞ Ukraynaya ümumi dəyəri 24 milyard dollardan çox olan 34 hərbi yardım paketi göndərib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X şəbəkəsində yazıb. O bildirib ki, yardım paketlərinə ATACMS, DPİCM, HHM, raketlər, artilleriya mərmiləri, minatəmizləmə vasitələri və digər kritik əhəmiyyətli vasitələr daxildir. Zelenski xatırladıb ki, geridə buraxdığımız il ərzində Ukraynaya F-16 qırıcılarının verilməsi ilə bağlı tarixi qərar qəbul olunub. Dövlət başçısı dünən açıqlanan 250 milyon dollarlıq hərbi yardım paketinə görə Prezident Co Baydenə, Konqresə və Amerika xalqına təşəkkür edib. |
2023-12-29 | 818,017 | Hər gün bu tərəvəzi yemək xərçəngin qarşısını alır | Populyar tərəvəz düşünüləndən daha faydalıdır. Axar.az Medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri hansı tərəvəzin Yeni ildə daha faydalı ola biləcəyini müəyyənləşdirib. Alimlər yerkökündə güclü antixərçəng təsiri aşkarlayıblar. Adətən kökdə olan beta karotini orqanizmə faydalı hesab edirlər. Amma beta karotinin xərçəngə təsiri sübut olunmayıb. Düzdür onun ürəyə, sümüklərə, gözə faydası var. Lakin kökdə olan digər aktiv maddı – poliasetilenlər xərçəng hüceyrələrinə qarşıdır. Alimlər kökə aid 200 meqa tədqiqatın nəticələrini təhlil ediblər. Ümumilikdə 4,7 milyon insanın məlumat bazası yoxlanılıb. Nəticə göstərib ki, gündə 80 qram, həftədə 400 qram kök istənilən tip xərçəng növü riskini 20% azaldır. Hətta gündə 1 ədəd kök belə xərçəngi 4% azalda bilir. Fərqi yoxdur, kökü çiy və ya bişmiş formada yemək olar. Ona görə yeni ildən kök yeməyə vərdiş edin. |
2023-12-29 | 818,018 | Bu addım Ukraynanı dağıdacaq - Lutsenko | Yeni səfərbərlik qanun layihəsinin təbliği, müzakirə olunma tərzi və ona bəzi dəyişikliklər etməyə cəhd - mənə elə gəlir ki, son dərəcə bədxassəli yanaşmadır və ciddi daxili problemlərə gətirib çıxara bilər. Axar.az xəbər verir ki, bu sözləri ukraynalı hərbçi və keçmiş xalq deputatı İqor Lutsenko deyib. Onun fikrincə, hakimiyyət tərəfindən izahatların və əlaqənin olmaması rusların həqiqətən də istədiyi ciddi daxili problemlərə səbəb ola bilər: "İndi əslində kimin, necə və hansı ardıcıllıqla vətən uğrunda həlak olacağına qərar verilir. Və belə anlaşılır ki, qanun layihəsinə görə öz üzərinə məsuliyyət götürməyi bacaran insanlar yoxdur", - Lutsenko bildirib. Qeyd edək ki, Ukraynada səfərbərlik haqqında qanun layihəsi bir müddətdir müzakirə olunmaqdadır. Qanun layihəsinin konstitusiyanın müəyyən müddəaları ilə ziddiyyət təşkil etdiyi bildirilir. |
2023-12-29 | 818,020 | Neft yenidən ucuzlaşdı | Dünya birjalarında neft yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 77,14 dollara, yüngül neftin bir barreli isə 71,68 dollara təklif olunur |
2023-12-29 | 818,023 | Bakıda maşın məscidin hasarına çırpıldı: 1 ölü, 3 yaralı | Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yol qəzası baş verib. Axar.az xəbər verir ki, Heydər məscidinin qarşısında Salyan rayon sakini Müslüm Elşən oğlu Saidov idarə etdiyi "Kia Rio" markalı avtomobili məscidin hasarına vurub. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişin Ədalət Elçin oğlu Hətəmov hadisə yerində ölüb. Bundan başqa, digər sərnişinlər - Xan İlqar oğlu Şirəliyev və Nihad Ziyadxan oğlu Mehdizadə aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı Binəqədi RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. |
2023-12-29 | 818,029 | Rusiya Ukrayna PUA-larını məhv etdi | Dekabrın 29-u səhər saatlarında Ukrayna pilotsuz uçuş aparatları ilə Rusiyanın Kursk vilayətinə hücum edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, PUA-lar məhv edilib. Dağıntı və itkilər barədə məlumat verilməyib. |
2023-12-29 | 818,032 | FHN gücləndirilmiş iş rejimində çalışacaq | Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib. |
2023-12-29 | 818,034 | Safari Həmid Bakıda həbs edildi | Bakı şəhəri Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılan cinayət işi üzrə xarici ölkə vətəndaşı Safari Həmid Qafur barədə həbs qətimkan tədbiri seçilib. Axar.az Trend-ə istinadən xəbər verir ki, onun qanunsuz beynəlxalq pul köçürmələrinin təşkili ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanıldığı müəyyən edilib. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206-1-ci maddəsində nəzərdə tutulan və digər cinayət əməllərini törətməyə görə məsuliyyətə cəlb edilmiş Həmid Safari milyonlarla manat dəyərində ümumilikdə 1.379 gizli valyutaköçürmə əməliyyatını təşkil etməkdə ittiham edilir. Qeyd olunan kölgə iqtisadiyyat şəbəkəsi vasitəsilə Azərbaycana keçirilmiş həmin pul vəsaitlərinin çatdırıldığı şəxslər sırasında müxtəlif cinayətlərə görə məsuliyyətə cəlb edilmiş şəxslər, habelə müxtəlif radikal ekstremist yönümlü qruplar da olub. |
2023-12-29 | 818,039 | Bu türk ölkəsi Talibanı terrorçu siyahısından çıxardı | Qazaxıstan Talibanı qadağan olunmuş təşkilatlar siyahısından çıxarır. Axar.az xəbər verir ki, bunu Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov deyib. O bildirib ki, Qazaxıstan ölkədə qadağan olunmuş terror təşkilatlarının siyahısını yeniləmək üçün mütəmadi olaraq yoxlayır: “Bu prosesin bir hissəsi kimi BMT praktikasına uyğun olaraq Talibanın qadağan olunmuşlar siyahısından kənarlaşdırılması barədə qərar qəbul edilib. Belə ki, BMT Təhlükəsizlik Şurasının məcburi olan qətnamələrinə əsasən, Taliban hərəkatı BMT Təhlükəsizlik Şurası tərəfindən terrorçu kimi tanınan təşkilatlar siyahısına daxil edilməyib”. |
2023-12-29 | 818,041 | Dünyanın ən bahalı 10 hücumçusu | Dünyanın ən bahalı 10 hücumçusunun adı açıqlanıb. Axar.az xəbər verir ki bu barədə "Transfermarkt" portalı məlumat yayıb. Həmin futbolçuları təqdim edirik: 1. "Mançester Siti", Erlinq Holann - 180 milyon avro 2. PSJ, Kilian Mbappe - 180 milyon avro 3. "Real", Vinisius Junior - 150 milyon avro 4. "Arselan", Bukayo Saka - 120 milyon avro 5. "Mançester Siti", Fil Foden - 110 milyon avro 6. "Napoli", Viktor Osimhen - 110 milyon avro 7. "İnter", Lautaro Martines - 110 milyon avro 8. "Bavariya" Harri Keyn - 110 milyon avro 9. "Real", Rodriqo - 100 milyon avro 10. "Mançester Siti", Xulian Alvares - 90 milyon avro |
2023-12-29 | 818,045 | Rus deputatın Maska məntiqsiz çağırışı | Rusiya Dövlət Dumasının Krım regionundan deputatı Mixail Şeremet amerikalı sahibkar İlon Maskı tarixi şansı əldən verməməyə və ABŞ prezidentliyinə namizəd olmağa çağırıb. Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “Mask fərasətli siyasətçi və hörmətli iş adamıdır. Dünyamızı yaxşılığa doğru dəyişməyə çalışmaq üçün beynəlxalq vəziyyətə az təsir edən mənasız xəbər hazırlamağa ehtiyac yoxdur. Bu beynəlxalq vəziyyətə az təsir edir, amma tarixi şansdan istifadə etmək, xarakter göstərmək, ambisiyalarınızı bəyan etmək və ABŞ prezidentliyinə namizəd olmaq daha yaxşıdır”, - o bildirib. Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd olmaq üçün bu ölkədə doğulmaq şərtdir. Mask isə 1971-ci ildə CAR-da doğulub. Buna görə də onun ABŞ prezidentliyinə namizədliyini irəli sürmək hüququ yoxdur. |
2023-12-29 | 818,046 | Dünya əhalisinin sayı rekorda qalxır | Dünya əhalisi son bir ildə 75 milyon artıb. Yeni ilin ilk günü dünya əhalisinin sayı 8 milyarddan çox olacaq. Axar.az xəbər verir ki, bu barədə “United States Census Bureau” məlumat yayıb. Məlumata görə, 2024-cü ilin əvvəlində dünyada hər saniyədə 4,3 doğuş və iki ölüm hadisəsinin baş verəcəyi gözlənilir. |
2023-12-29 | 818,047 | Rusiya X şəbəkəsinin rus analoqunu yaratmalıdır | Rusiya daxili və xarici auditoriya üçün X sosial şəbəkəsinə bənzər öz platformasını yaratmalıdır. Axar.az xəbər verir ki, bunu Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov deyib. Ulyanov X sosial şəbəkəsini çoxtərəfli diplomatiyanın mühüm aləti adlandırıb: “Sözügedən şəbəkə dəfələrlə aktual beynəlxalq problemlərin sülh yolu ilə həllinə kömək edib”. O qeyd edib ki, sosial şəbəkədə bəzi alqoritmlər var ki, tvitləri geniş şəkildə paylaşmağa imkan vermir və abunəçilərin sayı məhduddur: “Mən istərdim ki, Rusiya dövləti bu məsələ ilə maraqlansın, həm daxili, həm də xarici auditoriya üçün işləyən güclü platforma yaratsın. Əgər özəl bir şəxs Teleqram kanalı yaradıb və uğur qazanıbsa, yəqin ki, Rusiya dövləti də buna bənzər bir şey edə bilər. Amma bu, baş vermir, çünki bunun üçün görünür, müvafiq qərarların qəbul edilməsi lazımdır. Hələlik belə qərar yoxdur. Düzünü desəm, bu, adama təsir edir. Düşünürəm ki, bu problemi həll etsək, çox şey qazana bilərdik. O cümlədən ölkəmizin Qərbdəki imici baxımından”. |
2023-12-29 | 818,049 | Ukraynaya kütləvi raket hücumu: 30 ölü, 160 yaralı - Video | 10:17 Ukraynanın iri şəhərləri kütləvi raket atəşinə məruz qalıb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb. Məlumata görə, Kiyev, Odessa, Dnepr, Zaporojye, Xarkov, Poltava, Sum və digər vilayətlərdə partlayışlar baş veir. Kiyevdə dalbadal partlayışların olduğu bildirilir. Sum vilayətinin Konotop şəhərindəki ticarət-əyləncə mərkəzi yanır. Raket zərbələri hələ də davam edir. *** Raket hücumu nəticəsində Xarkovda 1 nəfər ölüb, 11 nəfər isə yaralanıb. Xarkov qubernatoru Oleq Sinequbovun sözlərinə görə, ruslar şəhəri S-300 sistemləri ilə vurub. Xəstəxana, anbar və mülki obyektlərə ciddi ziyan dəyib. Kiyev meri Vitali Kliçko isə bildirib ki, Kiyevdə azı 14 nəfər yaralanıb. Onun sözlərinə görə, şəhərin Şevçenko rayonunda 3 nəfər hələ də dağıntılar altındadır. “Şahid” PUA-sının zərbəsi nəticəsində Odessada çoxmərtəbəli yaşayış binası yanıb. Zərbələr nəticəsində 2 nəfər ölüb, 15 nəfər yaralanıb. Yaralananlar arasında 6 və 8 yaşlı uşaqlar da var. Ümumilikdə bu gün Ukraynaya 22 “Şahid” PUA-sı atılıb, onlardan 18-i məhv edilib. Dneprdə raketlərdən biri doğum evinə düşüb. Nəticədə binada yanğın başlayıb. Hücum nəticəsində 4 nəfər həlak olub, 15 nəfər isə yaralanıb. Lvovda 10 yaşayış binası, 3 məktəb və uşaq bağçası zədələnib. 1 nəfər ölüb, 8 nəfər yaralanıb. *** Rusiya ordusunun dekabrın 29-da Ukraynaya kütləvi raket hücumu nəticəsində ölkənin Zaporojye vilayətində 4 nəfər ölüb, 10 nəfər yaralanıb. Bu barədə Zaporojye Hərbi Vilayət Administrasiyasının rəhbəri Yuri Malaşko Teleqramda yazıb. Bununla da bu gün Ukraynada ölənlərin sayı 19-a çatıb. Həlak olanların sayının artacağı istisna edilmir. Onun sözlərinə görə, həmçinin bir neçə iaşə obyektinə, o cümlədən təhsil müəssisələrinə və xəstəxanalara ziyan dəyib. *** Rusiya ordusunun Ukraynaya kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. Bu barədə xarici KİV məlumat yayıb. Ən azı 128 nəfər yaralanıb. *** Ukraynanın kütləvi raket hücumu nəticəsində ölənlərin sayı 23-ə çatıb. Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk bildirib. Qeyd olunub ki, 134 nəfər yaralanıb. Məlumata görə, həmçinin bir neçə rayonda elektrik enerjisi kəsilib. Bildirilib ki, xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər. V. Türk sözügedən hücumu pisləyib. *** Rusiyanın kütləvi hücumu nəticəsində ən azı 30 nəfər ölüb, 160 nəfər yaralanıb. Bu barədə Ukrayna daxili işlər naziri İqor Klimenko məlumat verib. BBC isə Ukrayna şəhərlərinə 36 PUA və 122 müxtəlif növ raketlə hücum edildiyini bildirib. |
2023-12-29 | 818,054 | Türkiyənin daha bir məşhur müğənnisi Bakıya gəlir | Türkiyənin məşhur müğənnisi Yalın Bakıda 2 gün konsert verəcək. Kult.az xəbər verir ki, bu barədə “İticket.az” saytı məlumat yayıb. Məlumata görə, konsert 25-26 aprel tarixində Bakı Konqres Mərkəzində baş tutacaq. Konsert üçün biletlərin qiyməti minimum 55, maksimum isə 350 manatdır. Qeyd edək ki, Yalının konserti 4 may 2024-cü il tarixində “Bakı Kristal Holl”da keçirilməli idi. |
2023-12-29 | 818,057 | Təbrizdə ermənilər bu cür yaşayır - Təbrizli ekspert | Təbrizdə əvvəllər ermənilərin sayı daha çox olsa da, hazırda min nəfərdən də azdır. Ermənilərin saylarının azalmasına səbəb təbrizlilərin erməni əhaliyə münasibətinin nəticəsidir. Bu sözləri Axar.az-a açıqlamasında təbrizli politoloq Əlirza Zamani İranın Ermənistana Təbrizdə Baş Konsulluq açmasını təklif etməsi ilə bağlı deyib. O bildirib ki, təbrizlilər ermənilərə hər zaman nifrət edib: “Burda yəqin ki, din amili də rol oynayıb. Onları murdar hesab edib, təmasdan çəkinərdilər. İcma kimi yaşayan ermənilər yerli əhali ilə sıx münasibətdə olmayıb. Təbrizdə olan bütün ermənilər Barun Avak (təbrizlilər “Barnava” deyir) məhəlləsində yaşayıblar. Tarixən onların məhəllələri Təbrizin digər məhlələrindən daha aşağada yerləşirdi. Bu da onların məhəlləsinin sularının digər məhəllələrə getməməsinə görə idi. Onların damlarının suyu da yağış yağan zaman ancaq öz həyətlərinə tökülməli idi. Bir də yağış yağan zaman ermənilərin şəhərdə gəzib dolanmasına ciddi məhdudiyyətlər var idi. Əhali onların şəhərdə gəzməsini istəməzdi. Çünki onları murdar hesab edirdilər. Yağış onların bədəninə dəyib yerə töküləndə şəhəri də murdar edə bilərdi deyə, belə bir məhdudiyyət var idi. Əvvəllər heç bir təbrizli ermənilərlə əl görüşməzdi, onlarla fiziki təmasda olmazdı. Təsadifən bir-birinə toxunsaydılar, yuyunmalı, qüsl etməli idilər. Təbrizdə indi də ermənilərin özlərinə məxsus mağazaları var. Onlar əsasən o mağazalardan alış-veriş edirlər. Digər mağazalara isə nadir hallarda gedirlər. Yerli əhali də onların mağazalarına getmir”. Ekspert bildirib ki, bütün bunlara baxmayaraq, onlara dini mərasimlərin keçirməsinə kimsə mane olmur: “Öz klisələrində dini mərasimlərini keçirir və ibadətlərini edirlər. Təbrizdə 4-5 erməni klisəsi vardı. Onların bəzisi hələ də fəaliyyət göstərir”. |
2023-12-29 | 818,059 | Bu müəssisələrə vergi güzəşti tətbiq ediləcək | Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində gələn ildən Azərbaycanda tibb müəssisələrinə vergi güzəşti tətbiq ediləcək. Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb. Bildirilir ki, biznesin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri tibb müəssisələri üzrə vergi güzəştinin tətbiqi ilə bağlıdır. Səhiyyə sahəsi üzrə əməliyyatların şəffaflaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədilə tibb müəssisələrinə və özəl tibbi praktika ilə məşğul olan şəxslərə ƏDV üzrə güzəştlər verilib. Qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən, səhiyyə müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 %-nin 2024-cü il yanvarın 1-dən 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılması nəzərdə tutulur. Eyni zamanda, dövlət büdcəsinə hesablanarkən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir və mənfəət vergisindən azad olunub. Tibb müəssisələri üzrə əhəmiyyətli vergi güzəştini nəzərdə tutan bu dəyişiklik həmin sektorda şəffaflaşmanın artırılmasına, eləcə də nağdsız ödənişlərin stimullaşdırılmasına müsbət təsir edəcək. |
2023-12-29 | 818,062 | Nazirdən tədris günləri ilə bağlı açıqlama | Tədris günlərinin sayı ilə akademik nəticələr arasında çox sıx əlaqə var. Axar.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev AZTV-yə müsahibəsində deyib. Nazir qeyd edib ki, Azərbaycanda tədris günlərinin sayı elə də çox deyil: “Tədris müddətimiz uzun deyil. Bu uzun müddətli islahat istiqaməti ola bilər. Cəmiyyətdə belə müzakirələr çoxdur. Biz təhsili məişət səviyyəsində saxlayıb, o səviyyədə də müzakirə aparsaq, elə bu səviyyədə də qalacaq. Anlamalıyıq ki, tədris müddəti ilə akademik nəticə arasında əlaqə var. Bu istiqamətdə müzakirələrə başlamalıyıq. Ən ağrılı yerimiz ictimai müzakirənin keyfiyyətidir. İlk növbədə problemi qəbul etməliyik. Məsələn, bizdə tədris müddəti qısadır və bu problemdir”. |
2023-12-29 | 818,064 | Sülh bu vəziyyətdə imzalana bilər, əks halda... - Xurşudyan | Ermənistanın imkanları Azərbaycanla bərabər deyil, bizim yetəri qədər silahımız belə yoxdur. Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu erməni yazıçı, ekspert Karen Xurşudyan deyib. “Heç bir avropalı Ermənistanın sərhədlərini qorumağa gəlməyəcək. İqtisadi sanksiyalardan başqa Avropanın Azərbaycana təsir rıçaqları yoxdur. Yəni Bakı İrəvana qarşı təmkinli olmağa məcbur deyil. Ermənistan xarici siyasi əlaqələrini genişləndirməli, ordusunu gücləndirməlidir. Sülh ancaq bu vəziyyətdə imzalana bilər. Əks halda başqa qüvvələr İrəvandan öz məqsədləri üçün istifadə etməyə davam edəcəklər”, – Xurşudyan bildirib. |
2023-12-29 | 818,065 | Parisin İrəvana ölümcül silahlar tədarükü... - Əmirbəyov | Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir. Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransa-Azərbaycan münasibətlərinin gərginləşməsinə dair məqalənin dərc edildiyi Fransanın “Le Monde” nəşrinə müsahibəsində deyib. O qeyd edib ki, ikitərəfli münasibətlərdə müşahidə olunan gərginləşmənin səbəbi Fransanın Ermənistan-Azərbaycan qarşıdurması məsələsində tutduğu tamamilə ədalətsiz, qərəzli ermənipərəst mövqedir: “Artıq uzun müddətdir ki, Ermənistana hər cür diplomatik, iqtisadi və son zamanlar hərbi dəstək verən Fransa öz zərərli addımları ilə Bakı ilə İrəvan arasında sülhün əldə olunması perspektivlərini sarsıdır”. “BMT Təhlükəsizlik Şurası, Avropa Birliyi (AB) və onun qurumları kimi müxtəlif beynəlxalq platformalarda açıq şəkildə anti-Azərbaycan təşəbbüslərini irəli sürmək cəhdləri təkcə Fransanın mümkün vasitəçi kimi onsuz da şübhəli olan nüfuzunu tamamilə sarsıtmayıb, həm də Bakının Fransanın aparıcı ölkələrdən biri olduğu AB-yə inamına ciddi zərbə vurub”, - o vurğulayıb. E.Əmirbəyovun sözlərinə görə, Parisin İrəvana ölümcül silahlar tədarükü Cənubi Qafqaz regionunda təhlükəsizliyi, sabitliyi pozur, onu yeni hərbi münaqişələrə, mənasız silahlanma yarışına sövq edir və Ermənistanla Azərbaycan arasında sülhə nail olunması perspektivlərini süni surətdə ləngidir: “Aydındır ki, Fransa tarixi ədaləti bərpa edən, Qarabağ və onun digər rayonlarını Ermənistanın 30 illik işğalından azad edən Azərbaycanın qələbəsini həzm edə bilmir”. |
2023-12-29 | 818,073 | Ukrayna müttəfiqlərini təcili iclasa çağırdı | Ukrayna Baş naziri Denis Şmıqal 2024-cü il büdcəsi ilə bağlı fövqəladə yüksək qeyri-müəyyənlik elan edib. O, müttəfiqlərlə təcili görüş tələb edib. Axar.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb. Məlumata görə, Şmıqal Ukraynaya vəsaitin ayrılmasına nəzarət edən G7 ölkələrinin nümayəndələrinin koordinasiya qrupuna müvafiq məktub göndərib. “Maliyyəyə gələn ay ehtiyac var və Ukraynanın təcili büdcə ehtiyaclarına yönəldilməlidir. Bu, hökumətin işini saxlamaq, müəllimlərə, dövlət qulluqçularına maaş vermək, habelə pensiya ödəmək deməkdir”, - məktubda qeyd olunub. Şmıqal donorların təcili növbədənkənar görüş keçirməli olduqlarını bildirib. |
2023-12-29 | 818,075 | Novruzovun bu sözü qalmaqal yaratdı | Millət vəkili Siyavuş Novruzovun “Milli Məclisin deputatlarından hamısı biznesmen, iş adamı deyil ki” ifadəsi cəmiyyətdə bir sıra suallar doğurdu. Bu, Siyavuş Novruzovun deputatlar arasında bizneslə məşğul olanların varlığını təsdiqləməsidirmi? Qanunvericilik millət vəkillərinə bizneslə məşğul olmağı qadağan etdiyindən, S.Novruzovun bu ifadəsi müzakirələrə səbəb olub. Məsələ ilə bağlı elə Siyavuş Novruzov Axar.az-a açıqlamasında bildirib ki, deputatlar özü birbaşa bizneslə məşğul olmur: “Bilirsiniz, qanunla deputat bizneslə məşğul ola bilməz. Deputatların özü deyil, övladı və ya digər qohumu bizneslə məşğul olur”. |
2023-12-29 | 818,077 | Üç gündən sonra pensiyalar, maaş nə qədər artacaq? | Minimum maaşdakı artımlar il başladıqdan sonra Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla reallaşır. Bir sıra artımlar öncədən büdcə paketində öz əksini tapıb və bu qanunvericiliklə təsbit olunmuş artımlardır. Məsələn, pensiyadaki artımlar 2023-cü ildə orta aylıq əmək haqqıdakı artım faizinə uyğunlaşdırılır. Buna görə də bunu əvvəlcədən hesablamaq mümkündür. Minimum maaşda hər il artımlar həyata keçirilir. Bu da təbii ki, həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımından kifayət qədər vacib addımlardır. Axar.az xəbər verir ki, bu barədə iqtisadçı, millət vəkili Vüqar Bayramov deyib. Bayramov bildirib ki, ilkin qiymətləndirmələrə görə yanvar ayında pensiyalar təxminən 11% artacaq: “Eyni zamanda ünvanlı sosial yardım çərçivəsində sosial yardım alan vətəndaşlarımızın da yardımlarında artımlar olacaq. Bu, birbaşa ehtiyac meyarının 270 manata çatdırılması ilə bağlıdır və təxminən 10%-lik artım deməkdir”. Millət vəkilinin sözlərinə görə, 2024-cü ildə minimum əmək haqqı ilə əlaqəli qərar fiskal gəlirlərimizdən asılı olaraq veriləcək: “Nəzərə alsaq ki, 2024-cü ilin büdcəsi təsdiq olunur, bu baxımdan fiskal gəlirlərimiz çox önəmli olacaq. Büdcədə sosial xərclərin payı kifayət qədər yüksəkdir. Ümumi xərclərin 45%-ni sosial xərclər təşkil edir. Ona görə də növbəti ildə həm minimum maaş, həm də sosial müavinətlə bağlı qərar fiksal gəlirlərimizdəki vəziyyətə uyğun olaraq qəbul ediləcəyi gözlənilir”. |
2023-12-29 | 818,079 | HƏMAS Misirin üçmərhələli sülh planını rədd etdi | HƏMAS Misirin Qəzza zolağında atəşkəs və Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı üçmərhələli planını rədd edib. Axar.az xəbər verir ki, bunu Misirin dövlət informasiya xidmətinin rəhbəri Diya Rəşvan deyib. Qeyd edək ki, Misir İsraillə HƏMAS arasında müharibəyə son qoymaq üçün üçmərhələli plan təklif etmişdi. Plana atəşkəs, girovların azad edilməsi və Fələstin hökumətinin yaradılması daxil idi. |
2023-12-29 | 818,080 | Nikolun Əliyevin önündə itaətkar duruşu... – Ohanesyan | Ağıllı insanlar başa düşürlər ki, Ermənistan öz problemlərini təkbaşına həll edə biləcək böyüklükdə ölkə deyil. Tərəfdaşları harada axtarmalıyıq? Aydındır ki, Rusiya və onun postsovet məkanındakı dostlarının simasında deyil. Axar.az xəbər verir ki, bunu erməni şərhçi Samvel Ohanesyan deyib. “Həftənin əvvəlində Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının sammitinə qayıdaq: orada Paşinyanla yanaşı Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib. Fotoqraflar iki dövlətin liderlərinin söhbətini lentə alıblar. Bəzən iştirakçıların pozaları istənilən bir şərhdən daha fəsahətli danışır. Əliyev hökmlü ağa kimi, Paşinyan isə öz ağasını qəzəbləndirməkdən qorxan, nə qədər ot yığmaq, itləri necə saxlamaq barədə göstərişlərə qulaq asan itaətkar və təvazökar kimi görünürdü. Bəli, göz qabağındadır ki, iki liderin bərabərhüquqlu danışıq dövrü geridə qalıb. Ermənistan öz subyektivliyini itirir. Ağıllı insanlar başa düşürlər ki, Ermənistan öz problemlərini təkbaşına həll edə biləcək ölkə deyil. Bu təhlükəsizliyi KTMT formatında axtarmaq mənasızdır. Birincisi, bu təşkilat bizdən daha çox Azərbaycana rəğbət bəsləyir. İkincisi, Rusiya bizə kömək etməkdən çəkinəcək. Üçüncüsü isə biz bütün bunlardan artıq əmin olmuşuq, belə deyək, yanmışıq. Rusiyanın xarici işlər naziri Lavrov TASS-a müsahibəsində qısqanc obrazını səhnələşdirib. Lavrov “bu il Ermənistan NATO ilə bir neçə tədbirdə iştirak etdi”, “respublika öz silahlı qüvvələrini NATO standartlarına uyğun modernləşdirməyə davam edir və onun ordusu hərbi blokun bəzi ştatlarında təlim keçir” deyə mızıldandı. Bu onu narahat edir, amma Azərbaycanın dəfələrlə NATO üzvü olan Türkiyə ordusu ilə birlikdə hərəkəti Lavrovu narahat etmir. Rus saraylarında bizə ancaq subyekt deyil, şəxsiyyətsiz bir ölkənin yeri zəmanəti veriləcək. Yeri gəlmişkən, bu, “niyə Azərbaycan MDB platformalarına, Ermənistan isə Avropa platformalarına üstünlük verir” sualına növbəti cavabdır”, - o bildirib. |
2023-12-29 | 818,083 | Ruslar Ukraynanı bu raketlərlə vurur - İqnat | Rusiya bu günUkraynaya “Kalibr” istisna olmaqla, hər şey atıb. Axar.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib. “Ruslar “Xəncər”, ballistik, S-300, qanadlı raketlər, X-22, X-32 və PUA-lardan istifadə edib. 18 strateji bombardmançı təyyarədən X-101/X-505 raketləri buraxılıb”, - İqnat bildirib. Qeyd edək ki, bu gün səhər Ukrayna şəhərlərinə kütləvi raket zərbələri endirilib. |
2023-12-29 | 818,085 | Prokurorluqdan bəraət alan məhkumla bağlı açıqlama | Baş Prokurorluq qəsdən adam öldürməyə görə məhkum olunan şəxsə bəraət verilməsi məsələsinə münasibət bildirib. Prokurorluqdan Axar.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Polad Şəmsəddin oğlu İsmayılova bəraət verilməsinə dair məlumatlar yayılıb. Qeyd olunub ki, Zaqatala rayon sakini Seyran Şakir qızı Əyyubovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar 24.02.2011-ci il tarixdə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanmış və cinayət işi üzrə istintaq zamanı əldə edilmiş sübutlar əsasında 27.02.2020-ci il tarixdə Polad İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəməyə göndərilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin 09.04.2021-ci il tarixli hökmü ilə Polad İsmayılov həmin maddə ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsinin 10.02.2022-ci il tarixli qərarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvəsində saxlanılıb. Ali Məhkəmənin 25.04.2023-cü il tarixli qərarı ilə müdafiə tərəfinin kassasiya şikayəti qismən təmin edilib cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edildikdən sonra Şəki Apellyasiya Məhkəməsinin 28.12.2023-cü il tarixli hökmü ilə Polad İsmayılova təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilib. Müvafiq hökm prokurorluğa daxil olduqdan sonra cinayət işi üzrə ittihamedici və bəraətverici sübutlar bir daha təhlil olunaraq qiymətləndirilməklə kassasiya protestinin verilib-verilməməsi barədə obyektiv qərarın qəbul edilməsi təmin ediləcək. Baş Prokurorluq kütləvi informasiya vasitələrinə həmin müddət ərzində bu kimi həssas məsələlərlə əlaqədar məlumatların yayılması zamanı diqqətli olmaq, habelə cinayət işi üzrə zərərçəkmiş tərəfin hüquqlarına hörmətlə yanaşılmasını tövsiyə edib. |
2023-12-29 | 818,088 | Piterdə Əliyevə xüsusi hörmətin səbəbi... - Korotçenko | MDB-nin qeyri-rəsmi sammiti Birlik liderlərinin Əliyevə xüsusi hörmətini nümayiş etdirdi. Axar.az xəbər verir ki, bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib. “İlham Əliyev Azərbaycanın səmərəli rəhbəri olduğuna görə ona böyük hörmətlə yanaşılır. O, ərazi bütövlüyünün bərpası problemini həll etdi, yəqin ki, müasir dünyada oxşar problemlərlə üzləşən heç kim bunu həll edə bilməz. Putinlə Əliyev arasında şəxsi ünsiyyət kanalı var. Onlar bir-birini böyük hörmət, mehribanlıq və sevinclə salamlayırdılar. Bu, isti münasibətlərin davam etdiyini göstərir. Prezidentlər arasında belə münasibətlər həm də ölkələr arasında dostluq, etimad münasibətlərini əks etdirir”, - o bildirib. Qeyd edək ki, Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının sammitinə qatılan Azərbaycan lideri İlham Əliyevə xüsusi münasibətin göstərilməsi beynəlxalq medianın diqqətini çəkib. |
2023-12-29 | 818,092 | Bu sahibkarların kredit borcunu dövlət ödədi | Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 9 iyul tarixli qərarına əsasən, koronavirus pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi tədbirləri çərçivəsində 2020-2021-ci illər ərzində kommersiya bankları tərəfindən sahibkarlara ayrılan kredit məbləğinin 60 faizinədək olan hissəsinin qaytarılmasına dövlət zəmanətinin verilməsi nəzərdə tutulub. Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, dövlət dəstəyi sayəsində 2628 sahibkara ümumilikdə 499,5 milyon manat kredit ayrılıb ki, onun da 291,6 milyon manat hissəsi dövlət zəmanəti ilə təmin olunub. Maliyyə Nazirliyi ilə Sahibkarlığın İnkişafı Fondu, Fondun isə qeyd olunan banklarla və sahibkarlarla bağladığı sazişlərə uyğun olaraq Nazirlik həmin kreditlər üzrə dövlət zəmanətinin verilməsində zamin tərəf müəyyən olunub. Dövlət zəmanətli kreditlərin ayrıldığı müddətdən etibarən əsas borc öhdəliyi vaxtında yerinə yetirilmədiyindən Maliyyə Nazirliyi ümumilikdə 7 bank qarşısında zamin tərəf olaraq “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaiti hesabına 2022-ci ildə 14 sahibkarın əvəzinə 658,2 min manat, 2023-cü ilin 12 ayı ərzində isə 27 sahibkarın əvəzinə 1.531,1 min manat həcmində vəsait ödəyib. Beləliklə, proqramın qüvvədə olduğu iki il ərzində ümumilikdə 41 sahibkarın 2 milyon 189 min 300 manat məbləğində vaxtı ötmüş kredit borc öhdəlikləri dövlət tərəfindən qarşılanıb. Dövlət zəmanətlərinin verilməsi şərtlərinə uyğun olaraq, Sahibkarlığın İnkişafı Fondu dövlət zəmanəti əsasında sahibkarlıq subyektlərinin əvəzinə banklara ödənilmiş kredit borcunu həmin sahibkarlıq subyektlərindən tələb etmək hüququna malikdir. |
2023-12-29 | 818,096 | Kennedi ermənilərə vəd verdi: “Artsax”a kömək edəcəm | Növbəti müharibənin qarşısını almaq, azadlıq və demokratiya prinsiplərini qorumaq üçün ABŞ ermənilərin özünümüdafiə, eləcə də öz müqəddəratını təyinetmə hüququna regional dəstəyi səfərbər etməlidir. Eyni zamanda, “artsax” ermənilərinin öz “ata-baba yurdlarına” təhlükəsiz qayıtmasını qorumalıdır. Axar.az xəbər verir ki, bunu ABŞ prezidentliyinə namizədliyini irəli sürdüyünü açıqlayan kiçik Robert Kennedi X sosial şəbəkəsindəki videomüraciətində deyib. O bəyan edib ki, Azərbaycan 2020-ci ildən Qarabağ ermənilərinə qarşı “amansız etnik təmizləmə aparır”: “Bu ilin sentyabrında Azərbaycan “hücuma keçdi” və 120 min erməni əhalisini deportasiya etdi. Dünyanın diqqəti Qəzzaya və İsrailə yönəldiyi halda, “qədim erməni ərazilərindən” birinin bütün əhalisinin “kütləvi surətdə deportasiyası” barədə heç kim heç nə eşitmir. 1915-ci il “soyqırımından” fərqli olaraq, bu hadisə dayandırıla bilər. Bu vəziyyətdə dinc sanksiyalar kömək edə bilər. Amerika hələ də bu regionda təsir rıçaqlarına malikdir və o, bu gücdən bu “humanitar fəlakəti” aradan qaldırmaq üçün regionun bütün xalqlarını səfərbər etməlidir. Biz həm də Türkiyə və Azərbaycan tərəfindən İrəvanın “blokadasını” aradan qaldırmağın yollarını axtarmalıyıq. Ermənistanın dənizə çıxışı yoxdur, onun qonşu ölkələrin limanlarına çıxışı olmalıdır”. Kiçik Kennedi ABŞ prezidenti postuna seçiləcəyi təqdirdə Ermənistan və Qarabağın bərpasına “töhfə verəcəyinə” əmin edib: “Prezidenti kimi mən Ermənistanı yenidən qurmaq üçün diplomatiyadan, mənəvi nüfuzumuzdan, iqtisadi rıçaqlarımızdan və sanksiyalardan istifadə edəcəyəm. Mən Ermənistanın, “artsaxın” suverenliyinin, onların ərazilərinin bərpasına kömək etmək istəyirəm. Haradasa yeni müharibəyə başlamaq əvəzinə, onlardan birini dayandırmaq istərdim”. |
2023-12-29 | 818,098 | Azərbaycanda bu nazirliklər ləğv olunacaq | 2024-cü ilin ilk rübündə Azərbaycanda yeni nazirlik yaradılacaq. Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, yeni nazirlik Mədəniyyət Nazirliyi ilə Gənclər və İdman Nazirliyinin bazasında yaradılacaq. Belə ki, bu iki nazirlik vahid qurumda birləşdiriləcək. Yeni nazirliyə kimin rəhbərlik edəcəyinə gəlincə, məlumatlı mənbə onun nə hazırkı mədəniyyət naziri Adil Kərimli, nə də gənclər və idman naziri Fərid Qayıbov olacağını bildirib. Mənbənin sözlərinə görə, nazirliyin birinci şəxsi surpriz isim olacaq. Bununla belə, hazırkı nazirlər də işsiz qalmayacaq. Yeni strukturda həm Adil Kərimli, həm də Fərid Qayıbov nazir müavini postunu tutacaqlar. Gənclər və İdman nazirinın hazırkı müavinlərindən Fərid Hacıyevin də nazir müavini kimi postunu saxlayacağı bildirilir. Müvafiq olaraq, A.Kərimli mədəniyyət, Fərid Qayıbov idman, Fərid Hacıyev isə gənclər sahələri üzrə fəaliyyətlərini davam etdirəcəklər. |
2023-12-29 | 818,099 | FHN ictimai obyektlərdə yoxlama keçirdi - Foto | Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. Axar.az xəbər verir ki, agentlik Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar qarşıdan gələn istirahət günlərində insanların kütləvi şəkildə istifadə edəcəyi respublikanın şəhər və rayonlarındakı müxtəlif məkanlarda yerləşən attraksionların təhlükəsiz istismarının təmin edilməsi məqsədilə texniki təhlükəsizlik tələbləri ilə bağlı nəzarət və təbliğat xarakterli tədbirlər həyata keçirib. Tədbirlərdə Agentliyin əməkdaşları tərəfindən vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə attraksionlarda qanunvericiliyin tələblərinə əməl olunmasının vəziyyəti araşdırılıb və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün attraksionlara cavabdeh olan şəxslərə zəruri göstəriş, habelə tövsiyələr verilib. Bildirilib ki, attraksionlar təhlükə potensiallı qurğular olduğu üçün onların istismarına cavabdeh şəxslər təyin olunmalı, operatorlar attraksionların təhlükəsiz istismar qaydaları üzrə müvafiq biliklərə malik olmalı, attraksionlarda qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə sınaq işləri aparılmalı və gündəlik baxış keçirilməlidir. İnsanların həyat və sağlamlığı hər şeydən vacib olduğu üçün attraksionların istismarı zamanı təhlükəsizlik qaydalarına daha ciddi yanaşılması və nəzarətin gücləndirilməsi attraksionlara cavabdeh olan fiziki və hüquqi şəxslərdən tələb olunub. Həyata keçirilən tədbirlər zamanı attraksionların təhlükəsiz istismar olunmasında üzərlərinə düşən vəzifələr, o cümlədən baş verə biləcək arzuolunmaz hadisələr zamanı həyata keçirilməli olan operativ tədbirlər barədə məsul şəxslərə ətraflı məlumat verilib. |
2023-12-29 | 818,103 | İlham Əliyev 2 sərəncam imzaladı | 12:24 Prezident İlham Əliyev Şabran rayonunun Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)‒Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob‒Xaçmaz‒Yalama‒Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)‒Ağalıq‒Daşlıyataq‒Günəşli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 350,0 (üç yüz əlli) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. |
2023-12-29 | 818,104 | ABŞ esminesi husilərin PUA və raketini vurdu | ABŞ-ın “Meyson” esminesi Qırmızı dənizin cənubunda husilər tərəfindən atılan PUA və gəmi əleyhinə raketi vurub. Axar.az xəbər verir ki, bu barədə Pentaqonun Mərkəzi Komandanlığı məlumat yayıb. Bildirilib ki, bu, husilər tərəfindən gəmilərə edilən 22-ci hücum olub. Hücumlar zamanı ərazidə olan 18 gəminin heç biri xəsarət almayıb. |
2023-12-29 | 818,106 | İsmayıllıda pirotexniki vasitələr satanlar cərimələndi | İsmayıllıda pirotexniki vasitələr satan şəxslər cərimələnib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Axar.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının İsmayıllı şəhəri ərazisində keçirdikləri tədbir zamanı yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışını təşkil edən 3 nəfər müəyyən edilib. Onlardan ümumilikdə 11860 ədəd müxtəlif növ pirotexniki vasitə götürülüb. Həmin şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub |
2023-12-29 | 818,109 | ATƏT/DTİHB-nin missiyası Bakıda fəaliyyətə başladı | ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyəcək müşahidə missiyası fəaliyyətə başlayıb. Axar.az Report-a istinadən xəbər verir ki, bunu ATƏT/DTİHB missiyasının rəhbəri İoğan Mörfi Bakıda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, müşahidə missiyasına ATƏT-ə üzv olan 9 ölkədən 11 beynəlxalq ekspert, seçki günü seçki prosesini müşahidə edəcək qısamüddətli missiyanın 280 üzvü və yanvarın 3-də ölkəyə gələcək uzunmüddətli missiyanın 26 üzvü daxildir: “Bizim vəzifəmiz yalnız seçki prosesini izləməkdir. Seçki gününə iki həftə qalmış aralıq hesabatı təqdim edəcəyik. Seçkilərdən bir gün sonra, yəni fevralın 8-də müşahidəmizin nəticələrinə əsasən mətbuat konfransı keçirəcəyik”. "Biz artıq Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdük və komandamızı təqdim etdik. Öz növbəsində Azərbaycan tərəfi də bizi çox gözəl qarşıladı", - o bildirib. Missiya rəhbəri vurğulayıb ki, ATƏT indiyə qədər Azərbaycanda seçkiləri 12 dəfə müşahidə edib: “Sonuncu dəfə 2020-ci ildə keçirilmiş parlament seçkilərini müşahidə etmişik”. |
2023-12-29 | 818,110 | NATO ilə əməkdaşlıq üzrə Komissiyanın tərkibi dəyişdi | Azərbaycan Respublikasının Prezidenti yanında Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibi dəyişib. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının NATO ilə əməkdaşlığı üzrə Komissiyanın tərkibinə dair bəzi məsələlər haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb. Prezidentin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisləri Komissiyanın üzvləri sırasına daxil edilib. Ləğv edilmiş Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi isə üzvlər sırasından çıxarılıb. |
2023-12-29 | 818,111 | Fərman: bu qurumların sayı artdı | Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər. Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb. Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti bu siyahıdan çıxarılıb. Beləliklə, Daxili İşlər Nazirliyi Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və qanunvericiliyə uyğun olaraq xüsusi telekommunikasiya şəbəkəsini yaradan digər dövlət hakimiyyəti orqanlarında xüsusi təyinatlı telekommunikasiya şəbəkələri yaradıla bilər. |
2023-12-29 | 818,113 | Baş Prokurorluğun “tövsiyəsi”nin fəsadları... | 27 fevral 2020-ci ildə Polad İsmayılov adlı şəxs Seyran Şakir qızı Əyyubovanın qətlində təqsirli bilinərək həbs edilib, tam 3 il 10 ay həbsdə yatdıqdan sonra – 28 dekabr 2023-cü ildə bəraət alaraq azadlığa çıxıb. Azərbaycanda çox nadir rast gəlinən hadisədir. Səhv etmirəmsə, heç bir günahı olmadan həbs edilib, sonra bəraət alaraq, yenidən daxili işlər orqanlarına bərpa edilən və illərlə gündəmdən düşməyən Nizami Qocayev olayından sonra belə presedent bunca ictimai reaksiya doğurmayıb. İstənilən ölkədə bu cür hadisə baş verəndə dünya mediasının gündəminə çevrilir. Bu, bir tərəfdən istintaq orqanının ciddi səhvidirsə, digər tərəfdən ölkədə hüquq və azadlıqların, vəkillik institutunun dəyəri, məhkəmə sisteminin bütün hallarda ədalətin yanında olması baxımından diqqətçəkici olaydır. Baş Prokurorluğun Mətbuat Xidməti də dünəndən ciddi müzakirəyə çevrilən bu olaya aydınlıq gətirməyə çalışan bir açıqlama yayıb – doğru da davranıb. Açıqlamadan aydın olur ki, qətl 24 fevral 2011-ci ildə törədilib, yalnız 9 il 3 gündən sonra, 27 fevral 2020-ci ildə qətli törətməkdə şübhəli bilinən şəxs – Polad İsmayılov həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsi 9 aprel 2021-ci ildə Polad İsmayılovu istintaq orqanının irəli sürdüyü CM-in 120.1-ci maddəsi ilə təqsirli bilərək, 11 il həbs cəzasına məhkum edib. 10 fevral 2022-ci ildə apellyasiya şikayəti təmin edilməyib. Ancaq 25 aprel 2023-cü ildə Ali Məhkəmə iddianı qismən təmin edərək, qərarı ləğv edib və işi Şəki Apellyasiya Məhkəməsinə qaytarıb. Şəki Apellyasiya Məhkəməsi isə 28 dekabr 2023-cü ildə bəraət hökmü çıxararaq, P.İsmayılovu həbsdən azad edib. Baş Prokurorluğun yaydığı məlumatın sonunda deyilir ki, müvafiq hökm prokurorluğa daxil olduqdan sonra cinayət işi üzrə ittihamedici və bəraətverici sübutlar bir daha təhlil olunaraq qiymətləndirilməklə kassasiya protestinin verilib-verilməməsi barədə obyektiv qərarın qəbul edilməsi təmin ediləcək. Bu da normal, ancaq Baş Prokurorluq bununla kifayətlənmir və mediaya ənənəvi əmr, göstəriş və tövsiyələrinə davam edir: “Baş Prokurorluq kütləvi informasiya vasitələrinə həmin müddət ərzində bu kimi həssas məsələlərlə əlaqədar məlumatların yayılması zamanı diqqətli olmaq, habelə cinayət işi üzrə zərərçəkmiş tərəfin hüquqlarına hörmətlə yanaşılmasını tövsiyə edir”. Əvvəla, medianın bəraət alan şəxsin və onun vəkilinin açıqlamasını yaymaq, olaya münasibət bildirmək hüququ var. Baş Prokurorluq kimə, nəyi və niyə tövsiyə edir? İkincisi, 25 aprel 2023-cü ildə Ali Məhkəmə hökmü ləğv edib, Şəki Apellyasiya Məhkəməsinə qaytaranda artıq Baş Prokurorluq araşdırmaya başlamalı, Ali Məhkəmənin bu qərarının səbəbi təhlil olunmalı, yerli istintaq orqanının yanlışlığa yol verib-vermədiyi üzə çıxarılmalı idi. Baş Prokurorluğun 25 apreldən 28 dekabra qədər – 8 ay 3 gün vaxtı olub. Bu müddət ərzində hər hansı araşdırma aparıldığı, yerli istintaq orqanından materialların tələb edilib-edilmədiyi, incələnib-incələnmədiyi haqda bu gün Baş Prokurorluğun yaydığı məlumatda heç bir eyham yoxdur. Əslində, bir insanın taleyi baxımından çox ciddi hadisədir; insan həyatının məhv edilməsidir, təəssüf ki, bütün dünyada belə hadisələr baş verir. Uzağa getməyək: 4-cə gün qabaq ABŞ-da 48 ildir (!!!) həbsdə yatan 71 yaşlı Gelin Saymonzun günahsız olduğunu Oklahama əyalətinin məhkəməsi təsdiqlədi və ona bəraət verərək, azadlığa buraxdı. Təsəvvür belə etmək olmur: 23 yaşında, gənc ikən həbs olunan şəxsə 48 illik həbs həyatından sonra 71 yaşında deyirlər ki, bağışlayın, səhv etmişik! Bir insanın bütün həyatını əlindən alıb demokratik, güclü, dünya ağası ABŞ-ın istintaq və ədliyyə sistemi! Nə qədər dəhşətli olsa da, belə faktlar olur – təəssüf ki! Ancaq bu fakt üzə çıxanda yanlışı edən cəzalandırılmaqla qarşı tərəfdən və ictimaiyyətdən üzr istəyib, insan həyatından oğurlanan illərə görə kompensasiya verilir - baxmayaraq ki, 48 illik bir həyatı oğurlamağın kompensasiyasını təsəvvür belə etmək olmur. ABŞ prokurorluq və ədliyyə sistemi məhz belə də etdi – ancaq kimsənin ağlına gəlmədi ki, mediaya, ictimaiyyətə “tövsiyə” versin, dərs keçsin, “məsələnin həssaslığını nəzərə almaq” nağılı danışsın. Azərbaycan Baş Prokurorluğu 8 aylıq fürsəti qaçırandan sonra yaydığı bugünkü açıqlamasının sonunda “yanlış üzə çıxarsa, qarşı tərəfdən və ictimaiyyətdən üzr istəniləcək” kimi özünə layiq, dəyərlərə və qanunlara hörmət xarakterili bir abzas artırmaqla, özünə hörməti də təmin edə bilərdi – nə təəssüf ki, bu davranışı Baş Prokurorluqdan illərdir görmürük. Baş Prokurorluqdan gördüyümüz yalnız və yalnız “xəbərdarlıq”, “tövsiyə”, “məsləhətdir” – yəni hüquq-mühafizə orqanlarının elitasıdırlar, ağadırlar. Halbuki Azərbaycanda prokurorluq orqanlarında heç də hamı süddən çıxmış ağ qaşıq deyil. Azərbaycan Qafqazın lider ölkəsi, müasir tarixdə öz ərazilərini tam bərpa etməyi bacaran və münaqişəyə son qoyan yeganə ölkədir: bundan heç də bütün ölkələrin məmnun olmadığını da yaxşı bilirik. Məhz buna görə də Azərbaycanı zərrəbinlə izləyirlər – demokratiya, insan haqları, söz azadlığının pozulması kimi nüanslar axtarırlar ki, hesabatlara salıb, ölkəmiz haqda mənfi rəy formalaşdırıb, imkan düşdükcə, təzyiq fürsəti qazansınlar! Bir-birinin ardınca da heç də obyektiv hesabatlar verilmədiyini görürük. Bu məqamda Baş Prokurorluq açıqlamalarında əşhədü-həssaslıq nümayiş etdirməli, onun bəyanatlarının söz azadlığını məhdudlaşdırdığı haqda rəy yaranmasına imkan verməməlidir. Çünki bu açıqlamalarda işlənən ifadələr hesabatlara daxil edilə və Azərbaycanda söz azadlığını məhdudlaşdıran fakt kimi göstərilə bilər. Yəni Baş Prokurorluğun Mətbuat Xidməti mediaya yuxarıdan aşağı baxmaq xəstəliyindən qurtulmağı bacarmalı, orda medianı bilən peşəkarlar oturmalı, Azərbaycanın imicinə zərbə vuracaq ifadələrin işlədilməsinə yol verilməməlidir. Bu, bizim Baş Prokurorluğun İctimaiyyətlə əlaqələr şöbəsində oturub, özünü istintaqçı sayan prokurorlara məsləhətimiz və tövsiyəmiz deyil – biz kimsəyə tövsiyə verəcək haqqa sahib olduğumuzu düşünmürük. Bu, xahişdir – söz, fikir azadlığına xələl gətirə biləcək və ölkəmizin əleyhinə istifadə olunacaq heç bir ifadədən istifadə etməyin, dosta-düşmənə bəhanə verməyin! |
2023-12-30 | 818,114 | Qəzzada ölənlərin sayı artdı | 2023.12.29. 13:11 Qəzza zolağında aparılan döyüşlər nəticəsində həlak olanların sayı 21 507 nəfərə çatıb. Axar.az xəbər verir ki, bu barədə “Əl Ərəbiyyə” telekanalı məlumat yayıb. Qeyd edilir ki, oktyabrın 7-dən indiyədək 55 915 nəfər xəsarət alıb. Bu rəqəmlərə son 24 saat ərzindəki 187 ölüm də daxildir. |
2023-12-29 | 818,117 | Bakıda temperatur 17 dərəcəyə yüksələcək | Bakıda və Abşeron yarımadasında dekabrın 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-50% olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 12-17° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. |
2023-12-29 | 818,123 | “Traktor”un döyülən xanım azarkeşləri istintaqa çağırıldı | “Traktor” klubunun tərəfdarları, ictimai fəallar Məhvəş Nuri və Zəhra Fətəlizadə Gilan əyalətinin Ənzəli şəhərinin təhlükəsizlik idarəsinə çağırılıblar. Axar.az xəbər verir ki, bu barədə fəallar özləri məlumat yayıblar. Çağırışın adıçəkilən fəalların “Traktor” və “Mələvan” komandaları arasında keçirilən görüşdə yaranan qarşıdurma ilə bağlı olduğu bildirilir. Rəşt və Germi şəhərindən olan xanım fəallar görüş zamanı stadionda “Mələvan” komandasının tərəfdarları tərəfindən döyülüb və təhqir olunublar. “Traktor” komandası bununla bağlı İran Futbol Federasiyasına şikayət etsə də, məsələ ilə bağlı tədbir görülməyib. |
2023-12-29 | 818,126 | Vahid Əhmədov ölkədən xaricdə müalicə alır | Milli Məclisin deputatı Vahid Əhmədov hazırda Türkiyədə müalicə alır. Axar.az xəbər verir ki, bu barədə Globalinfo.az-a deputat özü məlumat verib. V.Əhmədov bildirib ki, ürəyində yaranan bir sıra problemlərə görə hər il qardaş ölkəyə gələrək müayinə və müalicə olunur. |
2023-12-29 | 818,127 | Ukraynaya raket hücumu: Zelenski qisas sözü verdi | Bu gün Rusiya arsenalında olan hər şeylə vururdu: “Xəncər”, S-300, qanadlı raket, PUA-lar. Strateji bombardmançılar X-101/X-505 raketləri buraxdılar. Təxminən 110 raket atıldı, onların da əksəriyyəti vuruldu. Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib. “Terrorçuların zərbələrinə mütləq cavab verəcəyik. Ölkəmizin, hər bir şəhərimizin və bütün xalqımızın təhlükəsizliyini təmin etmək üçün mübarizə aparacağıq. Rusiya terroru məğlub olmalıdır və olacaq”, - Zelenski bildirib. |
2023-12-29 | 818,129 | Azərbaycanda dollarla bağlı rekord qeydə alındı | Dekabr bitməyib, amma Mərkəzi Bankın hərracları vasitəsilə 603.8 milyon dollar satılıb. Axar.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib. Deputat aylar üzrə ölkədə satılan dolların məbləğlərinə diqqət çəkib: “Digər aylar üzrə rəqəmlər belədir: noyabr ayı - 234.7 milyon dollar; oktyabr - 202.6 milyon dollar; sentyabr - 164.5 milyon dollar; avqust - 93.9 milyon dollar; iyul - 272,7 milyon dollar; iyun - 78,9 milyon dollar; may - 277,2 milyon dollar; aprel - 286 milyon dollar; mart - 383,9 milyon dollar; fevral - 356,6 milyon dollar və yanvar - 188,5 milyon dollar. 2023-cü ilin geridə qalan dövründə isə Mərkəzi Bankın hərraclarında bütövlükdə 3 milyard 143 milyon dollarlıq sifariş yaranıb. Göründüyü kimi, mövsümü və digər səbəblərdən bir sıra aylar, xüsusən də dekabr ayında dollara tələbin artması müşahidə edilməkdədir. Qeyd edək ki, Azərbaycan idxalının artması da dollara tələb formalaşdırmaqdadır. Bu ilin ilk 10 ayında 14 milyard 174 milyon dollar idxal qeydə alınıb. Deməli, idxaldakı artımlar da dollar alışını artırır”. Deməli, Azərbaycan üzən məzənnə rejiminə keçməsə belə dollara tələbin artması müşahidə olunmaqdadır. Məhz bu səbəbdən Mərkəzi Bank gələn il intervensiyanı istisna etmir”, - ekspert bildirib. |
2023-12-29 | 818,132 | Azəriqaz İB mükafatlandırıldı | Laçında aparılan tikinti-quruculuq işlərində xidmətləri olan dövlət qurumları və şirkətlərin mükafatlandırma mərasimi keçirilib. Axar.az xəbər verir ki, mərasimdə Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, "Bakı Abadlıq Xidməti" MMC, "Laçın Abadlıq Xidməti" ASC, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, "Azərenerji" ASC, "Azərişıq" ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və bir çox şirkətlərin rəsmiləri iştirak ediblər. Laçının yenidən qurulmasında, abadlaşdırılmasında və məşğulluğun təmin olunmasında xidmətlərinə görə bir sıra qurumlar, habelə şirkətlər mükafatlandırılıb. SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi də Laçının yenidən qurulmasındakı fəaliyyətinə görə mükafatlandırılanlar sırasında olub. Mükafatçılara “Laçın qartalı” heykəli təqdim edilib. |
2023-12-29 | 818,133 | Bakının tələb etdiyi 8 kəndlə bağlı İrəvandan açıqlama | Bakının iddia etdiyi 8 sərhəd kəndi ilə bağlı məsələnin həlli üçün iki variant var. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan yerli mediaya açıqlamasında deyib. O bildirib ki, bu kəndlərin əraziləri dəqiq müəyyən edilməli, hüquqi əsasları dəqiqləşdirilməlidir: “Bundan sonra iki proses gedə bilər: ya mübadilə və ya ərazi tənzimlənməsi, ya da sərhədlərin delimitasiyası və demarkasiyası prosesində məsələnin müzakirəsi”. O qeyd edib ki, söhbət Tavuş bölgəsində olan 7 (Qazaxın kəndləri – red.) və Naxçıvanın Kərki kəndindən gedir: “Zəngəzura gedən əsas yol ordan (Kərki kəndindən) keçir. Azərbaycan Ermənistanı bu kəndləri işğal etməkdə ittiham edir. Öz növbəsində İrəvan bildirir ki, həmin Tavuş rayonunda Azərbaycanın işğal etdiyi ərazilər var”. |
2023-12-29 | 818,135 | Türk lirəsi tarixi minimumunu yenilədi | Türkiyə lirəsi yenidən ucuzlaşıb. Axar.az xəbər verir ki, hazırda 1 dollar 29,55 lirə, avro isə 32,7 lirəyədir. Bununla da lirə tarixi minimumda yeni rekorda imza atıb. Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı 21 dekabrda uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldırmışdı və bunun lirəyə təsir edəcəyi gözlənilirdi. Bununla bərabər, Türkiyədə 1 yanvar 2024-cü ildən minimum maaş 49% artırılaraq, 11,5 min lirədən 17,002 lirəyə qaldırılıb. |
2023-12-29 | 818,138 | Zəngəzur dəmir yolu xəttində işə başlaya bilərik - İrəvan | Siyasi qərarlar yekunlaşarsa, Arazdəyən-Ordubad-Mehri-Horadiz dəmir yolunun infrastrukturunda olan çatışmazlıqların aradan qaldırılması prosesinə start veriləcək. Axar.az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan mediaya açıqlamasında deyib. O bildirib ki, xəttin Mehridən keçən bütün hissəsi, Arazdəyəndə isə 1 km-lik hissəsi təmir edilməlidir. |
2023-12-29 | 818,142 | Kapital Bankın sponsorluğu ilə konfrans keçirildi | Kapital Bankın baş sponsorluğu ilə “Açıq mənbə sahibkarlığı konfransı” baş tutdu. Konfransın məqsədi süni intellekt və açıq mənbə texnologiyası ilə məşğul olan peşəkarları, bu sahəyə marağı olan şəxsləri, texnologiya həvəskarlarını və sahibkarları bir araya gətirmək idi. “GOUP” Könüllülər İcmasının təşkil etdiyi tədbirdə 150-dən çox iştirakçı ilə birlikdə süni intellekt, açıq mənbə texnologiyaları və sahibkarlıq mövzusunda geniş müzakirələr aparıldı, təqdimatlar nümayiş olundu. Mühəndislik və sahibkarlıq istiqamətlərində panel müzakirələrin və fərdi çıxışların da baş tutduğu konfransda 35 məruzəçi iştirak etdi. İştirakçıların tədbirə göstərdiyi maraq və mütəxəssislərin təcrübələrini paylaşmaq həvəsi onu göstərir ki, son dövrlərdə ölkəmizdə xüsusən də gənclərin süni intellekt və açıq mənbə texnologiyalarına, eləcə də sahibkarlığa marağı artır. Bu kimi tədbirlər informasiya texnologiyaları sektorunda şəbəkələşmə, bilik mübadiləsi və yeni ideyaların inkişaf etdirilməsi üçün unikal imkanlar yaradır. Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinqə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 39 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün - https://kbl.az/prcrc. |
2023-12-29 | 818,143 | Dezinfeksiya xidməti sahəsində yeni standartlar... | İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən 15 dekabr 2023-cü il tarixində dezinfeksiya xidmətləri təqdim edən qabaqcıl şirkətlərdən biri Ecomedi QSC-də AZS ISO 22301:2023 “Təhlükəsizlik və davamlılıq. İş fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər” standartı üzrə AZSTAND-ın ekspert-auditorları tərəfindən 2 mərhələli auditi keçirilib və Cəmiyyətə müvafiq uyğunluq sertifikatı təqdim edilib. Axar.az xəbər verir ki, sözügedən Sertifikat Ecomedi QSC-də dayanmalar (pozulmaları) zamanı şirkətin fəaliyyətinin fasiləsiz davam etməsi, baş verəcək risklər nəzərə alınmaqla müəssisənin işini az zərərlə bərpa etməsinin mümkünlüyünü təsdiq edir. |
2023-12-29 | 818,145 | Türkiyədə terrorun qarşısını alındı | Türkiyə kəşfiyyatı sinaqoqlara, kilsələrə və İraq səfirliyinə hücumlar hazırlayan İŞİD üzvlərini saxlayıb. Axar.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb. “Türkiyə Milli İstehbarat Təşkilatı ilə təhlükəsizlik qüvvələrinin birgə keçirdiyi əməliyyatda 32 şübhəli yaxalanıb”, - mənbə bildirib. Qeyd edilib ki, yaxalananalardan 3-ü İŞİD terror təşkilatının “rəhbərliyində” təmsil olunur. |
2023-12-29 | 818,147 | Bu dövlət xidmətinə yeni səlahiyyət verildi | Azərbaycanda dövlət orqanlarının və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığın və proqram təminatının texniki tələblərə uyğunluğuna dair şəhadətnamə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) informasiya təhlükəsizliyinə dair müsbət rəyi təqdim edildikdən sonra veriləcək. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun təsdiq etdiyi “Dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair tələblərə uyğunluğun müəyyənləşdirilməsi Qaydası”nda qeyd olunub. XRİTDX tərəfindən mənfi rəy verildiyi halda şəhadətnamə verilməsindən imtina olunacaq. |
2023-12-29 | 818,148 | 12 yaşlı qız nişanlandı: Ombudsman hərəkətə keçdi | Sabirabad rayonunun Məmişli kəndində 12 yaşlı qızın evliliyə cəlb olunması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat araşdırılaraq Ombudsman tərəfindən nəzarətə götürülüb. Bu barədə Axar.az-a Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, azyaşlının hüquqlarının təmin olunması istiqamətində zəruri tədbirlərin görülməsi və məsələnin nəzarətdə saxlanılması məqsədilə Elm və Təhsil Nazirliyinə, Sabirabad Rayon İcra Hakimiyyətinə və Sabirabad Rayon Polis Şöbəsinə müvafiq sorğular göndərilib. Ombudsman Aparatının aidiyyəti struktur bölməsi tərəfindən uşağın ailə üzvləri ilə maarifləndirici söhbət aparılıb, onlara qanunvericiliyin tələbləri, erkən evliliyin fəsadları izah edilib, uşağın təhsilinin davam etdirilməsinin vacibliyi vurğulanıb. |
2023-12-29 | 818,149 | TƏBİB sədri baş direktoru işdən çıxardı | Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının baş direktoru Elnur Ramazan oğlu Azadxanov vəzifəsindən azad olunub. Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Onun hansısa bir yerə təyinat alması ilə bağlı məlumat yoxdur. Qeyd edək ki, 2020-ci ilin mart ayında Elnur Azadxanov TƏBİB İdarə Heyətinin sabiq sədri Ramin Bayramlının əmri ilə sözügedən vəzifəyə təyinat almışdı. |
2023-12-29 | 818,152 | Ukrayna bu istiqamətdə 442 rus hərbçini məhv etdi | Ukrayna ordusu son sutkada Tavriya istiqamətində 442 rusiyalı hərbçini məhv edib. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. Məlumata görə, ümumilikdə son sutkada Rusiya Tavriya istiqamətində 10 hava zərbəsi endirib, 1159 artilleriya atəşi və 36 hərbi əməliyyat həyata keçirib. |
2023-12-29 | 818,153 | Türkiyə ordusu 10 terrorçunu məhv etdi | Türkiyə ordusu Suriyanın və İraqın şimalında 10 PKK terrorçusunu zərərsizləşdirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçular “Fərat qalxanı” və Qəndil bölgəsində məhv edilib. |
2023-12-29 | 818,154 | Əvvəlki illərin məzunları bu tarixlərdə imtahan verəcək | Əvvəlki illərin məzunları üçün keçiriləcək imtahanların tarixi məlum olub. Axar.az xəbər verir ki, gələn ilin aprel ayının 14-də əvvəlki illərin məzunları üçün I, II, III və IV qruplar üzrə qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik bazadan kolleclərə qəbul imtahanı keçiriləcək. Həmin tarixdə eyni zamanda ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən XI sinif şagirdləri üçün əlavə imtahan, eləcə də eksternat qaydasında buraxılış imtahanı olacaq. Bundan başqa, gələn il mayın 5-də isə əvvəlki illərin məzunları üçün 9 illik bazada kolleclərə qəbul imtahanı, kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil və ya fərqli bölmə üzrə iştirak etmək istəyən IX sinif şagirdləri üçün əlavə imtahan və eksternat qaydasında buraxılış imtahanı da baş tutacaq. Xatırladaq ki, DİM digər imtahanların qrafikini 2024-cü ilin yanvar ayı ərzində paylaşacaq. |
2023-12-29 | 818,155 | Bayramla əlaqədar bu istiqamətə əlavə reyslər təyin olundu | Azərbaycan Dəmir Yolları bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını nəzərə alaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə daha 2 reys təyin edib. Axar.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Yanvarın 4-də qatar saat 07:50-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, saat 16:30-da Ağstafadan Bakıya yola düşəcək. Bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutunda qatarlar tətil günlərində hər gün ənənəvi cədvəllə yanaşı, əlavə reyslərlə də hərəkət edəcək. |
2023-12-29 | 818,157 | Rusiya Ukraynanın bu alayını terrorçu elan etdi | Rusiya Ukraynanın “Aydar” millətçi alayını terror təşkilatları siyahısına daxil edib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin saytında məlumat yerləşdirilib. Bildirilib ki, bununla bağlı qərar bu il sentyabrın 25-də Cənub Dairə Hərbi Məhkəməsində çıxarılıb. Noyabrın 22-də isə qüvvəyə minib. |
2023-12-29 | 818,162 | Katsindən erməniyə: “Stepanakert” adlı şəhər yoxdur - Video | Mən “Stepanakert” adlı şəhər tanımıram, amma Xankəndi şəhərini tanıyıram. Axar.az xəbər verir ki, bunu odessalı politoloq Mixail Katsin canlı efirdə erməni ictimai xadim Aram Mkrtçyanla söhbəti zamanı deyib. O vurğulayıb ki, Xankəndinin erməni sakinləri şəhəri tərk etmək barədə könüllü qərar veriblər. |
2023-12-29 | 818,170 | Qarabağ və Şərqi Zəngəzura ayrılan vəsait açıqlandı | Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 11,2 milyard manatdan çox vəsait ayrılıb. Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin “Vətəndaşın büdcə bələdçisi”də bildirilib. “Bu il azad edilmiş rayon və şəhərlərdə bir sıra iri infrastruktur obyektlər istifadəyə verilib. Artıq Laçın rayonuna və rayonun Zabux kəndinə, Tərtər rayonun Talış kəndinə, Füzuli şəhərinə doğma sakinlərin qovuşması, eləcə də Zəngilana 2022-ci ildə başlanmış geridönüşün növbəti mərhələsi baş tutub”, - bələdçidə qeyd olunub. |
2023-12-29 | 818,171 | İsrailin həbs etdiyi fələstinlilərin sayı… | Oktyabrın 7-dən Qəzza zolağında müharibə başlayandan bəri İsrail ordusu İordan çayının qərb sahilində axtarışda olan 2550 fələstinlini həbs edib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb. Məlumata görə, həbs olunanlardan təxminən 1300-ü HƏMAS ilə əlaqədə şübhəli bilinir. |
2023-12-29 | 818,173 | Deputat xanım sürücüdən nəyi xahiş edib? | Bakıda xanım sürücüyə hücum edən 99 XZ 357 dövlət nömrə nişanlı "Rənc Rover" sürücüsü barədə məhkəmə qərar verib. Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə 9 dekabr 2023-cü ıl tarixdə, saat 16.20 radələrındə Yasamal rayonunun ərazisində baş verib. Belə ki, İ.Abbasova adlı xanım sürücü avtomobilini park etmək istəyərkən "Rənc Rover" sürücüsü Z.Paşayev tərəfindən hücuma məruz qaldığını iddia edib. O deyib ki, parkinq zamanı "Rənc Rover" sürücüsü avtomobildən düşərək onun maşınına yaxınlaşıb. Z.Paşayev avtomobilin şüşəsini əsəbi halda döyəcləyərək, onu küçə söyüşləri ilə təhqir edib. İ.Abbasova ona hücum edən sürücü barəsində Yasamal Rayon Polis İdarəsinin 29 saylı Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət edib. Z.Paşayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilərək, iş məhkəmə göndərilib. Məhkəmədə bildirilib ki, İ.Abbasovadan Milli Məclisin deputatı Ülvi müəllimin (Quliyev) adından şikayətini geri götürməsi, onun barəsində heç bir tədbir görülməməsi barədə xahiş edilib. Lakin hücuma məruz qalan xanım Z.Paşayev ondan üzür istəmədiyi üçün şikayət etməkdə qərarlı olduğunu bildirib və onun barəsində tərtib olunan protokoldan da narazı qaldığını deyib: "Protokol ümumiyyətlə İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmaqla tərtib edilib. Onun törətdiyi əməl təsvir edilməyib, protokolun təsviri hissəsində bir cümlə ilə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələblərinin pozulması əks olunmayıb. Ona görə də sözügedən protokol ləğv edilib, təqsirləndirilən şəxsə cinayət işi açılmalıdır". Z.Paşayev bildirib ki, barəsində şikayət edən xanım sürücü yolun kənarında avtomobilini düzgün park etmədiyindən təhlükə yaradıb və bu zaman ona yaxınlaşaraq öz iradlarını bildirib. Eyni zamanda qeyd edib ki, İ.Abbasovanı təhqir etməyib və söyüş söyməyib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək, 50 manat məbləğində cərimə olunmasına dair Yasamal RPİ-nin 29-cu Polis Bölməsinin inzibati tənbeh vermə haqqında qərarı ləğv edilib. Z.Paşayev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiallar yenidən araşdırılması üçün Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə göndərilib. Deputat Ülvi Quliyevin köməkçisi Nurlan Qurbanov isə deputatın heç kimdən bu hadisə ilə bağlı xahiş etmədiyini bildirib. |
2023-12-29 | 818,174 | Yüzlərlə ölən olub, Rusiya bu cür gizlədib - Şok | Rusiya 2023-cü ilin iyununda Kaxovka SES-də bəndin parladılması nəticəsində bölgədə daşqın qurbanlarının real sayını qəsdən gizlədib. Axar.az xəbər verir ki, bu barədə “Assoşeyted Press”in hazırladığı materialda qeyd olunub. Material ölənlərin qeydiyyatını aparan tibb işçiləri, yerli sakinləri dəfn edən könüllülər, habelə Ukrayna kəşfiyyatı ilə əməkdaşlıq edən iki nəfərin məlumatları əsasında hazırlanıb. Oleşki xəstəxanasının əməkdaşları bildiriblər ki, ruslar yerli qurumların nümayəndələrinə daşqın zamanı ölənlərin meyitlərinin qardaşlıq məzarlarında basdırılmasını tapşırıblar. Onların sözlərinə görə, təkcə Oleşkidə onlarla cəsədin basdırıldığı bir neçə belə qəbir qazılıb. “Hətta yerli hakimiyyət orqanları həkimlərə ölüm şəhadətnamələri verməyi qadağan edib. Bəzi ölənlərin qohumları belə olmayıb, ona görə də onların dəfnləri ilə rəsmilər məşğul olub. Rus hərbçilər meyitləri özbaşına dəfn edənləri də hədələyib”, - tibb işçilərnin verdikləri məlumatda qeyd olunub. Agentliyə danışanlardan biri deyib ki, təkcə Oleşkidə daşqından ölənlərin sayı 200-300 arasındadır. Rusiyanın Xerson vilayətinə “qubernator” təyin etdiyi Vladimir Saldo isə həmin vaxt hadisə nəticəsində cəmi 59 nəfərin öldüyünü bildirmişdi. |
2023-12-29 | 818,180 | Bu sahədə yoxlamalar daha 1 il dayandırıldı | Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-nə qədər uzadılıb. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qeyd edək ki, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-də bitirdi. Yaxın 1 ildə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məhdudiyyət nəzərə alınmaqla aparılır. Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir. Sahibkarlar bu qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, həmçinin inzibati və məhkəmə qaydasında şikayət verə bilər. |
2023-12-29 | 818,188 | Çinin həbs edilən nazirinin yerinə təyinat oldu | Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi Donq Szyunun müdafiə naziri təyin edilməsinə səs verib. Axar.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb. “Daimi Komitənin yeddinci iclası dekabrın 29-da Pekində Xalq Yığıncaq Məclisində başa çatıb. Səsvermədən sonra iclasda Donq Szyunun müdafiə naziri təyin edilməsi qərara alınıb”, - məlumatda qeyd olunub. Qeyd edək ki, Çinin keçmiş müdafiə naziri Li Şanfu hərbi texnikanın alınmasında yol verdiyi pozuntulara görə saxlanılmışdı. |
2023-12-29 | 818,189 | İşsizlik müavinəti üçün sığorta stajının müddəti azaldıldı | Azərbaycanda işsizliyə görə müavinət üçün sığorta stajının müddəti azaldılıb. Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb. Qanuna əsasən, 24 ay sığorta stajı olan şəxs öz iradəsindən kənar işsiz qaldıqda işsizliyə görə müavinət ala biləcək. Əvvəllər isə bu müddət 30 ay idi. |
2023-12-29 | 818,191 | Göygöl və Şabranda qanunsuz tikililər söküldü - Video | Göygöl rayonunun Yeni Qızılca və Şabran rayonunun Şahnəzərli kəndləri ərazilərində müvafiq icazəverici sənədlər olmadan qanunsuz tikinti işlərinin aparılması faktları aşkar edilib. Bu barədə Axar.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi müvafiq rayon icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə həyata keçirdiyi tədbirlər nəticəsində qanunsuz tikililəri söküb. |
2023-12-29 | 818,192 | Duda Ukraynaya görə generallarla təcili görüş təyin etdi | Polşa Prezidenti Andjey Duda Ukraynanın hava məkanını pozmasından sonra ordu rəhbərliyi ilə təcili görüş təyin edib. Axar.az xəbər verir ki, bu barədə Polşa Prezident Aparatı öz saytında məlumat yayıb. “Prezident Andjey Duda milli müdafiə naziri Vladislav Kosiniyak-Kamışla telefonla danışıb. Bu gün isə Milli Təhlükəsizlik Bürosunda saat 13:00-da (Bakı vaxtı ilə 16:00) nazir Kosiniyak-Kamış, Baş Qərargah rəisi Veslav Kukula, Silahlı Qüvvələrin əməliyyat komandanı Maçi Klişlə təcili görüş keçiriləcək”, - məlumatda deyilir. Qeyd edək ki, Polşa Silahlı Qüvvələri cümə günü səhər saatlarında naməlum hava obyektinin Ukrayna ərazisindən Polşa hava məkanına daxil olduğunu açıqlayıb. Naməlum obyekt sonradan radarlardan itib. |
2023-12-29 | 818,194 | Rusiyadan Astananın Taliban qərarına reaksiya | Qazaxıstanın Taliban hərəkatını respublikada qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarı Əfqanıstanı beynəlxalq təcriddən çıxarmağa və ölkədə vəziyyətin sabitləşməsinə kömək edəcək. Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. “Ümid edirik ki, Astananın bu qərarı Əfqanıstan hakimiyyəti ilə dialoqun inkişafına müsbət təsir göstərəcək və regional təhlükəsizliyin qorunması, terrorizm, eləcə də narkotik cinayətlərinə qarşı mübarizədə birgə səylər də daxil olmaqla, qarşılıqlı etimadı gücləndirəcək”, - o bildirib. Qeyd edək ki, Qazaxıstan hakimiyyəti Taliban hərəkatını ölkədə qadağan olunmuş təşkilatlar siyahısından çıxarmaq qərarına gəlib. |
2023-12-29 | 818,197 | İran “MOSSAD-a işləyən” 4 nəfəri edam etdi | İran hakimiyyəti İsraillə əlaqəli təxribat qrupunun on üzvündən dördünə qarşı çıxarılan ölüm hökmünü icra edib. Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan əyalətinin məhkəməsinin bəyanatında deyilir. “Sionist rejimlə əlaqəsi olan (İsrail nəzərdə tutulur - red.) təxribat qrupunun dörd üzvü İsrail kəşfiyyat xidməti MOSSAD zabitlərinin rəhbərliyi altında öz əməlləri ilə ölkənin təhlükəsizliyinə xələl gətirməyə cəhd etmişdilər, bu gün səhər saatlarında onlar edam ediliblər”, - bəyanatda deyilir. Qeyd edək ki, oktyabrın 24-də İranın Qərbi Azərbaycan vilayətinin baş hakimi Nasir Atabati İran kəşfiyyatçılarının 10 nəfərdən ibarət qrupu saxladığını bildirib. Onların İsrailə çalışdığı və MOSSAD zabitləri ilə birbaşa video-əlaqə saxladıqları iddia edilir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.