date
stringlengths
10
10
id
int64
20
839k
title
stringlengths
5
83
text
stringlengths
1
32.8k
2023-12-28
817,723
Bu 5 qəpikləri 1200 dollara alırlar - Qiymətlər
Siz bilirsinizmi ki, köhnə xırda pullar çox bahalıdır? Məsələn, keçmiş SSRİ-in bəzi sikkələri böyük məbləğdə pula satılır! Axar.az Bakı.vs-ə istinadən SSRİ-də buraxılmış 5 qəpiklik sikkələrin dəyərini təqdim edir: Qeyd edək ki, dəmir sikkələri Rusiyanın paytaxtı Moskva şəhərində (Moskva şəhəri, Tverskaya küçəsi 12, bina 8) alırlar. Yəni bunlar yalnız Moskva zərbxanasının sikkələri üçün nəzərdə tutulur. Bu kifayət qədər nüfuzlu siyahı: 5 qəpik 1924-cü il, qiymət — 12 $. 5 qəpik 1927-ci il, qiymət — 100-120 $. 5 qəpik 1929-cu il, qiymət — 20 $. 5 qəpik 1958-ci il, qiymət — 1200 $. (çox nadir VF vəziyyəti üçün!) 5 qəpik1933-cü il, qiymət — 550 $. 5 qəpik 1934-cü il, qiymət — 85 — 100 $. 5 qəpik 1965-ci il, qiymət — 17 $. 5 qəpik 1966-cı il, qiymət — 17 — 20$. 5 qəpik 1990-cı il, qiymət — 80 $. 5 qəpik 1972-ci il, qiymət — 15 $. 5 qəpik 1969-cu il, qiymət — 16 $. 5 qəpik 1970-ci il, qiymət — 100 $. 5 qəpik 1971-ci il, qiymət — 15 $. 5 qəpik 1935-ci il (köhnə nümunə), qiymət — 90 $. 5 qəpik 1935-ci il (yeni nümunə), qiymət — 25 $. 5 qəpik 1936-cı il, qiymət — 10 $. 5 qəpik 1937-ci il, qiymət — 15 $. 5 qəpik 1945-ci il, qiymət — 15 $. 5 qəpik 1947-ci il, qiymət — 900 $. (çox nadir VF vəziyyəti üçün!) 5 qəpik 1951-ci il, qiymət — 10 $.
2023-12-28
817,729
Ermənistanı Rusiya ilə birləşdirən yolda xaos - Video
Rusiya-Gürcüstan sərhədindəki Yuxarı Lars keçid məntəqəsində dəhşətli tıxac yaranıb. Axar.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Ərazidə olan sürücülər bildirib ki, tıxac sərhəd-keçid məntəqəsinə bir neçə kilometr qalmış başlayıb. Maşınların sərhədi keçməsi 13 saatdan çox çəkir. Qeyd olunur ki, əksər sürücülər sərhədi növbəsiz keçmək istəyir. Tıxaca səbəb kimi pis hava şəraiti və yolun açılmasından sonra baş verən ajiotaj göstərilir. Qeyd edək ki, Yuxarı Lars keçid məntəqəsi pis hava şəraiti səbəbindən bir neçə gün bağlı qalmışdı.
2023-12-28
817,734
MDB Əliyevi qalib kimi qarşıladı, Nikol isə... - Video
Gözlənildiyi kimi, Paşinyan Putinin yanına qonaq getdi. Əvvəlcə, Aİİ çərçivəsində sammit başladı və Nikol “Aİİ iqtisadi birlikdir, onun siyasi və geosiyasi gündəmi olmamalıdı”, - deyə çıxış etdi. O, bunu Qərb tərəfdaşlarının yanında özünə bəraət qazandırmaq üçün etdi. Axar.az xəbər verir ki, bunu erməni analitik Ruben Marqaryan deyib. O bildirib ki, Aİİ iclasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü başladı: “Əliyevi zəfər qazanmış adam kimi mehribanlıqla qarşıladılar. Nə yaxşı ki, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin Azərbaycana son səfəri zamanı etdiyi kimi, Paşinyanın yanında Əliyevi Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə təbrik etməyə başlamadılar. Belə də ki, Paşinyanın özü Əliyevi kifayət qədər səmimi qarşılayıbsa, MDB ölkələrinin digər liderləri Əliyevi niyə səmimi salamlamasınlar ki?! Hamı buna diqqət yetirsə də, heç kim təəccüblənmədi. Əgər yaxın vaxtlara qədər onları bir-birindən ayıran problem, yəni “artsax” artıq mövcud deyilsə, niyə Azərbaycan və Ermənistan liderləri əl sıxışmasın? Peskovun da dediyi kimi, Əliyev və Paşinyan müharibə edən tərəf deyillər, onlar sülh danışıqlarını yekunlaşdırmağa, vahid sənədə, sülh müqaviləsinə nail olmağa tam hazır olduqlarını bəyan ediblər. Paşinyanın mətbuat katibi Baqdasaryan da təsdiqləyib ki, Paşinyan və Əliyev sülh müqaviləsi məsələsini tədbirdə vasitəçisiz müzakirə ediblər. İlk baxışdan qəribə görünür. Axı Əliyevlə Paşinyan arasında əvvəlki razılaşma, yəni üçtərəfli bəyanat Rusiya tərəfinin birbaşa iştirakı ilə bağlanıb. İndi Moskva sülh müqaviləsi üzərində işdə kömək edəcəyini vəd etsə də, prosesdən bir qədər uzaqlaşır. Görünür, bu, erməni tərəfi üçün pis əlamətdir. Ehtimal etmək olar ki, İrəvanla Bakı arasında artıq razılaşdırılmış sülh müqaviləsinin mətni erməni tərəfi üçün o qədər pisdir ki, Moskva yenidən Rusiyaya “xəyanətdə” ittiham olunmamaq üçün özünü vasitəçi elan etmək niyyətində deyil. Moskva başa düşür ki, İrəvanla Bakı arasında hazırlanan sülh müqaviləsi Azərbaycanın “son təcavüzündən” sonra ortaya çıxan reallıqların İrəvanın qəbul etməsindən başqa bir şey olmayacaq”, - o bildirib.
2023-12-28
817,738
Demarkasiya və delimitasiya sülhə daxil edilməyəcək - Şəfiyev
Azərbaycanın hədəfi Ermənistanla sülh sazişidir və ona çox yaxınıq. Axar.az Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qurumun 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. O bildirib ki, hələlik sülh sazişinin imzalanacağı dəqiq tarixi demək çətindir: "Ən əsas odur ki, mənfi münasibət sıfra endirilib. Demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir. Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb".
2023-12-28
817,741
Bakı “B planı”nı həyata keçirməyə başladı
Sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması zəruridir. Axar.az xəbər verir ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Quardian"a ("The Guardian") müsahibəsində deyib. O qeyd edib ki, ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir. Onun sözlərinə görə, Ermənistan özü üçün Azərbaycanla sülh sazişinin imzalanmasının bütün faydalarını tam dərk etməli, eləcə də, sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün zərərli illüziyalardan və hiylələrdən imtina etməlidir. Bakının hazırladığı sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi qeyd edən Prezidentin nümayəndəsi eyni zamanda bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəbliyi və vaxt aparması nəzərə alınaraq sonrakı mərhələdə həll oluna bilər. E.Əmirbəyov sülh sazişinin imzalanmasından sonra tərəflər arasında mübahisələrin həlli mexanizmi barədə suala cavabında vurğulayıb ki, Azərbaycan bu məsələdə heç bir kənar müdaxilə olmadan ikitərəfli Ermənistan-Azərbaycan Komissiyasının yaradılması ideyasına üstünlük verir: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə birləşdirən Orta Dəhliz üçün alternativ marşrutun yaradılması kontekstində deyil, həm də öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir”. E.Əmirbəyov vurğulayıb ki, cərəyan edən hadisələr göstərir ki, Bakı üç il Ermənistandan aydın cavab gözlədikdən sonra daha çox vaxt itirmək fikrində deyil: “Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında öz faydasını başa düşə bilmirsə, hələ də Azərbaycanın ona qarşı guya gözlənilən təcavüzünün olması barədə absurd rəvayətləri yaymaqda davam edib regional dalana dirənmək niyyətindədirsə, Azərbaycan artıq konkret fəaliyyətə keçib və qonşu İran ərazisindən yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verməklə “B planı”nı həyata keçirməyə başlayıb”.
2023-12-28
817,745
İsmayıllının bu Fransa şəhəri ilə qardaşlığı pozuldu
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi məşvərətçi orqan olan Şura İsmayıllı şəhəri ilə Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyasının qüvvədən düşməsi ilə bağlı bəyanat yayıb. Axar.az bəyanatın mətnini təqdim edir: “2015-ci ilin may ayında İsmayıllıda Azərbaycan Respublikasının İsmayıllı şəhəri və Fransa Respublikasının Evian-Le Ba şəhəri arasında Dostluq və Əməkdaşlıq Xartiyası imzalanıb. Həmin dövrdə xartiyanın imzalanmasının məqsədi iki şəhər arasında dostluq əlaqələrini inkişaf etdirmək, mədəniyyət, turizm və iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrə töhfələr verməkdən ibarət olmuşdur. Hətta bu istiqamətdə praktiki addımlar atılmış, tərəflər arasında qarşılıqlı səfərlər baş tutmuşdur. Əməkdaşlığın davamı kimi 2017-ci ildə Evian şəhərdə “Azərbaycan bağı”nın və parkda “Dostluq” bulağının, eləcə də görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinin açılış mərasimi keçirilmişdir. Eyni zamanda, İsmayıllı şəhər mərkəzi parkında “Azərbaycan-Fransa dostluq parkı” lövhəsi yerləşdirilmişdir İsmayıllının qədim yaşayış məskənlərindən biri olması və çoxsaylı xarici turistlərin diqqətini çəkməsi, həmçinin rayondakı Lahıc misgərlik sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi şəhərlərarası əməkdaşlıq üçün əlavə stimul yaratmışdır. “Qardaşlaşmış şəhərlər” ideyasının fərqli xalqların mədəniyyətinə xidmət etməsi və müxtəlif millətlərdən olan insanlar arasında körpülər yaratması, o cümlədən bu konsepsiyanın siyasətdən kənar olmasına baxmayaraq, təəssüf ki, Fransa tərəfi bu məsələni siyasiləşdirmiş, Vətən müharibəsindən sonra Ermənistana dəstək əlaməti kimi şəhərlərarası təmasları dayandırmışdır. 2023-cü il dekabrın 18-də Evian şəhər bələdiyyə şurasının iclasında ölkəmizə qarşı əsassız ittihamlar səsləndirilib, Ermənistana dəstək ifadə olunub. Həmçinin şəhər meri “Azərbaycan Bağı” qeyd edilən yazıların hamısının silindiyini elan edib. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında daimi Şuranın üzvləri Evian şəhər bələdiyyə şurasının məlum iclasında ölkəmizə qarşı səsləndirilən qərəzli və qeyri-obyektiv fikirləri qətiyyətlə rədd edir və “Azərbaycan Bağı” ilə bağlı qərarı pisləyir. Fransanın ölkəmizə qarşı bütün platformalarda apardığı anti-Azərbaycan siyasətinə və Evian şəhər bələdiyyə şurasının “Azərbaycan Bağı” qeyd edilən yazıların silinməsi ilə bağlı qərarına etiraz əlaməti olaraq, İsmayıllı şəhəri və Evian-Le Ba şəhəri arasında imzalanmış Dostluq və Əməkdaşlıq Xartiyası 26.12.2023 tarixindən qüvvədən düşmüş hesab edilsin. Həmçinin İsmayıllı şəhər mərkəzi parkı tanınmış Azərbaycan şairi Xurşidbanu Natəvanın adını daşısın”.
2023-12-28
817,746
Abdullahian İrəvanda Qriqoryanla görüşdü
Dünəndən İrəvanda səfərdə olan İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Axar.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası məlumat yayıb. “Görüşdə ikitərəfli iqtisadi və təhlükəsizlik əlaqələri ilə bağlı məsələlər müzakirə edilib. Bu çərçivədə hər iki tərəf Ermənistan və İran arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinin və bu istiqamətdə razılaşmaların həyata keçirilməsi üçün səmərəli addımların atılmasının vacibliyini vurğulayıb. Tərəflər Ermənistan hökumətinin təqdim etdiyi “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsinə də toxunub və regionda uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar”, - məlumatda qeyd olunub.
2023-12-28
817,750
Sosial yardımlar niyə gecikir? - Açıqlama
Hər ay sosial ödənişlərin köçürülmə tarixi əvvəlcədən təyin olunmuş qrafik əsasında həyata keçirilir. Bu sözləri Axar.az-a açıqlamasında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili deyib. “Həmin qrafik əsasında pensiya, müavinətlər və təqaüd yönümlü sosial yardımın ödənişi ay bitməmiş vətəndaşların hesabına köçürülür. Bu ayın sosial ödənişlərinin ödənilməsində də gecikmə olmayıb. Belə ki, ay bitməmiş Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə dekabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Yaxın 2 gündə də digər sosial ödənişlərin yekunlaşdırılması nəzərdə tutulur”, - Mehdili bildirib. Qeyd edəki ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dekabr ayının sosial yardımlarının bayramla əlaqədar olaraq daha tez ödənilib yekunlaşacağı barədə məlumat yaymışdı.
2023-12-28
817,752
Anklav məsələləri belə həll oluna bilər - Şəfiyev
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Ermənistanla anklav məsələlərinin delimitasiya çərçivəsində həll oluna biləcəyini deyib. Axar.az xəbər verir ki, qurumun 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında F.Şəfiyev qeyd edib ki, sülhə mane olan məsələlər həll olunub. “Sadəcə ortada anklav məsələləri var, ola bilsin ki, onlar delimitasiya çərçivəsində həll olunacaq”, - əlavə edib.
2023-12-28
817,753
Əmrullayev rektorlarla görüşdü: təkliflər müzakirə edildi
Elm və Təhsil Nazirliyində ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Axar.az xəbər verir ki, görüşdə elm və təhsil naziri Emin Əmrullayev, ali təhsil müəssisələrinin rektorları və nazirliyin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər. Görüş zamanı ilin yekunları təhlil edilib, növbəti il üçün ali təhsil sahəsində planlaşdırılan tədbirlərin gündəliyinə dair fikir mübadiləsi aparılıb, həmçinin imtahan sessiyası və yaz semestrinə hazırlıq prosesi müzakirə olunub. Ali təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin yeni strukturları ilə sıx əməkdaşlığının zəruriliyi vurğulanan görüşdə bu sahədə planlaşdırılan fəaliyyət istiqamətlərinə də toxunulub. Emin Əmrullayev gənc alimlərin fəaliyyətləri, elmi nailiyyətlərinin təşviqi, yeni elmi və akademik məzmunun yaradılması, effektiv kommunikasiyanın vacibliyi və digər bu kimi məsələlərlə bağlı tapşırıqlar verib. Görüşün sonunda müzakirə edilən məsələlərə dair rəy və təkliflər səsləndirilib.
2023-12-28
817,755
İrəvan 2 milyardlıq silah alır: pulu kim ödəyir?
Ermənistan hər zaman dövlət kimi başqalarının himayəsində yaşamağa öyrənib. 30 illik “müstəqillik” dövründə rəsmi İrəvan Moskvanın forpostu idi, indi isə başqalarının himayəsinə keçir. Bu sözləri Axar.az-a Ermənistanın 2020-2025-ci illər üçün silah alınmasına ayırdığı 2 milyard dollardan çox vəsaitin mənbəyi haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru, siyasi şərhçi Rizvan Hüseynov deyib. “Paşinyan hökumətinin Hindistan və Fransadan aldığı silah-sursat və hərbi texnikanın pulunu ödəyəcək durumda olmadığı hamıya aydındır. Ona görə də zaman keçdikcə Ermənistan sözügedən ölkələrin forpostuna çevriləcək. Ancaq Rusiya heç vaxt buradan əl çəkməyəcək. Balansı qorumaqla eyni vaxtda bütün ölkələrin marağını təmin etmək çox çətin olduğuna görə qarşıdakı bir neçə il ərzində biz Ermənistanın beynəlxalq güclərin rəqabət meydanına çevrildiyini görəcəyik”, - siyasi şərhçi bildirib. Professor Qabil Hüseynli diasporun və AB-nin Ermənistanın silahlanmasındakı roluna diqqəti çəkib: “Fikrimcə, silahların və artilleriya sistemlərinin alınmasının bir qismi erməni diasporu tərəfindən maliyyələşdirilir. Vəsaitin geri qalanı isə AB tərəfindən, xüsusilə Fransadan yardım adı altında, eyni zamanda dolayı yolla və qeyri-qanuni vasitələrlə təmin olunur. Məqsəd isə balans yaratmaq yox, Ermənistanı hərbi cəhətdən gücləndirmək, bu yolla Cənubi Qafqazda nüfuz dairəsi əldə etməkdir”. İqtisadçı Natiq Cəfərli isə açıqlamasında Rusiyanın bu yolla silah embarqosundan yayındığını bildirib: “Məncə, silahlanmaya xərclənən pullar Ermənistanın yox, Rusiyanın sanksiyalar səbəbindən Hindistanda ilişib qalmış vəsaitidir. Silah-sursat və hərbi texnika Hindistandan alınır, İran və Ermənistan üzərindən Rusiyaya daşınır”. Qeyd edək ki, Ermənistanın 2020-ci ildən başlayaraq, aldığı və alacağı silahlara və hərbi texnikaya sərf edəcəyi ümumi vəsaitin 2 milyard dolları keçəcəyi gözlənilir.
2023-12-28
817,757
İrəvanın Təbrizdə konsulluq açması... - Şəfiyev
Təbrizdə Ermənistan konsulluğunun açılması siyasi bir addımdır. Axar.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. “Konsulluğun məhz orada açılması bizə mesajdır, məncə. Ancaq onun orada açılmasında təhlükə görmürəm. Bununla belə, İranın Azərbaycana münasibətində bəzi problemlər görürəm, belə ki, səmimi və ardıcıl deyil. İranla münasibətlərimiz yaxşıya doğru gedir, ona görə çox mənfi danışmaq istəməzdim. Ancaq belə bir sualım var, onlar əlaqələrimizin tezliklə və əsaslı həll olunmasını nə dərəcədə istəyirlər?" - F.Şəfiyev qeyd edib. Qeyd edək ki, İrəvanda səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian erməni həmkarı Ararat Mirzoyanla görüşdə Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılmasına razılıq verildiyini açıqlayıb.
2023-12-28
817,758
Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı...
“Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı” təsdiqlənib. Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısı aşağıdakı kimidir: 1. Azərbaycan Audiovizual Şurası. 2. Əqli Mülkiyyət Agentliyi publik hüquqi şəxs. 3. Dövlət Reklam Agentliyi publik hüquqi şəxs. 4. İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi publik hüquqi şəxs 5. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi publik hüquqi şəxs 6. Dənizkənarı Bulvar İdarəsi publik hüquqi şəxs 7. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti 8. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti 9. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi.
2023-12-28
817,759
Milli Məclisə seçkilər qabağa çəkiləcək? - Təcili
Xəbər verdiyimiz kimi, Azərbaycanda parlament seçkiləri 2020-ci il fevral ayında baş tutsa da, növbəti seçkilər 2024-cü ilin noyabrında keçirilməlidir. Çünki Konstitusiyanın 98-ci maddəsinə görə, parlament seçkiləri noyabr ayının ilk həftəsinin bazar gününə təyin edilməlidir. Əgər parlamentin səlahiyyət müddətinin tamamlanması gözlənilərsə, onda seçkilər 2025-ci ilin noyabrında keçirilməlidir. Ancaq bu, parlamentin 5 illik müddətinin aşılması deməkdir. Qanunvericiliyə görə, parlament seçkisi qabağa çəkilə bilər, ancaq səlahiyyət müddəti keçilə bilməz. Axar.az xəbər verir ki, 2024-cü ilin noyabr ayı Azərbaycan üçün əlamətdar günlərə təsadüf edəcək. Belə ki, Azərbaycan noyabr ayında COP29 kimi mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Prezident İlham Əliyev də bu tədbirin ölkəmiz üçün xüsusi əhəmiyyət daşıdığını vurğulamışdı: “Təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdi. Ancaq COP29-da on minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”, - dövlət başçısı bildirmişdi. Bu qədər irihəcmli tədbir 11-24 noyabr 2024-cü ildə baş tutacaq ki, bu da ciddi hazırlıq tələb edir. Nəzərə alaq ki, qonaqların bir qismi artıq noyabrın əvvəlindən gəlməyə başlayacaq. Buna görə də parlament seçkilərinin noyabr ayından əvvələ çəkiləcəyi ehtimalı həddən artıq yüksəkdir. Böyük ehtimalla, Azərbaycanda parlament seçkiləri yay aylarında keçiriləcək və parlament 30 sentyabrda payız sessiyasına yeni tərkiblə başlayacaq.
2023-12-28
817,760
Bu rayonlarımıza qar yağır
12:32 Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, hazırda Şəki, Xaltan, Şabranda yağış, Altıağac, Şahdağ, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır. Şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında arabir 33 m/s-dək güclənib. Qax, Balakən, Gədəbəy, Daşkəsəndə küləyin sürəti 20 m/s, Şabranda isə 17 m/s-yə çatıb. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metr təşkil edib. *** Ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti davam edir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, saat 15:00-a olan məlumata görə, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, Zaqatala rayonunun yüksək dağlıq ərazilərində (Əlibəy) 40 m/s, Şəkidə 25 m/s, İsmayıllı, Ağdamda 22 m/s, Göyçayda 21 m/s, Ağstafada 20 m/s, Mingəçevirdə 19 m/s, Bərdə, Ceyrançöldə 18 m/s, Şirvanda 17 m/s, Tərtərdə 16 m/s, Zaqatala, Qəbələdə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 5.2 metrə çatıb. Hazırda Şabranda yağış, Altıağac, Qəbələ, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Şəki, Qaxda (Sarıbaş) qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 7-12, Aran rayonlarında 14-18, dağlıq rayonlarda 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub
2023-12-28
817,761
DYP-dən velosiped sürənlərə xəbərdarlıq
Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır. Axar.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ikitəkərli nəqliyyat vasitəsi idarə edən şəxslərə xəbərdarlığında bildirilib. "Belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi çətinliklər yaradır. Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir. BDYPİ ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəritini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir", - məlumatda vurğulanıb.
2023-12-28
817,764
Güclü külək: 3 nəfər xəsarət aldı, birinin vəziyyəti ağırdır
Güclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub. Axar.az xəbər verir ki, bu barədə Report-a TƏBİB-dən məlumat verilib. Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər: "Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar. Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub".
2023-12-28
817,766
Laçında Xalçaçılıq mərkəzi açıldı
Laçın şəhərində “İslimi” Xalçaçılıq mərkəzi açılıb. Kult.az xəbər verir ki, mərkəz Laçının hələ qədimdən məhşur xalçalarının olduğu nəzərə alınaraq yaradılıb. Burada Laçın çeşnilərini özündə əks etdirən xalçaların ərsəyə gətirilməsi ilə yanaşı, həm də sakinlərin məşğulluğu təmin olunacaq. Açılış mərasimində Prezidentin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov, Bakı Abadlıq Xidməti MMC-nin, Laçın Abadlıq Xidməti ASC-nin və digər qurumların əməkdaşları iştirak ediblər. Mərasim iştirakçıları mərkəzdə yaradılan şəraitlə tanışlıq olublar.
2023-12-28
817,771
Hindistan hədələdi: Hücuma görə tədbir görüləcək
Hindistan ölkə sularında kimyəvi maddələr daşıyan gəmiyə dekabrın 23-də PUA hücumu edilməsi ilə bağlı bəyanat yayıb. Axar.az xəbər verir ki, bu barədə xarici media məlumat verib. Hindistan ordusu gəmiyə hücumun səbəbkarlarının və mənbə ölkənin cəzalandırılacağını bildirib. Pentaqonun yaydığı rəsmi məlumatda isə PUA-nın İrandan qalxdığı deyilib.
2023-12-28
817,774
Xankəndidə daha bir oyun keçiriləcək? - Açıqlama
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah”-“Qarabağ” oyununun Xankəndidə keçirilməsi məsələsi gündəmdə yoxdur. Bu sözləri Axar.az-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev deyib. “Belə bir məsələ müzakirə olunmayıb və gündəmdə yoxdur”, - Abdullayev bildirib. Qeyd edək ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Sabah”–“Qarabağ” oyununun Xankəndidə keçirilə biləcəyi ilə bağlı iddia yayılıb.
2023-12-28
817,775
Bu türk ölkəsində iki uşaq qızılcadan öldü
Qazaxıstanda qızılcadan iki körpə ölümü qeydə alınıb. Axar.az xəbər verir ki, bunu Qazaxıstan səhiyyə nazirinin müavini Ayjan Esmaqambetova deyib. “Astana və Şərqi Qazaxıstan vilayətlərində iki ölüm halı qeydə alınıb. Bunlar 1 yaşına çatmamış, daha doğrusu, vaksinasiya yaşına çatmayan uşaqlardır”, - Esmaqambetova bildirib. Onun sözlərinə görə, daha 15 uşağın vəziyyəti ağırdır. Qazaxıstan Milli İctimai Səhiyyə Mərkəzinin məlumatına görə, ilin əvvəlindən ölkədə qızılcaya 26 815 yoluxma halı qeydə alınıb. 18-24 dekabr tarixlərində isə 2 373 nəfər bu xəstəliyə yoluxub.
2023-12-28
817,778
Sabah qar yağacaq
Bakıda və Abşeron yarımadasında dekabrın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, Abşeron yarımadasının şimalında yağışın qısa müddətə sulu qarla qarışıq yağması ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-6° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
2023-12-28
817,781
Sülh imzalanacaq, ancaq sərhədlər… - Politoloq
Azərbaycanla Ermənistan arasında sülh sazişinin gələn ilin birinci yarısında imzalanması ehtimalı yüksəkdir. Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, buna baxmayaraq, sülh sazişi iki ölkə arasında bütün problemlərin həlli demək olmayacaq: “Sülh sazişnin fəlsəfəsi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanımasıdır. Sərhədin müəyyənləşməsi və dəhliz məsələsi sülh sazişinin xaricində qalacaq. Bunlar sonrakı danışıqlar predmetidir. Sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılmasına daha çox vaxt sərf olunacaq”.
2023-12-28
817,784
Bu müəssisələr saxta alkoqollu içki istehsal edirmiş - Siyahı
Ayrı-ayrı istehsal müəssisələrinin vəzifəli şəxsləri tərəfindən saxta aksiz markalarının dövriyyəsi və keyfiyyətsiz məhsulların istehsalı ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirlərı keçirilib. Axar.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb. Əldə olunan sübutlara əsasən “Göygöl Şərab 2”, “Agsu-1”, “Gold Alko” və “Quseynoff vodka” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bu ilin noyabr-dekabr ayları ərzində yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satmalarına, həmin məhsulları saxta aksiz markaları ilə markalamalarına və qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 205-1 (saxta aksiz markalarının dövriyyəsi), 213-1 (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və 308.1-ci (vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. İş üzrə ayrı-ayrı regionlarda yerləşən müxtəlif topdan və pərakəndə satış obyektlərində aparılmış axtarışlarla sözügedən müəssisələrə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülüb. Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
2023-12-28
817,787
İlham Əliyev 2 sərəncam imzaladı
13:18 Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: 1. Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Əmircan qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 600,0 (altı yüz) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev Qusar rayonunun Qusar‒Xudat (18 km)‒Langi‒Caqarqışlaq‒Urvaoba‒Atlıxan‒Kuzunqışlaq‒Zindanmuruqqışlaq‒Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 1. Beş min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Qusar‒Xudat (18 km) ‒ Langi ‒ Caqarqışlaq ‒ Urvaoba ‒ Atlıxan ‒ Kuzunqışlaq‒Zindanmuruqqışlaq ‒ Avaranqışlaq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,2 milyon (bir milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutsun. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
2023-12-28
817,791
Nazir Yalçın Adıgözəlova vəzifə verdi
Heydər Əliyev Sarayının tabeliyində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbər-baş dirijoru vəzifəsinə təyinat olub. Kult.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, tanınmış dirijor, Xalq artisti Yalçın Adıgözəlov həmin vəzifəyə təyin edilib. Qeyd edək ki, Y.Adıgözəlov 4 noyabr 1959-cu ildə Bakı şəhərində görkəmli bəstəkar, Xalq artisti Vasif Adıgözəlovun ailəsində anadan olub. 1982-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını (indiki Bakı Musiqi Akademiyası) piano ixtisası üzrə (professor R.Atakişiyevin sinfi) bitirib. 1984–1989-cu illərdə N.A.Rimski-Korsakov adına Leninqrad (Sankt-Peterburq) Konservatoriyasında professor İlya Musinin sinfində opera və simfonik orkestr dirijorluğu ixtisası üzrə təhsil alıb. 1990-1992 illərdə Vyana Musiqi Akademiyasınln aspiranturasın bitirib. 1989-cu ildən Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, 1991 – 1998-ci illərdə bədii rəhbər və baş dirijoru vəzifəsində çalışıb. 2000-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijorudur. O, eyni zamanda uzun illərdir Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olur. Dirijorluq kafedrasının professorudur. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə 2007 -ci ildə “Əməkdar incəsənət xadimi” , 2012-ci ildə “Xalq artisti” fəxri adına və 2019-cu ildə “Şöhrət” ordeninə layiq görülüb.
2023-12-28
817,794
XİN: Beynəlxalq təşkilatlara müraciət göndərilib
Azərbaycan Xarici İşlər Nazirliyi prezident seçkilərini müşahidə etmək üçün beynəlxalq təşkilatlara müraciətlər göndərib. Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacıyev deyib. A.Hacıyev qeyd edib ki, Xarici İşlər Nazirliyi bu məqsədlə İnsan Hüquqları Bürosuna, ATƏT və Azərbaycanın üzv olduğu digər beynəlxalq təşkilatlara dəvət göndərib. Xatırladaq ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.
2023-12-28
817,796
Omskda çovğun: sürücülər addım ata bilmir - Video
Rusiyanın Omsk vilayətində qarlı və küləkli hava şəraiti bölgədə həyatı iflic edib. Axar.az xəbər verir ki, çovğun Omsk və Qazaxıstanın Pavlodar şəhərini birləşdirən əsas magistral yolda hərəkətə çox ciddi maneə yaradıb.
2023-12-28
817,800
Putinə rəqib olmaq istəyənlərin sayı artdı
Rusiya Mərkəzi Seçki Komissiyasına Rusiya prezidenti vəzifəsinə namizədlərin irəli sürülməsi ilə bağlı 33 müraciət daxil olub. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova deyib. Onun sözlərinə görə, 9 şəxsin namizədliyini siyasi partiyalar, 24 şəxs isə özü öz namizədliyini irəli sürüb. Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü il martın 17-nə təyin edilib.
2023-12-28
817,804
NATO-nun bütün texnikası məhv ediləcək - Antonov
ABŞ Kiyevə növbəti hərbi yardım paketi göndərməklə “son ukraynalıya qədər döyüşmək” konsepsiyasına sadiqlik nümayiş etdirir. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov öz Teleqram kanalında bildirib. “Əminik ki, Vaşinqton bizi döyüş meydanında məğlub etmək səylərinin mənasızlığını artıq anlayıb. Bununla belə, onlar “kukla rejimini” uçuruma doğru itələyir və minlərlə sadə ukraynalını ölümə məhkum edirlər”, - o vurğulayıb. Səfir ABŞ-ın Ukraynaya 250 milyon dollarlıq yeni silah tədarükünün mövcud vəziyyəti dəyişə bilməyəcəyini deyib. Onun sözlərinə görə, Qərb Rusiyanın qələbəsini qəbul etməkdən qorxur, yalnız Ukraynanın saxta zəfərini tirajlayır: “Ukrayna Silahlı Qüvvələrinin Qərb silahıyla törətdiyi bir terror aktı belə cavabsız qalmayacaq. NATO-nun bütün texnikası və sursatları məhv ediləcək. Amerikalıların Rusiyanı strateji məğlubiyyətə uğratmaq üçün illüziya layihələrindən əl çəkməsinin vaxtı çatıb. Vaşinqton bilməlidir ki, Rusiyanı döyüş meydanında məğlub etmək səyləri mənasızdır”.
2023-12-28
817,805
Yarım milyon insan Rusiya ordusunda... - Medvedyev
2023-cü il yanvarın 1-dən indiyədək yarım milyon insan Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmətə qəbul edilib. Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib. Eyni zamanda, Medvedyev Kiyevi Rusiyanın şəhəri adlandırıb: “Sarı-mavi ilə işarələnmiş Odessa, Dnepropetrovsk, Xarkov, Nikolayev, Kiyev bir çox müvəqqəti işğal olunmuş digər şəhərlər kimi, Rusiyanın şəhərləridir”.
2023-12-28
817,806
Qara dənizdə yük gəmisi minaya düşdü
Panama bayrağı altında üzən yük gəmisi Qara dənizdə minaya düşüb. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. Patlayış nəticəsinədə iki dənizçi yaralanıb. Gəminin göyərtəsində güclü yanğın baş verib. Kapitan gəmini saya oturdub.
2023-12-28
817,809
DSX-nin 342 minlik tenderinin qalibi barədə qərar
Məhkəmə Dövlət Sərhəd Xidmətinin (DSX) 342 min manatlıq tenderinin qalibi olmuş Zövq MMC-nin direktoru Rza Əhmədov barədə qərar qəbul edib. Axar.az xəbər verir ki, bu barədə Report-a onun vəkili Şakir Ələsgərov məlumat verib. Cinayət işi üzrə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi məhkəmə iclasında baxılıb. Onun işi üzrə verilmiş şikayət təmin olunmayıb. Qeyd edək ki, R.Əhmədov Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 iyul 2022-ci il tarixli hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, o, Dövlət Sərhəd Xidməti ilə 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalayıb. Müqavilə ilə əlaqədar məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Rövşən Məmmədli, Rəsət Miriyev və Rəsul Süleymanova 342 min manat dəyərində görülməli işləri 50 min manat vəsaitlə görməyin mümkün olduğunu bildirərək dələduzluq etməkdə təqsirli bilinib. İşin görülməsi ilə bağlı yalan vədlər verərək həmin şəxslərdən müəyyən məbləğdə pul alıb mənimsəməkdə ittiham olunub. Təqsirləndirilən şəxsin vəkili Şakir Ələsgərov açıqlamasında bildirib ki, Rza Əhmədovla DSX arasında 342 min manat dəyərində uçuş geyimlərinin satılmasına dair müqavilə imzalanıb. Sahibkar həmin sifarişlərin təhvil verilməsi ilə bağlı məhkəmədə zərərçəkmiş qismində tanınan şəxslərlə bağlı razılığa gəliblər. Həmin geyimlər tikilsə də, DSX yararsız olduqlarını əsas gətirərək qəbul etməyib. Məhkəmə sahibkarın evinə həbs qoyub. Lakin onlar məhkəmənin qərarı olmadan R.Əhmədovun evini satışa çıxarıblar. Faktla bağlı sahibkara Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
2023-12-28
817,810
"10 001 hədiyyə" lotereyasının finalı: Mənzil sahibi bəlli oldu
Xəbər verdiyimiz kimi ölkənin ilk rəqəmsal bankı Birbank-da 3 tirajdan ibarət "10 001 hədiyyə" lotereyası keçirilirdi. 27 dekabr tarixində lotereyanın final tirajı baş tutdu. Bu tirajda ümumilikdə 1 583 683 kart karta məxsus 30 519 156 şans iştirak edirdi. Canlı yayımda təsadüfi üsulla seçilən 3 335 kart 3-cü tirajın qalibi oldu. Bununla da “Xəzri Rezidens”də 2 otaqlı mənzil də daxil olmaqla, 10 001 hədiyyə öz sahibini tapdı. Xatırladaq ki, son tirajda uduş fonduna 1 ədəd 2 otaqlı tam təmirli mənzil, 1 ədəd 10 000 AZN-lik pul mükafatı, 3 ədəd 2 000 AZN dəyərində səyahət paketi, "Umico Market"dən 500 AZN dəyərində 30 ədəd hədiyyə kuponu, 1 000 ədəd 10 "Umico" bonusu və 2 300 ədəd 5 AZN dəyərində keşbek daxil idi. Qaliblərin siyahısı: https://kbl.az/bblotqf Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Feysbuk və İnstaqram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, "1" yazıb 8196 qısa nömrəsinə SMS göndərin, Vatsap vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.
2023-12-28
817,813
Malatyada zəlzələ baş verdi
Türkiyənin Malatya şəhərinin Yaşılyurd rayonunda 4,6 bal gücündə zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Məlumata görə, zəlzələ yerin 17,3 kilometr dərinliyində qeydə alınıb. Dağıntı və tələfat barədə məlumat yoxdur.
2023-12-28
817,815
Belarus evini itirmiş hər kəsə açıqdır - Lukaşenko
Belarus evini və vətənində sülhü itirmiş hər kəsə açıqdır. Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. “Belarusda yad uşaqlar yoxdur. Onlar hamısı bizimdir, əzizlərimizdir”, - Lukaşenko bildirib.
2023-12-28
817,817
Quru yolunun bağlı olmasının xalqımıza müstəsna xeyri...
Kovid bəlası gələndən bağlanan quru yollarının bəxti hələ də açılmayıb. Dünyada quru sərhədlərini bağlı saxlayan tək ölkə ünvanı ilə fəxr etməyə davam edirik. Hətta Şimali Koreya quru yolunu açır, ancaq AR Nazirlər Kabineti hesab edir ki, quru yollarının bağlı qalması məsləhətdir. İqtisadçıların hesablamalarına görə, Azərbaycanda ÜDM artımının cəmi 0,8 faiz kimi çox zəif nəticə göstərməsinin səbəblərindən biri də quru yolunun bağlı olmasıdır. Ancaq iqtisadçılar ciddi yanlışlığa yol verirlər, hesablaya bilmirlər ki, quru yolun bağlı olması ilə ölkəmizə gələn turistlərin sayının hətta Ermənistana gələnlərdən də aşağı düşməsinin çox böyük psixoloji üstünlükləri var: əcnəbi turist gəlmir, başımız da ağrımır. Niyə ərəblər gəlib gül kimi şəhərlərimizdə qarala-qarala gəzməli və rəngimizi qaraltmalıdır? Yolun bağlı olmasının ən böyük xeyirlərindən birini isə sərhəd bölgələrimizdə yaşayanlar görür. Yəqin tarixdən bilirsiniz ki, dünyada öz əraziləri ilə həmsərhəd olan ən yazıq ölkə Azərbaycandır. Məsələn, Qazaxın sərhəd kəndlərində yaşayanların böyük əksərinin əmisi oğlu, cijisi nəvəsi, maması qızı... sərhədin Gürcüstan tərəfindədir. Əslində “sərhədin o tərəfi” bir az böyük çıxır, o ərazidə yaşayanlar üçün qapıbir qonşu sayılırlar. Qohum-qardaş, dost-tanış xeyirə çağıranda, yaxud bir yas düşəndə qazaxlı, tovuzlu, qaxlı, zaqatalalı 500 km gəlir Bakıya, Bakıdan bilet alıb uçur Tiflisə, Tiflisdən təzədən 150 km gəlir sərhədə, kəndinin yanındakı köydə ölənin ruhuna bir “fatihə” oxuyub, qayıdır Tiflisə, ordan bilet alıb uçur Bakıya, sonra da 500 km qət edib gedir evinə. İndi deyəcəksiniz bunun xeyri nədir? İstirahət, gəzmək, görmək! Bəlkə də o yas, o toy olmasa, qazaxlı-tovuzlu illərlə Bakıya ayaq basmaz, şəhərimizin necə sürətlə inkişaf etdiyini görməz; bəlkə də o kəndçi heç ildə bir dəfə məzuniyyət götürüb, avto-səyahətə də çıxmaz və yaxud heç vədə təyyarəyə minməyib. Yolun bağlı olması isə həm ona Azərbaycanın bu başından o başına avto-səyahət etmək, həm təyyarəyə minmək, Tiflisi görmək, həm də Gürcüstanın boyunu ölçmək kimi fürsət verir. Eyni hal qubalı-qusarlının Dərbəndə getməsinə də aiddir. Ən unikalı, ən gözəli, ən misilsizi Astarayla Culfadır. Təsəvvür edin, vaxtilə bütöv olan və ortasından bir çay keçən şəhərlərimizin bu başından o başına getmək üçün (şəhər bölünübsə, demək, o tərəfində bu tərəfdə qalanın doğmasının olması mütləqdir), yəni cəmi bir çayı adlayıb qardaşına baş çəkmək üçün nə boyda bir səyahətə çıxmalı olur insanımız. Nazirlər Kabineti artıq 3 ildir ölkəmizdə “səyahət ili” elan edib, ümid edək ki, 2024-cü ildə də xalqımızdan bu xoşbəxtliyi almayacaq, ölkə boyu fır-fır fırlanmağımızın qayğısına qalacaq.
2023-12-28
817,819
DSX rəisi ilə nazir müavininin möhtəşəm rəqsi - Video
DSX rəisi, general-polkovnik Elçin Quliyevin gənclər və idman nazirinin müavini Mariana Toteva Vasileva ilə rəqsi gündəm olub. Kult.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. DSX rəisinin və nazir müavinin rəqsi maraqla qarşılanıb, minlərlə bəyənmə və şərh alıb. Qeyd edək ki, videodakı şəxslərin Yeni illə bağlı restoranların birində şənlik etdiyi ehtimal olunur. Bolqarıstan əsilli Mariana Toteva daha əvvəl də rəqsi ilə gündəmə gəlmişdi.
2023-12-28
817,820
Zelenski Makronu belə aldatdı – Lavrov
2019-cu ilin dekabrında Zelenski Fransa Prezidenti Makronu və Almaniyanın o vaxtkı kansleri Merkeli aldadıb, “dxr” və “lxr”ə qarşı təcavüz hazırlamaq üçün vaxt qazanıb. Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” telekanalına müsahibəsində deyib. “Normandiya dördlüyü” 2019-cu ilin dekabrında Parisdə görüşəndə​​Zelenski Makron və Merkeli aldatdı. Onlar bu görüşdə “dxr”, “lxr”ə xüsusi statusun verilməsi və bu statusun konstitusiyada daimi əsasda möhkəmləndirilməsi zərurətini göstərən sənəd üzərində razılığa gəldilər. Zelenski bu sənədə qol çəkdi. Və bir neçə il sonra, xüsusi əməliyyat artıq başlayanda, Yermak (Zelenskinin Ofisinin rəhbəri - red.) dedi: “Yox, o, onların hamısını aldatdı ki, ondan əl çəksinlər, o isə öz işləri ilə məşğul olsun”, - Lavrov qeyd edib.
2023-12-28
817,822
Qaxda güclü külək məktəbin dam örtüyünü uçurdu - Foto
Qax rayonunda güclü külək məktəbin dam örtüyünü uçurub. Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağçay kəndində baş verib. Güclü külək nəticəsində 120 şagird yerlik Ağçay kənd ümumi orta məktəbinin dam örtüyü qoparaq məktəbin həyətinə düşüb. Hadisə dərs zamanı baş verib. Şagirdlər arasında təşviş yaşansa da, xəsarət alan olmayıb.
2023-12-28
817,826
“SOCAR Green” şirkəti təsis edildi
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının iclası keçirilib. SOCAR-dan Axar.az-a bildirilib ki, iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə SOCAR-ın 2023-cü ilin ilk 9 ayı üzrə fəaliyyət nəticələri ətraflı müzakirə edilib. Hesabat dövründə neft və qaz yataqlarının işlənməsi üzrə görülən işlər, hasilat göstəriciləri, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi, dekarbonizasiya istiqamətində atılan addımlar barədə məlumat verilib. Eyni zamanda, cari ilin ilk 9 aylıq nəticələri əsasında korporativ Əsas Səmərəlilik Göstəriciləri (ƏSG) üzrə hədəflərin icra vəziyyəti nəzərdən keçirilib, 2024-cü il üçün büdcə layihəsi müzakirə edilib. Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamından irəli gələn tapşırıqlar çərçivəsində ölkədə bərpaolunan enerji mənbələrinin inkişafı, həmçinin SOCAR-ın dekarbonizasiya hədəflərinə çatması məqsədilə SOCAR Green MMC şirkətinin təsis edilməsi təsdiq edilib. Müşahidə Şurasının iclasında, habelə “Yeni Əməliyyat Modeli”nin icra statusuna dair təqdimat edilib. Qarşıya qoyulan strateji məqsədlərə nail olmaq məqsədilə tətbiq olunan əməliyyat modelinin qısa müddət ərzində SOCAR-da korporativ idarəetmə proseslərinin təkmilləşdirilməsi, biznesin dayanıqlılığı və korporativ mədəniyyətin növbəti inkişaf mərhələsinə çatdırılması işlərinə mühüm töhfə verdiyi bildirilib.
2023-12-28
817,827
“Neftçi”dən mediada yayılan məlumata reaksiya
“Neftçi”nin futbolçularının başqa komandalara keçəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Axar.az xəbər verir ki, bu barədə Bakı klubunun yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, bəzi oyunçuların komandanı tərk edəcəyi ilə bağlı mətbuatda yayılan məlumatlar şayiədir: “Son vaxtlar mediada futbolçularımızın başqa komandalara transfer olunacağı və ya icarəyə veriləcəyi haqqında xəbərlər yayılır. “Neftçi” PFK olaraq bəyan edirik ki, bu cür xəbərlər həqiqəti əks etdirmir. Buna görə də media nümayəndələrindən bu cür xəbərləri dərc etməzdən əvvəl klubun mətbuat xidməti ilə dəqiqləşdirmələrini tələb edirik. Əks halda bu xəbərlərin şayiədən başqa heç bir əsası olmayacaq və sizin media orqanının nüfuzuna xələl gətirə bilər”. Əlavə edilib ki, qış transfer dönəmində hər hansı futbolçu başqa komandaya transfer olunanda və ya icarəyə veriləndə, bu haqda xəbəri rəsmi şəkildə klubun mətbuat xidmətindən əldə etmək mümkün olacaq.
2023-12-28
817,831
2024-cü ildə manatın məzənnəsi necə olacaq? - Bayramov
Mərkəzi Bank 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat verib. Sənədin təhlili göstərir ki, gələn ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi, neftin qiymətindən asılı olacaq. Fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq. Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Vüqar Bayramov deyib. Bayramov qeyd edib ki, Mərkəzi Bank manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağını proqnozlaşdırır: “İnflyasiya proseslərlərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-ci ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək. Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edilə bilər. Bu isə o deməkdir ki, gələn il manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
2023-12-28
817,833
İranla gərginliyi yumuşaltmaq… - XİN başçısı
Bu il Azərbaycanın İrandakı səfirliyinə hücum Bakı-Tehran münasibətlərində gərginlik yaratmışdı. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib. O bildirib ki, sonradan təmaslar nəticəsində bu gərginliyi yumşaltmaq mümkün olub. Nazirin sözlərinə görə, bu il Azərbaycanın bir sıra Avropa dövlətləri ilə əlaqələri xüsusi dinamikaya malik olub.
2023-12-28
817,835
Əli Əsədov Mişustinlə danışdı
Rusiyanın Baş naziri Mixail Mişustin ilə azərbaycanlı həmkarı Əli Əsədov arasında telefon danışığı olub. Axar.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb. Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini nəzərdən keçiriblər: “Sənaye və nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin inkişafına xüsusi diqqət yetirilib”. Hökumət başçıları MDB-də və digər çoxtərəfli formatlarda birgə işi də müzakirə ediblər.
2023-12-28
817,838
Şahramanyan İrəvanda saxlanıldı
Qarabağdakı keçmiş separatçıların keçmiş lideri Samvel Şahramanyanın korteji İrəvanda polis tərəfindən saxlanılıb. Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Polis Şahramanyana xəbərdarlıq edib ki, qanuna əsasən, onun kortejdə getməyə hüququ yoxdur. Məlumatda qeyd olunub ki, polis Şahramanyana protokol tətbiq etməyib, sadəcə xəbərdarlıqla kifayətlənib. Qeyd edək ki, Ermənistanda dövlət himayəsində olan şəxslər mühafizəçilərlə və kortejlərlə getmək imtiyazına malikdirlər.
2023-12-28
817,839
Erməni konsulluğu niyə Azərbaycan şəhərinə “gətirilir”?
Rəsmi İrəvan gələn il Təbrizdə Baş konsulluq açacaq. İranın xarici işlər naziri Hüseyn Abdullahian İrəvana səfəri zamanı buna razılıq verdiklərini elan etdi. Ermənistan konsulluğunun Təbrizdə - Azərbaycan şəhərində açılmasının konsulluq xidmətləri ilə əlaqəsinin olmadığı və birbaşa siyasi məqsədlərə hesablandığı bəllidir. Birincisi, 2 milyon əhalinin yaşadığı Təbrizdə “Barun Avak” adlanan yalnız bir erməni məhəlləsi var və burada da cəmi min nəfərə yaxın erməni yaşayır; İkincisi, ermənilər kompakt şəkildə İsfahanda yaşayır və bura İranın ikinci ən böyük şəhəridir. Məqsəd həqiqətən də konsulluq xidmətinin göstərilməsidirsə, Ermənistan bunu cəmi min nəfərin yaşadığı Təbrizdə yox, ermənilərin kompakt yaşadığı və İranın ən böyük ikinci şəhəri olan İsfahanda açmalıdır, rəsmi Tehran da İrəvana Təbrizi yox, İsfahanı tövsiyə etməlidir. Vaxtilə Təbrizdə konsulluq açmağımıza müxtəlif bəhanələrlə mane olan İran Azərbaycana konsulluğu ikinci böyük şəhər olan İsfahanda açmağı tövsiyə edirdi. Ermənistan konsulluğunun məhz Təbrizdə açılması istəyinin İrəvandan daha çox, Tehranın istəyi olduğu da istisna deyil. Bununla milli hərəkatın mərkəzi olan Təbrizlə bağlı istədikləri qərarı verə bildiklərinin mesajını verirlər.
2023-12-28
817,843
Rusiyada təyyarə donmuş çaya eniş etdi - Video
Yakutiyada An-24 sərnişin təyyarəsi donmuş çayın üzərinə eniş edib. Təyyarədə 30 sərnişin, həmçinin dörd ekipaj üzvü olub. Axar.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. “Yakutsk-Zıryanka-Srednekolımsk-Yakutsk marşrutu ilə uçan təyyarə Zıryanka kəndinə eniş zamanı uçuş-enmə zolağından çıxaraq donmuş Kolıma çayına eniş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - qeyd olunur. İlkin məlumatlara görə, təyyarə pilotun səhvi ucbatından uçuş-enmə zolağından çıxmış ola bilər.
2023-12-28
817,846
General Bəkir Orucova hökm oxundu
“Tərtər işi” ilə bağlı ittiham olunan general-mayor Bəkir Orucovun məhkəməsi başa çatıb. Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasan, Bəkir Orucov 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
2023-12-28
817,849
Tərtər işi: bu şəxslərə hökm oxundu
"Tərtər işi" ilə bağlı təqsirləndirilən İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidova hökm oxunub. Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə hökm Sumqayıt Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda elan edilib. Hökmə əsasən, İntiqam Məmmədov, Rahib Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidov 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Xatırladaq ki, prokuror Ziya Kazımovun 12 il 6 ay, İntiqam Məmmədovla Ülvi Rəşidovun 10 il 6 ay, Rahib Məmmədovun isə 8 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Qeyd edək ki, adları çəkilən şəxslər ötən il cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqda), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə, ölümə səbəb olduqda), 293.2 (dövlət orqanının vəzifəli şəxsi tərəfindən işgəncə vermə), 329 (tabelikdə olan hərbi qulluqçuya qarşı zorakı hərəkətlər), 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddələri İntiqam Məmmədova isə əlavə olaraq 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.
2023-12-28
817,850
İlham Əliyev 2 fərman imzaladı
15:53 Prezident İlham Əliyev “Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Axar.az fərmanın mətnini təqdim edir: 1. “Dövlət qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi və Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” 2018-ci il 13 mart tarixli 3787 nömrəli, “Dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi və “Dövlət qulluqçularının aylıq vəzifə maaşının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 13 mart tarixli 3787 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 2019-cu il 18 iyun tarixli 1268 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 mart tarixli 1611 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 3, maddə 199; 2023, № 1, maddə 49, № 6, maddə 785, № 9, maddə 1293) aşağıdakı dəyişikliklər edilsin: 1.1. həmin Fərmana 1 nömrəli Əlavə – “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Xüsusi Tibb Xidmətində və Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidmətində qulluq keçən dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.8-ci bəndinə “rəisinin müavini” sözlərindən sonra “, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini” sözləri əlavə edilsin; 1.2. həmin Fərmana 2 nömrəli Əlavə – “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nın 1.6.15-ci, 1.7.13-cü və 2.3.1-ci yarımbəndlərindən “Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda,” sözləri çıxarılsın. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. *** Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərman imzalayıb. Fərmnda deyilir: 1. Müəyyən edilsin ki: 1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 15.1.15-4-cü, 16.1.11-13-cü (hər iki halda) maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində, 102.1.14.33-cü, 111.4-cü, 119.2-ci, 164.1.19-cu, 164.1.19-1-ci, 164.1.25-ci, 164.1.31-ci, 164.1.51-ci, 164.1.62-ci maddələrində və 175.13-cü maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 1.2. həmin Məcəllənin 164.1.51-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3. həmin Məcəllənin 13.2.82-ci maddəsinin ikinci cümləsində, 15.1.15-4-cü, 16.1.11-13-cü (birinci halda) maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 102.1.14.33-cü, 111.4-cü, 119.2-ci, 164.1.25-ci və 164.1.31-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur; 1.4. həmin Məcəllənin 175.13-cü maddəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; 1.5. həmin Məcəllənin 13.2.82-ci maddəsinin üçüncü cümləsində, 16.1.11-13-cü (ikinci halda) maddəsində və 85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində “orqan (qurum)” dedikdə Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur; 1.6. həmin Məcəllənin 164.1.19-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur; 1.7. həmin Məcəllənin 164.1.19-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur; 1.8. həmin Məcəllənin 164.1.62-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur. 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. fiziki şəxslərin binalara görə ödəməli olduğu əmlak vergisinin ödənilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 2.2. aşağıdakı normativ hüquqi aktları üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin: 2.2.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini; 2.2.2. həmin Məcəllənin 15.1.15-4-cü maddəsinə uyğun olaraq, vergi ödəyicisinin digər vergi ödəyicilərinin vergi orqanında olan məlumatlarına çıxış əldə etməsi qaydasını; 2.2.3. həmin Məcəllənin 16.1.11-13-cü maddəsinə uyğun olaraq, taksi sifarişi operatorları tərəfindən malik olduqları informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə ötürülməli olan aylıq məlumatların siyahısını; 2.2.4. həmin Məcəllənin 85.6.2-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydasını; 2.2.5. həmin Məcəllənin 102.1.14.33-cü maddəsinə uyğun olaraq, dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının məbləğini; 2.2.6. həmin Məcəllənin 111.4-cü maddəsinə uyğun olaraq, müflis elan olunmuş bankların vergitutma məqsədləri üçün xüsusi ehtiyatlarının yaradılması qaydasını; 2.2.7. həmin Məcəllənin 119.2-ci maddəsinə uyğun olaraq, nümayəndəlik xərclərinin, işçilərin mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərlə, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydasını; 2.2.8. həmin Məcəllənin 164.1.25-ci maddəsinə uyğun olaraq, idxalı əlavə dəyər vergisindən azad edilən lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin siyahısını; 2.2.9. həmin Məcəllənin 164.1.31-ci maddəsinə uyğun olaraq, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısını; 2.3. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: 3.1. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanununun 3.4-cü maddəsi nəzərə alınmaqla tütün məmulatlarını Azərbaycan Respublikasına idxal edən və ya ölkə ərazisində istehsal edən bütün sifarişçilərin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat (“Təqib və İzləmə”) Sisteminə qoşulmasını 2024-cü il iyulun 1-dək təmin etsin; 3.2. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1033-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin. 4. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089; 2017, № 5, maddələr 760, 811, 845, № 7, maddə 1344, № 8, maddə 1521; 2018, № 9, maddələr 1830, 1843, № 12 (I kitab), maddələr 2571, 2599; 2019, № 8, maddələr 1396, 1407; 2020, № 5, maddə 560, № 11, maddə 1356, № 12 (I kitab), maddə 1504; 2021, № 1, maddə 35, № 3, maddə 220, № 4, maddə 323, № 6 (I kitab), maddə 585, № 12, maddələr 1398, 1425; 2022, № 1, maddə 22, № 12, maddə 1456; 2023, № 2, maddə 235, № 4, maddə 469, № 7, maddə 941, № 8 (I kitab), maddələr 1138, 1177, 1179) aşağıdakı dəyişikliklər edilsin: 4.1. 1-ci hissə üzrə: 4.1.1. 1.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci (hər üç halda), 13.2.52-ci, 13.2.53-cü, 13.2.58-ci, 13.2.72-ci, 13.2.78-ci (hər üç halda), 13.2.79-cu, 13.2.80-ci (hər iki halda) maddələrində, 13.2.82-ci maddəsinin birinci, ikinci və üçüncü cümlələrində, 13.2.84-cü, 14.3.3-cü, 14-2.2-ci, 15.1.15-ci (hər iki halda), 15.1.15-4-cü, 16.1.3-1-ci (hər iki halda), 16.1.4-cü, 16.1.4-1-ci, 16.1.4-2-ci, 16.1.4-3-cü, 16.1.8-ci (hər iki halda), 16.1.11-ci, 16.1.11-11-ci, 16.1.11-12-ci (hər iki halda), 16.1.11-13-cü (hər iki halda), 16.6-cı (hər iki halda), 16.7-ci (hər iki halda), 16.8-ci maddələrində, 16.9-cu maddəsinin birinci cümləsində, 16.10-cu, 22-1.1-ci maddələrinin birinci (hər üç halda) və ikinci cümlələrində, 22-1.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 22-1.3-cü (hər üç halda) maddəsində, 22-1.4-cü maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 23.1.3-2-ci, 23.1.15-1-ci, 24.1.4-1-ci maddələrində, 24.1.6-cı maddəsinin ikinci cümləsində, 24.1.7-1-ci, 26.2-1-ci (hər iki halda), 27.2-ci, 28.3-cü, 30.6.5-ci, 30.6.8-ci, 30.6.9-cu (hər iki halda), 30.6.14-cü, 30.6.15-ci, 30.6.16-cı (hər iki halda), 33.2-ci, 33.7-ci, 33.7.7-ci, 33.7.9-cu (hər üç halda), 33.8-1-ci, 33.10-cu maddələrində, 34.3-1-ci maddəsinin ikinci abzasının birinci cümləsində, 35.1-ci, 35.5-ci (hər iki halda), 35.6-cı, 38.10-cu, 50-2.1-ci, 50-2.2-ci, 58.2-1-ci, 58.11-ci, 65.2.1.2-ci, 65.2.1.3-cü, 65.2.2-ci (hər iki halda), 65.2.3-2-ci, 65.2.3-3-cü (hər iki halda), 67-1.3-cü, 67-2.4-cü, 71-1.3-cü, 71-1.3-1-ci, 71-2.2-ci, 71-3.2-ci, 76.1-1-ci (hər iki halda), 77.5-ci (hər üç halda), 77.6-cı (hər üç halda), 77.7.2-ci, 77.7.3-cü maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 85.6.3-cü maddəsində, 85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində, 90.1-ci maddəsində, 90.3-cü maddəsinin birinci hissəsində, 90.3.2-ci maddəsinin birinci və ikinci cümlələrində, 90.3-1-ci, 98.2.7-ci, 101.1-4-cü maddələrində, 102.1.3.4-cü maddəsinin ikinci hissəsində, 102.1.4-cü, 102.1.14.15-ci, 102.1.14.33-cü, 102.1.17-ci, 102.1.21-ci, 102.1.28-ci, 102.1.29-cu (hər iki halda), 102.1.33-cü, 102.1.37-ci, 102.1.39-cu, 106.1.5-ci (hər iki halda), 106.1.9-cu, 106.1.10-cu, 106.1.12-ci, 106.1.13-cü, 106.1.18-ci (hər iki halda), 106.1.24-cü,106.1.28-ci, 106.1.31-ci, 106.1.32-ci, 108.4-cü, 108.5-ci, 111.4-cü, 119.2-ci, 122.3-cü, 128.3-cü, 130.1-1-ci, 144.1.4-cü, 150.3.3-cü maddələrində, 150.3-1-ci maddəsinin ikinci hissəsində, 150.3-4-cü, 150.3-5-ci, 150.3-6-cı, 160.4-cü, 164.1.7-ci, 164.1.10-1-ci, 164.1.15-ci (birinci halda), 164.1.16-cı (birinci halda), 164.1.19-cu, 164.1.19-1-ci, 164.1.20-ci, 164.1.25-ci, 164.1.28-ci (birinci və ikinci hallarda), 164.1.31-ci, 164.1.34-cü, 164.1.35-ci, 164.1.36-cı, 164.1.40-cı, 164.1.42-ci, 164.1.46-cı, 164.1.48-ci (hər iki halda), 164.1.49-cu, 164.1.51-ci, 164.1.52-ci, 164.1.53-cü, 164.1.54-cü, 164.1.56-cı, 164.1.56-1-ci, 164.1.60-cı, 164.1.61-ci (hər iki halda), 164.1.62-ci, 165.1.7-ci (hər iki halda), 165.1.9-cu, 165.3-cü maddələrində, 165.5-ci və 165.6-cı maddələrinin birinci cümlələrində, 175.9-cu maddəsində, 175.13-cü maddəsinin ikinci cümləsində, 194.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 199.4.1-1-ci, 199.7-ci, 199.8-ci, 199.16-cı (hər üç halda), 199.17-ci, 207.3-cü, 207.4-cü, 207.7-ci (hər üç halda), 207.10-cu, 218-1.1.7-ci maddələrində, 221.4.7-ci maddəsinin birinci cümləsində, 221.4.13-cü maddəsinin birinci cümləsində, 222.3-cü maddəsinin ikinci cümləsində, 222.5.9-cu, 222.7-ci, 224.4-cü, 224.11-ci maddələrində, 225.3-cü maddəsinin birinci cümləsində və 227.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”; 4.1.2. 1.2-ci bəndə “164.1.48-ci (birinci halda),” sözlərindən sonra “, 164.1.51-ci,” sözləri əlavə edilsin; 4.1.3. 1.7-ci bənd aşağıdakı redaksiyada verilsin: “1.7. həmin Məcəllənin 2.8-ci, 13.2.80-ci (birinci halda) maddələrində, 13.2.82-ci maddəsinin birinci və ikinci cümlələrində, 13.2.84-cü, 14.3.3-cü, 15.1.15-ci (birinci halda), 15.1.15-4-cü, 16.1.8-ci (birinci halda), 16.1.11-13-cü (birinci halda) maddələrində, 22-1.1-ci maddəsinin ikinci cümləsində, 33.8-1-ci, 50-2.1-ci, 71-1.3-cü, 71-2.2-ci, 71-3.2-ci, 77.5-ci (birinci halda), 77.6-cı (birinci halda), 77.7.2-ci, 77.7.3-cü maddələrində, 85.6.2-ci maddəsinin ikinci cümləsində, 90.3-1-ci, 98.2.7-ci, 101.1-4-cü, 102.1.14.33-cü, 102.1.37-ci, 106.1.18-ci (birinci halda), 106.1.31-ci, 108.4-cü, 108.5-ci, 111.4-cü, 119.2-ci, 164.1.7-ci, 164.1.25-ci, 164.1.31-ci, 164.1.34-cü, 164.1.46-cı, 164.1.60-cı, 165.1.9-cu, 175.9-cu maddələrində, 194.1-ci maddəsinin birinci cümləsində, 199.4.1-1-ci, 199.17-ci, 207.10-cu, 222.5.9-cu, 222.7-ci, 224.11-ci maddələrində və 227.2-ci maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”; 4.1.4. 1.8-ci bənddən “83.9-cu,”, “98.3-cü, 102.1.14.1-ci,” və “109.3-cü,” sözləri çıxarılsın; 4.1.5. 1.10-cu bəndə “164.1.54-cü” sözlərindən sonra “maddələrində, 175.13-cü maddəsinin ikinci cümləsində” sözləri əlavə edilsin; 4.1.6. 1.12-ci bənddə “13.2.82-ci maddəsinin ikinci” sözləri “13.2.82-ci maddəsinin üçüncü” sözləri ilə, “85.11-ci (hər iki halda)” sözləri “85.11-ci maddəsinin birinci və dördüncü cümlələrində” sözləri ilə əvəz olunsun və həmin bəndə “16.1.11-12-ci (ikinci halda),” sözlərindən sonra “16.1.11-13-cü (ikinci halda),” sözləri əlavə edilsin; 4.1.7. 1.23-cü bənddə “və 164.1.61-ci (birinci halda)” sözləri ”, 164.1.61-ci (birinci halda) və 164.1.62-ci” sözləri ilə əvəz edilsin; 4.1.8. 1.33-cü bənd aşağıdakı redaksiyada verilsin: “1.33. həmin Məcəllənin 164.1.19-cu maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi nəzərdə tutulur;”; 4.1.9. aşağıdakı məzmunda 1.33-1-ci bənd əlavə edilsin: “1.33-1. həmin Məcəllənin 164.1.19-1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;”; 4.2. 2-ci hissənin on beşinci abzası ləğv edilsin. 5. “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 15 dekabr tarixli 196-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2006-cı il 27 dekabr tarixli 501 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1048; 2009, № 4, maddə 226; 2022, № 12, maddə 1437) 2-ci hissəsi ləğv edilsin. 6. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; 2019, № 3, maddə 411, № 4, maddə 619, № 5, maddələr 839, 855, № 6, maddə 1027, № 12, maddə 1921; 2020, № 1, maddə 5, № 2, maddə 100, № 8, maddə 1039, № 11, maddə 1357; 2021, № 1, maddə 30, № 6 (I kitab), maddələr 579, 593, № 8, maddə 908, № 12, maddələr 1369, 1416; 2022, № 4, maddələr 305, 306, № 5, maddələr 443, 448, № 10, maddə 1136, № 12, maddə 1438; 2023, № 1, maddə 89, № 2, maddə 245, № 3, maddə 359, № 4, maddə 474, № 6, maddə 781, № 7, maddələr 938, 959) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nın 4-cü hissəninin “Göstərdiyi xidmətlər” sütununun 10-cu bəndində “qeydiyyatı və qeydiyyatdan” sözləri “uçotu və uçotdan” sözləri ilə əvəz edilsin. 7. Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.
2023-12-28
817,851
İrandakı səfirliyimiz bu halda bərpa oluna bilər - Nazir
İranda səfirliyimizin bağlanmasının konkret səbəbləri var. Bu, hücum və təhlükəsizliklə bağlıdır. İnsanların həyat və təhlükəsizliyinə ciddi risk vardı. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, İran tərəfi ilə bu məsələ daim müzakirə mövzusudur: “Gözləntimiz bundan sonra odur ki, bu cinayəti törədən şəxs cəzalandırılmalı və səfirliyimizin təhlükəsizliyinə tam təminat verilməlidir. Nəticələrdən asılı olaraq qərar qəbul ediləcək. Müsbət həll olarsa, səfirliyimizin bərpası mümkündür”.
2023-12-28
817,852
Prezident bu vəkilləri təltif etdi - Sərəncam
Prezident İlham Əliyev bir qrup vəkilin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Axar.az sərəncamın mətnini təqdim edir: Azərbaycan Respublikasında vəkilliyin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər: Hüseynov Əli Meybulla oğlu Hüseynov Turqay İmanqulu oğlu Hüseynova Esmira Hüseyn qızı Qasımov Telman Abiəli oğlu Quliyev Azər Şahbala oğlu Məmmədova Leyla Polad qızı Mustafayev Muxtar Nağı oğlu Nəhmətov Fazil İldır oğlu Rəsulov Arif Əmrulla oğlu Rüstəmova Natəvan Famil qızı Usub Elçin Arif oğlu.
2023-12-29
817,855
8 kəndin 4-ü anklav deyil – Nazirdən mühüm
15:58 Təbii ki, bütün görüşlər zamanı bu məsələ gündəmdə olur, qaldırılır. Delimitasiya prosesi kifayət qədər spesifik və texniki prosesdir. Bununla bağlı ayrı bir komissiya mövcuddur və o fəaliyyət göstərir. Sərhədlə bağlı olan məsələlər delimitasiya prosesinin tərkib hissəsi olaraq öz həllini tapmalıdır. Axar.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı işğal altında olan 8 kəndimizlə bağlı sualı cavablandıran nazir Ceyhun Bayramov deyib. Nazir 8 kəndin geri qaytarılması ilə bağlı məsələyə delimitasiya prosesi çərçivəsində baxılacağını qeyd edib: “Sülh müqaviləsi kontekstində bu məsələlərin ümumi prinsipləri əks edilə bilər. Çünki hətta ərazi münaqişəsi, problemli keçmişi olmayan ölkələr arasında belə delimitasiya prosesi uzun illər çəkə bilər. Biz sülh müqaviləsinin daha qısa zamanda başa çatdırılmasında maraqlıyıqsa, bu iki prosesi bir-birinə bağlamağımız düzgün olmaz. Delimitasiya komissiyasının növbəti toplantıları zamanı bu məsələlərə baxılacaq. Məsələ gündəmdədir və hər zaman qaldırılır. Eyni zamanda onu da qeyd edə bilərəm ki, 8 kəndin özünün də ayrı-ayrı spesifik xüsusiyyətləri var. Bu kəndlərdən dördü anklavdır, geri qalanı isə anklav deyil və bizim digər kəndlərə bitişik formadadır. Bizim yanaşmamız hər zaman ondan ibarətdir ki, burda da bəlli bir ardıcıllıq ola bilər. İlk növbədə qeyd-şərtsiz həll olunan məsələlər ola, digər məsələlərin müzakirəsi isə qarşılıqlı formada davam etdirilə bilər. Ermənistanın da bir sıra iddialarının olması sirr deyil. Yəni onların sərhədlərlə bağlı öz baxışları var. Ancaq biz hesab edirik, bu, bir qədər fərqli qəbildən olan məsələdir. Çünki digər mübahisəli məsələlərdən fərqli olaraq biz konkret yaşayış məntəqələrindən danışırıq. Bu yaşayış məntəqələrinin kimə məxsus olması heç zaman mübahisə predmeti olmayıb. Orada minlərlə insan yaşayıb. Hamı hələ SSRİ dövründə bu kəndlərin kimə aid olduğunu bilir. Ona görə də gözləntilərimizin və tələblərimizin ədalətli olduğunu hesab edirik. Proseslərin gedişatı zamanı bu məsələlər hər zaman gündəmdədir və düşünürəm ki, həllini tapacaq”.
2023-12-28
817,856
Azərbaycan Qəzza üçün 2 milyon ayırdı
Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan humanitar məsələlərə xüsusi diqqət göstərib: “Türkiyədəki zəlzələdə, eləcə də Ukraynaya göstərilən yardım Azərbaycanın humanitar siyasətinə nümunədir. Bununla yanaşı, Azərbaycan Qəzzaya yardım üçün 2 milyon dollar vəsait ayırıb. Bundan başqa, Afrikanın kiçik ada dövlətlərinə COVİD-19 çərçivəsində iki qlobal çağırış elan edilib və Azərbaycan hər çağırışa 1 milyon dollar yardım ayırıb".
2023-12-28
817,858
Bayramov fransız diplomatların qovulmasından danışdı
Fransanın Azərbaycandakı səfirliyinin iki diplomatik statusa malik əməkdaşını “persona-non qrata” elan edilməzdən əvvəl Fransa səfirliyinə nota göndərilib və məsələlərin araşdırılması zərurəti vurğulanıb. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib. O bildirib ki, Fransa tərəfi günahsızlıqlarında əmin idisə, araşdırma apara bilərdilər: “Ancaq buna getmədilər və səfir XİN-ə dəvət olundu və etiraz səfirə bildirildi”. Nazir qeyd edib ki, ortaya heç bir əsas qoymayan Fransa tərəfindən səfir Leyla Abdullayeva Fransa XİN-ə çağırılıb və iki Azərbaycan diplomatı ilə bağlı qərar ona təqdim olunub. "Ancaq bizim addımımızla Fransanın addımı arasında böyük fərq var, biz sübutlarla danışdıq", - o deyib.
2023-12-28
817,864
Hindistanın Ermənistana silah satışı… - XİN rəhbəri
Hindistanla Ermənistan arasında silah satışı istiqamətində müqavilə məsələsindən biz xəbərdarıq, bunlar çox diqqətlə izlənilir. Bizim Hindistandan olan tərəf müqabilləri ilə münasibətimiz var. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib. O bildirib ki, Hindistan silah satışını Azərbaycan, Türkiyə ilə bağlı mövqeyi ilə heç vaxt uzlaşdırmayıb: “Onlar qeyd ediblər ki, bu addımları kommersiya məqsədi daşıyır və Azərbaycana qarşı yönəlmiş addım deyil. Rəsmi mövqe budur. Bizim çatdırmaq istədiyimiz mesajlar da sadə və məntiqlidir. Siz məsuliyyətli dövlət, beynəlxalq aktor olaraq silah satışına sırf kommersiya məqsədi kimi baxa bilməzsiniz. Çünki bölgədə işğal faktoru olub və hazırda sülhün əldə edilməsi üün kövrək məqam yaranıb. Bunun fonunda belə bir adıdmın atılması Ermənistanda yeni reallıqları qəbul etməyən revanşistləri daha da ruhlandırır”.
2023-12-28
817,871
Sərkisyan qisasdan danışdı: Onlara olar, bizə yox?
Cəmiyyətimizdə qisas olduqca geniş istifadə olunur. Mən uzun müddətdir ki, şahmat oynayıram və bilirsinizmi ki, dünya səviyyəsində nə qədər matç-revanşlar olub? Məgər o insanlar ağıllı deyildilər, heç nə başa düşmürdülər? Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Qarabağ məsələsinin qisas yolu ilə həllinə dair açıqlamasında deyib. “Əvvəlcə “qisas” dedikdə nəyi nəzərdə tutduğumuzu başa düşməliyik. “İntiqam” deyəndə yeni uğur qeydə almağı, yeni uğura imza atmağı başa düşürəm. Qisasda pis heç nə başa düşmürəm. Yəni baş verənlər azərbaycanlıların qisası idi, hə? Əgər belədirsə, onlara icazə var, bizə yox?” - Sərkisyan bildirib.
2023-12-28
817,876
Azəriqaz İB-də media və QHT nümayəndələri ilə görüş...
Azəriqaz İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 29 dekabr saat 11:00-da başlayacaq. Axar.az xəbər verir ki, aksiya Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (bloger) bu tədbirə dəvətlidir.
2023-12-28
817,877
İrəvanla Bakı arasında sülh gündəliyi… - Nazir
Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ikitərəfli məsələdir. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib. Nazir qeyd edib ki, Azərbaycanla Rusiya arasında iki ölkə münasibətlərini tənzimləyən çoxsaylı sənədlər var. O bildirib ki, bu sənədlər müxtəlif illərdə imzalanıb: “O sənədlərə əsasən Rusiya Azərbaycanın ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəkləyir. Rusiya Prezidenti Vladimir Putin də Qarabağın Azərbaycan ərazisi olduğunu deyib. Rusiya hər zaman bu mövqeyini təsdiq edib”. Nazirin sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyanatda Moskvanın mühüm rolu olub: “Rusiya həmin sənədin tərəfidir. Ermənistanla Azərbaycan arasında sülh gündəliyi isə ikitərəfli məsələdir. Üçüncü tərəflər əgər neytraldırsa, obyektivdirsə, biz bunu dəstəkləyirik”.
2023-12-28
817,881
"Azəriqaz" iki müraciəti araşdırılması üçün qeydiyyata aldı
SOCAR-ın Azəriqaz İB-nin "Səyyar qəbul otağı" Zərdab rayonunda təşkil olunub. Axar.az xəbər verir ki, gəlmə kəndində keçirilən aksiyanı giriş sözü ilə Tərtər RQİİ-nin baş mühəndisi açıq elan etdikdən sonra mikrofon önünə sakinlər çıxıb. "Açıq mikrofon"a qatılan 30-a yaxın abonent qaz təchizatında hər hansı bir problemlə rastlaşmadıqları üçün ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. Mikrofon önünə çıxanlardan yalnız 2 nəfər qazlaşdırılma ilə bağlı müraciətini ünvanlayıb ki, sahibkar Tərlan Abbasov obyektinin, Zeynəb Səfərəliyeva çalışdığı kitabxananın təbii qazla təchiz edilməsini istəyib. Hər iki müraciət Tərtər RQİİ-nin məsul şəxsləri tərəfindən araşdırılması üçün qeydiyyata alınıb.
2023-12-28
817,882
Yuxarı Larsda 3 min yük maşını gözləyir
Hava şəraiti ilə əlaqədar üç mindən çox yük maşını Yuxarı Lars keçid məntəqəsindən keçmək üçün gözləyir. Axar.az xəbər verir ki, bu barədə “Sputnik Gürcüstan” məlumat yayıb. Bildirilib ki, hazırda yolun Gürcüstan-Rusiya sərhədinə gedən Qudauri-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtomobillərin hərəkəti qadağandır. Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars yolu dekabrın 22-də səhər saatlarında qar uçqunu təhlükəsinin yüksək olması səbəbindən bağlanıb. Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.
2023-12-28
817,885
Xankəndidə bir neçə bina yenidən qurulacaq
Yaxın günlərdə Xankəndi şəhərində bir neçə binanın yenidən qurulmasına başlanılacaq. Axar.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov deyib. Onun sözlərinə görə, antiterror əməliyyatından sonra minalardan təmizlənmiş digər ərazilərdə də tikinti-quruculuq işlərinə başlanılıb.
2023-12-28
817,888
Sülh sazişi Tehranda imzalana bilər? - Şok iddia
Əliyev və Paşinyan Sankt-Peterburq sammiti çərçivəsində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin konkret detallarını müzakirə ediblər. Məsələn, görüşlərin konkret yeri və danışıqları başa çatdırmaq üçün son tarixləri. Axar.az xəbər verir ki, bunu rusiyalı ermənipərəst politoloq, Yaxın Şərq məsələləri üzrə ekspert Stanislav Tarasov deyib. “Əliyev Sankt-Peterburqda Paşinyanla söhbətə sırf Qərbin bu prosesə qarışmadığına görə razılaşıb. Bilirik ki, son aylarda Azərbaycan liderlər və xarici işlər nazirləri səviyyəsində görüşlə bağlı bir sıra təklifləri rədd edib. Erməni tərəfi də Rusiyanın təşəbbüsünü istəmir. Əsas problem burada yaranır. Bakının Azərbaycandakı Fransa diplomatlarına təzyiqlərini görürük. Burada Bakının məqsədi Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli vasitəçiliyin hansı qiymətə başa gələcəyini digər ölkələrə göstərməkdir. Bu, həm də ABŞ və AB-yə yönəlik addımdır. İrəvan nəhayət başa düşməlidir ki, Ermənistan və Gürcüstan istisna olmaqla, Cənubi Qafqazda və onun ətrafında olan bütün ölkələrdə Qərbin danışıqlarda iştirak etməməsi və razılaşmanın Qərbdə bağlanmaması ilə bağlı konsensus var. Rusiyanın da beynəlxalq aləmdə öz problemləri mövcuddur. Buna görə İran ərazisində Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağını istisna etmirəm”, - o bildirib.
2023-12-28
817,890
673-cü gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 673-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 563 təyyarəsi, 262 helikopteri, 10 154 PUA-sı, 442 zenit-raket kompleksi, 14 355 tank və digər zirehli texnikası, 1 189 reaktiv yaylım atəş sistemi, 7 550 artilleriya və minaatanı, 16 785 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
2023-12-28
817,892
Azərbaycanda vəzifəli şəxslər saxlanıldı
İstehlakçıların hüquqlarını pozan şəxslər məsuliyyətə cəlb olunub. Bu barədə Axar.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində istifadəyə yararsız kartof, bibər və digər yeyinti məhsullarının, habelə spirtli içkilərin satışı zamanı baş verən qanun pozuntuları barədə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb. Araşdırmalar zamanı 2 hüquqi şəxs və onların vəzifəli şəxsi - Azvitamin MMC və onun vəzifəli şəxsi Orxan Səfərov, AGR Group MMC və onun vəzifəli şəxsi Gülnarə Abdullayeva, sahibkarlıq fəaliyyəti ilə məşğul olan 4 vəzifəli şəxs - Şəmistan Əsgərov, Ceyhun İsmayılov, Əhliman Məcidov, Elşad Məmmədov, həmçinin 2 fiziki şəxs Elşən Bayramov və Heydər Bayramovun saxlama müddəti ötmüş məhsulların satılmasına və qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların satılması müəyyən edildiyindən barələrində İnzibati Xətalar Məcəlləsinin 447.0.1 və 447.0.4-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul olunmuşdur. Qeyd olunan inzibati xəta haqqında iş üzrə icraatlara Bakı şəhərinin Xəzər və Səbail rayon məhkəmələri, həmçinin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baxılaraq, fiziki, vəzifəli və hüquqi şəxslər ümumilikdə 20 min manat məbləğində inzibati qaydada cərimə edilmişdir.
2023-12-28
817,893
Mirzoyanla sərhəddə görüşə bilərik - Bayramov
Biz neytral üçüncü ölkədə və ya Ermənistan-Azərbaycan dövlət sərhədində görüşə bilərik. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının artıq sərhəddə iki görüşü olub: “Prinsip etibarilə hər hansı bir həssalıq yaratmamaq şərti ilə Ermənistan və Azərbaycan xarici işlər nazirləri və nümayəndə heyətləri də dövlət sərhədində görüşə bilər. Belə bir təklif tərəfimzdən səslənib. Vaxt uyğun olduğu zaman belə bir görüşlərin Azərbaycan və Ermənistanda keçirilməsi perspektivinə gəldikdə isə, niyə də yox. Düşünürəm ki, gec-tez bunu da görəcəyik”. C.Bayramov bildirib ki, həssas mövzular müzakirə olunan zaman Ermənistan-Azərbaycan konteksində məsələnin tarixinə baxılır: “Belə olan məqamda burada nəticə əldə etmək çətindir, ancaq prosesə zərbə vurmaq xeyli asandır. Ona görə də bu kontekstdə mənfi ritorika ziyanlıdır. Düşünürəm ki, Ermənistan tərəfi də ən azından sözdə ifadə etdikləri müsbət inkişafa nail olmaq istəyirlərsə, buna nəzarət etməlidirlər. Ritorika ilə yanaşı qeyri-ardıcıllıq da məsələyə böyük ziyan vurur. Biz təəssüf ki, tez-tez mövqenin dəyişməsinin şahidi oluruq. Ancaq bir xətt olmalıdır. Lakin az da olsa, son zamanlar nikbin mesajlar eşidilir, güman edək ki, bu davam edəcək”. “Ermənistan tərəfindən göndərilən təkliflər və bizim cavablarımız barədə detalları açıqlamağı ziyanlı hesab edirəm. Ona görə açıqlamaq istəmirəm”, - nazir bildirib. O söyləyib ki, tərəflər arasında fikir ayrılığı mövcuddur: "Amma ciddi fikir ayrılıqları olan maddələrin sayında azalma var. Bunu Ermənistandan aldığımız son təkliflər paketi də göstərir. Sülhə nə qədər yaxın olduğumuzu demək çətindir. Sülh üçün ciddi siyasi iradə olsa, bu qısa müddətdə əldə oluna bilər. Əks halda isə proses uzana-uzana davam edəcək”.
2023-12-28
817,897
Bakıda sərxoş şəxsin telefonunu oğurladılar - Video
Bakının Yasamal rayonunda sərxoş vəziyyətdə olan şəxsə qarşı soyğunçuluq edən iki nəfər saxlanılıb. Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə paytaxt sakini olan bir nəfər müraciət edərək rayon ərazisində tanımadığı iki nəfərin onun sərxoş vəziyyətdə olmasından istifadə edib mobil telefonunu soyğunçuluq yolu ilə aldıqlarını bildirib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü Tohid Məmmədov və 1999-cu il təvəllüdlü İsmayıl Qəhrəmanov saxlanılıblar. Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri ərazidə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb. Faktla bağlı 26-cı PB-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
2023-12-28
817,898
Deputatlara verilən mükafatlar ləğv olundu - Deputat
Əvvəllər ilin sonunda deputatlara mükafatlar verilirdi, indi o da ləğv olunub. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov deyib. Millət vəkili 2024-cü ildə deputatların əmək haqlarında artımın olmayacağını da bildirib.
2023-12-28
817,899
Zatulin Bakıda həbsdə olan separatçılara görə yas qurdu
Rusiya Dövlət Dumasının ermənipərəst deputatı Konstantin Zatulin Azərbaycanın Qarabağ iqtisadi zonasında separatçılıq fəaliyyətinə görə həbs olunmuş “hərbi-siyasi rəhbərliyin” nümayəndələrinin taleyindən narahat olduğunu bildirib. Axar.az xəbər verir ki, siyasətçi bu barədə Teleqram kanalında məlumat yayıb. O qeyd edib ki, ötən il Ermənistan və Rusiya xalqının tarixi əlaqələri üçün çətin sınaq olub: “Bilirsiniz ki, Rusiya bütün Qərblə Ukrayna uğrunda vuruşur. Ginnesin Kitabına düşdük: Rusiyaya 17 min 500 ədəd sanksiya tətbiq edildi. Erməni xalqı “özünün” əziz bir hissəsini, “artsaxını” itirdi. Aşkar ədalətsizliklə razılaşmaq çətindir, hətta qeyri-mümkündür - təkcə Ermənistanda sizin üçün deyil, Rusiyada da mənim üçün. Dostlarım Arkadi Qukasyanın, Bako Saakyanın və onların bütün yoldaşlarının taleyi bizi narahat edir”. Qeyd edək ki, həmən bu Zatulinin Ermənistana girişi qadağan edilib.
2023-12-28
817,901
Rus deputat 3-cü mərtəbədən yıxılıb öldü
Tobolsk Şəhər Dumasının Vahid Rusiya Partiyasından olan deputatı Vladimir Yeqorov üçüncü mərtəbədən yıxılaraq ölüb. Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Tümen vilayəti üzrə idarəsindən məlumat verilib. Qeyd edilir ki, 46 yaşlı deputatın meyiti yaşadığı evin həyətində tapılıb. Onun üçüncü mərtəbədən yıxıldığı bildirilir. Faktla bağlı araşdırmalar aparılır.
2023-12-28
817,902
Kadırov “Çılpaq gecə”nin iştirakçılarına dəvət göndərdi
Çeçenistan rəhbəri Ramzan Kadırov bloger Nastya İvleyevanın “Çılpaq gecə” şousunun iştirakçılarını Qudermesdəki Xüsusi Təyinatlılar Universitetində xidmət və məşq keçməyə dəvət edib. Axar.az xəbər verir ki, bu barədə Kadırov özünün Teleqram kanalında yazıb. “Beləliklə, gecə iştirakçıları ölkə üçün çətin bir dövrdə vətənpərvərlik və empatiya nümayiş etdirə, rus vətənpərvərlərə hansı prinsiplərin rəhbərlik etdiyini başa düşə və onları ruhlandıra biləcəklər. Rusiya Xüsusi Təyinatlılar Universitetində təcrübə faydalı və maraqlı olacaq. Hər kəsi bağışlamaq olar, əsas odur ki, səmimiyyət sözdə deyil, real əməllərdə olsun”. Qeyd edək ki, teleaparıcı Anastasiya Nastya İvleyevayanın qalmaqallı “Çılpaq gecə”sində tanınmış aparıcı Kseniya Sobçak və xalq artisti Filif Kirkorov da olub. Bu addımına görə Kirkorovun “xalq artisti” titulundan məhrum edilməsi təklifi səsləndirilir.
2023-12-28
817,903
Nazirdən Qarabağdakı sülhməramlılarla bağlı açıqlama
Fakt ondan ibarətdir ki, üçtərəfli bəyanat var və bu bəyanat liderlər səviyyəsində imzalanıb. Axar.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nazirliyin ilin yekunlarına dair mətbuat konfransında deyib. "Həmin sənəddə Rusiya sülhməramlı kontingentinin Azərbaycandakı fəaliyyəti 2025-ci ilə kimi nəzərdə tutulub. Bu sənəd əsas götürülməlidir", - nazir vurğulayıb.
2023-12-28
817,905
ABŞ-la yaranmış gərginliyin səbəbkarı... - Bayramov
ABŞ ilə yaranmış gərginliyin səbəbkarı Azərbaycan deyildi. Axar.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib. Nazir bildirib ki, artıq “gərginlik” sözündən istifadə etmək doğru deyil. Onun sözlərinə görə, ABŞ ilə Azərbaycan arasındakı münasibətlərlə bağlı Bakının mövqeyi aydın ifadə olunub: "Səbəblər hər kəsə aydındır. O vaxtdan bəri biz müsbət tendensiyanın şahidi olduq". Nazir Azərbaycanın ABŞ ilə münasibətlərin inkişafında maraqlı olduğunu vurğulayıb: "Müxtəlif sahələrdə əməkdaşlıq edib, çoxsaylı layihələr həyata keçirmişik. Azərbaycan hər zaman etibarlı tərəfdaş olub". C.Bayramov qeyd edib ki, Bakının gözləntisi münasibətlərin tamamilə normallaşması istiqamətində addımların atılmasıdır.
2023-12-28
817,907
Bakının Rusiya-Ukrayna müharibəsinə baxışı…
Rəsmi Bakı Ukraynada dialoq yolunu dəstəkləyir. Axar.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də Xarici İşlər Nazirliyinin (XİN) ilin yekunlarına dair mətbuat konfransında deyib. Nazir Ukraynadakı faciənin iki ildir davam etməsindən təəssüfləndiyini qeyd edib. Onun sözlərinə görə, rəsmi Bakı Ukraynadakı müharibənin sülh yolu ilə həllini dəstəkləyir.
2023-12-28
817,913
XİN-də kifayət qədər vakansiya var - Nazir
Kadr islahatı hər bir qurum üçün əsas istiqamətdir. Axar.az-ın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib. O bildirib ki, XİN-də ciddi islahatlar həyata keçirilib: "İşə qəbul prosesinin ikinci mərhələsini yekunlaşdırmaq üzrəyik. Birinci mərhələdə 65 nəfər nazirlikdə işə qəbul hüququnu əldə edib". Nazirin sözlərinə görə, gənc diplomatların xeyli hissəsi xarici diplomatik missiyalara göndərilib: "Gənc istedadlı kadrların olması bizi daha da ruhlandırır. Hələ də kifayət qədər vakansiya var. 60-70 nəfər gənci həmin vakant yerlərdə görməkdən şad olacağıq".
2023-12-28
817,914
"Qırmızı Körpü"də 278 avtomobil gözləyir
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 278 avtomobil gözləyir. Bu barədə Axar.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Biləsuvar” gömrük postunda 45, “Mazımqara” gömrük postunda 47, “Samur” gömrük postunda 45 və “Xanoba” gömrük postunda 8 yük maşını var. “Astara” gömrük postunda keçid üçün gözləyən maşın qalmayıb.
2023-12-28
817,915
Külək bakı məktəblərində ciddi problem yaratmayıb
Güclü külək nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində ciddi problemlər qeydə alınmayıb. Bu barədə Axar.az-a idarədən məlumat verilib. Bildirilib ki, bir neçə təhsil müəssisəsinin həyətyanı sahəsində ağacların aşması halları müşahidə olunub. Bu barədə aidiyyəti qurumlara məlumat verilib və müvafiq tədbirlər görülüb. Hava şəraiti davamiyyətə təsir etməyib. Qeyd edək ki, təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir.
2023-12-28
817,916
Daha 3 marşrut xəttində ödəniş kartla olacaq
Dekabrın 30-dan 173A və 173B nömərli şəhərətrafı, eləcə də 55 nömrəli şəhərdaxili müntəzəm marşrutlar nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək. Axar.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. 173A və 173B nömərli avtobuslar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini Pirşağı qəsəbəsi ilə əlaqələndirən, 55 nömrəli avtobuslar isə Sabunçu və Yeni Günəşli qəsəbələrini əlaqələndirən marşrut üzrə hərəkət edirlər. "Sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir", - AYNA bəyan edib.
2023-12-28
817,917
Azərbaycanın Əfqanıstanda səfirliyi açılacaq
Azərbaycanın Əfqanıstanda diplomatik missiyası fəaliyyətə başlayacaq. Axar.az-ın xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 28-də ilin yekunlarına dair mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, gələn il müxtəlif ölkələrdə Azərbaycanın yeni diplomatik nümayəndəliklərinin açılması gözlənilir: "Tailandda, Omanda, Əfqanıstanda diplomatik missiyalarımız fəaliyyətə başlayacaq. Bu, qarşıdakı aylarda ola bilər".
2023-12-28
817,918
Kəlbəcər, Şuşa və Qubadlının Baş planları təsdiq ediləcək
Yaxın vaxtlarda Kəlbəcər, Şuşa və Qubadlı şəhərlərinin Baş planları təsdiq ediləcək. Axar.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov bildirib. "Həmin şəhərlərin razılaşdırma sənədlərinin hazırlanması yekunlaşmaq üzrədir", - deyə o əlavə edib.
2023-12-28
817,919
Bu ərazilərdə qaz təchizatı dayandırılacaq
“Sumqayıt” QTM-dən ayrılan “Şəhər-4” orta təzyiqli qaz xəttində görüləcək təmir işləri ilə əlaqədar 29.12.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək adıçəkilən qaz xəttindən qaz təchizatının dayandırılması planlaşdırılır. Bu barədə Axar.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib. Təmir işləri aparılan müddətdə Sumqayıt şəhərinin (Novruz, Təzə və Köhnə Corat qəsəbələri, Yaşıldərə yaşayış massivi, Sumqayıt-Novxanı şosesi ilə üzbəüz ərazilər, Saray, Novxanı və Corat bağları, 47, 48, 49, 50, 51, 52-ci məhəllələr, 11, 12, 13, 16, 17, 18, 20 və 21-ci mikrorayonlar) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
2023-12-28
817,921
Azərbaycanın Ukraynaya göndərdiyi yardımın məbləği...
Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı məbləği açılanıb. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib. Ümumilikdə, Azərbaycan tərəfindən Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımın məbləği 57 milyon manatdan artıq (təxminən 34 milyon ABŞ dolları) təşkil edir ki, bunun yarıya qədəri cari il ərzində həyata keçirilib.
2023-12-28
817,922
ANKA-3 ilk uçuşunu həyata keçirdi
Türkiyənin yeni hücum pilotsuz uçuş aparatı (PUA) ANKA-3 ilk uçuşunu uğurla həyata keçirib. Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan X səhifəsində bildirib. "İnşallah, təyyarəmiz qabaqcıl texnologiyası, dizaynı və performansı ilə müdafiə qabiliyyətimizi gücləndirəcək", - Türkiyə lideri qeyd edib. Qeyd edək ki, dronun maksimal uçuş hündürlüyü 12 km, havada qalma müddəti 10 saat, faydalı yükü 1200 kq, maksimal sürəti 800 km/saat-dır.
2023-12-29
817,926
Ən yaxşı həyat keyfiyyəti təklif edən 10 şəhər
Sakinlərinə keyfiyyətli həyat təklif edən 10 şəhərin adı açıqlanıb. Siyahıda Qərbi Avropadan yeddi, Sakit okeandan iki və Şimali Amerikadan bir şəhər yer alıb. Axar.az xəbər verir ki, “Mercer” qlobal konsultasiya şirkəti bu barədə araşdırma aparıb. Araşdırma zamanı həyat keyfiyyəti reytinqində siyasi sabitlik, səhiyyə, təhsil, infrastruktur və sosial-mədəni mühit kimi amillər nəzərə alınıb. Bundan başqa, xarici ölkələrdə işçilər və onların ailələri üçün gündəlik həyat təcrübələri də qiymətləndirilib. 5 qitədən 241 şəhər araşdırılıb. Onlardan 10-u seçilib. Həmin şəhərləri təqdim edirik: Vyana, Avstriya Sürix, İsveçrə Ouklənd, Yeni Zelandiya Kopenhagen, Danimarka Cenevrə, İsveçrə Frankfurt, Almaniya Münhen, Almaniya Vankouver, Kanada Düsseldorf, Almaniya Sidney, Avstraliya.
2023-12-28
817,930
Qəzzadan ölkəmizə gətirilən vətəndaşların sayı açıqlandı
Bu il xarici ölkələrdən Azərbaycana repatriasiya olunan vətəndaşların sayı məlum olub. Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin 2023-cü ilin yekunlarına dair mətbuat buraxılışında bildirilib. Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində 661 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunublar. 26 aprel tarixində Sudan Respublikasındakı vəziyyət ilə əlaqədar bu ölkədə yaşayan 26 Azərbaycan Respublikasının vətəndaşı ölkəmizə repatriasiya olunublar. Qəzza sektorundan (Fələstin) 12 nəfər Azərbaycan Respublikası vətəndaşının ölkəmizə gətirilməsi istiqamətində əlaqələndirmə işləri aparılıb. İl ərzində Suriya Ərəb Respublikasından ölkəmizə 13 nəfər qadın, 49 nəfər uşaq olmaqla 62 nəfərin repatriasiyası həyata keçirilib. Eyni zamanda, İraqdan Azərbaycan Respublikası vətəndaşlarının ölkəmizə repatriasiyası həyata keçirilib. Hazırda İraq Respublikasında Azərbaycan Respublikası vətəndaşlığı mənsubiyyəti müəyyənləşdirilmiş azyaşlı qalmayıb.
2023-12-28
817,931
Nazirlər azyaşlı qalibləri mükafatlandırdı - Foto
Dekabrın 28-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Axar.az xəbər verir ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının baş katibi Vüqar Əliyev, Fövqəladə Hallar, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin məsul şəxsləri, müsabiqənin qalibləri seçilmiş uşaqlar, ictimaiyyət nümayəndələri və valideynlər iştirak ediblər. Müsabiqənin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi, məktəblilərə təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, onların vətənpərvərlik ruhunda yetişdirilməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir. Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin seçilmiş işlərindən təşkil edilmiş sərgiyə baxış olub. Dövlət Himni səsləndirildikdən sonra Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi tərəfindən hazırlanmış və Ulu Öndər Heydər Əliyevin uşaqlara diqqət və qayğısını əks etdirən videoçarx nümayiş olunub. Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub. Tədbir məktəblilərin təqdimatında milli vətənpərvərlik ruhunda bədii hissə ilə davam etdirilib. Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsinə oktyabrın 24-də start verilib. Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Təşkilat Komitəsinə rayon və şəhər müsabiqələrinin yekunları üzrə 539 rəsm, 83 plakat, 493 əl işi, 101 yanğın və qəza-xilasetmə texnikasının modeli və 128 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. 46 nəfər birinci, 53 nəfər ikinci, 99 nəfər üçüncü yerə, 93 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
2023-12-28
817,935
İsraildən açıqlama: Nə qədər ki, Ərdoğan prezidentdir...
Rəcəb Tayyib Ərdoğan prezident olduğu müddətcə İsrail səfiri Türkiyəyə qayıtmayacaq. Axar.az xəbər verir ki, bu barədə İsrail xarici işlər naziri Eli Kohen X şəbəkəsində yazıb. “Bir neçə ay əvvəl İsrail səfirinin Türkiyədən geri çağırılması ilə bağlı verdiyim qərarın doğru olduğuna inanıram. Bu, haqlı qərar idi. Ərdoğan Türkiyə prezidenti olduğu müddətdə İsrail səfiri bu ölkəyə qayıtmayacaq. Nöqtə”, - deyə nazir qeyd edib.
2023-12-28
817,937
Son 5 ildə əmək haqqı 2,7 dəfə artıb - Nazir
Son 5 il ərzində həyata keçirilən çoxmiqyaslı və çoxşaxəli sosial islahat proqramları çərçivəsində Azərbaycanda minimum maaş 2,7 dəfə artıb. Axar.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev sahibkarlara "Dayaq" mükafatının təqdim olunması mərasimində deyib. Nazir bildirib ki, qeyd edilən dövrdə orta əmək haqqı 80%-dək, median əmək haqqı 2,2 dəfə, əmək haqqı fondu isə 2,7 dəfə artıb. "Azərbaycan dövlətinin siyasətində məşğulluq ana xəttdir. Məşğulluq təmin edilmədən ölkə iqtisadiyyatı inkişaf edə, əhalinin rifahı təmin oluna bilməz. Dövlətimizin başçısı tərəfindən həyata keçirilən islahatlara, müxtəlif tədbirlərə, qəbul edilən proqramlara nəzər saldıqda, bütün tədbirlərin əhalinin rifahına, onun həyat şəraitinin daha da yaxşılaşdırılmasına, o cümlədən məşğulluğun genişləndirilməsinə yönəldiyini görmək olar", - deyə S.Babayev qeyd edib.
2023-12-28
817,939
Almaniya Rusiyanın 4,1 milyardlıq aktivlərini dondurdu
Dekabrın əvvəlindən etibarən Almaniya Avropa Birliyinin sanksiyalar rejimi çərçivəsində 4,1 milyard avro dəyərində Rusiya aktivlərini dondurub. Axar.az xəbər verir ki, bu barədə Almaniya Maliyyə Nazirliyinin məlumatında deyilir. Bildirilib ki, buraya sanksiyalara məruz qalan bütün aktivlər, dondurulmuş pullar, fiziki şəxslərin maliyyə resursları, habelə Rusiya Mərkəzi Bankının bloklanmış aktivləri daxildir.
2023-12-28
817,941
Xəzərdə zəlzələ baş verdi
Xəzər dənizində zəlzələ baş verib. Axar.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, Nardaran stansiyasından 20 km şimalda Xəzər dənizində qeydə alınan zəlzələnin maqnitudası 3,1 bal, dərinliyi 16 km olub.
2023-12-28
817,942
Neft Daşlarında dalğanın hündürlüyü 5,5 metrə çatır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin dekabrın 28-i saat 19:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, güclü küləkli hava şəraiti müşahidə olunub. Bu barədə Axar.az-a Xidmətdən bildirilib. Şimal-qərb küləyinin maksimal sürəti arabir Şəkidə 32 m/s, Mingəçevirdə 27 m/s, Naftalanda 24 m/s, İsmayıllıda 22 m/s, Neftçala, Zaqatala, Qax, Tovuzda 20 m/s, Şirvan, Yevlaxda 19 m/s, Oğuz, Gəncədə 18 m/s, Tərtər, Gədəbəy, Şəmkirdə 16 m/s, Kəlvəzdə 15 m/s-dək güclənib, Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək zəifləyib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.5 metrə çatıb. Bakıda və Abşeron yarımadasında, Şabran, Lənkəran, Astarada yağış, Şəki, Qobustan, Altıağac, Şamaxı, Xaltan, Şahdağ, Qrız, Qusar, Quba, Qaxda (Sarıbaş) qar yağır. Bakıda və Abşeron yarımadasında 8 dərəcəyədək isti, Naxçıvan MR-da 14 dərəcəyədək isti, Aran rayonlarında 14-18 dərəcə isti, dağlıq rayonlarda 2-8 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta olub.
2023-12-28
817,946
ABŞ-ın yardımı geciksə, şəhərlərimizi itirəcəyik - Deputat
ABŞ-dan vaxtında yardım gəlməsə, Ukrayna Silahlı Qüvvələri şəhərləri tərk etmək məcburiyyətində qalacaq. Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının deputatı Yeqor Çernev deyib. “İndi bir sıra əraziləri itiririk, lakin ABŞ-ın yardımı gecikərsə, şəhərləri itirəcəyik”, - deputat bildirib.
2023-12-28
817,949
YAP seçkilərdə müşahidəçiləri müəyyənləşdirdi
Yeni Azərbaycan Partiyası (YAP) Prezident seçkilərində müşahidə aparacaq şəxslərini müəyyənləşdirib. Axar.az xəbər verir ki, bu barədə YAP İdarə Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, iclasda səsvermə gününədək dairə seçki komissiyalarında, səsvermə günü Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparacaq şəxslərin, eləcə də səsvermə günü məntəqə seçki komissiyalarında müşahidə aparacaq şəxslərin və dairə və məntəqə seçki komissiyaları üzrə məşvərətçi səs hüquqlu üzvlərin təyin edilməsi barədə qərar qəbul olunub. Qeyd edək ki, YAP 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə dekabrın 26-da MSK-ya təqdim edib.
2023-12-28
817,950
İsrail ordusu Qəzzada yarım milyon sənəd ələ keçirdi
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında müharibə başlayandan bəri HƏMAS-a məxsus yarım milyona yaxın sənəd və 65 milyondan çox faylı ələ keçirib. Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında ​​deyilir. "Müharibə başlayandan bəri hərbçilər minlərlə sənəd ələ keçirib və sonradan hücum qrupuna təhvil verib ki, bu da kəşfiyyat bölmələrinin işinə mühüm töhfə verib", - deyə bildirilib. Belə ki, çoxsaylı sənədlər arasında minaların, tunellərin və Beyt Hanun ərazisində (anklavın şimalında) mərmilərin yerləşdiyi ərazilərin sxemləri var.
2023-12-28
817,952
Masallıda meşədə avtomat tapıldı
Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində meşə dolayının yaxınlığında silah-sursat tapılması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Axar.az-a verilən görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə keçirilən baxış zamanı oradan “AK-74” markalı 1 avtomat və 30 patron aşkarlanaraq götürülüb. Fakt üzrə araşdırma aparılır.
2023-12-28
817,954
Bu ölkədə Yeni il şənlikləri qadağan edildi
Fələstinlə həmrəylik əlaməti olaraq Pakistanda bütün Yeni il şənlikləri qadağan edilib. Axar.az xəbər verir ki, bunu Pakistanın Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar deyib. "Fələstin xalqı acınacaqlı vəziyyətdədir. Buna görə də vəziyyəti nəzərə alaraq, Pakistan hökuməti Yeni illə bağlı bütün tədbirləri qadağan etmək qərarına gəlib. Mən bütün pakistanlıları məzlum fələstinlilərlə həmrəylik nümayiş etdirməyə çağırıram”, - deyə Kakar bildirib.
2023-12-28
817,955
Bakıda bu şirkət alıcıları belə aldadır
"Everest Konstruktion" şirkəti inşa etdiyi binanın alqı-satqı müqavilələrində, sakinlərə təqdim etdiyi reklam materiallarında göstərilən vədləri yerinə yetirməyib. Binanın həyəti, ətraf ərazisi abadlaşdırılmayıb, söhbətgahlar, uşaqların əylənməsi üçün avadanlıqlar, kameralar quraşdırılmayıb və binanın elektrik generatoru yoxdur. Axar.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında hazırda binanın idarəçiliyini həyata keçirən “Binəqədi-23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin idarə heyətinin üzvü Natiq Babayev deyib. O iddia edir ki, şirkətin inşa etdiyi Binəqədi rayonu, S.S.Axundov küçəsi, 3123-cü məhəllə ünvanında yerləşən 1 saylı çoxmənzilli binanın sakinləri alqı-satqı zamanı aldadılıblar: “Bu binada yaşayış 2010-2011-ci illərdən başlayıb. 2019-cu ilin sentyabr ayınadək bina “Everest Konstruktion” MMC-nin idarəçiliyində olub. Daha sonra şirkətin dəvəti ilə binanın idarəçiliyi İPE Group MMC-a həvalə edilib. 2020-ci ildə bir qrup sakinin tələbinə əsasən, həmin şirkətin də fəaliyyəti dayandı, bina demək olar ki, sahibsiz qaldı. 2021-ci ildə binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə “Binəqədi-23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradıldı və “Everest Konstruktion” MMC birtərəfli qaydada binanın idarəçiliyindən kənarlaşdırıldı. Hazırda bina həmin cəmiyyət tərəfindən idarə olunur və insanların normal və təhlükəsiz yaşayışını təmin etmək, həyat əhəmiyyətli avadanlıq və qurğuların təhlükəsiz istismarını təmin etməklə bağlı fəaliyyətini davam etdirir. Öz gücümüz hesabına həyətyanı əraziləri xeyli abadlaşdırmışıq, liftlərə servis xidmətlərinin göstərilməsi, su, qaz, elektrik enerjisi təchizatının təmin edilməsi üçün müvafiq xidmətlər və təşkilatlarla müqavilələr bağlamışıq. Binada daha öncə 30 faiz ödəniş var idisə, hazırda ödəniş 95 faizdir. Yığılan vəsait ümumi yığıncağın qərarı ilə lazimi işlərə sərf olunur". Natiq Babayev bildirib ki, “Everest Konstruktion” şirkəti tərəfindən bina özü və binaya aid sənədlər hələ də müvafiq qaydada “Binəqədi-23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verməyib: “Bu səbəbdən tikinti ərazisinə aid baş plan, texniki şərtlər, mühəndis kommunikasiya təminatı sisteminə dair sənədlər, eyni zamanda yanğın söndürmə sisteminə, yanğın təhlükəsizliyinə aid avadanlıqların layihələri, sənədləri olmadığına görə onları işlək vəziyyətə gətirmək qeyri-mümkündür. Bu avadanlıqların işləməməsi insanların həyatı üçün ciddi təhlükə yaradır. Bununla bağlı “Everest Konstruktion”a həm yazılı, həm də şifahi müraciətlər etmişik, amma hamısı cavabsız qalıb. Üstəlik, araşdırmalarımız nəticəsində məlum olub ki, şirkət binanın istismarına icazə verilməsi ilə bağlı müvafiq strukturların müsbət rəylərini əldə etmək üçün dövlət strukturlarının, o cümlədən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarını və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsini aldadıb. Belə ki, şirkət "Union Park" yaşayış kompleksinin cənub və şimal korpusları arasında yerləşən ərazidəki Aksa markalı elektrik generatorunu FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarına “Everest Konstruktion” MMC-nin mülkiyyəti kimi təqdim edib. “Everest Konstruktion” MMC həm dövlət strukturlarını, həm də binanın mülkiyyətçilərini bu formada aldadıb. Bu yaxınlarda məlum olub ki, generator “Gündəlik Teleqraf” MMC-yə məxsusdur və “Everest Konstruktion” MMC-yə heç bir adiyyəti yoxdur. Hazırda bu qədər əhali yaşayan bina generatorsuzdur. Qeyd etdiyim bu və digər qanunsuz əməllərlə bağlı “Binəqədi-23” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən bir sıra dövlət strukturlarına müraciətlər ünvanlamışıq. Sakinlər həyəcan təbili çalır, onlar bu məsələnin ictimailəşdirilməsi, ölkə başçısına, müvafiq strukturların rəhbərlərinə çatmasını tələb edirlər”. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
2023-12-28
817,957
Niderland Rusiya ilə müharibəyə hazırlaşmalıdır - Vaynen
Niderland cəmiyyəti Rusiya ilə müharibəyə hazırlaşmalıdır. Axar.az xəbər verir ki, bunu Niderland ordusunun baş komandanı Martin Vaynen deyib. “Niderland müharibədən ciddi şəkildə qorxmalıdır və cəmiyyətimiz buna hazırlaşmalıdır. Haaqa İsveç, Finlandiya və Baltikyanı ölkələrdən nümunə götürməlidir, çünki onlar Rusiya ilə həmsərhəddirlər və ya ona yaxındırlar, ona görə də mümkün müharibəyə daha yaxşı hazırlaşırlar. Cəmiyyət nəyinsə səhv gedəcəyi ehtimalına hazır olmalıdır. Təhlükəsizliyimizə yalnız 1500 kilometr uzaqda olduğumuz üçün zəmanət verildiyini düşünməməliyik", - deyə M.Vaynen bildirib.
2023-12-28
817,958
Piterdə Yeni il atəşfəşanlığı ləğv olundu
Rusiyanın Sankt-Peterburq şəhərində Yeni il atəşfəşanlığı olmayacaq. Axar.az xəbər verir ki, bu barədə şəhərin mədəniyyət komitəsi məlumat yayıb. Eyni zamanda, bildirilib ki, şəhərin mərkəzində bayram tədbirlərinin geniş miqyasda keçirilməsi nəzərdə tutulub. Belə ki, Saray meydanında konsertin baş tutacağı və burada gecə yarısı qubernator Aleksandr Beqlov və Prezident Vladimir Putinin videoformatda Sankt-Peterburq sakinlərini təbrik edəcəyi bildirilir. Qeyd edək ki, bundan öncə paytaxt Moskvada atəşfəşanlığın ləğv edildiyi açıqlanmışdı.